Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,01 Mb.
səhifə3/46
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#1443
1   2   3   4   5   6   7   8   9   ...   46
Bakı. Azərbaycan

Asif yolun digər tərəfinə keçmək istəyəndə maşınların gur olduğunu görüb fikrini dəyişərək bir az aralıda yerləşən piyada keçidinə tərəf irəliləməyə başladı. Səkinin üstü ilə o tərəf-bu tərəfə gedən adamların bə`ziləri əlil arabasında asta-asta piyada keçidinə tərəf gedən 19-21 yaşlı, qarabuğdayı, qıvrımsaç, yumrusifət oğlana yol versələr də, bə`ziləri də onun yanından saymazyana ötüb keçirdilər. Piyada keçidinə çatanda keçidin ayaqdan əlil insanlar üçün nəzərdə tutulmuş hissəsinin bu tərəfinin təmirə bağlandığını görb yaxınlıqdan keçən 3 nəfər 18-22 yaşlı oğlanlardan onu piyada keçidinə düşürtmələrini xahiş etdi. Oğlanlar onu piyada keidinin kənarına gətirərək ordan aşağı itələdilər və pilləkənlərdən yıxılan Asifə baxıb gülməyə başladılar. Asif çapılan qaşından axan qana və qolunun bərk əzilməsinə baxmayaraq arabada oturmaq üçün qalxmağa çalışdı. Oğlanlar Asifin yanına gələrək onu ələ salmağa başladılar



  • çəkinmə brat, nə kömək lazım olsa bizə deyə bilərsən. Həmişə sənin qulluğunda hazırıq

  • əl çəkin məndən ( Asif əsəbi-əsəbi dedi )

  • qalmışdın yuxarıda, aşağı düşə bilmirdin. Bu du çox sağ olun ? bilsəydik belə eliyəcəksən heç sənə kömək eləməzdik

  • gəlin onu qaytarıb qoyaq əvvəlki yerinə. ( oğlanlardan digəri dilləndi ) buna yaxşılıq yoxuymuş

oğlanlardan ikisi Asifin çırpınaraq -əl çəkin. Məndən nə istəyirsiniz ?- deməsinə məhəl qoymayaraq qollarından tutaraq onu pilləknlərlə yuxarı sürüməyə başladılar. Digəri isə onun arabasını qaldırırdı. Bu vaxt piyada keçidindən keçən yaşlı bir kişi bu mənzərəni görərək Asifin köməyinə tələsdi. Oğlanlara çataraq onlara mane olmağa çalışdı

  • siz neynirsiniz ? buraxın onu. Ona niyə belə zülm edirsiniz ? ALLAHdan qorxun

  • babacan sən qarışma. ( arabanı aparan dedi ) qoy bu naşükürün cəzasını verək

  • əl çəkin dedim. Onunla işiniz olmasın. Nə istəyirsiniz ondan ?

oğlanlardan biri qocanın onlara əl hərəkətləri ilə mane olmaq istədiyini görüb Asifi buraxaraq qocanı sinəsindən itələdi

  • eee, əl çək bizdən. Deyəsən axı bizim kim olduğumuzu bilmirsən ? əgər çıxıb getməsən bizdən incimə

yıxılmamaq üçün divardan tutan qoca dedi

  • kim olursunuz olun, bu yazıq oğlandan əl çəkməsəniz burdan heç yerə gedən deyiləm

oğlanlardan biri, onları əyləncələrindən məhrum etdiyinə görə qocaya bərk əsəbləşdiyindən cibindən bıçağı çıxardaraq kişinin gözünün qabağında oynatdı

  • sən bizim kim olduğumuz öyrənməyənə qədər burdan getmək istəmirsən həə ? bir bunun özünə bax, bu qoca yaşında 3 cavan oğlana xod eliyir

  • sis kimsiniz həə ? ( qoca əsəbi halda dilləndi ) bu vəziyyətdə özünüzü nə sayırsınız ? qəhraman ? əlil bir insanı ələ salmaqnan öz gücünüzə baxıb qürrələnirsiniz. Sizcə əsl igidlik budur ? yox. əsl igidlik, köməyə ehtiyacı olan insanlara təmənnasız yardım eləməkdir. əsl qəhramanlıq, nümunəvi övlad olmaqla öz valideyinlərinə başıucalıq gətirməkdir. əsl igidlik, xəstələnmiş bir insana baş çəkərək onun üzünü güldürməkdir. əsl qəhraman insanlar ibadətdə davamlı, yardım etməkdə səxavətli, pislikdə xəsis olanlar və halal gəlir qazanmaq üçün çalışan, həmişə böyüyə-kiçiyə hörmət eliyən insanlardır

  • sən lap zəhləmi tökdün. ( əlində bıçaq tutan dedi ) bu dəqiqə sənə elə hörmət göstərəcəm ki, ömrün boyu yadından çıxmayacaq

  • ömrü var bunun ? uzağı 7-8 ilə əzrayılnan cipsi yeyəcək ( Asifin başının üstündə dayanan dilləndi )

  • yaxşı. Gəlin belə eliyək. ( onları yola gətirə bilməyəcəyini görən qoca dilləndi ) mən sizin hər birinizə 20 manat verirəm, əvəzində siz də bizdən əl çəkirsiniz

  • bu başqa məsələ. ( pul məsələsini eşidəndə gözləri işıldayan əlibıçaqlı oğlan dilləndi ) bax, indi beynin yaşına uyğun işləməyə başladı. Pulu ver, çıxaq gedək

  • yox, belə olmaz. Siz əvvəlcə bu oğlanı arabasına qoyaraq keçidin digər tərəfinə çıxardın, sonra mən pulu verim və biz ayrılaq

  • yaxşı. Ancaq bax haa, bizə kələk gəlmək istəsən ikinizi də öldürəcəm

  • arxayın ol. Bu yaşımda yalan danışmayacam ki. Dediyim kimi, 60 manat qabaqsınız

  • deyəsən bunda 60 manat var. ( oğlanlardan biri dedi ) Gəlin hədə-qorxu gəlib əlindən alaq

  • niyə özümüzə problem yaradırıq ki ? öz xoşluğu ilə verir dəə

  • birdən vermədi ?

  • verər, verər. ( yenidən bıçağı əlində oynatdı ) Bilir ki verməsə hər ikisinin gözlərini oyaram

oğlanlar Asifi əlil kreslosuna qoyub keçidin digər tərəfinə keçirdəndən sonra kişi əlini cibinə salıb vəsiqə çıxardaraq oğlanlara uzatdı

  • bu nədi ? deyəsən sən bizə pul verməliydin axı ?

  • götürün baxın. Pul da olacaq

oğlanlar vəsiqəni alıb üstünü oxumağa başladılar “ 34-cü polis bölməsinin şö`bə rəisi Vüqar Ağayev ” oğlanlar başlarını qaldırıb qoca kişiyə baxanda daha da təəccübləndilər. Vüqar əlindəki tapançanı düz onlara tuşlamışdı

  • hə cavanlar, hansını seçirsiniz ? azadlıq, yoxsa zindan ?

oğlanlar vəsiqəni ataraq bir-birilərinə “ qaçın, bu bizi həps elətdirəcək, aradan çıxın ” deyərək qaçıb tini burularaq gözdən itdilər. Vüqar vəsiqəni yerdən götürərək Asifin yanına qayıtdı

  • çox düşüncəsiz insanlar idi. bu qədər öyüd-nəsihət verdim, yenə də düzlüyü dərk eləmədilər

  • ( Asif üzünə tökülən qanı dəsmalla silə-silə dedi ) Mevlana yaxşı deyib ” nə qədər mənalı danışırsan danış, söylədiklərin qarşındakının anladığı qədərdir ”

  • Bax bunu yaxşı dedin. ( cibindən vizit kartı çıxardaraq Asifə uzatdı ) al götür, nə vaxt lazım olsam zəng vur. Adın nədir sənin ? hara gedirsən belə ?

  • Adım Asifdir. Xalamgil burda-yaxınlıqda qalırlar, onlara gedirdim. Mənə kömək elədiyinizə görə çox sağ olun. Bu yaxşılığınızı ömrümün sonunadək unutmayacam. Köməyimə yetişməsəydiniz bilmirəm axırım necə olacaqdı. Bu saatda bu keçiddən çox az adam istifadə edir

  • əslində mənim yolum burdan deyil, mən həmişə bundan əvvəlki keçiddən keçirdim. Ancaq yolu fikirli-fikirli getdiyimdəm həmişəki keçidə yox, bu keçidə girdim. Bilmirəm, bəlkə də məni bura sənə kömək eləməyim üçün tanrı göndərib. Səni mənzil başına qədər ötürüm ?

  • çox sağ olun müəllim. Yolum yaxındır, özüm gedərəm. Ancaq sizə bir sual vermək istəyirəm

  • buyur

  • siz o oğlanlara dediniz ki hər birinizə 20 manat verəcəm. Sonra da inandırdınız ki yalan danışmayacam. Axı siz onlara pul vermədiniz

  • vaxt gələr başa düşərsən. Hələlik

Asif ona kömək eləyən sıravi geyimli yaşlı polis rəisindən ayrılaraq yoluna davam elədi və ən çətin anlarında ona kömək durduğuna görə tanrıya minnətdarlığını bildirdi.


Kataloq: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə