67
Elm və İnnovativ Texnologiyalar jurnalı
HÜQUQİ ŞÜURUN STRUKTURU
VƏ FUNKSİ YALARI
Südabə Hüseynova
Fəlsəfə İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası
İctimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil edən ictimai
varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və
nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən kütləvi
forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə
fərdlərin əldə etdikləri konkret biliklərə, təsəvvürlərə, insan birgəyaşayışına, milli və
etnoqrafi k xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə, həyat şəraitinə aid
olan şüur səviyyəsidir. Elmi-nəzəri şüur sosial gerçəkliyin elmi və nəzəri cəhətdən
sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili mahiyyətli qanun və kateqoriyalar
vasitəsilə ifadə olunur.
Şüur əvvəldən verilmış, yaxud mövcud olan beyin potensialı və bu potensialın
düzgün istiqamətləndirilməsi ilə bağlıdırsa, ictimai şüur daha çox tərbiyə və cəmiyyət
həyatında
mövcud olan həyat tərzi ilə bağlıdır.
Şüur amili ictimai şüur üçün əhəmiyyətli
rol oynayır. Lakin ictimai şüur daha çox fərdin ictimailəşməsi, yaxud sosiallaşması ilə
bağlıdır. Belə ki, sosiallaşmayan yüksək səviyyəli fərdi şüur daha çox zərər verə bilər.
Sosiallaşmış, yaxud ictimailəşmiş şüur isə həm lokal, həm də universal əhəmiyyətli
şüurdur. İctimai şüuru gündəlik həyatla, bu həyatın aşıladığı empirik, adi, yaxud kütlə
şüurundan fərqləndirmək lazımdır. Bu baxımdan ictimai varlığın yaratdığı şüur heç də
hələ ictimai şüur deyil. Adi, empirik, yaxud kütlə şüurudur. Bu şüurun tərkibində olan
ictimailik elementləri isə adət-ənənə, arxetipiklik və mentalitetlə bağlıdır. Hərçənd
bunlar heç də həmişəlik sabitliyə malik deyillər. Ya onların məzmununda tarixən bu və
ya digər dəyişiklik əmələ gəlir, ya da bütövlükdə dəyişirlər. Buna görə nə adət-ənənəni,
nə də mentaliteti və ona uyğun olaraq arxetipliyi mütləqləşdirmək, toxunulmaz bir şey
kimi qəbul etmək olmaz (13).
İctimai şüur formaları eyni vaxtda meydana gəlməmiş, ictimai varlığın mürək kəb-
ləşməsi və insanın idrak qabiliyyətlərinin inkişafı və təkmilləşməsi nəti cəsində bərqərar
olmuşdur. Sosial funksiyalarına görə ictimai şüur formalarını 2 qrupa ayırmaq olar:
Südabə Hüseynova
68
1) Sosial gerçəkliyin mənəvi-praktik mənimsənilməsinin baş verdiyi formalara
(əxlaq, siyasi və hüquqi şüur);
2) Bütün ətraf aləmin mənəvi mənimsənilməsi formalarına (incəsənət, fəlsəfə, din, elm).
Hüquqi şüur – adamların, sosial qrupların, sinifl ərin hüquqa, qanunçuluğa, ədalət
mühakiməsinə münasibətini, onların nəyin hüquqi və nəyin hüquqazidd olması haqqında
təsəvvürlərini ifadə edən görüşlərin, ideyaların məcmusudur. İctimai şüur forması
kimi hüquqi şüur hüquqi ideologiya, müəyyən sosial və elmi mövqelərə əsaslanan
hüquqi görüşlər sistemidir. Adamların hüquqi hadisələrə münasibətdə vərdişləri,
hissləri, emosiyaları hüquqi şüurun psixoloji cəhətidir. Hüquqi şüur ictimai şüurun
ümumi inkişaf qanunauyğunluqlarına tabedir. Hüquqi şüur cəmiyyətin, sinifl ərin və
fərdlərin ictimai istehsal sistemində və sosial-siyasi quruluşda vəziyyətinin spesifi k
ifadəsidir. İctimai şüurun digər formaları, ilk növbədə siyasi şüur və əxlaq, habelə
ictimai psixologiya da hüquqi şüura mühüm təsir göstərir (4, s.72).
İctimai şüurun əsas formalarından olan hüquqi şüurun struktur və funksiyalarının
müəyyənləşdirilməsi üçün şüurun strukturu və funksiyalarını nəzərdən keçirmək
lazımdır.
Əlbəttə, nəzərdən qaçırmaq olmaz ki, geniş məzmunlu elmi anlayış kimi şüur
ilk növbədə psixologiya elminin ayrı-ayrı sahələrində, eləcə də fəlsəfə elminin müxtəlif
sahələrində araşdırılır və onun elmi mahiyyəti açılır. Lakin hüquq psixologiyasında
şüur anlayışının ümumi fəlsəfi aspektlərindən çox onun psixoloji məzmununa,
fərdi şüurun inkişaf səviyyəsinə və təzahür xüsusiyyətlərinə diqqət yetirilir. Hüquq
psixologiyasında bu cəhətə xüsusi diqqət yetirilməsi həm də şüurun ali idrak prosesi
kimi əsas funksiyaları ilə əlaqədardır
.
Şüur - psixi inikasın və özünütənzimlənmənin yüksək səviyyəsi olub, yalnız ictimai-
tarixi varlıq olan insana xasdır. Empirik səviyyədə şüur fasiləsiz olaraq dəyişən hissi
və əqli təsəvvürlər kompleksi, həmçinin subyektin şəxsi təcrübələrinin təzahürü kimi
çıxış edir (10, s.264). Şüurun əsas xüsusiyyətləri aşağıdakı kimi müəyyənləşdirilir:
1) Şüur xarici aləm haqqında biliklərin məcmusundan ibarətdir;
2) Şüurun mühüm bir cəhəti mənlik şüuru ilə bağlıdır: insan özünü dərk edir,
“mənini”, “qeyri-məndən” ayırır, öz əməllərini və bütövlükdə özünü şüurlu surətdə
qiymətləndirir;
3) İnsan qarşısına məqsəd qoyur və öz fəaliyyətini həmin məqsəd əsasında tənzim edir;
4) İnsanın münasibətləri şüurun mühüm bir cəhətini təşkil edir: şüurda intellektual
olan affektiv olanla üzvü surətdə birləşir (2, s.30).
Şüurun strukturu sosial mədəni xarakterə malikdir. Fərdin şüurunun strukturu erkən
yaş dövrlərində uşağın böyüklərlə ünsiyyəti prosesində formalaşır. İnsanların birgə
fəaliyyəti fərdi şüurun strukturunu inkişaf etdirir. Şüurun strukturunun mahiyyəti
Dostları ilə paylaş: |