Vi fəsil. Makroiqtisadiyyat və onun təşkili formaları. Firma (müəssisə), istehsal xərcləri və mənfəət



Yüklə 45,66 Kb.
tarix30.12.2021
ölçüsü45,66 Kb.
#49303
İqtisad sual 23
Theories of carcinogenesis An emerging perspective

VI fəsil. Makroiqtisadiyyat və onun təşkili formaları. Firma (müəssisə), istehsal xərcləri və mənfəət


7.7. Firmanın gəliri və mənfəəti. Mənfəətin formaları
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir firma əmtəə və xidmətin istehsalına çəkdiyi xərclərin müqabilində müəy­yən məbləğ gəlir əldə edir. Gəlir – firmanın fəaliyyətinin ən mühüm göstəricisi olub pul formasında bütün daxilolmaların məcmusun­dan ibarətdir. Gəlir firmanın bütün fəaliyyətinin nəticəsində yaranır. Firmanın işinin son nəticəsi istehsal edilmiş və reallaşdırılmış, yəni haqqı ödənilmiş məhsullardır.

Xərclərin növlərinə görə gəlirlər müxtəlif olur:



  1. Ümumi gəlir – müəyyən miqdar əmtəənin satışından əldə olunan pulun miqdarıdır. Onun məbləği əmtəələrin qiymət­lə­rinin həmin əmtəələrin kütləsinin hasilinə bərabərdir:


ÜG = ƏxQ


  1. Orta gəlir – ümumi gəlirin məhsul vahidinin miqdarına nisbətinə bərabərdir.

Yəni
Hər bir firmanın məqsədi öz fəaliyyətinin nəticəsi olaraq mən­fəət əldə etməkdir. Mənfəət – firmanın əmtəə (xidmət) satışından əldə etdiyi gəlirin istehsal xərc­lə­rin­dən artığıdır. Yaxud əmtəələrin topdansatış qiyməti ilə istehsal xərcləri arasındakı fərqdir.

Mənfəətin iki mühüm funksiyası vardır:


  1. Mənfəət firmanın pul yığımının (maliyyəsinin) həcmini xarak­te­rizə edir;

  2. Mənfəət firmanın istehsal və sosial inkişafına xərclərin ma­liy­yə­ləş­di­ril­mə­si­nin başlıca mənbəyidir.

Mənfəət həm də büdcə gəlirlərini vergi mexanizmi va­si­tə­si­lə, forma­laşdıran əsas mənbədir.

Firmanın fəaliyyətinin əsas prinsipi mənfəəti maksimum səviy­yəyə çat­dır­maq­dır. Bu səbəbdən də mənfəət istehsalın effektiv­liyinin əsas göstəricisi hesab olunur.



Təsərrüfat subyektlərinin səviyyəsinə uyğun olaraq mənfəətin müxtəlif növ­lə­ri mövcud olur. Bunlara aiddir: ümumi (balans) mənfəəti; məhsulun real­laş­dırılmasından mənfəət; reallaşdırılma­mış əməliyyatlardan mənfəət; xalis mənfəət.

  1. Ümumi (balans) mənfəəti - firmanın əldə etdiyi bütün mənfəətlərinin cəmidir.

  2. Məhsulun reallaşdırılmasından mənfəət – məhsulun real­laşdırılmasından əldə edilmiş gəlirlə məhsulun istehsal xərcləri (əlavə dəyər vergisiz və aksizlərsiz) arasındakı fərq kimi meydana çıxır.

  3. Reallaşdırılmamış əməliyyatlardan mənfəət. Bu firmanın satışdan kənar yol­larla əldə etdiyi mənfəətdir. Buraya 1) baş­qa firmaların fəaliyyətində payçı kimi iş­tirakdan; 2) əm­lakın icarəyə verilməsindən; 3) firmaya məxsus səhmlər­dən, is­tiq­raz­lardan və digər qiymətli kağızlardan əldə olunan gəlirlərdən; 4) məhsulun istehsalı və real­laş­dı­­rılması ilə bağlı olmayan gəlirlər; məsələn, sanksiyalara görə ödəmələr və s. daxildir.

  4. Xalis mənfəət – ümumi mənfəətdən vergilər və digər məc­buri ödəmələr çıxıldıqdan sonra yaranır, yəni yerdə qalanı­dır. Hər bir təsərrüfatçı subyekt xalis mənfəətdən istifadə qaydalarını özü müəyyən edir.

Firmanın məsrəflərinin effektivliyini rentabellik göstəricisi ilə müəyyən edir­­lər. Ümumi şəkildə rentabellik mənfəətin birdəfəlik və cari məsrəflərə nisbəti kimi müəyyən edilir.

İstehsalın rentabelliyiMəhsulun rentabelliyi anlayışları fərqləndirilir. İstehsalın rentabelliyi – firmanın vəsaitindən nə dərə­cədə səmərəli istifadə edil­di­yi­ni göstərir və illik mənfəətin əsas fondların orta illik dəyəri və dövriyyə vəsait­lərinin məbləği cəminin faizlə nisbətinə bərabərdir.

Məhsulun rentabelliyi – cari məsrəflərin nə dərəcədə səmə­rəli olduğunu göstərir. Məhsulun rentabelliyi əmtəəlik məhsulun reallaşdırılmasından alınmış mənfəətin məhsul istehsalına çəkilən xərclərə nisbəti ilə müəyyən edilir.




Yüklə 45,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə