Urologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Poliklinikada xəstəyə böyrək sancısı diaqnozu qoyulmuşdur, 3 gündür temperaturu 38,3 °C -dir, üşütməsi var.Həkimin taktikası necə olmalıdır?



Yüklə 0,97 Mb.
səhifə9/16
tarix13.12.2016
ölçüsü0,97 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

486) Poliklinikada xəstəyə böyrək sancısı diaqnozu qoyulmuşdur, 3 gündür temperaturu 38,3 °C -dir, üşütməsi var.Həkimin taktikası necə olmalıdır?
A) Təcili uroloji stasionara yerləşdirmək ,spazmolitik və ağrıkəsicilər təyin etmək

B) Evdə antibiotiklərlə müalicə etmək

C) Ağırkəsicilır, antibiotiklər təyin etmək

D) Arterial təzyiqi ölçmək

E) Terapevtik şöbəyə yerləşdirmək
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
487) Xəstədə hər iki sidik axarının aşağı üçdə birinin daşı, böyrək sancısı. sağtərəfli kəskin irinli pielonefrit, bakteremik şok qeyd olunur.Təcili yardım zamanı əvvəlcə ilk növbədə nə etmək lazımdır?
A) Təcili sağtərəfli ureterolitotomiya aparmaq

B) Təcili sağ böyrəyin dekapsulyasiyası, nefrostomiya etmək

C) Sağ sidik axarının kateterizasiyası

D) Təcili sağtərəfli punksion nefrostomiya etmək

E) Venadaxili kortikosteroidlər, poliqlukin, ürək-damar preparatları yeritmək
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
488) 24 saatdır ki, anuriyadır, anamnezində urat daşlarının və duzlarının düşməsi qeyd olunur. Təcili yardımın variantı hansıdır?
A) Təcili punksion nefrostomiya

B) Sidik axarlarının kateterizasiyası

C) Venadaxili 1 litr fizioloji məhlul

D) Xəstəni nefroloji stasionara yerləşdirmək

E) Venadaxili 100mq laziks
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
489) Urodinamika pozulmadan böyrək ləyəninin 25x25 mm ölçüdə (rentgenneqativ) urat daşı var. Hansı müalicəni başlamaq daha çox məqsədəuyğundur?
A) Pielolitotomiyadan

B) Distansion zərbə dalğalı litotripsiyadan

C) Dəridən punksion nefrolitolapaksiya ilə

D) Litolizdən (konservativ müalicə)

E) Müdaxilə göstəriş deyildir
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
490) Urodinamiki pozğunluq olmadan böyrək ləyəninin 15x15 mm ölçülü oksalat daşında daha çox nə məqsədəuyğundur?
A) Dəridən punksion nefrolitolapaksiya

B) Litoliz

C) Müdaxilə göstəriş deyildir

D) Distansion zərbə dalğalı litotripsiya

E) Pielolitotomiya
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н., Дубинский В.Я. Дистанционная ударноволновая литотрипсия при различных клинических формах нефролитиаза.// СПб.-1997.- 190 с.
491) Urodinamik pozğunluq olmadan böyrək ləyəninin 10x10mm ölçülü fosfat daşı, xroniki latent pielonefritdə daha məqsədəuyğun müalicə üsulu hansıdır?
A) Müdaxilə göstəriş deyil

B) Litoliz

C) Zərbə-dalğalı litotripsiya

D) Pielolitotomiya

E) Dəridən punksion nefrolitolapaksiya
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 С.
492) Böyrək ləyəninin 20x18 mm ölçülü urat daşı, xroniki pielonefrit aktiv faza, pedinkulit, periureterit, hidrokalikozda müalicə üçün nə tətbiq etmək lazımdır?
A) Litoliz

B) Antibakterial terapiya, operativ müdaxilə olmadan

C) Punksion nefrolitotomiya

D) Pielolitotomiya, ureteroliz

E) Zərbə-dalğalı litotripsiyanı
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
493) Böyrək ləyəninin 25-30mm ölçüdə oksalat daşı, xroniki latent pielonefrit və kəskin hidrokalikozda nə göstərişdir?
A) Litoliz

B) Zərbə-dalğalı litotripsiya

C) Sidik axarının kateterizasiyası

D) Müdaxilə göstəriş deyil

E) Pielolitotomiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
494) Böyrək ləyəninin 15x16 mm oksalat daşında urodinamika pozulmadıqda optimal müalicə üsulu hansıdır?
A) Sanator-kurort müalicəsi

B) Punksion nefrolitoekstraksiya

C) Distansion zərbə dalğalı litotripsiya

D) Pielolitotomiya

E) Litoliz
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н., Дубинский В.Я. Дистанционная ударноволновая литотрипсия при различных клинических формах нефролитиаза.// СПб.-1997.- 190 с.
495) Xəstədə böyrəkdaxili ləyənin rentgenkontrast mərcanvari daşı, urodinamiki pozğunluq olmadan xroniki latent pielonefrit var. Ona hansı məsləhəti vermək olar?
A) Seksion nefrolitotomiya, nefrostomiya

B) Litoliz

C) Pielolitotomiya, nefrostomiya

D) Müdaxilə aparmamaq, dinamiki nəzarət

E) Punksion nefrostomiya, nefrolitotomiya
Ədəbiyyat: Трапезникова М. Ф., Дутов В. В. Рамки применения ДУВЛ-монолитотрипсии при коралловидных камнях почек Врачебное сословие. 2005.; 7: 4-6.
496) 40 yaşlı xəstədə böyrəkdaxili ləyənin rentgenkontrast mərcanvari daşı, hidrokalikoz, xroniki pielonefrit aktiv fazadadır. Onun müalicəsinə nə aiddir?
A) Litoliz

B) Müdaxilə aparmamaq

C) Zərbə-dalğalı litotripsiya

D) Pielolitotomiya, mümkündür nefrolitotomiya və nefrostomiya

E) Punksion nefrolitotomiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
497) 20 yaşlı xəstədə böyrəkxarici ləyənin rentgenkontrast mərcanvari daşı, xroniki latent pielonefrit, pedinkulitdir. Onun optimal müalicə üsulu hansıdır?
A) Zərbə-dalğalı litotripsiya

B) Pielolitotomiya, nefrostomiya, ureteroliz

C) Litoliz

D) Seksion nefrolitotomiya, nefrostomiya

E) Müdaxilə aparmamaq
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М. 2005 г.
498) 55 yaşlı xəstədə böyrəkxarici ləyəndə rentgenkontrast mərcanvari daş, aktiv fazalı xroniki pielonefrit, pedinkulitdir. Xəstəyə nə məsləhət görmək lazımdır?
A) Punksion nefrostomiya, litotripsiya ilə kombinasiyada

B) Litoliz

C) Seksion nefrolitotomiya, nefrostomiya

D) Arxa-köndələn pielolitotomiya, nefrostomiya, ureteropieloliz

E) Müdaxilə aparmamaq
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989.
499) Süngərvari böyrəklərdə, böyrək parenximasının çoxsaylı daşlarında, aktiv fazalı xroniki pielonefritdə nə məqsədəuyğundur?
A) Zərbə-dalğalı litotripsiya

B) Nefrolitotomiya və nefrostomiya

C) Litoliz

D) Cərrahi müdaxilə olmadan antibakterial terapiya

E) Punksion nefrolitotomiya
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989.
500) 35 yaşlı xəstədə böyrəkxarici ləyəndə lokalizasiya olunmuş ikitərəfli mərcanvari daş, urodinamikanın mülayim pozğunluğu, pielonefritdir. Ona nə məsləhət görmək olar?
A) Litoliz

B) Birtərəfli pielolitotomiya, nefrostomiya

C) Müdaxilə göstəriş deyil

D) İkitərəfli pielolitotomiya, nefrostomiya

E) İkitərəfli punksion nefrostomiya
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
501) 50 yaşlı xəstədə sağdan pionefroz, soldan mərcanvari daş və xroniki pielonefritdir. Ona nə məsləhət görmək lazımdır?
A) Müdaxilə göstəriş deyildir

B) Soldan pielolitotomiya və nefrostomiya

C) Sağdan nefrektomiya

D) Soldan zərbə-dalğalı litotripsiya

E) Sağdan nefrektomiya, eyni zamanda soldan pielolitotomiya nefrostomiya
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
502) Hər iki böyrəyin kasacıqlarının urat daşlarında, xroniki latent pielonefrit fonunda nə göstərişdir?
A) Punksion nefrolitotomiya

B) Cərrahi müalicə

C) Litoliz

D) Sanator-kurort müalicəsi

E) Zərbə-dalğalı litotripsiya
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
503) Sidikliyin 30-25 mm ölçülü urat daşı və prostat vəzinin adenomasında nə məsləhət vermək lazımdır?
A) Litoliz

B) Müdaxilə göstəriş deyildir

C) Sistolitotomiya və sistostomiya

D) Sistolitotomiya, adenomektomiya və sistostomiya

E) Zərbə-dalğalı litotripsiya
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
504) Ləyən -sidik axarı seqmentinin urat daşı, kəskin seroz pielonefritdə nə göstərişdir?
A) Pielolitotomiya, böyrəyin təftişi (nefrostomiya)

B) Sidik axarının kateterizasiyası

C) Punksion nefrolitotomiya

D) Zərbə-dalğalı litotripsiya

E) Antibiotiklər, konservativ müalicə
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
505) Böyrək ləyəninin 15-17 mm ölçülü zəif kontrastlı, (şərti 85%-urat, +15%-oksalat) daşı, xroniki latent pielonefritdə nəyi məsləhət görmək mümkün deyil?
A) Hamısı doğrudur

B) Pielolitotomiya

C) Zərbə-dalğalı litotripsiya

D) Litoliz

E) Punksion nefrolitotomiya
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н., Дубинский В.Я. Дистанционная ударноволновая литотрипсия при различных клинических формах нефролитиаза.// СПб.-1997.- 190 с.
506) Xəstədə sidik axarının yuxarı üçdə birinin 12 x 8 mm ölçülü urodinamikanı pozan urat daşı, xroniki pielonefrit rvar . Ona nə məsləhət görülür?
A) Kontakt litotripsiya

B) Ureterolitotomiya

C) Ureterostomiya

D) Litoliz

E) Konservativ müalicə
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
507) Sidik axarının aşağı üçdə birinin urodinamikanı mülayim dərəcədə pozan, 7x10mm ölçülü urat daşı, xroniki latent pielonefritdə nə göstərişdir?
A) Əməliyyat aparmamalı

B) Sanator -kurort müalicəsi

C) Ureterolitekstraksiya

D) Litoliz

E) Ureterolitotomiya
Ədəbiyyat: Ужегов Г.Н. Почечно-каменная болезнь : Симптомы, лечение, профилактика / Г.Н.Ужегов. - М. : Вече, 2002. -158 с.
508) Sidik axarının orta üçdə birinin 12x7mm ölçülü oksalat və fosfat daşında (böyrəyin funksiyası vardır) nə məsləhət görmək olar?
A) Zərbə-dalğalı litotripsiya

B) Kontakt litotripsiya

C) Ureterolitotomiya

D) Ureterolitoekstraksiya

E) Kontakt litotripsiya, zərbə-dalğalı litotripsiya, ureterolitotomiya
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 С.
509) Sidik axarının aşağı üçdə birinin 5-8 mm ölçüdə oksalat daşı,mülayim ureteroektaziya var.Göstərilən müalicələrdən ən vacibi hansıdır?
A) Ureterolitoekstraksiya

B) Kontakt litotripsiya

C) 1 ay ərzində konservativ müalicə

D) Zərbə-dalğalı litotripsiya, 1 ay ərzində konservativ müalicə

E) Zərbə-dalğalı litotripsiya
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 С.
510) 25 yaşlı xəstədə hər iki sidik axarının aşağı üçdə birinin 14x6mm ölçüdə daşı, mülayim ureteroektaziya vardir. Ona nə məsləhət görmək lazımdır?
A) Eyni zamanda ikitərəfli ureterolitoekstraksiya

B) Konservativ müalicəni davam etdirmək

C) Zərbə-dalğalı litotripsiya

D) Kontakt litotripsiya

E) Ureterolitoekstraksiya-bir tərəfdən
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 С.
511) 40 yaşlı xəstədə sidik axarının aşağı üçdə birində 5-10mm ölçüdə fosfat daşı, 4 aydır ki, mülayim pieloektaziyası var. Ona nə göstərişdir?
A) Ureterolitotomiya

B) Konservativ müalicəni davam etdirməli

C) Zərbə-dalğalı litotripsiya, kontakt litotripsiya

D) Kontakt litotripsiya

E) Zərbə-dalğalı litotripsiya
Ədəbiyyat: Урология. Пер. с англ. Резник М.И., Шеффер Э. Дж. М. - Спб.: ЗАО "Издательство БИНОМ" "Невский диалект", 2002. 264 С.
512) Uretereselenin urodinamikanı pozmayan 12*12mm ölçüdə daşında daha çox nə məqsədəuyğundur?
A) Zərbə- dalğalı litotripsiya

B) Müdaxilə etməmək

C) Ureteroselenin sidik axarı kateterində transuretral elektrobıçaqla (elektrokoaqulyasiya) kəsilib götürülməsi

D) Ureteroselenin acıq üsulla kəsilməsi

E) Kontakt litotripsiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
513) 55yaşlı xəstədə böyrəyin çoxlu daşları, xroniki pielonefrit aktiv fazada, ikincili büzüşmüş böyrəkdir. 2 ildir ki, arterial hipertenziyası var. Ona nə göstərişdir?
A) İltihab əleyhinə, ambulator hipotenziv müalijə

B) Pielolitotomiya, nefrostomiya

C) Zərbə-dalğalı litotripsiya

D) Nefrektomiya

E) Punksion nefrostomiya
Ədəbiyyat: Оперативная урология. Классика и новации: руководство для врачей. Л.Г.Манагадзе, Н.А.Лопаткин, О.Б.Лоран, Д.Ю.Пушкарь, С.П.Даренков, Н.Л.Турманидзе, Р.Гогенфеллнер. М.: Медицина, 2003.-740с.;ил.
514) Böyrək ləyəninin 20*25mm daşı, eyni tərəfdən sidik axarının aşağı üçdə birinin 14*8mm ölçüdə daşı, böyrək funksiyasının saxlanması ilə xroniki pielonefritin aktiv fazasında nə göstərişdir?
A) Uzunmüddətli antibakterial və spazmolitik müalicə

B) Ureterolitoekstraksiya+pielolitotomiya

C) İzrael kəsiyi ilə pielolitotomiya və ureterolitotomiya

D) 2 kəsikdən ureterolitotomiya, pielolitotomiya və nefrostomiya

E) Böyrək daşının zərbə-dalğalı litotripsiyası
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989.
515) Böyrək ləyəninin daşı, böyrəyin karbunkulu, yüksək bədən hərarəti, aydın ifadə olunmuş intoksikasiya olduqda nə lazımdır?
A) Antibiotiklərin venaladaxili və endolimfatik yeridilməsi, cərrahi müdaxilə olmadan

B) Sidik axarının kateterizasiyası və konservativ müalicə

C) Punksion nefrostomiya

D) Təcili nefrektomiya

E) Təcili pielolitotomiya, karbunkulun kəsilməsi və nefrostomiya
Ədəbiyyat: Кругляк Л.Г. Камни в почках и другие заболевания мочевыделительной системы. - СПб. : Питер, 2002. - 232 с.
516) Kəskin irinli pielonefritlə fəsadlaşmış sidik axarının yuxarı üçdə birinin daşında nə məsləhətdir?
A) Sidik axarının kateterizasiyası, konservativ müalicə

B) Ureterolitotomiya, nefrostomiya, böyrəyin dekapsulyasiyası

C) Punksion nefrostomiya

D) Nefrektomiya

E) Konservativ müalicə-geniş spektirli antibiotiklərin venadaxili və endolimfatik yeridilməsi
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
517) Kəskin seroz pielonefritlə fəsadlaşmış sidik axarının aşağı üçdə birinin 5x4mm ölçülü daşında nə göstərişdir?
A) Nefrostomiya, böyrəyin dekapsuliyasiyası

B) Ureterolitoekstraksiya və sidik axarına stent qoyulması

C) Punksion nefrostomiya və geniş spektrli antibiotiklər

D) Kontakt litotripsiya

E) Ureterolitotomiya
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
518) Böyrəyin qarışıq tipli ləyəninin 20*25 mm-lik daşı və pedinkulitdə daha çox nə məqsədəuyğundur?
A) Bütün üsullar bərabər qiymətlidir

B) Ön köndələn pielolitotomiya

C) Arxa köndələn sinusdaxili pielolitotomiya və ureteroliz

D) Yuxarı köndələn pielolitotomiya

E) Aşağı boylama pielolitotomiya
Ədəbiyyat: Оперативная урология. Классика и новации: руководство для врачей. Л.Г.Манагадзе, Н.А.Лопаткин, О.Б.Лоран, Д.Ю.Пушкарь, С.П.Даренков, Н.Л.Турманидзе, Р.Гогенфеллнер. М.: Медицина, 2003.-740с.;ил.
519) Mərcanvari daşların ölçüsünə və yerləşməsinə görə aşağıda göstərilən mərhələlərin hansı doğrudur?

A) Mərcanvari daş və çıxıntıları KLS və pielouretral seqmenti tam tutur

B) Sadalananların hamısı

C) Konkrement ləyəni və bir kasacığı tutur

D) Mərcanvari daş böyrək xarici ləyənini ,çıxıntıları isə iki və daha çox kasacığı tutur

E) Mərcanvari daş böyrəkdaxili ləyəni və çıxıntıları isə bütün kasacıqları tutur


Ədəbiyyat: Урология-национальное руководство под ред. акад РАМН -Н.А. Лопаткина.
520) Böyrəklərin mərcanvari daşına görə aparılan pielolitotomiya, nefrolitotomiya zamanı əlavə nə tətbiq etmək lazımdır?
A) Bütün üsullar bərabər əhəmiyyətlidir

B) Pielostomiya

C) Sirkulyar(dairəvi) nefrostomiya

D) Ləyəni, nefrostomiya qoymadan tam tikmək

E) Aşağı(orta) kasacıqdan nefrostomiya
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г.
521) Ləyən və kasacıqlardan daşları çıxararkən duzlar və detrit tapılmışdır. Nə yerinə yetirilməlidir?
A) Pielostomiya

B) Bütün üsullar eyni əhəmiyyətlidir

C) Sirkulyar nefrostomiya

D) Aşağı(orta) kasacıqdan nefrostomiya

E) Ləyənin qapalı tikilməsi
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
522) Pielolitotomiya və nefrolitotomiya zamanı əhəmiyyətli dərəcədə fornikal qanaxma olmuşdur. Bu halda nə yerinə yetirmək lazımdır?
A) Nefrostomiya

B) Kalikostomiya

C) Ləyənə və kasacıqlara hemostatik süngər yeritməli

D) Ləyəni bütöv tikmək

E) Nefrektomiya
Ədəbiyyat: Оперативная урология. Классика и новации: руководство для врачей. Л.Г.Манагадзе, Н.А.Лопаткин, О.Б.Лоран, Д.Ю.Пушкарь, С.П.Даренков, Н.Л.Турманидзе, Р.Гогенфеллнер. М.: Медицина, 2003.-740с.;ил.
523) Mərcanvari daşda pielolitotomiya, nefrotomiya və nefrostomiya planlaşdırılır. Böyrəklər yuxarı yerləşmişlər, 11-ci və 12-ci qabırğalar uzundu. Cərrahi kəsik aşağıdakılardan hansı hansı olmalıdır?
A) 10-ci qabırğaarasına keçməklə lumbotomiya

B) Fyodorov üzrə lumbotomiya

C) 9-cu qabırğaarasına keçməklə lumbotomiya

D) İzrael üzrə lumbotomiya

E) Naqamasi üzrə lumbotomiya
Ədəbiyyat: Урология-национальное руководство под ред. акад РАМН -Н.А. Лопаткина.
524) Böyrək ləyəninin 20x25 mm, eyni tərəfdən sidik axarının yukstavezikal hissəsinin 12x9mm daşında nə göstərişdir?
A) İzrael kəsiyi

B) Bütün üsullar eyni əhəmiyyətlidir

C) Fyodorov üzrə lumbotomiya və Piroqov kəsiyi

D) Transabdominal giriş

E) Pararektal kəsik
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
525) Sidik axarının orta üçdə birinin 12x9 mm ölçüdə, urodinamikanı pozan, urat daşında nə göstərişdir?
A) Kontakt ureterolitotripsiya

B) Litoliz

C) Sidik axarının elektrostimulyasiyası

D) Ureterolitoekstraksiya

E) Punksion nefrostomiya
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. и доп.- М., 2003.- 400 с.
526) Prostat vəzinin 40 qr adenomasında, sidikliyin 30*30 mm ölçülü daşında (oksalat) nə göstərişdir?
A) Sistolitotomiya, adenomektomiya və sistostomiya

B) Zərbə-dalğalı distansion litotripsiya

C) Litoliz

D) Transuretral sistolitotripsiya

E) Kontakt litotripsiya və prostatın transuretral rezeksiyası
Ədəbiyyat: Урология. /ред. С.Х. Аль-Шукри, В.Н. Ткачук/- М.: «Академия», 2005.-448с.
527) Sidik axarının yukstavezikal hissəsində 6*9 mm ölçüdə, urodinamikanı nisbi pozan rentgenpozitiv daş var. Ona ilk növbədə aşağıdakılardan hansının tətbiqi məqsədəuyğundur?
A) Ureterolitotomiya

B) Kontakt litotripsiya

C) Zərbə-dalğalı distansion litotripsiya

D) Ureterolitoekstraksiya

E) Konservativ müalicə
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
528) Sidik axarının orta üçdə birində 6*9 mm ölçüdə, urodinamikanı nisbi pozan daşı var. Ona nə göstərişdir?
A) Ureterolitotomiya

B) Ureterolitoekstraksiya

C) Ureterolitotomiya və ureterolitoekstraksiya eyni əhəmiyyətlidir

D) Konservativ müalicə

E) Kontakt litotripsiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
529) 30 yaşlı qadın xəstənin sidik axarının aşağı üçdə birində 5*9mm-lik, urodinamikanı pozan daşdır. Ona nə göstərişdir?
A) Ureterolitoekstraksiya

B) Ureterolitotomiya

C) Ureterolitoekstraksiya, kontakt lititripsiya

D) Lititripsiya

E) Konservativ müalijə
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
530) Pielolitotomiya əməliyyatından sonra dayanıqlı fosfaturiyada nə təyin etmək lazımdır?
A) Südlü pəhriz ,geniş spektrli antibiotiklər, uroseptiklər

B) Südlü pəhriz, uroseptiklər sitrat preparatları(maqurlit, blemaren və s.)

C) Geniş spektrli antibiotiklər, uroseptiklər,metionin,askorbin turşusu , zülalla zəngin qidalar(ət, balıq), piy, yağ,sidikqovucu bitki mənşəli vasitələr

D) Südlü pəhriz ,piy, yağ istifadə etmək, sidikqovucu bitki mənşəli vasitələr

E) Südlü pəhriz , hər gün 1 limon qəbul etmək, sidikqovucu bitki mənşəli vasitələr
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
531) Oksalat daşlarının xaric olmasından sonra davamlı oksalaturiyada hansı müalicə və pəhriz məsləhət görülməlidir?

A) A və B qrup vitaminlər, maqneziumla zəngin qidalar, maqnezium-oksid

B) Sitrat preparatları, B 6 və A vitaminləri, taxıl qırıntıları, diurezi 2 litrə qədər artırmaq

C) Göyərti,sitrus,paxla,kalsiumla(süd məhsulları, kartof), A və B qrup vitaminləri,maqneziumla,sitrat preparatları ilə zəngin qidalar,taxıl qırıntıları,diurezi 2 litrə qədər artırmaq

D) Sitruslarla, paxla ilə zəngin qidalar, kalsium ilə zəngin yeməklər(süd məhsulları, kartof)

E) Göyərtilərlə, sitruslarla, paxla ilə zəngin qidalar, sitrat preparatları, taxıl qırıntıları


Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
532) Kəskin uraturiyada müalicəyə nə əlavə edilməlidir?
A) Ətli pəhriz, diurez 2, 0-2, 5 l, sitrat preparatları

B) Bitkili pəhriz, diurez 1, 0 l-dən az, purin mübadiləsi blokatorları(allopurinol və s.)

C) Bitkili pəhriz, diurez 1,0-dən az,purin mübadiləsi blokatorları(allopurinol və s.)

D) Südlü pəhriz, bitkili pəhriz, diurez 2,0-2,5 l, sitrat preparatları, purin mübadiləsi blokatorları(allopurinol və s.)

E) Bitkili ,ətli pəhriz
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
533) Xəstədə böyrəklərin ikitərəfli mərcanvari rentgenkontrast daşıdır. Hiperparatireoza şübhə vardır. Diaqnostika planına nə daxil etmək lazımdır?
A) Qanda parathormonun və kalsitoninin təyini

B) Qan zərdabında və sutkalıq sidikdə kalsium və fosforun təyini

C) Qan zərdabında və sutkalıq sidikdə kalsium və fosforun təyini, qanda parathormonun və kalsitoninin təyini, parathormonla sınağı, skeletin skanirlənməsi

D) Parathormonla sınağı, skeletin skanirlənməsi

E) Qanda reninin, aldosteronun müayinəsini
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
534) Böyrəklərin urat daşlarında müayinə planına nə daxildir?
A) Kəllənin rentgenoqrafiyası

B) Qanda qələvi fosfatazanın təyini

C) Kəllənin rentgenoqrafiyası və qanda qələvi fosfatazanın təyini

D) Sidik turşusunun sutkalıq sidikdə təyini

E) Sidik turşusunun qanda və sutkalıq sidikdə təyini
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə