Poliomielit
Uşaqlarınızı peyvənd edin!
Sizin uşaqlarınız sağlam böyüməlidirlər!
Buklet Azərbaycan Respublikası Nazirlər Kabinetinin
26 noyabr 2010-cu il tarixli 225 nömrəli qərarı ilə təsdiq
edilmiş “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin
immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın icrası ilə
bağlı Səhiyyə Nazirliyinin Tədbirlər Planının 5.2-ci bəndinə
uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən
hazırlanmış və çap edilmişdir.
Bukletin hazırlanmasında Ümumdünya Səhiyyə Təşkilatının
məlumatlarından istifadə olunmuşdur. Bukletdə dərc olunan-
lar Səhiyyə Nazirliyinin baş pediatrı ilə razılaşdırılmışdır.
sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib
çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir.
İnfeksiya mənbəyi xəstə insan və sağlam
virus
daşıyıcısıdır.
Yoluxma
fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular
və s.) və ya hava-damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi ilə
baş verir.
Poliomielitə, adətən, 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də
yoluxa bilərlər.
Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər.
Azərbaycan Avropanın digər ölkələri ilə yanaşı 2002-ci ildən poliomielitdən
azad ərazi sayılır. Lakin bütün dünyada poliomielit virusu ləğv edilməyənə
qədər bu xəstəliyə yoluxma təhlükəsi qalır. Bu təhlükənin qarşısını almaq
məqsədilə uşaqlara diri oral poliomielit vaksini (OPV) ilə
peyvənd edilməlidir.
Peyvənd nəticəsində uşaqlarda poliomielitə qarşı immunitet (xəstəliyə
tutulmama qabiliyyəti) yaranır.
POLİOMİELİTİN
YEGANƏ PROFİLAKTİKA YOLU PEYVƏNDDİR!
A
zərbaycanda poliomielitə qarşı peyvənd bütün uşaqlara Səhiyyə Nazirliyinin
tibb müəssisələrində dövlət hesabına edilir.
Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur.
Xəstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır.
Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və
süst ifliclər
inkişaf edir. Bu
zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs
əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi üçün
xüsusi ləvazimatdan istifadə olunmadıqda, xəstəlik ölümlə nəticələnə bilər.
Poliomielitin diaqnozu
yalnız laborator müayinə nəticəsində qoyulur.
Poliomielit əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin
simptomlarının (hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrıları
və s.) yüngülləşdirilməsindən ibarətdir.
Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir.
Adekvat fizio-
terapiya olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur.
Əzələ aktivliyinin bərpası orqanizmin fərdi xüsusiyyət və imkanlarından da asılıdır.
Xəstəlik haqqında
əlavə məlumat
almaq üçün sahə həkiminə müraciət edə bilərsiniz.
Peyvənd zamanı poliomielitə qarşı vaksin məhlul şəklində pipetlə uşağın ağız
boşluğuna
damızdırılır.
Azərbaycanda poliomielitə qarşı peyvənd uşağın 4-7 günlüyündə, sonra isə
2, 3, 4 və 18 aylığında edilir. Beləliklə hər bir uşaq 2 yaşınadək MÜTLƏQ
həmin vaksinin 5 dozasını almalıdır. Peyvəndin yalnız
tam kursunu alan uşaq
poliomielitdən qorunmuş hesab olunur.
Diqqət!
Hindistan, Pakistan, Əfqanıstan və Nigeriyaya, həmçinin poliomielit
virusunun yayıldığı istənilən digər ölkəyə səyahət etməzdən əvvəl poliomielitə
qarşı peyvənd etdirmək tövsiyə olunur.
Xəstəliyə yoluxma riskləri haqqında daha ətraflı məlumatı, eləcə də kəskin po-
liomielit virusunun dünyada yayılması vəziyyəti haqqında
son məlumatları
Ümumdünya Səhiyyə Təşkilatının saytından aşağıdakı ünvanlarda əldə etmək olar:
http://www.euro.who.int/en/what-we-do/health-topics/communicable-diseases/poliomyelitis
http://www.polioeradication.org
Poliomielit