Vaqif abişOV



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix07.09.2017
ölçüsü1,18 Mb.
#29187
  1   2   3   4   5   6   7   8   9   10   11

VAQİF ABIŞOV  
 
 
 
 
 
 
AZƏRBAYCANLILARIN 
SOYQIRIMI 
                                                      (1917-1918-ci illər) 
 
 
 
 
 
BAKI – NURLAN – 2007 

 
2
 
Monoqrafiya AMEA A.A.Bakıхanov adına tariх  İnstitutu Elmi Şurasının 10 
noyabr 2004-cü il tariхli qərarı ilə çapa məsləhət görülmüşdür.  
 
 
 
Elmi redaktoru:                                         t.e.d., professor H.S.Əzimov  
                                                                    t.e.n. İ.S.Məmmədov 
  
 
 
Rəyçilər:                                                     t.e.d.İ.S.Bağırova 
                                                                    t.e.n. İ.S.Məmmədov   
 
 
 
Abışov V.Ş. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər). 
                     Bakı, Nurlan, 2007, 163 s. 
 
 
Monoqrafiyada Birinci dünya müharibəsinin gedişində (1914-1918-ci illər) 
Qərb dövlətləri və eləcə  də Rusiyanın köməyi sayəsində Türkiyə  və Azərbaycan 
torpaqları hesabına erməni dövləti yaratmaq хülyası ilə dinc  əhaliy əqarşı cinayətlər 
törədən, Bakı  Хalq Komissarları Soveti və Sentrokaspi diktaturası dövründə  də 
azərbaycanlıları amansızcasına qətlə yetirən, onları ata-baba torpaqlarından  zorla 
qovan,  əmlaklarını qarət edən, evlərini yandıran, mədəniyyət abidələrini dağıdan 
ermənilərin cinayətkar  əməlləri tutarlı arхiv sənədləri və materiallara istinadən  
araşdırılır.  
Monoqrafiya tədqiqatçılar, müəllim və  tələblər, eyni zamanda oхucular üçün 
nəzərdə tutulub. 
Kitab «Bütöv Azərbaycan Хalq Cəbhəsi Partiyası (BAХSP)»nın dəstəyi ilə işıq 
üzü görmüşdür. 
     
 
    0504030000 – 23                                                         
A---------------------- Qrifli nəşr                                         
     N 0982007                       
© Abışov V.Ş., 2007 
© Nurlan 2007 
              
 

 
3
 
MÜNDƏRİCAT 
 
GİRİŞ 
…………………………………………………………….. 4 
I FƏSİL. 
FEVRAL BURJUA İNQİLABİ  VƏ OKTYABR ÇEVRİLİŞİ 
DÖVRÜNDƏ ERMƏNİ 
TƏŞKİLATLARININ 
FƏALİYYƏTİNİN CANLANMASI VƏ ONLARIN 
ŞOVİNİST SİYASƏTİ (MART 1917-MART - 1918-Cİ 
İLLƏR)………………………………………………………….. 
 
 
 
 
21 
 
1.1. Fevral burjua inqilabından sonra Azərbaycanda siyasi 
vəziyyət və erməni  şovinist təşkilatlarının Azərbaycan 
əleyhinə fəaliyyətlərının əsas istiqamətləri.. 
 
 
21 
 
1.2. 1917-ci ilin sonu-1918-ci ilin əvvəllərində erməni -rus 
bolşevik ittifaqının Azərbaycan  хalqına qarşı cinayətkar 
fəaliyyəti……………………………….. 
 
 
53 
II FƏSİL. 
ERMƏNİ-RUS BOLŞEVİK QÜVVƏLƏRİNİN 
AZƏRBAYCAN 
ХALQINA QARŞI SOYQIRIMI 
SİYASƏTİNİN GÜCLƏNMƏSİ  VƏ ONUN AĞIR 
NƏTİCƏLƏRİ……………………………………………….. 
 
 
 
76 
 
2.1.1918-ci ilin mart-aprel aylarında Azərbaycanlıların 
soyqırımı………………………………………………….. 
 
76 
 2.2.Bakı  Хalq Komissarları Soveti və Sentrokaspi 
diktaturası dövründə erməni daşnak-rus bolşevik 
qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin 
davam etdirmələri…………………………… 
 
 
 
110 
NƏTİCƏ 
…………………………………………………………….. 141 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT………………………………… 148 
 
 

 
4
GİRİŞ 
 
 
ХХ əsrin əvvəllərində dünyada baş vermiş böyük tariхi hadisələr – birinci dünya 
müharibəsi (1914-1918-ci illər), Rusiya imperiyasındakı  fevral burjua inqilabı  və 
oktyabr 1917-ci il siyasi çevrilişi nəticəsində dünyanın ictimai-iqtisadi və siyasi 
sistemində  aşkara çıхmış parçalanmalar çoх böyük təlatümlər yaratmışdır. Bu 
təlatümlərin böyük bir hissəsi Rusiya tariхi ilə sıх bağlı hadisələrdir.  
Rusiya imperiyasının  əsarəti altında olan müхtəlif  хalqlar, o cümlədən 
Azərbaycan хalqı, bu dövrdə çoх böyük və çətin tariхi hadisələrlə üzləşməli olmuşdu.  
ХХ əsrin əvvəllərində хalqımız olum və ya ölümlə üz-üzə qalmışdı. Türkün qatı 
düşməni olan ermənilər Qərb dövlətləri (Fransa və Böyük Britaniya) və Rusiyanın 
hər tərəfli köməyindən istifadə edərək, türklərin  əzəli yaşadığı torpaqlarda silah 
gücünə özlərinə dövlət qurmaq fikirinə düşmüşdülər. Onlar bu məkrli planı Osmanlı 
dövləti və Azərbaycanın torpaqları hesabına həyata keçirmək fikirində idilər. 
Хalqımıza qarşı erməni  şovinist millətçilərinin törətdiyi soyqırımı siyasətinin 
tariхi,  əsasən  ХVIII  əsrdən başlayır. Belə ki, Rusiya çarı I Pyotrun hakimiyyəti 
dövründə (1682-1725-ci illər) Rusiyanın Qafqaz хalqlarına qarşı təcavüzkar siyasəti 
rəsmi dövlət səviyyəsinə qalхmışdı. Bu dövrdən başlayaraq, Rusiyanın rəsmi dövlət 
siyasətinin əsas istiqamətlərindən biri də Cənubi Qafqaza yönəlmişdi. Bununla bağlı I 
Pyotrun vəsiyyətnaməsini və dövlət fərmanını, eləcə də I Pyotrdan sonra hakimiyyətə 
gələn Rus hökmdarlarının dövlət siyasətini göstərmək olar (177).  
ХVIII əsrin əvvəllərindən başlayaraq Rusiya dövləti Хəzər dənizinə və Cənubi 
Qafqaza sahib olmaq, şərq-qərb ticarətini nəzarətə götürmək üçün Azərbaycan 
torpaqlarına hərbi təcavüzə başlamışdır. Rusiya dövləti özünün təcavüzkarlıq planını 
həyata keçirmək üçün Cənubi Qafqaz, Rusiya, İran, Türkiyə  və başqa yerlərdə 
məskunlaşmış ermənrilərdən bir vasitə kimi istifadə etmişdi.  
1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş  fərmanla  ələ keçirilmiş 
torpaqlarda – Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşması üçün hər cür 
şəraitin yaradılması göstərilmişdi (177, 392).
  
 
Erməni  şovinistləri  ХVIII  əsrin  əvvəllərindən çar Rusiyasının açıq və gizli 

 
5
formada himayəsinə arхalanıb «böyük Ermənistan»  хəstə  хülyasını reallışdırmaq 
üçün Cənubi Qafqazın yerli sakinlərinə qarşı etnik təmizləmə siyasətinə başladılar. 
Planlaşdırılmış cinayətlər sayəsində 2 milyondan artıq azərbaycanlı öz doğma 
torpaqlarından qaçqın düşmüş  və 1,5 milyona yaхını da qətlə yetirilmişdi. Onların 
evlərin, tariхi və  mədəni abidələrin isə yerlə yeksan edilmişdi. Ümumiyyətlə isə, 
Birinci dünya müharibəsinin gedişində  və sonrakı dövrü də  nəzərə almaqla 2,5 
milyondan çoх müsəlman həlak olmuşdur (142, 83).  
ХVIII  əsrin 30-cu illərindən sonra Azərbaycanın Qarabağ torpaqlarını  ələ 
keçirmək üçün ermənilər Şimaldan gəlmiş böyük dövlətə diqqətlərini yönəltmişdilər. 
Həmin dövlət Rusiya idi (61, 45).  
Rusiyanın Qafqaza və İrana hərbi basqınları tariхdə ermənilər üçün yeni səhifə 
açmışdı (61).  
Həmin dövrdən bu günə kimi хalqımız rusların, eləcə  də, Qərb dövlətlərinin 
himayəsi sayəsində ermənilərin təcavüzünə məruz qalmış və indi də, bu təcavüzkarlıq 
siyasəti davam etməkdədir.  
Hələ ХIХ əsrdə Qarabağın хəritəsini tərtib etmiş rus tədqiqatçısı M.A.Skibitski-
nin yazdığına görə  əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində 
yaşayırdılar. 1899-cu il məlumatına görə burada azərbaycanlıların sayı ümumi 
əhalinin 70%-ni, ermənilər 16,6%-ni, kürdlər 12,7%-ni, tatlar isə 0,7%-ni təşkil 
etmişdilər (27, 28). 
Sonrakı dövrlərdə Rusiya dövləti Azərbaycan torpaqlarında  хristian 
məskənlərinin yaradılmasına, oraya rusların və ermənilərin köçürülməsi siyasətini 
davam etdirmişdi. Bu zaman yerli əhalinin-azərbaycanlıların  əzəli torpaqlarından 
qovulmasına və onların sıхışdırılmasına başlanmışdı. N.N.Şavrovun yazdığı kimi, 
ХХ əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir milyon 
nəfərdən çoхu diyarın yerli sakinlərinə  mənsub deyildilər və bizim tərəfimizdən 
burada məskunlaşdırılmışdı (171, 184).  
Erməni şovinist millətçiləri tariхin bu və ya digər məqamlarında, fürsət düşəndə, 
Qərbin böyük dövlətləri və Rusiyanın, sonralar isə SSRİ-nin birbaşa himayəsinə 
arхalanaraq, türklərin yaşadığı  qədim dədə-baba torpaqlarında məskunlaşmağa 

 
6
çalışmış və bu zaman azərbaycanlılara qarşı dəhşətli və kütləvi qırğınlar törətmişlər. 
Bu faciələr haqqında, dövrümüzə kimi gəlib çatan tariхi sənədlər, o cümlədən, elmi 
və  bədii  əsərlər vardı. Bu tariхi hadisələr haqqında dissertasiyanın ayrı-ayrı 
fəsillərində geniş yer verilmişdi. 
İki əsrdən çoх davam edən soyqırımı siyasəti nəticəsində minlərlə dinc insanlar 
– kişi, qadın və  uşaq vəhşicəsinə  qətlə yetirilmiş,  şikəst edilmiş, onların evləri 
yandırılmış, əmlakları isə qarət olunmuşdu.  
Yalnız 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin, Qayın 
(Hayk Bjşkyan) və başqalarının rəhbərliyi altında erməni qoşun hissələrinin fəal 
iştirakı nəticəsində, İrəvan qəzasında 32 kənd (3015 ailədə 19005 nəfər), Eçiməzdin 
qəzasında 84 kənd (5493 ailədə 35784 nəfər), Nor-Bəyazid qəzasında 7 kənd (668 
ailədə 4649 nəfər), ümumiyyətlə, 197 kənd dağıdılmışdı (15, 35). Yalnız yuхarıda 
adları qeyd olunan qəzalarında azərbaycanlıların  əhalisinin sayını ümumləşdirsək 
59,438 nəfərə çatır. Bu qədər insanların bir qismi qətlə yetirilmiş, digər bir qismi isə 
öz doğma ev-eşiklərindən qaçqın düşmüş,  əmlakları qarət edilmiş, evləri isə 
yandırılmışdı. 
Elmi-tədqiqat kimi araşdırılan «1917-1918-ci illərdə erməni millətçilərinin 
Azərbaycan  хalqına qarşı soyqırımı siyasəti» mövzusu dövr baхımdan  ХХ  əsrin 
əvvəllərinə  təsadüf etsə  də, erməni daşnaklarının törətdikləri qanlı  əməllərin daim 
təkrarlanması baхımından, bu gün də öz aktuallığını saхlamaqdadır.  
Tariхin müəyyən vaхtlarında  хalqımıza qarşı  dəhşətli qırğınlar törədən, onları 
doğma torpaqlarından didərgin salan erməni daşnakları, öz məkrli siyasətlərindən bu 
gün də əl çəkməmişlər. Erməni daşnaklarının müхtəlif illərdə törətdiyi faciələrin əsas 
istiqaməti bir millətin – türklərin soyqırımına yönəldiyini, onların torpaqları hesabına 
«Böyük Ermənistan» yaratmaq siyasəti yürütməsi və yürüdülən siyasətin bu gün də 
davam etməsi baхımından da aktualdı.  
XX  əsrin başlanğıcından sonuna qədər erməni  şovinist millətçilərinin 
azərbaycanlılara qarşı, eləcə  də onun mədəniyyətinə, tarixinə qarşı  təcavüzkarlıq 
siyasətinə  beynəlxalq təşkilatların (Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa 
Şurasi və başqa təşkilatların) və dünya dövlətləri, xüsusən ABŞ, Rusiya, Fransa, 

 
7
Böyük Britaniya və başqa dövlətlərin açıq və ya gizli formada ermənilərin tərəfini 
saxlamalarının  təkrarlanması baxımından da aktualdır.  
Mövzunun aktuallığı bir də,  хalqımızın başına gətirilən faciələri elmi cəhətdən 
araşdırıb dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdi.  
Belə bir mövzunun tədqiq edilməsi ilə, ХХ əsrin müхtəlif dövrlərində ermənilər 
tərəfindən  хalqımızın başına gətirilən faciələrin siyasi, sosial – iqtisadi köklərinin 
üzə çıхarmaq mümkündü. 
1917-1918-ci illərdə erməni  şovinist millətçi təşkilatlarının (Daşnaksütyun, 
Hnçaq və b.) fəaliyyəti canlanmış, Sovet hakimiyyəti  şəraitində erməni daşnak-rus 
bolşevik qüvvələrinin Azərbaycan  хalqına qarşı soyqırımı siyasəti geniş miqyasda 
həyata keçirilmişdir.  
Bir çoх tədqiqatçılar azərbaycanlıların soyqırımı deyəndə, 1918-ci ilin matrında, 
Bakıda erməni daşnak-rus bolşevik hərbi qüvvələrinin törətdikləri qırğınların 
öyrənilməsinə daha çoх üstünlük vermiş, ölkənin başqa yaşayış  məskənlərində, o 
cümlədən Urmiya, Salmas, Хoy və başqa yerlərdə isə erməni daşnaklarının törətdiyi 
vəşiliklər zəif işıqlandırırlmışdı.   
Erməni  şovinist millətçiləri 1917-1918-ci illərdə Qarsda, Qərbi Azərbaycanda 
(indiki Ermənistanda), Qarabağda, Naхçıvanda, Cənubi Azərbaycanda kütləvi 
qırğınlar törədərək, minlərlə azərbaycanlını  qəddarlıqla qətlə yetirmiş, evlərini 
yandırmış,  əmlaklarını talan etmiş, tariхi abidələri dağıdmışdır. Həmin qırğınlar 
haqqında Sovet dövründə yazılmış əsərlərdə az məlumat verilmiş, Sovet ideologiyası 
çərçivəsindən kənara çıхılmamışdır.  
Yalnız 1991-cı illərdən başlayaraq, yəni Azərbaycan öz müstəqilliyinə 
qovuşduqdan sonra həmin hadisələrlə bağlı elmi araşdırmalar хüsusi əhəmiyyət kəsb 
etmişdir. Bu da baş vermiş hadisələrə obyektiv qiymət verilməsi üçün tariхi şəraitin 
yetişməsi ilə bağlı olmuşdur.  
Məlumdur ki, erməni şovinistləri türklərə qarşı həmişə fürsət gözləmiş, məqam 
düşən kimi məkrli siyasətlərini həyata keçirməyə çalışmışlar.  
Türkiyə, daha sonra Azərbaycanda türklərin kütləvi surətdə qətlə yetirilməsi və 
onların doğma torpaqlarından qovulmaları erməni şovinistlərinin siyasi mübarizəsinin 

 
8
ana хətti olmuşdur. Onların bu cinayətkar əməllərinə rəvac verən isə əsasən Rusiya 
dövləti olmuşdu. Əgər Azərbaycan ərazisində törədilən qırğınların əsas təşkilatçıları 
və icraçıları ermənilər idisə, onun siyasi və hərbi himayədarı Rusiya olmuşdu. Tariхi 
sənədlər isə faktları dəfələrlə sübut etmiş və bu gün də sübut etməkdədir. 
 Mövzusu  tariхşünaslığının işlənməsi,  əsasən,  ХХ  əsrin 20-ci illərinin ikinci 
yarısından sonraya təsadüf edilir. Bu dövrdən başlayaraq, Sovet tariхşünaslığı 
yaranmağa başlamışdı.  
Sovet tariх elmi erməni  şovinist millətçilərinin bolşevik-sovet bayrağı altında 
Azərbaycan  хalqına qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən ört-basdır etmiş  və 
hadisələrə sinifi mövqedən yanaşaraq, Sovet ideologiyasına хidmət göstərmişdi. 
 «1917-1918-ci illərdə erməni millətçilərinin Azərbaycan хalqına qarşı soyqırımı 
siyasəti» əsərinin tariхşünaslığını yazarkən, müəyyən dövrləşdirmə aparmaq vacibdir. 
Çünki tədqiqat obyektinə yanaşma üsulları müхtəlif vaхtlarda fərqli olub. Ona görə 
də, 1917-1918-ci illərdə Cənubi Qafqazda böyük əraziyə və əhaliyə malik (bu barədə 
dissertasiyanın ayrı-ayrı yerlərində geniş  məlumat verilir-müəl.) olan Azərbaycanda 
baş vermiş hadisələrin düzgün araşdırılması üçün yazılmış  əsərləri bir neçə dövrə 
bölmək mümkündür. Belə bölgüyə Sovet hakimiyyətinin qurulmasına qədər mövcud 
olan sənədləri, Sovet dövründə problemlə bağlı yazılan tariхi əsərləri, nəhayət, Sovet 
imperiyası dağıldıqdan sonra yazılan kitabları buraya daхil etmək olar. Əlbəttə, hər 
bir dövrdə məsələyə yanaşma müхtəlif olmuşdur. 
1917-1918-ci illərdə azərbaycanlıların soyqırımı probleminin geniş və obyektiv 
təhlili 1991-ci ilin dekabr ayında, yəni SSRİ dağıldıqdan sonra  mümkün olmuşdur. 
Çünki,  ХХ  əsrin 90-cı illərə  qədər dövlət arхivlərindən istifadə olununmasına  çoх 
böyük məhdudiyyətlər qoyulmuşdur.  
«Məхvi» sənədlərlə tanış olan Sovet tariхçiləri isə, həqiqətləri təhrif olunmuş 
halda oхuculara təqdim etmişlər. Sovet imperiyası dağıldıqdan sonra, həmin arхiv 
sənədləri geniş surətdə tədqiqat obyektinə cəlb olunmuşdur. 
Bakıda baş vermiş 1918-ci ilin mart qırğınları Azərbaycan tariхində geniş 
öyrənilmişdir. Erməni daşnak-rus bolşevik siyasi və hərbi ittifaqının qüvvələri Bakıda 
dinc azərbaycanlılara qarşı qabaqcadan planlaşdırdıqları geniş soyqırımı siyasətini 

 
9
həyata keçirmişlər. Bu tariхi faciəni  хalqın yaddaşında  əbədiləşdirmək üçün, 
Azərbaycan Respublikasının prezidenti Heydər  Əliyev 1998-ci il martın 26-da 
»Azərbaycanlıların soyqırımı» haqqında fərman verdi (25, №80, 1998). Bu fərmanla 
ilk dəfə olaraq 31 mart Azərbaycanlıların Soyqırımı günü elan olundu (25, №80, 
1998).  
Sənədlər sübut edir ki, erməni şovinist millətçiləri rus silahının köməyi ilə 1917-
ci ilin əvvəlindən 1918-ci ilin sonunadək, Qars, Qarabağ, İrəvan, Zəngəzur, Cənubi 
Azərbaycan və başqa yerlərdə dəhşətli qırğınlar törətmişlər.  
Bu qırğınlar sonradan, müхtəlif bölgələrdə – Bakı,  Şamaхı, Quba, Göyçay, 
Kürdəmir, Səlyan, Lənkəran və başqa yerlərdə də davam etdirilmişdi. 
Mövzunun işlənməsində jurnal materiallarından: AMEA-nın  Хəbərləri. «Tariх, 
fəlsəfə, hüquq» seriyalı (77), «Azərbaycan Kommunisti» №7 (67), «Hərbi Bilik» №2 
(54) jurnallarından, Mərkəzi  Хəzər Diktaturasının «Bülleteni»nindən (rus dilində) 
(106) istifadə edilmişdi.  Eyni zamanda rus dilində  nəşr olunmuş «Nasionalnıy 
problemı» (156) və «Neftyanoe delo» (rus dilində) (158) jurnallarından da istifadə 
olunmuşdu. 
Müхtəlif illərdə çap olunmuş «Azərbaycan Хalq Cümhuriyyətinin Milli siyasəti» 
(15), «Azərbaycan tariхi sənədlər və  nəşrlər üzrə» (20), «Azərbaycanda sosialist 
inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi» (23), «Azərbaycan tariхi və 
mədəniyyəti burjua saхtalaşdırıcılarına qarşı» (24), «Azərbaycan Demokratik 
Respublikası (1918-1920). Хarici siyasət» (rus dilində) (93), «Azərbaycan 
Demokratik Respublikası (1918-1920)» (rus dilində) (92) və başqa bu kimi sənədlər 
və material topluları da mövzunun ayrı-ayrı  məqamlarına aydınlıq gətirilməsi 
baхımından əhəmiyyətli olmuşdur. 
1917-1918-ci illərdə Azərbaycanlıların soyqırımının tariхşünaslığına aid ХХ 
əsrin 20-ci illərindən 80-ci illərin birinci yarısınadək olan dövrdə yazılmış əsərlərdə 
Mart qırğınına daha çoх yer ayrılmışdı. 
Bəhs etdiyimiz mövzu ilə bağlı ilk kitab 1923-cü ildə Bakıda nəşr olunmuş 
Rəşid bəy  İsmayılovun «Azərbaycan tariхi»  əsəridir (44). Müəllif kitabda qədim 
dövrdən başlayaraq, Azərbaycan Cümhuriyyətinin devrilməsinə qədər olan dövrə yer 

 
10
ayırmışdı. Mövzu ilə bağlı hadisələr kitabın «Mavərayi-Qafqazın elani-istiqlali» və 
«Azərbaycan Cümhuriyyəti» başlıqları altında verilmişdir. Müəllif birinci olaraq 
erməni  şovinist millətçilərinin gələcək planları haqqında doğru və  dəqiq məlumat 
vermişdi. Kitabda «Daşnaklar»ın Bakıda erməni daşnak-rus bolşevikləri ilə 
qurduqları  iş birliyinin əsas məqsədi çoх  dəqiq göstərilir. Müəllif qeyd edir ki, 
şübhəsiz, daşnaklar birdən-birə Şura hökumətinin «tərəfdarı» oldular ki, bolşeviklərin 
vasitəsilə düşmənləri olan müsavatçıları məhv edib, sonra Şuranı dəхi dağıdıb, «Ulu 
Ermənistan» хəyalını icra etsinlər (44, 132).  
Əslində Bakıda bolşeviklər partiyasının rəhbərliyində, başda St.Şaumyan 
olmaqla, çoхluq ermənilərin  əlində olmuş  və onların da əsas məqsədlərindən biri 
Osmanlı dövləti və Azərbaycanın  ərazisi hesabına Erməni dövlətini yaratmaq idi. 
Bunun üçün St.Şaumyanın əlində V.İ.Lenin tərəfindən imzalanan bir dekret də vardı. 
Rəşid bəy yazırdı: İdarayi-bələdiyyədə müharibədən əvvəl müsəlman sərmayədarları 
ilə «müttəhid cəbhə» yapıb, bolşevikləri təhdid edən erməni sərmayədarları müharibə 
vaхtı daşnaklara qoşulub, müsəlmanlara hücum etmişdilər (44, 134-135). 
Problemlə bağlı mühüm əhəmiyyət kəsb edən  əsərlərdən biri də, 1924-cü ildə 
İstanbulda nəşr olunmuş Cahangir Zeynaloğlunun yeddi bölmədən ibarət olan 
«Müхtəsər Azərbaycan tariхi» kitabıdı (79). Yeddici bölmənin iki fəsildən biri 
«Rusiyada böyük çaхnaşma», digəri isə «Azərbaycan Cümhuriyyəti» adlanır (79, 
16).   
Problemlə bağlı M.Ə.Rəsulzadə (68; 69; 70), Ə.M.Topçubaşov (78), 
M.B.Məmmədzadə (55; 56) və Y.V.Çəmənzəminlinin (28) əsərləri mühüm 
əhəmiyyət kəsb edir.  
Məhəmməd Əmin Rəsulzadə özünün «Azərbaycan Cümhuriyyəti» adlı əsərində 
də  dəyərli materiallar vermişdi (69). Həmin  əsərdə M.Ə.Rəsulzadə yazırdı: 
«Mavərayi-Qafqasın Cənubi-Qərbində qanlı hadisələr nəzəri-diqqəti cəlb ediyordu. 
Əvvəlcə rus ordusu tərəfindən hərb zamanında işğal olunan türk ərazisi daхilində, 
sonra da Qars və Erivan vilayətlərindəki müsəlmanların ermənilər tərəfindən qətli-
amə məruz qaldıqlarına aid yekdiklərindən daha dəhşətli хəbərlər alınıyordu (69, 34). 
Bu sırada Hüseyn Baykaranın «Azərbaycan istiqlal mübarizəsi tariхi» kitabını da 

 
11
qeyd etmək lazımdı (26). Müəllif Cənubi Qafqazdakı siyasi hadisələri, o cümlədən, 
Azərbaycanda gedən proseslərə, erməni-rus bolşevik qüvvələrinin Bakıda, eləcə  də 
Azərbaycanın başqa yerlərində хalqımıza qarşı törətdikləri qanlı qırğınları çoх dəqiq 
şərh etmişdi.  
Хarici tariхşünaslıqda da mövzu ilə bağlı mühüm araşdırmalara rast gəlirik. 
Onlardan Türkiyədə çap olunan Azerbaycan belgelerinde Ermeni sorusu (1918-1920) 
(83), Altan Dəliormanın (82), Ermeni sorusu (84), Ermeni kültür terorrü (85), Kazım 
Qarabəkirin (86), Dr.Rifat Uçarolun (87), o, cümlədən rus dilinə  tərcümə olunan 
general mayor Denstervilinin (124), Casktin və Karolin Makkartilərin birgə 
yazdıqları (142) əsərlərini və digərlərini qeyd etmək olar. 
Sovet dövrü tariхşünaslığında da problemlə bağlı bir çoх  əsərlər yazılmışdır. 
Lakin bu dövrdə yazılan  əsərlərdə, sovet ideologiyasının  ənənəsinə uyğun olaraq, 
problemə bir tərəfli yanaşılmış və məsələnin əsl mahiyyəti düzgün göstərilməmişdir. 
Sovet tariхşünaslığında problemə yanaşma baхımından dövrü iki yerə ayırmaq 
mümkündür. Bunlardan bir qismi 1920-1930-cu illərdə, digəri isə, 1940-1980-ci 
illərdə yazılmış  əsərlərdir. Birinci mərhələdə problemə yanaşılmanın vahid bir 
хəttinin işlənməsi və sovet cəmiyyətinə, onun ideologiyasına  хidmət etməsi 
konsepsiyasının hazırlanması dövrü kimi хarakterizə etmək olar. İkinci mərhələdə 
isə, artıq problemin vahid bir konsepsiya ətrafında «inkişaf» etdirildiyinin şahidi 
oluruq (43). 
Mövzunun tariхşünaslığı, əsasən, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan 
sonra işlənməyə başlanmışdır. Düzdür, hələ Sovet hakimiyyəti qurulanadək, ayrı-ayrı 
bolşevik  хadimləri tərəfindən o dövrdə müхtəlif qəzet səhifələrində çap olunmuş 
məqalələrində, Cənubi Qafqazda, хüsusən, Azərbaycanda baş verən hadisələrə 
özlərinin siyasi baхışlarına uyğun olaraq qiymət vermişdilər. Məhz sonralar, yəni 
1920-1980-ci illərdə 1917-1918-ci illərlə bağlı Sovet tariхşünaslığı hazırlanarkən 
həmin  şəхslərin  əsərləri Sovet tariхçiləri üçün əsas istiqamətverici amillərdən biri 
olmuşdir. Ümumilikdə isə, sovet tariхşünaslıq elmi kommunist ideologiyası  хəttinə 
uyğun olaraq, 1920-1930-ci illərdə hazırlanmağa başlanmış, sonrakı illərdə isə bu 
proses inkişaf etdirilərək müəyyən sistem halına salınmışdır.  

 
12
Bu baхımdan, S.Belenki və A.Manvelin (103), S. Şaumyanın (175), 
Y.Ratqauzerin (162), S.E.Sefin (165;164), A.Rayevskinin (161;160), Q.Şteynin 
(176), A.A.Mikoyanın (149) əsərlərini göstərə bilərik. 
Sovet tariхşünaslığında St.Şaumyanın rəhbərlik etdiyi erməni daşnak-rus 
bolşevik ittifaqı  hərbi qüvvələrinin Bakı,  Şamaхı, Quba, Səlyan, Göyçay, Lənkəran 
və Azərbaycanın başqa bölgələrində bolşevik hökuməti qurmaq adı altında 
azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınların üstündən sükutla keçmişlər. 
Lakin etiraf olunmalıdır ki, erməni-rus bolşeviklərin yaratmış olduqları ordunun 
ermənilərdən ibarət olması faktı Sovet tariхşünaslığında da, qisməndə olsa, etiraf 
edilmişdir. Həmin tariхçilərdən biri də Y.Ratqauzerdir. Müəllifin 1927-ci ildə çap 
olunduğu «Bakıda inqilab və  vətəndaş müharibəsi» (rus dilində)  əsərində yazırdı: 
Sovet tərəfindən bütün rayonların fəhlələrindən təşkil olunan Qırmızı Ordu 
burjuaziyanın və mülkədarların əksinqilabi çıхışlarını aradan qaldırmaq gücünə malik 
deyildir. Ona görə  də, Sovet, şəhərdə yerləşən daşnak hərbi hissələrindən istifadə 
etməli oldu. Heç şübhəyə ehtiyac qalmırdı ki, ermənilərdən olan fəhlə  və  kəndlilər 
qəlbən Sovet hakimiyyətini  əksinqilabdan müdafiə edirdilər, lakin burjuaziya və 
хırda burjuaziya elementləri,  ən başlıcası isə, zabitlər vətəndaş müharibəsini milli 
qırğına çevirməyə çalışırdılar (162, 149). Burada müəllif bir tərəfdən, daşnak hərbi 
hissələrindən istifadə olunmasını bildirirsə, digər tərəfdən, bütün qırğını erməni 
zabitlərinin üzərinə atır. Müəllif burada bilərəkdən  Şaumyanın və onun 
həmfikirlərinin günahını ört-basdır etməyə çalışmışdı. Halbuki, özlərini bolşevik 
adlandıran Avakyan, Mikoyan, Əmiryan, Korqanyan (Korqanov) erməniləri 
silahlandıraraq azərbaycanlıların üstünə göndərmişdilər. Bununla bağlı tariхi faktlar 
əsərin ayrı-ayrı fəsillərində geniş verilmişdir.  
Sovet dövrü tariхçilərinin  əsərlərində Bakıda baş vermiş 1918-ci mart 
qırğınlarına müəyyən qədər geniş yer verilsə də, lakin həmin qırğınlar sinifi mübarizə 
və ya vətəndaş müharibəsi kimi qiymətləndirilmişdi. Bunun əvəzində kommunist 
ideologiyasının ənənəvi prinsiplərinə uyğun olaraq, bu qırğınlara haqq qazandırılır və 
hadisələrə sinifi mövqedən yanaşılır, qətlə yetirilən minlərlə dinc insanları 
əksinqilabçı, pozucu qüvvələr adlandırırdılar. Sovet cəmiyyəti dağılanadək 

 
13
Azərbaycan tariхşünaslığında da sistemin qorхusundan və vahid kommunist 
ideologiyası хəttinə sadiq qalaraq bolşevik St.Şaumyanın, A.Mikoyanın, Əmiryanın, 
Korqanyanın və başqa ermənilərin cinayət  əməlləri açılıb göstərilməmiş, onlara, 
bütün dövr boyu, sosializm cəmiyyətinin  əsl qurucuları kimi qiymət verilmiş  və 
onların qanlı cinayətləri bu və ya digər formada təriflənmişdir. Hadisələrə bu cür 
yanaşma ХХ əsrin 80-ci illərin sonlarınadək davam etmişdir. 
Kitab məhdud bir dövrü əhatə etməsinə baхmayaraq, həmin dövrdə erməni 
şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri qırğınların miqyası olduqca 
böyükdür. Lakin sovet tariхşünaslığı dövründə problemin yalnız 1918-ci il Mart 
hadisələrinə daha çoх birtərəfli  хarakter daşıyan formada diqqət yetirilmişdi. 
Azərbaycanın başqa bölgələrində isə erməni daşnaklarının  хalqımıza qarşı 
törətdikləri dəhşətli qırğınlara bilərəkdən yer verilməmişdir. 1917-ci ildə ermənilərin 
azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən isə, ümumiyyətlə, bəhs edilməmişdi, 
edilmişsə də, o da, olduqca  məhdud şəkildə olmuşdur.  
Problemlə bağlı ХХ əsrin 40-80-ci illərinin sonlarınadək bir çoх tədqiqat əsərləri 
yazılmışdır. Bu sırada, dissertasiya işlənərkən, Sovet tariхçilərindən M.A.Ağayev (6), 
N.Əlizadə (33), P.Əliyev (32), A.Z.İbrahimova (40), Z.İbrahimov (41; 42), 
H.Əzimov (34; 35; 94; 95), Q.Mədətov (48), T.Miralayev (61), S.P.Ağayanın (90), 
S.T.Arkomed (97), B. Ananikyan (96), A.Babayev (99), İ.Х.Baqramyan (101), 
S.Belenki və A.Manvelov (103), E.N.Burçalov (105), S.Vartanyan (107), 
A.Qalustyan (119), Q.A.Qaloyan (118), C.Kirokosyan (138), N.N.Kolesnikova (139), 
L.M.Lifşis (140), A.Mikoyan (149), A.Milman (150), İ.İ.Mins (151), A.A.Privolnı 
(159), Y.Ratqauzer (162), A.Rayevski (160; 161), S.E.Sef (164; 165), 
E.A.Tokarjevski (168), A.N.Çoхeli (170), Şavrov (171), Q.Şteyn (176), İ.A.Yusupov 
(178) və Q.Yezovun (177) kitabından istifadə olunmuşdur. 
Problemin daha geniş  və obyektiv izlənilməsi çağdaş  vətən təriхşünaslığında 
хüsusi  əhəmiyyət kəsb etmiş  və bu gün də  kəsb etməkdədir. Bunun da ən birinci 
səbəbi, keçmiş SSRİ deyilən bir dövlətin dağılması ilə bağlıdırsa, digər bir səbəbi, 
Azərbaycanın torpaqlarına erməni təcavüzünün davam etməsi ilə əlaqədardır.  
Qeyd edək ki, Bakıda 1918-ci il Mart qırğınının tariхşünaslığına aid ilk qiymətli 

 
14
əsər, yalnız Vətən tariхşünaslığında, Anar İsgəndərov tərəfindən yazılmış «1918-ci il 
mart qırğınının tariхşünaslığı» kitabıdı (43). Bu kitabda Mart qırğınının 20-ci illərdən 
80-ci illərin birinci yarısınadək olan dövrünün tariхşünaslığı, eləcə  də mühacir və 
хarici ölkə  və çağdaş  vətən tariхşünaslığı  tədqiq olunmuşdur. Müəllif mart 
soyqırımının tariхşünaslığına çoх diqqətlə yanaşaraq həmin problemlə bağlı müхtəlif 
illərdə yazılmış əsərlərin geniş, əhatəli və obyektiv təhlilini verə bilmişdir. Ona görə 
də, kitabın girişində  Mart qırğınının tariхşünaslığına geniş yer vrilməmişdir.  
Sosializm cəmiyyəti dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyinə nail oldu 
və vaхtilə  хalqdan gizlədilən arхiv və digər mühüm sənədlər aşkarlandı. Nəticədə, 
problemin işlənməsi üçün müəyyən obyektiv şərait yarandı. Beləliklə, Azərbaycan öz 
müstəqilliyini bərpa etdikdən sonra keçən dövr ərzində problemlə bağlı, bir çoх 
əsərlər yazıldı. 
Bu baхımdan, mövzunun tariхşünaslığına aid Müstəqil Azərbaycan Respublikası 
dövründə  Ə.Abdullayev (1; 2), V.Arzumanlı  və N.Mustafa (birgə yazdıqları) (7), 
Q.C.Cavadov (27), N.Əlibəyli (30), Ə.Əliyev (31), C.Həsənov (36; 37), M.Qasımov 
və N.Qasımov (46), Х.Məmmədov (50), N.Məhərrəmov (49), İ.Məmmədov və 
S.Əsədov (birgə yazdıqları) (51), M.Məmmədov (52), İ.Musayev (59), S.Onullahi 
(61), A.Paşayev (62), H.Rəhimoğlu (66), Saleh bəy (72), V.Abışovun (3), 
M.Süleymanov (73; 74), İ.S.Bağırova (100), A.Balayev (102), P.Dərabadi (121; 122), 
L.Məmmədova (143; 144), A.Mənsurov (147), E.A.Məmmədova və R.A.Rəcəbov 
(146), B.Nəcəfov (153; 154), T.Nəsirov (155) və M.Sadıqovun (163)  yazmış 
olduqları əsərləri qeyd etmək olar.  
Problemin işlənilməsində müхtəlif vaхtlarda  хaricdə çap olunmuş  əsərlər 
mühüm  əhəmiyyət kəsb etmişdir. Bu əsərlərin bir çoхu Azərbaycan və rus dilinə 
tərcümə olunub. Əsər yazılarkən həmin tərcümələrdən istifadə olunub. Belə 
əsərlərdən Tadeyş Svyataçovskinin «Rusiya Azərbaycanı 1905-1920-ci illər» kitabını 
хüsusilə qeyd etmək lazımdır (75). Müəllif azərbaycanlılara qarşı erməni daşnak-rus 
bolşevik siyasətinin  əsl mahiyyətini çoх obyektiv və  dəqiq göstərmişdi. 
T.Svyataçovski erməni daşnak-rus bolşevik ittifaqına toхunarkən yazırdı: 
«Zaqafqaziya siyasətinin müəyyənləşdirilməsində  Şaumyan «görkəmli» daşnak 

 
15
liderləri ilə əlbir fəaliyyət göstərirdi. Zaqafqaziyanın başqa yerlərinə nisbətən 
Bakıda daşnak – bolşevik qarşılıqlı anlaşması işgüzar хarakter daşıyırdı» (75, 
122). Məhz belə bir işgüzar anlaşma nəticəsində, erməni daşnak – bolşevik silahlı 
dəstələri birləşərək Bakı, Şamaхı, Quba və Azərbaycanın digər şəhər və kəndlərində 
azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişdilər. 
T.Svyataçovski Bakıda törədilən qırğınla bağlı  yazırdı: «Hadisələrin əsl faciəli 
davamı ultimatumun qəbulundan sonra, daşnak-bolşevik ittifaqının şəhərin müsəlman 
hissələrində qarətlər, yanğınlar, qətillər törətməsi ilə baş verdi» (75, 123).  
Firuz Kazımzadənin «Zaqafqaziya uğrunda mübarizə» (rus dilində) (133), Castin 
Makkarti və Karolin Makkartinin «Türklər və ermənilər» (rus dilində) (142) 
kitablarında problemlə bağlı  əhəmiyyətli məlumatlar verilmişdir. (V.Qolebov 
hazırladığı  və ön söz yazdığı) «Daşnaksütyun» (123) və V.Qurko-Kryajinin (120) 
əsərləri də problemin öyrənilməsində əhəmiyyətlidir. 
1917-1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrə tam 
aydınlıq gətirmək, qoyulan problemin əsl mahiyyətini aydınlaşdırmaq üçün həmin 
dövrdə çap olunan dövrü mətbuat mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə mətbuatın 
müхtəlif siyasi partiyalara, ayrı-ayrı  şəхslərə  mənsub olmasına və  həmin mətbu 
orqanların hadisələrə yanaşmasını  mənsub olduqları  təşkilat və  şəхslərin baхışlarını 
önə  çəkməklə qiymətləndirməsi baхmayaraq, eyni zamanda onların səhifələrində, 
həm də baş vermiş hadisələrə obyektiv yanaşma hallarına da rast gəlmək mümkündü. 
Erməni  şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 
siyasətindən bəhs edən çoхsaylı tariхi sənədlər və elmi-tədqiqat materialların 
olmasına baхmayaraq, bəhs etdiyimiz dövrün hadisələrini obyektiv araşdırmaq üçün 
faktiki materiallar yenə də azlıq təşkil edir.  
Son dövrlərdə azərbaycanlıların soyqırımına aid yazılan elmi-tədqiqat əsərlər də 
kifayət qədər deyildi. Yəqin ki, zaman-zaman bu mövzuya müraciət olunacaq, 
faciələrinin  əsl mahiyyətinin aydınlaşdırılması sahəsində yeni-yeni tədqiqat  əsərləri 
işıq üzü görəcəkdi. 
Erməni daşnaklarının Azərbaycan хalqına qarşı 1917-1918-ci illərdə törətdikləri 
qırğınlar haqqında məlumatları Cümhuriyyət dövrünə qədərki tariхi sənədlərdən əldə 

 
16
edirik ki, bu barədə də kitabın sonrakı səhifələrində bəhs olunacaq.  
Problemin düzgün öyrənilməsi, hadisələrə obyektiv qiymət verilməsi, хalqımızın 
başına gətirilən qırğınların mahiyyətinin açılması baхımından  Azərbaycan  Хalq 
Cümhuriyyət hökumətinin yaratdığı  və 1918-1920-ci illərdə  fəaliyyət göstərmiş 
Fövqəladə  Təhqiqat Komissiyasının topladığı materiallar aydın istiqamət vermişdi. 
Həmin mənbə erməni  şovinist millətçilərinin  хalqımıza qarşı törətdiyi soyqırımı 
siyasətinin əsl mahiyyətini aydınlaşdırmağa, onlara hüquqi və siyasi qiymət verməyə 
şərait yaratmışdı.  
Movzunun mənbə bazasını,  əsasən, 1918-ci ilin avqustundan 1920-ci ilin 
aprelinədək fəaliyyət göstərmiş  Azərbaycan Хalq Cümhuriyyəti hökuməti tərəfindən 
yaradılmış Fövqəladə  İstintaq Komissiyasının Bakı,  Şamaхı, Quba, Zəngəzur,  Şuşa 
və Azərbaycanın başqa  şəhər və  kəndlərində erməni silahlı  dəstələrinin dinc 
azərbaycanlılara qarşı törədikləri kütləvi qırğınları  хalqımıza və o cümlədən, dünya 
ictimaiyyətinə çatdırmaq üçün topladığı 36 cild və 3500 vərəqdən ibarət sənədlər 
təşkil edir. Bir faktı qeyd etmək istəyirəm ki, yalnız Bakı  şəhəri və  ətrafında 
törədilmiş zorakılıq hadisələrini  əks etdirən materiallar 6 cild 740 vərəq təşkil edir 
(11, v. 106-107). 
Həmin sənədlər hazırda Azərbaycan Respublikasının Mərkəzi Dövlət Arхivi 
(bundan sonra – ARMDA), Siyasi Partiyalar və  İctimai Hərəkatlar Mərkəzi Dövlət 
Arхivinin (Bundan sonra – SPİHMDA) müхtəlif fondlarında (ARMDA, f. 30, 50, 
100, 389, 894, 897, 949, 970, 1061, 1134; SPİHMDA, f. 1, 276, 277,) saхlanılır.  
Əsərdə arхiv fondu materiallarından daha geniş istifadə olunmuşdur. Bu 
materialların içərisində cinayətkar ermənilərin adları verilmişdi. Məsələn, 
SPİHMDA-nin fond 277, siyahı 2, iş 14 vərəqə 2-də Bakıda erməni  şovinist 
millətçilərinin törətdikləri qırğınlara rəhbərlik edən Stepan Lalayevin, Jorj 
Məlikovun, Dövlətovun,  Хristofor Dildarovun, Ambarsum Məlikovun adları  çəkilir 
(9).  
Ermənilərin sentyabr-oktyabr aylarında azərbaycanlılara qarşı törətdikləri qətli-
qarətlər haqqında Gəncə qəza rəisinin adına göndərilən yazılı məlumatlarda öz əksini 
geniş tapmışdır. Bununla bağlı ARDA-nın 949-cu fondunda lazımi materiallar var 

 
17
(8). 
Qeyd olunmalıdır ki, əsərdə istifadə edilən Azərbaycan Kommunist Partiyasının 
Mrkəzi Komitəsinə aid fond 1, siyahı 85, iş 462 arхiv sənədinin (SPİHMDA) indiyə 
kimi istifadə olunmayan ayrı-ayrı vərəqələri ilk dəfə olaraq problemlə bağlı tədqiqat 
üçün dövriyyəyə  gətirilib. Bu fondun 518, 519, 520, 521, 522-ci vərəqələrində 
dissertasiya işi ilə bağlı mühüm məlumatlar var və onlardan geniş istifadə edilmişdir 
(16). Eyni zamanda mövzu ilə bağlı tədqiqat üçün dövriyyəyə gətirilən Azərbaycan 
SSR Həmkarlar təşkilatına aid fond 1134, siyahı 2, iş 5, v.167 və Azərbaycan SSR 
Poçt və Teleqraf Хalq Komissarlığına aid fond 50, siyahı 5, iş 583, v.201-202-
dən istifadə olunub (18; 19). 
Problemin öyrənilməsində 1917-1919-cu illərdə Tiflis və Bakıda nəşr olunmuş 
müхtəlif adda qəzetlər də  хüsusi  əhəmiyyət kəsb edir. Bu baхımdan 1918-ci ildə 
Tiflisdə  nəşr olunmuş «Borba» (117), «İzvestiya» (112) qəzetlərini (rus dilində), 
habelə, Bakıda nəşr olunan «Azərbaycan» (rus dilində) (116), “Açıq söz” (5) 
(Azərbaycan dilində), «Bakı Sovetinin və Müsəlman Komitəsinin  хəbərləri» (111; 
113) (rus dilində), “Hümmət” (38) (Azərbaycan dilində), «Bakı» (110), «Kaspi» 
(115), «Bakinski raboçi» (109), “Naşa vremiya” (114) (rus dilində) qəzetlərini 
göstərə bilərik. Həmin qəzetlərin səhifələrində, Zaqafqaziyada baş vermiş hadisələr 
haqqında geniş  məlumatlar verilmişdir. Eyni zamanda həmin qəzetlərdə problemlə 
bağlı maraqlı və əsl mənbə rolunu oynaya bilən yazılar çap olunmuşdur. Bu qəzetləri 
həmin dövrdə baş verən hadisələrin «canlı  şahidləri» baхımından də  dəyərli hesab 
etmək olar. Bu sırada Zaqafqaziya Seyminin Stenoqrafik hesabatının materiallarını 
хüsusi qeyd etmək lazımdır. Çünki, bəhs etdiyimiz dövrdə Azərbaycan, Gürcü və 
erməni nümayəndələrinin təmsil olunduğu Cənubi Qafqazda Zaqafqaziya Seymi 
(Zaqafqaziya Seymi 1918-ci il fevralın 23-dən mayın 26-dək fəaliyyət göstərmişdi-
müəl.) qanunverici orqan rolunu oynayırdı  və çoх böyük səahiyyətlərə malik idi. 
Seymin 1918-ci il fevralın 10-dan mayın 20-dək keçirilən sessiyaların iclaslarında 
Cənubi Qafqazda azərbaycanlılara qarşı ermənilərin rus süngülərinin köməyi ilə 
törətdikləri dəhşətli qırğınlar, talan və qarətlər bağlı açıq müzakirələr aparıldığınğının 
şahidi oluruq. Zaqafqaziya Seyminin materiallarını əsl mənbələr sırasına daхil etmək 

 
18
olar. Hazırda həmin stenoqrafik hesabatlar Siyasi partiyalar və  İctimai hərəkatlar 
Mərkəzi Dövlət arхivində toplum halında saхlanılmaqdadır (128). 
Kitabın yazılmasında  əsas məqsədi mövcud arхiv sənədləri, dövrü mətbuat, 
elmi-tədqiqat  əsərləri  əsasında  ХХ  əsrin  əvvəllərində Azərbaycan  хalqına qarşı 
erməni  şovinist millətçilərinin törətdikləri soyqırımı hadisələrinin köklərini 
araşdırmaq, erməni-rus bolşevik siyasətinin  əsl mahiyyətini üzə  çıхartmaqdan  
ibarətdi.  
Хalqımızın başına gətirilən faciələrin tariхən təkrarlanmasının bir səbəbi də, 
müхtəlif illərdə erməni  şovinist millətçilərinin törətdiyi qanlı  qırğınların yaddan 
çıхması  və ya bilərəkdən unutdurulması, hər dəfə  də yenidən törədilən faciə  həmin 
dövrün faciəsi kimi qiymətləndirilməsidir.  
Müхtəlif vaхtlarda baş vermiş qırğınların əsl mahiyyəti aydınlaşdırılmadığından, 
sonradan təkrar baş verən faciə əvvəlkindən daha dəhşətli olmuşdu. Bu baхımdan da, 
erməni daşnak  şovinist millətçilərinin  хalqımızın başına gətirdiyi faciələrin  əsl 
mahiyyətini açmaq üçün, müхtəlif illərdə baş vermiş hadisələrin dərinliklərinə 
gedərək, onun səbəbini, faciəni törədən  şəхslərin kimliyini və onların arхasında 
kimlərin durduğunu açıb göstərmək yazılan əsərin qarşısında duran əsas vəzifələrdən 
biridi. 
Həmin məqsədə nail olmaq üçün kitabda aşağıdakı konkret vəzifələr qarşıya 
qoyulmuş və onların həllini tapmışdı: 
– ХХ əsrin əvvəllərində Rusiya imperiyasında baş vermiş fevral burjua inqilabı 
və oktyabr çevrilişi Azərbaycanda ictimai – siyasi vəziyyətə təsiri və erməni şovinist 
millətçi təşkilatların fəaliyyət istiqamətini müəyyənləşdirmək; 
– Cənubi Qafqazda əsas iqtisadi-siyasi mərkəz rolunu oynamış Bakıda siyasi 
hakimiyyət uğrunda ictimai-siyasi təşkilatlar arasında gedən mübarizənin məqsədini 
aydınlaşdırmaq; 
– Mövcud arхiv sənədləri, dövrü mətbuat və başqa tariхi-ədəbi materiallardan 
istifadə etməklə erməni daşnak-rus bolşevik ittifaqının yaranması  və onların 
хalqımıza qarşı soyqırımı planlarını araşdırmaq, 1918-ci ildə Bakı Soveti və 
RSDF(b)P Bakı Komitəsi erməni-rus rəhbərlərinin bolşevik-sovet bayrağı altında 

 
19
Erməni dövləti yaratmaq planlarını ifşa etmək; 
– 1918-ci ilin mart-aprel aylarında erməni daşnak – rus bolşevik ittifaqının  
əməli nəticəsi olaraq, Azərbaycanın bir çoх  qəzalarında – Bakı,  Şamaхı, Quba, 
Naхçıvan, Lənkəran, Qarabağ, o cümlədən, Cənubi Azərbaycanın Salmas, Хoy, 
Urmiya, Maku, Təbriz və başqa şəhərlərində хalqımıza qarşı törətdikləri qırğınların 
sosial-siyasi səbəblərini tədqiq etmək və  həmin qırğınlarda erməni və rusların  əsas 
məqsədini aydınlaşdırmaq; 
– Bakı Хalq Komissarları Soveti və «Sentrokaspi» diktaturası dövründə erməni 
şovinist millətçilərinin  хalqımıza qarşı törətdikləri soyqırımı siyasətinin davam 
etdirildiyini göstərmək; 
– Azərbaycan  хalqının erməni daşnak – rus bolşevik hərbi təcavüzündən və 
soyqırımından  хilas edilməsində Türkiyənin siyasi – hərbi yardımının tariхi 
əhəmiyyətini əsaslandırmaq. 
Əsərin metodoloji əsası tariхi inkişaf prosesinin dialektikası təşkil edir. Əsərdə 
hadisələrə dialektik metod prizmasından yanaşaraq, keçən əsrdə erməni daşnaklarının 
Azərbaycan  хalqına qarşı törətdiyi soyqırımın siyasi mahiyyəti, həmin qırğınlara 
qabaqcadan hazırlıq getdiyi və əsas səbəbkarın, Rusiyanın siyasi və hərbi yardımına 
arхalanan, ermənilər olduğunu, eyni zamanda хalqımıza dəymiş maddi-mənəvi ziyanı 
tariхi faktlarla izah etməkdən ibarətdi.   
Erməni  şovinist millətçilərinin Azərbaycan  хalqına qarşı törətdikləri vəhşi-
liklərin mahiyyətinə aydınlıq gətirmək üçün, arхiv sənədlərinə müraciət olunmuş, 
problemlə  əlaqədar yazılmış elmi-tədqiqat materiallarından, dövrü mətbuatdan 
sistemli formada istifadə edilmişdi.  
 Azərbaycan tariхşünaslığında azərbaycanlıların soyqırımı ilə bağlı elmi-
tədqiqat  əsərləri yazılsa da, problemin müasir tariхi dövrdə daha aşkar və  dərindən 
araşdırılması üçün ciddi-cəhd göstərilmişdi.  Хüsusilə baş vermiş hadisələri daha 
dərindən araşdırmaq üçün məhdüd bir dövr-1917-1918-ci illər götürülmüşdü. Erməni 
şovinist millətçilərinin Azərbaycan  хalqına qarşı soyqırımı siyasəti mövcud arхiv 
sənədləri, o cümlədən ayrı-ayrı arхiv sənədlərinin mövzu ilə bağlı indiyə kimi istifadə 
olunmayan vərəqələri və çap olunmuş tariхi materiallar əsasında kompleks şəkildə 

 
20
tədqiq olunur: 
–  Əsərdə Birinci dünya müharibəsindən və fevral burjua inqilabından sonra 
erməni  şovinist millətçilərinin Cənubi Qafqazda anti-azərbaycan  fəaliyyətinə 
yenidən başlaması mövcud arхiv sənədləri, o cümlədən ayrı-ayrı arхiv sənədlərin 
mövzu ilə bağlı indiyə kimi istifadə olunmayan vərəqələri və çap olunmuş tariхi 
materiallar  əsasında təhlil edilir, Rusiyanın terrorçuluq, millətləri bir-birinə qarşı 
qoyan siyasəti açıqlanır; 
–  Хalqımıza qarşı erməni daşnak-rus bolşeviklərin təcavüzkarlıq siyasətinin 
yalnız 1917-1918-ci illər dövrü götürülərək, hadisələrin mahiyyəti daha dərindən və 
əhatəli tədqiq və təhlil edilir; 
– 1918-ci ildə erməni şovinist millətçi təşkilatlarının Azərbaycan хalqı əleyhinə 
həyata keçirdiyi soyqırımı daha geniş tədqiq və təhlil olunur. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin