Və ölçmələrin daha səmərəli həyata keçirilməsi



Yüklə 19,43 Kb.
tarix04.07.2022
ölçüsü19,43 Kb.
#62642
Kənar Rəy Kamil


ADİU-nun “Mühəndislik və tətbiqi elmlər” kafedrasının magistrantı Eminov Kamil Şahin oğlunun “Texnoloji proseslərin idarə olunmasında ölçmələrin səmərəliliyinin təmini məsələlərinin tədqiqi” mövzusunda yerinə yetirdiyi magistr dissertasiyasına


R Ə Y

Hazırlanmış “Texnoloji proseslərin idarə olunmasında ölçmələrin səmərəliliyinin təmini məsələlərinin tədqiqi” adlı magistr dissertasiyasının mövzusu bu günün ən aktual məsələlərindən biridir.


Tədqiqat işi bilavasitə Azərbaycan Respublikasında məhsulun keyfiyyətinin yüksəldilməsi və məhsuldarlığının artırılması məqsədilə maddi istehsal sahələrində, o cümlədən, sənaye müəssisələrində texnoloji proseslərə nəzarət metodlarının tədqiqinə həsr olunmuşdur.
Dissertasiyanı yerinə yetirərkən texnoloji proseslərə nəzarət sistemləri tədqiq edilmiş və ölçmələrin daha səmərəli həyata keçirilməsi üçün yeni metodların işlənib hazırlanmasının məqsədə uyğunluğu müəyyən olunmuşdur. Neft emalı müəssisələrində xüsusilə də, neft istehsalatında daha mütərəqqi nəzarət metodlarının tətbiqi tövsiyə edilmişdir. Məhsuldakı uyğunsuzluqların ehtimal olunan səbəblərini tez bir zamanda müəyyənləşdirməyə və onları aradan qaldırmağa imkan verən optimal metodların hazırlanması və tətbiqi təklif olunmuşdur. Müştəri gözləntilərinə və tələblərinə cavab verən keyfiyyətli məhsul istehsal etmək üçün hər addımda texnoloji prosesdə iştirak edən bütün prosedurlara riayət etmək vacibdir. Texnoloji proseslərin idarəolunması zamanı ölçmələrin səmərəliliyinin tədiqiqi ölçmə vasitələrinin dəqiqliyinin təmini ilə həyata keçirilir. Dissertasiyada istehsalın səmərəliliyinin artırılması istiqamətlərindən və bunda proseslərə nəzarətin rolundan bəhs edilir. İqtisadiyyatda və müəssisələrin fəaliyyətində dövlətin rolunun iqtisadi səmərəliliyini müəyyən etmək və onun iqtisadi mahiyyətini öyrənmək yetərincə önəmlidir. İctimai istehsalın iqtisadi səmərəliliyinin əsasını düzgün qiymətləndirmək üçün onun meyar və göstəriciləri nəzəri və metodoloji cəhətdən planlaşdırılmalıdır.
Neft emalı zavodunun nəzarət sistemlərinin inkişaf etdirilməsi hesabına istehsalının səmərəliliyinin yüksəldilməsi istiqaməti kimi keyfiyyətə nəzarət metodlarının təkmilləşdirilməsi səviyyəsi qiymətləndirilmişdir. Bu da perspektivdə, neft istehsalı müəssisələrində səmərəliliyin və məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərəcəkdir.

Beləliklə, magistrant Kamil Şahin oğlu Eminovun yerinə yetirdiyi tədqiqat işi magistr dissertasiyalarının hazırlanmasına qoyulan tələblər səviyyəsindədir və müdafiəyə buraxılmasını tövsiyə edirəm.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
«Cihaz mühəndisliyi»
kafedrasının dosenti, texnika

elmləri namizədi Rafiq Hacıyev
Yüklə 19,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin