Vəzifənin adı: Baş hüquqşünas Vəzifə: Tam ştatlı vəzifə (Bazar ertəsi-Cümə, saat 9: 00 18: 00) Müddət



Yüklə 8,75 Kb.
tarix01.12.2016
ölçüsü8,75 Kb.
#536
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən “Media azadlığı olmayan halda demokratiya ola bilməz” layihəsi çərçivəsində hüquqşünas vəzifəsinə ərizə qəbulunu elan edir.
Vəzifənin adı: Baş hüquqşünas

Vəzifə: Tam ştatlı vəzifə (Bazar ertəsi-Cümə, saat 9:00 - 18:00)



Müddət: 6 ay
İşin təsviri: Proqram Rəhbərinin nəzarəti və rəhbərliyi altında Media Azadlığı sahəsində tədqiqatlar aparılacaq, təlim proqramları işləniləcək və vətəndaş cəmiyyətinin qurucuları üçün təlimlər keçiriləcək. Əldə olunmuş nəticələrə dair məqalələr hazırlanacaq və nəşr olunacaq.
Öhdəliklər:


  • 2 və 2.5 ay müddətində Avropa Məhkəməsinin İnsan Hüquqlarının (AMİH) hüquqi işləri və Azərbaycanın AMİH dair olan öhdəliklərinin yerinə yetirilməsi üzrə tədqiqatlar aparacaq

  • AMİH məsələlərinə dair “Media Azadlığı” mövzusunda təlim proqramı hazırlayacaq

  • Ölkə səviyyəli qəzetlərdə tədqiqat nəticələrinin nəşr olunması üçün məqalələr hazırlayacaq

  • Proqram çərçivəsində vətəndaş cəmiyyətinin qurucuları üçün Media Azadlığına dair təlimlərin təşkilində və aparılmasında iştirak edəcək

  • Əməkdaş təşkilatlarla əlaqələr yaradacaq və inkişaf etdirəcək.



Tələblər:





  • Hüquqşünaslıq ixtisasını bitirməli (magistr dərəcəsi olanlara üstünlük verilir)

  • 5 il praktiki iş təcrübəsi

  • Güclü şifahi və yazı bacarıqları

  • Regionlara səfər etmək imkanı

  • Dövlət rəsmiləri ilə danışıq aparma bacarığı olmalı

  • Azərbaycan məhkəmələrində insan hüquqları ilə məşğul olmaq istəyi

  • Ofis proqramlarını işləmək bacarığı

  • Təlim proqramını hazırlamaq və keçirmək təcrübəsi

  • Azərbaycan və rus dillərini mükəmməl bilməli (ingilis dilini bilənlərə üstünlük verilir)

  • Gəncə şəhərində yaşayanlara üstünlük verilir


Sənədlərin son qəbul tarixi 27 Avqust 2007-ci ildir. Zəhmət olmazsa, tərcümeyi halınızı (CV) və məqsəd məktubunuzu (Cover Letter) office@bf-az.org ünvanına göndərəsiniz. Ancaq müsahibə üçün seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Yüklə 8,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin