Valeybolun inkşaf tarixi



Yüklə 23,07 Kb.
səhifə1/9
tarix02.01.2022
ölçüsü23,07 Kb.
#42084
  1   2   3   4   5   6   7   8   9
voleybol tarixi (1)


Valeybolun inkşaf tarixi

Voleybol oyunu 1895-ci ildə ABŞ-da bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb. Uilyam Morqan bu oyunu "Mintonette" adlandırmışdı. İlk voleybol oyunu isə 7 iyul, 1895-cİ ildə təşkil olunub. YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam Mintonette oyununu gənclərin idmanla məşğul olması üçün irəlilətmiş, basketbol, beyzbol, tennis və həndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirmişdir. Morqan toru tennisdən nümunə götürmüş və onun uzunluğunu hardasa 183 sm-ə qədər yüksəltmişdir ki, bu da orta insan boyunun bir qədər üzərində idi. Belə ki, o, tennis meydançasından istifadə edərək iş adamlarının hərəsini torun bir tərəfinə keçirmişdir. Basketbol topunun kamerindən düzəltdiyi elastik topla isə zərbə vurmaqlarını və rəqib tərəfə göndərmələrini istəmişdir. Bununla da o, çox da yorucu olmayan, əyləncə məqsədli, zədələnmələrə yol açmayan rəqabət hisli bir oyunun əsasını qoydu.

1906-cı ildə Sprinqfild kollecində Y.M.C.A konqresi bir araya gələrək Dr. Mintonette adını "volleyball" olaraq dəyişdirmişdir. Çünki, oyunda əsas məqsəd topu önə və geriyə gətirmək idi ki, bu da ingilis dilində "volley" demək idi. Bir oyun kimi voleybol ilk öncə Amerika Birləşmiş Ştatlarında iş adamları tərəfindən oynanılan meydançada görülmüşdür. 1900-cü ildə Kanada bu idman növünü mənimsəyən ilk ölkə olmuşdur. Beynəlxalq şirkət olan Y.M.C.A isə voleybolu bütün dünyaya yaymaq da rəhbərlik rolunu oynamışdır. İlk beynəlxalq turnir isə 1913-cü ildə Asiya qitəsində keçirilmişdir. Turnirə Çin, Yaponiya və Filippin qatılmışdır. Turnirdə setlərdəki xal sayı 21 olmuşdur.

Birinci dünya müharibəsi illərində Avropaya gedən amerikan əsgərləri voleybolu bu qitədə tanıtmağa başlamışlar. 1917-ci ildə Y.M.C.A nümayəndələri bu idmanı Fransada da yaymışlar. Eyni ildə Çexoslovakiyada oynanmağa başlanmışdır və setlərdəki xal sayı 21-dən 15-ə endirilmişdir. 2,13 metr olan tor yüksəkliyi 2,43 metrə yüksəldilmişdir. 1918-ci ildə isə meydançadakı oyunçuların sayı 6 nəfər qəbul edilmişdir. 


Yüklə 23,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə