Urologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili

) Emfizematoz pielonefritin əsas müayinə üsulu hansıdır?

Yüklə 0,97 Mb.
səhifə7/16
tarix13.12.2016
ölçüsü0,97 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   16

374) Emfizematoz pielonefritin əsas müayinə üsulu hansıdır?
A) Radionuklid

B) Bakterioloji

C) Sistoskopiya

D) Ultrasəs

E) Rentgenoloji
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
375) Kəskin pielonefrit zamanı xəstə hansı miqdarda xörək duzu qəbul edə bilər?
A) Çox miqdarda

B) Məhdud miqdarda

C) Artıq miqdarda

D) Adi miqdarda

E) Duzsuz dieta
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
376) Kəskin apastematoz pielonefritdə cərrahi əməliyyatın həcmi nədən ibarət olmalıdır?
A) Böyrəyin dekapsulyasiyası və peritonarxası sahənin drenaj olunması

B) Nefrostomiya və yaranın drenaj edilməsi

C) Peritonarxası sahənin təftişi

D) Stentin qoyulması

E) Nefrostomiya
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
377) Adi uroqrammada paranefritin rentgenoloji əlamətləri aşağıdakılardan hansıdır?
A) Peritonarxası sahədə homogen kölgə

B) Bütün sadalananlar

C) Böyrəyin konturlarının differensasiya olunmaması

D) Bel fəqərələrinin əks tərəfə skaliozu

E) İliopsoas əzələsinin konturunun differensasiya olunmaması
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
378) Xəstədə sağ sidik axarının daşı, sağtərəfli kəskin pielonefrit, bakteremik şok var. Sidik axarı kateterini daşdan yuxarı keçirtmək mümkün olmadı. Bu halda həkimin taktikası necə olmalıdır?
A) Antibiotikləri endolimfatik yeritmək

B) İntensiv antibakterial müalicə

C) Xəstəni şokdan çıxartmaq üçün intensiv müalicənin aparılması

D) Venadaxili antibiotiklər yeritmək

E) Şok əleyhinə müalicəni davam etdirməklə əməliyyat – böyrəyin təftişi, nefrostomiya ( şok əleyhinə müalicəni davam etdirməklə)
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
379) Xroniki pielonefriti ən çox nə yaradır?
A) Bağırsaq çöpləri, protey

B) Göy – yaşıl irin çöpləri

C) Enterokok

D) Streptokok

E) Stafilokok
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
380) Xroniki pielonefritin diaqnostikasında əsas laborator müayinə üsulları hansılardır?
A) Sidiyin Neçiporenko üsulu ilə müayinəsi

B) Sidiyin ümumi müayinəsi

C) Bütün sadalananlar

D) Prednizolon provakasiyası ilə sidiyin ümumi müayinəsi

E) Sidiyin bakterioloji müayinəsi
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
381) Xroniki pielonefrit zamanı ilk növbədə aşağıdakılardan hansı zədələnir?
A) Şumlianski – Boumen kapsulu

B) Böyrək yumaqcığının damar ilgəyi

C) Henle ilgəyinin qalxan hissəsi

D) Böyrək kanalcıqları

E) İnterstisial toxuma
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
382) Xroniki pielonefrit üçün daha çox nə xarakterikdir?
A) Böyrək ləyəni funksiyasının pozulması

B) Kasacıq funksiyasının pozulması

C) Böyrəyin filtirasiya funksiyasının pozulması

D) Yumaqcıqların funksiyasının pozulması

E) Kanalcıqların funksiyasının pozulması
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
383) Hamillələrdə pielonefritin inkişafının əsas səbəbi nədir?
A) Sidik axarlarının böyümüş uşaqlıq ilə sıxılması

B) Hormonal dəyişikliklər hesabına sidik axarlarının dilatasiyası

C) Sidik axarlarının böyümüş uşaqlıq ilə sıxılması və hormonal dəyişikliklər hesabına sidik axarlarının dilatasiyası

D) Orqanizmin reaktivliyinin azalması

E) Bütün sadalananlar
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
384) Xroniki pielonefritin USM və rentgenoloji əlamətləri hansılardır?
A) Bütün sadalananlar

B) Kasa ləyən sisteminin deformasiyası

C) Yuxarı sidik yollarının atoniyası

D) Böyrək parenximasının exogenliyinin artması

E) Böyrək konturlarının nahamar olması
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
385) 34 yaşlı xəstə qadının sidiyində görmə sahəsində 25 - 30 leykosit aşkar olunmuşdur. Şikayəti yoxdur. Anamnezində uroloji xəstəliklər yoxdur. Ən çox ehtimal olunan diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Xroniki qlomeulonefrit

B) Endometrit

C) Xroniki adneksit

D) Xroniki uretrit

E) Xroniki pielonefrit
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
386) Xəstə qadın bir ildir ki, vaxtaşırı kəskinləşən sistitdən əziyyət çəkir. Sidiyin reaksiyası turşdur. 5 – NOK, nitrofuranlar, urosulfan qəbul etməsinə baxmayaraq davamlı leykosituriya qeyd olunur. Daha çox ehtimal olunan diaqnoz hansıdır?
A) Xroniki pielonefrit

B) Kəskin sistit

C) Sidik kisəsinin vərəmi

D) Sistalgiya

E) Böyrək vərəmi
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
387) 42 yaşlı xəstədə dispanserizasiya zamanı leykosituriya (görmə sahəsində 35 – 40 leykositə qədər) aşkar olunmuşdur. Leykosituriyanın mənbəyini təyin etmək üçün (uretra, prostat vəzi, böyrək və ya sidik kisəsi) hansı müayinədən başlamaq lazımdır?
A) İki stəkan sınağı

B) Provakasion prednizalon testi

C) Sidiyin bakterioloji müayinəsi

D) Sidik kisəsinin kateterizasiyası yolu ilə alınmış sidiyin müayinəsi

E) Neçiporenko sınağı
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
388) Kontrlateral böyrəyin normal fəaliyyətində ağır kəskin irinli pielonefriti və azotemiyası(12-18 mmol/l) olan xəstəyə nefrektomiyanın aparılması nə dərəcədə məqsədəuyğundur?
A) Mümkün deyil

B) Mümkündür və məqsədəuyğundur

C) Ancaq hemosorbsiyanın tətbiqi ilə mümkündür

D) Mümkündür

E) Ancaq hemodializin tətbiqi ilə mümkündür
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
389) Xroniki pielonefriti hansı böyrək xəstəliyi ilə mütləq differensasiya etmək lazımdır?
A) Birincili böyrək büzüşməsi

B) Qlomerulonefrit

C) Hipoplaziya

D) Bütün sadalananlar

E) Vərəm
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
390) Xroniki pielonefritin ağırlaşmasına nə aiddir?
A) Böyrək məməciklərinin nekrozu

B) Bütün sadalananlar

C) XBÇ

D) Nefrolitiaz

E) Arterial hipertenziya
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
391) Sistitin baş verməsində əsas əhəmiyyət nəyə verilir?
A) Ümumi faktorlara

B) Yerli qan dövranının pozulmasına

C) Kimyəvi faktorlara

D) İnfeksiyaya

E) Fiziki faktorlara
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
392) Kişilərdə sistitin differensial diaqnostikası nə ilə aparılmalıdır?
A) Pielonefritlə

B) Paraproktatitlə

C) Bütün sadalananlarla

D) Prostatit və paraproktatitlə

E) Prostatitlə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
393) Qadınlarda sistitin differensial diaqnostikası nə ilə aparılmalıdır?
A) Sidik kisəsinin endometriozu ilə

B) Pielonefrit, sidik kisəsinin vərəmi və şişi, sidik kisəsinin endometriozu ilə

C) Kolit və adneksitlə

D) Pielonefritlə

E) Sidik kisəsinin vərəmi və şişi ilə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
394) Sidik kisəsinə infeksiyanın keçməsinin ən çox rast gəlinən yolu hansıdır?
A) Kontakt

B) Uretral, qalxan yol

C) Enən yol

D) Hematogen

E) Limfogen
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
395) Sadalananlardan hansı kəskin sistitin əlaməti deyildir?
A) Pollakiuriya

B) Terminal hematuriya

C) Poliuriya

D) Siyimə aktı zamanı ağrı

E) Piuriya
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
396) Kəskin sistitin diaqnostikasında hansı müayinəyə əsaslanmaq olmaz?
A) Bütün cavablar düzdür

B) Anamnestik məlumatlar və kliniki təzahürlərə

C) Sidiyin çöküntüsünün mikroskopik göstəricilərinə

D) Sidiyin əkilmə müayinəsinə

E) Ekskretor uroqrafiya və uretrosistoqrafiyanın göstəricilərinə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
397) Kəskin sistit zamanı aşağıda göstərilən müayinələrdən hansını aparmaq olar ?
A) Pnevmosistoqramma

B) Uretroskopiya

C) Sidik kisəsinin kateterizasiyası

D) Sistometriya

E) Sistoskopiya (müstəsna hallarda)
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
398) Kəskin sistitə xarakter hematuriya hansıdır?
A) Ağrısız

B) Total formasız laxtalar

C) İnisial (adi)

D) Heç biri

E) Terminal
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
399) Kəskin sistitdə hansı formalar ayırd edilir?
A) Qranulasion

B) Hemorraqik

C) Kataral

D) Kataral, hemorraqik, fibroz və xoralı

E) Fibroz və xoralı
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
400) Aşağıdakılardan hansı xroniki sistitin formalarına aiddir?
A) Kataral, xoralı, inkrustəedici, nekrotik

B) Bütün sadalananlar

C) Polipoz, kistoz

D) Kataral

E) Xoralı, inkrustəedici, nekrotik
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
401) Sistitin baş verməsində etioloji rolu nə oynayır?
A) Mikoplazmalar

B) Bütün sadalananlar

C) Patogen mikroorqanizmlər

D) Xlamidiyalar

E) Viruslar
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
402) Kəskin sistit zamanı nə tətbiq edilir?
A) Dietoterapiya

B) Dietoterapiya, dərman preparatlarının instillyasiyası, antibakterial müalicə

C) Dərman preparatlarının instillyasiyası

D) Dietoterapiya və antibakterial müalicə

E) Antibakterial müalicə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
403) Xroniki sistitin müalicəsinin əsasını nə təşkil edir?
A) Spazmolitiklərin təyini

B) Antibakterial müalicə

C) Dietoterapiya

D) İltihabi prosesə təkan verən səbəbi aradan qaldırmaq

E) Dərman preparatlarının instillyasiyası
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
404) İnterstisial sistit nə ilə xarakterizə olunur?
A) Sidik kisəsinin rezervuar funksiyasının pozulması ilə

B) Davamlı ağrılı simptomokompleks və sidik kisəsinin rezervuar funksiyasının pozulması ilə

C) Davamlı ağrılı simptomokomplekslə

D) Heç bir şıkayətin olmaması və sidik kisəsinin rezervuar funksiyasının pozulması ilə

E) Heç bir şıkayətin olmaması ilə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
405) İnterstisial sistitdə aşağıda göstərilən müalicə sxemlərindən hansı tətbiq edilir?
A) Müalicə preparatlarının instillyasiyası

B) İltihab əleyhinə müalicə , heparinoterapiya, müalicə preparatlarının instillyasiyası

C) Heparinoterapiya

D) İltihab əleyhinə müalicə

E) İltihab əleyhinə müalicə və müalicə preparatlarının instillyasiyası
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
406) Sadalananlardan hansı kəskin uretritin xarakter simptomu deyil?
A) Tezləşmiş siyimə aktı

B) Uretradan irinli ifrazatın gəlməsi

C) Uretranın xarici dəliyinin kənarlarının ödemi

D) Sidik ifrazı aktı zamanı ağrılar

E) Hematuriya və xayalıq dərisinin ödemi
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
407) Sadalanan müayinələrdən hansı uretritin diaqnostikasında əsas sayılmır?
A) Anamnestik məlumatlar və kliniki təzahürlər

B) Uretranın irinli ifrazatının mikroskopiyası və əkilməsi

C) Sidiyin ümumi təhlili

D) Qanın ümumi , biokimyəvi analizi

E) Heç biri
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
408) Uretroskopiya nə zaman göstərişdir?
A) Uretritin torpid gedişində

B) Uretritin kəskin gedişində və xroniki uretritdə

C) Xroniki uretritdə

D) Uretritin kəskin gedişində

E) Xroniki uretritin kəskinləşməsində
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
409) Uretroqrafiya nə zaman göstərişdir?
A) Prostatitdə

B) Prostatitdə

C) Epididimitdə

D) Kandilamatoz uretritə şübhə zamanı

E) Epididimitdə və prostatitdə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
410) Sidik kanalının rentgenoloji müayinəsi nə zaman göstərişdir?
A) Prostatit və vezikulitdə

B) Uretritin torpid gedişində

C) Kəskin uretrit, prostatit və vezikulitdə

D) Uretranın strikturasına şübhə olduqda

E) Kəskin uretritdə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
411) Kəskin uretritin differensial diaqnostikası nə ilə aparılmalıdır?
A) Paraproktitlə

B) Prostatitlə

C) Sidikliyin şişi ilə

D) Sistit və prostatitlə

E) Sistitlə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
412) Balanopostitin differensial diaqnostikası nə ilə aparılmalıdır?
A) Furnye qanqrenası ilə

B) Heç biri ilə

C) Pielonefritlə

D) Fimozla

E) Paraproktitlə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
413) Xroniki uretrit zamanı ən çox rast gəlinən fəsadlar hansılardır?
A) Babasil

B) Vezikulit

C) Prostatit

D) Kollikulit

E) Kollikulit, prostatit, vezikulit
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
414) Sadalananlardan hansı xroniki uretritin ağırlaşmasına aid deyil?
A) Uretral vəzilərin zədələnməsi

B) Epididimit

C) Paraproktit

D) Orxit

E) Prostatit
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
415) Ağır termiki, kimyəvi və travmatik uretritlərdə nə göstərişdir?
A) Şüa müalicəsi

B) İntensiv antibakterial müalicə və daimi kateterin qoyulması

C) Fizioterapevtik müalicə

D) Sistostomiyadan sonrakı intensiv antibakterial və yerli müalicə

E) İntensiv antibakterial və yerli müalicə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
416) Uretral hərarət zamanı nə göstərişdir?
A) Ancaq ümumi intoksikasiyanın azaldılmasına yönəldilmiş infuzion müalicə

B) Sistotomiya intensiv antibakterial və infuzion müalicə ilə

C) İntensiv antibakterial müalicə və uretranın yağlı emulsiya, bitki yağları ilə instillyasiyası

D) Bitki yağları ilə instillyasiyası və sistostomiya sonrakı intensiv antibakterial müalicə

E) İntensiv antibakterial müalicə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
417) Balanopostit nəyin iltihabıdır?
A) Parauretral vəzinin

B) Cinsiyyət üzvünün başının və pülüyünün

C) Cinsiyyət üzvünün başının

D) Cinsiyyət üzvünün pülüyünün

E) Cinsiyyət üzvünün pülüyünün və parauretral vəzinin
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
418) Balanopostitin baş verməsinə təkan verən amil hansıdır?
A) Cinsiyyət üzvünün əyilməsi(sagital ox üzrə)

B) Pülüyün daralması və cinsiyyət üzvünün əyilməsi(sagital ox üzrə)

C) Şəkərli diabet

D) Pülüyün daralması(fimoz)

E) Pülüyün daralması(fimoz) və şəkərli diabet
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
419) Qeyri qonoreyalı uretritin törədicisi hansıdır?
A) Göbələklər

