Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb



Yüklə 245,63 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix28.11.2016
ölçüsü245,63 Kb.
#346
1   2   3

Hansı tip öskürəklər 

hansı xəstəliklərin 

əlamətləridir?

Bununla  bağlı  Tədris  Terapevtik 

Klinikanın 

Qastroenteroloqu 

Vüqar 

Rəsulov  mədə-bağırsaq  xəstəliklərini 



yaradan  səbəblər  və  onlarla  mübarizə 

yolları barədə müsahibə verib.



- Mədə-bağırsaq problemlərini yaradan 

başlıca səbəblər nələrdir?

-  Müasir  dövrdə  ən  çox  rast  gəlinən 

problemlər əsasən həzmsizlik, köp, mədə 

yanması,  qıcqırma,  ağızda  xoşagəlməz 

dad  və  qoxunun  olmasıdır.  Başlıca 

səbəb  kimi  stress  faktorunu  göstərmək 

olar.  Bundan  başqa  qeyri-düzgün 

qidalanma,  Helicobacter  pillory  mədə-

bağırsaq  xəstəliklərinin  yaranmasına 

səbəb  olur.  Stresə  bağlı  olaraq  ən 

çox  rast  gəlinən  xəstəlik  funksional 

dispepsiya  və  qıcıqlanmış  bağırsaq 

sindromudur.  Aparılan  müayinələrdə 

həmin  xəstələrdə  orqanik  patologiyalar 

müşahidə olunur. Lakin zaman keçdikcə, 

finksional problemlər digər amillərin təsiri 

nəticəsində  orqanik  xəstəliklərə  çevrilə 

bilər.


- Sizcə stress, əsəb mədə-bağırsaq 

xəstəliklərinə necə təsir edir?

- Biz hər zaman həkim olaraq, bütün 

insanlara  sağlam  həyat  tərzi,  sağlam 

qidalanma  məsləhət  görürük.  Bu  da 

bir  çox  xəstəliklər  kimi  mədə-bağırsaq 

xəstəliklərinin  də  qarşısını  almaqda 

kömək  edəcək.  Müasir  zamanda  aktiv 

həyat  tərzi  şəhərdə  yaşayan  insanlara 

adətən  şamil  edilmir.  Çünki  onlar  daha 

çox oturaq həyat tərzi keçirir.

Əgər  biz  insan  vücudunu  bioloji 

mexanizm  kimi  nəzərə  alsaq,  istənilən 

mexanizmin istirahətə ehtiyacı var. Hətta 

ürək də istirahətsiz işləmir.

Sizə maraqlı bir fakt deyim ki, ürəkdə 

xərçəng  xəstəliyinə  nadir  hallarda  rast 

gəlinir. Və bunun əsas səbəbi onun daim 

istirahət edərək işləməsidir. Təbii ki, insan 

vücuduna  da  daim  istirahət  lazımdır. 

Böyüklər, xüsusilə uşaqların gecə yuxusu 

çox  önəmlidir.  Ümumiyyətlə,  gecə 

yuxusunda melatonin (gecə ifraz olunan 

qaranlıq hormonu – red) deyilən maddə 

ifraz  olunur  ki,  bu  uşaqlarda  inkişafı 

təmin edir, böyüməni tənzimləyir.

Bir  insan  normal  istirahət  etmirsə  və 

yuxusuz  qalırsa,  bu  psixoemosional 

və  fiziki  qıcığa  gətirib  çıxarır.  Bunun 

nəticəsində  orqanizm  istənilən  təsirə 

daha  həssas  olur.  Ona  görə  də  belə 

orqanizmdə  bakteriya  və  virus  inkişaf 

edir.


- Ağız boşluğunda xoşagəlməz qoxuların 

olması mədədə hansısa problemin olmasına 

işarədirmi?

-Ağız  boşluğunda  qoxuların  olması, 

həm  də  mədə-bağırsaq  problemlərinin 

olmasının göstəricisidir. Qida borusunun 

divarında kisəcik əmələ gətirən defektlər 

varsa,  bunun  nəticəsində  qidanın  bir 

hissəsi  orada  toplanır  və  çürümə  gedir. 

Nəticədə  ağız  boşluğunda  xoşagəlməz 

qoxular əmələ gəlir. Digər tərəfdən əgər 

mədə  boşalmasında  ləngimə  varsa, 

mədədə mikrob olarsa bu zaman mədə-

bağırsaq problemləri ortaya çıxır.

Bilmək vacibdir ki, bir insan axşam gec 

saatlarında yemək yeyirsə, mədədə həzm 

getmir  və  qıcqırma  baş  verir.  Bundan 

əlavə qaraciyər problemləri olanda da bu 

kimi xəstəliklər meydana gəlir.

- Daha çox hansı yaş qrupunda olan 

insanlar sizə müraciət edirlər?

-  Bu  gün  gənclərimiz  tez  hazırlanan 

“fast  food”  qidalarına  üstünlük  verir-

lər.  Ona  görə  də  qidalanma  sabit, 

balanslaşdırılmış  deyilsə,  karbohidrat 

üstünlüklüdürsə,  qan  dövranı  zəifdirsə, 

bu, mədə-bağırsaq xəstəliklərini yaradan 

başlıca faktorlardan biri sayılır.



- Bariatrik əməliyyatlar haqda nə deyə 

bilərsiniz…

- Bu əməliyyat son zamanlarda tətbiq 

edilməyə  başlanıb.  Biz  buna    mədənin 

anatomik quruluşuna müdaxilə deyirik və 

bu  onun  dəyişdirilmsi  prosesi  kimi  izah 

olunur. Çəki itkisi əsasən 2 mexanizmlə - 

birincisi mədənin həcminin kiçildilməsi ilə 

mexanik məhdudlaşdırma nəticədə erkən 

doymanı təmin etmək, ikincisi isə mədənin 

fundus  nahiyyəsində  Ghrelin  yəni  “aclıq 

hormonu” ifraz olunur, hansıki əməliyyat 

zamanı həmin hissə kəsilib çıxarıldığı üçün 

təbii olaraq iştah da azalmış olur və çəki 

itkisi baş verir. Nəticədə bu əməliyyatlar 

zamanı  çəki  itirilir,  orqanizmin  kütləsi 

azaldığı  üçün  mədəaltı  vəzə  düşən  yük 

azalır,  hətta  bəzən  yüngül  dərəcədə 

şəkər xəstəliklərini aradan qaldırmağa da 

gətirib çıxara bilir.

Günel ASLANOVA

Mədə-bağırsaq xəstəliklərini 

yaradan başlıca faktorlar

Amerika Kardioloji Assosiasiyasının beynəlxalq 

konfransında kardioloqlar insanları ürək xəstəliklərinə 

daha çox mübtəla edən peşələr haqqında danışıblar. 

AZƏRTAC 

“dni24.com” 

saytına istinadla 

xəbər verir ki, 

ürək xəstəlikləri 

nəticəsində 

xəstələrdə artıq 

çəki problemi 

yarana bilər. 

Mütəxəssislər 

5 mindən 

çox adamın 

müxtəlif tibbi 

göstəricilərinin xüsusi təhlilini aparıblar. Onların yaş həddi 

45-dən yuxarı olmayıb və əvvəllər ürək-damar sistemində 

problemlərdən şikayətlənməyiblər. Əldə edilmiş məlumata 

istinad edərək mütəxəssislər vahid rəylə bu nəticəyə gəliblər ki

ticarət sahəsində çalışan adamların orqanizmində xolesterinin 

səviyyəsi yüksəkdir. Rəyi soruşulanların 68 faizindən çoxu 

müxtəlif zərərli vərdişlərdən əziyyət çəkib.

Kardioloqlar hüquq-mühafizə orqanları və yanğınsöndürmə 

sistemində işin təhlükəli olduğunu açıqlayıb. Hətta yükvuran 

fəhlənin işi də, mütəxəssislərin fikrincə, təhlükəli peşədir.

Mütəxəssislər ürək üçün ən 

təhlükəli peşələri müəyyən edib

Mütəxəssis sözü

İ

lkin  yardımın  düzgün 



göstərilməməsi  ağır-

laşma və ölüm hallarının 

sayını artırır.

Tibb 


Universitetinin 

Tədris  Cərrahiyyə  Klini-

kasında  baş  həkim,  do-

sent  Asiman  Həsənovun 

rəh bərliyi  ilə  ilkin  yardım 

haqqında  maarifləndirmə 

və  təcrübələrin  artırılması, 

tibbi təcili yardım şöbəsinin 

fəaliyyətinin  geniş lən diril-

məsi  mövzusunda  tədbir 

keçirilib.  Baş  həkim  ilkin 

həyat dəstəyi, təcili yardım 

tədbirləri, 

reanimasyon 

tədbirlərin  aparılması,  sa-

vadlı tələbə və rezidentlərin, 

gənc  mütəxəssislərin  yetiş-

dirilməsi,  onların  təc rü-

bələrinin artırılması ilə bağ-

lı  nəzərdə  tutulan  gələcək 

planlar  haqqında  məlumat 

verib.


Qeyd  edilib  ki,  bu  gün 

üçün 


istehsalat, 

yol-


nəqliyyat,  məişət  travmaları 

nəticəsində ilkin tibbi yardı-

mın düzgün göstərilməməsi 

ilə bağlı kifayət qədər ölüm 

halları  baş  verir.  Bu  zaman 

baş  verən  qəzaların  qarşı-

sını  almaq  üçün  insanların 

maarifləndirilməsinin vacib-

liyi vurğulanıb.

Bununla 


bağlı 

Tibb 


Universitetində 5 illik planın 

nəzərdə tutulduğu bildirilib. 

Toplantıda çıxış edən həkim 

Hafiz  Həsənov  beynəlxalq 

standartlarda  təcili  yardım 

şöbəsinin quruluşu, fəaliyyət 

planı, protokollar, yanaşma-

lar haqqında məlumat verib.

Daha  sonra  təcili  yar-

dım  şöbəsinin  fəaliyyətinin 

genişlənidirilməsi  haqqın-

da mütəxəssislər tərəfindən 

fikirlər  səsləndirilib  və  hər 

kəs  tərəfindən  bu  addım-

lar  müsbət  qiymətləndirilib. 

Klinikanın  təcili  yardım 

şöbəsinin  dünya  standart-

larına  uyğun  hazırlandı-

ğı  vurğulanıb.  Bildirilib  ki, 

xəstəxananın 

girişində 

əməliyyatxana, reanimasiya, 

ayıltma palataları, ilkin tibbi 

yardımın göstərilməsi zalları 

və  diaqnostik  müayinələrin 

aparılması  üçün  hər  cür 

şərait yaradılıb.

ATU-nun mətbuat xidməti

Tədris Cərrahiyyə klinikasında “ilkin yardım 

haqqında maarifləndirmə” tədbiri keçirilib


http://www.amu.edu.az

15 mart    2016-cı il

D

emək  olar  ki,  istənilən 



yaşda  adamlar  tez-

tez  yarızarafat-yarıgerçək  yad-

daşlarının  zəifləməsindən  şika-

yət lənirlər. Bu zarafat olsa, dərd 

yarıdır, amma bəzən Altsgeymer 

xəstəliyi  və  ya  qocalıqla  bağ-

lı  ağıldankəmlilik  hallarına  da 

rast  gəlmək  olar.  Hər  iki  halda 

insan  sadəcə  unutqan  olmur, 

onun  əvvəlki  illərlə  bağlı  bütün 

xatirələri yaddaşından silinir.

Təsadüfi  deyil  ki,  bu 

məsələ  müasir  təbabəti  cid-

di  narahat  edir,  axı  hazırda 

65  yaşdan  yuxarı  insanla-

rın  5  faizi  ağıldankəmlikdən 

əziyyət  çəkir.  Yaşı  80-i  keç-

miş  adamlar  arasında  isə  bu 

göstərici daha yüksəkdir. La-

kin  araşdırmalar  göstərir  ki, 

unutqanlıq  heç  də  həmişə 

ağıldankəmliyin 

başlama-

sı  əlaməti  deyil.  Çox  vaxt 

buna  səbəb  yaddaşın  məşq 

etdirilməməsidir.  Aşağıda-

kı  tövsiyyələrə  əməl  etsəniz, 

“laxlamış”  yaddaşınızı  asan-

lıqla bərpa edə bilərsiniz.

Müntəzəm  olaraq  fizi-

ki  təlimlərlə  məşğul  olun. 

Tədqiqatlar nəticəsində sübut 

olunmuşdur  ki,  müntəzəm 

fiziki  məşğələlər,  hətta  qoca 

yaşda  da  beyin  toxumasının 

itkilərini xeyli azaldır.

Sağlam  qidalanma  qay-

dalarına  əməl  edin.  İlk 

növbədə  qidanın  tərkibində 

şəkər və heyvan mənşəli piylər 

azaldılmalı,  antioksidantlar-

la  zəngin  olan  qara  qarağat, 

ispanaq  və  çuğundur  kimi 

meyvə və tərəvəzlər üstünlük 

təşkil  etməlidir.  Tünd  yaşıl 

yarpaqlı  tərəvəzlər  maqnezi-

umla  zəngin  olur  və  yaddaşı 

bərpa etməyə kömək edir.

Yeni  bacarıq  və  vərdişlər 

mənimsəməyə  çalışın.  Daim 

əvvəllər  məşğul  olmadığınız 

təzə  bir  şey,  məsələn,  forte-

piano çalmaq və ya xarici dil 

öyrənin.  Bu  beynin  işini  sti-

mullaşdırır və sabitləşdirir.

Yuxunuza  fikir  verin. 

Alimlər  belə  hesab  edirlər 

ki,  uzunömürlü  insanların 

çoxu sutkada 6-9 saat yatır. 

Hədsiz  az  yatmaq  diqqətin 

cəmləşməsinə  ziyandır.  La-

kin  həddən  çox  yatmaq  da 

zərərlidir.

Yaddaşınızı  müntəzəm 

məşq  etdirin.  Oxuduğunuz 

kitabda  və  ya  şahid  oldu-

ğunuz  hadisədə  ən  mühim 

məqamları qeyd edin və on-

ları yadda saxlamağa çalışın. 

Insanlarla daha çox ünsiyyət 

qurmağa  çalışın.  Söhbətlər, 

xüsusən  də  müsbət  emosi-

ya  doğuran  söhbətlər  beyni 

lazımı  formada  saxlamağa 

kömək edir.

Vaxtınızı  və  işinizi  təşkil 

edin.  Hər  bir  mühüm  xırda 

şeyin  (açar,  eynək  və  s.)  ye-

rini tapın. Görmək istədiyiniz 

işlərin siyahısını tərtib edin.

 

Televizordan 



uzaq 

olun,  mütəxəssislər  belə 

hesab  edirlər  ki,  televizi-

ya  verlişlərinə  həddən  artıq 

aludə  olmaq  əsəb  sistemini 

zəiflədir.

Mühim məlumatları qısa-

ca qeyd edin. Bu, qısamüddətli 

yaddaşın  uzunmüddətli  yad-

daşa keçməsinə kömək edir.

“Başsındıran  məsələlər” 

həll  edin.  Krossvordlar,  kart 

oyunu  və  stolüstu  oyunlar 

yaddaşı yaxşılaşdırır.

I  müalicə-profilaktika  fakültə-

sinin  IV  kurs,  106

a

  qrup  tələbəsi 



Qurbanova  Zeynəb  Firqət  qızının 

adına  verilmiş  tələbə  bileti    itdiyi 

üçün etibarsız sayılır.

Axundova  Maya  Rövşən  qızına 

2009-cu ildə Azərbaycan Tibb Uni-

versiteti tərəfindən terapevt ixtisası 

üzrə  verilmiş  internatura  vəsiqəsi 

itdiyi üçün etibarsız sayılır.

Hacıkərimova Hənifə Şirin qızına 

1998-ci  ildə  Azərbaycan  Tibb  Uni-

versiteti  tərəfindən  pediatr  ixtisası 

üzrə  verilmiş  internatura  vəsiqəsi 

itdiyi üçün etibarsız sayılır.

İsmayılova  Flora  Qadir    qızına 

2008-          ci ildə Azərbaycan Tibb 

Universiteti  tərəfindən  funksional 

diaqnostika    ixtisası  üzrə  verilmiş 

internatura vəsiqəsi itdiyi üçün eti-

barsız sayılır.

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 298

 Kafedraların  dosentləri: 

 

- Nevrologiya və tibbi genetika kafedrası - 1 yer

- II daxili xəstəliklər kafedrası - 1 yer

- Məhkəmə təbabəti kafedrası - 1 yer (0,5 vahid)

- Qulaq, burun, boğaz xəstəlikləri kafedrası - 1 yer

- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer (0,25 vahid)



Kafedraların baş müəllimləri:  

 

- Xarici dillər kafedrası - 1 yer

- Patoloji anatomiya kafedrası - 1 yer

- HTF-nin Hərbi terapiya kafedrası - 1 yer

- İnsan anatomiyası kafedrası - 1 yer

Kafedranın müəllimi:    

 

- Xarici dillər kafedrası - 1 yer

 

Kafedraların assistentləri: 

 

- I mamalıq və ginekologiya kafedrası - 1 yer (0,75 vahid)

- I mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)

- I mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)

- I mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)

- III cərrahi xəstəliklər kafedrası  - 1 yer (0,5 vahid)

- III cərrahi xəstəliklər kafedrası  - 1 yer (0,5 vahid)

- Onkologiya kafedrası - 1 yer (0,5 vahid)

- I daxili xəstəliklər və reanimatologiya kafedrası - 1 yer

- MPF-nin uşaq xəstəlikləri kafedrası - 1 yer (0,75 vahid)

- Şüa diaqnostikası və terapiyası kafedrası - 1  yer

- Ailə təbabəti kafedrası - 1 yer (0,5 vahid)

- II uşaq xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)

- Neonatologiya kafedrası  - 1 yer (0,5 vahid)

- Neonatologiya kafedrası - 1 yer (0,25 vahid)

- Ortopedik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)

- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer (0,75 vahid)

- Qulaq, burun, boğaz xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)



ETM  kiçik elmi işçi:    

 

- ETM-nin Farmakologiya şöbəsi - 1 yer



Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma 

müddəti elan qəzetdə («Təbib» qəzeti, 15  mart 2016-cı il) dərc 

olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına 

yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir: 

Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23: Telefon: 597-10-08

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KA FED RA LAR  ÜZRƏ 

AŞA ĞI DA KI  YERLƏRİ  TUTMAQ 

ÜÇÜN 

MÜSA BİQƏ ELAN EDİR

Yaddaşı yaxşılaşdırmaq üçün məşqlər

İsveç və Britaniya alimləri 

müəyyən ediblər ki, öz 

sağlamlığına əmin adam-

lar uzunömürlü olurlar. 

AZƏRTAC “medvesti.com” 

saytına istinadla xəbər ve-

rir ki, alimlər 6 min ada-

mın iştirak etdiyi tədqiqat 

çərçivəsində bu qənaətə 

gəliblər.

İyirmi doqquz il ərzində 

könüllülərin  sağlamlıq  du-

rumu  öyrənilib.  Bunun  üçün 

ürək  fəaliyyətindən  tutmuş 

mücərrəd  təfəkkür  və  vizual 

yaddaşa  qədər  195  əlamət 

əsas  götürülüb.  Könüllərə 

bir  çox  əlamətləri  müstəqil 

müəyyən etmək təklif olunub.

Məlum  olub  ki,  xoş  ov-

qat  insanların  ömür  müd-

dətini  bir  qədər  artırır. 

Mütəxəssislər  hesab  edirlər 

ki,  xəstəliklərdən  şikayət 

etmək  mənasızdır.  Ağla-

yıb-sızlamaqdansa,  həkimə 

müraciət  etmək  və  ya  həyat 

tərzini dəyişmək lazımdır.

Leyden Universitetinin 

Tibb Mərkəzinin (Ni-

derland) mütəxəssisləri 

əmindirlər ki, yediyimiz 

ərzaq və dərimizin zahiri 

görünüşü arasında güclü 

əlaqə var.

Holland alimləri qanda 

sirkulyasiya  edən  şəkərin 

miqdarının 

insanın 

zahiri 


görünüşünə  neçə  təsir  etdiyini 

ilk  dəfə  araşdırıblar.  Nəticələr 

göstərib ki, insan nə qədər çox 

şəkər  yeyirsə,  bir  o  qədər  yaş-

lı  görünür.  Ekspertin  sözlərinə 

görə,  rasionda  karbohidratların 

çox  olması  nəticəsində  şəkər 

molekulları  dərinin  elastikliyinə 

cavabdeh  olan  hollagen  züla-

lı  molekulları  ilə  əlaqəyə  girir. 

Məhz  buna  görə  tədqiqatçılar 

konfet, südlü şokolad, şirniyyat, 

habelə ağ düyü və un məmulatını 

rasiondan  çıxarmağı  məsləhət 

görürlər,  çünki  bu  ərzaqlar 

dərinin  xarici  görünüşünə  və 

cavanlığına  mənfi  təsir  göstərə 

bilər.


Mütəxəssislər dərinin gözəl 

və cavan qalması üçün daha çox 

meyvə, tərəvəz, balıq və lazımlı 

vitamin, mikroelementlər və sel-

lülozla zəngin olan faydalı yağ-

lar yeməyi məsləhət görürlər.



Sağlam bədən uzunömürlülüyün 

rəhnidir

Şəkər dərinin vaxtsız qocalmasına 

səbəb ola bilər

Yüklə 245,63 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin