АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 52-65 (2016)
52
Azərbaycanda Yerli Üzüm Populyasiyalarının Polimorfizm Xüsusiyyətləri
V.S. Səlimov
1*
, M.R. Qurbanov
2
1
Aərbaycan Respublikası KTN Üzümçülük və Şərabçılıq ET İnstitutu, Mehdiabad qəsəbəsi, Abşeron AZ0118,
Azərbaycan; * E-mail:
vugar_salimov@yahoo.com
2
AMEA Mərkəzi Nəbatat bağı, Badamdar şossesi, 40, Bakı AZ1004, Azərbaycan;
Məqalədə 1998-2015-ci illərdə respublikanın müxtəlif üzümçülük bölgələrinə təşkil edilən elmi ekspe-
disiyalar və tədqiqatlar nəticəsində ilk dəfə olaraq aşkar olunmuş, o cümlədən Üzümçülük və Şərab-
çılıq ET İnstitutunun ampeloqrafik kolleksiya bağında əkilib-becərilən yerli üzüm sortlarının polimor-
fizm və dəyişkənlik xüsusiyyətlərinin nəticələrindən bəhs edilir. Tədqiqatlar zamanı aydınlaşdırılmış-
dır ki, respublikanın üzüm genofondu zəngin sortmüxtəlifliyi və polimorfizmi ilə seçilir. Yeni aşkar
olunmuş 45 yerli üzüm sortunun ilk dəfə olaraq morfoloji əlamətləri, bioloji və təsərrüfat-texnoloji xü-
susiyyətləri öyrənilmiş, təsnifat xüsusiyyətləri və coğrafi fonu dəqiqləşdirilmiş, beynəlxalq ampelodes-
kriptorlar (66 deskriptor) əsasında həmin sortların rəqəmsal təsvirləri həyata keçirilmiş, deskriptor
göstəricilərinin klasterləşdirilməsi əsasında onların irsi xüsusiyyətlərinin müxtəlifliyi qiymətləndiril-
mişdir. Klaster analizdən məlum olur ki, üzüm sortları aqrobioloji və təsərrüfat-texnoloji xüsusiy-
yətlərinə görə daha çox polimorfizmə malikdirlər. İlk dəfə olaraq Azərbaycanın 42 yerli üzüm sortu-
nun mikrosatellit (10 SSR marker:VrZag62; VrZag79; VVMD5; VVMD7; VVMD27; VVMD28;
VVMD21; VVMD24; VVMD25; VVS2) praymeri əsasında müxtəlif mənşəli (Qərbi Avropa, Moldova,
Qafqaz) üzüm sortları ilə müqayisəli malekulyar tədqiqi zamanı alınan göstəricilərin genetik məsafə,
genetik struktur, klaster analizi üsulları ilə müəyyən edilmişdir ki, yerli üzüm sortlarımız daha çox
genetik müxtəlifliyə malikdirlər və genetik mənşəcə ayrıca böyük bir qrupu (94%) təşkil edirlər.
Açar sözlər: Üzüm, populyasiya, variasiya, sort, klon, salxım, gilə, ampeloqrafiya, biomorfologiya
GİRİŞ
Azərbaycan üzüm bitkisinin yaranma və forma-
laşma mərkəzlərindən biri olub, qədim üzümçülük
və şərabçılıq diyarıdır. Üzüm (Vitis L.) Azərbaycan
florasının geniş yayılmış, zəngin formamüxtəlifliyə
malik olan bitkilərindən biridir. Azərbaycan xalqı
üzümçülük və şərabçılıqla bağlı qədim, zəngin əkin-
çilik və emal mədəniyyətinə malikdir. Xalqımız tari-
xən üzümçülük və şərabçılıqla kor-koranə deyil,
məqsədyönlü şəkildə məşğul olmuş və xalq seleksi-
yası yolu ilə Azərbaycan aqrobiomüxtəlif-liyinə yüz-
lərlə müxtəlif irsi xüsusiyyətlərə malik qiymətli abo-
rigen üzüm sortları bəxş etmiş, müxtəlif qida və sə-
naye məhsulları (mürəbbə, riçal, doşab, sirkə, abqo-
ra, sucuq, kişmiş, mövüc, turşaşirin, şirə, şərbət, şə-
rablar, spirt və s.) əldə etmək, xalq təsərrüfatının
müxtəlif sahələrini inkişaf etdirmək məqsədilə üzü-
mü geniş surətdə əkib-becərmişdir (Məmmədov, Sü-
leymanov, 1978; Pənahov, Səlimov, 2012; Amanov
et al., 2012).
Azərbaycanın üzüm genotipləri geniş polimor-
fizmi ilə səciyyələnir, onların populyasiyası müx-
təlif biotip, klon, forma, variasiyalardan formalaş-
maqla qiymətli təsərrüfat və seleksiya əhəmiyyətli
əlamətlərin irsi daşıyıcılarıdırlar. Ona görə də geno-
fondda mövcud olan hər bir üzüm genotipi aşkar
edilib toplanmalı, etibarlı mühafizə və səmərəli isti-
fadə olunaraq gələcək nəsillərə çatdırılmalı, onların
potensial imkanlarının maksimum reallaşdırılması
yolu ilə üzümçülük və şərabçılıq məhsullarına olan
tələbatın təmin edilməsinə və bu sahənin davamlı
inkişafına nail olunmalıdır.
Bioloji müxtəlifliyin önəmli tərkib hissəsi olan
bitki genetik ehtiyatları, o cümlədən üzüm genofon-
du, təkcə bu günün tələblərinin ödənilməsi üçün de-
yil, həmçinin bir sıra növ, sort və formalar gələcək-
də seleksiya, biotexnologiya və gen mühəndisliyi
baxımından mühüm əhəmiyyət kəsb edən əlamətlə-
rin donoru ola bilər (Səlimov, 2009; Əkpərov və b.,
2010).
Qeyd edək ki, üzümün genetik ehtiyatlarının
toplanması, davamlı istifadəsi, donor genotiplərin
müəyyənləşdirilərək məqsədyönlü seleksiya pro-q-
ramlarına cəlb edilməsi, biotik və abiotik amillərə
davamlı, yüksəkməhsuldar və yüksəkkeyfiyyətli yeni
sortların yaradılması, genofondun təsərrüfat və se-
leksiya əhəmiyyətli nümunələrlə zənginləşdirilməsi,
populyasiyaların mənşə, variasiya və polimorfizm
xüsusiyyətlərinin öyrənilməsi, müxtəlif səbəblərdən
(antropogen, ekoloji, genetik və s.) irsi xüsusiyyətləri
pisləşmiş qiymətli sortların klon seleksiyası ilə yax-
şılaşdırılması, hibrid populyasiyaların və hibrid nə-
sillərin irsiyyət və dəyişkənlik qanunauyğunluqları-
nın öyrənilməsi, əkin materialının tədarük xüsusiy-
yətlərinin tədqiqi və tingçiliyin təşkili, sort və for-
maların beynəlxalq Vitis katoloqunun və OİV-in tə-
ləblərinə uyğun ampelodeskriptor göstəricilərininin
Azərbaycanda Yerli Üzüm Populyasiyalarının
53
rəqəmsal tərtib edərək məlumat bazasının yaradıl-
ması, perspektiv sortların istehsalatda istifadəsi məq-
sədilə elmi və əməli təkliflərin hazırlanması və s.
üzümçülükdə mühüm məsələlərdir.
Lakin belə vacib məsələlərin həllinə indiyə ki-
mi kifayət qədər diqqət yetirilmədiyindən hal-hazır-
da onların ətraflı tədqiqinə zərurət yaranmışdır ki,
bu da müasir elmin qarşısında mühüm problem ki-
mi durmaqla xüsusi aktuallığa malikdir.
Bunu nəzərə alaraq 1998-2015-ci illər ərzində
Azərbaycanda üzüm bitkisi genofondunun toplanı-
lması, ampeloqrafik, molekulyar-genetik, fitosani-
tar və s. xüsusiyyətlərinin öyrənilməsi, müxtəlifliyi-
nin qiymətləndirilməsi, seleksiyada istifadəsinə dair
geniş elmi-tədqiqat işləri aparılmışdır (Səlimov,
2009, 2011;Салимов, 2011; Səlimov, Qurbanov,
2012; Amanov et al., 2012; Salimov et al., 2012,
2015; Pipia et al, 2012; Maghradze et al., 2015;
Maul et al., 2015; Lorenzis et al., 2015; Salimov et
al., 2015).
MATERİAL VƏ METODLAR
Tədqiqat işinin materialını AzRKTN-nin Üzüm-
çülük və Şərabçılıq ET İnstitutunun ampeloqrafik
kolleksiya bağında əkilib-becərilən, respublikamı-
zın müxtəlif bölgələrindən ekspedisiya yolu ilə yeni
aşkarlanmış 59 aborigen, 23 variasiya, 31 klon for-
malarından ibarət tənəklər təşkil etmişdir.
Yeni aşkar olunmuş üzüm sortları OİV-nin
(Beynəlxalq Üzüm və Şərab Təşkilatı) üzüm geno-
tiplərinin əlamət və xüsusiyyətlərinin öyrənilməsin-
də təklif etdiyi ampelodeskriptorlardan istifadə edi-
lərək tədqiq edilmiş və rəqəmsal təsvir edilmişdir
(Codes des caracteres descriptifs des varietes et
especes de Vitis., 2001, Трошин и др. 2013; Səli-
mov, 2014). Üzüm sortlarının müxtəlif ampelodes-
kriptor əlamətləri üzrə qruplaşdırılaraq hazırlanmış
dendroqramaları klaster PAST (Hammer O., Harper
D., Ryan P. Palaeontological Statistics software
package for education and data analysis // Palaeon-
tologia Electronica 4(1): 9 pp.) proqram təminatının
2007-ci il versiyasında Ward metodu ilə qurulmuş-
dur.
Populyasiyaların klon müxtəlifliyinin öyrənil-
məsində ənənəvi və müasir üsullardan istifadə edil-
mişdir (Трошин, Чипраков, 1981; Солдатов, 1984;
Трошин, 2001; Трошин, Звягин 2005; Səlimov,
2008; Васылык, 2008; Подваленко, 2009; Qurba-
nov, Səlimov, 2010; Борисенко и др., 2015)
Üzüm sortlarının populyasiyasındakı bitkilər
arasından klon müxtəlifliyinin seçilməsi məqsədilə
genotipik, yaxud variasiya dəyişkənliyinin tədqiqi
O.B.Masyukovaya (Масюкова, 1973) görə həyata
keçirilmişdir.
Yerli üzüm sorlarının genotipinin genetik müx-
təlifliyi 10 SSR markerlər praymeri (VrZag62;
VrZag79; VVMD5; VVMD7; VVMD27; VVMD28;
VVMD21; VVMD24; VVMD25; VVS2) əsasında
öyrənilmişdir (Laucou et al., 201; Emanuelli, 2013).
Müxtəlif rüşeym plazmalarının genetik müxtəlifliyi-
ni ardıcıl qiymətləndirmək məqsədilə müxtəlif allel-
lərin sayını (Na), allellərin effektiv sayını (Ne) və
hər rüşeym plazması üçün müşahidə olunan (Ho) və
gözlənilən (He) heteroziqotluğu müəyyən etmək
üçün SSR markerlərindən istifadə edilmişdir. Bu
işlər GenAlEx 6.5 proqram təminatı ilə yerinə yeti-
rilmişdir (Peakall, Smouse 2006).
Alınmış təcrübi materialların riyazi-statistik he-
sablanması və təcrübələrin dəqiqliyi qeyri parametrik
(x
2
-meyarı, Uilkokson-Manna-Uitni meyarı) və pa-
rametrik (Styudentin t-meyarı) üsullarla yoxlanılmış-
dır (Рокицкий, 1973; Гублер, Генкин, 1973).
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Genetik dəyişkənlik orqanizmlərin ətraf mühit
dəyişkənliklərinə uyğunlaşmasını təmin etməklə tə-
kamül üçün labüd zəmindir. Canlı orqanizmlərin
çoxşəkilliyində və ayrı-ayrı populyasiyaların xüsu-
siyyətlərində təzahür edən genetik polimorfizm uzun
sürən prosesin nəticəsidir (Quliyev, 1993; Salayeva
və b., 2010; Məmmədov, 2015).
Uzun sürən təkamül və mədəniləşdirlmə prose-
sində üzümün ayrı-ayrı orqanlarında (yarpq, çiçək,
salxım, gilə, toxum və s.) bir sıra morfoloji dəyiş-
kənliklər müşahidə edilir. Üzümdə fonotipik və ge-
notipik əlamətlərin dəyişkənlik xüsusiyyətlərindən,
onların irsi təbiətindən, morfoloji, bioloji və texno-
loji xüsusiyyətlərdə baş verən polimorfizmin həd-
dindən və s. amillərdən asılı olaraq populyasiyada-
xili müxtəlifliklər variasiya, biotip, morfotip, klon
şəklində büruzə verir. Ona görə də tədqiqat illərində
qarşıya qoyulan məqsədlərdən biri də yerli üzüm po-
pulyasiyalarının müxtəlifliyinin müxtəlif taksonomik
səviyyələrdə (variasiya, biotip, morfotip, sortmüxtə-
lifliyi, klon) araşdırılması və onların müxtəlifliyinin
öyrənilməsi olmuşdur.
Əksər aborigen üzüm sortlarının uzun illər be-
cərilməsi nəticəsində baş verən mutasiya dəyişkən-
likləri, onların populyasiyalarında çoxlu sayda sort-
daxili dəyişkənliklərin və variasiyaların meydana
çıxmasına səbəb olmuşdur.
Müəyyən bir mikroarealda bitən, irsiyyətcə ey-
ni (mənşəcə bir-birinə yaxın) genotipə malik olan,
fenotipik cəhətdən oxşar (olan morfoloji, bioloji və
təsərrüfat əlamətlərinə görə bir-birinə oxşar) orqa-
nizmlər qrupu biotip hesab edilir. Bir sıra müəlliflər
hesab edirlər ki, biotip morfoloji baxımdan oxşar
klonların cəmidir və buna görə də sortla klon ara-
sında aralıq taksonomik vahid kimi qəbul edilə
Səlimov və Qurbanov
54
bilər. Bir sorta daxil olan biotiplər əsasən bioloji və
texnoloji xüsusiyyətləri (vegetasiya müddətləri, da-
vamlılıq, boyatma, bar elemetləri, uvaloji göstərici-
ləri və s. xüsusiyyətləri), bəzən də morfoloji əla-
mətlərinə (salxımın ölçüsü, salxımda gilənin sayı,
gilənin ölçüsü, bir gilənin kütləsi və s.) görə fərqlə-
nirlər (Quliyev, 1993; Səlimov, 2011, 2014; Бо-
рисенко и др., 2015 )
Çoxillik tədqiqatlardan məlum olmuşdur ki,
Azərbaycanın üzüm genofondu çox zəngindir, onun
formamüxtəlifliyi çoxdur, əlamət və göstəriciləri
üzrə polimorfizmi yüksəkdir. Son araşdırmalara gö-
rə respublikamızda 550-ə yaxın üzüm sortu əkilib-
becərilib ki, onların da 370-ə qədərini yerli üzüm
sortları təşkil edir (Səlimov, 2009; Səlimov, Qur-
banov, 2011; Pənahov, Səlimov, 2012).
Tədqiqat illərində respublikamızın müxtəlif
üzümçülük bölgələrinə təşkil edilmiş elmi ekspe-
disiyalar və ampeloqrafik araşdırmalar nəticəsində
59 yerli ənənəvi sort aşkar olunaraq (onlardan 45-
nin ampeloqrafik xüsusiyyətləri ilk dəfə olaraq təs-
vir edilmişdir) kolleksiyaya daxil edilib, onların
biomorfoloji, təsərrüfat-texnoloji xüsusiyyətləri öy-
rənilərək 66 ampelodeskriptor əsasında ilk dəfə
olaraq rəqəmsal təsvir edilmişdir. Müəyyən edil-
mişdir ki, üzüm sortları morfoloji əlamətlərinə, bio-
loji və texnoloji xüsusiyyətlərinə görə bir-birindən
nəzərəçarpacaq dərəcədə seçilirlər. Ampelodeskrip-
torlar hər bir sortun fərdi xüsusiyyətlərini əks etdi-
rən əsas diaqnostik əlamətlərin rəqəmsal toplusun-
dan ibarət olmaqla, onların genofondun digər geno-
tipləri ilə fərqli və oxsar xüsusiyyətlərini əks etdirir.
Buna əsaslanaraq yeni aşkar olunmuş üzüm sortla-
rının cavan zoğ və yarpaqlarının morfoloji nişanə-
ləri üzrə 20, çiçək, salxım və gilənin morfoloji əla-
mətlərinin 20, toxumları üzrə 11, aqrobioloji və tə-
sərrüfat-texnoloji göstəriciləri üzrə 15 ampelodes-
kriptor əlamətinə (cəmi 66 əlamət) görə klaster den-
droqramması işlənib hazırlanmışdır (Şəkil 1-4).
Şəkil 1. Cavan zoğ və yarpaqlarının morfoloji
əlamətlərinin 20 ampelodeskriptor üzrə klaster
dendroqramması.
Şəkil 2. Çiçək, salxım, gilə və toxumlarının morfoloji
əlamətlərinin 20 ampelodeskriptor üzrə klaster
dendroqramması.
Şəkil 3. Toxumların morfoloji əlamətlərinin 11
ampelodeskriptor üzrə klaster dendroqramması.
Şəkil 4. Aqrobioloji və təsərrüfat-texnoloji əlamətlərin
15 ampelodeskriptor üzrə klaster dendroqramması.
Azərbaycanda Yerli Üzüm Populyasiyalarının
55
Cədvəl 1. Üzüm sortlarının populyasiyasındakı variasiyaların fərqləndikləri əsas əlamət və göstəricilər.
Populyasiyadaxilifenotipik
fərqlərin təzahür
edildiyiəsas əlamət və
göstəricilər
Sortlar və onların populyasiyasındakı variyasalar
Ağ şanı-6
variasiya
Çəhrayı
kişmiş-4
variasiya
Təbrizi-3
variasiya
Qara
şanı-2
variasiya
Mahmudu-2
variasiya
Novrast-2
variasiya
Ağadayı-2
variasiya
Ağ kişmiş-
2 variasiya
Yarpağın morfoloji
əlamətləri
++
-
+
-
-
-
-
-
Salxımın forması
+
++
-
+ +
++
+
+
++
Salxımın ölçüsü
+
+
+
+ +
+
+ +
+
++
Salxımın kütləsi
+
+
+
+
++
+ +
+
++
Salxımın sıxlığı
+
+
++
++
+
++
++
Gilələrin forması
+
++
+
-
-
+
++
-
Gilələrin ölçüsü
+
+
+
-
+
+ +
+
-
Gilənin rəngi
+
++
-
+
-
+
-
Salxımda gilənin sayı
+ +
++
+
+ +
++
+ +
+
++
100 gilənin kütləsi
+
+
+
-
+
+ +
+
+
Zoğun bar əmsalı
+
++
+
-
+
+
-
++
Vegetasiya müddəti
+ +
++
+
-
++
+
-
+
Qeyd:- - əlamət üzrə fərq yoxdur, + əlamət üzrə fərqlənir, + + - variasiyanı fərqləndirən ən vacib əlamət və göstəricilər
Üzüm sortları cavan zoğ və yarpaqların əla-
mətlərinə görə iki subklasterdə cəmləşmişdir ki, bi-
rinci subklasterdə cəmi 7 sort qruplaşmışdır. İkinci
subklasterdə üzüm sortlarının əksər hissəsi (38 sort)
cəmləşmişdir. Toxumların əlmətləri üzrə də üzüm
sortlarında anoloji nəticə alınmışdır. Çiçək, salxım
və gilələrin morfoloji əlamətləri üzrə 20 ampelo-
deskriptor əlamətin klaster dendroqrammasında iki
qrup əmələ gəlmişdir, ki onlardan birində 14 sort,
digərində isə 31 sort qruplaşmışdır.
Klaster analizdən məlum olur ki, üzüm sortları
aqrobioloji və təsərrüfat-texnoloji xüsusiyyətlərinə
görə daha çox polimorfizmə malikdirlər. Belə ki, 15
aqrobioloji və texnoloji göstəriciyə görə klaster
qruplaşdırılmasından aydın olur ki, üzüm sortları 2
böyük qrupda cəmləşirlər və bunlardan birinə 17,
digərinə isə 28 sort daxildir.
Araşdırmalar aparılarkən polimorfizm və va-
riasiya dəyişkənilklərinin öyrənilməsi zamanı po-
pulyasiyadaxili fenotipik fərqlərin daha çox- 12 əla-
mət (salxım və gilənin ölçü və formasında, salxım-
da gilənin miqdarı, salxımım və 100 gilənin kütləsi,
zoğun bar əmsalı, vegetasiya müddətinin uzunluğu
və gilənin yetişmə vaxtı, çiçəklərin tökülmə və sal-
xımda gilənin noxudlaşma dərəcəsi) üzrə müşahidə
edildiyi aşkar edilmiş və 8 populyasiya üzrə (Qara
şanı, Mahmudu, Novrast, Ağadayı və Ağ kişmiş
sortlarının hər birinin 2, Təbrizinin 3, Çəhrayı kiş-
miş sortunun 4, Ağ şanı sortunun 6 variasiysi
müəyyən edilmişdir) müsbət xüsusiyyətləri ilə se-
çilən 23 variasiya müəyyən olunmuşdur. Bu meyar-
ların fenotipik markerlər kimi istifadəsinin metodu
işlənmişdir. Qədim üzüm sortlarının populyasiya-
larındakı genotiplərin müxtəlifliyinin, başqa sözlə
variasiya və biotiplərin müəyyənləşdirilməsində bu
əlamət və xüsusiyətlərin əsas göstəricilər kimi isti-
fadəsi məqsədəuyğundur (Cədvəl 1).
Hal-hazırda da dünya üzümçülük elmində klon
seleksiyası öz aktuallığını saxlamaqdadır (Подва-
ленко, 2009). Hər bir sortun populyasiyasındakı
genotiplərdə müxtəlif əlamətlərdə müəyyən bir həd-
də az və ya çox dərəcədə aydın seçilən kənarlaşma-
lar (dəyişkənliklər) müşahidə edilir ki, bu cür ge-
notiplər protoklonlar-klonun valideyni adlandırılır.
Üzümçülükdə klon seleksiyasına 2 aspekdən yana-
şılmalıdır: genetik və fitosanitar aspektlər.
Genetik aspekt: Klon seleksiyası bir sort da-
xilində mövcud olan dəyişkənlik, variasiya çərçivə-
sində məhsuldarlıq, keyfiyyət və digər mühüm xü-
susiyyətlər üzrə yaxşılaşdırılmış biotiplərinin seçi-
lib çoxaldılmasına imkan verən bir effektiv sistem-
dir. Bu metodika klonlarda (sortların seçilmiş klon
namizədləri) dəyişkənlik səviyyəsinin dəqiq öyrə-
nilməsini və onların vegetativ nəsillərdəki fenotipik
səciyyəsini, təzahürünü nəzərdə tutur. Qiymətli bio-
tiplər seçildikdən sonra hər bir fərdin baza sortu
üçün xarakterik olan mühitdə “müqayisə və təsdiq”
(klon anaclığı) üzümlükləri yaradılır, 3 il müddətin-
də mütəxəssislərin nəzarəti altında tədqiq edilir. Bu
zaman meydana çıxan bir sıra morfoloji, fizioloji və
təsərrüfat meyarları genotipik və fenotipik variant-
ların aşkar edilməsinə imkan yaradır.
Fitosanitar aspekt: Artıq seleksiya öncəsi, yəni
biotiplərin ilkin seçilmə mərhələsində, fərdlər əsas
virus xəstəliklərinin aşkar edilməsi məqsədilə fito-
sanitar vizual yoxlamadan keçirilir. Sonradan, ge-
netik seleksiya ilə paralel olaraq, bəzi spesifik virus
xəstəliklərini tez aşkar etməyə imkan verən müva-
fiq diaqnostik analizlər (ELİSA testi) həyata keçiri-
lir. Daha sonra bunun üçün seçilmiş növ və sort-
ların zoğlarının oduncağı sınaqdan (testlərdən) ke-
çirilir. 3 il genetik və fitosanitar sınaqlar keçirilə-
rək, sortmüxtəlifliyi konteksində müsbət müxtəlif-
lik differesasiyasına malik və təhlükəli virus xəstə-
liklərinin simptomlarından azad biotiplər müəyyən
Səlimov və Qurbanov
56
edildikdən sonra klon-namizədlər təsdiq, yaxud se-
çilmiş olur və növbəti mərhələyə, onların çoxaldıl-
masına başlanılır.
Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, qə-
dim yerli üzüm sortlarının populyasiyaları sortdaxili
müxtəliflikləri ilə də səciyyələnirlər. Məlum olmuş-
dur ki, respublikada ənənəvi üzüm sortları müxtəlif
mənfi və müsbət xarakterli genotiplərin qarışığı şəki-
lində əkilib becərilirlər. Məlumdur ki, tarix boyunca
antropogen, ekoloji, genetik və s. amillərin təsirindən
bir sıra üzüm sort və formalarının bir sıra irsi xüsu-
siyyəti pisləşmiş, populyasiyalar müxtəlif irsi təbiətli
genotiplərin qarışığına çevrilmişdir. Odur ki, qədim
üzüm populyasiyalarının öyrənilərək, qiymətli geno-
tiplərin seçilməsi və üzüm sortlarının klon selek-
siyası ilə yaxşılaşdırılması aktuallıq kəsb edir.
Klon seleksiyasında protoklonların seçilməsi
müxtəlif fenotipik və genotipik əlamətlərə əsaslanır
və sabit irsi xüsusiyyətlərə malik, biotik və abiotik
amillərə davamlı, məhsuldar və keyfiyyətli genotip-
lərin seçilməsi məsuliyyətli işdir. Üzümdə əlamət-
lərin çoxluğu fonunda lazımı əlamətləri özündə da-
şıyan bitkilərin seçilməsi, məhsuldarlıq və keyfiy-
yətin formalaşmasına təsir edən kəmiyyət və key-
fiyyət əlamətlərinin müəyyən edilməsi, bu əlamət-
lərin inkişafında əsas və birbaşa rol oynayan kom-
ponenetlərin təyin edilməsi olduqca vacibdir.
Apardığımız klon seleksiya tədqiqatlatı əsasən
yüsəkməhsullu genotiplərin seçilməsi üsulu ilə ye-
rinə yetirilmişdir. Burada hədəf yüksək məhsuldar-
lığa yönəldiyindən keyfiyyəti və bitkilərin davam-
lılıq xüsusiyyətlərini diqqətdən kənarda saxlamaq
olmaz. Ona görə də seçmə zamanı bitkiləri kom-
pleks qiymətləndirməyə imkan verən, kəmiyyət və
keyfiyyət əlamətlərinin qarşılıqlı əlaqəsini ifadə
edən göstəricilərin müəyyən edilməsi və öyrənil-
məsi elmi və əməli baxımdan əhəmiyyətlidir.
Tədqiqatlarla müəyyən edilmişdir ki, zoğun
məhsuldarlıq indeksi (tənəyin zoğ yükü, kolun
məhsuldarlığı və gilənin şirəsindəki şəkərliliyin miq-
darının əsasında formalaşan) bir zoğda gilənin şə-
kərtoplamasının real miqdarını əks etdirən əmsal
göstərici olmaqla, məhsulun keyfiyyətini azaltmadan
yüksək məhsul verən genotiplərin seçilməsinə imkan
verir və populyasiyadakı genotipləri kəmiyyət və
keyfiyyət göstəriciləri üzrə kompleks qiymətləndir-
mək xeyli sayda yüksək məhsuldar klon-tənəkləri
(protoklonlar) etibarlı şəkildə seçmək mümkündür.
Tədqiqatlar zamanı qiymətli qədim sortların po-
pulyasiyasındakı bitkilərin təsərrüfat və seleksiya
əhəmiyyətli əlamətləri üzrə potensial imkanlarını
reallaşdıran, məhsuldarlığa və keyfiyyətə birbaşa tə-
sir edən əsas meyarlar müəyyənləşdirilmiş, onların
arasındakı korrelyasiya əlaqələrinin səviyyəsi aydın-
laşdırılmış, zoğun məhsuldarlıq indeksi, o cümlədən
protoklonların birinci vegetativ nəsillərində əlamət-
lərin irsiliyinin tədqiqi, müxtəlif torpaq-iqlim
şəraitində qiymətləndirilməsi və genotipik müxtəlif-
liyin müqayisəli riyazi-statistik təhlilləri əsasında 14
populyasiyadan ilk dəfə olaraq, bir-birindən məhsul-
darlığına, məhsulun keyfiyyətinə, immunoloji və s.
xüsusiyyətlərinə görə seçilən 31 yüksəkməhsuldar
protoklon seçilmişdir.
Yüksəkməhsuldar protoklonların seçilməsi za-
manı məhsulun keyfiyyətini qənaətbəxş səviyyədə,
yaxud tələblər səviyyəsində saxlamaq üçün zoğun
məhsuldarlıq əmsalı göstəricisinin təyin edilməsi
olduqca vacibdir. Zoğun məhsuldarlığı tənəkdə bir
zoğa düşən salxımdakı şəkərliliyin gerçək qiymətini
əks etdirir. Zoğun məhsuldarlıq indeksi tənəyin
gözcük yükü, məhsuldarlığı və şəkərliliyin miqdarı
əsasında formalaşır və klonların seçilməsində əsas
parametrlərdən biri sayılır (Səlimov, 2008, 2014;
Qurbanov, Səlimov, 2010, 2014; Салимов, Аса-
дуллаев 2015).
Tədqiqat zamanı müəyyən edilmişdir ki, zoğun
məhsuldarlıq indeksi orta hesabla 14 (Mahmudu) –
72,0 q x şəkər (2/6 protoklonu) arasında tərəddüd
edir. Bu göstərici nəzarət sortlarında seçilmiş proto-
klonlarından xeyli aşağı olmaqla, Ağ şanıda – 32,7 q
x şəkər; Qara şanıda 27,0 q x şəkər; Təbrizdə 21,1 q
x şəkər; Ağ oval kişmişdə 21,3 q x şəkər; Çəhrayı
tayfıda 33,5 q x şəkər; Hamburq muskatında 16,7 q x
şəkər; Novrastda 22,1 q x şəkər; Qırmızı səabidə
25,7 q x şəkər; Çəhrayı kişmişdə 24,2 q x şəkər; Ağ
kişmişdə 27,7 q x şəkər; Ala şanıda 19,6 q x şəkər;
Ağ Xəlilidə 25,9 q x şəkər; Mahmududa 14,0 q x
şəkər; Ağadayıda isə 16,3 q x şəkər təşkil etmişdir.
Seçilmiş protoklonlar isə zoğun məhsuldarlığına gö-
rə orta (salxımında 21-30 q x şəkər olan zoğ), yüksək
(salxımında 31-40 q x şəkər olan zoğ) və çox yüksək
(salxımında 40-50 q və daha çox şəkər olan zoğ)
məhsuldar kimi qiymətləndirilmişdir. Tədqiqat za-
manı müəyyən edilmişdir ki, 11/7; 2/6; 30/03; 3/28;
3/32; 2-26/16; 1-3/14; 1/12; 2/16; 2/30; 5/3; 5/8 pro-
toklonlarının zoğlarının məhsuldarlığı orta, 4/9; 2/1;
1/12; 1/4; 27/11; 30/03; 2-22/8; 3-22/14; 4-5/28;
4-18/17; 3-2/12; 1-5/16 protoklonlarının zoğlarının
məhsuldarlığı yüksək, 1/9; 2/6; 22/05; 20/03; 15/18;
24/06; 30/74; 3-12/16 protoklonlarının zoğlarının
məhsuldarlığı isə çox yüksəkdir.
Aydınlaşdırılmışdır ki, tədqiq edilən sort və
klonlarda şəkərlilik orta hesabla 16,8 (Mahmudu) –
22,4 q/100 sm
3
(1/9 protoklonu) arasında dəyişir və
protoklonlar nəzarət sortlara nisbətən aşağı miqdar-
da şəkərlilik toplayırlar (Ağ şanı sortunun 1/9; 2/6;
22/05 və Mahmudu sortunun protoklonları istisna
olmaqla).
Yüksəkməhsuldar protoklonların, o cümlədən
klonların seçilməsində və qiymətləndirilməsində ən
vacib kəmiyyət əlamətlərinin düzgün müəyyən edil-
məsi lazımdır. Üzüm sortlarının fərdi seçilməsində
məhsuldarlıq elementləri əsas meyar kimi tədqiq
edilir və klonların təyin edilməsində mühüm rol
Azərbaycanda Yerli Üzüm Populyasiyalarının
57
oynayır. Məlumdur ki, üzüm sortlarının potensial
və faktiki məhsuldarlığının formalaşmasında məh-
suldarlıq göstəricilərinin ayrı-ayrı elementlərinin
payı müxtəlifdir. Müxtəlif məhsuldarlıq, bəzi kə-
miyyət əlamətlərinin məhsuldarlığın və məhsulun
keyfiyyətinə təsir potensialının müəyyən edilməsi,
yüksəkməhsuldar klonların seçilməsində əsas feno-
tipik kəmiyyət əlamətlərinin aşkar olunması məq-
sədilə aralarındakı korrelyasiya əlaqələrinin səviy-
yəsi riyazi-statistik yolla müəyyən olunmuşdur.
Tədqiqat zamanı müəyyən edilmişdir ki, üzüm
sortlarının bir sıra kəmiyyət göstəriciləri, o cümlə-
dən məhsuldarlıq elementləri arasında müxtəlif sə-
viyyədə müsbət korrelyasiya əlaqələri mövcuddur.
Ümumiyyətlə, tənəyin göz yükü, zoğun bar əmsalı,
məhsuldarlıq əmsalı, salxımların sayı, salxımda gi-
lənin kütləsi, barlı zoğların miqdarı, salxımın orta
kütləsi ilə onun məhsuldarlığı arasında müsbət kor-
relyasiya əlaqəsi olsa da, orta dərəcədə etibarlı ası-
lılıq tənəyin gözcük yükü (r=0,34; p>0,05), tənək-
dəki salxımın sayı (r=0,54; p>0,05), 100 gilənin
kütləsi (r=0,44; p>0,05), salxımın orta kütləsi
(r=0,77; p>0,05) ilə olmuşdur. Tənəyin məhsuldar-
lığı ilə şəkərliliyi arasında əks korrelyasiya əlaqəsi-
nin mövcud olduğu aşkar edilmişdir. Deməli, tənə-
yin gözcük yükünün, tənəkdəki salxımların sayı,
100 gilənin kütləsi, salxımların orta kütləsi göstəri-
cilərinin yüksəkməhsuldar genotiplərin müəyyən
edilməsində kəmiyyət əlaməti kimi əsas meyar,
başqa sözlə fenotipik marker əlaməti kimi tədqiq
olunması məqsədəuyğundur. Klon seleksiyası üzüm
sortlarının populyasiyasındakı genotiplərin bu və ya
digər qiymətli əlamət və xüsusiyyətlərininin dəyiş-
kənlik dərəcəsinin səviyyəsinə və tipinə əsaslanır.
Genotiplər arasındakı dəyişkənliyin mutasiya və
ya modifikasiya xarakterli olmasından asılı olma-
yaraq ayrı-ayrı əlamətlər üzrə klon seleksiyası üçün
perspektiv sortların müəyyən edilməsi məqsədilə po-
pulyasiyanın ilkin qiymətləndirilməsi həyata keçiril-
miş və müvafiq üsullarla sortların məhsuldarlığa gö-
rə fenotipik müxtəlifliyin səviyyəsi müəyyən edil-
mişdir. Belə ki, tədqiq edilən Qara şanı, Təbrizi və
Ağadayı sortlarının timsalında öyrənilən sortların po-
pulyasiyasındakı bitkilərin məhsuldarlığa görə geno-
tipik müxtəlifliyin və populyasiyadakı bitkilərə klon
dəyişkənliyinin təsirgücünü müəyyən etmək üçün ri-
yazi-statistik təhlillər həyata keçirilmişdir (cədvəl 2).
Tədqiqat zamanı müəyyən edilmişdir ki, Ağa-
dayı sortunun populyasiyasındakı tənəklərin məhsul-
darlığı ildən və bitkinin bioloji xüsusiy-yətlərindən
asılı olaraq nəzərəçarpacaq dərəcədə müxtəlifdir.
Belə ki, bu sortun populyasiyasındakı tənəklərin
məhsuldarlığı geniş diapozonda 0,8-11,5kq arasında
dəyişir. Riyazi-statistik təhlillər zamanıaydınlaşdırıl-
mışdır ki, Ağadayı sortunun populyasiyasında klon
dəyişkənliyi ilə şərtlənən tənəklərin məhsuldarlığının
variasiyası etibarlıdır. Müəyyən edilmişdir ki, tənə-
yin məhsuldarlığının formalaşmasına təsir edən
ümumi amillərin arasında klon dəyişkənliyinin payı
38,0% təşkil edir.
Tədqiqatlardan aydınlaşdırılmışdır ki, Qara şa-
nı sortunun popuyasiyasındakı tənəklərin məhsul-
darlığına görə dəyişkənliyin variasiyası nəzərəçar
pacaq dərəcədə yüksəkdir. Tədqiq edilən populyasi-
yadakı bitkilərdə müşahidə edilən klon dəyişkənli-
yinin təsir səviyyəsi, digər amillərin təsir gücündən
əhəmiyyətli dərəcədə yüksək olmaqla 85% təşkil
edir. Bu amil isə Qara şanı sortunun populyasiya-
sında klon seleksiyası işinin səmərəli aparılmasına
geniş imkanlar açmışdır.
Dostları ilə paylaş: |