B) Bakteriyalar

C) Bütün saddalananlar

D) Trixomonad

E) Viruslar
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
420) Zöhrəvi uretritə hansılar aiddir?
A) Mübadilə uretritidir

B) Xlamidiya uretriti, qonorey uretriti və trixomonad uretriti

C) Xlamidiya uretritidir

D) Trixomonad uretritdir

E) Qonorey uretritdir
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
421) Qeyri infeksion uretritə nə aiddir?
A) Heç biri

B) Kimyəvi

C) Travmatik və mübadilə

D) Allergik

E) Hamısı düzdür
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
422) Balanopostit zamanı nə müşahidə edilir?
A) Qasıq nahiyəsində ağrı

B) Cinsiyyət üzvünün başında və pülüyün daxili səthində irinli ifrazat və ödemin olması

C) Pülüyün hiperemiyası və ödemi, cinsiyyət üzvünün başında və pülüyün daxili səthində irinli ifrazat və ödemin olması

D) Pülüyün hiperemiyası və ödemi

E) Pülüyün hiperemiyası və ödemi, qasıq nahiyəsində ağrı
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
423) Anadangəlmə fimoz zamanı nə məqsədəuyğundur?
A) Pülüyü alət vasitəsilə genişləndirmək

B) Pülüyün kəsilib götürülməsi

C) Operativ müalicə göstəriş deyil

D) Heç biri

E) Pülüyü saxlamaq şərtilə plastik əməliyyat
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
424) Balanopostitin differensial diaqnostikası nə ilə aparılmalıdır?
A) Qızıl yellə

B) Sifilislə

C) Kavernitlə

D) Sifilis və qızıl yellə

E) Sifilis və kavernitlə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
425) Balanopostit zamanı nə göstərişdir?
A) Pülüyün kəsilib götürülməsi

B) Dərman müalicəsi

C) Pülüyün yuyulması

D) Pülüyün yuyulması və dezinfeksiyaedici məhlullarla isti vannalar, dərman müalicəsi

E) Dezinfeksiyaedici məhlullarla isti vannalar
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева. Медицинское информационное агентство. Москва. 2005.г.
426) Kavernit nədir?
A) Cinsiyyət üzvü dərisinin flebotrombozudur

B) Cinsiyyət üzvünün kavernoz cisminin iltihabıdır, cinsiyyət üzvünün fibroplastik indurasiyasıdır

C) Cinsiyyət üzvünün kavernoz cisminin iltihabıdır, cinsiyyət üzvü dərisinin flebotrombozudur

D) Cinsiyyət üzvünün fibroplastik indurasiyasıdır

E) Cinsiyyət üzvünün kavernoz cisminin iltihabıdır
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
427) Kavernitin müalicəsini nədən başlamaq lazımdır?
A) Antibakterial müalicədən və kavernoz cismin kəsilməsindən

B) Antibakterial müalicədən

C) Antibakterial müalicədən və safeno – kavernoz və ya süngəri – mağaralı anastamozun qoyulmasından

D) Safeno – kavernoz və ya süngəri – mağaralı anastamozun qoyulmasından

E) Kavernoz cismin kəsilməsindən
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
428) Parafimoz nədir?
A) Cinsiyyət üzvü venasının iltihabıdır

B) Uretranın kavernoz cisminin və cinsiyyət üzvünün başının iltihabıdır

C) Cinsiyyət üzvü başının daralması, pülüklə boğulmasıdır

D) Uretranın kavernoz cisminin, cinsiyyət üzvünün başının və cinsiyyət üzvü venasının iltihabıdır

E) Cinsiyyət üzvü pülüyünün dəliyinin daralması
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
429) Parafimozun müalicəsi nədən ibarətdir?
A) Süngəri mağaralı anastomozun qoyulmasından

B) Cinsiyyət üzvünün başının düzəldilməsinə cəhddən

C) Pülüyün kəsilib götürülməsindən

D) Boğucu həlqənin kəsilməsindən

E) Cinsiyyət üzvünün başının düzəldilməsinə cəhddən və ya boğucu həlqənin kəsilməsindən
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.

Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə