Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə16/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   12   13   14   15   16   17   18   19   ...   46
HADİSƏDƏN 2 AY ƏVVƏL

Bakı. Azərbaycan

Samir mərkəzin binasına girəndə, qapıda Əzizlə qarşılaşdı



  • salam Əzizim. Bu nə vəziyyətdi ? bərbad görsənirsən

  • salam müəllim. Qrip olmuşam. Dünə gecə qızdırmadan yata bilməmişəm

  • bəs bu vəziyyətdə işə niyə gəlmisən ?

  • neyniyim axı ? görüləsi o qədər iş var ki

  • bu vəziyyətdə işləmək sənə ziyandı. Sonra sənin üçün daha pis nəticə verə bilər. Mən tapşıracam səni əvəz eləsinlər, get evdə 1-2 gün dincəl. Mühasibə də tapşıracam ehtiyat fonddan sənə bir az pul versin. Bir neçə gün ye-iç, uzan, dincəl ki tezliklə sağalasan. Burda işləyən hər bir insan mənim üçün çox əzizdir. əgər sən bu vəziyyətdə işləməyə davam eləsən, fikrim bütün günü sənin yanında qalacaq

  • hər şeyə görə çox sağ olun müəllim

  • özündən muğayət ol

Samir kabinetinə girib kresloda əyləşəndə gözü masanın üstündəki faks kağızına sataşdı və götürüb oxumağa başladı. Onu ispaniyada keçirilən “ fiziki qüsurlu insanların pensiyadan asılılığı ” adlı, tədbirə də`vət edirdilər. Faksı tam oxuyub qurtarmamış telefon zəng çaldı

  • buyur Anna, eşidirəm

  • müəllim, əmək və əhalinin sosial müdafə naziri sizinlə danışmaq istəyir

  • calaşdır

  • -------------------------

  • Buyurun cənab Mahmudov, eşidirəm

  • Salam Samir. Istiyirəm bu gün qonağın olum, nə deyirsəm ?

  • Ürəyiniz nə zaman istəsə buyurub gələ bilərsiniz

1 saatdan sonra nazir mərkəz gələndə Samir onu kabinetin qapısında qarşılayıb, hər zaman oturduğu kreslonu göstərdi

- buyurun müəllim, əyləşin

- ( nazir, divanda oturaraq zarafatla dedi ) mənim başqasının yerində gözüm yoxdu. 4 ay bundan əvvəl döşüvə döydüyün yadındadı ? indi, de görüm bu 4 ayda nə iş görmüsən

- ( Samir keçib yerində əyləşərək soruşdu ) nə içəcəksiniz ?

- heç nə. Mən bura yalnız sənin yazdığın ş`eri öz dilindən eşitmək üçün gəlmişəm

- bu 4 ayda çox iş görmüşük. Respublikanın 10 bölgəsində fiziki qüsurlu insanlar üçün xüsusi avtobuslarla təhciz olunmuş peşə məktəbləri açılıb. Dövlət televiziyasında həftəlik 14 saatlıq efir vaxtımız var. Dünyanın 12 ölkəsində mərkəzin filialları yaradılıb və bu proses davam edir. 1 həftə sonra əlil rəssamların sərgisi açılacaq, 1 ay sonra isə əlillərin birinci beynəlxalq “ stolüstü oyunlar ” turniri keçiriləcək. Yüzlərlə əlil, mərkəzin tibb şö`bəsində pulsuz müalicə alır. Hal-hazırda mərkəzdə 60-dan çox fiziki qüsurlu insan çalışır. Hətda, yalnız fiziki qüsurlu insanların rol alacağı bir film də çəkməyi planlaşdırırıq. Və daha nələr-nələr. Hələ saytın xidmətlərini saymıram

- afərin. O vaxt mənə irad tutdular ki, niyə bu mərkəzin rəhbərliyini savadlı və təcrübəli bir adama yox, ayaqdan əlil birinə tapşırıram. Amma mən inanırdım ki yalnız və yalnız bu layihəni quran insan, onu həyata keçirə biləcək. Öz hisslərini kağıza tökən şair kimi. Çox sağ ol ki məni başıaşağı eləmədin

- məni də çox tənqid elədilər ki, güya mən işə mane oluram, mənim yerimə sağlam insan olsaydı daha çox iş görə bilərdi. Mən bütün işləri ağlımnan görürəm ki, ağıl da başda olur. Ayaqların bura nə dəxli var bilmirəm

- sən onlara fikir vermə. Tənqidçilər hər zaman olub və olacaq. Dünyanın bir çox yerində, öz dövründə tənqidə məruz qalan yaradıcı insanların heykəlinə rast gəlmək olar, amma dünyanın heç bir yerində heç bir tənqidçinin heykəlinə rast gəlməzsən

- başımız bayaqdan söhbətə qarışıb deyə soruşmaq yadımdan çıxıb. Ürəyiniz necədir ? yenə sizi incidir ?

- dünən həkimə getmişdim. Mənə dedi ki -çox işdiyirsən-. Məsləhət gördü ki işdən çıxım

- bəs sizin fikriniz nədi ?

- mən də elə düşünürəm. yaş öz sözünü deyir, bu il 65 olacaq, artıq dincəlmək vaxtıdır. Gələn həftə işdən çıxmaq haqda ərizəmi yazacam

- birisigün ispaniyadan gələn əlil insanlarla, burdakı əlil insanlar arasında keçiriləcək forumdan sonra, qurban bayramı ilə əlaqədar tədbir keçirəcəyik. Sizi də o tədbirdə gömək mənim üçün xoş olar

- mütləq gələcəm. fiziki qüsurlu insanların yanında olmaq təkcə vəzifə borcu deyil, həmi də insanlıq borcudur

- müəllim, mənim sizdən bir xahişim də var

- buyur

Samirin xahişini dinləyəndən sonra, bu xahişə əməl edəcəyini bildirən mahmudov ayağa qalxdı. Samir onu yola salandan sonra Muradı yanına çağırdı



  • ispaniyadan gələn heyyəti hansı oteldə yerləşdirmisiniz ?

  • ” qüsursuz xidmət ” otelində

  • Bu otelin adını birinci dəfədir eşidirəm. nə isə, oranın telefon nömrəsini və Devidin qaldığı otağın nömrəsini mənə ver.

Murad nömrəni Samirə verib gedəndən sonra, Samir otelə zəng vuraraq onu Devidlə calaşdırmalarını istədi. Devid trupkanı götürən kimi əsəbi-əsəbi dedi

  • alo, eşidirəm

  • salam amigo

  • (Samirin səsin eşidən Devid səsini yumşaltdı ) ooooo. Necəsən amigo ?

  • Mən əlayam. Sənə nə olub ? deyəsən əsəbləşmisən ?

  • əsəbləşməyim neyləyim ? dünən valensiya öz meydanında deportivoya uduzub

  • ola bilməz. Axı 2:0 udurdu ? mən də 2:0-dan sonra getdim yatmağa ki, artıq qələbə bizimdir

  • 2:3 olub. Indi idman xəbərlərində verirdilər

  • Eybi yox. Gələn tur səfərdə atletiko madrid-i udar, əvəz-əvəz olar. Başımız söhbətə qarışdı deyə, əsas məsələ yadımdan çıxdı. “samir” mərkəzinə, yanıma gələ bilərsən ?

  • Biz ki “ valencia ”-lıyıq. əlbətdə gələrəm. mənə 1 saat vaxt ver

  • Artıq 59 dəqiqə, 55 saniyən qaldı

45 dəqiqədən sonra Samirin kabinetinə girən 35 yaşlı, ortaboylu, qalın və pırtlaşıq saçlı, əslən iqtisadiyyatçı olan və zarafatı çox sevən Devid, tanış olduqları bu 4 ayda Samirlə bərk dostlaşmışdı. Işdən əlavə ən çox danışdıqları mövzular isə “ valencia ” futbol klubu, öz ölkələrinin məzəli lətifələri və birgə yaratmaq istədikləri basketbol klubu haqda idi. Devid içəri girib Samirlə görüşükdən sonra, soruşdu

- mərkəzin həyətində çoxlu qoç var. Bunlar nə üçündür ? mərkəzin yeməkxanası üçün ?

- mən də səni buna görə çağırmışam. Birisigün bizdə bayramdır, bu qoçlar da həmin bayram üçün alınıb

- dövlət bayramıdır ?

- yox, “ qurban bayramı ” adlı dini bayramdır. Bu bayramı təkcə azərbaycanlılar deyil, bütün dünya müsəlmanları qeyd edirlər. Imkanı olan şəxslər bu bayramda dəvə, öküz və yaxud qoç kəsərək ətini kasıblara, kimsəsizlərə, xəstələrə, bir sözlə, bu ətə ehtiyacı olan insanlara paylayırıq. Bununla həm onlara sevinc bəxş edirik, həmi də müəyyən qədər qida ehtiyaclarını ödəyirik

- ( heyranlıqla Samirə qulaq asan Devid soruşdu ) hansını kəsmək daha xeyirlidir ?

- fərqi yoxdur. Imkanın hansına çatsa, onu da alıb kəsərək ətini paylaya bilərsən

- necə də gözəl hərəkətdir. Ac insanları doyurmaq həqiqətən də qürurverici addımdır

- bu hələ harasıdır ki. Islamda “ ramazan ” ayı adlanan orucluq ayı var ki, bu ayda fiziki imkanları oruc tutmaq üçün əlverişli olan bütün müsəlmanlar günçıxandan-günbatanadək oruc tutmalıdırlar. Bu ayda insanlar, düz bir ay kasıb və kimsəsiz insanları yedirdirlər

- 1 ay boyunca ? neçə nəfəri yedirtmək tələb olunur ?

- baxır sənin maddi vəziyyətinə. Istəyirsən bir gün “ iftar ” süfrəsi aç, stəyirsən də 30 günün hamısını. Istəyirsən bir nəfər üçün “ iftar ” süfrəsi aç, istəyirsən 1000 nəfər üçün. Oruc tutmaqda və iftar süfrəsi verməkdə əsas məqsəd “ islam ” dininin şərtlərinə əməl etmək və savab qazanmaqdır

- bəs oruc tuta bilməyənlər neyləsin ? onlar üçün savab yoxdur ?

- xəstələrə, qocalara, səfərdə olanlara və hamilə qadınlara oruc tutmaq vacib buyrulmuyub. Oruc tuta bilməyənlər, bunun əvəzində kasıb insanlara nəzir verməlidirlər. Vacib deyil ki bahalı bir şey olsun. Imkanın yoxdursa adi bir xurma belə, nəzir sayıla bilər. əsas odur ki təmmiz qəlblə verəsən

- bəs buna da imkan olmasa necə ?

- onda mə`nəvi oruc tutsa lap yaxşı olar. Dilini söyüş söyməkdən və yalan danışmaqdan qorusa, qulaqlarını qeybətdən və gözlərini zinadan qorusa, əllərini oğurluqdan və kimisə səbəbsiz yerə vurmaqdan qorusa, nəfsinə hakim olsa, haram işlrdən çəkinsə bax bu olar mə`nəvi oruc. Mə`nəvi oruc barədə saydıqlarıma hər bir müsəlman ömrü boyu əməl etməlidir. Ancaq hər kəs bunlara “ ramazan ” ayı boyunca daha çox diqqət yetirsə lap əla olar

- islamda haram deyiləndə nə nəzərdə tutulur ?

- bu çox geniş bir mövzudur. Insanın həyatında danışıqdan qidalanmayadək, hərəkətdən düşüncəyədək hər bir şeydə halal və haram meyarlar var. Qısa olaraq onu deyə bilərəm ki bir başqasına aid olan bir şeyi, sahibinin razılığı olmadan mənimsəmək və ya müvəqqəti ddə olsa belə istifadə etmək haram sayılır. Spirtli içki içmək, qumar oynamaq, kiminsə üstünə şər atmaq, oğurluq etmək, əmanətə xəyanət etmək, kimisə səbəbsiz yerə incitmək də haram və günahlar sırasındadır. Hətda qonşunun bağındakı ağacdan bir alma qırıb yemək istəyəndə də mütləq bağ icazə və halallıq almalısan. Dediyim kimi bu çox geniş bir mövzudur. Imkan düşdükcən sənə izah eliyərəm

- bəs islamın ən kədərli günü hansıdır ?

- “ aşura ” günü

- o gün nə baş verib ki ?

- “ aşura ” günü və ümumiyyətlə islam aləmində baş verən bütün mühüm hadisələr haqda imkan olduqca sənə geniş məlumat verəcəm. hələlik isə bu gün “ qurban ” bayramı və mərkəzin birisigün təşkil edəcəyi bayram tədbiri haqda danışacayıq

Samir “ qurban ” bayramının tarixi, vacibliyi, məqsədi və üsulu haqda Devidə ətrafı məlumat verdikdən sonra, ispaniyadan gələn nümayəndə heyyətinin bu tədbirdə iştirakını və birisigün keçiriləcək forumda səslənəcək məsələləri müzakirə etdilər. Devid getmək istəyəndə Samir stolun siyirtməsindən disk götürüb dedi



  • sənə kiçik bir hədiyyəm var. Birisigün başım qarışıq olacaq, al indidən götür. ( diski Devidə uzadıb, əlavə etdi ) Azərbaycan musiqisində “ muğam ” adlanan janr var. Bu diskin içindəkilər həmin janrdandır. Qulaq asandan sonra fikrini mənə bildirərsən

  • ( Devid diskin o üz-bu üzünə baxıb soruşdu ) burdakı musiqilər arasında sənin ən çox bəyəndiyin hansıdır ?

  • Bu diskdəki musiqilərin hamısı çox gözəldir. Şəxsən mənim, ” qarabağ şikəstəsi ” və Qədir Rüstəmovun ” sona bülbüllər ” mahnıları

Devid Samirin dediyi mahnıların adlarını cib dəftərçəsində qeyd edərək getdi. Birisigün əlillər arasında təşkil edilmiş forumdan sonra, Samir şəhərdəki şadlıq evlərinin birində bayram tədbiri təşkil etdi. Tədbirdə 200-dən əlil, ispaniyadan gələn qonaqlar, mərkəzlə əməkdaşlıq edən təşkilatların əməkdaşları, “samir” mərkəzinin işçiləri, jurnalistlər və xaricdən gələn qonaqlar iştirak edirdilər. Xaricdən gələn qonaqlar qoçların kəsilərək uşaq evlərinə, qocalar evlərinə, ruhi xəstəxanalara və fərdi insanlara göndərilməsinə maraqla baxır, “ qurban bayramı ” haqda olan məlumatlara heyrətlə qulaq asırdılar. Mahmudov bu işdə xüsusi canfəşanlıq edirdi. heyvanlar kəsilərək müvafiq yerlərə göndərildikdən sonra məclis iştirakçıları üçün qurbanlıq ətindən bişirilmiş yeməklərlə süfrə açıldı. Samirin, Mahmudovun və digər bir-neçə nəfərin təbrik çıxışından sonra incəsənət ustalarının çıxışı ilə möhtəşəm konsert proqramı başladı. Plovdan, dolmadan və Azərbaycan mətbəxinin digər gözəl yeməklərindən ləzzətlə yeyən ispanlar, Azərbaycan mətbəxinin zənginliyini və ləzzətini ağız dolusu tərifləyirdilər. Devidin ən çox xoşuna gələn yeməklər isə plov və dovğa idi. Meyxana ustadlarının, rəqs ifaçılarının, muğam ustadlarının, cazmenlərin, saz ustadlarının və estrada müğənnilərinin bir-birini əvəz edən bənzərsiz və gözəl ifaları isə məclis iştirakçılarına unudulmaz bir gün yaşadırdı. Devid əyilərək Samirin qulağına dedi

  • desəm ki -bu günü heç vaxt unutmayacam- özümü yalannan irəli çəkmiş olaram, çunki bu günü unutmaq sadəcə mümkün deyil

Samirin digər tərəfində oturmuş Mahmudov isə iri bir tikə yağlı qoyun ətini əlinə götürərək üzünü hektora tutub səsinin eşidilməsi üçün ucadan dedi

  • saki həkimlər pəhrizə görə bu cür yeməkləri mənə qadağan ediblər

  • narahat olmayın cənab nazir. Qurbanlıq heyvanın əti heç kimə zərər verməz ( Samir eyni ahənglə cavab verdi )

tədbir qurtarandan sonra evlrinə və otellərə dağılışan hər bir insanın üzündə xoşbəxtlik, ürəyində fərəh, gözlərində isə alışıb-yanan həyat eşqi var idi.


Kataloq: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə