Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə11/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   7   8   9   10   11   12   13   14   ...   46
HADİSƏDƏN 4 AY ƏVVƏL

Bakı. Azərbaycan

Artıq 4 ay idi ki işə başlanılmışdı və hər şey qaydasında idi. Işlər yolunda gedirdi. Samir, hər gün növbəyə yazılan əlilləri və yaxud onların valideyinlərini qarşılayıb, onların problemləri ilə yaxından maraqlanaraq mümkün olduğu qədər köməklik göstərir, müxtəlif tədbirlərə və seminarlarda iştirak edir, mərkəzin xaricı ölkələrdə olan filialları ilə sıx əlaqə yaradır, hər həftə yeni bir lahiyə həyata keçirdərək fiziki qüsurlu insanların gələcəkdə daha rahat yaşaması üçün əlindən gələni edir, bir söznən, rəhbəri olduğu mərkəzin nüfuzuna hər gün bir az daha şöhrət qatırdı. Bu gün də adəti üzrə dəhlizlə kabinetinə tərəf gedərkən, ağbirçək bir qadının tibb şöbəsinin qapısı yanında qoyulmuş skamyada oturaraq için-için ağladığını görüb, yaxınlaşıb onun yanında oturaraq soruşdu



  • salam ana. Nə olub ? niyə ağlıyırsan ?

qadın başını qaldırıb Samiri görən kimi iki əliylə onun əlini tutub dedi

  • salam bala. Sən ki əlillərə bu qədər can yandırırsan, ALLAH da sənin köməyində dursun. O ki qaldı ağlamağıma ay bala, oğlumdan ötrü narahatam

  • narahat olma ana. Sənin oğlunun problemini mənə danış, mən nə lazımdırsa eliyərəm

  • oğlumun çox gözəl şairlik qabiliyyəti vardı. Çörək pulunu el şənliklərində meyxana deyərək qazanırdı. 4 ay bundan əvvəl külək antenanı qırdığından, oğlum onu düzəltmək üçün dama çıxanda, dam qarlı olduğu üçün ayağı sürüşüb yerə yıxıldı. O hadisədən sonra dili tutuldu. Bir-neçə ay xəstəxanda müalicə olunsa da xeyri olmadı. Gətirdim bakıya ki bəlkə buranın həkimləri bir şey bildilər. Ancaq burda da heç nə alınmadı. Həkimlərin dediyinə görə damdan yıxılanda oğlumun beynində zədə yaranıb və bir daha danışa bilməyəcək. Mənə qalsa, danışa bilməsə də əsas odur ki salamatdır, gözümün qabağındadır. Bundan da betəri ola bilərdi. Amma özü bunu qəbul eliyə bilmir. Bütün günü evin bir küncündə oturub fikir eliyir. Son vaxtlar əməlli-başlı çörək də yemir. Gözümün qabağında günü-gündən əriyir. Bu qədər fikir onu məhv eliyəcək. Neçə psixoloqaun yanına aparsaq da heç bir xeyri olmadı. Ümidim tək buradı, xahiş eliyirəm kömək edin

  • sən sən ürəyini sıxma ana, mən onu yola gətirərəm. Bəs onun adı nədi ?

  • ziyad

  • sən məni burda gözlə, indi gəlirəm

Samir psixoloqun otağına girəndə, psixoloq Ziyadın psixoloji vəziyyətini yaxından öyrənmək üçün şəkillərlə test keçirirdi. Samir, həkimdən bir az bayırda gözləməsini xahiş edərək keçib onun yerində oturdu. Bir-neçə saniyə ziyadı süzəndən sonra söhbətə başladı

həə Ziyad, belə-belə işlər. Uşaq vaxtı futbol həvəskarıydım, oynamağı da çox istiyirdim. Yaşadığım binanın arxasında stadiona bənzər bir yer vardı. Hər dəfə balkondan, orda futbol oynayan uşaqlara baxanda, onlara qoşulmaq istəyiylə alışıb-yanırdım. Ancaq futbol oynaya bilmədiyimə görə heç vaxt ruhdan düşmədim. əksinə. Topun dalınca o tərəfə-bu tərəfə qaçan uşaqlardan üstün olmaq üçün daim öz üzərimdə çalışdım və hər zaman bunun bəhrəsini görürəm. Indi də gələk sənin məsələvə. Danışmaq doğrudan sənin üçün belə vacibdir ? bütün həyatından vacibdir ? qapıda dayanan o ağsaçlı ananın göz yaşlarından da ? əgər danışığıvı qaytarmaq müqabilində əllərivi istəsələr verərsən ? bəs ağlıvı ? gözlərivi necə ? vermərsən. Heç birini vermərsən. Mən başa düşürm ki danışa bilmək hər bir insan üçün vacib meyardır. Ancaq danışa bilməmək, ölmək demək deyil. əgər istəsən əllərivin, ağlıvın və gözlərivin köməkliyi ilə istədin səviyyədə yaşaya bilərsən. Anan dedi ki qabiliyyətli şairsən. Belə şair qalmağın üçün isə dil vacib deyil. Helen adlı bir qadın, kor olmasına rəğmən məhşur bir yazıçı olmuşdur. Sən fikirləşirsən ki hər yerim qaydasında olsun ki həyatla mübarizə aparım. Belə mübarizə olmur. “ cin mikroyanda ” filmindəki epizod kimi. Insan soruşur ki -ey cin niyə ağlıyırsan ?- cin cavab verir ki -acizliyimdən- insan soruşurki -sən ki istədiyin hər bir şeyi bir saniyənin içində əldə eliyirsən. Niyə acizsən ?- cin deyir -məsələ də elə bundadı. Heç nəyin uğrunda mübarizə apara bilmirəm, heç nə üçün çalışa bilmirəm- bax Ziyad. Bu həyatda, nəyinsə uğrunda mübarizə aparmaq insana həqiqətən də zövq verir. Xüsusilədə həmin şeyi əldə etmək çətin olanda. David livingston demişkən “ yolu olan yerə hər kəs gedər. əsl hünər, yolu olmayan yerə getməyi bacarmaqdır ”. gəl belə danışaq. Get evə, 100 dənə ş`er yaz. Mən sənin kitabıvı çap elətdirirəm, sən isə sadəcə olaraq keçmişi unudub anavın üzün güldürürsən. Çalış ananın qayğısına qalasan. Qoyma bir də heç vaxt qəm çəksin. Dünən Bəxtiyar Vahabzadənin kitabını oxuyurdum. Ana haqqında olan ş`erindən bir-iki bənd yadımda qalıb, eşit sənə də deyim

Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

Sən mənə beşikdə laylay çalmısan


Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?

bir də çalış ki heç vaxt, heç nəyə görə, heç kimə həsəd aparma. Çünki başqaları da sənə həsəd aparır. Dediklərimlə razısansa, səni 100 ş`erinlə birlikdə gözdüyürəm. Indi nə deyirsən ? razılaşaq ?



Ziyad başını aşağı-yuxarı tərpətməklə razılığını bildirəndən sonra hər ikisi Ziyadın anasının yanına gəldilər.

  • ana al oğluvu, artıq hər şey qaydasındadı. ( gülümsünərək ) bircə çalış ki yenə dama çıxmasın. Yoxsa bu dəfə işimiz çox çətin olacaq

Ziyadın üzündəki təbəsümü görən qadının sevincdən gözləri güldü

  • çox sağ ol oğul. 4 aydan sonra ilk dəfədir ki balamın üzü gülür. ALLAH səndən razı olsun

Samir onları yola salıb saatına baxdı. 10:30 -səhər gəzintisi cana xeyirdi- deyə öz-özünə pıçıldayıb şöbələri gəzməyə başladı. Kompyüter şöbəsinə girəndə, bir ayağı protez olan proqramist dünən başına gələn hadisəni danışırdı “ dünən toya gedəndə, səkinin kənarında kastellərə söykənib avtobus gözdüyürdüm ki birdən hardansa bir qız peyda olub mənə 50 qəpik pul uzatdı. Dedim -xanım, səhf başa düşmüsünüz, mən dilənçi deyiləm. Bu pulu həqiqətən də ehtiyacı olan birinə verərsiniz- mənə nə desə yaxşıdı ? -demək bu pula ehtiyacın yoxdu ? siz dilənçilər də lap qudurmusuz ee, uje 50 qəpiyi priznavat eləmirsiz. 50 manat versəydim o dəqiqə qapacıydın- məni bir az da təhqir eliyəndən sonra, pulu üstümə tullayıb getdi. Toyda, zala girib oturanda gördüm ki həmin qız da mən olan masada əyləşib, xəcalətidən də ki yerə girir ” diskləri qurdalayan eynəkli oğlan soruşdu

  • Etibar, düzünü de görüm, 50 manat versəydi götürəcəydin ?

  • Dilənçi olsaydım 50 qəpiyi də götürəcəkdim

Samir içəri girib ucadan dedi

  • sabahınız xeyir dostlar. Necəsiniz ? işlər necə gedir ? bir çətinliyiniz yoxdur ki ?

  • hər vaxtınız xeyir müəllim ( Əziz dedi ). Şükür ALLAHa ki heç bir çətiinliyimiz yoxdur. Işlər qaydasında gedir. Uşaqlar da cannan-başnan işləyirlər

  • qoy işdəsinlər. Işdəsinlər ki hər özünnən razı, əlillərə baxıb özünə şükr eləməsin. Fiziki qüsurlu insanlara yazıq, hər şeyə möhtac, dilənçi, gözüylə baxmasınlar.mən sizlərin köməyinə arxalanaraq əlilləri elə bir səviyyəyə qaldıracam ki, bir daha heç kəs, onlara yuxarıdan aşağı baxa bilməyəcək

  • mərkəzin bütü işçiləri sizin arxanızda dağ kimi dayanıb, müəllim. Bundan əmin ola bilərsiniz

  • mən sizə inanıram. Biz birlikdə hələ çox uğurlar əldə eliyəciyik. mən digər şöbələrə də baş çəkməliyəm. Sizə uğurlar

Samir onlarla sağollaşıb, həmin şöbəylə yanaşı olan idman şöbəsindəki şahmat və şaşki bölməsinə girdi. Içəri girən kimi ölü sükutu görüb, öz-özünə düşündü “ şahmat doğrudan da sakitliyi sevir ” içəridə olanların demək olar ki hər birinin fikri və diqqəti qarşısındakı şahmat və ya şaçki lövhəsində idi. yaxınlıqdakı stolda şahmat oynayan 2 nəfər diqqətini çəkdi. Biri rahatca şirə içdiyi halda, digəri bütün diqqətini şahmat taxtasına yönəltmişdi. Yaxınlaşıb astadan soruşdu

  • salam. Işlər necə gedir ?

  • ( şirə içən, qarşısındakın göstərib dedi ) ondan soruşun

  • ( digəri, fikrini dağıtmamaq üçün başını qaldırmadan dedi ) bərbad. Dünən buna 15:0 uduzmuşam. “ axırıncı aşırım ” filmində deyildiyi kimi -heç oğlum Yədullanın müsibəti belə olmamışdı-

Şirə içən, özünə arxayın bir əminliklə rəqibinin sözlərinə aydınlıq gətirdi

  • bu gün özünə söz verib ki məni mütləq udacaq. Onu qınamıram, axır vaxtlar fantastik filmlərə çox baxır

Samir gülümsünərək, otaqdakılara mane olmamaq üçün sakitcə oranı tərk edib, bilyard və stolüstü tenis zalına girərək zalda məşq edən insanlarla hal-əhval tutduqdan sonra soruşdu

  • kim mənnən tennis oynamaq istiyir ?

hər tərəfdən ” mən ” sözünü eşidib, özü bir nəfəri seçdi. Bir qolu kəsik, sarışın Nazim ilk öncə, Samirin tennis oynaya bilmədyini düşünərək güzəştlə oynamağa başladı. Sonradan Samirin oynaya bildiyini görüb tam qüvvəylə oynasa da, artıq gec idi. Oyunu qələbəynən başa vuran samir təklif verdi

  • gəlin, öz aramızda mini turnir keçirdək

hamı razışaşandan sonra, püşk ataraq kimin-kiminlə oynayacağını dəqiqləşdirib oyuna başladılar. Maraqlı və şən keçən oyunlardan sonra hamının təəccübünə səbəb olsa da, Samir birinci yer tutdu. Axırda, Nazim dözməyərək soruşdu

  • belə oynamağı harda öyrənmisiniz ?

  • ( Samir dəsmalla tərini silə-silə gülümsünüb dedi ) mən sumqayıtdakı paraolimpiya idman kompleksində stolüstü tennis və güllə atıcılığı məşqlərinə getmişəm. üstəlik, evdə fərdi olaraq boksla da məşğul olmuşam

  • Boksla ?

  • Bəli, boksla. Boks torbasını elə yerdən asdırmişdım ki divara söykənərək rahatca yumruqluya bilim. Fəndləri və zərbələrin vurulma qaydasını isə, internetdən götürürdüm

Samir, bir az da söhbət etdikdən sonra, ordan çıxıb kabinetinə getdi. Otağa girən kimi katibəsinə, Muradı onun yanına çağırmağını tapşırıb, bu günkü iş qrafikini nəzərdən keçirməyə başladı. Murad içəri girəndə, Samir ona pul verərək yekə ayı kuklası, üstündə ” 6 yaşın mübarək ” sözləri yazılmış tort və içində 6 dənə rəngli balıq olan akvarium almağı tapşırdı. Muradı yola salandan sonra isə, bu günə növbəyə yazılıan adamları qəbul etməyə başladı. Rayonda əlillər üçün açılacaq peşə məktəbiylə bağlı gələn, quba rayonunun icra nümayəndəsini, kompyüter biliyi olan əlillərin bu mərkəzdə işə qəbulu ilə bağlı elana görə glən 2 nəfəri, mərkəzin iranda açılacaq filialı ilə bağlı gələn iran səfirini, müxtəlif problemlərlə bağlı müraciət edən fiziki qüsurlu insanları və ya onların valideyinlərini qəbul edib-yola salanda, artıq axşam saat 6 idi. “ günorta 1 saat nahar fasiləsini çıxmaq şərtiylə əla işlədim ” deyə öz-özünə düşünüb Murada zəng vurdu

  • dediklərimi almısan ?

  • bəli müəllim

  • onları apar maşına. Sürücüyə də denən hazır olsun, 15 dəqiqəyə çıxıram

  • baş üstə

fevral ayı olduğundan, axşam saat 7-yə işləməsinə baxmayaraq hava artıq qaralmışdı. Qarlı və buzlu yollarla, aram-aram saray qəsəbəsinə gedən maşının arxa oturacağında oturaraq, radioda səslənən musiqiyə qulaq asa-asa açıq pəncərədən, yağan güclü qara baxırdı. Hava soyuq olduğundan pəncərəni bağlayıb, kürəyini oturacağa söykəyərək radioya qulaq asmağa başladı. Həzin musiqilər radioda bir-birini əvəz etdikcə, xəyalları onu uzağa, 2 il əvvəlki o dəhşətli günə apardı.

  • tez olun dəə. Gecikirəm axı

dünən ailəsi və qohumları ilə birgə avtobus tutaraq, tovuzun qəribli kəndində yaşayan əmisi oğlunun toy məclisinə getmişdilər və qəflətən yağan güclü qarın ucbatından geri qayıda bilməyib, toy qurtarandan sonra, gecəni kənddə qalmağa məcbur olmuşdular. Sürücü nə olursa-olsun, ilk nəvəsinin 1-ci ad gününə çatmaq istəyirdi. Ona görə də tezdən saat 9-dan hay-həşir salmağa başlamışdı. Ev sahibi, yolların buzlu olması səbəbiylə, günortaya qədər gözləməyi məsləhət görsə də xeyri olmadı. -mən neçə illərin sürücüsüyəm, o qədər belə yollarda maşın sürmüşəm ki, əgər getməsəniz sumqayıta boş maşınla qayıdacam- kimi sözlərlə axır ki hamını yola gətirdi və saat 10-da yola düşdülər. Buludların arasından süzülən zəif günəş şüaları, səhərədək yağan qarın üzərinə düşərək bərq vurub əsrarəngsiz bir mənzərə yaratsa da, avtobusun içində heç kim bunun fərqinə varmırdı. Samirin bibisi ilə anası sürücünün arxa tərəfindəki oturacalarda oturmuşdular və bibisi, təzə gəlini haqda danışırdı, onlardan arxada oturmuş qardaşı ilə əmisi oğlu bu il italiya futbolunda hansı klubun çempion olacağını müzakirə edirdilər, onlarla paralel oturacaqda oturmuş Samir, Əliyə cipsi yedizdirə-yedizdirə onun -o nədir ? orda nə var ? o niyə elədir ?- kimi suallarına cavab verirdi, onlardan arxada oturmuş bibisi qızı il Samirin qardaşı arvadı toyda baş verənlərdən danışırdılar, onlarla paralel oturmuş atası ilə əmisi qarın yağmasından danışırdılar, -gərək toyu payızda eliyəydilər, ya da ki yaza saxlayaydılar- əmisi qayğılı-qayğılı dilləndi. -yazıq hardan biləydi ki belə olacaq ? bir həftədən çox idi ki qar yağmırdı- adası dedi. Digər insanlar isə, kimi əl barmaqlarına lak qoyur, kimi telefonda oyun oynayır, kimi körpəsini yatırdır, kimi də səssizcə oturub sadəcə olaraq evə tez çatmağı arzulayırdı. Samir növbət cipsini Əliyə uzadanda Əli dedi

  • dayı, çişim var

Samir avtobusu saxlatmaq istəyəndə bibisi qoymadı

  • onsuzda avtobus yavaş gedir. Qoy dursun qapının ağzında, neyniyir eləsin. Körpə uşaqdır, kim ona nə deyəcək ? neçə yaşı var ?

  • 11 gündən sonra 4 yaşı tamam olacaq ( arxadan qardaşı arvadı dilləndi )

  • Samir, tuta biləcəksən ? ( qardaşı soruşdu ) yoxsa mən gəlim ?

  • Narahat olma, özüm tutaram.

  • Sən onu tut, qoyma yıxılsın. O özü çiş eliyəcək

Samir Əlini aşağı pilləyə düşürtdü. Özü də onun yanına düşərək bərk-bərk kurtkasının boynundan yapışıb, süsrücüdən qapını açmasını istədi. Sürücü, maqnitofonun yanındakı iki kiçik dəstəkdən birini yuxarı qaldıraraq dedi

  • bir azdan döngəy yaxınlaşacıyıq, ehtiyatlı olun

  • oldu

Əli bir az sonra -dayı, qurtardım- deyəndə Samir sürücüyə -qapını bağla- demək istəyirdi ki, qəflətən güclü siqnal səsi eşidib, qeyri-ixtiyari başını qaldıraraq yola baxdı. yük maşınının sürücüsü siqaretini yandırmaq istəyərkən əlindən saldığı alışqanını götürmək üçün aşağı əyildiyindən, döngədən çıxaraq ona tərəf gələn aftobusu görmədi. Avtobusun sürücüsü döngədən çıxanda, yük maşınının düz onların üstünə gəldiyini görərək əyləci basıb siqnal versə də, artıq gec idi. Toqquşma zərbəsinin təsirindən həm Samir, həmi də Əli maşından yıxılaraq qarın üstünə düşdülər. Yol buzlu olduğundan hər iki maşın sürüşərək onsuz da dar olan yoldan çıxıb, 30 metr yüksəklikdən dərəyə yuvarlandılar. Maşından yıxılarkən Samirin başı da dəydiyindən huşunu itirdi və gözünü 1 gündən sonra, xəstəxanada açaraq Əlidən savayı bütün ailə üzvlərinin həlak olmasını eşidib şok keçirdi. O hadisən sonra sumqayıt şəhər icra hakimiyyəti Samiri öz himayəsinə götürdü, Əli isə öz nənə-babasının yanında qaldı.> Sürücü, qarşısına çıxan pişiyi vurmamaq üçün qəfil əyləci basanda, samir fikrdən ayıldı. Bütün bədəni tər içində idi, çətinlikə nəfəs alırdı. Maşını saxlatdırıb qapını açdı. Çevrilərək ayaqlarını maşından çıxardıb qarın üstünə qoysa da, otujracaqdan qalxmadı. əyilib yerdən qar götürərək əllərinə, üzünə sürtdü. Bir az özünə gələndən sonra, yenidən maşına oturaraq qapını bağlayıb, sürücüyə dedi

  • getdik

maşın, Əlinin yaşadığı evin qarşısında dayananda Samir sürücüyə dedi

  • hədiyyələri içəri apar, özün isə get evə. Gecəni burda qalacam

qapının zəngini basdıqdan bir az sonra, Əlinin babası qapını açdı

  • axşamın xeyir, Zahid dayı. Gəlmək olar ?

  • hər vaxtın xeyir bala. Buyur keç

Samir içəri keçib soruşdu

  • bəs Əli hardadı ?

  • yatıb. Bayaqdan səni gözdüyürdü, təzə yuxuya gedib

sürücü, əlindəkiləri stolun üstüsnə qoyub gedəndən sonra, Samir, Əlinin nənəsi Aybənizlə də görüşüb, Əlinin yatdığı otağa gedərən onu ehtgiyatla oyatmağa başladı. Əli yuxudan ayılanda Samiri görən kimi onun boynuna sarıldı. Samir onu dizinin üstündə oturdaraq üzündən öpüb dedi

  • ad günün mübarək, şirinim

  • sağ ol əmi

  • bu gün neçə yaşın tamam olur ?

  • 6

  • Heç bilirsən sənə nə almışam ?

  • ( Əli, başını yelləyərk dedi ) yox

  • Gəl gedək, göstəri

Otağa girən Əli, balıqları görən kimi sevincindən qışqırdı

  • əla. əmim mənə balıq alıb. ( üzürünü Samirə çevirərək soruşdu ) əmi, hardan bildin ki mən balıq istiyirəm ?

  • yuxuda görmüşdüm

Əli heç nə başa düşməsə d dərinə getmədi. Akvariumun qarşısında diz üstə oturaraq balıqlarla oynamağa başladı. Samir yataq otağında, Əlinin yanında olanda, Aybəniz süfrə açmışdı və indi əlində çörək, otağa girəndə dedi

  • oğul buyur süfrəyə. Əli də axşam heç nə yemədi ki, əmimi gösdüyürəm

  • gərək bağışdıyasınız. Iş o qədər çoxdur ki, imkan tapıb, vaxtında gələ bilmədim

şam yeməyindən sonra Əli yenidən balıqların yanına getdi, Samirgil isə tortla ay içə-içə söhbətə başladılar. Samir Əlini göstərərək soruşdu

  • sizi incitmir ki ? əgər sizi çox yorursa özümlə aparım. Dayə tutaram baxar

  • yox, a bala nə danışırsan ? ( Zahid dedi ) tək qızımın yeganə yadigarıdır. Bu 2 qocanı həyatda saxlayan odu

  • ( Aybəniz, nəmli gözlərini yaylığının ucu ilə silərək ) ondan başqa kimimiz var ki ? Zahidlə mən, uşaq evində böyümüşük. Bir qızımız vardı, onu da qara torpaq aldı bizim əlimizdən. Bu həyatda tək təsəllimiz bu uşaqdı

  • Ümumilikdə heç bir probleminiz yoxdur ki ? nəyəsə ehtiyacınız olsa, çəkinməyin

  • ( Zahid, çaydan bir qurtum içərək ). Çox sağ ol ay oğul, onsuz da əziyyətimizi çox çəkirsən

  • Borcundu dayı, borcumdu

  • Bircə, Əli səndən ötrü yaman darıxır. ( Aybəniz dedi ) bu yaşda uşağa ata qayğısı, ana nəvazişi lazımdır. Bir də fikirləşirəm ki, sən azərbaycanda olmayanda başımıza bir iş gəlsə, uşağa kim baxar

  • Rənanı tanıyırsınız ? icra hakimiyyətində işləyən Rənanı deyirəm

  • Katibə qız ? əlbətdə tanıyıram. əvvəllər bir-iki dəfə bura gəlib-gedib

  • Hə. Bax o. Mən onnan danışacam, mən burda olmayanda qoyun uşağa o baxsın. Telefon nömrəsini yazıram bura, nə vaxt lazım olsa zəng vurun

Bir az da söhbət eliyəndən sonra, Samir Əlinin əsnədiyini görüb, oun yatırtmağa apardı. Samir gələndə Əli yuxudan yarımçıq durduğundan, çarpayıya uzanan kimi yatdı. Samir ona tamaşa eliyə-eliyə necə yuxuya keçdiyuni heç özü də bilmədi. Səhər, mərkəzə gələn kimi, anarı və bir yerə səfər edən zaman onu müşayət eliyən eldarı, zauru və ayxanı yanına çağırdı. Bu üçlük, səfərlər zamanı Samirin həm dostları, həm kömkçiləri, həmi də cangüdənləri olurdular. Eldar, içəri girən kimi soruşdu

  • səhər-səhər noolub ? gecə kimi yuxuda görmüsən ?

  • altıaylıq doğulduğuvu eşitmişdim, amma inanmırdım. Oturun görüm

hamı oturandan sonra Samir sözə başladı

  • bu gündən, yeni bir layihənin icrasına başlıyırıq. Bölgələrdəki əlillərin vəziyyətiylə yerində və yaxından tanış olmaq üçün bu gündən etibarən, hər həftə bir rayona gedəcəyik

  • bu gün hara gedirik ? ( Ayxan maraqla soruşdu )

  • bu gün gəncəyə gedəcəyik. Həmi də 2 gün sonra məhərrəmlik ayı gəlir deyə, “ imamzadə ” ni ziyarət eləmək istəyirəm

  • bu yaxşı oldu ( Zaur dedi ) kərbəla düzündə canlarından keçən islam şəhidlərinin xatirəsini yad etmək pis olmaz

  • hanzı zəmanədə olur-olsun, hansı niyyətlə olur-olsun. Öz məqsədinə çatmaq üçün adamları günlərlə susuz qoyub, onlara işgəncə verən bütün insanlara ALLAH lə`nət eləsin. gedin hazırlaşın, saat 12-də yola düşürük

  • bəs bizim tərəflərə nə vaxt gedəcəyik ? ( Ayxan zarafatla soruşdu )

  • inşallah sən ata olanda. Həm vəziyyətlə tanış olarıq, həmi də uşağı qeyd eliyərik

  • ( Eldar əlini əlinə sürtdü ) ay can-ay can. Balıq ləvəngisi, lənkəran plovu, və daha nələr-nələr

  • Üstündən də ki, ( Zaur, əlavə elədi ) içinə, ətrinə və dadına doyum olmayan lənkəran limonu atılmış, samavar çayı

  • Belə olmaz axı, bəs məni niyə aparmırsınız ? ( Anar incikliklə soruşdu )

  • Sən mənə burda lazımsan. Amma arxayın ol, lənkərana mütləq gedəcəksən. Haydı. Gedin hazırlaşın. Saat 12-də yola düşürük

Hamı otaqdan çıxandan sonra, Samir kağız və qələm götürərək, gəncədə gəzəcəkləri məkanların siyahısını tutmağa başladı.


Kataloq: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə