Vəzifələri. İnformasiya prosesləri. Plan: Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsəd və vəzifələri



Yüklə 191,95 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix24.03.2023
ölçüsü191,95 Kb.
#89478
növüMühazirə
  1   2   3
movzu 12.



Mühazirə 12. Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsəd və 
vəzifələri. İnformasiya prosesləri. 
PLAN: 
1. Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsəd və vəzifələri. 
2. İnformasiyanın təyini, ölçülməsi, saxlanması, emalı, ötürülməsi. 
Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya 
mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkənin təhsil sistemini vahid 
informasiya məkanında birləşdirməkdir. Vahid təhsil informasiya məkanı 
aşağıdakı məqsədlərin həyata keçirilməsini təmin etməlidir: 
-Təhsilin kefiyyətinin artırılması; 
-Yeni informasiya mədəniyyətinin formalaşdırılması; 
-Vətəndaşların bütün pillələrdə təhsilalma imkanlarının bərabərləşdirilməsi; 
-Təhsil sisteminin dünyanın təhsil, elm, mədəniyyət və informasiya məkanına 
inteqrasiyasının təmin edilməsi; 
Qarşıya qoyulan bu məqsədlərə nail olmaq üçün aşağıdakı mühüm vəzifələrin 
kompleks şəkildə həll olunması zəruridir: 
-Ölkədə fəaliyyət göstərən təhsil informasiya sistemlərini, habelə təhsilin 
idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini 
birləşdirməklə Vahid Təhsil İnformasiya sisteminin yaradılması. 
-İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi. 
Bu məqsədlə milli elektron dərsliklərin hazırlanması və onların tədrisə tətbiqi, 
elektron dərs vəsaitlərinin ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi 
metodiki vəsaitlərin hazırlanması və s. kimi vacib elmi və texnoloji proseslərin 
yerinə yetirilməsinə nail olunmalıdır.
-Təhsil müəssisələri üçün İKT biliklərinə sahib pedaqoji kadrların hazırlanması və 
onların daimi təkmilləşdirilməsi üçün müvafiq şəraitin yaradılması. Bu məqsədlə 
ilkin mərhələdə regional mərkəzlər yaradılmalı, həmin mərkəzlər zərurui texnoloji, 
elmi pedaqoji və s. vasitələrlə və ən əsası ixtisaslı kadrlarla təchiz olunmalıdır, 
onlarda tədris prosesində istifadə edilən ən yeni informasiya texnologiyalarından 
istifadə etmək bacarığının aşılanmasına yardım etmək vəzifələri qoyulmalıdır; 
-Təhsil müəssisələrinin müasir İKT avadanlığı və İnternet şəbəkəsi ilə təmin 
olunması; 
-İKT sahəsi üzrə terminalogiyanın işlənib hazırlanması və onun vahid standart 
kimi tətbiq olunması; 


-Təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya 
texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması; 
-Təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid informasiya 
infrastrukturunun yaradılması; 
-İnformasiya təhlükəsizliyinin təmin olunması və təhlükə doğuran halların aradan 
qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız lisenziyali 
proqramlardan istifadə olunmasına keçid. 
Təhsil sisteminin informasiyalaşdırılmasında əsas vəzifələrdən biri də ölkə 
miqyasında müəllimlərin, şagirdlərin, valideynlərin və təhsillə maraqlanan hər bir 
kəsin mənafeyinə xidmət edən, özündə təhsil-tərbiyə proseslərinin müxtəlif 
aspektləri barədə məlumatları cəmləşdirən vahid təhsil şəbəkəsinin yaradılması və 
təhsil müəssisələri arasında operativ informasiya mübadiləsinin təmin edilməsidir. 
Bu istiqamətdə hər məktəbin internet saytının yaradılması, həmin saytda 
məktəb, pedaqoji heyət, oxuyanlar haqqında ətraflı məlumatların yerləşdirilməsi, 
müəllim, uşaq və valideynlər üçün xüsusi forumların təşkil edilməsi, forumlarda 
təhsilin aktual problemləri, yeniliklər, təzə kitablar və s. haqqında müzakirələrin 
aparılması mühüm əhəmiyyətə malikdir. Məktəbin internet saytında dərs 
planlarının, cədvəllərinin, məktəbdə keçiriləcək tədbirlər barədə məlumatların və 
soraq xarakterli informasiyaların yerləşdirilməsi də məqsədəuyğundur. Vahid 
təhsil şəbəkəsinin ümumdünya informasiya məkanına inteqrasiya etdirilməsi isə 
müəllim və şagirdlərin təhsil üçün faydalı olan dünya internet resurslarına daxil 
olmasına, virtual kitabxanalardan, fayl arxivlərindən, verilənlər bazasından istifadə 
etməsinə və xarici təhsil müəssisələri ilə yaxından əlaqə saxlamasına əlverişli 
şərait yaradacaqdır. Valideynlər təhsil şəbəkəsindən öz uşaqlarının davamiyyəti və 
müvəffəqiyyəti barədə də operativ informasiya ala biləcəklər. 
Bütün bunlardan əlavə, İKT-dən istifadə etməklə təhsildə idarəetməni də xeyli 
təkmilləşdirmək mümkündür. Məktəbin informasiya bazasında toplanmış 
məlumatları analiz etməklə, rəhbərlik tədrisin hansı səviyyədə getdiyini, dərs 
proseslərinin necə keçdiyini izləyə bilər və çatışmazlıq aşkar etdikdə operativ 
tədbirlər görməklə onları aradan qaldıra bilər. 
Göründüyü kimi İKT-nin təhsil sisteminə səmərəli tətbiq etməklə tədris 
prosesinə tamamilə keyfiyyətli yeni təhsil modelini qurmaq olar. Lakin, bütün 
bunlara nail olmaq göründüyü qədər də asan məsələ deyildir. Bir faktı nəzərə 
almaq lazımdır ki, bu gün texnoloji avadanlığın sürətlə köhnəlməsi prosesi gedir. 
Əgər, əvvəllər məktəblərin yalnız kompyuterlə və internetlə təchiz olunması 
nəzərdə tutulurdusa, bu gün isə artıq söhbət noutbukların, interaktiv lövhələrin 
alınmasından, simsiz rabitə sistemlərinin qurulmasından gedir. Dünya 
standartlarına uyğun müasir növ İKT vasitələrinin alınması isə, təbii ki, böyük 
maliyyə vəsaiti tələb edir.Bir məsələni də qeyd etmək lazımdır ki, təhsil 
müəssisələrində mövcud olan texnologiyadan, o cümlədən kompyuter və 
internetdən səmərəli istifadə olunmaması elektron təhsil quruculuğuna ləngidici 
təsir göstərir. İKT-nin sağlamlığa zərər vurması, uşaqlarda kompyuter asılılığının 


əmələ gələ bilməsi barədə cəmiyyətdə mənfi fikirlərin olması, elektron təhsildə bir 
sıra müəllimlərin öz avtoritetlərinin aşağı düşəcəyindən qorxması, yaşlı müəllim 
heyətinin kompyuterdə işləməyə az meyilli olması da neqativ amillərdəndir. 
Bunlardan əlavə, bəzən məktəblilərin, xüsusən yuxarı sinif şagirdlərinin 
kompyuterdən istifadə qaydalarını müəllimlərdən daha yaxşı bilməsi dərs zamanı 
uşaqların əylənməsinə yol aça bilər. Artıq belə problem MDB məktəblərində 
ortaya çıxır. Məlum olub ki, bəzi məktəblərdə interaktiv rejimdə aparılan 
tədrislərdə şagirdlər dərslə deyil, bir-birlərinə mesaj göndərməklə və ya oyun 
oynamaqla məşğul olurlar. İnformatik savadı aşağı olan müəllimlərin isə 
şagirdlərin belə “hiylələrindən” xəbəri olmur. Ona görə də bu gün pedaqoqların 
Microsoft Windows XP əməliyyat sistemi, MS Office paketi, multimedia, qrafika, 
dizayn proqramları ilə yaxından tanış olması, interaktiv lövhədə işləmək və 
internetdən səmərəli istifadə etmək qaydalarını yaxşı bilməsi artıq zamanın 
tələbidir. Kompyuterin bütün incəliklərinə dərindən bələd olmaq üçün pedaqoqlar 
dərsdənkənar əlavə vaxt və xeyli enerji sərf etməlidir. Ona görə də onların əməyini 
hər hansı bir formada stimullaşdıran sistemin olması da məqsədəuyğun olardı. 
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən 
yol kimi dəyərləndirirlər. Artıq alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin 
tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri 
isə İKT avadanlıqları olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün 
pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris 
olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək 
qabiliyyətinin formalaşdırılması gənc nəslin gələcəkdə informasiya cəmiyyətinin 
qiymətli üzvlərinə çevrilməsində mühüm rol oynaya bilər. 

Yüklə 191,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin