VĠKTOR HÜQO.
SƏFĠLLƏR.
BĠRĠNCĠ FƏSĠL.
Cənab Miriel.
1815-ci ildə ġarl-Fransua-B’envenü Miriel Din Ģəhərinin yepiskopu idi. Miriel yetmiĢ beĢ
yaĢında bir qoca olub, 1806-cı ildən bəri Dində yepiskopluq taxtında əyləĢmiĢdi.
Cənab Mirielin yeparxiyaya gəlməsi ilə doğan bütün dedi-qoduların danıĢacağımız əhvalat üçün
heç bir cəhətdən əhəmiyyəti olmasa da, hər Ģeyi dürüst anlamaq üçün bunları qeyd etmək, bəlkə
də, faydasız deyildir. Adamların yaydıqları Ģaiyələr həqiqət, yaxud yalan da olsa, hər halda,
insanın həyatında, xüsusən, onun sonrakı taleyində, onun öz əməlləri qədər əhəmiyyətli rol
oynayır. Cənab Miriel Eks də məhkəmə palatası müĢavirinin oğlu idi və, deməli, məhkəmə
aristokratiyasına mənsub idi. Belə deyirdilər ki, onun atası öz vəzifəsini irsən oğluna vermək
istədiyindən məhkəmə məmurları arasında çox yayılmıĢ olan bir adət üzrə onu çox tez, on
səkkiz-iyirmi yaĢında ikən evləndirmiĢdi. Lakin Ģaiyələrə görə, ġarl Miriel evlənəndən sonra da
bir çox dedi-qodulara səbəb olmuĢdu. O, boyu bir az qısa olsa da, təndürüst, zərif, çevik, zəkalı
bir gənc idi, ömrünün birinci yarısını bütünlüklə kübar həyatına və eĢq macəralarına sərf etmiĢdi.
Nəhayət, inqilab baĢlandı. Hadisələr sürətlə bir-birini təqib edirdi, məhkəmə məmurlarının
seyrəlmiĢ, təqib edilən ailələrinin hərəsi bir yana qaçıb dağıldı. Miriel inqilabın hələ ilk
günlərində Ġtaliyaya mühacirət etdi. Arvadı çoxdan bəri düçar olduğu döĢ xəstəliyindən orada
öldü. UĢaqları yox idi. Bəs Mirielin sonrakı həyatı necə quruldu? Köhnə Fransa cəmiyyəti artıq
süqut etmiĢdi. Mirielin öz ailəsi məhv olmuĢdu. 93-cü ildə ümidləri üzülən mühacirlərin
nəzərində uzaqdan daha dəhĢətli görünən faciəli hadisələr baĢ vermiĢdi. Mirielin tərki-dünya
etməsinə və yalqızlığa çəkilməsinə səbəb, bəlkə də, bunlar olmuĢdu? Yaxud, bəlkə də, eĢqbazlıq
və əyləncələr içində ömür sürərkən o, varlığını qıran və maddi rifahını pozan ictimai sarsıntılar
qarĢısında dayanmağa qadir insanın bəzən lap ürəyinə dəyib, onu yerlə yeksan edən gizli və
dəhĢətli zərbələrdən birinə düçar olmuĢdu? Bu suallara heç kəs cavab verə bilməzdi: yalnız bu
məlumdur ki, Miriel Ġtaliyadan qayıtdıqda artıq keĢiĢ idi.
Cənab Miriel 1804-cü ildə Brinyolda məhəllə keĢiĢi olmuĢdu. O, artıq qocalmıĢdı və tək-tənha
yaĢayırdı.
Tacqoyma mərasimindən bir az əvvəl öz məhəlləsinə aid cüzi bir iĢ – bu iĢin nədən ibarət
olduğunu indi təyin etmək artıq mümkün deyildi, – onu Parisə getməyə məcbur etmiĢdi. Öz
məhəllə adamlarının xahiĢləri üçün müraciət etdiyi hökumət adamlarından biri də kardinal FeĢ
idi. Bir dəfə imperator öz əmisini ziyarət etmək üçün gəldiyi zaman qəbul otağında gözləyən
möhtərəm küre imperator həzrətləri ilə üz-üzə gəlmiĢdi. Napoleon qocanın onu maraqla
nəzərdən keçirdiyini görüb, geri dönmüĢ və kəskin bir səslə soruĢmuĢdu:
– Mərhəmətli insan, niyə mənə elə baxırsan?
– Əlahəzrət, siz qarĢınızda mərhəmətli bir insanı görürsünüz, mən isə böyük bir insanı seyr
edirəm. Hər birimiz bu tamaĢadan özü üçün müəyyən bir fayda ala bilər, – deyə Miriel cavab
vermiĢdi.
Ġmperator həmin axĢam kardinaldan bu keĢiĢin adını soruĢmuĢ, bir müddət sonra isə cənab
Miriel özü belə gözləmədən Din Ģəhərinin yepiskopluğuna təyin olunduğunu eĢitmiĢdi.
Lakin cənab Mirielin həyatının birinci yarısı haqqında söylənilənlərin nə dərəcədə doğru
olduğunu heç kəs bilmirdi. Ġnqilabdan əvvəl Mirielin ailəsi o qədər də məĢhur deyildi.
Cənab Miriel, boĢboğazları çox, ağıllı adamları az olan balaca bir Ģəhərə təzə köçmüĢ hər bir
adamın düçar olduğu bir vəziyyətə düĢmüĢdü. O, yepiskop olmasına baxmayaraq, daha doğrusu,
məhz yepiskop olduğu üçün bu qismətdən yaxasını qurtara bilməmiĢdi. Lakin onun adı ətrafında
gedən danıĢıqlar Ģaiyə, dedi-qodu, boĢ söz və hətta cənubluların ifadəli dili ilə demiĢ olsaq,
sadəcə, cəfəngiyatdan baĢqa bir Ģey deyildi.
Hər halda, yepiskop Din Ģəhərində doqquz il qaldıqdan sonra ilk zamanlar balaca Ģəhəri və
balaca adamları həmiĢə məĢğul edən bütün bu danıĢıqlar və dedi-qodular tamamilə unuduldu.
Ġndi heç kəs onları təkrar etməyə, xatırlamağa cürət etməzdi.
Cənab Miriel Din Ģəhərinə özündən on yaĢ kiçik olan bacısı, yaĢı ötmüĢ və hələ ərə getməmiĢ
madmazel Batistina ilə birlikdə gəlmiĢdi.
Onların yeganə qulluqçusu, madmazel Batistinanın yaĢıdı olan madam Maqluar, əvvəllər ―cənab
kürenin xidmətçisi‖ ikən indi həm ―madmazel Batistinanın qulluqçusu‖, həm də ―yepiskop
həzrətlərinin ev müdirəsi‖ olmuĢdu.
Madmazel Batistina ucaboylu, solğun, arıq, mülayim bir adam idi, o, ―hörmətə layiq‖ sözlərinin
təĢkil etdiyi idealı təcəssüm etdirirdi, çünki bizcə ―möhtərəm‖ adlanmaq üçün qadınlara ancaq
analıq haqqı verə bilər. O, heç bir zaman gözəl olmamıĢdı, lakin bütün ömrü boyu yaxĢı iĢlər
gördüyündən üzündə nə isə bir ağlıq, bir nur vardı, onun siması ―mərhəmət gözəlliyi‖ adlandırıla
bilən bir gözəllik kəsb etmiĢdi. Gəncliyində arıq idisə, yaĢa dolduqda, bu arıqlıq, sanki, Ģəffaflığa
çevrilmiĢdi və bu Ģəffaflıq içərisində, elə bil, mələk görünürdü, O bir bakirə, daha doğrusu,
ruhun özü idi. O, elə bil, kölgədən toxunmuĢdu, cinsiyyətini bildirmək üçün lazım olan qədər
cismi var idi, bir parça cism içində, sanki, bir nur parıldayırdı, iri gözləri daim yerə baxırdı,
sanki, ruhu yer üzündə yaĢamaq üçün bəhanə axtarırdı.
Madam Maqluar balacaboylu, ağsaçlı, dolğun, hətta ĢiĢman çalıĢqan bir qarı idi, daim hərəkətdə
olduğundan həm də nəfəs darlığı xəstəliyinə mübtəla olduğundan həmiĢə tövĢüyürdü.
Cənab Miriel Ģəhərə varid olduğu zaman onu imperatorun verdiyi dekret üzrə böyük ehtiramla
yepiskop sarayına gətirdilər. Bu dekretə əsasən yepiskoplar rütbə və Ģöhrət etibarilə, general-
mayordan sonra birinci yeri tuturlar. Mer və məhkəmə sədri onu birinci olaraq ziyarət etdilər,
generalın və prefektin yanına isə birinci olaraq Miriel özü getdi.
Yepiskop öz vəzifəsinə baĢladıqda bütün Ģəhər yepiskopun iĢdə özünü necə göstərəcəyini
gözləyirdi.
ĠKĠNCĠ FƏSĠL.
Cənab Miriel dönüb monsenyor B’envenü olur.
Dindəki yepiskop sarayı xəstəxanaya bitiĢik idi.
Bu, keçən əsrin əvvəllərində Paris darülfünunun ilahiyyat elmləri doktoru və 1712-ci ildə Din
Ģəhərində yepiskop olmuĢ Simor abbatı monsenyor Anri Püje tərəfindən daĢdan tikilmiĢ gözəl və
geniĢ bir bina idi. Bu bina, həqiqətən, bir knyaz sarayı idi. Burada hər Ģey: yepiskopun otaqları
da, qonaq otaqları da, olduqca geniĢ və qədim Florensiya zövqündə tikilmiĢ rəsmi qəbul otaqları
da, tağlı qalereyaları olan həyət də, gözəl ağaclar əkilmiĢ bağçalar da çox əzəmətli bir görünüĢə
malik idi. AĢağı mərtəbədə yerləĢən və bağçaya baxan uzun və dəbdəbəli qalereyadakı yemək
otağında monsenyor Anri Püje, 1714-cü il iyulun 29-da Ambren knyazı arxiyepiskop ġarl Brülar
de Janlis, kapusin1 və Qras yepiskopu Antuan de Meqrin’i Fransanın böyük prioru Filipp de
Vandom, abbat Sent-Onore de Leren, yepiskop Van baronu Fransua de Berton de Kril’on,
hökmdar Qlandev yepiskopu Sezar de Sabran de Forkalk’e və bratori presviteri kralın saray
vaizi, hökmdar Senez yepiskopu Jan Soanen üçün rəsmi ziyafət düzülmüĢdü. Bu yeddi
möhtərəm zatın portreti yemək otağının divarlarını bəzəyirdi və əlamətdar 1714-cü il 29 iyul
tarixi qızıl hərflərlə ağ mərmər lövhə üzərində yazılmıĢdı.
Xəstəxana qarĢısında balaca bağçası olan ikimərtəbəli, alçaq, darısqal bir binada yerləĢmiĢdi.
Yepiskop, gəldiyindən üç gün sonra xəstəxanaya baĢ çəkdi, sonra isə xəstəxana müdirindən
xahiĢ etdi ki, onun yanına gəlsin.
– Cənab müdir, bu saat xəstəxanada neçə xəstəniz vardır? – deyə ondan soruĢdu.
– Ġyirmi altı, monsenyor.
– Bəli, mənim hesabıma görə də o qədərdir, – deyə yepiskop təsdiq etdi.
– Çarpayılar bir-birinə çox yaxındır, – deyə xəstəxana müdiri əlavə etdi.
– Bəli, bu mənim də diqqətimi cəlb etdi.
– Otaqlar palata üçün yaramır, onların havasını dəyiĢdirmək olduqca çətindir.
– Bəli, mənə də elə göründü.
– Bir də, bilirsinizmi, yaxĢı hava olanda, bağçamız sağalan xəstələrin hamısını tutmur.
– Bunu mən də düĢündüm.
– Yoluxucu xəstəliklər yayılan zaman bəzən yüzə qədər xəstə olur, biz nə edəcəyimizi bilmirik;
məsələn, bu il yatalaq, iki il bundan əvvəl isə isitmə xəstəliyi düĢmüĢdü.
– Bu fikir mənim də ağlıma gəldi.
– Əlac nədir, monsenyor, – deyə xəstəxana müdiri davam etdi, – bütün bunlara dözməli oluruq.
Bu müsahibə alt mərtəbənin qalereya Ģəklində tikilmiĢ yemək salonunda gedirdi.
Yepiskop bir qədər sükut etdi, sonra birdən xəstəxana müdirindən soruĢdu:
– Cənab, təkcə bu otaqda neçə çarpayı yerləĢə bilər?
Müdir heyrətlə səsləndi:
– Zati əqdəslərinin yemək salonundamı?
Yepiskop otağa göz gəzdirərək fikrində, elə bil, nəyi isə ölçüb-biçir və hesablayırdı.
O öz-özünə danıĢır kimi:
– Bu otaqda azı iyirmi çarpayı yerləĢdirmək olar, – dedi, sonra da ucadan sözünə davam etdi, –
Cənab müdir, burada, görünür bir səhv vardır. Siz iyirimi altı nəfərsiniz, özünüz də beĢ, ya altı
kiçik otaqda yerləĢmisiniz. Biz isə cəmi üç nəfərik, amma altmıĢ adamlıq yer tutmuĢuq. Təkrar
edirəm: burada, Ģübhəsiz, bir səhv vardır. Siz mənim yerimi tutmuĢsunuz, mən də sizin. Mənim
evimi özümə qaytarın. Bu evin sahibi isə sizsiniz.
Ertəsi gün xəstəxanada olan iyirmi altı xəstə yepiskop sarayına köçürüldü, yepiskop isə
xəstəxana evində yerləĢdi.
Cənab Mirielin ailəsi inqilab zamanı hər Ģeyini itirdiyi üçün onun varı-dövləti yox idi. Bacısı ildə
beĢ yüz frank renta alırdı ki, bu da kilsə evində sadə bir həyat sürdükləri üçün onun Ģəxsi
xərclərini görürdü. Cənab Miriel dövlətdən on beĢ min livr yepiskop maaĢı alırdı. Xəstəxanaya
köçdüyü gün o, bu məbləğin necə sərf ediləcəyini həmiĢəlik müəyyən etdi. Onun öz əli ilə
yazılmıĢ olduğu cədvəli təqdim edirik:
EV XƏRCLƏRĠMĠN BÖLGÜSÜ.
Kiçik seminariya üçün
min beĢ yüz livr.
Missioner cəmiyyəti üçün
yüz livr.
Mondid’e lazaristləri üçün yüz livr.
Parisdə olan əcnəbi ruhani missiyalarının seminariyaları üçün
iki yüz livr.
Müqəddəs ruh cəmiyyəti üçün
yüz əlli livr.
Müqəddəs torpağın ruhani idarələrinə
yüz livr.
Yetim yurdları cəmiyyətləri üçün
üç yüz livr.
Əlavə olaraq Arledəki həmin cəmiyyətlər üçün
əlli livr.
Həbsxanalarda dustaqların saxlanmasını yaxĢılaĢdıran xeyriyyə
cəmiyyəti üçün
dörd yüz livr.
Dustaqlara kömək edən və onları xilas edən cəmiyyət üçün
beĢ yüz livr.
Borc üstündə dustaq olan ailə sahiblərini həbsdən çıxarmaq üçün min livr.
Yeparxiyada ehtiyacı olan müəllimlərin maaĢına əlavə üçün
iki yüz livr.
Yuxarı Alp departamentində ehtiyat çörək mağazaları üçün
yüz livr.
Yoxsul qızları pulsuz oxutmaq üçün Din, Manok və Sisteron
Ģəhərlərində təĢkil edilmiĢ qadın cəmiyyətinə
min beĢ yüz livr.
Yoxsullar üçün
altı min livr.
ġəxsi xərclərim üçün min livr.
Cəmi: on beĢ min livr.
Yepiskop Miriel Dində olduğu müddətdə bu cədvəli, əsla, dəyiĢmədi. Gördüyümüz kimi, bu
cədvəli o, ―ev xərclərimin bölgüsü cədvəli‖ adlandırırdı.
Madmazel Batistina heç bir etiraz göstərmədən bu bölgünü qəbul etdi. Bu müqəddəs qızın
nəzərində Din yepiskopu həm qardaĢ, həm də keĢiĢ idi, qan qohumluğu qanununa görə onun
dostu, kilsə qanununa görə rəhbəri idi. O, yepiskopu sevir və ona səmimiyyətlə pərəstiĢ edirdi.
Cənab Miriel danıĢdığı zaman Batistina etiraz etmədən ona qulaq asar, onun hər bir hərəkətini
sözsüz bəyənərdi. Yalnız xidmətçi qadın, madam Maqluar altdan-altdan donquldanardı.
Yuxarıda gördüyümüz kimi yepiskop öz xərcləri üçün ancaq min livr ayırmıĢdı ki, bu da
madmazel Batistinanın pensiyası ilə birlikdə ildə min beĢ yüz livr edirdi. Ġki qarı ilə bir qoca bu
pulla dolanırdı.
Hətta Dinə bir keĢiĢ gəldiyi zaman yepiskop madam Maqluarın ciddi qənaətçiliyi və madmazel
Batistinanın evi bacarıqla idarə etməsi sayəsində onu yaxĢı nahara qonaq edə bilirdi.
Cənab Mirielin Dinə gəldiyi gündən üç ay keçmiĢdi. Bir gün o dedi:
– Necə olsa, mən pul cəhətdən çox korluq çəkirəm!
– Bəs nə? – deyə madam Maqluar səsləndi. – Axı Ģəhərdə ekipaj saxlamaq və yeparxiyanı
gəzmək üçün departamentin sizə verməli olduğu minik xərcini yepiskop həzrətləri hələ tələb
etməmiĢdir. Qabaqkı yepiskoplar bu xərci həmiĢə alırdılar.
Yepiskop dedi:
– Bu doğrudur. Siz tamamilə haqlısınız, madam Maqluar. Cənab Miriel ərizə yazıb həmin pulları
tələb etdi. Bir az sonra ali Ģura yepiskopun tələbini nəzərə alaraq, ona ―Cənab yepiskopun ekipaj
saxlamaq, poçt karetaları tutmaq və yeparxiyanı gəzmək xərcləri‖ adı ilə ildə üç min frank
verməyi qərara aldı.
Bu hadisə yerli burjuaziya arasında böyük gurultuya səbəb oldu. Ġmperiyanın bir senatoru,
BeĢyüzlər ġurasının keçmiĢ üzvü, özünü on səkkiz brümer tərəfdarı kimi göstərib Ģəhərin
yaxınlığında gözəl senator mülkünə sahib olmuĢ bir zat bu münasibətlə ruhani iĢlər naziri cənab
Biqo de Priamenenin adına qeyzlə dolu gizli bir məktub göndərmiĢdi. AĢağıda dərc etdiyimiz
sətirlər həmin məktubdan alınmıĢdır.
―Ekipaj saxlamaq xərci! Heç dörd min nəfər əhalisi olmayan bir Ģəhərdə ekipaj nəyə lazımdır?
Yeparxiyanı gəzmək xərci! Əvvələn yeparxiyanı gəzmək kimə lazımdır? Ġkincisi, bu dağlıq
yerlərdə poçt karetalarında necə gəzmək olar? Burada yol yoxdur, yalnız atla gəzmək
mümkündür. Hətta ġato-Arnudakı Düransu körpüsü də ikitəkərli öküz arabasının ağırlığına güclə
davam gətirə bilir. Bu keĢiĢlərin hamısı acgöz və xəsis olur. Ġndiki təzə gəldiyi zaman özünü ağır
tuturdu. Ġndi isə o, keçmiĢdəkilər kimi hərəkət edir. Ona ekipaj və poçt karetaları lazım
olmuĢdur! Əvvəlki yepiskoplar kimi ona da dəbdəbə və zinət lazımdır. Ah, bu keĢiĢlər! Cənab
qraf, inanın ki, imperator bizi bütün bu uzunətəklərin əlindən qurtarmadıqca, iĢlər
düzəlməyəcəkdir. Rədd olsun papa! (Roma ilə iĢlər dolaĢmağa baĢlayırdı).
Mənə gəldikdə mən yalnız və yalnız Sezar tərəfdarıyam. Və sairə və sairə‖.
Yeni maaĢ təyin edilməsi madam Maqluarı çox sevindirdi.
O, madmazel Batistinaya:
– Nə yaxĢı oldu, – dedi. – Monsenyor əvvəlcə baĢqalarının halına qaldısa, nəhayət, özünü də
düĢünməli oldu. O, özünün bütün xeyriyyə iĢlərini qaydaya salmıĢdır. Bu üç min frank isə artıq
bizə çatacaqdır. Nəhayət!
Həmin axĢam yepiskop aĢağıdakı cədvəli yazıb bacısına verdi.
YOL VƏ EKĠPAJ XƏRCLƏRĠ ÜÇÜN ALINAN MƏBLƏĞ.
Xəstəxanadakı xəstələrə ət suyu vermək üçün
min beĢ yüz livr.
Eksdə yetimlərə kömək cəmiyyəti üçün
iki yüz əlli livr.
Draqinyanda yetimlərə kömək cəmiyyəti üçün
iki yüz əlli livr.
Küçəyə atılmıĢ uĢaqların bəslənməsi üçün beĢ yüz livr.
Yetimlər üçün
beĢ yüz livr.
Cəmi: üç min livr.
Yepiskop Mirielin büdcəsi belə idi.
Ayinlərin icrası, xeyir-dua, xaç mərasimi, moizə, kilsələrin dualanması, nikah duası və sairə kimi
mərasimdən toplanan əlavə yepiskop mədaxilinə gəlincə, cənab Miriel varlılardan mümkün
qədər çox alır və aldığını yoxsullara paylayırdı.
Çox keçmədən yepiskopun üzərinə hər tərəfdən ianələr yağmağa baĢladı. Varlılar da, yoxsullar
da hamı cənab Mirielin qapısını döyürdü, kimi sədəqə istəməyə, kimi də sədəqə verməyə gəlirdi.
Bir il keçmədi ki, yepiskop bütün ianə verənlərin xəzinədarları və bütün ehtiyac içində olanların
daxıldarı oldu. Onun əlindən çoxlu pullar gəlib keçirdi, lakin heç bir Ģey onu öz həyat tərzini
dəyiĢməyə və zəruri ehtiyacı ödəyən miqdardan artıq bir Ģey sərf etməyə vadar edə bilməzdi.
Əksinə, aĢağılarda səfalət və ehtiyac həmiĢə yuxarı təbəqələrin mürüvvət və səxavətindən çox
olduğu üçün, cənab Miriel aldıqlarını demək olar ki, almamıĢdan əvvəl paylayırdı, – quru
torpağa düĢən su da bu cür dərhal yox olur. Yepiskopun əlinə nə qədər pul gəlirdisə, çatıĢmırdı.
O da öz-özünü soyurdu.
Adətə görə yepiskoplar yazdıqları dini fərman və əmrlərin baĢında xaç mərasimi zamanı onlara
verilmiĢ adların hamısını qeyd edirdilər, yoxsul əhali də öz yepiskopuna məhəbbətini izhar
etmək üçün bir çox adamların içərisindən onlara daha çox mənalı görünənini seçmiĢdilər. Onlar
Mirieli monsenyor Byenvenü1 çağırmağa baĢladılar. Biz də öz tərəfimizdən onu bu adla
çağıracağıq. Bu ad onun özünün də xoĢuna gəlirdi. O deyirdi: – ―Mən bu adı sevirəm. Byenvenü
―monsenyorun‖ təshihi kimi bir Ģeydir‖.
Biz, əsla, iddia etmirik ki, burada yepiskopun portretini düzgün təsvir etdik. Biz yalnız bunu
deyə bilərik ki, bu portret, hər halda, ona çox bənzəyir.
ÜÇÜNCÜ FƏSĠL.
Mərhəmətli yepiskopun pis yeparxiyası.
Yepiskop öz ixtiyarında olan yerləri gəzmək üçün aldığı maaĢı yoxsullara paylamasına
baxmayaraq, yeparxiyanı gəzməkdən əl çəkmirdi. Din yeparxiyasını gəzmək isə çətin idi. Orada
düzənlik az, dağlar çox, yollar demək olar ki, yox idi. Orada otuz iki məhəllə kilsəsi, qırx bir
vikariat və monsenyora tabe olan iki yüz səksən beĢ kilsə vardı, bunların hamısını gəzib
dolanmaq asan iĢ deyildi. Lakin yepiskop bütün çətinlikləri dəf edirdi, yaxına getməli olduqda
piyada gedər, düzənlikləri tək atlı arabada gəzər, dağları isə at belində dolaĢardı. Adətən hər iki
qarı onu müĢayiət edərdi, yalnız səfər onlar üçün ağır olduğu zaman yepiskop yola tək çıxardı.
Bir dəfə o, Senezdəki qədim yepiskop iqamətgahına eĢĢək belində gəlmiĢdi. O zaman pul kisəsi
boĢ olduğundan, baĢqa bir vasitə ilə yola çıxmaq imkanı yox idi. Onu qarĢılamaq üçün yepiskop
sarayının bayır qapısına çıxan Ģəhər meri yepiskopun eĢĢəkdən düĢməsini görüb hiddətlə ona
baxmıĢdı. Burada olan bir neçə Ģəhərli də ona gülmüĢdü. Yepiskop demiĢdi: ―Cənab mer və
cənab Ģəhərlilər, sizin hiddətinizin səbəbini baĢa düĢürəm. Siz bu fikirdəsiniz ki, mənim kimi adi
bir kilsə xadimi üçün həzrət Ġsanın mindiyi bir heyvanın belində gəzmək böyük ədəbsizlikdir.
Sizi əmin edirəm ki, bu hərəkətimə səbəb heç də Ģöhrətpərəstlik deyil, ehtiyac və zərurətdir‖.
Səyahət zamanı o, mərhəmətli, mülayim olar, adamlara moizə etməkdən daha çox onlara söhbət
edərdi. Dəlil və timsal üçün uzağa getməzdi. Bir yerin əhalisinə qonĢu yerin əhalisini nümunə
göstərərdi. Yoxsullarla sərt rəftar edilən yerlərdə deyərdi: ―Brianson əhalisinə baxsanız, onlar
yoxsullara, dul arvadlara və yetimlərə hamıdan üç küp qabaq ot biçməyə icazə vermiĢlər və
yoxsulların köhnə evləri uçduqda təzədən onlar üçün pulsuz ev tikirlər. Bunun əvəzində Allah
onların ölkəsini bərəkətli etmiĢdir. Bir əsr olar ki, o yerlərdə bir adam belə öldürülməmiĢdir‖.
Əhalisinin hamısı pula həris olan və öz məhsullarını tez yığmağa çalıĢan kəndlərdə isə deyərdi:
―Ambren əhalisinə bir baxın, oğulları orduda, qızları isə Ģəhərdə xidmət edən bir ailə baĢçısı
biçin vaxtı xəstələnib iĢləyə bilmədikdə, keĢiĢ moizəsində əhalini ona yardım etməyə dəvət edir
və bazar günü əhali – kiĢilər, qadınlar, uĢaqlar – Ġbadətdən sonra o yoxsulun tarlasına gedib
məhsulunu yığır, taxılını, küləĢini anbara doldururlar‖. Pul, ya miras üstündə savaĢan ailələrə:
―Devolni dağlılarına baxsanız, – deyərdi, – onlar o qədər sərt bir ölkədə yaĢayırlar ki, orada əlli
ildə bir dəfə bülbül səsi eĢitməzsən. Bununla belə orada bir ailə baĢçısı öldükdə oğulları çörək
qazanmaq üçün baĢqa yerlərə çıxıb gedir və bütün əmlakı öz bacılarına verirlər ki, onlar özlərinə
ot tapa bilsinlər‖. Əhalisi məhkəməbazlığı sevən vilayətlərdə fermerlərin öz var-yoxlarını ərizə
kağızlarına sərf etdiklərini gördükdə deyirdi: ―Keyras vadisinin xeyirxah kəndlilərinə bir baxın.
Onlar üç min nəfərdir! Ġlahi! Onlar balaca bir respublika kimi yaĢayırlar! Orada nə hakim, nə də
məhkəmə məmuru var. Bütün iĢləri mer özü görür. O özü vergi təyin edir, özü vicdanla iĢ görür,
Ģikayətlərə pulsuz baxır, mirası varislər arasında mükafatsız bölür, məhkəmə xərci tələb etmədən
qərar çıxarır və ədalətli adam olduğu üçün sadə adamlar da ona itaət edirlər‖. Məktəb
müəllimləri olmayan kəndlərdə, o, yekə keyrasslıları nümunə göstərərək: ―Bilirsinizmi, onlar nə
edirlər? – deyirdi. – On iki-on beĢ evdən ibarət olan balaca bir kənd həmiĢə müəllim saxlaya
bilmədiyi üçün, vadinin bütün əhalisi yığıĢıb bir neçə müəllim tutar, on gün birində qalıb, dərs
verirlər. Bu müəllimlər yarmarkalarda olurlar, mən da onları orada görmüĢəm. Onları
Ģlyapalarının qaytanlarına taxılmıĢ qaz lələklərindən dərhal tanıya bilərsiniz. Yalnız savad
öyrədən müəllimlərin bir lələyi, həm savad, həm də hesab öyrədənlərin iki lələyi, savad, hesab
və latın dili öyrədənlərin isə üç lələyi olur. Üç lələkli müəllimlər – böyük alim adamlardır! Belə
halda nadan qalmaq eyib deyilmi? Siz də keyraslılar kimi edin‖.
O qayğıkeĢ ata kimi bu cür ciddi nitqlər söyləyərdi, münasib misallar olmayanda, o, özündən
ibrətli hekayələr uydurardı. Bu hekayələr çox qısa, lakin obrazlı olub, məqsədə uyğun gələrdi, –
Həzrət Ġsanın da etiqadla dolu gözəl nitqlərində bu xüsusiyyət var, – ona görə də dedikləri
həmiĢə inandırıcı olardı.
DÖRDÜNCÜ FƏSĠL.
Sözə uyğun iĢ.
Onun söhbəti xoĢ və Ģən olurdu. Yanında yaĢayan iki qarı ilə daim onların anlaya biləcəyi bir
Ģəkildə danıĢardı, güləndə uĢaq kimi ürəkdən gülərdi.
Madam Maqluar onu ―monsenyor cənabları‖ adlandırmağı sevərdi. Bir dəfə o, kitabxanasının
rəflərindən bir kitab götürmək üçün kreslosundan ayağa qalxdı. Kitab üst rəflərin birində idi.
Yepiskopun boyu qısa olduğuna görə əli çatmadı. O, madam Maqluara müraciətlə: ―Madam
Maqluar, mənə bir stul gətirin, – dedi, – Monsenyor cənabları o rəfə çatacaq qədər uca deyildi‖.
Onun uzaq qohumlarından biri olan qrafinya de Lo hər dəfə onun hüzurunda üç oğlunun
―ümidləri‖ adlandırdığı bir Ģeyi xatırlatmaq üçün fürsəti əldən verməzdi. Qrafinyanın çox
qocalmıĢ və ehtimal ki, ölümü yaxınlaĢan bir neçə qohumu vardı, bu qohumların bilavasitə varisi
qrafinyanın oğulları idi. Kiçik oğluna nənəsinin ölümündən sonra azı yüz min livrlik bir renta
çatmalı idi; ortancıl oğlu əmisinin ölümündən sonra hersoq tituluna malik olacaq idi, böyük oğlu
isə babasının ölümündən sonra per titulu qazanacaq idi. Yepiskop, adətən, bu sadədil və
bağıĢlana biləcək analıq lovğalığına dinməz-söyləməz qulaq asardı. Lakin bir daha madam de Lo
bütün bu mirasların və ―ümidlərin‖ təfsilatını təkrar etdiyi zaman yepiskop ona həmiĢəkindən
çox dalğın görünmüĢdü. Qrafinya küskün bir halda sözünü kəsərək: ―Aman Allah! – demiĢdi. –
Əmioğlu, siz nə üçün fikrə getdiniz?‖ Yepiskop ona cavab vermiĢdi ki: Mən, yanılmıramsa,
mübarək Avqustinin əsərində oxumuĢ olduğum qəribə bir Ģey haqqında fikirləĢirəm. Orada
yazılmıĢdır: Ümidinizi o kəsə bağlayın ki, onun heç bir varisi yoxdur.
Bir dəfə də o bir məktub almıĢdı. Bu məktubda ondan yerli dvoryanlardan birinin dəfnində
iĢtirak etməyi xahiĢ edirdilər, məktubun bütün bir səhifəsində mərhumun titulları, sonra da
qohumlarının bütün feodal və aristokrat adları təntənə ilə göstərilirdi. Yepiskop bunu oxuyub:
―Ölümün kürəkləri nə qədər möhkəm imiĢ! – demiĢdi. – Görün adamlar onun üzərinə nə qədər
ağır titul yükü qoymuĢ və öz Ģöhrətləri üçün hətta qəbirdən də nə qədər ustalıqla istifadə
etmiĢlər!‖.
Yeri gəldikdə o, zarafat etməyi sevərdi, ancaq onun yüngül istehzasında həmiĢə ciddi bir məna
gizlənərdi. Bir dəfə pəhriz günlərinə Dinə gənc bir vikari gəlmiĢ və böyük kilsədə moizə etmiĢdi.
O, yaxĢı bir natiq idi. Moizəsi mərhəmət məsələsinə həsr edilmiĢdi. Gənc vikari varlıları,
qorxunc boyalarla təsvir etdiyi cəhənnəmdən yaxa qurtarmaq və gözəl, fərəhli Ģəkildə təsvir
etdiyi cənnətə layiq olmaq üçün, yoxsullara yardım etməyə çağırırdı. Onu dinləyənlər arasında
ticarət iĢlərindən uzaqlaĢmıĢ, lakin bəzən sələmçiliklə məĢğul olan cənab Jeboran adında zəngin
bir alverçi vardı: o, qalın mahud, cürbəcür astarlıq parça və fəs hazırlamaqla iki milyon frank pul
qazanmıĢdı. Jeboran ömründə bir dəfə də olsun dilənçiyə sədəqə verməmiĢdi. Bu moizədən
sonra isə hər bazar günü kilsənin qapısında duran bir neçə qoca dilənçi qadına onun bir sual
verdiyini görmüĢdülər. Bu sədəqə altı dilənçinin payına düĢürdü. Bir gün yepiskop onun sədəqə
verdiyini görüb gülümsəyərək, hamısına dedi: ―Bax, cənab Jeboran bir su qiymətinə cənnəti satın
alır!‖.
Məsələ sədəqəyə gəldikdə, yepiskop rədd cavabından belə ruhdan düĢməzdi və bu kimi hallarda
çox zaman elə sözlər tapardı ki, adamları fikirləĢməyə məcbur edərdi. Bir dəfə o, Ģəhər
salonlarının birində yoxsullar üçün sədəqə toplayırdı, qonaqlar arasında markiz de ġantersye adlı
zəngin və xəsis bir qoca da vardı. O, eyni zamanda həm ultraroyalist, həm də ultravolterçi idi, –
o zaman belə hallar olurdu. Yepiskop markizə yanaĢaraq əlini onun çiyninə qoyub demiĢdi:
―Cənab markiz, siz mənə bir Ģey verməlisiniz‖. Markiz üzünü ona çevirib quru cavab vermiĢdi:
―Monsenyor, mənim öz yoxsullarım vardır‖. – Yepiskop isə: ―Onları mənə verin‖ – demiĢdi.
Bir gün yepiskop böyük kilsədə belə bir moizə elədi: ―Əziz qardaĢlarım! Mehriban dostlarım!
Fransada bir milyon üç yüz iyirmi min üç deĢikli, yəni iki pəncərəli və bir qapılı, bir milyon
səkkiz yüz on yeddi min – iki deĢikli, yəni bir qapı ilə bir pəncərəli kəndli evi, nəhayət, üç yüz
qırx altı min də birdeĢikli – birqapılı daxma vardır. Bunun səbəbi pəncərə və qapı vergisi deyilən
Ģeydir. Bu evlərə yoxsul ailələrini, qarıları, kiçikyaĢlı uĢaqları köçürün, onda görərsiniz ki, isitmə
xəstəliyi də, baĢqa xəstəliklər də belə yerlərdən törəyir! Heyhat! Allah insanlara yaĢamaq üçün
hava vermiĢdir, qanun isə Allahın verdiyi havanı satır. Mən qanunu pisləmək istəmirəm, ―mən
Allaha Ģükür və səna edirəm! Ġzerdə, Varda, Yuxarı və AĢağı Alp dağlarında kəndlilərin əl
arabası belə yoxdur, onlar peyini dallarında daĢıyırlar: onlarda Ģam da yoxdur, qatranlı talaĢa və
qatrana salınmıĢ ip yandırırlar. Yuxarı Dofine tərəflərindəki kəndlərdə bu bir adətdir. Kəndlilər
altı ayda bir dəfə çörək biĢirirlər, yanacaq əvəzinə quru mal təzəyi iĢlədirlər. QıĢda həmin çörəyi
balta ilə doğrayaraq, bütün günü suda isladırlar ki, yemək mümkün olsun. QardaĢlar, mərhəmət
edin, bir görün ətrafınızdakı insanlar nə qədər əzab və əziyyət çəkirlər!‖.
Yepiskop Provansda anadan olduğundan, bütün Cənubi Fransa Ģivələrini mənimsəmiĢdi və yeri
gəldikcə AĢağı Langedok, AĢağı Alp və Yuxarı Dofine ifadələrini iĢlədirdi. Bu isə sadə
kəndlilərə olduqca xoĢ gəlir və onun sözlərinin daha çox təsir etməsinə və ürəklərə yol açmasına
səbəb olurdu. Daxmalar və dağlar onun öz evi kimi idi. O, ən yüksək fikirləri ən adi, xalqın
anladığı bir dildə ifadə edə bilir, bütün Ģivələri bildiyi üçün, bütün ürəklərə yol tapırdı.
Bunu da qeyd etmək lazımdır ki, o, istər zadəganlarla, istərsə də sadə adamlarla bir cür rəftar
edərdi.
O, vəziyyəti dərindən öyrənmədən heç kəsi təqsirləndirməzdı. O, deyərdi: ―Günahın keçdiyi yolu
nəzərdən keçirək!‖.
―KeçmiĢ günahkar‖ – o gülümsünərək özünü belə adlandırırdı. Çox sərtlik etməzdi, qəzəbli
möminlər kimi qaĢlarını çatmadan öz fikirlərini tamamilə açıq təbliğ edərdi. Onun təlimini
qısaca olaraq, təxminən, bu surətdə ifadə etmək olar:
―Ġnsanın cismi vardır, bu cisim eyni zamanda onun üçün həm ağır bir yük, həm də vəsvəsədir. O,
bu cismi sürüyür və ona tabe olur.
O, öz cisminə ciddi fikir verməli, cilovunu çəkməli, susdurmalı və yalnız əlacsız qaldıqda ona
tabe olmalıdır. Bu itaətkarlıqda da günah gizlənə bilər, lakin bu cür günah bağıĢlanacaq bir
günahdır. Bu, yıxılmaqdır, ancaq dizi üstə yıxılmaqdır və ibadətlə qurtara bilər.
Müqəddəs olmaq – müstəsna bir Ģeydir; ədalətli olmaq isə qaydadır. Yolunuzdan çıxın, yıxılın,
günah iĢ görün, ancaq ədalətli olun.
Mümkün qədər az günah etmək – insan üçün qanun budur. Heç günah etməmək mələklərin
arzusudur. Yer üzündə nə varsa günaha tabedir. Günah cazibə qüvvəsinə malikdir‖.
Bir məsələ üstündə hamı ucadan qıĢqırmağa və öz qəzəbini bildirməyə baĢladığı zaman yepiskop
gülümsəyərək deyərdi: ―Oho! Yəqin, burada söhbət hamının iĢlədiyi böyük bir günah haqqında
gedir. Buna görə vicdanı təmiz olmayanlar qorxmuĢlar və Ģübhəni özlərindən rədd etməyə
tələsirlər‖.
O, insan cəmiyyətinin ağır yükünü daĢıyan arvadlara və yoxsullara qarĢı çox mərhəmətli idi. O
deyirdi ki, ―Arvadların, uĢaqların, nökərlərin, zəiflərin, yoxsulların və cahillərin xəta etməsində
ərlər, atalar, ağalar, güclülər, varlılar və alimlər müqəssirdir‖.
O, həmçinin deyərdi ki, ―Cahillərə bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməkdə
cəmiyyətin özü müqəssirdir, cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan
qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır‖.
Göründüyü kimi, müxtəlif Ģeylər haqqında o, qəribə və xüsusi bir tərzdə mühakimə yürüdərdi.
Mən belə zənn edirəm ki, o, bu fikirləri Ġncildən iqtibas etmiĢdi.
Bir dəfə o, istintaqı gedən və yaxın zamanda məhkəməsi təyin ediləcək bir cinayət iĢindən xəbər
tutdu. Bədbəxt bir adam, bir qadını və o qadından olan uĢağını çox sevdiyindən, tamamilə pulsuz
qaldığı zaman saxta pul kəsməyə baĢlayır. O zamanlar saxta pul kəsmək üçün ölüm cəzası
verilirdi. Həmin qadın, sevgilisinin kəsdiyi birinci saxta pulu iĢə vermək istərkən tutulur. Onu
həbs edirlər, lakin təkcə onun özünün təqsirini təsdiq edəcək sübutlar vardı. Yalnız o, öz etirafı
ilə sevgilisini ələ verə bilər və məhv edə bilərdi. Qadın onun müqəssir olduğunu inkar edir.
Ġstintaq davam edir. Qadın inadla susur. Bu zaman kral prokurorunun ağlına belə bir hiylə gəlir:
o, qadının sevgilisinə böhtan ataraq, onu xəyanətdə təqsirləndirir və onun yazmıĢ olduğu
məktublardan məharətlə seçdiyi parçaların köməyi ilə bu bədbəxt qadını inandırır ki, həmin
adam onu aldatmıĢdır və baĢqasını sevir. Qadın qısqanclıqdan ağlını itirərək, sevgilisini ifĢa edir.
Hər Ģeyi boynuna alıb təsdiq edir. KiĢi labüd məhv olacaq idi. Yaxın zamanda onu bu qadınla
Eksdə mühakimə edəcəkdilər. Bu barədə hamı danıĢırdı və hamı prokurorun məharətinə heyran
qalırdı. O, qısqanclığı iĢə salaraq, qəzəbdən həqiqət, intiqamdan isə ədalət doğurmuĢdu.
Yepiskop bunları sükutla dinləmiĢ, sonra isə soruĢmuĢdu:
– Bu kiĢini və bu qadını harada mühakimə edəcəklər?
– Cinayət məhkəməsində, – cavabını aldıqda isə:
– Kral prokurorunu harada mühakimə edəcəklər? – demiĢdi.
Din Ģəhərində faciəli bir hadisə baĢ vermiĢdi. Bir nəfər adam öldürdüyü üçün, ölüm cəzasına
məhkum edilmiĢdi. Bu yazıq nə çox oxumuĢ, nə də tamamilə cahil deyildi. Yarmarkada
hoqqabazlıq və mirzəlik edərdi. Bütün Ģəhər əhli məhkəmə prosesini böyük maraqla izləyirdi.
Edamdan bir gün əvvəl həbsxana keĢiĢi xəstələnir. Dustağın ömrünün son dəqiqələrində onun
yanında olmaq üçün baĢqa bir keĢiĢ tapmaq lazım gəlir. Məhəllə keĢiĢinə müraciət edirlər. Lakin
keĢiĢ rədd edir və deyir: ―Bunun mənə dəxli yoxdur, mənim bu ayinlə və bu kəndirbazla nə iĢim
var? Mən də xəstəyəm. Bir də ki, ora ümumiyyətlə, mənim yerim deyil‖. Bu cavabı yepiskopa
xəbər verirlər. O, ―Cənab küre haqlıdır, – deyir. – Bu yer onun deyil, mənimdir‖.
O, dərhal həbsxanaya gedib kəndirbazın salındığı kameraya daxil olur, onu adı ilə səsləyir,
əlindən tutub söhbət etməyə baĢlayır. O, yeməyini, yatmağını unudub, bütün günü həbsxanada
məhkumun ruhu üçün Allaha ibadət etməklə və onu da ibadətə təĢviq etməklə keçirir. O, dustağa
ən böyük və eyni zamanda ən sadə həqiqətlərdən danıĢır. O bu dustağın ağası, qardaĢı, dostu və –
yalnız ona xeyir-dua vermək üçün – onun yepiskopu olur. O, dustağa təsəlli və ürək verməklə
onun qəlbini iĢıqlandırır. Bu adam müsibətlə ölməli idi, ölüm onun təsəvvüründə bir uçurum idi.
O bu uçurumun kənarında titrəyərək dayanmıĢdı və dəhĢətindən geri çəkilirdi. O, tamamilə
laqeyd olacaq dərəcədə cahil deyildi. Ölüm hökmü onu çox bərk sarsıtmıĢ və sanki, bizi kainatın
sirrindən ayıran və bizim həyat adlandırdığımız səddi yarmıĢdı. O bu məĢum yarıqlardan bu
dünyanın hüdudu xaricində olan Ģeyləri görmək üçün daim baxır və orada yalnız zülmət görürdü.
Yepiskop iĢıq görməkdə ona kömək etdi.
Ertəsi gün, o bədbəxti aparmağa gəldikləri zaman yepiskop onun yanında idi. O, əynində
bənövĢəyi rəda, döĢündə yepiskop xaçı olduğu halda dustağın dalınca çıxdı və camaat qarĢısında
qolları kəndirlə bağlı cani ilə yan-yana durdu.
O, cani ilə birlikdə arabaya mindi və onunla bir yerdə eĢafota çıxdı. Bir gün əvvəl qəmgin və
məyus olan məhkumun indi sifəti iĢıqlanmıĢdı. O, ruhunun sakitləĢdiyini hiss edirdi və Allaha
ümid bağlamıĢdı. Yepiskop onu qucaqladı və gilyotinanın bıçağı enməyə hazır olan zaman ona
dedi: ―Ġnsanlar tərəfindən öldürüləni Allah dirildir, qardaĢları tərəfindən qovulan özünə ata tapır.
Dua et, inan, əbədi həyata qədəm qoy! Atamız oradadır! ―Yepiskop eĢafotdan düĢdüyü zaman
gözlərində elə bir Ģey var idi ki, camaatı geri çəkilməyə vadar etdi. Onun üzünün solğunluğumu,
yoxsa qayğısız sakitliyimi insanı heyrətə gətirdiyini söyləmək çətindir. O, zarafatla ―saray‖
adlandırdığı sadə evinə qayıtdığı zaman bacısına dedi: ―Mən indi təntənəli bir dəfn
mərasimindən gəlirəm‖.
Böyük və gözəl niyyətlər çox zaman baĢa düĢülmədiyindən Ģəhərdə yepiskopun hərəkətini
bəyənməyən adamlar da tapıldı. Onlar deyirdilər: ―Bu, özünü göstərmək arzusudur‖. Ancaq bu
söhbət yalnız salonlarda gedirdi. XoĢ əməllərə Ģübhə ilə baxmaq niyyətində olmayan camaat isə
mütəəssir olmuĢ və heyran qalmıĢdı.
Yepiskopa gəlincə, gilyotina mənzərəsi ona bir zərbə kimi təsir etmiĢdi və bu zərbədən o, uzun
zaman özünə gələ bilməmiĢdi.
Doğrudan da, eĢafot qurulub, qarĢıda durduğu zaman adamı, elə bil, qara basır. Nə qədər ki, siz
gilyotinanı öz gözlərinizlə görməmiĢsiniz, ölüm cəzasına az-çox laqeyd münasibət bəsləyə
bilərsiniz, öz rəyinizi söyləməyə bilərsiniz, ―hə‖ və ya ―yox‖ deyə bilərsiniz, lakin elə ki
gilyotinanı gördünüz, sarsıntı o qədər dəhĢətli olur ki, siz onun əleyhinə və ya lehinə olduğunuzu
qəti surətdə bildirməyə məcbursunuz. Bəziləri, de Mestr kimi, ona məftundur, bəziləri isə,
Bekkari kimi, ona lənətlər oxuyur. Gilyotina – qanunun məğzidir, onun adı vindictadır1, o bitərəf
deyil və sizin bitərəf qalmağınıza da yol vermir. Ġnsan onu görəndə titrəyir, onu anlaĢılmaz bir
hiss bürüyür. Bütün ictimai problemlər gilyotina bıçağının ətrafında öz sual iĢarələrini qoyur.
EĢafot kabusdur. EĢafot taxta səki deyil, eĢafot maĢın deyil, eĢafot – taxtadan, dəmirdən və
kanatdan qayrılmıĢ və məĢum bir təĢəbbüsə malik canlı bir məxluqdur, elə bil, bu səki görür, bu
maĢın eĢidir, bu mexanizm baĢa düĢür, elə bil, bu taxtanın, bu dəmirin, bu kanatların öz iradəsi
vardır. EĢafotu görəndə insanın qəlbini ölüm dəhĢəti bürüyür və eĢafot öz gördüyü iĢin müdhiĢ
və Ģüurlu iĢtirakçısı kimi görünür. EĢafot – cəlladın yoldaĢıdır o, insanı məhv edir, ətini yeyir,
qanını içir. EĢafot – hakimin və dülgərin icad etdiyi bir əjdaha, saysız-hesabsız qurbanların
ölümündən əmələ gəlmiĢ, nə isə dəhĢətli bir həyatla yaĢayan kabusdur.
Yepiskopun aldığı təəssürat dəhĢətli və dərin idi: edamın sabahı günü və çox-çox sonra belə, o
pəriĢan görünürdü. MəĢum dəqiqənin qeyri-təbii sakitliyi artıq yox olmuĢdu. Ġctimai məhkəmə
kabusu onu daim təqib edirdi. Adətən, hər bir vəzifəsini ifa etdikdən sonra məmnun və fərəhli
qayıdan bu din xadimi, sanki, indi nəyə görə isə özünü məzəmmət edirdi. Hərdənbir o, öz-özü ilə
danıĢır və yavaĢ səslə ələmli monoloqlar söyləyirdi. O monoloqlardan birini burada qeyd edirik,
onu bir dəfə axĢamüstü bacısı eĢitmiĢ və yadında saxlamıĢdı: ―Mən bunun bu qədər dəhĢətli
olduğunu heç bir zaman düĢünməzdim. Ġnsan qanunlarını görməyəcək dərəcədə ilahi qanunların
dərinliklərinə varmaq cinayətdir. Ölüm məsələsində yalnız tanrı hakimdir. Nə haqqa görə
insanlar bu dərkedilməz aləmə əl atırlar?!‖
Zaman keçdikcə bu təsir zəifləmiĢ və ehtimal ki, onun xatirəsindən silinib getmiĢdi. Lakin
adamlar görmüĢdülər ki, o gündən sonra yepiskop edam meydanından keçməkdən çəkinir.
Yepiskop Mirieli gündüz və gecə – hər zaman bir xəstənin və ya can verməkdə olan bir adamın
yanına çağırmalı olardı. O, baĢa düĢürdü ki, bu onun əsas vəzifəsi, həm də ən mühüm iĢidir.
BaĢsız qalmıĢ ailələr onu çağırmağa belə ehtiyac duymurdular, o özü onların yanına gəlirdi. O,
sevdiyi arvadını itirmiĢ bir kiĢinin və ya uĢağını itirmiĢ bir ananın yanında saatlarla dinməzcə
oturmağı bacarardı. Lakin nə zaman sükut etmək lazım gəldiyini bildiyi kimi, nə zaman söz
söyləmək lazım olduğunu da bilirdi. Ah, o, nə gözəl təsəlli verən bir adam idi! O, kədəri
unutdurmağa çalıĢmazdı, əksinə, kədəri daha da dərinləĢdirib, sonra ümid verməklə onu
dağıdardı. O deyərdi: ―Ölənlərə baĢqa nəzərlə baxmaqdan çəkinin. Torpağın altında çürüyən Ģeyi
düĢünməyin. Diqqətlə baxın, göylərdə canlı bir iĢıq görəcəksiniz, o sizin əziz öləninizin
ruhudur‖. O bilirdi ki, etiqad dərdə əlacdır. O, məyus olan adama təsəlli verməyə, onu sakit
etməyə çalıĢır, öz qismətinə boyun əyən insanları ona nümunə göstərər və məzara doğru baxan
kədəri ulduzlara doğru baxan kədərə çevirməyə çalıĢardı.
BEġĠNCĠ FƏSĠL.
Monsenyor B’envenünün öz cübbələrini həddindən çox geyib köhnəltməsi haqqında.
Cənab Mirielin ailə həyatı da onun dünyagörüĢünü ailədən kənar həyatı kimi tamamilə əks
etdirirdi. Din Ģəhəri yepiskopunun öz arzusu ilə keçirdiyi yoxsul həyat onu yaxından müĢahidə
etməyə imkanı olan hər bir Ģəxs üçün maraqlı və eyni zamanda ibrətli bir tamaĢa idi.
Bütün qocalar və mütəfəkkirlərin əksəriyyəti kimi o da az yatardı. Ancaq bu qısa yuxu çox dərin
olardı. Səhər yepiskop bir saata qədər düĢüncəyə dalardı, sonra kilsədə və ya evində ibadət
edərdi. Ġbadətdən sonra çovdar çörəyi ilə öz inəklərinin südündən bir qəlyanaltı edərdi. Sonra iĢə
giriĢərdi.
Yepiskop çox məĢğul adamdır. O, hər gün yeparxiyanın katibi olan keĢiĢi və öz baĢ vikarilərini
qəbul etməlidir. O, ruhani cəmiyyətlərinin fəaliyyətinə nəzarət etməli, imtiyazları paylamalı,
ayin, dua kitabları, kilsə katexizisi və sairə kimi dini ədəbiyyatı araĢdırmalı, keĢiĢ
nəsihətnamələri yazmalı, moizələri təsdiq etməli, məhəllə keĢiĢləri ilə merləri barıĢdırmalı,
ruhani və inzibati məktublar yazmalı – bir yandan dövlət, o biri tərəfdən Papa ilə rabitə saxlamalı
idi, xülasə, min cür iĢ görməli olurdu.
Bu cür iĢdən, kilsə ibadətlərindən və ayinlərdən qalan vaxtını, hər Ģeydən əvvəl, yoxsullara,
xəstələrə və ürəyi dərdlilərə sərf edərdi, dərdliləri, xəstələri və yoxsulları ziyarət etmək vəzifəsi
qurtardıqdan sonra qalan saatları da iĢə sərf edərdi: öz bağını belləyər və ya oxuyub yazardı. Bu
iki iĢə o, bir ad vermiĢdi: ―Bağbanlıq etmək‖. O: ―Ağıl- bağdır‖ deyərdi. Günortaya yaxın, hava
gözəl olduqda, o çıxıb Ģəhərdə, ya da Ģəhərin kənarında piyada gəzər və çox zaman yoxsul
daxmalara girərdi. Pambıqla sarınmıĢ isti bənövĢəyi rədasına bürünmüĢ, ayağında da bənövĢəyi
corab, qaba ayaqqabı, baĢında isə yoğun qızıl qotazları olan yastı üçguĢəli bir Ģlyapa, uzun
əsasına dayana-dayana gözlərini yerə dikmiĢ, dərin düĢüncələrə dalmıĢ halda yalqız gəzərdi.
O, haraya qədəm qoysaydı, orada bayram olardı. Sanki, o, özü ilə iĢıq və istilik gətirirdi. UĢaqlar
və qoca kiĢilər onu qarĢılamaq üçün qapıya çıxardılar, sanki, onlar günəĢi qarĢılayırdılar.
Yepiskop onlara, onlar da yepiskopa xeyir-dua verərdilər. Ehtiyac içində olanlara onun evini
göstərərdilər.
Hərdənbir o, dayanıb kiçik oğlan və qızlarla söhbət edər, analarının üzünə gülümsərdi. Pulu
olanda yoxsulların yanına, qurtaranda isə varlıların yanına gedərdi.
Cübbələrini uzun müddət geydiyindən və onların köhnəliyinin camaatın gözünə dəyməsini
istəmədiyindən, pambıqlı bənövĢəyi rədasını geyinməmiĢ Ģəhərə çıxmazdı. Ġsti yay günlərində
bu ona bir qədər ağırlıq edərdi.
Gəzməkdən evə qayıtdıqda nahar edərdi. Nahar səhər yeməyinə bənzərdi.
AxĢam saat doqquzun yarısında bacısı ilə bərabər Ģam edərdi, madam Maqluar isə masa baĢında
onlara xidmət edərdi. Bu yeməklərdən sadə yemək ola bilməzdi. Lakin məhəllə keĢiĢlərindən biri
Ģama qonaq qaldıqda, madam Maqluar fürsətdən istifadə edərək, yepiskop həzrətlərinə gözəl göl
balığı və ya dağdan gətirilmiĢ təzə ov quĢundan ləzzətli xörək hazırlayıb süfrəyə qoyardı. Hər bir
keĢiĢ yaxĢı Ģam etməyi üçün bir bəhanə idi və yepiskop buna mane olmazdı. Adi günlərdə isə
yeməkləri suda biĢmiĢ tərəvəzdən və zeytun yağı ilə hazırlanmıĢ Ģorbadan ibarət idi. Buna görə
də Ģəhərdə deyərdilər: ―Yepiskopumuzun keĢiĢ qonağı olmadıqda, özü rahib kimi nahar edir‖.
AxĢam yeməyindən sonra o, yarım saata qədər madmazel Batistina və madam Maqluarla söhbət
edərdi, sonra öz otağına girərək, gah ayrı-ayrı vərəqlər üzərində, gah da kitabların haĢiyələrində
yazı yazmağa baĢlardı. Yepiskop çox oxumuĢ adam idi, hətta bir qədər də alim idi. Öləndən
sonra yepiskopun beĢ, yaxud altı, olduqca maraqlı əlyazması qalmıĢdı. Bunların arasında
müqəddəs kitabdan götürülmüĢ ―Ġbtidada ilahi ruh sular üzərində dolaĢardı‖ Ģeri haqqındakı
mülahizəsi də var idi. O, bu Ģeri üç mətnlə, yəni ərəbcə, ―Tanrının küləkləri əsirdi‖ Ģeri və Ġosif
Flavinin ―Dağlardan yerə küləklər əsdi‖ sözləri ilə və nəhayət, Onkelosun ―Tanrıdan doğan
ruzigar sular üzərində əsirdi‖ sözlərini yəhudi təfsiri ilə müqayisə etmiĢdi. BaĢqa bir əsərində
Ptolemaid yepiskopu və bu kitabın müəllifinin ulu babası olan Hüqonun ilahiyyat əsərlərini təhlil
edir və müəyyən edir ki, keçən əsrdə Barleykur təxəllüsü ilə nəĢr edilmiĢ müxtəlif kiçik əsərlər
də həmin yepiskop tərəfindən yazılmıĢdır.
Yepiskop bəzən hər hansı bir kitabı oxuduğu yerdə birdən dərin fikrə dalardı, fikrindən ayıldığı
zaman həmiĢə o, kitabın kənarında bir neçə Ģey yazardı. Çox zaman bu cür yazılarla onların qeyd
olunduğu kitabın məzmunu arasında heç bir rabitə olmazdı. Bizim əlimizdə olan bir kitabın
kənarlarında yepiskopun yazıları vardır. Bu kitabın adı belədir: ―Lord Jermenin general Klinton,
general Kornvalis və Amerika hərbi donanmasının admiralları ilə yazıĢması. Versalda kitabçı
Puensonun, Parisdə isə sahil boyu Avqustinlər küçəsindəki kitabçı Pisonun mağazasında satılır‖.
Kitabın üstündəki qeyd budur:
―Ey həzirül-vicud!
Ekkleziast sənə qadir Allah, Makkaveylərin kitabı Yaradan, efeslilərin adına yazılmıĢ Namə
Azadlıq deyir. Barux səni Namütənahi, Zəbur – Hikmət və Həqiqət, Ġohan – ĠĢıq, Səltənətlər
kitabı – Tanrı, Ġsxod – Qəzavü-qədər, Levit – Qüdsiyyət, Yezdra – Ədalət adlandırır, kainat sənə
Allah, insan – Ata deyir, Süleyman peyğəmbər isə sənə Mərhəmət adı vermiĢdir və bu, sənin
adlarının ən yaxĢısıdır‖.
AxĢam saat doqquza yaxın hər iki qadın yuxarı gedər, yepiskop da səhərə qədər birinci
mərtəbədə tək qalardı.
Burada biz Din yepiskopunun mənzilini düzgün təsvir etməliyik.
ALTINCI FƏSĠL.
Yepiskop evini qorumağı kimə tapĢırmıĢdı.
Biz dedik ki, yepiskopun yaĢadığı ev iki mərtəbədən ibarət idi: aĢağıda üç otaq, üstdəki
mərtəbədə də üç otaq vardı. Evin ən yuxarısı çardaq idi. Evin dal tərəfində – dörddəbir
desyatinlik bir bağ vardı. Qadınlar ikinci mərtəbədə, yepiskop isə birinci mərtəbədə olurdu.
Qapısı birbaĢ küçəyə açılan birinci otaq – yemək otağı, ikincisi – yataq otağı, üçüncüsü də ibadət
otağı idi. Ġbadət otağından çıxmaq üçün yataq otağından, yataq otağından çıxmaq üçün də yemək
otağından keçmək lazım gəlirdi. Ġbadət otağının bir küncündə pərdə arxasında qonaqlar üçün
çarpayı qoyulmuĢdu. Kəndlərdən öz kilsələrinin iĢi və ehtiyacları üçün Din Ģəhərinə gələn
keĢiĢlərə yepiskop bu çarpayıda yatmaq üçün yer verirdi.
KeçmiĢ xəstəxana apteki – evə yapıĢıq olan və bağçaya baxan kiçik bina – mətbəxə və ərzaq
anbarına çevrilmiĢdi.
Bundan baĢqa, bağçada bir pəyə də vardı ki, əvvəllər xəstəxana mətbəxi burada yerləĢirdi, indi
isə orada yepiskop iki inək saxlayırdı. Bu iki inəyin südü az da olsa, çox da olsa, yepiskop hər
səhər yarısını xəstəxanaya göndərər və: ―Mən zəkatımı verirəm‖, – deyərdi.
Yepiskopun yataq otağı xeyli böyük idi. QıĢda onu qızdırmaq asan deyildi. Dində odun çox baha
olduğundan, yepiskop inəklərin olduğu pəyədə taxtadan arakəsmə düzəldib özü üçün balaca bir
otaq düzəltmiĢdi. Bərk Ģaxta olanda gecələrini həmiĢə orada keçirərdi. Bu otağı o, özünün qıĢ
salonu‖ adlandırmıĢdı.
Ġstər bu ―qıĢ salonu‖nda, istərsə də yemək otağında dördguĢəli sadə taxta masadan və dörd həsir
stuldan baĢqa heç bir Ģey yox idi. Yemək otağında, bundan baĢqa, çəhrayı rənglə boyanmıĢ
köhnə bir bufet dururdu. Bunun kimi baĢqa bir bufetin üstünə yepiskop ağ dəsmal və ucuz
krujeva örtüb mehrab halına salmıĢdı, bu mehrab ibadət otağını bəzəkli göstərirdi.
Yepiskopu özlərinə ruhani ata seçmiĢ varlı qadınlar və Din Ģəhərinin baĢqa dindar qadınları
dəfələrlə yığıĢıb, monsenyorun Ġbadət otağı üçün təzə bəzəkli mehrab almağa pul toplamıĢdılar.
Yepiskop hər dəfə pulları alıb, yoxsullara paylayardı. O deyirdi: ―Ən yaxĢı mehrab təsəlli tapmıĢ
və Allaha Ģükür edən hər zavallının ruhudur!‖.
Ġbadət otağında diz çökmək üçün qoyulmuĢ iki həsir oturacaq, yataq otağında isə bir həsir kreslo
vardı. Birdən yepiskopun yanına yeddi, yaxud səkkiz qonaq, məsələn: prefekt, general, yerli
qarnizon polkunun qərargah rəisi, ruhani məktəbinin bir neçə Ģagirdi gəldiyi zaman ―qıĢ
salonunda‖, ibadət otağında olan pulları, yepiskopun yataq otağındakı kreslonu gətirmək lazım
gəlirdi. Hər yeni qonaq üçün baĢqa otaqların birindən stul gətirilər və bu surətlə on birə qədər
stul toplanardı.
Bəzən birdən on iki qonaq gəlirdi, onda yepiskop çətin vəziyyətdən çıxmaq üçün, qıĢ günlərində
buxarının yanında ayaq üstə durar, yay günlərində isə bağçada gəzinməyə baĢlardı.
Küncdə pərdənin arxasında bir stul da vardı, ancaq həsiri yırtıq və yalnız üç ayağı salamat
olduğundan, onu yalnız divara dayadıqdan sonra üstündə oturmaq olardı. Madmazel Batistitanın
otağında da vaxtilə zərli bəzəkləri olan, üzünə güllü Çin taftası çəkilmiĢ böyük bir kreslo vardı;
ancaq pilləkən çox dar olduğu üçün onu ikinci otağa pəncərədən keçirmək lazım gəlmiĢdi,
deməli, lazım olduğu zaman bu kresloya ümid bəsləmək olmazdı.
Bir zamanlar madmazel Batistina qırmızı ağacdan qayrılmıĢ və üstünə sarı utrext məxməri
çəkilmiĢ divanı olan qonaq otağı mebeli almaq arzusunda idi. Lakin bu ən azı beĢ yüz franka
tamam olardı; bu məqsəd üçün o, beĢ ildə yalnız qırx iki frank və on su yığa bildiyindən bir Ģey
çıxmayacağını anlayaraq, bu arzusundan əl çəkmiĢdi. Bir də ki, həyatda öz idealına nail olan
varmıdır?
Yepiskopun yataq otağını təsəvvür etməkdən daha asan bir Ģey yoxdur. Bu evin aynabənd qapısı
bağçaya çıxırdı, qapının qarĢısında bir dəmir xəstəxana çarpayısı vardı. Çarpayının qabağına
yaĢıl sarjdan pərdə çəkilmiĢdi, çarpayının yanında, pərdənin arxasında zərif tualet Ģeyləri vardı;
bütün bunlar yepiskopun vaxtilə kübar bir adam olduğunu və keçmiĢ adətlərini xatırladırdı; bu
otağın daha iki qapısı olub, biri buxarının yanından ibadət otağına, o biri də kitab Ģkafının
yanından yemək otağına açılırdı, ĢüĢə qapısı olan böyük kitab Ģkafının içi kitabla dolu idi, buxarı
mərmər rəngində rənglənmiĢdi, üzü taxtadan idi, həm də heç vaxt qalanmazdı. Buxarının içində
odun qoymaq üçün iki dəmir sacayaq vardı ki, bunların da qabaq tərəfləri bir zaman
gümüĢlənmiĢ olan çiçək hörüyünə bənzər naxıĢlar və Ģırımlarla bəzənmiĢ iki vaza vardı, bunlar
yepiskop evində bir bəzək nümunəsi idi. Buxarının üstündə isə zəri tökülmüĢ taxta çərçivə içində
köhnə qara məxmərin üstündə vaxtilə gümüĢlənmiĢ olan, indi isə gümüĢü getmiĢ misdən çarmıxa
çəkilmiĢ Ġsanın heykəli vardı. ġüĢə qapının qabağında böyük bir masa, onun da üstündə
mürəkkəbqabı, kağız yığınları və bir neçə qalın kitab dururdu. Masanın qabağında bir həsir
kreslo qoyulmuĢdu. Çarpayının yanında ibadət otağından gətirilmiĢ bir kiçik oturacaq dururdu.
Çarpayının hər iki tərəfində divardan oval çərçivəli iki portret asılmıĢdı. ġəkillərin tutqun fonu
üzərində qızıl hərflərlə yazılmıĢ sözlərdən burada kimin təsvir edildiyi aydın olurdu: bunlardan
biri Sen-Klod yepiskopu abbat ġalionun, o biri isə – Aqd baĢ vikarisi, ġartr yeparxiyasında
Sisterian rahibləri cəmiyyətinə mənsub olan QranĢan abbatı, abbat Turtonun portreti idi.
Yepiskop bu otağı xəstələrdən aldığı zaman portretləri orada tapmıĢ və əvvəlki yerlərində
saxlamıĢdı. Bunlar keĢiĢ idi və ehtimal ki, sədəqə verən keĢiĢlər idi, – yepiskopun portretlərə
ehtiram etməsi üçün bu iki əsas kifayət idi. O bu portret sahibləri haqqında yalnız bunu bilirdi ki,
hər ikisi bir gündə, yəni 1785-ci il aprelin 27-də kral tərəfindən biri yepiskop vəzifəsinə, o biri
isə – vikari vəzifəsinə təyin edilmiĢdir. Bu qeyd QranĢan abbatının portretinin arxasında dörd
parça yapıĢqanla yapıĢdırılmıĢ və zamanın gediĢindən saralmıĢ bir vərəq kağızın üzərində rəngi
getmiĢ mürəkkəblə yazılmıĢ idi. Madam Maqluar tozunu silmək üçün portretləri çıxardığı zaman
yepiskop bu qeydi görmüĢ və oxumuĢ idi.
Yepiskopun yataq otağının pəncərəsindən qaba yun parçadan köhnə bir pərdə asılmıĢdı. Bu
pərdə o qədər köhnəlmiĢdi ki, madam Maqluar təzəsini almamaq üçün, onu lap ortasından
tikməyə məcbur olmuĢdu. Bu tikiĢ xaç Ģəklində idi. Yepiskop bunu tez-tez göstərər və deyərdi:
– Nə yaxĢı olmuĢdur!
Birinci və ikinci mərtəbələrdə olan otaqların hamısı, kazarmalarda və xəstəxanalarda olduğu
kimi, əhənglə ağardılmıĢdı.
Doğrudur, sonrakı illərdə aĢağıda görəcəyimiz kimi, madam Maqluar madmazel Batistinanın
otağında divarlarda əhəngin altında bəzi rəsmlər kəĢf etmiĢdi. Bu ev xəstəxanaya
çevrilməmiĢdən əvvəl Ģəhər əhalisinin yığıncaq yeri imiĢ. Bu rəsmlər də o vaxtdan divarlarda
qalıbmıĢ. Otaqların döĢəməsi qırmızı kərpicdən idi və hər həftə yuyulurdu, çarpayıların
qarĢısında yerə həsir döĢənmiĢdi. Ümumiyyətlə, demək lazımdır ki, bu iki qadın bütün evi
olduqca təmiz saxlayırdı. Təmizlik yepiskopun yol verdiyi yeganə zinət idi. O deyərdi:
―Təmizliyin yoxsullara ziyanı yoxdur‖.
Lakin etiraf etmək lazımdır ki, yepiskopun əvvəlki sərvətindən altı gümüĢ xörək dəsti, bir də
xörək çəkən gümüĢ qaĢıq qalmıĢdı; madam Maqluar bunların hər dəfə qaba kətan süfrə üzərində
parladığını gördükcə, fərəhlənirdi. Biz Din yepiskopunu həqiqətdə olduğu kimi təsvir etdiyimiz
üçün bunu da gizlətməməliyik ki, o tez-tez: ―GümüĢ qaĢıq və gümüĢ çəngəllə yemək adətindən
mən asanlıqla əl çəkə bilməzdim‖, – deyərdi.
Bu gümüĢ qablardan baĢqa, yepiskopun iki böyük gümüĢ Ģamdanı da vardı ki, nənəsindən ona
miras qalmıĢdı. Mum Ģam keçirilmiĢ bu Ģamdanlar yepiskopun yataq otağında, buxarının üstündə
olardı. Evdə qonaq olanda isə madam Maqluar Ģamdanları yandırıb masanın üstünə qoyardı.
Yenə orada, yepiskopun yataq otağında, onun çarpayısının baĢ tərəfində kiçik bir divar Ģkafı
asılmıĢdı; madam Maqluar hər axĢam altı gümüĢ xörək dəstini və xörək çəkən qaĢığı oraya
qoyardı. Qeyd etmək lazımdır ki, Ģkafın açarı həmiĢə üstündə olardı.
Yuxarıda dediyimiz biçimsiz tikintilərdən görkəmi bir qədər pozulan bağda dörd xiyaban vardı;
bu xiyabanlar bağın ortasında olan çirkab quyusunun yanından xaç Ģəklində ayrılırdı. Bağı əhatə
edən ağ hasar boyunca da bir xiyaban keçirdi. Xiyabanların arasındakı dörd kvadratın ətrafında
ĢümĢad ağacları əkilmiĢdi. Bu kvadratların üçündə madam Maqluar tərəvəz əkərdi,
dördüncüsündə isə yepiskop çiçəklik düzəltmiĢdi. Bağda bir neçə meyvə ağacı da vardı. Bir dəfə
madam Maqluar zarafatyana demiĢdi: ―Monsenyor, siz istəyirsiniz ki, hər Ģey fayda versin,
ancaq bağın bu hissəsi heç bir fayda vermir. Burada çiçək əvəzində kahı əkilsə idi, daha yaxĢı
olardı‖. Yepiskop ―Yanılırsınız, madam Maqluar, – demiĢdi. – Gözəllik də faydalılar qədər
faydalıdır‖ Bir qədər susduqdan sonra isə əlavə etmiĢdi: ―Bəlkə, daha faydalıdır‖.
Üç və ya dörd ləkə bölünmüĢ bu bir parça yer yepiskopu kitablarından az məĢğul etmirdi. O,
həvəslə burada bir-iki saat vaxt keçirər, bitkilərin ucunu vurar, alaq otlarını çıxarar, yer qazar,
toxum əkərdi. Lakin həĢərata qarĢı həqiqi bağbanlar qədər düĢmənçilik etməzdi. Bunu da qeyd
etmək lazımdır ki, o, özünü heç də bitkiçi hesab etmirdi. Onun təsnifatdan və solidizmdən baĢı
çıxmaz, Turneforla təbii üsul arasında heç bir fərq qoymaz, kisəli bitkiləri ləpəlilərdən üstün
tutmaz, nə Jüsəyenin lehinə, nə də Linneyin əleyhinə danıĢmazdı. O, bitkiləri öyrənməzdi,
sadəcə olaraq çiçəkləri sevirdi. Alimlərə qarĢı dərin bir hörmət bəsləyər, lakin heç bir Ģey
bilməyənlərə daha artıq ehtiram edər və onlara da, bunlara da hörmətində davam edərək hər yay
axĢamı yaĢıl tənəkə suçiləyəni ilə öz ləklərini sulayardı.
Evin qapılarının heç biri açarla bağlanmırdı. Yemək otağının birbaĢ kilsə meydanına çıxan qapısı
vaxtilə bir zindan qapısı kimi sürməli və kilidli idi. Yepiskop gələn kimi bu sürmələri və kilidləri
çıxarmağı əmr etdiyindən, bu qapı gecə-gündüz yalnız sürgü ilə bağlanardı. Hər bir yolçu gecə-
gündüz istədiyi vaxt bu qapını sadəcə itələməklə aça bilərdi. Qapının belə açıq qalması əvvəllər
hər iki qadını çox narahat edərdi, lakin Din yepiskopu onlara: ―Siz istəyirsinizsə, öz otaqlarınıza
sürmə düzəltdirin‖, – demiĢdi. Nəticədə yepiskopun arxayınlığı onlara keçmiĢdi, hər halda, onlar
da özlərini elə göstərməyə çalıĢırdılar. Yalnız madam Maqluarın ürəyinə bəzən qorxu düĢərdi.
Yepiskopa gəldikdə isə, onun bu xüsusdakı fikrini Tövratın bir səhifəsi kənarında yazmıĢ olduğu
bu üç sətir izah və ya Ģərh edir: ―Burada çətinliklə gözə çarpan bir nöqtə var: həkimin qapısı heç
bir zaman bağlı olmamalı, keĢiĢin qapısı da daim açıq olmalıdır‖.
―Tibb elminin fəlsəfəsi‖ adlı baĢqa bir kitabda da yepiskop belə bir qeyd etmiĢdi: ―Mən də onlar
kimi həkim deyiləmmi? Mənim də xəstələrim var: əvvələn, onların xəstə adlandırdıqları adamlar,
ikincisi, mənim bədbəxt adlandırdığım adamlar‖...
Kitabın baĢqa bir yerində də belə yazılmıĢdı: ―Sizdən sığınacaq istəyən adamın adını
soruĢmayın. Məhz öz adını gizlədən adamın sığınacağa xüsusi ehtiyacı vardır‖.
Bir dəfə hörmətli bir küre, – onun Kulubru küresi, yaxud Pompyeri küresi olduğu yadımda deyil,
– madam Maqluarın xahiĢinə görə monsenyor Byenvenüdən soruĢmuĢdu ki, monsenyor gecə və
gündüz qapını içəri girmək istəyən hər adamın üzünə açıq qoymaqla bir qədər ehtiyatsızlıq
etmədiyinə tamamilə əmindirmi? Bu qədər pis mühafizə edilən evdə bir bədbəxtlik üz verə
biləcəyindən qorxmurmu? Yepiskop bu sualı verən keĢiĢin çiyninə toxunub, mülayim, lakin
ciddi bir tərzdə demiĢdi: ―Nisi Dominus custodierit domum, in vamum vigilant qui custodiunt
eam1‖. Bu sözdən sonra monsenyor söhbəti dəyiĢib, baĢqa məsələlərə keçmiĢdi.
O, tez-tez təkrar edirdi: ―KeĢiĢ də draqun2 polkovniki qədər cəsarətli olmalıdır. Ancaq Sizdəki
cəsarət sakit cəsarət olmalıdır‖.
YEDDĠNCĠ FƏSĠL.
Kravat.
Burada bir hadisəni də xatırlatmağın yeridir, onun üstündən keçmək olmaz, çünki Din Ģəhəri
yepiskopunun necə bir adam olduğunu bu cür hadisələr daha yaxĢı göstərir.
Oliula dərələrini tamamilə var-yoxdan çıxarmıĢ Qaspar Benin quldur dəstəsi məhv edildikdən
sonra, onun ən yaxın köməkçilərindən biri olan Kravat dağlara qaçmıĢdı. O bir müddət Qaspar
Benin dəstəsindən qalmıĢ bir neçə yoldaĢı ilə Nitsa qraflığında gizlənmiĢ, sonra ―Pemonta
keçmiĢ və birdən-birə yenə Fransaya qayıdaraq, Barseloneta yaxınlığında görünmüĢdü. Əvvəlcə
o, Joz’eyə, sonra isə Tüilə baĢ vurmuĢdu. O Juq-de l’Eql mağaralarında gizlənmiĢdi, oradan da
Ġbayya və Ġbayeta çaylarının dərələrindən keçərək, tez-tez kəndlərdə görünürdü. Bir dəfə gecə
vaxtı Kravat lap Ambrenə qədər gəlmiĢ, böyük kilsəni qarət etmiĢdi. Onun qarətləri bütün ölkəni
var-yoxdan çıxarırdı. Onu tutmaq üçün jandarmlar göndərilirdisə də, heç bir nəticə vermirdi. O
həmiĢə əldən çıxır, bəzən də açıqcasına müqavimət göstərirdi. Kravat cəsur bir cani idi. Hamı
vahimə içərisində ikən, ġatelyar vilayətini gəzən yepiskop o yerlərə gəldi. Mer onun yanına
gələrək geriyə qayıtmasını məsləhət gördü. Kravat ArĢa qədər və ArĢdan o yana olan dağları
tutmuĢdu. Hətta mühafizə dəstəsi ilə də yola çıxmaq təhlükəli idi – bu, üç, yaxud dörd nəfər
bədbəxt jandarmın həyatını təhlükəyə salmaq demək idi.
Yepiskop dedi:
– Elə ona görə də mən mühafizəsiz getmək fikrindəyəm.
– Siz nə danıĢırsınız, monsenyor! – deyə mer etiraz etdi.
– Mən hər Ģeyi ətraflı fikirləĢmiĢəm, jandarmları qətiyyən aparmayacağam, bir saat sonra yola
düĢəcəyəm.
– Yola düĢəcəksiniz?
– Bəli, yola düĢəcəyəm.
– Tək?
– Tək.
– Yox, yox, monsenyor! Siz bunu etməzsiniz.
Yepiskop dedi:
– Qulaq asın, o dağlarda balaca yoxsul bir kənd var, mən üç ildir ki, oranı görməmiĢəm. Orada
mənim mehriban dostlarım – dinc və namuslu çobanlar yaĢayırlar. Otardıqları hər otuz keçidən
ancaq biri onlarındır; onlar yundan olduqca gözəl, əlvan qaytan toxuyurlar və altı deĢikli balaca
tütəklərdə dağ havaları çalırlar. Ara-sıra tanrı sözünü eĢitməyə onların da ehtiyacı var. Bəs onlar
hər Ģeydən qorxan bir yepiskop haqqında nə fikirdə ola bilərlər? Mən onların yanına getməsəm,
nə deyərlər?
– Bəs quldurlar, monsenyor, quldurlar?
Yepiskop dedi:
– Doğrudan da, mən onları az qala unutmuĢdum. Siz haqlısınız. Mən onlara rast gələ bilərəm.
Çox ehtimal ki, onların da bir nəfərdən tanrı sözü eĢitməyə, ehtiyacları vardır!
– Monsenyor, axı onlar bütöv bir quldur dəstəsidir, canavar sürüsüdür!
– Cənab mer, bəlkə, bu sürüyə çoban olmağı mənə Ġsa əmr edir? Qəzavü-qədəri bilmək olmaz!
– Monsenyor, onlar sizi qarət edərlər.
– Mənim heç bir Ģeyim yoxdur.
– Onlar sizi öldürərlər.
– Dua oxuya-oxuya öz yolu ilə gedən qoca bir keĢiĢimi? Bəsdir, bəsdir! Bu onların nəyinə
lazımdır?
– Aman ya rəb! Birdən onlara rast gəlsəniz nə olar?
– Mən onlardan yoxsullarım üçün sədəqə istərəm.
– Monsenyor, Allah xatirinə, getməyin! Siz həyatınızı təhlükəyə salırsınız.
– Cənab mer, məgər bütün məsələ elə bundadır? Mən bu dünyada öz həyatımı qorumaq üçün
yaĢamıram, insanların ruhunun qayğısına qalmaq üçün yaĢayıram.
Nəhayət, mer yepiskopdan əl çəkməli oldu. O, yola düĢdü. Yol göstərmək üçün onu yalnız bir
ulaq müĢayiət edirdi. Yepiskopun bu inadı bir çox gurultuya səbəb oldu və bütün mahalı böyük
təĢviĢə saldı.
Yepiskop nə bacısını, nə də madam Maqluarı özü ilə bərabər aparmaq istəməmiĢdi. O, qatır
belində heç kəsə rast gəlmədən, dağlara qalxdı və sağ-salamat ―mərhəmətli dostlarının‖ –
çobanların yanına çatdı. O, iki həftə onların yanında yaĢadı, moizələr söylədi, lazım olan ayinləri
icra etdi, nəsihətlər verdi. Yola düĢməzdən əvvəl təntənəli günorta ibadəti düzəltmək istədi. O
bunu kənd keĢiĢinə söylədi. Lakin nə etməli? Yepiskop libası yox idi. KeĢiĢ ona yalnız saxta
gümüĢ baftalı köhnəlmiĢ ipəkdən bir neçə geyim verə bilərdi.
Yepiskop dedi:
– Eybi yoxdur, cənab küre, hər halda, ibadət olacağını kafedradan elan edək. ĠĢ birtəhər düzələr.
QonĢu kilsələrdə axtarmağa baĢladılar, lakin bu yoxsul kilsələrin bütün sərvəti bir yerə
toplandıqda belə, hətta kilsə müğənnisi üçün də səliqəli bir paltar düzəltmək olmazdı.
Bu axtarıĢlar zamanı iki naməlum atlı kənd keĢiĢinin evinə yepiskop üçün böyük bir qutu gətirib
qoymuĢ və dərhal çıxıb getmiĢdi. Qutunun içindən ipək rəda, brilyantlarla bəzədilmiĢ mitra
arxiyepiskop xaçı, gözəl əsa çıxdı; bütün bu yepiskop geyimi bir ay bundan əvvəl Ambren
Notrdam kilsəsindən qarət edilmiĢdi. Qutunun içindən çıxan bir vərəq kağızın üzərində bu sözlər
yazılmıĢdı: ―Monsenyor B’envenüyə Kravatdan‖.
Yepiskop dedi:
– Mən demədimmi hər Ģey düzələcək?
Sonra gülümsəyərək əlavə etdi: ―Sadə keĢiĢ cübbəsi ilə kifayətlənən adama Tanrı arxiyepiskop
rədası göndərir‖.
KeĢiĢ baĢını yırğalayaraq, istehza ilə dedi:
– Bilmirəm, monsenyor, Tanrımı göndərmiĢ, yoxsa Ģeytan.
Yepiskop keĢiĢin üzünə diqqətlə baxdı və qəti bir səslə təkrar etdi:
– Tanrı!
Yepiskop ġatelara qayıdarkən bütün yoluzunu və ġatelarda qabağına çoxlu camaat çıxdı. Hamı
öz yepiskopuna baxmaq istəyirdi. Madmazel Batistina ilə madam Maqluar onu keĢiĢin evində
gözləyirdi. Yepiskop bacısına dedi: ―Mən haqlı deyildimmi? Yoxsul keĢiĢ yoxsul dağlıların
yanına əliboĢ getdi, əlidolu qayıtdı. Mən yalnız Allaha təvəkkül edərək yola düĢdüm, ancaq
böyük bir kilsənin bütün sərvətini gətirdim‖.
AxĢam, yatmamıĢdan qabaq, yepiskop dedi: ―Heç bir zaman nə oğrulardan, nə də qatillərdən
qorxmaq lazım deyil. Bu yalnız zahiri və cüzi bir təhlükədir. Ġnsan öz-özündən qorxmalıdır. Əsl
oğru xurafatdır, əsl qatillər isə – qəbahətlər. Ən böyük təhlükə bizim özümüzdədir. Həyatımıza
və cibimizə təhlükə törədən bir Ģeyin qeydinə qalmağa dəyərmi? Yalnız ruhumuza təhlükə
törədən Ģey haqqında düĢünək!‖. Sonra bacısına müraciətlə: ―Bacım, – dedi, – keĢiĢ heç bir
zaman insanlardan ehtiyat etməməlidir. Ġnsanlar nə edirsə, hamısı Allahdandır. Təhlükənin bizə
tərəf gəldiyini hiss etdikcə, ibadətlə kifayətlənək. Özümüz üçün deyil, qardaĢımız üçün ibadət
edək ki, bizim üstümüzdə günaha batmasın‖.
Lakin Yepiskopun həyatında hadisələr az olmuĢdu. Biz yalnız bildiyimiz hadisələri təsvir edirik:
ümumiyyətlə götürüldükdə isə, onun həyatı yeknəsəq keçirdi: hər gün, müəyyən vaxtlarda o, bir
gün əvvəl gördüyü iĢləri təkrar edərdi. Bu hal ildən-ilə, aydan-aya davam edərdi.
Ambren kilsəsinin ―sərvətlərinə‖ gəldikdə, onların nə olduğu sualına doğru cavab verməkdə
çətinlik çəkirik. Bunlar çox gözəl, çox cazibədar, onları oğurlamaq fikrinə düĢən bədbəxtlər üçün
çox yararlı və faydalı Ģeylər idi. Onlar, hər halda, oğurlanmıĢdı da. ĠĢin yarısı görülmüĢdü; yalnız
bu oğurlanmıĢ Ģeylərdən baĢqa bir məqsədlə, yoxsulların xeyrinə, istifadə etmək lazım gəlirdi.
Lakin bu barədə biz qəti bir Ģey deyə bilmərik. Məlum olan yalnız budur ki, yepiskopun kağızları
arasında kiçik bir qeyd tapılmıĢdı. Bu qeyd çox dumanlı yazılmıĢdı, lakin ola bilsin ki, bu
məsələyə aid idi. Qeydin məzmunu belə idi: ―Məsələ bundadır ki, bunları haraya qaytarmaq
lazımdır – kilsəyəmi, yoxsa xəstəxanayamı?‖.
SƏKKĠZĠNCĠ FƏSĠL.
ġərab içərkən fəlsəfə.
Yuxarıda adını çəkdiyimiz senator vicdan, and, ədalət və insanlıq borcu kimi maneələrlə
hesablaĢmadan öz məqsədinə doğru birbaĢa gedən, yüksəliĢ və mənfəət yolunda bir dəfə belə
büdrəməyən ağıllı bir adam idi. O, istefaya çıxmıĢ prokuror idi, müvəffəqiyyət qazanması
sayəsində yumĢalmıĢdı, heç də kinli deyildi, yeri gəldikdə oğullarına, kürəkənlərinə,
qohumlarına və hətta dostlarına həvəslə hər cür xırda qulluq göstərən, həyatın yaxĢı
tərəflərindən, xoĢ təsadüfdən, gözlənilməyən müvəffəqiyyətdən məharətlə istifadə edən bir adam
idi. Yerdə qalan hər Ģey onun nəzərində bir heç idi. O, həqiqətdə Piqo-Lebrenin yetiĢdirməsi olsa
da, özünü Epikurun ardıcılı hesab edəcək dərəcədə hazırcavab və bilikli bir adam idi. O,
sonsuzluq və əbədiyyətə, habelə ―sadədil yepiskopun sair hədyanlarına‖ gülərək istehza etməyi
sevərdi. Bəzən bu Ģeylərə hətta yepiskop Mirielin özünün hüzurunda belə cəsarət və mərhəmətlə
gülərdi.
Bir dəfə yarırəsmi bir ziyafət münasibətilə qraf (həmin senator) ilə yepiskop Miriel prefektin
evində bir yerdə nahar edirdilər. Desert zamanı bir qədər kefli olan, lakin vüqarını pozmayan
senator birdən-birə qıĢqırdı:
– Vallah, cənab yepiskop, gəlin bir az laqqırtı vuraq! Senatorla yepiskopun bir-birinə göz
eləmədən bir-birinin üzünə baxmaları mümkün deyil. Sizinlə biz – iki kahinik. Bu saat mən sizə
bir Ģeyi etiraf edəcəyəm. Bilirsinizmi, mənim öz fəlsəfəm vardır.
– Siz haqlısınız, – deyə yepiskop cavab verdi. – Hər kəsin fəlsəfəsi necədirsə, həyatı da elədir.
Yatağın necədirsə, yatmağın da elə olar. Siz atlaz yataq içində yatırsınız, cənab senator.
Bu sözlərdən Ģirnikən senator sözünə davam etdi:
– Gəlin açıq danıĢaq.
– Lap açıq danıĢaq, – deyə yepiskop razı oldu.
– Mən sizə bildirirəm ki, markiz d’Arjans, Pirron, Qobbs və Nejon heç də fırıldaqçı deyildirlər.
Mənim bütün filosoflarımın əsərləri qızıl yazılı cildlərdə rəflərə düzülmüĢdür.
– Onlar sizə bənzəyirlər, cənab qraf, – deyə yepiskop onun sözünü kəsdi.
Senator yenə sözünə davam edərək dedi:
– Mən Didroya nifrət edirəm. O, xəyalpərəst, boĢboğaz və inqilabçıdır, ürəyində isə Allaha
inanır və Volterdən daha artıq riyakardır. Volter Nidgemə gülür, özü də nahaq yerə gülür, çünki
Nidgemin ilan balıqları Allahın faydasız olduğunu isbat edir. Bir qaĢıq xəmirin içindəki bir
damcı sirkə tiot luxu1 əvəz edir. Damcını bir qədər iri, qaĢığı isə böyük təsəvvür etsəniz, dünya
əmələ gələr. Ġnsan ki var, ilan balığıdır. Madam ki belədir, əzəli Allah kimə lazımdır? Cənab
yepiskop, Yəhva haqqındakı fərziyyə mənim zəhləmi aparmıĢdır. O, yalnız boĢ xəyallara qapılan
arıq adamlar yaratmaq üçün yarayır. Rədd olsun mənim zəhləmi aparan bu böyük Küll! YaĢasın
məni rahat buraxan. Sıfır!
Öz aramızda qalsın, cənab yepiskop, ürəyimdə nə varsa, hamısını sizə açıq demək və siz ruhani
atamın qarĢısında lazımınca tövbə etmək üçün sizə etiraf edirəm ki, mən ağlı baĢında olan bir
adamam. Mən sizin hər addımda dünyadan əl çəkməyi və qurban verməyi təbliğ və vəz edən
Ġsanıza məftun deyiləm. Bu, xəsis adamın dilənçilərə verdiyi məsləhətdən baĢqa bir Ģey deyildir.
Dünyadan əl çəkmək! Nə üçün? Qurban vermək! Nədən ötrü? BaĢqa bir canavarın səadəti üçün
özünü qurban verən bir canavar görməmiĢəm. Elə isə təbiətə sadiq qalaq. Biz dağın
zirvəsindəyik, ona görə də ali fəlsəfəni mənimsəməməliyik. Öz yaxın adamının burnunun
ucundan o tərəfi görmürsənsə, dağın təpəsində durmağın nə mənası vardır! Gəlin Ģən həyat
sürək. Həyat – hər Ģeydir! Deyirlər ki, insanı yerdə deyil, guya, orada, yuxarıdamı, aĢağıdamı, –
bir sözlə harada isə – baĢqa bir aləm, baĢqa bir həyat gözləyir, mən isə buna zərrə qədər
inanmıram. Bəs belə! Məni dünyadan əl çəkməyə və qurban verməyə dəvət edirlər, mən hər bir
hərəkətimi izləməli, yaxĢını-yamanı, ədalətlini-ədalətsizi, fas və nefası2 ayırd etmək üçün baĢımı
sındırmalıyam. Nə üçün? Çünki mən öz hərəkətlərim barəsində hesabat verməli olacağam. Nə
zaman? Öləndən sonra. Nə böyük bir səhv! Öləndən sonra məni kim tuta bilərsə, tutsun! Kölgəni
bir ovuc kül götürməyə məcbur edin görüm. Hər Ģeydən hali olan, Ġzidanın rubəndini qaldıran
məhrəm adamlar kimi açıqca deyək: nə xeyir var, nə Ģər, ancaq bitki həyatı var. Gəlin, həqiqətən
mövcud olan bir Ģeyi axtaraq. Dərinliyə varaq. Məsələnin lap məğzini tapaq! Həqiqəti duymaq,
axtarıb tapmaq və ondan yapıĢmaq lazımdır. O zaman bu həqiqət sizə yaxĢıca nəĢə verər. Onda
siz güclü olarsınız, hər Ģeyə gülməyə baĢlarsınız. Mənə gəlincə, mən yerdə özümü möhkəm hiss
edirəm, cənab yepiskop. Ġsanın əbədiliyi yaba ilə suya yazılmıĢ bir əfsanədir. Ah! Gözəl vədlər!
Heç onlara bel bağlamaq olar? Adama əcəb etibarlı bir veksel verilmiĢdir. Əvvəlcə insan ruhdur,
sonra dönüb mələk olacaq, kürəyinin arasından mavi qanadlar çıxacaqdır. Yadıma salın görüm,
bunu kim demiĢdir, – yanılmıramsa, Tertullian demiĢdir ki, – müqəddəs adamlar bir səyyarədən
o biri səyyarəyə uçacaqlar! Çox yaxĢı! Necə deyərlər, ulduz cırcıramasına çevriləcəklər. Sonra
da Tanrını görəcəklər. Ta-ta-ta! Bütün bu göylər səltənəti mənasız Ģeydir! Allah isə tamamilə
uydurmadır. Əlbəttə, mən bunu ―Moniterdə‖ dərc etmərəm, lakin nə üçün yavaĢcadan dostuma
söyləməyim? Jnter pocula.1 Cənnət üçün bu dünyanın nemətlərindən əl çəkmək axı nəqd Ģikarı
xəyal xatirinə əldən buraxmaq kimi bir Ģeydir. Mən özümü əbədilik haqqındakı əfsanə ilə
aldadılacaq dərəcədə axmaq deyiləm! Mən bir heçəm. Mən cənab heçəm, senator və qrafam.
Mən doğulmamıĢdan da varmı idim? Yox! Öləndən sonra yaĢayacağammı? Yox! Bəs elə isə
mən nəyəm? BirləĢərək orqanizmə çevrilmiĢ bir ovuc toz. Bəs onda mən bu yer üzündə nə
etməliyəm? Mənim üçün iki yol var: ya əzab çəkməli, ya da nəĢələnməliyəm. Əzab məni haraya
gətirib çıxardacaq? Faniliyə. Ancaq oraya mən kifayət qədər əzab çəkdikdən sonra gəlib çıxa
bilərəm. Bəs nəĢə haraya gətirib çıxaracaq? O da faniliyə. Ancaq mən oraya nəĢə çəkdikdən
sonra gəlib çıxacağam. Elə isə mən artıq nə edəcəyimi təyin etdim. Ya yeməlisən, ya da
yeyilməli. Mən yeyirəm. Ot olub yeyilməkdənsə, diĢ olub yemək yaxĢıdır. Mənim hikmətim
bundan ibarətdir. Sonra isə hər Ģey öz qaydasında davam edir: məzarçı artıq oradadır, sizi də,
məni də Panteon gözləyir, hamı bu dibsiz uçuruma yuvarlanır. Hər Ģey bitir. Finis! Son haqq-
hesab! Hər Ģey tamamilə yox olur. Mənə inanın ki, ölüm – ölüdür. Məni orada bir nəfərin
danıĢdıracağı haqqındakı söhbətlər də gülünc bir Ģeydir. BoĢ nağıldır. UĢaqlara xortdanı göstərən
kimi böyüklərə Yəhvanı göstərirsiniz. Yox, sabah zülmət içərisindədir. Məzarda hamımız bir
heçik, hamımız bərabərik. Siz istər Sardanapal olun, istər Vensen de Pol, fərqi yoxdur, heçliyə
gedəcəksiniz. Həqiqət budur. Elə isə yaĢayın, hər Ģeyə rəğmən yaĢayın nə qədər ki, ―Mənliyiniz‖
öz əlinizdədir, ondan istifadə edin. Mən sizə doğru deyirəm , cənab yepiskop, mənim öz
fəlsəfəm, öz filosoflarım vardır. Mən boĢ laqqırtıya aldanan deyiləm. Əlbəttə, aĢağı təbəqələr,
lütlər, küçələrdə bıçaq itiləyənlər, yoxsullar üçün təsəlli verən bir Ģey olmalıdır. Odur ki, onların
ağzını əfsanələrlə, əjdahalarla, ruh, əbədilik, cənnət və ulduzlarla yumurlar, onlar da bunun
hamısını həzm edirlər. Onlar bunu öz quru çörəklərinə yavanlıq edirlər. Heç bir Ģeyi olmayanın
baĢının üstə Allahı vardır. Bu da pis deyil! Mən bunun əleyhinə deyiləm; lakin özüm üçün
Nejonu saxlayıram. Mərhəmətli Tanrı ancaq camaatın gözünə xoĢ gəlir. Yepiskop əl çalıb
qıĢqırdı:
– Gözəl sözlərdir! Materializm nə yaxĢı Ģeydir! Doğrudan da, qəribədir. O, hər kəsin əlinə
düĢməz, Ona yiyələnən adamı aldatmaq olmaz, o, Katon kimi özünün vətəndən axmaqcasına
qovulmasına, müqəddəs Stefan kimi daĢlanmasına, Janna d’Ark kimi özünün diri-diri
yandırılmasına yol verməz. Bu gözəl materializmi mənimsəyə bilmiĢ adamlar məsuliyyətsizlik
kimi xoĢ bir Ģey hiss edir və belə hesab edirlər ki, onlar hər Ģeyi: vəzifələri, zəhməti az, xeyri çox
olan yerləri, yüksək mənsəbləri, namuslu ya namussuz yollarla qazanılmıĢ hakimiyyəti rahatca
uda bilərlər; özlərinə hər Ģeyi rəva görə bilərlər: əlveriĢli olduqda – vədi pozar, faydalı olduqda –
xəyanət edər, zövq verə bilərsə, vicdanını satar, hər Ģeyi həzm-rabedən aĢırdıqdan sonra isə
rahatca məzara gedə bilərlər. Bu nə qədər xoĢdur! Cənab senator, mən sizin barənizdə
danıĢmıram, ancaq, vallah, sizi təbrik etməyə bilmərəm. Böyük mənsəb sahibləri olan sizlərin, öz
dediyiniz kimi, sizin özünüzə məxsus, nəfis, zərif, yalnız varlı adamlar üçün yarayan, hər Ģəkildə
yarayan, həyatın nəĢələrinə daha da ləzzət verən fəlsəfəniz var. Bu fəlsəfə naməlum
dərinliklərdən ərz edilmiĢdir, onu xüsusi tədqiqatçılar iĢıqlı dünyaya çıxarmıĢlar. Lakin siz –
mərhəmətli adamlarsınız, yoxsullar üçün Ģabalıdlı qaz qızartması trufelli hind toyuğunu əvəz
etdiyi kimi, Allaha etiqad etməyin də xalqın fəlsəfəsi kimi qalmasında zərərli bir Ģey
görmürsünüz!
DOQQUZUNCU FƏSĠL.
Bacısı öz qardaĢı haqqında nə deyir.
Din Ģəhəri yepiskopunun ev həyatı və iki dindar qadının öz hərəkətlərini, öz fikirlərini, həyata
qarĢı təbii, xalis qadın ehtiyatkarlıqlarını belə yepiskopun bütün adətlərinə, fikirlərinə və
görüĢlərinə tabe etməsi haqqında təsəvvür etmək üçün madmazel Batistinanın öz uĢaqlıq dostu
vinkontessa de BuaĢevrona yazdığı məktubu oxumaq hər Ģeydən yaxĢı olar. Bu məktub bizdədir.
Din, 16 dekabr 18...
Mənim əzizim! Bir gün belə olmaz ki, sizi yad etməyək. Bu bizim üçün bir adət olmuĢdur, indi
isə bunun xüsusi bir səbəbi də var. Bilirsinizmi, madam Maqluar evin tavanını və divarları yuyub
təmizlərkən bir neçə kəĢf etmiĢdir; bizim əvvəllər köhnə divar kağızı çəkilmiĢ və üstündən
ağardılmıĢ iki otağımız indi sizin sarayınız kimi bir saray üçün də zinət ola bilər. Madam
Maqluar bu otaqların bütün kağızlarını soyduqda, kağızın altından çoxlu maraqlı Ģeylər
çıxmıĢdır. Mənim salonumda mebel yoxdur, biz burada həmiĢə yuyulmuĢ paltar quruduruq, bu
salonun hündürlüyü on beĢ fut, böyüklüyü isə təqribən on səkkiz kvadrat futdur. Salonun tavanı,
köhnə dəb üzrə, qızıl suyu verilmiĢ rəsmlərlə örtülüdür. ġalbanlar isə sizdə olduğu kimidir. Bura
xəstəxana olduğu zaman bunların hamısı kətanla örtülmüĢdü. Bundan baĢqa, divarlarda bizim
nənələrimizin zəmanəsindən qalmıĢ ağac haĢiyələr vardır... Lakin hamıdan maraqlısı mənim
yataq otağımdır. Madam Maqluar ən azı on təbəqə kağız altında, çox gözəl olmasa da, xoĢ
rəsmlər tapmıĢdır. Bu rəsmlərdə Telemanın Minerva tərəfindən cəngavərliyə qəbul edilməsi
mərasimi vardır, adını unutduğum, Roma matronlarını‖ bir gecəliyə getdikləri bağlardan birində
yenə də Telema təsvir olunur. Daha nə? Romalılar, Roma qadınları (bundan sonra gələn sözü
oxumaq mümkün deyil) və bu kimi Ģeylər. Madam Maqluar Bunların hamısını yuyub
təmizləmiĢdir, bu yay o, bəzi zədəli yerləri təmir edəcək, üstündən lak çəkəcək və mənim otağım
əsl muzeyə çevriləcəkdir. Bundan əlavə, madam Maqluar çardaqdan qədim üslubla ağacdan
qayrılmıĢ iki balaca masa tapmıĢdır. Bu masaları təzədən pərvazlamaq üçün iki altı franklıq ekü
istəyirlər, lakin bu pulları yoxsullara vermək daha yaxĢıdır. Həm də masalar çox yaraĢıqsızdır.
Mən bunun əvəzinə qırmızı ağacdan qayrılmıĢ bir dəyirmi masa almaq istərdim.
Mən həmiĢəki kimi xoĢbəxt yaĢayıram. QardaĢım o qədər mərhəmətlidir ki, onun nəyi varsa,
hamısını yoxsullara və xəstələrə paylayır. Biz puldan çox çətinlik çəkirik. Bu yerlərin qıĢı çox
soyuqdur, odur ki, ehtiyacı olanlara heç olmasa bir Ģeylə kömək etmək lazımdır. Bizim evimiz,
demək olar ki, həm isti, həm də iĢıqlıdır. Bu, hər halda, böyük bir sərvətdir, elə deyilmi?
QardaĢımın özünə məxsus adətləri var. O deyir ki, hər bir yepiskop belə olmalıdır. Təsəvvür edin
ki, evimizin qapısı hər zaman açıqdır. Kim içəri girsə, dərhal qardaĢımın otağına düĢür; hətta
gecə vaxtı da o, heç bir Ģeydən qorxmur. Onun igidliyi də bundan ibarətdir – bu, onun sözləridir.
O nə mənim, nə də madam Maqluarın ondan nigaran olmağımızı istəyir. O, özünü hər cür
təhlükəyə salır və istəyir ki, biz hətta özümüzü bilməməzliyə vuraq. Onu anlamağı bacarmaq
lazımdır.
O, yağıĢlı havada evdən çıxır, palçığın içində addımlayır, qıĢda səyahət edir - nə qaranlıqdan, nə
təhlükəli yollardan və nə də quldura rast gəlməkdən qorxur.
Keçən il o, tək-tənha quldurların ağalıq etdiyi yerə getdi. Bizi özü ilə aparmaq istəmədi. Düz iki
həftə evdə olmadıq. O qayıtdıqdan sonra məlum oldu ki, ona heç nə olmamıĢdır; hamı onun
orada öldürüldüyünü zənn edirdi, o isə sağ-salamat idi. Özü ilə bərabər bir çamadan da
gətirmiĢdi. Görün məni necə qarət ediblər!‖ – deyə çamadanı açdıqda məlum oldu ki, içindəkilər
Ambren Notrdam kilsəsinin cavahirləridir. Bunu ona oğrular bağıĢlamıĢdılar.
Bu dəfə o, evə qayıdarkən, mən özümü saxlaya bilməyib onu bir az danladım, ancaq kimsə
eĢitməsin deyə, araba təkərləri guruldadığı zaman danıĢmağa çalıĢırdım.
Ġlk zamanlar öz-özümə fikirləĢirdim ki: ―heç bir təhlükə onu dayandıra bilməz, o qorxu bilməz
bir adamdır‖. Ġndi, nəhayət, buna adət etmiĢəm. ―Madam Maqluara iĢarə edirəm ki, ona söz
qaytarmasın. O, istədiyi qədər canını təhlükəyə qoyur. Mən madam Maqluarı çağırıb, öz otağıma
keçirəm, onun üçün dua edib, yuxuya gedirəm. Mən sakitəm, çünki möhkəm bilirəm ki, onun
baĢına bir bədbəxtlik gələrsə, bu mənim də axırım olacaqdır. Mən qardaĢım və yepiskopumla
bərabər Allah-taalanın hüzuruna gedərəm. Madam Maqluar onun ―ağılsızlıq‖ adlandırdığı
hərəkətlərinə məndən çətin adət edirdi. Ġndi isə daha öyrənmiĢik. Birlikdə ibadət edirik, birlikdə
qorxumuzdan titrəyirik və sonra yuxuya gedirik. Ġblis özü evimizə girmək istəsə, kimsə ona
mane olmaz. Doğrudan da, bu evdə biz nədən qorxa bilərik? Hamıdan qüdrətli olan tanrı hər
zaman bizimlədir. Ġblis gəlirsə gedər, Allah-taala isə hər zaman bizim üstümüzdədir.
Bu mənim üçün kifayətdir. Ġndi qardaĢımın mənə bir kəlmə belə söz deməsi lazım deyil. Mən
onu sözsüz də baĢa düĢürəm. Odur ki, ixtiyarımızı qəzavü-qədərə tapĢırmıĢıq.
Ruhən böyük olan adamla belə rəftar etmək lazımdır.
Sizin de Fo ailəsi haqqında istədiyiniz məlumatı qardaĢımdan soruĢdum. Sizə məlumdur ki, o hər
Ģeyi bilir, onun zəngin hafizəsi var – axı o, indiyə qədər də royalist olaraq qalır. SoruĢduğunuz
ailə doğrudan da, Kan dairəsində qədim bir norman ailəsidir. Hələ beĢ yüz il bundan əvvəl Raul
de Fo, Jan de Fo və Toma de Fo dvoryan imiĢlər, həm də onlardan biri RoĢforun sahibi imiĢ. Bu
nəslin son nümayəndəsi olan Gi Etyen Aleksandr polk komandiri, habelə Bretaida yüngül süvari
qoĢunda nə isə bir vəzifədə olmuĢdur. Qızı Mariya Lunza Fransa peri fransız qvardiyası
polkovniki və ordu general-leytenantı hersoq Lun de Qramonun oğlu Adrien-ġarl de Qramona
ərə getmiĢdir. Sonluqları dəyiĢməklə ―Fo‖ müxtəlif Ģəkildə yazıla bilər: Faux, Fauq və Faauca.
Mənim əzizim! Hörmətli qohumunuz cənab kardinaldan xahiĢ edin ki, bizə dua etsin. Sizin
sevimli Silvaniyanıza gəlincə, sizin yanınızda keçirdiyi qısa anları mənə məktub yazmağa sərf
etməməklə çox yaxĢı iĢ görmüĢdür. Axı o sağlamdır, sizin istədiyiniz kimi iĢləyir və məni
əvvəlki kimi sevir. Elə bu mənim üçün kifayətdir. Sizin vasitənizlə o, mənə salam göndərmiĢdir.
Mən də bunu özüm üçün xoĢbəxtlik hesab edirəm. Mən özümü pis hiss etmirəm, bununla belə
gündən-günə arıqlayıram. Salamat qalın, daha kağızım yoxdur, buna görə sizdən ayrılmağa
məcburam. Salamlarımı, ehtiramlarımı qəbul edin.
Batistina.
P.S. Nəvəniz çox gözəldir. Bilirsinizmi, bu yaxında onun beĢ yaĢı tamam olacaq! Dünən küçədən
dizinə qayıĢ bağlanmıĢ bir at keçirdi. O, bu atı görüb soruĢdu ki: ―Atın dizinə nə olmuĢdur?‖. Bu
uĢaq elə sevimlidir ki! Balaca qardaĢı isə köhnə süpürgəni kareta zənn edərək, otaqda sürüyə-
sürüyə, ―Dəh-dəh!‖ deyib çığırır.
Bu məktubdan aydın olur ki, hər iki qarı özlərini yepiskopun adətlərinə yaxĢı uyğunlaĢdıra
bilmiĢdi – bu, kiĢini onun özündən yaxĢı baĢa düĢən qadınlara aid xüsusiyyətdir. Din Ģəhərinin
yepiskopu öz təvazökar və sadə görünüĢünü daim mühafizə etməklə, bəzən cəsarət tələb edən
böyük və gözəl iĢlər görər və bunu hətta dərk etməzdi. Qadınlar titrər, lakin onun iĢinə
qarıĢmazdılar. Bəzən madam Maqluar iĢ görülməzdən əvvəl ona xəbərdarlıq etməyə cəsarət
edərdi, lakin nə iĢ görülən zaman, nə də iĢindən keçəndən sonra bunu eləməzdi. ĠĢ baĢlanmıĢdısa
heç kəs, heç bir vaxt ona, hətta hərəkətlə də mane olmazdı. Bəzən – o, bu barədə qadınlara bir
söz deməli olmurdu, bəlkə də, o qədər təvazökar idi ki, özü də bunu dərk etmirdi, – qadınlar
yepiskopun, həqiqətən, yepiskop kimi hərəkət etdiyini dumanlı surətdə hiss edir və bu zaman
evdə süzən kölgəyə çevrilirdilər. Onlar öz iradələrinin təzahüründən əl çəkərək, yepiskopa
xidmət edirdilər, itaət etmək - yox olmaq demək idisə, onlar o saat yox olurdular. Bəzən
qayğıkeĢlik göstərmək adamı yalnız darıxdıra bilər. Onlar bunu çox incə bir həssaslıqla
duyurdular. Buna görə yepiskopun hətta təhlükədə olduğunu bilsələr belə, onlar yepiskopun
fikrini anlamasalar da, təbiətini o qədər yaxĢı anlayırdılar ki, qayğısını çəkməz və onu Allaha
tapĢırardılar.
Həm də, məktubdan göründüyü kimi, Batistina deyirdi ki, qardaĢının ölümü eyni zamanda onun
da ölümü olacaqdır. Madam Maqluar bunu demirdi, lakin bunun belə olduğunu bilirdi.
ONUNCU FƏSĠL.
Yepiskop naməlum bir iĢıq qarĢısında.
Yuxarıda göstərdiyimiz məktub yazıldıqdan bir qədər sonra yepiskop, bütün Ģəhərin rəyincə,
quldurlar yatağı olan dağlara getməkdən daha ehtiyatsız bir hərəkət etdi.
Din Ģəhərinin kənarında büsbütün yalqız yaĢayan bir adam var idi. Həmin adam, – bu qorxulu
sözü elə dərhal desək yaxĢıdır, – vaxtilə Konvent üzvü olmuĢdu. Adı J. idi.
Kiçik Din Ģəhərinin əhalisi bu Konvent üzvünün adını az qala dəhĢətlə çəkərdi. ―Bir təsəvvür
edin – Konvent üzvləri! Konvent üzvləri adamların bir-birini ―vətəndaĢ‖ və ―sən‖ deyə
çağırdıqları zamanlar yaĢayırdılar. Bu adam div kimi bir Ģey idi; o, kralın ölümünə səs
verməmiĢdisə də, hər halda, buna yaxın bir Ģey etmiĢdi. O, az qala padĢah qatili idi. O, dəhĢətli
idi. Necə olmuĢdu ki, qanuni padĢahlar qayıtdıqdan sonra bu adamı xüsusi cinayət məhkəməsinə
vermiĢdilər? Bəlkə də, onun baĢını kəsməzdilər, – hər halda, mərhəmət göstərmək lazımdır, –
ancaq onu ömürlük sürgün etmək faydasız olmazdı! Heç olmazsa, baĢqalarına nümunə olmaq
üçün! Və s. və i. a. Xüsusən, ona görə ki, bu cür adamların hamısı kimi, o da allahsız idi...‖.
Qazların çalağan haqqındakı mühakiməsi.
Ancaq J. həqiqətən, çalağan idimi? Onun sürdüyü sərt, tənha həyatına baxılacaq olursa, bəli,
doğrudan da, o, çalağan idi. O, kralın ölümünə səs vermədiyinə görə, qara siyahıya düĢməmiĢdi
və Fransada qala bilmiĢdi.
O, Ģəhərdən qırx dəqiqəlik məsafədə, insan mənzilindən, yollardan uzaqda, unudulmuĢ vəhĢi bir
dərədə, dağlar arasında yaĢayırdı. Deyildiyinə görə, orada onun bir parça yeri, bir daxması, bir
mağarası var idi. Nə qonĢusu vardı, nə də yoldan keçən. O bu dərəyə köçdüyü zamandan bəri
həmin Dərəyə gedən cığırı ot basmıĢdı. Bu yerdən danıĢanda, elə bil, cəllad yuvası haqqında
danıĢırdılar.
Lakin yepiskop onu xatırlayar, ara-sıra üfüqdə görünən və qoca Konvent üzvünün yaĢadığı
dərəni göstərən ağaclığa tərəf baxaraq düĢünürdü: ―Orada yalqız qalmıĢ bir ruh vardır‖.
Daxildən gələn bir səs də ona deyirdi: ―Sən o adamın yanına getməlisən‖.
Lakin etiraf etmək lazımdır ki, əvvəldə çox təbii görünən bu fikir, bir qədər düĢündükdən sonra,
yepiskopa mənasız və qeyri mümkün, hətta ikrahlandırıcı görünürdü. Çünki əslində, o da
hamının fikrinə Ģərik idi və özü belə açıq surətdə fərqinə varmadan, Konvent üzvü ona nifrətə
yaxın olan və ―ədavət‖ sözü ilə yaxĢı ifadə olunan bir hiss təlqin edirdi.
Lakin yoluxucu xəstəliyə tutulmuĢ qoyundan uzaq qaçmağa çobanın haqqı varmı? Yox! Ancaq
qoyunla qoyunda da fərq vardır.
Mərhəmətli yepiskop çox çətin vəziyyətə düĢmüĢdü. O, neçə dəfə dərəyə tərəf getmiĢ və yarı
yoldan geri qayıtmıĢdı.
Lakin bir gün Ģəhərə xəbər yayıldı ki, Konvent üzvünə onun mağarasında xidmət edən balaca
çoban həkim dalınca gəlmiĢdir; deyirdilər ki, qoca kafir ölüm halındadır, o iflic olmuĢdur, bu
gecəni çətin ki, baĢa vursun. Bəziləri bu sözləri söylərkən: ―Allaha Ģükür!‖ deyə əlavə edirdilər.
Yepiskop əsasını götürdü, yuxarıda dediyimiz kimi, donu çox köhnə olduğundan və axĢamlar
adətən soyuq külək əsdiyindən rədasını geydi və yola düĢdü.
Yepiskop adamların lənət yağdırdığı yerə çatdığı zaman günəĢ artıq üfüqə doğru enməkdə idi.
Ürəyi yüngülcə çırpınaraq gördü ki, lap mağaraya çatmıĢdır. Xəndəyi adladı, təbii çəpərdən
keçdi, qapının ağzını kəsən payanı qaldırdı, baĢlı-baĢına buraxılmıĢ bir bostana girdi, irəliyə
doğru bir neçə cürətli addım atdı və birdən sıx, hündür kollar arasından heyvanın yuvasını gördü.
Bu kiçik, çox alçaq, yoxsul və təmiz bir daxma idi; onun qabaq tərəfini tənək bürümüĢdü.
Qapının qabağında təkərli bir kresloda, sadə kəndli kreslosunda ağsaçlı bir adam oturub, günəĢə
baxaraq gülümsəyirdi.
Qocanın yanında bir yeniyetmə oğlan, balaca çoban duraraq əlindəki süd kasasını ona uzatmıĢdı.
Yepiskop dinməzcə bu səhnəyə tamaĢa edirdi. Bu zaman qoca dilləndi. ―Çox sağ ol, – dedi, –
daha mənə heç bir Ģey lazım deyil‖. Onun gülümsəyən gözləri günəĢdən ayrılaraq, uĢağın üzünə
zilləndi.
Yepiskop yaxın gəldi. Qoca ayaq səsini eĢidib, baĢını çevirdi və onun üzündə uzun ömür sürmüĢ
insanın hələ də ifadə edə biləcəyi dərin bir heyrət göründü.
– Burada yaĢadığım gündən bəri birinci dəfədir ki, yanıma adam gəlir, – dedi. – Siz kimsiniz,
cənab?
Yepiskop cavab verdi:
– Mənim adım Byenvenü Mirieldir.
– Byenvenü Miriel. Mən bu adı eĢitmiĢəm. Əhalinin monsenyor B’envenü dedikləri adam siz
deyilsinizmi?
– Bəli, mənəm.
Qoca xəfifcə gülümsəyərək davam etdi:
– Elə isə siz mənim yepiskopumsunuz.
– Müəyyən dərəcədə.
– XoĢ gəlmiĢsiniz.
Konvent üzvü əlini yepiskopa uzatdı, lakin yepiskop onun əlini sıxmadı. O, ancaq bunu dedi:
– AldanmıĢ olduğuma çox Ģadam. Siz heç də xəstəyə oxĢamırsınız.
– Tezliklə yaxĢı olaram cənab, – deyə qoca cavab verdi. Bir qədər sükutdan sonra o dedi:
– Üç saatdan sonra mən öləcəyəm.
Sonra davam edərək:
– Mənim təbabətdən bir az baĢım çıxır, – dedi. – Ölümün necə yaxınlaĢdığını bilirəm. Dünən
yalnız ayaqlarımın altı soyumuĢdu: bu gün soyuq dizlərimə qədər qalxdı, indi də soyuğun
getdikcə yuxarı qalxaraq belimə çatdığını hiss edirəm, soyuq ürəyimə çatan kimi ürəyim
dayanacaqdır. Amma günəĢ nə gözəldir! Kreslomu havaya çıxartdırdım ki, son dəfə dünyanı seyr
edim. Siz mənimlə danıĢa bilərsiniz, bu məni qətiyyən yormaz. Can verməkdə olan bir adama
baxmağa gəlməkdə yaxĢı etmiĢsiniz. Bu dəqiqələrin Ģahidi olmalıdır. Hər kəsdə bir qəribəlik
olur, bax, mən günəĢ doğana qədər yaĢamaq istərdim. Lakin bilirəm ki, heç üç saat da
yaĢamayacağam. Hələ qaranlıq ikən ölüb qurtaracağam. Ancaq bunun nə fərqi var? Həyatı baĢa
vurmaq çox sadə Ģeydir... Bunun üçün sabahın açılması lazım deyil. Qoy belə olsun. Mən
ulduzların iĢığında öləcəyəm.
Qoca bu sözləri dedikdən sonra uĢağa tərəf dönərək:
– Get yat, – dedi. – Bütün keçən gecəni sən mənim yanımda oturdun, yorğunsan.
UĢaq daxmaya getdi.
Qoca, uĢağı gözləri ilə müĢayiət edərək, öz-özünə danıĢırmıĢ kimi əlavə etdi:
– O, yuxuda ikən mən öləcəyəm. Yuxu ilə ölüm bir-birinə yaxın qonĢudur.
Bütün bunlar yepiskopa gözlənildiyindən az təsir etdi. O, bu ölümdə Allahın iĢtirak etdiyini nə
isə hiss etmirdi. Açıq söyləyək – çünki böyük qəlblərin kiçik ziddiyyətləri də bütün qalanlar kimi
eynilə dürüst qeyd olunmalıdır – onu ―monsenyor‖ adlandırdıqlarına yeri gəldikcə istehza etməyi
sevən yepiskopa burada ―monsenyor‖ deyilməməsi ona bir qədər toxunmuĢdu. O buna cavab
olaraq, az qala ―vətəndaĢ‖ deyə müraciət etmək istədi. O, həkimlərə və keĢiĢlərə xas olan və
özünün heç alıĢmamıĢ olduğu kobud bir etinasızlıq göstərmək istədi. Axı bu adam, bu Konvent
üzvü, bu xalq nümayəndəsi vaxtilə dünyanın böyüklərindən biri idi: yepiskop, bəlkə də, ömründə
birinci dəfə olaraq, özündə bir sərtlik hiss etdi.
Konvent üzvü isə bu zaman təvazökar xoĢhallıqla ona baxırdı. Bu baxıĢda məzara yaxınlaĢmıĢ
insan üçün tamamilə yerli olan bir itaətkarlıq əlaməti vardı.
Maraqlanmağı təhqir hesab edən, buna görə də adətən maraqlanmaqdan çəkinən yepiskop isə
Konvent üzvünü diqqətlə nəzərdən keçirirdi: rəğbətdən doğmayan bu diqqəti baĢqasına
göstərmiĢ olsaydı, yəqin ki, vicdan əzabı çəkərdi. Konvent üzvü ona qanundan xaric, hətta
mərhəmətə belə layiq olmayan bir adam kimi görünürdü.
Özünü düz tutan və ucadan, sakit bir səslə danıĢan J. fizioloqların heyrətinə səbəb olan səksən
yaĢlı qocalardan biri idi. Ġnqilab öz dövrünün təcəssümü olan bu cür adamlardan az görməmiĢdi.
Bu qocanın hər cür sınaqdan çıxmıĢ bir adam olduğu hiss edilirdi. Ölümə bu qədər yaxın olduğu
halda hərəkətləri sağlam bir adamın hərəkətləri kimi idi. Onun aydın baxıĢı, möhkəm səsi,
qüvvətli və geniĢ çiyinləri ölümün özünü də çaĢdıra bilərdi. Müsəlmanların Əzraili onu görmüĢ
olsaydı, qapını yanıldığını zənn edərək, mütləq geri qayıdardı. J. sanki, özü ölmək istədiyi üçün
ölürdü. Onun can çəkiĢməsində sərbəst iradə hiss olunurdu. Yalnız ayaqları hərəkətsiz idi. Ölüm
əvvəlcə bu ayaqlardan bərk-bərk yapıĢmıĢdı. Ayaqları soyuq və ölü idi, baĢı isə bütün həyati
qüvvəsilə yaĢayır və, görünür, tamamilə aydın iĢləyirdi. Bu təntənəli dəqiqədə J. ġərq
nağıllarında təsvir edilən beldən yuxarısı ət, aĢağısı mərmər olan padĢaha bənzəyirdi.
Kreslonun yaxınlığında bir daĢ vardı. Yepiskop bu daĢın üstündə oturdu. Söhbət ex abrupto1
baĢlandı.
Yepiskop təqdiredici bir ahənglə dedi:
– Mən sizin üçün sevinirəm. Siz, hər halda, kralın ölümünə səs vermədiniz.
Konvent üzvü bu ―hər halda‖ sözü arxasında gizlənən acı kinayəni elə bil, hiss etmədi, lakin
cavab verərkən üzündən təbəssüm silindi.
– Mənim üçün çox da sevinməyin, cənab, – dedi, – mən zalım hökmdarın məhv edilməsinə səs
vermiĢəm.
Bu sərt ahəng yepiskopun ciddi ahənginə cavab idi.
– Siz bununla nə demək istəyirsiniz? – deyə yepiskop soruĢdu.
– Mən demək istəyirəm ki, insan üçün yalnız bir zalım var – o da cəhalətdir. Mən də həmin
zalımın məhvinə səs verdim. Kral hakimiyyətini, yəni mənbəyi yalandan ibarət olan hakimiyyəti
bu zalım doğurmuĢdur, bilik isə həqiqətdən doğmuĢ olan hakimiyyətdir. Yalnız bilik insanları
idarə edə bilər.
Yepiskop:
– Bir də vicdan, – deyə əlavə etdi.
– Hər ikisi bir Ģeydir. Vicdan – bizdə fitrən mövcud olan biliklərin məcmusudur.
Monsenyor B’envenü onun üçün tamamilə yeni olan bu sözləri bir qədər heyrətlə dinləyirdi.
Konvent üzvü sözünə davam edərək dedi:
– On altıncı Lüdovikə gəlincə, mən ―yox‖ dedim. Mənim insanı öldürməyə haqqım yoxdur, lakin
zülmü məhv etməyi özüm üçün bir vəzifə hesab edirəm. Mən zalımın məhv edilməsinə, yəni
qadınlar üçün fahiĢəliyin, kiĢilər üçün köləliyin, uĢaqlar üçün cəhalətin məhv edilməsinə səs
verdim. Respublikaya səs verərkən, mən bütün bunlara səs vermiĢ oldum. Mən qardaĢlıq üçün,
sülh üçün, açılan sabah üçün səs verdim! Mən xurafatın və yanlıĢ fikirlərin puç edilməsinə
yardım etdim. Xurafatın və yanlıĢ fikirlərin yox olmasından iĢıq doğur. Biz köhnə dünyanı
yıxdıq və əzablar kasası olan bu köhnə dünya bəĢər nəslinin üzərinə tökülərək, sevinc kasasına
çevrildi.
Yepiskop dedi:
– ġübhəli bir sevinc.
– Narahat olmuĢ bir sevinc deyə bilərdiniz, indi mən adı min səkkiz yüz on dördüncü il olan
keçmiĢə qayıtdıqdan sonra – yox olmuĢ sevinc. Heyhat, iĢimiz baĢa çatdırılmadı, mən bunu etiraf
edirəm biz köhnə quruluĢu zahiri cəhətdən yıxdıqsa da, ideyalar aləmindən onu tamamilə məhv
edə bilmədik. Cinayətləri məhv etmək kifayət deyil, adətləri dəyiĢdirmək lazımdır. Dəyirmanı
dağıtdıq, külək isə qaldı.
Siz dağıtdınız. Dağıtmaq faydalı ola bilər, lakin mən qəzəb təsiri altında dağıtmaqdan qorxuram.
– Ədalətin də öz qəzəbi vardır, cənab yepiskop və bu ədalət qəzəbi tərəqqi ünsürüdür. Necə olur
olsun və nə deyirlər, desinlər, lakin Fransa inqilabı Ġsa zamanından bu günə qədər bəĢəriyyətin
ən qüdrətli hərəkatı olmuĢdur. Düzdür, mükəmməl deyil, lakin çox nəcib və yüksək bir
hərəkatdır. Ġnqilab ictimai təklikdə olan bütün məchulları mötərizədən kənara çıxartdı, beyinləri
sakitləĢdirdi; qəlbləri yumĢaltdı, iĢıqlandırdı, o yer üzünə mədəniyyət selləri axıtdı. O,
xeyirxahlıqla dolu idi. Fransa inqilabı insanpərvərliyin özünün taxta çıxmasıdır.
Yepiskop özünü saxlaya bilmədi və pıçıldadı;
– Eləmi? Bəs doxsan üçüncü il?
Ölməkdə olan adam heybətli bir təntənə ilə kresloda bir qədər dikəldi və son qüvvələrini
toplayaraq çığırdı:
– Aha! Bəs belə! Doxsan üçüncü il! Mən bu sözləri gözləyirdim. Min beĢ yüz il ərzində buludlar
toplaĢdı, sıxlaĢdı. On beĢ əsr keçdi və nəhayət, göy guruldadı, ildırım çaxdı. Siz göy gurultusunu
mühakimə etmək istəyirsiniz. Yepiskop ola bilsin, özü-özünə etiraf etmədən yüngül bir pərtlik
hiss etdi. Lakin bunu bildirməyərək cavab verdi:
– Hakim ədalət adından, keĢiĢ mərhəmət adından danıĢar. Mərhəmət özü də elə ədalətin eynidir,
lakin onun daha yüksək dərəcəsidir. Ġldırımın zərbəsi sərrast olmalıdır.
Sonra Konvent üzvünün düz gözünün içinə baxaraq əlavə etdi:
– Bəs On yeddinci Lüdovik?
Konvent üzvü əlini uzadıb yepiskopun çiynindən yapıĢdı.
– On yeddinci Lüdovik! Mənə baxın! Siz kimin üçün yas tutursunuz? Günahsız bir uĢaq üçün?
Əgər belə olsaydı, mən də sizinlə birlikdə ağlardım. Lakin siz kral oğlu üçün ağlayırsınızsa, bu
barədə mənə imkan verin, hələ bir qədər fikirləĢim. KartuĢun qardaĢı. Qrev meydanında asılmıĢ
və ölüncəyə qədər orada qoltuqlarından asılı qalmıĢ günahsız uĢaq, günahı yalnız KartuĢun
qardaĢı olmasından ibarət olan uĢaq mənim nəzərimdə yalnız On beĢinci Lüdovikin nəvəsi
olduğu üçün Tamil həbsxanasına salınmıĢ olan baĢqa bir günahsız uĢaqdan, On beĢinci
Lüdovikin nəvəsindən daha artıq mərhəmətə layiqdir.
– Cənab, – deyə yepiskop onum sözünü kəsdi, – bu iki adın müqayisə edilməsi mənim xoĢuma
gəlmir.
– KartuĢla On beĢinci Lüdovikinmi? Siz hansını müdafiə etmək niyyətindəsiniz?
Hər ikisi susdu. Yepiskop buraya gəldiyinə az qala peĢman olmuĢdu. Bununla bərabər o,
qəlbində nəyin isə sarsıldığını tutqun surətdə hiss etdi.
Konvent üzvü yenə sözünə davam edərək:
– Ah. Cənab keĢiĢ! – dedi. – Siz kobud həqiqəti sevmirsiniz, halbuki Ġsa onu çox sevərdi. O,
zalımları məbəddən qamçı ilə qovardı.
Onun verdiyi cəza sərt həqiqətlərin gözəl bir carçısı idi. O ―sinite parvulos‖1 deyə çığırdıqda,
uĢaqlar arasında fərq qoymurdu. O, Varavqanın varisi ilə Ġrodun varisini yanaĢı qoymaqdan
çəkinməzdi. Günahsızlığın özü, cənab, ən gözəl bir zinətdir. Günahsızlığın ―əlahəzrət‖ olmağa
ehtiyacı yoxdur. Cır-cındır içində də o, gözəl libaslar içində olduğu qədər əzəmətlidir.
Yepiskop yavaĢ bir səslə: bu doğrudur, – deyə dilləndi. Konvent üzvü sözünə davam edərək
dedi:
– Mən öz fikrimdə israr edirəm. Siz on yeddinci Lüdovikin adını çəkdiniz. Bir-birimizi anlamağa
çalıĢaq. Deyin görək, biz kimə ağlayacağıq: bütün günahsızlara, əzab çəkənlərə, bütün uĢaqlara –
həm aĢağıda, həm yuxarıda olanlaramı? Əgər belə isə mən razıyam. Lakin təkrar edirəm, bu
halda doxsan üçüncü ildən çox-çox əvvəlki illərə qayıtmaq və on yeddinci Lüdovikdən çox-çox
qabaq həlak olmuĢ adamlar üçün göz yaĢı tökmək lazımdır. Siz mənimlə birlikdə xalqın
uĢaqlarına ağlasanız, mən də sizinlə bərabər kral uĢaqlarına ağlayaram. Yepiskop:
– Mən hamı üçün ağlayıram, – dedi.
– Eyni dərəcədə! – deyə J. səsləndi. – Lakin tərəzinin müvazinəti pozularsa, qoy xalqın çəkdiyi
iztirablar üstün gəlsin, çünki xalqın iztirabı daha uzun sürür.
Yenidən sükut çökdü. Birinci olaraq Konvent üzvü sükutu pozdu. O, dirsəyinə söykənərək bir az
qalxdı və yatağını Ģəhadət barmağı ilə baĢ barmağının arasında yüngülcə sıxaraq, – bu, həm
soruĢan, həm də mühakimə edən adama xas olan ani bir hərəkət idi, – gözünü yepiskopun üzünə
zillədi. Bu baxıĢda qeyri-adi bir qüvvə, can çəkiĢmə qüvvəsi vardı. O, sözə baĢladı. Bu,
partlayıĢa bənzəyirdi.
– Bəli, Cənab, – xalq çoxdan zülm altında əzilir... Lakin dayanın, mənim demək istədiyim bu
deyil. Siz nə üçün yanıma gəlib sorğu-sual edir və On yeddinci Lüdovik haqqında danıĢırsınız?
Mən sizi tanımıram. Burada olduğum zamandan bəri mən tək yaĢayıram və bu hasardan kənara
bir addım belə atmamıĢam, mənə kömək edən bu uĢaqdan baĢqa kimsəni görməmiĢəm.
Doğrudur, adınızı bəzən ötəri eĢidirdim və etiraf etməliyəm ki, sizin birinizdən o qədər də
danıĢmırlar, lakin bu hələ heç bir Ģeyi sübut etmir. Mahir adamlar min bir vasitə ilə xalqın, bu
sadə camaatın baĢını aldada bilirlər. Yeri gəlmiĢkən deməliyəm ki, mən sizin karetanızın
təkərlərinin gurultusunu nədənsə eĢitmədim. Görünür, siz onu yolun döngəsində, meĢənin
arxasında qoyub gəlmiĢsiniz. Sizə deyirəm, – mən sizi tanımıram. Yepiskop olduğunuzu
söylədiniz, lakin bu, hələ sizin əxlaqınız, Ģəxsiyyətiniz haqqında heç bir Ģey bildirmir. Sualımı
yenə təkrar edirəm: siz kimsiniz? Siz bir yepiskopsunuz, yəni kilsə knyazısınız, illik renta ilə
təmin olunmuĢ və qulluqdan böyük gəliri olan, zərli paltarları və gerbi olan adamlardan birisiniz.
Din Ģəhəri yeparxiyasının on beĢ min frank maaĢı və on min frank baĢqa gəliri, yəni, cəmisi ildə
25 min frank gəliri var. Siz – yaxĢı aĢpazları, livreyalı lakeyləri olan, yaxĢı yeməyi sevən və
cümə günləri toyuq əti yeyən, qabağında və arxasında lakeylər durmuĢ zinətli karetalarda sərilib
özünü göstərən, Həzrət Ġsa naminə saraylarda yaĢayan və karetalarda gəzən adamlardan birisiniz,
halbuki Həzrət Ġsa özü ayaqyalın gəzərdi... Siz bir yüksək mənsəb sahibisiniz! Rentalar, saraylar,
atlar, xidmətçilər, gözəl yeməklər, həyatın bütün cismani ləzzətləri – bunların hamısı sizin və
eləcə də peĢə yoldaĢlarınızın ixtiyarındadır, onlar kimi siz də bunlardan ləzzət alırsınız. Bunların
hamısı doğrudur, lakin bununla ya həddindən çox, ya da həddindən az söylənilmiĢdir. Bunlar
sizin daxili qiymət və mahiyyətiniz haqqında, yəqin ki, mənə ağıl və hikmət öyrətmək üçün
buraya gəlmiĢ adamın kim olduğu haqqında mənə heç bir Ģey izah etmir. Mən kimlə danıĢıram?
Siz kimsiz?
Yepiskop baĢını əydi və:
– Vermis sum1 deyə cavab verdi.
Konvent üzvü öz-özünə donquldadı:
– Karetada gəzən həĢərat!
Rollar dəyiĢmiĢdi, indi Konvent üzvü təkəbbürlü, yepiskop isə müti idi.
O, mülayimliklə:
– Elə olsun cənab, – dedi, – lakin bir izah edin görək, mənim bu kolların arxasında, buradan iki
addımlıqda dayanmıĢ karetam, gözəl xörəklərim, cümə günləri yediyim toyuqlar, 25 min franklıq
illik gəlirim, sarayım və lakeylərim məgər onu isbat edir ki, mərhəmət yaxĢı sifət deyil, rəhm
etmək hamının borcu deyil və doxsan üçüncü il amansız olmamıĢdır?
Konvent üzvü bir kölgəni qovurmuĢ kimi, əlini altına çəkdi və dedi:
– Sizə cavab verməzdən əvvəl, xahiĢ edirəm məni bağıĢlayasınız... Sizin qarĢınızda müqəssirəm,
cənab. Siz mənim yanıma gəlmiĢsiniz, siz mənim qonağımsınız. Sizə qarĢı nəzakətli olmaq
mənim borcumdur. Siz mənim fikirlərimi inkar edirsiniz, mən də yalnız sizin dəlillərinizə etiraz
etməklə kifayətlənməliyəm. Sizin sərvətiniz və həyatdan aldığınız nəĢələr bizim mübahisəmizdə
mənim əlimdə sizin əleyhinizə gözəl bir silahdırsa da, bu silahdan istifadə etməmək daha
nəzakətli olardı. Sizə söz verirəm, artıq mən bu məsələyə toxunmayacağam.
– TəĢəkkür edirəm, – deyə yepiskop cavab verdi. J. sözünə davam edərək:
– Mübahisəmizə qayıdaq, – dedi. – Biz nədən danıĢırdıq? Yanılmıramsa, siz doxsan üçüncü ilin
amansız olduğunu söylədiniz? Yepiskop:
– Bəli, amansız idi, – dedi. – Gilyotinanı alqıĢlayan Marat haqqında siz nə fikirdəsiniz?
– Bəs siz draqonadalar münasibətilə ―Te Deut‖ deyə oxuyan Bossüe haqqında nə düĢünürsünüz?
Cavab çox sərt idi və amansız polad tiyə kimi düz hədəfə dəymiĢdi. Yepiskop diksindi, o, etiraz
etməyə söz tapmadı, lakin Bossüeyə bu cür isnad etmək onu təhqir etmiĢdi. Ən ağıllı adamların
da öz pərəstiĢkarları var və məntiq tərəfindən bunlara kifayət qədər ehtiram edilmədikdə, onlar
bəzən bundan bərk inciyirlər.
Konvent üzvü isə artıq boğulurdu, son dəqiqələrin adi rəfiqi olan ölüm xırıltısı onu danıĢmağa
qoymurdu, bununla belə ağlının tamamilə aydın olduğu gözlərindən əks olunurdu. O, sözünə
davam edərək dedi:
– Mən sizə daha bir neçə kəlmə demək istəyirəm. Doxsan üçüncü il ümumiyyətlə, insanlığın
təsdiqi olan inqilabdan təcrid edilmiĢ halda götürülərsə, bu il – heyhat! – Onun təkzibi kimi
görünə bilər. Siz doxsan üçüncü ili amansız hesab edirsiniz, cənab, lakin sizcə, monarxiya nə
deməkdir? Kare quldur idi, lakin bəs Monrevelə siz nə ad verərsiniz? Fukye-Tenvil əclafdır,
lakin bəs Lamuanyon – Bavile haqqında siz nə fikirdəsiniz? Mayyar dəhĢətlidir. Bəs So –
Tavan? DüĢen ata qan içəndir, lakin bəs Letelye ataya siz nə ləqəb verərdiniz? BaĢkəsən Jurdan
əjdahadır, lakin necə olsa, markiz de Luvua kimi deyil. Ah, cənab, cənab, mənim ershersoginya
və kraliça Mariya-Antuanettaya yazığım gəlir, lakin 1685-ci ildə Böyük Lüdovikin padĢahlığı
zamanında beldən yuxarı lüt halda dirəyə bağlanmıĢ hugenot qadına da eyni dərəcədə yazığım
gəlir, onun südəmər uĢağını bir qədər kənarda tutmuĢdular. Qadının döĢləri südlə, qəlbi isə əzab
və iztirabla dolu idi. Ac və solğun uĢaq anasının döĢlərini görür və acından çığırırdı. Cəllad isə
anaya deyirdi: ―Məsləkindən əl çək!‖. Südəmər uĢağı olan ana iki Ģeydən birini seçməli idi: ya
uĢağının acından ölməsinə, ya da vicdanının məhv olmasına razı olmalı idi. Anaya verilən bu
cəhənnəm əzabına siz nə deyə bilərsiniz? Fransa inqilabının öz səbəbləri vardı, cənab, bunu
unutmayın. Gələcək onun qəzəbinə bəraət verəcəkdir. Onun nəticələri isə dünyanın
yaxĢılaĢmasıdır. Ġnqilabın ən dəhĢətli zərbələrindən bütün bəĢəriyyət üçün nəvaziĢlər yaranır.
Yetər! Mən artıq susuram, mənim dəlillərim olduqca möhkəmdir, həm də ki, mən ölürəm.
Konvent üzvü gözlərini yepiskopun üzündən çəkərək öz fikrini bir neçə kəlmə ilə sakitcə
tamamladı:
– Bəli, tərəqqinin kobud təzahürləri inqilab adlanır. Ġnqilab qurtardığı zaman aydın olur ki,
bəĢəriyyət Ģiddətli qulaqburması almıĢsa da, irəliyə doğru addım atmıĢdır.
Konvent üzvü yepiskopun daxili aləmini tədricən necə sarsıtdığını duymurdu. Lakin müqavimət
üçün monsenyor B’envenünün əlində yenə bir dəlil qalmıĢdı və o bu dəlilə istinad edərək
söhbətə baĢladığı eyni kəskinliklə etiraz etdi:
– Tərəqqi Allaha inanmalıdır. Xeyrin kafir xidmətçiləri ola bilməz. Allahsız – bəĢəriyyət üçün
pis rəhbərdir.
Qoca xalq nümayəndəsi cavab vermədi. Onun bədəninə bir lərzə gəldi. O, göyə baxdı və gözləri
yaĢla doldu. SaralmıĢ yanaqlarından bir damcı yaĢ aĢağı axmağa baĢladı və can verən bu adam
gözlərini sonsuz fəzadan ayırmayaraq zorla eĢidilən bir səslə, öz-özü ilə danıĢırmıĢ kimi dedi:
– Sən! Ey mənim idealım! Yalnız sən varsan!
Yepiskop təsvir olunmaz bir həyəcan keçirirdi. Konvent üzvü bir az susduqdan sonra əlini
qaldırdı və göyləri göstərərək:
– Sonsuzluq mövcuddur. O, oradadır, – dedi. – Sonsuzluğun öz ―mənliyi‖ olmasaydı, mənim
―mənliyim‖ onun son həddi olardı və o, sonsuzluq olmazdı: baĢqa sözlə – sonsuzluq mövcud
olmazdı. Lakin o mövcuddur. Deməli, onun öz ―mənliyi‖ vardır. Bu ―mənlik‖ də Allahdır.
Can verməkdə olan qoca son sözləri ucadan, vəcdlə dedi, sanki, qarĢısında yalnız onun gözlərinə
görünən naməlum bir adam dayanmıĢdı. O, sözünü qurtardıqda gözləri yumuldu. Gərginlik onun
gücünü tükəndirmiĢdi. Aydın idi ki, bu bir an içərisində o, qalan bir neçə saatlıq ömrünü baĢa
vurdu. Bir an onu məzarda gözləyən Ģeyə yaxınlaĢdırdı. Son dəqiqə baĢlanırdı.
Yepiskop bunu baĢa düĢdü, artıq ləngimək olmazdı, axı o, buraya bir keĢiĢ kimi gəlmiĢdi, o, ifrat
soyuqluqdan tədricən ifrat həyəcana düĢdü, o, bu qapalı gözlərə baxdı, bu bürüĢmüĢ və solmuĢ
əli tutdu və can verən adama doğru əyildi.
– Bu saat Allaha məxsusdur. Bizim görüĢümüz əbəs olsaydı, siz təəssüf etməzdinizmi?
Konvent üzvü gözlərini açdı. Onun üzünə indi sərt, sanki, kölgəli bir vüqar çökmüĢ idi.
O, fiziki qüvvələri zəifləĢdiyinə görə deyil, daha doğrusu, daxili ləyaqət hissindən doğan aram
səslə dedi:
– Cənab yepiskop, mən ömrümü düĢünməkdə, öyrənməkdə və seyr etməkdə keçirtdim. Vətənim
məni öz iĢlərində iĢtirak etməyimi əmr etdiyi zaman, mən altmıĢ yaĢında idim. Mən bu əmrə itaət
etdim. Cinayətlərə rast gəldiyim zaman onlarla mübarizə aparırdım. Ġstibdada rast gəldikdə, onu
məhv edirdim. Mən inandığım hüquq və prinsipləri elan və təbliğ edirdim. DüĢmən ölkəmizə
hücum çəkdi, mən vətənimi müdafiə etdim. Fransa, təhlükədə idi mən sinəmlə onu müdafiəyə
qalxdım. Mən heç bir zaman varlı olmamıĢam, indi isə yoxsulam. Mən dövlət baĢçılarından biri
idim. Xəzinələr cavahirlə dolu idi, qızıl və gümüĢün ağırlığından divarlar çatlayırdı, onlara dayaq
vermək lazım gəldi, – mən isə Arbr-Sek küçəsində iyirmi su pula nahar edirdim. Məzlumların
dadına çatırdım və əzab çəkənlərə təsəlli verirdim. Doğrudur, mən mehrabın örtüyünü
parçaladım, lakin bundan məqsədim ancaq vətənin yaralarını sarımaq idi. Mən hər zaman
bəĢəriyyətin irəliyə, iĢığa doğru getməsinə kömək edirdim, lakin bəzən tərəqqi amansız olduqda,
mən ona mane olurdum. Elə hallar da olurdu ki, mən öz düĢmənlərimə, yəni sizlərə də kömək
edirdim. Flandriyada, Petegemdə, merovinq krallarının yay iqamətgahı olan yerdə urbanist
rahiblər monastırı, Bolyedə müqəddəs Klara abbatlığı vardır – 1793-cü ildə mən bu monastırı
təhlükədən xilas etdim. Mən öz vəzifəmi bacardığım qədər yerinə yetirib, əlimdən gələn
yaxĢılığı etmiĢəm. Bütün bunlardan sonra məni qovdular, təqib etdilər, mənə əzab verdilər, məni
ləkələdilər, təhqir etdilər, ələ saldılar, lənətlər yağdırdılar, sürgün etdilər. Budur, neçə ildir ki,
saçlarımın ağarmasına baxmayaraq, mən, nifrət etməkdə özlərini haqlı bilən bir çox adamlar
olduğunu hiss edirəm. Yoxsul, avam camaatın nəzərində Mən, Allahın lənətinə gəlmiĢ bir
caniyəm. Mən də, kimsəni məzəmmət etmədən, nifrətdən doğan yalqızlığımı qəbul edirəm. Artıq
səksən altı yaĢım var. Lakin ölürəm. Siz məndən nə istəyirsiniz?
Yepiskop:
– Xeyir-duanızı, – dedi və onun qarĢısında diz çökdü.
Yepiskop baĢını qaldırdığı zaman Konvent üzvünün üzü əzəmətli və sakit idi. O, keçinmiĢdi.
Yepiskop dərin düĢüncələr içərisində evə qayıtdı. Bütün gecəni o ibadətdə keçirtdi. Sabahı günü
maraqlanan adamlardan bir neçə nəfəri Konvent üzvü J. haqqında onunla söhbət açmağa cürət
etdisə də, yepiskop cavab əvəzinə yalnız göyləri göstərdi. O gündən sonra yepiskop fəqirlərə,
kiçik adamlara qarĢı öz məhəbbətini və qardaĢlıq qayğısını daha da artırdı.
―Qoca kafir J.‖nin adı çəkilən kimi onu qəribə bir dalğınlıq bürüyərdi. Kimsə deyə bilməzdi ki,
yepiskopun təkamülə yanaĢmasında bu Ģəxsin zəkası və böyük qəlbi ona nə dərəcədə təsir
göstərmiĢdir.
Yepiskopun bu ―ruhanilik ziyarəti, əlbəttə, yerli dedi-qodu həvəskarlarının boĢboğazlığına səbəb
oldu. ―Can verən bu cür adamın baĢı üstündə olmaq heç yepiskopa layiqdirmi? Axı onu dinə
gətirməyi heç gözləmək də olmazdı. Bu inqilabçıların hamısı islahedilməz dinsizlərdir. Elə isə
oraya getmək yepiskopun nəyinə lazım idi? Orada nəyin qalmıĢdı? Yəqin, Ģeytanın insan ruhunu
necə alıb aparmasına tamaĢa etmək çox maraqlı imiĢ‖.
Bir dəfə özlərini çox ağıllı sayan həyasız adamlar sırasına mənsub olan kübar bir dul qadın
yepiskopa belə hücum etmiĢdi:
– Monsenyor, hamı soruĢur ki, zati-əqdəslərinizə nə zaman qırmızı qalpaq bəxĢ ediləcəkdir?
Yepiskop isə cavabında:
– Ah! Bu çox qaba rəngdir, – demiĢdi. – XoĢbəxtlikdən, yakobinçi qalpağında bu rəngə nifrət
bəsləyənlər kardinal Ģlyapasında ona çox hörmət edirlər.
ON BĠRĠNCĠ FƏSĠL.
Qeyd – Ģərt.
Yuxarıda deyilənlərə əsasən monsenyor B’envenünün ―filosof yepiskop‖ və ya ―vətənpərvər
yepiskop‖ olduğu nəticəsini çıxaranlar çox böyük səhv edə bilərlər. Onun Konvent üzvü J. ilə,
bəlkə də, iki ulduzun təsadüfünə bənzədilə bilən görüĢü onun qəlbində nə isə bir heyrət hissi
oyatmıĢ və bu hiss onu daha artıq mülayim etmiĢdi. Vəssalam.
Monsenyor B’envenü heç siyasət əhli deyildisə də, o zamankı hadisələrə olan münasibətindən,
əgər monsenyor ―B’envenünun bu hadisələrə bir zamanlar hər hansı bir münasibət bəslədiyi
ehtimalı varsa, bir neçə kəlmə danıĢmaq yersiz olmazdı.
Beləliklə, bir neçə il geriyə dönək.
Cənab Miriel yepiskop vəzifəsinə təyin olunandan bir az sonra imperator ona, bir neçə baĢqa
yepiskoplarla birlikdə, Ġmperiya baronu rütbəsini vermiĢdi. Məlum olduğu üzrə, papa 1809-cu il
iyulun 6-cı gecəsi həbs edilmiĢdi, bu hadisə ilə əlaqədar olaraq Napoleon Fransa və Ġtaliya
yepiskoplarının Parisdə çağırılmıĢ sinoduna Mirieli də dəvət etmiĢdi. Bu sinod Notrdam
kilsəsində toplaĢmıĢ və birinci iclası 1811-ci il iyun ayının 15-də kardinal FeĢin sədrliyi altında
olmuĢdu. Oraya toplaĢmıĢ olan doxsan beĢ yepiskopun içərisində cənab Miriel də var idi, ancaq
o, yalnız bir iclasda və bir neçə xüsusi müĢavirədə iĢtirak etmiĢdi. Dağlıq yerlərin yepiskopu və
təbiətə bilavasitə yaxın olan, kənd sadəliyinə və məhrumiyyətə adət etmiĢ bir adam olduğundan
o, deyəsən, bu yüksək rütbəli adamlar məclisinin hərarətini soyudan bəzi fikirlər söyləmiĢdi. O,
tezliklə Din Ģəhərinə qayıtdı. Bu qədər tez qayıtmasının səbəbini soruĢanlara o, belə cavab
verərdi ki, ―Mən onlara mane olurdum. Mənimlə birlikdə oraya təzə hava doldu. Mən onlara bir
növ taybatay açılmıĢ qapı kimi göründüm‖.
Bir dəfə də o, belə demiĢdi: ―Burada təəccüblü nə var ki? Bu monsenyorların hamısı kilsə
knyazlarıdır, mən isə yalnız yoxsul bir kənd yepiskopuyam‖.
Məsələ burasında idi ki, o, saraydakıların xoĢuna gəlməmiĢdi. Orada o, bir çox qəribə Ģeylər
danıĢmıĢdı və bir axĢam kolleqalarından birinin evində ikən ağzından belə bir söz qaçırmıĢdı:
―Nə gözəl saat! Nə gözəl xalılar! Nə gözəl livreyalar! Bunlar adamı, yəqin ki, çox darıxdırır!
Yox, mən bu cürə ifrat zinət içərisində yaĢamaq istəməzdim. Bunlar həmiĢə mənim qulağıma
bağırardı ki: ―Ac qalan insanlar var! Soyuqdan ölən insanlar var! Yoxsullar var! Dilənçilər var!‖.
Ötəri bunu da qeyd edək ki, zinətə qarĢı nifrət bəsləmək ağılsızcasına bir nifrətdir. Bu, incəsənətə
nifrət bəsləməyə səbəb olur. Lakin kilsə xadimləri arasında, kilsə mərasimi və bayram günləri
nəzərə alınmazsa, dəbdəbə və zinət qəbahət hesab olunur. Bu zinət, sanki, həqiqi mərhəmətin
çatıĢmadığını göstərən adətləri ifĢa edir. Varlı keĢiĢ mənasız bir Ģeydir. KeĢiĢin yeri daim
yoxsulların yanında olmalıdır. Lakin daim gündüz və gecə hər cür ehtiyac, hər cür məhrumiyyət
və yoxsulluq içərisində yaĢayaraq, bütün bu münasibətlərin bir hissəsini öz üzərinə götürməmək,
necə deyərlər, zəhmət tozuna bulaĢmamaq mümkündürmü? Qızğın bir ocağın yanında durub,
onun hərarətini hiss etməyən bir adam təsəvvür edə bilərsinizmi? Daim alov saçan sobanın
yanında iĢlədiyi halda, bir tükünü belə yandırmayan, dırnağı qaralmayan, üzünə bir damcı tər
gəlməyən, üzünə his qonmayan bir adam tapılarmı? KeĢiĢdə və xüsusilə yepiskopda mərhəmətin
ən birinci sübutu yoxsulluqdur.
Görünür, Din yepiskopu da məhz belə düĢünürdü.
Əlbəttə, buradan belə bir nəticə çıxarmamalıyıq ki, bəzi incə məsələlərdə o, ―əsrin ideyaları‖ ilə
Ģərik idi. Zamanın ilahiyyat mübahisələrinə o, nadir hallarda qarıĢar, kilsə və dövlətin nüfuzunu
azalda biləcək məsələlər barəsində öz fikrini bildirməzdi, lakin ona kifayət qədər təzyiq
göstərilsəydi, çox ehtimal ki, qallikandan daha çox ultramontan olardı. Biz monsenyoru
həqiqətdə olduğu kimi təsvir etməyə çalıĢdığımızdan və heç bir Ģey gizlətmək istəmədiyimizdən,
bunu da əlavə etməliyik ki, cənab Miriel Napoleonun süqutu dövründə ona çox soyuqluq
göstərmiĢdi. 1813-cü ildən baĢlayaraq o, imperator əleyhinə bütün düĢmənçilik çıxıĢlarını
bəyənir və ya hətta alqıĢlayırdı. Napoleon Elba adasından qayıdarkən Din Ģəhərindən keçdiyi
zaman yepiskop onu görmək istəməmiĢ və Yüz gün ərzində imperatorun sağlığına dua oxumaq
üçün özünə tabe olan yeparxiyaya əmr göndərməmiĢdi.
Yepiskopun bacısı madmazel Batistinadan baĢqa, iki qardaĢı da var idi, biri general, o biri isə
prefekt idi. Yepiskop onlara tez-tez məktub yazırdı. Lakin Provansda qoĢunlara komandanlıq
edən və min iki yüz nəfər əsgərdən ibarət bir dəstənin baĢçısı olan general, Kannda qoĢun
çıxarılan zaman, sanki, imperatorun qaçmasına imkan vermək istəyərək, onu zəif təqib etdiyi
üçün yepiskop bu qardaĢından bir qədər soyumuĢdu. Yepiskopun Parisdə Kaset küçəsində yalqız
yaĢayan o biri qardaĢı, istefa vermiĢ prefekt, ləyaqətli və namuslu bir adam idi: yepiskopun
onunla məktublaĢması daha səmimi bir Ģəkildə davam edirdi.
Deməli, monsenyor B’envenü də siyasi ixtilaflardan yaxasını qurtara bilməmiĢdi, onun da acı
dəqiqələri, əndiĢələri olmuĢdu. Dövrü həyəcanlandıran ehtirasların kölgəsi əbədiyyət eĢqi ilə
yaĢayan bu böyük və mülayim qəlbə də toxunmuĢdu. ġübhəsiz ki, bu cür adam siyasi
əqidələrdən uzaq olmağa layiq idi. Oxucular sözlərimizi yanlıĢ anlamasınlar, biz ―siyasi
əqidələr‖ məfhumunu hər bir düĢünən vacib adamın dünyagörüĢünün əsasını təĢkil etməli olan
yüksək tərəqqi arzusu ilə, vətənə, xalqa və insana dərin inamla qarıĢdırmırıq. Kitabımızın
məzmununa yalnız dolayısı ilə daxil olan bu məsələni dərinləĢdirmədən sadəcə söyləyə bilərik:
―Monsenyor B’envenü royalist olmasaydı və onun nəzəri gurultulu məiĢət vurnuxmaları
üzərində parlayan həqiqət, ədalət, mərhəmət kimi üç böyük fəzilətin seyrindən ayrılmasaydı,
daha yaxĢı olardı‖.
Monsenyor Byenvenünün Tanrı tərəfindən heç də siyasi fəaliyyət üçün yaranmadığını etiraf
etməklə bərabər, biz onun haqq və azadlıq naminə qüdrətli Napoleona qarĢı vüqarlı etirafını və
təhlükəli, lakin ədalətli müqavimətini baĢa düĢər və alqıĢlardıq. Lakin o, bu etirazını Napoleon
taxtdan düĢdükdən sonra deyil, o, qüvvətli olduğu zaman etsəydi, tərifə layiq olardı. Mübarizə
yalnız təhlükə ilə bağlı olduğu zaman bizi cəlb edir və əlbəttə, ilk zərbəni kim vurmuĢsa, son
zərbəni vurmağa da o haqlıdır. XoĢbəxtlik günlərində inadla ittiham irəli sürməyən adam inqiraz
baĢlandığı zaman susmalıdır. Yalnız qüdrətli adamın açıqdan-açığa düĢməni olan Ģəxs onun
süqutundan sonra qanuni intiqamçı hesab olunur. Bizə gəlincə, məsələyə qəzavü-qədər
qarıĢdıqda və cəza verdikdə, biz fəaliyyət meydanını ona buraxmalıyıq. 1812-ci il bizim
silahımızı əlimizdən almağa baĢlayır. 1813-cü ildə o zamana qədər susan və yalnız bir sıra
fəlakətlərdən sonra cürətlənən qanunverici korpusun sükutu alçaqcasına pozması yalnız qəzəb
oyada bildi və onu alqıĢlamaq səhv olardı. 1814-cü ildə xain marĢalları gördükdə, dalbadal
alçaqlıq edən və keçmiĢdə tanrı kimi pərəstiĢ etdiyi adamı təhqir edən senatı gördükdə, qorxub
geri çəkilən və bir az əvvəl sitayiĢ etdikləri bütə tüpürən bütpərəstləri gördükdə, biz üzümüzü
yana çevirməyi özümüzə borc bildik. 1815-ci ildə dəhĢətli fəlakətlərin yaxınlaĢdığı hiss ediləndə,
bütün Fransa bu təhlükələrin yaxınlaĢmasını hiss edib lərzəyə gələndə Napoleonun qarĢısında
açılan Vaterloo tutqun bir Ģəkildə görünəndə, imperatoru qarĢılayan xalqın və ordunun acı
alqıĢlarında heç bir gülünc Ģey yox idi və Din Yepiskopu kimi bir adam, zalıma nə qədər ədavət
bəsləsə də, böyük insanın bu sıx qucaqlaĢmasında gizlənən əzəmətli və təsiredici heç bir Ģeyə
göz yummamalı idi.
Təkcə bu istisna edilirsə, yepiskop hər cəhətdən, doğrudan da, mömin, səmimi, ədalətli, ağıllı və
ləyaqətli bir adam idi; o, yaxĢılıq edirdi və xeyirxah idi ki, bu da həmin yaxĢılığın baĢqa bir
növüdür. O, keĢiĢ, filosof və insan idi. Biz etiraf etməliyik ki, hətta indicə məzəmmət etdiyimiz
və çox bərk pisləmək niyyətində olduğumuz siyasi görüĢlərində də o, bu sətirləri yazan adamdan,
bəlkə, daha çox mərhəmətli və səbirli idi.
Din Ģəhər idarəsinin qapıçısı vaxtilə bu vəzifəyə imperatorun özü tərəfindən təyin edilmiĢdi; o,
Austerlits müharibəsində köhnə qvardiyanın xaçla təltif olunmuĢ qoca bir kiçik zabiti və
imperator qartalından daha qeyrətli bonapartist idi. Bu bədbəxtin ağzından bəzən o qədər də
düĢünülməmiĢ sözlər çıxardı. O zamankı qanuna görə belə sözlər ―üsyançı nitqləri‖ sayılardı.
Ġmperatorun Ģəkli Fəxri legion ordenindən silindikdən sonra bu qoca xaçını taxmamaq üçün
özünün təbirilə – heç bir zaman nizamnamə üzrə geyinməzdi. O, Napoleonun özünün ona vermiĢ
olduğu xaçdan imperatorun təsvirini böyük bir hörmətlə öz əli ilə çıxartdı və xaçda deĢik əmələ
gəldi, lakin o, bu deĢiyin yerinə heç bir Ģey qoymaq istəmədi. O deyirdi: ―Bu üç qurbağanı
ürəyin üstündə gəzdirməkdənsə, ölmək yaxĢıdır! O, həvəslə və ucadan XVIII Lüdovikə istehza
edirdi. ―Ġngilis getri geyinmiĢ podaqralı qoca! Qoy pudralanmıĢ hörüyü ilə birlikdə rədd olub
Prussiyaya getsin!‖, – deyir və ən çox nifrət etdiyi iki Ģeyi – Prussiyanı və Ġngiltərəni bir söyüĢdə
birləĢdirə bildiyinə sevinirdi. Ən nəhayət, onu vəzifəsindən kənar etdilər. Arvadı və uĢaqları ilə
birlikdə o, küçədə bir parça çörəyə möhtac qaldı. Yepiskop onu yanına çağırtdırıb bir az danladı,
sonra isə kilsə qapıçısı vəzifəsinə təyin etdi.
Doqquz il ərzində monsenyor B’envenü öz xeyir iĢləri və mülayim rəftarı ilə bütün Din Ģəhəri
əhalisinin məhəbbətini və sanki, oğulluq hörmətini qazanmıĢdı. Hətta onun Napoleona qarĢı pis
münasibəti barəsində də xalq susur və bunu ona bağıĢlayırdı. Ġradəsiz və saf qəlbli əhali öz
imperatoruna pərəstiĢ edir, lakin yepiskopunu da sevirdi.
ON ĠKĠNCĠ FƏSĠL.
Monsenyor B’envenünün yalqızlığı.
Generalın ətrafına həmiĢə dəstə ilə gənc zabitlər toplaĢdığı kimi, hər yepiskopun da ətrafına
dəstə ilə ona tabe olan abbatlar toplaĢır. Müqəddəs Fransisk qədimdən məhz bu cür abbatları
harada isə ―südəmər keĢiĢ‖ adlandırmıĢdı, həyatın hər bir sahəsinin öz qismət axtaranları vardır
ki, bunlar həyatda artıq müvəffəqiyyət qazanmıĢ adamların məiyyətini təĢkil edirlər. Özünün
yaxın adamları olmayan iĢ baĢında duran, öz saray adamları olmayan tale sevimlisi yoxdur.
Gələcəyi axtaranlar indiki gözəl zamanın ətrafında qasırğa kimi hərlənirlər. Hər yeparxiyanın öz
qərargahı vardır. Hər bir az-çox nüfuzlu yepiskopun ətrafında bir dəstə qəĢəng seminariya uĢağı
vardır ki, bunlar yepiskop sarayında keĢik çəkir, qayda-qanuna göz yetirir, monsenyorun
təbəssümünü marıtlayırlar. Yepiskopu razı salmaq – keĢiĢ vəzifəsinə çatmaq üçün birinci
pillədir. Hər kəs özü üçün yol açmalıdır, – övliyalar da gəlirli yerdən çəkinməzlər.
Ġstər cəmiyyətin, istərsə kilsə aləminin öz nüfuzlu adamları var. Bunlar sarayın mərhəmətini
qazanmıĢ varlı, yaxĢı mədaxili olan, zirək, yüksək cəmiyyət tərəfindən qəbul olunmuĢ, Ģübhəsiz
ki, dua etməyi, lakin eyni zamanda onlara lazım olan Ģeyi unutmadan istəməyi də bacaran
yepiskoplardır: bunlar bütöv bir yeparxiyanı təcəssüm etdirməklə bərabər, birisinin dəhlizində
gözləməkdən utanmayan və ruhanilərlə diplomatiya arasında vasitə olan, keĢiĢdən artıq abbat,
yepiskopdan artıq prelat olan yepiskoplardır. Bunlarla yaxınlıq edə bilən adam xoĢbəxtdir! Bu
nüfuzlu adamlar öz əlaltılarına, sevdikləri adamlara və onlara qulluq etməyi bacaran bütün bu
gənclərə varlı kilsələr, kilsə əmlakından gələn mədaxili, baĢ keĢiĢ və baĢqa mənfəətli kilsə
vəzifələrini səxavətlə paylayırlar ki, bunlar da tədricən bu adamları yepiskop mənsəbinə çatdırır.
Özləri yüksəldikcə, öz dallarınca müridlərini, tərəfdarlarını da aparırlar. Bu, eynilə hərəkətdə
olan günəĢ sistemini xatırladır. Onların parıltısı ətrafındakıların da üzərinə Ģəfəq salır. Onların
xoĢbəxtlik süfrəsindən yaxın adamlarının payına isti yerlər düĢür. Himayəçinin yeparxiyası
böyük olduqca, onun yaxın adamlarının gəliri də çox olur. Roma isə lap yaxındadır! BaĢ
yepiskop rütbəsinə çatmıĢ olan yepiskop, kardinal rütbəsinə çatmıĢ olan baĢ yepiskop kardinal
qulluqçusu kimi sizi kardinallar məclisinə aparır, siz Roma divanxanasına daxil olursunuz,
omofor alırsınız; budur, artıq siz divanxana üzvüsünüz, budur, siz kamerarisiniz, daha sonra
monsenyorluğa çatırsınız. Monsenyorluqdan kardinallığa isə bir addımdır. Kardinallıqla papalığı
isə yalnız yandırılan seçki biletinin tüstüsü ayırır. Hər bir skufya1 tiaraya2 çevrilmək arzusuna
düĢə bilər. Bizim zəmanəmizdə keĢiĢ qanuni yolla taxta çıxa biləcək yeganə adamdır, həm də
necə taxta! Hökmdarlar hökmdarı taxtına! Bunun əvəzində seminariya necə ümidlər məskənidir!
Nə qədər qızaran müğənnilər, nə qədər cavan abbatlar baĢlarında Peretta kuzəsi gəzdirirlər!
ġöhrətpərəstlik çox zaman özünü məslək kimi qələmə verir və kim bilir, bəlkə də, öz-özünü
aldadaraq, bunu səmimiyyətlə edir. XoĢ inananların halına!
Təvazökar, yoxsul, bir qədər də qəribə adam olan monsenyor B’envenü bu cür ―nüfuzlular‖
sırasına daxil edilməmiĢdi. Onun ətrafında gənc keĢiĢlərin olmaması bunu göstərirdi. Hamı
görürdü ki, Parisdə onun ―iĢi gətirməmiĢdir‖. Gələcəyi olan heç bir kəs bu qocaya yaxınlaĢmağa
səy etmirdi. Hər hansı bir yetiĢməmiĢ Ģöhrətpərəst o qədər ağılsız deyildi ki, onun kölgəsi altında
kök salsın. Onun kanonikləri və baĢ vikariləri saf qəlbli, özü kimi bir qədər kəndlisayağı qocalar
idi. Onlar da yepiskopun özü kimi yeparxiya xaricinə çıxmaz, kardinal sarayı ilə heç bir əlaqə
saxlamaz və öz yepiskoplarına bənzərlərdi. Fərq yalnız bunda idi ki, onlar ömürlərini keçirmiĢ,
yepiskop isə kamil bir insan idi. Monsenyor Byenvenünün vasitəsilə yüksək vəzifəyə çatmağın
mümkün olmadığı o qədər aydın idi ki, seminariyanı qurtarıb keĢiĢ vəzifəsinə təyin edilmiĢ
gənclər buradan getməyə tələsir və zəmanət üçün Eks, yaxud OĢ arxiyepiskoplarına müraciət
edirdilər. Çünki hər kəs artmaq üçün kömək istəyir – bunu bir daha təkrar edirik. Həyatını ancaq
baĢqalarına həsr etmiĢ bir zahidin qonĢuluğu təhlükəli ola bilər: ondan adama əlacsız bir
yoxsulluq keçə bilər, yüksəlmək, müvəffəqiyyət qazanmaq üçün lazım olan üzvlərin iflici yoluxa
bilər və ümumiyyətlə, sizin istədiyinizdən daha çox fədakarlıq arzusu sirayət edə bilər, bu cür
sirayətedici fəzilətdən hamı qaçır. Monsenyor Byenvenünün yalqızlığı da bununla izah edilir.
Biz zülmətə bürünmüĢ bir cəmiyyətdə yaĢayırıq Müvəffəqiyyət – bəĢəriyyətin baĢı üstünü almıĢ
tamahkarlıq buludlarından damcı-damcı düĢən ən yüksək hikmət budur.
Müvəffəqiyyətin əslində nə qədər iyrənc bir Ģey olduğunu ötəri qeyd edək. Onun zahirən
ləyaqətə bənzəməsi insanları aldadır. Müvəffəqiyyət camaat üçün, demək olar ki, üstünlük kimi
bir Ģeydir. Ġstedadla əkiz olan müvəffəqiyyət yalnız tarixi azdıra bilər. Yalnız Yuvenal və Tasit
onun barəsində bir qədər deyinirlər. Bizim zəmanəmizdə az-çox rəsmi olan hər cür fəlsəfə
müvəffəqiyyətə xidmət edir, onun livreyasını daĢıyır, qarĢısında nökərçilik edir. Müvəffəqiyyət
qazanın – nəzəriyyə belədir! Varlanmaq, guya, qabiliyyətdəndir. Lotereyada udsanız, sizi ağıllı
hesab edəcəklər. Qalib gələnlərə təzim edirlər. ĠĢ burasındadır ki, anadan gərək xoĢbəxt
doğulasan! Bəxtiniz gətirdimi – hamı sizi böyük bir insan hesab edər. Bütöv bir əsrə parlaqlıq
verən beĢ və ya altı nəfər istisna edilərsə, müasirlərin bütün məftunluğu yalnız onların uzağı
görmədikləri ilə izah olunur. Qızıl suyuna çəkilmiĢ bir Ģeyi qızıl zənn edirlər. Yoldan ötən də
olsan, bunun maneçiliyi yoxdur, təki qarĢına uğur çıxsın. Bayağılıq özü-özünə vurulmuĢ və
bayağılığı alqıĢlayan qocalmıĢ Nərgizdir. Ġnsanı Musa, Esxil, Dante, Mikel, Ancelo, yaxud
Napoleon edən o böyük istedadı camaat dərhal və yekdilliklə hər sahədə olursa-olsun, öz
məqsədinə çatmıĢ adama xas edir. Bir notarius deputat olarsa, yalançı Kornel ―Tirdata‖ yazarsa,
bir hərəm ağası hərəmxana sahibi olarsa, axmaq bir hərbçi Prüdom öz dövrü üçün həlledici
əhəmiyyəti olan bir vuruĢmada təsadüfən qalib gələrsə, bir aptekçi Sambr və Maas
departamentindəki ordu üçün karton çəkməaltı icad edərək, bunu gön əvəzinə satmaqla dörd yüz
min livr gəlir verən bir kapital qazanarsa, bir çərçi sələmçi bir qadınla evlənərsə və bu nikahdan
yeddi, yaxud səkkiz milyon doğularsa, bir vaiz öz boĢboğazlığı sayəsində yepiskop mənsəbinə
çatarsa, ticarət evinin müdiri iĢdən çıxarıldıqdan sonra çox varlı olduğuna görə maliyyə naziri
təyin edilərsə – insanlar Musketonun zahirində Gözəllik, Klavdinin boynunda isə əzəmət
gördükləri kimi, bütün bunlara da Dahilik adını verərlər. Onlar ördək ayaqlarının yumĢaq palçıq
üzərində buraxdığı ulduza bənzər izləri göyün dibsiz dərinliklərində ulduzlar topası hesab
edirlər.
ON ÜÇÜNCÜ FƏSĠL.
O nəyə inanırdı.
Biz Din yepiskopunun nə dərəcədə mömin olması məsələsinin dərinliklərinə varmayacağıq. Bu
cür insanlara biz yalnız pərəstiĢ edə bilərik. Pak adamın sözünə inanmaq lazımdır. Bundan
baĢqa, biz belə zənn edirik ki, bəzi müstəsna adamlarda, dini görüĢlərin bizimkindən fərqli
olmasına baxmayaraq, insan fəzilətlərinin bütün formaları ahəngdar surətdə inkiĢaf edə bilər.
Filan dini mərasim, yaxud ehkam haqqında yepiskop nə fikirdə idi? Bu sirri yalnız ruhların
çılpaq getdikləri məzar bilir. Bizim üçün yalnız bir Ģey Ģübhəsizdir. Mübahisəli dini məsələləri o,
heç bir zaman riyakarlıqla həll etməzdi. Almazın çürümək qorxusu yoxdur. Cənab Miriel
qəlbinin dərinliklərinə qədər dindar idi. ―Cerdo in Patrem‖1 deyə, o, tez-tez təkrar edirdi. Həm
də xeyir iĢlərdən o bir vicdanın insana ―Tanrı səninlədir!‖ sözlərini yavaĢdan söyləməsi üçün
lazım olan qədər məmnun qalırdı.
Bunu da qeyd etmək borcumuzdur ki, yepiskopda imandan və necə deyərlər, fövqəlimandan
baĢqa bir Ģey də vardı ki, o da məhəbbətin artıqlaması ilə olması idi. Məhz buna görə, ―quia
multum amavi‖2 onu, eqoizmin pedantizmə sözsüz tabe olduğu cəmiyyətimizin sevdiyi təbirlə
―ciddi adamların‖, ―ağıllı simaların‖, ―müsbət xarakterlərin‖ içərisində zəif hesab edirdilər. Bəs
bu məhəbbət artıqlığı nə ilə ifadə olunurdu? Yuxarıda göstərdiyimiz kimi, insanlara qarĢı, yeri
gəldikdə isə cansız əĢyaya qarĢı sakit xeyirxahlıqla. O, heç kəsə nifrət etməzdi. O, Tanrının
yaratdığı hər Ģeyə qarĢı mərhəmətli idi. Hər bir adamın, hətta ən yaxĢı adamın da qəlbində
heyvanlara qarĢı qeyri-Ģüuri bir qəddarlıq gizlənmiĢdir. Din yepiskopunda bir çox keĢiĢlərə xas
olan bu qəddarlıq qətiyyən yox idi. O, brahmanlar qədər ifrata varmasa da, Ekkleziastın bu hədisi
üzərində, ehtimal ki, çox düĢünərdi. ―Heyvanların ruhunun haraya getdiyini kim bilir?‖. Zahiri
çirkinlik, instinkt pozğunluğu onu pərt etməz, onda nifrət hissi oyatmazdı. Əksinə, bu onda
həyəcan oyadar, onu mütəəssir edərdi. Sanki, o, dərin fikrə dalaraq, zülmün kökünü axtarmaq,
anlamaq və ya ona bəraət tapmaq istərdi. Bəzən o, sanki, cəzanın yumĢaldılması haqqında Allaha
dua edərdi. O, köhnə perqamenti tədqiq edən bir dilçi alim kimi sakitcə, heç bir kin hiss
etmədən, təbiətdə hələ də mövcud olan hərc-mərcliyin qalıqlarını öyrənirdi. O, bu cür fikirlərə
dalarkən bəzən qəribə Ģeylər danıĢardı. Bir dəfə səhər bağçada gəzindiyi zaman bacısının daldan
gəldiyini görməyib, birdən dayanmıĢ və yerdəki bir Ģeyi diqqətlə nəzərdən keçirməyə
baĢlamıĢdı: bu iri, qara, iyrənc bir hörümçək idi. Madmazel Batistina, qardaĢının bu sözləri
söylədiyini eĢitmiĢdi: ―Bədbəxt məxluq! Onun bunda təqsiri yoxdur‖.
Nə üçün də bu uĢaqcasına səmimi, bəlkə də, ilahi mərhəmətin təzahürlərindən danıĢmayaq?
UĢaqlığımı? Qoy belə olsun, ancaq bu cür ülvi bir uĢaqlıq Assizli Fransiskdə də, Mark Avrelidə
də vardı. Bir dəfə yepiskop qarıĢqanı tapdalamamaq üçün kənara çəkilmiĢ və yıxılıb ayağı
çıxmıĢdı.
Bu pak adam belə bir həyat sürərdi. O, bəzən öz bağçasında yuxuya gedərdi və bundan artıq
pərəstiĢ təlqin edən bir mənzərə təsəvvür etmək mümkün deyildi.
Deyilənlərə inanılarsa, monsenyor Byenvenü gəncliyində, hətta yaĢa dolduğu zamanda coĢqun
və bəlkə də, ehtiraslı bir adam olmuĢdu. Onun tükənməz mərhəməti, bəlkə də, təbiətdən gəlmə
bir xüsusiyyətdən daha çox həyatın özündən onun qəlbinə keçən və tədricən orada kök salan
dərin etiqadın nəticəsi idi, çünki su damcısının deĢdiyi qayada olduğu kimi, insanın da
xarakterində dərin yarıqlar əmələ gələ bilər. Bu cür yarıqları doldurmaq mümkün deyil.
1815-ci ildə – deyəsən, yuxarıda bu barədə demiĢdik – yepiskopun yetmiĢ beĢ yaĢı tamam
olmuĢdu, lakin zahirən ona altmıĢdan yuxarı yaĢ vermək olmazdı. O, orta boylu idi, bir qədər
kökəlməyə meyili vardı, bunun qabağını almaq üçün, yepiskop piyada çox gəzməyi sevərdi,
yeriĢi möhkəm idi, belini həmiĢə dümdüz tutardı – lakin bu təfsilatdan biz heç bir nəticə
çıxarmaq niyyətində deyilik: XVI Qriqori səksən yaĢında ikən belini dümdüz saxlardı və daim
gülümsərdi, lakin bununla belə pis bir yepiskop idi. Monsenyor B’envenünün isə qara camaatın
dili ilə desək, ―mötəbər görkəmi‖ vardı, lakin üzünün ifadəsi o qədər xoĢ və nəvaziĢli idi ki, bu
mötəbərliyi‖ belə unutdurardu.
O, söhbət etdiyi zaman yuxarıda söylədiyimiz və onun ən cazibədar xüsusiyyətlərindən birini
təĢkil edən uĢaq Ģənliyi adamların özünü onun yanında yüngül və sərbəst hiss etməsinə kömək
edirdi, sanki, onun bütün varlığından Ģənlik yağırdı. Üzünün qırmızılığı, gülümsəyərkən
parıldayan çox yaxĢı qalmıĢ ağ diĢləri onun üzünə bir Ģənlik, bir məlahət verirdi; bunun
sayəsində belə adam haqqında, gənc isə, ―nə yaxĢı oğlandır‖, qoca isə ―nə mərhəmətli qocadır‖
deyirlər. Yadımızdadır ki, Napoleona da o, belə bir təsir bağıĢlamıĢdı. Doğrudan da, ilk baxıĢda,
xüsusən, onu ilk dəfə görən adam üçün o, mehriban adam idi – vəssalam. Ancaq siz onunla bir
neçə saat söhbət etməli olsaydınız və onun dalğınlığını seyr etsəydiniz, görərdiniz ki, bu
mehriban adam gözünüzün qarĢısında dəyiĢilərək getdikcə ciddiləĢir, onun saçlarının ağarması
sayəsində əzəmətli görünən uca, sakit alnı dalğınlıqdan daha əzəmətli olurdu. Öz Ģəfəqini
saçmaqda davam edən bu mehribanlıqda, sanki, yüksək bir ideal var idi, siz qəlbinizdə elə bir
həyəcan hiss edirdiniz ki, sanki, gülümsəyən bir mələk qarĢınızda qanadlarını yavaĢ-yavaĢ
açaraq öz təbəssümü ilə sizin üzərinizə daim iĢıq saçır. YavaĢ-yavaĢ bütün varlığınıza
ifadəedilməz bir hörmət hissi hakim olurdu, qəlbinizə soxulurdu və siz hiss edirdiniz ki,
qarĢınızdakı adam qüvvətli, dünyagörmüĢ və hər Ģeyi bağıĢlayan simalardan biridir, bu cür
adamlarda fikir o qədər dərindir ki, o, mülayim olmaya bilməz.
Beləliklə, onun həyatının bütün günləri ibadətlə, kilsə ayinləri ilə, sədəqə paylamaq, məyus
qəlblərə təsəlli vermək, bağçada iĢləmək, qardaĢcasına mərhəmət, pəhrizkarlıq, qonaqpərəstlik,
fədakarlıq, Allaha yalvarmaq, elm və zəhmətlə keçirdi. Yepiskopun günü, doğrudan da, xeyirxah
fikirlər, iĢlər və sözlərlə dolu idi. Lakin axĢam yatmamıĢdan qabaq hər iki qadın öz otağına çıxıb
getdiyi zaman, yağıĢ olduğu üçün vaxtını iki-üç saat öz bağçasında keçirə bilməsəydi, gününü
tamam saymazdı. Sanki, yuxudan qabaq ulduzlu səmanın əzəmətli mənzərəsi qarĢısında fikrə
dalmaq onun üçün bir adət olmuĢdu. Bəzən hətta gecəyarısı, qarılar yata bilmədikləri zaman,
onun xiyabanlarda aramla gəzindiyini eĢidərdilər. Orada o, daxili aləminə dalmıĢ halda sakitcə
dolaĢar, öz-özü ilə tənha qalaraq, qəlbinin aydınlığını göylərin aydınlığı ilə müqayisə edərdi. Bu
zülmət içərisində görünən ulduzların gözə görünən cah-calalı ilə Tanrının gözə görünməyən cah-
calalından mütəəssir olan yepiskop qəlbini məchulluq aləmindən gələn fikirlərə açaraq dərin
düĢüncələrə dalardı. Belə anlarda, gecə çiçəklərinin ətri səmaya doğru yüksələn dəqiqələrdə o
qəlbən yüksələr, ulduzlu gecədə yandırılmıĢ çıraq kimi baĢdan ayağa qədər iĢıq saçdığı halda
kainatın hər Ģeyə nüfuz edən nuraniliyi qarĢısında, sanki, vəcddən əriyər və qəlbində nələr baĢ
verdiyini ola bilsin ki, özü də deyə bilməzdi; o, hiss edirdi ki, ondan nə isə ayrılır və ona nə isə
nazil olur. Ruhun sonsuzluğu ilə kainatın sonsuzluğu arasında gedən əsrarəngiz mübadilə. O,
böyük və haqq olan Allah haqqında, gələcəyin əbədiliyi – bu qəribə sirr haqqında, keçmiĢin
əbədiliyi – daha qəribə sirr haqqında, sonsuzluğun bütün dərinliyi və ölçüyə gəlməyən
müxtəlifliyi haqqında düĢünərdi. O, Tanrını öyrənmirdi, ona heyran olurdu. O, materiyaya forma
verən, qüvvənin mövcud olduğunu aĢkara çıxaran, onu cana gətirən, vəhdətdə xüsusiyyət,
məkanda tənasüb, sonsuzluqda dərinliyi yaradan və iĢıq vasitəsilə gözəllik doğuran atomların
qəribə toqquĢmaları haqqında düĢünərdi. Bu toqquĢmalar – bağlanma və açılmaların əbədi dövr
etməsidir, həyat və ölüm də buradan əmələ gəlir.
O, tənək sarmaĢan çürük köĢkə söykənmiĢ oturacaqda oturar və meyvə ağaclarının sısqa əyri
budaqları arasından ulduzlara baxardı. Ətrafı mərək və anbarlarla əhatə olunmuĢ bu bir çərək
desyatin torpaq onun üçün əziz idi və onu tamamilə təmin edirdi.
Çox az olan boĢ vaxtını gündüz bağçada çalıĢmağa və gecə ulduzları seyr etməyə sərf edən
qocaya daha nə lazım idi? Məgər tavanı göylərdən olan bu dar çəpərli yer Allaha ibadət etmək və
onun yaratdığının əzəməti qarĢısında heyran olmaq üçün kafi deyildimi? Doğrudan da, hər Ģey
bundan ibarət deyildimi? Daha nə arzu etmək olardı? Gəzinti üçün balaca bir bağça, xəyalat üçün
hüdudsuz bir aləm. Ayaqları altında əkilib, məhsulu toplanıla biləcək yer, baĢı üstündə
düĢünüləcək səma. Yerdə bir qədər çiçək, göydə isə bütün ulduzlar.
ON DÖRDÜNCÜ FƏSĠL.
Onun düĢündükləri.
Daha bir neçə söz.
Bütün bu təfsilat, xüsusilə bizim zəmanəmizdə, indi dəbdə olan təbirləri iĢlətsək, belə fikir oyada
bilər ki, Din Yepiskopu bir növ ―panteist‖ idi və əsrimizə xas olan subyektiv fəlsəfə
nəzəriyyələrindən birinə tərəfdar idi – bunun onun xeyrinəmi və ya zərərinəmi olması əlahiddə
bir məsələdir, – bu cür nəzəriyyələr bəzən tənha adamların qəlbində əmələ gələrək, müəyyən
Ģəkil alır və inkiĢaf edir ki, sonra orada dinin yerini tutsun. Buna görə də biz bütün qətiyyətlə
bildiririk ki, monsenyor Byenvenünü yaxından tanıyanlardan heç kəs onun barəsində belə bir
fikrə gələ bilməzdi. Bu adamın bilik mənbəyi onun qəlbi idi, onun hikməti də qəlbindən saçılan
nurla iĢıqlanırdı.
Nəzəriyyəsizlik – və iĢin çoxluğu. DolaĢıq fəlsəfədə səhvlər gizlənir, yepiskopun bir zamanlar
mücərrəd fikirlərin sirrinə dalmağa cürət etdiyini heç bir Ģey sübut etmirdi. Apostol cəsarətli ola
bilər, yepiskop isə cürətli olmalıdır. Görünür, monsenyor B’envenü yalnız böyük və qorxmaz
adamların həll edə biləcəyi bəzi məsələlərin çox dərinliyinə varmazdı. Sirrin qapısında
müqəddəs bir dəhĢət yaĢayır: bu qorxunc qapılar sizin üzünüzə açıqdır, lakin onun yanından
keçən yolçuya nə isə deyir ki, oraya girmək olmaz. Vay o adamın halına ki, oraya girmiĢ olsun!
Mücərrədlik dünyasının hüdudsuz dərinliklərinə dalan dahilər dinin ehkamlarından yüksəyə
qalxaraq, öz ideyalarını Tanrıya izah edirlər. Onların ibadəti cəsarətlə mübahisəyə çağırır,
onların sitayiĢi sualdır. Bu dinin heç bir vasitəçisi yoxdur, onun sıldırım yamaclarına
dırmaĢmağa cəhd edənlər təĢviĢ və məsuliyyət hissi duyurlar.
Ġnsan təfəkkürünün hüdudu yoxdur. O, cəsarət edib, öz korluğunu da tədqiq edir və öyrənir,
hətta, demək olar ki, o, öz parıltısı ilə, sanki, təbiətin özünü də kor edir. Bizi əhatə edən sirli
aləm aldığını bizə qaytarır və çox ehtimal ki, seyr edənlərin özlərini də seyr edənlər var. Hər
halda, yer üzündə insanlar var ki, (görəsən, onlar insandırlar?) uzaq xəyal üfüqlərində absolyut
yüksəkliklərini aydınca görürlər, gözə görünməyən dağın qorxunc Ģəkli onların gözü qarĢısında
dayanır. Monsenyor Byenvenü dahi deyildi, hətta Svedenborq və Paskal kimi böyük insanları
ağılsızlığa yuvarladan bu təfəkkür zirvələri onu qorxuda bilərdi. ġübhəsiz, bu əzəmətli xəyallar
da müəyyən dərəcədə mənəvi fayda verir, adamlar da məhz bu çətin yollarla ideal kamilliyinə
yaxınlaĢırlar. Din yepiskopu ən qısa bir yol seçmiĢdi ki, o da Ġncil idi.
O, öz geyimini Xızrın əbasına bənzətməyə çalıĢmırdı; o, baĢ verən hadisələrin dumanlı
gələcəyinə iĢıq salmağa cəhd etmirdi, kiçik iĢlərin iĢıldayan qığılcımlarını vahid bir alova
çevirmək üçün çırpınmırdı: ona peyğəmbəri, yaxud qeybdən xəbər verən bir adamı xatırladacaq
heç bir Ģey yox idi, bu müti qəlb yalnız sevirdi.
Ola bilsin ki, o, duasını fövqəlbəĢər bir yüksəkliyə çatdıra bilirdi, lakin heç bir zaman nə dua, nə
də sevgi həddindən artıq ola bilməz; əgər müqəddəs kitabların mətnində olmayan dua küfr
olsaydı, Müqəddəs Tereza və Müqəddəs Ġeronim də kafir olardılar.
O, dərdlilərə və tövbə edənlərə doğru meyil edirdi. Kainat isə böyük bir mərəz kimi görünürdü;
o, hər yerdə qızdırmanı hiss edir, hər sinədə əzablar duyur, xəstəliyin səbəbini axtarmadan
yaraları sağaltmağa çalıĢırdı. YaranmıĢların həyata qayıtmasının qorxunc mənzərəsi onu
mütəəssir edirdi. O, yalnız bir Ģeyə: rəhm etmək və yardım göstərmək üçün ən yaxĢı üsul axtarıb
tapmağa və baĢqalarına da bunu öyrətməyə cəhd edirdi. Bütün varlıq bu saf qəlbli və nadir
dərəcədə mərhəmətli olan keĢiĢ üçün təsəlli həsrətində olan tükənməz ələm mənbəyi idi.
Adam var ki, zəhmət çəkib yerin altından qızıl çıxardır, o isə qəlblərdən mərhəmət çıxarmaq
üçün zəhmət çəkirdi. Dünyanın dərdi onun mədəni idi. Hər yerə yayılmıĢ qəm-qüssə onun üçün
yalnız yaxĢılıq etməkdən ötrü daimi bir bəhanə idi. O, ―bir-birinizi sevin!‖ deyir və belə hesab
edirdi ki, bununla hər Ģey deyilmiĢdir; o bundan artıq heç bir Ģey istəməzdi, onun bütün
nəzəriyyəsi də bundan ibarət idi. Bir dəfə, yuxarıda adını çəkdiyimiz və özünü filosof sayan
senator yepiskopa demiĢdi: ―Bir görün, bu dünyada nələr olur, hamı hər kəsə qarĢı vuruĢur: kim
güclüdürsə, o ağıllı sayılır. Sizin ―bir-birinizi sevin!‖ Ģüarınız axmaqlıqdır. Yepiskop
mübahisəyə giriĢmədən: ―Nə olsun, – demiĢdi, – əgər bu axmaqlıqdırsa, inci seyvanda gizləndiyi
kimi, ruh da bunun içinə qapanmalıdır‖. Yepiskop, doğrudan da, bu ―axmaqlığın‖ içinə
qapanaraq orada yaĢayırdı və bundan tamamilə razı idi: o, bizi cəlb edən və eyni zamanda
qorxuya salan böyük məsələləri, mücərrəd elmin ölçüyəgəlməz zirvələrini, metafizika
uçurumlarını, taleyi, xeyri və Ģəri‖, bütün canlıların bir-birilə mübarizəsini, insan Ģüurunu və
heyvanların mürgülü seyrini, ölüm vasitəsilə dəyiĢməyi, varlıların məzarda yenidən doğulmasını,
keçici hisslərin dəyiĢilməz ―mənlik‖ üzərindəki anlaĢılmaz hakimiyyətini, mahiyyəti, materiyanı,
və Nil və Ens1, ruhu, təbiəti, azadlığı, zərurəti, çox böyük təfəkkürlü insanların düĢündüyü bütün
o kəskin problemləri, o məĢum qalınlıqları; Lükretsi, Manu, müqəddəs Pavel və Dantenin
sonsuzluğa dikilərək, orada, sanki, ulduzlar əmələ gətirə biləcək qədər parlaq nəzərlə seyr
etdikləri böyük uçurumları özündən uzaqlaĢdırırdı.
Monsenyor Byenvenü sirli hadisələri yalnız kənardan müĢahidə edən, onları tədqiq etmədən və
onlara yaxınlaĢmadan, öz ağlını bununla yormadan, gözəgörünməzə qəlbən hörmət bəsləyən bir
adam idi.
BĠRĠNCĠ FƏSĠL.
Bütün gün yol gələndən sonra.
1815-ci il oktyabr ayının əvvəllərində, günəĢin batmasına təqribən bir saat qalmıĢ balaca Din
Ģəhərinə bir yolçu girdi. Bu zaman evlərinin pəncərəsindən baxan və ya qapılarının qabağında
dayanmıĢ olan tək-tək Ģəhər adamları bu yolçuya bir qədər təĢviĢlə baxırdılar. Ondan daha
yoxsul görkəmli bir yolçuya rast gəlmək çətin idi. Bu orta boylu, enlikürək, dolu və qüvvətli bir
adam idi. Ona qırx altı, qırx yeddi yaĢ vermək olardı. BaĢındakı papağının meĢin günlüyü
günəĢdən yanıb qaralmıĢ və tər basmıĢ üzünün yarısını örtürdü. Boz kətandan tikilmiĢ qaba
köynəyinin yaxasına gümüĢ lövbər niĢanı sancılmıĢdısa da, köynəyin açıq yerindən tüklü sinəsi
görünürdü, turna kimi burulmuĢ boyun yaylığı, əynində göy kətandan tikilmiĢ bir dizi ağarmıĢ, o
biri dizi yırtılmıĢ köhnə Ģalvarı, bir dirsəyinə yaĢıl mahuddan, viclə yamaq salınmıĢ köhnə və
boz bluz, arxasında ağzına qədər dolu və qayıĢla möhkəm bağlanmıĢ lap təzə bir əsgər çantası,
əlində də zorba, düyünlü bir ağac var idi; yalın ayaqlarına dəmir mıxlarla nallanmıĢ ayaqqabı
geymiĢdi. BaĢı qırxılmıĢ, saqqalı isə çox uzanmıĢdı.
Tər, bürkü, uzun günü piyada yeriməkdən əmələ gəlmiĢ yorğunluq və toz bu cır-cındır adamın
buraxdığı pis təsiri daha da artırırdı.
Qısa tükləri biz-biz dayanmıĢdı. Saçlarının lap yaxında qırxıldığı və yenicə çıxmağa baĢladığı
görünürdü.
Onu kimsə tanımırdı. Görünür, o, təsadüfi bir yolçu idi. O, haradan gəlirdi? Cənubdan. Bəlkə də,
dəniz tərəfdən. Çünki o da Din Ģəhərinə yeddi ay bundan əvvəl Napoleon Kanndan Parisə gedən
zaman keçdiyi həmin yoldan daxil olmuĢdu. Yəqin ki, bu adam bütün günü istirahət etmədən yol
gəlmiĢdi. O, çox yorğun görünürdü. ġəhərin köhnə hissəsində yaĢayan yerli qadınlar onun
Qasendi bulvarındakı ağacların altında dayandığını və xiyabanın axırındakı fəvvarədən su
içdiyini görmüĢdülər. Görünür susuzluq onu çox incidirmiĢ, çünki onun dalınca gələn uĢaqlar iki
yüz addım getdikdən sonra, onun yenə dayanıb Bazar meydanının ortasındakı fəvvarədən su
içdiyini görmüĢdülər.
PuaĢver küçəsinə çatdıqda o, sola dönüb Ģəhər idarəsinə tərəf getdi. Oraya girib, on beĢ dəqiqə
orada qaldı. Qanının ağzında daĢ oturacaq üzərində bir jandarm oturmuĢdu. Bu, həmin oturacaq
idi ki, general Druo martın 4-də onun üstünə çıxaraq, Juan limanında yazılmıĢ proklamasiyanı
Din Ģəhərinin heyrət içərisində olan əhalisi qarĢısında oxumuĢdu. Yolçu Ģapkasını çıxarıb
jandarmı hörmətlə salamlayaraq girdi.
Jandarm yolçunun salamına cavab vermədi, diqqətlə ona baxdı, nəzərlərilə onu müĢayiət etdi və
Ģəhər idarəsinə girdi.
O zamanlar, Din Ģəhərində ―Kolbas xaçı‖ adlı gözəl bir karvansara vardı. O karvansaranın sahibi
Jaken Labar, Qrenoblda ―Üç delfin‖ adlı karvansara saxlayan, vaxtilə imperator ordusunda
xidmət etmiĢ baĢqa bir Labarın qohumu olduğu üçün, Ģəhərdə bütün əhalinin hörmətini
qazanmıĢdı. Napoleon o tərəflərə gəldiyi zaman ―Üç delfin‖ karvansarası haqqında çoxlu
Ģayiələr yayılmıĢdı. Deyirdilər ki, general Bertran yanvar ayında arabaçı paltarında bir neçə dəfə
oraya gəlmiĢ və əsgərlərə xaç niĢanı, Ģəhər əhalisinə isə ovuc-ovuc qızıl paylamıĢdı. Lakin,
yalnız bir Ģey qəti məlumdur ki, imperator Qrenobla daxil olduğu zaman prefektura binasında
qalmaqdan imtina etmiĢ və merə təĢəkkür edərək: ―Burada tanıdığım namuslu bir adam var, mən
onun yanında qalacağam‖- deyib, ―Üç delfin‖ mehmanxanasına getmiĢdi... ―Üç delfin‖ ilə
―Kolbas xaçı‖ arasında iyirmi beĢ lyo məsafə olmasına baxmayaraq, ―Üç delfin‖ sahibi Labarın
Ģöhrəti ―Kolbas xaçı‖ sahibi Labara da sirayət etmiĢdi. ġəhərdə onun barəsində deyirdilər: ―Bu, o
Qrenobldakının əmisi oğludur‖.
Yolçu Ģəhərdə ən yaxĢı sayılan bu karvansaraya doğru yollandı. O, qapısı birbaĢ küçəyə açılan
mətbəxə girdi. Bütün mətbəx peçləri qalanmıĢdı, buxarıda Ģən alov yanırdı. Meyxana sahibi eyni
zamanda baĢ aĢpaz olduğuna görə gah ocağa, gah qazanların yanına gəlib gedir, qonĢu otaqda
ucadan danıĢıb gülüĢən arabaçılar üçün əla nahar hazırlanmasına nəzarət edirdi. Səyahət edənlər
yaxĢı bilirlər ki, arabaçılar yaxĢı yeməyi hamıdan çox sevirlər. Odun üstündə ağ kəkliklər və
qırqovullarla dolu bir ĢiĢ dönür, plitənin üstündə isə Loze gölündən tutulmuĢ iki yağlı sazan
balığı və Aloz gölündən tutulmuĢ ala balıq biĢirdi.
Meyxana sahibi qapının açıldığını və təzə bir adamın içəri girdiyini eĢitcək, gözlərini plitədən
ayırmayaraq:
– Nə istəyirsiniz, Cənab? – dedi.
Yolçu:
– Yemək və yatmaq istəyirəm, – deyə cavab verdi.
Meyxana sahibi:
– Olar, – dedi. Sonra dönüb yolçunu nəzərdən keçirərək əlavə etdi. – Əlbəttə, pulla.
Yolçu köynəyinin cibindən içi dolu dəri pul kisəsini çıxararaq:
– Pulum var, – dedi.
Meyxanaçı:
– Elə isə qulluğunuzda hazıram, – dedi.
Yolçu kisəsini yenə cibinə soxdu, çantasını çıxarıb qapının yanında döĢəmənin üzərinə qoydu və
əsasını əlindən buraxmayaraq ocaq qabağındakı alçaq oturacağın üstündə oturdu. Din Ģəhəri dağ
yerindədir. Oktyabr gecələrində havalar orada çox soyuq olur.
Meyxana sahibi dala-qabağa gedib gələrkən yolçunu diqqətlə gözdən keçirirdi.
– Yemək tezmi hazır olar? – deyə yolçu soruĢdu.
– Bu saat hazır olacaq, – deyə meyxanaçı cavab verdi.
Yolçu arxasını meyxanaçıya çevirib isinməkdə ikən, hörmətli meyxanaçı Jaken Labar cibindən
bir karandaĢ çıxartdı və pəncərənin yanındakı kiçik masanın üstündə qalmıĢ qəzetdən bir parça
qopartdı, kənarında bir-iki sətir yazdıqdan sonra onu bükdü, yapıĢdırmadan mətbəxdə həm aĢpaz
Ģagirdi, həm də kuryer vəzifəsində iĢləyən bir uĢağa verdi. Meyxanaçı uĢağın qulağına nə isə
pıçıldadı, o da dərhal Ģəhər idarəsinə doğru yüyürdü.
Yolçunun bu hadisədən, əsla, xəbəri olmadı.
O yenə soruĢdu:
– Yemək tezmi hazır olacaq?
– Bu saat hazır olar, – deyə meyxanaçı cavab verdi.
UĢaq qayıtdı. O apardığı məktubu geri gətirmiĢdi. Meyxanaçı cavab gözləyən adamlar kimi
tələsik kağızı açdı. Kağızdakını diqqətlə oxuduqdan sonra, baĢını yırğaladı və bir dəqiqə fikrə
getdi. Nəhayət, kədərli fikirlərə dalmıĢ kimi görünən yolçuya yaxınlaĢaraq:
– Cənab, – dedi, – mən sizi burada saxlaya bilməyəcəyəm.
Yolçu oturacaqdan ayağa qalxdı.
– Nə üçün? Yoxsa qorxursunuz ki, mən sizə pul verməyəm? Ġstəsəniz, pulu qabaqca da verə
bilərəm. Pulum vardır, deyirəm sizə.
– Məsələ bunda deyil.
– Bəs nədədir?
– Sizin pulunuz var...
– Bəli, – deyə yolçu bir daha təsdiq etdi.
– Amma mənim boĢ otağım yoxdur, – deyə meyxanaçı cavab verdi.
Yolçu sakitcə:
– Mənə tövlədə yer verin, – dedi.
– Verə bilmərəm.
– Nə üçün?
– Orada yer yoxdur, hər yeri atlar tutmuĢdur.
Yolçu:
– Nə olar? – dedi, – elə isə çardağın bir küncündə mənə yer verərsiniz. Bir qucaq da küləĢ verin.
Lakin bu barədə yeməkdən sonra ətraflı danıĢarıq.
– Mən sizə yemək verə bilmərəm.
Sakitcə, lakin qəti bir Ģəkildə verilən bu cavab yolçunun diqqətini cəlb etdi. O ayağa qalxdı.
– Bəs belə! – deyə o çığırdı. – Amma mən axı acından ölürəm! Mən gün doğandan bəri istirahət
etmədən yol gəlirəm. On iki lyo yol gəlmiĢəm. Mən pul verirəm. Mən yemək istəyirəm.
Meyxanaçı dedi:
– Mənim heç bir Ģeyim yoxdur.
Yolçu güldü, buxarını və ocaqları göstərdi.
– Heç bir Ģeyiniz? Bəs bunlar?
– Bunların hamısını baĢqaları sifariĢ edibdir.
– Kimlər?
– Cənab arabaçılar.
– Onlar neçə nəfərdirlər?
– On iki.
– Burada iyirmi adamlıq yemək vardır.
– Bunların hamısını onlar özləri üçün sifariĢ ediblər, pulunu da qabaqcadan veriblər,
Yolçu əvvəlki yerində oturdu və yavaĢ bir səslə:
– Mən meyxanadayam, – dedi, – mən acam və burada qalıram.
Bu zaman meyxanaçı yolçunun qulağına tərəf əyildi və onun diksinməsinə səbəb olan bir səslə
dedi:
– Buradan gedin!
Bu anda yolçu əyilərək əsasının dəmir ucu ilə kömürləri ocağa tərəf itələyirdi; o, cəld dönüb,
etiraz etmək üçün ağzını açdısa da, meyxanaçı onun gözlərinə dik baxaraq yenə yavaĢ bir səslə
əlavə etdi:
– Artıq söz lazım deyil. Ġstəyirsiniz sizin adınızı deyim? Sizin adınız Jan Valjandır. Ġndi
istəyirsinizsə, sizin kim olduğunuzu da deyimmi? Siz içəri girdiyiniz zaman mən Ģübhələndim,
Ģəhər idarəsinə adam göndərdim. Budur, onların verdikləri cavab. Oxumaq bilirsinizmi?
O, bu sözləri deyib bir az əvvəl meyxanadan Ģəhər idarəsinə və oradan geriyə səyahət edən
kağızı açıq halda yolçuya uzatdı. Yolçu onu tez nəzərdən keçirtdi. Meyxanaçı bir az sükut
etdikdən sonra sözünə davam edərək dedi:
– Mən hamı ilə nəzakətli danıĢmağa adət etmiĢəm. Buradan gedin.
Yolçu baĢını aĢağı saldı və döĢəmənin üzərindəki çantasını götürüb getdi.
O, baĢ küçəyə çıxdı. Özünü evlərin yanına qısaraq, təhqir edilmiĢ və qəmgin bir halda hara
getdiyini özü belə bilmədən, təvəkkülə gedirdi. O, bir dəfə də baĢını geri çevirmədi. ÇevirmiĢ
olsaydı, ―Kolbas xaçı‖ sahibinin qapının ağzında öz müĢtəriləri və yoldan keçənlər arasında
durub və barmağı ilə onu göstərərək, hərarətlə nə isə danıĢdığını görər və oradakıların ona
qorxulu və Ģübhəli nəzərlərlə baxmasından bilərdi ki, onun Ģəhərə gəlməsi Ģəhərə çaxnaĢma
salacaqdır.
Lakin o, bunları görmədi. Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərinin dallarınca
gəldiyini çox gözəl bilirlər.
Beləliklə, o, haraya gedəcəyini bilmədən, tanımadığı küçələrlə bir müddət irəliyə getməkdə
davam etdi. Ümidsizlik çağlarında olduğu kimi o, yorğunluğu da unutmuĢdu. Birdən o, yenə
bərk aclıq hiss etdi. Gecə yaxınlaĢırdı. Bir sığınacaq tapmaq ümidi ilə o, ətrafa nəzər saldı.
Abırlı aĢxananın qapısı onun üzünə bağlanmıĢdı, indi o, adi bir meyxana və ya sadəcə bir daxma
axtarırdı.
Birdən küçənin o biri baĢında iĢıq göründü; dəmir tirdən asılmıĢ Ģam budağı toranlı səmanın
solğun fonunda aydın görünürdü. Yolçu iĢıq gələn tərəfə yollandı.
Doğrudan da, bu, meyxana idi, – ġafo küçəsindəki meyxana.
Yolçu bir anlığa dayanıb meyxananın pəncərəsindən içəri baxdı; alçaq tavanlı salon masa
üzərindəki bir lampa ilə və ocaqda yanan odun parlaq alovu ilə iĢıqlanmıĢdı. Orada bir neçə
adam oturub içirdi. Meyxanaçı ocağın yanında isinirdi. Ocağın üzərində qarmaqdan asılmıĢ
dəmir qazanda nə isə qaynayırdı.
Eyni zamanda bir növ karvansara olan bu meyxananın iki qapısı vardı: biri küçəyə açılırdı, biri
də peyinlə dolu kiçik həyətə çıxırdı.
Yolçu küçə qalasından girməyə cürət etmədi. Xəlvətcə həyətə girərək, yenə dayandı, sonra
qorxa-qorxa rəzəni qaldırdı və qapını itələdi,
– Kimdir? – deyə meyxanaçı səsləndi.
– Yemək və yatmaq üçün yer axtaran bir adam.
– Bəs nə üçün dayandınız? Burada yemək də, yatmaq üçün yer də vardır.
Yolçu içəriyə girdi. Masanın baĢında oturub içən adamların hamısı dönüb ona baxdı. Bir tərəfdən
lampanın, o biri tərəfdən də ocağın iĢığı onu iĢıqlandırdı. O, torbasını ciynindən çıxarmaqda ikən
hamı onu diqqətlə nəzərdən keçirmiĢdi.
Meyxanaçı dedi:
– Budur ocaq, yemək də qazançada biĢir. Yaxın gəlin, isinin dost. Yolçu ocağın qabağında
oturdu. Yorğunluqdan sızıldayan ayaqlarını oda tərəf uzatdı, qazançadan xoĢ iy gəlirdi.
Yolçunun Ģapkasının günlüyü altından görünən üzündə tutqun məmnuniyyət ifadəsi göründüsə
də, uzun zamandan bəri adət etdiyi əzabın qəmli kölgəsi yenə də üzündən silinib getmədi.
Onun mərd, mətanətli və qəmli görkəmi vardı. Bu üz qəribə bir təsir bağıĢlayırdı: ilk baxıĢda o,
çox itaətkar, axırda isə çox sərt görünürdü. Çırpı arasında alov necə parlayırsa, onun gözləri də
kirpikləri altında elə parlayırdı.
Masanın baĢında oturanlardan biri balıq alverçisi, bu meyxanaya girməzdən əvvəl Labar
meyxanasına gedərək, atını onun tövləsinə bağlamıĢdı. Təsadüfən həmin gün səhər o, bu
naməlum və Ģübhəli yolçunu Brad Ass ilə... (Adını yadımdan çıxartdım, gərək ki, Eskublon idi)
arasındakı yoldan gedərkən görmüĢdü. Alverçiyə rast gəldiyi zaman olduqca yorğun görünən
yolçu onu ata mindirməsini xahiĢ etmiĢ, balıq alverçisi isə cavab vermədən atını daha bərk
sürmüĢdü. Həmin balıq alverçisi yarım saat bundan əvvəl Jaken Labarı əhatə edən adamların
içərisində idi və ―Kolbas xaçı‖ meyxanasında olanlara özünün bu adama necə rast gəldiyini nağıl
edirdi. Ġndi o, yerindən durmadan, meyxanaçıya gizlincə iĢarə elədi. Meyxanaçı ona yanaĢdı.
Onlar bir-birinə bir neçə kəlmə pıçıldadılar. Bu zaman yolçu yenə dərin düĢüncələrə dalmıĢdı.
Meyxanaçı ocağın yanına gəlib kobud bir hərəkətlə yolçunun çiynindən yapıĢdı və dedi:
– Tez buradan rədd ol!
Yolçu ona tərəf döndü və mülayimcəsinə soruĢdu:
– Ah, demək, siz bilirsiniz?..
– Bəli, bilirəm.
– Məni o biri meyxanadan qovdular.
– Ġndi isə səni buradan qovurlar.
– Bəs mən haraya gedim?
– Haraya istəyirsən get!
Yolçu çantasını və əsasını götürüb getdi.
Meyxanadan çıxanda, ―Kolbas xaçı‖ meyxanasından buraya qədər onu təqib etdikdən sonra indi
burada gizlənməkdə olan bir neçə uĢaq onu daĢa basdı. Yolçu qəzəblə geri döndü və əsası ilə
onları hədələdi, uĢaqlar bir dəstə quĢ kimi dağılıĢdılar.
O irəlilədi və həbsxananın qabağına çatdı. Darvazanın yanında iri zəngə bağlanmıĢ dəmir zəncir
sallanmıĢdı. O, zənciri dartaraq zəngi çaldı.
Darvazadakı kiçik pəncərə azacıq açıldı. Yolçu hörmətlə Ģapkasını çıxararaq:
– Cənab qapıçı, – dedi, – rəhm edin, qapını açın, mənə bir gecəlik yer verin.
Ġçəridən bir səs cavab verdi:
– Həbsxana karvansara deyil. Qoy səni həbs etsinlər, onda qapını açarlar.
Kiçik pəncərə yenə qapandı.
Yolçu, bağlarla əhatə olunmuĢ dar bir küçəyə girdi. Bu bağların bəzisinin ətrafına çəpər əvəzinə
kollar əkilmiĢdi ki, bu da küçəni Ģən göstərirdi. Bağlar və çəpərlər arasında yolçu birmərtəbəli
kiçik bir ev gördü; evin pəncərəsindən iĢıq gəlirdi. Yolçu meyxananın pəncərəsindən baxdığı
kimi, bu evin də pəncərəsindən içəri baxdı və divarları ağardılmıĢ xeyli geniĢ bir otaq gördü.
Otağın bir tərəfində pərdə altında bir çarpayı, yanında da bir beĢik, bir neçə taxta stul, divardan
asılmıĢ qoĢalülə bir tüfəng var idi. Otağın ortasında süfrə hazırlanmıĢdı. Mis lampa qaba ağ
örtüyü, gümüĢ kimi parlayan və Ģərabla dolu olan qalay bir kuzəni və içində Ģorba buğlanan
saxsı qabı iĢıqlandırırdı. Masanın yanında qırx yaĢlarında, ağbənizli gülərüzlü bir kiĢi oturmuĢdu
və dizləri üstündə kiçik bir uĢağı atıb-tuturdu. Yanında oturan cavan bir qadın o biri uĢağa süd
verirdi. Ata gülür, uĢaq gülür, ana gülümsəyirdi.
Yolçu bu xoĢ və sakit mənzərə qarĢısında bir az dayanaraq fikrə daldı. O nələr düĢünürdü? Bu
suala yalnız özü cavab verə bilərdi. Yəqin, o fikirləĢirdi ki, bu Ģən ailə ona qonaqpərəstlik
göstərməkdən boyun qaçırmaz və burada, bu qədər məsud görünən bir evdə, bəlkə, ona da bir
zərrə mərhəmət tapılar.
O yavaĢca pəncərəni döydü.
EĢitmədilər.
Bir də döydü.
Bu zaman qadın ərinə müraciətlə:
– Bura bax, kiĢi, deyəsən, qapını döyürlər, – dediyini eĢitdi. KiĢi:
– Yox, – deyə cavab verdi.
Yolçu pəncərəni üçüncü dəfə döydü:
KiĢi ayağa qalxaraq, lampanı götürdü və qapıya yaxınlaĢıb açdı. Ev sahibi ucaboylu, yarıkəndli,
yarıpeĢəkar bir adam idi. Ġri dəri önlüyü sol çiyninə qədər çatırdı. Önlüyün döĢ tərəfində qurĢağa
sancılmıĢ çəkic, qırmızı yaylıq, barıt qabı və müxtəlif Ģeylər görünürdü. Ev sahibi baĢını yuxarı
qaldıraraq dayanmıĢdı: köynəyinin geniĢ, açıq yaxasından öküz boynuna oxĢayan ağ boynu
görünürdü. Onun qalın qaĢları, iri qara bakenbardları, bir qədər dəbərmiĢ gözləri vardı, alt çənəsi
qabağa çıxmıĢdı, üzündə öz evində olduğunu bildirən adama məxsus təsvirəgəlməz bir ifadə
vardı.
Yolçu onu görüncə:
– BağıĢlayın, cənab, – dedi. – Pulla mənə bir boĢqab Ģorba və yatmaq üçün bax, o bucaqdakı
mərəkdə bir yer verərsinizmi? Pulla, verə bilərsinizmi?
Ev sahibi soruĢdu:
– Siz kimsiniz?
Yolçu cavab verdi:
– Mən Püi-Muasondan gəlirəm. Bütün günü piyada on iki lyo gəlmiĢəm. Mənə yer verərsinizmi?
Əlbəttə, pulla.
Kəndli:
– YaxĢı adama pulla evimdə yer verməkdən boyun qaçırtmazdım, – dedi. – Ancaq siz nə üçün
karvansaraya getmirsiz?
– Orada yer yoxdur.
– Necə yoxdur? Ola bilməz. Bu gün nə bazar günüdür, nə də yarmarka. Labarın yanına
getmədinizmi?
– GetmiĢdim.
– Bəs nə oldu?
Yolçu bir az pərt halda.
– Bilmirəm, o məni oraya buraxmadı.
– Bəs oraya, nədir o, ġafo küçəsindəkinə, getdinizmi?
Yolçunun pərtliyi artırdı.
– O da məni içəri qoymadı, – deyə o mızıldandı.
Kəndlinin üzündə bir Ģübhə göründü; o, yolçunu baĢdan-ayağa süzərək birdən dəhĢətlə:
– Yoxsa, siz həmin adamsınız? – dedi.
Sonra yenə yolçunu gözdən keçirdi. Üç addım geri çəkildi, lampanı masanın üstünə qoydu və
divardakı tüfəngi əlinə aldı.
Kəndlinin: ―Yoxsa, siz həmin adamsınız?‖ sözlərini eĢidən qadın yerindən sıçradı və hər iki
uĢağını qucağına alaraq tələsik, hətta döĢünü belə örtmədən ərinin arxasında gizləndi. O,
qorxudan bərəlmiĢ gözlərini yolçunun üzünə zilləyərək və öz-özünə ―Oğru, sərsəri‖ – deyə
pıçıldayırdı. Bütün bu hadisələr təsəvvür edilməyəcək dərəcədə tez baĢ verdi. Ev sahibi bir neçə
saniyə naməlum adama elə baxdı ki, sanki, qarĢısında duran zəhərli ilan idi, sonra yenə qapıya
yanaĢaraq:
– Rədd ol, – dedi.
Yolçu:
– Allah xatirinə, heç olmazsa bir stəkan su verin, – deyə xahiĢ etdi: Kəndli:
– Alnına bir güllə çaxılmasını istəmirsən ki? – deyə cavab verdi.
Sonra qapını bərk örtdü və yolçu iki ağır dəmir sürmənin bir-bir necə cırıldadığını eĢitdi. Bir
dəqiqədən sonra pəncərənin taxtaları da örtüldü, dəmir tirin gurultu ilə yerinə qoyulduğu eĢidildi.
Zülmət getdikcə qatılaĢırdı. Alp dağlarından soyuq külək əsirdi. Yolçu sönən gündüzün zəif
iĢığında küçəni əhatə edən bağlardan birində, sanki, çimlə örtülmüĢ daxma kimi bir Ģey gördü.
O, cürətlə Ģəbəkə hasardan sıçrayaraq bağa düĢdü və daxmaya yanaĢdı, qapı əvəzində alçaq bir
dəlik gördü; daxma Ģose fəhlələrinin yol kənarında tikdikləri komalara bənzəyirdi. Yəqin, yolçu
bunun, doğrudan da, belə bir koma olduğunu düĢünmüĢdü. O, soyuqdan və acından əziyyət
çəkirdi: aclığa çarə tapmırdı, lakin burada heç olmazsa soyuqdan qorunmaq üçün bir sığınacaq
vardı. Bu cür yerlərdə, adətən, gecələr kimsə qalmır. O qarnı üstə uzandı və sürünə-sürünə
daxmanın dəliyindən keçdi. Ġçəri isti idi. Yerdə hətta küləĢ döĢənək də vardı, O, bir dəqiqə bu
döĢənəyin üstündə uzandı, o qədər yorulmuĢdu ki, hərəkət etməyə qadir deyildi. Sonra
arxasındakı çantanın onu narahat etdiyini hiss edərək və bu çantanın bir yastıq ola biləcəyini
düĢünüb qayıĢlardan birini açmağa baĢladı. Bu anda qorxunc bir mırıltı eĢitdi. O gözlərini
qaldırdı. Daxmanın qaranlıq deĢiyindən böyük bir köpəyin baĢı göründü.
Yolçu it damına düĢmüĢdü.
O, özü də çox qüvvətli və dəhĢətli idi; dəyənəyini əlinə alaraq və çantasını qalxan kimi tutaraq
birtəhər deĢikdən bayıra çıxdı; onun cındır paltarındakı yırtıqlar daha da artmıĢdı.
O, əlindəki əsanı yellədə-yellədə dal-dalı qapıya tərəf geri çəkilərək birtəhər bağdan çıxdı, iti
yaxına qoymamaq üçün o, qılınc təlimi ustaları arasında məĢhur olan ―qapalı qızılgül‖ üsuluna əl
atmağa məcbur oldu.
Bir qədər əziyyətdən sonra o, hasarı aĢdı. O, küçədə yenə yalqız, yurdsuz, pənahsız idi, hətta o
miskin it damından da qovulmuĢ, o küləĢ döĢənəkdən də məhrum edilmiĢdi. O, özünü bir daĢın
üstünə saldı. Deyirlər ki, bu zaman yoldan keçən bir nəfər onun: ―Ah, it də məndən yaxĢı
yaĢayır!‖ – dediyini eĢitmiĢdi.
Bir az sonra o, ayağa qalxdı və yenə yoluna davam etdi. O, çöldə bir ağac və ya bir ot tayası
tapıb altında sığınmaq ümidi ilə Ģəhərdən çıxdı.
O, baĢını aĢağı sallamıĢ halda xeyli yol getdi. Nəhayət, insan olan yerlərdən uzaqlaĢdığını hiss
edərək baĢını qaldırdı və ətrafına göz gəzdirdi. O, çöldə idi; qarĢısında dibdən biçilmiĢ kövĢəni
olan yastı bir təpə görünürdü, – biçindən sonra bu cür təpələr saçı qırxılmıĢ baĢı xatırladır.
Üfüq tamamilə qaralmıĢdı – bu yalnız gecənin qaranlığı deyildi; qaranlığı qatılaĢdıran alçaq
buludlar idi; onlar, sanki, lap təpənin üstündə yatır və yuxarı qalxaraq bütün göyü bürüyürdü.
Lakin tezliklə ay çıxacağından, göyün ortasında isə toran iĢığının parıltıları gəziĢdiyindən
yüksəklikdə bu buludlar bir növ ağımtıl qübbə əmələ gətirir və bu qübbədən yerə solğun iĢıq
saçılırdı.
Buna görə yer göydən daha çox iĢıqlı idi ki, bu da həmiĢə olduqca müdhiĢ bir təsir bağıĢlayır.
Təpənin yeknəsəq, kədərləndirici cizgiləri qaranlıq üfüqdə tutqun-göyümtül bir ləkə kimi
görünürdü. Bütün bu mənzərə iyrənc, miskin, kədərləndirici və cansıxıcı bir Ģeyi xatırladırdı.
Tarlada və təpədə yolçudan bir neçə addım kənarda duraraq küləkdən titrəyən eybəcər bir
ağacdan baĢqa heç bir Ģey yox idi.
ġübhəsiz ki, bu adam hadisələrin gizli cəhətini həssaslıqla qavrayan incə mənəvi və zehni
xüsusiyyətlərə malik adamlardan deyildi, lakin bu göydə, bu təpədə, bu düzənlikdə və bu ağacda
elə sonsuz bir kədər vardı ki, yolçu bir dəqiqə hərəkətsiz dayanıb, bu mənzərəni seyr etdikdən
sonra birdən geri döndü. Bəzən təbiətin özü də insana düĢmən kimi görünür.
Yolçu geri qayıtdı. ġəhər qapıları bağlanmıĢdı. Dini müharibələr dövründə üç mühasirəyə davam
gətirmiĢ Din Ģəhəri 1815-ci ildə hələ köhnə qala divarları və dördbucaqlı bürclərlə əhatə
olunmuĢdu. Bu divarlar və bürclər yalnız sonralar uçurulmuĢdu. Yolçu divarda bir uçuq yer tapıb
yenə Ģəhərə girdi.
Saat təqribən səkkiz olardı. Yolçu küçələri tanımadığından, yenə qarĢısına çıxan küçələrlə yol
getməyə baĢladı.
Beləliklə o, Ģəhər idarəsinin, sonra da seminariyanın yanına çatdı. Kilsə meydanından keçərkən,
yumruğunu qaldırıb hədələdi.
Bu meydanın tinində bir mətbəə vardı. Ġmperatorun və imperator qvardiyasının Elba adasından
gətirilmiĢ bir orduya yazılmıĢ olan bəyannamələri ilk dəfə məhz burada çap edilmiĢdi. Bu
bəyannamələr Napoleon tərəfindən yazdırılmıĢdı.
Taqətdən düĢmüĢ və bütün ümidini itirmiĢ yolçu bu mətbəənin qapısı ağzındakı daĢ oturacağın
üstünə uzandı.
Bu zaman kilsədən bir qoca qadın çıxdı. Qaranlıqda oturacaqda uzanan adamı görüncə:
– Burada nə edirsiniz, dostum? – deyə soruĢdu.
Yolçu kəskin və kinli bir səslə cavab verdi:
– Özünüz görmürsünüzmü, mərhəmətli qadın? Mən yatmaq istəyirəm.
Bu ada, həqiqətən, layiq olan mərhəmətli qadın markiza de R. idi.
– Bu daĢ oturacağın üstündəmi? – deyə o yenə soruĢdu.
– Mən on doqquz il quru taxtalar üstündə yatmıĢam, bu gün də daĢ üstə yataram.
– Siz əsgərlikmi edirdiniz?
– Bəli, mərhəmətli qadın, əsgərlik edirdim.
– Bəs nə üçün karvansaraya getmirsiniz?
– Çünki pulum yoxdur.
Xanım de R:
– Təəssüf! – dedi, – Mənim cibimdə ancaq dörd su vardır.
– Fərqi yoxdur, verin.
Yolçu bu pulu aldı. Xanım de R. sözünə davam etdi:
– Bu qəpik-quruĢla sizi karvansaraya qəbul etməzlər. Ancaq bir deyin görək, gecələmək üçün bir
yer axtarıb tapmağa cəhd etdinizmi? Axı bütün gecəni belə keçirə bilməzsiniz. Yəqin, çox
üĢümüĢsünüz, həm də acsınız. Bəlkə, sizə yazığı gəlib bir sığınacaq verən oldu.
– Mən bütün qapıları döymüĢəm.
– Bəs necə oldu?
– Məni hər yerdən qovdular.
―Mərhəmətli qadın‖ yolçunun çiyninə toxunaraq, meydançanın o biri tərəfində, yepiskop
sarayının yanındakı kiçik bir evi göstərərək:
– Deyirsiniz ki, bütün qapıları döymüĢsünüz? – deyə o bir də soruĢdu.
– Bəli.
– Bu qapını da döydünüz?
– Yox.
– Elə isə döyün.
ĠKĠNCĠ FƏSĠL.
Hikmətə verilən ehtiyat dərsi.
O axĢam Din yepiskopu adəti üzrə Ģəhəri gəzdikdən sonra öz otağına girib, qapısını bağlayaraq
uzun müddət orada oturmuĢdu. O, ―Ġnsanın vəzifələri‖ mövzusunda böyük bir əsər yazırdı.
Təəssüf ki, bu əsər tamamlanmamıĢ qaldı. O, bu mühüm məsələ haqqında kilsə rəhbərlərinin və
alimlərin yazdıqlarını böyük bir səylə toplayırdı. Onun əsəri iki hissədən ibarət idi; birinci
hissəsində ümumbəĢər vəzifələrindən, ikinci hissədə isə cəmiyyətdə tutduğu mövqeyə görə hər
adamın ―öhdəsinə düĢən vəzifələrdən bəhs olunurdu. ÜmumbəĢər vəzifələri böyük vəzifələrdir.
Bunlar dörddür. Müqəddəs apostol Matvey bu vəzifələri bu cür bölüĢdürür: Allaha qarĢı
vəzifələr (Matf. VI), insanın özünə qarĢı vəzifələr (Matf. V, 29, 30), baĢqa insanlara qarĢı
vəzifələr (Matf. VII. 12, Tanrının xəlq etdiklərinə qarĢı vəzifələr (Matf. VI. 20, 25). Qalan
vəzifələrə gəlincə, yepiskop bunların baĢqa yerlərdə qeyd olunduğunu və yazıldığını tapmıĢdı:
padĢahların və rəiyyətlərin vəzifələrini – romalılara göndərilmiĢ məktubda, hakimlərin,
arvadların, anaların və gənclərin vəzifələrini – müqəddəs Pyotrun yazılarında, ataların, ərlərin,
uĢaqların və nökərlərin vəzifələrini efeslilərə göndərilmiĢ məktubda; möminlərin vəzifələrini
yəhudilərə göndərilmiĢ məktubda, bakirə qızların vəzifələrini – korinflilərə göndərilmiĢ
məktubda. O, böyük bir səylə bütün bu tapĢırıqları toplayıb mövzunu bir küll Ģəklində
birləĢdirmiĢdi və onu insanlara təlqin etmək istəyirdi.
AxĢam saat səkkizdə madam Maqluar adəti üzrə, çarpayının yanında asılmıĢ kiçik Ģkafdan
gümüĢ qabları götürmək üçün içəri girdiyi zaman yepiskop dizi üstündə açıq iri bir kitab tutaraq,
kiçik kağız parçaları üzərində qeydlər edirdi. Bir dəqiqə sonra yepiskop süfrənin hazır olduğunu
və bacısının, yəqin, onu gözlədiyini xatırlayaraq kitabı örtdü və ayağa qalxaraq yemək otağına
getdi.
Yemək otağı buxarısı olan uzunsov bir otaq idi. Dediyimiz kimi, bu otağın qapısı küçəyə,
pəncərəsi isə bağçaya açılırdı.
Madam Maqluar, doğrudan da, axĢam yeməyi hazırlığını qurtarmaq üzrə idi.
O, öz iĢini görə-görə madmazel Batistina ilə söhbət edirdi. Masanın üstündə lampa yanırdı, masa
yaxĢıca qalanmıĢ buxarıya yaxın qoyulmuĢdu.
Hər birinin altmıĢdan artıq yaĢı olan bu iki qadını təsəvvürə gətirmək çətin deyil; madam
Maqluar qısaboylu, diribaĢ, kök bir qadın idi, madmazel Batistina isə – mülayim, arıq və zəif,
qardaĢından bir az uca idi, əynində 1806-cı ildə dəbdə olan qırmızımtıl-qonur rəngdə ipək paltar
vardı. Bu paltarı madmazel Batistina həmin ildə Parisdə almıĢdı və o zamandan indiyədək
geyirdi. Sadə xalq dili ilə desək (bu xalq ifadələrinin qiymətli cəhəti bundadır ki, bir səhifə ilə
izah ediləcək fikri bir sözlə ifadə etmək olur), madam Maqluar ―avamlardan‖, madmazel
Batistina isə ―xanımlardan‖ idi. Madam Maqluarın baĢında qırçınlı ağ baĢlığı, boynunda isə qızıl
xaç vardı, – həmin xaç bu evdə olan yeganə qadın zinəti idi; ağappaq ləçəyi kobud parçadan
tikilmiĢ, qısa və geniĢ qollu qara paltarına rövnəq verirdi. Qırmızı və yaĢıl damalı, yaĢıl belbağı
ilə belindən bağlanmıĢ döĢlüyü, ucları yuxarıdan iki sancaqla sancılmıĢ qənĢərliyi onun geyimini
tamamlayırdı, ayaqlarına Marsel qadınları kimi kobud çəkmələr, sarı corablar geymiĢdi.
Madmazel Batistinanın paltarı 1806-cı ilin dəbi ilə tikilmiĢdi, lifi qısa, tumanı dar, qolları
çiyinlikli, baftalı və düyməli idi. AğarmıĢ saçlarının üstünü ―uĢaq‖ tərzində burulmuĢ pariklə
örtürdü. Madam Maqluar ağıllı, diribaĢ, savadlı qadın təsiri bağıĢlayırdı, lakin bir ucu aĢağı, o
biri ucu yuxarı olan ağzı və alt dodağından qalın olan üst dodağı ona bir qədər kobud və amiranə
görünüĢ verirdi. Monsenyor susduqca madam Maqluar onunla hörmət və açıqlıqla qarıĢıq bir
qətiyyətlə danıĢırdı; lakin monsenyor danıĢmağa baĢlar-baĢlamaz, o da, gördüyümüz kimi,
madmazel Batistinatək yepiskopa danıĢıqsız itaət edərdi. Madmazel Batistinaya gəlincə, o heç
danıĢmazdı da. O, itaət və təqdir etməklə kifayətlənirdi, hətta gəncliyində də o heç bir zaman
gözəl olmamıĢdı, bərəlmiĢ mavi gözləri, uzun donqar burnu var idi, lakin onun bütün üzündən,
bütün varlığından (əvvəldə söylədiyimiz kimi) ifadə edilməz bir mərhəmət yağırdı. Onda həmiĢə
bir mülayimlik hiss olunurdu: mərhəmət, ümid və inam – qəlbi isindirən bu üç fəzilət isə onun bu
mülayimliyini yavaĢ-yavaĢ qüdsiyyət dərəcəsinə yüksəltmiĢdi. Təbiət onu mülayim yaratmıĢ, din
onu mələyə çevirmiĢdi. Zavallı müqəddəs qız! Yox olmuĢ əziz bir xatirə!
Sonralar madmazel Batistina yepiskopun evində həmin axĢam baĢ verən bu hadisəni o qədər
nağıl etmiĢdi ki, hələ də yaĢayan bir çox adamlar bu hadisəni kiçik təfsilatına qədər xatırlayırlar.
Yepiskop içəri girdiyi zaman madam Maqluar madmazel Batistinaya hərarətlə nə isə danıĢırdı,
madmazellə o, sevdiyi və yepiskopun artıq adət etdiyi mövzuda söhbət edirdi. Söhbət bayır
qapının sürməsi haqqında gedirdi.
Görünür, madam Maqluar axĢam yeməyi üçün bəzi Ģeylər almağa getdiyi zaman müxtəlif
xəbərlər eĢitmiĢdi. ġübhəli bir sərsəri haqqında danıĢırdılar.
Deyirdilər ki, Ģəhərdə qorxulu, naməlum bir Ģəxs zahir olmuĢdur, o, küçələri dolaĢır və bu gecə
evlərinə gec qayıdanları təhlükəli bir görüĢ gözləyir. Həm də deyirdilər ki, polis heç bir Ģeyə
yaramır, çünki prefektlə mer bir-birilə yola getmədiklərindən, bir-birinə badalaq gəlməyə
çalıĢaraq qəsdən müxtəlif hadisələr törədirlər. Odur ki, ağlı baĢında olan adamlar polis vəzifəsini
öz üzərlərinə götürməli, ayıq olmalı və çalıĢmalıdırlar ki, qapılar və sürmələr möhkəm olsun,
bütün qapılar içəridən möhkəm bağlansın.
Madam Maqluar bu son sözləri xüsusilə qeyd etdi, lakin öz soyuq otağına yenicə keçmiĢ
yepiskop buxarının yanında oturub isinir və ümumiyyətlə, baĢqa bir Ģey haqqında düĢünürdü.
Madam Maqluarın son sözlərinə o heç diqqət vermədi. Madam Maqluar sözünü təkrar etdi. O
zaman madmazel Batistina qardaĢının narazılığına səbəb olmadan madam Maqluarı məmnun
etmək məqsədilə çəkinə-çəkinə qardaĢından soruĢmağa cürət etdi:
– Madam Maqluarın dediyini eĢidirsinizmi, qardaĢım?
– Bəli, nə isə ötəri eĢitdim, – deyə yepiskop cavab verdi. Sonra stulunu bir qədər irəli çəkib iki
əllərini dizlərinə söykədi, aĢağıdan buxarının alovu ilə iĢıqlanan mərhəmətli və gülər üzünü qoca
xidmətçi qadına çevirərək soruĢdu:
– Hə, nə var? Nə olmuĢdur? Deməli, biz böyük bir təhlükə içərisindəyik?
Madam Maqluar bütün əhvalatı özü hiss etmədən, bir qədər mübaliğə ilə yenidən söyləməyə
baĢladı. Belə məlum olurdu ki, Ģəhərdə bir qaraçı sərsəri, təhlükəli bir dilənçi dolaĢmaqdadır. O,
Jaken Labarın mehmanxanasında gecələmək istəmiĢ, lakin Labar onu içəri buraxmamıĢdır.
Adamlar onun Qasendi bulvarından keçdiyini və Ģər qarıĢanadək Ģəhəri dolandığını görmüĢlər.
Zahirdə o, lap quldura bənzəyir – asılmağa layiq bir adamdır.
– Doğrudanmı? – deyə yepiskop soruĢdu.
Bu sual madam Maqluarı ürəkləndirdi. Ona belə gəldi ki, yepiskop narahat olmağa baĢlayır, odur
ki, təntənə ilə sözünə davam etdi:
– Bəli, monsenyor, elədir ki, var. Bu gecə Ģəhərdə, hökmən, bir bədbəxtlik olacaqdır. Hamı belə
deyir. Həm də polis heç bir Ģeyə yaramır (faydalı bir təkrar). Belə də iĢ olar ki, dağ yerində
yaĢayasan, küçələrdə belə fənər olmasın? Bayır lap zülmətdir. Monsenyor, xanım da mənim
sözlərimi təsdiq edir, deyir ki...
Madmazel Batistina madam Maqluarın sözünü kəsərək:
– Mən heç bir söz demirəm, – dedi. – QardaĢım nə iĢ görürsə, hamısı yaxĢıdır.
Madam Maqluar bu etirazı eĢitməmiĢ kimi sözünə davam etdi.
– Biz onu deyirik ki, bizim ev heç etibarlı deyil, əgər monsenyor icazə verirsə, çilingərə deyim
ki, qapının köhnə rəzələrini salsın, onlar xarab olmamıĢdır, ona görə bu, bir dəqiqəlik iĢdir; mən
sizə deyirəm, monsenyor, rəzələr heç olmasa bu gecəliyə salınmalıdır. Çünki mən sizə yenə
deyirəm, sürgüsü yeĢikdən olan və hər kəsin aça biləcəyi qapıdan qorxulu bir Ģey yoxdur. Həm
də, monsenyorun adətidir, gecəyarısı belə qapını döyən olsa, həmiĢə ―buyurun‖ deyir. Aman
Allah, nə deyim! Ġcazə almağa belə heç kəsin ehtiyacı yoxdur...
Bu zaman kim isə qapını bərk döydü.
Yepiskop:
– Buyurun, – dedi.
ÜÇÜNCÜ FƏSĠL.
Kor-koranə itaət etmək qəhrəmanlığı.
Qapı açıldı.
O, birdən-birə və taybatay açıldı, sanki, kimsə onu qəti bir hərəkətlə bərk itələmiĢdi.
Ġçəriyə bir adam girdi.
Bu adamı biz artıq tanıyırıq. Bu, gecələmək üçün yer axtara-axtara indicə Ģəhəri dolaĢan həmin
yolçu idi.
O, içəri girdi, qapını örtmədən irəliyə doğru bir addım atdı və dayandı. Onun çiynində çanta,
əlində əsa vardı. BaxıĢından sərtlik, cəsarət, kin və yorğunluq yağırdı. Buxarının odu onu
baĢdan-ayağa qədər iĢıqlandırırdı. O, çox dəhĢətli idi. Birdən zahir olan bu adamda nə isə
qorxunc bir Ģey vardı.
Madam Maqluar o qədər qorxdu ki, çığıra da bilmədi. O, titrədi və sanki, yerində donub qaldı.
Madmazel Batistina dönüb, içəri girən adamı gördü və qorxub ayağa qalxdı, sonra baĢını yavaĢ-
yavaĢ buxarıya tərəf çevirərək, qardaĢının üzünə baxdı və üzü əvvəlki kimi sakit və aydın ifadə
aldı.
Yepiskop içəri girən adama diqqətlə və sakitcə baxırdı. O, ağzını açıb, görünür gələn adamdan
ona nə lazım olduğunu soruĢmağa hazırlaĢırdı ki, yolçu əllərini əsasına dayayaraq, qocaya və iki
qadına bir nəzər saldı və yepiskopun danıĢmasını gözləmədən uca səslə danıĢmağa baĢladı.
– Bilirsinizmi nə var? Mənim adım Jan Valjandır. Katorqadan gəlirəm. Orada on doqquz il
qalmıĢam. Məni dörd gün bundan əvvəl azad etmiĢlər. Pontarl’eyə gedirəm. Orada yaĢamağıma
icazə vermiĢlər. Budur, dörd gündür ki, Tulondan piyada gəlirəm. Bu gün on iki lyo yol
gəlmiĢəm. AxĢam bu Ģəhərə gəlib karvansaraya getdim, lakin Ģəhər idarəsində göstərmiĢ
olduğum sarı pasporta görə məni oradan qovdular. Nə edə bilərdim. Mən baĢqa karvansaraya
gəldim. ―Rədd ol!‖ dedilər. Əvvəlcə birində, sonra da o birində heç kəs məni içəri buraxmaq
istəmədi. Mən həbsxanaya da getdim, qapıçı qapını açmadı. Bir it damında da sığınacaq üçün yer
axtardım. Ġt də məni diĢlədi və qovdu, sanki, o da adam idi. Elə bil, mənim kim olduğumu bilirdi.
Mən açıq havada gecələmək üçün çölə çıxdım, lakin göyün üzünü buludlar aldı, yağıĢ yağmağını
və yağıĢın qarĢısını ala biləcək Tanrının olmadığını düĢünüb, heç olmazsa, bir qapının arasında
yatmaq üçün Ģəhərə qayıtdım. Burada, meydanın ortasında bir daĢ oturacağın üstündə uzanmaq
istəyirdim ki, mərhəmətli bir qadın sizin evinizi göstərərək: ―Bu qapını döy‖ dedi, mən də sizin
qapını döydüm. Bura nədir? Karvansaradır? Mənim pulum var. Özü də çox. On doqquz il
katorqada iĢləyib, yüz doqquz frank on beĢ su qazanmıĢam. Haqqınızı verərəm. Nə üçün də
verməyim? Mənim ki, pulum vardır. Mən çox yorğunam. On iki lyo piyada gəlmiĢəm və bərk
acmıĢam. Mənə burada qalmağa icazə verərsinizmi?
Yepiskop:
– Madam Maqluar, – dedi, – süfrəyə bir dəst də qab qoyun.
Yolçu bir neçə addım irəli gedərək, üstündə lampa yanan masaya yanaĢdı və qulaqlarına
inanmırmıĢ kimi sözünə davam etdi:
– Dayanın, deyəsən, məni baĢa düĢmədiniz. Mən katorqalıyam. BirbaĢ katorqadan gəlirəm. Mən
dustaq idim. – O, bunu deyərək, cibindən iri bir kağız parçası çıxartdı və açdı: – Bu da mənim
pasportum. Görürsünüzmü, rəngi sarıdır. Bu onun üçündür ki, məni hər yerdən qovsunlar.
Oxumaq istəyirsinizmi? Mən özüm də oxuya bilirəm. Mən oxumağı dustaqxanada öyrənmiĢəm.
Orada oxumaq istəyənlər üçün məktəb vardır. Görün, pasportumda onlar nə yazıblar: ―Jan
Valjan, katorqadan buraxılmıĢ, doğulduğu yer...‖ hə, bunu siz bilməsəniz də olar... – on doqquz
il katorqada qalmıĢdır. BeĢ il - qapını sındırmaqla oğurluq etdiyi üçün. On dörd il - dörd dəfə
qaçmaq istədiyi üçün. Bu adam çox təhlükəlidir. Gördünüzmü? Məni hər yerdən qovurlar. Bəs
siz necə? Məni evinizə buraxmağa razısınızmı? Bura nədir? Karvansaradır? Mənə yemək və
gecələmək üçün yer verməyə razısınızmı? Sizdə tövlə tapılarmı?
Yepiskop:
– Madam Maqluar, – dedi, – küncdəki çarpayıya təmiz mələfə salın.
Bu iki qadının yepiskopa olan itaətkarlığının nə xarakterdə olduğunu söyləmiĢdik.
Madam Maqluar yepiskopun hər iki əmrini yerinə yetirmək üçün bayıra çıxdı.
Yepiskop yolçuya müraciət edərək:
– Oturun, cənab, isinin, – dedi. – Biz bu saat yemək yeyəcəyik, sonra da sizə yataq hazırlayarlar.
Deyilən sözlərin mənası yalnız indi yolçunun Ģüuruna çatdı. Bu vaxta qədər sərt və qaĢqabaqlı
görünən üzündə qeyri-adi bir heyrət, Ģübhə və sevinc göründü. O, sərsəri kimi mızıldamağa
baĢladı:
– Doğrudanmı? Ola bilməz! Siz mənim burada qalmağıma icazə verirsiniz? Siz məni, katorqadan
gələn adamı qovmayırsınız? Siz mənə ―cənab‖ deyirsiniz? Siz mənə sən demirsiniz? Siz ―rədd
ol, köpək!‖ demirsiniz?.. Adamlar həmiĢə belə deyirlər. Mən sizin də məni qovacağınıza heç
Ģübhə etmirdim. Axı mən kim olduğumu dərhal sizə söylədim. Mənə buranı göstərən mərhəmətli
qadın sağ olsun. Mən bu saat yemək yeyəcəyəm! BaĢqa adamlar kimi mən də döĢəkli, mələfəli
çarpayıda yatacağam! Çarpayı! On doqquz ildir ki, mən çarpayıda yatmamıĢam! Siz mənə
burada qalmağa icazə verirsiniz. Siz, doğrudan da, ləyaqətli adamlarsınız! Onu da deyim ki,
mənim pulum vardır. Mən sizə yaxĢı pul verərəm. BağıĢlayın, cənab meyxanaçı, sizin adınız
nədir? Nə qədər pul lazım olsa verərəm. Siz meyxanaçısınız, elə deyilmi?
Yepiskop:
– Mən keĢiĢəm və bu evdə yaĢayıram, – deyə cavab verdi. Yolçu:
– KeĢiĢ! – deyə təkrar etdi. – Ah, əcəb xeyirxah keĢiĢsiniz! Deməli, siz məndən pul
istəməyəcəksiniz? Siz keĢiĢsiniz? Bu böyük kilsənin keĢiĢi, eləmi? Doğrudan da, mən nə qədər
axmağammıĢ! Araqçınınızı görmədim.
O, bu sözləri deyib çantasını və əsasını otağın küncünə, pasportunu isə cibinə qoydu və oturdu.
Madmazel Batistina mərhəmətli nəzərlə ona baxırdı. O, sözünə davam edərək dedi:
– Cənab keĢiĢ, siz çox rəhmli adamsınız, siz heç kəsdən iyrənmirsiniz. YaxĢı keĢiĢ olmaq yaxĢı
Ģeydir. Demək, mənim pulum sizə lazım olmayacaqdır?
Yepiskop:
– Yox, – deyə cavab verdi, – pulunuzu özünüzə saxlayın. Nə qədər pulunuz var? Gərək ki, siz
dediniz, yüz doqquz frank, eləmi?
Yolçu:
– Bir də on beĢ su, – deyə əlavə etdi.
– Yüz doqquz frank on beĢ su. Bu pulu qazanmaq üçün nə qədər vaxt sərf etmisiniz?
– On doqquz il.
Yepiskop dərindən ah çəkdi:
– On doqquz il!
Yolçu sözünə davam edərək dedi:
– Hələ ki, pulumun hamısı yerindədir. Dörd gündə ancaq Qrasda araba boĢaltmaq üçün aldığım
iyirmi beĢ sunu xərcləmiĢəm. Siz abbatsınız, odur ki, mən sizə katorqadakı həbsxanada keĢiĢ
olduğunu demək istəyirəm. Bir dəfə də mən yepiskopu gördüm. Ona monsenyor deyirdilər. O,
Marseldə mayork yepiskopu idi. Yepiskop bütün keĢiĢlərin baĢçısıdır. BağıĢlayın, mən yaxĢı
izah edə bilmərəm, ancaq bu ona görədir ki, belə Ģeylərdən çox baĢım çıxmır. Bir təsəvvür edin –
bizlər hara, o hara? O, həbsxana həyətində ibadət edirdi, orada taxt qurmuĢdular, onun baĢında
xalis qızıldan ĢiĢ uclu bir Ģey vardı, günəĢin Ģüaları altında par-par parıldayırdı. Biz üç tərəfdən
cərgəyə düzülüb dayanmıĢdıq, fitilləri yandırılmıĢ torların ağzını bizə tərəf çevirmiĢdilər. Biz
onu yaxĢı görmürdük. O nə isə danıĢırdı, lakin bizdən o qədər uzaq idi ki, heç bir Ģey eĢitmirdik.
Yepiskop belə olar.
Yepiskop onun sözünü kəsmədən ayağa durub indiyədək taybatay açıq qalmıĢ qapını örtdü.
Madam Maqluar içəri girdi və gətirdiyi qabları süfrənin üstünə qoydu. Yepiskop dedi:
– Madam Maqluar, o qabları mümkün qədər ocağa yaxın qoyun. – Sonra qonağına tərəf dönərək:
– Alp dağlarında gecələr çox soyuq olur. Cənab, siz, yəqin, bərk üĢümüĢsünüz? – deyə əlavə
etdi.
Yepiskop hər dəfə yolçuya müraciət edərək öz ciddi və nəvaziĢkar səsi ilə ―cənab‖ deyəndə,
yolçunun üzü sevinclə iĢıqlanırdı. Katorqalıya ―cənab‖ demək, ―Meduza‖ gəmisi qərq olanda
zərər çəkmiĢ adama bir stəkan su vermək kimi bir Ģeydir. LəkələnmiĢ adamlar hörmət
həsrətindədirlər.
Yepiskop:
– Bu lampanın iĢığı çox sönükdür, – dedi.
Madam Maqluar yepiskopun dediyini baĢa düĢdü, yepiskopun yataq otağına gedib, buxarının
üstündəki iki gümüĢ Ģamdanı götürdü, Ģamları yandırıb masanın üstünə qoydu.
Yolçu:
– Cənab keĢiĢ, – dedi, – siz yaxĢı adamsınız. Siz nifrət etmədiniz. Siz mənə evinizdə yer
verdiniz. Mənim üçün Ģam yandırdınız. Halbuki mən haradan gəldiyimi və cinayətkar olduğumu
sizdən gizlətmədim.
Onun yanında oturmuĢ yepiskop yavaĢca onun əlinə toxundu.
– Siz kim olduğunuzu mənə söyləməyə də bilərdiniz. Bu ev mənim deyil, Həzrət Ġsanın evidir.
Bu qapıdan girən adamdan, adı olub-olmadığını deyil, bir dərdi olub-olmadığını soruĢurlar. Siz
əzab çəkirsiniz, siz ac və susuzsunuz – xoĢ gəlmiĢsiniz. Mənə təĢəkkür etməyin, deməyin ki,
mən sizə evimdə yer vermiĢəm. Bu evin sahibi yalnız ehtiyacı olanlardır. Siz yoldan keçən
olsanız da, mən sizə deyirəm, bu ev mənimki olmaqdan daha çox sizinkidir. Bu evdə nə varsa,
hamısı sizindir. Belə olanda sizin adınızı bilmək mənim nəyimə lazımdır? Həm də siz adınızı
söyləməmiĢdən əvvəl, mən sizin baĢqa bir adınızı bilirdim.
Yolçu ona heyrətlə baxdı.
– Doğrudanmı? Siz mənim adımı bilirdiniz?
– Bəli, – deyə yepiskop cavab verdi, – sizin adınız ―mənim qardaĢım‖dır.
– Bilirsinizmi nə var, cənab keĢiĢ, – deyə yolçu səsləndi, – mən buraya gələrkən çox ac idim,
lakin siz o qədər mərhəmətlisiniz ki, bu saat mən, bilmirəm nədəndir, ancaq... elə bil, heç ac
deyiləm.
Yepiskop yolçunun üzünə baxaraq soruĢdu:
– Çoxmu əzab çəkmiĢsiniz?
– Ah! O dustaq paltarı, ayaqlara zəncirlə vurulmuĢ kündə, yataq əvəzində quru taxta, isti, soyuq,
iĢ, qalera1, dəyənək zərbələri! Azacıq itaətsizlik üstündə ayaqlara vurulan ikiqat buxovlar! Bircə
söz üçün karser! Hətta xəstə yatdığın zaman belə buxovlar açılmır. Ġtlər də bizdən xoĢbəxtdir!
On doqquz il! Mənim isə cəmi qırx altı yaĢım var. Əlimə də sarı pasport vermiĢlər. Vəssalam.
Yepiskop:
– Bəli, – dedi. – Siz ələm yurdundan çıxmıĢsınız. Lakin qulaq asın. PeĢman olmuĢ bir
günahkarın göz yaĢları göylərə yüz möminin pak paltarlarından daha artıq sevinc gətirir. Siz o
ələm yurdunu qəlbinizdə insanlara qarĢı kin və qəzəb hissi olduğu halda tərk etmiĢsiniz,
acınmağa layiqsiniz, lakin siz oradan xeyirxahlıq, tərənnüm hissi ilə gəlmiĢsinizsə, o zaman siz
bizim hamımızdan yaxĢısınız.
Bunlar söhbət etməkdə ikən madam Maqluar axĢam yeməyi gətirdi. Bu yemək zeytun yağı,
çörək ovuntusu və duzla biĢirilmiĢ Ģorbadan, bir qədər donuz piyindən, bir parça qoyun ətindən,
bir neçə əncirdən və Ģordan ibarət idi. Süfrəyə bir böyük çovdar çörəyi də qoyuldu. Madam
Maqluar yepiskopun həmiĢəki süfrəsinə bir ĢüĢə köhnə Ģərab da əlavə etməyi unutmadı.
Dərhal yepiskopun üzündə qonaqcıl adamlara məxsus məmnuniyyət əlaməti göründü. O, Ģən bir
halda:
– Buyurun süfrəyə, – dedi.
O, həmiĢə evdə kənar adam olduqda etdiyi kimi, qonağı sağ tərəfində oturtdu. Özünü çox sakit
və təmkinli saxlayan madmazel Batistina qardaĢının sol tərəfində əyləĢdi.
Yepiskop dua oxudu, sonra adəti üzrə Ģorbanı özü payladı. Yolçu acgözlüklə yeməyə baĢladı.
Birdən yepiskop dedi:
– Deyəsən, süfrəmizdə bir Ģey çatıĢmır.
Doğrudan da, madam Maqluar süfrəyə yalnız lazım olan üç dəst çəngəl-bıçaq qoymuĢdu.
Halbuki bu evin qaydasına görə yepiskopun qonaqlarından biri axĢam yeməyi üçün qaldığı
zaman, altı dəst gümüĢ çəngəl-bıçağın hamısı süfrəyə qoyulmalı idi. Ziyansız bir lovğalıq! Bu
cür sadəlövhcəsinə zinət iddiası bir uĢaqlıq idi və yoxsulluğu ləyaqət hesab edən bu qonaqpərəst
və eyni zamanda tələbkar ailədə bunun xüsusi bir cazibəsi vardı.
Madam Maqluar iĢarəni anladı, dinməzcə otaqdan çıxdı və bir dəqiqədən sonra oturanların
qabağında simmetriya ilə düzülmüĢ gümüĢ çəngəl-bıçaq parıldadı.
DÖRDÜNCÜ FƏSĠL.
Pontarledəki pendirxanalar haqqında bəzi təfsilat.
Ġndi isə bu süfrənin baĢında vaqe olan əhvalatı anlamaq üçün, madmazel Batistinanın madam
BuaĢevrona yazmıĢ olduğu məktubun bəzi parçalarını burada qeyd etmək daha yaxĢı olar. Bu
məktubda katorqalı ilə yepiskop arasında olan bütün söhbət sadədil bir doğruluqla təsvir
olunmuĢdur:
―...Qonağımız heç kəsə əhəmiyyət vermirdi. O, çoxdan ac qalmıĢ bir adam kimi böyük bir iĢtahla
yeyirdi. Lakin yeyib qurtardıqdan sonra dedi:
– Cənab keĢiĢ, Allah xadimi! Mənə görə bu masanın üstündəkilərin hamısı, hətta həddindən artıq
yaxĢıdır, lakin etiraf etməliyəm ki, mənə özləri ilə bərabər yeməyə icazə verməyən arabaçılar
sizdən çox-çox yaxĢı yeyirlər.
Öz aramızdır, bu söz mənə bir qədər toxundu.
– Onların iĢi mənimkindən çoxdur, – deyə qardaĢım cavab verdi.
– Yox, – deyə qonaq etiraz etdi. – Onların pulları çoxdur. Siz yoxsulsunuz. Mən bunu yaxĢı
görürəm. Bəlkə, siz heç keĢiĢ də deyilsiniz? Siz, doğrudanmı, keĢiĢsiniz? Allah, həqiqətən,
adildirsə, siz əlbəttə, keĢiĢ olmalısınız.
– Allahın ədaləti hədsizdir, – deyə qardaĢım cavab verdi və sonra soruĢdu: – Cənab Jan Valjan,
siz Pontarleyə gedirsiniz, deyilmi?
– Bəli, oraya getmək məcburiyyətindəyəm.
Gərək ki, bu adam məhz belə cavab verdi. Sonra sözünə davam edərək:
– Mən sabah gün çıxar-çıxmaz yola düĢməliyəm, – dedi. – Piyada getmək adamı çox yorur.
Gecələr soyuq, gündüzlər isə istidir.
QardaĢım dedi:
– Siz yaxĢı yerlərə gedirsiniz. Ġnqilab vaxtı ailəmiz dağılmıĢdı, mən də əvvəlcə FranĢ-Kontedə
sığınacaq tapdım və orada bir müddət əlimin əməyi ilə yaĢadım. ĠĢləməyə böyük həvəsim vardı.
Odur ki, özümə iĢ tapdım. Orada iĢ çoxdur. Kağız fabrikləri, gön zavodları, Ģərab və yağ
zavodları, böyük saat fabrikləri, polad və mis əridən zavodlar, azı iyirmi dəmir zavodu vardır:
bunlardan dördü, yəni Lods, ġatilyon, Odenkur və Berdə olan zavodlar çox böyükdür...
Gərək ki, yanılmıram, qardaĢım məhz bu yerlərin adını çəkdi. Sonra sözünü kəsərək, üzünü
mənə çevirdi və dedi:
– Bacı, mənə elə gəlir ki, oralarda bizim qohumlarımız vardır.
– Bəli, var idi, – deyə mən cavab verdim. – Köhnə üsuli-idarə zamanı onlardan biri, cənab de
Lüsene, Pontarl’edə Ģəhər qarovul dəstəsinin rəisi idi.
– Bəli, belədir, – deyə qardaĢım yenə danıĢmağa baĢladı, – ancaq doxsan üçüncü ildə bizim
qohumlarımız qalmamıĢdı, yalnız öz əllərimiz vardı. Mən iĢləyirdim. Sizin gedəcəyiniz
Pontarl’edə, cənab Jan Valjan, çox patriarxal və çox gözəl bir sənaye sahəsi vardır. Bacı, mən
oradakı pendirxanaları nəzərdə tuturam.
Bu yerdə qardaĢım həmin adamı yedirtməyi unutmayaraq, Pontarl’enin ictimai pendirçilik
müəssisələri haqqında ətraflı izahat verirdi. O deyirdi ki, bunlar iki cür olur: varlıların qırx-əlli
inək saxlanılan və ya yeddi mindən səkkiz min baĢa qədər pendir hazırlanan ―böyük mərəkləri‖
və yoxsulların ―pendirçilik artelləri‖, burada dağ kəndliləri öz inəklərini birgə saxlayır və gəliri
öz aralarında bölüĢdürürlər. Onlar birlikdə pendirtutan taprırlar. Pendirqayıran artel üzvlərindən
gündə üç dəfə süd qəbul edir və miqdarını ağac üzərinə niĢan vurmaqla qeyd edir; pendirxanalar
yalnız aprelin sonunda iĢə baĢlayır, iyunun ortalarında isə inəkləri dağlara otarmağa aparırlar.
Bu adam doyduqca, özünə gəlirdi. QardaĢım hey onun üçün əla Mov Ģərabı tökürdü. Özü isə bu
Ģərabı çox bahalı hesab edərək içmir. QardaĢım özünəməxsus təbii bir Ģənliklə bütün bu təfsilatı
nağıl edir, ara-sıra nəvaziĢlə mənə müraciət edirdi. O, ―pendirçilik‖ sənətini dönə-dönə
tərifləyirdi: sanki, qonağımıza bu fikri təlqin etmək istəyirdi ki, bu məĢğələ onun üçün münasib
bir peĢədir, lakin bunu doğrudan-doğruya və qaba bir Ģəkildə o adama məsləhət görmürdü. Mən
bir Ģeyə heyrət etdim. Mən sizə dedim ki, bu adam kim idi. QardaĢım isə bütün yemək, hətta
bütün axĢam ərzində, yolçu içəri girdiyi zaman Ġsa haqqında söylədiyi bir neçə sözdən baĢqa,
qonağın kim olduğuna, nəçi olduğuna, ya qardaĢımın özünün kim olduğuna dair bir dəfə belə, bir
sözlə də iĢarə etmədi. Halbuki, bu görüĢ həmiĢəlik onun xatirində nəqĢ olunsun deyə, qardaĢım
bir yepiskop kimi balaca bir moizə deyə bilər və katorqalıya təsir edə bilərdi. Bəlkə də,
qardaĢımın yerinə baĢqası olsaydı, bu bədbəxtin öz evində olmasından istifadə edərək, onun
qarnını doyuzdurmaqla bərabər onu məzəmmətləyər, əxlaq dərsinə və nəsihətə qulaq asmağa
məcbur edər, gələcəkdə necə yaxĢı həyat sürməyi öyrədərdi. QardaĢım isə onun haralı olduğunu,
əvvəlcə necə həyat sürdüyünü belə soruĢmadı. Axı onun cinayəti də həyatı ilə bağlı idi, qardaĢım
isə qonağına keçmiĢini xatırlada biləcək hər bir Ģeydən çəkinməyə çalıĢırdı. ĠĢ o yerə çatmıĢdı ki,
dağlarda, lap buludların altında dinc əməklə məĢğul olan və qardaĢımın əlavə etdiyi kimi,
―günahsız olduqları üçün xoĢbəxt həyat sürən‖ Pontarle əhalisi haqqında danıĢarkən belə,
qardaĢım, sanki, birdən-birə ağzından çıxan bu sözlərlə qonağı bilmədən təhqir edə biləcəyindən
qorxub dərhal sözünü kəsdi. Bütün bunları yaxĢıca fikirləĢdikdən sonra mən, deyəsən,
qardaĢımın ürəyindən nələr keçdiyini baĢa düĢdüm. Görünür, o düĢünürdü ki, Jan Valjan deyilən
bu adam öz biabırçılığı üzərində onsuz da həddindən artıq fikirləĢir və onu bu fikirlərdən
uzaqlaĢdırmaq, onun da baĢqaları kimi bir adam olduğunu bir anlığa da olsa ona təlqin etmək
üçün ən yaxĢı üsul – onunla da bütün baĢqa adamlar kimi rəftar etməkdir. Həqiqi mərhəmət də
elə bundan ibarət deyilmi? Mənim əzizim, sizin fikrinizcə, nəsihət və əxlaq dərslərindən, hər cür
iĢarələrdən uzaq olan bu nəzakət Ġncildə göstərilənlərə uyğun deyilmi və həqiqi mərhəmət əzab
çəkən adamın yaralarına heç toxunmamaqdan ibarət deyilmi? Mənə elə gəlir ki, qardaĢım da elə
bu cür düĢünürdü. Hər halda, mən yalnız bunu deyə bilərəm ki, o, belə düĢünsə də, fikirlərini heç
kəsə, hətta mənə də açıb söyləmədi, bütün axĢamı o, həmiĢəki kimi idi və bu Jan Valjanla Ģam
edərkən özünü elə aparırdı ki, guya, Tövrat həkəmi Gedeonla və ya bizim məhəllə keĢiĢi ilə Ģam
edir.
Yeməyin sonunda, biz əncir çərəz etdiyimiz zaman kim isə qapını döydü. Gələn Jerba xala idi.
O, qucağında uĢaq içəri girdi. QardaĢım uĢağın alnından öpdü və təsadüfən yanımda olan on beĢ
sunu məndən alıb Jerba xalaya verdi. Qonağımız bu zaman ətrafındakılara heç diqqət etmirdi. O
daha danıĢmırdı və çox yorğun görünürdü. Yazıq Jerba qarı getdikdən sonra qardaĢım dua
oxudu, sonra qonağa müraciətlə dedi: ―Ġndi siz, yəqin, tezcə yatağa girmək istəyirsiniz, eləmi?‖
Madam Maqluar süfrəni yığmağa tələsdi. Yolçunun yatağa girməsi üçün bizim getməyimiz
lazım olduğunu baĢa düĢdüm və madam Maqluarla bərabər yuxarıya çıxdıq. Lakin bir az sonra
mən otağımdakı keçi dərisini qonağın üstünə salmaq üçün madam Maqluarı aĢağıya göndərdim.
Burada gecələr çox soyuq olur, xəz isə adamı yaxĢı isidir. Heyif ki, dəri köhnə idi, tükləri hey
tökülürdü. QardaĢım onu Almaniyada olarkən Dünayın mənsəblərinə yaxın bir yerdən –
Qotlingendən almıĢdı, mənim süfrədə iĢlətdiyim, sapı fil sümüyündən olan kiçik bıçağı da
oradan almıĢdı.
Madam Maqluar dərhal geri qayıtdı və hər ikimiz adətən camaĢır sərdiyimiz otaqda ibadətə
baĢladıq; sonra bir-birimizə heç bir Ģey demədən hər birimiz öz otağımıza çəkildik‖.
BEġĠNCĠ FƏSĠL.
Sakitlik.
Monsenyor Byenvenü bacısına ―gecəniz xeyrə qalsın‖ dedikdən sonra, gümüĢ Ģamdanların birini
masanın üstündən götürdü, o birini qonağına verdi və dedi:
– Cənab, gedək sizi otağınıza ötürüm.
Yolçu onun dalınca getdi.
Yuxarıda dediklərimizdən məlum olduğu kimi, evdə otaqların quruluĢu elə idi ki, çarpayı
qoyulmuĢ ibadət otağına girmək və ya oradan çıxmaq üçün, hökmən, yepiskopun yataq
otağından keçmək lazım idi.
Onlar yataq otağından keçərkən madam Maqluar gümüĢ qabları yepiskopun çarpayısı üzərində
asılı olan kiçik Ģkafa qoyurdu. Hər axĢam yatmağa getməzdən əvvəl öz təsərrüfat iĢlərini
bununla qurtarırdı.
Yepiskop qonağını pərdənin arxasındakı çarpayının yanına qədər ötürdü. Orada qonaq üçün
təmiz yataq salınmıĢdı. Yolçu Ģamdanı kiçik masanın üstünə qoydu.
Yepiskop:
– Hələlik, gecəniz xeyrə qalsın, – dedi. – Səhər tezdən getməmiĢdən əvvəl inəklərimizin
südündən isti-isti bir fincan içərsiniz. YaxĢı südümüz olur.
Yolçu:
– Çox sağ olun, cənab abbat, – dedi.
O, bu dinc sözləri söylədikdən sonra, birdən-birə gözlənilmədən onda qəribə bir dəyiĢiklik əmələ
gəldi: möhtərəm qadınlar bu zaman burada olsa idilər, bundan dəhĢətə gələrdilər. Həmin dəqiqə
ona nə kimi bir hiss hakim olduğunu təsəvvürə gətirmək, hətta indi də, bizim üçün çətindir. Bu
nə idi? Xəbərdarlıqmı, yoxsa təhdidmi? Yaxud o, özü belə izah edə bilməyəcəyi sövq-təbii bir
hissə tabe olurdu? O, sərt hərəkətlə üzünü qocaya doğru çevirdi, qollarını sinəsində çarpazladı və
vəhĢi bir nəzərlə ev sahibinə baxaraq, xırıltılı səslə qıĢqırdı:
– Bəs belə, demək siz məni evinizdə bax burada, özünüzlə yanaĢı yatmağıma imkan verirsiniz?
O susdu, sonra dodaqucu güldü, bu gülüĢdə nə isə dəhĢətli bir Ģey vardı.
– Siz nə etdiyinizi yaxĢımı fikirləĢmisiniz? Kim bilsin – bəlkə, mən vaxtilə adam da
öldürmüĢəm?
– Bunu yalnız Allah bilir, – deyə yepiskop cavab verdi. Sonra o, xaç çəkmək üçün bükülmüĢ
barmaqlarını təntənə ilə yuxarı qaldırdı, dua oxuyurmuĢ kimi, yaxud öz-özünə danıĢırmıĢ kimi
dodaqlarını tərpədərək, yolçuya xeyir-dua verdi və geriyə belə baxmadan öz otağına girdi. Yolçu
isə baĢını belə aĢağı əymədi.
Ġbadət otağındakı çarpayıda bir adam yatan zaman, mehrab, divarın bir baĢından o biri baĢınadək
çəkilmiĢ böyük pərdə ilə örtülərdi. Yepiskop bu pərdənin yanından ötərkən diz çökdü və qısa bir
dua oxudu.
Bir dəqiqə sonra o, artıq bağda gəzinir və Tanrının gecələr oyaq olanların gözləri qarĢısında açıb
göstərdiyi böyük sirri bütün qəlbi və fikri ilə seyrə dalaraq düĢünürdü.
Yolçuya gəlincə, o elə bərk yorulmuĢdu ki, gözəl təmiz mələfələrə belə sevinmədi. Katorqalılar
kimi, burnunun bir deĢiyini tutub o biri ilə üfləyərək, Ģamı söndürdü, paltarını soyunmadan
uzandı və dərhal dərin yuxuya getdi.
Yepiskop bağdan öz yataq otağına qayıtdığı zaman gecəyarı idi. Bir neçə dəqiqə sonra kiçik evdə
hamı yuxuya getmiĢdi.
ALTINCI FƏSĠL.
Jan Valjan.
Gecəyarısı Jan Valjan oyandı.
Jan Valjan Bri əyalətində yoxsul bir kəndli ailəsində anadan olmuĢdu. UĢaqlıqda savad
öyrənməmiĢdi. Böyüdüyü zaman Faverolda ağac baĢı kəsməklə məĢğul olurdu. Anasının adı
Anna Matye, atasının isə Jan Valjan və ya Vlajan idi. Ehtimal ki, ―Valjan‖ – voila lean1
sözlərinin ixtisar olunmasından əmələ gəlmiĢ ləqəb idi.
Jan Valjan xasiyyətcə dalğın idi, ancaq kədərli deyildi – bu, möhkəm ünsiyyət bağlayan
adamlara xasdır. Ümumiyyətlə isə, Jan Valjan hər halda, zahirən çox süst və əhəmiyyətsiz bir
adama bənzəyirdi. Hələ lap uĢaq ikən o, ata və anasını itirmiĢdi. Anası zahı yatarkən ona pis
baxıldığından ölmüĢdü. Atası da özü kimi ağac baĢı kəsməklə məĢğul olduğundan, ağacdan
yıxılaraq həlak olmuĢdu. Jan Valjanın özündən böyük olan dul bacısından baĢqa heç kəsi
qalmamıĢdı. Bacısının da yeddi oğlan və qız uĢağı vardı. Jan Valjanı da bu bacı böyütmüĢdü. Nə
qədər ki əri sağ idi o, Jan Valjanı yedirib saxlayırdı. Əri öldü. UĢaqların ən böyüyü səkkiz
yaĢında, kiçiyi isə bir yaĢında idi. Jan Valjanın o vaxt iyirmi dörd yaĢı tamam olmuĢdu. O bu
uĢaqlara ata oldu və onu bəsləmiĢ olan bacısına yardım etməyə baĢladı. Jan Valjan bunu
düĢünmədən, bir borc kimi, həm də gizli bir narazılıqla etdi. Beləliklə, onun gəncliyi ağır və
ucuz əməyə həsr olundu. Həyatında bir zaman rəfiqəsi olduğunu kimsə eĢitməmiĢdi. Onun
sevməyə vaxtı yox idi.
AxĢamlar o, yorğun halda evə gəlib, dinməz-söyləməz Ģorbasını yeyərdi. Çox zaman o, yemək
yeyərkən bacısı Janna onun qabından ən yaxĢı ət parçasını, bir tikə quyruğu və ya kələm
yarpağını çıxararaq, uĢaqlarından birinə verərdi. O isə sanki, heç nə görmürmüĢ kimi, bacısına
mane olmaz və süfrənin üzərinə əyilib çənəsini və burnunu az qala Ģorba qabına soxaraq,
gözünün üstünə düĢən və kasanın üzərində sallanan saçlarını yığıĢdırmadan yeməyinə davam
edərdi. Faverolda Valjanın daxması yaxınlığında, dar küçənin o biri tərəfində Mari-Klod adında
bir fermer qadın olurdu. Valjan ailəsinin demək olar ki, həmiĢə ac olan uĢaqları bəzən Mari-
Klodun yanına qaçaraq, guya, analarının adından bir qab süd alar, bir hasarın altında və ya bir
xiyabanın küncündə bir-birinin əlindən qapa-qapa elə tələsik içərdilər ki, südün çoxunu
ətəklərinə tökərdilər. Anaları onların bu kələklərini bilsəydi, müqəssirlərə Ģiddətli cəza verərdi.
Kəskin sərt xasiyyətli Jan Valjan uĢaqların içdiyi südün pulunu bacısından gizli olaraq fermer
qadına verər və uĢaqları cəzadan qurtarardı.
Ağac kəsmə mövsümündə o, gündə on səkkiz su qazanardı, sonra isə biçinçilik edər, günəmuzd
iĢləyər, fermada öküz otarar, fəhləlik eləyərdi. O, əlindən gələn hər iĢi görərdi. Bacısı da
iĢləyirdi, ancaq yeddi uĢağı yedirmək asan deyildi. Ehtiyac bu bədbəxt ailəni getdikcə daha artıq
sıxırdı. Bir dəfə qıĢ olduqca ağır keçdi. Jan Valjan iĢsiz idi. Ailəsi çörəksiz qaldı. Sözün tam
mənası ilə. Yeddi uĢaq çörəksiz qalmıĢdı.
Bir bazar axĢamı Faverol meydanındakı çörəkçixana sahibi Mober Ġzabo yatmağa hazırlaĢırkən,
dükanın qabağındakı dəmir Ģəbəkəli ĢüĢə pəncərəyə nəyin isə bərk dəydiyini eĢitdi. O, tez
dükana girdikdə yumruqla sındırılmıĢ ĢüĢədən və deĢilmiĢ Ģəbəkədən bir qolun içəri
soxulduğunu gördü. Qol bir çörək götürüb yox oldu. Ġzabo dərhal küçəyə çıxdı, oğru var qüvvəsi
ilə qaçırdı, Ġzabo oğrunun dalınca yüyürüb ona çatdı. Oğru çörəyi atmıĢdı, lakin əli qan içində
idi. Bu, Jan Valjan idi.
Bu hadisə 1795-ci ildə baĢ vermiĢdi. Jan Valjan məhkəməyə verilərək ―gecə vaxtı evi dəlib
oğurluq etməkdə‖ ittiham olundu. Ondan bir tüfəng də tapdılar o, gözəl atıcı idi və bəzən
brakonyerlik edərdi. Brakonyerlərə qarĢı tamamilə qanuni olan pis bir fikir var. Brakonyer də
açıq mal gətirən kimi quldura yaxındır. Lakin ötəri qeyd etməliyik ki, bu cür adamlarla iyrənc
Ģəhər qatilləri arasında böyük fərq vardır. Brakonyer meĢədə yaĢayır, qaçaqçı dağlarda, yaxud
dənizdə. ġəhərlər qaniçən insanlar yaradır, çünki Ģəhər həyatı insanların əxlaqını pozur. Dağlar,
dənizlər, meĢələr isə vəhĢi insanlar yaradır: onlar insanı sərtləĢdirirsə də, lakin çox zaman onun
insanpərvərliyinə toxunmur.
Jan Valjan müqəssir hesab olundu. Qanun maddələrinin tamamilə müəyyən mənası vardır. Bizim
dövrümüzdə qorxunc dəqiqələr olur: bu, həmin dəqiqələrdir ki, cəza sistemi insan həyatının
sarsıldığını elan edir. Cəmiyyətin düĢünən bir məxluqdan üz döndərdiyi, onu həmiĢəlik özündən
rədd etdiyi bu an nə qədər məĢumdur! Jan Valjan beĢ il katorqa cəzasına məhkum edildi.
1796-cı il aprelin 22-də, Parisdə Ġtalyan ordusu baĢ komandanının Montenote yaxınlığında
çaldığı qələbə münasibətilə bayram edilirdi. Direktoriyanın BeĢyüzlər ġurasına göndərdiyi IV il
2 floreal tarixli məktubunda bu baĢ komandan Buona-Parte adlandırılmıĢdı. Həmin gün Bisetrdə
bir böyük dəstə katorqalını buxovlayırdılar. Jan Valjan da bu dəstənin içində idi. KeçmiĢ
həbsxana qapıçısı – indi onun doxsan yaĢı vardır – həyətin Ģimal bucağında dördüncü zəncirin
ucuna buxovlanmıĢ bu biçarəni indi də yaxĢı xatırlayır. O da hamı kimi yerdə oturmuĢdu. Elə bil,
o öz vəziyyətini heç baĢa düĢmürdü. Yalnız onun çox dəhĢətli olduğunu dərk edirdi. Bəlkə də, bu
yazıq, cahil adam taleyinin çox amansız olduğunu dumanlı bir Ģəkildə təsəvvür edirdi. ġiddətli
çəkic zərbələri ilə dəmir xaltanı onun boynuna bənd etdikləri zaman o ağlayırdı, göz yaĢları onu
boğur, danıĢmağa qoymurdu. Yalnız ara-sıra: ―Mən Faverolda ağac kəsirdim‖ deyə bilirdi. Sonra
yenə hönkürə-hönkürə sağ əlini yuxarı qaldırır və yeddi dəfə getdikcə daha aĢağı salırdı, elə bil,
yeddi uĢağın baĢına toxunurdu. Onun bu hərəkətindən baĢa düĢmək olurdu ki, onun cinayəti,
nədən ibarət olur-olsun, yeddi körpəni yedirmək və geydirmək üçün edilmiĢdir.
O, Tulona göndərildi. Onu iyirmi yeddi günə boğazı zəncirli halda arabada oraya apardılar,
Tulonda ona qırmızı dustaq köynəyi geydirdilər. Vaxtilə onun həyatını təĢkil edən bütün
keçmiĢi, hətta adı belə qeyb oldu. O artıq Jan Valjan deyildi: o, 24601-ci nömrə idi.
Bacısı necə oldu? Onun yeddi kiçik uĢağı necə oldu? Kimə nə dəxli var! Cavan ağac kökündən
kəsilərsə, onun üzərindəki bir ovuc yaĢıl yarpaq necə olar?
Bu köhnə macəradır. Öz arxasını, himayəkarını, yurdunu itirmiĢ olan bu bədbəxt biçarə canlı
məxluqlar yalqız qalaraq dörd bir tərəfə – kim bilir, məhz haraya, bəlkə də, hərə öz yolu ilə
dağılıĢıb getdi və tək qalmıĢ biçarələri udan soyuq duman içərisində, bəĢər övladının bu nəĢəsiz
yürüĢündə bu qədər bədbəxtlərin yox olduğu kədərli zülmət içində dağılıĢıb yox oldular. Onlar
öz ana yurdlarını buraxıb getdilər. Kənd kilsəsinin zəng qülləsi onları unutdu: öz əkin yerləri
onları unutdu, bir neçə il katorqada qaldıqdan sonra Jan Valjan özü də onları unutdu. Onun yaralı
qəlbində yalnız yara yeri qaldı. Vəssalam. Tulonda olduğu müddət ərzində o, ancaq bir dəfə
bacısı haqqında məlumat aldı. Gərək ki, bu, həbs olunduğunun dördüncü ilinin sonunda idi.
Doğrusu, bu məlumatı ona kim çatdırdığını bilmirəm. Onların ailəsini hələ kənddən tanıyan bir
adam onun bacısına rast gəlmiĢdi. O, Parisdə idi. Sen-Sülpis yaxınlığında balaca və yoxsul
çörəkçilər küçəsində yaĢayırdı. Yanında yalnız bir uĢağı, ən kiçik oğlu qalmıĢdı. Bəs qalan altı
uĢaq harada idi? Yəqin, özü də bunu bilmirdi. Hər səhər çəkməçilər küçəsində 3 nömrəli evdə
olan mətbəəyə gedirdi, orada çap edilmiĢ vərəqləri bükməklə məĢğul idi. ĠĢə səhər saat altıda, qıĢ
vaxtı iĢıqlaĢmağa hələ çox qalmıĢ getmək lazım idi. Mətbəə olan evdə bir məktəb var idi. Yeddi
yaĢında olan kiçik uĢağını o, bu məktəbə aparırdı. Lakin o özü mətbəəyə saat altıda gedirdi,
məktəb isə saat yeddidə açılırdı, odur ki, uĢaq hər gün məktəbin qapısı açılana qədər bir saat
həyətdə durmağa məcbur olurdu, qıĢda, qaranlıqda tam bir saat gözləməli olurdu. Onu mətbəəyə
buraxmırdılar ki, iĢə mane olar. Fəhlələr iĢə gəlirkən hər gün bu yazıq uĢağı qaranlıqda daĢların
üstündə büzüĢüb kiçicik səbətinə söykənmiĢ halda mürgüləyən və ya çox zaman da yatmıĢ
görürdülər. ġiddətli yağıĢ yağdığı zaman qapıçı qarının uĢağa yazığı gələr, onu öz daxmasına
aparardı, orada yalnız köhnə bir çarpayı, bir cəhrə və iki taxta stul var idi. UĢaq isinmək üçün
piĢiyi qucaqlayaraq bir küncdə yatardı. Saat yeddidə məktəb açılar, uĢaq dərsə gedərdi. Jan
Valjana verilən xəbər ancaq bundan ibarət idi. Bu xəbər birdən-birə çaxan bir ildırım, qəflətən
açılan pəncərə kimi, onun bir zaman sevdiyi bu adamların həyatını bir saniyəliyə görməyə imkan
verdi, sonra yenə bağlandı, onlardan daha heç bir xəbər gəlmədi, o, onları heç bir zaman
görmədi, onlara bir dəfə belə rast gəlmədi. Bu kədərli hekayəmizdə biz də onlardan bir daha bəhs
etməyəcəyik.
Həmin dördüncü ilin sonunda Jan Valjanın katorqadan qaçmaq növbəsi çatdı. Bu nəĢəsiz yerlərin
adətinə görə, yoldaĢları ona kömək etdilər. O qaçdı, iki gün düzlərdə azad dolaĢdı, lakin təqib
edilmək, hər saniyə dönüb geriyə baxmaq, cüzi xıĢıltıdan diksinmək, hər Ģeydən, bacadan çıxan
tüstüdən, yoldan keçən adamdan, hürən itdən, çapan atdan, zəng qülləsindəki saatın səsindən
qorxmaq: iĢıq olduğu üçün gündüzdən, qaranlıq olduğu üçün gecədən qorxmaq, yoldan, cığırdan,
koldan, yatmaqdan qorxmaq – azadlıqdırmı? Ġkinci gün axĢamçağı onu tutdular. Otuz altı saat o
heç bir Ģey yeməmiĢ və yatmamıĢdı. Dəniz məhkəməsi bu hərəkəti üçün onun cəza müddətini üç
il artırdı və bu surətdə cəzası səkkiz ilə çatdı. Altıncı il yenidən onun qaçmaq növbəsi gəldi, o
fürsətdən istifadə etdi, lakin qaça bilmədi. Dustaqlar yoxlandıqda, onu tapmadılar. Top atıldı və
həmin gecə həbsxananı dolaĢan qarovulçular onu axtararaq, tikilməkdə olan bir gəminin altında
tapdılar: onu tutmaq istədikdə müqavimət göstərdi. Həm qaçmaq, həm də üsyan. Qanun
məcəlləsinin xüsusi maddəsində nəzərdə tutulmuĢ bu cinayət cəza müddətinin beĢ il uzadılması
ilə cəzalandırılır. Bunun da iki ilini Jan Valjan ikiqat qandal daĢımalı idi. Oldu on üç il. Onuncu
il yenə də onun qaçmaq növbəsi gəldi, o yenə bundan istifadə etdi. Yenə də müvəffəq olmadı. Bu
eyni cəhd üçün iĢinin üstünə daha üç il əlavə olundu. Oldu on altı il. Nəhayət, gərək ki, on
üçüncü ildə o, son dəfə qaçdı və dörd saatdan sonra tutuldu. Bu dörd saat yox olması üçün də üç
il cəza aldı, oldu on doqquz il. 1815-ci ilin oktyabrında onu azad etdilər. Katorqaya isə 1790-cı
ildə bir pəncərə sındırıb, bir çörək götürdüyü üçün göndərilmiĢdi.
Məsələn, bir az kənara çıxaq. Bu kitabın müəllifi, cinayət hüququ və qanun adına cəza vermək
məsələlərini öyrənərkən ikinci dəfədir ki, insan taleyinin fəlakətə uğraması səbəbi kimi çörək
oğurlamaq hadisəsinə rast gəlir, Klod Ge də çörək oğurlamıĢdı, Jan Valjan da. Ġngiltərə
statistikası müəyyən etmiĢdir ki, Londonda beĢ oğurluqdan dördünə səbəb bilavasitə aclıq
olmuĢdur.
Jan Valjan katorqa həbsxanasına titrəyə-titrəyə və ağlaya-ağlaya girmiĢdi, oradan isə qəlbi daĢa
dönmüĢ halda çıxdı: katorqaya gedəndə ümidsizlikdən onun qəlbi parçalanırdı, çıxanda isə çox
kədərli idi.
Bu adamın qəlbində nələr olmuĢdu?
YEDDĠNCĠ FƏSĠL.
Ümidsizliyin dərinliyi.
Bunu izah etməyə çalıĢaq.
Cəmiyyət bu cür hadisələrə dərindən diqqət etməyə borcludur, çünki bunları özü yaradır.
Söylədiyimiz kimi, Jan Valjan cahil bir adam olsa da, ağılsız deyildi. Onda fitri bir zəka vardı.
Ġnsanın gözünü bir növ açan bədbəxtlik isə onun qəlbindəki zəif odu alovlandırdı. Dəyənək
zərbələri, qandallar, zəncirlər onu ayıltdı, qızğın günəĢin altında, yorğun və taqətsiz bir halda
həbsxananın quru taxtaları üzərinə uzanarkən o, öz vicdanını yoxladı və düĢünməyə baĢladı.
O, özünü hakim elan etdi və hər kəsdən əvvəl özünü mühakimə etdi.
O, taqsırsız olmadığını və boĢ yerə cəzalandırılmadığını etiraf etdi: o baĢa düĢdü ki, məzəmmətə
layiq pis bir iĢ görmüĢdür, çörəyi oğurlamaq deyil, istəmiĢ olsaydı, bəlkə də, ona verə idilər; hər
halda, bu çörəyi bir sədəqə, yaxud iĢ muzdu olaraq ona vermələrini gözləsəydi yaxĢı olardı:
―insan ac olduqda, gözləyə bilərmi?‖ sözlərinə etiraz etmək çətin deyildir: əvvəla, həqiqi mənada
acından ölən insanlara çox az təsadüf edilir; ikincisi, xoĢbəxtlikdənmi və ya bədbəxtlikdənmi,
nədənsə, insan belə yaranmıĢdır ki, uzun müddət ölmədən istər cismani, istərsə də mənəvi əzab
çəkə bilər: deməli, səbir etmək lazım idi, hətta onun yazıq balaca uĢaqları üçün də belə yaxĢı
olardı: o, aciz, əhəmiyyətsiz adam, axmaqcasına hərəkət etmiĢ, cəmiyyətin boğazından yapıĢaraq
elə güman etmiĢdir ki, oğurluq etmək sayəsində yoxsulluqdan yaxa qurtarmaq olar: hər halda,
insanı yoxsulluqdan Ģərəfsizliyə aparan yol yaxĢı çıxıĢ yolu deyildir. Bir sözlə, o, özünün
müqəssir olduğunu etiraf etdi.
Sonra o, özünə belə bir sual verdi:
Bütün bu faciəli hadisədə müqəssir təkcə odurmu? Hər Ģeydən əvvəl, onun, fəhlənin iĢsiz
qalması, onun kimi zəhmət sevən bir adamın bir parça çörəyə möhtac qalması mühüm bir məsələ
deyilmi? Bundan baĢqa, öz cinayətini açıqcasına boynuna alan cinayətkar üçün bu cəza
həddindən artıq ağır deyildimi? Ədalət məhkəməsi onu bu qədər Ģiddətli cəzalandırmaqla caninin
özündən daha artıq cinayətə yol verməmiĢdirmi? Bütün bunlar mizan-tərəziyə qoyularsa, cəzanın
qəbahətdən daha ağır olduğu meydana çıxmazmı? Cəzanın ağırlığı qəbahətin böyüklüyünü
azaltmırmı? Cəza verənlərin cinayəti məhkum edilənin cinayətindən daha çox olmurmu?
Müqəssir qurbana, borclu borc verənə çevrilmirmi? Haqq, bu haqqı pozanın tərəfində
durmurmu? Nəhayət, bir neçə dəfə qaçmaqla daha da ağırlaĢmıĢ cəza qüvvətlinin zəifə təcavüz
etməsi, cəmiyyətin Ģəxsiyyətə qarĢı cinayəti – hər gün təkrar olunan və on doqquz il davam edən
bir cinayət deyilmi?
O, özünə belə bir sual verdi: bəĢər cəmiyyətinin öz üzvlərinə qarĢı bir tərəfdən axmaq
qayğısızlıq, digər tərəfdən amansız bir ehtiyatkarlıq göstərərək, bədbəxt insanı ehtiyac və ifrat
arasında – iĢ azlığı ilə cəzanın böyüklüyü arasında məngənəyə qoyub əzməyə haqqı varmı?
O, öz-özünə belə bir sual verdi: cəmiyyətin, həyat nemətlərini bölüĢdürən təsadüf üzündən
hamıdan pis qismət sahibi olan və bunun üçün də baĢqalarına nisbətən daha çox güzəĢtə layiq
olan üzvlərinə qarĢı bu cür münasibət bəsləməsi dəhĢət deyilmi?
O, bütün bu məsələləri həll etdikdən sonra cəmiyyəti mühakimə etdi və hökm çıxartdı.
O, cəmiyyəti öz nifrətinə məhkum etdi.
O, taleyinin məsuliyyətini cəmiyyətin üzərinə qoyub, öz-özünə dedi: bəlkə, bir gün gələcək ki, o,
bunun üçün cəmiyyətdən haqq-hesab çəkməyə cürət edəcəkdir. O öz-özünə dedi ki, onun
vurduğu ziyanla ona vurulmuĢ ziyan arasında heç bir müvazinət yoxdur: nəhayət, o, belə bir
nəticəyə gəldi ki, ona verilən cəza, qanunsuz olmasa da, hər halda, ədalətli də deyildir.
Ġnsan düĢünmədən və ətrafına nəzər salmadan qeyzlənə bilər, səbəbsiz özündən çıxa bilər, lakin
qəzəb həmiĢə daxilən əsaslandırılmıĢ olur. Jan Valjanın qəlbi qəzəblə dolu idi.
Həm də bəĢər cəmiyyəti ona yalnız pislik etmiĢdi. Cəmiyyət ona ancaq ―ədalət‖ dediyi və yalnız
zərbə vurmaq istədiyi adamlara göstərdiyi üzünü çevirmiĢdi. Ġnsanlar həmiĢə yalnız əzab vermək
üçün ona yaxınlaĢırdılar. Hər dəfə insanlara yaxın olmaq onun üçün yeni bir zərbə almaq
deməkdi. UĢaqlıq çağlarından, anasından, bacısından ayrıldıqdan sonra o, bir dəfə də olsa Ģirin
söz eĢitməmiĢ, mehriban bir nəzər görməmiĢdi. O, əzabdan-əzaba düĢərək, tədricən bu nəticəyə
gəlmiĢdi ki, həyat müharibədir və bu müharibədə o, məğlub edilənlər sırasındadır. Onun yeganə
silahı kin idi. O, bu silahı katorqada itiləməyi, azadlıq günü uçun gəldiyi zaman onu özü ilə
bərabər aparmağı qət etdi.
Tulonda katorqalılar üçün bir məktəb vardı. Bu məktəbi inyorantlı rahiblər açmıĢdılar. Həvəsi
olan bədbəxtlərə bu məktəbdə ən zəruri Ģeyləri öyrədirdilər. Jan Valjan da bu həvəskarlar
sırasında idi. O, qırx yaĢında məktəbə girdi, oxumaq, yazmaq və hesab öyrəndi. O, ağıllandıqca
kin və nifrətinin də artdığını hiss edirdi. Bəzən maarif və bilik yalnız Ģərin qüdrətini artırır.
Bu barədə danıĢmaq çox kədərli olsa da, etiraf etməliyik ki, Jan Valjan bədbəxtliyinə səbəb olan
cəmiyyəti mühakimə etdikdən sonra, bu cəmiyyəti yaratmıĢ olan Tanrını da mühakimə etdi və
onun da barəsində hökm çıxartdı.
Beləliklə, on doqquz il əzab və köləlik həyatı keçirdikdən sonra bu adam həm yüksəldi, həm də
alçaldı. Onun qəlbinə bir tərəfdən nur yağdı, o biri tərəfdən də zülmət çökdü.
Gördüyümüz kimi, Jan Valjan təbiətən pis adam deyildi. Katorqaya düĢdüyü zaman o hələ
rəhmli idi. Məhz katorqada o, cəmiyyəti müqəssir etdi və ürəyinin kinlə dolduğunu hiss etdi:
məhz katorqada Tanrını taqsırlandırdıqdan sonra, allahsız olmağa baĢladığını hiss etdi.
Burada biz bir dəqiqə fikirləĢməyə bilməyəcəyik.
Ġnsan təbiəti kökündən, yerli-dibli dəyiĢilə bilərmi?
Allahın rəhmli yaratdığı bir insan, baĢqa bir israrlı təqsiri üzündən kinli ola bilərmi? Ġnsanın
taleyi acı olmuĢsa, onun qəlbi taleyin təsiri altında tamamilə dəyiĢilib kinli ola bilərmi? Tavanı
həddindən artıq alçaq olan daxmada onurğa əyildiyi kimi, ürək də hədsiz qəm-qüssənin ağırlığı
altında dəyiĢərək, əlacı olmayan xəstəliyə tutula bilərmi, pis və eybəcər ola bilərmi? Bəlkə də,
hər bir insanın qəlbində, xüsusən, Jan Valjanın qəlbində, bu dünyada sarsılmayan, o dünyada isə
sönməyən, yaxĢılığın təsiri altında alovlanıb parlaq bir iĢığa çevrilən, pisliyin isə qətiyyən
söndürə bilmədiyi əzəli bir qığılcım vardır ki, bunun əsası Allah tərəfindən qoyulmuĢdur?
Bunlar mühüm və öyrənilməmiĢ suallardır, belə ki, hər hansı bir fizioloq Jan Valjanı Tulonda,
istirahət saatlarında, zəncirin ucunu sürünməsin deyə, çiyninə qoyaraq, qollarını çarpazlayıb
qaĢqabaqlı, ciddi, dinməz, dalğın halda gəminin çarxı üstündə oturan görsəydim, suala yox
cavabını verərdi. Qanunun kölgəsi olan, mədəniyyətdən kənara atılmıĢ bu katorqalı bu düĢüncə
saatlarında insanlara qəzəblə baxar, göyləri hiddətlə seyr edərdi.
Bəli, bu Ģübhəsizdir, biz də qətiyyən gizlətmək istəmirik ki, bunu müĢahidə edən fizioloq burada
əlacsız bir xəstəliyin olduğunu söylərdi: o, bəlkə də, qanunun mərhəməti sayəsində Ģikəst edilmiĢ
olan bu adama acıyardı, lakin onu müalicə etməkdən çəkilərdi, o, bu qəlbin içindəki uçurumları
görməmək üçün üzünü yana çevirir və Dantenin cəhənnəm qapılarından sildiyi, Tanrının isə hər
bir insanın alnında yazdığı ümid sözünü bu adamın üzərindən silərdi.
Jan Valjan özü onun təhlil etməyə çalıĢdığımız ruhi vəziyyətini bizim izahatımızdan sonra, bu
kitabın oxucusunun təsəvvür etdiyi kimi, aydın baĢa düĢürdümü? Onun mənəvi xəstəliyini təĢkil
edən ünsürlər əmələ gəldikcə və müəyyən Ģəkil aldıqca, Jan Valjan özü bunları tamamilə aydın
görə bilirdimi? Bu yonulmamıĢ və savadsız adam, addım-addım onu gah yüksəldən, gah da uzun
illərdən bəri onun həyat haqqındakı görüĢ dairəsini təĢkil edən qorxunc təsəvvürlərə qədər
endirən fikirlərin ardıcıl surətdə dəyiĢildiyini dürüst baĢa düĢə bilərdimi? O, qəlbində nələr baĢ
verdiyini, hansı hisslərin oyandığını dərk edirdimi? Biz bunu qəti söyləyə bilmərik. Hətta buna
inanmırıq da. Jan Valjan çox cahil idi, hətta baĢına bu qədər bəlalar gəldikdən sonra öz daxilində
olan bir çox Ģeylər onun üçün aydın deyildi. Bəzən öz hisslərindən çətinliklə baĢ çıxarırdı. Jan
Valjan zülmət içində yaĢayır, zülmət içində əzab çəkir, zülmət içində nifrət edirdi; demək olar ki,
o qabaqcadan hər kəsə və hər Ģeyə nifrət edirdi. O, bu zülmət içində dolaĢaraq, korlar və ya
xəyalpərəstlər kimi gözü bağlı özünə yol axtarırdı. Lakin ara-sıra, daxili və xarici səbəblərin
təsiri altında onun qəlbinə qəzəb hakim olur, əzab onu sıxırdı, zəif bir iĢığın ani parıltısı ĢimĢək
kimi birdən qəlbini iĢıqlandırır və bu iĢığın məĢum parıltısında gələcəyin dəhĢətli uçurumları və
qaranlıq mənzərələri qəflətən zahir olaraq, onu hər tərəfdən əhatə edirdi.
Lakin ĢimĢək sönür və yenə qaranlıq çökürdü. Bu nə idi? O, özü də bunun nə olduğunu artıq
xatırlamırdı.
Amansızlığın, yəni insanın ağlını kütləĢdirən bir Ģeyin üstün gəldiyi bu cür cəzaların xüsusiyyəti
ondan ibarətdir ki, onlar insanı mənasız sürətdə dəyiĢdirərək, onu yavaĢ-yavaĢ vəhĢi, bəzən də
yırtıcı heyvana döndərir. Jan Valjanın daim inadla qaçmağa təĢəbbüs etməsi özü qanunun insan
qəlbinə nə qədər qəribə təsir etdiyini aydınca göstərir. Jan Valjan bu qədər faydasız və ağılsız
olan bu təĢəbbüsləri fürsət düĢdükcə davam etdirməyə hazır idi və qaçmağın nə kimi nəticə
verəcəyi üzərində bir an belə düĢünmürdü. O, birdən-birə qəfəsinin açıq olduğunu görən bir
canavar kimi sürətlə qaçırdı. Sövq-təbii ona ―Qaç!‖ deyirdi. Ağıl isə: ―Qal!‖ deyə bilirdi. Lakin
bu qədər Ģiddətli sınaq qarĢısında ağıl susur, yalnız sövq-təbii hökm edirdi, yalnız vəhĢi heyvan
iĢ görürdü. Tutulduqdan sonra verilən yeni cəzalar onun daha da vəhĢiləĢməsinə səbəb olurdu.
Bunu da unutmamalıyıq ki, Jan Valjan çox böyük fiziki qüvvəyə malik idi: katorqada olanlar
içərisində belə qüvvətli bir adam yox idi. Ağır dəmir kanatı çəkməkdə, yaxud gəminin çarxını
döndərməkdə Jan Valjan dörd nəfəri əvəz edirdi. O, bəzən çox ağır Ģeyləri çiynində qaldırıb
saxlaya bilir və yeri gəldikdə, indi domkrat, keçmiĢdə isə ―orgueil‖ adlanan aləti əvəz edirdi.
Ötəri qeyd edək ki, Paris bazarlarının yaxınlığında olan Montarjeyl küçəsinin adı da bu sözdən
əmələ gəlmiĢdir. YoldaĢları ona Domkrat Jan ləqəbi vermiĢdilər. Bir gün, Tulon Ģəhər idarəsinin
balkonu təmir edilərkən, bu balkonu saxlayan gözəl Püje sütunlarından biri divardan ayrılıb az
qala düĢəcək idi. Təsadüfən burada olan Jan Valjan çiynini bu sütuna vermiĢ və fəhlələr gəlib
yetiĢənə qədər saxlamıĢdı.
Qüvvəti nə qədər çox idisə, çevikliyi ondan da çox idi. Daim qaçmaq arzusunda olan bəzi
katorqalılar ən, nəhayət, çevikliyi qüvvə ilə birləĢdirmək qabiliyyətindən xüsusi bir elm
yaradırlar. Bu elm əzələləri idarə etmək elmidir. Bu, dustaqların, yəni, daim həĢərata və quĢlara
qibtə edən insanların hər gün təkmilləĢdirdiyi gizli bir müvazinət ustalığıdır. Düz divara
dırmaĢmaq və divarın güclə görünən xırdaca bir çıxıntısında istinad nöqtəsi tapmaq Jan Valjan
üçün uĢaq oyunu kimi bir Ģey idi. O, kürək və ayaq əzələlərini gərginləĢdirərək divarın bir
bucağından yapıĢıb dirsəklərini və dabanlarını daĢın kələ-kötür yerləri ilə sıxır və bir sehrbaz
kimi dördüncü mərtəbəyə dırmaĢırdı. Bəzən bu üsulla həbsxananın damına belə çıxardı.
Jan Valjan az danıĢırdı. O heç zaman gülməzdi. Ġldə bir, ya iki dəfə çox Ģiddətli mənəvi bir
sarsıntı nəticəsində o, iblis qəhqəhəsinin əks-sədası kimi səslənən katorqalı qəhqəhəsi ilə –
məĢum bir qəhqəhə ilə gülürdü. GörünüĢü daim dəhĢətli bir Ģeyi seyr etməklə məĢğul olan adamı
xatırladardı.
Doğrudan da, o, daim öz fikirlərinə aludə idi.
Naqis bir Ģüurun xəstə təəssüratı pərdəsi arasından o, baĢı üzərində qorxunc bir qüvvənin hakim
olduğunu dumanlı sürətdə hiss edirdi. Ġçində süründüyü tutqun və cansıxıcı alaqaranlıqdan
gözlərini ayırıb ətrafa baxmaq istədikdə, o hər dəfə hiddət və dəhĢət içində baĢının üzərində
gözlərinin görə bilmədiyi yüksəkliklərə doğru bir çox Ģeylərin – qanunların, batil etiqadların,
insanların və hadisələrin dəhĢətli bir yığın kimi, pillə-pillə çıxdığını görürdü: cizgilərini sezə
bilmədiyi bu yığınlar öz ağırlığı ilə onu əzərək, qəlbini ümidsizliklə doldururdu, gözləri
qarĢısında o bizim mədəniyyət adlandırdığımız nəhəng bir ehramı görürdü.
Daim hərəkətdə olan biçimsiz yığın içində birdən-birə o, gah lap öz yanında, gah da uzaqlarda,
əlçatmaz yüksəkliklərdə parlaq iĢıqlanmıĢ bir dəstə, ya tək bir adam, əli dəyənəkli bir həbsxana
nəzarətçisi, qılınclı bir jandarm, yaxud baĢı mitralı bir arxiyepiskop, ən yüksək bir nöqtədə isə
günəĢ haləsi ilə əhatə olunmuĢ, gözqamaĢdırıcı, parlaq tac qoymuĢ imperatorun özünü görürdü.
Ona elə gəlirdi ki, bu uzaq parıltı onu əhatə edən gecənin qaranlığını daha da qatılaĢdırır, onu
daha da dəhĢətli edirdi.
Bütün bunlar – qanunlar, batil etiqadlar, hadisələr, insanlar, Ģeylər Tanrının mədəniyyətə verdiyi
mürəkkəb və gizli əmrə tabe olaraq, onun baĢı üzərində fırlanır, sarsılmaz bir amansızlıq və
amansız bir laqeydliklə onu əzir və məhv edirdi. Ġnsanların düĢə biləcəyi fəlakətli uçurumun ən
dərin yerinə düĢmüĢ olan, heç kəsin baxmağa cəsarət etmədiyi uçurumlarda sürünən zavallı
insanlar, qanunun rədd etdiyi biçarələr qanun xaricində olanlar üçün bu qədər qorxunc və altında
olanlar üçün bu qədər dəhĢətli olan bəĢər cəmiyyətinin bütün ağırlığını öz üzərlərində hiss
edirlər.
Fikirlərə dalmıĢ Jan Valjan bu vəziyyətdə idi. Onun fikirlərinin mahiyyəti nədən ibarət idi?
Dəyirman daĢı altına düĢmüĢ bir darı dənəsi düĢünməyə qadir olsaydı, o da, ehtimal, Jan Valjan
kimi düĢünərdi.
Nəticə etibarilə xəyallarla dolu olan bu varlıq, real həyat surətləri ilə dolu olan bu
fantasmaqoriya onda sözlə ifadə edilməsi mümkün olmayan xüsusi mənəvi bir vəziyyət
doğurmuĢdu.
Bəzən ağır, əzablı iĢin qızğın vaxtında o birdən-birə dayanar, düĢünməyə baĢlardı. Əvvəlkinə
nisbətən daha çox yetiĢmiĢ, lakin eyni zamanda daha çox həyəcanlı olan zehni üsyan edərdi.
BaĢına gələn hadisələrin hamısı ona mənasız görünürdü. Ətrafındakı hər bir Ģey həqiqətdən uzaq
bir təsir bağıĢlayırdı. O, öz-özünə: ―Bu yuxudur!‖ – deyərdi. Bir neçə addımlıqda dayanmıĢ olan
nəzarətçiyə baxardı: nəzarətçi onun gözlərinə bir kabus kimi görünərdü və birdən bu kabus onun
baĢına bir dəyənək endirərdi.
Zahiri aləm onun üçün yox kimi idi. Demək olar ki, Jan Valjan üçün nə günəĢ, bu gözəl yay
günləri, nə parlaq və aydın göy, nə sərin aprel axĢamları, heç bir Ģey yox idi. ĠĢıq onun qəlbinə,
sanki, dar bir yerdən daxil olurdu.
Yuxarıda söylədiyimizə yekun vurmaq üçün, əgər buradan müsbət bir nəticə çıxarmaq mümkün
olsaydı, bunu deməliyik ki, Faverolda yazıq bir ağackəsən olan Jan Valjan, qorxunc bir Tulon
katorqalısı olan Jan Valjan, katorqa həbsxanasının ona verdiyi tərbiyə sayəsində, artıq iki cür
cinayət iĢləmək iqtidarı əldə etdi: əvvələn, birdən-birə, heç düĢünmədən, sövq-təbii üzrə, çəkdiyi
əzablar üçün intiqam olaraq etdiyi pis əməllər, ikincisi – baĢına gələn müsibətlərin doğurduğu
yanlıĢ anlayıĢlara əsaslanan ciddi, əhəmiyyətli, qabaqcadan düĢünülmüĢ cinayətlər...
əməllərindən qabaq baĢına gələn fikirlər yalnız müəyyən xasiyyətə malik olan insanlarda olduğu
kimi, üç əsas ardıcıl mərhələdən keçirdi: ağıl, iradə, inad. Daimi bir etiraz hissi, qəlbinin
iztirabları, çəkdiyi haqsızlıqları dərin bir surətdə düĢünüb anlaması, yaxĢı, günahsız, pis
adamlara qarĢı – əgər belə adamlar varsa – hiddət və qəzəb hissi onun hərəkətlərini idarə edirdi.
Fikirlərinin son və çıxıĢ nöqtəsi insan qanunlarına qarĢı bəslədiyi kin və nifrət idi, elə bir kin ki,
hələ əvvəlindən qurtuluĢ gətirən bir təsadüflə dayandırılmazsa, zaman keçdikcə cəmiyyətə qarĢı,
sonra isə bəĢər nəslinə qarĢı, ən axırda bütün varlığa qarĢı çevrilərək, hər kəsə, hər bir canlı
cismə zərər vermək üçün yaĢayan tutqun, daimi və heyvani bir arzu halını alır. Gördüyümüz
kimi, Jan Valjanın pasportu üzərində çox təhlükəli adam olması haqqındakı qeyd heç də əsassız
deyildi.
Ġllər keçdikcə onun qəlbi yavaĢ-yavaĢ müttəsil sərtləĢirdi. SərtləĢmiĢ, bərk bir qəlb isə göz yaĢı
tanımaz. Jan Valjan katorqadan xilas olduğu vaxta kimi, tam on doqquz ildən bəri idi ki, bir
damcı göz yaĢı axıtmamıĢdı.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Dəniz və zülmət.
Dənizə insan düĢmüĢdür!
Nə olsun ki! Gəmi dayanmır. Külək Ģiddətlə əsir. Bu məĢum gəminin öz yolu vardır, o yoluna
davam etməlidir. Gəmi irəliləyir.
Ġnsan suların altında yox olur və yenə görünür, gah batır, gah çıxır, əllərini uzadaraq köməyə
çağırır. Lakin onun səsini eĢidən yoxdur. Fırtına gəmini sarsıdır, lakin gəmi yoluna davam edir.
Matroslar və sərniĢinlər suda boğulan adamı daha görmürlər: bədbəxtin baĢı ucsuz-bucaqsız
dalğalarda bir nöqtəyə bənzəyir.
Onun dəhĢətli bağırtıları dənizin gurultusunda qeyb olur. Gözdən itməkdə olan bu yelkən
boğulan adama nə qədər dəhĢətli görünür! O, sərsəm, çılğın baxıĢlarla bu yelkənə baxır. Yelkən
uzaqlaĢır, solur, kiçilir. Bu adam bir neçə dəqiqə bundan əvvəl gəmidə idi, gəmi heyətinin üzvü
idi, o da gəminin göyərtəsində baĢqaları ilə birlikdə gəzirdi, onun da hava və günəĢ payı vardı, o
da baĢqaları kimi yaĢayırdı. Görəsən, ona nə oldu? O sürüĢüb yıxıldı – hər Ģey bitdi.
O, dəhĢətli dəniz dalğalarının qoynundadır. Onun ayaqları altında hər Ģey axıb gedir, hər Ģey
dağılır. Küləyin didib parçaladığı dalğalar onu qorxunc ağuĢuna alır, burulğan onu dənizin
diblərinə çəkir, köpüklü dalğalar baĢının üstündən aĢır, azğın sular üzünə tüpürür, gözə
görünməyən uçurumlar onu udmağa çalıĢır: hər dəfə suyun içinə batdıqda gözlərinə qaranlıq
uçurumlar görünür: iyrənc məchul bitkilər ondan yapıĢıb, ayaqlarına dolaĢır, özlərinə tərəf çəkir:
o, özünün də bu girdablara qarıĢdığını, dəniz köpüyünün bir hissəciyinə çevrildiyini hiss edir.
Dalğalar onu bir-birinə tərəf tullayır, o dalğaların acılığını udur, qəddar okean onu qəzəblə qərq
edir: ucsuz-bucaqsız dəniz onun can çəkiĢməsindən həzz alır. Sanki, bütün bu sular, dalğalar
nifrət və kin mücəssəməsidir.
Lakin o, yenə də mübarizə edir.
O, müqavimət göstərməyə, suyun üzündə dayanmağa çalıĢır, son gücünü toplayaraq üzür. O –
heç dərəcəsində olan, tez qüvvədən düĢən bir məxluq qüvvəsi tükənməzlə vuruĢur.
Bəs gəmi necə oldu? O, uzaqdadır. Qaranlıq üfüqlərdə güclə görünür.
Boğulan adama hər tərəfdən fırtınalar hücum edir, dənizin köpüyü onu boğur. O, baĢını
qaldıraraq gözləri qarĢısında yalnız qara buludlar görür. Ölərkən o, dənizin təsvirəgəlməz
quduzluğunun Ģahidi olur. O özü bu dəliliyin qurbanıdır. O, insanlara yad olan, gərək ki, o
dünyadan gələn səslər eĢidir.
Ġnsan müsibətlərinin üzərində uçan mələklər kimi, buludlarda quĢlar süzür, lakin bunlar ona nə
ilə kömək edə bilərlər? QuĢlar uçur, oxuyur, göydə süzür. O isə əzabla can verir.
O, özünün iki nəhayətsizlik, yəni okean və göy arasında dəfn edildiyini hiss edir, okean – onun
məzarı, göy isə kəfənidir.
Gecə çökür. Bir neçə saatdır ki, o dalğalar arasında üzür, artıq lap taqətdən düĢür: içində adamlar
olan gəmi, o, uzaq mayak gözdən itmiĢdir. O, bu dibsiz, qorxunc uçurumun içində lap yalqız
qalmıĢdır: o boğulur, çırpınır, suyun altında gözə görünməyən formasız əjdahaların tərpəndiyini
hiss edir o, köməyə çağırır.
Ġnsanlar artıq görünmür. Bəs Tanrı hanı?
O, ―Xilas edin!‖ Xilas edin!‖ deyə hey çağırır.
Heç bir Ģey görünmür. Göydə heç bir Ģey yoxdur.
O, fəzalara, dalğalara, yosunlara, qayalara müraciət edir – onlar eĢitmir. O, fırtınaya yalvarır,
lakin etinasız fırtına yalnız əbədiyyətə itaət edir.
Onu qaranlıq, duman, yalqızlıq, mənasız və gurultulu bir coĢqunluq, azğın suların dağları əhatə
edir. Onun özündə dəhĢət və yorğunluq, altında isə girdabdan baĢqa bir Ģey yoxdur. Heç bir
istinad nöqtəsi tapılmır. O, hədsiz zülmət içində meyitinin ələmlə dolaĢdığını təsəvvürünə gətirir.
ġiddətli soyuq onun bədənini hərəkətdən salır. Əlləri əsəbi bir halda boĢluqdan yapıĢır. Küləklər,
buludlar, faydasız ulduzlar! Nə etməli? Ümidini itirmiĢ adam özünü taleyin ixtiyarına verir:
yorulmuĢ adam ölməyi qərara alır, o daha çarpıĢmır, müqavimət göstərmir, dalğalara təslim olur;
budur, okeanın qaranlıq dərinlikləri onu həmiĢəlik udur, o yox olur.
Ah, bəĢər cəmiyyətinin amansız gediĢi! Bu gediĢ yol üzərində duran nə qədər adamı, nə qədər
insan qəlbini məhv edir! Qanunun tulladığı hər Ģeyi udan okean! Heç kəsdən yardım yoxdur! Ah,
mənəvi ölüm!
Dəniz – amansız ictimai bir gecədir, cəza verənlər məhkum edilənləri bu dənizdə qərq edir.
Dəniz – hədsiz bir iztirabdır. Bu uçuruma düĢən insan meyit ola bilər. Onu kim dirildəcəkdir?
DOQQUZUNCU FƏSĠL.
Yeni dərdlər.
Həbsxananı tərk etmək vaxtı çatanda, ―Sən azadsan!‖ sözləri Jan Valjanın qulaqlarında
səslənəndə görünməmiĢ, eĢidilməmiĢ bir Ģey oldu; onun qəlbini birdən-birə canlılar dünyasından
gələn həqiqi iĢıq Ģüası bürüdü. Lakin bu Ģüa tez söndü.
Azadlıq fikri Jan Valjanın gözlərini qamaĢdırdı. O yeni həyat baĢlanacağına inandı. Lakin sarı
pasport almıĢ adam üçün azadlıq nə olduğunu çox tez baĢa düĢdü.
O, bir çox acı dəqiqələr keçirdi. O hesablamıĢdı ki, katorqada olduğu müddətdə yüz yetmiĢ bir
frank qazanmalı idi. Doğrudur, o, öz haqq-hesabında unutmuĢdu ki, bazar və bayram günləri on
doqquz il ərzində onun kapitalını, təxminən, iyirmi dörd frank azaltmıĢdır. Hər halda, ora-bura
çıxmaq nəticəsində onun qazancı yüz doqquz frank on beĢ suya çatdırıldı və bu məbləğ
dustaqxanadan çıxanda ona verildi.
Jan Valjan bu hesablardan heç bir Ģey anlamadı və özünü aldadılmıĢ, sadəcə desək, qarət edilmiĢ
hesab etdi.
Azad olduğu günün sabahı Qras Ģəhərindən keçərkən, narınc suları zavodunun qapıları
qarĢısında araba boĢaldan adamları gördü. O iĢləmək istədiyini bildirdi. ĠĢ təcili olduğundan, onu
qəbul etdilər. O, iĢə giriĢdi. O düĢüncəli, qüvvətli və çevik bir adam idi: var qüvvəsi ilə çalıĢırdı:
iĢ sahibi, görünür, ondan razı idi. ĠĢlədiyi zaman yoldan keçən bir jandarm onu görüb,
pasportunu soruĢdu. Sarı pasportu göstərməyə məcbur oldu. Sonra Jan Valjan yenə iĢləməyə
baĢladı. Bir az bundan qabaq fəhlələrdən birinə müraciət edərək, onların gündə nə qədər
aldıqlarını soruĢmuĢdu. ―Otuz su‖ deyə fəhlə cavab vermiĢdi. Jan Valjan sabah tezdən yola
düĢməli olduğundan axĢam zavod sahibinin yanına gələrək haqqını verməsini xahiĢ etdi.
Sahibkar heç bir söz demədən ona on beĢ su pul verdi. Jan Valjan etiraz etdi. ―Sənin üçün bu da
bəsdir!‖ dedilər. Yenə israr etdi. Sahibkar düz onun gözünün içinə baxaraq, dedi: ―Gözlə ki,
yenidən ayaqlarına kündə vurulmasın!‖.
Jan Valjan özünü qarət edilmiĢ hesab edirdi.
Cəmiyyət, dövlət onun haqqını azaldaraq, onu bütöv soymuĢdu. Ġndi də onu xırda-xırda soyan
ayrı-ayrı Ģəxslərin növbəsi çatmıĢdı.
Azad olmaq hələ azadlıq əldə etmək demək deyildir. Dustaqxanadan çıxmaq hələ mühakimədən
yaxa qurtarmaq demək deyildir.
Qrasda Jan Valjanın baĢına belə bir əhvalat gəldi. Dində isə necə qəbul edilmiĢ olduğunu bilirik.
ONUNCU FƏSĠL.
Adam yuxudan oyandı.
Gecə yarısından sonra, böyük kilsənin saatı ikini çalanda Jan Valjan oyandı.
Onun oyanmasına səbəb yatağın son dərəcə yumĢaq olması idi. Ġyirmi il olardı ki, o, yataqda
yatmamıĢdı və soyunmadan yatmıĢ olduğuna baxmayaraq, bu rahatlıq hissi onun üçün o qədər
yeni idi ki, yuxusu qaçmıĢdı.
O, dörd saatdan çox yatmıĢdı. Yorğunluğu getmiĢdi. O çox istirahət etməyə adət etməmiĢdi.
Gözlərini açıb bir dəqiqəyə qədər ətrafdakı qaranlığa baxdı, sonra yenə yatmağa çalıĢaraq
gözlərini yumdu.
Ġnsan gündüz çoxlu təəssürat aldıqda və beyni bir çox məsələlərlə məĢğul olduqda axĢamdan
asanlıqla yatır, ancaq gecə oyanarsa daha gözlərinə yuxu getmir. Birinci yuxu ikincidən çox tez
gəlir. Jan Valjanda da belə bir hal oldu. O daha yata bilməyib, düĢünməyə baĢladı.
Ġnsanda bəzən elə hallar olur ki, fikirləri və təsəvvürləri bir-birinə qarıĢır, Jan Valjan da belə bir
hal keçirirdi. Beynində qəribə bir hərc-mərclik vardı. KeçmiĢin xatirələri və yeni təəssürat bir-
birinə qarıĢır, Ģəklini dəyiĢir, hədsiz dərəcədə böyüyür və birdən coĢqun bulanıq suda qeyb olan
kimi yox olurdu. BaĢına bir çox fikirlər gəlir və gedirdi, yalnız bir fikir ondan əl çəkmir və
baĢqalarını qovurdu; o, madam Maqluarın axĢam süfrəyə qoyduğu altı dəst gümüĢ çəngəl-bıçağa
və çömçəyə diqqət yetirmiĢdi.
Bu altı gümüĢ çəngəl-bıçaq ona rahatlıq vermirdi. Onlar burada... lap yaxında idi... O indi yatdığı
yerə gəlmək üçün qonĢu otaqdan keçəndə, qoca xidmətçi arvadın bunları çarpayının baĢ
tərəfindəki kiçik Ģkafa qoyduğunu görmüĢdü... O bu balaca Ģkafa yaxĢıca diqqət etmiĢdi... ġkaf
yemək otağından gələrkən sağ tərəfdə idi... çəngəl-bıçağın hamısı qədim gümüĢdən
hazırlanmıĢdı, ağır idi... Çömçə ilə birlikdə bunlara ən azı iki yüz frank verərlər, on doqquz ildə
qazandığından iki qat artıq... Doğrudur, katorqadakı rəisləri onu ―qarət‖ etməsə idi, o daha artıq
qazanmıĢ olardı.
O, düz bir saat tərəddüd və Ģübhə içində qaldı, onda daxili mübarizə gedirdi. Saat üçü vurdu. O,
yenə gözlərini açdı, birdən yatağından qalxdı, əllərini uzatdı və çarpayının yanında küncə atmıĢ
olduğu çantasına toxundu, sonra ayaqlarını çarpayıdan salladı və birdən, özü də bunun necə
olduğunu dərk etmədən, yerində oturdu.
O, bir müddət bu halda oturub qaldı. Hamının yatmıĢ olduğu bu evdə qaranlıqda bu adamın belə
oturduğunu görən olsaydı, əlbəttə, qorxardı. Birdən o əyildi, ayaqqabılarını çıxartdı, çarpayının
qabağındakı həsirin üzərinə qoydu, sonra yenə əvvəlki vəziyyəti aldı, hərəkətsiz oturaraq dərin
düĢüncələrə daldı.
BaĢından gəlib keçən bu dəhĢətli fikirlər içində yuxarıda dediyimiz fikir bir dəqiqə belə onu
rahat buraxmırdı, bu fikir zehnində dolaĢaraq, gah yox olur, gah yenidən üzə çıxır, sanki, onu
əzirdi: o nədənsə, Breve adında tanıĢ bir katorqalı haqqında hey düĢünürdü: həmin katorqalının
Ģalvarını toxunma bir aĢırma saxlayırdı. Bu aĢırmanın Ģahmat Ģəkilli hörməsi gözlərinin önündə
duraraq ondan əl çəkmək istəmirdi.
O, hərəkətsiz bir halda oturmaqda davam edirdi. Əgər saat on beĢ dəqiqə və ya yarım saat
keçdiyini göstərmək üçün bir dəfə vurmasa idi, kim bilir; o, bəlkə də, gün doğana kimi bu halda
oturub qalacaq idi. Bu səs ona, sanki: ―Get!‖ dedi.
O ayağa durdu, bir neçə saniyə tərəddüd içində dayanıb qulaq asdı: evin içində dərin bir sükut
vardı; o, ayaqlarını yavaĢ-yavaĢ basaraq, qaranlıqda solğun bir ləkə kimi görünən pəncərəyə
doğru getdi. Gecə çox da qaranlıq deyildi, göydəki bədirlənmiĢ ayın üzünü bəzən küləyin sürətlə
qovduğu iri buludlar tuturdu. Buna görə də bayırda kölgə ilə iĢıq bir-birini əvəz edir, hava gah
tutulur, gah açılırdı, otaqda isə alaqaranlıq vardı. Ətrafdakı Ģeyləri seçmək üçün kafi olan və ayın
üzərindən buludların keçməsi ilə arabir qatılaĢan bu alaqaranlıq qarĢısından yolçuların oyan-
buyana keçdiyi nəfəslikdən zirzəmiyə düĢən göyümtül tüstüyə bənzəyirdi. Jan Valjan pəncərəyə
yaxınlaĢıb, onu diqqətlə nəzərdən keçirtdi. Pəncərənin barmaqlığı yox idi. O, bağçaya açılırdı,
yerli adətə görə, kiçik bir rəzə ilə bağlanırdı. O, pəncərəni açdı, lakin otağa kəskin soyuq hava
dolduğundan yenə pəncərəni qapadı. O, bağçaya sınayıcı bir nəzər saldı. Bağça alçaq ağ bir
divarla əhatə olunmuĢdu; bu divarı asanlıqla aĢmaq olardı. Divarın o üzündə bir qədər uzaqda
Jan Valjan bir-birindən eyni məsafədə əkilmiĢ ağacların baĢlarını gördü; bu göstərirdi ki,
bağçanın divarı arxasında bir bulvar xiyabanı və ya hər iki tərəfində ağac əkilmiĢ bir döngə
vardır.
Hər tərəfi nəzərdən keçirdikdən və görünür, qəti qərara gəldikdən sonra o, çarpayının yanına
qayıdaraq çantasını açdı, əli ilə içini eĢələdi və oradan bir Ģey çıxarıb, çarpayının üstünə qoydu,
ayaqqabılarını cibinə soxdu, çantasını yenə bağlayıb çiyninə atdı, Ģapkasını qoydu, günlüyünü
gözünün üstünə basdı, əsasını əli ilə axtarıb tapdı və pəncərəyə söykədi. Sonra yenə çarpayının
yanına qayıdaraq, üzərinə qoymuĢ olduğu Ģeyi tərəddüdsüz götürdü. Bu Ģey bir ucu nizə kimi
olan dəmir tirə bənzəyirdi.
Qaranlıqda bu dəmir parçasının nə üçün olduğunu müəyyən etmək çətin idi. Ola bilsin, bu bir
çilingər aləti idi. Bəlkə də, kiçik dəyənək idi.
Gündüz olsaydı, bunun qazmaçı Ģamdanından baĢqa bir Ģey olmadığı görünərdi. O vaxt
katorqalıları bəzən Tulonun ətrafındakı hündür təpələrdən qranit çıxarmaq üçün daĢ
karxanalarında iĢlədər və onlara qazmaçı aləti verərdilər. Qazmaçı Ģamdanı ağır dəmirdən
qayrılır və daĢı qırmaq üçün ucları ĢiĢ və iti olardı.
Jan Valjan Ģamdanı sağ əlinə aldı, nəfəsini gizlədərək, ayaqlarının ucunda qonĢu otağa doğru
yönəldi. Bu otaq, bildiyimiz kimi, yepiskopun yataq otağı idi. Qapıya çatdıqda onun yarıaçıq
olduğunu gördü. Yepiskop qapını heç lazımınca örtməmiĢdi də.
ON BĠRĠNCĠ FƏSĠL.
O nə edir?
Jan Valjan qulaq asdı. Heç bir səs-səda yox idi.
O, qapını itələdi.
Qapını gizlicə otağa girmək istəyən piĢik kimi barmağının ucu ilə yavaĢca itələdi.
Qapı səssizcə aralandı.
O, bir saniyə gözlədikdən sonra, qapını ikinci dəfə daha cəsarətlə itələdi.
Qapı səssizcə açılmaqda davam edirdi. Ġndi qapı keçmək üçün kafi dərəcədə geniĢ açılmıĢdı.
Lakin qapının yanında kiçik bir masa var idi ki, onun küncü keçməyə mane olurdu.
Jan Valjan bu maneəni gördü. Necə olursa olsun qapının arasını bir qədər də açmaq lazım idi.
O, qət etdi və qapını üçüncü dəfə, əvvəlki iki dəfədən daha bərk itələdi. Bu dəfə pas tutmuĢ
rəzələrdən biri birdən qaranlıqda bərk və uzun-uzadı cırıldadı.
Jan Valjan titrədi. Bu rəzənin cırıltısı onun qulağında qiyamət günündə çalınan suri-Ġsrafil kimi
qulaqbatırıcı və dəhĢətli bir qüvvə ilə səsləndi.
Qeyri-təbii bir dəhĢət içərisində ilk dəqiqələrdə ona elə gəldi ki, bu rəzə yatanlara xəbərdarlıq
etmək və bütün evdəkiləri oyatmaq üçün qəflətən cana gəldi, dəhĢətli canlı bir məxluqa çevrildi
və it kimi hürdü.
O, titrəyə-titrəyə, özünü itirmiĢ halda dayandı, barmaqları ucunda yeriməkdə ikən, bütün ayağını
yerə basdı. Ona belə gəldi ki, gicgahlarında damarlar iki dəmirçi çəkici kimi taqqıldayır. Nəfəsi
isə mağaradan əsən külək kimi vıyıltı ilə çıxır. QəzəblənmiĢ rəzənin bu dəhĢətli fəryadının
Ģiddətli bir zəlzələ kimi bütün evi titrətməyəcəyi ona mümkün olmayan bir Ģey kimi görünürdü;
onun itələdiyi qapı haray salmıĢdı və köməyə çağırırdı; bu saat qoca oyanacaq, qadınlar
bağıracaq, adamlar gələcəklər; on beĢ dəqiqə keçməmiĢ Ģəhərdə gurultu qopacaq, bütün polis
ayağa qaldırılacaqdır. Bir an o özünü məhv olmuĢ hesab etdi.
O, daĢ kimi yerindəcə donub qalmıĢdı, barmağını belə tərpətməyə cürət etmirdi.
Bir neçə dəqiqə keçdi. Qapı taybatay açıq idi. O, baĢını uzadıb otağın içinə baxmağa cürət etdi.
Orada heç bir Ģey tərpənmirdi. O, diqqətlə qulaq asdı. Evin içindən heç bir səs-səmir gəlmirdi.
Paslı rəzənin cırıltısı heç kəsi oyatmamıĢdı.
Birinci təhlükə keçmiĢdi, amma Jan Valjanın ürəyi yenə böyük bir vəlvələ içində idi. Lakin o,
geri qayıtmadı. Hətta özünü büsbütün məhv olmuĢ zənn etdiyi dəqiqədə geri çəkilmək fikrində
olmadı. Ġndi o, yalnız bir Ģey istəyirdi – qərarını yerinə yetirib qurtarmaq. O, irəliyə doğru bir
addım atdı və otağa girdi.
Otaqda tam sakitlik hökm sürürdü. Qaranlıqda bəzi Ģeylərin tutqun, qeyri-müəyyən cizgilərini
seçmək olurdu, – gündüz bunların masa üstünə dağılmıĢ kağız parçaları, açıq kitablar, üzərinə
paltar sərilmiĢ kreslo və ibadət fəhləsi olduğunu görmək olardı, indi isə, gecənin bir qaranlığında
bütün bunlar tutqun bir kölgəyə və ya ağımtıl ləkəyə bənzəyirdi. Jan Valjan mebelə toxunmadan,
qorxa-qorxa, ehtiyatla irəliyə doğru yeriyirdi. Otağın bir tərəfində yatmaqda olan yepiskopun
yavaĢ-yavaĢ və sakit nəfəs aldığı eĢidilirdi.
Jan Valjan birdən dayandı. O, artıq çarpayının yanında idi. O buraya gözlədiyindən tez çatmıĢdı.
Bəzən təbiət öz effektləri və hadisələri ilə qorxunc və təsiredici bir məharətlə tam vaxtında bizim
iĢimizə qarıĢır, sanki, bizi fikirləĢməyə vadar edir. Yarım saat olardı ki, bütün göyün üzünü
böyük bir bulud bürümüĢdü. Jan Valjan çarpayının yanında dayandığı zaman, bu bulud, sanki,
qəsdən parçalandı və ay iĢığı hündür pəncərədən içəri düĢərək, birdən-birə yepiskopun solğun
üzünü iĢıqlandırdı. Yepiskop sakitcə yatırdı. AĢağı Alp dağlarında gecələr soyuq olduğundan,
yepiskop əynində paltar yatırdı, darçını rəngdə yun donunun qolları əllərini biləklərinə qədər
örtmüĢdü; barmağında yepiskop üzüyü olan, bu qədər xeyirli və mərhəmətli iĢlər görmüĢ əli
çarpayıdan aĢağı sallanmıĢdı. Üzündən, sanki, bir məmnuniyyət, ümid və sakitlik yağırdı. Bu üz
gülümsəmirdi, nur saçırdı. Onun alnında gözə görünməyən bir iĢığın qəribə inikası vardı. Qəlbi
pak olan adamlar yuxuda əsrarlı göyləri seyr edirlər.
Bu göyün parıltısı yepiskopun üzündə əks etmiĢdi.
Bu iĢıq eyni zamanda içəridən də parıldayırdı, çünki bu göy onun özündə təcəssüm edirdi. Bu,
onun vicdanı idi.
Ayın iĢığı yepiskopun üzünə düĢdüyü və sanki, bu daxili nurla birləĢdiyi zaman o, bir nur haləsi
arasında yatmıĢ kimi göründü. Lakin təsvirəgəlməz bir toranlıq bu mənzərəni bir qədər
yumĢaltmıĢdı. Bu göydəki ay, bu yatan təbiət, yuxuya dalmıĢ bu bağ, bu sakit evciyəz, gecənin
bu vaxtı, bu sükut – bütün bunlar bu insanın müqəddəs istirahətinə ifadə edilə bilməyəcək bir
ehtiĢam verir, bu ağ saçları, bu qapalı gözləri, ümid və inam ifadə edən bu üzü, bu qoca baĢı və
bu uĢaq yuxusunu əzəmət və sakitlik haləsi ilə əhatə edirdi. Özü də bilmədən bu qədər əzəmətli
olan bu insanda ilahi bir Ģey hiss olunurdu.
Jan Valjan əlində dəmir Ģamdan, kölgədə hərəkətsiz dayanmıĢdı və çaĢqın halda bu nurani
qocaya baxırdı. O, ömründə belə bir Ģey görməmiĢdi. Bu etibar onu dəhĢətə gətirirdi.
Mənəviyyat aləmində cinayət əməli qarĢısında dayanıb pak bir adamın yuxusunu seyr edən
pəriĢan və natəmiz bir vicdandan əzəmətli bir mənzərə ola bilməz.
Bu yalqızlıqda, onun kimi bir adamın yaxınlığında yatanın yuxusunda xüsusi bir ülviyyət vardı.
Jan Valjan dumanlı olsa da yenilməz bir qüvvətlə bunu duyurdu.
Onun qəlbindən nələr gəlib keçdiyini kimsə, hətta o özü belə söyləyə bilməzdi. Onun nələr hiss
etdiyini təyin etmək üçün ən amansız bir Ģeylə ən mülayim bir Ģeyin qarĢı-qarĢıya durduğunu
təsəvvür etmək lazımdır. Gözlərində də müəyyən bir ifadə görmək mümkün deyildi. Onlarda
yalnız ələmli bir heyrət görünürdü. O baxırdı. Lakin o nələr düĢünürdü? Bunu kim baĢa düĢə
bilərdi? Onun həyəcan keçirdiyi və dərindən mütəəssir olduğu hiss olunurdu. Lakin bu həyəcanın
mənası nə idi?
O, nəzərini qocadan ayıra bilmirdi. Üzündən və ümumi görünüĢündən yalnız bir Ģey aydın
bilinirdi – o, qəribə bir tərəddüd içində idi. Sanki, o, iki uçurum arasında tərəddüd edirdi; bu
uçurumlardan biri həlak edən, o biri qurtuluĢ gətirən idi. Sanki, o, bu baĢı əzməyə, yaxud bu əli
öpməyə hazır idi.
Bir neçə saniyə sol əlini yavaĢ-yavaĢ qaldırıb, Ģapkasını çıxartdı; sonra əli yenə yavaĢca aĢağı
endi. Jan Valjan sol əlində Ģapkasını, sağ əlində isə dəmir parçasını tutaraq yenə tamaĢaya daldı.
Qısa saçları qırıĢmıĢ alnı üzərində biz-biz durmuĢdu.
Yepiskop bu dəhĢətli nəzərlər altında yenə də sakitcə yatırdı.
Ayın iĢığında, buxarının üstündə tutqun bir Ģəkildə Ġsanın surəti görünürdü: sanki, o, birisinə
xeyir-dua verir və ya birisini bağıĢlayaraq, hər ikisinə öz ağuĢunu açırdı.
Birdən Jan Valjan Ģapkasını baĢına qoydu, sonra yepiskopun üzünə belə baxmadan, tələsik
yatağın yanından keçdi və onun baĢ tərəfində görünən rəfə tərəf getdi, qıfılı qırmaq üçün
Ģamdanı qaldırdı, lakin açarın qıfılın üstündə olduğunu gördü, Ģkafı açdı: birinci gördüyü Ģey
gümüĢlərin qoyulduğu səbət idi, səbəti götürüb, heç bir ehtiyat eləmədən, hərəkətlərindən əmələ
gələn gurultuya fikir vermədən iri addımlarla otaqdan keçdi, qapıya çatdı, ibadətxanaya girib,
pəncərəni açdı, əsasını götürdü, pəncərədən aĢdı, gümüĢləri çantasına qoydu, səbəti yerə tulladı,
yüyürə-yüyürə bağdan keçdi və pələng kimi hasardan sıçrayaraq, yox oldu.
ON ĠKĠNCĠ FƏSĠL.
Yepiskop iĢlərkən.
Ertəsi gün, səhər tezdən monsenyor B’envenü bağçada gəzinirdi. Birdən madam Maqluar böyük
bir təĢviĢ içərisində onun yanına gəldi:
– Monsenyor, monsenyor, – deyə o bağırdı, – siz gümüĢ çəngəl-bıçağı saxladığım səbətin harada
olduğunu bilirsinizmi?
Yepiskop:
– Bilirəm, – deyə cavab verdi.
– Allaha Ģükür, – deyə qadın sevindi, – yoxsa onun harada olduğunu baĢa düĢə bilmirdim.
Yepiskop elə indicə çiçəkliyin içində səbəti tapmıĢdı. O, səbəti madam Maqluara verərək dedi:
– Budur.
Bu nədir? – deyə madam Maqluar təəccüb etdi. – Bu ki, boĢdur. Bəs gümüĢlər hanı?
Yepiskop:
– Ax, sizi gümüĢlər narahat edir? GümüĢlərin harada olduğundan xəbərim yoxdur, – dedi.
Zirək bir qarı olan madam Maqluar bir anda yataq otağına gedərək ibadətxanaya baxdı və yenə
sürətlə yepiskopun yanına qayıtdı. Yepiskop əyilərək, səbətin əzmiĢ olduğu qatıqotu Ģitilinə
baxırdı. Madam Maqluarın bağırtısını eĢitdikdə yepiskop dikəldi.
– Monsenyor! O adam getmiĢdir! GümüĢlər oğurlanmıĢdır!
Madam Maqluar bu sözləri söyləməkdə ikən, birdən gözləri bağın o biri baĢında qaçanın izlərini
gördü. Divarın üzərindən bir neçə daĢ düĢmüĢdü.
– Baxın, baxın! O buradan aĢmıĢdır. BirbaĢ KoĢfile döngəsinə düĢmüĢdür! Bu nə alçaqlıqdır! O
bizim gümüĢ çəngəl-bıçağımızı oğurlamıĢdır!
Yepiskop bir dəqiqə susdu, sonra ciddi bir nəzərlə madam Maqluara baxaraq, mülayimliklə
etiraz etdi:
– Harada deyilmiĢdir ki, o gümüĢlər bizim idi?
Madam Maqluar heyrətindən donub qaldı. Yenidən sükut çökdü, sonra yepiskop yenə sözünə
davam edərək dedi:
– Madam Maqluar, bu gümüĢ çəngəl-bıçaqdan, həm də bu qədər uzun müddət istifadə etməkdə
mən haqlı deyildim. Onlar yoxsulların malı idi. Bu adam kim idi? ġübhəsiz, yoxsul.
Madam Maqluar:
– Aman, ya rəbbi! – dedi. – Mən nə özüm üçün deyirəm, nə də madmazel üçün. Bizim üçün
hamısı birdir. Mən sizin üçün deyirəm, monsenyor. Ġndi zati-aliniz nə ilə yemək yeyəcəkdir?
Yepiskop madam Maqluarın üzünə heyrətlə baxdı.
– Nə olar? Məgər qalay çəngəl-bıçaq yoxdur?
Madam Maqluar çiyinlərini dartdı.
– Qalayın pis iyi olur.
– Bəs dəmir?
Madam Maqluar üzünü turĢudaraq:
– Dəmir də pis dad verir.
Yepiskop:
– Elə isə ağacdan düzəltdirərik, – dedi.
Bir neçə dəqiqə sonra yepiskop dünən axĢam Jan Valjanın oturduğu masanın arxasında oturaraq
səhər yeməyi yeyirdi. Yemək zamanı o, dinməzcə qulaq asan bacısına və öz-özünə deyinən
madam Maqluara gülə-gülə isbat edirdi ki, çörəyi südə batırmaq üçün nə qaĢığa, nə də çəngələ,
hətta ağac qaĢığa və çəngələ belə ehtiyac yoxdur, bunlarsız da keçinmək olar.
Madam Maqluar masanın baĢında vurnuxaraq, öz-özünə donquldanırdı:
– Heç adamın ağlına gələn iĢdirmi? Belə bir adamı evə buraxmaq, gecə də öz yanında yatırmaq
olar? Allaha Ģükür ki, o, ancaq oğurluq etmiĢdir! Aman, ya rəbbi! Nə ola biləcəyini yada
saldıqca adamın bədəni əsir!..
Yepiskop ilə bacısı süfrədən qalxmaq istəyirdilər ki, birdən qapı döyüldü.
Yepiskop:
– Buyurun, – dedi.
Qapı açıldı. Qapının astanasında bir dəstə qəribə və həyəcanlı adam göründü. Üç nəfər birisinin
yaxasından tutmuĢdu. Bu üç nəfər jandarm, dördüncü isə Jan Valjan idi.
Jandarmların baĢçısı, kiçik zabit, qapıda ayaq saxladı. Sonra içəri girib, yepiskopa yaxınlaĢdı və
ona əsgəri salam verdi. – Monsenyor... – deyə o, sözə baĢladı. Məyus və pəriĢan bir halda
dayanan Jan Valjan bu sözü eĢitdikdə, heyrətlə baĢını qaldırdı.
– Monsenyor! – deyə o pıçıldadı. – Demək bu, sadə keĢiĢ deyilmiĢ...
Jandarmlardan biri:
– Sus, – dedi, – bu monsenyor cənab yepiskopdur.
Bu zaman monsenyor B’envenü qocalığının müsaidə etdiyi qədər sürətlə onlara yaxınlaĢdı və
Jan Valjana müraciətlə dedi:
– Ah, sizsiniz? Sizi görməyimə çox Ģadam. Ancaq niyə belə edirsiniz? Axı, mən Ģamdanları da
sizə vermiĢdim, onlar da gümüĢdəndir, onlara iki yüz frank ala bilərsiniz. Bəs nə üçün onları da
çəngəl-bıçaqlarınızla birlikdə götürməmiĢsiniz?
Jan Valjan gözlərini geniĢ açaraq, təsvir edilməsi mümkün olmayan bir nəzərlə hörmətli
yepiskopa baxdı.
Kiçik jandarm zabiti dedi:
– Monsenyor, demək bu adamın bizə söylədikləri doğrudur? Biz yolda ona rast gəldik.
GörünüĢündən o, qaçağa bənzəyirdi. Hər təsadüfə qarĢı onu tutduq, bu gümüĢləri də onda tapdıq.
Yepiskop gülümsəyərək, zabitin sözünü kəsdi:
– O da sizə dedi ki, gecə evində yatdığı qoca bir keĢiĢ bu gümüĢləri ona bağıĢlamıĢdır, eləmi?
BaĢa düĢürəm, baĢa düĢürəm. Siz də onu tutub buraya gətirdiniz, deyilmi? Bu, anlaĢılmazlıqdır.
Kiçik zabit:
– Elə isə onu buraxa bilərik? – deyə soruĢdu.
– Əlbəttə, – deyə yepiskop cavab verdi.
Jandarmlar Jan Valjanı buraxdılar. Jan Valjan qeyri-iradi olaraq geri çəkildi.
Yuxuda danıĢırmıĢ kimi boğuq bir səslə:
– Məni doğrudanmı buraxırlar? – dedi.
Jandarmlardan biri:
– Bəli, əlbəttə, səni buraxırıq, eĢitmirsən nədir? – deyə cavab verdi.
Yepiskop:
– Dostum, – dedi, – getməmiĢdən əvvəl Ģamdanlarınızı götürməyi unutmayın. Budur, götürün.
O, buxarıya yaxınlaĢıb gümüĢ Ģamdanları götürdü və Jan Valjana uzatdı. Qadınların ikisi də
hərəkətsiz bir halda dinməzcə dayanaraq, heç bir Ģeylə yepiskopa mane olmamağa çalıĢırdı.
Jan Valjanın bütün bədəni titrəyirdi. O, ixtiyarsız və çaĢqın bir halda hər iki Ģamdanı əlinə aldı.
Yepiskop:
– Ġndi sağlıqla, gedin, – dedi, – həm də, dostum sizə bir Ģey söyləyim: bir də mənim yanıma
gələndə bağdan keçməyə heç bir ehtiyac yoxdur. Siz hər zaman baĢ qapıdan girib çıxa bilərsiniz.
Bu qapı nə gecə, nə də gündüz, heç bir zaman bağlanmır.
Sonra jandarmlara tərəf dönərək:
– Cənablar, siz gedə bilərsiniz, – dedi.
Jandarmlar getdilər.
Jan Valjan, sanki, bu dəqiqə özündən gedəcək idi.
Yepiskop ona yaxınlaĢdı və yavaĢ bir səslə dedi:
– Unutmayın, heç bir zaman unutmayın ki, bu gümüĢləri namuslu adam olmaq üçün sərf
edəcəyinizi mənə vəd etmiĢdiniz.
Jan Valjan çaĢqın bir halda durmuĢdu, – o belə bir vəd vermiĢ olduğunu qətiyyən xatırlamırdı.
Yepiskop bu sözləri xüsusi bir qətiyyətlə dedi və təntənə ilə davam etdi:
– Jan Valjan, qardaĢım, siz artıq Ģərə tabe deyilsiniz, xeyrin ixtiyarındasınız. Mən sizin ruhunuzu
satın alıram. Mən sizin ruhunuzu qara fikirlərdən və zülmət dünyasından xilas edib Allaha
tapĢırıram.
ON ÜÇÜNCÜ FƏSĠL.
Balaca Jerve.
Jan Valjan təqib edilən adamlar kimi sürətlə Ģəhərdən çıxdı. O, ilk qarĢısına çıxan yolla və cığırla
gedərək, sürətli addımlarla düzdən keçir və eyni yerdə fırlandığını hiss etmirdi. Bu sürətlə, heç
bir Ģey etmədən və aclıq belə hiss etmədən, bütün Ģəhəri dolaĢdı. Onu bir çox yeni hisslər təqib
edirdi. Qəlbində gizli bir hiddət vardı. Bu hiddət kimə qarĢı idi? – o bunu bilmirdi. Mütəəssirmi
olmuĢdu, yoxsa təhqirmi edilmiĢdi – bu ona bəlli deyildi. Bəzən qəlbində qəribə bir riqqət hiss
edirdi. O, var qüvvəsi ilə buna müqavimət göstərməyə çalıĢaraq, son iyirmi illik ömrünün bütün
hiddətini buna qarĢı qoyurdu. Bu hiss onu yorurdu. O, çəkdiyi müsibətlərin haqsızlığından irəli
gəlmiĢ olan müdhiĢ daxili sakitliyinin məhv olduğunu təĢviĢlə görürdü. Bu sakitliyi nə ilə əvəz
edəcəyini özündən soruĢurdu. Bəzən ona elə gəlirdi ki, jandarmlar onu tutub həbsxanaya aparsa
idi, bu, onun baĢına gələn əhvalatdan daha yaxĢı olardı: o zaman bu qədər həyəcana düĢməzdi.
Payız fəslinin çoxdan baĢlanmıĢ olmasına baxmayaraq, yanından keçdiyi çəpərin dibində ara-sıra
bəzi çiçəklər görünürdü. Bu çiçəklərin ətri ona uĢaqlıq günlərini xatırladırdı. Bu xatirələr onun
üçün dözülməz idi, çünki çoxdan bəri idi ki, o belə Ģeylər xatırlamazdı.
Beləliklə, bütün günü onun zehnində sözlə ifadə edilməsi çətin olan bu kimi fikirlər toplaĢırdı.
GünəĢ batmağa, ən kiçik daĢlar belə uzun kölgə salmağa baĢlarkən Jan Valjan geniĢ, boz bir
düzənlikdə bir kolun yanında oturmuĢdu. Bu düz boĢ və kimsəsiz idi. Üfüqdə Alp dağlarından
baĢqa heç bir Ģey, hətta uzaq bir kənd kilsəsinin zəng qülləsi belə görünmürdü. Jan Valjan Din
Ģəhərindən təqribən üç lyo uzaqlıqda idi. Kolun bir neçə addımlığında düzü kəsən bir cığır
keçirdi.
Təsadüfi yolçunu qorxuya sala bilən cır-cındırlarına daha qorxunc görkəm verə biləcək qara
fikirlərə dalmıĢ halda oturan Jan Valjanın qulağına birdən Ģən bir nəğmə səsi gəldi.
O, baĢını çevirib, təxminən, on yaĢında bir savoyalı uĢağın nəğmə oxuya-oxuya yolla gəlməkdə
olduğunu gördü: uĢağın dalında bir qutunun içində çöl siçanı vardı, çiynindən kiçik bir Ģarmanka
asılmıĢdı – bu, ölkədən-ölkəyə dolaĢan, cırıq tumanından dizləri görünən Ģən və mehriban
uĢaqlardan biri idi.
UĢaq nəğmə oxuyaraq yoluna davam edir və arabir dayanaraq əlində olan və bəlkə də, bütün var-
yoxunu təĢkil edən bir neçə pulu atıb tutaraq oynayırdı. Bu mis pullar arasında qırx suluq bir
gümüĢ pul da vardı.
UĢaq kolun yanında dayandı və Jan Valjanı görmədən bir az əvvəl havaya ataraq, sonra yenə
məharətlə əlinin dalı ilə tutduğu pulları yenə yuxarı atdı.
Lakin bu dəfə qırx suluq pul əlindən sıçradı və yerə düĢərək kolluğa, Jan Valjanın oturduğu yerə
tərəf dığırlandı.
Jan Valjan ayağını pulun üstünə qoydu. Lakin nəzərləri ilə pulunu təqib edən uĢaq onun haraya
düĢdüyünü görmüĢdü:
O, heç təəccüb etmədi və birbaĢ Jan Valjanın yanına gəldi. Onların olduğu yer tamamilə izsiz idi.
Göz iĢlədikcə nə düzdə, nə do yolda kimsə görünmürdü. Ancaq çox yüksəklərdə uçan köçəri
quĢların zəif səsləri eĢidilirdi. UĢaq arxasını GünəĢə tərəf çevirmiĢdi; günəĢin son Ģüaları Jan
Valjanın hiddətli üzünü qanlı bir iĢıqla iĢıqlandırdığı halda, uĢağın saçlarına qızılı Ģüalar səpirdi.
UĢaq bilməməzlik və məsumluqdan doğan bir uĢaqlıq etimadı ilə Jan Valjana:
– Cənab, – dedi, – mənim pulum hanı?
Jan Valjan:
– Adın nədir? – deyə soruĢdu.
– Balaca Jerve, cənab.
Jan Valjan dedi:
– Rədd ol buradan.
UĢaq israr edərək:
– Cənab, – dedi. – mənim pulumu verin.
Jan Valjan baĢını aĢağı saldı və cavab vermədi. UĢaq bir də təkrar etdi:
– Cənab, mənim pulumu verin!
Jan Valjanın gözləri əvvəlki kimi yerə zillənmiĢdi.
UĢaq çığıraraq:
– Pulumu verin, – deyirdi, – mənim parıldayan pulumu! Mənim gümüĢ pulumu!
Jan Valjan, sanki, heç bir Ģey eĢitmirdi. UĢaq onun yaxasından tutub silkələməyə baĢladı. Eyni
zamanda o, sərvətinin üzərinə basılmıĢ olan dəmir nallı qalın ayaqqabını yerindən tərpətməyə
çalıĢırdı.
– Mən öz pulumu istəyirəm! Qırx suluq pulumu!
UĢaq ağlayırdı. Jan Valjan baĢını qaldırdı. O hələ də yerindən tərpənmədən oturmuĢdu. Gözləri
dumanlı idi. O, uĢağa bir növ heyrətlə baxdı. Sonra əlini əsasına uzadaraq, dəhĢətli bir səslə
bağırdı:
– Bu kimdir?
– Mənəm, cənab, – deyə uĢaq cavab verdi. – Balaca Jerve! Mənəm! Mənəm! XahiĢ edirəm,
mənim qırx suluğumu verin! Ayağınızı götürün, cənab! XahiĢ edirəm, ayağınızı götürün!
Birdən uĢaq hirsləndi və balacalığına baxmayaraq, hədələyici bir səslə dedi:
– Bura baxın, ayağınızı çəkəcəksiniz, ya yox? Sizə deyirlər, ayağınızı çəkin!
– Ax, sən hələ də buradasan? – deyə Jan Valjan çığırdı və yerindən sıçrayaraq, dümdüz dayandı:
əvvəlki kimi ayağını gümüĢ pulun üstündən çəkməyərək, əlavə etdi:
– Nə qədər ki baĢın salamatdır, çıx get!
UĢaq qorxa-qorxa ona baxdı, bütün bədəni əsdi, bir neçə saniyə yerindəcə donub qaldıqdan
sonra, geriyə baxmağa və ya qıĢqırmağa cəsarət etmədən var qüvvəsi ilə qaçmağa baĢladı.
Lakin bir qədər qaçdıqdan sonra nəfəsi elə tutuldu ki, dayanmağa məcbur oldu və fikrə qərq
olmuĢ Jan Valjan uĢağın ağladığını eĢitdi.
Bir neçə dəqiqə sonra uĢaq gözdən itdi.
Gün batdı. Jan Valjanın ətrafını getdikcə qaranlıq bürüyürdü. O bütün günü heç bir Ģey
yeməmiĢdi, çox ehtimal ki, qızdırırdı.
UĢaq qaçandan bəri o, öz vəziyyətini dəyiĢməyərək, bir yerdə dayanıb durmuĢdu. Kəsik-kəsik
nəfəs almaqdan sinəsi qalxıb enirdi. Gözləri on-on iki addım irəliyə zillənmiĢdi, sanki, otun
üzərindəki göy saxsı parçasını diqqətlə öyrənirdi. Birdən o diksindi, axĢam soyuğunun ona təsir
etdiyini yalnız indi hiss etdi.
ġapkasını alnına çəkərək, ixtiyarsız bir halda köynəyini düymələdi, bir addım ataraq əyildi ki,
əsasını götürsün.
Bu zaman o ayağı ilə yarıya qədər yerə basdığı və daĢların arasında parlayan qırx suluq pulu
gördü.
Bu ona elektrik cərəyanı kimi təsir etdi. ―Bu nədir?‖ deyə o öz-özünə mızıldandı. Üç addım geri
çəkildi, sonra bir az bundan əvvəl ayağı ilə basdığı və qaranlıqda ona zillənmiĢ insan gözü kimi
parıldayan puldan gözünü çəkə bilməyərək dayandı.
Beləliklə, bir neçə dəqiqə keçdi. Birdən o, əsəbi bir hərəkətlə gümüĢ pula sarı atıldı, onu götürüb
dikəldi, düzənliyə göz gəzdirdi və sığınmağa yer axtaran hürkmüĢ vəhĢi heyvan kimi ətrafa
baxmağa baĢladı.
O heç bir Ģey görmədi. Gecə yaxınlaĢır, düzənlik soyuğa bürünürdü. Alaqaranlıqda qalxan qatı
bənövĢəyi dumanda hər Ģey gözdən itməyə baĢlamıĢdı.
Jan Valjan dərin bir nəfəs aldı və uĢağın yox olduğu səmtə tərəf sürətlə addımladı. Otuz addım
getdikdən sonra o dayandı, ətrafa göz gəzdirdi və yenə heç bir Ģey görmədi.
Bu zaman o gücü gəldikcə: ―Balaca Jerve! Balaca Jerve!‖ deyə çığırdı.
Sonra susdu və qulaq asdı.
Cavab gəlmədi.
Çöl boĢ və qaranlıq idi. Sonsuzluq hər tərəfdən Jan Valjanı bürüyürdü. Ətrafda yalnız onun
nəzərlərinin yox olduğu zülmətdən və səsini udan sükutdan baĢqa heç bir Ģey yox idi.
Kəskin soyuq külək əsərək, bütün ətrafda qorxulu bir hərəkət yaradırdı. Balaca ağaclar öz sısqa
budaqlarını təsviredilməz bir hiddətlə yırğalayırdı. Onlar, sanki, kimi isə hədələyir, kimi isə təqib
edirdilər.
O yenə yeridi, sonra qaçmağa baĢladı: arabir dayanır və bu səhrada mümkün ola biləcək ən
qorxunc və ən kədərli səslə: ―Balaca Jerve! Balaca Jerve!‖ deyə çığırırdı.
UĢaq onun səsini eĢitsə idi belə, Ģübhəsiz ki, qorxar və onun gözünə görünməkdən çəkinərdi.
Lakin uĢaq, çox ehtimal ki, artıq uzaqda idi.
Yolda Jan Valjan at üstündə gedən bir keĢiĢə rast gəldi. Ona yanaĢıb soruĢdu:
– Cənab küre, burada bir uĢaq görmədiniz?
– Xeyr, – deyə keĢiĢ cavab verdi.
– Balaca Jerve adında bir uĢaqdır.
– Mən heç kəsə rast gəlmədim.
Jan Valjan kisəsindən iki beĢ franklıq pul çıxardıb keĢiĢə uzatdı.
– Cənab keĢiĢ, bunu yoxsullarınıza verin, – dedi, – cənab keĢiĢ, o uĢağın on yaĢı olar. Gərək ki,
onun bir balaca Ģarmankası, bir də çöl siçanı vardır. O buradan keçib getdi... bilirsinizmi,
savoyalı bir uĢaq idi.
– Mən onu görmədim.
– Balaca Jerve! Bu qonĢu kəndlərin birisindən olmaya? Siz mənə deyə bilməzsinizmi?
– UĢaq sizin təsvir etdiyiniz kimi isə, dostum, onda, yəqin, yadellidir. Onlar bəzən bizim yerlərə
gəlirlər. Ancaq onları heç kəs tanımır.
Jan Valjan tez cibindən daha iki beĢ franklıq pul çıxarıb keĢiĢə verdi.
– Sizin yoxsullar üçün, – dedi.
Sonra birdən qeyzlə əlavə etdi:
– Cənab keĢiĢ, əmr edin, məni tutsunlar. Mən oğruyam.
KeĢiĢ atına bir qamçı çəkərək, bərk qorxmuĢ halda çapıb getdi.
Jan Valjan əvvəlki istiqamətdə yüyürməyə baĢladı.
Bu sürətlə xeyli yol getdi: o, ətrafa baxır, çağırır, qıĢqırırdı. Lakin daha heç kəsə rast gəlmədi.
Ġki-üç dəfə o, yoldan çıxaraq, bardaĢ qurmuĢ uĢağa bənzər bir Ģey görünən tərəfə atılırdı, lakin
görünən Ģeyə yaxınlaĢdıqda bunun kol və ya yastı bir daĢ olduğu məlum olurdu. Nəhayət, üç
cığırın birləĢdiyi bir yerə çatdıqda, Jan Valjan dayandı. Ay doğmuĢdu. Ətrafına boylanaraq, son
dəfə bağırdı:
– Balaca Jerve! Balaca Jerve! Balaca Jerve!
Səsi heç bir əks-səda oyatmadan duman içində qeyb oldu.
O bir daha: ―Balaca Jerve!‖ deyə çağırdısa da bu dəfə səsi çox zəif idi, pıçıltı kimi eĢidilirdi. Bu
onun son qeyrəti idi, sanki, ləkəli vicdanı görünməz bir qüvvə ilə birdən-birə bütün ağırlığı ilə
onu basmıĢ kimi, ayaqları titrəməyə baĢladı: ayaq üstə dura bilmədi: taqətdən düĢmüĢ bir halda
böyük daĢın üstündə oturdu, saçlarını yolaraq və üzünü dizləri arasında gizlətməyə çalıĢaraq:
– Mən alçaq bir adamam! – deyə səsləndi.
Onun ürəyi daha davam gətirmədi, o ağlamağa baĢladı. On doqquz ildən bəri o birinci dəfə idi ki,
ağlayırdı.
Jan Valjan yepiskopun yanından çıxdığı zaman, gördüyümüz kimi, indiyə qədər onun fikirlərini
məĢğul edən hər Ģeydən əl çəkmiĢ idi. O, qəlbində nələr olduğunu özü belə baĢa düĢmürdü. Jan
Valjan qocanın mələk rəftarına və mülayim sözlərinə qarĢı daxilən üsyan edirdi. ―Siz mənə
namuslu adam olmağı vəd etdiniz. Mən sizin ruhunuzu satın alıram. Mən sizin ruhunuzu qara
fikirlərdən və zülmət dünyasından xilas edərək Allaha tapĢırıram‖. Bu sözlər onu daim təqib
edirdi. O, daxilimizdə Ģərin dayağı kimi yaĢayan qüruru bu ilahi mərhəmətə qarĢı qoyurdu.
KeĢiĢin mərhəmətinin ömründə onu sarsıdan ən Ģiddətli hücum olduğunu; bu mərhəmət və
Ģəfqətə qarĢı müqavimət göstərməyi bacararsa, ürəyinin həmiĢəlik bərkidiyini, güzəĢtə gedərsə –
uzun illərdən bəri qəlbinə hakim olan və onu qane edən kin və nifrət hissindən əl çəkməyə
məcbur olacağını dumanlı surətdə olsa da dərk edirdi, o bu dəfə ya qalib gəlməli, ya da məğlub
olmalı idi: indi onun kini ilə o adamın mərhəməti arasında böyük və qəti bir mübarizə
baĢlanmıĢdı.
O, qarĢısında duman arasından görünən iĢığa baxaraq sərxoĢ kimi addımlayırdı. O bu cür, çaĢqın
nəzərlərlə ətrafa baxaraq, yol getdiyi zaman Dindəki hadisənin onun üçün nə cür nəticə verə
biləcəyini aydın təsəvvür edirdimi? Həyatımızın müəyyən dəqiqələrində bizə xəbərdarlıq edən
və ya bizi izləyən gizli səsləri o eĢidirdimi? Bəlkə də, indicə onun taleyini həll edən təntənəli bir
saat keçirdiyini, artıq onun üçün orta yol olmadığını və əgər o insanların ən yaxĢılarından
olmazsa, ən alçağı olacağını; indi yepiskopdan daha yüksəklərə qalxmağa, yaxud katorqalıdan
daha aĢağıya enməyə məcbur olduğunu, yaxĢı adam olmaq istəyirsə, mələk olmalı, kinli qalmaq
istəyirsə, qorxunc bir heyvana çevrilməli olduğunu kimsə ona pıçıldamıĢdımı?
Biz burada da, əvvəlki kimi, yenə eyni sualları verməyə məcburuq – o, qəlbində nələr olduğunu
tutqun bir Ģəkildə olsa da, dərk edirdimi? Əlbəttə, dediyimiz kimi, bədbəxtlik zehni tərbiyə edir:
lakin Jan Valjanın burada söylədiklərimizi baĢa düĢə bilməsi Ģübhəlidir. Bu fikirlər onun ağlına
gəlsə də, o, bunların üzərində düĢünmür, onlar yalnız onun beynində dolaĢaraq, izahedilməz,
xəstə bir təĢviĢ və qorxu oyadırdı. O, katorqa adlanan iyrənc və qaranlıq bir quyudan çıxdıqdan
sonra yepiskop zahir oldu və qaranlıqdan yenicə çıxmıĢ bir adamın gözlərini parlaq iĢıq
qamaĢdırdığı kimi, yepiskop da onun qəlbinə toxunub onu ağrıtdı. Gələcək həyat, artıq onun
üçün mümkün olan iĢıqlı və ləkəsiz həyat onu narahat edir, ürəyinə qorxu salırdı. Jan Valjan ona
nə olduğunu artıq baĢa düĢmürdü. Birdən-birə doğan günəĢ bayquĢa necə təsir edirsə, xeyir iĢin
saçdığı iĢıq da katorqalını çaĢdırmıĢ və sanki, onun gözlərini qamaĢdırmıĢdı.
O, sanki, baĢqa bir adam olmuĢdu, onun qəlbində hər Ģey dəyiĢmiĢdi, artıq o yepiskopun onun
qəlbinə toxunan sözlərinin təsirini puç etməyə qadir deyildi.
Balaca Jerveyə rast gəldiyi və onun qırx suluq pulunu oğurladığı zaman, o belə bir hal keçirirdi.
O bunu nə üçün etmiĢdi? O özü də bunu izah edə bilməzdi: bu, katorqadan gətirdiyi pis fikirlərin
son təzahürü, pis əməllərə olan meyilin qalıqları və ya statikada ―ətalət qüvvəsi‖ deyilən Ģeyin
nəticəsi idimi? Bəli, bu belə idi və eyni zamanda, bəlkə də, belə deyildi. Daha sadəcə desək,
oğurlayan o deyil, insan deyil, heyvan idi: ağıl qeyri-adi və yeni olan bu qədər ideyalar; əlində
çırpındığı zaman o, adət və instinktə tabe olaraq, mənasız yerə ayağını götürüb bu pulun üzərinə
qoymuĢdu. Ağıl oyanaraq heyvanın tutduğu iĢi gördüyü zaman, Jan Valjan dəhĢətlə geri çəkilmiĢ
və ümidsizliklə bağırmıĢdı.
Çünki bu – yalnız Jan Valjanın vəziyyətində mümkün ola bilən qəribə bir hadisə idi: o, Balaca
Jervenin pulunu oğurlamaqla artıq bacarmadığı bir qəbahətə yol vermiĢdi.
Hər halda, bu son cinayəti ona həlledici təsir göstərmiĢdi. O, zehnini xırpalayan xaosu birdən-
birə parçalamıĢ və dağıtmıĢ, aydın olmayan, dumanlı Ģeyləri bir tərəfə, iĢığı isə o biri tərəfə
atmıĢdı. Bəzi kimyəvi reaktivlər bulanıq qatıĢığa təsir edərək bəzi elementləri çökdürüb o biriləri
ĢəffaflaĢdırdığı kimi, onun da ruhunda qəribə bir hal əmələ gəlmiĢdi.
Hər Ģeydən əvvəl, baĢ verən hadisəni dərk etmədən, bu barədə düĢünmədən o, pəriĢan bir halda,
təqibdən qaçırmıĢ kimi, pulu qaytarmaq üçün Balaca Jerveni tapmağa çalıĢırdı, onu tapmaq
mümkün olmadığını anladıqdan sonra isə böyük bir ümidsizlik içərisində dayandı. ―Mən alçaq
bir adamam!‖ – deyə çığırdığı zaman, o öz həqiqi simasını gördü, lakin o, artıq əvvəlki
varlığından o qədər uzaqlaĢmıĢdı ki, öz-özünə bir xəyal kimi göründü, qarĢısında isə əlində əsa,
əynində cırıq köynək, çiynində oğurluq Ģeylərlə dolu olan çanta, qaĢqabaqlı və sərt üzlü,
qəlbində min cür murdar fikirlər olan iyrənc katorqalı Jan Valjan dayanmıĢdı.
Söylədiyimiz kimi, çəkdiyi əzabların çoxluğu onu müəyyən dərəcədə qeybdən xəbər verən bir
adam halına gətirmiĢdi. Bu surət də, sanki, kabus kimi bir Ģey idi. O, doğrudan da, bu Jan
Valjanı, onun qorxunc sifətini qarĢısında gördü. O, bu adamın kim olduğunu az qala özündən
soruĢacaqdı, bu adam ona iyrənc görünürdü.
Onun beyni elə gərgin və eyni zamanda dəhĢət ediləcək qədər sakit bir halda idi ki, bu zaman
dalğınlıq real həyatdan güclü olur. Ġnsan artıq ətrafdakı Ģeyləri görmür, xəyalının doğurduğu hər
Ģey ona, onun özündən kənarda mövcud olan real həyat kimi görünür.
Beləliklə, Jan Valjan, sanki, öz-özü ilə üz-üzə dayanaraq, özünü nəzərdən keçirirdi və eyni
zamanda xəyalının yaratdığı bu surətin arxasında əsrarəngiz dərinliklərdə göz qırpan bir iĢıq
görürdü. O bunu əvvəlcə məĢəl zənn etmiĢdi. Lakin daha diqqətlə baxdıqda Jan Valjan Ģüurunun
dərinliyində yanan bu odun bir insan sifətində olduğunu və bu məĢəlin yepiskop olduğunu gördü.
Onun fikri Ģüuru qarĢısında dayanmıĢ bu iki insanı – yepiskopla Jan Valjanı növbə ilə seyr
edirdi. Ġkincinin qəlbini birincidən baĢqa heç kəs yumĢalda bilmədi. Bu cür hallüsinasiyaların
qəribə bir xüsusiyyəti vardır: hallüsinasiya davam etdikcə, yepiskopun xəyalı böyüyür və
getdikcə daha nurani olurdu. Jan Valjan isə getdikcə kiçilirdi. Bir anda o, kölgəyə çevrildi.
Birdən bu kölgə də yox oldu. Yalnız yepiskop qaldı.
O, bu bədbəxt insanın bütün qəlbini nurla doldurdu.
Jan Valjan uzun müddət ağladı. O, acı göz yaĢları tökür, zəif qadınlar kimi, qorxmuĢ uĢaqlar
kimi hönkür-hönkür ağlayırdı.
O ağladıqca Ģüuru açılırdı və nəhayət, qəribə – həm fərəhli, həm də qorxunc bir iĢıqla iĢıqlandı.
KeçmiĢ həyatı, birinci qəbahəti, uzun illər boyu çəkdiyi cəzalar, zahirən vəhĢiləĢməsi, daxilən
sərtləĢməsi, intiqam almaq ümidində olduğundan onu daha artıq sevindirən qurtuluĢ dəqiqəsi;
yepiskopun evindəki hadisə və nəhayət, son qəbahəti, yepiskop onu əfv etdikdən sonra daha
alçaq və daha dəhĢətli görünən son cinayəti – uĢaqdan qırx suluq pul oğurlaması – bunlar hamısı
onun yadına düĢdü və əvvəlki kimi tamamilə aydın və eyni zamanda tamamilə yeni bir iĢıqda
göründü. O, öz həyatına göz gəzdirdi və bu həyat ona eybəcər göründü; o, qəlbinə nəzər saldı:
qəlbi də iyrənc göründü. Bununla belə, bu həyat və bu qəlb üzərində yumĢaq bir iĢıq parlayırdı,
ona elə gəlirdi ki, səmavi bir günəĢin Ģüaları altında bir iblisi görür.
Görəsən, o neçə saat ağladı? Susduqdan sonra nə etdi? Haraya getdi? Bunu heç kəs bilmir.
Ancaq bu məlumdur ki, Qrenobl ilə Din arasında iĢləyən və səhər saat üçə yaxın Dinə varid olan
dilicanın sürücüsü o gecə Yeparxiya küçəsindən keçərkən, monsenyor B’envenünün qapısında
qaranlıqda, küçə daĢları üzərində bir adamın diz çöküb ibadət etdiyini görmüĢdü.
BĠRĠNCĠ FƏSĠL.
1817-ci il.
1817-ci il XVIII Lüdovikin bir qədər təkəbbürlə qarıĢıq əsl bir kral əzəməti ilə səltənətinin iyirmi
ikinci ili adlandırdığı bir il idi. Bu il cənab Brüq’er de Sorsum üçün Ģöhrət ili idi. Bütün
bərbərxanalar kirĢan və burulmuĢ saclar dövrünə qayıtmaq ümidi ilə öz lövhələrini abı rəngə
boyamıĢ və ağ zanbaqlarla bəzəmiĢdilər. Bu, qraf Linçin hər bazar günü qırmızı orden lentası
taxaraq, Fransa perinin bayram libasında Sen-Jermen-de Pre kilsəsində kilsə baĢçısının fəxri
oturacağında əyləĢib, uzun burnu və Ģanlı qəhrəmanlıq göstərmiĢ adamlara məxsus əzəmətli
ədası ilə hamının diqqətini cəlb etdiyi sadə zamanlar idi. Cənab Linçin Ģanlı qəhrəmanlığı isə
bundan ibarət idi: Bordo Ģəhərinin meri olduğu zaman 1814-cü il mart ayının 12-də o bu Ģəhəri
hersoq d’Anqulemə lazım olduğundan bir qədər əvvəl təslim etmiĢ və Per adını da buna görə
almıĢdı. 1817-ci ildə dörd yaĢından beĢ yaĢına qədər balaca uĢaqların baĢına tumacdan tikilmiĢ
yekə, qulaqlı papaq qoymaq bir dəb olmuĢdu. Bu papaqlar ucu ĢiĢ eskimos qalpaqlarına
bənzəyirdi. Fransa ordusu Avstriya ordusu kimi ağ geyinmiĢdi; polklar legion adlanırdı; onları
daha nömrə ilə göstərmirdilər, onlara departamentlərin adlarını vermiĢdilər. Napoleon müqəddəs
Elena adasında idi və Ġngiltərə ona yaĢıl mahud vermək istəmədiyinə görə öz köhnə mundirlərini
çevirtdirirdi. 1817-ci ildə Pelleqrini oxuyur, madmazel Biqottini isə rəqs edirdi; Pote hökmranlıq
edirdi; Odri hələ Ģöhrət qazanmamıĢdı. Madam Saki Foriozonun yerini tutmuĢdu. Prussiyalılar
hələ Fransadan çəkilməmiĢdilər. Cənab Delalo böyük adam sayılırdı. Qanuni intizam Plenye,
Karbono və Toleronun əvvəlcə əllərini, sonra isə baĢlarını kəsdikdən sonra yenicə
möhkəmlənmiĢdi. Oberkamerker knyaz Taleyran və maliyyə naziri olacağı ehtimal edilən abbat
Lui iki Ģarlatan kimi bir-birinə riĢxəndlə baxırdılar; hər ikisi 1790-cı il iyul ayının 14-də Mars
meydanında, federasiya bayramı Ģərəfinə təntənəli bir ibadət keçirmiĢdi; Taleyran yepiskop, Lui
isə dyakon sifətilə 1817-ci ildə həmin Mars meydanının yan xiyabanlarında yağıĢ altında və otun
arasında, göy rəngə boyanmıĢ iri taxta sütunlar çürüyürdü. Bu sütunların üzərində zəri tökülmüĢ
qartal və arı təsvirləri vardı. Bu, iki il bundan qabaq May rəsm-keçidində imperator tribunasının
altına vurulan dayaqlar idi. Sütunların bəzi yerləri Qro-Kayu yaxınlığında barak tikmiĢ
avstriyalıların tonqallarından qapqara qaralmıĢdı. Ġki-üç sütun isə kayzer əsgərlərinin əllərini
qızdırmaq üçün yanıb külə dönmüĢdü. May rəsm-keçidinin xüsusiyyəti bunda idi ki, o, Mars
meydanında, həm də mayda deyil, iyunda keçirilirdi1. 1817-ci ilin iki ən maraqlı hadisəsi Tuke
tərəfindən nəĢr edilmiĢ Volter, bir də içində konstitusiya haqqında fərman olan tütün qabı idi.
Parisliləri həyəcana gətirən son hadisə öz qardaĢının baĢını kəsib Çiçək bazarındakı hovuza
atmıĢ olan Dotenin cinayəti idi. Bəhriyyə nazirliyində baĢıbəlalı ―Meduza‖ freqatının iĢinə aid
təhqiqata yenicə baĢlamıĢdılar, bu təhqiqat ġomareyə rüsvayçılıq, Jerikoya isə Ģöhrət gətirməli
idi. Polkovnik Selv Süleyman paĢa olmaq üçün Misirə getmiĢdi. Laqarp küçəsindəki Term
Sarayı bir çəlləkçi üçün alver dükanına çevrilmiĢdi. Klüni kaĢanəsinin səkkizguĢəli bürcünün
meydançasında hələ də taxtadan qayrılmıĢ kiçik bir köĢk görmək olardı, bu, XVI Lüdovikin
zamanında bəhriyyə idarəsinin astronomu Mesyenin rəsədxanası idi, Hersoginya Düra
divarlarına səmavi-göy rəngli atlaz çəkilmiĢ və ayaqları xaç Ģəklində olan kürsülər düzülmüĢ
otağında üç, ya dörd nəfər dostuna hələ nəĢr edilməmiĢ ―Urika‖nı oxuyurdu. Luvr sarayında hər
yerdən ―N‖ hərfini qazıyıb təmizləyirdilər. Austerlis körpüsü adını üstündən götürmüĢ və özünü
Kral bağının körpüsü adlandırmıĢdı ki, bu da ikiqat bir müəmma idi, çünki bu ad altında əvvəlki
adlar: Austerlis körpüsü və Nəbatat bağı körpüsü adları gizlənirdi. XVIII Lüdovik yenə əvvəlki
kimi Horasini oxuyur, kitabın haĢiyələrində dırnağı ilə iĢarələr qoyurdu, lakin indi o, dönüb
imperator olan qəhrəmanların və Ģahzadə olan çəkməçilərin taleyi üzərində düĢünməyə
baĢlamıĢdı. Onun təĢviĢə düĢməsinə iki nəfər səbəb idi: Napoleon və Matüren Brüno Fransa
akademiyası ―Elmi məĢğələlərin verdiyi səadət‖ mövzusunda bir müsabiqə elan etmiĢdi. Cənab
Bellar rəsmi natiqlikdə Ģöhrət qazanmıĢdı. Onun kölgəsi altında gələcək prokuror müavini de
Broe yetiĢməkdə idi: Pol-Lui-Kureynin acı istehzalarına hədəf olmaq onun qismətinə yazılıbmıĢ.
MarĢanjinin simasında yalançı ġatobrian tapılmıĢdı; d’Arlenkurun simasında yalançı MarĢanji
isə hələ zühur etməmiĢdi. ―Klara Alba‖ və ―Məlik Adil‖ nümunəvi əsərlərdən sayılırdı: madam
Kotten əsrin ən yaxĢı yazıçısı elan edilmiĢdi. Fransa institutu akademik Napoleon Bonapartın
adını öz siyahısından pozmuĢdu. Kralın xüsusi fərmanı ilə bütün Anqulem bəhriyyə məktəbinə
çevrilmiĢdi: axı hersoq d’Anqulem general-admiral olmuĢdu, ona görə də Anqulem haqlı olaraq
bir dəniz limanı kimi qalmalı idi, yoxsa monarxiya üsuli-idarəsinin prinsipi pozulardı. Nazirlər
Ģurasında afiĢalarda akrobat oyunlarını təsvir edən Ģəkillərin dərc edilməsinə icazə verilib-
verilməməsi məsələsi müzakirə edilirdi, çünki bu təsvirlər Frankoninin afiĢalarına xüsusi bir
kəskinlik verir və afiĢaların qabağında dəstə-dəstə küçə uĢaqları yığıĢırdı. ―Aqneza‖nın müəllifi,
kvadrat sifətli, yanağı ziyilli cənab Paer Vil l’Evek küçəsində markiza de Sasenenin evində kiçik
kamera konsertlərinə dirijorluq edirdi. Bütün cavan qızlar ―Sent-Avel rahibinin‖ nəğməsini
oxuyurdu: bunun mətnini Edmon Jero yazmıĢdı. ―Sarı cırtdan‖ jurnalı ―Güzgü‖ jurnalına
çevrilmiĢdi. ―Lamblen‖ kafesi Burbonların tərəfdarı olan ―Valua‖ kafesinin acığına imperatora
tərəf dururdu. Luvelin artıq qaranlıq bir yerdə pusduğu hersoq de Berriss Siciliya prinsesası ilə
yenicə evləndirmiĢdilər. Madam de Stalın vəfatından bir il keçirdi. Qvardiyaçılar madmazel
Marsı fitə basırdılar. Böyük qəzetlər lap balaca olmuĢdu. Bu qəzetlərin formatı
məhdudlaĢdırılmıĢdısa da, azadlığı məhdudlaĢdırılmamıĢdı. ―MəĢrutəçi‖qəzeti, doğrudan da,
məĢrutəçi olmuĢdu. ―Minerva‖ Chateaubriand familiyasını belə yazırdı: Chateaubriant.1 ―D‖
hərfi əvəzində adın axırında yazılan ―t‖ burjuaların böyük yazıçıya ucadan istehza etməsinə
səbəb olurdu. Vicdansız jurnalistlər 1815-ci ildə sürgün edilənləri satqın qəzetlərin səhifələrində
təhqir edirdilər: David artıq istedadlı, Arno ağıllı, Karno isə namuslu deyildi; Sult artıq heç bir
müharibədə qələbə qazanmamıĢdı: Napoleon – bu bir həqiqətdir – daha dahi deyildi. Heç kimə
gizli deyildir ki, Fransanın xaricində yaĢayan Ģəxslərə poçtla göndərilən məktublar onlara çox
nadir hallarda çatırdı, çünki polis idarəsi bu məktubları ələ keçirməyi öz müqəddəs vəzifəsi
hesab edirdi. Bu, o qədər də təzə bir fakt deyil; hələ Dekart belə sürgündə yaĢadığı zaman
bundan Ģikayətlənirdi. Bir dəfə David Belçika qəzetlərindən birində ona göndərilən məktubları
almadığına Ģikayətləndiyi zaman, royalist mətbuata bu çox məzəli göründü və sürgündə olan
Davidin üzərinə istehzalar yağdırılmağa baĢlandı. Bəziləri ―padĢah qatilləri‖, deyirdi, o birilər -
―edama səs verənlər‖; biri deyirdi: ―düĢmən‖, o biri deyirdi: ―müttəfiqlər‖, biri deyirdi:
―Napoleon‖, o biri deyirdi: ―Buona-parte‖, bu da insanları ən dərin bir uçurum kimi bir-birindən
ayırırdı. Bütün sağlam fikirli adamlar bu qərara gəlmiĢdilər ki, ―Xartiyanın ölməz müəllifi‖ adı
verilmiĢ kral XVIII Lüdovik inqilablar dövrünə həmiĢəlik son qoymuĢdu. Yeni körpü yanında
sahil eniĢində, IV Henrixin heykəlinə müntəzir olan pyedestalın üzərində Redivivus1 sözünü
qazmıĢdılar. Cənab Pyete, mütləqiyyəti möhkəmləndirmək məqsədilə, Tereza küçəsində 4
nömrəli evdə gizli yığıncaq hazırlayırdı. Sağların baĢçıları çətin vəziyyətə düĢəndə deyirdilər:
―Bakoya yazmaq lazımdır‖. Kralın böyük qardaĢı tərəfindən bir az təhrik edilən Kanüel, O
Maqoni və de ġapdelen sonralar ―Sahil sui-qəsdi‖ deyə Ģöhrət tapan hadisənin layihəsini
hazırlayırdılar. O biri tərəfdən ―Qara sancaq‖ cəmiyyəti də sui-qəsdə hazırlaĢırdı. Delaverdri
Troqovla əlbir idi. Bir qədər liberal olan cənab Dekaz fikirlərə hakim idi. ġatobrian hər səhər
Sen-Dominik küçəsindəki 27 nömrəli evinin pəncərəsi qabağında, əynində üzəngili uzun Ģalvar,
ayaqlarında ev tuflisi, çal baĢında isə ipək yaylıq dayanardı. O, diĢ müalicə alətlərini qabağına
düzüb, diqqətlə güzgüyə baxır və böyük diqqətlə qulluq etdiyi diĢlərini qayğı ilə gözdən
keçirərək, ―Xartiyaya əsasən monarxiya əsərinin müxtəlif variantlarını‖ katibi cənab Pilorjuya
diktə edərdi. Fikirlərə istiqamət verən tənqidçilər Lafonu Talmadan üstün tuturdular. De Feles A
hərfi ilə, Qofman Z hərfi ilə imza edirdi. ġarl Nodye ―Tereza Ober‖ əsərini yazırdı. BoĢanma
ləğv edilmiĢdi. liseylər kollec adlanırdı. Yaxalıqlarında qızıl zanbaq niĢanı olan kollec Ģagirdləri
Roma kralı üstündə bir-birini kötəkləyirdilər. Sarayın gizli polis təĢkilatı hersoginiya de ġartra
xəbər verirdi ki, hər yerdə qoyulmuĢ portretlərdə qusar polku general-polkovniki mundirində
çəkilmiĢ hersoq d’Orlean draqun polkovniki mundirində çəkilmiĢ hersoq de Berridən daha
görkəmlidir – bu böyük qanqaralıq idi. Paris Ģəhəri Əlillər evini öz hesabına yenidən qızıl suyuna
tutdurmuĢdu. Ciddi adamlar bu və ya baĢqa vəziyyətdə cənab de Trenkelaqın necə hərəkət
edəcəyini bir-birlərindən soruĢurdular; cənab Klozel de Montal bəzi məsələlərdə cənab Klozel de
Kuserqlə razılaĢmırdı; cənab de Salaberi narazı idi. Komediya müəllifi Molyerin daxil ola
bilmədiyi Akademiyanın üzvlüyünə qəbul edilən komediya müəllifi Pikar, Odeon teatrında ―Ġki
Filiber‖ pyesini tamaĢaya qoyurdu, bu teatrın frontonunda, qoparılmıĢ hərflərin yerinə fikir
verdikdə ―Ġmperatriçə teatrı‖ sözlərini oxumaq olardı. Bəziləri Künye de Montarlonun lehinə,
bəziləri isə əleyhinə idi. Fabv’ye üsyançı idi, Bavu isə inqilabçı. Kitabçı Pelisye Volterin
əsərlərini ―Fransa akademiyasının üzvü Volterin əsərləri‖ sərlövhəsi ilə nəĢr edirdi. Bu sadədil
naĢir deyirdi ki, ―Bu, müĢtəriləri cəlb edir‖. Ümumun rəyincə cənab ġarl Luazon əsrin dahisi
olacaqdı; paxıllıq onu zəhərləməyə baĢlamıĢdı, bu isə Ģöhrət əlamətidir. Onun haqqında belə bir
Ģeir qoĢmuĢdular:
Luazon oğrudur, fırıldaqçıdır.
Özünü bir Ģahin sanır o ancaq.
Ayaqları ifĢa eyləyir onu.
Luazon Ģahin yox, bir qaz imiĢ, bax1.
Kardinal FeĢ, Lion yeparxiyasına olan hüququndan könüllü surətdə əl çəkmək istəmədiyinə görə,
indi bu yeparxiyanı Amazi arxiyepiskopu de Pen idarə edirdi. Ġsveçrə ilə Fransa arasında Dapp
vadisi üstündə deyiĢmə gedirdi; bu deyiĢmə sonralar general rütbəsinə qaldırılmıĢ kapitan
Dufurun məruzəsindən sonra baĢlamıĢdı. Hələ heç kəsin tanımadığı Sen-Simon öz əzəmətli
xülyasını bəsləyirdi. Elmlər Akademiyasında nəsillərin çoxdan unutmuĢ olduğu məĢhur Furye
əyləĢmiĢdi, bir damda isə baĢqa, naməlum bir Furye yaĢayırdı. Bu Furyenin xatirəsi isə heç bir
zaman unudulmayacaqdır. Lord Bayronun ulduzu parlamağa baĢlayırdı. Milvua, bir Ģerinə
yazdığı qeydində onun haqqında Fransaya məlumat verərək, onu ―lord Bayron adlı birisi‖
adlandırırdı. David d’Anje mərmərə həyat vermək üçün təĢəbbüs göstərməyə baĢlayırdı. ĠĢsiz
Felyantinlər dalanında, bir neçə seminaristin hüzurunda abbat Karon kimsənin tanımadığı bir
keĢiĢi mədh etmiĢdi. Bu keĢiĢ sonralar Lamenneyə çevrilən Felisit Rober idi. Suda çapalayan bir
it kimi qəribə səslər çıxararaq, Sena çayında tüstüləyən və pıqqıldayan bir Ģey Tüilri sarayının
pəncərələri qarĢısında Kral körpüsündən XV Lüdovik körpüsünə qədər oyan-buyana gedib-
gəlirdi. Bu, heç kəsə gərək olmayan, baĢı boĢ bir ixtiraçının uydurduğu mexaniki bir oyuncaq,
bir utopiya, xülasə, paroxod idi. Parislilər bu faydasız əyləncəyə laqeyd baxırdılar. Dövlət
çevriliĢi, əmrlər və yeni təyinat vasitəsilə Fransa institutunda dəyiĢikliklər yaradan cənab Voblan
bir neçə akademikin də yaranmasına səbəb oldu, lakin bu qəhrəmanlığı göstərməklə bərabər özü
onların sırasına daxil ola bilmədi. Sen-Jermen məhəlləsi ilə Marsen pavilyonu cənab Delavonu,
dindarlığına görə, özlərinə polis prefekti istəmiĢdilər, Düpüitren və Rekamye Tibb məktəbinin
anatomik teatrında bir-birilə söyüĢür və Həzrət Ġsanın Allahın oğlu olub-olmaması barədə
mübahisə edərək, bir-birini kötəkləməyə hazır idilər. Künye bir gözü ilə Tövrat kitabına, o biri
gözü ilə təbiətə baxaraq, yerin altından qazılıb tapılanları Tövrat mətnləri ilə barıĢdırmağa
çalıĢaraq və mastodontları Musanı mədh etməyə məcbur edərək, mürtəce möminlərə xoĢ
görünməyə cəhd edirdi. Parmantyenin xatirəsini əziz tutan ləyaqətli Fransua de NefĢato
―kartofel‖ sözünün ―parmantofel‖ Ģəklində tələffüz olunması üçün çox səy göstərdisə də, buna
müvəffəq ola bilmədi. KeçmiĢ yepiskop, keçmiĢ konvent üzvü, keçmiĢ senator abbat Qrequar
royalistlərin mübahisələri nəticəsində ―mənfur Qrequar‖ dərəcəsinə endirilmiĢdi. Bizim bu saat
iĢlətdiyimiz ―dərəcəsinə endirilmiĢdi‖ ifadəsi cənab Ruaye-Kollar tərəfindən neologizm elan
edilmiĢdi. Ġen körpüsünün üçüncü tağı altında rənginin ağlığına görə baĢqalarından fərqlənən
təzə bir daĢ vardı: körpünü barıt minası ilə partlatmaq istəyən Blüxerin əmələ gətirdiyi deĢiyin
yeri iki il bundan qabaq həmin daĢla tutulmuĢdu. Notrdam kilsəsinə girən qraf d’Artuanı
görərkən ucadan ―Lənət Ģeytana! Heyif o zamandan ki, Bonapartla Talma VəhĢilər balına qol-
qola gəlirdilər!‖ deyən adamı ədalət məhkəməsi müqəssirlər oturacağına oturtmuĢdu. Üsyankar
sözlər. Yarım il həbs. Xainlər qol-qanad açmıĢdılar. VuruĢmadan bir gün qabaq düĢmən tərəfinə
keçmiĢ adamlar aldıqları niĢanları gizlətmir, utanmadan günün günorta çağında gəzinir, öz
sərvətləri və rütbələri ilə həyasızcasına öyünürdülər. Lini və Katr-Bra fərariləri Ġngiltərədə
ictimai ayaqyoluların içəri divarlarında yazılmıĢ olan: Please adjust your dress before leaving1
sözlərini yaddan çıxarıb, əclaf olduqlarını və sadiq təbəə hisslərini açıqdan-açığa nümayiĢ
etdirirdilər.
Bu gün unudulmuĢ olan 1817-ci ildə bir-birinin dalınca aĢkara çıxanlar budur. Tarix bu xüsusi
təfsilata, demək olar ki, heç əhəmiyyət vermir, baĢqa cür də ola bilməz: əgər tarix baĢqa cür
etsəydi, bu təfsilat sel kimi onu basıb məhv edərdi. Amma nahaq yerə xırda məsələ sayılan bu
təfsilat faydalıdır, çünki bitki aləmi üçün həddindən artıq xırda yarpaqlar olmadığı kimi
bəĢəriyyət üçün də həddindən artıq faktlar yoxdur. Əsrlərin siması məhz ayrı-ayrı illərin
simasından yaranır.
Həmin 1817-ci ildə dörd cavan parisli ―məzəli bir hiylə‖ düzəltmiĢdi.
ĠKĠNCĠ FƏSĠL.
Ġki kvartet.
Parisli dediyimiz bu dörd nəfərin biri tuluzalı, o biri limojlu, üçüncüsü kaqorlu, dördüncüsü isə
montobanlı idi; lakin onlar tələbə idilər, tələbə olmaq isə parisli olmaq deməkdir, çünki Parisdə
oxumaq – Parisdə anadan olmaq kimi bir Ģeydir.
Bu cavanların Ģəxsiyyətlərində heç bir maraqlı cəhət yox idi, bu cür cavanlara hamı təsadüf
etmiĢdir. Elə ―hər yoldan ötən bu dörd nəfər üçün nümunə ola bilər. Bunlar nə mərhəmətli, nə
kinli, nə alim, nə cahil, nə dahi, nə də axmaq idilər, lakin bunlarda bir sehr, bir cazibə var idi ki,
buna da ―iyirmi yaĢ‖ deyirlər. Bunlara sadəcə dörd Oskar da demək olardı, çünki o zaman hələ
Arturlar yox idi. Bir romansda belə deyilirdi: ―Onun yoluna Ərəbistan ətriyyatı saçın. Oskar
gəlir, mən Oskarı görəcəyəm!‖. Ossiana qarĢı maraq hələ sönməmiĢdi, skandinavlar və
Ģotlandiyalılar zəriflik nümunəsi hesab olunurdular, əsl ingilis üslubu yalnız xeyli sonralar
üstünlük qazandı və Arturların birincisi olan Vellinqton yalnız bu yaxınlarda, Vaterloo yanındakı
vuruĢmada qalib gəlmiĢdi.
Bu Oskarların biri tuluzalı Tolomes, ikincisi kaqorlu Listolye, üçüncüsü limojlu Fameyl və
dördüncüsü montobanlı BlaĢvel idi. Əlbəttə, onların hər birinin məĢuqəsi vardı. BlaĢvel
Favuritanı sevirdi, qız ingilis tərzində təhrif olunmuĢ bu adı Ġngiltərəyə gedəndən sonra almıĢdı:
Listolye özünə çiçək adı seçmiĢ Daliyaya pərəstiĢ edirdi. Fameyl Jozefinadan kiçilmiĢ Zefina
adını daĢıyan bir qıza aĢiq idi; Tolomes günəĢ rəngli gözəl saçları üçün SarıĢın adı verilmiĢ
Fantinanın sahibi idi.
Favurita, Daliya, Zefina və Fantina ətirli və parlaq olan dörd gözəl qız idi, bunlar iĢçi simasını
hələ tamamilə itirməmiĢ və iynə-sapdan hələ tamamilə əl çəkməmiĢ, sevgi macəraları ilə bir
qədər yolundan çıxarılmıĢ, lakin sifətlərində zəhmətin rəfiqəsi olan saflığı mühafizə etmiĢdilər.
Bu dörd qızın birini, hamıdan kiçik olduğu üçün cavan, o birini isə qoca adlandırırdılar.
―Qocanın‖ iyirmi üç yaĢı vardı. Heç bir Ģey gizli qalmasın deyə etiraf edirik ki, birinci üç nəfər
ilk xəyallar dövrünü keçirən sarıĢın Fantinadan daha artıq təcrübəli, daha yüngül idilər və
həyatın gurultulu axını onları daha artıq cəlb etmiĢdi.
Daliya, Zefina və xüsusilə Favurita Fantina kimi təcrübəsiz deyildilər. Onların Ģairanə
gəncliyinin yenicə baĢlanmıĢ tarixində artıq bir neçə hadisə vardı və birinci fəsildə Adolf adlanan
aĢiq ikincidə Alfonsa, üçüncüdə isə Qustava çevrilirdi. Yoxsulluq və nasazlıq – pis
məsləhətçilərdir: birisi deyinir, o birisi yaltaqlanır, yoxsul, lakin gözəl qızların qulağına hər ikisi
nə isə pıçıldayır. Nəzarətsiz qəlblər bu səslərə qulaq asırlar. Nəticədə qızlar məhv olur, sonra da
məhv olanlara daĢ atırlar. Günahsız və əlçatmaz olan Ģeylərin parıltısı ilə yazıqların gözünü
qamaĢdırırlar. Heyhat, Yunqfrau aclığa məruz qalsa idi, görəsən, onun iĢi necə olardı?
Ġngiltərədə olmuĢ Favuritanın iki pərəstiĢkarı vardı, – Zefina və Daliya, hələ ilk gəncliyində o,
tamamilə tək yaĢayırdı. Atası qoca riyaziyyat müəllimi idi. Kobud danıĢan və lovğalanmağı
sevən bu adam evli deyildi və qocalığına baxmayaraq, evlərdə dərs deyərdi. Gəncliyində bu
müəllim bir gün ev qulluqçusunun ətəyinin buxarı Ģəbəkəsinə iliĢdiyini görür: bu, onun aĢiq
olması üçün kifayət edir. Bu sevginin nəticəsində Favurita dünyaya gəlir. Ara-sıra o, küçədə
atasına rast gəlir və atası onunla salamlaĢırdı. Bir gün səhər zahirən müqəddəs adama oxĢayan
qoca bir qadın onun otağına girib dedi: ―Xanım qız, məni tanımırsınızmı?‖ – ―Yox‖, – ―Mən
sənin ananam‖. Sonra qarı bufeti açdı, yedi, içdi, öz döĢəyinin dalınca adam göndərdi və qızının
yanında qaldı. Deyingən və riyakar olan bu ana Favurita ilə heç bir kəlmə danıĢmaz, saatlarla
dinməz oturar, dörd adamın payını yeyər, sonra isə aĢağı enərək, qapıçı ilə boĢboğazlığa baĢlar,
qızının barəsində ona pis-pis Ģeylər danıĢardı.
Daliyanı Listolye ilə – bəlkə də, Listolyedən baĢqaları ilə birləĢdirən və onu bekarçılığın ağuĢuna
atan onun olduqca qəĢəng çəhrayı dırnaqları idi. Belə dırnaqları çirkin iĢlə necə korlamaq olar?
Təmiz qalmaq istəyən qadın öz əllərini qorumamalıdır. Zefinaya gəldikdə isə onun hiddət və
eyni zamanda nəvaziĢlə ―Bəli, cənab‖ deməsi Fameyli ona aĢiq etmiĢdi.
Gənclər dost idilər, gənc qızlar da dostlaĢdılar. Bu cür sevgi əlaqələrində həmiĢə dostluğa rast
gəlmək olar.
Ağıl və ismət müxtəlif Ģeylərdir. Favurita, Zefina və Daliya, əlbəttə, bu qeyri-qanuni izdivaclar
haqqında bütün zəruri qeyd-Ģərtləri nəzərə alsaq, ağıllı qızlardı, Fantina isə ismətli qız idi.
―Ġsmətlimi? – deyə siz sual verəcəksiniz. – Bəs Tolomes?‖ Süleyman peyğəmbər cavab verərdi
ki, məhəbbət ismətin bir hissəsidir. Biz isə ancaq bunu deyə bilərik ki, Fantinanın məhəbbəti ilk
məhəbbət, yeganə və sadiq məhəbbət idi.
Bu dörd qızdan yalnız ona bircə nəfər kiĢi ―sən‖ deyə müraciət etmiĢdi.
Fantina, necə deməli, xalqın lap içərilərində bəzən çiçəklənən məxluqlardan biri idi. Ġctimai
zülmətin dibi görünməyən dərinliklərindən çıxaraq, o alnında adsızlıq və məchulluq niĢanəsi
daĢıyırdı. O, Monreyl-Sür-Mer Ģəhərində anadan olmuĢdu. Onun ata-anası kim idi? Bu suala heç
kim cavab verə bilməzdi. Adı Fantina idi. Nə üçün onu Fantina çağırırdılar? Onun baĢqa adı yox
idi. O doğulduğu zaman hələ direktoriya dururdu. Onun ailəsi olmadığından familiyası da yox
idi: onu xaç suyuna salanda verilən adı da yox idi, çünki o zaman kilsə ləğv olunmuĢdu. Onu
körpəlikdə ayaqyalın küçədə oynarkən təsadüfi bir yolçunun çağırdığı adla çağırmağa baĢladılar.
O, yağıĢ yağanda açıq baĢına sel kimi tökülən suyu necə itaətlə qəbul edirdisə, öz adını da eləcə
itaətlə qəbul etmiĢdi və ona balaca Fantina deyirdilər. Onun barəsində olan bütün məlumat
bundan ibarət idi. Bu balaca bəĢər övladı həyata bu cür qədəm qoymuĢdu. On yaĢında ikən
Fantina Ģəhəri tərk etdi və Ģəhər ətrafında bir fermerin evində qulluq etməyə baĢladı. On beĢ
yaĢında ikən o, Parisə ―səadət axtarmağa gəldi. Fantina gözəl idi və bacardığı qədər özünü
saxladı. Bu, gözəl diĢləri olan qəĢəng sarıĢın qız idi. Onun cehizi qızıl və mirvari idi: qızıl
baĢında, mirvari isə ağzında idi.
O, yaĢamaq üçün iĢləyirdi, sonra – yenə yaĢamaq üçün sevdi, çünki adi aclıqdan baĢqa ürək
aclığı da var.
O, Tolomesi sevmiĢdi.
Tolomes üçün bu – sevgi macərası, Fantina üçün – həqiqi ehtiras idi. Latın məhəlləsinin tələbələr
və qrizentkalarla qaynaĢan küçələri onun sevdasının necə baĢlandığını görmüĢdü. Panteon
tənəsinin bu qədər eĢq macəraları baĢ verən bu dolaĢıq küçələrində Fantina uzun müddət
Tolomesdən qaçırdı, lakin necə olurdusa, hər yerdə ona rast gəlirdi. Belə bir qaçmaq üsulu var
ki, axtarmaq üsuluna çox oxĢayır. Sözün qısası, çoban idilliyası baĢlanmıĢdı.
BlaĢvel, Listolye və Fameyl dərnək kimi bir Ģey təĢkil edirdilər ki, bunun da baĢçısı Tolomes idi.
Bunların hamısından ağıllısı da o idi.
Tolomes getdikcə yox olan köhnə tələbə tipini təmsil edirdi: o varlı idi, ildə dörd min frank
rentası vardı, dörd min franklıq renta-müq. Jeneveva dağı üçün həddən artıq idi. Tolomes otuz
yaĢlı, tez xarab olmuĢ, dərisi qırıĢıq, diĢləri tökülmüĢ əyyaĢ idi; bundan baĢqa o, dazlaĢmağa
baĢlayırdı və bu barədə özü qüssə ilə deyirdi ki, ―otuz yaĢında daz, qırx yaĢında diz‖. Mədəsi
yaxĢı həzmə vermirdi və bir neçə vaxtdan bəri bir gözü sulanmağa baĢlamıĢdı. Lakin onun
gəncliyi solduqca, o daha da ĢənləĢirdi, diĢlərini lətifələrlə, saçlarını Ģənliklə, sağlamlığını
ironiya ilə əvəz etmiĢdi, onun ağlayan gözü isə hər an gülürdü. O köhnəlmiĢdi və eyni zamanda
çiçək kimi təravətli idi. Onun vaxtından xeyli qabaq düĢərgəsindən çıxmıĢ gəncliyi tam qayda
ilə, gülməkdən uğunaraq və parlaqlığı ilə hamının gözünü qamaĢdıraraq geri çəkilirdi. ―Vodevil‖
teatrı onun yazdığı pyesi rədd etmiĢdi, Ara-sıra o, zəif Ģeirlər yazardı. Dünyada heç nəyi
bəyənməzdi ki, bu da zəiflərin nəzərində böyük qüvvədir. Beləliklə, öz ironiyası və daz baĢı ilə o
baĢçılıq edirdi. Jon – ingiliscə dəmir deməkdir. Belə ironiya sözü ondan əmələ gəlmiĢdi?
Bir gün Tolomes cəmiyyətin qalan üç üzvünü kənara çəkdi və əsrarəngiz bir tövrlə onlara dedi:
– Az qala bir ildir ki, Fantina, Daliya, Zefina və Favurita bizdən hədiyyə istəyirlər. Biz də
təntənəli surətdə bunu onlara vəd etmiĢik. Onlar tez-tez bu vədi bizə, xüsusən, mənə xatırladırlar.
Neapolda qarılar müqəddəs Yanuariyə ―Faccia qiallata ga o miracolo!‖ – Ay Sarı, bir möcüzə
göstərsənə!‖ dedikləri kimi, bizim gözəllər də daim mənə təkrar edirlər ki; ―Tolomes, sürprizini
nə zaman doğacaqsan?‖. Eyni zamanda ata-analarımız da bizə hey məktub göndərirlər. Bir sözlə,
bizi hər iki tərəfdən didiĢdirirlər. Mənə elə gəlir ki, vaxt çatmıĢdır. Gəlin danıĢaq.
Bu yerdə Tolomes səsini alçaldaraq, gizli bir tərzdə elə gülməli bir Ģey söylədi ki, dördü də
birdən bərk, Ģən qəhqəhə çəkdi və BlaĢvel: ―Bax bu ağıllı fikirdir!‖ deyə səsləndi.
Yolda bir meyxana rast gəldi. Meyxana tütün tüstüsü ilə dolu idi. Onlar içəri girdilər və
müĢavirənin sonu bizə qaranlıq qaldı.
Bu xəlvət müĢavirənin nəticəsi gələn bazar gününə təyin edilmiĢ bir gəzinti oldu. Dörd cavan
oğlan bu gəzintiyə dörd cavan qızı dəvət etdi.
ÜÇÜNCÜ FƏSĠL.
Dörd cüt.
Qırx beĢ il bundan əvvəl tələbələrlə yüngül əxlaqlı qızların Ģəhərkənarı gəzintisini bu gün
təsəvvür etmək çətindir. Parisin ətrafı indi əvvəlkinə heç bənzəmir: ―Parisə yaxın‖ deyilən
həyatın siması yarım əsr ərzində tamamilə dəyiĢilmiĢdi. KeçmiĢdəki ikitəkərli arabanı vaqon,
paketbotu paroxod əvəz etmiĢdi və bu gün Fekana səfər etmək Sen-Kluya səfər etmək kimi sadə
bir iĢdir. 1862-ci ildə Paris bir Ģəhər, bütün Fransa isə onun ətrafı idi.
Gəzməyə çıxmıĢ dörd cüt gənc o zaman açıq havada mümkün olan hər cür səfeh hərəkətləri
elədilər. Məktəblərdə tətil yenicə baĢlanmıĢdı, isti və günəĢli bir yay günü idi. Qızların içində
yeganə yazmağı bacaran Favurita bir gün ondan əvvəl dörd qızın hamısının adından Tolomesə
belə bir məktub yazmıĢdı: ―Çox yatmaq kəsalət gətirər‖. Bax buna görə də onlar səhər saat beĢdə
yuxudan qalxdılar. Sonra dilijana minərək, Sap-Kluya getdilər. Orada olan susuz bir fəvvarəni
seyr edərək: ―Bu fəvvarəyə su buraxanda, yəqin ki, çox gözəl olur!‖ deyə çığırdılar, zəhər verən
Kastenin hələ ayağı dəyməyən ―Qara baĢ‖ meyxanasında nahar etdilər, böyük hovuz yanındakı
ətrafında çəp cərgələrlə ağac əkilmiĢ talada halqa oyunu oynadılar. Diogen fənərinin baĢına
qalxdılar, Sevr körpüsü yanında badam qoğalı udmaq üçün ruletka oynadılar, Pütoda çiçək
dərdilər, Nelidə düdük aldılar, bir neçə yerdə alma pirojnası yedilər, bir sözlə, tamamilə bəxtiyar
idilər.
Qızlar qəfəsdən qaçmıĢ birəbitdan quĢları kimi gülüĢüb ötürdülər. Sanki, baĢları duman içində
idi. Arabir zarafatla gənclərə Ģapalaq çəkirdilər. Ah! Həyat baharının sərməstliyi! Gözəl dəmlər!
Cırcıramaların titrək qanadları! Ey mənim oxucum, kim olursunuz olun, bu dəmləri
xatırlayırsınızmı? Siz də sevdiyiniz qadınla yağıĢdan islanmıĢ eniĢdə gülə-gülə sürüĢərək
oynamıĢsınızmı, o da əlinizdən tutaraq: ―Heyif, mənim təzə botinlərimdən! Gör nə hala düĢdü!
deyə səslənmiĢdirmi?
Bunu deməliyik ki, bu dəfə bizim Ģən dəstəmizə yağıĢ kimi nəĢəli əngəl rast gəlmədi, ancaq yola
düĢməzdən əvvəl Favurita ana kimi öyüdverici bir tərzdə demiĢdi: ―UĢaqlar, yollarda ilbizlər
sürünür, – deyəsən, yağıĢ yağacaq!‖.
Qızların dördü də olduqca qəĢəng idi. Vaxtilə böyük Ģöhrət qazanmıĢ klassik bir Ģair, öz
Elenorasını tərənnüm edən Ģevalye de Labius adlı mehriban bir qoca həmin gün səhər, saat ona
yaxın, Sen-Kluda Ģabalıd ağaclarının kölgəsi altında dolaĢarkən, bu dörd rəfiqəyə rast gəlmiĢ və
üç gözəllik ilahəsini nəzərdə tutaraq: ―Burada biri artıqdır!‖ deyə çığırmıĢdı. BlaĢvelin sevgilisi
hamısından böyük olduğu üçün ―qarı‖ adlanan iyirmi üç yaĢlı Favurita yaĢıl ağacların qalın
budaqları altında hamıdan irəlidə yüyürür, arxların üstündən tullanır, kolların üzərindən sıçrayır
və bu Ģən dəstənin qabağında meĢə pərisi kimi uça-uça gedirdi. Zefina ilə Daliyanı təsadüf elə
yaratmıĢdı ki, onların gözəlliyi bir-birini tamamlayırdı, həm də onlar bir-birilə müqayisə
edildikləri zaman daha gözəl görünürdülər. Bu iki rəfiqə dostluq ünsiyyətindən daha çox
özlərinin təbii iĢvəkarlığı sayəsində bir-birindən ayrılmırdı və nazla bir-birinə söykənərək,
özlərini ingilis ledilərinə bənzədərdilər; ilk ―kinseklər‖ yenicə meydana çıxmıĢdı, bir az sonra
kiĢilər arasında bayronizm dəb düĢdüyü kimi, qadınlar arasında da malxulya dəb düĢmüĢdü və
bu zərif məxluqların saçları artıq hüznlü tellərlə sallanmağa baĢlamıĢdı. Zefina ilə Daliya
saçlarını lülə kimi burub düzəldirdilər. Listolye ilə Fameyl öz professorları haqqında mübahisəyə
giriĢmiĢdilər və cənab Delvenkurun cənab Blondodan nə ilə fərqləndiyini Fantinaya izah
edirdilər.
BlaĢvel, sanki, bazar günləri Favuritanın əlvan haĢiyəli kiĢmir Ģalını qolunun üstündə gəzdirmək
üçün yaranmıĢdı.
Tolomes hamıdan dalda gedərək, bütün dəstəni idarə edirdi. O çox Ģən idi, lakin onun baĢçı
olduğunu dərk etdiyi görünürdü: zarafatlarında amirlik hiss olunurdu. Ən böyük zinəti ―fil ayağı‖
fasonunda tikilmiĢ və mis zəncirdən üzəngiləri olan qumaĢ Ģalvarı idi, əlində 200 franklıq ağır əl
ağacı vardı və o heç bir Ģeydən çəkinmədiyi üçün ağzında siqar adlanan qəribə bir Ģey
görünürdü. Onun üçün heç bir müqəddəs Ģey yox idi – o tütün çəkirdi.
Dostları onun barəsində dərin bir hörmətlə deyirdilər:
―Bu Tolomes qiyamətdir! Belə də Ģalvar olar! Belə də enerji olar!
Fantinaya gəldikdə, bu qız sevinc mücəssəməsi idi. Allah onun gözəl diĢlərini yaradanda, yəqin
ki, təbəssüm zamanı parlamağı onlara əmr etmiĢdi. Uzun ağ bağları olan sırınmıĢ həsir Ģlyapasını
baĢından çox qolunda gəzdirməyi sevərdi. Onun qalın, sarı, tez-tez dağılan, əfĢan olan saçlarının
daim sancağa ehtiyacı vardı və bu saçlar adama söyüdlər altında yüyürən Qalateyanı xatırladırdı.
Çəhrayı dodaqlar vəcdlə nə isə söyləyirdi. Eriqonanın antik maskalarında olduğu kimi
dodaqlarının yuxarıya doğru qalxmıĢ ucları sərbəstliyə sövq edir, lakin aĢağı endirilmiĢ həyalı,
sirli kirpikləri üzünün aĢağı hissəsinin vədedici ifadəsini bir qədər yumĢaldaraq, sanki, həyasız
fikirlərdən saqındırırdı. Onun bütün geyimi ötən və parlayan bir Ģey təsəvvürü yaradırdı.
Əynində çəhrayı-bənövĢəyi rəngli ipək paltar, ayaqlarında nazik ağ Ģəbəkə corablar üzərində
ipək lentlərlə bağlanan tünd-qırmızı kiçik baĢmaqlar, boynunda marsellilərin uydurduqları və
kanberlilərin təhrif edərək ―kanzu dedikləri muslin Ģərf vardı; quinze aoüt – avqustun on beĢi,
yəni yaxĢı hava, isti, günorta deməkdir. Daha cəsarətli olan o biri üç qız yaxası çox açıq olan
paltar geyinmiĢdilər və yay vaxtı olduğundan bu onların çiçəklə bəzənmiĢ Ģlyapalarına çox
yaraĢır və özlərinə çox zərif və cəlbedici görünüĢ verirdi. Lakin bu açıq-saçıq geyimlərlə yanaĢı,
sarıĢın Fantinanın nəyi isə gizlədən və eyni zamanda nəyi isə açıb göstərən ismətsiz kanzusu
abırlılıq tapıntısı kimi görünürdü və dəniz suyu rəngdə gözləri olan vikontessa de Setin sədrlik
etdiyi məĢhur məhəbbət məhkəməsi bu kanzuya, yəqin ki, iddia etdiyi ismətlilikdən daha çox
iĢvəkarlıq üçün mükafat verərdi. Çox vaxt sadəlövhlüyün böyük məharət olduğu meydana çıxır.
Üzünün parlaq rəngi, zərif quruluĢlu baĢ, mavi gözlər, ağır göz qapaqları, zərif balaca ayaqları,
qolların valehedici cizgiləri, incə, göy damarları bilinən ağ dəri, təravətli uĢaq yanaqları, ekin
yunonalarının qüvvətli və zərif boynu, möhkəm peysər, sanki, Kustunun əli ilə yapılmıĢ nazik
muslinin altından görünən Ģəhvətli çuxurlar, xəyalpərvərliklə qarıĢıq Ģənlik, sanki, heykəltəraĢ
əlindən çıxmıĢ gözəl bədən təsəvvür edin – bu Fantinadır: parça və lentlər altında siz bir heykəl
görər və bu heykəlin canlı ruha malik olduğunu hiss edərsiniz.
Fantina gözəl idi, lakin özü bunu dərk etmirdi. Bəzi xəyalpərvərlər, gözəllik allahının gördükləri
hər Ģeyi dinməz mükəmməlliklə müqayisə edən əsrarəngiz xadimləri gənc tikiĢçi qızda Paris
incəliyi arxasında antik və müqəddəs bir ahəngdarlıq hiss edərdi. Əsil-nəsəbi məlum olmayan
qızda nəcabət hiss edilirdi. Onda həm stil, həm də ritm gözəlliyi vardı. Stil – idealın forması,
ritm – onun hərəkətidir.
Yuxarıda demiĢdik ki, Fantina baĢdan-ayağa sevinc idi. O, eyni zamanda çox həyalı idi.
Ona diqqət verən olsaydı, görərdi ki, gənclik, bahar və məhəbbət sərməstliyi arxasında bu qızda
böyük bir təmkinlik və təvazökarlıq duyulur. O, həmiĢə bir qədər heyrətlənmiĢ kimi görünürdü.
Psixoeyanı Veneradan fərqləndirən də həmin bu bakiranə heyrətdir. Fantinanın barmaqları
müqəddəs odun külünü qızıl sancaqla qarıĢdıran vestalkanın barmaqları kimi uzun, ağ və nazik
idi. Ġrəlidə aĢkar görəcəyimiz kimi, o Tolomesin heç bir xahiĢini rədd etməmiĢdisə də, sakitlik
anlarında onun üzündə bir bəkarət ifadəsi olurdu: bəzən onda birdən-birə nə isə ciddi və demək
olar ki, sərt bir ləyaqət görünürdü və bu üzdəki Ģənliyin sürətlə yox olaraq, sakit aydınlığın
birdən dərin fikirlərlə əvəz olunduğuna heyrət və həyəcansız baxmaq olmurdu.
Bəzən çox kəskin ifadə olunan bu gözlənməz ciddiyyət bir ilahənin təkəbbürünə bənzəyirdi.
Fantinanın alnı, burnu və çənəsi ideal nisbətlərdən tamamilə fərqlənən və üzün cizgilərinin
həmahəng olmasına səbəb olan ideal bir cizgidə idi: burunun qaidəsi ilə üst dodağı arasında isə
gizli bir ismət niĢanəsi olan, güclə bilinən, valehedici bir çuxur vardı ki, Barbarossanın
Ġkoniyada qazıntı zamanı tapılmıĢ Dianaya aĢiq olmasının da səbəbi bu çuxur idi.
Sevmək – günahdır, qoy elə olsun! Fantina günah girdabından üzə çıxmıĢ günahsızlıq idi.
DÖRDÜNCÜ FƏSĠL.
Tolomes elə Ģəndir ki, ispan mahnısı oxuyur.
Bu gün əvvəldən axıra qədər səhər günəĢinin Ģüalarından toxunmuĢdu. Sanki, bütün təbiəti tətilə
buraxmıĢdılar və o Ģadyanalıq edirdi. Sen-Klunun çiçəklikləri ətir saçır, Sena çayının nəfəsi
ağacların yarpaqlarını xıĢıldadır, yüngül meh budaqları tərpədir, arılar yasəmən koluna qonub
onu qarət edirdi; bir dəstə kəpənək boymadərən, yonca və cır yulaf üstünə hücum etdi; Fransa
kralının qoruq parkına bir dəstə hay-küyçü sərsəri doluĢdu – bunlar quĢlar idi.
Dörd cüt Ģən gənc, günəĢə, tarlalara, çiçəklərə, meĢəyə qovuĢaraq, həyatın sevinci ilə nəĢələnirdi.
Təbiətin behiĢti andıran bu bucağında gənc qızlar danıĢır, gülür, qaçıĢır, oynaĢır, kəpənək qovur,
zərif çəhrayı corablarını hündür otlar arasında isladaraq sarmaĢıq qırırdılar, gənc, dəlisov, heç də
tərs olmayan bu qızlar addımbaĢı kiĢilərdən öpüĢ alırdılar, yalnız öz Ģüursuz, dalğın və ürkək
fikirlərinə qapanmıĢ Fantinadan, bu sevən qızdan baĢqa. Favurita ona deyərdi: ―Sən həmiĢə
özünü dağ baĢına qoyursan‖.
Həqiqi sevinclər belədir. XoĢbəxt cütlər həyata, təbiətə qüvvətli çağırıĢdır: onlar görünəndə
bütün varlıq nəvaziĢ və iĢıq saçır. Bir zaman bir pəri varmıĢ ki, ancaq sevgililər üçün meĢə və
çəmənlər yaratmıĢdır. Beləliklə, ölməz sevgililər məktəbi yaratmıĢdır. Nə qədər ki, meĢələr və
məktəblilər vardır, bu məktəb də həmiĢə mövcud olacaqdır. Buna görə də bahar mütəfəkkirləri
cəlb edir. Patrisi və bıçaq itiləyən, per mənsəbinə qaldırılmıĢ hersoq və xırda iĢçi, keçmiĢdə
deyildiyi kimi, ―saray əhli və Ģəhərlilər‖ – hamı bu pəriyə tabedir. Hamı gülür, hamı bir-birini
axtarır. Havada bir apofeoz parıltısı yayılmıĢdı – sevgi insanları gör necə dəyiĢdirir! Aciz bir
notarius mirzəsi yarımallaha çevrilir. Bu yüngül sədalar, yaĢıl otlar arasında bir-birinin dalınca
qaçan bu gənclər, qaçaraq qucaqlanan bu qız beli, musiqi kimi səslənən bu sözlər, bircə hecanın
ahəngi ilə özünü ələ verən bu pərəstiĢ, dodaqların dodaqlardan qopardıqları bu kilonarlar –
hamısı səmavi bir mənliklə yanımızdan ötərək par-par yanır. Gözəllər Ģəhvət və səxavətlə
özlərini bəxĢ edirlər. Hamıya elə gəlir ki, bu hal davam edəcəkdir. Filosoflar, Ģairlər, rəssamlar
bu vəcdləri seyr edir və gözləri qamaĢmıĢ halda bunları necə əks etdirəcəyini bilmirlər. ―Gəmi
Kiferaya yola düĢür‖ – deyə Vatto səslənir; avamları əbədiləĢdirmiĢ rəssam Lankre göylərə uçan
Ģəhərlilərini seyr edir; Didro bütün aĢiqlərə ağuĢunu açır, d’Yurfe isə onların arasında duridləri
görür.
Nahardan sonra dörd cüt gənc o zamankı kral çiçəkliyinə, bir az əvvəl Hindistandan gətirilən
bitkiyə tamaĢa etməyə getdilər: o zaman bütün Parisi Sen-Kluya cəlb edən bu bitkinin adı indi
yadımızda deyil; bu, hündür gövdəli qəribə və gözəl bir kol idi, onun saysız-hesabsız sap kimi
nazik, saçaqlanmıĢ, yarpaqsız budaqları baĢdan-ayağa kimi xırdaca ağ güllərlə örtülmüĢdü, buna
görə kol üzərinə çiçək səpilmiĢ bir baĢı xatırladırdı. Onun ətrafı daim tamaĢaçılarla dolu olurdu.
Ağaca tamaĢa etdikdən sonra Tolomes: ―EĢĢəyə qonaq edirəm!‖ deyə çığırdı və sürücü ilə
qiymət barəsində razılaĢıb, dəstə Vanv və Ġssidən keçərək geriyə yola düĢdü. Ġssidə bir hadisə üz
verdi. Ġnqilab zamanı zəbt olunmuĢ və o zamana kimi ordu podratçısı Burkenin ixtiyarına keçmiĢ
park təsadüfən açıq idi. Onlar parka girdilər, anaxoret oyuğu qoyulmuĢ mağaraya getdilər,
məĢhur güzgülü otağın – milyoner olmuĢ Ģöhrətpərəst satirə və ya Priapa çevrilmiĢ Türkareyə
layiq olan bu tələnin bütün əsrarəngiz təsirlərini hiss etdilər. Gənclər abbat de Berni tərəfindən
mədh edilmiĢ iki Ģabalıd ağacının arasında asılan böyük torlu yelləncəyi lazımınca hərəkətə
gətirdilər. Gözəl qızları növbə ilə yellədərək, gülüĢür və qalxarkən, Qrezin özünü belə heyran
edə biləcək qırıĢlar əmələ gətirən tumanlar arasında Tuluza əhli və bir qədər də ispaniyalı olan
Tolomes – axı Tuluza Tolozanın xalası qızıdır – kədərli reçitativlə qədim ispan mahnısını
oxuyurdu, bu mahnı da, yəqin, iki ağac arasında kəndirdə yellənərək yuxarı qalxan bir gözəlin
təsirindən yaranmıĢdı:
Soy de Badajoz,
Amor me llama
Toda mi alma
Ees en mis ojos,
Porque ensenas
A tus piernas1.
Təkcə Fantina yellənmək istəmədi. Favurita xeyli kinayə ilə:
– Adamlar bu cür əzilib-büzüləndə lap zəhləm gedir, – deyə mırıldandı.
EĢĢəklərə minib bir qədər gəzəndən sonra onlar baĢqa bir əyləncə tapdılar: qayıqla Senadan
keçdilər və Passidən Ulduz qarovulxanasına qədər piyada getdilər. Gənclərin səhər saat beĢdən
ayaq üstündə olduqlarını unutmayın, lakin nə olsun ki! Favurita: ―Bazar günü yorulmazlar, bazar
günü yorğunluq özü də istirahətdir‖- deyirdi.
Saat üçə yaxın dörd cüt gənc bəxtiyarlıqdan sərməst olaraq, Bojon dağının təpəsindəki ―rus
dağları‖ deyilən qəribə bir qurğudan aĢağıya yumbalandılar, bu dağların dolaĢıqdı cizgiləri
Elisey yollarının ağacları üzərində görünürdü.
Favurita ara-sıra:
Bəs sürpriz hanı? Mən sürpriz tələb edirəm! – deyə səslənirdi.
Tolomes – səbir edin, – deyirdi.
BEġĠNCĠ FƏSĠL.
Bombard meyxanasında.
Gözəl rus dağlarında doyunca əyləndikdən sonra dostlar nahar barəsində düĢünməyə baĢladılar
və nəhayət, bir qədər yorulmuĢ səkkiz yoldaĢ, Rivoli küçəsində Delorm passajı yanında restoran
saxlayan məĢhur Bombardın Yelisey yollarındakı ―Bombard‖ meyxanasına girdi.
Böyük, lakin çirkli bir otaq, otağın dərinliyində pərdə ilə örtülmüĢ bir çarpayı (meyxana bazar
günü münasibətilə camaatla son dərəcə dolmuĢ olduğundan istər-istəməz bu otaqla
kifayətlənməli oldular), ağacların yarpaqları arasından sahili və çayı seyr etməyə imkan verən iki
pəncərə; pəncərələrdən içəri düĢən parlaq avqust günəĢinin Ģüaları, iki masa, birinin üzərində
qadın və kiĢi Ģlyapaları ilə qarıĢıq bir yığın çiçək dəstəsi, o birinin arxasında isə Ģərab ĢüĢələri,
stəkanlar qarĢısında oturmuĢ dörd cüt gənc. Masa üstündə hər Ģeydə bir qədər qarıĢıqlıq, masanın
altında isə daha çox tör-töküntü. Molyer demiĢkən:
Masa altda ayaqlar bir hay saldı ki, bir an.
Sanki, çaxdı ildırım, lərzəyə düĢdü hər yan.
Səhər saat beĢdə bu qədər Ģairanə baĢlanan bu əyləncə axĢam saat beĢin yarısında bu halda idi.
GünəĢ batır, iĢtah getdikcə azalırdı.
GünəĢ və camaatla dolmuĢ Yelisey yolları Ģəhərin iki tərkib hissəsi olan iĢıq və tozla dolu idi.
Marlinin mərmər atları Ģaha qalxır və sanki, qızılı duman içində kiĢnəyirdilər. Ekipajlar oyan-
buyana Ģütüyürdü. Neli küçəsi ilə, baĢda Ģeypurçu, bir eskadron ehtiĢamlı leyb – qvardiyaçı
keçirdi: Tüilri sarayının qübbəsi üzərində axĢam Ģəfəqinin Ģüalarından azacıq qızarmıĢ ağ bayraq
yellənirdi. Ġndi yenə XV Lüdovik meydanı adlanan SaziĢ meydanı gəzməyə çıxmıĢ adamlarla
qaynaĢırdı. Bir çoxlarının yaxasında ağ muar bantlar üzərində 1817-ci ildə hələ tamamilə yox
olmamıĢ gümüĢ zanbaqlar görünürdü. AlqıĢlayan tamaĢaçıların dairəyə aldıqları dəstə ilə balaca
qızlar o zaman məĢhur olan bir nəğmə oxuyurdular. Bu nəğmədə Burbonlar tərif edilir. Yüz gün
isə biabır edilirdi. Nəğmənin nəqaratı belə idi.
Gentdən bizim atamızı
Özümüzə qaytarın.
Paris ətrafının bayramsayağı geyinmiĢ, bəziləri isə burjualar kimi döĢünə zanbaq taxmıĢ əhalisi
gurultulu dəstələrlə baĢ meydana və Marini meydanına yayılmıĢdı.
Kimi oyun oynayır, kimi yelləncəkdə yellənir, kimi içirdi, mətbəə Ģagirdləri baĢlarına kağızdan
papaq qoyub gəzirdilər, gurultulu qəhqəhə səsləri eĢidilirdi. ġənlik hər yanı bürümüĢdü. Bu dövr
möhkəm sakitlik və royalistlər üçün tam təhlükəsizlik dövrü idi: məhz bu zamanlarda polis
prefekti Anqlesin Parisin ətrafı haqqında krala verdiyi gizli və müfəssəl bəyanatlardan biri bu
sözlərlə qurtarırdı: ―Əlahəzrət, sağlam mülahizəyə görə, bu adamlardan qorxmağa heç bir əsas
yoxdur. Onlar piĢik kimi qayğısız və tənbəldirlər. Əyalət camaatı dinc durmur, amma Paris
əhalisi belə deyil. Bunların hamısı balaca adamcığazlardır. Bu cırtdanların ən azı ikisindən
əlahəzrətin bircə nəfər qrenadyoru çıxar. Xeyr, paytaxtda yaĢayan qara camaatdan heç bir qorxu
ola bilməz. Maraqlı burasıdır ki, son əlli il ərzində bu adamların boyu daha da kiçilmiĢdir və indi
Paris ətrafının əhalisi inqilabdan əvvəlkindən daha da cırdır. Onlar tamamilə təhlükəsizdir.
Ümumiyyətlə, bunlar sadəlövh dələduzlardır‖. Polis prefektlərinin heç xəyalına belə gəlmir ki,
piĢik bəzən dönüb aslan ola bilər; lakin bu mümkün bir Ģeydir və Paris camaatının ən gözəl
xüsusiyyətidir. Ancaq qraf Anqlesin bu qədər həqarətlə baxdığı piĢik antik respublikalarda
hörmət sahibi idi, azadlığın timsalı sayılırdı və Pireydə qanadsız Afinanın heykəli yüksəldiyi
kimi, Korinfdə Ģəhər meydanında tuncdan qayrılmıĢ nəhəng bir piĢik heykəli dururdu.
Restavrasiya dövrünün sadəlövh polis idarəsi Paris camaatını həddindən artıq ―dinc‖ zənn edirdi.
Halbuki onlar bəzi adamların fikirləĢdiyi kimi o qədər də ―sadəlövh dələduzlar‖ deyildilər.
Afinalı yunanlıdan necə fərqlənirdisə, parisli də fransızdan eləcə fərqlənir. Heç kəs onun kimi
Ģirin yatmaz, heç kəsin yüngüllüyü və tənbəlliyi onunku kimi açıq-açığına deyil; sanki, heç kəs
onun kimi tez unutmağı bacarmır, bununla belə bu xassələrə o qədər də bel bağlamaq olmaz.
Parisli hər cür qayğısızlıq göstərə bilər, lakin onun gözlərinə Ģöhrət günəĢi göründüyü zaman o
elə qızıĢır ki, siz heyrətdən donub qalırsınız. Siz ona nizə versəniz, 10 avqust gününü görərsiniz,
silah versəniz, Austerlisi görərsiniz. Parisli Napoleonun istinadgahı və Dantonun köməkçisi
deməkdir. Vətəni qorumaq lazım gələrsə, o, dərhal əsgər yazılır; azadlıq məsələsi doğarsa, o,
küçənin daĢlarını sökərək barrikada qurmağa baĢlayır. Özünüzü gözləyin! Əfsanəvi qəhrəmanlar
kimi onun saçları qəzəb suyu ilə yuyulmuĢdur. Onun pencəyi qədim yunanların rədasına
bənzəyir. Ehtiyatlı olun! Parisli qarĢısına çıxan ilk küçəni, məsələn, Qrenet küçəsini Kavdin
dərəsinə çevirə bilər. Vaxt gələr ki, Paris ətrafında yaĢayan bu Ģəhərli, bu balaca adamcığaz boy
atar, baxıĢları qorxunc, nəfəsi fırtına kimi coĢqun olar, onun zəif, taqətsiz görünən sinəsindən elə
bir qasırğa qopar ki, Alp dağlarının nəhəng zirvələri belə sarsılar. Ġnqilab məhz Paris ətrafının
əhalisi sayəsində ordu ilə birləĢərək, bütün Avropanı fəth etmiĢdi.
Parisli nəğmə oxuyur – onun sevinci nəğmədədir. Onun oxuduğu nəğməni onun təbiəti ilə
müqayisə etsəniz, nələr ola biləcəyini görərsiniz! Hələlik onun oxuduğu ancaq Karmanyoladır, o
təkcə XVI Lüdoviki taxtından düĢürür; qoyun o Marselyoza oxusun – o zaman o bütün dünyanı
azad edər.
Anqlesin təqdim etdiyi məlumat vərəqəsinin haĢiyələrində bu sözləri yazdıqdan sonra biz yenə
dörd qızla dörd oğlana qayıdırıq. Söylədiyimiz kimi, nahar qurtarmaq üzrə idi.
ALTINCI FƏSĠL.
Onlar bir-birinə pərəstiĢ edir.
Süfrə söhbətləri və sevgi söhbətləri! Hər ikisi eyni dərəcədə ələ keçirilməz bir Ģeydir, ―sevgi
söhbətləri bir bulud, süfrə söhbətləri isə duman kimidir‖.
Fameyllə Daliya nə isə oxuyurdular; Tolomes içirdi; Zefina gülürdü, Fantina gülümsəyirdi.
Listolye Sen-Kluda aldığı ağac tütəyi çalırdı. Favurita mehriban bir nəzərlə BlaĢvelə baxaraq:
– BlaĢvel, mən sənə pərəstiĢ edirəm, – deyə təkrar edirdi.
Bu sözlərə BlaĢvel sualla cavab verdi:
– Favurita, mən səni daha sevməsəm, sən nə edərdin?
Favurita:
– Mənmi nə edərdim? – dedi. Ah, sən bunu heç zarafatla da söyləmə! Mən sənin üstünə atılıb
üzünü cırmaqlar, diĢlərdim, baĢına su tökərdim, səni tutdurub həbsə saldırardım.
BlaĢvel mənliyi qıcıqlanmıĢ bər-bəzəkli və boĢ bir adam kimi özündən razı halda, çirkin bir əda
ilə gülümsədi.
Favurita sözünə davam edərək dedi:
– Mən dərhal çığırardım ki: ―Tutun onu!‖. Mən sənin nazını çəkən deyiləm, yaramaz!
BlaĢvel tam heyran olmuĢ halda stula söykəndi və təkəbbürlə gözlərini qıydı.
Daliya, nə isə çeynəyə-çeynəyə, ümumi gurultu içində pıçıltı ilə Favuritadan soruĢdu:
– Demək, sən öz BlaĢvelinə yaman vurulmusan, eləmi?
Favurita yenə yeməyə baĢlayaraq, yavaĢca cavab verdi:
– Mənmi? Mən ona nifrət edirəm. O çox xəsisdir. Mən otağımın qabağında yaĢayan oğlanı
sevirəm. Çox sevimli cavan bir oğlandır. Sən onu tanımırsan? O saat görünür ki, o, aktyor
olacaq. Mən aktyorları çox sevirəm. O, evə qayıdanda anası deyir: ―Aman ya rəbbi, rahatlığım
qurtardı! O yenə çığırmağa baĢlayacaqdır. Əzizim, mənim baĢım çatlayır! Ona görə ki, oğlan
bütün evi dolaĢır, siçovulla dolu olan çardağa çıxır, bütün qaranlıq bucaqlara soxulur, nəğmə
oxumağa, Ģeir deməyə baĢlayır, özü də elə bərkdən deyir ki, aĢağıda eĢidilir. Bir vəkilin yanında
iĢləyir və hələ indidən gündə 20 su pul qazanır, vəkil üçün cürbəcür fitnəkar kağızlar yazır. Atası
Sen-Jak-Dü-O-Pa kilsəsində müğənni imiĢ. Ah, elə qəĢəng oğlandır! Mənə elə vurulub! Bir gün
mən biĢi üçün xəmir yoğuranda əllərimi xəmirli görüb. – ―Madmazel, əlcəklərinizdən biĢi
hazırlayın verin, yeyim‖ – dedi. Belə sözləri ancaq artistlər söyləyə bilir. Ah, elə sevimlidir! Az
qalıram onun üstündə baĢımı itirəm. Ancaq bunun nə dəxli var? Mən BlaĢvelə deyirəm ki, ona
pərəstiĢ edirəm. Amma nə yalan deyirəm! Nə yalan!
Favurita bir qədər susdu, sonra yenə sözünə davam etdi.
– Bilirsənmi? Daliya, adam yaman darıxır! Yay uzunu elə hey yağıĢ yağır, külək əsəblərimə
toxunur, sakitləĢmək istəmir. BlaĢvel isə çox xəsisdir: bazarda heç nə yoxdur, təkcə göy noxud
tapmaq olur. Adam bilmir nə etsin. Ġngilislər demiĢkən, məndə splin xəstəliyi var! Yağ elə
bahadır ki! Həm də, bax gör nə iyrənc səhnədir – biz, çarpayı olan otaqda nahar edirik: bunu
görəndə mən heç yaĢamaq istəmirəm.
YEDDĠNCĠ FƏSĠL.
Tolomesin hikməti.
Bəziləri oxuyur, bəziləri bir-birinin səsini boğaraq söhbət edirdilər; səslər bir-birinə qarıĢıb
pozuq bir gurultuya çevrilirdi. Nəhayət, Tolomes səsini ucaltdı:
– Bəsdir boĢ-boĢ, özü də fasiləsiz danıĢdınız. Nitqin parlaq olmasını istəyirsinizsə, nə
deyəcəyinizi yaxĢıca düĢünün. Çox hazırcavab olanın baĢı tez boĢalar. Ağzı açıq qalmıĢ pivə
köpüklənməz. Tələsməyin, cənablar! Gəlin, bu içki məclisimizə bir əzəmət verək, qayda ilə
yeyək, aramla ziyafət edək. Tələsmək lazım deyil. Ġlk bahardan nümunə götürün: çox tələsik
addımlarla gedərsə, donar. Onun çox tələsməsi Ģaftalı və qaysı ağaclarını öldürür. Bizim də çox
tələsməyimiz gözəl ziyafətlərin incəliyini və Ģənliyini öldürür. Cənablar, çox tələsməyin! Qrimo
de la Renyer bu barədə Taleyranla tamamilə razılaĢır.
Boğuq bir uğultu eĢidildi. Hamı etiraz edirdi.
BlaĢvel:
– Tolomes, bizi rahat burax, – dedi.
Fameyl:
– Rədd olsun müstəbid! – deyə bağırdı.
– Listolye:
– YaĢasın meyxana, meyxana Ģərabı, meyxana Ģənliyi! – deyə çığırdı.
Fameyl sözünə davam edərək: Elə bazar günü də bunun üçündür, – dedi. Listolye isə:
– Biz lap ayığıq, – deyə əlavə etdi.
BlaĢvel dedi:
– Tolomes, mənim kanaliya səbrimə qiymət ver!
– Bəli, lap monkalm səbridir.
Bu sözlərdəki zəif cinas gölə düĢən bir daĢ kimi təsir etdi. Markiz Monkalm o dövrün məĢhur
royalisti idi. Dərhal qurbağaların səsi kəsildi.
Tolomes yenə nüfuza minmiĢ bir adam kimi sözünə davam edərək:
– Dostlar, baĢınızı itirməyin, – dedi. – Doğrusu, göydəndüĢmə olan bu lətifə sizin bu qədər pərt
olmağınıza dəyməz. Göydən düĢən hər Ģey heyrətə və hörmətə layiq deyildir. Lətifə –
yüksəklərdə qanad çalan bir zəkanın yerə buraxdığı zir-zibildir. Zarafat təsadüfi bir hədəfə dəyir,
zəka isə növbəti bir sarsaqlıq elədikdən sonra, göylərə ucalır. Qayada yayılan ağımtıl bir ləkə
qaraquĢun uçmasına mane olmur. Mən lətifəni pisləmək niyyətində deyiləm. Mən lətifəyə
hörmət edirəm, ancaq ləyaqətinə görə, artıq yox. BəĢəriyyətdə, bəlkə də, bəĢəriyyət xaricində, ən
ülvi, ən gözəl və ən cazibədar nə varsa, hamısı məcazi sözlərlə əylənmiĢdir. Ġsa müqəddəs Pyotr,
Musa – Ġshaq, Esxil – Polinik, Kleopatra – Oktavi haqqında lətifə söyləmiĢlər. Unutmayın ki,
Kleopatra öz lətifəsini Aksium vuruĢmasından əvvəl söyləmiĢdi və bu lətifə olmasaydı, yunanca
mənası aĢpaz Ģagirdi olan Torin Ģəhərini kimsə xatırlamazdı. Bunu müəyyən etdikdən sonra, mən
yenə öz çağırıĢıma qayıdıram. QardaĢlarım, yenə təkrar edirəm, tələsməyin, az səy edin və az
vurnuxun, hər Ģeydə, hətta zarafatda, Ģənlikdə belə bir hədd lazımdır. Amfiarayın zəkasına və
Sezarın daz baĢına malik olan bir Ģəxsin sözlərinə qulaq asın. Hər Ģeyin, hətta cinasların da, bir
həddi olmalıdır. Est modus in rebus1. Gözəl yeməklərin belə həddi olmalıdır. Xanımlar, siz alma
kökəsini sevirsiniz, amma ehtiyatlı olun, çox yeməyin. Alma kökəsi yemək üçün də bir az ağıl və
zövq lazımdır. Çox yeməyi sevən adam həmiĢə öz ködənbolluğunun cəzasını çəkər – pula punit
Gulax. Allah həzm pozğunluğunu mədələri tərbiyə etmək üçün yaratmıĢdır. Bunu yadınızda
saxlayın: hər bir ehtirasımızın, hətta eĢqin belə öz mədəsi vardır ki, onu çox yükləmək lazım
deyil. Hər zaman! Hər Ģeyin üzərində vaxtında ―bəsdir‖ sözünü yazmağı bacarmaq lazımdır.
Lazım gəldikdə özünüzü ələ almalı, iĢtahanızı qıfıllamalı, xəyalatınızı həbs etməli və hətta
özünüzü polis idarəsinə belə aparmalısınız. Ağıllı o adama deyərlər ki, vaxtında özünü dustaq
edə bilsin. Mənə heç olmasa bir az etimadınız olsun. Mən necə olsa da, hüquq elmləri ilə məĢğul
olmuĢam, bunu mənim verdiyim imtahanlar təsdiq edir, mən istintaqa verilməli iĢlə istintaqda
olan iĢ arasındakı fərqi bilirəm; mən Romada Munasi Demens ata qətlinə dair iĢlər üzrə kvestor
olduğu zaman tətbiq edilən edam üsulları haqqında latın dilində dissertasiya müdafiə etmiĢəm,
mən, çox güman ki, hüquq doktoru olacağam; lakin bütün bunlardan mənim büsbütün axmaq
olduğum haqqında elə də Ģəksiz nəticə çıxarmaq olmaz. Məsləhət görürəm, arzularınızda bir az
mötədil olasınız. Adamın Feliks Tolomes olduğunu necə bilərəmsə, söylədiklərimin də doğru
olduğunu elə bilirəm. XoĢbəxt o adamdır ki, qəhrəmanlıq tələb edən bir qərara vaxtında gələ bilir
və Sulla, yaxud Oriken kimi hakimiyyətdən əl çəkir!
Favurita böyük bir diqqətlə dinləyirdi. Burada Tolomesin sözünü kəsərək dedi:
– Feliks! Nə gözəl sözdür! Bu ad mənim çox xoĢuma gəlir. O, latın adıdır. Bizcə o, Bəxtiyar
deməkdir.
Tolomes sözünə davam edərək:
– Kviritlər, centlmenlər, kaballerlər, dostlarım! – dedi. – ġəhvətə qapılmamaq, eĢqsiz və
izdivacsız yaĢamaq yollarını bilmək istəyirsinizmi? Bundan sadə bir Ģey yoxdur! Budur bunun
resepti: limonad için, hərəkət edin, ağır iĢ görün, əldən düĢün, daĢ daĢıyın, yatmayın, gecələri
oyaq keçirin, selitralı içkilər və ağ nilufər həlim için, xaĢxaĢ və istiot suyundan ləzzət alın,
bunların hamısına əlavə olaraq pəhriz saxlayın, acınızdan ölün, üstəlik soyuq vannalar qəbul
edin, quru otlardan kəmər bağlayın, boynunuza qurğuĢundan bir lövhə yapıĢdırın, Saturn cövhəri
məhlulu, sirkəli və Ģəkərli sudan islatma qoymağı unutmayın.
– Məncə, qadın bunlardan yaxĢıdır, – deyə Listolye səsləndi.
– Qadın! – deyə Tolomes təkrar etdi. – Qadından özünüzü qoruyun! Vay o adamın halına ki,
qadının dəyiĢkən qəlbinə inana! Qadın vəfasız və hiyləgərdir. Qadının ilandan ona görə zəhləsi
gedir ki, ilana paxıllıq edir. Ġlan qadının rəqibidir.
Tolomes, – deyə BlaĢvel bağırdı. – Sən sərxoĢsan!
– Özü də kefin istəyən kimi, – deyə Tolomes təsdiq etdi.
– Elə isə Ģən ol, Ģən, – deyə BlaĢvel sözünə davam etdi.
– Razıyam.
Tolomes stəkanını doldurdu və ayağa qalxaraq sözünə davam etdi:
– EĢq olsun Ģəraba! Nunte, Bacche, canam1. Xanımlardan üzr istəyirəm, – bu ispancadır.
Senyorlar, sübutmu istəyirsiniz, buyurun, qabın həcmi də xalqın təbiətinə görədir. Kastiliya
arrobası on altı litr, Alikanta kantrosu – on iki litr. Kanar adalarının almudu – iyirmi beĢ, Balear
adaları kuartini – iyirmi altı, çar Pyotrun boçkası – otuz litr tutur. YaĢasın nəhəng boylu olan bu
padĢah, yaĢasın ondan da böyük olan boçkası! Xanımlar, sizə bir dost nəsihəti edəcəyəm:
qonĢularınızı dolaĢıq salmaqdan çəkinməyin, səhv etmək – eĢqin xasiyyətidir. EĢq macərası daim
döĢəmə yumaqdan dizləri qabar olan ingilis xidmətçi qadını kimi lap kütləĢənədək dizi üstə
sürünmək üçün yaranmamıĢdır. EĢq macərası, o gözəl və dadlı macəra, bunun üçün
yaranmadığından Ģən-Ģən səhvlər edir! Kim isə demiĢdir: ―Səhv etmək insana xas olan bir
Ģeydir‖; mən isə deyirəm ki, səhv etmək aĢiqlərə xasdır. Xanımlar, mən hamınıza pərəstiĢ
edirəm. Ah, Zefina, ah, Jozefina, sizin üzünüzdə hər Ģey yerində olsaydı, çox gözəl olardınız.
QəĢəng üzünüzün elə görünüĢü var ki, elə bil, kim isə bir dəfə səhvən onun üstündə əyləĢmiĢdir.
Favuritaya gəlincə, – ah! Ey pərilər, ey mələklər! BlaĢvel bir dəfə Keren Buasko küçəsindəki
xəndəkdən keçərkən ayaqlarını yoldan keçənlərə göstərən ağ corablı gözəl bir qız gördü. Bu
müqəddimə BlaĢvelə çox xoĢ gəldi və qıza vuruldu. Onun vurulduğu qız Favurita idi. Oh,
Favurita, sənin gözəl dodaqların yunan qızlarının dodaqlarına bənzəyir! Vaxtilə Yunanıstanda
Evforion adlı bir rəssam vardı. Bu rəssam gözəl dodaqlar çəkməkdə böyük Ģöhrət qazanmıĢdı.
Yalnız bu yunanlı sənin gözəl dodaqlarını çəkməyə layiqdir. Qulaq as! Dünyada sənə qədər bu
ada layiq bir məxluq olmamıĢdır! Sən Venera kimi qızıl almanı almaq və ya Həvva kimi onu
yemək üçün yaranmıĢsan! Gözəllik səndən baĢlanır. Mən indicə Həvvanın adını çəkdim, onu sən
yaratmısan. Sən qəĢəng qadın ixtira etmək üçün patent almağa tamamilə layiqsən. Uf, Favurita!
Mən artıq sizə ―sən‖ deməyəcəyəm, çünki artıq Ģeri buraxaraq nəsrə keçməkdəyəm. Siz mənim
adımı çəkdiniz. Bu mənə çox təsir etdi, lakin biz necə adam olsaq da, adlara inanmamalıyıq,
adlar insanı aldadır. Mənim adım Feliksdir, lakin mən o qədər də xoĢbəxt deyiləm. Sözlər
yalançıdırlar; onların verdikləri mənaya kor-koranə inanmaq lazım deyil. Bearn probkası üçün
Lejə, Lej əlcəkləri üçün Bearna getmək səhv olardı. Miss Daliya, mən sizin yerinizə olsaydım,
adımı Qızılgül qoyardım. Çiçəyin gözəl ətri, qadının isə ağlı olmalıdır. Fantina haqqında mən
heç bir söz deməyəcəyəm. O, xəyalpərvər, dalğın fikirli və həssas bir qızdır; o, pəri Ģəklində bir
xəyaldır, o, yolunu azan və yüngül əxlaqlı bir qız kimi yaĢayan, lakin xəyal aləmində təsəlli
axtaran, nə gördüyünü və nə etdiyini düĢünmədən oxuyan, dua edən və göyləri seyrə dalan bakir
bir rahibə donuna girmiĢdir; o, nəzərlərini göylərə zilləmiĢ bir xəyaldır, o elə bir bağda gəzir ki,
oradakı quĢların sayı bütün həqiqi aləmdə olan quĢların sayından qat-qat çoxdur! Ey Fantina, bil
ki, mən, Tolomes – yalnız bir xəyalam. Lakin bu sarıĢın mələk məni heç dinləmir! O baĢdan
ayağa qədər təravət, naz və gözəllik, gənclik mücəssəməsidir, onda aydın bir səhər saflığı
görünür. Ey Fantina, ey napatya çiçəyi və ya inci adlanmağa layiq olan qız, siz yenicə açılan
Ģəfəqsiniz. Xanımlar! Sizə ikinci məsləhətim budur: ərə getməyin. Ġzdivac peyvənd kimi bir
Ģeydir; ya yaxĢı çıxa bilər, ya da pis; belə bir təhlükədən uzaq qaçın. Mən nə danıĢıram? Bu
sözlər bihudədir. Toy söhbəti gedən yerdə qızlar əlacsız, çarəsiz bir xəstəyə çevrilirlər. Biz
filosoflar nə desək də, dərzi və qurcuvaçı qızlar brilyant içində üzən ərlər arzulamaqdan əl
çəkməzlər. Nə edək, elə olsun, lakin, gözəl qızlar, bir Ģeyi yadda saxlayın, siz həddindən çox
Ģəkər yeyirsiniz! Ah qadınlar, sizin bircə nöqsanınız var: siz daim Ģəkər gəmirirsiniz! Ey
gəmiricilər cinsindən olanlar, sizin qəĢəng ağ diĢləriniz Ģəkəri çox sevir! Ona görə diqqətlə qulaq
asın: Ģəkər duz kimi bir Ģeydir. Hər cür duz adamı qurudur. ġəkər isə hər bir duzdan artıq
qurudur. ġəkər qanın maye elementlərini damarlardan sorur; qanın laxtalanması, sonra büsbütün
quruması, ciyərlərdəki düyünlər və nəhayət, ölüm bundan irəli gəlir. Məhz buna görə Ģəkər
xəstəliyi ilə vərəm arasında fərq azdır. Odur ki, Ģəkər yeməyin, o zaman çox yaĢayarsınız. Ġndi
mən kiĢilərə keçirəm. Ağalar, mümkün qədər çox qələbə çalmağa çalıĢın. Vicdan əzabı
çəkmədən bir-birinizin sevgilisini qoparıb almağa çalıĢın. Rəqsdə olduğu kimi, qadınlarla
birləĢin, sonra yenə ayrılın. EĢqdə dostluq yoxdur. O yerdə ki qəĢəng bir qadın var, orada hər an
düĢmənçilik törəyə bilər. Aman verməyin, ölüm-dirim müharibəsi aparın! QəĢəng qadın Casus
belli-gup1, cinayət üçün bir səbəbdir. Tarixdəki bütün basqınlar, toqquĢmalar bir qadın
tumanının araya qarıĢması nəticəsində olmuĢdur. Qadın kiĢinin haqqıdır. Romul Sabinya
qızlarını, Vilhelim Saksoniya qızlarını, Sezar isə Roma qızlarını qaçırmıĢdır. Sevgilisi olmayan
adam, qırğı kimi özgələrinin sevgililəri üzərində uçar. Mənə gəldikdə, mən bu biçarə kiĢilərə
Napoleonun Ġtaliya ordusuna demiĢ olduğu bu gözəl sözləri deyirəm: ―Əsgərlər, sizin heç bir
Ģeyiniz yoxdur. DüĢmənin hər Ģeyi vardır‖.
Tolomes dayandı.
BlaĢvel:
– Bir az nəfəs al, Tolomes, – dedi.
Bu halda BlaĢvel həzin bir ahənglə oxunan fəhlə nəğmələrindən birini oxumağa baĢladı. Distolye
və Fameyl də onun səsinə səs verdilər. Bu nəğmələr təsadüfən ağıza gələn qafiyəli, yaxud
tamamilə qafiyəsiz, ağac budaqlarının hərəkəti və küləyin gurultusu kimi mənasız olan sözlərdən
ibarət idi. Onlar çubuqların tüstüsü içərisində doğaraq onunla birlikdə havaya uçur və yox
olurdu. Bu üç adam Tolomesin nitqinə belə bir kupletlə cavab verdi:
Bizim axmaq, küt adamlar.
Yedizdirdi keĢiĢləri.
Ki, Sen-Janda papa ola.
Bəlkə, Klermon-Toneri.
Kim yaranmıĢ səfeh, qanmaz.
Əsla ondan papa olmaz.
Aldıqların qaytardılar.
Bizim bu axmaq atalar.
Lakin bu nəğmə də Tolomesin natiqlik həyəcanını sakit etmədi. O, stəkanını boĢaltdı, onu
yenidən doldurdu və sözünə davam edərək:
– Yox olsun hikmət! – dedi. – Bütün söylədiklərimi yadınızdan çıxarın. Nəyə lazım ağıl, ədəb,
əxlaq? Mən Ģadlıq eĢqinə içməyi təklif edirəm. ġad olaq! Öyrəndiyimiz hüquq dərslərini
əyləncələrlə, yeməklə tamamlayaq! YaĢasın məhkəmə boĢboğazlığı və mədəmizin iĢi! Qoy
Yustinian və Ziyafət bir-birilə evlənsin! Ey dərin sevinclər! Ey dünya, var ol! Kainat gözəl bir
incidir. Mən xoĢbəxtəm. Hər yerdə gözəl quĢlar uçur, hər tərəfdə Ģənlik var! Bülbül də pulsuz
Elevyüdür. Ey yay fəsli, xoĢ gəlmisən! Ah, ey Lüksemburq bağı! Ey ġahzadə xanım küçəsində
və rəsədxana xiyabanında yaradılan dastanlar! Ey dalğın əsgərciyəzlər! Ey uĢaqları gəzdirməklə
bərabər məhəbbət əyləncələrindən də çəkinməyən gözəl dayələr! BaĢımız üzərində Odeon
qübbələri olmasaydı, Amerika pampasları mənim xoĢuma gələ bilərdi. Mənim ruhum insan ayağı
görməmiĢ meĢələrə və ucsuz-bucaqsız səhralara uçur. Hər Ģey gözəldir! GünəĢin iĢığında
milçəklər vızıldaĢır. GünəĢ asqırdı, kalibri doğuldu. Öp məni, Fantina!
Tolomes yanıldı və Favuritanı öpdü.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Atın ölümü.
Birdən Zefina çığırdı:
– Amma Edonun xörəkləri Bombardınkından daha ləzzətlidir.
BlaĢvel dedi:
– Məncə, Bombard daha yaxĢıdır. Burada dəbdəbə, asiyalılıq daha çoxdur. Hələ bir aĢağı
mərtəbəyə baxın. Divarlarda güzgülər gör necə parlayır.
Favurita cavabında:
– Divarlardansa boĢqabları parlasaydı daha yaxĢı olardı, – dedi.
BlaĢvel yenə israr edərək:
– Hələ bıçaqlara baxın. Bombardın bıçaqları gümüĢdəndir. Edonunku sümükdən. GümüĢ isə
sümükdən daha bahalıdır.
Tolomes dedi:
– Lakin gümüĢdən özlərinə diĢ düzəltdirənlər üçün yox, ― – Tolomes bu sözləri söylərkən
meyxananın pəncərəsindən görünən Əlillər evinin qübbəsini seyr edirdi.
Hamı sükut etdi.
– Tolomes! – deyə Fameyl bağırdı. – Ġndicə Listolye ilə aramızda bir mübahisə gedirdi.
– Mübahisə yaxĢı Ģeydir, – deyə Tolomes cavab verdi. – Lakin savaĢmaq daha yaxĢıdır.
– Biz filosoflar haqqında mübahisə edirdik.
– Çox gözəl.
– Sən kimi üstün tutursan – Dekartı, yoxsa Spinozanı?
– Dezojyeni, – deyə Tolomes cavab verdi.
Heç bir etiraza yol verməyən bu qərardan sonra o, Ģərabını içərək davam etdi:
– Mən yaĢamağa razıyam. Nə qədər ki, boĢboğazlıq etmək mümkündür, demək, yer üzündə hələ
hər Ģey bitməmiĢdir. Bundan ötrü mən ölməz allahlara Ģükür edirəm. Biz yalan danıĢırıq, həm də
gülürük. Biz fikrimizi qəti söyləsək də, yenə də Ģübhədən azad deyilik. Bu gözəldir.
Gözlənilməyən hadisələr sillogizmdən əmələ gəlir. Yer üzündə hələ də içi paradokslarla dolu
olan gizli qutunu Ģən-Ģən açıb-bağlamağı bacaran adamlar vardır. Xanımlar, bilin ki, sizin bu
qədər həvəssiz içdiyiniz Ģərab, – dəniz səthi üzərində üç yüz on yeddi tuaz hündürlükdə bitən
üzümdən qayrılmıĢ madera Ģərabıdır! Onu içərkən bu rəqəmə fikir verin. Üç yüz on yeddi tuaz!
Bizim ehtiĢamlı meyxanaçımız cənab Bombard isə bu üç yüz on yeddi tuazı sizə dörd frank əlli
qəpiyə verir.
Fameyl yenə onun sözünü kəsərək:
– Tolomes, – dedi, – sənin rəyin qanundur. Sənin sevdiyin müəllif kimdir?
– Ber...
– ...gen?
– Yox ...Ģu.
Tolomes yenə davam etdi:
– Bombarda alqıĢlar olsun! O mənim üçün bir rəqqasə tapmıĢ olsaydı, Elefantlı Munofis
mislində, gitara tapmıĢ olsaydı, Tigelion de Kerone mislində ola bilərdi. Bilin, agah olun,
xanımlar, Yunanıstanda, Misirdə də Bombardlar olmuĢdur. Bunu bizə Apuley nağıl edir. Əfsus!
Hər Ģey təkrar olunur, dünyada yeni heç bir Ģey yoxdur. Allahın yaratdıqlarında məlum olmayan
bir zərrə belə qalmamıĢdır! Süleyman peyğəmbər deyir ki: ―Nil sub sole novum‖1. Verjili isə
deyir ki, ―Amor omnibus idem‖2 öz rəfiqəsi ilə Sen-Kluya gedən bir medikus qaliota, vaxtilə
Samos donanmasının qaleralarından birinə minən Aspaziya və Perikl kimi əyləĢir. Bir-iki söz
daha deməliyəm. Xanımlar, Aspaziyanın kim olduğu sizə məlumdurmu? O elə bir dövrdə
yaĢayırdı ki, o zamanlar qadınların hələ qəlbi yox idi, lakin onun qəlbi vardı. Bu qəlb qızılgül
kimi al-qırmızı, alov kimi yandırıcı, səhər Ģəfəqi kimi təptəzə idi, Aspaziyanın varlığında bir-
birinə zidd iki qadın tipi birləĢmiĢdi: fahiĢə və ilahə. Onun qəlbində həm Sokrat yaĢardı, həm də
Manon Lesko. Əgər Prometeyin bir fahiĢəyə ehtiyacı olsa idi, onu axtarardı. Aspaziyanın
yaradılmasından məqsəd də bu idi.
Tolomes coĢmuĢdu, bu halda sahil küçəsində bir at yıxılmasaydı, onu susdurmaq çətin olacaqdı.
Sarsıntı o qədər qüvvətli idi ki, araba da, natiq də ikisi birdən dayandılar. Bu, ağır yüklü bir
arabanı çəkən qoca və arıq bir at idi. Biçarə heyvan Bombard restoranının yanına çatdıqda,
taqətdən düĢmüĢ olduğuna görə, artıq irəliyə getmək istəmədi. Bu hadisə bir çox yolçunun
diqqətini cəlb etdi, atın ətrafına adamlar yığıĢdı. QəzəblənmiĢ arabaçı ağızdolusu ―çər dəymiĢ!‖
deyə söyərək, üstəlik amansız bir qamçı vurduqda, biçarə heyvan bir daha ayağa qalxmamaq
üçün yerə yıxıldı. Tolomesin Ģən dostları küçədəki səs-küyü eĢidərək pəncərədən küçəyə
baxdılar. Tolomes də bu fürsəti əldən qaçırmayıb öz qısa nitqini belə bir melanxolik Ģeirlə
qurtardı:
O, yaĢadı qara tale arabaya, karetaya.
DüĢmən olan bir həyatda, bir mühitdə zaman-zaman.
O da bütün yabılar tək doldu yaĢa, çatdı boya.
SısqalaĢıb çiçək kimi sındı axır yazıq heyvan.
Fantina bir ah çəkərək:
– Biçarə at! – dedi.
Daliya isə:
– Buna bax! – deyə çığırdı. – Deyəsən, Fantina at üçün yas tutmağa hazırlaĢır. Belə də axmaq qız
olar!
Bu zaman Favurita qollarını sinəsində çarpazlayaraq, baĢını geriyə atdı. Tolomesə baxdı və qəti
bir səslə. Bəs sürpriziniz hanı? – dedi.
Tolomes:
– Tamamilə doğrudur, – dedi. – Vaxtdır. Ağalar, xanımlarınızı heyrətdə qoymaq məqamı
çatmıĢdır. Xanımlar, bir neçə dəqiqə burada bizi gözləyin...
BlaĢvel:
– Sürpriz öpüĢdən baĢlayır, – dedi.
Tolomes:
– Alnından öpək, – deyə əlavə etdi.
Hər biri təntənəli surətdə öz sevgilisinin alnından öpdü, sonra əsrarəngiz bir Ģəkildə barmaqlarını
dodaqlarına qoyaraq, dördü də bir-birinin ardınca qapıya doğru yönəldi.
Favurita əl çalaraq:
– Bu elə indidən maraqlıdır, – dedi.
Fantina yavaĢ bir səslə:
– Ancaq tez qayıdın, – dedi. – Biz sizi gözləyirik.
DOQQUZUNCU FƏSĠL.
Əyləncənin əyləncəli sonu.
Gənc qızlar yalqız qaldıqdan sonra, iki-iki pəncərələrin yanında dayanıb dirsəklərini pəncərəyə
söykəyərək, baĢlarını bayıra çıxarıb zarafatlaĢmağa baĢladılar.
Onlar gənclərin Bombard meyxanasından qol-qola çıxdıqlarını gördülər; gənclər dönüb onlara
gülümsəyərək, baĢları ilə iĢarə etdikdən sonra, hər gün Yelisey yollarını dolduran tozlu izdiham
içində gözdən itdilər.
Fantina:
– Tez qayıdın, – deyə çığırdı.
Zefina:
– Görəsən, onlar bizə nə gətirəcəklər? – dedi.
– Yəqin ki, gözəl bir Ģey gətirəcəklər, – deyə Daliya cavab verdi.
Favurita:
– Mənə qalırsa, mən qızıl bir Ģey olmasını istərdim, – dedi.
Bir azdan çay sahilindən keçən və uca ağacların budaqları arasından güclə görünən ekipajların
hərəkəti onların diqqətini cəlb etdi; onlar bununla əylənməyə baĢladılar. Bu, poçt arabalarının və
dilicanların yola çıxdığı saat idi. Qərbə və ġərqə doğru gedən bütün arabalar Yelisey yollarından
keçirdi. Arabalar çayın kənarı ilə gedərək, Passi qarovulxanası yanında Ģəhərdən çıxırdılar. Ara-
sıra qara ilə sarı rəngə boyanmıĢ, üstü brezentlə örtülmüĢ bir çox sandıq və qutulardan olduqca
biçimsiz bir Ģəkil almıĢ ağır yüklü böyük bir araba küçə daĢlarını sökərək və hər birini bir
çaxmaq daĢına döndərərək, quduz kimi izdihamı yarır, kürə kimi qığılcımlar saçaraq, tüstü
əvəzinə Ģüa bürünmüĢ halda gurultu ilə keçib gedirdi. Sandıqların arasında çoxlu baĢlar görünür
və buradaca yox olurdular. Bütün bu səs-küy və gurultu gənc qızları əyləndirirdi, Favurita:
– Sən gurultuya bax? – deyə səslənirdi, – elə bil, bir yığın zənciri çəkə-çəkə aparırlar:
Sıx qarağac yarpaqları arasından çətinliklə seçilən bu arabaların biri bir anlığa dayandı və sonra
yenə sürətlə uzaqlaĢdı. Bu, Fantinanı çox təəccübləndirdi.
– Nə qəribədir, – dedi, – mən elə bilirdim ki, dilicanlar heç bir zaman yolda dayanmırlar.
Favurita çiyinlərini çəkərək:
– Bu Fantina qəribə qızdır, – dedi. – Bəzən mən məhz maraq üçün onun yanına gedirəm. O, ən
adi Ģeylərə heyrət edir. Məsələn, təsəvvür edin ki, mən bir sərniĢinəm, sürücüyə deyirəm ki,
―Mən qabağa gedirəm, siz də yoldan keçəndə çay kənarında məni arabaya mindirərsiniz‖.
Dilican gəlib mənə çatır, dayanır, mən də öz yerimdə otururam. Belə hadisələr hər gün ola bilər.
Sənin dünyadan xəbərin yoxdur, quzum.
Bir müddət də keçdi. Birdən Favurita yuxudan oyanmıĢ kimi diksindi və soruĢdu:
– Bəs vəd edilən sürpriz necə oldu?
Daliya da ona qoĢularaq:
– Doğrudan da, – dedi, – bəs bu sürpriz nə oldu? Görəsən, harada qaldılar, – deyə Fantina
köksünü ötürdü. O, sözünü qurtarmamıĢdı ki, yemək yeyərkən onlara qulluq edən xidmətçi içəri
girdi. Əlində məktuba oxĢar bir Ģey vardı.
Favurita:
– O nədir? – deyə soruĢdu.
Xidmətçi:
– Bu, o ağaların sizin üçün qoyduğu məktubdur, – dedi.
– Bəs nə üçün siz onu bizə dərhal gətirmədiniz?
– Çünki o ağalar bir saat keçdikdən sonra verilməsini tapĢırmıĢdılar, – deyə xidmətçi cavab
verdi:
Favurita tez məktubu xidmətçinin əlindən dartdı. Bu, doğrudan da, məktub idi.
– Çox qəribədir, – dedi, – məktubun üzərində ünvan yoxdur. Lakin yazılmıĢdır ki:
―Vəd olunan sürpriz budur!‖
Favurita tələsik zərfi açdı, məktubu çıxarıb oxumağa baĢladı (oxumaq bilirdi):
―Ey sevgililərimiz!
Bilin ki, bizim valideynlərimiz vardır. Valideyn nə olduğunu siz yaxĢı bilməzsiniz. Namuslu və
sadə olan Mülki Qanun məcəlləsində ata-ana bu cür adlandırılır. Həmin bu valideyn ah-uf edir,
bu qoca ata-analar bizi öz yanlarına çağırırlar. Bu namuslu ərlər və arvadlar bizi yolunu azmıĢ
övlad adlandırır; onlar bizim qayıtmağımızı gözləyərək, qurbanlar kəsməyə hazırlaĢırlar. YaxĢı
oğul olduğumuzdan onların sözlərinə qulaq asmaq borcumuzdur. Siz bu sətirləri oxuyan zaman,
beĢ sürətli at bizi əziz analarımızın və atalarımızın yanına aparacaqdır. Bossüe demiĢkən, biz
qaçırıq. Biz gedirik, biz artıq getdik. Biz Kalyarın qanadlarında Lafitin ağuĢuna uçuruq, Tuluza
gedən dilican bizi uçurumdan xilas edəcəkdir, uçurum isə – sizsiniz, siz, ey bizim gözəl
qızlarımız! Biz saatda 3 lyo sürəti ilə cəmiyyət, vəzifə və intizam dünyasına qayıdırıq. Vətənin
mənafeyi bizim də vətəndaĢlar kimi ailə sahibi, prefekt, məhkəmə məmuru, dövlət müĢaviri
olmağımızı tələb edir. Bizi dərin hörmətlə yad edin. Biz özümüzü vətənə fəda edirik. Bizim üçün
az ağlayın və tezliklə bizi baĢqaları ilə əvəz etməyə çalıĢın. Bu məktub qəlbinizi parçalarsa, siz
də onu parçalayın. Əlvida.
Biz il müddətində sizi bəxtiyar etdik. Odur ki, bizdən inciməyin.
Ġmza etdilər: BlaĢvel
Fameyl
Listolye
Feliks
Tolomes.
Yeməklərin pulu verilmiĢdir‖.
Post scriptum.
Dörd qız bir-birinin üzünə baxdı.
Favurita birinci olaraq sükutu pozdu.
– Nə olsun ki, – deyə o səsləndi. – Pis zarafat deyil.
Zefina:
– Bəli, çox gülməlidir, – dedi.
Bunu BlaĢvel düĢünmüĢ olacaqdır, – dedi, – elə isə mən ona aĢiq olmağa hazıram. Kim qeyb
olarsa, onu sevərlər. Bir iĢə bax.
– Yox, – deyə Daliya etiraz etdi, – bu fikir Tolomesin fikridir. Buna heç Ģübhə ola bilməz.
Favurita dedi:
– Elə isə yox olsun BlaĢvel və yaĢasın Tolomes!
Daliya ilə Zefina da:
– YaĢasın Tolomes! – deyə bağırdılar və gülməkdən uğundular.
Fantina da onlarla bərabər gülürdü.
Lakin bir saatdan sonra, otağına qayıdaraq, Fantina hönkür-hönkür ağladı. Yuxarıda dediyimiz
kimi, bu, onun ilk sevgisi idi. Biçarə qız Tolomesə bir ər kimi təslim olmuĢdu və artıq zavallı
qızın ondan uĢağı vardı.
BĠRĠNCĠ FƏSĠL.
Ġki ananın bir-birinə rast gəlməsi.
Hazırkı əsrin əvvəllərində Parisin yaxınlığında, Mon-Fermeyl kəndində bir meyxana vardı. O bu
gün artıq qalmamıĢdır. Bu meyxananı Tenardye adlı bir adamla arvadı saxlayırdı. Meyxana
Bulanje döngəsində idi; qapısı üstünə bir taxta vurulmuĢdu; bu taxta üzərində arxasına enli qızıl
general epoletli bir adam almıĢ və insana bənzər bir Ģey, epoletin üzərində də iri gümüĢü ulduzlar
çəkilmiĢdi. Generalın paltarında qırmızı qan ləkələri vardı. ġəklin qalan hissəsini tüstü
doldurmuĢdu, bu da, yəqin, döyüĢ əlaməti idi. Rəsmin altında ―Vaterloo serjantı‖ sözləri
yazılmıĢdı.
Meyxana qapısı önündə bir araba görmək heç də təəccüblü bir Ģey deyildi. Ancaq ―Vaterloo
serjantı‖ meyxanasının qabağındakı küçəni tutan araba və ya, daha doğrusu, arabanın qırıq
parçaları 1818-ci ilin yaz axĢamında öz qəribə görünüĢü ilə yoldan keçən rəssamın diqqətini
mütləq cəlb etməli idi.
Bu araba meĢəlik rayonlarda yoğun taxta-Ģalban daĢımaq üçün iĢlədilən arabaların qabaq
təkərlərindən ibarətdi. Qabaq təkərlərin yoğun dəmir oxu və ağır diĢlə taxılan topu vardı; oxu iki
ağır təkər saxlamıĢdı. Bunların hamısı bir yerdə alçaq eybəcər bir Ģəkildə olub nəhəng top
dəzgahını andırırdı. Təkərlər, çənbər, top, ox və diĢlə, adətən, kilsələrin boyandığı mənfur sarı
boyağa bənzəyən qalın bir palçıq təbəqəsi altında görünməz olmuĢdu. Ağac hissələrini palçıq
örtmüĢ, dəmir hissələri isə pas tutmuĢdu. Oxun altında yarımdairə Ģəklində əsir düĢmüĢ Qoliafa
layiq yoğun bir zəncir sallanırdı. Bu zəncir yük daĢındığı zaman bərkidilən Ģalbanları deyil,
tamamilə ona qoĢula biləcək mastodontları və mamontları xatırladırdı. Bu zəncirdə katorqanı,
həm də siklopik və fövqəlbəĢər katorqanı xatırladan bir Ģey vardı. Sanki, onu bir divin
boynundan açmıĢdılar. Homer bu zəncirlə Polifemi, ġekspir isə Kalibanı bağlaya bilərdi.
Bu araba təkərlərinin yolun ortasına qoyulmasına səbəb nə ola bilərdi? Əvvələn, yolu kəsmək
üçün, ikincisi, tamamilə pas tutmaq üçün. Çürük ictimai quruluĢun bir çox müəssisələri vardır ki,
heç bir baĢqa əsasları olmadığı halda, cəmiyyətin yolunu açıqdan-açığa kəsmiĢlər.
Zəncirin ortası yelləncək kəndirləri kimi az qala yerə dəyirdi; bu axĢam iki kiçik qız uĢağı onun
üstündə bir-birilə qəĢəngcə qucaqlaĢıb oturmuĢdu. Qızların birinə iki yaĢ yarım, o birinə isə yaĢ
yarım vermək olardı. Böyük qız kiçik qızı qucaqlamıĢdı. Məharətlə zəncirə bağlanmıĢ yaylıq
onları yıxılmaqdan qoruyurdu. Yəqin, onların anası bu dəhĢətli zənciri görüb: ―UĢaqlarım üçün
nə yaxĢı bir əyləncədir‖ demiĢdi.
Bu iki qızcığaz çox sevimli bir surətdə geyindirilmiĢdi, bəzəkli olduqlarından, paslı dəmirlərin
ortasına taxılmıĢ iki gözəl çiçək kimi parlayırdılar; gözləri nur saçır, al yanaqları gülürdü. Birinin
saçı Ģabalıdı, o birininki isə qara idi. Məsum üzlərində sevincli bir heyrət duyulurdu. Yaxınlıqda
bitən, çiçək açmıĢ kollar ətrafa gözəl qoxu saçırdı. Adama elə gəlirdi ki, bu ətri saçan həmin
uĢaqlığa məxsus bir məsumluqla həya etmədən göstərirdi. Batmaqda olan günəĢin iĢığı altında
bəxtiyar görünən bu iki uĢağın baĢları üzərində arabanın nəhəng qabaqlığı ucalırdı; pasdan
qaralıb dəhĢətli bir Ģəklə düĢmüĢ bu araba hissəsi mağara qapısına oxĢayırdı. Bir neçə addım
uzaqda, meyxananın artırmasında bir qadın oturmuĢdu. Bu, onların anası idi. Onun ümumi
görünüĢündə cəzb edəcək bir Ģey yox idisə də, uĢaqları zəncirə bağlanmıĢ uzun bir kəndirlə
yelləndirməsi, onlara bir Ģəfqət nəzəri ilə baxması bu halda təsirli bir səhnə təĢkil edirdi: qadın
uĢaqlarını qorxulu bir nəzərlə təqib edərək bir bədbinlik üz verməsin deyə, heyvani və ilahi bir
məhəbbət ifadəsi ilə onların yıxılmamalarına diqqət edirdi. Bu ifadə bütün analara məxsusdur.
Kəndiri hər dəfə dartdıqda çirkin zəncirin halqaları kinli bir mırıltıya bənzəyən dəhĢətli, kəskin
bir səs çıxarırdı. Qızcığazlar heyrətlə baxırdılar; batan günəĢin son Ģüaları onları sevindirirdi; bu
təsadüfi mənzərədən daha gözəl bir Ģey nə ola bilərdi? Nəhənglərin paslı ağır zənciri mələklərin
yelləncəyinə çevrilmiĢdi.
Ana öz qızcığazlarını əli ilə yelləndirərək, o vaxt dəbdə olan bir nəğməni cır səsi ilə oxuyurdu:
Belə də lazımdır, dedi cəngavər.
Gözəl Ġmojinə, Ģux Ġmojinə.
Nəğmə səsi və qızlarını seyr etməsi onun yoldan ötənləri görüb eĢitməsinə mane olurdu.
Qadın nəğmənin ikinci bəndinə keçərkən bir adam onun yanına gəldi. Qadın lap qulağının
dibində belə bir söz eĢitdi:
– Xanım, nə sevimli uĢaqlarınız var!
UĢaqların anası oxuya-oxuya dönüb geri baxdı.
Bir neçə addım irəlidə bir qadın durmuĢdu. Bu qadının da qucağında balaca bir uĢaq vardı.
Bundan baĢqa, əlində çox ağır görünən bir torba vardı.
Bu qadının uĢağı mələk kimi gözəl idi. UĢağın iki-üç yaĢı olardı. Paltarının qəĢəngliyi ilə
yelləncəkdə oturan kiçik qızlarla ciddi surətdə yarıĢa bilərdi; qurjuvalı çutqusunun üstündən zərif
kətandan tikilmiĢ bir ləçək örtülmüĢdü; koftası gözəl lentlə iĢlənmiĢdi. Ətəyi qalxmıĢ kiçik
tumanının altından ağ və tupurça baldırları görünürdü. Yanaqları gül kimi qızarırdı. UĢaq o qədər
gözəl idi ki, adam onun alma kimi qırmızı olan yanaqlarını diĢləmək istəyirdi. Gözəl kirpiklərlə
dairələnmiĢ qapalı iri gözləri haqqında bir söz demək olmazdı. Qızcığaz yatırdı.
O, yaĢına məxsus bir məsumluqla sakit bir yuxu içində idi. Ananın qollarında incə bir nəvaziĢ və
Ģəfqət var. UĢaqlar bunların üzərində Ģirin yatırlar.
Qızın anasına gəlincə, o, yoxsul və məyus görünürdü. Paltarından yenə kəndli olmağa hazırlaĢan
fəhlə qadına oxĢayırdı. Gəncdi. Gözəl idi. Ola bilsin, lakin bu paltarda gözəl görünməyirdi. Alnı
üzərinə düĢən sarıĢın saçları sıx və gözəldi, lakin bu saçlar boğazının altından bağlanmıĢ qalın,
çirkin və ensiz bir ləçək altında örtülmüĢdü. Gözəl diĢləri olanlar gülümsərkən diĢlərini
göstərərlər, siz də bundan həzz alarsınız. Lakin o gülümsəmirdi. Gözlərinin yaĢı, deyəsən, heç
qurumurdu. Yanaqları saralmıĢ, görünüĢü yorğun və xəstə idi; qucağında yatan uĢağına balasını
öz döĢü ilə əmizdirmiĢ analar kimi Ģəfqətli bir nəzərlə baxırdı. Əlillərin, adətən, öz burunlarını
sildikləri yaylığa oxĢayan iri key bir yaylıq çiyinlərindən biçimsiz bir surətdə aĢağı sallanmıĢdı.
Əlləri gündən qaralmıĢ və çil-çil ləkələrlə örtülmüĢdü. ġəhadət barmağı iynədən deĢik-deĢik
olmuĢ və üstündə döyənək əmələ gəlmiĢdi. Çiyinlərinə qəhvəyi, kobud və yun bir bürüncək
örtmüĢdü. Əyninə çit paltar geymiĢdi, ayaqlarında iri ayaqqabı vardı. Bu qadın Fantina idi.
Bəli, bu Fantina idi. Onu tanımaq mümkün deyildi. Lakin ona daha diqqətlə baxdıqda,
gözəlliyini hələ də itirmədiyi görünürdü. Sağ yanağında kinayəli bir ifadə sezilən incə bir qırıĢıq
əmələ gəlmiĢdi. Onun muslin və lentlərdən tikilmiĢ, Ģənlik, dəlilik və musiqidən hörüldüyü zənn
edilən, zınqırov kimi səslənən, yasəmən kimi ətir saçan Ģəffaf geyiminə gəlincə, o, günün altında
brilyanta bənzəyən parlaq qrov ulduzları kimi, əriyib məhv olmuĢdu. Bu ulduzlar əridikdə,
budaqlar yenə əvvəlki kimi qapqara görünər.
―Əyləncəli zarafatdan‖ on ay keçmiĢdi.
Bu on ay içində nələr olmuĢdu? Bunu asanlıqla duymaq olar.
Tərk edildikdən sonra Fantina dərhal ehtiyacın nə olduğunu anladı. O, rəfiqələrini: Favuritanı,
Zefinanı, Daliyanı birdən-birə itirdi, onlar daha gözə görünmədilər. KiĢilər onları atıb getdikdən
sonra, qızların dostluğu da yox oldu. Ġki həftə sonra bir-birinin dostu olduqlarını söyləyən
olsaydı, onlar çox heyrət edərdi; artıq onları bir-birinə bağlayan səbəb yox idi. Fantina tək
qalmıĢdı. UĢağının atası getmiĢdi, – heyhat! Belə ayrılıqlar çox vaxt həmiĢəlik olur. Fantina
iĢləməyə adət etmədiyindən və əyləncələrə meyil etdiyindən artıq büsbütün yalqız qalmıĢdı.
Tolomeslə əlaqəyə qızıĢaraq, öz sadə sənətini atmıĢ və müĢtərilərinin baĢından dağılmasına
səbəb olmuĢdu. Ġndi artıq onların qapısı Fantinanın üzünə bağlı idi. YaĢamaq üçün daha heç bir
gəlir mənbəyi yox idi. Fantina azacıq oxumaq bilirdi, yazmaq isə heç bacarmırdı; kənddə ancaq
ona qol çəkməyi öyrətmiĢdilər. Küçə mirzələrinin birindən Tolomesə məktub yazmasını xahiĢ
etdi, sonra ona ikinci bir məktub, daha sonra üçüncü bir məktub göndərdi. Tolomes məktubların
heç birinə cavab vermədi. Bir gün Fantina iki qonĢu arvadın onun qızına baxarkən: ―Belə
uĢaqlara əhəmiyyət verən varmı? Onu görənlər yalnız çiyinlərini atırlar!‖ dediklərini eĢitmiĢdi.
Onda Fantina düĢündü ki, Tolomes də bu uĢağa əhəmiyyət verməyib çiyinlərini atacaq və bu
məsum məxluqu heç bir vaxt xatırlamayacaqdır; bunu düĢündükdə ona qarĢı qəlbində kəskin bir
qəzəb oyanırdı. Lakin nə etməli? Onun müraciət ediləcək bir kimsəsi yoxdu. Günah bir iĢ
görmüĢ olsa da, qabaqda dediyimiz kimi, həyalı və əxlaqlı idi. Ümidsizliyə qapıldığını və
uçuruma yuvarlana biləcəyini dumanlı bir surətdə hiss edirdi. Cəsarətli olmaq lazım gəlirdi;
cəsarətini topladı, dikəldi. Vətəni olan Monreyl Ģəhərinə qayıtmaq arzusuna düĢdü; bəlkə, orada
tanıyıb ona iĢ verənlər oldu. Ancaq bunun üçün öz günahını gizlətməli idi. Bunu düĢündükcə,
baĢqa daha qorxunc bir ayrılıq məcburiyyətində qalacağını anladı. Canı sıxıldı, lakin qərarından
çəkinmədi. Ġrəlidə görəcəyik ki, Fantina uğursuzluq qarĢısında cəsarət və səbatdan məhrum
deyildi. O, artıq bəzəkli paltardan əl çəkmiĢ, bütün ipəklərini, bəzəklərini, lentlərini və
qurcuvalarını qızına sərf edərək, olduqca sadə bir paltar geyirdi. Yer üzündə yeganə ümidi və
iftixarı bu qızdı və bu iftixar müqəddəs bir Ģeydi. Fantina hər Ģeyini satıb iki yüz frank əldə etdi;
bütün xırda borclarını verdikdən sonra, səksən franka qədər pulu qalmıĢdı. Gözəl bir yaz səhəri
iyirmi iki yaĢında olan bu gənc qadın uĢağını götürüb Parisi tərk etdi. Onlara rast gələn olsaydı,
dünyada yalnız bircə uĢağı olan, uĢağının isə anasından baĢqa kimsəsi olmayan bu qadına yazığı
gələrdi. Fantina uĢağını özü əmizdirdiyindən, döĢü qüvvədən düĢmüĢdü, odur ki, bir az
öskürürdü.
Biz daha cənab Feliks Tolomesdən bəhs etməyəcəyik. Yalnız bunu deyə bilərik ki, bu hadisədən
iyirmi il sonra, o kral Lui-Filippin səltənəti dövründə, görkəmli, nüfuzlu və varlı bir əyalət vəkili
olmuĢdu. O, ağlı baĢında bir seçici və çox ciddi bir məhkəmə üzvü idi. Yenə əvvəlki kimi
əyyaĢlığı sevirdi.
O zamanlar hər lyo üçün 3-4 su kirayə alan Paris ətrafında iĢləyən kiçik karetada yol gedərək,
nəhayət, Fantina günortadan sonra Monfermeylə çatdı. Bulanje küçəsinə getdi.
Fantina Tenardyenin meyxanası yanından keçərkən, nəhəng yelləncəkdə yellənən iki kiçik
qızcığazı görüb, heyrət içində qaldı; bu gözəl mənzərə onu büsbütün valeh etdi.
Ġnsanlar valeh ola bilirlər. Bu iki qızcığaz ananı məftun etmiĢdi.
Fantina durub böyük bir həyəcanla onlara baxırdı. Mələklərin burada olması cənnətin yaxında
olduğuna bir iĢarədir. Fantina, sanki, bu meyxana üzərində taleyin təyin etdiyi əsrarlı ―elə budur
ki, var‖ sözlərini oxumuĢdu. UĢaqlar, Ģübhəsiz ki, bəxtiyar idilər. Fantina heyran nəzərlərlə
onlara baxırdı. O, bu mənzərəyə o qədər məftun olmuĢdu ki, artırmada oturan qadın nəğməsini
oxuyarkən, bir az fasilə verdiyi zaman, Fantina özünü saxlaya bilmədi və yuxarıda qeyd
etdiyimiz sözləri söylədi:
– Xanım, nə sevimli uĢaqlarınız var!
Ən zalım insanlar belə uĢaqlarının oxĢadığını görüncə, yumĢalırlar. Qızların anası baĢını
qaldırdı, təĢəkkür etdi və sonra Fantinanı qapının qarĢısındakı oturacaq üzərində oturtdu, özü isə
astanada oturmuĢdu. Qadınlar söhbətə baĢladılar.
Ġki balaca qızın anası:
– Mənim adım madam Tenardyedir, – dedi. – Bu meyxana da mənimlə ərimindir.
Sonra yenə nəğməsinə davam edərək diĢarası bir bənd də oxudu.
Belə də lazımdır, – dedi cəngavər.
Səfərə çıxıram mən Fələstinə.
Madam Tenardye kürənsaçlı, kök, kobud bir qadındı; zahirindən ―tuman geymiĢ əsgərə‖
oxĢayırdı. Çox qəribədir ki, bununla bərabər onun üzündə, çoxlu roman oxuduğundan, bir
xumarlıq əlaməti sezilirdi; kiĢilərin hərəkətini təqlid etməsi ona qarĢı nifrət oyadırdı. Köhnə
romanları oxumaq bu cür meyxana qadınlarının xəyalatını zənginləĢdirməklə bərabər, onlara
qəribə bir təsir buraxır. O, hələ gənc idi, otuz yaĢı ancaq ola bilərdi. Artırmada oturan bu qadın
ayağa durmuĢ olsaydı, yarmarka balaqanlarını gəzib dolaĢan nəhəng qadınlar kimi uca boyu və
enli çiyinləri yolçu qadını hürküdərək, ona qarĢı etimadını büsbütün dağıdar və aĢağıda
söylədiyimiz hadisə də olmazdı. Bəzən bir adamın taleyi birisinin ayaq üstə və ya oturmuĢ halda
olduğundan asılı ola bilər.
Yolçu qadın sərgüzəĢtini bir az dəyiĢmiĢ Ģəkildə söylədi.
Fəhlə bir qadındır, əri ölmüĢdür; Parisdə iĢ tapmadığından, iĢləmək üçün öz vətəninə gəlmiĢdir,
Parisi bu gün səhər tezdən tərk edib piyada olaraq yola çıxmıĢdır; uĢağını qucağında gətirdiyi
üçün yorulmuĢ və Vilemonbla gedən bir dilicana minmiĢdir; Vilemonbldan Monfermeylə də
piyada gəlmiĢdir; doğrudur, uĢaq hərdənbir özü də azacıq ayaqla gəlmiĢdir, axı o hələ körpədir,
onu qucağına almıĢ və indi də qucağında yatmıĢdır.
Bu sözləri deyərkən qızının yanağından elə bir ehtirasla öpdü ki, uĢaq oyandı. Anasının gözləri
kimi iri mavi gözlərini açdı, ətrafına baxdı. Görəsən, o nəyə baxırdı? O ciddi, bəzən də sərt bir
nəzərlə heç bir Ģeyə və hər bir Ģeyə baxırdı. Bu hal balaca uĢaqların məsumluğuna məxsus bir
sirdir ki, xeyirxahlığımızın tökdüyü qaĢqabağa qətiyyən bənzəməz. Elə zənn etmək olar ki, bu
uĢaqlar mələk olduqlarını bilir, bizə isə yalnız insana baxan kimi baxırlar. Sonra qızcığaz güldü
və anasının onu tutmağa çalıĢmasına baxmayaraq, dəcəllik etmək istəyən kiçik bir məxluqun
yenilməz mətanəti ilə sürüĢüb yerə düĢdü. Birdən yelləncəkdə yellənən iki qızcığazı görüb durdu
və sevincindən dilini çıxardı.
Qızların anası uĢaqları azad edib yelləncəkdən götürdü.
– Bir yerdə oynayın, – dedi.
Bu yaĢlarda bir-birilə tanıĢ olmaq asandır. Bir dəqiqədən sonra artıq uĢaqlar bir yerdə oynayaraq,
torpağın içində dəliklər, quyular qazırdılar. UĢaqlar bundan böyük zövq alırdılar.
Yeni gələn qızcığaz olduqca Ģən idi; ana nə qədər mərhəmətli olarsa, uĢaq da o qədər Ģən olar;
uĢaq bir çöp tapıb, böyük bir surət və ciddiyyətlə üskük boyda kiçik bir quyu qazmağa baĢladı.
Məzarçının iĢini uĢaqlar görəndə bu iĢ Ģən olur.
Qadınlar söhbətlərində davam edirdilər.
– Qızınızın adı nədir?
– Kozetta...
Kozetta – Efrazi. Qızın adı Efrazi idi. Anası, ümumiyyətlə, anaların və xalqın Xosefanı Pepitaya,
Fransuazanı Siletaya dəyiĢməyə çalıĢdığı kimi qəĢəng olsun deyə, Efrazini Kozettaya çevirmiĢdi.
Bu cür uydurma sözlər etimoloqların elmi nəticələrində böyük bir qarıĢıqlıq əmələ gətirir. Biz bir
qarı tanıyırdıq ki, Teodoranı Nyona çevirmiĢdi.
– Neçə yaĢındadır?
– Üç yaĢına az qalıb.
– Mənim böyük qızımla yaĢıddır.
Bu aralıq balaca qızlar bir yerə yığıĢıb böyük bir heyrət içində baxırdılar. Birdən mühüm bir
hadisə oldu: torpağın içindən iri bir qurd çıxırdı; qızlar həm qorxur, həm də heyrət edirdilər.
Onların balaca baĢları bir-birinə toxunurdu; bu baĢlar, sanki, nur dairəsi içində idi.
Tenardye:
– Baxın, – dedi, – uĢaqlar bir-birinə nə tez alıĢır! Kənardan baxan bunları üç bacı zənn edər!
Bu sözlər o biri ananın qəlbində bir qığılcım kimi parladı. Meyxanaçı qadının əlindən yapıĢıb
diqqətlə ona baxdı:
– Razı olarsınızmı uĢağım sizdə qalsın? – dedi.
Madam Tenardye nə bəli, nə yox dedi, bəlkə, təəccübə oxĢar bir hərəkət göstərdi.
Kozettanın anası sözünə davam edərək:
– Bilirsinizmi, – dedi, – mən qızımı özümlə bərabər vətənimə apara bilməyəcəyəm. Bu mənim
iĢimə mane ola bilər. UĢaqla birlikdə iĢ tapmaq çətindir. Bizim yerlərdə adamlar çox
qəribədirlər. Allah özü məni sizə rast gətirmiĢdir. UĢaqlarınızı bu qədər qəĢəng, bu qədər təmiz,
bu qədər məmnun gördükdə, ürəyim fərəhdən çırpındı, öz-özümə dedim: ―Nə yaxĢı anadır‖; hə
bu yaxĢı oldu: üç bacı olarlar. Bir də mən tezliklə qayıdacağam. UĢağımı yanınızda saxlamağa
razısınızmı?
Madam Tenardye:
– Bu barədə fikirləĢmək lazımdır, – dedi.
– Ayda altı frank verə bilərəm.
Bu halda meyxananın içindən bir kiĢi səsi gəldi:
– Yeddi frankdan aĢağı olmaz. Həm də altı ay üçün qabaqca verməlisiniz.
Tenardye dedi:
– Altı dəfə yeddi – qırx iki.
Qadın:
– Verərəm, – deyə razılaĢdı.
KiĢi səsi:
– Bundan baĢqa, ilk xərclər üçün on beĢ frank da lazımdır, – dedi.
Madam Tenardye yenə nəğmə oxuya-oxuya hesab etdi:
– Cəmi əlli yeddi frank edir.
Belə də lazımdır, – dedi cəngavər.
Qadın:
– Verərəm, – dedi – Mənim səksən frankım var. Hələ bir az da yol üçün qalar. Əlbəttə, piyada
getməli olacağam, ancaq orada iĢləyib pul qazanaram və bir qədər topladıqdan sonra gəlib balaca
qızımı apararam.
KiĢi səsi:
Bəs uĢağın paltarı varmı? – dedi.
Madam Tenardye:
– DanıĢan mənim ərimdir, – dedi.
– Bəli, bəli, əziz balamın paltarı çoxdur, onun əriniz olduğunu dərhal baĢa düĢdüm, xanım. Bəli,
onun gözəl üst-baĢı var! Hər dəstdən bir düjün, əsl bir xanım kimi ipək paltarları vardır. Budur,
hamısı torbanın içindədir.
KiĢi səsi:
– Torbadakı Ģeylərin hamısını verməlisiniz, – dedi.
Qadın:
– Əlbəttə, – dedi, – mən öz balamı heç çılpaq qoya bilərəmmi?
Bu halda meyxanaçı göründü.
– Çox yaxĢı, – dedi.
Alver baĢ tutdu. Qızın anası o gecə meyxanada qaldı, pullarını verdi və qızını qoydu. Kozettanın
paltarları çıxarıldıqdan sonra xeyli yüngülləĢmiĢ olan torbasını bağlayıb ertəsi gün səhər
sübhdən, tezliklə gedib yerinə çatmaq ümidi ilə yola düĢdü. Belə ayrılıq zahirən adama sakit
görünür, lakin, hər halda, ümidsizliklə dolu olur.
Tenardyegilin qonĢuluğunda olan bir qadın yolda qızın anasına rast gəlmiĢ və evə döndüyü
zaman demiĢdi:
– Yoldan hönkür-hönkür ağlayaraq gedən bir qadına rast gəldim, elə bərk ağlayırdı ki, ürəyim
partlamağa gəldi.
Kozettanın anası getdikdən sonra meyxanaçı öz arvadına:
– Ġndi mən bu pulla sabah vaxtı qurtaran borcumu verə bilərəm, – dedi, – yüz on frank borcum
var idi, ancaq əlli frank çatmırdı. Bilirsən, bu pul olmasaydı, yəqin ki, iĢim məhkəməyə veriləcək
və vekselim də etibarsız hesab ediləcəkdi. Sən bu gün kiçik qızlarınla yaxĢı tələ qurmuĢdun.
Tenardyenin arvadı:
– Sözün düzü, mən heç bu fikirdə deyildim, – deyə cavab verdi.
ĠKĠNCĠ FƏSĠL.
Ġki Ģübhəli Ģəxslə ötəri tanıĢlıq.
Tələyə düĢən siçan çox balaca idisə də, piĢik belə pis ovla da məmnun qaldı.
Tenardyelər necə adam idilər?
Onlar haqqında bir neçə söz demək lazım gəlir, sonra əskik olanları tamamlarıq.
Bu iki məxluq nadan olsa da, iĢləri yaxĢı gedən, oxumuĢ olsa da artıq düĢkün olan insanların
mənsub olduqları aralıq bir sinfə, orta deyilən siniflə aĢağı deyilən sinif arasında mövcud olan və
fəhlənin namuslu həyəcanlarından, həm də burjuanın düzlüyündən məhrum olmaqla bərabər,
ikinci sinfin bəzi nöqsanlarını və birinci sinfin demək olar ki, bütün qəbahətlərini birləĢdirən bir
sinfə mənsub idi.
Tenardyelər məĢum bir alovun təsadüfi təsiri altında azman bir Ģey ola biləcək kiçik təbiətli
adamlar sırasına mənsub idilər. Arvadın təbiətində heyvani hisslər gizlənmiĢdi, ərin xasiyyətində
isə fitri bir alçaqlıq vardı. Hər ikisi pislikdə sürətli bir tərəqqi göstərmək üçün son dərəcə
bacarıqlı idi. Bəzi adamlar var ki, xərçəng kimi daim qaranlığa doğru çəkilir; ömürlərində irəliyə
getmək əvəzinə geriyə gedirlər. Öz mənəvi eybəcərliklərini artırmaq üçün həyat təcrübələrini
alət edirlər və pozularaq iĢıqdan qaranlığa doğru sürünürlər. Tenardyelərin də xasiyyəti belə idi.
Xüsusilə Tenardyenin özü elmi-sima aləminə pis təsir bağıĢlayacaq bir görünüĢdə idi. Bəzi
adamlar var ki, onlara bir dəfə baxmaqla etibarsız olduqlarını dərhal duyursan. Onlar hər bir
cəhətdən Ģübhəli görünürlər. Bu cür adamların keçmiĢləri həyəcanlı, gələcəkləri isə dəhĢətli olur.
Burada hər Ģey gizlidir, onların nə etmiĢ olduqlarından və nə edəcəklərindən heç bir kəsin xəbəri
olmur. Onların qaĢqabaqlı görünüĢü necə adam olduqlarını göstərir. Bir söz söylədiklərini eĢidən
və ya hərəkətlərini görən kimi, o saat bunların keçmiĢlərində gizlənən və gələcəklərini dumanla
bürüyən qorxunc sirləri müĢahidə etmək olar.
Özünün dediyinə inanmaq mümkünsə, bu Tenardye vaxtilə əsgərlik etmiĢdi, hətta serjant
olduğunu da söyləyirdi. Ola bilsin, 1815-ci il müharibəsində iĢtirak etmiĢdi və dediyinə görə, bir
qədər qəhrəmanlıq da göstərmiĢdi. Bunun kim olduğunu irəlidə görəcəyik. Meyxananın
üstündəki lövhə onun hərbi qəhrəmanlıqlarına bir iĢarə idi. Tenardye bu lövhəni özü çəkmiĢdi,
çünki hər bir iĢdə alayarımçıq qabiliyyəti vardı, amma çox pis çəkmiĢdi.
O elə bir dövr idi ki, köhnə klassik roman ―Kleliya‖ səviyyəsindən ―Lodoiske‖ səviyyəsinə
düĢmüĢ və aristokratik roman kimi qalmaqda davam edərək, getdikcə pozulmuĢ və madmazel de
Sküderinin madam Burnon Malarma və madam de’Lafayetin madam Bartelemi-Adoya
çevrilməsi ilə Paris qapıçı qadınlarının eĢqlə dolu qəlblərini alovlandırmıĢ, Paris qəsəbələrində
yaĢayan qızların qəlblərini belə təxrib etmiĢdi. Madam Tenardyenin zehni inkiĢafı bu cür
kitabların mütaliəsindən uzağa getmirdi. Bu onun qidası idi. Madam Tenardye ağlının son
əlamətlərini bu kitablar içində qərq edirdi. Məhz buna görədir ki, ilk cavanlıq illərində, hətta bir
az sonra da o, ərinə nisbətən bir az xəyalpərəst görünürdü, əri isə dərrakədən məhrum olmayan
bir quldur, qrammatikadan baĢqa bəzi hikmətlər əldə etmiĢ bir əxlaqsız, sadə görünən, lakin
hiyləgər bir adam idi. Hissiyyat məsələlərinə gəlincə, o, Piqo-Lebrenin pərəstiĢkarlarından idi.
Öz jarqonunda söylədiyi kimi, ―arvad tayfası məsələsində tam mənası ilə misli olmayan bir
heyvan idi. Arvadı özündən on iki-on beĢ yaĢ cavan olardı. Zaman keçdikcə, onun Ģairanə bir
surətdə sallanan telləri ağarmağa baĢladıqda, Pamellanın arxasından kinli qadın sifəti
göründükdə, madam Tenardye baĢı axmaq romanlarla doldurulmuĢ yoğun bir qadına döndü.
Lakin səfeh kitabların mütaliəsi nəticəsiz olmur. Bunun təsiri altında da böyük qızının adını
Eponina qoymuĢdular. Kiçik qızına gəlincə, bunun adını az qala Gülnar qoymaq istəyirdilər,
lakin taleyində baĢ vermiĢ xoĢbəxtlikdən ona ancaq Azelma adını verməklə kifayətlənmiĢdilər.
Buna səbəb də Dükre-Düminilin romanının nəĢr edilməsi olmuĢdu.
Sözarası bunu da deyək ki, bəhs etdiyimiz və adlar anarxiyasından ibarət olan bu məzəli dövrdə
hər bir Ģey o qədər də gülünc və yüngül deyildi. Qeyd etdiyimiz bu romantik ünsürlərdən baĢqa
bu dövrdə ictimai xarakterli əlamətlər də vardı. Bizim zəmanəmizdə, görürsən, sadə bir çoban
uĢağını Artur, Alfred, yaxud Alfons adlandırırlar; vikontları isə – əgər vikontlardan bir əsər
qalmıĢsa – Tom, Per, yaxud Jak adlandırırlar. ―Zərif‖ adların plebeylərə, kəndli adlarının isə
aristokratlara keçməsinin özü də bərabərliyin bir əks-sədasıdır, hər bir Ģeydə olduğu kimi, burada
da yeni əhval-ruhiyyənin sarsılmaz təsiri görünür. Zahirən uyğunsuzluq kimi görünən bu
hadisədə böyük və dərin bir məna vardır ki, o da Fransa inqilabıdır.
ÜÇÜNCÜ FƏSĠL.
Torağay.
Həyatda müvəffəqiyyət qazanmaq üçün alçaq olmaq kifayət deyildir. Meyxananın iĢi pis gedirdi.
Yolçu qadının vermiĢ olduğu əlli yeddi frank sayəsində Tenardye vekselinin etibarsız elan
edilməməsinə və borcunun ödənilməsinə nail ola bilmiĢdi. Lakin bir ay keçmədi ki, yenə pula
ehtiyac hiss etməyə baĢladılar. Arvadı Kozettanın paltarlarını Parisə aparıb lombarda altmıĢ
franka girov qoymuĢdu. Bu pullar da xərclənib qurtardıqdan sonra, Tenardyelər Kozettaya,
evlərində yazıqları gəlib saxladıqları yoxsul bir qız nəzəri ilə baxmağa və o cür də rəftar etməyə
baĢladılar. Qızın daha paltarı olmadığından, indi ona Tenardyenin qızlarının köhnə paltarlarını,
yəni cır-cındır geyindirirdilər. Onu itdən bir az yaxĢı, piĢikdən bir az pis olaraq, yemək artığı ilə
bəsləyirdilər. Əslinə baxsan, itlə piĢik yemək vaxtı qızın daimi yoldaĢları idi, Kozetta onlarla
bərabər və onların yemək yedikləri qaba bənzər ağac bir qabda yemək yeyirdi.
Ġrəlidə görəcəyimiz kimi, qızın anası Monreyl-sür-Merdən hər ay məktub yazaraq, daha doğrusu,
yazdıraraq balasının necə olduğunu xəbər alırdı. Tenardye hər dəfə ona Kozettanın yaxĢı
olduğunu kağızla bildirirdi.
Altı ay keçdikdən sonra, Kozettanın anası, yeddinci ay üçün yeddi frank göndərdi və aydan-aya
müntəzəm surətdə pul göndərməyə baĢladı. Lakin bir il keçmədi ki, Tenardye bir gün:
– Amma bizim baĢımızı yaman tovlayır ha! – dedi. – Onun yeddi frankından bizə nə olacaq?
Bunu deyib məktub yazaraq ondan ayda on iki frank tələb etdi. UĢağının ―gözəl‖ yaĢadığına və
bəxtiyar olduğuna əmin olan anası ayda on iki frank göndərməyə baĢladı.
Bəzi adamlar vardır ki, birinə nifrət bəsləmədən, baĢqalarını sevə bilməzlər. Madam Tenardye öz
qızlarını çox sevdiyindən, yad qıza nifrət bəsləyirdi. Ana məhəbbətinin belə alçaq bir forma
alacağını düĢünmək ağır Ģeydir. Kozettanın evdə çox az bir yer tutduğuna baxmayaraq, madam
Tenardye elə düĢünürdü ki, guya, bu balaca uĢaq onun qızlarının nəfəs aldığı havanı ağırlaĢdırır.
Bu qadın, özünə bənzər bir çox qadınlar kimi, hər gün müəyyən miqdarda oxĢamaq və nəvaziĢ
etmək duyğusuna malik olmaqla bərabər, savaĢmaq və söyüĢmək ehtiyacı da hiss edirdi. Kozetta
yanında olmasaydı, çox ehtimal ki, öz qızlarını bu qədər sevdiyinə baxmayaraq, onları oxĢadığı
kimi kötəklərdi də, lakin bu yad uĢaq kötəklərin hamısını öz üzərinə götürdüyü üçün
Tenardyenin qızlarına böyük xidmət göstərirdi. Tenardyenin qızlarına isə yalnız nəvaziĢ
göstərilirdi. Kozettanın hər bir hərəkəti baĢına bir çox kobud və haqsız cəzaların yağdırılmasına
səbəb olurdu. Zavallı və aciz qızcığaz! Onun nə yer üzündə nələr olduğundan, nə də Allahdan
xəbəri vardı; daim cəza alır, daim döyülür, söyülür və qarĢısında ana məhəbbətinin səhər
Ģəfəqləri altında yaĢayan, özü kimi iki balaca məxluq görürdü.
Madam Tenardye Kozetta ilə çox pis rəftar edirdi; Eponina ilə Azelma da Kozetta ilə pis rəftar
edirdi. Bu yaĢlarda uĢaqlar analarının eyni olurlar, yalnız həcmləri kiçik olur, bundan baĢqa heç
bir fərqləri yoxdur.
Beləliklə, bir il, daha sonra bir il də keçdi.
Kənddə deyirdilər ki:
– Tenardyelər nə yaxĢı adamlardır. Özləri varlı olmadıqları halda, kimsəsiz, yoxsul bir uĢağı
saxlayırlar.
Hamı Kozettanın anası tərəfindən atıldığını zənn edirdi.
Bir aralıq Tenardye, kim bilir hansı gizli yollarla, uĢağın bic olduğunu, anasının da bunu açıb
meydana çıxarmayacağını öyrənərək, bu məxluqun böyüyüb boy atdığını və çox yediyini irəli
sürməklə, anasından ayda on beĢ frank tələb etdi, əks təqdirdə uĢağı qaytaracaqlarını anasına
bildirdi.
Meyxanaçı: ―Qoy məni çox qızıĢdırmasın, – deyirdi, – yoxsa bu haramzadanı üstünə atar və
bütün sirlərini açıb tökərəm; uĢağın saxlanmaq haqqını artırmalıdır‖. Kozettanın anası da ayda
on beĢ frank verməyə baĢladı.
Ġllər gəlib keçirdi; uĢaq böyüyür, böyüdükcə dərd-bəlası da artırdı.
Hələ Kozetta balaca ikən, o biri iki uĢağın əziyyətini çəkirdi; lakin bir az böyüdükdə, yəqin, beĢ
yaĢına çatdıqda, bütün evin xidmətçisi oldu.
Ġndi deyəcəklər ki, beĢ yaĢında belə Ģey mümkün deyildir. Əfsus, bu belədir ki, var. Ġctimai
münasibətlər baĢ verəndə adamın yaĢına baxmaz. Hələ bir az bundan əvvəl Dümolar adlı
birisinin məhkəməsi buna sübut deyildirmi? Dümolar yetim qalır və sonradan quldur olur. Rəsmi
sənədlərin təsdiq etdiyinə görə, o, hələ beĢ yaĢında ikən, ata-anasını itirdikdən sonra, öz baĢını
özü dolandırır və oğurluq edirmiĢ‖.
Kozettanı hər yerə göndərir, ona otaqları, həyəti, küçəni süpürtdürür, qabları yudurdur və hətta
ağır iĢlər də gördürürdülər. Hələ də Monreyl-sür-Merdə olan anası axır zamanlarda pulları vaxtlı-
vaxtında göndərmədiyi üçün Tenardyelər belə rəftar etməkdə özlərini büsbütün haqlı bilirdilər.
Bir neçə ay olardı ki, Kozettanın anası pul göndərmirdi.
Fantina Monfermeylə bu üç il keçdikdən sonra qayıtmıĢ olsaydı, qızını tanımazdı. Bu evə
girərkən o qədər qəĢəng, o qədər təravətli olan balaca Kozetta, indi xeyli arıqlamıĢ və yazıq bir
görünüĢ almıĢdı. Onun bütün hərəkətlərində qorxaqlıq hiss olunurdu.
Tenardyelər onun barəsində:
– Bədzat qızdır, – deyirdilər.
Haqsızlıq Kozettanı qüssələndirmiĢ, yoxsulluq isə çirkinləĢdirmiĢdi. Onun iri və qəĢəng
gözlərindən baĢqa heç nəyi qalmamıĢdı; bunlara baxdıqda, adamın ona yazığı gəlirdi, çünki bu
gözlər xırda olsaydı, bu qədər dərdi, qüssəni onlarda sezmək olmazdı.
Hələ altı yaĢına çatmamıĢ bu zavallı uĢağın səhərin soyuğunda günəĢ doğmadan, göyərmiĢ
kiçicik əlləri bir süpürgə alıb, cındır paltarı içində soyuqdan titrəyə-titrəyə, soyuq yanağından
göz yaĢı axıdaraq, küçəni süpürdüyünü görmək son dərəcə qəmli bir mənzərə idi.
Məhəllədə ona ―Torağay‖ deyirdilər. Xalq ad qoymağı çox sevir; kiçik bir quĢdan çox yer
tutmayan, daim titrəyən, qorxan, evin və kəndin içində hələ hamının yatdığı bir zamanda, dan
yeri ağarmamıĢ hər kəsdən əvvəl küçələrdə və çöldə görünən bu uĢağı torağaya bənzətmiĢ və ona
bu adı qoymuĢdular.
Ancaq bu zavallı torağay heç ötməzdi.
BĠRĠNCĠ FƏSĠL.
Qara ĢüĢə istehsalında tərəqqi.
Monfermeyl əhalisinin sözünə görə, uĢağını atıb getmiĢ olan bu ananın baĢına, görəsən, nə gəldi?
O harada idi? Nə edirdi?
Kiçik Kozettasını Tenardyenin evində qoyduqdan sonra o, yoluna davam edib, Monreyl-sür-Mer
Ģəhərinə gəlib çatdı.
Biz artıq bu hadisənin 1818-ci ildə olduğunu bilirik.
Fantina öz vətənini buraxıb getdiyi zamandan on il keçmiĢdi. Monreyl Ģəhəri tamam dəyiĢmiĢdi.
Fantina səfalət pillələri ilə aĢağı enməkdə ikən, doğma Ģəhəri tərəqqi edib yüksəlirdi.
Onun gəliĢindən təqribən iki il əvvəl kiçik ölkələr üçün böyük bir hadisə olan sənaye dönüĢü
əmələ gəlmiĢdi.
Bu hadisənin böyük əhəmiyyəti olduğundan, onu bütün təfərrüatı ilə izah etməyi və bəlkə də,
xüsusilə qeyd etməyi lazım bilirik.
Monreyl Ģəhərində qədim zamanlardan bəri Ġngiltərə və Almaniyadakı istehsalata təqlid edərək,
daĢ kömürdən və qara ĢüĢədən bəzək Ģeyləri hazırlamağı bir peĢə halına gətirmiĢdilər. Lakin
xammal bahalı və əmək haqqı çox olduğu üçün bu peĢənin vəziyyəti çox pis idi, bu hal fəhlələrin
əmək haqqına da təsir edirdi. Fantina vətəninə qayıtdığı zaman isə, bu ―ĢüĢə mal‖ sahəsində
görünməmiĢ bir dəyiĢiklik əmələ gəlmiĢdi. 1815-ci ilin axırlarında oraya heç kəsin tanımadığı bir
adam gəlib həmin məmulatı hazırlamaq iĢində qatranı yapıĢqanla və qolbaq hazırlayanda döymə
üsulunu tökmə üsulu ilə əvəz etmək fikrinə gəlmiĢdi. Bu kiçik bir dəyiĢiklik böyük bir inqilab
törətmiĢdi.
Əvvələn, bu kiçik dəyiĢiklik dərhal xammalı ucuzlaĢdırdı və bu ucuzluq da əmək haqqının
artırılmasına imkan verib ölkənin yüksəliĢinə səbəb oldu; ikincisi, bu yenilik məhsulun
keyfiyyətini yaxĢılaĢdırdı, bununla da müĢtərilərin sayı artdı, üçüncüsü, bu məmulatı daha ucuz
sataraq, qazancı üç dəfə artırmaqla bərabər, fabrikantın da gəlirini xeyli artırdı.
Beləliklə, bir ideya üç nəticə verdi.
Üç il keçmədi ki, bu ixtiranın sahibi varlı bir adam oldu və eyni zamanda ölkənin də
varlanmasına səbəb oldu ki, bu daha yaxĢı Ģeydir. Departamentdə onu tanıyan yox idi. Haradan
gəldiyindən və keçmiĢindən heç kəs bir Ģey bilmirdi.
Bu ölkəyə onun ancaq bir neçə yüz frankdan ibarət kiçik bir sərmayə ilə gəlmiĢ olduğunu
söyləyirdilər.
Ağıllı bir fikrin yerinə yetirilməsi üçün sərf edilmiĢ olan bu kiçik sərmayə, intizam və təfəkkürün
fəaliyyəti sayəsində həm özünün varlanmasına, həm də bir ölkənin varlanmasına səbəb olmuĢdu.
Monreylə gəldiyi zaman o, paltarı ilə, danıĢığı və hərəkətləri ilə adi bir fəhləyə oxĢayırdı.
ġaiyəyə görə, bu adam balaca Monreyl Ģəhərinin küçələrində soyuq bir dekabr axĢamı, torbası
çiynində, əsası əlində kimsənin gözünə çarpmadan yeriməkdə ikən, Ģəhərdə böyük bir yanğın
əmələ gəlmiĢdi, Ģəhər idarəsi yanırdı. Bu adam canından keçərək özünü odun içinə atıb,
yanmaqda olan iki uĢağı qurtarmıĢdı, bunlar jandarm kapitanının uĢaqları idi. Bu təsadüfə görə
kimsə ondan pasport soruĢmadı. Adını sonralar öyrənmiĢdilər. Ona Madlen baba deyirdilər.
ĠKĠNCĠ FƏSĠL.
Madlen.
Bu, əlli yaĢlarında dalğın baxıĢlı və mərhəmətli bir adamdı. Onun haqqında bundan baĢqa heç bir
Ģey söyləmək mümkün deyildi.
Onun kəĢfi sayəsində sənayenin sürətlə inkiĢaf etməsi ilə Monreyl az bir müddət içində mühüm
bir ticarət mərkəzinə çevrilmiĢdi. Hər il külli miqdarda qara ĢüĢə tələb edən Ġspaniya böyük
sifariĢlər verirdi. Artıq Monreyl bu iĢdə London və Berlinlə rəqabət edəcək bir halda idi. Madlen
babanın götürdüyü qazanclar o qədər çox idi ki, hələ ikinci il böyük bir fabrik tikməyə nail oldu.
Bu fabrikin iki hissəsi vardı: biri kiĢilər üçün, o biri qadınlar üçün. Ehtiyacı olan hər kəs oraya
gəldikdə, həm çörək, həm də iĢ tapacağına əmin idi. Madlen baba kiĢilərdən çalıĢqanlıq,
qadınlardan əxlaq, hər kəsdən isə namuslu iĢ tələb edirdi. Qadın və kiĢilərin emalatxanalarını bir-
birindən ayırmaqla qızların da, qadınların da namuslu qalmasına xidmət etmiĢdi. Bu məsələdə o,
sarsılmaz bir iradəyə malikdi. Monreyl bir qarnizon Ģəhəri olduğundan, orada səfalətə daha çox
təsadüf edilə bilərdi. Xülasə, onun bu Ģəhərə gəliĢi və Ģəhərdə yaĢaması əhali üçün böyük bir
bəxtiyarlıq oldu. Madlenin bu Ģəhərə gəliĢindən əvvəl ölkə büsbütün yuxu içində idi; indi isə
Ģəhərdə böyük bir canlanma hiss olunur və hər yerdə sağlam əmək həyatı qaynamağa baĢlayırdı.
Hər yerdə böyük bir ruh yüksəkliyi duyulurdu. ĠĢsizlik və yoxsulluq unudulmuĢdu. Artıq cibində
azdan-çoxdan pulu olmayan adam tapılmazdı. Ġçində heç olmasa azacıq belə sevinc görünməyən
heç bir yoxsul evi yox idi.
Madlen baba hər kəsi iĢə götürürdü. O, adamlardan ancaq namuslu adam olmağı, namuslu
―qadın olmağı‖ tələb edirdi.
Dediyimiz kimi, Madlen baba yaratmıĢ olduğu və rəhbərlik etdiyi bu qızğın fəaliyyət içində
özünə böyük bir sərvət qazanmıĢdı, lakin onda adi tacirləri təəccübləndirən bir hal vardı: onun
üçün qazanc əsas məsələ deyildi. BaĢqalarını çox və özünü az düĢünən kimi görünürdü. Hamıya
məlum olduğuna görə, hələ 1820-ci ildə o, Lafit bankına öz adına altı yüz otuz min frank pul
qoymuĢdu; lakin bu altı yüz otuz min frankı özü üçün banka qoymazdan əvvəl, o Ģəhər və
yoxsullar üçün bir milyondan artıq pul sərf etmiĢdi.
Xəstəxana üçün çox az pul buraxılırdı; Madlen xəstəxanada öz hesabına on daha çarpayı
düzəltmiĢdi. Monreyl iki məhəlləyə bölünmüĢdü: yuxarı məhəllə, aĢağı məhəllə. Madlenin
yaĢadığı aĢağı məhəllədə yalnız bircə məktəb vardı ki, bu da uçmaqda olan yoxsul bir daxmaya
bənzəyirdi. O, bu məhəllədə biri oğlanlar, o biri qızlar üçün iki yeni məktəb tikdirmiĢdi. Bu
məktəbdəki iki müəllimə öz hesabına olaraq, hökumətin verdiyi maaĢdan iki dəfə artıq maaĢ
verirdi; buna görə də bir dəfə öz heyrətini bildirən bir Ģəxsə Madlen baba: ―Dövlətin ən mühüm
məmurları süd anaları ilə məktəb müəllimləridir‖,- deyə cavab vermiĢdi. O, öz hesabına bir
yetimxana düzəltmiĢdi ki, bu da o zamanlar Fransada böyük bir yenilikdi; bundan baĢqa, qoca və
Ģikəst fəhlələr üçün də yardım kassası düzəltmiĢdi. Fabrik bir məhəllə mərkəzinə çevrildiyi üçün,
ətrafı az bir zamanda yeni bir məhəllə və evlərlə əhatə olunmuĢdu; məhəllədə bir çox yoxsul ailə
olduğundan, Madlen pulsuz bir aptek də açmıĢdı.
Fəaliyyətə təzə-təzə baĢladığı zamanlarda bəzi adamlar: ―Bu varlanmaq istəyən bir hiyləgərdir‖,
– deyirdilər. Madlen babanın özü varlanmaqdan əvvəl ölkəni varlandırdığını gördükdə yenə o
adamlar: ―O Ģöhrətpərəstdir‖, – demiĢdilər. Bu adam dindar olduğundan və hətta müəyyən
dərəcədə dini ayinlərə riayət etdiyindən – bu isə o zamanlar tərifəlayiq bir xasiyyət sayılırdı – bu
ehtimal həqiqətə daha çox bənzəyirdi. O, hər bazar günü qayda ilə səhər ibadətinə gedərdi. Hər
yerdə gözünə rəqib görünən yerli deputat bunun dindarlığından dərhal təĢviĢə düĢdü. Ġmperiya
dövründə qanunverici məclisdə əyləĢən bu deputat, konqreqasiya üzvlərindən FuĢe adı ilə Ģöhrət
tapmıĢ Oqrant hersoqunun dini görüĢlərini qəbul edirdi. FuĢe onun dostu və hamisi idi. Bu
deputat xəlvət yerlərdə Allaha azacıq istehza da edirdi. Bununla belə varlı fabrikant Madlenin
hər səhər saat yeddidə ibadətə getdiyini bildikdə, bu qərara gəldi ki, Madlen onun rəqibi ola
bilər, buna görə də ibadət məsələsində Madleni ötüb keçmək fikrinə düĢdü. O, iezuitlərdən birini
özünə ruhani ata qəbul edərək, həm səhər, həm də axĢam ibadətinə getməyə baĢladı. O zamanlar
Ģöhrətpərəstlər dünya nemətlərinə Allaha səcdə etməklə nail olurdular. Rəqabətdən doğan bu
qorxudan yalnız Allah-taala deyil, yoxsullar da qazanırdılar, çünki onun sayəsində hörmətli
deputat da xəstəxanada iki çarpayının xərcini öz öhdəsinə götürdü və beləliklə, xəstəxanada on
iki yer təmin edilmiĢ oldu.
1819-cu ildə günlərin birində Ģəhərə belə bir xəbər yayıldı: Madlen baba prefekt cənablarının
tövsiyəsinə görə və ölkəyə göstərmiĢ böyük xidmətləri üçün kral tərəfindən Monreyl-sür-Mer
Ģəhərinin meri təyin olunacaqdır. Bu adamı Ģöhrətpərəst hesab edənlər sevinərək hər yerdə:
―Aha, gördünüzmü, biz deyən oldu‖ deyə bağırmağa baĢladılar. Bütün Monreyl əhalisi həyəcana
gəldi. Xəbər əsassız deyildi. Bir neçə gündən sonra ―Moniter‖ qəzetində Madlenin Ģəhər meri
təyin edilməsi xəbəri dərc edildi. Madlen baba ertəsi gün bu vəzifədən boyun qaçırdığını bildirdi.
Yenə həmin 1819-cu ildə Madlenin icad etdiyi üsulda istehsal edilən məmulat sənaye sərgisində
göründü; yoxlama heyətinin məruzəsi üzrə kral Madlenə Fəxri legion niĢanı verdi. ġəhər yenə
həyəcana gəldi. Hamı ―Hə! Gördünüzmü! Məqsədi niĢan almaq imiĢ!‖ deyə bağırmağa baĢladı.
Madlen baba niĢanı da qəbul etmədi.
Bu adam, həqiqətən, bir müəmma idi. ―Xeyirxah adamlar‖ bu dəfə də çətinlikdən çıxaraq: ―Hər
halda, bu bir fırıldaqçıdır‖, – deyə qət etdilər.
Gördüyümüz kimi, ölkə ona bir çox cəhətdən, yoxsullar isə hər bir cəhətdən minnətdar idilər. O,
camaata o qədər mənfəət vermiĢdi ki, ona hörmət bəsləməmək mümkün deyildi. Rəftarı da o
qədər xoĢ idi ki, onu sevməmək mümkün deyildi. Fabrikdə çalıĢan fəhlələr ona pərəstiĢ edirdilər,
o isə bu pərəstiĢi kədərli bir ciddiyyətlə qəbul edirdi. Onun sərvəti artıq bir həqiqət olduqda
―cəmiyyət adamları‖ onunla salamlaĢmağa baĢladılar. Ġndi Ģəhərdə artıq onu ―cənab Madlen‖
deyə çağırırdılar. Fəhlələr və uĢaqlar isə onu yenə qabaqkı kimi, ―Madlen baba‖ adlandırırdılar.
O bunu eĢitdiyi zaman həmiĢə xeyirxah bir təbəssümlə gülümsərdi. Sərvəti artdıqca, onu hər yerə
dəvət etməyə çalıĢırdılar. ―Cəmiyyət‖ ona yaltaqlıq edirdi. ġəhər mehmanxanalarının dəbdəbəli
kiçik salonları, vaxtilə sənətkarı qəbul etmədikləri halda, milyoner üçün öz qapılarını taybatay
açmıĢdılar. Ona min cürə hörmətlər, təkliflər edirdilər. O, bu təklifləri rədd edirdi.
―Xeyirxah adamlar‖ bu dəfə də sakit olmadılar: ―Bu, cahil və tərbiyəsiz bir adamdır. Kim bilir,
haradan gəlmiĢdir. O, yəqin, özünü qabiliyyətli bir cəmiyyət daxilində apara bilməz. Çox ehtimal
ki, heç savadı da yoxdur‖.
Onun pul qazanmağa baĢladığını gördükdə: ―Bu alverçidir‖– dedilər. Öz pullarını ümumun
ehtiyacı üçün sərf etdiyini gördükdə: ―ġöhrətpərəstdir‖,– dedilər. Hər bir hörmət və təzimdən
çəkindiyini gördükdə: ―Fırıldaqçıdır‖,– dedilər. Nəhayət, cəmiyyətdən çəkindiyini gördükdə:
―Kobud adamdır‖– dedilər.
1820-ci ildə, Monreyl Ģəhərinə gəldiyi gündən beĢ il sonra, onun ölkəyə etdiyi xidmətləri o qədər
aydın və əhalinin iradəsi o qədər yekdil idi ki, kral onu yenə Ģəhər meri təyin etdi. Madlen bu
dəfə də vəzifədən boyun qaçırdısa da, prefekt onun etirazını rədd etdi; bütün ağsaqqallar gəlib
ondan razı olmasını xahiĢ etdilər. Küçəyə dolmuĢ camaat ona yalvarırdı; nəhayət, camaatın
israrlı xahiĢinə tabe olaraq, Madlen Ģəhər meri vəzifəsini qəbul etdi. Sadə bir qarının öz evinin
qapısından acıqlı-acıqlı bağıraraq: ―YaxĢı mer ölkəyə çoxlu fayda verə bilər. YaxĢılıq etmək
imkanından qaçmaq heç vicdana yaraĢarmı?‖– deməsi ona hamıdan çox təsir etmiĢdi.
Bu, onun yüksəliĢinin üçüncü dövrü idi. Madlen baba artıq cənab Madlenə, cənab Madlen isə
cənab Ģəhər merinə çevrilmiĢdi.
ÜÇÜNCÜ FƏSĠL.
Lafit bankına qoyulmuĢ pul.
Madlen əvvəlki sadəliyini, əsla, dəyiĢmirdi. Saçları ağarmıĢ, baxıĢlarında ciddiyyət görünürdü;
üzü fəhlə üzü kimi gündən yanmıĢdı, dalğınlığı ilə isə o, bir filosofa bənzəyirdi. Adətən, baĢına
enli bir Ģlyapa qoyar və boğazına qədər düymələnmiĢ uzun bir sürtuk geyirdi. ġəhər rəisi
vəzifəsini namusla icra edərdi, vəzifə xaricində isə yenə əvvəlki kimi sadə həyat keçirərdi.
Adamlarla çox az danıĢardı, təzim və hörmətdən çəkinməyə çalıĢaraq, salam verib keçərdi;
söhbətdən qaçmaq üçün cavab vermək əvəzinə, gülümsər və gülümsəməyə məcbur olmamaq
üçün pul verərdi. Qadınlar onun barəsində: ―Nə yaxĢı avam adamdır!‖ deyərdilər. Ən çox sevdiyi
əyləncə Ģəhər ətrafında gəzib dolaĢmaqdan ibarətdi.
Daim yalqız yemək yeyərdi: yemək yeyərkən kitab oxuyardı. Kiçik, lakin səliqəli bir kitabxanası
vardı. Kitabları çox sevərdi; kitablar onun soyuq, ancaq vəfalı dostu idi. Sərvəti artdıqca boĢ
vaxtı da çoxalırdı, boĢ vaxtlarını zehninin inkiĢafına verər və biliyini artırardı. Monreylə gəldiyi
gündən bəri dili də xeyli dəyiĢmiĢdi; daha incə və nəzakətli bir tərzdə danıĢdığı duyulurdu.
Gəzməyə getdiyi zaman özü ilə bir tüfəng götürərdisə də, bunu çox az iĢlədərdi. Təsadüfən
tüfəng atmaq lazım gəldikdə, o qədər gözəl niĢan alıb vurardı ki, adam qorxardı. O, heç vaxt
zərərsiz bir heyvanı öldürməzdi, heç vaxt xırda quĢlara güllə atmazdı.
Artıq çox da cavan olmadığına baxmayaraq, xariqüladə bir qüvvətə malik olduğunu
söyləyirdilər. O, ehtiyacı olan hər kəsə kömək əlini uzadardı. Yolda yıxılan atı qaldırar, palçığa
girən arabaların çıxarılmasına kömək edər, qaçmıĢ öküzün buynuzundan tutub saxlardı. Evdən
çıxarkən həmiĢə cibləri pulla dolu və evə qayıdarkən boĢ olardı. Kənddən keçərkən qabağına
çıxan cındır paltarlı balaca uĢaqlar arı kimi Ģən dəstə ilə onu dövrəyə alar, ardınca yüyürərdilər.
Kənd iĢləri haqqında kəndlilərə bir çox məlumat söylədiyindən, bir zaman kənddə yaĢamıĢ
olduğu görünürdü. O, kəndlilərə, buğdaya bit düĢdüyü zaman, anbarlara və döĢəmə dəliklərinə
duzlu su tökməyi və hər yerdə, divarlarda, damların tirində, düzlərdə və evlərdə çiçək açmıĢ
Ģalfey sərməklə uzunburun cücüdən təmizləməyi məsləhət görürdü. Taxılı qalxmağa qoymayan
bütün alaq otlarını: qaramuqotunu, durnanoxudunu, xoruzpipiyini təmizləmək üçün onun xüsusi
―reseptləri‖ vardı. Ada dovĢanları damını siçovullardan hind donuzu ilə qoruyardı: siçovullar
hind donuzunun iyini sevməzlər.
Bir dəfə Madlen baba yerli əhalinin böyük bir səylə gicitkəni məhv etdiyini görmüĢdü.
Kökündən qoparılmıĢ və artıq qurumuĢ gicitkəni görən Madlen: ―Quruyub, – demiĢdi, – ancaq
göy olsaydı, iĢə yaraya bilərdi. Cavan gicitkənin yarpaqları yemək üçün çox dadlı olur, qoca
gicitkən isə çətənə və kətan kimi istifadə edilə bilər; onun da toxumaları və telləri var. Xırda
doğranmıĢ gicitkən ev quĢlarına yem kimi verilə bilər, əzilmiĢ gicitkən isə qaramal üçün yarayır.
Gicitkənin toxumu yemə qatıldıqda, heyvanların dərisinə parlaqlıq verir, kökünü duza
qarıĢdırdıqda isə ondan gözəl sarı boya hazırlamaq mümkündür. Bundan baĢqa, gicitkən gözəl
bir otdur ki, yayda iki dəfə biçilə bilər. Gicitkəni bəsləmək üçün nə lazımdır? Ona bir az torpaq
kifayətdir, daha onu bəsləmək lazım deyil. Doğrudur, gicitkənin toxumu yetiĢdikcə dibinə
tökülür və onu yığmaq çətin olur. Gicitkənə bir az zəhmət sərf etsən, o çox faydalı ola bilər. O,
ancaq ona baĢ qoĢmayanlar üçün zərərli olur. O zaman onu məhv edirlər. Həyatda da gicitkən
kimi adamlar çoxdur! – Bir an susduqdan sonra dedi: – Unutmayın, dostlarım, nə pis otlar var, nə
də pis adamlar. Ancaq pis sahibkarlar var!‖
UĢaqlar onu daha bir Ģey üçün də sevirdilər: o, onlar üçün samandan və hind qozundan olduqca
gözəl oyuncaqlar düzəldə bilirdi.
Kilsə qapısına matəm qarası çəkilmiĢ olduğunu gördükdə, içəri girərdi. BaĢqalarını ad qoymaq
bayramı cəlb etdiyi kimi, onu da dəfn mərasimləri cəlb edərdi. Ürəyi mərhəmətli olduğundan,
özgələrinin müsibət və fəlakətləri onu cəlb edərdi. O, qəmli dostların, qara geymiĢ qohumların,
mərhum üçün dua oxuyan keĢiĢlərin arasına qarıĢardı. BaĢqa bir aləmin xəyalatı ilə dolu dəfn
dualarını dinlərkən dərin fikirlərə həvəslə daldığı görünürdü. Sanki, nəhayətsiz bir dünyanın
sirlərinə doğru meyil edərək, gözlərini göylərə doğru çevirərək, ölüm deyilən qaranlıq bir
uçurum kənarında səslənən ələmli avazlara qulaq asardı.
O, bir çox yaxĢılıqlar etmiĢdi, lakin baĢqaları öz pis iĢlərini gizlətdiyi kimi, o da öz yaxĢılıqlarını
gizlədərdi. AxĢamlar yoxsul evlərini ziyarət edərək, yavaĢ-yavaĢ pilləkənlə çıxardı; yoxsullar
evlərinə qayıdarkən bəzən öz qapılarını açıq, hətta qıfıllarını qırılmıĢ görərdilər. Biçarə yoxsul:
―Evimə oğru gəlmiĢdir!‖ deyə bağırmağa baĢlardı. Ġçəri girdikdə masanın üstündə kiminsə
unutmuĢ olduğu bir qızıl pul görərdi. Demə buraya gəlmiĢ ―oğru‖ Madlen baba imiĢ.
O, daim xoĢ sifətli və həzin görünərdi. Xalq onun haqqında deyirdi ki, ―Varlı olsa da, təkəbbürlü
deyildir. XoĢbəxtdir, ancaq zahirindən dərdli adama oxĢayır‖.
Bir çoxları onu müəmmalı bir adam sayırdılar, yataq otağına heç bir kəsin girmədiyini və bu
otağın qədim qum saatı, insan kəlləsi və ələngələri ilə bəzənmiĢ sadə bir hücrədən ibarət
olduğunu söyləyirdilər. Bu xüsusda çox danıĢırdılar. Bir gün Monreyldə yaĢayan gənc
qadınlardan bir neçəsi qəĢəng paltar geyib onun yanına gələrək xahiĢ edirlər ki, ―Cənab mer,
yataq otağınızı bizə göstərin. Deyirlər ki, bu otaq mağaraya bənzəyir‖. Madlen baba gülümsəyib
onları öz ―mağarasına‖ apardı. Xanımlar maraqlarının cəzasını çəkdilər. Otaqda qırmızı ağacdan
adi və görkəmsiz mebel vardı; divarlara on iki suya satılan ucuz kağız çəkilmiĢdi. Bu otağın
içində buxarının üstünə qoyulmuĢ iki Ģamdanın ―üstündə probu olduğundan‖, gümüĢ olduğunu
anladılar. Kiçik Ģəhər əhalisinin belə Ģeylərə diqqət etməsi təəccüblü deyildi.
Bununla belə bu otaq haqqındakı söhbətlərə son qoyulmadı. Hamı Madlen babanın bir mağarada,
bir rahib hücrəsində, bir məzar içində yaĢadığını söyləməkdə davam etdi.
Adamlar, Madlen babanın Lafit bankına ―böyük məbləğlər qoyduğu haqqında da pıçıltı ilə
danıĢırdılar. Deyirdilər ki, Madlen hər vaxt istəsə gəlib pullarını geri götürmək və qəbzi imza
edərək on dəqiqə içində iki-üç milyon pul aparmaq Ģərtilə, pullarını bu banka qoymuĢdur.
Həqiqətdə isə, dediyimiz kimi, bu ―iki-üç milyon‖ ancaq altı yüz otuz və ya altı yüz qırx min
frankdan ibarət idi.
DÖRDÜNCÜ FƏSĠL.
Cənab Madlenin yas saxlaması.
1821-ci ilin əvvəllərində qəzetlər monsenyor adı ilə Ģöhrət qazanmıĢ Din yepiskopu Cənab
Mirielin səksən iki yaĢında vəfat etmiĢ olduğunu xəbər verdilər.
Biz qəzetlərin nəzərdə tutmamıĢ olduğu bir təfsilatı da qeyd edə bilərik: Din yepiskopu hələ
ölümündən bir neçə il əvvəl kor olmuĢdu, bacısı yanında olduğundan o, öz korluğuna sevinirdi.
Ötəri olaraq bunu da söyləyə bilərik ki, hər bir Ģeyi kamil olmayan bu dünyada kor olmaq və
sevilmək, həqiqətən, səadətin ən gözəl və fövqəladə Ģəkillərindən biridir. Daim öz arvadını,
qızını, bacısını, əziz bildiyin bir insanı yanında hiss etməkdən böyük bir xoĢbəxtlik nə ola bilər?
Həm də onun sizin yanınızda olmağına səbəb sizin ona möhtac olmağınız, onun da sizsiz yaĢaya
bilməməsidir. Siz onun məhəbbətini daim sizə sərf etdiyi vaxtla ölçə bilərsiniz və daim düĢünə
bilərsiniz ki: ―O, bütün vaxtını mənə həsr edir, demək, onun könlü tam mənası ilə mənə
bağlıdır‖. Üzünü görə bilmədiyi üçün fikirlərini görmək, bu vəfasız dünyada sevdiyin bir insanın
vəfa və sədaqətinə inanmaq, qanadların səsi kimi paltarının xıĢıltısını eĢitmək, onun necə içəri
daxil olub, necə bayıra çıxdığını, necə hərəkət etdiyini, danıĢdığını, oxuduğunu duymaq, bu
addımların, bu sözlərin, bu nəğmənin qayəsi özünüz olduğunu bilmək, hər dəqiqə öz Ģəfqət və
məhəbbətini göstərə bilmək, vücudunuz zəifləĢdikcə özünüzü daha qüvvətli hiss etmək,
qaranlıqda, məhz qaranlıq sayəsində bu mələyi cəzb edən bir günəĢə çevrilmək – bu elə bir
sevincdir ki, yer üzündə heç bərabəri yoxdur. Həyatın ən ülvi səadəti – sevildiyinizə əmin
olmaqdır, sizi öz xatirinizə, daha doğrusu, sizdən asılı olmadan sevməkdir. Kor adamlar da buna
əmindirlər. Dərin bir ümidsizlik içində sizə qarĢı qayğı çəkildiyini duymaq, – nəvaziĢ duymaq
deməkdir. O bir Ģeydən məhrum edilmiĢdimi? Xeyr. Onun məhəbbəti var, demək, onun gözləri
nursuz deyil. Həm də necə bir məhəbbət! Bütün varlığı yaxĢılıqla aĢılanmıĢ bir məhəbbət!
Əmniyyət olan yerdə insan öz korluğunu hiss etməz. Bir qəlb baĢqa bir qəlbi görmədən belə,
axtarıb tapa bilər. Tapılan və sınaqdan çıxarılan qəlb isə – qadındır. Sizi bir adamın əli qoruyur.
O da həmin qadının əlidir; – sizin alnınızdan öpən dodaqlar həmin qadının dodaqlarıdır; siz lap
yaxınlıqda kiminsə xoĢ nəfəsini duyursunuz – bu da o qadının nəfəsidir. Qadının
pərəstiĢkarlığından baĢlayaraq onun mərhəmətinə qədər hər bir Ģeyə sahib olmaq, heç bir zaman
yalqızlıq nə olduğunu duymamaq, onun itaətkarlığından və zəifliyindən qüvvət almaq, bu
əyilmək bilməyən nazik ağaca söykənmək, öz əllərinizlə öz səadətinizə toxunmaq, onu bağrınıza
basmaq – aman Allah, bundan da böyük səadət olarmı? Göylərin müəmmalı bir çiçəyi olan qəlb
sirlər içində yüksəlir, canlanır. Siz bu qaranlığı yer üzünün bütün iĢıqlarına dəyiĢməzsiniz. O
mələk qəlbli insan daim burada, daim sizin yanınızdadır. O, yanınızdan çəkilərsə, yenə sizin
yanınıza qayıtmaq üçün çəkilir. O, bir yuxu kimi yox olur, həqiqət kimi doğur. O, sizə
yaxınlaĢdığı zaman bədəninizin isindiyini hiss edirsiniz. Ürəyiniz Ģadlıq, fərəh, nurla dolur. Siz
qaranlıq bir gecədə günəĢ kimi parlayırsınız. Hələ qayğılar, sizin üçün çəkilən minlərcə qayğılar!
Bunlar bu geniĢ səhrada böyük yer tutan cüzi Ģeylərdir. Qadın səsinin ən incə, ən zərif ahəngi
sizə dərin bir təsəlli verir, məhrum olduğunuz kainatı əvəz edir. Siz qəlbin nəvaziĢini
duyursunuz. Siz heç bir Ģey görmürsünüz, siz ancaq bir qadının sizə pərəstiĢ etdiyini hiss
edirsiniz. Bu, qaranlıqda bir cənnətdir.
Monsenyor B’envenü bu cənnətdən ayrılıb baĢqa bir cənnətə köçmüĢdü.
Onun ölüm xəbəri Monreyldə çıxan yerli bir qəzetdə dərc edilmiĢdi. Ertəsi gün cənab Madlen
qara paltar geyinib Ģlyapasına matəm qarası taxaraq Ģəhərdə göründü.
ġəhərdə cənab Madlenin bu cür yas saxlamağına cürbəcür məna verməyə baĢladılar. Yerli
əhalinin zənnincə, bu məsələ cənab Madlenin mənĢəyini bir qədər aydınlaĢdırırdı. Yəqin, onun
hörmətli yepiskopla qohumluğu var imiĢ. Salonlarda: ―Din yepiskopu üçün matəm tutduğunu‖
deyirdilər. Bu ehtimal cənab Madlenə qarĢı olan hörməti daha da artırdı. Hamı tezliklə ona
hörmət etməyə baĢladı. ġəhərin ən kiçik olan Sen-Jermen məhəlləsinin əhalisi cənab Madlenə
bəslədiyi Ģübhəni yepiskopla qohumluğuna görə unutmağa baĢladı. Cənab Madlen hörmətinin
artdığını gördü; qoca qarılar ikiqat olub ona salam verirdilər; gənc qadınlar da onu gördükdə
gülümsəyirdilər. Bir axĢam bu kiçik kübar cəmiyyətinin görkəmli nümayəndələrindən biri
qocalığının ona verdiyi haqqa güvənərək maraqla soruĢdu:
– Cənab mer, siz mərhum Din yepiskopunun yaxın qohumlarındansınızmı?
Cənab Madlen cavab verdi:
– Xeyr, xanım.
– Bəs siz niyə onun üçün yas saxlayırsınız? – deyə bir də soruĢdu.
Cənab Madlen:
– Gəncliyimdə onun yanında xidmətçi idim, onun üçün, – deyə cavab verdi.
Yerli əhali Ģəhər rəisinin halında qəribə bir Ģey də müĢahidə etmiĢdi: Ģəhərə bir savoyalının
gəldiyini gördükdə, cənab Madlen onu öz yanına çağırıb, adını soruĢar və ona pul verərdi. Kiçik
savoyalılar bunu bir-birlərinə söylər, bu Monreylə çox tez-tez gəlib gedərdilər.
BEġĠNCĠ FƏSĠL.
Üfüqdə parlayan ildırımlar.
Zaman keçdikcə bütün ədavət və yad münasibətlər yavaĢ-yavaĢ sakitləĢirdi. Əvvəlcə cənab
Madlen görkəmli mövqe tutan adamların, ümumiyyətlə, düçar olduqları çirkin iftiralar və dedi-
qodular eĢitməyə baĢladı; sonra bunları kinli sözlər, daha sonra acı istehzalar əvəz etdi. Nəhayət,
bunlar da aradan qalxdı; Ģəhər rəisinə qarĢı böyük, səmimi, yekdil bir hörmət göstərməyə
baĢladılar. 1821-ci ildə isə elə bir vaxt oldu ki, ―cənab mer‖ sözü Din Ģəhərində 1815-ci ildə
―monsenyor yepiskop‖ sözü kimi ayrıca pərəstiĢkarlıqla tələffüz edilməyə baĢladı. Cənab
Madlenin yanına adamlar on lyoluq məsafədən məsləhətə gəlirdilər; o, mübahisələri həll edər,
məhkəməyə düĢməyin qarĢısını alar, düĢmənləri bir-birilə barıĢdırardı. Hər kəs haqlı olduğunu
müdafiə etmək üçün onu özünə havadar çağırardı. Sanki, onun qəlbi təbii qanunların bir
məcəlləsi idi. Ona qarĢı olan hörmət ətrafa sirayət edərək, altı-yeddi il ərzində bütün ölkəyə
yayıldı.
ġəhərdə və bütün əyalətdə yalnız bir adam vardı ki, ona hörmət bəsləməkdən tamamilə çəkinirdi.
Cənab Madlenin göstərdiyi yaxĢılıqlara baxmayaraq, bu adam yenə bu xəstəliyə tutulmayırdı.
Onda, cənab Madlenə qarĢı Ģübhə oyadan satılmaz bir instinkt hökm sürürdü. Görünür, bəzi
adamlarda, doğrudan da, əsl heyvani bir instinkt var; hər bir instinkt kimi o da təbiidir və onu
məhv etmək mümkün deyildir; o, simpatiya və antipatiyanın yaranmasına səbəb olur, fəlakətli
bir Ģəkildə insandan insana fərq qoyur, heç bir zaman tərəddüd etməz, halını pozmaz, sayıqlığını
itirməz və özünə xəyanət etməz; onun gözünü pərdə tutsa da, baxıĢları aydındır, səhv etməz,
hökm edər, zəkanın heç bir məsləhətinə, Ģüurun heç bir pozucu təsirinə tabe olmaz və taleyin
insanları haraya gətirib çıxardığından asılı olmayaraq, it təbiətli insana piĢik təbiətli insanın və
tülkü təbiətli insana aslan təbiətli insanın yaxında olduğunu xəlvətcə xəbər verir.
Cənab Madlen çox zaman, hər kəsdən razılıq və səmimi münasibət görməklə sakit-sakit küçədən
keçərkən, uzun boylu boz paltolu, əlində yoğun bir əsa və baĢında üzünü yarıya qədər örtən geniĢ
bir Ģlyapa olan bir adama təsadüf edərdi. Cənab Ģəhər rəisi bu adamın ona Ģübhə ilə baxdığını və
gözündən qeyb oluncaya qədər təqib etdiyini görərdi; sonra bu adam qollarını qoltuğuna qoyaraq
dayanar, baĢını yavaĢ-yavaĢ yırğalamağa baĢlar və dodaqlarını nifrətli bir tərzdə büzüĢdürərək
baxardı; sanki: ―Bu adam kimdir? Mən bunu keçmiĢdə harada isə görmüĢəm. Hər halda, o, məni
aldada bilməyəcəkdir‖ sözlərini deyir kimi görünürdü.
Bu adam olduqca sərt, hər kəsi qorxudacaq dərəcədə sərt görünürdü: ötəri bir təsadüfdə belə
qorxu oyada biləcək adamlardan idi.
Onun adı Javer idi, özü də polis idarəsində xidmət edirdi.
O, Monreyl Ģəhərində çətin, lakin cəmiyyət üçün faydalı bir vəzifə ifa edirdi ki, bu da polis
müfəttiĢi vəzifəsi idi. Madlen ilk dəfə bu Ģəhərdə göründüyü zaman o burada deyildi. Onun bu
vəzifəyə təyin edilməsinə səbəb sonradan nazir, o zaman isə Paris polis idarəsinin prefekti olan
qraf Anqlssin katibi cənab ġabule olmuĢdu. Javer ilk dəfə Monreyl-sür-Mer Ģəhərinə gəldiyi
zaman Madlen artıq iri bir fabrikant, böyük bir sərvət sahibi idi. Madlen babadan çevrilib cənab
Madlen olmuĢdu.
Bəzi polis məmurlarının üzündə qəribə ifadə olur: bu ifadədə iki Ģey – alçaqlıq və hökmranlıq
hissi qəribə bir Ģəkildə qarıĢmıĢ olur. Javerin üzündə də belə bir ifadə vardı, ancaq bu ifadədə
alçaqlıq əlaməti görünmürdü.
Əgər insan qəlbini gözlə görmək mümkün olsaydı, bizim dərin etiqadımıza görə, hamının gözləri
qarĢısında qəribə bir Ģey canlanardı, o da insan nəsli nümayəndələrindən hər birinin heyvanat
aləminin bir növünə uyğun gəlməsidir. Bunun sayəsində mütəfəkkir üçün hələ dumanlı bir
həqiqəti aydınlaĢdırmaq mümkün olardı ki, o da budur: ilbizdən tutmuĢ qartala qədər, donuzdan
tutmuĢ pələngə qədər bütün heyvanların və quĢların təbiəti insanlarda və ayrı-ayrı heyvanların və
quĢların təbiəti isə ayrı-ayrı insanda gizlənmiĢdir. Bəzən bir neçə heyvanın təbiəti bir adamın
təbiətində belə birləĢmiĢ olur.
Heyvanlar bizim xeyir və Ģər iĢlərimizin ana surətləridir, ruhumuzun gözə görünən və
gözlərimizin qarĢısında dolaĢan kabuslarıdır. Allah onları bizə göstərir ki, bizi fikirləĢməyə
məcbur etsin. Lakin heyvanlar ancaq kölgə olduqlarından, Allah onlara tam mənada tərbiyə
olunmaq qabiliyyəti verməmiĢdir. Bir də onların tərbiyəyə nə ehtiyacı var? Əksinə, bizim
ruhumuz real bir Ģəkildə yaĢadığından və qəti bir məqsədə malik olduğundan, Allahdan ağıl, yəni
tərbiyə olunmaq qabiliyyəti almıĢdır. Ġctimai tərbiyə düzgün təĢkil edildiyi zaman, ruhumuzun
içərisindən, o necə olursa-olsun, mənfəətli Ģeyləri üzə çıxarmaq mümkündür.
Əlbəttə, bizim bu söylədiklərimiz, yalnız gözə görünən dünya həyatına tətbiq edilmək nöqteyi-
nəzərindən doğru ola bilər və insan olmayan məxluqatın əvvəlki və sonrakı surətlərinə aid
mürəkkəb məsələni həll etmək üçün yaramır. Zahirdəki ―mənliyin‖ batindəki ―mənliyi‖ inkar
etməsi üçün mütəfəkkirə heç bir haqq vermir. Bu qeydi etdikdən sonra, yenə öz sözümüzə
davam edirik.
Bu surətdə, oxucumuz bizimlə birlikdə hər bir insanda heyvanat aləminin bir nümayəndəsinin
gizləndiyini bir fərziyyə kimi müvəqqəti olaraq qəbul etsə, polis məmuru Javerin kim olduğunu
təyin etmək bizim üçün asan olar.
Asturiya kəndlilərinin etiqadınca, bəzən canavar balaları içərisində eləsinə təsadüf edilir ki,
anaları onu öldürməsə, böyüdükdən sonra, mütləq qalan balaları yeyəcəkdir.
Bu canavar balasına insan sifəti versəniz, Javer barəsində aydın bir təsəvvürünüz olar.
Javer həbsxanada doğulmuĢdu; anası falçı idi, atası isə katorqaya sürgün edilmiĢdi. Bir qədər
böyüdükdə cəmiyyət daxilində özü üçün yer olmadığını anlamıĢ və bu cəmiyyətin üzvü olmaq
ümidini itirmiĢdi. O, anlamıĢdı ki, bu cəmiyyət adətən, öz sırasından iki insan zümrəsini
amansızcasına xaric edir: əvvələn, ona hücum edənləri və ikincisi, onu müdafiə edənləri; o yalnız
bu iki zümrədən birini seçməyə məcbur idi; özündə qanuniyyətə, səbat və qeyrətə yenilməz bir
meyil və eyni zamanda mənsub olduğu qaraçı təbəqəsinə böyük bir nifrət bəsləyirdi. Javer polis
idarəsinə girdi. Orada müvəffəqiyyət qazandı. Qırx yaĢında artıq müfəttiĢ idi.
Gəncliyində cənubda qalerada nəzarətçi vəzifəsində xidmət etmiĢdi.
Lakin sözümüzə davam etmək üçün Javerdən bəhs edərkən ―insan sifəti‖ sözü ilə nə demək
istədiyimizi aydınlaĢdırmalıyıq.
Javerdəki insan sifəti dik bir burunla, burunun iki geniĢ və dərin dəliyindən və bunlara bitiĢik
olan enli və sıx bakenbardlardan ibarətdi. Onu ilk dəfə görən adam, özünü bir qədər pis hiss edir,
bu sıx meĢəliyə və dərin mağaralara bənzəyən böyük burun dəliklərinə diqqət edərdi, Javer az
gülərdi, lakin güldüyü zaman qəhqəhəsi qorxunc olardı; nazik dodaqlarını açaraq, yalnız diĢləri
deyil, bəlkə, damağını da göstərərdi, burnunun ətrafında isə, vəhĢi heyvanların üzündəki kimi,
dərin qırıĢıqlar əmələ gəlirdi. Javer ciddi olduğu zaman yekə bir itə, güldüyü zaman isə bir
pələngə bənzərdi. Kəlləsi alçaq və kiçik, çənəsi enli idi; iki qaĢı arasında qəzəbdən əmələ gəlmiĢ
iki dərin bir qırıĢıq, baxıĢında qorxunc və amiranə bir Ģey vardı; sıxılmıĢ kinli dodaqları dəhĢətli
görünürdü. Javer belə idi.
Bu adam iki xeyli sadə və nisbətən pis olmayan duyğuya malik idi ki, bunları ifrat dərəcəyə
gətirdikdə çox pis bir Ģeyə çevrilirdi, bu duyğular amirlərə qarĢı hörmət və üsyana qarĢı nifrətdən
ibarətdi; onun nəzərində oğurluq, qətl və ümumiyyətlə, bütün cinayətlər üsyan əlamətlərindən
baĢqa bir Ģey deyildi. Nazirdən baĢlayaraq adi kənd qoruqçusuna qədər dövlətə xidmət edən nə
qədər adam varsa, onda hamısına qarĢı gözübağlı bir etimad və hədsiz bir hörmət vardı. Qanunu
bir dəfə belə pozmuĢ olan hər kəsə qarĢı nifrət, kin və ədavət bəslərdi. Birincilər haqqında:
―Məmur heç bir zaman səhv etməz, hakim həmiĢə haqlıdır‖ deyərdi, qanunu pozmuĢ adamlar
haqqında isə: ―Onlar artıq həmiĢəlik məhv olurlar; onlardan heç bir yaxĢı Ģey gözləmək olmaz‖
deyərdi. O, bu mənhus insanları yaratmaq və, daha doğrusu, meydana çıxarmaq üçün insan
qanunlarına mütləq bir haqq verən və cəmiyyətin aĢağı təbəqələrini Stiks sahillərinə qovan ifrat
etiqadlara tam mənası ilə Ģərik çıxardı. O, zahid kimi möhkəm, ciddi və sərt fanatiklər kimi
məyus və dalğın, təvazökar və mütəkəbbir idi. BaxıĢı balta kimi soyuq və kəskin idi, baxdığı Ģeyi
dəlir kimi görünürdü. Bütün həyatı iki sözdən ibarətdi: izləmək və güdmək. Ġnsan həyatının ən
əyri yolları üzərindən düz bir xətt çəkmiĢdi; gördüyü iĢin faydalı olduğunu Ģüurunda bütünlüklə
yerləĢdirmiĢdi; vəzifələrini müqəddəs hesab edirdi, bəzi adamlar keĢiĢ olduğu kimi, o da casus
idi. Əlinə düĢənin vay halına! Atası belə katorqadan qaçmıĢ olsaydı, onu tutmaq üçün heç
tərəddüd etməzdi; anası polis nəzarətindən qaçmıĢ olsaydı, onu da tutub həbs edərdi. O, bununla
özündə xeyir iĢin əta etdiyi mənəvi bir məmnuniyyət hiss edirdi. Bununla bərabər həyatı pis
keçirdi; aza qənaət edərək, tək yaĢardı, qadın tanımaz, zövq və əyləncəni, əsla, sevməzdi.
Amansız bir vəzifənin təcəssümü, polis idarəsini spartalıların Spartanı anladıqları kimi anlaması,
amansız bir nəzarətçi, yırtıcı bir intizam, mərmərdən qayrılmıĢ bir casus, Vidok cildində bir
Brut-bax, Javer bu idi.
Bütün varlığı daim izləyən və gizlənən bir adam olduğunu bildirirdi. Ġfrat royalist ruhlu
qəzetlərin uydurmalarını o dövrdə yüksək kosmoqoniya fikirlərilə aĢılayan Jozef de Mestrin dini
məktəbi Javeri bir simvol kimi təsvir etməkdən çəkinməzdi. Alnı görünməzdi, çünki Ģlyapasının
altında idi; gözləri də görünməzdi, çünki qaĢları altında gizlənmiĢdi; çənəsi geniĢ bir
boyunbağının içində idi, əlləri də görünməzdi, çünki qolları içində gizlənmiĢdi; həmiĢə
gəzdirdiyi əsası da görünməzdi, çünki sürtuku altında tutardı. Lakin vaxtı gələndə, onun bütün
vücudu qaranlığın içində pusqudan çıxar kimi olurdu; ensiz və yastı bir alın, qorxunc bir baxıĢ,
hirsli bir çənə, yekə əllər, yoğun və qorxunc bir dəyənək çıxdığı görünərdi.
Az olan boĢ vaxtlarında, kitabları heç sevməsə də, kitab oxuyardı; ona görə də büsbütün cahil
deyildi. Bu, bir az dəbdəbə təsiri bağıĢlayan sözlərindən də anlaĢılırdı.
Onun heç bir eybi olmadığını söylədik. Yalnız özündən məmnun olduğu zamanlar bir az
burunotu çəkməyi özünə müzayiqə etməzdi. BəĢəriyyətlə onu bağlayan da yalnız bu vərdiĢ idi.
Heç Ģübhəsiz ki, Javerin ədliyyə nazirliyinin illik statistika hesabatında ―Ģübhəli adamlar‖
siyahısında göstərilən bir zümrə adamlara dəhĢətli bir Ģey kimi göründüyünü hər kəs anlar. Onlar
Javerin adını eĢidən kimi qaçardılar; yalnız onun görünməsi dəhĢət saçardı.
Bu qorxunc adam belə idi.
Javer hər zaman cənab Madleni Ģübhəli, ayıq bir baxıĢda təqib edərdi. Bu baxıĢda bir çox
eyhamlar və Ģübhələr görünürdü. Nəhayət, cənab Madlen bu baxıĢı duydusa da, anlaĢıldığına
görə, buna heç əhəmiyyət vermədi. Hətta Javerdən heç bir izahat belə istəməz, nə onu axtarar, nə
də ondan qaçardı; Javerin ağır baxıĢını açıq bir qeydsizliklə qarĢılardı. Javerə də, ümumiyyətlə,
hər kəsə etdiyi kimi, sərbəst və xeyirxahlıqla müraciət edərdi.
Javerin ağzından qaçırdığı bir neçə sözdən anlaĢılırdı ki, o, bu zümrə adamlara məxsus bir
maraqla gizli axtarıĢlarını davam etdirirdi. Onun bu marağında instinktlə qarıĢıq bir iradə vardı:
cənab Madlenin keçmiĢi haqqında nə öyrənmək mümkün idisə, Javer aydınlaĢdırmaq istəyirdi.
Məsələni bir az aydınlaĢdırmıĢ olduğu hiss edilirdi; bəzən iĢarə edərək bunu müəmmalı sözlərlə
xatırladırdı; harada isə qeyb olmuĢ bir ailəni axtaran bir adam haqqında da bəzən Ģeylər
söyləyirdi. Bir gün: ―Deyəsən, artıq o mənim əlimdədir!‖ sözlərini ağzından qaçırmıĢdı. Bu
sözlərdən sonra o üç gün dalğın-dalğın dolaĢaraq düĢünürdü. Yəqin, kələfin ucunu itirmiĢdi.
Xülasə, insan təbiəti heç də ləkəsiz olmur, – söylədiyimiz bəzi sözlərə bu təshihi verməliyik, əks
təqdirdə bu sözlərin mənası həddindən artıq qəti görünər. Ġnstinktin mahiyyəti məhz bundadır ki,
o sarsıla bilər, yolunu aza bilər. BaĢqa cür olsaydı, instinkt Ģüura qalib gələr; heyvan isə insandan
ağıllı çıxa bilərdi.
Cənab Madlenin sakitliyi və özünü saxlaya bilməsi Javerin zənnini bir qədər itirdi.
Lakin bir dəfə Javerin qəribə hərəkətləri, deyəsən, Cənab Madlenə təsir etdi. Əhvalat belə idi.
ALTINCI FƏSĠL.
FoĢlevan baba.
Bir gün səhər tezdən cənab Madlen Monreyl-sür-Mer Ģəhərinin daĢ döĢənməmiĢ bir küçəsindən
keçirdi. Bir gurultu eĢidib dayandı, bir az irəlidə toplaĢmıĢ bir dəstə adam gördü. Onlara yanaĢdı.
FoĢlevan baba adlı bir qoca kəndli yıxılmıĢ olan atı qaldırmaq istədikdə, özü arabanın altında
qalmıĢdı.
Bu qoca, cənab Madlenin o vaxt az olan düĢmənlərindən biri idi. Cənab Madlen Monreylə
gəldiyi zaman, keçmiĢ kənd notariusu və xeyli savadlı olan FoĢlevan ticarətlə məĢğul idisə də
son zamanlar iĢləri çox pis bir halda idi. Bu Ģəhərə yeni gələn adi bir fəhlənin get-gedə
varlandığını, özünün isə yoxsullaĢdığını görən FoĢlevanın cənab Madlenə bərk paxıllığı tuturdu.
Odur ki, ona zərər yetirmək üçün hər bir vasitədən istifadə etməyə çalıĢırdı. Nəhayət, tamamilə
iflas edib yalnız var-yoxundan bir atı, bir də arabasından baĢqa heç bir Ģeyi qalmadıqdan sonra,
yaĢaya bilmək üçün sadə bir arabaçı olmaq məcburiyyətində qalmıĢdı.
Atı yerə yıxıldıqda iki ayağını qırmıĢdı və artıq dura bilmirdi. Qoca, arabanın təkərləri altına
düĢmüĢdü. Araba o qədər tərs əyilmiĢdi ki, onun bütün ağırlığı zavallının sinəsi üzərində idi.
Arabanın yükü isə çox ağır idi. FoĢlevan baba dəli kimi bağırırdı. Onu çıxarmağa çalıĢmıĢdılarsa
da, bir nəticə verməmiĢdi. Kiçik bir hərəkət, yanlıĢ bir tərpəniĢ, məharətsiz bir kömək onu
büsbütün məhv edə bilərdi. Yalnız arabanı yuxarıya qaldırdıqdan sonra qocanı oradan xilas
etmək olardı, lakin bunun üçün arabanın altına girmək lazım gəlirdi. Bu halda Javer yoldan
ötərkən bu hadisəni görüb arabanı qaldırmaqdan ötrü domkrat üçün adam göndərmiĢdi. Cənab
Madlen də yetiĢdi. Hamı hörmətlə kənara çəkildi. FoĢlevan:
– Kömək edin! – deyə bağırırdı, – bu yazıq qocaya kömək edəcək rəhmli bir adam yoxdurmu?
Cənab Madlen oradakılara dönərək:
– Sizdə domkrat yoxdurmu? – dedi.
Kəndlilərdən biri:
– Gətirməyə gediblər.
– Nə vaxt gətirəcəklər?
– Yaxında FlaĢo küçəsindəki dəmirçixanaya gediblər, hər halda, on beĢ dəqiqədən az çəkməz...
Madlen:
– On beĢ dəqiqə? – deyə bağırdı.
Keçən axĢam yağıĢ yağmıĢdı, torpaq büsbütün yaĢ idi, ona görə araba getdikcə palçığın içinə
girməkdə və qoca FoĢlevanın sinəsini daha Ģiddətlə əzməkdə idi. BeĢ dəqiqə daha keçsəydi, onun
bütün qabırğaları qırılacaqdı.
Madlen ətrafındakı kəndlilərə tərəf dönərək:
– On beĢ dəqiqə gözləmək mümkün deyil, – dedi.
– Çarə yoxdur!
– Axı bir az sonra iĢ-iĢdən keçəcək! Görmürsünüzmü, araba getdikcə daha dərinə batır?
– Necə görmürük!
Madlen:
– Qulaq asın, – dedi, – arabanın altında, bir adamın oraya girib, kürəyi ilə arabanı qaldıra bilməsi
üçün hələ yer var. Bunu eləyən olsa, yarım dəqiqədə bu zavallı adam ölümdən qurtular. Aranızda
ürəkli və qüvvətli bir adam vardırmı? Kim beĢ luidor qazanmaq istəyir?
Heç kəs yerindən tərpənmədi.
Madlen:
– On luidor, – dedi.
Oradakıların hamısı baĢlarını aĢağı saldı. Yalnız biri:
– Buna div qüvvəti lazımdır. Arabanın altında əzilib ölməyi kim istər! – dedi.
Madlen:
– YaxĢı, – dedi, – iyirmi luidor verərəm!
Yenə sükut.
Bir səs:
– Arzu edən var, ancaq bacarıq lazımdır, – dedi.
Madlen dönüb Javeri gördü. Ancaq buraya yaxınlaĢdığı zaman onu görməmiĢdi.
Javer sözünə davam edərək:
– Buna gücləri çatmaz, – dedi. – Bu qədər ağır bir arabanı kürəyi ilə qaldırmaq üçün müdhiĢ bir
qüvvətə malik olmaq lazımdır.
Sonra cənab Madlenə kəskin bir nəzər saldı, sözlərini mənalı bir tərzdə söyləyərək əlavə etdi:
– Cənab Madlen, mən sizin istədiyiniz bu iĢi görə biləcək yalnız bir adam tanıyırdım.
Madlen vücudunun titrədiyini hiss etdi.
Javer qeydsiz bir görünüĢlə, lakin gözlərini cənab Madlendən ayırmayaraq:
– Bu adam bir katorqalı idi, – dedi.
Madlen:
– Eləmi! – deyə dilləndi.
– Tulon həbsxanasında bir dustaq idi.
Madlenin rəngi qaçdı.
Araba isə getdikcə palçığın içinə batmaqda idi. Qoca FoĢlevan inləyir və bağırırdı:
– Öldüm! Boğuldum! Bu saat qabırğalarım parça-parça olacaq! Kömək edin! Amandır! Oh!
Madlen ətrafına göz gəzdirdi.
– Əcəba, iyirmi luidor qazanıb, bu zavallı qocanı qurtaracaq bir adam yoxdurmu? – dedi.
Kimsə yerindən tərpənmədi. Javer sözünə davam etdi:
– Mən ömrümdə ancaq bir adam tanıyırdım ki, o bir domkratın iĢini görə bilərdi, – dedi, – o da
dediyim həmin katorqalıdır.
Qoca:
– Aman! Öldüm, əzildim! – deyə bağırdı.
Madlen baĢını qaldırdı, gözləri ona zillənmiĢ Javerin qırğı baxıĢını gördü; ətrafındakı kəndlilərə
baxdı və həzin-həzin gülümsündü. Sonra heç bir söz söyləmədən, dizlərini yerə qoydu və
kimsəyə bir heyrət nidası çıxarmağa macal vermədən, cəld arabanın altına girdi.
Bir dəqiqə qorxunc və sakit bir intizarla keçdi.
Madlenin, qarnı üstə uzanıb, iki dəfə dirsəklərini dizlərinə yaxınlaĢdıraraq ağır arabanı əbəs yerə
qaldırmağa çalıĢdığını görürdülər. Müvəffəq olmadığını gördükdə hamı: ―Madlen baba!
Arabanın altından çıxın! – deyə bağırdılar. Qoca FoĢlevan özü də:
– ―Cənab Madlen‖ çıxın gedin! Görünür, əcəlim çatıbdır! – dedi. – Buraxın! Yoxsa siz özünüz
də məhv olarsınız!
Madlen cavab vermədi.
Ətrafdakılar ağır-ağır nəfəs alırdılar. Təkərlər getdikcə yaĢ torpağa batmaqda davam edirdi.
Madlen artıq arabanın altından çıxa bilməyəcək bir vəziyyətdə idi.
Birdən yekə arabanın titrədiyini gördülər, araba yavaĢ-yavaĢ yuxarı qalxmağa baĢladı və təkərlər
palçığın içindən yarıya qədər çıxdı. Boğuq bir səs: ―Tez olun, kömək edin!‖ – deyə bağırdı.
Madlen son gücünü verməkdə idi. Bu onun səsi idi.
Hamı kömək etməyə baĢladı. Birinin fədakarlığı hamıya qüvvət və cəsarət vermiĢdi. Ġyirmi cüt
qol arabanı yuxarıya qaldırdı. Qoca FoĢlevan xilas oldu.
Madlen ayağa durdu. Rəngi bərk qaçmıĢdı. Üzündən tər axırdı. Paltarı parça-parça olmuĢ və
palçığa bulaĢmıĢdı. Hamı ağlayırdı. Qoca onun dizlərindən öpür və ―sən mənim tanrımsan‖ –
deyirdi. Madlenin üzündə isə asimani səadətdən doğan bir iztirab əlaməti vardı; kəskin
nəzərlərini qətiyyən ondan ayırmaq istəməyən Javerə tərəf dönərək, sakit-sakit onun üzünə
baxırdı.
YEDDĠNCĠ FƏSĠL.
FoĢlevan Parisdə bağban olur.
FoĢlevan yıxıldıqda diz qapağını qırmıĢdı. Madlen baba zavallını fəhlələr üçün fabrikin içində
düzəltdiyi və xəstələrə baxmaq iĢini iki Ģəfqət bacısına tapĢırdığı xəstəxanaya aparmağı əmr etdi.
Ertəsi gün bu qoca səhər tezdən çarpayısının yanındakı kiçik masanın üstündə min franklıq bir
əsginasla Madlen baba tərəfindən aĢağıdakı məzmunda yazılmıĢ Bir məktub tapdı: ―Arabanızı və
atınızı satın alıram‖. Araba sınmıĢ, at isə ölmüĢdü. FoĢlevan sağaldı, lakin dizini əyib düzəldə
bilmirdi. Cənab Madlen, xəstəxanadakı Ģəfqət bacılarının və yerli keĢiĢin vasitəsilə qocanı
Parisdə Sent-Antuan məhəlləsindəki qadınlar monastırında bağban vəzifəsinə düzəltdi.
Bundan bir az sonra cənab Madlen Monreyl Ģəhərinin rəisliyinə təyin olundu. Javer birinci dəfə
olaraq cənab Madleni Ģəhərdə ona baĢ hakimiyyət ixtiyarı verən rəsmi libasda gördükdə, öz
ağasının libası altında canavarı duymuĢ olan it kimi qorxudan titrədi. O zamandan bəri Javer
mümkün qədər cənab Madlenə təsadüf etməkdən çəkinməyə çalıĢırdı. Lakin vəzifə dolayısı ilə
istər-istəməz Ģəhər rəisinin yanına gəlməyə məcbur olduqda, Javer daim onunla böyük hörmət və
təzimlə danıĢardı.
Madlen babanın Monreyl-sür-Mer Ģəhərində yaratdığı firavanlığı, artıq qeyd etdiyimiz zahiri
əlamətlərdən baĢqa, gözə görünməsə də, az əhəmiyyəti olmayan bir əlamət də sübut edirdi. Bu
əlamət isə qəti və aydın idi. Əhali ehtiyac içində olanda, iĢ azlıq edəndə, ticarət yaxĢı
getməyəndə, əhali pulsuz olduğundan, istər-istəməz vergi verməkdən boyun qaçırmağa məcbur
olur, verginin vaxtı keçir, dövlət vergini zorla yığmaq üçün böyük pullar sərf etməli olur. ĠĢ çox
olduğu, ölkə xoĢbəxt və varlı bir həyat sürdüyü zaman isə vergilər də asanlıqla verilir, vergini
yığmaq iĢi də dövlətə ucuz baĢa gəlir. Demək olar ki, ictimai səfalətin və ictimai sərvətin
dərəcəsini təyin etmək üçün yeganə bir barometr vardır ki, o da vergiləri yığmaq üçün sərf edilən
pullardır. Yeddi il ərzində Monreyl dairəsində vergi yığmaq xərcləri dörddə üç dəfə azalmıĢdı.
Odur ki, o zaman maliyyə naziri olan cənab de Vilel bu dairəni həmiĢə baĢqa dairələrə bir misal
kimi göstərərdi.
Fantina vətəninə qayıtdığı zaman ölkənin vəziyyəti belə idi. Onu heç kəs xatırlamırdı.
XoĢbəxtlikdən cənab Madlenin fabriki qonaqsevən bir ev kimi, hamının üzünə açıqdı. Fantina
fabrikə gəldi, onu qadın emalatxanasına qəbul etdilər. Bu Fantina üçün tamamilə yeni bir iĢ
olduğuna görə, o çox da müvəffəqiyyətlə çalıĢa bilmirdi və qazancı az olurdu, lakin ona kifayət
edirdi; yaĢamaq məsələsi həll edilmiĢdi; artıq öz əməyi ilə yaĢaya bilirdi.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Madam Viktürnen əxlaq naminə otuz beĢ frank sərf edir.
Fantina müstəqil yaĢaya biləcəyini anladıqda, fərəhləndi. Öz əllərinin zəhməti ilə və namusla
yaĢaya bilmək nə böyük bir səadətdir! Doğrudan da, zəhmətə qarĢı onda bir məhəbbət
doğmuĢdu. Bir güzgü alıb gəncliyini, gözəl saçlarını və ağ diĢlərini seyr etdiyi zaman
sevinmiĢdi; öz ağır keçmiĢini unutmağa çalıĢaraq Kozettasını düĢünür və özünü xoĢbəxt hiss
edirdi.
Balaca bir otaq tutdu, gələcək qazancı hesabına borc edərək otağa avadanlıq aldı; Fantinanın bu
hərəkətində keçmiĢ pozğun həyatdan qalma bir vərdiĢ görünürdü.
Özünü ərli qadın kimi göstərməyə çalıĢaraq, yuxarıda söylədiyimiz kimi, öz kiçik qızı haqqında
danıĢmaqdan çəkinirdi.
Ġlk zamanlar qızı üçün gördüyünüz kimi, Tenardye ailəsinə müntəzəm surətdə pul göndərirdi.
Savadsız olduğundan və yalnız öz imzasını yaza bildiyindən, hər dəfə məktub göndərmək lazım
gəldikdə ərizə yazana müraciət edirdi.
O, tez-tez məktub yazırdı. Buna diqqət etmiĢdilər. Emalatxanada iĢləyən qadınlar bir-birinin
qulağına Fantinanın ―məktub yazdığını‖ və ―aĢnası‖ olduğunu danıĢmağa baĢladılar.
BaĢqalarının hərəkətlərini qısqanclıqla izləyənlər, adətən, bu hərəkətlərlə heç bir əlaqəsi olmayan
adamlardır. ―Görəsən, bu cənab nə üçün ancaq axĢamlar evdən bayıra çıxır? Nə üçün filankəs
cümə axĢamları heç bir zaman öz otağının açarını divardan asmır? Nə üçün o, həmiĢə döngələrdə
gəzir? Nə üçün filan xanım minik arabasından evinə çatmamıĢ düĢür? Niyə o xanım evində
bolluca kağızı olduğu halda, poçt kağızı almaq üçün xidmətçisini göndərir?‖ və sairə və sairə.
Bəzi adamlar var ki, özləri üçün heç bir əhəmiyyəti olmayan bu müəmmaların mənasını anlamaq
məqsədilə, bir çox xeyirxah iĢlərə sərf ediləcək pullardan artıq pul sərf edir, vaxt sərf edir,
qüvvət sərf edirlər. Həm də onlar heç bir mənfəət güdməzlər, bunu sadəcə maraq üçün edərlər,
bu marağın nəticəsində isə onlar yalnız öz maraqlarını təmin edərlər, baĢqa heç bir Ģey
qazanmazlar. Onlar günlərlə filan qadın ya kiĢinin hərəkətlərini izlər, saatlarla dalanlarda, yol
ağzında, gecənin qaranlığında, qıĢın soyuğunda, yağıĢın altında dayanar, məktub aparanlara
rüĢvət verib kimə göndərildiyini öyrənər, arabaçılara və lakeylərə peĢkəĢ verər, qulluqçu qızları
tovlar, qapıçıya pul verərlər. Məqsəd nədir? Elə-belə. Ehtirasla arzu etdikləri bir Ģey varsa, o da
öyrənmək, qazıb çıxarmaqdır. Buna səbəb boĢ-boĢ danıĢmaq ehtiyacını təmin etməkdir. Halbuki
bu üstü açılmıĢ sirlər, bu faĢ edilmiĢ gizli iĢlər, mənası tapılmıĢ müəmmalar müsibətlərə,
duellərə, iflaslara səbəb olur, bir çox ailələri iflas dərəcəsinə gətirir, bir çox insanların həyatını
məhv edir, heç bir mənfəəti olmayan, sadəcə kor bir arzuya tabe olaraq ―hər bir Ģeyi ifĢa
edənlərin‖ böyük sevinclərinə səbəb olur. Ah, bütün bunlar nə qədər kədərli bir haldır!
Bəzi adamlar da vardır ki, ancaq söhbət etmək xatirinə kinli olurlar. Onların söhbətləri,
salonlarda gedən dedi-qodular, dəhlizlərdə yürüdülən mühakimələr odunu tezliklə və çox tələf
edən buxarılara bənzər, bu buxarılar daim yandırmaq üçün yanacaq tələb edir, bu yanacaq da
yaxın adamlardır.
Bu surətlə Fantinanın da hərəkətlərini izləməyə baĢladılar.
Bir çoxları onun sarıĢın saçlarına və ağ diĢlərinə paxıllıq edirdilər.
Bu da müəyyən edilmiĢdi ki, Fantina bəzən emalatxanada üzünü çevirib gözünün yaĢını silərmiĢ.
O, öz uĢağını, bəlkə də, vaxtilə sevdiyi bir adamı xatırladığı zaman göz yaĢını silərdi.
Ġnsanı keçmiĢ həyatla bağlayan sirli telləri qırmaq çətin və əziyyətli bir iĢdir.
Onun ayda iki dəfə və hər zaman eyni ünvana məktub yazdığını görmüĢdülər; məktublar sifariĢli
göndərilirdi. Bir az sonra məktubun ünvanını da öyrəndilər: ―Monfermeyl, meyxanaçı cənab
Tenardye‖. Monreyldəki kiçik bir meyxanada ərizə yazanı sərxoĢ edib danıĢdırdılar. Qoca ərizə
yazan qarnını qırmızı Ģərabla dolduran kimi məktublarda yazılmıĢ olan müxtəlif sirləri açıb
söyləyirdi. Xülasə, Fantinanın bir uĢağı olduğunu öyrəndilər. ―Görünür ki, bu fahiĢə imiĢ‖
dedilər. Dedi-qodu sevən bir qadın da tapıldı ki, Monfermeylə getmək üçün tənbəllik etməyib,
Tenardye ilə görüĢdükdən sonra geri qayıtdıqda: ―Sərf etdiyim otuz beĢ frankla öz istədiyimə
nail oldum; indi ürəyim sakitdir. UĢağı öz gözümlə gördüm!‖ – dedi.
Bu iĢi görən Viktürnen adında bir ziyanəvər idi. Madam Viktürnen hamının əxlaqına diqqət edən
bir əxlaq qoruqçusu idi. Əlli altı yaĢı vardı; qocalığı üzünün çirkinliyini daha da artırırdı. Səsi
titrək, xasiyyəti dözülməz idi. Bu qadının vaxtilə gənc olduğuna belə inanmaq insana qəribə
gəlirdi. Gəncliyində, 93-cü ilin qızğın günlərində, qırmızı qalpaq geyərək, bernadçılardan
yakobinçilərin tərəfinə keçən bir rahibə ərə getmiĢdi. Bu, arıq, acıqlı, tikanlı, gözüdoymaz,
inadkar və acıdil bir qadındı; o hələ onu dul qoymuĢ və həyatında qorxu və itaət altında
saxlanmıĢ olan rahibini unutmamıĢdı. Ona, rahib iyi verən bir murdar təbiət demək olardı.
Restavrasiya zamanı mömin bir qadın olmuĢdu, o dərəcədə ki, keĢiĢlər belə onun ərə getmiĢ
olduğu rahibin günahından keçdilər. Kiçik bir mülkü vardı və hər yerdə onu ruhani dairəsinə
vəqf edəcəyini bağıra-bağıra söylərdi. Arras yepiskopluğu dairəsində ona xeyli hörmət
bəsləyirdilər. Monfermeylə gedib oradan qayıtdıqdan sonra: ―UĢağı öz gözümlə gördüm‖ –
deyən madam Viktürnen həmin qadındı.
AxtarıĢlara xeyli vaxt sərf olundu. Fantina fabrikdə bir ildən artıq idi ki, iĢləyirdi. Bir gün
emalatxananın nəzarətçisi, cənab merin adından ona əlli frank verib, artıq iĢdən xaric edildiyini
söylədi və yenə cənab merin adından ona Ģəhəri tərk edib getməsini təklif etdi.
Bu o zaman idi ki, Tenardyelər ondan yeddi frank əvəzinə ayda on iki frank istədikdən sonra,
artıq on beĢ frank tələb edirdilər.
Fantina dəhĢətə gəldi. O, heç bir yerə gedə bilməzdi, çünki yaĢadığı otaq və mebel üçün borca
düĢmüĢdü. Əlli frankla o, öz borcunu ödəyə bilməzdi. Bir neçə yalvarıĢlı sözlər söylədi.
Nəzarətçi dərhal emalatxananı tərk edib getməsini əmr etdi. Fantina adi bir iĢçi idi. Ümidsizlik
və xəcalətdən məyus bir halda, emalatxanadan çıxıb evinə getdi. Artıq onun qəbahətini hər kəs
bilirdi.
Fantina hiss etdi ki, artıq özünü müdafiə etməyə taqəti qalmamıĢdır. Kimsə ona cənab merlə
görüĢməyi məsləhət gördü. Fantina cəsarət etmədi. Cənab mer xeyirxah olduğu üçün ona əlli
frank vermiĢ, ədalətli olduğu üçün isə onu fabrikdən qovmuĢdu. Fantina bu qərara tabe oldu.
DOQQUZUNCU FƏSĠL.
Madam Viktürnenin müvəffəqiyyəti.
Demək, rahibin dul arvadı da kara gəldi.
Cənab Madlenin isə bu əhvalatdan, əsla, xəbəri yox idi. Həyatda belə mürəkkəb hallara tez-tez
rast gəlmək olur! Cənab Madlen, adətən, qadın emalatxanasına çox az gələrdi. O, emalatxananın
idarə edilməsini yerli keĢiĢin tövsiyəsi ilə qoca bir qadına tapĢırmıĢdı və buna tamamilə etibar
edirdi. Bu qadın, həqiqətən, hörmətli, ədalətli və mərhəmətli idi, möhkəm qaydalara riayət
edərdi, lakin sədəqə verməyi bacardığı halda, anlamaq və bağıĢlamaq qabiliyyətinə malik
deyildi. Cənab Madlen hər bir iĢi ona tapĢırmıĢdı. YaxĢı adamlar çox zaman öz imtiyazlarını
baĢqalarına etibar etməyə məcbur olurlar. Odur ki, əlində ixtiyarı olan və haqlı olduğuna inanan
nəzarətçi qadın təhqiqat aparmıĢ, iĢi nəzərdən keçirmiĢ, Fantinanı günahkar hesab edib cəzasını
vermiĢdi.
Əlli frank məsələsinə gəlincə nəzarətçi bu pulu ehtiyacı olan iĢçi qadınlara kömək etmək üçün
cənab Madlenin onun ixtiyarına verdiyi məbləğdən götürmüĢdü.
Fantina xidmətçi yeri axtarmağa baĢladı; qapı-qapı gəzdi. Heç kəs onu iĢə götürmək istəmədi.
ġəhərdən çıxıb getməyə imkanı yox idi. Mebel üçün borclu qaldığı alverçi (amma nə mebel idi)
ona dedi ki: ―ġəhərdən qaçıb gizlənsəniz, sizi bir oğru kimi həbs edərlər‖. Otaq üçün borclu
qaldığı ev sahibi ona dedi ki, ―Siz gənc və gözəlsiniz, odur ki, borcunuzu vermək üçün pul tapa
bilərsiniz‖. Fantina əlli frankı ev sahibi ilə alverçi arasında böldü: özünə ancaq ən çox lazım olan
Ģeyi saxlayaraq ev Ģeylərinin dörddəüçünü alverçiyə qaytardı. Artıq iĢsiz, köməksiz qaldı, bir
çarpayısı var idi, amma yüz franka qədər borca girmiĢdi.
ġəhər qarnizon əsgərləri üçün üst köynəkləri tikməyə baĢlayaraq, gündə on iki su qazanırdı.
Qızına gündə on su göndərməli idi. Bax, bu səbəbdən də axır zamanlarda qızı üçün Tenardyeyə
pulu müntəzəm göndərmirdi.
Fantina axĢamlar evə qayıtdığı zaman qonĢu qarının otağında öz Ģamını yandırırdı, bu qarı ona
yoxsul yaĢamağın yolunu öyrətdi. Aza qənaət etməyin axırı heç nə ilə yaĢamaqdır. Bu, iki otaq
kimi bir Ģeydir: otağın biri qaranlıq, o biri isə məzar kimi zülmətdir.
Fantina qıĢda odunsuz keçinməyin yolunu da öyrəndi: iki gündə bir ovuc darı yeyən balaca bir
quĢu belə saxlamaqdan boyun qaçırmağı; tumanı yorğan və yorğanı tuman eləməyi, qonĢu evin
lampasından düĢən iĢıqda axĢam yeməyi yeyərək Ģam yandırmamağı öyrəndi. Yoxsul və
namuslu yaĢayıb qocalan aciz bir insanın bir su puldan nə qədər mənfəət ala biləcəyi kimsənin
ağlına gəlməz. Nəhayət, bu böyük bir məharətə çevrilir. Fantina bu gözəl məharətə vərdiĢ
edərək, bir az ürəkləndi.
Həyatının bu dövründə o bir dəfə qonĢu qadınlardan birinə dedi: ―Bilirsiniz, əgər mən gündə beĢ
saat yatıb qalan saatlarımı tikiĢlə məĢğul olsam, birtəhər özümə çörək pulu qazanaram, həm də
adam məyus olanda, çörək də az yeyir. Nə eybi var! Ġztirab, həyəcan, bir parça çörək bir
tərəfdən, dərd də o biri tərəfdən, bunların hamısı məni doydurar‖.
Bu qədər acı bir həyat Ģəraitində Kozetta yanında olsaydı, Fantina özünü tamamilə xoĢbəxt hiss
edərdi. Gedib onu yanına gətirmək fikrinə düĢdü. Lakin yoxsulluğunu yadına saldıqda, öz
arzusunu boğmağa məcbur oldu. Həm də Tenardyeyə çoxlu borcu var idi. Bu borcu necə ödəyə
bilərdi? Hələ yol xərci! Bunu haradan düzəldəcəkdi?
Fantinaya, təbir caizsə, səfalət dərsi verən Marqarita adlı qarı müqəddəs, həqiqətən, dindar,
yoxsul bir qadın idi; o yoxsullara, hətta varlılara belə hər zaman kömək etməyə hazır idi; savadı
yalnız öz adını – Marqarita – yaza biləcək bir dərəcədə idi; bununla belə Allaha inanırdı, bu isə
savadın ən yüksək dərəcəsidir.
AĢağılarda, həyatın dibində, bir çox belə müqəddəs qadınlar var; bir vaxt olar, onlar yuxarı
qalxarlar. Bu həyatın öz ―sabahı‖ vardır.
Ġlk zamanlar Fantina küçəyə çıxmağa belə cəsarət etmirdi, çox utanırdı.
Küçədə gedərkən yoldan ötənlərin dönüb ona baxdıqlarını və onu barmaqla göstərdiklərini hiss
edirdi; hamı ona baxar və kimsə salam verməzdi; adamların ona qarĢı acı və soyuq nifrəti soyuq
külək kimi iliklərinə qədər iĢləyirdi.
Kiçik Ģəhərdə belə bir çarəsiz qadın camaatın istehzalı baxıĢları altında özünü çılpaq kimi hiss
edir. Parisdə sizi heç olmasa tanıyan olmaz, bu tanınmazlıq da sizin üçün paltarı əvəz edə bilər.
Ah! Parisdə yaĢamağı nə qədər istərdi. Lakin bu mümkün deyildi.
Yoxsulluğa adət etdiyi kimi, bu təhqirlərə də istər-istəməz öyrəĢdi. Buna da yavaĢ-yavaĢ alıĢdı.
Ġki-üç aydan sonra xəcaləti bir tərəfə ataraq, heç bir Ģey olmamıĢ kimi, küçəyə çıxardı. ―Məndə
nə var ki!‖ deyərdi. BaĢını uca qaldıraraq, acı bir təbəssümlə yolçularla qarĢılaĢaraq, getdikcə
arsızlaĢdığını hiss edirdi.
Madam Viktürien bəzən öz pəncərəsindən Fantinanın keçdiyini görüb ―bu murdar məxluqun‖
miskin görünüĢünü seyr edərək, onu bu müsibətə sala bildiyi üçün sevinirdi. Kinli adamların
özlərinə məxsus alçaqcasına sevincləri olur.
ĠĢin ağırlığı Fantinanı yorurdu; onda əvvəldən olan quru öskürək indi ĢiddətlənmiĢdi. Bəzən öz
qonĢusuna deyərdi: ―Əlimə baxın, görəsən, nə üçün belə yanır?!‖
Bununla belə səhərlər öz sıx, ipək kimi yumĢaq saçlarını sınıq bir daraqla darayarkən, bir
dəqiqəliyə nazlanaraq özünü bəxtiyar hesab edirdi.
ONUNCU FƏSĠL.
Müvəffəqiyyətin nəticələri.
Fantina fabrikdən qıĢın ortalarında qovulmuĢdu; yay gəlib keçdi və yenə qıĢ gəldi. Günlər qısa
olduğundan çox iĢ görə bilmirdi. QıĢda isti yox, iĢıq yox, günorta yox; axĢam səhərə qovuĢur,
hava hər zaman dumanlı olur, göy üzünü bulud alır, pəncərədən iĢıq az düĢdüyü üçün otaqda bir
Ģey görmək mümkün olmur! Göy bir bacaya bənzəyir, gündüzlər isə zirzəmi kimi qaranlıq olur.
GünəĢ bir dilənçi kimi görünür. Ġlin ən qorxunc bir fəsli! QıĢ bir Ģeyi daĢa çevirir – göylərin
suyunu da, insanların qəlbini də. Borclular Fantinaya rahatlıq vermirdilər.
Fantina çox az qazanırdı. Borcları getdikcə artırdı. Pulu müntəzəm almadığından acıqlanmıĢ olan
Tenardyenin ona yazdığı məktubların məzmunu onu dəhĢətə salır və poçt xərcləri cibini
boĢaldırdı. Bir dəfə Tenardye balaca Kozettanın qıĢın soyuğunda çılpaq gəzdiyini və isti bir
tumana ehtiyacı olduğunu yazaraq, bunun üçün anasından heç olmasa on frank pul göndərməsini
tələb etmiĢdi. Fantina məktubu alaraq onu bütün günü əlindən yerə qoymadı. AxĢam tindəki
dəllək dükanına gedərək, darağını saçlarından çıxardı. Gözəl sarıĢın saçları süzülərək belinə
qədər düĢdü. Dəllək:
– Nə gözəl saçlar! – dedi.
– Bu saçlara neçə verərsiniz? – deyə Fantina soruĢdu.
– On frank.
– Kəsin.
Fantina bu pula yun bir tuman alıb qızı üçün Tenardyeyə göndərdi.
Bu tuman Tenardyelərin qəzəbinə səbəb oldu. Onlara pul lazımdı. Tumanı Eponinaya verdilər.
Zavallı Torağay isə yenə üĢüyə-üĢüyə qaldı.
Fantina düĢünürdü ki: ―Artıq balam üĢümür. Onu öz saçlarımla geyindirdim‖. Fantina qırxılmıĢ
baĢına yuvarlaq ağ bir təsək geydi, bununla belə yenə də gözəl görünürdü.
Fantinanın qəlbi getdikcə qaralırdı. O, öz qalın saçlarını daramaq səadətindən məhrum edildiyini
görüncə, yavaĢ-yavaĢ bütün aləmə qarĢı nifrət bəsləməyə baĢladı. Əvvəllər o da Madlen babanın
Ģəxsiyyətinə qarĢı hamının hörmət və pərəstiĢinə Ģərik olurdu; lakin öz bədbəxtliyinə Madlenin
səbəb olduğunu və onu iĢsiz qoyub rəhmsizcəsinə fabrikdən qovduğunu, nəhayət, bu hala gətirən
yenə o olduğunu daima düĢündüyündən, hamıdan artıq ona qarĢı nifrət bəsləməyə baĢladı.
Ġstirahət saatlarında fəhlələr darvaza qarĢısında durduqları zaman fabrikin yanından keçərkən,
Fantina qəsdən ucadan gülərək mahnı oxuyardı.
Qoca bir fəhlə qadın bir dəfə onun nəğmə və qəhqəhəsini eĢitdikdə: ―Bu qızın axırı pis olacaq‖
demiĢdi.
Bir dəfə Fantina, qəlbində hiss etdiyi bir dəliliklə, ilk təsadüf etdiyi bir adamı sevmədən, özünə
aĢna qəbul etdi. Bu avara bir çalğıçı, alçaq, tənbəl və çaĢqın bir adamdı, Fantinanı tez-tez
döyərdi, çox çəkmədən, birləĢərkən eynən Fantinanın ona bəslədiyi nifrətlə onu buraxıb getdi.
Fantina uĢağını son dərəcə sevirdi.
Süqut etdikcə, həyatı get-gedə qaranlıqlaĢdıqca, bu balaca məsum mələyə qarĢı qəlbindəki
məhəbbəti də daha parlaq bir surətdə yanırdı. Öz-özünə: ―Varlandığım zaman Kozetta öz
yanımda olacaq‖ deyib gülərdi. Öskürəyi kəsilmir və bədəni tez-tez tərləyirdi.
Bir dəfə Tenardyedən aĢağıdakı məzmunda bir məktub aldı: ―Kozetta bizim yerlərdə yayılan
yoluxucu xəstəliyə tutulmuĢdur. Buna səpkili qızdırma deyirlər. Bahalı dərmanlara ehtiyac var.
Bu xərclər bizi var-yoxdan çıxarıb, daha dərman almağa mümkünümüz yoxdur. Əgər bir həftə
ərzində qırx frank pul göndərməsəniz, qızınız öləcəkdir.‖
Fantina qəhqəhə ilə gülüb, qonĢu qadına dedi:
– Bunlar lap dəli olublar! Qırx frank! Bu, iki napoleondor deməkdir. Mən bunu haradan
alacağam? Doğrudan da, bu kəndlilər nə axmaq adamdırlar!
Bununla belə otaqdan çıxıb pilləkənin baĢındakı kiçik pəncərənin qabağında məktubu bir daha
oxudu.
Sonra pilləkənlə düĢüb, gülməyində davam edərək atıla-atıla küçə ilə yüyürdü.
Yolçulardan biri ondan soruĢdu
– Sizə nə olub ki, kefiniz belə kökdür?
O cavab verdi:
– Mən kənddən axmaq bir məktub almıĢam. Məndən qırx frank pul istəyirlər. Kəndlidirlər, fayda
verməz!
Meydandan keçərkən, camaatın qəribə Ģəkilli bir araba ətrafında toplaĢdığını gördü; arabada
qırmızı paltarlı və ucadan danıĢan bir adam durmuĢdu. Bu adam süni diĢ düzəldən, cürbəcür toz
və dərmanlar satan fırıldaqçı bir diĢ həkimi idi.
Fantina da camaata qarıĢaraq bu adamın qara camaat üçün kobud sözlər, kübar adamlar üçün isə
anlaĢılmaz lətifələr söyləməsinə hamı ilə birlikdə qəhqəhə çəkib gülməyə baĢladı. DiĢ həkimi
gülən qızı görüb birdən ona müraciətlə səsləndi:
– Nə gözəl diĢlərin var, ay güləyən qız! Tiyələrindən ikisini mənə satsan, hər biri üçün sənə bir
napoleondor verərəm.
Fantina:
– Bu nə deməkdir? Siz tiyə nəyə deyirsiniz? – deyə soruĢdu.
– Tiyə qabaq diĢlərə deyirlər, – deyə diĢ həkimi vüqarla cavab verdi. – Ġki qabaq diĢinizi satın.
Fantina:
– Nə dəhĢətli bir Ģey – deyə bağırdı.
Arxa tərəfdə duran diĢsiz bir qarı:
– Ġki napoleondor! – deyə mızıldandı. – Bəxti yaman gətirib!
Fantina arxasınca çığırmaqda olan diĢ həkiminin xırıltılı səsini eĢitməmək üçün qulaqlarını
tıxayaraq qaçdı. Bu adam isə bağırırdı:
– YaxĢı fikirləĢ, gözəl xanım! Ġki napoleondor az deyil! Razı olsanız, axĢam ―GümüĢ göyərtə‖
mehmanxanasına gəlin, mən orada olacağam.
Fantina acıqlı halda evə qayıtdı və əhvalatı qonĢusu Marqaritaya söylədi.
– Görürsünüz, – dedi, – belə də cəllad olar? Bu cür adamlara Ģəhərləri gəzməyə niyə izn verirlər?
Ġki qabaq diĢimi çıxarmaq! Onda mən lap eybəcər bir qız olaram! Saçlarım yenə uzanar, amma
diĢlərim! Ah cəllad! Mən altıncı mərtəbədən özümü baĢı aĢağı ataram, amma ―GümüĢ göyərtə‖
mehmanxanasına getmərəm.
Marqarita:
– DiĢlərin üçün o sənə nə qədər verirdi? – deyə soruĢdu:
– Ġki napoleondor.
– Bu qırx frank edir.
– Bəli, – deyə Fantina cavab verdi, – qırx frank.
Fantina dərin fikrə gedib iĢləməyə baĢladı. On beĢ dəqiqədən sonra iĢini atıb Tenardyenin
məktubunu bir də oxumaq üçün pilləkənə çıxdı.
Geriyə qayıtdıqda burada iĢləyən Marqaritaya dönərək dedi:
Səpkili qızdırma nə deməkdir? Bilirsinizmi?
Qoca arvad:
– Bu bir xəstəlikdir, – dedi.
– Bunu sağaltmaq üçün çoxmu dərman lazımdır?
– Bəli, çox dərman lazımdır.
– Bu xəstəlikdən adamın harası ağrıyır?
– Hər yeri, bütün bədəni ağrıyır.
– Bu uĢaqlarda da olurmu?
– Hamıdan çox uĢaqlarda olur.
Bu xəstəlikdən ölən olurmu?
– Ölən çox olur, – deyə Marqarita cavab verdi.
Fantina küçəyə çıxdı və məktubu bir də oxudu.
AxĢam evdən çıxdı; adamlar onun çoxlu meyxanası olan Paris küçəsinə doğru getdiyini gördülər.
Ertəsi gün səhər tezdən Marqarita adəti üzrə iĢləmək üçün Fantinanın otağına girdikdə (bunlar
yalnız bir Ģam yandırmaq üçün bir yerdə iĢləyirdilər), Fantinanın rəngi qaçmıĢ və donmuĢ bir
halda çarpayıda oturduğunu gördü. Fantina heç yatmamıĢdı. Təsəyi baĢından dizi üstünə
düĢmüĢdü. Bütün gecəni yanan Ģam qurtarmaq üzrə idi.
Marqarita bu qorxunc halı görüncə heyrət içində astanada dayanaraq:
– Aman Allah! – deyə bağırdı. – ġam yanıb qurtarmıĢ! Yoxsa bir müsibət olmuĢdur?
Sonra saçı vurulmuĢ baĢını ona tərəf çevirən Fantinaya baxdı. Bu gecənin ərzində Fantina on il
qocalmıĢdı. Marqarita heyrətlə:
– Aman, ya rəbbi! Fantina, sənə nə olmuĢdur? – dedi.
– Heç bir Ģey, – deyə Fantina cavab verdi. – Əksinə, mən çox xoĢbəxtəm, çünki qızım bu
qorxunc xəstəlikdən artıq ölməyəcəkdir.
Ona dərman alacaqlar. Mən məmnunam.
Fantina masanın üzərində parlayan iki napoleondoru qarıya göstərdi.
– Ah, ya rəbbi! – deyə Marqarita yenə bağırdı. – Bu ki, böyük bir sərvətdir! Bu qızılları haradan
aldın?
– Tapdım, – deyə Fantina cavab verdi.
O, bu sözləri deyərkən gülümsədi. ġamın Ģöləsi üzünü iĢıqlandırdı. Bu, qanlı bir təbəssüm idi.
Dodaqlarının kənarında qanlı tüpürcək, ağzında isə qara bir deĢik göründü.
Ġki qabaq diĢi çıxarılmıĢdı.
Fantina Monfermeylə qırx frank göndərdi.
Lakin qızın xəstələnməsi yalnız Tenardye tərəfindən uydurulmuĢ bir hiylə idi. Kozetta xəstə
deyildi.
Fantina güzgüsünü pəncərədən bayıra atdı. O, üçüncü mərtəbədə olan otağını çoxdan buraxmıĢ
və damın lap altındakı kiçik bir çardaqda yerləĢmiĢdi, bu yer, tavanı döĢəmənin kənarları ilə
birləĢərək bir bucaq təĢkil edən və hər bir zaman baĢınıza toxunan hindən baĢqa bir Ģey deyildi.
Yoxsul adama istər öz həyatının sonuna qədər, istərsə də otağının sonuna qədər getmək üçün
ikiqat əyilmək lazım gəlir. Fantinanın artıq çarpayısı yox idi, yalnız yorğan adlandırdığı bir
cındırı qalmıĢdı, yerdə bir döĢək, küncdə isə həsirdən cırıq bir stulu vardı. Dibçəkdə əkilmiĢ
çiçək quruyub otağın bir küncünə atılmıĢdı. Otağın o biri küncündə bir yağ küpü vardı, indi onun
içinə su tökürdü. QıĢda küpdəki su donduğu üçün küpün divarlarında buz dairəcikləri əmələ
gəlirdi. Həyasını itirən Fantina, naz-qəmzəsini də itirmiĢdi. Bu, səfalətin son pilləsi idi. Kirli bir
təsək geyərək küçəyə çıxardı. Vaxtının azlığındanmı və ya əhəmiyyət vermədiyindənmi, hər
nədən isə paltarını yamamazdı. Corabının altı cırıldıqca, cırıq yerini ayaqqabının içinə soxardı,
bunu corabda əmələ gələn çirkin qırıĢıqlardan görmək olardı. DağılmıĢ korsetini bez parçaları ilə
yamardı, lakin azacıq tərpənən kimi bunlar cırıq-cırıq olurdu. Borcluları onu rahat buraxmır və
daim onunla qalmaqal salırdılar. Bunlar onu hər vaxt küçədə qabaqlar və ya pilləkənin ayağında
gözlərdilər. Gecələri göz yaĢları və ağır düĢüncələr içində keçirirdi. Gözlərində qəribə bir parıltı
görünürdü, sol kürəyinin üstündə ağır bir ağrı vardı. Öskürək onu təngə gətirmiĢdi. Madlen
babaya dərin bir nifrət bəsləyirdi, lakin öz taleyi üçün kimsəyə Ģikayət etməzdi. Gündə on yeddi
saat çalıĢaraq tikiĢ tikərdi, lakin bir gün dustaq qadınların iĢini idarə edən və onları çox alçaq
muzdla iĢlədən podratçı köynək tikmək muzdunu birdən-birə o qədər aĢağı saldı ki, kənarda
iĢləyən bir dərzi qadının gündəlik muzdu doqquz sudan çox olmurdu. On yeddi saatlıq iĢ günü
üçün doqquz su! Borcluların mərhəmətsizliyi get-gedə artırdı. Ev avadanlığının demək olar ki,
hamısını geri almıĢ olan mebel satıcısı daim təkrar edərək: ―Ay həyasız, bəs borcunu nə vaxt
verəcəksən?‖. Ya rəbbi, bu adamlar ondan nə istəyirdi! O, özünü daim təqib edilən bir insan kimi
hiss edirdi, ona görə də halı vəhĢi heyvanların halına oxĢayırdı. Elə bu vaxtlarda o, Tenardyedən
bir məktub aldı, məktubda Tenardye, bu qədər gözləməkdə həddindən artıq mərhəmətli olduğunu
xəbər verərək, ondan yüz frank pul tələb edirdi; bu pulu göndərməsə, Kozetta keçirmiĢ olduğu
ağır xəstəlikdən yenicə qurtulmağa baĢlamıĢdırsa da onu küçəyə, soyuğa atacaqlarını yazırdı,
küçədə qaldıqdan sonra da soyuq və aclıqdan məhv olub gedəcəkdir, özü bilsin. Fantina öz-
özünə düĢündü: ―Yüz frank! Lakin gündə heç yüz su qazanmaq üçün bir sənət vardırmı?‖.
– Nə olsun ki! Özümü sataram! – dedi və zavallı qız fahiĢə oldu.
ON BĠRĠNCĠ FƏSĠL.
Christus nos liberavit.
Fantinanın keçirdiyi macəra nədir? Bu macəra qul satın alan cəmiyyətin macərasıdır.
Cəmiyyət bu qulları kimdən satın alır? Səfalətdən.
Aclıqdan, soyuqdan, yalqızlıqdan, kimsəsizlikdən, ehtiyacdan satın alır. Bu olduqca kədərli bir
alverdir. Ġnsan qəlbi bir parça çörəyə satılır. Səfalət təklif edir, cəmiyyət isə bu təklifi qəbul edir.
Həzrət Ġsanın müqəddəs hədisi bizim mədəniyyətimizi idarə edir, lakin bu hədis hələ
mədəniyyətə sirayət etməmiĢdir. Deyirlər ki, köləlik Avropa mədəniyyəti sayəsində yox
olmuĢdur. Bu səhv fikirdir. Köləlik hələ də mövcuddur, lakin onun ağırlığı indi yalnız qadınların
üzərinə düĢür ki, buna da fahiĢəlik deyirlər.
Köləliyin ağırlığı qadın üzərinə, yəni zəriflik; gözəllik, analıq üzərinə düĢür. Bu hal bütün kiĢilər
üçün bir ləkə, həm də ən böyük bir ləkədir.
Hekayə etdiyimiz bu kədərli faciə elə bir dərəcəyə gəlib çatmıĢdı ki, artıq əvvəlki Fantinadan heç
bir Ģey qalmamıĢdı. Palçığa düĢən qadın dönüb daĢ olur. Bu daĢa bir əl toxunarsa, soyuğun
Ģiddətindən geri çəkilər. Bu qadın sizin yanınızdan ötər, sizə dözər, lakin sizi tanımaz! Onun
namusu ləkələndiyi üçün sərt bir qadın olmuĢdur. Həyat və ictimai quruluĢ ona son hökmünü
vermiĢdir. Taleyinə yazılmıĢ bütün hadisələr, artıq onun baĢına gəlmiĢdir. O, hər bir müsibəti
görmüĢ, hər bir Ģeyə qatlaĢmıĢ, hər bir Ģeyi duymuĢ, həmiĢə əzab və iĢgəncə çəkmiĢ, hər bir
Ģeyindən məhrum olmuĢ, hər bir Ģey üçün yas saxlamıĢdı. Ölüm yuxuya nə qədər bənzərsə, o da
laqeydliyə bənzəyən bir itaətkarlıqla öz taleyinə tabe olmuĢdu. O, artıq heç bir Ģeydən çəkinməz.
O, artıq heç bir Ģeydən qorxmaz. Bütün göylərin qarı-yağıĢı üstünə tökülsə, bütün dənizlər onun
baĢı üzərindən aĢıb-daĢa belə, ondan ötrü heç bir fərqi yoxdur! Ona nə var ki? O, həddindən artıq
islanmıĢ bir süngərə bənzər.
Hər halda, o, özü belə zənn edir, lakin insanlar öz taleyinin baĢa çatdığını və qəm kasasının artıq
dolduğunu zənn edirlərsə, yanılmıĢ olarlar.
Heyhat! Ġntizamsız bir Ģəkildə irəliyə doğru sürüklənən, bu talelərin mənası nədir? Onlar haraya
gedirlər? Nə üçün bu insan taleləri elə deyil, belədir?
Bu sirri bilənin gözləri qaranlıqda da görər.
Bu sirrə agah olan varsa, o da Allahdır!
ON ĠKĠNCĠ FƏSĠL.
Cənab Bamatabuanın boĢ vaxtları.
Bütün balaca Ģəhərlərdə olduğu kimi, Monreyldə də elə gənclər vardır ki, Parisdə özlərinə bənzər
tüfeylilər ildə iki yüz min franklıq bir məbləği təĢəxxüslə sərf etdikləri kimi, bunlar da eyni
təĢəxxüslə min beĢ yüz livr pulu sərf edirlər; onlar heç bir iĢə yaramadıqları üçün heçlikdən
baĢqa bir Ģey deyildirlər; bu cür tüfeylilərin bir az torpağı, bir az axmaqlığı, bir az ağlı vardır;
salonlarda özlərini cahil göstərər, meyxanalarda isə alicənab sayarlar. Daim ―mənim torpaqlarım,
mənim meĢələrim, mənim kəndlilərim‖ deyərlər; aktrisaları teatrda fıĢqırığa basarlar ki, zövq
sahibi olduqlarını göstərsinlər; qarnizon zabitlərinə sataĢarlar ki, igid olduqlarını, ova
getdiklərini, tütün çəkdiklərini, əsnədiklərini, içdiklərini, tütün qoxusu verdiklərini, bilyard
oynadıqlarını sübut etsinlər; dilicanlardan düĢən sərniĢinləri seyr edirlər; gecələrini, gündüzlərini
qəhvəxanalarda keçirirlər, meyxanalarda nahar edərlər, masa altında sümük gəmirmək üçün də it
saxlar, süfrəyə xörək qoymaq üçün də aĢna saxlarlar; bir qəpik üçün çənə döyərlər, dəb haqqında
ifrat dərəcəyə vararlar, faciəli oyunlara heyran qalarlar, qadınlara nifrət edərlər, köhnə
çəkmələrini yırtılınca geyərlər. Paris gözü ilə baxaraq Londona, Ponta-Muson gözü ilə baxaraq
Parisə təqlid edərlər, qocalanda büsbütün keyləĢərək heç bir iĢ görməzlər, heç bir xeyrə-Ģərə
yaramazlar, ancaq özlərinin də baĢqasına bir o qədər zərəri olmaz.
Cənab Feliks Tolomes də, öz əyalətindən heç bir zaman çıxmasaydı və Parisə bir dəfə belə
gəlməmiĢ olsaydı, bu cür ağalardan biri olacağına Ģübhə yoxdur.
Əgər bunlar bir az da varlı olsaydılar, onlara: ―Modabazlar‖ deyərdilər, yoxsul olsaydılar
―Tənbəldir‖ deyərdilər. Lakin, əslində, bunlar müftəxor idilər. Bu müftəxorların bəziləri
damaqsız görünür, bəziləri darıxır, bəziləri isə xəyalpərəst olur; bəzən bunların içərisində
qəribələrinə də rast gəlmək mümkündür.
O zaman ―modabaz‖, adətən, bundan ibarət olardı: yaxalıqları dik, qalstukları enli, saatları
zəncirli, bir-birinin üstündən geyilmiĢ jiletləri üç rəngli olardı, göy və qırmızı jilet altdan
geyilirdi. Bundan baĢqa, beli nazik, yaĢıla çalan sarı rəngli frakları olardı ki, bunların da uzun,
ucları ĢiĢ ətəkləri, iki sıraya sıx düzülmüĢ və çiyninə qədər uzanmıĢ gümüĢ düymələri olardı;
Ģalvarları da bir az açıq-yaĢıl rəngli olardı və yanlarını birdən on birə qədər ipək kantlar
bəzəyərdi. On birdən artıq isə kant olmazdı, təsviri tamamlamaq üçün dabanlarına dəmir nal
vurulmuĢ gödək boğaz çəkmələrini, kənarları ensiz silindrlərini, topa saçlarını, iri əsalarını və
Pote cinasları ilə dolu danıĢıqlarını əlavə etməlidir. Bütün bunları qəĢəng bağlar və mahmızlar
tamamlayırdı. O illərdə bığ qoymaq sivil adamlara, mahmızlar isə piyadalara aid bir xüsusiyyət
idi.
Əyalət ―modabazlarının‖ mahmızları uzun, bığları isə heybətli olardı.
―Modabazların‖ bu qiyafəti Cənubi Amerika respublikalarının Ġspaniya Kralı ilə, Bolivarın
Morilo ilə mübarizə apardığı zamanlara aid idi. Kənarlara ensiz Ģlyapalar royalistlərə məxsus
olduğu və ―morilos‖ adlandırıldığı halda, liberallar ―bolivar‖ adlanan kənarları enli Ģlyapalar
qoyardılar.
Qabaqkı səhifələrdə təsvir etdiyimiz hadisələrdən səkkiz-on ay sonra ,1823-cü il yanvar ayının
əvvəllərində bir axĢam təzəcə yağmıĢ qarla örtülü bir küçədə, baĢında ―morilos‖ Ģlyapa olduğu
üçün ―etibarlı‖ adamlardan sayılan bu frantlardan, avaralardan biri o zamanlar dəbdə olan enli
bir plaĢ geyərək, qəhvəxana qarĢısında dolaĢan qadınlardan birini ələ salmaqla əylənirdi. Bu
qadın açıq bal paltarı geymiĢ, saçlarına çiçək taxmıĢdı, zabitlər qəhvəxanasının vitrinası
qabağında gəzinirdi. ġıq geyimli cənab siqar çəkirdi, çünki dəb bunu tələb edirdi.
Qadın hər dəfə onun yanından keçdikdə, Ģıq geyimli cənab siqarından onun üzünə ağız dolusu
tüstü buraxaraq, çox məzəli və Ģən zənn etdiyi sözlər və təhqirlər yağdırırdı. Məsələn, ―Sən nə
idbarsan! Ġtilib getsənə! DiĢsiz ifritə!‖ və sair sözlər deyirdi. Bu cənabın adı Bamatabua idi.
Həzin bir xəyala bənzəyən bu qadın ona heç cavab vermir, qarın üzərində oyan-buyana gedib-
gələrək, bu cənabın təhqir və istehzalarına əhəmiyyət belə vermədən, səsini çıxarmadan
gəzinməkdə davam edərək, hər beĢ dəqiqədən bir dönür və sıradakı əsgərlər tərəfindən qatarlama
döyülən bir əsgər kimi onun yeni təhqirini dinləyirdi. Qadının əhəmiyyət verməməsi avara
adama toxunduğundan, qadın, o biri tərəfə döndükdə, fürsət taparaq xəlvətcə ona yanaĢdı və
gülməyini boğaraq əyildi, bir ovuc qar götürüb qadının çılpaq kürəkləri arasına basdı. Qız qıy
çəkdi, geriyə dönərək qızmıĢ bir bəbir kimi kiĢinin üstünə atıldı, iti dırnaqlarını üzünə batırdı;
yalnız sərxoĢ əsgərlərin uydura biləcəkləri kobud sözlərlə onu söyməyə baĢladı. Bu söyüĢlər
arağın təsirindən boğuq çıxan bir səslə söylənirdi; iyrənc sözləri fıĢıltı ilə yağdıran açıq dodaqlar
arasından iki qabaq diĢinin boĢ yeri görünürdü. Bu qız Fantina idi.
Bu gurultuya qəhvəxanadan bir dəstə zabit çıxdı; yoldan ötənlər toplandı. Adamlar kiĢi ilə
qadından ibarət olan bu səhnəni divar kimi əhatə etdilər; hamı bağırıĢır, gülüĢür, əl çalır, boğuĢan
bu iki adama tamaĢa edirdi; kiĢinin Ģlyapası baĢından yerə düĢmüĢdü, o üzərinə yağan
zərbələrdən özünü qorumağa çalıĢırdı, qadın isə baĢı açıq, saçsız, diĢsiz, qəzəbindən gömgöy
göyərmiĢ, dəhĢətli bir halda qıĢqıraraq, onu əlləri ilə, ayaqları ilə döyəcləyirdi.
Birdən camaatın arasından uzun boylu bir adam irəliləyib, qadının palçığa batmıĢ atlaz paltarının
döĢündən yapıĢaraq: ―Dalımca gəl‖ dedi.
Qadın baĢını qaldırdı, qəzəbli səsi birdən kəsildi. Gözləri bir nöqtəyə dikilərək, mat qaldı;
acığından gömgöy olmuĢ üzü ölü sifəti kimi saraldı. Qorxusundan bütün bədəni tir-tir əsdi.
Qadın Javeri tanıdı.
ġıq geyimli cənab isə fürsətdən istifadə edib əkildi.
ON ÜÇÜNCÜ FƏSĠL.
ġəhər polis idarəsinə aid olan bəzi məsələlərin həlli.
Javer camaatı yararaq, zavallı qadını sürüyə-sürüyə, iri addımlarla meydançanın o biri tərəfində
olan polis idarəsinə doğru getdi. Qadın heç bir müqavimət göstərmədən onun ardınca gedirdi.
Javer də, qadın da heç dinmirdilər. Avara adamlar gülüĢə-gülüĢə, bağıraraq, kinayəli sözlər
ataraq, qara bir bulud kimi onları ötürürdülər. Ġnsan müsibəti nə qədər böyük olarsa, söyüĢlər və
təhqirlər də o qədər Ģiddətli olur.
Alçaq bir otaqdan ibarət olan, bir peçlə qızdırılan və qarovulçularla mühafizə edilən polis
idarəsinə çatdıqda, Javer barmaqlıqlı ĢüĢəbənd qapını açdı və Fantina ilə bərabər içəri girib
ümidləri puç olan camaatın üzünə qapını örtdü; maraqlananlar pəncələri üstə qalxaraq,
boyunlarını uzadır, içəridəki hadisəni tutqun ĢüĢənin arasından seyr edirdilər. Marağın gözü ac
olar, görmək də yemək kimi bir Ģeydir.
Fantina içəri girərək aciz və dilsiz bir halda yerə oturub, otağın bir bucağına qısıldı, qorxmuĢ bir
it kimi büzüĢüb qaldı.
Növbətçi serjant yanan bir Ģam gətirərək, masanın üstünə qoydu. Javer oturdu, cibindən möhürlü
bir kağız çıxarıb yazmağa baĢladı.
Fantina kimi qadınları qanunlarımız büsbütün polisin ixtiyarına vermiĢdir. Polis bunlarla nə
istəyirsə edir, kefi istədiyi kimi onlara cəza verir, onları iki kədərli nemətdən, yəni öz peĢələri
adlandırdıqları iĢi görmək haqqında və azadlıqdan məhrum edir. Javerin görünüĢü çox laqeyd
idi, üzündə ciddiyyətdən baĢqa heç bir hissiyyat əlaməti görünmürdü, halbuki ciddi və dərin bir
fikrə dalmıĢdı. Elə bir dəqiqə gəlib çatdı ki, o öz vicdan sədasına qulaq asaraq, tamamilə sərbəst
bir surətdə dəhĢətli və hüdudsuz bir hökm verməli idi. Hiss edirdi ki, bu saat əlində böyük bir
ixtiyar var, adi bir polis agentinin hökmü tam bir məhkəmə hökmünə bərabərdir. Javer məhkəmə
qururdu. Məhkəmə qurur və hökm çıxarırdı. QarĢısındakı böyük məsələni düzgün həll etmək
üçün bütün əqlini, qabiliyyətini toplayırdı. Bu qadının tutduğu iĢi bütün təfsilatı ilə düĢündükcə,
daha da hiddətlənirdi. Bir az bundan əvvəl baĢ vermiĢ bir cinayətin Ģahidi olmuĢdu, bu, Ģübhəsiz
idi. Orada küçənin ortasında mülk sahiblərindən və seçicilərdən olub nəcabətli cəmiyyətin
nümayəndəsi olan bir Ģəxsin yaramaz bir qadın, cəmiyyətdən büsbütün kənar bir qadın tərəfindən
təhqir olunduğunu görmüĢdü. FahiĢə, bir burjuaya əl qaldırmıĢdı. Javer bu müdhiĢ hadisəni öz
gözü ilə görmüĢdü. O sükutunu pozmadan yazırdı.
Yazıb qurtardıqdan sonra kağıza qol çəkdi, sonra onu qatlayaraq növbətçi serjanta verib, dedi:
– Üç əsgər götürüb bu qızı həbsxanaya aparın! – Sonra Fantinaya tərəf dönərək əlavə etdi: –
Orada altı ay yatacaqsan.
Zavallı qadın diksindi.
– Altı ay! Altı ay həbsxanada yatmaq! – deyə bağırdı, – altı ay gündə yalnız yeddi su qazanmaq?
Bəs Kozetta nə olacaq? Bəs mənim qızım? Mənim qızım? Axı mənim Tanerdyeyə yüz frankdan
artıq borcum var, bunu bilirsinizmi, cənab müfəttiĢ?
O, polis nəfərlərinin palçıqlı çəkmələrindən kirlənmiĢ daĢ döĢəmə üzərində dizi üstə sürünür və
dərin bir ümidsizliklə yalvarırdı:
– Cənab Javer, yalvarıram sizə, rəhm edin. Ġnandırıram sizi ki, təqsir məndə deyil. Əvvəldən siz
orada olsaydınız görərdiniz ki, mən doğru, deyirəm. Allaha and olsun, müqəssir mən deyiləm.
Tanıdığım o cənab, heç bir səbəb olmadan, kürəyimə qar tökdü. Küçədə sakit gəziĢdiyimiz,
kimsəyə toxunmadığımız bir halda, boynumuzun ardına qar basmağa kimin ixtiyarı var? Bu
hərəkət mənə yaman toxundu. Bilirsiniz, mən bir az xəstəyəm! Həm də o, çoxdan mənə sataĢırdı.
―Ġdbarın biri, ağzında diĢləri yoxdur‖ deyirdi. Mən onsuz da bilirəm ki, diĢlərim yoxdur. Heç bir
Ģey eləmir və öz-özümə düĢünürdüm: ―Bu cənab bir az əylənmək istəyir‖. Mən ona qarĢı özümü
yaxĢı aparırdım və heç bir söz demirdim. Birdən o, kürəyimə qar topası basdı. Cənab Javer,
mərhəmətli cənab müfəttiĢ! Bayırda söylədiyim Ģeyləri görüb və doğruluğuma Ģahid olacaq bir
adam yoxdurmu? Mən gərək qızıĢmayaydım. Ancaq, bilirsinizmi, adam əvvəlcə özünü saxlaya
bilmir. Ġstər-istəməz qızıĢır. Xüsusən, kürəyinə qəflətən soyuq qar basdıqda... O cənabın
Ģlyapasını əzməkdə mən yaxĢı iĢ görmədim. O nə üçün getdi? Mən ondan üzr istərdim. Aman
Allah, gündə yeddi su! Üzr istəmək çətin Ģey deyil. Cənab Javer, məni bu dəfə bağıĢlayın. Axı
siz yaxĢı bilirsiniz ki, həbsxanada yalnız gündə yeddi su qazanmaq olur, burada hökumətin
təqsiri yoxdur, axı mənim yüz frank borcum var. Verməsəm qızcığazımı gətirib üstümə
atacaqlar. Pərvərdigara! Mən uĢağımı yanımda saxlaya bilmərəm, mənim gördüyüm iĢ o qədər
murdar bir iĢdir ki!.. Ah, mənim Kozettam! Ah, mənim balam, müqəddəs mələyim, sənin halın
necə olacaq! Ah, gözümün iĢığı! Bilirsiniz, bu Tenardyelər adi bir kəndlidirlər. Meyxana
saxlayırlar, onlara heç bir Ģey qandırmaq olmur. Onlara ancaq bir Ģey lazımdır ki, o da puldur.
Məni həbsxanaya salmayın! Axı mənim balamı qıĢın soyuğunda çölə atarlar. Ona yazığınız
gəlsin, cənab Javer, siz mərhəmətli adamsınız. O böyük olsaydı, öz-özünü dolandırardı, lakin
hələ balacadır. Mən, əslində pis qadın deyiləm, məni bu hala salan nə tamahkarlıqdır, nə də
qorxaqlıq. Araq içsəm də dərdimin çoxluğundan içirəm; mən arağı sevən deyiləm, ancaq o,
dərdimi dağıdır. Mənim yaxĢı vaxtlarımı görsəydiniz, ədabaz olmadığımı, nizam-qayda
sevdiyimi anlardınız. Dolabım paltarla dolu olardı. Cənab Javer, mənə yazığınız gəlsin!
Fantina bu sözləri ikiqat əyilib, dizi üstündən qalxmayaraq, yaĢarmıĢ gözləri ilə heç bir Ģey
görməyərək danıĢırdı. Əllərini ovaraq, yarıçılpaq sinəsinə sıxırdı, quru və qırıq-qırıq öskürdüyü
üçün səsi can verən adamların qorxunc pıçıltısı kimi yavaĢcadan çıxırdı. Böyük kədər zavallı
adamların üzünə nur salan ilahi və qorxunc bir qüvvədir. Bu halda Fantina yenə gözəl
görünürdü. Arabir sükut edərək miskincəsinə casusun ətəyini öpürdü. Onun yalvarıĢları daĢ
qəlbləri belə yumĢalda bilərdi, lakin ağac bir qəlbi yumĢaltmaq mümkün deyildir.
Javer:
– YaxĢı, yetər, – dedi, – dediklərinə qulaq asdım! Gərək ki, nə lazımsa hamısını söylədin. Di get.
Altı ay həbsxanada yatacaqsan; lap Allahın özü də burada bir iĢ görə bilməz.
Javer ―lap Allahın özü də burada bir iĢ görə bilməz‖ sözlərini təntənəli bir surətdə dedikdə,
Fantina hökmün artıq verilmiĢ olduğunu hiss etdi. O lap soyuq döĢəmənin üzərinə düĢərək:
– Rəhm edin – deyə yalvardı.
Javer arxasını ona çevirdi.
Əsgərlər Fantinanın qollarından yapıĢdılar.
Bir neçə dəqiqə bundan əvvəl bir adam gözə çarpmadan otağa girmiĢdi. O, qapını örtdükdən
sonra ona söykənib Fantinanın ümidsiz yalvarıĢlarını dinləmiĢdi.
Əsgərlər dizi üstündən qalxmaq istəməyən zavallı qadının qollarını tutub bağlamaq istədikləri
zaman bu adam qaranlıqdan çıxaraq bir addım irəli yeridi və:
– Bir dəqiqə dayanın! – dedi.
Javer baĢını qaldırıb cənab Madleni tanıdı. ġlyapasını götürdü, məcburiyyətlə salam verərək
təəssüflə dedi: – BağıĢlayın, cənab mer...
Bu ―cənab mer‖ sözləri Fantinada qəribə bir təsir buraxdı. O, birdən-birə ayağa qalxdı, yerin
altından çıxan bir kabus kimi dikəldi. Əlləri ilə əsgərləri itələyərək, cənab Madlenə yaxınlaĢdı və
dik-dik üzünə baxaraq bağırdı:
– Aha! Cənab mer, sənsən?!
Bu sözləri deyərkən vəhĢi bir qəhqəhə ilə güldü və cənab Madlenin üzünə tüpürdü.
Cənab Madlen üzünü silərək:
– MüfəttiĢ Javer, bu qadını azad edin, – dedi.
Javerə elə gəldi ki, ağlını itirir. Bir dəqiqə özündə bir-birinin ardınca bütün ömrü boyu
keçirməmiĢ qüvvətli ruhi sarsıntılar hiss etdi. Bir fahiĢənin merin üzünə tüpürdüyünü görmək o
qədər dəhĢətli bir hadisə idi ki, o, öz xəyalında belə Ģeyi təsəvvür etməyə cürət etməzdi. Bununla
bərabər fikrinin dərin bir guĢəsində bu qadının kim olduğunu və cənab merin vaxtilə kim
olduğunu düĢünərək, bu fahiĢənin onun üzünə tüpürməsini tamamilə təbii bir Ģey kimi dumanlı
bir Ģəkildə təsəvvür etməyə baĢladı və özündə nifrət duydu. Sonra bu merin, dövlət məmurunun
sakit bir halda üzünü silib, ―Bu qadını azad edin!‖ dediyini eĢitdikdə, Javer birdən-birə çaĢıb
qaldı. O düĢünmək və daĢınmaq qabiliyyətini itirdi. Heyrəti son dərəcəyə varmıĢdı. Dili
tutulmuĢdu.
Bu sözlər Fantinaya böyük təsir bağıĢladı. O, baĢı gicəlmiĢ adam kimi, çılpaq qolunu qaldırıb
peçin çıxıntısından yapıĢdı. Sonra ətrafına boylanaraq öz-özünə danıĢır kimi yavaĢca dedi:
– Azad etmək! Məni azad etmək! Demək, altı ay həbsxanada yatmayacağam! Bunu kim dedi?
Yox, bunu heç kəs demədi, yəqin, səhv eĢitmiĢəm. Bu cəllad mer bu sözləri deyə bilməzdi! Yox,
bunu siz söylədiniz, mənim əziz ağam Javer, siz əmr verdiniz ki, məni azad etsinlər? Qoyun mən
bu saat sizə hər Ģeyi nağıl edim, onda siz məni azad edərsiniz. Mənim bütün bədbəxtliklərimin
səbəbi bu cəllad sifətli, bu qoca və alçaq merdir! Ġnanın ki, cənab Javer, məni fabrikdən o qovdu,
emalatxanada ağalıq edən yaramaz qadınların dedi-qoduları ucundan məni oradan qovdu. Bu,
dəhĢətli Ģey deyilmi? Namusla çalıĢan yoxsul bir qızı iĢdən qovmaq! Qovduqdan sonra
qazandığım pulla özümü dolandıra bilmirdim, mənim müsibətlərim də buradan baĢladı. Hər
Ģeydən əvvəl, siz, cənab polislər, bir dəyiĢiklik etməlisiniz; siz həbsxana podratçılarına yoxsul
adamlara zərər verməyi qadağan etməlisiniz. Qoyun mən iĢi bir-bir söyləyim. Mən köynək
tikməkdən on iki su qazanırdım, birdən haqqımı doqquz suya qədər endirdilər. Bu pula heç cürə
yaĢamaq mümkün deyil, necə istəyirsən, elə də yaĢa. Axı mənim balaca Kozettam vardı, mən
onu da dolandırmalı idim. Odur ki, pis yola düĢməyə məcbur oldum. Ġndi görürsünüz ki, mənim
bütün müsibətlərimə səbəb yalnız bu əclaf merdir. Doğrudur, mən zabitlər qəhvəxanasının
qabağında o cənabın Ģlyapasını ayaq altına salıb əzmiĢəm, lakin o da mənim paltarımı qarla
xarab eləyib. Bizim kimi qadınların axĢamlar küçəyə çıxmaq üçün yalnız bircə ipək paltarı olur.
Sizi inandırıram, cənab Javer, mən heç zaman kimsəyə qəsdən pislik etməmiĢəm, qadınlar var ki,
məndən daha kinli və pisdirlər, amma məndən daha xoĢbəxt yaĢayırlar. Ah, cənab Javer, məni
azad etməyi əmr edən siz idiniz, eləmi? Mənim haqqımda ev sahibindən soruĢa bilərsiniz, mən
mənzil haqqını vaxtlı-vaxtında verirəm, hər kəs mənim namuslu bir qadın olduğumu söylər.
Aman Allah! Məni bağıĢlayın, mən bilmədən peçin qapağına toxunmuĢam, otaq tüstü ilə
dolmuĢdur.
Cənab Madlen Fantinanın söylədiklərini böyük bir diqqətlə dinləyirdi. O, danıĢarkən əlini cibinə
salıb yoxladı, cibindən pul kisəsini çıxarıb açdı. Kisə boĢ idi. Onu yenə cibinə qoyub Fantinaya
dedi:
– Nə qədər borcunuz var dediniz?
Ġndiyədək gözlərini Javerdən ayırmayan Fantina ona tərəf dönüb dedi:
– Mən səninlə danıĢmıram!
Sonra əsgərlərə müraciət edərək:
– Onun sifətinə tüpürdüyümü gördünüzmü? – dedi. – Qoca fırıldaqçı mer, sən buraya məni
qorxutmaq üçün gəlmisən, mən isə səndən qorxmuram! Mən yalnız cənab Javerdən, mənim
mərhəmətli ağam Javerdən qorxuram.
Bu sözlərlə yenə müfəttiĢə müraciət edərək sözünə davam etdi:
– Görürsünüzmü, cənab müfəttiĢ, hər halda, ədalətli olmaq lazımdır. Mən sizin ədalətli
olduğunuzu bilirəm, cənab Javer. Doğrudan da, bu hadisə çox sadə bir Ģeydir; bir kiĢi əylənmək
istəyərək mənim kürəyimə bir parça qar basdı, bu da bütün zabitləri güldürdü. Axı onlar da bir
Ģeylə əylənməlidir! Biz nə üçün yaĢayırıq, kiĢiləri əyləndirmək üçün, deyilmi? Sonra bu səs-küyə
siz gəldiniz, sizin də vəzifəniz qalmaqala son qoymaqdır. Günahı olan bir qadını tutub buraya
gətirdiniz, lakin siz mərhəmətli olduğunuzdan, fikirləĢib mənim azad edilməyimi əmr etdiniz, siz
bilirsiniz ki, bu qadının balaca bir qızcığazı var. Həbsxanada altı ay yatarsa, balasını saxlaya
bilməz. Yəqin, siz düĢünürsünüz: ―Bax, bir də mənim əlimə düĢmə, yaramaz!‖ Sizi inandırıram
ki, bir daha belə bir iĢ tutmaram, cənab Javer! Qoy mənə nə edirlər-etsinlər, mən cınqırımı da
çəkmərəm. Bu gün mən ona görə bağırdım ki, çox qorxmuĢdum, o cənabın kürəyimə qar
basacağını heç gözləməzdim; həm də sizə söylədim ki, bir az xəstəyəm, öskürürəm, mədəmdə də
illətli bir Ģey hiss edirəm, məni bərk ağrıdır. Həkim mənə deyir ki, özünü müalicə et. Budur,
baxın, əlinizi verin, qorxmayın, burada bir ağrı var...
Fantina artıq ağlamırdı. Səsində bir məsumiyyət və nəvaziĢ duyulurdu; Javerin yekə kobud əlini
ağ yumĢaq döĢləri üzərinə qoydu və təbəssümlə ona baxdı.
Sonra birdən-birə tələsik paltarını düzəltdi, dizinə qədər çırmanmıĢ tumanını aĢağı saldı; sonra
qapıya tərəf gedərək əsgərlərə dostanə baĢ əydi və yavaĢcadan:
– UĢaqlar, – dedi, – eĢitdinizmi, cənab müfəttiĢ məni azad etmək əmrini verdi, mən də gedirəm.
Əlini qapının rəzəsinə uzatdı. Bir addım da atsaydı, küçəyə çıxmıĢ olacaqdı.
Javer bütün bu müddət ərzində gözlərini yerə dikib hərəkətsiz durmuĢdu, bu saat o, öz yerindən
baĢqa yerə köçürülmüĢ və yenə baĢqa bir yerə qoyulacağını gözləyən bir heykələ bənzəyirdi.
Qapı rəzəsinin Ģaqqıltısı onu bu dalğınlıqdan oyatdı. Hüdudsuz bir ixtiyara malik olmaq Ģüurunu,
bu hakimiyyətə malik olan bir adamın, nə qədər alçaq vəzifədə olarsa, bir o qədər vəhĢi heyvana
məxsus quduzluğunu və rəzil bir adamın amansızlığını göstərən bir ifadə ilə baĢını qaldırdı.
Javer bağırdı:
– Serjant, görmürsünüzmü, bu alçaq qadın qaçmaq istəyir? Onu buraxmağa sizə kim icazə verdi?
Cənab Madlen:
– Mən, – dedi.
Fantina Javerin səsini eĢitdikdə, bütün vücudu ilə titrəyərək, oğurladığı Ģeyi tez əlindən buraxan
bir oğru kimi, qapının rəzəsini buraxdı. Madlenin səsini eĢidincə döndü və bu dəqiqədən nəfəsini
belə çəkməyə cəsarət etmədən, kimin danıĢmasından asılı olaraq gözlərini gah Madlendən
Javerə, gah Javerdən Madlenə tərəf gəzdirməyə baĢladı.
Mer Fantinanın azad edilməsini əmr etdikdən sonra Javerin serjanta belə bir söz deməsi onun
ağlının bir qədər ―azlığını‖ göstərirdi. Cənab merin burada olduğunu unutmuĢdumu? Hökumət
adamlarının bu cür hərəkət etməyəcəyini və mer cənablarının belə bir sözü istəməyərək
söylədiyini fikirləĢmiĢdimi? Yoxsa iki saat ərzində onun gözü qabağında baĢ verən bu dəhĢətli
hadisənin xüsusi tədbirlər tələb etməsi fikrinəmi gəlmiĢdi? Bəlkə də, verdiyi qərardan dönməyə
razı olmayaraq, alçaq vəzifəli bir adamın tam bir hökumət sahibi olduğu kimi, bir casusun da bir
hakim, bir polisin də qanun adamı ola biləcəyini və bütün ictimai quruluĢun, nizamın, qanunun,
əxlaqın, hökumətin onun, yəni Javerin Ģəxsiyyətində təcəssüm etdiyinimi hiss edirdi?
Hər nə isə, cənab Madlen ―mən‖ sözünü dediyi zaman polis müfəttiĢi Javer, cənab merə tərəf
döndü, rəngi sapsarı, dodaqları göyərmiĢ, məyus baxıĢla, bütün vücudu titrəyə-titrəyə və mətin
bir səslə dedi:
– Cənab mer, bu ola bilməz!
– Nə üçün? – deyə Madlen soruĢdu.
– Bu alçaq qadın hörmətli bir burjuanı təhqir etmiĢdir.
Cənab Madlen yumĢaq və həlim bir səslə:
– MüfəttiĢ Javer, qulaq asın, – dedi. – Siz namuslu bir adamsınız, ümidvaram ki, bir-birimizi
asan baĢa düĢərik. Məsələ belə olmuĢdur: siz bu qadını tutub apararkən mən meydançadan
keçirdim; orada hələ çoxlu adam vardı. Mən onlardan soruĢub iĢin həqiqətini öyrəndim; təqsir
həmin cənabın özündə imiĢ, iĢ ədalətə gəldikdə bu qadını yox, onu tutmaq lazım idi.
Javer etiraz edərək:
– Bu alçaq qadın indicə sizi də təhqir etdi, cənab mer, – dedi.
– Bu mənim iĢimdir, – deyə cənab Madlen cavab verdi, təhqir mənə aiddir. Ona görə də bu
məsələni yalnız mən özüm həll edə bilərəm.
– BağıĢlayın, cənab mer, təhqir yalnız sizə aid deyil, qanun və hökumətə aiddir.
– MüfəttiĢ Javer! – deyə cənab Madlen cavab verdi. – Qanun və hökumət vicdan deməkdir. Mən
bu qadının dediklərini eĢitdim, ona görə də nə etdiyimi bilirəm.
– Mən isə, cənab mer, öz gözlərimə inana bilmirəm.
– O halda sizə yalnız bir Ģey qalır – əmrə tabe olmaq.
– Mən yalnız vəzifəyə tabe oluram. Mənim vəzifəm bu qadını altı ay həbsxanaya salmağı tələb
edir.
Cənab Madlen yumĢaq bir səslə ona cavab verdi: – Bunu yaxĢıca yadınızda saxlayın ki, bu qadın
həbsxanada bir gün də qalmayacaqdır.
Javer cənab Madlenin bu qəti cavabını eĢidincə, dik-dik onun üzünə baxdı və yenə hörmətlə
dedi:
– Doğrusu, ömrümdə ilk dəfə olaraq cənab merin sözünə qulaq asmamağa məcbur olduğum üçün
təəssüf edirəm, lakin mən öz vəzifəm və səlahiyyətim dairəsində hərəkət edirəm. Ġcazənizlə, mən
bu iĢin necə baĢ verdiyini sizin üçün təkrar edərəm. Mən özüm orada idim. Bu qadın cənab
Bamatabuanın üstünə atıldı; o cənab məhbuslar məclisinin seçicisi və meydanın tinindəki gözəl
bir daĢ evin sahibidir; ev dördmərtəbəli və balkonlu, yonma daĢdan tikilmiĢ bir evdir. Bu
dünyada azmı iĢlər olur! Hər halda, bu hadisə küçə intizamsızlığına aid bir Ģeydir, bu da küçə
polisinə aid bir iĢ olduğundan, tamamilə mənə aiddir. Ona görə də mən Fantina adlı bir qadını
tutmağa haqlıyam.
Cənab Madlen əllərini sinəsi üzərində çarpazladı və bu vaxta qədər Ģəhər əhalisindən kimsənin
eĢitmədiyi amiranə və sərt bir səslə:
– Dediyiniz iĢ Ģəhər polisi idarəsinə aid bir iĢdir, – dedi. – Cinayət Məcəlləsinin 9-cu, 11-ci, 15-
ci və 66-cı bəndinə görə, bu iĢin hökmünü yalnız mən verə bilərəm. Əmr edirəm, bu qadını azad
edəsiniz.
Javer bir də etiraz etmək istədi:
– Lakin cənab mer...
– Bundan baĢqa, özbaĢına həbsə aid 1799-cu il 13 dekabr tarixli qanunun 81-ci bəndini də sizə
xatırladıram.
– Cənab mer, icazə verin...
– Artıq yetər.
– Lakin mən...
– Gedin, – deyə cənab Madlen onun sözünü kəsdi.
Javer bir rus əsgəri kimi, gözünü qırpmadan bu zərbəni sinəsi ilə qarĢıladı. O, merə ikiqat təzim
edərək, polis idarəsindən çıxdı.
Fantina qapıdan kənara çəkilərək Javerin keçib getməsinə heyrətlə baxdı.
Qəribə bir həyəcan içində idi. Ġndicə o, iki düĢmən qüvvənin bir-birilə dəhĢətli döyüĢünü
görmüĢdü. Onun taleyini, azadlığını, həyatını, ruhunu, balasını öz əllərində saxlayan iki adam
onun gözü qarĢısında çarpıĢırdı: bunların biri onu qaranlığa, o biri iĢığa doğru çəkirdi. Qorxuya
xas olan mübaliğələr, Ģübhələr arasından seyr etdiyi bu mübarizədə bu iki adam iki divə
bənzəyirdi; biri Ģəri təmsil edən Əhrimən, o biri isə xeyri təmsil edən Hürmüz kimi danıĢırdı.
Hürmüz Əhrimənə qalib gəldi, bu Hürmüz, bu xilaskar da onun nifrət etdiyi adam, bütün
müsibətlərinə səbəb olduğunu zənn etdiyi haman mer, haman Madlen idi! Bu adam ona qurtuluĢ
əlini uzatmıĢdı, həm də ən dəhĢətli bir Ģəkildə təhqir edildiyi zaman uzatmıĢdı. O, səhv
etmiĢdimi? Öz qəlbini kökündən dəyiĢməli idimi?... O, büsbütün özünü itirmiĢdi, bütün bədəni
titrəyirdi. O, çaĢqın, pəriĢan bir halda dinləyir, baxır və cənab Madlenin hər bir sözü ilə qəlbində
dəhĢət saçan nifrət dünyası dağılır, əriyir, məhv olur və sevinc, etimad və məhəbbət gətirən,
anlaĢılmaz və ürəyi qızdıran bir Ģey doğmağa baĢlayırdı.
Javer gedəndən sonra cənab Madlen Fantinaya tərəf döndü, özü üçün yersiz görünən göz
yaĢlarını çətinliklə boğaraq yavaĢ bir səslə dedi:
– Söylədiklərinizi eĢitdim. BaĢınıza gələn hadisələrdən mənim heç xəbərim yoxdur. Mənə elə
gəlir ki, doğru olduğunu hiss edirəm. Mən hətta sizin mənim emalatxanamda iĢlədiyinizi də
bilmirdim. Nə üçün bu barədə birbaĢa mənə müraciət etmədiniz? Ġndi artıq olan olub keçib, bu
barədə danıĢmaq artıq gecdir; borclarınızı verəcəyəm, uĢağınızı buraya gətirdəcəyəm və ya siz
özünüz gedib gətirərsiniz. Ġstəsəniz burada, istəsəniz Parisdə yaĢaya bilərsiniz. Sizin və
uĢağınızın qeydinə qalmağı öz öhdəmə götürürəm, özünüz istəməsəniz, iĢləməyə bilərsiniz. Sizə
istədiyiniz qədər pul verə bilərəm. Siz yenə xoĢbəxt olacaqsınız, xoĢbəxt olduqdan sonra isə yenə
namuslu bir qadın olarsınız, hətta hər Ģey dediyiniz kimidirsə, buna da mən Ģübhə etmirəm, siz
Allah qarĢısında həmiĢə namuslu və pak olmuĢsunuz, zavallı qadın!
Zavallı Fantinanın sevinci həddindən artıq idi. Kozetta onunla bərabər olacaqdı! DəhĢətli və
iyrənc həyatı atacaqdı! O, qızı ilə bərabər sərbəst, namuslu, xoĢbəxt və varlı bir həyat sürəcəkdi!
Birdən-birə qarĢısında səfalət qaranlığı içində cənnət qapıları açılmıĢdı! Fantina bu adama çaĢqın
bir nəzərlə baxdı və yalnız üç dəfə hıçqıra bildi: ―Of! Of! Of!‖ Ayaqları bükülürdü, birdən cənab
Madlen çəkilməyə macal tapmadan, əlinin Fantinanın əlləri arasında olduğunu və qızın
dodaqlarının ona toxunduğunu hiss etdi.
Bu anda qız huĢunu itirdi.
BĠRĠNCĠ FƏSĠL.
Dincliyin baĢlanğıcı.
Cənab Madlen Fantinanı evində olan xəstəxanaya aparmağı əmr edib, Ģəfqət bacılarına tapĢırdı,
onlar da onu soyundurub yatağa uzatdılar. Bir azdan sonra zavallı qadına Ģiddətli bir qızdırma
gəldi. Gecənin çox yarısını huĢsuz halda ucadan sayıqladı. Nəhayət, səhərə yaxın yuxuya getdi.
Ertəsi gün, günortaya yaxın, Fantina oyandığı zaman yatağının yanında, lap yaxınlıqda birinin
nəfəsini duydu; pərdəni qaldırdıqda, bu adamın cənab Madlen olduğunu anladı; o ayaq üstə
dayanıb Fantinanın baĢı üzərindəki bir Ģeyə diqqətlə baxırdı. Onun baxıĢında təĢviĢ və mərhəmət
hissi duyulurdu, o, nə barədə isə yalvarırdı. Fantina cənab Madlenin haraya baxdığına diqqət
edib, divardan asılmıĢ Həzrət Ġsanın təsvirinə baxdığını anladı.
Ġndi cənab Madlen Fantinanın nəzərində büsbütün dəyiĢmiĢdi. Fantina onun üzündən nur
yağdığını zənn edirdi. Cənab Madlenin ibadətə daldığı hiss olunurdu. Fantina bu sükutu
pozmağa cəsarət etmədən, uzun müddət ona baxa-baxa qaldı. Nəhayət, qorxa-qorxa soruĢdu:
– Siz nə edirsiniz?
Cənab Madlen bir saatdan bəri idi ki, bu vəziyyətdə dayanmıĢdı. O, Fantinanın oyanmağını
gözləyirdi. Əlini əlinə alıb nəbzini yoxladıqdan sonra soruĢdu:
– Özünüzü necə hiss edirsiniz?
– YaxĢı hiss edirəm, yatmıĢdım, – dedi. – Zənnimcə, halım bir az yaxĢılaĢıbdır. Keçər gedər.
Cənab Madlen onun əvvəlcə vermiĢ olduğu sualına yenicə eĢitmiĢ kimi cavab verərək dedi:
– Mən göylərdəki müsibətzədəyə dua edirdim.
Fikrində isə bunu əlavə etdi:
―Yerlərdəki müsibətzədə üçün‖.
Cənab Madlen bütün gecəni və səhəri məlumat toplamaqla məĢğul olmuĢdu. Ġndi artıq hər bir
Ģeyi bilirdi. Fantinanın macərasını bütün təfsilatı ilə öyrənmiĢdi. Sözünə davam edərək dedi:
– Siz çox müsibətlər çəkmisiniz, zavallı ana. Qəm çəkməyin, sizin taleyiniz müqəddəs insanların
taleyidir! Ġnsanlar bu vasitə ilə mələk yaradırlar. Sizin müsibətlərinizdə insanlar müqəssir deyil,
onların baĢqa çarəsi yoxdur. Sizin tərk etdiyiniz cəhənnəm behiĢtin qapısıdır. Bu qapıdan
keçməyiniz vacib idi.
O, dərin nəfəs aldı. Fantina isə ona baxaraq, özünəməxsus bir təbəssümlə gülümsəyirdi. Bu
təbəssüm məhrum olduğu iki qabaq diĢi sayəsində ona ülvi bir gözəllik verirdi; bu onun
fədakarlığına bir dəlalət idi.
Javer o gecə bir məktub yazdı. Səhər tezdən məktubu özü Monreyldəki poçt idarəsinə apardı.
Məktub aĢağıdakı ünvanla Parisə göndərilirdi: ―Cənab polis prefektinin katibi cənab ġabul’eyə‖.
Polis idarəsində baĢ verən hadisənin xəbəri ətrafa yayılmıĢdı; məktubu göndərməzdən əvvəl onu
görən poçt müdirinin arvadı və bir neçə baĢqa adamlar konvert üzərində Javerin xəttini tanıyıb,
istefa vermək üçün ərizə göndərmiĢ olduğunu zənn etdilər.
Cənab Madlen dərhal Tenardye ailəsinə məktub yazdı. Fantinanın onlara yüz iyirmi frank borcu
var idi. Cənab Madlen onlara üç yüz frank göndərdi, bu puldan öz borclarını götürüb, qızcığazı
dərhal Monreylə göndərmələrini tapĢırdı, çünki qızın anası burada xəstə yatır və qızı ilə
görüĢmək istəyirdi.
Tenardye bu hadisəyə heyran qaldı.
Meyxanaçı öz arvadına dedi ki, uĢağı əlimizdən buraxmamalıyıq. Bu sərçə bizim üçün sağmal
bir inək ola bilər. Mən məsələnin nə yerdə olduğunu anlayıram. Yəqin, sarsağın biri bu sərçənin
anasına bənd olmuĢdu.
Tenardye məktuba cavab olaraq məharətlə tərtib olunmuĢ beĢ yüz franklıq bir hesab göndərdi.
Hesaba Tenardyenin qızları Eponina və Azelmanın uzun sürən xəstəliklərini müalicə edən və
dərman verən həkimdən və aptekçidən aldıqları iki qəbzi də əlavə etmiĢdi. Yuxarıda
söylədiyimiz kimi, Kozetta bu vaxt ərzində xəstələnməmiĢdi. Bu sənədlərdə ancaq adlar
dəyiĢmiĢdi. Tenardye hesabın altında: ―Veriləsi pulun hesabına üç yüz frank çatmıĢdır‖ sözlərini
əlavə etmiĢdi.
Cənab Madlen dərhal üç yüz frank da göndərib: ―Kozettanı tezliklə gətirin‖ deyə yazdı.
– Çox qəribə iĢdir! – deyə Tenardye bağırdı, – biz heç bir vəchlə Kozettanı əlimizdən
verməməliyik.
Fantinanın halı yaxĢılaĢmırdı. O hələ də xəstəxanada idi.
Əvvəlcə Ģəfqət bacıları bu ―Ģortunu‖ istəmədən qəbul etmiĢdilər və ikrahla ona baxırdılar. Reyms
kilsəsinin barelyeflərini görənlər ağıllı qızların dodaqlarını büzərək yüngülməcaz qızlara nifrətlə
baxdıqlarını xatırlamaya bilməzlər. Mömin qadınların əxlaqsız qadınlara qarĢı bəslədikləri əzəli
nifrət qadın vüqarını doğuran ən dərin insan instinktlərinə əsaslanır. Bacılar bu instinktə
qapılmıĢdılar, dini hisslər onların nifrətini daha da artırmıĢdı. Lakin Fantina onları tezliklə
məftun etdi. Onun bütün sözlərində məmnuniyyət və həlimlik hiss olunurdu; onun vücudunda
yaĢayan analıq hissi istər-istəməz qəlbləri yumĢaldırdı. Bir dəfə Ģəfqət bacıları Fantinanın
qızdırma içində sayıqladığını eĢitmiĢdilər. O ucadan deyirdi: ―Mən günah iĢlər dalınca getmiĢəm,
lakin balam yanıma qayıdarsa, Allah mənim günahımdan keçər. Mən pis həyat sürdüyüm
zamanlar Kozettanın yanımda olmağını istəməzdim, onun heyrətli və qüssəli gözləri məni məhv
edə bilərdi. Mənim günahlara yol verməyimə səbəb də ancaq, o olmuĢdur, bax buna görə də
Allah məni bağıĢlar. Kozetta buraya gəldiyi zaman mən Allah-taalanın mənə Ģəfa verdiyini hiss
edirəm. Ürəyimin sakit olması üçün məsum uĢağa bir dəfə baxmağım belə kifayətdir. Ah,
bacılar, onun bir mələk olduğunu bilsəydiniz! Onlar balaca olduqları zaman çiyinlərində
qanadları da olur‖.
Cənab Madlen Fantinanın yanına gündə iki dəfə gələrdi və hər dəfə Fantina ondan soruĢardı ki:
– Mən Kozettamı tezmi görəcəyəm? O isə cavab verirdi:
– Ola bilsin, sabah səhər görə biləsiniz. Mən hər dəqiqə onun gəliĢini gözləyirəm.
Bu zaman biçarə ananın solğun üzü nur kimi parlardı. O deyərdi ki:
– Mənim nə qədər xoĢbəxt olacağımı bilsəydiniz!
Biz irəlidə söylədik ki, Fantinanın halı yaxĢılaĢmırdı. Əksinə, onun vəziyyəti həftədən-həftəyə
daha da pozulurdu. Çılpaq kürəkləri arasına basılmıĢ qar birdən-birə onun tərləməyinə son
qoymuĢ və neçə ildən bəri artmaqda olan xəstəlik birdən-birə Ģiddətlə inkiĢaf etməyə baĢlamıĢdı.
O zamanlar döĢ xəstəliklərinin müayinə və müalicəsində artıq Lazinekin faydalı göstəriĢlərindən
istifadə edirdilər, həkim Fantinanı müayinə etdikdən sonra baĢını buladı.
Cənab Madlen həkimdən soruĢdu:
– Halı necədir?
– Onun, deyəsən, görmək istədiyi bir uĢağı var? – deyə həkim soruĢdu.
– Var.
– O halda uĢağı tezliklə yanına gətizdirin.
Cənab Madlen diksindi.
Fantina ondan soruĢdu:
– Həkim nə deyir?
Cənab Madlen çətinliklə gülümsəyərək cavab verdi:
– O deyir ki, uĢağınızı tezliklə yanınıza gətirmək lazımdır. Onu görən kimi sağalarsınız.
– Ah, elədir, o doğru deyir! – deyə xəstə sevindi. – Lakin bu Tenardye ailəsi nə üçün mənim
Kozettamı buraxmaq istəmir? Ah, Kozettam gələcəkdir. XoĢbəxtliyimə az qalmıĢdır, bəli, mən
xoĢbəxt olacağam!
Lakin Tenardye ailəsi min cür bəhanə ilə uĢağı buraxmaq istəmirdi. Gah Kozettanın hələ bir az
xəstə olduğunu, ona görə də qıĢ vaxtı yola çıxmaq qorxulu olduğunu yazırdılar, gah da bəhanə
edirdilər ki, kənddə xırda alacaqları var və ancaq bunu yığdıqdan sonra uĢağı göndərə biləcəklər
və sairə.
Nəhayət, Madlen baba Fantinaya dedi:
– Kozetta üçün mən adam göndərəcəyəm, lazım gələrsə lap özüm də gedərəm.
Sonra Fantinanın dilindən bir məktub yazaraq, ona imza etdirdi:
―Cənab Tenardye!
Kozettanı bu məktubu gətirən adama verin. Nə xərciniz olmuĢsa, hamısını sizə verəcəklər.
Hörmətlə
Fantina‖.
Tam bu vaxt mühüm bir hadisə baĢ verdi. Biz həyat adlandırdığımız sirli bir qayanı əbəs yerə
məharətlə yonmağa səy edirik. Fələyin qara damarı hər zaman bu qayanın üzərində görünür.
ĠKĠNCĠ FƏSĠL.
Jan necə dönüb ġan olur.
Bir gün səhər cənab Madlen öz otağında oturub çalıĢırdı; kağızları oxuyaraq, Monfermeylə
səyahət etmək lazım gələ biləcəyini mülahizə etdiyindən, bəzi təcili iĢləri imzalayıb qurtarmaq
istəyirdi; birdən polis müfəttiĢi Javerin onu görmək istədiyini xəbər verdilər. Cənab Madlen bu
adı eĢidincə özündə doğan bir nifrət hissini boğa bilmədi. Polis idarəsində baĢ verən hadisədən
sonra Javer cənab Madlenlə görüĢməkdən qaçırdı, o vaxtdan bəri cənab Madlen bir dəfə belə onu
görməmiĢdi.
Mer:
– Gəlsin! – dedi.
Javer içəri girdi.
Cənab Madlen əlində qələm, buxarının yanında oturmuĢdu, masanın üzərində qovluqdakı
kağızları oxuyurdu, bu, ictimai yollarda nizam və qaydanın pozulmasına aid protokollar idi.
Javer içəri girdiyi zaman o, yerindən tərpənmədi. Zavallı Fantinanın halını düĢündüyü üçün
soyuq görünməyi münasib bildi.
Javer, ona arxasını çevirib oturmuĢ cənab merə hörmətlə təzim etdi. Cənab mer dönüb
baxmadan, yenə də kağızların üzərində qeydlər edirdi.
Javer iki-üç addım irəlilədikdən sonra sükutu pozmadan birdən-birə durdu.
Javerin təbiətinə bələd olan bir fizionomist mədəniyyətə xidmət edən bu vəhĢini, romalı ilə
spartalıdan əmələ gələn bu qəribə tərkibi, bu rahib ilə soldafonu, yalan danıĢmağı bacarmayan bu
casusu və günahsız kəĢfiyyatçını uzun müddətdən bəri öyrənən bir fizionomist, Javerin cənab
Madlenə qarĢı bəslədiyi köhnə və gizli nifrətini və Fantina üstündə merlə toqquĢduğunu bilən bu
fizionomist, bu dəqiqədə onu müĢahidə etmiĢ olsaydı, öz-özünə mütləq bu sözləri deyərdi: ―Bir
hadisə baĢ vermiĢdir. Onun vicdanına, sarsılmaz, aydın, səmimi, namuslu, sərt və yırtıcı
vicdanına bələd olanlar Javerin mənəvi həyatında nə isə bir hadisə, mühüm bir hadisə baĢ vermiĢ
olduğunu dərhal baĢa düĢə bilərdilər. Javerin ürəyində nə vardısa, dərhal üzündə görünərdi.
Böyük ehtiraslara malik adamlar kimi, onun da əhvalı kəskin bir Ģəkildə dəyiĢə bilərdi, lakin
üzünün ifadəsi heç vaxt bu qədər qəribə və fövqəladə bir təsir bağıĢlamazdı. Javer içəri girdikdə
cənab Madlenə baĢ əydi, onun baxıĢlarında bu saat nə qəzəb, nə kin, nə də bir Ģübhə var idi.
Javer merdən bir neçə addım uzaqda, onun kreslosunun arxasında dayandı. O, heç bir zaman
həlimlik göstərməsə də, həmiĢə səbirli olan bir insanın təbii və sərt soyuqqanlılığı ilə dik
dayanmıĢdı. O, bir kəlmə belə söyləmədən, bir hərəkət belə göstərmədən, təbii bir mülayimlik və
sakitanə bir itaətkarlıqla cənab merin ona tərəf dönmək üçün iltifat buyuracağını gözləyirdi. O,
zabit qarĢısında bir əsgər, hakim qarĢısında bir cani kimi, papağını çıxarıb, baĢını aĢağı salıb,
ciddi və pozulmaz bir Ģəkildə gözləyirdi. Onun varlığında fərz edilə biləcək bütün hadisələr və
xatirələr artıq yox olmuĢdu. Qranit kimi qılıncbatmaz və sadə üzündə artıq kədərdən baĢqa heç
bir Ģey görünmürdü. Onun bütün varlığında bir miskinlik, qətiyyət və bir növ mərdanə qüssə
əlamətləri sezilirdi. Nəhayət, cənab mer qələmi masanın üstünə qoyub, bir qədər Javerə tərəf
dönərək soruĢdu:
– Hə, nə olmuĢdur, Javer?
Javer fikrini toplayırmıĢ kimi bir qədər sükut etdi; sonra məyus bir təntənə ilə, sadə bir surətdə
səsini ucaldaraq:
– Cənab mer, mühüm bir cinayət olmuĢdur, – dedi.
– Nə cinayət?
– Hökumətin kiçik bir məmuru alı bir mənsəb sahibi barəsində çox kobud bir hörmətsizlik
etmiĢdir. Bunu sizə xəbər verməyi özümə borc bilirəm.
– Bu kiçik məmur kimdir? – deyə cənab Madlen soruĢdu.
Javer:
– Mənəm! – dedi.
– Sizmi?
– Bəli, mən özüm!
– Kiçik məmurun hərəkəti ilə özünü təhqir edilmiĢ hesab edən o mənsəb sahibi kimdir?
– Sizsiniz, cənab mer.
Cənab Madlen kreslodan bir az ayağa qalxan kimi oldu. Javer baĢını aĢağı dikmiĢ halda, yenə
eyni ciddi görünüĢlə danıĢmağında davam edirdi:
– Cənab mer, mənim iĢdən kənar edilməyimi müdiriyyətdən tələb etməyinizi xahiĢ etməyə
gəlmiĢəm, – dedi.
Cənab Madlen mat qalıb bir Ģey söyləmək istədi, lakin Javer onun sözünü kəsərək dedi:
– Siz bilirsiniz ki, mən özüm istefaya çıxa bilərəm, lakin bu kifayət deyildir. Ġstefa vermək –
hörmətli iĢdir. Mən cinayət eləmiĢəm, buna görə də cəzaya layiqəm. Siz məni vəzifəmdən
qovmalısınız.
Bir az sükut etdikdən sonra əlavə etdi:
– Cənab mer, keçən dəfə siz mənimlə çox sərt rəftar etməklə ədalətsizlik etdiniz. Bu gün isə
rəftarınız çox ədalətli olacaqdır.
– Lakin nə üçün? Nə səbəbə? – deyə cənab Madlen heyrət etdi. – Nə mənasız sözlər danıĢırsınız!
Bu nə deməkdir? Mənə qarĢı siz nə kimi haqsızlıq eləmiĢsiniz? Məni nə ilə təhqir etmiĢsiniz? Siz
özünüzü təqsirləndirirsiniz, istəyirsiniz ki, sizi baĢqası ilə əvəz etsinlər...
– Mən istəyirəm ki, məni buradan qovasınız.
– YaxĢı, qovarıq. Qoy belə olsun. Lakin mən bunun səbəbini baĢa düĢmürəm.
– Bu saat baĢa düĢərsiniz, cənab mer.
Javer dərin nəfəs aldı və yenə eyni soyuq və həzin bir tövrlə sözünə davam etdi.
– Cənab mer, ay yarım bundan əvvəl o qadın əhvalatından sonra mən bərk acığa düĢüb, əlinizdən
məlumat verdim.
– Məlumat verdiniz?
– Bəli, Paris polis prefekturasına xəbər verdim.
Javerdən yalnız bir qədər çox gülən cənab Madlen birdən qəhqəhə ilə güldü:
– Siz merin polisin sərəncamına qarıĢdığı üçünmü xəbər vermiĢsiniz?
– Xeyr, mən merin keçmiĢ bir katorqalı olduğunu xəbər vermiĢəm.
Merin rəngi sapsarı saraldı.
Javer hələ də gözlərini qaldırmadan sözünə davam etdi:
– Mən elə güman edirdim. Məndə artıq çoxdan bəri bəzi Ģübhələr oyanmıĢdı. Bəzi bənzəyiĢlər,
Faveroldan aldığım bəzi məlumat, qollarınızdakı qüvvət, FoĢlevan baba ilə olan hadisə, sizin
gözəl niĢan atmağınız, yeriyərkən ayağınızı bir az sürüməyiniz, qərəz ki, bir çox bu kimi axmaq
cəhətlər məni Ģübhəyə salırdı. Hər nə isə mən sizi Jan Valjan adlı bir caniyə oxĢadırdım.
– Necə? Kimə oxĢadırdınız?
– Jan Valjana. Ġyirmi il bundan əvvəl Tulon həbsxanasında nəzarətçi müavini olduğum zaman
görmüĢ olduğum bir katorqalıdır. EĢitdiyimə görə, bu Jan Valjan katorqadan çıxdıqdan sonra bir
yepiskopun evini qarət etmiĢ, sonra əli silahlı yollarda qarətə baĢlamıĢdır. O kiçik bir savoyalını
soymuĢdur. Artıq səkkiz ildən bəridir ki, onu hey axtarırlar, lakin harada gizləndiyini heç kəs
bilmir. Mən də zənn etdim ki... Xülasə, mən sizin barənizdə xəbər vermiĢəm. Bu iĢi acığımdan
tutmuĢam, öz Ģübhələrim haqqında prefekturaya məlumat vermiĢəm.
Cənab Madlen yenə kağızları varaqlamağa baĢlayaraq, tamamilə laqeyd bir tövrlə soruĢdu:
– Bəs oradan sizə nə cavab verdilər?
– Yazdılar ki, mən dəli olmuĢam.
– Bəs sonra?
– Sonra... onlar haqlıdırlar.
– YaxĢı ki, siz özünüz bunu etiraf edirsiniz.
– Necə etiraf etməyim ki, əsl Jan Valjan tapılmıĢdır. Cənab Madlenin əlindəki kağız barmaqları
arasından sürüĢüb düĢdü, baĢını qaldırıb diqqətlə Javerin üzünə baxdı və anlaĢılmaz bir ifadə ilə
dedi:
– Necə?
Javer sözünə davam etdi:
– Məsələ belə olmuĢdur, – cənab mer. Deyirlər, bizim mahalda Alile-Klonin yaxınlığında
ġanmatye adlı bir qoca varmıĢ. Bu lüt, səfil bir adam idi, ona görə də heç kəs ona əhəmiyyət
verməzdi. Bilmək olmur ki, bu cür adamlar nə ilə yaĢayırlar. Bu ġanmatye keçən payız fəslində
alma oğurluğu üstündə tutulmuĢdu. Bu almadan sidr hazırlayırlar. Alma bağı sahibinin kim
olduğu əhəmiyyətli deyil! Hər halda, oğurluq bağda olmuĢdur. ġanmatye divardan aĢaraq alma
ağacının budaqlarını sındırır. Onu tuturlar. Ağac budağını hələ də əlindən buraxmır. Bu alçaq
hərifi həbsə salırlar. Bilirsiniz, bu oğurluq üçün onu ancaq həbsxanaya sala bilərdilər. Lakin tale
məsələyə qarıĢır. Yerli həbsxana binası pis vəziyyətdə olduğundan, məhkəmə müstəntiqi
ġanmatyenin departamentin həbsxanası olan Arrasa aparılmasını əmr edir. Arras həbsxanasında
da Breve adlı qoca bir katorqalı vardı; onun nə üçün tutulmuĢ olduğunu bilmirəm, lakin
həbsxanada özünü yaxĢı apardığı üçün, onu otaq baĢçısı təyin etmiĢdilər. Beləliklə, cənab mer,
bilirsinizmi nə olur? ġanmatyeni oraya gətirən kimi Breve ucadan bağırır:
– Aha! Mən bu adamı tanıyıram! Bu köhnə jiqandır. Dostum, bir mənə bax görüm, sən Jan
Valjan deyilsənmi?
ġanmatye heç bir Ģey baĢa düĢmür kimi, təəccüblə:
– Nə Jan Valjan? Jan Valjan kimdir? – deyir.
Breve:
– YaxĢı, yaxĢı, özünü tülkülüyə vurma! – deyə cavab verir.
– Sən Jan Valjanın özüsən. Ġyirmi il bundan qabaq Tulon katorqasında olmusan. Mən də səninlə
orada idim.
ġanmatye inkar edir. Nə üçün inkar edir, məlumdur. Nəhayət, təhqiqat baĢlanır. YavaĢ-yavaĢ
iĢlərinin üstü açılır və belə bir Ģey məlum olur. Həmin ġanmatye otuz il bundan əvvəl müxtəlif
yerlərdə, o cümlədən Faverolda ağac kəsməklə məĢğul imiĢ. Sonralar o, gözdən itir. Bundan
xeyli vaxt sonra yenə Overndə, sonra Parisdə, öz dediyinə görə, araba ustası olaraq yaĢamıĢdır;
orada, guya, paltaryuyan bir qızı varmıĢ, lakin burası qəti surətdə isbat olunmamıĢdır; nəhayət, o
bizim yerlərdə görünməyə baĢlayır. Belə, Jan Valjan katorqaya düĢməzdən əvvəl nə ilə məĢğul
olurdu? Ağac kəsməklə, harada? Faverolda. BaĢqa bir sübut daha. Jan Valjanın adı Jan imiĢ,
anasının familiyası isə Matye imiĢ. Katorqadan qurtulduqdan sonra, yəqin ki, əsl adını gizlətmək
üçün, anasının familiyasını qəbul edərək, özünü Jan Matye adlandırmıĢdır, bu da təəccüblü
deyildir. Sonra o, Overnə gəlir. Yerli tələffüz sayəsində Jan dəyiĢərək ġan – olur və onu
ġanmatye deyə çağırmağa baĢlayırlar. Bizim dostumuz da məsələnin üstünü açmadan ġanmatye
olur! Siz məni diqqətlə dinləyirsiniz, deyilmi? Sonra Faverolda təhqiqat aparırlar. Orada artıq
Jan Valjanın ailəsindən heç bir kəsin izini tapmırlar. Heç kəs bu ailənin necə olduğunu bilmir.
Bilirsiniz, cəmiyyətin bu təbəqələrində tam bir ailənin yox olmasına təsadüf etmək mümkündür.
Ailəni axtarırlar, tapılmır. Bu cür adamlar palçıq, ya da toz kimi bir Ģeydir. Bu əhvalat otuz il
bundan qabaq olduğundan, Faverolda Jan Valjanı xatırlayan adam tapılmır. Belə olduqda
Tulondan məlumat tələb edirlər. Brevedən baĢqa, Jan Valjanı iki baĢqa katorqalı da tanıyırmıĢ.
Bunlar ömürlük katorqaya məhkum edilmiĢ canilərdən KoĢpayl və ġenilye idi. Bunları
katorqadan Arrasa gətirdir və ġanmatye ilə üzləĢdirirlər. Onlar heç bir tərəddüd etmədən,
ġanmatyenin Ģübhəsiz Jan Valjan olduğunu söyləyirlər. Onun eyni əlli dörd yaĢı, eyni boyu və
eyni görünüĢü vardı. Müxtəsər, həmin adamın özü idi. Məhz bu zaman mən Paris prefekturasına
buradan məlumat verdim. Mənə cavab verdilər ki, yəqin, ağlımı itirmiĢəm, çünki Jan Valjan
Arrasda polisin əlindədir. Heç bilirsinizmi, bu məni nə qədər heyrətləndirirdi! Mən bu ümiddə
idim ki, Jan Valjan burada, mənim əlimdədir. Bunun üstündən məhkəmə müstəntiqinə məktub
yazdım. O məni çağırtdırıb ġanmatyeni mənə göstərdi...
Cənab Madlen, Javerin sözünü kəsərək:
– Hə, nə oldu? – dedi.
Yalan danıĢmağı bacarmayan Javerin üzü kədərli idi. O cavab verdi:
– Cənab mer, həqiqət daim həqiqətdir. Mən çox təəssüf edirəm, lakin bu adam Ģübhəsiz Jan
Valjandır. Mən özüm də onu tanıdım. Cənab Madlen çox yavaĢ bir səslə dedi:
– Siz buna arxayınsınızmı?
Javer öz sözlərinin həqiqət olduğuna dərindən əmin olan bir adam kimi acı bir qəhqəhə ilə
gülərək:
– Əlbəttə, arxayınam! – dedi.
Javer bir dəqiqə fikrə gedərək, barmaqları ilə masa üstündə duran boĢqabın içindəki
mürəkkəbqurudan qumu qarıĢdırdı, sonra əlavə etdi:
– Ġndi, mən həqiqi Jan Valjanı gördükdən sonra, indiyə qədər baĢqasının Jan Valjan olduğuna
necə inandığıma təəccüb edirəm. Məni bağıĢlayın, cənab mer!
Ay yarım bundan əvvəl polis idarəsində ―Gedin‖ deyə onu təhqir etmiĢ bir adama qarĢı bu qədər
hörmətlə müraciət edən mütəkəbbir Javer indi bir sadəlik və ləyaqət mücəssəməsi idi. Cənab
Madlen onun bu xahiĢinə gözlənilməz bir sualla cavab verdi:
– Bəs bu adam özü nə deyir?
– Nə deyəcək, cənab mer, onun iĢi çox Ģuluqdur. Əgər o adam, doğrudan da, Jan Valjan isə,
burada təkrar cinayət məsələsi var. Divarı aĢmaq, ağacı sındırmaq və bir neçə alma oğurlamaq –
balaca bir uĢaq üçün adi bir dəcəllikdir, böyük adam üçün bu bir qəbahətdir, bir katorqalı üçün
isə bu bir cinayətdir, oğurluq və qarət deməkdir. Buna polis idarəsi yox, dairə məhkəməsi
baxacaqdır. Bundan ötrü adi bir oğrunu bir neçə günlüyə həbsə alacaqları halda, katorqalı əbədi
olaraq məhkum edilə bilər. Sonra, çox ehtimal ki, balaca savoyalının məsələsi də meydana
çıxacaqdır. Burada adam lap baĢını itirə bilər, deyilmi? Hər kəs baĢını itirsə də, Jan Valjan heç
qərardan getmir. O, çox hiyləgər adamdır! Onun bu hərəkətindən də Jan Valjan olduğunu
tanıyıram. BaĢqası onun yerinə olsaydı, özünü itirərdi, bağırmağa, etiraz etməyə, Jan Valjan
olmadığına inandırmağa baĢlardı, – qazanı odun üstünə qoyanda qaynar, – o, Jan Valjan olmaq
istəməzdi və ilaxır. Lakin bu, heç bir Ģey anlamırmıĢ kimi, yalnız bir Ģey söyləyir: ―Mən
ġanmatyeyəm və katorqada – filanda olmamıĢam!‖. Təəccüb edirmiĢ kimi görünür, özünü
gicliyə vurur və ağıllı iĢ görür. Oho! Bu çox usta adamdır. Ancaq nə edir-etsin, sübut
meydandadır. Onu dörd adam tanımıĢdır. Artıq qoca fırıldaqçının iĢi bitib. ĠĢə Arras
məhkəməsində baxılacaqdır. Məni də bir Ģahid kimi çağırıblar, ora gedirəm.
Cənab Madlen yenə masaya doğru çevrilib kağızları varaqlamağa baĢladı, çox məĢğul görünən
bir adam kimi gah oxuyur, gah da bəzi Ģeyləri qeyd edirdi. Nəhayət, Javerə tərəf dönərək dedi.
– YaxĢı, yetər, Javer. Bütün bu təfsilat məni heç də maraqlandırmır. Biz vaxtımızı əbəs yerə
itiririk, halbuki təcili iĢlərimiz çoxdur. Bilirsinizmi, nə var, Javer, bu saat Büzopye xalanın
yanına gedərsiniz, o, Sen-Solv küçəsinin tinində göyərti satır, ona deyərsiniz ki, arabaçı Per
ġenelonqdan Ģikayət ərizəsi yazsın. Bu heyvan az qalmıĢdı öz arabası ilə onun özünü də, uĢağını
da bassın. ġenelonq cəzaya layiqdir. Sonra, Montrde-ġampini küçəsində yaĢayan cənab
ġarselenin yanına gedərsiniz. Cənab ġarselenin Ģikayətinə görə qonĢu evin novçasından axan
yağıĢ suyu düz onun evinin bünövrəsinə töküldüyü üçün onu dağıdır. Bir də Kibur küçəsində
yaĢayan dul arvad Dorisin və Qaro-Blan küçəsində yaĢayan madam Rene de Bosenin evində
doğrudandamı polis qaydalarının pozulub-pozulmadığını yoxlar və protokol yazarsınız. Mən sizə
həddindən artıq sifariĢ verməyə məcbur oldum. Yanılmıramsa, siz dediniz ki, səkkiz ya on iki
gündən sonra bu iĢdən ötrü Arrasa getməlisiniz.
– Xeyr, daha tez, cənab mer.
– Nə zaman?
– Cənab mer, əgər səhv etmirəmsə, mən sizə söylədim, bu iĢə sabah baxılacaqdır, mən də bu
axĢam dilicanla oraya getməliyəm.
Cənab Madlen gözə çarpmayan bir hərəkətlə:
– Məhkəmə çoxmu çəkəcəkdir? – dedi.
– Ancaq bir gün, artıq çəkməz. Məhkəmənin qərarı ən geci sabah axĢam çıxarılacaqdır. Lakin
mən məhkəmə qərarını gözləməyəcəyəm. Onun bəraət qazanmayacağına heç bir Ģübhə ola
bilməz. ġahidlik etdikdən sonra, yenə dərhal buraya qayıdacağam.
– Çox yaxĢı, – deyə cənab Madlen cavab verdi. Əl iĢarəsi ilə getmək üçün Javerə izn verdi.
Lakin Javer getmədi.
– Cənab mer, bağıĢlayın, – dedi.
– Yenə nə var? – deyə cənab Madlen soruĢdu.
– Cənab mer, bir Ģeyi də sizin yadınıza salmaq istəyirəm.
– Nə Ģeyi?
– Siz məni vəzifəmdən kənar etməlisiniz.
Cənab Madlen ayağa durdu.
– Javer, siz namuslu bir adamsınız, mənim sizə hörmətim var. Siz öz təqsirinizi böyüdürsünüz.
Bir də ki, bu təhqir ancaq mənə aiddir. Javer, siz iĢdən çıxarılmağa deyil, bəlkə, daha yüksək
vəzifəyə layiqsiniz. Mən öz vəzifənizdə qalmağınıza israr edirəm.
Javer cənab Madlenə diqqətlə baxdı, sanki, bu baxıĢda onun həkimanə olmayan, lakin təmiz və
satılmaz bir vicdanı görünürdü.
O, sakit bir halda dedi:
– Cənab mer, mən sizin fikrinizlə razılaĢa bilməyəcəyəm.
– Mən təkrar edirəm ki, bu yalnız mənə aid bir iĢdir, – deyə cənab Madlen cavab verdi.
Lakin Javer yalnız bir fikrə qapılmıĢ halda sözünə davam etdi:
– Mən öz təqsirimi heç də böyütmürəm. XahiĢ edirəm, mənim düĢündüklərimi dinləyin. Mən
sizdən Ģübhə edirdim, Ģübhələrim əsassız çıxdı. Bu, elə bir Ģey deyildir. Hər kəs haqqında Ģübhə
etmək bizim haqqımızdır, polisin haqqıdır. Bununla bərabər, bizim yüksək adamlara qarĢı Ģübhə
etməyə haqqımız yoxdur. Amma mən heç bir dəlil və əsasım olmadığı halda, sizdən intiqam
almaq məqsədilə, qəzəblənərək, sizin kimi möhtərəm bir adamın, mer cənablarının, bir hökumət
nümayəndəsinin keçmiĢ bir katorqalı olduğunu xəbər verdim! Bu yaramaz və ağır bir iĢdir. Sizin
Ģəxsinizdə mən, bir hökumət nümayəndəsi olmaq etibarilə, hökuməti təhqir etdim! Əgər mənə
tabe olan polis nəfərlərindən biri mənə qarĢı belə bir iĢ tutmuĢ olsaydı, mən onu polis idarəsində
iĢləməyə layiq görməzdim və heç bir tərəddüd etmədən qovardım. Siz soruĢarsınız ki: – Bəs
sonra nə olsun? Ġzn verin, cənab mer, hələ sözümü qurtarmamıĢam. Mən ömrümdə baĢqalarına
qarĢı çox zaman ciddi və qəddar olmuĢam. Buna da haqqım vardı, çünki düzgün hərəkət edirdim.
Əgər mən indi özümə qarĢı eyni surətdə qəddar olmasam, mənim bütün əvvəlki hərəkətlərim
ədalətsiz olacaqdır. Məgər mən özümdən ötrü, baĢqalarına nisbətən daha çox güzəĢtə gedə
bilərəm? Xeyr! Belə də iĢ olar? Yalnız baĢqalarına cəza verib, özümə qarĢı güzəĢtə getmək yaxĢı
iĢdirmi? Bu halda mən çox alçaq bir adam olardım! Onda mənə xain və alçaq deyənlər haqlı
olardılar! Cənab mer, sizin mənə qarĢı mərhəmət göstərməyinizi istəmirəm; baĢqalarına qarĢı
göstərdiyiniz mərhəməti gördükcə, mən qanımı çox xarab etmiĢəm; Ģəxsən mən bu mərhəməti
qəbul etmək istəmirəm. Mötəbər bir burjuaya qarĢı fahiĢəyə, bir merə qarĢı polisə göstərilən
mərhəmət zərərli mərhəmətdir. Məhz bu cür mərhəmət ictimai quruluĢa xələl yetirə bilər. Aman
Allah! Mərhəmətli olmaq asan iĢdir, ədalətli olmaq isə çətindir! Əgər siz mən zənn etdiyim adam
olsaydınız, inanın ki, sizə qarĢı, əsla, mərhəmət göstərməzdim. Onda görərdiniz! Cənab mer,
mən baĢqaları ilə nə cür rəftar etmiĢəmsə, özümlə də elə rəftar etməliyəm, hər cür qatilləri,
xainləri təqib edərkən, öz-özümə həmiĢə deyirdim ki: ―Javer, əgər sən bir dəfə belə büdrəsən,
səni yanlıĢ bir hərəkətdə görmüĢ olsam, o zaman məndən aman gözləmə!‖. Ġndi mən səhv
etmiĢəm, büdrəmiĢəm. Artıq mənimki qurtardı! Cəza çəkməli, qovulmalı, küçəyə atılmalıyam!
Mən yalnız buna layiqəm. Mənim qüvvətli əllərim var, əkin əkə bilərəm, özümə iĢ taparam, nə
olar! Cənab mer, vəzifə ibrət göstərməyi tələb edir. Mən xahiĢ edirəm, polis müfəttiĢi Javerin
istefasını qəbul edəsiniz.
Javer bu sözləri müti, vüqarlı, ümidsiz və inamlı bir tövrlə söyləmiĢdi. Bu qəribə namus
sahibinin sözlərində ayrıca bir əzəmət duyulurdu.
– YaxĢı, baxarıq, – deyə cənab Madlen qeyri-müəyyən bir tərzdə cavab verdi və əlini Javerə
uzatdı.
Javer geriyə çəkilərək amansız, sərt bir səslə:
– BağıĢlayın, cənab mer, – dedi, – bu ola bilməz. Mer casusa əl verməz.
Sonra ağızucu əlavə etdi:
– Bəli, casusa! Mən acığa düĢüb öz polis zorumu göstərməklə ancaq casusdan baĢqa bir Ģey
deyiləm.
Javer bu sözləri dedikdən sonra baĢ əyib qapıya doğru yönəldi. Qapının ağzında dönüb gözlərini
qaldırmayaraq dedi:
– Cənab mer, yerimə adam təyin edilənə qədər vəzifəmə davam edəcəyəm.
Javer getdi. Cənab Madlen dərin fikrə dalaraq, dəhlizin daĢ döĢəməsi üzərində Javerin möhkəm
və inamlı addımlarının səsinə qulaq asdı; bir az sonra səslər kəsildi.
BĠRĠNCĠ FƏSĠL.
Simplisiya bacı.
Oxucuya söyləyəcəyimiz hadisələrin yalnız bir qismi Monreyl-sür-Mer əhalisinə məlum idi;
lakin oraya kənardan nüfuz etmiĢ Ģayiələr o qədər sarsıdıcı bir xatirə buraxmıĢdı ki, bunları
bütün təfsilatı ilə oxucuya xəbər verməmək bizim əsərimiz üçün böyük bir nöqsan olardı.
Oxucular bu təfsilatın içində həqiqətə uyğun görünməyən iki və ya üç hadisəyə təsadüf etsələr
də, biz həqiqətə qarĢı ehtiram məqsədilə, bunları təsvir etməyi lazım bildik.
Javerin cənab meri ziyarət etdiyi günün günorta çağı cənab Madlen adəti üzrə Fantinanı görməyə
getdi.
Fantinanın yanına keçməzdən əvvəl Simplisiya bacını yanına çağırdı.
Xəstəxanada Ģəfqət bacısı vəzifəsində iki rahibə xidmət edirdi; bunlardan birinin adı Perepetuya,
o birininki Simplisiya idi.
Xəstəyə baxmaqla məĢğul olan Perepetuya bacı hər hansı bir xidmətə girəcəyi kimi cənab
Allahın xidmətinə girmiĢ sadə bir kəndli qadını idi. Onun üçün sahibə olmaq aĢpaz qadın olmaq
kimi bir Ģey idi. Bu cür tiplərə tez-tez təsadüf etmək olar. Bu kobud kəndli palçığından nə istəsən
düzəltmək olar, bunlardan kapusin də ola bilər, ursulinka da, odur ki, rahib icmaları bunlardan
böyük bir həvəslə istifadə edirlər. Bu avam kəndliləri, adətən, ağır möminlik iĢlərinə göndərirlər.
Öküz otaranların karmelitə çevrilməsi çox asan bir iĢdir; birincinin ikinciyə çevrilməsi üçün heç
bir çətinlik yoxdur; kəndlə monastırı birləĢdirən nadanlıq yaxınlaĢmaq üçün az bir zamanda
zəmin hazırlayır və dərhal kənd əhlini rahiblə bir səviyyəyə qoyur. Rahib ləbbadəsinin ətəkli
köynəkdən bircə fərqi var: ləbbadə daha geniĢdir. Perepetuya bacı zorbaca bir rahibə idi; əsli
Pontuaza yaxınlığındakı Marindən idi; qırmızıyanaq, namuslu və bir az həyasız olan bu qadın
sadə xalq dilində danıĢar, Zəburun surələrini mızıldar, donquldanar, xəstənin yalançı
möminliyindən, yaxud ikiüzlülüyündən asılı olaraq, dərmanın Ģirinliyini artırar, xəstələrlə kobud
rəftar edər, can verən xəstələrin üzünə deyinər, Allahı zorla onların yadına salar və son
nəfəslərini dualarla hirsli-hirsli boğardı.
Simplisiya bacıya gəlincə, o saf mum kimi ağappaq idi. Perepetuya bacının yanında o, piydən
qayrılmıĢ Ģamın yanındakı mum Ģamına bənzəyirdi. Vensen de Pol Ģəfqət bacısının surətini gözəl
sözlərlə tərif etmiĢdir, burada hüdudsuz bir azadlığın mükəmməl bir əsarətlə birləĢdiyini görmək
mümkündür: ―Onların xəstəxanadan baĢqa bir məskəni, hücrədən baĢqa bir bucağı, kənd
kilsəsindən baĢqa bir ibadətxanası, Ģəhər küçəsindən, yaxud xəstəxana otaqlarından baĢqa bir
monastır həyəti, itaətdən baĢqa bir hasarı, Allah qorxusundan baĢqa bir barmaqlığı,
təvazökarlıqdan baĢqa bir örtüyü yoxdur‖. Simplisiya bacı bu idealın mücəssəməsi idi. Heç kəs
Simplisiya bacının neçə yaĢı olduğunu bilməzdi; o, heç bir zaman gənc olmamıĢdı və deyəsən,
heç bir zaman qocalmayacaqdı. Biz ona ―qadın‖ deməyə cəsarət etməyərək, ―bu Ģəxs‖ deyirik,
bu Ģəxs mülayim, ciddi, gözəl tərbiyəli, soyuq təbiətli idi, o, ömründə bir dəfə də olsun yalan
danıĢmamıĢdı. O qədər həlim görünürdü ki, bu saat sına biləcəyini zənn etmək olardı və eyni
zamanda qranitdən də möhkəm idi. O, əzab çəkən adamlara gözəl, incə və Ģəffaf barmaqları ilə
toxunardı. DanıĢığı çox sakit və mülayim idi, lazım olduğundan artıq danıĢmazdı; səsinin ahəngi
eyni dərəcədə ibadətxanada günahkarı düz yola gətirə bilər, kübar məclislərində isə qulaq
asanları məftun edə bilərdi. Bu zərif məxluq əynindəki kobud yun paltara Ģükür edər, bu paltarın
təmasını duyduqca, göyləri və Allahı yadına salardı. Bir təfsilatı da qeyd edək. Simplisiya
bacının təbiətinə məxsus daha bir Ģey vardı ki, o da ömründə bir dəfə yalan danıĢmamaq, ehtiyac
olsa belə, qeyri-ixtiyari olsa belə, həqiqətə uymayan bir Ģey danıĢmamaq idi, bu, onun
fəzilətlərinin ən yüksək əlaməti idi. Bu sarsılmaz doğruçuluq ona bütün kilsə icmalarında Ģöhrət
qazandırmıĢdı. Abbat Sikar lal-kar Maseyə yazdığı məktubda Simplisiya bacıdan bəhs edir: ―Biz
nə qədər səmimi, nə qədər saf ürəkli olsaq, yenə bizim doğruçuluğumuzda balaca bir çat yeri
tapmaq mümkündür, bu da bizim cüzi məsum yalanlarımızdır. Ancaq belə bir nöqsana
Simplisiya bacıda rast gəlmək olmaz‖. Xırda, məsum yalan! Bu cür yalanlar yer üzündə
vardırmı? Yalan – Ģərin mücəssəməsidir. Az yalan danıĢmaq mümkün deyil; yalançı həmiĢə
yalan danıĢar. Yalan iblis sifətidir; iblisin iki adı var: biri – ġeytan, o biri isə – Yalan. Simplisiya
bacı belə düĢünürdü. DüĢündüyü kimi də hərəkət edirdi. Onun ağappaq və təmiz olmasına da
səbəb bu idi, bu ağlığın parıltısı dodaqlarına, gözlərinə belə sirayət edirdi. O, saf və parlaq bir
təbəssümlə gülümsər, saf və parlaq bir nəzərlə baxardı. Vicdanının pəncərəsində bir hörümçək
teli, bir toz zərrəsi belə tapmaq olmazdı. Sen-Vensen de Pol icmasına daxil olduğu zaman
Simplisiya adını qəbul etmiĢdi, bu da təsadüfi deyildi. Məlum olduğu kimi, siciliyalı Simplisiya
elə müqəddəs bir qadındı ki, döĢlərinin kəsilməsinə dözmüĢ, lakin Sirakus əhlindən olduğu
halda, Sejestdə doğulduğunu söyləməyə razı olmamıĢdı, halbuki bu yalan onu ölümdən xilas edə
bilərdi. O Simplisiya bizim müqəddəs qadın üçün gözəl bir Ģəfaətçi ola bilərdi.
Simplisiya bacının, icmaya daxil olduğu zaman, iki zəif cəhəti vardı ki, yavaĢ-yavaĢ bundan da
xilas oldu: o, Ģirniyyatı sevər, həm də məktub almaqdan xoĢlanardı. O, latınca, iri hərflərlə
yazılmıĢ dua kitabından baĢqa heç bir Ģey oxumazdı. Latıncanı bilməsə də, dua kitabını baĢa
düĢürdü.
Bu mömin qız, Fantinanın təbiətindəki gizli fəzilətləri duyduğundan, ona dərin ünsiyyət
bağlamıĢdı, onun bütün fikri-zikri bu xəstə qadına qulluq etmək idi.
Cənab Madlen Simplisiya bacını kənara çəkərək, Fantinanı ona tapĢırdı; onun qəribə bir əda ilə
xahiĢ etməsinə diqqət edən Simplisiya bacı, bu xahiĢin mənasını sonralar anlamıĢdı.
Simplisiya bacı ilə danıĢdıqdan sonra, cənab Madlen Fantinanın yanına getdi.
Fantina hər gün istilik və sevinc gətirən GünəĢ Ģüasını gözləyən kimi, cənab Madlenin yolunu
gözləyirdi. ġəfqət bacılarına deyirdi ki:
– Mən ancaq cənab meri gördüyüm zaman yaĢadığımı hiss edirəm.
O gün Ģiddətli qızdırma içində idi. Cənab Madleni görən kimi ondan soruĢdu:
– Bəs Kozetta hanı?
Cənab Madlen gülümsəyərək:
– Tezliklə gələcək, – dedi.
Cənab Madlen Fantina ilə həmiĢəki kimi söhbət edirdi, lakin bu dəfə onun yanında yarım saat
əvəzində bir saat qaldı. Bu da Fantinanı son dərəcə məmnun etmiĢdi. Cənab Madlen xəstəxana
qulluqçularından dəfələrlə xahiĢ etdi ki, Fantinaya yaxĢı baxsınlar və onun heç bir Ģeyə ehtiyacı
olmasın. Bir an onun üzündə dərin bir məyusluq duyuldu. Lakin bir az sonra bu məyusluğun
səbəbini anladılar: həkim gedərkən onun qulağına:
– Halı çox pisdir, – demiĢdi.
Sonra cənab mer Ģəhər idarəsinə qayıtdı. Xidmətçi, cənab merin öz kabinetində divardan asılmıĢ,
Fransanın yollarını göstərən bir xəritəyə böyük bir diqqətlə baxdığını və bir kağız parçasına
karandaĢla bir neçə Ģey yazdığını görmüĢdü.
ĠKĠNCĠ FƏSĠL.
Skofler dayının zəkiliyi.
Cənab Madlen Ģəhər idarəsindən Ģəhərin o biri baĢında yaĢayan flamandiyalı Skauflerin, yaxud
fransızsayağı desək, Skoflerin yanına getdi. Bu adam at və minik arabaları kirayə verməklə
məĢğul idi.
Yolda cənab Madlen mənsub olduğu məhəllə kilsəsinin yanından keçməli oldu, kilsə boĢ və
kimsəsiz küçələrdən birində idi. Bu məhəllənin keĢiĢi dünyagörmüĢ, hörmətli bir adamdı, onun
məsləhətlərinə həmiĢə qulaq asardılar. Cənab Madlen kilsənin yanından keçərkən, küçədə ona –
yalnız bir adam rast gəldi ki, o da belə bir Ģey söyləmiĢdi: cənab mer keĢiĢin yaĢadığı evin
yanından keçib bir neçə addım irəlilədikdən sonra geri qayıtdı və bu evin darvazası qabağında
dayandı, darvazanın kiçik qapısından dəmir bir toxmaq asılmıĢdı. Toxmağı əlinə alıb qapını
döymək istəyirdi ki, birdən əl saxlayıb düĢünməyə baĢladı; bir neçə saniyə sonra, böyük bir
ehtiyatla toxmağı endirdi və yoluna davam edərək, bu dəfə daha sürətlə və tələsik yeriməyə
baĢladı.
Cənab Madlen Skofleri evində tapdı. Skofler qoĢqu Ģeylərini yamayırdı. Madlen:
– Cənab Skofler, – dedi, – sizdə yaxĢı bir at varmı?
– Cənab mer, – deyə flamandiyalı cavab verdi, – mənim atlarımın hamısı yaxĢıdır. Siz ―yaxĢı at‖
nəyə deyirsiniz?
– Elə bir at ki, gündə iyirmi lyö yol gedə bilsin.
– Necə? Ġyirmi lyö? – deyə flamandiyalı heyrət etdi.
– Bəli, iyirmi lyö.
– Kabrioletlə?
– Bəli, kabrioletlə.
– Belə bir məsafəni getdikdən sonra o, nə qədər istirahət edəcəkdir?
– Lazım gələrsə, o biri gün yenə geri qayıda bilməlidir.
– Yenə də bu qədər yol getməlidir?
– Bəli.
– Lənət Ģeytana! Necə dediniz? Ġyirmi lyö?
Cənab Madlen cibindən bir parça kağız çıxarıb flamandiyalıya göstərdi. Orada beĢ, altı və səkkiz
yarım rəqəmləri yazılmıĢdı.
– Görürsünüzmü, – dedi, – yol cəmisi on doqquz lyo yarımdır, iyirmi lyö hesab edin.
– Cənab mer, – deyə flamandiyalı dilləndi, – mən sizə ürəyiniz istəyən atı verə bilərəm. Mənim
ağ bir atım var, görmüĢ olarsınız. O, aĢağı Bulone atlarındandır. At deyil, od parçasıdır. Əvvəlcə
onu minik atı eləmək istəyirdilər. Lakin mümkün olmadı! Sıçrayır, təpik atır, üstünə minənləri
yerə yıxırdı. Heç bir Ģeyə yaramaz deyə nə edəcəklərini bilmirdilər. Mən onu satın alıb
kabrioletə qoĢdum. Bilirsinizmi, elə bil, at elə bunu arzu edirmiĢ; o, quzu kimi həlim və yel kimi
itidir! O, heç kəsi üstünə minməyə qoymur, heç kəsi üzərində gəzdirmək istəmir. Yəhər altında
yeriməyi sevmir. Hər atın bir Ģakəri olar. Arabaya qoĢulduqda isə heç üstü yoxdur. Görünür, bu
at üstünə kimsəni mindirməməyi qərara almıĢdır.
– Bu uzun yola tab gətirərmi?
– Ġyirmi lyomu? Bu at iyirmi lyönü səkkiz saatdan da tez gedər, heç vecinə də gəlməz. Ancaq bir
Ģərt var...
– Nə Ģərt?
– Əvvələn, yolun yarısında bir saat ona dinclik verəsiniz ki, yem yesin, ancaq özünüz göz
olarsınız ki, karvansara xidmətçisi arpadan oğurlamasın; çünki karvansaralarda mehtərlər atın
arpasından oğurlayıb Ģoraba verirlər.
– YaxĢı, bu düzələr.
– Ġkinci... Kabrioletdə siz özünüzmü gedəcəksiniz?
– Bəli.
– Cənab mer, siz sürmək bilirsinizmi?
– Bəli.
– Çox yaxĢı, ancaq cənab mer, at üçün ağır olmasın deyə, siz tək getməli və özünüzlə yük
götürməməlisiniz.
– Razıyam.
– Lakin cənab mer, siz tək getmiĢ olsanız, onda gərək atın yeminə zəhmət çəkib özünüz
baxasınız.
– Bu barədə artıq danıĢdıq.
– Atın kirayəsi gündə otuz frankdır. Ġstirahət günləri üçün də bu qədər verməlisiniz. Bir quruĢ
belə əskik olmaz. Atın yemi də sizin hesabınıza olacaqdır, cənab mer.
Cənab Madlen kisəsindən üç napoleondor çıxarıb masanın üstünə qoydu:
– Alın, iki günün pulunu qabaqcadan verirəm, – dedi.
– Dördüncü, belə uzaq yol üçün kabriolet çox ağır olar və atı yorar. Balaca bir tilbürim var,
cənab mer razı olarsa...
– YaxĢı, razıyam.
– Bu yüngül Ģeydir. Ancaq üstü açıqdır.
– Mənim üçün təfavütü yoxdur.
– Cənab mer indi qıĢ olduğunu fikirləĢibmi?
Cənab Madlen cavab vermədi.
Flamandiyalı davam edərək:
– Havanın çox soyuq olduğunu unutmayın, – dedi. Cənab Madlen yenə cavab vermədi.
– Bəlkə, yağıĢ yağdı?
Cənab Madlen baĢını qaldırıb dedi:
– Sabah səhər saat beĢin yarısında at qoĢulmuĢ tilbüri qapımın ağzında olmalıdır.
– BaĢ üstə, cənab mer, – deyə Skofler cavab verdi və baĢ barmağının dırnağı ilə masanın
üzərindəki ləkəni qaĢıyaraq, flamandiyalıların öz hiylələrini pərdələyə bildikləri laqeyd bir əda
ilə davam etdi:
– Aman, lap yadımdan çıxmıĢdı, cənab mer, axı siz haraya gedəcəyinizi heç demədiniz. Haraya
getmək istəyirsiniz, cənab mer?
Skofler söhbətin lap əvvəlindən bundan baĢqa bir Ģey düĢünmürdü, lakin nədənsə bu xüsusda
cənab merdən soruĢmağa cəsarət etmirdi.
– Atınız büdrəmir ki? – deyə cənab Madlen soruĢdu.
– Xeyr, cənab mer. Ancaq siz onu eniĢlərdə bir az saxlayın. Yolunuzda eniĢlər çoxdurmu, cənab
mer?
– Səhər saat beĢin yarısında qapımda hazır olmalısınız, yadınızdan çıxmasın, – deyə cənab
Madlen cavab verib otaqdan çıxdı.
Flamandiyalı sonralar bu əhvalatı söylərkən, dediyi kimi, axmaq yerində qaldı.
Cənab mer çıxdıqdan iki-üç dəqiqə sonra qapı yenə açıldı; cənab mer qayıdaraq eyni soyuq və
dalğın bir tövrlə soruĢdu:
– Cənab Skofler, atınıza və arabanıza nə qədər qiymət qoyursunuz?
– Cənab mer, olmaya, bunları məndən satın almaq istəyirsiniz?
– Xeyr, lakin mən hər təsadüfə qarĢı sizi təmin etmək istəyirəm. Qayıdandan sonra bu pulları
mənə qaytararsınız. Atı və tilbürini neçəyə qiymət edirsiniz?
– BeĢ yüz frank, cənab mer.
– Buyurun.
Cənab Madlen masanın üstünə beĢ yüz frank pul qoyub çıxdı və daha heç qayıtmadı.
Skofler min frank tələb etmədiyinə təəssüf etdi. Ancaq atla tilbürinin qiyməti yüz eküdən artıq
deyildi.
Flamandiyalı arvadını çağırıb əhvalatı ona danıĢdı. Görəsən, cənab mer haraya getməyə
hazırlaĢır? – deyə məsələni düĢünməyə baĢladılar.
Arvadı:
– Parisə gedir, – dedi.
– Ağlım kəsmir, – deyə əri cavab verdi.
Cənab Madlen rəqəmlər yazılmıĢ kağız parçasını buxarının üstündə unutmuĢdu. Flamandiyalı
kağızı götürüb diqqətlə gözdən keçirdi:
– BeĢ, altı, səkkiz yarım! Bu, yəqin, poçt mənzillərinin arasındakı məsafədir.
Sonra arvadına tərəf dönərək:
– Tapdım, – deyə səsləndi.
– Necə?
– Sadə bir Ģey. Buradan Esdenə beĢ mildir, Esdendən Sen-Pola altı mildir, Sen-Poldan da Arrasa
səkkiz yarım mildir. O, Arrasa gedir.
Cənab Madlen evinə qayıtdı.
Geriyə dönərkən keĢiĢin qapısı yanından keçməsin deyə, uzun və dolaĢıq bir yolla getdi. Otağına
girib qapını bağladı; bu da onun adəti idi, çünki o, tez yatmağı sevirdi. Fabrik qapıçısı və eyni
zamanda cənab Madlenin yeganə xidmətçisi olan qadın otaqdakı iĢığın doqquzun yarısında
söndüyünü görmüĢ və bunu xəzinədara söyləməklə bərabər:
– Cənab mer xəstələnmiĢdir, nədir? Bu gün görünüĢü çox qəribədir, – demiĢdi.
Xəzinədarın otağı cənab Madlenin yataq otağının altında idi. Xəzinədar qapıçının sözlərinə
əhəmiyyət verməyərək, uzanıb yatdı. Gecənin bir aləmində o birdən oyandı, ―yarımyuxulu bir
halda baĢı üzərində bir gurultu eĢitdi. Qulaq asdı. Üst otaqda kim isə ağır addımlarla oyan-
buyana gəzinirdi; cənab Madlenin addımlarının səsini tanıdı. Bu, ona çox qəribə göründü;
adətən, yataqdan qalxana qədər cənab merin otağında səs-səmir olmurdu. Bir az sonra xəzinədar
Ģkaf qapısının açılmasına və yenə örtülməsinə oxĢar bir səs eĢitdi. Sonra bir Ģeyin yerindən
tərpəndiyi eĢidildi; bir az sükutdan sonra yenə addım səsləri gəldi. Xəzinədar çarpayıda
dirsəklənərək yuxudan büsbütün oyandı və pəncərədən küçəyə baxıb qarĢı divarda iĢıqlı
pəncərənin qırmızımtıl əksini gördü. ĠĢığın istiqamətinə diqqət edərək, cənab Madlenin pəncərəsi
olduğunu anladı. ĠĢıq titrəyirdi, bundan da iĢığın yanan bir çıraqdan deyil, qalanmıĢ bir
buxarıdan düĢdüyünü anladı. Pəncərə çərçivəsinin əksi divara düĢməmiĢdi, bu da pəncərənin
büsbütün açıq olduğunu göstərirdi. Belə bir soyuqda pəncərənin açıq olması adama qəribə
görünürdü. Bir az sonra xəzinədar yenidən yatdı, lakin bir-iki saatdan sonra yenə oyandı. BaĢının
üzərində yenə sakit və ağır addım səsləri eĢidilirdi.
ĠĢığın əksi yenə də qarĢı divarda görünürdü, lakin bu iĢıq indi sönük və sakitdi; otaqda Ģam və ya
çıraq yandığı anlaĢılırdı. Pəncərə qabaqkı kimi yenə açıq idi.
Cənab Madlenin otağında baĢ verən hadisə bundan ibarətdi.
ÜÇÜNCÜ FƏSĠL.
Ġnsan qəlbində fırtına.
Oxucu, əlbəttə, cənab Madlenin həmin Jan Valjan olduğunu artıq duymuĢdur.
Biz artıq bu vicdanın gizli dəfinələrini bir dəfə nəzərdən keçirmiĢik. Onu bir dəfə də yoxlamaq
məqamı çatmıĢdır. Biz bu iĢə qədəm qoyarkən, qəlbimizdə həyəcan və qorxu olduğunu duyuruq.
Yer üzündə vicdan dərinliklərinə tamaĢa etməkdən dəhĢətli bir Ģey ola bilməz. Mənəviyyatın
gözləri heç bir zaman insanın qəlbindəki parlaq bir nur və dərin bir qaranlığa təsadüf edə bilməz.
Bu gözlər nəyə baxırsa-baxsın, insan qəlbi qədər dəhĢətli, mürəkkəb, əsrarlı və hüdudsuz bir
aləm görə bilməz. Dənizdən daha əzəmətli bir mənzərə vardır ki, o da göydür. Göydən daha
əzəmətli bir mənzərə vardır ki, o da insan qəlbinin sirli dərinlikləridir.
Ġnsan vicdanının dastanını yaratmaq, bir nəfərin, ən vecsiz bir fərdin belə vicdanının dastanını
yaratmaq – bütün epopeyaları ülvi və mükəmməl bir qəhrəmanlıq dastanında birləĢdirmək
deməkdir. Vicdan – xam xəyallar, ehtiraslar, arzular xaosu deməkdir, vicdan – xəyallar və
həsrətlər dəfinəsi, özümüzün belə həya etdiyimiz fikirlərin mağarası deməkdir, sofizmlər
pandemoniyası, ehtirasların döyüĢ meydanı deməkdir. Fikrə dalmıĢ solğun bənizli bir insanın
qəlbindən nələr keçdiyini duymağa, qəlbin dərinliklərinə, qaranlığa nəzər salmağa çalıĢın.
Zahirən sakit görünən bu insan qəlbində Homerin nəhəngləri vuruĢur, divlər əjdahalarla çəng
edir. Miltonun kabusları kimi dəhĢətli kabuslar meydan oxuyur. Dantenin əsərində olduğu kimi
fantasmaqoriya dairələri cızılır. Ġnsan qəlbində yaĢayan ucsuz-bucaqsız aləm, öz həsrət, meyil və
hərəkətlərini ümidsiz bir halda ölçüb-biçdiyi aləm nə qədər dərin, nə qədər qaranlıqdır!
Bir dəfə Aligeri yol gedərkən məĢum bir qapıya rast gəlir, lakin bu qapını açmağa cəsarət etmir.
Bizim də qarĢımızda belə bir qapı var, biz onun astanasında tərəddüd içində dayanmıĢıq.
Bununla belə, qapıdan içəri girək!
Jan Valjanın taleyi haqqında oxucunun bildiyi Ģeylərə biz ancaq çox az bir Ģey əlavə edə bilərik;
biz balaca Jerve ilə olan sərgüzəĢtdən sonra Jan Valjanın baĢına nələr gəldiyini söylədik. Bu
hadisədən sonra onun tamamilə dəyiĢib baĢqa bir adam olduğunu gördük. O, yepiskopun istədiyi
kimi bir adam olmuĢdu. Biz buna, Jan Valjan dəyiĢdi yox, tamamilə baĢqa bir adam oldu, deyə
bilərik.
Jan Valjan yalnız Ģamdanları yadigar saxlayaraq, yepiskopun gümüĢlərini satmıĢdı; gizlicə
Ģəhərdən-Ģəhərə keçərək, bütün Fransanı dolaĢmıĢ, nəhayət, Monreyl-sür-Merə gəlib çıxmıĢdı.
Burada ağlına yuxarıda söylədiyimiz xoĢbəxt bir fikir gəlmiĢdi, söylədiyimiz iĢləri görmüĢ,
tanınmaq və tutulmaq təhlükəsindən yaxasını qurtarmıĢdı. Monreyldə bugünkü həyatı ilə öz
keçmiĢini məhv etdiyini, vicdanının təmizlənməyə baĢladığını və həyatının yaxĢılaĢdığını
görüncə, özünü xoĢbəxt hiss edirdi. O, ümidlə dolu sakit və dinc bir həyat sürməyə baĢladı;
qəlbində ancaq iki arzu vardı: kim olduğunu gizlətmək və pak bir həyat sürmək; insanlardan
qaçmaq, Allahın dərgahına qayıtmaq!
Bu iki arzu: onun Ģüurunda birləĢərək bir arzuya, bir meyilə çevrilmiĢdi; hər ikisi onun varlığına
hökm edir, onun hər bir hərəkətini təyin edirdi. Onlar, adətən, onun hərəkətlərini birgə idarə
edirdi: hər ikisi onu kənarda gəzməyə sövq edir, ona xeyirxah və sadə olmağı öyrədir, hər ikisi
eyni nəsihətləri verirdi. Lakin bəzən bunların arasında ziddiyyət əmələ gəlirdi. Biz bu kimi
hallarda bütün dairədə cənab Madlen adı ilə tanınan adamın hörmət və yaxĢılıq yolunda öz
həyatını belə təhlükəyə verməkdən çəkinmədiyini gördük. Məsələn, heç bir tədbir və ehtiyatı
gözləmədən, o, yenə də yepiskopun Ģamdanlarını saxlayır, onun üçün matəm tuturdu. Monreylə
gələn bütün balaca savoyalı uĢaqları yanına çağırır və onlardan Faverolda yaĢayan ailələri xəbər
alırdı. Hətta Javerin hədələyici kinayələrinə baxmayaraq, FoĢlevan babanı ölümdən qurtarmıĢdı.
Həkim, övliya və mömin insanlara timsal olaraq, bu fikirdə idi ki, (biz bu barədə artıq
danıĢmıĢıq), insan, hər Ģeydən əvvəl, baĢqalarının, sonra isə özünün qeydinə qalmalıdır.
Əlbəttə, qeyd etmək lazımdır ki, bu müddət ərzində onun baĢına heç vaxt bu hadisəyə bənzər bir
iĢ gəlməmiĢdi. Bədbəxt adamı idarə edən fikirlər heç bir zaman bu qədər kəskin və ağır bir
mübarizə ilə toqquĢmamıĢdı. O, Javerin kabinetə girdiyi zaman söylədiyi ilk sözlərindən üzərinə
çökməkdə olan təhlükəni duymuĢdu. Əvvəlcə bunu dumanlı bir Ģəkildə, sonra isə dərindən dərk
etmiĢdi. Dərin bir zülmət içində dəfn etmiĢ olduğu bir adı eĢitdiyi zaman böyük bir təhlükə hiss
etmiĢ və eyni zamanda taleyin böyük bir zərbəsini xəbər verən daxili bir titrətmə keçirmiĢdi, bu
titrətmə isə Ģiddətli sarsıntılardan xəbər verirdi. ġiddətli borandan əyilən bir palıd ağacı kimi,
düĢmən qarĢısında sarsılan bir əsgər kimi baĢını əymiĢdi. Özü ilə göy gurultusu və ĢimĢəklər
gətirən buludların baĢının üstünü aldığını hiss edirdi. Javerin sözlərini dinlərkən, o, yüyürmək,
özünü tanıtmaq, ġanmatyeni həbsdən qurtarmaq, onun yerini tutmaq istəmiĢdi; bu duyğu o qədər
əzabverici və kəskin idi ki, elə bil, bədəninə bıçaq soxmuĢdular; sonra bu duyğu yox oldu,
―görək nə olar‖– deyə düĢündü. O, ilk alicənablıq hissini rədd edərək, fədakarlıq qarĢısında
geriyə çəkildi.
Əlbəttə, yepiskopun müqəddəs nəsihətlərindən, illər boyu keçirdiyi peĢmançılıq və fədakarlıqdan
sonra, günahlarını bu qədər gözəl bir Ģəkildə yumağa baĢladığı bir zamanda, bu adamın ən
dəhĢətli hadisələr qarĢısında belə, dərinliklərində göylərin parladığı açıq bir uçuruma doğru zərrə
qədər tərəddüd etmədən, möhkəm addımlarla getməkdə davam etməsi daha gözəl olardı; əlbəttə,
bu gözəl olardı, lakin belə olmadı. Biz onun qəlbində qaynayan hər bir Ģeyi diqqətlə nəzərdən
keçirməliyik, biz yalnız həqiqətən üz verən hallardan bəhs etməliyik. Birinci dəqiqələrdə təbii
özünü qoruma hissi bütün baĢqa hisslərə qalib gəldi, cənab Madlen fikirlərini bir yerə topladı, öz
həyəcanını boğdu. Javerin yaxında olduğunu və bununla əlaqədar olan təhlükəni dərk etdi; o,
ümidsizlik qətiyyəti ilə, məsələnin həllini təxirə salaraq, görüləcək iĢdən diqqətini
uzaqlaĢdırmağa çalıĢdı, pəhləvanlar yerə düĢən qalxanı əyilib sakitcə qaldırdıqları kimi, sakit
olmağı lazım bildi.
Bütün günü axĢama qədər belə bir hal keçirtdi; daxilində böyük bir fırtına, zahirində isə
laqeydlik vardı. O, yalnız ―ilk tədbirləri‖ görmüĢdü. BaĢında dağınıq fikirlərin qızğın mübarizəsi
gedirdi; beyni ansızın, böyük bir zərbə ilə o qədər dumanlanmıĢdı ki, özü üçün heç bir müəyyən
fikir əldə edə bilmirdi; yalnız onu deyə bilərdi ki, üzərinə amansız bir zərbə endirilmiĢdir. Hər
Ģeydən əvvəl, adəti üzrə yenə də Fantinanı görmək üçün xəstəxanaya getdi; təbii bir mərhəmət
duyğusu ilə Fantinanın yanında xeyli dayandı, rahiblərdən və Fantinanın ətrafındakı bütün
qadınlardan ona yaxĢı baxmağı, Ģəhərdən baĢqa bir yerə gedəcək olarsa, Fantina üçün heç bir Ģey
əsirgəməməklərini xahiĢ etməyi lazım bildi. O, bəlkə də, Arrasa getməli olduğunu dumanlı
Ģəkildə hiss edirdi, lakin hələ oraya getmək haqqında qəti bir qərara gəlməmiĢdi; öz-özünə dedi
ki, heç kəsdə bir Ģübhə oyatmadığından, məsələnin nə ilə bitəcəyini öyrənmək üçün oraya gedib
Ģəxsən məhkəmədə iĢtirak etməsi pis olmaz; bu səbəbə görə də Skoflerin yanına gedib, hər
ehtimala qarĢı, tilbürini hazırlamasını tapĢırmıĢdı.
Böyük bir iĢtahla yemək yedi.
Özünə gələrək iĢin nə yerdə olduğunu düĢünməyə baĢladı və vəziyyətinin olduqca dəhĢətli
olduğunu anladı, o qədər dəhĢətli ki, dalğınlığının ən böhranlı dəqiqəsində, anlaĢılmaz bir qorxu
hissi ilə birdən-birə ayağa durub qapını cəftələdi. O, otağa bir baĢqasının girə biləcəyindən
qorxurdu. O, baĢ verə biləcək hər bir hadisədən özünü qorumağa çalıĢırdı.
Bir dəqiqə də keçdikdən sonra Ģamı söndürdü. ĠĢıq onu darıxdırırdı.
Ona elə gəlirdi ki, birdən onu görən olar.
Bu ―görən‖ kim ola bilərdi?
Heyhat! Onun otaqdan qovmaq istədiyi qüvvə artıq otağın içində idi, qaranlıqda gözlərini kor
etmək istədiyi qüvvə onun üzünə baxırdı. Bu, onun vicdanı idi.
Onun vicdanı; baĢqa sözlə desək – Allah.
Lakin o ilk dəqiqədə özünü aldatmağa müvəffəq oldu; onu təhlükəsizlik, tənhalıq hissi bürüdü;
qapını bağladıqdan sonra özünü əlçatmaz hesab etdi, Ģamı söndürərək özünü görünməz hesab
etdi. O zaman özünü ələ aldı, oturdu və masanın üstünə dirsəklənərək, əlləri ilə üzünü örtdü,
qaranlıqda fikirləĢməyə baĢladı.
―Bu nə hadisədir? Gördüyüm yuxudurmu? Mənə nə dedilər? Mən Javeri doğrudanmı gördüm?
O, mənimlə nə barədə danıĢdı? Bu ġanmatye kimdir? Deyirlər ki, o mənə oxĢayır.
Bu mümkün ola bilərmi? Dünən mən o qədər sakit idim ki, heç bir Ģeydən Ģübhə etmirdim, belə
bir Ģey heç təsəvvürümə də gəlməzdi. Dünən bu vaxt mən nə edirdim? Bu hadisənin mənə nə
kimi zərəri ola bilər? Bu iĢlərin axırı nə olacaq? Mən nə edim?
O, böyük bir əzab içində idi, qəlbində fırtına vardı. Beyni fikirlərin hücumuna tab gətirə bilmirdi,
fikirlər dəniz dalğası kimi ondan uzaqlaĢırdı, bunları tutub saxlamaq üçün əlləri ilə alnını sıxırdı.
Ġçərisində bir ümid yeri və qəti qərar axtardı, lakin iradə və idrakını sarsıdan bu fırtına, onda
yalnız əzabverici bir təlaĢ doğururdu.
BaĢı od kimi yanırdı. Pəncərəyə yaxınlaĢaraq onu tamamilə açdı. Göydə bir ulduz belə yoxdu.
Masanın yanına gəlib əvvəlki yerində oturdu. Bir saat belə keçdi.
Dağınıq, qaranlıq fikirlər onun Ģüurunda yavaĢ-yavaĢ müəyyən və sabit bir Ģəkil almağa
baĢlayırdı; artıq o, məsələnin nə yerdə olduğunu aydın anlaya bilirdi. Gözləri qarĢısında açılan
bütün səhnəni əhatə edə bilməsə də, bəzi təfsilatı təsəvvürünə gətirirdi.
O, hər Ģeydən əvvəl, bir hadisəni aydınlaĢdırdı: vəziyyətinin son dərəcə böhranlı olduğuna
baxmayaraq, o, yenə də bu vəziyyətə hakim idi və büsbütün sərbəst hərəkət edə bilərdi.
Lakin bundan onun ĢaĢqınlığı daha da Ģiddətləndi. Onun hərəkətlərini təyin edən ciddi və
müqəddəs məqsəddən asılı olmayaraq, indiyə qədər gördüyü iĢ ancaq öz adını dəfn etmək üçün
qazdığı quyudan baĢqa bir Ģey deyildi. Dalğınlığının ən qızğın dəqiqələrində, yuxusuz gecələrdə,
onun dünyada ən çox qorxduğu bir Ģey vardısa, öz adını eĢitmək idi, adını eĢitdiyi gün artıq hər
bir Ģeyə son veriləcəkdi, yeni həyatı, bəlkə də, yeni qəlbi büsbütün bərbad olacaqdı. Belə bir
Ģeyin mümkün olduğunu xəyalına gətirdiyi zaman diksinirdi. Əlbəttə, həyatının belə
dəqiqələrində, birisi ona desəydi ki, bir zaman sənin adını ucadan söyləyəcəklər, bu iyrənc və
dəhĢətli ―Jan Valjan‖ sözləri birdən-birə qaranlıqdan doğaraq, onun qarĢısında canlanacaq,
ətrafındakı sirri açmaq üçün doğan bu qorxunc iĢıq birdən-birə onun baĢı üzərində parlayaraq bu
qaranlığı daha da artıracaq, Jan Valjan adı ona daha dəhĢətli görünməyəcək, yırtılmıĢ pərdə
ancaq sirrin artmasına səbəb olacaq: bu zəlzələ onun qurduğu binanın bünövrəsini daha da
möhkəmləndirəcək, əgər arzu edərsə, bu dəhĢətli hadisədən sonra, sürdüyü həyat daha da iĢıqlı
olacaq və heç bir qüvvə onu sarsıda bilməyəcək. Jan Valjanın kabusu ilə müqayisə edildikdən
sonra, xeyirxah və hörmətli vətəndaĢ olan ―cənab Madlen‖ daha da hörmət qazanacaq,
əvvəlkindən də sakit bir həyat sürəcək, – əgər bu sözləri birisi ona desəydi, baĢını yırğalar və bu
sözləri mənasız hesab edərdi. Halbuki bunların hamısı artıq bir həqiqət idi. Bu bir yığın qeyri-
mümkün Ģeylər artıq real bir hadisəyə çevrilmiĢdi, tanrı da bu sayıqlamaların bir həqiqətə
çevrilməsini rəva görmüĢdü.
Onun fikirləri artıq aydınlaĢırdı. Öz vəziyyətini getdikcə daha aydın dərk etməyə baĢlayırdı.
DəhĢətli bir yuxudan oyandığını, indi qaranlıq içində, uçurum kənarındakı bir eniĢlə aĢağıya
doğru yuvarlandığını, titrədiyini və uçurumdan özünü qoruya bilmədiyini hiss edirdi. Gözləri
qarĢısında qaranlıqda yad, tanımadığı bir adam görürdü; fələk onu Jan Valjan zənn edərək
uçuruma doğru yuvarladırdı. Bu uçurumun ağzını yenə qapamaq üçün buraya istər-istəməz birisi
yuvarlanmalı idi – ya o, ya da bu.
Onun isə fələyin iĢlərinə qarıĢmamaqdan baĢqa bir çarəsi qalmırdı.
Ġndi onun Ģüurunda artıq hər bir Ģey aydınlaĢmıĢdı. O, katorqada yeri boĢ olduğunu, heç bir
Ģeydən asılı olmayaraq təkcə balaca Jerveni qarət etməsi ucundan oraya getməli olduğunu, bu
yerin daim onu gözlədiyini etiraf etməyə məcbur oldu, bu boĢ yer onun intizarında idi, onu özünə
cəlb edirdi, bu yeri nə zaman tutacağını gözləyirdi, bu zəruri və labüd bir Ģeydi. Öz-özünə dedi
ki: ―Bu saat məni əvəz edəcək bir adam var ki, o da ġanmatyedir. Fələyin ağır zərbəsi bu adama
düĢmüĢdür. Mən isə ġanmatye adı ilə katorqa cəzası çəkərək, hər kəsin hörmətini qazanmıĢ
cənab Madlen adı ilə yaĢayacağam, artıq heç bir qorxum olmayacaqdır. Bunun üçün yalnız heç
bir Ģeyə mane olmamalıdır ki, qanun ġanmatyenin baĢı üzərinə məzar daĢını endirsin, bu daĢ da
bir dəfə insanı yerə gömdükdən sonra artıq heç bir zaman yerindən qalxmaz‖.
Bütün bunlar o qədər əzabverici və qəribə idi ki, onun qəlbində insanların ömrü boyu yalnız iki-
üç dəfə duya biləcəkləri və vicdan əzabı deyilən daxili bir həyəcan əmələ gəlmiĢdi; qəlbinin
dərinliklərində, istehza, sevinc və ümidsizlikdən doğan bir Ģey vardı ki, bunu da daxili qəhqəhə
adlandırmaq olardı.
O, birdən-birə Ģamı yenə yandırdı.
– YaxĢı, nə olacaq? Mən nədən qorxuram? Niyə bu barədə fikirləĢirəm? Mən artıq xilas oldum.
Hər Ģey qurtardı. Yarıaçıq bir qapı vardı ki, oradan mənim keçmiĢim içəri soxula bilərdi, indi o
da əbədi olaraq qapandı! Məni uzun müddət narahat edən, ov tulası kimi məni izləyən, məni
tanımıĢ olan – bəli, yəqin, tanımıĢdır, buna and içə bilərəm! – Bu qorxunc Javer də artıq çaĢmıĢ,
izimi itirmiĢ və baĢqa ov dalınca düĢmüĢdür. O, artıq təmin olunmuĢdur, məni daha rahat
qoyacaqdır! Öz Jan Valjanını artıq əlinə keçirmiĢdir! Kim bilir, bəlkə, baĢqa Ģəhərə köçmək
fikrindədir! Həm də bütün bu iĢlərin mənə heç dəxli yoxdur! Mənim nə iĢim var! Bir də burada
bir pis iĢ yoxdur! Sözün düzü, indi məni bu halda görənlər deyə bilərlər ki, baĢıma böyük bir
müsibət gəlmiĢdir! Birisinin baĢına müsibət gəlmiĢsə: hər halda, bunun səbəbi mən deyiləm. Bu,
qəzavü-qədərin hökmüdür, görünür ki, qədər belə imiĢ. Mənim bu iĢə qarıĢmağa nə haqqım var?
Mən indi nə üçün əlləĢirəm? Kimin iĢinə qarıĢmaq istəyirəm? Axı bunun mənə nə dəxli var?
Necə? Mən hələ razı deyiləm? Mənə bundan artıq nə lazımdır? Uzun illərdən bəri həsrətini
çəkdiyim, yuxusuz gecələrdə Allahdan dilədiyim məqsədə – təhlükəsizliyə nail oldum! Görünür,
Allah özü də belə məsləhət görüb. Mən Allahın əmrinə zidd gedə bilmərəm. Lakin Allahın əmri
nə üçün belədir? Çünki mən baĢladığım iĢi davam etdirməliyəm, insanlara yaxĢılıq
göstərməliyəm, gələcəkdə baĢqalarına ali bir nümunə olmalıyam, nəhayət, mənim boynuma
düĢən mənəvi cəza və yenidən qazanmıĢ olduğum fəzilətlər sayəsində, heç olmasa bir az xoĢbəxt
olmalıyam! Doğrusu, mən nə üçün bu xeyirxah keĢiĢin yanına gedib, hər Ģeyi ona etiraf
etməkdən, onunla məsləhətləĢməkdən qorxduğumu baĢa düĢmürəm. ġübhə yox ki, o da eyni
Ģeyləri mənə söylərdi. Artıq qərar verildi. Qoy hər Ģey öz yolu ilə getsin! Allahın əmri belədir.
O, qəlbin uçurumu adlandırıla bilən bir sıldırım üzərində əyilərək, öz vicdanının gizli aləmi ilə
söhbət edirdi. Ayağa durub otaqda gəzinməyə baĢladı. ―Bilirsənmi, nə var, – dedi, – bu barədə
fikirləĢmək yetər. Artıq qərar verildi!‖ Lakin bu sözləri söylərkən, zərrə qədər sevinmədi.
Əksinə.
Dəniz dalğalarına sahilə qayıtmağı qadağan etmək mümkün olmadığı kimi, fikirlərin də
müəyyən bir məsələyə qayıtmasına mane olmaq mümkün deyildir. Dənizçilər buna mədd
deyirlər. Canilər isə – vicdan əzabı. Allah insan qəlbini bir okean kimi coĢdurur.
Bir neçə saniyə sonra o, yenə öz iradəsindən asılı olmayaraq, bu kədərli mükaliməyə baĢladı:
burada danıĢan da özü idi, dinləyən də; o sükut ilə keçmək istədiyi Ģeyləri danıĢmağa, dinləmək
istəmədiyi Ģeylərə qulaq asmağa məcbur idi; iki min il bundan əvvəl ölümə məhkum olan bir
insana ―get!‖ deyən gizli bir qüvvə, ona indi ―düĢün!‖ – deyə əmr edirdi.
Söylədiklərim də yaxĢı anlaĢılsın deyə, hekayətimizə davam etmədən əvvəl, lazımi bir qeyd üçün
dayanmağa məcburuq.
Ġnsanların öz-özü ilə söhbət etdiyi hallar olur, hər bir düĢünən məxluq bunu təcrübədən
keçirmiĢdir. Hətta, bəlkə də, söz yalnız insanın daxilində yaĢadığı zaman fikirdən vicdana və
vicdandan fikrə keçərək, ən gözəl bir sirr dərəcəsinə yüksəlir. Bu fəsildə təsadüf edilən ―dedi‖,
―səsləndi‖ ifadələrini də ancaq bu mənada anlamaq lazım gəlir. Biz zahiri sükutu pozmadan öz
―mənliyimizin‖ daxilində danıĢır, səslənir, söhbət edirik. Daxilimizdə hər Ģey təlaĢ içindədir,
dodaqlardan baĢqa hər Ģey dilə gəlir. Həqiqi ruhi ehtizazlar gözə görünməsə də, duyula bilməsə
də yenə həqiqidir.
Bu surətdə, o, nə nəticəyə gəldiyini özündən soruĢdu. Özünə belə bir sual verdi: ―Qəbul edilən
qərar nədən ibarət imiĢ? Ağlının yol verdiyi hiylələrin dəhĢətli olduğunu, ―qoy hər Ģey öz yolu
ilə getsin, Allahın əmri belədir‖ sözlərinin nə qədər iyrənc olduğunu etiraf etməyə məcbur oldu.
Taleyin və insanların buraxdığı səhvə yol vermək, buna mane olmamaq, onda sükutla iĢtirak
etmək, – xülasə heç nə etməmək – hər Ģey etmək demək idi, bu, yaramaz bir ikiüzlülüyün son
pilləsi idi. Bu, ancaq rəzil, mənfur, xəyanətkar və murdar bir cinayət idi!
O, səkkiz il yaĢadığı bir yeni həyatda ilk dəfə olaraq pis bir niyyətin və pis bir əməlin acı təmini
dadırdı. Dərin bir nifrətlə tüpürdü.
Sonra yenə özünü sorğu-suala baĢladı. Amansız bir hakim ciddiyyəti ilə ―məqsədimə nail
oldum!‖ sözləri ilə nə demək istədiyini özündən soruĢdu. Həyatda, həqiqətən, bir məqsədi
olduğunu özünə etiraf etdi. Lakin hansı məqsəd? Adını gizlətməkmi? Polisi aldatmaqmı? Bütün
bu gördüyü iĢlər yalnız belə bir xırda məqsəd üçün idimi? Onun baĢqa həqiqi, ülvi bir məqsədi
yox idimi? Öz həyatını deyil, ruhunu qurtarmaq, yenə namuslu və təmiz bir adam olmaq, pak
adam olmaq! O bunu arzu edirdimi? Məqsədi bu deyildimi? Yepiskop ona məhz bunu əmr
etmiĢdi. KeçmiĢinə açılan qapını bağlamaq? Aman Allah, qapını bu cür bağlamaq olarmı?
Əksinə, bu hərəkətləri ilə o qapını yenə taybatay açar! O yenə oğru, həm də ən iyrənc bir oğru
olar! O, bir baĢqasının güzəranını, günəĢ altındakı yerini, həyatını, sakitliyini oğurlar! O bir qatil
olaraq zavallı bir insanı katorqa deyilən ən qorxunc ölümə, diri-diri ölməyə məhkum edər!
Əksinə olaraq, polisə təslim olmaq, bu qədər qorxunc bir səhvin qurbanı olan bir insanı
təhlükədən qurtarmaq, öz borcunu yerinə yetirərək, yenə Jan Valjan, yenə katorqalı olmaq, – ən
həqiqi qurtuluĢ bu deməkdi, çıxmıĢ olduğu cəhənnəmin qapılarını yalnız bu yolla həmiĢəlik
bağlaya bilərdi. Cismən oraya düĢdüyü halda, oradan ruhən qurtulardı. Bəli, o mütləq belə
etməlidir. Əgər o bunu etməzsə, etdiyi bütün yaxĢılıqlar heç olub gedəcəkdir! Onun bütün həyatı,
bütün tövbələri, hər Ģeyi məhv olacaqdır! Yalnız: ―Bütün bunları sən nə üçün etdin?‖ demək
qalırdı. O, yepiskopu öz yanında hiss edirdi. Bu adamın ölü olması burada diri olmasından daha
da təsirli idi. O, diqqətlə cənab Madlenə baxırdı. Ġndən belə cənab mer qazandığı bütün hörmətlə
bərabər onun nəzərində iyrənc bir adam olacaq, katorqalı Jan Valjan isə öz pak fəzilətləri ilə
yüksələcək. Adamlar onun yalnız zahirini görmüĢlər, yepiskop isə onun əsl simasını görürdü.
Adamlar onun həyatını görmüĢdü, yepiskop isə onun vicdanını görürdü. Demək, dayanmadan
Arrasa getmək, yalançı Jan Valjanı qurtarmaq və həqiqi Jan Valjanı məhkəməyə təslim etmək
lazımdır! Heyhat! Bu ən böyük bir fədakarlıq, ən acı bir qələbə, son və qəti bir addımdır! Lakin
bu addımı da atmaq lazım gəlirdi! Nə qədər acı bir tale! Ġnsanların nəzərində özünü ləkələrsə də,
Allah yanında üzü ağ olar!
– YaxĢı, nə olar, – dedi, – qərar verməlidir! Mən öz vəzifəmi yerinə yetirməliyəm! Bu adamı
qurtarmaq lazımdır!
Bu sözləri, öz-özü ilə danıĢdığını belə duymadan ucadan söylədi.
Hesabat dəftərini götürüb nəzərdən keçirdi, kağızlarını nizama saldı; maddi vəziyyətləri yaxĢı
olmayan bəzi adamların pul qəbzlərini cırıb odun içinə atdı. Sonra bir məktub yazaraq konvertə
qoydu və üzərində bu ünvanı yazdı: ―Paris Artua küçəsində olan bankir cənab Lafitə‖.
Qutudan bumajnikini çıxardı, içində bir neçə ədəd kağız pul və pasport vardı ki, bununla elə bu il
seçki dairəsinə getmiĢdi.
Dərin fikirlərə dalmıĢ cənab Madlenin bu iĢlərlə məĢğul olduğunu görənlər onun ürəyində nələr
olduğunu qətiyyən baĢa düĢə bilməzdilər. Arabir yalnız dodaqları tərpənir, bəzən də baĢını
qaldırıb gözlərini divarın bir nöqtəsinə zilləyirdi, sanki, orada bir Ģey vardı ki, onun suallarına
cavab verməli, çətin məsələləri həll etməli idi.
Lafitə yazdığı məktubu qurtardıqdan sonra Madlen onu pul kisəsi ilə birlikdə cibinə qoyub yenə
otaqda gəzinməyə baĢladı.
Fikirləri əvvəlki istiqamətdən ayrılmırdı. O yenə də parıldayan hərflərlə yazılmıĢ vəzifəsini öz
qarĢısında aydınca görür; haraya baxırdısa, yalnız bu sözlərə rast gəlirdi: ―Get! Kim olduğunu
söylə! Özünü ifĢa et!‖.
QarĢısında, sanki, əllə toxunula biləcək bir Ģəklə düĢmüĢ, canlanmıĢ və indiyə qədər həyatının iki
qaidəsini təĢkil edən iki ideya canlanırdı: kim olduğunu gizlətmək, müqəddəs bir adam olmaq.
O, bu iki ideyanı ilk dəfə ayrı-ayrılıqda gördü, bunları bir-birindən ayıran cəhətləri anladı. Bu
ideyaların biri Ģübhəsiz xeyir iĢlərlə bağlı olduğu halda, o biri ancaq Ģər ola bilərdi; biri
fədakarlıq, o biri isə xudbinlik demək idi. Biri ―qardaĢım‖ dediyi halda, o biri ―mən‖ deyirdi;
birinin mənbəyi nur, o birininki isə zülmət idi.
Nurla zülmət bir-birilə güləĢirdi, o isə bu mübarizəni seyr edirdi. Dərin fikirlərə daldıqca, bu iki
ideya onun mənəvi nəzərləri qarĢısında böyüyür və nəhəngə çevrilirdi. Ona elə gəlirdi ki,
Ģüurunun dərinliklərində, bir az əvvəl bəhs etdiyimiz ucsuz-bucaqsız üfüqlərdə, qaranlıqlara
qarıĢan Ģəfəqlər arasında ilahi bir qüvvə bir divlə vuruĢur.
O, büsbütün dəhĢət içində idi, bununla belə xeyrin Ģərə qalib gəlməyə baĢladığını görürdü.
O, vicdan və taleyinin yenə də qəti bir dəqiqə keçirdiyini hiss edirdi, Yepiskop onun yeni
həyatının ilk dövrünü təyin etdiyi halda, ġanmatye ikinci dövrünü yaradırdı. Böyük bir dönüĢdən
sonra böyük bir imtahan!
Bu aralıq bir an üçün sakitləĢmiĢ qızdırmalı həyəcan yenə coĢmağa baĢladı. Beynindən minlərcə
fikirlər keçirdi, lakin bu fikirlər qəbul edilmiĢ qərarı daha da möhkəmləndirirdi.
Bir an o öz-özünə dedi ki, nahaq yerə bu həyəcanları keçirir, ġanmatye vecsiz bir adamdır, hər
halda, oğurluq etmiĢdir.
Sonra öz-özünə cavab verdi: ―Əgər bu adam, doğrudan da, bir neçə alma oğurlamıĢsa, bunun
üçün ancaq iki ay həbs cəzası verə bilərlər. Bu, hər halda, katorqa demək deyildir. Bir də onun
alma oğurladığı da Ģübhəlidir. Bu sübut edilmiĢdirmi? Jan Valjan adı onun iĢini korlayır, ona
görə də sübuta ehtiyac görülmür. Kral prokurorlarının adəti belədir. Katorqalı – oğru deməkdir‖.
Bir ləhzə sonra onun ağlına baĢqa bir fikir gəldi: bəlkə, o, özünü təslim edirsə, yeddi il ərzində
göstərdiyi fədakarlığı, sürdüyü müqəddəs həyatı, bu ölkə üçün etdiyi bütün yaxĢılıqları nəzərə
alaraq, onun günahından keçərlər. Lakin bu fərziyyə tez yox olub getdi. O, balaca Jervenin qırx
su pulunu oğurladığı üçün oğru olduğunu və istər-istəməz bu iĢin yenə ortalığa çıxacağını,
qanuna əsasən yenə ömürlük katorqa cəzasına göndəriləcəyini düĢünərək acı-acı gülümsədi.
Bütün bu xəyalları özündən uzaqlaĢdırdı, dünyanın nemətlərindən göz çəkərək, baĢqa bir Ģeydə
təsəlli və qüvvət axtarmağa baĢladı. O öz-özünə dedi ki, vəzifəsini yerinə yetirməlidir, ola bilsin
ki, onu yerinə yetirdikdən sonra o, nisbətən az bədbəxt olar ―hər Ģeyin öz qaydası ilə getməsinə
yol verərsə, Monreyl-sür-Mer Ģəhərində qalarsa, qazandığı hörmət, Ģərəf, Ģöhrət, etdiyi
yaxĢılıqlar, ona qarĢı bəslənən pərəstiĢkarlıq, qazandığı sərvət, fəzilət, xülasə hər Ģey cinayətin
acısı ilə zəhərlənmiĢ olacaqdır! Bu cür rəzil iĢlə nəticələnən bütün yaxĢı əməlləri puç olub
gedəcəkdir! Özünü qurban verərək fədakarlıq göstərdikdə isə hər Ģey - katorqa da, rüsvayçılıq
da, dəmir xalta da, yaĢıl qalpaq da, məĢəqqətli zəhmət də, amansız təhqirlər də, – hər bir Ģey ilahi
bir səfa və Ģəfa ilə aĢılanmıĢ olacaqdır!
Nəhayət, o öz-özünə dedi ki, o, ancaq belə hərəkət etməli, onun taleyi belədir, fələyin əmrini
poza bilməz, istəsə də, istəməsə də, o, iki Ģeydən birini seçməlidir: ya zahiri fəzilət və gerçək bir
alçaqlıq, ya həqiqi bir qüdsiyyət və zahiri bir rüsvayçılıq!
Bu saysız-hesabsız qorxunc fikirləri bir-bir baĢından keçirərkən o yenə də ruhdan düĢmür,
mərdliyini itirmirdi, lakin beyni artıq yorulmağa baĢlayırdı. Ġstər-istəməz baĢqa Ģeyləri, tamamilə
mənasız Ģeyləri fikirləĢməyə baĢladı.
Gicgah damarları Ģiddətlə vururdu. O hələ də otaqda gəzinirdi. Yaxındakı kilsənin və bir az
sonra Ģəhər idarəsinin zəngləri gecə saat on ikini vurdu. O, əvvəlcə bir zəngin, sonra o birisinin
on iki dəfə vurmasını saydı və səslərini bir-birilə müqayisə etdi. Bir neçə gün bundan əvvəl bir
köhnə dəmir alverçisinin dükanında, üzərində ―Romenvilli Antuan Alben‖ yazılı köhnə bir zəng
görmüĢ olduğunu xatırladı.
ÜĢüyürdü. Buxarını qaladı. Pəncərəni örtmək isə ağlına gəlmədi. Sonra yenə keylik onu bürüdü.
O, böyük bir çətinlikdə, saat on ikini vurmazdan əvvəl nə düĢündüyünü yada salmağa çalıĢdı.
Nəhayət, buna nail oldu.
―Hə, – deyə düĢündü, – mən özümü məhkəməyə təslim etmək qərarına gəlmiĢdim‖.
Birdən Fantina yadına düĢdü.
―Aman Allah! Bəs bu zavallı qadının taleyi necə olacaq! – dedi.
Fikrində yeni bir Ģübhə böhranı baĢladı.
Fantina birdən-birə yadına düĢməklə fikirlərində ani bir iĢıq doğdu, bütün düĢündükləri ona
tamamilə baĢqa bir Ģəkildə görünməyə baĢladı öz-özünə:
―Mən nə edirəm? – deyə səsləndi, – mən indiyə qədər yalnız özümü düĢünməklə məĢğul
olmuĢam! Susmaq və ya özümü təslim etmək; öz Ģəxsiyyətimi gizlətmək və ya canımı
qurtarmaq, hamının hörmət bəslədiyi, lakin mənfur bir vəzifə sahibi, ya da rüsvay olmuĢ, lakin
hörmətə layiq bir katorqalı olmaq, mənim qarĢımda duran yalnız öz nəfsim idi! Lakin aman
Allah, bütün bunlar xudbinlikdir, xudbinliyin adi bir Ģəkli olmasa da, yenə xudbinlikdir! Halbuki
baĢqalarını da düĢünmək lazımdır! Axı ən müqəddəs Ģey baĢqalarını düĢünməkdir! Diqqətli olaq,
məsələni daha dərindən düĢünək. Tutaq ki, mən yoxam, mən aradan çıxmıĢam, unudulmuĢam –
bundan nə hasil ola bilər? Tutaq ki, özümü ələ verdim. Məni tutub, ġanmatyeni azad edərlər,
məni yenə katorqaya göndərərlər; bəs sonra? Sonra nə olacaq? Burada nələr olacaq? Bəli,
burada. Bu ölkə bu Ģəhər, bu sənaye, fəhlələr, kiĢilər, qadınlar, uĢaqlar – bütün bu kasıb camaat
nə olacaq? Bütün bunları mən yaratmıĢam. Onlara mən həyat vermiĢəm; hər yerdə tüstülənən
ocaqların yanacağını, qaynayan qazanların ətini mən vermiĢəm; onlara rahatlıq verən, onlara
ticarət, kredit yaradan mən olmuĢam, məndən qabaq heç nə yox idi, bütün ölkəni yuxudan
oyadan, ona dirilik və qüvvət verən mən olmuĢam, mən buradan getsəm bütün bunlar yenə də
məhv olub gedəcək. Bəs o qadın! Bu qədər əzablar çəkmiĢ və alçalmasına baxmayaraq, yenə
yüksək və ülvi olan bu qadın, o qadın ki, bədbəxtliyinə, bilmədən, mən səbəb olmuĢam! Mən ki,
uĢağını onun yanına gətirəcəyimi, qızını onunla görüĢdürəcəyimi vəd etmiĢdim! Mənim
ucumdan müsibətə düçar olmuĢ bu qadına yaxĢılıq etmək mənim borcum deyildirmi? Mən
ortadan yox olaramsa, hər Ģey məhv olub gedəcək, qadın öləcək, uĢaq kimsəsiz qalacaqdır. Mən
özümü polisə təslim etsəm, bax, belə olacaq! YaxĢı, bəs özümü təslim etməsəm, nə olar?‖.
Öz-özünə bu sualı verdikdən sonra tərəddüd içində dayandı, lakin bu tərəddüd çox sürmədi,
özünü toplayaraq, sakit bir halda sualına cavab verdi:
―O adam katorqaya gedəcək! Nə olsun ki, bu doğrudur, lakin lənət Ģeytana, o oğrudur axı! Mən
özümü nə qədər inandırsam da, bir Ģeyi, inkar edə bilmərəm ki, o oğrudur, bəli, oğrudur! Mən isə
burada qalıb baĢladığım iĢimə davam edərəm, on ildən sonra on milyonluq bir sərmayəm olar.
Bunun hamısını ölkəyə paylaram, çünki mənə heç bir Ģey lazım deyil. Pul mənim nəyimə
lazımdır? Mən ki, özüm üçün çalıĢmıram! Əhalinin rifah halı yaxĢılaĢar, sənaye iĢləri canlanar,
fabrik və zavodlar artar, yüzlərcə və minlərcə ailə xoĢbəxt olar! Əhalinin sayı artar, ayrı-ayrı
fermaların yerində yeni-yeni kəndlər yaranar, quru çöllərdə fermalar əmələ gələr. Yoxsulluq və
ehtiyac yox olar. Bununla da səfalət, fahiĢəlik, oğurluq, cinayət, bütün qəbahətlər, bütün
cinayətlər yox olub gedər. Bu zavallı ana da öz balasına tərbiyə verər! Bütün ölkədə sərvət və
namus yüksələr! Yox, yox, özümü ələ vermək, məhkəməyə təslim olmaq! Mən dəlimi olmuĢam?
Yox! Ehtiyatlı olmaq, tələsməmək lazımdır. Mən alicənab və mərd bir hərəkət göstərmək
istəyirdim, lakin bu ki, mənasız bir faciədir! Mən yalnız özümü düĢünürdüm! Birisini,
tanımadığım bir adamı, bir oğrunu, alçaq bir adamı, bəlkə də, bir az haqsız olaraq məhkum
edildiyi cəzadan qurtarmaq üçün bütün bir ölkənin rahatlığını qurban vermək! Zavallı bir qadının
xəstəxanada, dəhĢətli bir halda ölməsinə razı olmaq! Onun qızının it kimi küçədə gəbərməsinə
yol vermək! Bu haqsızlıqdır, bu dəhĢətli bir Ģeydir. Ana öz uĢağının üzünü belə görməyəcək!
UĢaq öz anasını, demək olar ki, heç tanımadan məhv olub gedəcəkdir! Bütün bunlar alma
oğurlamıĢ, bir hərəkəti üçün olmasa da, baĢqa bir hərəkəti ucundan, bəlkə də, katorqaya layiq
olan bir oğrunu xilas etmək üçün imiĢ! Amma nə gözəl fikir! Nə gözəl vicdan! Canini
qurtarmaq, günahsızları isə məhv etmək! Ömrünün axırına bir neçə il qalan, katorqada
güzəranını indiki səfil həyatından bir az pis keçirəcək qoca bir sərsərini qurtarmaq üçün bütün
bir ölkəni, anaları, qadınları, uĢaqları qurban vermək! Məndən baĢqa yer üzündə kimsəsi
olmayan və kim bilir, bəlkə, bu gün o xain Tenardye ailəsində, onların murdar meyxanasında
soyuq və aclıq keçirən zavallı Kozettanı fəda etmək! Bu adamlar nə qədər də əclafdırlar!
Rəvadırmı mən bu zavallı adamlara qarĢı öz borcumu yerinə yetirməyim? Gedib özümü polisin
əlinə vermək fikrinə düĢmüĢəm. Bu ki, böyük bir axmaqlıqdır! Ġndi məsələnin pis tərəfini
fikirləĢək. Tutaq ki, bu iĢin pis bir cəhəti var, ona görə də bir zaman vicdan əzabı çəkəcəyəm.
BaĢqa adamların səadəti üçün bu vicdan əzabına yalnız mənim qəlbimi ləkələyən bu pis əmələ
razılaĢmaq özü fədakarlıq və fəzilətdir.
O, ayağa durub yenə otaqda gəzinməyə baĢladı. Bu dəfə ona elə gəldi ki, qane edilmiĢdir.
Almaz daĢlarını yalnız yerin altında, həqiqəti isə yalnız insan fikrinin dərinliklərində tapmaq
mümkündür. Ona elə gəlirdi ki, bu fikrin dərinliklərinə enərək, qaranlıq guĢələri eĢələyə-eĢələyə,
nəhayət, bu almaz daĢlarından birini, bu həqiqətlərdən birini tapa bilmiĢdir, artıq bu həqiqət, bu
qiymətli daĢ onun əlindədir. O bunu seyr edir, parıltısından gözləri qamaĢırdı.
―Bəli, bu belədir, – deyə o düĢündü. – Həqiqəti tapmıĢam. Məsələni həll etmiĢəm. Müəyyən bir
qərara gəlmək lazımdır. Qərar verdim. Qoy hər Ģey öz yolu ilə getsin. Daha tərəddüd etmək, geri
çəkilmək lazım deyil. Mən bunu öz rahatlığım üçün deyil, ümumin xeyri üçün edirəm. Mən
Madlenəm və Madlen olaraq da qalmalıyam. Vay Jan Valjanın halına! Artıq mən Jan Valjan
deyiləm, o adamı tanımıram, haradan gəldiyini də bilmirəm. Əgər belə bir adam varsa, qoy özü
öz halına yansın, mənim nə iĢim var? Bu məĢum ad gecənin qaranlığında kabus kimi dolaĢır və
bu kabus birinin baĢına düĢərsə, vay onun halına!‖.
Buxarının üstündəki balaca güzgüyə baxıb dedi:
– Bəli! Artıq qərar verildi. Ürəyim sakit oldu. Ġndi görünüĢüm tamamilə baĢqadır.
Bir qədər də gəzdikdən sonra, o birdən-birə dayandı.
– Yetər! – dedi. – Mən daha tərəddüd etməməliyəm. Qəbul etdiyim qərarın heç bir nəticəsi məni
qorxutmamalıdır. Məni hələ də Jan Valjanla bağlayan tellər var. Bunları qırmaq lazımdır. Bu
otağın özündə mənim əleyhimə Ģahidlik edə biləcək Ģeylər var; bunlar nə qədər cansız olsa da,
diri Ģahidlərdən qorxuncdurlar. Bunlar yox olmalı, puç edilməlidir.
Əlini cibinə salıb kisəsini çıxartdı və açıb içindən balaca bir açar götürdü.
Bu açarı divar kağızının qara nöqtələri arasında seçilməyən balaca bir deĢiyə soxdu. Buxarının
dəmir qalpağı ilə otağın küncü arasında qayrılmıĢ gizli bir dolabın ağzını açdı. Bu gizli dolabın
içində cındır Ģeylər, göy kətandan bir köynək, zağı getmiĢ bir Ģalvar, köhnə bir çanta və iki ucu
dəmirli yoğun bir əsa vardı. 1815-ci ilin oktyabr ayında Din Ģəhərinə girdiyi zaman Jan Valjanı
görmüĢ olanlar, onun o vaxtı dilənçi paltarlarını asanlıqla tanıyardılar.
O, yepiskopun gümüĢ Ģamdanlarını saxladığı kimi, bunları da saxlamıĢdı ki, yeni həyata nə ilə
qədəm qoyduğunu həmiĢəlik yadında saxlasın. Lakin o, katorqadan gətirdiyi Ģeyləri gizlətməklə
bərabər, yepiskopun bağıĢladığı Ģamdanları büsbütün açıqda saxlayırdı.
Qapının açılmasından qorxmuĢ kimi, cəftələnmiĢ qapıya gizli bir nəzər saldı, cəld bir hərəkətlə
bu cındırları, əsanı və çantanı buxarıya atdı, uzun illərdən bəri, təhlükəyə baxmayaraq, pərəstiĢlə
saxladığı bu Ģeylər alovların içində yanmağa baĢladı.
Bir az sonra gizli dolabı böyük bir ehtiyatla bağladı. Dolab indi artıq boĢ olduğuna görə hər bir
ehtiyat yersiz idi. Buna baxmayaraq, dolabın qapısını hündür bir kreslo ilə tutdu.
Bir neçə saniyədən sonra otaq və qarĢıdakı evin divarı güclü bir alovun qırmızı və titrək Ģəfəqi
ilə boyandı. Paltarlar yanır, əsa od içində cırıldayır və otağın ortasına qədər qığılcımlar
sıçrayırdı.
Çanta ilə kirli cındırlar büsbütün yanıb qurtardıqdan sonra külün içində parlayan dəyirmi bir Ģey
göründü. Əyildikdə bunun gümüĢ pul olduğunu bilmək asan idi. Bu pul, yəqin, savoyalıdan
oğurlanmıĢ olduğu qırx su idi.
Lakin o alov içinə baxmadan, eyni sakit addımlarla otaqda gəzinirdi.
Birdən gözləri buxarının üstündə duran və alovun əksindən parlayan gümüĢ Ģamdanlara sataĢdı.
―Ah! Bunlar da Jan Valjanı xatırladır, – deyə düĢündü. – Bunları da məhv etmək lazımdır‖.
ġamdanları götürdü. Od hələ Ģiddətlə yandığından, bunları tezliklə əridib xarab edə bilərdi.
Sonra ocağın üzərinə əyilərək, qızınmağa baĢladı. Ġsti bütün vücuduna yayıldı.
―Adamın canı qızanda, nə yaxĢı olur!‖ – dedi.
ġamdanlardan biri ilə ocağı eĢələdi. Bir saniyə də keçsəydi, onları bir-bir odun içinə atacaqdı.
Bu anda, sanki, içərisindən:
– Jan Valjan! Jan Valjan! – deyə bağıran bir səs eĢitdi.
Tükləri ürpəndi, dəhĢətli bir səs eĢidən adam kimi rəngi ağardı.
Bu səs:
– Bəli, bəli, iĢini qurtar! – deyirdi. – BaĢladığın iĢi tamamla! ġamdanları məhv et! Bu yadigarı
tələf et! Yepiskopu unut! Hər Ģeyi unut! ġanmatyenin iĢini bitir! Çox gözəl olar! Qalib
gəlməyinlə özünü təbrik et! Demək, son qəti qərara gəldin! Adamların ondan nə istədiyini belə
bilməyən bu qoca, kim bilir, bəlkə, heç bir pis iĢ görməmiĢdir, heç təqsiri yoxdur; bəlkə, yalnız
sənin adın o biçarəni əzdiyi və uçuruma yuvarladığı üçün onu məhv edəcəklər. Nə olar! Qoy onu
sənə oxĢadıb məhkum etsinlər, qoy ömrünün axır çağları nifrətlər və lənətlər içərisində keçsin!
Çox gözəl! Sənə nə var, sən namuslu bir adam ol, hər kəsin hörmət etdiyi, etibarlı mer olaraq
qal: Ģəhəri zənginləĢdir, yoxsulların qarnını doydur, yetimləri tərbiyə et, sən öz fəzilətli
həyatında xoĢbəxt yaĢa! Sənə pərəstiĢ edəcəklər, sən Ģərəf və Ģöhrətlə yaĢadığın müddətdə orada,
katorqada bir baĢqası sənin köynəyini geyəcək, sənin qandalarını gəzdirəcək və sənin Ģərəfsiz
adını daĢıyacaqdır. Sən öz iĢlərini gözəl düzəltdin! Ah! Mənfur adam!
Üzündən tər sel kimi axırdı, dəhĢət saçan gözlərini Ģamdanlardan ayırmırdı. Ġçindən gələn səs
susmayaraq, davam edirdi.
– Jan Valjan! Sən öz ətrafında bir çox səslər eĢidəcəksən; səni ucadan bağıraraq alqıĢlayacaqlar.
Lakin qaranlıqdan heç kəsin eĢitmədiyi bir səs gələcək və sənə lənətlər oxuyacaqdır. Ġndi qulaq
as, ey alçaq və rəzil adam! Bütün bu xeyir-dualar göylərə çatmadan məhv olacaq, Allah-taala
ancaq lənət səslərini eĢidəcəkdir!
Onun qəlbinin dərinliklərindən əvvəlcə zəif gələn bu səs, getdikcə güclənir və indi onun
qulağının dibində dəhĢətlə gurlayırdı. Ona elə gəlirdi ki, bu səs onun varlığı içərisindən çıxaraq,
indi artıq xaricində səslənirdi. Son sözləri o qədər aydın və açıq eĢidirdi ki, dəhĢətlə ətrafına bir
nəzər saldı.
Özünü büsbütün itirmiĢ bir halda:
– Burada kim var? – deyə soruĢdu.
Sonra mənasız bir qəhqəhə ilə gülərək dedi:
– Mən nə qədər axmağam! Buraya kim gələ bilər?
Yox, burada kimsə var idi, lakin bu kimsəni insan gözləri görməyə qadir deyildi.
Cənab Madlen Ģamdanı buxarının üstünə qoydu.
Sonra otaqda yenə yeknəsəq ağır addımlarla gəzməyə baĢladı ki, bu da aĢağı mərtəbədə yatan
adamı narahat edir və onun səksəkə ilə yerindən sıçramasına səbəb olurdu.
Bu gəzinti onu bir qədər sakitləĢdirir və bir növ məst edirdi. Bəzən insan, həyatının belə
müstəsna dəqiqələrində, sanki, qarĢısına gələn hər Ģeylə məsləhətləĢmək üçün gəzinmək istəyir,
sanki, yolda rast gəldiyi Ģeylər ona yaxĢı məsləhət verə bilər. Lakin bir neçə saniyədən sonra
onun fikirləri tamamilə dolaĢdı.
Bir-birinin dalınca qəbul etdiyi iki qərar indi eyni dərəcədə onu dəhĢətə gətirirdi. Vaxtilə onun
həyatını yoluna qoyan hər iki fikir indi ondan ötrü öldürücü idi. Nə qədər acı bir təsadüf! Bu
ġanmatye təsadüfi ortaya çıxmasa idi olmazdımı? Fələyin, guya, onun vəziyyətini
möhkəmləndirmək üçün göndərdiyi bu təsadüf indi onu qəti olaraq məhv edəcəkdi!
Bir dəqiqəliyə öz gələcəyini düĢündü. Özünü ələ vermək! Aman Allah! Polisə təslim olmaq!
Ayrılacağı hər Ģeyi və qayıdacağı vəziyyəti fikrində hədsiz bir təəssüflə araĢdırdı. Bu sakit
həyatdan, fərəhli günlərdən əl çəkmək, əhalinin ona bəslədiyi hörmətdən ayrılmaq, namus və
azadlıqdan məhrum olmaq lazım gəlirdi! Artıq o, düzlərə gedib may ayında quĢların oxumağını
dinləməyəcək, balaca uĢaqlara sədəqə verməyəcəkdi! Artıq ona yönəldilən məhəbbətli və
minnətdar gözləri görməyəcəkdi! TikmiĢ olduğu bu evi, bu balaca otağı buraxmalı olacaqdı.
Bütün bunlar indi ona nə qədər əziz, sevimli görünürdü. Artıq o, bu kitabları oxumayacaq,
isfəndan ağacından qayrılmıĢ masanın yanında oturub yazı yazmayacaqdı. Bütün bu müddət
ərzində ona xidmət edən yeganə qoca qulluqçusu artıq səhərlər qəhvəsini gətirməyəcəkdi. Ey
böyük Allah! Bütün bunların əvəzində onu katorqa, dustaq paltarı, ağır iĢ, karser – artıq baĢına
gəlmiĢ bütün bu dəhĢətlər gözləyirdi! KeçirmiĢ və adət etmiĢ olduğu bu həyatdan sonra, həm də
bu yaĢda olduğu halda bu çox qorxunc bir Ģeydi! Barı cavan olaydı! Qoca vaxtında hər kəsin ona
―sən‖ deyən kobud səsini eĢitmək, nə dözülməz bir hal! Hər bir nəzarətçi onun ciblərini axtara
bilər, hər bir gözətçi onu ağacla döyə bilərdi! Yalın ayaqlarına altı dəmir ayaqqabı geyməli
olacaq. Hər səhər, hər axĢam ayaqlarını qandal halqalarını yoxlamaq üçün iĢlədilən ağac çəkic
altına qoymalı olacaqdır. Ona istehza ilə baxan hər bir avaraya deyəcəklər ki: ―Monreyl-sür-Mer
Ģəhərinin vaxtilə meri olan Jan Valjan budur! AxĢamlar da yorğunluqdan ikiqat olaraq qan-tər
içində, baĢında gözlərinin üstünü örtən qalpaq, serjantın qamçısı altında baĢqa bir cani ilə yan-
yana üzən həbsxanaya qayıdacaq, gəmi pilləkəni ilə yuxarı qalxacaqdır. Oh, nə böyük iĢgəncə!
Əcəba, fələk də insan kimi zülmkar və insan qəlbi kimi amansız ola bilərmi?
DüĢdüyü ağır vəziyyətdən qurtarmaq üçün nə qədər çalıĢırdısa, yenə də bütün fikirlərini əhatə
edən bu acı suala qayıdırdı; cənnətdə qalıb iblis olmalı, yoxsa cəhənnəmə qayıdıb mələk olmalı?
Nə etməli, pərvərdigara, nə etməli?
Böyük bir zəhmətlə susdurmuĢ olduğu fırtına, yenə coĢaraq, üzərinə çökmüĢdü. Fikirləri yenə
qarıĢmağa baĢladı. Bu fikirlərdə ümidsizliyə xas olan bir durğunluq və Ģüursuzluq vardı.
Beynində çoxdan eĢitmiĢ olduğu kiçik bir nəğmə və ―Romenvil‖ sözü səslənirdi. Romenvilin,
Paris yaxınlığında balaca bir meĢə olduğunu və aprel ayında seviĢən gənclərin oraya gedib
yasəmən dərdiklərini xatırladı.
O, mənən səndələdiyi kimi, cismən də səndələyirdi. Təzəcə ayaq tutan uĢaq kimi yeriyirdi.
Ara-sıra yorğunluğunu dəf etməyə çalıĢaraq, fikirlərini bir yerə toplamaq istəyirdi. Son dəfə,
artıq qəti olaraq onu taqətdən salmıĢ olan bu sualı düĢünməyə və qavramağa çalıĢdı. Özünü ələ
verməkmi, yoxsa susmaqmı? O, qəbul ediləcək qərarı özü üçün heç cür aydın edə bilmirdi.
Gətirdiyi bütün dəlillər xəyalında qarıĢaraq, duman kimi dağılırdı. O, yalnız bir Ģey hiss edirdi
ki, hansı bir qərara gəlirsə gəlsin, varlığının bir hissəsi mütləq məhv olub gedəcəkdir, baĢını hər
yana – sağınamı, solunamı çevirsə, fərqi yoxdur, hər tərəfdə onu məzar gözləyir; bir tərəfə
çevrilərsə səadətinin, o biri tərəfə çevrilərsə fəzilətinin can çəkdiyini görürdü.
Heyhat! O yenə də Ģübhələr içərisində çırpınırdı. O, əvvəldə olduğu kimi, yenə də müəyyən bir
qərara gəlməkdən uzaqda idi.
Bu bədbəxt insan qəlbi iztirablı qorxular içində çırpınırdı. Bu zavallı adamdan min səkkiz yüz il
əvvəl yaĢayan və bəĢəriyyətin bütün iztirabları ilə qüdsiyyətini təcəssüm edən sirli bir insan da,
hüdudsuz üfüqlərdə əsən Ģiddətli küləyin zərbələrindən zeytun ağacları titrərkən, ulduzlu
göylərin dərinliklərində qaranlıq və zülmət saçan dəhĢətli bir qədəhi uzun müddət əli ilə özündən
uzaqlaĢdırmıĢdı.
DÖRDÜNCÜ FƏSĠL.
Ġztirab yuxuda qəribə Ģəkillərə düĢür.
Gecə yarısından üç saat keçmiĢdi. Düz beĢ saat idi ki, cənab Madlen yorğunluğunu almadan
otaqda gəzinirdi. Nəhayət, taqətdən düĢərək masanın üstünə yıxıldı.
O, buradaca yatdı və qəribə bir yuxu gördü.
Bu yuxu hər bir yuxu kimi həqiqətlə əlaqədar deyildi, o yalnız saçdığı dəhĢət və iztirabla həyata
bağlanırdı, bununla belə bu yuxu ona çox təsir etdi. Bu dəhĢətli yuxu onu o qədər sarsıtdı ki,
sonralar bunu hətta yazmıĢdı da. Əli ilə yazılmıĢ kağızlar içərisində bu əl yazısı da vardır. Onu
olduğu kimi burada verməyi lazım bilirik.
Bu yuxu nədən ibarət olursa-olsun təsvir etmədən, həmin gecənin macərası natamam qalmıĢ
olardı. Bu – xəstə bir qəlbin ələmli sərgüzəĢtlərinin bir səhnəsidir.
Yuxu budur. Zərfin üzərində belə bir yazı oxuyuruq. O gecə gördüyüm yuxu.
―Çöldə idim. GeniĢ və fərəhsiz, ot bitməyən quru bir düzdə idim. Gündüz, yoxsa gecə olduğunu
bilmirdim.
UĢaqlıq illərimin yoldaĢı olan qardaĢımla, etiraf etməliyəm, heç bir zaman yadıma salmadığım
və demək olar ki, tamamilə unutduğum qardaĢımla çöldə gəzirdim.
Biz söhbət edir, yoldan ötənlərə baxırdıq. Evimizin yaxınlığında yaĢayan və pəncərəsi küçəyə
baxan bir otağa köçdükdən sonra daima pəncərə qabağında oturub tikiĢ tikən qonĢu bir qadından
söhbət edirdik. Bu pəncərə açıq olduğundan, söhbət edə-edə üĢüməyə baĢladığımızı hiss etdik.
Çöldə bir dənə belə ağac yox idi.
Yanımızdan bir atlı keçdi. Bu atlı çıl-çılpaq idi, bədəni kül rəngində, atı isə torpaq rəngində idi.
BaĢında saçı yoxdu, biz onun quru kəlləsini və kəlləsi üzərindəki damarları görürdük. Atlının
əlində üzüm tənəyi kimi əyilən və dəmir kimi ağır bir qamçı vardı. Atlı heç bir söz demədən
yanımızdan keçdi. QardaĢım mənə dedi ki: ―Dərə ilə gedək‖. Dərəyə endik. Burada nə bir kol, nə
də bir çəngə mamır var idi. Hər Ģey, göylər belə torpaq rəngində idi. Bir neçə addım getdikdən
sonra, sözlərimə heç kəsin cavab vermədiyini duydum. QardaĢımın artıq yanımda olmadığını
anladım.
QarĢıma bir kənd çıxdı, kəndə girdim. Bu kəndin Romenvil (nə üçün Romenvil?)1 olduğunu
güman etdim.
Keçdiyim birinci küçə bomboĢ idi. O biri küçəyə keçdim. Küçə ayrıcında bir adam gördüm; o,
divara söykənib dayanmıĢdı. Mən bu adamdan soruĢdum ki: ―Bura haradır? Mən haradayam?‖.
O, mənə cavab vermədi. Bir ev qapısının açıq olduğunu görüb içəri girdim.
Birinci otaq bomboĢ idi. Ġkinci otağa keçdim. Bu otağın qapısı ağzında bir adam gördüm, o da
divara söykənib dayanmıĢdı. Mən bu adamdan soruĢdum ki: ―Bu kimin evidir? Mən
haradayam?‖. O, cavab vermədi.
Evin arxasında bağ vardı. Evdən çıxıb bağa girdim. Bağ da bomboĢ idi. Elə birinci ağacın
arxasında dayanmıĢ bir adam gördüm. Bu adamdan soruĢdum ki: ―Bu kimin bağıdır? Mən
haradayam? O, cavab vermədi.
Kəndi dolaĢmağa baĢladım, bunun bir Ģəhər olduğunu anladım. Bütün küçələr boĢ, bütün qapılar
açıq idi. Bu küçələrdən kimsə keçmir, bu otaqlarda kimsə yaĢamır, bu bağlarda kimsə
gəziĢmirdi. Lakin hər divarın yanında, hər bir ağacın arxasında bir adam dayanmıĢdı. Onlar
sükut edirdi. Hər yerdə ancaq bir nəfər durmuĢdu. Onlar yanlarından ötdüyüm zaman mənə
baxırdılar.
ġəhərdən çıxıb çölləri dolaĢmağa baĢladım.
Bir müddət sonra dönüb geri baxdıqda, arxamca bir yığın camaatın gəldiyini gördüm. Bu,
Ģəhərdə gördüyüm həmin adamlar idi. Tanıdım. Qəribə baxıĢları vardı. Tələsdikləri gözə
çarpmasa da, məndən tez yeriyirdilər. Onlar sükut içində, heç bir səs çıxarmadan gəlirdilər. Bir
az sonra onlar mənə yetiĢib dövrəyə aldılar. Üzləri torpaq rəngində idi.
ġəhərə girdiyim zaman ilk dəfə gördüyüm və sual verdiyim adam məndən soruĢdu: ―Siz haraya
gedirsiniz? Məgər ölü olduğunuzu bilmirsiniz?‖.
Pəncərədən evin həyəti və küçə görünürdü. Küçədən gələn quru və kəskin tappıltı, onu aĢağı
baxmağa məcbur etdi.
Ayağa durub pəncərəyə yaxınlaĢdı. Göydə bir ulduz belə görünmürdü.
Mən ona cavab vermək istədim, lakin bir də baxdıqda yanımda heç kəsi görmədim.
O, yuxudan oyandı. Bərk üĢüyürdü. Açıq pəncərənin taylarını soyuq səhər küləyi yellədirdi.
Ocaq sönmüĢdü. ġam yanıb qurtarmaq üzrə idi. Hələ qaranlıq idi.
AĢağıda iki qırmızı ulduz gördü. Ulduzların iĢığı gah qəribə bir halda uzanır, gah da gecənin
qaranlığı içində qeyb olurdu.
Fikri hələ yuxunun dumanları içində idi. ―Qəribə Ģeydir! – deyə düĢündü. – Ulduzlar artıq göydə
deyil, yerdədir‖.
Lakin bir az sonra qaranlıq çəkildi, əvvəlkinə oxĢayan bir səs onu tamamilə oyatdı; bir daha
diqqətlə baxıb gördü ki, bu iki ulduz ekipajın fənərləridir. Fənərlərin iĢığında ekipajın özünü seçə
bildi. Bu, ağ at qoĢulmuĢ kiçik bir tilbüri idi. EĢitdiyi tappıltı at dırnaqlarının səsi idi.
Öz-özünə: ―Bu ekipaj nə üçün buraya gəlmiĢdir? – deyə düĢündü. – Bu tezdən gələn kim ola
bilər?‖. Bu halda kim isə qapını yavaĢca döydü. O bütün vücudu ilə titrədi və qorxunc bir səslə:
– Kimdir? – deyə bağırdı.
– Mənəm, cənab mer!
O xidmətçi qarının səsini tanıdı.
– Hə, nə olmuĢdur – deyə soruĢdu.
– Cənab mer, indicə saat beĢi vurdu.
– Nə olsun ki?
– Cənab mer, kabriolet qapıdadır.
– Nə kabriolet?
– Tilbüri.
– Nə tilbüri?
– Cənab mer, siz tilbüri qoĢdurmağı tapĢırmamıĢdınız?
– Yox.
– Bəs sürücü deyir ki, cənab merin dalınca gəlmiĢəm.
– Hansı sürücü?
– Cənab Skoflerin sürücüsü.
– Skoflerin?
Bu ad, gözləri qarĢısında ildırım çaxan kimi, onun bütün vücudunu titrətdi.
– Hə, yadıma düĢdü – cənab Skofler...
Xidmətçi qarı bu zaman ona baxsaydı, dəhĢətdən qorxardı.
Araya sükut çökdü. O ĢaĢqın bir nəzərlə Ģamın iĢığına baxır, piltənin ətrafındakı yumĢaq mumu
qopararaq, barmaqları arasında Ģüursuz bir halda əziĢdirirdi. Qarı gözləyirdi. Nəhayət, bir daha
cəsarət edərək soruĢdu:
– Cənab mer, sürücüyə nə cavab verim?
– YaxĢı, deyin ki, bu saat aĢağı enirəm.
BEġĠNCĠ FƏSĠL.
Təkərlərin toqquĢması.
O dövrdə Arrasla Monreyl-sür-Mer arasında imperiya zamanına məxsus balaca karetalar poçt
əlaqəsi saxlayırdılar. Bu karetalar yayları spiral Ģəklində qayrılmıĢ ikitəkərli ekipajlardan
ibarətdi; karetanın içinə, adətən, qonur rəngli meĢin çəkilərdi, içində ancaq iki yer olardı: biri
qasid üçün, o biri isə sərniĢin üçün. Təkərlərin qorxunc görünüĢü, olduqca qabarıq topları vardı
ki, baĢqa karetaları uzaqdan keçməyə məcbur edirdi; bu cür təkər toplarına indi də Almaniya
yollarında rast gəlmək mümkündür. Məktublara məxsus iri və uzunsov qutu karetanın arxasında
yerləĢirdi. Karetaya bitiĢik olan bu qutu qara, karetanın özü isə sarı rəngdə olurdu.
Ġndiki minik arabalarına heç də bənzəməyən bu karetalar eybəcər bir qozbelə bənzərdi. Üfüqdə
aydın görünərək, yavaĢ-yavaĢ yolla süründüyünü uzaqdan seyr etdikdə, deyəsən, termit adlanan
bir həĢəratı xatırladırdı; onun bədəninin qabaq tərəfi qısa olduğu halda, yekə olan dal tərəfini
ağır-ağır sürüməyə məcbur olur. Bununla belə, karetalar tez-tez yeriyərdi. Paris poçtu gəldikdən
sonra, gecə saat birdə Arrasdan yola düĢən kareta səhər saat beĢdə gəlib Monreyl-sür-Mer
Ģəhərinə çatardı.
O gecə Veden yolu ilə Monreyl-sür-Merə gedən poçt arabası Ģəhərin kənarlarındakı yola
dönərkən, küçənin döngəsində ağ at qoĢulmuĢ kiçik bir tilbüriyə rast gəldi. O, sürətlə poçt
arabasına doğru çapırdı. Ġçində geniĢ plaĢ geymiĢ bir sərniĢin vardı. Tilbürinin təkəri poçt
arabasına bərk toxunmuĢdu. Poçt xidmətçisi toqquĢduğu arabanın içindəki adama ―dayan‖ deyə
bağırdı, lakin yolçu onun sözlərinə qulaq asmayıb, öz yoluna davam etdi, atı çox sürətlə
yeriyirdi.
Poçt xidmətçisi:
– Bu adam görünür çox tələsir! – dedi.
Bu qədər sürətlə gedən adam bir az əvvəl daxili mübarizələr, mərhəmətə layiq ruhi əzablar
keçirən Ģəxs idi.
O haraya gedirdi? Özü də bu suala cavab verə bilməzdi. Nə üçün tələsirdi? Özü də bilmirdi.
Ümidlə gedirdi. Haraya? Əlbəttə, Arrasa, bəlkə, baĢqa bir yerə də gedirdi. Ara-sıra vücuduna
Ģiddətli bir titrətmə düĢürdü, gecənin qaranlığı içində dibsiz bir uçuruma doğru yuvarlandığını
zənn edirdi. Nə isə ona təkan verir, nə isə onu sürükləyirdi. Onun qəlbində baĢ verən Ģeyləri heç
kəs sözlə ifadə edə bilməzdi, amma hər kəs bunu anlardı. Yer üzündə ömrü uzunu heç olmasa bir
dəfə məchul gələcəyin qaranlıq mağarasına girməyən bir adam tapılarmı?
O, hələ heç bir qərara gəlməmiĢ, heç bir Ģey müəyyən etməmiĢ, heç bir nəticə çıxarmamıĢdı.
Mübarizənin birinci dəqiqəsində olduğu kimi o yenə də tərəddüd içində idi.
Arrasa nə üçün gedirdi?
Skoflerdən kabriolet tutduğu zaman fikirləĢdiyi Ģeyləri öz-özünə təkrar etdi ki, nəticəsi necə
olursa olsun, əhvalatı öz gözü ilə görməli və özü bundan baĢ çıxarmalıdır. Burada sadəcə
ehtiyatlı olmaq lazım gəlir. O, məsələnin nə yerdə olduğunu bilməlidir, bütün hadisələrin nə
yerdə olduğunu öyrənmədən qərar vermək yaramaz, hər Ģey uzaqdan mübaliğəli görünür, bəlkə,
ġanmatyeni gördükdən sonra onun katorqaya layiq alçaq bir adam olduğunu öyrənəcək və onu
özü ilə əvəz etmək ona böyük bir dəlilik kimi görükəcəkdi. Doğrudur, məhkəmədə Javerdən
baĢqa onu tanıyan Breve, ġenildye və KoĢpayl da olacaqdılar, lakin onlar onu tanıyacaqdılarmı?
– Nə axmaq bir fikir! – Hələ Javer də bu saat Ģübhədən-filandan çox uzaqdır, bütün fərziyyələr,
duyğular ġanmatyeyə bağlıdır, insanların baĢında doğan fərziyyələr və duyğular isə çox tərs olur,
demək, onun üçün heç bir təhlükə yoxdur.
Əlbəttə, o ağır dəqiqələr keçirəcək, lakin buna davam gətirmək üçün onda qüvvət tapılar, taleyi
nə qədər amansız olsa da, yenə öz taleyinə hakimdir. O, bütün varlığı ilə bu fikirdən yapıĢaraq
ayrılmırdı.
Lakin, doğrusunu desək, o Arrasa getməməyi üstün tutardı.
Bununla belə o, ora gedirdi.
O, fikirlərindən ayrılmayaraq, atı qamçılayırdı. At gözəl və müntəzəm bir yorğa yeriĢlə
yeriyərək, saatda iki lyo yarım yol gedirdi.
Kabriolet irəliyə doğru hərəkət etdikcə, qəlbində bir Ģeyin geriyə doğru çəkildiyini hiss edirdi.
GünəĢ doğmağa baĢlarkən, o çöllə keçirdi. Monreyl-sür-Mer Ģəhəri artıq uzaqlarda qalmıĢdı. O,
üfüqlərin qızarmağa baĢladığını seyr edirdi, o baxır və soyuq qıĢ səhərinin mənzərəsini
görmürdü; axĢamların ilğımları olduğu kimi, səhərlərin də ilğımları var. O, bu ilğımları görməsə
də, təsadüf edilən ağacların və təpələrin qəmli siluetləri, onun Ģüurundan asılı olmayaraq, qəribə
bir cismani nüfuzla, onun ruhunda hökm sürən xaosa cansıxıcı və məĢum bir Ģey əlavə edirdi.
Yolların kənarında ara-sıra təsadüf etdiyi tənha evciyəzlərin yanından keçərkən o, hər dəfə öz-
özünə: ―Orada insanlar necə də sakitcə yatırlar!‖ deyirdi.
Atın tappıltısı, qoĢqu zınqırovlarının səsi, daĢ yol üzərində təkərlərin gurultusu xoĢ və yeknəsəq
bir ahəngdə birləĢirdi. Ġnsanın qəlbi Ģad olduğu zaman bu səslər gözəl göründüyü halda, ürəyi
qəmli olduqda ələmli bir təsir bağıĢlayır.
Esdenə çatdığı zaman artıq hava büsbütün iĢıqlanmıĢdı. Karvansaranın yanında dayanaraq, ata
bir az istirahət və yem verməyi qərara aldı.
Skoflerin bu at haqqında söylədiyi sözlər doğru idi; at, həqiqətən, Bulon cinsindən idi; onun iri
baĢı və böyük qarnı var idi, boynu gödək olsa da, döĢü enli, ombası geniĢ, aĢıqları möhkəm,
ayaqları qüvvətli idi, bu cins atlar gözəl deyil, lakin qüvvətli və dözümlüdürlər. Heyvancığaz iki
saatda beĢ lyö yol getdiyi halda, heç də tərləməmiĢdi.
Cənab Madlen tilbüridən düĢməmiĢdi. Ata arpa gətirən mehtər birdən əyilib diqqətlə arabanın sol
təkərinə baxmağa baĢladı.
Çox uzaqdanmı gəlirsiniz? – deyə soruĢdu:
Yolçu əvvəlki kimi dalğın bir halda cavab verdi:
– Nə olmuĢdur ki?
– Uzaqdanmı gəlirsiniz? – deyə mehtər təkrar soruĢdu.
– BeĢ lyö yol gəlmiĢəm.
– Oho!
– Niyə ―oho‖ deyirsiniz?
Mehtər yenə əyilib təkərə baxdı, onu bir qədər nəzərdən keçirdikdən sonra dikəlib dedi:
– Çünki bu təkər beĢ lyö yol getmiĢsə də, əminəm ki, artıq bir çərək lyö belə yol getməyəcəkdir.
Yolçu arabadan yerə sıçrayaraq:
– Nə danıĢırsınız, dostum? – dedi.
– Deyirəm ki, sizin salamat gəlib çıxmağınız böyük bir möcüzədir, siz at-arabanızla birlikdə
xəndəyə düĢə bilərdiniz. Özünüz də baxın.
Doğrudan da, təkər bərk zədələnmiĢdi. Poçt arabasının toxunması onun iki dəndəsini qırmıĢ və
topunu zədələmiĢdi. Təkərin qaykası yerindən oynamıĢdı.
Yolçu mehtərə müraciətlə:
– Dostum, – dedi, – yaxında bir arabadüzəldən tapılarmı?
– Əlbəttə tapılar, ağa.
– Elə isə, xahiĢ edirəm zəhmət çəkib onu çağırasınız.
– O lap iki addımlıqdadır. Ey, Burqalyar dayı!
Arabadüzəldən Burqalyar dayı öz evinin qapısında dayanmıĢdı. Gəlib təkəri nəzərdən keçirdi və
sınmıĢ ayağı müayinə edən təcrübəli bir cərrah kimi üzünü turĢutdu.
Cənab Madlen soruĢdu:
– Bu saat təkəri təmir edə bilərsinizmi?
– Olar, cənab.
– Mən yola nə zaman çıxa bilərəm?
– Sabah.
– Necə sabah?
– Burada bir günlük iĢ var. Siz çoxmu tələsirsiniz, cənab?
– Çox tələsirəm. Ən geci bir saatdan sonra yola düĢməliyəm.
– Mümkün deyil, cənab.
– Nə qədər istəsəniz, verə bilərəm.
– Mümkün deyil.
– YaxĢı, iki saat sonra olsun.
– Xeyr, bu gün hazır ola bilməz. Axı iki dəndə düzəltmək və topu düzəltmək lazımdır. Xeyr,
cənab, siz sabahdan tez yola düĢə bilməyəcəksiniz.
– Mənim iĢim çox tələsikdir. Onu mən sabaha qoya bilmərəm. Təkəri təmir etmək əvəzinə, onu
baĢqa bir təkərlə əvəz etmək mümkün olmazmı?
– Necə yəni?
Siz arabadüzəldənsiniz, deyilmi?
– Bəli, cənab.
– Sizdə satlıq bir təkər olmazmı? Olsa, mən lap bu saat hərəkət edə bilərəm.
– Bu təkərin əvəzinə?
– Bəli.
– Sizin kabrioletiniz üçün yaraya biləcək hazır təkərim yoxdur. Təkərlər axı cüt olmalıdır. Cüt
olmayan təkərləri bir-birinə quraĢdırmaq olmaz.
– Elə isə mənə bir cüt təkər satın.
– Hər təkər sizin oxa düz gəlməz, cənab.
– Bəlkə, düz gəldi, bir yoxlayın.
– Faydası yoxdur, cənab. Məndə yalnız yük arabası təkərləri var. Axı bura ucqar bir yerdir.
– Bəlkə, siz mənə hazır bir kabriolet kirayə verəsiniz?
Araba düzəldən ilk baxıĢdan tilbürinin kirayə tutulmuĢ olduğunu anlamıĢdı. O, çiyinlərini
dartaraq dedi:
– Siz kirayə tutduğunuz kabrioletlərlə ―çox pis rəftar edirsiniz. Mənim ekipajım olsaydı da, sizə
etibar etməzdim.
– Nə olar, kabrioletin özünü mənə satarsınızmı?
– Mənim satlıq kabrioletim yoxdur.
– Necə? Sadə bir arabanız da yoxdur? Görürsünüz ki, mən xəsis adam deyiləm.
– Bizdə belə Ģey olmaz, bura ucqar bir yerdir. Doğrudur, orada – mərəkdə bir minik arabası var,
bizim bir Ģəhərlinindir, saxlamaq üçün mənə verib, özü də onu çox az-az iĢlədir. Mən bunu sizə
kirayə verə bilərdim, ancaq siz sürərkən sahibi rast gəlsə, onda pis olar; həm də təkatlı deyil, ona
bir cüt at qoĢmaq lazımdır.
– Mən iki poçt atı tutaram.
– Haraya gedirsiniz, cənab?
– Arrasa.
– Siz oraya bir günə çatmaqmı istəyirsiniz?
– Hökmən.
– Poçt atları iləmi?
– Nə üçün də olmasın?
– Sabah səhər saat dörddə oraya çatsanız necə olar?
– Yox bu gecdir.
– Bilirsinizmi, bir məsələ var, siz poçt atlarını götürsəniz... Sizin icazə vərəqəniz varmı?
– Bəli...
– O halda siz poçt atları ilə Arrasa sabah çata bilərsiniz. Axı yolumuz kənd yoludur. Bu saat at
azdır, atların hamısı tarladadır. Ġndi Ģum iĢləri baĢlayır, hər yerdən at istəyirlər, poçt atlarını da,
xüsusi adamların atlarını da kirayə alırlar. Siz hər bir düĢərgədə üç-dörd saat gözləməlisiniz. Bir
də arabanızı ağır-ağır sürəcəklər. Bu yolda dərə-təpə çoxdur.
– Onda mən ata minib gedərəm. Atı arabadan açın. Ümidvaram ki, mənim üçün burada satlıq bir
yəhər tapılar.
– Yəhər tapmaq mümkündür, lakin atınız yəhər altında gedərmi?
– Doğrudur, bunu mən lap unutdum. Xeyr, o minik atı deyil.
– Demək, əlac yoxdur.
– Əcəba, kəndinizdə kirayə veriləcək bir at tapılmazmı?
– Arrasa qədər yorğunluğunu almadan getmək üçünmü?
– Bəli.
– Bizdə belə at tapılmaz. Əlbəttə, sizi burada heç kəs tanımadığından onu satın almaq lazım
gələrdi. Lakin burada belə bir atı beĢ yüzə, hətta min franka belə nə kirayə tutmaq olar, nə də
satın almaq.
– Bəs nə olsun?
– Ən yaxĢısı budur ki, gözləyin, mən arabanızın təkərlərini düzəldim, sabah da sağ-salamat yola
düĢərsiniz.
– Sabah gec olar.
– Çarə nədir!
– Deyəsən, buradan Arrasa gedən poçt karetası olur. O, nə zaman buraya gələcək?
– Sabah gecə. Bir kareta o yandan gəlir, birisi bu yandan, hər ikisi gecə gəlib keçir.
– Əcəba, bu təkərin təmirinə bir günmü sərf etməlisiniz?
– Tam bir gün. Həm də iĢ çətin iĢdir.
– Bəlkə, özünüzə bir köməkçi də götürdünüz?
– Lap on nəfər də olsa düzəlməz!
– Təkərin dəndələrini iplə bağlasaq necə olar?
– Dəndələri bağlamaq olar, topu isə yaramaz, bağlasanız da yenə davam gətirməyib dağılar.
– ġəhərdə at kirayə verən yoxdurmu?
– Yoxdur.
– BaĢqa bir arabadüzəldən yoxdurmu?
Mehtərlə usta baĢlarını yırğaladılar və bir səslə:
– Yoxdur, – deyə cavab verdilər.
O, özündə böyük bir məmnuniyyət və sevinc hiss etdi.
Görünür qədər belə imiĢ – buna heç söz ola bilməzdi. Tale tilbürinin təkərini qəsdən sındırmıĢ və
onu yarı yolda qoymuĢdu. Uyğunsuzluğuna baxmayaraq, o, yenə də asanlıqla boynunu əymədi,
vəzifəsini yerinə yetirmək üçün nə mümkünsə, etdi, düĢünmədiyi bir vasitə qalmadı, qıĢın
soyuğundan, yolun ağırlığından, əziyyətdən, xərcdən qorxmadı. Onda heç bir təqsir yox idi. Əgər
yolda dayanmağa məcbur olursa, günah onda deyildi. Burada iĢ onun iradəsindən deyil, Allahın
iradəsindən asılı idi.
Nəfəsini dərdi. Javerlə görüĢündən sonra ilk dəfə idi ki, sinədolusu və sərbəst nəfəs alırdı. Ona
elə gəldi ki, iyirmi saatdan bəri qəlbini sıxmaqda olan dəmir əl indi onu bir az rahat buraxmıĢdı.
O, bu qərara gəldi ki, artıq Allah onun tərəfindədir, o artıq Allah-taalanın hüzuruna gəlmiĢdir.
Öz-özünə dedi ki, əlindən gələni etmiĢdir, artıq sakitcə evinə qayıda bilər.
Arabadüzəldənlə söhbəti meyxanada olsaydı, bunu heç kəs bilməz, Ģahidi olmazdı, bütün məsələ
də bununla bitib gedərdi və irəlidə hekayə etdiyimiz hadisələr oxucuya gəlib çatmazdı, lakin bu
söhbət küçədə olmuĢdu, küçədə gedən hər bir söhbət isə daim adamların yığılmasına səbəb olur.
Cənab Madlen arabadüzəldənə sual verərkən, bir neçə təsadüfi yolçu danıĢanların ətrafına
toplaĢdı. Söhbəti bir qədər dinlədikdən sonra heç kəsin gözə çarpmadığı bir uĢaq camaatdan
ayrılaraq haraya isə qaçdı.
Ġndicə söylədiyimiz düĢüncələrdən sonra bizim yolçu, nəhayət, geriyə qayıtmağa qərar verdiyi
dəqiqədə, həmin uĢaq yenə qayıtdı, onun yanınca yaĢlı bir qadın gəlmiĢdi.
Qadın:
– Cənab, – dedi, – oğlum deyir ki, sizə kabriolet lazımdır, bu düzdürmü?
UĢağın özü ilə gətirdiyi yaĢlı qadın tərəfindən söylənən bu sadə sözlər ona elə təsir etdi ki, bütün
bədənini tər basdı. Zənn etdi ki, onu buraxmıĢ olan dəhĢətli əl qaranlıqda görünərək yenə onu
tutmaq istəyir.
– Bəli, əzizim, mən kabriolet tutmaq istəyirəm, – deyə cavab verdi.
Sonra tələsik əlavə etdi:
– Lakin burada kabriolet yoxdur.
– Vardır, – deyə qadın cavab verdi.
– Kimdə var? – deyə arabadüzəldən soruĢdu.
Qadın:
– Məndə, – deyə cavab verdi.
Yolçu titrədi. DəhĢətli əl yenə onu öz pəncəsinə aldı.
Qarının mərəyində, doğrudan da, kuzovu söyüd budaqlarından hörülmüĢ köhnə, təkatlı bir araba
vardı. Arabadüzəldənlə meyxana lakeyi mənfəətli müĢtərinin əldən çıxacağını görüb, onu
fikrindən daĢındırmağa çalıĢdılar.
– Bu da minik arabasıdır! Bu ki, qırıq-sökük bir Ģeydir. Oturacağı qayıĢla bağlanmıĢdırsa da, çox
rütubət çəkmiĢdir, lap suyu axır. Təkərləri paslanmıĢ və çürümüĢdür, bir az yol getdin, dağılacaq
– lap sarsaq Ģeydir. Belə arabaya etibar edib yola çıxan adamın vay halına!
Onlar doğru deyirdilər, lakin bu qırıq-sökük araba iki saz təkər üzərində durmuĢdu və onu Arrasa
aparıb çıxara bilərdi.
Ġstədikləri qədər pul verdi, tilbürini təmir etmək üçün arabadüzəldənin yanında qoydu, geriyə
qayıtdığı zaman aparacağını ĢərtləĢdi, ağ atı qarının arabasına qoĢmağı əmr etdi. Sonra arabaya
minib, səhərdən bəri gəldiyi yola davam etdi.
Araba yerindən tərpəndiyi zaman, səfərin baĢ tutmayacağını düĢündüyü dəqiqədə bir az sevinc
hiss etdiyini xatırladı. Ġndi isə bu sevincə qarĢı qəlbində bir hiddət duydu və onu mənasız gördü.
Burada sevinməli bir Ģey yox idi. O ki öz arzusu ilə gedirdi. Onu heç kəs məcbur etmirdi.
Söz yox ki, istəməsə, ona heç bir Ģey ola bilməz.
Esdendən yola çıxdığı zaman arxadan birisinin: ―Dayanın, dayanın!‖ – deyə bağırdığını eĢitdi.
Ümidə bənzəyən həyəcanlı və əsəbi bir hərəkətlə atı birdən-birə saxladı.
Onu çağıran qarının oğlu idi.
– Cənab, – dedi, – axı arabanı sizə mən tapdım!
– Hə, nə olsun ki?
– Siz mənə bir Ģey vermədiniz.
Hər kəsə məmnuniyyət və səxavətlə pul verən adam bu xahiĢi çox iddialı və həyasız hesab etdi.
– Aha, həmin yaramaz uĢaq sənsən? Sənə bir quruĢ da vermərəm! – deyə atı qamçıladı və sürətlə
getdi.
Esdendə çox vaxt itirmiĢdi, bunun əvəzini çıxmaq istəyirdi. Balaca at çox qüvvətli idi və iki atın
əvəzini verirdi. Lakin fevral ayı olduğu üçün yağıĢlar yolu xarab eləmiĢdi. Bir də araba çox ağır
və yöndəmsiz idi. Bundan baĢqa yoxuĢlar da çox idi.
Esdendən Sen-Pola qədər, təxminən, dörd saat vaxt sərf etmiĢdi. BeĢ lyö dörd saata!
Sen Polda ilk təsadüf etdiyi meyxananın yanında atı açıb tövləyə aparmağı tapĢırdı. Skoflerə
verdiyi vədə sadiq qalaraq, at yemini yeyib qurtarıncaya qədər axurun yanında dayandı. BaĢında
kədərli və dumanlı fikirlər dolaĢırdı.
Meyxanaçı qadın tövləyə girərək:
– Cənab, – dedi, – yemək arzu edirsinizmi?
O:
– Doğrudan da, – dedi, – mən çox acmıĢam.
Qadının dalınca getdi, gümrah və Ģən sifətli bu qadın onu aĢağı mərtəbədəki bir otağa apardı,
masaların üstünə süfrə əvəzinə müĢəmbə salınmıĢdı.
– Ancaq bir az tez olun, – dedi, – Mən bu saat yola düĢməliyəm. Tələsirəm.
Yoğun vücudlu flamandiyalı xidmətçi qadın tələsik qabları masanın üstünə qoydu. O, məmnun
nəzərlərlə xidmətçiyə baxırdı.
―Səbəb ancaq bu ola bilər, – deyə düĢündü. – Səhərdən bir Ģey yeməmiĢəm‖.
Ona yemək gətirdilər. Çörəyin üstünə düĢüb bir tikə diĢlədi, sonra çörəyi yavaĢca yenə masanın
üstünə qoydu və bir daha ona əl uzatmadı.
QonĢu masada bir yük arabaçısı yemək yeyirdi. Yolçu ondan soruĢdu:
– Bu çörəyin dadı niyə acıdır?
Arabaçı alman olduğundan yolçunun sualını baĢa düĢmədi. Yolçu yenə tövləyə, atının yanına
qayıtdı.
Bir saatdan sonra Sen-Poldan Tenkə doğru yola düĢdü. Tenkdən Arrasa ancaq beĢ lyö idi.
Bu səfər zamanı o, nə ilə məĢğul olurdu? Nə düĢünürdü? Səhər olduğu kimi, indi də təsadüf
etdiyi ağaclara, küləĢli damlara, ĢumlanmıĢ düzlərə, yolun dönüĢlərində dəyiĢən təbiət
mənzərələrinə baxırdı. Belə tamaĢalar bəzən insanın qəlbini büsbütün məĢğul edərək onu, demək
olar ki, düĢünmək zərurətindən azad edir. Minlərcə Ģeyləri birinci və son dəfə görməkdən kədərli
və eyni zamanda dərin mənalı bir hal ola bilərmi? Səyahət etmək – hər saniyədə doğulmaq və
ölmək deməkdir. Kim bilir, bəlkə də, fikirlərinin ən dumanlı bir guĢəsində bu tez-tez dəyiĢən
üfüqlər insan həyatı ilə qarĢılaĢdırılırdı!
Bütün həyat hadisələri arası kəsilmədən bizdən qaçır. Hər bir qaranlığın iĢıqlı bir gündüzü var.
Hər bir ĢimĢəkdən sonra yenə qaranlıq çökür. Siz seyr edir, tələsir, keçici bir xəyalı tutmaq üçün
əllərinizi uzadırsınız. Hər bir hadisə – yolun döngəsi deməkdir. Yolları dönə-dönə, birdən
qocalıq baĢınızın üstünü alır. Siz bir təkan hiss edirsiniz, ətraf qaranlıqdır, qarĢınızda duman
arasından açıq bir qapı görürsünüz, sizi buraya gətirib çıxaran həyatın qəmli atı dayanır və
qaranlıqda, üzü pərdəli bir kimsə, tanımadığınız bir kimsə atı açmağa baĢlayır.
Qaranlıq çökürdü, yolçu Tenkə girərkən uĢaqlar artıq məktəbdən qayıdırdılar. Günlər hələ qısa
idi. O, Tenkdə dayanmadı. Kənddən çıxdığı zaman yola daĢ döĢəyən bir fəhlə baĢını qaldırıb ona
dedi:
– Atı yaman yormusunuz.
Doğrudan da, yazıq heyvan ayaqlarını zorla sürüyürdü.
– Arrasamı gedirsiniz? – deyə fəhlə soruĢdu.
– Bəli.
– Belə getsəniz, oraya çox gec çatarsınız.
Yolçu atını dayandıraraq fəhlədən soruĢdu:
– Buradan Arrasa hələ çoxmu qalmıĢdır?
– Yeddi lyö olar.
– Necə, yeddi lyö? Poçt yolları cədvəlində ancaq beĢ lyö bir çərək yol olduğu göstərilmiĢdir.
– Aha, siz, yəqin, yolların bu saat təmir edildiyini bilmirsiniz. Buradan on beĢ dəqiqə yol
getdikdən sonra, yolun kəsilmiĢ olduğunu görəcəksiniz.
– Siz bunu doğrumu deyirsiniz?
– Sol tərəfdən Karansiyə gedən yola dönərsiniz, orada bir çay keçəcəksiniz, Kamblenə çatandan
sonra sağa dönərsiniz. Orada Mon-Sent-Eluadan Arrasa gedən yola düĢərsiniz.
– Lakin qaranlıqlaĢır, yolu aza bilərəm.
– Siz buralı deyilsiniz?
– Xeyr.
– O halda, əlbəttə, aza bilərsiniz. Həm də kəndarası yollarla getməli olacaqsınız. Dayanın, sizə
bir məsləhət verim. Atınız yorğundur, Tenkə qayıdın. Orada yaxĢı bir mehmanxana var. Gecəni
orada qalıb səhər Arrasa gedərsiniz.
– Mən bu axĢam orada olmalıyam.
– Onda baĢqa məsələ. O halda yenə də qayıdın və atınıza kömək olmaq üçün daha bir at alın.
Mehtər sizə yolu göstərər.
Yolçu fəhlənin məsləhətinə qulaq asaraq atı döndərdi və yarım saatdan sonra yenə həmin yola
düĢdü: ancaq bu dəfə arabaya iki at qoĢulmuĢdu və sürətlə gedirdi. Özünü bələdçi adlandıran
mehtər arabanın qozlasında əyləĢmiĢdi.
Yolçu çox vaxt itirdiyini hiss edirdi.
Hava lap qaranlıqlaĢdı.
Kəndarası yola çıxdılar. Araba xəndəkdən xəndəyə düĢürdü, yolçu sürücüyə dedi:
– Tez sür, araq pulunu ikiqat artıq verərəm.
Xəndəklərin birində arabanın diĢləsi sındı.
Mehtər dedi:
– Cənab, diĢlə sındı. Ġndi bilmirəm öz atımı necə qoĢum. Gecə vaxtı bu yolla getmək çox
çətindir. Tenkə qayıdıb gecələsəniz yaxĢı olmazmı? Sabah biz səhər tezdən Arrasda olarıq.
– Səndə kəndir və bıçaq yoxmu?
– Var, cənab.
Ağacdan bir budaq kəsib diĢlə düzəltdi.
Bu da iyirmi dəqiqə vaxt apardı; ancaq sonra atlar çaparaq getməyə baĢladılar.
Qaranlıq düzləri bürümüĢdü. Qara duman parçaları təpələrin üstünə sərilir və birdən tüstü kimi
onlardan ayrılıb yüksəlirdi. Buludlarda ağımtraq iĢıqlar görünürdü. Dəniz tərəfdən əsən Ģiddətli
külək üfüqün hər bir tərəfində gurlayırdı, elə bil, görünməz əllər ağır bir mebeli yerindən
tərpədirdi. Sanki, bütün ətraf qorxudan titrəyirdi. Gecənin qüdrətli nəfəsində nə qədər gizli
dəhĢətlər var!
Soyuq hava yolçunun sümüyünə qədər iĢləyirdi. O, dünəndən bəri bir Ģey yeməmiĢdi. Din
ətrafında geniĢ düzlərdə baĢqa bir gecə səyahəti yadına düĢdü. O zamandan səkkiz il keçirdi,
lakin ona bu, dünən kimi görünürdü.
Uzaqdan saat zənginin səsi gəldi. O, sürücüdən soruĢdu:
– Saat neçədir?
– Yeddidir, cənab, səkkizdə Arrasa çatacağıq. Yalnız üç lyö yolumuz qalıb.
Bu dəqiqədə ilk dəfə olaraq ağlına bir fikir gəldi – indiyə kimi nə üçün bunu düĢünmədiyinə
heyrət etdi. – Etdiyi bütün səylər, bəlkə, tamamilə əbəsdi: o, məhkəmənin saat neçədə
baĢlayacağını belə bilmirdi, heç olmasa bunu gərək öyrənib biləydi, oraya getmək və bundan nə
kimi bir nəticə çıxacağını bilməmək, ona mənasız bir iĢ kimi görünürdü. Sonra götür-qoy eləyib
hesabladı ki, məhkəmə iclası, adətən, səhər saat doqquzda baĢlayır, bu iĢə baxmaq çox uzun
sürməz, alma oğurluğu böyük bir məsələ deyil. Oğurluq iĢinə baxıldıqdan sonra, Ģübhəsiz,
caninin kim olduğunu aydınlaĢdırmaq məsələsi qalır; dörd-beĢ Ģahidin dindirilməsi çox vaxt
almaz, buna görə də vəkillərin nitqi çox qısa olacaq, xülasə, o gəlib çatdığı zaman artıq hər bir
Ģey qurtarmıĢ olacaqdır.
Sürücü atları sürətlə sürürdü. Çayı keçdilər, Mon-Sent-Elua arxada qaldı.
Gecə get-gedə qaranlıqlaĢırdı.
ALTINCI FƏSĠL.
Simplisiya bacının imtahanı.
Tam bu əsnada Fantina Ģad və xürrəm idi.
Gecəni çox pis keçirmiĢdi. ġiddətlə öskürürdü, bərk qızdırması vardı: qorxulu yuxular onu
narahat edirdi. Səhər yanına həkim gəldiyi zaman Fantina sayıqlayırdı. Həkim açıqdan-açığa
təĢviĢə düĢüb, cənab Madlen qayıdan kimi ona xəbər verməsini xahiĢ etdi.
Fantina səhər qəmli görünürdü, heç kəslə danıĢmırdı, barmaqları ilə mələfəni əziĢdirərək, öz-
özünə bəzi rəqəmlər söyləyirdi, sanki, məsafəni hesablayırdı. Gözləri tamam çuxura düĢmüĢdü,
daim bir nöqtəyə baxırdı. Sanki, gözlərinin nuru sönmüĢdü, lakin bəzən bu gözlər alıĢır, ulduz
kimi parıldamağa baĢlayırdı.
Bəlkə də, ölüm dəqiqəsi yaxınlaĢanda, artıq yer üzünü görməyəcək gözlərə göylər nur saçır.
Simplisiya bacı Fantinadan əhvalını soruĢduğu zaman, o hər dəfə cavab verirdi: ―YaxĢıyam.
Ancaq cənab Madleni görmək istərdim‖.
Fantina bir neçə ay bundan əvvəl, öz son həyasını və son sevincini itirdiyi zaman, vücudu
kölgəyə bənzədiyi halda, indi xəyala bənzəyirdi. Cismani xəstəlik mənəvi xəstəliyin iĢini
tamamlamıĢdı. Bu iyirmi beĢ yaĢlı qadının alnı qırıĢıqlarla dolu, yanaqları batıq, burnu iti,
diĢlərinin əti qaçmıĢ, üzü qurğuĢun rəngində, boynu arıq, sinə sümükləri qabarıq, bədəni zəif idi,
dərisi torpaq kimi bozarmıĢdı, yenidən uzanmağa baĢlayan sarıĢın saçlarına dən düĢmüĢdü.
Heyhat! Xəstəlik böyük bir məharətlə üzümüzü qocaların üzünə bənzədir!
Günorta vaxtı həkim yenə gəldi, bəzi tapĢırıqlar verdi, cənab merin xəstəxanaya gəlib-
gəlmədiyini soruĢdu və baĢını yırğaladı.
Cənab Madlen, adətən, xəstənin yanına saat üçdə gələrdi. Bu qədər dəqiq olmasına səbəb
mərhəmətli olması idi: o, mərhəmətli olduğu üçün də dəqiq idi.
Fantina saat üçün yarısında həyəcan keçirməyə baĢladı. O, iyirmi dəqiqə ərzində rahibədən azı
on dəfə ―Bacı, saat neçədir?‖ – deyə soruĢmuĢdu.
Nəhayət, üç tamam oldu. Saatın üç dəfə vurduğunu eĢidən Fantina, adətən, hərəkətsiz uzandığı
halda, durub yatağında oturdu, arıq, sarı əllərini əsəbi bir halda sıxdı və rahibə onun dərindən bir
ah çəkdiyini eĢitdi, deyirlər ki, bu ahları ürəkdən daĢ düĢdüyü zaman çəkərlər. Sonra Fantina
dönüb qapıya baxdı.
Lakin otağa kimsə daxil olmadı, qapı açılmadı.
Xəstə on beĢ dəqiqəyə qədər bu vəziyyətdə qaldı: gözlərini qapıya dikmiĢdi, hərəkət etmir, nəfəs
almırdı. Simplisiya bacı onunla danıĢmağa cəsarət etmədi. Kilsə qülləsindəki saat yenə vurdu:
saat dördə on beĢ dəqiqə iĢləmiĢdi. Fantina yenə balıĢın üzərinə yıxıldı.
O, heç bir söz demədi və yenə mələfəni qatlamağa baĢladı.
Yarım saat keçdi, bir saat keçdi. Kimsə gəlmədi. Hər dəfə saat vurduğu zaman Fantina dik
oturur, qapıya baxmağa baĢlayırdı, sonra isə yenə balıĢın üzərinə yıxılırdı.
Hamı onun nələr düĢündüyünü anlayırdı, lakin Fantina heç kəsin adını çəkmir, Ģikayət etmir, heç
kəsi təqsirləndirmirdı. O, yalnız dəhĢətli, məĢum bir öskürəklə öskürürdü. Sanki, onun üzərinə
zülmət çökürdü. Üzü meyit sifəti kimi sapsarı, dodaqları isə gömgöy idi. Arabir gülümsəyirdi.
Saat beĢ oldu. Simplisiya bacı Fantinanın yavaĢcadan və mülayim bir səslə: ―Mən sabah
gedərəm, o, bu gün gəlməməkdə yaxĢı iĢ görmədi!‖ dediyini eĢitdi.
Simplisiya bacının özü də cənab Madlenin nə üçün gecikdiyinə təəccüb edirdi.
Xəstə Fantina isə artıq yuxarıya, yatağının örtüyünə baxır və sanki, bir Ģey axtarır və yaxud bir
Ģeyi xatırlamaq istəyirdi. Birdən o, mehin əsməsi kimi zəif bir səslə oxumağa baĢladı. Rahibə
onun nəğməsinə qulaq asırdı. Fantina belə bir nəğmə oxuyurdu:
Sakit qəsəbələrdə bazar günü alarıq.
Biz qəribə Ģeyləri gəzə-gəzə, mələyim.
Ah, ey mənim ağ gülüm, ey mənim doğma körpəm.
Ah, ey mənim ağ gülüm, ah, ey zərif çiçəyim!
Keçən gün gözlərimə göründü Məryəm ana.
Ġsti soba baĢında, əynində qızıl rəda.
Dilə gəlib söylədi: ―Artıq çatdın arzuna.
Sən övlad istəyirdin, bir qız bəxĢ etdim sənə.
– Tez ol görək, çıxıbdır yadımızdan bər-bələk.
Qaç, iynə-sap gətir sən, kətan gətir, mələyim;‖
Sakit qəsəbələrdə bazar günü alarıq.
Biz qəribə Ģeyləri gəzə-gəzə, mələyim.
―Çarpayımın yanında, bir guĢədə durur, bax.
Çiçək kimi, tərtəmiz, zərif, gözəl bir beĢik.
O ilahi göylərdə ulduz olarmı tapmaq.
Mənim qəĢəng qızım tək iĢıqlı olsun, deyin?‖
– Xanım, bəs bu kətanı de, neyləyim? – Əzizim.
Sən bu körpə qızıma, əyləĢ cehiz tik, düzəlt!
Ah, ey mənim ağ gülüm, ey mənim doğma körpəm.
Ah, ey mənim ağ gülüm, ah, ey zərif çiçəyim!
Kətanı yu, – harada? – Orda, sərincə arxda.
Ləkə salma, – sobanın baĢında əyləĢ görək.
Tuman-köynək tik qıza, əyninə olsun taraz.
Mən də çəkim üstünə sonra mavi gül-çiçək.
Aman! Hanı, nə oldun, gözəl balam, indi sən.
Nə eləyim? – Ölürəm, hazırdır məzar, kəfən.
Sakit qəsəbələrdə, bazar günü alarıq.
Biz qəribə Ģeyləri gəzə-gəzə, mələyim.
Ah, ey mənim ağ gülüm, ey mənim doğma körpəm.
Ah, ey mənim ağ gülüm, ah, ey zərif çiçəyim!
Bu nəğmə köhnə bir layla idi, vaxtilə Fantina öz balaca Kozettasını yatızdırmaq üçün bu laylanı
çalardı. Qızını görmədiyi bu beĢ il ərzində o bir dəfə belə bir nəğməni xatırlamamıĢdı. Fantina bu
nəğməni elə həzin bir səslə və elə məsumanə oxuyurdu ki, onun bu halına hər kəsin, rahibənin
belə yazığı gələ bilərdi. Sərt və ciddi bir həyat sürmüĢ, ürəyi bərkimiĢ olan Ģəfqət bacısı
gözlərinin yaĢardığını hiss etdi.
Kilsə saatı altı dəfə vurdu. Fantina, sanki, bu səsi eĢitmədi. Ətrafında heç bir Ģeyə əhəmiyyət
vermədiyi görünürdü.
Simplisiya bacı fabrik qapısının yanına adam göndərdi ki, cənab merin evinə qayıdıb-
qayıtmadığını və xəstəxanaya tezmi gələcəyini öyrənsin. Xidmətçi qız bir neçə dəqiqə sonra
qayıtdı.
Fantina yenə də hərəkətsiz uzanmıĢdı, fikrə daldığı görünürdü.
Xidmətçi qız Simplisiya bacıya bütün əhvalatı xəlvətcə xəbər verdi: cənab Madlen səhər tezdən,
hələ saat altı olmamıĢ, ağ at qoĢulmuĢ balaca bir tilbüridə hara isə getmiĢdir. Havanın soyuq
olduğuna baxmayaraq, yalqızca, sürücüsüz yola düĢmüĢdü. Onun haraya getdiyini kimsə
bilmirdi. Onun Arras yoluna doğru getdiyini görənlər olmuĢdusa da, baĢqaları ona Paris yolunda
rast gəldiklərini söyləyirdilər. Yola düĢərkən o, həmiĢəki kimi mehriban idi. Ancaq qapıçı qadına
söyləmiĢdi ki, onu bu gecə gözləməsinlər.
Qadınlar arxalarını Fantinanın yatağına tərəf çevirib pıçıldaĢırdılar. ġəfqət bacısı sual verir,
xidmətçi qız öz mülahizələrini söyləyirdi. Bu zaman Fantina, bəzi üzvi xəstəliklərə məxsus və
tam sərbəst hərəkətlərlə dəhĢətli bir ölüm zəifliyindən doğan bir əsəbi qıvraqlıqla yatağın
üzərində diz üstə oturdu və yumruqlarını balıĢa dirəyərək, baĢını pərdələrin arasından uzadıb, iki
qadının pıçıltısına qulaq asmağa baĢladı. Birdən Fantina çığırdı:
– Siz cənab Madlendən söhbət edirsiniz! Nə üçün pıçıldaĢırsınız? Ona nə olmuĢdur? Nə üçün
buraya gəlmir?
Fantinanın səsi o qədər kəskin və xırıltılı idi ki, qadınlar bunu kiĢi səsi zənn edərək, diksinmiĢ bir
halda boylanıb baxdılar.
Fantina çığıraraq:
– Niyə cavab vermirsiniz? – dedi.
Xidmətçi qız dili tutula-tutula cavab verdi:
– Qapıçı qadın mənə onun bu gün gələ bilməyəcəyini söylədi.
ġəfqət bacısı:
– Bala, – dedi, – sakit olun, uzanın.
Fantina vəziyyətini dəyiĢmədən, amiranə və eyni zamanda ürək parçalayan bir səslə ucadan
danıĢmağa baĢladı:
– Gələ bilməyəcək? Niyə gələ bilməyəcək? Siz bunun səbəbini bilirsiniz. Bu saat siz bu barədə
bir-birinizlə pıçıldaĢırdınız. Mən həqiqəti bilmək istəyirəm.
Xidmətçi qız cəld Ģəfqət bacısına pıçıldadı: ―Deyin ki, o, Ģəhər Ģurasındadır‖.
Simplisiya bacı bir az qızardı, xidmətçi qız ona yalan danıĢmağı məsləhət görürdü. O biri
tərəfdən o özü də yaxĢıca bilirdi ki, xəstəyə həqiqəti söyləmək ona ağır bir zərbə vurmaq kimi bir
Ģeydir. Fantinanın indiki vəziyyətində isə belə bir zərbə çox təhlükəli ola bilərdi. Lakin üzünün
qızartısı tez yox oldu. ġəfqət bacısı sakit və həzin bir baxıĢla Fantinaya baxıb dedi:
– Cənab mer getmiĢdir.
Fantina dikəlib çarpayının üstündə bardaĢ qurdu. Gözləri parıldadı. Ġztirablı üzündə hüdudsuz bir
sevinc göründü. Çığıraraq:
– GetmiĢdir! – dedi. – O, Kozettanın dalınca getmiĢdir!
Fantina əllərini göyə qaldırdı. Üzündə misilsiz bir səadət parladı. Dodaqları tərpənir, yavaĢ bir
səslə dua oxuyurdu.
Duanı qurtardıqdan sonra Fantina dedi:
– Bacıcan, mən bu saat uzanacağam, mənə nə desələr əməl edəcəyəm. Mən kobudluq göstərdim,
ucadan danıĢdığım üçüm məni bağıĢlayın, ucadan danıĢmağın yaxĢı Ģey olmadığını bilirəm:
ancaq, əziz bacı, mənim nə qədər sevindiyimi görürsünüz. Allah-taala nə qədər mərhəmətlidir...
Cənab Madlen nə qədər rəhmdildir... Təsəvvür edin, o, Monfermeylə getmiĢdir, mənim balaca
Kozettamı gətirəcəkdir!
Fantina yerinə uzandı, yastığı düzəldən rahibəyə kömək etdi. Simplisiya bacının bağıĢlamıĢ
olduğu və boynundan sallanan balaca gümüĢ xaçı öpdü. ġəfqət bacısı:
– Bala, – dedi, – indi sakit olmağa çalıĢın, daha danıĢmayın.
Fantina Ģəfqət bacısının əlini tərli əllərinə aldı, Ģəfqət bacısı onun tərli olduğunu kədərlə hiss
etdi.
– Cənab Madlen bu səhər Parisə getmiĢdir. Halbuki o Parisdən keçməyə də bilərdi. Monfermeyl
bir az sol tərəfdədir. Yadınızdadırmı, dünən mən ona Kozettadan danıĢdığım zaman, o: az qalıb,
az qalıb! – deyə cavab vermiĢdi. O, mənə sürpriz hazırlamaq istəmiĢdir. Bilirsiniz, uĢağı
Tenardyedən almaq üçün o, mənə bir məktub imzalatdırdı. Onlar, yəqin, ki, etiraz etməzlər,
deyilmi? Kozettanı verərlər. Axı haqları büsbütün verilmiĢdir. Haqqı verildikdən sonra, hökumət
onlara uĢağı saxlamağı icazə verməz. Bacıcan, məni dayandırmayın, qoyun danıĢım. Mən nə
qədər xoĢbəxtəm... Lap sağlamam, mənim heç bir yerim ağrımır, mən Kozettanı görəcəyəm,
hətta bir az acmıĢam da... Axı mən onu az qala beĢ ildir görməmiĢəm. Ürəyim uĢağı necə
istədiyini təsəvvürünüzə belə gətirə bilməzsiniz! Bir də Kozetta çox sevimli bir qızdır, özünüz
görəcəksiniz! Ah, onun xırdaca barmaqlarını görsəydiniz, nə qədər qəĢəng, lap gül kimidir!
Onun əlləri çox gözəl olacaqdır! Amma hələ bir yaĢında ikən əlləri biçimsizdi! Bax, belə! Yəqin,
indi lap böyümüĢdür. Zarafat deyil, yeddi yaĢı var. Lap xanım qızdır. Mən ona Kozetta deyirəm,
amma əsl adı Efrazidir. Bax, bu gün mən buxarının üstündəki toza baxırdım, birdən mənə elə
gəldi ki, tezliklə qızımı görəcəyəm. Ya rəbb, uĢağın üzünü illərlə görməmək nə pis ĢeymiĢ!
Ġnsanlar ömürlərinin əbədi olmadığını heç bir zaman unutmamalıdırlar. Cənab mer nə qədər
mərhəmətlidir, Kozetta üçün özü getmiĢdir! Deyirlər ki, bayırda bərk soyuqdur, doğrudurmu? O,
heç olmasa plaĢını özü ilə götürəydi. Siz nə fikirdəsiniz, o, sabah gələrmi? Sabah bayram olacaq.
Bacıcan, xahiĢ edirəm mənim yadıma salasınız ki, sabah qurcuvalı baĢlığımı geyim! Monfermeyl
böyük bir dairədir. Bir dəfə mən bu yolu piyada getmiĢəm. Yol mənə çox uzun görünmüĢdü...
Lakin dilicanlar sürətlə gedir! O, sabah Kozetta ilə birlikdə burada olacaq! Buradan
Monfermeylə nə qədər yol olar?
Məsafələrdən qətiyyən baĢı çıxmayan Ģəfqət bacısı:
– Mən onun sabah burada olacağına əminəm! – deyə cavab verdi.
Fantina isə təkrar edərək:
– Sabah! Sabah! – deyirdi. – Sabah mən Kozettamı görəcəyəm! Mehriban bacı, siz mənim artıq
sağlam olduğumu bilirsiniz. ġadlığımdan lap dəli oluram. Əgər istəsəniz, lap rəqs edə bilərəm!
On beĢ dəqiqə bundan əvvəl Fantinanı görənlər onda əmələ gələn bu dəyiĢikliyi qətiyyən
anlamazlar. Üzünün rəngi açılmıĢdı, səsində canlılıq və təbiilik duyulurdu, üzü təbəssümlə
parlayırdı. O hey gülür və yavaĢcadan öz-özü ilə danıĢırdı. Ananın sevinci də uĢağın sevinci kimi
bir Ģeydir.
Rahibə dedi:
– Bilirsinizmi, siz bu saat xoĢbəxtsiniz, odur ki, sözə qulaq asmalısınız, sizə danıĢmaq yaramaz.
Fantina baĢını yastığın üstünə qoyub yavaĢcadan dedi:
– Bəli, bəli, uzan, ağıllı ol, sabah sənin balanı gətirəcəklər. Simplisiya bacı haqlıdır.
Buradakıların hamısı haqlıdır.
Sonra isə hərəkət etmədən, baĢını belə çevirmədən, geniĢ açılmıĢ fərəhli gözləri ilə otağı seyr
etməyə baĢladı. Daha bir kəlmə də danıĢmadı.
ġəfqət bacısı, Fantina yatsın deyə, pərdəni çəkdi.
Saat yeddi ilə səkkiz arasında həkim gəldi. Otaqda dərin bir sükut olduğundan o, Fantinanın
yatdığını zənn edərək, yavaĢca içəri girdi və ayaqları ucunda yeriyərək, çarpayıya yaxınlaĢdı.
Pərdəni açdı. Fantinanın iri və sakit gözləri çırağın iĢığında ona baxırdı.
Fantina həkimə dedi:
– Cənab doktor, onun üçün yanımda balaca bir çarpayı qoymağa icazə verərlərmi?
Həkim onun sayıqladığını zənn etdi. Fantina əlavə etdi:
– Baxın, – dedi, – balaca çarpayı burada lap yaxĢı yerləĢə bilər.
Həkim Simplisiya bacını kənara çağırdı və o, iĢin nə yerdə olduğunu anlatdı: cənab Madlen bir-
iki günlüyə getmiĢdir, lakin haraya getdiyini bilmədiyi üçün Simplisiya bacı xəstəyə izahat
verməyi lazım görməmiĢdir. Xəstə isə cənab merin Monfermeylə getdiyini zənn edir. Əslini
axtarsan, bu, həqiqət də ola bilərdi. Həkim Ģəfqət bacısının hərəkətini bəyəndi.
O, yenə Fantinanın çarpayısına yaxınlaĢdı. Fantina isə sözünə davam edərək:
– Bilirsinizmi, – deyirdi, – səhərlər oyandığı zaman, mən balaca balamla salamlaĢa bilərəm, gecə
vaxtı isə onun necə yatdığına tamaĢa edərəm, – mən ki, gecələr heç yatmıram. Quzumun necə
nəfəs aldığına qulaq asmaq mənim üçün nə qədər xoĢ olardı.
Həkim dedi:
– Əlinizi verin.
Fantina əlini uzadıb qəhqəhə ilə çığırdı:
– Lap yadımdan çıxmıĢdı! Axı sizin hələ xəbəriniz yoxdur! Mən lap sağalmıĢam. Sabah
Kozettam gələcəkdir!
Həkim heyrət içində idi. Fantinanın əhvalı, doğrudan da, yaxĢılaĢmıĢdı. Artıq rahat nəfəs alırdı.
Nəbzi də yaxĢı vururdu. Vücuduna birdən-birə yayılan həyat qüvvələri taqətdən düĢmüĢ zavallı
Fantinaya dirilik gətirmiĢdi. Fantina deyirdi:
– Cənab doktor, cənab merin mənim əziz balamı gətirmək üçün getdiyini Ģəfqət bacısı sizə
söylədimi?
Həkim ona danıĢmağı qadağan etdi və hamıya tapĢırdı ki, xəstəni hər bir ağır təəssüratdan
qorusunlar. Xəstəyə qatıĢıqsız kinə suyu və gecə qızdırma yenə baĢlarsa, sakitləĢdirici dərman
verməyi tapĢırdı. Gedərkən Ģəfqət bacısına dedi:
– Xəstənin halı yaxĢılaĢmıĢdır. XoĢbəxtlikdən, cənab mer, doğrudan da, sabah onun uĢağını
gətirmiĢ olsaydı – kim bilir? – Bəzən xəstəlikdə qəribə dəyiĢikliklər olur! ġiddətli bir sevinc
xəstəliyi dayandıra bilər. Doğrudur, bunun xəstəliyi üzvidir, həm də dərin kök salmıĢdır. Lakin
insan xəstəlikləri sirlərlə doludur! Kim bilir, bəlkə, bizə onu xilas etmək mümkün oldu.
YEDDĠNCĠ FƏSĠL.
Yolçu geri dönməyə hazırlaĢır.
Araba Arrasdakı Poçt mehmanxanası darvazasına yanaĢdığı zaman, artıq axĢam saat səkkiz
olardı. Çoxdan bəri müĢayiət etdiyimiz adam arabadan yerə endi, yandan qoĢulan atı yola
saldıqdan sonra, mehmanxana xidmətçilərinin salamlarına pəriĢan bir halda cavab verdi; balaca
ağ atını isə öz əli ilə tövləyə apardı, sonra alt mərtəbədəki bilyard otağına girərək, masanın
yanında əyləĢdi və dirsəklənib düĢüncələrə daldı. O, altı saat yolda olacağını güman etdiyi halda
on dörd saat yol gəlmiĢdi. Onun bu iĢdə təqsiri yox idi. Qəlbinin dərinliyində o, hətta bundan razı
idi.
Mehmanxana sahibəsi bayıra çıxdı.
– Siz burada gecələyəcəksiniz, cənab? Yemək istəyirsinizmi?
Yolçu baĢını yırğaladı.
– Mehtərin dediyinə görə atınız çox yorulmuĢdur.
O, sükutu pozaraq:
– Sabah səhər tezdən geriyə dönmək üçün qüvvəti çatmazmı? – dedi.
– Yox, cənab, olmaz! At ən azı iki gün yorğunluğunu almalıdır.
Yenə soruĢdu:
– Deyəsən, burada poçt kontoru yerləĢir.
– Bəli, cənab.
Mehmanxana sahibəsi onu kontora apardı; yolçu pasportunu göstərib, ―elə bu gecə poçt karetası
ilə Monreyl-sür-Merə geri qayıtmaq olarmı‖ deyə soruĢdu. Sürücünün yanındakı yer hələ boĢ idi
o, bu yeri tutaraq yol pulunu verdi.
Kontor iĢçisi:
– Cənab, – dedi, – gecikməyin, kareta gecə düz saat birdə yola düĢəcək.
Bu iĢi də qurtardıqdan sonra yolçu mehmanxanadan çıxaraq, Ģəhəri dolaĢmağa baĢladı.
O, Arrasa lap nabələd idi, küçələrdə camaat az görünürdü. O, yolu düz gedib-getmədiyini
bilmirdi, lakin nədənsə heç kəsdən yol soruĢmurdu. Kiçik KrenĢon çayının üstündəki körpüdən
keçdikdən sonra, yolçu dolanbac və dar küçələrə düĢdüyündən yolu lap azdı. Yoldan əlində yekə
bir fənər tutmuĢ bir kiĢi keçirdi. Yolçu bir az tərəddüd etdikdən sonra rastına gələn bu adama
müraciət etmək qərarına gəldi, lakin əvvəlcə o tərəf-bu tərəfə boylandı, sanki, soruĢacağı Ģeyin
eĢidilə biləcəyindən ehtiyat edirdi.
– Cənab, – dedi, – xahiĢ edirəm, məhkəmə binasının harada olduğunu söyləyin.
Qoca yolçu:
– Görünür ki, cənab, siz buralı deyilsiniz, – dedi. – Bərabər gedək. Elə mən də məhkəmənin
olduğu səmtə, daha doğrusu, prefekturaya tərəf gedirəm, çünki bu saat məhkəmənin binası təmir
edildiyindən, məhkəmə iclasları prefekturada keçirilir.
Yolçu soruĢdu:
– Vəkillər məhkəməsi də orada keçirilir?
– Əlbəttə. Bilirsinizmi, cənab, prefekturanın indiki binası inqilabdan əvvəl yepiskop sarayı idi.
Səksən ikinci ildə yepiskopluq edən monsenyor de Konze orada böyük bir salon tikdirmiĢdi.
Məhkəmənin iclasları da həmin salonda keçirilir.
Yolda qoca ona dedi:
– Cənab, siz məhkəmə iclasında iĢtirak etmək fikrindəsinizsə, bir az gecikmiĢsiniz. Məhkəmə
iclasları, adətən saat altıda qurtarır.
Bununla belə geniĢ meydana qədəm basdıqları zaman, qoca, qaranlıqda görünən iri bir binanın
dörd iĢıqlı hündür pəncərəsini göstərərək:
– Cənab, siz, deyəsən, gecikməmiĢsiniz, – dedi. – Bu dörd pəncərəni görürsünüzmü? Məhkəmə
salonu budur ki, var. Orada hələ iĢıq yanır. Demək, iclas hələ qurtarmamıĢdır. Görünür, iĢ uzun
çəkmiĢ, ona görə də axĢam iclası təyin etmiĢlər. Bu iĢ sizi çoxmu maraqlandırır? Yəqin, cinayət
iĢidir? Sizi Ģahid sifətiləmi dəvət etmiĢlər?
O cavab verdi:
– Mən buraya məhkəmə iĢi üçün gəlməmiĢəm. Burada ancaq bir vəkillə görüĢməliyəm.
Qoca:
– Eləmi? – dedi. – Bax, bu da qapı, cənab. Yanında qarovulçu dayanmıĢdır. Siz böyük pilləkənlə
qalxmalısınız.
Yolçu qocanın göstəriĢlərinə əməl edərək, bir neçə dəqiqədən sonra artıq salonun içində idi.
Burada camaat çox idi, adamlar hakim rədası geyinmiĢ vəkillərlə bərabər ayrı-ayrı dəstələrə
bölünərək, bir-birilə pıçıldaĢırdılar.
Məhkəmə astanasında bir-birilə pıçıldaĢan bu qara paltarlı Ģəxslərə baxdıqda, adamın ürəyi
biixtiyar sıxılmağa baĢlayır. Onların ağzından nadir hallarda Ģəfqət və mərhəmət sözləri çıxır.
DanıĢıqları, adətən, qabaqcadan təyin edilmiĢ təqsirnamələrdir. Bu dəstələrin yanından dalğın-
dalğın keçən adamın nəzərində onlar vızıldayan ruhların birlikdə hazırladıqları dəhĢətli fitnələrin
məskəni olan qorxunc pətəklərə bənzərlər.
Yeganə bir çıraqla iĢıqlandırılmıĢ bu geniĢ salon vaxtilə yepiskop sarayının qəbul salonlarından
biri imiĢ, indi isə o gözləmə salonu idi. Qapalı olan ikitaylı qapı bu salonu vəkillər
məhkəməsinin iclas etdiyi böyük otaqdan ayırırdı.
Elə qaranlıq idi ki, yolçu heç bir Ģeydən ehtiyat etməyərək, rastına gələn bir vəkilə müraciət edib
soruĢdu:
– Cənab, iĢ nə vəziyyətdədir?
Vəkil cavab verdi:
– ĠĢ qurtarmıĢdır.
– QurtarmıĢdır!
Yolçu bu sözü elə qəribə bir ahənglə təkrar etdi ki, vəkil biixtiyar dönüb ona baxdı.
– BağıĢlayın, cənab, görünür ki, siz onun qohumlarındansınız?
– Xeyr. Mən burada heç kəsi tanımıram. Məhkəmənin qərarı necədir, cəzamı verilmiĢ?
– Əlbəttə. BaĢqa bir nəticə ola bilməzdi.
– Katorqayamı göndərilir?
– Ömürlük katorqaya.
Yolçu böyük bir çətinliklə eĢidilən zəif bir səslə:
– Demək, onun həmin adam olduğu müəyyən edilmiĢdir?
– Necə yəni həmin adam? – deyə vəkil cavab verdi. – Heç bu barədə söhbət olmadı. Məsələ
tamamilə aydındır. Bu qadın öz uĢağını öldürmüĢdür, uĢağın öldürülməsi sübut edilmiĢdir,
vəkillər isə bunun qabaqcadan düĢünülmüĢ bir qəsd olduğu fikrini rədd etdilər, nəticədə qadın
ömürlük katorqaya məhkum edildi.
Yolçu:
– Demək, bu qadınmıĢ? – deyə soruĢdu.
– Əlbəttə, qadındır. Limozen adlı bir qızdır. Bəs siz nə barədə danıĢırsınız?
– Elə-belə, heç bir Ģey. Bəs iĢ qurtarmıĢsa nə üçün salonda hələ də iĢıq yanır?
– Bu saat orada baĢqa bir iĢə baxırlar. Bu iĢ iki saat bundan əvvəl baĢlanmıĢdır.
– O nə iĢdir?
– Sadəcə bir Ģey. Bir sərsəri, quldur, katorqalı oğurluq etmiĢdir. Adını unutmuĢam. Sifətinə
baxanda bilinir ki, əsl quldurdur. Elə mən onu bu sifətinə görə katorqaya göndərərdim.
Yolçu soruĢdu:
– Cənab, salona daxil olmaq mümkündürmü?
– Zənnimcə, yox. Camaat çoxdur. Ancaq bu saat tənəffüs elan edilmiĢdir. Çoxları salondan
çıxmıĢdır. Ġclas baĢlananda görün girə bilərsinizmi...
– Yol hayandandır?
– Bu tərəfdən. Bu iri qapıdan keçmək lazımdır.
Vəkil yolçudan ayrıldı. Yolçu bir neçə saniyə içində insan qəlbinin duya bildiyi bütün hissləri
keçirdi, bütün hisslər birləĢərək, onun qəlbini qapladı. Vəkilin qeydsiz sözləri gah onun qəlbini
iti buz parçaları kimi sancır, gah da közərmiĢ bir dəmir kimi yandırırdı. Hələ iĢin qurtarmadığını
öyrəndikdən sonra bir ah çəkdi: lakin yüngüllükmü, yaxud dərin bir kədərmi hiss etdiyini o, özü
belə təyin edə bilməzdi.
O, gah bu dəstəyə, gah o dəstəyə yaxınlaĢır, onların söhbətinə qulaq asırdı. Məhkəmə
sessiyasının iĢi çox olduğundan, sədr bir günə iki sadə və qısa iĢ təyin etmiĢdi. Məhkəmə iclasını
uĢaq öldürmək iĢindən baĢladılar, indi isə quldur katorqalının, ―geri dönəcək at‖ın iĢinə
baxırdılar. Müqəssir bir neçə alma oğurlamıĢdı, lakin bu hələ tamamilə sübut edilməmiĢdi.
Ancaq onun vaxtilə Tulon katorqasında olduğu sübut edilmiĢdi. Elə onun iĢini xarab edən də bu
idi. Müqəssirin sorğu-sualı artıq qurtarmıĢdı, Ģahidlər də sözlərini demiĢdilər, yalnız müdafiə
vəkili və prokurorun son sözü qalırdı ki, bu da ancaq gecəyarısı qurtara bilərdi. Caninin məhkum
ediləcəyi aydınca görünürdü: prokuror müavini çox mahir adam idi, heç bir zaman
müqəssirlərini əldən buraxmazdı. O, ağıllı adam idi, hətta Ģeir də yazırdı.
Məhkəmə salonunun qapısı önündə məhkəmə xidmətçisi dayanmıĢdı. Yolçu soruĢdu:
– Qapını tezmi açacaqlar?
– Qapı heç açılmayacaqdır.
– Necə! Ġclas baĢlananda açmayacaqlarmı? Bu saat tənəffüs deyilmi?
– Məhkəmə baĢlanmıĢdır, – deyə xidmətçi cavab verdi, – lakin qapını açmayacaqlar.
– Nə üçün?
– Çünki salon adamla doludur.
– Necə? Heç boĢ yer yoxdurmu?
– Yoxdur. Qapı bağlıdır. Oraya girmək olmaz.
Bir az sükut etdikdən sonra xidmətçi sözünə davam etdi:
– Sədr kreslosunun arxasında iki-üç boĢ yer var, oraya da sədrin icazəsi ilə yalnız rəsmi adamlar
buraxılır.
Xidmətçi bu sözləri deyib arxasını ona çevirdi.
Yolçu baĢını aĢağı salıb ondan ayrıldı, gözləmə salonundan keçib düĢünürmüĢ kimi hər pillədə
dayanaraq, ağır-ağır pilləkəndən enməyə baĢladı. Bəlkə də, öz-özü ilə məsləhətləĢirdi. Dünən
axĢamdan bəri qəlbində davam edən dəhĢətli mübarizə hələ qurtarmamıĢdı, o hər dəqiqə bu
mübarizənin yeni hücumlarına düçar olurdu. Pilləkənin baĢına çatınca, sürahıya söykəndi və
əllərini qoltuğuna qoydu. Birdən pencəyini açaraq cibindən bir dəftərçə çıxartdı, karandaĢını
əlinə aldı və fənərin iĢığında cəld bu sözləri yazdı: ―Cənab Madlen, Monreyl-sür-Mer Ģəhərinin
meri‖. Sonra sürətli addımlarla pilləkəndən yuxarıya qalxdı, camaatı yararaq xidmətçiyə yanaĢdı,
kağızı ona verib amiranə bir səslə dedi:
– Bu kağızı cənab sədrə verin.
Xidmətçi kağızı alıb, ona bir göz gəzdirdikdən sonra, dərhal buyruğu yerinə yetirməyə getdi.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Ġltifatlı qəbul.
Monreyl-sür-Mer Ģəhərinin meri, özü belə bilmədən məĢhur bir adam sayılırdı. Onun fəzilətləri
haqqında Ģayiələr yeddi il ərzində bütün AĢağı Bulona yayılmıĢ, nəhayət, Ģöhrəti ölkə xaricinə
çıxmıĢ və hətta iki-üç qonĢu departamentə də yayılmıĢdı. O, yalnız qara ĢüĢə emalı təĢkil etdiyi
Ģəhərə böyük xidmət göstərməmiĢdi; Monreyl dairəsinin yüz qırx bir icmasının hər biri bir Ģeylə
ona minnətdar idi. Cənab Madlen lazım gəldiyi zaman, baĢqa dairələrin sənaye müəssisələrinə
yardım göstərər və onların inkiĢafına kömək edərdi. Məsələn, bir dəfə Bulondakı tül fabrikinə,
bir dəfə Frevandakı mexaniki kətan toxuma emalatxanasına, bir dəfə də KanĢ çayı üzərində
Buberdəki su mühərriki ilə iĢləyən kətan fabrikinə kredit və vəsait buraxmaqla kömək etmiĢdi.
Cənab Madlenin adını hər yerdə heyranlıqla təkrar edirdilər. Arras və Due Ģəhərləri belə bir
merin idarə etdiyi Monreyl-sür-Mer kimi xoĢbəxt bir Ģəhərə qibtə edirdilər. Arrasda indiki
məhkəmə sessiyasına sədrlik edən kral məhkəməsi üzvü Due, bir çox baĢqaları kimi, Ģərəfli və
hörmətli cənab Madlenin adını eĢitmiĢdi. Məhkəmə xidmətçisi müĢavirə otağından məhkəmə
salonuna açılan qapını ehtiyatla açıb sədrə tərəf əyildiyi və oxucunun bildiyi sətirlərin yazılmıĢ
olduğu kağızı ona verərək, ―Bu cənab iclas salonunda olmağı arzu edir‖ deyə yavaĢ bir səslə
əlavə etdiyi zaman, sədr cəld razılıq iĢarəsi verdi və qələmi alaraq həmin kağızın üzərində bir
neçə söz yazdı: kağızı xidmətçiyə verərək ―Buraxın gəlsin‖ dedi.
Qəmli həyatını bu kitabda nağıl etdiyimiz bədbəxt adam salonun qapısı önündə, məhkəmə
xidmətçisinin onu qoyub getdiyi vəziyyətdə yerindən qımıldanmayaraq durmuĢdu. Dərin
fikirlərə daldığından ona müraciətlə deyilən: ―Buyurun, cənab, lütfən dalımca gəlin!‖ sözlərini
yuxuda eĢidirmiĢ kimi oldu. Bu sözləri bir neçə dəqiqə bundan əvvəl ona arxasını çevirən həmin
xidmətçi demiĢdi. Ġndi o, ikiqat olaraq ona təzim edir və cavab yazılmıĢ kağızı təqdim edirdi.
Yolçu kağızı açıb çırağın iĢığında bu sözləri oxudu:
―Məhkəmə sədri cənab Madlenə öz ehtiramını izhar edir‖.
Bu bir neçə söz yazılmıĢ kağızı, ona qarĢı acı bir kinayə imiĢ kimi, ovcunda əzib yumurladı.
O, xidmətçinin arxasınca getdi.
Bir neçə dəqiqədən sonra sərt görünüĢlü, tünd kağızlı geniĢ bir kabinetdə idi: yaĢıl mahudla
örtülmüĢ masa üzərində iki Ģam yanırdı. Qulaqlarında hələ də məhkəmə xidmətçisinin son
sözləri səslənirdi: ―MüĢavirə otağı budur, cənab. Qapının mis dəstəyini bursanız məhkəmə
salonuna girərsiniz, dərhal cənab sədrin kreslosu arxasında olarsınız‖. Bu sözlər zehnində, bir az
əvvəl keçmiĢ olduğu dar koridorlar və qaranlıq pilləkənlərlə qəribə bir halda qarıĢırdı.
Məhkəmə xidmətçisi onu tək buraxdı. Son qərar dəqiqəsi gəlmiĢdi. Fikrini toplamağa çalıĢırdı,
lakin müvəffəq ola bilmirdi. Adətən insan öz fikirlərini həyatın iztirablı həqiqətləri ilə bağlamaq
istədikdə, bu bağlar tez-tez qırılır. Ġndi o, məhkəmə üzvlərinin müĢavirə etdikləri və qərar
çıxardıqları otaqda idi. ÇaĢqın bir sakitliklə bu sakit və eyni zamanda qorxunc otağı nəzərdən
keçirirdi. Burada bir çox insan həyatı məhv edilmiĢdi, bir az sonra onun da adı burada eĢidiləcək,
taleyinə qərar veriləcəkdi. Divarları seyr edir, özünə baxırdı, bu otaqda olduğuna təəccüb edirdi,
buradakı adamın özü olduğuna inanmırdı.
Ġyirmi dörd saat ərzində heç bir Ģey yeməmiĢdi, arabanın silkələməsindən son dərəcə
yorulmuĢdu, lakin nə aclıq, nə yorğunluq – heç bir Ģey hiss etmirdi, bütün hisslərinin öldüyünü
zənn edirdi.
O, divara yaxınlaĢdı. Bu divardan ĢüĢə altında qara çərçivəli bir məktub asılmıĢdı. Bu bir Paris
meri və naziri Jan Nikol-PaĢ tərəfindən yazılmıĢ və ehtimal ki, səhv olaraq II il doqquz iyun
tarixilə qeyd olunmuĢdu. Məktubda PaĢ yerli icma idarəsinə öz evlərində həbsdə olan nazirlərin
və deputatların siyahısını göndərirdi. Yolçunu bu dəqiqədə görən və onun hərəkətlərinə tamaĢa
edən olsaydı Ģübhəsiz bu qərara gələrdi ki, o, məktubla son dərəcə maraqlanır, çünki gözlərini
məktubdan ayırmayaraq, onu iki-üç dəfə baĢdan-baĢa oxudu. Halbuki o, məktubu tamamilə
Ģüursuz oxuyur və mətninin mənasını düĢünmürdü. Onun bu saat düĢündüyü bir Ģey vardısa, o da
ancaq Fantina və Kozetta idi.
Dalğın bir halda dönüb geriyə baxdı, gözü onu məhkəmə salonundan ayıran qapının mis
dəstəyinə sataĢdı. O, bunu büsbütün unutmuĢdu. Əvvəlcə sakit olan nəzəri, qapının dəstəyinə
dikilərək oradan ayrıla bilmirdi, yavaĢ-yavaĢ gözlərində əvvəlcə qorxu, sonra böyük bir dəhĢət
göründü. Alnından iri tər damcıları axırdı, saçları tərdən nəm olmuĢdu.
Birdən nifrət və etiraz ifadə edən bir hərəkət etdi və sanki, özünə dedi: ―Lənət Ģeytana! Bu iĢə
məni məcbur edən kimdir!‖. Sonra birdən-birə dönüb bu otağa girdiyi qapıya baxdı, qapını açıb
bayıra çıxdı. Artıq o, qorxunc otaqda deyil, uzun, dar bir koridorda idi. Koridorun bir çox guĢə
və döngələr əmələ gətirən pillələri və keçidləri vardı, xəstənin baĢı üstündə yanan gecə çırağına
bənzəyən fənərlərlə iĢıqlanmıĢdı. Xülasə, müĢavirə otağına bu koridordan keçib gəlmiĢdi. Nəfəs
aldı. Dinlədi. Heç bir səs gəlmirdi, ətraf büsbütün sakit idi, onu qovlayırlarmıĢ kimi birdən
qaçmağa baĢladı.
Koridorla bir qədər qaçdıqdan sonra, yenə dayanıb dinlədi. Ətraf yenə sakit və qaranlıqdı. Nəfəs
ala bilmirdi. Dizləri bükülürdü. Divara söykəndi. Divarın daĢı soyuq idi, alnından axan tər üzünü
buz kimi üĢüdürdü. Birdən özünü dikəldərək titrəməyə baĢladı.
Qaranlıq koridorda, tək-tənha, soyuqdan, bəlkə də, həyəcandan titrəyərək fikrə getdi.
Bütün gecəni, bütün günü düĢünmüĢdü: indi isə içərisindən yalnız bir səs: ―heyhat!‖ deyə
bağırırdı.
Bir on beĢ dəqiqə də belə keçdi. Nəhayət, baĢını aĢağı salıb dərin bir iztirab içində nəfəs aldı;
qolları yanına düĢdü, yavaĢ-yavaĢ geriyə döndü. Çox yavaĢ, taqətdən düĢmüĢ adam kimi
yeriyirdi. Sanki, birisi onu qaçarkən yaxalamıĢdı və indi zorla geriyə qaytarırdı.
Yenə müĢavirə otağına girdi. Ən əvvəl gözünə çarpan Ģey qapının parlayan dəyirmi dəstəyi idi.
Bu mis dəstək gözləri qarĢısında bir dan ulduzu kimi parlayırdı. Bir qoyun pələngin gözünə necə
baxırsa, o da elə bir dəhĢətlə ona baxırdı.
Gözlərini qapının dəstəyindən ayıra bilmirdi.
Addım-addım qapıya yaxınlaĢırdı.
Əgər bir az qulaq assa idi, salondan gələn qarıĢıq, anlaĢılmaz danıĢığı eĢidərdi, lakin o, heç bir
Ģey dinləmir və heç bir Ģey eĢitmirdi.
Birdən, özü belə duymadan, qapının yanına çatdı. Qeyri-ixtiyari olaraq əlini qapının dəstəyinə
atdı, qapı açıldı.
O artıq məhkəmə salonunda idi.
DOQQUZUNCU FƏSĠL.
Məsləklərin yarandığı yer.
Bir addım irəli ataraq arxasınca qapını qeyri-ixtiyari bağladı; dayanıb ətrafına nəzər saldı.
Bu, zəif iĢıqlanmıĢ geniĢ bir salondu, burada gah gurultular bir-birinə qarıĢıb çoxalır, gah da səs-
səmir büsbütün kəsilirdi. ToplanmıĢ camaatın gözləri qarĢısında miskin bir ciddiyyət və məĢum
bir təntənə ilə cinayət iĢinə baxılırdı.
DayanmıĢ olduğu salonun bu baĢında dalğın bir görünüĢdə dırnaqlarını gəmirən, yaxud sadəcə
gözləri yarıya qədər yumulu oturan hakimdir; o biri baĢında isə – cır-cındır geyinmiĢ adamlar:
müxtəlif vəziyyətdə əyləĢən vəkillər, ciddi və sərt üzlü əsgərlər, köhnə və ləkəli kağızlarla
örtülmüĢ divarlar, kirli tavan, yaĢıl rəngini itirib saralmıĢ sarja ilə örtülü masalar, minlərlə əllərin
sürtülməsindən qaralmıĢ qapılar görünürdü, divarlara çalınmıĢ mıxlardan meyxanalarda yanan
qara çıraqlar asılmıĢdı ki, bunların hisi iĢığından çox olur. Masaların üstündəki mis Ģamdanlarda
piy Ģamlar yanırdı. Hər tərəf alaqaranlıq, çirkinlik, ələm içində idi. Bununla belə, bunların hamısı
bir yerdə ciddiyyət və əzəmət təsiri bağıĢlayırdı, çünki burada qanun adlanan ülvi insan əsasının
və ədalət adlanan ülvi Tanrı əsasının varlığı görünürdü.
Camaat arasında kimsə ona fikir vermirdi. Bütün gözlər bir nöqtəyə dikilmiĢdi. Bu nöqtə sədrin
sol tərəfindəki divarın dibində qoyulmuĢ və qapının yanında olan taxta bir oturacaq idi. Bir neçə
Ģamla iĢıqlanmıĢ bu oturacağın üstündə iki jandarmın arasında bir adam oturmuĢdu.
Bu adam həmin adamdı.
Madlen bu adamı axtarmadı, onu dərhal gördü. Gözləri qeyri-ixtiyari olaraq ona doğru çevrildi.
Sanki, o, bu adamın harada olduğunu qabaqcadan bilirdi.
Ona elə gəldi ki, o özünü, öz qocalığını görür, üzü tamamilə ona bənzəməsə də, ümumi
görünüĢü, hərəkətləri, dağınıq saçları, təĢviĢli və vəhĢi baxıĢı, katorqada on doqquz il ərzində
toplamıĢ olduğu dəhĢətli fikirlər xəzinəsini daĢıyan kin və nifrət dolu qəlbi ilə Din Ģəhərinə gələn
zaman əynində olan köynəyə oxĢar köhnə köynəyi eynilə ona bənzəyirdi.
DəhĢətindən titrəyərək öz-özünə:
―Pərvərdigara! Mən yenəmi belə olacağam?‖ dedi.
Zahiri görünüĢünə görə bu adama altmıĢ yaĢ vermək olardı. Onun qaba, vəhĢi, çaĢqın görkəmi
vardı.
Açılan qapının cırıltısından içəri girən adama yol vermək üçün bəziləri kənara çəkildilər.
Məhkəmə sədri baĢını çevirib, girən adamın Monreyl Ģəhərinin meri olduğunu anlayaraq salam
verdi. Vəzifəsi dolayısı ilə Monreylə getdiyi zamanlar cənab Madlenlə görüĢmüĢ olan prokuror
müavini də onu tanıdı və salam verdi. Ġçəri girən adam onlara heç əhəmiyyət vermədi. Bir növ
xəyalət təsiri altında idi o, yalnız bir nöqtəyə baxırdı.
Hakimlər, məhkəmə katibi, jandarmlar, məhkəmə maraqlısı olan bir yığın camaat, ona tanıĢ
görünürdü, o bunları vaxtilə, uzaq keçmiĢdə, iyirmi yeddi il bundan əvvəl görmüĢdü. Bu məĢum
sifətləri yada salmaq üçün çox çətinlik çəkmədi, onun gördüyü Ģeylər xəyal deyil, bir həqiqət idi.
QarĢısında oturanlar həqiqi jandarmlar, həqiqi hakimlər, həqiqi camaat idi, bunlar xəyal deyil,
canlı insanlardı. Artıq hər Ģey bitdi. KeçmiĢin bütün qorxunc və dəhĢətli xəyalları müdhiĢ bir
həqiqət kimi yenidən gözləri qarĢısında canlandı, qorxunc bir həqiqət kimi yenidən meydana
çıxdı.
Gözləri önündə dərin bir uçurum açıldı.
Qorxub geriyə çəkildi, gözlərini yumdu, ürəyinin dərinliklərindən yalnız bir səs gəldi:
―Heç bir vaxt!‖
Dəli olmağa baĢladığını zənn edirdi. Hadisələrin faciəli bir təsadüfü sayəsində, önündə oturan
adamın onun ―eyni‖ olduğunu dəhĢətlə anladığı üçün fikirləri qarıĢırdı. Hamı mühakimə edilən
bu adama Jan Valjan deyirdi!
Onun qarĢısında ağlagəlməz bir Ģey baĢ verirdi, həyatının ən dəhĢətli bir dəqiqəsi gözləri
qarĢısında bərpa olunurdu və öz rolunu onun öz xəyalı oynayırdı.
Hər Ģey eyni Ģəkildə idi, eyni mərasim, eyni gecə, eyni hakimlər, eyni əsgərlər, eyni tamaĢaçılar,
heç bir Ģey dəyiĢməmiĢdi. Yalnız sədrin baĢı üstündən çarmıxa çəkilmiĢ Ġsanın surəti asılmıĢdı.
O, mühakimə edildiyi zaman Allah orada yox idi.
Arxasında bir stul vardı, onu görə biləcəklərindən qorxaraq, özünü stulun üstünə yıxdı. Hakim
masasının üzərində bir yığın qovluq vardı. Camaatdan üzünü gizlətmək üçün bu kağızların
arxasında gizləndi. Ġndi artıq baĢqalarının gözünə görünmədiyi halda özü bütün salonu görürdü.
YavaĢ-yavaĢ özünə gəldi, həqiqəti hiss etmək qabiliyyəti tamamilə ona qayıtmıĢdı, artıq
ətrafında söylənən sözləri dinləyib, anlaya biləcək dərəcədə sakit idi.
Məhkəmə üzvləri arasında cənab Bamatabua da vardı.
Madlen gözləri ilə Javeri axtardısa da, tapa bilmədi. Katibin stolu Ģahidlərin əyləĢdiyi yeri
görməyə mane olurdu. Bundan baĢqa, salonun zəif iĢıqlandırıldığı da unudulmamalıdır.
O, məhkəmə salonuna girdiyi zaman müttəhimin vəkili öz nitqini bitirməkdə idi. Hamı son
dərəcə böyük bir diqqətlə dinləyirdi, iĢ üç saatdan bəri davam edirdi. Bu üç saat ərzində kim
olduğunu meydana çıxarmaq üçün irəli sürülmüĢ ittihamların ağırlığı altında bir insanın əzilib
məhv olduğunu hamı görürdü, bu məchul, zavallı, bəlkə, xeyli ağılsız, bəlkə də, xeyli hiyləgər
olan adamın vəziyyəti dəhĢətli idi. Bildiyimiz kimi, bu sərsərini ―Peronun bağçası adlanan yerin
yaxınlığında, çöldə tutmuĢdular. Sərsəri əlində həmin bağdakı alma ağacından qırılmıĢ və
üzərində dəymiĢ almalar olan bir budaq tutmuĢdu. Bu adamın kim olduğunu öyrənmək lazım
gəldi. Sorğu-sual elədilər, Ģahidləri dinlədilər, göstərilən dəlillərin hamısı bir-birinə uyğun gəldi,
məhkəmənin gediĢi iĢin nə yerdə olduğunu tamamilə aydınlaĢdırdı. Ġttihamnamədə deyilirdi:
―Əlimizə düĢən bu adam yalnız bir neçə alma oğurlamıĢ oğru, soyğunçu deyildir, bu, Jan Valjan
adlı keçmiĢ katorqalı, polis nəzarətindən qaçmıĢ islahedilməz, təhlükəli bir yaramazdır ki,
çoxdan bəri polis idarəsi onu axtarırdı. Səkkiz il bundan əvvəl Tulon həbsxanasından qayıdarkən
yolda silahlı bir qarət etmiĢdi; qarət etdiyi adam Balaca Jerve adlı savoyalı bir uĢaq idi. Bu
cinayətə, Cinayət Məcəlləsinin 383-cü maddəsinə əsasən baxılır və bu cinayətə görə onu,
Ģəxsiyyəti qanuni yolla aydınlaĢdırıldıqdan sonra, mühakimə edə bilərik. Ġndi o yeni bir oğurluq
eləmiĢ və cani olduğu təkrar meydana çıxmıĢdır. O, əvvəlcə bu son günahı üçün, sonra isə
keçmiĢ cinayəti üçün mühakimə edilməlidir‖. Müttəhim bütün bu ittihamları, Ģahidlərin bir səslə
onun üzünə durduqlarını görüb heyrət edir kimi görünürdü, o bəzən bu ittihamlara qarĢı əl-qol
atır, sanki, iĢarə ilə ―Yox, yox‖ demək istəyir, bəzən də küt nəzərlərlə yuxarıya baxırdı. O, ağır-
ağır danıĢır, cavab verə bilmirdi, lakin baĢdan-ayağa qədər bir inkar mücəssəməsi idi. Ona
hücum edən alim adamlara nisbətən o, bir növ axmağa bənzəyir və onu öz pəncəsi arasına almıĢ
cəmiyyət arasında büsbütün yad kimi görünürdü. Halbuki onu ən müdhiĢ bir gələcək gözləyirdi:
ittihamların düzgün olması getdikcə aydınlaĢırdı, camaat böyük bir həyəcan içində bu faciənin
bütün dəhĢətlərini görürdü, hamı bu adamı məhv edəcək qorxunc məhkəmə qərarını gözləyirdi.
Bir hadisə onu yalnız katorqaya göndəriləcəyini deyil, bəlkə, edam ediləcəyini fərz etməyə yol
verirdi: Jan Valjan olduğu rəsmən aydınlaĢdırıldıqdan sonra Balaca Jerve məsələsi ona bir həyat
bahasına oturacaqdı. Bu adam kim idi? Nə üçün o bu qədər laqeyd idi? O, hiyləgərdi, yoxsa
axmaq? Ətrafında olan iĢləri anlayırdı, yoxsa anlamırdı? Bu kimi suallar iki cəbhəyə ayrılan
camaatı düĢündürür və hakimlər üçün də çətinlik törədirdi. Bu məhkəmə iĢində bir çox qorxulu
və müəmmalı Ģeylər vardı, burada qaranlıq olmaqla bərabər məĢum bir faciə oynanırdı.
Müdafiə vəkili pis nitq söyləmədi o, məhkəmə silki arasında uzun illərdən bəri fəsahət və bəraət
üçün bir nümunə sayılan əyalət dilində danıĢırdı. Bu dildə vaxtilə yalnız Romorantendə, yaxud
Monbrizonda deyil, hətta Parisdə də danıĢırdılar. Həmin dil bu gün klassik bir dilə çevrilmiĢ,
yalnız ədalət məhkəməsinin rəsmi nümayəndələrinin dili olmuĢdur. Bu dil onları öz ehtiĢamlı
ahəngdarlığı və dəbdəbəsi ilə cəzb edir. Məsələn, bu dildə ərə zövc, arvada isə zövcə deyirlər.
Parisə – sənət və mədəniyyət mərkəzi, krala padĢah, monsenyor, yepiskopa – müqəddəs prelat,
prokuror müavininə – ittihamın bəlağətli nümayəndəsi, müdafiə nitqinə – bizim indi dinləməyə
məcbur olduğumuz kəlimət, XIV Lüdovik əsrinə – böyük əsr, teatra – Melpomena məbədi,
səltənət sürən sülaləyə – bizim ali xanədanımız, konsertə – musiqili musamirə, hərbi dairə rəisinə
– qəhrəman əsgərimiz və sairə, darülmüəllimin müdaviminə – bizim həlim din xadimlərimiz,
mətbuat səhvlərinə – öz zəhərini mətbuat orqanları sütunlarında yayan iftira və sairə və sairə
deyilir. Bu surətlə, vəkil dəbdəbəli üslub üçün çox da yararlı olmayan alma oğurluğu
məsələsindən baĢladı. Nə eybi var! Benin Bossüenin özü belə matəm nitqini söylədiyi zaman
toyuqdan söhbət açmağa məcbur olmuĢ və iĢin içindən məharətlə çıxa bilmiĢdi. Vəkilin
göstərdiyinə görə, alma oğurluğu qəti Ģəkildə sübut edilməmiĢdir. Kimsə onun müĢtərisini (vəkil
bir müdafiəçi kimi onu təkidlə ġanmatye adlandırırdı) divarı aĢdığı və alma budağını sındırdığı
zaman görməmiĢdir, tutulduğu zaman əlində bir budaq vardı ki, bunu da vəkil balaca budaq
adlandırırdı. ġanmatyenin dediyinə görə, o, bu budağı yolda tapıb götürmüĢdü. Bunun əksini
sübut edəcək bir dəlil varmıdır? Əlbəttə, bir qarətkar hasarı aĢaraq bu budağı sındırmıĢ və
oğurlamıĢdır, sonra isə qorxub yola atmıĢdır. Əlbəttə, bu iĢi görən oğrudur, lakin bu oğrunun
ġanmatye olduğunu kim sübut edə bilər? Arada ancaq bir məsələ var, o da məhbusun keçmiĢ
katorqalı olması ehtimalıdır. Vəkil bir Ģeyi inkar etmirdi ki, bədbəxtlikdən, bu ehtimalı təsdiq
edəcək bir sıra ciddi sübutlar var, müqəssir, doğrudan da, vaxtilə Faverolda yaĢamıĢ, orada ağac
kəsməklə məĢğul olmuĢdur. ġanmatye adı isə Jan Matyedən əmələ gələ bilərdi, – bunların hamısı
haqlı sözlərdir. Nəhayət, dörd Ģahid, heç bir tərəddüd göstərmədən ġanmatyenin katorqalı Jan
Valjan olduğunu qəti surətdə etiraf etmiĢdir. Bütün bu bəyanata, bütün bu Ģəhadətlərə vəkil
ancaq bir Ģeyi qarĢı qoya bilərdi ki, o da müdafiə etdiyi müqəssirin, yəni bu iĢlə əlaqədar olan bir
Ģəxsin hər bir Ģeyi inkar etməsidir. Lakin müqəssirin, doğrudan da, Jan Valjan olduğu təsdiq
edilsə belə, bu, onun alma oğurladığına sübut ola bilərmi? Bu olsa-olsa, bir fərziyyə ola bilər,
sübut isə ola bilməz. Əlbəttə, müqəssir özünü müdafiə etmək üçün ―yaramaz bir üsul‖ seçmiĢdir,
vəkil özü də bunu səmimiyyətlə etiraf edirdi. O, israrla hər bir Ģeyi inkar edir – oğurluğu da,
vaxtilə katorqada olmasını da. O, katorqada olmasını boynuna alsaydı, əlbəttə, ağıllı iĢ görər və
hakimlərin hüsn-rəğbətini qazanardı, vəkil də müqəssirə elə bunu məsləhət görürdü. Müqəssir
isə, hər Ģeyi inkar etməklə, hər Ģeyi gizlədə biləcəyinə ümid edərək, qətiyyən vəkilin məsləhətini
qəbul etmədi. O, yaxĢı iĢ görmürdü, lakin onun görüĢlərinin məhdudluğu, hər halda, nəzərə
alınmalıdır. Bu, açıq-aĢkar kütbeyin bir adamdır. Uzun müddət katorqada keçirdiyi müsibətlər,
katorqadan sonra sürdüyü səfil həyat və yoxsulluq onun vəhĢiləĢməsinə səbəb olmuĢ və sairə və
sairə. O özünü müdafiə edə bilmir, lakin bu acizlik onu məhkum etmək üçün səbəb ola bilərmi?
Balaca Jerve məsələsinə gəlincə, vəkil bu məsələni müzakirə etmək niyyətində deyildir, bu
hadisənin indiki məhkəmə məsələsi ilə əlaqəsi yoxdur. Vəkil nitqinin sonunda hakimlərə
müraciətlə, müqəssirin Jan Valjan olduğu təsdiq edilərsə, ona təyin edilmiĢ yerini icazəsiz olaraq
tərk etmiĢ katorqalılara qarĢı tətbiq edilən polis cəzası verilməsini xahiĢ etdi.
Prokuror müavini də cavab sözünü söylədi. O, hər bir prokuror müavini kimi hərarət və dəbdəbə
ilə danıĢırdı.
O, müdafiə vəkilini özünü ―bitərəf‖ göstərdiyinə görə tərifləyərək, bu ―bitərəflikdən‖ məharətlə
istifadə etdi. O, müdafiə vəkilinin etdiyi güzəĢtlərin hamısını müqəssirin əleyhinə çevirdi. Vəkil,
müqəssirin Jan Valjan olduğunu etiraf edir kimi görünürdü. ĠĢin bu cəhəti də nəzərə alındı.
Demək, bu adamın artıq Jan Valjan olduğu müəyyən edilmiĢdir. Ġttihamnamənin bu maddəsi
təsdiq edildiyindən daha onu təkzib etmək mümkün deyildir. Bundan sonra prokuror cinayətin
ilk mənbələri və ilk səbəblərindən bəhs edərək, süni bir Ģəkildə yaradılmıĢ antonomaziyadan1
istifadə ilə, o zamanlar dəbdə olan və ―həftəlik‖ ilə ―Oriflamma orqanlarının tənqidçiləri
tərəfindən ―iblislər məktəbi‖ adlandırılan romantik məktəbin əxlaqsızlığını Ģiddətlə tənqid
etməyə baĢladı, o, bir az həqiqətə bənzər bir Ģəkildə ġanmatyenin, yaxud daha doğrusu, Jan
Valjanın belə cinayətini həmin yaramaz ədəbiyyatın təsiri ilə bağladı. Bu mülahizələrə son
verdikdən sonra, nəhayət, Jan Valjanın özünə keçdi. Bu Jan Valjan necə adamdır? Bu sualdan
sonra Jan Valjanın xarakteristikası verildi. Belə məlum oldu ki, Jan Valjan bir iblis, bir div, bir
cəhənnəm törəməsi imiĢ və sairə və sairə. Bu cür təriflərin nümunəsini Rasinin Feramenində,
onun hekayətində tapa bilərsiniz. Feramenin tragediya üçün böyük bir əhəmiyyəti olmasa da,
məhkəmə bəlağətinin həvəskarlarına hər gün böyük xidmətlər göstərir. Ġstər camaat və istərsə də
hakimlər ―dəhĢətə gəldilər‖. Prokuror xarakteristikası qurtardıqdan sonra ―Prefektura əxbarı‖nın
sabahkı nömrəsində heyrət oyatmaq məqsədilə, coĢqun bir ilhama gələrək, davam etdi: ―Belə bir
adam və sairə və sairə, səfil, dilənçi, yaĢamaq üçün heç bir vəsaiti olmayan bir adam, keçmiĢ
həyatı sayəsində cinayətlərə vərdiĢ etmiĢ və katorqada olmağına baxmayaraq, islah edilməmiĢ
bir adam, bunu da Balaca Jerveni qarət etməsi və sairə və sairə aĢmıĢ olduğu hasarın bir neçə
addımlığında oğurladığı alma budağı ilə birlikdə tutulması sübut edir və sairə və sairə, belə bir
adam həqiqəti, oğurluğu inkar edir, hasarı aĢdığını, hər bir Ģeyi, öz adını belə, Jan Valjan
olduğunu belə inkar edir. Burada bir daha təkrar etməyəcəyimiz yüzlərlə sübutlardan baĢqa, dörd
Ģahid onun kim olduğunu təsdiq etmiĢdir. Bu Ģahidlərdən biri namuslu polis müfəttiĢi Javer, üçü
isə onun biĢərəf iĢlərinə keçmiĢdə Ģərik olan katorqalı Breve, ġenildye və KoĢpayldır. Bu qaya
kimi möhkəm olan rəylərə qarĢı o, nə kimi dəlillər qoyur? Ġnkar, ancaq inkar. Cinayətkarlığın nə
qədər dərin kök saldığını görürsünüzmü? Cənab hakimlər, mən sizdən ədalətli mühakimə və
həqiqət tələb edirəm və sairə və sairə.
Prokuror müavini danıĢdıqca, müqəssir ağzını ayırıb təəccüblə, hətta bir qədər heyrətlə ona qulaq
asırdı. Ġnsanın bu qədər gözəl danıĢa biləcəyinə heyrət edir kimi görünürdü. Ara-sıra,
ittihamnamənin ən həyəcanlı yerlərində, nitqin öz sahillərini aĢdığı, biabırçı təĢbehlər selinə
çevrildiyi, müqəssiri ildırım kimi vurduğu dəqiqələrdə, biçarə qoca baĢını yavaĢ-yavaĢ gah sağa,
gah sola tərəf yırğalayırdı ki, bu, mübahisələrin baĢlanğıcından bəri onun izhar etdiyi kədərli və
lal etirazın yeganə bir ifadəsi idi. Ona hamıdan yaxın oturan tamaĢaçılar, qocanın bir-iki dəfə:
―Cənab Baludan məlumat alsaydılar belə olmazdı‖ dediyini eĢitmiĢdilər. Prokuror müavini
hakimlərin diqqətini müqəssirin gic görünüĢünə cəlb etdi. Onun iddiasına görə, bu qabaqcadan
düĢünülmüĢ, qətiyyən gicliyə bənzəməyən bir hiylə, fırıldaqdan baĢqa bir Ģey deyil, bu da ədalət
məhkəməsini aldatmağa adət etdiyindəndir ki, bu da müttəhimin nə qədər ―dərindən pozulmuĢ‖
olduğunu isbat edir. Balaca Jervenin iĢi ilə xüsusi məĢğul olacağına iĢarə ilə, nitqini
tamamlayaraq, sərt bir qərar çıxarılmasını tələb etdi.
Oxucunun yadındadır ki, bu qərar indi ömürlük katorqa demək idi.
Vəkil ayağa durdu və ―cənab‖ prokuror müavinini ―parlaq nitq‖ söyləməsi münasibətilə təbrik
edərək, imkanı daxilində olan etirazlarını söylədi, lakin artıq taqəti qalmamıĢdı: mövqeyinin
möhkəm olmadığını aydın görürdü.
ONUNCU FƏSĠL.
Ġnkar üsulu.
Mübahisənin kəsilməsi vaxtı yetiĢmiĢdi. Məhkəmə sədri müttəhimə tərəf çevrilərək, ayağa
durmasını əmr etdi və ona belə bir adi sual verdi:
– Özünüzü müdafiə etmək üçün baĢqa bir sözünüz varmı?
Müttəhim ayağa durdu; sədrin sualını eĢitməmiĢ kimi görünürdü; əlində tutduğu əzilmiĢ papağını
əziĢdirərək sükut edirdi.
Sədr sualını təkrar etdi.
Bu dəfə müttəhim nə soruĢulduğunu eĢitdi. Ondan nə istədiklərini anlayan kimi görünürdü,
yuxudan oyanmıĢ adam kimi bir hərəkət elədi, camaata bir göz gəzdirdi, jandarmlara, öz
vəkilinə, hakimlərə baxdı, yekə yumruğunu ağac məhəccərin kənarına qoydu, bir daha boylandı
və gözlərini prokurora dikərək danıĢmağa baĢladı. Nitqi vulkan püskürməsinə bənzəyirdi. Sözləri
rabitəsiz idi, bir-birini sıxıĢdıraraq, dağınıq, sürətli bir halda ağzından çıxırdı; nəfəsini belə
almadan hər Ģeyi birdən söyləmək istəyirmiĢ kimi görünürdü.
O dedi:
– Belədir. Mən Parisdə araba ustası olmuĢam, özüm də cənab Balunun yanında iĢləmiĢəm. Bu
çətin sənətdir. Araba ustaları həmiĢə həyətdə, açıq havada iĢləyirlər; sahibkar yaxĢı olarsa, bir
talvar tikər, çünki bu iĢ üçün çox yer lazımdır, amma qapalı binalarda – heç vaxt. QıĢda adam o
qədər üĢüyür ki, qızınmaq üçün əllərini-əllərinə vurursan, amma sahibkarlar bunu sevmirlər, –
çünki buna çox vaxt gedir. Buz bağlamıĢ yerin üzərində oturub dəmiri əymək asan iĢ deyil.
Adam lap taqətdən düĢür. Bu iĢ cavanları da tezliklə qocaldır. Qırx yaĢında adam daha heç bir
Ģeyə yaramır. Mənim isə əlli üç yaĢım var. Ona görə də çox yorulurdum. Bir də Paris camaatı
çox zalımdır! Onlarla yaĢlı bir adam iĢləyəndə, ona ―qoca kaftar, qoca sarsaq!‖ deyirlər. Mən
gündə vur-tut otuz su qazanırdım; yaĢımın çox olduğundan istifadə edərək, sahibkarlar mənə
hamıdan az pul verirdilər. Doğrudur, mənim bir qızım vardı, çay qırağında paltar yuyardı. O da
bir az qazanırdı, ikilikdə birtəhər keçinirdik. Ancaq onun da iĢi çox ağırdır. Bütün günü
qurĢağacan suya girir, küləkdən üĢüyür, lap Ģaxtalı günlərdə paltar yumağa gedirdi, bir para
adamların paltarı az olur, ona görə paltarlarını tez yudurtmaq istəyirlər, paltarlarını vaxtında
yumasan, müĢtərilər əlindən çıxar.
Paltar yuyanların təknəsi çox pis olur. Su hər tərəfə sıçrayır, tumanları baĢdan-baĢa su içində
olur. Qızım bəzən qırmızı yetimlər yurdunda paltar yuyardı; orada su kranlarla gəlir, paltarı
təknə içində yumursan. Paltarı kranın altında yuyur, sonra da hovuzda suya çəkirsən. Dam örtülü
olduğu üçün adam çox üĢümür. Lakin isti suyun buxarı gözləri xarab eləyir. Qızım həmiĢə gecə
evə qayıdar və dərhal yatardı; çox yorulurdu. Əri onu çox döyərdi. Nəhayət, öldü. Biz
ömrümüzdə xoĢ gün görməmiĢik. O, namuslu bir qızdı, rəqs yerlərinə, müsamirələrə getməzdi,
dinc xasiyyəti vardı. Yadımdadır, bir bayram günü hamı gəzməkdə, kefdə ikən, o, saat səkkizdə
yatmıĢdı. Bəli, bəli! Sizi inandırıram, mən doğru deyirəm. Kimdən istəsəniz soruĢa bilərsiniz. Bu
nədir, deyirəm, – ‖SoruĢsanız!‖ Mən nə axmaq adamam! Paris ki, bir girdabdır. Orada qoca
ġanmatyeni kim tanıyacaq? Amma cənab Balu tanıyar. Cənab Baludan soruĢun. Yoxsa mən heç
baĢa düĢmürəm ki, məndən nə istəyirlər.
Müttəhim susdu, lakin oturmadı. O, ucadan kobud, boğuq və xırıltılı bir səslə danıĢırdı. Səsində
bir sadəlik və eyni zamanda, vəhĢi bir hiddət duyulurdu.
Bir dəfə arada öz sözünü kəsib, camaatın içində oturan bir Ģəxslə salamlaĢdı. Verdiyi qəribə
ifadələr hıçqırığa bənzəyir və hər dəfə hıçqırdıqda, elə bil, odunçu odun yarırdı. Susduğu zaman,
birdən hamı gülməyə baĢladı. O, camaata baxdı, nə üçün güldüklərini anlamadan, özü də güldü.
Bu, dəhĢətli bir səhnə idi.
Sədr, xeyirxah və vicdanlı bir adam olduğu üçün, danıĢmağa söz aldı.
―Cənab hakimlər – dedi – müttəhimin, guya, yanında qulluq etdiyi keçmiĢ araba ustası cənab
Baludan da heç bir nəticə çıxmadı; Balu iflas etdiyi üçün onu tapmaq mümkün olmadı‖. Sonra
sədr müttəhimə tərəf döndü və söyləyəcəyi sözlərə diqqət etməsini xahiĢ edərək dedi: ―Siz çox
fikirləĢməyi tələb edən bir vəziyyətdəsiniz. Sizə qarĢı çox ciddi ittihamlar irəli sürülmüĢdür.
Bunun da nəticəsi sizin üçün çox ağır ola bilər. Müttəhim! Mən sizə son dəfə müraciət edərək
deyirəm, öz xeyrinizə olaraq iki hadisə haqqında bizə aydın izahat verin: əvvələn, cavab verin
görüm, Peron bağçasının divarını aĢmısınızmı, alma oğurlamaq üçün alma ağacının budağını
sındırmıĢsınızmı, baĢqa sözlə, özgə bir adamın mülkünə girərək, qəsdən oğurluq etmək
istəmiĢsinizmi? Ġkinci, azad edilmiĢ katorqalı Jan Valjan, həqiqətən, sizsinizmi? Hə, ya yox?‖.
Müttəhim iĢi gözəl anlamıĢ bir adam görünüĢü ilə baĢını yırğaladı, nə cavab verəcəyini bilən
adam kimi ağzını açdı və sədrə müraciətlə dedi:
– Əvvəla...
Sonra öz papağına, tavana baxdı və susdu. Prokuror müavini kəskin bir səslə:
– Müttəhim, – dedi. – ehtiyatlı olun. Siz verilən suallara cavab vermirsiniz. Sizin ĢaĢqınlığınız
sizi ifĢa edir.
Adınızın ġanmatye olmadığı bizim üçün aydındır. Siz keçmiĢ katorqalı Jan Valjansınız. Siz
əvvəlcə ananızın familiyası ilə Jan Matye adlanaraq, gizli surətdə yaĢamıĢsınız. Overində
olmuĢsunuz. Doğulduğunuz yer Faveroldur ki, orada ağac kəsməklə məĢğul idiniz. Peron
bağçasının divarından aĢaraq alma ağacını sındırdığınıza və dəymiĢ alma oğurladığınıza heç
Ģübhə yoxdur. Cənab hakimlər iĢin bu cəhətinə lazımınca diqqət edəcəklər.
Ġndi müttəhim yerində oturmuĢdu. Prokuror müavini susduqda, o dərhal yerindən sıçradı və uca
səslə bağırdı:
– Siz çox pis adamsınız, çox pis! Mənim deyəcəyim budur. Ancaq əvvəldən özümü itirdim, nə
deyəcəyimi birdən-birə düĢünə bilmədim. Mən heç bir Ģey oğurlamamıĢam. Mənə hamı kimi, hər
gün yemək də müyəssər olmur. Al’idən gəlirdim, Ģiddətli yağıĢ təzəcə dayanmıĢdı, hər tərəfdə
torpaq sapsarı idi, gölməçələrdən yerimək olmurdu. Yalnız yolun kənarında torpağın altından
nazik, yaĢıl otlar görünürdü, yolda sınıq bir alma budağı tapdım, üstündə alma vardı. Bunun
üçün baĢıma bu qədər müsibət gələcəyini bilsəydim, heç budağı əlimə almazdım. Ġndi düz üç
aydır ki, həbsxanadayam, məni oyan-buyana çəkirlər. Daha deməyə bundan artıq bir sözüm
yoxdur, amma hamı üstümə Ģər atıb deyir ki, ―Cavab ver!‖. YaxĢı oğlana bənzəyən bu jandarm
da məni dirsəkləyərək yavaĢcadan deyir ki: ―Cavab versənə!‖. Mən lazım olduğu kimi baĢa sala
bilmirəm, alim deyiləm ki, yoxsul bir adamam. Nahaq yerə siz bunu anlamaq istəmirsiniz. Mən
heç bir Ģey oğurlamamıĢam, mən yerə düĢmüĢ bir Ģeyi götürmüĢəm. Siz ―Jan Valjan, Jan
Matyel!‖ deyirsiniz. Mən isə bu adamları tanımıram. Bunlar, yəqin, kəndlidirlər. Mən isə
xəstəxana bulvarında cənab Balunun yanında iĢləyirdim. Adım ġanmatyedir. Siz çox
hiyləgərsiniz, harada anadan olduğumu belə öyrənmiĢsiniz. Mən bunu heç özüm də bilmirəm.
Axı dünyada doğulmaq üçün hamının evi yoxdur. Amma pis olmazdı. Mənə elə gəlir ki, atamla
anam yollarda avara-avara dolaĢarmıĢ. Sözün düzü, mənim özümə də bu məlum deyil. UĢaqlıqda
mənə ―Balaca‖ deyərdilər, indi isə ―Qoca‖ deyirlər. Mənə belə ad vermiĢlər, inanırsınız inanın,
inanmırsınız yox. Mən Overndə olmuĢam, Faverolda olmuĢam, daha nə istəyirsiniz? Overndə,
Faverolda olanların hamısı mütləq katorqa cəzası çəkməlidir? Mən sizə deyirəm ki, heç bir Ģey
oğurlamamıĢam, adım da ġanmatye babadır. Cənab Balunun yanında iĢləmiĢəm, özüm də sərsəri
olmamıĢam, mənzildə yaĢamıĢam. Sizin boĢ-boĢ suallarınız zəhləmi apardı! Niyə hamınız dəli
kimi dalımca düĢmüĢsünüz, məndən nə istəyirsiniz?
Hələ də ayaq üstə durmuĢ prokuror müavini məhkəmə sədrinə tərəf dönərək dedi:
– Cənab sədr, özünü axmaq bir adam kimi göstərməyə çalıĢan müttəhim təqsirini olduqca
qarıĢıq, lakin xeyli məharətlə inkar etdiyinə görə cənab hakimlərin razılığı olarsa, mən katorqalı
Breve, KoĢlayl və ġenilde adlı Ģahidlərin və polis müfəttiĢi Javerin yenidən çağırılmasını təklif
edirəm; bu Ģahidlər müttəhimin Ģəxsiyyətini təsdiq etmək üçün son dəfə dindirilməlidir, onların
göstəriĢinə görə müttəhim keçmiĢ katorqalı Jan Valjanın özüdür.
– Mən cənab prokuror müavininin yadına salıram ki, – deyə sədr cavab verdi, – polis müfəttiĢi
Javer Ģahidlik etdikdən sonra məhkəmə salonunu və Ģəhərimizi belə tərk etmiĢdir. Onun qonĢu
dairədə təxir edilməz bir iĢi vardır, biz də cənab prokuror müavini və həmçinin müdafiə vəkilinin
razılığı ilə onu azad etməyi mümkün hesab etdik.
Prokuror müavini isə sözünə davam edərək:
– Doğru buyurursunuz, cənab sədr, – dedi. – Cənab Javer burada olmadığından, onun bir neçə
saat əvvəl burada söylədiklərini cənab hakimlərin yadına salmağı özümə borc bilirəm. Javer
vəzifəsinə görə vicdanlı və namuslu, mötəbər bir adamdır. Xidməti ikinci dərəcəli olsa da, bizim
üçün çox əhəmiyyətlidir. Onun Ģahidliyi qısaca olaraq belədir: ―Müttəhimin bütün ittihamları
rədd etməsinə baxmayaraq, mənim heç bir əĢyayi-dəlilə ehtiyacım yoxdur. Mən bu adamı o saat
tanıdım və bilirəm ki, adı ġanmatye deyildir; bu, keçmiĢ katorqalı, çox kinli, çox qorxulu bir
adamdır, adı da Jan Valjandır. Həbs müddəti qurtardıqda onu katorqadan könülsüz azad etmiĢlər.
O, ağır təqsirləri olduğuna görə on doqquz il katorqada qalmıĢdır. BeĢ-altı dəfə qaçmağa
çalıĢmıĢdır. Balaca Jerveni qarət etmək və alma oğurlamaqdan baĢqa, mən onu daha baĢqa bir
cinayətdə müqəssir görürəm. O, mərhum Din yepiskopunun evindən oğurluq etmiĢdir. Mən
Tulonda tərsanə caniləri nəzarətçisinin müavini ikən onu dəfələrlə görmüĢdüm. Təkrar edirəm ki,
mən onu yaxĢı tanıdım‖.
Bu qədər müəyyən olan bir ifadə, camaata və hakimlərə böyük təsir bağıĢladı. Prokuror müavini
öz nitqini qalan Ģahidlərin də yenidən dindirilməsini tələb etməklə qurtardı. O, Javerin burada
olmadığını nəzərə alaraq, bu üç Ģahidin: Breve, ġenildye və KoĢpaylın mütləq dindirilməsini
tələb edirdi.
Məhkəmə sədri məhkəmə xidmətçilərindən birisinə əmr verdi. Bir dəqiqə sonra Ģahidlər olan
otağın qapısı açıldı. Xidmətçi dustaqları sakitləĢdirmək iĢində ona fəal yardım göstərməyə hazır
olan jandarmla birlikdə dustaq Breveni gətirdi. Camaat böyük bir həyəcan içində gözləyirdi.
Hamı nəfəsini belə çəkmədən oturmuĢdu.
Brevenin əynində mərkəzi həbsxanaların dustaqlarına məxsus qara zolaqlı boz bir paltar vardı.
Breveyə zahirən altmıĢ yaĢ vermək olardı; o iĢcil bir adama, ya da adi bir fırıldaqçıya bənzəyirdi.
Belə hallar az deyil.
Məhkəmə sədri ona tərəf dönərək:
– Breve, dedi, – bu adama yaxĢı baxın, siz onu məhv edə bilərsiniz, fikrinizi gərginləĢdirin və
vicdanla deyin, görüm bu adamın katorqa yoldaĢınız Jan Valjan olduğunu yenə etiraf
edirsinizmi?
Breve müttəhimə baxdıqdan sonra üzünü hakimlərə doğru çevirdi:
– Bəli, cənab sədr. Bunu əvvəlcə mən tanıdım, sözümün də üstündə dururam. Bu adam Jan
Valjandır; o, 1796-cı ildə Tulon katorqasına gəlmiĢ və 1815-ci ildə oradan azad edilmiĢdir. Məni
bir il sonra azad etdilər. Ġndi onun görünüĢü bir az axmaqdır; görünür qocalığın nəticəsidir;
katorqada isə ağlı baĢında idi. Bəli, mən onu tanıyıram, buna heç Ģübhə ola bilməz.
Məhkəmə sədri:
– Oturun, – dedi, – müttəhim, siz isə ayaq üstə durun.
Sonra ġenildyeni gətirdilər. Qırmızı köynəyi ilə yaĢıl qalpağından anlaĢıldığına görə bu adam
ömürlük katorqalılardan idi. Tulon katorqasında cəza çəkirdi. O, Ģahid sifətilə buraya
gətirilmiĢdi. Əlli yaĢında, qısaboylu, alnı qırıĢıqlı, zəif, həyasız, sarı üzlü, əsəbi, həyəcanlı bir
adamdı: bütün vücudunda və hərəkətlərində xəstə bir zəiflik görünürdü. Lakin baxıĢında böyük
bir qüvvə vardı. Katorqada yoldaĢları ona ġelmadyel adını vermiĢdilər.
Məhkəmə sədri ona da təqribən Breveyə verdiyi sualları verdi. Sədr, ona kəsilmiĢ ağır cəzanın,
onu and içmək haqqından məhrum etdiyini söylədiyi zaman o, baĢını qaldırıb cəsarətlə camaatın
üzünə baxdı. Sədr cavabını yaxĢı fikirləĢməyi ona təklif etdi: Breve kimi onun da əvvəlki
sözlərinin üstündə durub-durmadığını, müttəhimin Jan Valjan olub-olmadığını soruĢdu.
ġenildye ucadan güldü.
– Bu nə sualdır? Mən bunu heç tanımaya bilərəm? Biz ikimiz beĢ il bir zəncirlə bağlı idik. Dost,
niyə burnunu yana tutursan? Mənə nə üçün acıqlanırsan?
Sədr:
– Oturun, – dedi.
Məhkəmə pristavı KoĢpaylı gətirdi. Bu adam da ġenildye kimi ömürlük katorqalılardan idi; o da
qırmızı geyimli idi, katorqadan gətirmiĢdilər. Lurd kəndlisi idi, lap Piriney ayısına oxĢayırdı.
KeçmiĢdə o, bir dağ çobanı idi, sonra quldur oldu. KoĢpayl da müttəhim kimi küt və vəhĢi
görünürdü. Bu adam təbiətin heyvan sifətində yaratdığı, insan cəmiyyətinin isə katorqalı halına
saldığı biçarə məxluqlardandı.
Sədr, təmtəraqlı və dəbdəbəli sözlərlə ona təsir etməyə çalıĢaraq, birinci Ģahidlərdən soruĢduğu
kimi, müttəhimin keçmiĢ katorqalı Jan Valjan olduğunu təsdiq edib-etmədiyini soruĢdu.
KoĢpayl:
– Bəli, bu Jan Valjandır, – dedi. – O, çox qüvvətli olduğu üçün, bizdə ona Jan Domkrat
deyirdilər.
ġübhəsiz ki, tamamilə səmimi və ürəkdən danıĢan bu üç Ģahidin hər ifadəsi camaatın
donquldanmasına səbəb olurdu və heç də müttəhimin xeyrinə deyildi; səslər getdikcə ucalır və
hər bir yeni Ģahiddən sonra daha da Ģiddətlənirdi. Müttəhim isə böyük bir heyrətlə Ģahidləri
dinləyirdi. Müttəhimin rəyincə, bu heyrət əsas müdafiə vasitəsindən baĢqa bir Ģey deyildi.
Müttəhimin yaxınında olan jandarmlar, birinci Ģahid dindirildikdən sonra, onun ağızucu: ―Bu da
bu yandan çıxdı‖ sözlərini eĢitmiĢdilər. Ġkinci Ģahid dindirildikdən sonra o, bir qədər ucadan və
bəyənirmiĢ kimi: ―Nə uydurur‖, üçüncü Ģahid dindirildikdən sonra isə: ―Yalançıya bir bax!‖
demiĢdi.
Sədr ona belə bir sual verdi:
– Müttəhim, siz hamısını eĢitdiniz. Ġndi nə deyə bilərsiniz?
– Elə mən də: ―Yalançıya bir bax!‖ dedim, – deyə cavab verdi.
Camaatın arasında bir gurultu qopdu, hakimlər belə hərəkətə gəldilər. Bu adamın artıq məhv
olduğu aydın idi.
Məhkəmə sədri:
– Növbətçilər, – dedi, – camaatı sakit edin. Müzakirə qurtardı.
Bu halda sədrin yaxınlığında bir hərəkət əmələ gəldi. Bir səs bağırdı.
– Breve, ġenildye, KoĢpayl! Bir bura baxın!
Bu səsi eĢidənlər bədənlərindən buz kimi bir soyuğun keçdiyini hiss etdilər – bu səs o qədər
qorxunc və ələmli idi. Hamının gözü bu səsin gəldiyi tərəfə çevrildi. Kübar camaat arasında,
sədrin arxasında oturan bir adam ayağa durdu; bu adam məhkəmə tribunasını camaatdan ayıran
arakəsmənin alçaq qapısını açıb salonun ortasında durdu. Məhkəmə sədri, prokuror müavini,
cənab Bamatabua və bir çox baĢqaları onu tanıdılar və bir səslə bağırdılar:
– Cənab Madlen!
ON BĠRĠNCĠ FƏSĠL.
ġanmatyenin heyrəti getdikcə artır.
Bu, doğrudan da, o idi. Məhkəmə katibinin stolundakı lampa üzünə iĢıq salmıĢdı. ġlyapasını
əlində tutmuĢdu; pencəyi diqqətlə, yuxarıdan aĢağıya qədər düymələnmiĢdi. Üzü sapsarı idi.
Xəfifcə titrəyirdi. Arrasa gəldiyi anda baĢında yalnız bir qədər ağ tük vardısa, məhkəmə
salonunda olduğu müddət içində saçları büsbütün ağarmıĢdı.
Bütün baĢlar ona doğru çevrildi. Heyrət son dərəcədə artmıĢdı. Ġki dəqiqədə adamlar nə baĢ
verdiyini birdən-birə dərk etmədilər. Bu sözləri dərin bir iztirabla söyləyən adam o qədər sakit
idi ki, bu halda onu görənlər bir Ģey anlamadılar. Hamı çığıran adamın kim olduğunu öz-özündən
soruĢurdu. Heç kəs bu sakit görünən adamın sinəsindən bu qədər dəhĢətli səs çıxdığına
inanmırdı.
Lakin bu ĢaĢqınlıq yalnız bir neçə saniyə çəkdi. Məhkəmə sədri ilə prokuror müavini hələ bir
kəlmə danıĢmağa macal tapmamıĢdılar ki, hamının cənab Madlen deyə tanıdığı bu adam,
KoĢpayl, Breve və ġenildyenin dayandığı yerə doğru yeridi və:
– Məni tanıyırsınızmı? – dedi.
Özlərini itirmiĢ bir halda duran Ģahidlərin üçü də baĢlarını yırğalayaraq, tanımadıqlarını
söylədilər, hətta KoĢpayl bir qədər qorxub, ona əsgər kimi salam verdi. Cənab Madlen hakimlərə
doğru çevrilərək həlim bir səslə:
– Cənab hakimlər, əmr edin müttəhimi azad etsinlər, – dedi. – Cənab sədr, əmr edin məni həbs
etsinlər. Sizin axtardığınız adam o deyil, mənəm, Jan Valjan mənəm!
Hamı donub qaldı. Ucalmaqda olan boğuq heyrət səsləri ağır bir məzar sükutuna çevrildi.
Salonda, camaatın gözü qarĢısında böyük bir hadisə baĢ verəndə olduğu kimi ülvi bir ehtizaz
duyulurdu.
Məhkəmə sədrinin üzündə acı bir təəssüf hissi göründü; o, prokuror müavininin üzünə baxdıqdan
sonra, iclasçılara pıçıltı ilə bir neçə söz söylədi. Sonra camaata tərəf dönərək, hamının dərhal
anladığı bir ahənglə soruĢdu:
– Burada həkim varmı?
Prokuror müavini sözə baĢlayaraq:
– Cənab hakimlər, – dedi, – məhkəmə iclasının gediĢini pozan bu qəribə və xariqüladə bir hadisə
bizdə səmimi bir təsadüf duyğusu doğurur və əlbəttə, heç bir izaha ehtiyacı yoxdur. Siz hamınız
Monreyl-sür-Mer Ģəhərinin rəisi cənab Madleni tanıyırsınız, ya da eĢitmiĢsiniz. Mən cənab
sədrin xahiĢinə Ģərik olaraq, həkim çağırılmasını lazım bilirəm. Əgər içərinizdə belə bir adam
varsa, cənab Madlenə tibbi yardım göstərsin və onu evlərinə ötürsün.
Cənab Madlen prokuror müavininin sözünü tamamlamağa imkan vermədi. O, etiraza yol
verməyən mülayim bir tərzlə onun sözünü kəsdi. AĢağıdakı sözlər, doğrudan da, onun söylədiyi
sözlərdir. Bu sözləri iclas qurtarar-qurtarmaz hadisə Ģahidlərindən biri qeyd etmiĢdi – bu hadisə
qırx il bundan əvvəl üz verdiyinə baxmayaraq, onu eĢidənlərin qulağında hələ də cingildəyir.
– TəĢəkkür edirəm, cənab prokuror müavini, mən dəli deyiləm. Bu saat siz özünüz buna əmin
olarsınız. Siz az qala böyük bir səhv edəcəkdiniz, bu adamı azad edin, mən öz vəzifəmi yerinə
yetirirəm. Axtardığınız bədbəxt müttəhim mənəm. Burada həqiqəti görə bilən yalnız mənəm, ona
görə də sizə doğrusunu söyləyəcəyəm. Mənim bu hərəkətimi Allah özü görür, bu isə mənə
kifayətdir. Siz məni tuta bilərsiniz, çünki mən burada qarĢınızdayam. Mən əlimdən gələn qədər
gizlənməyə çalıĢdım. Özümə yalandan bir ad qoydum, varlandım, mer oldum, namuslu
adamların sırasında yer tutmağa çalıĢdım. Görünür, bu mümkün deyilmiĢ. Bir çox Ģeylər var ki,
bu saat açıb deyə bilmərəm, həyatımın tarixini sizə söyləməyin yeri deyil, bir gün gələr ki,
öyrənərsiniz. Mən yepiskop həzrətlərinin evində oğurluq etdim – bu doğrudur, mən Balaca
Jerveni qarət etdim – bu da doğrudur. Jan Valjanın qorxulu və zərərli bir adam olduğunu
deyənlərin haqqı var. Lakin, bəlkə, buna müqəssir yalnız özü deyildir. Qulaq asın, cənab
hakimlər, mənim kimi alçalan bir adam taleyindən Ģikayət etməkdə, yaxud cəmiyyətə
məsləhətlər verməkdə haqlı deyil, lakin mənim qurtulmaq istədiyim bu mənfur həyat öz-
özlüyündə məhvedicidir. Katorqanın özü insanı cani edir. XahiĢ edirəm, bu sözlərə dərindən fikir
verin. Katorqa cəzasına qədər mən dar fikirli, gözü açılmamıĢ, küt bir kəndli idim; katorqa məni
dəyiĢib baĢqa bir adam elədi. Mən küt idim, kinli oldum; odun parçası idim, közərmiĢ bir kösöv
oldum. Sərtlik məni məhv etdiyi kimi, sonralar təvazökarlıq və mərhəmət məni xilas etdi. Lakin
bağıĢlayın, axı siz mənim deyəcəyim sözlərin hamısını baĢa düĢə bilməzsiniz. Mənim otağımda,
buxarının külü içində, yeddi il bundan əvvəl Balaca Jervedən oğurladığım qırx sunu taparsınız.
Daha deyəcəyim baĢqa bir sözüm qalmadı. Məni həbs edin! Aman, ya rəbbi! Cənab prokuror
müĢaviri baĢını yırğalayır, siz deyirsiniz ki, ―Cənab Madlen dəli olmuĢdur‖. Siz mənə
inanmırsınız. Bu çox əzabverici bir haldır. XahiĢ edirəm, heç olmasa bu günahsız adama cəza
verməyin. Necə? Bu adamlar məni tanımırlar? Javerin burada olmasını istərdim. O məni dərhal
tanıyardı!
Bu sözlərdə səslənən mərhəmətli və ümidsiz bir hüznü ifadə etmək qabil deyildi.
O, üç katorqalıya tərəf dönərək dedi:
– Bax, mən sizi dərhal tanıdım! Breve! Məni xatırlayırsınızmı?
Sonra sözünü kəsərək bir an tərəddüd içində dayandı və yenə davam etdi:
– Katorqada geydiyim dama-dama hörmə aĢırmalarım yadındadırmı?
Breve təəccübündən diksindi və qorxu içində onu təpədən dırnağacan süzdü. O isə sözünə davam
edərək dedi:
– ġenildye, yaxud özünü adlandırdığın kimi, ġelmadye, sən sağ çiynini tamam yandırmısan,
çünki bir gün Ö. K C. hərflərini silmək üçün çiynini odu közərmiĢ ocağın üzərinə tutmuĢdun.
Lakin bu hərflər yenə də qalır. Cavab ver, bu doğrudurmu?
– Doğrudur! – deyə ġenildye cavab verdi.
Sonra KoĢpayla tərəf dönərək dedi:
– KoĢpayl, sənin sol qolunun büküyündə barıtla yazılmıĢ göy bir yazı var. Bu yazı imperatorun
1815-ci il martın birində Kannda sahilə çıxması tarixini göstərir. Qolunu çırmala!
KoĢpayl qolunu çırmaladı, bütün gözlər, onun açıq qoluna dikildi. Jandarm lampanı yaxına
tutdu, tarix seçilirdi.
Zavallı adam camaata və hakimlərə tərəf dönərək, sonralar heç kimin tükləri ürpərmədən
xatırlaya bilmədiyi bir təbəssümlə gülümsədi.
Bu təbəssüm bir vüqar, həm də bir ümidsizlik ifadə edirdi.
– Ġndi görürsünüzmü, Jan Valjan mənəm, – dedi.
Artıq bu salonda nə hakimlər, nə müttəhimlər, nə də jandarmlar vardı; burada yalnız ona
zillənmiĢ gözlər və mütəəssir qəlblər vardı. Hamı oynadığı rolun nədən ibarət olduğunu
unutmuĢdu; prokuror müavini burada ittiham etmək, sədr, sədrlik etmək, vəkil isə müdafiə üçün
olduğunu unutmuĢdu. Çox qəribə bir hal – ona kimsə bir sual vermədi. Hökumət
nümayəndələrindən heç kim məsələyə qarıĢmadı. Ülvi səhnələrin xüsusiyyəti də bundadır ki,
onlar bütün qəlblərə təsir edir, Ģahidlər də tamaĢa etməyə baĢlayırlar. Heç kəs öz hisslərini
düĢünmürdü; heç kəs qarĢısında əzəmətli bir nur parladığını təsəvvür etmirdi. Bununla belə hər
kəs özünü daxilən kor kimi hiss edirdi.
Ġndi artıq məhkəmə qarĢısında həqiqi Jan Valjan durduğuna heç Ģübhə qalmamıĢdı. Bu, gün kimi
aydın idi. Bu adamın meydana çıxması bir neçə dəqiqə bundan qabaq iĢi çulğamıĢ olan dumanı
dərhal dağıtdı. Daha heç bir izahata ehtiyac yox idi, elektrik qığılcımı vurmuĢ kimi görünən
adamlar öz yerinə məhkum edilən baĢqa bir adamı qurtarmaq üçün özünü ələ verən bu adamı
əzəmətlə seyr edirdilər. Bu tamaĢanın əzəməti qarĢısında təfsilat, tərəddüdlər, bütün xırda
məsələlər məhv olub gedirdi. Bu hərəkətin saçdığı nur hər bir Ģeyi bürümüĢdü.
Təəssürat uzun sürmədi, lakin bu dəqiqədə ona qalib gələcək heç bir qüvvə yox idi. Jan Valjan
sözünə davam edərək dedi:
– Mən daha məhkəmə iclasının gediĢinə mane olmaq fikrində deyiləm. Məni həbs edən yoxdur,
mən gedirəm. Mənim baĢqa iĢlərim də var. Cənab prokuror müavini mənim kim olduğumu,
haraya getdiyimi bilir, arzu edərsə məni tutdura bilər.
O, qapıya doğru yeridi. Kimsə səs çıxarmadı, ona mane olmaq üçün heç bir əl uzanmadı, camaat
çəkilib ona yol verdi. O halda bu adam elə bir ilahi əzəmət ifadə edirdi ki, minlərlə adam,
qarĢısından çəkilərək, sükut içində dayanıb pərəstiĢlə ona baxırdı. O, yavaĢ-yavaĢ camaatın
içərisindən keçdi. Qapını kim açdığını görən olmadı, lakin qapıya çatdığı zaman qapı onun
qarĢısında taybatay açıldı. O, geriyə dönüb dedi:
– Cənab prokuror müavini, mən sizin ixtiyarınızdayam.
Sonra camaata müraciət etdi:
– Yəqin, siz hamınız məni mərhəmətə layiq hesab edirsiniz, deyilmi? Aman ya rəbbi! Az qala
görməyə hazır olduğum iĢi düĢündükdə, özümü həsədə layiq bilirəm. Bununla bərabər, bütün
bunlar olmasaydı, daha yaxĢı olardı.
Salondan çıxdı, qapı öz-özünə açıldığı kimi, öz-özünə də bağlandı, çünki yüksək əməl sahibi
əmin ola bilər ki, ona xidmət etməyə hazır olan adamlar yer üzündə az deyildir.
Bir saat keçmədi ki, hakimlər ġanmatye adlanan müttəhimə bəraət qərarı çıxardılar. ġanmatye
dərhal azad edildi; baĢına gələn iĢlərdən, bu sayıqlamalardan o, heç bir Ģey anlamamıĢdı. Hamını
dəli zənn edirdi.
BĠRĠNCĠ FƏSĠL.
Cənab Madlen öz saçlarını hansı güzgüdə görür.
ĠĢıqlanırdı. Fantina bu gecəni narahat keçirmiĢdi, o, qızdırmadan heç yata bilməmiĢdi; lakin
baĢından gözəl xəyallar keçirdi; səhərə yaxın onu yuxu apardı. Simplisiya bacı bütün gecəni
xəstənin yanından ayrılmamıĢdı. Fantinanın yuxuya getməsindən fürsət taparaq o, kinə suyu
hazırlamağa getdi. Hörmətli qadın artıq bir neçə dəqiqə idi ki, xəstəxana aptekinə gəlmiĢdi və
əyilərək sübhün alaqaranlığında dərman ĢüĢələrini nəzərdən keçirirdi. Birdən o, baĢını çevirdi və
yavaĢca qıĢqırdı: cənab Madlen onun qarĢısında durmuĢdu. O, səssiz-səmirsiz otağa daxil
olmuĢdu.
– Cənab mer, sizsinizmi? – deyə qadın səsləndi.
Cənab Madlen yavaĢ bir səslə soruĢdu:
– O zavallı qadın nə haldadır?
– Ġndi pis deyil, lakin dünən bizi çox qorxutdu.
Qadın dünən olanları ona söylədi: Fantina özünü çox pis hiss edirdi. Ġndi isə yaxĢıdır, çünki elə
bilir ki, cənab mer onun qızını gətirmək üçün Monfermeylə getmiĢdir. Simplisiya bacı cənab
merdən soruĢmağa cəsarət etmədi, lakin görünüĢündən dərhal anladı ki, oraya getməmiĢdir.
Cənab Madlen:
– YaxĢı etmiĢsiniz, – dedi, – onu ruhdan salmamıĢsınız.
– Bəli, cənab mer, – deyə Simplisiya bacı davam etdi, – lakin indi sizi uĢaqsız gördükdə, biz ona
nə deyəcəyik?
Cənab Madlen bir az fikrə getdi.
– Allahın məsləhətinə baxarıq, – dedi.
ġəfqət bacısı:
– Axı yalan danıĢmaq olmaz, – dedi.
Otaq artıq büsbütün iĢıqlanmıĢdı. Ġndi cənab Madlenin üzü lap yaxĢı görünürdü. ġəfqət bacısı
təsadüfən baĢını qaldırdı və heyrətlə çığırdı:
– Aman ya rəbbi! Sizə nə olmuĢdur? Saçlarınız tamam ağarmıĢdır.
– AğarmıĢdır? – deyə cənab Madlen təkrar etdi. Simplisiya bacının güzgüsü yoxdu, o alət
çantasını araĢdırıb, ölən xəstələrin nəfəs alıb-almadığını yoxlamaq üçün həkimin iĢlətdiyi balaca
bir güzgünü çıxartdı. Cənab Madlen güzgünü alıb saçlarına baxdı və qeydsiz bir tövrlə:
―Doğrudan da!‖ – dedi. Səsindən tamamilə baĢqa bir Ģey düĢündüyü görünürdü.
Simplisiya bacı donub qalmıĢdı: bu hadisədə anlaĢılmaz və eyni zamanda qorxunc bir Ģey vardı.
Cənab Madlen soruĢdu:
– Xəstəni görə bilərəmmi?
– Bəs, cənab mer onun uĢağının dalınca adam göndərməyəcəkmi? – deyə qadın güclə cəsarətini
toplayıb sual verdi.
– Əlbəttə, ancaq buna iki-üç gün vaxt lazımdır.
Qadın qorxaq bir səslə:
– Cənab mer, o vaxta qədər onun gözünə görünməsəniz yaxĢı olardı, – dedi, – o zaman o, sizin
qayıtdığınızı bilməz və hələ səbr edər; uĢaq gətirildiyi zaman isə sizinlə gəldiyini zənn edər. Belə
olarsa, yalan danıĢmağa da ehtiyac olmaz.
Cənab Madlen bir qədər düĢündü. Sonra özünə məxsus sakit bir ciddiyyətlə:
– Xeyr, bacı, – dedi, – mən onu görməliyəm. Bəlkə, sonra vaxtım olmadı.
Simplisiya bacı bu ―bəlkə‖ sözünə diqqət etmədi. Halbuki bu söz cənab merin sözlərinə
anlaĢılmaz və qəribə bir məna verirdi. O, baĢını aĢağı salıb hörmətlə cavab verdi:
– O halda buyurun, cənab mer. Lakin o, yenicə yuxuya getmiĢdir.
Cənab Madlen cırıltı ilə örtülən və xəstəni narahat edə bilən bir qapı haqqında bəzi qeydlər
söylədi; sonra Fantinanın yatdığı otağa girdi; çarpayıya yanaĢıb pərdəni azacıq açdı. Fantina
yatırdı. O, bu xəstələrə məxsus olan və ölümə məhkum edilmiĢ uĢağının yatağı yanında sübhə
qədər gözünü yummayan anaların ürəyini parçalayan məĢum bir xırıltı ilə nəfəs alırdı. Lakin bu
qədər çətin nəfəs alması Fantinanın üzündəki misilsiz aydınlığı poza bilməmiĢdi, o, sanki,
yuxuda büsbütün dəyiĢmiĢdi. Üzünün solğunluğu ağlığa çevrilmiĢdi, yanaqları azacıq
qızarmıĢdı. KeçmiĢ məsumiyyətindən və gəncliyindən qalmıĢ yeganə zinəti olan qızıl rəngli
uzun kirpikləri yumulmuĢdu və yavaĢca tərpənirdi. Sanki, açılıb onu göylərə qaldırmaq istəyən
gözəgörünməz və xıĢıldayan qanadların hərəkətindən bütün vücudu titrəyirdi. Onu bu halda
görənlər yatan qızın ölümcül xəstə olduğunu qətiyyən güman etməzdilər. Fantina ölməyə deyil,
uçmağa hazır olan bir məxluqa bənzəyirdi.
Ġnsan əli gülü qoparmaq üçün budağa yaxınlaĢdığı zaman budaq titrər, həm geri çəkilər, həm də
təslim olar. Ölümün sirli əli insanın ruhunu aparmaq üçün yaxınlaĢdığı zaman insan bədəni də bu
gül budağı kimi titrəyir.
Cənab Madlen bir müddət bu yatağın qarĢısında dayandı. O, gah xəstəyə, gah da Ġsanın surətinə
baxırdı. Ġki ay bundan əvvəl ilk dəfə Fantinanı görmək üçün bu sığınacağa gəldiyi zaman da belə
olmuĢdu: Fantina yatır, o isə dua edirdi. Yalnız bu iki ay ərzində Fantinanın saçlarına dən
düĢmüĢ, onun saçları isə tamam ağarmıĢdı.
Simplisiya bacı onunla birlikdə Fantinanın otağına girmədi, lakin cənab Madlen çarpayının
yanında durub, barmaqlarını dodaqlarının üzərinə qoymuĢdu və sanki, otaqda kimə isə sükutu
pozmamaq üçün yalvarırdı.
Birdən Fantina gözlərini açdı, onu gördü və gülümsəyərək tamamilə sakit soruĢdu:
– Bəs Kozetta?
ĠKĠNCĠ FƏSĠL.
Fantina xoĢbəxtdir.
Fantina heyrətini və ya sevincini bildirən heç bir hərəkət etmədi; o özü bir sevinc mücəssəməsi
idi. Sadəcə verdiyi ―Bəs Kozetta?‖ sualı elə dərin bir inamla, elə bir sakitliklə verilmiĢdi,
təĢviĢdən və Ģübhədən elə azad idi ki, cənab Madlen nə cavab verəcəyini bilmədi. O isə sözünə
davam edərək:
– Mən indi burada olduğunuzu bilirdim, – dedi, – Mən yatmıĢdım. Lakin sizi görürdüm. Çoxdan
sizi görürəm. Bütün gecə gözlərim sizi izləyirdi. Sizi bir Ģəfəq bürümüĢdü, ətrafınızda mələklər
uçurdu.
Cənab Madlen gözlərini qaldırıb Ġsanın təsvirinə baxdı.
Fantina yenə davam edərək:
– Lakin deyin görüm, Kozetta haradadır? – dedi. – Nə üçün onu gətirən kimi mənim qucağıma
qoymadınız ki, oyanan kimi onu yanımda görüm?
Cənab Madlen Ģüursuz olaraq ona nə isə cavab verdi, lakin nə demiĢ olduğunu sonralar nə qədər
düĢündüsə xatırlamadı.
XoĢbəxtlikdən, bu halda doktor otağa girdi. Onu xəbərdar etmiĢdilər. O tam vaxtında cənab
Madlenin köməyinə çatdı.
– Quzum, sakit olun, – dedi. – Qızınız buradadır.
Fantinanın gözləri parlayaraq, üzünə Ģəfəq saldı. O, mehriban və atəĢin bir yalvarıĢla əllərini
sinəsində birləĢdirdi.
– Ah, yalvarıram, onu yanıma gətirin! – deyə çığırdı.
Ananın müəssir xülyası! Onun üçün Kozetta hələ də əldə gəzdirilən körpə idi.
Doktor:
– Bir az səbr edin, – dedi – hələ olmaz. Ġsitməniz hələ qurtarmamıĢdır. Qızınızla görüĢməniz sizi
həyəcanlandırar, bu isə sizə zərərdir. Sağalın, sonra.
Fantina səbirsizliklə onun sözünü kəsərək:
– Axı mən tamam sağalmıĢam, – dedi. – Mən lap sağlamam. Bu doktor nə qədər axmaqdır!
EĢidirsinizmi? Mən öz uĢağımı görmək istəyirəm, vəssalam!
Doktor:
– Görürsünüzmü, nə qədər həyəcan içindəsiniz! – dedi. – Sakit olmayınca, qızınızla görüĢməyə
icazə verməyəcəyəm. UĢağı görmək kifayət deyil, siz onun üçün yaĢamalısınız. Nə vaxt ki, ağıllı
oldunuz, qızınızı mən özüm yanınıza gətirərəm.
Yazıq ana baĢını aĢağı saldı.
– BağıĢlayın, cənab doktor! – dedi. – Çox xahiĢ edirəm, məni bağıĢlayın! Əvvəllər mən bu cür
danıĢmazdım, lakin baĢıma o qədər müsibətlər gəlib ki, artıq nə danıĢdığımı bilmirəm. Əlbəttə,
siz qorxursunuz ki, mən yenə xəstələnəm; sözünüzə qulaq asacağam, gözləyəcəyəm, lakin sizi
inandırıram ki, qızımla görüĢmək mənə heç bir zərər yetirməzdi. Dünən axĢamdan o, gözlərimin
önündə durur. Bilirsinizmi nə var? Ġndi onu yanıma gətirsəydiniz, onunla yavaĢ-yavaĢ
danıĢardım. UĢağımı görmək istəməyim təəccüblümüdür? Axı onu yanıma gətirmək üçün
Monfermeylə xüsusi adam göndərilib. Mən acıqlanmıram, tezliklə xoĢbəxt olacağımı bilirəm.
Bütün gecəni nə isə ağ Ģeylər və mənə gülümsəyən insanlar görmüĢəm. Cənab doktor nə zaman
istəsə, Kozettamı yanıma gətirəcək deyilmi? Hərarətim yoxdur, mən axı sağalmıĢam. Hiss
edirəm ki, xəstəliyim qurtarıb, lakin özümü elə aparacağam ki, elə bil, xəstəyəm, buradakı
bacılara xoĢ gəlmək üçün heç yerimdən tərpənməyəcəyəm. Mənim sakit olduğumu gördükdə,
deyərlər ki, indi uĢağını ona vermək olar.
Cənab Madlen çarpayının yanındakı stulda oturdu. Fantina ona doğru çevrildi, görünürdü ki, o,
var qüvvəsi ilə sakit görünməyə və ―ağıllı qız olmağa‖ çalıĢır – bu onun ən sevimli bir sözü idi, –
o çalıĢır ki, hamı onun sakit olduğunu görsün və Kozettanı onun yanına gətirməyə icazə
versinlər. Lakin o nə qədər çalıĢırdısa, yenə də cənab Madlenə minlərcə sual verməkdən özünü
saxlaya bilmirdi.
– Yolda əziyyət çəkmədiniz ki, cənab mer? Ah, nə qədər mərhəmətlisiniz, qızımı gətirməkdə nə
qədər yaxĢı iĢ görmüsünüz! Bircə deyin görüm, o salamatdırmı? Yolda özünü yaxĢımı hiss
edirdi? Heyhat! O məni tanımayacaqdır. Yazıq körpəm, o bu neçə vaxtda məni unutmuĢdur.
UĢaqlar balaca quĢlar kimidir, tez unudurlar. Bu gün bir Ģey görürlər, sabah baĢqa bir Ģey,
gördüklərini də unudurlar. Barı paltarı təmizdirmi? Bu Tenardyelər onu yaxĢımı saxlayırdılar?
YaxĢımı yedirdirdilər? Ah, bilsəydiniz yoxsulluq günlərimdə bütün bu sualları özümə verəndə nə
qədər əzab çəkirdim! Ġndi bunlar keçib gedib. Mən çox Ģadam. Ah, mən onu nə qədər görmək
istəyirəm! Qızımı bəyəndinizmi, cənab mer? Gözəl qızdır, deyilmi? Dilicanda üĢümədiniz ki?
Onu bir dəqiqəliyə yanıma gətirsəydiniz! Sonra yenə aparardınız. Siz axı buranın sahibisiniz.
Cənab Madlen onun əlindən tutaraq:
– Kozetta gözəl qızdır, – dedi. – Kozetta sağ və salamatdır, tezliklə onu görəcəksiniz, lakin
sakitləĢin. Siz çox tez-tez danıĢırsınız, həm də əllərinizi yorğanın altından çıxarırsınız, ona görə
də öskürürsünüz.
Doğrudan da, Fantina kəlməbaĢı xırıltılı öskürəkdən boğulurdu.
Fantina etiraz etmədi, o, ətrafdakılarda özünə qarĢı yaratmaq istədiyi etimadı öz danıĢığı ilə
pozduğundan qorxdu və baĢqa Ģeylərdən danıĢmağa baĢladı.
– Monfermeyl gözəl yerdir, deyilmi? Yayda oraya gəzməyə gedirlər. Tenardye necədir, iĢləri nə
haldadır? O yerlərə gəlib-gedən çox az olur. Onun karvansarası tamamilə bir meyxanaya
bənzəyir.
Cənab Madlen Fantinanın əlini buraxmadan təĢviĢlə onun üzünə baxırdı, onun bu qadına nə isə
bir Ģey deməyə gəldiyi, indi isə fikrindən döndüyü hiss olunurdu. Doktor xəstəni ziyarət etdikdən
sonra getmiĢ və indi xəstənin yanında cənab Madlen ilə Ģəfqət bacısı qalmıĢdı.
BaĢlanan sükut içərisində birdən Fantinanın səsi gəldi:
– Mən onun səsini eĢidirəm. Aman Allah, mən onun səsini eĢidirəm!
Fantina əlini uzadaraq hamını sükut etməyə çağırdı və nəfəs belə almadan qulaq asmağa baĢladı.
Həyətdə bir uĢaq oynayırdı bu, qapıçı arvadın, yaxud fəhlələrdən birinin qızı idi. Faciəli
hadisələrin əsrarəngiz oyununda belə təsadüflər çox olur, sanki, onların da burada özünəməxsus
bir rolu var. Qızcığaz isinmək üçün atılıb-düĢür, qaçır, gülür və ucadan oxuyurdu. Heyhat! Bəzən
uĢaq oyunları insan qəlbinin çox incə tellərinə toxunur! Fantinanın da eĢitdiyi bu uĢağın oxuması
idi.
– Oh! – deyə o çığırdı. – Bu mənim Kozettamdır! Mən onun səsini tanıyıram!
UĢağın səsi birdən kəsildi, o yox oldu. Fantina bir müddət yenə bu səsi eĢitmək ümidilə qulaq
asdı, sonra qaĢqabağını salladı və cənab Madlen onun pıçıltı ilə bu sözləri dediyini eĢitdi: ―Bu
doktor gör nə qədər pis adamdır ki, qızımı görməyə qoymur! Bu adamın üzündən belə kin
yağır!‖.
Lakin o yenə fərəhli fikirlərə daldı. BaĢını yastığa qoyaraq öz-özünə danıĢırdı: ―Ah, biz nə qədər
xoĢbəxt olacağıq! Əvvəla, bizim balaca bir bağçamız olacaq! Cənab Madlen bunu mənə vəd
etmiĢdir. Qızcığazım hər zaman bağçada oynayacaqdır. O, yəqin, artıq əlifbanı bilir. Mən ona
oxumaq öyrədəcəyəm. Kozetta çəməndə kəpənək dalınca qaçacaq, mən də onu seyr edəcəyəm.
Sonra o, kilsəyə dualanmağa gedəcəkdir. Ah, yaxĢı yadıma düĢdü! Bəs o, ilk dəfə dualanmaq
üçün kilsəyə nə zaman gedəcəkdir?‖.
Fantina barmaqlarını saymağa baĢladı.
– Bir, iki, üç, dörd... Ġndi onun yeddi yaĢı var. Demək, beĢ ildən sonra, o baĢına ağ vual salacaq,
ayağına tor corab geyəcək, balaca bir qadına oxĢayacaqdır. Ah, mərhəmətli bacım, siz hələ
bilmirsiniz, mən nə qədər axmağam – görün mən nəyi fikirləĢirəm, qızımın kilsəyə getməyini!
Fantına güldü.
Cənab Madlen Fantinanın əlini buraxmıĢdı. Gözlərini endirərək, dərin fikirlər içində, küləyin
səsinə qulaq asan kimi bu sözlərə qulaq asırdı. Birdən Fantina susdu, cənab Madlen ixtiyarsız
gözlərini qaldırdı. Fantinanın görünüĢü onu qorxutdu.
O artıq danıĢmırdı, nəfəs almırdı, o bir qədər yerindən qalxmıĢdı, yaxası açılmıĢ köynəyin
altından arıq çiyni görünürdü, bir az əvvəl sevincdən iĢıqlanan üzü indi meyit rəngi almıĢ və
kiçilmiĢdi. DəhĢətdən böyümüĢ gözləri ilə sanki, otağın bir bucağında duran qorxunc bir Ģeyə
diqqətlə baxırdı.
Cənab Madlen:
– Aman ya rəbbi! – deyə çığırdı. – Sizə nə oldu, Fantina?
Fantina cavab vermədi, o, baxdığı Ģeydən gözlərini ayırmırdı. Əli ilə cənab Madlenin çiyninə
toxunaraq geriyə baxmasını iĢarə etdi.
Cənab Madlen dönüb baxarkən Javeri gördü.
ÜÇÜNCÜ FƏSĠL.
Javer sevinir.
Vaqe olan hadisə budur.
Cənab Madlen Arrasdakı məhkəmə salonundan çıxanda gecə saat birin yarısı idi. Dilican
Arrasdan hərəkət etməyə hazırlaĢan zaman o, mehmanxanaya qayıtmıĢdı. Oxucu, yəqin,
xatırlayır ki, o, özü üçün dilicanda yer saxlatdırmıĢdı. Səhər saat altıya yaxın o, Monreyl-sür-Mer
Ģəhərinə çatdı. O, hər Ģeydən əvvəl, Lafitə yazdığı məktubu poçtla göndərdi, sonra Fantinanı
görmək üçün xəstəxanaya getdi.
Cənab Madlen Arrasda məhkəmə salonundan çıxdıqdan sonra, bu hadisə qarĢısında baĢını itirən
prokuror müavini özünü toplayaraq bir nitq söylədi. Bu nitqində o, Monreyl-sür-Mer Ģəhərinin
meri kimi hörmətli bir adamın ağlını itirdiyi üçün səmimi bir təəssüf izhar etdi və müttəhimin
müqəssirliyinə olan inamının bu qəribə hadisədən heç də sarsılmadığını və əlbəttə, bütün bu
Ģeylərin gələcəkdə aydınlaĢacağını, hələlik isə hakimlərin baĢladığı iĢin davam etdirilməsini rica
etdi və dedi ki, Ģübhəsiz həqiqi Jan Valjan olan müttəhim ġanmatyenin məhkum edilməsini tələb
edir. Prokuror müavininin israrı camaatın və hakimlərin rəyinə tamamilə zidd idi. Müdafiəçi çox
asanlıqla prokuror müavininin sözlərini rədd edərək, cənab Madlenin – yəni həqiqi Jan Valjanın
– söylədikləri sayəsində bütün iĢin dəyiĢdiyini və hakimlərin qarĢısında duran adamın tamamilə
günahsız olduğunu isbat edə bildi. Buradan o, məhkəmə səhvləri və sairə haqqında bir neçə, təzə
olmasa da, ümumi cümlələr söylədi, məhkəmə sədri son sözündə vəkilin rəyi ilə Ģərik oldu.
Hakimlər bir neçə dəqiqə müĢavirə etdikdən sonra, ġanmatyeyə bəraət qazandırdılar.
Lakin prokuror müavininə, hər halda, bir Jan Valjan lazım idi, ġanmatye əlindən çıxdıqdan sonra
o, Madlendən yapıĢdı.
ġanmatye azad edilən kimi prokuror müavini məhkəmə sədri ilə birlikdə müĢavirə otağına
çəkildilər. Onlar yeni müttəhimə aid, Monreyl-sür-Mer Ģəhərinin cənab merinə aid və onu
tutmaq zərurətinə aid məsələni müzakirə etdilər. Bu ―aidlər‖ kolleksiyası prokuror müavininin
qələminə məxsusdur və onun baĢ prokurora yazmıĢ olduğu rəsmi məruzədə qeyd edilmiĢdir.
Məhkəmə sədri artıq sakit olmuĢdu və o qədər də etiraz etmədi, necə olsa, ədalət məhkəməsi öz
iĢini görməli idi. Həm də açıq demək lazımdır, məhkəmə sədri kinli və heç də axmaq adam
olmamaqla bərabər, sadiq, hətta fanatikcəsinə royalist idi və Monreyl-sür-Mer Ģəhəri rəisinin
Kann hadisəsindən bəhs edərkən Buonaparte deyil, imperator deməsi ona acıq gəlmiĢdi.
Beləliklə, həbsə almaq əmri hazırlandı. Prokuror müavini əmri, bir atlı vasitəsilə Monreylə
göndərdi. Əmri aparan adama tapĢırıldı ki, bütün gecəni çaparaq yol getsin və əmri polis
müfəttiĢi Javerə versin.
Məlum olduğu kimi, Javer məhkəmədə Ģahidliyini qurtardıqdan sonra dərhal Monreylə
qayıtmıĢdı.
O yenicə durmuĢdu ki, həbs haqqında qərarı, dustağı Arrasa gətirmək əmrini aldı.
Əmri gətirən adam da polis agentlərindən idi və bir-iki sözlə Arrasda baĢ verən hadisəni Javerə
anlatdı. Prokuror müavini tərəfindən imza edilmiĢ həbs əmri belə yazılmıĢdı: ―Polis müfəttiĢi
Javerə – filan vaxtda məhkəmə iclasında sabiq katorqalı Jan Valjan olduğu məhkəməyə aydın
olan Monreyl-sür-Mer Ģəhərinin meri cənab Madleni tutmaq sizə əmr edilir‖.
Javer xəstəxana qapısından içəri girəndə kənar bir adam onu görsə idi, zahiri görünüĢündən onun
daxilində nələr olduğunu heç vaxt bilməz və onda qeyri-adi bir Ģey görməzdi.
Javer soyuq, sakit, ciddi idi. Ağ saçları gicgahlarında səliqə ilə sığallanmıĢdı. O, adəti üzrə
tələsmədən pilləkəndən qalxdı. Lakin onu daha yaxından tanıyan bir adam bu dəqiqədə onun
üzündəki ifadəyə diqqət yetirsəydi, ruhunun dərinliyinə qədər titrədi. Dəri yaxalığının düymələri
dalda olmaq əvəzinə sol qulağının altında idi. Bu hadisə Javerin fövqəladə bir həyəcan
keçirdiyinə dəlalət edirdi.
Javer mükəmməl təbiətli bir adamdı, nə vəzifələrində, nə də paltarında ən kiçik bir intizamsızlığa
belə yol verməzdi, canilərlə olduqca ciddi və paltarının düymələrinə qarĢı olduqca diqqətli idi.
Odur ki, yaxalığı əyri düymələnmiĢdisə, demək, Javerin qəlbində elə bir tufan vardı ki, bunu
ancaq daxili bir zəlzələ adlandırmaq olardı. O, yaxın polis idarəsindən beĢ nəfər əsgər və kapralı
götürərək birbaĢa xəstəxanaya gəldi, əsgərləri xəstəxananın həyətində qoydu, özü isə içəriyə
girərək, Fantinanın yatdığı otağın ona göstərilməsini xahiĢ etdi, qapıçı qadın cənab Madlenin
yanına silahlı adamların gəlməsinə öyrəncəli olduğundan heç bir Ģeydən Ģübhə etməmiĢ və
xəstənin olduğu otağın qapısını göstərmiĢdi.
Javer Fantinanın yatdığı otağın qapısına çatdıqda xəstə baxıcılarına, bir də casuslara məxsus bir
ehtiyatla qapını açaraq içəri girdi.
Daha doğrusu, içəri girmədi, qapını yarı açaraq Ģlyapasını çıxarmadan sol əlini düymələnmiĢ
sürtukunun cibinə soxaraq durdu. Hər zaman daĢıdığı böyük əl ağacının qurğuĢunlu baĢı
qoltuğundan görünürdü.
O, bir neçə dəqiqə bu vəziyyətdə durdu. Onu kimsə görmürdü, birdən Fantina gözlərini qaldırıb
onu gördü, cənab Madlenə iĢarə etdi və o dönərək Javeri gördü.
Cənab Madlenin gözləri Javerin gözləri ilə qarĢılaĢan dəqiqədə Javer dəhĢətli görkəm aldı. O,
yerindən tərpənmədən, bir addım belə atmadan, hərəkətsiz dayanıb baxırdı. Bəzən insanın heç
bir hissi sevinc qədər dəhĢət törədə bilmir.
Bu üz, öz günahkarını yenə ələ keçirmiĢ olan iblisin üzü idi. Jan Valjanın, artıq onun pəncəsində
olduğunu yəqin etməsi Javerin qəlbində qaynaĢan bütün hissləri aĢkara çıxarmıĢdı. Bulanıq
suyun dibindəki bütün lil üzə çıxmıĢdı. Az qala izi itirməsindən və bir neçə dəqiqəyə ġanmatyeni
baĢqasına oxĢatmasından əmələ gəlmiĢ alçalma hissi yox olmuĢ və həqiqəti əvvəldən duyması və
onun yanılmayan casusluq hissinin aldadılmağa uzun müddət müqavimət göstərməsindən doğan
bir iftixara çevrilmiĢdi. Javer sevinirdi və onun amiranə duruĢu bunu aydın göstərirdi.
Müvəffəqiyyətdə nə eybəcərlik varsa, hamısı onun ensiz alnında parlaq bir Ģəkildə əks olunurdu.
Özündən razı olan insanın sifətindəki bütün dəhĢətli ifadələr burada bütün çılpaqlığı ilə təzahür
edirdi.
Javer bu anda özünü göyün yeddinci qatında hiss edirdi. Aydın bir təsəvvürü olmasa da, mənfəət
verdiyini və müvəffəqiyyət qazandığını dumanlı və Ģüursuz bir Ģəkildə duyan Javer, artıq
müqəddəs vəzifəsi pisliyi məhv etməkdən ibarət olan iĢığın, ədalət və həqiqətin bir mücəssəməsi
idi. Hakimiyyət, sağlam Ģüur, məhkəmə qərarı, qanun ölçüsünə görə vicdan, ictimai cəza, bir
sözlə, onun göylərinin bütün ulduzları onun arxasında, ətrafında, harda isə çox uzaqda dururdu.
Javer nizam və intizamı qoruyur, ətrafa qanun ĢimĢəkləri, qanun ildırımları saçır, cəmiyyətin
intiqamını alır, mütləqiyyətə kömək edirdi. O, sanki, nura bürünür, yüksəlirdi, onun qabiliyyəti
meydan oxuyurdu, günün günorta çağında, o, yırtıcı bir intiqam mələyinin xariqüladə heyvani
təbiətini nümayiĢ etdirərək parlaq və vüqarlı halda dayanmıĢdı. Gördüyü iĢin qorxunc kölgəsi
altında əlində möhkəm tutduğu alovlu ictimai ədalət qılıncı yavaĢ-yavaĢ görünməyə baĢlayırdı.
XoĢbəxt və qəzəbnak olan Javer çəkmələrinin dabanları ilə cinayətləri, qəbahətləri, üsyankarlığı,
günahı, cəhənnəmi tapdalayırdı; o, nur saçır, o məhv edir, o gülümsəyirdi və bu dəhĢətli Mikayıl
mələyin görünüĢündə Ģübhəsiz bir əzəmət vardı.
Javer dəhĢətli idi, lakin onda heç bir alçaq Ģey yox idi.
Namus, səmimiyyət, düzlük, inam, vəzifəyə sədaqət kimi xassələr yanlıĢ yola düĢdükləri zaman
iyrənc ola bilər, lakin burada da onlar öz əhəmiyyətini itirmir, bu xassələr dəhĢət saçan
zamanlarda belə, insan vicdanına xas olan əzəmət onları tərk etmir. Bu fəzilətlərin yalnız bir
nöqsanı vardır ki, o da yanlıĢ yola düĢməkdir. Bu təəssübkeĢin rəhmsiz və səmimi sevinci nə
qədər amansız olsa da, məĢum, lakin hörmət tələb edən bir növ nur saçar. Javer, özü belə dərk
etmədən, öz hüdudsuz sevincində, hər bir özündən çıxmıĢ cahil kimi acınacaqlı idi. Və heç bir
Ģey bu üz kimi bu qədər bağrı yaran və dəhĢətli təsir bağıĢlaya bilməzdi, bu üzdə, demək cayizsə,
xeyrin bütün çirkinliyi əks olunmuĢdu.
DÖRDÜNCÜ FƏSĠL.
Qanuni hökumət öz hüququnu bərpa edir.
Fantina, cənab mer tərəfindən bu qorxunc adamın pəncəsindən qurtarıldığı gündən bəri Javeri
görməmiĢdi. Qızın xəstə beyni heç bir Ģeyi araĢdırmağa qabil deyildisə də, bununla bərabər
Javerin onun dalınca gəldiyinə bir an belə Ģübhə etmədi. O, bu dəhĢətli adamı görməyə tab
gətirmədi: taqətdən düĢdüyünü hiss edib, əlləri ilə üzünü örtdü və təĢviĢdən üzülərək çığırdı:
– Cənab Madlen, məni qurtarın!
Jan Valjan – biz artıq onu bu adla çağıracağıq – ayağa durdu, ən mülayim və ən sakit bir səslə
Fantinaya:
– Qorxmayın, – dedi, – o, sizin dalınızca gəlməmiĢdir.
Sonra Javerə tərəf dönərək:
– Mən sizin nə üçün gəldiyinizi bilirəm, – dedi.
Javer cavab verdi:
– Tez ol! Gedək!
Bu üç qısa sözün deyildiyi ahəngdə nə isə bir vəhĢilik, yırtıcılıq duyulurdu. Javer ―Tez ol!
Gedək‖ demədi, o üç sözü birləĢdirərək ―tezolgedək!‖ dedi. Bu sözlərin tələffüzünü heç bir imla
qaydası ifadə edə bilməzdi, bu artıq insan nitqi deyildi, bu vəhĢi bir heyvanın nərəsi idi.
Bu dəfə Javer öz qaydasını bir qədər pozdu, o öz gəliĢinin məqsədini izah etmədi, həbs etmək
əmrini belə oxumadı. Onun üçün Jan Valjan – bir növ düĢmən, əsrarəngiz bir adam, ələ
keçməyən müəmmalı bir mübariz idi. BeĢ il idi ki, o, bu adamı təqib edir, lakin yıxa bilmirdi. Bu
həbs iĢin baĢlanğıcı deyil, sonu idi. Odur ki, Javer sadəcə ―Tez ol! Gedək!‖ sözləri ilə
kifayətləndi.
Bu sözləri söylərkən o, yerindən belə tərpənmədi, bir addım belə atmadı, yalnız çəngəl kimi öz
zavallı qurbanlarına sancılan və özünə doğru çəkmiĢ qorxunc nəzərini Jan Valjana fırlatdı.
Ġki ay bundan əvvəl, Fantina da öz üzərində belə bir baxıĢ duymuĢ və bu baxıĢ onun iliyinə qədər
iĢləmiĢdi.
Javer çığıranda Fantina gözlərini açdı. Lakin axı cənab mer burada idi, o nədən qorxmalı idi?
Javer irəliyə gəlib otağın ortasında dayandı.
– Ey! Adın nədir! Gedəcəksən ya yox? – dedi.
Xəstə qadın ətrafına baxdı. Burada Ģəfqət bacısı ilə cənab merdən baĢqa kimsə yox idi. Javer bu
iyrənc sözləri kimə deyə bilərdi? Yalnız ona. Fantina titrədi.
Bu zaman o, heç ağla gəlməyən bir Ģey gördü. Ən qarıĢıq və Ģiddətli sayıqlama zamanı belə o, bu
qədər ağla sığmayan bir Ģeyi görə bilməzdi.
O, casus Javerin cənab merin yaxasından yapıĢdığını və cənab merin boynunu əydiyini gördü.
Ona elə gəldi ki, dünya qopur.
Javer, doğrudan da, Jan Valjanın yaxasından tutmuĢdu.
Fantina:
– Cənab mer! – deyə çığırdı.
Javer bir qəhqəhə ilə, bütün diĢlərini ağardan qorxunc bir qəhqəhə ilə güldü.
– Burada daha cənab mer, filan yoxdur!
Jan Valjan redinqotunun yaxasından tutan əli rədd etməyə çalıĢmayaraq:
– Javer... – dedi.
Javer onun sözünü kəsərək:
– Mən sənin üçün cənab polis müfəttiĢiyəm, – dedi.
Jan Valjan sözünə davam edərək:
– Cənab, – dedi. – Sizə təklikdə bir neçə söz deməliyəm.
Javer:
– Ucadan danıĢ, ucadan! – dedi. – Mənimlə pıçıldaĢmaq olmaz!
Jan Valjan səsini alçaldaraq davam etdi:
– Mənim sizdən bir xahiĢim var...
– Ucadan danıĢ, deyirəm sənə!
– Lakin deyəcəyim sözləri yalnız siz eĢitməlisiniz...
– Mənə nə! Mən qulaq asmaq istəmirəm.
Jan Valjan üzünü Javerə çevirdi, tələsik və yavaĢca dedi:
– Mənə üç gün möhlət verin. Yalnız üç gün! Gedib bu zavallı qadının uĢağını buraya gətirim! Nə
qədər pul lazım olsa verərəm! Ġstəsəniz mənimlə bərabər gedə bilərsiniz.
– Sən mənimlə zarafat edirsən – deyə Javer çığırdı. – Vallah mən səni axmaq hesab eləmirdim.
Məndən üç gün möhlət istəyirsən ki, qaçasan, özü də deyirsən ki, bu fahiĢənin uĢağı üçün
gedəcəksən! Ha-ha-ha! YaxĢı, çox yaxĢı!
Fantina birdən titrəyərək:
– UĢağımın dalınca! – deyə bağırdı, – siz mənim uĢağımı gedib gətirmək istəyirsiniz? Demək, o,
burada deyil? Bacı, cavab verin, hanı mənim Kozettam, uĢağımı mənə verin! Cənab mer! Cənab
Madlen!
Javer hiddətlə ayağını yerə vurdu.
– Bu da bu yandan baĢladı! Səsini kəsəcəksənmi, həyasız! Bu nə qəribə məmləkətdir ki,
katorqalılar hökumət vəzifələrindədir, fahiĢələrə isə qrafinyalar kimi qulluq edirlər! Xeyr a! Ġndi
iĢlər dəyiĢəcək. Yetər! Artıq yetər!
O, dik-dik Fantinaya baxdı və yenə Jan Valjanın yaxasından, boyunbağısından və köynəyinin
boğazından yapıĢaraq dedi:
– Sənə dedim ki, burada nə cənab mer, nə də cənab Madlendir. Burada duran məĢhur bir oğru və
cani, katorqalı Jan Valjandır! Budur, əlimlə tutmuĢam və buraxmayacağam! Vəssalam.
Fantina birdən yerindən qalxaraq zəif qollarına söykəndi, Jan Valjana, Javerə, Ģəfqət bacısına
baxdı. Bir söz demək istəyirmiĢ kimi ağzını açdı, lakin sinəsindən boğuq bir xırıltı çıxdı, diĢləri
Ģaqqıltı ilə bir-birinə dəydi, o, boğulan adamlar kimi dəhĢət içində havadan yapıĢmaq istəyirmiĢ
kimi əllərini irəliyə uzatdı və taqətsiz bir halda yastıq üzərinə yıxıldı. BaĢı çarpayının dəmirinə
dəydi və sinəsinə doğru əyildi, ağzı açıq qaldı, gözləri bir nöqtəyə dikilərək söndü. Fantina öldü.
Jan Valjan əlini yaxasından yapıĢmıĢ olan Javerin əli üzərinə qoydu, uĢağın əlini açan kimi onu
çox asanlıqla açdı, sonra Javerə dönərək:
– Siz bu qadını öldürdünüz, – dedi.
Javer hiddətlə:
– Bəsdir! – deyə bağırdı. – Mən buraya sənin nəsihətlərini dinləməyə gəlməmiĢəm. Onsuz da
iĢim keçər! KeĢikçilər aĢağıda gözləyir. Dalımca gəl, yoxsa əmr edərəm, səni buxovlayarlar!
Otağın bir bucağında laxlamıĢ köhnə dəmir çarpayı vardı, gecələr xəstənin yanında qalmaq lazım
gəldikdə, Ģəfqət bacıları bu çarpayıda yatardılar. Jan Valjan bu çarpayıya yanaĢdı, bir anda
asanlıqla çarpayının onsuz da laxlayan baĢ dəmirini qopartdı, qüvvətli əlləri ilə ondan bir çubuq
çəkib çıxartdı və Javerə baxdı. Javer qapıya doğru geri çəkildi.
Jan Valjan dəmir parçasını əlində tutaraq yavaĢ-yavaĢ Fantinanın yatdığı çarpayıya doğru getdi,
çarpayıya yanaĢaraq, dönüb Javerə baxdı və güclə eĢidiləcək səslə dedi:
– Bu dəqiqədə mənə mane olmağınızı məsləhət görmürəm.
Javer titrədi – bu, Ģübhəsizdi.
Əvvəlcə aĢağıya düĢərək əsgərləri çağırmaq fikrinə gəldi, lakin Jan Valjan bundan istifadə
edərək qaça bilərdi. Buna görə qapının yanında dayandı, ağacını əlində sıxaraq, gözlərini Jan
Valjandan ayırmadan qapıya söykəndi.
Jan Valjan çarpayının baĢ tərəfinə dirsəkləndi, baĢını əlinə söykəyərək hərəkətsiz uzanmıĢ
Fantinaya baxmağa baĢladı. O, fikir dəryasına qərq olaraq, dünyada hər Ģeyi unutmuĢ kimi uzun
müddət bu cür dinməz durub baxdı. Onun üzü və duruĢu yalnız hədsiz bir mərhəmət ifadə edirdi.
Bir neçə dəqiqə bu cür dalğın dayandıqdan sonra, o Fantinaya tərəf əyildi və ona nə isə
pıçıldamağa baĢladı. O, Fantinaya nə dedi? Qanunun məhkum etdiyi bir adam ölmüĢ bir qadına
nə deyə bilərdi? Onun dediyi sözlər nə idi? Yer üzündə bu sözləri heç kim eĢitmədi. Görəsən,
ölən qadın bu sözləri eĢitdimi? Bəzi təsirli xəyallar var ki, onlarda ən ülvi həqiqətlər gizlidir.
Yalnız bir Ģey Ģübhəsiz idi: bu hadisənin yeganə Ģahidi olan Simplisiya bacı, sonralar belə nağıl
edirdi ki, guya, Jan Valjan Fantinanın qulağına nə isə pıçıldadığı zaman, qızın solğun
dodaqlarında məsum bir təbəssüm göründü və məzarın sirri önündə duyulan heyrətlə dolu
dumanlanmıĢ gözlərində bir iĢıq yandı.
Jan Valjan iki əli ilə Fantinanın baĢını tutdu, bir ana öz uĢağını yatıran kimi, onu rahatca yastığın
üzərinə qoydu, köynəyinin bağlarını bağladı, saçlarını ləçəyinin altına yığdı. Sonra onun
gözlərini örtdü.
Fantinanın üzünə bu anda, sanki, qəribə bir nur saçıldı. Ölüm – əbədi iĢıqlığa keçmək deməkdir.
Fantinanın əli çarpayıdan sallanmıĢdı. Jan Valjan bu əlin önündə diz çökdü yavaĢca onu qaldırdı
və öpdü. Sonra ayağa duraraq, Javerə tərəf dönərək:
– Ġndi sizin ixtiyarınızdayam! – dedi.
BEġĠNCĠ FƏSĠL.
Ölüyə münasib məzar.
Javer Jan Valjanı Ģəhər həbsxanasına apardı.
Cənab Madlenin həbsə alınması Monreyl-sür-Mer Ģəhərində böyük bir təsir buraxdı. Daha
doğrusu, misli görünməmiĢ bir çaxnaĢma törətdi. Təəssüflə etiraf etməliyik ki, ―bu adam keçmiĢ
katorqalıdır‖ sözlərini eĢidərək hamı ondan üz döndərdi. Ġki saat keçmədi ki, onun etdiyi bütün
yaxĢılıqlar yaddan çıxdı: indi o yalnız ―katorqalı‖ idi. ġəhərdə səhərdən axĢama qədər bu cür
söhbətlər eĢidilirdi.
– Hələ bilmirsiniz? Bu, möhləti qurtarmıĢ bir katorqalıdır. – Kim? – Bizim mer. – Necə, cənab
Madlenmi? – Bəli. – Yox, ola bilməz! – Adı da heç Madlen deyilmiĢ, onun nə isə qorxunc bir adı
var – Bejanmı, Bojanmı, yoxsa Bujanmı? – Aman ya rəbbi! – Onu tutmuĢlar. – TutmuĢlar?! –
Bəli, Ģəhər həbsxanasına salmıĢlar, sonra da sürgün edəcəklər. – Sürgünmü edəcəklər? Haraya
sürəcəklər? – Onu keçmiĢ illərdə böyük yolda qarət etdiyi üçün dairə məhkəməsində mühakimə
edəcəklər. – Gördünüzmü? Mən deyən oldu. O, həddindən artıq rəhmli, həddindən artıq yaxĢı
adamdı, lap Ģitini çıxardırdı. Ordeni qəbul eləmədi, pullarını ona-buna paylayırdı. Mən bu
adamın Ģübhəli olduğunu həmiĢə düĢünürdüm.
Xüsusilə ―salonlar‖dakı hiddət çox Ģiddətli idi.
―Ağ bayraq‖ qəzetinin abunəçisi olan xanımlardan biri, dilindən mənası çox dərin olan bir söz
qaçırmıĢdı:
– Mən buna heç təəssüf etmirəm. Bu – bonapartistlərə yaxĢı dərs oldu!
Bu surətlə Monreyl Ģəhərində bir zaman cənab Madlen adlanan mif dağılıb getdi. Bütün Ģəhərdə
onu yaddan çıxarmayan yalnız iki-üç adam idi. Onun evində xidmət edən qapıçı qadın da bu
adamlar sırasında idi.
Həmin günün axĢamı hələ qorxudan özünə gəlməmiĢ bu qarı kədərli fikirlərə dalaraq öz otağında
oturmuĢdu. Fabrik səhərdən bağlı idi, qapılar qapanmıĢdı, küçədə kimsə görünmürdü. Evdə iki
rahibədən – Perepetuya bacı ilə Simplisiya bacıdan baĢqa kimsə yox idi, onlar da Fantinanın
cənazəsi yanında oturmuĢdular.
Cənab Madlenin, adətən, evə qayıtdığı vaxta yaxın vəfalı qadın tamamilə Ģüursuz olaraq
yerindən qalxdı, cənab Madlenin otağının açarını yeĢikdən çıxardı və onun həmiĢə pilləkənlə
yuxarıya, öz otağına qalxanda götürdüyü Ģamdanı götürdü, açarı cənab Madlenin öz adəti üzrə
asdığı mıxdan asdı və Ģamdanın yanında qoydu, sanki, ev yiyəsini gözləyirdi. Bütün bu iĢləri
gördükdən sonra, yenə öz yerində oturub, fikrə daldı. Zavallı qarı nə etdiyini özü də
düĢünmürdü.
Ancaq iki saat keçdikdən sonra fikirdən ayılıb nə etdiyini düĢündükdə: ―Aman, ya rəbbi! – dedi.
– Bir iĢə bax! Mən isə onun açarını mıxdan asdım‖.
Bu anda otağın pəncərəsi açıldı, bir əl uzanaraq açarla Ģamdanı götürdü və mum Ģamını masanın
üstündə yanan piy Ģamının odu ilə yandırdı.
Qapıçı qadın gözlərini qaldırdı və heyrətindən donub qaldı, bağırmaq istədi, lakin özünü saxladı.
Qadın bu əli, bu barmaqları, bu redinqot qolunu tanıdı.
Bu, cənab Madlen idi.
Bir neçə saniyə qarı bir söz belə deyə bilmədi, daha sonralar ―ürəyinin qopduğunu‖ söyləyirdi.
Nəhayət, yavaĢ bir səslə:
– Aman Allah, – dedi, – Cənab mer, sizsinizmi? Mən isə elə bilirdim ki, siz...
Sözünü deyib qurtarmadı, çünki sözünün sonu əvvəlinə nisbətən hörmətsiz idi. Onun üçün Jan
Valjan hələ yenə də cənab mer idi.
Jan Valjan qapıçı qadının fikrini tamamladı:
– ...Həbsxanadasınız! – dedi. – Bəli, mən həbsxanada idim. Pəncərənin dəmir Ģəbəkəsini qırdım,
damdan enərək buraya gəldim. Ġndi mən öz otağıma gedirəm, siz isə Simplisiya bacını buraya
çağırın! O, yəqin, zavallı qadının cənazəsi yanındadır.
Qoca qarı dərhal onun əmrinə itaət etdi.
O, qarıya bir söz demədisə də, bu qarının onu özündən daha yaxĢı qoruyacağına əmin idi.
Jan Valjanın darvazanı açmadan həyətə necə girə bildiyi məlum olmadı. Onun yanında ikinci bir
açarı olurdu ki, bununla o yan qapını açardı, lakin üstünü axtardıqları zaman bu açarı ondan
almalı idilər. Məsələnin bu cəhətini kimsə izah edə bilmədi.
O, otağına gedən pilləkənlə yuxarıya qalxdı.
Pilləkənin baĢına çatdıqda Ģamdanı axırıncı pillədə qoydu, yavaĢca qapını açdı, qaranlıqda
pəncərəni tapdı, pəncərənin özünü və içəri qapaqlarını bağladı, sonra qayıdıb Ģamı götürdü, yenə
içəri girdi.
Bu ehtiyat bihudə deyildi, pəncərə küçədən görünürdü və diqqəti cəlb edə bilərdi.
O, otağa göz gəzdirdi, masaya, stula, üç gündən bəri əl dəyilməmiĢ çarpayıya baxdı. Üç gün
bundan əvvəl əmələ gətirmiĢ olduğu intizamsızlıqdan bir əsər belə görmədi. Qapıçı qadın otağı
―təmizləmiĢdi‖ və ocağın külündən onun əl ağacının iki dəmir ucluğunu və qırx suluq qaralmıĢ
bir pulu götürüb, səliqə ilə masanın üstünə düzmüĢdü.
O bir vərəq kağız çıxarıb bu sözləri yazdı: ―Ağacımın hər iki ucluğu və Balaca Jervedən
oğurlamıĢ olduğum qırx suluq pul bunlardır, bu xüsusda mən məhkəmədə danıĢmıĢdım‖. Ġçəriyə
girən adamın gözlərinə dərhal çarpsın deyə, dəmir parçalarını və gümüĢ pulu kağızın üstünə
qoydu. Sonra Ģkafdan köhnə köynəyini çıxarıb cırdı, ondan bir neçə parça düzəltdi, gümüĢ
Ģamdanları bunlara bükdü. Bütün bu iĢləri tələsmədən və sakit bir halda görürdü. Yepiskopun
Ģamdanlarını bağlarkən, ağzına bir tikə qara çörək atıb çeynəyirdi. Bu çörəyi, ehtimal ki, qaçanda
həbsxanadan götürmüĢdü. Bunun həbsxana çörəyi olduğu bir az sonra axtarıĢ zamanı
döĢəmədəki qırıntılardan məlum olmuĢdu.
Otağın qapısı yavaĢcadan iki dəfə döyüldü.
O:
– Buyurun! – dedi.
Simplisiya bacı girdi. Qadının solğun üzündə göz yaĢları görünürdü. Əlində tutduğu Ģam
titrəyirdi. Taleyin amansız zərbələrində bir xüsusiyyət var: biz nə qədər kamil və ya nə qədər
bərk ürəkli olsaq da, bu zərbələr yenə də mənliyimizin dərinliklərindən insan təbiətini zahirə
çıxarır. Bugünkü sarsıntılar rahibəni yenə qadına çevirmiĢdi. Simplisiya bacı bütün günü
ağlamıĢdı və indi bütün bədəni titrəyirdi.
Jan Valjan kağız üzərində bir neçə sətir yazıb Simplisiya bacıya verərək:
– Bacı, – dedi, – bu kağızı bizim keĢiĢə verərsiniz.
Kağız açıq idi. Qadın ona ötəri nəzər saldı. Jan Valjan:
– Oxuya bilərsiniz! – dedi.
Qadın oxudu:
―Cənab keĢiĢ, rica edirəm ki, burada qoyduğum Ģeylərə sərəncam çəkəsiniz. XahiĢ edirəm,
mənim iĢimlə əlaqədar olan məhkəmə xərclərini ödəyəsiniz və bu gün vəfat edən qadını dəfn
edəsiniz. Qalan pul yoxsullara paylanmalıdır‖.
Qadın bir söz demək istədi, lakin həyəcanlı olduğundan əvvəlcə danıĢa bilmədi. Nəhayət, özünü
toplayaraq:
– Cənab mer bir daha o zavallı qadını görmək istəmirmi? – dedi.
– Yox, – deyə, o cavab verdi, – məni axtarırlar, məni onun otağında həbs edə bilərlər, bu da
ölünün rahatlığını pozar.
Jan Valjan bu sözləri deyib qurtarmamıĢdı ki, pilləkəndə böyük bir gurultu qopdu. Bir neçə
adamın ağır addımları eĢidildi, qapıçı qadın kəskin bir səslə çığırdı:
– Cənab, and olsun Allaha, burada kimsə yoxdur, dünəndən bəri buraya kimsə gəlməmiĢdir, mən
bütün günü qapının ağzında olmuĢam!
Bir kiĢi səsi ona cavab verərək:
– Lakin otaqda iĢıq var, – dedi.
Onlar Javerin səsini tanıdılar.
Otağın quruluĢu elə idi ki, qapı açılanda bucağı örtürdü. Jan Valjan Ģamı söndürüb bu bucaqda
dayandı.
Simplisiya bacı masanın yanında diz çökdü.
Qapı açıldı.
Javer girdi.
Koridordan bir neçə adamın pıçıltısı gəlirdi. Qapıçı qadın onları nəyə isə inandırmağa çalıĢırdı.
Rahibə gözlərini qaldırmırdı. O, ibadət edirdi. Onun buxarı üstünə qoyduğu Ģam yanırdı.
Javer rahibəni gördü və çaĢqın halda qapıda dayandı.
Biz xatırlamalıyıq ki, Javerin mahiyyəti, əsası, onun ən təbii xassəsi hər bir hakimiyyətə qarĢı
dərin bir hörmət bəsləməkdən ibarət idi. O, bütöv xasiyyətli adam idi. Heç bir etiraza və
məhdudluğa yol verməzdi. Və, əlbəttə, kilsə hakimiyyəti onun üçün hər Ģeydən yüksək idi o,
dindar bir adam idi, dini qaydalara riayət edərdi və hər Ģeydə olduğu kimi, bu iĢdə də pedant idi.
Onun nəzərində keĢiĢ yalnız bir ruh, rahibə isə günahsız bir məxluq idi. Onlar qalın bir divar
arxasında yaĢayan ruhlar idi və bu divarın yeganə qapısı ancaq bizim günahlarla dolu dünyamıza
həqiqəti buraxmaq üçün açılırdı.
Rahibəni görəndə Javer ixtiyarsız geri çəkildi.
Lakin onda baĢqa bir qüvvə vardı ki, o da vəzifə hissi idi. Bu hiss ona irəli getməyi əmr edirdi. O
getməməyə və rahibəyə sual verməyə cəsarət etdi.
Simplisiya bacı ömründə heç yalan danıĢmazdı. Javer bunu bilirdi və məhz buna görə ona xüsusi
bir hörmət bəsləyirdi.
– Bacı, – dedi – otaqda yalqızsınızmı?
Bu müdhiĢ bir dəqiqə idi, yazıq qapıçı qadın bihuĢ olmaq dərəcəsinə gəlmiĢdi.
Rahibə gözlərini qaldıraraq dedi:
– Bəli.
Javer sözünə davam edərək:
– Çox israr etdiyim üçün bağıĢlayın, demək, siz burada bu gün axĢam bir adam görməmisiniz? O
adam qaçıb, biz onu axtarırıq. Siz Jan Valjan adlı adamı görmədinizmi?
Rahibə cavab verdi:
– Yox.
O, yalan dedi. Ġki dəfə dalbadal, tərəddüd etmədən, özünü qurban verən adam kimi sürətlə yalan
demiĢdi.
Javer:
– BağıĢlayın, – dedi və hörmətlə təzim edərək otaqdan çıxdı.
Ey müqəddəs qız! Neçə illərdən bəridir ki, sən bu dünyada yoxsan, sən artıq çoxdan əbədiyyət və
nur səltənətində öz bakirə bacılarınla və mələk qardaĢlarınla birləĢmisən. Sənin bu yalanını
behiĢtdə bağıĢlarlar!
Rahibənin sözləri Javer üçün o qədər inandırıcı idi ki, o, hətta qəribə bir Ģeyi görmədi, masanın
üstündə indicə söndürülmüĢ olan və hələ də tüstülənən ikinci bir Ģam dururdu.
Bir saat sonra bir adam ağacların arasından və qalın duman içərisindən ehtiyatla keçərək sürətlə
Monreyl-sür-Mer Ģəhərindən çıxıb Parisə doğru uzaqlaĢırdı. Bu adam Jan Valjan idi. Yolda ona
rast gələn iki arabaçı onun əlində bir boğça apardığını və özünün də köynək geymiĢ olduğunu
söyləyirdilər. Bu köynəyi o haradan almıĢdı? Məlum deyildi. Lakin bir neçə gün bundan qabaq
xəstəxanada qoca bir fəhlə ölmüĢdü, bu fəhlənin yalnız bir köynəyi qalmıĢdı. Bəlkə də, bu həmin
köynək idi?
Fantina haqqında bir söz daha.
Hamımızın ümumi bir anamız vardır ki, o da qara torpaqdır. Fantinanı həmin anaya qaytardılar.
KeĢiĢ belə hesab edirdi ki, Jan Valjanın yoxsullar üçün ayırdığı pulların mümkün dərəcədə çox
hissəsini saxlamaqda yaxĢı iĢ görmüĢdü – kim bilir, bəlkə, o, doğrudan da, yaxĢı iĢ görmüĢdü.
Hər halda, bu məsələ kimə aid idi? Yalnız bir katorqalıya və bir fahiĢəyə. Bax, buna görə də
keĢiĢ Fantinanın dəfn iĢini sadələĢdirmiĢ və ən zəruri olan bir Ģeylə, yəni ümumi bir qəbirlə
kifayətlənmiĢdi.
Beləliklə, Fantinanı qəbiristanlığın hər kəsə məxsus olan və heç kəsə məxsus olmayan bir
guĢəsində basdırdılar. Burada, adətən, pulsuz dəfn edirlər və burada yoxsullardan bir iz belə
qalmır. XoĢbəxtlikdən, insan ruhunun harada olduğunu Allah yaxĢı bilir. Fantinanı kimin olduğu
məlum olmayan sümüklərin arasında basdırdılar, o burada məzar zülmətinə çökdü, onun külü
baĢqalarının külünə qarıĢdı. Onu ümumi məzara atdılar. Fantinanın məzarı da onun yatağı kimi
idi.
BĠRĠNCĠ FƏSĠl.
Nivel yolunda nələrə təsadüf etmək olar.
Bu əhvalatı nağıl edən yolçu keçən il, yəni 1866-cı ilin günəĢli bir yaz səhərində Niveldən
gələrək, La-Kulpə doğru gedirdi. O, ətrafında ağaclar əkilmiĢ və nəhəng dalğalar kimi gah
enərək, gah da qalxaraq təpələrin üzəri ilə gedən Ģose ilə piyada yeriyirdi. O, Lilua və Bua-
Senyer-Ġsaakı keçdi. Qərbdə Brenl-Allönün üzü aĢağı çevrilmiĢ vazaya bənzəyən Ģiferli zəng
qülləsi görünürdü. Təpə üzərindəki ağaclıq və yolun döngəsində, qurdların deĢik-deĢik etdiyi,
üzərində ―4 №-li köhnə qarovulxana‖ sözləri yazılmıĢ olan dar ağacına bənzər bir Ģeyin yanında
yerləĢən və önündə ―Dörd külək mehmanxanası. EĢabonun xüsusi mehmanxanası‖ lövhəsi
asılmıĢ meyxana artıq arxada qalmıĢdı.
Bir çərək lyö daha getdikdən sonra, yolçu kiçik bir dərəyə endi, Ģose yolunun tağı altından bu
dərəyə çay axırdı. Yolun bir tərəfində olan və bu dərəni canlandıran bir az seyrək, lakin yamyaĢıl
ağaclar o biri tərəfdə, çəmənliklərdə də bitir və zərif bir intizamsızlıqla Bren-l’Allö tərəfə uzanıb
gedirdi.
Sağda, yolun kənarında bir karvansara, onun darvazası qabağında dördtəkərli bir araba, maya
sarmaĢığı üçün hazırlanmıĢ bir dəstə çubuq, kotan, yaĢıl çəpərin yanında bir yığın çırpı,
dördkünc çalada buğlanan əhəng, içərisində küləĢ arakəsmələr olan köhnə, açıq mərəyə
söykənmiĢ nərdivan görünürdü. Gənc bir qız tarlada alaq çəkirdi, külək, çox ehtimal ki, kilsə
bayramı münasibətilə veriləcək yarmarka ta- maĢası olacağını xəbər verən iri sarı afiĢanı
yellədirdi. Karvansaranın arxasında, içində bir dəstə ördək çimən gölməçənin yanında kolluğa
tərəf çox pis döĢənmiĢ bir yol gedirdi. Yolçu da bu yol tərəfə yönəldi.
BaĢında əlvan kərpiclərdən qayrılmıĢ itiuclu bir üçbucaq görünən, on beĢinci əsrə məxsus
hasarın yanından, təxminən, yüz addım keçdikdən sonra, yolçu tağlı böyük daĢ bir darvazaya
yaxınlaĢdı. Tağları üzərində düz köndələn bir tir olan bu darvaza XIV Lüdovikin sərt üslubunda
tikilmiĢdi, yan tərəflərində iki yastı medalyon görünürdü. Darvaza üzərində eyni üslubda tikilmiĢ
bina yüksəlirdi. Fasada perpendikulyar olan divar lap darvazaya yaxınlaĢır, düzbucaq təĢkil
edirdi. Darvazanın qabağındakı talada torpağa batmıĢ üç malanın diĢləri arasında cürbəcür bahar
çiçəkləri bitmiĢdi. Darvaza bağlı idi. O, iki köhnə tayla bağlanırdı və üstündən pas basmıĢ bir
çəkic asılmıĢdı.
GünəĢ parlaq iĢıq saçırdı, ağacların budaqları küləyin tərpətdiyi yarpaqlardan artıq, sanki,
yuvalardan gələn incə bir xıĢıltı ilə yavaĢ-yavaĢ yırğalanırdı. AĢiq olduğu görünən cəsur, balaca
bir quĢcuğaz geniĢ budaqlı bir ağacın yarpaqları arasında Ģən-Ģən ötürdü.
Yolçu əyildi və aĢağıda, darvazanın sağ dayaq daĢının sol tərəfində kürənin içinə bənzəyən xeyli
geniĢ dəyirmi bir çökək gördü. Bu anda darvaza açıldı və bir kəndli qadın çıxdı.
O, yolçunu görərək onun nəyə baxdığını dərhal anladı və:
– Buraya fransız mərmisi dəymiĢdir, – dedi. – Bir qədər yuxarıda isə, qapıda mismarın yanındakı
deĢik – çarpana izidir, lakin o, ağacı deĢib keçə bilməmiĢdir.
Yolçu soruĢdu:
– Bu yerin adı nədir?
Kəndli qadın cavab verdi:
– Huqomon.
Yolçu baĢını qaldırdı, bir neçə addım atdı və çəpərdən o yana baxdı. Üfüqdə ağaclar arasından
bir təpə və bu təpənin də üzərində uzaqdan Ģirə bənzəyən bir Ģey görünürdü.
Yolçu Vaterloo yanındakı döyüĢ meydanında idi.
ĠKĠNCĠ FƏSĠL.
Huqomon.
Huqomon – Napoleon adlanan böyük Avropa odunçusunun Vaterlooda ilk müqavimətə, ilk əks-
hücuma rast gəldiyi məĢum yerdir. Huqomon – onun baltasının kəsə bilmədiyi ilk budaq idi.
KeçmiĢdə burada bir qəsr vardı – indi isə ancaq bir ferma var. QədimĢünaslar üçün Huqomon –
―Hüqomon‖ deməkdir. Bu qəsr sir de Somerel Hüqo tərəfindən tikdirilmiĢdir. Bu, həmin
Hüqodur ki, Vil’e abbatlığının altıncı kapellan idarəsinə qiymətli hədiyyə vermiĢdi.
Yolçu darvazanı itələdi və dirsəyi ilə tağın altındakı köhnə minik arabasına toxunaraq, həyətə
daxil oldu.
Ġç həyətdə onun heyrətinə səbəb olan ilk Ģey on altıncı əsr üslubunda tikilmiĢ və bütün ətrafı
uçduğu üçün tağa bənzəyən bir darvaza idi. Xərabələrin əksəriyyətlə əzəmətli bir mənzərəsi var.
Tağın yanındakı divarda IV Henrix zamanından qalma baĢqa bir darvaza vardı ki, bu darvazanın
arasından meyvə bağının ağacları görünürdü. Darvazanın yanında peyin çalası, toxa və kürəklər,
bir neçə əl arabası, qabaq divarı tava daĢdan olan dəmir çarxlı bir köhnə su quyusu, oynaqlayan
bir dayça, quyruğunu yelpazə kimi açmıĢ bir hind toyuğu, balaca zəng qülləsi olan bir
ibadətxananın divarına budaqları ilə kölgə salan çiçəkləmiĢ bir armud ağacı vardı – bu,
Napoleonun fəth etmək həsrətində olduğu həyət idi. Əgər Napoleon bu həyəti tuta bilsəydi, bəlkə
də, yer üzünün bu guĢəsi sayəsində, o, bütün dünyaya hakim olardı. Burada toyuqlar dimdikləri
ilə torpağı eĢələyirlər. Ağzını açaraq diĢlərini göstərən yekə bir itin xırıltısı eĢidilir, indi o,
ingilisləri əvəz edir.
Ġngilislər burada, doğrudan da, heyrətə layiq idilər. Kukun dörd qvardiya rotası burada bütöv bir
ordunun dəhĢətli bir hücumuna yeddi saat müqavimət göstərə bilmiĢdi.
Horizontal planda çəkilmiĢ bütün tikintilər və hasarlı sahələrlə birlikdə təsvir edilmiĢ Huqomon
bucağı kəsik qeyri-düzgün bir düzbucaqlıdan ibarətdir. Cənub darvazaları da həmin bu bucaqda,
divarın yanındadır ki, həmin divardan hücum edənlərə düzünə güllə atmaq mümkündür.
Huqomonda iki darvaza var: biri cənub tərəfdə qəsrin darvazası, o biri isə – Ģimal tərəfdə
fermanın darvazasıdır. Napoleon Huqomona qarĢı qardaĢı Jeromu göndərmiĢdi: Gilyemino, Fua
və BaĢlünün diviziyaları burada bir-birilə toqquĢmuĢdu. Reylin, demək olar ki, bütün korpusu
burada döyüĢə giriĢmiĢ və məhv olmuĢdu, Kellerman isə bütün mərmi ehtiyatını bu qəhrəman
divara sərf etmiĢdi. Bodüenin dəstəsi yalnız böyük bir çətinliklə Ģimal tərəfdən Huqomona daxil
ola bilmiĢdi. Suanın briqadası isə cənub tərəfdən buraya keçmiĢdisə də, Huqomonu zəbt edə
bilməmiĢdi.
Fermanın tikintiləri həyəti cənub tərəfdən əhatə edir. Fransızların dağıtdığı Ģimal darvazasının
bir hissəsi divardan yapıĢıb asılı qalmıĢdı. Bu, köndələn qoyulan iki tirə mıxlanmıĢ dörd taxtadan
ibarətdir, bunların da üzərində hücum zamanı vurulan zədələr aĢkar görünür.
Həyətin dal tərəfində yarıaçıq Ģimal darvazası görünür. Onun bir tayını fransızlar vurub
salmıĢdılar, darvazanın tayı yenə də sallanır və ona taxtadan yamaq vurulmuĢdur. Darvaza
həyətin Ģimal tərəfindəki daĢ bünövrəli kərpic divardadır. Bu, bütün fermalarda təsadüf edilən
dördkünc bir darvazadır, o, yonulmamıĢ taxtadan qayrılan iki geniĢ taydan ibarətdir. Darvazanın
arxasında çəmənlik uzanır. Bu keçidi ələ keçirmək üçün Ģiddətli bir vuruĢma olmuĢdu.
Darvazanın çərçivəsində hələ də qanlı əl izlərini görmək mümkündür. Bodüen həmin bu yerdə
öldürülmüĢdü.
VuruĢma tufanı hələ indiyə qədər bu həyətdə hiss olunmaqdadır, onun dəhĢəti burada əks
olunmuĢdur, əlbəyaxa döyüĢün qızğınlığı bütün Ģiddəti ilə burada mühafizə edilmiĢdir: biri
yaĢayır, o biri ölür, elə bil, bunlar yalnız dünən olmuĢdur. Divarlar uçulur, daĢlar düĢür,
yarpaqlar inləyir, açılan dəliklər yaraya bənzəyir, sallanaraq titrəyən ağaclar, sanki, buradan
qaçmağa çalıĢır.
1815-ci ildə bu həyətdə indikindən daha çox tikinti vardı. Sonralar uçurulmuĢ tikintilər o zaman
burada çıxıntılar, bucaqlar, kəskin dönüĢlər əmələ gətirirdi.
Ġngilislər orada möhkəm yerləĢmiĢdi, fransızlar oraya soxula bildilərsə də, qala bilmədilər. Kiçik
ibadətxana ilə yanaĢı bir binanın uçulmuĢ, daha doğrusu, dağılmıĢ bir tərəfi qalmıĢdı: Hüqonun
qəsrindən qalan ancaq bu idi. Qəsr bir qala, ibadətxana isə bir barıt anbarı xidmətini görmüĢdü.
Burada fransızlarla ingilislər bir-birini qırırdılar. Hər tərəfdən – divarların arxasından,
taxtapuĢların ardından, zirzəmilərdən, bacalardan, pəncərələrdən, divarlardakı bütün dəliklərdən
gülləyə basılan fransızlar faĢin gətirib, divarlara və insanlara od vurmuĢdular. Karteçə yanğınla
cavab verilmiĢdi.
Qəsrin uçmuĢ hissəsindən, dəmir Ģəbəkəli pəncərələrin arasından, kərpicdən tikilmiĢ əsas binanın
xarabaya çevrilmiĢ otaqlarının qalıqları görünürdü; ingilis qvardiyası bu otaqlarda yerləĢmiĢdi.
AĢağı mərtəbədən baĢlayaraq damın özünə qədər uçmuĢ olan dolama pilləkən sınıq bir seyvanın
içinə bənzəyirdi. Bu pilləkən iki mərtəbədən keçirdi. Pilləkəndə mühasirəyə alınmıĢ və yuxarı
çəkilməyə məcbur olan ingilislər aĢağı pillələri uçurmuĢdular. Bir-biri üstə atılmıĢ bu göyümtül
enli daĢ pillələr ətrafı basmıĢ gicitkən içində indi də durur. Ona qədər pillə hələ divarda
qalmıĢdır, aĢağıdakı pillənin üzərində üçbaĢlı bir əsa nəqĢ edilmiĢdi. Bu pillələr öz yerlərində
möhkəm durur. Pilləkənin qalan hissəsi isə diĢsiz ağıza bənzəyir. Buradaca iki ağac yüksəlir.
Ağacın biri qurumuĢ, o birinin isə kökü zədələnmiĢdi, bununla belə hər il yaz baĢlayınca o
yaĢıllaĢır. O, 1815-ci ildən sonra pilləkənlərin arasından göyərməyə baĢlamıĢdı.
Qırğın ibadətxanada olmuĢdu. Ġndi ibadətxanada yenə sakitlikdir, lakin onun çox qəribə
görünüĢü vardır. O qanlı qırğından sonra burada ibadət keçirilmir. Lakin mehrab salamatdır.
Taxtadan qayrılmıĢ bu kobud mehrabı yonulmamıĢ daĢ qoymasına söykəmiĢdilər. Əhənglə
ağardılmıĢ dörd divar, mehrabın qarĢısında bir qapı, iki kiçik dəyirmi pəncərə, qapının üstündə
ağacdan Ġsanın dara çəkilməsi təsviri, onun üstündə ot çəngəsi ilə örtülmüĢ dördkünc bir baca,
yerdə, bir bucaqda isə sınıq və köhnə bir pəncərə çərçivəsi – ibadətxana dediyimiz Ģey bunlardan
ibarət idi. Mehrabın yanında ağacdan qayrılmıĢ və on beĢinci əsrə aid Müqəddəs Ana heykəli
mıxlanmıĢdı. Çarpanaq balaca Ġsanın baĢını qoparmıĢdı. Ġbadətxananı bir müddət tutmağa
müvəffəq olan, lakin sonra yenə buradan qovulan fransızlar çəkilərkən ibadətxananı
yandırmıĢdılar. Alov köhnə tikintini bürümüĢ, qızğın bir ocağa döndərmiĢdi. Qapı yanmıĢ,
döĢəmə yanmıĢ, yalnız taxtadan qayrılmıĢ Ġsanın surəti yanmamıĢdı. Alov Ġsanın ayaqlarını
yandırıb qapqara kömürə döndərmiĢ, lakin bundan o yana getməmiĢdi. Yerli əhalinin dediyinə
görə, bu bir möcüzə idi. BaĢı kəsilən körpə Ġsanın taleyi nisbətən uğursuz oldu.
Bütün divarlar yazı ilə doludur. Ġsanın ayaqları altında ―Henquines‖1 yazılmıĢdı: bir az aĢağıda
isə: ―Conde de Rio Maior marques de y Marques Almaqo (Nabana)‖2 sözlərini oxumaq olardı.
Burada yanında qəzəb ifadə edən nida iĢarələri qoyulmuĢ fransız adları da görünürdü. 1849-cu
ildə divarları ağartdılar, çünki burada millətlər bir-birinə söyüĢ söyürdülər.
Bu ibadətxananın qapısı yanında əli baltalı bir cənazə tapılmıĢdı. Bu, podporuçik Leqronun
cənazəsi idi.
Ġbadətxanadan çıxanda sağ tərəfdə bir su quyusu görünür. Bu həyətdə iki su quyusu var. Öz-
özünə sual verirsən: niyə bu quyunun vedrəsi və çarxı yoxdur? Ona görə ki, daha bu quyudan su
çəkmirlər. Nə üçün ondan daha su çəkmirlər? Çünki quyunun içi skeletlərlə doludur.
Bu quyudan ən sonuncu olaraq su çəkən adam Kilyom van Kilsom adlı bir kəndli olmuĢdur. O,
Huqomonda yaĢayır və qəsrdə bağbanlıq edirdi. 1815-ci il iyunun 18-də onun ailəsi qaçıb
meĢədə gizlənmiĢdi.
Vile abbatlığını əhatə edən meĢə bir çox günlər və gecələr qaçıb dağılmıĢ əhalini gizlətmiĢdi.
Ġndi belə o zaman qalın kolluqların arasında gizlənən insanların miskin məskənləri olan yerləri
göstərən yanmıĢ köhnə kötüklər Ģəklində aydın izlərə təsadüf etmək mümkündür.
Huqomonda qalan Gilyom van Kilsom ―qəsri qorumaq‖ məqsədilə, zirzəmidə gizlənmiĢdi.
Ġngilislər onu tapıb sığındığı yerdən bayıra çıxarmıĢ və qılıncın qını ilə əziĢdirdikdən sonra
qorxmuĢ bu biçarəni özlərinə qulluq etməyə məcbur etmiĢdilər. Ürəkləri susuzluqdan yandığı
üçün, Gilyom bu quyudan su çəkməli və onlara içməli su gətirməli idi. Bir çoxları üçün bu su
ömürlərində son dəfə içdikləri su olmuĢdu. Ölümə məhkum olan bu qədər insanın su götürdüyü
bu quyu da məhv olmalı idi.
DöyüĢ qurtardıqdan sonra cənazələri basdırmağa çox tələsirdilər. Ölümün özünə məxsus bir
adəti var: qələbəni hiddətləndirmək üçün, Ģöhrət dalınca xəstəliklər göndərir. Yatalaq zəfərin
zəruri bir əlavəsidir. Quyu dərin olduğundan onu məzara çevirdilər. Quyunun içinə 300 meyit
atdılar. Ola bilsin ki, bu iĢi çox tələsik görmüĢdülər. Doğrudandamı bunların hamısı ölü idi?
Rəvayətə görə, ölü olmayanlar da varmıĢ. Belə deyirlər ki, dəfndən sonrakı gecə quyunun
içindən köməyə çağıran zəif insan səsləri eĢidilirmiĢ.
Bu su quyusu həyətin ortasında xüsusi bir yerdə yerləĢmiĢdi. Yarısı daĢdan və yarısı kərpicdən
tikilmiĢ üç divar su quyusunu üç tərəfdən əhatə edir. Divarlar Ģirma kimi durur və dördkünc
bürcə bənzəyir. Quyunun bir tərəfi açıqdır, suyu da həmiĢə bu tərəfdən çəkirdilər. Dal tərəfdəki
divarda biçimsiz dəyirmi pəncərəyə bənzər bir dəlik vardı, onu, yəqin ki, partlayıcı mərmi əmələ
gətirmiĢdir. Bir zamanlar bürcün damı varmıĢ, indi isə ondan ancaq bir neçə dirək qalmıĢdı. Sağ
divarın dəmir dayaqları xaça bənzəyir. Əyilib baxanda, kərpic quyunun zülmətindən baĢqa bir
Ģey görünmür. Quyunun ətrafındakı divarların ayağında gicitkən bitmiĢdi.
Belçikada, adətən, su quyularının qabaq divarını təĢkil edən mavi rəngli tava daĢı tirlə bənd
edilmiĢ və iri skelet sümüklərinə oxĢayan beĢ-altı biçimsiz, düyünlü və əyri-üyrü taxta parçası ilə
əvəz edilmiĢdi. Artıq nə vedrə var, nə zəncir, nə də su çarxı, yalnız suyu axıtmaq üçün qayrılan
daĢ bir novça qalmıĢdır ki, yağıĢ suyu bu novçaya yığılır. Arabir qonĢuluqdakı ağaclıqlardan bir
quĢcuğaz uçub gəlir və bu novçadan su içərək, yenə geriyə dönür.
Bu xarabalar arasında fermadan baĢqa yaĢayıĢ evi yoxdur. Evin qapısı həyətə çıxır. Qotik
üslubda qayrılmıĢ qəĢəng bir qapı kilidinin yanında çəpinə olaraq üçyarpaq Ģəklində dəmir qapı
dəstəyi vurulmuĢdu. Hannoverli leytenant Vilda fermada gizlənmək üçün bu dəstəyə əlini
uzatdığı zaman fransız sapyoru balta ilə onun əlini vurub salmıĢdı.
Hal-hazırda bu evdə yaĢayan ailə çoxdan ölmüĢ bağban van Kilsomun nəslindəndir. Ağsaçlı bir
qadın mənə danıĢdı ki, ―Mən bu hadisələrin Ģahidiyəm. O zaman mənim üç yaĢım tamam
olmuĢdu. Böyük bacım qorxusundan ağlayırdı. Bizi meĢəyə apardılar. Mən anamın qucağında
idim. YaxĢı eĢitmək üçün hamı qulağını yerə dirəyirdi. Top atıldıqca, mən də: ―bum-bum‖ deyə
təkrar edirdim‖.
Həyətin sol tərəfindəki darvaza, dediyimiz kimi, meyvə bağına çıxırdı.
Bu bağın dəhĢətli bir mənzərəsi vardır.
O, üç hissədən, daha doğrusu, üç pərdəli bir dramadan ibarət idi. Birinci hissəsi – çiçəklik, ikinci
hissəsi – meyvəlik, üçüncü hissəsi isə – ağaclıq idi. Bağın dörd tərəfi də hasarlı idi: giriĢ tərəfdə
qəsrin və fermanın tikintiləri, sol tərəfdə çəpər, sağda və arxada divar vardı. Sağ tərəfdəki divar
kərpicdən, arxadakı divar isə daĢdan idi. Əvvəlcə çiçəkliyə daxil olursan. Meyvəliyə və ağaclığa
nisbətən o ən aĢağıda yerləĢir, burada qarağat kolları əkilmiĢdi, hər tərəfi alaq otları bürümüĢdü;
çiçəklik dəyirmi sürahi sütunları olan yonma daĢla hörülmüĢ iri bir terras ilə tamamlanır. Bu –
Lenotrdan qabaqkı fransız üslubunda düzəlmiĢ bir kübar bağı idi, indi isə bura xarabalıq və
tikanlıqdı. Sütunların üstündə daĢ mərmilərə bənzəyən Ģarlar vardır. Qırx üçə qədər süvari
sütunları indiyə kimi durur, qalanları isə otların arasına düĢmüĢdü. Çoxunun üzərində çarpana
izləri görünməkdədir. Sütunlardan biri isə, zədələndiyinə baxmayaraq, sınıq bir ayaq kimi asılı
qalmıĢdı.
Meyvəliyin aĢağı tərəfində olan həmin bu bağçaya birinci piyada alayının altı əsgəri daxil olmuĢ
və buradan çıxa bilməyərək, öz yuvasında tutulan ayılar kimi mühasirəyə alınmıĢ, iki Hannover
rotası ilə vuruĢmağa məcbur olmuĢdular. Bu rotaların biri karabinlə silahlanmıĢdı. Hannoverlilər
həmin sürahi arxasında yerləĢmiĢdilər və yuxarıdan aĢağıya atırdılar. Mərd piyadalar aĢağıdan
yuxarıya atmağa məcbur olmuĢdular; altı nəfər yüz nəfərə qarĢı vuruĢmuĢ və qarağat kollarından
baĢqa qorunmaq üçün heç bir Ģey olmadığı halda, on beĢ dəqiqə müqavimət göstərmiĢdilər.
Bir neçə pillə yuxarı qalxaraq, çiçəklikdən meyvəliyə keçirsən. Burada, bir neçə kvadrat sajanlıq
bir sahədə, bir saatın ərzində min beĢ yüz nəfər həlak olmuĢdu. Buradakı divarlar, elə bil, indi də
vuruĢmaq üçün can atırlar. Bu divarlarda ingilislər müxtəlif yüksəkliklərdə otuz səkkiz baca
açmıĢdılar. Bu bacaları bu gün belə görmək mümkündür. On altıncı bacanın qabaq tərəfində iki
ingilis məzarı var: bu məzarların üstünə qranit tavalar qoyulmuĢdur. Qala bacaları ancaq cənub
tərəfdəki divardadır. Əsas hücum da elə bu tərəfdən baĢlamıĢdı. Bayır tərəfdən bu divar baĢdan-
baĢa yaĢıllıqla örtülüdür. Fransızlar hücum edərkən, bu yaĢıl çəpəri hücumla alacaqlarını zənn
etdikləri halda, divara, maneə və pusquda dayanmıĢ olan ingilis qvardiyasına, hamısı bir vaxtda
od yağdıran otuz səkkiz topa, mərmi və güllə atəĢinə rast gəlmiĢdilər və Sua briqadası
darmadağın edilmiĢdi. Vaterloo döyüĢü bu cür baĢlamıĢdı.
Meyvə bağını tutdular. Pilləkən olmadığından, fransızlar dırnaqları ilə divara dırmaĢırdılar.
Ağacların altında əlbəyaxa vuruĢma baĢladı. Ətrafda otlar qana boyandı. Nassaunun yeddi yüz
nəfərdən ibarət batalyonu tamam məhv edildi. QarĢısında Kellermanın iki batareyası dayanan
divarın bayır tərəfi çarpana ilə dəlik-dəlik edilmiĢdi.
Lakin hər bir bağ kimi, bu meyvə bağı da yaz gələndə oyanır. Burada da çobanyastığı və
qaymaqçiçəyi açılmağa baĢlayır. Hündür ot bitir, iĢlək atlar otlayır, ağacların arasından asılmıĢ
kəndirlərə sərilən paltar buradan keçənləri əyilməyə vadar edir, bu xam yerdən keçəndə ayağın
tez-tez köstəbək yuvalarına düĢür. Qalın otlar arasında yerə yıxılmıĢ və riĢələri bayıra çıxmıĢ bir
ağacın yaĢıllaĢan gövdəsi görünür. Mayor Blakman can verərkən, bu ağaca söykənmiĢdi. Əslən
fransız olan, lakin Nant edikti ləğv edildikdən sonra ailəsi ilə birlikdə Fransadan mühacirət edən
alman generalı Düpla da yaxınlıqdakı hündür ağacın altında həlak olmuĢdu; küləĢ və gildən sarğı
sarınmıĢ qoca və xəstə alma ağacı lap yaxında budaqlarını sallamıĢdı. Alma ağaclarının
əksəriyyəti qocalıqdan lap yerə əyilmiĢdi. Bir ağac belə tapılmaz ki, onda tüfəng, yaxud çarpana
gülləsi qalmamıĢ olsun. Bu bağ quru ağacla doludur. Budaqların arasında qarğalar uçur,
uzaqlarda balaca bir meĢə görünür, burada çoxlu bənövĢə var.
Burada Boduen öldürülmüĢ, Fua yaralanmıĢ, burada yanğın, qırğın, döyüĢ olmuĢdu, ingilis,
fransız və alman qanı bir-birinə qarıĢaraq sel kimi axmıĢdı, burada baĢdan-baĢa meyitlərlə dolu
su quyusu vardır. Nassau polku və BraunĢveyq polku burada məhv edildi: burada Düpla və
Blakman öldürüldü, burada ingilis qvardiyasını qırdılar, qırx batalyondan ibarət olan Reyl
korpusunun iyirmi batalyonu məhv oldu, yalnız Huqomon qəsrinin xarabalarında üç min nəfəri
qılıncla doğradılar, boğdular, güllələdilər, yandırdılar, bütün bunlar onun üçün idi ki, adi bir
kəndli bir səyyaha bu sözləri deyə bilsin: ―Cənab, mənə üç frank verin, əgər istəsəniz, mən sizə
Vaterloo əhvalatını danıĢa bilərəm‖.
ÜÇÜNCÜ FƏSĠL.
18 iyun 1815-ci il.
Hər bir hekayəçinin geriyə qayıtmağa ixtiyarı var, biz də geriyə, 1815-ci ilə, hətta bu kitabın
birinci hissəsində söylədiyimiz hadisələrin baĢlandığı vaxtdan bir az əvvəllərə qayıdaq.
Əgər 1815-ci ilin iyun ayının 17-dən 18-nə keçən gecədə yağıĢ yağmasaydı, Avropanın gələcəyi
baĢqa cür olardı. Bir neçə damcı su Napoleonun məğlubiyyətinə səbəb oldu. Austerlis
vuruĢmasının Vaterloo ilə nəticələnməsi üçün qəzavü-qədərə yalnız yüngül bir yağıĢ gərəkmiĢ,
böyük bir dünyanın qəzaya uğraması üçün, yay fəslinə baxmayaraq, göydən bir qara buludun
keçməsi kifayətmiĢ...
Vaterloo döyüĢü ancaq saat on ikinin yarısında baĢlaya bilərdi ki, bu da Blüxerə vaxtında gəlmək
imkanı verdi. Deyəcəksiniz ki, nə üçün? Ona görə ki, yer islanmıĢdı və topları çəkib gətirmək
üçün yolların qurumasını gözləmək lazım gəlirdi.
Napoleon topçu zabiti idi və bunu özü də hiss edirdi. Bu qəribə sərkərdənin bütün varlığı Abukir
döyüĢü haqqında Direktoriyaya göndərdiyi məruzəsinin bir cümləsindən bilinir:
―Mərmilərimizdən birisi altı nəfəri öldürmüĢdür‖. Onun bütün hərbi planları top gücünə
əsaslanırdı. Napoleonun fikrinə görə, qələbə qazanmaq üçün topların hamısını müəyyən yerə
cəmləĢdirmək lazım idi. O, düĢmən generalının strategiyasına bir qala kimi baxır və bu qalada
yarıq açırdı. Zəif nöqtələrdə çarpana ilə üstünlük qazanır, döyüĢə giriĢir və bu döyüĢün nəticəsini
top gücü ilə həll edirdi. Napoleonun dühası – dəqiq tuĢlama dühası deməkdir. DüĢmən səflərini
dağıtmaq, polkları parçalamaq, sıraları pozmaq, sıx qoĢun kolonnalarını məhv etmək və qovmaq
– Napoleonun məqsədi bu idi: əzmək, üzmək, daim əzmək – bu iĢi o, hər zaman top mərmisinə
tapĢırardı. Bu qorxunc bir sistem idi ki, dahiliklə birləĢərək on beĢ ilin ərzində hərb iĢinin bu
məĢum qəhrəmanını məğlubedilməz etmiĢdi.
1815-ci il iyun vuruĢmasında o, artilleriyaya xüsusi olaraq ümid bəsləyirdi, çünki onun toplarının
sayı düĢmən toplarından xeyli çox idi. Vellinqtonun ixtiyarında yalnız yüz əlli top olduğu halda,
Napoleonun iki yüz qırx topu vardı.
Təsəvvür edin ki, yer quru olsaydı, artilleriya vaxtında gəlib çıxar və vuruĢma səhər saat altıda
baĢlanardı. Bu halda o, gündüz saat ikiyə kimi, yəni prussiyalıların gəliĢindən üç saat əvvəl
qurtarmıĢ olardı.
VuruĢmanın məğlubiyyətlə nəticələnməsində Napoleonun günahı çoxmudur? Gəminin fəlakətə
uğramasında sükançını təqsirləndirmək olarmı?
Bəlkə, bu dövrdə Napoleonun aĢkar cismani zəifliyi onun mənəvi qüvvələrinin zəifləməsi
nəticəsində daha da ĢiddətlənmiĢdi? Bəlkə də, iyirmi il davam edən müharibədə qılınc da, qın da
köhnəlmiĢ, ruhu da, bədəni də yorulmuĢdu? Bəlkə, təəssüf ediləcək olsa belə, artıq köhnə
döyüĢçü sərkərdəyə üstün gəlirdi? Bir sözlə, bəlkə də, bu dahinin günəĢi, bir çox görkəmli
tarixçilərin zənn etdiyi kimi, artıq sönməkdə idi? Bəlkə də, onun hiddətlənməsi öz acizliyini
özündən gizlətmək üçün idi? Bəlkə də, o, yaxınlaĢdığını duyduğu xatalı gələcəyi ürəyinə
damdığı üçün tərəddüd etməyə baĢlayırdı? BaĢ komandan üçün qorxulu bir Ģey var ki, o da
təhlükəni dərk etməməkdir. Bəlkə, o, artıq təhlükəni dərk etmirdi? Bəlkə də, real varlığın böyük
insanları, bu hərəkət nəhəngləri üçün də elə bir yaĢ dərəcəsi vardır ki, bu zaman onların dühası
uzaqgörənliyini itirir. Kamil dahilərə qocalıq təsir edə bilməz: Dante, yaxud Mikelancelo üçün
qocalmaq – böyümək deməkdir, bəlkə, Hannibal və Napoleon üçün qocalmaq sönmək demək
imiĢ? Bəlkə, Napoleon artıq qələbəni düzgün duymaq qabiliyyətini itirmiĢdi? Bəlkə, o dərəcəyə
gəlmiĢdi ki, su altında qayalıqlar olduğunu anlaya bilmir, ətrafında tələlər qurulduğunu duya
bilmir, uçurumun tam kənarında dayandığını görə bilmirdi? Bəlkə, o, fəlakəti qabaqcadan
duymaq iqtidarını itirmiĢdi? O, vaxtilə bütün Ģöhrət və Ģərəf yollarına bələd olan adam,
ildırımlardan yaranmıĢ arabasından bir hökmran kimi bu yolları göstərən adam, bəlkə, indi
gözləri kor olduğundan, öz gurultulu, itaətkar legionlarını uçuruma doğru sürükləyirdi? Bəlkə də,
o, qırx altı yaĢında ikən ağlını tamamilə itirmiĢdi? Bəlkə də, fələyin çarxını sürən və titanlar
mislində olan bu Ģəxs sadəcə misilsiz bir baĢıpozuğa çevrilmiĢdi?
Biz qətiyyən bu fikirdə deyilik.
Hamının etiraf etdiyinə görə, Napoleonun tərtib etdiyi vuruĢma planı nümunəvi plan idi. Hücum
edərək düĢmən sıralarını yarmaq, düĢmən qoĢununu iki hissəyə parçalamaq, ingilisləri Qala
doğru, prussiyalıları isə Tonqra doğru çəkilməyə məcbur etmək, Vellinqtonu Blüxerdən ayırmaq,
Mon-Sen-Jan yaylasını tutmaq, Brüsseli ələ keçirmək, almanları Reyn çayına, ingilisləri isə
dənizə tökmək niyyətində idi; bu vuruĢmada o, bütün bu məqsədlərə nail olmalı idi. Bundan
sonra necə hərəkət etmək lazım gəldiyini gələcək təyin etməli idi. Əlbəttə, bizim məqsədimiz
burada Vaterloo döyüĢünün tarixini Ģərh etmək deyil, nağıl etdiyimiz faciənin əsas pərdələrindən
biri bu vuruĢma ilə əlaqədar olsa da, əsas məqsədimiz bu vuruĢmanı təsvir etmək deyildir, həm
də o, bir nöqteyi-nəzərlə, özü də çox məharətləı Napoleon tərəfindən baĢqa bir nöqteyi-nəzərlə
bir qafilə tarixçilər tərəfindən təsvir edilmiĢdir. Bizə gəlincə, biz bir-birilə mübahisə etməyi
tarixçilərə həvalə edirik, özümüz ancaq uzaqdan seyr edən bir tamaĢaçı, dərədən keçərək
meyitlərlə gübrələnmiĢ bu torpaq üzərində əyilən, hər Ģeyi bilmək istəyən və ola bilsin ki, zahiri
Ģeyi həqiqi bir Ģey kimi qəbul edən yolçu olaraq qalırıq. Elm naminə biz, Ģübhəsiz, bəzi xəyali
Ģeylərlə aĢılanmıĢ faktları nəzərə almamaqda haqlı deyilik; bu və ya baĢqa bir görüĢ sisteminə
bəraət qazandırmaq üçün bizdə nə hərbi təcrübə var, nə də strategiya elminə bələdlik. Biz yalnız
belə güman edirik ki, Vaterloo müharibəsində hər iki sərkərdənin hərəkətləri bir sıra
təsadüflərdən asılı idi. Müəmmalı müqəssir, yəni tale məsələsinə gəlincə, biz buna ən sadədil bir
hakimin – xalqın nəzəri ilə baxırıq.
DÖRDÜNCÜ FƏSĠL
A
Vaterloo döyüĢünü aydınca təsəvvür etmək istəyənlər yerin üstünə sərilmiĢ nəhəng bir A hərfini
təsəvvür edə bilərlər. Bu hərfin sol xətti – Nivel yolu, sağ xətti – Jenap yolu, orta xətti isə
Oendən Bren-l’Allöyə doğru qobudan keçən bir yoldur. A hərfinin üst nöqtəsi – Mon-Sen-
Jandır. Vellinqton burada yerləĢmiĢdi, aĢağı sol nöqtəsi Huqomondur. Reyl və Jerom Bonapart
da burada durmuĢdular, aĢağı sağ nöqtə – Napoleonun yerləĢdiyi Bel-Alyansdır. Bir azca,
aĢağıda, orta xəttin A hərfinin sağ xəttini kəsdiyi yerdə Ge-Sent yerləĢmiĢdi. VuruĢmanın
nəticəsi orta xəttin mərkəzi nöqtəsində həll edilmiĢdi. Sonralar elə həmin bu yerdə imperator
qvardiyasının yüksək qəhrəmanlıq simvolu olan Ģir heykəli qoyulmuĢdu.
A hərfinin təpəsində, iki yan və bir orta xəttin arasındakı üçbucaq – Mon-Sen-Jan platosudur.
VuruĢma bu plato uğrunda mübarizədən ibarət idi.
Hər iki ordunun cinahları Jenap və Nivel yollarından sağa və sola doğru uzanırdı. Derlon
Piktokun qarĢısında, Reyl isə Gilin qarĢısında dayanmıĢdı.
A hərfinin təpəsi arxasında, yəni Mon-Sen-Jan platosu arxasında Suan meĢəsi yerləĢmiĢdir.
Düzənliyin özünə gəlincə, dərəli-təpəli geniĢ bir sahə təsəvvür edin, burada hər təpə o biri
üzərində yüksəlir, hamısı birlikdə isə Mon-Sen-Jan platosuna doğru qalxır və meĢəliyə çatır.
DöyüĢ meydanında iki düĢmən ordu – iki pəhləvana bənzər. Onlar bir-birilə əlbəyaxa vuruĢurlar.
Biri o birini yıxmağa çalıĢır. Hər Ģeydən yapıĢırlar, adi bir kol – bir istinadgah, divar bucağı – bir
müdafiə mövqeyidir, qoĢunun arxa tərəfini qorumaq üçün lazım olan uçuq bir daxmacığın
olmaması bütün polku bəzən geriyə çəkilməyə məcbur edir. Vadidə bir çökək, yerin kələ-
kötürlüyü, vaxtında qarĢıya çıxan bir cığır, balaca bir ağaclıq, qobu – xülasə, hər bir Ģey ordu
deyilən bir divin addımını ləngidə və onun geri çəkilməyinə mane ola bilər. DöyüĢ meydanından
çəkilmək – məğlub olmaq deməkdir. Buna görə də komandan hər bir ağacları diqqətlə yoxlamalı,
hər bir balaca təpəciyi belə nəzərdən keçirməlidir.
Hər iki sərkərdə indi Vaterloo düzü adlanan Mon-Sen-Jan düzünü diqqətlə yoxlamıĢdı. Hələ bir
il bundan əvvəl Vellinqton böyük bir vuruĢma ola bilər deyə həkimanə bir uzaqgörənliklə bu yeri
öyrənmiĢdi. Bu yerdə və bu vuruĢmada ən yaxĢı Ģərait Vellinqtonun tərəfində, ən pis Ģərait
Napoleonun tərəfində idi. Ġngilis ordusu yuxarıda, fransız ordusu isə aĢağıda idi.
1815-ci ilin 18 iyun səhərində Napoleon at belində, əlində durbin, Rossom təpəsində dayanmıĢdı.
Burada onu yenidən təsvir etməyə ehtiyac yoxdur. Napoleonun görünüĢü onsuz da çoxdan
hamıya məlumdur. Brien məktəbinin balaca Ģlyapası altında görünən bu sakit sima, yaĢıl mundir,
ulduz niĢanının üstünü örtən ağ yaxalar, epoletlərin üstünü örtən redinqot, jiletin altından ucu
görünən qırmızı orden lentası, sığın dərisindən tikilmiĢ Ģalvar, uclarında N hərfi, tac və qartal
naxıĢı vurulmuĢ al məxmər bir çul altında dayanmıĢ ağ at, ipək corablar üstündən geyilmiĢ süvari
botfortu, gümüĢ Ģporlar, Marenqo Ģpaqası, bir sözlə, bəzilərinin pərəstiĢ etdiyi, bəzilərinin isə
pislədiyi bu sonuncu Sezarın canlı surəti hələ də hamının gözləri qarĢısında durur.
Uzun illər bu surət Ģərəf və Ģövkət haləsi ilə əhatə olunmuĢdu ki, bu da zehinlərə çökən əfsanəvi
dumanın bir nəticəsi idi, bir çox qəhrəmanların Ģöhrətinin parıltısından zehnlər dumanlanır və az,
ya çox bir müddət üçün həqiqət pərdələnir, lakin indi tarixin gediĢi ilə dumanlıqlar çəkilir,
zehnlərə aydınlıq çökür.
Tarixin aydınlığı amansız bir Ģeydir. Tarixin qəribə və ilahi bir xüsusiyyəti var: özü nur olduğu
halda və məhz nur olduğu üçün, indiyə qədər parlaq zənn edilən yerlərə kölgə salmağa baĢlayır.
Tarix bir Ģəxsi iki müxtəlif kabusa çevirir, biri o birinə hücum edir, ona divan tutur və müstəbid
bir hökmdarın qorxunc sifətləri bir sərkərdənin cazibədar təsiri ilə qarĢı-qarĢıya gəlir. Xalqlar da
bunun sayəsində tarixi Ģəxsiyyətlərə daha düzgün və qəti qiymət verə bilirlər. Rüsvay olmuĢ
Babil Ġskəndərin, zəlil olan Roma – Sezarın, dağıdılmıĢ Beytül müqəddəs Titin Ģöhrətini azaldır.
Zülmün ömrü zalımın ömründən uzundur. Ölərkən surətində təcəssüm edən zülmətdən baĢqa bir
Ģey qoymayıb gedənlərə ar olsun!
BEġĠNCĠ FƏSĠL.
VuruĢmaların Quid obscurum-u1.
Bu vuruĢmanın birinci mərhələsi hamıya yaxĢı məlumdur. VuruĢmanın baĢlanğıcı mütərəddid,
dumanlı, qeyri-sabit, hər iki ordu üçün təhlükəli idi, lakin fransızlara nisbətən ingilislər üçün
daha təhlükəli görünürdü.
Bütün gecə yağıĢ yağırdı. YağıĢ selləri torpağı oyuq-soyuq eləmiĢdi. Vadidəki çökəklərdə su
yığılıb nohurlar əmələ gəlmiĢdi; bəzi yerlərdə su arabaların oxundan yuxarı qalxırdı, atların
tapqırlarından palçıqlı su axırdı. Pərakəndə axında hərəkət edən bu arabaların tapdadığı buğda və
çovdar sünbülləri çökək yerləri doldurmasa və təkərlərin altına yastıq kimi yatmasaydı, hər bir
hərəkət, xüsusilə Papelot tərəfindəki balaca dərələrdəki hərəkət tamamilə dayanardı.
VuruĢma gec baĢlamıĢdı. Söylədiyimiz kimi, Napoleon, adətən, bütün artilleriyanı öz əlində
toplar, döyüĢ meydanının gah bu tərəfini, gah da baĢqa bir tərəfini, sanki, tapançadan niĢan
alardı. Ġndi də o, atlı batareyaların sürətlə və sərbəst hərəkət edə biləcəyini gözləyirdi. Bunun
üçün də günəĢin çıxması və yerin quruması lazım gəlirdi. Lakin günəĢ görünmürdü. Austrelisdə
günəĢ onu baĢqa cür qarĢılamıĢdı! Birinci top atəĢi açıldığı zaman, ingilis generalı Kolvil, saatına
baxaraq, on ikiyə otuz beĢ dəqiqə iĢləmiĢ olduğunu təyin etmiĢdi.
VuruĢma sol fransız cinahının Huqomona hücumu ilə baĢlandı. Bu hücum imperatorun arzu
etdiyindən, bəlkə də, daha Ģiddətli idi. Napoleon eyni zamanda Kionun briqadasını Ge-Sent
üzərinə göndərərək, mərkəzə hücum etməyə baĢladı. Ney isə sağ fransız cinahını arxasında
Papelotun dayandığı sol ingilis cinahına doğru yeritdi.
Huqomon üzərinə aparılan hücum bir növ yalançı hücum idi. Napoleonun planına görə,
Vellinqtonu aldadıb Huqomona sürükləmək, sonra isə sol tərəfə çəkilməyi məcbur etmək lazım
idi. Dörd ingilis qvardiya rotası və PernonĢe diviziyasının cəsur belçikalıları öz mövqelərində
möhkəm durmasa idilər və Vellinqton öz qoĢunlarının əsas qüvvələrini buraya çəkib gətirmək
əvəzinə, kömək üçün yalnız dörd ingilis qvardiya rotasını və bir BraunĢveyq batalyonunu
göndərməklə kifayətlənməmiĢ olsaydı, Napoleonun planı müvəffəqiyyət qazana bilərdi.
Sağ fransız cinahının Papelota hücum etməsindən məqsəd ingilislərin sol cinahını əzmək,
Brüssel yolunu tutmaq, prussiyalıları qabaqlamaq üçün yolu kəsmək, Mon-Sen-Janı tutmaq,
Vellinqtonu Huqomona, oradan Bren-l Allöyə, oradan da Qala doğru çəkilməyə məcbur etmək
idi – bundan da aydın plan ola bilməzdi. Bəzi bədbəxt təsadüflər nəzərə alınmazsa, hücum
müvəffəqiyyətli idi. Papelot tutulmuĢ, Ge-Sent isə hücumla alınmıĢdı.
Bir təfsilatı qeyd etməliyik. Ġngilis piyada qoĢunlarında, xüsusilə Kemptin briqadasında yenicə
əsgərliyə gələnlər çox idi. Bu cavan əsgərlər bizim qorxunc piyadalarımıza igidliklə müqavimət
göstərirdilər. Təcrübənin azlığını cəsarət tamamlayırdı. Onlar bir niĢançı kimi özlərini xüsusilə
gözəl göstərə bilmiĢdilər. Qismən öz ixtiyarına buraxılmıĢ niĢançı əsgər, demək olar ki, özü-
özlüyündə bir generaldır. Cavan əsgərlər burada fransızlara məxsus bir zirəklik və döyüĢ
coĢqunluğu göstərmiĢdilər. Cavan piyadalar həvəslə vuruĢurdular. Bu, Vellinqtona xoĢ
gəlməmiĢdi.
Ge-Sent alındıqdan sonra vuruĢmanın nəticəsi Ģübhəli oldu. Həmin gün saat on iki ilə dörd
arasında qaranlıq bir fasilə var, bu vuruĢmanın orta dövrünü müəyyən etmək çətindir, o,
əlbəyaxa vuruĢmaların qorxunc qarmaqarıĢıqlığını xatırladır. Ətrafı birdən alaqaranlıq bürüyür.
Duman xəfif bir surətdə dalğalanır, üfüqdə qəribə bir sərab görünür, indi heç təsəvvür edilməyən
və o zamana məxsus hərbi ləvazimat hissələri, atlıların hündür xəz papaqları, çantaları, döĢlərdə
çarpazlaĢmıĢ qayıĢlar, qumbara çantası, qusar dolomanları, qatlı uzunboğaz qırmızı çəkmələr,
burma qaytanlı ağır Ģapkalar, qıpqırmızı ingilis piyadasına qarıĢmıĢ qapqara BraunĢveyq
piyadası... bu piyadalarda ingilis əsgərlərinin epoletləri əvəzinə qoldibinin ətrafına qoyulmuĢ
qalın ağ burmalar, mis zolaqları və sarı at qılından cıqqası olan uzunsov dəri kaskalı yüngül
Hannover süvariləri, dizləri açıq, dama-dama pledli Ģotlandiyalılar, qrenaderlərimizinin ağ
hündür getrləri görünür, bütün bu görünən Ģeylər strateji qayda ilə düzülmüĢ nizami qoĢunlara
deyil, bir sıra lövhəyə bənzəyir. Qriboval üçün deyil, Salvator Roza üçün maraqlı ola bilər.
Hər bir vuruĢmada həmiĢə fırtınaya bənzər bir Ģey var. Quid obscurum quid divinum1 hər bir
tarixçi bu vuruĢmada ən çox heyrətləndirən bir neçə xüsusiyyəti təsvir edir. Sərkərdələrin
mülahizələrindən asılı olmayaraq, silahlı kütlələr bir-birilə toqquĢduğu zaman, mütləq ilk
mülahizələr dəyiĢilir, həm də çox dəyiĢilir. Hər iki sərkərdənin icra olunmağa baĢlamıĢ planları
bir-birinə qarıĢır, bir-birini təhrif edir. YumĢaq torpaq üzərinə tökülən suyu bəzi yerlərdə yavaĢ,
bəzi yerlərdə isə sürətlə udduğu kimi, döyüĢ meydanında da bəzi yerlərdə az, baĢqa yerlərdə isə
çox adam tələf olur. Ona görə çox tələfat verilən yerlərə nəzərdə tutulduğundan daha çox əsgər
göndərmək lazım gəlir. Bu, qabaqcadan nəzərə alınması mümkün olmayan xərclərdir.
QoĢunların yerləĢdiyi xətt sap kimi qıvrılır və titrəyir, mənasız yerə qan selləri axır; orduların
cəbhəsi sarsılır, sıradan çıxarılan, yaxud döyüĢ meydanına atılan polklar körfəzlər və ya burunlar
əmələ gətirir, bir az əvvəl piyada qoĢunun vuruĢduğu yerdə toplar görünür, topların olduğu yerə
süvari qoĢun cumur, batalyonlar tüstü kimi birdən görünür, bir az sonra yox olub gedir. Sıralarda
əmələ gələn boĢluqlar dolur, qara insan dalğaları gah irəliləyir, gah da geri çəkilir. Sanki, bir
məzar küləyi bu faciəli insan yığınlarını qovur, dağıdır, ĢiĢirdir və yayır. Əlbəyaxa vuruĢma nə
deməkdir? Ehtizaz. Riyazi planın sabitliyi bütün günü deyil, ancaq bir dəqiqəni ifadə edir.
VuruĢmanı təsvir etmək üçün fırçaları ilə xaosa hökm edən qüvvətli sənətkarlar lazımdır.
Rembrandt vuruĢmanı Vandermelendən daha gözəl təsvir edə bilər, çünki günorta çağını düz
təsvir edən Vandermlen, saat üçə gəlincə, yalan satmağa baĢlayır. Həndəsə aldadır, ancaq qasırğa
doğrusunu deyir. Bu da Folara ixtiyar verir ki, Polibiyə etiraz etsin. Bir də hər zaman elə bir
dəqiqə gəlib çatır ki, vuruĢma, sanki, cırlaĢmağa baĢlayır, toqquĢmaya keçir, bir çox kiçik
faktlara parçalanır, yayılır ki, bunlar da, Napoleonun öz ifadəsinə görə ―orduların tarixinə deyil,
daha doğrusu, polkların tərcümeyi-halına aiddir‖. Belə hallarda tarixçi qısaca ümumi təsvirlə
kifayətlənə bilər. O, yalnız vuruĢmanın əsas konturlarını təsvir edə bilər. Qorxunc bir qara bulud
vardır ki, ona döyüĢ deyirlər. Bu qara buludu bütünlükdə təsvir etmək ən vicdanlı bir tarixçinin
belə imkanı xaricindədir.
Bütün böyük silahlı toqquĢmalar barəsində haqlı olan bu sözlər, Vaterloo döyüĢünə xüsusilə
tətbiq edilə bilər.
Bununla belə, günortadan sonra, müəyyən bir vaxtda vuruĢmanın nəticəsi müəyyənləĢməyə
baĢladı.
ALTINCI FƏSĠL.
Günortadan dörd saat sonra.
Saat dörddə ingilis ordusunun vəziyyəti xeyli ciddiləĢdi. Prins d’Oranj mərkəzə, Gil – sağ
cinaha, Pikton isə sol cinaha komanda edirdi. Cəsur prins d’Oranj, özündən çıxaraq, belçikalılara
və hollandiyalılara bağırırdı: ―Nassau! BraunĢveyq! Geriyə çəkilmək yaramaz!‖. Artıq taqətdən
düĢmüĢ Gili Vellinqton öz himayəsi altına aldı, Piktonu isə öldürmüĢdülər. Ġngilislər 105-ci
fransız piyada polkunun bayrağını ələ keçirdikləri anda, fransızlar general Piktonu baĢından
güllə ilə vurdular, güllə bu tərəfdən girib, o biri tərəfdən çıxmıĢdı. Vellinqtonun bu vuruĢmada
ancaq iki istinad nöqtəsi vardı: Huqomon və Ge-Sent, Huqomon hələ vuruĢsa da od tutub
yanırdı; Ge-Sent isə alınmıĢdı, Ge-Senti müdafiə edən alman batalyonundan ancaq qırx iki nəfər
salamat qalmıĢdı; beĢ nəfərdən baĢqa bütün zabitlər ya öldürülmüĢ, ya da əsir düĢmüĢdü. Bu
xırmanda vuruĢan üç min nəfər bir-birini qırıb məhv etmiĢdi. Ġngiltərənin ən gözəl boksçusu,
yoldaĢları arasında öz qələbələri ilə Ģöhrət qazanmıĢ olan qvardiya serjantı, balacaboylu bir
fransız barabançısı tərəfindən öldürülmüĢdü. Berinq tutduğu mövqeyi tərk etməyə məcbur oldu,
Alteni isə doğradılar. Bir neçə bayraq əldən çıxdı, Alten diviziyasının bayrağı, de Pon nəslinə
mənsub bir prinsin apardığı Lüneburq batalyonunun bayrağı belə düĢmən əlinə keçdi. Görkəmsiz
Ģotlandiyalıların hamısı məhv oldu. Ponsonbinin qüdrətli draqunları doğrandı. Bu qəhrəman
süvariləri Bro ulanları ilə Travers kirasirləri əzib məhv etdilər. Min iki yüz atdan ancaq altı yüzü
qaldı, üç polkovnikdən ikisi məhv oldu. Hamilton yaralandı. Mater öldürüldü. Ponsonbini yeddi
nizə zərbəsi ilə yerə sərdilər. Qordon öldü. Mark öldü. BeĢinci və altıncı diviziya tar-mar edildi.
Huqomon demək olar ki, ələ keçirilməkdə idi. Ge-Sent alınmıĢdı – yeganə bir istinadgah qalırdı
– mərkəz. Mərkəz sarsılmamıĢdı. Vellinqton onu daha da gücləndirdi. O, Merb-Brenedə olan
Gili mərkəzə çağırdı, Bren-l’Allödəki ġavesseni də mərkəzə göndərdi.
Ġngilis ordusunun bir azca içəriyə doğru əyilmiĢ, çox sıx və qüvvətli olan mərkəzi olduqca
möhkəm bir mövqe tutmuĢdu. O, Mon-Sen-Jan platosunda yerləĢmiĢdi, arxasında bir kənd,
Qabağında isə o zaman xeyli dik olan bir yamac vardı. Ordu bir iri daĢ binaya istinad edirdi, bu
bina təsvir etdiyimiz dövrdə Nivel dövlət mülklərindən biri sayılır və yolların birləĢdiyi yerdə
yerləĢirdi. On altıncı əsrdən qalmıĢ bu bina o qədər möhkəm idi ki, top mərmiləri onu dələ
bilməyərək, dəyib geriyə düĢürdü. Ġngilislər bütün platonun ətrafına hasar çəkərək, yemiĢan
ağları arasında ambrazura düzəltmiĢ, budaqların arasında top qoyub, kolların içində mazğal
düzəltmiĢdilər. Ġngilis artilleriyası sıx kolluq arasında pusquda dayanmıĢdı. Tələ qurmaqda icazə
verən müharibə qanunlarının Ģübhəsiz yol verdiyi bu xainanə üsul elə məharətlə həyata
keçirilmiĢdi ki, səhər saat doqquzda düĢmən batareyalarını kəĢf etmək üçün göndərilmiĢ Hakso
heç bir Ģey görə bilməmiĢ və qayıtdıqdan sonra, Nivellə Jenap yollarını kəsən iki barrikadadan
baĢqa heç bir maneə olmadığını Napoleona bildirmiĢdi. O zaman çovdar artıq sünbül bağlamağa
baĢlayırdı. Kempt briqadasının karabinlə silahlanmıĢ 95-ci batalyonu platonun kənarında hündür
taxılın içində gizlənmiĢdi.
Beləliklə, ingilis-holland ordusunun möhkəmləndirilmiĢ və köməklə təmin edilmiĢ mərkəzi
əlveriĢli mövqe tutmuĢdu.
Bu mövqenin yeganə bir zəif cəhəti vardısa, o da Suan meĢəsi idi. O zamanlar Suan meĢəsi
döyüĢ meydanı ilə yanaĢı olub, Qrenandal və Buafor gölləri ilə kəsilmiĢdi. Ordu, geri çəkilərək
parçalanmalı, polklar pozulmalı, artilleriya isə bataqlıqlarda məhv olmalı idi. Etiraz edənlər olsa
da, bir çox mütəxəssislərin rəyinə görə burada geriyə çəkilmək – nizamsız qaçmaq demək idi.
Vellinqton sağ cinahdan götürdüyü ġasse briqadasını və sol cinahdan götürdüyü Uinki
briqadasını mərkəzlə birləĢdirdi və üstəlik, Klinton diviziyasını da mərkəzə verdi. Öz ingilis
qoĢunlarına gəlincə, Vellinqton Mitçelin briqadasına, Qalketin polklarına və Metlendin
qvardiyasına arxadan və cinahlardan kömək etmək üçün BraunĢveyq piyadasını, Nassau
hissələrini, Kilmanseqge hannoverlilərini və Ompteda almanlarını göndərdi. Bu surətlə
Vellinqtonun əli altında iyirmi altı batalyon vardı, ġarasın dediyinə görə, sağ cinah mərkəzin
arxasına keçirilmiĢdi. Ġndi ―Vaterloo muzeyi‖nin yerləĢdiyi yerdə olan qüvvətli batareyanın
qabağına içi torpaq dolu kisələr düzərək onu gizlətdilər. Bundan baĢqa, Vellinqton ehtiyat üçün
min dörd yüz nəfər Somerset qvardiya draqunlarını qobuda gizlətmiĢdi. Bunlar təriflənən ingilis
süvarilərinin ikinci yarısı idi. Ponsonbi məhv olmuĢdusa da, Sommerset sağ idi.
TamamlanmıĢ halda redut kimi bir Ģey təĢkil etməli olan bu batareya torpaq dolu kisələrlə və enli
torpaq yamacla tələsik olaraq möhkəmləndirilmiĢ alçaq bağ hasarının arxasında idi. Lakin bu
istehkam hazırlanıb qurtara bilmədi, ətrafına çəpər çəkməyə macal olmadı.
TəĢviĢ içində olsa da, zahirən soyuq görünən Vellinqton səhərdən axĢama kimi at belində, bu
gün belə duran köhnə Mon-Sen-Jan dəyirmanının yaxınlığındakı bir qarağac altında dayanmıĢdı.
Sonralar həmin bu qarağacı vəhĢi həvəskar bir ingilis iki yüz franka satın alıb kəsdirmiĢ və
aparmıĢdı. Vellinqton qəhrəmancasına sakit görünürdü. Ətrafına top mərmiləri tökülürdü.
Adyutant Qordonu yanında öldürdülər. Lord Gil yaxınlığında partlayan qumbaraya iĢarə ilə
―Milord, – deyə soruĢdu, – indi ki, siz ölüm axtarırsınız, bizə nə kimi təlimatınız və əmriniz
olacaqdır? – deyə sual verdikdə; ―Siz də mənim kimi edərsiniz!‖ – deyə Vellinqton cavab verdi.
Klintona isə qısaca əmr etdi: ―Son nəfərə qədər dayanmalı!‖ DöyüĢün məğlubiyyətlə qurtaracağı
bəlli idi. Vellinqton Talavera, Vittoriya və Salamanka müharibələrində birlikdə iĢtirak etdiyi
köhnə döyüĢ yoldaĢlarına xitabən bağırmıĢdı: ―Geriyə çəkilməyi baĢınızdan atın, uĢaqlar! Köhnə
Ġngiltərəni unutmayın!‖
Saat dördə yaxın ingilis qoĢunları sarsılaraq geri çəkildilər. Hər Ģey yox oldu, platonun yanında
artilleriyadan və niĢançılardan baĢqa bir Ģey qalmadı. Fransızların qumbara və mərmilərlə təqib
etdiyi polklar içərilərə çəkildi. Onların çəkildiyi yerdən indi belə Mon-Sen-Jen fermasının
fəhlələri üçün bir cığır keçir. Bu – geriləmə hərəkəti idi, ingilis ordusunun cəbhəsi artıq
görünmürdü, Vellinqton geriyə çəkilmiĢdi. Napoleon: ―Geriyə çəkilmə baĢlandı!‖ deyə
səslənmiĢdi.
YEDDĠNCĠ FƏSĠL.
Napoleonun kefi sazdır.
Ġmperator özünü bir az xəstə hiss etsə və atın belində dayana bilməsə belə, heç bir zaman kefi o
günkü qədər duru olmamıĢdı. Adətən, hissiyyatını gizlədən Napoleon, bu gün səhərdən
gülümsəyirdi. Mərmər bir maska altında gizlənmiĢ bu dərin qəlb, 1815-ci il 18 iyunda heç bir
səbəb olmadan sevinirdi. Austerlis döyüĢündə qaĢqabaqlı olan bir Ģəxs, Vaterloo günündə Ģad
görünürdü. Taleləri gülən ən yüksək simalar çox vaxt ağlazidd hərəkətlər edirlər. Yer üzündəki
sevinclərimiz puç və əfsanədir. Son məsud təbəssümümüz Tanrıya məxsusdur.
Fulminatrix1 legionunun əsgərləri: ―Ridet Caesar, Pompeius felebit‖2 deyərdilər. Bu dəfə
Pompey ağlamadı, lakin buna heç bir Ģübhə yoxdur ki, Sezar gülürdü.
Gecə saat birdə, tufan qopduğu və yağıĢ yağdığı bir zamanda, Napoleon Bertranla birlikdə
Rossom yaxınlığındakı təpələri gəzərkən, FriĢmondan Bren-l’Allöyə qədər bütün üfüqü
iĢıqlandıran ingilis tonqallarının uzun xəttindən məmnun qalaraq, təyin edilmiĢ gündə Vaterloo
döyüĢ meydanına dəvət etdiyi taleyinin tam vaxtında hazır olacağına əmin görünürdü. O, atını
saxladı və bir müddət hərəkətsiz dayanaraq, ildırımları seyr etdi, göy gurlamasına qulaq asdı və
onu müĢayiət edən Ģəxs bu fatalistin gecənin qaranlığına iki müəmmalı söz söylədiyini eĢitdi:
―Biz əlbirik‖. Napoleon səhv edirdi. Artıq onlar əlbir deyildilər.
O, bir saniyə belə gözünü yummadı, bu gecənin hər bir saniyəsi onun üçün sevinc idi. Süvari
qarovulların bütün xəttini yoxladı, arabir dayanaraq, qarovulçularla danıĢdı. Gecə saat üçün
yarısında, Huqomon meĢəsinin yaxınlığında, Napoleon hərəkət edən düĢmən qoĢunlarının ayaq
səslərini eĢitdi. Bir an üçün ona elə gəldi ki, Vellinqton geri çəkilir. Öz-özünə dedi: ―Ġngilis
qoĢunlarının aryerqardı öz mövqeyini tərk etmiĢdir. Mən Ostendeyə yenicə gəlmiĢ olan altı min
ingilis əsgərini əsir alacağam‖. O, hərarətlə danıĢırdı, o, yenə martın birində olduğu kimi həvəsli
görünürdü. O gün Napoleon sahilə çıxarkən, Juan limanı yaxınlığında onu Ģadlıqla qarĢılayan bir
kəndlini marĢal Bertrana göstərərək: ―Görürsünüzmü Bertran, bu da bizim köməyimiz!‖ demiĢdi.
17 iyundan 18 iyuna keçən gecə Napoleon Vellinqtonu istehza ilə xatırlayaraq deyirdi: ―Bu
balaca ingilis ibrət dərsi almağa möhtacdır!‖. YağıĢ isə getdikcə Ģiddətlənir, imperator
danıĢdıqca, göy guruldayırdı.
Səhər saat dördün yarısında onun xam xəyallarından biri puça çıxdı, kəĢfiyyat üçün göndərilmiĢ
zabitlər düĢmən qərargahında heç bir hərəkət müĢahidə edilmədiyini bildirdilər. Hər Ģey sakit idi,
düĢərgə tonqallarının heç biri söndürülməmiĢdi. Ġngilis ordusu yatırdı. Yer üzündə dərin bir
sükut hökm sürdüyü halda, yalnız göylərdə gurultu duyulurdu. Saat dörddə kəĢfiyyatçılar
Napoleonun yanına bir nəfər kəndli gətirdilər, bu kəndli ingilis süvari briqadasının və çox
ehtimal ki, öz mövqeyini sol cinahın lap qurtaracağında olan Oen kəndinə keçirmiĢ olan Viven
briqadasının bələdçisi idi. Saat beĢdə iki belçikalı fərari öz polklarından yenicə qaçmıĢ
olduqlarını və ingilis ordusunun döyüĢə hazırlaĢdığını Napoleona xəbər verdi. Napoleon bu
xəbərə qarĢı: ―Daha yaxĢı! – demiĢdi. – Mənim üçün tar-mar edilən polklar geriyə çəkilən
polklardan daha xoĢdur!‖.
Səhər tezdən, Plansenya yolunda bir döngə əmələ gələn yerə çatdığı zaman, Napoleon atdan
düĢüb, düz palçığın içinə girdi. Rossom fermasından bir mətbəx masası və kəndli kürsüsü
gətirilməsini əmr edərək əyləĢdi, xalı yerinə ayaqları altına bir qucaq küləĢ sərdirdi, masanın
üstündə xəritəni açaraq, Sulta bu sözləri söylədi: ―Nə əyləncəli Ģahmat taxtasıdır!‖.
Gecə yağıĢ yağdığından uçurulmuĢ yollarda palçığa batan ərzaq arabaları səhərə kimi gəlib
yerinə çata bilməmiĢdi, əsgərlər yuxusuz, paltarları islanmıĢ və ac idilər, bununla belə Napoleon
Ģən bir səslə Neyə bağırmıĢdı: ―Bizim yüzdə doxsan Ģansımız var!‖. Saat səkkizdə imperatora
yemək gətirdilər. Napoleon bir neçə generalı süfrəyə dəvət etdi. Yemək yeyildiyi zaman, kimsə
Vellinqtonun üç gün bundan əvvəl Brüsseldə hersoginya Riçmondun balında iĢtirak etdiyini
söylədikdə, sifətdən arxiyepiskopa bənzəyən və sərt bir döyüĢçü olan Sult: ―Əsl bal bu gündür!‖
dedi. Ġmperator riĢxəndlə Neyə gülürdü, çünki Ney ona: ―Vellinqton o qədər də sadəlövh deyildir
ki, əlahəzrəti gözləsin!‖ demiĢdi. Zatən Napoleon üçün bu bir adət idi. Fler de ġabulon onun
barəsində deyir ki: ―O, həvəslə zarafat edərdi‖. Qurqonun dediyinə görə: ―Əslində onun Ģən bir
təbiəti vardı‖. Benjamen Konstan isə deyir ki; ―O daim zarafat edərdi, bu zarafatlar isə ağıllı
olmaqdan çox məzəli görünürdü. Nəhəng bir insanın zarafatları, hər halda, bəhsə layiq bir Ģeydir.
Öz qrenaderlərini ―deyingən‖ adlandıran o idi, o, qrenaderlərin qulaqlarını çimdiklər, bığlarını
dartardı. Bunlardan birisinin dediyinə görə: ―Ġmperatorun peĢəsi elə bizimlə zarafat edib
əylənmək idi‖. Fevralın iyirmi yeddisində, Napoleon Elba adasından xəlvətcə Fransaya keçdiyi
zaman, onun gizləndiyi ―Vəfasız‖ gəmisinə açıq dənizdə rast gələn ―Zefir‖ adlı fransız hərb
gəmisi, imperatorun özünü necə hiss etdiyini soruĢmuĢdu. Elba adasında geyindiyi və arı
təsvirləri ilə bəzənmiĢ ağ-qırmızı kokardalı Ģlyapasını hələ də mühafizə edən Napoleon, gülərək
borunu götürmüĢ və özü cavab vermiĢdi: ―Ġmperator özünü çox yaxĢı hiss edir‖. Belə zarafatlar
etməyi bacaranlar tale ilə dost-aĢna sayılır. Vaterlooda səhər yeməyi zamanı Napoleon dəfələrlə
qəhqəhə çəkib gülmüĢdü. Yeməkdən sonra on beĢ dəqiqə fikrə daldı, sonra isə iki general küləĢ
döĢənəyin üstündə əyləĢib, əllərinə qələm aldılar, dizlərinin üstünə kağız qoydular və Napoleon
onlara döyüĢ planını yazdırdı.
Saat doqquzda beĢ kolonnaya düzülmüĢ fransız ordusu iki xətdən ibarət hərbi bir intizamla,
briqadalar arasında toplar, baĢda səfər marĢı çalan orkestr olduğu halda irəliyə doğru hərəkət
etdikdə, təbillər çalınıb siqnal boruları səsləndikdə, bir sözlə, qüdrətli, əzəmətli, müzəffər bir
ordu yeridiyi zaman, üfüqdə dəniz kimi dalğalanan kaskaların, qılıncların və süngülərin
mənzərəsindən həyəcana gələn imperator iki dəfə: ―Mərhəba! Mərhəba!‖ deyə səslənmiĢdi.
Saat doqquzdan on birin yarısına qədər bütün ordu, ağlasığmaz bir surətlə öz mövqelərini tutmuĢ
və imperatorun özünün ifadəsi ilə ―altı V rəqəmlərindən ibarət bir Ģəkil‖ təĢkil edərək altı xəttə
düzülmüĢdü. QoĢun bütün cəbhə boyu hərbi nizamla düzüldükdən bir az sonra, böyük
vuruĢmaların müjdəsini verən və tufanı qabaqlayan dərin bir sükut içində imperatorun əmri ilə üç
korpusdan – d’Erlon, Reyl və Lobonun korpuslarından ayrılmıĢ və Nivellə Jenap yollarının
çarpazlaĢdığı nöqtədə Mon-Sen-Jana atəĢ açaraq, döyüĢü baĢlamaq üçün təyin edilmiĢ on iki
girvənkəlik toplardan ibarət üç batareyanın keçdiyini görən Napoleon, əlini Qaksonun çiyninə
vuraraq ―General, bu iyirmi dörd qız nə gözəldir!‖ demiĢdi.
VuruĢmanın nəticəsinə heç bir Ģübhə etmədən, o, yanından keçən birinci korpusun sapyorlarına
təbəssümlə ürək-dirək verirdi, bu sapyorlar, kənd ələ keçən kimi, Mon-Sen-Janda səngər qazmalı
idilər. Bütün bu qayğısızlığı, o yalnız bircə dəfə təkəbbürlü təəssüf sözləri ilə pozmuĢdu, sol
tərəfində, indi böyük bir məzar təpəsinin yüksəldiyi yerdə, olduqca gözəl atlara minmiĢ, sıx bir
kolonnaya düzülən boz paltarlı qəribə Ģotlandiyalıları gördüyü zaman Napoleon: ―Heyif onlara!‖
demiĢdi.
Sonra atının belinə sıçrayaraq, Rosoma doğru sürdü. Jenapdan Brüsselə gedən yolun sağ
tərəfində ot basmıĢ bir təpəciyin ensiz yalını özü üçün müĢahidə məntəqəsi təyin etdi. Bu, onun
döyüĢ müddətində dayandığı ikinci yer idi: üçüncü dəfə, axĢam saat yeddidə, Bel-Alyansla Ge-
Sent arasında dayandığı yer isə çox təhlükəli idi. Bu – indiyə kimi qalmıĢ xeyli uca bir təpə idi.
Təpənin arxasındakı yarğanda qvardiya yerləĢmiĢdi. Mərmilər təpənin ətrafında daĢla döĢənmiĢ
yola dəyərək sıçrayır və Napoleonun ayaqları altına düĢürdü. Briendə olduğu kimi, burada da
baĢı üzərində güllələr və çarpana vızıldayırdı. Sonralar, imperatorun atının dayandığı yerin lap
yaxınlığında, sanki, içini qurd gəmirmiĢ kimi görünən mərmilər, köhnə qılınclar və əzik-üzük,
pas basmıĢ qumbaralar – scabra rubigine tapmıĢdılar. Bir neçə il sonra həmin bu yer qazıldığı
zaman, torpağın altından altmıĢ santimetrlik partlamamıĢ bir mərmi çıxarmıĢdılar. Mərminin atəĢ
borusu dibdən sınmıĢdı. Həmin bu son dayanacaqda düĢmən ruhlu, qorxuya düĢmüĢ bələdçi
Lakostaya, hər dəfə çarpana atəĢi açıldıqca atlının arxasında gizlənməyə can atan və qusarın
yəhərinə bağlanmıĢ bu kəndliyə xitabən imperator bu sözləri söyləmiĢdi: ―Sarsaq, heç
utanmırsan? Arxana güllə dəyməyinimi istəyirsən?‖. Bu sətirləri yazan Ģəxs yeri qazaraq,
yamacın qumlu torpağı içində qırx altı ildən qalma pas basmıĢ bir bomba boğazı qalıqlarını və
barmaqların arasında mürvər budaqları kimi sınan köhnə dəmir qırıntılarını tapmıĢdı.
Napoleonla Vellinqtonun qarĢılaĢdığı vadinin təpəciklərindən artıq heç bir əsər qalmamıĢdır,
lakin 1815-ci il iyunun 18-də bunların necə olduğu hamıya məlumdur. Bu matəmli düzdən onun
özünə heykəl qoymaq üçün material götürməklə ona məxsus olan relyefi pozdular və çaĢdırılmıĢ
tarix artıq bundan baĢ çıxara bilmədi. Vaterloo düzünü Ģöhrətləndirmək üçün onu eybəcər bir
Ģəklə saldılar. Ġki il sonra Vellinqton Vaterloo düzünü görərək: ―Siz mənim döyüĢ meydanımı
dəyiĢmisiniz‖ deyə səslənmiĢdi. Bu gün təpəsi Ģir heykəli ilə bəzənmiĢ, torpaqdan tökmə böyük
bir ehramın yüksəldiyi yerdə o zaman təpələr uzanır, Nivel yolu tərəfdə yastı, Jenap yolu tərəfdə
isə dik olan bir yamac görünürdü. Bu yamacın yüksəkliyini indi belə, Brüsselə gedən Jenap
yolunun hər iki tərəfindəki təpələrə, iki böyük məzar kurqanının yüksəkliyinə görə təyin etmək
mümkündür. Sol tərəfdəki məzar ingilislərin, sağ tərəfdəki isə almanlarındır. Fransızların isə heç
məzarı yoxdur. Fransa üçün bu düzənlik özü baĢdan-baĢa bir məzarıstandır. Yüksəkliyi yüz əlli
fut və dairəsi, təxminən, yarım mil olan bir təpəni yaratmaq üçün minlərlə araba torpaq
götürülməsi sayəsində, bu gün Mon-Sen-Jan platosunun çökək yamacına qalxmaq çətin deyildir.
Halbuki vuruĢma günü bu yamac, xüsusilə Ge-Sent tərəfdə, çox dik və kələ-kötür idi. Bu
tərəfdəki yamac o qədər sıldırım idi ki, ingilis topçuları aĢağıda, dərənin dibində yerləĢən və
vuruĢmanın mərkəz nöqtəsi olan fermanı görmürdülər. Bundan baĢqa, 1815-ci il iyunun 18-də
Ģiddətli yağıĢlar bu yoxuĢu o qədər yuyub aparmıĢ və palçıq yuxarı qalxmağı o qədər
çətinləĢdirmiĢdi ki, buraya dırmaĢmaq palçığa batıb qalmaq demək idi. Platonun yalı boyunca
xəndəyə bənzər bir Ģey vardı, lakin belə bir Ģeyin mövcud olduğunu uzaqdan təyin etmək
mümkün deyildi.
Bu xəndək nə ola bilərdi? Bunu izah edək. ―Bren-l’Allö bir Belçika kəndinin, Oen baĢqa bir
kəndin adıdır. Yerin əyri-üyrülüklərində gizlənmiĢ olan bu iki kəndi, təxminən, bir mil yarım
uzunluğunda olan bir yol birləĢdirir, bu yol düzün dalğalı səthindən keçir və çox yerdə təpələri
bir Ģırım kimi yarır, buna görə də, bir çox yerdə yarğana çevrilir. Bu yol indi olduğu kimi, 1815-
ci ildə də Jenap və Nivel Ģoseləri arasında Mon-Sen-Jan platosunun yalını yarıb keçirdi, indi isə
bu yol həmin yerdə dərə ilə bir bərabərdədir, halbuki o zamanlar çox aĢağılardan keçirdi. Yolun
hər iki yamacı qazılmıĢ və torpağı heykəl qurmaq üçün iĢlədilmiĢdi.
Bu yol keçmiĢdə olduğu kimi indi də bir çox yerlərdə səngərə bənzəyir, bəzən bu səngərin on iki
fut dərinliyi var, yolun olduqca dik yanları, xüsusilə qıĢ günlərində Ģiddətli yağıĢlar zamanı, bəzi
yerlərdə çökərdi. Bəzən burada bədbəxt hadisələr də baĢ verərdi. Bren-l’Allö kəndinə girən
yerdə yol o qədər dardır ki, bir dəfə bir yolçu yoldan keçən bir arabanın altında qalıb ölmüĢdü.
Bu hadisəni kənd qəbiristanındakı bir daĢ xaç xatırlatmaqdadır. Xaçın üstündə yolçunun adı,
yəni ―Brüssel alverçisi cənab Bernar Debri‖ və ölüm tarixi, yəni ―Fevral 1637‖ qeyd
olunmuĢdur! Yol Mon-Sen-Jan platosunu o qədər dərindən yarıb keçir ki, 1783-cü ildə yolun bir
yanı uçmuĢ və Matye Nikez adlı bir kəndli torpağın altında qalıb həlak olmuĢdu. Bu xüsusda da
ikinci bir daĢ xaç qoyulmuĢdur. Xaçın baĢ tərəfi ĢumlanmıĢ yerin altında qalmıĢdır, tərsinə
düĢmüĢ ayaq tərəfini isə bu gün belə Ge-Sentlə Mon-Sen-Jan ferması arasında yolun sol
tərəfindəki ot basmıĢ eniĢdə görmək olar.
Mon-Sen-Jan yalı boyu gedən və dik bir yamacın təpəsində xəndəyə, yaxud əkin yerləri arasında
gizlənmiĢ dərin bir təkər izinə bənzəyən bu yol, vuruĢma günü, heç bir əlaməti olmadığından
gözə görünmürdü, buna görə də son dərəcə təhlükəli idi.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Ġmperator bələdçi Lakostaya sual verir.
Demək, Vaterloo gününün səhəri Napoleon məmnun idi. Məmnun olmaq üçün onun hər bir əsası
vardı, söylədiyimiz kimi, onun tərtib etmiĢ olduğu vuruĢma planı, həqiqətən, gözəl bir plan idi.
VuruĢma artıq baĢlanmıĢdı, lakin onun müxtəlif hadisələri – Huqomon və Ge-Sentin inadla
müqavimət göstərməsi: Boduenin həlak olması, Fuanın sıradan çıxması, divar kimi
gözlənilməyən bir maneəyə rast gələn Sua briqadasının məğlubiyyəti, nə fiĢəng, nə də barıt qabı
tədarük etməyən Gilyeminonun fəlakətli yüngüllüyü, palçığa batan batareyalar Uqsbriçin
aĢağıdan keçən yola köməksiz göndərdiyi on beĢ top ingilislərin mövqelərinə düĢərək, Ģiddətli
yağıĢın yuyub apardığı torpağın içinə girən, palçıq vulkanları qaldıran və çarpananı palçıq
sıçrantılarına çevirən bombaların həddindən artıq zəif təsir etməsi; Pirenin Bren-l’Alle yanında
faydasız manevr etməsi, onun süvarilərindən on beĢ eskadronun tamamilə məhv olması; sağ
ingilis cinahına qarĢı edilən müvəffəqiyyətsiz hücum, sol cinahın isə yarıla bilməməsi, birinci
korpusun dörd diviziyasını eĢelonlara bölmək əvəzinə bir kolonnaya toplamıĢ olan Neyin qəribə
səhvi, bu diviziyaların hər biri iki yüz nəfərdən ibarət olan iyirmi yeddi sırasının sıx düzülərək,
çarpana atəĢi altında dayanmağa məhkum olması, kipləĢmiĢ sıralara top mərmilərinin verdiyi
dəhĢətli tələfat, hücum kolonnalarının parçalanması, çəpinə yerləĢmiĢ cinah batareyasının
gözlənilmədən kəĢf edilməsi, Burjua, Donzelo, Dürütün çaĢıb qalması; Kionun geri oturdulması
politexnik məktəbin məzunlarından leytenant Vye kimi bir pəhləvanın Jenap yolunun Brüsselə
doğru dönəcəyində, bir maneə yaratmıĢ olan düĢmən barrikadasının yaylım atəĢi altında Ge-Sent
darvazasını balta ilə sındırdığı zaman yaralanması, piyada ilə süvari arasında qalmıĢ Markonye
diviziyasının Best və Paçk tərəfindən çovdar zəmisində gülləbaran edilməsi və Ponsonbi
tərəfindən doğranması, onun batareyasının yeddi topunun pərçimlənməsi FriĢmon və Smoeni
tutmuĢ və qraf d’Erlonun səylərinə baxmayaraq, əlində saxlayan prins de SaksenVeymar; 105-ci
və 45-ci polkların ələ keçmiĢ bayraqları Vavrla Plansenua arasında dolaĢan və üç yüz niĢançıdan
ibarət olan səyyar koloniyanın kəĢfiyyatçıları tərəfindən tutulmuĢ prussiyalı qara qusarın verdiyi
qorxulu xəbər; QruĢinin gecikməsi; Huqomon meyvə bağında bir saatdan az bir müddətdə min
beĢ yüz nəfərin öldürülməsi; bundan da qısa bir müddətdə Ge-Sent ətrafında min səkkiz yüz
nəfərin həlak olması – vuruĢma tufanı içərisində Napoleonun qarĢısından qorxunc qara buludlar
kimi gəlib keçən bu coĢqun hadisələr onun gözlərini dumanlandıra bilməmiĢ və onun Ģahanə
sakit simasına zərrə qədər təsir etməmiĢdi. Napoleon müharibənin gözünün içinə baxmağı adət
etmiĢdi. O, heç bir zaman ələmli təfsilatı rəqəmbərəqəm cəmləĢdirməklə məĢğul olmazdı, onun
üçün cəmləĢdirilən rəqəmlərin heç bir əhəmiyyəti yox idi, ona ancaq bir Ģey lazımdı ki, o da bu
cəmləĢmənin nəticəsində əmələ gələn yekun, yəni qələbə idi. BaĢlanğıc müvəffəqiyyətli olmasa
da, Napoleonu bu qətiyyən narahat eləmirdi, çünki o, özünü son yekunun ağası və hökmdarı
zənn edirdi: o, qüvvələrinə olan inamı itirmədən gözləməyi bacarır və tale qarĢısında məğrur və
vüqarlı dayanırdı. Sanki, fələyə deyirdi: ―Sənin cürətin çatmaz!‖.
Ġnsan təbiətinin iĢıqlı və qaranlıq cəhətlərini öz varlığında birləĢdirmiĢ olan Napoleon xeyir iĢ
gördüyü zaman – Allahın himayəsini, Ģər iĢ gördüyü zaman – Allahın ona qarĢı səbirli olduğunu
hiss edirdi. Hadisələr ona hər zaman yol verir, hətta ona kömək belə edirdi, yaxud o, bunun belə
olduğuna inanırdı, bu isə qədimdə qılınc kəsməz olmaq kimi bir Ģey idi.
Lakin keçmiĢində Berezina, Leypsiq və Fonteneblo olan bir Ģəxs, Vaterlooya çox da etibar
etməməli idi. Artıq onun baĢı üzərində göylərdə məĢum qara buludlar görünürdü.
Vellinqton geriyə çəkildiyi zaman, Napoleon diksindi. O, birdən Mon-Sen-Jan platosunun, sanki,
keçəlləĢdiyini və ingilis ordusu cəbhəsinin yavaĢ-yavaĢ yox olduğunu gördü. Ġngilis ordusu
çəkilərək, gözdən itirdi. Ġmperator üzəngilərinin üstünə qalxdı. Qələbə ildırım kimi onun gözləri
qarĢısında parladı.
Vellinqtonu Suan meĢəsinə qovmaq və orada tar-mar etmək – fransızların ingilislər üzərində qəti
qələbəsi ancaq bu ola bilərdi. Bu qələbə Kresi, Puatye, Monplake, Ramil’i üçün bir intiqam ola
bilərdi. Marenqoda qalib gələn adam Azenkurun üstündən qələm çəkirdi.
O zaman, müharibənin bu qorxunc nəticəsini düĢünən imperator, durbinlə baxaraq, son dəfə
bütün döyüĢ meydanını nəzərdən keçirdi. Arxasında silahlarını ayaqlarına dirəyərək dayanmıĢ
olan imperator qvardiyası dərin bir pərəstiĢlə aĢağıdan yuxarı ona baxırdı. Napoleon düĢünürdü;
o, yamacları öyrənir, eniĢləri qeyd edir, diqqətlə ağaclara, taxıl yerlərinə, yollara, cığırlara
baxırdı: o, sanki, hər bir kolu sayırdı. O, xüsusi bir diqqətlə hər iki yol üzərində yerə sərilmiĢ
ağaclardan qayrılan ingilis barrikadalarına baxırdı. Bunlardan biri Jenap yolunda idi və iki topu
vardı ki, bunlar da bütün döyüĢ meydanını baĢdan ayağa qədər atəĢ altında saxlaya biləcək
yeganə toplar idi: ikinci barrikada isə Nivel yolunda idi, burada ġassenin holland briqadasının
süngüləri parlayırdı. Napoleon bu barrikadanın yaxınlığında, Bren-l’Alle yolunun dönəcəyində,
ağ rəngə boyanmıĢ köhnə müqəddəs Nikolay ibadətxanasını gördü. O əyilərək, bələdçi
Lakostadan yavaĢca nə isə soruĢdu. Bələdçi, yəqin ki, xain bir niyyətlə, ―yox‖ deyə baĢını
yırğaladı.
Ġmperator belini düzəldib fikrə getdi.
Vellinqton geriyə çəkilmiĢdi.
Bu geriyə çəkilməni ancaq mükəmməl bir tar-marla tamamlamaqdan baĢqa bir Ģey qalmırdı.
Napoleon birdən geriyə boylandı və tələsik vuruĢmada qələbə qazandığını xəbər verən bir
estafeta ilə Parisə qasid göndərdi.
Napoleon ildırım çaxan dahilərdən biri idi.
Ancaq bu dəfə ildırım onun özünü vurdu.
O, Milo kirasirlərinə Mon-Sen-Jan platosunu tutmaq əmrini verdi.
DOQQUZUNCU FƏSĠL.
Gözlənilməyən bir Ģey.
Onlar üç min beĢ yüz nəfər idilər. Bir çərək mil cəbhə boyu uzanmıĢdılar. Bu – nəhəng atların
belinə minmiĢ nəhəng insanlar idi. Onlar iyirmi altı eskadron idilər, arxalarında isə kömək üçün
Lefevr – Denuet diviziyası, yüz altı seçmə süvari, min yüz doxsan yeddi nəfərdən ibarət qvardiya
egerləri və səkkiz yüz səksən nizədən ibarət qvardiya ulanları dayanmıĢdı. Onların cıqqasız
kaskaları və döymə zirehləri, yəhərlərində qoburlu tapançaları və süvari qılıncları vardı. Səhər
saat doqquzda ―KeĢik duraq‖ havasını çalan orkestrlər qurularkən və Ģeypurlar səslənərkən onlar
bir batareya cinahda, bir batareya mərkəzdə olmaqla Jenap yolu ilə FriĢmon arasında iki sıraya
bölünüb, Napoleonun mahiranə bir tərzdə yaratdığı və sol ucunda Kellermanın kirasirləri, sağ
ucunda isə Milonun kirasirləri yerləĢməkdə bir növ iki dəmir qanad təĢkil edən qüdrətli ikinci
xətdə öz döyüĢ yerlərini tutduqları zaman, bütün ordu məftuniyyətlə onları seyr edirdi.
Adyutant Bernar imperatorun əmrini onlara yetirdi. Ney qılıncını çıxarıb, baĢ tərəfə keçdi.
Nəhəng eskadronlar yerindən tərpəndi.
Bu dəhĢətli bir tamaĢa idi.
Bütün bu süvarilər yalın qılıncları, yellənən bayraqları, yuxarıya qaldırılmıĢ boruları ilə
diviziyalara düzülüb, bir nəfər kimi, bir ruhla, divarı dələn tunc mancanaq dəqiqliyi ilə, Bel-
Alyans təpəsindən enərək, bu qədər insanı udmuĢ olan fəlakətli bir dərinliyə cumub, orada tüstü
içində yox oldular, sonra bu zülmətdən çıxaraq, yenə möhkəm və sıx halda dərənin o biri
tərəfində göründülər və üzərinə yağan çarpana buludunu yararaq, Mon-Sen-Jan platosunun
palçıqla örtülən dəhĢətli yamacını löhrəm yeriĢlə qalxmağa baĢladılar. Onlar ciddi, qorxunc,
sarsılmaz bir halda yamaca qalxırdılar. Tüfənglərin yaylım atəĢləri və artilleriya atəĢi arasındakı
fasilələrdə ağır tappıltı eĢidilirdi. Ġki diviziyadan ibarət olan bu süvarilər iki kolonna ilə
irəliləyirdi: ―Batyenin diviziyası sağ, Delorun diviziyası isə sol tərəfdə idi. Uzaqdan baxdıqda,
platonun yamacına iki böyük polad koramalın dırmaĢdığı zənn edilirdi. Onlar döyüĢ meydanında
bir möcüz kimi peyda oldular.
Böyük Moskva istehkamının ağır süvari qoĢun tərəfindən ələ keçirildiyi zamandan bəri belə bir
Ģey görünməmiĢdi. Mürat burada olmasa da, Ney burada idi. Elə bil, bu yığın-yığın insanlar
əfsanəvi bir divə çevrilmiĢ, bir ruh kimi birləĢmiĢdilər. Bəzi yerləri yırtılmıĢ böyük bir tüstü
buludu arasında görünən eskadronlar polip halqaları kimi qıvrılır və ĢiĢib qabarırdı. Top atəĢləri
və Ģeypur səsləri arasında kaskalar, bağırtılar, qılınclar, at sağrılarının kəskin hərəkətləri, dəhĢətli
və eyni zamanda hərbi intizama tabe olan bir qarğaĢalıq, bir sözlə, xaos yaranmıĢdı. Bütün bu
xaosun da üzərində əjdaha pulları kimi kirasalar görünürdü.
Bu təsvir edilən tamaĢanın baĢqa əsrlərə aid olduğunu zənn etmək olar. Yarı insan, yarı at olan
məxluqlardan, antik gipantroplardan, çaparaq Olimp dağına qalxan bu insanbaĢlı və atgövdəli,
həm Allah, həm də heyvan olan bu dəhĢətli, yenilməz, ehtiĢamlı nəhənglərdən bəhs edən Orfey
epopeyalarında ehtimal ki, buna bənzər mənzərələr varmıĢ.
Rəqəmlərin qəribə təsadüfü var, iyirmi altı batalyon bu iyirmi altı eskadronu qarĢılamağa
hazırlaĢırdı. Platonun yalı arxasında, gizli batareyanın kölgəsində gözləyən və hər birində iki
batalyon olmaqla on üç kareyə və birində yeddi kare, o birində isə altı kare olmaqla iki xəttə
düzülmüĢ ingilis infanteriyası, silahlarını hazır tutub və qarĢısında görünəcək bir Ģeyi niĢan
alaraq, sakit, səssiz və hərəkətsiz gözləyirdi. Ġngilis infanteriyası kirasirləri, kirasirlər isə onları
görmürdü. Ġngilislər getdikcə artan bu insan dənizi dalğalarının səsinə qulaq asırdı. Onlar löhrəm
yeriĢlə çapan üç min atın getdikcə artan tappıltısını, aramla və nizamla səsləĢən at dırnaqlarının
taqqıltısını, qılınc Ģaqqıltısını, kirasirlərin cingiltisini və qüdrətli, qəzəbli bir nəfəsin
yaxınlaĢdığını duyurdu. Qorxunc bir sükut üz verdi, sonra birdən-birə yalın üzərində qılınc
oynadan uzun bir sıra yuxarı qaldırılmıĢ əllər, kaskalar, borular, bayraqlar və ―YaĢasın
imperator!‖ deyə bağıran üç min çalbığlı baĢlar göründü. Bütün bu süvarilər platoya hücum etdi.
Bu hücum baĢlanmaqda olan bir zəlzələyə bənzəyirdi.
Birdən-birə – dəhĢət! – ingilislərin sol tərəfində, bizim isə sağ tərəfimizdə, dəhĢətli bir fəryad
arasında, kolonnanın baĢında gələn kirasirlərin atları Ģahə qalxdı, Platonun yanına çatmıĢ olan
kirasirlər, hüdudsuz bir hiddət və qəzəbə qapılaraq kare və batareyaya ölümcül bir hücuma hazır
olduqları halda, birdən-birə ingilislərlə özləri arasında bir boĢluq, bir uçurum olduğunu gördülər.
Bu uçurum yarğanın içindən keçən Oen yolu idi.
Bu, dəhĢətli bir dəqiqə idi. Kirasirlərin gözləri qarĢısında gözlənilmədiyi bir halda, lap atların
ayaqları altında, iki dikdirin arasında, iki tuaz dərinliyində sıldırım bir eniĢ, bir yarğan qaralırdı.
Süvarilərin ikinci sırası birinci sıranı, üçüncü sıra isə ikinci sıranı yarğana itələdi, atlar Ģahə
qalxır, geriyə atılır, arxası üstə yerə düĢür, bellərindəki süvariləri ataraq və altlarında əzərək
ayaqları yuxarı eniĢ aĢağı sürüĢürdülər. Geriyə çəkilmək üçün heç bir imkan yox idi, bütün
kolonna, sanki, atılan bir mərmiyə çevrilmiĢdi. Ġngilisləri əzmək üçün toplanmıĢ bir qüvvə
fransızların özlərini əzmiĢdi. Amansız yarğanı ancaq baĢdan-baĢa doldurduqdan sonra keçmək
olardı. Süvarilər və atlar bir-birinə qarıĢıb, bir-birini əzə-əzə aĢağıya yuvarlanaraq insan
bədənlərindən ibarət bir horra əmələ gətirmiĢdilər. Yalnız yarğan canlı insanlarla dolduqdan
sonra, salamat qalanlar onları tapdayaraq yarğanı keçə bildilər. Dübua briqadasının, demək olar
ki, üçdəbiri bu uçurumda məhv oldu.
Bu, məğlubiyyətin baĢlanğıcı idi.
Tələfatı ehtimal ki, mübaliğə ilə xəbər verən yerli rəvayətlərə görə, həmin bu Oen yolunda iki
min at və min beĢ yüz atlı öz məzarlarını tapdılar. Yəqin, bu rəqəmlərə ertəsi gün həmin yarğana
atılmıĢ olan baĢqa meyitlər də daxil edilmiĢdir.
Yeri gəlmiĢkən deməliyik ki, bu qədər dəhĢətli bir tələfat verən Dübua briqadası, bir saat bundan
əvvəl Lüneburq batalyonuna müstəqil hücum edərək, onun bayrağını ələ keçirən briqada idi.
Napoleon, Milə kirasirlərinə hücuma keçmək əmrini verməzdən əvvəl, ətrafı diqqətlə
yoxlamıĢdı, lakin platonun səthi üzərində heç bir əlaməti olmayan bu yarğandakı yolu o görə
bilməzdi. Bununla belə, bu yolun Nivel yolu ilə kəsildiyi yerdə balaca ağ bir ibadətxananı
görmüĢ olan Napoleon, Ģübhələnib, bir maneə olub-olmadığını bələdçi Lakostadan soruĢdu.
Bələdçi ―yox‖ deyə baĢını yırğaladı. Demək olar ki, Napoleonun fəlakətinə səbəb də bu
kəndlinin baĢını yırğalaması idi.
Bundan sonra baĢqa fəlakətli hadisələr də üz verməli idi.
Napoleon bu vuruĢmada qələbə qazana bilərdimi? Biz cavab veririk: yox. Nə üçün?
Vellinqtonmu buna mane olurdu? Blüxermi? Yox. Buna mane olan Tanrı idi.
Bonapartın Vaterloo düzündə qələbə çalması artıq on doqquzuncu əsrin mülahizələrində nəzərə
alınmamıĢdı. Bir sıra baĢqa hadisələr hazırlanırdı ki, bunların içində Napoleon üçün artıq yer yox
idi. Taleyin onu gözdən salması bu hadisədən çox-çox əvvəl özünü göstərmiĢdi.
Artıq bu böyük insanın süqut vaxtı gəlib çatmıĢdı.
Xalqların taleyində onun həddindən artıq nüfuz qazanması ümumi müvazinəti pozurdu. Onun
Ģəxsiyyəti özü-özlüyündə bütünlüklə bəĢəriyyətdən daha artıq bir əhəmiyyət daĢıyırdı.
BəĢəriyyətin həyat qüvvələrinin bir baĢda mərkəzləĢmiĢ olan bu bolluğu, nəticə etibarilə bir
insanın beynində birləĢmiĢ olan bütün bir dünya, vəziyyət davam edərsə, artıq mədəniyyət üçün
fəlakətli nəticələr verə bilərdi. Artıq elə bir zaman gəlmiĢdi ki, satılmaz ülvi ədalət sahibi öz
nəzərini buna salmağa məcbur olurdu. Ola bilsin ki, istər mənəvi və istərsə maddi məsələlərdə
mövcud olan daimi cazibə qüvvələrinin tabe olduğu prinsiplər və ünsürlər Ģikayət yazmağa
məcbur olmuĢdular. Buğlanan qanlar, baĢdan-baĢa dolmuĢ qəbiristanlar, anaların göz yaĢları –
bunların hamısı qorxunc ittihamçılardır.
Dünya həddindən artıq bir ağırlıqdan əzab çəkdiyi zaman, qaranlıqdan gizli nalə və fəğan səsləri
gəlir, uçurumda onlara qulaq asır.
Ġmperatordan göylərə Ģikayət olunmuĢdu və onun süqut məsələsi artıq həll edilmiĢdi.
O, Tanrıya mane olurdu.
Vaterloo heç də vuruĢma deyildir. Vaterloo bütün kainatın simasının dəyiĢməsi deməkdir.
ONUNCU FƏSĠL.
Mon-Sen-Jan platosu.
Yarğanın mövcud olduğu aydın olan kimi batareyanın da mövcud olduğu aydın oldu.
AltmıĢ top və on üç kare kirasirlərə tuĢlama atəĢ açdılar. Qorxmaz general Delor ingilis
batareyasına hərbi salyut verdi.
Ġngilislərin bütün atlı artilleriyası çaparaq öz karelərinə qayıtdılar. Kirasirlər bir an belə
dayanmadılar. Xəndək fəlakəti onların sıralarını azaltsa da, cəsarətlərini poza bilməmiĢdi. Onlar
sayca azalarkən Ģücaətləri daha da artan insanlardan idi.
Fəlakətə düĢən ancaq Vatye kolonnası idi. Delorun kolonnasına gəlincə, sanki, tələ qurulduğunu
duymuĢ olan Ney ona sol tərəfdən getməyi tapĢırdığından, salamat gəlib çatdı.
Kirasirlər ingilis karelərinə hücuma keçdilər.
Onlar atların cilovlarını buraxıb, qılıncları diĢlərində, tapançaları əllərində çapa-çapa gəlirdilər.
Bu hücum belə bir hücum idi.
VuruĢmalarda elə dəqiqələr olur ki, insanın qəlbi sərtləĢir, insan daĢ bir heykələ dönür və o
zaman bütün bu canlı kütlə qranitə çevrilir. Ġngilis batalyonları bu dəhĢətli hücum qarĢısında heç
sarsılmadılar.
O zaman dəhĢətli bir Ģey baĢlandı.
Ġngilis kareləri bütün cəbhə boyu birdən-birə hücuma məruz qalmıĢdılar. Qızğın bir tufan onların
baĢı üstünü almıĢdı. Lakin bu möhkəm piyadalar sarsılmadı. Birinci sıra dizi üstünə çökərək,
kirasirləri süngü ilə qarĢıladı. Ġkinci sıra isə onları atəĢə tutdu. Ġkinci sıranın topçuları topları
doldururdu. Kare cəbhəsi aralanır, çarpana atəĢinin həmləsinə yol açır, sonra yenə qovuĢurdu.
Kirasirlər onlara yeni həmlə ilə cavab verirdilər. Nəhəng atlar Ģahə qalxır, kare sıralarının
üstündən sıçrayıb keçir, süngülərin üstündən tullanır. Nəhəng bir Ģey kimi bu dörd canlı divar
arasına düĢürdülər. Mərmilər kirasirlərin sıralarını, kirasirlər isə karelərin sıralarını yarırdı.
Bütöv sıralar atların ayaqları altında qalaraq məhv olurdu. Süngülər kentavrların qarınlarını
yırtırdı. Bəlkə də, heç bir zaman baĢqa vuruĢmalarda təsadüf edilməyən eybəcər yaraların
səbəbləri də budur. Sanki, bu qudurmuĢ süvarilərin gəmirməkdə olduğu karelər qısalır, lakin geri
çəkilmirdi. Onların çarpana ehtiyatları tükənməz olduğundan, hücum edənlər kütləsinin
içərisində partlayıĢlar bir-birini təqib edirdi. Bu vuruĢmanın dəhĢətli bir mənzərəsi vardı! Karelər
artıq batalyon deyildi, onlar kraterlərə çevrilmiĢdi, artıq kirasirlər süvari qoĢun deyil, bir tufan
idi. Hər bir kare qara bulud hücumuna məruz qalan bir vulkana dönmüĢdü; lava seli ildırımla
vuruĢurdu.
Sol ucdakı kare, hər iki tərəfdən müdafiəsiz olduğu və ən çox təhlükəyə məruz qaldığı üçün elə
birinci toqquĢmada büsbütün məhv edilmiĢ kimi idi. Bu kare 75-ci Ģotland dağlıları polkundan
ibarət idi. Hər tərəfdə qırğın getdiyi zaman, vuruĢmanın ən qızğın bir yerində təbil üstündə
əyləĢən bir zurnaçı, doğma yurdunun gölləri və meĢələrini əks edən malxulyalı gözlərini dərin
bir sakitliklə aĢağı endirib, dağlı nəğmələrini çalırdı. Arqosu xatırlayan qreklər kimi
Ģotlandiyalılar da Ben Lotianı düĢünərək can verirdilər. Zurna ilə birlikdə onu tutan əli kəsmiĢ
olan kirasir qılıncı, xanəndəni öldürməklə nəğməni susdurmuĢdu.
Sayları nisbətən çox olmayan və bundan baĢqa yarğan fəlakətində tələfat vermiĢ olan kirasirlərə
az qala bütün ingilis ordusu qarĢı dayanmıĢdı, lakin onlar, sanki, qat-qat artmıĢdılar, çünki
onların hər biri on nəfərə dəyərdi. Bu əsnada bir neçə hannover batalyonu geri çəkildi.
Vellinqton bunu görcək, öz süvarilərini xatırladı. Əgər Napoleon da elə bu dəqiqədə öz
piyadasını yada salmıĢ olsaydı, vuruĢmada qalibiyyət qazana bilərdi. Piyada qoĢununu yaddan
çıxarması Napoleonun ən böyük və fəlakətli bir səhvi olmuĢdur.
Hücum edənlər birdən-birə hücum olunanlara çevrildilər. Ġngilis süvariləri kirasirlərin arxasınca
keçdi. Qabaqda – kare, arxada – Sommerset; Sommerset min dörd yüz qvardiya draqunu demək
idi. Sommersetin sağ tərəfində Dornberq öz yüngül alman süvariləri ilə, sol tərəfində isə Trip öz
belçikalı karabinerləri ilə dayanmıĢdı; cinahdan və cəbhədən, qabaqdan və arxadan piyada və
süvarilərin hücumuna məruz qalan kirasirlər hər tərəfdən özlərini müdafiə etməyə məcbur
olmuĢdular. Lakin onlar üçün bunun nə fərqi ola bilərdi. Onlar ki bir tufan, bir qasırğa
olmuĢdular. Onların Ģücaəti bütün imkan hədlərini aĢmıĢdı.
Bundan baĢqa, onların arxasında arası kəsilmədən toplar guruldayırdı. Bu insanlar yalnız belə bir
Ģəraitdə arxadan yaralana bilərdilər. Sol kürəyi deĢilmiĢ bu kiraslardan biri Vaterloo muzeyinin
kolleksiyalarında mühafizə olunur.
Bu cür fransızlara qarĢı yalnız bu cür ingilislər davam gətirə bilərdi.
Artıq bu döyüĢ meydanı deyildi, bu, bir zülmət, qəlblərin qəhrəmanlıqla, Ģiddət və qəzəblə dolu,
baĢgicəlləndirici bir həyəcanı, qılınc ildırımının bir fırtınası idi. Bir an içində min dörd yüz
draqundan yalnız səkkiz yüzü qaldı, onların komandiri podpolkovnik Fuller öldürüldü, Ney,
Lefevr-Denuetın ulanları və egerləri ilə imdada yetdi. Mon-Sen-Jan platosu alındı, sonra əldən
verildi və yenə alındı. Kirasirlər yenə piyadanın üzərinə cummaq üçün süvarilərdən əl çəkirdi,
daha doğrusu, insanlar bu dəhĢətli basabasda döĢ-döĢə gəlmiĢ, əlbəyaxa olmuĢdular. Karelər hələ
müqavimət göstərirdi.
Onlar on iki hücuma tab gətirdilər. Neyin altında dörd at öldürülmüĢdü. Kirasirlərin yarısı
platonda məhv oldu. VuruĢma iki saat davam etdi.
Ġngilis qoĢunları çox didiĢdirilmiĢdi. ġübhəsiz, kirasirlər elə ilk hücumda yarğan yolundakı
fəlakətlə zəifləməmiĢ olsaydılar, mərkəzi dağıdaraq qələbə qazanmıĢ olardılar. Bu xariqüladə
süvarilər Talavera və Badaxos vuruĢmalarını görən Klintonu heyrət içində buraxmıĢdı. Dörddə
üç payı məğlub edilmiĢ Vellinqton, yavaĢ səslə ―Mərhəba!‖1 deyə, qəhrəmancasına onları təqdir
etmiĢdi.
Kirasirlər on üç karedən yeddisini məhv etdilər, altmıĢ top ələ keçirdilər, yaxud xarab elədilər,
ingilislərin əlindən altı bayrağını aldılar, həmin bu bayraqları üç kirasirlə üç qvardiya əsgəri Bel-
Alyans fermasının yaxınlığında dayanmıĢ olan imperatora apardılar.
Vellinqtonun vəziyyəti ağırlaĢmıĢdı. Bu dəhĢətli vuruĢma iki qəzəbli yaralı əsgərin döyüĢünə
bənzəyirdi: hər ikisi qanı axa-axa həm hücum edir, həm də özünü müdafiə edirdi. Birinci kim
yıxılacaq, kim məğlub olacaqdı?
Platodakı mübarizə davam edirdi.
Kirasirlər haraya kimi çatmıĢdılar? Bunu heç kəs təyin edə bilməzdi. Yalnız bu məlumdur ki,
vuruĢmanın sabahı günü Nivel, Jenap, La-Gülp və Brüssel yollarının çarpazlaĢdığı yerdə Mon-
Sen-Jan qapanı meydanında bir kirasirlə atının ölüsü tapılmıĢdı. Bu atlı ingilis xətlərini yarıb
keçə bilmiĢdi. Bu ölünü götürənlərdən birisi indi belə Mon-Sen-Janda yaĢayır. Adı Deqazdır. O
zaman onun on səkkiz yaĢı varmıĢ.
Vellinqton ayaqlarının yerdən üzüldüyünü hiss edirdi. VuruĢmanın sonu yaxınlaĢırdı.
Kirasirlər öz məqsədlərinə çata bilmədilər, mərkəz yarılmamıĢdı. Mon-Sen-Jan platosu isə həm
fransızların, həm də ingilislərin əlində olduğu üçün, heç kəsinki sayıla bilməzdi, bununla belə
yenə də böyük hissəsi ən axırda ingilislərin əlində qalmaqda idi. Vellinqton kəndi və platonun
yuxarı hissəsini əlindən vermirdi. Neyin əlində isə yalnız təpə və yamac qalmıĢdı. Sanki, hər iki
tərəf bu məzar torpağına riĢə salmıĢdı.
Bununla belə, ingilislərin məğlubiyyəti labüd görünürdü: ingilis ordusunun tələfatı böyük idi. Sol
cinahdan Kempt kömək tələb edirdi. Vellinqton: ―Mümkün deyil, – deyə cavab verirdi, – qoy o
özünü öldürtsün!‖. Elə eyni zamanda – bu qəribə təsadüf hər iki ordunun taqətdən düĢdüyünü
göstərir, – Ney də Napoleondan piyada tələb edirdi, Napoleon isə cavabında: – Piyadamı? –
demiĢdi. – Piyadanı mən haradan alım? Mən onu yarada bilmərəm ki?‖
Hər halda, ingilis ordusu daha artıq taqətdən düĢmüĢdü. Dəmir kirasalı və polad zirehli bu
nəhəng eskadronların qızğın hücumları piyadanı əzmiĢdi. Yalnız bayrağı əhatə edən bir dəstə
əsgərə görə burada bir polk olduğunu təsəvvür etmək olardı: bəzi batalyonlara indi yalnız
kapitanlar yaxud leytenantlar komanda edirdi; hələ Ge-Sentdə Ģiddətli tələfat vermiĢ olan Alten
diviziyası, demək olar ki, tamamilə qırılıb qurtarmıĢdı. Van-Kluze briqadasının qorxubilməz
belçikalıları Nivel yolu boyu çovdar zəmilərinə sərilmiĢdilər. 1811-ci ildə Ġspaniyada fransızlarla
yan-yana Vellinqtonla vuruĢan, 1815-ci ildə isə ingilislərlə birləĢərək Napoleonla döyüĢən
holland qrenaderlərindən demək olar ki, bir nəfər belə qalmamıĢdı. Komandirlər arasında böyük
tələfat vardı. Ertəsi gün kəsilmiĢ ayağını dəfn etməyi tapĢırmıĢ olan lord Uqsbricin dizi
əzilmiĢdi. Kirasirlər hücum etdiyi zaman, fransızlardan Delor, Leritye, Kolber, Dnop, Travers və
Blankar sıradan çıxmıĢdısa, ingilislərdən Alten yaralanmıĢ, Barn yaralanmıĢ, Delanse, Van
Meeren, Ompteda öldürülmüĢ, Vellinqtonun baĢ qərargahı dağılmıĢdı. Bu qanlı müvazinətdə
Ġngiltərənin payına daha acı qismət düĢmüĢdü. Ġkinci qvardiya piyada polku beĢ podpolkovnik,
dörd kapitan və üç kiçik zabit itirmiĢdi; otuzuncu piyada polkunun birinci batalyonu iyirmi dörd
zabit və yüz iyirmi əsgər itirmiĢdi, 79-cu dağlı polkunda iyirmi dörd zabit yaralanmıĢ, on səkkiz
zabit öldürülmüĢ, dörd yüz əlli əsgər məhv edilmiĢdi. Kamberlendin Hannover qusarlarından bir
polku, polkovnik Qake baĢda olmaq üzrə, – həmin Qakeni sonralar mühakimə edib rütbəsini
aĢağı düĢürmüĢdülər, – əlbəyaxa vuruĢmaqdan qorxaraq, geriyə dönüĢ və Brüsselə qədər vəlvələ
sala-sala Suan meĢəsi ilə qaçmıĢdı.
Fransızların irəlilədiklərini və meĢəyə yaxınlaĢdıqlarını görən fürĢtat, ərzaq arabaları, yüklü
arabalar, yaralılarla dolu furqonlar da geriyə qaçmıĢdı. Fransız süvarilərinin qılınclarına təsadüf
edən hollandiyalılar: ―Kömək edin!‖ deyə fəryad edirdilər. Ġndi belə sağ olan və bu hadisələri
görənlərin dediyinə görə, Ver-Kukudan Qrenandala qədər, Brüsselə doğru ikimillik bir məsafədə
hər yer qaçqınlarla dopdolu idi. Vəlvələ o qədər böyük idi ki, Mexelndə prins Kondeyə, Gentdə
isə XVIII Lüdovikə qədər gedib çatmıĢdı. Mon-Sen-Jan fermasındakı hərbi xəstəxananın
arxasında yerləĢmiĢ zəif bir ehtiyat qoĢunundan və sol cinahda Vavianla Vandelerin
briqadalarından baĢqa, Vellinqtonun artıq heç bir süvari qoĢunu qalmamıĢdı. Lafetlərindən
salınmıĢ bir çox toplar yerə sərilmiĢdi.
Bu faktları Siborn təsdiq edir. Prinql isə, mübaliğəyə yol verərək, hətta belə deyir ki, guya,
ingilis-holland ordusunun sayı otuz dörd min nəfərə endirilmiĢdi. Dəmir hersoq sarsılmadı, lakin
dodaqlarının rəngi qaçmıĢdı. VuruĢma əsnasında ingilis baĢ qərargahında olan Avstriya krinq-
komissarı Vinsent, Ġspaniya kriqs-komissarı Alava hersoqun artıq həlak olduğunu zənn edirdilər.
Vellinqton saat beĢdə saatını çıxarmıĢdı. Ətrafındakılar Vellinqtonun bu ələmli sözləri
söylədiyini eĢitmiĢdilər: ―Ya Blüxer, ya gecə!‖.
Elə həmin bu dəqiqədə FriĢmon tərəfindəki uzaq təpələrin üzərində sıra ilə süngülər parladı.
Bununla da bu nəhəng vuruĢmada dönüĢ baĢlandı.
ON BĠRĠNCĠ FƏSĠL.
Napoleonun bələdçisi pis olduğu halda, Bülovun bələdçisi yaxĢı idi.
Napoleonun faciəli səhvi hamıya məlumdur: o, QruĢini gözlədiyi halda, Blüxer, yəni dirilik
əvəzinə ölüm gəlmiĢdi.
Taleyin bəzən belə sərt dönüĢləri olur; insan bütün dünyaya sahib olacağını zənn etdiyi halda,
ona Müqəddəs Yelena adası qismət olur...
Əgər Blüxerin general-leytenantı Bülova bələdçilik eləyən balaca naxırçı ona Plansenuadan
aĢağıda deyil, FriĢmondan yuxarıda meĢədən çıxmağı məsləhət etmiĢ olsaydı, bəlkə də, on
doqquzuncu əsrin taleyi tamamilə baĢqa cür olardı. Napoleon Vaterloo vuruĢmasında qalib gələ
bilərdi. Prussiya ordusu, Plansenuanın aĢağısından keçən yolla deyil, hər hansı baĢqa yolla
getmiĢ olsaydı, artilleriya üçün keçilməsi mümkün olmayan bir yarğana rast gələr və Bülov
vaxtında gəlib çata bilməzdi.
Halbuki Bülov yalnız bircə saat gecikmiĢ olsaydı (general Müflinqin iddiasıdır) – Blüxer artıq
əvvəlki Vellinqtonu görməzdi, ―Vaterloo vuruĢması məğlubiyyətlə nəticələnmiĢ olardı‖.
Söylədiklərimizdən aydın görünür ki, Blüxerin gəlməsi vaxtı çatmıĢdı. Ancaq o xeyli
gecikmiĢdi. Dion-le-Monda düĢərgə elədi və Ģəfəq doğarkən yürüĢə baĢladı. Lakin yollar xarab
olduğundan, Blüxerin diviziyaları palçığa batırdı. Topların təkərləri yarıya qədər palçığa girirdi.
Bundan baĢqa, ordu Dil çayını keçmək üçün dar Vavr körpüsünü keçməyə məcbur oldu.
Körpüyə doğru gedən küçə fransızlar tərəfindən yandırılmıĢdı. Mərmi qutuları və artilleriya
arabaları hər iki tərəfdə yanan evlərin arasından keçə bilməyərək, yanğının qurtarmasını
gözləməyə məcbur olmuĢdular. Bülovun avanqardı günortaya kimi hələ ġapel-Soen-Lamberə
çatmamıĢdı.
VuruĢma iki saat əvvəl baĢlamıĢ olsaydı, saat dördə kimi qurtarardı və beləliklə, Blüxer gəlib
çatdığı zaman, artıq Napoleon qalib gəlmiĢ olardı. Bizim dərk etmək iqtidarında olmadığımız
nəhayətsizlik mislində olan bu böyük təsadüflər bunlardan ibarətdir.
Hələ günorta vaxtı imperator durbindən baxarkən, birinci olaraq üfüqlərdə onun diqqətini cəlb
edən bir Ģey görmüĢdü. Napoleon: ―Mən orada, uzaqda bir bulud görürəm, – məncə, o,
qoĢundur‖ demiĢdi. Sonra Dalmasiya hersoquna müraciətlə soruĢmuĢdu: ―Sult, ġapel-Sen-
Lamber istiqamətində siz nə görürsünüz?‖. MarĢal durbinini o tərəfə çevirib cavab vermiĢdi:
―Dörd ya beĢ min nəfər görürəm, əlahəzrət. QruĢi olacaqdır!‖. Bununla belə, görünən bu Ģey
duman içində olub hərəkət etmirdi. BaĢ qərargahın bütün durbinləri imperatorun gördüyü
―buludu‖ diqqətlə gözdən keçirirdi. Bəziləri deyirdi ki: ―Bu, düĢərgə etmiĢ kolonnalardır‖.
Əksəriyyət isə: ―Ağaclardır‖ deyə qərar verirdi. Yalnız bir Ģeyi yəqin söyləmək olardı ki, bu
bulud hərəkət etmirdi. Ġmperator kəĢfiyyat üçün bu qara nöqtəyə doğru Domonun yüngül
süvarilərindən bir divizion göndərdi.
Bülov, həqiqətən, hərəkət etmirdi. Avanqardı çox zəif olduğundan, vuruĢmaya giriĢmək
iqtidarında deyildi. Bülov korpusun əsas qüvvələrini gözləməyə məcbur olmuĢ və hərbi nizama
düzülməkdən əvvəl qoĢununu bir yerə toplamaq əmrini almıĢdı, lakin saat beĢdə Vellinqtonun
fəlakətli vəziyyətini görən Blüxer, Bülova hücum əmrini vermiĢ və məĢhur sözləri söyləmiĢdi:
―Qoy ingilis ordusu bir az nəfəs alsın‖.
Bir az sonra Losten, Giller, Qake və Risselin diviziyaları Lobo korpusunun qarĢısında yerləĢdi,
prins Vilhelm Prusskinin süvariləri Paris meĢəsindən yürüĢə baĢladı, Plansenua alovlandı və prus
mərmiləri dolu kimi yağaraq, Napoleonun arxasında ehtiyatda dayanan qvardiya sıralarına belə
düĢməyə baĢladı.
ON ĠKĠNCĠ FƏSĠL.
Qvardiya.
Qalan hər Ģey məlumdur: üçüncü ordunun vuruĢmaya giriĢməsi, vuruĢmanın dislokasiyası,
birdən-birə gurlayan səksən altı top lüləsi Bülovla birlikdə Birinci Pirxin gəlib yetiĢməsi,
Blüxerin Ģəxsən idarə etdiyi Siten süvariləri, fransızların sıxıĢdırılması. Oen platosundan aĢağı
atılan Markonye, Papelotdan çıxarılan Dürüt, geriyə çəkilən Donzelo və Kio, Lobonun
mühasirəyə düĢməsi, gecə baĢlananda sürətlə geniĢlənən yeni bir vuruĢma, müdafiəsiz qalan
polklarımız, bütün ingilis piyadasının hücuma keçməsi və irəliyə hərəkət etməsi, fransız
ordusunun yarılması, ingilis və prus çarpanalarının birgə səyləri, cəbhənin məhv və tar-mar
edilməsi, cinahların darmadağın edilməsi və bu dəhĢətli bərbadlıq içində döyüĢ meydanına daxil
olan qvardiya.
Qvardiya amansız bir ölümə doğru gedərkən bağırırdı: ―YaĢasın imperator!‖ Salamlar və alqıĢlar
yağdıran bu qədər təsirli bir can çəkiĢməsi tarixdə heç bir zaman olmamıĢdır.
Bütün günü göy tutqun idi. AxĢam saat səkkiz olardı, birdən üfüqdəki buludlar parçalandı və
Nivel yolu boyunca bitən qarağacların budaqları arasından batan günəĢin məĢum qırmızı
Ģəfəqləri göründü. Austerlis döyüĢündə isə günəĢ doğurdu.
Bu faciənin sonuna yaxın hər bir qvardiya batalyonu bir generalın komandası altında idi. Frian,
MiĢel, Roge, Qarle, Male, Pore de Morvan – hamısı burada idi! Qrenaderlərin geniĢ
günlüklərində qartal Ģəkli olan hündür papaqları bu cəng meydanının dumanı içərisində
müntəzəm, düzgün, sarsılmaz, əzəmətli və vüqarlı sıralarla göründüyü zaman, düĢmən, Fransaya
ehtiram hissi duymuĢdu. Sanki, iyirmi zəfər ilahəsi qanadlarını açaraq, döyüĢ meydanına qədəm
basdı və qalib gələnlər özlərini məğlub hesab edərək, geriyə çəkildilər, lakin Vellinqton bağırdı:
―Qvardiyaçılar, yerinizdən tərpənməyin, düz niĢan alın!‖. Çəpərlərin arxasında yerləĢmiĢ olan
qırmızı ingilis qvardiyaçıları polku ayağa qalxdı, yağıĢ kimi yağan çarpanalar qartallarımızın
baĢı üzərində dalğalanan üçrəngli bayrağı deĢdi, əsgərlər bir-birilə toqquĢdu, misilsiz bir qırğın
baĢlandı. Qaranlıqda imperator qvardiyası ətrafındakı qoĢunların sarsıldığını, nizamsız bir halda
geriyə çəkilən böyük bir dalğanın tərpəndiyini duyaraq, əvvəlki ―YaĢasın imperator!‖ əvəzinə
―Qaç, cıanını qurtar!‖ bağırtılarını eĢitdi və arxasında hamının qaçdığını bilə-bilə, yenə də
hücumuna davam etdi. Qvardiyanın baĢına getdikcə Ģiddətlənən mərmi dolusu yağır, o, hər
addımda daha çox tələfat verirdi. Burada nə qorxaqlar vardı, nə də tərəddüd edənlər. Bu polkun
hər bir əsgəri də, onun generalı da qəhrəman idi. Bir nəfər belə intihardan çəkinmədi.
Özündən çıxmıĢ Ney, ölümü qəbul etmək qərarından doğan bir əzəmətlə, döĢünü bu tufanın
bütün zərbələrinə verirdi. O, beĢinci ata mindi, onu da öldürdülər. O, baĢdan ayağa kimi tər
içində idi, gözləri od kimi yanır, dodaqları köpüklənmiĢ, mundirinin yaxası açıq, epolitinin biri
atlı ingilis qvardiyaçısının qılınc zərbəsi ilə parçalanmıĢ, döĢündəki Böyük qartal niĢanı əzilmiĢ
halda qana, palçığa batmıĢ, bir əlində qırıq bir qılınc, möhtəĢəm bir görünüĢlə səslənirdi:
―TamaĢa edin, görün Fransa marĢalı döyüĢ meydanında necə ölür!‖. Lakin heyhat! O ölmədi. O,
pəriĢan və qəzəbli idi. Drue d’Erlona müraciətlə bağırdı: ―Bəs sən? Məgər sən öldürülmək
istəmirsənmi?‖. Bir ovuc insana qarĢı çevrilmiĢ bu sarsıdıcı top atəĢi altında Ney bağırırdı:
―Demək, mənim payıma bir Ģey düĢmədi? Ah, mən istərdim ki, bütün bu ingilis mərmiləri
mənim qarnıma dəysin! Zavallı, sən fransız güllələrindən ölmək üçün sağ qaldın!‖
ON ÜÇÜNCÜ FƏSĠL.
Fəlakət.
Qvardiyanın arxasındakı ordunun geriyə çəkilməsi qorxunc idi.
Ordu birdən-birə hər tərəfdən – Huqomon, Ge-Sent, Papelot, Plansenua tərəfindən eyni zamanda
sarsıldı. ―Xəyanət!‖ bağırtıları ardınca ―Canınızı qurtarın‖ sədaları yüksəldi. Qaçıb dağılan ordu
əriyən qara bənzər: hər Ģey çökür, çatlayır, tərpənir, titrəyir, yuvarlanıb toqquĢur, tələsir, sürətlə
hərəkət edir. Bu, təsviredilməz bir dağılmadır. Ney kiminsə atını əlindən alıb, atın belinə sıçrayır
və Ģlyapasız, boyunbağısız, Ģpaqasız Brüssel yolunun ortasında dayanıb həm ingilislərin, həm də
fransızların qabağını kəsir. MarĢal ordunu dayandırmağa çalıĢır, onu qayıtmağa dəvət edir, təhqir
edir, qaçanların yaxasından yapıĢır, yaxır, yandırır. Əsgərlər onun yanından dolanıb keçərkən:
―YaĢasın marĢal Ney!‖ deyə bağırırlar. Dürütün iki polku ulanların qılıncları və Kempt, Best,
Pakk və Rilandtın briqadalarının atəĢi arasında, top kimi oyan-buyana atılaraq, çaĢqınlıq içində
vurnuxurdu. ÇarpıĢmaların ən qorxulusu qaçmaqdır, dostlar özlərini xilas etmək üçün bir-birini
öldürür, eskadronlar və batalyonlar bir-birilə çarpıĢaraq, nəhəng bir cəng köpüyü kimi dağılırlar.
Lobo bir tərəfdən, Reyl isə o biri tərəfdən bu axına düĢmüĢlər. Napoleon, qvardiyasından qalan
döyüĢçülərin köməyi ilə, əbəs yerə bu axının qarĢısını almağa çalıĢır, əbəs yerə son təĢəbbüs
olaraq son Ģəxsi mühafizə eskadronlarını qurban verir. Kio Vivianın, Kellerman Vandelerin,
Lobo Bülovun, Moran Pirxin, Domon və Sübervik prins Vilhelm Prusskinin qarĢısında geri
çəkilir. Ġmperator eskadronlarını hücuma aparan Giyo ingilis draqunlarının atlarının ayaqları
altında əzilib məhv olur. Napoleon atını çapa-çapa qaçqın dəstələrinin yanından keçir, nəsihət
edir, israr edir, hədələyir, yalvarır. Hələ səhər‖YaĢasın imperator!‖deyən ağızlar artıq susur,
sanki, Napoleonu artıq heç kəs tanımır. Yenicə gəlmiĢ prus süvari qoĢunları fransızlara hücum
çəkərək vurur, çapır, kəsir, əzir, öldürür və məhv edir. QoĢqu taqımları bir-birilə toqquĢur, toplar
kənara qaçır, arabaçılar top arabalarının atlarını açaraq qaçırlar, təkərləri yuxarı yıxılmıĢ
furqonlar yolu kəsir və yeni qırğına səbəb olur. Ġnsanlar bir-birini sıxıĢdırır, əzir, diriləri və
ölüləri tapdalayırlar. Əllər kor-koranə qabağına nə rast gəlirsə məhv edir. Yığın-yığın insanlar
yollara, cığırlara, körpülərə, düzlərə, təpələrə, dərələrə, meĢələrə dolmuĢdur – ətraf qırx min
insan kütləsi ilə doludur. Nalə və fəğan səsləri gəlir, silahlar və çantalar taxılın içinə atılmıĢdır,
qılınc zərbələri qalın taxılda yollar açmıĢdır, artıq nə yoldaĢ var, nə zabit var, nə də general – hər
tərəfdə misilsiz bir dəhĢət hökm sürür. Bir tərəfdə – Fransanı kefi istədiyi kimi kəsib doğrayan
Siten, o biri tərəfdə – ceyrana dönmüĢ aslanlar. Bu qaçmaq belə bir qaçmaq idi!
Jenapda dayanmaq, möhkəmlənmək, düĢməni dəf etmək istədilər. Lobo üç yüz adam topladı.
Kəndin girəcəyində barrikadalar quruldu, lakin prus topları atəĢ açar-açmaz, hamı yenə qaçmağa
üz qoydu. Lobo əsir düĢdü. Yolun sağ tərəfində, Jenapdan bir neçə dəqiqəlik yolda yarı uçulmuĢ
kərpic bir evin damında bu gün belə həmin top atəĢinin izləri görünür. Prussiyalılar görünür, bu
cür Ģərəfsiz qələbədən hiddətlənərək, Jenapa üz tutdular. Fransızların təqib edilməsi dəhĢətli bir
Ģəkil aldı. Blüxer ümumi qətl əmrini verdi. Roge bunun üçün ələmli bir nümunə olmuĢdu, o, hər
bir prus əsirini yanına gətirmiĢ olan fransız qrenaderini ölümlə təhdid edirdi. Blüxer Rogeni də
ötdü. Bir Jenap meyxanasının qapısına sıxıĢdırılmıĢ olan gənc qvardiyanın generalı Düqem öz
Ģpaqasını ölüm qusarına təslim etdi, o isə silahı alıb əsiri öldürdü. Qələbə məğlub olanların
qırğını ilə tamamlandı. Madam ki, biz tarixi təmsil edirik, demək ki, qərar verməliyik: qoca
Blüxer özünü biabır etdi. Bu amansızlıq fəlakəti tamamlamıĢ oldu. Ümidlərini itirən qaçqınlar
Jenapı keçdilər. Katr-Branı keçdilər. Qoseli, Franı və ġarleruanı keçdilər. Tüeni keçdilər və
ancaq sərhəddə dayandılar. Əfsus! Bu biabırçılıqla qaçan kim idi? Böyük ordu.
Məgər bu çaĢqınlıq, bu dəhĢət, tarixdə misli görünməmiĢ və böyük bir mərdliyin məhv olması
səbəbsiz idi? Yox, bunun səbəbləri var. Tanrı əlini uzatmıĢ və onun böyük kölgəsi Vaterloo
üzərinə düĢmüĢdü. Bu gün taleyin əmri yerinə yetmiĢdi. Bu günü ilahi bir qüvvə qabaqcadan
təyin etmiĢdi. Buna görə də bütün bu baĢlar dəhĢət içində əyilmiĢdi. Buna görə də bu böyük
insanlar silahlarını əldən buraxmağa məcbur olmuĢdular. Avropaya qalib gələnlər yerlə yeksan
olmuĢdu, nə deyəcəklərini, nə iĢ görəcəklərini bilmədən, qaranlıqda dəhĢətli bir Ģeyin olduğunu
hiss edərək, məhv olmuĢdular. Hoc erat in fathis1. O gün bütün bəĢər nəslinin gələcəyi dəyiĢdi.
Vaterloo bir məhvərdir ki, on doqquzuncu əsr onun üzərində dayanmıĢdır. Böyük bir əsrin
baĢlanması üçün böyük bir insanın yox olması lazım gəlirdi. Bu vəzifəni öz öhdəsinə elə bir
qüvvə götürdü ki, ona heç kəs bir söz deyə bilməzdi. Qəhrəmanların çaĢqınlığını izah etmək olar.
Vaterloo vuruĢmasında buluddan daha mühüm bir Ģey göründü ki, o da meteor idi. Oraya Allah
qədəm basmıĢdı.
AxĢam qaranlığı çəkərkən Jenap yaxınlığındakı bir düzdə Bernarla Bertran qaĢqabaqlı, fikirlərə
qərq olmuĢ bir Ģəxsi redinqotunun ətəyindən tutub dayandırdılar. Bu Ģəxs qaçqınların axını ilə
buraya qədər gətirilərək, yenicə atdan düĢmüĢ və cilovları qoltuğunun altına soxaraq, tək-tənha,
gözləri dolaĢa-dolaĢa, geriyə, Vaterlooya doğru gedirdi. Bu Ģəxs yenə də qabağa getmək üçün
can atan Napoleon, bu məhv olan xəyalın sürüklədiyi böyük lunatik idi.
ON DÖRDÜNCÜ FƏSĠL.
Son kare.
Geriyə çəkilənlərin qaynayan axını arasında burulğan ortasına düĢmüĢ bir qaya kimi dayanan bir
neçə qvardiya karesi gecəyə qədər müqavimət göstərməkdə davam etdi. Gecə və onunla bərabər
ölüm gəlib çatdı; onlar bu ikiqat zülmətin intizarında idilər, sarsılmadan bu zülmətin onları
bürüməsinə imkan verdilər. Bir-birindən ayrı düĢmüĢ və qəti bir məğlubiyyətə düçar olan ordu
ilə əlaqəsi üzülmüĢ olan hər bir polk yalqızca can verirdi. Bu son qəhrəmanlığı göstərmək üçün
bəzi karelər Rosom təpələrində, o birilər isə Mon-Sen-Jan düzündə yerləĢdilər. Hamının atıb
getdiyi bu məğlub olan, qorxunc, ələmli karelər bu təpələrdə, bu düzlərdə dəhĢətli ölümlərini
qarĢılayırdılar. Onlarla birlikdə Ulm, Vaqram, Ġena və Fridland ölürdü.
AxĢam saat doqquza yaxın alaqaranlıqda Mon-Sen-Jan platosunun ətəyində yalnız bir kare hələ
də müqavimət göstərirdi. Bu məĢum dərədə kirasirlərin aĢdığı və artıq ingilis qoĢunları
tərəfindən tutulmuĢ olan yamacın ətəyində müzəffər düĢmən artilleriyasının yaylım atəĢi və sıx-
sıx yağan mərmilər altında bu kare hələ də mübarizəni davam etdirirdi. Bu kareyə Kambron adlı
görkəmsiz bir zabit komanda edirdi. Hər dəfə atəĢ açıldıqca, karedəkilərin sayı azalır, lakin kare
yenə də müqavimət göstərirdi. Çarpana atəĢinə o tüfəng atəĢi ilə cavab verir və getdikcə, hər
dörd tərəfdən qısalırdı. Qaçqınlar tövĢüyə-tövĢüyə bir anlığa dayanır və uzaqlarda, gecənin
qaranlığı içində getdikcə sakitləĢən bu qorxunc gurultuya qulaq asırdılar.
Bütün legion məhv olub yalnız bir ovuc adam qaldıqda, bayraqları parça-tikə olduqda, bütün
güllələrini sərf etmiĢ olan tüfəngləri sadəcə bir dəyənəyə döndükdə, ölülərin sayı sağ qalanların
sayına üstün gəldikdə bu ilahi əzəmətlə ölən cəngavərlərin qarĢısında qaliblərin ürəyi müqəddəs
bir dəhĢətlə doldu və ingilis artilleriyası, sanki, nəfəs alırmıĢ kimi, sükut etdi. Bu, sanki, ölüm
müddətinin təxirə salınması idi. Sanki, vuruĢanların ətrafında kabuslar, atlı siluetləri, topların
qara lülələri dolaĢırdı, təkərlər, və lafetlər arasından ağımtıl göy görünürdü. Qəhrəmanların hər
zaman vuruĢma tüstüsü arasında dumanlı bir Ģəkildə görə bildikləri ölüm əjdahasının baĢı onlara
doğru gəlir, onların gözlərinin içinə baxırdı. AxĢam toranlığında tonların doldurulduğu eĢidilirdi,
gecənin qaranlığında pələng gözləri kimi parlayan yandırılmıĢ fitillər onların baĢları üzərində bir
dairə yaratmıĢdı, bütün ingilis batareyalarının tonlarına atəĢ vuranlar yaxınlaĢırdı. Elə bu anda,
bəzilərinin dediyinə görə, ingilis generalı Kolvil, baĢqalarının dediyinə görə – Metlend bu
qəhrəmanların baĢı üzərində qalxan ölüm qılıncını saxlayaraq, həyəcanlı bir səslə bağırmıĢdı:
―Qoçaqlar, təslim olun! ―Kambron cavab vermiĢdi: ―Merde‖.
ON BEġĠNCĠ FƏSĠL.
Kambron.
Fransız oxucularına bir hörmət niĢanəsi olaraq, bir fransızın söyləmiĢ olduğu bu ən gözəl sözü
təkrar etmək lazım deyildir. Tarixdə fövqəlbəĢər Ģeylərə Ģəhadət vermək qadağandır.
Biz heç Ģeydən qorxmadan qadağan edilən bu sözü söyləməyə cəsarət etdik.
Demək, bu nəhənglər arasında bir titan vardı ki, o da Kambron idi.
Bu sözü bağırmaq və sonra ölmək, bundan da əzəmətli bir Ģey ola bilərmi? Ölümü arzulamaq da
ölmək deməkdir, özü çarpana atəĢi ilə öldürüldüyü halda, adının qalmasında bu adam müqəssir
deyildir.
Vaterloo vuruĢmasında qələbə çalan adam qaçmağa məcbur olan Napoleon deyil, səhər saat
dörddə geriyə çəkilərək, saat beĢdə ümidsizliyə düçar olan Vellinqton deyil, qətiyyən vuruĢmada
iĢtirak etməyən Blüxer deyildir; Vaterloo vuruĢmasında qələbə çalan adam Kambrondur.
Belə bir sözlə sizi öldürən bir ildırımı dəf etmək – qalib gəlmək deməkdir!
Fəlakətə belə bir cavab vermək, taleyə belə bir söz demək, gələcək aslan üçün belə bir əsas
qoymaq, yağıĢa, gecəyə, Huqomonun xəyanətkar divarına, Oen yoluna QruĢinin gecikməsinə,
Blüxerin gəliĢinə qarĢı belə bir replika atmaq, məzar içində belə istehza etmək, yerə yıxıldıqdan
sonra belə sarsılmamaq iki heca ilə bütün Avropa koalisiyasını basdırmaq, krallara sezarların
getdiyi məlum bir yeri, yəni rahatxananı təklif etmək, ən sarsaq bir sözə Fransanın bütün
rövnəqini verərək, onu ən gözəl bir sözə çevirmək, cürət edib Vaterloonu Leonidas karnavalı ilə
tamamlamaq, Rableyə əlavə olaraq, bir söz söyləmək, ucadan söylənilməyən ən kobud bir sözlə
bu qələbəyə yekun vurmaq, yer üzündəki mövqeyini itirmək, lakin tarixdə bu yeri mühafizə
etmək, belə bir qırğından sonra istehza edənləri öz tərəfinə çəkmək – bu ağlasığmaz bir Ģeydir!
Bu – ildırımı təhqir etmək deməkdir. Bunda Esxil əzəməti vardır.
Kambronun bu sözü yerdə yarıq əmələ gələrkən çıxan bir səsə bənzər. Bu, həqarətin təzyiqindən
partlayan bir sinə deməkdir. Bu, partlayıĢa səbəb olan ölüm iztirablarının artığı idi. Qələbə çalan
kim oldu?
Vellinqtonmu? Yox! Blüxer olmasaydı, Vellinqton məhv olardı. Bəlkə, qələbə çalan Blüxerdi?
Yox! Vellinqton vuruĢmanı baĢlamamıĢ olsaydı, Blüxer onu tamamlaya bilməzdi. Son dəqiqədə
gələn, heç kəsin tanımadığı sadə bir əsgər, müharibənin ən kiçik bir zərrəsi olan Kambron isə
burada bir yalan olduğunu, fəlakətin özündə belə ikiqat dözülməz bir yalan olduğunu duymuĢdu;
onun hiddət dərəcəsinə gəldiyi bir zaman isə, ona gülünc bir Ģey, yəni yaĢamaq təklif etdilər. O
necə özündən çıxmasın? Budur, bütün Avropa kralları, bəxtəvər generallar, ildırım çaxan
Yupiterlər, hamısı göz qabağındadır, onların yüz min müzəffər qoĢunu var, bu yüz minin
arxasında isə bir milyon qoĢun var; fitilləri yandırılmıĢ, topları ağızlarını açmıĢdır, imperator
qvardiyası və böyük ordu artıq onların ayaqları altındadır, onlar indicə Napoleonu yıxmıĢlar,
ancaq Kambron qalmıĢdır; etiraz etmək üçün yalnız bu aciz soxulcan qalmıĢdır. O susmayacaq, o
etiraz edəcək! Etiraz etmək üçün o, Ģpaqa seçilən kimi, söz seçir. Kambronun ağzı tüpürcəklə
dolur, ona lazım olan söz də həmin bu tüpürcəkdir. O, bütün ümidləri qırılan bu Ģəxs, bu böyük
və miskin qələbə qarĢısında, qalibləri olmayan bu qələbə qarĢısında ruhlanır, coĢur, bu qələbənin
dəhĢətli ağırlığını daĢıyan da odur, onun bir heç olduğunu etiraf edən də odur. O, qələbəyə yalnız
tüpürmək deyil, say, qüvvə və kobud materiyanın təzyiqi altında üzülərək, öz qəlbində mənfur
bir Ģeyi ifadə edən bir kəlmə tapır. Təkrar edirik, bu kəlməni söyləmək, bunu tapmaq, bunu
etmək qalib olmaq deməkdir!
Bu fəlakətli dəqiqədə böyük günlərin ruhu bu naməlum Ģəxsin qəlbinə girmiĢdi. Ruje de Lil
―Marselyoza‖nı tapdığı kimi, Kambron da Vaterloonu təcəssüm edən bu sözü tapmıĢdı – buna
səbəb Tanrının verdiyi ilham idi. Ġlahi bir tufanın nəfəsi bu insanlara çatmıĢ, onları vurmuĢ,
sarsıtmıĢdı, onlar titrəmiĢdilər, bu insanlardan biri müqəddəs bir nəğmə oxumuĢ, o biri isə
dəhĢətli bir fəryad qoparmıĢdı. Bu titanik bir nifrət ifadəsi idi ki, Kambron bunu yalnız
imperiyanın adından Avropaya deyil, – bu əlbəttə, kifayət etməzdi – inqilab adından keçmiĢin
üzünə çırpmıĢdı. Onun səsini eĢitdilər. Kambronda keçmiĢ zamanların nəhəng insanlarının ruhu
olduğunu anladılar. Sanki, Danton yenidən dil açmıĢdı və ya Kleber nərə çəkirdi.
Kambronun söylədiyi bu sözə cavab olaraq, ingilisin səsi ―AtəĢ!‖ deyə komanda verdi.
Batareyalar guruldadı, təpə sarsıldı, bu mis ağızlar son dəfə öldürücü çarpana fırlatdılar; doğan
ayın iĢığından gümüĢ rəng almıĢ qalın bir tüstü qalxdı, o çəkildikdən sonra isə hər bir Ģey yox
oldu. Qorxunc ordunun qalıqları məhv edilmiĢ, qvardiya ölmüĢdü. Canlı redutun dörd divarı
hərəkətsiz halda yerə sərilmiĢdi, yalnız arabir meyitlərin arasında bir titrəyiĢ duyulurdu. Roma
lejionlarından da əzəmətli olan fransız lejionları belə məhv oldular. Onlar Mon-Sen-Jan
platosunda, yağıĢdan və qandan islanmıĢ torpaq üzərində, kömür kimi qaralmıĢ sünbüllər
arasında məhv oldular. Ġndi o yerdən, səhər saat dörddə, Nivelə gedən poçt karetasının arabaçısı
Jozef fit çala-çala və atını ləzzətlə qamçılayaraq keçməkdədir.
ON ALTINCI FƏSĠL.
Qut libras in duel?1.
Vaterloo vuruĢması bir müəmmadır. Bu vuruĢma istər qalib gələnlər, istərsə məğlub olanlar üçün
eyni dərəcədə anlaĢılmaz idi. Napoleon üçün bu bir vəlvələ idi2, Blüxerin nəzərində bu baĢdan-
baĢa bir atıĢma idi. Vellinqton isə bundan heç bir Ģey baĢa düĢə bilmir. Raportları nəzərdən
keçirə bilirsiniz. Verilən məlumat dumanlı, izahat dolaĢıqdır. Bəzilərinin dili tutulur, bəzilərinin
isə dili dolaĢır. Jomini Vaterloo vuruĢmasını dörd dövrə bölür; Muflinqə görə, vuruĢma üç
epizoddan ibarətdir; yalnız ġaras, bəzi fikirləri ilə və hadisələrə verdiyi qiymətlərlə Ģərik
olmasaq belə, – insan dühasının Tanrının təyin etdiyi bir təsadüflə mübarizədə düçar olduğu bu
fəlakətin səciyyəvi əlamətlərini öz dogru baxıĢı ilə düzgün görə bilmiĢdir. Qalan tarixçilərin
hamısı isə, gözlərinə bir növ pərdə çəkilmiĢ olduğundan, gözü bağlı hərəkət edir. Həqiqətən, o
gün ildırım çaxması kimi bir Ģey idi bu, hərbi mütləqiyyətin süqutu demək idi, bu süqut kralların
böyük heyrətinə səbəb olaraq bütün kral hakimiyyətlərini də öz arxasınca sürükləmiĢdi, bu
qüvvətin süqutu, müharibənin məğlubiyyəti idi.
Ali bir zərurət əlaməti daĢıyan bu hadisədə insan heç bir rol oynamamıĢdı.
Məgər Vellinqtonu və Blüxeri Vaterloodan məhrum etmək Ġngiltərə və Almaniyanı bir Ģeydən
məhrum etmək deməkdir? Xeyr! Vaterloo məsələsi müzakirə edilərkən, söhbət nə Ģanlı
Ġngiltərədən gedir, nə də əzəmətli Almaniyadan. ġükür olsun Allaha ki, xalqların böyüklüyü
qılınc və Ģpaqanın ələmli sərgüzəĢtlərindən asılı deyildir. Almaniya, Ġngiltərə və Fransanın Ģərəfi
silah gücündə deyildir. Vaterloo qılınc Ģaqqırtısından baĢqa bir Ģey olmadığı dövrdə, Almaniyada
Blüxerin üzərində Höte, Ġngiltərədə isə Vellinqtonun üzərində Bayron yüksəlirdi. Çoxlu
ideyaların baĢ verməsi bizim əsrin xüsusiyyətidir; bu səhər Ģəfəqinin gözqamaĢdırıcı iĢığına
Ġngiltərənin də, Almaniyanın da parlaq Ģüaları qarıĢmıĢdır. Ġngiltərə və Almaniya əzəmətlə
doludur, çünki onlar düĢünürlər. Mədəniyyət səviyyəsinin yüksəlməsi onların təbii xassəsidir,
onların mahiyyətindən doğur və qətiyyən təsadüfdən asılı deyildir. Onların XIX əsrdə
yüksəlməsinə səbəb heç də Vaterloo olmamıĢdı. Yalnız barbar xalqlar qələbə qazandıqdan sonra
birdən-birə yüksəlirlər. Tufandan sonra sellər də bir müddət üçün ĢiĢər, Ģiddətlənər. Mədəni
xalqlar, xüsusilə yaĢadığımız bu dövrdə, bir sərkərdənin müvəffəqiyyət qazanıb-
qazanmamağından asılı olaraq yüksəlməz və enməzlər. Onların xalqlar ailəsindəki vəzni
vuruĢmadan daha mühüm Ģeylərin nəticəsidir. ġükür olsun Allaha, onların namusu, Ģərəfi, ürfan
və dühası qəhrəmanların və fatehlərin, yəni qumarbazların vuruĢma lotereyalarında udmaq
fikrində olduqları uduĢ bileti deyildir. Belə təsadüflər olur ki, vuruĢmada məğlub olan bir xalq,
tərəqqidə qalib gəlir. ġərəf və Ģöhrət az olsa da, azadlıq çox olur. Təbil səsi susur, idrakın səsi
ucalır. Bu elə bir oyundur ki, burada udan uduzandır. Vaterloonu soyuqqanlılıqla iki nöqteyi-
nəzərdən müzakirə edək. Təsadüf olan Ģeyi təsadüfün ayağına, Allahın əmri olan Ģeyi isə Allahın
ayağına yazaq. Vaterloo nədir? Qələbəmi? Xeyr. Bu – çalğıda zil sim kimi bir Ģeydir.
UduĢ Avropaya çatdı, lakin pulunu Fransa verməyə məcbur oldu. Orada aslan heykəlini
qoymağına dəyməzdi.
Hər halda, Vaterloo tarixin ən qəribə toqquĢmalarından biridir. Napoleon və Vellinqton. Bunlar
düĢmən deyil, bir-birinin əksidir. Antitezaları sevən Allah heç bir zaman bu qədər təsirli bir
təzad, bu qədər fövqəladə bir görüĢ yaratmamıĢdı. Bir tərəfdə – dəqiqlik, riyazi bir mülahizə,
ehtiyatlılıq, təmin edilmiĢ geriyə çəkilmə yolları, mühafizə edilmiĢ ehtiyat qüvvələri, sarsılmaz
bir soyuqqanlılıq, pozulmaz bir ardıcıllıq, məkandan mənfəətbərdar olan strategiya, batalyonları
müvazinətdə saxlayan bir taktika, təyin edilmiĢ qaydalara ciddiyyətlə riayət edən bir qırğın, saata
baxa-baxa aparılan bir müharibə, təsadüfə heç bir ümid bəsləməmək, əski klassik bir cəsarət, heç
bir səhvə yol verməmək: o biri tərəfdə isə – qəzaya inanmaq, xüsusi bir hərbi sənətkarlıq, qeyri-
insani bir duyğu, parlaq bir nəzər, qartal kimi uzaqgörən və ildırım kimi vuran bir Ģey,
təkəbbürlü bir qızğınlıqla uyuĢan gözəl bir məharət, dərin bir qəlbin bütün sirləri, fələklə
bağlanan bir əhdnamə, bir yerdə birləĢdirilmiĢ və sanki, itaətə məcbur edilmiĢ bir çay, bir düz,
bir meĢə, bir təpə, öz istibdadına döyüĢ meydanlarını belə tabe etdirən bir müstəbid, özü
yüksəldib və özü pəriĢan etdiyi bir strategiya elmi ilə qarıĢıq olaraq öz bəxt ulduzuna bəslənilən
bir inam. Vellinqton – müharibənin Baremi, Napoleon isə müharibənin Mikel-ancelosu
deməkdir, lakin bu dəfə mülahizə dühaya qalib gəlmiĢdi.
Hər ikisi kimi isə gözləyirdi. Mülahizəsini düz eləyən zəfər qazandı. Napoleon QruĢini
gözləyirdi – QruĢi gəlmədi. Vellinqton Blüxeri gözləyirdi – o gəldi.
Vellinqton – keçmiĢ bir itki üçün intiqam alan klassik bir müharibədir. Napoleon hərbi
karyerasının ilk günlərində Ġtaliyada belə bir müharibəyə təsadüf etmiĢ və parlaq bir qələbə
qazanmıĢdı. Qoca bayquĢ cavan qırğı qarĢısında təslim olmuĢdu. Əvvəlki taktika yalnız tar-mar
olmamıĢdı, o rüsvay olmuĢdu. Bu iyirmi altı yaĢlı korsikalı, əleyhinə hər bir Ģey olduğu halda,
lehinə heç bir Ģeyi olmayan, ərzağı, hərbi sursatı, topu, ayaqqabısı, az qala ordusu olmayan bir
dəstə adamla böyük qoĢunların qabağına çıxdı, Avropanın bütün birləĢmiĢ qüvvələrinə hücum
edən və qətiyyən mümkün olmayan bir yerdə ən mənasız bir Ģəkildə qələbə qazanan bu ehtiĢamlı
cahil kim idi? Demək olar ki, nəfəsini belə almadan və eyni imkanlarla alman imperatorunun beĢ
ordusunu bir-bir dağıdıb, Alvisin arxasınca Bolyenin, Bolyenin arxasınca Vurmseri, Vurmserin
arxasınca Melası, Melasın arxasınca Makkı məğlub edən bu qorxunc dəli haradan gəlmiĢdi?
Birinci dəfə döyüĢə girdiyi halda, bir günəĢ kimi özünə cəsarətlə güvənən bu Ģəxs kim idi?
Akademik hərbi sənət məktəbi onu rədd etmiĢ və bununla da öz acizliyini sübut etmiĢdi. Əski
sezarçılığın yeniliyə qarĢı dərin nifrət və kin bəsləməsi, odlu bir qılınca qarĢı təlimə öyrəĢmiĢ bir
qılıncın kini, dühaya qarĢı Ģahmat taxtasının kini, bax, bundan irəli gəlirdi. 1815-ci il iyunun 18-
də son söz bu inadlı kinin idi, o da Lodi, Montebello, Montenot, Mantuey, Marenqo və Arkolem
vuruĢmalarında ancaq bir söz həkk etmiĢdi – ―Vaterloo‖. Vaterloo əksəriyyətə xoĢ olan bir adilik
təntənəsi idi. Tale bu istehzaya yol verdi. Həyat və Ģöhrətinin söndüyü günlərdə Napoleon yenə
gənc Vurmserlə qabaq qabağa gəldi.
Həqiqi Vurmseri yaratmaq üçün Vellinqtonun saçlarını ağartmaq kifayət edirdi.
Vaterloo vuruĢmasında heyran və məftun olmalı bir Ģey varsa, o da Ġngiltərə, ingilis səbatkarlığı,
ingilis qətiyyəti, ingilis temperamentidir. Bu vuruĢmada ən ehtiĢamlı bir Ģey – acığı tutmasın, –
Ġngiltərənin özü idi. Onun sərkərdəsi deyil, onun ordusu idi.
Vellinqton lord Batkerstə yazdığı bir məktubunda böyük naĢükürlük göstərərək yazır ki, onun
ordusu, yəni 1815-ci ilin 18 iyununda vuruĢan ingilis ordusu ―iyrənc bir ordu‖ idi. Bəs Vaterloo
düzlərində dəfn edilmiĢ insan sümüklərinin ələmli yığınları bu barədə nə fikirdədir?
Ġngiltərə Vellinqton məsələsində həddindən artıq təvazökar olmuĢdur. Vellinqtonu bu cür
yüksəltmək – Ġngiltərəni alçaltmaq deməkdir. Vellinqton da baĢqaları kimi adi bir qəhrəmandır,
ancaq bu qədər. Bəs bu boz Ģotlandiyalılar, bu Metlendin və Mitçelin polkları, Ponsonbi və
Somersetin süvariləri, çarpana yağarkən tütək çalan bu dağlılar, bu Rilandt batalyonları hələ
silah iĢlətməyə vərdiĢ etməyən, lakin Eslinq və Rivoli kimi təcrübəli döyüĢçüləri dəf etməyi
bacaran bu cavan əsgərlər – bax, əzəmət bunlardadır. Vellinqton səbat göstərdi, onun xidməti
bundadır, bunu biz inkar etmirik, lakin onun ən görkəmsiz bir piyadası, yaxud süvarisi ondan az
möhkəm olmamıĢdır. Dəmir əsgərlər öz dəmir hersoqlarına layiq idi. Bizə gəlincə, biz bütün
afərinlərimizi ingilis əsgərinə veririk. Qələbə üçün heykəl qoyulmağa layiq olan varsa, o da
Ġngiltərədir. Vaterloo sütunu bir nəfərin əvəzində xalqı təcəssüm edən bir heykəli buludlara
doğru yüksəltmiĢ olsaydı, daha düzgün olardı.
Lakin bizim sözlərimiz bu böyük Ġngiltərəni hiddətləndirə bilər. Ġngiltərənin 1688-ci ili, bizim
isə 1789-cu ilimiz olmasına baxmayaraq, o, yenə də öz feodalizm xəyallarından əl çəkməmiĢdir.
Ġngiltərə yenə də irsiyyət hüququna və iyerarxiyaya inanmaqda davam edir. Qüdrətdə və
Ģöhrətdə heç kəsin üstün gələ bilmədiyi bu xalq, özünə bir xalq kimi deyil, bir millət kimi hörmət
edir. Bir xalq kimi o, könüllü surətdə lorda tabe olur, lordu ağa deyə tanıyır. Bir fəhlə kimi, o,
özünə həqarətlə baxılmasına yol verir, bir əsgər kimi, özünün ağacla döyülməsinə yol verir.
Unudulmamalıdır ki, Ġnkerman vuruĢmasından sonra, məlum olduğu kimi, ordunu xilas etmiĢ
olan bir serjantın adı lord Raqlan tərəfindən çəkilə bilmədi, çünki ingilis hərbi iyerarxiyası zabit
rütbəsi olmayan qəhrəmanları raporta daxil etməyə yol vermir.
Lakin Vaterloo vuruĢmasında bizim ən çox heyrətimizə səbəb olan bir Ģey varsa, o da təsadüfün
göstərdiyi qəribə bir məharətdir. Gecə yağıĢ yağması, Huqomon divarı, Oen yolu, top səsini
eĢitməyən QruĢi, Napoleonu aldadan bələdçi, Bülova düz yolu göstərən bələdçi, – bütün bu təbii
fəlakətlər gözəlcəsinə hazırlanmıĢ və həyata keçirilmiĢdi.
Nəticədə isə bunu da qeyd etməliyik ki, Vaterloo vuruĢması döyüĢdən artıq qırğına bənzəyirdi.
Qəbul edilən qaydalara görə hazırlanan vuruĢmalar sırasında Vaterloo cəbhəsinin uzunluğu
vuruĢanların sayına nisbətən çox az idi. Napoleonun cəbhəsi üç çərək mil olduğu halda,
Bellinqtonun cəbhəsi yarım mil qədərdir, hər tərəfdə isə yetmiĢ iki min adam vuruĢurdu. Bu
darısqallığın nəticəsində də qırğın əmələ gəlmiĢdi.
Ġtkilər hesablandıqdan sonra belə bir tənasüb olduğu aydınlaĢmıĢdır. Austerlisdə insan tələfatı bu
qədərdir: fransızların tələfatı on dörd faiz, rusların tələfatı otuz faiz, avstraliyalıların tələfatı qırx
dörd faiz təĢkil edir; Vaqramda fransızların on üç faiz, avstraliyalıların dörd faiz tələfatı
olmuĢdur. Moskva altında fransızların otuz yeddi faiz, rusların qırx dörd faiz tələfatı olmuĢdur.
Bausendə fransızların on üç faiz, rusların və prussiyalıların on dörd faiz, Vaterlooda fransızların
əlli altı faiz, müttəfiqlərin otuz bir faiz tələfatı olmuĢdur. Vaterloo vuruĢmasındakı tələfatın
ümumi yekunu qırx bir faizdir. VuruĢan yüz qırx dörd min nəfər, ölən altmıĢ min nəfər.
Bu gün Vaterloo düzü insanın hissiz bir istinadgahı olan torpağa məxsus bir sükunətlə nəfəs alır,
artıq Vaterloo adi bir düzə bənzəyir.
Lakin gecələr bu düzü bir duman bürüyür və bu yerlərı dolaĢan bir yolçu diqqət etməyə, qulaq
asmağa baĢlarsa, ələmli Filipp düzlərində Vergili kimi xəyalata dalarsa onu qara basar, bu
fəlakətdə iĢtirak etdiyini zənn edər. Yolçunun gözləri qarĢısında yenə dəhĢətli 18 iyun günü
canlanar, bu tökmə təpə, bu heykəl yox olar, aslan gözdən itər. DöyüĢ meydanı yenə və həqiqi
siması ilə görünər, düzlərdə piyada sıraları dalğalanar, üfüqlərdə sürətlə atlılar çapar, sarsılan
xəyalpərəstin gözləri qarĢısında qılınclar parlar, süngülər iĢıldar, partlayan bombalar od saçar,
göylər səs-səsə verib guruldar, yolçu məzarların dərinliyindən gələn xırıltı səslərini, xəyali bir
döyüĢün xəfif bır gurultusunu eĢidər: bax, bu kölgələr fransız qrenadyerləridir, bu göz qırpan
iĢıqlar ingilis kirasirləridir, bu skelet – Napoleon, bu skelet isə – Vellinqtondur. Hər Ģey çoxdan
çürüyüb torpağa dönmüĢdür, lakin yenə də vuruĢma və mübarizə davam edir, dərələr qanla
boyanır, ağaclar titrəyir, qızğın bir vuruĢmanın iztirabları göylərə yüksəlir və qaranlığın
arasından bu məĢum təpələr, bir-birini qırmaqda olan kabusların yığın-yığın yerləĢdiyi Mon-Sen-
Jan, Huqomon, FriĢmon, Papelot və Plansenua görünür.
ON YEDDĠNCĠ FƏSĠL.
Vaterloonu müsbət hadisə hesab etmək olarmı?
Vaterloonu heç də pisləməyən çox hörmətli liberal bir məktəb vardır. Biz bu məktəbə mənsub
deyilik, bizim üçün Vaterloo – yalnız qəribə bir azadlıq günüdür. Belə bir yumurtadan belə bir
qartalın çıxa bilməsi tamamilə gözlənilməyən bir Ģey idi.
Əslində Vaterloo öz qayəsi etibarilə əksinqilabın qələbəsi olmalı idi. Fransaya qarĢı Avropa,
Parisə qarĢı Peterburq, Berlin, Vyana dururdu. Bu – təĢəbbüsə qarĢı bir status quo1 demək idi; bu
– 1815-ci il 20 mart vasitəsilə 1789-cu ilin 14 iyuluna hücum demək idi; bu – fransızların
cilovlana bilməyən üsyankar ruhuna qarĢı monarxist dövlətlərin hərb açması üçün bir iĢarə idi.
Böyük bir xalqı cilovlamaq, iyirmi altı ildən bəri davam edən bu yanar dağı söndürmək, – arzu
edilən Ģey bu idi. BraunĢveyqlərin, Nassauların, Romanovların, Hogensollernlərin,
Qabsburqların Burbonlarla həmrəy olduğu burada meydana çıxmıĢdı. Vaterloo ―müqəddəs
hüquq‖u öz boynunda daĢıyırdı. Doğrudur, imperiya müstəbid isə, kral hakimiyyəti təbii
reaksiya qanununa görə, zərurət etibarilə liberal olmalı idi və qaliblər bunu böyük bir təəssüflə
qarĢılasalar da, Vaterloonun təbii nəticəsi konstitusiya üsuli-idarəsi oldu. Axı inqilaba axıra
qədər qalib gəlmək mümkün deyildir; inqilab qabaqcadan müəyyən edildiyindən və tamamilə
labüd olduğundan, hər zaman Vaterlooya qədər – köhnə tac və taxtları yıxan Bonapart
simasında, Vaterloodan sonra isə – xartiyanı bəxĢ edən və özü buna tabe olan XVIII Lüdovik
simasında yenidən baĢ verir. Bonapart bərabərliyi sübut etmək üçün bərabərsizlikdən istifadə
edərək, Neapol taxtına foreytoru, Ġsveç taxtına serjantı əyləĢdirir. XVIII Lüdovik isə Sent-Uendə
insan hüquqlarının deklarasiyasını imzalayır. Ġnqilabın nə olduğunu bilmək istəyirsinizsə, onun
adını Proqres qoyun, proqresin nə olduğunu öyrənməyi arzu edirsinizsə, onu Sabah adlandırın.
Bu Sabah qabağı alına bilmədən öz iĢini görür və bu iĢi elə bu gündən baĢlayır. Ən xariqüladə
bir vasitə ilə olsa da, o, hər zaman öz məqsədinə nail olur. Bu Sabah, Vellinqtondan istifadə
edərək, adi bir əsgərdən baĢqa bir Ģey olmayan Fuanı natiq edir... Fua Huqomonda yerə yıxıldığı
halda, yenidən tribunaya qalxır. Proqresin iĢi belədir. Bu fəhlə üçün yaramayan bir alət yoxdur.
O, öz ilahi iĢi üçün heç də sıxılmadan istər Alp dağlarını aĢan bir insandan, istərsə qədim Tövrat
kitabındakı Yeliseyin diriltdiyi və ayağı üstə möhkəm dayana bilməyən cansız bir qocadan
istifadə edir. O, podaqra xəstəsindən istifadə etdiyi kimi fatehdən də istifadə edir; fateh ona öz
məqsədlərinə xaricdə nail olmaq üçün, podaqra xəstəsi isə eyni məqsədlərə daxildə nail olmaq
üçün lazımdır. Avropa taxtlarını dağıdan qılıncı bir zərbə ilə heçə döndərən Vaterloonun nəticəsi
bu olmuĢdu ki, inqilab iĢi baĢqalarının əlinə keçmiĢdi. Əsgərlər öz iĢlərini qurtarmıĢdılar. Ġndi
növbə mütəfəkkirlərin idi. Vaterloo bir əsrin hərəkətini dayandırmaq istəyirdi, o əsr isə
Vaterloonu aĢaraq, yoluna davam etdi. Bu ələmli qələbəyə də azadlıq qalib gəlmiĢdi.
Bir sözlə, Ģübhə edilməyəcək yalnız bir Ģey var. Vaterloo vuruĢmasının zəfər çalan nə varsa,
Vellinqtonun arxasında Ģadlığından gülən, ona necə deyərlər – Fransa da daxil olmaq üzrə –
bütün Avropanın marĢal əsalarını təqdim edən, aslan heykəlinə təpə hazırlamaq üçün ölülərin
sümüyü ilə qarıĢıq torpağı balaca arabalara doldurub Ģadlıqla daĢıyan, bu pedestal üzərində
―1815-ci il 18 iyun‖ sözlərini müzəffər bir Ģəkildə yazan, geriyə çəkilənləri qılıncdan keçirmək
üçün Blüxeri təĢviq edən, Mon-Sen-Jan platosu yüksəkliyindən, sanki, qapmaq istədiyi bir ov
üzərində əyilən kimi Fransa üzərində əyilən nə vardısa, – ―parçalama‖ kimi mənfur bir sözü
pıçıldayan əksinqilabdan baĢqa bir Ģey deyildi. Əksinqilab Parisə gəldikdən sonra, yanar dağın
kraterini yaxından görmüĢ və külün ayaqlarını yandırdığını hiss edərək, ağlı baĢına gəlmiĢdi. O
yenə xartiyanın pəltək dili ilə danıĢmağa baĢlamıĢdı.
Vaterlooda yalnız Vaterloonu görməyə çalıĢmalıyıq. Azadlıq qazanmaq heç də onun əvvəlcədən
təyin edilmiĢ məqsədi deyildi. Napoleon yararlı bir fenomen sayəsində istər-istəməz inqilabçı
olduğu kimi, əksinqilab da istər-istəməz liberal olmuĢdu. 1815-ci il iyulun 18-də bu yeni
Robespyer atından yerə düĢürülmüĢdü.
ON SƏKKĠZĠNCĠ FƏSĠL.
Müqəddəs hüququn bərpa edilməsi.
Diktaturaya son verildi. Bütün Avropa sistemi dağıldı.
Məhv olan antik dünya kimi, imperiya da zülmətə çökdü. Barbarlıq zamanlarında olduğu kimi,
uçurumdan belə çıxıb yüksəlmək olar. Lakin qısaca əksinqilab adlanan 1815-ci il barbarlarının
nəfəsi çatmadı, o tez tövĢüdü və dayandı. Etiraf edilməlidir ki, Ġmperiya üçün ağlayanlar yox
deyildi, həm də bu ağlayanlar qəhrəman insanlar idi. Əgər Ģöhrət skipetrə çevrilmiĢ bir qılıncdan
ibarətsə, imperiyanın özü Ģöhrət idi. O, istibdadın saçmaq iqtidarında olduğu bütün iĢığı yer
üzünə yayırdı, ancaq bu iĢıq qorxunc bir iĢıq idi. Həqiqi iĢığa nisbətən bu, gecə sayıla bilərdi.
Lakin bu gecənin yox olması günəĢin tutulması təsirini bağıĢlamıĢdı.
XVIII Lüdovik Parisə qayıtdı. 8 iyul xor mahnıları 20 mart heyrətlərini unutdurdu. Korsikalı
Bearnalının antitezi oldu. Tüilri qübbəsi üzərində ağ bayraq ucaldı. Sürgündən qayıdanların
səltənəti baĢladı. Qartveldən gətirdilmiĢ küknar ağacından qayrılmıĢ masa XIV Lüdovikin
zanbaqlarla bəzənmiĢ kreslosunun qarĢısında yerləĢdirildi. Austerlis köhnəlmiĢ olduğundan,
Buvindon və fontenuadan danıĢmağa baĢladılar, sanki, bu qələbələr elə dünən qazanılmıĢdı. Taxt
və mehrab təntənəli surətdə qardaĢlıq ittifaqı bağladılar. On doqquzuncu əsrdə ən çox yayılmıĢ
ictimai rifah formalarından biri Fransada və qitədə yer tutdu. Avropa ağ kokarda taxdı.
Trestalyon Ģöhrət qazandı. Çay qırağındakı Orsey kazarmasının fasadında günəĢi təmsil edən daĢ
Ģüaların arasında yenə non pluribus umpar1 devizi göründü. Vaxtilə imperator qvardiyasının
yerləĢdiyi binada artıq muĢketyorlar yerləĢdilər. Karusel meydanında, sanki, xəstələnmiĢ olan
qələbə təsvirləri ilə bəzənmiĢ zəfər tağı bütün bu yeniliklərdən çaĢıb qalaraq, ola bilsin ki, hətta
Marenqo və Arkol qarĢısında bir az utanırmıĢ kimi, hersoq d’Anqulemin heykəli sayəsində bu
çətin vəziyyətdən xilas ola bildi.
Madlen qəbiristanlığı, 93-cü ilin bu dəhĢətli qardaĢ məzarı mərmər və yəĢəm daĢı ilə bəzəndi,
çünki XVI Lüdovikin və Mariya-Antuanettanın külü onun torpağına qarıĢmıĢdı. Vensen
xəndəyinin dərinliyindən üstü kəsik bir məzar sütunu qaldırıldı, bu sütun hersoq d’Engienin
Napoleon baĢına tac qoyduğu ayda vəfat etdiyini xatırladırdı. Onun ölümündən bir az əvvəl bu
cülus mərasimini keçirən papa VII Piy, yüksəliĢi alqıĢladığı eyni bir sakitliklə süqutu da
alqıĢlamıĢdı. ġenbrunda dörd yaĢında balaca bir kabus göründü ki, bunu Roma kralı adlandırmaq
dövlət cinayəti sayılırdı. Bütün bu hadisələr ona görə baĢ verdi, bütün krallar ona görə yenə öz
yerlərində əyləĢdilər. Avropanın hökmdarı ona görə zindana salındı, köhnə hökumət forması ona
görə yeni bir formaya çevrildi, əvvəllər nur sayılan hər bir Ģey, habelə qaranlıq sayılan hər bir
Ģey ona görə öz yerlərini dəyiĢdilər ki, bir dəfə, yay günü günortadan bir az sonra bir çoban
meĢədə rast gəldiyi bir prussiyalıya: ―Oradan yox, buradan keçin‖ demiĢdi.
Bu 1815-ci il tutqun aprel günlərinə bənzəyirdi. Köhnə, zəhərli və xəstə varlıq baharda təzələnən
təbiət kimi görünürdü. Yalan 1789-cu il ilə izdivac etdi; ―müqəddəs hüquq‖ xartiya ilə
pərdələndi; olmayan bir Ģey özünü konstitusiya kimi qələmə verdi; mövhumat, xurafat və gizli
niyyətlər 14-cü maddəyə ümid bağlayaraq, rənglərini dəyiĢdilər, liberalizm boyasını üstlərinə
çəkdilər. Ġlanlar da öz dərilərini belə dəyiĢir.
Napoleon eyni zamanda insanı həm yüksəltmiĢ, həm də alçaltmıĢdı. Maddiyyatın bu ehtiĢamlı
hakimiyyəti illərində ideal qəribə bir ad – ideologiya adını aldı. Gələcəyin rüsvay edilməsinə yol
verməklə bu böyük insan nə qədər ehtiyatsızlıq etmiĢdi! Halbuki xalq – öz topçusuna məftun
olan bu top qurbanları həsrətli gözlərlə onu axtarırdı. O hardadır, o nə edir? Bir yolçu Marenqo
və Vaterloo vuruĢmalarında iĢtirak etmiĢ bir əlilə ―Napoleon ölmüĢdür‖ demiĢdi. Əsgər heyrətlə
―Napoleon da ölərmi? – deyə bağırmıĢdı. – Siz heç bir Ģey bilmirsiniz‖. Yerlə yeksan olan bu
qəhrəmanı xalq öz xəyalında Allah dərəcəsinə yüksəltmiĢdi. Vaterloodan sonra Avropa üzərinə
zülmət çökdü. Napoleonun yox olması ilə uzun müddət böyük, açıq bir boĢluq hiss olunurdu.
Krallar da güzgüyə baxan kimi, bu boĢluğa baxırdılar. Avropa özünü islah etmək üçün bu
boĢluqdan istifadə etdi. Müqəddəs ittifaq doğdu. Faciəli Vaterloo düzü əvvəlcədən öz ―gözəl
ittifaqı‖ ilə bunu xəbər vermiĢdi.1
Bu köhnə, islah edilmiĢ Avropanın siması qarĢısında yeni Fransanın cizgiləri görünməyə baĢladı.
Ġmperatorun rüsvay etdiyi gələcək öz hüququnu əlinə alırdı. Onun alnında bir ulduz – Azadlıq
ulduzu parlayırdı. Gənc nəsil məftun nəzərlərini bu ulduza doğru çevirdi. Çox qəribədir: eyni
zamanda həm bu gələcək – Azadlıq, həm də keçmiĢ – Napoleon insanları cəlb edirdi.
Məğlubiyyət məğlub olanı yüksəltmiĢdi. Süqut edən Bonapart Ģan və Ģərəf günlərindəki
Napoleondan uca görünürdü. Qaliblər qorxuya düĢdülər. Ġngiltərə Bonapartın keĢiyini Qudson
Louya, Fransa isə ona nəzarət etməyi MonĢenüyə tapĢırdı. Onun sakitanə qollarını döĢündə
çarpazlaması kralları narahat edirdi: Aleksandr onu ―mənim yuxusuz gecələrim‖ adlandırmıĢdı.
Bu qorxu onda mövcud olan bir inqilabçılıq ruhundan doğurdu. Bonapartist liberalizminin
mənası və bəraəti də bundadır. Bu kabus köhnə dünyanı titrəməyə məcbur edirdi. Üfüqlərdə
müqəddəs Yelena qayası göründükcə, krallar səltənət sürməkdən həzz ala bilmirdilər.
Napoleon Lonqvudda dustaq olduğu zaman, Vaterloo düzündə həlak olmuĢ altmıĢ min nəfər
yerin altında sakitcə çürüyürdü və onların sakitliyinin bir hissəsi bütün dünyaya yayılırdı. Vyana
konqresi bunun təsiri altında 1815-ci il traktatlarını yaratdı və Avropa onu Restavrasiya
adlandırdı.
Vaterloo belə bir Ģey idi.
Lakin əbədiyyətin Vaterloo ilə nə iĢi var? Bütün bu tufan, bu qara bulud, bu hərb, sonra isə bu
sülh, bütün bu zülmət bir yarpaqdan o biri yarpağa keçən bir ot bitinin Paris Notrdam kilsəsini
bir zəng qülləsindən o biri zəng qülləsinə uçan bir qartala bərabər tutan o böyük çeĢmin nurunu
bir an belə söndürə bilmədi.
ON DOQQUZUNCU FƏSĠL.
DöyüĢ meydanı gecə vaxtında.
Yenə fəlakətli döyüĢ meydanına qayıdaq. Kitabımız bunu tələb edir.
1815-ci il iyunun 18-də ay bədirlənmiĢdi. Gecənin aydınlığı Blüxerin qızğın təqibi üçün əlveriĢli
idi, ay qaçqınların izlərini göstərir, bədbəxt qoĢunları yırtıcı prus kavaleriyasının əlinə təslim
edir, qırğın üçün imkan yaradırdı. Bəzən fəlakət zamanı gecənin zalımlara bu dəhĢətli
köməkçiliyini görmək olar.
Son top atəĢi susduğu zaman, Mon-Sen-Jan düzü boĢaldı.
Ġngilislər fransızların düĢərgəsini ələ keçirdilər, məğlub edilən düĢmənin düĢərgəsində
gecələmək qaliblərin adətidir. Onlar öz çadırlarını Rossomun o biri tərəfində qurdular. Təqibə
baĢları qarıĢmıĢ prussiyalılar daha uzaqlara getmiĢdilər. Vellinqton lord Batkerstə raport
hazırlamaq üçün, Vaterloo kəndinə doğru hərəkət etdi.
Sic vos non vobis1 kəlamını müvəffəqiyyətlə Vaterloo kəndinə tətbiq etmək olar. Orada heç bir
vuruĢma olmamıĢdı; kənd döyüĢ meydanından yarım millik bir məsafədə yerləĢmiĢdir. Mon-
Sen-Jan top atəĢinə tutulmuĢdu. Huqomon yandırılmıĢdı, Papelot yandırılmıĢdı, Plansenua
yandırılmıĢdı. Ge-Sent hücumla alınmıĢdı. Bel-Alyans iki qalibin dostcasına qucaqlaĢmalarının
Ģahidi idi, lakin bütün bu yerlərin adı hafizədə dumanlı bir Ģəkildə qalmıĢdı, Ģərəflər isə döyüĢ
meydanından kənarda olan Vaterloo kəndinin payına düĢmüĢdü.
Biz hərb pərəstiĢkarlarından deyilik. Yeri gələndə biz həmiĢə həqiqəti müharibənin gözünün
içinə söyləməyə hazırıq. Müharibənin də özünəməxsus qorxunc bir gözəlliyi var, biz bunu
gizlətmirik, lakin etiraf etməliyik ki, onun özünəməxsus eybəcərliyi də var. Bu eybəcərliyin ən
murdar Ģəkillərindən biri – qələbədən sonra meyitlərin tələsik qarət edilməsidir. VuruĢmadan
sonra açılan səhər, adətən, çılpaq cənazələri iĢıqlandırır.
Bu meyitləri qarət edən kimdir? Qələbənin təntənəsini bu cür rüsvay edənlər kimdir? Oğrun-
oğrun qələbənin cibinə girən bu murdar əl kimin əlidir? ġöhrət arxasında öz fırıldaqlarını iĢlədən
alçaqlar kimlərdir? Bəzi filosoflar, o cümlədən Volter, belə iddia edirlər ki, bu alçaqlar Ģöhrət
yaradıcılarının özləridir. Onlar deyirlər ki, bu qarətkarlar əsgərlərdir, baĢqa adam deyil, deyirlər
ki, sağ qalanlar ölüləri qarət edirlər. Gündüz qəhrəman olanlar gecə qaniçən xortdana dönürlər.
Guya, onların yerə sərdikləri ölülərə yüngülcə əl gəzdirməyə bir qədər haqları da var. Biz isə
baĢqa fikirdəyik. ġərəf və Ģöhrət qazanan bir əl, eyni zamanda ölüləri soyub çəkmələrini çıxarda
bilməz.
Bununla belə, həmiĢə qaliblərin dalınca qarətkarların xəlvətcə süründüyü bir həqiqətdir. Lakin
əsgərlərin, xüsusilə müasir əsgərlərin, bu qarətlə heç bir əlaqəsi yoxdur.
Hər bir ordunun dalınca bir quyruq sürünür. Müqəssirləri də burada axtarmaq lazımdır. Təbiətcə
yarasalara bənzəyən bu insanlar, bu yarım-quldur və yarım-lakeylər, müharibə adlanan
alaqaranlığın doğurduğu bu növbənöv yarasalar, hərbi mundirlər geyinən, lakin heç bir zaman
vuruĢmayan insanlar, yalançı xəstələr, kinli axsaqlar, bəzən hətta öz arvadları ilə arabalarda
dolaĢan və özlərinin satdıqları Ģeyləri oğurlayan markitantlar, zabitlərə bələdçilik etməyi təklif
edən dilənçilər, ərzaq arabalarının xidmətçiləri, soyğunçular – bir sözlə, bütün bu zir-zibil
keçmiĢ orduların arxasınca sürünərdi (biz müasir orduları nəzərdə tutmuruq) və buna görə də
xüsusi bir dildə onlara ―sürünənlər‖ adı verilmiĢdi. Heç bir ordu və heç bir millət onlar üçün
məsuliyyət daĢımır. Onlar italyanca danıĢdıqları halda, almanların dalınca sürünərdi: fransızca
danıĢdıqları halda, ingilislərin dalınca gedərdi. Həmin bu xainlərdən birisi olan və fransızca
dolaĢıq bir pikard Ģivəsində danıĢan bir ispan ―sürünəni‖ onun fransız olduğunu zənn edən
markiz de Fervakı aldatmıĢdı. Markiz qələbədən sonrakı gecə, Serizol vuruĢması meydanının
özündə öldürülmüĢ və qarət edilmiĢdi. QanunlaĢdırılmıĢ qarət qarətkar doğurmuĢdu. Mənfur bir
prinsipi: ―DüĢmən hesabına yaĢamaq‖ prinsipinin nəticəsi olaraq bu iyrənc yara əmələ gəlmiĢdir
ki, bunu da ancaq sərt bir intizam sağalda bilərdi. Aldadıcı ad-san da var: bəzən böyük olsalar
belə, bəzi sərkərdələrin xariqüladə Ģöhrətinə nə səbəb olduğunu anlamaq çox çətindir. Əsgərlər,
Türenni qarət etməyə yol verdiyi üçün sevərdilər, icazə verilən Ģər yaxĢılığın təzahürlərindən
biridir. Türenni o qədər mərhəmətli idi ki, Palatinatı qılıncdan və atəĢdən keçirməyə icazə
vermiĢdi. Ordunun bədəninə sarmaĢan soyğunçuların sayı baĢ komandanın sərtliyi dərəcəsindən
asılı olurdu. QoĢ və Marsonun ordularından bir nəfər belə ―sürünən‖ tapılmazdı. Vellinqtona
haqq qazandırmaq lazımdır: onun ordusunda da ―sürünənlər‖ az idi.
Bununla belə, 18 iyundan 19 iyuna keçən gecə ölüləri soyundurmuĢdular. Vellinqton sərt bir
komandan idi: o, cinayət üstündə tutulan hər kəsi amansızcasına güllələmək əmrini vermiĢdi.
Lakin qarət etmək adəti çox dərin kök salmıĢdı. Soyğunçular Vaterloo düzünün bir tərəfində
güllələndikləri zaman, o biri tərəfində oğurluq edirdilər.
Ay Vaterloo düzünə məĢum bir iĢıq saçırdı.
Gecə yarısına yaxın Oen yoluna doğru bir adam yeriyir, daha doğrusu sürünürdü. Görünür, o bir
az əvvəl bəhs etdiyimiz adamlardan biri idi: o nə fransız, nə ingilis, nə əsgər, nə əkinçi, nə insan
deyildi, o, meyit iyini hiss edərək və qələbəni bir qarət kimi baĢa düĢərək, Vaterloonu soymağa
gələn bir goreĢən idi. Onun əynində əsgər Ģinelinə bənzəyən bir pencək vardı, o qorxaq və
həyasız idi, o qabağa yeriyir, lakin tez-tez dönüb geriyə baxırdı. Bu adam kim idi? Görünür ki,
gecə onu gündüzdən daha yaxĢı tanıyırdı. Torbası yox idi. Lakin Ģinelinin cibləri geniĢ olduğu
üçün görünür, torbanı əvəz edirdi. O bəzən dayanır, sanki, görən olub-olmadığını təyin etmək
üçün düzü diqqətlə nəzərdən keçirir, tələsik əyilib yerdə nə isə dilsiz və hərəkətsiz bir Ģeyi
əlləĢdirir, sonra yenə belini düzəldərək, xəlvətcə uzaqlaĢırdı. SürüĢən yeriĢi, duruĢları, sürətli və
gizli hərəkətləri gecələr xarabalar arasında dolaĢan cinlərə bənzərdi ki, qədim Normand
rəvayətlərində bunlara ―veyil‖ deyilir.
Bəzi uzunqıç gecə quĢlarının siluetləri də bataqlıq fonunda bu cür görünür.
Ətrafdakı dumanlığa diqqətlə baxdıqda bir qədər uzaqda Nivel yolunda, yolun Mon-Sen-Jandan
Bren-l’Allöyə döndüyü yerdə duran daxmanın arxasında hərəkətsiz dayanmıĢ balaca bir
markitant arabasını görmək olardı: arabanın üstü qatranlanmıĢ söyüd çubuqları ilə örtülü idi.
Arabaya qoĢulmuĢ arıq bir yabı, cilovu ağzında, gicitkən otlayırdı. Furqonun içindəki qutuların
və bağlamaların üstündə bir qadın oturmuĢdu. Ola bilsin ki, bu araba ilə bu sərsəri arasında bir
əlaqə vardı.
Aydınlıq gecə idi. Göydə bir bulud belə görünmürdü, aĢağılarda qana bulaĢmıĢ torpaq yatır, ay
isə həmiĢəki kimi gümüĢü bir nur saçırdı. Bu – göylərin qeydsizliyinin bir əlaməti idi.
Çəmənlərdə çarpana atəĢi ilə sındırılmıĢ, qabığı sayəsində hələ də yerə düĢməyən ağac budaqları
gecənin küləyi əsdikcə yavaĢca yırğalanırdı. Nəfəs kimi xəfif bir meh sıx kolluqları tərpədirdi.
Bədəndən uçan ruhların son bir titrəyiĢi kimi otların üzərindən bir dalğa keçirdi.
Uzaqdan oyan-buyana gəziĢən qarovulların ayaq səsləri gəlir, arabir ingilislərin düĢərgəsindən
qarovulçuların harayları eĢidilirdi.
Huqomon və Ge-Sent hələ yanırdı, bu yanğın qərbdə və Ģərqdə iki parlaq Ģəfəq əmələ gətirmiĢdi,
bunlar üfüqdə təpələr üzərində böyük bir yarımdairə kimi uzanan ingilis gözətçisi tonqallarının
təĢkil etdiyi bir silsilə ilə birləĢərək, uclarında iki brilyant olan açılmıĢ ləl bir həmayilə
bənzəyirdi.
Biz Oen yolundakı müsibətdən yuxarıda danıĢmıĢdıq. Burada nə qədər qəhrəmanın və necə bir
ölümlə həlak olduğunu düĢündükdə, insanın ürəyi dəhĢətdən sarsılır.
Yer üzündə dəhĢətli bir Ģey varsa, ən dəhĢətli bir yuxunu belə geridə qoyan bir həqiqət varsa, o
da ancaq budur: yaĢamaq. GünəĢi seyr etmək, Ģad və sağlam olmaq, təhlükəyə gülmək, irəlidə,
qabağında gördüyün parlaq Ģöhrətə qarĢı uçmaq, ciyərlərinin nəfəs aldığını, ürəyinin
döyündüyünü duymaq, iradənin ağla tabe olduğunu hiss etmək, danıĢmaq, düĢünmək, ümid
etmək, sevmək, analı olmaq, arvad sahibi olmaq, uĢaq sahibi olmaq, bilik sahibi olmaq – və
birdən-birə, bir an içində, çığırmadan belə uçuruma yıxılmaq, yuvarlanmaq, kimi isə əzmək,
kimin isə altında qalmaq, əzilmək, baĢı üstündə taxıl sünbüllərini, çiçəkləri, yarpaqları, budaqları
görmək və heç bir Ģeydən yapıĢa bilməmək, qılıncının faydasız olduğunu anlamaq, altında
insanlar, üstündə atlar olduğunu duymaq, əbəs yerə əlləĢmək, qaranlıqda atın təpik ataraq
sümüklərini sındırdığını, bir çəkmə dabanının gözlərinə girdiyini hiss etmək, diĢlərinlə hiddət
içində at nallarını gəmirmək, boğulmaq, böyürmək, qıvrılmaq və altda uzanıb: ―Axı indicə mən
yaĢayırdım!‖ deyə düĢünməkdir!
Bu dəhĢətli fəlakətdən doğan xırıltı və inilti səslərinin gəldiyi yerlərdə artıq sükut hökm sürürdü.
Yarğandakı yol baĢdan-baĢa at leĢləri və atlı meyitlərlə dolmuĢdu. Bu, dəhĢətli bir mənzərə idi!
Yamaclar yox olmuĢdu. Meyitlər düzlə yolu bərabərləĢdirərək, yarğanın kənarlarına qədər
qalxaraq, yaxĢıca silkələnmiĢ bir çanaq arpaya bənzəyirdi. Yuxarı hissədə bir yığın meyit,
aĢağıda isə çay kimi axan qan – 1815-ci il iyunun 18-də axĢamçağı bu yol belə bir halda idi! Qan
Nivel Ģosesindən belə axaraq, Ģosenin qabağını kəsən bir tala yanında böyük bir gölməçə əmələ
gətirmiĢdi. Bu yerə indi belə səyyahlar diqqət verirlər. Oxucunun yadında olmalıdır ki, kirasirlər
Oen yolundakı yarğana bu yerin o biri tərəfindən, yəni Jenap yolu tərəfdən uçmuĢdular.
Yoldakı meyitlərin miqdarı yolun çökəkliyi dərəcəsindən asılı idi. Yolun düz olduğu və Delor
diviziyasının keçdiyi orta hissəsində meyitlərin təbəqəsi nazik idi.
Ötəri gördüyümüz gecə sərsərisi həmin bu istiqamətdə yol gedirdi. O, bu böyük məzarı
eĢələyirdi, onu yoxlayırdı. Ölüləri mənfur bir müayinədən keçirirdi. O, qan içində addımlayırdı.
Birdən o dayandı.
Bir neçə addımlıqda, meyit yığınlarının qurtardığı bir yerdə, yolun üzərində, at və insan
cəmdəklərinin yığınları altında ayın iĢığında bir əl görünürdü.
Bu əlin barmaqlarından birində bir Ģey parlayırdı: parlayan qızıl üzük idi.
Sərsəri əyildi, bir anlığa çömbəldi, o yuxarı qalxdığı zaman, artıq barmaqda üzük yox idi.
Əslində o ayağa durmadı, arxasını ölülərə çevirib, uzaqlara baxaraq, belini bükmüĢ, barmaqlarını
yerə dirəyib bədəninin bütün ağırlığını onların üzərinə salaraq, narahat və qorxmuĢ halda,
ehtiyatla baĢını yarğanın kənarından qaldıraraq dayanmıĢdı. Çaqqalların da bəzi hərəkətləri buna
bənzəyir.
Sonra o, belini düzəltdi, lakin dərhal yerindən sıçradı. O, daldan kiminsə ondan yapıĢdığını hiss
etdi. Dönüb geri baxdı. Əlin uzadılmıĢ barmaqları onun Ģinelinin ətəyindən yapıĢaraq,
bükülmüĢdü.
Namuslu adam qorxardı, o isə ancaq iriĢdi.
– Buna bax! – dedi. – Demə, bu ölü imiĢ! Məncə, o dünyadan xortlayıb gələnlər jandarmlardan
daha xoĢdur!
Əl isə zəifləyib sərsərinin ətəyini buraxdı. Məzarda göstərilən səylərin ömrü uzun olmaz.
Sərsəri:
– Belə de! – deyə mızıldandı. – Ölü sağ imiĢ ki! Baxaq görək, bu necə Ģeydir!
O yenə əyildi, yığını dağıdıb mane olanları bir kənara atdı, ölünün qolundan yapıĢdı, baĢını azad
etdi, bədənini yuxarı qaldırdı və bir neçə dəqiqə sonra, ölü olmasa da bihuĢ olan bu adamı yolun
qaranlığında sürüdü. Bu kirasir idi, zabit idi, hətta görünür, lap yüksək bir rütbə sahibi idi,
kirasanın altından qalın qızıl epoleti görünürdü, baĢında kaskası yox idi. Qana bulaĢmıĢ üzündən
qılınc zərbəsindən əmələ gələn dərin bir yara keçirdi. Bununla belə, burada söylənilməsi
münasib görülə bilərsə, xoĢbəxt bir təsadüf sayəsində, meyitlər onun üzərində qübbə kimi bir Ģey
təĢkil etdiyindən o əzilməmiĢdi, qolu, qıçı sağ qalmıĢdı. Gözləri qapalı idi.
Kirasasında gümüĢ Fəxri legion xaçı görünürdü.
Sərsəri xaçı qopardıb Ģinelinin dərin və gizli ciblərindən birinə dürtdü.
Saat olan cibini yoxladı, saatı tapıb gizlətdi. Sonra jilet ciblərini axtardı, pul kisəsini tapdı, onu
da mənimsədi.
Can verməkdə olan bu insana yardım etmək üçün göstərdiyi səylər bu dərəcəyə çatdıqda, zabit
birdən-birə gözlərini açdı. Zərif bir səslə:
– Sağ ol! – deyə mızıldadı.
Bədəninə toxunan adamın kəskin hərəkətləri, gecənin sərinliyi, sərbəst udduğu təmiz hava onu
ayıltmıĢdı.
Sərsəri cavab vermədi. Diqqət verdi. Uzaqdan ayaq səsləri gəlirdi, yəqin, bir qarovul dəstəsi
yaxınlaĢırdı.
Zabit taqətsizlikdən zəif düĢən bir səslə:
– Kim qalib gəldi? – deyə soruĢdu.
Soyğunçu cavab verdi:
– Ġngilislər.
Zabit sözünə davam edərək:
– Ciblərimi araĢdırın, – dedi. – Orada saat və pul kisəsi var. Götürün sizin olsun.
Sərsəri buna artıq əməl eləmiĢdi.
Bununla belə, cibləri axtardığını göstərərək, bir az sonra cavab verdi:
– Cibləriniz boĢdur.
Zabit:
– Məni qarət etmiĢlər – dedi, – heyif. Yoxsa sizə qismət olardı.
Patrulun ayaq səsləri lap yaxından gəlirdi.
Sərsəri ayağa qalxmaq istəyərək:
– Gələn var, – deyə pıçıldadı.
Zabit çətinliklə əlini qaldırıb onu saxladı.
– Siz məni ölümdən xilas etdiniz. Siz kimsiniz?
Soyğunçu tələsik pıçıldadı:
– Mən də sizin kimi fransız ordusunda xidmət edirəm. Lakin bu saat mən sizi tərk etməyə
məcburam. Məni burada tutsalar, güllələrlər. Mən sizi ölümdən xilas etdim. Ġndi siz özünüz
baĢınızı bəladan qurtarın.
– Sizin rütbəniz nədir?
– Mən serjantam.
– Familiyanız?
– Tenardye.
Zabit:
– Mən bunu unutmayacağam – dedi. – Siz də mənim familiyamı yadınızda saxlayın. Mənim
familiyam Ponmersidir.
BĠRĠNCĠ FƏSĠL.
24601 nömrə dəyiĢib 9430 nömrə olur.
Jan Valjan yenidən tutulmuĢdu.
Bu hadisənin kədərli təfsilatına toxunmadığımız üçün oxucular bizi bağıĢlasınlar. Biz yalnız
Monreyl-sür-Merdə baĢ vermiĢ olan qəribə hadisədən bir neçə ay sonra qəzetlərdə dərc edilmiĢ
iki məqaləni eynən nağıl etməklə kifayətlənəcəyik.
Bu məqalələr bir az qısa yazılmıĢdı. Unudulmamalıdır ki, o zamanlar hələ ―Məhkəmə qəzeti‖
nəĢr edilmirdi.
Birinci məqalə ―Ağ bayraq‖ qəzetinin səhifələrində 1823-cü il iyulun 25-də dərc edilmiĢdi.
―Pa-de-Kale dairələrindən birində bir az bundan əvvəl fövqəladə bir hadisə baĢ vermiĢdi. Madlen
adlı heç tanınmayan bir adam bir neçə il bundan qabaq bəzi yeni kəĢfiyyat sayəsində, süni qat-
qat və qara ĢüĢə məmulatının yerli istehsalatını son dərəcə geniĢləndirmiĢdi. Bu iĢdə o, xeyli
sərvət qazanmıĢ və – gizlətmək nə lazım! – eyni zamanda dairəni də xeyli zənginləĢdirmiĢdi. Bu
xidmətlərinə mükafat olaraq onu Ģəhər rəisi seçmiĢdilər. Lakin polis idarəsi aydınlaĢdırmıĢdır ki,
Madlen 1796-cı ildə oğurluq üstündə tutulub katorqaya göndərilmiĢ Jan Valjan adlı bir cani imiĢ.
Jan Valjan yenə həbsxanaya salınmıĢdır. AnlaĢıldığına görə o, tutulmazdan əvvəl, cənab Lafitin
bankir kontorundan yarım milyondan çox olan əmanətini götürə bilmiĢdir. Həmin bu pul,
söylənildiyinə görə, müvəffəqiyyətli alver sayəsində tamamilə qanuni yollarla qazanılmıĢ və
saxlamaq üçün bu banka verilmiĢdi, həmin Jan Valjan deyilən adamın Tulon katorqasına
göndərilməsindən əvvəl bu məbləği harada gizlətdiyini təyin etmək mümkün olmadı‖.
Ġkinci məqalə bir az da müfəssəl Ģəkildə yazılmıĢ və eyni tarixdə ―Paris qəzeti‖ndə dərc
edilmiĢdi.
―Cəzasını çəkmiĢ və azad edilmiĢ katorqalı Jan Valjan diqqəti cəlb edəcək bir Ģəraitdə Var
dairəsinin məhkəməsi hüzuruna gətirilmiĢdir. Bu cani polis idarəsini aldatmağa müvəffəq
olmuĢdu, adını dəyiĢərək, Fransanın Ģimalında, kiçik bir Ģəhərdə özünü Ģəhər rəisi seçdirə
bilmiĢdi. Bu Ģəhərdə böyük bir ticarət açmıĢdı. Nəhayət, prokuror nəzarətinin səyləri nəticəsində
ifĢa edilmiĢ və tutulmuĢdur. Onunla bərabər yaĢayan adi bir fahiĢə o tutulduğu zaman
qorxusundan ölmüĢdür. Bir Herkules qüvvətinə malik olan bu alçaq, həbsxanadan qaça bilmiĢsə
də, qaçdıqdan üç-dörd gün sonra polis idarəsi tərəfindən Parisdə yenidən tutulmuĢdu. Onu
paytaxtdan Monfermeyl (Sena və Uaz dairəsindəndir) kəndinə gedən sərniĢinləri aparan balaca
bir dilicana minmək istədiyi zaman tutmuĢlar. Deyildiyinə görə, azad keçirdiyi bu üç və ya dörd
gün ərzində o, ən varlı bankirlərimizdən birinin kontorundan böyük bir məbləğ götürə bilmiĢdi.
Bu məbləğ altı yüz-yeddi yüz min franka qədər imiĢ. Təqsirnaməyə görə, bu pul yalnız ona
məlum olan bir yerdə gizlədilmiĢdi, odur ki, bu pulları ələ keçirmək mümkün olmamıĢdır. Hər
halda, yuxarıda adı çəkilən Jan Valjan səkkiz il bundan əvvəl böyük yolda silahlı qarət etdiyi
üçün Var dairəsi cinayət məhkəməsinə gətirilmiĢdi. Qarət etdiyi adam Ferney patriarxının ölməz
Ģeirlərində tərənnüm etdiyi gözəl uĢaqlardan biri idi.
Hər il gəlib təmizlərlər.
Savoyadan o yoxsullar.
Qurum basmıĢ bacanı.
Cani müdafiədən imtina etmiĢdir. Dövlət prokuroru ustalıqla qurduğu gözəl nitqində oğurluğun
Fransanın cənubunda hərəkət edən bir dəstə quldur tərəfindən edildiyini və Jan Valjanın da bu
dəstədən olduğunu sübut etmiĢdir. Buna əsasən Jan Valjanın təqsiri sübut edilmiĢ və o, ölüm
cəzasına məhkum edilmiĢdi. Cani yenidən Ģikayət verməkdən imtina etmiĢdir. Kral, öz tükənməz
mərhəməti sayəsində, ölüm cəzasını ömürlük katorqa ilə əvəz etməklə cəzanı azaltmağı arzu
etmiĢdi. Jan Valjan dərhal Tulon katorqa həbsxanasına göndərilmiĢdir‖.
Jan Valjanın Monreyl-sür-Merdə ruhanilərlə əlaqə saxladığı da hələ unudulmamıĢdı. Bəzi
qəzetlər və o cümlədən ―Konstitusionalist‖ qəzeti qərarın yumĢaldılmasını ruhanilər partiyasının
qələbəsi kimi qiymətləndirirdilər.
Jan Valjan katorqada nömrəsini dəyiĢdi. O artıq 9430 nömrəli adını daĢıyırdı.
Məsələyə bir daha qayıtmamaq üçün bunu da deməliyik ki, cənab Madlenlə birlikdə Monreyl
dairəsindən xoĢ güzəran da yox oldu. Hər halda, onun qorxu və Ģübhələrlə dolu gecədə
düĢündüyü Ģeylər bir həqiqət oldu, o getdi, Ģəhərin ruhu da yox oldu. Cənab Madlen yox
olduqdan sonra Monreyldə hər Ģeyi xudbincəsinə bölüĢdürdülər. Böyük bir insan məhv olduğu
zaman həmiĢə belə olar. Gözəlcəsinə inkiĢaf edən iĢlərin hamısı fəlakətə uğrayaraq dağıldı. Ġnsan
cəmiyyətində hər gün gizlində baĢ verən bu cür hadisələrə təsadüf etmək mümkündür, o, yalnız
bircə dəfə tarixin nəzərini özünə cəlb etmiĢdi, çünki Böyük Ġsgəndərin ölümündən sonra baĢ
vermiĢdi. Leytenantlar baĢlarına kral tacları qoyur, usta Ģagirdləri özlərini sahibkar elan edirlər.
Paxıllıq və rəqabət meydana çıxdı. Cənab Madlenin geniĢ emalatxanaları bağlandı, tikintilər
xarabaya döndü, fəhlələr dağılıĢdı, bəziləri ölkəni tərk edib getdi, bəziləri isə öz sənətini
dəyiĢməyə məcbur oldu. Artıq hər bir Ģey kiçildi, böyük iĢlər məhv oldu, ümumun xeyri üçün
deyil, qazanc üçün iĢ görməyə baĢladılar. Hər Ģeyi bir yerdə cəmləĢdirən əsas yox oldu, hər
yerdə rəqabət, kin, ədavət baĢlandı. Cənab Madlen hər iĢin baĢında durur və hər Ģeyi idarə edirdi.
Madlen yıxılar-yıxılmaz hər kəs öz tərəfinə çəkməyə baĢladı. Yaradıcılıq ruhu dərhal mübarizə
ruhu ilə əvəz olundu, səmimiyyət məhv oldu – ürəklər daĢa döndü, təĢkilatçının hər Ģeyə qarĢı
göstərdiyi xeyirxahlıq əvəzinə hamı bir-birinə nifrət bəsləməyə baĢladı. Cənab Madlenin
bağladığı tellər bir-birinə dolaĢıb qırıldı, istehsalat üsulunu dəyiĢdilər, məhsulat qiymətdən
düĢdü, etimadı məhv etdilər, sifariĢlər azaldığı üçün satıĢ da azaldı, fəhlələrin qazancı da azaldı,
emalatxanalar iĢsiz qaldı, iflas etdilər. Artıq yoxsullar üçün heç bir Ģey görülmürdü. Hər Ģey yox
oldu.
Dövlət belə harada isə bir Ģəxsin yerinin boĢ qaldığını gördü. Katorqa həbsxanalarının
mənafeyini güdərək, cənab Madlenin Jan Valjan olduğunu təsdiq edən cinayət məhkəməsinin
qərarından sonra dörd il belə keçmədi ki, Monreyl-sür-Mer dairəsinin vergi kəsirləri ikiqat artdı
və cənab Villel bu barədə 1827-ci ilin fevral ayında bəyanat verməyə məcbur oldu.
ĠKĠNCĠ FƏSĠL.
Bu fəsildə bəlkə də, iblis tərəfindən yazılmıĢ
bir beytə təsadüf edəcəksiniz.
Hekayətimizə davam etməzdən əvvəl, təxminən, elə bu zaman Monfermeyldə baĢ verən və bəlkə
də, dövlət prokurorluğunun bəzi fərziyyələrini təsdiq edən qəribə bir hadisəni bəzi təfsilatı ilə
nağıl etmək faydasız olmaz.
Monfermeyl ətrafında indi belə çox qədim bir əfsanə eĢitmək olar. Bu əfsanənin qəribəliyi və
məzəliliyi burasındadır ki, xalq əfsanəsinin Parisin bu qədər yaxınlığında doğması Sibirdə
aloenin bitməsi kimi bir Ģeydir. Biz nadir bitkilərdən sayılan hər bir Ģeyə qarĢı hörmət bəsləyən
adamlardanıq. Monfermeyl əfsanəsinin məzmunu belədir. Ġblis çox qədim zamanlardan öz
sərvətlərini Monfermeyl meĢəsində gizlədərmiĢ. Arvadların dediyinə görə, axĢam çağlarında
meĢənin qalın bir yerində sabo, kətan Ģalvar və köynək geyinmiĢ, həm yük arabaçısına, həm də
odunçuya bənzəyən qara bir kiĢiyə təsadüf etmək o qədər də qəribə bir Ģey deyildir. Bu qara
kiĢinin baĢında papaq, yaxud Ģlyapa əvəzində iri buynuzları vardır. Bu, doğrudan da, mühüm bir
əlamətdir. Adətən, bu adam meĢədə çala qazmaqla məĢğul olur. Bu təsadüfdən istifadə etməyin
üç yolu var. Birincisi – ona yaxınlaĢıb söhbət açmaqdır. O zaman görəcəksən ki, bu adi bir
kəndlidir, qara görünməsinə səbəb də qaranlığın çökməsi imiĢ, özü də o çala-zad qazmır, öz
inəkləri üçün ot biçir. Buynuza bənzəyən Ģey isə, çiynindən görünən yabadır ki, ucları axĢamın
qaranlığında dəyiĢmiĢ olduğundan, baĢda buynuza bənzəyir. Bu görünüĢdən sonra evə qayıdıb,
bir həftə içində öləcəksən. Ġkinci yol budur ki, həmin qara kiĢini pusmağa baĢlayasan. Çala qazıb
qurtarmağını, ağzını bağlamağını və getməyini gözləyəsən. O, çaladan uzaqlaĢar-uzaqlaĢmaz,
dərhal qaça-qaça gedib çalanı qazmaq və bu qara kiĢinin heç Ģübhəsiz orada gizlətmiĢ olduğu
―xəzinəni‖ çıxarmaq lazımdır. Belə olsa, bir aydan sonra öləcəksən. Nəhayət, üçüncü yol var: bu
qara kiĢi ilə heç danıĢmamaq, onun üzünə baxmamaq, qaçıb canını qurtarmaq. Belə olsa, bir ilə
kimi öləcəksən.
Bu yolların üçü də eynən namünasibdir, ancaq ikinci yolun, heç olmazsa, bir üstünlüyü vardır ki,
bir aydan artıq sürməsə də, hər halda, xəzinə sahibi olacaqsan, buna görə bu yol daha əlveriĢlidir.
Deyildiyinə görə, hər yerdə bəxtlərini yoxlamaqdan çəkinməyən qoçaqlar, qara kiĢinin qazdığı
çalanı açıb iblisi qarət etmək istəmiĢlər. Əfsanəyə və xüsusilə barbar latın Ģivəsində yazılmıĢ iki
müəmmalı Ģerə görə, bu kimi hərəkətlər həmiĢə çox əhəmiyyətsiz nəticə vermiĢdir. Bu Ģeirləri
yazan Trifon adlı bir normandiyalı rahib olmuĢdur ki, cadugərlikdən bir az baĢı çıxarmıĢ. Həmin
Trifon Ruan yaxınlığında, BoĢervildə Sen-Jermen abbatlığında dəfn edilmiĢdir. Onun qəbri
üstündə qurbağalar doğulur.
Demək, çox zəhmət çəkmək lazım gəlir, çünki bu çalalar, adətən, çox dərindir, bütün gecəni qan-
tər tökə-tökə zəhmət çəkirsən (bunu ancaq gecə eləmək olar), qazırsan, köynəyin tər içində, Ģam
yanıb qurtarır, toxa korĢalır, nəhayət, çalanın dibinə çatırsan, yəqin edirsən ki, artıq ―xəzinə‖
sənindir, amma tapdığın nə? Ġblisin bu xəzinəsi nədən ibarətdir? Bəzən bir suluq puldan, bəzən
bir eküdən, yaxud daĢdan, arabir də skeletdən, yaxud qanlı bir cənazədən, bəzən də pul
kisəsindəki kağız kimi dörd bükülmüĢ bir xəyal, bir kölgə, bəzən ümumiyyətlə heç bir Ģey.
Görünür ki, Trifonun Ģeirləri də təvazökarlıqdan uzaq və hər bir Ģeylə maraqlanan adamlara elə
bu məlumatı verir:
Fodit, et in fossa thesauros condit opaca A, nummos, lapides, cadaver, simula cra nihilgue1
Deyəsən, indi belə bu çalalarda gah içində güllə olan barıt qabı, gah da, heç Ģübhəsiz, Ģəxsən
iblisin oynadığı köhnə kirli-paslı və qaralmıĢ bir dəstə qumac kağızı tapırlar. Trifon bu son iki
tapıntı haqqında bir kəlmə belə bəhs etmir, lakin nəzərə almaq lazımdır ki, Trifon on ikinci əsrdə
yaĢamıĢdır, bir də iblisin Rocer Bekondan əvvəl barıt və VI Karldan əvvəl qumac kağızı icad
etməyə çətin ki, qabiliyyəti çata bilərdi.
Ancaq bu qumac kağızından istifadə etmək istəyənlər bütün var-yoxlarını uduzacaqlarına əmin
ola bilərlər. Barıt qabındakı barıta gəlincə, bu barıtın tüfəngi adamın lap üzünə tərəf partlatmaq
kimi bir xüsusiyyəti var.
Prokuror nəzarəti katorqalı Jan Valjan qaçandan sonra bir neçə gün Monfermeyl ətrafında
dolaĢması haqqında bir fərziyyə irəli sürdüyü gündən, bu kəndin əhalisi həmin kənddə yaĢayan
Bulatruel adlı qoca bir yol fəhləsinin tez-tez meĢəyə ―getdiyini‖ görmüĢdü. Bir çoxları həmin
Bulatruelin, guya, vaxtilə katorqada olduğunu danıĢırdılar. O, polis nəzarəti altında idi və heç bir
yerdə özünə iĢ tapa bilmədiyi üçün Qan’i ilə Lan’i arasındakı Ģose yolun təmiratı iĢində az bir
muzdla xidmət edərdi.
Bütün yerli əhali həmin bu Bulatruelə çəpəki baxırdı. O, çox nəzakətli və çox fağır görünürdü,
hər bir yolçuya rast gəldikdə tez Ģlyapasını çıxarıb, salam verərdi, jandarm gördüyü zaman titrər
və yaltaq-yaltaq gülümsərdi. Deyirdilər ki, bir quldur dəstəsi ilə əlaqədə idi və gecələr, qaranlıq
çökər-çökməz qarət etmək üçün kol-kos arasında pusqu düzəldirdi. Onun xeyrinə ancaq bir Ģey
vardı ki, o da sərxoĢluğu idi.
Bu adam haqqında əhali belə bir fikrə gəlmiĢdi.
Müəyyən zamanlardan bəri Bulaturel yol təmiratı və çınqıl döĢəmək iĢini çox tez qurtarır və
külüngünü götürüb meĢəyə gedirdi. AxĢamlar onu meĢənin ən vəhĢi və qalın yerlərində,
kimsəsiz talalarda görərdilər. O, həmiĢə nə isə axtarır, bəzən də çala qazırdı. Kənd qarıları onu
əvvəlcə iblis zənn edərdilər, sonra is Bulatruel olduğunu görsələr də, yenə sakit olmazdılar. Bu
təsadüflər, görünür, Bulatrueli çox acıqlandırırdı. Gözə çarpmaq istəmədiyi və nə isə gizli bir iĢ
gördüyü hiss olunurdu.
Kənddə deyirdilər ki, ―Gün kimi aydındır, haradasa Ģeytana rast gəlmiĢdir. Bulatruel Ģeytanı
görmüĢ, indi də qızıl xəzinəsini axtarır. Doğrusu, bu adam Lüsiferi belə aldadıb, xəzinəsini ələ
keçirməyə qadirdir‖. Daha sərbəst fikirli adamlar da deyirdilər: ―Baxarıq hələ, görək kim kimi
aldadacaq. Qoca qarılar isə müttəsil xaç çevirərdilər.
Nəhayət, Bulatruelin meĢə sərgüzəĢtləri qurtardı, o, yenə yol təmiratına baĢladı. Kənddə artıq
baĢqa Ģeydən danıĢırdılar.
Bununla belə, bəzi adamlar yenə maraqlanaraq belə güman edirdilər ki, burada, yəqin, bir Ģey
var, məsələ yalnız əfsanədə bəhs edilən böyük xəzinədən ibarət deyil, yəqin, daha əsaslı və
Ģeytanın pullarından daha ciddi bir Ģey tapılmıĢdır. Həmin yol fəhləsi, Ģübhəsiz, bunu
öyrənmiĢdir. Ən çox ―maraqlananlar‖ məktəb müəllimi ilə meyxanaçı Tenardye idi. Tenardye
ağına-bozuna baxmadan hər kəslə dostluq etdiyi kimi, Bulatruellə tanıĢ olmağa da tənəzzül
etməmiĢ deyildi.
Tenardye deyərdi: ―Doğrudur o, katorqada olub. Lakin vallah, kim bilir, nə olacaq, kim bilir ki,
katorqada bu saat kimlər var və kimlər oraya düĢməlidir!‖
Bir axĢam məktəb müəllimi dedi ki, keçmiĢ zaman olsa idi, polis bu Bulatrueli, yəqin ki, sorğu-
sual edərdi. Onun meĢədə nə etdiyini soruĢardılar, cavab vermək istəməsə zorla danıĢdırardılar,
lazım gələrsə, iĢgəncəylə mütləq onun dilini açardılar.
Tenardye: ―Çaxır iĢgəncəsi verək, görək nə olar!‖ – deyə təklif etmiĢdi.
Beləliklə, çox səy edib, qoca sərsərini içməyə məcbur etdilər. Bulatruel çox içdi, lakin çox az
danıĢdı. Böyük bir məharət və dəqiq bir müvazinətlə sərxoĢ adamlar kimi içməyi və bir hakim
kimi özünü təmkinli tutmağı bacardı. Bununla belə, çox çalıĢdıqdan və maraqlandıqları məsələyə
tez-tez döndükdən sonra, Tenardye və məktəb müəllimi Bulatruelin dilindən qaçan ayrı-ayrı
dumanlı iĢarələrdən bunu yəqin edə bildilər.
Bulatruel bir dəfə səhər tezdən iĢə gedərkən, meĢədə bir ağac altında, qəsdən gizlədilmiĢ kimi bir
bel və bir külüng görərək, xeyli heyrətlənmiĢdi. Əvvəlcə bu Ģeylərin su daĢıyan Si-Fur babanın
olduğunu zənn etmiĢ və sakitləĢmiĢdi. Lakin həmin günün axĢamı, gözə görünməmək üçün
böyük bir ağacın arxasında gizlənərək, yerli əhalidən olmayan, lakin Bulatruelin ―gözəlcə
tanıdığı‖ bir adamın yolla meĢənin dərin yerlərinə getdiyini görmüĢdü. Tenardyenin dilində
―gözəlcə tanıdığı‖ sözləri ―katorqa yoldaĢı‖ demək idi. Bulatruel bu adamın adını qətiyyən
söyləmək istəmədi. O adam əlində böyük bir qutu, yaxud balaca bir sandıqçaya bənzər
dördbucaqlı bir Ģey aparırdı. Bulatruel təəccüb etdi. Yalnız yeddi-səkkiz dəqiqə keçəndən sonra
bunun ardınca getmək Bulatruelin ağlına gəldi. Lakin artıq gec idi, yolçu meĢənin içində gözdən
itmiĢdi, qaranlıq çökdüyündən Bulatruel onun dalınca çata bilmədi. Bu zaman onu meĢənin
kənarında gözləməyə qərar verdi. Aylı bir gecə idi. Ġki, ya üç saat sonra Bulatruel bu adamı yenə
gördü, yolçu ağacların arxasından çıxırdı, lakin əlində sandıqça yox idi, ancaq külünglə bel
yanında idi. Bulatruel onun keçib getməsinə mane olmadı, onunla söhbət açmaq belə ağlına
gəlmədi, çünki o, özündən üç dəfə güclü idi, həm də əlində külüngü vardı, tanınmıĢ olduğunu
görmüĢ və anlamıĢ olsaydı, Bulatrueli öldürə bilərdi. Bu da bir-birinə rast gələn bu iki köhnə
dostun məhəbbət izharı! Lakin külüng və bel Bulatrueldə gözəl bir fikir oyatdı. O, dərhal səhər
olduğu yerə tərəf qaçdı, lakin orada nə bel tapdı, nə külüng. Bundan belə bir nəticəyə gəldi ki,
yolçu meĢəyə daxil olub, külünglə çala qazmıĢ, sandıqçanı orada gizlədib, bellə üstünə torpaq
tökmüĢdür. Sandıqça isə çox balaca idi, içində meyit yerləĢə bilməzdi, demək, onun içində pul
varmıĢ. Bax, buna görə də Bulatruel axtarıĢa baĢladı. MeĢənin hər yerini axtardı, araĢdırdı, deĢik-
deĢik elədi, torpağın yenicə qazılmıĢ olduğunu zənn etdiyi hər bir yeri qazdı, yoxladı. Əbəs!
O, heç bir Ģey tapmadı! Bir az sonra Monfermeyldə bu hadisəni unutmağa baĢladılar. Ancaq bəzi
qorxu bilməyən qarılar yenə də bir-birinə deyərdi: ―Əmin ola bilərsiniz ki, Qani yolunu təmir
edən bu fəhlə bu gurultunu nahaq yerə qaldırmamıĢdır, bu iĢdə, hər halda, ―Ģeytan‖ əli var‖.
ÜÇÜNCÜ FƏSĠL.
Bu fəsildən belə məlum olur ki, zənciri bir zərbə ilə
qırmaq üçün qabaqcadan halqanın birini
kəsmək lazımdır.
Yenə həmin 1829-cu ilin oktyabr ayının sonunda Tulon əhalisi, amansız bir fırtınadan sonra bəzi
zədələrini təmir etmək üçün ―Orion‖ gəmisinin limana gəldiyini gördü. Sonralar bu gəmi Brestə
göndərilərək təlim gəmisi xidmətini daĢıyırdı, o zamanlar isə hələ Aralıq dənizi eskadrasında
hesab olunurdu.
Bu gəmi, fırtınadan zədələnmiĢ olduğuna baxmayaraq, reydə keçdiyi zaman, yerli əhaliyə yenə
də böyük təsir bağıĢladı. Üzərində hansı bayraq olduğunu xatırlamıram, lakin liman,
nizamnaməyə görə, onu on bir top atəĢi ilə salamladı. ―Orion‖ gəmisi də hər gülləyə bir güllə ilə
cavab verdi.
Cəmisi iyirmi iki top gülləsi atılmıĢdı. Bəzilərinin hesabına görə bir gündə bütün yer üzündə
kralların təbriki və hərbi salamlar, etiket qaydalarına görə tələb olunan zərif nəzakət salamları və
həmçinin, limanlarda və qalalarda, gün çıxanda və gün batanda, limanlar açılanda və bağlananda
və sair münasibətilə bütün qalalardan və bütün hərbi gəmilərdən açılan top atəĢlərinin sayı
olduqca böyükdür: bütün yer üzündə mədəniyyət dünyası hər iyirmi dörd saatda yüz əlli min
faydasız top gülləsi atır. Hər bir top gülləsinin altı frank qiyməti olduğunu hesab etsəniz, gündə
doqquz yüz min franklıq bir məbləğ edər, bu da ildə yalnız tüstü üçün üç yüz milyon frankın sərf
edildiyini göstərir. Bu yalnız balaca bir təfsilatdır. Bununla belə, aclıqdan ölən nə qədər
yoxsullar var!
1823-cü il Restavrasiyanın ―Ġspaniya müharibəsi dövrü‖ adlandırdığı il idi.
Bu müharibənin bir çox hadisələri və bir çox xüsusiyyətləri olmuĢdur. Burada məsələ
Burbonların bir sıra mühüm ailə mənafeyi haqqında Burbon sülaləsinin Madrid budağına kömək
edən və himayə göstərən, baĢqa sözlə, böyük qardaĢ vəzifəsinə əməl edən fransız budağı
haqqında, Ģimal kabinetlərinə tabelik və asılılıqla mürəkkəbləĢmiĢ milli ənənələrimizə açıqdan-
açığa qayıtmaq haqqında: liberal qəzetlərin ―Andüjar qəhrəmanı‖ adlandırdığı və laubali siması
ilə bir qədər təzad təĢkil edən bir fateh tövrü ilə liberalların xəyali terrorizmi ilə vuruĢan əski
həqiqi inkvizisiya terrorizmini özünə ram etməyə çalıĢan hersoq dAnqulem haqqında: kübar dul
qadınların böyük bir dəhĢətinə səbəb olan sankülotların descamisados1 adı ilə yenidən
xortlaması haqqında; anarxiya adını almıĢ tərəqqiyə maneə törədən monarxizm haqqında; 89-cu
il nəzəriyyələrinin birdən-birə kəsilmiĢ olan gizli fəaliyyəti haqqında; dünya səyahəti etməkdə
olan fransız fikirlərinin Avropa tərəfindən qadağan edilməsi haqqında; qırmızı yundan qrenader
epoletləri taxıb könüllü gedərək, kralların xalqlara qarĢı apardığı səlib müharibəsində iĢtirak
edən, Fransa vəliəhdi ilə bir cərgədə dayanan və sonralar Karle-Alberte adlanan generalissimus
prins Karinyane haqqında gedirdi. Burada məsələ səkkiz illik istirahətdən sonra qocalmıĢ, qəmli
olan və artıq ağ kokarda taxaraq yenə səfərə çıxmıĢ imperiya əsgərləri haqqında, otuz il bundan
əvvəl Koblensdə yellənən ağ bayraq kimi, indi də yad ölkədə bir dəstə qəhrəman fransızların
baĢları üzərində yellənən üçrəngli bayraq haqqında veteranlarımızın sıralarına keçmiĢ rahiblər
süngü gücünə sakitləĢdirilən azadlıq və yenilik meyili, top atəĢi ilə məhv edilən prinsiplər, öz
fikri ilə yaratdıqlarını öz silahı ilə məhv edən Fransa haqqında gedirdi. Nəhayət, burada düĢmən
generallarının satqınlığı, əsgərlərin tərəddüd göstərməsi, minlərlə süngü tərəfindən deyil, milyon
franklarla mühasirəyə alınmıĢ Ģəhərlərin məsələsi, düĢmən tərəfindən qəfildən alınmıĢ
minalanmıĢ bir xəndəkdə olduğu kimi, partlayıĢ imkanı ilə yanaĢı olaraq hərbi təhlükənin
olmaması məsələsi də vardı. Burada tökülən qan az, fatehlərin Ģərəfi də az idi.
Bəziləri üçün rüsvayçılıq olduğu halda, heç bir kəs Ģərəf və Ģöhrət qazana bilməmiĢdi. Kral
xanədanı prinslərinin, yəni XIV Lüdovik nəvələrinin baĢladığı və Napoleon varisləri olan
sərkərdələrin rəhbərlik etdiyi müharibə belə bir müharibə idi. Bu müharibənin ələmli bir taleyi
olmuĢdur. O, xatirələrdə nə böyük bir müharibə nümunəsi, nə də böyük bir siyasət nümunəsi
kimi qala bildi.
Bu müharibədə bir neçə cəsarətli hücum olmuĢdu, məsələn, Trokaderonun alınması bu
hücumların arasında ən parlaq hərbi bir əməliyyatdır; lakin təkrar edirik ki, ümumiyyətlə, bu
səfərin boruları boğuq səslənirdi, burada hər bir Ģey Ģübhə doğururdu və tarix Fransanın bu
yalançı zəfəri birdən-birə etiraf etmədiyini təqdir edir. Müqavimət göstərməyə borclu olan bəzi
Ġspaniya zabitlərinin həddindən tez təslim olduqları, müharibəyə rüĢvətxorluq fikrinin qarıĢdığı
gözə çarpırdı, müharibədə qələbə qazanmaq deyil, generalların satın alındığı hiss olunurdu, odur
ki, qələbə çalan əsgərlər vətənlərinə baĢıaĢağı qayıdırdılar. Bu müharibə, doğrudan da, millətin
vüqarına toxunurdu – milli bayraqların qırıĢlarında ―Fransız bankı‖ sözləri oxunurdu.
1808-ci il müharibəsində iĢtirak edən və mühasirə etdikləri Saraqossada böyük qurbanlar verən
əsgərlər 1823-cü ildə qarĢılarında qala qapılarının bu qədər asanlıqla açıldığını görərkən
qaĢqabaqlarını sallayır və Palafoks haqqında heyifsilənməyə baĢlayırdılar. Fransızların təbiəti
belədir: onlar qabaqlarında Rastopçini görməyi Balyesterosu görməkdən üstün tuturlar.
Daha ciddi nöqteyi-nəzərlə baxılsa, bunu xüsusi olaraq qeyd etmək lazımdır ki, bu müharibə
Fransada ordunun mənəviyyatını təhqir etdiyi kimi, demokratiyanı da hiddətləndirirdi. Bu
müharibənin niyyəti əsarət idi. Bu müharibədə demokratiya övladı olan fransız əsgərlərinin əsas
məqsədi baĢqaları üçün köləlik qazanmaq idi. Mənfur bir təzad! Fransa xalqların ruhunu
öldürmək üçün deyil, oyatmaq üçün yaranmıĢdır. 1792-ci ildən sonra Avropada baĢ verən bütün
inqilablar – Fransa inqilabı deməkdir. Azadlıq iĢığını saçan Fransadır. Bu iĢıq günəĢ iĢığıdır.
Bonapart: ―Bunu görməyənlər kordur!‖ deyə səslənmiĢdi.
Bu sürətli, 1823-cü il müharibəsi eyni zamanda həm alicənab Ġspaniya millətinə, həm də Fransa
inqilabına qarĢı bir sui-qəsd idi. Bu dəhĢətli təcavüzə yol verən də Fransanın özü olmuĢdur.
Doğrudur, bu təcavüzü etmək üçün Fransaya təzyiq etmiĢdilər, çünki azadlıq müharibələrindən
baĢqa orduların elədiyi hər bir Ģey məcburiyyət altında olmuĢdur. Onların hərəkətləri ―passiv
itaət‖ sözləri ilə təyin olunur. Ordu olduqca böyük bir məharətlə haqq-hesab üzərində qurulmuĢ
bir Ģeydir ki, burada qüvvət gücsüzlüyün böyük yekunlarından doğur. BəĢəriyyətin bəĢəriyyətə
qarĢı, bəĢəriyyətin zərərinə olaraq baĢladığı müharibə belə bir müharibədir.
Burbonlara gəlincə, 1823-cü il müharibəsi onlar üçün fəlakətli bir müharibə olmuĢdur. Onlar bu
müharibəni müvəffəqiyyət zənn etdilər. Lakin onlar qadağan etmək yolu ilə ideyaların
boğdurulmasında nə kimi bir təhlükə olduğunu tamamilə nəzərdən qaçırmıĢdılar. Sadəlikləri o
dərəcəyə gəlib çatmıĢdı ki, hakimiyyət baĢına gəldikdən sonra, bəzi cinayətlərə geniĢ surətdə
güzəĢt edilməsinə yol verdilər, həm də bu güzəĢti qüdrətlərinin əsaslarından biri kimi
qanunlaĢdırdılar. Siyasətlərinə pis niyyət qarıĢdı. 1830-cu il 1823-cü ildə doğuldu. Onların
qərarlarına görə, Ġspaniya səfəri təzyiqə və təhlükəli ―müqəddəs hüquq‖ fırıldaqlarına bəraət
qazandıran dəlillərdən biri oldu. Ġspaniyada el rey neto1 bərpa edən Fransa öz evində qeyri-
məhdud kral hakimiyyətinin bərpa edilməsinə asanlıqla yol verə bilərdi. Burbonlar əsgərin
itaətkarlığını millətin razılığı kimi anlayaraq təhlükəli bir səhvə yol verdilər. Bu cür xeyirxahlıq,
xanədanların yıxılmasına səbəb olur. Nə mansenil ağacının kölgəsində, nə də ordunun qanadı
altında mürgüləmək yaramaz.
Lakin yenə ―Orion‖ gəmisinə qayıdaq.
Prins-generalissimusun komandası altında orduda manevrlər keçirilərkən, Aralıq dənizində bir
eskadra dolaĢırdı. Biz yuxarıda demiĢdik ki, ―Orion‖ gəmisi həmin bu eskadraya daxil idi və
fırtına onu Tulon limanına girməyə məcbur etmiĢdi.
Hərbi gəminin limana gəlməsində qəribə cazibədar bir Ģey var. Camaat belə Ģeylərlə çox
maraqlanır. Bu – əzəmətli bir mənzərədir, camaat isə əzəmətli Ģeyləri sevir.
Təbii qüvvələrlə çarpıĢan hərb gəmisi insan dühası ilə təbiət qüdrətinin ən gözəl toqquĢmalarına
misal ola bilər.
Hərb gəmisi mövcud olan ən ağır hissələrlə ən yüngül hissələrin tənasübündən ibarətdir, çünki o
eyni zamanda maddənin üç vəziyyəti ilə, yəni bərk, maye və qaza oxĢar vəziyyəti ilə toqquĢmağa
və onların hər üçünə qarĢı mübarizə etməyə məcburdur. Hərb gəmisinin dənizin dibində
qranitdən yapıĢmaq üçün on bir dəmir dırnağı var, buludlarda münasib küləklərdən istifadə
etmək üçün qanadlarının və qanad uclarının sayı isə uçan həĢəratın qanadlarından çoxdur. Hərb
gəmisi iri və dəhĢətli orkestr boruları kimi yüz iyirmi topdan nəfəs verir, guruldarkən göy
gurultusunun bir əks-sədası kimi təkəbbürlə səslənir. Okean öz dalğalarının qorxunc
yeknəsəqliyi ilə onu yolundan azdırmağa çalıĢır. Lakin gəminin kompas kimi bir ürəyi var, o,
gəmiyə məsləhət verir və daim Ģimala doğru yol göstərir. Qaranlıq gecələrdə onun iĢarə fənərləri
ulduzları əvəz edir. Demək, onun küləyə qarĢı qanadı və yelkənləri, dalğalara qarĢı ağacı,
qayalara qarĢı dəmiri, misi və qurğuĢunu, qaranlığa qarĢı iĢığı, hüdudsuz üfüqlərə qarĢı maqnit
əqrəbi var.
Bir küll halında hərb gəmisinin tərkibini təĢkil edən bu ayrı-ayrı hissələrin nəhəng həcmlərini
təsəvvürə gətirə bilmək üçün Brest, yaxud Tulon limanlarında altımərtəbəli stapelin içinə daxil
olmaq kifayətdir. Stapel – qayrılmaqda olan bir gəminin üstündə qoruyucu qalpaq kimi bir
Ģeydir. Bax, o iri tir-reyadır, yerə dayanan və göz baxdıqca uzanan o ağır taxta sütun – qrot-
maçtadır. Ayağı gəmi anbarında, baĢı isə buludlarda olan qrot-maçtanın uzunluğu altmıĢ sajan,
ayağının diametri isə üç futdur. Ġngilis qrot-maçtası gəminin yük xətti üzərində iki yüz on yeddi
fut yüksəlir. Babalarımızın donanmalarında lövbər kanatları olardı, bizim isə lövbər
zəncirlərimiz var. Yüz toplu bir gəminin adi gəmi zəncirləri dairəsinin hündürlüyü dörd fut, eni
iyirmi fut, qalınlığı isə səkkiz futdur. Hələ siz soruĢa bilərsiniz ki, belə bir gəmini düzəltmək
üçün nə qədər inĢaat materialı lazımdır? Üç min kubmetr. Bu, əsl üzən bir meĢədir.
Bundan baĢqa, qeyd etmək lazımdır ki, bəhs etdiyimiz bu hərb gəmisi qırx il bundan qabaq
qayrılmıĢ bir gəmidir, həm də sadə yelkən gəmisidir. O zaman hələ ilk addımlarını atan buxar
mühərriki hərb gəmisi adlanan bu qəribə tikintiyə sonralar bir çox möcüzələr əlavə etmiĢdir.
Məsələn, hal-hazırda, qarıĢıq tipli vintli gəmi yelkənli qəribə bir maĢına bənzər ki, səthi üç min
kvadratmetrə bərabərdir, buxar qazanı isə iki min beĢ yüz at gücündədir.
Gəmi inĢaatı iĢində əmələ gələn bu qəribə yeniliklər bir yana dursun, hələ Xristofor Kolumbun,
yaxud Rüiterin qədim gəmisi belə insan ixtiraçılığının ən gözəl nümunələrindən biri sayıla bilər.
Onun qüvvəsi də nəhayətsizlikdən göndərilən hava dalğaları kimi tükənməzdir. Küləkləri
yelkənlərinə yığır, ucsuz-bucaqsız dalğaların arasında çaĢıb qalmır, üzür, hökmranlıq edir.
Lakin elə məqam gəlir ki, fırtına altmıĢ fut uzunluğu olan bu reyanı saman çöpü kimi sındırır,
külək bu yüz fut hündürlüyü olan qrot-maçtanı qamıĢ kimi əyir, on min girvənkə ağırlığında olan
bu lövbər durna balığının diĢləri altında sınan balıqçı qarmağı kimi, dalğaların ağzında sınır, bu
əjdaha ağızlı toplar miskin və aciz bir səslə nərildəyir, onların səsi qaranlıqlar, boĢluqlar içində
itib gedir, bütün bu qüdrət və bütün bu əzəmət ülvi əzəmət və qüdrət qarĢısında yox olur.
Olduqca böyük bir acizlik dərəcəsinə gələn, böyük bir qüdrətin mənzərəsi həmiĢə insanları
düĢündürür. Buna görə də limanlar hər zaman tamaĢaçılarla dolu olur, onlar, özləri belə səbəbini
yaxĢı anlamadan, bu qəribə hərb və dənizçilik alətlərinin yanında dolaĢırlar.
Hər gün, səhərdən axĢama qədər, Tulon limanının sahil küçələri, Ģlyuzun bəndi və yanları
camaatla və Parisdə deyildiyi kimi, ―avaralarla‖ dopdolu olurdu. Bunların iĢi-peĢəsi ―Orion‖a
baxmaq idi.
―Orion‖ çoxdan təmirat tələb edən bir gəmi idi. KeçmiĢ səfərlərində dənizlərdə üzərkən, alt
tərəfində balıqqulağından qalın bir qabıq əmələ gəldiyindən, sürəti yarıya qədər azalmıĢdı. Bir il
bundan əvvəl bu qabığı qazımaq üçün gəmini quruya çəkmiĢdilər, sonra o, yenə dənizə çıxdı.
Lakin qabığının qazılması gəminin alt hissəsindəki dəmirləri zədələmiĢdi. Balear adalarının
yaxınlığında gəminin üz dəmirləri küləkdən zədələnib açılmıĢdı və gəminin içəri kəməri hələ o
zaman bütöv dəmirdən qayrılmadığı üçün deĢik əmələ gəlmiĢ və gəmiyə su keçmiĢdi. Qüvvətli
və coĢqun bir payız küləyi əvvəlcə onun bakbortundakı top istehkamını və qalyundakı Ģəbəkə
körpünü deĢmiĢ, sonra da fok-maçtanın ruslenlərini zədələmiĢdi. Bu fəlakət nəticəsində ―Orion‖
gəmisi yenə Tulon limanına qayıtmıĢdı.
Gəmi arsenalın yaxınlığında lövbər saldı. Gəminin zədələnən yerlərini təmir edirdilər. ġtirbort
tərəfdən gəminin korpusu zədələnməmiĢdi. Lakin yan taxtalarının bəziləri, gəminin içərisinə
hava girsin deyə, qoparılmıĢdı.
Bir dəfə səhər tezdən sahildə dayanıb gəmiyə tamaĢa edənlər bədbəxt bir hadisənin Ģahidi
oldular.
Gəmiçilər yelkənləri qaldırmaqla məĢğul idilər. ġtirbortda qrotmarselin yuxarı ucunu qaldırmalı
olan üst matros müvazinətini itirdi. O, birdən-birə yırğalandı. Sahildəki Arsenal küçəsinə
yığıĢmıĢ camaat qorxudan bağırdı: əyilən baĢ dalınca bədəni çəkdi, insan əllərini uçuruma doğru
uzadaraq, yelkən dirəyi ətrafına fırlandı. Yıxılarkən əvvəlcə bir əli ilə, sonra da iki əli ilə reyanın
altındakı ip nərdivandan yapıĢıb, havada sallandı. Ayaqlarının altında, baĢ gicəlləndirən
dərinlikdə dəniz görünürdü. Yıxılarkən ipə bərk dəydiyindən ip Ģiddətlə yellənirdi. Ġnsan sapand
daĢı kimi bu ipin ucunda oyan-buyana gedib-gəlirdi.
Ona kömək etmək – böyük bir təhlükəni gözə almaq demək idi. Bir az bundan əvvəl hərbi
qulluğa çağırılmıĢ yerli balıqçılardan olan matrosların heç biri buna cəsarət etmədi. Zavallı
matros isə artıq yorulmağa baĢlayırdı, onun üzünü və üzündəki ölüm qorxusunu görmək
mümkün deyildi, lakin hərəkətlərindən taqətdən düĢməkdə olduğu aydınca görünürdü. Əlləri
dəhĢətli bir Ģəkildə əyilib titrəyirdi. Yuxarıya qalxmaq üçün göstərdiyi hər bir səy ipin daha çox
yellənməsinə səbəb olurdu. Son gücünü itirməmək üçün o hətta çığırmırdı. Hamı onun bu saat
ipi buraxacağını gözləyirdi. Bəziləri, onun yıxıldığını görməmək üçün üzlərini belə o biri tərəfə
çevirirdilər. Bəzi dəqiqələr olur ki, bir kəndir, bir ağac, bir ağac budağı bir həyat mücəssəməsinə
dönür və canlı bir məxluqun onlardan qoparaq dəymiĢ bir meyvə kimi düĢdüyünü görmək çox
dəhĢətlidir.
Birdən bir adamın bir piĢik qıvraqlığı ilə ipə dırmaĢdığını gördülər. Bu adam qırmızı paltarda idi
– demək, bu bir katorqalı idi; baĢında yaĢıl qalpağı vardı – demək, ömürlük katorqaya məhkum
olan canilərdən idi. Dirəyin lap ucuna çatdıqda, külək baĢındakı yaĢıl qalpağı qopardı, ağ saçlı
bir baĢ göründü: demək, bu adam gənc deyildi.
Doğrudan da, gəmidə iĢləmək üçün həbsxanadan göndərilmiĢ katorqalılardan biri, dərhal
növbətçi zabitin yanına yüyürdü və bütün matroslar qorxularından titrəyərək, yerlərindən
tərpənmədikləri halda, ümumi qorxu və çaĢqınlıq içində, matrosu qurtarmaq məqsədilə həyatını
təhlükəyə qoymaq üçün zabitdən icazə istədi. Zabit baĢı ilə razılıq iĢarəsi verdi. Katorqalı
ayağına halqa ilə bağlanmıĢ olan zənciri dərhal bir çəkic zərbəsi ilə qıraraq, kəndiri götürdü və
yuxarı dırmaĢmağa baĢladı. Bu qorxunc dəqiqədə zəncirin nə qədər asanlıqla qırıldığına heç kəs
əhəmiyyət vermədi. Bunu yalnız sonra xatırladılar.
O, bir an içində yelkən dirəyinin üstünə çıxdı. Dirəyin üstündə bir neçə saniyə durub, sanki, gözü
ilə onun uzunluğunu ölçdü. Külək matrosu ipin ucunda yelləndirdiyi bu saniyələr tamaĢa
edənlərə bir əsr qədər uzun göründü. Nəhayət, katorqalı gözlərini göylərə qaldırdı, sonra bir
addım irəli atdı. Camaat nəfəs aldı. Onun yüyürərək yelkən dirəyinin üstündən keçdiyini
gördülər. Dirəyin kənarına çatdıqda özü ilə götürdüyü kəndirin bir ucunu dirəyə bağladı və bir
ucunu aĢağı sallayaraq, əlləri ilə kəndirdən yapıĢdı və əlləri üzərində bu iplə aĢağı sürüĢməyə
baĢladı. Hamı təsvirəgəlməz bir qorxu içində idi; uçurum üzərində bir adam əvəzinə indi iki
adam sallanırdı.
O, milçəyi tutmaq istəyən bir hörümçəyə bənzəyirdi. Yalnız bircə fərqi vardı ki, bu dəfə
hörümçək ölüm əvəzinə dirilik gətirirdi. On min göz bu iki adama zillənmiĢdi. Kimsədən bir səs,
bir söz eĢidilmirdi, hamının ürəyində bir qorxu vardı, hamının qaĢları çatılmıĢdı. Ġki zavallını
yelləndirən küləyin azca belə arta biləcəklərindən qorxurlarmıĢ kimi, hamı nəfəs belə almırdı.
Nəhayət, katorqalı matrosun yanına qədər yenə bildi. Lap vaxtı idi; bir dəqiqə daha keçsə idi,
zavallı insan son gücünü itirdiyindən uçuruma yuvarlanacaqdı. Katorqalı bir əli ilə kəndiri
matrosun belinə möhkəmcə bağladı, sonra isə onun yenə dirəyə qalxdığını və matrosu dalınca
qaldırdığını gördülər. Nəfəs almaq, qüvvətini toplamaq üçün matrosa imkan verərək, bir dəqiqə
asılı saxladı, sonra qucağına alaraq dirəyin üstü ilə ezelqofta tərəf apardı, oradan da marsın
üstünə çıxarıb, yoldaĢlarının əlinə təslim etdi.
Xalq onu gurultu ilə alqıĢladı, qoca katorqa nəzarətçilərindən bəziləri hətta ağladı, qadınlar bir-
birini qucaqlayırdılar, bütün camaat bir ağızdan nəsə bir mərhəmət hiddəti ilə dolu səslə
bağırırdı: ―BağıĢlansın!‖
O isə dərhal enməyə və katorqalı yoldaĢlarının yanına qayıtmağı özünə bir borc bilərək və aĢağı
daha tez enmək istəyərək iplə sürüĢdü və aĢağıdakı dirəyin üstü ilə yüyürdü. Hamı gözlərini ona
zilləmiĢdi. Bir an oldu ki, hamı qorxdu; bərk yorulduğundanmı, baĢı gicəlləndiyindənmi, o
birdən dayandı və sarsılan kimi oldu. Birdən camaatdan bir fəryad qopdu – katorqalı dənizə
düĢdü.
Dənizə düĢmək ölmək demək idi. ―Aljeziras‖ freqatı ―Orion‖ gəmisinin yanında lövbər salmıĢdı.
Zavallı katorqalı iki gəminin arasına düĢdü. O, bu gəmilərdən birinin altına düĢə bilərdi. Dörd
adam dərhal qayığa mindi. Camaat onlara ürək verirdi, yenə hamının ürəyinə qorxu düĢmüĢdü.
Batan adam suyun üzərində görünürdü. O, suyu dalğalandırmadan, yağ çəlləyinə düĢmüĢ kimi,
səssiz-səmirsiz batmıĢdı. Lot salladılar, suya cumdular, hər yeri axtardılar. Nəticə vermədi.
AxĢama qədər axtardılar, nə dirisini tapdılar, nə də ölüsünü.
O biri gün Tulon qəzetində belə bir xəbər dərc edilmiĢdi: ―17 noyabr 1823-cü il. Dünən, ―Orion‖
gəmisində iĢləyən katorqalılardan biri, bir matrosu xilas edərkən dənizə düĢüb batmıĢdır.
Meyitini tapmaq mümkün olmadı. Arsenalın baĢ tərəfindəki dirəklərin arasına düĢdüyü zənn
edilir. Bu adam həbsxana siyahısında № 9430 deyə qeyd olunmuĢdu. Adı Jan Valjan idi‖.
BĠRĠNCĠ FƏSĠL.
Monfermeyldə su məsələsi.
Monfermeyl Livri ilə ġel arasında, Urku Marnadan ayıran yüksək bir yaylanın cənub
tərəfindədir. Hal-hazırda bu balaca kənd böyük bir ticarət qəsəbəsi olmuĢdur; o, ağ vallarla
bəzənmiĢdir, bazar günləri isə Ģən Ģəhərlilər buraya gəzməyə gəlirlər. 1823-cü ildə
Monfermeyldə hələ bu qədər ağ villa və bu qədər məmnun Ģəhərli yox idi. Bu, meĢəlik içində
qeyb olmuĢ adi bir kənd idi. Doğrudur, bəzən kənddə keçən əsrin üslubunda tikilmiĢ villalara da
rast gəlmək olardı, bu villaları ağayana görünüĢündən bu dövrə məxsus olan burma dəmir
balkonlarından və bağlı pəncərə qapaqlarının ağ rəngli fonunda müxtəlif yaĢıl Ģüalarla parıldayan
balaca ĢüĢəli uzunsov pəncərələrdən tanımaq olardı. Bununla belə, Monfermeyl yenə də ancaq
bir kənd sayılırdı. Nə iĢlərindən əl çəkmiĢ mahud alverçiləri, nə də bağda istirahət edən vəkillər
bu kəndə hələ təsadüf etməmiĢdilər. Bu, böyük yollardan uzaqda olan sakit və gözəl bir bucaq
idi. Burada ucuz, sadə və sərbəst kənd həyatı sürürdülər. Bu kəndin bircə eybi vardı ki, o da
suyun azlığı idi, çünki kənd hündür yerdə yerləĢmiĢdi.
Suyu xeyli uzaqdan gətirmək lazım gəlirdi. Kəndin Qanyiyə yaxın olan hissəsi suyu meĢədəki
gözəl göllərdən daĢıyırdı. Kəndin ġel tərəfdəki kilsə olan hissəsində isə içməli suyu ancaq ġel
yolunun yaxınlığındakı yamacda olan bulaqdan götürürdülər. Bu isə Monfermeyldən on beĢ
dəqiqəlik bir məsafədə idi.
Beləliklə, su gətirmək hər bir ailə üçün çox ağır bir iĢ idi. Kəndin varlıları, kübarları, o
cümlədən, meyxanaçı Tenardye də qoca suçunun onlar üçün gətirdiyi hər bir vedrə suya bir liar
pul verirdilər. Bu qoca Monfermeyldə suçuluqla məĢğul olar və gündə səkkiz suya qədər pul
qazanardı. Lakin yay günləri o, axĢam saat yeddiyə, qıĢ günləri isə saat beĢə qədər iĢlərdi;
qaranlıq çökər-çökməz, bütün aĢağı mərtəbələrdə pəncərələr bağlandığı zaman, suyu olmayanlar
su dalınca ya özləri getməli, ya da gecəni səhərə qədər susuz qalmalı idilər.
Oxucunun, bəlkə də, unutmamıĢ olduğu balaca zavallı qızcığaz, yəni balaca Kozetta üçün su
daĢımaq məsələsi bir dəhĢət mənbəyi idi. Yadınızda olmalıdır ki, Kozettanı saxlamaq Tenardye
və arvadı üçün iki cəhətdən xeyirli idi; anasından pul almaqla bərabər qızını da qulluqçu kimi
iĢlədirdilər. Odur ki, daha yuxarıdakı fəsillərdən oxucunun bildiyi kimi, Kozettanın anası onun
üçün artıq pul göndərmədiyi zaman, Tenardye yenə də qızı buraxmadı; Kozetta onlara
qulluqçuluq edirdi. Su çatmayanda onlar hər dəfə Kozettanı bulağa göndərərdilər. Zavallı qız da,
gecə vaxtı qaranlıqda bulağa getməkdən bərk qorxduğu üçün evdə həmiĢə su olmasına diqqət
edirdi.
1823-cü il Milad bayramı günü Monfermeyldə çox Ģən keçirildi. QıĢın birinci yarısında havalar
mülayim idi; hələ nə Ģaxta olmuĢ, nə də qar yağmıĢdı. Parisdən gələn hoqqabazlar merin icazəsi
ilə kəndin baĢ küçəsində balaqan qurmuĢdular, səyyar alverçilər Ģirkəti isə, yenə eyni imtiyaza
görə, kilsə meydanında, Çörəkçilər küçəsinə qədər, balaca taxta dükanlar tikmiĢdilər. Məlum
olduğu üzrə, Tenardyenin meyxanası da bu küçədə idi. Meyxanalara, karvansaralara dolan
müĢtərilər bu sakit və tənha kəndin həyatına böyük bir gurultu gətirmiĢ və onu ĢənləndirmiĢdilər.
Vicdanlı bir tarixçi kimi biz bunu da qeyd etməliyik ki, meydandakı cürbəcür əntiqə Ģeylər
arasında bir də heyvanxana vardı ki, burada haradan gəldikləri məlum olmayan cındır paltarlı
eybəcər oyunbazlar hələ 1823-cü ildə gözləri üçrəngli kokardaya bənzəyən qorxunc Braziliya
kondorlarından birini Monfermeyl kəndlilərinə göstərirdilər, halbuki kral muzeyi bunları ancaq
1845-ci ildə əldə edə bilmiĢdi. Səhv etmirəmsə, zooloqlar bu quĢu Caracara Rolyborus
adlandırırlar. O, yırtıcı quĢlar cinsindən və qırğı ailəsindəndir. Kənddə yaĢayan bir neçə qoca və
qəhrəman bonapartist əsgər gəlib bu quĢa pərəstiĢkarlıqla tamaĢa edirdilər. Oyunbazlar camaatı
inandırırdılar ki, bu üçrəngli kokarda müstəsna bir xariqədir ki, cənab Allah bunu xüsusi olaraq
onların heyvanxanası üçün yaratmıĢdır.
Milad bayramının axĢamı bir neçə arabaçı ilə bir neçə alverçi Tenardye meyxanasının alçaq
salonunda masa ətrafında əyləĢib içməkdə idilər. Masanın üstündə dörd-beĢ Ģam yanırdı. Bu
alçaq tavanlı salon baĢqa meyxanaların salonlarından heç də fərqlənmirdi; burada da eyni
masalar, qalay sovçalar, ĢüĢələr; sərxoĢlar, tütün çəkənlər vardı; iĢıq az, gurultu çox idi. Ancaq
bir masanın üstündə o zaman Ģəhərlilər arasında yeni dəb düĢən və 1823-cü il olduğunu göstərən
iki Ģey vardı: biri kaleydoskop, o biri isə naxıĢlı ağ tənəkədən qayrılmıĢ lampa idi. Tenardyenin
arvadı axĢam yeməyi hazırlayırdı, xörək yaxĢıca qalanmıĢ və alovlanaraq yanan ocağın üstündə
biĢməkdə idi. Tenardyenin özü isə, qonaqlarla bərabər içərək, siyasətdən danıĢırdı. Söhbətlərinin
əsas məzmunu Ġspaniya müharibəsi və cənab hersoq d’Anqulem idi.
Bu siyasi söhbətlərdən baĢqa, səs-küy arasında yerli əhəmiyyəti olan məsələlər haqqında da
mülahizələr, sözlər eĢitmək olurdu. Məsələn:
– Bax gör Nanter və Süren ətrafında nə qədər çaxır hazırlamıĢlar – on çəllək hazırlayacağını
zənn edənlər on iki çəllək hazırlamıĢdır. DaĢın altında Ģirə sel kimi axırdı. – Axı bu necə ola
bilər? Üzüm ki, hələ dəyməmiĢdir? – Bu yerlərdə üzümün dəyməyini gözləmək olmaz. Üzümü
dəyəndən sonra dərəndə, yaz gəlcəyin çaxır qatılaĢır. – Demək, onların çaxırı lap zəif çaxırdır? –
Onların çaxırı buradakından da zəifdir. Üzümü isə hələ dəyməmiĢ yığmaq lazımdır. Və i. a.
Sonra dəyirmançının da qıĢqırıqlarını eĢitmək olardı:
– Məgər biz torbaya tökülən Ģeyə cavabdeh ola bilərik? Torbalarda istədiyin qədər xırda buğda
var, onlarla əlləĢməyə macalımız yoxdur, elə əlimizə nə keçirsə veririk daĢın altına.
Üyütdüyümüz taxılın içində hər nə istəsən var: qaramuqotu, yonca, vələmir, sürmə, çətənə,
koçal, nə bilim min cür zir-zibil, hələ xırda daĢları demirəm: bəzən taxılın içi, xüsusilə Breton
taxılı daĢlarla dolu olur. MiĢarçının mismar vurulmuĢ kötüyü kəsməkdən necə xoĢu gəlirsə,
mənim də Breton çovdarını üyütməkdən elə xoĢum gəlir. Özünüz fikirləĢin, üyütmək üçün nələr
gətirmirlər. Hələ bundan sonra unun yaxĢı olmadığından bir Ģikayət də edirlər. Lap nahaq! Bu
iĢdə bizim heç bir təqsirimiz yoxdur.
Ġki pəncərənin arasındakı kiçik masanın arxasında bir mülkədarla bir çalınçı oturmuĢdu. Onlar
yazda ot çalmaq qiyməti barəsində sövdələĢirdilər. Çalınçı deyirdi ki;
– Otun nəm olmağının heç bir zərəri yoxdur. Elə nəm olanda daha da yaxĢı çalmaq olur. ġehin
xeyri çoxdur, cənab, amma bu var ki, otunuz çox göydür, çalıma gəlmir. Çox nazikdir, dəryaz
vurursan yatır, üzülmür.
Kozetta həmiĢəki yerində: ocağın yanındakı mətbəx masasının atqısında oturmuĢdu. Əynində
cır-cındır paltar, yalın ayaqlarında taxta baĢmaq vardı. Ocağın iĢığında Tenardyenin balaca
qızları üçün yun corab toxuyurdu. Stulların altında bir piĢik balası oynayırdı. QonĢu otaqdan
gülüĢ və uĢaq səsləri gəlirdi: danıĢan Eponina ilə Azelma idi.
Ocağın yanındakı bucaqda divardan qamçı asılmıĢdı.
Ara-sıra meyxanadakı bu səs-küy və gurultu içində evin harasından isə qulaqbatırıcı bir uĢaq
çığırtısı eĢidilirdi. Bu uĢaq Tenardyenin balaca oğlu idi; keçən qıĢların birində, Tenardye qarının
dediyi kimi ―naməlum bir səbəbə görə, bəlkə də, soyuqdan‖ doğulmuĢdu. UĢağın üç yaĢı vardı.
Anası onu əmizdirib bəsləmiĢdisə də, lakin sevmirdi. Balacanın çığırtısı çox kəskinləĢdiyi
zaman, Tenardye arvadına deyirdi: ―EĢitmirsənmi, oğlun necə zınqıldayır. Get, gör nə istəyir‖.
UĢağın anası isə belə cavab verərdi: ―Ġtir o yana, lap zəhləmi aparıb!‖. Tərk edilmiĢ balaca uĢaq
isə qaranlıqda bağırmaqda davam edirdi.
ĠKĠNCĠ FƏSĠL.
Ġki tamamlanmıĢ surət.
Bu vaxta qədər bu kitabda biz Tenardye ailəsini yalnız yan tərəfdən təsvir etmiĢdik; indi bu
ailəni hər tərəfdən və bütün sifətləri ilə görməyin vaxtı çatmıĢdır.
Tenardyenin özünün əlli yaĢı yenicə tamam olmuĢdu. Madam Tenardyenin yaĢı isə qırxa
yaxınlaĢırdı, bu da qadın üçün əlli yaĢa bərabərdir; bu surətlə, ərlə arvadın arasında yaĢ cəhətdən
tam uyğunluq vardı.
Bəlkə də, oxucu onu ilk dəfə gördüyü zamandan bəri tamamilə unutmamıĢdır. Tenardyenin
arvadı ucaboylu, sarıĢın, alyanaqlı, ətli-canlı, enlikürək, çox iri və fəal bir qadın idi. Yuxarıda
dediyimiz kimi, o, yarmarka balaqanlarında saçlarına daĢ asaraq əzilib-büzülən nəhəng arvadlar
cinsindən idi. Evin bütün iĢini özü görərdi, yataqları yığar, otaqları təmizlər, qab yuyar, xörək
biĢirərdi – bir sözlə, bu meyxananın həm bəlası, həm gülü, həm də ev pərisi idi. Onun yeganə
xidmətçisi Kozetta idi – filə xidmət edən balaca bir siçan. Madam Tenardyenin səsindən pəncərə
ĢüĢələri, ev Ģeyləri, insanlar – hər Ģey titrərdi. Çil-çil geniĢ üzü böyük bir kəfkirə bənzəyirdi.
Onun saqqalı da vardı. Bu, qadın paltarı geymiĢ əsl bir hambal idi. Məharətlə söyüĢ söyər,
yumruğu ilə qoz qırar və bununla fəxr edərdi. OxumuĢ olduğu romanlar sayəsində bəzən bu
meyxanaçı qadında qəribə bir Ģəkildə özünü əzib-büzmək meyili görünməsəydi, ona qadın adı
vermək heç kəsin ağlına gəlməzdi. Madam Tenardye, sanki, bazar alıcısı ilə xəyalpərvər bir qızın
birləĢməsi idi. DanıĢanda bir jandarm kimi danıĢar, içəndə bir arabaçı kimi içərdi. Onun Kozetta
ilə rəftarını görən onu cəllad adlandırardı. Susanda diĢi ağzından bayıra çıxardı.
Tenardyenin özünə gəlincə o arıq, solğun, sümükləri çıxmıĢ, zəif, taqətdən düĢmüĢ bir adam idi.
Zahirdən xəstəyə oxĢayırdısa da, çox sağlam idi, – ona xas olan hiyləgərlik elə buradan
baĢlayırdı. Adətən, ehtiyatla gülümsər və hər kəslə, hətta sədəqə vermədiyi dilənçilərlə belə
nəzakətli olardı. BaxıĢı qoxarçaya, görünüĢü ədibə bənzərdi. Abbat Delilin portretlərinə çox
oxĢarı vardı. Arabaçılarla içki içdiyi ilə fəxr edərdi, heç kəs heç bir zaman onu içirdib sərxoĢluq
dərəcəsinə gətirə bilməmiĢdi. O, ağzındakı iri çubuğu yerə qoymaz, köynək geyər, köynəyin
altında isə köhnə qara pencəyi olardı. OxumuĢ və materialist bir adam təsiri bağıĢlamaq istərdi.
Sözlərinin vəznini artırmaq üçün tez-tez Volterin, Renalın, Parninin və hətta, qəribə görünsə də,
müqəddəs Avqustinin adını çəkərdi. Xüsusi bir ―sistemi‖ olduğunu iddia edirdi. Eyni zamanda
qəddar bir dələduz idi. Dələduz-filosof idi. Dünyada belə adamlar var. Özünü bir əsgər kimi
qələmə verməsi, əlbəttə, oxucunun yadındadır. KeçmiĢdə altıncı və ya doqquzuncu legionun
serjantı olduğunu və bir eskadron ölüm qusarlarına qarĢı tək vuruĢaraq: ―bərk yaralı bir generalı‖
öz bədəni ilə örtdüyünü və dolu kimi yağan düĢmən güllələri içindən xilas etdiyini bir az bəzəkli-
düzəkli təfsilatla söylərdi. Bu hadisə evin divarına parlaq lövhə vurmaq üçün ondan ötrü bir
bəhanə olmuĢdu və Tenardye meyxanasına, adətən, ―Vaterloo serjantının meyxanası‖ deyərdilər.
Tenardye liberal, klassik və Bonapart tərəfdarı idi. Adını qocalmıĢ əsgərlər üçün ianə verənlərin
siyahısına yazdırmıĢdı. Kənddə danıĢardılar ki, o bir zamanlar keĢiĢ olmağa hazırlaĢırmıĢ.
Amma bizim fikrimizcə, o, olsa-olsa, meyxanaçı olmaq üçün hazırlaĢırmıĢ. QarıĢıq cinsli bu
alçaq adam çox ehtimal ki, Flandriyada Lill tərəflərində yaĢayan bir flamand, Parisdə – fransız,
Brüsseldə – bir belçikalı kimi özünü qələmə verər və sərhədin o tayında da, bu tayında da özünü
yerli kimi hiss edərdi. Onun Vaterlooda göstərdiyi qəhrəmanlıq bizə məlumdur. Oxucunun
gördüyü kimi, o, bu qəhrəmanlığına yalnız bir az bəzək-düzək vermiĢdir. Həyatı müvəffəqiyyət
və məğlubiyyətlərdən, hiyləgərliklərdən, təhlükəli iĢlərdən ibarət idi. Natəmiz vicdan hər zaman
nizamsız bir yaĢayıĢa səbəb olar. Belə ehtimal etmək olar ki, Tenardye 1815-ci il 18 iyun kimi
fırtınalı bir vaxtda yuxarıda söylədiyimiz və hər yeri dolaĢaraq, bəzilərinə mal satan, bəzilərini
qarət edən, həmiĢə bir iy duyaraq ərli, arvadlı, uĢaqlı, bütün ailə ilə axsaq yabılı bir arabaya
minib, qalib ordunun irəliləyən hissələrinin dalınca sürünən alverçi soyğunçular cinsindən idi.
Müharibə səfərini qurtardıqdan və dediyi kimi, bir azca var qazandıqdan sonra, Tenardye
Monfermeyldə yerləĢmiĢ və burada bir meyxana açmıĢdı.
Bu ―var‖ dediyi Ģey cənazələrlə dolu düzlərdən ―biçin‖ zamanı yığılmıĢ pul kisələrindən,
saatlardan, qızıl üzüklərdən, gümüĢ xaçlardan ibarət idi, lakin bunlar o qədər böyük bir sərvət
deyildi ki, meyxanaçıya çevrilmiĢ bu əsgər saqisinin həyatını uzun zaman təmin edə bilsin.
Tenardyenin hərəkətlərində söyüĢ söydüyü zaman – əsgər qıĢlasını, xaç çevirdiyi zaman isə
ruhani məktəbini xatırladan bir Ģey vardı. O, ağzıgöyçək bir adam idi və özünü alim kimi
göstərərdi. Lakin məktəb müəllimi onun danıĢığında ―nöqsan‖ olduğunu görmüĢdü. Müsafirlərin
haqq-hesabını çox gözəl düzəldərdi, ancaq usta adam bəzən bunlarda da imla xətalarına rast gələ
bilərdi. Tenardye sirr verməyən, həris, tənbəl və hiyləgər bir adam idi. O, xidmətçi qızlara əl
atardı, odur ki, arvadı xidmətçi saxlamazdı. Nəhəng qadın qısqanc idi. Elə bilirdi ki, bu arıq, sarı
adamcığaz bütün qadınların xoĢuna gəlir.
Bundan baĢqa xain, özünü idarə etməyi bacaran Tenardye dələduzların ehtiyatkarı idi. Bu cins –
ən murdar bir cinsdir, çünki onda riyakarlıq var.
Bu o demək deyil ki, yeri düĢəndə, Tenardye arvadı kimi hiddətlənə bilmirdi, lakin belə hallar
nadir hallardan idi. Bir də, Tenardye bütün insan nəslinə kin bəslədiyindən, ürəyində daim ən
dəhĢətli bir kin və nifrət qaynadığından, daim intiqam almaqla məĢğul olan adamlardan
olduğundan, baĢına gələn fəlakət və müvəffəqiyyətsizliklərdə ətrafdakıların müqəssir olduğunu
düĢündüyündən, öz acılarını qanuni zənn edərək, öz məyusiyyətlərini, iflaslarını, fəlakətlərini hər
zaman ilk qarĢıya çıxan adamın üzərinə yıxmağa hazır olduğundan, bəzən bütün bu hisslər onun
qəlbində coĢar, ağzı köpüklənər, gözlərini hiddət tutar, o, dəhĢət saçardı. Vay o kəslərin halına
ki, bu anda onun qabağını kəsmiĢ ola!
Bütün baĢqa xasiyyətlərlə bərabər, Tenardye müĢahidəçi və tez baĢa düĢən bir adam idi, yerinə
görə çox danıĢar, ya da sükut edərdi və həmiĢə olduqca zirək idi. BaxıĢı durbinlə baxanda
gözlərini qıymağa adət etmiĢ dənizçinin baxıĢına oxĢardı. Tenardye bir dövlət adamı idi.
Meyxanaya gələn hər bir yeni qonaq, Tenardyenin arvadına baxdıqda: ―Evin əsl sahibi budur‖
deyə düĢünərdi. Lakin bu düz deyildi! Tenardyenin arvadı ev sahibəsi belə deyildi. Tenardye
həm evin sahibi, həm də sahibəsi idi. O, hər Ģeyi yaradar, arvadı isə əməl edərdi. O, sanki, gözə
çarpmayan, lakin daimi bir maqnetik qüvvənin təsiri sayəsində hər Ģeyi idarə edərdi. Bu nəhəngi
itaətə gətirmək üçün Tenardyenin yalnız bir sözü, bəzən bir iĢarəsi belə kafi idi. Tenardyenin
arvadı üçün, bunu anlamasa da, öz əri xüsusi, ali bir məxluq idi. Tenardyenin arvadına bu barədə
haqq vermək lazım idi: o, heç bir zaman, ən xırda Ģeylərdə belə, cənab Tenardyeyə etiraz etməz
və heç bir zaman, mübahisəyə səbəb olsa belə (bu qeyri-mümkün bir fərziyyədir), ―özgələrinin
yanında‖ onunla mübahisə etməzdi. O heç bir zaman, qadınların çox vaxt buraxdığı, parlament
dilində ―hökumətin nüfuzunu pozmaq‖ adlanan bir səhvə yol verməzdi. Doğrudur, onların bu
saziĢi həmiĢə pislik məqsədilə olmuĢdur, lakin madam Tenardyenin ərinə itaətkarlığında bir
pərəstiĢ duyulurdu. Bu ət qayası, bu fırtına arıq, cılız bir müstəbidin çeçələ barmağının iĢarəsinə
tabe olardı. Burada təhrif edilmiĢ və məzəli bir Ģəkildə olsa da, böyük, ümumi bir qanun özünü
göstərirdi: hər zaman materiya ruh qarĢısında pərəstiĢ edər; bəzi eybəcərliklər hətta əbədi bir
gözəlliyin dərinliklərində yaĢamaqda haqlıdırlar. Tenardyedə müəmmalı bir Ģey vardı, bu kiĢinin
bu qadın üzərində hakimi-mütləq olması da bundan irəli gəlirdi. Bəzən Tenardye arvadının
nəzərində bir yanan çırağa bənzəyirdi, bəzən isə o, ərinin yalnız caynaqlarını hiss edirdi.
Bu qadın dəhĢətli bir məxluq idi. O yalnız öz uĢaqlarını sevər və yalnız ərindən qorxardı.
Analığına səbəb məməlilər cinsinə mənsub olması idi. Lakin onun analıq hissi də ancaq qızlarına
aid idi və aĢağıda görəcəyimiz kimi, o oğlanları sevmirdi. Ərinə gəlincə, onun varlanmaqdan
baĢqa heç bir arzusu yox idi.
Lakin o buna müvəffəq ola bilmirdi. Bu qədər istedadlı bir adam üçün münasib bir meydan yox
idi. Əgər adi bir sıfır üçün iflas etmək mümkünsə, Tenardye Monfermeyldə iflas edirdi. Bu lüt,
Ġsveçrədə, yaxud Pireney dağlarında olsaydı, milyoner olardı. Lakin meyxanaçı harada olursa-
olsun, özünü dolandırmalı idi.
Əlbəttə, bu ―meyxanaçı‖ sözünü biz burada dar mənada iĢlədirik və heç Ģübhəsiz ki, o
ümumiyyətlə, meyxanaçılar silkinə aid deyildir.
1823-cü ildə Tenardyenin min beĢ yüz franka qədər təxirəsalınmaz borcu vardı və bu onu çox
təĢviĢə salırdı.
Taleyin ona qarĢı daim mərhəmətsiz olmasına baxmayaraq, Tenardye – vəhĢilərdə xeyir əməl,
mədəni xalqlarda isə ticarət mənbəyi olan Ģeyin, yəni qonaqpərəstliyin ən dərin və bugünkü
mənasını çox gözəl baĢa düĢən adamlardan idi. Bundan baĢqa o, mahir bir ovçu idi, özgə
meĢələrində sərrast güllə ilə ov vurmaqda məĢhur idi. Bəzən sakit və soyuq bir gülüĢü vardı;
onun bu gülüĢü, xüsusən, qorxulu idi.
Bəzən bir iĢıq parıltısı kimi onun ağzından etiqad etdiyi meyxanaçılıq nəzəriyyələri çıxardı, onun
öz sənətinə məxsus qaydaları vardı ki, bunları arvadının beyninə yeritməyə çalıĢardı. Bir dəfə
hiddətli bir pıçıltı ilə arvadına bu sözləri baĢa salmıĢdı: ―Meyxanaçının borcu hər yolçuya
yemək, yataq, iĢıq, isti, kirli mələfə, xidmətçi qız, birə, təbəssüm satmağı, yolçuları
dayandırmağı, nazik pul kisələrini boĢaltmağı, qalın kisələri namuslu sürətdə yüngülləĢdirməyi;
səyahət edən bir ailəyə hörmətlə yer təklif etməyi, kiĢinin dərisini soymağı, arvadın tükünü
yolmağı, uĢağın qabığını çıxarmağı bacarmaqdır; o, pəncərənin açıq və bağlı olmağını, ocağın
yaxınlığındakı bucağı, kreslonu, stulu, kürsünü, oturacağı, tük döĢəyi, yun döĢəyi, bir qucaq
küləĢi, bir sözlə hər bir Ģeyi hesaba yazmalıdır. O, güzgünün qonaqların surətini nə dərəcə əyri
göstərdiyini bilməli, bunun üçün də onlardan pul almalıdır, nəhayət, nə olursa-olsun, hər bir
vasitə ilə yolçudan hər bir Ģey üçün, hətta itinin udduğu milçəklər üçün belə pul qoparmalıdır!‖.
Bu kiĢi və bu qadın izdivac bağları ilə bir-birinə bağlanan hiyləgərlik və kin demək idi – bu,
iyrənc və dəhĢətli bir ittifaq idi.
Əri düĢünüb mülahizə etdiyi zaman, arvadı uzaqda olan borcluları heç xatırlamadan, nə dünənki,
nə də sabahkı günün fikrini çəkmədən yalnız həriscəsinə hazırkı dəqiqə ilə yaĢayırdı.
Bu iki məxluq belə idi. Kozetta ər və arvadın arasında ikiqat zülm və əziyyət çəkirdi; onu, sanki,
dəyirman daĢları ilə üyüdüb, kəlbətinlə ətini qoparırdılar. Ər və arvad hərə öz bildiyi kimi onu
incidirdi: arvad Kozettanı ölüncəyə qədər döyərdi, kiĢi isə onun qıĢda ayaqyalın gəzməsində
müqəssir idi.
Kozetta pilləkənlə gah yuxarı, gah da aĢağı qaçar, yuyar, təmizlər, sürtər, yüyürər, taqətdən
düĢər, ağır Ģeyləri daĢımaqdan təngnəfəs olar və cansız olmasına baxmayaraq, çox ağır iĢlər
görərdi. Ona bir damcı rəhm etməzdilər! Arvad vəhĢi, kiĢi zalım! Tenardye meyxanası qalın bir
hörümçək toru kimi idi. Kozetta da bu torun içində çapalayırdı. Bu bədbəxt balaca xidmətçi,
sanki, köləliyin mücəssəməsi idi. O, hörümçəklərə qulluq edən bir milçəyə bənzəyirdi.
Zavallı uĢaq hər Ģeyə dözür, səsini belə çıxarmırdı.
Allah dərgahından yenicə ayrılaraq ömürlərinin ilk çağlarından bu cür insanlar arasında yalqız,
kimsəsiz, aciz qalmıĢ bu qəlblərdə, görəsən, nələr olur?
ÜÇÜNCÜ FƏSĠL.
Ġnsanlara Ģərab, atlara su.
Meyxanaya dörd nəfər yeni yolçu gəldi.
Kozetta dərin düĢüncələrə dalmıĢdı, səkkiz yaĢı olmasına baxmayaraq, baĢına o qədər müsibət
gəlmiĢdi ki, ələmli düĢüncələrə daldığı zaman balaca bir qarıya bənzəyirdi.
Bir gözünün qapağı madam Tenardyenin vurmuĢ olduğu bir yumruqdan qapqara qaralmıĢdı.
Arvad ara-sıra bunu gördükdə: ―Gözünün altındakı ləkəyə bax, bu qız nə yaman eybəcər imiĢ!‖
deyirdi.
Demək, Kozetta düĢünürdü ki, gecə olmuĢdur, həm də qaranlıq bir gecədir. Tərslikdən o yeni
gələn müsafirlərin otaqlarındakı bütün bardaqları və qrafinləri bir az bundan əvvəl təzə su ilə
doldurmuĢdu və boçkada su qalmamıĢdı. Yalnız bir Ģey ona təskinlik verirdi. Tenardyenin
meyxanasında nadir halda su içirdilər. Burada susuzlayan adam az deyildi, lakin onlar öz
yanğılarını su ilə deyil, Ģərabla söndürürdülər. Bir stəkan Ģərab əvəzinə bir stəkan su istəyən bir
qonaq tapılsa idi, hamı onu vəhĢi hesab edərdi. Lakin bir an oldu ki, qızcığaz tir-tir titrədi:
Tenardye qarı ocağın üzərində qaynayan qazanlardan birinin qapağını açdı, sonra isə bir stəkan
götürüb, sürətlə su boçkasının yanına gəldi, kranı açdı. UĢaq baĢını qaldırıb onun hərəkətlərini
izləyirdi. Krandan nazikcə su axdı. Stəkan ancaq yarıya qədər doldu.
Tenardye qarı:
– Lənət Ģeytana! – dedi. – Su yoxmuĢ ki! – və bir dəqiqəliyə susdu. Qız nəfəsini gizlətdi.
Tenardye qarı yarıya qədər dolmuĢ stəkana baxaraq:
– Hə! – dedi, – keçib, elə bu da çatar.
Kozetta yenə iĢinə davam etdi, lakin hələ on beĢ dəqiqə sinəsində bir yumaq kimi sıxılmıĢ
ürəyinin necə bərk döyündüyünü duydu.
O, ötən dəqiqələri bir-bir sayaraq, səhərin tez açılmasını Ģiddətlə arzulayırdı.
Ara-sıra müsafirlərdən biri küçəyə baxaraq:
―Nə yaman qaranlıqdır!‖ və ya: ―Bu qaranlıqda həyətdə ancaq piĢiklər gəzə bilər!‖ deyirdi. Bu
sözləri eĢitdikcə Kozetta qorxudan tir-tir əsirdi.
Birdən, meyxanada müsafir qalan səyyar alverçilərdən biri içəri girdi və kobud bir səslə bağırdı.
– Nə üçün mənim atıma su verilməyib?
Tenardye qarı:
– Necə verilməyib? Onu sulayıblar, – deyə cavab verdi. Alverçi yenə:
– Madam, mən isə sizə deyirəm ki, verilməyib! – deyə etiraz etdi.
Kozetta masanın altından çıxdı.
– Ağa, – dedi. – Vallah, sizin atınıza su verilmiĢdir, o, bir vedrə su içdi, lap dolu bir vedrə, mən
özüm ona su verdim, hələ onunla söhbət də elədim.
Bu, düz deyildi. Kozetta yalan danıĢırdı.
– Bir buna bax, boyu bir qarıĢdır, amma dağ boyda yalan danıĢır! – deyə alverçi səsləndi. – Sənə
deyirəm ki, at su içməmiĢdir, yaramaz! Mənim atım su istəyəndə o, bir cür fınxırır, mən onun
xasiyyətinə bələdəm!
Kozetta yenə öz dediyində durmuĢdu, kədərli bir təĢviĢdən xırıldayan səslə yavaĢca təkrar edirdi:
– ĠçmiĢdir, lap doyunca içmiĢdir.
Alverçi qəzəblənərək:
– Bəsdir! – dedi, – At bir damcı da su içməmiĢdir. Bu saat ona su verin, vəssalam.
Kozetta yenə masanın altında gizləndi.
Meyxanaçı qadın:
– Düz sözə nə var ki, – dedi, – heyvan su içməmiĢsə, onu sulamaq lazımdır.
O, ətrafına boylandı.
– Bəs bu biri heyvan hanı?
Masanın altına baxıb Kozettanı gördü. Zavallı qız masanın o biri baĢında qonaqların lap ayaqları
altında büzüĢərək oturmuĢdu.
Qarı:
– Di çıx görüm! – deyə bağırdı.
Kozetta sığındığı yerdən çıxmağa məcbur oldu.
– Vay səni, küçük! Get ata su ver!
Kozetta qorxa-qorxa etiraz etmək istədi:
– Xanım, axı suyumuz qurtarıb.
Tenardye qarı küçə qapısını taybatay açaraq:
– Qurtarıb get gətir. Cəld ol! – deyə bağırdı. Kozetta baĢını aĢağı saldı və ocağın küncündəki boĢ
vedrəni götürmək üçün getdi.
Vedrə qızın özündən böyük idi, qız onun içində lap rahatca yerləĢə bilərdi.
Meyxanaçı qadın yenə ocağa yaxınlaĢdı, taxta qaĢığı qazanda qaynayan xörəyin içinə salıb
dadına baxdı və öz-özünə:
– Bulaqda su çoxdur, – deyə donquldandı. – Buna bax, hələ bir danıĢır da. Amma nahaq yerə
soğanı süzmədim.
Sonra istiot və sarımsaqla bir yerdə xırda pul saxladığı qutunu eĢələyib:
– Mənə bax, ilan balası! – dedi. – Ala bu pulu, geriyə qayıdanda, çörəkçidən bir böyük çörək də
alarsan. Budur al, on beĢ su.
Kozettanın döĢlüyündə balaca bir yan cibi vardı, o, dinməz-söyləməz pulu alıb cibinə qoydu.
O, əlində vedrə, açıq qapının qarĢısında hərəkətsiz dayandı, sanki, kiminsə köməyə gələcəyini
gözləyirdi.
Meyxanaçı qarı:
– Di cəld ol! – deyə bağırdı.
Kozetta çıxdı. Qapı örtüldü.
DÖRDÜNCÜ FƏSĠL.
Kukla əhvalatı.
Oxucunun xatırladığı kimi, açıq havada tikilmiĢ taxta dükanlar, kilsədən baĢlayaraq Tenardyenin
meyxanasına qədər uzanırdı. Dükanların hamısı gecə duasına gedən ziyarətçilərin yolunda
olduğu üçün kağız qıflar içində yanan Ģamlarla iĢıqlandırılmıĢdı və axĢam, Tenardyenin
meyxanasında oturmuĢ olan məktəb müəlliminin dediyi kimi, bu ―füsunkar bir mənzərə‖ idi.
Lakin göydə bir ulduz belə görünmürdü.
Meyxananın qapısı ilə üzbəüz olan dükanda oyuncaq satırdılar. Burada teldən, ĢüĢədən,
tənəkədən qayrılmıĢ bir çox gözəl Ģeylər vardı. Vitrinin ön sırasında, ən görkəmli bir yerdə, ağ
dəsmallar üzərində, təxminən, iki fut hündürlüyündə böyük bir kukla qoyulmuĢdu. Kuklanın
əyninə çəhrayı rəngli krepdən tikilmiĢ zərif bir paltar geyindirilmiĢdi. BaĢında qızıl sünbülləri,
həqiqi saçları, minalı gözləri vardı. Bu qəribə oyuncaq bütün günü vitrində duraraq on yaĢına
qədər yolçuların heyrətinə səbəb olmuĢdu. Lakin bütün Monfermeyldə bu kuklanı öz uĢağı üçün
almağa iqtidarı olan varlı, yaxud israfçı bir ana tapılmadı. Eponina ilə Azelma saatlarla bu
kuklaya tamaĢa edirdilər. Kozetta belə, gizlinçə olsa da, bu kuklaya baxmağa cəsarət edirdi.
Kozetta əlində vedrə, qəmli və pəriĢan bir halda evdən çıxdığı zaman belə, ―xanım‖ adlandırdığı
bu gözəl kuklaya baxmaqdan özünü saxlaya bilmədi. Yazıq qız mat-mat baxırdı. O, hələ bu
kuklanı yaxından görməmiĢdi. Bu dükan ona bir saray, kukla isə – əfsanəvi bir xəyal kimi
görünürdü. Səfalət, yoxsulluq, ehtiyac içində sürünən bu balaca zavallı uĢağın gözləri
qarĢısından nur içində qərq olan bir sərab kimi heyrət, ehtiĢam, sərvət və səadət lövhələri keçdi.
Kozetta, uĢaqlara məxsus sadədil və həzin bir fəhmlə, onu da böyük kukladan nə qədər dərin bir
uçurum ayırdığını duyurdu. O, öz-özünə deyirdi ki, belə bir ―Ģeylə‖ oynamaq üçün ya bir kraliça,
ya da heç olmasa, bir Ģahzadə olmaq lazımdır. O, bu qəĢəng çəhrayı paltarı, bu gözəl saçları
məftuniyyətlə seyr edir və fikirləĢirdi: ―Ah, bu kukla nə qədər xoĢbəxtdir!‖. Qızcığaz gözlərini
bu sehrkar dükandan ayıra bilmirdi. Oyuncaqlara baxdıqca, daha çox heyrət edirdi. Elə bilirdi ki,
behiĢti görür. Böyük kuklanın arxasında ondan kiçik kuklalar vardı.
Bunlar Kozettanın gözlərinə pərilər, mələklər kimi görünürdü. Dükanın içərisində gəzinməkdə
olan alverçi isə onun gözlərində az qala Allaha bənzəyirdi.
Qızcığaz o qədər heyranlıqla tamaĢa edirdi ki, hər Ģeyi, hətta nə üçün göndərildiyini belə
unutmuĢdu. Birdən Tenardye qarının sərt səsi onu, sanki, yuxudan oyatdı:
– Necə! Sarsaq qız, sən hələ buradasan? Dayan bir, gör sənə nə edəcəyəm! De görüm, burada nə
edirsən? Bu saat get, deyirəm sənə!
O, təsadüfən küçəyə baxdıqda, Kozettanın dükan qabağında heyran-heyran durub baxdığını
görərək özündən çıxmıĢdı.
Kozetta vedrəni götürüb qaça-qaça su dalınca yüyürdü.
BEġĠNCĠ FƏSĠL.
Balaca qız tək-tənha.
Tenardyenin meyxanası kəndin kilsə olan tərəfində idi; odur ki, Kozetta su üçün ġel tərəfindəki
meĢədə olan bulağa getməli idi.
O, artıq dükanların vitrinlərinə baxmırdı. Çörəkçilər küçəsi ilə və kilsənin yaxınlığından getdiyi
müddətdə, o hələ iĢıqlı dükanlar yanından keçirdi, lakin bir az sonra son dükanla son iĢıq da
söndü. Zavallı qız qaranlıqda qaldı və qaranlığa batdı. Ürəyini bir qorxu basırdı, buna görə o,
yeriyə-yeriyə var qüvvəsi ilə vedrəni yellədirdi. Vedrə səsləndikcə, balaca qız da bir az
ürəklənirdi.
Qız yol getdikcə, qaranlıq daha da artırdı. Küçələr kimsəsiz idi. Lakin yenə də yolda bir qadına
rast gəldi. Qadın ona çatdıqda dayandı və öz-özünə mızıldandı: ―Bu balaca quzu haraya gedir?
Cindir, Ģeytandır, nədir?‖. Sonra, diqqət etdikdə, Kozettanı tanıdı. ―Buna bax, – dedi. – Bu ki,
bizim Torağaydır!‖.
Beləliklə, Kozetta Monfermeyl kəndinin ġel tərəfindəki kənarından əyri-üyrü, dolaĢıq, kimsəsiz
küçələrdən keçdi. Nə qədər ki, yolu evlər və hətta hasarlar arasından keçirdi o, xeyli cəsarətlə
addımlayırdı. Ara-sıra pəncərə qapaqlarının deĢikləri arasından Ģam iĢığı görünürdü, – burada
iĢıq, həyat vardı, burada insanlar yaĢayırdı. Bunu düĢündükcə, Kozetta sakitləĢirdi. Lakin o
irəlilədikcə Ģüursuz bir halda addımlarını saxlayırdı. Sonuncu evin tinini döndükdə, Kozetta
dayandı. Sonuncu dükanı keçəndən sonra yola davam etmək çətin idi; son evdən o yana yol
getmək isə ona qeyri-mümkün görünürdü. Vedrəni yerə qoyaraq, əlini saçlarına uzatdı və yavaĢ-
yavaĢ baĢını qaĢımağa baĢladı; qorxmuĢ və cəsarətsiz uĢaqlar adətən, belə edirlər. Kozetta
Monfermeylin lap kənarında dayanmıĢdı, bundan sonra tarlalar baĢlayırdı. Kozettanın qarĢısında
qaranlıq və izsiz bir çöl uzanırdı. Qız qorxu ilə bu qaranlığa baxırdı; burada insanlar yox idi,
burada vəhĢi heyvanlar ola bilərdi, kim bilir, bəlkə də, kabuslar dolaĢırdı. Kozetta getdikcə daha
artıq diqqətlə qaranlığa baxırdı, budur, otların arasında heyvanların ayaq səsini eĢitdi, ağaclar
arasında tərpənən kabusları gördü. O zaman Kozetta tez vedrəni götürdü, qorxu ona cəsarət
verdi. Öz-özünə dedi: ―Nə olsun! Ona deyərəm ki, bulaqda su yoxdur!‖. Bu qərarla o,
Monfermeylə qayıtdı.
Lakin yüz addım belə atmamıĢ Kozetta dayandı və yenə baĢını qaĢımağa baĢladı. Ġndi gözlərinə
Tenardye qarı göründü, bu mənfur və dəhĢətli qarı kaftar kimi ağzını ayırmıĢdı, gözləri
hiddətdən parıldayırdı. Qızcığaz aciz bir halda ətrafına boylandı. Nə etsin? Haraya getsin?
Qabaqda Tenardye qarının kabusu, arxada isə – qaranlığın və meĢələrin bütün cinləri dururdu.
Lakin Tenardye qarı daha qorxunc idi, Kozetta onun qabağında geri çəkildi. Qızcığaz yenə
bulağa doğru yüyürməyə baĢladı. Qaça-qaça kənddən çıxdı, qaça-qaça meĢəyə girdi, o artıq heç
bir Ģeyə baxmır, artıq heç bir Ģeyə qulaq asmırdı. Yalnız nəfəsinin daraldığını hiss etdiyi zaman
bir az ayaq saxladı, lakin yenə də dayanmadı. O, ümidsizlik içərisində yoluna davam edirdi. O,
ağlamağını güclə saxlayaraq, yüyürürdü. MeĢənin gecə səsləri onu hər tərəfdən bürüdü. O artıq
heç bir Ģey düĢünmür, heç bir Ģey görmürdü. Bu balaca məxluq gecənin nəhayətsizliyi ilə üz-üzə
gəlmiĢdi. Bir tərəfdə dünyanı bürümüĢ zülmət, o biri tərəfdə isə – bir heç, bir zərrə.
MeĢənin kənarından bulağa qədər yeddi-səkkiz dəqiqəlik yol vardı. Kozetta gündüzlər dəfələrlə
su üçün buraya gəldiyindən yolu yaxĢı tanıyırdı. Qəribə iĢdir, o yolu azmadı. Təbii bir hiss
dumanlı bir Ģəkildə onun hərəkətlərini idarə edirdi. Ağacların budaqları arasında, yaxud kolluqlar
içində dəhĢətli bir Ģey görəcəyindən qorxaraq, o nə sağına, nə soluna baxmadan yeriyirdi.
Nəhayət, bulağa çatdı.
Burada təbii bir bulaq vardı; torpağın içindən qaynayan su iki fut dərinliyində bir yalaq açmıĢdı.
Bulağın kənarlarını yosun və hündür otlar bürümüĢdü, ətrafında isə bir neçə iri daĢ düzülmüĢdü,
bulağın içindən sakit bir Ģırıltı ilə su axırdı.
Kozetta nəfəs almağı belə düĢünmədi. Çox qaranlıq idi, lakin o, bu bulağa su dalınca gəlməyə
adət etmiĢdi. Qaranlıqda sol əli ilə bulağın üstünə doğru əyilən cavan palıd ağacını axtarıb tapdı.
Bu ağac onun üçün, adətən, bir istinad nöqtəsi idi; o, əli ilə axtarıb bir budaq tapdı, budaqdan
yapıĢdı, bulağa tərəf əyildi və vedrəni suyun içinə saldı, həyəcandan qüvvəti üçqat artmıĢdı.
Suya doğru əyilərkən o, döĢlüyünün cibindəki pulun bulağın içinə düĢdüyünü görmədi və səsini
də eĢitmədi. Pul suya batdı. Qız dolu vedrəni çəkib, otun üstünə qoydu.
Ancaq indi o, yorulduğunu və taqətdən düĢdüyünü hiss etdi. O çox istəyirdi ki, tez geriyə
dönsün, lakin vedrəni doldurmaq üçün sərf etdiyi qüvvət həddindən artıq olduğundan, o bir
addım belə ata bilmədi. Ġstər-istəməz istirahət etməli idi. Otun üstündə çömbəlib oturdu və
yerindəcə donub qaldı.
Kozetta gözlərini yumdu, lakin sonra yenə açdı; o bunu nə üçün etdiyini bilmirdi. Lakin baĢqa
cür etməyə də qadir deyildi. Yanında vedrənin içində, su dairələrlə yayılaraq, tənəkdən qayrılmıĢ
ilanlar kimi parıldayırdı.
BaĢının üstündə tüstü pərdələrinə bənzəyən ağır, qara buludlarla dolu göy qaralırdı. Sanki,
gecənin qorxunc qaranlığı hər tərəfdən uĢağın üzərinə çökürdü.
Göyün ucsuz-bucaqsız dərinliklərində Yupiter üfüqə doğru enirdi. Kozetta çaĢqın bir nəzərlə bu
tanımadığı və qorxulu böyük ulduza baxırdı. Bu zaman planet, həqiqətən, sıx dumanlıqları
yararaq, üfüqün yaxınlığında görünürdü. Qalın duman qatı ona dəhĢətli qara-qırmızı rəng verirdi.
MəĢum qırmızı duman planetin həcmini böyüdürdü. O, qızaran bir yaraya bənzəyirdi.
Düzdən soyuq külək əsirdi. MeĢə zülmət içində, yarpaqlar hərəkətsiz idi, yaya məxsus gizli və
canlı bir parıltı yox idi, qurumuĢ iri budaqlar hədələyici tərzdə uzanırdı. Çökəklərdə sısqa
eybəcər kollar xıĢıldayırdı. Hündür otlar Ģimal küləyi altında əyilərək ilan balığı kimi qıvrılırdı.
Göyəm ağacının budaqları, ovunu ələ keçirməyə çalıĢan qorxunc caynaqlı uzun əllər kimi
uzanmıĢdı. Küləyin apardığı quru süpürgə kolları sürətlə qızın yanından ötürdü, onlar, sanki,
böyük bir dəhĢətlə öz canlarını düĢməndən xilas etmək üçün qaçırdılar. Uzaqda qəmli çöllər
uzanırdı.
Qaranlıqdan baĢ gicəllənir. Ġnsana iĢıq lazımdır, qaranlığa dalanlar ürəklərinin necə dayandığını
hiss edirlər. Ġnsanın gözləri qarĢısında qaranlıq olanda, Ģüuru da qaralır. Gecənin gözgörməz
qaranlığında ən cəsur insan üçün belə dəhĢətli bir Ģey var. Gecə vaxtı heç kəs meĢədən qorxusuz
keçə bilməz. Kölgələr və ağaclar qaranlığın təhlükəli mücəssəmələridir. Gözgörməz qaranlıqda
xəyallar, kabuslar, cinlər doğar. Bir neçə addımlıqda belə kabus kimi ağıl irməz Ģeylər
görünməyə baĢlayır. Fəzada – öz beynində – mürgüləyən çiçəklərin xəyalları kimi gizli və
dumanlı Ģeylər üzdüyünü görürsən. Üfüqlərdə qorxunc kölgələr doğur. Böyük qara bir boĢluğun
buxarları nəfəsinə dolur. Qorxursan da, dönüb baxmaq da istəyirsən. Gecənin qaranlığında
dəhĢət saçan uçurumlar, kölgələr, yaxınlaĢdığın zaman yox olan səssiz heykəllər, tərpənən
ağaclar, qaranlıqda ələmin inikası olan qurğuĢun rəngli gölməçələr, məzar kimi dərin bir sükut,
hər növ məchul məxluqlar, budaqların əsrarəngiz yırğalanması, ağacların qorxunc gövdələri,
xıĢıldayan otların uzun telləri – bütün bunların qarĢısında özünü aciz hiss edirsən, elə bir
qorxmaz insan yoxdur ki, bu dəhĢətlərdən sarsılmasın, təĢviĢə düĢməsin. Bu elə iyrənc bir hissdir
ki, guya, ruhun qaranlığa qovuĢur. Bu qaranlıqda əriyib yox olmaq uĢaq üçün təsviredilməz
dərəcədə dəhĢətlidir.
MeĢələr sirlər və dəhĢətlərlə doludur və uĢaq qəlbinin incə qanadlarının titrəyiĢi meĢənin dəhĢətli
qübbəsi altında can verən insanın ahına bənzər.
Kozetta öz duyğularını özü belə anlaya bilməyərək, təbiətin bu nəhayətsiz qaranlığının onu
bürüdüyünü hiss edirdi. Qorxu deyil, ondan daha dəhĢətli bir Ģey onu bürüdü. O, baĢdan ayağa
kimi titrəyirdi. Qəlbini buz kimi donduran bu titrəyiĢdə elə xariqüladə bir Ģey vardı ki, bunu
sözlə təsvir etmək mümkün deyildir. Onun gözlərində vəhĢi bir Ģey göründü. Ona elə gəlirdi ki,
sabah həmin vaxtda yenə buraya qayıtmaq arzusundan özünü saxlaya bilməyəcəkdir.
O zaman, sanki, bir sövq-təbii ilə, anlamadığı, lakin qorxduğu bu qəribə vəziyyətdən xilas olmaq
üçün o ucadan ―bir, iki, üç, dörd‖ deyə saymağa baĢladı. Ona qədər saydıqdan sonra yenidən
baĢladı. Bunun sayəsində o, varlığı yenə düzgün dərk etdi. O, bulaqdan su götürərkən islanan
əllərinin keyidiyini hiss etdi. Ayağa durdu. Yenə onu qorxu bürüdü, təbii və yenilməz bir qorxu.
Fikrindən yalnız bir Ģey keçirdi: qaçmaq, geriyə baxmadan qaçmaq, bu meĢədən, bu düzdən
evlərə doğru, iĢıqlı pəncərələrə doğru qaçmaq... Gözləri yanındakı vedrəyə sataĢdı. Tenardye
qarının qorxusu o qədər böyük idi ki, su vedrəsini götürmədən qaçmağa cəsarət etmədi. Ġki əli ilə
vedrənin qulpundan yapıĢdı və çətinliklə qaldırdı.
Dolu vedrəni aparmaq onun üçün çox çətin idi. O, iki addım getdikdən sonra dayanıb vedrəni
yerə qoymağa məcbur oldu. Nəfəsini dərdi, yenə vedrənin qulpundan yapıĢıb yeriməyə baĢladı.
Bu dəfə bir qədər artıq yol getdi, lakin yenə dayanmağa məcbur oldu. Bir neçə saniyə istirahət
etdikdən sonra yoluna davam etdi. Kozetta bir qoca qarı kimi əyilərək və baĢını sallayaraq
yeriyirdi. Vedrənin ağırlığı nazik qollarını dartır, kəskinləĢdirirdi: vedrənin dəmir qulpu keyimiĢ
barmaqlarını üĢüdürdü. Ara-sıra Kozetta dayanır və hər dəfə dayandıqca, soyuq su vedrənin
kənarından tökülərək onun yalın ayaqlarını isladırdı. Bu hadisə meĢənin ortasında, qıĢ gecəsində,
insan nəzərlərindən uzaq bir yerdə baĢ verirdi, qızcığazın ancaq səkkiz yaĢı vardı. Bu ürək
parçalayan mənzərəni yalnız Tanrı görürdü.
Əfsus ki, bunu, əlbəttə, anası da görürdü!
Çünki dünyada elə Ģeylər olur ki, ölüləri belə öz məzarlarından ayağa qaldırır.
Kozetta xəstə bir xırıltı ilə nəfəs alır, hıçqırıqlar onu boğurdu, lakin Tenardye qarıdan o qədər
qorxurdu ki, ondan uzaqda belə ağlamağa cəsarət etmirdi. Kozetta bu qadının hər zaman və hər
yerdə öz yanında olduğunu duymağa adət etmiĢdi.
O, çox yavaĢ yeridiyindən az yol getmiĢdi. Nə qədər az dayanmağa və çox yeriməyə çalıĢırdısa,
yenə də yol azalmırdı. Monfermeylə qədər bir saatdan artıq yol getməli olduğunu və evə
qayıtdıqda Tenardye qarının onu yenə döyəcəyini düĢündükcə, bədəni əsirdi. Bu qorxu, meĢədə
gecə vaxtı yapyalqız qalmaqdan hiss etdiyi dəhĢəti daha da Ģiddətləndirirdi. Tanıdığı qoca bir
Ģabalıd ağacına çatdıqda Kozetta yorğunluğunu daha yaxĢı almaq üçün son dəfə olaraq dayandı
və sonra var qüvvəsini toplayaraq, vedrəni qaldırdı və cəsarətlə yola düĢdü. Bununla belə, zavallı
qızcığaz dərin bir məyusluqla: ―Aman Allah, aman Allah!‖ deyə inləməkdən özünü saxlaya
bilmədi.
Bu anda o, vedrənin nədənsə yüngülləĢdiyini hiss etdi. Onun gözlərinə böyük görünən bir əl
vedrənin qulpundan yapıĢdı və asanlıqla yuxarı qaldırdı. Kozetta baĢını qaldırdı. Qaranlıqda
ucaboylu və qara bir kölgənin onunla yanaĢı yeridiyini gördü. Bu, Kozettanın dalınca gələn kiĢi
idi. Qızcığaz onun addımlarını belə duymamıĢdı və yanaĢdığını görməmiĢdi. Bu adam dinməz-
söyləməz vedrəni onun əlindən aldı.
Həyatın bütün hadisələrində insan təbii bir hissin xəbərdaredici səsini eĢidir.
UĢaq qorxmadı.
ALTINCI FƏSĠL.
Bu fəsildə Bulatruelin bəlkə də, axmaq
olmadığı təsdiq olunur.
Həmin o gün, yəni 1823-cü ilin Milad bayramı axĢamında günortadan sonra, Parisdə Xəstəxana
bulvarının ən tənha bir yerində bir adam xeyli vaxt olardı ki, gəzinməkdə idi. Bu, özü üçün
mənzil axtaran bir adama bənzəyirdi və görünür, Sen-Marso məhəlləsinin xaraba kənarlarındakı
ən sadə, kiçik evləri üstün tuturdu.
Bu adamın, doğrudan da, bu uzaq məhəllədə otaq tutduğunu aĢağıda görəcəyik.
Bu adam istər paltarı və istərsə ümumi görünüĢü ilə nəcib dilənçi adlana biləcək yoxsullara
bənzəyirdi. Çox yoxsul olmaqla bərabər, olduqca təmiz geyinmiĢdi. Bu – çox az təsadüf edilən
bir haldır ki, həssas ürəklərdə bu qədər yoxsul və bu qədər ləyaqətli bir adama qarĢı ikiqat
hörmət oyadır. BaĢında çox köhnə olsa da, tərtəmiz bir Ģlyapa, əynində tünd sarı rəngli qaba bir
mahuddan tikilmiĢ – bu rəng o zamanlar çox da qəribə görünmürdü – sürtülüb köhnəlmiĢ bir
redinqot, köhnə dəbli, cibli və qapalı bir jilet, dizlərinin rəngi qaçmıĢ qara pantalon, qara yun
corab və mis toqqalı sadə, kobud çəkmələri vardı. O, keçmiĢdə bir zadəgan ailəsində mürəbbilik
edən bir mühacirə bənzəyirdi. Ağappaq saçları, əlinın qırıĢları, solğun dodaqları, üzündəki ələm
və yorğunluq yaĢının altmıĢı keçmiĢ olduğunu göstərirdi. Ahəstə, lakin möhkəm yeriĢi, hər bir
hərəkətində gözə çarpan böyük bir qüvvət isə olsa-olsa, əlli yaĢlı bir qocanın təsirini bağıĢlayırdı.
Alnının qırıĢlarında elə bir nəcabət görünürdü ki, onun üzünə baxanlar ona hüsn-rəğbət
bəsləməyə bilməzdi. Ġlk baxıĢda sərt görünən qapalı dodaqlarında eyni zamanda məzlumluq hiss
olunurdu. Dərin baxıĢlarında nə isə həzin bir sakitlik vardı. Sol əlində cib yaylığına sarılı balaca
bir bağlı, sağ əlində isə çəpərdən çıxarıldığı hiss olunan bir ağac vardı. Bu ağac çox diqqətlə
yonulmuĢdu və o qədər də kobud görünmürdü; Ģaxları kəsilmiĢdi, baĢında isə qırmızı surğucdan
qayrılmıĢ və mərcana bənzəyən iri bir baĢlığı vardı. Bu, dəyənək idi, lakin əsaya bənzəyirdi.
Xəstəxana bulvarında, xüsusilə qıĢ günlərində, gediĢ-gəliĢ çox az idi. Bu adam isə büruzə
vermədən, buna çox da təəssüf etmir, sanki, adamlara rast gəlməkdən artıq, onlardan çəkinməyə
çalıĢırdı.
O zamanlar kral XVIII Lüdovik hər gün ġuazi-le-Raya gedərdi. Bu onun ən çox sevdiyi
gəzintilərdən idi, hər gün təqribən saat ikidə, kral ekipajı və məiyyətinin çapa-çapa Xəstəxana
bulvarının yanından keçdiyini görmək olardı. Məhəllədə yaĢayan yoxsullar üçün kralın
bulvardan keçməsi həm divar, həm də cib saatını əvəz edirdi. Onlar deyərdilər: ―Artıq saat ikidir
– odur, kral Tüilriyə qayıdır‖.
Bəziləri onun qabağına çıxar, bəziləri isə kənara çəkilərdi, çünki hər dəfə kralın görünməsi
qarıĢıqlığa səbəb olurdu. XVIII Lüdovikin Paris küçələrində görünməsi və yox olması müəyyən
bir təsir belə bağıĢlayırdı. Bu keçid ani olsa da, əzəmətli idi. Bu Ģikəst kral yoldan sürətlə
keçməyi sevərdi: yerimək iqtidarında olmadığından, o çapa-çapa keçmək istəyirdi; bu axsaq kral,
mümkün olsaydı, ildırımı cilovlardı. O, mühafizələrin yalın qılıncları arasında sakitanə və sərt
bir tövrlə keçərdi. Qapıları üzərində böyük zanbaq budaqları təsvir edilmiĢ ağır, yaldızlı kareta
gurultu ilə küçədən keçərdi. Adamlar karetanın içini ancaq ötəri görərdilər. Karetanın içində, sağ
küncündə ağ ipək yastıqlar üzərində geniĢ, alyanaqlı, möhkəmcə bir üz, kəkilli və təzəcə
pudralanmıĢ saçlar, təkəbbürlü, qəddar və hiyləgər bir baxıĢ, incə bir təbəssüm, mülki paltarı
üzərinə sallanan qızıl saçaqlı iki iri epolet, Qızıl yun ordeni, Müqəddəs Lüdovik xaçı, Fəxri
legion niĢanı, gümüĢ Müqəddəs ruh ulduzu, yekə bir qarın və geniĢ mavi bir orden lentası
görünərdi; bu, kral idi. ġəhərdən çıxandan sonra o, ağ plümajlı Ģlyapasını uzun ingilis ketrləri
sarınmıĢ dizlərinin üstündə tutardı. ġəhərə girdiyi zaman Ģlyapasını baĢına qoyar, bəzən
yolçuların salamlarına cavab verərdi. Kral xalqa soyuq baxdığı kimi, xalq da ona qarĢı soyuq
rəftar edərdi. Kral birinci dəfə Sen-Marso məhəlləsində görünərkən, onun qazana bildiyi bütün
müvəffəqiyyət bir ustanın yoldaĢına söylədiyi sözlərlə öz ifadəsini tapmıĢdı. ―Bax, bu yoğun
adam hökumətdir‖.
Beləliklə, kralın bu məhəllədə eyni saatda görünməsi hər gün Xəstəxana bulvarı əhalisi üçün bir
hadisə idi.
Görünür, sarı redinqotlu adam bu məhəllə əhalisindən deyildi. Hətta Paris əhalisindən də deyildi.
Çünki bu hadisədən xəbəri yox idi. Saat ikidə bir eskadron gümüĢ baftalı qvardiyaçılarla əhatə
olunmuĢ kral karetası Salpetrieri keçərək, bulvara çatdığı zaman, sarı redinqotlu adam heyrət
etmiĢ və hətta qorxmuĢdu. Yan tərəfdəki xiyabanda ondan baĢqa kimsə yox idi. O, dərhal hasarın
arxasında gizləndisə də, hersoq d’Avre onu gördü. Həmin gün hersoq d’Avre növbətçi qvardiya
zabiti olduğundan karetada kralla üzbəüz oturmuĢdu, hersoq krala xitabən: ―Bu çox Ģübhəli
adama oxĢayır!‖ dedi. Kralın yolunu diqqətlə nəzərdən keçirən polislər də bu adamı gördülər və
onlardan birinə yolçunu izləmək əmri verildi. Lakin sarı redinqotlu adam məhəllənin tənha
küçələrinə daldığından və həmçinin artıq qaranlıq çökməyə baĢladığından, polis nəfəri onu
gözdən itirdi. Həmin axĢam daxili iĢlər naziri və polis prefekti qraf Anqlesə verilən raportda bu
xüsusda məlumat verilirdi.
Polis nəfərini azdırandan sonra sarı redinqotlu adam addımlarını sürətləndirdi, lakin dalınca heç
kəsin gəlmədiyini müəyyən etmək üçün dəfələrlə dönüb geri baxırdı. Saat beĢə on beĢ dəqiqə
iĢlədiyi zaman, yəni artıq qaranlıqlaĢandan sonra bu adam Port-Sen-Marten teatrının yanından
keçirdi. O gecə burada ―Ġki katorqalı‖ tamaĢasını verirdilər. Teatr fənərləri ilə iĢıqlandırılmıĢ
afiĢa, görünür, onu heyrətləndirmiĢdi. Tələsik getsə də, afiĢanı oxumaq üçün ayaq saxladı. Bir an
sonra bu adam dar PlanĢet dalanına çatdı, o zaman Laniyə gedən dilican kontorunun yerləĢdiyi
―Qalay boĢqab‖ mehmanxanasına daxil oldu. Dilican saat beĢin yarısında yola düĢürdü. Atlar
qoĢulmuĢdu, arabaçının çağırdığı sərniĢinlər köhnə yol arabasının uca dəmir pilləkənini tələsik
dırmaĢırdılar.
Yolçu soruĢdu:
– BoĢ yeriniz varmı?
– Yalnız bircə yer var, o da mənim yanımda, qozlada, – deyə arabaçı cavab verdi.
– Mən o yeri götürürəm.
– ƏyləĢin.
Lakin arabaçı yerindən tərpənməzdən əvvəl sərniĢinin sadə paltarını, boğçasını nəzərdən keçirib,
pulu qabaqcadan istədi.
– Siz Laniyə qədər gedəcəksiniz? – deyə soruĢdu.
Yolçu:
– Bəli, – dedi və Laniyə qədər yol pulunu verdi.
Yola düĢdülər. Qarovulxananı keçəndən sonra arabaçı yolçu ilə söhbətə giriĢmək istədi, lakin
yolçu könülsüz cavab verirdi. Arabaçı fit çalmağa və atları söyməyə baĢladı.
Bir az sonra arabaçı bürüncəyinə sarındı. Hava soyuq idi. Lakin yolçu heç bir Ģeyə əhəmiyyət
vermir kimi görünürdü. Beləliklə, Qurne və Nel’i-sür-Marneni keçdilər.
AxĢam saat altıya yaxın ġelə çatdılar. Atları dincəltmək üçün arabaçı karetanı kral abbatlığının
köhnə binasındakı meyxananın qabağında saxladı.
Yolçu:
– Mən burada düĢəcəyəm, – dedi.
O, boğçası ilə ağacını götürüb dilicandan aĢağı tullandı. Bir dəqiqə sonra gözdən yox oldu.
O, meyxanaya girmədi.
Bir qədər sonra dilican yenə Laniyə doğru yola düĢdükdə, bu adama ġelin baĢ küçəsində də rast
gəlmədilər.
Arabaçı, dilicanın içində oturan yolçulara tərəf dönərək:
– Bu adam buralı deyildir, – dedi, – mən onu tanımıram. Zahirən pulsuz adama oxĢayır, amma
pula heç hayıfı gəlmir. Laniyə qədər yol pulunu verdiyi halda, ancaq ġelə qədər gəldi. Gecədir,
hər kəs evində, qapıların hamısı bağlıdır, amma o, meyxanaya girmədi, yolda da görünmür. Elə
bil, yer yarıldı, yerə batdı.
Yolçu isə yerə-zada batmamıĢdı, o, qaranlıqda sürətlə ġelin baĢ küçəsindən keçirdi, sonra kilsəyə
çatmadan sola tərəf döndü, Monfermeylə gedən torpaq yola çıxdı, sanki, bu kəndin otlaqlarını
yaxĢı tanıyırdı və dəfələrlə burada olmuĢdu.
O, sürətlə Monfermeyl yolu ilə getməyə baĢladı. Bu yolun Qanidən Laniyə gedən ətrafı ağaclı
köhnə Ģoseyə çıxdığı yerində ayaq səsləri eĢitdi. Tələsik özünü bir xəndəyə verdi, yolçuların
gəlib keçməyini gözlədi. Söylədiyimiz kimi, dekabr ayının soyuq və qaranlıq gecələrindən biri
olduğu üçün, bu ehtiyat artıq idi. Göydə ancaq iki ya üç ulduz parlayırdı.
Elə həmin bu yerdə yoxuĢ baĢlayırdı. Lakin yolçu Monfermeyl yolu ilə düz getmədi. O, sağa
döndü, tarlalardan keçib meĢəyə girdi.
MeĢədə yavaĢ-yavaĢ yeriməyə baĢladı. Diqqətlə hər bir ağaca baxır, addım-addım irəliləyir,
sanki, bir Ģey axtarır və yalnız özünün bildiyi gizli bir yolla gedirdi. Birdən yolunu azmıĢ kimi
mütərəddid bir halda dayandı. Ehmal-ehmal yeriyərək, nəhayət, qaranlıqda ağaran bir yığın daĢın
yanına çatdı. Tələsik bu daĢlara yanaĢdı, gecənin dumanlı olmasına baxmayaraq, diqqətlə bu
daĢları gözdən keçirdi. Bu daĢ yığınından bir neçə addım o tayda, qocalıq əlaməti olaraq
düyünlərlə dolu iri bir ağac vardı. Yolçu ağaca yanaĢıb, əlini ağacın gövdəsinə sürtdü, sanki,
ağacın qabığındakı düyünləri yoxlamaq və saymaq istəyirdi.
Bu, göyrüĢ ağacı idi. Onun qarĢısında bir Ģabalıd ağacı daha vardı. Ağaca xəstəlik düĢdüyündən,
qabığı soyulurdu. Üstünə sarğı əvəzinə bir sink parçası mıxlanmıĢdı. Yolçu pəncəsi üstə
qalxaraq, bu sink parçasına toxundu.
Sonra o, ağacla daĢ yığını arasındakı yeri bir neçə dəfə dolaĢdı, sanki, bu yerin qazılıb-
qazılmadığını yoxlamaq istəyirdi.
Bunu edəndən sonra ətrafına baxdı, yenə meĢə ilə yoluna davam etdi.
Bu, bir az bundan əvvəl Kozettaya rast gələn adam idi.
Monfermeylə doğru gedərək, ağacların arasından keçərkən, inildəyə-inildəyə yeriyən balaca bir
kölgəyə rast gəldi. Bu kölgə gah dayanıb yükünü yerə qoyur, gah da yenə götürüb, yoluna davam
edirdi. Yolçu yaxınlaĢdıqda bu kölgənin böyük bir su vedrəsi aparan balaca bir qız olduğunu
gördü. O, dərhal qızcığaza yanaĢaraq, dinməz-söyləməz vedrənin qulpundan yapıĢdı.
YEDDĠNCĠ FƏSĠL.
Kozetta qaranlıqda naməlum adamla yol gedir.
Dediyimiz kimi, Kozetta qorxmadı.
Yolçu onunla danıĢmağa baĢladı. Səsi sakit və ciddi idi.
– Bala, bu yük sənin üçün çox ağırdır.
Kozetta baĢını qaldıraraq cavab verdi:
– Bəli, cənab.
O:
– Ver, mən götürüm, – dedi.
Kozetta vedrənin qulpunu buraxdı. Yolçu onunla yan-yana yeriməyə baĢladı. Öz-özünə:
– Doğrudan da, bu çox ağırdır, – deyə mızıldandı. Sonra qızdan soruĢdu:
– Balaca, sənin neçə yaĢın var?
– Səkkiz yaĢındayam, cənab.
– Haradan gəlirsən?
– MeĢədəki bulaqdan.
– Yolun çox uzaqdır?
– Hələ on beĢ dəqiqəlik yolum var.
Yolçu bir az sükut etdikdən sonra, birdən soruĢdu:
– Demək, sənin anan yoxdur?
– Bilmirəm, – deyə uĢaq cavab verdi və yolçu hələ ona söz söyləməyə macal tapmadan, əlavə
etdi:
– Mənə elə gəlir ki, anam yoxdur. Hamının anası var, amma mənim anam yoxdur.
Bir az susduqdan sonra, yenə davam etdi:
– Yəqin, mənim heç vaxt anam olmamıĢdır.
Yolçu dayandı. Vedrəni yerə qoydu, uĢağa tərəf əyilib çiyinlərindən tutdu, diqqətlə üzünə baxdı.
Qaranlıqda, sanki, onu tanımaq istəyirdi.
Kozettanın arıq və zavallı üzü göyün ağımtıl boz iĢığında tutqun bir Ģəkildə görünürdü.
– Sənin adın nədir?
– Kozetta.
Yolçu, elektrik vurmuĢ kimi diksindi. O yenə uĢağın üzünə baxdı, əllərini Kozettanın
çiyinlərindən götürərək, vedrəni qaldırdı və addımladı.
Bir az sonra o soruĢdu:
– Balaca, bəs sən harada olursan?
– Monfermeyldə. Bilirsinizmi haradadır?
– Bu saat biz oramı gedirik?
– Bəli, cənab.
Bir az da keçdi. Yolçu yenə soruĢdu:
– Bəs səni bu gecə vaxtında su üçün meĢəyə kim göndərmiĢdir?
– Madam Tenardye.
Yolçu soyuqqanlılıqla danıĢmağa çalıĢırdısa da, səsində nədənsə qəribə bir titrəyiĢ vardı.
– Bu madam Tenardye nə ilə məĢğuldur?
– O mənim xanımımdır, – deyə uĢaq cavab verdi. – Karvansara saxlayır.
– Karvansara? – deyə yolçu təkrar soruĢdu. – YaxĢı oldu, bu gecəni mən də oraya gedərəm, –
dedi.
Qız:
– Biz indi oraya gedirik, – dedi.
Yolçu xeyli sürətlə yeriyirdi, lakin Kozetta da ondan geri qalmırdı. Qızcığaz artıq yorğunluq hiss
etmirdi. Ara-sıra sakit-sakit və nə isə sonsuz bir etimadla yolçuya baxırdı. Heç kəs ona dua
etməyi öyrətməmiĢdi. Lakin o, göylərə çevrilmiĢ ümid və sevinc hissinə bənzəyən bir Ģey hiss
edirdi.
Bir neçə dəqiqə keçdi. Yolçu yenə dilləndi:
– Məgər madam Tenardyenin qulluqçusu yoxdur?
– Yox, cənab.
– Elə tək sənsən?
– Bəli, cənab.
Yenə susdular. Sonra Kozetta dedi:
– Onun iki balaca qızı daha var.
– Hansı balaca qızlar?
– Polina və Zelma.
Meyxanaçıya bu qədər xoĢ gələn bu romantik adları Kozetta bu cür sadələĢdirirdi.
– Bəs bu Polina ilə Zelma kimdir?
– Bunlar madam Tenardyenin qızlarıdır.
– Bəs bu qızlar nə edir?
– Ah! – deyə Kozetta səsləndi. – Onların gözəl kuklaları var, cürbəcür parıldayan oyuncaqları
var. Onlar oynayır, əylənirlər...
– Elə bütün günü?
– Bəli, cənab.
– Bəs sən?
– Mən iĢləyirəm.
– Bütün günümü?
Qız iri gözlərini qaldırdı, yolçuya baxdı, gözlərində yaĢ vardı, lakin gecənin qaranlığında
görünmürdü. Acizanə bir səslə cavab verdi:
– Bəli, cənab.
Bir az susduqdan sonra Kozetta əlavə etdi:
– Hərdənbir, iĢimi qurtaranda icazə versələr, mən də oynayıram.
– Bəs sən necə oynayırsan?
– Elə bildiyim kimi. Bir söz demirlər. Ancaq mənim oyuncağım azdır. Polina ilə Zelma
istəmirlər ki, mən onların kuklaları ilə oynayım. Mənim ancaq bir balaca qalay qılıncım var, bax
bu boyda.
Qız çeçələ barmağını göstərdi.
– Qılıncın bir Ģey kəsirmi?
– Bəli, cənab, – deyə qız cavab verdi. – Qılıncım salat kəsir, bir də milçək baĢı kəsir...
Kəndə çatdılar. Kozetta yolçunu küçələrlə apardı. Onlar çörəkxananın yanından keçdilər, lakin
Kozettanın çörək almalı olduğu yadına düĢmədi. Yolçu artıq ondan bir Ģey soruĢmurdu. O,
kədərli bir sükuta dalmıĢdı. Kilsəni keçəndən sonra, yolçu açıq havada qurulmuĢ olan dükanları
görüb, soruĢdu:
– Burada bazarmı açılmıĢdır?
– Xeyr, cənab, Milad bayramıdır.
Mehmanxanaya bir neçə addım qaldıqda, Kozetta qorxa-qorxa yolçunun əlinə toxundu:
– Cənab! – dedi.
– Nə var, bala?
– Ġndi lap evə çatmıĢıq.
– Nə olsun ki?
– Ġndi mən vedrəni sizdən ala bilərəmmi?
– Nə üçün?
– Xanım görsə ki, vedrəni gətirəndə mənə kömək ediblər, məni döyər.
Yolçu vedrəni Kozettaya verdi. Bir dəqiqə sonra artıq onlar meyxananın qapısında idilər.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Varlı ola biləcək bir yoxsulu qəbul etməyin pis cəhətləri.
Kozetta oyuncaq dükanının pəncərəsində hələ də görünən böyük kuklaya oğrun-oğrun
baxmaqdan özünü saxlaya bilmədi, sonra qapını döydü. Qapı açıldı. Meyxanaçı qarı əlində Ģam
qapının ağzında göründü.
– Sənsən, avara? Axır ki, gəlib çıxdın! Harada itib batmıĢdın? Haraları gəzirdin, utanmaz!
Kozetta qorxusundan titrəyərək:
– Xanım, – dedi, – bu cənab gecəni sizdə qalmaq istəyir.
Tenardye qarının üzündəki kobudluq birdən silindi, o, iltifatla iriĢməyə baĢladı – bir anda
dəyiĢmək meyxanaçılara xas olan bir Ģeydir. O, acgözlüklə yolçunu nəzərdən keçirirdi.
– Sizsinizmi, cənab? – dedi.
– Bəli, xanım, – deyə yolçu cavab verdi və əlini Ģlyapasına toxundurdu.
Varlı səyyahlar bu qədər nəzakətli olmurlar. Səyyahın bu hərəkəti, gözdən keçirilmiĢ paltarı və
boğçası Tenardye qarını məyus etdi. NəvaziĢli iriĢmə üzündən yox oldu. Üzündə yenə kobud bir
ifadə göründü. Quru bir səslə:
– Buyurun, – dedi.
Yolçu içəri girdi. Tenardye qarı bir daha ona baxdı, xeyli sürtülmüĢ redinqotuna, bir qədər
əzilmiĢ Ģlyapasına xüsusi diqqət etdi, sonra baĢı ilə ona tərəf iĢarə edərək üzünü turĢutdu və hələ
də arabaçılarla içki içən ərinə göz vurub sualedici nəzərlə ona baxdı.
Əri buna cavab olaraq, baĢ barmağını yavaĢca oynatdı, dodaqlarını büzdü, bu isə: ―Lütün
birisidir!‖ demək idi. Bundan sonra Tenardye qarı:
– Vay, – dedi, – nə pis oldu, bizim heç boĢ otağımız yoxdur.
Yolçu:
– Məni istədiyiniz yerdə yerləĢdirə bilərsiniz, – dedi, – istəyirsiniz çardaqda, istəyirsiniz tövlədə,
mənim üçün fərqi yoxdur. Mən yenə ayrıca otağın pulunu verə bilərəm.
– Qırx su.
– Qırx su? Razıyam.
– YaxĢı.
Arabaçılardan biri Tenardye qarıya xəlvətcə pıçıldayaraq:
– Necə yəni qırx su? – dedi. – Otağın qiyməti ancaq iyirmi su deyilmi?
Tenardye qarı yavaĢcadan cavab verdi:
– Bəli, ancaq bunun üçün otağın qiyməti qırx sudur. Yoxsullara bundan ucuz otaq vermirəm.
Bu halda əri mülayim bir səslə dedi:
– Doğru deyir, belə adamları gecələməyə buraxmaq karvansaranın nüfuzunu aĢağı sala bilər.
Bu halda yolçu boğçası ilə ağacını oturacağın üstünə qoyub, masanın yanında əyləĢdi. Kozetta
dərhal masanın üstünə bir ĢüĢə Ģərab və bir stəkan qoydu. Atı üçün su tələb edən alverçi, atını
özü sulamağa getdi. Kozetta yenə mətbəx masasının altındakı yerində oturub, corab hörməyə
baĢladı.
Yolçu özünə Ģərab tökdü və bir qurtum içib, qəribə bir diqqətlə uĢağı nəzərdən keçirməyə
baĢladı.
Kozetta gözəl deyildi. Lakin o xoĢbəxt olsaydı, bəlkə də, sevimli olardı. Onun kiçik ələmli
simasını sizə artıq ümumi Ģəkildə təsvir etmiĢdik. Kozetta arıq və solğun bənizli bir qız idi.
Səkkiz yaĢı vardı, lakin ona altı yaĢdan artıq vermək olmazdı. Qara dairə ilə əhatə olunmuĢ iri
gözləri daim ağlamaqdan sönük görünürdü. Bu ifadə ölümə məhkum edilənlərdə və ümidsiz
xəstələrdə olur. Əllərinin dərisi, anasının hiss etdiyi kimi, ―soyuqdan çat-çat‖ olmuĢdu. Alovun
Ģöləsi Kozettanın üzünə düĢərək son dərəcə arıq vücudunu daha da aydın göstərirdi. Onun
sümüklərini bir-bir saymaq olardı. Daim soyuqdan titrədiyi üçün dizlərini bir-birinə sıxmağı
vərdiĢ eləmiĢdi. Paltarı cır-cındırdan ibarət idi, bu paltar yayda mərhəmət, qıĢda isə dəhĢət
oyadırdı. Əynində bir parça yun Ģey yox idi, cındırlarının hamısı kətandan idi. Yırtıqlar
arasından bədəni görünürdü; bu açıq yerlərdə göy, ya qara ləkələr gözə çarpırdı ki, bu da
Tenardye qarının Ģapalaq izləri idi. Nazik, yalın ayaqları soyuqdan qıpqırmızı olmuĢdu. Batıq
sinəsini gördükdə, adamın ona ağlamağı gəlirdi. Bu uĢağın bütün siması: yeriĢi, hərəkətləri, səsi,
qırıq-qırıq danıĢması, baxıĢı, sükutu, hər bir hərəkəti yalnız bir Ģeyi ifadə edir və büruzə verirdi
ki, bu da qorxu hissi idi.
Qorxu Kozettanın bütün vücuduna yayılmıĢdı, sanki, onun bütün varlığını qorxu bürümüĢdü.
Qorxu onu dirsəklərini yanına sıxmağa, ayaqlarını tumanının altında gizlətməyə, mümkün qədər
az yer tutmağa vadar edirdi, o, nəfəs almağa belə qorxurdu. Qorxu, demək olar ki, onun bədəni
üçün bir vərdiĢ olmuĢdu, o yalnız arta bilirdi. Gözlərinin dərinliyində isə dəhĢət gizlənmiĢdi.
Bu qorxu o qədər böyük idi ki, üstü-baĢı islanmıĢ bir halda evə qayıtdıqdan sonra belə, Kozetta
cındırlarını qurutmaq üçün ocağın yanına yanaĢmağa cəsarət etmədi, yavaĢca oturub iĢləməyə
baĢladı.
Bu səkkiz yaĢlı qızın nəzərləri o qədər ələmli, hətta o qədər faciəli idi ki, bəzən onu ağlı
zəifləməyə, yaxud dəli olmağa baĢlayan bir adama bənzətmək olardı.
Söylədiyimiz kimi, Kozetta dua nə olduğunu heç bilmirdi, ömründə bir dəfə belə kilsəyə ayaq
basmamıĢdı. Tenardye qarı: ―Bunun üçün vaxtım haradadır?‖ deyərdi.
Sarı redinqotlu adam Kozettadan gözlərini ayırmırdı. Birdən meyxanaçı qarı səsləndi:
– YaxĢı, bəs çörək necə oldu?
Kozetta xanımının səsini eĢidincə, adəti üzrə, dərhal masanın altından çıxdı.
O, çörəyi lap yaddan çıxarmıĢdı. O, gözü qorxmuĢ uĢaqların adəti olan bir hiyləyə əl atdı, yalan
danıĢdı:
– Xanım, çörəkxana bağlı idi.
– Qapını döyəydin.
– Döydüm, xanım.
– Bəs nə oldu?
– Qapını açmadılar.
Tenardye qarı:
– Mən sabah soruĢaram, görüm sən doğru deyirsən, yoxsa yalan, – dedi. – Yalan danıĢmıĢ olsan,
görərsən sənə nə divan tutacağam. Ġndi isə on beĢ sunu bəri ver.
Kozetta əlini döĢlüyünün cibinə saldı. Ölü kimi saraldı. Pul cibində deyildi.
Tenardye qarı hiddətlə bağırdı:
– EĢitmirsən, sənə nə deyirəm? Karsan?
Kozetta cibini tərsinə çevirdi. Cibi boĢ idi. Pul necə ola bilərdi? Zavallı qızcığaz nə edəcəyini
bilmirdi, donub qalmıĢdı.
Tenardye qarı xırıltılı bir səslə:
– Demək, pulu itirmisən? Tam on beĢ su? Bəlkə, sən bu pulu məndən oğurlamaq istəyirsən?
Qarı əlini dərhal ocağın üstündən asılmıĢ qamçıya uzatdı.
Bu qorxunc hərəkət Kozettanın dilini açdı, ondan bir nalə qopdu: ―BağıĢlayın, bağıĢlayın! Mən
bir də belə Ģey etməyəcəyəm!‖.
Tenardye qarı qamçını əlinə aldı.
Bu halda sarı redinqotlu adam xəlvətcə jilet cibini eĢələməyə baĢladı. Səyyahlar içməklə məĢğul
olduqları üçün, heç bir Ģeyə əhəmiyyət vermirdilər.
Kozetta dəhĢət içərisində ocağın yanında bir küncə büzüĢüb, yarıçılpaq yazıq vücudunu
gizlətməyə çalıĢırdı. Meyxanaçı qarı əlini qaldırdı.
Birdən yolçu:
– BağıĢlayın, xanım, – dedi, – mən bu saat bu balacanın döĢlüyünün cibindən bir Ģey düĢüb
yuvarlandığını gördüm. Bəlkə, axtardığınız pul odur?
Yolçu tez əyilib döĢəmənin üstündə, guya, bir Ģey axtarmağa baĢladı. Sonra:
– Elədir ki var, alın, – dedi və belini düzəldib gümüĢ pulu Tenardye qarıya uzatdı.
Tenardye qarı sevinclə:
– Həmin puldur! – deyə səsləndi.
Əlbəttə, bu ―həmin pul‖ deyildi, yolçu ona iyirmi suluq gümüĢ bir pul vermiĢdi, lakin bu,
Tenardye qarı üçün mənfəətli olduğuna görə etiraz etmədi. Pulu cibinə qoydu və acıqlı bir
nəzərlə uĢağa baxaraq: ―Bax, axırıncı dəfə olsun!‖ dedi.
Kozetta yenə, Tenardye qarının dediyi kimi, öz ―yuvasına‖ girdi. Qızın yolçuya baxan iri gözləri
yavaĢ-yavaĢ tamamilə qəribə bir ifadə alırdı. Hələlik bu sadə bir heyrət idi, lakin ona biixtiyar bir
etimad qarıĢmıĢdı.
Tenardye qarı yolçudan soruĢdu:
– Siz yemək istəyirsinizmi?
Yolçu cavab vermədi. O, sanki, dərin fikrə dalmıĢdı.
Tenardye qarı öz-özünə mırıldanaraq;
– Bu adam, görəsən, kimdir? – dedi. – Əminəm ki, yeməyə pulu belə yoxdur. Heç olmasa yataq
pulunu verə idi. Hələ yaxĢı ki, mənim baxtımdan, yerdən tapdığı pulu oğurlamadı.
Bu halda qapı açıldı, Eponina ilə Azelma içəri girdilər.
Bunlar ikisi də qəĢəng, çox sevimli qızlardı, kəndli qızından artıq, Ģəhərli qızlarına bənzəyirdilər.
Birinin Ģabalıdı rəngli parlaq hörükləri, o birinin isə belinə qədər tökülən uzun qara saçları vardı.
Ġkisi də Ģən, tərtəmiz, gümrah və sağlam görünürdü. Onlara baxdıqda adamın könlü açılırdı.
Onlar qalın geyinmiĢdilər, lakin analarının ustalığı sayəsində parçanın qalınlığı paltarın
qəĢəngliyini azaltmırdı. Paltarları qıĢa uyğun olsa da, zərifliyi ilə yaz paltarı təsirini bağıĢlayırdı.
Bu iki uĢaq nur saçırdı. Bundan baĢqa, onlar bu yerin hökmdarı idilər. Geyimlərində,
Ģənliklərində, səs-küylərində öz ali hakimiyyətlərini dərk etdikləri hiss olunurdu. Ġçəri girdikləri
zaman, Tenardye qarı onları: ―Nəhayət, siz də buyurdunuz!‖ sözləri ilə qarĢılamıĢdı. Bu sözlər
bir az məzəmmətlə söylənilmiĢ olsa da, məhəbbət və pərəstiĢlə dolu idi.
O, qızların ikisini də qucağına aldı, saçlarını növbə ilə hamarladı, lentlərini düzəltdi, bir ana
məhəbbəti ilə oxĢayıb yerə qoydu və dedi:
– QəĢəngdirlər, buna söz ola bilməz!
Qızlar bucaqda, ocağın yanında oturdular. Əllərində bir kukla vardı, kuklanı gah o, gah da bu
özünə tərəf dartır, dizlərinə alıb Ģən-Ģən gülüĢürdülər. Ara-sıra Kozetta iĢindən ayrılaraq, baĢını
qaldırır və kədərli nəzərlərlə oynaĢan qızlara baxırdı.
Eponina ilə Azelma Kozettaya heç fikir vermirdilər, Kozetta onların nəzərində küçük kimi bir
Ģey idi. Bu üç uĢağın birlikdə ancaq iyirmi dörd yaĢı olardı, onlar isə artıq insan cəmiyyətini
təmsil edirdi: bir tərəfdə həsəd, o biri tərəfdə isə sayğısızlıq vardı.Tenardye bacılarının kuklası
solub saralmıĢ, lap köhnə, qırıq-sökük bir Ģey idi, lakin bununla belə o, Kozettanın gözlərində
cazibədar görünürdü, – axı onun bütün ömrü boyu kuklası, bütün uĢaqların anlaya biləcəyi bir
dillə söyləyəcək olursaq, əsl kuklası olmamıĢdı.
Birdən otaqda oyan-buyana gəzinən Tenardye qarı Kozettanın əyləndiyini və iĢləmək əvəzinə
oynaĢan uĢaqlara baxdığını gördü.
– Bu nədir? – deyə o bağırdı. – Lap yerində tutmuĢam. Sən beləmi iĢləyirsən? Dayan, qamçını
gətirim, onda bilərsən bekar durmaq necə olar!
Yolçu stuldan qalxmayaraq, Tenardye qarıya tərəf döndü və bir az cəsarətlə gülümsəyərək:
– Xanım, – dedi, – nə olar ki, qoyun oynasın!
Bu qonaq bir parça qızartma ət yemiĢ və iki ĢüĢə Ģərab içmiĢ olsaydı və bu qədər yoxsul təsiri
bağıĢlamasaydı, bu arzu Tenardye qarı üçün bir əmrə bərabər olardı. Lakin köhnə Ģlyapalı bir
adamın cürət edib bir Ģey arzu etməsinə, bu qədər köhnə bir redinqotu olan bir adamın öz
iradəsini bildirməsinə Tenardye qarı yol verə bilməzdi. O, kəskin cavab verdi:
– Qız mənim çörəyimi yeyir, ona görə də iĢləməlidir. Mən ona avara-avara gəzmək üçün çörək
vermirəm.
Yolçu, dilənçi paltarı və geniĢ hambal çiyni ilə qəribə bir təzad təĢkil edən yumĢaq bir səslə:
– O, nə edir ki? – deyə soruĢdu.
Tenardye qarı ona cavab verməyə tənəzzül etdi:
– Nə etdiyini bilməkmi istəyirsiniz? Corab toxuyur. Mənim qızlarım üçün corab toxuyur.
Köhnələri az qala yırtılmıĢdır. Bir az sonra uĢaqlar büsbütün ayaqyalın qala bilər.
Yolçu Kozettanın qızarmıĢ, yalın ayaqlarına baxdı və sözünə davam edərək:
– Bəs bu corabları o, nə zaman toxuyub qurtaracaq?
– Bunun kimi tənbəllər ən azı üç-dörd günə toxuya bilər.
– Bəs bu corablar hazır olandan sonra nə qədər qiyməti olacaq?
Meyxanaçı qadın onu həqarətlə süzdü:
– Ən azı otuz su.
– Siz bu corabları mənə beĢ franka sata bilərsinizmi? – deyə yolçu yenə soruĢdu.
Bu söhbəti eĢidən bir arabaçı kobud bir qəhqəhə ilə gülərək bağırdı:
– Lənət Ģeytana! BeĢ frank? Belə də Ģey olar? Əlbət ki, beĢ dənə gümüĢ pul!
Tenardye söhbətə qarıĢmağı lazım bildi.
– YaxĢı, cənab. Əgər belə arzunuz varsa, bu corabları sizə beĢ franka sata bilərlər. Biz
qonaqlarımızın heç bir arzusunu rədd etmirik.
Tenardye qarı qəti və kəskin bir səslə:
– Ancaq pulu nəqd verəcəksiniz! – dedi.
Yolçu cibindən beĢ franklıq bir pul çıxarıb, masanın üstünə qoydu:
– Mən bu corabları alıram, – dedi. – Bu da onun pulu.
Sonra isə Kozettaya tərəf dönərək:
– Ġndi sənin görəcəyin iĢ mənimdir, – dedi, – Get, bala, oyna!
Arabaçı bu beĢ frankı gördükdə, o qədər mütəəssir olmuĢdu ki, Ģərabdan əl çəkib, pula baxmaq
üçün yerindən sıçradı.
– Lap gerçəkmiĢ! – deyə bağırdı. – Doğrudan da, beĢ franklıq gümüĢ pul! Qəlp də deyil!
Tenardye yaxınlaĢaraq, dinməz-söyləməz pulu götürüb jiletinin cibinə qoydu.
Tenardye qarının deyəcək bir sözü qalmamıĢdı. O, dodaqlarını gəmirirdi, üzündə kin əlaməti
vardı.
Kozetta titrəyirdi. Lakin yenə də sual verməyə cəsarət etdi:
– Xanım, bu doğrudur? Mən oynaya bilərəm?
Tenardye qarı hiddətlə cavab verdi:
– Oyna!
Kozetta:
– Sağ ol, xanım! – dedi.
Lakin dodaqları xanımına təĢəkkür söylədiyi halda, onun balaca qəlbi yolçuya təĢəkkür edirdi.
Tenardye yenə içməyə baĢladı. Arvadı ona yaxınlaĢıb qulağına pıçıldadı:
– Bu sarı adam kim ola bilər?
Tenardye əzəmətli bir tövrlə:
– Mən elə bu cür redinqotlar geyinən milyonerlərə rast gəlmiĢəm, – dedi.
Kozetta artıq corab toxumurdu, lakin yenə də yerindən durmamıĢdı. O, həmiĢə çox az hərəkət
etməyə çalıĢırdı. Dal tərəfində duran qutudan bir neçə köhnə parça qırığı və qalay qılıncını
çıxartdı.
Eponina ilə Azelma ətrafda nə olduğuna fikir vermirdilər. Onlar indicə olduqca məsul bir iĢi baĢa
çatdırmıĢ – piĢiyi tutmuĢdular. YaĢca daha böyük olan Eponina kuklanı yerə ataraq piĢiyin
miyoldamasına və gərgin hərəkətlərinə baxmadan onu göy və qırmızı əskiyə bələməklə məĢğul
idi. Bu ciddi və çətin iĢə baĢı qarıĢan Eponina bacısı ilə nazlı və cazibədar bir uĢaq dilində söhbət
edirdi. Kəpənək qanadlarına əl vuranda gözəlliyini itirdiyi kimi, uĢaq söhbətini də təsvir etmək
istəyəndə füsunkarlığı yox olur.
– Bilirsənmi, bacıcan, bax, bu kukla o birisindən daha gülməlidir. Bax, gör necə tərpənir,
civildəyir, özü də lap istidir. Bacıcan, bilirsənmi, nə var, gəl onunla oynayaq. O mənim qızım
olsun. Mən də xanım olum. Mən sənə qonaq gələrəm, sən də ona baxarsan. Sonra sən yavaĢ-
yavaĢ onun bığlarını görərsən, təəccüblənərsən. Sonra da qulaqlarını sənə göstərərəm, lap çox
təəccüblənərsən. Sən mənə deyərsən: ―Aman Allah!‖. Mən də sənə deyəcəyəm: ―Bəli, xanım, bu
mənim balaca qızımdır. Ġndi balaca qızların hamısı belədir‖.
Azelma heyran-heyran Eponinanın sözlərinə qulaq asırdı.
SərxoĢlar isə bu halda biədəb bir mahnı oxumağa baĢladılar. Bərkdən elə gülürdülər ki, divarlar
belə titrəyirdi. Tenardye də onları qızıĢdırır və həvəslə onlara səs verirdi.
QuĢcuğazlar hər Ģeydən yuva tikdikləri kimi, uĢaqlar da hər Ģeydən gəlin düzəldirlər. Azelma ilə
Eponina piĢiyi bələdikləri zaman, Kozetta da öz qılıncını bələyirdi. Qılıncı bələyib qurtardıqdan
sonra qolları üstünə aldı və yavaĢ səslə layla deməyə baĢladı.
Kukla qızlar üçün ən zəruri ehtiyaclardan biri, həm də qızlarda ən gözəl qadın hisslərinin
mücəssəməsidir. OxĢamaq, bəzəmək, geyindirmək, soyundurmaq, öyüd-nəsihət vermək, bir az
danlamaq, yatızdırmaq, sığallamaq, yırğalamaq, bir Ģeyin bir kəs olduğunu təsəvvür etmək –
qadının bütün gələcəyi bundan ibarət deyilmidir? Arzu edəndə, danıĢa-danıĢa, gəlin cehizi və
uĢaq əskisi hazırlaya-hazırlaya, paltar, lifçik, xırdaca kofta tikə-tikə, körpə uĢaq balaca qıza,
balaca qız böyük qıza, böyük qız isə qadına çevrilir. Birinci uĢaq – sonuncu kukla deməkdir.
Kuklasız balaca qızcığaz uĢaqsız qadın kimi təsəvvür edilə bilməyəcək dərəcədə bədbəxt bir
insandır.
Kozetta da qılıncdan özünə kukla düzəltmiĢdi.
Bu halda Tenardye qarı sarı redinqotlu adama yaxınlaĢdı. ―Ərim haqlıdır, – deyə o, qərar verdi, –
bəlkə, bu, elə cənab Lafitin özüdür. Dünyada axı varlı sarsaqlar da olur‖.
O, masaya dirsəkləndi.
– Cənab... – dedi.
―Cənab‖ sözünü eĢidən yolçu baĢını çevirdi. Bu vaxta qədər Tenardye qarı ona ―əzizim‖ deyə
müraciət edirdi.
Meyxanaçı qadın əvvəlki kobudluğundan daha mənfur görünən Ģit bir nəzakətlə sözünə davam
edərək:
– Cənab, – dedi, – bilirsinizmi, mən bu uĢağın oynamağına heç etiraz etmirəm, özüm də elə
istəyirəm ki, o oynasın, lakin bu ancaq bir dəfə yaxĢı ola bilər. Siz alicənab adamsınız. Lakin
bilirsinizmi? Bu, yetim bir qızdır. O iĢləməlidir.
Yolçu:
– Demək, bu sizin uĢağınız deyildir? – deyə soruĢdu.
– Yox, cənab, Allah eləməsin! Bu bir yoxsul qızdır, yazığımız gəldi saxladıq. Bir az sərsəm
kimidir. Yəqin ki, baĢında su var. Görürsünüz, baĢı necə iridir. Əlimizdən gələni onun üçün
edirik, lakin özümüz də varlı deyilik. Budur, altı aydır ki, vətəninə hey məktub yazırıq, heç bir
cavab vermirlər. Görünür, anası ölmüĢdür.
Yolçu;
– Belə! – dedi və yenə fikrə daldı.
Meyxanaçı qarı isə əlavə etdi:
– Görünür, çox yaxĢı ana imiĢ ki, öz uĢağını atıb gedib.
Bütün bu söhbət müddətində Kozetta onun haqqında söhbət getdiyini anlayırmıĢ kimi, gözlərini
Tenardye qarının üzündən ayırmırdı. Lakin fikri dağınıq olduğundan, onu diqqətlə dinləmirdi,
qulağına yalnız ayrı-ayrı sözlər çatırdı.
Qonaqlar isə, sərxoĢ olduqlarından, öz biədəb nəqəratlarını ikiqat həvəslə təkrar edirdilər. Bu,
son dərəcə ədəbsiz bir Ģey idi, həzrət Məryəmi və balaca Ġsanı belə buraya qatmıĢdılar.
Meyxanaçı qarı ümumi Ģənlikdə iĢtirak etmək məqsədilə onların yanına getdi. Kozetta masanın
altında oturub, hərəkətsiz gözlərində əks edən ocağa baxırdı. Özü üçün bir bəbə düzəltdiyi və
bələdiyi qılıncı qucağında yırğalayır və layla deyərək oxuyurdu: ―Mənim anam ölmüĢdür!
Mənim anam ölmüĢdür!.. Mənim anam ölmüĢdür!‖
Meyxanaçı qarının bir çox yeni təkidlərindən sonra, ―milyoner‖ sayılan sarı redinqotlu adam,
nəhayət, Ģam etməyə razı oldu.
– Nə buyurursunuz?
– Bir az çörək və pendir verin, – deyə o cavab verdi. ―Bu adam, yəqin, dilənçidir‖ deyə Tenardye
qarı qərar verdi. SərxoĢlar öz mahnılarını, Kozetta da masa altında öz mahnısını oxuyurdu.
Birdən Kozetta səsini kəsdi, dönüb döĢəmənin üstündə Tenardye qızlarının unutmuĢ olduqları
kuklanı gördü; qızcığazların baĢı piĢiyə qarıĢdığından, kuklalarını mətbəx masasının yanına
atmıĢdılar.
Kozetta bələkli qılıncını yerə qoydu: bu oyuncaq onu qane etmirdi. Sonra yavaĢcadan otağa göz
gəzdirdi. Tenardye qarı əri ilə pıçıldaĢır və pulları sayırdı. Eponina ilə Azelma piĢik balası ilə
oynayırdılar. Qonaqlardan kimi yeyir, kimi içir, kimi isə mahnı oxuyurdu – ona fikir verən yox
idi. Bir dəqiqəni belə fövtə vermək olmazdı. Kozetta iməkləyərək, masanın altından çıxdı, bir
daha baxıb heç kəsin onu görmədiyini yəqin etdikdən sonra, tez dizi üstə kuklaya tərəf süründü
və onu götürdü. Bir an sonra o yenə öz yerində idi və qucağında tutduğu kukla, görünməsin
deyə, arxasını iĢığa doğru çevirərək oturmuĢdu. Kukla ilə oynamaq qız üçün elə nadir bir səadət
idi ki, baĢı tamamilə bu iĢə qarıĢmıĢdı.
Öz pendir-çörəyini yavaĢ-yavaĢ yeməkdə olan yolçudan baĢqa heç kəs bunu görmədi.
Bu səadət on beĢ dəqiqəyə qədər davam etdi.
Lakin Kozetta nə qədər ehtiyatlı olsa da, kuklanın bir ayağının açıqda qalıb, üstünə ocağın iĢığı
düĢdüyünü görməmiĢdi. Qaranlıqda görünən bu parlaq çəhrayı ayaq birdən-birə Azelmanın
gözlərinə sataĢdı. Azelma Eponinaya dedi: ―Bacı, bir bax, bir bax!‖.
Qızlar çaĢıb qaldılar. Kozetta onların kuklasını götürməyə cəsarət etmiĢdi!
Eponina ayağa durdu, piĢiyi əlindən buraxmayaraq, anasının yanına gəldi və tumanını dartmağa
baĢladı.
Anası:
– Əl çək məndən, qoy rahat oturum, – dedi. – Yenə nə istəyirsən?
Qız:
– Ana, – dedi, – bir bax! – və barmağı ilə Kozettanı göstərdi. Kozetta isə o qədər xoĢbəxt idi ki,
heç bir Ģey görmür, heç bir Ģey eĢitmirdi. Tenardye qarının üzündə, həyatda ən xırda bir
səbəbdən qızıĢan və ―ifritə‖ adı ilə Ģöhrət qazanan qadınların üzündə olan bir ifadə göründü.
Bu dəfə qüruruna toxunulmuĢ olduğundan, həddindən artıq qəzəblənmiĢdi: Kozetta artıq hər bir
həddi aĢmıĢdı. Kozetta ―xanım qızların‖ oyuncağını götürməyə cəsarət etmiĢdi!
Rus çariçası görsə idi ki, sadə bir kəndli onun Ģahzadə oğlunun göy orden lentini döĢünə taxır, bu
qədər hiddətlənməzdi.
Qəzəbindən xırıldayan bir səslə o:
– Kozetta! – deyə bağırdı.
Kozettanın, elə bil, ayaqları altından yer tərpəndi. O diksinərək səsə tərəf döndü.
Meyxanaçı qadın təkrar bağıraraq;
– Kozetta! – dedi.
Kozetta ümidsiz bir pərəstiĢlə kuklanı götürdü və böyük bir ehtiyatla onu yerinə qoydu. Sonra,
gözlərini kukladan ayırmadan, əllərini sıxaraq qoynuna qoydu. Səkkiz yaĢında bir uĢağın əllərini
qoynuna qoyması dəhĢətli bir mənzərə idi. Bütün bir gün ərzində baĢına gələn Ģeylərin heç biri:
nə meĢəyə səyahəti, nə dolu vedrənin ağırlığı, nə pulun itməsi, nə qamçının acısı, nə də Tenardye
qarının söylədiyi və öz qulağı ilə eĢitdiyi ələmli sözlər – heç bir Ģey onu ağlada bilməmiĢdi, lakin
burada Kozetta artıq özünü saxlaya bilmədi. O, hönkür-hönkür ağlamağa baĢladı.
Yolçu ayağa durdu.
– Nə olmuĢdur? – deyə soruĢdu.
Meyxanaçı qadın Kozettanın ayaqları yanındakı kuklanı bir cinayət sübutu kimi göstərərək:
– Nə olacaq? – dedi. – Görürsünüzmü?
Yolçu yenə soruĢdu:
– Nə olsun ki?
– Bu murdar qız, – deyə Tenardye qarı cavab verdi, – mənin qızlarımın kuklasına toxunmağa
cürət etmiĢdir!
Yolçu heyrətlə:
– Elə bu? – dedi. – O bu kukla ilə oynasa nə olar ki?
Meyxanaçı arvad yenə sözünə davam edərək:
– Axı kirli əlləri ilə bu kuklaya toxunmuĢdur! Ġyrənc əlləri ilə!
Bu sözləri eĢidən Kozetta daha Ģiddətlə ağlamağa baĢladı.
Tenardye qarı bağıraraq:
– Səsini kəsəcəksən, ya yox? – dedi.
Yolçu qapıya tərəf yönəldi, qapını açdı, küçəyə çıxdı.
Meyxanaçı qadın dərhal qonağın getməsindən istifadə edərək, masanın altında Kozettaya elə bir
təpik iliĢdirdi ki, biçarə qız ucadan çığırdı.
Qapı açıldı, yenə yolçu göründü. Əlində bir az yuxarıda bəhs etdiyimiz və bütün günü kənd
uĢaqlarının məftuniyyətlə seyr etdiyi həmin gözəl kuklanı tutmuĢdu.
Kuklanı Kozettanın qabağına qoyaraq:
– Al, – dedi, – bu sənindir.
Yəqin ki, meyxanada keçirdiyi bir saata qədər vaxt ərzində dərin fikrə daldığı zaman, buradan
dumanlı bir Ģəkildə oyuncaq dükanını görmüĢdü, dükan balaca çıraqlar və Ģamlarla parlaq bir
surətdə iĢıqlanmıĢdı və meyxananın pəncərəsindən bəzəkli bir çıraqbana bənzəyirdi.
Kozetta baĢını qaldırdı. Əlində kukla ona tərəf gələn adam ona bir günəĢ kimi göründü.
Ömründə eĢitmədiyi ―Bu sənindir‖ sözləri Ģüuruna çatdı. Kozetta bir yolçunun üzünə baxdı, bir
kuklaya baxdı, sonra yavaĢca geri çəkilib masanın altına, lap divarın yanına soxuldu.
Kozetta artıq ağlamırdı, çığırmırdı, o, sanki, nəfəs almağa belə cəsarət etmirdi.
Tenardye qarı, Eponina və Azelma büt kimi donub qalmıĢdılar. SərxoĢlar belə sakit oldular.
Meyxanada birdən-birə təntənəli bir sükut əmələ gəlmiĢdi.
Tenardye qarı, heyrətindən daĢa dönmüĢ və dili tutulmuĢ bir halda, öz-özünə düĢünürdü:
―Görəsən, bu qoca kim ola bilər? Yoxsulmudur, milyonermidir? Bəlkə də, hər ikisindəndir, yəni
oğrudur‖.
Tenardyenin sifətində, hər dəfə hakim bir hissin heyvani bir qüvvətlə büruzə çıxaraq, insanın
xasiyyətini göstərən bir ifadə göründü. Meyxanaçı gah kuklaya, gah da yolçuya baxırdı; o, bu
adamı qızıl torbasını yoxlayan kimi yoxlayırdı. Lakin bu yalnız bir an davam etdi. Tenardye
arvadına yaxınlaĢaraq pıçıldadı: ―Bu kuklanın qiyməti ən azı otuz frankdır. Sarsaqlama! Bu
adamın qabağında əyil!
Qaba təbiətli insanlar sadədil insanlar kimidir: onlar bir hissdən baĢqa bir hissə tədricən keçməyi
bacarmazlar.
Tenardye qarı nəvaziĢkar olmağa çalıĢan arvadlar kimi yarıĢirin, yarıacı bir səslə:
– Kozetta, öz kuklanı nə üçün götürmürsən? – dedi.
Yalnız bu zaman Kozetta yuvasından çıxmağa cəsarət etdi.
Tenardye tələsik mehribancasına dedi:
– Kozetta can, cənab sənə kukla bağıĢlayır. Götür. Sənindir.
Kozetta bir dəhĢət hissi ilə bu sehrli kuklaya baxırdı. Üzündəki göz yaĢları hələ qurumamıĢdı,
lakin gözləri səhər səması kimi getdikcə aydınlaĢırdı. Bu gözlərdə bir səadət günəĢi parlayırdı.
Əgər bu zaman ona: ―Bala, sən Fransa kraliçasısan!‖ demiĢ olsaydılar, o, yenə də bu ləhzədə
duyduğu səadəti duymazdı.
Ona elə gəlirdi ki, kuklaya toxunsa, göy gurlayacaq, ildırım çaxacaqdır.
Bu, bir dərəcəyə qədər doğru idi, çünki o, Tenardye qarının onu söyüb-döyəcəyinə Ģübhə
etmirdi.
Lakin cazibə çox böyük idi. Kozetta, nəhayət, kuklaya yaxınlaĢdı və meyxanaçı qadına tərəf
dönərək, itaətkar bir səslə:
– Xanım, olarmı? – deyə pıçıldadı.
Qızın səsini heç bir Ģeylə ifadə etmək olmaz: bu səsdə həm məyusluq, həm qorxu, həm də sevinc
vardı.
– Əlbəttə olar! – deyə meyxanaçı qadın ona cavab verdi. – Kukla sənindir. Onu sənə cənab
bağıĢlamıĢdır.
– Doğrudanmı, cənab? – deyə Kozetta yenə soruĢdu. – Lap gerçəkdən? Bu, xanım, mənimkidir?
Yolçunun gözləri yaĢla dolmuĢdu. Onun keçirdiyi həyəcan o dərəcəyə çatmıĢdı ki, insan zar-zar
ağlamamaq üçün susur. O, baĢı ilə Kozettaya razılıq iĢarəsi etdi və ―xanım‖ın əlini onun nazik
əlinə qoydu.
Kozetta, ―xanım‖ın əli onun əlini yandırmıĢ kimi, birdən-birə əlini çəkdi, baĢını aĢağı saldı.
Bunu qeyd etməliyik ki, bu halda onun dili həddindən artıq bayıra çıxmıĢdı.
Birdən o dönüb həyəcanla kukladan yapıĢdı.
– Onun adını Katerina qoyacağam, – dedi.
Bu, qəribə bir səhnə idi. Kozettanın cındırları kuklanın lentlərinə, parlaq, çəhrayı rəngli incə ipək
paltarına toxundu, onlara qarıĢdı.
Kozetta soruĢdu;
– Xanım, kuklanı stulun üstünə qoymaq olarmı?
Meyxanaçı qadın:
– Bəli, bala, olar, – dedi.
Ġndi Eponina ilə Azelma Kozettaya həsədlə baxırdılar.
Kozetta Katerinanı stulun üstündə əyləĢdirdi, özü də onun qarĢısında döĢəmənin üstündə oturdu.
Sakit, dilsiz halda kuklanın tamaĢasına daldı.
Yolçu dedi:
– Kozetta, niyə oynamırsan?
– Ah, mən oynayıram! – deyə uĢaq cavab verdi.
Bu yolçu, bu naməlum, bu yad adam Kozetta üçün bir səadət olduğu halda, Tenardye qarı üçün
bu dəqiqə onun yer üzündə ən çox nifrət etdiyi bir adam idi. Bununla belə o, hissiyyatını
gizlətməyə məcbur idi. Ərinin hər bir hərəkətini təqlid edərək, öz hisslərini gizlətməyə adət etmiĢ
olsa da, həyəcanını gizlətməkdə çətinlik çəkirdi. Qızlarını tez yatmağa göndərdi, Kozettanı da
yatmağa göndərmək üçün sarı adamdan ―izn‖ istədi. Meyxanaçı qadın bir ana qayğısı ilə: ―Bu
gün o, çox yorulmuĢdur‖ dedi. Kozetta yatmağa getdi, Katerinasını qucağında apardı.
Ara-sıra Tenardye qarı, özü dediyi kimi, ―ürəyini boĢaltmaq‖ üçün zalın o baĢına, əri oturduğu
yerə gedir, ona bir neçə söz deyirdi. YavaĢ danıĢmağa məcbur olduğundan sözü daha qəzəbli
çıxırdı.
– Qoca kaftar! Görəsən, ona nə olub? Lap ovqatımızı təlx elədi. Bu balaca eybəcər gərək oynaya
imiĢ! Hələ ona bir kukla da bağıĢlayır! Bu it küçüyünə qırx franklıq bir kukla! Özü heç əlli-
ayaqlı qırx suya dəyməz! Az qalıb hersoginya de Berri kimi ona da ―əlahəzrət‖ desin! Bəlkə, heç
ağlı baĢında deyil? Bəlkə, bu anlaĢılmaz qoca dəli olub!
– Nə üçün dəli olub? Burada aydın olmayan nə var ki? – deyə Tenardye etiraz etdi. – Bəlkə, bu,
onun xoĢuna gəlir? – Sənə qızın iĢləməyi xoĢ gəlir, ona da oynamağı. Onun buna haqqı var.
Səyyah pul verirsə, istədiyini edə bilər. Bu qoca bir insanpərvərsə, sənə nə dəxli var? Əgər
axmaqsa, bunun da sənə dəxli yoxdur. Onun pulu olduğunu gördükdən sonra sən nə üçün özünü
araya soxursan?
O, evin sahibi və meyxanaçı idi, bunların heç biri etiraza yol vermirdi.
Yolçu masaya dirsəklənib yenə fikrə daldı. Bütün baĢqa müĢtərilər, alverçilər və arabaçılar
yavaĢ-yavaĢ kənara çəkilib oxumağı kəsdilər. Onlar qəribə bir ehtiram və qorxu ilə yolçuya
baxırdılar. Cibindən beĢ franklıqları bu qədər saymazyana çıxaran və taxta baĢmaqlı çirkin qıza
səxavətlə böyük kukla bağıĢlayan bu yoxsul geyimli qəribə adam, Ģübhəsiz, qəribə, lakin
təhlükəli bir adamdı.
Bir neçə saat keçdi. Kilsədə gecə duası icra olunmuĢ, Milad axĢamının Ģam yeməyi qurtarmıĢdı.
SərxoĢlar dağıldılar, meyxana bağlandı, aĢağı otaq boĢaldı, ocağın odu söndü, lakin yolçu yenə
də eyni yerdə, eyni vəziyyətdə oturmuĢdu. Ara-sıra, masanın üstündə söykəndiyi əlini dəyiĢirdi,
ancaq Kozettanın yatağa getdiyi vaxtdan bəri o, bir kəlmə danıĢmamıĢdı.
Tenardyelər həm maraqlandıqları, həm də nəzakət göstərdikləri üçün zaldan çıxmadılar.
Tenardye qarı: ―O, bütün gecəni belə keçirmək istəyir nədir?‖ deyə donquldanırdı. Saat ikini
vurduqda Tenardye qarı artıq dözə bilməyərək ərinə dedi: Mən yatmağa gedirəm, onunla özün
bilərsən, nə istəyirsən elə!‖. Meyxanaçı masanın yanında, bir bucaqda əyləĢdi, Ģamı yandırdı və
―Fransa əxbarı‖nı oxumağa baĢladı.
Bir saat da keçdi. Meyxanaçı böyük bir səbirlə ―Fransa əxbarı‖nı üç dəfə nəzərdən keçirdi, üç
dəfə qəzeti tarixindən tutmuĢ naĢirin imzasına qədər oxudu. Yolçu yerindən tərpənmirdi.
Nəhayət, Tenardye hərəkət etdi, öskürdü, tüpürdü, burnunu sildi, stulu tərpətdi. Yolçu yenə
hərəkət göstərmədi. Tenardye: ―Bəlkə, yatıb?‖ deyə düĢündü. Yolçu yatmamıĢdı, lakin heç bir
qüvvə onu bu dalğınlıqdan oyada bilməzdi.
Bir az da keçdi. Tenardye qalpağını baĢından çıxarıb, ehtiyatla ona yanaĢdı və cəsarət edərək:
– Cənab, – dedi, – istirahət etmək istəmirsinizmi?
―Yatmağa getmək‖ sözləri Tenardyenin nəzərində kobud və saymazlıq kimi görünürdü. Amma
―istirahət etmək‖ sözlərində nə isə bir dəbdəbə və ehtiram hiss olunurdu. Bu sözlərin o birisi gün
haqq-hesabı xeyli ĢiĢirtmək qabiliyyəti kimi əsrarəngiz və gözəl bir xüsusiyyəti vardır. Yatmaq
otağının qiyməti iyirmi sudur; ―istirahət‖ otağının qiyməti isə iyirmi frankdır.
Yolçu:
– Bəli, – dedi, – siz haqlısınız. Tövləniz haradadır?
Tenardye iriĢərək:
– Cənab, – dedi, – buyurun, cənabınızı ötürüm!
O Ģamdanı, yolçu isə boğçası ilə ağacını götürdü.
Tenardye onu birinci mərtəbəyə apardı, dəbdəbə ilə döĢənmiĢ bir otağa girdilər: mebelin hamısı
qırmızı ağacdan idi, otaqda gəmi Ģəklində çarpayı qoyulmuĢ, qırmızı kolenkordan pərdələr
asılmıĢdı. Yolçu:
– Bu nədir? – deyə soruĢdu.
Meyxanaçı:
– Bu bizim yataq otağımızdır, – dedi. – Ġndi mən arvadımla baĢqa otaqda yatırıq. Buraya ildə
ancaq iki-uç dəfə girən olur.
Yolçu kəskin bir səslə:
– Mənim üçün tövlə daha xoĢdur, – dedi.
Tenardye yolçunun bu nəzakətsiz sözünü eĢitməməzliyə saldı. Ġçində güclü bir od yanan
buxarının üstündəki təptəzə mum Ģamları yandırdı.
Buxarının üstündə ĢüĢə bir qalpaq altında gümüĢ məftildən və narınc çiçəklərindən ibarət bir
qadın baĢ bəzəyi görünürdü. Yolçu soruĢdu:
– Bəs bu nədir?
– Cənab, – deyə Tenardye cavab verdi, – bu mənim arvadımın gəlinlik bəzəyidir.
Yolçu bu gəlin bəzəyinə qəribə bir nəzər saldı, sanki, o: ―Bu ifritə də bir zamanlar məsum qız
imiĢ!‖ demək istəyirdi.
Lakin Tenardye yalan deyirdi. O, bu xaraba evi meyxana açmaq üçün icarə etdiyi zaman bu otaq
elə indiki vəziyyətdə idi: Tenardye mebeli də, narınc çiçəklərini də, onun zövcəsinə incə bir
Ģöhrət yarada biləcəyini və meyxanaya ingilislərin ―respektabel‖1 dedikləri bir ruh verə
biləcəyini nəzərə alaraq satın almıĢdı.
Səyyah baĢını çevirdikdə, ev sahibi artıq getmiĢdi. Tenardye səhər tezdən cökə ağacının qabığını
soyan kimi soymaq istədiyi bir adama təhqiranə bir səmimiyyət göstərmək istədiyi üçün
―Gecəniz xeyrə qalsın!‖ deməyə cəsarət etməyərək, xəlvətcə getmiĢdi.
Meyxanaçı öz otağına girdi. Arvadı yataqda uzanmıĢdı, ancaq hələ yatmamıĢdı. Ərinin ayaq
səslərini eĢidib ona tərəf döndü və:
– Bilirsənmi, nə var, – dedi, – mən sabah Kozettanı qovacağam.
Tenardye soyuq bir səslə:
– Yaman zirəksən, – dedi.
BaĢqa bir söz danıĢmadılar. Bir az sonra Ģamları söndü.
Səyyah isə meyxanaçı gedən kimi, ağacını və boğçasını bir küncə qoydu, kresloya əyləĢərək bir
neçə dəqiqə fikrə daldı. Sonra ayaqqabılarını çıxartdı, Ģamın birini əlinə alıb o birini keçirtdi,
qapını itələdi və ətrafına baxa-baxa bayıra çıxdı. O, sanki, kimi isə axtarırdı. Koridordan keçib
pilləkənə çatdı. Burada qulağına uĢaq nəfəsinə oxĢayan yavaĢ bir səs gəldi. O, bu səsə tərəf
yeridi, pilləkənin altındakı üçbucaqlı bir deĢiyə yaxınlaĢdı. Bu deĢik pilləkənin altı idi. Köhnə
səbətlərin, qırıq qab-qaçağın, tozun, hörümçəyin arasında bir yataq görünürdü. Bunu heç yataq
da adlandırmaq olmazdı. Ora samanı çıxmıĢ cırıq bir döĢək sərilmiĢdi, yorğan isə o qədər cırıq
idi ki, arasından döĢək görünürdü. Yatağın mələfəsi yox idi. Bütün bu Ģeylər quru daĢ döĢəmənin
üzərinə atılmıĢdı. Kozetta bu yatağın üstündə yatırdı.
Yolçu yaxına gəlib, qızın üzünə baxmağa baĢladı.
Kozetta dərin bir yuxuya dalmıĢdı, paltarını belə soyunmamıĢdı. QıĢ gecələrində üĢüməsin deyə
o, paltarını soyunmazdı.
Açıq iri gözləri qaranlıqda parıldayan kuklanı bağrına basmıĢdı. Kozetta ayılmaq istəyirmiĢ kimi
hərdənbir ah çəkir və bərk-bərk kuklanı qucaqlayırdı. Taxta baĢmaqlarının yalnız bir tayı
yatağının yanında idi.
Kozettanın daxması ilə yanaĢı, açıq qapıdan xeyli geniĢ, qaranlıq bir otaq görünürdü. Yolçu bu
otağa girdi. Otağın dərinliyində ĢüĢə qapıdan ağappaq iki balaca çarpayı görünürdü. Bu, Eponina
ilə Azelmanın çarpayıları idi. Bu çarpayıların yanında hörülmüĢ bir beĢik vardı, beĢiyin üstü açıq
idi, içində balaca bir oğlan uĢağı yatırdı, bu, bütün axĢamı çığıran uĢaq idi. Yolçu bu otağın
Tenardyelərin otağı ilə qonĢu olduğunu anladı. O artıq getmək istəyirdi ki, birdən gözlərinə
buxarı sataĢdı. Bu, iri meyxana buxarısı idi. Bunlar qalandığı zaman çox pis yanır, istilik əvəzinə
onlardan həmiĢə soyuq gəlir. Buxarı yanmırdı, onda heç kül belə yox idi, lakin buxarıda olan bir
Ģey yolçunun diqqətini cəlb etdi. Bu, zərif tikilmiĢ və eyni ölçüdə olan iki uĢaq baĢmağı idi.
Gözəl, qədim bir adətə görə Milad bayramı axĢamı uĢaqlar öz baĢmaqlarının bir tayını buxarıya
qoyardılar ki, gecə vaxtı mərhəmətli pərilər onların içinə qəĢəng bir hədiyyə qoysunlar. Bu adət
yolçunun yadına düĢdü. Eponina ilə Azelma belə bir fürsəti fövtə verməmiĢ və öz baĢmaqlarının
bir tayını buxarının içinə qoymuĢdular.
Yolçu əyildi.
Pəri, yəni qızların anası artıq buraya gəlmiĢ və hər ayaqqabının içinə on suluq parlaq bir pul
qoyub getmiĢdi.
Yolçu belini düzəltdi və getməyə hazırlaĢırdı ki, birdən kənarda ocağın ən qaranlıq bir küncündə
bir Ģey gördü. O, diqqət edərək bu taxta ayaqqabını tanıdı. Bu, palçığı qurumuĢ, külə batmıĢ,
sınıq, sökük, dəhĢətli bir kəndli baĢmağı, Kozettanın taxta baĢmağı idi. Kozetta heç bir zaman
ümidini qırmayan, daim məyusluqlara dözməyə hazır olan və yalnız uĢaqlara məxsus dərin bir
etimadla öz ayaqqabısını da buraya qoymuĢdu.
Dərddən baĢqa heç bir Ģey bilməyən bir uĢağın qəlbindəki bu ümid nə qədər ilahi və təsirli
olarmıĢ! Bu ayaqqabının içində heç bir Ģey yox idi.
Yolçu çibini eĢələdi, əyilib Kozettanın ayaqqabısına bir luidor qoydu.
Sonra ehmalca yeriyərək, öz otağına qayıtdı.
DOQQUZUNCU FƏSĠL.
Tenardye iĢə giriĢir.
Ertəsi gün, dan yerinin ağarmasından azı iki saat əvvəl Tenardye meyxananın aĢağı zalında,
masanın arxasında oturmuĢdu. Masanın üstündə Ģam yanırdı. Tenardye əlində qələm oturub sarı
redinqotlu yolçu üçün hesab çəkirdi.
Arvadı bir azca əyilərək, onun baĢı üstündə dayanmıĢdı və ərinin yazdıqlarına baxırdı. Onlar bir
kəlmə belə danıĢmırdılar. Tenardye dərin fikrə dalmıĢ, arvadı isə insan zəkasının gözəl bir
məhsulunun necə inkiĢaf etdiyini seyr edən bir adam kimi, Tenardyenin iĢinə dərin bir
pərəstiĢkarlıqla tamaĢa edirdi. Evdə xıĢıltı eĢidilirdi, bu, Torağay idi, pilləkəni süpürürdü.
Düz on beĢ dəqiqə keçdikdən və bəzi təshihlər etdikdən sonra Tenardye belə bir xarüqə
yaratmıĢdı:
1 №-li otağın hesabı.
AxĢam yeməyi
3 frank.
Otaq 10 frank.
ġam 5 frank.
Ocaq qalanması
4 frank.
Xidmət
1 frank.
Cəmi: 23 frank.
Xidmət sözü ―xitmət‖ Ģəklində yazılmıĢdı.
Arvadı bir az Ģübhə ilə qarıĢıq bir heyrətlə:
– Ġyirmi üç frank! – deyə səsləndi.
Lakin Tenardye, bütün böyük artistlər kimi, özündən narazı idi.
– Puf, – deyə o pufuldadı.
Tenardyenin bu nidası eynilə Fransanın verəcəyi təzminat haqqında Vyana konqresində hesab
tərtib edən Kastlyerinin nidası idi.
Meyxanaçının arvadı qızlarının yanında Kozettaya bağıĢlanan kuklanı yadına salaraq;
– Sən haqlısan, cənab Tenardye – deyə mızıldandı, – o bizə, doğrudan da, bu qədər borcludur.
Bu ədalətlidir, lakin bir az çoxdur. O, bu qədər pulu verməz.
Tenardye özünəməxsus soyuq bir gülüĢlə gülərək:
– Verər! – dedi.
Bu gülüĢ böyük bir əmniyyət və üstünlük ifadə edirdi. Bu tövr söylənilən Ģey isə yerinə yetməyə
bilməzdi. Arvadı etiraz etmədi. Masaların üstünü sahmana salmağa baĢladı. Əri otaqda oyan-
buyana gəzinirdi. Bir az sonra o:
– Mənim axı min beĢ yüz frank borcum var! – deyə əlavə etdi.
O, buxarının yanında oturdu, ayaqlarını isti külün üstünə qoydu və fikrə getdi.
Arvadı yenə sözə baĢladı:
– Hə, – dedi, – sənin yadından çıxmayıb ki, mən bu gün Kozettanı bayıra atmaq fikrindəyəm?
Ġlan balası! Onun kuklası mənə rahatlıq vermir. On səkkizinci Lüdovikə ərə getmək mənim üçün
bu ilanı bir gün artıq evində saxlamaqdan asandır.
Tenardye çubuğunu yandırdı və bir qullab vurandan sonra:
– Bu hesabı qonağa verərsən, – dedi.
Sonra otaqdan çıxdı.
Tenardye otaqdan çıxar-çıxmaz, yolçu içəri girdi.
Onun dalınca Tenardye göründü. O, açıq qapıda dayandı. Yolçunun arxa tərəfində durduğu üçün
onu ancaq arvadı görürdü.
Sarı redinqotlu adam əlində əsasını və boğçasını tutmuĢdu.
Meyxanaçı qadın:
– Nə tez oyanmısınız? – deyə səsləndi. – Yoxsa bizi tərk edirsiniz, cənab? – Bunu deyərək o,
çaĢqın halda hesab kağızını əllərində əzib bükür, dırnağını kağızın büküĢünə çəkirdi. Kobud
üzündə ona məxsus olmayan bir pərtlik və tərəddüd hiss olunurdu.
―Lap dilənçiyə‖ bənzəyən bu adama bu cür hesabı təqdim etmək ona qeyri-münasib görünürdü.
Yolçu fikirli və dalğın idi.
– Bəli, xanım, – deyə o cavab verdi. – Gedirəm.
– Demək, cənab, sizin Monfermeyldə heç bir iĢiniz yox idi?
– Yox, yolüstü buradan keçirdim. BaĢqa heç bir iĢim yoxdur. Mən sizə nə qədər borcluyam,
xanım?
Tenardye qarı dinməz-söyləməz bükülmüĢ kağızı ona uzatdı.
Yolçu kağızı açıb baxdı, lakin tamamilə baĢqa Ģeylər düĢündüyü görünürdü.
– Xanım, – deyə o soruĢdu, – burada Monfermeyldə iĢləriniz yaxĢımı gedir?
Meyxanaçı qadın hesabın yolçuda hiddət oyatmadığına təəccüb edərək:
– Birtəhər dolanırıq, cənab, – deyə cavab verdi, sonra ağlamsınaraq yazıq-yazıq davam etdi: –
Ah, cənab! Zəmanə çox ağırdır. Yaxınlığımızda varlı adamlar çox azdır! Özünüz görürsünüz,
xırda-mırda adamlardır. Bizə ancaq hərdənbir sizin kimi səxavətli və varlı qonaqlar düĢür, cənab.
O qədər vergi veririk ki... Hələ bu balaca qızın özü bizə çox baha oturur!
– Hansı balaca qızı deyirsiniz?
– Bizim qızı da, yadınızdan çıxıb? Kozettanı deyirəm! Kənddə ona Torağay deyirlər.
Yolçu dedi:
– Hə-ə!
Tenardye qarı isə sözünə davam etdi:
– Bu kəndlilərin də çox axmaq adları var! Bu qız torağaya deyil, yarasaya daha çox oxĢayır.
Bilirsinizmi, cənab, biz dilənçi deyilik, sədəqə üçün əl uzatmarıq, ancaq baĢqalarına sədəqə
verməyə də halımız yoxdur. Qazancımız çox az, verəcəyimiz həddindən artıq çoxdur. Patent,
vergilər, qapı və pəncərə vergisi, əlavə vergilər o qədərdir ki! Özünüz də bilirsiniz, cənab!
Hökumət bizim lap dərimizi soyur, bizdən yaman pullar qırır! Bir də axı mənim öz qızlarım da
var! Özgə uĢağını saxlamaq mənim nəyimə gərəkdir!
O zaman yolçu səsində gizli bir həyəcan duyulsa da, mümkün olduqca laqeyd danıĢmağa
çalıĢaraq soruĢdu:
– Sizi ondan xilas edən olsaydı, nə deyərdiniz?
– Kimdən? Kozettadanmı?
– Bəli.
Meyxanaçı qarının qırmızı və vəhĢi üzündə iyrənc bir təbəssüm göründü.
– Ah, cənab, aparın onu, qoy sizin olsun, özünüzlə bərabər aparın, baĢına Ģəkər-qənd tökün,
yeralması ilə bəsləyin, yedirin, içirin, nə istəyirsiniz edin, cənab, həzrət Məryəm, bütün övliyalar
sizin köməyiniz olsun!
– YaxĢı.
– Doğrumu deyirsiniz? Siz onu aparmaq istəyirsiniz?
– Bəli, aparacağam.
– Bu saatmı?
– Bu saat. UĢağı çağırın gəlsin.
Tenardye qarı:
– Kozetta! – deyə çığırdı.
Yolçu isə sözünə davam edərək:
– Hələlik isə mən hesab üzrə borcumu verim, – dedi. – Mən nə qədər verməliyəm?
O baxdıqda heyrətini gizlədə bilməyərək dedi:
– Ġyirmi üç frank!
Sonra meyxanaçı qadına baxdı və yenə təkrar etdi:
– Ġyirmi üç frank?
Bu üç sözü ikinci dəfə deməsindən, nida ilə sual arasındakı fərqi asanlıqla anlamaq olardı.
Tenardye qarının zərbəyə hazırlaĢmaq üçün kifayət qədər vaxtı vardı, o möhkəm səslə cavab
verdi: – Bəli, bəli, cənab! Ġyirmi üç frank.
Yolçu masanın üstünə beĢ dənə beĢ franklıq pul qoydu.
– Qızı gətirin! – dedi.
Bu halda Tenardye özü otağın ortasına doğru gələrək:
– Bu cənab ancaq iyirmi altı su borcludur, – dedi.
Arvadı heyrətlə:
– Necə yəni iyirmi altı su? – deyə çığırdı.
Tenardye soyuq bir səslə cavab verdi:
– Ġyirmi su otaq üçün, altı su da yemək üçün. Qaldı ki, uĢaq məsələsi, bu barədə cənabla mən
özüm bir qədər danıĢmalıyam. Bizi tək burax, arvad.
Tenardye qarı böyük bir istedadın birdən-birə təzahür etməsindən heyran qalan adamın hiss
etdiyi bir Ģey duydu, böyük bir aktyorun səhnəyə çıxaraq öz rolunu oynamağa baĢladığını hiss
etdi və heç bir söz demədən çıxıb getdi.
Ġki kiĢi otaqda yalqız qaldıqdan sonra, Tenardye yolçuya stul təklif etdi. Yolçu oturdu. Tenardye
ayaq üstə qaldı və üzü qeyri-adi bir xeyirxahlıq və sadəlik ifadəsi aldı.
– Cənab, – deyə Tenardye sözə baĢladı. – Mənə qulaq asın, mən sözü açıq deməliyəm: mən bu
uĢağı çox sevirəm.
Yolçu diqqətlə onun üzünə baxdı:
– Hansı uĢağı?
Tenardye davam edərək:
– Lap gülməlidir! – dedi. – Amma nə edəsən? Adamın ürəyi uĢağa bağlıdır. Bütün bu pullar
mənim nəyimə gərəkdir? Bu yüz suluq pullarınızı geri götürə bilərsiniz. Mən bu uĢağa pərəstiĢ
edirəm.
– Axı hansı uĢağa? – deyə yolçu yenə soruĢdu.
– Hansı uĢaq olacaq? Bizim balaca Kozettaya. Deyəsən, axı siz onu bizdən ayırıb aparmaq
istəyirsiniz? Mən də sizə düzünü deyim, siz namuslu adamsınız, bu bir həqiqətdir, lakin bu da
həqiqətdir ki, mən uĢaqdan ayrılmağa razı ola bilmərəm. Mən buna razılıq verə bilmərəm. Bir
zaman bu qız məni məzəmmət edə bilər. Mən onu ilk dəfə görəndə, lap körpə idi. Doğrudur, o,
bizə baha oturmuĢdur; doğrudur, qızın nöqsanları da var, biz varlı deyilik; doğrudur, o, bircə
dəfə xəstə olduğu zaman mən yalnız dərmana dörd yüz frankdan artıq sərf etmiĢəm! Lakin Allah
rizası üçün də bir Ģey etmək lazımdır axı! Zavallının nə atası var, nə də anası; onu mən
böyütmüĢəm, hər halda, çörəyim ona da çatar, özümə də. Bir sözlə, mən bu uĢağa çox
öyrəĢmiĢəm. Bilirsinizmi, uĢaq elə bir Ģeydir ki, alıĢdıqdan sonra əl çəkə bilmirsən, arvadım bir
az açıqlansa da, bu qızı sevir. Bilirsinizmi, bu qız bizim üçün lap doğma uĢağımız kimidir. Onun
səsini evdə eĢitməyə adət etmiĢəm.
Yolçu Tenardyenin üzünə diqqətlə baxırdı.
– Məni bağıĢlayın, cənab, – deyə Tenardye davam etdi, – adam öz uĢağını elə-belə, hər yoldan
ötənə verməz axı. Məgər mən haqlı deyiləm? Əlbəttə, söz yox ki, siz varlı adamsınız, özü də
abırlı adama oxĢayırsınız. Ola bilsin ki, bu, qıza xoĢbəxtlik gətirər... Lakin mən bilməliyəm.
BaĢa düĢürsünüzmü? Tutaq ki, mən onu buraxdım və özümü fəda etdim, ancaq mən bilmək
istərdim ki, o hara gedəcək, mən onu gözdən qoymaq istəməzdim. Mən istəyirəm bilim ki, o
kimin yanında olacaq, bəlkə, hərdənbir onu görməyə gəldim, o hiss etməlidir ki, atalığı
yaxındadır, onun keĢiyini çəkir. Bir sözlə, elə Ģeylər var ki, onlar bizim qüvvəmiz xaricindədir.
Mən heç sizin adınızı da bilmirəm. Siz onu aparacaqsınız, mən də öz-özümə deyəcəyəm: ―Bəs
bizim Torağay hanı? O hara uçub getdi?‖ Mən heç olmazsa, bir parça kağız, heç olmazsa
pasportun bir ucunu görməliyəm, elə deyilmi?
Yolçu Tenardyenin vicdanının ta dərinliklərinə qədər nüfuz edən bir nəzərlə müttəsil ona
baxaraq qəti və ciddi bir səslə cavab verdi:
– Cənab Tenardye, Parisdən beĢ lyölük bir yola çıxan adam özü ilə pasport götürməz. Mən
Kozettanı aparacağamsa, heç bir izahat vermədən aparacağam, ancaq bu qədər! Siz nə mənim
adımı biləcəksiniz, nə də harada yaĢadığımı. Qızın harada olacağını bilməyəcəksiniz, mənim
məqsədim elə budur ki, o, sizi bir daha ömründə görməsin. Mən onun bu evlə əlaqəsini tamam
üzürəm, o, artıq yox olur. Buna razısınızmı? hə, ya yox?
Ġblislər və dahilər müəyyən əlamətlərə görə ali bir varlığı duya bildikləri kimi, Tenardye də
olduqca qüvvətli bir adama rast gəldiyini anlamıĢdı. O, bunu intuisiya ilə bir an içində, ona
məxsus olan zirəklik və dərrakə ilə anlamıĢdı. Arabaçılarla Ģərab içərkən, çubuq çəkərkən və
nəğmə oxuyarkən belə, Tenardye bütün axĢamı bu yad yolçunu gözləri ilə izləyir, piĢik kimi
pusur, riyaziyyatçı kimi öyrənirdi, O, bu adamı Ģəxsi mənafeyi üçün, həzz almaq üçün, bir sövq-
təbii ilə izləyirdi, eyni zamanda mükafat alacaq bir casus kimi onun hər bir hərəkətini pusurdu.
Sarı redinqotlu adamın heç bir hərəkəti onun nəzərindən qaçmırdı. Tenardye hələ yolçu Kozetta
ilə maraqlandığını büruzə verməzdən əvvəl onun belə edəcəyini baĢa düĢmüĢdü. O, qocanın
daim uĢağa doğru çevrilən dalğın nəzərlərini görmüĢdü. Lakin o, nə üçün bu uĢaqla maraqlana
bilərdi? Bu adam kim idi? Nə üçün bu qoca cibi dolu olduğu halda, bu qədər yoxsul geyinmiĢdi?
Tenardye özünə verdiyi bu suallara cavab tapa bilmədiyindən əsəbiləĢirdi. O, bütün gecəni bunu
düĢünmüĢdü. Yad adam, hər halda, Kozettanın atası ola bilməzdi. Bəlkə, o, Kozettanın
babasıdır? Elə isə nə üçün özünü birdən-birə tanıtdırmadı? Əgər sənin haqqın qanuni isə, niyə
gizlədirsən? Görünür, bu adamın Kozettaya heç bir ixtiyarı yox idi. Bəs elə isə, o kimdir?
Tenardyenin ağlına cürbəcür fikirlər gəlirdi. O, bir çox Ģeylər fərz edir, lakin heç bir Ģey bilmirdi.
Hər halda, bu adamla söhbətə giriĢdikdən sonra və burada bir sirr olduğuna əmin olduğundan,
yolçunun tanınmaq istəmədiyini anladığından, Tenardye özünü qüvvətli hiss etdi. Lakin
yolçunun aydın və möhkəm cavablarını eĢitdikdən sonra, meyxanaçı bu müəmmalı adamın
müəmmalı olmaqla bərabər, sadə olduğunu anladığı zaman, öz zəifliyini hiss etdi. Tenardye
qətiyyən belə bir Ģey gözləmirdi. Onun bütün fərziyyələri puça çıxdı. O, bir saniyədə fikrini
topladı, bütün bunları ölçüb biçdi. Tenardye bir an içində öz vəziyyətini aydınlaĢdırmağı bacaran
adamlardan idi. Artıq düzünə və cəld hərəkət etmək vaxtı çatdığını qət edərək, o da böyük
sərkərdələrin qəti dəqiqədə hərəkət etdiyi kimi etdi. Tenardye birdən-birə bütün fikirlərini
açaraq:
– Cənab – dedi, – mənə min beĢ yüz frank lazımdır.
Yolçu yan çibindən qara dəridən köhnə bir pul kisəsi çıxartdı, açdı, içindən üç bank bileti
çıxartdı, masanın üstünə qoydu. Sonra yoğun baĢ barmağını bu biletlərin üstünə qoyaraq dedi:
– Kozettanı gətirin!
Bəs bu zaman Kozetta nə edirdi?
Kozetta oyuncaq baĢmağını qoyduğu yerə yüyürdü. BaĢmağın içindən bir qızıl pul tapdı. Bu pul
napoleondor deyildi. Restavrasiya dövrünün pullarından idi, iyirmi franklıq, təptəzə bir pul idi,
üç tərəfində dəfnə çələnginin yerinə bir prus quyruğu çəkilmiĢdi. Kozetta mat və heyran qaldı.
Artıq taleyi onu sərməst etməyə baĢlayırdı. O, qızıl pul nə olduğunu bilmirdi, ömründə bir dəfə
də olsun qızıl pul görməmiĢdi. O, pulu götürdü, oğurlayıbmıĢ kimi cəld önlüyünün cibində
gizlətdi. Bununla belə, Kozetta bu qızıl pulun onunku olduğunu duyurdu, o, bu hədiyyəni
verənin də kim olduğunu anlayır, lakin qəlbində həm sevinc, həm də qorxu hiss edirdi. Kozetta
məmnun idi. Hətta heyran qalmıĢdı. Bu qədər zəngin, bu qədər gözəl olan bu hədiyyələri o,
sanki, yuxuda görürdü, bu, həqiqət ola bilməzdi. Kukla da, qızıl pul da onda qorxu oyadırdı. O,
bu dəbdəbə qarĢısında Ģüursuz olaraq titrəyirdi. O, yalnız yad adamdan qorxmurdu. Əksinə, onu
düĢünməyə baĢladıqda, dərhal sakit olurdu. O, hələ dünənki axĢamdan bəri, bütün sarsıntılardan
yuxudan sonra öz balaca uĢaq zəkası ilə, bu qədər qoca, zavallı və kədərli görünən, həqiqətdə isə
bu qədər varlı və mərhəmətli olan bu adam haqqında düĢünürdü. MeĢədə bu qocaya rast gəldiyi
dəqiqədən bəri onun üçün hər bir Ģey, sanki, dəyiĢmiĢdi. Ən balaca bir quĢcuğazdan da az səadət
görmüĢ olan Kozetta ana qanadı altında yaĢamaq nə olduğunu bilmirdi. BeĢ yaĢından, yəni
özünü xatırladığı zamandan bəri, bu zavallı körpə həmiĢə qorxudan və soyuqdan titrəmiĢdi. O,
həmiĢə fəlakətin dondurucu küləyi qarĢısında çıl-çılpaq dayanmıĢdı, indi isə ona elə gəlirdi ki,
bədəni isti bir Ģeylə örtülmüĢdü. Əvvəllər qəlbində soyuqdan baĢqa bir Ģey hiss etmədiyi halda
indi bütün bədəninə hərarət yayılırdı. O, artıq Tenardyedən belə əvvəlki kimi qorxmurdu. O,
artıq tək deyildi, yanında kimsə dayanmıĢdı.
Kozetta cəld hər günkü səhər məĢğələsinə baĢladı. Bir gün əvvəl içindən on beĢ suluq pul düĢən
cibindəki lüidor onun baĢını qarıĢdırırdı. Qızıla toxunmağa cəsarət etməsə də, hər dəfə beĢ
dəqiqə dayanıb ona tamaĢa edirdi, hətta dilini belə çıxardırdı. Kozetta pilləkəni süpürərkən
birdən dayanır, bir yerdə donub qalır, tərpənir, süpürgəni, yer üzündə hər bir Ģeyi belə unudub,
cibinin içində parlayan bu ulduza tamaĢa edirdi.
Tenardye qarı belə bir dəqiqədə onun baĢının üstünü almıĢdı.
Ərinin əmri ilə o, qızın dalınca getdi. Ağlagəlməz bir hadisə idi! Tenardye qarı ona yumruq belə
vurmadı, bir söyüĢ belə söymədi!
O, mülayim bir səslə:
– Kozetta, – dedi, – tez buraya gəl.
Bir dəqiqə sonra Kozetta artıq aĢağı mərtəbədəki salonda idi. Yolçu gətirdiyi boğçanı açdı.
Boğçanın içində yundan uĢaq paltarı, döĢlük, tuman, ləçək, yun corab, bir cüt çəkmə – bir sözlə
yeddi yaĢlı bir qız uĢağı üçün nə lazımsa, hər Ģey vardı. ġeylərin hamısı qara idi.
Yolçu:
– Bala, – dedi, – bunları götür, get tez geyin.
Səhər yenicə açılırdı. Oyanaraq qapılarını açan adamlar Paris küçəsi ilə yoxsul paltarlı bir
qocanın əlində çəhrayı bir kukla olan qara geyimli balaca bir qızın qolundan tutaraq getdiyini
gördülər. Onlar Livriyə doğru gedirdilər.
Bu, bizim yad Yolçu ilə Kozetta idi.
Bu adamı kimsə tanımırdı, Kozettanı da kimsə tanımadı, çünki o, cındır paltarını atıb baĢqa bir
paltar geyinmiĢdi.
Kozetta bu yerlərdən gedirdi. Kiminlə? Haraya? O, heç bir Ģey bilmirdi. O, yalnız Tenardye
meyxanasını qoyub getdiyini anlayırdı. Ayrılarkən kimsə onunla ―vidalaĢmadı‖, o da kimsə ilə
salamatlaĢmadı. Bu evdə o, hamıya nifrət edirdi və hamı da ona nifrət edirdi.
Müsibətdən baĢqa qəlbi bu vaxta qədər heç bir Ģey duymayan zavallı, yazıq uĢaq!
Kozetta aramla, iri gözlərini açıb, göylərə baxa-baxa gedirdi. Qızıl pulunu o yeni döĢlüyünün
cibinə qoymuĢdu. Arabir əyilib pula baxır, sonra isə qocaya nəzər salırdı. Ona elə gəlirdi ki,
guya, yanınca yol gedən Allah-taala özüdür.
ONUNCU FƏSĠL.
Artıq tamah baĢ yarar.
Tenardye qarı adəti üzrə ərinin iĢinə qarıĢmırdı. O, böyük hadisələr olacağını gözləyirdi. Yolçu
ilə Kozetta getdikdən sonra Tenardye təqribən on beĢ dəqiqə gözləyib, arvadını çağırdı və min
beĢ yüz frankı ona göstərdi.
– Elə bucığaz? – deyə qadın təəccüb etdi.
Bütün ailə həyatları boyu birinci dəfə idi ki, Tenardye qarı öz hökmdarının hərəkətini tənqid
etməyə cəsarət edirdi.
Zərbə hədəfə dəymiĢdi. Tenardye:
– Əlbəttə, sən haqlısan, – dedi. – Mən lap axmağammıĢ! ġlyapamı buraya ver, görüm!
Bank biletlərini qatlayıb cibinə soxdu, cəld otaqdan çıxdı, lakin əvvəlcə yanılıb sağa doğru getdi.
QonĢulardan yolçu ilə uĢağın haraya doğru getdiyini öyrəndi, gedənlərin izinə düĢdü. Torağayla
yolçunun Livriyə doğru getdiklərini görmüĢdülər. O, sürətlə yola doğru addımladı.
Öz-özünə düĢünərək sürətlə yeriyirdi. ―Bu adam, yəqin ki, sarı pencək geyinmiĢ bir
milyonçudur, mən isə lap sarsağam. O, əvvəlcə iyirmi su, sonra beĢ frank, sonra isə əlli frank,
lap sonra da min beĢ yüz frank verdi, özü də lap asanlıqla verdi. O, mənə on beĢ min frank da
verə bilərdi. Lakin mən ona çatacağam. Bundan baĢqa, qız üçün əvvəlcədən hazırlanmıĢ olan
paltar boğçası çox qəribə bir Ģey idi, burada mütləq bir sirr var. Lakin kəĢf edilən bir sirri
asanlıqla əldən buraxmazlar. Varlıların sirləri qızılla dolu süngər kimi bir Ģeydir, yalnız bu
süngəri sıxmağı bacarmaq lazımdır. Bu kimi fikirlər Tenardyenin baĢında dolaĢırdı. ―Mən lap
axmağammıĢ‖ deyə o təkrar edirdi.
Monfermeyldən çıxıb, Livriyə doğru gedən yolun döndüyü yerə çatdıqda, bu yolun platodan
keçdiyini ta uzaqlardan görmək olur. Tenardye bu yerə çatdıqdan sonra, qoca ilə qızı görə
biləcəyini zənn edirdi. O, göz iĢlədikcə uzaqlara baxdı, lakin heç kəsi görə bilmədi. O, yenə
yolçulardan soraq eləməyə baĢladı. Vaxt isə keçirdi. Rast gəldiyi adamlar onun soruĢduğu uĢaqla
qocanın Qani tərəfdən meĢəyə doğru yönəldiklərini söylədilər. Tenardye cəld bu tərəfə getdi.
Doğrudur, Tenardyeni qabaqlamıĢdılar, lakin uĢaq axı yavaĢ yeriyir, Tenardye isə sürətlə gedirdi.
Həm də Tenardye bu yerlərə yaxĢı bələd idi.
Birdən Tenardye dayandı və ən mühüm bir Ģeyi unutmuĢ və geriyə dönməyə hazır bir adam kimi
əlini alnına vurdu. Mızıldanaraq:
– Çərək özümlə tüfəng götürəydim, – dedi.
Tenardye bəzən aramızda görünən və tale onları yalnız bir tərəfdən göstərdiyi üçün anlaĢılmamıĢ
qalan iki cür təbiətli adamlardan idi. Bir çox insanların taleyi belədir: onlar özlərini yalnız yarıya
qədər göstərə bilirlər. Tenardye sakit və müvazinətli bir həyat sürəndə, hər halda, namuslu
―olmasa‖ da, necə deyərlər, namuslu adı qazanacaq bir alverçi, yararlı bir vətəndaĢ olmaq üçün
hər Ģeyə malik idi. Eyni zamanda baĢqa Ģəraitdə, onun gizli instinktlərini oyadan bəzi sarsıntılar
baĢ verdikdə, Tenardye ən alçaq bir adama çevrilirdi. Bu, həm dükançı, həm də bir əjdaha idi.
Kim bilir, bəlkə, iblisin özü belə Tenardyenin yaĢadığı xarabanın bir küncündə çömbəlib
oturaraq, insan alçaqlığının bu mükəmməl nümunəsi qarĢısında dərin fikirlərə dalırdı.
Bir anlıq tərəddüddən sonra Tenardye bu qərara gəldi ki, qayıtmaq olmaz, yoxsa onlar gözdən itə
bilərlər!
Tenardye kəklik sürüsünün izinə düĢmüĢ bir tülkü kimi, səhv etmədən, sürətli və inamlı
addımlarla yoluna davam etdi.
Doğrudan da, gölləri keçdikdən sonra, Belvüyə gedən meĢə yolunun sağ tərəfində olan böyük bir
talanı çəpinə keçib, qədim ġol abbatlığının su kəmərinin üstündəki təpəni əhatə edən ot basmıĢ
xiyabana çatdıqda, Tenardye kolların üzərində bir Ģlyapa gördü. Bu, Tenardyenin xəyalında bir
çox fərziyyələrə səbəb olan həmin Ģlyapa idi. Bu, yad adamın Ģlyapası idi. Kollar hündür deyildi,
Tenardye yolçu ilə Kozettanın yorğunluq almaq üçün kolların altında oturduqlarını anladı. Qızın
boyu balaca olduğundan görünmürdü, lakin kuklanın baĢı görünürdü.
Tenardye yanılmamıĢdı. Yolçu Kozettanın bir az dincini alması üçün oturmuĢdu. Meyxanaçı
kolluğun o tərəfinə keçib, birdən axtardıqları ilə üz-üzə gəldi.
O tövĢüyərək:
– BağıĢlayın, cənab, – dedi, – budur sizin min beĢ yüz frankınız, geri götürə bilərsiniz!
Bu sözlərlə Tenardye bank biletlərini yolçuya uzatdı. Yolçu onun üzünə baxdı.
– Bu nə deməkdir?
Tenardye ehtiramla cavab verərək:
– Cənab, – dedi, – bu o deməkdir ki, mən Kozettanı geri götürürəm.
Kozetta titrəyərək qocaya sığındı.
Qoca diqqətlə Tenardyeyə baxaraq hər bir hecanı ayıra-ayıra:
– Siz Kozettanı geri götürürsünüz!
– Bəli, cənab, mən onu geriyə aparacağam. Bu saat mən nə üçün belə etdiyimi sizə anladaram.
Mən fikrimi dəyiĢdim. Doğrusu, uĢağı sizə verməyə mənim haqqım yoxdur. Bilirsiniz ki, mən
namuslu bir adamam. Bu uĢaq mənim deyil, onun öz anası var. Anası onu mənə etibar etmiĢdir,
mən də onu ancaq anasına qaytara bilərəm. Siz mənə cavab verə bilərsiniz ki: ―Axı onun anası
ölmüĢdür!‖ Tutaq ki belədir. Elə isə mən uĢağı anası tərəfindən qızın verilməsi üçün kağız
gətirən adama verə bilərəm. Aydındır, deyilmi?
Yolçu cavab vermədən əlini cibinə salıb araĢdırdı və Tenardye yenə içi bank biletləri ilə dolu pul
kisəsini gördü.
Meyxanaçı sevincdən titrədi.
―Çox gözəl! – deyə o düĢündü. – Möhkəm dayan, Tenardye! O mənə rüĢvət vermək istəyir!‖
Yolçu pul kisəsini açmazdan əvvəl, ətrafına baxdı. Tamamilə boĢ və kimsəsiz bir yer idi. Nə
meĢədə, nə dərədə heç kəs görünmürdü. Yolçu pul kisəsini açdı və içindən Tenardyenin
gözlədiyi kimi bank biletləri deyil, adi bir kağız parçası çıxartdı, kağızı açıb meyxanaçıya
verərək:
– Siz haqlısınız, – dedi – oxuya bilərsiniz.
Tenardye kağızı alıb oxudu:
―Monreyl-sür-Mer,
25 mart 1823-cü il.
Cənab Tenardye!
Kozettanı bu kağızı gətirənə verərsiniz. Bütün xırda xərcləriniz ödəniləcəkdir.
Hörmətlərimi qəbul edin
Fantina‖.
Yolçu dedi:
– Bu imza sizə tanıĢdır.
Bu, doğrudan da, Fantinanın imzası idi. Tenardye onu dərhal tanıdı.
Deyəcək bir Ģey qalmırdı. Tenardye çox bərk, həm də ikiqat acıqlanmıĢdı: o, həm almaq
niyyətində olduğu puldan əl çəkməli idi, həm də məğlub edilmiĢdi.
Yolçu dedi:
– Bu məktubu bir bəraətnamə kimi saxlaya bilərsiniz.
Tenardye tam qayda ilə geriyə çəkilməyə məcbur oldu. DiĢləri arasından mızıldanaraq:
– Ġmzanı pis oxĢatmamıĢlar, – dedi. – YaxĢı, eybi yoxdur.
Sonra son ümidsiz bir təĢəbbüs daha etdi.
– Qoy siz deyən olsun, cənab. Tutaq ki, elə siz, doğrudan da, həmin adamsınız. O halda siz
―bütün xırda xərcləri‖ ödəməlisiniz. Borc isə çox böyükdür.
Yolçu ayağa durdu və qolunun tozunu çırtığı ilə silərək:
– Cənab Tenardye, – dedi. – Yanvar ayında qızın anası elə hesab edirdi ki, sizə yüz iyirmi frank
borcludur, lakin fevralda siz ona beĢ yüz franklıq bir hesab göndərmiĢdiniz; fevralın axırında siz
üç yüz frank, martın əvvəlində isə yenə üç yüz frank almısınız, o zamandan doqquz ay
keçmiĢdir; Ģərtə görə siz hər ay on beĢ frank almalısınız, bu isə cəmisi yüz otuz beĢ frank edir.
Siz yüz frank artıq almısınız. Demək, otuz beĢ frank borcu qalır. Mən isə indicə sizə min beĢ yüz
frank vermiĢəm.
Tenardye tələnin polad diĢləri arasına düĢən bir canavarın çəkdiyini çəkirdi.
―Bu nə Ģeytan adammıĢ!‖ deyə, o düĢündü.
Tələyə düĢmüĢ canavar nə edərsə, Tenardye də onu etdi: dartılıb qurtulmaq istədi. Bir dəfə bu
həyasızlıq onu xilas etməmiĢdimi...
Bütün nəzakətlərini bir tərəfə ataraq, bu dəfə qəti bir səslə:
– A-dı-nı – bil-mə-di-yim – cə-nab, – dedi. – Ya mən Kozettanı aparacağam, ya da siz mənə min
ekü verəcəksiniz.
Yolçu sakitcə Kozettaya dedi:
– Gedək, Kozetta!
O, sol əlini Kozettaya verdi, sağ əlini isə uzadıb yerdəki ağacını götürdü.
Tenardye dəyənəyin yoğunluğunu və yerin kimsəsizliyini öz-özünə qeyd etdi.
Yolçu qızla bərabər meĢəyə girdi, meyxanaçı isə çaĢqın halda hərəkətsiz qaldı.
Yolçu ilə qız uzaqlaĢdıqca Tenardye yolçunun bir az əyilmiĢ, geniĢ çiyinlərinə və iricə
yumruqlarına baxırdı.
Sonra özünə, zəif arıq əllərinə nəzər saldı. ―Görünür, mən, doğrudan da, lap axmağammıĢ, –
deyə düĢündü. – Adam da ova tüfəngsiz çıxar?!‖
Bununla belə o yenə təslim olmaq istəmədi.
– Mən onun haraya getdiyini bilməliyəm, – deyə mızıldandı və onları uzaqdan təqib etdi. Əlində
yalnız iki Ģey qalırdı: biri – ‖Fantina‖ imzası ilə bir parça kağızdan ibarət olan bir istehza, o biri
isə – min beĢ yüz frankdan ibarət bir təsəlli.
Yolçu Kozettanı Livriyə və Bondiyə doğru aparırdı. O, baĢı aĢağı, dalğın və kədərli halda yavaĢ-
yavaĢ gedirdi. QıĢ ağacların yarpaqlarını tökmüĢdü, buna görə Tenardye onlardan xeyli uzaq bir
məsafədə yerisə də, gözdən itirə bilməzdi. Ara-sıra yolçu geriyə baxır və dalınca adam gəlib-
gəlmədiyini yoxlayırdı. Birdən o, Tenardyeni gördü. Dərhal Kozetta ilə birlikdə qalın ağaclığa
girdi, burada asanlıqla gizlənmək olardı.
Tenardye:
– Vay səni Ģeytan! – deyə səsləndi və sürətlə yeriməyə baĢladı.
MeĢənin sıxlığı Tenardyeni onlara yaxınlaĢmağa məcbur etdi. Yolçu qalın ağaclığa girdikdən
sonra, dönüb geriyə baxdı. Tenardye kol-kos arasında gizlənmək istədisə də, qocanın
gözlərindən qaça bilmədi. Qoca ona təĢviĢli bir nəzər saldı və yoluna davam etdi. Meyxanaçı
yenə onları təqib etməyə baĢladı. Bu sürətlə iki yüz-üç yüz addım yeridilər. Birdən yolçu yenə
dönüb baxdı və yenə Tenardye onun gözlərinə sataĢdı. Bu dəfə yolçunun Tenardyeyə saldığı
nəzər o qədər qorxunc idi ki, meyxanaçı artıq onları təqib etməyin ―mənasız‖ olduğunu anladı.
Tenardye geriyə döndü, evinə qayıtdı.
ON BĠRĠNCĠ FƏSĠL.
9430-cu nömrə yenə meydana çıxır və Kozetta
bu nömrəni lotereyada udur.
Jan Valjan ölməmiĢdi.
Dənizə düĢəndə, daha doğrusu özünü dənizə atanda, ayağında kandal yox idi. Suyun altı ilə üzə-
üzə, lövbər salmıĢ gəmiyə çatdı, ona bağlanmıĢ qayığa çıxdı. Burada gizlənərək, axĢama qədər
gözlədi. Gecə yenə üzməyə baĢlayaraq, Bren burnunun yaxınlığındakı sahilə çatdı. Kifayət qədər
pulu olduğundan, burada özü üçün paltar aldı. Balaqye ətrafında o zamanlar bir meyxana vardı,
qaçqın katorqalılar burada öz paltarlarını dəyiĢərdilər, meyxanaçı da bundan yaxĢı pul qazanardı.
Sonra Jan Valjan, qanunun sayıqlığını aldatmağa və cəmiyyətin onlar üçün təyin etdiyi və acı
talelərindən qurtulmağa çalıĢan bütün bu zavallı qaçqınlar kimi, dolaĢıq və qorxulu yollardan
getməyə baĢladı. Birinci dəfə Bosse yaxınlığında Pradoda gecələdi. Sonra yuxarı Alp dağlarında
Brianson yaxınlığındakı Qran-Vilara doğru getdi. O, daim qorxu içində, gözübağlı qaçırdı, bu
qaçmaq yeraltı yolları heç kimə məlum olmayan bir köstəbək qaçmağına bənzəyirdi. Sonralar
onun izləri Sivrie vilayətindən En qəsəbəsində, Pireney dağlarında Qranj-de-Dumek deyilən bir
yerdə yerləĢən Akonda, ġapel-Qonaq kantonunda ġavayl adlı bir kəndin yaxınlığında və Brünidə
Perige ətrafında tapılmıĢdı. Nəhayət, Jan Valjan gəlib Parisə çatdı. Bir az əvvəl biz onu
Monfermeyldə gördük.
Parisə gəldikdə birinci fikri yeddi-səkkiz yaĢlı qız üçün yas paltarı almaq və mənzil tapmaq idi.
Bunu etdikdən sonra o, Monfermeylə yola düĢdü.
Ehtimal ki, oxucunun yadındadır: Jan Valjan son qaçıĢından əvvəl Monfermeylə, yaxud onun
ətraflarına gizli bir səyahət etmiĢdi ki, bu barədə də polis idarəsinin bir qədər məlumatı vardı.
Lakin indi hamı onu ölmüĢ hesab etdiyindən, onun ətrafındakı qaranlıq bir qat daha artmıĢdı.
Parisdə əlinə bir qəzet keçdi. Bu qəzet də onun öldüyünü təsdiq edirdi. Artıq o sakitləĢmiĢdi,
qəlbi yumĢalmıĢdı, sanki, doğrudan da, ölmüĢdü.
Jan Valjan Kozettanı Tenardyenin pəncəsindən qurtardığı günün axĢamı, hava qaralan zaman,
Monso qarovulxanası tərəfdən uĢaqla birlikdə Parisə daxil oldu. Burada bir kabrioletə minərək
Rəsədxana meydanına qədər getdi. Orada kabrioletdən düĢüb, sürücünün haqqını verdikdən
sonra Kozettanın əlindən tutdu və hər ikisi gecənin qaranlığında, Ursin və Qlasyer tərəflərindəki
kimsəsiz küçələrlə Xəstəxana bulvarına tərəf getməyə baĢladı.
Kozetta bütün günü həyəcan və təəssürat içərisində keçirmiĢdi. Yolda xəlvət bir meyxanadan bir
qədər çörək və pendir alaraq bir hasar altında oturub yedilər. Tez-tez bir ekipajdan düĢüb, o
birinə minirdilər, yolun bir hissəsini isə piyada getmiĢdilər. Kozetta Ģikayət etməsə də, çox
yorğun idi. Jan Valjan qızın yorulduğunu görüb onu dalına aldı. Kozetta Katerinanı əlindən
buraxmayaraq baĢını Jan Valjanın çiyninə qoydu və yuxuya getdi.
BĠRĠNCĠ FƏSĠL.
Sahibkar Qorbo.
Bundan qırx il əvvəl, tənha bir yolçu Parisin lap kənarında olan Salpetrier tərəfdə gəzinərək,
bulvar boyunca italyan qarovulxanasına qədər qalxmıĢ olsaydı, burada Parisin demək olar ki,
yox olduğunu görərdi. Demək olmaz ki, buralar tam mənada izsiz idi – burada yolçulara rast
gəlmək olardı, buraya kənd də demək olmaz, çünki hər halda, kiçik Ģəhər evlərinə və dar
küçələrə təsadüf edilirdi. Lakin bu yerləri Ģəhər də hesab etmək olmaz – küçələrdə böyük
yollarda olduğu kimi dərin təkər izləri görünür, ot bitirdi; bu, böyük kənd də deyildi, çünki evlər
kənd evlərinə nisbətən çox hündür idi. Elə isə həm məskun, həm də izsiz, həm boĢ, həm də adam
yaĢayan bu yerlərə nə ad qoymaq olardı? Bu, böyük bir Ģəhərin bulvarı, Parisin bir küçəsi idi,
gecələr meĢələrdən qorxunc, gündüzlər isə qəbiristanlıqdan daha ələmli bir yer idi.
Bu, At meydanının köhnə bir məhəlləsi idi. Əgər yolçu At meydanının dörd xaraba divarından o
yana keçməyə cəsarət edib kiçik Bankir küçəsinə çatsaydı, sağ tərəfində uca bir divarla
hasarlanmıĢ balaca bir çətənə zəmisi, sonra nəhəng qunduzların yuvalarına bənzəyən bir çox
palıd qabığı ovuntusu təpələri ilə örtülü bir düz, daha sonra isə hasarla dövrəyə alınmıĢ və içərisi
taxta-Ģalban, taxta kəpəyi, talaĢa və kötük yığınları ilə dolu bir yer görərdi, bu yığınların üstündə
bir it hürür və qarovul çəkirdi. Bundan sonra yolçu uçmuĢ və alçaq, uzun bir divar daha görərdi
ki, bu divarın yaz günlərində baĢdan-baĢa çiçəklə örtülən mamır basmıĢ, qara, kirli balaca bir
qapısı da vardı. Daha sonra məhəllənin ən tənha bir yerində murdar, uçuq bir bina vardı ki,
divarları üzərində baĢ hərflərlə bu sözlər yazılmıĢdı: ―Elan asmaq qadağandır‖ Həmin bu yerdə
cəsarətli yolçu çox az tanınan Vin-Sen-Marsel küçəsinin axırına çatmıĢ olardı. Orada, zavodun
yaxınlığında bağları əhatə edən iki çəpərin arasında o zamanlar ilk görünüĢdə balaca daxmaya
bənzəyən köhnə bir ev vardı. Həqiqətdə isə bu ev kilsə böyüklüyündə idi. Evin küçəyə baxan
tərəfi ensiz olduğu üçün, kənardan baxana bu ev balaca görünürdü. Demək olar ki, bütün ev
yerin altında gizlənmiĢdi. Yalnız qapısı ilə bir pəncərəsi görünürdü. Bu koma ikimərtəbəli idi.
Komaya diqqətlə baxan adam, hər Ģeydən əvvəl, qəribə bir Ģey görərdi: evin qapısı yalnız balaca
bir anbar qapısı ola bilərdi, halbuki qapı yumĢaq daĢdan deyil, bərk daĢdan açılmıĢ olsaydı, bir
kaĢanəni bəzəyə bilərdi.
Bu qapı yonulmamıĢ kötüyə oxĢayan köndələn dirəklərlə birləĢdirilmiĢ bir neçə köhnə və qurd
yemiĢ taxtadan ibarət idi. Qapı hündür pilləli, kirli, tozlu, dik bir pilləkənə açılırdı; suvağı
tökülən pillələrin eni də qapı enində idi. Küçədən bu pilləkənin nərdivan kimi iki divarın arasına
girdiyi və qaranlıqda yox olduğu görünürdü. Kobud qapı oyuğunun üst tərəfi ensiz bir taxta ilə
qapanmıĢdı ki, bunun da ortasında olan üçbucaqlı bir deĢik, həm pəncərə, həm də qapı bağlı
olduğu zaman bir baca yerini görürdü. Qapının iç tərəfində mürəkkəbə batırılmıĢ iri bir fırça ilə
―52‖ rəqəmi yazılmıĢdı, bayırda isə yenə həmin fırça ilə qapının üstündə ―50‖ rəqəmi yazılmıĢdı.
Bu sizi çaĢdırır. Harada olduğunuzu necə bilmək olar? Qapalı qapı buranın 50 nömrəli ev
olduğunu göstərir, qapı açıq olduğu zaman isə 52 nömrəli ev olduğu anlaĢılır. Bu üçbucaqlı
pəncərədən pərdə əvəzinə kirli cındırlar asılmıĢdı.
Pəncərə geniĢ və hündür idi, Ģəbəkəli taxtaları və iri ĢüĢələri vardı. Ancaq bu ĢüĢələr bir çox
yerdən sınmıĢdı, sınıq yerlərə isə məharətlə kağızdan yamaq qoyulduğundan, həm üstü
örtülmüĢdü, həm də dərhal gözə çarpırdı. Pəncərənin taxtaları isə yarıqopmuĢ və laxlamıĢ
olduğundan daxmada yaĢayanlar üçün bir müdafiə olmaqdan artıq, yolçular üçün təhlükə təĢkil
edirdi. Pəncərələrin düĢmüĢ köndələn pərvazları yerinə boy uzunu taxtalar mıxlanmıĢdı. Bu
surətlə pəncərə pərvazları pəncərə qanadlarına çevrilmiĢdi.
Ġyrənc görünən bu qapı yamaqlı olsa da, ləyaqətli görünən bu pəncərə eyni evin fonunda
təsadüfən bir-birinə rast gələn iki dilənçini xatırladırdı: bunlar bir-birinə rast gəlib yan-yana
gedirdilər, lakin cındırları bir olsa da, zahirən bir-birinə bənzəmirdilər; birisi peĢəkar bir dilənçi
olduğu halda, o birisi yoxsullaĢmıĢ bir zadəgana bənzəyirdi.
Pilləkən yaĢayıĢ evinə çevrilmiĢ və anbara bənzəyən binanın geniĢ və əsas hissəsinə çıxırdı. Bu
binanın daxilində uzun bir koridor vardı ki, bunun da sol və sağ tərəflərində müxtəlif böyüklükdə
qəfəsələr yerləĢmiĢdi. Ehtiyac böyük olduqda yaĢayıĢ üçün istifadə edilən bu qəfəsələr,
daxmadan daha çox balaca anbara bənzəyirdi. Pəncərələri qonĢuluqdakı boĢ sahəyə açılırdı.
Bütün bu qaranlıq, cansıxıcı, tutqun və həzin binaya damın, yaxud binaların deĢikləri arasından
ya günəĢin solğun iĢığı düĢər, ya da buz kimi soyuq Ģimal küləyi girərdi. Bu kimi evlərin
xüsusiyyətlərindən birisi də iri hörümçəklərin olmasıdır.
Bulvar tərəfinə açılan qapının sonunda, adam boyu hündürlüyündə, divarın içində qapalı bir baca
vardı, dördbucaqlı bir deĢikdən ibarət olan bu baca küçədən keçən uĢaqların atdıqları daĢlarla
dolu idi.
Binanın bir hissəsi bir az bundan əvvəl uçub dağılmıĢdı. Ġndiyə kimi salamat qalan hissəsinə
baxdıqda isə bu binanın vaxtilə necə bir Ģey olduğunu təsəvvür etmək olar. Bu bina, ən uzağı yüz
il bundan əvvəl tikilmiĢdir. Yüz il kilsə üçün cavanlıq, yaĢayıĢ evi üçün isə qocalıq deməkdir.
Ġnsanların ömrü puç və müvəqqəti olduğu kimi, evlər də müvəqqətidir, Allahın evi isə – Allahın
əbədiyyəti deməkdir.
Poçtalyonlar bu komaya 50-52 nömrəli ev deyirdilər, lakin bütün məhəllədə bu bina ―Qorbonun
evi‖ adı ilə məĢhur idi.
Bu adın haradan doğulduğunu aydınlaĢdırmalıyıq.
Xüsusi zövqləri üçün lətifə kolleksiyaları toplayan və sancağa sancılmıĢ cücülər kimi ən xırda
hadisələri belə hafizələrində saxlayan xırda macəra həvəskarları keçən əsrdə, təxminən, 1770-ci
ildə, ġatledə iki prokuror olduğunu yaxĢı bilirdi. Prokurorlardan birinin adı Korbo, o birinin adı
isə Renar1 idi. Lafonten bu adların ikisini də qabaqcadan duymuĢdu, Bu hadisə olduqca maraqlı
olduğundan, məhkəmə kargüzarları bunu lağlağı üçün bəhanə etmiĢdilər. Ədalət sarayının bütün
qalereyalarında çox biçimsiz olsa belə, Ģeir Ģəklində dərhal yayılan bir parodiya yazılmıĢdı:
Bir qarğa ağzında dustaq orderi.
Ġri qovluqların üstünə düĢdü.
Ac-susuz dolaĢan günlərdən bəri.
Tülkünün meĢədə burnu giciĢdi.
Ağzı sulanaraq çıxdı meĢədən.
Gəlib dedi: ―Qarğa, xoĢ gəlmisən sən!‖
və i.a.
Hörmətli qanunçular bu bayağı zarafatdan pərt olub, dallarınca gələn qəhqəhə səslərindən
özlərini təhqir edilmiĢ bilərək, öz familiyalarını dəyiĢmək məqsədilə krala müraciət edirlər.
Onların ərz-halı XV Lüdovikə təqdim edildiyi zaman sağda papa nunsisi, solda isə – kardinal
LaroĢ-Emon dindar bir tövrlə diz çökərək, əlahəzrətin hüzurunda öz yatağından qalxmaqda olan
madam Dübarrinin yalın ayaqlarına tufli geyindirirdilər. Bu iki yepiskopa baxaraq qəhqəhə
çəkən kral, indi də fərəhlə prokurorların halına gülməyə baĢlamıĢ və mərhəmət əta edərək, həmin
bu məhkəmə siçovullarına öz adlarını bir balaca dəyiĢməyə icazə vermiĢdi. Məsələn, cənab
Korboya kralın adından icazə verilmiĢdi ki, familiyasının baĢ hərfinə bir balaca quyruq əlavə
edərək, artıq Qorbo adlansın; cənab Renarın isə bəxti gətirməmiĢdi: ona ancaq R hərfinə P
hərfini əlavə etmək üçün icazə verilmiĢdi; bu surətlə Renar artıq Prenar1 adlanmağa baĢladı, bu
surətlə yeni familiya da ona əvvəlkindən az yaraĢmırdı.
Demək, yerli rəvayətə görə, Xəstəxana bulvarındakı 50-52 nömrəli evin sahibi elə həmin bu
Qorbo idi. Bu böyük pəncərəni icad edən də bu Qorbo olmuĢdur.
Elə bu səbəbə görə də bu koma Qorbonun evi adlanırdı.
50-52 nömrəli evin qabağında, bulvardakı baĢqa ağaclarla bərabər bir də yekə bir qarağac
yüksəlirdi. Bu qarağacın budaqlarının çoxu qurumuĢdu. Elə bu ağacdan Qobelen qapısının
küçəsi baĢlayırdı, bu küçə o zamanlar hələ daĢla döĢənməmiĢdi. Küçə boyu sısqa ağaclar
əkilmiĢdi, bu ağaclar ilin fəsillərindən asılı olaraq gah yaĢıl, gah da qonur rəng alırdı. Parisi əhatə
edən hasara çatar-çatmaz bu ağaclar birdən-birə yox olurdu. QonĢuluqdakı fabrikin borularından
qalaq-qalaq yüksələn tüstü bütün məhəlləyə göydaĢ iyi saçırdı.
ġəhər qapıları yaxınlıqda idi. Parisi əhatə edən hasar 1823-cü ildə hələ vardı.
Bu Ģəhər qapısı özü insanda ələmli xəyallar oyadırdı. Bisetrə gedən yol buradan keçirdi.
Ġmperiya və Restavrasiya dövründə ölümə məhkum edilənlər edam günü Parisə həmin bu
qapıdan daxil olardılar. 1829-cu ildə baĢ vermiĢ və ―Fonteneblo qapısındakı cinayət‖ adlanan
gizli bir hadisə həmin bu yerdə olmuĢdu. Qanun bu cinayətin müqəssirlərini tapa bilmədi. Bu,
aydınlaĢdırılmamıĢ qalan qaranlıq bir məsələ, kəĢf edilməmiĢ olan dəhĢətli müəmmadır. Bir neçə
addım da qabağa getsəniz, faciəli Krulbarb küçəsinə çatacaqsınız, burada Ulbax, melodramda
oynayan bir artist kimi göylər guruldarkən, xəncərlə ivrili bir çoban qızı öldürmüĢdü. Bir neçə
addım daha atsanız, Sen-Jak qapılarındakı təpələri kəsik murdar qarağaclarla, insanpərvərlərin
eĢafotu gizlətməkmeyilindən doğan bu Ģeyə, rəzil və Ģərəfsiz Qrev meydanına, ölüm cəzasının
mənzərəsindən dəhĢətə gələn, lakin nə mərd-mərdanə onu ləğv edə bilən, nə də öz nüfuzu ilə
müdafiə edə bilən dükançıların və meĢĢanların əməlinə çatmıĢ olacaqsınız.
Otuz yeddi il bundan əvvəl, daim dəhĢət saçmaq üçün yaranmıĢ Sen-Jak meydanı nəzərə
alınmasa, bütün bu qorxunc bulvarın ən dəhĢətli yeri, ola bilsin ki, bizim zəmanəmizdə belə heç
də gözəl olmayan bu yer idi ki, 50-52 nömrəli koma da burada yerləĢirdi.
Yalnız iyirmi beĢ il keçəndən sonra burada Ģəhərlilər ev tikməyə baĢladılar. Bura çox
ürəkdarıxdıran yer idi. Burada sizi qəmli fikirlər alır, siz uca günbəzi buradan yaxĢıca görünən
Salpetrierlə hasarı yaxında olan Bisetr arasında olduğunu hiss edirdiniz; yəni siz özünüzü divanə
bir qadınla divanə kiĢi arasında hiss edirdiniz. Gözlərinizin əhatə etdiyi bütün məsafədə yalnız
sallaqxanalar, dairə hasarı və qıĢlalara, monastırlara bənzəyən tək-tük fabrik fasadları görünürdü.
Hər yanda baraklar, tikinti zir-zibili, matəm örtüyü kimi qara köhnə divarlar, kəfən kimi ağ yeni
divarlar, hər yanda sıra ilə əkilmiĢ ağaclar, düz xətlə uzanan tikintilər, bəzəksiz fasadların uzun
və soyuq xətləri, düzbucaqların qəm-qüssə gətirən yeknəsəqliyi. Nə yerdə bir qırıĢıqlıq, kələ-
kötürlük, nə tikintilərdə bir bəzək. BaĢdan-baĢa soyuq, yeknəsəq, iyrənc bir mənzərə. Heç bir Ģey
simmetriya kimi insan qəlbini əzmir. Çünki simmetriya – ürək darıxdırmaq deməkdir, ürək
darıxdırmaq isə qəm və hüznün mahiyyətidir. Məyusluq hər zaman əsnər. Ġnsanların əzab və
iztirab çəkdiyi, cəhənnəmdən də dəhĢətli bir yer varsa, o da ancaq insanların ürəyi darıxdığı bir
cəhənnəmdir. Doğrudan da, belə bir cəhənnəm olsaydı, Xəstəxana bulvarının bu hissəsi həmin
cəhənnəmə gedən bir xiyaban ola bilərdi.
Bununla belə, gecə yaxınlaĢdıqca, günəĢ sönən dəqiqələrdə, xüsusilə qıĢ günlərində, qıĢın buz
kimi soyuq nəfəsi qarağacların son qonur yarpaqlarını qoparan, qaranlıqda göz-gözü görməyən
və göydə ulduzlar sönən zaman, yaxud küləyin Ģiddətindən buludlarda ay üçün pəncərə
açıldıqda, bulvar birdən-birə dəhĢətli olur. Onun qara xətləri qaranlığa doğru gedərək, nəhayətsiz
sonsuzluğun bir parçası kimi yox olub gedir.
Yolçu dar ağacı ilə əlaqədar olan saysız-hesabsız xatirələri, bu yerə aid əfsanələri yadına salır.
Bir çox cinayətlərin baĢ verdiyi bu məhəllənin tənhalığında qorxunc bir Ģey gizlənir. Adama elə
gəlir ki, qaranlıqda hər yerdə tələlər qurulmuĢdur, dumanlı kölgələr Ģübhə oyadır, ağaclar
arasındakı uzun dördbucaqlı çuxurlar isə qəbirə bənzəyir. Gündüz bu Ģeylər çirkin görünür,
axĢam ələmli bir təsir bağıĢlayır, gecə isə məĢum bir dəhĢət saçırdı.
Yay günlərində axĢamlar, qarağacların altındakı köhnə, sökük oturacaqlarda qoca qarılar
oturardı. Onlar sırtıqlıqla sədəqə dilərdilər.
Lakin qədimlikdən artıq köhnəlik təsiri bağıĢlayan bu məhəllə, hələ o zaman dəyiĢməyə doğru
meyil edirdi. Onu görmək istəyənlər tələsməli idilər. Hər gün ümumi mənzərədən bir Ģey yox
olurdu. Hal-hazırda son iyirmi il ərzində olduğu kimi bu köhnə məhəllə ilə yanaĢı yerləĢmiĢ olan
Orlean dəmir yolunun vağzalı məhəllənin tez dəyiĢməsinə səbəb olur. Paytaxtın ucqarlarında
dəmiryol stansiyası yaranar-yaranmaz, dərhal qəsəbə məhv olur, Ģəhər doğulur. Sanki, insan
hərəkətlərinin bu böyük mərkəzləri ətrafında bu qüvvətli maĢınların gurultusundan, bu əjdaha
kimi kömürü həzm edib alov püskürən mədəniyyət atlarının nəfəsindən yeni cücərtilərlə dolu
olan bu torpaq sarsılır, titrəyir, insanın qədim mənzillərini udmaq və yenilərini doğurmaq üçün
ağzını geniĢ-geniĢ açır. Köhnə evlər uçulur, yeni evlər ucalır.
Orlean dəmir yolu stansiyası Salpetrier mülkünə hücuma keçdiyi gündən bəri, Sen-Viktor
xəndəkləri və Nəbatat bağı ilə həmhüdud olan qədim və dar küçələr sarsıldı, günün müəyyən
vaxtlarında üç-dörd dəfə axın sürəti ilə keçən dilicanlar, fiakrlar və omnibuslar evləri sağa və
sola doğru çəkilməyə məcbur etdilər. Ġlk baxıĢda həqiqətdən uzaq görünən bəzi hadisələr var,
bununla belə onlar tamamilə həqiqətə uyğundur: iri Ģəhərlərdə günəĢ üzü cənuba doğru çevrilmiĢ
evlər əmələ gəlməsinə səbəb olduğu kimi, Ģübhə yoxdur ki, küçələrdən sel kimi keçən ekipajlar
da küçələrin geniĢlənməsinə səbəb olur. Yeni həyatın əlamətləri göz qabağındadır. Bu qədim
əyalət məhəlləsində, ən tənha bucaqlarda belə, döĢəmə yollar çəkilir, hələ yolçuların keçmədiyi
yerlərdə belə hər tərəfdə səkilər uzanmağa baĢlayır. Bir dəfə, 1845-ci ilin unudulmaz iyul
səhərində burada birdən-birə qara asfalt qazanları tüstülədi; demək olar ki, o gün mədəniyyət
Lursin küçəsinə çatdı və Paris Sen-Marso qəsəbəsinə qədəm qoydu.
ĠKĠNCĠ FƏSĠL.
BayquĢ və bülbül yuvası.
Jan Valjan həmin bu Qorbonun koması qabağında dayandı. O, vəhĢi quĢlar kimi özünə yuva
tikmək üçün bu kimsəsiz yeri seçmiĢdi.
Əlini jiletinin cibinə salıb oradan açar kimi bir Ģey çıxartdı, qapını açıb içəri girdi, sonra qapını
möhkəm bağladı və Kozetta qucağında, pilləkənlə yuxarı qalxdı.
Pilləkənin baĢında cibindən baĢqa bir açar çıxartdı, ikinci qapını açdı. Ġçəri girib dərhal qapını
bağladığı otaq geniĢ bir çardağa bənzəyirdi. Avadanlığı yerə salınmıĢ bir döĢəkdən, masadan və
bir neçə stuldan ibarət idi. Küncdə bir soba vardı. Soba qalanmıĢdı, içində közərmiĢ od
görünürdü. Bulvarda yanan fənər bu miskin mənzili sönük iĢıqla iĢıqlandırırdı. Otağın dal
tərəfində balaca bir dəhliz vardı, buraya qatlama dəmir bir çarpayı qoyulmuĢdu. Jan Valjan qızı
çarpayının üstünə elə ehmalca qoydu ki, qız oyanmadı.
Kibrit çəkib Ģamı yandırdı, – bunlar əvvəlcədən hazırlanıb masanın üstünə qoyulmuĢdu. Sonra
əvvəlki kimi heyran bir nəzərlə Kozettaya baxmağa baĢladı. BaxıĢında az qala divanəlik
dərəcəsinə çatan bir mərhəmət və riqqət görünürdü. Bu qızcığaz yalnız böyük bir qüvvə, yaxud
böyük bir zəiflik əlamətlərindən olan sakit bir etimadla yatmıĢdı. Kiminlə harada olduğunu belə
bilmədən rahat-rahat yatırdı.
Jan Valjan əyilib bu uĢağın əlini öpdü.
Doqquz ay bundan əvvəl o, bu qızın anasının əlini öpmüĢdü. Anası da qızı kimi yatmıĢdı, lakin
əbədi olaraq yatmıĢdı.
Qəlbi yenə o vaxtkı kimi acı, ağır, həzin bir hiss və pərəstiĢlə dolu idi.
O, Kozettanın çarpayısı qarĢısında diz çökdü.
Gün çıxmıĢdı, Kozetta isə hələ yatırdı. Dekabr günəĢinin solğun ziyası çardağın pəncərəsindən
girərək tavan üzərində uzun kölgələr və iĢıqlar cızırdı. Birdən-birə, bulvar Ģosesi ilə keçən ağır
daĢla yüklənmiĢ bir araba göy guruldayırmıĢ kimi bir gurultu salaraq bütün komanı baĢdan-baĢa
sarsıtdı və titrəməyə məcbur etdi.
Kozetta bu gurultudan birdən-birə oyanaraq çığırdı:
– Bəli, xanım, bəli! Bu saat, bu saat gəlirəm!
Gözlərinin qapaqları hələ yuxudan açılmamıĢ bir halda çarpayıdan sıçrayaraq əllərini otağın
küncünə doğru uzatdı.
– Aman Allah! – deyə bağırdı. – Bəs mənim süpürgəm hanı? Gözlərini geniĢ açdıqda Kozetta
qarĢısında Jan Valjanın gülər üzünü gördü.
Qız:
– Ah, lap yadımdan çıxmıĢdı, – dedi. – Sabahınız xeyir olsun, cənab.
UĢaqlar öz təbiətləri etibarilə sevinc və səadəti təcəssüm etdiklərindən sevinc və səadətə tez və
səmimiyyətlə alıĢırlar.
Kozetta yatağının ayaq tərəfində Katerinanı görərək dərhal qucağına aldı. O, kuklası ilə oynaya-
oynaya Jan Valjana min cür sual verirdi. O haradadır? Paris çoxmu böyükdür? Madam Tenardye
ondan çoxmu uzaqdadır? Dalımca gələ bilməz ki? Birdən Kozetta çığırdı:
– Ah, bura nə gözəldir!
Bu, iyrənc bir daxma idi, lakin Kozetta burada özünü azad hiss edirdi. Nəhayət, yenə soruĢdu:
– Otağı süpürümmü?
Jan Valjan cavab verdi:
– Oyna.
Bütün gün belə keçdi. Heç bir Ģey anlamağa çalıĢmayaraq Kozetta öz kuklası ilə bu adamın
yanında özünü son dərəcə xoĢbəxt hiss edirdi.
ÜÇÜNCÜ FƏSĠL.
Ġki bədbəxtlik birləĢəndə... səadət əmələ gəlir.
Ertəsi gün səhər tezdən Jan Valjan yenə də Kozettanın yatağı yanında durmuĢdu. O, hərəkətsiz
dayanıb Kozettaya baxaraq onun oyanmasını gözləyirdi.
Qəlbinə yeni qəribə duyğular girirdi.
Jan Valjan heç bir zaman heç bir kəsi sevməmiĢdi. Ġyirmi beĢ il idi ki, o tamamilə yalqız idi. O
heç bir zaman ata, məĢuq, ər, dost olmamıĢdı. Katorqada acıqlı, qaĢqabaqlı, bakir, nadan və vəhĢi
bir adam idi. Bu köhnə katorqalının qəlbinə hələ heç bir Ģey toxunmamıĢdı. Bacısı və bacısının
uĢaqları dumanlı və uzaq bir xatirə kimi yadına gəlirdi, lakin sonralar onlar da xatirəsindən
tamamilə silindi. Jan Valjan onları tapmaq üçün çox əlləĢdisə də, tapa bilmədi, unutdu, getdi.
Ġnsan təbiətinin xasiyyəti belədir. Gəncliyində baĢqa hisslər, meyillər olmuĢsa, onlar da artıq yox
olmuĢdu.
O, Kozettanı gördüyü, balaca qızı götürüb özü ilə apardığı, azad etdiyi zaman bütün qəlbinin
sarsıldığını hiss etdi. Qəlbinin bütün ehtirasları və mehribanlıq hissləri birdən-birə oyanaraq bu
uĢağa doğru meyil etdi. Jan Valjan Kozettanın yatdığı çarpayıya yaxınlaĢarkən sevincindən
titrəyirdi. O, doğum ağrılarını hiss edən və bunun nə olduğunu anlamayan gənc bir anaya
bənzəyirdi. Bu ona görədir ki, sevməyə baĢlayan bir qəlbin böyük, əsrarəngiz hərəkətində
dumanlı və Ģirin bir Ģey var.
Zavallı qoca, bakir qəlb!
Lakin Jan Valjanın əlli beĢ yaĢı olduğu halda, Kozettanın səkkiz yaĢı vardı, odur ki, həyatında
duya bilməyəcəyi bütün məhəbbət uĢağa doğru yönələrək anlaĢılmaz bir nurla parladı.
Bu onun həyatında parlayan ikinci bir nurani xəyal idi. Yepiskop həyatının üfüqlərində
mərhəmət Ģəfəqlərini saçdı, Kozetta isə məhəbbət Ģəfəqini alovlandırdı.
Ġlk günlər böyük bir səadət içində keçdi.
Kozettaya gəlincə, o da özü belə hiss etmədən, dəyiĢmiĢdi. Zavallı körpə! Anası onu qoyub
getdiyi vaxt Kozetta o qədər balaca idi ki, yadına belə gəlmirdi. Üzüm tənəyinin zoğları kimi hər
Ģeyə yapıĢaraq sarmaĢmağa çalıĢan bütün uĢaqlar kimi, Kozetta da sevmək istəyirdi. Lakin bu
ona mümkün olmurdu. Hamı onu rədd etdi: Tenardyelər də, onların uĢaqları da, baĢqa uĢaqlar
da, hamı rədd etdi. Kozetta bir itə məhəbbət bağlamıĢdı, o da öldü. Bundan sonra heç kəs və heç
bir Ģey onunla maraqlanmadı. Bunu söyləmək belə insanda dəhĢət oyadır, lakin bir dəfə biz bunu
qeyd etdik: səkkiz yaĢında ikən Kozettanın soyuq bir qəlbi vardı. Günah özündə deyildi, o,
sevmək qabiliyyətini itirməmiĢdi, lakin, əfsus, o, sevmək imkanından məhrum edilmiĢdi. Odur
ki, elə ilk gündən o bütün fikirləri, hissləri, qəlbi ilə bu qocaya bağlandı. Kozetta indiyə kimi hiss
etmədiyi bir Ģey hiss edir, qəlbi sevinclə döyünürdü.
Bu mərhəmətli adam ona artıq nə qoca, nə də yoxsul görünürdü. Bu daxmanı gözəl saydığı kimi,
Jan Valjan da ona gözəl görünürdü.
ġəfəqin, uĢaqlığın, gəncliyin, sevincin təsiri belədir. Məkan və həyatın dəyiĢməsinin burada
böyük əhəmiyyəti vardır. Yer üzündə ən gözəl bir Ģey varsa, o da çardaqda duyulan səadətin al
Ģəfəqləridir. Bizim hər birimizin keçmiĢində belə iĢıqlı bir guĢə var.
Təbiət Jan Valjanla Kozettanın arasında böyük bir hasar çəkmiĢdi: bunları bir-birindən yarım əsr
ayırırdı. Lakin həyat bu hasarı yıxdı. Tale yaĢları müxtəlif, lakin dərdləri bir olan və yaĢamaq
əsaslarından məhrum edilən bu iki insanı birdən-birə görüĢdürmüĢ və ayrılmaz bağlarla
birləĢdirmiĢdi. Həqiqətən, bu iki həyat bir-birini tamamlayırdı. Kozetta təbii hisslə bir ata, Jan
Valjan isə bir övlad axtarırdı. Bir-birinə rast gəlmələri – bir-birini tapmaları demək idi. Qoca ilə
balaca qızın əlləri bir-birinə toxunduğu zaman, bu sirli dəqiqədə, sanki, onlar bir-birinə sarıldılar.
Bu iki qəlb görüĢdükdə, sanki, bir-birinə nə qədər lazım olduqlarını hiss edərək, bir-birilə əbədi
olaraq qovuĢdular.
Sözləri ümumi və hamının baĢa düĢdüyü mənada iĢlədərsək, bunlar haqqında belə demək olardı:
bütün aləmdən məzar divarı ilə ayrılmıĢ olan Jan Valjanla Kozetta, sanki, iki Ģeyi təcəssüm
edirdilər: Jan Valjan – dul qalanların, Kozetta isə yetim qalanların təcəssümü idi. Və Jan Valjan,
sanki, göylərin əmri ilə Kozettanın atası oldu.
Bu surətdə, ġel meĢəsinin qaranlığında Jan Valjanın Kozettanın əlini-əlinə alması əsrarəngiz bir
duyğu oyatmıĢdı. Bu duyğu xəyaldan yox, bir həqiqətdən doğmuĢdu. Jan Valjanın bu uĢağın
taleyinə qarıĢması Allahın əmri idi.
Demək, Jan Valjan özü üçün yaxĢı bir sığınacaq tapmıĢdı. Burada onun üçün, deyəsən, heç bir
qorxu yox idi.
Kozetta ilə Jan Valjanın yaĢadığı otağın pəncərəsi bulvara açılırdı. Bütün evdə bu, yeganə
pəncərə idi, odur ki, evin həm yan, həm də qabaq tərəfində yaĢayan qonĢuların nəzərlərinə
sataĢmaq qorxusu yox idi.
50-52 nömrəli evin aĢağı mərtəbəsi köhnə bir anbardan və bostançıların məhsullarını qoymaq
üçün istifadə etdikləri bir damdan ibarət idi. Bu mərtəbənin üst mərtəbə ilə heç bir əlaqəsi yox
idi, ondan nə pilləkəni, nə bacası olmayan taxta tavanla ayrılmıĢdı, bu mərtəbə bütün komanın
mərtəbələrini ayıran, sanki, qapalı arakəsmə idi. Dediyimiz kimi, ikinci mərtəbə bir çox balaca
otaqlardan və bir neçə çardaqdan ibarət idi: bunların yalnız birində Jan Valjanın təsərrüfatını
idarə etməyə razılıq vermiĢ bir qarı yaĢayırdı. Qalan otaqlar isə bomboĢ idi.
Qarı ―evin baĢ kirayəniĢini‖ adlanırdı, ancaq əslində evin qapıçısı idi. Milad axĢamı otağı Jan
Valjana kirayəyə verən də elə bu qadın idi. Jan Valjan özünü Ġspaniya qiymətli kağızları
sayəsində iflas etmiĢ bir rantye kimi tanıtdıraraq, nəvəsi ilə birlikdə burada yaĢamaq istədiyini
söyləmiĢdi. Altı ayın kirayə pulunu qabaqcadan verərək, bildiyimiz kimi qarıdan otağı və dəhlizi
döĢəməyi xahiĢ etmiĢdi. Qarı da axĢamdan peçi qalamıĢ və onların gəliĢi üçün hər Ģeyi
hazırlamıĢdı.
Bu surətlə həftələr keçir, qoca ilə uĢaq bu miskin komada xoĢbəxt bir həyat sürürdülər.
Kozetta səhərdən axĢama kimi gülüb oynayır, danıĢır, mahnı oxuyurdu. UĢaqların da quĢlar
kimi, səhər nəğmələri var.
Bəzən Jan Valjan Kozettanın soyuqdan çatlamıĢ və qızarmıĢ kiçik əlini əlləri arasına alar və
öpərdi. Yazıq qızcığaz, yalnız döyülməyə adət etdiyindən, bunun nə demək olduğunu anlamaz və
utana-utana çəkilərdi.
Bəzən də Kozetta ciddi bir tövr alaraq öz qara paltarına baxmağa baĢlardı. Kozetta artıq cındır
paltar geyinmirdi, o, yas əlaməti olan qara paltar geyinirdi. O, səfalətdən uzaqlaĢaraq həyata
qədəm basırdı.
Jan Valjan ona savad öyrətməyə baĢladı. Çox vaxt uĢağın sözləri höccələməsini dinlərkən o,
katorqada pis niyyətlə savad öyrəndiyini xatırlardı. Ġndi niyyəti dəyiĢmiĢdi, o, uĢağa savad
öyrədirdi. Qoca katorqalı bunu düĢündükcə, dalğın bir mələk təbəssümü ilə gülümsərdi.
Jan Valjan bunu taleyin əmri, insana hökm edən bir varlığın iradəsi olduğunu hiss edir və
xəyalata dalardı. YaxĢı niyyətlərin də, pis niyyətlərin də uçurum kimi yerləri var.
Kozettaya savad öyrətmək və ona istədiyi qədər oynamaq üçün imkan yaratmaq – Jan Valjan
həyatının bütün mənasını, demək olar ki, bunda görürdü. Bəzən də Kozettaya anasından danıĢar
və dua oxutdurardı.
Kozetta ona ―ata‖ deyərdi, onun baĢqa adı olduğunu bilməzdi.
Jan Valjan saatlarca Kozettanın kuklasını geyindirib soyundurmasına baxar və onun civiltisini
dinlərdi. Həyat indi onun üçün də maraqsız deyildi, insanlar ona mərhəmətli və ədalətli
görünürdü, artıq bu uĢaq onu sevdikdən sonra, o heç kəsi fikrində məzəmmət etmirdi,
təqsirləndirmirdi; o, tamam qocalıncaya qədər yaĢamaq istəyirdi. Gələcək ona, sanki, Kozettanın
saçdığı parlaq bir nurla iĢıqlaĢmıĢ kimi görünürdü. Ən yaxĢı adamlar belə xudbin fikirlərdən
çəkinə bilməzlər. O, bəzən qızın gözəl olmayacağını düĢünərək sevinərdi.
Bu bizim Ģəxsi rəyimiz olsa da, lakin mətləbi sonuna qədər söyləyəcək olursaq, zənnimizcə, Jan
Valjan Kozettanı sevdiyi zaman qəlbində yaxĢılığa olan meyili qüvvətləndirmək üçün məhəbbətə
ehtiyacı vardı. O, bir az bundan əvvəl, artıq baĢqa bir Ģəkildə insanların kin və ədavətini və
cəmiyyətin puç və boĢ olduğunu görmüĢdü. Lakin onun gördükləri həyatı faciəli bir Ģəkildə
daraldır, onun yalnız bir tərəfini büruzə verirdi ki, o da Fantinanın varlığında təcəssüm edən
qadın taleyi və Javerin simasında təcəssüm edən ictimai rəy idi. Bu dəfə Jan Valjan katorqaya
yaxĢı iĢ gördüyü üçün göndərilmiĢdi, onun qəlbi yenə acılarla dolmuĢdu, onu yenə nifrət və
yorğunluq bürümüĢdü. Yepiskopun xatirəsi belə bəzən, sanki, sönməyə baĢlayır, lakin yenidən
zəfər çalaraq parlayırdı, nəhayət, bu müqəddəs xatirə də söndü. Kim bilir, bəlkə də, Jan Valjan
artıq ümidsizlik qapılarını döyürdü, bəlkə, o tamamilə süqut etmək ərəfəsində idi? Lakin o, sevdi
və yenə qüvvət qazandı. Əfsus! Həqiqətdə o heç də Kozettadan möhkəm deyildi. Jan Valjan
Kozettaya himayə göstərdisə, o da Jan Valjana qüvvət verdi. Kozetta onun sayəsində həyat
yolunda irəliləyə bilərdi, Kozettanın sayəsində isə o, yaxĢılıq yolu ilə irəliləməyə imkan tapdı. O,
uĢaq üçün bir kömək idisə, uĢaq da onun üçün bir istinadgah idi. Sənin tərəzinin müvazinət sirri
nə qədər dərin və müqəddəsdir, ey Fələk!
DÖRDÜNCÜ FƏSĠL.
BaĢ kirayəniĢinin müĢahidələri.
Jan Valjan ehtiyat üçün gündüzlər heç küçəyə çıxmazdı. Hər axĢam qaranlıq çökərkən, bəzən
yalqız, çox vaxt isə Kozetta ilə birlikdə ən tənha bulvarların kənar xiyabanlarında bir-iki saat
gəzər, hava qaraldıqdan sonra isə bir kilsəyə girərdi. Xüsusilə evinə yaxın olan Sen-Medar
kilsəsinə getməyi sevərdi. Kozettanı özü ilə bərabər aparmadığı zamanlar, onu qarıya tapĢırardı,
lakin Kozetta üçün mehriban qoca ilə gəzmək böyük bir səadət idi. Bir saat onunla gəzməyi
Kozetta Katerinası ilə Ģirin-Ģirin söhbət etməkdən belə xoĢ bilərdi. Qoca onunla gəzərkən, daim
əlindən tutar və nəvaziĢlə danıĢardı.
Kozetta olduqca Ģən təbiətli bir qız idi.
Qarı təsərrüfatı idarə edir, xörək biĢirir, bazara gedirdi.
Onlar sadə bir həyat sürürdülər, ən lazımlı Ģeylərə ehtiyacları olmasa da, sürdükləri həyat yoxsul
adamların həyatına bənzəyirdi. Jan Valjan otağın içində heç bir Ģey dəyiĢdirmədi, hər Ģeyi elə
birinci gün olduğu kimi saxladı, yalnız Kozettanın balaca daxmasının ĢüĢəli qapısını dəyiĢdirib,
yerinə taxta bir qapı qoydurdu.
O yenə eyni sarı redinqotunu və eyni qara Ģalvarını geyir və eyni köhnə Ģlyapasını qoyurdu.
Küçədə rast gələnlər onu yoxsul zənn edirdilər. Bəzən rəhmdil qarılar onu dilənçi bilib, bir su
belə verərdilər. Jan Valjan pulu alar və hörmətlə təĢəkkür edərdi. Bəzən də sədəqə istəyən bir
bədbəxtə rast gəldikdə, yaxında kimsə olub-olmadığını bilmək üçün ətrafına boylanar və
xəlvətcə yoxsula yanaĢıb, ovcuna bir mis, çox zaman isə bir gümüĢ pul qoyar və sonra tez
çəkilərdi. Bu iĢin öz mənfi cəhəti vardı. Məhəllədə onun bu hərəkətini görməyə baĢladılar və ona
―sədəqə verən dilənçi‖ adını verdilər.
BaĢ kirayəniĢin olan qarı hiyləgər, paxıllıqdan hər Ģeylə maraqlanan bir məxluq idi. Jan Valjanın
özü belə duymadan onun hər bir hərəkətini diqqətlə izləyirdi. Bir az kar olduğundan boĢboğazlıq
edərdi. KeçmiĢ gözəlliyindən yalnız iki diĢi qalmıĢdı: biri üstdə, biri altda. O həmiĢə bu iki diĢini
Ģaqqıldadardı. Qarı Kozettadan bəzi Ģeylər soruĢmağa baĢladı. Lakin o, özü də heç bir Ģey
bilmədiyindən, qarıya heç bir Ģey deyə bilməmiĢ və ancaq özünün Monfermeyldən gəldiyini
bildirmiĢdi. Bir dəfə bu sayıq gözətçi Jan Valjanın komanın boĢ otaqlarından birinə girdiyini
gördü və bu hər Ģeylə maraqlanan dedi-qoduçu qarıya Ģübhəli göründü. O, qoca piĢik kimi
səssiz-səmirsiz, gizlənə-gizlənə onun dalınca yeridi və xəlvətcə qapının deĢiyindən pusmağa
baĢladı. Jan Valjan ehtimal ki, ehtiyat edərək arxasını qapıya tərəf çevirmiĢdi. Qarı Jan Valjanın
əli ilə cibini eĢələdiyini və oradan bir iynə, qayçı və sap çıxartdığını gördü. Sonra Jan Valjan
redinqotunun ətəyinin astarını sökərək, oradan sarımtıl bir kağız çıxartdı və açdı. Qoca qarı bu
sarı kağızın min franklıq bir bank bileti olduğunu anlayaraq dəhĢətə gəldi. O, ömründə ancaq iki,
ya üç dəfə min franklıq bilet görmüĢdü. Qarı bərk qorxmuĢ halda oradan çəkildi.
Bir dəqiqə sonra Jan Valjan qarının yanına gəlib, min franklıq bileti xırdalamağını xahiĢ etdi və
bu pulu dünən aldığını, həm də onun yarım illik rentası olduğunu söylədi. ―Dünən haradan aldı?
– deyə qoca qarı öz-özünə fikirləĢdi. Dünən axĢam o, ancaq saat altıda evdən bayıra çıxmıĢdı,
xəzinənin kassası isə bu zamanlar bağlı olur‖. Qarı cürbəcür fərziyyələr quraraq, pulu
xırdalamağa getdi. Bu min franklıq bilet əhvalatı yeni təfsilatla zənginləĢərək və min frankdan
bir neçə min franka çevrilərək, Vin-Sen-Marsel məhəlləsinin arvadlarının ağzına düĢdü, bir çox
dedi-qodulara və təĢviĢə səbəb oldu.
Bu əhvalatdan bir neçə gün sonra Jan Valjan əynində təkcə jilet koridorda odun miĢarlayırdı.
Qoca qarı otaqda ev iĢləri ilə məĢğul idi, Kozetta isə odunun miĢarlanmasına tamaĢa edirdi.
Otaqda tək qalan qarı, redinqotun mıxdan asılmıĢ olduğunu görüb diqqətlə onu yoxlamağa
baĢladı. Astarı yenidən tikilmiĢdi. Qarı redinqotun hər yerini diqqətlə araĢdırdı. Ona elə gəldi ki,
redinqotun ətəklərində və qol diblərində qalın kağız bağlıları tikilmiĢdi. ġübhə yox ki, bunlar da
min franklıq biletlərdən idi.
Bundan baĢqa, qarı redinqotun ciblərində bir çox baĢqa Ģeylər gördü. Orada daha əvvəl görmüĢ
olduğu iynə, qayçı və sapdan baĢqa, dolu bir pul kisəsi, böyük bir bıçaq və – bu çox Ģübhəli idi –
müxtəlif rəngli bir neçə parik vardı. Bu redinqotun hər cibi hər bir ehtimala qarĢı gözlənilməyən
hallarda lazım ola bilən Ģeylərlə dolu idi.
Beləliklə komanın kirayəniĢinləri qıĢın axırlarına qədər yaĢadılar.
BEġĠNCĠ FƏSĠL.
BeĢ franklıq pul yerə düĢəndə cingildəyir.
Sen-Medar kilsəsinin yaxınlığında, üstü örtülmüĢ camaatlıq bir su quyusunun kənarında hər gün
bir dilənçi otururdu. Jan Valjan ona məmnuniyyətlə sədəqə verirdi. Onun bir neçə su vermədən
bu dilənçinin yanından keçdiyi hallar çox az olardı. Bəzən onunla söhbətə belə giriĢərdi.
Dilənçiyə paxıllıq edənlər onun polis adamlarından olduğunu iddia edirdilər. O, yetmiĢ beĢ yaĢlı
qoca idi, daim dodaqaltı dua oxuyardı.
Bir axĢam Jan Valjan təkcə Kozettasız, onun yanından keçərkən dilənçinin həmiĢəki yerində,
yenicə yandırılmıĢ olan küçə fənərinin altında oturduğunu gördü. Beli çox bükülmüĢ olan bu
qoca dilənçi sanki, həmiĢəki kimi dua oxuyurdu. Jan Valjan yaxınlaĢıb ona sədəqə uzatdı.
Dilənçi birdən baĢını qaldıraraq düz Jan Valjanın üzünə baxdı, sonra yenə cəld baĢını aĢağı saldı.
Bu hərəkət bir ildırım sürəti ilə keçsə də, Jan Valjan titrədi. Ona elə gəldi ki, küçə fənərinin iĢığı
altında qoca dilənçinin miskin və abid üzünü deyil, yaxĢı tanıdığı bir adamın qorxunc üzünü
gördü. Jan Valjan özünü qaranlıqda pələnglə üz-üzə gəlmiĢ kimi zənn etdi. DəhĢətindən donub
qalaraq geri sıçradı. O, nə nəfəs almağa, nə danıĢmağa, nə dayanmağa, nə də qaçmağa cəsarət
etmir, əski ilə sarınmıĢ baĢını əyərək oturmuĢ olan dilənçiyə baxırdı. Dilənçi isə, sanki, Jan
Valjanın qabağında dayandığını görmürdü. Bu xariqüladə bir dəqiqədə, Jan Valjan bir sövq-təbii
ilə, bəlkə də, gizli bir özünümühafizə duyğusu ilə səsini çıxarmadı. Dilənçinin görünüĢü eyni idi;
eyni boy, eyni cındırlar, eyni sima. Jan Valjan öz-özünə düĢünərək: ―Eh! Mən lap dəli olmuĢam,
– dedi. – Məni qara basır! Belə Ģey ola bilməz!‖ O, böyük bir həyəcan içində evə qayıtdı.
GörmüĢ olduğu üzün Javerin üzü olduğunu özünə belə etiraf etməkdən qorxurdu.
Gecə bu hadisəni fikirləĢərkən dilənçi ilə nə üçün danıĢmadığına təəssüf etdi, danıĢmıĢ olsaydı,
dilənçi bir daha baĢını qaldırmağa məcbur olardı.
O birisi gün axĢam qaranlığında, Jan Valjan yenə oraya getdi. Dilənçi həmiĢəki yerində
oturmuĢdu. Jan Valjan ona bir su uzadaraq qəti bir səslə dedi: ―XoĢ gördük, baba‖. Dilənçi baĢını
qaldırdı və zarıyan bir səslə: ―Sağ ol, mərhəmətli ağa‖ dedi. Bu adam, Ģübhəsiz, qoca və dua
oxuyan dilənçinin özü idi.
Jan Valjan büsbütün sakit oldu. Hətta öz-özünə gülərək ―Burada Javer nə gəzirdi? – deyə
düĢündü. Yoxsa gözlərim xarab olmağa baĢlayır?‖ O artıq bu barədə düĢünmürdü.
Bir neçə gün sonra, axĢam saat səkkizə yaxın Jan Valjan öz otağında oturub Kozettaya dərsini
hündürdən oxutdurmaqda ikən, birdən evin bayır qapısının açılıb, yenə bağlandığını eĢitdi. Bu
ona qəribə göründü. Evdə özündən baĢqa yalnız qoca qarı olurdu ki, o da Ģam yandırmamaq
üçün həmiĢə axĢamdan yatardı. Jan Valjan sükut etmək üçün Kozettaya iĢarə etdi. O, kiminsə
pilləkənlə yuxarı qalxdığını eĢidirdi. Əlbəttə, bu, qarının özü də ola bilərdi, bəlkə, xəstələnmiĢ və
dərman üçün aptekə gedibmiĢ. Jan Valjan qulaq verib dinlədi. Addımlar kiĢi addımları kimi ağır
və gurultulu idi. Lakin qarı da kobud ayaqqabı geyirdi, bir də qarıların ayaq səsləri də kiĢilərin
ayaq səsinə bənzər. Bununla belə Jan Valjan Ģamı söndürdü.
Kozettaya: ―Get, yavaĢca yerində uzan!‖ – deyə pıçıldayıb, onu yatmağa göndərdi, Kozettanın
alnından öpdüyü zaman, ayaq səsləri kəsildi. Jan Valjan oturduğu stulun üstündə arxası qapıya
doğru qaranlıqda, nəfəs belə almadan, hərəkətsiz oturmaqda davam edirdi. Bir xeyli müddət
sonra, heç bir səs eĢitməyərək səssizcə vəziyyətini dəyiĢdi və geriyə dönüb otağının qapısına
baxdıqda, qapının açar dəliyindən iĢıq gəldiyini gördü. Bu iĢıq qaranlıq olan qapıda və divarda
məĢum bir ulduza bənzəyirdi. ġübhə yox ki, qapının arxasında bir adam dayanmıĢdı və əlində
Ģam, qulaq asırdı.
Bir neçə dəqiqə daha keçdi, iĢıq yox oldu. Lakin Jan Valjan azca belə ayaq səsi eĢitmədi, qapının
arxasında dayanıb qulaq asan adam, yəqin ki, ayaqqabılarını çıxarmıĢdı.
Jan Valjan, paltarını soyunmadan yatağına atıldı və bütün gecəni gözlərini yummadı.
Səhərə yaxın, yorğunluqdan mürgüləməyə baĢladığı zaman, birdən koridorun sonundakı boĢ
otaqlardan birinin qapısının açıldığını eĢidərək oyandı. Sonra axĢam pilləkəndən qalxan kiĢinin
tanıĢ ayaq səslərini eĢitdi. Ayaq səsləri yaxınlaĢırdı. Jan Valjan çarpayısından sıçradı. Gözünü
açar deĢiyinə yaxınlaĢdırdı. O, gecə komaya girərək, qapısının arxasında dayanıb pusan yad
adamın kim olduğunu görməyə çalıĢırdı. Doğrudan da, Jan Valjanın qapısı yanından bu dəfə
dayanmadan bir kiĢi keçdi. Koridor hələ çox qaranlıq idi, onun üzünü seçmək mümkün deyildi,
lakin bu adam pilləkənə çatdığı zaman bayırdan gələn iĢıq onun üzünə düĢdü və Jan Valjan onu
arxadan aydınca gördü. Bu, ucaboylu, uzun redinqotlu və qoltuğunda yoğun dəyənəyi olan bir
kiĢi idi. Bu, Javerin dəhĢətli kölgəsi idi!
Jan Valjan bulvara doğru açılan pəncərədən bir daha ona baxa bilərdi, lakin bunun üçün
pəncərəni açmaq lazım gəlirdi, buna da o cəsarət etmədi.
ġübhəsiz, bu adam qapını öz açarı ilə açıb, öz evinə girər kimi içəri girmiĢdi. Lakin bu açarı ona
kim vermiĢdi? Bütün bu Ģeylər nə demək idi?
Səhər saat yeddidə qarı otağı təmizləməyə gəldiyi zaman Jan Valjan ona diqqətli bir nəzər saldı,
lakin heç bir Ģey soruĢmadı. Qarı özünü həmiĢəki kimi aparırdı.
Otağı süpürərkən qarı dedi:
– Cənab, siz, yəqin, bu gecə bizim evə bir adam girdiyini eĢitdiniz?
O zamanlar bu məhəllədə axĢam saat səkkiz gecənin yarısı hesab olunurdu.
Jan Valjan olduqca təbii bir səslə:
– Doğrudan da, – dedi, – elə bir Ģey eĢitdim. O kim idi?
– O bizim yeni kirayəniĢinimizdir.
– Adı nədir?
– YaxĢı yadımda deyil. Bilmirəm Dümondur, yoxsa Domondur. Buna bənzər bir Ģeydir, – deyə
qarı cavab verdi.
– YaxĢı, bəs bu cənab Dümon kimdir?
Qarı balaca, hiyləgər gözləri ilə ona baxdı və cavab verdi:
– O da elə sizin kimi bir rantyedir.
Qarı, bəlkə də, bu sözləri tamamilə məqsədsiz söyləmiĢdi, lakin Jan Valjan bu sözlərin mənasız
olmadığını düĢündü.
Qarı getdikdən sonra Jan Valjan Ģkafda saxladığı yüz frankı dəstələyib kağıza bükdü və cibinə
qoydu. Pulun səsi çıxmasın deyə, bunu böyük bir ehtiyatla etdisə də, pullardan biri əlindən
düĢərək, cingilti ilə döĢəmənin üstünə yuvarlandı.
Qaranlıq çökəndə o, aĢağıya endi, bulvarın hər tərəfinə diqqətlə baxdı. Bulvarda kimsə
görünmürdü. Lakin ağacların arxasında da gizlənmək olardı.
Jan Valjan üzüyuxarı qalxdı.
Kozettaya:
– Gedək, – dedi.
Kozettanın əlindən tutdu, ikisi birlikdə evdən çıxdılar.
BĠRĠNCĠ FƏSĠL.
Strateji üsullar.
Həm bu, həm də oxucunun bundan sonra təsadüf edəcəyi səhifələr haqqında izahat verməyə
ehtiyac var.
– Təəssüflər olsun ki, özündən bəhs etməyə məcbur olan bu əsərin müəllifi, bir çox illərdən bəri
Parisdə yaĢamır. O, Parisi tərk edəndən sonra, Paris öz simasını dəyiĢmiĢdir. Onun yerində
müəllifin bir çox cəhətdən tanımadığı yeni bir Ģəhər əmələ gəlmiĢdi. Onun Parisi nə qədər
sevdiyini inandırmağa ehtiyac yoxdur. Paris – onun mənəvi vətənidir. Köhnə evlərin uçurulması
və yeni evlərin tikilməsi sayəsində, müəllifin gəncliyində gördüyü Paris, xatirəsini pərəstiĢlə və
əziz saxladığı Paris artıq keçmiĢdən baĢqa bir Ģey deyildir. Lakin hər halda, bu əsərin müəllifinə
keçmiĢdəki Paris haqqında indiki Paris kimi bəhs etməyə icazə verilməlidir. Kim bilir, bəlkə də,
müəllifin oxucunu aparacağı və ―Bax, filan küçədə filan ev vardı‖ deyəcəyi yerdə artıq nə küçə
qalmıĢdır, nə də evlər. Oxucular zəhmət çəkmək istəsələr, bunu yoxlaya bilərlər. Müəllifin özünə
gəlincə, o bugünkü Parisi tanımır, o, qəlbində əziz saxladığı xəyallara dalaraq keçmiĢ günlərdəki
Parisi təsəvvürünə gətirib bu əsəri yazır. O, vaxtilə vətənində gördüyü bəzi Ģeylərin, sanki, hələ
də qaldığını, sanki, hələ hər bir Ģeyin məhv olmadığını düĢünməklə özünə təsəlli verir. Doğma
Ģəhərdə yaĢayan adama elə gəlir ki, bu küçələrin, pəncərələrin, eyvanların, qapıların onun üçün
heç bir əhəmiyyəti yoxdur, bu divarlar ona yad divarlardır, bu ağaclar – yolunda rast gəldiyi
təsadüfdən baĢqa bir Ģey deyil, daxil olmadığı bu evlər ona lazım deyil, qədəm basdığı bu
döĢəmə yollar ancaq daĢ yığınıdır. Ancaq sonralar, artıq o yerləri tərk etdikdən sonra, bu
küçələrin sənin üçün nə qədər əziz olduğunu, bu eyvanlardan, bu pəncərələrdən, bu qapılardan
ayrı düĢdüyünü, bu divarlara ehtiyacın olduğunu, bu ağacları dərin bir məhəbbətlə sevdiyini, heç
bir zaman daxil olmadığın bu evlərdə sənin hər zaman yaĢamıĢ olduğunu, bu daĢlarda ruhundan,
qəlbindən, qanından bir qətrə qaldığını hiss edirsən. Sənin artıq görmədiyin və bəlkə də, heç bir
zaman görməyəcəyin, lakin xatirəndə Ģəklini saxladığın bu yerlər qəribə, xəstə bir hüsnlə
parlamağa baĢlayır, ələmli kölgələr kimi daim sənin gözlərinə görünür. Onlar, sanki, bizim üçün
müqəddəs bir torpaqdır, sanki, Fransanın timsalıdır. Biz onları sevirik, biz daim onları öz
xatirəmizdə bir zaman olduqları kimi canlandırmağa çalıĢırıq, biz onları zərrə qədər belə
dəyiĢmək istəmirik, çünki vətən xəyalı ana xəyalı kimi bizim üçün əzizdir.
Demək, keçmiĢdən indiki zaman kimi bəhs etmək üçün bizə icazə verilməlidir. Bu xüsusda
oxucuya xəbərdarlıq etdikdən sonra sözümüzə davam edə bilərik.
Jan Valjan dərhal bulvardan küçələrə dönərək izini azdırmaq məqsədilə, tez-tez səmti dəyiĢməyə
baĢladı. Dalınca heç kəsin gəlmədiyinə əmin olmaq üçün çox zaman geri qayıdıb keçmiĢ olduğu
küçələri yenidən keçirdi.
Marallar da ovçulardan xilas olmaq üçün belə edirlər. Maral ayaqlarının izi qalan yumĢaq
torpaqda bu üsulun bir yaxĢı cəhəti daha vardır ki, geriyə qayıdarkən buraxdığı iz, adətən,
ovçuları və ov tulalarını azdırır. Ovçuların dilində bu üsula ―yalandan yuvaya çəkilmək‖
deyirlər.
Aydınlıq bir gecə idi. Jan Valjan üçün bu əlveriĢli idi. Üfüqdən hələ çox da yuxarı qalxmayan ay
küçəyə kölgə və iĢıq zolaqları salırdı. Jan Valjan evlərin və hasarların yanından kölgə düĢən
tərəfdən keçərək gedə bilir və eyni zamanda iĢıq düĢən tərəfləri də görə bilərdi. Lakin o, bəlkə
də, kölgəli tərəfin nəzərindən qaçdığını heç xəyalına belə gətirmirdi. Hər halda, o, Polivo
küçəsinə bitiĢik olan bütün boĢ və dar küçələrdə dalınca heç kəsin gəlmədiyinə əmin idi.
Kozetta heç bir sual vermədən, dinməz-söyləməz gedirdi. Həyatının ilk altı ili ərzində çəkmiĢ
olduğu çətinliklər onun təbiətində bir növ passivlik yaratmıĢdı. Bundan baĢqa, onun daha bir
xüsusiyyəti vardı – biz bundan hələ dəfələrlə bəhs edəcəyik – o, qocanın qəribə hərəkətlərinə,
taleyin oyunlarına öyrəĢmiĢdi. Həm də bunları dərindən anlaya da bilmirdi. Bir də Kozetta özünü
Jan Valjanın yanında təhlükədən uzaq hiss edirdi.
Jan Valjan haraya getdiyini Kozettadan artıq bilmirdi. Kozetta ona pənah apardığı kimi, o da
Allaha pənah aparırdı. Kozettaya da, Jan Valjana da elə gəlirdi ki, özündən də böyük bir qüvvə
onun əlindən tutub aparır, görünməz bir varlıq onun hər addımına istiqamət verir. Ümumiyyətlə,
onun heç bir müəyyən fikri, heç bir məqsədi, heç bir planı yox idi. O, hətta gördüyü adamın
Javer olduğuna belə əmin deyildi. Əlbəttə, o adam Jan Valjan olduğunu bilməyən Javer idi. Axı
o, qiyafəsini dəyiĢmiĢdi. Axı onu ölmüĢ zənn edirdilər. Bununla belə, son günlər ərzində ona
qəribə görünən bəzi hadisələr baĢ vermiĢdi.
Bunlar kifayət idi: o, bir daha Qorbonun evinə qayıtmamağa qərar verdi. Yuvasından
ürküdülmüĢ bir heyvan kimi, Jan Valjan yeni bir sığınacaq tapana qədər gizlənmək üçün bir
deĢik axtarırdı.
Jan Valjan bir müddət Muftar məhəlləsində müxtəlif istiqamətlərdə dolaĢdı. Məhəllə artıq
yuxuya dalmıĢdı, sanki, orta əsrlərin sərt qanunları hələ də qüvvədə idi və iĢığı keçirmək
haqqında hələ də siqnal verilirdi. Jan Valjan ali strateji qanunlarının tələblərinə görə müxtəlif
vasitələrlə Vergi küçəsindən TalaĢa küçəsinə, oradan da Batuar-Sen-Viktora və Püi l’Ermitə
keçdi. Bu küçələrdə gecələmə evləri vardısa da, Jan Valjan oralara heç ayaq basmadı, o baĢqa
Ģey axtarırdı. Yeri gəlmiĢkən Jan Valjan, hətta təsadüfən onun izini tapmıĢ olsalar da, indi yenə
bu izi itirdiklərinə Ģübhə etmirdi.
Sent-Etyen-dü-Mon qülləsindəki saat düz on biri vurduğu zaman, Jan Valjan Pontuaz küçəsində
14 nömrəli evdə yerləĢən polis komissarı idarəsinin qabağından keçirdi. Yuxarıda qeyd etmiĢ
olduğumuz özünümühafizə duyğusu, bir neçə saniyə sonra onu geriyə baxmağa məcbur etdi. Bu
zaman özündən xeyli yaxında dalınca üç adamın gəldiyini aydınca gördü. Onlar küçənin kölgə
tərəfi ilə polis idarəsinin fənəri altından bir-birinin ardınca keçdikləri zaman fənərin iĢığı onları
kəĢf etdi. Üç nəfərdən biri 14 nömrəli evə doğru gedən kiçik xiyabana keçdi. Qabaqda gedən
adam Jan Valjana son dərəcə Ģübhəli göründü.
O, Kozettaya:
– Gedək, bala, – dedi və Pontuaz küçəsindən çıxmağa tələsdi.
Jan Valjan qonĢu küçələrdə bir dairə vurdu, vaxt gec olduğuna görə bağlı olan Patriarx passajı
ətrafına dolandı, sonra Ağac qılınc küçəsini, niĢançı küçəsini keçdi. Poçt küçəsinə daxil oldu.
Orada yolayrıcı vardır. Hal-hazırda həmin yerdə Rolen kolleci yerləĢmiĢdir. Yeni Sent-
Jenevyeva küçəsi də buradan ayrılır.
(Əlbəttə, Yeni Sent-Jenevyeva küçəsi köhnə küçədir. Poçt küçəsinə gəlincə isə buradan on ildə
bir dəfə poçt karetası keçə ya keçməyə. On üçüncü əsrdə bu Poçt küçəsində dibçəkçilər
yaĢarmıĢ, küçənin indiki adı da elə Dibçək küçəsidir).
Ay bu yolayrıcını iĢıqlandırmıĢdı. Jan Valjan darvazanın arxasında gizlənərək dayandı, bu
ehtimalla ki, həmin adamlar onu təqib etməkdə davam edirlərsə, ay iĢığı düĢən yerdən keçdikləri
zaman, mütləq onları görəcəkdir.
Doğrudan da, üç dəqiqə keçmədi ki, təqib edənlər yenə göründülər. Ġndi onlar dörd nəfər idi,
hamısı ucaboylu, uzun, tünd redinqotlu, dəyirmi Ģlyapalı idilər, əllərində yoğun dəyənəklər vardı.
Qorxunc görünüĢlərindən, iri boylarından və zorba yumruqlarından baĢqa, onların qaranlıqda
vahiməli yeriməsi dəhĢət oyadırdı. Onlar Ģəhərli paltarı geyinmiĢ dörd kabusa bənzəyirdilər.
Yolayrıcının ortasında dayanıb bir yerə yığıĢdılar, bir Ģey müzakirə edirlərmiĢ kimi baĢ-baĢa
verdilər. Tərəddüd içində olduqları görünürdü. BaĢçı sayılan adam dönüb bir əli ilə Jan Valjanın
gizləndiyi tərəfi sürətlə göstərdi, o birisi isə xeyli inadla baĢqa səmti göstərirdi. BaĢdakı adam
dönüb baxdıqda ayın iĢığı onun üzünə düĢdü. Jan Valjan Javeri tanıdı.
ĠKĠNCĠ FƏSĠL.
XoĢbəxtlikdən, Austerlits körpüsündən arabalar keçir.
Artıq Jan Valjan üçün Ģübhə qalmadı; xoĢbəxtlikdən, onu təqib edən adamlar hələ tərəddüd
içində idilər. Jan Valjan onların tərəddüd etməsindən istifadə etdi; onlar vaxtı itirdikləri halda,
Jan Valjan vaxtı qazanırdı. Gizləndiyi darvazanın altından çıxıb, Poçt küçəsi ilə Nəbatat bağına
doğru irəlilədi. Kozetta yorulmağa baĢlayırdı. Jan Valjan onu qucağına alıb apardı. Yolda heç
kəsə rast gəlmədi, aydınlıq olduğundan küçə fənərlərini yandırmamıĢdılar.
Jan Valjan sürətlə yeriməyə baĢladı.
Bir az sonra Qoblenin dibçək fabrikinə çatdılar. Fabrikin fasadında ayın iĢığında qədim bir lövhə
aydınca görünürdü. Üzərində belə yazı vardı:
Bu fabrik Qoblenin və oğlunundur.
MüĢtərilər, mal almağa tələsin siz.
Burda dibçək, ləyən, qazan, güvəc olur.
Nə desəniz, can-baĢ ilə verərik biz.
ÇeĢmə küçəsi və Sen-Viktor fantanı dalda qaldıqdan sonra Jan Valjan Nəbatat bağı boyu sahilə
doğru enən küçələrlə yeriməyə baĢladı. Burada dayanıb geri baxdı. Küçələrdə heç kəs
görünmürdü. Dalınca heç kəs gəlmirdi. Azad bir nəfəs aldı.
Austerlits körpüsünə çatmıĢdı.
O zamanlar körpüdən keçmək üçün hələ vergi alırdılar, Jan Valjan vergi yığanın budkasına
yanaĢıb bir su uzatdı.
Qoca əlil bir kiĢi:
– Ġki su verməlisiniz, – dedi. – Qucağınızda özü yeriyə bilən bir uĢaq var. Ġki adamın haqqını
verməlisiniz.
Jan Valjan körpüdən keçməsinin kiminsə diqqətini cəlb etdiyinə təəssüf edərək pulu verdi.
Qaçan adam koramal kimi siviĢib keçməlidir.
Onunla bərabər körpüdən böyük bir araba da keçirdi. O da Jan Valjan kimi çayın sağ sahilinə
doğru gedirdi. Bu, Jan Valjanın xeyrinə idi. O, arabanın kölgəsində gizlənərək körpünü keçə
bilərdi.
Körpünün ortasına çatdıqda, Kozetta ayaqlarının üyüĢdüyünü hiss edərək düĢüb yerimək istədi.
Jan Valjan onu yerə qoyub əlindən tutdu.
Körpünü keçdikdən sonra sol tərəfdə odun anbarlarını gördü və o tərəfə getdi. Anbarlara çatmaq
üçün geniĢ və açıq iĢıqlı bir yerdən keçmək lazım gəlirdi. Jan Valjan tərəddüd etmədi. Onu təqib
edənlər görünür izini itirmiĢdilər və Jan Valjan artıq özünü təhlükədən uzaq zənn edirdi.
Doğrudur, onu axtarırdılar, lakin təqib edən yox idi.
Divarla əhatə olunmuĢ iki taxta anbar arasında YaĢıl yol adlı balaca bir küçə vardı. Bu küçə dar
və qaranlıq idi, sanki, elə onun üçün yaranmıĢ idi. Jan Valjan küçəyə girmədən boylanıb geri
baxdı.
Dayandığı yerdən Austerlits körpüsü baĢdan-baĢa görünürdü.
Körpüyə dörd qara kölgənin çıxdığını gördü.
Kölgələr Nəbatat bağı tərəfdən çayın sağ sahilinə doğru gəlirdi.
Bu dörd kölgə onu təqib edən dörd ovçu idi.
Jan Valjan tələyə düĢmüĢ bir heyvan kimi titrədi.
Onun yalnız bir ümidi qalmıĢdı; bəlkə də, o, Kozettanın qolundan tutaraq iĢıqlı yerdən keçdiyi
zaman bu adamlar hələ körpüyə çatmamıĢ və onu görməmiĢdilər.
Əgər elə olsaydı, qarĢısındakı dar küçəni keçərək odun anbarlarına, bostanlara, çöllərə, düzlərə
çata bilər və artıq qurtulmuĢ olardı.
Ona elə gəldi ki, bu balaca və sakit küçəyə etimad edə bilər. Jan Valjan bu küçə ilə getdi.
ÜÇÜNCÜ FƏSĠL.
1727-ci ildəki Parisin planına bax.
Üç yüz addım getdikdən sonra, Jan Valjan küçənin iki qola ayrıldığı bir yerə çatdı: küçənin bir
qolu sağa, o biri qolu isə sola gedirdi. Jan Valjanın qarĢısında, sanki, V hərfinin iki budağı
dayanmıĢdı. O hansı yolu seçməli idi?
O, tərəddüd etmədən sağa doğru getdi.
Nə üçün?
Çünki sola gedən yol qəsəbəyə, yəni məskun bir yerə, sağa gedən küçə isə düzlərə, yəni kimsəsiz
yerlərə doğru gedirdi.
Lakin onlar artıq o qədər sürətlə yerimirdilər. Kozettaya görə Jan Valjan da yavaĢ yeriməyə
məcbur olurdu. Jan Valyan onu yenə qucağına aldı. Kozetta dinməz-söyləməz baĢını qocanın
çiyninə qoydu.
Ara-sıra Jan Valjan dönüb geriyə baxırdı. O, qarĢısında ox kimi uzanan küçənin kölgə tərəfindən
getməyə çalıĢırdı. Ġki-üç dəfə dönüb baxdı, heç kəsi görmədi. Bütün küçə dərin bir sükut içində
idi. Jan Valjan bir az sakitləĢərək yoluna davam etdi. Birdən, bir daha dönüb geriyə baxdıqda,
arxada qalan küçənin uzaqlarında qaranlıqda bir an içində hərəkətə bənzər bir Ģey gördü.
Jan Valjan bu dəfə yerimək deyil, sürətlə özünü qabağa atdı. Yan bir küçəyə rast gəlib, onu təqib
edənləri yenə azdırmaq üçün gizlənə biləcəyinə ümid edirdi. Nəhayət, bir divarın yanına çatdı.
Lakin bu divar heç də onun qabağa getməyinə mane olmurdu. Bu divar Jan Valjanın getdiyi küçə
ilə birləĢən bir köndələn döngə boyu ilə uzanırdı.
Yenə hansı yolla getməyi həll etmək lazım idi: sağamı, yoxsa solamı?
Sağ tərəfə baxdı. Balaca küçə həm mərəyə, həm də anbara bənzəyən tikintilər arasından keçir və
dar bir dalanla qurtarırdı. Bu dalanın sonunda uca, ağ bir divar olduğu aydınca görünürdü.
Jan Valjan sol tərəfə baxdı. Bu tərəfdən döngə açıq idi, təxminən, yüz addımdan sonra bir geniĢ
küçəyə çıxırdı. QurtuluĢ yalnız bu tərəfdə idi!
Jan Valjan döngənin sonunda dumanlı bir Ģəkildə görünən küçəyə yetiĢmək üçün sola doğru
yenicə dönmək istəyirdi ki, birdən yol ayrıcında qara bir heykəl kimi hərəkətsiz dayanmıĢ bir
kölgə gördü.
Bu adamı, görünür, oraya qəsdən qoymuĢdular ki, kiminsə yolunu kəssin. O kimi isə pusurdu.
Jan Valjan geriyə çəkildi.
Jan Valjanın olduğu yer Sent-Antuan qəsəbəsi ilə ġərab körpüsü arasında idi. Bu yaxınlarda
baĢlanan tikinti iĢləri Parisin bu hissəsini də əsaslı surətdə dəyiĢmiĢdi. Bəzilərinin dediyinə görə,
tikinti iĢləri bu yeri eybəcər bir Ģəklə salmıĢ, baĢqalarının dediyinə görə isə, yaxĢılaĢdırmıĢdı.
ġumlanmıĢ tarlalar, odun anbarları, köhnə evlər artıq yox idi. Ġndi orada yeni geniĢ küçələr,
meydanlar salınmıĢ, sirklər, ippodromlar, dəmir yolu vağzalları əmələ gəlmiĢ, Mazas həbsxanası
tikilmiĢdi; həm tərəqqi, həm də onun islahedici vasitəsi.
Yarım əsr bundan əvvəl, əfsanələrə əsaslanan və Ġnstituta ―Dörd millət‖, Komediya operasına isə
―Feydo‖ deyən adi xalq dilində Jan Valjanın düĢdüyü yerə ―Kiçik Pikpüs‖ deyirdilər. Sen – Jak
qapıları, Paris qapıları, Serjantlar qapısı, Donuzçular, Qaliot, Selestinlər, Kapusinlər, Çəkiclər,
Palçıqlı, Krakov ağacı, Kiçik PolĢa, Kiçik Pikpüs kimi qədim adlar indiyə kimi qalmıĢdı.
KeçmiĢin bu qırıntıları hələ də xalqın hafizəsində yaĢamaqdadır.
Kiçik Pikpüsün ömrü çox da uzun sürməmiĢdi. O, Paris məhəlləsinə çox az bənzəyirdi. Ümumi
görünüĢü Ġspaniya Ģəhərinin monastırını xatırladırdı. Yolların əksəriyyəti döĢənməmiĢdi,
küçələrin ətrafında isə hələ çox az ev tikilmiĢdi. Sonralar bəhs edəcəyimiz iki-üç evdən baĢqa,
küçə boyu ancaq hasarlar və boĢluqlar uzanırdı. Nə yoldan keçən bir ekipaj, nə də bir Ģey
görünürdü. Ara-sıra bəzi pəncərələrdə Ģam iĢığı parlardı. AxĢam saat ondan sonra bütün iĢıqlar
sönərdi. Hər yerdə bağlar, monastırlar, odun anbarları, bostanlar, bəzən də alçaq boylu balaca
evlər və ev kimi uca, uzun divarlar.
Keçən əsrdə bu məhəllənin mənzərəsi belə idi. Ġnqilab dövründə artıq bu məhəllənin siması son
dərəcə dəyiĢmiĢdi. Respublika hökumət idarələrinin əmri ilə məhəllə dəlinmiĢ, paralanmıĢ,
uçurulmuĢ və burada çınqıl anbarları düzəldilmiĢdi. Otuz il bundan əvvəl bu məhəllə yüksələn
yeni binaların altında tamamilə dəfn edilmiĢdi. Hal-hazırda bu məhəllədən heç bir əsər
qalmamıĢdı. Müasir Parisin planlarında izi-tozu qalmayan kiçik Pikpüs 1727-ci il planında
aydınca qeyd olunmuĢdu. Bu plan Parisdə Suvaqçılar küçəsinin qabağındakı Sen – Jak küçəsində
Deni Tyeri tərəfindən, Lionda isə Prüdansdakı Ticarət küçəsində Jan Jiren tərəfindən nəĢr
edilmiĢdi. Söylədiyimiz kimi, Kiçik Pikpüs məhəlləsinin Ģəkli V hərfinə bənzəyirdi ki, bu da
YaĢıl yol küçəsinin qollarından əmələ gəlmiĢdi: sol qolu Pikpüs döngəsi, sağ qolu isə Polonso
küçəsi adlanırdı. Bu V hərfinin iki qolunun ucları sanki, bir atqı ilə birləĢdirilmiĢdi. Bu atqı Düz
divar küçəsi adlanırdı. Polonso küçəsi burada qurtardığı halda Pikpüs döngəsi hələ davam edir və
Lenuar bazarına qədər uzanırdı. Sena tərəfindən gələn və Polonso küçəsinin axırına çatan adamın
solunda düz bucaq altında dönən Düz divar küçəsi, qabağında bu küçənin divarı, sağında isə
yenə həmin küçənin davamı olardı ki, bu da Janro dalanı adlanan baĢı bağlı bir döngəyə keçirdi.
Jan Valjan həmin bu yerdə dayandı.
Dediyimiz kimi, Jan Valjan Düz divar küçəsi ilə Pikpüs döngəsinin tinində dayanmıĢ qara
kölgəni görər-görməz geri çəkildi. Artıq məsələ aydın idi. Bu kölgə Jan Valjanı gözləyirdi.
Bəs nə etməli?
Geriyə qayıtmaq artıq gec idi. Bir an əvvəl gördüyü və arxasında, qaranlıqda hərəkət edən
kölgələr, heç Ģübhəsiz, Javer və onun adamları idi. Javer çox ehtimal ki, sonunda Jan Valjanın
durmuĢ olduğu küçənin baĢında dayanmıĢdı. Görünür, Javer bu balaca dolambac küçə ilə yaxĢıca
tanıĢ idi və onun çıxıĢ yerinin keĢiyini çəkmək üçün adam qoymuĢdu. Bu ehtimallar o qədər
həqiqətə uyğun idi ki, Jan Valjanın qızğın beynində birdən-birə əsən bir küləyin sovurduğu bir
ovuc toz kimi fırlandı. Jan Valjan Janro dalanına baxdı: orada maneə görünürdü. Pikpüs
döngəsinə nəzər saldı, orada keĢikçi dayanmıĢdı. Jan Valjan ayın gümüĢü iĢığı düĢən küçədə
qara bir kölgə kimi gözə çarpan qara bir adamı gördü. Qabağa getmək – bu adamın əlinə düĢmək
demək idi. Geriyə dönmək – Javerin pəncəsinə düĢmək demək idi. Jan Valjan kəməndin boynuna
keçdiyini və yavaĢ-yavaĢ daraldığını hiss edirdi. O, ümidsiz bir nəzərlə göylərə baxdı.
DÖRDÜNCÜ FƏSĠL.
QurtuluĢ axtarırkən.
Bütün sonrakı hadisələri baĢa düĢmək üçün Düz divar döngəsini və xüsusilə, Polonso küçəsindən
bu döngəyə çıxanda sol tərəfdə qalan tini dürüst təsəvvür etmək lazımdır. Döngənin bütün sağ
tərəfində, ta Pikpüs küçəsinə qədər, kiçik, yoxsul evlər tikilmiĢdi, döngənin sol tərəfində isə bir
neçə kaĢanədən ibarət ciddi görünüĢlü bir tikinti vardı. Bu kaĢanələr Pikpüs küçəsinə
yaxınlaĢdıqca, yavaĢ-yavaĢ bir, ya iki mərtəbə artırdı. Beləliklə, bu tikinti Pikpüs küçəsi tərəfdən
çox yüksək olduğu halda, Polonso küçəsi tərəfdən xeyli alçaq idi. Təsəvvür etdiyimiz küçənin
tinində isə, bu tikinti xeyli alçalır və buradan divar baĢlayırdı. Lakin divar küçənin döngəsində
qurtarmayaraq, məhəllənin son dərəcə kəsik görünən tərəfini əhatə edirdi. Əgər iki
müĢahidəçidən biri Polonso küçəsində, o biri isə Düz divar döngəsində dayanmıĢ olsaydı, bu
divarın iki tini bu nöqtədə onların gözünə görünməyə bilərdi.
Divar bu iki tindən baĢlayaraq Polonso küçəsində 49 nömrəli evə qədər, Düz divar küçəsində isə
divar daha qısa olduğundan yuxarıda təsvir etdiyimiz qara tikintiyə qədər davam edir, bu
tikintinin yan tərəfini kəsib içəriyə girən yeni bir tin əmələ gətirirdi. Tikintinin bu yan tərəfi
qəmli təsir bağıĢlayırdı, bu tərəfdə yalnız bir pəncərə, daha doğrusu, üzünə sink təbəqəsi
çəkilmiĢ və daim bağlı olan iki pəncərə qanadı vardı.
Bu məhəllənin olduqca böyük bir dəqiqliklə bərpa etdiyimiz mənzərəsi, Ģübhəsiz, onun köhnə
sakinlərində ən canlı xatirələr oyadacaqdır.
Tikintinin kəsik tinindəki divarın böyük hissəsini çox böyük və köhnə darvazaya bənzər bir Ģey
təĢkil edirdi. Bu darvaza bir-birinə əyri-üyrü mıxlanmıĢ biçimsiz taxtalar yığınından ibarət idi;
üst taxtalar aĢağı taxtalardan daha enli idi və köndələn vurulmuĢ uzun dəmir zolaqları ilə
bitiĢdirilmiĢdi. Darvazanın yanında isə adi ölçülü ikinci bir darvaza vardı. Bu da, görünür, olsa-
olsa əlli il bundan əvvəl qayrılmıĢdı.
Divarın bu yerinə cökə ağacı budaqlarının kölgəsi düĢürdü. Polonso küçəsi tərəfdən isə onu
sarmaĢıq bürümüĢdü.
Bu bina ələmli mənzərəsi və tənhalığı ilə həyatla ölüm arasında olan Jan Valjanı cəlb etdi. O, bu
tikintinin içərisinə daxil ola bilərsə, bəlkə də, xilas ola biləcəyinə qərar verərək, cəld bu tərəfə bir
nəzər saldı. Əvvəlcə bu heç də bir niyyət deyil, yalnız bir fikir və ümid idi.
Düz divar küçəsinə baxan bu binanın qabaq fasadının orta hissəsində, mərtəbələrdəki bütün
pəncərələrin yanında köhnə qurğuĢun qıflar görünürdü. Yuxarı novçadan bütün bu qıflara doğru
uzanan ən müxtəlif qollara ayrılan su boruları evin fasadı üzərində çəkilmiĢ qəribə bir ağac Ģəkli
əmələ gətirirdi. Bu borular yüzlərlə əyintiləri ilə qədim fermaların fasadlarında yuxarıya doğru
dırmaĢan yarpağı tökülmüĢ və qurumuĢ üzüm tənəklərini xatırladırdı.
Jan Valjanın gözlərinə çarpan birinci Ģey elə bu tənəkə və dəmir budaqlı qəribə Ģpaler ağacı idi.
O, Kozettanı arxası küçə sütununa olaraq oturdub dinməməyi ona tapĢırdıqdan sonra, su
borusunun küçəyə qədər endiyi yerə tərəf yüyürdü. Bu boru ilə yuxarı qalxaraq, evin içinə girə
bilsəydi! Lakin boru laxlamıĢ, xarab olmuĢ və divara yaxĢı pərçim edilməmiĢdi. Bundan baĢqa,
dərin bir sükuta dalan bu evin bütün pəncərələri, hətta bacaları belə qalın dəmir Ģəbəkə ilə
örtülmüĢdü. Bir də ay bütün fasadı gün kimi iĢıqlandırdığından, küçənin o biri baĢından baxan
adam divara dırmaĢan Jan Valjanı görə bilərdi. Həm də Kozettanı necə eləsin! Bu üçmərtəbəli
evin damına Kozettanı necə qaldırsın?
Jan Valjan su borusu ilə dırmaĢmaq fikrindən əl çəkərək Polonso küçəsinə qayıtmaq üçün
divarın yanı ilə yeriməyə baĢladı.
Məhəllənin kəsik tininə, Kozettanın oturduğu yerə çatdıqda, Jan Valjan burada onu heç kəsin
görə bilməyəcəyini aĢkar etdi. Yuxarıda söylədiyimiz kimi, hansı tərəfdən baxılırsa-baxılsın, bu
yer heç kəsin gözünə görünmürdü. Bundan baĢqa, Jan Valjan kölgədə dayanmıĢdı. Nəhayət,
onun qarĢısında iki darvaza vardı. Bəlkə, bu darvazaları sındırmaq mümkün oldu? Yuxarısında
cökə budaqları və sarmaĢıq zoğları görünən divar Ģübhəsiz ki, bağ divarı idi, ağacların yarpaqları
olmasa belə, hər halda, burada gizlənmək və səhərə kimi qalmaq mümkün olardı.
Vaxt keçirdi. Artıq gözləmək təhlükəli idi.
O, cəld darvazanı yoxladı və dərhal onun həm içəri, həm də bayır tərəfdən mıxlandığını anladı.
Daha böyük bir ümidlə o, böyük darvazaya yaxınlaĢdı. Bu darvaza dəhĢət ediləcək qədər köhnə
idi və həddindən artıq böyük olması onun daha az möhkəm olmasına səbəb olurdu; taxtaları
çürümüĢdü, üstündən köndələn çəkilmiĢ üç dəmir zolaq pas tutmuĢdu. Ġçini qurd yemiĢ bu
maneəni yıxmaq Jan Valjana mümkün göründü.
Darvazanı daha diqqətlə yoxladıqdan sonra bunun heç də darvaza olmadığını aydınlaĢdırdı.
Bunun nə rəzəsi, nə rəzə qarmağı, nə qıfılı, nə də ortasında deĢiyi vardı. Bir-birinə birləĢdirilmiĢ
dəmir zolaqlar bu baĢdan o baĢa uzanırdı. Taxtaların arasından kobud bir Ģəkildə sementlənmiĢ
kərpiclər və daĢlar gözünə çarpdı; hələ on il bundan əvvəl buradan keçən yolçular da bunu görə
bilərdi. Jan Valjan sarsılaraq bu qapıya bənzər Ģeyin qonĢu binanın taxta örtüsündən baĢqa bir
Ģey olmadığını anladı. Taxtanı qoparmaq çətin deyildi, lakin taxtanı qopardıqdan sonra divarla
üz-üzə gəlmiĢ olacaqdı.
BEġĠNCĠ FƏSĠL.
Yaz iĢığında ola bilməyəcək iĢlər.
Bu anda uzaqdan boğuq və ağır addım səsləri eĢitdi. Jan Valjan ehtiyatla küçənin tinindən baĢını
çıxarıb baxmağa cəsarət etdi. Yeddi-səkkiz nəfərdən ibarət bir əsgər dəstəsi Polonso küçəsinə
doğru gəlməkdə idi. Jan Valjan süngülərin parladığını görürdü. Bunlar ona doğru gəlirdilər.
BaĢda Javerin uzun kölgəsi görünən bu əsgər dəstəsi yavaĢ-yavaĢ və ehtiyatla yaxınlaĢırdı. Onlar
tez-tez dayanırdılar. Görünür, divarlardakı hər bir çuxuru, qapıları, bütün kiçik keçidləri
axtarırdılar.
Bu dəstənin yolda Javerə rast gəlib onun kömək üçün götürmüĢ olduğu bir gecə qarovulu
olduğuna Jan Valjanın heç bir Ģübhəsi yox idi.
Javerin iki köməkçisi də əsgərlərlə birlikdə gəlirdilər.
Onların yavaĢ-yavaĢ yeridiklərini və tez-tez dayandıqlarını nəzərə aldıqda, on beĢ dəqiqə sonra
Jan Valjanın dayandığı yerə çatacaqlarını fərz etmək olardı. Bu, doğrudan da, dəhĢətli bir dəqiqə
idi! Jan Valjanı, qarĢısında üçüncü dəfə açılan bu qorxunc uçurumdan yalnız bir neçə dəqiqə
ayırırdı. Lakin bu dəfə onun üçün katorqa yalnız katorqa deyildi, bu katorqa əbədi olaraq
Kozettadan məhrum olmaq, yəni qəbrə bənzər bir həyat sürmək demək idi.
Onun üçün yalnız bir çıxıĢ yolu qalırdı. Jan Valjanın qəribə bir xüsusiyyəti vardı, əgər təbir
cayizsə, onun varlığı bir heybəyə bənzəyirdi. Heybənin bir gözündə müqəddəs bir insana xas
olan fikirlər, o biri gözündə isə bir katorqalının qorxulu istedadları vardı. Hadisələrin gediĢindən
asılı olaraq o, heybənin gah bu gözündə, gah da o gözündə olanlardan istifadə edərdi.
Oxucunun yadında olmalıdır ki, Jan Valjan dəfələrlə Tulon katorqasından qaçması sayəsində,
böyük bir məharətlə nərdivansız, ipsiz, yalnız əzələlərinin köməyilə, boynu, çiyinləri, budları,
dizləri ilə iĢləyərək, yalnız ara-sıra binanın çıxıntılarından istifadə etməklə, lazım gəldiyi zaman
altımərtəbəli bir evin belə dümdüz divarlarından yuxarıya dırmana bilirdi. Bu – Parisdə
Konsyerjeri həbsxanasının həyətindəki bir bucağa böyük və dəhĢətli bir Ģöhrət qazandırmıĢ olan
bir məharətdir: iyirmi il bundan əvvəl bunun sayəsində ölüm cəzasına məhkum edilmiĢ olan
Batmol buradan qaça bilmiĢdi.
Jan Valjan divarın hündürlüyünü gözləri ilə ölçdü. Divarın hündürlüyü, təxminən, on səkkiz fut
olardı. Bu divarla böyük binanın yan fasadı arasında əmələ gələn bucaq iri daĢlarla tikilmiĢdi; bu
daĢlar üçbucaq Ģəklində düzülmüĢdü ki, yolçu adlanan ikiayaqlıların bəzi ehtiyacları ödəməkdən
ötrü dayanması üçün olduqca münasib olan bu bucağı qorumaq mümkün olsun. Divarlardakı
bucaqları bu cür doldurmaq Parisdə bir adətdir.
Bu daĢ yığını beĢ fut hündürlüyündə olardı, onun təpəsindən divarın yuxarısına qədər olan
məsafə isə on dörd futdan artıq olmazdı. Divarın yuxarısına iri hamar daĢlar düzülmüĢdü.
Bəs Kozetta necə olsun? Axı Kozetta divara çıxa bilməzdi. Onu atmaq? Bu fikir Jan Valjanın
ağlına belə gəlmirdi. Kozettanı dalına mindirib bu divara çıxmaq mümkün deyildi. Belə hündür
bir divara dırmaĢmaq üçün insan bütün qüvvəsini toplamalı idi. Ən kiçik ağırlıq belə müvazinəti
poza bilər və onun yıxılmasına səbəb olardı.
Kəndir lazım idi. Lakin Jan Valjanın kəndiri yox idi. Gecə yarısı, Polonso küçəsində kəndiri
haradan tapmaq olardı? Bu anda Jan Valjan kral olmuĢ olsaydı, bir parça kəndir üçün, Ģübhəsiz
bütün səltənətini verərdi.
Həyatın belə ağır, böhranlı dəqiqələrində insan fikri ildırım kimi çaxaraq, bütün ətrafı
iĢıqlandırır, gah gözləri qamaĢdırır, gah da aydınlıq saçır.
Jan Valjanın ümidsizliklə dolu olan gözləri Janro dalanındakı küçə fənərinin dirəyinə sataĢdı.
O zamanlar Paris küçələrində hələ qaz iĢığı yox idi. Qaranlıq çökdükdə bir-birindən aralı olan
küçə fənərləri yandırılmırdı. Fənərləri kəndirlə qaldırar və salardılar, kəndiri küçənin bu
baĢından o baĢına çəkir və torpağa basdırılmıĢ hündür bir dirəyə bağlardılar. Bu kəndirin
dolandığı tağalaq fənərin altında balaca dəmir bir Ģkaf içinə qoyulardı, Ģkafın da açarı həmiĢə
fənərçidə olardı. Kəndirin özü də bir dəmir futlyar içində yerləĢərdi. Jan Valjan qüvvələrini
xariqüladə bir tərzdə gərginləĢdirərək, özünü bir sıçrayıĢla dalana verdi, bıçağın ucu ilə balaca
Ģkafın qıfılını açdı və bir an sonra Kozettanın yanına qayıtdı. Onun əlində kəndir vardı. Təhlükəli
vasitələr icad edən bu qorxunc adamlar tale ilə mübarizədə çox cəld hərəkət edərlər.
Biz o gecə küçə fənərinin yandırılmamıĢ olduğunu söylədik. Təbiidir ki, baĢqa fənərlər kimi
Janro dalanındakı fənər da yanmırdı, odur ki, fənərin həddindən artıq aĢağı endirildiyini
görmədən yanından keçmək olardı.
Bu arada vaxtın gec olması, küçənin qaranlığı və kimsəsizliyi, Jan Valjanın təĢviĢdə olması, gah
yox olub, gah da qayıtması, qəribə hərəkətləri – bütün bunlar Kozettanı narahat etməyə
baĢlayırdı. Onun yerində baĢqa bir uĢaq olsaydı, çoxdan ağlamıĢdı. Kozetta yavaĢcadan Jan
Valjanın redinqotunun ətəyindən dartdı. YaxınlaĢan qarovul dəstəsinin addımları get-gedə aydın
eĢidilməyə baĢlayırdı.
Kozetta yavaĢ bir səslə:
– Ata, mən qorxuram! – dedi. – O gələn kimdir?
Zavallı Jan Valjan:
– Sus! – deyə cavab verdi. – O Tenardye qarıdır.
Kozetta titrədi. Jan Valjan yenə dedi:
– Səsini çıxarma. Mənə mane olma. Bağırmağa və ağlamağa baĢlasan, bil ki, Tenardye səni
axtarır, o gəlib səni aparar.
Sonra tələsmədən və eyni zamanda vaxtını boĢ itirmədən, Javerlə qarovulçular küçənin tinində
elə bu dəqiqə görünə biləcəyi halda, böyük bir səbat və qətiyyətlə boyun yaylığını açdı.
Kozettanı incitməmək üçün ehtiyatla yaylığı qoltuqlarının altından keçirib bədəninə bağladı,
kəndirin bir ucunu bir dənizçi düyünü ilə bu yaylığa bağladı, o biri ucunu isə diĢi ilə aldı,
ayaqqabılarını çıxartdı, corablarını və çəkmələrini divarın o biri tərəfinə aĢırdı, divarla evin yan
fasadı arasındakı daĢ üçbucağın üstünə çıxdı və ayaqları altında pilləkən, əlləri altında isə sürahi
varmıĢ kimi, böyük bir qətiyyət və məharətlə divarla yuxarıya dırmaĢmağa baĢladı. Yarım
dəqiqə keçmədi ki, artıq divarın baĢında diz üstə dayanmıĢdı.
Kozetta heç bir söz söyləmədən heyrətlə ona baxırdı. Jan Valjanın xahiĢi və Tenardyenin adı
onun vücudunu dondurmuĢ kimi görünürdü.
Birdən Kozetta Jan Valjanın yavaĢca bu sözləri söylədiyini eĢitdi:
– Divara söykən!
Qız itaət etdi.
Jan Valjan sözünə davam edərək:
– Heç bir söz danıĢma, özü də qorxma! – dedi.
Kozetta ayağının yerdən üzüldüyünü hiss etdi.
Nə olduğunu anlamağa macal tapmamıĢ o, özünü divarın üstündə gördü.
Jan Valjan Kozettanı qaldırıb dalına aldı, kiçik əllərini sol əli ilə tutdu, sonra dümdüz uzanıb
qarnı üstə sürünə-sürənə divarın kəsik tininə çatdı. Ehtimal etdiyi kimi, orada, doğrudan da, bir
tikinti vardı, bu tikintinin damı taxta darvazanın üstündən baĢlayaraq ta yerə qədər enir, cökə
ağacının budaqları altından keçirdi.
Bu gözəl bir təsadüf idi, çünki bu tərəfdən divar küçə tərəfinə nisbətən daha çox yüksək idi. Jan
Valjan yeri çox uzaqlarda, dərində görürdü.
Jan Valjan damın eniĢ səthinə çataraq, elə yenicə divarın baĢından enməyə hazırlaĢırdı ki, birdən
qarovulun yaxınlaĢdığını xəbər verən bərk bir gurultu eĢitdi. Javerin uca və kəskin səsi gəldi:
– Dalanı axtarın! Düz divar küçəsini güdürlər. Pikpüs döngəsi də göz altındadır. Onun bu
dalanda olduğuna əminəm!
Əsgərlər Janro dalanına atıldılar.
Jan Valjan Kozettanı tutaraq, damın üstü ilə sürüĢdü, cökə ağacına çatdı və yerə tullandı.
Qorxusundanmı, cəsarətindənmi, hər nədənsə, Kozetta səsini belə çıxarmadı. Onun əlləri bir az
siyrilmiĢdi.
ALTINCI FƏSĠL.
Müəmmanın baĢlanğıcı.
Jan Valjan çox geniĢ və qəribə bir bağa düĢmüĢdü. Bu, sanki, yalnız qıĢ gecələrində baxmaq
üçün qəsdən yaranmıĢ olan qəmli bağlardan biri idi. Bu uzunsov bağın dərinliyində qovaq
ağacından bir xiyaban görünürdü; künclərində bir neçə hündür qoca ağac, ortada isə açıq bir tala
vardı. Talada çox böyük və tək bir ağac ucalırdı. Bundan baĢqa, hündür kollara bənzəyən və əyri
budaqları bir-birinə dolaĢmıĢ bir neçə meyvə ağacı, tərəvəz ləkləri, ĢüĢə qapaqları, ay iĢığında
parlayan qovun Ģitilliyi və iĢlənməyən bir çirkab quyusu görünürdü. Bağın bəzi yerlərində
üstündə bitən yosundan qapqara qaralmıĢ daĢ oturacaqlar dururdu. Cığırların hər iki tərəfində
alçaq boylu, qara, düz, tünd rəngli kollar əkilmiĢdi. Cığırları qismən ot basmıĢ, qismən də yaĢıl
kif örtmüĢdü.
Jan Valjanın yaxınlığında bir bina vardı. O, həmin bu binanın damından enmiĢdi. Burada bir
yığın çırpı, çırpının da yanında, divarın lap yaxınlığında, daĢ bir heykəl görünürdü, heykəlin
zədələnmiĢ üzü qaranlıqda tutqun bir Ģəkildə ağaran biçimsiz bir maska kimi idi.
Bu bina xarabaya bənzəyirdi; uçuq otaqlar görünürdü; otaqların o biri köhnə Ģeylərlə
dolduğundan, mərək olduğu anlaĢılırdı. Düz divar küçəsi ilə Pikpüs döngəsinə baxan böyük bina
düzbucaq təĢkil edən iki daxili fasadı ilə bağa baxırdı. Bu daxili fasadlar əsas fasaddan da ələmli
görünürdü. Bütün pəncərələrə tor çəkilmiĢdi, heç bir yerdə iĢıq görünmürdü. Yuxarı
mərtəbələrdəki pəncərələrin həbsxana pəncərələri kimi üstlükləri vardı. Bu binanın bir qanadı o
biri qanadına kölgə salır və bu kölgə böyük, qara bir pərdə kimi bütün bağı örtürdü.
BaĢqa bir ev görünmürdü. Bağın sonu duman və qaranlıq içində itirdi. Lakin tutqun bir Ģəkildə
olsa da, bir-birilə çarpazlaĢan divarları görmək olurdu, sanki, bunların da arxasında əkilmiĢ
yerlər vardı. Daha sonra Polonso küçəsindəki evlərin alçaq damları görünürdü.
Bu kimsəsiz bağdan daha boĢ və vəhĢi bir Ģey təsəvvürə gətirmək olmazdı. Bağda kimsə yox idi
ki, bu da gecə yarısı təbii idi. Lakin görünür, bu yer gündüzlər belə gəzinti yeri deyildi.
Jan Valjanın birinci iĢi çəkmələrini tapıb geyinmək idi. Bunu etdikdən sonra, Kozetta ilə birlikdə
mərəyə girdi. Qaçqın heç vaxt özünü tamamilə xəlvətdə hiss etməz. Hələ də Tenardye qarını
düĢünən qız da onun mümkün qədər yaxĢı gizlənmək arzusuna Ģərik idi.
Kozetta titrəyir və Jan Valjana qısılırdı. Bayırdan küçəni və dalanı axtaran qarovulçuların
qarmaqarıĢıq gurultusu gəlirdi; tüfəng qundaqlarının küçənin daĢlarına dəyib taqqıldaması,
Javerin küçə baĢında qoyduğu polis agentlərini səsləməsi eĢidilir, bəzən də Javerin anlaĢılması
çətin olan sözlərlə yanaĢı yağdırdığı lənətlər gurlayırdı.
On beĢ dəqiqə sonra, göy gurultusuna bənzəyən bu səs-küy yavaĢ-yavaĢ azalmağa baĢladı. Jan
Valjan nəfəsini dərdi.
Əli ilə yavaĢca Kozettanın ağzını tutdu.
Lakin onların olduğu bu tənha yerdə elə dərin bir sakitlik vardı ki, hətta yaxınlıqda eĢidilən bu
dəhĢətli və qızğın gurultu belə onu poza bilmədi. Sanki, buranın divarları dini əfsanələrdə
söylənən lal və kar daĢlardan tikilmiĢdi.
Birdən bu dərin sükut içində baĢqa səslər eĢidildi. Gözəl, ilahi, misilsiz səslər. Əvvəlki səslər nə
qədər dəhĢətli idisə, bunlar bir o qədər xoĢ və Ģirin idi. Bu, qaranlıqdan gələn bir nəğmə,
ahəngdar duaların saçdığı gözqamaĢdırıcı bir nur idi. Bu gecənin qara və qorxunc sükutunda
məsuliyyət kimi saf və uĢaq kimi sadədil qadın səsləri eĢidilirdi. Bu səslər yenicə doğulmuĢ bir
uĢağın hələ də eĢitdiyi və can verən bir insanın artıq duymağa baĢladığı ilahi səslər idi. Nəğmə
bağın ağacları üzərində yüksələn o qaranlıq binadan gəlirdi. Ġblislərin saldığı dəhĢətli gurultu
uzaqlaĢdıqca, elə bil, qaranlıqdan mələklərin avazı yüksəlirdi.
Kozetta ilə Jan Valjan diz çökdülər.
Onlar nə olduğunu anlamır, harada olduqlarını da bilmirdilər, onların hər ikisi, bu tövbə edən kiĢi
də, bu məsum uĢaq da, hər ikisi diz çökmək lazım gəldiyini hiss edirdi.
Bu səslərdə qəribə bir Ģey vardı, onların eĢidilməsinə baxmayaraq, bina yenə boĢ və kimsəsiz
görünürdü. Sanki, bu səslər boĢ və kimsəsiz bir binadan gəlirdi, sanki, bu nəğmə göylər nəğməsi
idi.
Bu səslər oxuduqca, Jan Valjan heç bir Ģey düĢünmürdü. Artıq onun baĢı üzərində qaranlıq bir
gecə deyil, mavi bir göy yüksəlirdi. O, ruhunun qanad çalıb uçduğunu zənn edirdi – o qanadlar
ki, hər birimiz onları öz varlığında hiss edir.
Nəğmə susdu. Ola bilsin ki, bu nəğmə uzun bir müddət davam etmiĢdi. Bunu Jan Valjan deyə
bilməzdi. Həyəcan saatları bir an kimi gəlib keçir.
Sonra hər Ģey yenə sükuta daldı. Nə küçədən bir səs gəlirdi, nə bağdan. DəhĢət saçan səslər də,
ürək verən səslər də – hər Ģey yox olmuĢdu. Yalnız divarın üstündə küləyin tərpətdiyi quru
otların sakit və həzin xıĢıltısı eĢidilirdi.
YEDDĠNCĠ FƏSĠL.
Müəmmanın davamı.
Sərin bir gecə yeli əsirdi – demək gecə saat ikiyə yaxın olardı. Zavallı Kozetta susurdu. Jan
Valjanın yanında oturub, baĢını onun dizinə söykədiyindən o, qızın yatmıĢ olduğunu zənn etdi.
Əyilib üzünə baxdı. Kozettanın gözləri geniĢ açılmıĢdı, gözlərində bir qorxu ifadəsi vardı. Jan
Valjan təĢviĢə düĢdü. Qız baĢdan ayağa kimi titrəyirdi.
Jan Valjan:
– Sən yatmaq istəyirsən? – deyə soruĢdu.
Qızcığaz:
– ÜĢüyürəm, – dedi.
Bir az sonra Kozetta soruĢdu:
– Bəs o hələ buradadır?
– Kim?
– Madam Tenardye.
Jan Valjan Kozettanı susdurmaq üçün iĢlətdiyi kələyi artıq unutmuĢdu.
– Belə de! Yox, o çoxdan getmiĢdir, – dedi. – Heç bir Ģeydən qorxma.
UĢaq ürəyinin üstündən bir ağırlıq götürülmüĢ kimi sakit nəfəs aldı.
Torpaq nəm, mərək isə hər tərəfdən açıq idi, külək getdikcə kəskinləĢirdi. Qoca redinqotunu
çıxarıb, Kozettanı bürüdü.
– Ġndi necə, istidirmi? – deyə soruĢdu.
– Bəli, ata!
– Çox yaxĢı, indi məni bir az gözlə. Bu saat qayıdaram.
Jan Valjan mərəkdən çıxıb, böyük binanın divarı boyu getdi. Sığınmaq üçün daha yaxĢı yer
axtarırdı. Qapılara rast gəlsə də, hamısı bağlı idi. Birinci mərtəbənin bütün pəncərələrində Ģəbəkə
vardı.
Binanın daxili bucağını keçdikdən sonra, uzunsov pəncərələrə yaxınlaĢdı, oradan zəif bir iĢıq
gəlirdi. Jan Valjan ayaq barmaqlarının üstə qalxaraq, pəncərədən içəriyə baxdı. Bütün pəncərələr
enli daĢ tavalarla döĢənmiĢ, tağlar və sütunlarla bəzənmiĢ xeyli böyük bir salonun pəncərələri idi.
Salonda sönük bir iĢıqdan və uzun kölgələrdən baĢqa heç bir Ģey görünmürdü. ĠĢıq salonun bir
küncündə yanan bir gecə lampasından düĢürdü. Salon bomboĢ görünürdü, burada hər Ģey
hərəkətsiz idi. Lakin Jan Valjan diqqətlə baxdıqda, yerdə kəfən kimi bir Ģeyə bürünmüĢ və insan
kölgəsinə bənzər bir Ģey gördü. Bu adam tavaların üstündə üzüqoylu uzanmıĢ, qollarını xaçvarı
uzatmıĢdı, ölü kimi hərəkətsiz idi. Onun yanında döĢəmənin üzərində ilan kimi qıvrılan bir Ģey
uzanırdı, güman etmək olardı ki, bu məĢum kölgənin boynuna kəndir bağlamıĢdır.
Bütün salon az iĢıqlanan böyük binalarda olduğu kimi, sıx bir duman içində idi, bu da mənzərəyə
daha qorxunc bir Ģəkil verirdi.
Jan Valjan ömründə bir çox dəhĢətli mənzərələr görmüĢ olduğunu, lakin bu qəribə və məchul
salonda, sanki, gizli bir ayin icra edən bu müəmmalı kölgə qədər dəhĢətli bir Ģey görmədiyini
sonralar tez-tez söylərdi. Bu kölgənin bir ölü olduğunu təsəvvürə gətirmək qorxunc bir Ģey olsa
da, bunun diri bir adam olduğunu düĢünmək daha dəhĢətli idi.
Jan Valjan ürək edib, pəncərənin ĢüĢəsinə yapıĢdı ki, bu kölgənin tərpənib-tərpənmədiyini
görsün. O, xeyli gözlədi. Bu intizar ona çox uzun göründü. Lakin əbəs yerə: döĢəmənin üzərinə
sərilmiĢ kölgə hərəkətsiz idi. Birdən Jan Valjanı böyük bir dəhĢət bürüdü, o artıq dayana
bilməyib qaçmağa baĢladı. O geriyə belə baxmağa cürət etməyərək, mərəyə doğru qaçırdı. Ona
elə gəlirdi ki, dönüb geriyə baxarsa, bu ölünün qollarını oynada-oynada iri addımlarla onun
dalınca yüyürdüyünü görəcəkdir.
TövĢüyə-tövĢüyə özünü xarabaya yetirdi. Dizləri titrəyirdi, bədənini tər basmıĢdı.
O harada idi? Parisin lap mərkəzində belə bir məqbərənin ola biləcəyini kim təsəvvürünə gətirə
bilərdi? Bu nə qəribə evdir? Gecə sirləri ilə dolu olan bu bina nə binadır? Bu nə binadır ki, mələk
səsləri ilə ruhları qaranlıqdan çağırır, ruhlar bu çağırıĢa gəldikləri zaman isə onların gözlərinə bu
dəhĢətli mənzərəni göstərir? O, cənnətin nurani qapılarını onların qarĢısında açmağı vəd edir,
sonra isə birdən onların qarĢısında bu iyrənc sərdabənin qapılarını açır! Bununla belə bu bina,
həqiqətən, bir bina idi. Həqiqətən, bir ev idi, bu evin küçə nömrəsi belə vardı. Bu yuxu deyildi.
Jan Valjan buna inanmaq üçün xarabanın daĢlarına toxunmağa məcbur oldu.
Soyuq, həyəcan, təĢviĢlər, gecənin təəssüratı – bütün bunlar Jan Valjanda həqiqi bir qızdırma
oyatmıĢdı, baĢında fikirlər qarıĢırdı.
O, Kozettaya yaxınlaĢdı. Kozetta yatırdı.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Müəmma getdikcə mürəkkəbləĢir.
Kozetta baĢını daĢın üstünə qoyub yatmıĢdı.
Jan Valjan qızın yanında oturub, üzünə baxmağa baĢladı. Qıza tamaĢa etdikcə sakitləĢir və baĢı
yenə əvvəlki kimi iĢləməyə baĢlayırdı.
O, artıq bu gündən sonra, həyatının əsasını təĢkil edəcək bir həqiqəti aydınca dərk edirdi: nə
qədər ki Kozetta onun yanındadır, onun özünə heç bir Ģey lazım deyil, hər Ģey artıq Kozetta
üçündür; o heç bir zaman özü üçün qorxmayacaq, bütün qorxusu ancaq Kozetta üçün olacaqdır.
O, hətta redinqotunu çıxarıb, Kozettanın üstünə salmıĢdısa da, soyuq hiss etmirdi.
Lakin dərin düĢüncələrə daldığına baxmayaraq, Jan Valjan yenə qəribə bir səs eĢitdi. Sanki,
haradasa zınqırov səslənirdi. Səs bağdan gəlirdi, yavaĢ olsa da, aydın eĢidilirdi. O, otlaqlarda
heyvanların boynundan asılan zınqırovların rabitəsiz gecə nəğməsinə bənzəyirdi.
Bu səslər Jan Valjanı boylanmağa məcbur etdi.
Qaranlığa diqqətlə baxdıqda, bağda kiminsə olduğunu gördü.
Adama bənzəyən bu kölgə qovun ləklərinin ĢüĢə qalpaqları arasında dolaĢır, gah əyilir, gah
qalxır, gah dayanır, yerdə bir Ģey sürüyür, yaxud yerə bir Ģey sərir kimi müvazinətlə hərəkət
edirdi. Bu adamın axsadığı da görünürdü.
Jan Valjan titrədi: onu təqib edilənlərə xas olan bir qorxu titrətməsi bürüdü. Belə insanlara hər
Ģey yad görünür, onlarda hər Ģey Ģübhə oyadır, onlar gündüz iĢığından qorxurlar, çünki bu iĢıq
onları ələ verə bilər. Onlar gecənin qaranlığından da qorxurlar, çünki gecə onların qəfildən
tutulmasına kömək edər. Bir az əvvəl o, bağın kimsəsiz olduğundan, indi isə bağda adam
olduğundan qorxurdu.
Jan Valjan xəyali dəhĢətlərdən həqiqi dəhĢətlərə düĢdü.
Öz-özünə deyirdi ki, ―Bəlkə də, Javer və polis agentləri hələ getməmiĢlər, yəqin, onlar küçədə
adam qoymuĢlar. Əgər bağda gəzən bu adam mənim burada olduğumu anlarsa, ―ey qarovul‖
deyə bağıracaq və bununla da məni ələ verəcəkdir‖. Jan Valjan yatmıĢ Kozettanı ehtiyatla
qucağına aldı, mərəyin ən uzaq bir bucağına çəkildi, qızı lazımsız ev Ģeylərinin arxasında
gizlətdi. Kozetta heç tərpənmədi.
Buradan qovun ləkləri arasında gəzən adamın hər bir hərəkətinə diqqət etməyə baĢladı. Qəribə
burası idi ki, o, hərəkət etdikcə zınqırov səslənirdi. Bu adam yaxınlaĢdıqda, zınqırov da
yaxınlaĢırdı, uzaqlaĢdıqca zınqırov da uzaqlaĢırdı, o kəskin bir hərəkət etdikdə, Ģiddətli zınqırov
səsləri eĢidilməyə baĢlayırdı. Dayandıqda isə səs də kəsilirdi. Görünür, zınqırov bu adamın bir
yerinə bağlanmıĢdı. Lakin bu nə demək idi? Bir öküz, yaxud bir qoyun kimi boynuna zınqırov
asılmıĢ bu adam kim ola bilərdi?
Jan Valjan öz-özünə bu cür suallar verə-verə, Kozettanın əllərinə toxundu. Qızın əlləri buz kimi
soyuq idi.
Jan Valjan:
– Aman Allah! – deyə mızıldandı. Sonra yavaĢca qızı çağırdı:
– Kozetta!
Kozetta gözlərini açmadı. Jan Valjan onu bərk silkələdi. Kozetta oyanmadı.
Birdən o: – Yoxsa ölmüĢdür? – deyə düĢündü və ayağa qalxdı.
Bədəni baĢdan ayağa qədər titrəyirdi.
BaĢından qarmaqarıĢıq qara fikirlər keçdi. Bəzən dəhĢətli ehtimallar cin qoĢunu kimi insana
hücum edir və beynin bütün hüceyrələrində yer eləyir. Məsələ sevdiyimiz adamlara aid isə, onlar
üçün çəkdiyimiz təĢviĢdən xəyalımızda min cür dəhĢətli səhnələr yaranır. Jan Valjan soyuq
gecədə açıq havada yatmağın bir ölüm yuxusuna çevrilə biləcəyini xatırladı.
Kozetta solğun, hərəkətsiz bir halda onun ayaqları altında yerə uzanmıĢdı.
O, qızın nəfəsinə qulaq asdı; qız nəfəs alırdı, lakin bu nəfəs o qədər zəif idi ki, elə bil, bu saat
kəsiləcəkdi.
Onu necə qızdırsın? Necə oyatsın? Jan Valjanın düĢündüyü yalnız bu idi. O, dəli kimi mərəkdən
bayıra yüyürdü:
Nə olursa-olsun, ən geci on beĢ dəqiqədən sonra Kozetta ocaq yanında və yataq içində olmalı idi.
DOQQUZUNCU FƏSĠL.
Zınqırovlu adam.
Jan Valjan bir baĢ bağçada gördüyü adama tərəf getdi. Ehtiyat üçün jiletinin cibindən pul
bağlısını çıxartmıĢdı.
Zınqırovlu adam baĢını aĢağı salmıĢ olduğundan, Jan Valjanın yaxınlaĢdığını görmədi. Jan
Valjan bir an içində onun yanına çatdı.
Üzünü ona çevirib:
– Yüz frank! – deyə çığırdı.
O adam diksinərək, gözlərini Jan Valjanın üzünə dikdi.
– Məni bu gecəliyə evinizə buraxsanız, yüz frank alarsınız. Ayın iĢığı Jan Valjanın təĢviĢ içində
olan üzünə düĢürdü.
Birdən zınqırovlu adam səsləndi:
– Necə?! Madlen baba, sizsiniz?
Bu gecə vaxtında, yad bir yerdə, yad bir adamın bu adı çəkməsi Jan Valjanı dəhĢətlə geriyə
çəkilməyə vadar etdi.
O hər Ģeyə hazırdı, amma belə bir Ģey heç ağlına gəlməzdi. Qabağında kəndli kimi geyinmiĢ, beli
bükük, axsaq bir qoca dayanmıĢdı. Onun sol ayağında göndən diz sarğısı vardı, bu sarğıdan da
iricə bir zınqırov asılmıĢdı. Üzü kölgədə olduğundan, üzünü yaxĢı görmək mümkün deyildi.
Qoca papağını çıxarıb, həyəcandan titrəyərək:
– Aman Allah! – dedi. – Madlen baba, siz buraya necə gəldiniz? Ġsa xatirinə, siz buraya necə
daxil oldunuz? Göydənmi düĢdünüz? Göydən düĢsəydiniz, heç də təəccüblü olmazdı. Göydən
düĢməyib də, siz yerə haradan düĢə bilərsiniz? Lakin bu nə görkəmdir? Boyunbağınız yox,
Ģlyapanız yox, pencəyiniz yox. Əgər sizin kim olduğunuzu bilməsəydim, vallah qorxardım.
Pencəksiz! Pərvərdigara, məgər indi övliyalar da ağlını itirir? Lakin siz buraya necə gəldiniz?
Suallar yağıĢ kimi yağırdı. Qoca danıĢmağı sevən kəndlilər kimi hey danıĢırdı, lakin onun
sözlərində qorxuducu heç bir Ģey hiss olunmurdu. Qoca bütün sözlərini bir uĢaq sadəlövhlüyü ilə
heyrətlə söyləyirdi.
Jan Valjan soruĢdu:
– Siz kimsiniz və bu ev nə evdir?
Qoca:
– Lənət Ģeytana! – deyə səsləndi. – Belə də iĢ olar! ƏĢi, mən həmin adamam ki, siz özünüz məni
buraya qoymuĢsunuz, bu ev də elə həmin evdir ki, siz özünüz məni ora yerləĢdirmisiniz. Necə
məgər siz məni tanımırsınız?
Jan Valjan:
– Yox tanımıram! – deyə cavab verdi. – Lakin siz məni haradan tanıyırsınız?
O adam dedi:
– Siz məni ölümdən xilas etmiĢsiniz.
O, üzünü çevirdi, ay iĢığı onu baĢdan-baĢa iĢıqlandırdı. Jan Valjan qoca FoĢlevanı tanıdı.
– Ah, sizsiniz! Ġndi mən sizi tanıdım.
Qoca məzəmmətlə:
– ġükür Allaha! Axır ki, tanıdınız! – dedi.
Jan Valjan soruĢdu:
– Bəs siz burada nə edirsiniz?
– Necə yəni nə edirəm? Budur, qovun ləklərinin üstünü örtürəm.
Doğrudan da, Jan Valjan qoca FoĢlevana müraciət etdiyi zaman o, qovun ləkinin üstünə sərmək
üçün əlində bir həsir parçası tutmuĢdu. Bağçada çalıĢdığı müddətdə, bu həsirlərin bir neçəsini
sərib qurtarmıĢdı. Jan Valjanın mərəkdə oturaraq gördüyü qəribə hərəkətlər də elə həmin bu
iĢdən irəli gəlirdi.
Qoca sözünə davam edərək:
– Baxdım gördüm ki, gecə aydınlıqdır. Demək, səhər soyuq olacaq. Dedim: ―Qoy gedim,
qovunlarıma isti paltar geyindirim!‖.
Sonra xeyirxah bir təbəssümlə Jan Valjana baxaraq əlavə etdi:
– Elə siz də isti paltar geyinsəydiniz pis olmazdı. Lakin axı siz buraya necə gəldiniz?
Jan Valjan bu qocanın onu Madlen adı ilə olsa belə, hər halda, tanıdığını görüb, onunla artıq bir
qədər ehtiyatla danıĢırdı. Ġndi o özü qocaya bir çox suallar verməyə baĢladı. Qəribə olsa da bu iki
adam rollarını dəyiĢmiĢ kimi görünürdü. Ġndi sual verən o, yəni çağırılmamıĢ qonaq idi.
– Bəs dizinizə bağladığınız o zınqırov nədir?
– Bumu? Mən bunu asmıĢam ki, məndən qaçsınlar! – deyə FoĢlevan cavab verdi.
– Necə yəni sizdən qaçsınlar?
Qoca FoĢlevan mənalı bir surətdə göz vurdu:
– Elə belə! Bu evdə yalnız arvadlar olur. Bir çox gənc qızlar var. Onlar elə bilir ki, mənə rast
gəlmək onlar üçün qorxulu Ģeydir. Zınqırov onlara mənim gəldiyimi xəbər verir. Mən gələndə
onlar qaçırlar.
– Bəs bu nə evdir?
– Əcəb iĢdir! Siz ki, bunu özünüz yaxĢı bilirsiniz.
– Yox bilmirəm.
– Siz ki, məni özünüz buraya bağban qoydurdunuz!
– Fərz edin ki, mən heç bir Ģey bilmirəm. Ona görə də cavab verin.
– YaxĢı, elə olsun! Bura Kiçik Pikpüs monastırıdır.
Jan Valjan yavaĢ-yavaĢ xatırlamağa baĢladı. Təsadüf, daha doğrusu qəza onu Sent-Antuan
məhəlləsinin monastırına atmıĢ idi. Bu həmin monastır idi ki, iki il bundan əvvəl qoca FoĢlevan
araba altında qalaraq Ģikəst olduqda onun tapĢırığı ilə buraya bağban qəbul edilmiĢdi. O, öz-
özünə:
– Kiçik Pikpüs monastırı! – deyə təkrar etdi.
FoĢlevan yenə soruĢdu:
– Yenə də bir məni baĢa salın görüm, Madlen baba, siz buraya necə gəldiniz? Siz müqəddəs
adam olsanız da, hər halda, kiĢisiniz, kiĢiləri isə buraya buraxmırlar.
– Siz burada yaĢayırsınız?
– Elə təkcə mən burada yaĢayıram.
Jan Valjan:
– Hər halda, mən burada qalmalıyam! – dedi.
– Aman Allah! – deyə FoĢlevan səsləndi.
Jan Valjan qocaya yaxınlaĢaraq, ciddi bir səslə:
– FoĢlevan baba, – dedi, – mən sizi ölümdən qurtarmıĢam.
– Bunu mən sizdən əvvəl yada saldım! – deyə FoĢlevan cavab verdi.
– Bax belə! Vaxtilə mənim sizin üçün etdiyimi bu gün siz də mənim üçün edə bilərsiniz.
FoĢlevan qırıĢmıĢ, titrəyən qoca əlləri ilə Jan Valjanın qüvvətli əllərini tutdu və bir neçə dəqiqə
bir kəlmə belə danıĢa bilmədi. Nəhayət, dedi:
– Ah! Sizin yaxĢılığınızın əvəzini verə bilsəydim, mən bunu Allahın bir mərhəməti sayardım!
Sizi ölümdən xilas etmək! Mən sizin ixtiyarınızdayam, cənab mer!
Qocanın üzündə fərəhli bir heyrət doğdu, üzü iĢıqlandı.
– Mən nə etməliyəm? – deyə o soruĢdu.
– Mən sizi baĢa salaram. Otağınız varmı?
– Mənim ayrıca balaca bir evim var; bax orada, köhnə monastırın xarabaları arxasında, küncdə,
heç kəsin gözünə çarpmaz. Orada üç otaq var.
Doğrudan da, bu balaca ev xarabaların arxasında elə yaxĢı gizlənmiĢdi, elə dalda yerdə idi ki, Jan
Valjanın gözünə dəyməmiĢdi. Jan Valjan:
– YaxĢı, – dedi. – Ġndi mənim iki xahiĢimi yerinə yetirin.
– O xahiĢləriniz nədir, cənab mer?
– Birinci, siz mənim barəmdə heç kəsə bir söz deməyəcəksiniz. Ġkinci, özünüz məndən heç bir
Ģey soruĢmayacaqsınız.
– Necə istəyirsiniz, elə olsun. Mən sizin Ģərəfsiz bir iĢ görməyə qadir olmadığınızı, həmiĢə
mərhəmətli adam olduğunuzu bilirəm. Bir də, siz özünüz məni buraya qoymusunuz. Demək,
sizin öz iĢinizdir. Mən sizin ixtiyarınızdayam.
– Bu belə! Ġndi dalımca gəlin. Biz uĢağın dalınca getməliyik.
– A – a! Demək, bu arada uĢaq da var! – deyə FoĢlevan mızıldandı.
O artıq bir kəlmə də danıĢmadı. Bir it öz sahibinin dalınca getdiyi kimi, o da Jan Valjanın dalınca
getdi.
Yarım saat sonra ocağın istisindən yanaqları qızarmıĢ Kozetta qoca bağbanın yatağında yatırdı.
Jan Valjan boyun yaylığını taxmıĢ və redinqotunu geyinmiĢdi. Divarın üstündən tulladığı Ģlyapa
tapılmıĢ və gətirilmiĢdi. Jan Valjan geyimi ilə məĢğul olduğu zaman, FoĢlevan zınqırovlu diz
bağını çıxartmıĢdı. Ġndi bu zınqırov, torpaq səbəti ilə bir yerdə divardan asılmıĢdı. KiĢilər
dirsəklərini masanın üstünə qoyaraq qızınırdılar. FoĢlevan süfrəyə bir parça pendir, çörək və bir
ĢüĢə Ģərabla iki stəkan qoydu. Jan Valjanın dizinə toxunaraq, qoca dedi:
– Ah, Madlen baba, siz məni o saat tanımadınız! Siz insanları ölümdən xilas edirsiniz də, sonra
onları yaddan çıxardırsınız! Bu yaxĢı deyildir. Amma onlar sizi unutmurlar. Siz naĢükür
adamsınız!
ONUNCU FƏSĠL.
Burada Javerin yanlıĢ marıta durduğundan bəhs olunur.
Necə deyərlər, iç üzünü indicə gördüyünüz hadisələr ən adi Ģəraitdə baĢ vermiĢdi.
Fantinanın ölüm yatağı yanında həbs edilmiĢ Jan Valjan həmin gecə Monreyl-sür-Mer Ģəhəri
həbsxanasından qaçdığı zaman, polis idarəsi katorqalının Parisə qaçmıĢ olduğunu güman
etmiĢdi. Paris, içində hər Ģeyin yox olduğu bir burulğandır. Okeanın dərinliyində olduğu kimi, bu
dünya mərkəzində də hər bir Ģey yox olur. Ġnsanın möhkəm gizlənə bildiyi bir qalın meĢəlik
varsa, o da camaat arasıdır. Bu həqiqət hər cür qaçqınlara məlumdur. Onlar girdabda qərq olan
kimi Parisdə qərq olurlar. Ġnsana qurtuluĢ gətirə bilən girdablar da vardır. Bunu polis də bilir.
Ona görə polis baĢqa bir yerdə nə itirirsə, həmiĢə Parisdə axtarır. Polis Monreyl-sür-Merin sabiq
merini də Parisdə axtarırdı. Bu axtarıĢları idarə etmək üçün Javeri Parisə çağırmıĢdılar. O,
doğrudan da, Jan Valjanın tutulmasında böyük kömək göstərmiĢdi. Bu iĢdə Javerin göstərdiyi
çalıĢqanlıq və zirəklik qraf Anqles dövründəki prefekturanın katibi cənab ġabulyenin diqqətini
cəlb etmiĢdi. Bu səbəbə görə, keçmiĢdə də Javerə himayəçilik edən cənab ġabule, indi onu
Monreyl-sür-Mer polis müfəttiĢi vəzifəsindən Paris prefekurasına köçürmüĢdü. Burada Javerin
hər bir cəhətdən faydalı və, bunu da qeyd etməliyik, hörmətə layiq adam olduğu anlaĢıldı. Biz
burada hörmət sözünü iĢlətsək də, polis xidmətlərindən bəhs edildikdə, bu söz bir az qəribə
görünür.
O artıq Jan Valjanı unutmuĢdu, – ovçu tulalarının axı belə bir xasiyyəti var: onlar təzə canavara
rast gəldikdə əvvəlkini unudurlar. Lakin birdən, 1823-cü ilin dekabr ayında, ümumiyyətlə, qəzet
oxumağı sevməyən Javer qəzetə baxmıĢdı. Javer monarxist olduğundan, prins-generalissimusun
Bayona Ģəhərinə təntənəli gəliĢinin bütün təfsilatını öyrənmək istəmiĢdi. Maraqlandığı bir
məqaləni oxuyub qurtarmaqda ikən, birdən səhifənin sonunda Javerin gözlərinə bir ad sataĢdı, bu
Jan Valjanın adı idi. Qəzet katorqalı Jan Valjanın öldüyünü xəbər verirdi. Bu xəbər o qədər rəsmi
bir Ģəkildə təsvir edilmiĢdi ki, Javer bunun doğru olduğuna qətiyyən Ģübhə etmədi. Ancaq bunu
dedi ki: ―Bax, bu, doğrudan da, möhkəm bir həbsxanadır‖. Bundan sonra Javer qəzeti bir kənara
atdı, oxuduğunu yadından çıxartdı.
Bir qədər sonra, Sena və Uaza prefekturası Monfermeyldə, deyildiyinə görə çox əcaib bir
Ģəkildə, bir uĢağın oğurlanması haqqında Paris polis prefekturasına məlumat göndərmiĢdi.
Məlumatda qızın yeddi-səkkiz yaĢlarında olduğu, anası tərəfindən yerli bir meyxanaçıya
saxlanmaq üçün verildiyi və naməlum bir adam tərəfindən oğurlandığı qeyd olunurdu. Qızın adı
Kozetta imiĢ, anası isə Fantina adlı bir qadınmıĢ, harada isə xəstəxanada vəfat etmiĢdir. Məlumat
Javerin əlinə keçdi və onu düĢünməyə vadar etdi.
Fantinanın adı Javerə yaxĢı tanıĢ idi. O, Jan Valjanın ondan bu əxlaqsız qadının uĢağını gətirmək
üçün üç gün möhlət istəməsinə nə qədər gülmüĢ olduğunu xatırladı. Jan Valjanın Monfermeylə
gedən bir dilicana minmək istədiyi zaman Parisdə tutulmuĢ olduğu da yadına düĢdü. O zaman
edilən bəzi müĢahidələr hətta belə bir fikir oyadırdı ki, Jan Valjan ikinci dəfə bu dilicana minmiĢ
və bir gün əvvəl bu kəndin ətraflarına birinci dəfə səyahət etmiĢdi, çünki kəndin özündə onu
görməmiĢdilər. Monfermeyldə onun nə iĢi olduğunu heç kəs baĢa düĢə bilməmiĢdi. Lakin indi
Javer bunu anlamıĢdı. Fantinanın qızı Monfermeyldə yaĢayırdı. Jan Valjan oraya qızın dalınca
getmiĢdi. Ġndi də naməlum bir adam bu uĢağı oğurlamıĢdır. Bu naməlum adam kim ola bilərdi?
Jan Valjanmı? Lakin Jan Valjan ölmüĢdür. Javer, heç kəsə bir söz demədən, Odun dalanındakı
―Qalay boĢqab‖ mehmanxanasından yola düĢən omnibusa minərək Monfermeylə getdi. O, bu iĢi
yerində tamamilə aydınlaĢdıra biləcəyini düĢünürdü, lakin heç bir Ģey öyrənə bilmədi.
Ġlk günlər hiddətlənmiĢ Tenardyegil bu hadisə haqqında ağızlarına gələni danıĢırdılar. Torağayın
yox olması kənddə gurultu qoparmıĢdı. Dərhal bu hadisəni cürbəcür Ģəkildə danıĢmağa
baĢladılar. Nəhayət, hadisə uĢağın oğurlanması əhvalatına çevrildi. Bunun da nəticəsində Paris
prefekturasının aldığı məlumat göndərildi; halbuki, ilk hiddət dövrü keçəndən sonra Tenardye,
qəribə instinkti sayəsində çox tezliklə baĢa düĢdü ki, əlahəzrət kralın prokuror cənablarını
narahat etmək hər zaman faydalı olmaz. Bir də ―uĢağın oğurlanması‖ haqqında Ģikayətlər, hər
Ģeydən əvvəl, polis idarəsinin sayıq gözlərini onun özünə və bir çox Ģübhəli iĢlərinə tərəf
çevirəcəkdir. BayquĢların ən çox qorxduğu bir Ģey varsa, o da iĢıqdır. Bundan baĢqa, min beĢ
yüz frankı almasını necə izah etsin? Tenardye bu səbəblərə görə hərəkətlərini tamamilə dəyiĢdi,
arvadının ağzını yumaraq, uĢağın oğurlanması haqqında söhbət açıldıqda, guya, təəccüb etməyə
baĢladı. Necə? O, heç bir Ģey anlamır. Doğrudur, əvvəllər Ģikayət edir və əziz balanın bu qədər
tez əlindən alındığından danıĢardı. Deyərdi ki, o, qızı çox sevir və istərdi ki, qızcığaz bir-iki gün
də onun yanında qalsın. Lakin qızın dalınca ―babası‖ gəlmiĢdi ki, bu da çox təbii bir Ģey idi.
Tenardye, baba məsələsini özündən uydurmuĢdu və bu, yaxĢı təsir bağıĢlayırdı. Javer də,
Monfermeylə gəldiyi zaman, əhvalatı elə bu Ģəkildə eĢitmiĢdi.
Bununla belə Javer, məsələnin içinə zond salırmıĢ kimi, Tenardyenin danıĢdıqlarını yoxlamağa
baĢladı. ―Bu baba dediyi adam kim idi, adı nə idi?‖ Tenardye özünü sadəlövhlüyə vuraraq cavab
verirdi: ―Varlı bir mülkədar idi. Adı da, yanılmıramsa Gilom Lamberdir. Pasportunu görmüĢəm‖.
Lamber – namuslu və hər bir cəhətdən etibarlı adam adıdır. Javer Parisə qayıtdı. Öz-özünə: ―Bu
Jan Valjan, doğrudan da, ölmüĢdür. Mən də lap sarsağam‖ demiĢdi.
Javer bu əhvalatı unutmağa baĢlayırdı ki, birdən, 1824-cü ilin mart ayında, qulağına Sen-Medar
məhəlləsində ―sədəqə verən dilənçi‖ adı ilə Ģöhrət qazanan qəribə bir adamın yaĢaması haqqında
bir xəbər çatdı. Belə deyirdilər ki, guya, bu adam varlı bir rantyedir. Heç kəs onun adını yaxĢıca
bilmirdi. Bu adam səkkiz yaĢında bir qızla birlikdə yaĢayırdı. Qızın isə yalnız o yadına gəlir ki,
Monfermeyldən gəlmiĢdir. Yenə Monfermeyl! Bu adı eĢidən Javer yenə qulaqlarını Ģəklədi. Bu
adamın sədəqə verdiyi keçmiĢ kilsə xadimi, indi isə dilənçi paltarında olan polis casusu bəzi
baĢqa təfsilat da əlavə etdi. ―Bu rantye heç kəslə görüĢməz, küçəyə ancaq axĢamlar çıxar,
yoxsullardan baĢqa heç kəslə danıĢmaz, heç kəslə əlaqə saxlamaz... Əynində astarının içi bank
biletləri ilə dolu olduğundan bir neçə milyon dəyəri olan çox köhnə, sarı bir redinqotu var‖. Bu
Ģok təfsilat Javerin marağını qat-qat artırdı. Bu fantastik rantyeni yaxından görmək və eyni
zamanda onu ürkütməmək üçün Javer bir dəfə kilsə xadiminin cındırlarını geyindi, qoca casusun
hər axĢam bardaĢ qurub, mızıldana-mızıldana dua oxuyaraq yolçuları izlədiyi yerdə oturdu.
Doğrudan da, ―Ģübhəli adam‖ qiyafətini dəyiĢmiĢ Javerə yaxınlaĢdı və ona sədəqə uzatdı. Elə bu
zaman Javer baĢını qaldırdı və Jan Valjanı tanıdığını zənn edərək, diksindi. Jan Valjan da Javeri
tanıdığını güman edərək diksindi.
Lakin o, qaranlıqda yanıla bilərdi, axı Jan Valjanın ölümü haqqında rəsmi məlumat verilmiĢdi.
Javerin ürəyində hələ ciddi Ģübhələr vardı, Javer isə vasvası olduğundan, belə hallarda heç vaxt
heç kəsi tutmazdı.
Javer qocanın dalınca düĢüb Qorbonun komasına gəldi, az bir zəhmətlə qarının dilini açıb
danıĢdırdı. Qarı sarı redinqotun milyonlarla dolu olduğunu təsdiq edərək, min franklıq bilet
əhvalatını da ona danıĢdı. Dedi ki: ―öz gözümlə görmüĢəm! Öz əlimlə toxunmuĢam!‖ Javer otaq
kirayə edib elə haman axĢam oraya köçdü. Gizli kirayəniĢinin səsini eĢitmək ümidi ilə qapıya
yaxınlaĢdı, lakin Jan Valjan, qapının açar yerindən Ģam iĢığını gördüyü üçün bir kəlmə
danıĢmadığından casusun planlarını pozdu.
O biri gün Jan Valjan buradan köçməyi qərara aldı. Yerə saldığı beĢ franklıq pulun səsi qarının
diqqətini cəlb etdi. O, pul səsini eĢidib, kirayəniĢinin köçməyə hazırlaĢdığını zənn edərək, dərhal
bunu Javerə xəbər verdi. Gecə, Jan Valjan küçəyə çıxdığı zaman, Javer artıq iki nəfər köməkçisi
ilə bulvarda ağacların arxasında gizlənib, onu gözləyirdi.
Javer prefekturada özünə kömək üçün adam verilməsini xahiĢ etdi, lakin kimi tutmaq fikrində
olduğunu demədi. Bu, onun sirri idi, həm də bu sirri üç səbəbə görə açmaq istəmirdi: birincisi –
ən kiçik ehtiyatsız bir söz Jan Valjanda Ģübhə oyada bilərdi: ikincisi – ölmüĢ zənn edilən bir
köhnə qaçqın katorqalını polis dəftərlərində ən təhlükəli canilər maddəsində qeyd olunmuĢ bir
canini ələ keçirmək elə parlaq bir iĢ idi ki, Paris polisinin köhnə tulaları heç Ģübhəsiz, bunu Javer
kimi təzə bir adamın əlinə verməzdilər, Javer də katorqalısının əlindən alına biləcəyindən
qorxurdu; nəhayət, Javer öz iĢinin sənətkarı olduğundan, gözlənilməz Ģeyləri sevərdi. O,
əvvəlcədən ölçülüb-biçilmiĢ müvəffəqiyyətlərə nifrət edərdi, çünki belə müvəffəqiyyətlər
ətrafında çox söhbət edildiyindən, onlar öz təravətini və təzəliyini itirirdi. Javer, sonra birdən-
birə elan etmək üçün ən mühüm iĢlərini gizlində hazırlamağı sevərdi.
Javer Jan Valjanın dalınca gələrək, bu ağacdan o ağaca, bu küçənin tinindən o biri küçənin tininə
qədər, bir dəqiqə belə gözdən qaçırmadan onu izlədi. Jan Valjan özünü təhlükədən tamamilə
uzaq zənn etdiyi zamanlarda belə, Javer gözünü ondan götürmürdü.
Bəs nə üçün Javer Jan Valjanı tutmadı? Bunun bir səbəbi vardı: o hələ də Ģübhə edirdi.
Unutmamalıdır ki, o dövrdə polis idarəsinin hərəkətləri sərbəst deyildi, azad mətbuat onu sıxırdı.
Qəzetlərin ifĢa etdiyi bir neçə özbaĢına həbs palatanın nəzərinə çatdırılmıĢ və prefekturanın
cəsarətsizliyinə səbəb olmuĢdu. ġəxsiyyət azadlığını pozmaq ciddi bir məsələ sayılırdı. Polis
iĢçiləri səhv etməkdən qorxurdular. Prefekt bütün günahı onların boynuna yıxırdı. Hər bir səhv
edən adam vəzifədən istefa verməyə məcbur olurdu. Tutaq ki, qəzetdə bu cür balaca bir məqalə
çap olunmuĢdur: Dünən səkkiz yaĢında nəvəsi ilə gəzməkdə olan ağ- saçlı, hörmətli qoca bir
rantye qaçaq bir katorqalı kimi həbs edilərək, həbsxanaya göndərilmiĢdir‖. Bu məqaləni iyirmi
qəzet nəĢr etdikdən sonra, Parisdə nə kimi bir həngamə qopa biləcəyini təsəvvür edə bilərsiniz.
Təkrar edirik, bundan baĢqa, Javerin özü də çox vasvası idi. Vicdanının tələbləri prefektin
tələblərinə uyğun gəlirdi. O, doğrudan da, Ģübhə edirdi.
Jan Valjan Javerin qabağında, qaranlıqda yeriyirdi.
Məyusiyyət, narahatlıq, təĢviĢ, yorğunluq, gecə vaxtı bu yenidən qaçmaq və Parisdə həm özü,
həm də Kozetta üçün müvəqqəti yer axtarmaq dərdi, uĢağın sürəti ilə ayaqlaĢmağa məcbur
olması Jan Valjanın yeriĢini özü belə duymadan o qədər dəyiĢmiĢ və görünüĢü o qədər əldən
düĢmüĢ bir qoca görünüĢünə bənzəmiĢdi ki, Javerin Ģəxsində polis belə səhv edə bilərdi. Jan
Valjana yaxınlaĢmağın qeyri-mümkün olması, əynindəki qoca, mühacir mürəbbi paltarı, Jan
Valjanı qızın babasına çevirmiĢ olan Tenardyenin bəyanatı, nəhayət, onun katorqada öldüyünə
əmin olması – bunların hamısı Javerin tərəddüdünü daha da artırırdı.
Bir anlar Javerin beynində dərhal qocadan sənədlərini tələb etmək fikri doğdu. Lakin əgər bu
adam Jan Valjan deyilsə, qoca, hörmətli bir rantye də deyilsə, bu mütləq qaranlıq Paris
cinayətlərində dərin və məharətli bir rol oynayan quldurlardan biri, baĢqa iĢlərinin üstünü örtmək
üçün sədəqə paylayan qorxunc bir quldur dəstəbaĢısı olmalı idi. Sədəqə paylamaq da baĢqa
iĢlərinin üstünü örtmək üçün quldurların köhnə sınanmıĢ üsuludur. Əlbəttə, onun əlbirləri,
cinayət yoldaĢları, gizlənmək istədiyi ehtiyat mənzilləri də var. Küçələri fırlanması, yol
azdırması da bunun sadə bir qoca olmadığını sübut edirdi. Onu çox tez ələ keçirmək – ―qızıl
yumurta yumurtlayan bir toyuğu kəsmək‖ demək idi. Bir az gözləməyin nə eybi var? Javer bu
qocanı əldən qaçırmayacağına tamamilə əmin idi.
Beləliklə, Javer bir az karıxmıĢ halda yeriyərək bu müəmmalı adamın kim ola biləcəyini
dəfələrlə özündən soruĢurdu.
Yalnız Pontuaz küçəsində, bu adam meyxanadan düĢən parlaq iĢığın yanından keçdikdə, Javer
ovun Jan Valjan olduğunu anlamıĢdı, buna Ģübhə ola bilməzdi.
Bu dünyada eyni qüvvətdə dərin daxili həyəcan keçirən iki xilqət var: biri – balasını tapmıĢ bir
ana, o biri isə ovunu tutmuĢ pələng. Javer də belə bir həyəcan keçirirdi.
Ġzlədiyi adamın qorxunc katorqalı Jan Valjan olduğuna inandıqdan sonra, özü ilə bərabər yalnız
iki adam götürdüyünə təəssüf etdi və adam göndərərək Pontuaz küçəsinin polis komissarından
kömək istədi. Tikanlı göyəm budağını qoparmadan əvvəl əlcək taxarlar.
Javerin gecikməsi və agentləri ilə məsləhətləĢmək üçün Rolen döngəsinə dönməsi az qalmıĢdı ki,
Jan Valjanı gözdən itirməsinə səbəb olsun. Lakin o, tez baĢa düĢdü ki, Jan Valjan çayın o tayına
keçməklə aralarında maneə yaratmağa çalıĢacaqdır. Ġzi itirməmək üçün yeri iyləyən bir ov tulası
kimi Javer baĢını sallayıb fikrə daldı. Heç bir zaman onu aldatmayan bir sövqi-təbii ilə Javer düz
Austerlis körpüsünə doğru getdi və vergi yığan adamdan soruĢdu: ―Bir balaca qızla bir kiĢini
görmədiniz ki?‖. Vergi yığan: – ―Gördüm, hətta onu iki su verməyə məcbur etdim‖ – deyə cavab
verdi. Bu cavab vəziyyəti aydınlaĢdırdı. Jan Valjan Kozettanın əlindən tutaraq, ay iĢığı düĢmüĢ
yerdən keçdiyi zaman Javer körpünün üstündə idi. Javer Jan Valjanın YaĢıl yol küçəsinə doğru
getdiyini görüb, tələ kimi bir Ģey olan Janro dalanını xatırladı. Düz divar küçəsindən Pikpüs
döngəsinə yalnız bircə yol olduğu da Javerin yadına düĢdü. O, ovçuların dili ilə deyəcək olursaq,
―ovu qabaqladı‖, tələsik kəsə yollarla adamlarından birini həmin çıxıĢ yolunu tutmaq üçün
göndərdi. Cəbbəxanaya növbəni dəyiĢmək üçün gedən qarovulçuları saxladı və dalınca getməyə
məcbur etdi. Belə bir oyunda əsgərlər qumarda xal kimi bir Ģeydir. Bundan baĢqa, belə bir qayda
da var: əgər qabanı vurmaq istəyirsənsə, təcrübəli bir ovçu olmalısan, itin də çox olmalıdır. Javer
bu tədbirləri görüb Jan Valjanın sağ tərəfdə dalanla, sol tərəfdə polis agenti ilə, dalda isə onun
özü ilə əhatə olunduğunu bildiyindən, bir çimdiklik burunotu götürdü.
Sonra oyun baĢlandı. Bu anda Javer yalnız iblislərin duya biləcəyi bir sevinc hiss etdi: o, bu
adamın artıq onun ixtiyarında olduğunu bildiyindən tələsmədən onun ardınca gedir və vaxtı
mümkün dərəcə uzatmağa, tutmağı təxirə salmağa çalıĢırdı. Zahirən azad olan bu adamın
həqiqətdə tutulmuĢ olduğunu düĢünməkdən həzz alırdı. Torun içində çırpınan bir hörümçəyə
baxan, yaxud siçanı birdən-birə öldürməyərək oyan-buyana qaçmasına yol verən bir piĢik kimi,
Ģəhvətli gözlərini ondan ayırmırdı. Pəncə və caynaqlar öldürmək üçün tutmuĢ olduqları heyvanın
çırpınmasından müdhiĢ bir ləzzət alırlar. Boğmaq – nə qədər dadlı bir zövqdür!
Javer sevinirdi! QurmuĢ olduğu torun ipləri möhkəm idi. O, müvəffəqiyyət qazanacağına əmin
idi. Yalnız bir Ģey qalırdı: yumruğunu sıxmaq!
Jan Valjan nə qədər qüvvətli və cəsur olsa da, nə qədər ümidsiz bir vəziyyətdə olsa da, onun
müqavimət göstərə biləcəyi fikri bu qədər böyük bir dəstəsi olan Javerə qeyri-mümkün
görünürdü.
Javer aramla irəliləyir, oğrunun ciblərini axtarırmıĢ kimi, küçənin bütün qaranlıq bucaqlarını,
xəlvət yerlərini araĢdırıb eĢələyirdi.
Lakin hörümçək torunun mərkəzinə çatdıqda, milçəyi orada tapmadı.
Onun nə qədər hiddətləndiyini təsəvvür edə bilərsiniz. Düz divar və Pikpüs küçəsini qoruyan
qarovulçudan xəbər aldı. O, bir dəqiqə belə yerindən tərpənməmiĢdi, yanından heç bir kiĢi gəlib
keçməmiĢdi.
Bəzən belə təsadüflər olur ki, maralın buynuzları lap ovçunun əlinə keçir, lakin birdən-birə maral
yox olur. BaĢqa sözlə, ətrafını sürü ilə it bürüsə belə, maral qaçıb canını qurtarır. Belə hallarda
ən təcrübəli ovçular belə mat qalırlar. Hətta Düvivye, Linyivil və Deprez belə, nə deyəcəklərini
bilmirdilər. Artonj, belə bir müvəffəqiyyətsizliyə düçar olduqda: ―Bu maral deyil, cindir‖
demiĢdi.
Javer də məmnuniyyətlə bu sözləri təkrar edərdi.
Javerin indiki məyusiyyəti daha çox ümidsizliyə, qeyzə, hiddətə bənzəyirdi.
Napoleon – Rusiya ilə müharibədə, Ġsgəndər – Hindistanla müharibədə, Sezar – Afrika
müharibəsində, Kir – Skif müharibəsində səhv etdiyi kimi, Javer də, Ģübhəsiz Jan Valjana qarĢı
bu səfərində səhv buraxmıĢdı. Javer onun sabiq katorqalı olduğunu etiraf etməkdə ləngidiyi
üçün, bəlkə də, səhv etmiĢdi. O, aldığı ilk təsirinə inanmalı idi. Javer Jan Valjanı dərhal, Qorbo
komasında həbs etməməkdə də səhv etmiĢdi. O, Pontuaz küçəsində Jan Valjanı qəti olaraq
tanıdıqdan sonra həbs etməməkdə də səhv etmiĢdi. Rolen yol ayrıcında, aydın ay iĢığında
dayanıb, öz adamları ilə məsləhətləĢərkən də Javer səhvə yol vermiĢdi. Əlbəttə, məsləhətləĢmək
yaxĢı Ģeydir, etibarlı casusların bildiklərini və düĢündüklərini öyrənmək pis olmaz. Lakin
canavar və katorqalı kimi nadinc heyvanları təqib edən bir ovçu çox ehtiyatlı və tədbirli
olmalıdır. Ov tulalarını izə doğru salmaqla həddindən artıq məĢğul olan Javer, heyvanı
ürkütmüĢdü. Heyvanın it sürüsünü duyub qaçmağına imkan vermiĢdi. Javerin əsas səhvi isə
bundan ibarət idi ki, Austerlis körpüsündə Jan Valjanın izinə düĢdükdən sonra, Jan Valjan kimi
bir adamı ipin ucunda saxlaya biləcəyini güman edərək, onunla dəhĢətli bir uĢaq oyunu
oynamağa baĢlamıĢdı. O, özünü həqiqətdə olduğundan daha qüvvətli zənn etmiĢ, aslanla siçan-
piĢik oyunu oynamağa baĢlamıĢdı. Eyni zamanda, özünü kifayət qədər qüvvətli saymayaraq,
özünə kömək götürməyi belə lazım bilmiĢdi. Bu fəlakətli ehtiyatkarlıq da qızıl kimi qiymətli
vaxtın itməsinə səbəb olmuĢdu. Lakin Javer bütün bu səhvləri buraxmıĢ olsa da, yenə də yer
üzündə mövcud olan ən bilikli və iĢgüzar xəfiyyələrdən biri idi. Hər halda, o, ovçuların dediyi
kimi, tam mənada ―ağıllı‖ bir it sayıla bilərdi. Səhv etməyən kimdir?
Böyük strateqlərin də gözlərinə pərdə çəkilə bilər.
Bir-birinə hörülmüĢ nazik iplərdən qalın bir kanat əmələ gəldiyi kimi, bəzən böyük bir axmaqlıq
da bir çox xırda axmaqlıqların yekunundan baĢqa bir Ģey deyildir. Kanatın hər bir ipini ayrıca,
tel-tel açsanız, böyük axmaqlığa gətirib çıxaran ən xırda həlledici səbəbləri bir-bir görərsiniz,
asanlıqla hamısına üstün gələ bilərsiniz. Ġndi siz ―Elə bumu?‖ deyəcəksiniz. Lakin bu iplərin
hamısını bir-birinə bağlayıb hörsəniz, dəhĢətli bir Ģey əmələ gələr. Bu – ġərqdə Marsian, Qərbdə
isə Valentinian arasında tərəddüd edən Atilla deməkdir, bu – Kapuyada ləngiyən Hannibal
deməkdir. Bu – Arsis-sür-Obda yuxuya gedən Danton deməkdir.
Lakin, nə olursa olsun, Javer Jan Valjanın onun əlindən çıxdığını gördükdə, baĢını itirmədi. Polis
nəzarəti altından qaçan bir katorqalının çox da uzağa gedə bilməyəcəyinə əmin olduğundan hər
yana qarovulçu qoydu, tələlər qurdu, bütün gecəki məhəlləni araĢdırdı. Diqqətini ilk cəlb edən
Ģey kəndiri kəsilmiĢ küçə fənəri idi. Bu, qiymətli bir əlamət idi, lakin bu əlamət onu aldatmıĢ və
Janro dalanına doğru aparmıĢ, oraları araĢdırmağa məcbur etmiĢdi.
Bu dalanda xeyli alçaq divarlar vardı ki, divarların arxasında bağçalar və əkilməmiĢ böyük
sahələr baĢlayırdı. Jan Valjan, yəqin ki, bu tərəfə qaçmıĢdı. ġübhəsiz, Jan Valjan Janro dalanının
çox içərilərinə girmiĢ olsaydı, o mütləq məhv olacaqdı, Javer bir iynə axtarır kimi, bütün bu
bağları və düzləri diqqətlə araĢdırmıĢdı.
Səhər açılanda, orada iki nəfər bacarıqlı adam qoyub oğru tərəfindən tutulmuĢ bir polis xəfiyyəsi
kimi utana-utana prefekturaya qayıtdı.
BĠRĠNCĠ FƏSĠL.
Pikpüs küçəsi, № 62.
Yarım əsr bundan əvvəl Kiçik Pikpüs küçəsində 62 nömrəli evin darvazası baĢqa darvazalardan
heç bir Ģeylə fərqlənmirdi, adətən, yarıya qədər açıq olan bu qonaqcıl darvazanın arxasında heç
bir qəmli Ģey yox idi. Orada divarlarına tənək sarmaĢmıĢ hasarlı bir həyət və həyətdə gəzinən
qapıçının üzündən baĢqa heç bir Ģey görünmürdü. Dal tərəfdə, divarın üstündə hündür ağaclar
görünürdü. GünəĢin Ģüaları həyəti canlandıran, bir stəkan Ģərab isə qapıçının üzünə canlılıq
verən zaman Kiçik Pikpüs küçəsindəki 62 nömrəli evin yanından keçən yolçunun ürəyi qəribə
bir fərəhlə dolurdu. Lakin gözləriniz qarĢısından bir anlığa ötüb keçən bu yer kədərli bir yer idi.
Evin astanası gülümsədiyi halda, ev özü ibadət edir və inləyirdi.
Qapıçının yanından keçməyə müvəffəq olduqda – bu, o qədər də sadə bir Ģey deyildi, hətta
demək olar ki, qeyri-mümkün bir Ģey idi, çünki burada ―Sezam, açıl!‖ kimi bir əfsun vardı ki,
bunu mütləq bilmək lazım gəlirdi, – demək, qapıçının yanından keçməyə müvəffəq olduqda, siz
sağ tərəfdə balaca bir dəhlizə girirdiniz, buradan iki divar arasında sıxılmıĢ kimi görünən və
ancaq bir nəfərin keçə biləcəyi dar bir pilləkən qalxırdı. Əgər bu pilləkən kəskin sarı boyası və
qəhvəyi haĢiyəsi ilə sizdə nifrət oyatmazsa və siz bu pilləkəni qalxmağa cəsarət etsəniz, o zaman
siz əvvəl birinci meydançanı, sonra isə ikinci meydançanı keçərək, ikinci mərtəbənin koridoruna
düĢərsiniz. Bu koridorun yapıĢqanlı sarı boyası və qəhvəyi haĢiyəsi isə, sakit bir amansızlıqla sizi
təqib edir. Pilləkənə və koridora iki gözəl pəncərədən iĢıq düĢür. Koridor dönür və qaranlıqlaĢır.
Bu burunu keçdikdən sonra, bir neçə addım da atırsınız və qabağınıza qapı çıxır, bu qapı bağlı
olmadığı üçün daha da əsrarəngiz görünür. Qapını itələyib, təqribən altı fut böyüklüyündə kiçik
kvadrat bir otağa daxil olursunuz. Tava döĢənmiĢ bu otaq yuyulmuĢ, tərtəmiz, soyuq bir otaqdır,
divarlarına yaĢıl güllü, topu on beĢ su olan açıq-sarı kağız çəkilmiĢdir. Buraya sol tərəfdən,
divarın bütün enini tutan böyük, torlu pəncərənin balaca ĢüĢələri arasından solğun və toran bir
iĢıq düĢür. Ətrafınıza boylandıqda, siz heç kəsi görmürsünüz, diqqətlə qulaq asmağa
baĢlayırsınız, lakin heç bir Ģey, nə ayaq səsləri, nə insan səsi eĢidirsiniz. Divarlar çılpaqdır,
otaqda heç bir Ģey, hətta stul belə yoxdur.
Siz yenə boylanıb ətrafınıza baxırsınız və nəhayət, qapının qabağındakı divarda təqribən bir
kvadrat fut böyüklüyündə dördbucaq bir deĢik görürsünüz. Bu deĢik diaqonal üzrə düymə yarım
uzunluğunda ilgəklər adlandırıla biləcək xırda kvadratlar əmələ gətirən möhkəm düyümlü qara
çarpaz çubuqlardan ibarət dəmir bir torla örtülmüĢdür. Açıq-sarı divar kağızlarının balaca yaĢıl
gülləri dümdüz və sakitcə bu dəmir çubuqlara qədər uzanır və onların yaxınlığından qorxmur, nə
də yel kimi hər tərəfə qaçmırlar. Əgər bu kvadrat deĢikdən girib-çıxa biləcək son dərəcə arıq bir
canlı məxluq tapılsaydı da, bu tor ona mane olardı. Lakin o, bədənin keçməsinə mane olsa da,
nəzərin, baĢqa sözlə desək, qəlbin keçməsinə mane olmurdu. Deyəsən, bu nəzərdə tutulmuĢdu,
çünki torun arxasında, lakin ondan azacıq aralı kəfgirin deĢiklərindən də xırda deĢikləri olan
tənəkə bir lövhə pərçim edilmiĢdi. Bu lövhənin aĢağısında poçt qutularında olduğu kimi, bir
deĢik asılmıĢdı. Torlu dəliyin sağında isə zəngin linginə bağlanmıĢ balaca bir məftil sallanırdı.
Bu məftili dartdıqda, zəng çalınmağa baĢlayırdı və o zaman lap yaxınlıqda sizi diksindirən bir
səs eĢidilirdi:
– Kimdir? – deyə bu səs soruĢurdu.
Bu, incə bir qadın səsi idi, elə incə idi ki, ələmli görünürdü.
Lakin burada sehrli sözü bilmək lazım gəlirdi. Əgər siz bu sözü bilməsəniz, səs dərhal kəsilir və
divar yenə dərin bir sükuta dalırdı, sanki, divarın o tərəfində sizin bir an üçün sükutunu
pozduğunuz bir məzar qaranlığı hökm sürürdü.
Lakin siz bu sehrli sözü bilmiĢ olsanız, səs deyirdi:
– Sağ tərəfdən daxil olun.
O zaman pəncərənin qabağında sağ tərəfdə siz ĢüĢəli bir qapı görürdünüz. Qapının üstündə sarı
rəngə boyanmıĢ ĢüĢəli bir çərçivə var. Qapının dəstəyini basaraq, içəri girdikdə Ģəbəkə hələ
enməyib çilçıraq hələ yanmadığı zaman siz benuar lojasına girdikdə aldığınız təsiri alırsınız.
Doğrudan da, siz, sanki, dar bir teatr lojasına daxil olursunuz. Bura ĢüĢəli qapıdan zəif iĢıq düĢür.
Ġçərisində iki stuldan və dağılmıĢ həsirdən baĢqa heç bir Ģey yoxdur. Baryerin yuxarısında qara
ağacdan bir lövhə var. Bu, yuxarısı qara taxtadan qayrılmıĢ, adamın sinəsinə qədər hündür
baryeri olan əsl lojadır. Loja Ģəbəkəlidir, lakin bu Ģəbəkə opera lojasında olduğu kimi taxtadan
qayrılmıĢ yaldızlı Ģəbəkə deyil, yumulmuĢ yumruqlara bənzəyən iri bəndlərlə divara pərçim
edilmiĢ və iyrənc bir Ģəkildə bir-birinə qarıĢmıĢ dəmir parçalarından qayrılmıĢ eybəcər Ģəbəkəli
bir çərçivədir.
Gözünüz bu zirzəmi alaqaranlığına alıĢmağa baĢladıqdan sonra siz Ģəbəkənin arxasına bir nəzər
salmağa çalıĢırsınız. Lakin Ģəbəkənin arxasında ən çoxu altı düymə məsafədə sarı-qəhvəyi rəngli
taxtalarla bir-birinə bənd edilmiĢ qara pəncərə qanadlarından ibarət bir manieə görürsünüz. Bu,
Ģəbəkənin baĢdan-ayağa kimi örtən uzun və nazik zolaqlardan ibarət bükmə pəncərə
qanadlarıdır. Onlar həmiĢə bağlı olur.
Bir neçə dəqiqə sonra bu pəncərə qanadlarının arxasından yeni bir səs gəlir:
– Mən buradayam. Nə buyurursunuz?
– Bu səs – sevdiyiniz, bəzən də pərəstiĢ etdiyiniz bir qadının səsidir. Lakin siz yenə də heç kimi
görmədiniz. Yalnız xəfifcə bir nəfəs duymaq olur. Sanki, bu, əfsunla məzarından qalxan bir
ruhun səsidir.
Çox nadir hallarda, sizin üçün əlveriĢli olan müəyyən Ģəraitdə bəzən bu pəncərə qanadlarının
ensiz taxtalarından biri açılır və ruh dönüb bir kölgə olurdu. ġəbəkənin, pəncərə qanadlarının
arxasında, Ģəbəkənin arxasından görünə biləcək qədər bir baĢ, daha doğrusu, bir ağız və bir çənə
görünərdi. Bundan baĢqa, hər Ģey qara örtük altında gizli idi. Siz qara bir rahib baĢlığı və qara bir
kəfənə bürünmüĢ tutqun bir kölgə görürdünüz. Bu baĢ sizinlə danıĢar, lakin bir dəfə belə sizin
üzünüzə baxmaz, bir dəfə belə sizə gülümsəməzdi.
Dal tərəfinizdən düĢən iĢıq elə düzəldilmiĢdir ki, bu kölgə iĢıqlı göründüyü halda, siz qaranlıq
içində görünürsünüz. Bu iĢığın özü də bir rəmz idi.
Bu zaman sizin həris nəzərləriniz heç kimin baxması mümkün olmayan bir yerdə açılmıĢ
deĢikdən içəridəkini görməyə çalıĢır. Bu matəm geyimli kölgəni dərin bir qaranlıq bürümüĢdür.
Gözləriniz bu kölgənin ətrafındakıları görmək üçün bu qaranlığı araĢdırmağa baĢlayır. Lakin çox
keçmir ki, siz heç bir Ģey görmək mümkün olmadığını baĢa düĢürsünüz. Sizin gördüyünüz ancaq
bir gecə, bir boĢluq, bir qaranlıq məzar buxarları ilə qarıĢıq bir qıĢ dumanıdır; ətraf qorxunc bir
sükut içindədir, bir ah belə duyulmayan dərin bir sükut, bir kabus belə görünməyən dərin bir
qaranlıq.
Sizin gördükləriniz – monastırın daxilidir.
Bu, ―Yorulmaz sitayiĢ‖ bernardin rahibələrinin monastırı adlanan ələmli və sərt görünüĢlü evin
daxilidir. Sizin olduğunuz bu loja – qəbul otağıdır. Burada birinci dəfə eĢitdiyiniz səs – divarın
arxasında, kvadrat deĢiyin yanında daim hərəkətsiz oturmuĢ, dəmir torla və min deĢikli bir lövhə
ilə ikiqat bir zireh kimi qorunan növbətçi rahibənin səsidir.
Bu Ģəbəkəli lojanın qaranlığa çökməsinə səbəb odur ki, qəbul otağının iĢıqlı dünyaya yalnız bir
pəncərəsi var, monastırın iç tərəfinə isə heç bir pəncərəsi yoxdur. Adi insanlar bu müqəddəs yerə
nəzər sala bilməzlər.
Lakin bu qaranlığın bu tərəfində bir Ģey – iĢıq gizlənir, bu ölümdə bir həyat vardır. Bu monastır
ən xəlvət monastırlardan biri olsa belə, biz onun içinə daxil olmalı və oxucunu da oraya
aparmalıyıq. Biz, müsaidə edilən Ģeylərin hüdudunu keçmədən, hekayəçinin heç bir zaman
görmədiyi və ona görə də nağıl edə bilməyəcəyi Ģeylərdən oxucuya danıĢmalıyıq.
ĠKĠNCĠ FƏSĠL.
Martin Verqanın nizamnaməsi.
Hələ 1834-cü ildən çox-çox əvvəl Balaca Pikpüs küçəsində mövcud olan bu monastırda Martın
Verqa nizamnaməsinə tabe olan bernarçı rahibələr icması yerləĢmiĢdi.
Demək, bu bernarçı rahibələr bernarçı rahiblər kimi Klervoya deyil, benediktçi rahiblər kimi
Sitoya mənsub sayılırdılar, baĢqa sözlə, onlar müqəddəs Bernara deyil, müqəddəs Benediktə
iqtida edirdilər.
Qalın dini kitabları vərəqləyənlər yaxĢı bilirlər ki, Martin Verqa 1425-ci ildə bernarçı-benediktçi
rahibələr cəmiyyətini təĢkil etmiĢdilər. Bu cəmiyyətin baĢ kilsəsi Salamankada, tabe kilsəsi isə –
Alkalada idi.
Bu cəmiyyət Avropanın bütün katolik məmləkətlərində qol-budaq atmıĢdı.
Bir ordenin baĢqa bir ordenlə bu cür birləĢməsi latın kilsəsinin tarixində fövqəladə bir Ģey
deyildi. Yalnız bəhs etdiyimiz müqəddəs Benedikt ordeni ilə, Martin Verqa nizamnaməsinə
mənsub cəmiyyətdən baĢqa, daha dörd cəmiyyət əlaqədardır: Ġtaliyada – Monte-Kassini və
müqəddəs Padualı Yustina cəmiyyəti, Fransada – Klüni və Sen-Mor cəmiyyəti. Bundan baĢqa,
müqəddəs Benedikt ordeni ilə Valombroza, Qramon, Selvestinçi, Kamaldulçu, Karteziançı,
Miskinlər, Zeytun dağı, müqəddəs Silvestr və nəhayət, Sito ordenləri kimi daha doqquz orden
əlaqədardır. BaĢqa ordenlər üçün gövdə orden sayılan Sito ordeninin özü müqəddəs Benedikt
ordeninin budağından baĢqa bir Ģey deyildi. Sito ordeninin müqəddəs Robert, abbat de Molem
tərəfindən 1098-ci ildə Lanqr yeparxiyasında təsis edildiyini xəbər verirlər. Lakin müqəddəs
Benedikt, hələ 529-cu ildə, on yeddi yaĢında ikən, qədim Apollon məbədində yaĢayan iblisi
qovmuĢ və iblis Subnako səhrasına çəkilmiĢdi (iblis o zaman artıq qoca imiĢ, kim bilir, bəlkə də,
o, zahid olmaq istəmiĢdir?!).
Ayaqyalın gəzən, döĢlərində söyüd çubuqlarından hörülmüĢ sinəbənd gəzdirən və heç bir zaman
oturmamağa məcbur olan Karmelit rahibələri nizamnaməsindən sonra ən sərt nizamnamə varsa,
o da Martin Verqanın bernarçı-benediktçi rahibələr nizamnaməsidir. Bu nizamnaməyə tabe
olanlar qara paltar və ləbbadə geyinir və müqəddəs Benediktin əmrinə görə, bu ləbbadə
çənələrinə qədər bütün bədənlərini örtür. Sarjadan tikilmiĢ geniĢ qollu don, geniĢ yun örpək,
çənəyə qədər qalxan və döĢ tərəfi dördbucaq Ģəklində kəsilmiĢ bir ləbbadə, gözlərinə qədər enən
baĢ sarğısı – bu sahibələrin geyindiyi libas bu idi. Ağ baĢ sarğısından baĢqa, bunların hamısı
qaradır. Rahibəliyə hazırlaĢanlar da eyni paltar geyinirlər, ancaq rəngi ağ olur. Rahiblik əhdini
qəbul edənlər kəmərlərində təsbeh də gəzdirirlər.
Martın Verqanın bernarçı-benediktçi rahibələri Müqəddəs Dua bacıları adlanan benediktçi
rahibələr kimi, ―Yorulmaz sitayiĢ‖ qanununa riayət edirlər. Həmin bu Müqəddəs Dua bacılarının
Parisdə bu əsrin əvvəllərində iki monastırı vardı: biri Tamplda, o biri isə Yeni Sent-Jenevyeva
küçəsində. Lakin bəhs etdiyimiz Kiçik Pikpüs bernarçı-benediktçi rahibələr ordeni qətiyyən Yeni
Sent-Jenevyeva küçəsində və Tamplda olan Müqəddəs Dua bacıları ordeninə bənzəməzdi.
Onların nizamnamələrində bir çox fərqlər vardı. Paltarları da bir-birindən fərqlənirdi. Kiçik
Pikpüsdəki bernarçı-benediktçi qadınlar qara ləbbadə geyindikləri halda, Müqəddəs Dua bacıları
və Yeni Sent-Jenevyeva küçəsində yaĢayan bernarçı-benediktçi qadınlar ağ ləbbadə geyinərdi.
Bundan baĢqa, onların sinəsində üç dyum uzunluğunda müqəddəs nemətlər kasasının yaldızlı
gümüĢ, yaxud mis təsviri olardı. Kiçik Pikpüs rahibələri bu müqəddəs nemətlər kasasının
təsvirini gəzdirməzdilər, Kiçik Pikpüs monastırı ilə Tampl monastırının ümumi bir cəhəti olan
―yorulmaz sitayiĢ‖ bu iki ordenin bir-birindən büsbütün fərqlənməsinə qətiyyən mane olmurdu.
Müqəddəs dua bacıları ilə Martin Verqa bernarçı rahibələrinin bir-birinə bənzəyiĢi də elə ancaq
bu qaydaya riayət etmələrindən ibarət idi. Eyni surətdə, Filipp de Nerinin Florensdə təĢkil etdiyi
italyan Oratoriyası ilə Pyer de Berülün Parisdə təĢkil etdiyi fransız Oratoriyası bir-birindən
kəskin surətdə fərqlənməklərinə, hətta bəzən bir-birinə düĢmən olmaqlarına baxmayaraq, hər
ikisi həzrət Ġsa ilə Müqəddəs Məryəmin uĢaqlığı, həyatı və ölümünə aid bütün sirli hadisələri
ehtirasla öyrənməkdə və tərənnüm etməkdə bir-birinə bənzəyirdilər. Bundan baĢqa, bir də Paris
Oratoriyası birincilik iddiasında idi, çünki Filipp de Neri yalnız övliya olduğu halda, Per de
Berül həm də kardinal idi.
Martin Verqanın sərt ispan nizamnaməsinə qayıdaq.
Bu nizamnaməyə tabe olan benediktçi-bernarçı rahibələr bütün il boyu ətsiz xörək yeyirlər,
ümumiyyətlə, baĢqa icazə verilən günlərdə də pəhriz saxlayaraq, yeməkdən çəkinirlər, ilk Ģirin
yuxudan oyanaraq yataqdan durur, gecə saat birlə üç arasında dua kitabını oxuyur və səhər
ibadətini keçirirlər. Bütün il boyu qaba mələfə və küləĢ üstündə yatar, heç bir zaman peç
yandırmaz, bədənlərini yumazlar, hər cümə günü özlərinə cəza verər, sükut əhdinə riayət edər,
bir-birilə ancaq az müddət sürən istirahət vaxtında danıĢarlar, 14 sentyabrdan, yəni Merac
bayramı günündən baĢlamıĢ pasxaya qədər, bədənlərinə iynə kimi batan yun köynək geyərlər.
Altı ay hələ güzəĢt deməkdir, nizamnaməyə görə bu köynəyi bütün il boyu geyinməlidirlər: lakin
yay istisində dəhĢətli bir Ģey olan bu yun köynək isitməyə və əsəb xəstəliyinə səbəb olur. Buna
görə köynəyi geyinmək möhləti ixtisar edildi; lakin bu güzəĢtə baxmayaraq, 14 sentyabr günü
yaxınlaĢanda, yəni rahibələr yenidən bu köynəyi geyinən zaman, yenə də onları iki-üç gün isitmə
tutur. Ġtaət, yoxsulluq, bəkarət, daim monastır divarları arasında yaĢamaq – onların əhdləri budur.
Nizamnamə bu əhdi daha da ağırlaĢdırmıĢdır.
Monastır rəisi üç il müddətinə, ―seçici analar‖ adlanan rahibələr tərəfindən seçilir. Bu rahibələr
kapitula görə həlledici səsə malik olduqlarından belə adlanırlar. Rəis yenidən yalnız iki dəfə
seçilə bilər, beləliklə, monastır rəisi üçün ən uzun idarə müddəti doqquz ildir.
Onlar heç bir zaman ibadəti keçirən keĢiĢin üzünü görməzlər, çünki keĢiĢlə onların arasında beĢ
fut hündürlükdə sarjadan bir pərdə olur. Moizə vaxtında vaiz ibadətxanada dayandığı zaman,
rahibələr örpəklərini üzlərinə çəkirlər. Onlar həmiĢə yavaĢ danıĢmalı, baĢlarını aĢağı salıb,
gözlərini yerə dikərək yeriməlidirlər. Monastıra yalnız bir kiĢi girə bilər ki, o da yeparxiya
arxiyepiskopudur.
Monastıra bir nəfər daha girə bilər: o da bağbandır, lakin o, adətən, qoca olur; bağbanın daim
bağda tək olması, rahibələrin isə onun gəlməsindən xəbərdar olub ona rast gəlməməsi üçün
bağbanın dizinə zınqırov bağlayırlar.
Rahibələr rəisə tabedir, bu itaət hüdudsuz və etirazsızdır. Bu tamamilə tərki-dünyalıq olan
kanonik, mənəvi bir itaətkarlıqdır. Onlar Ġspanın səsinə ut voci Christi, hərəkətinə, ən kiçik bir
iĢarəsinə ad nutum, ad primum siqnum tabe olan kimi dərhal sevinclə, qətiyyətlə, kor bir
itaətkarlıqla tabe olurlar, prompte, hilariter, perseveranter et caeca quadvam obedientia onlar
fəhlənin əlindəki miĢara bənzərlər, quasi limam in mani bus fabri; icazə almadan onların heç bir
Ģey yazmağa, oxumağa ixtiyarları yoxdur. Cagara vel soeiber nom addisceit sine expressa
superioris licenta.
Hər bir rahibə növbə ilə bağıĢlama deyilən bir mərasimdən keçməlidir. BağıĢlatma – yer üzündə
baĢ verən bütün günahlar, bütün səhvlər, bütün cinayətlər, bütün zülmlər, bütün haqsızlıqlar üçün
edilən bir dua deməkdir. BağıĢlatma mərasimini keçirən rahibə bacı on iki saat ərzində, gündüz
saat dörddən ta səhər saat dördə qədər, yaxud səhər saat dörddən gündüz saat dördə qədər daĢ
döĢəmə üzərində, dizi üstündə, müqəddəs nemətlər qarĢısında, qolubağlı, boynunda kəndir
dayanmalıdır. Rahibə artıq taqətdən düĢdüyü zaman, üzü üstə yerə yıxılır, qollarını xaç kimi
yanlarına uzadır. O, vəziyyətini ancaq bu vasitə ilə yüngülləĢdirə bilər. Rahibə bu vəziyyətdə
bütün yer üzündəki günahkarlar üçün dua edir. Burada demək olar ki, ilahi bir əzəmət var.
Bu ayin, təpəsində Ģam yanan bir dirəyin yanında icra edildiyindən monastırda bu ayinə həm
―bağıĢlatma ayini‖, həm də ―dirəyin yanında dayanma ayini‖ də deyirlər. Hətta rahibələr zəlalət
üçün son ifadəni daha çox tərcih edirlər, çünki bu ifadədə həm cəza, həm də həqarət fikri var.
―BağıĢlatma ayini‖ bütün ruhu məĢğul edən bir ayindir. Dirək yanında dayanan rahibə bacı,
arxasında ildırım çaxsa belə, dönüb geri baxmaz.
Bundan baĢqa bir rahibə də dayanır. Bu dizi üstə dayanmaq bir saata qədər davam edir.
Rahibələr qarovulda dayanmıĢ əsgərlər kimi bir-birini növbə ilə əvəz edirlər. Yorulmadan
sitayiĢin də mənası budur.
Monastır rəisləri və analar övliya, yaxud Ģəhidlərin adlarını deyil, Həzrət Ġsanın həyatında
mühüm bir hadisəyə iĢarə edən bir ad daĢıyırlar, məsələn: Milad ana, Maya ana. Düxul ana,
Tanrı əzabları ana. Lakin övliya Ģərəfinə ad qoymaq da qadağan deyildir.
Rahibələrin üzünə baxdıqda yalnız ağızlarını görmək olur. Hamısının diĢləri sarıdır. DiĢ fırçası
heç bir zaman monastıra girməmiĢdir. DiĢ təmizləmək – aĢağısında ―ruhu məhv etmək‖ sözləri
yazılmıĢ bir pilləkənin üst pilləsinə qalxmaq deməkdir.
Rahibələr mənim deməzlər. Onların özlərinə aid heç bir Ģeyləri olmadığından, heç bir Ģeyi əziz
tutmazlar. Onlar hər Ģeyə bizim deyərlər. Məsələn: bizim örpəyimiz, bizim təsbehimiz. Öz
köynəklərindən bəhs etdikləri zaman belə, onlar ―bizim köynəyimiz‖ deyirlər. Bəzən onlar
əhəmiyyətsiz bir Ģeyə, bir dua kitabına, bir dini xatirəyə, bir surətə öyrəĢirlər. Lakin bu Ģeyi əziz
tutmağa baĢladıqlarını hiss edən kimi dərhal onu verməyə borcludurlar. Onlar müqəddəs
Terezanın sözlərini xatırlayırlar. Bir dəfə kübar bir xanım rahibəliyə daxil olduğu zaman: ―Ana,
icazə verin, mənim çox əziz tutduğum müqəddəs Ġncilin dalınca adam göndərim!‖ dedikdə,
müqəddəs Tereza ona belə bir cavab vermiĢdi: ―Ah! Demək, sizin əziz tutduğunuz bir Ģey
varmıĢ? Elə isə bizim sıramıza daxil olmaya bilərsiniz!‖.
Bütün rahibələrə otaqlarının qapısını bağlamaq, öz otağı, öz bucağı olması qadağan edilmiĢdir.
Rahibələrin hücrələri hər zaman açıq olmalıdır. Bir rahibə baĢqa bir rahibəyə müraciət etdikdə:
―Tanrı dərgahının müqəddəs nemətlərinə alqıĢ və sitayiĢ!‖ deməlidir. O biri isə: ―Amin!‖ deyə
cavab verməlidir. Bu rahibə baĢqa bir rahibənin otağının qapısını döydükdə də, eyni sözlər təkrar
olunmalıdır. Rahibə qapıya toxunar-toxunmaz, içəridən tələsik bir səs gəlir: ―Amin!‖. Hər bir
ayin kimi, bu da bir vərdiĢ olaraq təkrar edildiyindən, mexaniki bir Ģəkil alır. Çox zaman
hücrənin içindəki rahibə, qapını döyən rahibənin ―Tanrı dərgahının müqəddəs nemətlərinə alqıĢ
və pərəstiĢ!‖ sözlərini söyləməsini gözləmədən, ―Amin!‖ – deyə cavab verir. Zatən, birinci ibarə
xeyli uzun bir Ģeydir. Vizitandçı rahibələr adətən qapını döydükdə: ―Ave Maria‖1 deyir,
içəridəki rahibə isə: ―Gratia plena‖2 deyə cavab verir. Onların bu salamı, həqiqətən, ayrıca bir
―gözəlliyə malikdir‖.
Monastır kilsəsində saatda üç dəfə əlavə zəng çalınır. Bu iĢarə ilə monastır rəisi, seçici analar,
rahibə əhdini qəbul etmiĢ bacılar, tüllabələr, xidmətçilər dərhal danıĢıqlarını kəsir, fikirlərinə,
iĢlərinə son verir və hamısı bir ağızdan, əgər saat beĢi vurmuĢsa: ―Tanrı dərgahının müqəddəs
nemətlərinə saat beĢdə və hər saatda alqıĢ və pərəstiĢ olsun!‖, saat səkkizi vurmuĢsa: ―Saat
səkkizdə və hər saatda‖ və sairə deyirlər. Bu, saatın neçə dəfə vurmasından asılıdır.
Fikri dayandırıb daim Allaha doğru sövq etmək məqsədini daĢıyan bu adətə bir çox icmalarda
təsadüf edilir, onun yalnız forması dəyiĢir. Məsələn, Körpə Ġsa icmasında belə deyirlər: ―həm bu
saatda, həm də hər saatda qəlbimdə Ġsa məhəbbəti alovlansın!‖.
Artıq əlli ildən bəridir ki, Martın Verqanın benediktçi-bernarçı rahibələri, yəni Balaca Piknüs
münzəviləri ibadəti təntənəli bir ahənglə icra edər və ciddi kilsə nəğməsinə riayət edərək, bütün
ayin ərzində hər zaman gur səslə oxuyarlar. Dua kitabında ulduz iĢarəsi olan yerlərdə dayanar və
yavaĢcadan ―Ġsa, Məryəm, Yusif‖ deyərlər. Onlar ölü duasını qadın səsinin edə biləcəyi ən pəs
bir səslə oxuyarlar. Bu duanın çox böyük, faciəli bir təsiri olur.
Kiçik Piknüs rahibələri öz icmalarına mənsub olan bacıları dəfn etmək üçün kilsənin baĢ
mehrabının altında xüsusi bir sərdabə düzəltmiĢdilər. Lakin onların dediyi kimi, ―hökumət‖
sərdabənin içinə tabut qoymağa icazə verməmiĢdi. Bu surətlə, bacılar öləndən sonra monastırı
tərk etməyə məcbur olurdular. Bu isə, nizamnaməni pozduğundan, rahibələri məyus və pəriĢan
edirdi.
Çox cüzi bir təsəlli almaq üçün onlar vaxtilə icmanın ixtiyarında olan bir sahədə yerləĢmiĢ qədim
Vojirar qəbiristanlığının xüsusi bir bucağında, xüsusi bir saatda öz ölülərini dəfn etmək
hüqüqunu almağa müvəffəq ola bilmiĢdilər.
Rahibələr cümə günləri gündüz və axĢam ibadətlərini və bütün dini ayinləri bazar günündə
olduğu kimi icra edirdilər. Bundan baĢqa, onlar adi insanların təsəvvür belə etmədikləri kiçik
bayramların hamısını ciddi bir Ģəkildə keçirirdilər. Bu bayramlar vaxtilə Fransada kilsənin
səxavətli əli ilə müəyyən edildiyi kimi, Ġspaniyada və Ġtaliyada hələ indi də müəyyən
edilməkdədir. Rahibələrin ibadətxanada keçirdiyi saatların sonu yoxdur. Dualarının sayı və
müddətinə gəlincə, bu xüsusda bir rahibənin aĢağıdakı sadədil sözləri gözəl bir təsəvvür verə
bilər: ―Tüllabələrin duaları ağır, rahibə Ģagirdlərinin duaları daha ağır, əhdi qəbul edilənlərin
duası isə lap ağırdır‖.
Həftədə bir dəfə kapitul çağırılır. Burada seçici bacılar iĢtirak edir, monastır rəisi isə sədrlik edir.
Hər bir rahibə növbə ilə onların qarĢısında daĢ döĢəmənin üstündə diz çökur və həftə ərzində
iĢlətdiyi günahları və taqsırları üçün hamının qabağında tövbə edir. Hər bir etirafdan sonra seçici
bacılar məĢvərət edir və hamının qabağında cəza təyin edirlər.
Rahibələrin hər biri az-çox ciddi günah üçün tövbə etdikləri bu açıq etirafdan baĢqa, bir də
balaca günahlar üçün təyin edilən taqsırlıq var. Taqsırlıq ibadət vaxtında monastır rəisinin
qabağında ölu kimi uzanaraq, hamının ―ana‖ deyə çağırdığı monastır rəisi iĢarə edincəyə, yəni
barmağını kilsə oturacağına vuruncaya qədər bu vəziyyətdə qalmaqdan ibarətdir. Taqsırlıq cəzası
hər bir cüzi Ģey üçün verilə bilər: məsələn, stəkan sındırılanda, örtük cırılanda, rahibə təsadüfən
ibadətə bir neçə saniyə gecikəndə, kilsə xorunda yanlıĢ səs çıxaranda və sairə. Bu cür günahlar
üçün hər dəfə taqsırlıq cəzası təyin edilir. Taqsırlıq cəzası könüllü bir Ģeydir. Taqsırlıq çəkən (bu
söz burada etimoloji cəhətdən tamamilə yerində iĢlədilir) öz-özünü taqsırlandırır və öz-özünə
cəza təyin edir. Bayram və bazar günlərində dörd müğənni ana dörd süfrəli bir rəhlə qarĢısında
surə oxuyur. Bir dəfə müğənni analardan biri Esse sözü ilə baĢlayan surəni oxuduğu zaman, Esse
əvəzində ucadan ut, si, sol notlarını götürmüĢdü: müğənni ana huĢsuzluq göstərdiyi üçün ayin
davam edincəyə qədər cəza çəkməli idi. Kapitulun hamısı gülüĢdüyü üçün, onun günahı qat-qat
artmıĢdı.
Rahibələrdən biri qəbul salonuna çağırıldıqda o, monastır rəisinin özü belə olsa, yuxarıda qeyd
etdiyimiz kimi, baĢ örtüyünü üzünə salmalı və ancaq ağzı görünməlidir.
Yad adamlarla yalnız monastır rəisi əlaqə saxlaya bilər. Qalan rahibələr isə yalnız qohumları ilə,
həm də gec-gec görüĢə bilərlər. Bəzən yad bir adam vaxtilə monastır xaricində tanıdığı, yaxud
sevdiyi bir rahibə ilə görüĢmək istəyirsə, bu xüsusda uzun müddət danıĢıq aparmağa məcbur
olur. Əgər görüĢmək istəyən qadınsa, bəzən buna icazə verirlər. Rahibə gəlir və pəncərə
qanadları arasından söhbət etməyə baĢlayır. Pəncərə qanadları yalnız rahibənin anası, yaxud
bacısı üçün açıla bilər. Təbiidir ki, kiĢilərin belə xahiĢləri hər zaman rədd edilir.
Müqəddəs Benediktin nizamnaməsi belə bir nizamnamədir. Martin Verqa bu nizamnaməni daha
da ağırlaĢdırmıĢdı.
Bu rahibələr baĢqa ordenlərə mənsub olan rahibələr kimi Ģadlıq nə olduğunu bilməzlər, üzlərində
təravət, yanaqlarında qırmızılıq olmaz. Bu rahibələrin üzləri solğun, baxıĢları sərtdir. 1825-ci il
ilə 1830-cu il arasında bu rahibələrdən üçü dəli olmuĢdu.
ÜÇÜNCÜ FƏSĠL.
Sərt qaydalar.
Bu monastırda hər bir rahibə ən azı iki il, bəzən dörd il tüllabəlikdə qalmalı, dörd ildə Ģagird
olmalıdır. Rahibəlik əhdini çox nadir hallarda iyirmi üç – iyirmi dörd yaĢlarında qəbul edirlər.
Martin Verqa cəmiyyətinə mənsub olan bernarçı-benediktçi qadınlar öz ordenlərinə dul arvadları
qəbul etmirlər.
Onlar öz hücrələrində müxtəlif gizli vasitələrlə öz hisslərini öldürürlər. Bu barədə onlar heç bir
zaman heç bir söz danıĢa bilməzlər.
Rahibə Ģagirdi əhd qəbul etdiyi zaman ən gözəl paltarını geyinir, onun saçlarına ağ güllər
taxırlar, yağ sürtürlər, bururlar, sonra o, üzüqoylu düĢür, üstünə böyük qara örtük salırlar, baĢı
üstündə ölü duası oxuyurlar. Bundan sonra rahibələr iki cərgəyə düzülür: bir cərgə onun
yanından keçərkən, ələmli bir səslə: ―Bacımız öldü‖ deyə oxuyur, o biri cərgə isə fərəhlə:
―Həzrət Ġsa dərgahında sağdır!‖ deyə cavab verir.
Təsvir etdiyimiz bu dövrdə monastırın yanında qapalı pansion vardı. Bu pansionda tərbiyə
olunan qızlar əksəriyyətlə kübar ailələrdən idi: əksəriyyəti varlı idi, bunların sırasında Sent-Oler
və Belissen adlı iki qız, bir də kübar katolik familiyalarından olan Talbot adlı bir ingilis qızı
vardı. Rahibələrin dörd divar arasında tərbiyə etdikləri bu gənc qızlara dünyaya və dünya
mənfəətlərinə nifrət hissləri aĢılanırdı. Bu qızlardan biri bir dəfə bizə: ―Mən küçəyə baxdıqda,
baĢdan ayağa qədər titrədim‖ demiĢdi. Bu qızların paltarları mavi, ləçəkləri ağ idi, döĢlərinə
yaldızlı gümüĢdən, yaxud misdən qayrılmıĢ müqəddəs ruh təsviri sancılırdı. Böyük bayram
günlərində, xüsusilə müqəddəs Marta bayramında onlara böyük bir mərhəmət əlaməti olaraq ən
böyük bir səadət üçün icazə verilirdi: onlar rahibə paltarını geyinib, kilsə mərasimində bütün
günü ayaq üstə dayanar və müqəddəs Benediktin nizamnaməsinə görə ayinlər icra edərdilər.
Rahibələr əvvəlcə onlara qara ləbbadə belə verirdilər. Lakin monastır rəisi bunu ədəbsizlik
saydığından qadağan etmiĢdi. Paltarı rahibələrdən yalnız rahibə Ģagirdləri borc ala bilərdi.
Maraqlı burasıdır ki, rahibə rolunu oynamaq pansionda olanlara dərin bir zövq və mənəvi bir
istirahət verərdi. Monastırda buna yol verməkdə gizli bir məqsəd vardı: bu vasitə ilə qızlarda
rahibə həyatına qarĢı meyil oyatmaqla yeni rahibələr ələ keçirilmiĢ olurdu. Qızlar üçün isə bu
oyun və sadə bir əyləncə idi. Bu yenilik idi, onları əyləndirirdi. Lakin sadədil bir uĢaq əyləncəsi
bizim kimi dünya adamlarını, saatlarla əldə büxurdan, mehrab qarĢısında dayanmağın və vəcdlə
surələr oxumağın ən böyük bir səadət olduğuna inandırmaqda acizdir.
Pansion qızları hissləri öldürməkdən baĢqa, bütün monastır qaydalarına əməl edirdilər. Bəzən
gənc qadınlar monastırdan çıxdıqdan və neçə il ərdə olduqdan sonra belə, hər dəfə, qapıları
döyüldüyü zaman, tələsik ―Amin!‖ sözlərini söyləmək vərdiĢindən xilas ola bilmirdilər.
Rahibələr kimi pansion qızları da, öz ata-anaları ilə yalnız qəbul salonunda görüĢə bilərdilər.
Anaların belə öz qızlarını öpməyə ixtiyarı yox idi. Bu sərt qaydalardan bir misal gətirmək olar.
Bir dəfə bu qızlardan birinin yanına anası və üç yaĢında bacısı gəlmiĢdi. Qız ağlayaraq, öz balaca
bacısını qucaqlamaq, öpmək istəyirdi. Ancaq olmazdı. Qız xahiĢ etdi ki, heç olmasa balaca
bacısına icazə versinlər, öpmək üçün əlini torun arasından uzatsın. Lakin qızın bu xahiĢini də,
hələ bir az hiddətlənərək belə, rədd etdilər.
DÖRDÜNCÜ FƏSĠL.
ġənlik.
Bununla belə, bu sərt xanəgahda bu gənc qızlardan bir çox gözəl xatirələr qalmıĢdı.
Monastır müəyyən saatlarda, sanki, uĢaq Ģənliyindən, iĢıqlanmağa baĢlayırdı. Tənəffüs zəngi
çalınardı. Qapılardan biri açılardı. QuĢlar cəh-cəh vurmağa baĢlardı: ―Nə gözəldir! Budur,
uĢaqlar da gəldi!‖. Kəfən kimi xaç Ģəklində biçilmiĢ bu bağa gənclik günəĢi nur saçırdı. Fərəhli
üzlər, balaca ağ alovlar, fərəhlə parlayan məsum gözlər – səhər Ģəfəqinin bütün boyaları bu
qaranlığın hər tərəfini iĢıqlandırırdı. Surələr oxunduqdan, ibadətin baĢlandığını xəbər verən zəng,
dəfn zəngləri çalındıqdan, ayinlər icra edildikdən sonra birdən-birə bütün monastıra arıların
vızıltısından daha zərif bir gurultu yayılırdı – bu gurultunu salan balaca qızcığazlar idi. ġadlıq
pətəyi açılır və hərə bu pətəyə bir az bal gətirirdi. Qızlar oynayır, səsləĢir, dəstə-dəstə yığıĢır,
yüyürüĢürdülər, bucaqlarda mirvari diĢli qəĢəng ağızcığazlar cəh-cəh vururdu, qara ləbbadələr
uzaqdan gülüĢlərə nəzarət edir, kölgələr günəĢ Ģüalarını seyr edirdi. Nə olsun! Ətrafda hər Ģey
iĢıq saçır, hər Ģey gülürdü. Bu qara divarların da bəzən parlaq dəqiqələri olur! Bu arılar dəstə-
dəstə fırlandığı zaman bu divarlar da iĢtirak edir, sanki, bulaq kimi qaynayan bu sevincdən bu
divarlar da bir az iĢıqlanırdı. Sanki, gül yarpaqları bir yağıĢ kimi bu matəm üzərinə yağırdı.
Qızcığazlar rahibələrin pəncərələri altında oynaĢırdı, pak nəzərlər günahsız ürəklərə mane olmaz.
Bu uĢaqların sayəsində ciddi saatlar silsiləsinə qayğısız bir saat saçılardı. Balaca qızlar atılıb
düĢür, böyüklər rəqs edirdi. Bu uĢaq oyunlarında göylərin pak ruhu hiss olunurdu. Yenicə
çiçəklənməyə baĢlayan gənc ruhların füsunkar və əzəmətli bir tamaĢası var. Homerlə Perro
gənclik, can sağlığı, gurultular, bağırtılar, qayğısızlıq, sevinc və səadətin hökm sürdüyü bu
ələmli bağa gülmək üçün məmnuniyyətlə gələrdilər. Bu mənzərə dastanlarda, əfsanələrdə,
saraylarda və daxmalarda yaĢayan, Gekubadan tutmuĢ ən köhnə nağıllardakı nənələrə qədər,
bütün ulu nənələrin kefini aça bilərdi.
Bu monastırda, bəlkə də, bütün monastırlardan daha çox və tez-tez uĢaq ―sözləri‖ eĢidilərdi, bu
uĢaq ―sözləri‖ o qədər cazibədardır ki, insanı dalğın-dalğın gülümsəməyə vadar edir. Həmin bu
qaranlıq divar arasında beĢ yaĢında bir uĢaq bir dəfə bu sözləri söyləmiĢdi: ―Ana can,
böyüklərdən biri bu saat mənə dedi ki, mən burada yalnız doqquz il on ay qalacağam. Nə böyük
xoĢbəxtlik!‖.
Burada daha baĢqa bir maraqlı söhbət də olmuĢdu:
Seçici ana. Bala, sən niyə ağlayırsan?
UĢaq (altı yaĢında, ağlayaraq). Mən Fransa tarixi dərsini bildiyimi Alisaya söylədim. O isə mən
bildiyim halda mənə deyir ki, bilmirəm.
Alisa (böyük qızdır, doqquz yaĢında). Yox, o bilmir.
Seçiçi ana. Bu necə ola bilər, bala?
Alisa. O mənə dedi ki, kitabın bir səhifəsini açım, oradan ona bir sual verim və dedi ki, bu suala
cavab verəcək.
– YaxĢı bəs sonra?
– Cavab verə bilmədi.
– Dayan! Bəs sən ondan nə soruĢdun?
– Mən onun dediyi kimi kitabın bir səhifəsini açdım. Gözümə sataĢan birinci sualı ona verdim.
– Bu nə sual idi?
– Sual belə idi: bəs sonra nə oldu?
Bu monastırda yaĢayan bir arvada məxsus olan xeyli gödənbol bir tutuquĢu haqqında dərin
mənalı bir söz də söylənmiĢdir:
―Gör nə sevimlidir! Yağ-çörəyin üzünü lap adam kimi dimdikləyir!‖.
Yenə həmin monastırda tava daĢlarının biri üzərində yeddi yaĢında günahkar bir qızın yaddaĢ
üçün yazmıĢ olduğu belə bir etiraf tapılmıĢdı:
―Ata, mən xəsis olduğum üçün günahkaram.
Ata, mən zina etdiyim üçün günahkaram.
Ata, mən kiĢilərə baxdığım üçün günahkaram‖.
Yenə həmin monastırın bağçasındakı çimli bir oturacaq üzərində altı yaĢında bir qızcığazın
balaca al dodaqları dörd, yaxud beĢ yaĢında mavi gözlü bir uĢağın dinlədiyi bir nağılı söyləmiĢdi:
Biri varmıĢ, biri yoxmuĢ, üç xoruz varmıĢ, bunların da bir ölkəsi varmıĢ, burada çoxlu çiçək
açarmıĢ. Xoruzlar çiçəkləri dərib, ciblərində gizlətdilər. Sonra yarpaqları dərib, oyuncaqların
içində gizlətdilər. Ölkədə bir canavar da varmıĢ, bir də böyük bir meĢə varmıĢ. Canavar da o
meĢədə yaĢarmıĢ, canavar bu xoruzları yedi‖.
BaĢqa bir əsər:
―Bir dəfə ağacla bərk vurdular!
Bu PoliĢineldi, vurdu piĢiyin baĢından.
Bu heç piĢiyə xoĢ gəlmədi, baĢını ağrıtdı.
Onda bir xanım PoliĢineli tutdurub zindana saldı‖.
Yenə orada, monastırda mərhəmət göstərilərək tərbiyə edilən yurdsuz, tapdıq bir qız insan
bağrını yaran təsirli sözlər söyləmiĢdi. BaĢqa qızların öz analarından bəhs etdiklərini eĢidərək o,
bu sözləri demiĢdi:
―Amma mən anadan olanda, mənim anam yanımda yox idi!‖.
Monastırda yoğun bir qapıçı bacı yaĢayırdı. O daim bir dəstə açarla koridorlardan keçər, haraya
isə tələsərdi. Bu qalıcının adı Aqata bacı idi. Böyüklər, yəni on yaĢından böyük olanlar onun
adını ―Açar – Aqata‖ qoymuĢdular.
Dördbucaq, uzunsov böyük yemək otağına iĢıq ancaq bağlı bir səthdə olan üstü örtülü, kəsmə
tağlı qalereyadan düĢürdü. Bu qaranlıq rütubətli bir otaq idi, uĢaqların dediyinə görə içi
heyvanlarla dolu idi. Yemək otağının qonĢuluğundakı otaqların hər biri ona həĢərat payı
vermiĢdilər. Qızlar yemək otağının hər bir bucağına mənalı adlar qoymuĢdular. Otaqda
Hörümçək bucağı, Tırtıl bucağı, Məryəmqurdu bucağı, Cırcırama bucağı vardı. Cırcırama bucağı
mətbəxə yaxın olduğundan, Ģərəfli bir bucaq sayılırdı. Bu bucaq hər yerdən isti olardı. Bu adlar
yemək otağından pansiona keçmiĢdi. Vaxtilə Mazarini kollecində olduğu kimi, pansion da bu
adlara görə dörd icmaya bölünmüĢdü. Hər bir qız yemək yediyi bucağa görə, bu dörd icmadan
birinə mənsub edilirdi. Bir dəfə monastırı ziyarət etmiĢ olan arxiyepiskop sinfə qırmızıyanaq,
gözəl, sarıĢın saçlı qəĢəng bir qızın girdiyini görərək, yanında dayanmıĢ, yanaqları təravətli,
cazibədar, qaraĢın baĢqa bir qızdan soruĢur ki:
– Bu qız kimdir?
– Bu hörümçəkdir, monsenyor.
– Belə de! Bəs o birisi qız kimdir?
– Cırcıramadır.
– Bəs bu kimdir?
– Tırtıldır.
– Doğrudanmı? Bəs sən kimsən?
– Məryəmqurduyam, monsenyor.
Bu qapalı pansionların hər birinin öz xüsusiyyəti var. Bu əsrin əvvəllərində Ekuan ən sərt və
demək olar ki, təntənəli yerlərdən biri idi ki, burada gənc qızların uĢaqlığı yalqızlıqda keçirdi.
Müqəddəs dualanma günlərində, xaç mərasimi üçün bu qızları ―bakirə‖ və ―çiçəkçi‖ deyə iki
hissəyə ayırardılar. Bundan baĢqa, qızların bəzilərinə ―baldaxinçi‖, bəzilərinə isə ―büxurdançı‖
da deyərdilər. ―Baldaxinçilər‖ baldaxinin qotazlarını aparar, ―büxurdançılar‖ isə müqəddəs
nemətlər camının qabağında büxurdan daĢıyırdılar. ―Çiçəkçilər‖ isə təbiidir ki, çiçək götürərdi.
Lap qabaqda isə dörd ―bakirə‖ gedərdi. Bəzən bu təntənəli günün səhəri yataq otağında belə bir
sual eĢitmək olardı:
– Bizdə bakirə kimdir?
Madam Kampan mərasimin ayağında gedən yeddi yaĢlı balaca bir qızın mərasimin baĢında
gedən on altı yaĢlı böyük qıza bu sözləri söylədiyini qeyd edir: ―Axı sən bakirəsən, amma mən
bakirə deyiləm!‖.
BEġĠNCĠ FƏSĠL.
Əyləncələr.
Yemək otağının qapısı üstündə iri qara hərflərlə bir dua yazılmıĢdı, buna pansion qızları ―Ağca
müqəddəs atamız‖ deyərdilər. Bu duanı oxuyan adam düz behiĢtə girərdi.
―Sevimli ağca müqəddəs atamız, onu Tanrı yaratdı, Tanrı ona dil verdi, Tanrı onu behiĢtə qoydu.
AxĢam, yatağına uzananda, yatağımın yanında üç məlaikə görərdim, biri ayaq tərəfdə, ikisi də
baĢ tərəfdə, fəzilətli Həzrət Məryəm də ortada. Fəzilətli Məryəm mənə, qorxma, yat, deyərdi.
Atam – Tanrı, anam – Məryəm, qardaĢlarım – üç apostol, bacılarım – üç saf və pak, bakirə
qızlar. Balaca Ġsanın köynəyi bədənimi örtür, müqəddəs Marqaritanın xaçı sinəmin üstündə.
Bizim xanımımız Tanrı anası düzlərə düĢüb, oğlu üçün ağlar, müqəddəs Ġohana rast gələr. ―Ey
Cənab müqəddəs Ġohan, haradan gəlirsiniz?‖. Ave salus1-dan gəlirəm‖. – ―Mərhəmətli Tanrını
görmədinmi, o ora adamıdır?‖ – ―O, ağacdan qayrılmıĢ bir xaç üstündədir, qolları, ayaqları
mıxlı, baĢında ağ tikanlardan balaca bir çələng‖. Kim bu duanı üç dəfə axĢam, üç dəfə səhər
oxuyarsa, behiĢtlikdir‖.
Bu qəribə dua 1827-ci ildə üçqat əhəng altında qalıb yox oldu. Bizim günlərdə isə, artıq qocalmıĢ
olan həmin qızların xatirəsindən onun son əlamətləri belə silinib məhv olur.
Yuxarıda qeyd etdiyimiz kimi, yeganə qapısı bağa açılan bu yemək otağının zinətini divardakı
böyük bir xaç tamamlayırdı. Yemək otağının bu baĢından o baĢına ensiz iki masa uzanırdı, hər
masanın da yanlarında iki oturacaq vardı. Divarlar ağ, masalar qara idi – monastırda yalnız bu iki
matəm rənginə təsadüf etmək olardı. Xörəkləri yaxĢı deyildi, uĢaqları belə yaxĢı yedirmirdilər.
Süfrəyə ancaq bir xörək qoyulardı: göyərtili ət, yaxud duzlu balıq – bütün nahar bundan ibarət
idi. Lakin həmiĢə biĢirilən bu adi xörək belə yalnız pansion qızlarına verilərdi və monastır
yeməklərində bir istisna sayılardı. UĢaqlar xörəklərini dinməz-söyləməz yeyər, hər həftə dəyiĢən
rahibələr isə buna nəzarət edər, ara-sıra, nizamnaməni pozan bir milçək otaqda uçmağa və
vızıldamağa baĢlarsa, kitab Ģəklində olan balaca sandıqçanı gurultu ilə açar və yenə örtərdi. Bu
sükut övliya həyatına aid rəvayətlərin xaça mıxlanmıĢ Ġsa surəti qarĢısındakı kiçicik kafedradan
oxunması ilə pozulardı. Oxucu bu həftə növbətçi olan böyük qızlardan biri olardı. BoĢ masanın o
tərəf-bu tərəfində Ģirli qablar görünərdi. Qızlar bunların içində fincanlarını və qablarını yuyar,
bəzən də oraya yemədikləri bərk ətin, yaxud iylənmiĢ balığın qalıqlarını atardılar. Bunun üçün
hər dəfə cəza verilərdi. Bu qablara ―ümumi kasa‖ deyərdilər.
Sükutu pozan bir uĢaq dili ilə xaç iĢarəsi düzəltməli idi. Harada? DöĢəmənin üstündə. UĢaq
döĢəməni yalardı. Yer üzündəki bütün sevinclərin nəticəsi olan torpaq bu zavallı gül
yarpaqlarına, xıĢırdadıqları üçün, cəza verməli idi.
Monastırda yalnız bir nüsxədə çap olunan və oxunulması qadağan edilən bir kitab vardı. Bu kitab
müqəddəs Benediktin nizamnaməsi idi. Naməhrəm gözlər heç bir vəchlə bu sirrə toxunmamalı
idi. ―Nemo regulas seu constitutiones exrernis communicabit‖1.
Bir dəfə pansion qızları bu kitabı oğurlayıb, acgözlüklə oxumağa baĢlayırlar. Lakin cinayət
baĢında tutulmaq qorxusu onları tez-tez və tələsik kitabı örtməyə və mütaliəni dayandırmağa
məcbur edirdi. Çox qorxulu olan bu kələkdən onlar çox az bir zövq aldılar. Onlara ―ən maraqlı
görünən‖ – yeniyetmələrin günahları haqqındakı bir neçə səhifə idi.
Onlar sısqa meyvə ağacları ilə əhatə olunmuĢ xiyabanda oynayırdılar. Ciddi nəzarətə və cəzanın
Ģiddətinə baxmayaraq, külək əsərkən ağacların budaqları titrədiyi zaman yerə düĢmüĢ kal almanı,
çürük qaysını, yaxud qurdlu gavalını xəlvətcə götürə bilirdilər. Qoy burada mənim əvəzimdən
qabağımdakı bir məktub danıĢsın. Bu məktubu iyirmi beĢ il bundan əvvəl həmin pansionda
tərbiyə alan, indi isə Parisin ən zərif qadınlarından biri olan bir hersoginya yazmıĢdır. Məktubun
mətnini eynilə verirəm: ―Armudu, yaxud almanı mümkün dərəcədə yaxĢı gizlətməyə çalıĢırsan.
ġam yeməyindən əvvəl bürüncəyini çarpayının üstünə qoymaq üçün yuxarı qalxdığın zaman,
onu balıĢın altında gizlədirsən, axĢam isə çarpayıya uzandıqdan sonra, yeməyə baĢlayırsan, bu da
mümkün olmasa retiradada yeməyə məcbur olursan‖. Bu – pansion qızlarının aldığı ən qızğın
ləzzətlərdən biri idi.
Bir dəfə yenə arxiyepiskopun monastırı ziyarət etdiyi günlərdən birində Monmoransi ilə bir
qədər qohumluğu olan gənc bir qız, – madmazel BuĢar mərc gəlir ki, ondan bir günlük
məzuniyyət xahiĢ edəcəkdir: belə bir iĢ isə bu cür ciddi bir icmada ağlasığmaz bir sərbəstlik
sayılırdı. Qızlar mərcləĢdi, lakin yenə də heç birisi bu iĢdə müvəffəqiyyət qazanacağına
inanmırdı. Hər halda, arxiyepiskop qızların yanından keçdiyi zaman, hərəkəti ilə yoldaĢlarında
böyük bir dəhĢət oyadan madmazel BuĢar sıradan çıxıb, arxiyepiskopa müraciət edir:
―Monsenyor, məni bir günlüyə buraxmanızı xahiĢ edirəm!‖. Madmazel BuĢar ucaboylu,
alyanaqlı, yetiĢmiĢ, gözəl bir qız idi. Cənab de Kelen gülümsəyərək cavab verir: ―Necə, mənim
sevimli qızım, elə yalnız bir günlüyə? Ġstəyirsinizsə, lap üç günlüyə buraxım! Mən sizə üç gün
icazə verirəm!‖. Monastır rəisi heç bir söz deyə bilmir – axı bu, arxiyepiskopun əmri idi.
Monastır üçün biabırçı bir hadisə olsa belə, pansion qızları üçün böyük bir sevinc idi! Bunun
necə bir təsir bağıĢladığını təsəvvür edə bilərsiniz!
Bununla belə, bu qəmli monastır o qədər də möhkəm qapalı deyildi ki, divarları xaricində
qaynayan ehtiraslar aləmi, faciələr, hətta romanlar oraya keçə bilməsin! Sübut üçün hekayəmizə
heç bir dəxli və əlaqəsi olmasa da, həqiqi bir hadisəni qısaca söyləyə bilərik. Biz oxucuda
monastır haqqında yalnız tam bir təsəvvür yaratmaq üçün bu hadisəni qeyd etməyə məcburuq.
Bəli, təxminən, bu zamanlarla monastırda əsrarəngiz bir qadın yaĢayırdı. Bu qadın rahibə olmasa
da, hamı ona dərin hörmət bəslər və ―madam Albertina‖ deyə müraciət edərdi. Onun haqqında
yalnız ağlını itirmiĢ olduğu və monastır xaricində onun ölmüĢ sayıldığı məlum idi. Deyirdilər ki,
bütün bu macəraya səbəb parlaq bir izdivac üçün lazım olan bəzi pul mülahizələri imiĢ.
Bu, otuz yaĢına yenicə çatmıĢ, iri qara gözlü, dalğın baxıĢlı, xeyli qəĢəng, qaraĢın bir gözəl idi.
Onun bir Ģey görüb-görmədiyi Ģübhəli idi. O yeriməz, elə bil, sürüĢərdi. Heç bir zaman
danıĢmazdı. Nəfəs aldığını belə qəti bir Ģəkildə söyləmək olmazdı. Burnunun deĢikləri daranmıĢ
və ölü kimi sapsarı idi. Əlinə toxunduqda, qara toxunduğunuzu zənn etmək olardı. Onda bir
kabus zərifliyi vardı. HəmiĢə özü ilə bərabər soyuq gətirərdi. Rahibələrdən biri onun bir kölgə
kimi süzüb keçdiyini gördüyü zaman: ―Onu ölü hesab edirlər‖ dedikdə, o biri rahibə: ―Bəlkə, o,
doğrudan da, ölüdür‖ deyə cavab vermiĢdi.
Madam Albertinadan bir çox əfsanələr danıĢırdılar. O daim pansion qızlarında maraq oyadardı.
Ġbadətxanada ―öküz gözü‖ adlanan səki vardı. ĠĢıq bu səkiyə ancaq yuvarlaq bir pəncərədən, yəni
―öküz gözü‖ndən düĢərdi. Madam Albertina da, adətən, bu səkidə ibadət edərdi. Ġbadətxananın
yuxarı hissəsində yerləĢmiĢ olan bu səkidən ibadəti keçirən vaizi, yaxud keĢiĢi görmək mümkün
idi. Bu isə rahibələrə müsaid olmadığından, madam Albertina da səkidə, adətən, yalqız ibadət
edərdi. Bir dəfə kübar bir ailəyə mənsub olan gənc bir keĢiĢ mehrabdan moizə edərdi. Bu keĢiĢ
hələ 1815-ci ildə prins de Leon adlandığı zaman qırmızı muĢketyorlar zabiti olan Fransa peri
hersoq de Roqan idi ki, sonralar Bezansonda kardinal və arxiyepiskop olmuĢ, 1830-cu ildə isə
burada vəfat etmiĢdi. O gün hersoq de Roqan Kiçik Pikpüs monastırında birinci dəfə moizə
edirdi. Madam Albertina ibadət vaxtında, yaxud moizə edildiyi zaman, adətən, tamamilə sakit və
hərəkətsiz dayanardı. O gün madam Albertina, hersoq de Roqanı görər-görməz, özünü xəfifcə
düzəltmiĢ və ibadətxanadakı dərin bir sükutu pozaraq, ucadan: ―Bu necə iĢ? Ogüst?‖ – demiĢdi.
Bütün monastır əhli heyrətlə ona baxmıĢdı, lakin madam Albertina yenə adi halını alaraq, donub
qalmıĢdı. Bu sönmüĢ, hərəkətsiz sifətin üzərindən xarici aləmin bir nəsimi keçmiĢ, bir anlığa onu
iĢıqlandırmıĢ, sonra yenə hər bir Ģey yox olmuĢ, dəli gözəl yenə cənazəyə dönmüĢdü.
Lakin bu iki söz monastırda boĢboğazlığı bacaranların bir çoxunun dilini açdı. Bu nidada nələr
gizlənirdi? ―Bu necə iĢ? Ogüst?‖. Bu nida ilə neçə sirlər açılırdı. Doğrudan da, hersoq de
Roqanın adı Ogüst idi. Bu sözlərdən belə bir nəticə çıxarmaq olardı: madam Albertina cənab de
Roqanı tanıyırdı, demək o, kübar cəmiyyətə mənsub idi, bu əyanın adını təklifsiz söylədiyindən
özünün də bu cəmiyyətdə yüksək mövqe tutduğu aydınlaĢırdı. Bundan baĢqa, onun ―xaç adını‖
bildiyi üçün qohumlarından, həm də yaxın qohumlarından biri də ola bilərdi.
Monastırı tez-tez madam de ġuazel və de Seran adlı iki qaraqabaq hersoginya ziyarət edərdi. Bu
xanımlar – Magnates mulieres1 imtiyazına görə monastıra sərbəst gəlib-gedə bilirdilər və hər
dəfə monastıra gəldikdə, pansion qızlarının ürəyinə qorxu düĢərdi. Bu iki qoca xanım gənc
qızların yanından keçdikləri zaman, zavallıların bədəni əsər və onlar baĢlarını aĢağı salardılar.
Lakin hersoq de Roqan, özü belə duymadan, pansion qızlarının diqqət mərkəzində idi. Hersoq o
zamanlar, yepiskopluq rütbəsi gözləyərək, Paris arxiyepiskopu yanına, baĢ vikari vəzifəsinə təyin
edilmiĢdi. O, Kiçik Pikpüs monastırının ibadətxanasında ibadət mərasimi keçirildiyi zaman,
klirosda oxumağı sevərdi. Gənc dustaqlardan heç biri onun üzünü sarja pərdəsi arxasından görə
bilmədiyi halda, xeyli zil və yumĢaq bir səsi olduğundan, qızlar dərhal onu tanıyar və səsini ayırd
edərdilər. Vaxtilə o, müĢketyor olmuĢdu, zahiri görünüĢü ilə çox məĢğul olduğunu və saçlarına
qəĢəng sığal verdiyini danıĢırdılar. QəĢəng Ģabalıd rəngli saçlarının gözəl qıvrımlarla alnına
düĢdüyündən, belində muardan geniĢ bir kəməri olduğundan qara ləbbadəsinin yer üzündə ən
zərif bir biçimdə olduğundan da bəhs edirdilər Hersoq bu on altı yaĢlı qızların xəyalını çox
məĢğul edirdi.
Monastıra xarici aləmdən bir səs belə gəlməzdi. Bununla belə bir il bu monastırda fleyta səsləri
eĢidilmiĢdi. Bu böyük bir hadisə olduğundan, pansion qızları hələ də onu xatırlayırlar.
QonĢuluqda kimsə fleyta çalırdı. Fleytaçı həmiĢə indi köhnəlmiĢ olan eyni ―Mənim Zetülbem,
gəl könlümün sultanı ol!‖ ariyasını çalardı. Gənc qızlar saatlarla bu ariyaya qulaq asardı, seçici
analar dəhĢətə gəlmiĢdi, gənc beyinlər iĢləyir, cəzalar dolu kimi yağırdı. Bu hadisə bir neçə ay
davam etdi. Bütün pansion qızları az-çox bu məchul musiqiçiyə aĢiq olmuĢdular. Hər bir qız
özünü ―Zetülbe‖ zənn edirdi. Fleyta səsləri Düz divar küçəsi tərəfindən gəlirdi. Pansion qızları
onları valeh edən, özünün xəbəri belə olmadan bu qız qəlblərinin incə tellərinə toxunan bu
fleytaçalan ―gəncin‖ üzünü bir an görmək, doyunca onu seyr etmək üçün hər bir Ģeylərini fəda
edər, heç bir təhlükə qarĢısında dayanmazdılar; hətta bəzi qızlar, Düz divar küçəsinə baxan
pəncərədən heç olmasa bir Ģey görə bilmək ümidi ilə, həyət qapısından xəlvətcə keçib dördüncü
mərtəbəyə belə qalxdılar, hələ qızlardan biri əlini pəncərənin torundan keçirərək ağ yaylığını
yelləməyə baĢladı. Qızların ikisi isə daha cəsarətli çıxdı. Onlar heç bir Ģeydən qorxmayaraq, bir
vasitə ilə damın üstünə çıxdılar və nəhayət, bu gənc fleytaçını gördülər. Bu fleytaçı iflas etmiĢ
mühacir dvoryanlardan olan qoca, kor bir kiĢi imiĢ, ürəyi darıxdığından öz daxmasında fleyta
çalarmıĢ.
ALTINCI FƏSĠL.
Kiçik monastır.
Kiçik Pikpüs monastırının hasarları arasında bir-birindən tamamilə ayrı üç bina vardı: rahibələrin
yaĢadığı böyük monastır, monastırda tərbiyə alan qızların yerləĢdiyi pansion və, nəhayət, kiçik
monastır adlanan bina. Bu, ayrıca bir yan bina idi, qabağında bağı vardı, burada, hamı bir yerdə,
inqilabın məhv etdiyi monastırların qırıntıları, müxtəlif ordenlərə mənsub olan qoca rahibələr
yaĢayırdı. Bunlar on müxtəlif icmalara və ən müxtəlif təriqətlərə mənsub olan cürbəcür: qara,
boz və ağ rahibələr yığınından ibarət idi. Əgər təbir cayizsə, demək olar ki, bu qırıntı monastırı
idi.
Bütün ölkəyə yayılmıĢ və hüquqdan məhrum edilən bu yazıq qadınlara Ġmperiya dövründən bəri
burada, yəni benediktçi qadınlar monastırında, yerləĢməyə icazə verilmiĢdi. Hökumət onlara
kiçik bir təqaüd verirdi. Kiçik Pikpüs rahibələri onları məmnuniyyətlə öz yanlarına qəbul etdilər.
Bu qəribə bir məxlutə idi. Hər qonaq öz nizamnaməsinə riayət edirdi. Bəzən pansion qızlarına,
xüsusi bir əyləncə kimi, bunların yanına getməyə icazə verilirdi. Beləliklə, bu gənc qızların çoxu
müqəddəs Vasiliya ananı, müqəddəs Sxolastika ananı və müqəddəs Yakoba ananı həmiĢəlik
yadlarında saxlayırdılar.
Bu gəlmə rahibələrdən biri öz evinə düĢmüĢ kimi idi. Bu – Sent-Ordan gəlmə, öz ordeni məhv
olduqdan sonra sağ qalan yeganə bir rahibə idi. Sent-Or bacılarının sabiq monastırı on səkkizinci
əsrin əvvəllərində elə həmin bu Kiçik Pikpüs monastırında yerləĢirdi ki, sonralar o Martin Verqa
cəmiyyətinin Benediktçi rahibələrinə keçmiĢdi. Öz ordeninin cah-calallı al-qırmızı çiyinliyi olan
ağ paltarını geyinmək üçün yoxsul olan bu qoca rahibə, ovu pərəstiĢlə balaca bir manekenə
geydirərək, məmnuniyyətlə hamıya göstərərdi. Öldükdən sonra bu paltarı monastıra vəsiyyət
etmiĢdi. Bu ordendən 1824-cü ildə yalnız bir rahibə qalmıĢdı; indi isə ondan ancaq bir maneken
qalmıĢdır.
Bu ləyaqətli bacılardan baĢqa, madam Albertina kimi bir neçə qoca kübar xanım da monastır
rəisindən kiçik monastırda yerləĢmək üçün icazə almıĢdılar. Bu xanımlardan biri madam de
Bosfor d’Otpul, o biri isə markiza Düfren idi. Bunlardan baĢqa, kiçik monastırda bir də bir qadın
yaĢayırdı ki, burnunu sildiyi zaman, həddindən artıq gurultu etməsi ilə Ģöhrət qazanmıĢdı.
Pansion qızları onu ―madam Gurultu‖ deyə adlandırmıĢdılar.
Təxminən, 1820 və yaxud 1821-ci ildə madam Janlis monastırda yaĢamaq üçün icazə istəmiĢdi.
O zamanlar madam Janlis ―Qorxmaz‖ sərlövhəsi ilə balaca periodik bir məcmuə nəĢr edirdi.
Onun üçün xahiĢ edən Orlean hersoqu idi. Arı pətəyinə vəlvələ düĢdü! Seçici analar əsdilər.
Madam Janlis roman yazırdı! Lakin onun özü bu romanlara nifrət etdiyini söyləmiĢ, bundan
baĢqa o, artıq Ģiddətli bir möminlik ehtirasına düĢmüĢdü. Həm Allahın, həm də hersoqun köməyi
ilə o, monastıra daxil oldu. Lakin altı-yeddi ay keçmədi ki, madam Janlis monastır bağında kölgə
olmadığını bəhanə edərək, Kiçik Pikpüsü tərk etdi. Rahibələr sevinirdi. Madam Janlis artıq çox-
çox qoca olsa da, yenə rübab çalar, həm də gözəl çalardı.
O, monastırı tərk edərkən, yaĢadığı hücrədə bir xatirə qoyub getdi. Madam Janlis mövhumatçı,
həm də latinist idi. Hələ bir neçə il bundan əvvəl onun, adətən, pul və cavahirat qoyduğu kiçicik
bir dolabın iç tərəfinə yapıĢdırılmıĢ balaca bir məktub görmək olardı. Bu məktub sarı kağız
üzərində qırmızı mürəkkəblə madam Janlisin xətti ilə yazılmıĢ bir Ģeirdən ibarət idi. Onun fikrinə
görə, bu beĢ mənzum latın misraları oğruları qovmaq xassəsinə malik idi.
– Ġmparibus meritis pendənt tria corpor ramis:
Dismas et Gesmas, media est divina rotesdas:
Alta petit Dismas, infelix, infima, Gesmas,
Nos et res nostras conservet summa potesdas,
Nos versus dicas ne u furto tua pıerdas1.
VI əsr latıncası ilə yazılmıĢ bu Ģeir bir sual doğurur: Qolqofada dar ağacından asılan quldurların
adı nə idi? Adətən deyildiyi kimi, Dismas və Gesmes, yoxsa Dismas və Gesmas? Bu imlanın
aydınlaĢdırılması keçən yerdə vikont Gesmasın tövbə etməyən həmin bu quldur nəslindən olması
haqqında iddiasını rədd edə bilərdi. Hər halda, qospitalyer ordeninə mənsub olan rahibələr bu
Ģerin oğruları qovmaq kimi faydalı bir xüsusiyyəti olmasına inanırlar.
Böyük monastırı pansiondan, sanki, həqiqi bir qala səddi kimi ayıran monastır kilsəsinin, həm
böyük monastır, həm pansion, həm də kiçik monastır üçün ümumi bir kilsə olduğu, əlbəttə,
aydındır. Monastır kilsəsinə hətta kənar camaat da buraxılırdı. Onlar, adətən, küçədən
xəstəxanaya girmək üçün açılmıĢ xüsusi qapıdan keçərdilər. Bununla belə, hər bir Ģey elə
qurulmuĢdu ki, monastırda yaĢayan qadınların heç biri kilsəyə gələnləri görə bilməzdi. Belə bir
kilsə təsəvvürünüzə gətirin: sanki, nəhəng bir əllə tutulub əyilmiĢ olan kliros, adi kilsələrdə
olduğu kimi, mehrabın arxasında davam etməyərək, ibadəti keçirən keĢiĢin sağ tərəfində salon,
yaxud qaranlıq bir mağara kimi bir Ģey əmələ gətirir, sonra təsəvvür edin ki, bu salon yeddi fut
hündürlüyündə bir pərdə ilə örtülmüĢdür (bu barədə biz yuxarıda demiĢdik), bu pərdənin
arxasında isə taxta oturacaqlar üzərində, sol tərəfdə – klirosçu rahibələr, sağ tərəfdə – pansion
qızları, mərkəzdə isə Ģagirdlər və tüllabələr sıx oturmuĢdu. Bu dediklərimizi təsəvvürünüzə
gətirə bilsəniz, demək olar ki, Kiçik Pikpüs rahibələrinin ibadət mərasimlərini necə keçirdikləri
haqqında təsəvvürünüz olar. Kliros adlanan bu qaranlıq mağara koridor vasitəsilə monastırla
birləĢirdi. Buraya iĢıq bağça tərəfdən düĢürdü. Rahibələrin nizamnaməyə görə, sükut içində
dayanmaqları tələb olunan ibadət mərasimində, camaat onların burada olub-olmadıqlarını
oturacaqların aĢağı tərəflərindəki rəflərin enib-qalxmasından əmələ gələn səsə görə təyin edə
bilərdi: ayaq üstündə dayanan rahibələr yorulduqları zaman, gizlincə bu rəflərə söykənə
bilərdilər.
YEDDĠNCĠ FƏSĠL.
Qaranlıqda bir neçə kölgə.
Altı il müddətində, yəni 1819-cu ildən 1825-ci ilə qədər Kiçik Pikpüs monastırının rəisi
madmazel de Blemer olmuĢdu. Rahibəlikdə onun adı Günahsızlıq ana idi. Madmazel de Blemer
―Müqəddəs Benedikt ordeni övliyasının həyatı‖ kitabının müəllifi Marqarita Blemerin nəslindən
idi. Onu ikinci dəfə rəisliyə seçmiĢdilər. AltmıĢ yaĢında alçaqboylu, dolu bir qadın idi. Yuxarıda
qeyd etdiyimiz məktubda deyildiyi kimi, ―çatlamıĢ dibçək‖ kimi titrəyən bir səsi vardı. Əslində
isə çox xeyirxah bir qadın idi, bütün monastırda yeganə Ģən bir adam vardısa, o da bu idi, buna
görə də hamı onu pərəstiĢcəsinə sevərdi.
Öz ordeninin Dasyesi olan ulu nənəsi Marqaritanın xasiyyəti irsən Günahsızlıq anaya keçmiĢdi.
O, elmli, bilikli, oxumuĢ, kitab sevən bir qadın idi, xüsusi bir tarixĢünas sayılır, latın dili ilə
yüklənmiĢ, yunan dili ilə aĢılanmıĢ, yəhudi dili ilə doldurulmuĢ idi. O, benediktçi rahibədən artıq
benediktçi rahib idi.
Monastır rəisinin köməkçisi ispaniyalı, demək olar ki, kor, qoca bir rahibə idi. Ona Sineres ana
deyərdilər.
Seçici analar arasında ən hörmətlisi xəzinədar müqəddəs Honoriya ana, rahibə Ģagirdlərinin
baĢçısı müqəddəs Gertruda ana, onun köməkçisi müqəddəs Mələk ana, kilsə Ģeyləri anbarının
müdirəsi Vəhy ana, xəstəxana müdirəsi və bütün monastırda ən kinli bir qadın olan müqəddəs
Avqustina ana idi, bundan sonra, gözəl səsi olan, hələ çox gənc, müqəddəs Mextilda ana
(madmazel Qoven), əvvəlcə Səyyah qəbul edənlər ordeni bacılarının monastırında və Jizorla
Mani arasındakı Müqəddəs xəzinə monastırında olmuĢ Müqəddəs Mələklər ana (madmazel
Drue), müqəddəs Yusifə ana (madmazel Koqolludo), müqəddəs Adelaida ana (madmazel
d’Overne), nizamnamənin Ģiddətinə tab gətirə bilməyən Mərhəmət ana (madmazel de Sifuentes),
nizamnaməyə baxmayaraq, altmıĢ yaĢında ikən monastıra qəbul edilmiĢ, çox varlı bir qadın olan
ġəfqət ana, Qəza ana (madmazel Lodinyer), 1847-ci ildə monastırda nazirə olan Müqəddimə ana
(madmazel Sigensa) və nəhayət, dəli olan müqəddəs Selina ana (heykəltəraĢ Çerakkinin bacısı),
yenə dəli olan müqəddəs ġantal ana (madmazel de Süzon) idi.
Ən gözəl rahibələrdən biri də kavaler Rozun kiçik nəvəsi, Burbon adasından gəlmə, iyirmi dörd
yaĢlı bir qız idi. Cəmiyyətdə o, madmazel Roz adlanardı, monastırda isə Merac ana adını
daĢıyırdı.
Klirosda nəğmə iĢlərini idarə edən Mextilda ana pansion qızlarını məmnuniyyətlə xor dəstəsinə
cəlb edirdi. O, adətən, bütöv qamma seçərdi, yəni on yaĢından tutmuĢ on altı yaĢına qədər yeddi
qız seçər, səslərini və boylarını tutuĢdurar, balacadan böyüyə qədər bir sıraya düzüb oxutdurardı.
Sanki, qarĢınızda Panın mələklərdən ibarət canlı fleytası kimi gənc qızlardan ibarət bir ney
çalırdı.
ġagirdlərdən ən çox müqəddəs Yefraziya bacını,müqəddəs Marqaritanı, uĢaq kimi huĢunu itirmiĢ
müqəddəs Marfa bacını, bir də müqəddəs Mixailanı sevərdilər. Müqəddəs Mixailanın uzun burnu
hamını güldürərdi.
Bu qadınların hamısı uĢaqlarla çox mülayim rəftar edərdilər. Onlar yalnız özlərinə qarĢı sərt
idilər. Peçlər yalnız pansionda qalanardı, pansion qızlarının yeməyi isə rahibələrin yeməyinə
nisbətən, yaxĢı sayılırdı. Bir də, bunlardan baĢqa, hamı onların qayğısını çəkərdi. Lakin balaca
qız, rahibənin yanından keçərkən, onunla söhbətə baĢlasaydı, rahibə heç bir zaman cavab
verməzdi.
Sükut nizamnaməsi nəticəsində bütün monastırda danıĢmaq qabiliyyəti canlı insanlardan alınıb,
qeyri-canlı varlıqlara verilmiĢdi. Gah kilsə zəngi gurlar, gah da bağbanın zınqırovu cingildərdi.
Qapıçının yaxınlığındakı zil səsli və monastırın hər bir yerinə küy salan zəng, xüsusi bir akustika
teleqrafı kimi, müxtəlif səslər vasitəsilə adi monastır həyatının müxtəlif hadisələrini xəbər verər,
lazım gəldikdə, monastırda yaĢayan qadınlardan birini qəbul otağına çağırardı. Hər adamın və
hər bir Ģeyin özünə məxsus zəngi vardı. Rəis üçün bir dəfə, zəng çalınardı. Rəisin köməkçisi
üçün – bir zəng və bir də iki zəng çalınardı. Altı zəng və bir də beĢ zəngin mənası: ―Sinfə getmək
vaxtıdır‖ demək idi, odur ki, pansion qızları ―sinfə getmək‖ sözləri əvəzində ―altı-beĢ getmək‖
deyərdilər. Dörd zəng və bir də dörd zəng madam Janlis üçün çalınardı. Bu zəngin səsi tez-tez
eĢidilərdi. Mərhəmətdən məhrum olan pansion qızları: ―Bu, cin üçün çalınan cin zəngidir‖
deyərdilər. Zəng on doqquz dəfə çalındıqda, mühüm bir hadisə xəbər verilirdi. Bu monastır
qapısının taybatay açılması demək idi. Monastır qapısı isə yalnız arxiyepiskopun Ģəxsiyyəti
qarĢısında rəzələri üzərində fırlanan və baĢdan-ayağa cəftələrlə dolu, dəhĢətli dəmir bir lövhə idi.
Arxiyepiskopdan və bir də, söylədiyimiz kimi, bağbandan baĢqa, monastıra heç bir kiĢi girə
bilməzdi. Bununla belə, pansion qızları iki kiĢi daha görə bilmiĢdilər: bu kiĢilərdən biri – qoca və
eybəcər keĢiĢ- abbat Banes idi ki, qızlar bunu klirosun toru arasından seyr edə bilərdi; o biri isə –
yuxarıda qeyd etdiyimiz məktubda ―qoca dəhĢətli qozbel AnsyoĢka‖ adlanan rəsm müəllimi
cənab Ansio idi.
Bundan da kiĢilərin nə qədər ciddi və diqqətlə seçilmiĢ olduğu məlum olurdu.
Bu maraqlı xanəgah belə bir xanəgah idi.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Post Corda lapides1.
Monastırın daxili simasını təsvir etdikdən sonra, onun xarici görünüĢünü də bir neçə sözlə təsvir
etmək pis olmazdı. Hər halda, monastırın xarici görünüĢü haqqında oxucunun bir az təsəvvürü
vardır. Sent-Antuan məhəlləsindəki Kiçik Pikpüs monastırı Polonso küçəsi, Düz divar küçəsi,
Pikpüs döngəsi və qədim Ģəhər planlarında Omare küçəsi adlanan dar bir dalanın birləĢdiyi dörd
yol ayrıcında əmələ gələn və geniĢ bir trapesiyaya bənzəyən meydançanı, demək olar ki, baĢdan-
baĢa tuturdu. Bu dörd küçə trapesiyanı xəndək kimi əhatə etmiĢdi. Monastır bir neçə binadan və
bağdan ibarət idi. Binanın əsas korpusu, bütünlükdə götürüldükdə, qarıĢıq xarakterli binalardan
ibarət idi. QuĢ baxıĢından bu binalara nəzər saldıqda, bunlar eynilə üzüaĢağı yerə sərilmiĢ bir dar
ağacına bənzəyirdi. Dar ağacının dirəyi Pikpüs küçəsi ilə Polonso küçəsi arasındakı Düz divar
küçəsi boyu uzanırdı. Evin Ģəbəkə ilə ayrılmıĢ Pikpüs küçəsinə baxan uca və boz rəngli, sərt
fasadı isə dar ağacının atqısını təĢkil edirdi, 62 nömrəli darvaza bu atqının ucunda yerləĢmiĢdi.
Fasadın ortasında isə üstünə yatmıĢ toz və küldən ağarmıĢ olan ikinci bir darvaza vardı ki, bunun
tağı altında hörümçəklər tor toxuyurdu. Bu darvaza bayır günlərində və vəfat edən rahibənin
cənazəsi monastırdan çıxarıldığı nadir hallarda bir və ya iki saatlığa açıq olardı. Adi camaat
kilsəyə bu darvazadan keçirdi. Dirəklə atqının təĢkil etdiyi bucaqda bufetxana sayılan kvadrat bir
salon yerləĢmiĢdi ki, pansion qızları buna ―ərzaq anbarı‖ deyərdilər. Dar ağacının dirəyində
anaların, bacıların və Ģagirdlərin hücrələri yerləĢirdi. Atqıda isə mətbəx, yemək otağı (monastır
yemək otağının Ģöbəsi) və kilsə yerləĢirdi. 62 nömrəli darvaza ilə Omare dalanının tinində,
xaricdən gözə çarpmayan pansion yerləĢmiĢdi. Trapesiyanin qalan yerində isə bağ vardı. Bu
bağın səthi Polonso küçəsinin səthindən aĢağı olduğundan, hasarları iç tərəfdən bayır tərəfə
nisbətən daha hündür görünürdü. Bağın ortasında balaca bir təpəcik vardı. Bu təpəciyin baĢında
isə konussayağı, ucu nazik, gözəl bir küknar ağacı yüksəlirdi, bu küknar ağacından da, qalxanın
ortasında olduğu kimi, dörd böyük və səkkiz balaca xiyaban ayrılırdı. Balaca xiyabanlar böyük
xiyabanların arasında cüt-cüt elə Ģəkildə yerləĢmiĢdi ki, əgər bu bağ dəyirmi olsa idi, bağın
həndəsi planı təkərin üzərinə qoyulmuĢ bir xaça bənzərdi. Bağ hasarının çox əyri-üyrü olan
xətlərinə bitiĢik xiyabanların hamısı müxtəlif uzunluqda idi: Onların kənarlarında bir haĢiyə kimi
qarağat kolları əkilmiĢdi. Bağın dal tərəfində, Düz divar küçəsinin küncündə yerləĢmiĢ köhnə
monastırın xarabalarından tutmuĢ ta Omare dalanının tinindəki kiçik monastır binasına qədər,
qonaq xiyabanı uzanırdı. Kiçik monastırın qabağında ―bala bağ‖ vardı. Buraya həyəti, içəri
tikintilərin təĢkil etdiyi cürbəcür guĢələri, həbsxana divarlarını, qonĢuluqda isə, Polonso
küçəsinin o biri tərəfində, haĢiyə kimi uzanan damların uzun qara xəttini də əlavə etmiĢ olsanız –
qırx il bundan əvvəl Kiçik Pikpüs küçəsində bernarçı rahibələr monastırının necə bir Ģey
olduğunu xeyli dəqiq bir Ģəkildə təsəvvür edə bilərsiniz. Bu xanəgahın tikildiyi yerdə on
dördüncü əsrdən on altıncı əsrə qədər top oynamaq üçün məĢhur bir salona malik bir bina vardı
ki, buna ―on bir min Ģeytan meyxanası‖ deyərdilər.
Bu küçələrin hamısı Parisin ən qədim küçələrindəndir. Düz divar və Omare – çox qədim küçə
adlarıdır, bu adı daĢıyan küçələr isə daha qədimdir. Omare dalanı Malqa dalanı, Düz divar küçəsi
isə Ġtburnu küçəsi adlanırdı, çünki insan hələ daĢ yonmağa baĢlamamıĢdan çox-çox əvvəl tanrı
burada çiçək bitirməyə baĢlamıĢdı.
DOQQUZUNCU FƏSĠL.
Yüz il ləbbadə içində.
Ġndi, Kiçik Pikpüs monastırının keçmiĢdə nə olduğu ilə müfəssəl tanıĢ olduğumuzdan və öz
sirrini qısqanaraq, mühafizə etməyə çalıĢan bu xanəgahın üç tərəfinə də bir nəzər salmağa
cəsarət etdiyimizdən sonra, oxucunun icazəsi ilə, bir balaca ricətə də yol verməyə məcburuq. Bu
ricət bu əsərin məzmunu ilə əlaqədar olmasa da, o mənada faydalı ola bilər ki, bu monastırda
necə qəribə adamlara təsadüf edə biləcəyimizi aydınlaĢdırır.
Kiçik monastırda yaĢı yüzü ötmüĢ qoca bir qarı yaĢayırdı: o buraya Fontevro abbatlığından
gəlmiĢdi. Bu qarı hətta inqilabdan əvvəl kübar cəmiyyətə mənsub imiĢ. O, XVI Lüdovikin
möhürdarı cənab Miromenil və vaxtilə yaxından tanıĢ olduğu, məhkəmə sədrinin arvadı madam
Düpla haqqında tez-tez söhbətlər edərdi. Bu qarı cənab Miromenillə madam Düplanı xatırlarkən,
Ģöhrətpərəstlik və məmnuniyyət hissi ilə bundan ləzzət alardı. Fontevro abbatlığı haqqında o,
cürbəcür qəribə Ģeylər danıĢardı: guya, bu abbatlıq Ģəhərə bənzərmiĢ, guya, monastırda lap
həqiqi küçələr varmıĢ.
Qarı Pikardiya ləhcəsində danıĢardı ki, bu da pansion qızlarını çox əyləndirərdi. O, hər il öz
əhdlərini təntənə ilə yenidən elan edər və hər dəfə, əhdi etmədən əvvəl, keĢiĢə müraciətlə belə
deyərdi: ―Monsenyor müqəddəs Fransua öz əhdini monsenyor müqəddəs Yevseviyə, monsenyor
müqəddəs Evsevi isə öz əhdini monsenyor müqəddəs Prokopiyə tapĢırmıĢdır... və sairə, və sairə,
mən isə öz əhdimi sənə tapĢırıram, ey müqəddəs ata‖. Pansion qızları isə xəlvətcə, daha doğrusu,
bürüncəyin altından seçici anaları qaĢlarını çatmağa məcbur edən lətif və təvazökar bir qəhqəhə
ilə gülərdilər.
Bəzən bu qoca rahibə müxtəlif əhvalatlar danıĢardı.
O, cavanlıq illərimdə ―bernarçıların müĢketyorlardan geri qalmadıqlarını‖ iddia edirdi. Onun
dodaqları ilə böyük bir əsr danıĢırdı, lakin bu əsr on səkkizinci əsr idi. O, inqilabdan qabaq,
ġampanidə və Burqundiyada olan ―dörd Ģərab‖ adətindən danıĢardı. Kübar bir Ģəxs, Fransa
marĢalı, prins, hersoq, yaxud per ġampani, yaxud Burqundiya Ģəhərlərindən keçdiyi zaman,
Ģəhər Ģurası onu qarĢılamağa çıxaraq salamlar və qayıq Ģəklində dörd gümüĢ kasa içində dörd cür
Ģərab təqdim edərdi. Birinci kasanın üstündə ―meymun Ģərabı‖, ikinci kasanın üstündə ―aslan
Ģərabı‖, üçüncü kasanın üstündə ―qoyun Ģərabı‖ və dördüncü kasanın üstündə ―donuz Ģərabı‖
sözləri yazılmıĢ olardı. Bu dörd yazı sərxoĢun endiyi dörd pilləyə iĢarə idi. Birinci sərxoĢluq
pilləsi insanı Ģadlandırır, ikinci pillə – əsəbiləĢdirir, üçüncü pillə sarsaqlaĢdırır, nəhayət,
dördüncü pillə – heyvana döndərir.
Qarı bağlı bir dolabda çox əziz tutduğu sirli bir Ģey saxlardı. Fontevro abbatlığının nizamnaməsi
buna yol verirdi. Qarı bu Ģeyi heç kəsə göstərmək istəməzdi. O, öz hücrəsinə çəkilər
(nizamnaməyə görə bu, qadağan edilməmiĢdi) və orada gizli-gizli bir Ģeyi seyr edərdi.
Koridordan keçən bir rahibənin ayaq səslərini eĢidər-eĢitməz, o dərhal zəif qoca əllərinin qabil
olduğu bir sürətlə dolabın ağzını bağlardı. Birisi bu barədə onun yanında söz açsa idi o, adətən,
boĢboğazlıq etdiyi halda, dərhal susardı. Ən çox maraq göstərən rahibələr belə onun sükutunu
poza bilməzdi, ən çox inad göstərənlər isə onun inadı qarĢısında təslim olurdular. Bu da, heç
Ģübhəsiz, monastırdakı bütün avara, yaxud ürəkləri darıxan qadınlar üçün dedi-qoduya bir qida
verirdi. Qoca kaftar bir qarının bir xəzinə kimi əziz tutduğu bir sirli Ģey, görəsən, nə ola bilərdi?
Bəlkə, bu müqəddəs bir kitab idi? Bəlkə də, az tapılan bir təsbeh idi? Bəlkə də, ecazkar övliya
sümükləri idi? Heç kəs bunun nə olduğundan baĢ çıxara bilmirdi. Zavallı qarı vəfat etdikdən
sonra, ola bilsin ki, ədəb və nəzakətin yol verdiyindən daha böyük bir əcələ ilə dolaba tərəf
atılaraq onu açdılar. Qarının gizlətdiyi bu Ģeyi, müqəddəs bir boĢqab kimi üç dəfə qatlanmıĢ bir
kətan parçasına bükülmüĢ gördülər. Bu gizli Ģey bir fayans nimçə idi, üstündə uçan amurlar
təsvir edilmiĢdi, bu amurları, əllərində iri imalə boruları tutan əczaçı Ģagirdləri təqib edirdi... Bu
təqib səhnəsində bir çox qrotesk qrimasalar və məzhəkəli vəziyyətlər vardı, məsələn, bu gözəl
balaca amurlardan biri artıq ələ keçmiĢdi. Amur özünü müdafiə edərək çapalayır, balaca
qanadlarını çalaraq yenə göylərə uçmaq üçün can atır, lakin imaləçi iblisanə bir qəhqəhə ilə
gülür. Bu səhnənin mənası budur, qarın ağrısı məhəbbətə qalib gəlir! Hər halda, olduqca maraqlı
bir Ģey olan və bəlkə də, Molyeri belə ilhama gətirmiĢ olan bu nimçə 1845-ci ilin sentyabr ayında
hələ salamat idi; nimçə BomarĢe bulvarında bir əntiq‖ füruĢun dükanında satıĢa qoyulmuĢdu.
Mərhəmətli qarı ―qəbul otağı çox qaranlıqdır‖ deyə, adi insanların onu ziyarət etməsini
istəməzdi.
ONUNCU FƏSĠL.
Yorulmadan sitayiĢ qaydasının mənĢəyi.
Lakin haqqında bir az təsəvvür yaratmağa çalıĢdığımız və az qala qəbrə bənzəyən bu qəbul otağı,
yerli bir hadisə sayıla bilərdi. BaĢqa monastırlarda o eyni ciddiyyət və sərtliklə təkrar edilmir.
Xüsusilə, Tampl küçəsində və doğrudur, baĢqa bir ordenə aid olan monastırda, qara pəncərə
qanadları əvəzində qəhvəyi rəngində pərdələr asılmıĢdı, qəbul otağı isə parket döĢəməsi və ağ
kiseyidən pərdə çəkilmiĢ pəncərələri olan bir qonaq salonuna bənzəyirdi. Divarlarında müxtəlif
Ģəkillər asılmıĢdı – məsələn, üzü açıq benediktçi bir rahibənin portreti, çiçək dəstələri və hətta bir
osmanlı baĢının təsviri vardı.
Tampl küçəsindəki monastırın bağında məĢhur hind Ģabalıd ağacı vardı ki, Fransada ən gözəl və
yüksək bir ağac sayılırdı. On səkkizinci əsrdə bu ağacı krallıqda mövcud olan bütün Ģabalıd
ağaclarının patriarxı adlandırırdılar.
Söylədiyimiz kimi, Tampl küçəsindəki monastırı tutmuĢ olan ―yorulmadan sitayiĢ‖ ordeninə
mənsub benediktçilər sisterçilərə tabe olan benediktçilərdən fərqlənirdilər. Bu ―Yorulmadan
sitayiĢ‖ ordeni çox qədim ordenlərdən deyildir, onun tarixi ancaq iki yüz il olar. 1649-cu ildə
müqəddəs nemətlər bir neçə gün ərzində Sen-Sülpis və Sen-Jan-an-Qrev adlı iki Paris mabədində
iki dəfə təhqir edilmiĢdi. Bu elə bir müstəsna və dəhĢətli təhqir idi ki, bütün Paris həyəcana
gəlmiĢdi. Sen-Jermen-de-Pre monastırının rəisi olan baĢ vikari bütün məhəllə ruhanilərinin
təntənəli xaç mərasimini təyin etmiĢdi. Dua ayininin papa nunsisi icra edirdi. Lakin bu tövbə
mərasimi madam Kurten-markiza de Buk və qrafinya ġatovye kimi iki ləyaqətli qadını təmin
etməmiĢdi. ―Kilsənin müqəddəs məbudunun‖ təhqir edilməsi ani bir Ģey olsa da, bu iki dindar
qadının xatirəsindən silinmədi, onların fikrinə görə bu təhqir ancaq bir qadın monastırında
―Yorulmadan sitayiĢlə‖ silinib gedə bilərdi. Bu qadınlardan biri 1652-ci ildə, o biri isə 1653-cü
ildə Müqəddəs nemətli cəmiyyətinə mənsub olan benediktçi rahibə Katerina de Bar anaya bu
Ģərəfli məqsədlə müqəddəs Benedikt ordeninin monastırını təsis etmək üçün külli miqdarda pul
bəxĢ etmiĢdilər. Belə bir monastırı təsis etmək üçün Katerina de Bara birinci icazəni Sen-Jermen
abbatı cənab de Mes vermiĢdi, bu Ģərtlə ki, bu monastıra qəbul edilən qızlardan hər il iaĢə üçün
üç yüz livr alınsın; bu üç yüz livr də altı min livrlik əsas məbləğin mədaxili olmalı idi. Sen-
Jermen abbatından sonra, kral da fərman verdi, abbat xartiyası ilə kral fərmanı 1654-cü ildə
hesab palatası və parlament tərəfindən təsdiq edildi.
Benediktçi qadınların ―Müqəddəs nemətlərə yorulmadan sitayiĢ‖ adlı Paris cəmiyyətinin
mənĢəyi və qanunlaĢdırılmasının tarixi belədir. Bu cəmiyyətin birinci monastırı madam de Buk
və qrafinya ġatovyenin verdiyi vəsait sayəsində Kasset küçəsində ―yenidən tikilmiĢdi‖.
Gördüyümüz kimi, bu ordenin sisterçi adlanan Sito benediktçı rahibələr ordeni ilə heç bir əlaqəsi
yoxdur. ―Ġsanın ürəyi‖ ordeninin rahibələri iezuit ordeni generalına, ġəfqət ordeninin rahibələri
isə lazaristlər ordeni generalına tabe olduqları kimi, bu ordenin də rahibələri Sen-Jermen-de-Pre
abbatına tabe idi.
Bu orden yuxarıda həyatını təsvir etdiyimiz Kiçik Pikpüs benediktçi icmasına qətiyyən
bənzəmirdi. 1657-ci ildə Papa VII Aleksandr Müqəddəs nemətlər ordeninin benediktçi rahibələri
kimi, xüsusi fərmanla Kiçik Pikpüs monastırının benediktçi rahibələrinə də ―yorulmadan sitayiĢ‖
üçün icazə vermiĢdi. Bununla belə, hər iki orden özlərinə xas olan xüsusiyyətlərini
itirməmiĢdilər.
ON BĠRĠNCĠ FƏSĠL.
Kiçik Pikpüsün sonu.
Kiçik Pikpüs monastırı Restavrasiyanın ilk günlərindən zəifləməyə baĢladı ki, bu da bu dövrdəki
bütün rahib ordenləri kimi, XVIII əsrdən sonra bu ordenin ümumi süqutunun təzahürlərindən biri
idi. Baxıb düĢünmək də, dua kimi, bəĢəriyyətin ehtiyaclarındandır, lakin inqilabın toxunduğu hər
bir Ģey kimi, o da dəyiĢəcək və tərəqqiyə düĢmən olmaq əvəzinə onun üçün əlveriĢli olacaqdır.
Kiçik Pikpüs monastırında yaĢayan rahibələrin sayı sürətlə azaldı. 1840-cı ildə kiçik monastır da,
sonra pansion da yox oldu. Artıq burada nə kaftar qarılar vardı, nə də gənc qızlar. Birincilər
ölmüĢ, ikincilər dağılıĢıb getmiĢdilər. Volaverunt1
―Yorulmadan sitayiĢ‖ cəmiyyətinin nizamnaməsi çox sərt olduğundan, hamının gözünü
qorxudurdu. Rahibəliyə girmək istəyənlərin sayı getdikcə azalırdı. Hələ 1845-ci ildə Ģagird
bacılar sırasına daxil olmağı arzu edənlər tapılırdısa, klirosçu rahibələr sırasına bir nəfər belə
daxil olmaq istəmirdi. Qırx il bundan əvvəl rahibələrin sayı yüzə çatırdı, on beĢ il bundan əvvəl
isə monastırda ancaq iyirmi səkkiz rahibə qalmıĢdı. Görəsən, indi nə qədər olar? 1847-ci ildə
monastırın rəisi artıq gənc bir qadın idi – bu da rəis olmaq istəyənlərin sayının azaldığını
göstərirdi. Bu qadın qırx yaĢına belə çatmamıĢdı. Rahibələrin sayı azaldıqca, imtahanın da
ağırlığı artırdı. Hər bir rahibənin vəzifəsi getdikcə ağırlaĢırdı. Çox sürməz, bu monastırda
müqəddəs Benedikt nizamnaməsinin ağır yükünü daĢıya biləcək ancaq iyirmi nəfər beli
bükülmüĢ, yorğun qarılar qalar. Bu yükün ağırlığı isə rahibələrin sayının az ya çox olmasından
asılı deyildir, o hər zaman amansız və dəyiĢməzdir. KeçmiĢdə bu ağırlıq əzirdi, indi isə məhv
edir. Rahibələr artıq ölməyə baĢlamıĢdı. Bu əsərin müəllifi Parisdə yaĢadığı zaman, iki rahibə
vəfat etmiĢdi. Rahibənin biri iyirmi beĢ yaĢında, o biri isə iyirmi üç yaĢında idi. Ġyirmi üç
yaĢında vəfat edən rahibə Yuliya Alpinula kimi öz barəsində bu sözləri deyə bilərdi: Hic jaceo.
Vixi annos viqnti et tres1.
Monastır bu süqutun nəticəsində qızların tərbiyə iĢindən də əl çəkdi.
Bizim üçün bu qəribə və məchul evin yanından sadəcə keçmək və içəri daxil olmamaq və eyni
zamanda Jan Valjanın bu qəmli macərasını oxuyacaq və bundan, bəlkə də, müəyyən bir mənfəət
alacaq olanları oraya aparmamaq mümkün olmadı. Bu gün bizə bu qədər yeni görünən qədim
ayinlərlə dolu bir xanəgaha daxil olduq. Bu qapalı bir bağdır. Nortus conclusus.
Biz bu qəribə yer haqqında ətraflı, lakin eyni zamanda hörmətlə danıĢdıq. Hər halda, müfəssəl
danıĢmaqla uyğun gələ biləcək bir hörmətlə danıĢdıq. Biz hər bir Ģeyi anlamasaq da, hər bir Ģeyi
pisləmək niyyətində deyilik. Biz özümüz istər cəlladı mədh etmək dərəcəsinə gələn Xozef de
Mestrin təriflərindən, istərsə də Ġsanın çarmıxa çəkilməsini belə istehzaya qoyan Volterin
kinayələrindən eyni dərəcədə uzaqdayıq.
Sözarası, bunu da qeyd etməliyik: Volterin bu hərəkətində məntiq yoxdur, çünki o, Jan Kalası
müdafiə etdiyi kimi Ġsanı da müdafiə edərdi. Hətta qeyri-təbii təcəssümün həqiqi olduğunu inkar
edənlər üçün belə – çarmıxa çəkilmək nə deməkdir? Pak bir adamın öldürülməsi.
On doqquzuncu əsrdə dini ideya böhran keçirirdi. Ġnsanlar çox Ģeyləri tərgidir, yaxĢı da edirlər,
yalnız bir Ģərtlə ki, bir Ģeyi tərgiməkləı baĢqa bir Ģeyi öyrənmiĢ olsunlar. Ġnsan qəlbi heç bir
zaman boĢ qalmamalıdır. Əgər müəyyən bir Ģey məhv olursa, qoy məhv olsun, – yalnız bir Ģərtlə
ki, o məhv olmaqla, baĢqa bir Ģey yaranmıĢ olsun.
Hələlik artıq mövcud olmayan hadisələri öyrənək. Bu hadisələri öyrənmək, heç olmasa, onlardan
yalnız çəkinmək üçün belə lazım ola bilir. KeçmiĢin saxtakarlıqları baĢqa adlar qəbul edir və
özlərini məmnuniyyətlə gələcək kimi qələmə verirlər. KeçmiĢ öz pasportunu pozub düzəldə
biləcək bir kabusdur. Özümüzü qurulmuĢ tələlərdən qorumalıyıq. Ehtiyatlı olaq. Sayıq olaq!
KeçmiĢin mövhumat kimi bir siması var. Onun riyakarlıq kimi bir maskası var. KeçmiĢin
maskasını yırtaq, qoy onun siması aydın görünsün.
Monastırlar məsələsinə gəlincə, bu mürəkkəb bir məsələdir. Mədəniyyət onları taqsırlandırsa da,
azadlıq onları müdafiə edir.
BĠRĠNCĠ FƏSĠL.
Monastır – mücərrəd bir məfhumdur.
Bu əsər – bir faciə, bu faciənin əsas qəhrəmanı isə sonsuzluqdur.
Ġnsan bu faciədə ikinci dərəcəli bir Ģəxsdir.
Biz yolumuzda monastıra təsadüf edərək, onun içinə daxil olduq. Nə üçün? Ona görə ki, istər
ġərqin, istər Qərbin, istər qədim dünyanın, istərsə müasir dünyanın, istər bütpərəstlik, buddizm
və müsəlmanlığın, istər də xristianlığın malı olan monastır sonsuzluğu dərk etməkdə insanın
tətbiq etdiyi optik alətlərdən biridir.
Burada bəzi ideyaları çox da müfəssəl inkiĢaf etdirməyin qətiyyən yeri deyil. Bununla belə, biz
heç də təmkinimizi pozmadan, fikri təshihlərimizi və hətta hiddətimizi unutmadan, bir Ģeyi etiraf
etməyə məcburuq. Biz hər dəfə bir adamda sonsuzluğa doğru bir meyil duyduğumuz zaman,
bunu yaxĢı, yaxud pis baĢa düĢməyimizdən asılı olmayaraq, bu adama qarĢı hörmət bəsləyirik.
Sinaqoqada, məsciddə, paqodada, viqvamda bizim nifrət etdiyimiz bir cəhətlə bərabər, ehtiram
etdiyimiz bir əzəmət də vardır. BəĢəriyyət kimi bir ekranda əks edən Tanrı – seyr üçün, sonsuz
xəyalat üçün nə qədər gözəl bir mövzudur!
ĠKĠNCĠ FƏSĠL.
Monastır tarixi bir faktdır.
Tarix, əql və həqiqət nöqteyi-nəzərindən rahiblik pislənməlidir.
Bir millətin içində geniĢ bir Ģəkildə yayılmıĢ və ölkədə çox yer tutmuĢ monastırlar bu millətin
hərəkətinə mane olur, onun yolunu kəsir, sədd çəkir, zəhmət mərkəzinə çevrilməli olan bir yeri
avaraçılıq mərkəzinə çevirir. Rahib icmalarının böyük ictimai icmalara nisbəti, bağa bürcünün
palıd ağacına və ziyilin insan vücuduna nisbəti kimi bir Ģeydir. Onların tərəqqi və yüksəliĢi
ölkənin zəifləməsi, taqətdən düĢməsi deməkdir. Mədəniyyətin uĢaqlıq çağlarında faydalı olan və
öz mənəvi təsiri ilə adətlərin sərtliyini yumĢaldan monastır quruluĢu xalqların həddi-büluğa
çatdığı dövrdə ziyanlı bir Ģeydir. Bundan baĢqa, monastırlarda onların süqutu dövründə
əxlaqsızlıq əmələ gəldikdən sonra bu quruluĢ hələ də bir nümunə olmaqda davam etdiyindən,
pak olduğu zaman faydalı olduğu eyni səbəblərə görə, artıq zərərli bir quruluĢa çevrilir.
Tərki-dünyalıq dövrü artıq keçmiĢdir. Müasir mədəniyyətin yenicə əmələ gəldiyi dövrdə faydalı
olan monastırlar, mədəniyyətin sonrakı inkiĢafına mane olmağa baĢladılar, onun inkiĢafı üçün bir
təhlükə törətdilər. Bu monastırlar, insanı formalaĢdıran bir institut, bir vasitə kimi onuncu əsrdə
səmərəli olduqları halda, on beĢinci əsrdə mübahisəli oldular, on doqquzuncu əsrdə isə
iyrəncdirlər. Bu cuzam xəstəliyi Ġtaliya və Ġspaniya kimi iki gözəl milləti, demək olar ki,
iliklərinə qədər məhv etdi, halbuki bir sıra əsrlər boyu bu ölkələrin biri Avropaya iĢıq, o biri isə
zinət və calal gətirmiĢdir. Əgər bu iki Ģanlı millət müasir dövrdə həmin xəstəlikdən sağalmağa
baĢlayırsa, buna yalnız 1789-cu ilin cansağlığı gətirən sağlam havası sahib olmuĢdur.
Əsrimizin əvvəllərində hələ də Ġtaliyada, Avstriyada, Ġspaniyada təsadüf etdiyimiz monastır,
qədim monastır, xüsusilə qadın monastırı orta əsrlərin ən qorxunc təcəssümlərindən baĢqa bir Ģey
deyildir. Belə monastırlar bütün dəhĢətlərin özəyi deməkdir. Katolik monastırı öz varlığı etibarilə
məĢum ölüm parıltısı ilə doludur.
Ən qorxunc monastır Ġspaniya monastırlarıdır. Bu monastırların qaranlıqlarında, zülmətlə dolu
qübbələrin, bulanıq kölgələr içərisində qərq olan günbəzlərin altında, məbəd kimi uca, massiv və
nəhəng mehrablar yüksəlir; orada zülmət içində, zəncirlərdən böyük ağ çarmıxlar sallanır, orada
qarağacın üzərində fil sümüyündən böyük çılpaq Ġsalar uzanır; bu Ġsalar qana bulaĢmıĢdır, daha
doğrusu, onların bədənindən qanlar axır, dirsəklərinin sümükləri çıxmıĢ, dizlərinin dərisi
soyulmuĢ, yaralarının içindən ətləri görünən bu bədənlər eybəcər olmaqla bərabər həm də
gözəldir. Qızıl mıxlarla mıxlanmıĢ olan bu Ġsaların baĢlarında gümüĢ tikanlardan cələnglər var,
alınlarında yaqutdan qan damcıları, gözlərində isə almazdan göz yaĢları parlayır. Bu almazlar və
yaqutlar nəmli görünür, onlar çarmıxın ayaq tərəfindəki, örtüklərə bürünmüĢ insanları ağladır, bu
ağlayan insanların bədəni dəmir uclu qamçılardan və qıl köynəklərdən yara olmuĢdur, söyüd
çubuqlarından toxunulmuĢ qəfəs onların sinəsini sıxır, dizləri isə daim dua vaxtı diz üstə
dayanmaqdan yaralıdır. Bunlar Ġsaya ərə getdiklərini zənn edən qadınlardır; özlərini mələk zənn
edən kabuslardır. Bu qadınlar bir Ģey düĢünürmü? Yox. Onların arzuları varmı? Yox. Onlar
sevirmi? Yox. Onlar yaĢayırmı? Yox. Onların əsəbləri sümüyə dönmüĢ, sümükləri isə daĢa.
Onların örtükləri gecə qaranlığından hörülmüĢdür. Onların örtük altında nəfəs almaları faciəli bir
ölüm nəfəsinə bənzər. Kabusa bənzəyən monastır rəisi həm onlara xeyir-dua verir, həm də onları
qorxu içərisində saxlayır. Burada günahsızlıq bütün Ģiddəti ilə hökm sürur. Qədim Ġspaniya
monastırları belə monastırlardır. Onlar qorxunc dindarlığın yuvası, bakirələrin cinayət ocağı,
vəhĢilik məskənidir.
Katolik Ġspaniyası Romanın özündən də artıq Roma təbiətinə malik idi. Ġspaniya monastırı
baĢlıca olaraq, katolik monastırı idi. Orada ġərqin ruhu hiss olunurdu. Göylərin qızlar ağası olan
arxiyepiskop Tanrının ehtiyacları üçün hazırlanmıĢ ruhlar sarayında casusluq edir və onları
qapalı saxlayırdı. Rahibə – hərəm, keĢiĢ – xadim demək idi, ən çox dindar olanlar yuxuda Ġsanın
sevgilisi və arvadı olurdular. Gecənin qaranlığından gözəl bir gənc xaçdan enər və hücrəni cuĢa
gətirərdi. Çarmıxa çəkilən sultan olduğu halda, onun mistik məĢuqəsini canlı həyatın
təəssüratından uca divarlar qoruyardı. Xarici aləmə salınan yeganə bir nəzər belə xəyanət
sayılırdı. Dəri torbanı in-pace1 əvəz edərdi. ġərq aləmində dənizə atılanları Qərb aləmində yerin
dərinliklərinə atırdılar. Ġstər ġərqdə və istərsə də Qərbdə qadınlar ümidsiz halda qollarını
sallardılar; ġərq qadınlarının qisməti dalğalar, Qərb qadınlarının qisməti isə məzar idi; orada
qadınlar suda boğular, burada qadınlar yerin altında dəfn edilərdi. Nə qədər dəhĢətli bir təĢbeh!
Bu faktları inkar etmək iqtidarında olmayan köhnəlik tərəfdarları bu gün istehzalı təbəssümlə
yaxalarını qurtarmağa çalıĢırlar. Bu gün münasib və xüsusi bir əda ilə tarixin ifĢalarını rədd
etmək, fəlsəfənin kommentarilərini məhv etmək, bütün əngəlli faktların və qaranlıq məsələlərin
üstündən keçmək dəb düĢmüĢdür. Zirək adamlar bunu dəbdəbəli sözlər üçün bir bəhanə
adlandırırlar. Sadəlövh adamlar isə onların sözlərini təkrar edərək: ―Bu dəbdəbəli sözdən baĢqa
bir Ģey deyildir‖ deyirlər. Jan-Jak cümləpərdazdır, Didro – cümləpərdazdır, Kalası, Labarı və
Sirveni müdafiə edən Bolter – cümləpərdazdır. Birisi – kim olduğu yadımda deyildir, – bir az
bundan əvvəl isbat edirdi ki, Tasit də cümləpərdaz olmuĢdur. Neron isə – tarixin qurbanıdır,
―zavallı Olofernə‖ gəlincə, mütləq onun taleyinə təəssüf edilməlidir.
Lakin faktlar inadlı olur, onları asanlıqla çaĢdırmaq olmaz. Brüsseldən səkkiz lyö məsafədə – bu,
daim əlimizin altında olan orta əsrlərin həqiqi bir nümunəsidir – Vilye abbatlığında, vaxtilə
monastır həyəti olan bir çəməndə ―daĢ torbalardan‖ qalma çalaları və Dil çayı sahilində, yarısı
yerin, yarısı isə suyun altında olan daĢdan tikilmiĢ dörd zindanı bu əsərin müəllifi öz gözləri ilə
görmüĢdür. Bunlar in-pace idi. Bu zindanların hər birində dəmir qapılar, ayaqyolu və Ģəbəkəli bir
pəncərə qalmıĢdı, bayır tərəfdən bu pəncərə sudan iki fut, içəri tərəfdən isə – torpaqdan altı fut
hündürdədir. Çay dörd fut hündürlükdə divarlar boyu axır. Zindanın döĢəməsi həmiĢə yaĢdır. Bu
yaĢ torpaq – in-pace də həbs olunan adamın yatağı idi. Bu zindanların birində divara mıxlanmıĢ
dəmir bir xaltanın parçası qalmıĢdır. BaĢqa bir zindanda isə dörd qranit parçasından ibarət
kvadrat bir qutu qalmıĢdır; bu qutu, içində uzanmaq üçün çox qısa olduğu halda, ayaq üstə
dayanmaq üçün də çox alçaq idi. Canlı insanı bu qutu içinə qoyar, üstünü isə qranit tava ilə
örtərlərmiĢ. KeçmiĢdə belə olub. Bunu görmək də olar. Buna toxunmaq belə olar. Bu in-pace-lər,
bu zindanlar, bu dəmir qarmaqlar, bu xaltalar, bu yaxında axan çayla bir səthdə olan uca dəlmə
bacalar, məzar kimi üstü qranitlə örtülən və məzardan yalnız içində canlı bir insanın olması ilə
fərqlənən bu daĢ qutular, yatağı əvəz edən bu palçıqlı yer, ayaqyolu sayılan bu dəlik, arasından
daim su sızan bu divar! Bu cümləpərdazlara bax!
ÜÇÜNCÜ FƏSĠL.
KeçmiĢə nə Ģərtlə hörmət bəsləmək olar.
Vaxtilə Ġspaniyada olduğu Ģəkildə və indiyə qədər belə Tibetdə olduğu Ģəkildə rahiblik
mədəniyyət üçün vərəm xəstəliyi kimi bir Ģeydir. Rahiblik həyatı tamamilə dayandırır. Rahiblik
açıq-açığına ölkəni xarabaya döndərir. Monastıra qapanmaq – axtalanmaq deməkdir. Rahiblik
Avropa üçün fəlakət olmuĢdur. Hələ bu fəlakətə vicdan üzərində tez-tez göstərilən təcavüzləri,
zorla rahib etməyi, monastıra istinad edən feodallıq quruluĢunu, həddindən artıq böyük olan
ailələrin baĢçılarına ailənin kiçik üzvlərini zorla monastırda dustaq etmək hüququnu verən
böyüklük ixtiyarı, indicə bəhs etdiyimiz zülmkarlıqları, in-pace-ləri, qıfıl vurulmuĢ ağızları,
zindana salınmıĢ fikirləri, rahib əhdlərinin zindanına salınmıĢ saysız-hesabsız bədbəxt insanları,
sxema qəbulunu, diri-diri basdırılmağı da əlavə edə bilərsiniz. Bütün millətin düçar olduğu
düĢkünlüyə bu adamların da iztirablarını əlavə etsəniz, kim olursunuz olun, cübbə və bürüncək
qarĢısında, bəĢəriyyətin icad etdiyi bu iki kəfən qarĢısında mütləq sarsılacaqsınız.
Lakin fəlsəfəyə, tərəqqiyə baxmayaraq, on doqquzuncu əsrin ən qızğın dövründə, rahiblik bəzi
yerlərdə və bəzi cəhətlərdən yenə də inadla yaĢamaqda davam edir və hal-hazırda zahidliyin
anlaĢılmaz Ģiddətlənməsi mədəniyyət dünyasını heyrət içində qoyur. Vaxtı keçmiĢ əsasların yenə
də inad göstərərək öz ömürlərini uzatmağa cəhd etmələri ona bənzər ki, xarab olmuĢ ətirlər
zəhləmizi tökərək, yenə onlarla saçlarımızı ətirləməyi tələb etsin, yaxud iylənmiĢ bir balıq israr
edə ki, onu yesinlər, ya da bir uĢaq paltarı tələb edə ki, böyüklər də onu geyinsin, yaxud bir ölü
yenidən bu dünyaya qayıdaraq, canlı insanları qucaqlamaq istəsin.
Paltar deyir: ―Vəfasız! Mən sizi soyuqdan qorumuĢam, bəs necə olur ki, indi mən sizə lazım
olmuram?‖. Balıq deyir ki: ―Mən dənizlər qoynunda anadan olmuĢam!‖. Ətir də deyir: ―Bir
zaman mən gül idim!‖. Ölü deyir: ―Bir zaman mən sizi sevirdim!‖. Monastır isə deyir: ―Bir
zaman mən sizin gözünüzü açmıĢam‖.
Lakin bütün bu iddiaların ancaq bir cavabı var: ―O zaman getdi‖.
ÇürümüĢ bir üsul-idarənin axıra qədər davamını arzu etmək, mumiyalanmıĢ bir cənazə vasitəsilə
insanları idarə etmək üçün can atmaq, sarsılmıĢ ehkamı bərpa etmək, rakanın1 qızıl suyuna
salmaqla təzələmək, monastırları təzələmək, yenə Nuhun gəmisinə və övliya sümüklərinə sitayiĢ
etmək, mövhumatı diriltmək, fanatizmə qida vermək, buxurdanlara yeni dəstəklər və Ģpaqalara
yeni saplar quraĢdırmaq, rahibliyi və militarizmi diriltmək, parazitləri çoxaltmaq yolu ilə
cəmiyyəti xilas etmək mümkün olduğuna inanmaq, bu günün boğazına zorla keçmiĢi bağlamaq
çox qəribə görünür. Bununla belə bu cür nəzəriyyələri inkiĢaf etdirən nəzəriyyəçilər vardır. Bu
nəzəriyyəçilər, ağıllı adam olsalar da, çox sadə bir üsula əl atırlar, onlar keçmiĢin üstünə suvaq
çəkir və buna ictimai quruluĢ, ilahi hüquq, ailə, əcdada hörmət, əsrlərin nüfuzu, müqəddəs
ənənələr, qanunilik, din adını qoyurlar və ―Buyurun, payınızı ala bilərsiniz, ey insanlar!‖ deyə
bağıra-bağıra gedirlər. Lakin bu cür məntiqə qədim insanlar da bələd idi. Bu məntiqi
aruspisiyalar tətbiq edərdi. Onlar qara buzovun tüklərini tabaĢirlə ağardıb deyərdilər: ―Bu buzov
ağdır‖ Bos cretatus1 Bizə gəlincə, biz bəzən keçmiĢə hörmət bəsləyirik, ona hər yerdə rəhm
edərik, təki qəbrində rahat yatmağa razı olsun. Lakin o inadla qəbrindən xortlamaq istəyirsə, biz
ona hücum edərək öldürməyə çalıĢarıq.
Mövhumat, riya, yalançı möminlik, xurafat, yəni xəyali bir Ģey olan bu kabuslar və kölgələr yenə
də həyata sarmaĢıb yox olmaq istəmirlər: onlar puç bir Ģey olsalar da, diĢləri, caynaqları
kəskindir; onlarla əlbəyaxa vuruĢmalı, hərb etməli, nəfəs almağa qoymamalıyıq, çünki
bəĢəriyyətin ən məĢum qismətlərindən biri daim kabuslarla mübarizə aparmaqdır. Kabusun və
kölgənin boğazından yapıĢıb yerə çırpmaq isə çətindir.
On doqquzuncu əsrin ortasında Fransada monastır – gün iĢığında bir bayquĢ yığıncağı deməkdir.
1789, 1830 və 1848-ci illəri görmüĢ olan bir Ģəhərin mərkəzində açıqdan-açığa zahidliyi təbliğ
edən monastır, Parisdə qol-qanad açan bu Roma həqiqi bir anaxronizmdir. Adi vaxtda
anaxronizmi aĢkar etmək və onu aradan qaldırmaq üçün yalnız sikkəsinin tarixinə baxmaq
kifayətdir. Lakin yaĢadığımız zəmanə adi bir zəmanə deyildir.
Mübarizə edək!
Mübarizə edək, lakin ehtiyatla mübarizə edək. Həqiqətin bir xüsusiyyəti var ki, o da heç bir
zaman mübaliğəyə yol verməməkdir. Onun mübaliğəyə ehtiyacı yoxdur. Məhvi zəruri olan bəzi
Ģeylər var, lakin bəzi Ģeylər də var ki, onu yalnız iĢıqlandırmaq və nə olduğunu aydınlaĢdırmaq
lazımdır. Məsələnin xeyirxahlıqla və ciddi bir Ģəkildə öyrənilməsində böyük bir qüvvə vardır! O
yerdə ki sadə bir gün iĢığı kifayətdir, yanğın alovlarına nə ehtiyac var!
Demək, biz on doqquzuncu əsrdə yaĢayaraq, istər Asiyada, yaxud Avropada, istər Hindistanda,
yaxud Türkiyədə, bir sözlə harada olursa olsun, tərki-dünyalıq və zahidliyə qarĢı ümumiyyətlə,
düĢmən münasibəti bəsləyirik. ―Monastır‖ demək ―bataqlıq‖ demək kimi bir Ģeydir. Hər ikisinin
çürümək xassəsi olduğu aydındır, istər monastırın və istərsə bataqlığın axmaz suları zəhərlidir,
onların qıcqırmasından insanlar qızdırmaya düçar olur, xalqlar taqətdən düĢür. Onların artması
insanlar üçün Misir müsibətinə çevrilir. Biz içində cürbəcür fikirlərin, bonzaların, müsəlman
dərviĢləri və zahidlərinin, kalugerlərin, marabutların, Budda ruhanilərinin və dərviĢlərinin
həĢərat kimi qaynaĢdığı ölkələrin müsibətlərini dəhĢətlə düĢünürük.
Bununla belə, din məsələsi mövcuddur. Bu məsələnin müəyyən əsrarlı, demək olar ki, qorxunc
cəhətləri var. Bu cəhətləri diqqətlə nəzərdən keçirmək üçün bizə icazə verilsin.
DÖRDÜNCÜ FƏSĠL.
Monastır prinsiplər nöqteyi-nəzərindən.
Ġnsanlar bir yerə toplaĢır və bir yerdə yaĢayırlar. Hansı hüquqa görə? BirləĢmək hüququna görə.
Onlar qapanıb dünyadan çəkilirlər. Hansı hüquqa görə?
Bu hüquqa görə ki, hər bir insanın öz qapısını açmağa və bağlamağa ixtiyarı vardır.
Onlar evlərinin dörd divarını tərk etmirlər. Hansı hüquqa görə? Çünki hər bir insanın sərbəst
hərəkət etməyə və o cümlədən öz evindən çıxmamağa ixtiyarı var.
Lakin onlar öz evlərində nə edirlər?
DanıĢanda pıçıltı ilə danıĢırlar, baĢlarını aĢağı salırlar, iĢləyirlər. Onlar dünyadan, Ģəhərlərdən,
zövqlərdən, nəĢələrdən, boĢ-boĢuna əlləĢməkdən, lovğalıqdan, tamahkarlıqdan əl çəkirlər. Onlar
qaba yundan, yaxud qaba kətandan paltar geyinirlər. Onların heç birinin heç bir mülkiyyəti
yoxdur. Belə bir icmaya qədəm basanda, varlı da dönüb yoxsul olur. Onun nəyi varsa, hamıya
verir. Necə deyərlər, əsil-nəcabəti olanlar – dvoryanlar, zadəganlar artıq adi bir kəndli ilə bərabər
olur. Hamının hücrəsi eynidir. Hamı eyni rahiblik əhdini verir, eyni ləbbadə geyinir, eyni qara
çörəyi yeyir, eyni küləĢ üstündə yatır, eyni kül üstündə can verir. Əyinlərində eyni giĢ paltar,
bellərində eyni kəndirlər. Əgər ayaqyalın getmək tələb olunursa, hamı ayaqyalın gəzir. Onların
arasında da ola bilər, lakin knyaz da hamı kimi kölgədən baĢqa bir Ģey deyildir. Artıq heç bir
rütbə yoxdur. Familiyalar belə artıq yox olur. Yalnız adlar qalır. Yeni qoyulan adlar hamını
bərabərləĢdirir. Ġnsanlar öz doğma ailələrindən, qan qohumlarından ayrılır, mənəvi ailələr
yaradırlar. Artıq onların bütün bəĢəriyyətdən baĢqa heç bir qohumları yoxdur. Onlar yoxsullara
kömək edir, xəstələrə baxırlar. Tabe olmaq istədikləri adamları özləri seçirlər. Onlar bir-birinə
―qardaĢ‖ deyə xitab edirlər.
Siz mənim sözümü kəsib deyirsiniz: ―Bu ki, ideal bir monastırdır!‖.
Bəli, əgər belə bir monastır mümkün olsaydı, mən onu nəzərə almalı idim.
Elə buna görə də kitabın daha əvvəlki hissəsində monastırdan hörmətlə bəhs etdim. Əgər orta
əsrləri unutsaq, Asiyanı unutsaq, tarixi və siyasi məsələləri baĢqa bir zəmanəyə təxirə salsaq, o
halda sırf fəlsəfə nöqteyi-nəzərindən, mübariz siyasət tələblərini nəzərə almadan, rahibliyə
könüllü surətdə daxil olmaq və könüllü surətdə monastırda yaĢamaq Ģərtilə, mən hər zaman
rahibliyin icma əsaslarına müəyyən bir diqqətlə, bəzi hallarda isə hətta xeyirxah bir ciddiyyətlə
yanaĢmağa hazıram. Ġcma olan yerdə kommuna olar. Kommuna olan yerdə hüquq olar. Monastır
bu düsturun məhsuludur. Bərabərlik, QardaĢlıq. Ey əzəmətli azadlıq! Bu azadlıqla nə qədər
parlaq bir təbəddülat əlaqədardır! Azadlıq olsaydı, monastır respublikaya çevrilərdi.
Sözümüzə davam edirik.
Bu dörd divar arasında dustaq edilən, qaba ləbbadə geyinən bu kiĢilər, bu qadınlar hamısı
bərabərdir, hamısı bir-birinə qardaĢ, bacı deyir. Çox gözəl, lakin onlar baĢqa iĢlə də məĢğul
olurlarmı?
Bəli, məĢğul olurlar.
Onların məĢğul olduğu iĢ nədir?
Onlar gözlərini qaranlığa dikir, diz çökür, qollarını bükürlər.
Bu nə deməkdir?
BEġĠNCĠ FƏSĠL.
Dua.
Onlar dua edirlər.
Kimə?
Allaha.
Allaha dua etmək nə deməkdir?
Bizdən xaric sonsuzluq deyilən bir Ģey varmı? O vahidmidir, permanentmidir, immanentmidir?
Sonsuz olduğuna görə, mütləq substansionalmıdır? Bir də orada, bizim xaricimizdə,
substansiyası olmasaydı, o, məhdud ola bilərdimi? Sonsuz olduğuna görə, o mütləq
məquldurmu? Bəs orada, bizim xaricimizdə, o məqul olmasaydı, sonu olardımı? Biz özümüzə
yalnız Ģəxsi varlıq ideyasını aid edə bildiyimiz halda, bu sonsuzluq bizdə kainatın mahiyyəti
ideyasını oyadırmı? BaĢqa sözlə, biz ona nisbətən yalnız nisbi məfhum olduğumuz halda, özü
mütləq bir məfhum deyilmi?
Bundan baĢqa, xaricimizdəki sonsuzluqla bir zamanda, daxilimizdə baĢqa bir sonsuzluq da
varmıdır? Bu iki sonsuzluq (nə qədər də dəhĢətli bir cəm rəqəmi) bir-biri üzərinə lay-lay
yatmırmı? Bu ikinci sonsuzluq, necə deməli, birinci sonsuzluğun altında deyildir ki? Bəlkə, o, bir
güzgü, bir inikas, bir əks-səda, bir uçurumdur ki, bunun da baĢqa bir uçurumla ümumi mərkəzi
var? Bu ikinci sonsuzluğun da birinci sonsuzluq kimi ağlı varmıdır? O, düĢünürmü? Sevirmi?
Arzu edirmi? Əgər hər iki sonsuzluğun ağlı varsa, o halda hər ikisinin iradə ibtidası var, istər ali
və istərsə aĢağı sonsuzluğun özünəməxsus ―mənliyi‖ var. Bu aĢağı ―mənlik‖ – ruhdur, ali
―mənlik‖ isə – Allahdır.
Fikrən aĢağı sonsuzluğu ali sonsuzluqla təmas dərəcəsinə gətirmək də dua etmək deməkdir.
Ġnsan ruhundan heç bir Ģey iddia etməyək: ləğv etmək pis Ģeydir. Ġslah etmək və dəyiĢmək
lazımdır. Ġnsanın bəzi qabiliyyətləri məchuliyyətə meyil edir, məsələn, fikir, xəyal, dua.
Məchuliyyət – okean deməkdir. Bəs Ģüur nədir? ġüur məchuliyyətə doğru aparan bir kompas
deməkdir. Fikir, xəyal, dua – əsrarın saçdığı qüdrətli bir nurdur. Onlara hörmət edək. Ruhun
əzəmətlə saçdığı bu Ģüalar haraya meyil edir? Qaranlığa; yəni iĢığa.
Demokratiyanın da əzəməti bəĢəriyyət aləmində heç bir Ģeyi rədd etməməkdə, inkar
etməməkdədir. Ġnsan hüququ ilə yanaĢı olaraq – hər halda, onun yaxınlığında – Ruhun da
hüququ var.
Fanatizmi sarsıtmaq və sonsuzluğa pərəstiĢ etmək – qanun budur. Kainatın əsasları qarĢısında diz
çökərək, onun ulduzlarla dolu, saysız-hesabsız qollarının seyri ilə kifayətlənmək olmaz. Bizim
borcumuz var: biz insan ruhunu bəsləməli, əsrarı möcüzdən müdafiə etməli, dərk etmədiyimizə
hörmət bəsləyərək, mənasızlıqları rədd etməli, izah edilməyənlər sahəsinə yalnız zəruri olanları
buraxmalı, etiqadları sağlamlaĢdırmalı, dini mövhumatdan azad etməli, Allah adı ilə tüfeyli
həyat sürənləri məhv etməliyik.
ALTINCI FƏSĠL.
Duanın inkar edilməz Ģəfaları.
Dua etmək üsullarına gəlincə, hər bir üsul yaxĢıdır, yalnız səmimi olsun. Dua kitabınızı üzüaĢağı
çevirin və sonsuzluğa qovuĢun.
Sonsuzluğu inkar edən bir fəlsəfə olduğu bizə məlumdur. GünəĢi inkar edən bir fəlsəfə də var;
patologiya sahəsinə aid olan bu fəlsəfəyə korluq deyirlər.
Məhrum olduğumuz bir hissi həqiqət mənbəyi zənn etməyi ancaq həyasızcasına özünə güvənən
korlar bacarar.
Bu korlar kimi gözübağlı yeriyən fəlsəfənin, Allahı seyr edən fəlsəfəyə yuxarıdan aĢağı,
təkəbbür və tənəzzülə baxması da çox maraqlıdır. O, ―Onların özləri də, günəĢləri də nə qədər
miskindir‖ deyə bağıran köstəbəklərə bənzər.
ġöhrət qazanmıĢ, müdrik ateistlər olduğu bizə məlumdur. Qəlblərinin dərinliyində, öz hikmətləri
sayəsində həqiqəti dərk etmək dərəcəsinə gələn bu ateistlər öz ateizmlərinə çox da inanmırlar.
Onlara baĢqa ad qoyulsaydı, daha düz olardı. Hər halda, onlar Allaha inanmasa belə, ağıllarının
əzəməti özü-özlüyündə Allahın varlığını sübut edir.
Biz onları filosof kimi alqıĢladığımız halda, onların fəlsəfəsini amansızcasına rədd edirik.
Bəzilərinin çox asanlıqla özlərini sözlə qoruması heyrətə layiqdir. ġimalda mövcud olan və
dumanlı ibarələri sevən bir metafizika məktəbi, ―qüvvə‖ sözünü ―iradə‖ sözü ilə əvəz edərək,
insanların Ģüurunda inqilab yaratdığını güman etmiĢdi.
―Bitki göyərir‖ əvəzinə ―bitki istəyir‖ demək, ―kainat istəyir‖ sözləri də əlavə edilmiĢ olsaydı,
əlbəttə, çox səmərəli ola bilərdi. Nə üçün? Çünki bunun nəticəsi belə ola bilərdi: bitki istəyir,
demək bitkinin öz ―mənliyi‖ var, kainat da istəyir, demək kainatın da öz Allahı var.
Bizə gəlincə, biz bu məktəbin əksinə olaraq, ―apriori‖1 heç bir Ģey rədd etməsək də, yenə də bu
məktəbin etiraf etdiyi kimi bitkidə iradə olduğuna yol vermək, bu məktəbin inkar etdiyi kimi
kainatda iradə olduğuna yol verməkdən daha çətindir.
Sonsuzluğun iradəsini, yəni Allahın iradəsini inkar etmək yalnız sonsuzluğu inkar etmək Ģərti ilə
mümkündür. Bunu artıq isbat etdik.
Sonsuzluğun inkarı bilavasitə nihilizmə aparır. Hər bir Ģey ―ağlın uydurması‖na çevrilir.
Nihilizm ilə mübahisə etməyin heç bir mənası yoxdur, çünki məntiqi nihilist öz müsahibinin
varlığına Ģübhə etməklə bərabər, öz varlığına da o qədər əmin deyildir.
Nihilistin nöqteyi-nəzərincə, onun özü, özü üçün ―ağıl uydurması‖ ola bilər.
Lakin o, nəzərə almır ki, ―ağıl‖ sözünü iĢlədər-iĢlətməz bütün inkar etdiklərini yenə özü bir küll
halında təsdiq edir.
Bir sözlə, hər bir Ģeyi bir hecalı ―yox‖ sözü ilə izah edən fəlsəfə üçün fikirləĢmək yolu bağlıdır.
―Yox‖ sözünün yalnız bir cavabı var: ―Hə!‖.
Nihilizm insanı çıxılmaz vəziyyətdə qoyur.
Yoxluq yoxdur. Sıfır mövcud deyil. Hər Ģey bir Ģeydir. Heçin özü də bir Ģeydir.
Ġnsanı yaĢadan yalnız çörək deyil, təsdiq və etirafdır.
Görmək və göstərmək kifayət deyil. Fəlsəfə fəal olmalıdır. Fəlsəfənin meyili və məqsədi insanın
kamala yetiĢməsi olmalıdır. Sokrat Adəmda təcəssüm etməli və Mark Avrelini yaratmalıdır.
BaĢqa sözlə, həyatsevər insanda həkim insanı kəĢf etməlidir. BehiĢti Aristotelin Ədəmi ilə əvəz
etməlidir. Elm dirilik vasitəsi olmalıdır. Zövq, nəĢə almaqdan da miskin bir məqsəd və puç bir
Ģöhrətpərəstlik ola bilərmi? Heyvan da zövq alır. DüĢünmək – budur insan ruhunun həqiqi
qələbəsi! SusamıĢ insanlıqda fikir badəsini təqdim etmək, Allahı dərk etmək hissini bütün
insanlara bir həyat cövhəri kimi vermək, insanların qəlblərində vicdanı biliklə qardaĢ olmağa
məcbur etmək, bu əsrarlı ittifaq sayəsində insanları ədalətli etmək – həqiqi fəlsəfənin qayə və
məqsədi budur! Əxlaq – həqiqətlərin çiçəklənməsi deməkdir. Baxıb düĢünməyin sonu hərəkətdir.
Absolyut məqsədə uyğun olmalıdır. Elə bir vəziyyət yaranmalıdır ki, insan zəkası idealı bir hava
kimi uda bilsin, sora bilsin, həzm edə bilsin. Məhz ideal bu sözləri deyə bilər: ―Alın məni, yeyin
məni, bu mənim bədənimdir, bu mənim qanımdır‖. Hikmət – müqəddəs nemətdir. O, yalnız bu
Ģərtlə elmə qarĢı səmərəsiz bir məhəbbət dərəcəsindən çıxır və insanları birləĢdirmək üçün
yeganə və əsas vasitə olmaqla fəlsəfədən dinə çevrilir.
Fəlsəfə öz zövqü üçün və yalnız bir maraq xatirinə sirri seyr etməkdən ötrü yüksəldilmiĢ bir
qüllə olmamalıdır.
Biz isə fikrimizi baĢqa bir zamanda inkiĢaf etdirmək niyyətində olduğumuzdan, yalnız bunu deyə
bilərik. Ġki hərəkətverici qüvvə olmadan nə bir çıxıĢ nöqtəsi kimi insanın, nə də bir məqsəd kimi
tərəqqinin mənası yoxdur.
Bu iki qüvvə isə – iman və məhəbbətdir.
Tərəqqi bir məqsəd, ideal bir nümunədir.
Ġdeal, absolyut, kamal, sonsuzluq – eyni mənanı ifadə edən sözlərdir.
YEDDĠNCĠ FƏSĠL.
Məzəmməti ehtiyatla etməli.
Tarixin və fəlsəfənin üzərində əbədi və eyni zamanda sadə vəzifələr var: ilk keĢiĢ Kayafaya
qarĢı, hakim Əjdahaya qarĢı, qanunverici Trimalxiona qarĢı, imperator Tiveriyə qarĢı mübarizə
aparmaq – bunlar aydın, müəyyən, dəqiq bir Ģeydir, burada dumanlı və anlaĢılmaz heç bir Ģey
yoxdur. Lakin bir çox narahatlıqlar və sui-istifadə edilən cəhətlərlə bərabər, ayrıca yaĢamaq
hüququ etiraf və aman tələb edir. Tərki-dünyalıq – sırf bəĢəri məsələdir.
Aldanma məskəni olmaqla bərabər günahsızlıq məskəni, özünü aldatma məskəni olmaqla
bərabər yaxĢı niyyətlər məskəni, iztirab və əziyyət məskəni olmaqla bərabər Ģəhidlik məskəni
olan monastırlardan bəhs edərkən, demək olar ki, hər zaman həm onlara yol verməli, həm də
onları rədd etməlidir.
Monastır – ziddiyyətdir. Monastırın məqsədi qurtuluĢ olduğu halda, vasitəsi – qurban verməkdir.
Monastır – sonsuz bir fədakarlıqla əvəzi çıxan sonsuz bir xudbinlik deməkdir.
Hakim olmaq üçün hakimiyyətdən əl çəkmək – görünür, rahibliyin Ģüarı budur!
Monastırda zövq almaq üçün əzab çəkirlər. Borcu yalnız ölüm ödəyəcəyini bildikləri halda,
veksel verirlər. Yer üzündəki qaranlıq bahasına iĢıqlı göylər dünyasını satın alırlar. BehiĢt
səadətlərinin bir rəhni kimi, zəhər içirlər.
Rahiblik əhdini vermək – haqqı əbədi həyatla verilən bir intihardır.
Bizcə, burada istehza yeri deyildir. Burada hər Ģey ciddidir: xeyir də, Ģər də.
Ədalətli insan qaĢqabağını sallayar, lakin heç bir zaman istehza ilə gülməz. Bizim üçün kin deyil,
qəzəb məqbuldur.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Etiqad, qanun.
Bir neçə söz.
Biz kilsəni fitnəkarlıqla dolduğu zaman pisləyirik, mənəvi nemətlərin mühafizələri dünyəvi
nemətlər eĢqinə düĢdükləri zaman biz onlara nifrət bəsləyirik, lakin fikrə dalanlara biz hər yerdə
hörmət edirik.
Biz diz çökənləri alqıĢlayırıq.
Etiqad! Ġnsana lazım olan budur. Vay olsun heç bir Ģeyə inanmayanların halına!
Seyrə dalmaq hələ avara olmaq demək deyildir. Zəhmət iki cürdür: biri gözə görünən, biri
görünməyən.
Seyrə dalmaq da zəhmət çəkmək kimi bir Ģeydir. DüĢünmək də hərəkət etmək kimi bir Ģeydir.
Sinədə çarpazlanan qollar iĢləyir, yuyulmuĢ barmaqlar yaradır. Göylərə dikilmiĢ nəzər – hərəkət
deməkdir.
Fales dörd il hərəkətsiz qaldı. Fəlsəfənin əsaslarını da qoyan odur.
Gözlərimiz qarĢısında inzivaya çəkilənlər avara adam deyildir, rahiblər – tüfeyli deyildir.
Əsrar haqqında düĢünməyin əzəməti vardır.
Yuxarıda söylədiyimiz fikirlərin heç birindən əl çəkməməklə bərabər, biz belə güman edirik ki,
canlı insanlar heç bir zaman qəbri yaddan çıxarmamalıdırlar. Bu məsələdə keĢiĢ də, filosof da
birləĢir. Ölüm labüddür. Bu məsələdə trapistlər ordeninin abbatı Horasi ilə səs-səsə verir.
Ölüm fikrini damcı-damcı həyata yeritmək – filosof üçün də, zahid üçün də bir qaydadır. Bu
məsələdə filosof da, zahid də bir-birilə razılaĢırlar.
Maddi inkiĢaf mövcuddur və biz bunu arzu edirik. Bundan baĢqa mənəvi əzəmət vardır ki, biz
buna da can atırıq.
Yüngülməcaz və tez nəticə çıxaran adamlar deyirlər ki, fikirləri əsrara doğru çevrilən bu
hərəkətsiz kölgələrin nə mənası var? Onlar kimə lazımdır? Onlar nə ilə məĢğuldurlar?
Heyhat! Bizi əhatə edən və bizi gözləyən qaranlıq qarĢısında və son böyük çürümə nəticəsində
nə Ģəklə düĢəcəyimizi bilmədiyimiz halda, biz belə cavab verməyə məcbur oluruq: ―Bəlkə də, bu
ruhların tutduqlarından daha yüksək əməl yoxdur‖. Və əlavə edirik: ―Bəlkə də, bundan daha
faydalı zəhmət yoxdur‖.
Axı ömründə heç bir zaman dua etməyən adamların əvəzində daim dua edəcək adamlara ehtiyac
var.
Bizcə, məsələnin məğzi duaya nə qədər fikir qarıĢmasındadır.
Dua edən Leybnis – əzəmətlidir, Allaha sitayiĢ edən Volter gözəldir. Deo erexit Voltaire1.
Biz dinlərə qarĢı dini müdafiə etmək tərəfdarıyıq.
Biz duapərdazlığın bir heç olduğuna və eyni zamanda duanın ülviyyətinə inananlardanıq.
Lakin xoĢbəxtlikdən on doqquzuncu əsrə təsiri olmayacağına inandığımız bugünkü dövrdə, yəni
alçaq alınlı və alçaq ürəkli bu qədər insanların yaĢadığı dövrdə, bu qədər məxluqun nəĢəni əxlaqi
bir prinsipə çevirdiyi və hamının keçici və mənfur maddi nemətlərə aludə olduqları dövrdə – bu
dünyadan əl çəkən hər bir Ģəxs bizim nəzərimizdə hörmətə layiqdir. Monastır tərki-dünyalıq
deməkdir. YanlıĢ bir səbəbə görə edilən fədakarlıq, hər halda, fədakarlıqdır. Sərt bir səhvi bir
vəzifə kimi qarĢıya qoymaq da bir alicənablıqdır.
Əgər həqiqət sonuna qədər və ətraflı tədqiq edilmiĢ olsaydı, monastırın öz-özlüyündə və
mücərrəd bir məfhum kimi, Ģübhəsiz, müəyyən bir əzəmətə malik olduğunu etiraf etməyə
məcbur olardıq. Xüsusilə, qadın monastırları belədir, çünki cəmiyyətimizdə ən çox iztirab çəkən
qadındır və könüllü olaraq monastır inzivasına çəkilməyin özündə da bir etiraz ruhu vardır.
Bir az əvvəl bəzi xüsusiyyətlərini təsvir etdiyimiz bu qədər sərt və eyni zamanda qəmli olan
monastır həyatı azadlıqdan məhrum olduğu üçün həyat adlana bilməz və təskinlik olmadığına
görə qəbir də adlana bilməz. Bu, çox qəribə bir yerdir, o, yüksək bir dağ təpəsinə bənzər ki, bir
tərəfində bizim bu saat olduğumuz, o biri tərəfində isə bizim sabah olacağımız uçurum görünür.
Bu iki dünyanı bir-birindən ayıran dar və dumanlı bir sədd var ki, bir zamanda hər iki tərəfdən
həm iĢıqlanır, həm də qaranlıq çökür, elə bir yer ki, burada həyatın sönən iĢığı ölümün tutqun
iĢığına qarıĢır, bu boz qaranlıq məzar qaranlığıdır.
Bizə, yəni bu qadınların etiqad etdiklərinə etiqad etməyənlərə, lakin onlar kimi etiqadla
yaĢayanlara gəlincə, biz heç bir zaman bu titrəyən və tez inanan fədakar insanlara, bu təsəlli ilə
yaĢayan miskin və ülvi ruhlara, əsrarın tam kənarında, yəni onlar üçün bağlı olan dünya ilə onlar
üçün hələ qapısı açılmamıĢ olan göylər arasında yaĢamağa cəsarət edən insanlara müqəddəs və
mehriban bir qorxu duymadan, mərhəmət və hətta qibtə belə duymadan baxa bilmirik. Ruhları
görünməz bir iĢığa doğru meyil edən, bu iĢığın harada olduğunu yalnız zənn etmək səadətinə
malik olan, uçurum və məchuliyyəti axtaran bu insanlar dizi üstə, həyəcan içində, qorxu içində,
bəzən əbədiyyətin dərin təsirlərini duyaraq heyran və məftun nəzərlərini hərəkətsiz bir zülmətə
doğru dikmiĢlər.
BĠRĠNCĠ FƏSĠL.
Burada monastıra girmək üsulundan bəhs olunur.
Jan Valjan belə bir qadın monastırına düĢmüĢdü. FoĢlevanın dediyi kimi o, buraya – ―göydən
enmiĢdi‖.
Jan Valjan Polonso küçəsinin tinindəki bağın hasarını aĢmıĢdı. Gecənin qaranlığında gələn bu
mələklər nəğməsi səhər duasını oxuyan rahibələrin xoru idi. Qaranlıqda rast gəldiyi bu salon
ibadətxana idi: döĢəmənin üstündə sərili gördüyü bu kölgə ―tövbə ayini‖ni icra edən bacılardan
biri idi: heyrətinə səbəb olan bu zınqırov səsi FoĢlevan babanın dizinə bağlanmıĢ zınqırovun səsi
idi.
Kozettanı yatızdırdıqdan sonra Jan Valjanla FoĢlevan yuxarıda söylədiyimiz kimi, yanar ocaq
qabağında oturub bir stəkan Ģərab və bir parça pendirlə Ģam etdilər. Sonra onlar qarovulxanadakı
yeganə çarpayıda Kozetta yatmıĢ olduğundan döĢəmə üstünə küləĢ tökərək uzanıb tez yatdılar.
Yatarkən Jan Valjan: ―Mən burada həmiĢəlik qalmalıyam‖ dedi. Bu sözlər bütün gecəni
FoĢlevanın beynindən çıxmırdı.
Doğrusunu söyləsək, heç biri bu gecə səhərə kimi yata bilmədi.
Jan Valjan Javerin onu tanımıĢ olduğunu və izinə düĢdüyünü hiss edərək Kozetta ilə birlikdə
Parisə qayıdarsa, məhv olacaqlarını gözəlcə anlayırdı. Onun baĢı üstünü alan bu yeni fırtına
qovalayaraq onu monastırın içinə soxmuĢdu, odur ki, Jan Valjan yalnız bir Ģey düĢünürdü: o,
burada qalmalı idi. Bu saat bu vəziyyətdə qalan bir bədbəxt üçün monastır həm ən qorxulu, həm
də ən təhlükəsiz bir yer idi: qorxulu idi ona görə ki, bu monastıra bir kiĢi belə girməyə cəsarət
etməzdi, burada onu tapmıĢ olsaydılar, cinayət üstündə tutulduğundan ancaq məhv ola bilərdi –
bu surətlə Jan Valjan üçün buradan yalnız bir yol vardı ki, o da həbsxanaya gedirdi, bura ən
təhlükəsiz bir yer idi, ona görə ki, buraya girməyə müvəffəq olaraq qaldıqdan sonra onu burada
axtarmaq heç kəsin ağlına gəlməzdi. YaĢamaq mümkün olmayan yerdə yaĢamaq – qurtuluĢ
demək idi.
FoĢlevan da bir tərəfdən bərk düĢünməkdə idi. Hər Ģeydən əvvəl, o, heç bir Ģey baĢa düĢmədiyini
etiraf etməyə məcbur oldu. Ətrafında uca divarlar olduğu halda cənab Madlen buraya nə cür gələ
bilmiĢdi? Monastır divarlarını sadəcə aĢmaq olmaz. Bəs necə oldu ki, o bu uĢaqla bərabər
monastırın içinə düĢdü? Düz divarlara qucağında uĢaq dırmaĢmaq olmaz. Bu uĢaq kimin
uĢağıdır, onlar ikisi də haradan gəldilər? FoĢlevan monastırda yaĢadığı zamandan Monreyl-sür-
Merdən heç bir xəbəri yox idi və orada olan hadisələri bilmirdi. Madlen baba özünü elə aparırdı
ki, ona sual vermək da ədəbsizlik olardı. Həm də FoĢlevan öz-özünə deyirdi ki, ―Müqəddəs
adamlara sual verməzlər!‖ Cənab Madlen FoĢlevanın nəzərində yenə də əvvəlki əhəmiyyətini
mühafizə edirdi. Jan Valjanın ağzından qaçırdığı bir neçə sözdən, FoĢlevan yalnız cənab
Madlenin, zamana ağır olduğuna görə, bəlkə də, iflas etmiĢ olduğunu, borclularından qaçdığını
anlaya bildi; bəlkə də, siyasi bir iĢə qarıĢmıĢ və əngələ düĢmüĢdü. Lakin bu məsələlərə görə
FoĢlevan heç də cənab Madlendən üz döndərə bilməzdi; o da Ģimalda yaĢayan bir çox
kəndlilərimiz kimi, köhnədən bonapartist ruhunda idi. Cənab Madlen bu təqiblərdən qaçmağa
çalıĢaraq, bu monastırı sığınacaq bir yer seçmiĢ və təbii bir Ģeydir ki, burada qalmaq istəyir.
Lakin FoĢlevanın anlamadığı və daim düĢünməyə məcbur olduğu ən qaranlıq məsələ cənab
Madlenin buraya nə cür gəlməsi, həm də balaca bir uĢaqla gəlməsi idi. FoĢlevan cənab Madleni
də, qızı da görür, onlara toxunur, onlarla danıĢır, lakin yenə da bunun bir həqiqət olduğuna inana
bilmirdi. Birinci dəfə idi ki, FoĢlevanın damına ağlasığmaz bir Ģey qədəm basırdı. FoĢlevan
ehtimallar içində çaĢıb qalır və heç bir Ģey təsəvvür edə bilmirdi. Onun üçün yalnız bircə Ģey
aydın idi: cənab Madlen onu ölümdən qurtarmıĢdı. Bu məsələdə o, möhkəm idi və qərar
verməsinə səbəb də, yəqin, bu oldu. FoĢlevan öz-özünə dedi ki, ―Ġndi növbə mənimdir‖. Vicdanı
isə bunu əlavə etdi: ―Araba məni əzdiyi zaman, cənab Madlen məni çıxarmaq üçün arabanın
altına atılarkən, heç bu qədər fikirləĢməmiĢdi‖. FoĢlevan cənab Madleni qurtarmağa qərar verdi.
O, yenə də özünə bir neçə sual verib bu suallara cavab verdi: ―Əgər o, oğru olmuĢ olsaydı, onun
məni xilas etdiyini yadıma salıb, mən də onu xilas edərdimmi? Əlbəttə. Əgər o, qatil olsaydı,
mən onu xilas edərdimmi? Əlbəttə. Əgər o, müqəddəs adam olsaydı, onu xilas edərdimmi?
Əlbəttə‖.
Lakin bütün çətinlik onu monastırda necə saxlamaqda idi. Bununla belə FoĢlevan belə fövqəladə
bir çətinlik qarĢısında geri çəkilmədi, qorxmadı. FoĢlevan pikardiyalı sadə bir kəndli idi; o, sərt
monastır qaydalarının və müqəddəs Benediktinin sərt nizamnaməsinin qala hasarını aĢmağa
qərar verdi, ixtiyarında isə hücum nərdivanı deyil, yalnız sədaqət, səmimi bir arzu və bir də bir
qədər köhnə kəndli hiyləgərliyi vardı ki, bu dəfə ona öz alicənab niyyətinə nail olması üçün
kömək etməli idi. Bütün ömrünü xudbin bir adam kimi yaĢamıĢ olan qoca FoĢlevan, həyatının bu
son günlərində, Ģikəst və aciz qaldığı bir zamanda, artıq həyatda heç bir Ģeylə maraqlanmadığı
halda, təĢəkkür və minnətdarlıq hissində təsəlli taparaq yaxĢılıq edə bilmək imkanına rast gəldi.
Ömründə gözəl Ģərab dadı görməmiĢ can verən bir xəstə, yanında tapdığı bir stəkan gözəl Ģərabın
üstünə atıldığı kimi, o da eyni susuzluqla bu yaxĢılıq imkanından yapıĢdı. Bundan baĢqa, neçə
illərdən bəri bu monastırda nəfəs aldığı hava onun xudpəsəndliyini məhv etmiĢ və qəlbində
yaxĢılıq etmək arzusu oyatmıĢdı.
Demək, FoĢlevan özünü cənab Madlenin ixtiyarına verməyi qərara aldı.
Biz bir az əvvəl FoĢlevanı ―pikardiyalı, sadə bir kəndli‖ adlandırdıq. Tərifimiz düz tərifdir, ancaq
natamamdır. Hekayətimizin bu mərhələsində FoĢlevan babanı bir qədər psixoloji cəhətdən
xarakterizə etmək faydalı olar. FoĢlevan baba kəndli olsa da, vaxtilə notarius yanında kargüzar
vəzifəsində qulluq etdiyindən, ağlı bir az hiyləgər olmuĢ, sadədilliyinə fərasət qarıĢmıĢ idi. Bir
çox müxtəlif səbəblərə görə iĢlərində iflas etdikdən sonra FoĢlevan kargüzarlığı ataraq arabaçı və
günəmuzd iĢləyən bir fəhlə oldu. Bununla belə, məĢğələsi söyüĢ söyməkdən və qamçı
yelləməkdən ibarət olsa da (FoĢlevanın atlarının qamçısız dolana bilmədiyi hiss olunurdu), onun
təbiəti hələ də kargüzar təbiəti idi. FoĢlevan baba fitri bir zəkaya malik idi, o, adi kəndli kimi
danıĢmazdı; söhbətdə məharətlə iĢtirak edərdi ki, belə Ģeylərə kəndlərdə az təsadüf edilər.
Kəndlilər də onun barəsində: ―O, Ģlyapalı ağa kimi bir Ģeydir‖ deyərdilər. FoĢlevan, doğrudan da,
keçən əsrin cəsarətli və yüngül dilində ―yarımĢəhərli, yarımkəndli‖ deyilən sadə adamlar
qəbilindən idi. Saraylarda daxmalar haqqında iĢlədilən məcazlarda bu adamlara: ―Nə Ģəhərlidir,
nə kəndli, nə ətdir, nə balıq‖ deyərdilər. FoĢlevan miskin, zavallı, bir ayağı qəbirdə olan kaftar
bir qoca idi. Taleyi onu çox sarsıtmıĢ və əziyyətlər çəkmiĢ olsa da, FoĢlevan yenə də ilk
niyyətinə, həm də könüllü olaraq, tabe olan bir insan idi. Bu isə elə qiymətli xasiyyətdir ki, heç
bir zaman Ģər iĢə meyil etməyə yol verməz. Hər halda, onun da məhrum olmadığı nöqsanları və
eybləri səthi bir xarakter daĢıyırdı. Bir sözlə, FoĢlevan, yaxından tanıĢ olduqda, yaxĢı təsir
bağıĢlayan adamlardan idi. Alnının yuxarı hissəsində olan və adətən kin, yaxud kütlük əlaməti
olan qırıĢıqlar onun üzündə yox idi.
FoĢlevan bütün gecəni ağır fikirlərlə keçirdikdən sonra, səhər tezdən gözlərini açdıqda, cənab
Madlenin küləĢ üstündə oturub yatmaqda olan Kozettanı seyr etdiyini gördü. FoĢlevan yerindən
duraraq:
– Siz buraya gizli gəlmiĢsiniz, – dedi. – Ġndi isə deyin görüm, buraya öz qaydası ilə girmək üçün
siz nə etmək istəyirsiniz?
FoĢlevanın bu sözləri iĢin nə vəziyyətdə olduğunu göstərirdi və Jan Valjanı dalğınlıqdan oyatdı.
Qocalar məsləhətləĢməyə baĢladılar.
FoĢlevan dedi:
– Hər Ģeydən əvvəl, mən sizə bir Ģey söyləməliyəm. Nə siz, nə də bu qız bu otaqdan bayıra ayaq
basmamalısınız. Qapıdan bayıra bir addım belə atsanız – biz məhv olarıq.
– Doğrudur.
– Cənab Madlen, siz buraya çox yaxĢı vaxtda, yəni demək istəyirəm ki, çox pis vaxtda
gəlmisiniz. Bu qoca rahibələrdən biri çox bərk xəstədir. Demək, bizə o qədər də əhəmiyyət
verməzlər. Deyəsən, o lap can verir. BaĢı üstündə dua oxuyurlar. Bütün monastır gecə-gündüz
ayaq üstədir. BaĢları bərk qarıĢıb. Can verən arvadın müqəddəs olduğunu söyləyirlər. Doğrusunu
bilmək istəsəniz, biz elə hamımız burada müqəddəs adamlarıq. Aramızda bircə fərq var ki, onlar
―bizim hücrəmiz‖ dediyi halda mən ―mənim daxmam‖ deyirəm. Bu saat can təslimi duasını
oxuyacaqlar, sonra isə ölü duasını. Bu gün biz qətiyyən narahat olmaya bilərik, ancaq sabah üçün
söz verə bilmərəm.
Jan Valjan dedi:
– Lakin bu daxma divarın içindədir, qabağında xarabalar, ətrafında isə ağaclar var, monastır
tərəfdən görünməz.
– Rahibələr də heç bir zaman bu tərəfə yaxınlaĢmazlar.
– Bəs elə isə nə var ki? – deyə Jan Valjan soruĢdu. Jan Valjanın bu sözünün axırındakı sual
iĢarəsi bu demək idi ki: ―Burada, məncə, çox gözəl gizlənmək olar‖.
FoĢlevanın da etiraz etdiyi elə bu məsələ idi:
– Bəs qızlar?
– Hansı qızlar? – deyə Jan Valjan heyrət etdi.
FoĢlevan cavab vermək üçün yenicə ağzını açmıĢdı ki, birdən zəng səsi gəldi.
FoĢlevan:
– Rahibə öldü, – dedi. – Ölüm zəngini eĢidirsinizmi?
Zəng ikinci dəfə çalındı.
– Bu, ölüm zəngidir, cənab Madlen. Cənazə kilsədən çıxarılıncaya qədər bu zəng düz iyirmi dörd
saat ərzində hər dəqiqə çalınacaqdır. Qızlar da bilirsinizmi, oynayırlar. Tənəffüs vaxtı topları
təsadüfən bu tərəfə dığırlanmıĢ olsa, qadağan edilməsinə baxmayaraq, o saat yüyürə-yüyürə
gəlib, burunlarını hər tərəfə soxmağa baĢlayacaqlar. Bu balaca mələklər lap cin tayfası kimi bir
Ģeydir.
– Kimlər? – deyə Jan Valjan soruĢdu.
– Qızlar. Onlar sizi lap tez taparlar, Ģübhə etməyə bilərsiniz. Tapandan sonra da baĢlayacaqlar
bağırmağa: ―Vay, burada kiĢi varmıĢ!‖. Lakin bu gün buraya heç kəs gəlməz. Heç bir dəyiĢiklik
olmayacaq. Bütün günü dua oxuyacaqlar. Zəngin çalındığını eĢidirsinizmi? Mən sizə
demədimmi – dəqiqədə bir dəfə vururlar. Bu, ölüm zəngidir.
– BaĢa düĢdüm, FoĢlevan baba. Burada pansion qızları var, eləmi?
Jan Valjan öz-özünə:
―Kozettanın da tərbiyəsi iĢi düzəlir‖, – deyə düĢündü.
FoĢlevan səsləndi:
– Bəs nə! Əlbəttə, burada balaca qızlar var! Gözlərinə sataĢsanız, ətrafınızda bir civilti baĢlarlar
ki! Sonra da dərhal qaçıb gedərlər! Burada kiĢi taun kimi bir Ģeydir. Görmürsünüzmü, vəhĢi bir
heyvan kimi mənim də ayağıma bir zınqırov bağlamıĢlar.
Jan Valjan dərin bir fikrə daldı.
―Bu monastır – bizim qurtuluĢumuzdur‖ deyə öz-özünə pıçıldadı. Sonra ucadan:
– Bəli, – dedi. – Ən çətin Ģey burada qalmaqdır.
FoĢlevan:
– Yox, – dedi, – ən çətin Ģey buradan çıxmaqdır.
Jan Valjan ürəyindən qanın çəkildiyini hiss etdi.
– Buradan çıxmaqmı?
– Bəli, cənab Madlen. Bir daha buraya qayıtmaq üçün əvvəlcə buradan çıxmaq lazımdır.
FoĢlevan zəngin bir daha çalınmasını gözləyib sözünə davam etdi:
– Sizi birdən-birə burada görsələr, yaramaz. O saat haradan gəldiyinizi soruĢarlar. Məncə, siz
göydən də düĢə bilərsiniz, çünki mən sizi tanıyıram. Amma rahibələrə sizin qapıdan içəri
girməyiniz lazımdır.
Birdən ikinci bir zəngin daha qəribə bir səsi gəldi.
FoĢlevan:
– Aha! – dedi. – Ġndi kapitulu dua üçün bir yerə çağırırlar. Seçici bacılar dua oxuyacaq.
Rahibələrdən biri öləndə hər dəfə belə edirlər. Arvad səhər açılanda ölüb, adətən, hamı səhər
açılanda ölür. Siz gəldiyiniz yolla çıxa bilməzsinizmi? Bura baxın, mən sizi sorğu-sual etmək
fikrində deyiləm, lakin yenə də bir deyin görüm, siz buraya neçə gəldiniz?
Jan Valjan sapsarı oldu. Yenidən bu hasarı aĢaraq bu dəhĢətli küçəyə düĢmək fikri ürəyinə
titrətmə salırdı. Pələnglərlə dolu bir meĢədən çıxaraq təhlükəsiz bir yerə düĢdükdən sonra
dostunuzun sizə yenə oraya qayıtmağı məsləhət etdiyini təsəvvür edin.
Jan Valjan bütün məhəllədə polislər, agentlər qaynaĢdığını təsəvvür edirdi. O, hər yerdə
xəfiyyələr, qarovullar, yaxasından tutmaq istəyən dəhĢətli pəncələr görürdü.
Kim bilir, bəlkə də, Javerin özü belə küçənin bir tərəfində dayanıb onu gözləyirdi.
– Mümkün deyil, FoĢlevan baba, – dedi. – Mənim göydən düĢdüyümü zənn etsəniz yaxĢı olar.
FoĢlevan cavab verdi:
– Elə mən də belə düĢünürəm, mən lap inanıram, bu barədə danıĢmasanız da olar. Görünür,
cənab Allah sizi yaxından görmək üçün yuxarı qaldırıb, əlinizdən tutmuĢ, sonra da buraxmıĢdır.
Ancaq görünür o, sizi kiĢi monastırına atmaq istəyirmiĢ, amma yanılıb, qadın monastırına atıb.
Bax, yenə zəng çalırlar. Bu zəngin mənası budur: qapıçı Ģəhər idarəsinə gedib rahibənin
öldüyünü xəbər verməli, oradan da adam göndərib ölünü müayinə edən həkim çağırmalıdırlar.
Bütün bu rəsmiyyət ölüm münasibətilədir. Bizim rahibələr bu müayinələri heç sevməzlər.
Həkimlərin hamısı kafir adamlardır, heç bir Ģeyə inanmırlar. Onlar örtüyü qaldırırlar. Bəzən
baĢqa bir Ģey də qaldırırlar. Görəsən, rahibələr bu dəfə həkim dalınca adam göndərməyə nə üçün
tələsirlər? Görəsən, nə olmuĢdur? Sizin balaca balanız da hələ yatır. Adı nədir?
– Kozetta.
– Bu sizin qızınızdır? Daha doğrusu, nəvənizdir, deyilmi?
– Bəli.
– Onun üçün buradan çıxmaq çətin olmaz. Bağçadan monastır həyətinə çıxan iĢ qapısı var. Mən
qapını döyərəm. Qapıçı açar. Əlimə bir səbət alaram, səbətin də içinə balacanı qoyaram. Sadə bir
Ģey. Burada qəribə bir Ģey yoxdur, – deyərlər ki, FoĢlevan baba səbətlə küçəyə çıxmıĢdır. Ancaq
siz qıza tapĢırmalısınız ki, dinc otursun, dinib-danıĢmasın. Səbətin üstünü pərdə ilə örtərəm. Heç
kəs onu görməz. Sonra mənim qoca bir dostum var, kar arvaddır. YaĢıl yol küçəsində meyvə
satır, hələ evində bir uĢaq çarpayısı da var. Nə qədər lazım olarsa, uĢaq onun yanında qala bilər.
Qarının qulağına bağıraram ki, bu qız mənim qardaĢım qızıdır, sabaha qədər yanında qalmalıdır.
Sonra balaca sizinlə birlikdə buraya qayıdar, hər halda, mən iĢi elə düzəldərəm ki, siz yenə
buraya qayıdarsınız. Ancaq belə olmalıdır. Lakin siz buradan neçə çıxacaqsınız?
Jan Valjan baĢını yırğaladı.
– Məni gərək heç kəs görməsin, FoĢlevan baba, bütün məsələ bundadır. Kozetta kimi məni də
səbətin içində, pərdə ilə örtüb çıxarmaq üçün bir çarə tapmalısınız.
FoĢlevan qulağını qaĢımağa baĢladı, bu da onun bərk pərt olduğunu göstərirdi.
Üçüncü dəfə zəng çalındıqda, fikrində baĢqa bir dönüĢ əmələ gəldi. FoĢlevan baba:
– Budur, mərhumları müayinə edən həkim çıxıb gedir, – dedi. – O baxıb demiĢdir: ―Elədir ki var,
o vəfat etmiĢdir‖.– Həkim behiĢtin qəbzinə qol çəkdikdən sonra, dəfn mərasimləri bürosu tabut
göndərməlidir. Əgər ölən baĢ rahibə isə, onu baĢ rahibələr tabuta qoyurlar. Əgər ölən rahibə
bacılardan biri isə, onu bacılar tabuta qoyurlar. Bundan sonra mən gedib tabutu mıxlayıram.
Tabutu mıxlamaq da mənim, yəni bağbanın vəzifəsidir. Bağban da hər zaman bir qədər
məzarçıya bənzər. Tabutu aĢağı mərtəbədəki küçəyə baxan kilsə salonuna qoyacaqlar, oraya isə
həkimdən baĢqa heç bir kiĢi girə bilməz. Məni, bir də bu tabut qaldıranları kiĢi saymırlar. Həmin
salonda mən tabutu mıxlamalıyam. Sonra tabutu qaldıranlar gələr, tabutu tələsik götürüb
apararlar – vəssalam! Göylərin, cənnətin yolu budur. BoĢ bir qutu gətirib, içinə bir Ģey qoyub
aparırlar. Dəfn də bu deməkdir.
Səhər günəĢinin çəp düĢən Ģüası xəfifcə Kozettanın üzünə toxundu. Kozetta hələ də yatırdı, ağzı
azca açılmıĢdı, günəĢin nurunu içən bir mələyə bənzəyirdi. Jan Valjanın gözü Kozettada qaldı.
O, artıq FoĢlevanı dinləmirdi.
Lakin səni dinləməsələr də hələ bu o demək deyildir ki, sən gərək susasan. Xeyirxah bağban
sakitcə və boĢ-boĢuna sözünə davam edirdi:
– Qəbiri Vojirar qəbiristanında qazırlar. Belə deyirlər ki, guya, bu qəbiristanı bağlamaq
isətyirlər. Qədim bir qəbiristandır, heç bir qaydaya, nizama tabe olmur, mundiri də yox,
yaxınlarda istefa verməyə məcbur olacaqdır. Çox təəssüf olsun, hər halda, əlveriĢli yerdir. Orada
mənim məzarçı bir dostum var. Metyen baba deyərlər. Bu monastırın rahibələrinə orada güzəĢt
edirlər – onları qəbiristana qaranlıq çökəndə aparırlar. Prefekturanın da bu xüsusda ayrıca qərarı
var. Lakin dünəndən bəri nələr olmamıĢdır: Çarmıxa çəkmə ana ölmüĢ, Madlen baba isə...
Jan Valjan qəmli bir təbəssümlə:
– BasdırılmıĢdır, – dedi. FoĢlevan dərhal bu sözdən yapıĢaraq:
– Bəli, bəli, – dedi, – Siz həmiĢəlik burada qalsaydınız, doğrudan da, basdırılımıĢ olardınız!
Dördüncü dəfə zəng səsləri gəldi. FoĢlevan tələsik mıxdan asılmıĢ zınqırovlu dizliyini götürdü və
yenə dizinə bağladı.
– Bu dəfə məni çağırırlar, – dedi.– Rəis ana məni öz yanına çağırır. Lap elədir ki, var. Toqqanın
dəmiri əlimi yaralamıĢdır. Cənab Madlen, xahiĢ edirəm, yerinizdən tərpənməyin, məni gözləyin.
Görünür, təzə xəbərlər var. Aclığınız olsa, orada Ģərab, çörək, pendir var.
FoĢlevan ―Gəlirəm, gəlirəm!‖– deyə daxmadan çıxdı.
Jan Valjan FoĢlevanın topal ayağının imkan verdiyi qədər sürətlə bağçaya tərəf getdiyini və
yeriyə-yeriyə bir gözünün ucu ilə qovun ləklərinə baxdığını görürdü.
On dəqiqə belə keçmədən FoĢlevan baba, zınqırovun səsi ilə yolda rast gələn rahibələri
qaçıraraq, qapıya yanaĢdı və yavaĢcadan qapını döydü. Ġçəridən nazik bir səs ―Amin‖– deyə
cavab verdi, bu isə ―Ġçəri girin!‖ demək idi.
FoĢlevanın döydüyü qapı, bağbanın qulluq iĢləri üçün girə bildiyi qəbul otağına açılırdı. Qəbul
otağı isə kapitulun iclas salonunun yanında idi. Rəis bu otaqdakı təkcə stul üstündə oturub,
FoĢlevanı gözləyirdi.
ĠKĠNCĠ FƏSĠL.
FoĢlevan çətin vəziyyətə düĢmüĢdür.
Müəyyən xarakterə malik olan insanlar və həmçinin müəyyən peĢə sahibləri bəzi böhranlı
vəziyyətlərdə həyəcanlı və eyni zamanda mənalı bir tövr almağı sevərlər. Bu xüsusilə din
xadimlərinə və rahiblərə aiddir. FoĢlevan içəri girdikdə, bir zaman məlahətli və təhsilli olan
madmazel Blemarın, indi isə monastır rəisi olan Günahsızlıq ananın simasında məhz belə bir
ikimənalı qayğılı ifadə görünürdü.
Bağban, hücrənin astanasında dayanıb, qorxa-qorxa baĢ əydi. Təsbeh çevirməkdə olan rəis onun
üzünə baxaraq:
– Aha, Fovan baba, sizsiniz?– dedi.
Adətən, monastırda onu bu müxtəsər adla çağırardılar.
FoĢlevan yenə baĢ əydi.
– Fovan baba, mən sizi yanıma çağırmağı əmr etmiĢdim.
– Budur, mən də gəlmiĢəm, Ģərəfli ana.
– Mən sizinlə danıĢmalıyam.
FoĢlevan:
– Mən də sizinlə danıĢmalıyam, – dedi və öz cəsarətindən özü qorxdu.– Mən də sizə bir söz
söyləməliyəm, Ģərəfli ana.
Rəis FoĢlevanın üzünə baxdı.
– Aha, siz mənə, yəqin, bir xəbər söyləmək istəyirsiniz?
– Yox, mən xahiĢ etmək fikrindəyəm.
– YaxĢı, danıĢın.
Sabiq kargüzar, xeyirxah FoĢlevan özünə qürrələnən kəndlilərdən biri idi. Nadanlıq hiyləgərliklə
birləĢdikdə, qüvvət yaranır. Belə nadanlıqdan qorxmazlar, ona görə həmiĢə onun tələsinə
düĢərlər. FoĢlevan monastırda iki ildən artıq yaĢadıqdan sonra, icmanın hörmətini qazanmıĢdı. O,
bağbanlıq iĢlərini nəzərə almasaq, daim günlərini yalqızlıqda keçirdiyindən, istər-istəməz hər bir
Ģeyə burnunu soxmağa baĢlaya bilərdi. Bu rahibə örtüyü altında gizlənərək oyan-buyana
vurnuxan qadınlardan həmiĢə aralı yaĢayan FoĢlevan əvvəlcə qarĢısında kölgələrin
qımıldanmasından baĢqa bir Ģey görmürdü. Lakin müĢahidəli və fərasətli olduğundan, nəhayət,
bu kölgələrin canlı bir insan olduqlarını duymağa baĢladı. FoĢlevanın nəzərində bütün bu ölülər
dirildi, canlandı. O, gözləri uzağı görməyə baĢlayan bir kora, yaxud qulağı yaxĢı eĢitməyə
baĢlayan bir kara bənzəyirdi. O, bu müxtəlif zəng səslərinin mənasını anlamağa çalıĢaraq, o
dərəcəyə gəldi ki, artıq bu sirli və dilsiz məskəndə onun üçün anlaĢılmaz heç bir Ģey qalmadı. Bu
sfinks artıq onun qulağına bütün sirlərini bir-bir açıb söyləyirdi. FoĢlevan hər bir Ģeyi bilir və hər
Ģey haqqında sükut edirdi. Onun ustalığı da elə bunda idi. Monastırda onu səfeh zənn edirdilər.
Din nəzərində bu böyük bir məziyyətdir. Seçici analar üçün FoĢlevan qiymətli bir adam idi. O,
maraqlanan bir lal kimi idi. Ona inanmaq olardı. Bundan baĢqa, FoĢlevan qayda-qanunu bilirdi,
o, öz daxmasından ancaq bağda, yaxud bostanda mütləq bir iĢ olduğu zaman çıxardı. Onun bu
təvazökarlığı da hörmətinin artmasına səbəb olmuĢdu. Bununla belə, FoĢlevan iki adamın dilini
açmağa müvəffəq oldu: bunlardan biri monastırdakı qapıçı, o biri isə – qəbiristandakı məzarçı
idi. Buna görə də FoĢlevan dəfn mərasiminin bütün xüsusi cəhətlərinə bələd idi. Qapıçı ilə
məzarçının sayəsində o, rahibələr haqqında iki cür məlumat toplaya bildi: məlumatın bir qismi
rahibələrin həyatını, o biri qismi isə ölümünü iĢıqlandırırdı. Lakin FoĢlevan heç bir Ģeydən sui-
istifadə etməzdi. Ġcma onu təqdir edərdi. Qoca, topal, heç bir Ģeydən baĢı çıxmayan və Ģübhəsiz,
kar olan bir kiĢi – bundan da artıq ləyaqətli bir adam ola bilərdimi? Belə adamı əvəz etmək çətin
məsələ idi.
Özünün nə qədər qiymətli olduğunu baĢa düĢən bir adam kimi, FoĢlevan olduqca dərin mənalı və
kəndli sayağı uzunçu bir nitqə baĢladı. O, hörmətli rəisə yaĢından, xəstəliklərindən, iĢinin
çətinliklərindən, artıq ikiqat artmıĢ olan qocalığından, bağın geniĢliyindən və yuxusuz
gecələrindən ətraflı danıĢdı. Misal belə gətirərək, elə bu gecə qovun ləklərini, aylı gecə olduğuna
görə həsirlə örtməyə məcbur olduğunu söylədi. Nəhayət, bütün bu məsələləri qurtarıb əsl
mətləbə gəldi: onun bir qardaĢı var (rəis yerində qurdalandı), ancaq heç də cavan deyil (rəis yenə
yerində qurdalandı, lakin bu dəfə nisbətən sakit idi), əgər arzu edilərsə, həmin bu qardaĢı yanına
köçər və ona kömək edə bilərdi. QardaĢı çox yaxĢı bir bağban olduğundan, icma üçün hələ ondan
da çox faydalı ola bilərdi. Əgər onun qardaĢını qəbul etməsələr, böyük FoĢlevan yorğun və iĢə
yaramaz olduğunu hiss etdiyindən, təəssüf etsə belə, buradan getməyə məcbur olacaqdır.
Nəhayət, qardaĢının balaca bir qızı var, onu da özü ilə gətirə bilərdi, qız da burada Allah qorxusu
ilə tərbiyə alar, bir də kim bilir, bəlkə, günlərin gözəl bir günündə rahibəliyə belə daxil ola bilər.
FoĢlevan sükut etdiyi zaman rəis artıq təsbeh çevirməyərək ona dedi ki:
– Siz elə bu gün axĢama qədər möhkəm bir dəmir parçası tapa bilərsinizmi?
– Nə üçün lazımdır?
– Ling əvəzində iĢlədilmək üçün.
– Olar, Ģərəfli ana, – deyə FoĢlevan cavab verdi.
Rəis artıq bir söz demədən ayağa durdu və qonĢu otağa keçdi. Bu qonĢu otaq kapitulun iclas
salonu idi. Seçici bacıların buraya toplaĢdığı hiss olunurdu. FoĢlevan tək qaldı.
ÜÇÜNCÜ FƏSĠL.
Günahsızlıq ana.
Təxminən, on beĢ dəqiqə keçdi. Rəis qayıtdı və yenə stulun üstündə əyləĢdi.
Hər iki müsahibin fikirli olduğu görünürdü. Onların mükaliməsini diqqətlə və incəliklə qeyd
etməyə çalıĢaq.
– Fovan baba!
– Bəli, Ģərəfli ana!
– Siz ibadətxananı görmüĢsünüzmü?
– Mənim orada xüsusi yerim var, oturub həmiĢə ibadətlərə qulaq asıram.
– Siz heç qulluq iĢləri üçün klirosa getmiĢsinizmi?
– Ġki-üç dəfə getmiĢəm.
– Məsələ burasındadır ki, klirosda bir daĢ var, onu qaldırmaq lazımdır.
– DaĢ ağırdırmı?
– Mehrabın yanındakı döĢəmə daĢıdır.
– Sərdabanın yolunu örtən daĢımı deyirsiniz?
– Bəli.
– Lap yeridir, bir nəfər də kiĢi olsaydı, qiyamət olardı.
– Merac ana sizə kömək edər, o da kiĢi kimi qüvvətlidir.
– Arvad heç bir zaman kiĢini əvəz edə bilməz.
– Biz sizə kömək üçün yalnız arvad verə bilərik. Hər kəs ancaq bacardığını eləyə bilər. Mabilon
ata müqəddəs Bernarın dörd yüz on yeddi surəsini zikr etdiyi halda, Merlonus Qorstius ancaq üç
yüz altmıĢ yeddi surə zikr edə bilirsə, mən Merlonus Qorstiusa həqarət gözü ilə baxa bilmərəm
ki.
– Elə mən də həqarətlə baxmıram.
– Elə öz gücünə görə iĢləməyin özü də bir xidmətdir. Monastır odun anbarı deyil.
– Arvad da kiĢi deyil. Bax, mənim qardaĢım çox güclü adamdır.
– Bir də, sizin linginiz də olacaqdır.
– Belə qapıları açmaq üçün bu yeganə açardır.
– DaĢın bir halqası var.
– Lingi də o halqaya keçirərəm.
– DaĢın quruluĢu belədir ki, onu çevirmək mümkündür.
– YaxĢı, Ģərəfli ana. Mən sərdabanı açaram.
– Dörd müğənni ana da sizə kömək edər.
– Bəs sərdaba açıldıqdan sonra nə etmək lazımdır?
– Sonra yenə ağzını bağlamaq.
– Elə bu?
– Xeyr.
– Əmr edə bilərsiniz, Ģərəfli ana.
– Fovan, biz sizə inanırıq.
– Mən əmrinizə hazıram, Ģərəfli ana.
– Siz sükut etməlisiniz.
– Bəli, Ģərəfli ana.
– Sərdaba açıldıqdan sonra...
– Mən onu yenə örtməliyəm.
– Lakin əvvəlcə...
– Nə etməli, Ģərəfli ana?
– Ġçinə bir Ģey qoyulmalıdır.
Hər ikisi susdular. Rəis bir Ģeyə Ģübhə edirmiĢ kimi, alt dodağını büzdü. Sonra sükutu pozaraq:
– Fovan baba! – dedi.
– Bəli, Ģərəfli ana!
– Bu gün səhər tezdən bir rahibənin vəfat etdiyindən xəbəriniz varmı?
– Xeyr.
– Bəs siz zəngin çalındığını eĢitmədinizmi?
– Bağın dal tərəfində heç bir Ģey eĢitmək olmur.
– Doğrudanmı?
– Hətta məni çağıran zəngi belə çətinliklə eĢidirəm.
– Rahibə səhər tezdən vəfat etmiĢdir.
– Bir də bu gün külək mənə tərəf əsirdi.
– Vəfat edən Çarmıxa çəkmə anadır! Mömin bir qadın idi.
Rəis susdu, fikrində dua söyləyirmiĢ kimi, dodaqlarını tərpətdi və sözünə davam edərək:
– Üç il bundan qabaq, yansençi madam Betun, yalnız Çarmıxa çəkmə ananın necə dua etdiyini
gördükdən sonra, həqiqi dinə iman gətirdi.
– Bəli, bəli, elədir ki, var! Bax, bu saat mən dəfn zəngini eĢidirəm, Ģərəfli ana.
– Rahibəni kilsənin yanındakı ölüxanaya qoymuĢlar.
– Bəli, yerini bilirəm.
– Sizdən baĢqa heç bir kiĢi bu otağa daxil ola bilməz. Buna yaxĢı diqqət edin. Ölüxanaya bir kiĢi
daxil olsaydı, gör nə olardı!
– Necə ki, necə!
– Nə?
– Necə ki, necə!
– Nə dediniz?
– Dedim ki, necə ki, necə!
– Necə ki, necə nədir?
– ġərəfli ana, mən necə ki, necə nədir demədim, mən ancaq necə ki, necə dedim.
– Mən sizi baĢa düĢmürəm. Siz nə üçün ―necə ki, necə‖ deyirsiniz?
– Sizin dediyinizi təsdiq etmək üçün, Ģərəfli ana.
– Lakin mən ―necə ki necə‖ demədim.
– Siz bunu demədiniz, lakin mən sizin dediyinizi təsdiq etmək üçün bunu dedim.
Bu halda saat doqquzun zəngi vurdu.
Rəis dedi:
– Saat doqquzda və hər bir saatda Allahın müqəddəs nemətlərinə alqıĢ və sitayiĢ olsun!
FoĢlevan dedi:
– Amin!
Saat lap vaxtında vurmuĢdu. Bu zəng ―necə ki, necə‖ məsələsinə son verdi. Əgər zəng
çalınmasaydı, rəis də, FoĢlevan da çətinlikdən çıxa bilməyəcəkdilər.
FoĢlevan alnının tərini sildi.
Rəis yenə nə isə dodaqaltı bir Ģey söylədi, müqəddəs kitabdan zikr etdiyi görünürdü. Sonra,
səsini ucaldaraq buyurdu:
– Çarmıxa çəkmə ana hələ sağ ikən insanları dinə-imana gətirərdi. Öləndən sonra möcüzələr
göstərəcəkdir.
– Bəli, əlbəttə, – deyə FoĢlevan rəisin sözlərini təsdiq etdi. O, artıq özünü rəisin sözlərinə
uyğunlaĢdırır və səhv etməməyə çalıĢırdı.
– Fovan baba, Çarmıxa çəkmə ana bütün monastır üçün bir Allah neməti idi. Əlbəttə, hamı
kardinal Berülü kimi ölmək səadətinə nail ola bilməz. O, ibadət keçirərkən ―Hanc igitur
oblationem‖1 sözlərini söylədiyi zaman, ruhunu Allaha təslim etmiĢdi. Bizim mərhumə belə bir
səadətə nail olmasa da, hər halda, ölümü qibtəyə layiq bir ölümdür. O, son dəqiqəyə qədər
huĢunu itirmədi. O, əvvəlcə bizlərlə, sonra mələklərlə danıĢdı. O, bizə son arzusunu bildirdi.
Əgər sizin də imanınız möhkəm olsaydı və o dəqiqədə onun hücrəsində olsaydınız, yalnız əlinizi
ona toxundurmaqla ayağınızı sağalda bilərdiniz. O gülümsəyirdi, onun Allah hüzurunda yenidən
dirildiyi hiss olunurdu. Nə qədər xoĢbəxt bir ölüm!
FoĢlevan rəisin duanı tamamladığına qərar verdi. O:
– Amin! – dedi.
– Fovan baba, ölənlərin arzusunu yerinə yetirmək lazımdır.
Rəis təsbehini çevirərək, bir neçə dənəsini barmaqları arasından keçirdi. FoĢlevan sükut edirdi.
Rəis yenə sözə baĢladı:
– Bu barədə mən həzrət Ġsa naminə rahiblik həyatının iĢlərini öyrənən bir çox ruhanilərin
əsərlərinə müraciət etdim. Səylərinin gözəl səmərələri olmuĢdur.
– ġərəfli ana, buradan dəfn zəngi bağçaya nisbətən, daha yaxĢı eĢidilir.
– Bundan baĢqa, o sadəcə bir mərhum deyil, o müqəddəs bir qadındır.
– Sizin kimi, Ģərəfli ana.
– O, müqəddəs atamız papa Yeddinci Piyin icazəsi ilə iyirmi il bu tabutda yatmıĢdı.
– Bu haman Piydir ki, impe... Bonapart taxta çıxanda ona xeyir-dua vermiĢdi.
FoĢlevan kimi fərasətli bir adam üçün belə bir Ģeyi xatırlamaq müvəffəqiyyətsizlik idi.
XoĢbəxtlikdən, tamamilə öz fikirlərinə dalmıĢ olan rəis, FoĢlevanın dediyi sözləri eĢitmədi. O,
sözünə davam edərək:
– Fovan baba! – dedi.
– Bəli, Ģərəfli ana?
– Kappadokiya arxiyepiskopu müqəddəs Diodor arzu etmiĢdi ki, onun sərdabası üzərində ancaq
bir söz yazılsın: ―Acarus‖ – bunun da mənası yer qurdu deməkdir, onun arzusuna əməl olundu.
Elə deyilmi?
– Bəli, Ģərəfli ana!
– Akviliya abbatı müqəddəs Messokan arzu etmiĢdi ki, onu dar ağacının altında basdırsınlar.
Onun arzusuna əməl olunmuĢdu.
– Bəli, doğrudur.
– Tibr çayının dənizə töküldüyü bir nöqtədə yerləĢmiĢ olan Porta Ģəhərinin yepiskopu müqəddəs
Terensi arzu etmiĢdi ki, onun məzar daĢı üzərində ata qatillərinin məzarı üstündə yazılan bir
lövhə yazılsın. Məqsədi bu idi ki, yoldan keçənlər onun məzarına tüpürsünlər. Buna da əməl
olunmuĢdu. Ölülərin vəsiyyətinə əməl olunmalıdır.
– Bəli, bəli.
– Fransada, RoĢ-Abeyl yaxınlığında anadan olmuĢ Bernar Qvidoninin cənazəsi, onun vəsiyyət
etdiyi kimi, Kastiliya kralının etirazına baxmayaraq, Bernar Qvidoni Tuy adlı Ġspaniya Ģəhərinin
yepiskopu olduğu halda, Limoj Ģəhərində Dominikanlar kilsəsində basdırılmıĢdı. Belə bir Ģeyə
heç etiraz etmək olarmı?
– Əlbəttə olmaz, Ģərəfli ana.
– Plantavi de la Foes də belə təsadüfləri təsdiq edir.
Yenə bir az təsbehini çevirdikdən sonra, rəis sözünə davam edərək:
– Fovan baba, – dedi, – Çarmıxa çəkmə ana da iyirmi ildən bəri içində yatdığı tabutda dəfn
edilməlidir.
– Bəli, düz buyurursunuz.
– Bu da onun yuxusunun davamı olar.
– Demək, mən onu həmin tabutun içinə qoyub qapağını mıxlamalıyam?
– Bəli.
– Mülki tabutu isə istifadəsiz qoymalıyıq, eləmi?
– Bəli, elədir ki, var.
– Mən dərin hörmət bəslədiyim icmanın qulluğunda hazıram.
– Sizə dörd nəfər müğənni ana da kömək edəcəkdir.
– Tabutu mıxlamaq üçünmü? Onların köməyi olmasa da olar.
– Tabutu mıxlamaq üçün deyil, aĢağıya salmaq üçün.
– Hansı aĢağıya?
– Sərdabanın içinə.
– Hansı sərdabanın?
– Mehrabın altındakı sərdabanın.
FoĢlevan yerindən dik qalxdı.
– Mehrabın altındakı sərdabaya?
– Bəli, mehrabın altındakı sərdabaya.
– Lakin...
– Sizin əlinizdə dəmir bir ling olacaqdır.
– Axı...
– Siz lingi məzar daĢının üstündəki halqaya keçirib, daĢı qaldırmalısınız.
– Lakin...
– Ölülərin əmrinə itaət edilməlidir. Ġbadətxananın mehrabı altındakı sərdabada dəfn edilmək,
qeyri-müqəddəs bir torpaqda yatmamaq, öləndən sonra da sağ ikən dua oxunduğu yerdə qalmaq
Çarmıxaçəkmə ananın son arzusu budur. O, bunu bizdən xahiĢ etmiĢdir, baĢqa sözlə, bizə əmr
etmiĢdir.
– Lakin bu qadağan edilmiĢdir.
– Ġnsanlar qadağan edir, Allah isə əmr edir.
– Bəs bundan xəbər tutsalar, nə olacaq?
– Biz sizə etibar edirik.
– Mən heç, mən monastır hasarının daĢı kimi lalam.
– Kapitul toplaĢmıĢdır. Bir az əvvəl yenə məsləhətləĢdiyim və bu saat müzakirəni davam edən
seçici bacılar qərara gəlmiĢlərki, Çarmıxa çəkmə ana, öz arzusuna görə, mehrabımızın altındakı
sərdabada öz tabutunun içində dəfn edilməlidir. Bir düĢünün, Fovan baba! Nə qədər möcüzə baĢ
verəcəkdir. Xanəgahımız Allahın Ģərəfinə nə qədər böyük bir Ģöhrət qazanacaqdır! Möcüzələr də
məzarlardan doğmurmu?
– Lakin, Ģərəfli ana, bəs səhiyyə komissiyasının vəkili...
– Müqəddəs Ġkinci Benedikt dəfn məsələsində Konstantin Poqonatın fikirləri ilə Ģərik olmurdu.
– Bəs polis komissarı...
– Ġmperator Konstansiya vaxtında Qalliyaya basqın edən yeddi alman kralından biri olan
Xonodmer, rahibələrin din dərgahında, yəni mehrab altında dəfn edilmək haqqını təsdiq etmiĢdir.
– Lakin prefektura müfəttiĢi...
– Bu dünyanın iĢləri kilsə qarĢısında heç bir Ģeydir. Karteziançıların on birinci generalı Martın öz
ordeninə belə bir Ģüar vermiĢdi: ―Stats crux dum volvitur orbis‖1.
FoĢlevan:
– Amin! – dedi.
O, latın dili sayəsində düĢdüyü ağır vəziyyətdən həmiĢə ―amin‖ deməklə canını qurtarardı.
Uzun zamanlardan bəri susanlar üçün hər bir dinləyici yaraya bilər. Ritor Gimnastoras zindandan
çıxdığı gün, beynində bir çox yeni dilemmalar və sillogizmlər doğduğundan, qabağına rast gələn
birinci ağacın yanında dayanıb, uzun bir nitq söyləmiĢ və ağacı inandırmaq üçün böyük
zəhmətlər çəkmiĢdi. Adətən sükut əhdinə riayət edən rəis, danıĢmaq arzusu ilə çırpındığından,
ayağa durdu və açılmıĢ Ģlüzə hücum edən bir sel kimi coĢaraq, uzun bir nitq söylədi:
– Mənim sağ tərəfimdə Benedikt, sol tərəfimdə isə Bernar dayanmıĢdır. Bernar kimdir? Bernar
Klervo monastırının birinci rəisi olmuĢdur. Burqundiyada Fonten – Ģərəfli bir yerdir, çünki
Bernar orada anadan olmuĢdur. Atasının adı Teselin, anasının adı Aleta idi. O, öz
qəhrəmancasına fəaliyyətini Sitoda baĢlayıb, Klervoda tamam elədi. Monastır rəisliyi vəzifəsinə
isə ona ġalon sürgün yepiskopu Gilom de ġampo xeyir-dua vermiĢdir. Onun yeddi yüz tələbəsi
vardı, yüz altmıĢ monastırın binasını qoymuĢdu. 1140-cı ildə San yığıncağında Abel yarı zir-
zəbər etmiĢ Pyer de Brüi və onun Ģagirdi Henrixə, həmçinin ―apostolçular‖ adlanan baĢqa yolunu
azmıĢlara qalib gəlmiĢdi. Bernar BreĢili Arnonu pərt etmiĢ, yəhudilərin qatili rahib Raulu tar-mar
etmiĢdi. 1140-cı ildə Reymsdə ruhanilər məclisində öz arzusunu yeritmiĢ, Puatye yepiskopu
Jilber de la Poreni taqsırlandırmıĢ, Eon de l’Etualı taqsırlandırmıĢ, Prinslərin ədavətinə son
qoymuĢ, Kiçik Lüdoviki dinə-imana qaytarmıĢ, papa Üçüncü Yevgeniyə məsləhətlər vermiĢ,
Tampl monastırına rəhbərlik etmiĢ, səlib müharibəsi üçün təbliğat aparmıĢ, bütün ömrü boyu,
bəzən gündə otuz doqquz möcüzə göstərməklə, cəmi iki yüz əlli möcüzə göstərmiĢdir. Bəs
Benedikt kimdir? O, Monte Kassininin patriarxıdır. O, monastır nizamnamələrinin ikinci
banisidir, Qərbin Böyük Vasilisidir. Benediktin təsis etdiyi orden qırx papa, iki yüz kardinal, əlli
patriarx, min altı yüz arxiyepiskop, dörd min altı yüz yepiskop, dörd imperator, qırx altı kral,
qırx bir kraliça, üç min altı yüz təqdis edilmiĢ övliya vermiĢdir. Bu ordenin min dörd yüz illik
tarixi var. Bir tərəfdə – müqəddəs Bernar, o biri tərəfdə isə – səhiyyə komissiyasının vəkili! Bir
tərəfdə – müqəddəs Benedikt, o biri tərəfdə isə – Ģəhər zibilxanalarının müfəttiĢi! Bizim dövlət,
müfəttiĢlik, dəfn mərasimləri idarəsi, müdiriyyətlə nə iĢimiz var? Hər bir yolçu, onların bizimlə
necə rəftar etdiklərini görmüĢ olsaydı, qəzəblənərdi. Bizim öləndən sonra külümüzü Həzrət Ġsaya
verməyə də haqqımız yoxdur? Səhiyyə komissiyası – inqilabın uydurmasından baĢqa bir Ģey
deyildir. Polis komissarına tabe edilmiĢ tanrı – budur bizim əsrimiz! Susunuz, Fovan, susunuz!
YağıĢ kimi yağan bu sözlərdən FoĢlevan özünü itirmiĢ kimi idi. Rəis davam edirdi:
– Monastırın dəfn hüququna malik olduğuna heç kim Ģübhə etmir. Bunu yalnız fanatiklər və
kafirlər inkar edirlər. Biz dəhĢətli günahlar dövründə yaĢayırıq. O Ģeyi ki, bilmək lazımdır, onu
heç kəs bilmir, amma o Ģeyi ki, bilmək lazım deyil, onu hamı bilir. Ġnsanlar cahil və dinsizdirlər.
Zəmanəmizdə elə insanlar var ki, övliyaların ən böyüyü olan Bernarla yoxsul katoliklərin
Bernarı deyilən, on üçüncü əsrdə yaĢamıĢ olan mərhəmətli bir keĢiĢ arasında fərq qoymurlar.
Bəziləri isə küfr etməklə o dərəcəyə çatırlar ki, On altıncı Lüdovikin eĢafotda edam edilməsini
Həzrəti Ġsanın xaçda dara çəkilməsinə bənzədirlər. On altıncı Lüdovik yalnız kral idi. Allahın
qəzəbindən qorxaq! Ancaq heç kim doğru ilə yalanı ayırd eləmir. Volterin adını hamı bilir, Sezar
de Büsü isə heç kim tanımır. Halbuki Sezar de Büs rəhmətə layiq idi, Volter isə sadəcə dəlidir.
Sonuncu arxiyepiskop kardinal Periqor, hətta Berüldən sonra ġarl de Qondran, Qondrandan
sonra Fransua Burquen, Burquendən sonra Jan-Fransua Seno, Jan-Fransua Senodan sonra isə
Sent-Mart atanın arxiyepiskop olduğunu bilmirdi. Koton atanın adını hamı bilir, lakin ona görə
yox ki, o oratoriyanın binasını qoyan üç nəfərdən biri idi, bəlkə, ona görə ki, hugenot kral
dördüncü Henrixin söyüĢ zərbi-məsəli üçün əsas vermiĢdir. Camaat arasında müqəddəs Fransua
Salskini ona görə sevirlər ki, o, qumar oynayanda kələk gəlirdi. Bundan sonra da dini pisləyirlər.
Nəyə görə? Ona görə yox ki, pis din xadimləri olmuĢdur, ona görə ki, Qap yepiskopu
SaqiterAmbren yepiskopu Salonun qardaĢı idi və onlar ikisi də Momola iqtida edirdilər. Nə
olsun? Bu ki, Turlu Martinin müqəddəs adam olmasına və öz rədasının yarısını dilənçiyə
verməsinə mane olmadı. Övliyaları təqib edirlər, həqiqətə göz yumurlar. Zülmətə alıĢmıĢlar.
Yırtıcı heyvan isə kor olduqda daha qorxunc olur. Heç kəs cəhənnəmi yadına salmır. Oh,
yaramaz xalq! ―Kral naminə‖ sözləri indi ―inqilab naminə‖ deməkdir; indi insanlar istər dirilərə,
istərsə də ölülərə qarĢı öz vəzifələrini unutmuĢlar. Pak bir adam kimi ölmək indi qadağan
edilmiĢdir. Dəfn mülki hakimiyyətin iĢi olmuĢdur. Bu dəhĢətdir. Zati əqdəs ikinci Lev bu barədə
rəhmətə gedənlərə aid məsələlərdə ekzarxın baĢçılığını və imperatorun ali hakimiyyətini inkar
etmək və devirmək məqsədilə iki müraciətnamə yazmıĢdır – birini Ryer Noterə, o birini
vestqotların kralına. ġalon yepiskopu Qotye yenə bu barədə Burqundiya hersoqu Otona
müqavimət göstərmiĢdir. Əvvəllər magistraturanın da rəyi belə idi. KeçmiĢdə kapitulda biz
dünyəvi iĢlər haqqında da öz fikrimizi deyə bilərdik. Ordenimizin generalı, abbat Sito,
Burqundiyanın məhkəmə palatasının fəxri müĢaviri idi. Biz ölülərimizlə lazım bildiyimiz kimi
rəftar edirik. Məgər müqəddəs Benedikt Ġtaliyada, Monte Kassinidə, iyirmi bir mart beĢ yüz qırx
üçüncü ildə vəfat etdiyi halda, Fransada, Sen-Benua-Luar adlanan Fleri abbatlığında dəfn
edilməmiĢdir? Bütün bunlara Ģübhə yoxdur. Mən tın-tın surə oxuyanlara nifrət edirəm,
priorlardan zəhləm gedir, kafirlərdən iyrənirəm. Lakin mənim sözümün qabağında söz gətirən
adama daha artıq nifrət edirəm. Hər kəs Arnu Vionu, Qabriel Busseleni, Tritemi Morolikuzu və
Lük dA Ģerini vərəqləsə, mənimlə razılaĢar.
Rəis nəfəs aldı və sonra FoĢlevana dedi:
– Demək, qət olundu, Fovan baba?
– Bəli, Ģərəfli ana, qət olundu.
– Biz sizə bel bağlaya bilərikmi?
– Mən əmrə hazıram.
– Çox gözəl.
– Mən canla-baĢla monastıra qulluq etməyə hazıram.
– Çox yaxĢı. Siz tabutu mıxlarsınız. Bacılar cənazəni götürüb ibadətxanaya apararlar. Dəfn duası
oxunar. Sonra hamı yenə monastıra qayıdar. Gecə saat on birlə on iki arasında dəmir linginizi
götürüb gələrsiniz. Bu iĢlər ən böyük bir sirr kimi icra edilməlidir. Ġbadətxanada dörd müğənni
anadan, Merac anadan və sizdən baĢqa heç kəs olmayacaqdır.
– Bəs sütunun yanında dayanan bacı?
– O, geriyə baxmayacaqdır.
– Lakin o eĢidə bilər.
– Onun qulaqları eĢitməyəcəkdir. Bundan baĢqa, monastıra məlum olan dünyaya məlum deyildir.
Yenə sükut etdilər. Sonra rəis sözünə davam edərək:
– Siz zınqırovunuzu çıxarmalısınız. Sütunun yanında dayanmıĢ bacı sizin orada olub-
olmadığınızı bilməyə də bilər.
– ġərəfli ana!
– Nə var, Fovan baba?
– Mərhumları müayinə edən həkim gəlmiĢdimi?
– O bu gün saat dörddə gələcəkdir. Həkimi dəvət edən zəng artıq çalınmıĢdır. Hə, axı siz heç bir
zəng səsi eĢitmirsiniz?
– Mən yalnız öz zəngimin səsinə qulaq asıram.
– Mərhəba, mərhəba, Fovan baba!
– ġərəfli ana, lingin uzunluğu, hər halda, altı futdan az olmamalıdır.
– Bəs bu uzunluqda lingi haradan tapacaqsınız?
– Dəmir tor olan yerdə dəmir parçası da tapıla bilər. Bağın dal tərəfində bir yığın dəmir qırıqları
var.
– Təxminən, on birə on beĢ dəqiqə qalanda. Unutmayın.
– ġərəfli ana!
– Nə var?
– Əgər bir zaman yenə belə bir iĢiniz olarsa, qardaĢımı unutmayın. Bax, əsl pəhləvan odur! Lap
türk kimidir!
– Siz bu iĢi mümkün dərəcədə tez edərsiniz.
– Mən çox da qıvraq deyiləm. Topal qocayam. Ona görə köməkçim olsaydı, yaxĢı olardı.
Axsayıram.
– Axsamaq nöqsan deyil, hətta bu bir səadət də ola bilər. Yalançı papa Qriqorini taxtından
düĢürüb, səkkizinci Benedikti yenidən taxtına əyləĢdirən imperator Ġkinci Henrixin iki adı vardı:
―Müqəddəs‖ və ―Topal‖.
Qulağı, doğrudan da, yaxĢı eĢitməyən FoĢlevan: – Əlbəttə, adamın iki atı olsa yaxĢı olar, – deyə
mızıldandı.
– Fovan baba, mən belə güman edirəm ki, bu iĢ üçün bizə bir saat kifayət edər. Bu, o qədər də
çox deyil. Gecə saat on birdə dəmir parçasını da götürüb, baĢ mehrabın yanında olarsınız. Ölü
ibadəti gecə yarıda baĢlanacaqdır. Bu ibadətdən heç olmazsa on beĢ dəqiqə əvvəl hər bir Ģey
qurtarmalıdır.
– Mən icma üçün canla-baĢla qulluq etdiyimi sübut etmək üçün hər nə əlimdən gələrsə
edəcəyəm. Mənim sözüm sözdür. Tabutun qapağını örtdükdən sonra, düz saat on birdə
ibadətxanada olacağam. Müğənni analar da orada olacaqdır. Merac ana da orada olacaqdır.
Əlbəttə, iki kiĢi olsaydı, bu iĢi daha yaxĢı düzəltmək olardı. Eybi yoxdur, keçib, birtəhər
düzəldərik! Mən ling gətirəcəyəm. Sərdabanı açıb, tabutu oraya sallayacağıq, sonra yenə
sərdabanın ağzını örtəcəyik. Heç kəsin xəbəri olmaz. Hökumət sahiblərinin belə bir Ģey heç
ağıllarına gəlməz. ġərəfli ana, demək hər Ģey öz yerindədir?
– Yox!
– Daha nə var?
– Bəs boĢ tabut?
Bu sözlər mükalimədə fasilə əmələ gəlməsinə səbəb oldu. FoĢlevan fikrə getdi. Rəis də
fikirləĢirdi.
– Fovan baba, bəs boĢ tabut nə olsun?
– Onu qəbirin içinə sallayarıq.
– Elə boĢmu?
Yenə sükut. FoĢlevan beyninə girən bir fikirdən, sanki, uzaqlaĢmaq arzusu ilə, sol əli ilə hərəkət
etdi.
– ġərəfli ana, tabutu kilsənin aĢağı otağında mən tək mıxlayacağam, oraya məndən baĢqa heç
kəsin girməyə ixtiyarı yoxdur. Odur ki, tabutun üstünə mən özüm pərdə çəkəcəyəm.
– Doğrudur, ancaq tabutçular tabutu dəfn arabasına qoyduqda və sonra qəbirə salladıqda, mütləq
onun boĢ olduğunu duyacaqlar.
FoĢlevan:
– Vay, səni Ģey...! – deyə səsləndi.
Rəis xaç çevirmək niyyəti ilə əlini qaldırdı və diqqətlə bağbana baxdı. ―Tan‖ hecası FoĢlevanın
boğazında qaldı.
– ġərəfli ana, mən tabutun içinə torpaq tökərəm. Elə bilərlər ki, içində cənazə var.
– Doğru deyirsiniz. Torpaq da insan kimi bir Ģeydir. Demək, siz boĢ tabut iĢini düzəldəcəksiniz?
– Mən bu iĢi öz öhdəmə götürürəm.
Ġndiyə qədər qaĢqabaqlı və təĢviĢli görünən rəisin üzü açıldı. Bir rəis ədası ilə onun getməsinə
icazə verdi. FoĢlevan qapıya doğru getdi. Qapının astanasından keçərkən, rəis yavaĢca onu
səslədi:
– Fovan baba, mən sizdən razıyam. Sabah dəfn mərasimindən sonra qardaĢınızı yanıma
gətirərsiniz, ona deyərsiniz ki, qızını da mənim yanıma gətirsin.
DÖRDÜNCÜ FƏSĠL.
Bu fəsildə elə güman etmək olar ki, Jan Valjan
Esten Kastilxonu oxumuĢdur.
Topalların addım atması çaĢ adamların göz vurmasına bənzər: onlar məqsədə tez çatmazlar.
Bundan baĢqa, FoĢlevan özünü itirmiĢdi. Monastırdan bağdakı komasına qədər yerimək üçün on
beĢ dəqiqə vaxt lazım gəldi. Kozetta artıq oyanmıĢdı. Jan Valjan onu ocağın yanında
əyləĢdirmiĢdi. FoĢlevan daxmasına girdiyi zaman, Jan Valjan divardan asılmıĢ olan bağban
səbətini qıza göstərərək:
– Sözlərimə yaxĢı qulaq as, mənim balaca Kozettam, – deyirdi. – Biz bu evdən getməliyik, sonra
yenə qayıdıb burada çox yaxĢı günlər görəcəyik. Burada yaĢayan qoca səni səbətə qoyub
aparacaq. Sən məni bir yaxĢı arvadın yanında gözləyəcəksən. Sənin dalınca gələcəyəm. Əgər sən
yenə Tenardye qarının evinə qayıtmaq istəmirsənsə, sözümə qulaq as və heç kəsə bir söz demə.
Kozetta ciddi bir tövrlə baĢını əydi.
Jan Valjan FoĢlevanın açdığı qapının cırıltısını eĢidib, döndü və geri baxdı.
– Hə, iĢlər necədir?
– Hər Ģey düzəldi, ancaq xeyri azdır, – deyə FoĢlevan cavab verdi. – Mən sizi monastıra
gətirmək üçün icazə aldım. Lakin sizi buraya girməzdən əvvəl, hələ buradan çıxarmaq lazımdır.
Bütün çətinlik də buradadır. UĢağın iĢini düzəltmək isə asandır.
– Siz onu necə aparacaqsınız?
– O səsini çıxarmaz ki?
– Mən ona cavabdehəm.
– Bəs siz özünüz, Madlen baba?
FoĢlevan bir qədər sükut etdikdən sonra, təĢviĢli bir səslə:
– Siz buraya gəldiyiniz yolla da çıxarsınız – dedi.
Jan Valjan birinci dəfə söylədiyi kimi, bu dəfə də:
– Mümkün deyil, – dedi.
FoĢlevan Jan Valjandan artıq öz-özünə müraciət edərək:
– Məni bir Ģey də narahat edir, – deyə mızıldandı. – Mən ona tabutun içinə torpaq qoyacağımı
söylədim. Ancaq mənə elə gəlir ki, tabutun içində insan bədəni əvəzində torpaq olarsa... – Yox,
yox, belə Ģeydə aldatmaq olmaz, bundan heç bir Ģey çıxmaz, torpaq o yana töküləcək, bu yana
töküləcək... hamballar dərhal baĢa düĢəcəklər. Bilirsinizmi, Madlen baba, böyüklər mütləq bunu
baĢa düĢəcəklər.
Jan Valjan diqqətlə FoĢlevanın üzünə baxdı, sayıqladığını düĢündü. FoĢlevan isə sözünə davam
edərək:
– Lənət Ģey... Vallah, heç bilmirəm siz buradan necə çıxacaqsınız! ĠĢin çətini burasındadır ki, hər
bir Ģey sabaha kimi düzəlib qurtarmalıdır. Mənə tapĢırılmıĢdır ki, sizi sabah monastıra gətirim,
rəis sizi gözləyəcəkdir.
FoĢlevan Jan Valjanı baĢa saldı ki, bu, onun monastıra göstərdiyi xidmətin əvəzində idi.
FoĢlevanın vəzifələrindən biri dəfn mərasimlərində iĢtirak etmək, tabutları mıxlamaq və
qəbiristanlığa aparmaq üçün məzarçıya kömək etmək idi: bu səhər vəfat edən rahibə vəsiyyət
etmiĢdi ki, onu həmiĢə içində yatdığı tabuta qoyub, ibadətxananın mehrabı altındakı sərdabada
dəfn etsinlər, bu isə polis idarəsi tərəfindən qadağan edilmiĢdir, lakin mərhumə vəsiyyəti pozula
bilməyəcək qadınlardan biri idi, ona görə də monastır rəisi ilə baĢqa rahibələr mərhumənin
arzusuna əməl etmək fikrində idilər. Lap hökumətin acığına, FoĢlevan tabutu hücrədə
mıxlayacaq, sonra da ibadətxanada sərdabanın daĢını götürüb, mərhuməni orada dəfn edəcək idi,
monastır rəisi də, FoĢlevanın bu xidmətinə qarĢı bir minnətdarlıq olaraq, onun qardaĢını
monastıra bağban vəzifəsinə, qardaĢı qızını isə pansiona qəbul etməyə razı olmuĢdu, onun
qardaĢı cənab Madlenin özü, qardaĢı qızı isə Kozetta idi, monastır rəisi qardaĢını sabah axĢam,
qəbiristanlıqda bu yalançı dəfn mərasimini keçirdikdən sonra yanına gətirməyi əmr etmiĢdi,
ancaq cənab Madleni, hələ monastırın içində olduğuna görə onun yanına aparmaq mümkün
deyildi; birinci çətinlik də bu idi, nəhayət, ikinci bir çətinlik vardı ki, o da boĢ tabut məsələsi idi.
– Hansı boĢ tabutu deyirsiniz? – deyə Jan Valjan soruĢdu.
– Mən hökumətlik tabutu deyirəm.
– Tabut niyə? Hökumətlik niyə?
– YaxĢı, rahibə vəfat etdi. ġəhər idarəsindən həkim gəlib dedi ki: ―Burada rahibə vəfat etmiĢdir‖.
ġəhər idarəsi bir tabut göndərdi. Sabah da cənazə arabası və məzarçılar gəlir ki, tabutu götürüb
qəbiristanlığa aparsınlar. Məzarçılar gəlib tabutu götürəndə, məlum olur ki, içi boĢ imiĢ.
– Nə olar ki, tabutun içinə bir Ģey qoyarsınız!
– Tabutun içinə nə qoyacağam? Ölümü? Bəs mən ölünü haradan tapım?
– Yox, ölü qoymazsınız.
– Bəs kimi qoyum?
– Diri adam qoyarsınız.
– Necə yəni diri adam?
Jan Valjan:
– Məni qoyarsınız, – dedi.
FoĢlevan altında fiĢəng partlamıĢ kimi, yerindən dik atıldı.
– Sizi?
– Mən olanda nə olar ki?
Jan Valjan bu sözlərlə qıĢ göylərində günəĢ Ģüasına bənzəyən nadir bir təbəssümlə gülümsədi.
– Xatırınızdamıdır, FoĢlevan, siz deyəndə ki, ―Çarmıxa çəkmə ana vəfat etmiĢdir‖ mən əlavə
etdim ki, ―Madlen baba isə dəfn edilmiĢdir‖. Elə belə də olacaq.
– Yox, yox, siz zarafat edirsiniz, siz bunu ciddi demirsiniz!
– Lap ciddi deyirəm. Buradan çıxmaq lazımdırmı?
– Əlbəttə.
– Mən sizə dedimmi ki, mənim üçün örtülü bir səbət tapın?
– Bəli, düzdür.
– Səbət Ģam ağacından, örtüyü isə qara mahuddan olacaqdır.
– Əvvəla, qara deyil, ağ mahuddur. Rahibələr ağ mahudun içində dəfn edilir.
– Eybi yoxdur, ağ olsun.
– Siz baĢqa adamlara bənzəmirsiniz, Madlen baba.
Yolçu üçün bir dəniz qağayısının Sen-Deni küçəsindəki arxdan balıq tutduğunu görmək nə qədər
əcaib idisə, FoĢlevan üçün də vəhĢi və cəsarətli katorqa ixtiraçılığının nümunəsindən baĢqa bir
Ģey olmayan bu xəyal oyununun ətrafdakı sükut və asayiĢ Ģəraitində doğduğunu və ―monastır
güzəranı‖ adlandırdığı həyata əl uzatdığını görmək nə qədər əcaib idi.
Jan Valjan sözünə davam edərək:
– ĠĢin çətinliyi buradan gözə görünmədən çıxmaqdır, – dedi. – Mənim dediyim də elə budur.
Lakin siz əvvəlcə mənə təfsilatı danıĢmalısınız. Bunu necə edirlər? Tabut haradadır?
– BoĢ tabutmu?
– Bəli.
– AĢağıda, ölüxana deyilən yerdədir. Tabut iki dayaq üstünə qoyulmuĢ, üstünə də matəm örtüyü
salınmıĢdır.
– Tabutun uzunluğu nə qədərdir?
– Altı fut olar.
– Bu ölüxana dediyiniz otaq necə Ģeydir?
– Bu otaq aĢağı mərtəbədədir, bağçaya açılan Ģəbəkəli bir pəncərəsi var, bayırdan pəncərə
qanadları ilə bağlanır. Bundan baĢqa otağın iki qapısı var, biri monastıra, o biri isə kilsəyə açılır.
– Hansı kilsəyə?
– Bu küçədəki kilsəyə, ümumi kilsəyə.
– Sizdə bu iki qapının açarı varmı?
– Yox. Məndə ancaq monastıra çıxan qapının açarı var. Kilsəyə tərəf çıxan qapının açarı isə
qapıçıdadır.
– Qapıçı bu qapını nə zaman açır?
– MəĢəlçilər tabutu aparmağa gələndə. Tabutu aparan kimi dərhal qapı bağlanır.
– Tabutu kim mıxlayacaq?
– Mən.
– Siz bunu edəndə yalqızmı olursunuz?
– Ölüxanaya səhiyyə həkimindən baĢqa heç kəs girə bilməz. Bu hətta divarda da yazılmıĢdır.
– Siz məni bu gecə, monastırda hamı yatdıqdan sonra, həmin otaqda gizlədə bilərsinizmi?
– Yox. Mən sizi ancaq ölüxananın balaca qaranlıq dəhlizində gizlədə bilərəm. Mən dəfn üçün
lazım olan alətləri burada saxlayıram. HəmiĢə gözüm onun üstündədir, açarı da həmiĢə məndə
olur.
– Cənazə arabası sabah tabutun dalınca nə zaman gələcəkdir?
– Günortadan sonra, saat üçdə. Qaranlıq çökdükdən sonra Vojirar qəbiristanlığında
basdıracaqlar. Qəbiristanlıq buradan xeyli uzaqdır.
– Mən bütün gecəni və bütün səhəri alətləri qoyduğunuz dəhlizdə gizlənərəm. Bəs yemək
məsələsi necə olsun? Axı mən aca bilərəm.
– Mən sizin üçün bir Ģey gətirərəm.
– Siz gecə saat ikidə gəlib tabutu mıxlaya bilərsiniz. Mən tabutun içində olacağam.
FoĢlevan diksinərək geri çəkildi və barmaqlarını xırçıldatdı.
– Bu mümkün deyil!
– Bah! Çəkici alıb taxtaya bir neçə mıx çalmağın nə çətinliyi var!
Təkrar edirik: FoĢlevan üçün ağlasığmaz görünən Ģey, Jan Valjan üçün adi bir iĢ idi. Jan Valjan
bundan da çətin iĢlərdən çıxmıĢdı. Zindana düĢmüĢ olanlar azadlığa doğru gedən yola görə
balacalanmaq ustalığına bələddirlər. Bir xəstə sağalmağına, yaxud məhv olmağına səbəb olan bir
böhrandan keçməyə məcbur olduğu kimi, dustaq da istər-istəməz qaçmaq fikrinə düĢür. Yox
olmaq – sağalmaq deməkdir. Sağalmaq üçün isə insan nəyə əl atmır! Tabutun içinə girib
qapağını bağlamaq, mal bağlaması kimi götürüb aparılmaq, uzun müddət bu cür qutu içində
qalmaq, hava olmayan yerdə hava tapmaq, saatlarla nəfəs almağa qənaət etmək, ölmədən
boğulmağı bacarmaq – Jan Valjanın dəhĢətli talantlarından biri də bu idi!
Lakin katorqalının müraciət etdiyi bu vasitə, yəni içində canlı bir insanın uzandığı tabut eyni
zamanda kralın əl atdığı bir vasitə olmuĢdur. Rahib Ostin Kastilxonun dediklərinə inanılacaq
olursa, BeĢinci Karl da, taxtından əl çəkdikdən sonra, son dəfə madam Plombla görüĢmək üçün
bu vasitə ilə onu müqəddəs Yust monastırına salmıĢ və sonra yenə oradan çıxarmıĢdı.
FoĢlevan bir az özünə gəldikdən sonra:
– Bəs siz orada necə nəfəs alacaqsınız? – dedi.
– Birtəhər nəfəs alaram.
– Bu qutunun içində nəfəs almaq! Mən bunu ağlıma gətirəndə belə boğulmağa baĢlayıram.
– Hər halda, sizdə balaca bir burğu tapılar, ağzım olan tərəfdə bir neçə deĢik açarsınız, üst taxtanı
isə bir az boĢ mıxlarsınız.
– YaxĢı. Bəs, bəlkə, öskürməyə, yaxud asqırmağa məcbur oldunuz?
– Qaçmaqla özünü ölümdən xilas etməyə məcbur olan adam nə öskürər, nə asqırar.
Sonra Jan Valjan bu sözləri əlavə etdi:
– FoĢlevan baba, artıq qərar vermək lazımdır, ya mən burada ələ keçməliyəm, ya da cənazə
arabasında buradan çıxmalıyam.
PiĢiklərin açıq qapının ağzında dayanıb, onun tayları arasında gəzinməyə adət etdikləri hamıya
məlumdur.
Hamımız piĢiyə: ―Ġçəri girsənə!‖ demiĢik. Qeyri-müəyyən bir vəziyyətə düĢüb, iki qərar arasında
tərəddüd etməyə meyil edən insanlar da var: onlar birdən-birə qarĢılarında bütün çıxıĢ yollarını
bağlayan taleyin ayaqları altında əzilib məhv olmaq təhlükəsinə məruz qalırlar. Çox ehtiyatlı
olanlar bütün piĢik xasiyyətlərinə baxmayaraq, daha doğrusu, elə bunun sayəsində, bəzən cəsur
insanlara nisbətən daha çox təhlükəyə düĢürlər. FoĢlevan da bu cür mütərəddid təbiətli
insanlardan idi. Lakin onun iradəsinə zidd olaraq, Jan Valjanın soyuqqanlılığı ona qalib gəlirdi.
FoĢlevan dedi:
– Doğrudan da, bundan baĢqa heç bir çarə yoxdur.
Jan Valjan sözünə davam etdi:
– Məni yalnız bir Ģey narahat edir: bəs qəbiristanlıqda nə təhər olacaqdır?
FoĢlevan dedi:
– Məni isə heç bu narahat eləmir. Əgər siz tabutun içindən sağ-salamat çıxacağınıza əminsinizsə,
mən də sizi qəbirin içindən çıxarmağıma əminəm. Oradakı məzarçı sərxoĢ bir adamdır, özü də
mənim dostumdur. Ona Matyen dayı deyirlər. Köhnə sərxoĢdur. Məzarçının ölüləri qəbirin
içində, məzarçının özü isə mənim cibimdədir. Mən iĢlərin necə olacağını bu saat sizə baĢa
salaram. Biz qaranlıq çökməmiĢdən bir az əvvəl, yəni qəbiristanlıq darvazasının bağlanmasından
on beĢ dəqiqə əvvəl gəlib qəbiristanlığa çatacağıq. Dəfn arabası məzara qədər gedəcək. Mən də
onun dalınca gedəcəyəm: bu mənim vəzifəmdir. Cibimdə çəkic, iskənə, kəlbətin olacaqdır.
Araba dayanacaq, məzarçılar tabutunuzu kəndirlə bağlayıb qəbirin içinə sallayacaqlar. KeĢiĢ də
dua oxuyacaq, xaç çevirəcək, müqəddəs su səpəcək – sonra da rədd olub gedəcəkdir. Biz də
Matyen baba ilə tək qalacağıq. Yenə təkrar edirəm, o mənim dostumdur. Ġkisindən biri olacaq: o
ya kefli olacaq, ya da kefli olmayacaq. Əgər kefli olmasa, mən ona deyəcəyəm ki: ―DəymiĢ
heyva‖ hələ bağlanmamıĢdır, gedək hərəmiz bir stəkan Ģərab vuraq! Mən Matyen dayını aparıb
qonaq edəcəyəm. Matyen dayını içirmək isə çox da çətin bir Ģey deyil, o, ümumiyyətlə hər
zaman dəmli olur. Sonra onu masanın altında uzandıraram, qəbiristanlıq kağızını götürüb, tək
qayıdaram geriyə. Ondan sonra sizin iĢiniz yalnız mənimlə olacaqdır. Əgər kefli olarsa, mən
yenə deyəcəyəm ki: ―Get iĢində ol, mən sənin əvəzində hər Ģeyi edərəm‖. Matyen dayı gedər,
mən də sizi qəbirin içindən çıxardaram.
Jan Valjan əlini FoĢlevana uzatdı, qoca təsirli bir kəndli səmimiyyəti ilə onun əlini tutdu.
– ġərtləĢdik, FoĢlevan baba, hər Ģey düzələcək!
FoĢlevan öz-özünə:
– Sakit keçsəydi nə yaxĢı olardı! – dedi. – Allah eləməsin, baĢımıza bir bəla gəlsin!
BEġĠNCĠ FƏSĠL.
SərxoĢ olmaq hələ ölməz olmaq demək deyil.
O biri gün Men bulvarından keçən tək-tək yolçular, kəllə, ayaq sümükləri Ģəkli və ĢüĢə göz
yaĢları ilə bəzənmiĢ bir köhnə cənazə arabasına rast gələrək, Ģlyapalarını çıxarırdılar. Cənazə
arabasında üzərində əlləri yanlarından sallanmıĢ iri bir ölü bədəninə bənzəyən böyük qara xaç
Ģəkli olan ağ bir örtük ilə örtülmüĢ bir tabut vardı.
Onun dalınca gedən rəsmi matəm karetasında cübbəli bir keĢiĢ və qırmızı papaqlı balaca bir kilsə
müğənnisi görünürdü. Qara haĢiyəli boz paltar geyinmiĢ tabutçular cənazə arabasının sol və sağ
tərəfində yeriyirdilər. Arabanın dalınca fəhlə paltarında axsaq bir qoca gedirdi. Onlar Vojirar
qəbiristanlığına doğru getməkdə idilər.
Qocanın cibindən bir çəkic dəstəsi, bir iskənə və kəlbətin ucu görünürdü.
Vojirar qəbiristanlığı Paris qəbiristanlıqları arasında bir istisna təĢkil edirdi. Onun özünəməxsus
qaydaları, öz darvazası, öz bala qapısı vardı ki, bu məhəllədə yaĢayan qocalar, köhnə adları
mühafizə edərək, bunlara atlı darvazası və piyada darvazası deyirdilər. Kiçik Pikpüs
monastırında yaĢayan bernarçı-benediktçi rahibələr, söylədiyimiz kimi öz ölülərini
qəbiristanlığın xüsusi bir guĢəsində, həm də axĢamüstü dəfn etmək üçün icazə almıĢdılar. Bu yer
hələ keçmiĢ zamanlarda monastırın ixtiyarında imiĢ. Bu surətlə, yayda axĢamlar, qıĢda isə
gecələr orada iĢləməyə məcbur olan məzarçılar xüsusi bir qaydaya tabe olurdular. O zamanlar
Paris qəbiristanlıqlarının darvazaları gün batanda bağlanardı, həm də bu əmr Ģəhər idarəsi
tərəfindən verildiyi üçün Vojirar qəbiristanlığına da aid sayılırdı. Atlı darvazası ilə piyada
darvazasının Ģəbəkələri hər iki tərəfdən memar Perronenin tikmiĢ olduğu və qəbiristanlıq
qapıçısının evi olan bir köĢklə yanaĢı idi. GünəĢ Əlillər günbəzinin dal tərəfinə çökdüyü zaman,
bu Ģəbəkələr də dərhal amansız bir surətdə öz rəzələri üzərinə çevrilərək bağlanardı. Bu zaman
məzarçılardan biri içəridə qalmıĢ olsaydı, qəbiristanlıqdan çıxmaq üçün onun yeganə bir çarəsi
vardı: o, dəfn mərasimləri bürosunun verdiyi icazə vərəqəsini təqdim etməli idi. Qapıçının
yaĢadığı evin pəncərə qanadında poçt qutusuna bənzər bir Ģey qayrılmıĢdı. Məzarçı icazə
vərəqəsini bu qutuya atar, qapıçı da vərəqənin qutuya düĢdüyünü duycaq, kəndirin ucundan
dartar və piyada darvazası açılardı. Məzarçının icazə vərəqəsi olmasaydı o, öz adını söylər,
bəzən artıq yatmaqda olan qapıçı da yatağından durub məzarçının kim olduğunu öyrənər və
tanıdığı surətdə darvazanı açarla açardı: lakin belə hallarda məzarçı on beĢ frank cərimə
verdikdən sonra çıxıb gedə bilərdi.
Bu qəbiristanlıq, ümumi qaydaların çərçivəsi xaricinə çıxan bütün xüsusiyyətləri ilə, inzibati
idarələrin yaratdığı yeknəsəqliyi pozurdu. 1830-cu ildən bir az sonra Vojirar qəbiristanlığını
bağladılar. Onun yerində Mon-Parnas qəbiristanlığı əmələ gəldi. Vojirar qəbiristanlığı ilə
bərabər, yaxınlıqda olan ―DəymiĢ heyva‖ lövhəli məĢhur meyxana da irsən Mon-Parnasa keçdi.
Bu meyxananın bir tərəfi qonaqların masalarına, o biri tərəfi isə məzarlara baxırdı. Lövhəsində
iki söz yazılmıĢdı: ―DəymiĢ heyva‖.
Vojirar qəbiristanlığı demək olar ki, məhv olurdu. Artıq ondan istifadə etmirdilər. Qəbiristanlığı
kif basır, çiçəklər onu tərk edirdi. Burjualar Vojirar qəbiristanlığında dəfn olunmağa meyil
göstərmirdilər, burada dəfn olunmaq yoxsulluq əlaməti idi. Amma Per-LaĢez qəbiristanlığına
gəlincə, bu tamamilə baĢqa bir Ģey idi. Per-LaĢez qəbiristanlığında dəfn olunmaq qırmızı
ağacdan çarpayıda yatmaq kimi bir Ģey idi – bu, incə zövqün əlaməti sayılırdı. Köhnə fransız
bağları kimi qurulmuĢ olan Vojirar qəbiristanlığı hasar arasına alınmıĢ və hörmət hissi oyadan
bir küçəyə bənzəyirdi. Burada dümdüz xiyabanlar, ĢümĢad ağacları, tuyalar, çobanpüskülü,
abanos ağaclarının kölgə saldığı köhnə məzarlar görünür, hündür ot bitirdi. AxĢamlar bu
qəbiristanlıq faciəli bir təsir bağıĢlayırdı. Onun cizgilərində bir ələm, bir hüzn hiss olunurdu.
Ağ mahudlu və qara xaçlı tabut qoyulmuĢ cənazə arabası Vojirar qəbiristanlığına doğru gedən
xiyabanda göründüyü zaman günəĢ hələ batmamıĢdı. Cənazə arabasının dalınca gedən axsaq
qoca, əlbəttə, FoĢlevan idi.
Çarmıxaçəkmə ananın mehrabın altındakı sərdabada basdırılması, Kozettanın monastırdan
çıxarılması və Jan Valjanın meyitxanaya girməsi – bu iĢlər hamısı salamat keçmiĢ, heç bir
maneəyə rast gəlməmiĢdi.
Ötəri qeyd etməliyik ki, Çarmıxa çəkmə ananın mehrab altındakı sərdabada basdırılması
tamamilə üzürlü bir hərəkət sayıla bilər. Bu da vəzifə ifasına bənzəyən günahlardan biridir.
Rahibələr bunu etdikləri zaman qətiyyən pəriĢan olmamıĢ, yalnız öz vicdanlarına tabe
olmuĢdular. Monastır aləmində hökumət deyilən Ģeyin hərəkətləri baĢqalarının hüququna
qarıĢmaq kimi qiymətləndirilirdi, belə bir müdaxilə isə hər zaman rədd edilməlidir.
Monastır nizamnaməsi hər Ģeydən yüksəkdir, qanun məsələsinə gəlincə – baxarıq, görək nə olar.
Ey insanlar, siz ürəyiniz istədiyi qədər qanunlar icad edə bilərsiniz, lakin bu qanunları özünüz
üçün saxlayın! PadĢahlara verilən son barat Allaha verilən baratdan qalmıĢ qırıntılardan baĢqa
bir Ģey deyildir. Ülvi hakimiyyət qarĢısında yer hökmdarı bir heçdir.
Bu surətlə, FoĢlevan axsaya-axsaya, məmnun bir halda tabutun dalınca gedirdi. Bir-birinə bağlı
olan hər iki qəsdi müvəffəqiyyətlə düzəlmiĢdi. Bu qəsdin biri rahibələrə, o biri isə cənab
Madlenə aid idi, biri – monastırın xeyrinə, o biri isə – monastırın zərərinə idi. Jan Valjanın
sakitliyi baĢqalarına da sirayət edən sarsılmaz sakitlik idi. FoĢlevan artıq müvəffəq olacağına
Ģübhə etmirdi. Bundan sonra qalan iĢ əhəmiyyətsiz bir Ģey idi. FoĢlevan son iki il ərzində
dəfələrlə bu məzarçını, bu gülər üzlü, dolu bədənli dostu Matyen dayını qonaq eləmiĢdi. O, bu
Matyen dayını istədiyi kimi barmağında oynadardı, istədiyini edərdi. Ġstədiyi Ģeyi onun beyninə
salardı. Odur ki, Matyen dayı onun hər bir sözünə ―bəli, bəli‖ deyərdi. FoĢlevan tam mənada
müvəffəqiyyət qazanacağına inanırdı.
Dəfn mərasimi qəbiristanlığın xiyabanına çatdığı zaman, xoĢbəxt FoĢlevan məmnuniyyətlə
tabuta baxdı və əllərini ovuĢduraraq:
– Amma nə gülməli oyundur! – dedi.
Birdən cənazə arabası dayandı, darvazaya çatmıĢdılar. Dəfn üçün icazə kağızını təqdim etmək
lazım gəlirdi. Dəfn bürosunun xidmətçisi qəbiristanlıq qapıçısı ilə söhbətə giriĢdi. Adətən iki-üç
dəqiqədən artıq sürməyən bu söhbət əsnasında, tanımadığı bir adam FoĢlevana yanaĢaraq, cənazə
arabasının arxasında dayandı.
Bu adam fəhləyə bənzəyirdi, əynində geniĢ cibli bir köynək, qoltuğunda isə bir bel vardı.
FoĢlevan bu yad adama baxdı.
– Siz kimsiniz? – deyə soruĢdu.
Yad adam cavab verdi:
– Məzarçıyam.
Bir adam sinəsinə top gülləsi dəyəndən sonra sağ qalarsa onun da sifətinin ifadəsi bu anda
FoĢlevanın sifətində olan ifadəyə bənzərdi.
– Məzarçımı? – dedi.
– Bəli.
– Sizmi?
– Bəli, mən.
– Burada məzarçı Matyen dayıdır.
– Bir vaxt o idi.
– Necə yəni bir vaxt o idi?
– O ölmüĢdür.
FoĢlevan hər Ģey gözləyə bilərdi, lakin məzarçının ölə biləcəyi heç bir zaman onun ağlına gələ
bilməzdi. Halbuki bu, həqiqət idi; məzarçılar da nəhayət, ölürlər. BaĢqalarına qəbir qazanlar,
özlərinə də qəbir qazırlar.
FoĢlevan mat qaldı. Kəkələyə-kəkələyə ancaq bunu deyə bildi:
– Bu mümkün ola bilməz!
– Belədir ki, var.
FoĢlevan zəif bir səslə:
– Axı məzarçı Matyen dayı olmalıdır, – dedi.
– Napoleondan sonra taxta On səkkizinci Lüdovik əyləĢdi. Matyendən sonra da Qribye məzarçı
oldu. Mənim adım Qribyedir, yekəbaĢ!
FoĢlevan sapsarı saralaraq, bu Qribyenin üzünə baxırdı.
Bu, uca boylu, arıq, rəngi torpaq kimi sarı, çox qaĢqabaqlı bir adam idi. Müvəffəqiyyət
qazanmadıqdan sonra öz peĢəsini məzarçı peĢəsinə dəyiĢən bir həkimə bənzəyirdi.
FoĢlevan qəh-qəh çəkərək, gülməyə baĢladı.
– Ah, dünyada nə qədər gülməli Ģeylər olarmıĢ? Matyen dayı öldü! Gülərüzlü Matyen dayı öldü
isə, yaĢasın gülərüzlü Lenuar dayı! Siz Lenuar dayını tanıyırsınızmı? Lenuar dayı altı suluq, ağzı
möhürlü qırmızı bir Ģərab ĢüĢəsidir! Bir ĢüĢə suren Ģərabı! Buna nə söz ola bilər. Əsl Paris
sureni. Ah, qoca Matyen ölmüĢdür. Bəli, heyif olsun! O, bu dünyada yaĢamağın qaydasını
bilirdi. Bəs siz necə? Siz də, hər halda, yaĢamağın qaydasını bilirsiniz! Elə deyilmi, dostum? Bu
saat gedib hərəmiz bir stəkan Ģərab vurarıq.
Məzarçı:
– Mən təhsil almıĢ adamam, – deyə cavab verdi. – Dörd sinif qurtarmıĢam. Ömrümdə Ģərab
içmərəm.
Cənazə arabası yenə yola düĢərək, qəbiristanlığın baĢ xiyabanı ilə getməyə baĢladı.
FoĢlevan yavaĢca yeriyirdi, həyəcanlandığından daha da bərk axsayırdı.
Məzarçı bir az irəlidə gedirdi.
FoĢlevan yenə bu göydən düĢən Qribyeni nəzərdən keçirməyə baĢladı.
Təzə məzarçı cavan ikən qoca görünən və arıq olmağına baxmayaraq, olduqca qüvvətli adam idi.
FoĢlevan:
– Dostum! – deyə məzarçını çağırdı.
Məzarçı baĢını çevirdi.
– Mən də monastır məzarçısıyam.
Qribye:
– Demək, yoldaĢıq, – dedi.
FoĢlevan, az savadlı olsa da hər Ģeyi tez baĢa düĢən bir adam idi. O, təhlükəli bir insan cinsinə,
yəni boĢboğaz bir adama rast gəldiyini anladı. Deyinərək:
– Demək, Matyen dayı öldü... – dedi.
Məzarçı cavab verdi:
– Tamamilə, Allah-taala veksel kitabına baxıb gördü ki, Matyen dayının vədəsi gəlib çatmıĢdır.
Odur ki, Matyen dayı da öldü.
FoĢlevan mexaniki olaraq təkrar etdi:
– Allah-taala...
Məzarçı mənalı bir tövrlə:
– Bəli, Allah-taala, – dedi, – filosoflar ona əbədi xaliq deyirlər, yakobinçilər üçün isə o, vücudi-
mütləqdir.
FoĢlevan:
– Bəs biz daha yaxından tanıĢ olmayaqmı? – deyə mızıldandı.
– Artıq tanıĢ olduq. Siz kəndli-kütlüsünüz, mən isə parisliyəm.
– Bir yerdə Ģərab içməsək, yaxĢı tanıĢ ola bilmərik. Adam Ģərab ĢüĢəsini açanda, ürəyini də açır.
Gedək içək. Adət belədir. Bundan boyun qaçırmazlar.
– Yox, olmaz. ĠĢ hər Ģeydən vacibdir.
FoĢlevan öz-özünə düĢünərək:
– Məhv oldum! – dedi.
Rahibələrin, adətən dəfn edildiyi yerə doğru gedən balaca xiyabana ancaq bir neçə dəqiqəlik yol
qalmıĢdı.
Məzarçı yenə sözə baĢladı:
– Ay yekəbaĢ, mənim yeddi balaca uĢağım var, mən onları bəsləməliyəm. Onların qarnı tox
olsun deyə, mən içməməliyəm.
Sonra dərin bir fikir söyləyən mütəfəkkirlər kimi məmnun bir halda gülümsəyərək:
– Onların aclığı mənim susuzluğumun düĢmənidir, – deyə sözlərini tamamladı.
Cənazə arabası sərv ağaclarının yanından keçdi, baĢ xiyabandan çıxıb, yan xiyabana girdi, sonra
ot basmıĢ bir yerdən keçərək, qalın ağaclığa girdi. Bu, dəfn yerinin lap yaxınlığında olduğunu
göstərirdi. FoĢlevan yavaĢ-yavaĢ yeriməyə çalıĢırdısa da, cənazə arabasının hərəkətini
yavaĢıtmaq iqtidarında deyildi. XoĢbəxtlikdən, bir az əvvəl yağmıĢ qıĢ yağıĢı torpağı islatmıĢdı,
palçıq təkərlərə yapıĢır, arabanın surətini azaldırdı.
FoĢlevan yenə məzarçıya yanaĢdı. YavaĢ bir səslə:
– Orada əla Arjanteyl Ģərabı var, – dedi.
Məzarçı yenə sözə baĢladı.
– Ay kəndçi, mən məzarçı olacaq adam deyiləm. Mənim atam Pritanedə qapıçı vəzifəsində
iĢləyirdi. O, mənim bir ədib olacağıma inanırdı. Lakin onu cürbəcür bədbəxtlik basdı. Atam
birjada hər Ģeyini uduzdu. Mən də ədəbiyyatdan əl çəkməyə məcbur oldum. Bununla belə mən
indi də camaat üçün ərizə-zad yazıram.
FoĢlevan saman çöpündən yapıĢan bir adam kimi, bu sözdən yapıĢaraq:
– Demək, siz məzarçı deyilsiniz? – deyə soruĢdu.
– Bu iki sənət bir-birinə mane olmur. Hər ikisində də iĢləmək olar.
FoĢlevan bu sözü baĢa düĢmədi.
– Gedək içək, – dedi.
Burada bir izahat vermək lazım gəlir. FoĢlevan böyük bir təĢviĢ içində olmasına baxmayaraq,
içməyi təklif edərkən, mühüm bir maddənin üstündən sükutla keçirdi, bəs Ģərabın pulunu kim
verəcək? FoĢlevan, adətən, içməyi təklif edər, pulunu isə Matyen dayı verərdi. Bu dəfəki içmək
təklifi təbii olaraq yeni məzarçının meydana çıxması ilə yaranan yeni vəziyyətdən doğurdu. Belə
bir təklif əlbəttə, edilməli idi, lakin qoca bağban Rablenin on beĢ dəqiqəsi kimi, pul məsələsini
qəsdən üstüörtülü qoymuĢdu. FoĢlevanın özünə gəlincə, həyəcan keçirməyinə baxmayaraq, əlini
cibinə uzatmaq fikrində belə deyildi.
Məzarçı təkəbbürlə gülümsəyərək:
– Hər halda, yemək lazımdır! – dedi. – Mən Matyen dayının yerinə iĢə girdim. Adam az qala
mükəmməl bir təhsil alandan sonra, istər-istəməz filosof olur. Mən qələm iĢinə bel iĢini də əlavə
etdim. Mənim dəftərxanam Sevr küçəsində olan bazardadır. O bazarı görmüĢsünüzmü? Çətir
bazarında. Qırmızı xaç xəstəxanalarının bütün aĢpaz qadınları mənə müraciət edir. Mən onlar
üçün sevdikləri əsgərlərə aĢiqanə məktublar yazıram. Səhərlər sevgi məktubları yazıram,
axĢamlar isə – qəbir qazıram. YaĢamaq çətindir, kəndçi!
Cənazə arabası getdikcə irəliləyirdi. Qorxu və həyəcanı son nöqtəyə çatmıĢ olan FoĢlevan, oyan-
buyana boylanırdı. Alnından iri tər damcıları axırdı.
Məzarçı yenə sözünə davam edərək:
– Halbuki, – deyirdi, – iki ağaya qulluq etmək olmaz. Ya qələmdən əl çəkməliyəm, ya da beldən.
Bel mənim xəttimi korlayır.
Araba dayandı.
Dəfn arabasından balaca bir müğənni, onun da dalınca keĢiĢ endi.
Cənazə arabasının qabaq təkərlərindən biri torpaq yığını üstünə çıxmıĢdı. Bu yığının o tərəfində
açıq bir qəbir görünürdü.
FoĢlevan baĢını tamamilə itirmiĢ bir halda:
– Aman nə gülməli oyundur! – deyə təkrar etdi.
ALTINCI FƏSĠL.
Dörd taxta arasında.
Tabutun içindəki kim idi? Biz bunun Jan Valjan olduğunu bilirik.
Jan Valjan tabutun içində elə uzanmıĢdı ki, boğulmasın, çətinliklə olsa da, nəfəs ala bilsin.
Çox qəribə Ģeydir: insanın vicdanı sakit olduğu zaman, özü də ümumiyyətlə, sakit olarmıĢ. Jan
Valjanın düĢünmüĢ olduğu bu kələk müvəffəqiyyətlə düzəlirdi, həm də dünəndən bəri iĢlər lap
gözəl gedirdi. O da FoĢlevan kimi, Matyen dayıya bel bağlamıĢdı, Jan Valjan nəticənin gözəl
olacağına heç Ģübhə etmirdi. Bu qədər böhranlı bir vəziyyət ağla gəlmədiyi kimi, bu qədər dərin
sakitlik də təsəvvür edilə bilməz.
Tabutun dörd taxtası arasında sakitləĢdirici bir Ģey vardı. Sanki, Jan Valjanın sakitliyinə ölülərin
sakitliyi qarıĢmıĢ idi.
O, bu tabutun içindən ətrafda olan hadisələri izləyir, ölümlə apardığı bu qorxulu oyunun bütün
mərhələlərini seyr edirdi.
FoĢlevan tabutun üst qapağını mıxladıqdan bir az sonra, Jan Valjan tabutun götürülüb
aparıldığını hiss etdi. Tabutun hərəkətinin azalmasından arabanın daĢ yoldan çıxaraq, torpaq yola
keçdiyini, yəni küçələri keçib bulvarlara çatdığını hiss etdi. Təkərlərin boğuq səsindən Austerlis
körpüsünə çatdıqlarını baĢa düĢdü. Araba birinci dəfə dayandıqda, qəbiristanlığa çatdıqlarını
anladı. Ġkinci dəfə dayandıqda: ―Qəbirə çatdıq‖ dedi.
Birdən tabutun götürülüb qaldırıldığını hiss etdi, sonra bir Ģeyin bərk-bərk tabuta sürtüldüyünü
eĢitdi, tabutu qəbirin içinə sallamaq üçün ətrafına bir kəndir doladıqlarını anladı.
Sonra baĢı gicəllənən kimi oldu.
Yəqin ki, tabutçu ilə məzarçı tabutu qaldırdıqları zaman silkələnmiĢ və onu qəbirə baĢıaĢağı
endirmiĢdilər. Jan Valjan yenə düz və hərəkətsiz vəziyyətə gəldiyini duyunca, artıq tamamilə
özünə gəldi. Tabutu qəbirin dibinə qoymuĢdular.
Bədənində xüsusi bir soyuqluq hiss etdi.
BaĢı üzərində insan qanını buz kimi donduran təntənəli bir səs eĢidildi. Mənasını anlamadığı,
lakin son dərəcə aramla söylənildiyindən hər bir sözü ayrıca tuta bildiyi latınca sözlər eĢitdi:
―Qud mormiunt in terrae pulvere, evigilabunt: alii in vitam aeternarn et alii in opprobrium ut
videant semper‖1.
Bir uĢaq səsi cavab verdi:
―De preofundis‖1.
Sərt səs yenə davam etdi:
―Reguiem aeternam dona ei, Domine‖2.
UĢaq səsi isə cavab verdi:
―Et lux perpetua luceat ei‖3.
O, tabutun qapağı üzərində yağıĢ yağırmıĢ kimi yumĢaq bir Ģey səpələndiyini hiss etdi. Yəqin,
keĢiĢ tabutun üzərinə müqəddəs su səpələyirdi.
Jan Valjan öz-özünə düĢündü:
– Bu çox uzun sürməz! Bir az da səbr etməlidir. Bu saat keĢiĢ çıxıb gedəcək. FoĢlevan Matyeni
içməyə aparacaq. Mən tək qalacağam. Sonra FoĢlevan tək geri qayıdacaq, məni tabutun içindən
çıxaracaqdır. Bunların hamısı üçün bir saat tamamilə kifayətdir.
Sərt bir səs yenə dedi:
―Requiescat in pace‖4.
UĢaq səsi isə:
―Amen‖ deyə cavab verdi.
Jan Valjan diqqətlə qulaq asaraq uzaqlaĢmaqda olan ayaq səslərinə bənzər bir Ģey duydu.
– Artıq çıxıb gedirlər, – deyə düĢündü, – mən təkəm.
Birdən baĢı üstündə, sanki, göy gurladığını eĢitdi. Bu, tabutun üzərinə atılmıĢ bir bel torpaq səsi
idi.
Sonra bir bel daha tökdülər.
Nəfəs aldığı deĢiklərin birisini torpaq örtdü.
Üçüncü dəfə torpaq tökdülər.
Yer üzündə ən qüvvətli insanın da qüvvəsindən xaric Ģeylər var. Jan Valjan özündən getdi.
YEDDĠNCĠ FƏSĠL.
Bu fəsildə – ―harada tapdım, harada itdi‖ məsəlinin
necə əmələ gəldiyindən bəhs olunur.
Jan Valjanın yatdığı tabutun üstündə bu iĢlər baĢ vermiĢdi.
Cənazə arabası uzaqlaĢdıqdan və keĢiĢlə balaca müğənni matəm karetasına minərək getdikdən
sonra, məzarçını gözündən itirməyən FoĢlevan, onun əyilib torpağa sancılmıĢ beli götürdüyünü
gördü.
O zaman FoĢlevan qəti bir qərar qəbul etdi.
Məzarçı ilə qəbir arasında dayanaraq, qollarını sinəsində çarpazladı və:
– Pulunu mən verirəm! – dedi.
Məzarçı təəccüblə onun üzünə baxdı.
– Nə dedin, kəndli?
–Pulunu mən verirəm!
– Nəyin pulunu?
– ġərabın.
– Hansı Ģərabın?
– Arjanteyl Ģərabının.
– Arjanteyl Ģərabı haradadır ki?
– ―DəymiĢ heyva‖ meyxanasında.
Məzarçı acıqlanaraq:
– Rədd ol cəhənnəmə! – dedi.
Məzarçı bu sözlə qəbirin içinə bir bel torpaq atdı.
Tabutun qapağından boğuq bir gurultu çıxdı. FoĢlevan ayaqlarının yerdən üzüldüyünü hiss
edərək dizləri titrədi, az qaldı özü də qəbirin içinə yıxılsın. Həyəcanından boğularaq, xırıldayan
bir səslə bağırdı:
– Dostum, tez ol, yoxsa ―DəymiĢ heyva‖ bağlana bilər.
Məzarçı yenə belini torpaqla doldurdu.
FoĢlevan:
– Pulunu mən verirəm, – dedi və məzarçının qolundan tutdu.
– Dostum, mənə bax. Mən monastır məzarçısıyam, mən sənə kömək etməyə gəlmiĢəm. Qəbiri
gecə də doldura bilərik. Ġndi isə gedək hərəmiz bir stəkan vuraq.
FoĢlevan bu sözləri deyərək israr edir, tələb edir, yalvarırdı və eyni zamanda öz-özünə
fikirləĢirdi: ―Bəlkə, birdən içdi, amma sərxoĢ olmadı, bəs onda nə olacaq?‖
Məzarçı:
– Ay kəndçi, indi ki, siz belə içmək istəyirsiniz, mən razıyam. Ġçərik, – dedi. – Ancaq iĢimizi
qurtarandan sonra. Ondan qabaq heç cür mümkün deyil.
Bunu deyərək yenə beli qaldırdı. FoĢlevan qolundan tutdu.
– Arjanteyl Ģərabıdır. Arjanteyl. Qiyməti altı su!
Məzarçı:
– Amma yaman zurnaçısınız ha! – dedi. – Zır-zır, zır-zır. Bundan baĢqa bir Ģey bilmirsiniz.
Gedin bir az gəzinin.
Bu sözlərlə məzarçı tabutun üstünə yenə torpaq atdı.
FoĢlevan artıq elə bir dərəcəyə gəlmiĢdi ki, nə danıĢdığını belə bilmirdi:
– Gedək deyirəm sənə, gedək içək, – deyə bağırırdı, – qorxma, pulunu mən verəcəyəm!
– Ancaq uĢağı yatırdandan sonra, – deyə məzarçı cavab verdi. Və üçüncü dəfə tabutun üstünə
torpaq atdı.
Sonra isə, beli torpağa sancaraq bu sözləri əlavə etdi:
– Bilirsinizmi, bu gecə hava soyuq olacaq, üstünü yorğansız qoysaq, ölü bizi çağıra bilər.
Məzarçı bu anda beli torpaqla doldurmaq üçün yenə əyildikdə, pencəyinin cibi açıldı.
FoĢlevanın çaĢqın nəzərləri təsadüfən bu cibə düĢdü və ona sancılıb qaldı.
GünəĢ hələ batmamıĢdı; cibin içində nə isə bir Ģey ağardığını görmək olurdu. FoĢlevanın
gözlərində birdən ümid iĢığı parladı, bu gözlər pikardiyalı bir kəndli gözlərinin açıla biləcəyi
dərəcədə açıldı. Birdən ağlına bir fikir gəldi.
BaĢı belə qarıĢmıĢ olan məzarçı bir Ģey görməsin deyə, böyük bir ehtiyatla, əlini dal tərəfdən
onun cibinə uzadıb cibindəki ağ Ģeyi ehmalca çıxartdı. Məzarçı qəbirin içinə bir bel də torpaq
atdı.
BeĢinci dəfə beli doldurmaq üçün əyildikdə, FoĢlevan sakit və dərin bir nəzərlə ona baxaraq
soruĢdu:
– Bura baxın, siz təzə adamsınız, icazə vərəqəsi yanınızdadırmı?
Məzarçı dayandı.
– Hansı icazə vərəqəsi?
– GünəĢin batdığını görmürsünüzmü?
– Nə olar ki, qoy gecə yorğanını baĢına çəkib yatsın.
– Bu saat qəbiristanlıq darvazasını bağlayacaqlar.
– Nə olsun ki?
– Bəs icazə vərəqəniz varmı?
Məzarçı, nəhayət, anlayaraq:
– Hə! Ġcazə vərəqəsi! – dedi.
Əvvəlcə əlini bir cibinə soxdu, sonra o biri cibini eĢələdi, sonra jilet ciblərini yoxladı, bir cibini
eĢələdi, o birisini tərsinə çevirdi.
– Yoxdur, icazə vərəqəsi yanımda yoxdur, – dedi. – Yəqin, yadımdan çıxıb, evdə qalıb.
FoĢlevan:
– On beĢ frank cəriməsi var, – dedi.
Məzarçının üzü yamyaĢıl oldu. Yalnız üzü torpaq rəngində olan adamların rəngi qaçanda üzü
yamyaĢıl olar. Məzarçı:
– Ya Həzrəti Ġsa, mərdiməzarın boynu sınsın! – deyə bağırdı. – On beĢ frank cərimə!
FoĢlevan:
– Bəli, düz üç dənə beĢ franklıq, – dedi.
Məzarçı beli yerə atdı.
Ġndi də növbə FoĢlevana çatmıĢdı. FoĢlevan:
– Eybi yoxdur, dostum, – dedi, – qəm yemə. Böyründə hazır qəbir olsa belə, adam özünü belə
Ģeylər üçün öldürməz. On beĢ frank nə böyük puldur ki! Vur-tut on beĢ frankdır, bir də istəsəniz
onları verməyə də bilərsiniz. Mən dünyagörmüĢ adamam, siz isə südəmər uĢaqsınız. Mən sizə
yaxĢı bir dost məsləhəti verərəm. Aydın məsələdir: günəĢ batır, o artıq Əlillər günbəzinə
çatmıĢdır, beĢ dəqiqə sonra qəbiristanlığı bağlayacaqlar.
Məzarçı:
– Doğru deyirsiniz, – deyə cavab verdi.
– Siz beĢ dəqiqədə bu qəbiri doldura bilməzsiniz. Çox dərindir, lap cəhənnəm kimidir. Darvaza
bağlandıqda buradan çıxa bilməyəcəksiniz.
– Doğru deyirsiniz.
– Odur ki, on beĢ frank cərimə verməlisiniz.
– On beĢ frank!
– Lakin hələ vaxt var... Harada yaĢayırsınız?
– ġəhər qapılarının iki addımlığında. Buradan on beĢ dəqiqəlik yol olar. Evim Vojirar
küçəsindədir. Nömrə səksən yeddi.
– Hələ gec deyil, iki ayaq da satın alıb bu saat yola düĢsəniz, çatarsınız.
– Elədir ki, var.
– Darvazanı keçdikdən sonra quĢ kimi evinizə uçarsınız, icazə vərəqəsini götürüb yenə
qaçarsınız geriyə, qapıçı sizi darvazadan buraxar. Ġcazə vərəqəsi yanınızda olandan sonra, artıq
cərimə-zad vermək lazım gəlməz. Sonra da gəlib ölünü basdırarsınız. Mən də ölünün qarovulunu
çəkərəm ki, qaçmasın.
– Məni ölümdən qurtardınız, kəndli.
FoĢlevan:
– Tez rədd olun gedin, – dedi.
Məzarçı sevincindən göyə çıxaraq, FoĢlevanın əlini sıxdı və yüyürməyə baĢladı.
Məzarçı ağacların arasında gözdən itdikdən və ayaq səsləri tamamilə kəsildikdən sonra, FoĢlevan
qəbirin üstünə əyilib yavaĢ bir səslə:
– Madlen baba! – dedi.
Heç bir cavab gəlmədi.
FoĢlevan titrədi. Yuvarlanaraq qəbirin içinə düĢdü, tabutun baĢ tərəfinə atılıb çığırdı:
– Siz burdasınızmı?
Tabutun içində səs-səmir yox idi.
FoĢlevan nəfəsi kəsiləcək dərəcədə tir-tir əsərək, iskənə ilə çəkici cibindən çıxarıb, tabutun üst
taxtasını qopardı. Boz qaranlıq içində Jan Valjanın üzü göründü; gözləri yumulu, üzü sapsarı idi.
FoĢlevan dəhĢətə gəldi, tükləri biz-biz oldu, ayağa durmaq istədi, dizləri kəsildi, az qaldı tabutun
içinə düĢsün. Qəbirin iç divarına söykənib Jan Valjanın üzünə baxdı.
FoĢlevan bir ah çəkirmiĢ kimi, yavaĢ bir səslə:
– Öldü! – deyə pıçıldadı.
Sonra yenə dik dayanaraq, əllərini elə bir hiddətlə sinəsində çarpazladı ki, yumulmuĢ yumruqları
çiyinlərinə dəydi. O çığıraraq:
– Demək, mən onu belə xilas etdim! – dedi.
Zavallı hönkür-hönkür ağlamağa, özü ilə danıĢmağa baĢladı. Monoloqun insan təbiətinə xas
olmadığı yanlıĢ bir fikirdir. Ġnsan bəzən Ģiddətli iztirabların təsiri altında öz-özünə danıĢmağa
baĢlayır:
FoĢlevan deyirdi:
– Günah məndə deyil, Matyen dayıdadır. Axı bu sarsaq nə üçün öldü? Axı heç kim bu ölümü
gözləmədiyi bir zamanda o nə üçün öldü? Ġndi də onun üzündən Madlen öldü. Ah, Madlen baba!
Budur, tabutun içindədir! O, hər Ģeyə nail oldu! Hər Ģey bitdi! Ah, bütün bu iĢlərin bir mənası
varmıdır? Aman ya rəbb! Öldü! Bəs onun balaca qızı, mən onu nə edəcəyəm? Bəs o meyvəsatan
arvada nə deyəcəyəm? Belə bir adam da, belə bir ölümlə ölərmi? Bu rəvamıdır, ya rəbb? Ah,
mənim arabamı çiyinləri ilə necə qaldırdığını görəydiniz! Madlen baba! Madlen baba! Vallah, o
boğulub, mən demədimmi, boğulub ölüb. O, mənim sözlərimə qulaq asmaq istəmədi! Bəli,
yaxĢıca oyun oynadıq, bu da onun axırı! O öldü! Bəs onun balası! Ah! Yox, yox, mən artıq ora
qayıtmayacağam. Mən burada qalacağam. Elə yaxĢı adam idi! Allaha yaxın adamların ən
mərhəmətlisi idi. Ah, ah, belə də zarafat olar! Belə də iĢ olar ki, iki qoca bu yaĢa çatsın, belə iĢ
tutsun? Bəs o, bu monastıra necə gəldi? Elə hər Ģey buradan baĢladı. Belə Ģeylərə yol vermək
olmazdı. Madlen baba! Madlen baba! Madlen baba! Madlen baba! Cənab Madlen! Cənab mer! O
məni eĢitmir! Ah, indi bu iĢin içindən necə çıxaq?
FoĢlevan bu sözlərlə saçlarını yolmağa baĢladı.
Uzaqdan, ağaclığın arxasından, kəskin bir cırıltı səsi gəldi. Qəbiristlığıın darvazasını bağladılar.
FoĢlevan Jan Valjanın üstünə əyildi və birdən qəbirin içindən dəhĢətlə geri çəkildi. Jan Valjan
gözlərini açıb, ona baxırdı.
Ölünü görmək dəhĢətli bir Ģeydir, ölünün titrədiyini görmək daha dəhĢətlidir. FoĢlevan daĢ kimi
donub qalmıĢdı. ġiddətli iztirab və həyəcanlardan sarsılan qoca rəngi qaçmıĢ halda
qabağındakının bir ölü, yaxud diri olduğunu anlamadan çaĢqın bir nəzərlə Jan Valjana, Jan
Valjan da ona baxırdı.
Jan Valjan:
– Mən yatmıĢdım! – dedi. Durub tabutun içində oturdu.
FoĢlevan diz çökdü.
– Aman Allah! Siz məni yaman qorxutdunuz, – dedi.
Sonra ayağa durub bağırdı:
– Çox sağ olun, Madlen baba!
Jan Valjan ancaq özündən getmiĢdi. Sərin hava onu ayıltdı. Sevinc – dəhĢətin çəkilməsi
deməkdir. FoĢlevanın özünə gəlməsi üçün də Jan Valjanın ayılması üçün lazım gələn qədər vaxt
keçmiĢdi.
– Demək, siz ölməmiĢsiniz! Ah, siz nə ağıllı adamsınız! Mən sizi çağırdım, o qədər çağırdım ki,
nəhayət, qayıtdınız! Gözlərinizin yumulu olduğunu gördüyüm zaman öz-özümə dedim ki: – Bəli,
budur, boğulub öldü! – Mən lap dəli olacaqdım, yaman dəli olacaqdım, baĢıma torba
taxacaqdılar. Bisetr dəlixanasına qoyacaqdılar! Siz öləndən sonra, mən bundan baĢqa nə edə
bilərdim? Bəs sizin körpəniz nə olacaq idi? Bu meyvəsatan arvad da heç bir Ģey baĢa
düĢməyəcəkdi. UĢağı atdılar üstümə, uĢağın babası isə öldü! Heç belə də kələk olar? Ey göyləri
yaradan, bu nə iĢ idi biz düĢmüĢdük! Ah, Ģükür olsun Allaha, siz sağ-salamatsınız.
Jan Valjan:
– ÜĢüyürəm! – dedi.
Bu sözlər FoĢlevanı tamamilə ayıltdı. O, özünə gəldi, vəzifəsi yadına düĢdü. Bu iki adam özünə
gəlmiĢdisə də, lakin özləri belə anlamadan, mənalı bir pəriĢanlıq, bu qaranlıq və dəhĢətli yerin
təsirindən əmələ gələn qəribə bir çaĢqınlıq hiss edirdilər. FoĢlevan: – Tez buradan gedək, – dedi.
Əlini cibinə saldı, ehtiyat üçün götürmüĢ olduğu ĢüĢəni çıxartdı.
– Əvvəlcə bu araqdan bir udum için, – dedi. Sərin havanın iĢini araq ĢüĢəsi tamamlamıĢ oldu. Jan
Valjan bir udum içdikdən sonra, tamamilə özünə gəldiyini hiss etdi.
Tabutun içindən çıxaraq, qapağı yenə mıxlamaq üçün FoĢlevana kömək etdi.
Üç dəqiqədən sonra ikisi də qəbirin içindən çıxmıĢdılar.
FoĢlevan tamamilə sakit idi, heç tələsmirdi. Qəbiristanlıq bağlı idi. Məzarçı Qribyenin birdən-
birə qayıdıb gəlməsindən qorxmurdu. Bu ―təzə adam‖ artıq evinə çatmıĢdı, icazə vərəqəsini
axtarırdı, ancaq bunu tapmaq çətin bir Ģey idi, çünki vərəqə FoĢlevanın cibində idi. Vərəqəsiz isə
o artıq qəbiristanlığa qayıda bilməzdi.
FoĢlevan kürəyi, Jan Valjan isə beli götürdü, az bir zaman içində boĢ tabutu basdırdılar.
Qəbiri doldurduqdan sonra FoĢlevan Jan Valjana dedi:
– Gedək. Mən kürəyi götürərəm, siz də beli götürərsiniz.
Qaranlıq çökmüĢdü.
Jan Valjan çətinliklə hərəkət edir və ayaqlarını sürüyürdü. Tabutun içində bədəni üĢümüĢ, özü də
meyit halına düĢmüĢdü. Tabutun dörd taxtası arasında bədənini bir ölüm hərəkətsizliyi
bürümüĢdü. Qəbirin içində bədəninə keçmiĢ soyuqluğun yox olması üçün vaxt lazım idi.
FoĢlevan:
– Yəqin, bədəniniz üĢümüĢdür? – deyə soruĢdu. – Heyif ki, axsayıram, yoxsa yüyürə-yüyürə
bədənimizi qızıĢdırardıq.
– BoĢ Ģeydir! – deyə Jan Valjan cavab verdi. – Bir neçə addım gedərək, yenə yeriməyə
öyrəĢərəm.
Onlar cənazə arabasının gəldiyi xiyabanlardan keçdilər. Bağlı darvazaya və qapıçının yaĢadığı
köĢkə çatdıqda, FoĢlevan əlindəki icazə vərəqəsini qutunun içinə tulladı, qapıçı qaytanı çəkdi,
qapı açıldı, çıxdılar.
FoĢlevan:
– ĠĢlər nə yaxĢı gedir! – dedi. – Madlen dayı, ağlınıza nə gözəl fikir gəlibmiĢ!
Onlar tamamilə sakitcə Vojirar qarovulxanası yanından keçdilər. Qəbiristanlıq yaxınlığında
kürəklə bel ən gözəl bir pasportdur.
Vojirar küçəsində heç kim görünmürdü.
Qabağa gedən FoĢlevan evlərə baxa-baxa:
– Madlen dayı, – dedi, – siz məndən yaxĢı görə bilirsiniz. Zəhmət olmasa, səksən yeddi nömrəli
evi mənə göstərərsinizmi?
Jan Valjan:
– Elə budur ki var, – dedi.
FoĢlevan sözünə davam edərək:
– Küçədə heç kəs yoxdur, – dedi. – Beli mənə verin, bir dəqiqə məni burada gözləyin.
FoĢlevan evin içinə girdi, yoxsulu çardağa tərəf çəkən bir sövq-təbii ilə lap üst mərtəbəyə qalxdı
və qaranlıqda çardağın qapısını döydü.
Ġçəridən bir səs:
– Girə bilərsiniz, – dedi.
Bu səs Qribyenin səsi idi.
FoĢlevan qapını açdı. Bütün bu yoxsul evlər kimi məzarçının da mənzili mebelsiz, qaranlıq bir
daxmadan ibarət idi. Mal qablamaq üçün lazım olan bir qutu – bəlkə də, bir tabut – kamod yerini
görür, yağ küpü – su qabını, küləĢdən qayrılmıĢ döĢək – yatağı, tava döĢəmə isə masa-oturacağı
əvəz edirdi. Evin bir küncündə, köhnə bir xalça parçasından ibarət olan cır-cındır üzərində, bir-
birinə qısılaraq, arıq bir qadınla bir neçə uĢaq oturmuĢdu. Bu miskin otaqda bir ailə fırtınası
olduğu hiss olunurdu. Burada hər Ģey bir ―otaq‖ zəlzələsini xatırladırdı. Qazan qapaqları bir
kənara atılmıĢ, cındırlar dağılmıĢ, kasa sınmıĢ, uĢaqların anası ağlamıĢ, uĢaqlar isə döyülmüĢ idi.
Hər tərəfdə Ģiddətli və hiddətli axtarıĢların izləri görünürdü. Məzarçının icazə vərəqəsini dəli
kimi axtardığı və itməyin məsuliyyətini otaqdakı hər bir Ģeyin üzərinə qoyduğu, yəni kasadan
tutmuĢ ta arvadına qədər hər Ģeydən və hər kəsdən vərəqəni tələb etdiyi görünürdü. Üzündə dərin
bir ümidsizlik hiss olunurdu.
Bununla belə, FoĢlevan sərgüzəĢtə tez son vermək üçün çox tələsdiyindən, müvəffəqiyyətinin bu
qəmli tərəfinə heç əhəmiyyət vermədi.
Ġçəri girər-girməz:
– Mən sizin kürəyinizi və belinizi gətirmiĢəm, – dedi.
Qribye heyrətlə onun üzünə baxdı:
– Kəndli, sizsiniz?
– Sabah səhər icazə vərəqənizi qəbiristanlıq qapıçısından ala bilərsiniz.
FoĢlevan bu sözlərlə kürəyi də, beli də yerə qoydu. Qribye:
– Bu nə deməkdir? – dedi.
– Bu o deməkdir ki, icazə vərəqəsi cibinizdən yerə düĢüb, siz gedəndən sonra mən onu
tapmıĢam, ölünü basdırmıĢam, qəbrin içini doldurmuĢam, sizin görəcəyiniz iĢi görüb
qurtarmıĢam, icazə vərəqənizi isə qapıçı sizə qaytarar, siz də on beĢ frank cərimə verməli
olmazsınız. Təzə adamsınız, baĢa düĢdünüzmü?
Qribye heyran və məftun qalaraq:
– Çox sağ ol, kəndli! – dedi. – Gələn dəfə Ģərabın pulunu vermək mənim borcumdur.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Müvəffəqiyyətli sual-cavab.
Bir saat sonra, gecə vaxtı iki kiĢi ilə bir uĢaq Pikpüs küçəsindəki altmıĢ iki nömrəli evə
yaxınlaĢdılar. Bu iki kiĢinin ən qocası çəkici götürüb qapını döydü. Bunlar FoĢlevan, Jan Valjan
və Kozetta idi. Ġki qoca əvvəl Kozettanın dalınca YaĢıl yol küçəsində yaĢayan meyvəsatan
arvadın evinə getdi. FoĢlevan qızı bir gün qabaq aparıb onun yanına qoymuĢdu. Kozetta baĢına
nə gəldiyini anlamayaraq, bu iyirmi dörd saatı qorxu içində, xəlvətcə titrəyə-titrəyə keçirtdi.
Qorxusundan hətta ağlamırdı. Heç bir Ģey yemədi, yatmadı. Meyvəsatan arvad ona min cür sual
verdi, cavabında isə ancaq məyus bir baxıĢ aldı. Kozetta bu iki gün ərzində gördükləri və
eĢitdikləri haqqında bir söz belə ağzından qaçırmadı. Həyatında böyük bir dönüĢ olduğunu hiss
edirdi. Bütün varlığı ilə ―ağıllı qız olmaq‖ lazım gəldiyini duyurdu. Balaca, gözü qorxmuĢ bir
qızın qulağına müəyyən bir ifadə ilə söylənmiĢ ―heç bir Ģey danıĢma‖ sözlərinin nə qədər böyük
bir təsiri olduğunu hiss edən olmuĢmu? Qorxu dilsiz olar. Həm də heç kəs uĢaq qədər sirr
saxlaya bilməz.
Lakin bu qaranlıq intizar saatlarından sonra Kozetta Jan Valjanı yenə gördüyü zaman elə heyran
bir sevinclə bağırmıĢdı ki, diqqətli adam bunun uçurumdan qurtulan bir insanın səadət bağırtısı
olduğunu anlardı.
FoĢlevan monastırda yaĢadığından, oraya girmək üçün söyləniləsi məĢrut sözləri bilirdi. Bütün
qapılar onun qabağında açıldı.
Bu surətlə ikiqat və dəhĢətli məsələ, yəni çıxmaq və girmək məsələsi həll olundu.
Qapıçı xüsusi əmr almıĢ olduğundan, həyətdən bağçaya baxan balaca qulluq qapısını açdı. Bu
hələ iyirmi il bundan qabaq, çıxıĢ darvazasının lap qabağında, həyətin dal tərəfində, divarın
içində, küçə tərəfdən görünən həmin qapı idi. Qapıçı üçünü də bu qapıdan keçirtdi, onlar həmin
ayrıca daxili salona çatdılar. Bu salon, bir gün əvvəl FoĢlevanın rəisin əmrlərini dinləmiĢ olduğu
qəbul otağı idi.
Rəis onları gözləyərək, təsbehini çevirirdi. Yanında seçici analardan biri dayanmıĢdı, üzündə bir
baĢ örtüsü vardı. Otaqda təkcə bir Ģam yanır və bunun zəif iĢığı otağa yayılırdı; daha doğrusu,
otağa iĢıq düĢdüyü zənn olunurdu.
Rəis Jan Valjanı nəzərdən keçirtdi. Qapalı göz qapaqları altından baxan gözlər hər bir Ģeyi görür.
Sonra rəis sorğu-suala baĢladı:
– Siz onun qardaĢısınızmı? – dedi.
– Bəli, Ģərəfli ana, – deyə FoĢlevan cavab verdi.
– Adınız nədir?
FoĢlevan cavab verdi:
– Ultim FoĢlevan.
Doğrudan da, FoĢlevanın bir zaman Ultim adlı ölmüĢ bir qardaĢı vardı.
– Haralısınız?
FoĢlevan cavab verdi:
– Amen yaxınlığındakı Pikinyadan.
– Neçə yaĢınız var?
FoĢlevan cavab verdi:
– Əlli.
– Sənətiniz nədir?
FoĢlevan cavab verdi:
– Bağbanlıq.
– Mərhəmətli bir xristiansınızmı?
FoĢlevan cavab verdi:
– Bəli, Ģərəfli ana.
– Siz bu qızın atasısınızmı?
FoĢlevan cavab verdi:
– Mən onun babasıyam.
Seçici ana yavaĢ səslə dedi:
– Ağıllı cavab verir.
Jan Valjan bir kəlmə belə söyləmədi.
Rəis diqqətlə Kozettanı nəzərdən keçirdi və yavaĢ bir səslə rahibəyə dedi:
– Çirkin qız olacaqdır.
Rahibələr qəbul otağının küncündə yavaĢca nə isə danıĢdıqdan sonra rəis FoĢlevana tərəf
dönərək:
– Fovan baba, – dedi, – sizə ikinci bir zınqırovlu dizlik verəcəklər, indi iki dənə lazım olacaqdır.
O biri gün bağçadan, doğrudan da, iki zınqırov səsi gəlirdi. Rahibələr bu səsləri eĢitdikcə, baĢ
örtüklərinin bir ucunu qaldırıb baxmaq arzusundan özlərini saxlaya bilmirdilər. Bağçanın dal
tərəfində, uzaqdakı ağaclar altında, iki kiĢi yan-yana yer qazırdı – biri Fovan, o biri isə özgə
adam idi. Bu, fövqəladə bir hadisə idi. Rahibələr o gün vədini belə pozaraq, bir-birilə
pıçıldaĢmağa baĢladılar: ―Bu, bağbanın köməkçisidir‖.
Seçici analar isə izah edirdi: ―Bu, Fovan babanın qardaĢıdır‖.
Jan Valjan, doğrudan da, tamamilə rəsmi surətdə, hər bir qaydaya riayət etmək Ģərtilə monastırda
iĢləməyə baĢlamıĢdı, onun gen dizliyi və zınqırovu vardı, artıq o, rəsmi vəzifədə sayılırdı. Adı da
Ultim FoĢlevan idi.
Qulluğa qəbul olunmağının qəti səbəbi rəisin Kozetta haqqında ―çirkin qız olacaqdır‖ deməsi
olmuĢdu.
Monastır rəisi bu fərziyyəni söylədikdən sonra, dərhal Kozettaya qarĢı bir təvəccöh hiss edərək,
onu monastır pansionuna pulsuz bir tələbə kimi qəbul etmiĢdi.
Bu tamamilə ardıcıl bir hərəkət idi. Monastırda güzgü olmasa da, qadınlar gözəl olub-
olmadıqlarını daxilən baĢa düĢürdülər. Ona görə də gözəl olduqlarını bilən qızlar həvəssiz rahibə
olurlar. Monastıra girənlər arasında gözəl qızlar çirkinlərə nisbətən az olduğundan gözəllərdən
artıq eybəcərlərə bel bağlamaq olardı. Odur ki, monastırda çirkin qızları sevərdilər.
Bu hadisə xeyirxah FoĢlevanın nüfuzunu artırmıĢdı. Onun üç müvəffəqiyyəti vardı: əvvəla, o,
qanadı altına aldığı və xilas etdiyi Jan Valjanın nəzərində nüfuz qazanmıĢdı. Ġkinci – ―O, məni
cərimədən xilas etdi‖ – deyən məzarçı Qribyenin nəzərində nüfuz qazanmıĢdı. Nəhayət, onun
sayəsində Çarmıxaçəkmə ananın tabutunu monastırın içindəki mehrabın altında saxlamağa
müvəffəq olan və bu surətlə hakimləri aldadaraq, ―Allahın payını‖ verən monastır əhalisinin
nəzərində böyümüĢdü. Mərhum rahibənin cənazəsi olan tabut Balaca Pikpüsdə, boĢ tabut isə
Vojirar qəbiristanlığında idi. Ġctimai qayda-qanun ciddi bir Ģəkildə pozulsa da, bunu heç kəs görə
bilməmiĢdi. Monastıra gəlincə, onun FoĢlevana bəslədiyi minnətdarlıq çox böyük idi. FoĢlevan
monastırın ən yaxĢı xidmətçilərindən biri və ən yaxĢı bağban sayılmağa baĢladı. Arxiyepiskop bu
hadisədən sonra birinci dəfə monastırı ziyarət etdiyi zaman, rəis bir az tövbə, bir az da fəxr edər
kimi, bütün əhvalatı monsenyora danıĢdı. Arxiyepiskop da, monastırı tərk etdikdən sonra, öz
razılığını pıçıltı ilə əlahəzrətin xüsusi ruhanisi, sonra isə Reyme arxiyepiskopu və kardinal olan
cənab de Latilə bildirmiĢdi. FoĢlevanın Ģöhrəti bununla da qurtarmadı, lap Romaya qədər yayıldı.
Papa XII Levin öz qohumlarından olan və eyni della Jenqa familiyasını daĢıyan Paris nunsisi və
arxiyepiskopa yazdığı bir məktubda – biz bu məktubu öz gözlərimizlə görmüĢük – aĢağıdakı
sözlər qeyd edilmiĢdir: ―Paris monastırlarının birində Fovan adlı gözəl bir bağban və müqəddəs
adam olduğunu söyləyirlər‖. Lakin bu Ģöhrətin bir əks-sədası belə FoĢlevanın komasına gəlib
çatmadı, öz böyük əziyyətlərindən və müqəddəs adam olmağından bixəbər olan FoĢlevan yenə
də calaq vurur, alaq edir, qovun ləklərini soyuqdan qorumaq üçün həsir sərirdi. Ġllustrated
London News məcmuəsində təsvirini gördüyümüz və altında: ―Qaramal sərgisində birinci
mükafat almıĢ öküz‖ sözləri yazılmıĢ olan Dürham, yaxud Sürrey öküzü öz Ģöhrətindən bixəbər
olduğu kimi, FoĢlevan da bu qədər böyük bir Ģöhrət qazandığını bilmirdi.
DOQQUZUNCU FƏSĠL.
Dustaq kimi yaĢamaq.
Kozetta monastırda da bir Ģey danıĢmazdı.
Kozetta özünü Jan Valjanın qızı hesab edirdi, bu da təbii bir Ģey idi. Lakin özü belə bir Ģey
bilmədiyindən, heç bir Ģey də deyə bilməzdi, bilsəydi belə, yenə də sükut edər, bir Ģey
söyləməzdi. UĢaqları dünyada müsibət qədər susmağa öyrədən bir Ģey yoxdur. Bunu biz bir dəfə
dedik. Kozetta o qədər iztirab görmüĢdü ki, o, hər Ģeydən; danıĢmaqdan, nəfəs almaqdan belə
qorxardı. SöyləmiĢ olduğu ehtiyatsız bir söz sayəsində, dəfələrlə onun üzərinə dəhĢətli bir söyüĢ
yığını yağardı. Jan Valjanın yanına düĢdüyü zamandan bəri o yavaĢ-yavaĢ özünə gəlməyə
baĢlamıĢdı. Monastıra da çox tez alıĢdı. Ancaq Katerinasının xiffətini çəkirdi, lakin bunu
kimsəyə söyləməyə cəsarət etmirdi. Yalnız bir dəfə ürək edib Jan Valjana dedi ki:
– Ata, bilsəydim, Katerinanı da özümlə götürərdim.
Kozetta monastır pansionunun talibəsi olduqdan sonra, bu talibələrə məxsus paltar geyinməyə
məcbur idi. Jan Valjan onun soyunduğu köhnə paltarın qaytarılması üçün icazə aldı. Bu paltar
Kozettanı Tenardyenin meyxanasından apardığı zaman geyindirdiyi həmin matəm paltarı idi.
Kozettanın bu paltarı hələ köhnəlməmiĢdi. Jan Valjan bu paltarla yun corabları və çəkmələri
haradansa tapmıĢ olduğu balaca bir çamadanın içinə qoydu, Ģeylərin üstünə monastırlarda çox
olan kafur və sairə ətirli Ģeylər tökdü. Çamadanı çarpayısının yanındakı stulun üstünə qoydu,
açarını isə həmiĢə yanında saxlardı.
Bir dəfə Kozetta:
– Ata, – dedi – sənin qutunda nə var, oradan nə yaxĢı iy gəlir?
FoĢlevan baba, bir az əvvəl bəhs etdiyimiz kimi özünün xəbəri olmadığı Ģərəf və Ģöhrətdən
baĢqa, elədiyi bu yaxĢılıq üçün böyük bir mükafat almıĢdı: əvvəla, iĢi müvəffəqiyyətlə qurtardığı
üçün o, xoĢbəxt idi, ikincisi – köməkçisi olduğu üçün iĢi də xeyli azalmıĢdı. Bundan baĢqa o,
tütünü çox sevdiyindən artıq gündə üç dəfə, həm də kefi istədiyi kimi iĢlədə bilərdi, çünki
tütünün pulunu həmiĢə cənab Madlen verirdi.
Rahibələr Ultim adını qəbul etmədilər. Jan Valjana, adətən, ―o biri Fovan‖ deyərdilər.
Bu mübarək qadınlar bir azacıq belə, Javerin cəsarətinə malik olsaydılar, bağçaya aid sifariĢlər
üçün monastır xaricinə getmək lazım gəldiyi zaman, həmiĢə qoca, topal, xəstə, böyük FoĢlevanın
getdiyini və o birinin heç bir zaman monastırdan kənara çıxmadığını görərdilər. Lakin
rahibələrin gözləri həmiĢə göylərə doğru çevrildiyindənmi, casusluq edə bilmədikləri üçünmü,
yoxsa bir-birini pusduqları üçünmü, hər halda, onlar bu qəribə hadisəyə baĢ qoĢmamıĢdılar.
Zatən, Jan Valjan gizlənib buradan tərpənməməkdə çox yaxĢı iĢ görürdü. Javer tamam bir ay bu
məhəlləni gözdən qaçırmadı.
Bu monastır Jan Valjan üçün hər tərəfdən uçurumlarla əhatə olunmuĢ bir ada kimi idi. Artıq
monastırın bu dörd divarı Jan Valjan üçün bütün aləmi əvəz etməli idi. Jan Valjan geniĢ göyləri
görür və bunlara baxdıqca ürəyi açılır, ruhən sakit olurdu. Bir də ki Kozetta burada idi – xoĢbəxt
olmaq üçün onu görmək kifayət idi.
Jan Valjan üçün yenə fərəhli bir həyat baĢladı.
O, qoca FoĢlevanla birlikdə bağın dal tərəfində, daxmada yaĢayırdı. Cürbəcür inĢaat
qırıntılarından tikilmiĢ olan bu evciyəz hələ 1845-ci ildə salamat idi, onun üç bomboĢ otaqdan,
quru divarlardan ibarət olduğu məlumdur. Bu otaqların ən böyüyünü FoĢlevan Jan Valjanın
bihudə müqavimətlərinə baxmayaraq, cənab Madlenə vermiĢdi. Otağın divarında, üstündən
dizlik ilə səbət asılmıĢ olan iki mıxçadan baĢqa daha bir bəzək vardı ki, bu da buxarının üstündən
asılmıĢ 1793-cü ilə aid bir royalist kredit bileti idi. Bu biletin surətini burada veririk.
Bu Vandeya əskinasını FoĢlevandan qabaq iĢləyən və monastırda olan bir qoca Ģuan burada
bağbanlıq etdiyi zaman divara mıxlamıĢdı.
Jan Valjan hər gün bağçada iĢlər və çox fayda verərdi. Vaxtilə ağac calamaqla məĢğul
olduğundan, yenə həvəslə bağbanlığa baĢladı. O, ağac bəsləməyin bir çox üsullarına və sirlərinə
bələd idi. Ġndi bu bilik onun iĢinə yaradı.
Bağçadakı ağacların çoxu cırlaĢmıĢdı, Jan Valjan onlara çalaq vurdu, ağaclar yenə yaxĢı meyvə
verməyə baĢladılar.
Kozettanın hər gün bir saatlığa Jan Valjanın yanına gəlməsi üçün icazə almıĢdılar. Rahibələr
daim məyus, Jan Valjan isə mərhəmətli olduğundan, balaca qız onu rahibələrlə müqayisə edərək,
pərəstiĢ etməyə baĢlamıĢdı. Kozetta günün müəyyən saatında yüyürə-yüyürə bağbanların damına
gələrdi. Kozetta komanın qapısından girər-girməz ora cənnətə dönərdi. Jan Valjanın üzü parlar,
Kozettaya səadət verdiyini anladığından, özü də xoĢbəxt olardı. BaĢqalarına verdiyimiz sevincin
də bir gözəlliyi var, o, baĢqa bir Ģüa kimi sönməz, daha parlaq bir nur kimi bizə tərəf qayıdar.
Tənəffüs saatlarında Jan Valjan uzaqdan Kozettanın baĢqa qızlarla oynadığını və yüyürüĢdüyünü
seyr edərdi. Onun qəhqəhəsini və səsini eĢitməyə alıĢmıĢdı.
Artıq Kozetta gülürdü.
Kozettanın üzü də bir qədər dəyiĢmiĢdi. Üzündəki qaranlıq kölgələr yox olmuĢdu. Gülmək günəĢ
kimidir, o insanların üzündəki qıĢ soyuğunu qovur.
Tənəffüs qurtaran zaman Kozetta da monastıra qaçardı. Jan Valjan Kozettanın dərs keçdiyi sinif
pəncərələrinə baxar, gecələr isə yataq otağının pəncərələrinə baxmaq üçün yataqdan durardı.
Allahın iĢlərini bilmək olmaz, monastır da, Kozetta kimi, Jan Valjanın qəlbində yepiskopun
xeyrə doğru yaratdığı dönüĢü möhkəmləĢdirmiĢ və tamamlamıĢdı. ġübhəsiz, xeyirxahlıq hər
zaman bir cəhətdən təkəbbürlə təmas edir. Ġblisin tikdiyi bir körpü onları bir-birinə bağlayır.
Bəlkə də, Jan Valjan taleyin əmri ilə Kiçik Pükpüs monastırına düĢdüyü zaman, Ģüursuz olaraq
artıq bu cəhətə və bu körpüyə yaxınlaĢmıĢdı. Nə qədər ki, o, özünü yepiskopla müqayisə edirdi,
ona layiq olmadığını hiss edir, zəlil və məlul olurdu. Lakin son zamanlar özünü baĢqa insanlarla
müqayisə etməyə baĢlamıĢ və qəlbində iftixar hissi oyanmıĢdı. Kim bilir? Bəlkə də, o, özü belə
hiss etmədən, yenə insanlara nifrət bəsləməyə öyrəĢəcəkdi.
Bu yoldan onu monastır saxladı.
Bu – Jan Valjanın öz həyatında təsadüf etdiyi ikinci əsarət yeri idi. Gəncliyində, həyatın iĢıqlı
dövrü adlandıra biləcəyimiz bir dövrdə və sonra, lap yaxın zamanlarda, o, ədalət məhkəməsinin
ədalətsizliyi, qanunun qanunsuzluğu kimi təsəvvür etdiyi mənfur, dəhĢətli, sərt bir yerə
düĢmüĢdü. Ġndi katorqadan sonra o, monastıra düĢmüĢdü və vaxtilə katorqa həyatını sürdüyünü,
indi isə monastır həyatını, sanki, seyr etdiyini düĢündükcə, iztirab və qorxu içində bu iki Ģeyi bir-
birilə müqayisə edirdi.
Bəzən əlindəki belə söykənərək, sonsuz burma bir pilləkənlə enirmiĢ kimi, yavaĢ-yavaĢ təfəkkür
uçurumlarına qərq olardı.
Öz keçmiĢ yoldaĢlarını xatırlayırdı. Onlar nə qədər bədbəxt insanlardı! GünəĢ doğmadan
yataqlarından qalxar və gecənin yarısına qədər iĢlərdilər, yatmaq üçün çox az vaxt qalardı, onlar
vur-tut iki barmaq qalınlığında döĢəkləri olan əsgər çarpayısına uzanardılar, yalnız ən Ģiddətli
Ģaxtalarda qızdırılan binalarda yatardılar, əyinlərində qırmızı, dəhĢətli pencəkləri vardı,
mərhəmət göstərərək, onlara yayın istisində kətan Ģalvar, qıĢın soyuğunda isə yun köynək
geyinməyə icazə verərdilər. Onlar ancaq xüsusi ağır iĢlərə göndərildikləri zaman Ģərab içər və ət
yeyərdilər. Adlarını itirmiĢ bu adamları həmiĢə nömrə ilə çağırardılar, onların hər biri, sanki, bir
rəqəmə çevrilmiĢdi. BaĢlarını qaldırmadan, səslərini ucaltmadan, baĢları qırxıq bir halda,
dəyənək qorxusu altında yaĢardılar. Onların qisməti təhqirdən baĢqa bir Ģey deyildi.
Sonra yenə fikirləri gözləri qarĢısında olan insanlara qayıdardı.
Bu insanlar da saçlarını kəsdirmiĢdi, onlar da baĢı aĢağı, səslərini ucaltmadan yaĢayırdılar,
onların qisməti təhqir olmasa da, istehza idi, bellərində dəyənək yarasının yeri görünməsə də,
çiyinlərində Ģallaq izləri görünürdü. Onların da adları dünya üçün artıq məhv olmuĢdu, onlar
yalnız sərt və Ģərti adlar altında yaĢayırdılar. Onlar heç bir zaman ət yeməz, heç bir zaman Ģərab
içməzdilər. Bəzən axĢama qədər ağızlarına çörək almazdılar, əyinlərində qırmızı pencək olmasa
da, yay günləri üçün çox ağır, qıĢ günləri üçün çox yüngül olan qara mahuddan kəfən geyərdilər,
əyinlərindəki paltara nə bir Ģey əlavə etmək, nə də bir Ģey götürməyə ixtiyarları vardı, ilin
fəsillərindən asılı olaraq, ehtiyat üçün nə kətan yorğanları vardı, nə də üst yun paltarları, ilin altı
ayını qaba yun köynək geyinərdilər. Bu köynəyin dəhĢətindən isitməyə düĢərdilər, onlar yalnız
Ģiddətli Ģaxta olan günlərdə ocaq qalanan binalarda deyil, heç bir zaman ocaq qalanmayan
hücrələrdə yaĢardılar, onlar iki barmaq qalınlığında döĢəklər üstündə deyil, küləĢ üstündə
yatardılar. Nəhayət, onlara yatmaq belə qadağan edilmiĢdi, ağır dəhĢətdən sonra hər gecə yorğun
düĢərək, yenicə özlərini birtəhər qızdırıb mürgüləməyə baĢladıqları zaman ibadət etmək üçün
Ģirin yuxularını kəsməli, qaranlıq ibadətxananın buz kimi soyuq daĢ döĢəməsi üzərində diz
çökməli idilər.
Bəzən də bu insanlar daĢ döĢəmə üzərində on iki saat dalbadal, növbə ilə, diz üstə dayanmalı
idilər, yaxud yerə yıxılıb, qollarını yanlarına ataraq uzanmalı idilər. O insanlar kiĢi, bu insanlar
isə qadın idi. KiĢilərin günahı nə idi? Onlar oğurluq etmiĢdilər, adam öldürmüĢdülər, qarət
etmiĢdilər, zorlamıĢdılar, yol kəsmiĢdilər. Onlar quldur, saxta pul kəsən, ev yandıranlar, canilər,
ata qatilləri idi. Bəs bu qadınların günahı nə idi? Onlar heç bir Ģey etməmiĢdilər.
Bir tərəfdə – quldurluq, qarət, oğurluq, zorlama, qəbahət, qətl, hər cür xəyanətlər, hər cür
cinayətlər, o biri tərəfdə isə – yalnız bir Ģey: günahsızlıq.
Ən pak bir günahsızlıq, əsrarla dolu ülvi bir günahsızlıq, öz xeyirxah əməlləri ilə hələ bu
dünyaya meyil etsə də, öz qüdsiyyəti ilə artıq göylərə yüksələn bir günahsızlıq. Orada öz
cinayətlərini pıçıltı ilə bir-birinə etiraf edənlər, burada öz günahlarını ucadan hamının qarĢısında
etiraf edənlər. Həm də onların cinayətləri nə cinayət, bunların günahları nə günah!
Orada – irinli yaralar, bu tərəfdə isə – ətirlər. O tərəfdə daim keĢiyi çəkilən, daim topların lüləsi
altında saxlanan mənəvi bir taun ki, yavaĢ-yavaĢ xəstələri məhv edir, burada isə – bir ocaqdan
yanan pak qəlblərin alovu. Orada qaranlıq, burada kölgə – ancaq Ģəfəq kimi parlayan bir kölgə,
parlaq nur saçan bir Ģəfəq.
Hər ikisi – əsarət yuvasıdır, lakin birincidə qurtuluĢ imkanı var, qanunun təyin etdiyi bir hüdud
var, nəhayət, qaçmaq imkanı var. Ġkincidə isə – əsarət əbədidir, burada yeganə bir ümid var.
Həm də ən uzaq gələcəkdə parlayan bir ümid – insanların ölüm dedikləri bir ziya, bir azadlıq!
Ġnsanlar birinci əsarətə yalnız zəncirlə bağlıdır, ikinci əsarətə isə etiqadla bağlıdır.
Birinci əsarət yuvasından doğan nədir? Misilsiz lənətlər, diĢlərin qıcırdaması, nifrət, hər bir
Ģeydən ümidini kəsən bir kin, insan cəmiyyətinə qarĢı çılğın bir etiraz, bir nalə, göylərə saçılan
ittihamlar, küfrlər.
Bəs ikinci əsarət yuvasından doğan nədir? Xeyir-dua və məhəbbət.
Bu qədər bir-birinə bənzəyən və bu qədər bir-birindən fərqli olan iki əsarət yuvasında, bu qədər
bir-birindən fərqli olan iki növ insanlar eyni iĢ görür – cəza çəkirdilər.
Jan Valjan birinci növ insanlar üçün cəza çəkməyi, öz Ģəxsi günahlarının cəzasını çəkməyi zəruri
bilir, razılaĢırdı. Lakin günahsız, məsum insanların özgələrinin günahlarını öz üzərinə götürərək,
nə üçün cəza çəkdiklərini anlaya bilmirdi. O, dəhĢətlə titrəyərək, özündən soruĢdu: ―Nəyin
cəzasını? Hansı cəzanı?‖.
Vicdan səsi isə cavab verirdi: ―BəĢər alicənablığının ən yüksək nümunəsi baĢqalarının iĢlədiyi
günahın cəzasını çəkməkdir‖.
Bu barədə bizim öz rəyimizə gəlincə, bunu deməyə də bilərik, çünki bizim buradakı vəzifəmiz
ancaq hekayəçi olmaqdır, biz ancaq Jan Valjanın düĢündüklərini, təəssüratını nağıl edirik.
Jan Valjan öz qarĢısında fədakarlığın ən yüksək bir dərəcəsini, xeyirxahlığın ən yüksək bir
zirvəsini görürdü. Ġnsanların günahlarını bağıĢlayan və onların əvəzində cəza çəkən bir
günahsızlıq, könüllü qəbul edilmiĢ bir əsarət, əzabkeĢlik, yolunu azmıĢ ürəkləri iztirabdan xilas
etmək üçün günahsız ürəklərin arzu etdiyi iztirab, Allaha qarĢı bəslənilən bir məhəbbət içində
qərq olan bəĢəriyyətə qarĢı məhəbbət, qərq olsa da məhv olmayan, dua edən bir məhəbbət, cəza
çəkənlərin iztirablarını duyan mülayim, zəif insanlar, mərhəmətlə yaĢayan insanların təbəssümü
ilə gülümsəyən insanlar.
Jan Valjan bunları düĢündükcə, Ģikayət etməkdə haqsız olduğunu xəyalına gətirirdi.
O, bəzən gecəyarısı ayağa durub, Ģiddətli nizamnamələrin yükünü bellərində daĢıyan bu məsum
insanların minnətdar nəğmələrinə qulaq asardı. Haqlı olaraq cəza çəkən və üzlərini göylərə tərəf
çevirdikləri zaman ancaq küfr saçan insanları, bir də özünün, yəni bədbəxt bir insanın bir
zamanlar Allaha qarĢı üsyan etdiyini xatırlayarkən, damarlarına buz kimi soyuq yayılırdı.
O, bir Ģeyə heyrət edirdi: divarın üstünə qalxması da, hasarı keçə bilməsi də, ölümlə nəticələnə
biləcək təhlükəli oyunu da, bu ağır və sərt həyat yoxuĢu da – birinci cəza yuvasından çıxmaq
üçün göstərdiyi bütün bu səylər yalnız ikinci cəza yuvasına düĢmək üçün imiĢ. Kim bilir, bəlkə,
bu, onun taleyinin bir rəmzidir? O, sanki, öz taleyinin yavaĢ, ehtiyatkar səsinə qulaq asaraq dərin
fikirlərə dalırdı.
Bu ev də zindandan baĢqa bir Ģey deyildi, bu da dəhĢətli bir Ģəkildə o evə, onun qaçdığı evə
bənzəyirdi, bununla belə, o, heç bir zaman belə bir Ģey, təsəvvürünə gətirə bilməzdi.
O, yenə torlar, qəfəslər, qıfıllar, dəmir rəzələr görürdü, bəs onlar kimin keĢiyini çəkirdi?
Mələklərin.
O, bir zaman bu uca divarların pələngləri mühasirəyə aldığını görmüĢdü, indi isə o yenə bu uca
divarları görürdü, lakin onların mühasirəyə aldıqları pələnglər deyil, məsum quzular idi.
Bu yer cəza yeri deyil, tövbə yeri idi, halbuki o, cəza yerindən daha sərt, daha qaranlıq, daha
amansız görünürdü. Həyat bu bakirə qadınların belini katorqalılara nisbətən daha amansızcasına
əymiĢ, bükmüĢdü. Soyuq, bıçaq kimi kəsən bir külək, bir zaman gəncliyini buz kimi donduran
bir külək o torlu pəncərəni yarar, o ağzı qıfıllı qırğı yuvasını dəlib keçərdi, bu göyərçinlərin
qəfəsində isə daha Ģiddətli və daha dəhĢətli bir Ģimal küləyi əsərdi. Nə üçün?
Jan Valjan bunu düĢündükcə, bütün varlığı Allahın sirləri qarĢısında əyilirdi.
Belə fikirlər qürurun yox olmağına səbəb olur. Jan Valjan özünü hər tərəfdən təhlil edir, heçdən
baĢqa bir Ģey olmadığını anladıqda, dəfələrlə öz acı taleyinə ağlayırdı. Bu altı ay ərzində onun
həyatına sirayət edən bu fikirlər onu yenə yepiskopun nəsihətləri dərgahına qaytarardı. Kozetta –
məhəbbət yolu ilə, monastır – itaət yolu ilə.
Bəzən axĢamlar qaranlıq çökərkən, bağçada heç kəs olmadığı zaman, Jan Valjanı ibadətxananın
yaxınlığındakı xiyabanda görmək olardı. O, birinci dəfə buraya gəldiyi gecə baxdığı pəncərənin
altında diz çöküb, üzünü tövbə və dua edən rahibə bacının uzanmıĢ olduğu tərəfə çevirərdi. Jan
Valjan onun qarĢısında diz çöküb, dua edərdi.
Sanki, o, Allahın qarĢısında diz çökməyə cəsarət etmirdi.
Onun ətrafındakı hər bir Ģey – bu dinc bağça, bu ətirli çiçəklər, bu sevinclə bağıran uĢaqlar, bu
ciddi və sadə qadınlar, bu sakit monastır, – yavaĢ-yavaĢ onu ələ alır, yavaĢ-yavaĢ onun qəlbinə
bu monastırın sükunəti, bu çiçəklərin ətirləri, bu bağın dincliyi, bu qadınların sadəliyi, bu
uĢaqların sevinci yayılırdı. O düĢünürdü ki, bu iki ev, həyatının ən təhlükəli dəqiqələrində bir-
biri ardınca ona yer və yuva vermiĢ olan Allah evləri idi. Birinci – bütün qapılar onun üzünə
bağlı olanda, bəĢər cəmiyyəti onu rədd edəndə, ikinci – bəĢər cəmiyyəti onu təqib etməyə
baĢladıqda və yenə onun üzünə katorqa qapıları açıldıqda. Birinci ev olmasaydı – o yenə cinayət
uçurumlarına düĢə bilərdi, ikinci ev olmasaydı – o yenə iztirab uçurumlarına düĢərdi.
Jan Valjanın qəlbi minnətdarlıqdan əriyirdi. O, daha Ģiddətlə sevməyə baĢlayırdı.
Bir çox illər gəlib keçdi. Kozetta böyüyürdü.
ĠKĠNCĠ FƏSĠL.
Qamenin bəzi xüsusiyyətləri.
Paris qameni – azman yanında bir cırtdandır.
Mübaliğə etməyək: bizim bu çirkab mələyinin bəzən köynəyi olur, lakin bu, onun yeganə
köynəyidir; bəzən ayaqqabısı olur, ancaq altı olmur; onun bəzən evi olur, bu evdən xoĢu gəlir,
çünki gedib orada anasını görür, lakin o, küçəni üstün tutur, çünki küçədə sərbəst olur.
Onun öz oyunları, öz dəcəlliyi var, lakin bu oyunların və dəcəlliyin kökündə burjuaziyaya nifrət
var, onun öz məcazları var: ölməyə onun dilində ―qutu oyunu‖ deyilir; onun öz peĢəsi var,
baĢqalarına araba tutur, karetaların pilləkənini endirir, bərk yağıĢ yağanda adamları bir küçədən
o biri küçəyə keçirmək üçün yolpulu alır, buna o ―bərə düzəltmək‖ deyir; hökumət
nümayəndələri fransız xalqının xeyrinə nitq söyləyəndə bu nitqlərin məzmununu çığıra-çığıra
camaat arasında yayır; döĢəmə yollarda daĢların arasını araĢdırır; onun öz pulu var: bu da küçədə
yığdığı xırda mis qırıntılarıdır. Bu qəribə pula ―düymə‖ deyir; bu pullar kiçik səfillər arasında
ciddi surətdə müəyyənləĢdirilmiĢ möhkəm bir qiymətə malikdir.
Onun öz heyvanlar aləmi var, bunları künc-bucaqda çox diqqətlə müĢahidə edir; bunlar
mollaquĢudur, ―ölübaĢ‖ dediyi bitki bitidir, ―otbiçən‖ dediyi hörümçəkdir, ―Ģeytan‖ dediyi qara
qurddur – bu qurd ikibuynuzlu quyruğunu təhdidedici bir Ģəkildə hərləyir. Paris qameninin
əfsanəvi əjdahası da var; bu əjdahanın qarnı sümük kimi qabıqlarla örtülmüĢdür, ancaq o,
kərtənkələ deyil; onun belində ziyil var, lakin o, quru qurbağası deyil; bu heyvan indi köhnə
əhəng çuxurlarında, qurumuĢ çirkab quyularında yaĢayır; onun rəngi qaradır, o tüklüdür,
yapıĢqan kimidir; gah yavaĢ-yavaĢ, gah da tez-tez sürünür; ondan heç bir səs-səmir çıxmır; o
ancaq baxır; özü də elə dəhĢətlidir ki, onu hələ heç kəs görməmiĢdir; qamen bu əjdahaya ―lal-
kar‖ deyir. Bu ―lal-kar‖ları daĢ altından axtarıb tapmaq təhlükəli hesab edilən əyləncədir. Ona
baĢqa bir Ģey də ləzzət verir: bu da qənbər daĢını birdən qaldırıb altına baxmaq, orada
məryəmqurdu olub-olmadığını bilməkdir. Parisin hər rayonundan maraqlı Ģeylər tapmaq olur,
hər rayon bu Ģeylərlə Ģöhrət qazanmıĢdır. Ursulaçı qadınlar monastırının odun anbarında
qulağagirən, Panteon yaxınlığında qırxayaq, Mars çölünün xəndəklərində qurbağa balaları var.
―Sözə‖ gəlincə, bu uĢaq Taleyrandan az söz bilmir. Həyasızlıqda Taleyrandan geri qalmır, amma
ondan abırlıdır. O heç gözlənilmədiyi halda, birdən Ģənlik coĢqunluğuna tutulur: istəsə, yeri
gəldi-gəlmədi, dükançını dəlicəsinə bir qəhqəhə ilə heyrətə salır. O, çox asanlıqla yüksək
məzhəki vəziyyətdən Ģit zarafata adlayır.
Dəfn mərasimi keçir. Adamların içində həkim də vardır. Qamen çığıra-çığıra deyir: ―Bir ora bax,
nə vaxtdan bəri həkimlər öz iĢlərini özləri aparırlar?‖
BaĢqa bir qamen özünü izdihamın içinə verir. Gözlüklü, breloklu, yaĢlı bir adam acıqlı-acıqlı
dönüb deyir: ―Haramzadə, sən necə cürət edib mənim arvadımın belindən yapıĢırsan?‖ – ―Cənab,
siz nə deyirsiniz?! Ciblərimi axtara bilərsiniz‖.
ÜÇÜNCÜ FƏSĠL.
Qamen cazibədarlıqdan məhrum deyil.
Homuncio bir necə su ilə axĢamlar teatra gedir – bu pulu o həmiĢə əldə etmək üçün bir yol tapır.
Teatrın sehrli qapısından içəri girəndə dəyiĢir. O, əvvəl qamen idi, indi ―tüti‖1 olur. Teatrlar –
trümləri baĢ-ayaq edilmiĢ gəmiyə bənzəyir. Tütilər bu trümlərə doluĢur. Gecəkəpənəyi ilə bu
kəpənəyin sürfəsi arasında nisbət necədirsə, tüti ilə qamen arasındakı nisbət də elədir. Kəpənək
də məxluqdur, ancaq uçan məxluqdur.
Darısqal, üfunətli, qaranlıq, çirkli, murdar, pis və iyrənc trümün paradizə çevrilməsi üçün tütinin
orada olması, üzünün fərəhlə gülməsi, həyəcanının, heyrət və sevincinin aĢıb-daĢması, quĢ
qanadı Ģappıltısını xatırladan alqıĢı kifayətdir.
Canlı bir məxluqa bütün dəyərsiz Ģeyləri verin, möhtac olduğu zəruri Ģeyləri onun əlindən alın,
onda siz qameni əldə etmiĢ olarsınız.
Qamen ədəbi duyğudan məhrum deyil. Lakin klassik üslub onun zövqünə uyğun gəlmir – biz
buna çox təəssüf edirik. Qamen öz təbiəti etibarilə daha az akademikdir. Məsələn, madmazel
Mars bu gənc və coĢqun teatr həvəskarları arasında Ģöhrət qazanmıĢdı, lakin onun qazandığı
Ģöhrətdə bir qədər istehza da vardı. Qamen ona ―pıçıldayan madmazel‖ deyirdi.
Qamen bar–bar bağırır, adamları ələ salır, lağa qoyur, dalaĢır: o, südəmər uĢaq kimi əsgiyə
bürünmüĢdür, filosof kimi köhnə, qaba paltar geyinmiĢdir. Bu cındır paltarlı uĢaq çirkab
sularından tilovla nəsə tutur, çirkab borularında nəsə axtarır; lap çirkab içində ürəkaçan bir Ģey
tapır; bütün yolayrıcılarında ilhamla söyüĢ yağdırır; adamlara istehza edir, acılayır, fit çalır,
nəğmə oxuyur; o həm mehribanlıq, həm də təhqir edə bilir; qoçaqcasına oxuduğu bir
―Matantürlüret‖lə ―həmdü səna‖ duasının dəbdəbəsini mötədilləĢdirməyi bacarır; ölü duasından
tutmuĢ dəcəllik ifadə olunan kupletlərə kimi bütün havaları bir qayda ilə oxumağı bacarır. Söz
üçün aciz qalmır, bilmədiyi Ģeyi də bilir; kələkbazlıqda hətta spartan dözümlülüyü, ağılda
yüngülməcazlıq, hərzəguluqda lirizm göstərir. Onunla lap Olimpdə də kol dibində oturmaq olar;
o, peyində eĢələnə bilər, amma oradan ulduzlar içində ayağa qalxar, Paris qameni balaca
Rabledir.
Onun Ģalvarında saat cibi yoxdursa, bu Ģalvardan xoĢu gəlməz.
O, çox az hallarda təəccüblənir, daha az hallarda qorxur. Öz nəğmələrində mövhumatı ələ salır,
qondarma və bayağı Ģeyləri, mübaliğəni ifĢa edir, əsrarəngiz Ģeyləri lağa qoyur, teyflərə dilini
göstərir, pafosda gözəllik görmür, epik təmtəraqlı sözlərə gülür. Lakin bundan elə nəticə
çıxarılmasın ki, o Ģairanə hissdən tamamilə məhrumdur. Qətiyyən yox! O, təntənəli xəyallara
məzhəki fantasmaqoriya kimi baxmağa meyil edir. Adamastor onun qarĢısında canlansaydı,
qamen, yəqin ki, deyərdi: ―Bir uyuğa bax!‖
DÖRDÜNCÜ FƏSĠL.
Qamen xeyir də verə bilər.
Paris avara ilə baĢlayır, qamenlə qurtarır: bu iki məxluqu baĢqa heç bir Ģəhər meydana gətirə
bilməz; bir tərəfdə seyr etməklə kifayətlənən passiv idrak, bir tərəfdə tükənməz təĢəbbüs;
Prudom və Fuyu. Ancaq Parisin tarixində belə bir Ģey tapmaq olar. Avara – mütləqiyyət
təcəssümüdür, qamen – anarxiya.
Paris civarının bu solğun üzlü uĢağı əzab içində, ictimai Ģəraitin, insan məiĢətinin ən dolğun
yerində yaĢayır, inkiĢaf edir, ―çiçək açır‖, ―çiçəklənir‖; o, baĢ verən hadisələrin dərrakəli
Ģahididir. O, özünü qayğısız göstərir, lakin qayğısız deyil. O baxanda gülmək istəyir, lakin
ağlamaq da istəyir. Ey ―Mövhumat‖, ―Sui-istifadə‖, ―Alçaqlıq‖, ―Zülm‖, ―Zorakılıq‖, ―Ġstibdad‖,
―Haqsızlıq‖, ―Fanatizm‖, ―Hökmranlıq‖ deyilən Ģeylər, siz kim olsanız da, qamendən özünüzü
gözləyin, o, ağzını açıb ĢaĢqın-ĢaĢqın baxsa da, hər halda, siz özünüzü gözləyin!
Bu uĢaq böyüyəcək.
O hansı xəmirdən yoğrulmuĢdur? Ġlk təsadüf edilən bir parça palçıqdan. Bir ovuc torpaq
götürürlər, üfürürlər – Adəm əmələ gəlir. Ancaq gərək ona Allahın əli toxunsun. Qamen bundan
heç vaxt məhrum edilmir. Tale bu kiçik məxluqun qayğısına qalmağı öz üzərinə götürür. ―Tale‖
sözü ilə biz qismən təsadüfü də nəzərə alırıq. Cəmiyyətin kobud palçığından düzəldilən bu
cırtdan cahildir, nadandır, kobuddur; mühit onu çaĢdırmıĢdır; o, cəmiyyət tör-töküntüsünün
övladıdır – bu vəziyyət ilə o ioniyalımı olacaq, ya beotiyalımı? Bir gözləyin, vaxt olacaq, currit
rota1 həm miskin taleli, həm də yüksək qismətli insanlar yaradan Parisin ruhu, bu iblis, Roma
dulusçusunun əksinə olaraq, parçı küpəyə çevirəcək.
BEġĠNCĠ FƏSĠL.
Qamen mülkünün sərhədi.
Qamen Ģəhəri xoĢlayır; lakin qamen filosof olduğundan təkliyi də xoĢlayır: Fusk kimi urbis
amator-ü2 Horatsi3 kimi ruris amator-ü4.
DüĢünə-düĢünə gəzmək, yəni gəzmək xatirinə gəzmək – filosof üçün ən yaxĢı vaxt keçirməkdir.
Xüsusilə bu yerdə: bir çox böyük Ģəhərləri, qismən də Parisi əhatə edən bu kəndə bənzər yerdə,
bu qarıĢıq, bu pis, lakin müəyyən bir xüsusiyyətə, iki cür xarakterə malik olan bu yerdə... ġəhərin
ətrafını müĢahidə etmək – amfibiyanı müĢahidə etmək kimi bir Ģeydir. Ağacların sonu –
taxtapuĢların baĢlanğıcı, otların sonu – döĢəmə yolun baĢlanğıcı, çöllərin sonu – dükanların
baĢlanğıcı, sakit məiĢətin sonu – ehtirasların baĢlanğıcı, ilahi pıçıltıların sonu – insan danıĢığının
baĢlanğıcı – Ģəhər ucqarlarında xüsusi maraq oyadan budur!
Xəyalpərəst adamları – elə də cazibədar olmayan yol ilə gedənlərin ―qəmgin‖ sözü ilə
damğaladığı bu ucqar yerlərdə gəzməyə məcbur edən də budur; üzdən onların gəzintisi
məqsədsiz kimi görünür.
Bu sətirləri yazan adam özü də bir vaxtlar Parisin ətrafında gəzməyi xoĢlardı; bu gəzintilər indi
onun üçün unudulmaz xatirələr mənbəyi olmuĢdur. Bu qayçılanmıĢ qazon, bu daĢlı cığırlar, bu
tabaĢirli mergelin, ya gipsli torpaq, bu heriyə qalmıĢ, ya becərilməmiĢ çöllərin sərt yeknəsəqliyi,
heç gözlənilmədən bir az uzaqda gözə çarpan bostan, tezyetiĢən tərəvəz ləkləri, yabanılığa
qarıĢmıĢ qayğıkeĢ təsərrüfatçı əməyi, bu geniĢ və izsiz çöllər, alay təbillərinin döyüĢ
gurultularını yada salan səslər, gecələr quldur yuvasına çevrilən bu boĢ yerlər, havada qanadları
hərlənən külək dəyirmanı, daĢ karxanasının daĢ qaldıran çarxları, qəbiristanlıq tinlərindəki
meyxanalar, gün düĢən, kəpənəklərlə dolu olan böyük, boĢ sahələri dördbucaq Ģəklində əhatə
edən yüksək, tutqun divarların əsrarəngiz gözəlliyi onu cəzb edirdi.
Güllə ilə dəlik-dəlik edilmiĢ mənfur Qrenel divarı, Qlasyer, Günet, Marnanın dik sahilində olan
Mon-Parnas, Fos-o-Lu, Obye, ġatilyonda olan Mon-Suri, Tomb-Ġsuar, Pyer-Plat kimi əcaib
yerlər çox az adama məlumdur. ġatilyondakı bu daĢ karxanasının daĢı çoxdan tükənmiĢdir, indi
orada ancaq göbələk bitir, ora taxtası çürümüĢ bir pilləkən enir. Roma Kampaniyası
ümumiləĢdirilmiĢ bir məfhumdur; Paris civarı da belə ümumiləĢdirilmiĢ bir məfhumdur. Göz
önündə canlanan mənzərələrdə çöldən, evdən, ağacdan baĢqa bir Ģey görməmək, ora səthi
baxmaq deməkdir. Bütün gözə görünən Ģeylər Allahın təfəkkürüdür. O yerdə ki düzənlik Ģəhərlə
birləĢir, orada həmiĢə kədərli bir malxulya olur. Burada eyni zamanda həm təbiətin, həm də
insanın səsi eĢidilir. Burada hər Ģeyin öz xüsusiyyəti var.
Kim ki bizim Ģəhər civarı ilə birləĢən və Parisin astanası hesab oluna bilən boĢ yerlərdə bizim
kimi gəzibsə, yəqin, o, dəfələrlə, heç ağlagəlməyən yerlərdə, köhnə bir çəpərin arxasında, ya da
tutqun bir divar tinində, hay-küylə pul-pul oynayan bir dəstə pis qoxulu, çirkli, tozlu, saçları
daranmamıĢ, cındır paltarlı, lakin peyğəmbərçiçəyindən çələng taxmıĢ uĢağa rast gəlmiĢdir.
Bunlar öz evlərini tərk etmiĢ yoxsul uĢaqlarıdır. ġəhərin kənarında onlar rahat nəfəs alırlar.
ġəhərin civarı – onların oylağıdır. Onlar həmiĢə burada olur, burada boĢ-bekar veyillənirlər.
Burada onlar bütün öz nalayiq mahnılarını açıq ürəklə oxuyurlar. Onlar həmiĢə burada olurlar.
Daha doğrusu, onların əsl həyatı burada, adamların gözündən uzaqda, may, ya iyun günlərinin
aydınlığı içində keçir. Evlərini tərk edən bu uĢaqlar sərbəst yaĢayırlar, özlərini xoĢbəxt hiss
edirlər, kiminsə qarĢısında cavab verməyi özlərinə borc bilmirlər. Bir yerə yığıĢaraq, xırda,
dəyirmi daĢları diyirlədirlər: bu daĢları baĢ barmaqları ilə vurub çuxura salırlar; qumara qoyulan
bir çətə qara pul üstündə höcətləĢirlər. Onlar sizi görən kimi, bir peĢə sahibi olduqlarını, bir
parça çörək qazanmaq lazım gəldiyini xatırlayırlar: sizə mayböcəyi doldurulmuĢ köhnə yun
corab, ya da bir dəstə yasəmən almağı təklif edirlər. Bu qəribə təsadüf sizin Paris civarında olan
gəzintinizə həm xoĢ, həm də acı bir gözəllik verir.
Bəzən uĢaqların içində qızlar da olur; bu qızlar, bəlkə də, onların bacılarıdır? Bunlar yaĢa dolmuĢ
qızlardır; bunlar arıq, həyəcanlı, Ģən ürəkdir; onların əli gündən qaralmıĢdır; üzlərini çil
basmıĢdır, ayaqları yalındır; lakin saçlarına çovdar sünbülü və lalə taxmıĢlar. Bu qızlardan bəzisi
çovdar zəmisinin içinə girib albalı yeyir. AxĢamlar onların gülüĢünü eĢitmək olar. Gah isti
günorta günəĢi altında görünən, gah da alaqaranlıqda güclə nəzərə çarpan bu uĢaqlar burada
gəziĢən bir xəyalpərəstin fikrini xeyli vaxt məĢğul edir, bu mənzərə onun xülyasına qarıĢır.
Paris – mərkəzdir, civarları onun dairəsidir; uĢaqların təsəvvüründə bütün Yer kürəsi bundan
ibarətdir. Heç bir Ģey onları bu xətdən qırağa çıxmağa məcbur edə bilməz. Balıq susuz yaĢaya
bilmədiyi kimi, onlar da Paris havasından kənarda yaĢaya bilməzlər. Qarovulxanadan iki lö
qıraqda olan yerlər onlar üçün boĢluqdur. Kainat onlar üçün – Ġvri, Jantilyi, Arkeyl, Belvil,
Obervilye, Menilmontan, ġuazi-le-Rua, Bilyankur, Medon, Ġssi, Vanvr, Sevr, Püto, Nelyi,
Çenevilye, Kolmomb, Romenvil, ġatu, Anyer, Bujival, Nanter, Engen, Nuazi-le-Sek, Nojan,
Hurne, Dransi, Hones ilə qurtarır.
ALTINCI FƏSĠL.
Bir az da tarixdən.
Bu kitabda təsvir edilən hadisələrin baĢ verdiyi dövrdə – bu, təxminən, bizim dövrümüzdür – hər
küçənin tinində indiki kimi keĢikçi durmazdı (bu, yaxĢı bir iĢ olsa da, bu haqda indi söz açmağın
yeri deyil), Paris onda bu kiçik sərsərilərlə dolu idi. Statistikanın verdiyi məlumatdan görünür ki,
polis iĢçiləri hər il tutatutda hasarlanmamıĢ boĢ yerlərdən, tikilən binalardan, körpülərin tağı
altından orta hesabla iki yüz altmıĢa qədər yurdsuz uĢaq tutarlarmıĢ. Ad çıxaran bu yuvalardan
birində ―Arkol körpüsü qaranquĢları‖ əmələ gəlmiĢdi. Ümumiyyətlə desək, bu, bütün ictimai
xəstəliklərin ən dəhĢətlisidir. Böyüklərin etdiyi bütün cinayətlər öz baĢlanğıcını uĢaqların sərsəri
həyatından alır.
Lakin Parisi istisna etmək lazımdır. Yuxarıda göstərilən statistika məlumatına baxmayaraq,
Parisin müəyyən dərəcədə buna haqqı vardır. Bütün böyük Ģəhərlərdə kiçik sərsəriləri məhv
olmuĢ insan hesab etmək mümkündür. Harada olursa olsun, uĢaq ki baĢlı-baĢına buraxıldı, sanki,
tale özü onu bizim cəmiyyətin qəbahətləri içində batıb qalmağa məhkum edir, cəmiyyət onun
namusunu, vicdanını əlindən alır; lakin Paris qameni belə deyil: o, zahirən azğın, pozğun
görünsə də, daxilən təmiz qalır – biz bunu təkidlə deyirik. Bu gözəl hadisə, xüsusilə, bizim xalq
inqilablarının təmizliyində çox parlaq surətdə ifadə olunmuĢdur; okean sularında ərimiĢ duz olan
kimi Parisin də havasında adamları pozğunluqdan qoruyan ideyalar vardır. Paris havasını
tənəffüs etməklə öz ruhunu qoruyursan.
Lakin, hər necə olsa, bu uĢaqlara rast gəldikdə adamın ürəyi iztirab içində sıxılır, sanki, onları öz
ailələrinə bağlayan sapların qırılmıĢ uclarını görürsən. Mədəniyyətin hələ təkamülə erməmiĢ
indiki vəziyyətində bu cür dağılan ailələrin olması heç də təəccüblü deyil. Bu ailələr çalıĢırlar ki,
artıq ağızdan yavaĢca canlarını qurtarsınlar, buna görə də öz uĢaqlarının taleyinə laqeyd baxır,
onları küçəyə atırlar. Yurdsuz uĢaqlar da buradan meydana çıxır. Ġnsana kədər verən bu hadisə
elə adi bir Ģey olmuĢdur ki, ―Paris küçələrinə atılmaq‖ kimi xüsusi bir ifadə də əmələ gəlmiĢdir.
Yeri gəlmiĢkən, bunu da deyək ki, uĢaqlara qarĢı olan bu etinasızlıq köhnə mütləqiyyəti heç də
narahat etmirdi. Cəmiyyətin aĢağı təbəqələrində bir qədər avara və sərsəri adamların olması
yuxarı dairələrin iĢinə yarayırdı, bu, varlılar hakimiyyətinin xeyrinə idi. ―Qara camaat‖ın
uĢaqları arasında təhsilin yayılması ―zərərli‖ bir ehkam Ģəklini almıĢdı. ―Bizə yarımçıq adamlar
lazım deyil‖ hökmü günün tələbi olmuĢdur. UĢaq nadanlığı isə məntiqi olaraq uĢaq
yurdsuzluğundan meydana gəlir.
Bunu da qeyd etmək lazımdır ki, mütləqiyyətin hərdənbir uĢaqlara ehtiyacı olurdu, onda küçələri
uĢaqlardan təmizləməyə baĢlayırdılar.
Uzağa getmək lazım deyil: XIV Lüdovikin vaxtında kralın arzusu ilə – bu, çox ağıllı bir arzu idi
– donanma yaratmaq qərarına gəlirlər. Bu öz-özlüyündə yaxĢı fikir idi, lakin, görək bu fikir necə
yerinə yetirilirdi. Yelkənli gəmilər küləyin əlində bir oyuncaqdır; bu gəmilərlə yanaĢı, kürək, ya
buxar vasitəsilə hər tərəfə sərbəst hərəkət edən yedək gəmiləri olmasa, donanma yaratmaq
mümkün deyil. O zamanlar donanmada indiki buxar gəmilərinin yerini kürəkli gəmilər tuturdu.
Buna görə də kürəkli gəmilər əldə etmək lazım idi. Lakin kürək çəkənlər olmasa, kürəkli gəmilər
hərəkət edə bilməzdi. Buna görə də kürək çəkənlər əldə etmək lazım idi. Kolber əyalət
intendantları və parlamentləri vasitəsilə bacardığı qədər kürək cəzasına məhkum edilən
adamların sayını artırırdı. Məhkəmə məmurları bu məsələdə ona çox böyük xidmət göstərirdi.
Təntənəli kilsə mərasimi yanından keçən bir adam Ģlyapasını çıxartmadımı – bu, hugenot hərəkət
hesab edilirdi: onu tutub kürəkli gəmilərə göndərirdilər. Küçədə bir uĢağa rast gəldilərmi - əgər
onun on beĢ yaĢı tamam olubsa, özü də yurdsuzdursa – onu da tutub kürəkli gəmilərə
göndərirdilər. Budur, əzəmətli səltənət, əzəmətli dövr!
XV Lüdovikin vaxtında Paris küçələrində uĢaqların itdiyi də olurdu. Polis iĢçiləri onları
naməlum, əsrarəngiz bir məqsəd üçün oğurlayırdı. Adamlar dəhĢət içində pıçıldaĢır, kral
vannalarının al rəngli olması barəsində qorxunc mülahizələr yürüdürdülər. Barbye də bunu
sadəlövhcəsinə nəql edir. Belə hallar da olurdu: polis iĢçiləri uĢaq çatıĢmadığı üçün ata-anası
olan uĢaqları da tuturdular. UĢaqları tutulan atalar dəhĢət içində polis iĢçilərinin üstünə
cumurdular. ĠĢ belə olanda məsələyə parlament qarıĢır, ölüm cəzası kəsirdi: boğazından asılsın! –
Kim? Polis iĢçilərimi? - Xeyr, atalar!
YEDDĠNCĠ FƏSĠL.
Qamenlər hind kastası düzəldə bilərdilər.
Paris qamenləri kasta kimi bir Ģeydir. Bunu da demək lazımdır ki, oraya hər adam daxil ola
bilməzdi.
―Qamen‖ sözü ilk dəfə 1834-cü ildə mətbuata düĢdü və ―qara camaat‖ dilindən ədəbi dilə keçdi.
Bu söz birinci dəfə ―Klod Ke‖ adlı kiçik bir hekayədə iĢlədilmiĢdir. Böyük bir qalmaqal düĢdü.
Ancaq söz mətbuatdan çıxmadı.
Qamenlərin bir-birinə olan hörməti müxtəlif səbəblərə əsaslanırdı; biz bir qameni yaxından
tanıyırdıq; o öz yoldaĢları arasında böyük hörmətə malik idi; yoldaĢları ona böyük iftixarla
baxırdı, çünki o, Roterdam kilsəsinin zəng qülləsindən yıxılan bir adamı görmüĢdü. Əlillər evi
qübbəsindən götürülən heykəllər müvəqqəti olaraq dal həyətə qoyulmuĢdu; bir qamen də
gizlincə bu həyətə girib oradan bir az qurğuĢun ―çırpıĢdırdığı‖ üçün, bir baĢqası da bir dilicanın
çevrildiyini gördüyü üçün hörmət qazanmıĢdı. Bir ayrısı da ona görə hörmət qazanmıĢdı ki, o az
qala bir burjuanın gözünü çıxaran əsgəri ―manĢırlamıĢdı‖.
Bax, buna görə də bir Paris qameninin söylədiyi bu sözlər anlaĢılmıĢ olur: ―Ġlahi! Gör mən nə
bədbəxtəm! Heç belə bir Ģey olar: hələ mən ömrümdə bircə dəfə də adamın altıncı mərtəbədən
yıxıldığını görməmiĢəm!‖ (həm də bu qamen ―mən‖ sözünü min, ―mərtəbə‖ sözünü mərtəbə
Ģəklində tələffüz etmiĢdi). Qamenin həyatına bələd olmayan adamlar bu dərin mənalı sözə
gülürlər.
Bunu da qeyd etmək lazımdır ki, bir kəndli aĢağıda söylənilən bu sözləri heç də pis deməmiĢdir:
―Mənə bax, atam, sənin arvadın xəstələnmiĢ və xəstəlikdən ölmüĢdür, bəs niyə sən həkim
çağırmamısan?‖ O da belə cavab vermiĢdir: ―Ġltifat buyurun, cənab, biz kasıb adamlarıq, biz öz
gücümüzlə ölürük‖. Bu sözdə bütün kəndli ətaləti ifadə olunduğu halda, Paris civarında yaĢayan
bir uĢağın da azad fikirli olması və anarxizmi aĢağıdakı bu sözlərlə ifadə olunmuĢdur: ölümə
məhkum edilən və edam yerinə aparılan bir cani arabada keĢiĢin öyüd-nəsihətini dinləyirmiĢ;
qamen bunu görüb nifrətlə deyir: ―Bir bax, o, keĢiĢlə danıĢır! Gör nə qorxaqdır!‖
Qamenin dini məsələlərdə göstərdiyi cəsarət ona hörmət qazandırır. Azadfikirli olmaq çox
mühümdür.
Edam yerində olmaq onun borcudur. Qamenlər gilyotinə baxırlar, gülə-gülə bir-birinə söz atırlar,
gilyotinə cürbəcür, həm də məzəli ad verirlər: ―Əlvida, sup‖, ―Deyingən qarı‖, ―Mavi (səmavi)
anacıq‖, ―Son loğma‖ və sairə, və sairə. Onlar bir Ģeyi gözdən qaçırmamaq üçün divarların
üstünə çıxırlar, eyvanlara qalxırlar, ağaclara dırmaĢırlar, barmaqlıqlardan sallanırlar, bacalardan
yapıĢıb baxırlar. Qamen həm fitri taxtapuĢdüzəldən, həm də fitri dənizçidir. Onun nə
taxtapuĢdan, nə də dor ağacından qorxusu var. Heç bir Ģənlik onun üçün Qrö meydanındakı
edamlara tay ola bilməz. Sanson və abbat Montes onun üçün, doğrudan da, ən məĢhur
adamlardır. Qamenlər ölümə məhkum edilən bir adama ürək vermək üçün onu hay-küylə
qarĢılayırlar. Bəzən onunla fəxr edirlər. Lasner qamen olanda və Dotenin mərdcəsinə öldüyünü
görəndə, öz taleyini qabaqcadan hiss edirmiĢ kimi, bu sözləri söyləmiĢdi: ―Mənim ona paxıllığım
tutur!‖
Qamenlərdən heç biri Volterin adını eĢitməmiĢdi, amma Papavuanı çox gözəl tanıyırdılar. Bu
qəhrəmanlar yığını içində ―siyasətçilərlə‖ qatillər arasında fərq qoymurlar. Son dəqiqədə kimin
nə simada olması haqqında söylənilən rəvayətlər eyni dərəcədə mühafizə edilir. Məlumdur ki,
edam vaxtı Toleronun baĢında ocaqçı Ģapkası, Avrilin baĢında xəz furajka, Luvelin baĢında girdə
Ģlyapa varmıĢ, dazbaĢlı qoca Delaport baĢıaçıq imiĢ, Kasten çox qəĢəngmiĢ, üzü də qırmızı imiĢ,
Boriesin qısa, balaca, romantik saqqalı varmıĢ, Jan Marten aĢırmasını açmamıĢ, ana-oğul Lekufe
bir-birilə deyiĢirmiĢlər. Qamenlərdən biri çığıraraq onlara deyibmiĢ: ―Səbətinizdəkini
bölüĢdürdüyünüz bəsdir!‖ Bir baĢqası Debakeranın necə aparıldığını görmək istəyirmiĢ, lakin
boyu balaca olduğundan izdiham içində heç bir Ģey görmürmüĢ, buna görə də, sahil küçəsindəki
fənər dirəyini gözaltı eləyib, ora dırmaĢmağa baĢlayır. Qarovulda duran jandarma onu görüb,
qaĢqabağını tökür. Qamen ondan xahiĢ edir: ―Cənab jandarma, icazə verin bura dırmaĢım!‖
Sonra da hökumət xidmətçisinə ürək-dirək vermək üçün əlavə edir: ―Yıxılmaram‖. Jandarma da
ona belə cavab verir: ―Yıxılarsan, ya yıxılmazsan – mənə nə?!‖
Qamenlər bədbəxt hadisələrə çox böyük əhəmiyyət verirlər. Məsələn, ən böyük hörmət o
qamenə edilir ki, o, təsadüfən bir yerini ―lap sümüyə kimi‖ kəsmiĢ olsun.
Qamenlərin arasında yumruğun da hörməti az deyil. Qamenin ən xoĢladığı söz budur: ―Mən
yaman güclüyəm. Bir bax!‖ Solaxaylıq yamanca qibtə edilən xüsusiyyət, gözlərini çəpləĢdirmək
çox qiymətli bir keyfiyyət hesab olunur.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Bu fəsildə son kralın nəzakətli bir zarafatından bəhs olunur.
Yay girəndə qamen qurbağaya çevrilir. AxĢamlar o, hava qaralandan sonra bütün abır-həya
qanunlarını, polis qaydalarını pozaraq, kömür barjından, ya paltaryuyulan saldan özünü
Austerlits, ya Ġen körpüsü qarĢısında baĢıaĢağı Senaya atır. Lakin polis iĢçiləri də yatmır; buna
görə də çimmək üçün özünü çaya atan qamen çox pis vəziyyətə düĢür, bu, qamenlər arasında
qardaĢlıq xəbərdarlığının meydana gəlməsinə səbəb oldu. 1830-cu ilə yaxın bir vaxtda Ģanlı bir
ad çıxaran bu xəbərdarlıq – qamendən qamenə verilən strateji bir xəbərdarlıqdı. Bu xəbərdarlıq,
Homerin qitələri kimi, həm də Elevzin Ģənlikləri melopei kimi, az baĢadüĢülən vurğularla təyin
edilir, bunda antik dövrün ―Evoe!‖si səslənir. Qamenlərin bir-birinə etdiyi xəbərdarlıq bu idi:
―Hey, tüti, he-ey, yatma, fironlar yaxındadır, tərpən, Ģələ-küləni yığıĢdır, cəld ol, özünü çirkab
kanallarına ver!‖
Bu mığmığalar arasında hərdən (onlar özlərinə ―mığmığa‖ deyirlər) oxuyan, yazan da olur, lakin
Ģəkil çəkməyi, pis də olsa, bacarırlar. Onlar əsrarəngiz yollarla bir-birini öyrədərək istedad sahibi
olurlar; belələri cəmiyyət üçün faydalı ola bilər. Qamen 1815-ci ilə kimi hindtoyuğunu
yamsılayır, onun kimi ―qur-qur‖ edirdi. 1830-cu ildən 1848-ci ilə kimi bütün divarlarda armud
Ģəkli çəkirdi. Bir gün Lui-Filipp axĢamçağı piyada saraya qayıdırmıĢ; yay imiĢ, görür ki, balaca
bir uĢaq pəncəsi üstə qalxaraq, tər tökə-tökə, Nelidə barmaqlıq dirəklərinin birinə kömürlə böyük
bir armud Ģəkli çəkmək istəyir. Kral Lui-Filipp IV Henrixdən irsən keçən və ona xas olan bir
mehribanlıqla uĢağa kömək edərək özü armud Ģəkli çəkir, sonra da ona bir luidor pul verərək
deyir: ―Burada da armud Ģəkli var‖.
Qamenlər səs-küyü xoĢlayırlar, qalmaqal olanda sevinirlər. Onların ―keĢiĢdən‖ zəhləsi gedir. Bir
gün görürlər ki, bu haramzadələrdən biri ―Universitet‖ küçəsində 69 nömrəli evin darvazasına
burun Ģəkli çəkir. Yol ilə gedənlərdən biri deyir: ―Sən niyə belə Ģey eləyirsən?‖ UĢaq da ona belə
cavab verir: ―Burada keĢiĢ yaĢayır‖. Bu evdə, doğrudan da, papa nümayəndəsi yaĢayırmıĢ.
Qamendə Volter ruhu nə qədər qüvvətli olsa da, o, fürsət düĢəndə, kilsə xorunda iĢtirak
etməkdən boyun qaçırmır: bu zaman o öz vəzifəsini vicdanla yerinə yetirir. Ġki Ģey var ki, qamen
çox istəyir bunu etsin, ancaq edə bilmir, bu ona Tantal əzabı verir. Bunlardan biri hökuməti
yıxmaqdır, ikincisi də öz Ģalvarını yamanmağa verməkdir.
Qamen Parisin bütün polisləri lap yaxĢı tanıyır, onlardan hansına rast gəlsə, adını lap düzgün
deyir. Kim olduqlarını bir-bir sadalaya bilir. Qamen bütün polislərin xasiyyətini öyrənir, hər
polis nəfəri haqqında onun müəyyən fikri var. Qamen polis nəfərinin qəlbini canlı kitab kimi
oxuyur və o saat sizə məlumat verir: ―Bax, bu, böhtançıdır; bu, acıqlıdır; bu, adamdöyəndir, bu –
lap gülməlidir (bütün bu böhtançı, acıqlı, adamdöyən, gülməli sözlərinin onun dilində baĢqa bir
mənası var), bax, bu özünü elə göstərir ki, guya, yeni körpünün sahibidir, camaatı sürahinin o
biri tərəfində, karnizdə gəzməyə qoymur, bax, bunun da çox pis xasiyyəti var; adamların
qulağını dartır‖ və sairə və sairə.
DOQQUZUNCU FƏSĠL.
Qalliyanın qədim ruhu.
Bazar oğlu Poklenin bu uĢaqla nəsə bir qohumluğu vardı; BomarĢenin də elə. Qamenlik – qall
xarakterinin müxtəlif Ģəkillərindən biridir. Bu, ağıla qarıĢaraq, bəzən ona tündlük verir – alkoqol
Ģəraba tündlük verən kimi – bəzən də ona nöqsan gətirir. Fərz edilsə ki, Homer boĢboğazlıq edir,
onda Volter haqqında belə demək olar: ―O, qamenlik edir‖. Kamill Demulen Paris civarında
yaĢayan bir adamdı. BaĢ verən möcüzələrə qarĢı çox nəzakətsizlik göstərən ġampione Paris
küçəsində böyümüĢdü. O hələ uĢaqkən Sen-Jan-de-Bove və Sent-Etyen-dü-Mon kilsələrinin
kandarını ―sulayırmıĢ‖. O, müqəddəs Cenevye rakasına kobudcasına ―toxunmağı‖ adət etdiyi
halda, heç düĢünmədən müqəddəs Yanuarın camına komanda vermiĢdi.
Paris qameni, eyni zamanda, həm adama hörmət edər, həm adamı ələ salar, həm də həyasızdır.
Onun diĢləri pisdir, çünki yeməyi yaxĢı deyil, mədəsi də yaxĢı iĢləmir; amma gözləri çox
yaxĢıdır, çünki o, ağıllıdır. Lap Ġohovanın yanında o heç çəkinmədən bir ayağı üstə atıla-atıla
cənnət pilləkəni ilə yuxarı da qalxar. Qamen bıçaq boksunun ustasıdır. Onun inkiĢaf yolları
məlum deyil. Budur, o, belini əyərək qanovda oynayır, lakin birdən belini düzəldərək, üsyanda
iĢtirak edir. Top atəĢi onun cəsarətini qıra bilmir: bir anda bu, dəcəl bir qəhrəman olur. Balaca bir
fivalı kimi o, baĢı üstündə aslan dərisini silkələyir. Təbilçi Bara Paris qameni idi. Müqəddəs
kitabda təsvir edilən at ―Qu-qu‖, - deyə səslənən kimi, o da ―Ġrəli!‖ - deyə çağırır və bir anda bu
balaca uĢaq böyüyərək, bir azman olur.
Qamen ancaq qəbahətlər övladı deyil, o həm də yüksək ideallar övladıdır. Molyer ilə Bara
arasındakı məsafəni ölçün.
Sözümüzü xülasə edək: qamen əylənən bir məxluqdur, çünki bədbəxtdir.
ONUNCU FƏSĠL.
Ecce Paris, esse homo1.
Sözümüzü bir də xülasə edək: vaxtıyla Roma graeculus2-u nə idisə, indi də Paris qameni odur.
Qamen – alnında köhnə dünyanın qırıĢları olan uĢaq – xalqdır.
Qamen – millətin zinəti, eyni zamanda, xəstəliyidir. Bu xəstəliyi müalicə etmək lazımdır. Nə ilə?
Oxumaqla.
Oxumaq milləti sağlamlaĢdırır.
Oxumaq milləti maarifləndirir.
Ġctimai əlaqələr sahəsində bütün nəcibliyin yeganə mənbəyi elmdir, ədəbiyyatdır, incəsənətdir,
təhsildir. Ġnsanları tərbiyə edin, tərbiyə edin! Ġnsanlara bilik iĢığı verin ki, onlar sizi isidə bilsin!
Gec-tez böyük bir məsələ – ümumtəhsil məsələsi – inkaredilməz bir həqiqət kimi özünə haqq
qazanacaq, onda hökumət baĢında duran adamlar fransız tərəqqipərvər fikrinin təzyiqi altında iki
Ģeydən birini seçməyə məcbur olacaqdır: kimə əsaslanmaq lazımdır - Parisin həqiqi oğlunamı, ya
Parisin qameninəmi; maarif Ģüası ilə yandıran parlaq alovamı, ya nadanlıq qaranlığında titrəyən
bataqlıq iĢığınamı?
Qamen – Parisin, Paris – dünyanın mücəssəməsidir.
Çünki Paris hər Ģeyi əhatə edir. Paris – bəĢəriyyətin beynidir. Bu qəribə Ģəhər keçib-getmiĢ və
hal-hazırda davam edən bütün adətləri, xasiyyətləri kiçik bir Ģəkildə özündə əks etdirir. Parisə
baxanda, elə bil ki, ümumbəĢər tarixinin iç üzünü, onun aralıqlarında isə göyü və ulduzları
görürsən. Parisin öz kapitolisi var – bu, Ģəhər bələdiyyə idarəsidir; Parisin öz Parfenonu var – bu,
Roterdam kilsəsidir; Parisin öz Aventin təpəsi var – bu, Sent-Antuan civarıdır; Parisin öz
Azinarisi var – bu, onun Sorbonnasıdır; öz Panteonu var – burada da ona Panteon deyilir; öz
müqəddəs yolu var – bu, Ġtaliyalılar bulvarıdır; öz Küləklər qülləsi var – bu, onun əfkar–
ümumiyyəsidir; Paris də adamı Hemoniyadan aĢağı atmır – onu camaat qarĢısında ələ salır.
Onun majo3-suna – lotu-bambılı, transteverlisinə – civar əhalisi, hamma4-sına qarmaqçı,
ladzaronuna – cibgir, kokneyinə – ədabaz deyilir. Harada nə varsa – Parisdə də var. Dümarsenin
balıqsatan alverçi qadını Evripidin göyərtisatan qadınına söz ata bilər; diskatan Veyan kəndirbaz
Foriozonda canlanır; əsgər Ferapontiqon qrenader Vadsbongerlə qol-qola gəzə bilər; antikçi
Damasip, yəqin ki, özünü Parisin köhnə Ģey satan alverçiləri ilə bir yerdə çox yaxĢı hiss edər;
Sokrat, əlbəttə, Vensen qalasına, Didro isə Aqoro tərəfindən həbsxanaya salınardı; kirpi
qızartmasını Kurtilus icad etmiĢdisə, yağda qızardılmıĢ rostfibi də Qrimo de la Renyer icad
etmiĢdir; Ulduzlar tağının yuvarlaq günbəzində biz Plavtın yenidən əhya olunmuĢ trapesiyasını
görürük; Apuleya rast gələn və Afina portikində qılınc udur; qardaĢoğlu Ramo ilə havayıyeyən
Kurkulyon bir-birinin lap yaxĢı tayı olardı; d’Eqrfeyl Erqasili Kambaseres ilə tanıĢ etməyi
yadından çıxartmazdı; Ģıq geyinən dörd romalını – Aleksimarxı, Fedromu, Diabolu və Arqirippi
bizim dövrümüzdə poçt karetasında Kurtildən Labata qayıtdığın görmək olar; Avl Keli
Konqrionun qarĢısında – ġarl Nodye PoliĢinelin qarĢısında dayanandan artıq dayanmamıĢdır;
doğrudur, Martona rəhmsiz demək olmazdı, lakin Pardaliska da elə deyildi ki, ona yaxın durmaq
mümkün olmasın; məzəli bir adam olan Pantolab indi də ingilis kafesində kefcil Nomentanı ələ
salıb gülür; Kermohen Yelisey çölündə tenor oldu, kələkbaz Frazi isə, BobeĢ kimi geyinərək,
onun qabağında gəzə-gəzə verilən pulu yığır; zəhlətökənin birisi sürtükünüzün düyməsindən
yapıĢıb sizi Tüilridə dayandırır və iki min il sonra sizi Fesprionun sözlərini təkrar etməyə məcbur
edir: ―Quis properantem me prehendit pallio‖1. Plavtın ―Epidik‖ komediyasından. Suren Ģərabı –
saxtalaĢdırılmıĢ alban Ģərabıdır; Dezojyenin ağzınacan doldurulmuĢ qədəhi heç də Balatronun
dolu camından geri qalmır; yağıĢlı gecələrdə Eskvilindən necə iĢıq gəlirdisə, Per-LaĢezdən də elə
iĢıq gəlir, yoxsulun beĢ il müddətinə satın aldığı qəbir qulların kirayə etdiyi tabut qiymətindədir.
Siz axtarın, görün elə bir Ģey tapa bilərsinizmi ki, Parisdə olmasın. Trofininin camında olan Ģey
Mesmerin qabında tapılar; Erqrafil Kaliostroda əhya olunur; Brahman Vazafanta qraf Sen-
Jermendə təcəssüm edilir; Sen-Medar qəbiristanlığının möcüzləri DəməĢqdəki Ümumiyyə
məscidinin möcüzlərindən heç də geri qalmır.
Parisin öz Ezopu var – bu, Mayedir, öz Kanidiyası var – bu, cavan qız Lenormandır. Vaxtı ilə
Delfa kimi, Parisin də rahatlığını iĢıldayan ruhların zühuru pozur; Dodona sacayağını hərlədən
kimi, o da masaları hərləməklə məĢğul olur. Roma kurtizan qadınını taxta çıxarırdı, o da qrizet
qadınını taxta çıxarır; hər halda, əgər XV Lüdovik Klavdidən pis idisə, xanım Dübarri
Messalinadan yaxĢıdır. Paris yunan fikir aydınlığını yəhudi ürəksınıqlığı, qaskon boĢboğazlığı ilə
birləĢdirərək görünməmiĢ insan tipi yaradır, lakin belə insan əvvəllərdə olmuĢdur, bununla biz
üz-üzə də gəlmiĢik. Paris Diogeni, Ġovu, Hoqqabazı bir-birinə qarıĢdırıb navala etməklə, kabusu
―Konstitusionalist‖in köhnə nömrələri ilə bəzəməklə ġodruk Düklonu vücuda gətirir.
Plutarx ―Zalım hökmdarı heç bir Ģey yumĢaltmaz‖ deyirdisə də, Sullanın və Donisianın vaxtında
Roma dinc idi, narazılıq etmədən öz Ģərabına su qatırdı. Var Vibiskin doktrinör mədhiyyəsinə
inanırlarsa, onda Tibr Leta rolunu oynayırdı; Var deyir: ―Ntra grasshos Tiberin habemus. Bubure
Tiberim, id est seditionem oblivis‖. ―Paris hər gün milyon litr su içir, lakin bu ona yeri gələndə
zəng vurub haray qaldırmağa mane olmur‖.
Bununla belə, Paris yaxĢı oğlandır. O, Ģahanə bir əda ilə hər Ģeyi qəbul edir, sevgi məsələsində
çox da tələbkar deyil; onun Venerası – Honttentot qızlarındandır; o gülmək xatirinə hər Ģeyi əfv
etməyə hazırdır; cismani eybəcərlik onu Ģənləndirir, mənəvi eybəcərlik əyləndirir, qəbahət kefini
açır; sən dələduz da olsan, məzəli oldunmu, bu, onun xoĢuna gəlir. Hətta həyasızlığın son pilləsi
olan riyakarlıq da onu acıqlandırmır; o, çox oxumuĢdur, belə ki, dona Bizilio gələndə burnunu
tutmaya bilər; Tartüfün duası onu Priapın ―hıçqırığı‖ Horatsini narahat edəndən daha artıq
düĢündürmür. Kainatın sifətində olan xətlər Parisin alnında təkrar olunur.
Əlbəttə, Mabil bağında verilən bal Yanikul təpəsində oynanılan polimniya rəqsləri deyil, lakin
aradüzəldən qadın Stafila bakirə qız Planesiyanı güdən kimi, qalantereya malları satan xırdavatçı
qadın da eynən bu cür orada yüngül əxlaqlı qadın güdür. Məlum Ģeydir ki, DöyüĢ qarovulxanası
Kolizey deyil, lakin orada da, vaxtı ilə Sezarın qarĢısında olduğu kimi, vəhĢilik göstərirlər.
Suriyada yeməkxanada iĢləyən xidmətçi qadınların Seqo xaladan daha qəĢəng olduğunu güman
etmək lazımdır. Virgili həmiĢə Roma aĢxanalarına getdiyi kimi, Davil d’Anje, Balzak və ġarle
Paris meyxanalarına gedərmiĢ. Paris Ģahanəlik edir. Parisdə dahilər iĢıq saçır, təlxəklər meydan
sulayır. Parisdə Adonay guruldaya-guruldaya, ildırımlar saça-saça, on iki çarxlı arabasını sürətlə
sürüb gedir; Silen də öz eĢĢəyinə minib Parisə gəlir. Silen dedikdə – Rampono nəzərdə tutulsun.
Paris – kosmosun sinonimidir. Paris – Afinadır, Romadır, Sibarisdir, Qüdsdür, Pantendir.
Mədəniyyətin, vəhĢiliyin bütün növləri burada qısaca təmsil edilmiĢdir. Parisin əlindən gilyotin
alınsaydı, o bundan son dərəcə narazı qalardı.
Qrev meydanı az miqdarda zərərli deyil. Belə əbədi bir bayram belə ədviyyat olmadan bayram
ola bilərdimi? Bizim qanunlar çox aqilanə surətdə bunu nəzərə almıĢdı, qan da gilyotin
bıçağından bu bitib-tükənməyən karnavalın üstünə damcı-damcı tökülür.
ON BĠRĠNCĠ FƏSĠL.
Ələ sala-sala hakimlik etmək.
Parisin hüdudunu göstərmək olma, belə bir hüdud yoxdur. Bütün Ģəhərlərdən ancaq o, hökmündə
olanları istehza edə-edə öz itaəti altında saxlaya bilmiĢdir. Ġskəndər həyəcanla demiĢdir: ―Ey
afinalılar, xoĢunuza gələr!‖
Paris yalnız qanun deyil, bundan da böyük Ģeylər yaradır. O, dəb yaradır; o, dəbdən da böyük
Ģeylər yaradır; o, mühafizəkarlıq yaradır. Ağlına gəldimi, birdən axmaq olur: bəzən belə Ģeylər
də edir; onda bütün dünya onunla bərabər axmaqlaĢır; sonra da yuxudan ayılır, gözlərini silə-silə
bu sözləri deyir: ―Mən axmaq deyiləmmi?!‖ Qulaqbatırıcı bir səslə düz bəĢəriyyətin üzünə gülür.
Belə bir qəribə Ģəhər olarmı? Burada ağlasığmayan bir Ģəkildə böyüklük təlxəkliklə, parodiya əsl
əzəmətlə yola gedir, eyni ağız bir gün Sur-Ġsrafili, sabah uĢaq tütəyini çalır. Parisin Ģahanə Ģən
xasiyyəti var. Onun əyləncələrində ildırımlar, dəcəlliklərində böyük qüdrət var. Burada bəzən
üz-göz qırıĢdırma fırtına qoparır. Bu fırtınanın partlayıĢlarından, vuruĢmalarından qopan
uğultular dünyaya yayılır. Onun Ģah əsərləri, əcaib Ģeyləri, dastanları, eyni zamanda, bütün
hədyanları dünyanın malı olur. Onun gülüĢü, vulkan ağzından qopmuĢ kimi, yer üzünü bir lava
tək bürüyür. Onun buffonadlarından qığılcımlar saçılır. O eyni dərəcədə həm öz hədyanlarını,
həm də ideyalarını xalqlara qəbul etdirir. BəĢər mədəniyyətinin ən yüksək abidələri onun
istehzalarına müticəsinə dözür, əylənməsi üçün öz əbədiliyini onun ixtiyarına verir. O
həĢəmətlidir, onun misli-bərabəri görünməyən, dünyaya azadlıq gətirən 14 iyulu var; o bütün
xalqları top-top oyunu zalında and içməyə çağırır; onun 4 avqust gecəsi vur-tut üç saat ərzində
feodalizmin minillik hakimiyyətini yıxır. O, fitri sağlam düĢüncəni insan iradəsinin bir-birinə
razılaĢdırılmıĢ hərəkətinə çevirə bilir. O, bütün yüksək, əzəmətli Ģeylər Ģəklində meydana
gəlməklə böyüyüb artır. Onun parıltısı VaĢinqtonun, KostyuĢkonun, Bolivarın, Botssarisin,
Riyeqonun, Bemin, Maninin, Lopetsin, Con Braunun, Haribaldinin üzərinə düĢür. BəĢər ümidi
harada parıldasa, o oradadır. O, 1779-cu ildə Bostondadır, 1860-cı ildə Leon adasındadır, 1848-
ci ildə PeĢtdədir, 1860-cı ildə Palermondadır. O, Xarpers-Ferridə, bərə üzərində toplaĢan
amerikan abolisionistlərinin də, hava qaralanda Arçidə, dəniz qırağında, Hotsinin aĢxanası
qabağında yığıĢan Ankana vətənpərvərlərinin də qulaqlarına amiranə bir səslə Azadlıq parolunu
pıçıldayır.
O, Kanarisi, Kviroqu, Pizakanı doğurur; yer üzərində olan bütün böyük iĢlər öz baĢlanğıcını
ondan alır. Ondan ilham alan Bayron Missolonqda, Maze Barselonda ölür; Mirabonun ayağı
altında o, xitabət kürsüsü, Robespyerin ayağı altında vulkan ağzıdır; onun kitabları, teatrları,
incəsənəti, elmi, ədəbiyyatı, fəlsəfəsi dərs kitabı vəzifəsini yerinə yetirir. Bütün insanlar bu
kitabları oxuyur, bu kitablardan öyrənir, onun hər an üçün Paskalı, Renyosu, Korneli, Dekartı,
Jan-Jakı, Volteri, əsrlər üçün Molyeri var; o öz dilində bütün xalqları danıĢmağa məcbur edir, bu
dil kəlam hökmünü alır; o, bütün beyinlərə tərəqqi ideyasını qoyur, onun mübarizədə yaratdığı
azadlıq nəzəriyyələri nəsillər üçün sədaqətli bir silah kimi xidmət edir; 1789-cu ildən baĢlayaraq,
onun mütəfəkkirlərinin, Ģairlərinin ruhu bütün xalqların bütün qəhrəmanlarının qəlbində yaĢayır.
Lakin bu Ģeylər heç də ona sitallıq etməyə mane olmur, Paris adlanan bu nəhəng dahi, öz hikməti
ilə dünyanın Ģəklini dəyiĢməklə bərabər, Bujinyonun burnunun Ģəklini kömürlə Tezey məbədi
divarında çəkə bilir, ehramların da üstündə ―Kredevil oğrudur‖ sözünü yaza bilir.
Paris həmiĢə diĢlərini ağardır: o ya nərildəyir, ya gülür.
Bəli, Paris belədir. Onun taxtapuĢları üzərində görünən xəfif çən – dünyaya yayılan ideyalardır.
Əgər bilmək istəsəniz, o, daĢ və palçıq yığınıdır, lakin, hər Ģeydən əvvəl, hər Ģeydən yüksək,
ruhca zəngin olan bir varlıqdır. O nəinki böyükdür, onun ucu-bucağı yoxdur. SoruĢsanız ki,
niyə? Ona görə ki, cəsarət edə bilir.
Cəsarət etmək! Tərəqqi cəsarətlə əldə edilir!
Bütün Ģanlı zəfərlər, az, ya çox dərəcədə igidliklə qazanılır. Ġnqilabın olması üçün Monteskönün
onu qabaqcadan hiss etməsi, Didronun təbliğ etməsi, BomarĢenin elan etməsi, Kondorsenin
hesaba alması, Aruenin hazırlaması, Russonun əvvəlcədən görməsi kifayət deyildi, Dantonun
cəsarət etməsi lazım idi.
Cürətli olun! Bu çağırıĢ da ―fiat lux‖1 kimi bir Ģeydir. Ġrəli hərəkət etmək üçün bəĢəriyyətin
qarĢısında həmiĢə zirvələr baĢında Ģanlı qəhrəmanlıq nümunələri olmalıdır. Qəhrəmanlıq tarixə
parlaq iĢıqlar saçır, bu, insanların ən parlaq məĢəllərindən biridir. ġəfəq də sökəndə cəsarət etmiĢ
olur. TəĢəbbüs etmək, israr etmək, tabe olmamaq, öz-özünə sadiq qalmaq, tale ilə tək-təkinə
çarpıĢmaq, təhlükəni qorxmadan tərksilah etmək, ədalətsiz hakimiyyəti qamçılamaq, məst olmuĢ
qalibiyyəti bədnam etmək, möhkəm durmaq, dönməmək – bax, insanlara lazım olan ibrət dərsi
budur, budur onları ruhlandıran iĢıq! Prometey məĢəlindən Kambronun tənbəki çubuğuna yenə
də həmin qorxunc ildırım Ģığıyır.
ON ĠKĠNCĠ FƏSĠL.
Xalqın varlığında yaĢayan gələcək.
O ki qaldı Parisin ―qara‖ camaatına, onlar yaĢa da dolanda qamen olaraq qalır. UĢağın təsvirini
vermək – Ģəhərin təsvirini vermək deməkdir; buna görə də biz bu qartalı öyrənmək üçün adi bir
sərçədən istifadə etdik.
Paris camaatı haqqında ən yaxĢı təsəvvürü Paris civarında əldə etmək olar, biz bunun üstündə
israr edirik: onun ən xalis cinsi, əsl siması buradadır; bütün bu ―qara‖ camaat burada çalıĢır,
burada əziyyət çəkir; əziyyətdə, zəhmətdə isə insanın həqiqi iki siması yaranır. Burada, heç kəsin
tanımadığı hədsiz-hesabsız insan yığını içərisində, ġərab limanında iĢləyən hamballardan tutmuĢ,
Monfokol zibilxanası dələduzlarına qədər, cürbəcür ən qəribə tiplər qaynaĢır. Tsetseron buna –
―Fex urbis‖2 deyir; Berk nifrətlə ―mob‖3 sözünü əlavə edir; ―tör-töküntülər yığını‖, ―kütlə‖,
―cahil‖ sözü ürək ağrısı duymadan, çox asanlıqla söylənilən sözlərdir. Qoy belə olsun! Bunu
deməkdən nə çıxar? Nə olsun ki, onlar ayaqyalın gəzir? Onlar savadsızdır, nə olar? Yoxsa elə
buna görə siz onları baĢlı-baĢına buraxırsınız? Onların bədbəxtliyini lənətə çevirirsiniz? Yoxsa
maarif gərək xalq kütlələri içərisinə nüfuz etməsin? Biz yenə də maarifə ünvanlanan dəvətimizi
təkrar edirik. Biz yenə də yorulmadan deyirik: ―Maarif! Maarif!‖ Kim bilir, bəlkə də, bu qaranlıq
dağılıb gedəcək. Məgər inqilablar dəyiĢiklik gətirmirmi? Siz, ey filosoflar, məni dinləyin:
oxudun, öyrədin, izah edin, maarifləndirin, fikrinizi açıq deyin, ucadan danıĢın, Ģən bir ruhla gün
iĢığında açıq hərəkət edən meydanlarla qardaĢ olun, gözəl xəbərlər söyləyin, əlifba kitabını
səxavətlə bağıĢlayın, insan hüququnu elan edin, ―Marselyoz‖ oxuyun, xalqda ehtiras oyadın,
palıd ağaclarından yaĢıl budaqlar qoparın. Ġdeyaları qasırğaya çevirin. Kütləni yüksəltmək olar.
Biz ki bəzən insan fikrinin, insan hissinin guruldayaraq, dalğalanaraq, hayqıraraq əmələ gətirdiyi
sarsılmaz tufanlardan istifadə edə bilərik. Bu yalın ayaqları, bu çılpaq qolları, bu cındır paltarı,
bu nadanlığı, həqarəti, bu cahilliyi böyük ideyaların fəthinə yönəltmək olar. Xalqa dərindən
baxın, onda siz həqiqəti görərsiniz. Ayağınızın altındakı çirkli qumu dəmirçi ocağına atın, qoyun
bu qum ərisin, qaynasın, onda o, gözəl kristala çevrilər. Qaliley və Nyuton bu kristal vasitəsilə
ulduzları kəĢf edərdi.
ON ÜÇÜNCÜ FƏSĠL.
Balaca QavroĢ.
Bu romanın ikinci hissəsində nəql edilən hadisədən təxminən səkkiz-doqquz il sonra Tampl
bulvarında və ġato-d’O yaxınlığında, on bir-on iki yaĢlı bir uĢağa tez-tez rast gəlmək olardı. Bu
uĢaq bizim yuxarıda təsvir etdiyimiz qamenə oxĢaya bilərdi, ancaq bunun qəlbi boĢ və tutqundu;
əslinə qalanda, onun yaĢında olan uĢaqlar kimi, o da gülmək istərdi. Bu uĢağın ayağında kiĢi
Ģalvarı vardı, ancaq bu Ģalvar atasının Ģalvarı deyildi; əynində arvad koftası vardı, ancaq bu
anasının koftası deyildi. Özgə adamlar bu cır-cındırı ona yazıqları gəldikləri üçün vermiĢdilər.
Amma onun atası da vardı, anası da. Atası onu tanımaq istəmirdi, anası da sevmirdi. O, ata-anası
ola-ola yetim qalan uĢaqlardandı; belə uĢaqlara adamın, xüsusilə, yazığı gəlir.
Bu uĢaq özünü hər yerdən artıq küçədə yaxĢı hiss edirdi. DaĢ küçələr onun üçün anasının qəlbi
qədər sərt deyildi.
Ata-anası onu təpiklə həyata atmıĢdı.
O da bir söz demədən razı olmuĢdu.
Bu, hay-küyçü, diribaĢ, zirək, qızğın bir uĢaqdı; onun solğun üzündə canlı, lakin xəstə bir ifadə
vardı; o, Ģəhərdə veyillənirdi, nəğmə oxuyurdu, aĢıq-aĢıq oynayırdı, qanovlarda eĢələnirdi, Ģey
oğurlayırdı, lakin oğurluğu gülə-gülə, piĢik kimi, sərçə kimi edirdi. Ona dəcəl deyəndə gülürdü,
sərsəri deyəndə inciyirdi. Onun nə sığınacaq yeri, nə yeməyi, nə isti bir bucağı, nə də sevdiyi
adam vardı, bununla belə, onun kefi kökdü, çünki sərbəstdi.
Bu zavallı uĢaqlar böyüyəndə, dəyirman daĢı altına düĢən kimi, mütləq ictimai qayda-qanunun
təzyiqi altına düĢürlər və orada əzilirlər. Amma nə qədər ki uĢaqdırlar, balacadırlar – bundan
canlarını qurtarırlar. Onlar hər der-deĢikdə gizlənə bilirlər.
Lakin bu uĢaq küçəyə atılsa da, iki-üç aydan bir öz-özünə deyirdi: ―Gedim bir anamı görüm!‖ O,
bulvarı tərk edər, sirkin, Sen-Marten darvazasının yanından ötər, sahil küçəsinə enər,
körpülərdən keçər, özünü Ģəhər civarına yetirər, Salpetriyer xəstəxanasının qabağından gedər,
düz oxuculara tanıĢ olan 50-52 nömrəli evə, Qorbonun daxmasına gələrdi.
Bu 50-52 nömrəli daxma həmiĢə boĢ olardı, həmiĢə də üstünə bir parça kağız vurulardı, kağızda
da yazılardı: ―Otaqlar kirayə verilir‖. Ġndi orada bir neçə adam yaĢayırdı, bu, çox az təsadüf
olunan hallardandı. Bu adamların bir-birilə heç bir əlaqəsi yox idi; Parisdə belədir. Bu adamlar
yoxsul sinfindəndir; onlar sıxıntı içərisində güzəran keçirən xırda burjualıqdan get-gedə
yoxsullaĢır, cəmiyyətin ən aĢağı dərəcəsinə çatırlar, nəhayət, gəlib nəcisatan və cır-cındır yığan
olurlar. Bunların da yanına ancaq maddi mədəniyyətin tör-töküntüləri axıb gəlir.
Jan Valjan zamanındakı ―əsas kirayəniĢin qadın‖ ölüb getmiĢdi, onun yerini eynən o cür qadın
tutmuĢdu. Filosoflardan biri, ancaq hansının olduğu yadımda deyil, demiĢdir: ―Qarılar heç vaxt
azlıq eləmir‖.
Bu təzə qarının adı Bürqon xala idi; onun həyatında heç bir mühüm Ģey olmamıĢdı, yalnız üç
tutuquĢu sülaləsi bir-birinin ardınca onun qəlbində hökmranlıq etmiĢdi.
Daxmadakı kirayəniĢinlər içərisində ən ağır vəziyyətdə bir ailə yaĢayırdı: bu ailə ata ilə anadan,
iki yetiĢmiĢ qızdan ibarət idi. Onlar ümumi daxmada, bizim əvvəllər təsvir etdiyimiz üç
çardaqdan birində yaĢayırdı.
Bu ailə, ilk baxıĢda, ayrı bir cəhətlə deyil, ancaq son dərəcə yoxsul olmaları ilə fərqlənirdi.
Ailənin baĢçısı otağı kirayə edərkən özünü Jondret adlandırmıĢdı. Jondret burada məskən
salandan bir qədər sonra həmin arvadı çağırıb dedi: ―Ana, əgər təsadüfən burada italiyalı, ya
bəlkə də, ispaniyalı yaĢadığını soruĢsalar, onda bilin ki, bu, mənəm‖. Bu arvad da, ondan əvvəlki
arvad kimi, həm dalandar vəzifəsini görür, həm də pilləkəni süpürürdü; Jondretin bura gəlməsi,
―əsas kirayəniĢin qadın‖ın yaddan çıxmayan bir ifadəsinə görə, ―heç bir Ģeyin gəlməsi‖ni
xatırladırdı.
Bu ailə – həmin cındır paltarlı Ģən uĢağın ailəsi idi. O bura gəlirdi; o burada yoxsulluq və qəm-
qüssədən baĢqa ayrı bir Ģey görmürdü; heç kəs onu gülər üzlə qarĢılamırdı, bu daha kədərli idi;
burada o ancaq soyuq ocağa, soyuq ürəklərə rast gəlirdi. Ġçəri girəndə ondan soruĢurdular:
―Haradan gəlirsən?‖ O, belə cavab verirdi: ―Küçədən‖. Gedəndə soruĢurdular: ―Hara gedirsən?‖
O, belə cavab verirdi: ―Küçəyə‖. Anası onu danlayaraq deyirdi: ―Sən niyə bura gəlirsən?‖
NəvaziĢdən məhrum olan bu uĢaq – zirzəmidə bitən xırdaca, solğun bir ota bənzəyirdi. Bundan
o, əziyyət çəkmirdi, heç kəsi də buna görə təqsirləndirmirdi. Ata-ana necə olmalıdır – o bunu heç
lazımınca bilmirdi.
Lakin anası onun bacılarını sevirdi.
Bir Ģey bizim yadımızdan çıxmıĢdır: Tampl bulvarında bu uĢağa ―kiçik QavroĢ‖ deyirdilər. Ona
niyə ―QavroĢ‖ deyirdilər? Onun atasına niyə ―Jondret‖ deyirdilərsə, yəqin, elə buna görə də ona
―QavroĢ‖ deyirdilər.
Atalıq və övladlıq əlaqələrini instinktiv surətdə qırmağa meyil etmək, görünür, bəzi yoxsul
ailələrə xas olan bir Ģeydir.
Qorbonun daxmasında, Jondretlərin yaĢadığı otaq koridorun lap sonunda idi. Bunun yanındakı
kiçik otağı ―cənab Marius‖ deyilən kasıb bir adam tutmuĢdu.
Ġndi bu cənab Mariusun kim olduğundan bəhs edək.
BĠRĠNCĠ FƏSĠL.
Doxsan yaĢ və otuz iki diĢ.
Çox-çox bundan əvvəl BuĢera, Normandiya və Sentonj küçələrində yaĢayan adamlar içərisində
indi də cənab Jilnorman adlı bir qocanı xatırlayan, onu hörmətlə yad edən Ģəxslər vardır. Cənab
Jilnorman elə onda da - o adamlar hələ cavan ikən - qoca idi. KeçmiĢ deyilən dumanlı kölgələr
aləmini malxulya içində müĢahidəyə dalanlar üçün bu surət Tamplın yanında olan küçələrin
dolanbaclarından hələ də tamamilə itib getməmiĢdir; hal-hazırda Tivolinin yeni məhləsinin
küçələrinə bütün Avropa paytaxt Ģəhərlərinin adı verildiyi kimi, XIV Lüdovikin vaxtında da
Tamplın qonĢuluğunda olan küçələrə Fransa əyalətlərinin adı verilmiĢdir. Bu isə irəliyə doğru
hərəkət edildiyini göstərən tərəqqipərvər hadisə idi.
Cənab Jilnorman 1831-ci ildə hələ tamamilə gümrah bir adamdı; o, ancaq çox yaĢadığı üçün
baĢqaları arasında maraq oyadan Ģəxslərdəndi; əgər bu Ģəxslər vaxtı ilə ümumi kütlədən heç
fərqlənmirdisə, indi qeyri-adi görünürdülər, çünki heç kəsə oxĢamırdılar. Bu, çox qəribə bir
qoca, tam mənası ilə baĢqa bir dövrün adamı idi, təpədən dırnağa kimi XVIII əsrin bir az lovğa,
əsl burjuası idi; markizlər öz titulları ilə fəxr etdikləri kimi, o da qədim və hörmətli burjua adı ilə
fəxr edirdi. Onun yaĢı doxsanı ötmüĢdü, amma özünü Ģax tuturdu, bərkdən danıĢır, yaxĢı görür,
doyunca yemək-içməyi xoĢlardı, yuxuda pəhləvan kimi xoruldayırdı, otuz iki diĢinin otuz ikisi
də dururdu. Amma bir Ģey oxuyanda gözlük taxırdı. AĢiqməcazdı, hər yetəni sevərdi; ancaq ki on
ildən çoxdu, deyirdi, arvadlara qətiyyən yaxın durmuram. Sözündən belə çıxırdı ki, o daha
arvadların xoĢuna gələ bilməz. Ancaq bu sözdən sonra həmiĢə ―Ona görə ki, çox qocayam‖
sözünü deyil, ―Ona görə ki, çox kasıbam‖ sözünü əlavə edirdi. Deyirdi ―sınıq çıxmayaydım...
onda görərdiniz nələr edirdim!..‖ Onun, doğrudan da, ildə on beĢ min livrdən artıq gəliri
olmurdu. O bir Ģeyin arzusunda idi: miras sahibi olsun, yüz min frank gəliri olsun, məĢuqə
saxlasın. Bundan aydın görünür ki, onu heç də Volter kimi bütün ömrü boyu ölən, əldən düĢmüĢ
səksən yaĢlı qocalardan hesab etmək olmaz. Onun çox yaĢaması sınıq qabın çox qalması kimi
deyildi. Bu gümrah qoca çox sağlam idi. O, dərin adam deyildi, tez özündən çıxırdı; yaman da
acıqlı idi. BoĢ bir Ģeyin üstündə tufan qoparırdı, çox vaxt da tamamilə haqsız olurdu. Ona söz
qaytaran olsaydı, əlağacını iĢə salır, adama ―böyük dövrdə‖kindən daha sərt divan tuturdu. Onun
əllidən çox yaĢı olan, ərə getməmiĢ bir qızı vardı; acığı tutanda bu qızı bərk yumruqlardı və çox
istərdi ki, onu lap qamçılasın. Ona elə gəlirdi ki, qızın indi də səkkiz yaĢı var. O öz
xidmətçilərini ―ay haramzadələr!‖ deyə-deyə möhkəmcə Ģillələyirdi. Onun ən çox xoĢladığı
söyüĢlərdən biri də ―Ay giclər, gicbəsərlər!‖ idi. Eyni zamanda, onda çox az təsadüf edilən bir
xasiyyət vardı: o, tamamilə özünü ələ ala bilirdi. Gic bir dəllək vardı, o hər gün gedib ona üzünü
qırxdırardı; bu dəlləyin ondan zəhləsi gedirdi: öz qəĢəng, iĢvəli arvadını ona qısqanırdı. Cənab
Jilnorman dünyada olan hər Ģey haqqında mühakimə yürütmək bacarığını çox yüksək tutur, arif
olması ilə lovğalanırdı. Onun tizfəhmliyindən biri budur: ―Mənmi baĢa düĢmürəm? Bir birə məni
diĢlədimi, o saat bilirəm o hansı arvaddan üstümə sıçramıĢdır‖. Onun danıĢığı həmiĢə ―həssas
adam‖, ―təbiət‖ sözlərilə dolu olurdu; ―təbiət‖ sözünü bizim indi bildiyimiz kimi geniĢ mənada
iĢlətmirdi; bu sözü özü baĢa düĢdüyü Ģəkildə iĢlətməyi, buxarının qabağında öz zarafatlarına
əlavə etməyi xoĢlayırdı. O, belə deyirdi: ―Təbiət bütün mədəni ölkələrə hər Ģeydən bir az vermək
istəyir, onlardan heç bir Ģeyi, hətta vəhĢiliyin əyləncəli nümunələrini belə, əsirgəmir. Asiyada və
Afrikada olan bütün Ģeylər, kiçik həcmdə Avropada vardır. PiĢik ev pələngidir, kərtənkələ cib
timsahıdır. Opera rəqqasələri də adamyeyən vəhĢilərdir, ancaq rəngləri çəhrayıdır. Onlar adamı
birdən yemirlər, yavaĢ-yavaĢ gəmirirlər. Lakin elə də olur ki – ah, sehrbazlar! – adamı birdən
isitrdiyyə çevirib diri-diri udurlar. Karaiblayın yediyindən ancaq sümük, onların yediyindən
ancaq qırıntı qalır. Bizim xasiyyətimiz belədir. Biz xörəyi bir anda ötürmürük, ləzzətlə yeyirik.
Biz əlimizə keçən Ģikarı bir zərbə ilə öldürmürük, onu yavaĢ-yavaĢ parçalayırıq.
ĠKĠNCĠ FƏSĠL.
Ev yiyəsinə oxĢar.
Cənab Jilnorman Ehtiraslar küçəsində, Mare məhəlləsində,
6 nömrəli evdə yaĢayırdı.
Ev onun özününkü idi. Bu ev çoxdan sökülmüĢ, onun yerində baĢqa bir ev tikilmiĢdir. Paris
küçələrinin ev nömrəsi həmiĢə dəyiĢdiyi üçün, indi, yəqin, bu evin də nömrəsi dəyiĢmiĢdir.
Cənab Jilnorman ikinci mərtəbədə, həm küçəyə, həm də bağa baxan geniĢ, qədim bir mənzildə
yaĢayırdı; onun mənzilinə, lap tavana qədər, iri xalılar vurulmuĢdu; xalılar Qobelen və Boves
manufaktur mallarından idi, üstündə də çoban həyatını təsvir edən Ģəkillər vardı; plafon və panno
süjetləri kiçik həcmdə kresloların üzündə təkrar olunurdu. Çarpayıların qabağında koromandel
laklı, doqquz bükümlü böyük Ģirmalar vardı. Uzun və qəĢəng pərdələr geniĢ və əzəmətli
qırçınlarla pəncərələrdən sallanırdı. Pəncərələrin qabağında olan bağa ĢüĢələnmiĢ tin qapıdan, on
iki-on beĢ pilləli pilləkənlə enmək olurdu; qoca Jilnorman bu pilləkənlə çox cəld çıxıb-düĢürdü.
Yataq otağı yanındakı kitabxanadan baĢqa onun fəxr etdiyi çox gözəl bir buduarı da vardı: bu
gözəl otağa herald zanbaqları və cürbəcür gül-çiçək Ģəkilləri olan əla hasar Ģpalerlər vurulmuĢdu.
Bu Ģpalerləri XIV Lüdovikin dövründə, cənab de Vivonun sərəncamı ilə kürək cəzasına məhkum
edilən dustaqlar hazırlamıĢdı; cənab de Vivon bunları öz məĢuqələri üçün düzəltdirmiĢdi. Bu
Ģpalerlər cənab Jilnormana atasının xalasından miras qalmıĢdı.
O, yüz il yaĢamıĢ dəlisov bir qarı imiĢ.
Cənab Jilnorman iki dəfə evlənmiĢdi. O öz ədaları ilə qismən saray adamını, qismən də
məhkəmə iĢçisini xatırladırdı: əslində, o heç saray adamı olmamıĢdı, amma məhkəmə iĢçisi ola
bilərdi. Kefi gələndə mehriban və gülĢad olurdu. Elə kiĢilər var ki, arvadları onları həmiĢə
aldadır, məĢuqələri aldatmır, çünki onlar çox pis ər, amma çox mehriban oynaĢ olurlar – cənab
Jilnorman da gəncliyində belə kiĢilərdəndi.
Onun rəssamlıq sənətindən baĢı çıxırdı. Yataq otağında Ġordansın fırçasından çıxan naməlum bir
Ģəxsin çox gözəl Ģəkli asılmıĢdı; bu Ģəkil geniĢ bir üslubla, sanki, etinasızca çəkilmiĢdi, əslində,
ən xırdaca təfərrüatına qədər iĢlənmiĢdi. Jilnormanın kostyumu nə XV Lüdovik, nə də XVI
Lüdovik dövrünün kostyumu idi; o, Direktoriyanın Ģıq geyinən adamları kimi geyinirdi: o vaxta
qədər özünü cavan hesab edir, dəbdən çıxmırdı. O, zərif mahuddan tikilmiĢ enli yaxalı, sivri,
uzun ətəkli, iri, polad düyməli frak, qısa Ģalvar, toqqalı çəkmə geyirdi. Əllərini həmiĢə jiletinin
cibinə qoyar, özü də böyük-böyük deyərdi: ―Fransa inqilabı ən alçaq və avara adamların iĢidir‖.
ÜÇÜNCÜ FƏSĠL.
Ağıl dəryası.
Cənab Jilnormanın on altı yaĢı olanda Volter tərəfindən tərənnüm edilən, lakin o zaman
təravətini itirmiĢ Kamarqo və Salo adlı iki məĢhur gözəl bir axĢam operada larnetlə ona baxmıĢ,
o belə bir Ģərəfə layiq görülmüĢdü. Bu qayda ilə o, iki atəĢ arasına düĢsə də, igidcəsinə geri
çəkilmiĢ, Naarnı adlı heç kəsin tanımadığı balaca bir rəqqasəyə sarı getmiĢdi; Naarnının da onun
kimi on altı yaĢı varmıĢ, Jilnorman ona vurulubmuĢ. Jilnormanın yadında çox Ģeylər qalmıĢdı. O,
həyəcanla deyirdi: ―Ah, o Kimar-Kimardini-Kimandinettanı mən sonuncu dəfə LonĢanda
görəndə nə qəĢəngdi! Onun ―solmaz hisslər‖ deyilən xırda hörükləri, firuzə qaĢlı sırğası, təzə
doğulmuĢ çağa rəngində paltarı, ―həyəcan‖ adlı muftası vardı. Cavan vaxtında geydiyi
nenlondren kamzolunu həvəslə və böyük bir maraqla təsvir edirdi. ―Mən ġərqi Levantalı türk
kimi bəzənərdim‖, - deyərdi. Ġyirmi yaĢı olanda təsadüfən xanım de Buflenin gözünə dəyir,
xanım de Bufle ona ―füsunkar divanə‖ adını verir. Cənab Jilnorman onun vaxtında hökumət
baĢında duran siyasi xadimlərin və siyasi adamların adını eĢidəndə acıqlanır, bu adları alçaq və
burjua adları hesab edirdi. ―Əxbar, jurnal‖ adlandırdığı qəzetləri oxuyanda özünü gülməkdən
güclə saxlayırdı. Deyirdi: ―Belə də adam olar: Korbyer, Hüman, Kazimir, Perye! Baxın da,
bunlar da gəlib nazir olub! Təsəvvür edirəm, mənim adım qəzetdə necə görünərdi? ―Cənab
Jilnorman, nazir!‖ Necə gülməli olardı! Amma belə giclərin arasında bu da ola bilər!‖
Qadınların yanında onlardan qətiyyən çəkinmədən, hər Ģeyi – layiq olanı da, olmayanı da heç
düĢünmədən öz adı ilə söyləyrdi. Kobud, gülməli, biabırçı Ģeyləri soyuqqanlılıqla və sakitcə,
hətta xüsusi bir əda ilə deyərdi. DanıĢığında olan bu ədəbsizlik onun vaxtında qəbul edilən
Ģeylərdəndi. Demək lazımdır ki, poeziyada olan parafraz dövrü, eyni zamanda, nəsrdə hər Ģeyi
açıq söyləmək dövrü idi. Jilnormanın xaç atası demiĢdi ki, bu xoĢbəxt bir adam olacaq, buna
görə də ona ağıl dəryası kimi iki dərin mənalı ad qoymuĢdu.
DÖRDÜNCÜ FƏSĠL.
Yüz il yaĢamaq iddiası.
Jilnorman doğulduğu Mulen Ģəhəri kollecində bir neçə dəfə mükafat almıĢdı, hətta bir dəfə
mükafatı ona Nivernez hersoqu özü öz əli ilə vermiĢdi; bu hersoqa o, Never hersoqu deyərdi. Nə
Konvent, nə XVI Lüdovikin ölümü, nə Napoleon, nə Burbonların geri qayıtması – heç bir Ģey bu
hadisəni onun hafizəsindən silə bilməmiĢdi. Onun təsəvvüründə ―Never hersoqu‖ əsrin ən böyük
bir siması kimi qalırdı. Deyirdi: ―O necə cazibədar bir əyan idi! Mavi orden lentası ona necə
yaraĢırdı!‖ II Yekaterina Bestujevdən qızıl eleksir hazırlamaq sirrini üç min manata aldığı üçün
cənab Jilnorman PolĢanın bölüĢdürülməsi məsələsində onun təqsirindən keçmiĢdi. Jilnorman
cuĢa gələrək deyirdi: ―Qızıl eleksir! Yarım unsiya sarı Bestujev tinkturası və general Lamotun
kapeli XVIII əsrdə bir luidor idi, özü də bu, sevgi bədbəxtliyinə tutulanları sağaltmaq üçün ən
gözəl vasitə, Veneranın göndərdiyi bütün dərdlərin dərmanı idi! XV Lüdovik eleksirdən iki yüz
ĢüĢə papaya göndərmiĢdi‖.
Qoca Jilnormana deyilsəydi ki, qızıl eleksir xlorlu dəmirdən baĢqa bir Ģey deyil, o, yamanca
hirslənər, özündən çıxardı. O, Burbonlara sitayiĢ edər, 1789-cu ilə böyük bir nifrət bəslərdi. O,
terror vaxtında özünü necə xilas etdiyindən, baĢını saxlamaq üçün nə qədər ağıl və soyuqqanlılıq
göstərdiyindən uzun-uzadı danıĢmağa hazırdı. Cavanlardan biri onun yanında respublikanı
tərifləsəydi, o, elə qəzəblənərdi ki, az qalardı Ģüurunu itirsin. Bəzən doxsan yaĢında olduğuna
iĢarə edərək deyərdi: ―Doxsan üçüncü ili mən iki dəfə görməyəcəyəm, bu ümidlə mən özümə
təsəlli verirəm‖. Amma bəzən evdəkilərə ―Mən yüz il yaĢayacağımı nəzərdə tutmuĢam‖, -
deyirdi.
BEġĠNCĠ FƏSĠL.
Bask və Nikoletta.
Cənab Jilnormanın öz nəzəriyyələri vardı. Onun nəzəriyyələrindən biri budur: ―Əgər kiĢi zənən
xeylağına çox təəĢĢüq göstərirsə, özünün də arvadı varsa, bu arvada qarĢı da laqeydsə, bu arvad
da çirkinsə, qaĢqabaqlı isə, öz hüququnu yaxĢıca dərk edirsə, toyuq ağac üstündə oturan kimi,
qanun məcəlləsinin üstündə oturursa, hələ bir qısqancdırsa, onda bu kiĢinin əl-qolunu açması və
rahatlıq kəsb etməsi üçün bircə yol qalır: pul kisəsini arvadının ixtiyarına versin. Belə bir könüllü
istefa ilə azadlığı qaytarmaq mümkündür. Onda arvad özünə məĢğuliyyət tapar. O, az vaxtda
pulla rəftar etməyi, barmaqlarını qara pulla çirkləndirməyi, icarəçiləri öyrətməyi, fermerləri təlim
etməyi, vəkilləri narahat etməyi, notariuslara baĢçılıq etməyi, katibləri danlamağı, müxtəlif
dəftərxana siçanları ilə iĢ görməyi, dava çəkməyi, kontrakt tərtib etməyi, könlü istəyən Ģəkildə
müqavilələr bağlamağı, özünü evdə tam ağa hesab etməyi, satmağı, almağı, iĢlərə sərəncam
verməyi, buyurmağı, vəd etməyi, aldatmağı, uzlaĢmağı, ayrılmağı, güzəĢtə getməyi, geri
çəkilməyi, hücum etməyi, iĢi yoluna qoymağı, iĢi pozmağı, qənaət edib qəpik-quruĢ yığmağı,
yüzləri havaya sovurmağı öyrənir; o, bir-birinin ardınca axmaqlıq edir, bununla da əylənir, bu
isə onun baĢlıca və əsas xoĢbəxtliyini təĢkil edir. Əri ona etinasızlıq göstərir, o da ərinin var-
yoxunu dağıtmaqla təsəlli tapır‖. Cənab Jilnorman bu nəzəriyyəni öz üzərində təcrübədən
keçirmiĢ və dediyi kimi də olmuĢdur. Ġkinci arvadı onun iĢini çox canfəĢanlıqla aparır. Nəhayət,
bir gün o, dul qalanda görür ki, yaĢamaq üçün ildə güc-bəla ilə on beĢ min livr gəliri var, bu da
ancaq o zaman ola bilir ki, o, təxminən bütün dövlətini ömrü boyu rentaya qoymuĢ olsun;
öləndən sonra da bunun dörddə üçü verilməyəcəkdi. O düĢünmədən bu Ģərti qəbul etmiĢdi,
öləndən sonra miras qalıb-qalmayacağına əhəmiyyət verməmiĢdi. O, ata-baba mülkünün baĢına
cürbəcür əhvalatlar gəldiyini görmüĢdü. Məsələn, ata-baba mülkü dönüb milli əmlak ola bilərdi,
o, fransız dövlət borcunun qəribə halda dəyiĢdiyinin, bu borcun birdən üçdə biri qədər
azaldığının Ģahidi olmuĢdu, buna görə də dövlət borcu yazılan dəftərə çox da inanmırdı. Deyirdi:
―Bunlar hamısı bir zibildir!‖ Biz demiĢdik ki, cənab Jilnormanın Ehtiraslar küçəsində yaĢadığı ev
onun öz evi idi. O həmiĢə iki qulluqçu saxlayırdı: bir ―adam‖, bir də bir ―qız‖. Cənab Jilnorman
təzə bir qulluqçu tutanda ona mütləq yeni ad qoyardı. KiĢilərə, hansı əyalətdəndirsə, o əyalətin
adını verərdi: Nim, Kontua, Puateven, Pikar. Onun sonuncu nökəri təngnəfəslik xəstəliyinə
tutulmuĢ əlli beĢ yaĢlı kök bir adamdı, qıçları ağrılı idi, heç iyirmi addım da yüyürə bilməzdi,
lakin o, Bayronda anadan olduğundan, cənab Jilnorman ona Bask adı vermiĢdi. O ki qaldı
qulluqçu qadınlara, cənab Jilnorman onların hamısına Nikoletta deyərdi (hətta Manyona da belə
ad vermiĢdi, bunun haqqında sonra söhbət gedəcəkdir). Bir dəfə məĢhur bir aĢpaz qadın onun
yanında qulluqçu durmağa gəlir; o öz iĢinin ustası olan Ģanlı aĢpaz qadınlar cinsindən idi. Cənab
Jilnorman ondan soruĢur: ―Siz ayda nə qədər maaĢ almaq istəyirsiniz? – ―Otuz frank‖. – ―Sizin
adınız nədir?‖ – ―Olimpiya‖. – ―YaxĢı da, sən ayda əlli frank alacaqsan, adınsa Nikoletta
olacaq‖.
ALTINCI FƏSĠL.
Bu fəsildə Manyon iki körpə uĢağı ilə nəzərə çarpacaq.
Cənab Jilnormanın kədəri qəzəblə ifadə olunardı; qəm-qüssə onu özündən çıxarardı. O yaman
mövhumatçı idi; hərəkətlərində isə hər cür sərbəstliyə yol verərdi. Biz necə də demiĢdik ki, o,
hər Ģeydən çox öz zahiri görünüĢü ilə bir Ģeyi göstərməyə çalıĢardı; çalıĢardı göstərsin ki, o yenə
də qadınlara pərəstiĢ edir və belə bir adam kimi Ģöhrət qazanmıĢdır – bundan dərin bir daxili
məmnunluq duyurdu. O bunu özü üçün ―ən böyük Ģöhrət‖ hesab edirdi. Lakin ―ən böyük Ģöhrət‖
bəzən ona heç gözlənilməyən ―hədiyyələr‖ gətirirdi. Bir gün ona, istirdiyyə səbətini xatırladan
uzunsov bir səbətdə təzəcə dünyaya gəlmiĢ totuq bir oğlan uĢağı gətirirlər; uĢaq qayda-qanunla
bələnmiĢdi və səsi yetdikcə bağırırdı, cənab Jilnormanın altı ay əvvəl qovduğu qulluqçu arvad bu
uĢağı göndərmiĢdi, özü də demiĢdi ki, bu, onun oğludur. Onda cənab Jilnormanın düz səksən
dörd yaĢı vardı – nə az, nə çox. Bu hadisə camaatı bərk qəzəbləndirmiĢdi: ―O utanmaz çəngi
kimi aldatmaq istəyir? Kim onun sözünə inanar? Belə də həyasızlıq olar? Belə də murdar böhtan
olar?!‖ Lakin cənab Jilnorman özü heç acıqlanmadı. O, belə bir böhtandan məmnun qalıb,
mehriban bir qoca kimi gülümsəyərək, uĢağa baxdı və kənara söyləyirmiĢ kimi dedi: ―Nə var?
Burada nə var axı? Burada qəribə nə var ki? Siz dəli olmusunuz, lap nadan adam kimi ağzınıza
gələni danıĢırsınız! Kral Doqquzuncu Karlın ögey oğlu Anqulem hersoqu səksən beĢ yaĢında on
beĢ yaĢlı yüngülməcaz bir qızla evlənmiĢdi; Bordo arxiyepiskopu, kardinal Surdinin qardaĢı,
d’Alüi markizi cənab Virjinalın prezident arvadı Jakenin qulluqçusundan oğlu olanda səksən üç
yaĢı vardı, bu uĢaq həqiqi bir məhəbbətin övladı idi; sonralar o, Malta ordeni kavaleri və hərbi
dövlət müĢaviri olmuĢdu. Əsrimizin ən görkəmli adamlarından biri olan abbat Tabaro səksən
yeddi yaĢlı bir qocanın oğludur. Belə hadisələr nə qədər istəsəniz var. Nəhayət, Tövratı yada
salaq! Bununla belə, deyirəm ki, bu balaca cənab mənim oğlum deyil. Hər halda, onun qeydinə
qalmaq lazımdır. Onun burada təqsiri yoxdur‖. Bu hərəkətin səmimiliyinə inanmamaq olmazdı.
Bir ildən sonra həmin qadın ona ikinci bir hədiyyə göndərdi. Yenə də oğlan uĢağı idi. Cənab
Jilnorman bu dəfə təslim oldu. UĢaqları anasına qaytararaq, onların saxlanması üçün hər ay yüz
altmıĢ frank verəcəyini vəd etdi, bu Ģərt ilə ki, o daha öz iddiasını təkrar etməsin. Sonra bunu da
əlavə etdi: ―Əminəm ki, o, uĢaqlara yaxĢı baxacaq. Mən də hərdənbir gəlib onlara dəyəcəyəm‖.
O belə də eləyirdi. Cənab Jilnormanın vaxtı ilə bir keĢiĢ qardaĢı vardı, o, otuz üç il Püatyedə
akademiya rektoru olmuĢdu, yetmiĢ üç yaĢında ölmüĢdü. Cənab Jilnorman deyirdi ki, o öləndə
hələ cavandı. Tezliklə yaddan çıxıb gedən bu adam zərərsiz, lakin xəsis bir adamdı; keĢiĢ
olduğundan rast gəldiyi dilənçiyə sədəqə verməyi özünə borc bilirdi, lakin dilənçilərə artıq iĢdən
çıxan moneron və sürtünmüĢ su – verirdi. Bu qayda ilə yolda cənnətə gedərkən hiylə iĢlədib,
cəhənnəmə düĢmüĢdü. Lakin onun böyük qardaĢı cənab Jilnorman sədəqə verəndə öz xeyrini
güdmürdü, həvəslə, həm də səxavətlə sədəqə verirdi. O xeyirxah, istiqanlı, dərdəqalan bir
adamdı; dövlətli olsaydı, vaxtını dəbdəbə ilə keçirərdi. Cənab Jilnorman istəyirdi ki, ona yad
olan hər Ģey, lap dələduzluq özü də, geniĢ ölçüdə olsun. Bir dəfə ona düĢən mirası alarkən,
vəkillərdən biri çox kobud surətdə, həm də açıqca onu soyur. Cənab Jilnorman təkəbbürlə deyir:
―Əh, belə də murdar iĢ olar! Belə xırda bir oğurluq üçün mən onun yerinə xəcalət çəkirəm.
Hamı, hətta kələkbazlar da cırlaĢmıĢdır. Mənim kimi adamları bu qayda ilə də aldatmaq olarmı?!
Məni qalın bir meĢədə adam soyan kimi, soyublar, ancaq çox pis Ģəkildə. Sylvae sint consule
dignae!‖1
Biz dedik ki, cənab Jilnorman iki dəfə evlənmiĢdir. Birinci arvaddan onun bir qızı olmuĢdu ki,
indi də evdə qarıyıb qalır. Ġkinci arvaddan da bir qızı olmuĢdu; o qız təxminən otuz yaĢında
ölmüĢdü; o sevərəkmi, təsadüfi olaraqmı, ya baĢqa bir səbəbə görəmi adi bir zabitə ərə getmiĢdi;
bu zabit respublika və imperiya ordusunda xidmət etmiĢ, Austerlits vuruĢmasında xaç niĢanı,
Vaterloo hadisəsində polkovnik rütbəsi almıĢdı. Qoca burjua deyirdi: ―Bu, mənim ailəm üçün bir
ləkədir‖. O, ara vermədən burunotu çəkər, əlinin dalı ilə, xüsusi bir incəliklə krujevalı jabosunu
əzərdi. Allaha o, çox az inanırdı.
YEDDĠNCĠ FƏSĠL.
Belə bir qayda: ancaq axĢamlar adam qəbul et.
Cənab Ağıl Dəryası Jilnorman belə bir adamdı. Onun saçı hələ tökülməmiĢdi, çallaĢmıĢdı, lakin
tamam ağarmamıĢdı; həmiĢə də saçını ―it qulağı‖ deyilən qayda ilə darardı. Ümumiyyətlə, onun
nə qədər zəif cəhətləri olsa da, o, çox hörmətli bir Ģəxsiyyət idi.
Onun hər bir hərəkətində XVIII əsrin yüngülməcazlığı və əzəməti əks olunurdu.
Cənab Jilnorman Restavrasiya dövrünün ilk illərində Sen-Jermen civarında, Servandoni
küçəsində, Sel-Sülpis kilsəsinə yaxın bir yerdə yaĢayırdı; onda o hələ cavandı: 1814-cü ildə onun
ancaq yetmiĢ dörd yaĢı tamam olmuĢdu. O, çox sonra, ancaq səksən yaĢına çatanda dincəlmək
üçün Mare küçəsinə köçmüĢdü.
Lakin o, kübar aləmini tərk etsə də, əvvəlki adətlərindən əl çəkmədi. Onun adətlərindən baĢlıcası
bu idi: gündüzlər qapısını kilidlər, axĢam olmamıĢ heç kəsi heç vəchlə qəbul etməzdi və bu
adətini qətiyyən pozmazdı. Saat beĢdə nahar edər, ancaq bundan sonra onun qapıları açılardı.
Onun vaxtında dəb belə idi, o da qətiyyən bundan əl çəkmək istəmirdi. Deyirdi: ―Gündüz pisdir,
pəncərə qapılarını örtməkdən baĢqa ayrı heç bir Ģeyə layiq deyil. Kübar adamların ağlı göydə
çıxan ulduzlarla bir yerdə iĢıq saçmağa baĢlayır‖. O da qapıları bərk-bərk bağlar, heç kəsi, lap
kral özü də gəlsə, içəri buraxmazdı. Onun əsrinin qədim incəliyi bu adətdə ifadə olunurdu.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Bir-birinə oxĢamayan iki adam.
Biz cənab Jilnormanın iki qızı olduğunu söyləmiĢdik. Onların arasında on il fərq vardı.
Cavanlığında onlar bir-birinə çox az oxĢayırdı; nə xasiyyətləri, nə üzləri qətiyyən onların bacı
olduqlarını xatırlatmırdı. Çox gözəl qəlbə malik olan kiçik qızı bütün ülvi Ģeylər cəzb edirdi.
Onun güldən–çiçəkdən, poeziyadan, musiqidən xoĢu gəlirdi, fikirləri xəyal aləmində uçurdu. Bu
Ģən, bu məsum qız hələ lap uĢaq vaxtlarından adaxlanmıĢ qız kimi bir qəhrəmanın xəyalı ilə
yaĢayırdı, bu qəhrəmanın surəti tutqun bir Ģəkildə onun gözləri önündən ayrılmırdı. Böyük qızın
da öz arzuları vardı; mavi ənginlərdə onun gözlərinə belə bir adam görünürdü: orduya ərzaq alan,
xoĢxasiyyətli, kök, çox varlı bir alverçi, adamı özünə məftun edən axmaq bir ər, bir milyonçu, ya
da, heç olmasa, bir prefekt; prefekturada qəbullar, dəhlizdə duran boynundan zəncir asmıĢ
qapıçı, təntənəli ballar, bələdiyyə idarəsində söylənilən nitqlər, o da ―cənab prefektin zövcəsi‖ –
bütün bu Ģeylər bir qasırğa kimi onun təsəvvüründə canlanırdı. Bu iki bacı uĢaq vaxtlarından,
hərə öz arzusuna görə qızlıq xəyallarına dalırdı. Onların ikisinin də qanadı vardı, ancaq birininki
mələk, o birininki qaz qanadı idi.
Lakin bu dünyada heç bir arzu tamamilə yerinə yetmir. Yer üzündə indi cənnət mümkün deyil.
Kiçik qız xəyalında arzuladığı qəhrəmana ərə getdi, ancaq çox çəkmədi ki, öldü. Böyük qız heç
ərə getmədi.
Böyük qız bizim romana düĢəndə artıq qarımıĢ, dəymədüĢər, çox az təsadüf edilən sivri burunlu,
kütbeyin bir qızdı. Səciyyəvi bir təfsilat: ailədən kənarda heç kəs onun adını bilmirdi. Hamı onu
ancaq ―Madmazel Jilnorman böyük qız‖ adlandırardı.
―Madmazel Jilnorman böyük qız‖ təĢəxxüs göstərməkdə hər bir ingilis missisini geridə
buraxardı. O, son dərəcə utancaqdı. DəhĢətli bir xatirə həmiĢə onu narahat edirdi: bir dəfə bir kiĢi
onun corabbağını görmüĢdü.
YaĢa dolduqca onun bu utancaqlığı da artırdı. Madmazel Jilnormana həmiĢə elə gəlirdi ki, onun
Ģemizeti lazımınca sıx deyil, kənardan baxanda bədəni görünür, həm də boynunu tamamilə
örtmür. O, hədsiz-hesabsız sancaqla, ilmə-düymə ilə tualetinin elə yerlərini sancaqlayır və
bərkidirdi ki, heç kəsin ağlına da gəlməzdi ora baxsın. DəymədüĢər qızlar həmiĢə belə olur:
onların qalası nə qədər az təhlükə qarĢısındadırsa, onlar bir o qədər çox sayıqlıq göstərirlər.
Lakin qarımıĢ qız bakirəliyinin bu sirrini kim izah edə bilərdi: xalası nəvəsi – ulan polkunun
kiçik zabiti Teodül onu öpəndə, o buna lap ürəkdən icazə verərdi.
Madmazel Jilnorman ulana xüsusi bir hüsnrəğbət göstərsə də, verdiyimiz ―dəymədüĢər‖ ləqəbi
ona son dərəcə yaraĢırdı. Madmazel Jilnorman müəmmalı məxluqu idi. DəymədüĢərlik
yarıismətli, yarıqəbahətli bir haldır.
DəymədüĢərlik onda riyakarlıqla birləĢmiĢdi: bunlar bir-birinə çox uyğun gələn Ģeydir.
Madmazel Jilnorman müqəddəs Məryəm cəmiyyətinin üzvü idi. Bayram günlərində bəzən ağ
örtük örtərdi; astadan xüsusi dualar mızıldardı. ―Ġsanın müqəddəs qəlbinə‖ təzim edərək
―müqəddəs qan‖a ixlaskarlıq göstərərdi, yezuit rokokosu üslubunda qurulan mehrab qarĢısında
saatlarla durardı, adi dindarlar üçün bağlı olan ibadətxanada müĢahidəyə dalaraq, zərlə örtülmüĢ
uzun ağac sütunlar arasında uçan xırdaca mərmər buludlara doğru ruhən yüksələrdi.
Madmazel Jilnormanın madmazel Vobua adlı bir ibadətxana rəfiqəsi vardı; o da madmazel
Jilnorman kimi qarımıĢ qızdı; özü də yamanca axmaqdı. Madmazel Jilnorman onun yanında
böyük ağıl sahibi idi. Madmazel Vobua ―agnus dei‖ və ―ave Maria‖1 dualarından, bir də
mürəbbə biĢirməyin müxtəlif qaydalarından baĢqa heç bir Ģey bilmirdi. O, əcaib bir Ģeydi: kakum
öz ağlığı ilə nəzərə çarpdığı kimi, o da öz axmaqlığı ilə nəzərə çarpırdı, ancaq onun
axmaqlığında bircə dənə də xal yox idi.
Demək lazımdır ki, madmazel Jilnorman qocalmaqla uduzmaqdan artıq udmuĢdu. Bütün passiv
təbiətli adamların taleyi belədir. O heç vaxt kinli olmamıĢdı, bunu isə Ģərti olaraq yaxĢılıq hesab
etmək olar; illər insan təbiətini rəndələyir, madmazel Jilnorman da get-gedə yumĢalmıĢdı.
Naməlum bir kədər onu üzürdü, bunun səbəbini o özü də bilmirdi. Onun bütün varlığı artıq
qurtarmıĢ olan bir həyatın əlamətlərini göstərirdi, əslində isə onun həyatı hələ heç
baĢlanmamıĢdı.
Madmazel Jilnorman atasının təsərrüfatını idarə edirdi. Yuxarıda gördüyümüz kimi, onun bacısı
vaxtı ilə cənabi əqdəs Byenevenin yanında necə bir yer tuturdusa, o da cənab Jilnormanın
yanında elə bir yer tuturdu. Qocadan və qarımıĢ qızdan ibarət olan belə ailələr heç də nadir Ģey
deyil. HəmiĢə bir-birində dayaq nöqtəsi tapmaq istəyən bu iki zəif məxluqa adamın yazığı gəlir.
Cənab Jilnormanın evində onun özündən və qarımıĢ qızından baĢqa, balaca bir uĢaq da vardı; o,
cənab Jilnormanın yanında tir-tir əsər, dinib-danıĢmazdı. Cənab Jilnorman onunla ancaq sərt
danıĢar, bəzən də əlağacını onun üstünə qaldıraraq deyərdi: ―Zəhmət olmasa, cənab, bir bura gəl!
Yaxın gəl, avaranın bir avara, sital. Di cavab ver, yaramaz! Belə dur ki, səni görüm, haramzadə!‖
Daha nələr deyərdi. Cənab Jilnorman onu çox istərdi.
Bu uĢaq onun nəvəsi idi. Biz yenə də bu uĢağa rast gələcəyik.
BĠRĠNCĠ FƏSĠL.
Qədim salon.
Cənab Jilnorman Servandoni küçəsində yaĢayanda, tez-tez bir neçə seçmə və aristokrat
salonlarına gedərdi. Onu, burjuaziya ailəsindən olsa da, hər yerdə qəbul edərdilər. Bir də ki, o
həm öz həqiqi ağlı ilə, həm də ona istinad edilən ağılla, yəni ikiqat ağıllı olduğundan onunla bir
məclisə düĢməyə çalıĢardılar, ona böyük hörmət göstərərdilər. Lakin o ancaq təsir göstərə bildiyi
məclislərə gedirdi. Elə adamlar var ki, onlar nəyin hesabına olursa olsun, baĢqalarına təsir
göstərməyə çalıĢırlar hər necə olsa, özlərinə qarĢı maraq oyatmaq istəyirlər... Onlar orakül rolunu
oynaya bilmirsə, onda əyləndirici adam roluna girirlər. Cənab Jilnorman bunların heç birindən
deyildi. O, royalist salonlarda heç də öz ləyaqətini endirmədən nüfuz göstərə bilirdi. O hər yerdə
bir orakül kimi ad çıxartmıĢdı. Ġndi nəinki cənab Bonaldla, hətta cənab Benji-Püi-Valle ilə də
mübahisə edərkən qalib gəldiyi olurdu.
O, təqribən 1817-ci ildə, həftədə iki dəfə, axĢamlar, qonĢuluqda, Feru küçəsində yaĢayan de T.
adlı abırlı və hörmətli bir baronessanın evinə gedərdi; baronessa de T.-nin əri, XVI Lüdovikin
padĢahlığı dövründə Berlində Fransa səfiri vəzifəsində olmuĢdu. Baron de T. sağlığında heyvan
maqnetizmi ilə, ekstatik vəziyyətlə və qeybdən xəbər vermək məsələsilə çox maraqlanarmıĢ; o,
müflis olaraq mühacirətdə ölmüĢdü; bütün var-dövlətinin əvəzinə, qırmızı tumacla cildlənmiĢ,
zər kənarlı on cild əlyazma qoyub getmiĢdi; bu əlyazma Mesmer və onun canı haqqında olan
maraqlı xatirələrdən ibarətdi. Xanım de T. lovğalığından bu xatirələri çap etdirmirdi, kiçik bir
gəlirlə dolanırdı: bu gəlir də bir möcüzə hesab oluna bilərdi. Xanım de T. özünü saraydan
kənarda tuturdu; o deyərdi ki, saray həddindən artıq ―yığma bir cəmiyyətdir‖; inzivaya çəkilərək,
yoxsulluq içində, nəcibanə və təkəbbürlə yaĢayırdı. Bir neçə, lap həftədə iki dəfə onun buxarısı
baĢına yığıĢılırdı, bu isə lap xalis royalist salon təĢkil edirdi. Burada onlar çay içirdi, küləyin
haradan əsməsi ilə və bu küləyin onlarda elegiya, ya mədhiyyə əhval-ruhiyyəsi əmələ gətirməsi
ilə əlaqədar olaraq, gah dərindən ah çəkir, gah da hal-hazırkı qayda-qanundan, xartiyadan,
bonapartistlərdən, burjuaziya tərəfindən verilən mavi orden lentinin murdarlanmasından, XVIII
Lüdovik ―yakobinçiliyindən‖ çığıra-çığıra, acıqlı-acıqlı danıĢırdılar. Burada kralın qardaĢının
verdiyi ümidlərdən asta-asta söhbət edirdilər, bu kralın qardaĢı sonralar X Karl oldu.
Burada Napoleonu ―Sarsaq‖ adlandıran küçə nəğmələrini ürəkdən alqıĢlayırdılar. Hersoginyalar,
ən incə və cazibədar kübar qadınları ―federatlar‖ haqqında söylənilən bu qitələri son dərəcə
bəyənirdilər:
Ey, sən, köynəyini Ģalvarına sal!
Yoxsa deyərlər ki, axmaqsan, axmaq.
Qorxudan lütlərin dili olub lal.
Ağ bayraq ucaldır onlar indi, bax.
Burada kalamburla, adi söz oyunları ilə əylənirdilər, bu onlara çox sərrast söylənən kinayəli söz
kimi görünürdü. Özlərindən rübailər, hətta beyt də qoĢurdular. Nazir Desolun, Degaz və Deserin
də daxil olduğu mötədil hökumət haqqında bu sətirləri düzəltmiĢdilər:
Tezliklə möhkəm olsun deyə bu laxlayan təxt.
Dekaz, Desol, Deser, siz süpürülün, nəhayət.
Ya da perlər palatası – bu ―iyrənc Yakobinlər palatası‖ üzvlərinin siyahısını elə düzəldirdilər,
adların yerini elə dəyiĢdirirdilər ki, məsələn, belə bir cümlə əmələ gəlirdi: ―Dama, Sabran,
Güvion, Sen-Sir‖2; ümumiyyətlə, gülməli çıxırdı.
Bu xırdaca cəmiyyətlə inqilabı ələ salmaq istəyirdilər, hər necə olsa, onun qəzəbli sözlərini onun
əleyhinə çevirməyə çalıĢırdılar. Əgər təbiri caiz isə, öz ―mahnılarını‖ oxuyurdular:
ĠĢimiz düzəlir, tale olur yar!
Asılsın fənərdən bonapartçılar!
Nəğmələr gilyotini xatırladır. Nəğmələr bu gün birinin, sabah da bir baĢqasının boynunu
laqeydcəsinə vurur. Bu onlar üçün ancaq yeni bir əyləncədir.
O zaman, 1816-cı ildə, Füaldesin mühakiməsində Bastidə və Joziona hüsn-rəğbət göstərirdilər,
çünki Füaldes ―bonapartist‖ idi. Onlar liberallara ―qardaĢ və dost‖ deyirdilər, bu isə ən həqarətli
Ģey hesab olunurdu.
Bəzi kilsələrin zəng qülləsində olduğu kimi, baronessa de T.-nin salonunda da iki flüger vardı.
Bunlardan biri cənab Jilnorman, o birisi qraf de Lamot-Valua idi. Salondakılar bu adam
barəsində hörmətlə bir-birinin qulağına deyirdilər: ―Bilirsinizmi? Bu, həmin Lamotdur ki,
boyunbağı məsələsində onun da əli vardı‖. Siyasi partiyalar bu kimi qəribə amnistiyalara yol
verirlər.
Bunu da əlavə edək ki, burjuaziya mühitində adam çox asanlıqla baĢqaları ilə uzlaĢırsa, gözdən
düĢür. Burada tanıĢ adam seçməkdə ehtiyatlı olmaq tələb edirdi. ÜĢüyən bir adamın yanında olan
Ģəxsin hərarəti azaldığı kimi, təhqirəlayiq Ģəxslə yaxın olan adamın da hörməti azalır. KeçmiĢdə
ali kübar cəmiyyət özünü bütün qanunların fövqündə tutduğu kimi, bu qanunun da fövqündə
tuturdu. Pampadurun qardaĢı Marinyi Ģahzadə de Subizin tanıĢı idi, yanına sərbəst gəlib- gedə
bilərdi. Amma o... Xeyr, məhz elə buna görə... Vobernye tanınmıĢ bir adamdı, onu adamlar
sırasına çıxardan Dübarri marĢal RiĢelyenin əziz qonağı idi. Ali kübar cəmiyyəti də Olimpdir.
Merkuri və Ģahzadə de Gemene orada özlərini elə hiss edirlər, elə bil, öz evlərindədirlər. Ora
oğrunu da qəbul edirlər, ancaq o gərək qüdrətli olsun.
1815-ci ildə qoca qraf de Lamotun yetmiĢ beĢ yaĢı tamam olmuĢdu. Onu baĢqalarından
fərqləndirən bu idi ki, o dinib-danıĢmazdı, danıĢanda da nəsihətverici ifadə ilə danıĢardı; onun
yanaq sümüyü iri, çənəsi enli idi; çox incə nəzakətli ədası, həmiĢə çarpazlaĢdırılmıĢ uzun qıçı,
biĢmiĢ gil rəngli sallaq Ģalvarı vardı, sürtükünü lap boyun yaylığına kimi düymələrdi. Soyuq
ifadəli üzünün rəngi Ģalvarının rəngində idi.
Salonda cənab de Lamotla ―hesablaĢırdılar‖. Ona görə ―hesablaĢırdılar‖ ki, o həm ―tanınmıĢ bir
adam‖ idi, həm də – bu, qəribə də olsa, bir həqiqətdir – Valua adını daĢıyırdı.
O ki qaldı cənab Jilnormana, ona, doğrudan da, hörmət edirdilər. Onun sözü qanun idi. O,
yüngülməcaz olsa da, özünü xüsusi bir əda ilə tutmağı bacarırdı; özünü zəhmli, nəcib, layiqli bir
adam kimi göstərə bilirdi; onun bu ədasında bir qədər burjuaziya təĢəxxüsü də vardı; lakin bunlar
heç də onun gülĢadlığına zərər yetirmirdi. YaĢının çoxluğunu da buna əlavə etmək lazımdır. Bir
əsr ömür sürmək özü də az Ģey deyil. Ġllər, nəhayət, insanın baĢı ətrafında halə əmələ gətirir.
Bir də ki, qoca Jilnorman öz zarafatları ilə məĢhur idi, bu isə qədim dvoryan tizfəhmliyinin
qığılcımlarını xatırladırdı. Onun zarafatlarından biri budur: Prussiya kralı XVIII Lüdoviki
yenidən taxta çıxardıqdan sonra, qraf Rüpen onun yanına gəlir, XIV Lüdovikin nəslindən olan bu
kral onu ancaq Brandenburq markqrafına layiq bir Ģəkildə qəbul edir, həm də ona qarĢı ən incə
bir etinasızlıq göstərir. Bu, Jilnormanın çox xoĢuna gəlir. Deyirdi ki, fransız krallarından baĢqa
bütün krallar əyalət krallarıdır. Bir dəfə onun yanında birisi soruĢur: ―Məhkəmə ―Fransız
kuryeri‖ qəzetinin redaktoruna nə iĢ kəsib?‖ – Cavab verirlər: ―Çubuqla bərk döyülsün‖. Cənab
Jilnorman yandan deyir: ―Bərk sözü burada artıqdır‖. Belə sözlərlə adamlar Ģöhrət qazanırlar.
Bir dəfə də o, Burbonların yenidən iĢ baĢına gəlməsinin ildönümündə, Te deum1 vaxtında,
Taleyranın keçdiyini görüb demiĢdi: ―Bu da əlahəzrət ġər!‖
Cənab Jilnorman adətən öz uzundraz qızı ilə, bir də yeddi yaĢlı qəĢəng, sarıĢın, qırmızıyanaq,
təravətli, Ģən və məsum baxıĢlı bir uĢaqla salona gedərdi; onda madmazel Jilnormanın yaĢı
qırxdan azca ötmüĢdü, amma üzdən ona əlli vermək olardı. Salona gələn kimi uĢaq həmiĢə
ətrafında pıçıltı ilə söylənilən bu sözləri eĢidərdi: ―Nə qəĢəng uĢaqdır! Adamın rəhmi gəlir!
Yazıq bala!‖ Bu həmin uĢaqdı ki, indicə onun haqqında bir neçə kəlmə söz demiĢdik. Bu uĢağa
ona görə ―yazıq‖ deyirdilər ki, atası ―Luara qulduru‖ idi.
―Luara qulduru‖ isə cənab Jilnormanın kürəkəni idi; biz yuxarıda onun adını çəkmiĢdik;
Jilnorman ―o, mənim ailəmi ləkələmiĢdir‖ - deyirdi.
ĠKĠNCĠ FƏSĠL.
O zamanın qanlı kabuslarından biri.
O illər kiçik Vernon Ģəhərinə gedən, oradakı gözəl daĢ körpüdə gəzən – heç Ģübhəsiz, bu körpü,
tezliklə bir-birinə dolaĢmıĢ dəmir və məftil yığınından ibarət eybəcər bir Ģeylə əvəz ediləcəkdir –
bu daĢ körpüdə gəzən hər bir adam sürahinin arasından baxsaydı, əlli yaĢlı, meĢin furajkalı, taxta
ayaqqabılı, kobud, boz mahuddan Ģalvar və kurtka geymiĢ, vaxtından əvvəl qocalmıĢ,
donqarlaĢmıĢ bir adamın belini əyərək iĢlədiyini görərdi; onun kurtkasına köhnə, sarı bir Ģey
tikilmiĢdi: əvvəllər bu, qırmızı orden lentası imiĢ; bu adamın az qalmıĢdı saçı-saqqalı tamam
ağarsın; üzü gündən, havadan yanıb-qaralmıĢdı; onun sifətində, – alnından ta yanağına kimi –
enli bir çapıq yeri vardı; o bütün günü əlində bel və bağ bıçağı körpünün yaxınlığında olan
hasarlanmıĢ sahələrdən birində olardı; Senanın sol sahilini bir-birinin yanına düzülmüĢ eyvan
kimi haĢiyələndirən, insanı məftun edən, gül-çiçəklə dolu olan bu sahələr bir az böyük olsaydı,
bağa, bir az kiçik olsaydı, gül dəstəsinə bənzərdi. Bunların bir ucu gedib çaya, bir ucu da evlərə
dirənərdi. Təqribən 1817-ci ildə bu sahələrdən ən kiçiyi, bu evlərdən ən kasıbı yuxarıda
dediyimiz kurtkalı, taxta ayaqqabılı adamın idi. O burada tək yaĢayırdı; yalqız, yoxsul, sakit bir
həyat keçirirdi; onun bir qulluqçusu vardı. O, cavandımı, qocadımı, qəĢəngdimi, çirkindimi,
kəndlidimi, meĢĢandımı – bunu demək çətindi. Bu adam öz dördbucaq yerinə ―bağ‖ deyirdi; bu
bağ öz gözəl gülləri ilə Ģəhərdə ad çıxarmıĢdı; bu gülləri o özü əkirdi. Gül əkmək onun yeganə
məĢğuliyyəti idi.
O, zəhmət çəkməklə, öz iĢində səbat göstərməklə, çiçəklərə yaxĢı qulluq etməklə, onları çoxlu
sulamaqla, Tanrıdan sonra bir neçə növ zanbaq və soğançiçəyi yaratmıĢdı, görünür, təbiət bunları
yaratmağı yaddan çıxarmıĢdı. O öz iĢində yeni-yeni yollar tapırdı: əvvəllər ardıc kolu basmıĢ
kiçik torpaq sahələrində nadir, çox qiymətli Amerika və Çin kolları yetiĢdirir, bununla da Sulanc
Bodeni keçirdi. Yay günlərində səhər açılan kimi bağa çıxar, xoĢ, qəmgin və mülayim bir sima
ilə güllərin arasında gəzər, çiçək kollarını təmizlər, ora-burasını kəsər, alağını edərdi, suvarardı.
O bəzən fikrə dalaraq saatlarla dayanıb-durar, gah ağacda oxuyan quĢların nəğməsinə, qonĢu
evdən gələn körpə bir uĢağın danıĢığına qulaq asar, gah da balaca bir ot baĢında gün iĢığında
qiymətli bir daĢ kimi bərq vuran xırdaca Ģeh damlasına baxardı. O lap adi yeməklərlə
kifayətlənər, suyu Ģərabdan üstün tutardı. Hər bir uĢaq ona buyruq verə bilərdi, qulluqçu qadın
onu danlamaqdan çəkinməzdi. O, ağlasığmayacaq dərəcədə utancaqdı; evdən çox az-az çıxar,
qapısına gələn dilənçilərdən, bir də öz günahlarını etiraf etdiyi və yaxĢı bir insan olan qoca abbat
Mabefdən baĢqa heç kəslə görüĢməzdi. Lakin yerli əhalidən birisi, ya heç tanımadığı gəlmə bir
adam maraq edib bu zabaqları, qızılgülləri görmək istəsəydi, gəlib onun zəngini vursaydı, o,
mehribanca qapısını açardı. Həmin ―Luara qulduru‖ deyilən adam elə bu idi.
Hərbi səfərlər haqqında yazılan xatirələri, hərbi xadimlərin tərcümeyi-halını, böyük ordunun
―Monitor‖ və bülletenlərini oxumaq istəyən hər bir adam bu yazılarda Jorj Ponmersi, adına tez-
tez rast gələ bilərdi. Həmin bu Jorj Ponmersi cavanlığında Sentonj polkunda sıravi bir əsgər idi.
Sonra inqilab oldu. Sentonj polku Reyn ordusunun tərkibinə girdi: çünki mütləqiyyət dövründə
olan alaylar mütləqiyyət yıxılandan sonra da onlara verilən ―əyalət‖ adını mühafizə edirdilər,
ancaq 1794-cü ildə onlar briqada Ģəklini aldılar. Ponmersi HuĢarın aryerqardını təĢkil edən iki
yüz adamlıq bir dəstədə – ġpeyer, NeyĢtadt, Türkheym, Alsey və Mayns ətrafında vuruĢmuĢdur.
O, on iki igiddən biri idi: onlar Hess Ģahzadəsi korpusunun qabağında, köhnə Andernax qalası
səddinin arxasında möhkəm dayanmıĢdılar, ancaq düĢmən topları istehkam sipərini alt-üst
etdikdən sonra onlar geri çəkilərək əsas qüvvəyə qoĢulmuĢdular. Kleberin qoĢununda, MarĢen
ətrafında və Mon-Poliseldə vuruĢmuĢ, top saçması ilə əlindən yaralanmıĢdı. Sonra Ġtaliya
sərhəddinə getmiĢdi. Burada o, otuz nəfər qrenadyorla, Jüberin komandası altında, Tend dərəsini
müdafiə etmiĢdir. Bu igidlik üçün Jüberə general-adyutant, Ponmersiyə ―kiçik zabit‖ rütbəsi
verilmiĢdi. O, Lodi ətrafında gedən vuruĢmada hər tərəfdən üstünə top saçması yağdığı halda,
Bertyenin yanında durmuĢdu. Bertye isə Bonapartın bu sözlərinə layiq görülmüĢdü: ―Bizim bu
dəcəl özünü hər yerə yetirir: o həm topçu, həm süvari, həm piyada hissəsində vuruĢur‖. Ponmersi
Nov ətrafında gedən vuruĢmada keçmiĢ komandiri general Jüberin qılıncını qaldıraraq ―irəli‖, –
deyə çığırdığını və həlak olduğunu görmüĢdü. O, bir döyüĢ tapĢırığını yerinə yetirmək üçün öz
rotası ilə Genuyadan gələn yüngül yelkənli gəmidə sahildəki kiçik limanlardan birinə gedərkən
(bunun hansı liman olduğu yadımdan çıxıb), yolda yeddi-səkkiz ingilis gəmisi arasına düĢərək,
çox pis bir vəziyyətlə qarĢılaĢır. Gəmi kapitanı genuyalı imiĢ; o istəyir ki, topları dənizə atsın,
əsgərləri göyərtənin ora-burasında gizlətsin, qaranlıqda ticarət gəmisi adı ilə ingilis gəmilərinin
arasından siviĢib getsin. Lakin Ponmersi flaqĢtoqda milli bayrağı qaldırmağı əmr edir, ingilis
gəmilərinin topları qabağından cəsarətlə keçib gedir. Bu hadisədən sonra o elə cəsarətlənir ki,
oradan iyirmi mil kənarda qoĢun aparan böyük bir ingilis nəqliyyat gəmisinə hücum edir, gəmini
tutur. Gəmi Siciliyaya gedirmiĢ, içinə o qədər adam və at doldurublarmıĢ ki, gəmi lap göyərtə
bəndlərinə qədər suya çökübmüĢ. Ponmersi 1805-ci ildə Malerin diviziyasında qulluq edirmiĢ:
bu diviziya Ershersoq Ferdinanddan Qüntsbürqü geri almıĢdı. O, Veltingen vuruĢmasında güllə
üstünə yağıĢ kimi yağa-yağa ölümcül halda yaralanmıĢ 9-cu draqun alayı komandiri polkovnik
Mobeti qolları üstündə döyüĢ meydanından çıxarmıĢdı. Austerlits vuruĢmasında hərbi hissələr
düĢmən atəĢi altından keçib gedərkən, bu məĢhur əməliyyatda Ponmersi öz igidliyi ilə
fərqlənmiĢdi. Rus süvari qvardiyası 4-cü piyada polku batalyonunu dağıtdıqdan sonra bunun
əvəzini çıxmaq üçün yenidən qalibiyyət qazananlar içərisində Ponmersi də varmıĢ. Ġmperator
onu xaç niĢanı ilə təltif etmiĢdi. Ponmersi Mantuda Vurmserin, Ġskəndəriyyədə Melasın, Ulma
ətrafında Makkın əsir alındığını gözü ilə görmüĢdü. Onun qulluq etdiyi hissə Hamburqu iĢğal
edən Ģanlı Morte ordusunun 8-ci korpusuna daxildi. Sonra o, əvvəlki Flandiya polkundan təĢkil
olunmuĢ 55-ci piyada polkuna keçir. Eylau vuruĢmasında bu kitab müəllifinin əmisi, igid kapitan
Lui Hüqo səksən üç nəfərdən ibarət olan rotası ilə qəbiristanlıqda iki saat düĢmən ordusu
hücumunun qabağını almıĢdı, Ponmersi də bu vuruĢmada olmuĢdu; qəbiristanlıqda səksən üç
nəfərdən ancaq üç adam diri qalmıĢdı ki, onlardan biri Ponmersi idi. O, Fridland ətrafında gedən
vuruĢmada iĢtirak etmiĢdi. Sonra Moskvanı, Berezinanı, Lütseni, Bauseni, Drezdeni, Vaxaunu,
Leyptsiqi, Köln-hauzen dərəsini, bundan sonra da Monmiraylı, ġato-Tyeri, Kraonu, Marna
sahillərini, Ena sahillərini, dəhĢətli Laon cəbhələrini görmüĢdü. Kapitan rütbəsində ikən Arnele-
Dükdə on kazakı qılıncdan keçirmiĢ, lakin öz generalını deyil, öz kapralını xilas etmiĢdi. Bu
vuruĢmada onun yaralanmamıĢ yeri qalmamıĢdı, təkcə elə sol qolundan iyirmi yeddi sümük
qırıntısı çıxartmıĢdılar. Paris təslim olandan bir həftə qabaq o öz yoldaĢı ilə yerini dəyiĢmiĢ,
süvari hissəsinə keçmiĢdi. Köhnə üsul-idarədə belə adama ―ikiqat bacarıqlı adam‖ deyirdilər,
yəni o, bir əsgər kimi həm qılıncı, həm tüfəngi, bir zabit kimi həm eskadronu, həm batalyonu
eyni dərəcədə yaxĢı idarə edə bilirdi. Hərbi təlim nəticəsində təkmilləĢdirilən bu keyfiyyət
sayəsində ―draqun‖ deyilən xüsusi qoĢun növü meydana gəlmiĢdi ki, bunlar, eyni zamanda, həm
süvari, həm də piyada hissələri idi. Ponmersi Napoleonun ardınca Elba adasına gedir. Vaterloo
vuruĢmasında Dübuanın briqadasına daxil olan krasirlər eskadronuna komandanlıq edir.
Lünenburq batalyonunun bayrağını ələ keçirən o olmuĢdu. Bayrağı gətirib imperatorun ayaqları
altına atmıĢdı. O, bütün qan içində imiĢ; bayrağı düĢmənin əlindən dartıb alarkən qılıncla onun
sifətinə vurmuĢdular. Ġmperator onun bu hərəkətindən razı qalaraq demiĢdi: ―Səni polkovnik,
baron, fəxri legion ordeni kavaleri olmağın münasibətilə təbrik edirəm!‖ Ponmersi də ona cavab
olaraq demiĢdi: ―Əlahəzrət, dul qalacaq arvadım tərəfindən sizə təĢəkkür edirəm!‖ Bir saat sonra
o, Öhen yolunda qobuya düĢüb qalmıĢdı. Ġndi siz deyin görək, bu Jorj Ponmersi deyilən kimdir?
Elə həmin o Luara quldurudur.
Oxucu artıq onun haqqında bəzi Ģey bilir. Vaterloo vuruĢmasından sonra Ponmersini Öhen
yolundakı qobudan çıxarmıĢdılar, o da orduya qoĢulmuĢdu, sonra da lazaret furqonunda Luara
lagerinə gəlmiĢdi.
Restavrasiya illərində maaĢının yarısına keçirilərək, onu yaĢamaq üçün, daha doğrusu, nəzarət
altında saxlamaq üçün Verona göndərmiĢdilər. XVIII Lüdovik Yüz gün içərisində baĢ verən
bütün iĢlərə qeyri-həqiqi bir iĢ kimi baxdığından, Ponmersin nə polkovnikliyini, nə fəxri legion
ordeni kavalerliyini, nə də baronluğunu təsdiq etmiĢdi. Lakin Ponmersi yeri gələndə həmiĢə
―polkovnik baron Ponmersi‖, - deyə imza edirdi.
Evdən çıxanda o həmiĢə fəxri legion ordeni lentasını köhnə, göy sürtükünə iliĢdirərdi, onun
bundan baĢqa sürtükü yox idi. Kral prokuroru ona xəbərdarlıq etmiĢdi ki, ―bu fərqlənmə niĢanın
qeyri-qanunu olaraq taxdığı üçün‖ onun iĢini məhkəməyə verəcəkdir. Ponmersi məmur vasitəsilə
edilən bu xəbərdarlığı eĢitdikdən sonra acı-acı gülümsəyərək demiĢdi: ―Bilmirəm, mənmi fransız
dilini daha baĢa düĢmürəm, ya siz fransız dilini yaddan çıxarmısınız, ancaq mən heç bir Ģey baĢa
düĢmədim‖. Bu söhbətdən sonra o, bir həftə hər gün orden lentini taxaraq, Ģəhərə çıxdı. Onu
daha heç kəs cürət edib narahat eləmədi. Hərbiyyə naziri və hərbi vilayət rəisi iki-üç dəfə ona
―Cənab mayor Ponmersi‖ adı ilə məktub göndərmiĢdi. Lakin o bu məktubları açmadan geri
qaytarmıĢdı. Elə bu zaman Napoleon da müqəddəs Yelena adasında eynən belə etmiĢdi, o da ser
Hudson Lounun ―General Bonaparta‖ adı ilə göndərdiyi məktubları geri qaytarmıĢdı. Ponmersi
də öz imperatoru kimi bu məktublara haftüflə – qoy bizi belə bir ifadə üçün bağıĢlasınlar - cavab
vermiĢdi.
Romada da belə olmuĢdu: əsir alınmıĢ Kartaca əsgərləri içərisində bir az Hannibal ruhlu olanlar
da vardı, onlar da Flamini alqıĢlamaqdan imtina etmiĢdilər.
Bir gün Ponmersi Vernon küçəsində kral prokuroruna rast gələrək, ona yanaĢmıĢ və belə bir sual
vermiĢdi: ―Cənab kral prokuroru, deyin görüm, üzümdəki çapıq yerini daĢımağa mənə icazə
verilirmi?‖
O ancaq eskadron komandiri maaĢının yarısını alırdı, bu azca gəlirdən baĢqa onun heç bir gəliri
yox idi. Vernonda o, balaca ev kirayə etmiĢdi, orada daha bundan balaca ev tapmaq olmazdı. O,
tək yaĢayırdı. Biz onun keçirdiyi həyatla tanıĢ olmuĢduq. Ġmperiya dövründə imkan tapıb, iki
müharibə arasında Jilnormanın qızı ilə evlənmiĢdi. Qoca burjua qəlbinin dərinliklərində son
dərəcə narazı olsa da, canını diĢinə tutaraq, qızının o adama ərə getməyinə razılıq vermiĢdi və
demiĢdi: ―Ən məĢhur ailələr də bəzən belə Ģeylərə razılıq verməyə məcbur olur‖. Yeri
gəlmiĢkən, bunu da demək lazımdır ki, xanım Ponmersi hər cəhətdən gözəl, çox nadir mənəvi
keyfiyyətlərə malik olan və tamamilə ərinə layiq bir qadındı; o, 1815-ci ildə ölmüĢ, bir oğlan
uĢağı qoyub getmiĢdi. Bu uĢaq polkovnikin yalqızlıq içində keçirdiyi həyatını bəzəyə bilərdi.
Lakin onun babası uĢağı təkidlə tələb edərək demiĢdi: ―UĢağı mənə verməsələr, mən onu
mirasdan məhrum edəcəyəm‖. UĢağın atası oğlunun mənafeyini nəzərə alaraq, buna razı
olmuĢdu, bununla da öz uĢağını yanında saxlamaq imkanını əldən vermiĢ, mehrini güllərə
salmıĢdı.
O həm də hər cür siyasətdən üz döndərmiĢdi; nə qiyam edir, nə də sui-qəsdlərə giriĢirdi. Onun
fikirləri ya indi özünü həsr etdiyi sadə Ģeylərin, ya da əvvəllər etdiyi böyük iĢlərin ətrafında
toplanmıĢdı. O həm bir qərənfilin çiçək açmasını gözləyir, həm də Austerlits xatirələri ilə
yaĢayırdı - onun vaxtı bu iki Ģey arasında bölünmüĢdü.
Cənab Jilnorman öz kürəkəni ilə heç bir əlaqə saxlamırdı. Polkovnik onun nəzərində bir
―quldur‖du, o isə polkovnikin nəzərində ―səfehin biri‖ idi. Cənab Jilnorman heç vaxt
polkovnikin adını çəkmirdi, ancaq hərdən istehza ilə onun ―baronluğuna‖ iĢarə edirdi. Onlar öz
aralarında belə bir Ģərt kəsmiĢdilər: Ponmersi öz oğlunu görmək, ya onunla danıĢmaq üçün heç
bir təĢəbbüs göstərməyəcək; əgər o bu Ģərti pozsa, uĢaq geri qaytarılacaq, həm də mirasdan
məhrum ediləcəkdir. Jilnorman Ponmersiyə taun xəstəliyinə tutulmuĢ bir adam kimi baxırdı.
Onlardan hər biri uĢağı istədiyi kimi tərbiyə etmək fikrində idi. Bəlkə də, polkovnik belə bir Ģərti
qəbul etməkdə yanılmıĢdı; lakin bu Ģərtə çox ciddiyyətlə riayət edirdi, elə düĢünürdü ki, düzgün
iĢ tutmuĢ, bu məsələdə ancaq özünü fəda etmiĢdir.
Cənab Jilnormandan çox miras qalmayacaqdı. Lakin onun böyük qızından qalan irs çox
olacaqdı. Bu qarımıĢ qız böyük bir sərvətə malikdi, bu sərvət ona ana tərəfindən qalmıĢdı. Bacısı
oğlu bu sərvətin həqiqi varisi idi.
UĢağın adı Marius idi; o, atası olduğunu bilirdi, onun bildiyi də ancaq bu idi. Heç kəs ona atası
haqqında bircə kəlmə də söz demirdi. Lakin babası ilə getdiyi yerlərdə onun eĢitdiyi pıçıltılar,
eyhamlar, adamların bir-birinə baxıb göz vurması onu düĢündürməyə bilməzdi; o, bəzi Ģeyləri
baĢa düĢməyə baĢladı. O, uzun zaman onu əhatə edən mühitin təsiri altında olduğundan, bu
mühitin havasını tənəffüs etdiyindən, sanki, bu havaya dolan fikir və ideyaları dərk etdi və
yavaĢ-yavaĢ atası haqqında ancaq utana-utana, iztirab çəkə-çəkə düĢünməyə adət etdi.
Marius bu qayda ilə böyüyürdü. Polkovnik iki-üç ayda bir dəfə evindən çıxır, qaçmıĢ dustaq
kimi gizlincə Parisə gəlir, müəyyən vaxtda Sen-Sülpis kilsəsinə gedirdi. Madmazel Jilnorman bu
zaman Mariusu kilsəyə ibadətə aparırdı. Polkovnik orada madmazel Jilnorman birdən dönüb
baxar deyə, qorxudan əsə-əsə sütunun arxasında gizlənərək, qımıldanmağa və ah çəkməyə cürət
etməyərək, öz oğluna baxırdı. Bütün bədəni çapıq-çapıq olan bir əsgər qarımıĢ bir qızdan
qorxurdu.
Vernon keĢiĢi abbat Mabeflə də onun dostluğu buradan baĢlanmıĢdı.
Hörmətli keĢiĢ abbat Mabef Sen-Sülpis kilsəsi ağsaqqalının qardaĢı idi; bu kilsə ağsaqqalı bir
neçə dəfə kilsədə bir adama diqqət yetirmiĢdi: o adam sütunun arxasında gizlənib, bir uĢağa
böyük bir məhəbbətlə baxırdı. Kilsə ağsaqqalı onun üzündəki çapıq yerini, gözlərindəki iri yaĢ
damlalarını da görmüĢdü. Üzdən o, igid bir adama oxĢayırdı; lakin belə bir adamın arvad kimi
ağlaması ona çox böyük təsir bağıĢlamıĢdı. Onun üzü kilsə ağsaqqalının yadında qalmıĢdı. Bir
dəfə o, qardaĢı ilə görüĢmək üçün Vernona gəlibmiĢ, körpü üstündə polkovnik Ponmersiyə rast
gəlir, onu tanıyır: bu, həmin Sen-Sülpis kilsəsində gördüyü adamdı. Kilsə ağsaqqalı bu əhvalatı
qardaĢına danıĢır, onlar bir Ģeyi bəhanə edərək, polkovnikin yanına gedirlər. Sonra bir də
gedirlər. Polkovnik əvvəl onlarla çox az və çox könülsüz danıĢır, sonra ürəyini açıb tökür. Bu
qayda ilə abbat Mabef və kilsə ağsaqqalı onun bütün həyatına bələd olur, həm də oğlunun
gələcəyi üçün öz xoĢbəxtliyini fəda etdiyini bilirlər. Bu Ģeylər abbat Mabefin qəlbində
polkovnikə qarĢı hörmət və Ģəfqət hissi oyadır, polkovnikin də ondan çox xoĢu gəlir... Bunu da
demək lazımdır ki, heç kəs qoca keĢiĢ və qoca əsgər kimi belə asanlıqla bir-birinə yaxın ola
bilməz, bir-birini belə yaxĢı baĢa düĢməz, bu Ģərtlə ki, xoĢ bir təsadüf nəticəsi olaraq, onlar hər
ikisi həm səmimi, həm də yaxĢı adam olsunlar. Əslində, bu adamlar heç bir Ģeylə bir-birindən
fərqlənmirdi. Onlardan biri özünü dünya vətəninə, o birisi axirət vətəninə xidmət etməyə həsr
etmiĢdi. Fərq yalnız bunda idi.
Marius ildə iki dəfə – yanvarın birində, bir də Müqəddəs Georgi günü yaxınlaĢanda atasına
məktubnamədən götürülmüĢ kimi rəsmi təbrik məktubu göndərərdi, məktubları Mariusun xalası
deyər, o da yazardı. Cənab Jilnorman ancaq buna icazə verərdi. Atası da Mariusa çox
mehribanca yazılmıĢ cavab göndərərdi; Mariusun babası bunları oxumadan cibinə qoyardı.
ÜÇÜNCÜ FƏSĠL.
Requiescant1.
Marius Ponmersi ancaq xanım de T.-nin salonu vasitəsilə həyatı dərk edirdi. Bu salon onun
dünyaya baxa bildiyi yeganə pəncərə idi. Bu pəncərə tutqundu; onun nəfəsliyindən istidən çox
soyuq, iĢıqdan çox qaranlıq gələrdi. Marius Ģən, gülər üzlə bu xırdaca aləmə girmiĢ, orada bir az
qaldıqdan sonra qəmginləĢmiĢ və ciddiləĢmiĢdi, bu ciddilik onun yaĢına heç uyğun gəlmirdi.
Marius həmiĢə orada təĢəxxüslü, qəribə Ģəxslər görür, onlara heyrətlə baxırdı. Gördüyü Ģeylər
onun ancaq heyrətini artıra bilərdi. Xanım de T.-nin salonuna Matan, Noe, Levis, Kambi
familiyalı qoca kübar və çox hörmətli xanımlar gəlirdi; burada Levisi Levi, Kambini isə Kambiz
deyə tələffüz edirdilər. Bu qoca xanımlar, bu Tövrat adları Mariusun hafizəsində ―Əhdi-ətiq‖
kitabındakı rəvayətlərlə qarıĢırdı, Marius bu rəvayətləri əzbər bilirdi. Onlar sönməkdə olan
buxarının qabağına yığıĢaraq, yaĢıl abajurlu lampanın alaqaranlığında səssizcə oturar, ancaq
bəzən həm təntənəli, həm də qəzəbli bir söz söylərdilər; kiçik Marius ürkək bir nəzərlə yandan
onların ciddi üzünə, bəzilərinin ağ, bəzilərinin də ağarmağa baĢlayan saçına, keçən əsr dəbi ilə
tikilmiĢ uzun donlarına baxardı. Ona elə gəlirdi ki, bunlar arvad deyil, patriarx və sehrbazdır,
canlı məxluq deyil, xəyaldır.
Bu xəyallar həmiĢə bu qədim salonda hazır olan xeyli ruhani, bir neçə də dvoryan qoĢulardı;
bunlar da: xanım de Berrin Ģəxsi katibi markiz de Sassene, ―ġarl-Antuan‖ ləqəbi ilə yeknəsəq
ahəngli qəsidələr çap etdirən vikont de Valori, Fransada ―nəzakət qaydalarını‖ hamıdan yaxĢı
bilən Markiz Kariolis d’Espinuz, subay və xoĢüzlü qraf d’Amandr; ―kral kabineti‖ adlandırılan
Lüvr kitabxanasının dayağı kavaler de Por de Gi, bir də hələ kifayət qədər cavan olan, lakin
saçları ağarmağa baĢlayan knyaz de Bofremon idi. Knyaz de Bofremonun arvadı da burada idi;
o, qəĢəng, məzəli bir qadındı, onun zər qaytanlı al məxmərdən olan tualeti, döĢünü və çiynini çox
açıq göstərən dekoltesi ətrafa çökən qaranlığı bir qədər dağıdırdı. Cənab de Por de Gi dazbaĢlı,
vaxtından əvvəl qocalmıĢ bir adamdı, amma yaĢı çox deyildi. O deyirdi ki, 1793-cü ildə and
içməkdən imtina etdiyi üçün katorqaya göndəriblər: ―Onda on altı yaĢım vardı, mənimlə bərabər
de Mirpua adlı bir yepiskopun əl-ayağına qandal vurdular. Onun səksən yaĢı vardı, o da an
içməkdən imtina etdiyi üçün kürək cəzasına məhkum edilmiĢdi; bizim aramızda fərq ancaq
bundan ibarətdi ki, o, itaətsizlik edən keĢiĢ, amma mən itaətsizlik edən əsgərdim. Bu əhvalat
Tulonda olmuĢdu. Bizim vəzifəmiz gündüz gilyotinlə baĢı kəsilən adamların baĢını və bədənini
axĢam qətlgahdan daĢımaq idi. Biz qanı axan baĢsız bədənləri dalımıza alıb aparırdıq; bundan da
bizə verilən qırmızı dustaq xalatının boynu arxa tərəfdən laxtalanmıĢ qandan islanar, qabıq
bağlardı; bu qan səhərə kimi quruyardı, lakin axĢam yenə də xalatımızın o yeri qandan
islanardı‖.
Xanım de T.-nin salonunda bu cür faciəli söhbətlər çox olardı. Burada Marata lənətlər yağdıra-
yağdıra axırda Trestalyonu tərifləmək dərəcəsinə gəlib çatardılar. ―Misilsizlər‖ növündən olan
deputatlar, cənab Tibor dü ġalar, cənab LemarĢan de Qomikur və sağların məĢhur zarafatçısı
cənab Korne-Denkur burada vist oynayardı. Qıçlarının nazik olmasına baxmayaraq, gödək Ģalvar
geyən Balye de Feret Taleyranın yanına gedərkən bəzən bura da baĢ çəkərdi. O, qraf d’Artuanın
içki yoldaĢı idi; Ərəstun Kampaspanın qabağında səcdə etdiyi halda, o, Mariya Himarı
iməkləməyə məcbur edərdi, bununla da filosofun intiqamını alaraq, əsrlər üçün nümunəvi bir
balyi olmuĢdu.
Bura gələn ruhanilər isə abbat Halma, abbat Leturner, abbat Freysin, abbat Keravenan, cənabi-
əqdəs Makki və cənabi-əqdəs abbat Pilimier idi. Bu, həmin abbat Halma idi ki, ―Fudr‖ qəzetində
əməkdaĢlıq edən cənab Laroz ona demiĢdi: ―Ba, indi kimin yaĢı əllidən azdır? Ancaq ağzından
süd iyi gələn birinci kurs tələbəsinin yaĢı əllidən azdır!‖ Abbat Leturner kral xətibi idi. Abbat
Freysin o zaman hələ nə qraf, nə yepiskop, nə nazir, nə per idi. Köhnə bir keĢiĢ cübbəsi geyərdi,
cübbəsinin də həmiĢə düyməsi çatıĢmazdı. Abbat Keravenan Sen Jerman-de-Pre kilsəsinin keĢiĢi
idi. Cənabi-əqdəs Makki onda papa nümayəndəsi və Nazibi arxiyepiskopu idi, sonra kardinal
olmuĢdu; onun malxulya ifadəli uzun burnu vardı. O biri cənabi-əqdəs abbat Palmieri papa keĢiĢi
idi, o müqəddəs təxtin yeddi nəfər həqiqi protonotarlarından biri, məĢhur Liberiya bazilikasının
keĢiĢi, müqəddəs kimsələrin ―postulatore di santi‖ müvəkkili idi, bu isə onun kanonizasiya iĢləri
ilə əlaqədar olduğunu göstərirdi, həm də bu, təxminən, Dövlət ġurasının cənnət Ģöbəsi üzrə
məruzəçisi rütbəsinə mütabiq idi... Bu ruhanilərdən baĢqa, salona cənab de la Lüzern və cənab de
Klermon-Toner adlı iki kardinal da gəlirdi. Kardinal de la Lüzern yazıçı idi; bir neçə il sonra ona
öz məqalələrini ġatobrianın məqalələri ilə yanaĢı olaraq ―Konservator‖da çap etdirmək Ģərəfi
nəsib oldu. Cənab de Klermon-Toner tuluz arxiyepiskopu idi; yayda o yaylağa getmək əvəzinə
tez-tez Parisə, qardaĢı oğlu markiz de Tonerin yanına gələrdi; markiz de Toner dəniz və hərbi
nazir vəzifəsində idi. Kardinal de Klermon-Toner balacaboylu, Ģən bir qoca idi, cübbəsinin ətəyi
çevriləndə onun qırmızı corabları görünərdi. O, ―Ensiklopediya‖ya nifrət etməyi özünə ixtisas
seçmiĢdi, həm də bilyard oyunu ilə yamanca maraqlanırdı. O zaman parislilər axĢamçağı
Klermon-Tonerin evi olan ġahzadə küçəsindən keçəndə Ģar taqqıltısını və kardinalın səsini
eĢidib, qeyri-ixtiyari olaraq dayanırdılar: kardinal öz konklavistinə in partibus1. Karist yepiskopu
cənabi-əqdəs Katretə çığıra-çığıra deyərdi: ―Abbat, nəzərə al ki, mən karambola edirəm‖.
Kardinal de Klermon-Toneri xanım de T.-nin yanına aparan onun ən yaxın dostu cənab de
Roklor idi; cənab de Roklor əvvəllər Senlis yepiskopu olmuĢdu, özü də qırx Əbədillərdən biri
idi. Cənab de Roklorda diqqəti cəlb edən Ģey onun uzun boyu və akademiyaya səy ilə getməsi
idi. O zaman fransız akademiyasının iclasları gedən zal kitabxana ilə yanaĢı idi; maraqlanan
adamlar hər cümə axĢamı bu zalın ĢüĢə qapısından təzə pudralanmıĢ, bənövĢəyi corab geymiĢ
keçmiĢ Senlis yepiskopunu görə bilərdilər: o, adətən, arxası qapıya sarı ayaq üstə durardı, bu da
ona görə idi ki, onun keĢiĢlərə xas olan yaxalığı yaxĢı görünsün. Hərçənd, bu ruhani atalar kilsə
xadimləri olduqları qədər də saray adamları idi, bununla belə, onlar xanım de T.-nin salonunda
dərin bir ciddiyyət əhval-ruhiyyəsi yaradırdılar. Fransanın beĢ nəfər peri isə - markiz de Vibre,
markiz de Talarü, markiz d’Erbuvil, vikont Dambre və hersoq de Valentinua bu salonun
aristokratizmini daha artıq nəzərə çarpdırırdı. Hersoq de Valentinua varlı bir Monako Ģahzadəsi,
yəni varlı bir xarici Ģahzadə idi, bununla belə, o, Fransa və onun perlər cəmiyyəti haqqında çox
yüksək bir rəydə idi – o hər Ģeyi perlər cəmiyyətinə gətirib çıxarırdı. Bu aĢağıdakı sözləri o
demiĢdir: ―Roma kardinalları da Fransa perləridir; ingilis lordları da Fransa perləridir‖. Lakin o
dövrdə inqilab hər yerə nüfuz etdiyindən, bu feodal salona da, yuxarıda dediyimiz kimi,
istiqamət verən burjua idi. Cənab Jilnorman bu salona hökmranlıq edirdi.
Bura Parisin mürtəce dairələrinin cövhəri və əsas məğzi toplaĢmıĢdı. Burada hətta ən royalist
Ģəxslərə qarĢı karantin tədbirləri görülürdü. ġöhrətdən həmiĢə bir az anarxiya qoxusu gəlir.
ġatobrian bura düĢsəydi, o da burada ―DüĢen ata‖ kimi görünərdi. Bununla belə, vaxtı ilə
respublikanı bəyənən adamlardan bəzilərinə güzəĢt edilirdi, onlar bu möhkəm etiqadlı məclisə
buraxılırdı. Qraf Benyo bura islah olunmaq Ģərtilə qəbul edilmiĢdi.
Ġndiki ―nəcib‖ salonlar təsvir etdiyimiz bu salonlara heç də bənzəmir. Ġndiki Sen-Jermen civarına
sərbəst fikirlər sirayət etmiĢdir. Ġndiki royalistlər – qoy onlar bu sözdən inciməsinlər –
demaqoqdurlar.
Xanım de T.-nin ən seçmə kübar cəmiyyəti adamları toplaĢan salonunda ən zərif nəzakət pərdəsi
altında ən incə və təkəbbürlü bir hərəkət tərzi hökm sürürdü. Burada müəyyən edilmiĢ adət və
əxlaq qaydaları hədsiz dərəcədə və cürbəcür incə ədalara yol verirdi, bu incə ədalar öz-
özlüyündə meydana gəlir, çoxdan dəfn edilən, lakin hələ ölməyən köhnə üsul-idarəni olduğu
kimi əhya edirdi. Burada qəbul edilən ədalardan bəziləri, xüsusilə, ifadə tərzi adamı
təəccübləndirirdi. Bu kimi Ģeyləri görməyən adamlar belə ifadələri çox asanlıqla əyalətçilik
hesab edərdi, çünki, əslində, bu, ancaq danıĢıq tərzinin köhnəlmiĢ Ģəkilləri idi. Məsələn, burada
―xanım general zövcəsi‖ ifadəsi çox iĢlədilirdi. Az da olsa, ―xanım polkovnik zövcəsi‖ ifadəsini
də eĢitmək mümkündü. Cazibədar bir qadın olan xanım Leon, yəqin, ki, hersoq de Longevillə
hersoq de ġevrezin xatirəsini əziz tutduğundan belə bir ifadə tərzini öz knyazlıq tituluna üstünlük
hesab etmiĢdi. Markiza de Kreki də arzu etmiĢdi ki, ona ―xanım polkovnik zövcəsi‖ desinlər.
Tüilridə, kralla olan məhrəmanə söhbətlərdə ona ancaq ―kral‖ demək, ―əlahəzrət‖ sözünü
söyləməmək uydurması da bu kiçik aristokrat salonundan çıxmıĢdı, çünki ―əlahəzrət‖ sözünü
―qəsbkar murdarlamıĢdı‖.
Burada hər Ģey haqqında – həm baĢ verən hadisələr, həm də insanlar haqqında mühakimə
yürüdürdülər. Əsri ələ salırdılar, bu onları əsri anlamaq zəhmətindən azad edirdi. Hay-küy
qaldıran yeni xəbərlərlə bir-birini isidirdilər, gördükləri və eĢitdikləri Ģeyləri bir-birinə
söyləməyə tələsirdilər. Burada Mafusail Epimenidi maarifləndirirdi. Kar kora məlumat verirdi.
Burada Koblensdən bəri olan vaxtı inkar eləyir, bu vaxtın olmadığını elan edirdilər. Burada belə
hesab edirdilər: XVIII Lüdovik Allahın mərhəmətilə öz padĢahlığının iyirmi beĢ illiyini gördüyü
kimi, mühacirlər də qanunun mərhəmətilə özlərinin iyirmi beĢinci baharını gördülər.
Burada hər Ģey tam bir ahəngdarlıq içində idi; burada həyat hər Ģeydə güclə hiss olunurdu; sözlər
güclə eĢidiləcək bir ah ilə söylənilirdi; salonun zövqünə uyğun gələn qəzetlər papirosu
xatırladırdı. Burada cavan adamlara rast gəlmək olurdu, lakin onlar yarımcan adamlara
oxĢayırdı. Gələn adamları dəhlizdə qoca lakeylər qarĢılayırdı. Vaxtları çoxdan keçmiĢ olan bu
ağalara onların özü kimi vaxtı keçmiĢ, qocalmıĢ xidmətçilər qulluq edirdi. Hər Ģeydə belə bir
təsir duyulurdu: sanki, hər Ģeyin ömrü tükənmiĢdi, ancaq inad edərək, qəbrə getmək istəmirdi.
Qorumaq, qorunmaq, qoruyan – onların bütün leksikonu təxminən bundan ibarətdi. ―ÇalıĢın ki,
buradan yabançı bir ruhun qoxusu gəlməsin‖ – bütün məsələlər, əslində, bunun üstünə gətirib
çıxarırdı. Bu bir dəstə hörmətli adamın dünyagörüĢündə, doğrudan da, onlara xas olan ayrıca bir
ətir qoxusu vardı. Onların fikrindən kafur iyi gəlirdi. Bu aləm mumiyalar aləmi idi. Bu ağalar
mumiyalandırılmıĢdı, onların lakeylərindən uyuq düzəldilmiĢdi.
Mühacirlikdə müflis olan, bir nəfər qulluqçu saxlayan hörmətli qoca markiza hələ də ―Mənim
qulluqçularım‖ deyirdi.
Xanım de T.-nin salonunda nə ilə məĢğul olurdular? Burada ifratçılıq edirdilər.
Ġfratçı olmaq! Bəlkə də, bu sözlə ifadə edilən hadisə hələ bu gün də meydandan çıxmamıĢdır,
lakin sözün özü bütün mənasını itirmiĢdir. Bu sözü izah etməyə çalıĢaq.
Ġfratçı olmaq – hər Ģeydə ifrata varmaq deməkdir. Bu o deməkdir ki: taxt naminə kralın
hökmdarlıq əsasına, mehrab naminə keĢiĢ papağına hücum edəsən; bu o deməkdir ki, öz arabanı
çevirəsən, öz qayıĢ-quĢqununda Ģıllaq atasan; bu o deməkdir ki, bidətçini lazımınca yandırmadığı
üçün tonqalı pisləyəsən; bu o deməkdir ki, bütü onda bütlüyün az olması üstündə məzəmmət
edəsən; bu o deməkdir ki, papanı papizmin azlığı, kralı royalizmin azlığı, gecəni isə iĢığın
çoxluğuna görə təqsirləndirəsən; bu o deməkdir ki, alebastrın, qarın, qu quĢunun, ağ zanbağın ağ
olduğunu inkar edəsən; bu o deməkdir ki, bir Ģeyin elə qızğın müdafiəçisi olasan ki, bundan
dönüb onun düĢməni olasan; bir Ģeyin elə inadla ―lehinə‖ olasan ki, bu, onun ―əleyhinə‖
çevrilsin.
Restavrasiyanın ilk dövrünü baĢlıca olaraq ―ifratçılığ‖ının barıĢmaz ruhu xarakterizə edir.
Tarixdə elə bir dövr tapılmaz ki, o, 1814-cü ildə baĢlaya və 1820-ci ilə yaxın bir vaxtda, sağların
iradəsini yerinə yetirən cənab de Vilelin nazirliyə baĢlaması ilə qurtaran qısa bir dövrə bənzəmiĢ
ola. Bu altı il təkrar olunmayan həm Ģən, həm kədərli, həm parlaq, həm də tutqun illərdir; sanki,
onlar səhər Ģəfəqinin Ģüaları ilə iĢıqlanmıĢ, eyni zamanda hələ də üfüqləri bürüyən və yavaĢ-
yavaĢ keçmiĢin qoynuna çəkilən böyük sarsıntılar zülməti ilə örtülmüĢdür. Bu iĢıq və zülmət
içərisində həm yeni, həm köhnə, həm gülməli, həm kədərli, həm gənc, həm də gözlərini ovan
qoca bir aləm – xırdaca və xüsusi bir aləm yaĢayırdı; qürbətdən qayıtmaq kimi heç bir Ģey
yuxudan ayılmağı xatırlatmır. Bir dəstə adam vardı ki, onlar Fransaya acıqlı-acıqlı baxırdı, lakin
Fransa onlara istehza ilə cavab verirdi. Küçələr bayquĢa oxĢayan qoca markizlərlə, mühacirətdən
qayıdan aristokratlarla, o dünyadan gələn ―keçmiĢ adamları‖ ilə ağzına kimi dolu idi; onlar hər
Ģeyə heyrətlə baxırdılar; Ģanlı əyan dvoryanları yenə də Fransaya qayıtdıqları üçün həm sevinir,
həm kədərlənirdilər: onlar yenə də öz vətənlərinə qayıtdıqları üçün böyük bir fərəh, lakin köhnə
mütləqiyyət üsulunu görmədikləri üçün dərin məyusluq duyurdular. Səlibçilər nəslindən olan
zadəganlar imperiya zadəganlarını, yəni hərbi zadəganları pisləyirdilər; tarixi bir millət tarixi
mənasını daha anlamırdı; Böyük Karl silahdaĢlarının nəsilləri Napoleonun silahdaĢlarına nifrət
edirdi. Yuxarıda dediyimiz kimi, qılınclar üz-üzə gəlir, adamlar bir-birini təhqir edirdilər.
Fonteunanın qılıncını, paslı bir dəmir kimi, ələ salırdılar. Marenqonun qılıncı nifrət oyadırdı, ona
―əsgər qılıncı‖ deyirdilər. Uzaq keçmiĢlər yaxın keçmiĢdən üz döndərirdi. Həm böyüklük, həm
də gülünclük hissi yox olmuĢdu. Hətta Bonapartı ―Skapen‖ adlandıran adam da vardı. Bu təsvir
etdiyimiz daha yoxdur. Təkrar edirik, indi ondan heç bir Ģey qalmamıĢdır. Biz o aləmdən bir
adam götürdükdə, bu aləmi öz təsəvvürümüzdə canlandırmaq istədikdə o aləm bizə Nuh əyyamı
kimi yabançı görünür. O aləm, doğrudan da, tufanlarda qərq oldu. O aləm iki inqilabda itib getdi.
Azadlıq ideyalarının yaratdığı sel gör nə qədər qüvvətli imiĢ. O dağıtmaq, dəfn etmək istədiyi
Ģeyləri gör necə sürətlə öz dalğaları altına alır, gör necə sürətlə dərin-dərin uçurumlar açır.
Cənab Martenvilin Volterdən ağıllı hesab edildiyi o uzaq, o sadəlövh dövrdə salonların siması
belə idi.
O salonların öz ədəbiyyatı, öz siyasi məramnaməsi vardı. Burada Fyeveyə inanırdılar. Burada
cənab Ajye qanunçuluq edirdi. Burada, publisist və Malake sahil küçəsi bukinisti cənab
Kolnenin əsərlərinin təĢrihilə məĢğul olurdular. Napoleon burada ancaq ―Korsika əjdahası‖ idi.
Sonralar dövrün ruhuna güzəĢtə gedərək, kral qoĢunları general-poruçiki markiz de Buonaparte
tarixə daxil edildi.
Salonlar öz əqidələrinin saflığını uzun zaman saxlaya bilmədilər. 1818-ci ildə ora diktrinyorlar
daxil olmağa baĢlayırlar, bu, qorxulu bir əlamətdi. Doktrinyorlar royalist idi, onlar özlərini elə
tuturdular ki, sanki, özlərinə haqq qazandırmaq istəyirdilər. O Ģeylə ki ―ifratçılıq‖ fəxr edirdi –
bu onlarda ĢaĢqınlıq törədirdi. Onlar öz ağılları ilə fərqlənirdilər; onlar susmağı bacarırdılar;
onlar lazımi dərəcədə kraxmallanmıĢ siyasi ehkamları ilə lovğalanırdılar; bununla da
müvəffəqiyyət qazana bilmirdilər. Onlar qalstuklarının ağlığından, baĢdan-baĢa düymələnmiĢ
sürtüklərinin ciddiliyindən bir qədər sui-istifadə edirdilər, bunun onlara az-çox xeyri olurdu.
Doktrinyorlar partiyasının səhvi, ya bədbəxtliyi bundan ibarətdir ki, onlar ―gənc qocalar‖ nəslini
yaratdılar. Onlar özlərini aqil kimi göstərdilər. Onlar ifrat mütləqiyyətçiliyə məhdud hakimiyyət
prinsipini aĢılamaq arzusunda idilər. Onlar dağıdıcı liberalizmlə qoruyucu liberalizmi qarĢı-
qarĢıya qoyurdular, bəzən də bunu fövqəladə bir tələskənliklə edirdilər. Onlardan belə sözlər
eĢitmək olardı: ―Royalizmə aman verin! Çünki onun xidmətləri az olmamıĢdır. Royalizm
ənənələri, pərəstiĢi, dini, adamların bir-birinə hörmət etməsini əhya etmiĢdir. Vəfa, igidlik,
rıtsarlıq, məhəbbət, sədaqət ona xas olan Ģeylərdir. O istəməsə də, millətin yeni əzəmətinə
mütləqiyyətin əsrlər boyu davam edən əzəmətini əlavə etmiĢdir. Onun təqsiri bundadır ki, o,
inqilabı, Ġmperiyanı, bizim Ģan-Ģöhrətimizi, azadlığı, yeni ideyaları, yeni nəsli, bizim əsrimizi
baĢa düĢmür. Əgər o, bizim qarĢımızda təqsirkarsa, məgər biz onun qarĢısında heç təqsirkar
deyildik? Ġnqilabdan tələb olunur ki, bütün baĢ verən hadisələri baĢa düĢsün, inqilabın varisləri
bizik. Royalizmə hücum etmək - liberalizmə qarĢı günah iĢlətmək deməkdir. Bu, dəhĢətli bir
səhvdir, daha dəhĢətli bir korluqdur! Ġnqilabi Fransa tarixi Fransaya, baĢqa cürə desək, öz
anasına, daha baĢqa cürə desək, öz-özünə hörmət etmək istəmir. 8 iyuldan sonra Ġmperiya
dvoryanlığı ilə necə rəftar edildisə, 5 sentyabrdan sonra köhnə mütləqiyyət dvoryanlığı ilə də elə
rəftar edildi. Onlar qartal haqqında haqsızlıq etdilər, biz isə zanbaq haqqında haqsızlıq etdik.
Yoxsa həmiĢə təqibat üçün bir Ģey lazımdır? XIV Lüdovikin tağından zəri silməkdən, ya IV
Henrixin gerbindən qalxanı qoparmaqdan nə xeyir? Biz Ġen körpüsündən ―N‖ hərfini silən cənab
Voblana gülürük. YaxĢı, o, axı nə etmiĢdir? O da biz etdiyimizi etmiĢdir. Buvin də Marenqo
kimi bizimdir. Zanbaq da ―N‖ hərfi kimi bizimdir. Bu, bizim ata-babadan qalma mirasımızdır.
Bunu axı niyə azaldaq? Vətənin nə keçmiĢindən, nə də hal-hazırından üz döndərmək lazım deyil.
Niyə bütün tariximizi qəbul etməyək? Niyə bütün Fransanı sevməyək?
Doktrinyorlar royalistləri belə tənqid edir, belə də müdafiə edirdilər, onlar öz tənqidi ilə ifrat
royalistlərin narazılığına, öz müdafiələrilə də onların qəzəbinə səbəb olurdular.
Restavrasiyanın birinci dövrü, ―ifratçılar‖ın ikinci dövrü Konqreqasiyanın çıxıĢı ilə əlamətdardır.
Heyrət və coĢqunluğun yerini məharət və hiyləgərlik tutdu. Bununla biz öz səthi qeydlərimizi
bitiririk.
Müəllif bu əsəri yazarkən müasir tarixin maraqlı bir dövrünə rast gəldi. O indi daha heç kəsə
məlum olmayan bir dövrə diqqət yetirməyə, onun bəzi xüsusiyyətlərini ötəri qeyd etməyə
bilmədi. Lakin bu məsələ üstündə o çox dayanmadı, bu dövrü kədər hissi və gülmək arzusu
duymadan təsvir etdi. Onu bu keçmiĢlə onun üçün əziz və sevimli olan xatirələr bağlayır, çünki
bu xatirələr onun anası ilə əlaqədardır. Lakin etiraf etmək lazımdır ki, bu xırdaca kübar
cəmiyyətinin özünə xas olan bir əzəməti vardı. Bu cəmiyyət adamın üzündə təbəssüm oyada
bilər, lakin nə ona nifrət etmək, nə də ona həqarətlə baxmaq olar. Bu, keçmiĢ günlərin
Fransasıdır.
Marius Ponmersi də, bütün uĢaqlar kimi, bəzi Ģeylər oxuyub öyrənmiĢdi. O öz xalasının
himayəsi altından çıxdıqdan sonra, babası onu əsl klassik məhdudluğa malik olan çox mötəbər
bir mürəbbinin himayəsi altına verdi. Bir çiçək kimi yenicə açılmağa baĢlayan bu uĢaq bir
riyakarın əlindən çıxaraq bir pedantın əlinə düĢdü. Marius bir neçə il kollecdə oxudu, sonra
hüquq fakültəsinə girdi. O həm royalist və fanatik, həm də qayda-qanuna çox ciddi riayət edən
bir adamdı. Babasından onun xoĢu gəlmirdi: babasının yüngülməcazlığı, abırsız hərəkətləri onun
ürəyinə toxunurdu, atası haqqında kədərlə susurdu.
Ümumiyyətlə, o, odlu, lakin təmkinli, nəcib, alicənab, məğrur, dindar, coĢqun, son dərəcə doğru,
hədsiz dərəcədə ismətli bir gəncdi.
DÖRDÜNCÜ FƏSĠL.
Quldurun ölməsi.
Mariusun orta təhsilini qurtarması və cənab Jilnormanın kübar cəmiyyətlərindən uzaqlaĢıb
istirahətə çəkilməsi eyni vaxta təsadüf edir. Qoca Sen-Jermen civarı və xanım de T.-nin salonu
ilə vidalaĢaraq, Mare məhəlləsində Ehtiraslar küçəsində olan evinə köçmüĢdü. Bu evdə o,
dalandardan baĢqa, vaxtı ilə Manyonu əvəz edən aĢpaz qadın Nikolettanı, bir də ki,
təngnəfəslikdən əziyyət çəkən və yuxarıda bəhs etdiyimiz Baskı xidmətçi kimi saxlayırdı.
1827-ci ildə Mariusun on yeddi yaĢı tamam oldu. Bir gün axĢam o, evə qayıdanda gördü ki,
babası əlində bir məktub tutmuĢdur.
Cənab Jilnorman ona dedi:
– Marius, sən gərək sabah Vernona gedəsən.
Marius soruĢdu:
– Niyə?
– Atanı görməyə.
Marius diksindi. Onun bir gün öz atası ilə görüĢəcəyi heç ağlına da gəlmirdi. Onun üçün bundan
daha gözlənilməz, daha təəccüblü, etiraf etmək lazımdır ki, daha pis bir Ģey ola bilməzdi.
Atasından o, elə soyumuĢdu ki, ona heç yaxınlaĢmaq istəmirdi. QarĢıda duran görüĢ onu
kədərləndirməkdən baĢqa, ağır bir məcburiyyət kimi görünürdü.
Mariusun öz atasına qarĢı olan ədavətinə siyasi səbəbdən baĢqa, ayrı bir səbəb də vardı. Cənab
Jilnorman kefinin duru vaxtlarında Mariusun atasına ―qoçaq adam‖ deyərdi. Marius əmindi ki,
həmin bu ―qoçaq adam‖ onu sevmir. Onun fikrincə, buna heç Ģübhə etmək lazım deyildi: atası
onu sevsəydi, atmazdı, özgəsinin himayəsinə verməzdi. O, sevilmədiyini hiss edirdi, buna görə
də atasını sevmirdi. O, öz-özünü inandıraraq deyirdi: belə də lazımdır.
Cənab Jilnormanın təklifi Mariusu elə təəccübləndirdi ki, babasına sual da vermədi. Cənab
Jilnorman sözünə davam edərək dedi:
– O, deyəsən, xəstədir. Səni istəyir.
Bir az susduqdan sonra əlavə etdi:
– Sabah səhər get. Mənim yadımdadır: kareta Fonten meydanı karvansarasından Vernona kareta
səhər saat altıda gedir, axĢam da ora çatır. O karetaya min, get. O yazır ki, tez gəlsin.
Sonra qoca məktubu əlində əzərək, cibinə qoydu. Marius elə o axĢam yola düĢüb səhər atasının
yanında ola bilərdi. O zaman Bulua küçəsindən Ruana gecə dilicanı gedirdi və bu dilican
Vernonda dayanırdı. Lakin nə cənab Jilnorman, nə də Marius bu barədə məlumat almağı heç
fikirlərinə də gətirmədilər.
Marius ertəsi gün hava qaralanda Vernona gəldi. ġəhərdə çıraqlar yanırdı. Marius ilk rast gəldiyi
adamdan cənab Ponmersinin harada yaĢadığını soruĢdu: o öz ürəyində Restavrasiya nöqteyi-
nəzərilə Ģərikdi, atasının baron və polkovnik olduğunu qəbul etmirdi.
Evi ona göstərdilər. Marius zəngi vurdu. Bir qadın qapını açdı: onun əlində balaca bir lampa
vardı.
Marius:
– Cənab Ponmersi evdədirmi? – deyə soruĢdu.
Qadın cavab vermədi.
Marius öz sualını təkrar etdi:
– Cənab Ponmersi burada yaĢayır?
Qadın cənab Ponmersinin burada yaĢadığını baĢının hərəkəti ilə təsdiq etdi.
– Mən onunla danıĢa bilərəmmi?
Qadın baĢı ilə ―yox‖ iĢarəsi etdi.
Marius israr etdi:
– Mən axı onun oğluyam! O, məni gözləyir.
Qadın dedi:
– O daha sizi gözləmir.
Marius onun ağladığını ancaq indi gördü.
Qadın alçaq tavanlı zala gedən qapını ona göstərdi. Marius içəri girdi.
Buxarı üstündə yanan Ģam zalı iĢıqlandırırdı; zalda üç kiĢi vardı. Onlardan birisi ayaq üstə Ģax
durmuĢdu, o birisi dizləri üstə çökmüĢdü, birisi də yalxıca köynəkdə yerə sərilib qalmıĢdı. Yerə
sərilib qalan polkovnik idi.
O iki nəfərdən biri həkim, biri də dua oxuyan keĢiĢ idi.
Üç gün əvvəl polkovniki qara qızdırma tutur. Xəstəliyin baĢlanğıcında onun ürəyinə pis Ģeylər
gəlir, cənab Jilnormana məktub yazır, Mariusun göndərilməsini xahiĢ edir. Onun xəstəliyi ciddi
bir Ģəkil alır. Mariusun gəldiyi gün sayıqlamağa baĢlayır. Xidmətçi arvad onu saxlamağa çalıĢsa
da, o çığıraraq ―Mənim oğlum hələ də gəlmir, gedim onun qabağına çıxım!‖ – deyib, yatağından
qalxır, otaqdan çıxır, dəhlizdə daĢ döĢəmənin üstünə yıxılır, elə o saat ölür.
Həkimlə keĢiĢin dalınca adam göndərirlər. Həkim çox gec gəlir. KeĢiĢ çox gec gəlir. Oğlu da çox
gec gəlir.
ġamın tutqun iĢığında yerdə sərilib qalan polkovnikin solğun yanağında bir iri damla göz yaĢı
görmək olardı. Bu, onun ölü gözlərindən çıxan yaĢdı. Onun gözləri sönmüĢdü, lakin yaĢ
qurumamıĢdı. Bu yaĢ göstərirdi ki, oğlu gecikmiĢdir.
Marius ilk və son dəfə gördüyü bu adama, onun nəcib üzünə, açıq, lakin heç bir Ģey görməyən
gözünə, ağ saçına, qüvvətli bədəninə, bədəninin ora-burasında görünməyə baĢlayan tutqun
zolaqlara, qılınc yarası çapıqlarına, ulduzvari qırmızı ləkələrə, güllə yerlərinə, üzündəki
qəhrəmanlıq əlaməti olan iri çapığa baxırdı: onun üzündə Allahın bəxĢ etdiyi yaxĢılıq ifadəsi
vardı. Marius fikirləĢdi ki, bu adam onun atasıdır, bu adam ölmüĢdür, lakin ona qarĢı laqeyd
qaldı.
Mariusun duyduğu kədər, baĢqa bir ölü görərsə, duyacağı kədərdən heç də fərqlənmirdi.
Otağa qəlbi sıxan ağır bir dərd çökmüĢdü. Qulluqçu arvad bir bucaqda durub acı-acı ağlayır, göz
yaĢları tökürdü; keĢiĢ dua edirdi, arabir onun hönkürtü ilə ağlaması duanı kəsirdi; həkim
gözlərini silirdi; hətta meyit özü də ağlayırdı.
Həkim də, keĢiĢ də, qulluqçu arvad da nə qədər böyük bir müsibət duysalar da, arabir Mariusa
baxır, lakin heç bir söz söyləmirdilər. Marius burada yabançı bir adamdı.
Marius atasının ölümündən çox az mütəəssir olmuĢdu; o bundan bir qədər xəcalət çəkir, bilmirdi
ki, özünü necə idarə etsin. ġlyapasını əlində tutmuĢdu. Birdən onu əlindən yerə saldı: qoy elə
bilsinlər ki, dərd ona çox təsir etmiĢ, Ģlyapasını da əlində tutmağa gücü qalmamıĢdır.
Birdən o, vicdan əzabına bənzər bir Ģey duydu, həm də bu hərəkəti üstündə öz-özünə nifrət etdi.
Lakin o, müqəssirdirmi? Axı o, atasını sevmirdi!
Polkovnikdən pul qalmamıĢdı. Ev Ģeyləri satıldı, bu pul onun dəfninə güclə çatdı. Qulluqçu
arvad tapdığı bir parça kağızı Mariusa verdi. Kağızı polkovnik öz əli ilə yazmıĢdı:
―Mənim oğluma. Vaterloo ətrafında, vuruĢma meydanında imperator iltifat buyurub, mənə
baronluq verdi. Restavrasiya mənə verilən bu adı qəbul etmir, lakin bunu mən öz qanımla
qazanmıĢam; buna görə də bu adı mənim oğlum qəbul edəcək və o daĢıyacaq. Məlum Ģeydir ki,
o buna layiq olacaqdır‖.
Məktubun o biri üzündə polkovnik əlavə etmiĢdi:
―Vaterloo ətrafında olan həmin vuruĢmada bir serjant məni ölümdən xilas etdi. Onun adı
Tenardyedir. Mənə məlum olan budur ki, son vaxtlarda o, Parisin ətrafında, ġeldə, ya
Manfermeyldə balaca bir kənd aĢxanası iĢlədirmiĢ. Mənim oğlum Tenardyeyə rast gəlsə, qoy ona
əlindən gələn yaxĢılığı etsin‖.
Marius heç də atasının xatirəsini əziz tutduğu üçün deyil, ancaq ölümə qarĢı duyduğu bir hörmət
üçün kağızı alıb cibinə qoydu, ölümün həmiĢə insan qəlbi üzərində belə amiranə təsiri olur.
Polkovnikin əmlakından heç bir Ģey qalmamıĢdı. Cənab Jilnorman sərəncam verdi ki, onun
qılıncını və mundirini köhnə Ģey alanlara satsınlar. QonĢular onun bağını talan etdilər, nadir
tapılan çiçəklərini çıxarıb apardılar. Qalan bitkilər də yabanılaĢdı, soldu, quruyub məhv oldu.
Marius Vernonda ancaq iki gün qaldı. Dəfndən sonra Parisə qayıtdı, oturub dərslərini
hazırlamağa baĢladı, atası qətiyyən onun yadına düĢmürdü, sanki, bu dünyada o heç
yaĢamamıĢdı. Ġki gün sonra polkovniki dəfn etdilər, üç gün sonra da unutdular.
Marius Ģlyapasına qara bağladı. Məsələ də bununla qurtardı.
BEġĠNCĠ FƏSĠL.
Ġnqilabçı olmaq üçün günorta ibadətinə getmək bəzən faydalıdır.
Marius uĢaqlıqda öyrəndiyi dindarlıq adətlərini mühafizə edirdi. Bir dəfə o, bazar günü Sen-
Sülpis kilsəsinə ibadətə gedibmiĢ, gəlib yan tərəfdəki ana Məryəm mehrabının yanında dayanır,
xalası uĢaqlıqda onu həmiĢə bu yerə gətirirmiĢ. Mariusun o gün fikri həmiĢəkindən daha artıq
dağınıqdı, daha artıq xəyal içində idi, o, qeyri-ixtiyari olaraq Utrext məxməri çəkilmiĢ
oturacaqda diz çökdü; oturacağın arxasında ―Cənab Mabef, kilsə ağsaqqalı‖ sözləri yazılmıĢdı.
Ġbadət yenicə baĢlanmıĢdı ki, bir qoca ―Cənab, bu, mənim yerimdir‖, - deyərək Mariusa
yaxınlaĢdı.
Marius cəld ayağa qalxdı, qoca öz yerini tutdu.
Ġbadət qurtarandan sonra Marius fikrə dalaraq, oturacaqdan bir neçə addım kənarda dayandı.
Qoca yenidən ona yaxınlaĢdı.
– Cənab, üzr istəyirəm, mən sizi bir dəfə narahat etdim, budur, yenə də narahat edirəm, – dedi, –
yəqin, siz məni pis adam hesab etdiniz, ancaq mən gərək öz hərəkətlərimin səbəbini izah edəm.
Marius dedi:
– Cənab, bu tamam artıq Ģeydir.
Qoca:
– Yox, yox, – deyərək etiraz etdi, – mən istəmirəm ki, siz mənim barəmdə pis fikirdə olasınız.
Bilirsinizmi, bu yeri mən çox əziz tuturam. Burada etdiyim ibadət mənə daha yaxĢı gəlir. Siz
soruĢa bilərsiniz ki, niyə? Ġltifat buyurun, bunu sizə danıĢım. Həmin bu yerdə mən on il
müddətində nəcib, lakin bədbəxt bir atanı müĢahidə etmiĢəm: o, ailə vəziyyətinə görə öz oğlunu
baĢqa yolla görmək imkanından məhrum olduğundan, iki-üç ayda bir dəfə gələrdi. O bilirdi ki,
oğlunu nə vaxt günorta ibadətinə gətirirlər, həmin saatda da özü bura gələrdi. UĢağın heç ağlına
da gəlmirdi ki, atası buradadır. Bəlkə də, o axmaq uĢaq heç atasının olduğunu da bilmirmiĢ.
Onun atası gözə görünməmək üçün sütunun arxasında gizlənərdi. O öz oğluna baxa-baxa
ağlayardı. O yazıq öz balasını çox istəyirdi! Mən bunu aydın görürdüm. Bura mənim üçün
müqəddəs yer oldu, günorta ibadətinə bura gəlmək mənim üçün adət Ģəklini aldı. Mənim - kilsə
ağsaqqalı olduğum üçün - ruhanilər oturacağında oturmağa ixtiyarım var, amma mən öz
oturacağımı onların oturacağından üstün tuturam. Mən hətta o bədbəxt adamı bir az tanıyırdım
da. Onun qayınatası, varlı-dövlətli xalası, sözün qısası, yaxĢı yadımda deyil, belə bir qohumu
varmıĢ, o deyirmiĢ ki, atası oğlu ilə görüĢsə, onda uĢağı mirasdan məhrum edəcək. UĢağın atası -
oğlunun sonralar varlı və xoĢbəxt olması üçün - öz atalıq hüququnu qurban vermiĢdi. Siyasi
əqidə üstündə onları bir-birindən ayırmıĢlar. Əlbəttə, mən siyasi əqidələrə hörmət edirəm, amma
elə adamlar var ki, onlar heç bir Ģeyin hədd-hüdudunu bilmirlər. Axı adamı, yalnız Vaterloo
vuruĢmasında iĢtirak etmiĢdir deyə, yırtıcı adlandırmaq olmaz! Bunun üstündə oğulla atanı bir-
birindən ayırmazlar. Bonapartın vaxtında o, qulluq edərək, polkovnik dərəcəsinə qədər
qalxmıĢdı. Ġndi, deyəsən, o ölüb. O, Vernonda yaĢayırdı. Mənim qardaĢım oranın keĢiĢidir. Adı
da, deyəsən, Ponmari... ya da, deyəsən, Monpresi... idi, özünün də, elə bil lap gözümün
qabağındadır, üzündə böyük bir qılınc çapığının yeri vardı.
Mariusun rəngi ağardı:
– Ponmersi?
– Bəli, bəli. Ponmersi. Yoxsa, siz onu tanıyırsınız?
Marius:
– Cənab, – dedi, – o, mənim atamdı.
Qoca kilsə ağsaqqalı əlini-əlinə çırpıb həyəcanla dedi:
– Deməli, siz həmin o uĢaqsınız?! Əlbəttə, o indi gərək yekə kiĢi olaydı. Mənim zavallı balam,
siz cəsarətlə deyə ―məni odlu bir qəlb ilə sevən atam vardı!‖ deyə bilərsiniz.
Marius qocanın qoluna girib, onu evinə qədər ötürdü. Ertəsi gün o, cənab Jilnormana dedi:
– Mən öz dostlarımla ova getmək istəyirəm. Üç gün evə gəlməyə bilərəmmi?
Babası:
– Ġstəyir lap dörd gün gəlmə, – dedi, – get, könlün açılsın.
Sonra qızına göz vuraraq pıçıldadı:
– Yəqin, sevgi kələyi var!
ALTINCI FƏSĠL.
Kilsə ağsaqqalı ilə görüĢ hara gətirib çıxara bilər.
Mariusun hara getdiyi bir az aĢağıda məlum olacaqdır.
O, üç gün evə gəlmədi. Parisə qayıdan kimi hüquq fakültəsi kitabxanasına gedib, ―Moniter‖
komplektini tələb etdi.
O, bütün ―Moniter‖i, Respublika və Ġmperiya haqqında yazılan bütün tarixi əsərləri, ‖Müqəddəs
Yelena memorialı‖nı, xatirələri, gündəlikləri, bülletenləri, müraciətnamələri böyük bir ehtirasla
oxudu. Böyük ordunun bülletenlərində atasının adına ilk dəfə rast gəldikdən sonra bir həftə,
sanki, isitməyə tutuldu. Jorj Ponmersi o generalların ki baĢçılığı altında xidmət etmiĢdi, Marius
onların, o cümlədən, qraf Q.-nin yanına getdi. Bir də kilsə ağsaqqalı Mabeflə görüĢdü: Mabef
ona polkovnikin keçirdiyi həyatı, onun təqaüdlə yaĢadığını danıĢdı; onun güllərindən,
çiçəklərindən, Vernonda təkbaĢına yaĢadığından bəhs etdi. Bu qayda ilə Marius həm aslan, həm
də quzu olan, çox az-az təsadüf edilən bu yüksək və məsum qəlbli adama lazımınca bələd oldu:
bu adam onun atası idi.
Bu məsələ Mariusun bütün vaxtını əlindən almıĢ, onun bütün fikrini məĢğul etmiĢdi, buna görə
də Jilnormanı çox az-az görürdü. Müəyyən edilən vaxtda gəlib yeməyini yeyir, sonra yenə də
yox olurdu. Xalası deyinir, babası Jilnorman gülərək deyirdi: ―Ba, ba, qızların vay halına!‖
Bəzən bu sözləri də əlavə edirdi: ―Bir baxırsan da, mən elə bilirdim ki, bu yüngül sevgidir,
amma, deyəsən, xalis məhəbbətdir‖.
Bu, doğrudan da, xalis məhəbbətdi: Marius atasına pərəstiĢ etməyə baĢlamıĢdı.
Eyni zamanda, onun dünyagörüĢündə də böyük dəyiĢiklik olmuĢdu. Bu dəyiĢiklik ardıcıl surətdə
bir-birini əvəz edən bir çox səhifələrdən ibarətdir. Bizim bəhs etdiyimiz məsələ zəmanəmizin bir
çox məĢhur adamlarının tarixi olduğundan, bu səhifələri bir-bir göstərməyi, onları tədricən
gözdən keçirməyi faydalı hesab edirik.
Mariusun nəzər saldığı keçmiĢ onu sarsıtmıĢ, heyrətə salmıĢdı.
Bu keçmiĢ, hər Ģeydən əvvəl, onun gözlərini qamaĢdırmıĢdı.
Bu vaxta qədər Respublika, Ġmperiya ondan ötrü ancaq iyrənc sözlərdi. Respublika -
alaqaranlıqdan qalxan gilyotin, Ġmperiya – gecə görünən qılıncdı. Marius keçmiĢə nəzər salarkən
orada ancaq hərc-mərclik və zülmət görəcəyini zənn etmiĢdi, lakin orada böyük bir hörmət, həm
də qorxu və sevinc içində Mirabo, Vernyo, Sen-Jüst, Robespyer, Kamill Demulen, Danton kimi
iĢıq saçan ulduzları, Napoleon kimi üfüqlərdən qalxan günəĢi gördü; Marius ona nə olduğunu
baĢa düĢmürdü; bu iĢıqdan gözləri qamaĢaraq heç bir Ģey görmür, geri çəkilirdi. Lakin ilk
təəccüb hissləri keçdikdən sonra, o, belə bir iĢığa yavaĢ-yavaĢ adət edərək, təsvir edilən
hadisələri ĢaĢqınlıq duymadan qəbul etməyə, bu hadisələrdə iĢtirak edən adamlara titrəmədən
baxmağa baĢladı; Ġnqilab, Ġmperiya onun gözləri önündə aydınca canlandı. Bu iki növ hadisə -
onda iĢtirak edən adamlarla birlikdə - onun üçün çox böyük əhəmiyyətə malik olan iki məsələ ilə
nəticələndi: Respublika – xalqa qaytarılan vətəndaĢ hüququ suverenliyi, Ġmperiya – Avropada
əsaslanan fransız təfəkkürünün suverenliyi ilə. O, inqilabın simasında xalqın əzəmətli surətini,
Ġmperiyanın simasında Fransanın əzəmətli surətini gördü. O öz ürəyində etiraf etdi ki, bunlar
hamısı gözəl Ģeylərdir.
Biz bu ilk və son dərəcə ümumiləĢdirilmiĢ düĢüncədə Mariusun qamaĢmıĢ gözlərindən nəyin
qaçdığını göstərmək istəmirik, bunu lazımi bir Ģey hesab etmirik. Biz ancaq onun fikir inkiĢafını
göstərmək istəyirik. Hər Ģeyi birdən qavramaq olmur. Həm yuxarıda, həm də aĢağıda deyilənlərə
aid olan bu qeyd-Ģərti söyləyərək, yenə də hekayəmizə davam edirik.
Marius onda baĢa düĢdü ki, bu vaxta qədər o, vətənini də - atası kimi - az tanıyırmıĢ. O könüllü
halda gözündən qara pərdə asaraq nə vətənini, nə də atasını görürmüĢ. Ġndi onun bəsirət gözü
açılmıĢdı: həm vətən, həm də atası ilə fəxr edir, həm də onlara pərəstiĢ edirdi.
Həm təəssüf, həm də peĢmançılıq hissi ona əzab verirdi; o, acı-acı və ümidsiz halda düĢünərək,
öz-özünə deyirdi: ―Ġndi mənim qəlbimi dolduran hissləri ancaq qəbirə söyləmək olar‖. Ah, onun
atası sağ olsaydı, o öz atasından məhrum olmasaydı, Allah-taala öz inayətini göstərərək onun
atasını ölməyə qoymasaydı, indi o yüyürüb atasını qucaqlar, bağrına basardı, çığıraraq deyərdi:
―Ata, mən buradayam! Bu, mənəm! Bizim hər ikimizin qəlbində bir ürək döyünür! Mən sənin
oğlunam!‖ Onun ağ baĢını odlu-odlu qucaqlardı, ağ saçları üstə göz yaĢları tökərdi, üzündəki
çapıq yerinə iftixarla baxardı, əllərini sıxardı, paltarına səcdə elər, ayaqlarını öpərdi! Ah, niyə
onun atası haqq və ədaləti, oğlunun məhəbbətini görmədən belə tez, belə vaxtından əvvəl öldü!
AğlayıĢ hönkürtüləri ara vermədən Mariusun qəlbini parçalayır, o hər dəqiqə ―Heyhat‖, – deyə
təkrar edirdi. Eyni zamanda, o, get-gedə, əməlli-baĢlı ciddiləĢir, qətiləĢirdi, öz əqidələrində və
dünyagörüĢündə daha möhkəm olurdu. Həqiqətlə iĢıqlanan zəkası hər dəqiqə zənginləĢirdi. Onda
daxili bir yüksəliĢ əmələ gəlirdi. O, iki kəĢf nəticəsində özünü yetiĢmiĢ və möhkəmlənmiĢ hiss
edirdi: o həm atasını, həm də vətənini tapmıĢdı.
Ġndi bütün qapılar onun qarĢısında açılırdı, sanki, bu qapıların açarı onun əlində idi. O əvvəllər
nəyə nifrət edirdisə, indi bunun izahını tapırdı, nəyə həqarətlə baxırdısa, bunun səbəbini baĢa
düĢürdü. Ġndi ona böyük hadisələrin, böyük insanların qəza və qədər icabından olan həm ilahi,
həm də bəĢəri əhəmiyyəti aydın oldu: ona, bu böyük hadisələrə lənət etməyi öyrətmiĢdilər, bu
böyük insanlara nifrət etmək təlimini vermiĢdilər, o öz əvvəlki dünyagörüĢündən üz döndərən
kimi – onu köhnəlmiĢ bir Ģey hesab edirdi bu dünyagörüĢünü xatırlarkən gah acıqlanır, gah da
gülürdü.
O, atasına haqq qazandırdıqdan sonra Napoleona haqq qazandırmağa baĢladı, bu da təbii bir
Ģeydi.
Lakin qeyd etmək lazımdır ki, Napoleona haqq qazandırmaq asan baĢa gəlmədi.
Lap uĢaq vaxtından onun beyninə Napoleon haqqında olan fikirləri doldurmuĢdular; 1814-cü il
partiyası bu fikirlərin tərəfdarı idi. Restavrasiya bütün təəssübü, mənafeyi, hissləri ilə
Napoleonun surətini təhrif etməyə çalıĢırdı. Napoleon bu partiyanı Robespyerdən daha artıq
dəhĢətə gətirirdi. Bu partiya millətin yorğunluğundan, anaların nifrətindən çox ustalıqla istifadə
edə bilmiĢdi. Bonapartı bir növ əfsanəvi əjdahaya çevirmiĢdi. Biz əvvəllər demiĢdik ki, xalqda
bir çox uĢaq xasiyyətləri vardır; 1814-cü il partiyası xalqın təsəvvürünə daha artıq təsir etmək
üçün Bonapartı – Tiberidən tutmuĢ mənasız bir uyuğa kimi – cürbəcür qorxunc sifətdə
göstərirdilər, bunlardan bəzisi xalqı qorxuya salır, lakin Bonapartın əzəmətini endirə bilmirdi,
bəzisi isə xalqda gülüĢ oyadırdı. Bəli, Bonapart haqqında danıĢarkən hər kəs ya hönkür-hönkür
ağlaya, ya qəhqəhə ilə gülə bilərdi, ancaq bunun əsasında nifrət olmalı idi. ―Bu adam‖ haqqında
(Napoleona ―bu adam‖ deyərdilər) Mariusun ağlına ayrı heç bir Ģey gəlməzdi. Marius öz təbiəti
etibarı ilə inadkar olduğundan bu fikirlər onun zehnində möhkəm kök salmıĢdı. Onun qəlbində
Napoleona nifrət edən balaca bir ―inad adam‖ yaĢayırdı.
Lakin tarixi kitabları oxuması, xüsusilə tarixi hadisələrə aid olan sənədlər və materiallarla tanıĢ
olması Napoleonu ondan gizlədən pərdəni yavaĢ-yavaĢ parçaladı. O qarĢısında nəhəng bir insan
olduğunu hiss etdi, hiss etdi ki, Bonapart haqqında da bütün baĢqa Ģeylərdə etdiyi səhvdən az
səhv etməmiĢdir. Onun bəsirət gözü açılırdı. Əvvəl o, könülsüz halda, sonra ovsunlanmıĢ bir
adam kimi böyük bir vəcdlə coĢqunluğun əvvəl qaranlıq, sonra isə zəif iĢıqlı, nəhayət, parlaq iĢıq
saçılmıĢ pillələrilə ağır-ağır, addım-addım yuxarı qalxmağa baĢladı.
Bir gün otaqda tək idi. ġam yanırdı. Açıq pəncərə qabağında masaya dirsəklənib kitab oxuyurdu.
QarĢısında açılan ənginlər onu daldırır, bu xəyal onun fikirlərinə qarıĢırdı. Ah, gecə, sən nə
gözəlsən! Haradan gəldiyi bilinməyən tutqun səslər eĢidilir, Yer kürəsindən on iki dəfə böyük
olan Yupiter bir köz kimi parıldayır; göy üzü qaranlıqdır, ulduzlar sayrıĢır, dünya adama ucsuz-
bucaqsız görünür...
Marius böyük ordunun bülletenini – döyüĢ meydanında yazılan bu qəhrəmanlıq qitələrini
oxuyurdu; bu yazılarda o arabir atasının, lakin ardı-arası kəsilmədən imperatorun adına rast
gəlirdi; bütün böyük Ġmperiya onun gözləri önündə canlanırdı. O, ruhunun aĢıb-daĢdığını, mədd
kimi qabararaq, yüksəldiyini görürdü. Hərdən ona elə gəlirdi ki, guya, atasının xəyalı, xəfif bir
külək kimi oradan ötüb keçir, onun qulağına nəsə pıçıldayır. O, get-gedə qüvvətlənən qəribə bir
hal keçirirdi: onun qulağına təbil, boru, top səsi, batalyonların ahəngdar addım səsi, dördnala
çapan süvari dəstələrinin uğultusu gəlirdi. Hərdən o, baĢını qaldırır, göylərin dərinliyində
parıldayan nəhəng bürc yığınına baxır, sonra yenə də baĢını kitabın üstünə endirirdi, burada
nizamsız bir halda hərəkət edən baĢqa nəhəng surətlər onun qarĢısında canlanırdı. Onun qəlbi
sıxılır, bütün bədəni titrəyirdi, nəfəsi tutulurdu: o, dərin vəcd içində idi, birdən o heç bilmədi ki
nə oldu, kim ona əmr etdi: cəld yerindən qalxdı, əllərini pəncərədən bayıra uzatdı, gözlərini
qaranlığa, sükuta, dumanlı ənginliyə, ucsuz-bucaqsız fəzaya zilləyərək, həyəcanla dedi: ―YaĢasın
imperator!‖
Bu andan etibarən o, köhnə düĢüncələrindən tamamilə üz döndərdi. Korsika əjdahası, qəsbkar,
zalım, pələng, qəmədiyəci, əxlaqsız, öz doğma bacılarının oynaĢı olan, Taldan dərs alan, Yaffada
adam zəhərləyən Buonaparte onun fikrindən silindi, bu Ģeylərin yerini hər Ģeyi öz içində qərq
edən, qamaĢdıran, parlaq, əsrarəngiz bir iĢıq tutdu, bu iĢığın da içərisində, əliriĢməz yüksəklikdə,
Sezarın mərmər heykəli solğun bir xəyal kimi parıldayırdı. Ġmperator Mariusun atası üçün ancaq
sevimli bir sərkərdə idi, onunla fəxr edirlər, ona böyük bir sədaqətlə xidmət edirlər. O, Marius
üçün əzəmətli bir sima idi. O, fransız formasiyası dövlətinin qəza-qədər tərəfindən seçilmiĢ
memarı idi; o, dünyaya ağalıq etməyi Roma formasiyası dövlətindən irsən götürmüĢdü, o,
ecazkar dağıntıların ustası idi, o, Böyük Karlın, XI Lüdovikin, IV Henrixin, RiĢelyenin, XIV
Lüdovikin, Ġctimai nicat komitəsinin iĢini davam etdirirdi. Əlbəttə, onun da nöqsanları vardı, o
da yanılırdı, hətta cinayət də edirdi, baĢqa sözlə, o da insan idi; lakin o öz səhvlərində Ģahanə, öz
nöqsanlarında həĢəmətli, öz cinayətlərində qüdrətli idi. O bütün xalqları böyük millət haqqında
danıĢmağa məcbur edən nadir bir insandı; o, Fransanın mücəssəməsi idi; o, Avropanı öz qılıncı
ilə məğlub edərkən bütün dünyanı öz iĢığı ilə məğlub etdi. Napoleon Marius üçün iĢıq saçan bir
xəyaldı, onun nəsibi – gələcəyi qorumaqla həmiĢə sərhəd keĢiyində durmaqdı. Marius onun
Ģəxsiyyətində bir müstəbid, lakin eyni dərəcədə bir diktator görürdü; elə bir müstəbid ki, onu
Respublika yaratmıĢdı, o da Ġnqilabı tamamlamıĢdı. Ġsa həm Allah, həm də insan olan kimi,
Napoleon da Marius üçün həm xalq, həm də insan idi.
Marius, yeni əqidə qəbul edən bir adam kimi, bu əqidə ilə vəcdə gələrək, ehtirasla ona
bağlanmaq istəyir, bu məsələdə ifrata varırdı. Onun təbiəti belə idi. O bir hissə bağlandımı daha
özünü saxlaya bilmirdi. O həm Napoleonun qılıncı ilə hədsiz dərəcədə həvəslənir, həm də onun
ideyalarına böyük bir təəĢĢüq göstərirdi. O, bir Ģeyi görmürdü: o, Napoleonun dühasına valeh
olmaqla onun göstərdiyi kobud qüvvəyə də valeh olurdu; baĢqa sözlə, iki səcdəgah yaradırdı;
bunlardan biri ilahi, o birisi heyvani əsasa malikdi. Marius bir çox baĢqa səhvlərə də yol verirdi.
O, hər Ģeyi qeyd-Ģərtsiz qəbul edirdi. Həqiqət axtararkən, bu qayda ilə yanlıĢ yola da gəlib
çıxmaq olardı. O, hər Ģeyə həddindən artıq etibar etdiyindən hər məsələ ilə razılaĢırdı. O,
həmiĢəlik yeni yola çıxdığından, köhnə üsul-idarənin cinayətini pisləyəndə də, Napoleonun
Ģöhrətinə qiymət verəndə də heç bir təshih qəbul etmirdi.
Hər necə olsa, çox böyük əhəmiyyətə malik olan bir addım atılmıĢdı. Marius əvvəllər
mütləqiyyətin süqut etdiyi yerdə indi Fransanın yüksəldiyini görürdü. Onun nöqteyi-nəzəri
dəyiĢmiĢdi. Onun qürub hesab etdiyi Ģey indi tülu olmuĢdu. O əks tərəfə dönmüĢdü.
Mariusda belə bir mənəvi dəyiĢikliyin əmələ gəldiyi nə babasının, nə də xalasının ağlına gəlirdi.
Marius öz üzərində apardığı bu gizli iĢin nəticəsində, nəhayət, köhnə burbon və ifrat sağlar
örtüyünü, aristokrat, yakobin, royalist geyimini öz üzərindən tamamilə atmağa müvəffəq
olduqdan, xalis bir inqilabçıya, həqiqi bir demokrata, az qala respublikaçıya çevrildikdən sonra
Orfer sahil küçəsində olan həkkakın yanına gedib yüz vizit vərəqi sifariĢ etdi; bu vərəqələrin
üstündə ―Baron Marius Ponmersi‖ sözləri yazılmıĢdı.
Bunun hamısı onda baĢ verən dəyiĢikliyin tam məntiqi nəticəsi idi, bu isə onun öz atasına olan
məftuniyyətini müəyyənləĢdirmiĢdi. Lakin Mariusun nə tanıĢı vardı, nə də bu vərəqələri
mehmanxana qapıçısının yanında qoya bilərdi, buna görə də onları öz cibinə qoydu.
Bu dəyiĢikliyin təbii bir nəticəsi də bu oldu: Marius öz atasına yaxınlaĢdıqca, atasının xatirəsi,
polkovnikin iyirmi beĢ il müddətində apardığı mübarizə onun üçün əziz olduqca o öz babasından
daha da uzaqlaĢırdı. Yuxarıda dediyimiz kimi, cənab Jilnormanın xasiyyəti çoxdandı ki,
Mariusun xoĢuna gəlmirdi. Adətən ciddi cavanlarla yüngülməcaz qocalar arasında olan ixtilaf
onların da arasında hiss olunurdu. Jernotun yüngülməcazlığı həmiĢə malxulyaçı Verteri təhqir
edir və acıqlandırırdı. Lakin nə qədər ki Mariusla cənab Jilnorman eyni siyasi əqidədə idilər bu,
Marius üçün ondan cənab Jilnormana doğru uzanan körpü vəzifəsini görürdü. Bu körpü uçan
kimi onların arasında uçurum əmələ gəldi. Bundan baĢqa bir fikir də Mariusu son dərəcə
hiddətləndirirdi: cənab Jilnorman axmaqcasına bir mülahizə nəticəsində onu polkovnikdən
rəhmsizcəsinə ayırmıĢdı, bu qayda ilə atanı oğuldan, oğulu atadan məhrum etmiĢdi.
Marius atasına böyük bir məhəbbət duymaqla babasına nifrət etməyə baĢladı.
Lakin bunu o heç də büruzə vermirdi – biz bunu yuxarıda demiĢdik. O ancaq get-gedə evdən,
babasından soyuyurdu. Süfrə qırağında oturub, kirimiĢcə yeməyini yeyər, çox az-az evdə qalardı.
Xalası bunun üstündə onu danlayanda, o, sakitcə qulaq asar, sonra da mühazirələri, imtahanları,
seminarları bəhanə gətirərək, baĢı qarıĢıq olduğunu söylərdi. Babası öz əvvəlki fikrini düzgün
hesab edərək, təkrar-təkrar deyərdi: ―Vurulub! Belə Ģeylərdə məni aldatmaq olmaz!‖ Marius
arabir Ģəhərdən harasa gedirdi.
Xalası bundan Ģübhələnərək deyirdi:
– O axı hara edir?
Mariusun bu gediĢləri uzun sürməzdi, bir dəfə də o, rəhmətlik atasının tapĢırığını yerinə yetirmək
üçün Monfermeylə getdi: o, keçmiĢ Vaterloo serjantını, indi isə aĢxanaçı Tenardyeni tapmaq
istəyirdi. Lakin aĢxananı bağlı gördü. Məlum oldu ki, Tenardye sınıq çıxmıĢ aĢxananı buraxıb
getmiĢdir, ancaq onun baĢına nə gəldiyini heç kəs bilmirdi. Marius bu iĢlə məĢğul olduğundan
dörd gün evə gəlmədi.
Xalası deyirdi:
– Məlum Ģeydir ki, dəcəllik eləyir.
Lakin Mariusun döĢündə, köynəyinin altında, qara qaytandan asılmıĢ bir Ģey gördülər...
YEDDĠNCĠ FƏSĠL.
Yəqin ki, bir qadındır.
Biz bir ulandan bəhs etmiĢdik.
Bu ulan cənab Jilnormanın əmisi nəvəsi idi; onun həyatı qohum-əqrəbasından, ailədən kənarda,
uzaq bir qarnizonda keçirdi. Kiçik zabit Teodül Jilnorman bütün hərbi tələblərə uyğun gələn bir
adamdı. Onun beli qız beli kimi nazikdi; qılıncı o, qoçaqcasına bir əda ilə gəzdirir, bığlarının
ucunu igidcəsinə yuxarı bururdu. Parisə o, çox az-az gəlirdi; elə az gəlirdi ki, Marius heç onu
görməmiĢdi. Bu iki qohum ancaq bir-birinin adını bilirdi. Biz, deyəsən, yuxarıda demiĢdik ki,
Jilnormanın qızı Teodülün xatirini çox istəyirdi. O, Teodülü ancaq ona görə çox istəyirdi ki, onu
çox az-az görürdü. Adam görmədiyi baĢqa bir adam haqqında cürbəcür gözəl Ģeylər təsəvvür edə
bilər.
Madmazel Jilnorman nə qədər sakit bir adam olsa da, bir gün o öz otağına çox həyəcanlı halda
qayıtdı. Marius yenə də az bir müddətə harasa getmək istəmiĢ, babasından icazə verməsini xahiĢ
etmiĢdi, sonra elə bu axĢam yola düĢmək istədiyini bildirmiĢdi. Babası ona ―Get‖ demiĢ, sonra
da qaĢlarını mənalı-mənalı qaldıraraq donquldanmıĢdı: ―Gecələr gəzməyə dadanıb‖. Bu məsələ
madmazel Jilnormanda son dərəcə maraq oyandırmıĢdı; bu hiss ilə də öz otağına qalxanda
pilləkəndə nifrətlə dedi: ―Bu lap ağ oldu‖. Sonra da təəccüblə əlavə etdi: ―Axı, hara gedir?‖ O
güman edirdi ki, burada pis bir sevgi məsələsi var, bir sirr var, bu, qadınsız, görüĢsüz deyil; o öz
gözlüklü burnunu bura soxmaq istəyirdi. Sevgi sirri təzəcə meydana çıxan dedi-qodudan heç də
az ləzzətli tikə deyil; müqəddəs qəlbə malik olan adamlar bu tikəni dadmaqdan heç də geri
durmazlar. Riyakar mömin adamların sirr dağarcığında həmiĢə ehtiyat üçün eĢq məsələsinə aid
bir qədər maraq olar.
Madmazel Jilnorman bu romantik hadisə ilə tanıĢ olmaq üçün Ģiddətli ağrı duyur, bunun
iztirabını çəkirdi.
O, vərdiĢ etmədiyi bu həyəcandan, bu həyəcanlandırıcı maraqdan fikrini yayındırmaq üçün öz
istedadına müraciət etməli oldu: o iplik sapla parçada iplik festonlar düzəldir, Ġmperiya və
Restavrasiya dövründə ən çox yayılan naxıĢlardan birini tikir, kareta çanaqlarına oxĢar çoxlu
dairələr vururdu. Bu cansıxan bir iĢdi, bu iĢi görən adam da qaĢqabaqlı bir adamdı. O, bir neçə
saatdı öz kreslosunda oturub bu iĢlə məĢğul idi ki, birdən qapı açıldı. Madmazel Jilnorman
burnunu qaldırdı. Mülazim Teodül onun qabağında durub, hərbi nizamnamə qaydalarına riayət
edərək onu salamladı. Madmazel Jilnorman sevincindən qıĢqırdı. Qarı dəymədüĢər, mömin bir
qadın, bir xala olsa da, öz otağında ulan gördükdə bundan ləzzət də duya bilir.
Madmazel həyəcanla dedi:
– Teodül, sən buradasan?
– Xalacan, yolüstü gəldim.
– Öp də məni.
– BaĢ üstə!
Teodül onu bir neçə dəfə öpdü.
Madmazel Jilnorman öz sektoruna yaxınlaĢıb, onu açdı.
– Heç olmasa bircə həftə bizdə qalacaqsanmı?
– Xalacan, elə bu axĢam gedirəm.
– Ola bilməz!
– Düz deyirəm.
– Teodül, əzizim, xahiĢ edirəm, getmə, qal!
– Ürəyim buna ―hə‖ deyir, nizamnamə ―yox‖, məsələ belədir. Bizi baĢqa qarnizona dəyiĢirlər.
Biz Melunda idik, indi Qayona göndərirlər. Köhnə qarnizondan yenisinə Parisdən keçib-getmək
lazımdır. Öz-özümə dedim ki, qoy gedim xalamla görüĢüm.
– Bunu da sənə çəkdiyin zəhmət üçün verirəm!
Madmazel Jilnorman onun ovcuna on luidor qoydu.
– Əziz xalam, verdiyin ləzzət üçün demək istəyirsiniz?
Teodül onu bir də öpdü; mundirin baftası madmazel Jilnormanın boynunu balaca cızdı, o bundan
xoĢ bir təsir duydu.
– Sən polkla bir yerdə gedəcəksən, atda?
– Yox, xalacan. Mən istəyirdim, hər necə olsa, sizi görüm. Bunun üçün xüsusi icazə almıĢam.
Xidmətçi əsgər mənim atımı apardı, mən dilicansla gedəcəyəm. Yeri gəlmiĢkən, bununla
əlaqədar, sizə bir sualım var.
– Nə sualdır?
– Yoxsa Marius Ponmersi də bir yerə gedir?
Teodül madmazel Jilnorman üçün mühüm olan bir məsələyə toxunmuĢdu; o, marağından alıĢıb-
yanaraq soruĢdu:
– Sən bunu haradan bilirsən?
– Gələndə dilican idarəsinə getdim ki, karetada özümə yer saxlatdırım...
– Sonra?
– Heç demə, sərniĢinlərdən biri məndən əvvəl gəlib, dilicanın yuxarı tərəfində özünə yer
tutubmuĢ. Mən gedənlərin siyahısında o adamın adını gördüm.
– O kimdir?
– Marius Ponmersi.
Madmazel Jilnorman bərk acıqlandı:
– Yaramaz! Sənin əmin nəvəsi heç sənə oxĢamır, o, sənin kimi sözəbaxan deyil. Gör nə iĢ tutur
da! Gecə dilicanda qalmaq istəyir.
– Mənim kimi.
– Axı sən bunu öz iĢinə görə eləyirsən, amma o əxlaqsızlıq məqsədi ilə eləyir.
Teodül dedi:
– Avaranın biri!
Birdən madmazel Jilnormanda qəribə dəyiĢiklik əmələ gəldi: onun ağlına təzə bir Ģey gəlmiĢdi.
O, kiĢi olsaydı, yəqin ki, əlini alnına vurardı.
O, Teodülə belə bir sual verdi:
– Əmin nəvəsi səni tanımır, bunu sən bilirsənmi?
– Xeyr, bilmirəm. Mən onu görmüĢəm, amma bircə dəfə də mənə diqqət yetirməyi özünə layiq
görməyib.
– Deməli, siz bir yerdə gedəcəksiniz?
– Bəli, o, dilicanın yuxarısında, mən də içində.
– Dilican hara gedir?
– Andelə.
– Deməli, Marius da ora gedir?
– Əgər o da, mənim kimi, yolda düĢməsə, deməli, ora gedir. Mən Vernonda düĢəcəyəm. Mən
gərək Qayon poçtunu özümlə aparam. Mariusun hara getdiyini qətiyyən bilmirəm.
– Marius! Nə murdar addır! Gedib ad tapıblar da. Sənin adın bir ayrı, ad belə olar: Teodül!
Zabit dedi:
– Mən istərdim ki, mənə Alfred desinlər.
– Teodül, qulaq as.
– Qulaq asıram, xalacan.
– Ancaq diqqətlə qulaq as.
– Lap diqqətlə qulaq asıram.
– Deməli, qulaq asırsan da.
– Bəli.
– Marius tez-tez evdən yox olur.
– Bir baxırsan da!
– O harasa gedir.
– Belə də Ģey olar?!
– Gecə evdə qalmır.
– Pa-ho!
– Biz bilmək istəyirik: bunun səbəbi nədir.
Teodül böyük təcrübə sahibi olan bir adam sakitliyi ilə dedi:
– Yəqin ki, bir qadın, – sonra heç bir Ģübhəyə yol verməyərək sakitcə gülümsəyib əlavə etdi, –
bir qız.
Madmazel Jilnorman həyəcanla:
– Elədi ki var, – dedi. Ona elə gəldi ki, cənab Jilnormanın öz sözünü eĢidir: Teodül bu ―qız‖
sözünü Jilnorman kimi söyləmiĢdi, bu söz Teodülün xalasına çox inandırıcı göründü.
Sonra o, sözünə davam edərək dedi:
– Bu məsələdə lütfən bizə kömək elə: Mariusu bir balaca güd. O, səni tanımır, bu, sənin üçün
çətin olmaz. Madam ki, bu iĢdə qız məsələsi də var, onda çalıĢ o qızı da gör. Sonra bunun
hamısını bizə yazarsan. Bu, babanın da xoĢuna gələr.
Hərçənd Teodülün belə Ģeylərlə məĢğul olmağa elə də həvəsi yox idi, ancaq on luidor onu yaman
ĢirnikdirmiĢdi, o ümid edirdi ki, bunun dalı gələcəkdir. O ―Sizin qulluğunuzda hazıram,
xalacan!‖ sözləri ilə tapĢırığı qəbul etdi, sonra ürəyində öz-özünə dedi: ―Əcəb iĢə düĢdüm!‖
Madmazel Jilnorman onu bir neçə dəfə öpdü.
– Teodül, amma sən belə kələklər iĢlətməzdin. Sən nizam-intizama boyun əyirsən, sən öz
vəzifənin qulusan, sən öz borcunu yerinə yetirən namuslu adamsan, sən bir yaramazla
görüĢməkdən ötrü öz ailəni atmazdın.
Ulan üz-gözünü qırıĢdırdı, sanki, KartuĢu ―namuslu‖ deyə tərifləmiĢdilər.
Elə həmin gün axĢam Marius dilicana mindi: o bir adam tərəfindən güdüldüyünü qətiyyən
bilmirdi. Amma Mariusu güdən adam, bizim Arqus dilicana minən kimi bərk yatdı, bütün gecəni
ara vermədən xor-xor xoruldadı.
Hava açılanda dilicanın konduktoru çığıra-çığıra dedi: ―Vernon! Vernon stansiyası! Kim
Vernonda düĢəcək?‖ Mülazim Teodül səsə ayıldı. Yuxulu-yuxulu mızıldayaraq dedi:
– Çox gözəl. Mən burada düĢəcəyəm.
O, tamamilə yuxudan ayıldıqdan sonra fikri yavaĢ-yavaĢ aydınlaĢmağa baĢladı, xalası, on luidor,
Mariusun tutduğu iĢlər barəsində məlumat vermək yadına düĢdü. Bu onu güldürdü.
O hər gün geydiyi kurtkasını düymələyə-düymələyə fikirləĢdi: ―Bəlkə də, Marius çoxdan
dilicansdan düĢüb gedib. O, Puassada da, Trieldə də qala bilərdi, elə bu qayda ilə əgər Rolbuada
düĢməyibsə, Melanda, Mantendə də düĢə bilərdi. O, Pasa çatdıqdan sonra sola dönüb Evrə, ya da
sağa dönüb LaroĢ-Giyena yol ala bilər. Xalacan, indi gəl onu tap görüm necə taparsan! Mən axı
indi bu sevimli qarıya nə yazım?‖
Elə bu zaman dilicanın yuxarısından qara Ģalvarlı bir adamın düĢdüyünü pəncərədən gördü.
Teodülün fikrindən belə bir Ģey keçdi: ―Bəlkə, bu elə Mariusdur?‖
Bu, doğrudan da, Marius idi.
Dilicanın lap yanında cavan bir kəndli qızı poçtalyonların və atların arasından keçə-keçə
sərniĢinlərə çiçək təklif edirdi.
O çığıra-çığıra deyirdi:
– Xanımınıza çiçək alın!
Marius qıza yaxınlaĢdı, onun zənbilindən ən yaxĢı çiçəkləri seçib götürdü.
Teodül dilicandan düĢə-düĢə fikirləĢdi: ―Məsələ maraqlı bir Ģəkil alır. Axı Marius bu çiçəkləri
kimə vermək istəyir onu görüm yox olsun!.. Belə əla bir gül dəstəsi Ģəkil kimi bir gözələ yaraĢar.
Mən gərək bu gözəli görəm...‖
Teodül indi daha baĢqasının tapĢırığı ilə deyil, özü maraqlandığı üçün, öz həvəsi ilə ov dalınca
qaçan it kimi, Mariusun ardınca düĢdü.
Marius Teodülə qətiyyən əhəmiyyət vermirdi. Dilicandan Ģıq geyimli, zərif xanımlar düĢürdü.
Marius onlara heç baxmırdı, o qətiyyən ətrafında onları görmürdü.
Teodül belə bir qərara gəldi: ―Yaman vurulub!‖
Marius kilsəyə tərəf yönəldi.
Teodül öz-özünə deyirdi: ―Çox gözəl! Kilsə! Çox yaxĢı! Azca günorta ibadətinə qarıĢmıĢ bir
görüĢ – bundan yaxĢı nə olar?! Allahın arxasında gizlənib bir-birinə göz vurmaq gözəl Ģeydir!‖
Marius kilsəyə yaxınlaĢdı, ancaq içəri girmədi, mehrab çıxıntısı tərəfə buruldu, elə o saat absidin
divar dayaqlarından birinin arxasında gözdən itdi.
Teodül: ―Deməli, qızla görüĢ kilsənin içində deyil, bayırındadır, – deyə düĢündü, – yaxĢı da,
baxaq görək bu necə qızdır!‖
O, pəncəsi üstə, yavaĢ-yavaĢ Mariusun ardınca getdi.
Tinə çatanda heyrətindən donub qaldı. Marius bir qəbrin yanında, yaĢıl ot içində dizləri üstə
düĢərək, əllərilə üzünü örtmüĢdü. Gətirdiyi gül dəstəsini açmıĢ, gülləri qəbrin üstünə tökmüĢdü.
Qəbrin baĢ tərəfində qara rəngli ağac xaç vardı, orada ağ hərflərlə ―POLKOVNĠK BARON
PONMERSĠ‖ sözləri yazılmıĢdı. Mariusun hönkürtü ilə ağladığı eĢidilirdi.
Teodülün görmək istədiyi qız qəbir oldu.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Dəryaz daĢa toxundu.
Marius ilk dəfə Parisdən gedəndə bura gəlmiĢdi. Cənab Jilnormanın ifadəsincə ―gecələr qız
dalınca sürünəndə‖ o həmiĢə bura gəlirdi.
Mülazim Teodül heç gözləmədiyi halda qəbirlə üz-üzə gələrək, özünü tamamilə itirdi. O, qəribə,
həm də pis bir Ģey duydu, lakin bunun nədən ibarət olduğunu təyin edə bilmədi: bu hiss həm
ölümə, həm də polkovnik rütbəsinə olan hörmətdən əmələ gəlmiĢdi. Teodül Mariusu
qəbiristanlıqda qoyub geri döndü, bu məsələdə hərbi nizam-intizam az rol oynamamıĢdı. Ölüm
onun təsəvvüründə sıx saçaqlı polkovnik epoletlərində canlanmıĢdı, ona təzim etməkdən özünü
güclə saxladı. Xalasına nə yazacağını bilmədiyindən bu qərara gəldi ki, heç bir Ģey yazmasın.
Vernonda baĢ verən hadisə bəzi anlaĢılmayan səbəblərə görə, təxminən, elə o saat Parisdə məlum
olmasaydı, Teodülün kəĢf etdiyi sevgi macərasının, yəqin ki, heç bir nəticəsi olmazdı.
Marius iki gündən sonra Parisə qayıtdı və səhər tezdən babasının evinə gəldi. O, iki gecə
dilicanda yuxusuz qalmıĢdı, rahatlanmaq, çimmək istəyirdi: cəld öz otağına qalxdı, ləngimədən
yol sürtükünü çıxardıb, boynuna sarıdığı qara lentanı açdı, çimməyə getdi.
Bütün sağlam qocalar kimi, səhər tezdən oyanan cənab Jilnorman, Mariusun gəldiyini eĢidib,
qoca bir adamın qıçları nə qədər imkan verirsə, elə bir sürətlə Mariusun otağına qalxdı: o
istəyirdi ki, həm nəvəsini öpsün, həm də onun harada olduğunu bilsin.
Lakin cavan bir oğlanın pilləkənlə aĢağı enməsi üçün səksən yaĢlı qocanın yuxarı qalxmasından
az vaxt lazımdı. Jilnorman baba mansarda girəndə Marius artıq orada yox idi.
Yataq açılmamıĢdı; onun sürtükü ilə qara lenti yatağın üstündə idi.
Jilnorman:
– Bu da yaxĢı, – dedi.
Bir dəqiqədən sonra o, qonaq otağına qayıtdı; madmazel Jilnorman bayaqdan burada lovğa-lovğa
oturub, öz ekipaj çarxlarını tikirdi.
Jilnorman sevinə-sevinə içəri girdi.
Bir əlində Mariusun sürtükünü, o biri əlində, boynuna taxdığı qara lenti tutaraq, həyəcanla dedi:
– Qalibiyyət! Ġndi biz sirrin üstünü açarıq! Onun ən gizli sirlər aləminə girərək, bizim bu uĢağı
bir yoxlarıq, onun bütün kələklərinə bələd olarıq! Biz romanın lap baĢlanğıcındayıq! ġəkil
məndədir.
Doğrudan da, lentdən qara Ģaqren meĢininə tutulmuĢ medalyona oxĢar balaca bir qovluq
asılmıĢdı.
Qoca, ac bir adamın lap gözü qabağından aparılan, lakin o yazığa verilməyən ləzzətli bir yemək
kimi, bu medalyona oxĢar qovluğa həm bir qədər ehtirasla, həm iftixarla, həm də hiddətli bir
nəzərlə baxdı, ancaq onu açmadı.
– Lap aydın görünür ki, buradakı Ģəkildir; belə Ģeyləri mənmi baĢa düĢmərəm? Belə Ģeyləri çox
ehtiyatla, lap ürəyin baĢında gəzdirirlər. Belə də səfeh adamlar olar?! Yəqin, bir əxlaqsız
qadındır, adam görəndə əti ürpənir! Ġndiki cavanların çox pis zövqü vardır!
QarımıĢ qız dedi:
– Ata, gəl açıb baxaq.
Yayı basmaqla medalyona oxĢar qovluq açıldı. Onun içində diqqətlə bükülmüĢ bir kağız vardı,
ayrı bir Ģey yox idi.
Cənab Jilnorman qəhqəhə ilə güldü:
– O qızdan o oğlana... Mən hiss edirəm bu nədir. Sevgi məktubu!
Madmazel Jilnorman:
– Qoy oxuyaq görək nə yazılıb, – dedi.
Gözlüyünü taxdı. Sonra kağızı açaraq, bu sözləri oxudu:
―Mənim oğluma. Vaterloo ətrafında vuruĢma meydanında imperator iltifat buyurub mənə
baronluq verdi. Restavrasiya mənə verilən bu adı qəbul etmir, bu adı mən öz qanımla
qazanmıĢam; buna görə də bu adı mənim oğlum qəbul edəcək, o daĢıyacaq. Məlum Ģeydir ki, o
buna layiq olacaq‖.
Bu zaman ata ilə qızın nələr hiss etdiyini təsvir etmək mümkün deyil! Sanki, ölümün dondurucu
nəfəsi onlara toxunmuĢdu. Onlar bircə kəlmə də söz demədilər. Cənab Jilnorman, öz-özünə
danıĢırmıĢ kimi, güclə eĢidiləcək bir səslə pıçıldadı:
– Bu xətt o qoçağındır.
Madmazel Jilnorman kağızı yoxlamağa baĢladı, çevirib ora-burasına baxdı, sonra yenə də öz
yerinə qoydu.
Elə bu anda sürkütün cibindən mavi kağıza bükülmüĢ uzunsov, dördkünc bir Ģey düĢdü.
Madmazel Jilnorman onu yerdən götürüb, mavi kağızı açdı. Bu Mariusun yüz dənə vizit vərəqəsi
idi. Madmazel Jilnorman onlardan birini atasına verdi; atası vərəqənin üstündə ―Baron Marius
Ponmersi‖ sözlərini oxudu.
Qoca zəng elədi. Nikoletta gəldi. Cənab Jilnorman lenti, medalyona oxĢar balaca qovluğu və
sürtükü götürüb otağın ortasına atdı:
– Bu zir-zibili aparın, – deyə əmr etdi.
Bütün bir saat dərin sükut içində keçdi. Qoca ilə qarımıĢ qız, üzlərini bir-birindən yana çevirərək
oturmuĢdu, lakin onlar hər ikisi, yəqin, eyni Ģeyi düĢünürdü.
Axırda Mariusun xalası dedi:
– Əcəb iĢdir!
Bir neçə dəqiqədən sonra Marius içəri girdi. O yenicə qayıtmıĢdı. Qonaq otağının qapısından
içəri girər-girməz babasının əlində vizit vərəqəsini gördü; qoca da onu görən kimi istehzalı
məhvedici bir burjua təkəbbürü ilə ucadan dedi:
– Çox gözəl, çox pakizə! Heç demə, sən daha baronsanmıĢ! Səni təbrik edirəm! YaxĢı, bu nə
deməkdir?
Marius azca qızardı:
– Bu o deməkdir ki, mən öz atamın oğluyam.
Cənab Jilnorman gülüĢünü kəsib sərt dedi:
– Sənin atan mənəm!
Marius gözlərini yerə dikdi, üzündəki sərt ifadəni saxlayaraq, sözünə davam etdi:
– Mənim atam təvazökar, lakin qəhrəmancasına igid bir adam olmuĢdur. Respublikaya və
Fransaya mərdliklə xidmət etmiĢdir, insanların yaratdığı ən böyük tarixi hadisələrdə özünü
böyük insan kimi göstərmiĢdir, iyirmi beĢ il çöldə, çöl ordugahında yaĢamıĢdır: gündüzlər top
saçması altında, güllə altında, gecələr qarda, yağıĢda, palçıqda olmuĢdur, iyirmi yerdən
yaralanmıĢdır, düĢmənin əlindən iki bayraq almıĢdır, axırda da unudulmuĢ, tərk edilmiĢ halda,
müqəssir bir adam kimi ölmüĢdür, təqsiri də yalnız bu olmuĢdur ki, iki nankor Ģeyi həddindən
artıq sevmiĢdir: vətəni, bir də məni!
Cənab Jilnorman daha dözə bilmədi, bu lap ağ oldu! ―Respublika‖ sözünü eĢidəndə o yerindən
qalxdı, daha doğrusu, bütün boyu uzunu dikəldi. Dəmirçi körüyünün vurduğu hava ocaqda yanan
kömürə necə təsir göstərirsə, Mariusun da hər sözü bu qoca royalistin üzünə elə təsir göstərdi:
onun üzü əvvəl qaraldı, sonra qızardı, sonra tünd-qırmızı oldu, tünd-qırmızı da dəyiĢib qara-
qırmızı oldu.
Həyəcanla dedi:
– Marius! Yaramaz uĢaq! Mən bilmirəm sənin atan kim olmuĢdur! Heç bilmək də istəmirəm!
Mən onun haqqında heç bir Ģey bilmirəm, onun özünü də tanımıram! Amma mən çox yaxĢı
bilirəm ki, elə adamlar hamısı çox alçaq adam olmuĢlar. Onlar hamısı səfil olmuĢlar, qatil
olmuĢlar. Oğru və quldur olmuĢlar! Hamısı, deyirəm sənə! Hamısı, istisnasız olaraq! Hamısı!
Marius, bunu yadında saxla! Bilirsənmi, mənim çəkməm necə baronsa, sən də elə baronsan!
Robespyerə ancaq talançılar xidmət edirdilər! Bu-o-na-parta ancaq quldurlar! Ancaq xainlər, o
adamlar ki, ancaq bir Ģey bilirdilər: xəyanət, xəyanət! Özü də kimə qarĢı, öz qanuni kralına qarĢı!
Ancaq qorxaqlar - Vaterloo vuruĢmasında prussiyalıların, ingilislərin qabağından qaçan
qorxaqlar! Əgər sizin hörmətli atanız onların sırasına düĢübsə, bu, mənə məlum deyil – əfv
edərsiniz, bu, daha pis, buna ancaq təəssüf etmək olar!
Ġndi Mariusun kömür, cənab Jilnormanın isə körük rolunu oynamaq növbəsi gəlmiĢdi. Mariusun
bütün bədəni əsirdi; o bilmirdi nə etsin; onun baĢı, elə bil ki, od tutub yanırdı. KeĢiĢin gözü
qabağında onun təbərrük çörəyini bayıra atanda, ya fakirin gözü qabağında yoldan keçən bir
adam onun bütünə tüpürəndə keĢiĢ və fakir necə bir hal keçirirsə, Marius da elə bir hal keçirirdi.
Onun yanında belə sözlərin söylənməsi mümkündümü, bu cəzasız qalmalı idimi? Ġndi nə etmək
lazımdır? Onun yanında atasını təhqir etmiĢdilər, ayaq altına salıb tapdalamıĢdılar. Özü də bunu
kim etmiĢdi? Babası! O necə etsin ki, atasının qisasını alsın, eyni zamanda, babasını rəncidə
etməsin? O, babasını təhqir edə bilməzdi, lakin atasının da qisasını almaya bilməzdi. Bunlardan
biri müqəddəs qəbir, o birisi ağ saçlı bir qoca idi. Bu fikirlər bir qasırğa kimi onun baĢında
hərlənirdi. Bu fikirlərin təsiri altında o, bir neçə an özünü sərxoĢ kimi hiss etdi, bilmirdi nə
qərara gəlsin. Sonra gözlərini yerdən qaldırıb diqqətlə babasına baxdı, sarsıdıcı bir səslə çığırdı:
– Rədd olsun Burbonlar! Rədd olsun o kök qaban – on səkkizinci Lüdovik!
XVIII Lüdovik dörd il idi ki ölmüĢdü, lakin Marius üçün bunun heç bir fərqi yox idi.
Qocanın rəngi bayaq acığından qıpqırmızı olmuĢdu, indi onun rəngi saçından da ağ oldu. O,
buxarının üstünə qoyulmuĢ Berriya hersoqunun büstünə sarı döndü, ikiqat olub böyük təntənə ilə
ona təzim etdi, sonra daĢ heykəl kimi ağır-ağır, kirimiĢcə burulub zalın içindən keçərək, iki dəfə
buxarıdan pəncərəyə, pəncərədən buxarıya sarı getdi: parket döĢəmə onun ayaqları altında Ģaq-
Ģaq Ģaqqıldayırdı. Madmazel Jilnorman qorxmuĢ qoyun kimi oturub onların münaqiĢəsinə qulaq
asırdı, atası ona sarı əyildi, gülümsəyərək sakitcə dedi:
– Bu hörmətli cənab – baron, mən – burjua, biz bir damın altında qala bilmərik.
Birdən o dikəldi, onun rəngi ağarmıĢdı, alnındakı damarlar ĢiĢmiĢdi, acığından titrəyirdi, üzündə
dəhĢətli bir ifadə vardı; əlini Mariusa tərəf uzadaraq çığırdı:
– Ġtil buradan!
Marius babasının evini tərk etdi.
Ertəsi gün cənab Jilnorman qızına dedi:
– Zəhmət çəkin, hər altı aydan bir o qaniçənə altmıĢ pistol göndərin və mənim yanımda bir daha
onun adını çəkməyin!
Cənab Jilnormanın qəlbində çoxlu qəzəb ehtiyatı qalmıĢdı; o bilmirdi bu qəzəbi hara sərf etsin;
o, üç aydan artıq öz qızına ―siz‖ deyə müraciət etdi.
Marius bərk acıqlanmıĢdı. Bir Ģey onun acığını daha da artırırdı – bu, qeyd olunmağa layiq bir
məsələdir. Ailə içərisində baĢ verən faciələr çox vaxt cürbəcür xırda Ģeylərlə daha da
mürəkkəbləĢir. Əslində, bundan günah artmır, ancaq inciklik artır. Nikoletta cənab Jilnormanın
əmri üzrə Mariusun ―zir-zibilini‖ tələsə-tələsə onun otağına apararkən içində polkovnikin kağızı
olan qara Ģaqren meĢinli medalyonu, görünür, mansarda qalxan qaranlıq pilləkəndə salmıĢdı. Nə
o kağız, nə də medalyon tapıldı. Marius əmindi ki, ―cənab Jilnorman‖ – bu gündən etibarən o öz
babasına belə deyirdi – ―vəsiyyətnamə‖ni oda atıb yandırmıĢdır. Atasının vəsiyyətnaməyə
yazdığı sözlərin bəzisi onun yadında idi; əslinə qalanda, o heç bir Ģey itirməmiĢdi. Lakin kağız
özü, atasının xətti Marius üçün müqəddəs bir Ģeydi, bunlar onun qəlbinin bir hissəsi idi. Bunları
neyləmiĢdilər?
Marius babasının evindən getdi, ancaq hara getdiyini heç kəsə demədi; o heç özü də bilmirdi ki,
hara gedir. Onun otuz frank pulu, bir saatı, bir də içinə Ģey-Ģüy qoyduğu yol çantası vardı. O,
saathesabı bir kabriolet tutub Latın məhəlləsinə getdi.
Marius necə olacaqdı?
BĠRĠNCĠ FƏSĠL.
Az qala tarixi olan bir dərnək.
Hər Ģeyə qarĢı, sanki, laqeydliklə dolu olan o dövrdə inqilabın ilk nəsimi hiss edilirdi. Havada
1789-cu və 1792-cu illərin nəfəsi duyulurdu, bu nəfəs o illərin dərinliklərindən qopub gəlirdi.
Gəncliyin – qoy bizi bu ifadə üçün bağıĢlasınlar – rəngi solmağa baĢlayırdı. Adamlar, bəlkə, heç
özləri də hiss etmədən, zamanın təsiri ilə dəyiĢirdi. Saatın rəqəm lövhəsi üzərində hərəkət edən
əqrəb insanların da qəlbində hərəkət edir, hər kəs özünə görə irəli bir addım atırdı. Royalistlər
liberal, liberallar demokrat olurdu.
Bu, sanki, minlərlə cəzr ilə qabağı alınan bir mədd idi; cəzrlər hər Ģeyi qarıĢdırır, bu ona xas olan
bir Ģeydir; ideyaların da heç gözlənilmədiyi halda bir-birinə qarıĢması buradan meydana gəlir;
eyni zamanda, həm Napoleona, həm də azadlığa pərəstiĢ edirdi. Biz bu məsələdə çox ciddi
surətdə tarixi hadisələrə riayət edirik: o vaxtın vəziyyəti belə idi. Siyasi fikirlərin öz inkiĢaf
mərhələləri vardır. Roylizmin həm qəribə, həm də müxtəlif növlərindən biri olan Volter
royalizmi Bonapart liberalizmində özünə bundan heç də az qəribə olmayan, bir Ģey tapdı.
BaĢqa qrupların fikir istiqaməti daha ciddi idi. Onlar məsələnin ilk səbəbini axtarır, haqq və
ədalət uğrunda mübarizə edirdilər. Onlar absolyut təlimi ilə ehtirasla məĢğul olur, bunun hədsiz-
hesabsız təzahürünü qabaqcadan görürdülər; bu absolyut öz-özlüyündə dəyiĢməz olduğundan
fikri parlaq yüksəkliklərə sövq edir, ucsuz-bucaqsız ənginlərdə uçurur. Heç bir Ģey xəyalın
meydana gəlməsinə ehkam kimi əlveriĢli Ģərait yaratmır və heç bir Ģey gələcəyin yaranmasına
xəyal kimi gözəl imkan vermir. Bu günün xam xəyalı sabah həqiqət olur.
Lakin qabaqcıl cərəyanların, elə bil ki, dibi vardı. Gizli iĢlərə meyil edilməyə baĢlanılırdı, bu,
davam etməkdə olan Ģübhəli riyakar quruluĢ üçün təhlükə yaradırdı. Bu, çox mühüm inqilabi
əlamətdi. Hökumətin yer altdan lağım atan gizli fikirləri xalqın gizli fikirləri ilə üz-üzə gəldi.
YetiĢməkdə olan üsyan hazırlanmaqda olan dövlət çevriliĢinə cavab oldu.
O zaman hələ Fransada alman tukendbundu, ya italyan karbonarlar ittifaqı kimi iri gizli
cəmiyyətlər yox idi, lakin orada-burada Ģaxələnərək, gizlin yeraltı iĢlər gedirdi. Eksdə Kuqurdlar
meydana gəlməyə baĢlayırdı, Parisdə isə bu kimi birləĢmələr içərisində ―Əlifba dostları‖
cəmiyyəti də vardı.
―Əlifba dostları‖ nə etmək istəyirmiĢ? Adın özündən belə məlum olur ki, bu cəmiyyətin məqsədi
uĢaq oxutmaq imiĢ. Əslində, bu cəmiyyət yaĢlı adamların ayağa qalxmasına kömək etmək
istəyirdi.
Cəmiyyətin üzvləri bu ad altında özlərini alçaldılmıĢ, bədbəxt insanların, yəni xalqların1 dostu
hesab edirdilər, ona görə də özlərinə ―Əlifba dostları‖ demiĢdilər. Onlar xalqı qaldırmaq
istəyirdilər. Bu söz oyuncağı heç də gülməli deyil. Söz oyuncağı bəzən siyasətdə mühüm rol
oynayır: məsələn, Castratus ad castra2 söz oyuncağını götürək, bunun nəticəsində Narses ordu
komandanı oldu; məsələn, Barbaric et Barberina3, məsələn, y Fuegas4, məsələn, Tu es Petrus et
super hans petram5 və sairə, və sairə.
―Əlifba dostları‖ çox deyildi. Bu, baĢlanğıc vəziyyətində olan gizlin bir cəmiyyətdi; koteriyalar
qəhrəmanlar yetiĢdirmək imkanında olsaydı, biz ona koteriya deyərdik. Cəmiyyətin üzvləri
Parisdə iki yerdə yığıĢırdı: bir Bazarda, ―Korinf‖ adlı meydanda – bu barədə aĢağıda bəhs
ediləcəklər, bir də Panteon yaxınlığında, Sen-MiĢel meydanında, ―Müzen‖ adlı kiçik bir kafedə –
bu kafe indi yoxdur. Birinci yığıncaq yeri fəhlələrə, ikincisi tələbələrə yaxındı.
―Əlifba dostları‖nın iclası ―Müzen‖ kafesinin dal otağında olardı. Bu zal kafedən xeyli uzaqda
idi; onu kafe ilə çox uzun bir koridor birləĢdirirdi; zalın iki pəncərəsi, bir də gizli pilləkənlə
xırdaca Qre küçəsinə çıxan yolu vardı. Burada papiros çəkirdilər, içirdilər, oyun oynayırdılar,
gülürdülər. Burada cürbəcür Ģeylərdən ucadan, bəzi iĢlər haqqında pıçıltı ilə danıĢırdılar. Divara
respublika Fransasının köhnə bir xəritəsi vurulmuĢdu, bu isə polis agentinin diqqətini cəlb etmək
üçün kifayətdi.
―Əlifba dostları‖nın çoxu tələbələrdi; onlar fəhlələrdən bəziləri ilə səmimi ittifaq düzəltmiĢdilər.
Onların baĢçıları müəyyən dərəcədə tarixi adamlardır; onların adı budur: Anjolras, Kombefer,
Jan Prüver, Feyi Kurfeyrak, Baoral Leql və ya l’Eql, Joli Qranter.
Cəmiyyətin üzvlərini dostluq əlaqələri bir-birinə bağlayırdı, bu gənclər, sanki, bir ailə təĢkil
edirdi. Leqldən baĢqa, onların hamısı cənublu idi.
Bu, gözəl bir dərnək idi. O artıq arxada qalmıĢ, dərin uçurumlarda yox olub getmiĢdir. Təsvirinə
yaxınlaĢdığımız faciəli hadisələrin baĢlanğıcında, oxucular bu gənclərin öz facianə iĢlərinin
zülmətinə daldığını görməzdən əvvəl, onların üzərinə iĢıq salıb iĢıqlandırmaq heç də artıq
olmazdı.
Hamıdan əvvəl adını çəkdiyimiz Anjolras dövlətli bir ailənin yeganə oğlu idi; niyə biz əvvəl
onun adını çəkdik – sonralar bu aydın olacaq.
Anjolras füsunkar, lakin zəhmli bir gəncdi. O, mələk kimi gözəldi, özü də Antinoya, ancaq ciddi
Antinoya oxĢayırdı. Onun gözlərində düĢüncəli bir ifadə vardı: bu gözlərin parıltısından elə zənn
etmək olardı ki, Anjolras əvvəlki yaĢayıĢlarından birində inqilabın apokalipsisini görmüĢdür.
Ġnqilabın ənənələrini onu öz gözü ilə görən bir adam kimi mənimsəmiĢdi. Bu inqilabın yaratdığı
bütün böyük iĢlərə – ən xırda təfərrüatına qədər - bələddi. Bir gənc üçün qəribə görünsə də, o öz
təbiəti etibarilə həm baĢ keĢiĢ, həm də əsgər idi. Bu vəziyyətilə ona bu günün nöqteyi-nəzərindən
baxılsaydı, o, demokratiyanın əsgəri idi, hal-hazırkı fövqünə qalxaraq ona nəzər salınsaydı, o,
ideal kahini idi. Onun gözləri dərində idi; göz qapaqları azca qızarmıĢdı, alt dodağı dolğundu,
alnı geniĢdi, alt dodağında tez-tez nifrətedici bir ifadə görünərdi. Ġnsan sifətində yüksək alın
üfüqdə yüksək səma eyni Ģeydir. Ġndiki əsrin baĢlanğıcında, keçmiĢ əsrin sonlarında yaĢamıĢ və
tez Ģöhrət qazanmıĢ bəzi gənclər kimi onun bütün üz-gözündən gənclik yağırdı; hərdən onun
üzünü solğunluq bürüsə də, o, qız kimi təravətli idi. O, kiĢilik dərəcəsinə çatsa da, hələ lap uĢağa
oxĢayırdı. Onun iyirmi iki yaĢı vardı, lakin üzdən ona on yeddi yaĢ vermək olardı. Əxlaqca son
dərəcə ciddi olduğundan o, elə bil ki, dünyada arvad deyilən Ģeyin olduğunu heç güman etmirdi.
O ancaq bir ehtirasa, bir fikrə qapılmıĢdı: onun ehtirası – ədalət, fikri – ədalətin yolunu kəsən
maneəni rədd etməkdi. Aventin təpəsində o Qrakx, Konventdə isə Sen-Jüst ola bilərdi. O,
qızılgülün açıldığını görmürdü, yazın nə olduğunu bilmirdi, quĢların nəğməsini eĢitmirdi.
Evadneyanın açıq sinəsi onu Aristoitondan çox həyəcanlandırmazdı. Gül-çiçək, Qarmodi kimi
onun üçün də, ancaq, qılınc gizlətməkdən ötrü lazımdı. O hətta Ģənlik vaxtlarında da ciddi
olurdu. O, Respublikanı təmsil etməyən Ģeylərin qarĢısında gözlərini ismətlə yerə dikirdi. O,
qranit kimi möhkəm azadlıq aĢiqi idi. Onun danıĢığında sərt bir ilham duyulurdu, bu danıĢıq bir
himn kimi səslənirdi. Onun fikirləri heç gözlənilmədən qanadlanıb yüksəlirdi, – bu ona xas olan
bir Ģeydi. Onunla sevgi macərasına giriĢmək istəyənlərin mütləq əli boĢa çıxardı. Kambre
meydanından, ya Sen-Jan-de-Vove küçəsindən çıxan yüngül əxlaqlı bir qız onu ata-anasının
nəzarəti altından qaçan sərbəst bir məktəbli hesab etsəydi, onun pajlara xas olan sifətinə uzun,
sarıĢın kirpiklərinə, mavi gözlərinə, küləkdə yellənən qıvrım saçına, qırmızı yanağına, busə
görməmiĢ məsum dodaqlarına, gözəl diĢlərinə – bütün bu gənclik səhərinə məftun olsaydı, öz
gözəllik sehrini onun üzərində sınaqdan keçirmək xəyalına düĢsəydi, Anjolrasın heyrət və hiddət
dolu baxıĢları dərhal onun qarĢısında bir uçurum açar, ona qorxunc Yezegil mələyilə BomarĢenin
nəzakətli Kerubinosunu bir-birinə qarıĢdırmamasını öyrədərdi.
Ġnqilabın məntiqini təcəssüm etdirən Anjolrasla yanaĢı, inqilabın fəlsəfəsini təcəssüm etdirən
baĢqa bir gənc vardı, onun adı Kombefer idi. Ġnqilabın məntiqi ilə fəlsəfəsi arasında fərq bundan
ibarətdir ki, məntiq müharibəyə tərəfdar ola bilər, fəlsəfə isə öz nəticələri ilə ancaq sülhə gətirib
çıxarır. Kombefer Anjolrası tamamlayır və təshih edirdi. Kombefer hər Ģeyə Anjolras kimi çox
da yüksək mövqedən baxmırdı, ancaq daha sərbəst baxırdı. O, insanları eniĢ ümumi ideyalar
ruhunda tərbiyə etmək istəyirdi. O deyirdi: ―Ġnqilab lazımdır, lakin mədəniyyət də onun qədər
lazımdır‖; bunu deyərək onun gözləri önündə dik bir dağın ətrafında ucsuz-bucaqsız mavi bir
ənginlik açılırdı. Buna görə də Kombeferin fikirləri həmiĢə tez baĢa düĢülür, bu fikirlərin əməli
əhəmiyyəti olurdu, onun fikirləri bununla fərqlənirdi. Ġnqilabın baĢında Kombefer dursaydı, daha
rahat nəfəs almaq olardı, Anjolras dursaydı, belə olmazdı. Anjolras inqilabın köməyi ilə ilahi
hüquq, Kombefer isə təbii hüquq tətbiq etmək istəyirdi. Anjolras Robespyerin, Kombefer
Kondorsun tərəfdarı idi. Kombefer Anjolrasdan daha çox adi insanların adi həyatı ilə yaĢayırdı.
Bu iki gəncə tarixə düĢmək nəsib olsaydı, onlardan biri ədalətli, o birisi aqil bir adam kimi yad
edilərdi. Anjolras daha Ģücaətli, Kombefer daha insani idi. Homo et Vir1 – əslində, onların
xasiyyətində olan fərqin ən incə cəhəti bundan ibarətdi. Kombeferin yumĢaqlığı, Anjolrasın
ciddiliyi və sərtliyi onların ruhi təmizliyindən irəli gəlirdi. Kombeferin ―vətəndaĢ‖ sözündən
xoĢu gəlirdi, lakin ―insan‖ sözünü ondan üstün tuturdu; o, yəqin ki, ispaniyalılar kimi adama,
məmnuniyyətlə ―Hombre‖ deyərdi. Kombefer çapdan çıxan hər Ģeyi oxuyurdu, teatra, ümumi
mühazirələrə gedirdi. Araqonun ―ĠĢığın qütbləĢməsi hadisəsi‖ təhlilinə qulaq asırdı. Joffrua Sent-
Elerin biri üzü, o birisi beyni qidalandıran daxili və xarici yuxu arteriyasının vəzifəsi haqqında
verdiyi məlumata valeh olurdu, həyatın hər cəhətindən xəbərdar idi, elmdən geri qalmırdı. Sen-
Simonla Füryeni müqayisə edirdi, Heroqlifləri Ģərh edirdi, tapdığı bir daĢı qırıb, geologiya
haqqında fikir yürütməyi xoĢlayırdı, barama kəpənəyinin Ģəklini əzbərdən çəkə bilirdi,
Akademiya lüğətində fransız dili haqqında buraxılan səhvi tapırdı, Pümsekürü və Delezi diqqətlə
öyrənirdi, möcüzələrə, teyflərə varıncaya qədər heç bir Ģeyi təsdiq və inkar etmirdi, bundan
çəkinirdi. ―Monitor‖un komplektlərini oxuyur və düĢünürdü. Deyirdi ki, gələcək məktəb
müəllimlərinin əlindədir, buna görə də təlim-tərbiyə məsələlərilə çox maraqlanırdı. O tələb edirdi
ki, cəmiyyət öz əxlaqi və zehni səviyyəsini qaldırmaq, elmi ümumin malı etmək, yüksək
ideyaları yaymaq, gəncləri mənəvi cəhətdən inkiĢaf etdirmək üzərində yorulmadan çalıĢmalıdır.
Ancaq o bir Ģeydən qorxurdu: qorxurdu ki, müasir tədris üsulunun yoxsulluğu, iki-üç klassik əsr
deyilən əsri qəbul edən, bununla da kifayətlənən hakim nöqteyi-nəzərin miskinliyi, rəsmi
mürəbbiləri qəddar ehkamçılığı, sxolastika və köhnəpərəstlik axırda bizim kolleclərin kütlüyü
süni surətdə yayan bir yuvaya çevirə bilər. Kombefer alim bir purist, açıq fikirli, geniĢ
məlumatlı, zəhmətsevən bir adamdı, eyni zamanda, dostlarının dediyinə görə, ―xam xəyallara‖
meyil edirdi. O hər cür fantaziyaya inanırdı: dəmir yoluna da, cərrahlıq əməliyyatının ağrısız ola
bilməsinə də, kamera – obskura vasitəsilə əĢyanın Ģəklini almağa da, elektrik teleqrafına da,
idarə olunan hava Ģarına da... Mövhumatın, istibdadın, xurafatın hər yerdə bəĢəriyyətə qarĢı
çəkdiyi sədlər onu qətiyyən qorxutmurdu. O, ―elm nəticə etibarilə vəziyyəti dəyiĢəcəkdir‖
fikrinin tərəfdarı idi. Anjolras rəhbər, Kombefer yolgöstərən idi. Anjolrasla Ģikayətə çıxmaq
yaxĢı idi. Bu heç də o demək deyil ki, Kombefer mübarizə etməyə qabil deyildi. Əlbəttə, yox: o
həmiĢə maneəni öz sinəsi ilə qarĢılamağa, onu qüvvətli bir zərbə ilə, ehtirasla rədd etməyə
hazırdı. Lakin o, insanlara həqiqəti öyrətməyi, müsbət qanunları izah etməyi, bu qayda ilə
bəĢəriyyəti yavaĢ-yavaĢ öz taleyinə layiq bir vəziyyətə gətirməyi daha çox xoĢlayırdı. Kütlələri
maarifləndirmək məsələsində o, üsyan atəĢindən daha artıq bilik Ģüaları üzərində dayanar, bu
yollardan ikincisini seçərdi. Əlbəttə, yanğın alovu da iĢıq verir, lakin günün çıxmasını nə üçün
gözləməyəsən? AtəĢ püskürən vulkan da ətrafı iĢıqlandırır, lakin səhər Ģəfəqi daha parlaq iĢıq
saçır. Çox ola bilsin ki, Kombefer üçün həĢəmətli bir Ģeyin qırmızılığından gözəl bir Ģeyin ağlığı
daha əzizdi. Qabağını tüstü alan iĢıq, zorakılıqla əldə edilən tərəqqi bu incə və həssas qəlbli
gənci tamamilə təmin edə bilməzdi. Xalqın sürətlə, birdən-birə həqiqətə can atması, 1793-cü ilin
təkrar olunması onu qorxuya salırdı. Lakin durğunluq onun üçün daha artıq qəbulolunmaz bir
Ģeydi: durğunluqda o çürümə və ölüm hiss edirdi. Əslində, o, qasırğalı sular köpüyünü sakit
bataqlığın zəhərli buxarından, seli çirkab axınından, Niaqara Ģəlaləsini Monfokon gölündən
üstün tuturdu. Ümumiyyətlə, o nə yerində saymağı, nə də tələsməyi xoĢlayırdı. Onun ruhən
üsyankar və absolyuta rıtsarcasına vurulan dostları yüksək inqilabi qəhrəmanlıqlara pərəstiĢ
eləyir, gəncləri buna dəvət edirdilər. Lakin Kombefer tərəqqinin, həqiqi tərəqqinin tərəfdarı idi:
bu iĢdə o, bir qədər soyuqqanlı tərpənsə də, qüsursuz idi, bir qədər pedant olsa da, ləkəsizdi, bir
qədər ağır hərəkət etsə də, möhkəmdi. Kombefer, gələcəyin bakir bir təmizliklə gəlməsi,
xalqların irəliyə doğru olan böyük və nəcib hərəkətinin heç bir Ģeyi ləkələməməsi uğrunda diz
çöküb dua etməyə hazırdı. O həmiĢə deyirdi: ―Xeyri Ģərdən qorumaq lazımdır‖. Doğrudan da,
əgər inqilabın böyüklüyü gözünü idealın parlaq iĢığından ayırmadan, əllərin odda yana-yana,
qana bulaĢa-bulaĢa vuruĢmalar, kəĢməkəĢlər içindən keçib bu ideala doğru irəliləməkdədirsə,
tərəqqinin gözəlliyi ən saf təmizliyi mühafizə etməkdədir; bunlardan birincini Dante, ikincini
VaĢinqton təcəssüm etdirir: qartal qanadlı bir mələklə qu quĢu qanadlı bir mələk bir-birindən
necə fərqlənirsə, onlar da bir-birindən elə fərqlənir.
Jan Prüver Kombeferdən də yumĢaq adamdı. O, ciddi, dərin ehtirasla ötəri bir fantaziyaya
qapılmıĢdı, bu onda əsrləri tədqiq etmək kimi çox gözəl bir maraq oyatmıĢdı, bu fantaziya
nəticəsində o öz adını dəyiĢib Jean qoymuĢdu. Jan Prüverin qəlbi həmiĢə sevgi ilə yaĢayırdı, boĢ
vaxtlarında gül dibçəklərilə məĢğul olur, fleyta çalır, Ģeir yazırdı; o, xalqı sevirdi, onun qadınlara
yazığı gəlirdi, uĢaqların acı taleyi onu dərdləndirirdi, o eyni dərəcədə həm gələcəyin parlaq
olmasına, həm də Allaha inanırdı, ancaq bir Ģey üstündə inqilabı məzəmmət edirdi: inqilabın
təqsiri üzündən Andre ġenye kimi gözəl bir insan məhv olmuĢdu. Onun arabir gözlənilmədən
kəskinləĢən yumĢaq səsi vardı. O, alim olacaq qədər çox kitab oxumuĢdu, bəlkə, lap bir
ĢərqĢünas sayıla bilərdi; lakin hər Ģeydən artıq xoĢtəbiətli, yaxĢı bir adamdı, buna görə də Ģeirdə
əzəmətə üstünlük verirdi: bu, yaxĢılıqla əzəmətin bir-birinə nə qədər yaxın olduğunu bilənlər
üçün tamamilə aydındır. O, italyan, latın, yunan və yəhudi dillərini bilirdi, lakin bu dillərdən
ancaq dörd Ģairi – Danteni, Yuvenalı, Esxili və Ġsaini oxumaq üçün istifadə edirdi. Fransız
yazıçılarından Korneli Rasindən, Aqripp d’Obiniyni Korneldən üstün tuturdu. O, yabanı yulaf və
peyğəmbərçiçəyi bitən çöllərdə gəzməyi xoĢlayırdı; buludlar onu məiĢət iĢlərindən az
maraqlandırmırdı. Onun, sanki, ikitərəfli ağlı vardı: bunun bir tərəfi insanlara, o biri tərəfi Allaha
sarı çevrilmiĢdi, o öz vaxtını tədqiqlə müĢahidə arasında bölüĢdürmüĢdü. Bütün günü ictimai
məsələlər üzərində çalıĢırdı; onun dərindən məĢğul olduğu məsələlər bunlardı: zəhməthaqqı,
kapital, kredit, evlənmə, din, fikir azadlığı, sevgi azadlığı, təlim və tərbiyə, cəza sistemi, xüsusi
mülkiyyət, ictimai formalar, istehsalat, bölgü... O bütün insan cəmiyyəti üzərinə kölgə salan
aĢağı təbəqələrin vəziyyətini dərk etmək istəyirdi; gecələr saysız-hesabsız ulduzları müĢahidə
edirdi. Anjolras kimi o da dövlətli ata-ananın yeganə oğlu idi. O həmiĢə astadan danıĢırdı, baĢını
aĢağı dikərək yerə baxa-baxa gəzirdi, çəkinə-çəkinə gülürdü, pis geyinirdi, kobud görünürdü, hər
Ģeydən ötrü qızarırdı, son dərəcə utancaqdı, eyni zamanda, cəsarətli, qoçaq bir adamdı.
Feyi yelpikçi bir fəhlə idi; ata-anadan yetimdi. Gündə güc-bəla üç frank pul qazanırdı; onun
böyük arzusu vardı: dünyanı azad etmək! Onun baĢqa bir fikri də vardı, bu da elmli olmaqdı; bu
özü də onun dilində azad olmaq deməkdi. O, heç kəsin köməyi olmadan savad öyrənmiĢdi, bütün
biliyini mütaliə ilə əldə etmiĢdi. O, böyük qəlbli bir adamdı, həmiĢə də öz ağuĢunu dünya
qarĢısında açmağa hazırdı. Özü yetim olduğu halda, bütün bir xalqı övladlığa götürmüĢdü. O,
anadan məhrumdu, lakin bütün fikrini, düĢüncəsini Vətənə vermiĢdi. O istəyirdi ki, yer üzündə
Vətənsiz bir adam da olmasın. Xalq içərisindən çıxan bir adam kimi onda məsələni tez və
dərindən anlamaq qabiliyyəti vardı; o öz ağlı ilə o yerə gəlib çatmıĢdı ki, indi biz ona ―xalqın
özünü dərk etməsi ideyası‖ deyirik. Tarixi ona görə öyrənirdi ki, nifrət etmək üçün məsələləri
dərindən bilsin. Bu gənc utopistlər dərnəyində əsasən Fransa ilə məĢğul olurdular, yalnız Feyi
xarici ölkələrin mənafeyini təmsil edirdi. Onun ən çox xoĢladığı mövzu Yunanıstan, PolĢa,
Macarıstan, Rumıniya və Ġtaliya idi. O yeri gəldi-gəlmədi elə birucdan bu ölkələr haqqında
söhbət açır, özünü bu barədə danıĢmağa haqlı hesab edirdi. Türkiyənin Yunanıstanı və
Fessaliyanı, Rusiyanın VarĢavanı, Avstriyanın Macarıstanı tutması - bütün bu zorakılıq iĢləri onu
son dərəcə əsəbiləĢdirirdi. Xüsusilə 1772-ci ildə baĢ verən talan onu hiddətləndirdi, bu misli-
bərabəri görünməmiĢ bir talandı. Həqiqi nifrət natiqliyin ən gözəl növüdür; Feyinin natiqliyi
belə natiqlikdi. O, dönə-dönə 1772-ci ilə, bu biabırçı tarixə, xəyanətlə öz istiqlaliyyətindən
məhrum edilən nəcib və igid bir xalqa, üç dövlətin bir yerdə etdiyi cinayətə, onların qurduğu
dəhĢətli hiyləyə qayıdırdı, bu hiylə bütün dəhĢətli dağıntıların prototipi və nümunəsi oldu; o
vaxtdan bəri bir sıra nəcib xalqlar bu hiyləyə tutuldu; bunun da nəticəsində öz istiqlaliyyətlərini
itirdilər. Hal-hazırda dövlətlərin istiqlaliyyətinə qarĢı yönələn sui-qəsdlər öz mənĢəyini PolĢanın
bölüĢdürülməsindən alır. PolĢanın bölüĢdürülməsi teoremdir, bütün indiki siyasi cinayətlər onun
nəticəsidir. Bu son əsr içərisində elə bir zalım, elə bir xain yoxdur ki, o, PolĢanın
bölüĢdürülməsini qəbul etməyə, təsdiq etməyə, öz imzası ilə təsbit etməyə, onun ne varietur1
olduğunu əsaslandırmağa tələsməyə. Bu xəyanət yeni dövrün xəyanətlər siyahısında birinci yeri
tutur. Vyana konqresi özü xəyanət etməzdən əvvəl bu xəyanətlə tanıĢ oldu. 1772-ci ildə toplaĢma
borusu çalındı, 1815-ci ildə qəniməti bölüĢdürdülər. Feyinin dedikləri bunlardı. Bu yoxsul-fəhlə
ədaləti müdafiə etməyi öz üzərinə götürmüĢdü, ədalət bunun üçün ona əzəmət verdi. Haqqın
varlığında əbədiyyət var. Venetsiya almanların əlində qala bilmədiyi kimi, VarĢava da tatarların
əlində qala bilməz. Bununla mübarizə etmək krallar üçün boĢ yerə zəhmət çəkmək, namuslarını
itirməkdir. Suya batırılan bir ölkə gec-tez yenə də suyun üzünə çıxacaq, Yunanıstan yenə də
Yunanıstan, Ġtaliya yenə də Ġtaliya olacaq. Zorakılığa qarĢı haqqın etirazı heç vaxt susmayacaq.
Bütün bir xalqın oğurlanması – çoxdan oğurlandığı üçün - bağıĢlanmır. Belə böyük dələduzluğun
ömrü uzun olmur. Millətin adını burun yaylığı üstünə tikilən niĢan kimi qoparıb atmaq olmaz.
Kurfeyrakın atası vardı, hamı da ona cənab de Kurfeyrak deyərdi. Restavrasiya dövrü
burjuaziyanın aristokratizm və mənĢə nəcibliyi haqqında bir çox yanlıĢ təsəvvürləri vardı, ―de‖
hissəciyi də bunlardan biri idi. Məlumdur ki, bu ―de‖ hissəciyinin heç bir mənası yoxdur. Lakin
―Minerva‖ dövrü burjuaziyası bu mənasız ―de‖-yə elə yüksək qiymət verirdi ki, axırda ondan
imtina etməyi özünə borc bildi. Cənab de ġovelenə cənab ġovelen, cənab de Komartenə cənab
Komarten, cənab de Konstan de Rebekə Benjamen Konstan, cənab de Lafayetə cənab de Lafayet
deməyə baĢladılar; Kurfeyrak da onlardan geri qalmaq istəmədi, özünü ancaq ―Kurfeyrak‖
adlandırdı.
Biz Kurfeyrak haqqında olan söhbəti bununla qurtarıb, onun barəsində verəcəyimiz baĢqa
məlumatı bu sözlə tamamlaya bilərik: Kurfeyrak – baxın Tolomyesə.
Doğrudan da, Kurfeyrakın qəlbi gənclik ehtirası ilə dolu idi; onun bu ehtirasına gənclik
coĢqunluğu da demək olardı. Sonralar bu coĢqunluq piĢik balası zərifliyi kimi itib gedir, bu
füsunkar məxluqlar nəticə etibarilə əgər iki ayaqlı isə burjuaya, dördayaqlı isə piĢiyə çevrilir.
Belə bir mənəvi xüsusiyyət tələbələr aləmində nəsildən-nəslə mühafizə edilir, köhnə gənclərdən
yeni gələn gənclərə keçir, bu xüsusiyyəti çox az dəyiĢmiĢ halda quasi cursores1 də olduğu kimi,
əldən-ələ verirlər. Buna görə də yuxarıda dediyimiz kimi, 1828-ci ildə Kurfeyrakın danıĢığını
eĢidən bir adam elə güman edə bilər ki, o 1817-ci ildə Tolomyesin danıĢığını eĢidir. Ancaq
Kurfeyrak düz, namuslu bir oğlandı. Onların xasiyyətində zahiri bir bənzəyiĢ nəzərə çarpsa da,
əslində, Kurfeyrakla Tolomsey arasında böyük fərq vardı. Onların insanlıq mahiyyətini təĢkil
edən Ģey tamamilə fərqli idi. Tolomseyin qəlbi prokuror, Kurfeyrakın qəlbi isə rıtsar qəlbi idi.
Anjolras rəhbər, Kombefer yol göstərən idisə, Kurfeyrak cazibiyyət mərkəzi idi. O birilər daha
çox iĢıq, o daha çox istilik verirdi. Onda, həqiqətən, mərkəzi bir sima üçün zəruri olan keyfiyyət
vardı: o açıqürəkli, mehriban bir adamdı.
Baorel 1822-ci ildə iyun ayında gənc Lalemanın dəfni ilə əlaqədar olaraq baĢ verən qanlı
hadisədə iĢtirak etmiĢdi.
Baorel yaxĢı oğlandı, ancaq əxlaq cəhətcə pozğundu, israfçı idi, bədxərcdi, boĢboğazdı,
həyasızdı, eyni zamanda, səxavətli və cəsarətli idi, natiqdi, özü də elə xoĢtəbiətli bir adamdı ki,
beləsi az tapılardı. O ən Ģit rəngli jilet geyərdi, əqidəcə ən sol bir mövqe tuturdu. O həddindən
artıq Ģuluqçu idi, baĢqa sözlə, dava-dalaĢı yaman xoĢlayırdı, dünyada bunu, qiyamdan baĢqa, hər
Ģeydən üstün tuturdu, inqilabı isə qiyamdan da üstün tuturdu; həmiĢə də iĢə baĢlamaq üçün əvvəl
pəncərə ĢüĢələrini sındırmaq, sonra yolu dağıtmaq, ən axırda hökuməti yıxmaq istəyirdi,
maraqlanardı ki, görsün bunun axırı nə olacaq. On bir ildi ki tələbə hesab olunurdu, lakin hüquq
elminin heç yanından da keçməmiĢdi, oxumaq məsələsində özünü əziyyətə salmaq istəmirdi. O
―advokat olmayacağam‖ sözünü özünə Ģüar, gecə masasını isə gerb seçmiĢdi, hakim beretini bu
masanın gözünə qoymuĢdu. HəmiĢə də hüquq fakültəsi binasının qabağından keçəndə – bu da
çox az olardı – redinqotunu baĢdan-baĢa düymələr, bir sıra hifzüsəhhə tədbirləri görərdi. O
zaman hələ palto geymək halına gəlib çatmamıĢdılar. Fakültə binasının portalı haqqında o belə
deyirdi: ―Nə gözəl qocadır‖, fakültənin dekanı cənab Delvenkur barəsində bu sözləri söyləyirdi:
―Nə əntiqə abidədir!‖ Qulaq asdığı mühazirələr onun üçün Ģən nəğmələr, professorlar isə
karikatura mövzusunu təĢkil edirdi. O, əlini ağdan-qaraya vurmadan üç min franka qədər pul
xərcləyirdi. Onun ata-anası kəndli idi; o, müxtəlif yollarla ata-anasının hörmətini qazana
bilmiĢdi.
Baorel ata-anası haqqında deyirdi: ―Onlar kəndlidir, Ģəhərli deyil, ona görə də ağıllıdırlar‖.
O dəmdəməki bir adamdı; cürbəcür kafelərdə avara-avara dolaĢırdı: baĢqaları özünə bir vərdiĢ
qazanırdı, amma onun heç bir vərdiĢi yox idi. O həmiĢə veyil-veyil gəzərdi. Gəzmək bütün
insanlara, veyillənmək ancaq parislilərə xas olan bir Ģeydir. Əslində, Baorel zahiri görünüĢünə
nisbətən daha artıq irəlini görən, dərin düĢüncəli, arif bir adamdı.
O, ―Əlifba dostları‖ dərnəyi ilə bir sıra baĢqa dərnəklər arasında əlaqəçi vəzifəsini görürdü; bu
baĢqa dərnəklər hələ o zaman tamamilə mütəĢəkkil Ģəklə düĢməmiĢdi.
Bizim bu gənclər yığıncağında bir dazbaĢlı adam vardı.
XVIII Lüdovik Fransadan qaçanda markiz d’Avare onu kirayə etdiyi bir kabrioletə mindirmiĢdi,
kral da bunun üçün ona hersoq adını vermiĢdi. Həmin bu markiz d’Avare nəql edir ki, XVIII
Lüdovik 1814-cü ildə mühacirətdən qayıdırmıĢ, gəlib Kalenin sahilinə çatar-çatmaz naməlum bir
adam ona bir ərizə verir. Kral ondan soruĢur: ―Siz nə istəyirsiniz?‖ O da cavab verir: ―Əlahəzrət,
mən poçt idarəsi nəzarətçisi olmaq istəyirəm‖. ―Sizin adınız nədir?‖ ―l’Eql‖.
Kral qaĢqabağını tökür, lakin ərizədə olan imzaya baxanda görür ki, orada l’Eql1 deyil, Leql
yazılmıĢdır. Bu heç də bonapartcasına olmayan imza kralın çox xoĢuna gəlir. O gülümsəyir.
Ərizə verən sözünə davam edərək deyir: ―Zati-aliləri, mənim ulu babam mirzə imiĢ, ləqəbi də
LeqelmiĢ, bizim familiyamız da bu ləqəblə gedir. Əslində, mənim adım Leqeldir, ixtisarla
―Leql‖, təhrif olunmuĢ Ģəkildə isə ―l’Eql‖ deyirlər‖. Bu sözləri eĢidəndə kral daha gülümsəmir.
Sonralar, qəsdənmi, ya səhv olaraqmı, o, hər halda, Modapoçt idarəsini Leqelə verir.
Dərnəyin dazbaĢ üzvü həmin l’Eqlin, ya Leqlin oğlu idi; o, imza atanda molu Leql yazardı,
yoldaĢları ona qısa olmaq üçün ―Bossüe‖ deyirdi.
Bossüe Ģən, lakin bədbəxt bir oğlandı: ixtisası – uğursuzluqdu. Amma o heç bir Ģeyi ürəyinə
salmırdı. Ġyirmi beĢ yaĢında baĢı dazlaĢmıĢdı. Atası əlləĢib-vuruĢub, nəhayət, özünə bir ev
düzəltmiĢdi, bir parça da torpaq sahibi olmuĢdu; oğlu isə bir fırıldağa düĢərək, az vaxtda bu evi
də, bu torpağı da əldən vermiĢdi. Onun heç bir vəsaiti qalmamıĢdı. O həm elmli, həm ağıllı bir
adamdı, ancaq bəxti gətirmirdi. Nəyə əl atsa, əli boĢa çıxırdı. Nə düĢünsə, nə etsə, hamısı yanlıĢ
olur, onun əleyhinə çevrilirdi. Odun doğrasaydı, mütləq barmağını kəsərdi. Özünə bir məĢuqə
tapsaydı, az sonra görərdi ki, o məĢuqənin dostu vardır. ĠĢi bəd gətirirdi, ancaq ruhdan düĢmürdü,
o özü haqqında belə deyirdi: ―Bütün damlardan mənim baĢıma kirəmit yağır‖.
Müvəffəqiyyətsizlik onun üçün adi bir Ģey olmuĢdu, buna görə də taleyin zərbələrini zəruri bir
Ģey kimi sakitcə qəbul edər, zarafatı baĢa düĢən adam kimi onun pis-pis, mənasız hərəkətlərinə
gülərdi. Onun əlinə pul gəlmirdi, amma o, Ģənliyindən qalmırdı. Çox vaxt elə olurdu ki, axırıncı
qəpiyi də onun əlindən çıxırdı, lakin necə bir vəziyyət olur olsun, gülmək qabiliyyətini itirmirdi.
Onun baĢına bir müsibət gələndə, bu müsibəti köhnə bir dost kimi salamlar, ona mehribanlıq
edərdi. O öz taleyinin pisliyinə elə öyrənmiĢdi ki, ona müraciət edəndə, əzizləyici bir ad verib
deyərdi: ―XoĢ gəlmisən, qəmciyəz!‖
Taleyin dönüklüyü onda iĢin içindən tez çıxmaq qabiliyyətini inkiĢaf etdirmiĢdi. O, çətin
vəziyyətdən çıxmağı çox yaxĢı bacarırdı. HəmiĢə pulsuz olsa da, həvəsi gələndə ―böyük xərclər‖
üçün yol tapardı. Bir gecə o dərəcəyə gəlib çıxır ki, yüngül əxlaqlı, Ģivəli bir qadını axĢam
yeməyinə qonaq edərək yüz frank pul xərcləyir. Bu ona qonaqlığın qızğın çağında aĢağıdakı
sözləri deməyə ilham vermiĢdi: ―Ey yüzlük qız, çəkmələrimi çıxart!‖
Bossüe advokatlıq ixtisasını qazanmağa tələsmirdi. O, hüquq elmlərini Baorel kimi öyrənirdi.
Onun daimi yaĢayıĢ yeri yox idi, bəzən heç müvəqqəti də olmurdu. O, dostlarından gah birinin,
gah da o birisinin yanında yaĢayırdı. Ən çox Jolinin yanında olurdu. Joli tibb elmlərini öyrənirdi,
özü də Bossüedən iki yaĢ balaca idi.
Joli özünü xəstə təsəvvür edən adamların ən mükəmməl tipi idi, ancaq bu cavanı idi. Tibb
elmlərini öyrənməklə həkim olmaqdan artıq, özü dönüb xəstə olmuĢdu. Ġyirmi üç yaĢı olduğu
halda, o, özündə cürbəcür xəstəliklər tapmıĢdı və bütün günü güzgüdə öz dilinə baxırdı. O
deyirdi ki, adam da eynən maqnit əqrəbi kimi maqnitləĢə bilər; buna görə də gecələr çarpayısının
baĢ tərəfini cənuba, ayaq tərəfini Ģimala sarı qoyurdu, deyirdi ki, belə yatanda yuxuda yerin
maqnit qüvvəsinin təsiri ilə qan dövranı pozulmaz. Tufan olanda o həmiĢə nəbzini yoxlayırdı.
Bununla belə, dostlar arasında ən gülĢad adam idi. Gənclik və xəstəlik dərəcəsinə varan
vasvasılıq, süstlük və gülĢadlıq kimi bir araya sığmayan xüsusiyyətlər onun varlığında çox gözəl
birləĢmiĢdi; bunun da nəticəsində qəribə, lakin çox sevimli bir məxluq əmələ gəlmiĢdi, səs
uyğunluğu əsasında ahəngdar sözlər yaradan və bu yolda səxavət göstərən yoldaĢları ona ―Jolli‖
deyirdi. Jan Prüver zarafatca deyirdi: ―Bax, dörd ―l‖inlə uçma ha!‖1
Jolinin belə bir adəti var idi: əl ağacının dəstəyini burnunun ucuna toxundururdu: bu, həmiĢə belə
bir adamın arif adam olduğunu göstərir.
Bütün bu gənclər bir-birinə oxĢamadıqları halda, onları ancaq tərəqqiyə olan ümumi bir inam
birləĢdirirdi və nəticə etibarilə, onlar hamısı tam hörmətə layiq adamlardı.
Onlar hamısı fransız inqilabının doğma oğlu idi. Onlardan ən yüngülməcazı belə, ―səksən
doqquzuncu il‖ deyərkən ciddiləĢirdi. Onların atası, bəlkə də, keçmiĢdə felyanlardan,
royalistlərdən, doktrinlərdən olmuĢlar, ya bəlkə, elə indi də onlara mənsubdurlar. Bunun heç bir
əhəmiyyəti yox idi. Bu gənclər onlardan qabaq cəmiyyətdə hökmfərma olan dolaĢığın heç
fərqinə varmırdılar; onların damarında ən yüksək ideyalarla nəcibləĢdirilmiĢ ən saf, ən təmiz qan
axırdı, onlar Ģübhə və tərəddüd etmədən etibarlı hüquq, yenilməz vəzifə dinini tətbiq edirdilər.
Onlar belə bir cəmiyyəti təĢkil etməklə öz ideyalarını gizli surətdə həyata keçirməyə
hazırlaĢırdılar.
Bu coĢqun qəlbli, qəti əqidə və idrak sahibi olan adamlar içərisində bir skeptik də vardı. Necə
olmuĢdu ki, o gəlib bu mühitə düĢmüĢdür? Burada o, bir ĢiĢ kimi meydana gəlmiĢdi. Bu spektikə
―Qranter‖ deyirdilər, amma o, qol çəkərkən familiyası yerinə müəmmalı bir R1 hərfini yazırdı.
Qranter heç bir Ģeyə inanmırdı. Lakin o, Parisdə oxuyarkən çox böyük bilik qazanan
tələbələrdəndi. Məsələn, o çox möhkəm bilirdi ki, kafe ―Lemblen‖ ən yaxĢı qəhvəsilə, kafe
―Volter‖ ən yaxĢı bilyardı ilə, Men bulvarındakı ―Ermitaj‖ çox gözəl oladyaları və qəĢəng qızları
ilə məĢhurdur. Saqe xalanın evində çox qiyamət çolpa qızardırlar, Küvet qarovulxanası yanında
çox əntiqə balıq hazırlayırlar. DöyüĢ qarovulxanası yanında yaxĢı ağ Ģərab olur. Sözün qısası, o
bütün yaxĢı yerləri tanıyırdı. Bundan baĢqa, bıçaq döyüĢü qaydalarını incədən-incəyə bilirdi,
təcrübəli bir fextovalçı idi; oynamağı da bir az bacarırdı, yaxĢı da içəndi. O ağlasığmayan
dərəcədə eybəcər adamdı. Ġrma Buasi o vaxtın çəkmə ustaları qadınlarından ən qəĢəng idi, o,
Qranterin eybəcərliyindən qəzəblənərək bu kəlamı buyurmuĢdu: ―Qranter dözülməz bir
adamdır!‖ Lakin öz-özünə vurulan Qranteri heç bir Ģey sarsıda bilməzdi. Heç bir qadın onun
diqqətli və mehriban nəzərindən yayınmırdı; o, sanki, bütün görkəmi ilə deyirdi: ―Ġstəsəm
hamınızı ələ ala bilərəm!‖ YoldaĢlarını inandırmağa çalıĢaraq deyirdi: ―Arvadlar məni bir-birinin
əlindən qapırlar‖.
Qranter xalq hüququ, insan hüququ, ictimai müqavilə, Fransa inqilabı, respublika, demokratiya,
insanlıq, mədəniyyət, tərəqqi, din kimi sözləri az qala lap cəfəngiyat hesab edirdi. Bunlara
gülürdü. Skeptizm – əqlin mərəzidir: skeptizm Qranterin bütün fikirlərini çürütmüĢdü. Onun
xoĢladığı aforizm bu idi: ―Həyatda həqiqi ancaq bir Ģey vardır, o da Ģərab dolu stəkandır‖. O, hər
cür fədakarlığı, kim ona bir nümunə olsa da - qardaĢımı, atamı, Robespyermi, ya Luazerolmu,
fərqi yoxdur - ələ salırdı. Deyirdi: ―Onlar öz ölümü ilə az Ģey qazanmadılar!‖ Çarmıx onun
dilində ―yamanca bəxti gətirən dar ağacı‖ idi. O arvadbazdı, qumarbazdı, əxlaqsızdı; çox vaxt da
sərxoĢ olardı; həmiĢə dodaqaltı bu mahnını mızıldardı: ―Sevirəm gözəlləri, bir də yaxĢı Ģərabı‖;
bunu o, ―YaĢasın IV Henrix‖ havasında oxuyar, bununla da bizim gənc xəyalpərəstləri çox
acıqlandırardı.
Lakin bu skeptikin pərəstiĢ etdiyi qəribə bir Ģey vardı: bu nə ideya idi, nə ehkamdı, nə elmdi, nə
incəsənətdi; bu, bir adamdı, o adamın da adı Anjolrasdı. Qranter ona valeh idi, onu sevirdi, ona
sitayiĢ edirdi. Hər Ģeyə Ģübhə edən bu anarxist, bu möhkəm əqidəli gənclərdən hansına yan
almıĢdı?! Onlardan ən möhkəm əqidəçi olanına! Anjolras onu nəyi ilə özünə məftun etmiĢdi?
DünyagörüĢü iləmi? Yox. Öz xasiyyəti ilə. Belə hallar çox tez-tez müĢahidə olunur. Heç bir Ģeyə
inanmayan bir adamın qəti əqidəli bir adama yan alması, çiçəklərin bir-birini tamamlaması
qanunu kimi təbii bir Ģeydir. Bizi həmiĢə özümüzdə çatıĢmayan cəhətlər cəlb edir. Gün iĢığını
kor qədər heç kəs sevmir. Ucaboylu alay təbilçisi cırtdan boylu arvadın tanrısıdır. Quru
qurbağasının gözləri həmiĢə göyə baxır. Niyə? Görsün ki, quĢlar necə uçur. Qranterin qəlbində
Ģübhələr qaynaĢırdı, Anjolrasın varlığında etiqad qanadlanıb uçurdu: buna baxmaq Qranterə
fərəh verirdi. Anjolras onun üçün zəruri idi. Qranter bunu aydın təsəvvür etmirdi, bunun səbəbini
axtarmırdı, lakin Anjolrasın ismətli, təmiz, saf, səmimi, fikrində möhkəm, son dərəcə ciddi,
ürəyiaçıq bir adam olması onu məftun edirdi. Anjolrasın baĢqa təbiətli bir adam olması ilə o
instinktiv surətdə fəxr edirdi. O, mənəvi cəhətdən süst, səbatsız, düĢkün, xəstə, Ģikəst bir adam
olduğundan Anjolrasa pərəstiĢ edirdi, çünki Anjolras möhkəm mənəviyyatlı adamdı. Qranter
möhkəm əxlaqa malik olmadığından Anjolrasın səbatında özünə bir dayaq axtarırdı. Anjolrasın
yanında o da bir növ Ģəxsiyyət olurdu. Bunu da demək lazımdır ki, Qranter özü, sanki, bir yerə
sığmayan iki ünsürün birləĢməsindən ibarətdi. O həm istehzaçı, həm də səmimi idi. O nə qədər
laqeyd olsa da, sevməyi bacarırdı. Onun əqli etiqadsız yaĢaya bilirdi, lakin qəlbi sevgisiz yaĢaya
bilmirdi. Bu, çox ziddiyyətli bir Ģeydir, çünki sevgi özü də etiqaddır. Bunun təbiəti belə idi. Elə
adam var ki, sanki, baĢqasının tərs üzü olmaq üçün yaranmıĢdır. Pollükslar, Patroklar, Nizuslar,
Evdamidaslar, Qefestionlar, Pexmeylər bu zümrəyə daxildi. Belə adamlar ancaq bir baĢqasına
söykənərək yaĢaya bilər; onların adı bir baĢqasının adının mabədidir, həmiĢə də qabağında ―və‖
bağlayıcısı ilə yazılır; onların öz həyatı özgə bir adamın taleyinin astarıdır. Qranter belə
adamlardan biri idi. O, Anjolrasın əks tərəfini təĢkil edirdi.
Demək olar ki, əlifbanın öz hərflərində belə bir yaxınlığın baĢlanğıcı vardır. Əlifbada O və P bir-
birindən ayrılmayan hərflərdir, siz öz mülahizənizə görə, O və P, ya Orest və Pilad deyə
bilərsiniz.
Anjolrasın həqiqi satelliti olan Qranter gecə-gündüz gənclər dərnəyində olurdu. Ancaq orada
özünü yaxĢı hiss edir, cavanlardan bir addım da geri qalmırdı. Onun Ģərab dumanı içərisində bu
gəncləri müĢahidə etməkdən böyük bir sevinci yox idi. Onun özünə isə üzüyola adam olduğu
üçün dözürdülər.
Etiqad sahibi olan, qətiyyən içki içməyən Anjolras bu skeptikə və əyyaĢa nifrət edirdi. O güzəĢtə
gedərək Qranterə bir az diqqət yetirirdi. Qranter qədir-qiyməti bilinməyən Pilada vəziyyətində
qalmıĢdı. Anjolras həmiĢə Qranteri kobud surətdə rədd edərdi, Qranter onun bu amansız
hərəkətinə dözər, yenə də onun yanına qayıdaraq, Anjolras haqqında deyərdi: ―Belə də möhkəm
adam olar?!‖
ĠKĠNCĠ FƏSĠL.
Bossüenin professor Blondonun cənazəsi
üzərində söylədiyi söz.
Bir gün günortadan bir az sonra, təxminən yuxarıda təsvir etdiyimiz hadisənin baĢ verdiyi
zamanda Molu Leql yorğun halda ―Müzen‖ kafesi qapısının çərəngüləsinə söykənib durmuĢdu; o
dincələn kariatidaya oxĢayırdı, onun yeganə bir yükü vardısa, o da öz fikirləri idi. Onun baxıĢları
Sen-MiĢel meydanına sarı çevrilmiĢdi. Bir Ģeyə söykənərək durmaq – ayaq üstə olduğun halda
yataqda uzandığını hiss etmək üsullarından biridir. Xəyalpərəstlər buna heç də etinasızlıq
göstərmirlər. Molu Leql qətiyyən kədər duymadan, kiçik, lakin pis bir hadisə haqqında
düĢünürdü: bu hadisə iki gün əvvəl hüquq fakültəsində onun baĢına gəlmiĢ, gələcək haqqında
olan dolaĢıq planlarını daha da dolaĢdırmıĢdı.
Bizim xəyallarımız kabrioletin öz yolu ilə getməsinə, biz xəyalpərəstlərə isə ona diqqət
yetirməyə mane ola bilməz. Molu Leql yuxulu olsa da, dalğın halda ətrafına baxırdı; birdən o,
meydanda ağır-ağır, sanki, tərəddüd içində irəliləyən ikiçarxlı bir ekipaj gördü. O niyə bura
gəlirdi? O niyə belə yavaĢ-yavaĢ gəlir? Leql ekipajın içinə baxdı. Ekipajda sürücü ilə yan-yana
cavan bir oğlan oturmuĢdu, oğlanın da yanında böyük bir yol torbası vardı. Torbaya bir vərəqə
tikilmiĢdi, vərəqəyə iri, qara hərflərlə Marius Ponmersi adı yazılmıĢdı.
Leql bu adı görcək vəziyyətini dəyiĢdi. Bədənini dikəltdi, ekipajda oturan cavan oğlana dönərək
çığırdı:
– Cənab Marius Ponmersi!
Səsi eĢidib ekipajı saxladılar.
Ekipajdakı cavan oğlan da, görünür, dərin fikrə dalmıĢdı, baĢını qaldırıb soruĢdu:
– Nə var?
– Cənab Marius Ponmersi sizsiniz?
– Bəli, mənəm.
Molu Leql:
– Mən sizi axtarıram, – dedi.
Marius buna təəccüb etdi:
– Niyə? – Ekipajdakı, doğrudan da, Marius idi. O, babasının yanından gedirdi, amma o,
qarĢısında duran adamı birinci dəfə idi görürdü: – Mən sizi tanımıram.
Leql:
– Mən də sizi tanımıram, – deyə cavab verdi.
Marius düĢündü ki, deyəsən, zarafatçı adama rast gəlmiĢdir, günün günorta çağında onu ələ
salmaq istəyir, lakin indi onun zarafat eləməyə təhəri yox idi. QaĢqabağını tökdü. Molu Leql isə
sakitcə sözünə davam etdi:
– Siz dünən yox, srağagün mühazirəyə gəlməmiĢdiniz?!
– Ola bilər.
– Ola bilər deyil, doğrudan da, gəlməmiĢdiniz.
Marius soruĢdu:
– Siz tələbəsiniz?
– Bəli, cənab, mən də sizin kimi tələbəyəm. Dünən yox, srağagün mən təsadüfən universitetə
getmiĢdim. Bilirsinizmi, hərdən adamın ağlına belə qəribə Ģeylər gəlir. Professor adları oxumağa
təzəcə baĢlamıĢdı. Bu zaman onun sifəti, özünüz bilirsiniz, yaman pis olur. Adamın adını üç dəfə
çağırır, cavab vermədinmi, siyahıdan pozur, altmıĢ frankınız da batıb gedir.
Marius daha diqqətlə qulaq asmağa baĢladı. Leql sözünə davam edərək dedi:
– Adları Blondo oxuyurdu. Sizə məlumdur ki, o, çox yaxĢı iy bilir. Gəlməyənləri məmnuniyyətlə
axtarır. O, hiyləgərlik göstərərək P hərfindən baĢladı. Mən qulaq asmırdım, çünki bu hərfin mənə
dəxli yoxdur. Adların oxunması pis getmirdi, tələbələrin hamısı orada idi, pozmağa adam
tapmırdı. Blondo qəmgin idi. Mən öz-özümə dedim: ―Əzizim Blondo, görünür, bu dəfə sən heç
kəsin evini yıxa bilməyəcəksən‖. Birdən o çağırdı: ―Marius Ponmersi‖. Cavab verən olmadı.
Blondo sevinərək, bu dəfə bərkdən dedi: ―Marius Ponmersi‖! Yenə də cavab verilmədiyini görüb
qələmə əl atdı. Cənab, inanın ki, mən qəlbsiz bir heyvan deyiləm. O saat öz-özümə dedim:
―Görürsənmi, yaxĢı bir oğlanın adını pozmaq istəyirlər. Dayan! Kim ki, intizamlı deyil, əsl adam
da odur. Bu, sizin üçün sinifdəki birinci Ģagird deyil. Əzbərçiliklə məĢğul olmur: oturub kitab
oxumaqdan Ģalvarını yırtmır, bu, sizin üçün məlumatla çinədanı dolduran, lovğa-lovğa baĢını dik
tutan, elmi, ədəbiyyatı, teologiyanı və bu kimi alimanə Ģeyləri üzdən bilən ağzından süd iyi gələn
bir uĢaq deyil, beyinsiz bir ədabaz, kütün, fərsizin biri deyil. Bu, hörmətli bir tənbəl və avarının
biridir, Ģəhər kənarında gəzməyi xoĢlayır, yüngül əxlaqlı qızların dostu əzizidir, arvadbazdır,
bəlkə də, elə bu saat o, mənim sevdiyim bir qızın yanında oturmuĢdur. Onu xilas etmək lazımdır.
―Blondoya ölüm!‖ Bu zaman Blondo çirkli qələmini mürəkkəbə batırdı, yırtıcı bir nəzərlə
auditoriyanı gözdən keçirib, üçüncü dəfə dedi: ―Marius Ponmersi!‖ Mən cavab verdim:
―Buradayam!‖ Bax, buna görə də sizin adınızı pozmadılar...
– Ġcazə verin, cənab.
Molu Leql onun sözünü tamamladı:
– Amma mənimkini pozdular.
– Mən sizin dediyinizi baĢa düĢmürəm.
Lekl izah etdi:
– Bu, çox adi bir Ģeydir. Cavab vermək üçün mən kafedraya yaxınlaĢdım, sonra əkilmək üçün tez
özümü qapıya sarı verdim. Professor gözünü məndən çəkmirdi. Görünür, o, Bualonun dediyi
kimi, havadan iy alan adamlar cinsindəndir; birdən o ―L‖ hərfinə addadı. ―L‖ – mənim hərfimdir.
Mən Moldanam, familiyam – Leqldir.
Marius onun sözünü kəsdi:
– L’Eql. Nə gözəl addır!
– Bəli. Blondo bu gözəl ada çatanda çığırır: ―Leql!‖
Mən də cavab verdim ki, ―Burada!‖ Blonda pələng həlimliyi ilə mənə baxdı, gülümsəyərək dedi:
―Əgər siz Ponmersinizsə – deməli, Leql deyilsiniz‖. Bu cümlədə sizə qarĢı elə nəzakətli bir Ģey
olmasa da, onun məndən ötrü mənhus mənası vardı. Blondo bunu deyib, mənim adımı pozdu.
Marius həyəcanla dedi:
– Cənab, bu, məni çox məyus etdi.
Leql onun sözünü kəsdi:
– Hər Ģeydən əvvəl, icazə verin mən Blondonu bir neçə sözlə hörmətkaranə yad edim. Tutaq ki,
o ölüb. Bundan o, çox çətin ki, indikindən daha artıq solğun, daha soyuq, daha hərəkətsiz və
daha üfunətli olsun. Buna görə də mən deyirəm: Erudimini qui judicatis terram1. Burada Blondo
yatır, Yekəburun Blondo, Nasica Blondo, nizam-intizam öküzü bos disciplinae, siyahıların
zəncirli iti, adları yoxlama dahisi! O inaddı, kütdü, nöqtədandı, höcətdi, sözəyatmazdı, iyrəncdi.
O, məni tələbəlik siyahısından pozan kimi, Allah-taala da onu dirilər siyahısından pozdu.
Marius:
– Bu, məni yaman dərdləndirdi... – deyərək, yenə də sözə baĢlamaq istədi.
Molu Leql:
– Cavan oğlan, qoy, bu, sizə ibrət dərsi olsun, – dedi, – bundan sonra intizamlı olun.
– Mən buna lap ürəkdən təəssüf edirəm.
- Gələcəkdə özünüzü elə aparın ki, sizin üstünüzdə yoldaĢlarınızı siyahıdan pozmasınlar.
– Bu, mənim üçün böyük dərddir...
Leql qəhqəhə ilə güldü:
– Amma mənim üçün böyük sevincdir. Az qalmıĢdı ki mən advokat adını alım. Bu, məni xilas
etdi. Mən advokatlıq Ģöhrətini istəmirəm. Mən nə dul arvadları müdafiə edəcəyəm, nə də
yetimləri incidəcəyəm. Mənə nə mantiyaya bürünmək, nə də təcrübə keçmək lazım olacaq.
Nəhayət, mən fakültədən çıxarılmağıma müvəffəq oldum. Cənab Ponmersi, bu məsələdə mən
sizə minnətdaram. Buna görə də fikrim budur ki, öz təĢəkkürümü təntənəli surətdə izhar etmək
üçün sizin yanınıza gəlim. Siz harada olursunuz?
– Bu kabrioletdə.
Leql elə o saat dedi:
– Deməli, siz varlısınız. Çox Ģadam. Belə bir mənzilin illik kirayəsi gərək azı doqquz min frank
olsun.
Bu anda Kurfeyrak kafedən çıxdı:
Marius qəmgin-qəmgin gülümsədi:
– Ġki saatdır mən bu mənzildəyəm, çox arzu eləyirəm ki, buradan tez çıxıb gedim. Ancaq belə bir
məsələ var: getməyə yerim yoxdur.
Kurfeyrak dedi:
– Cənab, gedək bizə.
Leql:
– Əslinə qalanda, bu iĢdə birincilik mənimdir, – dindi, – ancaq bədbəxtlik burasındadır ki,
mənim evim yoxdur.
Kurfeyrak onun sözünü kəsdi:
– Bossüe, səsini kəs.
Marius təəccüblə dedi:
– Bossüe? Mən elə güman edirdim ki, sizin familiyanız Leqldir.
Leql:
– Bəli, Molu Leql, – deyə cavab verdi, – ikinci adım Bossüedir.
Kurfeyrak kabrioletə minib sürücüyə əmr etdi:
– Port-Sen-Jak mehmanxanasına!
Elə o axĢam Marius Port-Sen-Jak mehmanxanası otaqlarından birinə köçdü; onun otağı
Kurfeyrakın otağı ilə yan-yana idi.
ÜÇÜNCÜ FƏSĠL.
Marius daha çox heyrət edir.
Bir neçə gündə Mariusla Kurfeyrak dostlaĢdılar. Gənclik – sürətlə yaxınlaĢmaq və yaraların tez
sağalması dövrüdür. Kurfeyrakın yanında Marius özünü rahat hiss edirdi; əvvəllər belə hiss ona
məlum deyildi. Kurfeyrak ondan heç bir Ģey soruĢmurdu. Bu heç onun ağlına da gəlmirdi. Bu
yaĢda hər Ģey dərhal adamın üzündən bilinir. Daha söz söyləmək artıqdır. Bəzi gənclərin üzünə
baxanda görürsən ki, onların üzü ürəyindəkilərin hamısını açıb deyir. Bu gənclərin bir-birini baĢa
düĢməsi üçün bir-birinə baxması kifayətdir.
Bununla belə, bir gün səhər çağı Kurfeyrak birdən, heç gözlənilmədiyi halda, Mariusdan
soruĢdu:
– Qoy sizdən bir söz soruĢum: sizin siyasi əqidəniz varmı?
Marius bu sualdan bir az incidi də:
– Əlbəttə, var.
– Siz kimsiniz?
– Demokrat – bonapartist.
Kurfeyrak:
– Çox solğun bir rəngdir, – dedi.
Ertəsi gün Kurfeyrak Mariusu özü ilə bərabər ―Müzen‖ kafesinə apardı. Orada gülümsəyə-
gülümsəyə Mariusun qulağına pıçıldadı: ―Sizə kömək etmək lazımdır ki, inqilaba daxil olasınız‖.
Bunu deyib onu ―Əlifba dostları‖ otağına apardı. Sonra Mariusu yoldaĢlarına təqdim etdi və
astadan bunu da söylədi: ―ġagird‖. Marius onun bu adi sözlə nə demək istədiyini baĢa düĢmədi.
Marius bura gəlməklə, sanki, kəskin fikirlərin arı yuvasına düĢmüĢdü. Lakin o özü də, ciddi və
susağan olsa da, həmin bu sancan arılar cinsinə mənsubdu.
Marius bu vaxta qədər tək yaĢamıĢdı, etdiyi vərdiĢlərə və təbiətinə görə monoloqlara, öz-özü ilə
danıĢmağa meyil edirdi, buna görə də hər tərəfdən onun baĢına yığıĢan gənclər içərisində o,
özünü birtəhər hiss edirdi. Bu gənclərin qaynar və coĢqun ehtirası onu həm cəzb edir, həm də
əsəbiləĢdirirdi. Onun fikirləri susmaq bilməyən bu sərbəst fikirli adamların yaratdığı ideya
burulğanı içində hərlənib-fırlanırdı. Bu ruhi ĢaĢqınlıq anlarında fikirləri bəzən elə dağılırdı ki,
onları güclə bir yerə toplaya bilirdi. O öz ətrafında fəlsəfə, ədəbiyyat, tarix, din haqqında heç
gözlənilməyən rəylər eĢidir, çox qəribə fikirlərlə tanıĢ olurdu. Bunları o, gələcək haqqında heç
bir Ģey düĢünmədən eĢidirdi, ona görə də bu Ģeylərin hərc-mərclik olduğuna əmin deyildi. O,
atasının əqidəsi xatirinə babasının əqidəsindən üz çevirmiĢdi, elə bilirdi ki, möhkəm bir
dünyagörüĢü əldə etmiĢdi; indi isə böyük bir qorxu və həyəcan içində hiss edirdi ki, bu, deyəsən,
belə deyil, lakin bunu öz-özünə etiraf etməyə cəsarəti çatmırdı. Onun nöqteyi-nəzəri yenə də
yerini dəyiĢməyə baĢladı; fikir dairəsi müntəzəm surətdə təkrar olunan xarici təkanlar nəticəsində
sarsıldı. Bu qəribə bir daxili qırılma idi. Bu ona az qalırdı ki, əzab versin.
Bu gənclər üçün, elə bil, ―heç bir müqəddəs Ģey‖ yox idi. Marius hər məsələ barəsində çox
qəribə sözlər eĢidir, bu, onun hələ cəsarətlənməyən əqlini çaĢdırırdı.
Budur, bir teatr elanı gözə çarpır; elanda ―klassik‖ deyilən köhnə faciələrin adı göstərilmiĢdir.
Baorel çığıraraq deyir: ―Rədd olsun burjuanın ürəyinə xoĢ gələn faciə!‖ Marius Kombeferin ona
etiraz etdiyini eĢidir:
– Baorel, sən yanılırsan. Burjuaziya faciəni xoĢlayır, qoy xoĢlasın, bu məsələdə burjuaziyanı
rahat buraxaq. Pariklə oynanılan faciənin yaĢamağa haqqı var. Mən Esxil naminə bu haqqı onun
əlindən almaq istəyənlərin fikri ilə razılaĢmıram. Təbiətin özündə kobud Ģeylərə rast gəlmək
olur, onun yaratdığı Ģeylərin içində hazır parodiyalar da var: baxırsan ki, nə dimdik kimi
dimdikdir, nə qanad kimi qanaddır, nə üzgəc kimi üzgəcdir, nə pəncə kimi pəncədir, qəmgin bir
çığırtısı var, amma adamda gülüĢ oyadır, bu nədir – ördək! Madam ki, hələ sərbəst quĢlarla
bərabər ev quĢları da vardır, niyə onda antik faciəsi ilə bərabər, klassik faciə olmasın – mən
bunun olmaması üçün bir əsas görmürəm.
Bir dəfə də təsadüfən Anjolras və Kurfeyrakla birlikdə Jan-Jak Russo küçəsilə gedəndə Marius
belə bir söhbətin Ģahidi oldu.
Kurfeyrak Mariusun qoluna girərək dedi:
– Fikir verin, biz Sıvaq küçəsindəyik, indi buna Jan Jak Russo küçəsi deyirlər; ona görə deyirlər
ki, altmıĢ il bundan əvvəl burada gülməli bir ər-arvad yaĢamıĢdır. Jan- Jakla Tereza! Vaxtdan-
vaxta burada kiçik məxluqlar anadan olurmuĢ: Tereza dünyaya çağa, Jan Jak isə atılmıĢ uĢaq
gətirirmiĢ.
Anjolras sərt onun sözünü kəsdi:
– Jan Jakın xatirəsini ləkələməyin. Mən ona pərəstiĢ edirəm. O öz uĢaqlarından üz çevirsə də,
bütün xalqı övladlığa götürmüĢdü.
Bu gənclərdən heç biri ―imperator‖ sözünü iĢlətmirdi. Yalnız Jan Prüver bəzən ―Napoleon‖
deyirdi, o biriləri isə Napoleona ―Bonapart‖, Anjolras isə hətta Buonaparte deyirdi.
Mariusda bu tutqun bir heyrət hissi oyadırdı. Bu hiss initium apientiae1 idi.
DÖRDÜNCÜ FƏSĠL.
―Müzen‖ kafesinin dal otağı.
Bizim bu gənclər arasında gedən bir söhbət Mariusa, doğrudan da, sarsıdıcı təsir bağıĢladı;
Marius da bu söhbət zamanı arabir söz söyləyirdi.
Söhbət Müzen kafesinin dal otağında gedirdi. O axĢam ―Əlifba dostları‖nın çoxu ora yığıĢmıĢdı.
Kenket bayramsayağı yanırdı. Oradan-buradan danıĢırdılar, ancaq söhbətə elə bir ehtiras
göstərmirdilər. Bircə elə Anjolrasla Marius susurdu, qalanları ağızlarına gələni danıĢırdılar.
YoldaĢlar arasında olan söhbət bəzən belə dinc boĢboğazlıq Ģəklini alır. Bu, söhbətdən artıq bir
oyun, söz qarmaqarıĢıqlığı idi. Bir-birinə söz atır, bu sözü havada tuturdular. Hər tərəfdən
danıĢıq səsi gəlirdi.
Otağa, qabyuyan Luizondan baĢqa, heç bir qadın buraxmırdılar, Luizon hərdənbir qab-qacaq
yuyulan otaqdan çıxıb aĢxananın ―laboratoriya‖sına gedəndə buradan gəlib keçirdi.
Qranter bərk dəm idi; otağın bir tərəfinə çəkilib oradan hər cür cəfəngiyat söyləyir, öz səsi ilə
hamının səsini batırırdı.
O bağıra-bağıra deyirdi:
– Ey bəni-adəm, mən yanıram! Mən bir yuxu görmüĢəm. Gördüm ki, guya, Qeydelberq çəlləyini
iflic vurub, guya, ona on iki zəli qoyublar, guya, o zəlilərdən biri mənəm. Mən içmək istəyirəm.
Dünyanı unutmaq istəyirəm. Həyat ən iyrənc bir Ģeydir bunu yaratmaq kimin ağlına gəlib? O,
bir an davam edir, qiyməti də bir quruĢ! YaĢamağa baĢladınmı mütləq bir iĢdə kəllə-mayallaq
gedəcəksən. Həyat dekorasiyalı bir səhnədir, orada rekvizit çox azdır. XoĢbəxtlik – bir tərəfi
rənglənmiĢ köhnə bir çərçivədir. Ekkleziast deyir: ―Dünya fanidir‖. Bu əziz, mehriban qoca,
bəlkə, heç yer üzündə yaĢamamıĢdır, ancaq mən onun fikrilə tamam Ģərikəm. Sıfır – çılpaq
gəzməmək üçün faniliklə bəzənir. Ey fanilik! Ey hər Ģeyi gurultulu sözlərlə bəzəmək meyili!..
Sən mətbəxi – laboratoriyaya, oynayanı – rəqs müəlliminə, akrobatı – gimnasta, yumruq
döyüĢçüsünü – boksçuya, aptekçini – kimyagərə, dəlləyi – rəssama, suvaqçını – memara, jokeyi
sportsmenə, məryəmqurdunu – düzayaqlılar cinsindən olan xərçəngvarı bir Ģeyə çevirirsən.
Faniliyin həm üzü, həm astarı var. Üz tərəfdən o, kütdür – zınqırovlu bir zəncidir, astar
tərəfindən axmaqdır – cındır geyimli filosofdur. Mən birincinin halına ağlayıram, ikinciyə
gülürəm. O Ģeyə ki Ģərəf və yüksək rütbə deyilir, hətta ən həqiqi Ģərəf və Ģöhrət olsun – üzünə
qızıl suyu çəkilmiĢ saxtakarlıqdır. Ġnsan Ģöhrətpərəstliyi padĢahlar üçün oyuncaqdır. Kaliqula atı
konsul etdi, Ġkinci Karl qızartmaya rıtsar məziyyəti verdi. Belə bir vəziyyətdən sonra incitatus1
və baronet Rostbifin məclisində rütbələr və ordenlərlə lovğalanmaq necə olar! O ki qaldı insanın
daxili keyfiyyətinə bunun da bir qiyməti var. QonĢunun qonĢuya söylədiyi mədhiyyələrə qulaq
asmaq kifayətdir. Ağ həmiĢə ağa qarĢı amansızdır. Ağ zanbaq danıĢa bilsəydi, göyərçin ondan
zərər çəkərdi! Yalançı mömin haqqında hökm verən riyakar gürzədən, ən zəhərli ilandan da
zəhərlidir. Hayıf ki, mən nadanam, yoxsa sizə bir yığın misal gətirərdim, ancaq mən heç bir Ģey
bilmirəm. Bunu da deyim ki, ağıl cəhətdən mən heç vaxt kəsirdə qalmamıĢam. Qroun yanında
oxuyanda vaxtımı boĢ yerə keçirməzdim, öz xeyrim üçün bir iĢ elərdim: Ģəkil çəkməzdim, lakin
alma oğurlardım. Pis Ģəkil çəkmək, ya alma oğurlamaq – bir Ģeydir! Bunu mən öz barəmdə
deyirəm. Sizin də qiymətiniz bundan artıq deyil. Sizin kamalınıza, məziyyətinizə, keyfiyyətinizə
mən tüpürmək istərdim! Hər bir yaxĢı keyfiyyət nöqsana da çevrilə bilər: qənaətçi – xəsisin
qohumudur, səxavətli – bədxərcin qardaĢıdır, igid – özünü öyənin yoldaĢıdır, mülayim sözlərdən
həmiĢə yaltaqlıq qoxusu gəlir. Diogenin plaĢında nə qədər yırtıq varsa, fəzilətdə də bir o qədər
qəbahət var. Siz kimi üstün tutursunuz, ölənimi, öldürənimi? Sezarımı, Brutumu? Adətən hamı
öldürənin tərəfində olur. YaĢasın Brut, o, adam öldürmüĢdür! Bax, buna ―fəzilət‖ deyilir! YaxĢı
da, qoy fəzilət olsun, buna eyni dərəcədə ―dəlilik‖ deyilir. Bu böyük adamların bir çox qəribəliyi
də olmuĢdur. Sezarı öldürən Brut uĢaq heykəlinə vurulubmuĢ. Bu heykəli yunan heykəltəraĢı
Stronkilion yaradıbmıĢ. ―Gözəlqıçlı Evknemoz‖ adlı atlı qadın heykəlini də o yaratmıĢdır. Neron
hara getsə bu heykəli özü ilə aparırmıĢ. Stronkiliondan ancaq bu iki heykəl qalmıĢdır, bunlar da
Brutla Neronun yaxınlığı üçün bir zəmin olmuĢdur. Heykəllərdən birinə Brut, o birinə Neron
vurulubmuĢ. Tarix ancaq zəhlətökən bir gövĢəkdir. Bir əsr ağına-bozuna baxmadan o biri əsrin
hər Ģeyini soyub əlindən alır. Marenqo ətrafında olan vuruĢma Pidna ətrafında gedən vuruĢmanın
eynidir; Xlodvikin Tolbiakı, Napoleonun Austerlitsi iki damla qan kimi bir-birinə oxĢayır. Mən
qalibiyyətə heç bir əhəmiyyət vermirəm. Qalib gəlmək – axmaqcasına bir məĢğuliyyətdir. Qalib
gəlmək deyil, inandırmaq lazımdır – tərifəlayiq budur. YaxĢı da, hünəriniz var, bircə Ģeyi sübut
edin! Əldə etdiyiniz müvəffəqiyyətlər, istilalar kifayətdir! Belə də bəsitlik, belə də rəzalət
olarmı?! Əfsus, hara baxırsan, boĢluq və alçaqlıq görürsən! Hər Ģey, hətta sərf-nəhv də
müvəffəqiyyətə tabe olur. Horatsi: ―Si volet usus‖1 deyir. Bax, buna görə də mən insanlara nifrət
edirəm. Ġndi ümumidən xüsusiyə keçmək yaxĢı olmazmı? Bəlkə də, siz gözləyirsiniz ki, mən
xalqları tərif edəcəyəm? Hansı xalqdan baĢlayım, icazə verin bunu sizdən soruĢum.
Yunanlardanmı? Qədim zamanın parisliləri olan afinalılar Fokionu öldürdülər; burada adam
qeyri-ixtiyari olaraq istəyir ki, bu ölümü Koliniyinin ölümü ilə müqayisə etsin; Afinada
müstəbidlərə elə alçaqcasına yaltaqlıq edilirdi ki, Anatsefor Pizistrat haqqında Guya, belə
demiĢdi: ―Onun sidiyinin iyinə bal arıları uçub gəlirmiĢ‖. Yunanıstanda, yarım əsr müddətində
Filet adlı balacaboy, zəif, sısqa bir sərf-nəhvçi çox nüfuzlu bir Ģəxs olmuĢdur,o öz ayaqqabısına
qurğuĢun vururmuĢ ki, külək onu aparmasın. Korinfin baĢ meydanında Silanionun düzəltdiyi,
Plinin təsvir etdiyi bir heykəl qoyulmuĢdu. Bu, Epistatın heykəli idi. Epistat nə böyük iĢ
görmüĢdü? O, ―badalaq‖ üsulunu icad etmiĢdi. Əsas etibarilə Yunanıstan və onun Ģöhrəti
haqqında bunu demək olar. Sonra. Ġndi mən kimi tərifləyim? Ġngiltərəni ya Fransanı? Fransanı?
Nə üçün? Parisə görəmi? Mən Afina haqqında öz fikrimi dedim. Ġngiltərənimi? Nə üçün?
Londona görəmi? Mənim Kartacadan zəhləm gedir. Bunu da demək lazımdır ki, London yalnız
zinət və ehtiĢam metropolu deyil, eyni zamanda, yoxsulluq paytaxtıdır. Bircə elə Carinq-Krosda
ildə yüzə qədər adam acından ölür. Albion deyilən, bax, budur! Məsələni tamamlamaq üçün bir
Ģeyi də əlavə etmək istəyirəm: bir dəfə mən qızılgüldən çələng taxıb, gözünə göy gözlük qoyub
oynayan bir ingilis qadını gördüm. Gəlin Ġngiltərəyə yanıq verək! Lakin mənim Con Bulu tərif
etməməyim qardaĢı Conatanı tərif etmək arzusunda olduğumu göstərir? Qətiyyən! Bu quldur
qardaĢa mənim heç də hüsn-rəğbətim yoxdur. Ġngiltərənin əlindən time is money1-yi alın – onda
Ġngiltərədə nə qalar? Amerikanın əlindən cotton is king2-i alın, – onda Amerikada nə qalar?
Almaniyanın xasiyyəti limfatik xasiyyətdədir. Ġtaliyanınkı tünddür. Bəlkə, biz Rusiya ilə fəxr
edək? Volter Rusiyanı çox tərifləmiĢdir. Lakin o, Çini də çox tərifləmiĢdir. Mən Rusiyanın öz
üstünlüyü, o cümlədən, möhkəm istibdad hökuməti olduğunu inkar etmirəm. Ancaq mənim
müstəbidlərə yazığım gəlir. Onların bədəni kövrəkdir. Boynu vurulmuĢ Aleksey, xəncərlə
öldürülmüĢ Aleksey, xəncərlə öldürülmüĢ Pioter, boğulmuĢ Pavel, təpik altında əzilmiĢ baĢqa bir
Pavel, bir sıra boğazlanmıĢ Ġvanlar, bir neçə zəhərlənmiĢ Nikolaylar, Vasililər – bunlar hamısı
aydınca göstərir ki, rus imperatorları sarayındakı vəziyyət səhhət üçün zərərlidir. Bütün mədəni
xalqlar arasında olan bir hadisə mütəfəkkirləri təəccübləndirir. Mən müharibəni nəzərdə tuturam,
çünki müharibə, eyni zamanda, mədəni müharibə insan trabugərlərinin Jakk dərəsindəki
hücumlarından tutmuĢ komancı hindusilərinin talanlarına kimi hər cür zorakılıq, quldurluq
üsuluna əl atır. Siz deyirsiniz ki, ah, belə söhbətləri buraxın getsin, Avropa, hər halda, Asiyadan
yaxĢıdır! Mən Asiyanın gülünc olduğunu inkar etmirəm. Ancaq, ey Avropa xalqları, mən sizin
dalaylamanı ələ salmanızda bir əsas görmürəm: siz ki padĢah ailələrinin bütün murdar
vərdiĢlərini də, kraliça Ġzabellanın çirkli köynəyini də, dofinaların ayaqyolu kürsüsünü də öz
modalarınıza, gündəlik zərif ədalarınıza qatmısınız! Yox, aldada bilməzsiniz, cənab insanlar!
Brüsseldə ən çox pivə, Stokholmda araq, Madriddə kakao, Amsterdamda ardıc arağı, Londonda
Ģərab, Ġstanbulda qəhvə, Parisdə yovĢan arağı içirlər. Bu da sizin istədiyiniz bütün faydalı
məlumat! Amma, ümumiyyətlə desək, Paris onların hamısını vurub ötüb. Parisdə cır-cındır alan
da naz-nemət içində yaĢayır. Diogenə, yəqin ki, Mober meydanında cır-cındır almaq Pireydə
filosof olmaqdan heç də az ləzzət verməzdi. Bunu da yadınızda saxlayın: cır-cındır alanların
meyxanasına ―zirzəmicik‖ deyirlər. Bunun da ən məĢhurları ―Qazan‖ və ―Sallaqxana‖dır. Ey
aĢxanalar, meyxanalar, məzəxanalar, içkixanalar, restoranlar, yeməkxanalar, Ģərab dükanları,
qəhvəxanalar, xəlifə karvansaraları, cır-cındır alanların ―zirzəmicik‖ləri! Bununla təsdiq edirəm
ki, mən qarınquluyam, özü də RiĢarın aĢxanasında yemək yeyirəm, günorta yeməyinə qırx su
verirəm, istəyirəm çılpaq Kleopatranı bükmək üçün mənim də xalçam olsun, özü də Ġran xalçası.
Bəs axı Kleopatra hanı? Ah, Luizon, sənsən? Gəl, salamlaĢaq.
Qranter lülqənbər olub, ―Müzen‖ kafesinin dal otağında bir bucaqda oturmuĢdu, o belə uzun-
uzadı ibarəpərdazlıq edir, yanından ötən qabyuyan qadına sataĢırdı. Bossüe əlini uzatdı ki, onu
susdursun, lakin Qranter daha da özündən çıxdı.
– Pəncəni çək, Molu qartal! Sənin Artakserskin mənfur hədiyyəsini rədd edən Hippokrat
hərəkətin mənə qətiyyən təsir etmir. Mən səni zəhmətdən xilas edə bilərəm, sakitləĢdirə də
bilərəm. Ancaq mən yaman qəmginəm. Sizə daha nə deyim? Ġnsan çirkindir. Kəpənək yaxĢı
yaranıb, insan yox. Bu heyvanı yaratmaqla Allah-taala bədnam olub. Camaat yığını çox zəngin
çirkinlik mənbəyidir, burada hər cür rəzalət tapmaq olar. Kimi götürsən, zibildir. Qadın gözəldir,
lakin ―namussuz‖ sözü ilə həmahəngdir. Məlum Ģeydir ki, mən qəm azarına tutulmuĢam, bu azar
malxulya ilə, vətən dərdi ilə, hələ üstəlik, qara sevda ilə daha da mürəkkəbləĢmiĢdir; mən
hirslənirəm, özümdən çıxıram, əsnəyirəm, darıxıram, iztirab çəkirəm, inləyirəm. ƏĢi, cəhənnəm
olsun Allahın özü də!
Bossüe onun sözünü kəsdi:
– Ay ER, səsini kəssənə, bəs olmadı! – Bu anda o, təsəvvür etdiyi bir adamla dolaĢıq bir
məhkəmə məsələsini müzakirə edərək, məhkəmə dilində yazılmıĢ bir cümlənin içində batıb
qalmıĢdı, cümlə isə belə qurtarırdı:
―...O ki qaldı mənə, mən hələ hüquq elmində az təcrübəli olduğumdan və ittihamçı rolunda
ancaq bir həvəskar kimi çıxıĢ etdiyimdən, hər halda, aĢağıda yazılanı təsdiq etməyə cəsarət
edirəm, yəni: adi Normandiya hüququna görə, hər il Mixayıl günündə, istisnasız olaraq bütün
torpaq sahiblərindən, senyorun xeyrinə, sair vergilərdən baĢqa, bir də xüsusi torpaqlardan, həm
də irsən keçən, mübahisəli, qısamüddətli, ya uzunmüddətli icarəyə götürülən vergidən azad
olunmuĢ, girov qoyulmuĢ və girov götürülmüĢ torpaqlardan vergi alınır, eyni zamanda, torpaq
qəbalələrindən və...‖
Qranter uzada– uzada dedi:
– ―Exo pərisinin həzin səsi...‖
Qranterin yan tərəfində olan masada qəbir sükutu hökm sürürdü. Ġki qədəh arasındakı bir vərəq
kağız, mürəkkəbqabı və qələm göstərirdi ki, burada vodevil yazırlar. Bu ciddi məsələ astadan
müzakirə olunur və düĢünə-düĢünə əyilən iki baĢ bir-birinə toxunurdu.
– Hər Ģeydən əvvəl, adları təyin etmək lazımdır. Ad olandan sonra mündəricəni də tapıb
uydurmaq çətin olmaz.
– Doğru deyirsən. De gəlsin. Mən yazaram.
– Cənab Dorimon.
– Rentacdır?
– Əlbəttə.
– Onun qızı Selestina...
– ...tina. Sonra?
– Polkovnik Senval.
– Senval çox iĢlənən addır. Valsen yaxĢıdır.
Yeniyetmə vodevilçilərdən bir az kənarda iki nəfər də oturub, səs-küydən istifadə edərək,
astadan duel Ģərtlərini müzakirə edirdilər. DünyagörmüĢ, otuz yaĢlı bir adam on səkkiz yaĢlı
gəncə necə bir düĢmənlə üz-üzə gələcəyini təsvir edirdi.
– Ehtiyatlı olun, iĢi bilmək olmaz! O qoçaq duelçidir. Öz iĢini yaxĢı bacarır. Çox ustalıqla hücum
edir, öz düĢmənini hiylə iĢlətməyə qoymur. Qolu qüvvətlidir, zirəkdir, vəziyyəti tez baĢa
düĢəndir, zərbəni ustalıqla dəf edir, özü isə zərbəni çox sərbəst endirir, onu görüm yox olsun! Bir
də ki, solaxaydır.
Joli ilə Baorel, Qranter oturan küncün əks tərəfində oturub domino oynayır, həm də sevgidən
danıĢırdılar.
Joli deyirdi:
– Sən çox xoĢbəxtsən. Sənin sevgilin gülməkdən baĢqa bir Ģey bilmir.
Baorel:
– Çox nahaq, – dedi, – bu, çox pis hərəkətdir. Adamın sevgilisi həmiĢə gülməməlidir. Bu, bizi
xəyanət eləməyə həvəsləndirir. Onu belə Ģən görüb peĢmançılıq hiss etmirsən, o qəmgin olursa,
bir növ vicdan əzabı çəkirsən.
– Ay nanəcib! Qadın güləndə adamın çox xoĢuna gəlir. Belə olanda siz heç dalaĢmazsınız.
– Bu barədə bizim baĢqa Ģərtimiz var. Biz evlənəndə bir-birimiz üçün sərhəd qoymuĢuq, bu
sərhəddi heç vaxt keçmirik. ġimal tərəf Voya, cənub tərəf isə Jeksə verildi. Bunun da nəticəsində
əbədi sülh yarandı.
– Sülh – xoĢbəxtliyin sakitcə həzm olunması deməkdir.
– Jol-l-l-l-i, sizdə nə var, nə yox? Sənin mamzellə olan dalaĢmağın nə yerdə qalıb? Bilirsən mən
kimi nəzərdə tuturam?
– O elə acıq eləyib durub, amansızca, inadla.
– Sənin kimi arıq bir oğlan bircə elə arıqlığı ilə gərək onu rəhmə gətirəydi.
– Əfsus!
– Sənin yerinə olsaydım, mən ondan uzaqlaĢardım.
– Bunu demək asandır.
– Eləmək də çətin deyil. Səhv eləmirəmsə, onun adı Muzikettadır.
– Bəli. Ah əzizim Baorel, heç bilirsən o necə gözəl qızdır! Çoxlu da kitab oxuyub, çox biliklidir!
Ayaqları balaca, əlləri balaca... həmiĢə də qəĢəng geyinir. Ağ, totuq bir qızdır; elə də gözləri var,
deyərsən, sehrbaz gözüdür. Onun dərdindən lap dəli-divanəyəm!
– Onda gərək onun xoĢuna gəlməyə çalıĢasan. Gərək yaxĢı geyinəsən. Gedib ġtaubdan yaxĢı bir
yun Ģalvar alasan! Bunun təsiri olur.
Qranter çığıraraq dedi:
– Bu təsir çoxmu davam edir?
BaĢqa bir tərəfdə poeziya haqqında qızğın mübahisə gedirdi. Bütpərəst mifologiyası ilə xristian
mifologiyası arasında münaqiĢə qızıĢırdı. Məsələ Olimpə aid idi; bunu müdafiə edən, təbii ki,
romantizmə hüsn-rəğbət bəsləyən Jan Prüver idi. Jan Prüver ancaq sakitlik vəziyyətində utancaq
olurdu. Həyəcana gəldimi, dili açılır, onda ehtiras və coĢqunluq əmələ gəlirdi, o həm
qarĢısındakına istehza edir, həm də lirik bir əhval-ruhiyyə kəsb edirdi.
O, yoldaĢlarına müraciət edərək deyirdi:
– Gəlin allahları təhqir etməyək! Bəlkə də, allahlar hələ sağdır. ġəxsən mən Yupiteri heç də
ölmüĢ hesab etmirəm. Sizcə allahlar ancaq xəyaldır?! Lakin indi də, bu xəyalların dağılıb
getdiyi bir vaxtda da, təbiətdə yenə əvvəlki kimi, qədim bütpərəstliyin bütün böyük əsatirlərini
görmək olar. Öz görünüĢü ilə qalaya oxĢayan bir dağ, lap elə Vinmal dağı olsun, məndən ötrü,
qədim zamanlarda olduğu kimi, Kibelin papağıdır; siz heç bir Ģeylə mənə sübut edə bilməzsiniz
ki, Pan gecələr gəlib, koğuĢlu söyüd ağaclarına, barmaqlarını bir-bir onların deĢiyinə qoya-qoya
üfürmür; mən həmiĢə əmindim ki, PisvaĢ Ģəlaləsinin əmələ gəlməsində Ġonun əli vardır.
Lap aĢağı baĢda siyasətdən danıĢırdılar. Kral fərmanını bərk tənqid edirdilər. Kombefer bu
fərmanı süst bir halda müdafiə edirdi, Kurfeyrak ona Ģiddətlə hücum edirdi. Masanın üstündə bu
məĢum fərmanın məĢhur Tuk nəĢrindən bir nüsxə qoyulmuĢdu. Kurfeyrak vərəqi götürüb havada
silkələyir, vərəqin xıĢıltısı ilə öz dəlillərini möhkəmləndirirdi.
– Birincisi budur ki, mən ümumiyyətlə, bütün kralların əleyhinəyəm. Bircə elə iqtisadi nöqteyi-
nəzərdən mən onları artıq hesab edirəm. Kral həmiĢə tüfeylidir. Havayı kral saxlamaq olmaz. Bir
qulaq asın, görün, krallar neçəyə baĢa gəlir. Birinci Fransisk öləndən sonra Fransanın dövlət
borcu otuz min livr rentası məbləğində idi; on dördüncü Lüdovik öləndən sonra bu borc,
markanın qiyməti iyirmi səkkiz livr hesabından iki milyard altı yüz milyona çatır, bu isə
Demarın dediyinə görə, min yeddi yüz altmıĢıncı ildə dörd milyard beĢ yüz milyona bərabər
olardı, hal-hazırda on iki milyard edərdi. Ġkincisi, qoy Kombefer inciməsin, kral fərmanları
tərəqqi üçün pis vasitədir. Deyirlər, konstitusiya yalanı ona görə lazımdır ki, yeniliyə olan
dönüĢü yüngülləĢdirsin, bunu çox kəskin olmağa qoymasın, zərbəni zəiflətsin, millətə
mütləqiyyətdən demokratiyaya gedən yolu hiss etmədən getməyə imkan versin. Bu dəlillər heç
bir Ģeyə dəyməz! Yox, yox, yox! Hadisələri sakit bir Ģəkildə xalqa göstərmək olmaz. Ən yaxĢı
prinsiplər sizin konstitusiya zirzəmilərinizdə saralıb-solur. Heç bir yarımçıq qərar, heç bir
güzəĢtli uzlaĢma olmamalıdır! Xalqa mərhəmət buyurulub bəxĢ edilən heç bir sərbəstlik lazım
deyil! Bütün belə sərbəstliklərdə həmiĢə on dördüncü maddə vardır. Bir əl ilə verilir, o biri əl ilə
geri alınır. Mən sizin fərmanınızın qəti əleyhinəyəm! Fərman – maskadır, bu maskanın altında
yalan gizlənmiĢdir. Fərmanı qəbul edən xalq öz hüququndan əl çəkir. Haqq nə qədər ki bütövdür
– o haqq qalır. Yox! Heç bir fərman lazım deyil!
QıĢ idi, buxarıda iki odun parçası çartıldaya-çartıldaya yanırdı. Bu od Kurfeyrakı yaman həvəsə
gətirirdi, o, özünü saxlaya bilmədi. Tukun çap etdiyi məĢum fərmanı əlində əziĢdirib oda atdı.
Kağız alıĢdı. Kurfeyrak XVIII Lüdovikin yaratdığı Ģeylərdən ən yaxĢısı olan bu vərəqəyə filosof
sakitliyi ilə baxırdı, o ancaq bu sözlə kifayətləndi:
– Ġstihalə baĢ verdi: fərman alova çevrildi.
Bütün bu Ģeylərin üzərində, fransızların ―canlanma‖, ingilislərin ―yumor‖ dediyi bir vəziyyət
hökmfərma idi. Ġstehza, zarafat, kəskin, qəribə, bayağı sözlər, açıq və axmaq fikirlər, sual-
cavabların soyumuĢ fiĢəngləri otağın hər tərəfindən havaya qalxır, Ģən bir atıĢma təəssüratı
yaradırdı, bu atıĢma oradakıların baĢı üstündə gedirdi.
BEġĠNCĠ FƏSĠL.
Fikir dairəsinin geniĢlənməsi.
Gənclərin fikir münaqiĢəsinin çox gözəl bir cəhəti vardır: qığılcımmı çırtdayacaq, ya ildırımmı
çaxacaq – bunu qabaqcadan bilmək olmur. Bir dəqiqədən sonra nə olacaq? Bunu heç kəs bilmir.
Təsirli bir söz böyük bir gülüĢlə qarĢılana bilər, gülməli bir söz adamı dərindən düĢünməyə
məcbur edər. Meydana atılan ilk söz-söhbətə təkan verir. Belə söhbətlərdə bütün Ģıltaqlıqlar
qanunidir. Adicə bir zarafat heç gözlənilmədən geniĢ bir fikir dairəsi açır. Sürətlə mövzudan-
mövzuya keçmək, bununla da adamın bütün düĢüncələrini qəfildən dəyiĢmək – belə söhbətlərin
səciyyəvi cəhətidir. Bunları hərəkətə gətirən Ģey təsadüfdür.
Birdən dərin bir fikir bir-biri ilə mübahisə edən Qranterin, Baorelin, Prüverin, Bossüenin,
Kombeferin və Kurfeyrakın intizamsız halda söylənilən söz yığınını parçaladı: bunun belə bir
söz hay-küyü içərisində necə əmələ gəldiyi məlum deyildi.
Adamlar bir-birilə danıĢarkən söz arasında baĢqa bir cümlə necə meydana gəlir? Niyə o, heç bir
zahiri səbəb olmadan, qulaq asanların diqqətini cəlb edir? Biz yuxarıda dedik ki, bu, heç kəsə
məlum deyil. DanıĢıq hay-küyü içərisində Bossüe birdən, heç gözlənilmədiyi halda, Kombeferə
etiraz edərək, belə bir tarix söylədi:
– Ġyunun on səkkizində min səkkiz yüz on beĢinci ildə, Vaterloo.
Marius qabağında bir stəkan su, masaya dirsəklənib oturmuĢdu. ―Vaterloo‖ sözünü eĢitcək, o,
əlini çənəsindən çəkdi, oradakılara diqqətlə baxmağa baĢladı.
Kurfeyrak həyəcanla deyirdi:
– Bu on səkkiz rəqəmi nə qəribə rəqəmdir, bu həmiĢə məni heyrətə salırdı. On səkkiz – Bonapart
üçün məĢum bir rəqəmdir. On səkkiz rəqəmi qabağında Lüdoviki, bu rəqəmdən sonra Brümeri
yazın, nəticədə böyük insanın bütün taleyi meydana çıxacaqdır, ancaq bircə mühüm fərq ilə - bu
dəfə son əvvəli qabaqlayır.
Anjolras hələ indiyə qədər heç səsini də çıxarmamıĢdı; bu sözü eĢitcək sükutu pozaraq,
Kurfeyraka dedi:
– Sən demək istəyirsən ki, cəza cinayəti qabaqlayır?
Bu ―cinayət‖ sözü ilə Mariusun səbri tükəndi: onsuz da Vaterloo onun qəfildən yad edilməsi onu
son dərəcə həyəcanlandırmıĢdı.
O yerindən qalxdı, tələsmədən divardan asılan fransız xəritəsinə yaxınlaĢdı; xəritənin aĢağı
tərəfində, ayrı bu dördbucaq dairədə bir ada Ģəkli vardı; barmağını bir adanın üstünə qoyub dedi:
– Bu Korsikadır, Fransanı belə böyük edən bu balaca ada olmuĢdur.
Birdən, sanki, dondurucu bir nəfəs duyuldu. Hamı susdu. Hiss edilirdi ki, bu saat nəsə olacaqdır.
Baorel çox xoĢladığı natiqlik üsullarından birini iĢə salmaq, Bossüeyə ani bir əks-zərbə endirmək
istəyirdi. Lakin Mariusun sözünü eĢidib, bundan vaz keçdi, qulaq asmağa hazırlaĢdı.
Anjolrasın mavi gözləri boĢluğa zillənmiĢdi, o, sanki, heç kəsi görmürdü; Mariusa baxmadan
dedi:
– Böyük olmaq üçün Fransanın heç bir Korsikaya ehtiyacı yoxdur. Fransa ona görə böyükdür ki,
o, Fransadır. Quia nominop leo1.
Lakin Marius qətiyyən geri çəkilmək fikrində deyildi. O, Anjolrasa sarı döndü, daxili
həyəcandan titrəyən bir səslə bərkdən dedi:
– Allah eləməsin ki, mən Fransanın böyüklüyünü endirim! Fransa ilə Napoleonu birləĢdirmək
heç də Fransanın böyüklüyünü endirmək deyil! Qulaq asın, gəlin açıq danıĢaq. Mən sizin
aranızda yeniyəm, amma, etiraf edirəm ki, siz məni təəccübləndirirsiniz. Gəlin izah edək,
aydınlaĢdıraq, görək, biz kimin tərəfindəyik, biz kimik? Siz kimsiniz, mən kiməm? Ġmperator
haqqında öz fikrimizi səmimi-qəlb ilə açıb deyək. Siz ona, royalistlər kimi Buonapart deyirsiniz,
vurğunu da ―u‖ hərfi üzərinə salırsınız. Demək lazımdır ki, mənim babam bu barədə sizi ötüb
keçmiĢdir: O, ―Buonaparta‖ deyir. Mən sizi gənc hesab edirdim. Bəs, hanı sizin gənclik
ehtirasınız? Bu ehtiras nədən ibarətdir? Əgər imperator sizi valeh etməyə layiq deyilsə, onda
buna kim layiq ola bilər? Sizə daha nə lazımdır, siz nə axtarırsınız? Əgər bu böyük insan sizin
xoĢunuza gəlmirsə – bəs onda sizə necə bir böyük insan gərəkdir? Ona hər Ģey verilmiĢdi, o,
kamil bir insandı. Bütün insan qabiliyyəti onun beynində daha mükəmməl bir Ģəkildə əks
olunmuĢdu. O, Yustiniana kimi qanun məcəlləsi tərtib edir, Sezar kimi onların tətbiq olunmasına
sərəncam verirdi; onun danıĢığında, Paskalın danıĢığında olduğu kimi, ildırımlar çaxır, Tatsitin
danıĢığında olduğu kimi, göylər guruldayırdı; o həm tarixi yaradır, həm də yazırdı; onun
bülletenləri də ―Ġliada‖ nəğmələri kimidir; o, Nyutonun rəqəm dili ilə Məhəmmədin məcaz dilini
birləĢdirmək sənətkarlığına malikdi; ġərqdə o öz yolunda ehram kimi böyük sözlər qoyub
gəlmiĢ, Tilzitdə imperatorlara Ģahanəlik öyrətmiĢdir; Elmlər Akademiyasında Laplasa
müvəffəqiyyətlə etiraz etmiĢdir; Dövlət ġurasında Merlenlə mübahisə edərək qalib gəlmiĢdir; o
bəzilərinin cansız həndəsəsinə, bəzilərinin xırda rəsmiyyətçiliyinə həyat verməyi bacarırdı;
yuristlərlə söhbətdə o, bir hüquqĢünas, münəccimlərlə söhbətdə bir astronom olurdu; Kromvel
qənaət üçün iki yanan Ģamdan birini söndürərdi, o da pərdə üçün daha ucuz qotaz almaqdan ötrü
özü tampla gedərdi; o, hər Ģeyi görürdü, hər Ģeyi bilirdi, lakin bu heç də ona öz körpə övladının
beĢiyi üstündə saf bir qəlblə gülməsinə mane olmurdu. Nəhayət, qorxmuĢ Avropa eĢitdi: ordu
səfərə çıxır, toplar gurultu ilə hərəkətə gəlir, çayların üzərində üzən körpülər salınır, ucu-bucağı
görünməyən süvari dəstələri atlarını dördnala çapa-çapa qasırğa kimi irəliləyir, çığırtılar, boru
səsləri ucalır, hər yerdə təxtlər lərzəyə gəlir, dövlətlərin sərhədi xəritədə dəyiĢir, qınından çıxan
xariqüladə bir qılıncın vıyıltısı eĢidilir və nəhayət, imperator üfüqlərdə görünür, onun əllərindən
od, gözlərindən alov saçılır, o, ildırımlar, göy gurultuları içərisində iki qanadını açmıĢdır: bunun
biri böyük ordudur, biri köhnə qvardiya; o, doğrudan da, müharibənin baĢ mələyi idi!
Hamı susurdu; Anjolras baĢını aĢağı dikmiĢdi. Susmaq həmiĢə iki Ģeyi göstərir: bu ya müəyyən
dərəcədə razılıq əlamətidir, ya da o deməkdir ki, düĢmən divara sıxıĢdırılmıĢdır. Marius nəfəsini
dərmədən daha böyük bir ehtirasla sözünə davam etdi:
– Ədalətli olaq, dostlar! Belə bir imperatorun imperiyası! Bir xalq üçün – əgər o xalq Fransa
xalqı isə, əgər o xalq öz dühasını belə bir insanın dühası ilə birləĢdirirsə – bu nə böyük
xoĢbəxtlikdir! Bir adam ki, harada görünsə hökmfərma olmuĢ, hara getsə qalib gəlmiĢ, bütün
dövlətlərin paytaxtını özü üçün istirahət yeri etmiĢ, öz qrenaderlərini kral qoymuĢ, bir qələm
cızması ilə sülalələr ləğv etmiĢ, süngü ilə Avropanı yeni bir Ģəklə salmıĢ, qoy hiss etsinlər ki, o
təhdid edəndə əli Tanrı qılıncının dəstəyində olmuĢdur. Hannibalı, Sezarı, Böyük Karlı öz
Ģəxsiyyətində təcəssüm etdirən bir insanın ardınca getmək, hər gün sizə vuruĢma meydanından
gözəl xəbərlər bəxĢ edən, ―Əlillər evi‖ toplarının yaylım atəĢi ilə sizi oyadan, Morenqo, Arkol,
Austerlits, Ġena, Vaqram kimi sönməz bir atəĢlə yanan gözəl sözləri əbədiyyət girdabına atan bir
adamın xalqı olmaq nə böyük xoĢbəxtlikdir! Kim ki, hər an əsrlər səması zirvəsində yeni
qalibiyyətlər bürcü yaradırsa, o, Fransa imperiyasını Roma imperiyasına bənzədir. Böyük xalq
olmaq, böyük ordu yaratmaq, kainatın hər yerinə öz qartallarını göndərən bir dağ kimi öz
legionlarını dünyanın hər tərəfinə uçurmaq, istila etmək, hökmranlıq etmək, baĢqalarını üzü üstə
düĢürmək, Avropada Ģöhrət günəĢilə parıldayan müstəsna xalq olmaq, nəhəng borularla car çəkib
tarixlərə səs salmaq, dünyaya iki dəfə – həm silahla, həm də parlaq iĢıqla – qalib gəlmək nə
böyük xoĢbəxtlikdir. Bumu gözəl deyil?! Bundan da gözəl Ģey varmı?!
Kombefer:
– Bundan da gözəl – azad olmaqdır, – dedi.
Ġndi Marius baĢını aĢağı dikdi. Bu sadə, təmkinli sözlər, polad bir paz kimi onun ürəyindən
qopan epik söz axınına mıxlandı, Marius bu söz axınının tükəndiyini hiss etdi. O, baĢını
qaldıranda Kombeferi görmədi. Görünür, o, Mariusun təntənəli nitqinə qarĢı söylədiyi sözlərlə
kifayətlənib getmiĢdi, yalnız Anjolrasdan baĢqa, hamı onun ardınca otaqdan çıxmıĢdı. Otaq
boĢalmıĢdı. Marius indi Anjolrasla tək-təkinə qalmıĢdı. Anjolras ciddi nəzərlə Mariusa baxır,
gözlərini ondan çəkmirdi. Marius bir az fikrini toplayaraq, özünü məğlub hesab etmirdi; o hələ
də böyük bir həyəcan içində idi: bu zaman, heç gözlənilmədiyi halda bir adamın səsi
eĢidilməsəydi, yəqin ki, bu həyəcan Anjolrasın əleyhinə çevrilən ümumi mühakimələr Ģəklində
meydana çıxardı. Kim isə pilləkəndən enə-enə oxuyurdu. O, Kombefer idi. O, bu Ģeiri oxuyurdu:
Sezar versə idi mənə Ģan-Ģöhrət.
Taxtü-tac, ox-kaman, bir də hökumət.
Deyərdi, bununçün cinayət elə.
Sevimli anana xəyanət elə.
Sezarın üzünə deyərdim ki: ―Bil.
Mənə bu zir-zibil, yox, lazım deyil.
Anamı sevirəm, sevirəm, ey kor.
Anamı sevirəm, sevirəm, ey kor‖.
Kombefer bu nəğməni həm Ģəfqətlə, həm də ciddi bir ifadə ilə oxuyurdu, bu cür oxunmuĢ
nəğməyə yüksək və xüsusi bir məna verirdi.
Marius dalğın halda baĢını qaldırdı, qeyri-ixtiyari olaraq bu misranı təkrar etdi:
Anamı sevirəm, sevirəm, ey kor.
Elə bu anda o, çiynində Anjolrasın əlini hiss etdi.
Anjolras ona dedi:
– VətəndaĢ, ana – Respublikadır!
ALTINCI FƏSĠL.
Res angusta1.
Bu axĢamkı hadisə Mariusun qəlbində dərin iz buraxdı, onu kədər və zülmətə qərq etdi. Toxum
əkmək üçün dəmirlə yerin sinəsini yararkən yer nə hiss edirsə, o da, yəqin, bunu hiss edirdi; yer
bu zaman ancaq aldığı yaranın ağrısını hiss edir, əmələ gələn həyatın həyəcanı, yetiĢən meyvənin
sevinci sonralar duyulur.
Mariusu ağır bir kədər bürüdü. Bu yaxında o, müəyyən bir etiqad sahibi olmuĢdu; indi bundan əl
çəkməkmi lazımdı? O, öz-özünü inandırırdı ki, belə bir Ģey lazım deyil. Öz-özünə dönə-dönə
deyirdi ki, Ģübhəyə qapılmayacaq, lakin yenə də qeyri-ixtiyari olaraq Ģübhəyə qapılırdı. Ġki din
ayrıcında durmaq son dərəcə ağırdır; bunun birindən o hələ ayrılmamıĢ, o birisinə hələ yan
almamıĢdı, belə qaranlıq ancaq yarasaya oxĢar adamların xoĢuna gələr. Marius sağlam gözlü
adamlardandı, ona təbii gün iĢığı lazımdı. ġübhə alaqaranlığı ona əzab verirdi. O istəyirdi ki, öz
əvvəlki mövqeyində qalsın, yerindən tərpənməsin, lakin bu arzunun əksinə olaraq, çox qüvvətli
bir əl onu qabağa çəkir, irəli sövq etdirirdi, onu tədqiq etməyə, düĢünməyə, qabağa getməyə
təhrik edirdi. O, öz-özünə belə bir sual verirdi: ―Bu, məni aparıb hara çıxaracaq?‖ Atasına
yaxınlaĢmaq üçün o, uzun bir yol keçmiĢdi, indi qorxurdu ki, yenə də atasından uzaqlaĢa bilər. O
nə qədər çox düĢünsə, bir o qədər iztirab çəkirdi. Hər tərəfdə onun gözünə dərin uçurumlar
görünürdü. O nə babası ilə, nə dostları ilə eyni fikrə gələ bilmədi: babası üçün o həddindən artıq
azadfikirli idi, dostları üçün isə həddindən artıq geri qalmıĢdı; o, özünü ikiqat tək hiss edirdi:
həm qocalar, həm də gənclər onu özündən rədd etmiĢdi. O daha Müzen kafesinə getmədi.
Marius daxili bir həyəcan keçirdiyindən öz həyatının bəzi zəruri cəhətləri haqqında heç
düĢünmürdü. Lakin vəziyyət özünü hiss etdirməyi unutmur. O, özünü dümsüklə hiss etdirir.
Bir gün səhər mehmanxananın sahibi Mariusun otağına girib dedi:
– Cənab Kurfeyrak sizə zamin olmuĢdur.
– Bəli.
– Mən otaq haqqını almaq istərdim.
– Kurfeyrakdan xahiĢ edin, mənim yanıma gəlsin. Mən onunla danıĢmaq istəyirəm.
Kurfeyrak gələndən və mehmanxana sahibi gedəndən sonra Marius Kurfeyraka bu vaxta qədər
macal tapıb deyə bilmədiyini, yəni bu dünyada tək qaldığını, ata-anasının olmadığını danıĢdı.
Kurfeyrak soruĢdu:
– Siz indi necə yaĢayacaqsınız?
Marius:
– Bilmirəm, – deyə cavab verdi.
– Siz nə etmək fikrindəsiniz?
– Bilmirəm.
– Sizin pulunuz varmı?
– On beĢ frankım var.
– Məndən borc almaq istəmirsiniz?
– Qətiyyən.
– Sizin paltarınız varmı?
– Olan budur.
– Qiymətli Ģeyiniz necə?
– Saatım var.
– GümüĢdür?
– Xeyr, qızıldır. Budur.
– Mənim paltar alveri eləyən bir tanıĢım var, o, sizin redinqotunuzu da alar, Ģalvarınızı da.
– Çox gözəl.
– Deməli, onda sizin bir Ģalvarınız, bir jiletiniz, Ģlyapanız, bir də sürtükünüz qalır.
– Bir də uzunboğaz çəkməm.
– Doğrudanmı? Deməli, siz ayaqyalın qalmayacaqsınız? Bu, lap yaxĢı!
– Mənə artıq Ģey də lazım deyil.
– Mənim bir saatsaz tanıĢım var, o, sizin saatınızı alar.
– Lap yaxĢı.
– Haradan yaxĢı oldu! Sonra siz nə edəcəksiniz?
– Mən hər iĢ görməyə hazıram, ancaq düz iĢ olsun.
– Siz ingilis dilini bilirsiniz?
– Xeyr.
– Alman dilini necə?
– Onu da bilmirəm...
– Çox təəssüf.
– Niyə?
– Ona görə ki, mənim kitab alveri edən dostum var, o, ensiklopediyaya bənzər bir Ģey nəĢr edir,
siz almancadan, ya ingiliscədən məqalələr tərcümə edə bilərdiniz. Hərçənd, az verirlər, hər halda,
bununla yaĢamaq olar.
– Mən ingilis və alman dilini öyrənərəm.
– O vaxta qədər bəs neynəyərsən?
– O vaxta qədər satılan paltardan və saatdan aldığım pulla yaĢayaram.
Paltar alverçisini çağırdılar. O, Mariusun paltarını iyirmi franka aldı. Saatsazın yanına getdilər.
Saatı o, qırx beĢ franka aldı.
Mehmanxanaya qayıdanda Marius Kurfeyraka dedi:
– Bu, pis olmadı. Məndə olan on beĢ frankla bir yerdə səksən frank eləyir.
Kurfeyrak bir Ģeyi onun yadına saldı:
– Bəs mehmanxana pulu?
Marius:
– Hə, – dedi, – bu, mənim yadımdan çıxıb.
Mehmanxana sahibi haqq-hesab elədi: onun borcu yetmiĢ franka çatırdı. Pulu o, dərhal verməli
idi.
Marius dedi:
– Mənim on frank pulum qalır.
Kurfeyrak həyəcanla:
– Belə də Ģey olar?! – dedi, – siz gərək indi ingilis dilini öyrənənə kimi beĢ frankla yaĢayasınız,
alman dilini də öyrənənə kimi beĢ frankla! Bundan ötrü də ya gərək dilləri çox tez öyrənəsiniz,
ya da pulları çox yavaĢ-yavaĢ xərcləyəsiniz.
Xalası çox axtardıqdan sonra, nəhayət, Mariusun harada yaĢadığını öyrənə bilmiĢdi; əslində, o,
mərhəmətli bir qadındı, bu, xüsusilə, həyatın ağır dəqiqələrində hiss olunur. Bir gün Marius
səhərçağı məĢğuliyyətdən qayıdanda otağında xalasının göndərdiyi bir məktub, bir də möhürlü
bir mücrü gördü: mücrüdə ―altmıĢ pistol‖, yəni qızıl pulla altı yüz frank pul vardı.
Marius pulu, hörmətlə yazılmıĢ bir məktubla bərabər xalasına göndərdi, məktubda yazılmıĢdı:
―YaĢamağa pulum var, bundan sonra özüm-özümü dolandıra bilərəm. Bu zaman onun cəmisi üç
frank pulu qalmıĢdı.
Madmazel Jilnorman Mariusun pulu geri göndərdiyini qocaya demədi, qorxdu ki, bununla onu
lap hirsləndirsin. Bir də ki, qoca özü Mariusun yanında ona tapĢırmıĢdı ki: ―Bir də bu qaniçənin
adını mənim yanımda çəkmə‖.
Marius borca düĢməmək üçün Port-Sen-Jak mehmanxanasından çıxıb getdi.
BĠRĠNCĠ FƏSĠL.
Marius səfalət içində.
Həyat Marius üçün çox ağır oldu. Saatla paltarının pulunu xərclədi, lakin bu hələ harası idi?!
Onun baĢına elə müsibətlər gəldi ki, bunu heç təsvir etmək mümkün deyil, çox məĢəqqətli günlər
gördü. Ehtiyac dəhĢətli Ģeydir; bu, gündüzlər çörəksiz, gecələr yuxusuz, axĢamlar iĢıqsız, odsuz-
ocaqsız qalmaq deməkdir; bu, o deməkdir ki, həftələrlə heç bir Ģey qazana bilməyirsən, sabah
üçün də heç bir ümid yeri yoxdur; axĢam evə qayıdanda qapını qıfıllı görürsən, çünki ev
kirayəsini verməmisən; bu, dirsəyi dağılmıĢ sürtük, cavan qızları güldürən köhnə Ģlyapa,
qapıçının, aĢxana sahibinin həyasızlığı, qonĢuların qımıĢması, heysiyyətin təhqir olunması, hər
cür iĢə razı olmaq zərurəti, hər Ģeyə nifrət etmək, acı hisslər duymaq, alçalma, ruh düĢkünlüyü
deməkdir. Marius bu Ģeylərə dözməyə, buna təəccüb etməməyə öyrəĢmiĢdi, çünki baĢqa əlacı
yox idi. Ömrün bu çağında öz ləyaqətini dərk etmək daha zəruridir, çünki sevgi özü zəruridir;
lakin hər yerdə ona gülürdülər, çünki o pis geyinmiĢdi, hamı ona həqarətlə baxırdı, çünki o,
kasıbdı. Ömrün bu çağında, gənclik bizim qəlbimizi Ģahanə bir qürurla doldurduğu bir zamanda,
o dəfələrlə xəcalət çəkə-çəkə, qızara-qızara baĢını endirib yırtıq çəkmələrinə baxmıĢdı, heç layiq
olmadığı halda, yoxsulluq biabırçılığının əzabını duymuĢdu. Bu qəribə və amansız bir sınaqdır:
zəiflər bu sınaqdan namusunu itirərək, güclülər əzəmət əldə edərək çıxır. Bu, dəmirçi ocağıdır,
taleyə bir alçaq, ya əzəmətli bir qəhrəman lazım olanda adamı bu ocağa atır.
Xırda mübarizədə bir çox böyük igidliklər baĢ verir. Bu mübarizədə məhrumiyyət və alçaq
ehtirasların məĢum təzyiqini gözə görünmədən, addım-addım dəf edən inadlı və gizlin igidliyin
bir çox nümunələri vardır. Bu mübarizədə nəcib, lakin gizlin qalibiyyətlər əldə edilir, bu
qalibiyyəti heç kəs görmür, onu təntənə ilə alqıĢlamır. Həyat, bədbəxtlik, təklik, hamı tərəfindən
tərk edilmək, yoxsulluq – vuruĢ meydanı bax budur, bu meydan öz qəhrəmanlarını yaradır,
onların adı-sanı çəkilmir, lakin bəzən onlar öz qəhrəmanlığı ilə ən böyük Ģöhrət qazanan
adamlardan yüksəkdə durur.
Qüvvətli və nadir təbiətli adamlar belə yaranır. Yoxsulluq çox vaxt ögey ana, bəzən də doğma
ana olur. Maddi nemətin azlığı mənəvi və zehni qüdrət yaradır; ağır sınaqlar qürur doğurur,
bədbəxtlik – nəcib adamlar üçün sağlam qidadır.
Elə günlər olurdu ki, Marius özü öz pilləkənini süpürürdü, alverçi arvaddan bir suluq firəng
pendiri alırdı; havanın qaralmasını gözləyirdi ki, gedib bulka dükanında balaca bir çörək alsın;
çörəyi alıb, oğurlanmıĢ Ģey kimi gizlincə öz çardağına aparırdı. Qoltuğunda kitab tutmuĢ cavan
bir oğlanı tez-tez görmək olurdu: o, camaatı kobudca yara-yara tində olan ət dükanına gedirdi,
adamlar ona zarafatyana kobud-kobud sözlər deyirdi, aĢpaz arvadlar onu itələyirdi. Onun
sifətində ĢaĢqın, utancaq bir ifadə olurdu. Dükana girəndə Ģlyapasını baĢından çıxarırdı; bu
zaman onun alnında tər damcıları parıldayırdı; dükançı arvad ona təəccüblə baxırdı; o ikiqat olub
əvvəl arvada, sonra onun qulluqçusuna salam verirdi, qoyun əti kotleti istəyirdi, aldığı kotletə
altı, ya yeddi su pul verib kağıza bükür, bunu da qoltuğundakı kitabların arasına qoyub gedirdi.
Bu cavan oğlan Marius idi. Bu kotleti aparıb özü biĢirir, onunla da üç gün dolanırdı.
Bir gün o aldığı əti, ikinci gün ətin yağını yeyirdi, üçüncü gün də ətin sümüyünü gəmirirdi.
Xalası dediyimiz altmıĢ pistolu bir neçə dəfə ona göndərdi; Marius hər dəfə pulu geri qaytardı,
bildirdi ki, heç bir Ģeyə ehtiyacı yoxdur.
Təsvir etdiyimiz dəyiĢiklik baĢ verəndə o hələ də atasının yasını saxlayırdı. O vaxtdan bəri
geydiyi qara paltardan əl çəkə bilmirdi. Lakin paltar özü ondan əl çəkirdi. Bir gün sürtükü daha
geymək mümkün olmadı, Ģalvarı isə bir təhər geyirdi. Nə etmək lazımdır? Mariusun Kurfeyraka
dostcasına bəzi köməyi dəymiĢdi; Kurfeyrak da öz köhnə sürtükünü ona verdi. Bir mehmanxana
qapıçısı da otuz su alıb bu sürtükü çevirdi. Sürtük lap təzə sürtük kimi oldu. Ancaq rəngi yaĢıldı.
Marius buna görə hava qaralanda evdən bayıra çıxırdı. Qaranlıqda sürtuk qara görünürdü.
Marius atasının yasından çıxmaq istəmirdi, indi qaranlıq onun qara geyimini əvəz edirdi.
Bütün bu çətinliklərə baxmayaraq, o, advokat diplomunu ala bildi. Belə hesab edilirdi ki, o,
Kurfeyrakın otağında yaĢayır. Kurfeyrakın otağı yaxĢı otaqdı; otaqda hüquq elminə aid bir neçə
köhnə kitab, buna əlavə olaraq və bunu zənginləĢdirən bir neçə cild və müxtəlif roman vardı ki,
bu, vəkilə qanunla lazım olan kitabxananı əvəz edirdi. Göndərilən məktublar, Mariusun xahiĢilə
Kurfeyrakın ünvanına yazılırdı.
Marius advokat olandan sonra bunu rəsmi, lakin çox nəzakətli və ədəbli bir ifadə ilə yazıb
babasına bildirdi. Cənab Jilnorman əli əsə-əsə məktubu aldı, oxudu, sonra dörd hissəyə bölüb
zənbilə atdı. Ġki-üç gün sonra madmazel Jilnorman atasının otaqda təkbaĢına ucadan öz-özü ilə
danıĢdığını eĢitdi. Bir Ģey cənab Jilnormanı bərk həyəcanlandıranda həmiĢə belə edirdi.
Madmazel Jilnorman atasının bu sözlərini eĢitdi: ―Sən belə axmaq olmasaydın anlardın ki, birdən
həm baron, həm də advokat olmaq olmaz!‖
ĠKĠNCĠ FƏSĠL.
Marius yoxsulluq içində.
Dünyada hər Ģey dəyiĢir, yoxsulluq da. O, yavaĢ-yavaĢ yüngülləĢir, daha elə ağır olmur. Axırda
müəyyən bir Ģəklə düĢür, daha dəyiĢmir. Adam da sürünür, baĢqa sözlə desək, birtəhər dolanır,
hər halda ac qalmır. Mariusun da vəziyyəti düzəldi, özü də necə düzəldi, – bunu biĢ aĢağıda
göstərəcəyik.
Onun ən ağır günləri daha ötüb getmiĢdi. QarĢıdakı dar keçid bir qədər geniĢlənmiĢdi. Zəhmətlə,
göstərdiyi mərdlik, səbat və təhəmmüllə indi ildə yeddi yüz frank qazana bilirdi. O, alman və
ingilis dilini öyrəndi. Kurfeyrak onu öz dostu olan bir kitab alverçisi ilə tanıĢ etmiĢdi. Marius bu
yolla çox xırda, lakin faydalı iĢ görməyə baĢladı. O, konspekt düzəldir, jurnallardan məqalə
tərcümə edir, yeni çıxan kitablar haqqında kiçik məqalələr yazır, bioqrafik məlumat düzəldir və
bu kimi baĢqa iĢlər görürdü, bunun da nəticəsində ildə güc-bəla ilə yeddi yüz frank əlinə gəlirdi.
Bu pulla da yaĢayırdı. Babat yaĢayırdı. Lakin necə yaĢayırdı? Bu barədə biz bu saat bəhs
edəcəyik.
Marius Qorbonun daxmasında buxarısız xırdaca bir otaq tutmuĢdu, otağa lovğa-lovğa kabinet
deyilirdi, otaqda müxəlləfat cəhətdən ən zəruri Ģeylər vardı. Bu Ģeylər Mariusun idi. Evin əsas
kirayəniĢinlərindən olan bir qarı Mariusun otağını süpürür, səhərlər ona bir az qaynar su, təzə
yumurta, bir suluq çörək gətirirdi. Marius da ayda ona üç frank verirdi. Çörəklə yumurtanı səhər
yeyirdi. Onun səhər yeməyi iki sudan tutmuĢ dörd suya kimi baĢa gəlirdi, bu, yumurtanın
ucuzlaĢmasından və bahalaĢmasından asılı idi. AxĢam saat altıda Sen-Jak küçəsinə gedib,
Russonun aĢxanasında nahar edirdi; bu aĢxana estamp alverçisi Basenin dükanı ilə üzbəüz,
Matüren küçəsinin tinində idi. O, sup içmirdi. HəmiĢə altı suluq ətli xörək, üç suluq göyərti, üç
suluq da çərəz gətirdirdi. Çörəyin qiyməti üç su idi, özü də istədiyi qədər verirdilər. ġərabın
yerinə su içirdi. Yeməyin pulunu aparıb, əzəmətlə öz balaca kontorunda oturan xanım Russoya
verərdi – xanım Russo o zaman hələ kök və təravətli bir qadındı – bir su da xidmətçiyə
bağıĢlardı, bunun da əvəzində xanım Russo ona baxıb gülümsərdi. Sonra da çıxıb gedərdi.
Təbəssüm və nahar ona on altı suya baĢa gələrdi.
Russonun aĢxanasında çox az Ģərab ĢüĢəsi, lakin çoxlu su qrafini boĢalardı: demək olardı ki, bura
ürək qızdıran deyil, ürək sərinlədən bir yerdi. Ġndi bu aĢxana daha yoxdur. AĢxana sahibinin çox
tutarlı ləqəbi vardı, ona ―su Russosu‖ deyirdilər.
Bu qayda ilə Marius səhər yeməyinə dörd su, nahara da on altı su verməklə gündə yeməyə iyirmi
su xərclərdi, bu isə ildə üç yüz altmıĢ beĢ frank edirdi. Otağa verilən otuz frankı, qarıya verilən
otuz altı frankı və bəzi xırda xərcləri buna əlavə etdikdə aydın olurdu ki, yemək, otaq, xidmətçi
pulu Mariusa dörd yüz əlli franka baĢa gəlir. Paltara yüz, tuman-köynəyə əlli, paltar yuyulmasına
da əlli frank xərci çıxırdı; bunun da hamısı bir yerdə altı yüz əlli frankdan artıq olmuĢdu. Lazım
gəlsə, o öz dostuna on-on beĢ frank borc da verə bilərdi. Kurfeyrak hətta bir dəfə ondan düz
altmıĢ frank borc aldı. O ki qaldı yanacaq məsələsinə, otaqda buxarı olmadığından Marius bu
xərci ―ləğv‖ etmiĢdi.
Mariusun həmiĢə iki kostyumu olardı: biri təzə, biri köhnə; köhnəni ―hər gün‖ geyərdi; təzə
bayır-bacaq kostyumu idi. Ġkisi də qara idi. Üçdən də artıq köynəyi olmazdı. Köynəklərdən biri
əynində, biri komodda, biri də paltaryuyanda olardı. Onlar dağıldıqca təzəsini alardı. Lakin
köynəklər həmiĢə yırtıq olardı, buna görə də sürtükünü lap çənəsinə kimi düymələrdi.
Marius bir neçə il içərisində bu gözəl vəziyyətə gəlib çatmıĢdı; bu illər ağır illər idi; bu illəri baĢa
vurmaq, bu vəziyyətdən qalib çıxmaq asan deyildi. Marius bircə gün də öz səyini zəiflətmirdi!
Güzəranının ağırlığı ona nə müsibətlər çəkdirməmiĢdi, o, nələrə əl atmamıĢdı, ancaq bircə
Ģeydən baĢqa: borc almamıĢdı. O, cəsarətlə deyə bilərdi; ―Mən heç kəsə bircə su da olsa, borclu
olmamıĢam‖. Onun üçün hər cürə borc əsarətin baĢlanması deməkdi. Onun təsəvvüründə borc
verən adam ağadan da pis idi, çünki ağanın hakimiyyəti adamın ancaq cismani mənliyinə aid
olur, borc verən adam isə insanın insani ləyaqətinə əl atır, o, insanı alçalda bilir. Marius yemək
yeməməyi borc almaqdan üstün tutardı, buna görə də onun ac qaldığı günlər az olmamıĢdı. O
bilirdi ki, bir Ģeyin baĢqa bir Ģeyə təsiri olur: adamın maddi cəhətdən təmin olunmaması, lazımi
tədbir görülməsə, mənəvi düĢkünlüyə gətirib çıxara bilər, buna görə də öz namusunu çox
ciddiyyətlə qoruyurdu. BaĢqa Ģəraitdə nəzakət hesab etdiyi bəzi ifadə və hərəkətlərə indi
yaltaqlıq kimi baxırdı; elə yalnız bunu xatırlarkən qürurlu bir görkəm alırdı. Sonralar peĢman
olub geri çəkilməmək üçün o, özünü sərt bir dairə içərisində saxlayırdı. Ciddilik bir qızartı kimi
onun üzünə çökmüĢdü, utancaqlıqda isə lap ifrat dərəcəyə varmıĢdı.
Lakin bütün çətinliklərdə daxili gizli bir qüvvə ona dayaq olur, bəzən də onu ruhlandırırdı.
Həyatın elə dəqiqələri olur ki, ruh bədənə köməyə gəlir, bədənə gümrahlıq verir. Bu, yeganə
quĢdur ki, öz qəfəsini mühafizə edir.
Mariusun qəlbinə atasının adı ilə bərabər, baĢqa bir ad da çox möhkəm həkk olunmuĢdu, bu ad
Tenardye idi. Marius öz təbiəti etibarilə məftuniyyət göstərməyə meyil edən ciddi bir adamdı; bu
xasiyyətilə o, atasını Vaterlooda mərmilər, güllələr altından xilas edən, onu ölümdən qurtaran bu
cəsarətli serjantı böyük Ģöhrət haləsində təsəvvür edirdi. Bu adamın xatirəsini o heç vaxt atasının
xatirəsindən ayırmırdı, öz xəyalında onları böyük bir hörmətlə birləĢdirirdi. Bu, sanki, iki
dərəcəli bir səcdəgahdı: böyük səcdəgah atası üçün, kiçik səcdəgah Tenardye üçün qurulmuĢdu.
Marius Tenardyenin baĢına gələn müsibəti eĢidəndə ona qarĢı olan təĢəkkürü və xilaskarlığı daha
da artmıĢdı. Monformeyldə Mariusa bədbəxt aĢxanaçının iflasa uğradığını söyləmiĢdilər. O
vaxtdan bəri Marius Tenardyenin itib-batdığı yoxsulluğun qaranlıq girdabında izinə düĢməyə,
onu axtarıb tapmağa çalıĢır, bu yolda olmazın səylər göstərirdi. Parisin bütün civarını gəzmiĢdi.
Üç ildi ki, Tenardyenin sorağına düĢmüĢdü, yığdığı qəpik-quruĢunu da buna sərf etmiĢdi. Lakin
heç kəsdən onun sorağını ala bilməmiĢdi. Belə güman edirdilər ki, o, baĢqa ölkələrə getmiĢdir.
Tenardyenin borcu olan adamlar da onu Marius kimi gözəl bir niyyətlə olmasa da, hər halda,
ondan az səy ilə axtarmırdılar. Amma onlar da Tenardyeni tapa bilmirdi. Marius az qalırdı ki,
özünü acizlikdə təqsirləndirsin, hətta öz-özünə acığı da tuturdu. Polkovnikin onun üçün qoyub
getdiyi yeganə borc bu idi, bu borcu ödəməyi o özü üçün böyük Ģərəf hesab edirdi. O, öz-özünə
düĢünərək deyirdi: ―Bu mümkün olan Ģeymi? Atam döyüĢ meydanında yıxılıb ölərkən Tenardye
onu tüstü içində, top saçması altında axtarıb tapa bildi, onu dalına alıb od içindən çıxartdı, axı
bunu etməyə o heç də borclu deyildi... Axı necə ola bilər ki, mən ona bu qədər borclu olduğum
halda, onu ölümlə pəncələĢdiyi zülmət içində axtarıb tapmayım, o, atamı ölümdən xilas etdiyi
halda, mən də onu xilas etməyim? Yox, mən onu tapacağam!‖ Doğrudan da, Tenardyeni tapmaq
üçün o heç düĢünmədən bir əlinin kəsilməsinə razı olardı, onu yoxsulluqdan xilas etmək üçün
bütün həyatını verərdi. Tenardyeni görmək, ona kömək etmək, ―Siz məni tanımırsınız, amma
mən sizi tanıyıram! Budur, mən gəlmiĢəm! Mən sizin qulluğunuzda hazıram!‖, - demək onun ən
xoĢ, ən yüksək arzusu idi.
ÜÇÜNCÜ FƏSĠL.
Marius böyümüĢdür.
O zaman Mariusun iyirmi yaĢı tamam olmuĢdu. O, üç il idi ki, babasından ayrılmıĢdı. Onların
arasındakı əlaqə necə vardısa, elə də qalırdı: nə o, nə babası yaxınlaĢmaq üçün heç bir təĢəbbüs
göstərmirdi, onlardan heç biri görüĢmək fikrinə düĢmürdü. Bir də axı niyə bu fikrə düĢsünlər?
Yenə də söz-sözə gəlmək üçünmü? Onlardan hansı güzəĢtə getməyə razı olardı? Marius tunc
kimi möhkəmdirsə, cənab Jilnorman da dəmir kimi möhkəmdi.
Demək lazımdır ki, Marius babasının necə bir qəlbə malik olduğunu təyin etməkdə yanılmıĢdı. O
elə zənn edirdi ki, cənab Jilnorman onu bir övlad kimi heç sevməmiĢdir, həmiĢə söyüb-söylənən,
çığıran, əsib-coĢan, əl ağacını onun üstünə qaldıran, ona istehza edən bu sərt qoca olsa-olsa,
möhkəm jerontlar kimi ona səthi, lakin tələbkarcasına bir münasibət bəsləmiĢdi. Marius səhv
edirdi. Elə atalar olur ki, onlar öz övladını sevmir, lakin öz nəvəsini məftuniyyətlə sevməyən
baba olmur. Biz yuxarıda demiĢdik ki, cənab Jilnorman qəlbinin dərinliyində Mariusu böyük bir
məftunluqla sevirdi, ancaq onun bu məftunluğu dürtməsiz, hətta Ģilləsiz, Ģapalaqsız olmurdu.
Lakin Marius gedəndən sonra o öz qəlbində zülmət dolu bir boĢluq hiss etdi. O ―Mənim yanımda
Mariusdan söhbət açmayın‖ tapĢırmıĢdı. Lakin əmrinin belə ciddiyyətlə yerinə yetirilməsinə öz
ürəyində təəssüf edirdi. Əvvəl o elə bilirdi, bu buonapartçı, bu yakobinçi, bu terrorçu, bu
sentyarçı qayıdıb gələcəkdir. Lakin həftələr, aylar, illər keçdi, amma bu qaniçən gəlib çıxmadı,
bu cənab Jilnormanı son dərəcə kədərləndirirdi. Qoca öz-özünü inandırmağa çalıĢaraq deyirdi:
―Onu qovmaqdan baĢqa mənim ayrı əlacım yox idi!‖ Elə o saat da öz-özündən soruĢurdu: ―Bu
əhvalat indi olsaydı, mən belə edərdimmi?‖ Onun qüruru düĢünmədən belə cavab verirdi: ―Bəli,
belə edərdin!‖ Lakin onun ağsaçlı baĢı yırğalanaraq dərdli-dərdli deyirdi: ―Xeyr, belə etməzdin‖.
Hərdən o lap ruhdan düĢərdi, Marius onun yanında yox idi. Mərbutiyyət qocalara bir günəĢ kimi
lazımdır: bu da istilik mənbəyidir. Cənab Jilnorman yenilməz bir təbiətə malik olsa da, Marius
gedəndən sonra onda bir dəyiĢiklik əmələ gəldi. ―Bu yaramaz uĢaqla‖ barıĢmaq üçün o, qətiyyən
heç bir addım atmadı, lakin o, iztirab çəkirdi. O, Mariusdan soraq tutmurdu, lakin həmiĢə onu
düĢünürdü. O, Maredə get-gedə daha qapalı bir həyat keçirirdi. O hələ də Ģən idi, tez acıqlanardı;
lakin indi onun Ģənliyi sərt və əsəbi Ģəkildə olurdu, sanki, öz dərdinə və qəzəbinə üstün gəlmək
istəyirdi; tez acıqlanması isə həmiĢə sakit və tutqun bir hüzn ilə qurtarırdı. O bəzən öz-özünə
deyirdi: ―Qoy bircə o qayıdıb gəlsin, ona elə bir möhkəmcə Ģapalaq iliĢdirəcəyəm ki!‖
O ki qaldı Mariusun xalasına, o, düĢünməyə qabil deyildi, deməli, həqiqi bir məhəbbətlə də sevə
bilməzdi. Marius onun üçün tutqun bir kölgəyə çevrilmiĢdi, axırda elə oldu ki, Mariusla öz
piĢiyindən və tutuquĢusundan daha az maraqlanmağa baĢladı.
Qoca Jilnormanın duyduğu gizli əzab bir də ona görə artırdı ki, o bunu heç bir Ģeylə büruzə
vermir, öz-özünə tamamilə qapanıb qalırdı. Onun dərdi, yeni ixtira olunan, öz tüstüsünü udan
sobaya bənzəyirdi. Bəzən qoca ilə danıĢan bir adam, onun xoĢuna gəlsin deyə, Mariusdan söhbət
açaraq soruĢurdu: ―Sizin əziz nəvəniz necə yaĢayır, nə edir?‖ Qoca burjua əgər qəmgindisə, ah
çəkir, özünü Ģən göstərmək istəyirdisə, manjetinə çırtma vura-vura belə cavab verirdi: ―Baron
Ponmersi iltifat buyurub haradasa veyillənir‖.
Qoca tutduğu iĢdən çox peĢman idi, lakin Marius özündən razı idi. Bədbəxtlik ona həqarət
acısını unutdurmuĢdu – xoĢtəbiətli insanlarda həmiĢə belə olur. Ġndi o, cənab Jilnormanı xoĢ bir
hiss ilə xatırlayırdı, lakin onun atasına ―pis münasibət bəsləyən‖ belə bir adamdan heç bir Ģey
qəbul etməməyi möhkəm qət etmiĢdi. Mariusun əvvəlki hiddəti indi yumĢalmıĢ, belə bir Ģəkil
almıĢdı. Bir də ki, o, əzab çəkdiyi və bu əzab davam etdiyi üçün xoĢbəxtdi. Axı o, atası üçün
əzab çəkirdi. Ağır ehtiyac içində keçən həyat onu təmin edirdi, bu, onun xoĢuna gəlirdi. O,
böyük bir sevinclə dönə-dönə öz-özünə deyirdi: ―Bu hələ mənim üçün çox yaxĢı güzərandır. Bu,
mənim günahımı yuyur; bu olmasaydı, mən öz atama, özü də elə bir ataya göstərdiyim həqarətli
laqeydlik üstündə sonralar daha artıq cəzalandırıla bilərdim!‖ Bütün əzabı atası çəksəydi, o heç
bir əzab çəkməsəydi, bu, ədalətsizlik olardı. Bir də axı onun çəkdiyi zəhmət və məhrumiyyət
polkovnikin keçirdiyi qəhrəmanca həyatla müqayisədə nə idi?! Marius bunları düĢünərək, belə
bir nəticəyə gəlmiĢdi: atasına yaxın olmaq, ona oxĢamaq üçün yeganə bir yol vardır – atası
düĢmənlə igidcəsinə mübarizə etdiyi kimi, o da yoxsulluqla mərdcəsinə mübarizə etsin,
polkovnik ―o buna layiq olacaqdır‖ sözü ilə də, yəqin, bunu demək istəyirmiĢ. Marius bu sözü
yenə də mühafizə edirdi, ancaq indi daha döĢündə deyil, qəlbində mühafizə edirdi, çünki
polkovnikin yazdığı kağız itmiĢdi.
Bir Ģeyi yada salaq: cənab Jilnorman Mariusu evdən qovanda o hələ uĢaqdı, indi yekə kiĢi
olmuĢdu. O özü də bunu dərk edirdi. Təkrar edirik, yoxsulluğun ona faydası oldu. Gənclikdə
keçirilən yoxsulluq o cəhətdən yaxĢıdır ki, onun sınağından adam yaxĢı çıxarsa, o, adamın
iradəsini bütünlüklə iĢə, hərəkətə, ruhunu isə yüksək əməllərə doğru sövq edir. Kasıblıq dərhal
maddi həyatın iç üzünü bütün çirkinliyilə açıb göstərir, ona qarĢı nifrət oyadır; bunun da
nəticəsində mənəvi həyata yenilməz bir həvəs əmələ gəlir. Varlı bir gəncin yüzlərcə gözəl, gözəl
olduğu qədər də kobud əyləncələri vardır: o, cıdıra çıxır, ova gedir, tula saxlayır, papiros çəkir,
qumar oynayır, dadlı yeməklər yeyir və bu kimi bir çox baĢqa Ģeylərlə məĢğul olur; lakin bunlar
insan qəlbinin alçaq tələblərini təmin edir, yüksək və nəcib tələblərinə ziyan yetirir. Kasıb bir
gənc gündəlik çörəyini zəhmətlə qazanır, o çalıĢır ki, ac qalmasın, ac olmayanda onun xəyala
dalmaqdan baĢqa ayrı bir məĢğuliyyəti olmur. O ancaq Allahın bəxĢ etdiyi pulsuz tamaĢalara
baxa bilir: göyləri, ənginləri, ulduzları, gülləri, uĢaqları, içərisində ağır əzab çəkdiyi bəĢəriyyəti,
içərisində bir məĢəl olduğu xilqəti seyr edir. Seyr etməklə də, bəĢəriyyət vasitəsilə insan qəlbini,
məxluqat vasitəsilə Allahı dərk edir. Xəyala dalarkən böyük olduğunu hiss edir; lakin xəyal onu
daha uzaqlara aparır, onda Ģəfqət hissi əmələ gəlir. Xudbinlik – əzab çəkən adama xas olan
Ģeydir, lakin o xudbinliyini aĢaraq baĢqalarına hüsn-təvəccöh bəsləyir, bu isə düĢünən bir insana
xas olan Ģeydir. Onda özünü unutmaq, baĢqalarının dərdinə qalmaq kimi gözəl xüsusiyyət əmələ
gəlir. O qəlb ki təbiətə qarĢı açıqdır – təbiət ona böyük bir səxavətlə hədsiz-hesabsız sevinc verir,
o qəlb ki təbiətə qarĢı bağlıdır – təbiət onu bu sevincdən məhrum edir: milyonlarca mənəvi
nemətə malik olan yoxsul bir gənc bunu düĢünərkən milyonlarca sərvətə malik olan Ģəxslərə
yazığı gəlir. Onun əqli maarifləndikcə qəlbində nifrət azalır. Əslində, o heç bədbəxt olurmu?
Yox! Yoxsulluq cavan adamı heç vaxt dilənçi etmir. Hər bir gənc nə qədər kasıb olsa da, öz
sağlamlığı ilə, gücü ilə, iti yeriĢilə, gözünün parıltısı ilə, damarlarında qaynayan qanın qızğınlığı
ilə, saçının qaralığı ilə, yanaqlarının qırmızılığı ilə, dodaqlarının al rəngi ilə, diĢlərinin ağlığı ilə,
nəfəsinin saflığı ilə qoca adamda qibtə oyadar, qoy bu qoca lap padĢah olsun! Bu gənc özünə
çörəkpulu qazanmaq üçün hər səhər iĢə giriĢir; nə qədər ki, onun əlləri bu rizqi qazana bilir, beli
qürurla dikəlir, əqli ideyalarla zənginləĢir. Gündəlik iĢini qurtardıqdan sonra o yenə də bütün
varlığı ilə təbiəti, həyatı seyrə dalır, dillə ifadə olunmayan məftuniyyət və sevinc aləmində
yaĢayır. Onun həyat yolu müsibətlidir, maneələrlə, tikanlarla doludur, ayaqlarının altı daĢlı,
bəzən də çirkablı olur, lakin baĢı həmiĢə iĢıqla Ģölələnir. O möhkəmdir, səbatlıdır, mülayimdir,
sakitdir, dincdir, üsulludur, ciddidir, dərin düĢünəndir, tələbkar deyil, güzəĢtə gedəndir; Allah
ona iki qiymətli Ģey bəxĢ etmiĢdir ki, bu, bir çox varlılara müyəssər olan Ģey deyil: bunlardan
biri zəhmət, biri də fikirdir; zəhmətlə o, sərbəstlik, fikirlə ləyaqət əldə etmiĢdir; bu iki nemət
üçün o, Allaha həmdü-səna edir.
Marius da belə oldu. Doğrusunu desək, o, təbiəti və cəmiyyəti seyr etməyə həddindən artıq meyil
göstərirdi. O, müəyyən qədər pul qazanmağa müvəffəq olduqdan sonra sakitləĢdi və bu fikrə
gəldi ki, kasıblıq özü də bir o qədər pis deyil; düĢünmək üçün daha çox vaxt əldə etməkdən ötrü
iĢ vaxtının bir hissəsini kəsib ona sərf etdi. Elə olurdu ki, bütün günü sehrlənmiĢ adam kimi
düĢüncə içərisində keçirir, daxilində əmələ gələn məftuniyyət və ümid nəĢəsinə dalırdı. Həyat
məsələsini o özü üçün belə həll etmiĢdi: maddi nemət qazanmaq üçün mümkün qədər az, mənəvi
fayda əldə etmək üçün mümkün qədər çox zəhmət çəkmək! O elə güman edirdi ki, daha heç bir
Ģeyə ehtiyacı yoxdur; lakin o, həyatı və təbiəti seyr etməyi bu cür baĢa düĢməyin nəticə etibarilə
bir növ tənbəlliyə gətirib çıxaracağını görmürdü; o görmürdü ki, lap adi maddi ehtiyacını təmin
etməklə sakitləĢmiĢdir, dincəlmək fikrinə çox tez düĢmüĢdür.
Fəal və nəcib təbiətli Marius üçün belə bir vəziyyətin ancaq keçici hal olduğu tamamilə aydındı;
hər adam öz həyatında müəyyən çətinliklərə rast gəlir; Marius da belə bir çətinliyə rast gələn
kimi bu durğunluğu özündən rədd edəcəkdir.
Marius bu zaman advokat olsa da, qoca Jilnorman onun advokatlığı haqqında bəzi Ģeylər
düĢünsə də, o nəinki ―davakarlıq‖ eləmirdi, heç advokatlıqla məĢğul olmurdu. Xəyalpərəstlik
onda hüquq elminə qarĢı nifrət oyatmıĢdı. Vəkillərlə durub-oturmaqdan, məhkəmələrdə iĢtirak
etməkdən, iĢi məhkəməyə düĢənlərlə məĢğul olmaqdan da zəhlətökən Ģey varmı?! Bir də axı bu,
onun nəyinə lazımdır?! MəĢğuliyyətini dəyiĢməkdə o heç bir əsas görmürdü. Yuxarıda adını
çəkdiyimiz kiçik kitab alveri iĢində iĢtirak etmək ona çox zəhmət sərf etmədən müəyyən qazanc
gətirirdi, əvvəllər dediyimiz kimi, bu qazanc ona tamamilə çatırdı.
Onun iĢ götürdüyü kitab alverçilərindən biri – əgər yanılmıramsa, deyəsən, cənab Marjimel idi, –
Mariusun gəlib onun yanında iĢləməsini təklif etdi, həm də ona yaxĢı bir mənzil, ildə də min beĢ
yüz frank maaĢla daimi iĢ verəcəyini vəd etdi. YaxĢı mənzil! Min bez yüz frank maaĢ! Bu,
əlbəttə, pis deyildi. Ancaq burada sərbəstlikdən məhrum olmaq məsələsi vardı. Bu dönüb bir
muzdur, bir növ ədəbi nökər olmaq deməkdir! Mariusun fikrincə, bu təklifi qəbul etmək öz
vəziyyətini həm yaxĢılaĢdırmaq, həm də pisləĢdirmək deməkdi; maddi-rifah cəhətdən onun
vəziyyəti yaxĢılaĢırdı, lakin insan ləyaqəti nöqteyi-nəzərindən uduzurdu. Bu, bəzədilməmiĢ,
təbii, lakin gözəl yoxsulluğu eybəcər və gülünc tabeliyə dəyiĢmək deməkdi. Elə bil ki, kor idin,
dönüb çəp olursan. Marius təklifi qəbul etmədi.
O, tək yaĢayırdı. Öz təbiəti etibarilə tək yaĢamağa meyil edirdi; bir də ona görə tək yaĢayırdı ki,
onu həddindən artıq hürkütmüĢdülər, buna görə də, Anjolrasın baĢçılıq etdiyi dərnəyə əməlli-
baĢlı daxil olmadı. Onlar ancaq tanıĢ kimi qaldılar; lazım olarsa, bir-birinə hər cür yardım
göstərməyə hazırdılar, məsələ də bununla bitirdi. Mariusun iki dostu vardı: onlardan biri
Kurfeyrak, biri də cənab Mabef idi; Kurfeyrak cavan, Mabef qoca idi. Marius daha çox qocaya
meyil edirdi. Bunun iki səbəbi vardı: cənab Mabef həm onun daxilində olan dəyiĢikliyə səbəb
olmuĢdu, həm də Marius onun vasitəsilə atasını tanımıĢ və sevmiĢdi. O deyirdi: ―Cənab Mabef
mənim gözlərimdən kataraktanı götürdü‖.
Heç Ģübhəsiz, bu kilsə ağsaqqalı Mariusun taleyində böyük rol oynamıĢdı.
Əslində, cənab Mabef qəza-qədərin əlində müti və laqeyd bir alət idi. Otağa gətirilən bir Ģam
otağı iĢıqlandırdığı kimi, cənab Mabef də heç bilmədən, təsadüfi olaraq əsl vəziyyəti Marius
üçün iĢıqlandırmıĢ, məsələni açıb ona demiĢdi. Mabef Ģamı gətirən adam deyil, Ģamın özü idi.
O ki qaldı Mariusun siyasi görüĢlərində əmələ gələn dəyiĢikliyə, cənab Mabef bunu nə
anlamağa, nə təbrik etməyə, nə də buna rəhbərlik etməyə qabildi.
Biz sonralar yenə də cənab Mabefə rast gələcəyik, buna görə onun barəsində bir neçə kəlmə söz
söyləmək artıq olmazdı.
DÖRDÜNCÜ FƏSĠL.
Cənab Mabef.
Cənab Mabef Mariusa ―Əlbəttə, siyasi əqidələrə hörmət edirəm‖ – deyəndə o öz həqiqi hisslərini
ifadə etmiĢdi. Bütün siyasi əqidələrə o, tamamilə laqeyd baxırdı; ancaq bir Ģey istəyirdi: bu
əqidələr onun dincliyini pozmasın, bunun üçün bütün əqidələrə hörmət etməyə hazırdı. Bu
cəhətdən o yunanlara oxĢayırdı: yunanlar Furiləri ―gözəl, yaxĢı, cazibədar Evmenidlər‖
adlandırırdı. Cənab Mabefin siyasi əqidəsini bitkilərə, bundan da çox kitablara olan sevgisi əvəz
edirdi. Onun da, bütün müasirləri kimiı ―ist‖lə qurtaran damğası vardı. O zaman heç kəs bunsuz
dolanmazdı. Lakin cənab Mabef nə royalist idi, nə bonapartist idi, nə xartist idi, nə orleanist idi,
nə də anarxist idi, o, bukinist idi.
O bir Ģeyi baĢa düĢmürdü: bu qədər ki, dünyada hər cür yosun, ot-əncər, kol-kos var, bu qədər ki,
kitab var, necə ola bilər ki, adamlar fərman, demokratiya, legitimizm, mütləqiyyət, respublika və
bu kimi ―cəfəngiyat‖ üstündə bir-birinə nifrət etsinlər: bu yosunları, otlaqları, kolları sevə-sevə
seyr etmək olar, bu kitabları yalnız in folio deyil, lap elə otuz ikidən bir hissəsini də varaqlamaq
olar. Burası da var ki, o cəmiyyətə xeyir vermək istəyirdi. Kitab yığmaq ona kitab oxumağa,
nəbatat elmilə məĢğul olmaq bağçılıq etməyə mane olmurdu. Cənab Mabeflə Ponmersi arasında
dostluq əmələ gələndən sonra aydın oldu ki, onunla polkovnikin həvəs göstərdiyi məsələ bir-
birinə uyğundur. Polkovnikin çiçəklər üzərində etdiyi təcrübəni cənab Mabef meyvələr üzərində
edirdi. O, armudun elə bir toxumluq növünü yetiĢdirmiĢdi ki, bu heç də Sen-Jermen növündən az
sulu deyildi və yəqin ki, ancaq onun əməyi nəticəsində indi məĢhur olan oktyabr mirabel gavalısı
meydana gəlmiĢdir. Bu gavalı öz ətri ilə heç də yay gavalısından geri qalmırdı. O, günorta
ibadətinə möminliyindən daha artıq, yumĢaq xasiyyətli olduğu üçün gedirdi; bir də ona görə
gedirdi ki, ancaq kilsədə bir yerə yığıĢan, lakin dinib-danıĢmayan camaat görürdü: o, insanları
sevsə də, insan izdihamı hay-küyündən zəhləsi gedirdi. O, belə güman edirdi ki, adamın mütləq
bir ictimai vəzifəsi olmalıdır, buna görə də özü üçün kilsə ağsaqqalı vəzifəsini seçmiĢdi. Bütün
ömründə o, qadını lalədən, kiĢini elzevirdən artıq sevməmiĢdi. Cənab Mabefin altmıĢdan çox
yaĢı olanda birisi ondan soruĢur: ―Siz heç evli olmamısınız?‖ O da belə cavab verir: ―Yadımda
deyil‖. DüĢəndə o ah çəkərək, ―Ah, mən varlı olsaydım!‖ – deyirdisə - bu sözü deməyən kimdir
– bunu heç də qoca Jilnorman kimi bir gözələ baxıb demirdi, qədim bir kitabı sevə-sevə gözdən
keçirərək deyirdi. Cənab Mabef tək yaĢayırdı; təsərrüfat iĢlərinə baxan bir qarı onun yanında
olurdu. Onun yüngül Ģəkildə xiraqra xəstəliyi vardı: yatanda yel azarından əyilmiĢ barmaqları
üstünə saldığı döĢəkağının altından qabarıb qalxırdı. O, ―Kotere civarının bitkiləri‖ adlı bir kitab
yazmıĢ və nəĢr etdirmiĢdi. Kitab rəngli cədvəllərlə bəzədilmiĢdi, cədvəllərin kliĢesini özündə
saxlayırdı; çox geniĢ Ģöhrət qazanmıĢ olan bu əsəri o özü satırdı. Həftədə iki-üç dəfə onun
Mezyer küçəsində olan mənzilinin zəngi vurulurdu: bu kitab almağa gələn adamlardı. Bu qayda
ilə ildə onun əlinə iki min franka yaxın pul gəlirdi, bütün gəliri də əsasən bundan ibarətdir. O,
kasıb olsa da, hər Ģeydən gözünü yığaraq, qənaət edə-edə, yavaĢ-yavaĢ nadir və çox qiymətli
kitablar kolleksiyası düzəldə bilmiĢdi. O, evindən həmiĢə qoltuğunda kitab çıxar, çox vaxt da iki
kitabla qayıdardı. Onun mənzili aĢağı mərtəbədə dörd otaqdan ibarətdi, otaqların da qabağında
kiçik bir bağ vardı; çərçivəyə alınmıĢ herbarilər və qədim sənətkarların qravürləri bu otaqların
yeganə zinəti idi. Elə ancaq qılınc, ya tüfəng görməklə onun qanı damarlarında donurdu.
Ömründə o, bircə dəfə də olsa, topa, hətta ―Əlillər evi‖ndə olan topa da yaxın gəlməmiĢdi. Onun
baĢı ağappaqdı: mədəsi sağlamdı; diĢləri tamam tökülmüĢdü; o heç kəsə ziyan yetirməz, heç kəsi
incitməzdi. Onun bütün bədəni əsəbi halda dartınırdı; o, Pikardi Ģivəsi ilə danıĢır, uĢaq kimi
gülürdü; özü də çox qıpıqdı; o bütün görkəmilə qoyunu xatırladırdı. Bunu da əlavə etmək
lazımdır ki, onun bir keĢiĢ qardaĢı vardı. Sen-Jak qapıları yanında kitab dükanı olan qoca
Ruayoldan baĢqa, o, heç kəslə nə dostluq, nə də ünsiyyət edərdi. Onun ən böyük arzusu indiqonu
Fransada yetiĢdirməkdi.
Cənab Mabefin xidmətçisi də ən sadədil adamlara nümunə ola bilərdi. Bu xoĢtəbiətli qarı ölənə
kimi qız qaldı. Onun bütün qəlbi Sultan adlı piĢiyinə olan məhəbbətlə dolu idi, bütün sərf
olunmamıĢ Ģəfqətini ona vermiĢdi; bu piĢiyin mehribanca mırıldaması onun üçün Sikstin
xorunun ifasında Alleqrin ―Mizerer‖indən də xoĢ idi. Bütün ömründə o, bircə dəfə də olsun kiĢi
arzulamamıĢdı. O, qətiyyən piĢiyindən ayrılmaq, ona xəyanət etmək istəməzdi; o özü də piĢiyi
kimi bağlı idi. Onun fəxr etdiyi yeganə Ģey çutqularının ağlığı idi. Bazar günü, günorta
yeməyindən sonra öz vaxtını ya sandıqda olan alt paltarını saymağa, ya da paltarlıq üçün aldığı
və heç tikdirmədiyi parçaları çarpayının üstünə qoymağa həsr edirdi. O, kitab oxuya bilirdi.
Cənab Mabef ona ―Plutarx xala‖ deyirdi.
Marius cənab Mabefin hüsn-təvəccöhünü qazana bilmiĢdi, çünki o öz gəncliyi və yumĢaqlığı ilə
cənab Mabefin qocalığını isidir, onun qıpıqlığına rəhm etməyi bacarırdı. Yaz günəĢi küləksiz
gündə necə təsir bağıĢlayırsa, gəncliklə mülayimlik qocalara elə təsir bağıĢlayır. Marius hərbi
Ģöhrətlərdən, barıt tüstüsündən, hədsiz-hesabsız hərbi səfərlərdən, yürüĢlərdən, atasının iĢtirak
etdiyi, gah qılınc zərbələri endirdiyi, gah da özünün qılınc zərbəsi aldığı qəribə vuruĢmalardan
doyduğunu hiss edəndə cənab Mabefin yanına gələrdi; cənab Mabef də ona qəhrəmanın çiçəyə
olan məhəbbətindən danıĢardı.
Cənab Mabefin keĢiĢ qardaĢı təqribən 1830-cu illərdə öldü, elə o saat da bütün üfüqlər onun
üçün qaranlıqlaĢdı, sanki, gecə oldu. Notariusun sınıq çıxması ilə on min frankdan məhrum oldu,
onun bütün var-yoxu – həm öz pulu, həm də qardaĢından düĢən pul bundan ibarətdi. Ġyul inqilabı
isə kitab satıĢı böhranına səbəb oldu: bir əngəl meydana çıxan kimi, hər Ģeydən əvvəl, hər cür
―bitki kitabları‖ satıĢdan qalır. Elə o gündən ―Kotere civarının bitkisi‖nə daha müĢtəri olmadı.
Həftələr bir-birinin ardınca gəlib-keçir, bircə nəfər də alıcı gəlmirdi. Qapı zəngi çalınanda cənab
Mabef diksinirdi. Plutarx xala qəmgin-qəmgin deyirdi: ―Cənab, gələn suçudur‖. Sözün qısası,
cənab Mabef bir gün Mezyer küçəsindəki mənzilini tərk etdi, kilsə ağsaqqalı vəzifəsini öz
üzərindən götürdü. Sen-Sülpislə vidalaĢıb ayrıldı, qravürlərindən bir hissəsini satdı, lakin
kitablarına dəymədi, çünki kitablarını qravürlərdən daha üstün tuturdu. Monparnas bulvarında
olan kiçik bir evə köçdü. Lakin o burada üçcə ay qaldı; buna da iki səbəb oldu: birinci səbəb bu
idi ki, aĢağı mərtəbəyə bağla bir yerdə üç yüz frank kirayə vermək lazımdı, amma o, iki yüz
frankdan artıq vermək imkanında deyildi; ikinci səbəb də bu idi ki, onun qonĢuluğunda ―Fat‖
adlı niĢan tiri vardı, oradan həmiĢə tapança səsi gəlirdi, o isə buna qətiyyən dözə bilmirdi.
Cənab Mabef öz ―Kotere civarının bitkiləri‖ni, kliĢelərini, herbarilərini, kağız qovluqlarını,
kitablarını götürüb Monparnas bulvarından Salpetrier xəstəxanası yaxınlığında, Austerlits
kəndində, ildə əlli eküyə kirayə etdiyi üçotaqlı, daxmayabənzər bir evə köçdü; evin bağı, hasarı
və quyusu da vardı. Köçməsindən istifadə edərək ev əĢyasının çoxunu satdı. Yeni mənzilə
köçdüyü gün o, çox sevinirdi; o öz əli ilə öz qravürləri və herbariləri üçün divara mismar vurdu;
bu iĢi qurtardıqdan sonra, qalan bütün vaxtını, ta hava qaralana kimi, bağda əlləĢdi. AxĢam
Plutarx xalanın fikrə daldığını, qəmginləĢdiyini görüb, əlini onun çiyninə vuraraq, gülümsəyə-
gülümsəyə dedi: ―Eybi yoxdur, eybi yoxdur, bizim hələ indiqomuz var!‖
Ancaq iki adama – bir Sen-Jak qapıları yanında kitab dükanı olan adama, bir də Mariusa cənab
Mabefin Austerlits daxmasına gəlməyə icazə verilirdi; sözün açığı, bu gurultulu Austerlits adı
onun heç xoĢuna gəlmirdi.
Bir Ģey var ki, biz bunu əvvəllər də qeyd etmiĢdik: o adamlar ki ağıllı, ya dəlicəsinə bir fikirlə, ya
bunların hər ikisilə eyni vaxtda (bu da çox tez-tez olur) həddindən artıq məĢğul olursa, onlar
məiĢət iĢlərini və qayğılarını çox gec duyurlar. Belə adamlar öz talelərinə laqeyd olurlar. Diqqəti
bir məsələ üstündə toplamaq passivlik törədir, lakin bu qeyri-Ģüuri bir passivlik olmasaydı,
fəlsəfəyə oxĢaya bilərdi. Ġnsan mənəvi və cismani cəhətdən enməyə, ruhdan düĢməyə, hətta heç
özü də hiss etmədən pozulmağa baĢlayır. Doğrudur, adam axırda özünə gəlir, düĢdüyü vəziyyəti
baĢa düĢür, ancaq bu həmiĢə gec olur. O vaxta qədər öz xoĢbəxtliyilə bədbəxtliyi arasında gedən
oyuna o, sanki, etinasızlıq göstərir. O özü qumara qoyulmuĢ puldur, lakin oyunu tam laqeydliklə
izləyir.
Bu qayda ilə cənab Mabef ətrafında olan qaranlığın qatılaĢmasına, ümidlərinin bir-birinin
ardınca sönməsinə baxmayaraq, bir az sadəlövhcəsinə olsa da, öz ruhi sakitliyini saxlaya
bilmiĢdi. Onun fikri vərdiĢlərində saat kəfgirinin inersiyası vardı. O özü üçün xam bir xəyal
yaradaraq, qurulmuĢ maĢın kimi bunun ardınca gedirdi, əslində bu xəyal çoxdan dağılıb yox
olmuĢdu. Saatın açarı itəndə saat o dəqiqə dayanmır.
Cənab Mabefin baĢqalarına zərər verməyən əyləncələri vardı. Bu əyləncələr xərc tələb etmirdi,
həm də heç gözlənilmədiyi hallarda olurdu; ən əhəmiyyətsiz bir Ģey belə əyləncəyə səbəb olurdu.
Bir gün Plutarx xala otağın bir tərəfində oturub kitab oxuyurdu. Romanı bərkdən oxuyurdu və
belə hesab edirdi ki, bu cür oxumaq daha anlaĢıqlı olar. Kitabı bərkdən oxumaqla, sanki, orada
yazılanları öz-özünə baĢa salırsan. Bərkdən oxumağın da öz həvəskarları var; bu zaman onların
sifətində qəribə bir ifadə olur: sanki, onlar oxuduqları Ģeyin həqiqi olduğuna özlərini dərindən
inandırmaq istəyirlər.
Plutarx xala da romanı hər iki əlində tutaraq bərkdən oxuyurdu.
O, elə bir cümləyə gəlib çatdı ki, orada bir gözəldən və draqun zabitindən bəhs olunurdu:
―...Gözəl acıqlanaraq dedi: ―Budu‖. Və draqun...‖
Plutarx xala bu yerdə gözlüyünü çıxarıb silməyə baĢladı.
Cənab Mabef astadan dedi:
– Budda və Drakon1. Tamamilə doğrudur; vaxtı ilə bir drakon varmıĢ; mağarada gizlənibmiĢ,
ağzından alov püskürüb göyü yandırırmıĢ. Onun pələng kimi caynaqları da varmıĢ. Bu yırtıcının
fitnə-fəsadından bir çox ulduz yanıb külə dönübmüĢ. Budda bunu görüb mağaraya girir, drakonu
öldürür. Plutarx xala, siz çox gözəl kitab oxuyursunuz. Bu, söylənilən əfsanələrdən ən yaxĢısıdır.
Cənab Mabef bunu deyib xoĢ bir xəyala daldı.
BEġĠNCĠ FƏSĠL.
Yoxsulluq və səfalət yaxĢı qonĢulardır.
YavaĢ-yavaĢ ehtiyac içərisində batan və bunu təəccüblə, lakin hələ kədərlənmədən hiss etməyə
baĢlayan bu sadəlövh qoca Mariusun xoĢuna gəlirdi. Marius təsadüf düĢəndə Kurfeyrakla
görüĢürdü, lakin cənab Mabefin görüĢünə özü getmək istəyirdi. Bununla belə, qocanın yanına
ayda ancaq bir-iki dəfə gedirdi, çox getmirdi.
Marius ən çox kənar bulvarlarda, Mars çölündə, ya da Lüksemburq bağının ən tənha
xiyabanlarında təkbaĢına uzun-uzadı gəzməkdən həzz alardı. Bəzən o, günün yarısını bir
bostançının təsərrüfatında keçirərdi: kahı əkilmiĢ ləklərə, peyində eĢələnən toyuqlara, su çarxını
hərləyən ata baxardı. Yolla keçən adamlar ona maraqla baxırdı. Onun geyimi bəzilərini Ģübhəyə
salar, sir-sifəti məĢum görünərdi. Əslində, o, ancaq boĢ-boĢ xəyallara dalmıĢ yoxsul bir gəncdi.
Belə gəzintilərdən birində Marius Qorbonun daxmasına rast gəldi: daxmanın sakit bir yerdə
olması, həm də ucuzluğu onun diqqətini cəlb etdi, o öz mənzilindən köçüb bura gəldi. Burada
onu ancaq Marius adı ilə tanıyırdılar.
Atasının köhnə yoldaĢlarından və köhnə generallardan bəziləri Mariusla tanıĢ olaraq, onu öz
evlərinə dəvət edirdilər. Marius onların dəvətini rədd etmirdi. Onlar Mariusa öz atası haqqında
danıĢmağa imkan verirdilər. Bu qayda ilə o vaxtdan-vaxta gah qraf Pajolun, gah general
Belavenin və Fririonun yanına, gah ―Əlillər evi‖nə gedirdi. Burada musiqi ilə məĢğul olur, rəqs
edirdilər. Marius bu müsamirələrə gedəndə təzə kostyumunu geyərdi. Lakin o ancaq bərk Ģaxtalı
günlərdə o yerlərə gedirdi, çünki onun kareta tutmağa pulu yox idi, uzunboğaz çəkmələri də ayna
kimi parıldamasaydı, getməzdi.
O, heç bir kədər duymadan dəfələrlə demiĢdi: ―Nə etməli, insan belə yaranıb!‖ Salonlara üst-baĢı
çirkli getməyə icazə vardı, lakin çirkli çəkmə ilə getmək olmazdı. Siz salonda ancaq tam təmizlik
əsasında böyük bir mehribanlıqla qəbul oluna bilərsiniz, lakin nəyin tam təmizliyi əsasında?
Vicdanınmı? Xeyr, uzunboğaz çəkmələrin!
Könül ehtirasından baĢqa bütün ehtiraslar xülya içində dağılıb gedir. Mariusun da siyasi xəstəliyi
bu xülyalar içində sağaldı. 1830-cu il inqilabı da buna kömək etdi: bu inqilab onu həm razı saldı,
həm də sakitlik gətirdi. O necə vardısa elə də qaldı. Hiddətdən baĢqa bütün əvvəlki hisslərini
mühafizə etdi. Əqidəsi dəyiĢmədi, ancaq mülayimləĢdi. Əslində, onun heç əqidəsi qalmamıĢdı, o
ancaq hüsn-təvəccöhünü mühafizə etmiĢdi. O, hansı partiyanın tərəfdarı idi? Ġnsanlıq
partiyasının! O, bütün bəĢəriyyət içərisində fransızları, bütün millətlər içərisində xalqı, bütün
xalq içərisində qadını üstün tuturdu. Onun ən çox qadınlara yazığı gəlirdi. Ġndi o, iĢdən fikri
mühüm hesab edirdi: Ģairi qəhrəmandan, Ġovun kitabı kimi kitabı Marenqo hadisəsi kimi
hadisədən yüksək tuturdu. AxĢam isə, bütün günü düĢüncələr içərisində keçirdikdən sonra,
bulvarla evinə gedəndə ağac budaqları arasından ucsuz-bucaqsız fəzaya, sayrıĢan məchul
ulduzlara, göyün dərinliyinə, zülmətə, kainatı bürüyən sirrə baxır, bu zaman bütün bəĢəriyyət
ona əhəmiyyətsiz bir Ģey kimi görünürdü.
O düĢünürdü, bəlkə də, haqlı olaraq düĢünürdü ki, insan həyatının əsl mənasını, əsl fəlsəfəsini
kəĢf etmiĢdir, buna görə də bütün diqqətini ancaq göyü seyr etmək üzərində topladı – həqiqət
quyusunun dərinliyindən görünə biləcək bir Ģey varsa, o da göydür.
Lakin bu ona gələcək haqqında cürbəcür planlar, layihələr, mülahizələr qurmağa mane olmurdu.
Marius xəyala dalanda bir adam onun qəlbinə baxa bilsəydi, bu qəlbin son dərəcə təmiz olması
onu heyrətə salardı. Doğrudan da, bizim gözümüz bizə yaxın olan adamların daxili aləmini görə
bilsəydi, insan haqqında, bu insanın fikirlərindən artıq, xəyalları əsasında daha düzgün mülahizə
yürütmək olardı. Fikirdə iradə var, xəyalda yoxdur. Qeyri-ixtiyari olaraq meydana gələn
xəyallar, – bu onla əzəmətli və ideal bir Ģeyə xidmət etsə də - həmiĢə bizim mənəvi simamızı əks
etdirir, bunu mühafizə edir. Qəlbimizin bilavasitə ən gizlin dərinliyindən gələn səmimi hisslər
içərisində bizim böyük taleyə doğru dayanmadan can atmamızdan daha səmimi bir Ģey yoxdur.
Bu canatmada insanın əsl xasiyyəti bir-birilə əlaqələndirilmiĢ, ətraflı surətdə düĢünülmüĢ, bir-
birilə uyğunlaĢdırılmıĢ fikirlərdə olduğundan daha artıq görünür. Bizim xülyamız hər Ģeydən çox
bizim özümüzə oxĢayır. Hər kəsin məchul və qeyri-mümkün Ģeylər haqqında olan xülyası, onun
öz təbiətinə uyğun bir Ģəkildə meydana gəlir.
Təxminən 1831-ci ilin ortalarında Mariusa xidmət edən qarı ona dedi ki, sizin qonĢunuz olan
bədbəxt Jondretlər ailəsini yaĢadığı mənzildən qovurlar. Marius bəzən bütün günü evdə
olmadığından qonĢusu olduğunu, bəlkə, heç bilmirdi də.
SoruĢdu ki:
– Onları niyə evdən qovurlar?
– Ona görə ki, ev kirayəsini vermirlər, çoxdandı gecikdirirlər.
– Onlar nə qədər verməlidir?
Qarı:
– Ġyirmi frank, – deyə cavab verdi.
Masanın gözündə Mariusun ehtiyat üçün otuz frank pulu vardı.
Qarıya:
– Alın, bu iyirmi beĢ frankdır, – dedi, – o kasıb adamların borcunu ödəyin, beĢ frankını da
onların özünə verin. Ancaq deməyin ki, bunu mən vermiĢəm.
ALTINCI FƏSĠL.
Müavin.
Teodülün qulluq etdiyi polku, heç gözlənilmədiyi halda, Parisə, qarnizon xidmətinə göndərdilər.
Bu vəziyyət Jilnorman xalanın beynində ikinci bir fikrin doğmasına səbəb oldu; əvvəl o, Teodülə
tapĢırmıĢdı ki, Mariusu güdsün, indi isə Mariusu Teodüllə əvəz etmək fikrinə düĢdü.
Bəlkə də, qoca Jilnorman evdə cavan bir oğlan görmək arzusunda oldu – Avrora Ģüalarından
bəzən xarabalıq da həzz alır; xanım Jilnorman bunu nəzərə alaraq, hər ehtimala qarĢı, baĢqa bir
Mariusu əldə etməyi faydalı gördü. O düĢünərək öz-özünə dedi: ―Qoy baĢqası olsun, bunun eybi
yoxdur; bu kitabın təshih cədvəlində səhvin düzəliĢinə bənzəyir - ―Marius‖ – oxu ―Teodül‖.
Adamın qardaĢı nəvəsi öz nəvəsi kimidir; advokat olmayan yerdə ulanla keçinmək olar.
Bir gün səhərçağı, cənab Jilnorman ―Gündəlik‖i, ya ona bənzər qəzetləri oxuyarkən, qızı içəri
girib, çox Ģirin bir səslə (çünki söhbət onun çox istədiyi adam haqqında gedir) dedi:
– Ata can, bu gün səhər Teodül öz hörmətini ifadə etmək üçün sizin yanınıza gəlmək istəyirdi.
– Teodül kimdir?
– Sizin qardaĢınızın nəvəsi.
Qoca uzada-uzada dedi:
– Hə-ə!
Sonra yenə də qəzet oxumağa baĢladı, qardaĢı nəvəsi, yəni Teodül deyilən adam tamam
fikrindən çıxdı və çox çəkmədi ki, yamanca acıqlandı: qəzet oxuyanda o çox vaxt belə
acıqlanırdı. Onun əlində tutduğu və aydın Ģeydir ki, royalist məzmunlu ―vərəqə‖də ozamankı
Paris üçün əhəmiyyətsiz və adi bir Ģey olan bir məsələ haqqında məlumat verilirdi; yazırdılar:
―Sabah günorta vaxtı, Panteon meydanında hüquq və tibb fakültələri tələbələrinin yığıncağı
olacaqdır‖. Söhbət o zaman hər kəsi maraqlandıran bir hadisə üstündə, yəni milli qvardiya
artilleriyası barəsində və Luvr sarayında top qoymaq üstündə hərbiyə naziri ilə ―mülki milis‖
arasında baĢ verən münaqiĢə haqqında gedirdi. Tələbələr yığıĢıb bu məsələni ―müzakirə‖ etməli
idilər. Cənab Jilnormanın hirslənməsi üçün bu özü də kifayətdi.
Marius onun yadına düĢdü: o da tələbə idi, o da, yəqin, baĢqaları ilə birlikdə günorta vaxtı
―müĢavirə keçirmək üçün‖ Panteon meydanına gedəcəkdi.
Cənab Jilnorman bu əzabverici Ģeyləri düĢünərkən mülazim Teodül içəri girdi: o, qocanın
xasiyyətini nəzərə alaraq, mülki paltar geymiĢdi və madmazel Jilnorman onu yavaĢca otağa
salmıĢdı. Ulan belə fikirləĢirdi: ―Bu qoca kaftar, əlbəttə, bütün var-yoxunu ömürlük rentaya
qoymamıĢdır, bunun xatiri üçün hərdən mülki paltar da geymək olar‖.
Madmazel Jilnorman atasına sarı dönərək, bərkdən dedi:
– Teodüldür, sizin qardaĢınız nəvəsi.
Elə o saat da mülazimin qulağına pıçıldadı:
– Bax, heç bir Ģeydə ona etiraz eləmə ha!
Sonra çıxıb getdi.
Mülazim belə bir hörmətli məclisə vərdiĢ etmədiyindən çəkinə-çəkinə, dili dolaĢa-dolaĢa ―XoĢ
gördük, əmican!‖ – deyərək, adəti üzrə və qeyri-ixtiyari olaraq təzim etdi: təzimi o hərbi qayda
ilə baĢlayaraq mülki qayda ilə bitirdi.
Qoca:
– Hə, sizsiniz! Çox gözəl, oturun! – dedi və elə o saat ulan yadından çıxdı.
Teodül oturdu, amma cənab Jilnorman ayağa qalxdı.
Əllərini jiletinin cibinə qoyub, zəif, titrək barmaqları ilə ciblərində olan saatları sıxa-sıxa otaqda
gəziĢməyə baĢladı; o düĢünə-düĢünə deyirdi:
– Burnufırtıqlılar dəstəsi! Özü də gör hara yığıĢırlar?! Belə də Ģey olar?! Ayrı yerə də yox,
Panteon meydanına! Bədbəxt çağalar! Hələ dünən döĢdən ayrılıblar, dodaqlarındakı süd hələ
qurumayıb, amma gör nə edirlər, sabah günorta vaxtı müĢavirəyə yığıĢırlar. Bunun axırı nə
olacaq, nə olacaq? Bu, lap aydındır: məhv olmaq! Bu lütlər bizi gör hara gətirib çıxartdı! Mülki
artilleriya! Mülki artilleriya haqqında müĢavirə etmək! Küçəyə çıxıb bar-bar bağırmaq: milli
qvardiya topdan atəĢ açmalıdır, ya yox?! Onlar orada kimlərin içində olacaqlar? Yakobinçilərin
tutduğu iĢin səmərəsinə baxın, ləzzət alın! Nə desəniz verərəm, lap milyondan mərc gələrəm ki,
orada qaçaq dustaqlardan, bir də günahları bağıĢlanmıĢ katorqaçılardan baĢqa heç kəs
olmayacaq! Respublikaçı və dustaq – bunların hərəsi çəkmənin bir tayıdır! Karno soruĢurdu:
―Xain, əmrin nədir, mən hara gedim?‖ FuĢe də belə cavab vermiĢdi: ―Axmaq, hara istəyirsən,
get!‖ Onlar hamısı orada olacaq, sizin o respublikaçılar!..
Teodül onun sözünü təsdiq etdi:
– Lap doğurdur.
Cənab Jilnorman baĢını azca döndərdi, Teodülə baxaraq, sözünə davam etdi:
– Bir baxın da, bu yaramazda bu qədər alçaqlıq haradandı ki, gedib karbonar olub? Sən axı
mənim evimdən niyə getdin? Respublikaçı olmaq üçün?! Gör ağlına nə gəlib! Əvvəla budur ki,
xalq sənin respublikanı istəmir. Bu respublika ona heç lazım deyil. Onun ağlı yerindədir. O, çox
gözəl bilir ki, krallar həmiĢə olub, olacaq da! O, çox gözəl bilir ki, xalq – xalq olub qalır. Xalq
sənin respublikana gülür, bunu baĢa düĢürsənmi, ay gicin biri gic! Bu sarsaqlıqdan da iyrənc Ģey
olarmı? ―DüĢen ata‖ya vurulmaq, gilyotinə qaĢ-göz eləmək, doxsan üçüncü ilin eyvanı altında
serenada oxumaq, gitara dınqıldatmaq! Bu gənclər o qədər kütdür ki, heç bir parça tüpürcəyə də
dəyməzlər! Hamısı da bu tilova düĢürlər. Heç bircəciyi də bundan uzaqlaĢmır. Ġndi ağıldan
çıxmaq üçün küçənin havasını udmaq kifayətdir! On doqquzuncu əsr – zəhərdir. Bir də görürsən
ki, bir haramzadənin biri, burnufırtıqlı bir uĢaq, keçi saqqalı kimi saqqal qoydu, özü də elə
təsəvvür edir ki, hamıdan ağıllıdır, tez də qoca ata-anasının yanından qaçıb gedir. Bu, respublika
qaydası, romantika qaydası bir hərəkətdir. Bu romantizm özü axı nə deyilən Ģeydir? Ġltifat
buyurub, izah edin: bu nə deyilən Ģeydir? BaĢdan-baĢa səfehlik! Bir il əvvəl hamı baĢ alıb
―Ernani‖yə gedirdi. Bir buna bax: ―Ernani!‖ Cürbəcür antitezalar, dəhĢətlər! Heç fransız dilində
də yazılmayıb! Ġndi də birdən Luvr sarayına top qoyurlar. Gör quldurluq nə yerə gəlib çatıb!
Teodül dedi:
– Siz tamamilə haqlısınız, əmican.
Cənab Jilnorman susmaq bilmirdi:
– Muzey həyətində toplar! Nə səbəbə? Orada top nəyə lazımdır? Belveder Apollonunu topa
tutmaq üçün? Top gülləsinin Meditsey Venerası ilə nə əlaqəsi? Ġndiki bütün cavanlar nə alçaq
adamlardır! Onların o Benjamen Konstanı da böyük bir sima deyil! Onların içərisində alçaq
olmayan bir adam tapılsa da, deməli, o, axmaq adamdır! Onlar özlərini eybəcər Ģəklə salırlar,
ədəbsizcə geyinirlər, arvadlardan qorxurlar, arvadların yanında elə əzilib-büzülürlər ki, elə bil
onlardan sədəqə istəyirlər; qızlar onlara baxanda pıqqıldayıb gülür. Namusum haqqı, elə zənn
etmək olar ki, yazıqlar sevgidən qorxmaq xəstəliyinə tutulublar. Bütün bu eybəcərlikləri ilə
bərabər, hələ bir axmaqdırlar da; onlar Tyerselenin və Potyenin söz oyuncaqlarını təkrar etməyi
xoĢlayırlar. Əyinlərindəki sürtük torba kimi sallanır; onların jiletini ancaq mehtərlər geyib
lovğalana bilər; onların köynəyi kobud kətandan, Ģalvarları kobud yun parçadan, çəkmələri
kobud göndən tikilmiĢdir; əlbəttə, geyimləri necədirsə, özləri də elədir. Onların sözü ancaq öz
çəkmələrinin altına yarar. Özü də bütün bu beyinsiz çağaların siyasi nöqteyi-nəzəri var, bir
baxırsınız da! Buna görə də bütün siyasi nöqteyi-nəzərləri qəti surətdə qadağan etmək lazımdır.
Onlar özlərindən cürbəcür saxta sistemlər uydururlar, cəmiyyəti tamamilə baĢqa Ģəklə salırlar,
mütləqiyyəti dağıdırlar, qanunları çirkaba atıb tapdalayırlar, evi qaldırıb baĢ-ayaq eləyirlər,
mənim qapıçımı kral qoyurlar. Avropanı kökündən sarsıdırlar, bütün dünyanın simasını
dəyiĢdirirlər, amma arabasına qalxan paltaryuyan arvadların baldırına gizlincə baxa bilsələr,
bundan yamanca sevinərlər! Ah, Marius! Ah, avarının biri avara! Meydanda bar-bar bağırmaq,
mübahisə etmək, tədbir görmək! Ey mərhəmətli Allah, buna onlar ―tədbir‖ deyirlər! ĠğtiĢaĢ get-
gedə cırlayır, dönüb axmaqlıq olur. Mən öz dövrümdə qarıĢıqlıq görmüĢəm, amma indi yalnız
hərc-mərclik görürəm. Məktəblilər milli qvardiyanın taleyini həll edirlər! Belə Ģeylər heç qırmızı
dərili ocibneylərdə, kadodaxlarda görünməyib! Çılpaq gəzən, baĢlarına volanabənzər lələk taxan,
pəncələrinə dəyənək alan vəhĢilər bu tüllablar qədər heyvan deyil! Ağızlarından süd iyi gələn
yaramazlar! Heç bir quruĢa dəyməzlər, amma özlərini ağıllı göstərirlər, guya, yerin sahibidirlər,
müĢavirə edirlər, düĢünürlər! Yox, dünyanın axırıdır! Lap aydındır! Yer kürəsi adlanan bu
mənfur kürənin axırıdır! Az qalıb, Fransanın da bu kürə ilə bir yerdə son nəfəsi çıxacaq. YığıĢın,
müĢavirə edin, səfehlər! Onlar nə qədər ki, Odeon tağı altında qəzet oxumağa gedirlər, belə də
olacaq! Bunun vur-tut bircə su qiyməti var, üstəlik də sağlam fikir, idrak, qəlb, ruh, ağıl gedir.
Ora gedirlər, sonra da ailədən uzaqlaĢırlar. Bütün qəzetlər taundur, hətta ―Ağ bayraq‖ özü də!
Mortenvil, əslində, yakobinçi idi. Ey mərhəmətli Allah! Ġndi o fəxr edə bilər: o öz babasını
ümidsizlik dərəcəsinə gətirib çıxartdı!
Teodül onunla razılaĢdı:
– Buna heç Ģübhə ola bilməz.
Cənab Jilnorman nəfəsini dərmək üçün bir az susdu, ulan bundan istifadə edərək, əxlaq dərsi
verirmiĢ kimi, əlavə etdi:
– Qəzetlərdən ancaq ―Moniter‖i, kitablardan da ―Hərbi illik‖ saxlamaq lazımdır.
Cənab Jilnorman yenə də sözə baĢladı:
– Onlar hamısı Syeyesə oxĢayırlar! PadĢah öldürüb senator olurlar! Onların hamısının axırı belə
olur. Səadətli qraf adı almaq üçün əvvəl bir-birinə respublika qaydası ilə kobudcasına ―sən‖
deyirlər! Səadətli cırtdanlar, qatillər, sentyabrçılar! Syeyes – filosof! Demək lazımdır ki, mən
həmiĢə bu filosofların fəlsəfəsinə Tivoli bağında ağız-burnunu əyənlərin gözlüyündən yüksək
qiymət verməmiĢəm, bu, mənim üçün Ģərəfdir. Bir dəfə mən Malake sahil küçəsində
senatorların təntənəli mərasimini gördüm: onlar, sanki, üstünə bal arısı səpələnmiĢ bənövĢəyi,
məxmər mantiya geymiĢdilər, Ģlyapaları da dördüncü Henrixin Ģlyapasına oxĢayırdı. Onlar
iyrənc idilər. Əlahəzrət pələngin xalis saray meymunları! VətəndaĢlar, mən sizə deyirəm: sizin
tərəqqiniz dəlilikdir, sizin insanlığınız xülyadır, sizin inqilabınız cinayətdir, sizin respublikanız –
eybəcərlikdir, sizin cavan, bakir Fransanız fahiĢəxanadan çıxmıĢdır! Siz kim olursunuz olun
jurnalistmi, iqtisadiyyatçımı, yuristmi, lap elə gilyotin bıçağından artıq azadlıq, bərabərlik,
qardaĢlıq üçün can yandıran olun – bunu sizin hamınızın nəzər-diqqətinə yetirirəm! Mənim sizə
dediyim budur, əziz dostlar!
Mülazim ucadan dedi:
– Belə də doğru söz olarmı?!
Cənab Jilnorman əl hərəkətini tamamladı, dönüb ulan Teodülün düz sifətinə baxaraq qəti bir
ifadə ilə dedi:
– Axmaq!
BĠRĠNCĠ FƏSĠL.
Ləqəb familiyanın yaranmasına kömək edir.
O zaman Marius ortaboylu, qara sıx saçlı, qəĢəng bir oğlandı; onun zəkalı olduğunu göstərən
geniĢ alnı vardı; burun pərləri əsəbi halda körüklənərdi. O, müvazinətini itirməyən sakit, səmimi
adam təsiri bağıĢlayırdı; üzündə vüqarlı, düĢüncəli, məsum ifadə nəzərə çarpırdı. Yandan
baxanda sifətinin dolğun, lakin aydınlıqdan məhrum olmayan xətlərində Elzas və Lotaringiya
təriqi ilə fransız simasına keçmiĢ alman mülayimliyi görünürdü, lakin kələ-kötürlük yox idi; bu
kələ-kötürlük, yəni yanaq sümüklərinin çıxıq, çənənin enli olması vaxtı ilə sikambrları çox bariz
surətdə romalılardan ayırardı, bu həm də aslan cinsini qartal cinsindən fərqləndirir.
O, həyatının elə bir dövrünə qədəm qoymuĢdu ki, bu zaman düĢünən adamın əqli, təxminən eyni
dərəcədə, həm dərin, həm də sadəlövh olur. O, mürəkkəb bir məiĢət içərisinə düĢdükdə çox
asanlıqla fərasətsiz görünə bilərdi, lakin açar bir də döndükdə o, vəziyyətin fövqində durardı. O
öz rəftarında təmkinli, soyuqqanlı və nəzakətli idi; adamayovuĢmazdı. Lakin onun gözəl ağzı, al
dodaqları, ağ diĢləri vardı, təbəssümü isə üzündəki sərtliyi bir qədər yumĢaldardı. Bəzən bu
təbəssüm onun bakiranə ciddiyyət ifadə olunan alnı ilə qəribə bir ziddiyyət təĢkil edirdi. Onun
gözləri iri deyildi, baxıĢları səmimi idi.
Marius yoxsulluğun ən ağır vaxtlarında yolla gedərkən bir neçə dəfə qızların dönüb ona
baxdığını görmüĢdü: o bundan böyük əzab duyaraq, tez qaçıb getməyə, ya da gizlənməyə
çalıĢmıĢdı. O elə bilirdi ki, qızlar ona pis geyindiyi üçün baxırlar, ona gülürlər. Əslində, qızlar
ona qəĢəng olduğu üçün baxırdılar, onun həsrətini çəkirdilər.
Yolda gözəl qızlarla Marius arasında əmələ gələn bu qəribə anlaĢılmazlıq onu adamdan qaçmağa
məcbur etdi. Bu qızlardan heç birini o xoĢlayıb bəyənməmiĢdi, ona görə ki, o bunların
hamısından qaçırdı. Bu qayda ilə təkbaĢına, Kurfeyrakın dediyi kimi, ―axmaqcasına‖ yaĢayırdı.
Kurfeyrak ona deyərdi:
– Özünü möminliyə qoyma (onlar bir-birinə ―sən‖ deyirdi: gənclik vaxtlarında dostlar çox
asanlıqla bir-birinə ―sən‖ deməyə baĢlayırlar). Dost, mənim sənə məsləhətim budur: az kitab
oxu, hərdən də qəĢəng qızlara bax. Ey Marius, inan mənə: o kələkbazlar çox da pis deyillər!
Onlardan qaçsan, onları görəndə qızarsan, bundan ancaq kütləĢəcəksən.
Kurfeyrak Mariusa rast gələndə bəzən onu belə salamlardı: ―XoĢ gördük, cənab abbat!‖
Kurfeyrakın bu sözündən sonra Marius azı bir həftə bütün qadınlardan – həm cavanından, həm
qocasından, hələ üstəlik Kurfeyrakın özündən də bərk qaçmağa baĢladı.
Nəhayət, bütün dünyada iki arvad tapıldı ki, Marius onlardan qaçmadı, onlardan qorxmadı.
Doğrusuna qalanda, Mariusa deyən olsaydı ki, bunlar qadındır – çox təəccüb edərdi. Bu
qadınlardan biri – onun otağını süpürən saqqalı qarı idi. Kurfeyrak bu qarıya baxanda
yoldaĢlarına deyərdi: ―Marius ona görə saqqal qoymur ki, onun qulluqçusu saqqal qoymuĢdur‖.
O birisi də bir qızdı; Marius onu çox tez-tez görürdü, ancaq fikir vermirdi.
Bir ildən çox idi ki, Marius ġitillik hasarı boyu uzanan Lüksemburq bağının izsiz
xiyabanlarından birində, xiyabanın Qərb küçəsinə çıxan ən tənha yerində eyni oturacaqda bir kiĢi
ilə, lap cavanca bir qızın yan-yana oturduğunu görürdü. Fikrə dalmıĢ adamların gəzintisində
həmiĢə bir təsadüf olur; Mariusu da təsadüf hər dəfə bu xiyabana gətirib çıxaranda – bu da hər
gün olardı – o həmiĢə bu qızla kiĢini burada görürdü. KiĢiyə altmıĢ yaĢ vermək olardı; o kədərli
və ciddi görünürdü; lakin öz möhkəm bədəni və yorğunluq ifadə olunan siması ilə istefaya
çıxmıĢ hərbi adamı xatırladırdı. Onun döĢündə ordeni olsaydı, Marius elə zənn edərdi ki,
əvvəllər bu adam zabit olmuĢdur. Üzündə xoĢ bir ifadə vardı, amma özü qılıqsız adam təsiri
bağıĢlayırdı. O, göy Ģalvar, göy rendinqot geyər, geniĢ günlüklü Ģlyapa qoyardı; həmiĢə də
bunlar təzə olardı, elə bil, indicə iynədən çıxmıĢdır; qara qalstuk taxardı; əynindəki kvader
köynəyi kobud kətandan tikilsə də, ağappaq olardı. Bir gün onların yanından ötən yüngül əxlaqlı
bir qız bərkdən demiĢdi: ―Bu nə təmizkar dul kiĢidir!‖ Onun baĢı tamam ağ idi.
Onlar ilk dəfə gəlib, yəqin ki, xoĢladıqları oturacaqda oturanda qıza ancaq on üç-on dörd yaĢ
vermək olardı; bu qız çox arıqdı, bu, onu bir az da eybəcər də göstərirdi; o yaraĢıqsızdı, heç bir
cəhətdən diqqəti cəlb etmirdi. Ancaq gözləri ümid verirdi ki, gözəl olacaq; bu geniĢ açılmıĢ
gözlərdə xoĢagəlməyən bir sakitlik duyulurdu. O həm qarısayağı, həm də uĢaq sayağı,
monastırda tərbiyə alan qızlar kimi kobud merinos parçadan pis tikilmiĢ qara paltar geymiĢdi.
Qocanı bu qızın atası hesab etmək olardı.
Marius iki-üç gün çox maraqla bu yaĢlı kiĢiyə, bu qız uĢağına baxdı: nə kiĢiyə hələ qoca, nə də
qıza yetiĢmiĢ qız demək olardı. Sonra qətiyyən onlar barədə düĢünmədi. Onlar da, görünür,
Mariusun burada olduğunu heç hiss etmirdilər. Qoca ilə qız sakitcə oturub söhbət edirdilər. Qız
susmaq bilmir, fərəhlə danıĢırdı, qoca az danıĢırdı, arabir də böyük ata Ģəfqətilə ona baxırdı.
Marius heç özü də hiss etmədən bu xiyabanda gəzməyə vərdiĢ etdi. O hər dəfə xiyabana gələndə
onları burada görürdü.
Mariusun onlara rast gəlməsi belə olurdu.
Çox vaxt Marius qoca ilə qızın oturduğu oturacağın qarĢı tərəfində, xiyabanın o biri baĢında
görünürdü: bütün xiyaban boyu gələr, onların qabağından keçər, sonra geri dönər, xiyabanın o
biri baĢına gedərdi, sonra yenə də geri qayıdardı. Həftədə o, beĢ-altı dəfə bura gəzməyə gələr, hər
gələndə də xiyabanı beĢ-altı dəfə o baĢ-bu baĢa gedərdi, lakin salamlaĢmaq nə onun, nə də qoca
ilə qızın ağlına gəlməzdi. Aydınca görünürdü ki, qoca ilə qız baĢqalarının nəzərindən çəkinirlər,
buna baxmayaraq, bəlkə də, elə buna görə beĢ-altı tələbə onları görmüĢdü: bu tələbələr –
çalıĢqanları dərsdən sonra, o birilər isə bilyard oyunundan sonra arabir ġitillik xiyabanına
gəzməyə gələrdilər. Kurfeyrak da bilyard oyunundan sonra gələrək, oturacaqda oturanları bir
qədər müĢahidə etdikdən sonra qızı çirkin hesab edib oradan əkilmiĢdi. O, qoca ilə qıza ləqəb
qoyaraq, parfiyanlar kimi qaçmıĢdı: qızın ancaq paltarının, qocanın da saçının rəngini yadında
saxlayaraq, qıza ―Qara qız‖, atasına ―Cənab Ağ‖ adını vermiĢdi. Heç kəs onların əsl adını
bilmirdi, buna görə də verilən ləqəb ad yerinə iĢlədilirdi. Tələbələr deyirdi: ―Hə! Cənab Ağ öz
yerindədir!‖ Marius da bu naməlum adama ―Cənab Ağ‖ deməyə baĢladı.
Biz də onlar kimi edəcəyik: iĢimizin rahatlığı üçün öz hekayəmizdə ona ―Cənab Ağ― deyəcəyik.
Marius birinci il ata ilə qızını, bəlkə də, hər gün və həmiĢə eyni vaxtda görürdü. Qoca onun
xoĢuna gəlirdi, amma qız xoĢuna gəlmirdi.
ĠKĠNCĠ FƏSĠL.
Lux facta est1.
Ġkinci ildə belə oldu ki, Marius daha Lüksemburq bağına gəzməyə getmədi, altı aya qədər öz
xiyabanında görünmədi, bunun səbəbini o özü də yaxĢı bilmirdi; Mariusun Lüksemburq bağına
gəlməməsi bizim nəql etdiyimiz hekayənin bu yerə gəlib çatdığı bir vaxta təsadüf edir. Lakin
aydın bir yay səhərində o yenə də xiyabana getdi. GünəĢli bir gündə hamının ürəyi açıldığı kimi,
Mariusun da qəlbi sevinclə dolu idi. Ona elə gəlirdi ki, ətrafında müxtəlif səslərlə cəh-cəh vuran
quĢlar onun qəlbində oxuyur, yarpaqlar arasından baxan mavi göy onun qəlbində yüksəlir.
O ―öz xiyabanına‖ sarı getdi; xiyabanın sonuna çatanda yenə həmin oturacaqda qoca ilə qızı
gördü. Onların yanından ötəndə bildi ki, qoca qətiyyən dəyiĢməmiĢdir, amma qız tamamilə baĢqa
qız olmuĢdur. Ġndi o öz qarĢısında bütün qadın məlahətləri duyulan, ucaboylu, gözəl bir məxluq
görürdü; onun elə bir vaxtı idi ki, bu qadın məlahətlərində hələ sadəlövhcəsinə uĢaq zərifliyi
vardı; bu, onun ötəri, bakir və məsum vaxtı idi, bu vaxtı ancaq iki sözlə daha yaxĢı ifadə etmək
olar: on beĢ yaĢ! Onun qızıla çalan gözəl Ģabalıdı saçı vardı; alnı, sanki, mərmərdən idi;
yanaqları qızılgülün al yarpağına bənzəyirdi; ağ bənizində solğun çəhrayılıq sezilirdi; ağzı
cazibəli və qəĢəngdi; dodaqlarından təbəssüm Ģüa kimi yayılırdı; sözləri musiqi kimi səslənirdi;
baĢı Jan Qujonun yaratdığı Veneranın boynu üstə qoyulmuĢ Rafael Madonnasının baĢı idi. Onun
adamı valeh edən gözəl üzünün füsunkarlığını tamam göstərmək üçün bir-iki söz də əlavə etmək
lazımdır: bu qızın gözəl deyil, balaca, qəĢəng burnu vardı; onun burnu nə düzdü, nə donqardı; nə
italyan, nə də yunan burnu idi; bu, Paris burnu idi, yəni düzgün olmayan, zəka və nəzakətə
dəlalət edən zəif, xoĢ görünüĢlü burundu. Bu rəssamları məyus, Ģairləri heyran edən bir burundu.
Marius qızın qabağından keçəndə onun gözünü görə bilmədi: qız həmiĢə yerə baxırdı. O ancaq
kölgəsində utancaqlıq gizlənən uzun, Ģabalıdı kirpiklər görürdü.
Ancaq qızın yerə baxması gülümsəməsinə mane olmurdu: ağsaçlı adam ona nəsə deyir, o da
qulaq asa-asa gülümsəyirdi; yerə baxa-baxa belə aydınca gülümsəməkdən gözəl bir Ģey təsəvvür
etmək olarmı?!
Marius əvvəl elə zənn etdi ki, bu, əvvəlki qızın bacısı, qocanın ikinci qızıdır. Lakin xiyabanı
aĢağı-yuxarı gəzmək vərdiĢi ilə o, ikinci dəfə gəlib qoca ilə qızın oturacağı qabağından keçəndə
qıza baxdı, onun əvvəlki qız olduğuna əmin oldu. Altı ay içərisində bu qız uĢağı, yetiĢmiĢ qız
olmuĢdu. Burada ayrı bir Ģey yox idi. Bu, görünməmiĢ bir Ģey deyildi. Vaxt gəlir, qönçə bir anda
açılır, qızılgül olur. Dünən bu qız hələ uĢaqdı, heç bir gün də keçmədi, indi o, adamı məftun
edirdi.
Bu qız ancaq böyüməmiĢdi, o, eyni zamanda, canlanmıĢ, ruhlanmıĢdı. Bəzi ağacların çiçək
açması üçün aprelin üçcə günü kifayətdir, bu qızın da gözəlləĢməsi üçün altı ay kifayət etmiĢdi.
Onun da apreli gəlmiĢdi.
Bəzən görürsən ki, kasıb, təvazökar bir adam birdən, yuxudan ayılmıĢ kimi, yoxsulluqdan
dəbdəbə aləminə atılır, pullarını sağa-sola dağıdır, heç gözlənilmədiyi halda gözə çarpır,
israfçılıq eləyir, təntənəli həyat keçirir. Bu o deməkdir ki, o pullanmıĢdır – dünən rentanın
ödənildiyi gün imiĢ. Burada da elə: qız öz yarım illik gəlirini almıĢdı.
Ġndi daha onu pansionçu qız hesab etmək olmazdı. Ġndi daha onun nə plüĢ Ģlyapası vardı, nə
merinos paltarı, nə məktəbli çəkməsi, nə də qırmızı əlləri! Gözəlliklə bərabər onda zövq də
əmələ gəlmiĢdi. Onun paltarı həm yaxĢı, həm bahalı, həm zərif, həm də sadə idi, geyimində heç
bir qəribəlik yox idi. Əynində qara damadan paltar, həmin ipəkdən də pelerin, baĢında ağ, krep
Ģlyapa vardı. Əlinə ağ əlcək taxmıĢdı; nazik barmaqları ilə çətirinin Çin fili diĢindən hazırlanmıĢ
dəstəyini hərləyirdi; gödəkboğazlı ipək çəkməsi xırdaca ayaqlarını tərsim edirdi. Qıza
yaxınlaĢanda onun bütün tualetindən gəncliyin məstedici ətri duyulurdu.
Qoca qətiyyən dəyiĢməmiĢdi.
Marius ikinci dəfə qızın qabağından keçəndə qız gözlərini yerdən qaldırdı. Onun gözləri mavi
idi; lakin dərin sakitlik çökən bu gözlərin lacivərdliyi içərisində hələ də uĢaqcasına ifadə vardı. O
laqeyd halda Mariusa baxdı: tut ağacı altında qaçan bir uĢağa, ya da oturacağa kölgəsi düĢən
mərmər vazaya belə baxıla bilərdi. Marius baĢqa bir Ģey haqqında düĢünə-düĢünə öz gəzintisinə
davam edirdi.
Dörd-beĢ dəfə qızın oturduğu oturacağın qabağında keçib getdi, lakin bircə dəfə də qıza
baxmadı.
Marius o biri günlərdə Lüksemburq bağına gəlir, ―ata ilə qızı‖ yenə orada görürdü, ancaq daha
onlara əhəmiyyət vermirdi. Bu qız indi gözəldi, lakin o, çirkin olanda Marius onun haqqında nə
qədər düĢünürdüsə, indi bundan artıq düĢünmürdü. O, vərdiĢ etdiyi üçün onun oturacağı
qabağından gəlib keçirdi.
ÜÇÜNCÜ FƏSĠL.
Yazın təsiri.
Hava isti idi; Lüksemburq bağı günəĢlə, kölgələrlə dolmuĢdu; göy tər-təmizdi, sanki, mələklər
səhər tezdən onu yumuĢdu; Ģabalıd ağaclarının sıx yarpaqları arasında sərçələr civildəĢirdi.
Marius bütün qəlbini təbiətin qarĢısında açmıĢdı, o heç bir Ģey haqqında düĢünmürdü, ancaq
yaĢayırdı, nəfəs alırdı. O yenə də oturacağın qabağından keçirdi, qız baĢını qaldırıb ona baxdı,
onların baxıĢı bir-birinə rast gəldi.
Bu dəfə qızın baxıĢında nə vardı? Marius bu suala cavab verə bilməzdi. Onun baxıĢında heç bir
Ģey yox idi, lakin hər Ģey vardı. Sanki, birdən ildırım çaxmıĢdı.
Qız gözlərini yerə dikdi. Marius da gəlib getdi.
Onun gördüyü hiyləsiz, sadə bir uĢaq baxıĢı deyildi: bu birdən üstü açılan, elə o saat da örtülən
sirli uçurum idi.
Hər qızın belə baxdığı bir gün olur. Vay bu baxıĢa rast ələn adamın halına!
Hələ özünü dərk etməyən qəlbin bu ilk baxıĢı dan yerinin ağarmasına bənzər. Bu, parlaq, həm
də məchul bir Ģeyin meydana gəlməsidir. Müqəddəs qaranlıqda birdən görünən, özündə bu
günün bütün məsumluğunu, sabahın bütün ehtirasını birləĢdirən bu solğun iĢığın məhvedici
cazibədarlığını təsvir etmək mümkün deyil. Bu, sanki, cəsarətdən məhrum, intizarla dolu bir
Ģəfqətin heç gözlənilmədiyi halda oyanmasıdır. Bu, məsumluğun öz-özündən xəlvəti olaraq
qurduğu tordur, o, heç özü istəmədən, xəbəri olmadan baĢqalarının qəlbini bu tora salır. Bu,
qadın baxıĢlı bakirəlikdir.
Bu nəzər kimin üzərinə düĢsə, çox nadir hallarda onda dərin xülyalar oyatmır. Bütün bakirəlik,
bütün məsumluq bu səmavi, bu məĢum Ģüadadır; bu Ģüada ən iĢvəli nəzərdən daha artıq elə bir
sehrli qüvvə var ki, onun təsiri altında dərhal qəlbin dərinliyində ətir və zəhər dolu tutqun çiçək
açılır, bu çiçəyə ―sevgi‖ deyirlər.
Marius axĢam öz otağına qayıdıb əynindəki paltarına baxdı: o ancaq indi baĢa düĢdü ki, ―hər gün
geydiyi kostyumla‖ – yəni qaytan yerindən əzilmiĢ Ģlyapada, kobud, uzunboğaz arabaçı
çəkməsində, dizləri iĢıldayan qara Ģalvarda, dirsəkləri getmiĢ qara sürtükdə getmək heç
görünməmiĢ, eĢidilməmiĢ bir səliqəsizlik, ədəbsizlik və axmaqlıq imiĢ.
DÖRDÜNCÜ FƏSĠL.
Ciddi bir xəstəliyin baĢlanğıcı.
Ertəsi gün Marius Ģkafdan təzə sürtükünü, təzə Ģalvarını, təzə Ģlyapasını, təzə çəkməsini çıxartdı,
bütün bu Ģeyləri bir dava geyimi kimi əyninə geydi, əlcəyini – bu heç görülməmiĢ zinətdi – əlinə
taxdı və həmiĢəki vaxtda Lüksemburq bağına getdi.
Yolda Kurfeyrak ona rast gəldi, lakin o, özünü elə tutdu ki, guya, Kurfeyrakı görmür. Kurfeyrak
evə qayıdanda yoldaĢlarına dedi: ―Mən indicə Mariusun təzə Ģlyapasına, təzə sürtükünə, üstəlik,
bir də Mariusun özünə rast gəldim. O, yəqin, imtahana gedirdi. Onun çox axmaqca görünüĢü
vardı‖.
Marius Lüksemburq bağına gəlib hovuzun ətrafında dolandı, ququ quĢlarına tamaĢa etdi, sonra
baĢı kifdən qaralmıĢ, ombası qopmuĢ bir heykəlin qabağında xeyli dayanıb ətrafı seyr etdi.
Hovuzun yanında, qırx yaĢlı, yekə bir burjua beĢ yaĢlı uĢağın əlindən tutub ona öyüd-nəsihət
verirdi: ―Oğlum, ifrat Ģeylərdən çəkin. Mütləqiyyətdən və anarxiyadan uzaq ol‖. Marius
burjuanın dediklərinə qulaq asdı, sonra bir də hovuzun ətrafına dolandı. Nəhayət, ağır-ağır,
sanki, könülsüz olaraq ―öz xiyabanına‖ getdi. Eyni zamanda, bir Ģey, sanki, onu həm ora
göndərir, həm də buraxmırdı. O özü bunun fərqinə varmırdı, elə güman edirdi ki, yenə də
həmiĢəki kimi hərəkət edir.
Xiyabana girəndə ―Cənab Ağ‖ ilə qızı, xiyabanın o biri baĢında - ―onların oturacağında‖ gördü.
Marius sürtükünü tamam düymələdi, onu dartıĢdırdı ki, qırıĢmasın, Ģalvarının ipək kimi bərq
vurmasına məmnuniyyətlə nəzər salıb oturacağın üstünə yeridi. O, hücum edən və qalib
gələcəyinə inanan bir adama bənzəyirdi. Bəli, mən dedim ki, o, oturacağın üstünə yeridi, bu,
―Hannibal Romanın üstünə yeridi‖ demək kimi bir Ģeydir.
Lakin bütün bu Ģeyləri Marius tamamilə Ģüursuz halda edirdi: bu, onun fikrinin əvvəlki kimi
cərəyan etməsinə, vərdiĢ etdiyi qayda ilə iĢləməsinə qətiyyən mane olmurdu. Elə bu anda o
ancaq bir məsələ haqqında düĢünürdü: ―Bakalavr dərəcəsini almaq üçün dəsturuləməl‖ kitabı gör
nə axmaq bir kitabdır, yəqin, onu tərtib edənlər də çox nadir tapılan giclərdəndir, çünki bu
kitabda insan dühasının yaratdığı əsərlərin ən yüksək nümunəsi olaraq Rasinin üç faciəsini,
Molyerin təkcə bir komediyasını göstərirlər‖.
Mariusun qulağında dərin bir uğultu vardı. Oturacağa yaxınlaĢdıqca sürtükünü dartıĢdırır, eyni
zamanda, qızdan gözünü çəkmirdi. Ona elə gəlirdi ki, mavi bir iĢıq titrəyə-titrəyə xiyabanın
sonunu dolduraraq qızın ətrafına yayılır.
Lakin oturacağa yaxınlaĢdıqca onun addımları yavaĢıyırdı. O birdən hələ sonuna çatmamıĢ,
oturacaqdan xeyli kənarda dayanıb, geri döndü, bunun necə olduğunu o heç özü də bilmədi.
Xiyabanın sonuna qədər getməyəcəyi onun heç ağlına da gəlmirdi. Qız uzaqdan nə onu, nə də
onun təzə kostyumda necə qəĢəng olduğunu görə bilməzdi, bununla belə, o, özünü mümkün
qədər Ģax tutmağa çalıĢırdı: bəlkə də, arxada qalan qoca, ya qız ona baxmaq fikrinə düĢdülər,
qoy onun qoçaqca bir görünüĢü olsun.
Marius xiyabanın o biri baĢına çatdı, sonra yenə geri döndü, bu dəfə daha artıq igidlik göstərdi:
oturacağa o qədər yaxınlaĢdı ki, ona çatmağa üçcə ağac qaldı, lakin birdən hiss etdi ki, daha
qabağa gedə bilmir; tərəddüd etməyə baĢladı. Ona elə gəldi ki, qız baĢını ona sarı döndərdi.
Marius iradəsini topladı, Ģücaət və inad göstərərək tərəddüdünə qalib gəldi, qabağa yeridi. Bir
neçə saniyədən sonra o, möhkəm addımlarla oturacağın qabağından keçdi: bu zaman o, özünü
Ģax tutmuĢdu, qulaqlarına qədər qızarmıĢdı, nə sağa, nə də sola baxmağa cəsarət edirdi, əlini də,
bir dövlət xadimi kimi sürtükünün dal ətəyinin altına qoymuĢdu. DüĢmən atəĢi altından keçəndə
onun qəlbi bərk döyünürdü. Qızın əynində yenə, dünənki kimi, dama paltar, baĢında krep Ģlyapa
vardı. Mariusun qulağına gözəl bir səs gəldi, yəqin ki, ―onun səsi‖ idi. O, tələsmədən nəsə
danıĢırdı. O, çox gözəldi. Marius ona baxmağa cəsarət etməsə də, bunu hiss edir, düĢünərək öz-
özünə deyirdi: ―O, Markos Obreqon de la Rond haqqında yazılan, lakin cənab Fransua de
NefĢatonun öz adına çıxdığı və ―Jil Blaz‖ın nəĢrində bir müqəddimə kimi çap etdiyi məqalənin
mənim olduğunu bilsəydi... bilsəydi ki, onun əsl müəllifi mənəm – mənə hörmət və ehtiram
bəslərdi!‖
Marius oturacağın qabağından keçərək, xiyabanın sonuna qədər getdi: oturacaqdan xiyabanın
sonuna lap yaxındı; sonra geri dönüb bir də o gözəl qızın qabağından keçdi. Bu dəfə Mariusun
rəngi yaman ağarmıĢdı. Düzünü desək, o ancaq xoĢagəlməyən Ģeylər hiss edirdi. Ġndi o, həm
oturacaqdan, həm də qızdan uzaqlaĢırdı; lakin oturacaq arxada qalan kimi, o, elə təsəvvür edirdi
ki, qız ona baxır – ayağı-ayağına dolaĢmağa baĢlayırdı.
O, daha oturacağa yaxınlaĢmaq istəmədi, xiyabanın ortasında dayandı, sonra oturub qız olan
tərəfə baxmağa baĢladı, əvvəllər qətiyyən belə bir Ģey etmirdi; o düĢünə-düĢünə öz-özünə
deyirdi: ―Mən, bu qızın ağ Ģlyapasına, qara paltarına sevə-sevə tamaĢa edirəm, heç ola bilərmi ki,
o da mənim ipək kimi bərq vuran Ģalvarıma, təzə sürtükümə tamamilə laqeyd qalsın?‖
On beĢ dəqiqədən sonra o yerindən qalxdı, elə bil ki, yenə də o Ģəfəq saçan oturacağa sarı
getmək istəyirdi. Lakin birdən yerində donub qaldı. On beĢ ay müddətində birinci dəfə idi ki,
onun ağlına belə bir Ģey gəldi: hər gün bağa gəlib qızı ilə bərabər oturacaqda oturan bu cənab da,
yəqin, ona diqqət yetirir, onun həmiĢə burada olmasını qəribə hal hesab edir.
Ġlk dəfə olaraq belə bir Ģeyi də hiss etdi: bu tanımadığı adama hətta ürəyində də ―Cənab Ağ‖
ləqəbi vermək özü nalayiq hərəkətdir.
Bir neçə dəqiqə o, baĢını aĢağı dikərək, əlindəki ağacla qumu cıza-cıza ayaq üstə durdu.
Sonra birdən üzünü o biri tərəfə çevirərək evinə getdi: ―Cənab Ağ‖la qızın oturduğu oturacaq
arxada qaldı.
O gün nahar etmək Mariusun yadından çıxdı; ancaq axĢam saat səkkizdə yadına düĢdü ki, nahar
etməmiĢdir. Sen-Jak küçəsinə getmək də olmazdı – çox gec idi; o, öz-özünə ―eybi yoxdur‖, –
deyərək, bir parça çörək yedi.
Yatandan qabaq paltarını təmizlədi, səliqə ilə büküb qoydu.
BEġĠNCĠ FƏSĠL.
Deyingən qarının baĢında qiyamət qopur.
Ertəsi gün Deyingən qarı – Qorbo daxmasının əsas kirayəniĢin və ev müdiri olan qapıçı qarıya
Kurfeyrak bu adı vermiĢdi, əslində, onun adı xanım Bürqon idi, lakin bu dəcəl Kurfeyrak heç bir
Ģeyi nəzərə almaq istəmirdi – gördü ki, Marius yenə də təzə kostyumda evdən çıxıb getdi, buna
o, heyrət etdi.
Marius bu dəfə də Lüksemburq bağına getdi. Ancaq xiyabanın ortasında olan oturacağından
qabağa keçmədi. Burada oturub, dünənki kimi, uzaqdan-uzağa ağ Ģlyapaya, qara paltara, mavi
iĢığa baxmağa baĢladı: o xüsusilə mavi iĢığı yaxĢı seçirdi. Bağın qapıları bağlanana qədər
yerindən tərpənmədi, ―Cənab Ağ‖ ilə qızın getdiyini də görmədi, bundan belə nəticə çıxardı ki,
onlar Qərb küçəsinə çıxan kiçik bağ qapısından getmiĢdilər. Bir neçə həftədən sonra bütün olub-
keçmiĢ Ģeyləri fikrində araĢdırarkən, o, axĢam harada yemək yediyini xatırlaya bilmədi.
Ertəsi gün – bu, üçüncü dəfə idi – Deyingən qarı yenə də heyrətdən donub qaldı: Marius yenə də
təzə kostyum geymiĢdi.
O həyəcanla dedi:
– Üç gün dalbadal!
Qarı da Mariusun ardınca evdən çıxdı; lakin Marius addımlarını iri-iri ataraq yeyin gedirdi; onun
Mariusu təqib etməsi – hippopotamın ceyrana çatmaq istəməsi kimi bir Ģeydi. Heç iki dəqiqə də
keçmədi ki, Mariusu gözdən itirdi, yarımcan halda geri qayıtdı: o, təngnəfəslikdən az qalmıĢdı
boğulub ölsün, yaman da qəzəblənmiĢdi. Yaman donquldanırdı: ―Heç belə Ģey olar; hər gün
bayır-baca paltarını geyib bəzənir, adamları da öz ardınca, bax, beləcə qaçmağa vadar eləyir!
Onun tutduğu bu iĢin heç zərrə qədər də mənası varmı?‖
Lakin Marius yenə də Lüksemburq bağına getdi.
Qız da, ―Cənab Ağ‖ da orada idi. O, özünü elə tutdu ki, guya, kitab oxuyur; bu qayda ilə
bacardığı qədər onlara yaxınlaĢdı; amma geri qayıdanda qızla onun arasında hələ xeyli yol vardı.
Gəlib düz dörd saat öz oturacağında oturdu, sərçələrə tamaĢa etdi: sərçələr xiyabanda atılıb-
düĢür, sanki, onu ələ salırdılar.
Bu qayda ilə iki həftə keçdi. Marius indi Lüksemburq bağına gəzməyə deyil, elə-beləcə oturmaq
üçün gəlirdi: o, həmiĢə eyni yerdə otururdu, nə üçün oturduğu da məlum deyildi. Oturduqdan
sonra daha ayağa qalxmırdı. O, hər səhər təzə kostyumunu geyirdi; amma özünü heç kəsə
göstərmirdi; ertəsi gün bu, yenə də təkrar olunurdu.
Qız, doğrudan da, gözəldi. Onun ancaq bircə eybi vardı; o da bundan ibarətdi ki, kədərli baxıĢı
ilə Ģən təbəssümü arasında olan ziddiyyət onun üzünə sirli ifadə verirdi; bəzən də zərif üzü gözəl
olub qalsa da, qəribə bir ifadə alırdı.
ALTINCI FƏSĠL.
Əsir almaq.
Ġkinci həftənin sonu idi; Marius adəti üzrə yenə öz oturacağında oturmuĢ, kitabı da açıb əlində
tutmuĢdu; iki saat ərzində kitabdan bir vərəq də çevirməmiĢdi. Birdən o diksindi. Xiyabanın o
biri baĢında fövqəladə bir hadisə olmuĢdu: ―Cənab Ağ‖ və onun qızı oturacaqdan qalxdı, qız
atasının qoluna girdi, hər ikisi yavaĢ-yavaĢ xiyabanın ortasına, Marius oturan yerə gəlməyə
baĢladı. Marius kitabı örtdü, sonra yenə açdı, oxumaq istədi. Onun bütün bədəni tir-tir əsirdi. O
Ģəfəqli, parlaq xəyal düz onun üstünə gəlirdi. Marius düĢünərək öz-özünə dedi: ―Ġlahi, mən
macal tapıb lazımi bir sima ala bilməyəcəyəm!‖ Ağsaçlı qoca və qız get-gedə yaxınlaĢırdı.
Mariusa elə gəlirdi ki, onların gəliĢi çoxdan bəri davam edir, gah da elə gəlirdi ki, elə bil, heç bir
an da keçməmiĢdir. O, özünə belə sual verirdi: ―Onlar niyə bu tərəfdən gedirlər? O qız,
doğrudanmı, buradan keçəcək? Onun xırdaca ayaqları, ikicə addım məndən kənarda bu qumlara
toxunacaq, bu xiyabanla keçib gedəcək?‖ O lap özünü itirdi; o istəyirdi bu anda qəĢəng bir kiĢi
olsun, döĢündə xaç niĢanı olsun. Onların bir qayda ilə və astadan atılan ayaqlarının get-gedə
yaxınlaĢan səsini eĢidirdi. Ona elə gəlirdi ki, ‖Cənab Ağ‖ acıqlı-acıqlı ona baxır. Ürəyində öz-
özünə dedi: ―Birdən bu cənab mənimlə danıĢdı?‖ BaĢını aĢağı saldı; qaldıranda gördü ki, onlar
lap yaxınlaĢmıĢdılar. Qız onun yanından ötüb keçdi, keçəndə ona baxdı. Elə diqqətlə, elə dalğın
və mehribanca baxdı ki, Mariusun bütün bədəni titrədi. O belə bir Ģey duydu: qız, sanki, onu bu
vaxta qədər niyə yaxın gəlmədiyi üçün məzəmmət edib deyir: ―Budur, mən özüm gəldim!‖ Qızın
iĢıq saçan dərin baxıĢı onun gözünü qamaĢdırdı.
Mariusun beyni, sanki, alıĢıb yanırdı. Qız onun yanına gəldi, belə də sevinc olarmı! Gör ona
necə baxdı! O hələ indiki kimi Mariusa belə gözəl görünməmiĢdi! Bəli, o gözəldi: onda həm
qadın, həm mələk gözəlliyi vardı; elə bir yüksək gözəllik ki, bu, Petrarkı nəğmə qoĢmağa,
Danteni diz çökməyə məcbur etmiĢdi. Marius özünü xoĢbəxtliyinin zirvəsində hiss edirdi. Eyni
zamanda, bir Ģey onu yaman kədərləndirirdi: uzunboğaz çəkməsi tozlanmıĢdı.
Marius əmindi ki, qız onun çəkməsini görmüĢdü.
Qız gözdən itənədək Marius onun ardınca baxdı, sonra dəli kimi Lüksemburq bağında gəzməyə
baĢladı. Arabir onun bərkdən güldüyü, öz-özü ilə danıĢdığı da olurdu. O, xiyabanda uĢaqla gəzən
dayələr arasında elə dalğın halda gəziĢirdi ki, onların hamısı Mariusun özlərinə vurulduğunu
zənn edirdi.
Sonra o, küçədə qıza rast gəlmək ümidilə Lüksemburq bağından çıxdı.
Odeon qübbəsi altında Kurfeyrakla üz-üzə gəldi. ―Gedək mənimlə nahar eləyək‖, – dedi. Hər
ikisi Russo yeməkxanasına gedib, altı frank pul xərclədilər. Marius on adamın xörəyini yedi;
xidmətçiyə də altı su pul verdi. Çərəz yeyərkən Kurfeyrakdan soruĢdu: ―Sən bu gün qəzet
oxumusan? Odri de Püiravo nə gözəl nitq söyləyib!‖
Marius dəlicəsinə vurulmuĢdu.
Nahardan sonra Marius Kurfeyraka teatra getməyi təklif etdi. ―Pulunu mən verərəm‖, – dedi.
Onlar ―Adret mehmanxanası‖ pyesində Frederikə baxmaq üçün Port-Sen-Marten teatrına
getdilər. Marius lap ürəkdən əylənirdi.
Eyni zamanda, o daha da utancaq olmuĢdu. Teatrdan çıxanda arx üstündən tullanan bir
modiskanın corabbağına baxmaq istəmədi, Kurfeyrakın isə ―Mən bu qızı öz kolleksiyama
qoĢmağın əleyhinə olmazdım‖ sözləri onu lap dəhĢətə gətirdi.
Ertəsi gün Kurfeyrak onu ―Volter‖ kafesinə dəvət etdi. Marius kafeyə gedib, dünənkindən çox
yedi. O fikirli olsa da, çox Ģən idi. Elə güman etmək olardı ki, o ancaq gülmək üçün bəhanə
axtarır. Onu əyalətdən gəlmiĢ bir adamla tanıĢ etdilər, bu adamı o, çox mehribanlıqla qucaqladı.
Bir dəstə tələbə onların masasını haləyə aldı. Söhbət, Sorbonna kafedrasından dövlət haqqında
söylənilən cəfəngiyatdan düĢdü; sonra KiĢeranın lüğətlərində, prosodiyalarında olan səhvlərdən
danıĢdılar. Marius birdən söhbəti kəsib dedi: ―Hər halda, adamın ordeninin olması çox yaxĢı
Ģeydir!‖
Kurfeyrak pıçıltı ilə Jan Prüverə dedi:
– Bu, lap gülməli oldu!
Jan Prüver etiraz etdi:
– Yox, bu gülməli deyil, burada ayrı məsələ var.
Doğrudan da, burada ayrı məsələ vardı. Marius məftuniyyət dolu, həyəcanlı, coĢqun hal
keçirirdi: bütün böyük ehtiraslar həmiĢə belə baĢlanır.
Bunun da hamısını eləyən bir baxıĢ idi.
Mina qoyulduqdan, partlayıĢ üçün hər Ģey hazır edildikdən sonra çətin nə qalır ki?! BaxıĢ –
qığılcımdır.
ĠĢ bitmiĢdi. Marius vurulmuĢdu. Onun taleyi məchul yollara düĢmüĢdü.
Qadın baxıĢı diĢli çarxları olan, üzdən zərərsiz, əslində, dəhĢətli bir maĢına oxĢayır. Siz heç bir
Ģey duymadan hər gün onun qabağından sakitcə keçib gedə bilərsiniz. Elə bir vaxt gəlir ki, siz
hətta onun burada olduğunu unudursunuz. Siz gəlirsiniz, gedirsiniz, düĢünürsünüz, danıĢırsınız,
gülürsünüz. Lakin birdən özünüzü tutulmuĢ hiss edirsiniz. Daha hər Ģey bitmiĢdir. MaĢın sizi
buraxmır, qız baxıĢı sizi tutmuĢdur. Bu baxıĢ sizi qəfildən meydana çıxan bir fikrin ucundanmı
tutmuĢdur, ya siz dalğınlıq üzündənmi tələyə düĢmüsünüz, bu, necə olmuĢdur, niyə olmuĢdur –
bunun fərqi yoxdur. Ancaq burası var ki, siz daha məhv olmusunuz. O baxıĢ sizi tamamilə özünə
çəkəcək. Məchul bir qüvvə sizi buxovlayacaq. Müqavimət göstərmək nahaqdır. Heç bir insan
köməyi burada kara gəlmir. Çarxlar sizi sizin fikrinizlə, xoĢbəxtliyinizlə, gələcəyinizlə,
qəlbinizlə bir yerdə çəkib aparacaq, sizə olmazın əzablar, iĢgəncələr verəcək; əgər siz kinli bir
varlığın hökmü altına düĢmüsünüzsə, onda bu dəhĢətli maĢından biabır olmuĢ, eybəcər halda,
nəcib bir məxluqun hökmü altına düĢmüsünüzsə, sevgi ilə dəyiĢmiĢ bir Ģəkildə çıxacaqsınız.
YEDDĠNCĠ FƏSĠL.
―U‖ hərfinin sərgüzəĢti və bu hərf haqqında düĢüncələr.
Təklik, həyatdan ayrı düĢmək, vüqar, heç kəsdən asılı olmamaq, təbiəti sevmək, çörək pulu
qazanmaq zəhmətindən azad olmaq, öz düĢüncələri, hissləri ilə məĢğul olmaq, ismətin gizli
mübarizəsi, xilqətə ürəkdən valeh olmaq Mariusu ―ehtiras‖ deyilən çılğınlığa hazırlamıĢdı.
Atasına pərəstiĢ onda yavaĢ-yavaĢ din Ģəklini almıĢdı və bütün dinlər kimi bu din də onun
qəlbinin dərinliyinə çökmüĢdü. Onun bütün qəlbini doldurmaq üçün yenə bir Ģey lazımdı. Bu Ģey
də sevgi oldu.
Marius bir ay hər gün Lüksemburq bağına getdi. Vaxt gəlib çatdımı, daha onu heç bir Ģey
saxlaya bilməzdi. Kurfeyrak deyirdi: ―O növbəyə gedir‖. Lakin Marius xoĢbəxtlikdən məst
olurdu. Heç Ģübhə yox idi: qız ona baxırdı!
Marius yavaĢ-yavaĢ cəsarətləndi, oturacağa yaxınlaĢmağa baĢladı. Lakin instinktiv surətdə
duyduğu qorxudan, ehtiyat elədiyindən daha qızın qabağından keçməyə cürət etmədi: bu qorxu
və ehtiyat bütün sevənlərə xas olan Ģeydir. O, belə hesab edirdi ki, qızın ―atası‖nın diqqətini cəlb
eləməmək yaxĢıdır. O, dərin bir makiavellizmlə bir məsələni hesaba alırdı: hansı ağacın, ya
pyedestalın arxasında otursun ki, qız onu mümkün qədər çox, atası isə az görsün. Bəzən o, əlində
kitab, yarım saat birdən Leondin, ya Spartakın kölgəsində dayanır, astaca gözünü kitabdan
qaldırıb baxır, qızın üzünü görmək istəyirdi. Qız da, güclə seziləcək bir təbəssümlə gözəl üzünü
ona sarı çevirirdi. Qız ağsaçlı yoldaĢı ilə tam sakit və sərbəst halda söhbət edə-edə arabir
Mariusa xülya dolu məsum və ehtiraslı baxıĢlar göndərirdi. Bu, çox qədim bir üsuldur. Bu hələ
Həvvaya ilk yarandığı gündən və hər bir qadına ilk doğulduğu gündən məlumdur. Onun
dodaqları birinə, gözləri isə bir baĢqasına cavab verirdi.
Hər halda, ―Cənab Ağ‖ın nəsə hiss etdiyini güman eləmək lazımdır, çünki Marius gələndə o çox
vaxt yerindən qalxır, xiyabanda gəzinməyə baĢlayırdı. O adət etdiyi yeri buraxdı, xiyabanın o
biri baĢında, Qladiatorun yanında, ayrı bir oturacaqda oturdu; bununla da, sanki, Mariusun
onların ardınca gəlib-gəlməyəcəyini yoxlamaq istəyirdi. Marius bunu baĢa düĢmədi, onların
ardınca getdi: bu, onun birinci səhvi idi. Bundan sonra ―qızın atası‖ bağa gah gəlir, gah gəlmirdi,
―qızını‖ da hər dəfə özü ilə gəzməyə gətirmirdi. Bəzən tək gəlirdi. O tək gələndə Marius bağda
qalmırdı: bu, onun ikinci səhvi oldu.
Marius bu qorxulu Ģeyləri hiss etmirdi. O, qorxu mərhələsini keçərək, korluq mərhələsinə qədəm
qoymuĢdu, bu da təbii və labüd vəziyyətdi. Onun sevgisi get-gedə artırdı. ―O‖nu hər gecə
yuxusunda görürdü. Bir də, heç gözlənilmədiyi halda, ona belə bir xoĢbəxtlik üz verdi: bu
xoĢbəxtlik, sanki, oda yağ tökdü, onun gözlərini daha da dumanlandırdı. Bir gün axĢamçağı,
hava qaralananda, ―Cənab Ağ‖ ilə ―qızı‖nın yenicə tərk etdiyi oturacaqdan bir burun yaylığı
tapdı. Bu üstü naxıĢsız-filansız, çox adi, lakin çox ağ və nazik bir yaylıqdı; Marius elə zənn etdi
ki, yaylıqdan çox gözəl qoxu gəlir. O, böyük bir sevinclə yaylığı oturacaqdan götürdü. Yaylığın
üstündə ―U.F.‖ niĢanı vardı. Marius sevdiyi qızın nə familiyasını, nə adını, nə də ünvanını bilirdi.
Bu iki hərf onun haqqında bildiyi ilk məlumatdı; bu iki ilahi adın ilk hərfləri üzərində o, dərhal
böyük bir mülahizələr binası qurmağa baĢladı. O düĢünərək, öz-özünə deyirdi: ―U‖ hərfi, yəqin,
onun adını göstərir. Görünür, onun adı Ursuladır! Nə gözəl addır!‖ Yaylığı öpdü, qoxusunu
sinəsinə çəkdi, bütün günü onu sinəsində, lap ürəyinin üstündə gəzdirdi, gecə isə dodaqları
üstünə qoydu ki, yatsın.
O, həyəcanla dedi:
– Mən bunda onun bütün ruhunu hiss edirəm.
Yaylıq qocanındı, lap adi bir Ģəkildə onun cibindən düĢmüĢdü.
Bu hadisədən sonra Marius ancaq bu yaylığı öpə-öpə, ya sinəsinə basa-basa Lüksemburq bağına
gələrdi. Qız heç bir Ģey baĢa düĢmürdü, baĢa düĢmədiyini də güclə sezilən iĢarələrlə ona
bildirməyə çalıĢırdı.
Marius öz-özünə deyirdi:
– Ah, utancaqlıq!
SƏKKĠZĠNCĠ FƏSĠL.
Əlillər də xoĢbəxt ola bilər.
Biz ―utancaqlıq‖ sözünü söylədiksə və heç bir Ģey gizlətmək istəmiriksə, onda bir Ģeyi də demək
lazımdır: Marius qıza olan sevgisindən məst olsa da, bir gün onun öz ―Ursula‖sına bərk acığı
tutdu. Bu, qızın ―Cənab Ağ‖ı oturduqları oturacaqdan qalxıb xiyabanda gəzmək üçün yola
gətirdiyi günlərdən birində olmuĢdu. Bərk prerial küləyi əsir, çinar ağaclarının baĢını
yırğalayırdı.
Ata ilə qız qol-qola girərək, Mariusun oturacağı qabağından ötüb keçirdi; Marius dərhal ayağa
qalxdı, sevgidən ağlını itirmiĢ adam kimi onların ardınca baxmağa baĢladı.
Birdən ġitillik tərəfdən əvvəlkilərdən daha Ģiddətli, daha sərt (yəqin, baharı yaratmaq məsələsi
ona tapĢırılmıĢdı) bir külək əsdi; külək xiyabanın içindən keçib getdi, Vergilinin pərilərinə,
Teokritin favnlarına layiq olan məstedici bir qasırğa ilə qızı burub hərlədi, onun Ġzida
örtüyündən heç də az müqəddəs olmayan paltarını corabbağına qədər qaldırdı. Qızın gözəl qıçı
göründü. Marius bu qıçı gördü. O bundan son dərəcə qəzəbləndi.
Qız qorxu dolu zərif hərəkətlə tez paltarını düzəltdi. Lakin Mariusun yenə də acığı soyumadı.
Xiyabanda o təkdi. Bununla belə düĢünərək, öz-özünə dedi: ―Axı burada baĢqa bir adam da ola
bilər. Bəlkə elə, doğrudan da, burada baĢqa bir adam varmıĢ! Bir iĢə baxırsan da! O ki belə bir iĢ
tutmuĢdur daha bundan pis nə ola bilər!‖ Lakin yazıq qız heç bir pis iĢ-zad tutmamıĢdı. Təqsirin
hamısı küləkdə idi. Lakin Mariusda – Kerubinoda gizlənən Bartolo tutqun bir Ģəkildə hərəkətə
gəlmiĢdi: o, bərk acıqlanmıĢdı, qızı öz kölgəsinə də qısqanırdı. Bax bu qayda ilə insan qəlbində,
hətta adamın buna heç bir haqqı olmadan belə, acı və izaholunmaz qısqanclıq hissi oyanır, qəlbi
öz hökmü altına alır. Ancaq qısqanclıqdan asılı olmayaraq bu gözəl qıçı görmək ona heç bir
ləzzət vermədi; ayrı bir arvadın ağ corabı görünsəydi, onun xoĢuna gələrdi.
Onun ―Ursula‖sı xiyabanın baĢına çatıb geri döndü, ―Cənab Ağ‖ ilə bərabər Mariusun yenidən
oturduğu oturacağın qabağından keçəndə Marius ona tutqun və acıqlı bir nəzər saldı. Qız buna
cavab olaraq baĢını azca geri atdı, təəccüblə qaĢlarını qaldırdı, sanki, bununla soruĢdu: ―Nə var,
nə olub?‖
Bu onların ―birinci dalaĢması‖ idi.
Marius gözünü ondan çəkən kimi xiyabanda bir adam göründü. O donqarlaĢmıĢ, üzü tamam
qırıĢmıĢ, saçı ağappaq ağarmıĢ əlildi; əynində XV Lüdovik dövründən qalma mundir, döĢündə
qırmızı mahuddan oval Ģəklində balaca bafta, baftanın da üstündə çarpazlaĢmıĢ qılınc Ģəkli vardı:
bu, Müqəddəs Lüdovikin əsgər ordeni idi; qəhrəmanın bundan baĢqa ayrı zinətləri də vardı: onun
bir qolu yox idi, mundirinin boĢ qolu yellənirdi, alt çənəsinin diĢləri gümüĢdəndi, bir qıçı
ağacdandı.
Mariusun fikrincə, bu Ģəxs üzdən özünü son dərəcə bəyənən adama oxĢayırdı. Hətta Mariusa elə
gəldi ki, bu həyasız qoca onun qabağından axsaya-axsaya keçəndə ona bic-bic, həm də
dostcasına göz vurdu, sanki, gözlənilməz təsadüf onları yoldaĢ etmiĢdi, bu təsadüfi zövqdən
istifadə etməyə onların hər ikisinə imkan vermiĢdi. Bu Mars qırıntısının nədən belə kefi
açılmıĢdı? Bu ağac qıçla o gözəl qıç arasında nə kimi hadisə baĢ vermiĢdi? Mariusun qısqanclığı
ən yüksək dərəcəyə çatmıĢdı. O, ―Bəlkə, o, burada imiĢ?! Bəlkə, o görmüĢdür?‖ – deyə öz-
özünə təkrar edirdi. Marius bu əlili məhv etmək istəyirdi.
Lakin zaman hər hissi kütləĢdirir. Mariusun ―Ursula‖ya olan hiddəti nə qədər haqlı və qanuni
hiddət idisə də, soyuyub getdi. Nəhayət, Marius onu əfv etdi. Lakin onun əfv etməsi çox böyük
zəhmət hesabına baĢa gəldi; qıza üç gün acığı tutdu.
Bununla belə və bütün bu Ģeylərin nəticəsində onun ehtirası get-gedə artır, çılğınlıq dərəcəsinə
çatırdı.
DOQQUZUNCU FƏSĠL.
Ağlın çaĢması.
Marius o qızın adını kəĢf etmiĢdi, ya da elə zənn edirdi ki, kəĢf etmiĢdir, guya, qızın adı
―Ursula‖dır – biz bunu yuxarıda gördük.
Ġnsan sevdikcə daha artıq sevmək istəyir. Qızın adının Ursula olduğunu bilmək, əlbəttə, az Ģey
deyil, eyni zamanda, az Ģeydir. Üç-dörd həftədən sonra bu xoĢbəxtlik Mariusu daha təmin edə
bilmədi. Ġndi o, çox Ģey istəyirdi. Ġstəyirdi ki, qızın harada yaĢadığını bilsin.
O bir dəfə səhv etmiĢdi: Qladiatorun yanındakı oturacaqda qurulan tələni duymamıĢdı. Sonra o,
ikinci dəfə də səhv etdi: ―Cənab Ağ‖ Lüksemburq bağına tək gələndə Marius oradan çıxıb getdi.
Ġndi üçüncü dəfə səhv etdi: ―Ursula‖nı yola salmaq qərarına gəldi, bu, onun ən böyük səhvi idi.
Qız Qərb küçəsində, bu küçənin ən az adam olan yerində, üzdən sadə görünən üçmərtəbəli yeni
bir evdə yaĢayırdı.
Bu gündən etibarən Mariusun onu Lüksemburq bağında görmək xoĢbəxtliyinə onu evlərinə
qədər ötürmək xoĢbəxtliyi də əlavə olundu.
Lakin onun aclığı get-edə artırdı. Marius onun adını bilirdi, familiyasını olmasa da, hər halda,
adını bilirdi: bu qadınlara ən çox yaraĢan gözəl addır. O həm də qızın harada yaĢadığını bilirdi.
Ġndi o, qızın kim olduğun bilmək istəyirdi.
Bir gün axĢam yenə də onları evlərinə qədər ötürdü; ―ata ilə qız‖ darvazadan içəri girdikdən
sonra Marius da onların ardınca həyətə girib, qəti bir ifadə ilə qapıçıdan soruĢdu:
– Deyin görüm, bu gələn ikinci mərtəbədə yaĢayan adamdır?
Qapıçı:
– Xeyr, – dedi – bu, üçüncü mərtəbədə yaĢayır.
Bir məsələ də aydınlaĢdı. Bu müvəffəqiyyət Mariusu ruhlandırdı.
– Onun mənzili küçəyə baxır?
– Əlbəttə, küçəyə baxır, – sonra qapıçı, – bütün evin pəncərələri küçəyə baxır, – deyə izah etdi.
Marius sözünə davam edərək soruĢdu:
– Bu cənab kimdir?
– Cənab, o rentaçıdır. Çox yaxĢı adamdır. Dövlətli olmasa da, kasıblara çox kömək eləyir.
Marius yenə də bir sual verdi:
– Onun familiyası nədir?
Qapıçı baĢını qaldırdı:
– Cənab, olmaya siz casussunuz?
Marius çıxıb getdi. O, qapıçının sözündən utansa da, yaman sevinirdi. Onun iĢi yaxĢı gedir.
O belə fikirləĢirdi: ―Çox gözəl. Ġndi mən bilirəm ki, onun adı Ursuladır, o, rentaçının qızıdır. O,
Qərb küçəsində, üçüncü mərtəbədə yaĢayır‖.
Ertəsi gün ―Cənab Ağ‖ ilə qızı Lüksemburq bağına gəldilərsə də, çox qalmadılar. Onlar gedəndə
hava hələ iĢıqdı. Marius onları Qərb küçəsinə qədər ötürdü: bu indi onda adət Ģəklini almıĢdı.
Darvazaya çatanda ―Cənab Ağ‖ qızını içəri saldı, özü isə dönüb diqqətlə Mariusa baxdı.
Onlar ertəsi gün Lüksemburq bağına gəlmədilər. Marius nahaq yerə onları axĢama kimi gözlədi.
Hava qaralanda Qərb küçəsinə getdi. Üçüncü mərtəbənin pəncərələrindən iĢıq gəlirdi. ĠĢıq
sönənə kimi pəncərələrin qabağında gəziĢdi.
O birisi gün də Lüksemburq bağına heç kəs gəlmədi. Marius qaranlıq düĢənə qədər onları
gözlədi, sonra yenə pəncərə altında keĢik çəkməyə getdi. Bu saat ona qədər uzandı. Nahar etmək
istəmədi. Qızdırma xəstəni, sevgi də aĢiqləri qidalandırır.
Bu qayda ilə bir həftə keçdi. Nə ―Cənab Ağ‖, nə də onun qızı daha Lüksemburq bağına ayaq
basmadılar. Mariusun ağlına pis-pis Ģeylər gəlirdi. Gündüz o, darvaza qabağında durmağa cürət
etmirdi. O ancaq bir Ģeylə kifayətlənirdi: axĢamlar gəlib pəncərələrin qırmızıya çalan iĢığına
baxsın. Hərdən içəridə kölgə kimi Ģeylər nəzərə çarpırdı, onları görəndə Mariusun ürəyi bərk-
bərk döyünürdü.
Marius səkkizinci gün ora gedəndə pəncərələrdə iĢıq görmədi. ―Bu nə deməkdir? Lampa hələ
yandırılmamıĢdır?! Hava lap qaralıb! Bəlkə, onlar evdə yoxdur?!‖ O, saat ona kimi, gecənin
yarısına kimi, saat birə kimi gözlədi. Üçüncü mərtəbədə iĢıq yanmadı ki, yanmadı, heç kəs də
evə girmədi. Marius çox qəmgin halda getdi.
Ertəsi gün – indi o ancaq sabahkı günü intizarla gözləyirdi, bugünkü gün daha onun üçün yox idi
– bəli, ertəsi gün o, Lüksemburq bağında heç kəsi görmədi. Bu daha onu təəccübləndirmirdi. QaĢ
qaralanda həmin evin qabağına getdi. Pəncərələrdən iĢıq gəlmirdi; jalüzlər salınmıĢdı; bütün
üçüncü mərtəbə zülmət içində idi.
Marius darvazanı döydü. Ġçəri girib qapıçıdan soruĢdu:
– Üçüncü mərtəbədə yaĢayan cənab evdədirmi?
Qapıçı dedi:
– O buradan köçüb gedib.
– Haçan?
– Dünən.
– Ġndi o harada yaĢayır?
– Bilmirəm.
– Təzə evinin yerini sizə demədimi?
– Xeyr.
Qapıçı baĢını lovğa-lovğa qaldırıb baxdı, Mariusu tanıdı:
– Hə, sizsiniz? Deməli, siz, doğrudan da, casussunuz?
BĠRĠNCĠ FƏSĠL.
Mədənlər və qazmaçılar.
Hər bir cəmiyyətdə elə Ģey var ki, teatrda buna üçüncü, ya da aĢağı trüm deyirlər. Bütün ictimai
zəmin eninə-uzununa qazılmıĢdır; bəzən bu yaxĢılıq, bəzən də pislik üçün edilmiĢdir. Bu
qazıntılar bir-birinin altındadır. Burada həm dayaz, həm dərin Ģaxtalar, bu qaranlıq yeraltı
mağaranın həm üst, həm də alt tərəfi vardır; bəzən bu mağara mədəniyyətin təzyiqi altında uçub
tökülür, biz də onu çox laqeydliklə və qayğısızlıqla ayaqlayırıq. Keçən əsrdə ―Ensiklopediya‖
açıq lağım yolları idi. Ġbtidai xristianlıq aləmini yaradan qalın zülmət təbəqələri ancaq onu
gözləyirdi ki, sezarlar dövründə parçalansınlar, insan nəslini parlaq iĢığa qərq etsinlər. Çünki
müqəddəs qaranlıqda gizlin iĢıq olur. Vulkanların ağzı alova çevrilməyə hazır olan dumanla
doludur. Lava əvvəlcə gecə kimi qaranlıq olur. Xristianların ilk ibadət etdikləri yeraltı mağaralar
ancaq Romanın deyil, həm də dünyanın mağaraları idi.
Memarlıq ecazkarlığından və xarabalıqlardan ibarət olan insan cəmiyyəti binası altında yeraltı
boĢluqlar vardır. Orada din mədəni, fəlsəfə mədəni, siyasət mədəni, iqtisadiyyat mədəni, inqilab
mədəni vardır. Kimi özünə ideya ilə, kimi dəqiq hesablama ilə, kimi də qəzəblə yol açır.
Adamlar bir-birini səsləyir, bir mağaradan o biri mağaraya danıĢırlar. BaĢ tutmayan xəyallar bu
yeraltı mağaraların yan yollarında ağır-ağır dolaĢır. Onlar hər tərəfə ayrılır, qol-budaq atır. Bəzən
bir-birinə rast gəlir, bərk dostlaĢırlar. Jan-Jak külüngü Diogenə verir, bunun əvəzində ondan
fənər alır. Hərdən orada vuruĢma da olur. Kalvin Sodzinini saçından tutur. Lakin heç bir Ģey bu
qüvvələrin məqsədə doğru gərgin irəliləyiĢinə, onların bir vaxtda davam edən coĢqun
fəaliyyətinə mane ola bilmir, bunun arasını kəsə bilmir: bu hərəkət zülmət içində həm geriyə və
irəliyə, həm yuxarıya və aĢağıya doğru davam edir, aĢağıda olanlar yuxarıdakını, içəridə olanlar
bayırdakını yavaĢ-yavaĢ dəyiĢir - bu, gözə görünməyən nəhəng bir hərəkətdir. Cəmiyyətin, yəqin
ki, bu qazma iĢindən xəbəri olmur: bu iĢ onun üzərində iz buraxmadan iç tərəfini alt-üst edir. Nə
qədər ki, yeraltı təbəqə var, bir o qədər də, müxtəlif iĢ və müxtəlif mədən vardır. Bu dərin mədən
ocaqlarından nə çıxarırlar? Gələcək!
Mədənlər dərin olduqca qazmaçılar da bir o qədər əsrarəngiz olurlar. Onların əməyi ictimai
fəlsəfə ilə müəyyən edilə bilən səviyyəyə qədər faydalıdır; bu səviyyədən kənara çıxdıqda
çəkilən bu əməyin fayda gətirməsi Ģübhəli olur, o heç fayda da gətirmir; daha aĢağıda bu,
təhlükəli olur. Müəyyən dərinlikdə bu gizli boĢluqlara daha mədəniyyət ruhu nüfuz etmir; insan
nəfəs ala biləcəyi hüdud aĢılmıĢdır; buradan yırtıcılar aləmi baĢlayır.
Pilləkən əcaib pillələrlə aĢağı enir, hər meydança yeni pilləyə uyğun olur; burada fəlsəfə əsaslana
bilər; burada biz fəlsəfə əməkçilərindən birinə rast gəlirik. Bunlar bəzən yüksək, bəzən də iyrənc
mənəviyyatlı adamlar olur. Yan Qusdan bir pillə aĢağıda Lüterdir; Lüterin altında Dekart,
Dekartın altında Volter; Volterin altında Kondorse; Kondorsenin altında Robespyer;
Robespyerin altında Marat; Maratın altında Babef. Bu qayda ilə davam edir. Daha aĢağıda, aydın
olmayan Ģeyləri gözə görünməyən Ģeylərdən ayıran nöqtədə baĢqa dumanlı Ģeylər tutqun halda
nəzərə çarpır: bunlar, bəlkə də, hələ doğulmamıĢ adamlardır. KeçmiĢin kölgələri teyflərdir,
gələcəyin kölgələri sürfələr. Bizim fikrimiz hələ onları aydın görə bilmir. Gələcəyin embrioloji
inkiĢafı – filosofun gözünə görünən xəyallardan biridir.
Bütün aləm bir toxumluq, bir rüĢeym Ģəklindədir – nə qəribə surətlər!
Sen-Simon, Ouen, Furye – onlar da yan yollardandır!
Gələcəyin bütün bu yeraltı kəĢfiyyatçıları özlərini tək-tək hesab etsələr də, əslində, belə deyil;
onları özlərinə məlum olmayan, gözə görünməyən qəribə bir zəncir bir-birinə bağlayır, lakin
onların əməyi, heç Ģübhəsiz, çox müxtəlifdir: onlardan bəzisi zəif iĢıqla, bəzisi alovlana-alovlana
yanır, bu zəif iĢıq alovla kəskin ziddiyyət təĢkil edir. Onların içərisində cənnət kimi iĢıqlı olanlar
da, faciəli bir tutqunluğa tutulmuĢ olanlar da var! Lakin bu fərq nə Ģəkildə olsa da, bütün bu
zəhmətkeĢlərin ən böyüyündən tutmuĢ ən kiçiyinə kimi, ən ağıllısından tutmuĢ ən ağılsızına
kimi, ümumi bir cəhət vardır, o da öz mənfəətlərini güdməməkdir. Marat da Ġsa kimi öz-özünü
unudur. Onlar özlərinə etinasızlıq edirlər, özlərindən uzaqlaĢırlar, özləri haqqında düĢünmürlər.
Onlar özlərindən xaricdə olan nəsə bir Ģey görürlər. Onların gözləri açıqdır, bu gözlər həqiqət
axtarır. Onlardan bəzisinin gözündə bütün göyün iĢığı əks olunur; bəzisinin baxıĢı əcaib olsa da,
bu baxıĢın dərinliyində namütənahiliyin iĢığı sayrıĢır. Kimdə ki, belə bir xüsusiyyət var, kimin ki
baxıĢı ulduz baxıĢıdır, nə etmiĢ olsa da, qarĢısında diz çökün.
Zülmət dolu baxıĢda ayrı xüsusiyyət var.
ġər ondan baĢlayır. Kimin ki baxıĢlarında boĢluq gördünüz fikirləĢin, ondan qorxun. Ġctimai
quruluĢun Ģərli qazmaçıları da vardır.
Bir hüdud var, bu hüduddan sonra aĢağı enmək dəfn olunmaqdır, orada iĢıq sönür.
Bütün bu sadaladığımız Ģaxtalardan, bütün bu yeraltı qalereyalardan, tərəqqinin və utopiyanın
bütün bu hədsiz-hesabsız qan dövranı sistemindən çox-çox aĢağıda, torpaqda, Maratdan aĢağıda,
çox-çox aĢağıda, sonuncu bir lağım yolu vardır, buradan yuxarı laylara rabitə yolu yoxdur. Bura
dəhĢətli yerdir. Bu, həmin yerdir ki, biz ona ―aĢağı trüm‖ demiĢdik. Bu, qəbir zülmətdir. Bu,
korlar mağarasıdır. Ġnferi1.
Bundan sonra uçurum baĢlayır.
ĠKĠNCĠ FƏSĠL.
Cəmiyyətin lap dibi.
Burada öz xeyrini güdməyə son qoyulur. Burada Ġblisin surəti tutqun Ģəkildə görünməyə
baĢlayır. Burada hər kəs özü üçün çalıĢır. Gözsüz ―mənlik‖ nərildəyir, axtarır, əli ilə yoxlayır,
gəmirir. Ġctimai quruluĢun Uqolinosu bu uçuruma salınmıĢdır.
VəhĢi heyvana, teyfə bənzəyən yırtıcı Ģeylər bu mağarada avara-avara dolaĢır; dünyanın tərəqqisi
onları maraqlandırmır; belə bir məfhum, belə bir söz onlara məlum deyil; onlar öz qarınlarının
qayğısına qalırlar. Bunlar ağılsız məxluqdu. Onların daxilində üzüntülü bir boĢluq var. Onların
iki anası var, ikisi də ögey anadır: bunun biri – cəhalət, bir – səfalətdir. Onların öz cilovdarı var –
bu, ehtiyacdır, bütün arzuların əvəzində bircə arzuları var – doyunca yemək arzusu! Onlar
heyvancasına qarınquludurlar, yəni yırtıcıdırlar; lakin bu yırtıcılıq ütəlgi quĢun yırtıcılığı deyil,
pələng yırtıcılığıdır. Ġztirab bu qaniçən vəhĢiləri cinayətə sövq edir. Zülmətin məĢum, sarsıdıcı
nəticəsi, məntiqi belədir. AĢağı trümdə sürünənlərin hay-küyü zülm edilən ruhun etirazı deyil; bu
– cismin qiyamıdır. Burada insan dönüb əjdaha olur. Aclıqdan, susuzluqdan üzülmək, əzab
çəkmək baĢlanğıc nöqtə bax, budur! Zülmətin Knyazı olmaq – son nöqtə də, bax, budur. Belə
zirzəmilərdən Lasnerlər çıxar.
Oxucular bu yaxında, dördüncü kitabda üst mədənin Ģöbələrindən biri ilə – onun nəhəng siyasət,
inqilab, fəlsəfə Ģaxtaları ilə tanıĢ olmuĢdur. Orada, necə ki biz demiĢdik, hər Ģey yüksəkdir,
təmizdir, ləyaqətlidir, düzdür. Söz yox, orada da səhv ola bilər; səhv olur da; lakin orada ən
böyük yanılmalar da nəcibanədir, çünki bu yanılmalarda qəhrəmanlıq var. Orada görülən bütün
iĢlərin ümumi bir adı var: bu ad – tərəqqidir.
Ġndi ayrı dərinliklərə baxmaq vaxtı gəlmiĢdir: bu dərinlik rəzalət dərinliyidir.
Biz deyirik: nə qədər ki, cəmiyyətin altında, çox-çox dərinlikdə, ġərrin böyük mağarası var, o
vaxta qədər nadanlıq zülməti dağılmayacaq!
Bu mağara o biri mağaralardan dərindədir, bütün mağaralara düĢməndir. Burada yalnız amansız
nifrət hökmfərmadır. Burada filosofa rast gəlmək olmaz. Burada bıçaq heç vaxt qələm ucunu
yonmamıĢdır. Burada qaralıq nəcib mürəkkəb qaralığına bənzəmir. Bu qübbə altında əsəbi halda
bükülən cinayətkar barmaqlar heç vaxt kitab vərəqləməmiĢ, qəzet açmamıĢ. KartuĢun nəzərində
Babef istismarçıdır; ġinderhannesin nəzərində Marat aristokratdır. Bu mağaranın bircə məqsədi
var: hər Ģeyi viran etmək!
Hər Ģeyi! O cümlədən, onun nifrət etdiyi yuxarı mədənləri də! Bu mağara öz iyrənc hərəkətlərilə
nəinki müasir ictimai quruluĢu sarsıdır; o fəlsəfəni də sarsıdır, elmi də sarsıdır, hüququ da
sarsıdır, insan fikrini də sarsıdır; o, mədəniyyətə, inqilaba, tərəqqiyə ziyan yetirir. Onun adı
nədir? Onun adı oğurluqdur, fahiĢəlikdir, cinayətdir, adam öldürməkdir. O, qaranlıqdır, o, hərc-
mərclik arzusundadır. Onun sütunları nadanlığa əsaslanır.
Bütün yuxarı təbəqələrin də bircə arzusu var - aĢağı təbəqəni məhv etmək! Fəlsəfə və
mədəniyyət də bütün qüvvəsilə, bütün vasitələrlə həm hal-hazırkı həyatı yaxĢılaĢdırmaq, həm də
ideya üzərində düĢünmək yolu ilə bu məqsədə doğru hərəkət edir. Nadanlıq zağasını dağıdın,
bununla siz porsuğu – Cinayəti məhv edərsiniz!
Söylədiklərimizə qısaca yekun vuraq. Yeganə ictimai təhlükə – Zülmətdir.
BəĢəriyyət – eyniyyətdir. Bütün insanlar eyni torpaqdan yaranmıĢdır. Hamının taleyi, hər halda,
burada - Yer üzündə – birdir. Doğulan kimi hamı eyni zülmət içində olur, həyata gəldikdən sonra
hamının bədəni pozulur, öləndən sonra da hamı torpaq olur. Lakin insan palçığına qarıĢdırılmıĢ
nadanlıq bu palçığı qaraldır. Bu silinməyən qara insanın daxilinə nüfuz edir, orada ġər olur.
ÜÇÜNCÜ FƏSĠL.
Babet, Tüfeyli, GecəquĢu, Monparnas.
1830-cu ildən 1835-ci ilə kimi Parisin ―aĢağı trüm‖ünü – GecəquĢu, Tüfeyli, Babet və
Monparnas adlı dörd quldur idarə edirdi.
Tüfeyli, cəmiyyətin tör-töküntüsü Herkules idi. ArĢ-Marion əxlaqsızlar yuvası onun zağası idi.
Onun altı fut boyu, daĢ kimi köks qəfəsi, dəmir kimi bazusu vardı; nəfəs alması dərə küləyi,
bədəni azman bədəni, baĢı – quĢ baĢı kimi idi. Elə bil ki, o, tik Ģalvar, plis bluz geymiĢ Farnezli
Herkulesdi: bədəninin quruluĢu ilə bu heykəli xatırladırdı; baxanda deyirdin ki, əjdahaları məhv
edə bilər; o özü də bu əjdahalardan biri olmağı daha münasib görmüĢdü. Onun alnı dar, yanaq
sümüyü enli, saçı sərt və qısa idi; yaĢı qırxdan az olsa da, gözlərinin ətrafında qırıĢlar əmələ
gəlmiĢdi; üzünü tük basmıĢdı, deyirdin bu saqqal deyil, donuz tüküdür – onun siması belə idi.
Onun əzələləri iĢləmək arzusunda idi, lakin küt beyni iĢləmək istəmirdi. Bu adam boĢ-boĢuna
itib gedən nəhəng bir qüvvə idi. O iĢsizlikdən qatil olmuĢdu. Belə hesab edirdilər ki, o, mələzdir.
MarĢal Brünün öldürülməsində, bəlkə, o da iĢtirak etmiĢdi, çünki o, 1815-ci ildə Avinyanda
hamballıq edirdi. Belə bir təcrübədən sonra o, quldur oldu.
Yüngül bədənli Babet bu nəhəng bədənli Tüfeylinin tamamilə əksini təĢkil edirdi. Babet arıqdı,
ağıllı idi. ġəffafdı, amma daxilinə nüfuz etmək olmurdu. Bədəni elə idi ki, deyirdin, bu
tərəfindən baxsan o tərəfi görünər, amma göz bəbəkləri fikrini gizləyirdi. O, özünü ―kimyaçı‖
adlandırırdı. Vaxtı ilə o, BobeĢ canbazxanasının carçısı, Bobinonun yanında kloun olmuĢdu.
Sen-Migeldə məzhəki pyeslərdə iĢtirak etmiĢdi. Əlindən hər iĢ gəlirdi. ÇoxdanıĢandı. Öz
təbəssümünə, əl-qol hərəkətinə məna verməyi bacarırdı. Meydanlarda ―dövlət baĢçılarının‖ gips
büstlərini, Ģəkillərini satmaqla, həm də diĢ çəkməklə məĢğul olmuĢdu. Elə bir vaxt da olmuĢdu
ki, yarmarkalarda cürbəcür eybəcər adamları göstərib pul yığmıĢdı, furqon sahibi olmuĢdu;
furqonda onun qulaqbatırıcı borusu və elanı vardı; elanda bu sözlər yazılmıĢdı: ―Babet mahir diĢ
həkimidir, elmlər akademiyasını üzvüdür, metal və metalloidlər üzərində təcrübə aparır, həm də
diĢ çəkir, baĢqa peĢəkarlar tərəfindən buraxılmıĢ diĢ kötüklərini də çıxarır. Qiyməti: bir diĢ – bir
frank əlli santim; iki diĢ – iki frank; üç diĢ – iki frank əlli santim. Fürsətdən istifadə edin‖ (Bu
―fürsətdən istifadə edin‖ sözünün mənası bu idi - mümkün qədər çoxlu diĢ çıxartdırmağa
tələsin). Bir zamanlar o evlənmiĢ, çoxlu uĢaq da əkib törətmiĢdi. Ancaq bu arvadla uĢaqlar necə
olmuĢdu, onların baĢına nə gəlmiĢdi – qətiyyən xəbəri yox idi. Ailəsini bir burun yaylığı kimi
haradasa itirmiĢdi. Babet qəzet oxuyurdu. Onu əhatə edən nadanlıq aləmində bu, müstəsna bir
Ģeydir. Vaxtı ilə o öz ailəsilə furqonda köçəri həyat keçirərkən ―Ġxbar‖da bir məqalədə
oxumuĢdu ki, bir arvad buzov sifətli uĢaq doğmuĢdur, uĢaq da tamamilə sağ-salamatdır, yaĢayır.
O, həyəcanla demiĢdi: ―XoĢbaxtliyə baxırsanmı?! Mənim də arvadım, bax, belə bir uĢaq
doğsaydı nə olardı!‖
Sonralar o, ―Parisi ələ almaq‖ üçün bütün bu peĢələri atdı. ―Parisi ələ almaq‖ sözü onun öz
ifadəsidir.
O ―GecəquĢu‖ deyilən kim idi? Gecənin özü idi. Meydana çıxmaq üçün o, zülmətin göyü
qaraltmasını gözləyirdi. AxĢam o öz zağasından çıxar, səhər açılana yaxın yenə ora girərdi. Onun
bu zağası hara idi? Heç kəs bunu bilmirdi. Hətta lap qaranlıq olanda da, o öz yoldaĢları ilə
danıĢanda dalını onlara çevirirdi. Onun adı, doğrudanmı, ―GecəquĢu‖ idi? Xeyr. Özü demiĢdi:
―Mənim adım Heçnədir‖. Onun yanında kibrit yandırsaydılar, o, maskasını üzünə taxardı. Hələ
üstəlik də qarnında danıĢardı. Babet deyirdi: ―O, iki səsli GecəquĢudur‖. GecəquĢu əsrarəngiz,
ələkeçməz, dəhĢətli bir adamdı. Heç kəs onun əsil adı olub-olmadığını qəti deyə bilməzdi!
GecəquĢu onun ləqəbi idi; heç kəs onun səsi olduğunu da deyə bilməzdi: o, çox vaxt ağzı ilə
deyil, qarnı ilə danıĢardı; hətta heç kəs onun üzü olduğunu da qəti deyə bilməzdi: onun üzünü
ancaq maskada görmək olardı. O, birdən yox olurdu, sanki, havada əriyirdi; birdən də görünürdü,
sanki, yerdən çıxırdı.
Bunların içində Monparnas, doğrudan da, ən məĢum sima idi. O hələ lap uĢaqdı, heç iyirmi yaĢı
da tamam olmamıĢdı. Üzü qəĢəngdi; dodaqları albalı kimi idi; saçı qara və gözəldi; gözlərində
bahar cilvələnirdi. Lakin o, özündə bütün qəbahətləri təcəssüm etdirirdi, hər cür cinayət
iĢlətməyə qabildi. Pislik onun daxilində həzm olaraq, onda daha pis Ģeylərə həvəs oyadırdı. O,
qamenlikdən baĢlamıĢdı, böyüyüb küçələrdə haramzadəlik etmiĢdi, bundan da ötüb quldur
olmuĢdu. Bu xoĢsifətli, bu qız kimi zərif, incə, Ģux hərəkətli, xumar baxıĢlı, qüvvətli, amansız
gəncin peĢəsi talan etmək, adam öldürməkdi. Birçəyi görünsün deyə, Ģlyapası 1829-cu il dəbi
üzrə sol tərəfdən qatlanmıĢdı. O, lap təzə olmasa da, çox gözəl biçimli redinqot geymiĢdi.
Monparnas modda olan səyyar bir Ģəkildi, ancaq bu Ģəkil səfalətdən çıxa bilmirdi, adam
öldürməklə məĢğuldu. Onu cinayətə sövq edən yeganə Ģey dəblə geyinmək həvəsi idi. Ġlk dəfə
Monparnasa ―Nə gözəl oğlandır!‖ – deyə söz atan yüngül əxlaqlı bir qız onun qəlbinə lənət
damğası vurmuĢ, bu Qabili döndərib. Habil etmiĢdi. O, özünü gözəl hesab edərək, Ģıq geyinmək
arzusuna da düĢmüĢdü. ġıqlığın da birinci tələbi iĢləməmək, boĢ-boĢ gəzməkdir; yoxsulun
iĢləməməsi, boĢ-boĢ gəzməsi cinayətə doğru gedən yoldur. Monparnas kimi camaatı dəhĢətə
salan quldur çox az tapılar. Hələ on səkkiz yaĢı olanda bir neçə adam öldürmüĢdü. Bu alçağın
qaranlıq yolunda qan gölməçəsi içində əl-qolunu ataraq üzü üstə sərilib qalan adam az
olmamıĢdı. Saçını burmalatdıran, baĢına pamada sürtən, ustalıqla qalstuk bağlayan, kastetini
cibində gəzdirən, ilgəyinə gül taxan, həmiĢə bulvar qızlarının pıçıldaĢaraq heyrətlə bir-birinə
göstərdikləri bu incəbel quldur, yeraltı dünyasının bu ―modabazı‖ belə bir adamdı.
DÖRDÜNCÜ FƏSĠL.
Quldur dəstəsinin tərkibi.
Bu dörd quldur bir növ Proteyə bənzəyirdi: onlar ―alov, ağac, su Ģəklini alaraq‖, bir-birindən
ləqəb və hiylə öyrənərək, öz kölgələrində gizlənərək, bir-birinə gizlin və daldalanacaq yer
verərək, maskaradda qoyma burun necə asanca götürülürsə elə də asanlıqla öz Ģəxsiyyətlərindən
azad olaraq, gah vahid bir Ģey Ģəklində görülə biləcək dərəcədə kiçilərək, gah da Koko-Lukurun
belə gözünə böyük dəstə Ģəklində görülə biləcək dərəcədə böyüyərək, polis iĢçilərinin əlindən
siviĢir, Vidkonun həyasız nəzərindən yayınmağa çalıĢırdılar.
Bu dördlüyü dörd adamdan ibarət bir dəstə hesab etmək olmazdı: bu, Parisdə cəsarətlə əməliyyat
aparan dördbaĢlı əsrarəngiz quldurdu, bu, insan cəmiyyəti binası altında qazılmıĢ sərdabədə
yerləĢən nəhəng bir Ģər polipi idi.
Babet, Tüfeyli, GecəquĢu və Monparnas qurduqları geniĢ yeraltı rabitələrdən istifadə edirdilər,
Sena departamentində baĢ verən bütün cinayətlər onların əlindən gəlib keçirdi. Onlar, sanki,
birdən yer altından çıxaraq, yoldan keçənlərə divan tuturdular. Bu sahədə yeniliklər ixtira
edənlər, cinayət iĢləmək istəyən adamlar öz niyyətlərini yerinə yetirmək üçün onlara müraciət
edirdilər. Bu dörd yaramaza plan vermək kifayətdi, ―TamaĢa verməyi‖ onlar öz üzərinə
götürürdülər. Faciənin ssenarisini özləri hazırlayırdılar. Necə bir cinayət olur olsun, bunu yerinə
yetirmək üçün köməyə ehtiyac görülsə, məsələ lazımınca faydalı olsa, onlar kifayət qədər, həm
də iĢəyarayan adam tapmaqda çətinlik çəkmirdilər. Cinayəti hazırlarkən adam çatıĢmayan yerdə
öz yoldaĢlarını iĢə cəlb edirdilər. Onlar quldurlar yuvasında düzəldilmiĢ faciələrdə bütün rolları
yerinə yetirmək üçün zülmət aktyorları truppası saxlayırdılar.
Onlar adətən qaranlıq düĢəndə (meydana çıxdıqları vaxt da bu zaman olardı) Salpetriyer
xəstəxanasına yaxın boĢ bir yerdə yığıĢardılar. Orada məsləhətləĢərdilər. Onların ixtiyarında on
iki saat qaranlıq vardı. Bu qaranlıqdan daha səmərəli istifadə etməyi müzakirə edərdilər.
Bu dörd quldurun iĢgüzar yoldaĢlığı yeraltı dünyasında ―Xoruz banı‖ adı ilə məĢhur idi. Get-
gedə unudulmaqda olan köhnə, gözəl, canlı xalq dilində ―canavarın it hesab edildiyi vaxt‖
deyərkən alaqaranlıq nəzərdə tutulduğu kimi, ―Xoruz banı‖ deyərkən səhərə yaxın bir vaxt
nəzərdə tutulur. ―Xoruz banı‖ ləqəbi, görünür, quldurların gecə iĢləri qurtardığı vaxtdan
meydana gəlmiĢdir, çünki səhər açılanda teyflər yox olur, talançılar da qaçıb dağılır. Onları bu
ləqəblə tanıyırdılar. Bir gün məhkəmə sədri həbsxanaya gəlir, Lasneri baĢ verən bir cinayət
haqqında sorğu-sual edir: Lasner cinayət iĢlədiyini boynuna almaq istəmirmiĢ. Sədr ―Bəs bunu
kim etmiĢdir?‖ soruĢanda Lasner ona - məhkəmə sədrinə qəribə görünən, lakin hər polis iĢçisi
üçün aydın olan belə bir cavab verir: ―Bəlkə, ―Xoruz banı‖ etmiĢdir‖.
Pyesin mündəricəsini bəzən orada iĢtirak edənlərlə təyin etmək olar; bu qayda ilə də quldurlar
dəstəsi haqqında orada iĢtirak edənlərin adını çəkməklə düzgün təsəvvür əldə etmək
mümkündür. ―Xoruz banı‖ quldur dəstəsində iĢtirak edənlərin baĢlıcalarına belə ləqəblər
verilmiĢdi – bu ləqəblər xüsusi siyahılarda qalmıĢdır:
Qarmaq, ona Bahari də deyərdilər, HəĢərat da.
Deyingən (bütün bir deyingənlər sülaləsi vardı, biz yenə də onlardan bəhs edəcəyik).
Kəlmə, daĢ yolu fəhləsi, romanda biz ona əvvəllər rast gəlmiĢik.
Dul arvad.
Finister.
Homer Oqü, zənci.
Vaxt-ver.
Məlumat.
Fauntleroy, ona Gülüstan da deyərdilər.
Özünüöyən, cəzasını çəkmiĢ katorqa dustağı.
Yolağacı, ona cənab Düpon da deyərdilər.
Cənub səddi.
Qaratoyuq.
Karmanyolçu.
Sələmçi, ona Bizarro da deyərdilər.
Krujevaçı.
Kəllə-mayallaq.
Yarım-liard, ona Ġki milyard da deyərdilər.
Və sairə və sairə.
Biz o birilərinin adını çəkmirik, lakin onlar heç də bu birilərdən geri qalmırlar. Bu adamların öz
siması var. Bunlar ayrı-ayrı Ģəxsləri deyil, tipləri göstərir. Bu ləqəblərdən hər biri mədəniyyət
mağarasına suvaĢan iyrənc yosunların müxtəlif Ģəkillərindən birinə uyğundur.
Əsl simalarında görünmək istəməyən bu adamlar küçədə rast gəldiyimiz adamlardan deyil. Onlar
gecə gördükləri qanlı iĢdən sonra hava iĢıqlananda gah əhəngyandırılan çuxurlarda, gah
Monmartrya Monruj adlı vaxtıyla daĢ karxanası olan yerlərdə, gah da çirkab kanallarında yatıb
yuxularını alırdılar. Yerin altına soxulurdular.
Bu adamlar necə oldu? Onlar indi də yaĢayır. Onlar həmiĢə yaĢamıĢlar. Hələ Horatsi onlardan
bəhs etmiĢdir. ―Ambubaiarum collegia, pharmaropolae, mendici mimae‖1. Nə qədər ki, cəmiyyət
belədir, onlar indi olduğu kimi də qalacaqdır. Onlar həmiĢə öz zirzəmilərinin qaranlıq qübbəsi
altında ora sızan ictimai çirkabdan meydana gəlirlər. Bu teyflər həmiĢə eyni mahiyyətdə, ancaq
yeni adda, yeni dəridə geri qayıdırlar.
Onlar ayrılıqda məhv edilsə də nəsil qalır.
Onlar hamısı eyni xassəyə malikdir. Onlar dilənçidən tutmuĢ quldura kimi, öz cinslərinin
təmizliyini mühafizə edirlər. Onlar cibdə pul kisəsi, jiletdə saat olduğunu duyur, sanki, iy bilirlər.
Onlar qızılla gümüĢün qoxusunu bir-birindən ayırırlar. Yolla gedən adamların içərisində elə sadə
görünüĢlü Ģəxslər olur ki, deyirsən, onları soymamaq günah olardı. Belə adamları onlar səbrlə
güdürlər. Lakin əcnəbilərə, ya əyalətdən gələn adamlara rast gəldikdə hörümçək kimi diksinirlər.
Kim onlara gecəyarısı boĢ bulvarda təsadüfən rast gəlsə, ya onları bir balaca görsə, qorxuya
düĢür, onların zəhmi basır. Adama elə gəlir ki, onlar insan deyil, canlanmıĢ insan Ģəklini almıĢ
dumandır. Elə güman etmək olar ki, onlar gecə ilə bir vəhdət təĢkil edirlər, onun ayrılmaz
hissəsidirlər; onların ruhu zülmətdir, baĢqa ruhları yoxdur, ancaq bir anlığa, bir neçə dəqiqə
keçirdikləri dəhĢətli həyat üçün zülmətdən ayrılmıĢlar.
Bu yırtıcıları məhv etmək üçün nə lazımdır? ĠĢıq. ĠĢıq axını! Heç bir yarasa səhər Ģəfəqinə dözə
bilmir. Elə isə ictimai mağaranı iĢıqla doldurun, iĢıqla!
BĠRĠNCĠ FƏSĠL.
Marius Ģlyapalı qızı axtararkən
furajkalı kiĢiyə rast gəlir.
Yay keçdi, payız getdi, qıĢ girdi. Nə ―Cənab Ağ‖, nə də qız bircə dəfə də olsa Lüksemburq
bağına gəldi. Ġndi Mariusu ancaq bir fikir məĢğul etmiĢdi: məftun olduğu o gözəl qızı bir də necə
görsün! O vaxtdan bəri qızı axtarırdı, hər yerdə axtarırdı, ancaq tapa bilmirdi. Ġndi o daha əvvəlki
vəcdli-həyəcanlı xəyalpərəst, əyilməz, odlu, qəti hərəkətli Marius deyildi; o Marius ki taleyə
qarĢı cəsarətlə meydan oxuyardı, o Marius ki plan üstdən plan qurardı; o Marius ki fikri cürbəcür
məsələlərlə, layihələrlə, vüqarlı düĢüncələrlə, ideyalarla, arzularla dolu olardı; indi o, yiyəsini
itirmiĢ itə oxĢayırdı. Onu ağır kədər bürümüĢdü. Hər Ģey bitmiĢdi; iĢ onun zəhləsini tökmüĢdü,
gəzintilər yormuĢdu, təklik usandırmıĢdı. Əvvəllər cürbəcür Ģəkillərlə, rənglərlə, səslərlə,
hakimanə məsləhətlərlə, nəsihətlərlə, adamı cəzb edən üfüqlərlə, ənginliklərlə dolu olan ucsuz-
bucaqsız təbiət indi onun nəzərində bomboĢdu. Ona elə gəlirdi ki, hər Ģey məhv olmuĢdur.
O yenə də əvvəlki kimi düĢüncəyə dalırdı, çünki buna adət etmiĢdi; ancaq düĢüncə ona daha
fərəh vermirdi. Fikirlər ara vermədən ona nələr pıçıldasa da, o, tutqun halda bu pıçıltılara belə
cavab verirdi: ―Bu axı nəyə lazımdır?‖
O, özünü bol-bol danlayırdı: ―Mən axı niyə onu ötürmək fikrinə düĢdüm? Bircə elə onu
görməklə mən nə qədər xoĢbəxt idim! O, mənə baxırdı; bundan da böyük səadət olardımı? O, elə
bil ki, məni sevirdi. Bundan da böyük bir Ģey arzu oluna bilərdimi? Mənə daha nə lazımdı? Axı
bundan artıq bir Ģey ola da bilməzdi. Mən mənasız iĢ tutdum. Bu, mənim təqsirimdir...‖ Bu cür o,
çox Ģeylər düĢünürdü. Marius Kurfeyraka heç bir Ģey söyləmirdi, onun xasiyyəti belə idi; amma
Kurfeyrak bəzi Ģeyləri duyurdu – bu da ona xas olan bir Ģeydi; o əvvəl öz dostunu qıza
vurulduğu üçün tərifləyirdi, eyni zamanda, buna heyrət edirdi. Lakin Mariusun çox qəm-qüssə
içində olduğunu görüb, nəhayət, ona dedi: ―Hər Ģey aydındır, sən özünü beyinsiz heyvan kimi
idarə eləmisən. Bircə gəl ġomyerə gedək!‖
Bir gün o, günəĢli sentyabr gününə arxayın olaraq, Kurfeyrakla Bossüeyə və Qranterə icazə verdi
ki, onu Soya bala aparsınlar: o ümid edirdi ki – adamın ağlına hər Ģey gələrmiĢ – bəlkə də, qıza
rast gəldi. Məlum Ģeydir ki, Marius axtardığını orada tapmadı. Qranter dodaqaltı donquldanaraq
deyirdi: ―ĠtirilmiĢ arvadları burada tapmayanda, daha harada tapmaq olar?‖
Marius dostlarını balda qoyub, yorğun və acıqlı halda, təkbaĢına, piyada evinə qayıtdı. Ağzına
kimi adam dolu ―Ģanapipiklər‖ qulaqbatırıcı bir gurultu ilə, toz qopara-qopara onun yanından
ötüb keçir, Ģənlikdən qayıdan camaat Ģən nəğmələr oxuyurdu. Amma Marius dərin məyusluq
içində idi; o, intizar dolu kədərli baxıĢlarla qaranlığa baxır, yol qırağında bitən fındıq ağaclarının
tünd-acı qoxusunu sərinlənmək üçün ehtirasla sinəsinə çəkirdi.
Marius yenə də tək yaĢamağa, get-gedə daha çox qapalı həyat keçirməyə baĢladı. O, özünü
itirmiĢdi, qəm-qüssə onu bürümüĢdü, bütün qəlbi sevgi iztirabı ilə qovrulurdu, bu vəziyyəti ilə o,
tələyə düĢmüĢ qurd kimi dərd içində çırpınırdı; sevgidən kütləĢərək, hər yerdə ancaq itirdiyini
axtarırdı.
Bir gün təsadüf ona çox qəribə təsir bağıĢladı. Əlillər bulvarına çıxan kiçik küçələrdən birində,
uzun günlüklü furajka qoymuĢ, fəhlə paltarı geymiĢ bir kiĢiyə rast gəldi: onun qar kimi ağ saçı
furajkasının altından çıxmıĢdı. Bu ağ saçın gözəlliyi Mariusu heyrətə saldı, o, diqqətlə bu adama
baxdı. Ağsaçlı adam yolla ağır-ağır gedirdi, sanki, o, dərin fikrə dalmıĢdı. Nə qədər qəribə də
görünsə, ona elə gəldi ki, qarĢısındakı ―Cənab Ağ‖dır. Saçı eynən onun saçı idi, furajkasının
altından üzünü nə qədər görmək mümkündürsə, deyirdin, eynən onun üzüdür, yeriĢi də eynən
onun yeriĢi, ancaq bu yeriĢdə daha artıq yorğunluq duyulurdu. Bəs, o, fəhlə paltarı niyə
geymiĢdi? Bu nə deməkdir? Paltarını dəyiĢməkdə onun məqsədi nə idi? Marius buna çox təəccüb
etdi. DüĢüncəsindən ayrılanda onun ilk arzusu bu oldu ki, bu naməlum adamın ardınca getsin:
kim bilir, bəlkə, o, uzun axtarıĢlardan sonra, nəhayət, onların əsl izinə düĢmüĢdü... hər halda, bu
adama yaxından baxmaq, məsələni aydınlaĢdırmaq lazımdı. Lakin bu fikir onun ağlına çox gec
gəldi: o adam gözdən itmiĢdi, yan küçələrdən birinə getmiĢdi, Marius onu tapa bilmədi. Bu
təsadüf Mariusu bir neçə gün məĢğul etdi, sonra hafizəsindən silinib getdi. O, öz-özünə deyirdi:
―Yəqin, bu adi bir bənzəyiĢdi‖.
ĠKĠNCĠ FƏSĠL.
Tapılan məktub.
Marius yenə də Qorbonun daxmasında yaĢayırdı. Orada heç kəs onun diqqətini cəlb etmirdi.
Burası da var ki, Qorbonun daxmasında ondan və vaxtı ilə mənzil kirayəsini verdiyi
jondretlərdən baĢqa ayrı bir kirayəniĢin qalmamıĢdı. Marius hələ macal tapıb nə Jondretin özü
ilə, nə arvadı ilə, nə də qızları ilə tanıĢ ola bilmiĢdi. Evdə yaĢayan baĢqa kirayəniĢinlər ya köçüb
getmiĢdilər, ya ölmüĢdülər, ya da mənzil kirayəsini vermədikləri üçün evdən çıxarılmıĢdılar.
Bir dəfə, elə həmin qıĢda, günortadan sonra bir anlığa gün çıxdı; onda fevralın ikisi, Sretenye
bayramı günü idi; altı həftəlik soyuqlar olacağını xəbər verən bu hiyləgər günəĢ Matye
Lensberqə ilham vermiĢ, ona aĢağıdakı beyti yazdırmıĢdı, bu beyt sonralar lap klassik bir Ģey
olmuĢdu:
Qoy günəĢ parlasın, nurunu saçsın.
Ayı mağaraya sürünsün, qaçsın.
Marius zağasından yenicə çıxırdı. QaĢ qaralırdı. Nahar vaxtı idi, əfsus ki, ən ideal sevgilərin də
çatıĢmayan cəhəti var – bəli, yenə də nahar eləmək lazımdı.
Marius öz otağından çıxdı; Deyingən qarı elə bu zaman lap onun qapısı qabağında yer süpürə-
süpürə bu mühüm sözləri söyləyirdi:
– Ġndi ucuz olan nədir? Hər Ģey bahadır. Təkcə dərd ucuzdur. Bax, bu dərdi lap havayıca alarsan!
Marius ağır-ağır bulvarla yuxarı, qarovulxanaya sarı qalxır, Sen-Jak küçəsinə tərəf gedir, baĢını
aĢağı salaraq düĢünürdü.
Birdən alaqaranlıq içində kiminsə onu itələdiyini hiss etdi. Dönüb baxanda cındır geyimli iki qız
gördü: onlardan biri ucaboy, arıq, o birisi balacaboylu idi; qızlar yüyürə-yüyürə, təngnəfəs onun
yanından ötüb keçirdilər, elə bil ki, qorxa-qorxa qaçırdılar; onlar Mariusu görmədikləri üçün ona
toxunmuĢdular. QaĢ qaralsa da, Marius onların göyə çalan solğun üzunü, açılıb tökülmüĢ qarıĢıq
saçını, əyilmiĢ ləçəyini, cırılmıĢ yubkasını, yalın ayağını gördü. Onlar yüyürə-yüyürə bir-birilə
danıĢırdı. Ucaboylu qız boğuq səslə deyirdi:
– Tulalar gəldi. Az qalmıĢdı ki, məni tutsunlar.
O biri qız:
– Mən onları gördüm, – dedi, – elə götürüldüm! Elə götürüldüm!
Marius bu məĢum küçə danıĢığından bildi ki, jandarmlar, ya polis nəfəri qızları az qala
tutacaqmıĢ, qızlar güclə qaçıb canlarını qurtarmıĢlar.
Qızlar Mariusun arxa tərəfində, bulvar ağaclarının altında, bir parça ağ ləkə kimi nəzərə
çarparaq, bir anda gözdən itdilər.
Marius bir anlığa dayandı.
Sonra getmək istəyəndə ayaqları altında boz rəngli, balaca bir zərf gördü. Əyilib zərfi götürdü.
Bu, konvertə oxĢayırdı, görünür, içində kağız vardı.
DüĢünərək öz-özünə dedi: ―Görünür, o bədbəxt qızlardan düĢüb!‖
Qayıdıb qızları çağırdı, cavab verən olmadı; bu qərara gəldi ki, yəqin, onlar uzaqlaĢmıĢlar; zərfi
cibinə qoyub, nahar eləməyə getdi.
Yolda, Muftar küçəsinin dar bir yerində, qara örtük altında bir uĢaq tabutu gördü; tabut üç stul
üstünə qoyulmuĢdu, üstündə də bir Ģam yanırdı. Alaqaranlıqda qarĢısına çıxan iki qız onun
yadına düĢdü.
―Yazıq balalar! – deyə düĢündü, – sizin üçün öz balalarınızın ölümünü görməkdən daha kədərli
Ģeylər vardır: bu da onları pis yolda görməkdir!‖
Onun qəmgin düĢüncələrini pozan bu kölgələr hafizəsindən silindi, o, yenə də adət etdiyi
kədərinə daldı. O, yenə də açıq havada, parlaq günəĢ altında, Lüksemburq bağının gözəl ağacları
arasında altıaylıq sevgini və xoĢbəxt günlərini xatırladı.
O, öz-özünə deyirdi:
– Gör mən nə günlərə qaldım! Ġndi də mənim qabağıma qız çıxır, ancaq əvvəllər mənə mələklər
rast gəlirdi, indi ifritələr rast gəlir.
ÜÇÜNCÜ FƏSĠL.
Dördüzlü.
Marius axĢam soyunub yatanda bulvardan tapdığı zərf sürtükünün cibində əlinə toxundu. Zərf
onun lap yadından çıxmıĢdı. O, belə qərara gəldi ki, zərfi açıb oxusun: əgər zərf, doğrudan da,
qızlarınsa, bəlkə, ünvanları kağızda yazılmıĢ oldu; hər halda, sahibinə qaytarmaq üçün orada bir
məlumat olar.
Marius zərfi açdı.
Zərfin ağzı yapıĢdırılmamıĢdı, içindəki məktubların da ağzı açıqdı. Burada dörd məktub vardı.
Hər məktubun üstündə kimə çatacağı yazılmıĢdı.
Məktubun dördündən də pis tütün qoxusu gəlirdi.
Birinci məktubun üstündə belə bir ünvan yazılmıĢdı: ―Hörmətli və ismətli xanım de markiz
QrüĢerə, deputatlar palatası qabağındakı meydanda ev №...‖
Marius düĢündü ki, bəlkə, məktubda mənə lazım olan məlumat tapdım, birdə ki, məktubun ağzı
yapıĢdırılmamıĢdı, bunu oxumaq qəbahət hesab edilməz.
―Hörmətli xanım, markiza!
ġəfqət və mərhəmət xeyirxahlığı o xeyirxahlıqdır ki, cəmiyyəti baĢqa hər bir xeyirxahlıqdan
daha möhkəm birləĢdirir. Xristian hissləri ilə qəlbinizi doldurun, sədaqətin və müqəddəs
ligitimizmi iĢinin qurbanı olan fəlakətzadə bir ispaniyalıya rəhmedici nəzər salın: həmin bu
ligitimizm üstündə o öz qanını tökmüĢ, bütün var-yoxunu və baĢqa hər Ģeyini vermiĢ ki, bu iĢi
müdafiə etsin, indi isə o, dəhĢətli yoxsulluq içindədir. O, Ģübhə etmir ki, Siz cənabları ona
kömək etməkdən çəkinməzsiniz, təhsil və tərbiyə görmüĢ, bədənində çox-çox yara yeri olan
nəcib bir hərbi adam üçün son dərəcə ağır olan güzəranı yüngülləĢdirməyi arzu edərsiniz.
Ġnsanpərvərliyin Sizi ruhlandıracağını, həm də Sizin hüsntəvəccöh göstərəcəyinizi qabaqcadan
nəzərdə tuturam, zira xanım markiza belə bədbəxt camaata həmiĢə hüsntəvəccöh göstərir.
Əminəm ki, bizim xahiĢimiz yerdə qalmayacaq və bizim minnətdarlığımız xanım markiza
haqqında ən xoĢ xatirələri mühafizə edəcəkdir.
Hörmətli xanım, göstərdiyim hörmətin səmimi olduğuna əmin ola bilərsiniz.
Ġspaniyalı kabaleri kapitanı, Fransada sığınacaq tapan royalisti hal-hazırda Vətəninə qayıdan,
lakin pulu olmadığından yoluna davam edə bilməyən Don Alvares‖.
Məktubda ünvan yox idi. Marius ünvan tapmaq ümidilə o biri məktubu götürdü: konvertin
üstündə bu sözlər yazılmıĢdı: ―Hörmətli və izzətli xanım qrafinya de Monvernə, Kaset küçəsi, ev
№9‖.
Marius məktubda bu sözləri oxudu:
―Hörmətli və izzətli xanım qrafinya! Sizə bədbəxt bir ailənin, altı uĢağın anası müraciət edir, bu
uĢaqlardan ən kiçiyinin səkkiz ayı təzəcə tamam olmuĢdur. Axırıncı uĢaqdan sonra mən həmiĢə
xəstə oluram. BeĢ aydır ki, ərim məni atıb getmiĢdir. YaĢamaq üçün heç bir Ģeyim yoxdur,
güzəranım çox ağırdır...
Hörmətli xanım, Siz Əlahəzrətə pənah gətirən və Sizə dərindən hörmət bəsləyən
Balizar xala‖.
Marius üçüncü məktubu açdı; bu da o birilər kimi xahiĢnamədən ibarətdi; məktubda bu sözləri
oxumaq olardı:
―Sen-Deni və O-Fer küçələri tinində dükanı olan, toxucu məmulatla topdansatma alveri edən,
seçici cənab Paburjoya.
Cəsarət edib bu məktubla Sizə müraciət edirəm, məqsədim də budur ki, öz qiymətli meyilinizlə
məni xoĢbəxt etmənizi Sizdən xahiĢ edəm və Sizi bir ədəbiyyatçının taleyi ilə maraqlandıram, o
ədəbiyyatçı bu yaxında komediya teatrına bir dram göndərmiĢdir. Dramın mündəricəsi tarixdən
götürülmüĢdür. Hadisənin vaqe olduğu yer də Ġmperiya dövründə Overndir. Üslubu sadədir,
yığcamdır və elə zənn edirəm ki, bəzi məziyyətlərdən məhrum deyil. Dörd yerdə oxumaq üçün
kuplet verilir. Əsərdə məzhəki, ciddi və gözlənilməz vəziyyətlər xarakterlərin rəngarəngliyi ilə,
həm də bütün intriqaya rövnəq verən yüngül romantik hallarla birləĢdirilmiĢdir, bu intriqa isə
dolaĢıq bir yol keçdikdən sonra, bir sıra sarsıdıcı vəziyyətlərdən və gözlənilməz parlaq
səhnələrdən sonra gətirib, nəticəyə çıxarır.
Mənim baĢlıca vəzifəm müasir insanın get-gedə artan tələbinə, baĢqa sözlə desək, hər külək
əsəndə öz istiqamətini dəyiĢən dəbə, bu Ģıltaq, bu qəĢəng fırfıraya yarınmaqdır.
Bütün bu məziyyətlərə baxmayaraq, mənim bir Ģeydən qorxmağa əsasım vardır: qorxuram ki,
imtiyazlı müəlliflərin həsədi və xudpəsəndliyi nəticəsində mən teatrdan kənar edilmiĢ olum, zira
yeni yazanın qismətinə nə qədər acılıqlar düĢdüyü mənə məlumdur.
Cənab Paburjo, Sizin ədəbiyyatçıları maarifpərvər surətdə himayə etmək sahəsində qazanmıĢ
olduğunuz ələlhəqĢöhrət mənə öz qızımı sizin yanınıza göndərmək qətiyyətini təlqin edir; o, sizə
bizim düĢdüyümüz fəlakətli vəziyyəti, qıĢın ortasında bir parça çörəksiz və yanacaqsız
qalmağımızı təsvir edər. Sizə müraciət edərək acizanə rica edirəm, icazə versəniz, bu dramı,
həmçinin, bütün gələcək əsərlərimi Sizə ithaf edim, bununla mən göstərmək istəyirəm ki, Sizin
himayəniz altında olmaq və Sizin adınızla əsərlərimi zinətləndirmək mənim üçün çox
qiymətlidir. Əgər siz iltifat buyurub lap təvazökarcasına bir hədiyyə ilə mənə hörmət əta etmiĢ
olsanız, mən dərhal Ģeir qoĢmağa giriĢərəm, bununla da öz minnətdarlıq borcumu vermiĢ olaram.
Mən çalıĢıram bu Ģeiri imkan daxilində ən mükəmməl dərəcəyə qaldıram və onu Sizə dramdan
qabaq, çap olunana qədər, həm də səhnədən söylənilənə qədər göndərim.
Cənaba və xanım Paburjoya ən həqiranə hörmətimi ifadə edirəm.
Janflo, ədəbiyyatçı.
P.S. Heç olmasa 40 su.
BağıĢlayın ki, özüm Ģəxsən gəlmirəm, qızımı göndərirəm, zira tualetimin kədərli vəziyyəti, əfsus
ki, mənə evdən çıxmağa imkan vermir...‖
Nəhayət, Marius dördüncü məktubu açdı. Məktubun üstündə belə bir ünvan vardı: ―Sen-Jak-dü-
O-Pa kilsəsinin vəlineməti olan cənaba‖. Bu məktubda aĢağıdakı sözlər yazılmıĢdı:
―Vəlinemət!
Əgər Siz iltifat buyurub mənim qızımın ardınca gəlsəniz, onda müsibət içində keçən bir həyatın
Ģahidi olarsınız və mən öz sənədlərimi Sizə təqdim edərəm.
Bu kağızlarla tanıĢ olduqda Sizin nəcib qəlbiniz qızğın rəğbətlə dolacaqdır, zira hər bir həqiqi
filosofa qüvvətli ruhi ehtiraslar məlumdur.
Siz dərdə Ģərik olan adamsınız, Siz baĢa düĢərsiniz ki, yalnız ən ağır ehtiyac və bu ehtiyacı az da
olsa yüngülləĢdirmək zərurəti adamı, nə qədər əzablı olsa da, öz yoxsulluğunu təsdiq etmək
üçün, hakimiyyət sahibi olan adamlara müraciət etməyə vadar edər, sanki, bizə bunsuz, kömək
gələnə kimi bunun intizarında əldən düĢərək iztirab çəkməyə və eləməyə icazə verilməmiĢdir.
Tale bəzilərinə bu qədər mərhəmətsiz olduğu qədər baĢqalarına bir o qədər səxavətli və
lütfkardır.
Sizin gəlməyinizi, ya da yardım edəcəyinizi gözləməklə – əgər Siz belə bir yardım etmək
fikrində olsanız – acizanə rica edirəm, mənim Ģərəf hesab edib Sizə bəslədiyim dərin hörmətə
əmin olasınız və bunu qəbul edəsiniz,
Əsl alicənab bir ər, acizanə və həqiranə qulunuz olan
P. Fabantu, dram aktyoru‖
Marius bu dörd məktubu oxuduqdan sonra yenə də heç bir məlumat əldə edə bilmədi.
Əvvəla, məktubların altında qol qoyan adamlardan heç biri öz ünvanını göstərmirdi.
Ġkincisi, məktublar elə bil dörd ayrı-ayrı adam – don Alvares, Balizar xala, Ģair Janflo və dram
aktyoru Fabantu tərəfindən göndərilirdi, lakin onlar hamısı eyni xətt ilə yazılmıĢdı, bu, çox
qəribə idi.
Bundan necə bir nəticə çıxa bilərdi? Bundan ancaq o nəticə çıxardı ki, bütün məktubları bir adam
yazmıĢdır.
Məsələni tamamlamaq üçün bir Ģeyi də qeyd etməliyik, bu isə yürüdülən mülahizənin dəqiq
olduğuna daha artıq ehtimal yaradır: məktubların dördü də eyni kobud, saralmıĢ kağızda
yazılmıĢdı, hamısından da eyni tütün iyi gəlirdi; aydın görünürdü ki, məktubları yazan adam öz
üslubuna müxtəlif Ģəkillər verməyə çalıĢmıĢdır, bununla belə, məktubların hamısında eyni imla
səhvləri kəmali-ədəblə təkrar olunurdu, ədəbiyyatçı Janflo ispaniyalı kapitandan heç də az
səhvlər buraxmırdı.
Bu sirrin üstünü açmaq üçün əlləĢmək nahaqdı. Məktublar təsadüfi olaraq tapılmasaydı, bunun
qəsdən çaĢdırmaq olduğunu zənn etmək olardı. Lakin Marius çox qəmgin idi, onun hətta belə bir
təsadüfi zarafata cavab verməyə, bu oyunda iĢtirak etməyə halı yox idi: görünür, döĢəmə yol
onunla belə zarafata giriĢmək istəmiĢdi. Mariusa elə gəlirdi ki, onun gözlərini bir Ģeylə
bağlamıĢlar, bu dörd məktub onunla ―gözbağlayıcı oyunu‖ oynayır, onu cinləndirir.
Ancaq heç bir Ģey göstərmirdi ki, məktublar Mariusun bulvarda rast gəldiyi qızlarındır. Yəqin,
bunlar gərəksiz kağızlardı.
Marius kağızları yenə də konvertə qoydu, zərfi küncə atıb yerinə girdi.
Səhər saat yeddiyə az qalmıĢdı, o hələ yatağından durub çörək yeməmiĢdi, iĢə baĢlamamıĢdı ki,
qapı yavaĢca döyuldü.
Mariusun heç bir qiymətli Ģeyi yox idi; o ancaq təcili iĢi olanda, evdə oturarkən qapını kilidlərdi,
bu da çox nadir hallarda olurdu. Hətta evdən gedəndə də açarı qıfılın üstündən götürməzdi.
Deyingən qarı ona deyərdi: ―Sizin Ģeylərinizi, yəqin, oğurlayacaqlar!‖ Marius da ona belə cavab
verərdi: ―Mənim oğurlanası nəyim var ki?‖ Lakin bir gün onun bir cüt köhnə, uzunquc çəkməsini
oğurladılar; Deyingən qarı bunu eĢidəndə yaman sevindi.
Qapı yenə də bayaqkı kimi yavaĢca döyüldu.
Marius:
– Gəlin! – dedi.
Qapı açıldı.
Marius qabağında, masa üstündə olan kitablardan və əlyazmalarından gözünü ayırmayaraq
soruĢdu:
– Deyingən qarı, nə istəyirsiniz?
Deyingən qarının deyil, baĢqa bir adamın səsi eĢidildi:
– BağıĢlayın, cənab!
Bu, spirtli içki içməkdən səsi tutulan köhnə bir əyyaĢın boğuq, titrək, batıq, xırıltılı səsi idi.
Marius tez dönüb baxdı, bir qız gördü.
DÖRDÜNCÜ FƏSĠL.
Qızılgül səfalət içində.
YarıaçılmıĢ qapı ağzında hələ lap cavanca bir qız durmuĢdu. Otağın qapı ilə üzbəüz olan
pəncərəsindən onun üstünə solğun iĢıq düĢmüĢdü. O, arıq, üzgün, yazıq görünüĢlü bir qız idi,
onun əynində ancaq köynək, yubka vardı; belinə toqqa yerinə ciyə, saçına da ciyə bağlamıĢdı;
soyuqdan tir-tir əsirdi. Köynəyin altından onun arıq çiyinləri nəzərə çarpırdı; solğun üzündə
zərrə qədər də qırmızılıq yox idi; cinaqları torpaq rəngində idi; əlləri qırmızı, ağzı açıqdı,
diĢlərindən töküləni də var idi; sönük gözlərindən cəsarət və biclik yağırdı; onun bədəni hələ
lazımi Ģəklə düĢməmiĢdi, lakin baxıĢları əxlaqsız qarı baxıĢları idi: əlli yaĢla on beĢ yaĢ onun
simasında birləĢmiĢdi. Xülasə, bu elə zəif, eyni zamanda, elə qorxunc məxluqdu ki, öz görünüĢü
ilə adamı dəhĢətə salmasa da, ağlada bilərdi.
Marius yerindən qalxaraq, donub qaldı; bu qız adamın yuxusuna girən dumanlı surətləri
xatırladırdı.
Onun, əslində, heç də eybəcər olmaması daha ağır təsir bağıĢlayırdı. Yəqin, o, uĢaqlıq çağında
qəĢəng bir qızmıĢ. Gənclik cazibədarlığı indi də onun simasında əxlaqsızlıq və ehtiyac
nəticəsində vaxtından əvvəl baĢ verən qocalıqla mübarizə edirdi. Üstünü qara buludlar alan
solğun günəĢ qıĢın axĢam Ģəfəqində sönən kimi, bu on altı yaĢlı qızın da üzündə gözəllik Ģüaları
sönürdü.
Demək olmazdı ki, onun üzü Mariusa heç tanıĢ deyil. Mariusa elə gəlirdi ki, onu haradasa
görmüĢdür.
O, qızdan soruĢdu:
– Sizə nə lazımdır, xanım?
Qız yenə də sərxoĢ katorqa dustağı səsi ilə cavab verdi:
– Cənab Marius, sizə məktub gətirmiĢəm.
O, Mariusun adını söyləyirdi, bu qayda ilə Mariusun Ģübhəsi qalmırdı: qıza elə o lazımmıĢ.
―YaxĢı, bu qız axı kimdi? O haradan mənim adımı bilir?‖
Qız dəvət ediləcəyini gözləmədən otağa girdi. O elə bir qətiyyətlə, elə açıq-saçıq əda ilə içəri
girdi ki, bundan adamın ürəyi sıxılırdı, içəri girən kimi də hər Ģeyə, hətta Mariusun
yığıĢdırılmamıĢ yatağına da baxmağa baĢladı. Onun ayağı yalındı. Yubkasının iri-iri
deĢiklərindən uzun qıçları, arıq dizləri görünürdü. Soyuqdan bütün bədəni əsirdi.
Onun əlində, doğrudan da, bir məktub vardı, məktubu Mariusa verdi.
Marius məktubu açanda gördü ki, konvertə yapıĢdırılan iri, enli kağız hələ qurumamıĢdı. Deməli,
məktub uzaqdan gəlmirdi. Məktubda bu sözlər yazılmıĢdı:
―Cavan oğlan, mənim sevimli qonĢum!
Sizin mənə olan mərhəmətkarlığınızı ondan bildim ki, altı ay bundan əvvəl mənim mənzil
borcumu vermiĢdiniz. Bunun üçün sizə xeyir-dua edirəm, cavan oğlan. Mənim böyük qızım sizə
danıĢar: iki gündü ki, bizim dördümüz də bir parça çörəksiz qalmıĢıq, arvadım xəstədir. Mən
güman edirəm ki, səhv etmərəm, əgər belə bir ümidlə özümə ürək verəm ki, sizin alicənab
qəlbiniz bunun nəticəsində mərhəmətə gələr, mənim köməyimə çatmaq arzusunu və öz
səxavətinizdən, lap azca da olsa, bizə əta etmək fikrini təlqin edər.
Sizə səmimi hörmət bəsləyən – necə ki, insan nəslinin vəlinemətlərinə belə hörmət etmək
lazımdır –
Jondret.
P.S. Mənim qızım sizin sərəncamınızı gözləyəcək, əzizim cənab Marius‖.
Bu məktub Mariusu dünəndən bəri məĢğul edən o qəribə hadisəni aydınlaĢdırmaq məsələsində
qaranlıq zirzəmidə yandırılan Ģam rolunu oynadı. Hər Ģey birdən aydın oldu.
O biri məktubları kim yazmıĢdısa, bunu da o adam yazmıĢdı: eyni xətt, eyni üslub, eyni imla,
eyni kağız, eyni tütün qoxusu!
Burada beĢ məktub, beĢ yazı, beĢ ad, beĢ də imza vardı, amma yazan bir adamdı. Bu dörd
adamın – ispaniyalı kapitan don Alvaresin, uĢaqları olan bədbəxt Balizarın, dram Ģairi Janflonun,
sabiq aktyor Fabantunun bir adı vardı – bu da Jondret idi; lakin bu Jondret deyilən adamın adı,
doğrudan da, Jondret idimi – bu özü də Ģübhəli idi.
Marius xeyli vardı ki, Qorbonun daxmasında yaĢayırdı, lakin, yuxarıda deyildiyi kimi, çox nadir
hallarda öz zavallı qonĢularını görürdü. Onun fikri çox-çox uzaqlarda idi: bizim fikrimiz
haradasa – gözlərimiz də oradadır. Yəqin, o, koridorda və pilləkəndə jondretlərə - bir neçə dəfə
rast gəlmiĢdi, lakin bu adamlar ona ancaq kölgə kimi görünmüĢdü. Marius onlara o qədər az
diqqət yetirirdi ki, dünən axĢam bulvarda Jondretin qızlarına rast gələndə – bu qızlar, heç
Ģübhəsiz, Jondretin qızları idi – onları tanımadı; indi otağa girən qız da Mariusa, mərhəmət və
nifrətlə bərabər, çox tutqun Ģəkildə, çox çətinliklə bu qızı əvvəllər haradasa gördüyünü
xatırlatmıĢdı.
Ġndi hər Ģey aydın oldu. Marius bildi ki, onun qonĢusu Jondret, ən ağır yoxsulluq dərəcəsinə
çataraq, yaxĢı və Ģəfqətli adamların mərhəmətindən sui-istifadə etməyə baĢlamıĢ, peĢəkar dilənçi
olmuĢdur, baĢqalarının ünvanını öyrənərək, varlı və dərd bilən adam hesab etdiyi Ģəxslərə
uydurma ad altında məktub yazır, qızları da bu məktubları baĢ verə biləcək hər təhlükəyə
dözərək, aparıb sahiblərinə verirdi. Lakin qızların belə bir təhlükəyə rast gələcəyi Jondreti
qətiyyən düĢündürmürdü. O tale ilə oyuna baĢlamıĢ, qızlarını da bu oyuna cəlb etmiĢdi. Marius
dünən onların qaçmasından, qorxmasından, tövĢüyə-tövĢüyə nəfəs almasından, qulağına çatan
―oğrular‖ ifadəsindən duyurdu ki, o bədbəxtlər, yəqin, baĢqa pis iĢ də görürlərmiĢ. Marius baĢa
düĢdü ki, insan cəmiyyətinin indiki vəziyyətində bütün bu Ģərait bu iki səfil məxluqu – nə qız, nə
qız uĢağı, nə arvad olan, həm qəbahətli, həm də günahsız olan, yoxsulluğun törətdiyi bu iki
eybəcər məxluqu - meydana gətirməyə bilməzdi.
Onlar nə adı, nə yaĢı, nə cinsiyyəti olan, eyni dərəcədə həm xeyrə, həm də Ģərə laqeyd qalan,
beĢikdən çıxan kimi hər Ģeyi – sərbəstliyi, xeyirxahlığı, vəzifə hissini itirən zavallı məxluqlardı.
Onların qəlbi dünən açılan, bu gün solan, yola düĢərək palçıq içində xar olan, nəhayət, araba
altında əzilən çiçəyə bənzəyirdi.
Marius heyrət və kədər dolu nəzərlə qıza baxırdı: qız onun mansardında bir xəyal təklifsizliyi ilə
gəziĢirdi. O, cəld hərəkət edir, öz geyimindən zərrə qədər də utanmırdı: onun yaxası
düymələnməmiĢdi, cırıq köynəyi tez-tez enir, az qalırdı ki, lap qurĢağına düĢsün. O stulları
tərpədir, komod üstündəki tualet Ģeylərinin yerini dəyiĢir, səliqəsiz hala salırdı, Mariusun
paltarına toxunur, bütün künc-bucağı əli ilə yoxlayırdı.
Birdən o, ucadan dedi:
– Gör ha, burada güzgü var!
Otaqda tək imiĢ kimi vodevillərdən oynaq kupletlər və parçalar oxumağa baĢladı; o, xırıltılı,
boğuq bir səslə oxuduğundan bu nəğmələr qəmgin çıxırdı. Lakin onun hərəkətlərində
həyasızlıqla bərabər, bir gərginlik, narahatlıq və qorxu duyulurdu. Həyasızlıq bəzən həyanın
üstünü örtür.
Otaqda belə Ģənlik edə-edə çırpınan bu qız kimi adama kədər verən baĢqa bir Ģey təsəvvür etmək
çətindi: o, öz hərəkətləri ilə gün iĢığından ürkərək yerindən qalxan, ya da qanadı qırılan quĢu
yada salırdı. Hiss olunurdu ki, bu qız baĢqa cürə tərbiyə olunsaydı, baĢqa bir Ģəraitə düĢsəydi,
onun adama qarĢı olan canlı, çevik, sərbəst ədasında xoĢ və cazibədar bir Ģey ola bilərdi.
Heyvanlar aləmində göyərçin yaranan məxluq dönüb dəniz qartalı olmur. Belə bir Ģeyi ancaq
insanlar arasında görmək olar.
Marius düĢüncəyə dalaraq, ona mane olmurdu.
Qız masaya yaxınlaĢıb dedi:
– Ah, kitablara bax!
Onun sönük gözləri parıldadı. Sonra əlavə etdi:
– Mən də oxuya bilirəm, – onun səsində sevinc duyulurdu, o da bir Ģeylə fəxr edə bilmiĢdi, bu,
hər kəsə xas olan bir hissdir.
Masa üstündəki açıq kitabı cəld götürüb, çox sürətlə oxumağa baĢladı:
―General Bodüen öz briqadasında olan beĢ batalyonla Vaterloo çölü ortasında olan Hüğomon
qəsrini tutmaq əmrini aldı...‖
Qız bunu oxuyaraq dayandı:
– Hə, Vaterloo! Bu, mənə tanıĢdır. Çox-çox bundan əvvəl belə bir vuruĢma olub. Atam o
vuruĢmada iĢtirak edib. Atam imperator ordusunda qulluq etmiĢdir. Biz hamımız çox qəddar
bonapartçıyıq, bizimlə zarafat eləmə! Vaterloo – orada ingilislərlə vuruĢmuĢuq.
Qız kitabı yerinə qoyub, qələmi götürdü, yenə ucadan dedi:
– Mən yaza da bilirəm!
Sonra qələmi mürəkkəbə batırdı, Mariusa sarı dönərək soruĢdu:
– Baxmaq istəyirsinizmi? Mən bir Ģey yazım.
Marius cavab verənə kimi qız masanın üstündə olan ağ vərəqə bu sözləri yazdı: ―Tulalar gəldi‖.
Qələmi ataraq dedi:
– Səhv yoxdur. Yoxlaya bilərsiniz. Məni bacımla bir yerdə oxudublar. Biz həmiĢə indiki kimi
olmamıĢıq. Bizi onun üçün hazırlamırdılar ki, biz gedib...
Qız susdu, parıltısı sönən bir nəzərlə Mariusa baxdı, sonra qəhqəhə ilə gülərək dedi:
– E-eh! – onun bu ifadəsində həyasızlıqla boğulan böyük bir müsibət duyulurdu.
Elə o saat da Ģən bir nəĢə havası ilə oxumağa baĢladı:
Biz acmıĢıq, ay ata.
Evdə çörək də yoxdur.
ÜĢüyürük, ay ana.
Lütük, axı soyuqdur.
Titrə,
Nanetta.
Hönkur,
Janetta!
Kupleti oxuyub qurtaran kimi yenə də dedi:
– Cənab Marius, siz heç teatra gedirsinizmi? Mən gedirəm. Mənim bir qardaĢım var, o,
aktyorlarla dostluq eləyir, hərdən də mənə bilet gətirir. Amma mən qalereyanı xoĢlamıram, ora
darısqaldır, adam narahat olur. Ora qara camaat gedir, hərdən eləsi də gedir ki, onlardan pis iy
gəlir.
Sonra diqqətlə Mariusa baxdı, onun gözlərində qəribə ifadə vardı:
– Cənab Marius, heç bilirsinizmi, siz çox qəĢəng oğlansınız!
Elə o anda onların fikirlərindən eyni Ģey keçdi: Marius bundan qızardı, qız gülümsədi.
Qız sözünə davam edərək dedi:
– Siz mənə heç fikir vermirsiz, mən, cənab Marius, sizi tanıyıram. Mən burada, pilləkəndə, sonra
da Austerlits kəndi yaxınlığında sizə rast gəlmiĢəm, bir neçə dəfə sizin orada yaĢayan Mabef adlı
qocanın yanına getdiyinizi də görmüĢəm. Amma pırtlaĢıq saç sizə çox yaraĢır.
O çalıĢırdı ki, öz səsinə çox mehriban bir ifadə versin, ancaq pıçıltıdan baĢqa bir Ģey çıxmırdı.
Sözlərdən bəzisi klaviĢi çatıĢmayan klaviaturda itən səs kimi qırtlaqla dodaq arasında itib
gedirdi.
Marius yavaĢca geri çəkildi.
Özünə xas olan soyuq ifadə ilə dedi:
– Məndə bir paket var. Elə güman edirəm ki, o, sizindir, xanım. Ġcazə verin onu sizə qaytarım.
Marius içində dörd məktub olan paketi ona verdi. Qız əlini-əlinə çırparaq ucadan dedi:
– Bunu axtarmadığımız yer qalmayıb! Sonra tez paketi qapıb açdı:
– Ġlahi! Bacımla mən bunu nə qədər axtarmıĢıq! Deməli, bunu siz tapıbsınız? Özü də, yəqin,
bulvarda, eləmi? Ayrı yerdə ola bilməz. Bilirsinizmi, qaçanda qoltuğumuzdan düĢüb. Özü də
bacımın axmaqlığından! Qayıdıb axtardıq, tapa bilmədik. Sonra daha istəmədik ki, evdə bizi
kötəkləsinlər, axı niyə kötəklənək, niyə kötəklənək? Evdəkilərə dedim ki, məktubları aparıb
verdik, hər yerdə bizə dirsək göstərdilər! Budur onlar, mənim əziz məktublarım! Siz nədən
bildiniz ki, onlar mənimdir? Məlum Ģeydir nədən bilmisiniz – xətdən! Deməli, dünən qaçanda
biz sənə toxunmuĢuq? Elə qaranlıqda heç bir Ģey görmək mümkün deyildi! Mən bacımdan
soruĢdum: ―O kim idi, kiĢi idi?‖Bacım da dedi: ―Elə bil, kiĢi idi‖.
Qız bu arada paketdən ―Sen-Jak-dü-O-Pa kilsəsi vəlinemətlərindən olan cənaba‖ xahiĢnaməsini
çıxartdı.
– Hə, bu kağız günorta ibadətinə gələn qocaya yazılıb! Lap yerinə düĢdü. Aparıb verim, bəlkə,
səhər yeməyinə bizə bir Ģey verdi.
Sonra yenə gülərək izah etdi:
– Bu gün biz səhər yeməyi yesək, bilirsinizmi, bu nə deməkdir? Bu o deməkdir ki, bu gün səhər
biz srağagünkü səhər yeməyini, srağagünkü naharı, dünənki səhər yeməyini, hamısını da bir
oturuma! Bax, belə! Görürsünüz də! Bu da azlıq eləsə, onda gəbərin, köpəklər!
Bu sözlər Mariusa bu bədbəxt qızın nə üçün gəldiyini xatırlatdı.
O, jiletinin ciblərini axtardı, bir Ģey tapmadı.
Amma qız susmurdu, elə bil, Mariusun burada olması tamam yadından çıxmıĢdı.
– Mən hərdən axĢamlar evdən çıxıb gedirəm. Hərdən heç səhərə kimi qayıtmıram. Keçən qıĢ,
bura köçməmiĢdən əvvəl, bir körpü altında yaĢayırdıq. Elə olurdu ki, soyuqdan donmamaq üçün
bir-birimizə sıxılırdıq. Bacım ağlayırdı. Ah, o su! Adama elə qəm-qüssə gətirirdi! Ġstəyirsən
özünü suya atıb boğasan, öz-özünə deyirsən: ―Yox, su soyuqdur!‖ Mən nə vaxt ağlıma gəldi, lap
tək gedirəm. Hərdən gecəni qanovda qalıram. Bilirsinizmi, gecə bulvarla gedəndə adama elə
gəlir ki, ağacların yaba kimi buynuzu var, evlər də Notrdam kilsəsi kimi qaradır, böyükdür, ağ
divarlar, elə bil ki, çaydır, öz-özünə deyirsən: ―Ora bax, orada su var!‖ Ulduzlar çıraqban
camları kimi, elə bil ki, tüstüləyir, külək də onları söndürür; özün də elə gedirsən, elə bil,
gicləĢmisən, qulaqlarına da, elə bil, ara vermədən at fınxırtısı gəlir; gecə də olsa, gah orqan səsi,
gah əyirmə maĢın gurultusu, gah da cürbəcür səslər gəlir. Adama elə gəlir ki, sənə daĢ atırlar,
gücün yetdikcə qaçırsan, gözünün də qabağında hər Ģey hərlənir. Adam çox ac qalanda elə qəribə
olur ki!..
Qız dalğın bir nəzərlə Mariusa baxdı.
Marius ciblərini yaxĢıca axtardıqdan sonra, axırda beĢ frank on altı su pul tapdı. Onun bütün
varı-yoxu bu idi. DüĢünərək öz-özünə dedi: ―Hər halda, bu gün mənim naharıma çatar, sabah
görək nə olar‖. On altı sunu özü üçün saxladı, beĢ frankı qıza verdi.
Qız pulu qapıb aldı, həyəcanla dedi:
– Belə ha! Budur, bizim də günəĢimiz çıxdı!
Sanki, bu günəĢdə onun beynində olan ―oğrular‖ ifadəsinin qar yığımını əritmək xassəsi vardı: o
ara vermədən tez-tez danıĢmağa baĢladı:
– BeĢ frank! Kürənciyəz! Kəllə! Özü də belə bir deĢikdə! Əntiqədir! Əmiri uĢaqsınız! Adamın
eĢqi dombalır! Əhsən lotulara! Ġki gün ötür, tıxa, qızarmıĢ ət, biĢmiĢ ət! Ye, dur deyincə ye, iç!
Qız köynəyinin çiyinlərini çəkdi, ikiqat olub Mariusa təzim etdi, dostcasına əlini yelləyərək,
qapıya sarı yönəldi:
– Sağlıqla qal, cənab! Bu da olsa, yenə qocalarımın yanına gedəcəyəm.
Komodun yanından keçəndə orada toz içində qalmıĢ, kif atmıĢ bir parça quru çörək gördü; böyük
acgözlüklə çörəyi qapıb gəmirməyə baĢladı:
– Nə ləzzətlidir! Nə bərkdir! Adamın bütün diĢini qırır!
Sonra çıxıb getdi.
BEġĠNCĠ FƏSĠL.
Qəza-qədərin göstərdiyi gizlin pəncərə.
Marius beĢ il yoxsulluq, məhrumiyyət, ehtiyac içində yaĢamıĢdı, lakin indi əmin oldu ki, əsl
yoxsulluğu görməmiĢdir. Əsl yoxsulluğu indi görürdü. Bu yoxsulluğun kabusu onun gözləri
önündən ötüb keçmiĢdi. Doğrudan da, kim ki ancaq kiĢini yoxsulluq içində görmüĢdür – o heç
Ģey görməmiĢdir; qadını yoxsulluq içində görmək lazımdır; kim ki ancaq qadını yoxsulluq içində
görmüĢdür – o heç Ģey görməmiĢdir; uĢağı yoxsulluq içində görmək lazımdır!
KiĢi yoxsulluğun son pilləsinə çatanda daha ağına-bozuna baxmır, hər vasitəyə əl atır. Amma
vay onu əhatə edən zəif məxluqların halına! O adamın daha nə iĢi var, nə zəhməthaqqı, nə
çörəyi, nə yanacağı, nə gümrahlığı, nə iradəsi, nə də sərbəstliyi! O hər Ģeydən məhrum olur.
Onun xaricində, elə bil ki, gün iĢığı, daxilində əxlaq məĢəli sönür. Bu zülmət içində onun əlinə
iki zəif məxluq düĢür – bir arvad, bir uĢaq: o hiddətlə bunları biabırçılığa sövq edir.
Onda hər cür dəhĢət ola bilər. Yalnız nazik bir hasar ümidsizliyi qəbahətdən, ya cinayətdən
ayırır.
Sağlamlıq, gənclik, namus, cavan bədənin müqəddəs, ciddi isməti, qəlb, bakirəlik, ruhun bəĢərəsi
olan həya burada, qurtuluĢ vasitəsi axtararkən amansızca tapdanır; bu vasitə namussuzluq olursa,
o da qəbul edilir. Atalar, analar, uĢaqlar, qardaĢlar, bacılar, kiĢilər, arvadlar, qızlar – cinslərin,
yaĢların, qohumluğun, əxlaqsızlığın, məsumluğun bu qaranlıq qarĢılığı içində vahid bir kütlə
təĢkil edirlər, bu kütlə öz kəsifliyi ilə bir mədəni xatırladır. Tale onları bir daxmaya atır, onlar bu
balaca daxmada dal-dala verərək, sıxlıq içində çöməltmə oturur, arabir gizlin-gizlin bir-birinə
qəmgin nəzər salırlar. Ah, bədbəxtlər! Gör onların bənizi necə solğundur, gör onlar soyuqdan
necə titrəyirlər! Elə güman etmək olar ki, onlar baĢqa bir planetdədirlər, günəĢdən bizə görə çox-
çox uzaqdadırlar.
Bu qız Marius üçün, sanki, bir qaranlıq mücəssəməsi idi.
O, Mariusa gecənin yeni, iyrənc bir səhifəsini açdı.
Marius bir Ģey üçün özünü müqəssir hesab etməyə hazırdı: o həddindən artıq xülya və sevgi ilə
məĢğul olmuĢdu, bu ona öz qonĢularına diqqət yetirməyə imkan verməmiĢdi. Əgər o,
qonĢusunun ev kirayəsini vermiĢdisə də, bu ancaq qeyri-Ģüuri bir coĢqunluq nəticəsində
olmuĢdu, baĢqaları da onun yerində olsaydı, bu coĢqunluğa qapılardı. Lakin ondan çox Ģey tələb
olunurdu. Bir bax da! Ġnsan cəmiyyəti xaricində yaĢayan, gecənin qaranlığında əlləri ilə yan-
yörəsini yoxlaya-yoxlaya öz daxmasına gələn bu zavallı insanları ondan yalnız bir divar ayırırdı;
bu adamlarla o yan-yana yaĢayırdı; onları qalan dünya ilə bağlayan zəncirin son həlqəsi o idi,
bəli, o idi! Bu adamların nəfəs almasını, daha doğrusu, xorultusunu eĢidirdi, amma onları
görmürdü! O hər gün, hər dəqiqə divar arxasından onların yeriĢini, gəliĢini, gediĢini, danıĢığını
eĢidirdi, lakin bunlara laqeyd qalırdı. Onların sözlərində inilti səslənirdi, lakin bu iniltiyə o heç
əhəmiyyət vermirdi. Onun fikri ancaq Ģirin-Ģirin xəyallar, baĢ tutmayan xülyalarla, vüsalı
mümkün olmayan sevgilərlə, divanəliklə məĢğuldu, lakin insanlar, onun xristian qardaĢları, onun
xalqından olan qardaĢları lap yanında ölürdü! Özü də nahaq yerə ölürdü! Onların bədbəxtliyinə
bir cəhətdən və müəyyən dərəcədə o səbəb olmuĢdu, onların bədbəxtliyini artırmıĢdı. Çünki
onların qonĢusu onun kimi xəyalpərəst deyil, diqqətli, sadə, dərdəqalan bir adam olsaydı, məlum
Ģeydir ki, onların yoxsulluğunu duyardılar, onları təhdid edən təhlükə meydana çıxardı, onlara,
yəqin ki, lap çoxdan sığınacaq və yemək-içmək verərdilər, onları xilas edərdilər! Hərçənd, onlar
pozğun, əxlaqsız, kobud, hətta iyrənc, rəzil adam təsiri bağıĢlayırdılar, burası da var ki, dilənçi
vəziyyətinə düĢən, lakin pozulmayan adam çox az olur; bir də ki, müəyyən bir hüdud vardır, bu
hüdud xaricində bədbəxt adamla namussuz adam arasında olan fərq silinib gedir. Həm bu
bədbəxt, həm də bu namussuz adamları bir sözlə adlandırmaq olar: bu məĢum söz ―səfil‖dir.
Bunun üçün kimi müqəssir etməli? Məgər insanın enməsi, pozulması daha dəhĢətli olan yerdə
Ģəfqət və mərhəmət özünü daha böyük bir qüvvətlə göstərməməlidirmi?
Elə olurdu ki, Marius da əsl namuslu adam tək bəzən özünə qarĢı bir mürəbbi kimi hərəkət
edər, öz-özünü hətta layiq olduğundan da artıq danlardı; o, özünə belə əxlaq dərsi verə-verə,
mərhəmət dolu nəzərini Jondretlərlə onun arasında olan divardan ayırmırdı, sanki, öz baxıĢı ilə
divarın o üzünə nüfuz etmək, o bədbəxtləri isindirmək istəyirdi. Divar tirlərdən və yuxa taxtadan
düzəldilmiĢdi, üzünə də nazik suvaq çəkilmiĢdi; əvvəllər dediyimiz kimi, divarın o tərəfindən
söylənilən hər söz, əmələ gələn hər səs bu tərəfdə eĢidilirdi. Bu sözləri və səsləri eĢitməmək üçün
Marius kimi xəyalpərəst olmaq lazımdı. Divarın nə o üzünə, nə bu üzünə kağız çəkilmiĢdi;
divarın bütün kələ-kötürlüyü görünürdü, Marius bunu nəzərə almayaraq, diqqətlə divara baxırdı;
xəyala dalarkən də bəzən tədqiq etmək, müĢahidə etmək, öyrənmək olar, bu heç də düĢünə-
düĢünə tədqiq etməkdən, müĢahidə etməkdən, öyrənməkdən pis olmur. Birdən o yerindən qalxdı.
Lap tavanın dibində, üç yuxa taxta arasında üçbucaq bir deĢik gördü. DeĢiyi tutan suvaq
tökülmüĢdü, komodun üstünə çıxıb, bu deĢikdən Jondretlərin otağına baxmaq olardı. Bəzi
hallarda mərhəmət hissi nəinki maraq oyada bilər, hətta oyatmalıdır da. Bu deĢik gizlin pəncərə
məqamında idi. Bir adama kömək etmək istəyirsənsə, onun bədbəxtliyini gizlincə müĢahidə
etməkdən pis Ģey yoxdur. Marius düĢünərək dedi: ―Bu adamlar kimdir, orada nələr olur – bunu
bilmək lazımdır‖.
Komodun üstünə qalxdı, gözünü deĢiyə qoyaraq baxmağa baĢladı.
ALTINCI FƏSĠL.
Yırtıcı öz zağasında.
ġəhərlərdə, meĢələrdə olduğu kimi, cəngəlliklər var; ən hiyləgər, ən dəhĢətli Ģeylər burada
gizlənir. Lakin Ģəhərdə gizlənənlər amansızdır, rəzildir, alçaqdır, baĢqa sözlə, çirkindir;
meĢələrdə gizlənilənlər – amansızdır, vəhĢidir, əzəmətlidir, baĢqa sözlə, gözəldir. ġəhərlərdə də,
meĢələrdə də zağa var, lakin heyvan zağası insan zağasından üstün tutulmağa layiqdir. Mağaralar
fahiĢəxanadan yaxĢıdır.
Marius da burada fahiĢəxana gördü.
Marius kasıbdı, otağı da kasıbca bir otaqdı, lakin onun kasıblığı nəcibanə kasıblıqdı; mansardı
da özünə layiq halda idi: təmizdi, səliqəli idi. Amma onun baxdığı yer iyrənc vəziyyətdə idi:
üfunətli idi, çirkdi, bulaĢıqdı, qaranlıqdı, murdardı. Otağın bütün müxəlləfatı – bir həsir stuldan,
bir salxaq masadan, bir neçə qırıq ĢüĢədən, küncdə qoyulan iki hədsiz dərəcədə çirkli yataqdan
ibarətdi. Otaq ancaq hörümçək toru basmıĢ, dörd xırdaca ĢüĢəsi olan dam pəncərəsindən
iĢıqlanırdı. Pəncərədən də ancaq insan üzünü vahiməli bir xəyal üzünə oxĢadacaq dərəcədə iĢıq
düĢürdü. Divarlar, elə bil ki, yaralı-xoralı idi: dəhĢətli xəstəliklə eybəcərləĢmiĢ insan sifəti kimi
baĢdan-baĢa parça-parça qartmaq bağlamıĢdı, çapıq-çapıqdı. Rütubət çirk kimi divarlardan
süzülüb tökülürdü. Hər tərəfdə kömürlə çəkilmiĢ nalayiq Ģəkillər görünürdü.
Mariusun kirayə etdiyi otağın, pis də olsa, kərpic döĢəməsi vardı; amma burada nə daĢ, nə taxta
döĢəmə vardı; çardağın gillə suvanmıĢ, ayaq altında qaralmıĢ köhnə örtüsü üstündə gəzirdilər.
Bu qalın toz basmıĢ, heç süpürgə dəyməyən kələ-kötür yerdə köhnə ayaqqabılar, ev tufliləri,
çirkli cır-cındır Ģeylər, qəribə bürclər kimi ora-bura səpələnmiĢdi; amma otaqda buxarı vardı,
buna görə də onun illik kirayəsi qırx frank idi. Buxarıda hər nə desən vardı: manqal da, qab-
qacaq da, sındırılmıĢ taxta da, mıxdan asılmıĢ cır-cındır da, quĢ qəfəsi də, gül də, yavaĢ-yavaĢ
iĢıldayan alov da. Ġki kösöv ağır-ağır tüstüləyirdi.
Bu çardaq çox böyük olduğu üçün daha dəhĢətli görünürdü. Onun hər yerində girinti-çıxıntı,
künc-bucaq, qaranlıq çökək, ağac çatı, körfəzə oxĢar yerlər nəzərə çarpırdı; künc-bucaqda
dəhĢətli, dərin çuxurlar vardı; adama elə gəlirdi ki, bu çuxurlarda yumruq boyda hörümçəklər,
ayaq boyda məryəmqurdları, bəlkə də, lap insanabənzər əjdahalar gizlənir.
Bir çarpayı qapının, biri də pəncərənin yanında idi, hər ikisi də elə qoyulmuĢdu ki, bir tərəfi
buxarının divarına dəyirdi. Ġkisi də Mariusun otağı ilə üzbəüzdü.
Küncdə, Mariusun baxdığı deĢikdən bir az kənarda, divarda qara rəngli, taxta çərçivəli rəngli
qravür asılmıĢdı, qravürün altında iri hərflərlə ―yuxu‖ sözü yazılmıĢdı. Qravürdə yatan bir qadın
və onun dizləri üstə yuxulayan körpə uĢaq təsvir olunurdu; onların baĢı üstündə, buludlar
arasında bir qartal uçurdu; qartalın caynaqlarında tac vardı; qadın yuxulu-yuxulu tacı uĢağın
baĢından kənara itələyirdi; qravürün arxa tərəfində Napoleon, iĢıq içində, sarı kapitelli mavi
sütuna söykənərək, ayaq üstə durmuĢdu; sütunda bu sözlər yazılmıĢdı:
Morenqo
Austerlits
Ġena
Vağram
Elou.
Qravürün altında, yerdə, divara, taxta pannaya oxĢar enli bir taxta söykədilmiĢdi. O, tərsinə
qoyulmuĢ bir Ģəklə, o biri üzünə cızma-qara Ģəkil çəkilmiĢ kətanlı taxtaya, divardan götürülmüĢ
bir aynaya bənzəyirdi, elə bil, onu yenə də divardan asmağa macal tapmırdılar.
Masanın üstünə qələm, mürəkkəb və kağız qoyulmuĢdu; masanın arxasında altmıĢ yaĢlı,
qısaboylu, arıq, qaĢqabaqlı, solğun üzlü bir adam oturmuĢdu; onun hiyləgər, sərt baxıĢında təĢviĢ
və həyəcan görünürdü; üzdən o ən alçaq adama oxĢayırdı.
Lafater bu adamı görsəydi, onu məhkəmə davakarı ilə qrifin qarıĢığından əmələ gələn bir Ģey
hesab edərdi; yırtıcı quĢla hiyləgər adam bir-birini tamamlayaraq, öz çirkinliklərini artırır:
hiyləgər adamın xüsusiyyətləri yırtıcı quĢa alçaqcasına sifət, yırtıcı quĢun xüsusiyyətləri
hiyləgər adama dəhĢətli bir sima verir.
Masa arxasında oturan adamın uzun, ağ saqqalı vardı. O, qadın köynəyi geymiĢdi. Onun bayırda
qalmıĢ ağ, cod tük basmıĢ döĢü və qolları, köynəyinin altından çirkli Ģalvarı, uzunboğaz, yırtıq
çəkməsi görünürdü; barmaqları çəkməsinin yırtığından bayıra çıxmıĢdı.
Ağzında çubuq vardı; o, çubuq çəkirdi. Zağada çörək yox idi, amma tütün hələ vardı.
O nəsə yazırdı, yəqin ki, Mariusun oxuduğu məktublardan yazırdı.
Masanın kənarında qırmızı cildli, dağılmıĢ, köhnə bir kitab vardı; kitabın mətbəə vərəqinin on
ikidən bir hissəsi həcmində olan qədim formatı göstərirdi ki, bu, romandır. Cildin üstündə iri, baĢ
hərflərlə kitabın adı yazılmıĢdı: ―ALLAH, KRAL, NAMUS və XANIMLAR,
DÜKREDÜMĠNĠLĠN ƏSƏRĠ. 1814-cü il‖.
Qoca öz-özüylə danıĢa-danıĢa yazırdı, Marius onun dediyi sözləri eĢidirdi. O deyirdi:
– Bir görün ki, öləndən sonra da bərabarlik yoxdur! Gedin bir Per-LaĢezə! Əyanlar, dövlətlilər
tələnin üstündə, daĢ döĢəmənin, yasəmən ağacları əkilmiĢ xiyabanda dəfn edilir. Onları ora
katafalkda gətirirlər. Xırda-xurtları, lütləri, uğursuzları – onların qeydinə qalan kimdir! – palçıq
dizə kimi olan dərənin dibində, balaca bir çuxurda, lehmə içində basdırırlar. Orada basdırırlar ki,
tez çürüsünlər! Onların yanına gedənə kimi yüz dəfə kəlləmayallaq olub çuxura düĢürsən.
O, səsini kəsib yumruğunu masaya vurdu, diĢlərini qıcırdaraq, əlavə etdi.
– Hamısının boğazını diĢimlə gəmirərdim!
Buxarının yanında yalın ayaqlarını altına yığaraq kök bir arvad oturmuĢdu, üzdən ona həm qırx,
həm də yüz yaĢ vermək olardı.
Onun da əynində bir köynək vardı; köhnə mahudla yamanmıĢ yubka geymiĢdi. Yubkanın
yarısını kobud kətandan tikilmiĢ döĢlük örtürdü. Bu qadın büzüĢsə də, ikiqat olub əyilsə də, çox
hündürboylu olduğu görünürdü. Ərinin yanında azmana oxĢayırdı. Onun dən düĢmüĢ sarı-kürən,
iyrənc saçı vardı, tez-tez də yastı dırnaqlı, iĢıldayan, kök barmaqlarını saçına soxurdu.
Masa üstündəki kitab həcmində açıq bir kitab onun yanında atılıb qalmıĢdı – bu, yəqin, romanın
ardı idi.
Marius yataqlardan birində rəngi meyit kimi ağarmıĢ yarıçılpaq, uzundraz bir qız gördü; o,
qıçlarını aĢağı sallayaraq oturmuĢdu, özü də, elə bil ki, nə görür, nə eĢidir, nə də nəfəs alırdı.
O, heç Ģübhəsiz, Mariusun yanına gələn qızın kiçik bacısı idi.
Ġlk baxıĢda ona on bir-on iki yaĢ vermək olardı. Lakin diqqətlə baxdıqda siz görərdiniz ki, onun
yaĢı on dörddən az deyil. Bu həmin qızdı ki, dünən axĢam bulvarda deyirdi: ―Mən elə əkildim!
Elə əkildim ki!‖
O, xeyli vaxt inkiĢaf etməyən, sonra birdən böyüyən cılız qızlardan idi. Belə zavallı, miskin
insan çöhrəsi yetiĢdirən Ģitillik də yoxsulluqdur. Bu cür insanların nə uĢaqlığı, nə də ilk gəncliyi
olur. Onlar on beĢ yaĢında ikən – on doqquz, on altı yaĢında isə – iyirmi yaĢında qıza oxĢayırlar.
Onlar bu gün qız, sabah arvaddırlar. Onlar, sanki, həyatı tez baĢa vermək üçün qəsdən yüyürə-
yüyürə gedirlər.
Ġndi bu qız, elə bil ki, körpə uĢaqdı.
Otaqda heç bir Ģey əməklə məĢğul olunduğunu göstərmirdi: orada nə dəzgah, nə cəhrə, nə də bir
alət vardı. Bucaqda dəmir bir lom atılıb qalmıĢdı, bu, Ģübhəli görünürdü. Burada ümidsizlik
əlaməti və ölüm xəbərçisi olan ağır bir tənbəllik hökmfərma idi.
Marius bir neçə dəqiqə bu otağı nəzərdən keçirdi, ora qəbirdən də dəhĢətli idi, çünki hiss
olunurdu ki, burada hələ insan qəlbi titrəyir, hələ həyat çırpınır...
Çardaq, zirzəmi, mağara, o yerdə ki ictimai ehramın ən aĢağı hissəsində yoxsullar qaynaĢır – bu
hələ sərdabə deyil, sərdabənin baĢlanğıcıdır; dövlətlilər öz kaĢanələrinə girilən yeri böyük bir
cəlalla bəzədiyi kimi, həmiĢə yoxsulluqla yan-yana duran ölüm də ən ağır ehtiyacları öz
qapısının ağzına qalaq-qalaq yığır.
Qoca susdu, arvad bircə kəlmə də söz demədi, qız, elə bil ki, nəfəs almırdı. Ancaq qələmin
xırçıltısı eĢidilirdi.
Qoca yaza-yaza yenə də deyirdi:
– Əclaflar! Əclaflar! Hamı əclafdır!
Qadın Süleyman kəlamına oxĢar bu sözü eĢidəndə ah çəkdi:
– Sakit ol, dostum. Dərd çəkmə, əzizim. Bütün bu rəzil adamlar heç ona layiq deyillər ki, sən
onlara yazırsan, mənim istəkli ərim!
Ġnsanlar soyuqda bir-birinə necə sıxılırlarsa, yoxsulluqda da bir-birinə elə sıxılırlar, lakin onların
qəlbi bir-birindən uzaqlaĢır. Aydın görünürdü ki, bu qadın bir zamanlar öz ərini sevməyə nə
qədər qabil imiĢsə, bir o qədər sevirmiĢ. Amma bu sevgi, görünür, onların bir-birinə qarĢı
gündəlik məzəmmətlərində, ailəni əzən ağır güzəran altında sönüb getmiĢdi, onun ancaq külü
qalmıĢdı. Çox vaxt elə olur ki, mehribanlıq ifadə edən sözlər sevgi hissindən çox yaĢayır. Onun
ağzı ―Əzizim, dostum, mənim istəkli ərim‖ – desə də, qəlbi susurdu.
Qoca yenə də yazmağa baĢladı.
YEDDĠNCĠ FƏSĠL.
Strategiya və taktika.
Marius iztirab dolu qəlb ilə öz müĢahidə məntəqəsindən düĢməyə hazırlaĢırdı ki, bir səs onun
diqqətini cəlb etdi: bu, onu öz yerində saxladı.
Çardağın qapısı birdən taybatay açıldı.
Qocanın böyük qızı qapı ağzında göründü.
O, kobud kiĢi çəkməsi geymiĢdi; çəkmə palçığa batmıĢdı, topuğa qədər bulaĢmıĢdı; qız
soyuqdan qıpqırmızı qızarmıĢdı; əynindəki yırtıq plaĢa bərk-bərk bürünmüĢdü; Marius bir saat
bundan əvvəl bu plaĢı onun əynində görməmiĢdi; görünür, onda plaĢı çıxarıb bayırda qoyubmuĢ
ki, Mariusun ona daha artıq yazığı gəlsin, yəqin, otaqdan çıxanda yenə də geyibmiĢ. Qız içəri
girib qapını Ģappıltı ilə örtdü, dayandı ki nəfəsini dərsin, çünki o, bərk tövĢüyürdü; nəfəsini
dərdikdən sonra qalibiyyətlə və sevinclə çığırdı:
– Gəlir!
Atası gözlərini yazıdan qaldırdı, anası baĢını qaldırdı, bacısı heç qımıldanmadı da. Atası soruĢdu:
– Kim gəlir?
– O cənab.
– Filantrop?
– Hə.
– Sen-Jak kilsəsindən?
– Hə.
– Həmən o qoca?
– Hə.
– O gələcək?
– Bu saat gələcək. Mənim ardımca.
– Lap dəqiq bilirsən?
– Yəqin.
– Doğrudan da, gələcək?
– Kirayə etdiyi bir karetada gəlir.
– Karetada! Bu ki xalis RotĢilddir!
Jondret yerindən qalxdı.
– Sən haradan bunu dəqiq bilirsən? Əgər o, karetada gəlirsə, bəs sən niyə ondan tez gəldin? Barı
ünvanını verdin ona? Dedin ki, bizim qapı dəhlizin lap axırında, sağ tərəfdəki qapıdır? Allah elə
eləyə ki, dolaĢıq salmaya! Deməli, sən onu kilsədə gördün? O, mənim məktubumu oxudu? Sənə
nə dedi?
– Ta-ta-ta! Tələsmə, qoca! Qulaq as. Gedib girdim kilsəyə; gördüm ki, o vəlinemət öz yerində
oturub; qabağında reverans elədim, sonra da məktubu verdim. O, məktubu oxuyub soruĢdu:
―Qızım, siz harada yaĢayırsınız?‖ Dedim: ―Cənab, mən sizi apararam‖. O dedi: ―Yox, siz
ünvanınızı verin, mənim qızım bəzi Ģeylər almalıdır, mən kareta tutaram, sizinlə bir vaxta gəlib
çıxaram‖. Mən ünvanımızı ona verdim. Evin yerini deyəndə o, elə bil ki, bir Ģeyə təəccüb elədi,
elə bil ki, tərəddüd elədi; sonra dedi: ―Hər halda, gələrəm!‖ Dua qurtardı, mən onun öz qızı ilə
kilsədən çıxdığını, fiakra mindiyini gördüm; mən, əlbəttə, yadımdan çıxartmadım, dedim ki,
bizim qapımız koridorda axırıncıdır, sağ tərəfdədir.
– Sən haradan bildin ki, o gələcək?
– Mən bu saat fiakrı gördüm, o, Kiçik Bankir küçəsindən döndü. Mən də yüyürə-yüyürə gəldim.
– Kim sənə dedi ki, bu, həmən fiakrdır?
– Mən nömrəsini görmüĢdüm.
– YaxĢı, nömrəsi neçədir?
– Dörd yüz qırx.
– Belə. Qız, sən axmaq deyilsən.
Qız dikbaĢlıqla atasına baxdı, ayaqqabısını göstərərək dedi:
– Bəlkə də, axmaq deyiləm, ancaq bundan sonra bu yırtıq çəkməni geyməyəcəyəm; neynirəm
bunları! Əvvəl budur ki, bunlarda adam soyuqlaya bilər, sonra da palçıq lap məni təngə gətirib!
Çəkmənin ki islanmıĢ altı yolda Ģappıldayır – Ģap-Ģap-Ģar! – adamın lap zəhləsini tökür!
Bundansa ayaqyalın gəzsəm yaxĢıdır.
Jondret qızının kobud ifadəsi qarĢısında mülayim səslə dedi:
– Doğrudur, ancaq səni ayaqyalın kilsəyə buraxmazlar. Kasıbların da ayaqqabısı olmalıdır, –
sonra acı-acı əlavə etdi, – Allah-taalanın yanına ayaqyalın getmək qadağandır, – sonra yenə də
onu maraqlandıran məsələyə qayıdaraq soruĢdu, – sən lap dəqiq bilirsən ki, o, gələcək, hə?
Qız dedi:
– O, mənim ardımca gəlirdi!
Qoca qəddini düzəltdi. Onun üzünə, sanki, iĢıq çökdü.
– EĢidirsən, arvad? – deyə çığırdı, – bizim filantrop bu saat gələcək. ĠĢığı söndür.
Qadın özünü itirərək, yerindən tərpənmədi.
Jondret gözbağlayıcı cəldliyilə buxarının üstündəki sınıq boğazlı bardağı tapıb kösövlərin üstünə
su çilədi.
Sonra böyük qızına dönərək əmr etdi:
– Stulun həsirini qopart!
Qız onun sözünü baĢa düĢmədi.
Jondret stulu qapıb özünə sarı çəkdi, çəkməsinin dabanı ilə onun həsir oturacağını vurub deĢdi.
Ayağı deĢikdən o tərəfə keçdi.
Sonra ayağını stulun deĢiyindən çıxara-çıxara qızından soruĢdu:
– Bayır soyuqdur?
– Yaman soyuqdur, qar yağır.
Jondret pəncərə qabağında, çarpayıda oturan kiçik qızına sarı dönüb bağırdı:
– Tez! DüĢ çarpayıdan, tənbəl! Səndən heç bir xeyir yoxdur! ġüĢəni sındır!
Qız titrəyə-titrəyə çarpayıdan yerə atıldı.
Jondret təkrar etdi:
– ġüĢəni sındır!
Qız heyrət içində donub qaldı.
Atası yenə də çığırdı:
– EĢidirsən nə deyirəm?! ġüĢəni sındır.
Qız qorxa-qorxa, itaətkarlıqla pəncəsi üstə qalxıb yumruğunu ĢüĢəyə vurdu. Pəncərə ĢüĢəsi çilik-
çilik olub yerə töküldü.
Jondret:
– YaxĢı, – dedi.
Onun fikri və diqqəti bir məsələ ətrafında toplanmıĢdı, o, qəti hərəkət etməyə hazırdı. O, iti
nəzərlə çardağın bütün künc-bucağını gözdən keçirdi.
Bu saat o eynən vuruĢmadan qabaq son əmrləri verən bir sərkərdə idi.
Qadın isə bu vaxta qədər heç səsini də çıxartmırdı; o yerindən qalxdı, boğuq bir səslə, ağır-ağır,
sözləri uzada-uzada soruĢdu:
– Əzizim, nə etmək istəyirsən? – o elə danıĢırdı ki, sanki, sözlər boğazında iliĢib qalırdı.
Əri ona belə cavab verdi:
– Uzan çarpayıda!
Bu söz etiraz qəbul etməyən bir ifadə ilə söylənilmiĢdi. Jondretin arvadı əmrə itaət edərək, özünü
ağır-ağır çarpayıya yıxdı.
Bu zaman küncdən ağlayıĢ səsi eĢidildi.
Jondret çığırdı:
– Yenə nə olub?
Jondretin kiçik qızı buxarı yanındakı bucaqdan çıxmayaraq, qana bulaĢmıĢ əlini göstərdi:
pəncərə ĢüĢəsini sındıranda ĢüĢə əlini kəsibmiĢ. Astadan ağlaya-ağlaya anasının çarpayısına
yaxınlaĢdı.
Ġndi onun növbəsi çatmıĢdı. O, cəld yerindən qalxaraq çığırdı:
– Bir bax da! Bunun hamısı sənin gicliyindəndir! Sənin ucbatından onun əlini ĢüĢə kəsib!
Jondret dedi:
– Daha yaxĢı! Bunu mən nəzərə almıĢdım.
Qadın çığırdı:
– Necə? Daha yaxĢı?
– Sus! Mən söz azadlığını ləğv edirəm!
Sonra əynindəki qadın köynəyindən bir parça cırıb tez-tələsik qızın qan axan əlini sarıdı.
Bunu qurtardıqdan sonra geydiyi cırıq köynəyə məmnuniyyətlə baxdı.
– Köynək də lazımi qaydadadır! Hər Ģey lap yaxĢı düzəlib.
Buz kimi soyuq külək pəncərədən vıyıldayır, otağa soxulurdu. Ġçəriyə duman dolub hər yeri
bürüdü: elə bil ki, gözə görünməyən bir əl hiss olunmadan otağı ağımtıl pambığa tuturdu.
Pəncərənin sınıq ĢüĢəsindən bayırda qar yağdığı görünürdü. Dünən Sretenye günəĢinin xəbər
verdiyi soyuq, doğrudan da, düĢmüĢdü.
Qoca ətrafına baxdı, sanki, o, gözdən qaçan bir Ģeyin olub-olmadığını dəqiqləĢdirmək istəyirdi.
Köhnə dəmir kürəyi götürüb, su səpdiyi kösövlərin üstünə kül tökdü ki, onlar heç görünməsin.
Sonra bədənini dikəltdi, kürəyini buxarıya söykəyərək dedi:
– Ġndi biz filantropu qəbul edə bilərik.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Oğrular yuvasında iĢıq.
Böyük qız atasına yaxınlaĢdı, əlindən tutub dedi:
– Gör necə üĢüyürəm!
Atası:
– Çox böyük Ģey olub! – dedi. – Mən səndən də bərk üĢüyürəm!
Qızın anası acıqlı-acıqlı çığırdı:
– Bəli də, sənin halın həmiĢə hamınınkından pis olur!
Əri:
– Yum ağzını! – dedi.
Arvadına elə baxdı ki, o, dərhal səsini kəsdi.
Bir anlığa sakitlik oldu. Böyük qız plaĢının ətəyinə sıçramıĢ palçığı soyuqqanlıqla təmizləyirdi,
kiçik qız yenə də içini çəkə-çəkə ağlayırdı; anası onun baĢını qucaqlayaraq, öpə-öpə astadan
deyirdi:
– Ağlama, mənim gülüm, səndən xahiĢ eləyirəm, tez sağalacaq, ağlama, sonra atan acıqlanar.
Atası çığırdı:
– Onun sözünə baxma: ağla, ağla! Belə də lazımdır!
Sonra böyük qızına sarı döndü:
– Belə də haramzadəlik olar, gəlib çıxmadı! Birdən o, bizə heç təĢrif gətirmədi, onda necə?!
Görünür, onda mən nahaq yerə odu söndürmüĢəm, stulun həsirini deĢmiĢəm, köynəyi cırmıĢam,
ĢüĢəni sındırmıĢam?!
Qızın anası pıçıldadı:
– Qızın da əlini yaralamısan!
Jondret sözünə davam etdi:
– Bizim bu xaraba çardağın necə soyuq olduğu sizə məlumdurmu? YaxĢı, birdən o vücud durdu
gəlmədi? Hə, onun nə fikirdə olduğunu bilirəm! O istəyir ki, biz onu gözləyək! O, belə fikirləĢir:
―Gözləyərlər! Onlar elə buna görə də yaĢayırlar!‖ Ah, mənim onlardan zəhləm gedir! Bütün
dövlətliləri mən lap sevinclə, Ģadyanalıqla, fərəhlə, lap məmnuniyyətlə boğazlardım! Bütün bu
dövlətliləri! Bütün bu xeyriyyəçiləri, Ģirindilli riyakarları! O xeyriyyəçilər, o riyakarlar ki,
kilsəyə ibadətə gedirlər, keĢiĢlərin pis-pis ədalarını götürürlər, keĢiĢlərin göstəriĢi ilə iĢ tuturlar,
keĢiĢ əfsanələri danıĢırlar, elə güman edirlər ki, onlar əla cinsdən olan insanlardır. Onlar bizə bizi
alçaltmaq üçün gəlirlər! Bizə paltar bağıĢlamaq üçün gəlirlər! Onların fikrincə, heç dörd suya da
dəyməyən bu köhnə Ģeylər paltardır! Bizə çörək verməyə gəlirlər! Ay əclaflar, mənə bunlar
lazım deyil! Pul verin, pul! Amma bu pulu onlardan görməzsən! Ona görə pul vermirlər ki, biz
aparıb bunu içərik, ona görə vermirlər ki, biz əyyaĢıq, tənbəlik, iĢləyən deyilik! Bəs özləri
necədir?! Özləri axı necə adamdır? Əvvəllər özləri kim olub? Oğru! Oğru olmasaydılar,
varlanmazdılar! Bir Ģey heç pis olmazdı: bütün insan cəmmyyətini bir süfrə kimi dörd ucundan
tutub yaxĢıca silkələyəydin! Orada nə varsa, yəqin, hamısı sınıb dağılardı, heç kəsin heç bir Ģeyi
qalmazdı, qazanc da elə bunda olardı! Sənin bu cənab xeyriyyəçin harada itib-batdı, idbar sifətin
biri, idbar sifət! Bəlkə, ünvanımız yadından çıxıb bu heyvanın?! Lap mərc gələrəm ki, bu
kaftar...
Bu zaman qapı yavaĢca döyüldü. Jondret cumub qapını taybatay açdı, ikiqat olub baĢ əyərək,
yaltaqcasına gülümsəyərək, həyəcanla dedi:
– Buyurun, cənab! Mənim böyük hörmət etdiyim vəlinemətim və sizin gözəl xanım qızınız təĢrif
buyursunlar!
Qapı ağzında yetkin bir kiĢi və cavan bir qız göründü.
Marius öz müĢahidə məntəqəsindən baxırdı. Bu anda onun hiss etdiyini insan dili ilə söyləmək
mümkün deyildi.
Bu qız o idi.
Kimi ki sevmiĢdir; bu qısaca ―O‖ sözünün Ģəfəq kimi gözəl mənası ona məlumdur.
Bu, doğrudan da, o qızdır. Marius birdən gözünü bürüyən duman arasından onu çox çətinliklə
görürdü. Altı ay ona iĢıq saçan o ulduz, onun itirdiyi o zərif məxluq indi onun gözləri önündə idi.
Bu, onun gözləri, onun alnı, onun ağzı, onun üzü idi, bunları itirməklə bütün varlıq Mariusun
nəzərində qaranlığa qərq olmuĢdu. O xəyal itmiĢdi, budur, yenə də peyda oldu!
Özü də harada - qaranlıqda, çardaqda, iyrənc oğrular yuvasında, bu dəhĢətlər içində!
Mariusun bütün bədəni əsirdi. Necə?! Bu, doğrudanmı, odur?! Ürək çırpıntısından onun gözləri
qaranlıq gətirirdi. O hiss edirdi ki, bu saat, lap bu saat hönkürtü ilə ağlayacaqdır. Necə! Bu qədər
axtarıĢdan sonra, nəhayət, onu görürdü?! Mariusa elə gəlirdi ki, itirdiyi qəlbini yenə tapmıĢdı.
Qız heç dəyiĢməmiĢdi, ancaq, elə bil ki, bənizi bir balaca solmuĢdu. BənövĢəyi məxmər Ģlyapa
onun zərif üzünü, sanki, çərçivəyə almıĢdı, qara atlaz paltosu bədəninin quruluĢunu gizlətmiĢdi.
Uzun yubkası altından qısa qunclu ipək çəkmə geymiĢ xırdaca ayaqları görünürdü.
―Cənab Ağ‖, həmiĢəki kimi, qızın yanında idi.
Qız bir neçə addım ataraq, masa üstünə böyük bir bağlama qoydu.
Jondretin böyük qızı qapı arxasında gizlənib qaĢqabağını tökərək qızın məxmər Ģlyapasına, atlaz
xəz paltosuna, ürəkaçan füsunkar, zərif üzünə baxırdı.
DOQQUZUNCU FƏSĠL.
Jondret az qalır ki, ağlasın.
Daxma elə qaranlıqdı ki, bayırdan gələn adam, sanki, zirzəmiyə düĢdüyünü hiss edirdi. Buna
görə də ―Cənab Ağ‖ ilə qızı orada olan adamları güclə seçə-seçə irəliləyirdi, çardaqda yaĢayanlar
isə bu alaqaranlığa öyrəndiklərindən, təzə gələn adamları çox aydın görürdülər. ―Cənab Ağ‖
Jondretə yaxınlaĢdı, kədər və mehribanlıq ifadə olunan bir nəzərlə ona baxıb dedi:
– Cənab, bu bağlamada təzə əyin paltarı, corab və yun adyal vardır.
Jondret yerə qədər əyilərək təzim etdi:
– Allah göndərib sizi, ey xeyirxah insan! – sonra, nə qədər ki, ―Cənab Ağ‖ ilə yanındakı qız bu
miskin daxmanı gözdən keçirirdi, Jondret əyilərək, böyük qızının qulağına tələsə-tələsə
pıçıldadı:
– Gördün? Mən nə deyirdim? Köhnə paltar! Bəs pul hanı? Bu cənablar hamısı bir-birinin
burnundan düĢüb! YaxĢı, bu qoça axmağa yazdığım məktub necə imzalanmıĢdı?
Qızı:
– Fabantu, – deyə cavab verdi.
– Dram aktyoru, çox gözəl.
Jondret lap vaxtında bunu xəbər almıĢdı, çünki elə o anda ―Cənab Ağ‖ Jondretə sarı dönüb
soruĢdu:
– Görürəm ki, siz çox pis vəziyyətdəsiniz, cənab...
Bunu o elə ifadə ilə dedi ki, söhbət etdiyi Ģəxsin familiyasını yadına salmağa çalıĢarkən adamın
üzündə belə bir ifadə olur.
Jondret o saat bu ifadəni baĢa düĢərək dedi:
– Fabantu.
– Cənab Fabantu, bəli, elədir... Yadıma düĢdü.
– Cənab, bir zamanlar böyük Ģöhrət qazanmıĢ olan dram aktyoru! Görünür, Jondret ―filantropa‖
təzyiq göstərməyin ən əlveriĢli bir vaxtı gəlib çatdığını qət etmiĢdi. O həyəcanla dedi:
– Cənab, mən Talmanın Ģagirdiyəm, – onun səsində həm yarmarka hoqqabazlığı, həm də yol
üstündə duran dilənçinin öz-özünü alçaltması hiss olunurdu – Talmanın Ģagirdi! Tale bir
zamanlar mənim də üzümə gülmüĢdü. Lakin, əfsus! Mənim üçün də fəlakət dəmi gəlib çatdı.
Özünüz görürsünüz, ey xeyirxah insan, mənim nə çörəyim var, nə odum-ocağım! Yazıq
balalarımı qızdırmağa bir Ģeyim yoxdur. Var-yox bircə dənə stulum vardır ki, o da sınıqdır! Belə
havada pəncərənin də ĢüĢəsi sınıb! Zövcəm yatağa düĢüb! Xəstədir!
―Cənab Ağ‖ dedi:
– Zavallı!
Jondret əlavə etdi:
– Bu axmaq qız da əlini yaralayıb!
Təzə gələn adamlar kiçik qızın da diqqətini cəlb etmiĢdi: onun gözü ―xanım qızda‖ qalmıĢdı,
daha ağlamırdı. Jondret yavaĢca ona:
– Ağla! Bağır!– dedi və onun ĢüĢə kəsən əlini çimdiklədi. Bu Ģeyləri o xalis cibgir cəldliyi ilə
edirdi.
Qız bərkdən ağladı.
Mariusun öz ürəyində ―Mənim Ursulam‖ adlandırdığı qız tez onun yanına gəlib dedi:
– Yazıq bala!
Jondret sözünə davam edərək deyirdi:
– Bir baxın, sevimli xanım qız! Onun bütün biləyi qan içindədir! Bədbəxt bir hadisə üz verib:
onun əli maĢına düĢüb, bu maĢında o günü altı suya iĢləyir. Yəqin, bütün əli kəsiləcək!
Qoca həyəcanla:
– Bütün əli kəsiləcək? – deyə soruĢdu.
Qız atasının sözünü doğru söz hesab edərək, daha bərkdən ağlamağa baĢladı.
Jondret:
– Əfsus ki, bu belədir, xeyirxah insan! – deyə cavab verdi.
Bir neçə saniyə idi ki, Jondret qəribə bir ifadə ilə və diqqətlə ―filantropa‖ baxırdı. DanıĢığını
kəsməyərək, o, elə bil ki, diqqətlə ―filantropun‖ simasını gözdən keçirir, sanki, nəsə xatırlamağa
çalıĢırdı. Gələnlər ürək yanğısı ilə qızdan əlinin nə halda olduğunu soruĢarkən, Jondret
vəziyyətdən istifadə edərək, çarpayıda yatan və üzündə tənbəlcəsinə kədər ifadə olunan arvadına
yaxınlaĢıb tələsə-tələsə pıçıldadı:
– Ona bir yaxĢı bax!
Sonra yenə ―Cənab Ağ‖a sarı döndü, yenə ağlar bir səslə Ģikayətlənməyə baĢladı:
– Bir baxın, cənab: mənim bütün geyimim arvadımın bu köynəyidir. Özü də ki, cırıqdır! Havalar
da belə soyuq! Geyinib bayıra getməyə paltarım yoxdur. Pis də olsa, heç olmasa kostyumum
olsaydı, geyinib madmazel Marsın yanına gedərdim: o, məni tanıyır, mənə çox inayət göstərir.
Deyəsən, o, axı yenə də Tur-de-Dam küçəsində yaĢayır? Bilirsinizmi, cənab, bir yerdə
əyalətlərdə oynardıq, biz böyük Ģöhrət qazanmıĢdıq. Selimena mənim köməyimə gələrdi, cənab!
Elmira Velizariyaya sədəqə verərdi! Amma mənim heç bir Ģeyim yoxdur! Evdə də bircə su
pulumuz yoxdur! Zövcəm xəstə – bircə su da pul yox! Qızım yaralanmıĢdır, özü də bu, təhlükəli
yaradır – bircə su da pul yox! Arvadımın ürəkgetməsi var, boğulur. YaĢı çoxdur, bir də ki,
əsəbləri xarab olub. Ona müalicə lazımdır, qızıma da! Həkim lazım! Dərman lazım! Onlara pulu
haradan verəsən?! Bircə liar da yoxdur! Cənab, mən on su pulun qabağında diz çökməyə
hazıram!
Ġncəsənət belə düĢkün bir vəziyyətdədir! Qoy sizə məlum olsun ki, gözəl xanım qız, mənim qəlbi
xeyirxah və mərhəmətlə dolu olan alicənab hamim ki, mənim də yazıq qızım zinəti siz
olduğunuz məbədə dua eləməyə gedir və hər gün sizi görür... Zira, cənab, mən öz uĢaqlarımı
möminlik ruhunda tərbiyə edirəm. Mən istəmədim ki, onlar səhnəyə getsin. Yadınızda saxlayın
ha, utanmazlar! Hünəriniz var, yolunuzdan çıxın! Mənimlə zarafat eləyənin axırı pis olar! Mən
həmiĢə onlara namusdan, əxlaqdan, xeyirxahlıqdan danıĢıram, beyinlərini doldururam. Bir
onlardan soruĢun! Qoy düz yolla getsinlər. Onların atası var, onlar o bədbəxt qızlardan deyillər
ki, soysuz yaĢamağa baĢlayırlar, sonra da onunla qurtarırlar ki, bütün dünya ilə qohumlaĢırlar,
görürsən ki, ―mamzel heçkəsin‖ dönüb olur ―madam hərkəsin‖. And olsun Allaha ki, Fabantunun
ailəsində belə bir Ģey olmayacaq! Mən əminəm ki, onları xeyirxah insan kimi tərbiyə edəcəyəm,
qoy onlar namuslu olsun, yaxĢı olsun, Allaha inanan olsun! Bəli, cənab, çox hörmətli olan
xeyirxah insan, siz bilirsiniz ki, sabahkı gün mənim üçün nə hazırlayır? Sabah fevralın dördüdür,
məĢum bir gündür, ev yiyəsinin mənə möhlət verdiyi axırıncı gündür, mən bu axĢam onun ev
kirayəsini verməsəm, sabah mənim böyük qızım, mən özüm, mənim xəstə zövcəm, mənim əli
yaralanmıĢ balam - bizim hamımız, dördümüz də bu sığınacaqdan məhrum olacağıq, bizi küçəyə
atacaqlar, bulvara, yağıĢın altına, qarın altına atacaqlar! Bəli, cənab! Mən dörd kvartalın - bütün
ilin pulunu verməmiĢəm. Yəni altmıĢ frank borcluyam.
Jondret yalan deyirdi. Ġllik kirayə haqqı qırx frank idi; bir də ki, o, dörd kvartalın pulunu borclu
ola bilməzdi: Marius iki kvartalın pulunu vermiĢdi, bundan heç yarım il də keçməmiĢdi. ―Cənab
Ağ‖ cibindən beĢ frank çıxarıb masanın üstünə qoydu. Jondret mırıldanaraq, böyük qızının
qulağına pıçıldadı: ―Alçaq! Onun beĢ frankı mənim nəyimə lazımdır?! Bu beĢ franka nə təzədən
stul, nə də pəncərə ĢüĢəsi almaq olar. Ġndi belə bir Ģeydən sonra sən gəl xərc çək!‖ Elə bu zaman
―Cənab Ağ‖ sürməyi redinqotun üstündən geydiyi mixəyi redinqotu çıxarıb, stulun arxa
söykənəcəyinə atdı.
– Cənab Fabantu, – dedi,– yanımda ancaq beĢ frank pulum var; mən qızımı evə aparıb, axĢam
yenə də sizin yanınıza gələcəyəm; ev kirayəsini siz axı bu axĢam verməlisiniz, elə deyilmi?..
Jondretin gözlərində ani olaraq qəribə bir ifadə göründü. O tez cavab verdi:
– Bəli, mənim böyük hörmət etdiyim hamim! Saat səkkizdə mən ev sahibinin yanında
olmalıyam.
– Mən saat altıda gələcəyəm, altmıĢ frank da pul gətirəcəyəm.
Jondret fərəhlə bağırdı:
– Xeyirxah insan!
Sonra güclə eĢidiləcək səslə əlavə etdi:
– Arvad, ona bir yaxĢı bax!
―Cənab Ağ‖ yenə də gözəl qızın qoluna girib qapıya sarı yönəldi:
– Sağ olun, mənim dostlarım!
Jondret bir də soruĢdu:
– Saat altıda?
– Düz saat altıda.
Bu zaman, stulun arxa söykənəcəyindəki sürtük böyük qızın diqqətini cəlb etdi:
– Cənab, – dedi, – redinqotunuz yadınızdan çıxdı.
Jondret təhdidedici nəzərlə qızına baxıb, hiddətlə çiyinlərini çəkdi.
―Cənab Ağ‖ dönərək, gülümsəyə-gülümsəyə dedi:
– Yadımdan çıxmayıb, özüm qoymuĢam.
Jondret:
– Ey mənim hamim, – dedi,– ey böyük hörmətli xeyirxah insan, mən göz yaĢımı saxlaya
bilmirəm! Ġcazə verin, sizi fiakra qədər ötürüm.
―Cənab Ağ‖ cavab əvəzinə dedi:
– Əgər çıxmaq istəyirsinizsə, onda bu sürtükü geyin. Bayır çox soyuqdur.
Joldret ikinci dəfə xahiĢ olunmasını gözləmədi: mixəyi redinqotu tez əyninə geydi.
Onlar üçü də otaqdan çıxdı: Jondret qabaqca, ―Cənab Ağ‖ ilə qızı dalca gedirdi.
ONUNCU FƏSĠL.
Kabrioletin minik qiyməti saatda iki frankdır.
Bu Ģeylərin hamısı Mariusun gözləri önündə baĢ versə də, əslində, o, çox az Ģey görürdü. Onun
gözləri cavan qıza zillənib qalmıĢdı, qəlbi isə, elə bil, onu qamarlayıb tutmuĢdu, sanki, qız
Jondretin daxmasına ayaq basan kimi Marius onu bütünlüklə öz qəlbinə almıĢdı. Marius elə bir
vəziyyətdə idi ki, adam bu vaxt xarici aləmdə baĢ verən hadisələri dərk etmir, bütün varlığını bir
məsələ üzərində toplayıb durur. O, qızı deyil, atlaz xəz palto geymiĢ, məxmər Ģlyapa qoymuĢ
iĢıq görürdü. Lap Sirus özü də göyləri tərk edib bu otağa ensəydi, Mariusun gözləri bu qədər
qamaĢmazdı.
Qız nə qədər ki, bağlamanı açır, Ģeyləri və adyalı masanın üstünə qoyurdu, ürək yanğısı ilə xəstə
arvadın halını soruĢurdu, əli yaralanmıĢ qızla mehribanca danıĢırdı, Marius onun heç bir
hərəkətini gözdən qaçırmırdı, onun səsini eĢitməyə çalıĢırdı. Marius onun gözlərini, alnını, qədd-
qamətini, yeriĢini, bütün gözəlliyini görmüĢdü, ancaq səsini eĢitməmiĢdi, səsinin necə olduğunu
bilmirdi. Bir dəfə Lüksemburq bağında o, elə bil ki, qızın bir neçə sözünü eĢitmiĢdi, amma buna
tamamilə əmin deyildi. Onun səsini eĢitmək, səsinin musiqisini qəlbinə həkk etmək üçün o,
ömrünün lap on ilini verərdi! Lakin Jondretin iniltili yalvarıĢları, təmtəraqlı ibarələri qızın səsini
batırır, onu eĢitməyə qoymurdu. Buna görə Mariusun fərəhinə hiddət də qarıĢmıĢdı. Marius
gözünü ondan çəkmirdi. O, mələk kimi məxluqu belə murdar bir yerdə, belə insan tör-töküntüsü
içərisində tapmasına inana bilmirdi. O, elə bil ki, kalibri quĢunu bir yığın qurbağa arasında
görürdü.
Qız otaqdan çıxanda Mariusun qəlbində ancaq bir arzu oyandı: onun ardınca getsin, onun harada
yaĢadığını bilməyincə gözdən buraxmasın, bir də onu itirməsin, axı indi onu tapmasını bir
möcüzə hesab etmək olardı! Komoddan yerə atılıb Ģlyapasını götürdü. Qapının dəstəyindən
yapıĢıb bayıra çıxmaq istəyirdi ki, bir fikir onu saxladı. Koridor uzundu, pilləkən çox dikdi,
Jondret boĢboğazın biridir, olsun ki, ―Cənab Ağ‖ hələ kolyaskaya minə bilməmiĢdir; o,
koridorda, ya pilləkəndə dönüb geri baxsa, Mariusu görəcək, məlum Ģeydir ki, bundan təĢviĢə
düĢəcək, özünü yayındırmaq üçün yenə bir yol tapacaqdır, onda hər Ģey bitmiĢ olacaq. O indi nə
etsin? Bir az gözləsinmi? O burada durub gözləyincə kolyaska çıxıb gedər... Marius tərəddüd
içində idi. Nəhayət, o, ―hər nə olar olsun‖, – deyib, otaqdan çıxdı.
Koridorda daha heç kəs yox idi. Pilləkənə yüyürdü. Pilləkəndə də heç kəs yox idi. Tez aĢağı enib
bulvara çıxdı: elə bu anda ekipaj Balaca Bankir küçəsinin tinindən burulub yenə də Parisə yol
aldı.
Marius o tərəfə yüyürdü. Bulvarın tininə çatanda yenə də ekipajı gördü: ekipaj Muftar küçəsi ilə
üzüaĢağı gedirdi. O indi çox uzaqda idi, yüyürsəydi də ona çata bilməyəcəkdi. Ġndi o nə etsin?
Onun ardınca yüyürsünmü? Bu, mümkün deyildi. Bir də ki, var gücü ilə yüyürən bir adamı, heç
Ģübhəsiz, ekipajdan görmək olardı, qızın atası onu tanıya bilərdi... Elə bu anda heç ağlagəlməz
təsadüf üz verdi: Marius bulvarla gedən boĢ kabriolet gördü. Bircə yol qalırdı. Kabrioletə minib
fiakrın dalınca getsin! Daha bundan yaxĢı, bundan düzgün, bundan təhlükəsiz Ģey tapmaq
olmazdı.
Marius əli ilə iĢarə edib ekipajı saxlatdırdı, çığırıb dedi:
– Saathesabı!
Marius qalstukunu bağlamamıĢdı; bir neçə düyməsi qırılmıĢ köhnə sürtükünü geymiĢdi;
köynəyinin maniĢkası bir yerdən cırılmıĢdı.
Sürücü ekipajı saxladı, göz vuraraq, sol əlini Mariusa sarı uzadıb, baĢ barmağını Ģəhadət
barmağına sürtdü.
Marius:
– Nə var ki? – deyə soruĢdu.
Sürücü dedi:
– Pulu qabaqcadan!
Marius ancaq on altı su pulu olduğunu xatırladı:
– Nə qədər lazımdır?
– Qırx su.
– Çatanda verərəm.
Sürücü cavab yerinə ―La Palis‖ nəğməsini fitlə çalıb, atı qamçıladı.
Marius uzaqlaĢmaqda olan kabrioletin ardınca ĢaĢqın halda baxıb qaldı. Onun iyirmi dörd su
pulu çatmırdı; bu iyirmi dörd su pulun ucbatından o öz sevincini, öz səadətini, sevgisini itirirdi!
O yenə də qaranlığa qərq oldu. Onun gözünə iĢıq gəlmiĢdi, indi yenə də bu iĢıqdan məhrum oldu.
Düzünü desək, o səhərçağı Jondretin zavallı qızına verdiyi beĢ frank haqqında təəssüflə düĢündü.
Bu beĢ frank indi onun cibində olsaydı, xilas olardı, o yenidən dirilərdi, qıl körpüsündən keçərdi,
cəhənnəmdən, tənhalıqdan çıxardı, kədərli, ruhi subaylıqdan canını qurtarardı; o yenə də öz
taleyinin qara telini gözəl, qızıl bir tellə bağlardı: bu tel indi bir anlığa onun gözlərinə göründü,
yenə də qırıldı. Marius tam umidsizlik içində öz daxmasına qayıtdı.
O, özünə ancaq bir Ģeylə təsəlli verə bilərdi: ―Cənab Ağ‖ axĢam yenə gələcəyini vəd etmiĢdi; bu
dəfə iĢə yaxĢı giriĢmək, onu gözdən buraxmamaq lazımdı, lakin bayaq onun bütün fikri qızda
olduğundan bir Ģey eĢidə bilməmiĢdi.
Marius pilləkənlə yuxarı qalxmaq istəyəndə, bulvarın o biri tərəfində, qobelenlər qarovulxanası
küçəsindəki divarın tinində Jondreti gördü: ―xeyirxah insanın‖ verdiyi redinqot onun əynində idi.
O elə bir adamla söhbət edirdi ki, belə sifət adamı təĢviĢə salır, adətən bunlara ―qarovulxana
sahibləri‖ deyirlər. Belə adamların zahiri görünüĢü ikimənalıdır, danıĢıqları Ģübhəlidir, sanki,
onların pis bir niyyəti vardır; bu adamlar gündüz yatırlar, bu isə onların gecələr iĢlədiyini
düĢünməyə hər cür əsas verir.
Parça-parça yağan qar altında durub söhbət edən bu adamlar, yəqin ki, polis iĢçilərinin diqqətini
cəlb edə bilərdi. Marius onlara ancaq ötəri nəzər saldı.
Marius nə qədər fikirli və dilxor olsa da, qeyri-ixtiyari belə bir Ģey düĢündü: Jondretin söhbət
etdiyi bu ―qarovulxana sahibi‖ bir dəfə Kurfeyrakın ona göstərdiyi Qarmaq, Bahari, eyni
zamanda, HəĢərat ləqəbini daĢıyan, həm də məhlədə xatakar gecə əyyaĢı Ģöhrətini qazanan
adama oxĢayır. Əvvəlki kitabda onun adı çəkilmiĢdir. Bu Qarmaq, həm Bahari, həm də HəĢərat
ləqəbli adamın sonralar cinayət üstündə bir neçə mühakimədə adı çəkilmiĢdi, o, fırıldaqçı
Ģöhrəti qazanmıĢdı. Bu hadisəni təsvir etdiyimiz vaxtda o hələ mahir bir fırıldaqçı idi. Ġndi də
quldurlar, soyğunçular onu xatırlayırlar. Axırıncı padĢahlığın sonunda o, bütöv bir məktəb
yaratmıĢdı.
AxĢamlar, qaĢ qaralanda, adamlar toplaĢıb pıçıldaĢanda, onun haqqında Fors həbsxanasının
Aslan xəndəyində danıĢırdılar. Bu həbsxanada müĢahidə yolu altından çirkab kanalı keçir, bu
çirkab kanalından 1843-cü ildə, günün günorta çağında heç eĢidilməmiĢ bir Ģəkildə otuz iki
dustaq qaçmıĢdı; kanalın ağzına qoyulan sal daĢ üstündə hətta ―Qarmaq‖ sözünü oxumaq olardı.
Bir dəfə də o qaçanda bu müĢahidə yolunun lap yanında, cəsarətlə divara həmən adı yazmıĢdı.
1832-ci ildə polis idarəsi onu təqib edirdi, lakin o hələ heç bir ciddi iĢdə özünü göstərməmiĢdi.
ON BĠRĠNCĠ FƏSĠL.
Səfalət dərdə öz köməyini təklif edir.
Marius pilləkənlə ağır-ağır yuxarı qalxırdı. Öz otağına girmək istəyirdi ki, birdən koridorla
Jondretin böyük qızının onun ardınca gəldiyini gördü. Marius bu qızı görmək istəmirdi: axı onun
beĢ frankı bu qızın əlinə keçmiĢdi, indi onu geri istəmək daha gecdi: kabriolet çıxıb getmiĢdi,
kolyaskanın heç izi-tozu da qalmamıĢdı. Lap elə istəsəydi də, qız o pulu heç geri qaytarmazdı.
Bir də ki, onlara gələn qoca ilə qızın harada yaĢadığını ondan soruĢmaq da faydasızdır, yəqin ki,
heç o özü bilmirdi, çünki Fabantu adı ilə imzalanmıĢ məktub ―Sen-Jak-dü-O-Pa kilsəsinin
vəlineməti olan cənaba‖ yazılmıĢdı, baĢqa ünvan da göstərilməmiĢdi.
Marius otağa girib qapını bərk örtdü.
Lakin qapı kip örtülmədi; o dönüb baxanda gördü ki, qapını kim isə əli ilə tutub saxlayır.
– Nə var? Oradakı kimdir? – deyə soruĢdu.
Bu zaman Jondretin qızını gördü.
Marius bir az kobudcasına əlavə etdi:
– Sizsiniz? Yenə gəlmisiniz? Siz məndən nə istəyirsiniz?
Lakin qız, elə bil ki, bir Ģey haqqında düĢünürdü, Mariusa baxmırdı. Ġndi onda əvvəlki qətiyyət
yox idi. Qız otağa girmədi, qaranlıq koridorda dayanıb durdu: Marius onu kip örtülməmiĢ
qapının arasından görürdü. Marius həyəcanla:
– Di cavab verin də! Siz məndən nə istəyirsiniz?
Qız donuq nəzərlə Mariusa baxdı: qızın gözlərində, sanki, zəif bir iĢıq parıldadı:
– Cənab Marius, sizin üzünüzdə elə bir qəmginlik var ki... Sizə nə olub?
– Mənə?
– Bəli, sizə.
– Heç bir Ģey.
– Hər halda, bir Ģey var!
– Heç bir Ģey yoxdur.
– Mən deyirəm ki, var.
– Məni narahat eləməyin!
Marius yenə də qapını itələdi, lakin qız yenə də qapını buraxmadı:
– Qulaq asın, siz nahaq yerə belə edirsiniz. Siz varlı deyilsiniz, amma bu gün səhər necə
mərhəmətli idiniz, yenə də elə olun. Siz mənə yemək-içmək üçün pul verdiniz; deyin axı görüm,
sizə nə olub? Siz qəmginsiniz, bunu baxan kimi görmək olur. Amma mən istəmirəm ki, siz
qəmgin olasınız. Bu iĢdə sizə kömək edə bilərəmmi? Bəlkə, sizin bir iĢinizə yaradım? Mənə
arxayın ola bilərsiniz. Mən sizin sirrinizi bilmək fikrində deyiləm, sizdən xahiĢ eləmirəm ki,
bunları açıb mənə deyəsiniz, amma, hər necə olsa, məndən sizə xeyir dəyə bilər. Mən sizin də
iĢinizə yaraya bilərəm, atamın iĢinə yaramırammı? Bir yerə məktub göndərmək, evləri qapı-qapı
gəzmək, ünvan axtarmaq, bir adamı güdmək lazım olsa, məni göndərin. Mənə hər barədə inana
bilərsiniz, məktubu aparıb kimə lazımsa verə bilərəm. Hərdən görürsən ki, lazımi bir adamla
danıĢdın, hər Ģey də düzəldi getdi, mən sizin qulluğunuzda hazıram.
Mariusun fikrindən bir Ģey keçdi. Adam yıxılacağını hiss edəndə ən xırdaca budağa da əl atır!
Marius Jondretin qızına yaxınlaĢdı.
– Qulaq as... – dedi.
Qız onun sözünü kəsdi, qızın gözləri sevinclə parıldadı.
– Hə, hə, mənə ―sən‖ deyin, bu, mənim daha çox xoĢuma gəlir.
Marius sözünə davam etdi:
– YaxĢı, qoca ilə qızını bura sən gətirmiĢdin?
– Hə.
– Sən onların ünvanını bilirsənmi?
– Yox.
– Onların ünvanını öyrən.
Bayaq qızın gözlərindən tutqunluq çəkilmiĢ, onun yerini sevinc tutmuĢdu, indi bu sevincin yerini
kədər tutdu:
– Sizə elə bu lazımdır? – deyə soruĢdu.
Bəli.
– Siz onlarla tanıĢsınız?
– Xeyr.
Qız cəld onun sözünü kəsdi:
– Deməli, siz o qızla tanıĢ deyilsiniz, amma tanıĢ olmaq istəyirsiniz...
―Onlarla‖ sözünün ―o qızla‖ sözü ilə əvəz edilməsində çoxmənalı, acı bir Ģey hiss olunurdu.
Marius soruĢdu:
– Hə, bunu bacara bilərsənmi?
– Mən o gözəl xanım qızın ünvanını öyrənib, sizə deyərəm.
―Gözəl xanım qız‖ sözü elə bir ifadə ilə söylənmiĢdi ki, bu yenə də Mariusa toxundu:
– Əhəmiyyəti yoxdur! Atasının və qızın ünvanı. Hər ikisinin ünvanı.
Qız diqqətlə Mariusa baxdı:
– Siz bunun üçün mənə nə verərsiniz?
– Nə istəsən!
– Nə istəsəm?
– Bəli.
– Ünvanı sizə yetirərəm.
Qız baĢını aĢağı saldı, sonra sərt bir hərəkətlə qapını örtdü.
Marius tək qaldı.
Özünü stula yıxıb, dirsəklərini çarpayıya dayadı, əllərilə baĢını qamarlayaraq, dumanlı fikirlər
burulğanına düĢdü; o bayğınlığa yaxın vəziyyətdə idi. Mələk kimi bir məxluqun gəlməsi, sonra
da yox olması, indicə bu qızdan eĢitdiyi sözlər, böyük məyusluq içində parıldayan ümid onun
beynində dumanlı bir halda sürətlə hərlənirdi.
Birdən Mariusun düĢüncəsini kobudcasına qırdılar.
Jondret uca və kəskin səslə Mariusu son dərəcə maraqlandıran qəribə sözlər dedi:
– Sənə deyirəm ki, mən buna əminəm. Mən onu tanıdım.
Söhbət kimin haqqında gedirdi? Jondret kimi tanımıĢdı? ―Cənab Ağ‖ımı? Mariusun Ursulasının
atasınımı? Bu, mümkün olan Ģeymi? Yoxsa Jondret onunla tanıĢmıĢ? Yoxsa Mariusu
maraqlandıran bir məsələnin üstü heç gözlənilmədiyi halda açılacaqdır, elə bir məsələ ki, bunsuz
Mariusun həyatına qaranlıq çökmüĢdü... Yoxsa elə bir an gəlmiĢdir ki, bu adamları bürüyən qalın
duman qalxacaq, bu sirli örtük parçalanacaqdır? Ah, pərvərdigara!
Marius komodun üstünə çıxdı, daha doğrusu, sıçrayıb qalxdı, yenə divardakı gizlin ―pəncərənin‖
qabağında dayandı. Yenə də Jondretin zağasının içini gördü.
ON ĠKĠNCĠ FƏSĠL.
―Cənab Ağ‖ın verdiyi beĢ frank nəyə xərclənmiĢdi.
Üzdən Jondretin ailəsində heç bir Ģey dəyiĢməmiĢdi; ancaq Jondretin arvadı və qızları cənab
Ağın gətirdiyi bağlamanı açmıĢ, oradakı yun corabları, koftaları geymiĢdilər; yeni adyallar
çarpayıların üstünə salınmıĢdı.
Görünür, Jondret yenicə gəlmiĢdi, çünki hələ nəfəsini dərməmiĢdi. Qızlar buxarının qabağında,
yerdə oturmuĢdu; böyük qız kiçik qızın əlini bağlayırdı. Jondretin arvadı, sanki, buxarının
yanında qoyulan çarpayıda batmıĢdı; onun üzündə təəccüb ifadə olunurdu. Jondret iri addımlarla
otaqda o baĢ-bu baĢa gedirdi. Onun gözlərində qeyri-adi bir ifadə vardı. Görünür, Jondretin
arvadı böyük heyrət içində idi, həm də ərindən qorxurdu; nəhayət, o, cəsarət edib soruĢdu:
– Doğrudan, belədir? Sən buna əminsən?
– Əlbəttə, əminəm! Səkkiz il keçib. Amma yenə mən onu tanıdım. Gəlsin hələ bir tanımayım da!
O saat tanıdım! Yoxsa sənin gözünə heç bir Ģey dəymədi?
– Yox!
– Axı mən sənə dedim ki, diqqətlə bax! Boyu həmən boy, üzü həmən üz, özü də çox az qocalıb;
elə adamlar var ki, onlar heç qocalmır da, bilmirəm necə eləyirlər ki, qocalmırlar; səsi də heç
dəyiĢməyib. Bircə burası var ki, ondakından yaxĢı geyinib, vəssalam! Hə, özünə baĢqa sima
verən qoça kaftar, keçdin ələ! Ġndi gör sənin baĢına nə oyun açacağam!
Dayandı, qızlarının üstünə bağırdı:
– Ġtilin buradan! – sonra arvadına sarı dönərək əlavə etdi, – sənin gözünə dəyməməsi lap
qəribədir!
Qızlar itaətkarlıqla ayağa qalxdılar.
Jondretin arvadı mızıldandı:
– Yaralı əllə o hara getsin?
Jondret onun sözünü kəsdi:
– Hava ona xeyirdir. Ġtilin!
Görünür, o, etiraz qəbul etməyən adamlardandı. Qızlar otaqdan çıxdı.
Onlar qapıya çatanda Jondret böyük qızının qolundan tutub mənalı bir ifadə ilə dedi:
– Düz saat beĢdə burada olun. Siz ikiniz də mənə lazım olacaqsınız.
Marius bu sözü eĢidəndə daha diqqətlə qulaq asmağa baĢladı.
Jondret arvadı ilə tək qaldıqdan sonra yenə otaqda gəziĢməyə baĢladı, iki-üç dəfə otaqda
kirimiĢcə o baĢ-bu baĢa getdi. Sonra əynindəki arvad köynəyinin ətəyini bir neçə dəqiqə
Ģalvarının toqqasına keçirərək düzəltdi.
Birdən o, arvadına sarı döndü, əllərini döĢündə çarpazlayaraq, ucadan dedi:
– Ġstəyirsənmi sənə ayrı Ģeylər də deyim? O qız...
Arvadı maraqlandı:
– Sonra? O qız nə?
Əlbəttə, söhbət ―o qız‖ haqqında gedirdi; Mariusun buna heç Ģübhəsi yox idi. O, iztirab dolu
həyəcanla qulaq asırdı. O, bütün varlığı ilə qulaq asırdı.
Lakin Jondret arvadına sarı əyilərək astadan nəsə dedi. Sonra bədənini dikəldib ucadan əlavə
etdi:
– Həmən qızdır ki, var!
Arvadı:
– Bu gələn qız? – deyə soruĢdu.
Jondret onun sözünü təsdiq etdi:
– Bu gələn qız!
Qadının ―bu gələn qız‖ sözünü necə ifadə etdiyini təsvir etmək çətindir. Təəccüb, qəzəb, nifrət,
ədavət bir-birinə qarıĢaraq məĢum ifadə Ģəklini aldı. Bu yuxulu kök arvadı canlandırmaq, onun
iyrənc sifətinə qorxunc ifadə vermək üçün ərinin söylədiyi bir neçə cümlə, yəqin ki, bir neçə
adam adı kifayətdi.
Qadın çığıraraq:
– Ola bilməz! – dedi. – Bir iĢə bax ki, mənim qızlarım çıl-çılpaq gəzir, əyinlərinə geyməyə
paltarları yoxdur, amma bu?! Atlaz xəz paltoda, baĢında məxmər Ģlyapa, ayağında yarımqunc
çəkmə – baĢdan- ayağa geyinib! Geydiyi paltarın iki yüz frankdan artıq qiyməti var! Xaliscə bir
xanım olub! Yox, sən səhv eləyirsən! Bir də ki, o qız eybəcərin biri idi, amma bu qəĢəngdir! Çox
qəĢəngdir! Ola bilməz: bu qız o deyil!
– Mən deyirəm ki, odur. Özün görərsən!
Belə qəti sözdən sonra Jondretin arvadı iri, kərpic kimi qırmızı sifətini yuxarı qaldırdı, iyrənc bir
ifadə ilə gözlərini tavana zillədi. Bu anda o, Mariusa Jondretin özündən təhlükəli göründü. Bu,
diĢi pələng gözlü donuz idi.
Qadın pıçıldayaraq, əlavə etdi:
– Belə de! Deməli, mənim qızlarıma elə mərhəmətlə baxan o bərli-bəzəkli qız həmən o dilənçi
qızdır? Ba, bunu bilsəydim, onun qarnını cırıb, bağırsaqlarını çölə tökərdim! Tapdayıb
öldürərdim!
Yatağından yerə atıldı, bir anlığa dayanıb durdu: onun saçları dağınıqdı, burun tanaqları
körüklənirdi, ağzı bir qədər açıqdı. Yumruqlarını sıxaraq, yuxarı qaldırmıĢdı, sanki, bu saat kimi
isə vuracaqdı. Sonra birdən çirkli yatağına yıxıldı. Jondret otaqda o baĢ-bu baĢa gəzir, arvadına
heç fikir vermirdi.
Bir neçə dəqiqə susduqdan sonra o, yenə də arvadına yaxınlaĢdı, yenə də əllərini döĢündə
çarpazlayaraq, onun qabağında dayandı.
– Ġstəyirsənmi sənə yenə də bəzi Ģeylər deyim?
Arvadı soruĢdu:
– Nə?
Jondret nəfəsi tutula-tutula astadan dedi:
– Onu ki, indi mən daha varlıyam.
Arvadı gözlərini ona zillədi, bu gözlər, sanki, deyirdi: ―Yoxsa sən dəli olmusan?‖
Jondret sözünə davam etdi:
– Məlunlar! Çoxdandı mən №Əgərçi – tıxmağa-Ģey-var-öl-soyuqdan, əgərçi-odun-var-öl-
acından‖ təĢkilatındayam! Dilənçi olduğum daha bəsdir! Özümün, özgələrinin yükünü daĢıdığım
daha bəsdir! Mənimki daha gülüĢdən keçib, burada daha gülməli heç bir Ģey yoxdur, mənimlə
əyləndiyin daha bəsdir, ey mərhəmətli Allah! Sənin zarafatların olmasa da dolannıq, ey əbədi
ata! Mən bolca yemək, doyunca içmək istəyirəm! Tıxmaq istəyirəm! Yatıb köpmək istəyirəm!
Veyllənmək istəyirəm! Mən istəyirəm ki, mənim də növbəm gəlsin, mənim də, mən bunu
istəyirəm! Hələ nə qədər ki, gəbərməmiĢəm! Mən istəyirəm ki, bir az da milyoner olub yaĢayam!
O öz otağında gəziĢərək əlavə etdi:
– O birilərindən pis yaĢamayım!
Arvadı soruĢdu:
– Sən bununla nə demək istəyirsən?
Jondret baĢını silkələdi, göz vurdu, fiziki təcrübələr göstərməyə baĢlayan səyyar mühazirəçi kimi
səsini ucaldaraq dedi:
– Mən nə demək istəyirəm? Qulaq as!
Jondretin arvadı donquldandı:
– Asta... yavaĢ! Əgər söhbət iĢ barəsində gedirsə, bunu kənar adamın eĢitməsi nə lazım?!
– DanıĢdı da! Kim bunu eĢidəcək? QonĢu? O, evdən çıxıb getdi, indicə özüm gördüm. Bir də axı,
o, gicin biri gic bundan nə baĢa düĢəcək? Sonrası da, ağzımda dedim ki, o çıxıb gedib.
Bununla belə, Jondret instinktiv olaraq səsini endirdi; lakin Marius onun danıĢığını yenə də
eĢidirdi. Bundan baĢqa, xoĢbəxtlikdən bayırda qar yağır, bulvardan gedən ekipajların səsini
batırırdı, bu isə Mariusa Jondretlə arvadının danıĢığını yaxĢı eĢitməyə imkan verirdi.
Marius bu sözləri eĢitdi.
– BaĢa düĢürsənmi, bu dövlətli adam keçib mənim əlimə. Ġndidən demək olar ki, onun iĢi
bitmiĢdir! Hər iĢ görülüb! Nə lazımsa edilib. Mən öz adamlarımızı görmüĢəm. AxĢam saat altıda
o gələcək. Bu alçaq adam altmıĢ frank gətirəcək! Heç bilirsənmi mən ona nə doğruyub-tökdüm?
Görürdün? AltmıĢ frank haqqında da, ev yiyəsi haqqında da, fevralın dördü haqqında da! Axı bu
gün evin kirayə vaxtı haradan oldu? Allahın maymaq bəndəsi! Deməli, o saat altıda gələcək! Bu
zaman qonĢu nahar eləməyə gedir. Bürqon qarı da Ģəhərə qab yumağa gedir. Evdə heç kəs
olmur. QonĢu saat on birdən tez qayıtmır. Qızlar keĢikdə olacaq. Sən də bizə kömək edərsən. O,
bizimlə haqq-hesabı çürüdər.
Jondretin arvadı soruĢdu:
– Birdən çürütmədi?
Jondret təhdidedici hərəkətlə:
– Onda biz onunla haqq-hesabı çürüdərik, – deyib güldü.
Marius birinci dəfə idi ki, onun gülüĢünü eĢidirdi; bu soyuq və asta bir gülüĢdü; bu gülüĢdən
adamın bədəni gizildəyirdi.
Jondret buxarı yanındakı divar Ģkafını açıb oradan köhnə bir furajka götürdü, köynəyinin qolu ilə
təmizləyib baĢına qoydu.
– Mən gedirəm, – dedi. – Mən hələ gərək yaxĢı adamlardan bəzisini görüm. Görərsən, bizim
iĢimiz necə yaxĢı gedəcək. Mən çalıĢacağam ki, tez qayıdım. Bu elə bir oyundur ki, zəhmətinə
dəyər. Evdən göz-qulaq ol.
Əllərini Ģalvarının cibinə soxaraq, bir anlığa dayanıb fikirləĢdi, sonra ucadan dedi:
– Amma, hər halda, yaxĢı oldu ki, o, məni tanımadı! Tanısaydı bir də bizə gəlməzdi! SürüĢüb
əlimdən çıxardı. Saqqal mənim dadıma çatdı. Mənim saqqalım romantik bir saqqaldır! Mənim
əziz romantik saqqalım!
O yenə də güldü.
Pəncərəyə yaxınlaĢdı. Boz göydən hələ də qar yağırdı.
– Belə də murdar hava olar?!
Sonra redinqotunun yaxasını örtərək əlavə etdi:
– Bu dəri bir az gendir. Eybi yoxdur, keçər; amma o qoça dələduz lap yerində bunu mənə verdi!
Yoxsa bayıra çıxmağa heç nəyim yox idi. Paltar üzündən iĢ yenə baĢ tutmayacaqdı. Hərdən
görürsən elə boĢ bir Ģey adamın qabağını kəsir ki!
Furajkanı gözünün üstünə basıb otaqdan çıxdı.
Bir neçə addım getməmiĢdi ki, qapı yenə açıldı, onun yırtıcı və ağıllı sifəti yenə qapı arasından
göründü.
– Bir Ģey lap yadımdan çıxıb, – dedi. – Manqalı hazırla.
―Filantropun‖ verdiyi beĢ frankı arvadının döĢlüyünə atdı.
Arvadı yenə soruĢdu:
– Manqalı hazırlayım?
– Hə.
– Nə qədər kömür alım?
– Ġki qab.
– Bu eləyəcək otuz su. Qalanına da nahar üçün bir Ģey alaram.
– Cəhənnəm olsun nahar!
– Niyə?
– Pulun hamısının dalından dəymə!
– Niyə?
– Çünki mən də bəzi Ģeylər alacağam.
– Nə alacaqsan?
– Belə də, bəzi Ģeylər.
– Bunun üçün sənə nə qədər lazımdır?
– Bizə yaxın olan dəmir xırdavatçı dükanı haradadır?
– Muftar küçəsində.
– Hə, tində. Ġndi bildim.
– Axı bir de görüm, Ģey-Ģüyü almaq üçün sənə nə qədər pul lazım olacaq?
– Əlli su, bəlkə də, lap üç frank.
– Nahar üçün çox az pul qalır.
– Bu gün tıxmaq günü deyil. Daha mühüm Ģeylər var.
– Necə istəyirsən, elə olsun, mənim əzizim.
Jondretin arvadı bu sözləri deyərək, yenə də qapını örtdü; bu dəfə Marius Jondretin koridorla
tələsə-tələsə getdiyini eĢitdi; bu ayaq səsləri get-gedə yavaĢıyaraq, pilləkənin aĢağısında artıq
eĢidilməz oldu.
Bu zaman Sen-Medar kilsəsində saat biri vurdu.
ON ÜÇÜNCÜ FƏSĠL.
Solus cum solo, in loco remoto,
non cogitabuntur orare pater noster.
Marius xəyalpərəst olsa da, yuxarıda dediyimiz kimi, qəti və fəal adamdı. Fikrini bir məsələ
ətrafında toplayaraq düĢünmək vərdiĢi onda insanların dərdinə qalmaq hissini inkiĢaf etdirirsə
də, acıqlanıb özündən çıxmaq qabiliyyətini zəiflətmiĢdi, lakin nifrət etmək qabiliyyətinə
toxunmamıĢdı. Onda həm brəhmən xeyirxahlığı, həm də hakim amansızlığı vardı; onun
qurbağaya yazığı gələ bilərdi, lakin o heç düĢünmədən gürzəni basıb əzərdi. Ġndi o, gürzələr
yuvasını görürdü; onun gözləri önündəki əjdahalar kahası idi.
Marius düĢündü: ―Bu alçaqları məhv etmək lazımdır!‖
O nə qədər ümid etsə də, ona əzab verən sirlərdən heç biri aydınlaĢmadı, əksinə, o sirlər üzərinə
çökən zülmət, sanki, daha da qatılaĢdı: nə Lüksemburq bağında gördüyü o gözəl qız, nə də
―Cənab Ağ‖ dediyi o adam haqqında yeni bir Ģey öyrənə bilmədi; ancaq bunu bildi ki, Jondret
əvvəldən onları tanıyırmıĢ. Jondretin eyhamlı sözlərindən, o ancaq bir Ģey bildi: bildi ki, burada
nəsə kələk var, bu, anlaĢılmaz, lakin dəhĢətli kələkdir; onların hər ikisi böyük təhlükə
qarĢısındadır, qız yəqin olmasa da, qocanın təhlükə qarĢısında olmasına heç Ģübhə yoxdur; buna
görə də onları xilas etmək, Jondretin alçaqcasına niyyətini pozmaq, bu hörümçəklərin qurduğu
toru dağıtmaq lazımdır.
Marius Jondretin arvadına baxdı. Bucaqdan o, köhnə bir tənəkə peç çıxarıb, dəmir parçaları
içində nəsə axtarırdı.
Marius üsulluca komoddan düĢdü, o, çox çalıĢırdı ki, səs salmasın.
Mariusun qəlbi hazırlanmaqda olan iĢin qorxusu və Jondretlərə qarĢı duyduğu nifrətlə dolu idi; o,
eyni zamanda, bir Ģeyə sevinirdi; bəlkə də, sevdiyi qıza kömək etməyi tale onun üzərinə
qoymuĢdu...
Bəs onda nə etməli? Təhlükə qarĢısında olan adamlara xəbərdarlıqmı etmək? Onları haradan
tapmaq olar? Axı Marius onların ünvanını bilmirdi. Onlar bir anlığa Mariusun gözlərinə
görünmüĢ, yenə də Parisin ucsuz-bucaqsız dərinliklərində qeyb olmuĢdular. ―Cənab Ağ‖ı axĢam
saat altıda qapı ağzında gözləməkmi, gələn kimi ona məsələni xəbər verməkmi? Lakin Jondret
və onun yoldaĢları Mariusun kimi isə gözlədiyini görə bilər; bu yerlər tənha yerlərdi, onların
adamı çoxdur, onlar Mariusu tuta bilər, onun öhdəsindən gələ bilərlər, onda Mariusun xilas
etmək istədiyi adam məhv olar... Ġndicə saat biri vurdu; quldurcasına hücum saat altıda olmalıdır.
Mariusun sərəncamında hələ beĢ saat vaxt vardı.
Bircə yol qalırdı.
Marius hələ də təzə olan sürtükünü geydi, Ģərfi boynuna doladı, Ģlyapasını götürüb otaqdan elə
səssizcə çıxdı ki, elə bil, yalın ayaqla yosun üstü ilə yeriyirdi.
Bir də ki, Jondretin arvadı hələ köhnə dəmir Ģeyləri eĢələyir, səs-küy salırdı.
Marius evdən çıxıb, Kiçik Bankir küçəsi ilə getməyə baĢladı.
Küçəni yarıya qədər getmiĢdi ki, bir möhrə gördü; möhrə boĢ yerin ətrafında çəkilmiĢdi, özü də
elə alçaqdı ki, bəzi yerindən lap addayıb keçmək olardı. O, fikrə daldığından ağır-ağır gedirdi,
qardan ayaqlarının səsi eĢidilmirdi. Birdən adam səsi eĢitdi; səs lap yaxından gəlirdi. Dönüb
ətrafına baxdı: küçə bom-boĢdu, heç bir adam görünmürdü; lakin adam səsini o lap aydınca
eĢidirdi.
Mariusun ağlına gəldi ki, möhrənin o üzünə baxsın.
Doğrudan da, iki adam orada qarın üstündə oturub, möhrəyə söykənərək astadan danıĢırdı.
Marius onları tanımırdı. Onlardan biri bluz geymiĢ, saqqallı, o birisi, pırtlaĢıq saçlı, cındır
paltarlı bir adamdı. Saqqallının baĢında qəĢəng bir yunan Ģapkası vardı; söhbət etdiyi adamın
açıq baĢı qardan ağarmıĢdı.
Marius möhrənin üstündən əyilərək, onların söhbətini eĢidirdi.
Uzunsaçlı adam dirsəyini saqqallı adama vura-vura deyirdi:
– ―Xoruz banı‖ dostları ki bu iĢə giriĢib, bu daha boĢa çıxmaz...
Saqqallı dedi:
– Yəqinmi?
PırtlaĢıq saçlı ona belə cavab verdi:
– ĠĢ baĢ tutsa, hərəmiz beĢ yüz çırpıĢdırırıq, yox, bəd gətirsə, adama beĢ il, altı il, uzaq baĢı on il
verəcəklər, bundan artıq yox!
Saqqallının soyuqdan diĢi-diĢinə dəyirdi, o bir az tərəddüdlə dedi:
– Yəqin ki, elə belə də olacaq! Bu iĢdən yaxa qurtarmaq olmayacaq!
PırtlaĢıq saçlı adam ona etiraz etdi:
– Mən sən deyirəm ki, heç bir Ģey olmayacaq. Familiyasız atanın arabası hazır durub.
Sonra onlar dünən Hote teatrında gördükləri melodramdan bəhs etməyə baĢladılar.
Marius yoluna düzəldi.
Ona elə gəldi ki, möhrənin arxasında, xəlvət bir yerdə, qar üstündə belə Ģübhəli halda oturan bu
iki adamın söhbəti, bəlkə də, Jondretin alçaqcasına niyyəti ilə əlaqədardır. Yəqin, bu iĢ həmin
iĢdir.
O, Sen-Marso tərəfə getdi, ilk rast gəldiyi dükandan soruĢdu ki, polis müdirini haradan tapmaq
olar.
Ona dedilər ki, polis müdiri Pontuaz küçəsində, 14 nömrəli evdə olur.
Marius ora getdi.
Bulka dükanı qabağından keçəndə iki suluq çörək alıb yedi, o görürdü ki, nahar edə bilməyəcək.
Yolla gedə-gedə düĢünür, Allaha Ģükürlər edirdi: axı səhər o Jondretin qızına beĢ frank
verməsəydi, ―Cənab Ağ‖ın ardınca gedəcəkdi, bu qayda ilə heç bir Ģeydən xəbəri olmayacaqdı.
Onda heç bir qüvvə Jondretin qurduğu hiyləyə mane ola bilməyəcəkdi, ―Cənab Ağ‖ da, heç
Ģübhəsiz, onun qızı da məhv olacaqdı.
ON DÖRDÜNCÜ FƏSĠL.
Polis iĢçisi advokata iki cib tapançası verir.
Marius Pontuaz küçəsinə, 14 nömrəli evə gəlib ikinci mərtəbəyə qalxdı, polis müdirini soruĢdu.
Mirzələrdən biri ona dedi:
– Cənab polis müdiri burada yoxdur, onu polis nəzarətçisi əvəz edir. Bəlkə, onunla danıĢdınız?
Sizin iĢiniz təcili iĢdir?
Marius:
– Bəli, – deyib cavab verdi.
Mirzə onu polis müdirinin otağına apardı. Barmaqlığın o biri tərəfində ucaboylu bir adam sobaya
söykənərək durmuĢdu; o, əynindəki üç yaxalıqlı enli karrikin ətəklərini arxasına qoyduğu əlləri
ilə yuxarı qaldırmıĢdı. Onun dördkünc üzü, bir-birinə sıxılmıĢ nazik dodaqları, dən düĢmüĢ və
çox amansız görkəmi olan sıx bakları, adamın ürəyinə soxulan baxıĢları vardı. Bu baxıĢlar yalnız
ürəyə soxulmurdu, o eyni zamanda, adamın üst-baĢını axtarırdı.
Üzdən bu adam Jondret kimi yırtıcı, onun kimi təhlükəli adama oxĢayırdı. Doqa rast gəlmək,
bəzən canavara rast gəlməkdən az qorxulu olmur.
O, baĢqasına müraciət edilərkən söylənilən ―cənab‖ sözünü buraxaraq soruĢdu:
– Sizə nə lazımdır?
– Cənab polis müdiri sizsinizmi?
– O burada yoxdur. Mən onu əvəz edirəm.
– Mən çox məxfi iĢ üçün gəlmiĢəm.
– Deyin görüm, nədir.
– Həm də çox təcili bir iĢ üçün...
– Di onda tez deyin.
Bu sakit və kobud görünüĢlü polis məmuru adamı həm qorxudur, həm də ürək verirdi. O həm
adamı vahiməyə salır, həm də özünə qarĢı etibar doğururdu. Marius nə olmuĢdursa, hamısını
açıb danıĢdı. Dedi ki, bir adam var, mən onu ancaq üzdən tanıyıram, istəyirlər ki bu axĢam onu
tovlayıb tələyə salsınlar; mən özüm Marius Ponmersiyəm, advokatam, tutduğum otağın
qonĢuluğunda quldurlar yuvası var, bu barədə danıĢılan sözləri divar arxasından eĢitmiĢəm; bu
tələni quran alçağın adı Jondretdir; onun yoldaĢları da var, çox yəqin ki, ―qarovulxana
sahibləri‖ndəndir; onların içərisində ―Bahari‖, həm də ―HəĢərat‖ ləqəbli ―Qarmaq‖ deyilən birisi
də var; Jondret qızlarına tapĢırmıĢdır ki, keĢikdə dursunlar; təhlükə qarĢısında olan adama
xəbərdarlıq etmək də mümkün deyil, hətta onun adı da məlum deyil; bu Ģeylər hamısı axĢam saat
altıda, özü də Xəstəxana bulvarının ən ucqar və tənha yerində, 50-52 nömrəli evdə olacaqdır.
Marius evin nömrəsini söyləyəndə polis nəzarətçisi baĢını qaldırıb laqeyd halda soruĢdu:
– Koridorun baĢında olan otaqda?
Marius:
– Bəli, – deyərək onun sözünü təsdiq etdi, – siz o evi tanıyırsınızmı?
Polis nəzarətçisi susdu, sonra ayağını qızdırmaq üçün uzunqunc çəkməsinin dabanını yanan
sobanın qapağına dayayaraq, cavab verdi:
– Görünür, tanıyıram.
O, sözünə davam edərək, Mariusdan artıq öz qalstukuna müraciət edirmiĢ kimi, yenə astadan və
etinasız bir halda dedi:
– Yəqin, ―Xoruz banı‖nın da burada əli var.
Onun sözləri Mariusu çox təəccübləndirdi.
– ―Xoruz banı‖... Mən bu sözləri eĢitmiĢəm.
Marius, Kiçik Bankir küçəsində, möhrə arxasında, qar üstündə pırtlaĢıq saçlı bir adamla saqqallı
adamın söhbətini də polis nəzarətçisinə danıĢdı.
Polis nəzarətçisi mızıldandı:
– PırtlaĢıq saçlı, yəqin, Brüjondur, saqqalı isə Yarım Liarddır, onun bir adı da Ġki Milyarddır.
Polis nəzarətçisi yenə də baĢını aĢağı salıb fikrə getdi. Sonra əlavə etdi:
– Bəs Familiyasız ata haqqında necə? Elədi ki var, karrikimi yandırdım. Axı onlar bu zəhrimara
qalmıĢ sobaları niyə həmiĢə belə bərk yandırırlar?! Əlli-əlli iki nömrə. Əvvəllər Qorbonun evi
olmuĢdur.
Sonra Mariusa baxdı:
– Siz ancaq saqqallı ilə pırtlaĢıq saçı gördünüz?
– Bir də Qarmağı.
– O Ģıq geyinmiĢ cavan oğlanı necə?
– Onu görməmiĢəm.
– Heyvanxana bağındakı filə oxĢayan o enlikürəkli yekəpəri necə?
– Onu da görməmiĢəm.
– Üzdən təlxəyə oxĢayan o bic-haramzadəni necə?
– Yox.
– O ki qaldı dördüncüyə, o, ümumiyyətlə, gözəgörükməz bir Ģeydir, heç köməkçiləri də, ona
yardım göstərənlər də, onun əlaltıları da onu görə bilmirlər. Sizin də onu görməməyiniz
təəccüblü deyil.
– Doğrudan da, görməmiĢəm. Axı bu adamlar kimdir?
Polis nəzarətçisi cavab vermək əvəzinə dedi:
– Bu heç onların vaxtı deyil...
Yenə susdu, sonra sözə baĢladı:
– Əlli-əlli iki. Mən bu anbara bələdəm. Bizim üçün orada gizlənməyə yer yoxdur, artistlər bizi o
saat görər. ĠĢin içindən belə çıxarlar ki, bu vodevili baĢqa vaxta keçirərlər. Onlar çox təvazökar
adamlardır. Camaatdan utanırlar. Yox, belə olmaz, belə olmaz. Mən istəyirəm ki, onların
oxumasını eĢidəm, sonra da onları oynamağa məcbur edəm.
Polis nəzarətçisi sözünü qurtardıqdan sonra Mariusa sarı döndü, düz onun üzünə baxaraq
soruĢdu:
– Siz qorxursunuzmu?
– Kimdən?
– O adamlardan.
Marius, nəhayət, polis xəfiyyəsinin bircə dəfə də olsa ona ―cənab‖ demədiyini görüb, tutqun
halda sərt dedi:
– Sizdən qorxduğumdan artıq qorxmuram.
– Siz cəsarətli, namuslu adam kimi danıĢırsınız. Cəsarətli adam cinayətdən, namuslu adam
hökumətdən qorxmaz.
Marius onun sözünü kəsdi:
– Bunlar hamısı öz yerində, axı siz nə etmək fikrindəsiniz?
Polis nəzarətçisi belə bir cavabla kifayətləndi:
– Əlli-əlli iki nömrəli evin bütün kirayəniĢinlərində bayır qapısının açarı var. Hər kəs gecə
mənzilinə qayıdanda bu açardan istifadə edir. Sizdə də açar varmı?
Marius:
– Var, – dedi.
– Yanınızdadır?
– Yanımdadır.
– Onu verin mənə.
Marius jilet cibindən açarı çıxarıb, polis nəzarətçisinə verəndə bu sözləri də əlavə etdi:
– Mənim sözümə baxın, keĢikçi ilə gəlin.
Polis nəzarətçisi Mariusa elə baxdı ki, bir əyalət akademiki Volterə qafiyə öyrətmək istəsəydi,
Volter də ona elə baxardı. Sonra iri, pəncə kimi yekə əllərini cəld karrikinin dərin ciblərinə saldı,
―cib tapançası‖ deyilən iki balaca polad tapança çıxartdı. Onları Mariusa sarı uzadıb, qısa
cümlələrlə tez-tez dedi:
– Alın. Gedin evinizə. Öz otağınızda gizlənin. Qoy elə bilsinlər ki, siz getmisiniz. Tapançalar
doludur. Hərəsində iki güllə var. Baxın. Mənə demiĢdiniz ki, divarda deĢik var. Qoy yığıĢsınlar.
Əvvəlcə mane olmayın. Gördünüz ki vaxt çatıb, iĢi qurtarmaq lazımdır bir güllə atın. Ancaq
tələsməyin. ĠĢin qalan hissəsini mənim öhdəmə buraxın. Tapançanı havaya atın, tavana atın –
hara olsa atın. Ancaq tələsməyin: əsas məsələ budur! Gözləyin. Qoy onlar iĢə baĢlasınlar, siz
advokatsınız, siz bilirsiniz bu, necə mühümdür.
Marius tapançaları alıb sürtükünün yan ciblərinə qoydu.
Polis nəzarətçisi:
– Çox qabarıq durur, o saat gözə çarpır, – dedi, – yaxĢısı budur ki, jiletin ciblərinə qoyun.
Marius tapançaları jiletinin cibinə qoydu. Polis nəzarətçisi sözünə davam etdi:
– Ġndi biz bircə dəqiqə də vaxt itirə bilmərik. Görək saat neçədir? Üçün yarısı. Yeddidə
yığıĢacaqlar?
Marius:
– Altıda, – deyə cavab verdi.
Polis nəzarətçisi:
– Mənim vaxtım var, amma hələ heç bir Ģey hazır deyil. Sizə dediklərimdən bircə kəlməni də
yadınızdan çıxarmayın. Part! Bir güllə!
Marius:
– Arxayın olun, – dedi.
Marius qapının dəstəyindən yapıĢıb otaqdan çıxmaq istəyəndə polis nəzarətçisi çığırdı:
– Bir Ģey deyim, əgər mən altıdan tez sizə lazım olsam, bura gəlin, ya da bura adam göndərin.
Gələndə polis nəzarətçisi Javeri soruĢun.
ON BEġĠNCĠ FƏSĠL.
Jondret Ģey-Ģüy alır.
Kurfeyak saat üç radələrində Bossüe ilə bərabər təsadüfən Muftar küçəsindən keçirdi. Qar daha
bərk yağırdı, hər tərəfi bürüyürdü.
Bossüe Kurfeyraka sarı dönərək dedi:
– Bu quĢbaĢı qara baxanda adama elə gəlir ki, göydə ağ kəpənəklərə taun xəstəliyi düĢmüĢdür...
– birdən Mariusu gördü. Marius küçə ilə yuxarı, qarovulxanaya sarı qalxırdı, özünün də çox
qəribə görünüĢü vardı.
Bossüe həyəcanla:
– Bir ora bax! – dedi, – Marius!
Kurfeyrak:
– Görürəm, – dedi, – ancaq onunla danıĢmaq lazım deyil.
– Niyə?
– O məĢğuldur.
– Nə ilə?
– Görmürsən üzündə necə bir ifadə var?!
– Necə ifadə var?
– Elə bil ki, kimisə güdür.
Bossüe onunla razılaĢdı:
– Doğrudur.
Kurfeyrak:
– Gör gözlərini necə elədi, bir əməlli bax! – dedi.
– O axı kimi güdür?
– Bir nəfər nərmənazik qönçəcik, güllü bir ləçəkcik! O vurulub!
– Ancaq mən küçədə nə nərmənazik görürəm, nə qönçəcik, nə güllü bir ləçəkcik! Müxtəsər,
bircə qız da görmürəm!
Kurfeyrak baxıb, həyəcanla dedi:
– O bir kiĢini güdür!
Doğrudan da, Mariusdan iyirmi addım qabaqda baĢı furajkalı kiĢi gedirdi. Onlar bu adamın
ancaq kürəyini görürdülər, amma yandan baxılsaydı, onun çal saqqalı nəzərə çarpardı.
O, boyuna görə çox böyük, lakin təzə bir redinqot, palçıqdan bozarmıĢ çox köhnə, yırtıq bir
Ģalvar geymiĢdi.
Bossüe qəhqəhə ilə güldü:
– Bu necə tipdir, hə?
Kurfeyrak:
– ġairdir, – dedi. – Heç Ģübhəsiz, Ģairdir! Onlar həm dovĢan dərisi satan alverçilər, həm də
Fransa perləri redinqotu geyib eyni dərəcədə özlərini çəkirlər!
Bossüe təklif etdi:
– Gəl baxaq, görək, Marius hara gedəcək, o adam hara gedəcək. Onları güdək. YaxĢımı?
Kurfeyrak ucadan:
– Ey Bossüe! Ey Molu qartal! BaĢqasını güdən bir adamı güdmək? Siz xalis eĢĢəksiniz!
Onlar geri döndülər.
Doğrudan da, Marius Jondreti Muftar küçəsində görüb, onu güdməyə baĢlamıĢdı.
Jondret qabaqda gedirdi, niĢana alındığını bilmirdi.
O, Muftar küçəsindən yana dönürdü; Marius onun Qrasöz küçəsində ən köhnə evlərdən birinə
girdiyini gördü: Jondret on beĢ dəqiqəyə qədər orada qaldıqdan sonra yenə Muftar küçəsinə
qayıtdı. Sonra dəmir Ģeylər satılan dükana girdi; bu dükan o vaxtlar Pyer-Lombar küçəsinin
tinində idi. Marius bir neçə dəqiqə sonra Jondretin dükandan çıxdığını gördü: onun əlində ağac
dəstəkli yekə bir iskənə vardı, elə o saat da iskənəni redinqotunun altına soxdu. Jondret Pti-
Jantilya küçəsinə çatanda sola buruldu, az sonra Kiçik Bankir küçəsinə çatdı. Ġkindi vaxtı idi; bir
anlığa dayanan qar yağmağa baĢladı. Marius həmiĢə boĢ olan Kiçik Bankir küçəsinin tinində,
pusquda oturdu, daha Jondretin ardınca getmədi. Elə yaxĢı da elədi. Çünki Jondret alçaq möhrəli
yerə çatdıqdan sonra dönüb geri baxdı, ardınca bir adamın gəlmədiyini, heç kəsin onu
güdmədiyinə əmin olduqdan sonra möhrəni aĢıb gözdən itdi. Bu həmin möhrə idi ki, Marius
burada pırtlaĢıq saçlı adamla saqqallı adamın söhbətini eĢitmiĢdi.
Ətrafına möhrə çəkilmiĢ boĢ yerin bir tərəfi gedib bir evin dal tərəfinə çatırdı; evin sahibi
əvvəllər kareta ustası imiĢ, indi pis ad çıxarmıĢdı. Bir vaxtlar o, kirayə bir neçə ekipaj verərdi,
sonra sınıq çıxmıĢdı. Ġndi də onun çardağı altında bir neçə köhnə tarantas vardı.
Marius belə düĢündü: ən ağıllı iĢ bu olar ki, Jondret hələ evə qayıtmamıĢ, mən öz otağıma gedim.
Bir də ki, qaĢ qaralırdı; Bürqon qarı həmiĢə axĢamlar Ģəhərə qab yumağa gedəndə bayır qapını
bağlayırdı, hava qaralanda bayır qapı həmiĢə bağlı olurdu. Marius öz açarını polis nəzarətçisinə
vermiĢdi, buna görə də tələsmək lazımdı.
AxĢam olur, qaranlıq düĢürdü; üfüqdə və bütün ucsuz-bucaqsız göylərdə günəĢlə iĢıqlanan bircə
nöqtə qalmıĢdı ki, o da ay idi. Ay qırmızı boĢqab kimi Salpetriyer xəstəxanasının alçaq qübbəsi
altından yavaĢ-yavaĢ çıxırdı.
Marius yeyin-yeyin 50/52 nömrəli evə sarı getdi. Evə çatanda gördü ki, qapı hələ açıqdır.
Pəncəsi üstə pilləkənlə yuxarı qalxdı, özünü divara verə-verə koridordan keçib öz otağına girdi.
Koridorun hər iki tərəfində, oxucuların bildiyi kimi, xırda-xırda otaqlar vardı; onda bu otaqlar
hələ boĢdu, hələ kirayə verilməmiĢdi. Bürqon qarı da bu otaqların qapısını həmiĢə taybatay açıq
qoyurdu. Marius bu otaqlardan birinin qabağından keçəndə, elə bil ki, içəridə sakitcə durmuĢ
dörd adamın baĢını gördü: çardaq pəncərəsindən onların üstünə sönməkdə olan tutqun axĢam
iĢığı düĢmüĢdü. Marius özünü göstərməmək üçün o, adamlara diqqətlə baxmaq istəmədi. O,
səssizcə öz otağına girdi, heç kəs də onu görmədi. O, lap vaxtında gəlmiĢdi. Bir dəqiqədən sonra
Bürqon qarının getdiyini, bayır qapının bağlandığını eĢitdi.
ON ALTINCI FƏSĠL.
Oxucular bu fəsildə 1832-ci ildə dəbdə olan
ingilis havasında oxunan bir nəğmə eĢidəcəklər.
Marius çarpayının üstündə oturdu. Saat altının yarısı olardı. BaĢ verəcək hadisə ilə onun arasında
yarımca saat vaxt qalmıĢdı. O öz damarlarında qanın vurduğunu eĢidirdi – saat tıqqıltısı
qaranlıqda belə eĢidilir. Bu anda qaranlıq içərisində iki hücum hazırlanırdı – Marius bu barədə
düĢünürdü: bir tərəfdən cinayətkarlıq, o biri tərəfdən ədalət hücum edirdi. Marius qorxmurdu,
ancaq o elə bu saat baĢ verəcək hadisə haqqında sakitcə düĢünə bilmirdi. Ona elə gəlirdi ki,
bütün günü yuxu görür, fövqəladə bir hadisə ilə qəfildən üz-üzə gələndə vəziyyət həmiĢə adama
belə görünür - yalnız jiletinin cibində olan polad tapançaların soyuqluğunu hiss etməklə, o
bunların yuxu dəhĢətləri olmadığına inanırdı.
Qar daha yağmırdı. Duman içərisindən çıxan ayın parıltısı get-gedə artırdı, onun iĢığı qarın
gümüĢü parıltısına qarıĢaraq axĢam dumanı kimi otağa yayılırdı.
Jondretgilin otağında iĢıq yanırdı. Divardakı deĢikdən tünd-qırmızı iĢıq gəlirdi: Mariusa elə
gəlirdi ki, bu, qanlı bir iĢıqdı.
Bunun Ģam iĢığı olmadığı aydın görünürdü. Lakin Jondretin otağından heç səs-səmir gəlmirdi,
bircə kəlmə danıĢan da yox idi: ora ürək donduran ağır sükut çökmüĢdü; bu iĢıq olmasaydı,
oranın sərdabə olduğu zənn edilərdi.
Marius yavaĢca çəkməsini çıxarıb, çarpayının altına qoydu.
Bir neçə dəqiqə keçdi. Birdən aĢağıda qapı cırıldadı. Marius ağır addım səsi eĢitdi: kim isə
tələsə-tələsə pilləkənlə qalxdı, yüyürə-yüyürə koridordan keçdi; qapı cəftəsi Ģaqqıltı ilə qalxdı.
Gələn Jondret idi.
Elə o saat bir neçə adamın səsi eĢidildi. Heç demə, Jondretin bütün ailəsi otaqda imiĢ: canavar öz
zağasında olmadıqda canavar balaları susan kimi, Jondret də otaqdan getdiyi üçün onlar
susurmuĢ.
Jondret dedi:
– Bu da mən!
Qızlar çığırıĢdı:
– AxĢamın xeyir, atacan!
Jondretin arvadı soruĢdu:
– Nə oldu?
Jondret:
– YavaĢ-yavaĢ düzəlir, – dedi. – Mən lap it kimi üĢüdüm, ayaqlarım dondu. Hə, sən paltarını
dəyiĢməmisən?! YaxĢı eləmisən! Gərək elə olsun ki, sir-sifətdən etibarlı adama oxĢayasan.
– Mən hazıram, gedə bilərəm.
– Sənə dediklərimdən heç bir Ģey yadından çıxmaz ki? Onun hamısını lazımınca eləyərsənmi?
– Arxayın ol.
Jondret dedi:
– Məsələ burasındadır ki... – lakin o sözünü qurtarmadı. Marius onun masa üstünə ağır bir Ģey
qoyduğunu eĢitdi: yəqin, bu Ģey onun aldığı iskənə idi.
Jondret soruĢdu:
– Siz yemək yemisinizmi?
Arvadı:
– Hə, yemiĢik, – deyə cavab verdi, – mənim üç böyük kartofum vardı, duzum da vardı. BiĢirib
yedim, sağ ol, od hələ var.
Jondret:
– Çox gözəl, – dedi, – sabah sizin hamınızı nahar eləməyə aparacağam. TapĢırarıq ki, ördək
qızartsınlar. Ayrı Ģeylər də öz qaydası ilə! Kral kimi nahar eləyərsiniz, lap onuncu Karl kimi! ĠĢ
lap yaxĢı gedir.
Sonra səsini alçaldaraq əlavə etdi:
– Tələ qurulub. PiĢiklər hazır durub.
Sonra daha yavaĢdan dedi:
– Bunu odun içinə sox.
Marius odlu közün çatırdadığını eĢitdi, kim isə buxarı maĢası, ya baĢqa bir dəmir alətlə onları
qarıĢdırırdı; Jondret sözünə davam edərək deyirdi:
– Qapı rəzələrini yağlamısan ki, cırıldamasın?
Arvadı:
– Hə, yağlamıĢam, – dedi.
– Saat neçədir?
– Altıya az qalıb. Bir az əvvəl Sen-Medard altının yarısını vurdu.
Jondret:
– Baxırsanmı! – dedi. – Vaxtdır, qızlar gərək keĢik çəkməyə getsin. Ay qızlar, bura gəlin, qulaq
asın!
Onlar pıçıldaĢdılar.
Sonra yenə də Jondretin gur səsi eĢidildi:
– Bürqon qarı gedib?
Jondretin arvadı:
– Gedib, – dedi.
– Sən lap arxayınsan ki, qonĢu evdə yoxdur?
– O səhərdən gedəndi, hələ qayıtmayıb. Sən özün də çox yaxĢı bilirsən ki, bu vaxt o nahar eləyir.
– Sən buna arxayınsan?
– Arxayınam!
– Hər halda, gedib baxmaq pis olmaz, – dedi, – ay qız, Ģamı götür, get bir gəzə-gəzə ora bax.
Marius iməkləyə-iməkləyə astaca çarpayının altına girdi. O, çarpayının altında təzəcə
büzüĢmüĢdü ki, qapının çatdağından iĢıq göründü.
Koridorda qızın səsi eĢidildi:
– Ata, evdə yoxdur!
Bu, Jondretin böyük qızı idi, Marius onu səsindən tanıdı.
Atası soruĢdu:
– Otağa girib baxdın?
Qız:
– Yox, – dedi, – açar ki, qapıdadır, deməli, o çıxıb gedib.
Atası çığırdı:
– Hər halda, gir, bax.
Qapı açıldı, Marius Jondretin böyük qızını gördü; onun əlində Ģam vardı. O indi də səhərki kimi
idi, lakin Ģam iĢığında daha dəhĢətli görünürdü.
Qız bir baĢ çarpayıya sarı getdi; Marius bu zaman böyük qorxu və həyəcan keçirirdi. Çarpayının
üstündə, divardan güzgü asılmıĢdı, qız bu güzgü üçün gedirdi. O, pəncəsi üstünə qalxıb güzgüyə
baxdı. Yan otaqda o yan-bu yana aparılan dəmir Ģeylərin cingiltisi eĢidildi.
Qız əli ilə saçına sığal verdi; güzgüdə öz-özünə baxaraq, gülümsəyə-gülümsəyə qəbri yada salan
xırıltılı səslə bu sözləri oxudu:
Yeddi-səkkiz gün belə yandı könlümün odu.
Daim gərək yanaydı, yanaydı daim gözü!
HəmiĢəlik olaydı, kaĢ, məhəbbət, gərək bu!
Amma bəxt üzə bir an gülüb, tərk edir bizi.
Marius qorxudan titrəyirdi. Ona elə gəlirdi ki, qız onun nəfəs aldığını eĢitməyə bilməz.
Qız pəncərəyə yaxınlaĢdı, o həmiĢəki kimi indi də bir az divanəyə oxĢayırdı; küçəni gözdən
keçirərək, ucadan dedi:
– Paris ağ köynəyini geydi, eybəcər oldu!
O yenə də güzgüyə yaxınlaĢdı, özünə gah qabaqdan, gah yandan baxa-baxa yenə ağız-burnunu
əyməyə baĢladı.
Atası çığırdı:
– Nə oldu, harada itib batdın?
Qız saçlarını bura-bura:
– Bu saat gəlirəm! – dedi. – Çarpayının, o biri mebelin altına baxıram. Heç kəs yoxdur.
Atası bağırdı:
– Axmaq qız, bu saat gəl! Vaxt itirməyin mənası yoxdur.
Qız:
– Gəlirəm! Gəlirəm! Onlar həmiĢə tələsirlər! – deyərək oxumağa baĢladı:
Siz məni tərk etdiniz, Ģan-Ģöhrətə uydunuz.
Amma harda olsanız məhzun könlüm ordadır.
Güzgüyə son dəfə nəzər salaraq, otaqdan çıxdı, qapını ardınca örtdü.
Marius bir dəqiqədən sonra koridorda yalın ayaqların tappıltısını və Jondretin səsini eĢitdi.
Jondret qızların ardınca çığıraraq deyirdi:
– YaxĢı baxın! Biriniz qarovulxananın, o biriniz də Kiçik Bankir küçəsinin tinində durun! Bircə
dəqiqə də olsa evin qapısını gözdən qoymayın; elə ki, bir Ģey gördünüz, o saat gəlin! Güllə kimi!
Bayır qapının açarı sizdədirmi?
Böyük qız narazı halda deyindi:
– Hünərin var, yalın ayaqla qarın üstə dur, görüm necə durursan!
Jondret:
– Sabah sizin ayağınıza qəhvəyi, ipək çəkmə alacağam,– dedi.
Qızlar pilləkəndən düĢürdü; bir neçə saniyədən sonra bayır qapı örtüldü: bu onların getdiyini
bildirirdi.
Evdə ancaq Marius, Jondretlə arvadı, bir də ki, yəqin, Mariusun boĢ otaqda, alaqaranlıqda
gördüyü o Ģübhəli adamlar qaldı.
ON YEDDĠNCĠ FƏSĠL.
Mariusun beĢ frank pulu nəyə xərclənmiĢdi.
Marius qət etdi ki, müĢahidə məntəqəsinə qayıtmaq vaxtıdır. O, yaĢına xas olan cəldliklə bir
anda divardakı deĢiyin yanına qalxdı.
Dayanıb içəri baxdı.
Jondretin mənzili qəribə Ģəkildə idi, Marius bunu görəndə deĢikdən nə üçün elə bir iĢıq gəldiyini
baĢa düĢdü. Orada çəng atmıĢ mis Ģamdanda Ģam yanırdı, lakin çardağı iĢıqlandıran bu Ģam
deyildi. Bütün bu zağa böyük manqalın odu ilə iĢıqlanmıĢdı. Manqal buxarının içinə
qoyulmuĢdu, köz ilə dolu idi. Bu haman manqaldı ki, Jondretin arvadı onu səhər tapıb
çıxartmıĢdı. Manqaldakı köz qıpqırmızı idi, manqal özü də pul kimi qızarmıĢdı. Jondretin səhər
Pyer-Lombar küçəsindən aldığı iskənəni bu közün içinə qoymuĢdular, iskənənin ətrafında yaĢıl
alov titrəyirdi; iskənə qıpqırmızı qızarmıĢdı. Bucaqda, qapının yanında iki yığın Ģey görünürdü,
yəqin, bu Ģeylər bura boĢ yerə qoyulmamıĢdı: onlardan biri kəndir, o biri də dəmir parçaları
yığınına bənzəyirdi.
Burada nələr ediləcəyindən xəbəri olmayan bir adam bu vəziyyəti görsəydi, tərəddüd içində
qalardı: o elə zənn edərdi ki, burada ən alçaqcasına, ya da heç kəsə zərər verməyən ən adi bir iĢ
görüləcəkdir. Bu cür iĢıqlanan otaq, hər Ģeydən əvvəl, cəhənnəm kürəsini deyil, dəmirçi dükanını
xatırladırdı. Jondret belə bir iĢıqda dəmirçidən çox Ġblisə oxĢayırdı.
Manqaldan elə isti qalxırdı ki, masa üstündəki Ģamın manqala olan tərəfi əriyib tökülürdü.
Buxarının üstündə köhnə, məxfi iĢıqlı bir mis fənər vardı, bu KartuĢa doğru çevrilən Diogenə
layiq fənərdi.
Manqal buxarının lap içinə, közərən kösövlərin arasına qoyulduğundan kömürün dəmi buxarının
bacasından çıxırdı, otaqda onun qoxusu duyulmurdu.
Ayın solğun iĢığı pəncərə ĢüĢələrindən süzülərək, tünd-qırmızı rəngə boyanmıĢ zağaya
düĢmüĢdü; bu isə iĢ görüləcək yerdə də xəyalpərəst olub qalan Mariusun Ģairanə təsəvvüründə
çirkin yer, yuxularına uçub gələn səmavi bir xülya kimi görünürdü.
Külək də pəncərənin sınıq ĢüĢəsindən içəri soxularaq, kömür dəmini dağıdır, burada manqal
olduğunu gizlədirdi.
Jondretin zağası – Qorbonun daxması haqqında dediyimiz sözləri oxucular xatırlarsa – alçaq,
qanlı iĢlər üçün çox gözəl meydan, cinayəti gizlətmək üçün ən yaxĢı yerdi. Bu, Parisin tənha
bulvarında, ən ucqar evdə dib bir otaqdı. Dünyada pusqu deyilən Ģey olmasaydı, o burada icad
oluna bilərdi.
Divarlar və bir çox boĢ mənzillər bu otağı bulvardan ayırırdı; onun bircə pəncərəsi vardı ki, o da
ətrafında sal divar və möhrə olan yerə çıxırdı.
Jondret çubuğunu yandırdı, ortasını deĢdiyi stulda oturub tüstülətməyə baĢladı. Arvadı pıçıldaya-
pıçıldaya onunla nəsə danıĢırdı.
Marius Kurfeyrak kimi hər Ģey üçün gülən adamlar zümrəsinə daxil olsaydı, Jondretin arvadını
görəndə qəhqəhə ilə gülərdi. Onun baĢında lələkli qara Ģlyapa vardı, bu Ģlyapa X Karlın
tacqoyma mərasimində carçıların qoyduğu Ģlyapaları yada salırdı; çiyninə dama-dama enli bir Ģal
salmıĢdı; toxunma yubka və kiĢi çəkmələri geymiĢdi – bu, həmən çəkmə idi ki, səhər qızı onu
palçığa bulamıĢdı. Yəqin, bu geyim Jondreti aĢağıdakı sözləri deməyə vadar etmiĢdi: ―Hə!
Paltarını dəyiĢmisən?! YaxĢı eləmisən! Gərək elə olsun ki, sir-sifətdən etibarlı adama
oxĢayasan!‖
Jondret özü isə, ―Cənab Ağ‖ın bağıĢladığı təzə, ona çox gen gələn redinqotu geymiĢdi; onun
paltarında yenə də redinqotla Ģalvarının bir-birinə uyğun gəlməməsi diqqəti cəlb edirdi: bu,
Kurfeyrakın fikrincə, Ģairlərin ürəyinə yatan bir Ģeydi.
Jondret birdən səsini qaldırdı:
– Yadıma bir Ģey düĢdü. Gör nə deyirəm. Belə havada o, yəqin ki, fiakırda gələcək. Fənəri götür,
yandır, aĢağı en. Gedib qapının arxasında dur. Karetanın gəldiyini eĢidən kimi, tez qapını aç. O
yuxarı qalxana kimi sən pilləkəni, sonra da koridoru iĢıqlandırarsan; otağa gətirdinmi, yenə
çaparaq aĢağı en, sürücünün pulunu verib, yola sal.
Arvadı soruĢdu:
– Pul hanı?
Jondret Ģalvarının ciblərini axtardı, beĢ frank pul çıxarıb arvadına verdi.
Arvadı həyəcanla dedi:
– Bu haradandır?
Jondret təmkinlə dedi:
– Səhər qonĢu verəndir, – sonra əlavə etdi, – bilirsən nə var, bura iki stul gətirmək lazımdır.
– Niyə?
– Oturmaq üçün.
– YaxĢı da! Gedim qonĢudan gətirim.
Arvadın bu sözlərini eĢidəndə Mariusun bütün bədəni gizildədi.
Jondretin arvadı tez qapını açıb, koridora çıxdı.
Marius heç komoddan enməyə, çarpayının altında gizlənməyə macal tapmadı.
Jondret arvadının ardınca çığırdı:
– ġamı götür!
Arvadı:
– Lazım deyil, – dedi, – mane olar, mən axı iki stul gətirəcəyəm. Ay iĢığı düĢüb, bəsdir.
Arvadı iri əllərilə qaranlıqda qapı açarını axtardı, – Marius bunu eĢidirdi. Sonra qapı taybatay
açıldı. Marius donub qaldı, sanki, bu gözlənilməz hadisə və qorxu onu daĢa döndərmiĢdi.
Jondretin arvadı otağa girdi.
Çardaq pəncərəsindən düĢən ensiz ay iĢığı, sanki, qaranlığı ortasından yarıb iki yerə bölmüĢdü.
Bu parçalardan biri iri, qara bir pərdə kimi Mariusun sığındığı divarı tamam örtmüĢdü. Marius
görünmürdü.
Jondretin arvadı baĢını qaldırdı, ancaq Mariusu görmədi; Mariusun yeganə mebeli olan iki
stulunu götürüb, bayıra çıxdı, qapını da partıltı ilə örtdü.
Öz otağına qayıdaraq dedi:
– Bu da stullar!
Əri də ona dedi:
– Bu da fənər. AĢağı en, tez!
Arvadı tələsə-tələsə otaqdan çıxdı, Jondret tək qaldı; stulları götürüb, masanın ətrafına qoydu,
iskənəni közün içində çevirdi, köhnə Ģirmanı buxarıya tərəf çəkdi, bununla da manqalın qabağını
tutdu; sonra kəndir yığını olan bucağa getdi, kəndirə sarı əyilərək, diqqətlə nəyəsə baxdı.
Mariusun qatma-qarıĢıq zir-zibil yığını hesab etdiyi Ģey, heç demə, ağac pillələri və iki qarmağı
olan, səliqə ilə qatlanmıĢ kəndir nərdivanmıĢ.
Səhər Jondretin evində nə bu kəndir nərdivan, nə bu dəmir linglərə oxĢayan və qapı arxasındakı
dəmir yığını üstünə əlavə edilən ağır alətlər vardı, görünür, Jondret bunları gündüz, Marius evdə
olmayanda gətirmiĢdir.
Marius ―Bunlar dəmirçi alətidir‖, – deyə düĢündü.
Belə Ģeylərdən Mariusun bir az baĢı çıxsaydı, bilərdi ki, dəmirçi ləvazimatı hesab etdiyi Ģeylər
qıfıl açmaq, ya qapı sındırmaq üçün xüsusi hacatlar, həm də deĢən və kəsən alətlərdir: bu iki
məĢum alət oğrular arasında ―tikan‖ və ―sancı‖ adı ilə məĢhurdur.
Buxarı və yanına iki stul qoyulmuĢ masa Mariusun düz qabağında idi. Manqalın qabağını Ģirma
tutmuĢdu; otaq ancaq Ģam ilə iĢıqlanmıĢdı; masaya buxarı üstünə atılıb qalan saxsı qırığından
uzun-uzun kölgələr düĢürdü; boğazı sınmıĢ bardağın kölgəsi divarın yarısını bürümüĢdü. Yatağa
dəhĢətli və məĢum bir sükut çökmüĢdü. Havada qorxunc bir intizar duyulurdu.
Jondret çubuğunun sönməsinə imkan verdi, bu göstərirdi ki, o, nəyinsə fikrini çəkirdi; sonra
yenə də masanın yanında oturdu. ġam iĢığında onun sifətinin sərt və yırtıcı ifadəsi aydın
görünürdü. Hərdən o, qaĢlarını çatır, sağ əlini bərk yellədirdi, sanki, qaranlıq qəlbindən qalxan
səsin son dəlillərinə etiraz edirdi. Öz-özünə qarĢı edilən belə sərt etirazlardan birində o, cəld
masanın siyirtməsini çəkdi, orada gizlədilmiĢ uzun mətbəx bıçağını çıxarıb onun itiliyini
dırnağında yoxladı, sonra bıçağı yenə də masanın gözünə qoyub, siyirtməni yerinə itələdi.
Marius da əlini jiletinin sağ cibindəki tapançaya vurdu, tapançanı çıxardıb çaxmağı üst ayağa
çəkdi.
Bu zaman aydınca Ģıqqıltı eĢidildi.
Jondret diksinib stuldan qalxdı.
– Kimdir? – deyə çığırdı.
Marius nəfəsini tıxadı. Jondret bir az qulaq asdı, sonra gülərək, öz-özünə dedi:
– Mən lap gicəm! Bu Ģıqqıldayan ara divarıdır.
Marius tapançanı əlində sıxdı.
ON SƏKKĠZĠNCĠ FƏSĠL.
Mariusun iki stulu qabaq-qənĢər qoyulur.
Birdən pəncərə ĢüĢələri məyusluq duyulan zəng səsindən cingildədi - uzaqda, Sen-Medar zəng
qülləsində saat altını vururdu.
Zəng hər dəfə vuranda Jondret baĢını tərpədirdi. Saat altını vurandan sonra o, barmaqları ilə Ģam
fitilinin qarasını qopartdı.
Sonra otaqda var-gəl eləməyə baĢladı, koridora baxdı, qulaq asdı, sonra yenə gəzindi, yenə
dayanıb qulaq asdı. Yerinə qayıdaraq öz-özünə mızıldadı: ―Aldatmasa yaxĢıdır!‖
Yenicə oturmuĢdu ki, qapı açıldı.
Jondretin arvadı qapını taybatay açdı, iyrənc bir yaltaqlıqla diĢlərini ağardaraq, koridorda
dayandı; sirli iĢıqlı fənərin deĢiyindən düĢən iĢıq onun sifətindəki bu murdar ifadəni daha aydın
göstərirdi.
– Buyurun, ağa, – deyərək, gələn adamı içəri dəvət etdi.
Jondret cəld yerindən qalxaraq, onun sözünə qüvvət verdi:
– Buyurun, ey bizim vəlinemətimiz!
―Cənab Ağ‖ içəri girdi.
Onun üzündə aydınca bir sakitlik vardı, bu isə qeyri-ixtiyari olaraq adamda ona qarĢı hörmət
hissi oyadırdı.
Cənab Ağ masa üstünə dörd qızıl pul qoydu.
– Cənab Fabantu, – dedi,– bunu sizə mənzil kirayəsi və baĢqa ən zəruri xərclər üçün verirəm.
Sonrasına baxarıq.
Jondret həyəcanla:
– Göstərdiyiniz səxavət üçün Allah sizə əcr versin, ey xeyirxah insan! – dedi və tez arvadına
yaxınlaĢaraq pıçıldadı:
– Fiakrı yola sal!
Jondret ―Cənab Ağ‖a təzim edənə altına stul çəkənə kimi, onun arvadı yavaĢca aradan çıxdı. Bir
dəqiqədən sonra qayıdaraq, ərinin qulağına pıçıldadı:
– Yola saldım!
Qar ara vermədən səhərdən bəri yağırdı. Qar yeri elə örtmüĢdü ki, nə fiakrın gəldiyi, nə də
getdiyi eĢidildi.
―Cənab Ağ‖ stulda əyləĢdi.
Jondret o biri stulda, onunla qabaq-qənĢər oturdu.
Ġndi nələr baĢ verəcəyini yaxĢı təsəvvür etmək üçün qoy oxucu Ģaxtalı bir gecəni, Salpetriyer
xəstəxanasının qar basmıĢ, ay iĢığında iri kəfən kimi ağaran xali yerlərini, orada-burada yanan,
qəmgin görünüĢlü bulvarı, qara kölgə kimi uzanıb gedən qarağac sıralarına qırmızı iĢıq salan
küçə fənərlərini, bəlkə də, milin dörddə biri qədər ətrafa yayılan tənhalığı və səssizliyi, axĢamın
dərin sükutunda, tükürpərdən qaranlığında Qorbonun daxmasını, zülmət və tənhalıq içində itib-
batan bu daxmada Jondretin bircə Ģamla zəifcə iĢıqlanan zağasını, bu zağada masa arxasında
oturan iki adamı; öz təmkinliyini mühafizə edən ―Cənab Ağ‖ı, qımıĢmaqda olan qorxunc təbiətli
Jondreti, bucaqda, Jondretin arvadı deyilən qoca, qancıq qurdu, divarın o üzündə bircə sözü,
bircə hərəkəti gözdən qaçırmayan, qulaqlarını Ģəkləyərək diqqətlə baxan, əlində tapança tutan
Mariusu təsəvvüründə canlandırsın.
Marius qətiyyən qorxmurdu. O ancaq bütün varlığı ilə nifrət edirdi. O, tapançanın dəstəyini
əlində sıxır, özünü möhkəm hiss edirdi. ―Vaxt çatanda mən bu alçağı tutacağam‖, – deyə
düĢünürdü.
O bilirdi ki, polis iĢçiləri bura yaxın bir yerdə pusquda durub, canini tutmaq üçün Ģərti iĢarə olan
tapança səsini gözləyirlər.
Bir də ki, o, bir Ģeyə çox ümid edirdi: ―Cənab Ağ‖ ilə Jondretin bu facianə mübarizəsi onun üçün
çox mühüm bir məsələni az da olsa aydınlaĢdırar.
ON DOQQUZUNCU FƏSĠL.
Qaranlıq bucaqlardan özünüzü qoruyun.
―Cənab Ağ‖ oturan kimi indi daha heç kəsin yatmadığı çarpayıları gözdən keçirərək soruĢdu:
– O yaralanmıĢ yazıq qız özünü necə hiss edir?
Jondret acı-acı, həm də minnətdarlıqla gülümsəyərək dedi:
– Pis, çox pis, cənab! Böyük bacısı onun yarasını sarıtmaq üçün Burb xəstəxanasına apardı. Siz
onları görəcəksiniz, onlar bu saat gələcək.
Sonra ―Cənab Ağ‖ Jondretin arvadının qəribə geyiminə baxaraq sözünə davam etdi:
– Deyəsən, xanım Fabantu özünü yaxĢı hiss edir?
Jondretin arvadı qapının qabağında durub, təhdidedici, davacıl bir nəzərlə ona baxırdı, sanki, o
indidən qapının keĢiyində durmuĢdu.
Jondret:
– O ölümcül bir halda xəstələnib. Ancaq nə edəsən, cənab?! Onda, o yazıqda o qədər mərdlik var
ki! Bu, arvad deyil, öküzdür!
Bu kompliment arvadın çox xoĢuna gəldi, o qarĢısında yaltaqlıq edilən bir əjdaha nazıyla ucadan
dedi:
– Sən mənə çox nəzakət göstərirsən, əzizim Jondret!
– Jondret? – ―Cənab Ağ‖ bu ada təəccüb etdi, – mən elə bilirdim ki, sizin adınız Fabantudur!
Jondret tez buna cavab taparaq dedi:
– Bəli, Fabantudur, səhnə adım Jondretdir. Artist təxəllüsüdür.
Arvadına baxaraq çiyinlərini çəkdi, ancaq elə elədi ki, ―Cənab Ağ‖ bunu görməsin, sonra süni
mehribanlıqla dedi:
– Biz həmiĢə, mənim bu yazıq arvadcığımla canbir qəlbdə yaĢamıĢıq! Bu təsəlli də olmasaydı,
bilmirəm nə edərdik! Biz çox bədbəxtik, cənab! Əllərimiz var, amma iĢ yoxdur. Qəlbimiz alıĢıb-
yanır, amma məĢğul olmağa Ģey yoxdur. Mən bilmirəm hökumət nə fikirləĢir, ancaq vallah,
cənab, mən nə yakobinçiyəm, nə boğazını yırtan bir respublikaçıyam; mən nə hökumət
əleyhinəyəm, amma siz məni nazirlərin yerində qoysaydınız, namusuma and içirəm, hər Ģey ayrı
cürə gedərdi. Məsələn, bax, mən qızlarımı kordondan Ģey düzəltmək peĢəsini öyrənməyə
göndərmiĢəm. Siz deyərsiniz: ―Necə, peĢə?‖ Bəli, peĢə, kobud bir peĢə, bir parça çörək
qazanmaq üçün! Görürsünüzmü, mənim vəlinemətim, biz nə günə qalmıĢıq?! Nə qədər
alçalmıĢıq! Əvvəllər biz nə idik, indi gör nə hala düĢmüĢük! Heyhat, bizim gözəl
güzəranımızdan heç bir Ģey qalmamıĢdır! Heç bir Ģey! Ancaq bircə Ģeydən baĢqa: bu da bir
Ģəkildir. Amma bu Ģəkil mənim üçün nə qədər qiymətli olsa da, onu satmaq
məcburiyyətindəyəm, axı yaĢamaq lazımdır! Hər necə olsa, yaĢamaq lazımdır.
Jondret qəsdən rabitəsiz bir halda danıĢır, gəvəzəlik edirdi, bu heç də onun üzündəki ifadəyə
uyğun gəlmirdi. Bu ifadə göstərirdi ki, o nəyinsə intizarındadır, nəsə düĢünür. O danıĢanda
Marius baĢını qaldırdı, otağın küncündə bir adam gördü: bu adam hələ onun gözünə
sataĢmamıĢdı. Görünür, o təzə gəlmiĢdi - özü də elə sakitcə gəlmiĢdi ki, hətta qapı rəzəsinin
cırıltısı da eĢidilməmiĢdi. O, toxunma bir bənövĢəyi fufayka, köhnə, yırtıq, cırıq, çirkli, hər yeri
deĢik-deĢik, gen, plis Ģalvar, qalın corab geymiĢdi; köynəksizdi; boynu açıqdı; çırmanmıĢ
qollarında döymə Ģəkil vardı; üzünə his sürtmüĢdü. O, əllərini döĢündə çarpazlayaraq, dinməz-
söyləməz, yaxında olan çarpayıda, arvadın dal tərəfində oturdu. O, çox az görünürdü.
Marius o bucağa baxanda ―Cənab Ağ‖ da qeyri-ixtiyari olaraq bizim baxıĢımızı ifadə edən daxili
maqnit qüvvəsinin təsiri ilə ona baxmıĢdı. ―Cənab Ağ‖ o adamı görəndə özünü saxlaya
bilməyərək, təəccüb ifadə olunan bir hərəkət etmiĢdi, Jondret də dərhal onun bu hərəkətini
görmüĢdü.
Jondret yaxasını düymələyərək çox nəzakətlə dedi:
– Hə, baĢa düĢürəm, siz iltifat buyurub, verdiyiniz redinqota baxırsınız? Mənə yaraĢır! Vallah
çox yaraĢır!
―Cənab Ağ‖ soruĢdu:
– O adam kimdir?
Jondret uzada-uzada dedi:
– O?.. Elə belə gəlib, qonĢudur. Fikir verməyin.
Bu ―qonĢunun‖ qəribə sir-sifəti vardı. Sen-Marsoda bir neçə kimya zavodu var. Fabrik
fəhlələrinin çoxunun üzü qara olur. Lakin ―Cənab Ağ‖ın bütün zahiri görünüĢü göstərirdi ki, o,
Jondretə tamamilə etibar edir, onun simasında zərrə qədər də qorxu əlaməti yox idi.
– BağıĢlayın, cənab Fabantu, siz nədən danıĢırdınız?
Jondret masaya dirsəklənərək, bir az boa ilanının baxıĢını xatırladan, durğun və mehribanca bir
nəzərlə ―Cənab Ağ‖a baxdı, gözlərini ona zilləyərək dedi:
– Mən ondan danıĢırdım ki, mənim əziz vəlinemətim, mən ondan danıĢırdım ki, mənim satılıq
bir Ģəklim var.
Qapı azca cırıldadı. Bir adam da içəri girib, arvadın dal tərəfində, çarpayıda oturdu. Onun da, o
birisi kiĢi kimi, qolları çırmanmıĢdı, üzü də hisdən, ya mürəkkəbdən qaralmıĢdı.
Bu adam otağa sezilməyəcək dərəcədə cəld və yavaĢca girsə də, ―Cənab Ağ‖ onu da gördü.
Jondret sözünə davam edərək:
– Narahat olmayın, – dedi, – bunlar bu evdə yaĢayırlar. Bəli, mən bayaq dedim ki, mənim çox
qiymətli bir Ģəklim qalmıĢdır... Budur, cənab, buyurun, baxın.
Jondret yerindən qalxıb divara yaxınlaĢdı: orada döĢəmənin üstündə bir Ģəkil vardı; biz bu barədə
əvvəllər bəhs etmiĢdik; Ģəklin üst tərəfini qabağa çevirib, onu yenə də divara söykədi. Zəif Ģam
iĢığında bu, doğrudan da, bir Ģəklə bənzəyirdi, amma bu Ģəkildə nəyin təsvir edildiyini Marius
seçə bilmədi, çünki Jondret Ģəklin qabağını tutmuĢdu. Marius ancaq kobudcasına qaralama bir
lövhə, ön planda isə adamaoxĢar bir Ģey gördü. Bütün Ģəkil balaqan pərdəsi, ya bəbə teatrı
Ģirması zövqündə, gözəgirən parlaq rənglərlə çəkilmiĢdi.
―Cənab Ağ‖ soruĢdu:
– Bu nədir?
Jondret iftixarla:
– Vəlinemət, bu, bir sənətkarın çox böyük qiyməti olan əsəridir. Mən bu Ģəkli qızlarımdan az
istəmirəm, o, bir çox Ģeyləri mənim yadıma salır! Mən sizə dedim, yenə də deyirəm: ehtiyac
məni məcbur eləyir ki, bunu satım.
―Cənab Ağ‖ Ģəklə baxarkən, təsadüfimi olaraq, ya bir Ģeydən narahat olduğu üçünmü, yenə də
otağın dib tərəfinə nəzər saldı. Ġndi orada dörd adam vardı: üçü çarpayıda oturmuĢdu, biri
qapının ağzında durmuĢdu; hamısının da qolları çırmanmıĢdı, üzləri mürəkkəbli idi; heç biri
tərpənmirdi. Çarpayıda oturanlardan biri divara sıxılaraq, gözünü örtmüĢdü, elə zənn etmək
olardı ki, o yatıb. O, qoca bir adamdı; onun qara sifəti və ağsaçlı baĢı dəhĢətli təsir bağıĢlayırdı.
Qalan iki nəfər də cavan görünürdü. Biri saqqallı, biri də pırtlaĢıq saçlı idi. Heç biri də ayaqqabı
geyməmiĢdi: kimisinin ayağında corab vardı, kimisi də ayaqyalın idi.
Jondret gördü ki, ―Cənab Ağ‖ bu adamlardan gözünü çəkmir.
Jondret dedi:
– Bunlar mənim dostumdur, qonĢuluqda yaĢayırlar. Onlar ona görə qaradır ki, həmiĢə his içində
əlləĢirlər. Onlar hamısı bacatəmizləyəndir. Vəlinemət, onlara baxmağın mənası yoxdur, yaxĢısı
budur ki, siz mənim Ģəklimi alın. Mənim yoxsulluğuma rəhminiz gəlsin. Bunu sizə baha
vermərəm, siz ona neçə qiymət qoyarsınız?
―Cənab Ağ‖ diqqətlə Jondretin gözlərinə baxaraq, bir Ģey duymuĢ kimi Ģübhə ilə dedi:
– Bu axı meyxana lövhəsidir, üç frankdan artığa dəyməz.
Jondret hiyləgərliklə:
– Pul kisəniz yanınızdadır? – dedi, – mənə min eku də bəsdir.
―Cənab Ağ‖ dik ayağa qalxdı, divara söykənərək, otağı cəld gözdən keçirtdi. Onun sol tərəfində,
onunla pəncərə arasında Jondret, sağ tərəfində, onunla qapı arasında Jondretin arvadı və dörd kiĢi
oturmuĢdu. Bunlardan heç biri tərpənmirdi, sanki, heç onu görmürdülər. Jondret yenə də ağlar
bir səslə yazıq-yazıq danıĢmağa, dalğın bir nəzərlə ―Cənab Ağ‖a baxmağa baĢladı. ―Cənab Ağ‖
elə zənn edə bilərdi ki, gördüyü yoxsulluq, doğrudan da, bu adamın ağlını çaĢdırmıĢdır.
Jondret sızıldaya-sızıldaya sözünə davam etdi:
– Mənim əziz vəlinemətim, siz bu Ģəkli almasanız, mənim iĢim lap bitəcək; onda mənim üçün
bircə yol qalır, gərək, özümü suya atam! Axı mən arzu edirdim ki, qızlarıma bədii kartonaj iĢini,
yeni il hədiyyələri üçün xırda qutular düzəltməyi öyrədim. Mənim bu arzum baĢ tutmadı! Heç
demə, bundan ötrü, ĢüĢələrin yerə düĢməməsi üçün yanlı dəzgah lazımdır, xüsusi bir soba
düzəltdirmək lazımdır, ayrı-ayrı yapıĢqan üçün üçgözlü iri bir qab lazımdır, taxta üçün qatı
kağız, ya parça üçün bir az duru yapıĢqan, karton hazırlamaq üçün qamaltı, kartonu qoyub
kəsmək üçün qəlib, dəmir bərkitmələr üçün çəkic, hələ bundan baĢqa, bir neçə fırça lazımdır,
daha cürbəcür həngamə... mən nə bilim, daha nələr, nələr! Bunlar da hamısı ondan ötrüdür ki,
gündə dörd su pul qazanasan! Ancaq bunun üstündə gərək on dörd saat əlləĢəsən! Hər xırda
qutunu on üç dəfə ələ götürməli olacaqsan! Hələ gərək kağızı da isladasan, heç bir yerinə ləkə
salmayasan, yapıĢqan da qızdırasan... xülasə, adamı çərlədən iĢdir! Bunun da qabağında – gündə
dördcə su! Heç bununla yaĢamaq olar?!
Jondret ―Cənab Ağ‖a baxmadan öz halından Ģikayətlənirdi, ―Cənab Ağ‖ isə diqqətlə onu
nəzərdən keçirirdi. ―Cənab Ağ‖ın gözləri Jondretə, Jondretin gözləri qapıya zillənmiĢdi. Marius
onların hər ikisini çox diqqətlə müĢahidə edirdi. ―Cənab Ağ‖ sanki, öz-özündən soruĢurdu: ―Bu
dəli olmayıb ki?‖ Jondret bir neçə dəfə müxtəlif ahəngdə, sözünü uzada-uzada, yalvara-yalvara
təkrar etdi: ―Onda mənim üçün bircə yol qalır. Gərək özümü suya atam. Bu yaxında mən
Austerlits körpüsündə üç pillə enmiĢdim!‖
Birdən onun bulanıq gözlərində iyrənc bir parıltı göründü. Bu alçaqboylu adam bədənini
dikəldərək, qorxunc Ģəklə düĢdü, ―Cənab Ağ‖ın üstünə yeriyərək bağırdı:
– Bu dediklərim boĢ sözdür, məsələ bunda deyil! Siz məni tanıdınızmı?
ĠYĠRMĠNCĠ FƏSĠL.
Tələ.
Zağanın qapısı birdən taybatay açıldı, içəri qara kağız maska taxmıĢ, göy kətan bluz geymiĢ üç
kiĢi girdi. Onlardan biri çox arıqdı, onun əlində dəmirə tutulmuĢ uzun dəyənək vardı; o birisi
yekəpər bir Ģeydi, o, əlində baĢıaĢağı bir balta tutmuĢdu, öküz kəsəndə bu cür baltadan istifadə
edirlər; üçüncüsü nə birinci qədər arıq, nə də ikinci qədər dolğundu, enlikürək adamdı, o, iri bir
açarı əlində sıxıb durmuĢdu, bu, yəqin, dustaqxanadan oğurlanmıĢ, dustaqxana qapılarından
birinin açarı idi.
Jondret, görünür, elə bu adamları gözləyirmiĢ.
O, dərhal tələsə-tələsə əli dəyənəkli adamla danıĢmağa baĢladı.
– Hər Ģey hazırdır?
– Hər Ģey.
– Monparnas hanı?
– Birinci məĢuq, sanki, qızınla danıĢmaq üçün dayandı.
– Hansı ilə?
– Böyüklə.
– Fiakr aĢağıdadır?
– AĢağıdadır.
– Araba qoĢulub?
– QoĢulub.
– YaxĢı atlar qoĢulub?
– Lap əlası.
– Onlar mən deyən yerdə durublar?
– Hə.
– YaxĢı da.
―Cənab Ağ‖ın rəngi ağappaq ağarmıĢdı, o hara düĢdüyünü anlayan bir adam ifadəsi ilə diqqətlə,
həm də sakitcə ətrafına baxır, baĢını yavaĢ-yavaĢ və təəccüblə çevirərək, orada olan adamları bir-
bir gözdən keçirirdi. Lakin onun üzündə zərrə qədər də qorxu əlaməti yox adi. O, masanın
arxasında durub, bundan çəpər kimi istifadə edirdi. Bir az əvvəl yalnız xoĢtəbiətli qoça kimi
nəzərə çarpan bu adam birdən-birə pəhləvan oldu. O, iri yumruğunu masanın üstünə qoydu, bu
zaman onun hərəkətində təhdid və heç gözlənilməyən bir qüvvət hiss olunurdu.
Elə adamlar var ki, onlar üçün igid olmaq da rəhmdil olmaq kimi təbii və adi bir Ģeydir. Belə bir
təhlükə qarĢısında bu cür mətanət və mərdliklə dayanan bu qoca da, görünür, belə adamlardandı.
Biz sevdiyimiz qızın atasına heç vaxt tamamilə yad adam kimi baxmırıq. Marius bu tanımadığı
adamla fəxr edirdi.
Jondretin ―Bunlar bacatəmizləyəndir‖, – dediyi qoluçırmalı üç kiĢi dəmir yığını içindən üç Ģey
götürdü: bunlardan biri metalkəsən böyük bir bıçaqdı, biri ağır bir lingdi, biri də çəkicdi; bu üç
adam, heç bir söz söyləmədən, gedib qapının qabağında durdu. Çarpayıda mürgüləyən qoca
yerindən tərpənmədi, ancaq gözlərini açdı. Jondretin arvadı onun yanında oturdu.
Marius bu qərara gəldi ki, iĢə qarıĢmaq vaxtı gəlib çatmıĢdır: tapançanı yuxarı qaldıraraq,
koridora tərəf atəĢ açmağa hazırlaĢdı.
Jondret əlidəyənəkli adamla söhbəti qurtardıqdan sonra yenə də ―Cənab Ağ‖a sarı döndü, məĢum
bir səslə, həm də astadan və azca gülərək, bayaqkı suallarını təkrar etdi:
– Deməli, siz məni tanımadınız?
―Cənab Ağ‖ düz onun gözlərinə baxaraq dedi:
– Yox!
Jondret lap masaya yaxınlaĢdı. Əlini döĢündə çarpazlayaraq və Ģamın üstünə sarı əyilərək, öz
dördkünc, yırtıcı çənəsini mümkün qədər ―Cənab Ağ‖ın sakit ifadəli üzünə yaxınlaĢdırdı, bu
zaman ―Cənab Ağ‖ heç qımıldanmadı da. Jondret bu vəziyyətində, qapmağa hazırlaĢan vəhĢi
heyvan kimi duraraq, çığırdı:
– Mən Fabantu deyiləm, Jondret deyiləm, mən Tenardyeyəm! Mən Monfermeyldəki
aĢxanaçıyam! EĢidirsinizmi? Tenardye! Ġndi məni tanıdınızmı?
―Cənab Ağ‖ın üzü azca qızardı, lakin o, əvvəlki sakitliyini mühafizə etdi, səsini qətiyyən
qaldırmadan və səsi zərrə qədər də titrəmədən dedi:
– Bayaqkından çox tanımadım.
Marius onun cavabını eĢitmədi. Qaranlıq olmasaydı, bu zaman Marisun nə qədər özünü
itirdiyini, nə qədər çaĢdığını və heyrətə düĢdüyünü görmək olardı. Jondret ―Mən Tenardyeyəm!‖
- deyəndə onun bütün bədəni titrədi, o elə bir halda divara söykəndi ki, elə bil, onun ürəyinə
qılınc soxdular. Sonra onun atəĢ açmaq istədiyi sağ əli yavaĢ-yavaĢ aĢağı endi, Jondret
―EĢidirsinizmi? Tenardye!‖ – deyə təkrar edəndə, az qaldı ki tapança onun zəifləmiĢ barmaqları
arasından yerə düĢsün. Jondret kim olduğunu açıb deməklə, ―Cənab Ağ‖ı qətiyyən narahat
etmədi, lakin Mariusun bütün varlığını sarsıtdı. Görünür, ―Cənab Ağ‖ Tenardye adını
eĢitməmiĢdi, lakin Marius bu ada yaxĢıca bələddi. Bu adın onun üçün nə demək olduğunu
yadınıza salın. Marius atasının vəsiyyətnaməsində yazılan bu adı öz qəlbində saxlayırdı,
müqəddəs tapĢırığın həkk olmuĢ sətirlərini öz fikrində, qəlbinin dərinliklərində mühafizə edirdi;
bu tapĢırıqda yazılmıĢdı: ―Tenardye adlı bir adam məni ölümdən xilas etdi. Mənim oğlum ona
rast gəlsə, qoy əlindən gələn yaxĢılığı etsin!‖
Bu ad Mariusun müqəddəs saydığı Ģeylərdəndi, bu, yəqin, oxucuların yadındadır. Bu ada o,
atasının adı ilə bir bərabər pərəstiĢ edirdi. Doğrudanmı, bu, Mariusun çoxdan bəri və çox səy ilə
axtardığı Tenardyedir, həmin Monfermeyl aĢxanaçısıdır? Budur, nəhayət, onu tapdı! Nə olsun
ki? Heç demə onun atasını xilas edən adam quldurmuĢ! Bu adama o öz sədaqətini sübut etmək
arzusilə alıĢıb-yanırdı, heç demə, bu adam əjdaha imiĢ! Polkovnik Ponmersini xilas edən adam
dəhĢətli bir cinayət etməyə hazırlaĢırdı: bu cinayət nədən ibarətdi – Marius bunu düzgün
müəyyən etməyə çətinlik çəkirdi, lakin onun gördüyü Ģeylər adam öldürmək məsələsinə
oxĢayırdı! Özü də gör kimi öldürmək istəyirdilər, aman Allah! Nə məĢum bir təsadüf! Taleyin ən
acı istehzası! Atası ona qəbirdən Tenardyeyə əlindən gələn qədər yaxĢılıq etməyi əmr eləyirdi;
Marius dörd il ərzində bir fikirlə yaĢayırdı: atasının borcunu necə versin, onun tapĢırığını necə
yerinə yetirsin; budur, o, quldurun cinayət iĢlədiyi yerdə tutulması üçün ədalətə kömək etmək
istədiyi anda tale çığıraraq ona deyir: ―Bu, Tenardyedir!‖ Deməli, o, Vaterloo ətrafında gedən
qəhrəmanca vuruĢmada, yağıĢ kimi yağan güllə altında atasını ölümdən xilas edən adama əlindən
gələn yaxĢılığı edə bilər. Lakin nə ilə? Edam kürsüsü ilə?! O, özünə söz vermiĢdi ki, Tenardyeyə
rast gəlsə, əgər bu təsadüf ona qismət olsa, bu adamın ayaqlarına yıxılacaq. Budur, o,
Tenardyeyə rast gəldi, amma ona görə rast gəldi ki, onu cəlladın əlinə versin! Atası deyirdi:
―Tenardyeyə kömək et!‖ Amma o, pərəstiĢ etdiyi, müqəddəs bir adamın tələbinə cavab olaraq
Tenardyeni məhv edəcək! Qoy atası qəbirdən tamaĢa etsin, görsün ki, həyatını təhlükəyə ataraq,
onu ölüm pəncəsindən xilas edən adamı Mariusun - o Mariusun ki, ona Tenardyenin qayğısına
qalmağı tapĢırmıĢdı - mərhəməti üzündən Sen-Jak meydanında edam edirlər! Məgər o, atasının
öz əli ilə yazdığı son tələbi uzun zaman ona görəmi saxlamıĢdı ki, bir gün həqarətlə onun
əleyhinə çıxsın?! Məgər bu, onun öz-özünü ələ salması deyildimi? Lakin cinayət edildiyini
görmək, ona mane olmamaq mümkünmü? Göz görə-görə adamın öldürülməsinə yol vermək,
qatili müdafiə etmək olarmı? Belə bir alçağın qarĢısında adam özünü borclu hesab edib, ona öz
minnətdarlığını göstərə bilərmi? Bu gözlənilməz zərbə Mariusun dörd ildən bəri yaĢatdığı
fikirlərini alt-üst etdi. Onu dəhĢət bürüdü. Ġndi hər Ģey ancaq ondan asılı idi! Onun gözləri
qarĢısında vurnuxan, lakin heç bir Ģeydən xəbəri olmayan bu adamların taleyi onun əlində idi. O
atəĢ açsa ―Cənab Ağ‖ı xilas edəcək, lakin Tenardyeni məhv edəcək; atəĢ açmasa, ―Cənab Ağ‖
məhv olacaq, Tenardye, bəlkə də, bəlkə də, qaçıb əldən çıxacaq. Bunlardan birini uçuruma
itələməkmi, o birisinin enməsinə mane olmaqmı? Onun vicdanı bu tədbirlərdən hər ikisinin
əleyhinə çıxırdı. Bəs onda nə etmək? Nə qərara gəlmək lazımdır? Ən yüksək xatirəyə, üzərinə
götürdüyü ən böyük təəhhüdə, ən müqəddəs vəzifəyə, ən pak, ən əziz bir yazıya xəyanətmi
etmək? Atasının vəsiyyətinə xəyanətmi etmək, ya cinayətin baĢ tutmasına yolmu vermək?
Mariusa elə gəlirdi ki, o bir tərəfdən atası üçün yalvaran ―öz Ursulasının‖, bir tərəfdən də
Tenardyeni ona tapĢıran polkovnikin səsini eĢidir. O hiss edirdi ki, dəli olur. Onun qıçları
bükülürdü; gözləri qarĢısında baĢ verən hadisə elə sürətlə davam edirdi ki, düĢünməyə vaxt
qalmırdı. Hadisələr bir qasırğa kimi onu öz tufanına almıĢdı, halbuki, o, əvvəlcə güman etmiĢdi
ki, bu hadisələrə hökm edəcəkdir. O, az qalırdı Ģüurunu itirsin.
Lakin Tenardye – bundan sonra biz onu daha baĢqa cürə adlandırmayacağıq – özündən çıxaraq,
masanın yanında, coĢqun bir Ģadyanalıq içində var-gəl edirdi.
O, beĢ barmağının beĢini də açaraq bütün əli ilə Ģamı tapıb elə qüvvətlə buxarının üstünə qoydu
ki, Ģam az qaldı sönsün, Ģamın ərimiĢ piyi divara sıçradı.
Sonra təhdidedici bir halda ―Cənab Ağ‖a sarı dönərək nərildədi:
– Uduzdunuz, var-yoxunuzu xərclədiniz, alverdə sınıq çıxdınız! Lüt qaldınız!
Sonra yenə də dəli kimi çığıra-çığıra gəzinməyə baĢladı:
– Hə, axır ki mənim əlimə düĢdünüz, cənab filantrop! Cənab dilənçi milyonçu! Bəbə bağıĢlayan
cənab! Maymaq qoca! Deməli, siz məni tanımadınız? Deməli, səkkiz il bundan qabaq min səkkiz
yüz iyirmi üçüncü ildə, Soçelnik bayramında, Monfermeyl aĢxanasına, mənim yanıma gələn siz
deyildiniz? Deməli, Fantina adlı uĢağı, Torağayı siz götürüb aparmadınız? Deməli, onda siz sarı
redinqot geyməmiĢdiniz? Deyəcəksiniz, yox? Bu gün səhər bura gəldiyiniz kimi əlinizdə cır-
cındır dolu bir bağlama yox idimi? Sən bir buna bax, arvad! Görünür, bunun belə bir səfehliyi
var: evlərə yun corab dolu bağlamalar daĢıyır! Elə xeyirxah gəlib! Cənab milyonçu, olmaya siz
corab alveri edirsiniz? Deməli, siz dükanınızda olan bütün malları yoxsullara paylayırsınız, ay
riyakar mömin?! Ay, təlxəyin biri, təlxək! Deməli, siz məni tanımadınız? Amma mən sizi
tanıdım! Siz o murdar sifətinizi bura soxan kimi mən sizi tanıdım! Nəhayət, indi siz görəcəksiniz
ki, aĢxana bəhanəsi ilə abırlı evlərə girmək, köhnə pal-paltar geyib, özünü dilənçi sifətinə salıb –
belə sir-sifətlə ancaq qəpik-quruĢ yığırlar – abırlı adamların baĢını tovlamaq, özünü səxavətli
göstərmək, adamın qazancını əlindən almaq, hələ bir sonra onu meĢədə də qorxutmaq həmiĢə
boĢ-boĢuna keçib getmir! Siz görəcəksiniz ki, adamı müflis elədikdən sonra bu iĢdən əynindəki
redinqotu, bir də iki vecsiz xəstəxana adyalı verməklə yaxa qurtarmaq olmaz! U-u, uĢaq
oğurlayan qoca sərsəri!
Tenardye bir anlığa dayandı, sanki, o, öz-özünə nəsə mızıldanırdı. Onun hiddəti birdən dar bir
dərədə itib-batan Ronanın coĢqun axınını xatırladırdı; Tenardye, sanki, öz-özü ilə olan söhbətini
qurtararaq, yumruğunu masaya çırpıb həyəcanla dedi:
– Hələ bir özünü günahsız adam kimi göstərməyə çalıĢır!
Yenə də ―Cənab Ağ‖a sarı dönüb dedi:
– Bir vaxt vardı ki, siz mənə gülürdünüz, sizi görüm yox olasınız! Mənim bütün bədbəxtliyimə
səbəb siz oldunuz! Mənim yanımda olan qızı siz min beĢ yüz franka aldınız, yəqin ki, o, dövlətli
bir ailədənmiĢ! Mən o qızın vasitəsilə əməllicə pul qazanmıĢdım, hələ o qədər də qazana
bilərdim ki, ömrümün axırına kimi mənə çatsın! O qız, adıbatmıĢ aĢxanada çəkdiyim bütün
ziyanları ödəyə bilərdi; o elə bir aĢxana idi ki, orada pul qazanmaq çətin idi, bunun üçün mən
axmaq bütün var-yoxumu qoydum. Eh, mən lap ürəkdən istəyirəm ki, oradakı çaxır onu içən
adamlar üçün dönüb zəhər olaydı! Məsələ onda deyil! Boynunuza alın, siz Torağayı götürüb
gedəndə mən sizə çox gülünc göründüm, eləmi?! MeĢədə sizin əlinizdə dəyənək vardı. Onda güc
sizin tərəfinizdə idi. Ġndi növbə mənimdir. Ġndi güc məndədir! Qoça, sizin iĢiniz fırıqdır! Sizə
baxanda, doğrudan da, mənim gülməyim gəlir! Sarsaq! Mən bunu yalandan dedim ki, guya, mən
aktyoram, adım da Fabantudur, guya, mən madmazel Mars ilə, gör ha, madmazel Pıçıldayanın
özü ilə komediyalarda oynamıĢam, guya, ev yiyəsi sabah, fevralın dördündə məndən mənzil
kirayəsini istəyir, daha bu gic baĢa düĢməyir ki, ev kirayəsi, fevralın dördündə deyil, yanvarın
səkkizində verilir! Gör mənə nə gətirib, dörd murdar pul, alçaq! Yüz frank verməyə də ürəyi
gəlməyib! Qulaqlarını sallayıb mənim dediyim cəfəngiyata qulaq asırdı! Belə də gülməli Ģey
olardı?! DanıĢdıqca mən öz-özümə fikirləĢirdim, deyirdim: ―Sən mənim əlimdən qaçıb qurtara
bilməyəcəksən, ay maymaq! Ġndi səhərdir, sənin pəncələrini yaladığıma baxma. AxĢam olacaq,
sənin ürəyini parçalayacağam!‖
Tenardye susdu. O tövĢüyürdü. Onun cılız, dar döĢü dəmirçi körüyü kimi qalxıb, düĢürdü. Onun
gözlərində, nəhayət, qorxduğu bir adamı hədələməkdən, yaltaqlandığı bir adamı təhqir etməkdən
sevinən, zəif, zalım, alçaq bir məxluqun rəzalət dolu xoĢbəxtliyi parıldayırdı. Qolifin baĢını
tovlaya bilən cırtdan xoĢbəxtliyi, artıq özünü müdafiə etməyi bacarmayan, lakin hələ də əzab
çəkən ölümcül bir öküzü parçalaya bilən çaqqal xoĢbəxtliyi parıldayırdı.
―Cənab Ağ‖ Tenardyenin sözünü kəsmirdi. Tenardye susanda o dedi:
– Mən baĢa düĢmürəm, siz nə demək istəyirsiniz. Siz yanılırsınız. Mən milyoner haradan oldum,
mən çox kasıb adamam. Mən sizi tanımıram. Siz məni baĢqa adamla qarıĢdırırsınız.
Tenardye xırıltılı səslə dedi:
– Hə! Bu çağırılmıĢ bayatıdır! Elə belə də davam edin! Lap çərənləyirsiniz, qoca! Deməli, siz
məni baĢa düĢmürsünüz? Siz görmürsünüz mən kiməm?
– Üzr istəyirəm, cənab, mən görürəm ki, siz quldursunuz, ―Cənab Ağ‖ bu sözü nəzakətlə
söylədi, lakin bu nəzakət belə bir anda çox qəribə, çox təsirli görünürdü.
Ən rəzil adamların da özünə görə heysiyyəti var, bunu hamı görmüĢdür; əjdaha da hissdən
məhrum deyil. Tenardyenin arvadı ―quldur‖ sözünü eĢidəndə cəld çarpayıdan qalxdı, Tenardye
özü isə stulu elə qapıb götürdü ki, sanki, onu parçalayıb çiling-çiling eləmək istəyirdi. O,
arvadının üstünə çığıraraq dedi: ―Sən özünü ortaya atma!‖ Sonra ―Cənab Ağ‖a sarı dönüb,
guruldaya-guruldaya bu sözləri dedi:
– Quldur! Bəli, mən bilirəm ki, sizlər, siz cənab dövlətlilər bizə belə ad verirsiniz. Buna nə
demək olar, doğrudur! Mən ki sınıq düĢmüĢəm, var-yoxum əlimdən çıxıb, qaçıb gizlənmiĢəm,
yeməyə bir parça çörək tapmıram, bir quruĢ pulum yoxdur, deməli, qulduram! Üç gündür ki,
mənim dilimə bir tikə çörək dəyməyib. Əlbəttə, mən qulduram! Amma sizin hamınızın isti
ayaqqabınız, hamınızın Sakoss çəkməsi var, əyninizə arxiyepiskop kimi pambıqlı redinqot
geymisiniz; siz beletajlarda mənzil tutursunuz, qapıçı olan evlərdə yaĢayırsınız, trüfel yeyirsiniz,
yanvar ayında qulançaq çərəziniz olur, o zaman ki bu qulançağın dəstəsi qırx franka satılır, hələ
bir göy paxla da ötürürsünüz, bayırda soyuq olub-olmadığını bilmək üçün qəzetlərə baxırsınız,
bilmək istəyirsiniz ki, görək mühəndis ġevalyenin termometri nə göstərir! Amma biz öz-
özümüzün termometriyik. Neçə dərəcə Ģaxta olduğunu bilmək üçün biz sahil küçəsindəki Saat
qülləsinə baxmağa getmirik, buna bizim ehtiyacımız yoxdur; biz qanımızın damarımızda
donduğunu, ürəyimizin buz bağladığını hiss edirik, deyirik: ―Allah yoxdur!‖ Amma siz iltifat
buyurub bizim bu xarabalığa, bəli, bu xarabalığa gəlirsiniz, bizə ―quldur‖ deyirsiniz! Amma biz
sizi, siz cənabları, yeyəcəyik, udacağıq! Bunu bilin ki, cənab milyonçu, mən də vaxtı ilə bir
adam olmuĢam, mənim də patentim olub, mən də seçkidə iĢtirak etmiĢəm, mən burjuayam!
Amma siz kimsiniz, bu, hələ məlum deyil.
Tenardye bunu deyib, qapı qabağında duran adamlara yaxınlaĢdı, acığından əsə-əsə əlavə etdi:
– Bir baxın da! O, cəsarət edib mənimlə elə danıĢdı ki, elə bil, onun qabağındakı sarsağın biridir!
Sonra ―Cənab Ağ‖a müraciətlə, daha böyük bir çılğınlıqla sözünə davam etdi:
– Cənab filantrop, bunu da yadınızda saxlayın ki, mən Ģübhəli Ģəxsiyyət, yurdsuz-yuvasız bir
adam deyiləm! Mən evlərə gedib uĢaq aparmıram! Mən, mən köhnə fransız əsgəriyəm, məni
ordenlə təltif edəcəkdilər! Mən Vaterloo ətrafında vuruĢmuĢam, bəli, bəli! Bu vuruĢmada mən
bir generalı, bir qrafı xilas etmiĢəm, indi onun adı yadımda deyil. O öz familiyasını mənə dedi,
ancaq onun səsi yaman zəifləmiĢdi, mən onun dediyini eĢitmədim. Ancaq mersi1 sözünü baĢa
düĢdüm. Amma mənə onun ―mersi‖dən artıq adını bilmək lazım idi. Bu ad mənə onu axtarıb
tapmağa kömək edərdi. Bilirsinizmi, Brüsseldə, Davidin çəkdiyi bir Ģəkildə təsvir edilən kimdir?
Mənəm! David bu əsgəri qəhrəmanlığı əbədiləĢdirmək istəyirdi. Mən generalı dalıma alıb top
saçması altından aparıram... Məsələ belə olmuĢdu. Bu general heç ömründə mənə bir yaxĢılıq
etməmiĢdi, heç o birilərdən yaxĢı da deyildi! Bununla belə, mən öz həyatımı təhlükəyə ataraq
onu ölümdən xilas etdim, mənim ciblərim bunu sübut edən kağızlarla doludur! Mən Vaterloo
əsgəriyəm, bildinmi?! Ġndi, mən ki sizə mərhəmət edib bütün bu əhvalatı danıĢdım, gəlin daha
məsələni qurtaraq. Mənə pul lazımdır, çox, lap çox lazımdır! Verməsəniz sizi məhv edəcəyəm,
bax, yalan deyirəmsə, lap elə buradaca bəlaya gəlim.
Mariusun həyəcanı bir qədər yatmıĢdı, o, Tenardyenin sözlərini eĢidirdi. ġübhə üçün daha heç
bir əsas qalmırdı. Onun qarĢısındakı atasının vəsiyyətnaməsində adı çəkilən Tenardye idi. Marius
atası haqqında söylənilən töhməti eĢidəndə titrədi: axı o az qalmıĢdı ki, bu töhmətə haqq
qazandırsın, özü də belə məĢum bir Ģəkildə! Bu, onu daha artıq qorxuya saldı. Burası da var ki,
Tenardyenin bütün sözlərində, ifadəsində, hərəkətlərində, hər sözbaĢı alov püskürən
baxıĢlarında, əl-qol açmıĢ alçaq təbiətli bir adamın hiddətində, lovğalıqla həqarətin, qürurla
alçaqlığın, qəzəblə kütlüyün, həqiqi həqarətlə süni hisslərin qarıĢığında, zorakılıqdan həzz alan
cinayətkarın sırtıqlığında, murdar bir qəlbin həyasızcasına çılpaqlığında, bir-birilə birləĢən insan
iztirabı ilə insan nifrətinin coĢqunluğunda həm Ģərin özü qədər iyrənc, həm də həqiqətin özü
qədər əzabverici bir Ģey vardı.
Oxucular, yəqin, hiss edir ki, Tenardyenin ―Cənab Ağ‖a məĢhur rəssam Davidin əsəri kimi təklif
etdiyi Ģəkil onun öz aĢxanasının lövhəsi idi; bu lövhəni o özü çəkmiĢdi, Monfermeyl
fəlakətindən sonra sağ-salamat qalan yeganə Ģey də bu idi.
Tenardye indi daha elə durmuĢdu ki, Mariusun qabağını kəsmirdi. Marius bu Ģəklə diqqətlə baxa
bilərdi. Bu cızma-qarada, doğrudan da, tüstü-dumanın içərisində gedən vuruĢma, öz kürəyində
yaralı aparan bir adam təsvir edilirdi. Bu iki adam Tenardye ilə Ponmersini – xilas edən serjantla
xilas olan polkovniki əks etdirməli idi. Marius sərxoĢ bir adam kimi baxırdı; bu Ģəkil, sanki,
onun atasını gözləri önündə canlandırırdı, indi o daha Monfermeyl aĢxanası lövhəsini deyil,
dirilən bir adamı, yarıya qədər üstü açılan bir qəbri, tabutdan qalxan bir xəyalı görürdü.
Mariusun gicgahlarında qan Ģiddətlə vururdu, qulağında Vaterloo topları uğuldayırdı; atasının
qanı getməkdən üzülmüĢ, bu kətan üzərində tutqun bir Ģəkildə rəsm edilmiĢ surəti onu
qorxudurdu, ona elə gəlirdi ki, atası diqqətlə ona baxır.
Tenardye nəfəsini dərdikdən sonra, qan dolmuĢ gözlərini ―Cənab Ağ‖a zilləyərək, astadan və
qırıq-qırıq danıĢaraq soruĢurdu:
– Axırıncı qonaqlıq düzələnə kimi bir Ģey demək istəyirsinizmi?
―Cənab Ağ‖ susurdu. Ətrafa çökən sükut içərisində koridorda kim isə xırıltılı bir səslə soruĢdu:
– Kimə odun yarmaq lazımdır? Mən hazır!
Bu zarafatı edən əlibaltalı adamdı.
Elə o saat qapıda iyrənc Ģəkildə gülən, qıl basmıĢ, torpaq rəngli bir adamın iri sifəti göründü;
güldükcə onun diĢləri ağarırdı, lakin bu diĢlər insan diĢi deyil, yırtıcı heyvan diĢi idi.
Bu sifət əli baltalı adamındı.
Tenardye qəzəblə onun üstünə çığırdı:
– Sən niyə maskanı götürmüsən?
O adam:
– Gülmək üçün, – deyə cavab verdi.
Bir neçə dəqiqə idi ki, ―Cənab Ağ‖ Tenardyenin hər hərəkətini diqqətlə izləyirdi. Tenardye son
dərəcə hirsləndiyindən bunu duymurdu; o öz zağasında var-gəl edirdi, tamamilə arxayın idi ki,
qapıda keĢikçi var, o, silahlı olduğu halda, qarĢısındakı adam silahsızdır, Tenardye xala yalnız
bircə kiĢi hesab edilsə, onlar doqquz nəfər olurlar, əllərinə düĢən adam isə təkdir. Tenardye
arxasını ―Cənab Ağ‖a çevirərək, əlibaltalı adamı danlayırdı.
―Cənab Ağ‖ bundan istifadə edərək ayağı ilə stulu, yumruğu ilə masanı itələdi, Tenardye ona sarı
dönənə kimi o, böyük bir cəldlik göstərərək, pəncərənin qabağına sıçradı. Bir anda pəncərəni
açdı, pəncərənin içinə atılıb ayaqlarını bayıra aĢırdı.
O, yarıya qədər bayıra çıxmıĢdı ki, birdən altı iri, möhkəm əl onu qamarlayıb, qüvvətli təkanla
geri dartdı. Bunu edən ―Cənab Ağ‖ın üstünə cuman üç ―bacatəmizləyən‖ idi. Tenardyenin arvadı
elə o saat əllərini ―Cənab Ağ‖ın saçına iliĢdirdi.
Səsə koridorda olan o biri quldurlar da yüyürüb gəldi. Yataqda uzanan o kefli qoca da
çarpayıdan düĢdü, bənna çəkicini götürüb, səndələyə-səndələyə onlara yaxınlaĢdı.
ġam iĢığı ―bacatəmizləyənlərdən‖ birinin üzünə düĢdü; Marius onu, sifətinə his sürtsə də, tanıdı:
o, həm ―Bahari‖, həm ―Ġyrənc‖ ləqəbini daĢıyan Qarmaq idi; o hər iki baĢı qurĢuna tutulmuĢ,
qədim dava topçusunu xatırladan dəmir dəyənəyi ―Cənab Ağ‖ın üstünə qaldırdı.
Marius daha buna tab gətirə bilmədi. Ürəyində ―Ata, bağıĢla məni‖ deyərək barmağını
tapançanın çaxmağına dayadı. Elə bu anda, tapança hələ açılmamıĢdı ki, Tenardyenin çığırtısı
eĢidildi.
– Dəyməyin ona!
―Cənab Ağ‖ın qaçıb xilas olmaq cəhdi Tenardyeyə baĢqa cürə təsir bağıĢladı: o acıqlanmaq
əvəzinə sakitləĢdi. Tenardyenin varlığında iki adam yaĢayırdı: bunlardan biri zalım, o birisi
haqq-hesabını güdən adamdı. Bu ana qədər onun əlinə düĢən adamın acizliyi və sakitliyi
qarĢısında duyduğu qalibiyyət nəĢəsində birinci adam üstünlük edirdi; indi isə bu adam
müqavimət göstərməyə baĢladıqda, mübarizə etmək istədiyini büruzə verdikdə onun daxilində
haqq-hesabını güdən adam baĢ qaldırdı və üstün gəldi.
Tenardye sözünü təkrar etdi:
– Dəyməyin ona!
Bu sözü söyləməklə o, dərhal, heç özü də bilmədən müvəffəqiyyət qazanmıĢdı: bununla həm atəĢ
açılmasının qabağını almıĢdı, həm də Mariusun fikrini dəyiĢmiĢdi: Marius bu qərara gəldi ki, bu
vəziyyətdə hələ gözləmək olar. Kim bilir, bəlkə də, xoĢ təsadüf ona əzab verən bir məsələnin –
Ursulanın atasınımı, ya polkovniki xilas edən adamınmı məhv olmasına imkan verməsi
məsələsinin həllindən onun canını qurtardı.
Bu zaman böyük bir mübarizə baĢlandı. ―Cənab Ağ‖ endirdiyi yumruqla qocanı otağın ortasına
ataraq yerə sərdi; sonra hücum edən baĢqa iki adamı da iki zərbə ilə yıxıb dizləri altına aldı, bu
alçaqlar onun dizi altında, dəyirman daĢı altına düĢmüĢ kimi xırıldadılar; qalan dörd nəfər bu
dəhĢətli qocanın qollarından tutaraq, boynunu qamarladı, yerə sərilən ―bacatəmizləyənlərin‖
üstünə yıxdı. ―Cənab Ağ‖ iki nəfəri dəf etsə də, dörd nəfərin öhdəsindən gələ bilmədi; o öz
ağırlığı ilə altında olanları əzsə də, üstünə yıxılanların ağırlığı altında tövĢüyə-tövĢüyə ona güc
gələn düĢməndən canını qurtarmağa çalıĢırdı, o, ulaĢan köpək sürüsü altına düĢən qaban kimi bir
yığın iyrənc qatillərin altında gözdən itdi.
Nəhayət, quldurlar onu pəncərənin yanındakı çarpayının üstünə yıxdılar: ―Cənab Ağ‖ çarpayının
üstündə uzanıb qaldı, quldurlar onu yeni hücum qorxusu altında saxladılar. Amma Tenardyenin
arvadı yenə də onun saçını əlindən buraxmırdı.
Tenardye çığıraraq, ona dedi:
– Sən bu iĢə qarıĢma, çəkil! Ara yerdə Ģalın cırılar.
Qancıq qurd erkək qurda mırıldanaraq tabe olan kimi, o da mırıldana-mırıldana ərinin hökmünə
tabe oldu.
Tenardye əmr etdi:
– UĢaqlar, onun ciblərini axtarın!
Görünür, ―Cənab Ağ‖ daha müqavimət göstərməmək qərarına gəlmiĢdi. Onun üst-baĢını
axtardılar: ciblərində meĢin pul kisəsindən, burun yaylığından baĢqa ayrı bir Ģey tapmadılar,
kisədə altı frank pul vardı.
Tenardye yaylığı öz cibinə qoydu:
– Pul kisəsi yoxdur?
―Bacatəmizləyənlərdən‖ biri cavab verdi:
– Nə pul kisəsi var, nə saat.
Əlində iri bir açar tutan, dodaqları tərpənmədən danıĢan maskalı adam mızıldandı:
– Eybi yoxdur, yamanca ipəyatmayan qocadır!
Tenardye qapıya yaxınlaĢdı, küncdən bir yığın kəndir götürüb quldurların üstünə atdı:
– Onun ayaqlarını çarpayıya bağlayın, – deyə əmr etdi. ―Cənab Ağ‖ın zərbəsilə otağın ortasında
sərilib qalan qocanı görüb soruĢdu:
– Bu nədi, Kəllə ölüb?
HəĢərat:
– Yox, – dedi, – keflidir.
Tenardye:
– Onu bucağa sürüyün, – deyə sərəncam verdi.
―Bacatəmizləyənlərdən‖ ikisi sərxoĢu ayaqları ilə dəmir yığını tərəfə itələdilər.
Tenardye əlidəyənəkli adamdan yavaĢca soruĢdu:
– Babet, sən bu qədər adamı niyə gətirmisən? Bu axı lazım deyildi.
Əlidəyənəkli adam dedi:
– Əl çəkirlər ki?! Hamısı gəlmək istədi. Zəmanə pis olub, ələ bir Ģey keçmir.
Quldurların ―Cənab Ağ‖ı yıxdıqları çarpayı, ağac ayaqları yontalanmıĢ, xəstəxana çarpayısına
oxĢar bir Ģeydi. ―Cənab Ağ‖ quldurlara müqavimət göstərmirdi. Onlar ―Cənab Ağ‖ı yerə qoyub,
pəncərədən kənarda, buxarıya yaxın olan çarpayının arxasına bərk-bərk sarıdılar.
Son düyün vurulduqdan sonra Tenardye stulunu götürüb, ―Cənab Ağ‖ın qarĢısında oturdu. Ġndi
Tenardye özünə oxĢamırdı: onun üzündəki vəhĢicəsinə hiddət bir anda silinmiĢ, bu hiddətin
yerini sakit, mülayim, bic bir ifadə tutmuĢdu. Ġndi onun sifətində baĢqalarına qulluq göstərməyə
çalıĢan məmur təbəssümü vardı, azca əvvəl onun yırtıcı ağzı qəzəbindən köpüklənirdi, Marius
onu bu halında güclə tanıdı. Bu fantastik və Ģübhəli istihaləyə o, heyrətlə baxırdı: zorakılıq edən
adamın birdən baĢqasına nəzakətlə kömək edən adama çevrilməsini görən bir Ģəxs nələr hiss edə
bilərsə, Marius da bunu hiss edirdi.
Tenardye sözə baĢladı:
– Cənab!
Lakin elə o saat da dayandı, hələ də ―Cənab Ağ‖ı əldən buraxmayan quldurlara kənara
çəkilmələrini iĢarə ilə bildirdi.
– Bir az geri çəkilin, – dedi. – Qoyun mən cənabla söhbət edim.
Quldurların hamısı qapıya sarı getdi. Tenardye yenə də sözə baĢladı:
– Cənab, siz nahaq yerə pəncərədən atılmaq istəyirdiniz. Adamın qıçı sına bilər. Gəlin indi, əgər
etiraz etmirsinizsə, sakitcə söhbət edək. Hər Ģeydən əvvəl, mən öz müĢahidələrimdən birini sizə
söyləmək istəyirəm. O da bundan ibarətdir ki, siz hələ bircə dəfə də çığırmamısınız.
Tenardye haqlı idi. Bu, doğrudan da, belə idi; lakin Marius həyəcan içində olduğundan onun
çığırmadığını duymamıĢdı. ―Cənab Ağ‖ bura gələndən səsini qaldırmadan bir neçə kəlmə söz
söyləmiĢdi. Hətta pəncərə qabağında altı quldurla vuruĢarkən yenə də susmuĢ, heç cınqırını da
çıxarmamıĢdı, bu, çox qəribə idi. Tenardye sözünə davam etdi:
– Əgər siz çığırıb desəydiniz ki, məsələn, ―Məni soyurlar, öldürürlər!‖ – mən heç bunu yersiz
hesab etməzdim. Belə hallarda adətən ―ay haray, köməyə gəlin!‖ – deyə çığırırlar, sizi əmin
edirəm ki, mən buna pis məna verməzdim. Adam çox da etibarlı olmayan Ģəxslərin arasına
düĢəndə bir az hay-küy sala bilər. Sizə heç kəs mane olmazdı. Heç ağzınızı da yummazdılar.
Niyə? Bu saat izah edim. Məsələ burasındadır ki, bu otaqdan səs çox az çıxır. Elə bunun bircə
yaxĢı cəhəti də budur, bunu inkar etmək olmaz. Xalis zirzəmidir. Burada bomba partlasa, qonĢu
qarovulxanada elə biləcəklər ki, əyyaĢ xoruldayır. Top atılsa kənarda ancaq bircə ―bum‖ səsi,
göy guruldasa ―tak!‖ səsi eĢidiləcək. Çox əlveriĢli otaqdır. Ancaq siz çığırmadınız – bu cəhətdən
sizi təbrik edirəm. Bu yaxĢıdır. Bundan mən necə bir nəticə çıxarıram, icazə verin, bunu sizə
məlum edim. Deyin görüm, əzizim, köməyə çağıranda kim gələr? Polis iĢçiləri, elə deyilmi?
Polis iĢçilərindən sonra? Ədliyyə qanunları. Amma siz köməyə adam çağırmadınız, deməli, nə
polis iĢçiləri, nə də ədliyyə qanunları ilə üzləĢməyə nə siz çox həvəs göstərirsiniz, nə də biz.
Deməli, bəzi Ģeyləri gizlətmək sizə vacibdir, mən bunu çoxdan duymuĢam. Belə bir Ģey bizə də
vacibdir, onda razılığa gələ bilərik.
Tenardye bu sözləri deyəndə gözlərini ―Cənab Ağ‖dan çəkmirdi, sanki, öz baxıĢları ilə əsirinin
qəlbinə, qəlbinin lal dərinliyinə nüfuz etmək istəyirdi. Bununla belə, onun sözlərində gizlin,
büruzə verilməyən həyasızlıq hiss olunsa da, o, ehtiyatla, həm də nəzakətlə danıĢırdı. Bir az
əvvəl ancaq quldur olan bu əclafın varlığında indi ―keĢiĢliyə hazırlaĢan‖ adamın siması hiss
olunurdu.
Bunu da demək lazımdır ki, əsirin öz həyatına etinasızlıq edərək fövqəladə bir ehtiyatkarlıqla
susması, baĢqalarını köməyə çağırmaq kimi ilk və təbii arzusunu büruzə verməyərək inad
göstərməsi, Mariusa çox pis təsir bağıĢlamıĢ, onun qəlbində əzabverici təəccüb hissi oyatmıĢdı.
Tenardyenin tamamilə əsaslandırdığı sözlər Kurfeyrakın ―Cənab Ağ‖ ləqəbi verdiyi bu ciddi və
qəribə adamı bürüyən əsrarəngiz zülməti daha da qatılaĢdırdı. Bununla belə, hər necə olsa da,
kəndirlə bağlanan, cəlladlarla əhatə edilən, yarıya qədər qəbirdə olan, get-gedə daha artıq qəbrə
enən, Tenardyenin gah hiddətinə, gah da bic-bic hərəkətlərinə məruz qalan bu adam öz
soyuqqanlılığını itirməmiĢdi; o, üzündə ifadə olunan kədər və qüruru mühafizə edirdi. Marius bu
ifadəni görür, bununla fəxr etməyə bilmirdi.
Heç Ģübhəsiz, ―Cənab Ağ‖ qorxunun, ĢaĢqınlığın nə olduğunu bilməyən bir adamdı. O, ən ağır
vəziyyətlərdə özünü idarə etməyi bacaran adamlardan idi; nə qədər təhlükəli, fəlakətin üz
verəcəyi nə qədər labüd, nə qədər qorxulu olsa da, burada heç bir Ģey suda batan adamın can
çəkiĢməsini, onun su altında bərələn gözlərindəki dəhĢəti xatırlatmırdı.
Tenardye sakitcə yerindən qalxıb buxarıya yaxınlaĢdı, Ģirmanı geri çəkib orada olan çarpayıya
söykəndi, qızarmıĢ közlə dolu manqal göründü. ―Cənab Ağ‖ közün içərisində pul kimi qızarmıĢ,
üzərinə tünd-qırmızı qığılcım səpələnmiĢ iskənəni aydınca gördü.
Sonra Tenardye yenə də ―Cənab Ağ‖ın qabağında oturdu:
– Bəli, sözümüzə davam edək. Biz razılığa gələ bilərik. Gəlin məsələni xoĢluqla qurtaraq. Mən
təqsirkaram, boynuma alıram, mən çox acıqlanmıĢdım, özümdən çıxmıĢdım, bilmirəm, ağlım
hara qaçmıĢdı, ağzıma gələn cəfəngiyatı dedim. O əsasa görə ki, siz milyonçusunuz, mən sizə
dedim ki, pul istəyirəm, çox pul istəyirəm, lap çox... Bu düz deyil. Siz dövlətli də olsanız
özünüzə görə xərciniz var. Ġlahi, axı kimin xərci olmur?! Mən heç də sizi müflis etmək
istəmirəm, mən soyğunçu-zad deyiləm ki! Mən o adamlardan deyiləm ki, öz vəziyyətinin
əlveriĢli olmasından həddindən artıq sui-istifadə edirlər, axırda da axmaqcasına bir vəziyyətə
düĢürlər. Qulaq asın, görün nə deyirəm, mən razılığa gəlməyə hazıram, mən güzəĢtə getməyə
hazıram. Mənə ancaq iki yüz min frank pul lazımdır.
―Cənab Ağ‖ bircə kəlmə də söz demədi. Tenardye sözünə davam etdi:
– Özünüz görürsünüz ki, mən çox istəmirəm. Mən sizin sərmayənizin qədərini bilmirəm, amma
onu bilirəm ki, pul sizin üçün heç bir Ģeydir. Sizin kimi xeyriyyəçi adamın əlində bədbəxt bir
ailənin baĢçısına iki yüz min frank vermək nədi axı?! Siz özünüz qanan adamsınız. Mən ki bu iĢə
bu qədər əmək sərf eləmiĢəm, bu ağaların da fikrincə, bunu çox əla düzəltmiĢəm, siz elə güman
etməyin ki, bunu ancaq ona görə eləmiĢəm ki, sizdən özümə bir ĢüĢə qırmızı Ģərab, bir yeyimlik
bozartma üçün pul xahiĢ eləyim, gedib Denuayda bircə kərə axĢam yeməyi yeyim. Mənim
qiymətim iki yüz min frankdır. Bu, lap mənasız bir Ģeydir. Elə ki, pullar sizin cibinizdən çıxdı,
söz verirəm ki, məsələ də bununla qurtaracaq. Heç kəs sizə barmağını da toxundurmayacaq. Siz
deyə bilərsiniz: ―Ġltifat buyurun, axı mənim yanımda iki yüz min frank yoxdur!‖ Ba, mən heç
yerinə yetirilməsi mümkün olmayan bir Ģərt qoyarammı?! Bu, heç lazım da deyil! Mən sizdən
ancaq bir Ģey xahiĢ edirəm: sizə deyəcək sözü yazmaq iltifatından boyun qaçırmayın.
Tenardye bu yerdə sözünü kəsdi, bir az susduqdan sonra hər sözü qəsdən nəzərə çatdıraraq,
mənalı-mənalı gülümsəyərək, manqala baxa-baxa əlavə etdi:
– Qabaqcadan xəbərdarlıq edirəm: savadsızam deyib, məsələdən boyun qaçırmaq istəsəniz, bunu
qətiyyən qəbul etməyəcəyəm.
Böyük inkivizator özü bu istehzaya həsəd apara bilərdi.
Tenardye masanı lap ―Cənab Ağ‖ın yanına çəkdi. Masanın siyirtməsindən mürəkkəb, qələm, bir
vərəq kağız çıxartdı, siyirtməni açıq qoyd - orada bir bıçağın uzun tiyəsi parıldayırdı.
Vərəqi ―Cənab Ağ‖ın qabağına qoydu:
– Yazın, – dedi.
Nəhayət, əsir də dilə gəldi:
– Mən axı necə yaza bilərəm: qollarım bağlıdır.
Tenardye:
– Tamamilə doğrudur, siz haqlısınız. BağıĢlayın! Həm ―Bahari‖, həm də ―HəĢərat‖ adlanan
Qarmağa sarı dönüb əmr etdi:
– Cənabın sağ qolunu açın.
Həm ―Bahari‖, həm də ―HəĢərat‖ adlanan Qarmaq Tenardyenin əmrini yerinə yetirdi. Əsirin sağ
qolu açıldıqdan sonra Tenardye qələmi mürəkkəbə batırıb ona verdi:
– Cənab, bir Ģeyi yaxĢı yadınızda saxlamağı sizə məsləhət görürəm, – dedi, – bunu bilin ki, siz
tamamilə bizim hökmümüz altındasınız, tamamilə bizim ixtiyarımızdasınız, heç bir insan
qüvvəsi sizi buradan xilas edə bilməz, əgər bizi adamın xoĢuna gəlməyən son tədbirlərə əl
atmağa məcbur etsələr, biz doğrudan da, bundan çox dilxor olacağıq. Mən sizin nə adınızı
bilirəm, nə yaĢadığınız yeri, amma sizə xəbərdarlıq edirəm: bu məktubu aparan adam geri
qayıtmayınca sizin əl-qolunuzu açmayacaqlar. Ġndi isə iltifat buyurub yazın.
Əsir soruĢdu:
– Mən nə yazmalıyam?
– Mən deyəcəyəm.
―Cənab Ağ‖ qələmi götürdü.
Tenardye onun yazacağı sözləri deməyə baĢladı:
– ―Mənim qızım...‖
Əsir diksinib, Tenardyeyə baxdı.
Tenardye sözünə davam etdi:
– Yazın: ―Mənim əziz qızım‖...
―Cənab Ağ‖ onun əmrini yerinə yetirdi.
– ―... durmayıb gəl...‖
Tenardye sözünü kəsdi.
– Siz ki, ona ―sən‖ deyirsiniz, elə deyilmi?
―Cənab Ağ‖ soruĢdu:
– Kimə?
– O qıza da, Torağaya, nə bilim kimə?!
Cənab Ağ zərrə qədər də həyəcanlanmadan dedi:
– Mən baĢa düĢmürəm, siz nə demək istəyirsiniz...
Tenardye onun sözünü kəsdi:
– Yazın, yazın! – Sonra yenə də sözünə davam etdi:
– ―Durmayıb gəl. Sən mənə çox lazımsan. Bu kağızı aparan adama tapĢırılmıĢ ki, səni mənim
yanıma gətirsin. Səni gözləyirəm. FikirləĢmə, gəl‖.
―Cənab Ağ‖ ona deyilən sözlərin hamısını yazdı. Lakin Tenardye sakit olmadı.
– Yox, ―fikirləĢmə, gəl‖ sözünü poz, o Ģübhələnə bilər ki, burada nəsə var, elə bir Ģey var ki, bu
barədə fikirləĢmək lazımdır.
―Cənab Ağ‖ bu iki sözün üstündən qələm çəkdi.
– Ġndi qol qoyun. Sizin adınız nədir?
Əsir qələmi masanın üstünə qoyub soruĢdu:
– Bu məktub kimə yazılıb?
– Siz özünüz bunu çox gözəl bilirsiniz. Qıza. Bu bayaq sizə deyildi.
Aydın görünürdü ki, Tenardye bu qızın adını söyləməyə çəkinir. O, ―Torağay‖, ―qız‖ deyirdi,
lakin onun adını demirdi. Bu, öz yoldaĢlarından sirrini gizlətmək istəyən dələduzun adi
ehtiyatkarlığı idi. Qızın adını söyləmək – bütün ―məsələnin‖ üstünü açmaq, bu məsələ haqqında
onlara lazım olandan artıq məlumat vermək deməkdi.
Tenardye sözünü təkrar etdi:
– Qol qoyun, Sizin adınız nədir?
Əsir:
– Urben Fabr, – deyə cavab verdi.
Tenardye piĢikcəsinə bir hərəkətlə tez əlini cibinə salıb, ―Cənab Ağ‖dan alınan burun yaylığını
çıxartdı. Yaylığın üstünə tikilmiĢ yazını tapıb Ģam iĢığına tutdu.
– U.F. Elədir, düz gəlir. Urben Fabr. YaxĢı da, məktubun altında ―U.F.‖ imzası yazın.
Əsir bunu da yazdı.
Tenardye:
– Bir əllə kağızı bükmək olmaz, – dedi, – verin mən büküm. Ġndi mənzilinizin ünvanını yazın,
―madmazel Fabrun‖ üstünə. Mən bilirəm ki, siz bu arada, Sen-Jak-dü-O-Pa kilsəsinin
yaxınlığında yaĢayırsınız, çünki hər gün günorta ibadətinə ora gedirsiniz, ancaq hansı küçədə
yaĢadığınızı bilmirəm. Mən görürəm ki, siz necə vəziyyətdə olduğunuzu baĢa düĢürsünüz. Bir də
əsl adınızı ki, gizlətmədiniz, belə güman etmək olar ki, ünvanınızı da gizlətməyəcəksiniz.
Ünvanınızı özünüz yazın.
Əsir bir anlığa düĢündü, sonra qələmi götürüb yazdı: ―Madmazel Fabr cənab Urben Fabrın
yanına, Sen-Dominik-d’Anfer küçəsində,
№ 17‖.
Tenardye, dərin həyəcan keçirən adam kimi, tez məktubu onun əlindən qapdı:
– Arvad!
Arvadı tələsə-tələsə gəldi.
– Bu, məktub. Özün bilirsən bunu neyləmək lazımdır. Fiakr aĢağıda hazırdır. Bu saat min get, tez
də geri qayıt.
Sonra əlibaltalı adama sarı dönüb belə bir sərəncam verdi:
– Əgər bu geyimdə olmaq istəmirsənsə, onda ev sahibəsini ötür. Fiakrın dal tərəfində oturarsan.
Arabanı harada qoyduğun yaxĢı yadındadırmı?
O da:
– Yadımdadır, – deyə cavab verdi.
Baltanı küncə qoyub Tenardye xalanın ardınca getdi.
Onlar otaqdan yenicə çıxmıĢdılar ki, Tenardye baĢını qapının arasından çıxarıb ucadan dedi:
– Bax, məktubu itirmə ha! Yadından çıxartma ki, iki yüz min frank pul aparırsan!
Arvadı xırıltılı səslə:
– Arxayın ol! – dedi. – Onu qoynuma qoymuĢam.
Heç bir dəqiqə də keçməmiĢdi ki, qamçı səsi eĢidildi, səs get-gedə yavaĢıdı və az sonra tamam
itib getdi.
Tenardye mızıldandı:
– Çox gözəl. Yaman qovurlar. Atları belə dördnala sürsələr arvad qırx beĢ dəqiqəyə qayıdıb
gələr.
Tenardye stulunu buxarıya sarı çəkib oturdu, əllərini döĢündə çarpazlayaraq, çirkli çəkməsinin
altını manqala yaxınlaĢdırıb dedi:
– Ayaqlarım lap dondu.
Ġndi Tenardyedən və əsirdən baĢqa otaqda ancaq beĢ quldur qalmıĢdı. Bu quldurlardan bəziləri
maska taxsa da, bəziləri də göstərəcəkləri qorxunun dərəcəsinə görə, üzlərinə qara yapıĢqan
sürtərək kömürçüyə, zənciyə, ya Ģeytana oxĢasalar da, qaĢ-qabaqlı və yuxulu görünürdülər. Hiss
olunurdu ki, onlar bu cinayəti daĢıdıqları vəzifəyə görə, heç bir ədavət və mərhəmət duymadan,
tələsmədən, könülsüz edirlər. Onlar heyvan kimi küncə toplaĢmıĢ və sakitləĢmiĢdilər. Tenardye
ayaqlarını qızdırırdı. Əsir yenə də sükuta dalmıĢdı. Bir az əvvəl vəhĢicəsinə hay-küylə dolan
zağanı indi bir sükut bürümüĢdü.
Yanan Ģam bu böyük, çirkli otağı güclə iĢıqlandırırdı; manqaldakı köz qaralırdı; quldurların
eybəcər baĢlarından divarlara, tavana qorxunc kölgələr düĢürdü.
Yalnız küncdə yatan sərxoĢ qocanın fısıltısı eĢidilirdi.
Marius intizar içində idi, onun təĢviĢi get-gedə artırdı. Bu müəmma indi daha anlaĢılmaz Ģəkil
almıĢdı. Tenardyenin ―Torağay‖ adlandırdığı ―o qız‖ kimdir? Olmaya bu, onun ―Ursulasıdır‖?
Əsir ―Torağay‖ sözünü eĢidərkən elə bil, özünü qətiyyən itirmədi, lap adicə cavab verdi: ―Mən
baĢa düĢmürəm siz nə demək istəyirsiniz!‖ Eyni zamanda, ―U‖ və ―F‖ hərflərinin mənası
aydınlaĢdı, onlar ―Urben Fabr‖ deməkdi; Ursula da indi daha əvvəlki Ursula deyildi. Mariusun
Ģüuruna xüsusilə bu, çox aydınca həkk olundu. Sanki, dəhĢətli bir sehr onu, bütün bu hadisəni
müĢahidə etmək üçün durduğu yerə mıxladı. Onun lap yaxınlığında baĢ verən bu alçaqlıq, sanki,
onu məhv etmiĢdi, o, sanki, tərpənmək və düĢünmək qabiliyyətini itirmiĢdi. O nəyəsə ümid
edərək, gözləyirdi, ancaq nəyə ümid etdiyini heç özü də bilmirdi, fikirlərini bir yerə toplamaq,
bir qərara gəlmək iqtidarında deyildi.
Marius düĢünərək öz-özünə deyirdi: ―Hər-halda, əgər ―Torağay‖ o qızsa mən, əlbəttə, onu
görəcəyəm, çünki Tenardyenin arvadı onu bura gətirəcək. Onda məsələ qət olunacaq. Lazım
olsa, mən nə canımı əsirgəyəcəyəm, nə qanımı, onu xilas edəcəyəm! Heç bir Ģeydən
çəkinməyəcəyəm!‖
Yarım saat keçdi. Tenardye, sanki, ağır düĢüncəyə dalmıĢdı. Əsir tərpənmirdi, necə vardı – elə
də uzanıb qalmıĢdı. Amma Marius bir neçə dəqiqə vardı ki, arabir əsir olan yerdən yüngül bir səs
gəldiyini eĢidirdi.
Birdən Tenardye dönərək əsirə dedi:
– Cənab Fabr, bir söz deyəcəyəm, yaxĢı yadınızda saxlayın.
Bu qısa cümlə bir məsələnin baĢlanğıcına oxĢayırdı. Marius diqqətini topladı.
Tenardye sözünə davam etdi:
– Bir az səbir edin. Mənim arvadım bu saat qayıdıb gələcək. Mən elə güman edirəm ki, Torağay,
doğrudan da, sizin qızınızdır, sizin yanınızda onun qalmasını da mən düzgün hesab edirəm.
Ancaq belə bir məsələ var. Mənim arvadım sizin məktubunuzu götürüb onun dalınca getdi. Mən
arvadıma tapĢırdım, elə geyinib keçinsin ki, xanım qız heç bir qorxuya düĢməsin, onunla gəlsin.
Bunu siz gördünüz. Onlar fiakra minəcək, mənim dostum da fiakrın dal pilləkənində duracaq.
Qarovulxananın ardında bir cüt yaxĢı at qoĢulmuĢ bir araba onları gözləyir. Sizin xanım qızı ora
aparacaqlar. Orada o, fiakrdan çıxacaq. Mənim dostum onu arabaya mindirəcək, özü də minəcək,
arvadım bura qayıdacaq, xəbər verəcək ki, bütün iĢlər görülüb‖. O ki qaldı sizin xanım qızınıza,
ona heç bir pislik edilməyəcək, araba onu elə bir yerə aparacaq ki, orada onun üçün rahatlıq
olacaq, elə ki siz bu baĢıbəlalı iki yüz mini verdiniz, onu qaytarıb sizin yanınıza gətirəcəklər.
Əgər sizin mərhəmətiniz üzündən məni tutsalar, onda mənim dostum ―Torağayı‖ məhv edəcək.
Vəssalam.
Əsir bircə kəlmə də demədi. Tenardye bir az susduqdan sonra əlavə etdi:
– Görürsünüz də, bu, çox adi məsələdir. Özünüz istəməsəniz, heç bir pislik olmayacaq. Buna
görə də bu Ģeyləri sizə deyirəm. ĠĢin nə yerdə olduğu haqda sizə xəbərdarlıq edirəm.
Tenardye sözünü kəsdi, lakin əsir dinmədi; Tenardye yenə sözə baĢladı:
– Elə ki arvadım gəlib, ―Torağay yoldadır‖, -dedi, biz sizi buraxacağıq, siz də evinizə
gedəcəksiniz, heç kəs sizə mane olmayacaq. Özünüz görürsünüz ki, bizim pis niyyətimiz yoxdur.
Mariusun təsəvvüründə dəhĢətli Ģeylər canlandı. Necə?! Yoxsa onlar oğurladıqları qızı bura
gətirməyəcəklər? Bu quldurlardan biri onu gecənin qaranlığında naməlum bir yerə aparacaq?
Hara aparacaq?.. Birdən bu qız Ursula oldu? Onun Ursula olduğundan Marius Ģübhələnmirdi.
Marius ürəyinin dayandığını hiss edirdi. Nə etmək lazımdır? AtəĢmi açmaq? Bu alçaqların
hamısını ədalət məhkəməsinin əlinəmi vermək? Lakin bununla qızı aparan o əlibaltalı dəhĢətli
adamı ələ keçirmək mümkün olmayacaq. Marius Tenardye deyən sözləri xatırladı, bu sözlərin
qanlı mənası ona aydın oldu. O demiĢdi: ―Əgər sizin mərhəmətiniz üzündən məni tutsalar – onda
mənim dostum Torağayı məhv edəcək‖.
Marius hiss edirdi ki, indi yalnız polkovnikin vəsiyyəti deyil, həm də sevgi, sevdiyi qızın üstünü
alan təhlükə onun əlini saxlayır.
Bu dəhĢətli vəziyyət bir saatdan çox idi ki, davam edirdi, baĢ verən hadisəni tez-tez onun
təsəvvüründə yeni bir Ģəkildə canlandırırdı. Mariusda baĢ verə biləcək ən qorxulu halları ardıcıl
surətdə düĢünüb təhlil etmək cəsarəti vardı. O, bir yol axtarırdı, lakin bu yolu tapa bilmirdi.
Onun fikirlərində əmələ gələn coĢqunluq bu quldurlar yuvasının qəbir sükutu ilə kəskin
ziddiyyət təĢkil edirdi.
Bayır qapının açılması, sonra da Ģaqqıltı ilə örtülməsi bu sükutu pozdu.
Kəndirlə çarpayıya bağlanmıĢ əsir qımıldandı.
Tenardye dedi:
– Budur, arvad da gəldi!
O, sözünü təzəcə deyib qurtarmıĢdı ki, doğrudan da, Tenardyenin arvadı içəri girdi: o, qıpqırmızı
qızarmıĢdı, tövĢüyürdü, nəfəsi tutulurdu, gözləri od kimi yanırdı. O, kök əllərini yambızlarına
vuraraq çığırırdı:
– Evin yerini düz verməyib.
Arvadın yanınca gedən quldur da onun ardınca içəri girib, dərhal baltanı götürdü.
Tenardye:
– Evin yerini düz verməyib? – deyərək, arvadının sözünü təkrar etdi.
– Orada heç kəs yoxdur! Sen-Dominik küçəsində, on yeddi nömrəli evdə heç bir cənab Urben
Fabr filan yaĢamır! Orada heç kəs belə bir adamı tanımır da! Nəfəsini dərmək üçün səsini kəsdi,
lakin elə o saat yenə sözə baĢladı:
– Ay sənə nə deyim, cənab Tenardye! Bu qoca səni ələ saldı, barmağına doladı! Sən həddən artıq
ürəyiyumĢaq adamsan! Sənin yerinə mən olsaydım, hər Ģeydən əvvəl, onun gözünün odunu
almaq üçünağız-burnunu yaxĢıca əziĢdirərdim, inad eləsəydi, diri-diri yandırardım! Onu məcbur
eləmək lazımdır ki, ağzını açsın, desin görək qız haradadır, öz yosmasını harada gizlədib! Bu iĢ
mənə tapĢırılsaydı, mən belə elərdim. Havayı yerə demirlər ki, kiĢi arvaddan çox-çox axmaqdır!
On yeddi nömrəli evdə heç kəs yoxdur! Bu, böyük darvazalı evdir. Sen-Dominik küçəsində heç
bir cənab Fabr filan yaĢamır! Mən də durub atları dəli kimi dördnala çapdırıram, sürücüyə araq
üçün pul verirəm!.. Gedib qapıçıdan da, qapıçı arvadından da soruĢuram, o, çox ağıllı arvaddı, –
heç onun sorağını da eĢitməyiblər!
Marius rahatca köksünü ötürdü! O qız, Ursulamı, ya Torağaymı - Marius indi onun adını heç
söyləyə də bilməzdi – xilas olmuĢdur.
Arvad dəlicəsinə bağırarkən Tenardye masanın yanında oturdu. O, sallanan sağ ayağını yelləyə-
yelləyə, bir neçə dəqiqə dinib- danıĢmadan, acıqlı-acıqlı, fikirli halda manqala baxdı.
Nəhayət, əsirə sarı dönüb ağır-ağır soruĢdu:
– Evin yeri düz verilməyib! Axı bununla sən nəyə ümid edirdin? – O danıĢanda, sanki, səsi
boğazında kin və ədavətlə qaynayırdı.
Əsir çığıraraq dedi:
– Mən istəyirdim vaxt keçsin! – Elə o saat da kəndirləri üstündən atdı - kəndir kəsilmiĢdi. Ġndi
əsirin ancaq bir ayağı yatağa bağlı qalmıĢdı.
Quldurlar göz açıb ―Cənab Ağ‖ın üstünə atılana kimi, o, buxarıya sarı əyildi, əlini manqala
uzadıb, yenə dikəldi. Tenardye də, arvadı da, quldurlar da onun kəndirdən azad olaraq, qorxunc
Ģəkildə ayağa qalxdığını, od kimi qızaran, məĢum iĢıq saçan iskənəni baĢı üstündə yuxarı
qaldırdığını görüb, cəld zağanın dib tərəfinə çəkildilər, dəhĢətdən donub qaldılar.
Qorbonun daxmasında baĢ verən cinayət sonralar məhkəmə tərəfindən tədqiq edilərkən, polis
basqını zamanı mansardda iki su pul tapıldığı da müəyyən edilmiĢdi; bu pul xüsusi Ģəkildə
girdələmə ortasından kəsilmiĢ, iki yerə bölünmüĢdü. Bu, katorqada çox ustalıqla düzəldilmiĢ,
katorqanın zülmət içində və zülmət üçün olan səbrindən meydana gəlmiĢ, oradan qaçmaq üçün
iĢlədilən əcaib Ģeylərdən biri idi. Əntiqə bir sənət məmulatı olan bu mənfur, həm də çox incə
düzəldilmiĢ bu Ģeylər – poeziyada oğru dili metaforları necə yer tutursa, bunlar da zərgərlik
iĢində elə yer tutur. Dilin öz Vilyonu olduğu kimi, katorqanın da eynən bu cür öz Benvenuto
Çellini var. Katorqadan azad olmaq arzusu ilə yaĢayan bədbəxt bir məhbus, baxırsan ki, bəzən
alətsiz-filansız, ancaq balaca bir bıçaqla, ya köhnə bir çilingər iskənəsilə bu pulu kəsir, nazikcə
lövhə Ģəklində iki yerə bölür, sikkəyə zərər yetirmədən bunların içini ovur, sonra bu iki lövhəni
yenə də ağız-ağıza qoyub bitiĢdirmək üçün onların qırağında bir neçə yiv düzəldir. Bu pul
istənilən zaman açılır və bağlanır. Bu, xırdaca qutudur. Bunun içində saat yayı gizlədirlər;
bacarıqlı bir adam bu yayla nə yoğunluqda olur olsun, hər zənciri, dəmir barmaqlığı kəsə bilir.
Belə zavallı məhbusa baxdıqda biz elə güman edirik ki, onun bircə su pulu var. Bu, qətiyyən belə
deyil: onun sahib olduğu bir su deyil, azadlıqdır. Sonrakı polis axtarıĢlarında iki su qiymətində
olan belə bir pul Tenardyenin zağasından tapılmıĢdı; pulun hər iki lövhəsi bir-birindən açılmıĢ
halda, pəncərə yanındakı çarpayının altına düĢübmüĢ. Eyni zamanda, pulun içərisinə yerləĢən
mavi rəngli, xırdaca, polad bir miĢar da tapılmıĢdı. Quldurlar əsirin üst-baĢını axtaranda,
görünür, o, imkan tapıb pulu əlində gizlədibmiĢ. Onun sağ qolunu kəndirdən azad edən kimi, o,
dərhal pulu açmıĢ, miĢarı oradan çıxarmıĢdır, bu miĢarla da kəndirləri kəsmiĢdir.
Mariusun eĢitdiyi yüngülcə səs və güclə sezilən hərəkət də bununla izah edilir.
Əsir əyilərək sirrini büruzə verməkdən qorxduğu üçün sol ayağının ipini kəsə bilməmiĢdi.
Quldurlar qorxaraq, geri çəkilsələr də, tez özlərinə gəldilər.
Nəhayət, HəĢərat Tenardyeyə sarı dönərək dedi:
– Narahat olma, onun hələ bir ayağı bağlıdır, o, bizim əlimizdən qaçıb qurtara bilməyəcək. Mən
buna söz verə bilərəm. Onun ayağını mən özüm bağlamıĢam:
Bu yerdə əsirin səsi ucaldı:
– Siz alçaq adamsınız, ancaq mənim həyatım bu qədər mübarizə edilməsinə dəyməz. Əgər siz elə
güman edirsiniz ki, məni demək istəmədiyimi deməyə, yazmaq istəmədiyimi yazmağa məcbur
etmək olar, onda...
Əsir sol qolunu çırmayıb, əlavə etdi:
– Budur, baxın!
Bunu deyərək, sağ əlini qabağa uzatdı, ağac dəstəyindən tutduğu, od kimi parıldayan iskənəni
çılpaq qolunun üstünə qoydu.
Yanan ətin çatırdısı eĢidildi, çardaq iĢgəncə kamerası qoxusu ilə doldu. DəhĢətdən ağlını itirən
Mariusun qıçları büküldü, hətta quldurlar da sarsıldılar. Lakin bu qəribə qocanın üzündə zərrə
qədər də dəyiĢiklik görünmədi. Pul kimi qızarmıĢ dəmir onun tüstü çıxan əlini yandıra-yandıra
daha dərinə gedirdi. O, kinsiz, aydın bir nəzərlə sakit-sakit, həm də əzəmətlə Tenardyeyə baxdı:
onun çəkdiyi əzab bu baxıĢın yüksək aydınlığında əriyib gedirdi.
Qüvvətli təbiətə malik olan nəcib Ģəxslər cismani ağrının qurbanı olarkən, bədənin və hissin
qiyamı onların ruhunu açılmağa, özünü əzab çəkən bu adamın alnında büruzə verməyə təhrik
edir; əsgər qiyamı da bu qayda ilə komandiri meydana çıxmağa məcbur edir.
Əsir:
– Bədbəxtlər, – dedi, – mən sizdən qorxmuram, siz də məndən qorxmayın.
O, sərt bir hərəkətlə iskənəni qolunun yanan ətindən çıxartdı, hələ də açıq qalan pəncərədən
bayıra atdı. Bu dəhĢətli, odlu alət gecənin qaranlığında fırlana-fırlana gözdən itdi və haradasa
qara düĢərək söndü.
Əsir sözünə davam edərək:
– Ġndi nə istəyirsiniz eləyin, – dedi.
Ġndi onun əlində heç bir Ģey yox idi.
Tenardye çığırdı:
– Tutun onu!
Quldurların ikisi əsirin çiyinlərindən yapıĢdı, dodaqlarını tərpətmədən danıĢan maskalı adam
onun qabağında durdu: əsir bir balaca tərpənsəydi, açarla onun kəlləsini dağıdacaqdı.
Elə bu anda Marius aĢağıda, divarın o üzündə iki adamın astadan danıĢdığını eĢitdi. Bu adamlar
divara o qədər yaxındı ki, Marius onları görə bilmədi. Onlar deyirdi:
– Bircə yol qalır.
– Vurub öldürmək?
– Əlbəttə.
DanıĢan Tenardye ilə arvadı idi.
Tenardye ağır-ağır masaya yaxınlaĢdı, masanın siyirtməsindən bir bıçaq çıxartdı.
Marius həyəcan içində tapançanın dəstəyini sıxırdı. Bu, əfvedilməz bir tərəddüd idi! Budur, bir
saatdı ki onun qəlbindən iki səs gəlirdi: bu səsdən biri onu atasının vəsiyyətinə hörmət etməyə
çağırır, o birisi əsirə yardım göstərməyi tələb edirdi. Ardı-arası kəsilməyən bu səslər mübarizəsi
ona olmazın əzab verirdi. Bu vaxta qədər o, ümid edirdi ki, bu iki vəzifəni bir-birilə
uyğunlaĢdırmağa imkan tapacaqdır, lakin belə bir imkan görünmürdü. Əksinə, təhlükə get-gedə
yaxınlaĢırdı, gözləməyə vaxt qalmırdı.
Tenardye əlində bıçaq əsirdən bir neçə addım kənarda duraraq, nəsə fikirləĢirdi.
Marius ĢaĢqın halda ətrafına baxırdı: insan ümidsiz hala düĢəndə qeyri-Ģüuri olaraq buna, bu son
vasitəyə əl atır.
Birdən o diksindi.
Lap onun ayağı altında, masanın üstündə, bədrlənmiĢ ayın parlaq iĢığı bir vərəq kağızın üstünə
düĢmüĢdü, sanki, onu Mariusa göstərirdi. Mariusun gözünə iki kəlmə söz sataĢdı:
Tulalar gəldi
Bu sözləri bu gün səhər Tenardyenin böyük qızı iri hərflərlə həmin kağıza yazmıĢdı.
Mariusun ağlına qəfildən bir fikir gəldi: o, bayaqdan bəri ona əzab verən dəhĢətli bir məsələni,
həm qatilə aman vermək, həm də əsiri xilas etmək məsələsini həll etmək üçün axtardığı vasitəni
tapmıĢdı. Komodun üstündən düĢməyərək, diz çökdü, əlini uzadıb kağızı masanın üstündən
götürdü, üsulca divarın suvağından bir parça qopartdı, kağızı suvağa büküb divarın deĢiyindən
zağanın ortasına atdı.
Bu da lap vaxtına düĢdü: Tenardye sonuncu qorxu və Ģübhəsinə qalib gələrək, əsirə sarı gedirdi.
Tenardyenin arvadı çığıraraq dedi:
– Nəsə düĢdü!
Tenardye soruĢdu:
– Nə oldu?
Arvadı tez cumub, kağıza bükülmüĢ suvağı götürdü, ərinə verdi.
Tenardye buna təəccüb etdi:
– Bu haradan bura düĢdü?
Arvadı izah etdi:
– Qəribə adamsan, səncə, bu haradan düĢə bilər? Əlbəttə, pəncərədən.
HəĢərat:
– Mən onun içəri düĢdüyünü gördüm, – dedi.
Tenardye tez vərəqi açıb Ģam iĢığına tutdu.
– Eponinanın xəttidir. Məlunlar!
Arvadını iĢarə ilə yanına çağırdı, arvadı tələsə-tələsə onun yanına gəldi; Tenardye kağızda
yazılan sözləri ona göstərdi. Sonra boğuq səslə əlavə etdi:
– Cəld olun! Nərdivan! Yem tələdə qalır, özümüz əkilirik!
Tenardyenin arvadı soruĢdu:
– Bunu öldürməyib gedək?
– Ġndi bununla məĢğul olmağa vaxt yoxdur.
HəĢərat soruĢdu:
– Buradan necə gedəcəyik?
Tenardye:
– Pəncərədən çıxacayıq! – deyə cavab verdi. – Eponina ki, pəncərədən daĢ atıb, deməli, ev bu
tərəfdən mühasirəyə alınmayıb.
Maskalı adam əlindəki iri açarı yerə qoydu, əllərini yuxarı qaldırıb yumruğunu üç dəfə açıb
bükdü. Bununla, sanki, gəmi komandasına fəlakət üz verdiyini xəbər verirdi. Əsiri tutan
quldurlar dərhal onu buraxdılar, kəndir nərdivanı bir anda pəncərədən sallayıb, onun iki dəmir
qarmağını pəncərə qırağına keçirdilər.
Əsir bu Ģeylərə heç fikir vermirdi; o, sanki, nəsə düĢünür, ya da dua edirdi.
Nərdivan hazır olan kimi, Tenardye çığırdı:
– Arvad, gedək! – deyib, özünü pəncərəyə verdi.
Ayağını pəncərədən aĢıran kimi HəĢərat kobudca onun yaxasından yapıĢdı.
– Elə zarafat yoxdur, qoca tülkü! Bizdən sonra!
Quldurlar çığırıĢdı:
– Bizdən sonra!
Tenardye onlara öyüd verməyə baĢladı:
– UĢaqlıq eləməyin! Vaxtımız gedir! Fironlar indi haxlar bizi!
Quldurlardan biri təklif etdi:
– Gəlin püĢk ataq, görək, kim əvvəl düĢsün.
Tenardye bağırdı:
– Siz nə edirsiniz, baĢınıza hava gəlib nədi? Dəli olmamısınız ki? Belə də gic adamlar olar? Vaxt
itirmək! PüĢk atmaq! Necə buyurursunuz, yaĢ barmaqla? Saman çöpü ilə? Ya, bəlkə, adımızı
yazaq? Kağızları papağımıza qoyaq?
Kim isə astanadan çığırdı:
– Bəlkə, mənim Ģlyapam sizə yaradı?
Hamı dönüb baxdı. Bu sözü deyən Javerdi.
O, əlində tutduğu Ģlyapasını gülümsəyə-gülümsəyə quldurlara sarı uzadırdı.
ĠYĠRMĠ BĠRĠNCĠ FƏSĠL.
HəmiĢə zərər çəkən adamı tutmaqla iĢə baĢlamaq lazımdır.
Hava qaralan kimi Javer öz adamlarını lazımı yerlərə qoydu, özü isə bulvarın o biri tərəfində,
Qobelenlər qarovulxanası küçəsində, ağacların arxasında, Qorbo daxması ilə üzbəüz bir yerdə
gizləndi. O, hər Ģeydən əvvəl, qızları ―torbaya salmaq‖ istəyirdi. Zağaya gələn yolların keĢiyini
çəkmək onlara tapĢırılmıĢdı. Lakin o ancaq Azelmanı ―yaxalaya‖ bildi. O ki qaldı Eponinaya, o,
öz yerində yox idi, qaçıb getmiĢdi, onu tuta bilmədi. Javer bu iĢi qurtardıqdan sonra daha
pusqudan çıxmadı, tapança səsini gözləməyə baĢladı. Fiakrın getməsi, sonra da qayıdıb gəlməsi
onu çox təĢviĢə saldı. Axırda onun səbri tükəndi; o, evə girən quldurlardan bəzisini tanımıĢdı,
bundan da belə nəticə çıxarmıĢdı ki, düz ―yuva‖nın üstünə gəlib çıxıb, onun ―bəxti gətirmiĢdi‖;
bu qərara gəldi ki, güllə atılmasını gözləməsin, yuxarı qalxsın.
Marius bayır qapının açarını ona vermiĢdi, bu, əlbəttə, oxucuların yadındadır.
Javer lap vaxtında gəlmiĢdi.
Quldurlar bayaq qaçmaq istəyəndə hərəsi silahını bir tərəfə atmıĢdı, indi isə Javeri görüb
qorxmuĢ, yenə hər kəs öz silahına əl atmıĢdı. Bir az sonra bu dəhĢətli adamlar, bu yeddi quldurun
yeddisi də artıq müdafiə vəziyyətində durmuĢdu: birinin əlində balta, birinin açar, birinin
dəyənək vardı, o birilər də kimi maĢa, kimi kəlbətin, kimi çəkic götürmüĢdü; Tenardye bıçağın
dəstəyini əlində sıxırdı. Arvadı isə bucaqda atılıb qalan böyük bir daĢı qaldırıb əlində tutmuĢdu,\
– onun qızları bu daĢın üstündə bir oturacaq kimi oturardı.
Javer yenə də Ģlyapasını baĢına qoydu, əl ağacını qoltuğunun altına qoyaraq, qollarını döĢündə
çarpazladı, qılıncını qınından çıxarmadan iki addım qabağa yeridi.
Çığıraraq dedi:
– Durun, yerinizdən tərpənməyin! Pəncərədən çıxmaq olmaz. Qapıdan çıxın. Bu, daha yaxĢı olar.
Siz yeddi nəfərsiniz, biz on beĢ. Nahaq yerə dava-dalaĢ salmayın, gəlin iĢi yaxĢılıqla qurtaraq.
HəĢərat qoynunda gizlətdiyi tapançanı çıxarıb Tenardyeyə verərək, qulağına pıçıldadı:
– Bu, Javerdir. Buna mən cəsarət edib güllə ata bilmərəm. Sən necə?
Tenardye:
– O, nə itdi ki?! – deyə cavab verdi.
– Onda sən vur!
Tenardye tapançanı alıb Javerin üstünə qaldırdı.
Javer ondan üç addım kənarda idi; o, diqqətlə Tenardyeyə baxıb, ancaq bu sözləri dedi:
– Atma. Atsan da tapança açılmayacaq.
Tenardye çaxmağı çəkdi. Tapança açılmadı.
Javer ona dedi:
– Mən axı sənə dedim açılmayacaq.
HəĢərat öz dəyənəyini Javerin ayağı altına atdı.
– Görünur, sən Ġblissən! Təslim oluram!
Javer o biri quldurlara sarı dönüb soruĢdu:
– Siz necə?
– Biz də!
Javer sakitcə əlavə etdi.
– Bax, buna varam, iĢ belə olar. Mən axı sizə dedim ki, iĢi yaxĢılıqla qurtarmaq lazımdır.
HəĢərat yenə danıĢdı:
– Sizdən ancaq bir Ģeyi xahiĢ eləyirəm: nə qədər ki, bir adamlıq damda oturacağam məni papiros
çəkməkdən məhrum eləməsinlər.
Javer:
– YaxĢı, – deyib döndü, üzünü qapıya sarı tutaraq çığırdı.
– Vaxtdır, gəlin!
Əllərində siyrilmiĢ qılınc tutan bir dəstə qarovulxana keĢikçisi, kastet və gödək dəyənəklə
silahlanmıĢ polis nəfərləri Javerin çağırıĢı ilə içəri girdi. Quldurların əl-qolunu bağladılar.
Tenardyenin bir Ģamla iĢıqlanan zağası bu qədər adamın toplaĢmasından lap qaranlıqlaĢdı.
Javer:
– Hamısının əllərini qandallayın! – deyə sərəncam verdi.
Birdən kiminsə səsi eĢidildi, bu nə kiĢi, nə də arvad səsi idi:
– Hünəriniz var, yaxın gəlin!
Bu, pəncərənin yanında, bucaqda duran Tenardye xalanın nəriltisi idi.
Polis iĢçiləri və qarovulxana keĢikçiləri geri çəkildi.
Tenardyenin arvadı Ģalı çiynindən atmıĢdı, lakin, Ģlyapası baĢında idi. Əri onun arxasında
büzüĢüb durmuĢdu, arvadının Ģalı altında lap azca görünürdü. Arvadı öz bədəni ilə onun qabağını
kəsmiĢdi; o, qayanı qoparıb atmaq istəyən bir azman kimi, daĢı yuxarı qaldırıb yellədirdi.
Çığıraraq dedi:
– Özünüzü gözləyin!
Hamı qapıya sarı gerilədi. Çardağın ortası dərhal boĢaldı.
Tenardye xala əl-qolunun bağlanmasına yol verən quldurlara baxıb, xırıltılı, boğuq səslə
mızıldadı:
– Ay qorxaqlar!
Javer gülümsəyərək, düz otağın boĢalmıĢ hissəsinə getdi, otağın bu hissəsi Tenardye xalanın
ciddi müĢahidəsi altında idi.
Arvad bağıraraq dedi:
– Yaxın gəlmə! Çəkil! Yoxsa baĢını əzərəm!
Javer:
– Bu nə yekəpər Ģeydir, – dedi, – anacan, sənin kiĢi saqqalın varsa, mənim də arvad dırnağı kimi
dırnağım var.
Javer yenə də qabağa gedirdi.
Tenardye xalanın saçları dağılmıĢ, qorxunc Ģəklə düĢmüĢdü; o, qıçlarını aralı qoyaraq, özünü
geri verdi, var qüvvəsilə daĢı Javerin üstünə atdı. Javer aĢağı əyildi. DaĢ onun üstündən keçib,
dal divara dəydi, divardan bir iri parça suvaq qopardıb geri sıçradı, indi boĢ olan otağın içindən
keçib Javerin yanına düĢdü.
Javer bir anda özünü Tenardye ilə arvadına yetirdi. Onun iri əllərindən biri arvadın çiyninə, biri
də Tenardyenin baĢına dəydi.
Çığıraraq dedi:
– Əl qandallarını gətirin!
Polis iĢçiləri dəstə ilə yenə otağa girdi, bir anda Javerin əmri yerinə yetirildi.
Bu, Tenardye xalanın vüqarını sarsıtdı. O, həm öz əlinə, həm də ərinin əlinə vurulan qandala
baxıb döĢəməyə yıxıldı, hönkürtü ilə ağlaya-ağlaya çığırdı:
– Mənim qızlarım, mənim qızlarım hanı?!
Javer:
– Onlar damdadır, – deyə cavab verdi.
Bu arada polis iĢçiləri qapının yanında yatan sərxoĢu görüb, itələyə-itələyə oyatdılar.
SərxoĢ yuxulu-yuxulu mızıldadı:
– Jondret, iĢi qurtardınmı?
Javer:
– Hə, qurtarmıĢıq, – dedi.
Ġndi əliqandallı altı quldur ayaq üstə durmuĢdu, onlar hələ də gözəgörünən teyfə bənzəyirdi, hələ
də üçünün üzü qaralı, üçü də maskada idi.
Javer əmr etdi:
– Maskaları çıxartmayın!
Sonra eynən Potsdam rəsmi keçidində əsgər hissələrini gözdən keçirən II Fridrix kimi bu bir
dəstə adama nəzər saldı, üç nəfər ―bacatəmizləyənə‖ dönüb dedi:
– XoĢ gördük, HəĢərat! XoĢ gördük, Kəllə! XoĢ gördük Ġki Milyard!
Bundan sonra da maska taxmıĢ adamlara dönərək, əvvəl baltalı adamı, sonra dəyənəkli adamı,
daha sonra qarnında danıĢanı salamladı:
– XoĢ gördük, Tüfeyli!
– XoĢ gördük, Babet!
– Salam, GeçəquĢu!
Javer bu zaman əsiri gördü: polis iĢçiləri bura gələndə o, bircə kəlmə də söz söyləməmiĢ, baĢını
aĢağı salıb durmuĢdu.
Javer əmr etdi:
– Bu cənabın ayağını açın! Heç kəs getməsin!
Sonra vüqarla masanın arxasında oturdu; Ģam ilə mürəkkəbqabı hələ də masanın üstündə idi;
cibindən bir vərəq gerbli kağız çıxarıb, sorğu-suala baĢladı.
HəmiĢə eyni Ģərti ifadələrlə baĢlanan ilk sətirləri qeyd edərək, baĢını qaldırdı.
– Bu cənabların bağladığı cənabı gətirin, – dedi.
Polis iĢçiləri yan-yörəsinə baxdı.
Javer soruĢdu:
– Nə olub? O hanı?
Quldurların əsiri olan ―Cənab Ağ‖, cənab Urben Fabr, Ursulanın, ya da Torağayın atası yox idi.
Qapı qorunurdu, amma pəncərə yaddan çıxmıĢdı, əsir özünü sərbəst hiss edən kimi, oradakı səs-
küydən, qarma-qarıĢıqdan, basabasdan, qalıqdan, diqqətin bir anlığa ondan yayınmasından,
Javerin protokolla məĢğul olmasından istifadə edərək, pəncərədən atılıb qaçmıĢdı.
Polis iĢçilərindən biri yüyürüb, küçəyə baxdı, heç kəsi görmədi.
Kəndir nərdivan hələ də yellənirdi.
Javer narazı halda dedi:
– Belə də iĢ olar?! Görünür, o, bunların hamısından betərmiĢ!
ĠYĠRMĠ ĠKĠNCĠ FƏSĠL.
Kitabımızın ikinci hissəsində ağlayan uĢaq.
Xəstəxana bulvarındakı evdə baĢ verən və bizim təsvir etdiyimiz hadisənin ertəsi günü bir uĢaq
bulvarın sağ tərəfindəki xiyabanla yuxarı qalxırdı, görünür, o, Austerlits körpüsündən
Fonteneblo qarovulxanasına sarı gedirdi.
Hava qaralmıĢdı. Cındır paltarlı, solğun bənizli, arıq bir uĢaqdı. Fevral ayı idi, amma o, kətan
Ģalvar geymiĢdi. UĢaq səsi yetdikcə nəğmə oxuya-oxuya gedirdi.
Kiçik Bankir küçəsinin tinində bir qarı əyilərək, fənər iĢığında zibil yığını eĢələyirdi; uĢaq
oradan keçəndə qarını itələdi, elə o saat da çığıraraq, geri atıldı:
– Gör ha! Mən elə bildim ki, bu iri, çox iri bir itdir!
Bu ―çox iri‖ sözünü daha artıq istehza ilə söylədi; bunu, mənaya daha yaxın olaraq, baĢ hərflərlə
―ÇOX ĠRĠ‖ Ģəklində ifadə etmək olar.
Qarı bərk acıqlandı, bədənini bir az dikəldərək, deyinə-deyinə dedi:
– Ay səni görüm dara çəkiləsən! Əvvəlki gücüm indi olsaydı, mən bilərdim sənə neylərdim!
Lakin uĢaq indi ondan xeyli kənarda idi.
O:
– Tut, tut! – deyə qarıyla öcəĢməyə baĢladı. – Sən ki belə deyirsən, onda mən yanılmamıĢam!
Qarı acığından boğula-boğula bədənini lap dikəltdi; bu zaman fənərin qırmızıya çalan iĢığı düz
onun üzünə düĢdü: onun üzü arıqdı, solğundu, ağzının bucaqlarına qədər qırıĢmıĢdı, bu qırıĢlar
qaz ayağını xatırladırdı. Qaranlıq onu hər tərəfdən bürümüĢdü, bircə baĢı görünürdü. Elə zənn
etmək olardı ki, qocalığın qorxunc surəti iĢıqla hərəkətə gələrək, gecənin zülmətindən baĢ
qaldırmıĢdı. UĢaq ona diqqətlə baxaraq dedi:
– Xanım, sizin gözəlliyiniz mənim xoĢuma gələn gözəllikdən deyil.
Yenə də aĢağıdakı nəğməni oxuya-oxuya yoluna düzəldi:
Bizim kral-uzundraz.
Qırma-barıt aldı bir az.
Getdi sağsağan ovuna.
Bunu oxuyub susdu. Bu anda o, 50/52 nömrəli evə gəlib çatmıĢdı; qapını bağlı görüb, ayaqları
ilə döyməyə baĢladı. Ətrafa boğuq bir uğultu yayıldı: əslində, bu səsi salan onun kiçik ayaqları
deyil, geydiyi uzunqunc kiĢi çəkməsi idi.
Kiçik Bankir küçəsi tinində rast gəldiyi qarı da fəryad edə-edə, qəzəblə əl-qolunu yelləyə-
yelləyə, bağıra-bağıra onun ardınca gəlirdi:
– Nə olub? Nə olub? Pərvərdigara! Qapını sındırırlar! Evi dağıdırlar!
Qapıya vurulan zərbələrin arası kəsilmirdi.
Qarı boğazını yırtırdı:
– Heç indiki evlər belə zərbələrə davam gətirə bilər?
Qarı birdən susdu. O, qameni tanımıĢdı.
– Bu ki bizim balaca Ģeytandır!
UĢaq da dedi:
– Hə! Bu ki bizim qarıdır! XoĢ gördük, Deyinciyəz! Mən öz əcdadımı görməyə gəlmiĢəm.
Qarı hiddəti bədahətən gözəl bir Ģəkildə əks etdirdi, bununla da çirkinliyi və qocalığı büruzə
verərək, üz-gözünü pis-pis qırıĢdırdı, ancaq çox təəssüf ki, onun bu məharəti qaranlıqda itib-
batdı.
Qarı dedi:
– Evdə heç kəs yoxdur, ay üzünün həyası tökülmüĢ!
UĢaq həyəcanla:
– Belə də Ģey olar?! – dedi, – bəs atam hanı?
– Fors dustaqxanasında.
– Gör ha! Bəs anam?
– Sen-Lazarda.
– Belə de! Bəs bacılarım?
– Madlonetdə.
UĢaq qulağının ardını qaĢıdı, Deyingən qarıya baxıb, ah çəkdi:
– Eh... eh!..
Sonra dabanları üstə döndü; bir az sonra, hələ də qapı ağzında duran qarı onun qaranlıqda, qıĢ
küləyi ilə əsən qarağacların altı ilə gedə-gedə təmiz uĢaq səsi ilə bu nəğməni oxuduğunu eĢitdi:
Bizim kral-uzundraz.
Qırma-barıt aldı bir az.
Qalxıb ağac ayağına.
Getdi sağsağan ovuna.
Kimin gözü yolda qaldı.
Ondan iki su pul aldı.
BĠRĠNCĠ FƏSĠL.
YaxĢı biçilib.
Ġyul inqilabına bilavasitə bağlı olan 1831 və 1832-ci illər tarixin ən qəribə, ən orijinal
səhifələrindən birini təĢkil edir. Bu iki il həm özündən əvvəlki, həm də sonrakı illər arasında iki
dağ silsiləsi kimi nəzərə çarpır. Bu illərdə inqilabi əzəmət duyulur, uçurumlar görünür. Xalq
kütlələri, mədəniyyətin əsasları, bir-biri üstə çökən və bir-biri ilə bitiĢən mənafelərin qalın
təbəqəsi, qədim fransız formasiyasının əsrlər boyu davam edən xüsusiyyətləri hər an sistemlərin,
ehtirasların, nəzəriyyələrin tufanlı buludları altında gah meydana çıxır, gah da yox olur. Bu
meydana çıxan və yox olan vəziyyətlər ―müqavimət‖ və ―iğtiĢaĢ‖ adlandırılmıĢdır. Bunlar insan
qəlbinin iĢığı olan həqiqət iĢığı ilə ara-sıra iĢıqlanır.
Bu qəribə dövr dar bir çərçivə içərisində olduğundan və bizdən xeyli uzaqlaĢdığından indi onun
əsas cəhətlərini görə bilmək asan deyil.
Bunu izah etməyə çalıĢaq.
Restavrasiya çətin müəyyən edilən elə bir aralıq dövrlərdən idi ki, orada yorğunluq, qarıĢıq,
uğultu, narazılıq, yuxu, təĢviĢ olduğu aydınca nəzərə çarpırdı, baĢqa sözlə desək, bu, böyük
millətin dayanıb, istirahət etməsindən baĢqa bir Ģey deyildi. Belə dövrlər xüsusi dövrlərdir; bu
dövrlər onlardan faydalanmaq istəyən siyasətçiləri aldadır. Millət əvvəlcə ancaq istirahət tələb
edir; hamı bir Ģeyin həsrətini çəkir ki, o da sülhdür; hamının bir arzusu olur ki, o da kiçilmək
arzusudur. Bu, rahat yaĢamaq deməkdir. Böyük hadisələr, böyük təsadüflər, böyük təĢəbbüslər,
böyük adamlar deyirsiniz - acizanə təĢəkkürlər edirik – bunlardan çox gördük, bəsdir daha, cana
gəldik. Bu elə bir dövr idi ki, insanlar Sezarı Pruzi ilə, Napoleonu kral Ġveto ilə əvəz etməyə
hazır Ģəkildə deyərdilər: ―Bu kral Ġveto nə yaxĢı, nə təvazökar kralmıĢ!‖ Lap səhər açılandan yol
gedilir, indi uzun və ağır gün qurtarmıĢ, axĢam olmuĢdur; ilk mənzil Mirabo ilə gedildi, ikinci
mənzil Robespyerlə, üçüncü mənzil Bonapartla; hamı əldən düĢmüĢdür, hamı yataq istəyir.
YorulmuĢ mücahidlik, qocalmıĢ qəhrəmanlıq, doymuĢ Ģöhrətpərəstlik, qazanılmıĢ dövlət bir Ģey
axtarır, bir Ģey tələb edir, bir Ģey üçün yalvarır, bir Ģey uğrunda əlləĢir – o Ģey nədir? Sığınacaq
yeri! Onlar bunu tapırlar. Onlar sülhü, istirahəti, asayiĢi əlavə etməyə çalıĢırlar. Onlar bundan
razıdırlar.
Eyni zamanda, bəzi faktlar meydana çıxır; bu faktlar öz tələbini irəli sürür, həm də qapını
döyürlər. Bu faktları inqilablar, müharibələr yaratmıĢdır; bu faktlar var, bu faktlar mövcuddur,
cəmiyyətdə onların öz yerini tutmağa haqqı vardır, onlar öz yerini tuturlar. Faktlar çox vaxt
prinsiplər üçün ancaq mənzil hazırlayan qoĢun mənzilçisi və tədarükçüsü hökmündə olurlar.
Onda siyasi mütəfəkkirlər qarĢısında belə bir vəziyyət əmələ gəlir.
YorulmuĢ insanlar istirahət tələb etdiyi bir zamanda baĢ vermiĢ faktlar təminat tələb edir.
Ġnsanlara istirahət necə lazımdısa, faktlara da təminat elə lazımdır.
Bu həmin Ģeydir ki, Ġngiltərə protektoratdan sonra Stüartlardan tələb edirdi; bu həmin Ģeydir ki,
Fransa imperiyadan sonra Burbonlardan tələb edirdi.
Bu təminatlar zamanın tələbidir. Ġstəsən də, istəməsən də bunlarla razılaĢmaq lazımdır. Krallar
bu təminatları ―bəxĢ edirlər‖, əslində, bunları verən vəziyyətin hökmüdür. Həqiqət böyük və
faydalı Ģeydir, lakin bunun belə olduğunu Stüartlar 1660-cı ildə heç güman etmirdilər, hətta bu,
1814-cü ildə Burbonların da heç ağlına gəlmədi.
Napoleonun süqutundan sonra Fransaya qayıdan və məhv olmağa məruz qalan sülalə bir Ģeyə
inanırdı, bu, onu fəlakətə sürükləyən bir sadəlövhlükdü: onlar inanırdı ki, təminatı onlar bəxĢ
edirlər, onlar da geri götürə bilərlər; onlar inanırdı ki, Burbonlar sülaləsi müqəddəs hüquqa
malikdir, Fransanın heç bir hüququ yoxdur, XVIII Lüdovikin əta etdiyi siyasi hüquqlar
Burbonlar sülaləsi tərəfindən qırılmıĢ, xalqa mərhəmətlə bəxĢ edilmiĢ müqəddəs hüququn ancaq
bir budağıdır, kral nə vaxt istəsə bunu geri ala bilər. Lakin bu bəxĢiĢ narazılığa səbəb oldu,
Burbonlar bircə elə bundan hiss etməli idilər ki, bu bəxĢiĢi onlar verməmiĢlər.
Burbonlar on doqquzuncu əsrdə qaĢqabaqlı idilər. Millətin hər bir yeni yüksəliĢində onlar
mısmırıqlarını sallayırdılar. Onlar özülərini ―tox tuturdular‖ – bu, çox iĢlənən ifadədən, yəni çox
dürüst olan xalq ifadəsindən biz də istifadə edək. Xalq bunu görürdü.
Burbonlar sülaləsi elə bilirdi ki, qüvvətlidir, çünki Ġmperiya onun qarĢısından teatr dekorasiyası
kimi yox olmuĢdu. Lakin özünün də bu Ģəkildə meydana gəldiyini hiss etmirdi. O da Napoleonu
meydandan çıxaran əllərdə idi, lakin o, bunu görmürdü.
O, elə zənn edirdi ki, kökü vardır, çünki keçmiĢi vardır. Lakin o yanılırdı: o, keçmiĢin ancaq bir
hissəsi idi; keçmiĢ – Fransa idi. Fransa cəmiyyətinin kökü Burbonlarda deyil, millətdə idi. Gözə
görünməyən və yaĢamağa çox qabil olan bu köklər bir ailənin malı deyildi, bu, xalqın tarixi idi.
Bu köklər hər yerə gedirdi, ancaq taxtın altına getmirdi.
Burbonlar xanədanı Fransa üçün Fransa tarixinin möhtəĢəm və qanlı mərkəzi idi; lakin o, artıq
Fransa taleyinin nə mühüm bir ünsürü, nə də Fransa siyasətinin zəruri bir əsası idi. Burbonlarsız
da keçinmək olardı; iyirmi iki il onlarsız keçindilər; burada bir nöqsan vardı, belə bir nöqsanın
olacağını onlar heç güman etmirdilər. Bir də ki, bunu onlar haradan güman edə bilərdi: onlar elə
zənn edirdi ki, XVII Lüdovik 9 termidorda, XVIII Lüdovik Marenqo ətrafında gedən vuruĢma
günü hökmdarlıq etmiĢdir. Tarixin lap ilk günündən hökmdarlar hadisələr qarĢısında, həm də bu
hadisələrin daxilində olan və onların elan etdiyi ilahi hakimiyyət məsələləri qarĢısında bu qədər
kor olmamıĢlar! Hələ indiyə qədər ―kralların haqqı‖ deyilən bu çürük dünyanın tələbləri ali
hüququ bu dərəcə inkar etməmiĢdi.
Burbonların bu mühüm səhvi o yerə gətirib çıxartdı ki, onlar 1814-cü ildə ―bəxĢ etdiyi‖ təminata,
onların dediyi ―güzəĢtə‖ yenə də əl qatmalı oldular. Təəssüfə layiq bir hadisə! O Ģeyi ki onlar
―güzəĢt‖ hesab edirdilər , o, bizim fütuhatımız idi; o Ģeyə ki onlar ―qanunsuz qəsb‖ deyirdilər , o,
bizim qanuni haqqımız idi.
Onların fikrincə, vaxt gəlib çatmıĢdı: Restavrasiya Napoleonu məğlub etdiyini, ölkədə lazımınca
əsaslandığını təsəvvür edərək, yəni öz gücünə və möhkəmliyinə inanaraq, qəfildən qərar qəbul
etdi, zərbə endirmək üçün cürətləndi. Bir səhərçağı Fransa ilə üz-üzə durdu, səsini qaldıraraq,
xalq hüququnu və Ģəxsiyyət hüququnu – millətin baĢ rəhbərliyini, vətəndaĢın azadlığını inkar
etməyə baĢladı, baĢqa sözlə desək, millətdən – milləti millət edən Ģeyi, vətəndaĢdan – vətəndaĢı
vətəndaĢ edən Ģeyi almaq istədi.
―Ġyul fərmanları‖ı deyilən məĢhur qərarların mahiyyəti bundan ibarətdir.
Restavrasiya süqut etdi.
Onun süqut etməsi də lap yerində oldu. Bununla belə, bir Ģeyi etiraf etmək lazımdır: o, tərəqqinin
bütün Ģəkillərinə tamamilə düĢmən deyildi. Onunla yanaĢı böyük hadisələr də az olmamıĢdır.
Restavrasiya dövründə millət mübahisə ilə sakitliyi, əzəmətlə sülhü bir araya yerləĢdirməyə adət
etmiĢdi, lakin bunlardan birincisi Respublika dövründə, ikincisi Ġmperiya dövründə olmamıĢdır.
Qüvvətli və azad Fransa Avropanın baĢqa xalqları üçün ürək verən bir nümunə olmuĢdur.
Robespyerin dövründə Ġnqilab, Bonapartın dövründə toplar, XVIII Lüdovikin, X Karlın
dövründə təfəkkür söz aldı. Külək sakitləĢdi, məĢəl yenidən yandı. Buludsuz zirvələrdə idrakın
saf iĢığı parladı. Bu, çox gözəl, çox ibrətli, cazibədar mənzərə idi. On beĢ il ərzində asayiĢ və
dinclik içərisində, mütəfəkkirlər üçün köhnə olduğu qədər siyasi xadimlər üçün yeni olan böyük
prinsiplər tamamilə açıq bir Ģəkildə həyata tətbiq edildi; bu prinsiplər nə idi? Bu prinsiplər:qanun
qarĢısında bərabər olmaqdı, vicdan azadlığı idi, söz azadlığı idi, mətbuat azadlığı idi, bütün
qabiliyyətli adamların hər vəzifəyə girə bilməsi imkanı idi!.. Bu vəziyyət 1830-cu ilə kimi
davam etdi. Burbonlar qəza-qədərin əlində sınan mədəniyyət aləti idi.
Burbonların süqutu əzəmətlə dolu idi, bu əzəməti onlar deyil, millət göstərmiĢdi. Onlar taxtı
ədəb və vüqarla, amma heç bir təsir buraxmadan tərk etdilər; onlar zülmətə gedərək yox oldular;
lakin onların yox olması tarixdə insanı həyəcanlandıran, ağır iz buraxan təntənəli yoxolmalardan
deyildi; bu nə I Karlın axirət dünyasına xas olan sakitliyi, nə də Napoleonun qartal səsi idi. Onlar
eləcə çıxıb getdilər, vəssalam. Onlar tacı baĢlarından götürdülər, öz Ģöhrətlərini qorumadılar.
Onlar bunu ləyaqətlə etdilər, lakin Ģahanə etmədilər. Onlar baĢlarına gələn müsibətin
əzəmətindən bir qədər aĢağıda qaldılar. X Karl ġerburqa gedərkən yolda sərəncam vermiĢdi ki,
girdə masadan dördbucaqlı masa hazırlasınlar; elə zənn etmək olardı ki, saray ədəb-ərkan
qaydalarının təhlükə qarĢısında qalması onu mütləqiyyətin məhv olmasından daha artıq narahat
etmiĢdir. Onun təbiətində olan bu xırdaçılıq kral ailəsini sevən, krala sədaqətli olan adamları,
həm də kral nəslinə hörmət bəsləyən müsbət Ģəxsləri kədərləndirdi. Lakin xalq iftixar olunmağa
layiqdi. Bir gün səhərçağı hücuma məruz qalan millət özündə elə bir qüvvə hiss etdi ki, bu, bir
növ müsəlləh kral qiyamından heç acıqlanmadı da. Bu hücumu dəf etdi, lakin təmkinlilik
göstərdi, hər Ģeyi öz yerinə qoydu, ölkənin qanun daxilində idarə edilməsini bərpa etdi,
Burbonları ölkədən qovdu, çox təəssüf ki, bununla da kifayətləndi. XIV Lüdovikin üzərinə sayə
olan baldaxinin altından qoca kral X Karlı çıxarıb, üsulluca yerə qoydu. Kral sülaləsi üzvlərinə
təəssüflə və ehtiyatla yanaĢdı. Bir adam, ya bir neçə adam deyil, Fransa - qalib gələn və öz
qalibiyyəti ilə məst olan bütün Fransa, sanki, Gilyom dü Verin barrikada günündən sonra
söylədiyi bu gözəl sözləri xatırladı və bütün dünya qarĢısında yerinə yetirdi: ―Böyük adamların
mərhəmətindən istifadə etməyə, budaqdan-budağa atılan quĢ kimi dərd çəkənlərdən iĢi yaxĢı
gətirənlərə yaxınlaĢmağı adət edən Ģəxslər çox asanlıqla öz padĢahlarına qarĢı da – onlar ağır
müsibətə düĢəndə – ədəbsizlik edə bilərlər; lakin mən həmiĢə öz krallarıma, xüsusilə, müsibətə
düĢən krallarıma hörmət edəcəyəm‖.
Burbonlar özləri ilə Fransanın təəssüfünü deyil, hörmətini apardılar. Yuxarıda dediyimiz kimi,
onlar baĢlarına gələn müsibət qarĢısında xırdaçılıq etdilər. Onlar üfüqdən silinib getdilər.
Ġyul inqilabı elə o saat bütün dünyada həm dost, həm də düĢmən qazandı. Hərə öz təbiətinə görə
– bəziləri sevinc və məftuniyyətlə onu alqıĢladı, bəziləri də ondan üz döndərdi. Avropa
hökmdarlarının səhər iĢığına düĢən bayquĢ kimi, ilk anda gözləri qamaĢdı, onlar özlərini itirdilər,
gözlərini yumdular, sonra da ancaq hədə-qorxu gəlmək üçün gözlərini açdılar. Onların qorxuya
düĢməsinin səbəbi aydındır, qəzəblərinin də səbəblərini tamamilə izah etmək olar. Bu qəribə
inqilab elə bir sarsıntıya səbəb olmadı, o, hətta məğlub olmuĢ Burbonlara düĢmən kimi
yanaĢmadı, onların qanını tökmədi, tökmüĢ olsaydı, Burbonlar üçün bu, bir Ģərəf olardı.
Müstəbid hökumətlər həmiĢə istər ki, azadlıq öz-özünü ləkələsin, lakin Ġyul inqilabı onlar üçün
müdhiĢ bir Ģey olduğu halda, yumĢaqlıq göstərdi, bu cəhətdən Ġyul inqilabı onların nəzərində
müqəssirdi. Bu inqilab haqqında heç kəs pis niyyətdə olmadı, ya pis bir tədbir görmədi. Ən çox
qorxuya düĢənlər də, ən çox narazı olanlar da, ən çox acığı tutanlar da onu alqıĢladı. Elə
hadisələr var ki, bu hadisələrdə insana bəxĢ edilən səviyyədən daha yüksək sahədə iĢ görən bir
Ģəxsin iĢtirakı hiss olunur: biz nə qədər xudbin və kinli olsaq da, belə hadisələr bizdə özünə qarĢı
sirli hörmət oyadır.
Ġyul inqilabı kobud faktı məhv edən haqqın təntənəsidir, əzəmət dolu bir hadisədir.
Kobud faktı məhv edən haqq! 1830-cu il inqilabının əzəməti də, güzəĢti də bundadır. Qalib
gəlmiĢ haqqın zorakılığa əl atmağa ehtiyacı yoxdur.
Nə qədər həqiqi və ədalətli Ģey varsa, onun hamısı haqdır.
Haqqın əbədi bir xüsusiyyəti var – o da həmiĢə gözəl və təmiz olmaqdır. Əgər fakt ancaq bir fakt
kimi mövcud isə, əgər onun buna çox az haqqı varsa, ya heç haqqı yoxsa, o, ən zəruri bir Ģey
kimi görünsə də, hətta öz dövründə yaxĢı bir Ģey kimi qəbul edilsə də, sonralar mütləq eybəcər,
iyrənc, bəlkə də, lap dəhĢətli bir Ģey olacaqdır. Bir adam faktın əsrlər boyu nə dərəcə eybəcər
Ģəkil alacağını yəqin etmək istəyirsə, qoy o, Makiavelliyə nəzər salsın. Makiavelli nə Ģər pərisi,
nə iblis, nə də mənfur və miskin yazıçı olmuĢdur; o, ancaq bir faktdır. Bu fakt ancaq Ġtaliya üçün
deyil, həm də Avropa üçün, bütün on altıncı əsr üçün səciyyəvi faktdır. O, iyrənc bir Ģey kimi
görünür, bu, doğrudan da, on doqquzuncu əsrin əxlaqi ideyaları nöqteyi-nəzərindən belə idi.
Haqq ilə fakt arasında olan bu mübarizə cəmiyyət meydana gələndən bəri davam edir.
Filosofların iĢi bu mübarizəni bitirmək, təmiz ideyanı insan həyatı ilə qaynadıb qarıĢdırmaq,
haqqı sülh yolu ilə faktın sahəsinə, faktı da haqqın sahəsinə yeritməkdir.
ĠKĠNCĠ FƏSĠL.
Pis tikilib.
Lakin filosofların iĢi bir baĢqa, mahir adamların iĢi bir baĢqadır.
1830-cu il inqilabı tez qurtardı.
Ġnqilab fəlakətə uğrayan kimi, mahir adamlar saya oturmuĢ gəmini dağıdıb aparırlar.
Dövrümüzün mahir adamları özlərini ―dövlət ərləri‖ adlandırırlar; ―dövlət ərləri‖ sözü indi az
qala bir arqo Ģəklini almıĢdır. Doğrudan da, bir Ģeyi unutmamaq lazımdır: o yerdə ki,
mahirlikdən baĢqa bir Ģey yoxdur, orada həmiĢə orta səviyyəli vəziyyət olur. ―Mahir adam‖
demək – ―adi adam‖ deməkdir, bunların heç fərqi yoxdur.
Bir Ģey də eynən belədir: ―dövlət əri‖ demək – bəzən elə ―xain‖ deməkdir.
Bu qayda ilə, əgər mahir adamların sözünə inansaq, Ġyul inqilabı kimi inqilablar kəsilmiĢ Ģah
damarından baĢqa bir Ģey deyil, onları dərhal bağlamaq lazımdır. Çox ucadan elan edilən haqq
təĢviĢ oyadır. Buna görə də, madam ki, haqq təsdiq edilmiĢdir onda dövləti möhkəmləndirmək
lazımdır. Madam ki, azadlıq təmin edilmiĢdir, hakimiyyət haqqında düĢünmək lazımdır.
Hələ ki filosoflar özlərini mahir adamlardan ayırmırlar, lakin onlara inanmamağa baĢlayırlar.
YaxĢı da, hakimiyyət olsun. Lakin birincisi budur ki, hakimiyyət nə deməkdir? Ġkincisi də, o,
haradan meydana gəlir?
Mahir adamlar, sanki, boğuq etirazları eĢitmirlər, öz iĢlərini davam etdirirlər.
Özləri üçün əlveriĢli olan yalanı çox bicliklə zərurət maskası altında gizlədən bu siyasətçilərin
fikrincə, inqilabdan sonra xalqın birinci ehtiyacı, əgər bu xalq mütləqiyyət quruluĢu olan
Avropanın bir hissəsini təĢkil edirsə, özü üçün sülalə tapmaqdır. Onlar deyir ki, bu qayda ilə
inqilabdan sonra sülh, yəni öz yaralarını sağaltmaq, öz evini təmir etmək üçün vaxt əldə etmək
olar. Sülalə taxta-Ģalbanın üstünü örtür, hərbi xəstəxanaların qabağını pərdələyir.
Lakin sülalə tapmaq həmiĢə o qədər də asan olmur.
Əslində, ilk istedadlı bir Ģəxs, ya bəxti gətirən təsadüfi bir adam kral ola bilər. Birinci halda bu
Bonapartdır, ikinci halda – Ġturbidedir.
Lakin, təsadüfi bir familiya sülalə yarada bilməz. Nəslin qədim olması zəruridir, əsrlər əlaməti
isə qəfildən yaranmır.
―Dövlət ərləri‖nin nöqteyi-nəzərini fikirdə tutulan bütün qeyd-Ģərtləri ilə qəbul etsək, onda belə
bir sual meydana çıxır: inqilabdan sonra gələn yeni kral necə bir adam olmalıdır? O, inqilabçı ola
bilər, hətta onun inqilabçı olması faydalıdır, baĢqa sözlə, o, özünü Ģübhə altına salacağından, ya
Ģöhrət qazanacağından, inqilabın baltasınamı əl atacağından, ya qılınclamı iĢ görəcəyindən asılı
olmayaraq, inqilabda Ģəxsən iĢtirak edə bilər.
Sülalə necə bir keyfiyyətə malik olmalıdır? O, millətin qəbul edəcəyi Ģəkildə olmalıdır, yəni o
öz iĢi ilə deyil, qəbul etdiyi ideyalara görə uzaqdan inqilabçı görünməlidir. Onun keçmiĢi və
gələcəyi olmalıdır, o, tarixi olmalı və xalqın rəğbətini qazanmalıdır.
Niyə birinci inqilablar Kromvel, ya Napoleon kimi adamları tapmaqla kifayətlənirlər və niyə
ikinci inqilablar, hər necə olsa, BraunĢveyq, ya Orlean sülaləsi kimi adlar tapmağa çalıĢırlar,
bunlar hamısı yuxarıda söylədiyimizlə izah olunur.
Kral xanədanı Hindistanda bitən fiqa ağacına bənzəyir; bu ağacın hər budağı yerə qədər əyilərək
kök buraxır, özü də bir ağac olur. Kral xanədanının hər budağı, xalqa doğru əyilmək Ģərti ilə,
sülalə ola bilər.
Mahir adamların nəzəriyyəsi belədir.
Müvəffəqiyyət hay-küyündə fəlakətin səslənməsinə, bu müvəffəqiyyətin meyvəsindən istifadə
edənlərin eyni zamanda onun qarĢısında tir-tir əsməsinə nail olmaq, baĢ vermiĢ hadisə qarĢısında
qorxu oyatmaq, keçilən yolun əyriliyini tərəqqini ləngitmək dərəcəsinə qədər artırmaq, bu səhər
Ģəfəqini soldurmaq, ruh yüksəkliyinin və coĢqunluğun ifrat dərəcəsini ifĢa etmək, rədd etmək,
məsələlərin kəskinliyini kütləĢdirmək, caynaqları kəsmək, qalibiyyət təntənəsini pambığa
tutmaq, haqqı bərk-bərk bürümək, azman xalqı flanelə büküb tez yatağa uzatmaq, həddindən
artıq sağlam xalqı pəhrizdə saxlamaq, Herkulesə sağalmaq üzrə olan bir xəstə kimi baxmaq,
mühüm məsələləri hərgünkü xırda iĢlər içərisində əritmək, dərman qatılmıĢ bu abi-həyatı ideal
həsrətini çəkən adamlara təklif etmək, çox böyük müvəffəqiyyətlərə qarĢı tədbir görmək,
inqilabın üzərinə abajur salmaq, heç demə, ən böyük ustalıq bu Ģeyləri yerinə yetirmək imiĢ!
1688-ci ildə Ġngiltərədə tətbiq olunan bu nəzəriyyədən 1830-cu il istifadə etdi.
1830-cu il – yarıyolda dayanmıĢ inqilabdır. Tərəqqinin yarısıdır, haqqa oxĢar bir Ģeydir. GünəĢ
Ģam iĢığını hiss etmədiyi kimi, məntiq də yarımçıq Ģeyi qəbul etmir.
Ġnqilabı yarıyolda kim saxlayır? Burjuaziya. Niyə?
Çünki burjuaziya – təmin olunmuĢ Ģiddətli arzu və ehtirasdır. Dünən yemək arzu edilirdi, bu gün
o, toxdur, sabah həddindən artıq toxluq əmələ gələcək.
1814-cü ildə Napoleondan sonra baĢ verən hadisə – 1830-cu ildə, X Karldan sonra təkrar olundu.
Burjuaziyanı nahaq yerə sinif etmək istəyirdilər. Burjuaziya xalqın təmin olunmuĢ hissəsidir,
baĢqa bir Ģey deyil. Burjuaziya indi oturmağa vaxtı olan bir adamdır. Kreslo heç də kasta deyil.
Lakin çox tez oturmağı arzu etməklə insanlığın irəliyə olan hərəkətini dayandırmaq olar.
Burjuaziyanın tez-tez belə səhvi olmuĢdur.
BuraxılmıĢ səhv sinif təĢkil etməyə səbəb ola bilməz. Xudbinlik – ictimai qayda-qanunun
Ģöbələrindən biri deyil.
Xudbinliyə qarĢı da ədalətli olmaq lazımdır: hər halda, 1830-cu il sarsıntısından sonra xalqın
―burjuaziya‖adlanan hissəsinin arxalandığı vəziyyəti – laqeydlikdən, tənbəllikdən əmələ gələn,
içərisində az da olsa həya saxlayan fəaliyyətsizlik adlandırmaq olmaz; bu, ani bir unutqanlıq
kimi güman edilən və yuxuya aid olan mürgü də deyildi; bu, yol gedən adamın mənzil salıb
dincəlməsi idi.
Bu, mənzil salıb dincəlmənin az qala bir-birinə zidd olan iki və xüsusi mənası vardır: hərbi hissə
yürüĢdədir, yəni hərəkətdədir; hərbi hissə dayanır, yəni istirahət edir.
Mənzil salıb dincəlmək əvvəlki qüvvəni əhya etməkdir, bu – meydana gələn, keĢikçi qoyan,
qulağı səsdə olan faktdır. Bu, ehtiyatkarlıq və ayrılıq içində olan istirahətdir: mənzil salıb
dincəlmək – dünənki vuruĢmanı və sabahkı vuruĢmanı ifadə edir.
Həmin bu, 1830-cu illə 1848-ci il arasında olan fasilədir.
Burada bizim ―vuruĢma‖ dediyimiz Ģeyə tərəqqi də demək olar.
Bu qayda ilə burjuaziyaya, həm də dövlət ərlərinə ―mənzil salıb dincəlmək‖ məfhumunu
təcəssüm etdirən bir adam lazım idi, elə bir adam ki, ona lakin – zira demək olsun. Həm inqilabı,
həm də sabitliyi əks etdirən, baĢqa sözlə, hal-hazırı təsdiq edən, keçmiĢi gələcəklə bir araya
sıxıĢdırmağın əyani nümunəsi olan mürəkkəb bir Ģəxsiyyət!
Heç demə, bu adam elə burada imiĢ. Onun adı Orlean familiyasından olan Lui-Filipp idi.
Ġki yüz iyirmi bir adamın səsi Lui-Filippi kral elədi. Lafayet onu miro ilə yağlayaraq, təqdis
etmək zəhmətini öz üzərinə götürdü. O, Lui-Filippi ―respublikaların ən yaxĢısı‖ adlandırdı. Paris
Bələdiyyə Ġdarəsi Reyms kilsəsini əvəz etdi.
Bu bütöv taxtı yarımtaxt ilə əvəz etmək ―1830-cu ilin iĢi idi‖.
Mahir adamlar öz məqsədlərinə çatandan sonra onların həll etdiyi məsələdə çox böyük bir qüsur
meydana çıxdı. Bu Ģeylərin hamısı mütləq haqdan kənarda edilmiĢdi. Mütləq haqq çığıraraq
dedi: ―Mən etiraz edirəm!‖ Sonra yenə kölgədə gözdən itd – bu, qorxunc bir əlamət idi.
ÜÇÜNCÜ FƏSĠL.
Lui-Filipp.
Ġnqilabın əli ağır, duyğusu düzgün, zərbəsi bərk və sərrast olur. Hətta 1830-cu il inqilabı kimi
məzəmmət edilən, kiçik qardaĢ vəziyyətinə endirilən, natamam, zəif bir inqilabın da, vaxtında
meydana gəlməsi üçün kifayət qədər irəlini görməyə iqtidarı vardı. Ġnqilabın kusufu heç də onun
öz məqsədindən əl çəkməsi deyil.
Bununla bərabər, çox da özümüzə güvənməyək; hətta inqilab da, hətta inqilabın özü də yanılır,
onda böyük xatalar meydana çıxır.
1830-cu ilə qayıdaq. 1830-cu il yolundan çıxsa da, uğurlu oldu. Qanad-quyruğu yolunmuĢ
inqilabdan sonra ―qayda-qanun‖ adlandırılan vəziyyətdə hökmdar mütləqiyyətdən daha mühüm
yer tutur. Lui-Filipp nadir bir adamdı.
Tarix onun atasının öz dövründə vəziyyəti yumĢaltmasını etiraf edir; lakin onun atası
məzəmmətə nə qədər layiqdisə, bu, o qədər hörmətə layiqdi; Lui-Filippdə qeyri-rəsmi bir adamın
malik olduğu bütün fəzilətlər və ictimai xadimin bəzi fəzilətləri var idi; o öz səhhətinin, öz
varının, öz Ģəxsiyyətinin, öz iĢlərinin qeydinə qalırdı; o, bir dəqiqənin qiymətini bilsə də, bəzən
bir ilin qiymətini bilməzdi; o, sakit, təmkinli, səbirli, dinclik sevən Ģəxs idi; xoĢtəbiətli bir adam,
mərhəmətli bir hökmdar idi; arvadına sədaqətli idi; sarayında bir neçə xidmətçi saxlardı: bu
xidmətçilərin vəzifəsi – onun ər-arvada aid olan yatağını burjualara göstərməkdi. Abırlı ailə
həyatı ilə lovğalanmaq indi faydalı olmuĢdu, çünki əvvəlki nəsil xəttində qeyri-qanuni əlaqələri
xüsusi olaraq nəzərə çarpdırardılar. O, bütün Avropa dillərini və daha nadir olan bir Ģeyi – bütün
mənafelərin dilini bilirdi, bu dildə danıĢmağı bacarırdı; ―orta təbəqə‖nin füsunkar nümayəndəsi
idi, lakin bu təbəqədən hər barədə üstün olduğu üçün ondan yüksəkdə dururdu; öz əqli ilə
fərqlənməklə və öz Ģəcərəsinin qədr-qiymətini bilməklə bərabər, hər Ģeydən əvvəl, öz daxili
keyfiyyətini qiymətləndirirdi, hətta mənĢəyi haqqında qəribə bir mövqe tutaraq, özünü ―Burbon‖
deyil, ―Orlean‖ adlandırmıĢdı; o, ancaq ―həĢəmətli‖ olanda özünü nəslin birinci Ģahzadəsi kimi
tuturdu, lakin ―Əlahəzrət‖ olan gündən xalis burjua oldu; camaat içində çox, yaxın adamları
arasında az danıĢardı; hamı onun xəsis olduğunu deyirdi, ancaq bu, sübut olunmamıĢdı. Əslində,
o, elə qənaətcil adamlardan idi ki, belə adamlar iĢ Ģıltaqçılığa, ya öz vəzifəsini yerinə yetirməyə
çatanda bədxərc olurlar; o, çox kitab oxumuĢdu, lakin ədəbiyyatı az hiss etmiĢdi; dvoryan idi,
lakin rıtsar deyildi; sadə, sakit və qüvvətli idi; ailəsi və xidmətçiləri pərəstiĢ edəcək dərəcədə
onu çox istərdi; öz söhbəti ilə adamı valeh edirdi; daxilən laqeyd, həmiĢə, ancaq ən vacib, ən
zəruri Ģeyləri düĢünən, həmiĢə ancaq bu günü nəzərə alan, kin bəsləməyən, minnətdarlıq
etməyən, ayıq bir dövlət xadimi idi; məĢhur adamlardan hədsiz dərəcədə istifadə edir, adi
adamları sakit buraxırdı, çox bicliklə parlamentdə olan çoxluğun köməyi ilə təqsiri ondan narazı
olan, boğuq-boğuq uğuldayan gizlin birləĢmələrin üzərinə yıxa bilirdi; fikrini açıq söylərdi,
bəzən bu məsələdə ehtiyatsızlıq edirdi, lakin bu ehtiyatsızlığında çox məharət göstərirdi; vasitə,
süni bir sima, maska seçməkdə tükənməz bacarığa malikdi; Fransanı Avropa ilə, Avropanı
Fransa ilə qorxudurdu; Vətənini sevməsinə Ģübhə ola bilməzdi, lakin ailəsini daha çox sevirdi;
hakimiyyəti nüfuzdan, nüfuzu ləyaqətdən üstün tuturdu; bu, pis meyil idi; o mənada pis idi ki, bu
meyil hər Ģeyi müvəffəqiyyətə tabe etməklə hiyləgərliyə yol verir, alçaqlığı həmiĢə inkar etmir;
lakin bu meyildə bir üstünlük var ki, siyasəti sərt təkanlardan, dövləti dağılmaqdan, cəmiyyəti
fəlakətdən qoruyur. Lui-Filipp nəzakətli, ayıq, diqqətli, arif, yorulmaq bilməyən, hərdən öz-
özünə zidd gedən, sözünü geri götürən xırdaçı bir adamdı; o, Ankonada Avstriyaya qarĢı
cəsarətli, Ġspaniyada Ġngiltərəyə qarĢı inadkar olur. Antverpeni topa tutur, Pritçarda pul verirdi;
―Marselyoza‖nı ürəkdən oxuyurdu; məyusluğun, yorğunluğun, gözəlliyə və ideala vurulmağın,
ağılsızca alicənablıq etməyin, utopiyanın, xülyanın, hiddətin, Ģöhrətpərəstliyin, qorxunun nə
olduğunu bilmirdi; Ģəxsi cəsarətin hər növünə malikdi; Valmi vuruĢmasında general, Jemap
vuruĢmasında əsgərdi. Səkkiz dəfə ona sui-qəsd edilmiĢ, öldürmək istəmiĢlər, lakin o, həmiĢə
gülümsəmiĢdi; qrenador kimi cəsarətli, mütəfəkkir kimi ürəkli idi; o, ancaq Avropa dövlətləri
əsasının sarsıla biləcəyindən qorxurdu, böyük siyasi avantüralar etməyə qabil deyildi; öz iĢini
yox, öz həyatını həmiĢə təhlükəyə verməyə hazırdı. Öz hakimiyyətini təsir Ģəkildə büruzə verir,
ona bir kral kimi deyil, ağıllı bir adam kimi tabe olunmağı üstün tuturdu; irəlini görmək deyil,
müĢahidə etmək qabiliyyətinə malikdi; ruhlarla az maraqlanırdı, lakin adamları çox yaxĢı
tanıyırdı, baĢqa sözlə, ancaq gördükləri haqqında mühakimə yürüdə bilirdi; sağlam düĢüncəyə,
hadisələri dərindən görən canlı, praktik əqlə, danıĢmaq qabiliyyətinə, böyük bir hafizəyə
malikdi; həmiĢə də hafizəsindəki Ģeylərdən istifadə edirdi, o ancaq bu cəhətdən Sezara,
Aleksandra, Napoleona oxĢayırdı; faktları, ayrı-ayrı təfərrüatları, hadisələrin tarixini, adam və
Ģey adlarını bilsə də, məqsədin, ehtirasın, çoxcəhətli kütlə mənəviyyatının, gizlin ümidlərin,
qəlbin məxfi və məchul çırpıntılarının, bir sözlə, ―Ģüurun yeraltı cərəyanları‖ adlandırmaq olan
Ģeylərin nə olduğunu bilmirdi; o, Fransanın yuxarı təbəqələri tərəfindən tanınsa da, aĢağı
təbəqələrlə az əlaqədar idi, çətinlikdən hiylə ilə çıxırdı; idarəçiliklə həddindən artıq məĢğul olur,
lakin kifayət qədər hökmdarlıq etmirdi; öz-özünün birinci naziri idi; xırda Ģeylərdən böyük
ideyalara çox ustalıqla əngəl törədə bilirdi; tərəqqiyə, qayda-qanuna, təĢkili iĢlərə kömək etməyi
çox bacarıqla formalizm və maneələrlə birləĢdirirdi; onda həm Böyük Karl, həm də minnətçi
sifəti vardı, o, sülalənin həm banisi, həm də vəkili idi; ümumiyyətlə, görkəmli və orijinal bir
Ģəxsiyyətdi: Fransanın təĢviĢinə baxmayaraq, hakimiyyəti möhkəmləndirdi, Avropanın
bədxahlığına baxmayaraq, qüdrətini artırdı; Lui-Filipp öz dövrünün tanınmıĢ adamları sırasına
daxil ediləcəkdir; Ģöhrəti bir az çox xoĢlasaydı, faydalı olmaq hissi qədər də böyüklük hissinə
malik olsaydı, tarixdə ən məĢhur hökmdarlar sırasında yer tutardı.
Lui-Filipp gəncliyində qəĢəngdi, qocalığında da cazibədarlığını itirməmiĢdi, millətin
mərhəmətini bəzən qazanmasa da, kütlə həmiĢə ona hüsn-rəğbət göstərərdi. Onda baĢqalarının
xoĢuna gəlmək qabiliyyəti vardı, ancaq onda əzəmət çatıĢmırdı; kral da olsa, baĢına tac
qoymurdu, qoca da olsa, ağ saçını uzatmırdı. Ədaları – köhnə ədəb-ərkan ədaları, vərdiĢləri isə
yeni idi: bu, 1830-cu ilə uyğun olan dvoryanla burjuanın qarıĢmasından əmələ gələn bir Ģeydi;
Lui-Filipp, elə bil ki, padĢahlıq edən keçid dövrü idi; o, köhnə tələffüzü, köhnə imlanı iĢlədir,
müasir nöqteyi-nəzəri onlarla ifadə edirdi; PolĢanı və Macarıstanı sevirdi, lakin Polonois yazır və
hongrais1 deyirdi. X Karl kimi milli qvardiya mundiri geyir, Napoleon kimi fəxri legion lenti
taxırdı.
Çox az-az günorta ibadətinə gedirdi; ova çıxmırdı, operaya getmirdi; keĢiĢlərlə, itəbaxanlarla,
rəqqasələrlə arası yox idi, bu, onun burjua arasında Ģöhrət qazanmasının səbəblərindən biri idi.
Onun heç saray həyəti yox idi. Çətirini qoltuğuna vurub küçəyə çıxardı; bu çətir uzun zaman
onun Ģöhrətini yayan vasitə oldu. O, bir az mason, bir az bağban, bir az da həkimdi. Bir dəfə
atdan yıxılan foreytorun qolundan qan almıĢdı; III Henrix xəncərsiz bayıra çıxmadığı kimi, Lui-
Filipp də o gündən neĢtərsiz bayıra çıxmazdı. Royalistlər bu gülməli kraldan, adam sağaltmaq
məqsədi ilə qan tökən bu ilk kraldan danıĢıb gülərdilər.
Lakin tarixin Lui-Filippdən Ģikayətlənməsi məsələsinə gəldikdə, bunlardan bəzilərini rədd
etmək lazımdır; bu ittihamlardan bəzisi mütləqiyyətin, bəzisi Lui-Filippin padĢahlığı, bəziləri də
kralın üzərinə düĢür; bu, hər birinin öz yekunu olan üç sütundur. Demokratik hüquqların ləğv
edilməsi, tərəqqinin arxa plana çəkilməsi, kütlə çıxıĢlarının amansızca yatırılması, üsyançıların
güllələnməsi, qiyamın silahla susdurulması, Transnonen küçəsi, hərbi məhkəmələr, həqiqətən var
olan bir ölkənin – qanunla tanınan bir ölkə tərəfindən tutulması, ölkənin üç yüz min imtiyazlı
Ģəxs tərəfindən kompaniya əsasında idarə edilməsi, –bunlara mütləqiyyət cavab verməlidir;
Belçikadan üz döndərilməsi, Əlcəzairin çox çətinliklə, həm də ingilislər Hindistanı istila edən
kimi, mədəniyyət gətirən Ģəxslər kimi deyil, vəhĢi üsullarla, həm də çox çətinliklə istila edilməsi,
Abdulqadirə verilən vədin xaincəsinə pozulması, Bley, rüĢvətlə satın alınan Deys, pul verilən
Pritçard məsələsi – bunlara Lui-Filippin padĢahlıq etdiyi dövr cavab verməlidir; aparılan
siyasətin milli olmaqdan artıq ailə siyasəti olması – buna kral cavab verir.
Görürsünüz ki, haqq-hesaba vurmaqla kralın təqsirini azaltmaq olar.
O, Fransa naminə təvazökar idi, onun baĢlıca səhvi də bundan ibarətdi.
Bu səhvin kökü haradadır?
Ġndi bundan danıĢaq.
Kral Lui-Filippdə atalıq hissi çox qüvvətli idi; ailənin baĢına dolanmaq, bu ailədən sülalə çıxmalı
idi! – Hər Ģey qarĢısında duyduğu qorxu, həm də təĢviĢ keçirməmək arzusu ilə əlaqədardı;
həddindən artıq qorxu da buradan meydana gəlirdi, bu qorxu xalq üçün dözülməz bir Ģeydi; bu
xalqın vətəndaĢlıq ənənələrində – 14 iyul, hərbi ənənələrində – Austerlits vardı.
Əslində, birinci sırada duran ictimai vəzifələrdən sərf-nəzər edilsə – Lui-Filippin öz ailəsinə çox
mehribanlıq göstərməsi heç də əsassız deyildi: onun ailəsi buna tamamilə layiqdi. Bu, çox gözəl
bir ailə idi. Bu ailədə həm fəzilət, həm istedad vardı. Lui-Filippin qızlarından biri olan Mariya
Orlean öz nəslini rəssamlar arasında, ġarl Orlean Ģairlər arasında ĢöhrətləndirmiĢdi. Mariya
―Janna d’Ark‖ adlandırdığı mərmər heykəldə öz ruhunu təcəssüm etdirmiĢdi. Lui-Filippin iki
oğlu Metternixdən belə demaqoqcasına bir tərif ala bilmiĢdi. Metternix demiĢdi: ―Bunlar elə
cavan oğlandır ki, beləsinə rast gəlmək olmaz, elə Ģahzadədir ki, belə Ģahzadə görünməyib‖.
Lui-Filipp haqqında olan həqiqət budur, biz buna heç bir Ģey artırmırıq və heç bir Ģey
əskiltmirik.
Lui-Filippin 1830-cu ildəki müvəffəqiyyətinin səbəbi ―Bərabərlik Ģahzadəsi‖ olmasında,
Restavrasiya ilə Ġnqilab arasındakı ziddiyyəti əks etdirməsində, inqilabçıların baĢqalarını təĢviĢə
salan, hökmdarda isə sakitləĢdirici Ģəkil alan meyillərinə malik olmasında idi; hələ indiyə qədər
adamın hadisəyə belə tam bir Ģəkildə uyğunlaĢması olmamıĢdır; onun biri o birisinə daxil olmuĢ,
bundan 1830-cu il təcəssüm etmiĢdir. Lui-Filipp – insan olmuĢ 1830-cu ildir. Üstəlik sürgün də –
bu irəlicədən taxta təyin olunmaq kimi böyük məsələ də onun xeyrinə oldu. Onun haqqında
hökm verilmiĢdi, o, yoxsuldu, o, sərsəri dolaĢırdı. O öz zəhməti ilə yaĢayırdı. Fransada ən
dövlətli kral malikanəsinin varisi olduğu halda, yaĢamaq üçün Ġsveçrədə qoca atını satmıĢdı.
Reyhenauda riyaziyyatdan dərs vermiĢdi, bacısı Adelaida corab toxuyar, paltar tikərdi, kralın
Ģəxsiyyəti ilə əlaqədar olan bu xatirələr burjuanı valeh edirdi. O, XI Lüdovikin təsis etdiyi, XV
Lüdovikin istifadə etdiyi Mon-Sen-MiĢeldəki son dəmir qəfəsi öz əli ilə dağıtmıĢdı.
O, Dumuryenin silahdaĢı, Lafayetin dostu, yakobinçilər klubunun üzvü olmuĢdu, Mirabo əlini
onun çiyninə vuraraq tərifləmiĢdi; Danton ona ―Cavan oğlan‖, – deyə müraciət etmiĢdi. Çox
yerində haqlı olaraq ―bu zavallı zülmkar‖ deyilən XVI Lüdovikin mühakiməsində o da
Konventin zalında, kiçik, qaranlıq lojanın dib tərəfində oturmuĢdu, onda 93-cü il idi, onun ancaq
iyirmi dörd yaĢı vardı, ona hələ ―cənab de ġartr‖ deyirdilər. O, hər Ģeyi görmüĢdü, bütün
baĢgicəlləndirən dəyiĢiklikləri, gələcəkdən kor-koranə xəbər verən inqilabı müĢahidə etmiĢdi: o
inqilab ki, mütləqiyyəti hökmdarın Ģəxsiyyətində, hökmdarı mütləqiyyətlə bir yerdə ləğv etmiĢdi,
eyni zamanda, ideyaların amansızca məhv edildiyi bu dövrdə bu adamı, bəlkə də, sezməmiĢdi; o,
inqilab məhkəməsində xalq qəzəbinin əzəmətli fırtınasını, sorğu-sual edilərkən nə söyləyəcəyini
bilməyən Kapetin mühakiməsini, bu fırtınanın tutqun nəfəsi altında hökmdar baĢının adamı
dəhĢətə gətirən bir mənasızlıqla yırğalandığını, bu fəlakətdə iĢtirak edən bütün adamların – həm
mühakimə edən, həm də mühakimə edilən Ģəxslərin nisbətən müqəssir olmadığını görmüĢdü; o,
Konvent məhkəməsi qarĢısında duran əsrləri görmüĢdü; o, bütün məsuliyyətin yükü üzərinə
düĢən XVI Lüdovikin bu uğursuz adamın arxasında, zülmət içində mütləqiyyətin – bu baĢlıca
müqəssirin təcəssüm etdiyini görmüĢdü, onun qəlbi – Allahın həqqaniyyəti qədər simasız olan
əzəmətli xalq həqqaniyyəti qarĢısında hörmət və qorxu ilə dolmuĢdu.
Ġnqilabın onun üzərində buraxdığı iz – silinməz iz idi. Onun hafizəsi, sanki, bu böyük illərin
dəqiqəbədəqiqə həkk olunduğu canlı bir vərəqdi. Bir dəfə o, bir Ģahidin qarĢısında (o Ģahidə
inanmamaq olmaz) Müəssisan məclisinin familiyaları ―A‖ hərfi ilə baĢlanan bütün üzvlərinin
siyahısını əzbərdən söyləmiĢdi.
Lui-Filipp aydın gün iĢığında hökmdarlıq edən bir kraldı. Onun padĢahlığı dövründə mətbuat
azad idi, tribuna azad idi, söz və vicdan azad idi. Sentyabr qanunlarında iĢıq vardır. Lui-Filipp
iĢığın imtiyazlara dağıdıcı təsir etdiyini bilirdi, bununla belə, öz taxtını iĢıqdan məhrum
etməmiĢdi. Tarix onun bu gözəl hərəkətini nəzərə alacaqdır.
Lui-Filipp, meydandan çıxan bütün tarixi simalar kimi, bu gün insan vicdanı məhkəməsi
qarĢısında durmuĢdur. Onun iĢi indi məhkəmənin ancaq birinci mərhələsindən keçir.
Tarixin azad və əzəmətli bir səslə söyləyəcəyi sözün, bu kral haqqında verəcəyi son hökmün
vaxtı hələ gəlib çatmamıĢdır; çox ciddi və məĢhur bir tarixçi olan Lui-Blan onun haqqında
verdiyi əvvəlki hökmünü bu yaxında yumĢaltmıĢdır; iki yüz iyirmi bir çoxluğu və 1830-cu il
Lui-Filippi vaxtından əvvəl meydana gətirmiĢ, yəni Lui-Filipp onlar tərəfindən - yarımçıq
parlament, yarımçıq inqilab tərəfindən seçilmiĢdir; hər halda, biz burada onu filosofların
duracağı mövqedən, yəni üzgörənlik etmədən, yuxarıda dediyimizə əsaslanaraq, ancaq müəyyən
qeyd-Ģərt ilə, absolyut demokratik prinsiplər naminə mühakimə edə bilərik. Absolyut nöqteyi-
nəzərdən, insan hüququndan və xalq hüququndan baĢqa, hər bir hüquq qeyri-qanuni qəsbdir.
Hal-hazırda biz bu qeyd-Ģərti söylədikdən, bütün vəziyyətləri ölçüb-biçdikdən sonra deyə bilərik
ki, Lui-Filipp, onun haqqında nə deyilsə də, öz-özlüyündə xoĢtəbiətli bir insan olduğundan,
qədim tarix dili ilə söyləsək, bu vaxta qədər taxta çıxan hökmdarların ən yaxĢılarından biri olub
qalacaqdır.
Bəs onun əleyhinə olan nədir? Elə həmin bu taxtın özü! Lui-Filippi onun krallıq rütbəsindən
ayırın – o, bir insan olub qalacaqdır. Özü də xoĢtəbiətli, yaxĢı bir insan! Hətta heyrət ediləcək
qədər yaxĢı insan! Çox vaxt o, ən ağır qayğılardan, Avropa diplomatiyasına qarĢı apardığı
mübarizədən sonra axĢam öz otağına qayıdır, yorulub əldən düĢsə də, yatmaq istəsə də nə edirdi?
Məhkəmə iĢini götürür, bütün gecəni yatmayaraq, mühakimə edilən bir adamın iĢini gözdən
keçirirdi: o, güman edirdi ki, Avropanı dəf etmək mühüm məsələdir, lakin bir adamı cəllad
əlindən qurtarmaq daha mühümdür. O, öz ədliyyə nazirinə etiraz edirdi; o, ―həqqaniyyətin
boĢboğaz vəkilləri‖ adlandırdığı prokurorlardan gilyotinin qəsb etdiyi haqqı addım-addım geri
alardı. Bəzən masanın üstü yığın-yığın məhkəmə iĢləri ilə dolu olurdu; o, bütün bu iĢləri gözdən
keçirirdi; baĢları kəsilməyə məhkum edilən bu bədbəxt adamların taleyi ona ağır əzab verirdi.
Bir dəfə o, yuxarıda istinad etdiyimiz Ģahidə deyibmiĢ: ―Bu gecə mən yeddisini qurtardım‖.
Onun padĢahlığının ilk illərində ölüm cəzası ləğv edilmiĢdi; ölüm kürsüsünün yenidən qurulması
kralın iradəsinə qarĢı bir zorakılıqdı. Burbonların əvvəlki nəsli ilə bərabər Qrev meydanı da yox
olub getmiĢdi, lakin onun yerinə burjuaziyanın Qrev meydanı – Sen-Jak qarovulxanası meydana
gəldi; ―iĢgüzar adamlar‖, heç olmasa, zahirən qanuniləĢdirilmiĢ bir gilyotinin lazım olduğunu
hiss edirdilər; onlar bunun düzəlməsinə müvəffəq oldular; bu, Kazimir Peryenin Lui-Filipp
üzərində olan qələbələrindən biri idi: Kazimir Perye ancaq öz xeyrini güdən burjuaziyanın
mənafeyini, Lui-Filipp isə onun liberal cəhətlərini ifadə edirdi. Lui-Filipp öz əli ilə Bekkarianın
kitabının kənarında qeydlər etmiĢdir. Fiyeskinin ―cəhənnəm maĢını‖ partladıqda o demiĢdi: ―Çox
təəssüf ki, mən yaralanmadım! Yaralansaydım, mən onu əfv edə bilərdim!‖ Bir dəfə də o öz
nazirlərinin göstərdiyi müqavimətə iĢarə edərək, dövrümüzün ən nəcib Ģəxslərindən biri olan,
lakin qiyabi cəhətdən məhkum edilən bir adam haqqında bu sözləri yazmıĢdı: ―O əfv edilmiĢdir,
indi mən gərək bunu yerinə yetirəm‖. Lui-Filipp IX Lüdovik kimi yumĢaq, IV Henrix kimi
xoĢtəbiətli adamdı.
Biz bilirik ki, xoĢtəbiətli olmaq tarixdə çox az təsadüf edilən bir incidir; bizcə, xoĢtəbiətli adam
böyük adamdan yüksəkdə durur.
Lui-Filippi bəziləri çox kəskin, bəziləri, bəlkə də, çox amansızca mühakimə etmiĢdir; buna görə
də Lui-Filippi tanıyan, özü də bu gün onun kimi xəyal olan adamın tarix qarĢısında onu müdafiə
etməsi tamamilə aydın məsələdir; onu müdafiə edən adam, bu müdafiə nə Ģəkildə olsa da, heç
Ģübhəsiz və hər Ģeydən əvvəl, öz mənfəətini güdmədən edir; ölənlər üçün yazılan kitabə səmimi
olur; bir teyf o biri teyfə təsəlli verə bilər - buna yol verilir; eyni bir zülmət içində yaĢamaq teyfi
mədh etmək haqqını verir; sürgün edilmiĢ iki adamın qəbri haqqında bir zaman ―Burada sakin
olanlardan biri o birinə yaltaqlanmıĢdır‖ sözlərinin deyiləcəyindən qorxmaq nə lazım?!
DÖRDÜNCÜ FƏSĠL.
Bünövrə altında əmələ gələn çatlar.
Bu kitabda nəql etdiyimiz faciə Lui-Filipp hökmranlığının baĢlanğıc dövrünü bürüyən qara
buludlardan birinə nüfuz edəcəyi bir vaxtda biz sözümüzü yarımçıq qoya bilməzdik, kralın
Ģəxsiyyətini mütləq izah etməli idik.
Lui-Filipp zorakılıq etmədən, öz tərəfindən bilavasitə heç bir təsir göstərmədən, inqilabi dönüĢ
nəticəsində taxta çıxmıĢdı, lakin bu inqilabi dönüĢ, heç Ģübhəsiz, həqiqi inqilabi məqsəddən çox
uzaq idi, adama Orlean hersoqu bu inqilabi dönüĢdə heç bir Ģəxsi təĢəbbüs göstərməmiĢdi. O, bir
Ģahzadə kimi anadan olmuĢdu və özünü kral olmağa haqlı hesab etmiĢdi. Bu səlahiyyəti o, öz-
özünə verməmiĢdi, bunu mənimsəməmiĢdi; bu səlahiyyəti ona təklif etmiĢdilər, o da qəbul
etmiĢdi; o, bəlkə də, səhv etmiĢdi, lakin o tamamilə əmindi ki, bu təklif onun malik olduğu
haqqa, bunu qəbul etməyə razılıq verməsi isə onun vəzifəsinə uyğundur. Hakimiyyətin qanuni
olmasına inanması da bunun nəticəsi idi. Bəli, biz bunu təmiz vicdanla təsdiq edirik, Lui-Filipp
öz hakimiyyətinin qanuni olmasına inanırdı, demokratiya da onunla mübarizə etməyin qanuni
olmasına inanırdı, buna görə də ictimai vuruĢmaların doğurduğu dəhĢətli halların təqsiri nə
kralın, nə də demokratiyanın üzərinə düĢür. Prinsiplərin bir-biri ilə toqquĢması təbiət
qüvvələrinin bir-biri ilə toqquĢmasına bənzər. Okean – suyu müdafiə edir, qasırğa – havanı; kral
– kral hakimiyyətini müdafiə edir, demokratiya – xalqı; nisbi, yəni mütləqiyyət – absolyuta, yəni
respublikaya müqavimət göstərir; bu mübarizədə cəmiyyətin bol-bol qanı tökülür; lakin indi ona
əzab verən Ģey sonralar ona nicat verəcəkdir. Hər halda, bu, bir-biri ilə mübarizə edən tərəfləri
məzəmmət etmək lazım deyil: onlardan biri mütləq yanılır; haqq, nəhəng Rodes heykəli kimi,
eyni zamanda, bir ayağını respublikaya, o biri ayağını mütləqiyyətə qoyaraq, – iki sahildə
durmur; haqq bölünməz, o, mübarizə edənlərdən birinin tərəfində olur; lakin yanılan öz iĢinin
haqq olduğuna inanaraq yanılır; vandeyalı quldur olmadığı kimi, kor da cani deyil. Gəlin bu
dəhĢətli toqquĢmaları məĢum bir vəziyyətin üzərinə qoyaq. Bu tufanlar necə olsa da, insanlar
bunun üçün məsul deyildir.
ġərhimizi qurtaraq.
1830-cu il hökuməti elə o saat çox çətinliyə düĢdü. O dünən doğulmuĢdu, bu gün vuruĢmalı idi.
O öz yerində əsaslanan kimi, hələ lap yenicə yaranan, hələ heç möhkəmlənməyən Ġyul sistemi
üsul-idarəsinə qarĢı elə o saat hər tərəfdən yönəldilən qüvvələrin təsirini tutqun bir Ģəkildə hiss
etdi.
Müqavimət lap elə ertəsi gün baĢlandı; bu, bəlkə də, lap elə bir gün əvvəl meydana gəlmiĢdi.
DüĢmənçilik aydan-aya artdı və nəhayət, gizlin deyil, aydın bir Ģəkildə özünü göstərdi.
Ġyul inqilabı, yuxarıda dediyimiz kimi, Fransanın xaricində krallar tərəfindən pis qarĢılanmıĢdı,
Fransanın özündə müxtəlif Ģəkildə Ģərh edilmiĢdi.
Allah öz iradəsini insanlara hadisələrdə açıb göstərir – bu, sirli dillə yazılmıĢ qaranlıq bir
mətndir. Ġnsanlar bunu dərhal tərcümə edirlər: bu, tələm-tələsik tərcümə olur, düzgün olmur,
səhvlərlə, buraxılıĢlarla, təhriflərlə dolu olur. Tanrının dilini çox az adam baĢa düĢür. Gələcəyi
daha artıq görən sakit, dərin adamlar onu yavaĢ-yavaĢ oxuyub dərk edirlər, lakin onlar öz mətni
ilə meydana gələndə aydın olur ki, meydanda iyirmi tərcümə vardır. Hər tərcümədən partiya, hər
təhrifdən fraksiya ortaya çıxır; hər partiya elə zənn edir ki, düzgün mətn ancaq onun mətnidir,
hər fraksiya da elə zənn edir ki, həqiqət ancaq onun malıdır.
Çox vaxt hakimiyyət özü də fraksiya olur.
Bütün inqilablarda axının tərsinə üzən üzgüçülər olur – onlar köhnə partiyalardır.
Yalnız Allahın inayəti ilə verilən irsi hakimiyyəti tanıyan köhnə partiyaların fikrincə, əgər
inqilab əsasən üsyan haqqına meydana gəlirsə, onda həmin bu haqqa əsasən də onun əleyhinə
üsyan etmək olar. Bu fikir səhvdir. Çünki inqilab zamanı qiyam qaldıran xalq deyil, kral olur.
Ġnqilab qiyamın əksidir. Təbii olaraq baĢa gələn hər inqilabın daxilində öz qanuniliyi var, bəzən
bunu yalançı inqilabçılar ləkələyirlər; lakin inqilab bununla ləkələnsə də, möhkəm durur, hətta
qana bulansa da yaĢayır. Ġnqilab təsadüfi hal deyil, zərurətdir. Ġnqilab sünilikdən təbiiliyə
qayıtmaqdır. Ġnqilab onun üçün baĢ verir ki, o olmalıdır.
Bununla belə, mütləqiyyətpərəst partiyalar 1830-cu il inqilabına Ģiddətlə hücum edirdilər: bu
onların yanlıĢ nöqteyi-nəzərindən meydana gəlirdi. Yanılmaq çox gözəl mərmidir.
Mütləqiyyətpərəst partiyalar inqilabın zirehindən məhrum olan diĢ batan, yəni məntiqin
çatıĢmadığı yeri məharətlə vururdular; onlar kral simasında təzahür edən bu inqilaba hücum
edirdilər. Onlar çığıraraq, bu inqilaba deyirdilər: ―Ġnqilab, niyə axı sənin kralın var?‖ Köhnə
partiyalar – sərrast niĢan alan korlardır.
Respublikaçılar da çığıraraq bunu deyirdilər. Lakin onlar bunu ardıcıl surətdə edirdilər. O Ģey ki
mütləqiyyətpərəstlər üçün korluq idi – demokratlar üçün gələcəyi görməkdi. 1830-cu il xalqın
nəzərində iflasa uğradı. QəzəblənmiĢ demokratiya bu cəhətdən onu məzəmmət edirdi.
Ġyul üsul-idarəsi keçmiĢin və gələcəyin hücumlarını əks etdirdi. Sanki, onda .həm mütləqiyyət
əsrləri, həm də əbədi haqq ilə döyüĢə giriĢən bir an təcəssüm edirdi.
Bundan əlavə, 1830-cu il inqilablıqdan çıxdıqdan, mütləqiyyətə çevrildikdən sonra Fransa
xaricində Avropa ilə bir sırada getməyə borclu adi. Sülhü mühafizə etmək vəziyyəti daha da
mürəkkəbləĢdirmək deməkdi. Sağlam düĢüncənin əksinə olaraq qazanılan ahəngdarlıq çox vaxt
müharibədən də ağır olur. HəmiĢə buruntaqla saxlanılan, həmiĢə də mır-mır mırıldayan bu boğuq
toqquĢmalardan müsəlləh dünya meydana gəlir ki, bu da öz-özünə etimadsızlıq təlqin edən
mədəniyyətin dağıdıcı siyasətidir. Ġyul mütləqiyyəti necə bir mahiyyətdə olsa da, Avropa
hökumətlərinin qoĢqusunda Ģahə qalxırdı. Metternix lap məmnuniyyətlə onun cilovunu əlinə
alardı. Fransada tərəqqi ilə irəli qovulan Ġyul mütləqiyyəti, eyni zamanda, Avropa hökmdarlarını
– bu ərincək meymunları irəli qovurdu. O özü yedəyə götürüldüyü halda, baĢqalarını öz
yedəyində aparırdı.
Bu zaman ölkənin daxilində yoxsullaĢma, proletariat, zəhməthaqqı, tərbiyə, cəza tədbirləri
sistemi, fahiĢəlik, qadın vəziyyəti, sərvət, kasıblıq, istehsal, istehlak, məhsul bölgüsü, valyuta,
kredit, kapital hüququ, əmək hüququ kimi məsələlər get-gedə artır, cəmiyyətin üzərini qara bulud
kimi alırdı.
Siyasi partiyalar xaricində baĢqa bir hərəkat da meydana çıxmıĢdı. Demokratik narazılıqla fəlsəfi
narazılıq səs-səsə verirdi. Fikircə daha çox inkiĢaf etmiĢ adamlar da, kütlə kimi özünü, baĢqa
cürə olsa da, eyni dərəcədə təĢviĢ içində hiss edirdi.
Mütəfəkkirlər düĢünür, inqilabi cərəyanlarla qazıq-qazıq edilmiĢ zəmin isə - yəni xalq, bu zaman
epileptik xəstəliyinə tutulmuĢ kimi onların ayağı altında titrəyirdi. Bu xəyalpərəstlərdən bəziləri
tək-təkinə, bəziləri də cəmiyyətə bənzər bir Ģəkildə birləĢərək, ictimai məsələləri dinc bir halda,
lakin dərindən tədqiq edirdilər; bu sakitcə çalıĢan qazmaçılar vulkanın dərinliyində yavaĢ-yavaĢ
özlərinə yol açır, ayrı-ayrı təkanlardan və arabir qalxan alovdan çox da narahat olmurdular.
Bu sakitlik o coĢqun dövrün gözəl mənzərələri sırasında əsas yerlərdən birini tuturdu. Bu
adamlar hüquq məsələlərini siyasi partiyaların ixtiyarına buraxmıĢdı, özləri isə insan səadəti
məsələləri ilə məĢğul idilər.
Cəmiyyətin dərinliyindən onların çıxarmaq istədiyi Ģey insan rifahı idi. Onlar maddi məsələləri,
əkinçilik, sənaye, ticarət məsələlərini az qala din yüksəkliyinə qaldırmıĢdılar. Qismən Allah və
daha çox insan tərəfindən yaranan mədəni cəmiyyətdə insanların mənafeyi bir-birinə sarınaraq,
bir-biri ilə birləĢərək, imtizac edərək, hərəkət qanununa əsasən xalis bir qaya əmələ gətirir, bu
qaya siyasət geoloqları olan iqtisadçılar tərəfindən səbirlə öyrənilir.
Müxtəlif ad altında birləĢən, ümumiyyətlə, sosialist adı verilə bilən bu adamlar insan səadətinin
dirilik çeĢməsi vursun deyə, qayanı deĢmək istəyirdilər.
Onların yazdığı əsərlər – ölüm cəzasından tutmuĢ müharibəyə kimi – bütün məsələləri əhatə
edirdi. Fransa inqilabının elan etdiyi insan hüququna onlar qadın hüququ və uĢaq hüququ da
əlavə etdilər.
Bəzi mülahizələrə görə, biz burada, sosialistlərin toxunduğu məsələləri nəzəri cəhətdən əsaslı
surətdə müzakirə etmirik – qoy buna təəccüb etməsinlər. Biz ancaq onların adını çəkməklə
kifayətlənirik.
Sosialistlərin irəli sürdüyü bütün problemləri kosmoqoniyaya aid səfsətələri, xülya və mistisizmi
- kənar etməklə, iki əsas problem üzrə yekunlaĢdırmaq olar.
Birinci problem maddi sərvət yaratmaqdır.
Ġkinci problem bu sərvəti bölüĢdürməkdir.
Birinci problem əmək, ikinci problem – əmək haqqı məsələsini əhatə edir.
Birinci problemdə istehsal qüvvələrinin tətbiqindən, ikinci problemdə həyat nemətlərini
bölüĢdürməkdən söhbət gedir.
Ġctimai qüdrət – istehsal qüvvələrinin düzgün tətbiqi ,Ģəxsiyyət xoĢbəxtliyi – həyat nemətlərinin
düzgün bölüĢdürülməsi nəticəsidir.
Düzgün bölüĢdürmək məsələsini tən bölüĢdürmə kimi deyil, ədalətli bölüĢdürmə kimi baĢa
düĢmək lazımdır. Bərabərliyin əsası ədalətdir.
Bu iki Ģeyin – ictimai qüdrətlə Ģəxsi xoĢbəxtliyin – birləĢməsindən ictimai inkiĢaf əmələ gəlir.
Ġctimai inkiĢaf – xoĢbəxt insan, azad vətəndaĢ, böyük millət deməkdir.
Ġngiltərə bu iki problemdən birincisini həll etdi. Maddi sərvəti o, çox gözəl yaradır, ancaq bunu
pis bölüĢdürür. Məsələnin birtərəfli həll olunması onu fəlakətli bir yola sürükləyərək, iki ifrata
gətirib çıxarır: bunlardan biri hədsiz dərəcədə sərvət, biri də hədsiz dərəcədə ehtiyacdır. Bütün
həyat nemətləri birinin, bütün məhrumiyyətlər o birinin olur - yəni xalqın öhdəsinə düĢür; həm
də imtiyazlar, müstəsnalıq, inhisarlar, feodallar hakimiyyəti əmək quruluĢunun özündən
meydana gəlir. Bu, yanlıĢ və təhlükəli vəziyyətdir, çünki ictimai qüdrət burada fərdi adamların
yoxsulluğuna, dövlət əzəməti isə ayrı-ayrı Ģəxslərin çəkdiyi iztiraba əsaslanır. Bu pis yaranmıĢ
bir əzəmətdir: bunun bütün maddi əsasları burada birləĢir, lakin bircə mənəvi cəhət də bura daxil
olmamıĢdır.
Kommunizm və aqrar qanunu ikinci problemi həll etməyi nəzərdə tutur. Onlar yanılırlar. Belə
bölgü istehsalatı öldürür. Tən bölgü yarıĢı və nəticə etibarı ilə, əməyi məhv edir. Qəssab bölmək
istədiyi Ģeyi bu qayda ilə öldürür. Deməli, məsələnin bu cür həll edilməsinin doğru olduğu
iddiası üzərində dayanmaq olmaz. Sərvəti məhv etmək onu bölüĢdürmək demək deyil.
Bu iki problemi yaxĢı həll etmək üçün onları bir yerdə götürmək, onları birləĢdirmək, bir
problem etmək lazımdır.
Bu iki problemdən yalnız birincini həll etsəniz, onda siz Venetsiya olarsınız, Ġngiltərə olarsınız.
Onda siz Venesiya kimi süni surətdə yaradılmıĢ qüdrətə, ya Ġngiltərə kimi maddi əzəmətə malik
olarsınız; siz ədalətsiz bir dövlətli olarsınız. Siz ya Venetsiya kimi zorla, ya da bir gün süqut
edəcək Ġngiltərə kimi iflasa uğrayıb məhv olarsınız. Həyat da sizə məhv olmağa, ya süqut etməyə
imkan verər, çünki həyat hər bir xudbinliyin, insan övladına heç bir xeyirxahlıq etməyən, ideya
gətirməyən hər Ģeyin süqut etməsinə, məhv olmasına imkan verir.
Öz-özlüyündə aydındır ki, Venesiya, Ġngiltərə sözlərini deməklə biz burada xalqı deyil, müəyyən
ictimai quruluĢu, millətlərin özünü deyil, millətlər üzərində duran oliqarxiyanı nəzərdə tuturuq.
Biz həmiĢə xalqlara hörmət bəsləmiĢik və hüsn-təvəccöh göstərmiĢik. Venesiya, bir xalq kimi,
yenidən doğulacaqdır; Ġngiltərə, bir aristokratiya kimi, süqut edəcəkdir, lakin Ġngiltərə, bir xalq
kimi əbədidir. Bunu qeyd edib, sözümüzə davam edirik.
Hər iki problemi həll edin: dövlətliləri həvəsləndirin, kasıbları himayə edin, yoxsulluğu aradan
qaldırın, güclülərin gücsüzləri ədalətsizcəsinə istismar etməsinə son qoyun, yarıyolda olanların
məqsədinə çatanlara haqsız yerə göstərdiyi həsədin qarĢısını alın, görülən iĢə görə əməkhaqqını
qardaĢcasına, düzgün təyin edin, uĢaqlara pulsuz və məcburi təlimi bəxĢ edin, biliyi yetkinlik
üçün əsas edin, əllərə iĢ verməklə əqli də inkiĢaf etdirin, həm qüdrətli xalq, həm da xoĢbəxt
insanlar ailəsi olun, xüsusi mülkiyyəti ləğv etməyərək demokratlaĢdırın, onu hamı üçün əlveriĢli
edin, elə edin ki, hər bir vətəndaĢın, müstəsnasız olaraq, xüsusi mülkiyyəti olsun - bu isə
təsəvvür edildiyindən asan bir Ģeydir; sözün qısası, həm sərvət yaratmağı, həm də sərvəti
bölüĢdürməyi bacarın; onda siz həm maddi əzəmətə, həm də mənəvi əzəmətə malik olacaqsınız;
onda siz özünüzə ―Fransa‖ deməyə layiq olacaqsınız.
Bax, sosializm səhv edən bəzi sektalara etina etməyərək, onların səviyyəsindən qat-qat
yüksələrək bunu deyirdi, faktlarda bunu axtarırdı, fikirlərdə bunu hazırlayırdı!
Ġftixara layiq bir səy! Müqəddəs bir coĢqunluq!
Bu təlimlər, bu nəzəriyyələr, bu müqavimət heç gözlənilmədiyi halda, dövlət adamı üçün
filosoflarla hesablaĢmaq zərurəti, tutqun bir Ģəkildə nəzərə çarpan yeni həqiqətlər, köhnə
quruluĢa uyan, inqilabi ideyalara çox da zidd olmayan yeni bir siyasət yaratmaq təĢəbbüsü,
Polinyakı müdafiə etmək üçün Lafayetin xidmətindən istifadə etmək vəziyyəti, qiyam içərisində
iĢıq saçan tərəqqi duyğusu, deputatlar palatası və küçə, onun ətrafında qızıĢan ehtirasları
müvazinətləĢdirmək zərurəti, inqilaba inanmaq, bəlkə də, sonralar taxtdan əl çəkməyi
qabaqcadan görmək məsələsi (bu da Tanrıya, inkaredilməz bir haqqa itaətkarlıqdan əmələ gələn
hiss idi), düzgün adam olmaq, öz nəslinə sədaqətli qalmaq arzusu, ailəpərəstlik ruhu, xalqa
ürəkdən hörmət bəsləmək – bu Ģeylər Lui-Filippin bütün fikrini məĢğul edir, ona əzab verirdi,
bəzən də, nə qədər möhkəm və mərd bir adam olsa da, onu sıxırdı, kral olmağın çətinliyini ona
hiss etdirirdi.
O hiss edirdi ki, ayağı altındakı zəmin qorxunc bir parçalanma vəziyyətindədir, lakin bu, tam
dağılma deyildi, çünki Fransa əvvəlkilərdən daha artıq Fransa olub qalırdı.
Bir-biri üstə qalaqlanan qara buludlar üfüqləri bürüyürdü. Qəribə bir kölgə get-gedə yaxınlaĢır,
yavaĢ-yavaĢ insanların, əĢyanın, ideyaların üzərinə yayılırdı: bu, münaqiĢələr və sistemlər
kölgəsi idi. Tez-tələsik susdurulan Ģeylər yenə də canlanır, hərəkətə gəlirdi. Sofizmin həqiqətə
qarıĢdığı yerdə elə zərərli hallar əmələ gəlmiĢdi ki, bəzən düz adamın da nəfəsi tutulurdu.
Cəmiyyəti bürüyən bu təĢviĢ içində düĢüncəli insanlar – yaxınlaĢmaqda olan tufan qarĢısında
titrəyən yarpaq kimi – tir-tir əsirdi. Ətrafda o qədər elektrik toplaĢmıĢdı ki, bəzən hələ bu vaxta
qədər heç kəsin tanımadığı adam bir anlığa iĢıq yarada bilirdi. Sonra yenə də axĢam qaranlığı
çökürdü. Arabir uzaqdan gələn boğuq göy gurultuları bu buludların necə tufanlı buludlar
olduğunu göstərirdi.
Ġyul inqilabından ancaq iyirmi ay keçmiĢdi ki, 1832-ci il məĢum və tutqun bir simada özünü
yetirdi. Xalqın yoxsulluğu, əməkçilərin çörəksiz qalması, son Konde Ģahzadəsinin zülmətdə yox
olması, Paris Burbonlar sülaləsini qovduğu kimi Brüsselin Nassau sülaləsini qovması,
Belçikanın özünü Fransa Ģahzadəsinə təklif etməsi, lakin Ġngiltərə Ģahzadəsinə verilməsi, rus
imperatoru Nikolayın nifrət və ədavəti, bizim arxamızda iki cənub iblisinin – ispaniyalı
Ferdinandın və portuqaliyalı Mikelin olması, Ġtaliyada zəlzələ, Metternixin Bolonyeyə əl
uzatması, Fransanın Ankonda Avstriyanı təhqir etməsi, Ģimalda PolĢanın yenə də tabuta
qoyulması, tabutun ağzını mıxlayan məĢum çəkic səsi, bütün Avropanın Fransanı acıqlı
baxıĢlarla güdməsi, Ġngiltərənin - bu Ģübhəli müttəfiqin tərəddüd edəni itələməyə, yıxılanın
üstünə atılmağa hazır olması, Bekkarinin arxasında gizlənərək, qanuni hökmdən dörd adamı
xilas etmək üçün düzələn perlər məhkəməsi, kralın karetasından zanbaq Ģəklinin silinməsi,
Noterdam kilsəsindən xaçın qoparılması, Lafayetin alçaldılması, Lafitin iflası, Benjamen
Konstanın yoxsulluq içində ölməsi, Kazimir Peryenin bütün nüfuzunu itirərək vəfat etməsi,
krallığın hər iki paytaxtında – biri fikirlər Ģəhərində, biri də əmək Ģəhərində – eyni zamanda
siyasi xəstəliklə ictimai xəstəliyin əmələ gəlməsi, Parisdə vətəndaĢ müharibəsi, Lionda fəhlələr
müharibəsi, Ģiddətlə coĢan alovun hər iki Ģəhərdə eyni Ģəkildə parıldaması, püskürən vulkanın
tünd-qırmızı iĢığının xalqın alnına düĢməsi, Cənubun özündən çıxması, Qərbin həyəcanlanması,
Berriya hersoginyasının Vandeyadı alması, sui-qəsdlər, pis niyyətli hərəkətlər, üsyanlar, vəba
xəstəliyi – bütün bu Ģeylər ideyaların qarıĢıq uğultusuna, hadisələrin qarıĢıq hərc-mərcliyinə
əlavə olunurdu.
BEġĠNCĠ FƏSĠL.
Tarixi yaradan, lakin tarixin qəbul etmədiyi hadisələr.
Aprelin sonlarında hər Ģey mürəkkəbləĢdi. Narazılıq son dərəcə artdı. 1830-cu ildən sonra gah
orada, gah burada, kiçik qiyamlar oldu; bunlar tez yatırılsa da, yenə təzədən baĢ verdi, bu,
geniĢlənən gizli yanğının əlaməti idi. DəhĢətli bir Ģey olacağı gözlənilirdi. BaĢ verə biləcək
inqilabın hələ lazımınca sezilməyən və pis iĢıqlanan cəhətləri meydana çıxırdı. Fransa Parisə,
Paris Sent-Antuan civarına baxırdı.
Gizlicə hərəkətə gətirilən Sent-Antuan civarı dalğalanmağa baĢlayırdı.
ġaron küçəsində olan meyxanalar ciddi və qorxunc Ģəkil aldı; bu iki sifətin meyxanaya verilməsi
nə qədər qəribə görünsə də, bu, doğrudan da, belə idi.
Hökumət orada açıqca Ģübhə altına alınmıĢdı. VuruĢmaq, ya da sakit durmaq məsələsi aydınca
müzakirə edilirdi. Bəzi meyxanaların dal otağında fəhlələrə and içdirirdilər ki, onlar həyəcan
olan kimi küçəyə çıxacaq, düĢmənin sayına baxmayaraq, vuruĢacaqlar. Fəhlələr bu iĢi
boyunlarına götürən kimi meyxananın dib tərəfində oturan adam ―səsini qaldıraraq‖ deyərdi:
―Sən razılıq vermisən! Sən bu barədə and içmisən!‖ Bəzən ikinci mərtəbəyə qalxıb, bağlı otağa
girərdilər; orada mason ayinini xatırladan Ģeylər olardı: sirrə vaqif edilən adam and içərdi: ―UĢaq
öz atasına necə qulluq eləyirsə, mən də bu iĢə elə qulluq edəcəyəm‖. Onların and içməsi bu
Ģəkildə idi.
Ümumi zallarda ―qiyamçılıq‖ kitabları oxunardı. O vaxtın dövlət idarələrinə verilən məxfi
məlumat göstərir ki, onlar hökuməti pisləyir, biabır edirmiĢlər.
Orada belə sözlər eĢidilirdi: ―BaĢçıların adı mənə məlum deyil. Bizə gəlincə, təyin edilən günü
ancaq iki saat əvvəl biləcəyik‖. Bir fəhlə dedi: ―Biz üç yüz adamıq, hərəmiz on su verdik, bu da
barıt və güllə üçün yüz əlli frank pul!‖ Bir baĢqası dedi: ―Mənə altı ay lazım deyil, heç iki ay da
lazım deyil. Ġki həftə keçməyəcək ki, biz hökumətlə bərabərləĢəcəyik. Ġyirmi beĢ min adam
yığsaq, vuruĢmağa giriĢə bilərik‖. Bir ayrısı da dedi: ―Mən heç yatmıram, bütün gecəni patron
düzəldirəm‖. Arabir ―yaxĢı geyinmiĢ, üzdən burjuaya oxĢayan‖ adamlar da gəlirdi, ―təĢviĢ
oyadırdılar‖, onlar özlərini ―sərəncamçı‖ kimi tutur, lap baĢçının əlini sıxır, sonra çıxıb
gedirdilər. Onlar on dəqiqədən artıq qalmazdılar. Səslərini endirərək, mənalı-mənalı deyərdilər:
―Qiyam yetiĢib. Məsələ hazırdır‖. Orada iĢtirak edənlərdən biri belə dedi: ―Orada olanların
hamısı bunu dönə-dönə təkrar edirlər‖. Həyəcan o dərəcəyə gəlib çatmıĢdı ki, bir gün ağzına
kimi dolu olan meyxanada bir fəhlə çığıraraq dedi: ―Bizim silahımız yoxdur!‖ YoldaĢlarından
biri ona belə cavab verdi: ―Əsgərlərin silahı var!‖ Bununla o, heç özü də bilmədən, Bonapartın
italyan ordusuna olan müraciətini yamsılamıĢdı. Verilən məlumatların birində bu da əlavə
edilirdi: ―Məsələ daha mühüm sirrə aid olanda – bunu onlar orada bir-birinə söyləmirdilər‖. O
Ģeyi ki onlar deyirdilər, bundan artıq daha nəyi gizlədə bilərdilər – bu, məlum deyildi.
Çox vaxt belə yığıncaqlar tamamilə müntəzəm Ģəkil alırdı. Bunlarda səkkizdən, ondan artıq
adam olmazdı, həmiĢə də eyni adamlar iĢtirak edərdi. O birilərinə kim istəsə gedə bilərdi, zal elə
dolardı ki, adamlar ayaq üstə durardı. Kimisi böyük ruh yüksəkliyi duyduğu üçün, kimisi də iĢə
gedəndə yolları buradan düĢdüyü üçün ora gedərdi. Bu yığıncaqlara, 1789-cu il inqilabında
olduğu kimi, vətənpərvər qadınlar da gedərdi, onlar yeni gələnləri öpüĢlə qarĢılardılar.
BaĢqa faktlar da məlum oldu.
Birisi meyxanaya girib içər və Əmi can, sənin pulunu inqilab verəcəkdir – sözlərini deyib
gedərdi.
ġaron küçəsi ilə üzbəüz olan meyxanada inqilab müvəkkillərini ayırırdılar. Seçki siyahılarını
furajkalara yığardılar.
Fəhlələr Kott küçəsindəki qılınc təlimçisinin yanına yığıĢardılar: o adam hücum etmək üsullarını
öyrədərdi. Orada çoxlu taxta espadron, əsa, ağac və rapira vardı. Elə bir gün gəldi ki, rapiraların
düymələrini çıxartdılar. Bir fəhlə dedi: ―Biz iyirmi beĢ adamıq, ancaq mən hesabda deyiləm,
çünki məni əfəl sayırlar‖. Həmin bu ―əfəl‖ deyilən adamın sonralar Kenisse olduğu meydana
çıxdı.
Camaat bəzi məsələlərdən yavaĢ-yavaĢ xəbər tutdu - bunun necə olduğu məlum deyildi. Evinin
qabağını süpürən bir arvad baĢqa bir arvada dedi: çoxdandı hər yerdə patron düzəldirlər.
Küçələrdə departamentlərin milli qvardiyalarına yazılmıĢ intibahnamələri açıqca oxuyurdular.
Bu intibahnamələrdən birinin altında ―Borto, çaxırsatan‖ imzası vardı.
Bir gün Lenuar bazarında, araq satılan dükanın qabağında saqqallı bir adam tumba üstə çıxaraq,
sanki, gizlin bir hökumət tərəfindən döndərilmiĢ əlyazmasını italyan Ģivəsi ilə ucadan oxuyurdu.
Onun baĢına bir dəstə adam yığıĢmıĢdı, ona əl çalırdılar. Bu namənin adamları daha çox
həyəcana gətirən bəzi ifadələri toplanılmıĢ və yazılmıĢdır. Bu ifadələr belədir: ―...Bizim
təlimimizə mane olurlar, bizim müraciətnamələri məhv edirlər, bizim adamları güdürlər,
dustaqxanaya salırlar...‖, ―Manufakturalarda baĢ verən intizamsızlıqlar mötədil adamları bizim
tərəfimizə cəlb etdi‖, ―...Xalqın gələcəyi bizim heç kəsə məlum olmayan sıralarımızda yaranır‖,
―...Ġki Ģeydən ancaq biri seçilməlidir: ya hərəkat, ya əks-hərəkat, ya inqilab, ya əks-inqilab.
Çünki bizim dövrümüzdə daha nə fəaliyyətsizliyə, nə ətalətə inanırlar. Xalqlamı, ya xalqın
əleyhinəmi olmaq – məsələ, bax, bundadır‖, ―...O gün ki biz daha sizin iĢinizə yaramayacağıq –
onda bizi dəyiĢdirin, lakin o vaxta qədər bizim qabağa getməyimizə kömək edin‖. Bütün bu
sözlər günün günorta çağında deyilirdi.
Lakin bundan da cəsarətli çıxıĢlar olurdu: bu çıxıĢlar belə cəsarətli olduğu üçün xalqa Ģübhəli
görünürdü. 1832-ci ildə, aprelin 4-də yoldan ötən bir adam, Müqəddəs Marqarita küçəsi tinində
kötük üstə qalxıb çığırdı: ―Mən babefçiyəm!‖ Lakin camaat özünü ―babefçi‖ adlandıran bu
adamın Jiske olduğunu duydu.
Bu yoldan ötən adam bunu da dedi:
– Rədd olsun xüsusi mülkiyyət! Sol müxalifətçilər qorxaq və satqın adamlardır. Onlar sağlam
ağıl sahibi olduqlarını sübut etmək istəyəndə inqilabı təbliğ edirlər. Onlar döyülməmək üçün
özlərini ―demokrat‖, dalaĢmamaq üçün ―royalist‖ adlandırırlar, respublikaçılar miskin
adamlardır. VətəndaĢ əməkçilər, respublikaçılara inanmayın!
Bir fəhlə onun üstünə çığırdı:
– Sus, vətəndaĢ casus!
Bu çığırtı ilə də o səsini kəsdi.
Sirli təsadüflər də olurdu.
Bir gün axĢamçağı bir fəhlə xəndək yanında ―yaxĢı geyinmiĢ bir cənaba‖ rast gəldi. ―YaxĢı
geyinmiĢ cənab‖ ondan soruĢdu: ―VətəndaĢ, hara gedirsən?‖ Fəhlə ona belə cavab verdi: ―Cənab,
mən sizi tanımaq Ģərəfinə nail olmamıĢam‖. O adam dedi: ―Amma mən səni yaxĢı tanıyıram, -
sonra da əlavə etdi, - qorxma. Mən komitet müvəkkiliyəm. Səndən Ģübhələnirlər, deyirlər ki, sən
çox da etibarlı adam deyilsən. Bax, ağzından bir Ģey qaçırsan, bu, bizə məlum olacaqdır, səni
güdürlər, bunu bil!‖ Sonra da fəhlənin əlini sıxdı, ―biz tezliklə görüĢəcəyik‖, - deyib getdi.
DanıĢıqlara gizlincə qulaq asan polis iĢçiləri yalnız meyxanalarda deyil, küçələrdə də qəribə
söhbətlər eĢidirdilər.
Bir toxucu qiymətli mebel düzəldənə deyirdi:
– Tez ol, al!
– Niyə?
– Bir az atmaq lazım gələcək.
Yolla gedən iki cındır paltarlı adam diqqətəlayiq bir Ģəkildə danıĢırdı; onların danıĢığından
aydınca Jakeri üsyanı qoxusu duyulurdu:
– Bizi idarə eləyən kimdir?
– Cənab Filipp.
– Yox, burjuaziyadır.
―Jakeri‖ sözünü pis mənada iĢlətdiyimizi zənn edənlər yanılırlar. Jakeri üsyanında iĢtirak edən
yoxsullardı.
BaĢqa bir vaxtda yolla gedən adamın o birisinə bu sözləri dediyini eĢidirdilər: ―Bizim gözəl bir
hücum planımız vardır‖.
Taxt qarovulxanası qabağındakı girdə meydanın xəndəyində oturan dörd kiĢinin gizli
söhbətindən ancaq bu sözləri eĢitmək mümkün oldu: ―Onun bir daha Parisdə gəzməməsi üçün
mümkün olan hər Ģeyi edəcəklər‖.
Bu ―onun‖ deyilən kim idi? Təhdid dolu bir məchuliyyət!
―BaĢçılar‖ özlərini kənarda tuturdular (bu adamlara civarda ―baĢçı‖ deyirdilər). Elə güman
edirdilər ki, onlar öz iĢlərini bir-biri ilə uyğunlaĢdırmaq üçün Sent-EstaĢ kilsəsi yanındakı
meyxanaya toplaĢırlar. Mondetur küçəsi dərzilərinin qarĢılıqlı yardım cəmiyyətinin sədri - ―Oq‖
ləqəbli bir adam bu baĢçılarla Sent-Antuan civarı arasında əsas rabitəçi hesab olunurdu. Bununla
belə, baĢçılar həmiĢə kənarda durur, gözdən yayınırdılar; sonralar perlər məhkəməsində
ittihamçının verdiyi ―Sizin baĢçınız kimdir‖ sualına, müttəhim belə cavab vermiĢdi:
– Mən bunu bilmirdim, onun kim olduğunu heç öyrənmədim də.
Bu təkzibedilməz əsas dəlil də bu cavabın möhkəmliyini sarsıda bilməmiĢdi.
Lakin bunlar hələ ancaq mənaca aydın, lakin qeyri-müəyyən sözlər, bəzən də boĢ mülahizələr,
Ģayiələr və dedi-qodular idi. Amma baĢqa əlamətlər də meydana çıxmağa baĢladı.
Bir dülgər Rey küçəsində tikilən evin ətrafına çəkilən hasara taxta vurarkən elə orada bir parça
cırılmıĢ məktub tapmıĢdı; bu kağız parçasındakı sözləri oxumaq olardı: ―...Komitet bəzi
cəmiyyətlərin seksiyalarına adam yığılmasına mane olmaq üçün mütləq tədbir görməlidir...‖
Sonra da əlavə olunmuĢdu: ―Biz bildik ki, Fobur – Puasonyer küçəsində 5(6) nömrəli evdə,
silahçının həyətində beĢ, ya altı min ədəd tüfəng vardır. Amma seksiyaların heç tüfəngi yoxdur‖.
Dülgər təĢviĢə düĢərək, tapdığı kağız parçasını yoldaĢlarına göstərdi; o bir az kənarda yenə
cırılmıĢ bir kağız tapmıĢdı, bu, əvvəlkindən daha əhəmiyyətli idi. Bu qəribə sənədin tarixi
cəhətdən maraqlı olduğunu nəzərə alaraq, biz burada onun Ģəklini eynən veririk.
Onda bu sirli kağıza bələd olanlar, ancaq sonralar o, dörd baĢ hərfin mənasını baĢa düĢdülər:
onlar – kvinturionlar, senturionlar, dekurionlar, kəĢfiyyatçılar deməkdi; yu oq a1 fe isə: 15 aprel
1832-ci il tarixini göstərirdi. Hər baĢ hərfin altında ad, adın da yanında çox diqqətəĢayan qeydlər
vardı: ―K – Banerel. 8 tüfəng, 83 patron. Etibarlı adamdır.
S – Bubyer. 1 tapança, 40 patron; D – Role. 1 rapira, 1 tapança, 1 funt barıt; K – Teysye. 1
qılınc, 1 patrondaĢ. Düzdür; Terror. 8 tüfəng. Ġgiddir və sairə.
Nəhayət, elə həmin dülgər elə bu hasarın içərisində bir kağız da tapdı: bu, çox aydın Ģəkildə
karandaĢla yazılmıĢ qəribə siyahı idi.
Birlik. BlanĢar. Arbr-Sek, 6.
Barra. Suaz. Hesablama palatası.
KostyuĢko. Obri-Qəssab?
J.J.R.
Kay Qrakx.
Yoxlama ixtiyarı. Düfon. Fur.
Jirondistlərin süqutu. Derbak. Mobüe.
VaĢinqton. Alacəhrə quĢu. 1 tap. 86 pat.
Marselyoza.
Xalqın baĢç. MiĢel. Kenkampua. Qılınc.
HoĢ.
Marso. Platon. Arbr-Sek.
VarĢava. Tilli, ―Popüler‖ qəzeti satan.
Bu kağız hörmətli bir burjuanın əlinə düĢəndə o bunun mənasını baĢa düĢdü. Görünür, bu
siyahıda Ġnsan Hüququ Cəmiyyətinin dördüncü dairəsində olan seksiyalar, bu seksiya
baĢçılarının adı və ünvanı qeyd olunmuĢdu. Bu vaxta qədər məchul qalan bu faktlar ancaq tarixə
aid məsələdir, indi onları elan etmək olar.
Ancaq bir Ģeyi əlavə etmək lazımdır: Ġnsan Hüququ Cəmiyyətinin qurulması, elə bil ki, bu kağız
tapılan vaxtdan sonra olmuĢdu. Bəlkə də, bu, ilk qeydlərmiĢ.
Lakin iĢarələr, eyhamlar, sözlər yazılan kağızlar ardında əsl iĢlər meydana çıxmağa baĢladı.
Popenkur küçəsində, polis iĢçiləri köhnə Ģey-Ģüy alveri edən bir adamın evini axtaranda
komodun siyirtməsindən eyni qayda ilə əvvəl iki, sonra da dörd yerə qatlanmıĢ yeddi vərəq Ģey
bükülən kağız tapırlar; bu vərəqlərin altında iyirmi altı dənə patron üçün dördqat bükülmüĢ kağız
və bir kartoçka gizlədilmiĢdi; bu kağız da Ģey bükülən kağızdandı; kartoçkada bunlar yazılmıĢdı:
Köhərçilə
12 unsiya.
Kükürd
2 unsiya.
Kömür
2 yarım unsiya.
Su
2 unsiya.
AxtarıĢ protokolunda komodun siyirtməsindən çox bərk barıt qoxusu gəldiyi də qeyd olunurdu.
Bir bəndənin iĢdən qayıdanda Austerlits körpüsü yanında, oturacağın üstündə balaca bir
düyünçəsi yadından çıxıb qalır. Düyünçəni qarovulxanaya aparıb açırlar; onun içindən çap
olunmuĢ ―Lotyer‖ imzası, iki dialoq, ―Fəhlələr, birləĢin!‖ sərlövhəli nəğmə, patron dolu tənəkə
bir qab varmıĢ.
Bir fəhlə öz dostu ilə içirmiĢ, istiləndiyini sübut etmək istəyir, dostuna deyir ki, inanmırsan, əlini
bədənimə vur; o da əlini vuranda görür ki, kurtkasının altında tapançası var.
UĢaqlar Per-LaĢezlə taxt qarovulxanası arasında, bulvarın lap ucqar yerində oynayanda,
xəndəyin içindən yonqar və zibil yığını altından bir torba, torbanın da içindən güllə tökmək üçün
qəlib, patron düzəltmək üçün ağac kötük, ovçu barıtı töküntüsü olan ağac cam, bir də balaca
çuqun qazan tapırlar - qazançada ərimiĢ qurĢun izi aydınca görünürmüĢ.
Polis iĢçiləri səhər saat beĢdə qəfildən Pardon adlı bir adamın evinə girirlər, görürlər ki, o,
yatağının qabağında durub, patron düzəltməklə məĢğuldur, əlində də patron vardır. Həmin bu
adam sonralar Merri-Barrikadası seksiyasının üzvü olur və 1834-cü ildə aprel üsyanında
öldürülür.
Fəhlələr nahar vaxtı dincələndə Pikpüsla ġaranton qarovulxanası arasında, ensiz keĢikçilər
yolunda, iki divar arasında, qarĢısında adətən Siam keqlisi oynanılan meyxananın yanında iki
adam görürlər. Onlardan biri bluzunun altından bir tapança çıxardıb, o birisinə verir. Bu vaxt o,
tərli döĢündə tapançadakı barıtın bir az nəm çəkdiyini hiss edir, tapançanı yoxlayıb, barıtı taxtın
üstünə tökür. Sonra ayrılıb gedirlər.
Qall adlı birisi lovğalana-lovğalana deyirmiĢ ki, mənim yeddi yüz patronum, iyirmi dörd də
tüfəngə qoyulan çaxmaqdaĢım var. Bu adam sonralar - aprel hadisələrində Bobur küçəsində
öldürülmüĢdür.
Bir gün hökumətə xəbər verirlər ki, Ģəhər ucqarlarında camaata çoxlu silah, iki yüz min də patron
paylanmıĢdır. Bir həftə sonra otuz min də patron paylanır. Qəribə burasıdır ki, bu patronlardan
bircəciyi də polis iĢçilərinin əlinə düĢməmiĢdi. Ələ keçən məktubda yazılırdı: ―Gecə saat dördü
vuran kimi, səksən min vətənpərvərin silaha sarılacağı gün uzaqda deyil‖.
Bütün bu iĢlər açıqca və bəlkə də, lap sakitcə edilirdi. YetiĢməkdə olan üsyan hökumətin gözü
önündə tufan hazırlayırdı. Bu gizlin, lakin artıq hiss edilməkdə olan böhranın bütün
xüsusiyyətləri meydanda idi. QarĢıda duran məsələlər haqqında burjua fəhlələrlə sakitcə
danıĢırdı, hal-əhval tuturdular. ―Üsyan nə vəziyyətdədir?‖ – onlar bu sualı ―Zövcənizin kefi
necədir?‖ sualı kimi ifadə edirdilər.
Moro küçəsindəki mebelçi soruĢurdu: ―Bəs nə vaxt baĢlayacaqsınız?‖
BaĢqa bir dükançı deyirdi: ―Bu yaxında iĢə baĢlanacaqdır, mən bunu bilirəm. Bir ay əvvəl siz on
beĢ min nəfərdiniz, indi iyirmi beĢ min nəfərsiniz‖. O öz tüfəngini, qonĢusu isə balaca bir
tapança təklif edirdi, bu tapançaya yeddi frank pul istəyirdi.
Ġnqilabi qızğınlıq get-gedə artırdı. Parisin, Fransanın hər yerində bu belə idi. Hər yerdə onun
nəbzinin vurduğu hiss olunurdu. Ġnsan bədəninin iltihablaĢan hissələri ətrafında qiĢa əmələ
gəldiyi kimi, gizlin cəmiyyətlər də ölkənin hər yerinə yayılmağa baĢladı. Eyni zamanda həm
açıq, həm də gizlin cəmiyyət olan ―Xalq dostları‖ cəmiyyətindən ―Ġnsan hüququ‖ cəmiyyəti
meydana gəldi; öz sərəncamlarından birinə o, Plüvioz, respublika erasının 40-cı il tarixini
qoymuĢdu. Bu cəmiyyətə, hətta cinayət məhkəməsinin onun ləğv edilməsi haqqında çıxardığı
qərardan sonra da yaĢamaq nəsib olmuĢdu, həm də o heç tərəddüd etmədən öz seksiyalarına bu
mənalı adları vermiĢdi:
Nizələr.
Zəng səsi.
ĠĢarə topu.
Friqiya qalpağı.
Yanvarın 21-i
Dilənçilər.
Sərsərilər.
Robespyer.
Nivelir.
Bir gün olacaq.
―Ġnsan hüququ‖ cəmiyyətindən ―Hərəkət‖ cəmiyyəti yarandı. Bunu cəmiyyətdən ayrılan səbirsiz
və qabağa qaçan adamlar təĢkil etdilər. BaĢqa ittifaqlardakı adamların sayı böyük və əsas
cəmiyyətlərdə olan həmfikir Ģəxslərin hesabına artırdı. Seksiyaların üzvləri Ģikayətlənirdi ki,
onları bir neçə tərəfə çəkib aparırlar. Bu qayda ilə ―Qall ittifaqı‖ və ―ġəhər bələdiyyə idarələrinin
təĢkilat komitəsi‖ meydana gəldi; Mətbuat azadlığı, ġəxsiyyət azadlığı, Xalq maarifi, ―Qeyri-
müstəqim vergilərlə mübarizə‖ ittifaqları, sonra da ―Bərabərliyi müdafiə edən fəhlələr‖
cəmiyyəti təĢkil olundu. Bu da bərabərliyi müdafiə edənlər, kommunistlər, islahatçılar adı altında
üç seksiyaya bölündü. Bundan sonra da hərbi qayda ilə təĢkil olunmuĢ, kohortayabənzər
Bastiliya ordusu düzəldi: hər dörd adama kapral, hər on adama serjant, iyirmi adama kiçik
leytenant, qırx adama leytenant komanda edirdi; burada ən çoxu beĢ adam bir-birini tanıya
bilərdi. Ehtiyatkarlıqla cəsarətin birləĢdiyi bu məsələdə, sanki, Venesiya dühasının əli vardı.
BaĢda duran Mərkəzi Komitənin iki əli vardı: bunlardan biri ―Hərəkət‖ cəmiyyəti, biri də
Bastiliya ordusu idi. ―Sədaqət rıtsarlarının legitimist ittifaqı‖ bu respublika cəmiyyətləri arasına
qarıĢıqlıq salırdı. Bu ittifaq ifĢa edilərək dağıdıldı.
Paris cəmiyyətləri əsas Ģəhərlərdə yerləĢirdi. Lionun, Nantın, Lillin, Marselin ―Ġnsan hüququ‖,
―Karbonarlar‖, ―Azad insan‖ cəmiyyətləri vardı. Eksdə Kuqurda adlı inqilabi cəmiyyət vardı.
Biz yuxarıda bundan bəhs etmiĢik.
Parisin Sen-Marso civarı Sent-Antuan civarından az hərəkətə gəlməmiĢdi, məktəblər də bu
civarlardan az həyəcanlanmamıĢdı. Sent-Ġasent küçəsindəki kafe və Matüren–Sen Jak
küçəsindəki ―Yeddi bilyard‖ meyxanası tələbələrin toplaĢdığı yer idi. Anjerdəki və Kuqurdadakı
qarĢılıqlı yardım cəmiyyətləri ilə sıxı surətdə əlaqədar olan ―Əlifba dostları‖ cəmiyyəti, məlum
olduğu kimi, Eksda, ―Müzen‖ kafesində yığıncaq düzəldirdilər. Bu gənclər, yuxarıda qeyd
etdiyimiz kimi, Mondetur küçəsi yaxınlığında, ―Korinf‖ meyxanasında da bir-biri ilə
görüĢürdülər. Bu yığıncaqlar gizlin keçirilirdi. BaĢqa yığıncaqlar, vəziyyət nə qədər imkan
verirdisə, o dərəcə açıq olurdu; bu yığıncaqların meydanoxuyucu, cəsarətli bir Ģəkildə olduğunu
sonrakı məhkəmələrdən bilmək olar; bu məhkəmələrin birində belə bir sorğu-sual olmuĢdu: ― -
Yığıncaq harada olurdu? – Sülh küçəsində. – Kimin evində? – Küçədə. – Orada hansı seksiyalar
vardır? – Bir seksiya vardı. – Hansı seksiya? – ―Manüel‖ seksiyası. – Onun rəhbəri kim idi? –
Mən! – Hökumətlə mübarizəyə giriĢmək kimi təhlükəli bir qərarı siz müstəqil surətdə qəbul edə
bilməzdiniz, bunun üçün siz hələ çox cavansınız. Siz haradan göstəriĢ alırdınız? – Mərkəzi
komitədən‖.
Ordu da xalq kimi həyəcana gəlmiĢdi. Sonralar Belforda, Lünevildə, Epinalda baĢ verən
iğtiĢaĢlar bunu sübut etdi. Qiyamçılar əlli ikinci polka, beĢinci, səkkizinci, otuz yeddinci və
iyirminci süvari polklarına ümid bəsləyirdilər. Burqundiyada və cənub Ģəhərlərində yerə ―azadlıq
ağacı‖, yəni baĢına qırmızı qalpaq keçirilmiĢ paya sancmıĢdılar.
Vəziyyət belə idi.
Bu vəziyyət, lap baĢlanğıcda dediyimiz kimi, özünü, xüsusilə, Sent-Antuan civarında daha böyük
bir qüvvət və Ģiddətlə hiss etdirdi. Həyəcanın mərkəzi də ora idi.
Parisin qarıĢqa yuvasına və bal arısı pətəyinə bənzəyən, qarıĢqa kimi çoxlu adam yaĢayan, bal
arısı kimi çalıĢqan, cəsarətli, acıqlı adamları olan bu qədim civarı böyük bir səbirsizliklə üsyanın
baĢlanmasını gözləyirdi. Burada hamı həyəcan içində idi, lakin bu iĢə mane olmurdu. Heç bir Ģey
bu civarın canlı və tutqun siması haqqında təsəvvür verə bilməz. Buradakı mansardların
taxtapuĢları altında dəhĢətli səfalət olduğu kimi, çox nadir hallarda təsadüf edilən ağıllı və
coĢqun düĢüncəli adamlar da tapmaq olardı. Səfalət ilə ağıl – iki ifrat dərəcənin ən qorxunc
Ģəkildə birləĢməsidir.
Sent-Antuanda baĢ verən iğtiĢaĢa ayrı səbəblər də vardı: böyük siyasi sarsıntılardan ayrılmayan
ticarət böhranları, iflasa uğramaq, tətillər, iĢsizlik də həmiĢə bu iğtiĢaĢlara öz təsirini göstərir.
Ġnqilab vaxtında ehtiyac həm səbəb, həm də nəticədir. Ġnqilabın endirdiyi zərbə onun özünə də
təsir edir. Bu civarın böyük bir qəlb coĢqunluğunu özündə gizlədə bilən, silaha sarılmağa həmiĢə
hazır olan, çox asanlıqla hərəkətə gələn, öz niyyətini gizli tutan, üsyana hazır edilən acıqlanmıĢ,
qorxmaz, mərd əhalisi, elə bil ki, ancaq bir qığılcım gözləyirdi. Hər dəfə üfüqdə, hadisələr küləyi
ilə qovulan bu qığılcımlar görünəndə Sent-Antuan civarında – Parisin qapısı ağzında bu
iztirabların və fikirlərin barıtqabını yerləĢdirən qorxunc təsadüfi düĢünməmək olmazdı.
Kitabın əvvəlki xülasəsində dəfələrlə adıçəkilən bu ―Antuan civarı‖ meyxanaları tarixdə
məĢhurdur. ĠğtiĢaĢ vaxtında burada Ģərabdan artıq sözdən keflənirdilər. Burada qəlbləri dolduran,
ruhlara əzəmət verən bir qüvvə – irəlini görən bir ruhun, yenilik gətirəcək bir gələcəyin təsiri
hiss olunurdu. ―Antuan civarı‖ meyxanaları Sivill mağarası üzərində tikilən Aventin aĢxanalarına
bənzəyirdi: mağaranın dərinliyindən əsən müqəddəs meh bu aĢxanalara daxil olardı; oradakı
masalar üçayağa oxĢardı; orada Enninin ―Sivil Ģərabı‖ adlandırdığı içki içərdilər.
Sent-Antuan civarı xalqın ehtiyat anbarıdır. Ġnqilabi sarsıntılar onda çatlar əmələ gətirir: xalqın
baĢ hakimiyyəti bu çatlardan keçib gəlir. Bu baĢ hakimiyyət pis iĢ tuta bilər, onun da baĢqa
hakimiyyətlər kimi səhvi ola bilər, lakin o səhv etsə də, böyüklüyünü itirmir. Onun da haqqında
təpəgöz haqqında deyilən Ġngens1 sözünü iĢlətmək olar.
93-cü ildə, fikirlərə hakim olan ideyanın yaxĢılığından, ya pisliyindən, həmin gün bu fikirlərdə
fanatizmin, ya nəcib bir ruh yüksəkliyinin özünü göstərib-göstərməməsindən asılı olaraq, Sent-
Antuan civarından vəhĢilər legionu, ya da qəhrəmanlar dəstəsi çıxardı.
VəhĢilər deyirik. Bu ifadə haqqında izahat verək. Yaradıcı inqilab hərc-mərcliyi günlərində
dəyənəklərini əllərində hazır tutaraq, nizələrini qaldıraraq, kökündən sarsılan köhnə Parisə
Ģiddətlə hücum edən bu cındırpaltarlı, bu qəzəbli, bu nər-nər nərildəyən amansız insanlar nə
istəyirdi? Onlar zülmə, əsarətə, müharibələrə son qoymaq istəyirdi. Onlar böyüklər üçün iĢ,
uĢaqlar üçün savad, qadınlar üçün ictimai qayğı, hamı üçün azadlıq, bərabərlik, qardaĢlıq, çörək,
bütün dünyanı cənnətə döndərmək istəyirdi. Onlar tərəqqi istəyirdi. Ən ağır bir vəziyyətə
gətirilib çıxarılan bu qorxunc və yarıçılpaq insanlar, böyük bir həyəcan içində, əllərində dəyənək,
dillərində lənət bu müqəddəs, bu gözəl, bu dinc tərəqqini tələb edirdilər. Bəli, onlar vəhĢi idilər,
lakin mədəniyyət vəhĢiləri idilər.
Onlar amansız bir qəzəblə insan hüququ uğrunda mübarizə edirdilər; qoy onların bu mübarizəsi
qorxunc və dəhĢətli olsun; onlar insan övladını cənnətdə yaĢamağa məcbur etmək istəyirdilər.
Onlar vəhĢi görünsə də, əslində, xilaskar idilər. Onlar zülmət maskası altında gizlənsələr də, iĢıq
tələb edirdilər.
Bu qəzəbli və qorxunc insanlar, doğrudan da, qəzəbli və qorxunc idilər, biz bunu etiraf edirik,
lakin onlar yaxĢılıq naminə qəzəbli və qorxunc idilər; bəli, bu qəzəbli və qorxunc insanlarla
bərabər, baĢqa adamlar da vardı: onlar zərli paltar, ipək corab, sarı əlcək, lak tuflilər geyər,
lentlər, ulduzlar taxar, Ģlyapalarına ağ lələklər sancardılar; onların üzü gülümsərdi; onlar mərmər
buxarı qarĢısında məxmər üzlü masaya dirsəklənərək, mülayim bir ifadə ilə danıĢar, keçmiĢin,
orta əsrlər qayda-qanununun, müqəddəs hüququn, fanatizmin, nadanlığın, köləliyin, ölüm
cəzasının, müharibənin saxlanmasını və buna kömək edilməsini lazım görər, astadan və
nəzakətlə qılıncı, tonqalı, ölüm kürsüsünü tərifləyərlər. Bizə gəlincə, əgər biz mədəniyyət
vəhĢiləri ilə mədəni vəhĢilərdən birini seçmək məcburiyyəti qarĢısında qalsaq, onda birinciləri
seçərdik.
ġükür olsun Allaha ki, baĢqa bir yol da mümkündür. Nə keçmiĢin, nə də gələcəyin xatirinə
girdaba yuvarlanmaq zəruri deyil. Nə istibdad, nə terror! Biz tərəqqiyə yüngül eniĢli bir cığırla
getmək istəyirik.
Allah bu barədə binagüzarlıq edər. Allahın bütün siyasəti də yolların kələ-kötürlüyünü
hamarlamaqdan ibarətdir.
ALTINCI FƏSĠL.
Anjolras və onun köməkçiləri.
Bu vaxta az qalmıĢdı ki, Anjolras bir hadisə baĢ verəcəyini qabaqcadan duyaraq, gizlin
yoxlamaya bənzər bir iĢ düzəltdi.
Hamı ―Müzen‖ kafesindəki gizlin iclasda idi.
Anjolras öz nitqində bir neçə qəribə, lakin çox mənalı məcaz iĢlədərək dedi:
– Bizim nəyimiz var, biz kimə ümid ola bilərik – bunu bilmək pis olmazdı. Kim ki istəyir
döyüĢçüsü olsun, gərək bu döyüĢçüləri hazırlasın. Nə ilə vuruĢmaq lazımdır – bunu gərək əldə
eləsin. Bu, iĢə zərər yetirməz. Yolda öküz olanda yoldan keçənlər bu öküzün buynuzu altına
düĢməsini daha çox ehtimal edə bilər, lakin öküz olmadıqda bu ehtimal daha az olar. Sayaq
görək təxminən bizim sürümüzdə nə var, biz neçə nəfərik. Bu iĢi sabaha qoymaq olmaz.
Ġnqilabçılar həmiĢə tələsməlidirlər; tərəqqinin vaxtı azdır. Gəlin gözlənilməyən bir Ģeyə
inanmayaq. Qoymayaq ki, nagahani bir vəziyyət üstümüzü alsın. Gərək bütün gördüyümüz iĢləri
birbəbir gözdən keçirək, onların möhkəm olub-olmadığını yoxlayaq. ĠĢi axıra yetirək, özü də elə
bu gün. Kurfeyrak, sən politexniklərə baxmağa get. Bu gün çərĢənbədir, onların istirahət
günüdür. Feyi, siz gedin Qlasyerdə olanlara baxın, elə deyilmi? Kombefer Pikpüsə gedəcəyini
mənə vəd edib. Orada yaman hərəkət var. Baorel Estrapaya baĢ çəkər. Prüver, masonlar
soyuyurlar, sən bizə Qrenel-Sent-Onore küçəsindəki masonlar təĢkilatından xəbər gətirərsən. Joli
Düpüitrendəki klinikaya gedər, həm də tibb məktəbinin nəbzini yoxlar. Bossüe məhkəmə
palatasına dəyər, təzə iĢə baĢlayan yuristlərlə söhbət elər. Mən özüm Kuqurda ilə məĢğul olaram.
Kurfeyrak dedi:
– Bununla da iĢ bitib gedər.
– Yox, bununla iĢ bitmir.
– Daha nə var?
– Çox mühüm bir iĢ.
Kurfeyrak:
– Necə iĢ? – deyə soruĢdu.
Anjolras ona belə cavab verdi:
– Men qarovulxanasının məsələsi.
O, düĢünürmüĢ kimi, bir az susdu, sonra yenə sözə baĢladı:
– Men qarovulxanası tərəfdə mərmərçilər, rəssamlar, heykəltəraĢların Ģagirdləri yaĢayır. Onlar
odlu uĢaqlardır, ancaq soyumağa meyil edirlər. Xeyli vaxtdır onların arasında nəsə olur, ancaq nə
olduğunu bilmirəm. Onlar baĢqa bir Ģey haqqında düĢünürlər. CoĢqunluq zəifləyir, onlar
vaxtlarını dominoya sərf edirlər. Onlarla az, ancaq möhkəm danıĢmaq gərək, bu, mütləq
lazımdır. Onlar RiĢfeyə toplaĢırlar. Saat on iki ilə bir arasında onları orada görmək olar. Bu kül
basmıĢ közü üfürüb qızartmaq lazımdır. Mən bu iĢi o yaddaĢsız Mariusa tapĢırmaq istəyirdim, o,
ümumiyyətlə, yaxĢı oğlandır, ancaq buralara gəlmir. Men qarovulxanası üçün mənə bir adam
gərəkdir. Ancaq mənim adamım yoxdur.
Qranter dedi:
– Bəs mən? Mən ki, buradayam.
– Sən?
– Mən.
– Respublikaçılara sən ağıl öyrədəcəksən?! SoyumuĢ ürəklərdə prinsip naminə sən alov
yaradacaqsan?!
– Niyə yaratmıram?
– Sən, yəni, bir iĢə yaraya bilərsən?
– Hər halda, yaramağa çalıĢaram.
– Sən axı heç bir Ģeyə inanmırsan.
– Sənə inanıram.
– Qranter, mənə kömək etmək istəyirsən?
– Hər necə kömək desən, mən hazıram! Lap sənin çəkmələrini də silə bilərəm.
– YaxĢı, onda bizim iĢimizə qarıĢma. Öz yovĢan arağını iç.
– Anjolras, sən nanəcibsən.
– Deyirsən, yəni, sən Men qarovulxanasına gedə bilərəm? Səndə buna qabiliyyət var?
– Mən Qre küçəsi ilə enərəm, Sen-MiĢel meydanını keçərəm, ġahzadə küçəsi ilə gəlib Vojirar
küçəsinə çıxaram, Karmelitlərin yanından ötərəm, Assas küçəsinə dönərəm, özümü ġerĢ-Midi
küçəsinə yetirərəm. Hərbi Ģuranı arxada buraxaram, Köhnə Tüilrini adlaram, bulvardan ötüb
gedərəm, nəhayət, Men daĢ yolu ilə irəliləyib qarovulxanadan keçərəm, gəlib düz RiĢfeyə
çataram. Məndə buna qabiliyyət var. Mənim uzunboğaz çəkmələrimin də buna qabiliyyəti var.
– RiĢfedəki yoldaĢları sən heç az da olsa tanıyırsanmı?
– Çox da elə tanımıram. Ancaq danıĢanda onlara ―sən‖ deyirəm.
– Sən gedib onlara nə deyəcəksən?
– Mən nə bilim?! Onlarla Robespyerdən, Dantondan, prinsiplərdən danıĢaram.
– Sən?!
– Mən. Mənim qədrimi bilmirlər. Amma elə ki iĢə giriĢdim, onda gör nələr edirəm! Mən
Prüdomu oxumuĢam, ―Ġctimai müqavilə‖ mənə məlumdur: Ġkinci il konstitusiyasını əzbər
bilirəm! ―Bir vətəndaĢın azadlığı baĢqa bir vətəndaĢın azadlığının baĢlandığı yerdə qurtarır‖.
Yoxsa sən elə bilirsən, mən nadanam? Mənim yazı masamda köhnə əskinas var. Ġnsan hüququ,
xalqın baĢ hakimiyyəti – sən məni necə bilirsən?! Mən hətta bir az ebertistəm də. Mən əlimdə
saat, ən qəribə Ģeylərdən bir-birindən ardınca altı saat danıĢa bilərəm.
Anjolras:
– Bir az ciddi ol, – dedi.
– Bundan da ciddi?!
Anjolras bir az düĢündü, sonra müəyyən qərara gəlmiĢ adam kimi, baĢını qaldırıb mənalı bir
halda dedi:
– Qranter, mən səni sınaqdan keçirməyə razıyam. Men qarovulxanasına get!
Qranter ―Müzen‖ kafesi ilə yan-yana, mebelli otaqlarda yaĢayırdı. O, evinə getdi, beĢ dəqiqədən
sonra qayıdıb gəldi. O, Robespyer dövrünün zövqünə uyğun olan jileti geyməyə getmiĢdi.
Ġçəri girəndə Anjolrasa diqqətlə baxaraq dedi:
– Qırmızı.
Sonra əlini döĢünə, jiletinin tünd-qırmızı yaxasına bərkdən vurdu.
Anjolrasa yaxınlaĢaraq, qulağına dedi:
– Narahat olma.
Sonra da Ģlyapasını qəti bir hərəkətlə baĢına basıb otaqdan çıxdı.
On beĢ dəqiqədən sonra ―Müzen‖ kafesinin dal otağı boĢaldı. ―Əlifba dostları‖nın hamısı öz
iĢinin dalınca getdi. Kuqurdanı öz üzərinə götürən Anjolras hamıdan sonra otaqdan çıxdı.
Kuqurdanın Eksdən gələn və Parisdə olan üzvləri onda Ġss dərəsində, tərk edilmiĢ daĢ
karxanalarının birində toplaĢırdı - Senanın bu tərəfində belə karxanalar çox idi.
Anjolras görüĢ yerinə gedərkən, yolda vəziyyəti düĢünürdü. BaĢ verən hadisələrin ciddiliyi
aydındı. Gizlin bir ictimai xəstəliyin olduğunu qabaqcadan xəbər verən hadisələr ağır-ağır
inkiĢaf etdikdə xırdaca bir çətinlik bu inkiĢafın qarĢısını alır, onu dayandırır və dolaĢdırır. ĠĢin
dağılmasının, həm də yenidən meydana gəlməsinin səbəbi bundadır. Anjolras parlaq üsyanı
gələcəyin qaranlıq pərdəsi altında görürdü. Kim bilir, bəlkə də, bu an yaxınlaĢırdı. Budur, xalq
yenə də öz hüququnu fəth edir! Nə gözəl tamaĢa! Ġnqilab yenə əzəmətlə Fransanı ələ alır,
―Mabədi sabah‖, – deyə dünyaya xəbər verir. Anjolras iĢin gediĢindən razı idi. Ocaqdan alov
saçılırdı. Bu anda Anjolrasın ardınca uzun barıtlı bir yol uzanıb gedirdi - bu, onun bütün Parisə
yayılmıĢ dostları idi. Fikrində o, Kombeferin fəlsəfi, səmimi, mənalı natiqliyini dünya vətəndaĢı
olan Feyinin məftuniyyəti ilə, Kurfeyrakın coĢqunluğu ilə, Baorelin gülüĢü ilə, Jan Prüverin
kədəri ilə, Jolinin alimliyi ilə, Bossüenin acı istehzası ilə birləĢdirirdi; bunlar hamısı bir yerdə
elektrik çatırtısına bənzər bir Ģey əmələ gətirirdi, bu da hər yerdə və eyni zamanda qığılcımlar
saçırdı. Hamı iĢ üstədir, bunun nəticəsi, heç Ģübhəsiz, sərf edilən əməyə layiq olacaqdır. Bu
yaxĢıdır. Anjolros bu anda Qranteri xatırlayaraq, öz-özünə dedi: ―Əslinə qalanda, Men
qarovulxanası yolumun üstündədir. Gəlsənə bir RiĢfeyə baĢ çəkim? Gedim görüm Qranter
neyləyir, indiyə kimi nə eləyə bilmiĢdir‖.
Anjolras RiĢfenin papiros çəkilən zalına çatanda Vojirar zəng qülləsində saat biri vurdu. Ġçəri
girib qapını buraxdı, qapı Ģappıltı ilə onun kürəyinə dəydi; o, əllərini döĢündə çarpazlayaraq zalı
gözdən keçirdi; zal masayla, adamla, papiros tüstüsü ilə dolu idi.
Bu dumanın içində kiminsə səsi guruldayırdı, bir adam bu səsi səbirsizliklə kəssə də, bu səs yenə
də kəsilmirdi. Bu danıĢan öz rəqibi ilə mübahisə edən Qranter idi.
Qranter bir adamla üstünə kəpək tökülmüĢ, domino daĢları düzülmüĢ xal-xal mərmər masanın
arxasında oturub, yumruğunu masaya çırpırdı; Anjolras bu zaman aĢağıdakı sözləri eĢitdi:
– QoĢa altı.
– Dördlük.
– Donuz! Məndə belə daĢlar yoxdur.
– Sənin iĢin bitdi. Ġkilik.
– Altılıq.
– Üçlük.
– Bir.
– Mən oynayacağam.
– Dörd təklik.
– BoĢ Ģeydir.
– Sən oynayacaqsan.
– Mən çox pis oynadım.
– Sən düz oynadın.
– On beĢ.
– Bir də yeddi.
– Ġndi mənimki oldu iyirmi iki (fikirli). Ġyirmi iki.
– Sən qoĢa altı olacağını gözləmirdin. Mən bunu oyunun lap baĢlanğıcında qoysaydım, oyun
tamam dəyiĢəcəkdi.
– Yenə ikilik.
– Bir!
– Bir? Al, bu da beĢlik.
– Məndə yoxdur.
– Sən beĢliyi, deyəsən, qoymusan?
– Hə.
– Heçlər.
– Sənin əlin yaman gətirir! Bəli... Sənin əlin gətirdi! (Xeyli fikrə gedir). Ġkilik.
– Bir!
– Nə beĢlik var, nə bir. Bu, sənin çox da xoĢuna gəlməyəcək.
– Buna domino deyərlər!
– Ay səni öküz vursun!
BĠRĠNCĠ FƏSĠL.
Torağay çölü.
Marius Javeri quldurlar yuvasının izinə salmıĢ, özü də qurulan tələdə hadisənin heç
gözlənilmədiyi halda nə ilə nəticələndiyini görmüĢdü. Lakin Javer öz əsirlərini üç fiakra
doldurub daxmadan gedən kimi, Marius da evdən yavaĢca əkilmiĢdi. AxĢam-saat doqquz idi.
Maruis Kurfeyrakın yanına getdi. Kurfeyrak indi daha Latın məhəlləsinin köhnə sakini deyildi:
indi o, ―siyasi mülahizəyə‖ görə, ġüĢəçilər küçəsində yaĢayırdı; bu məhəllə o zaman üsyanın lap
məmnuniyyətlə özünə sığınacaq tapdığı yerlərdən idi. Marius Kurfeyraka dedi: ―GəlmiĢəm
gecəni sənin yanında qalam‖. Kurfeyrak da çarpayısında olan iki döĢəkdən birini götürdü, yerə
salıb dedi: ―Hazır‖.
Marius ertəsi gün səhər saat yeddidə Qorbonun daxmasına getdi, otaq kirayəsini və Deyingən
qarıya nə çatacaqdısa, hamısını verdi, kitablarını, yorğan-döĢəyini, masasını, komodunu, iki də
stulunu əl arabasına yığıb getdi, hara getdiyini də heç kəsə demədi; belə ki, Javer dünənki hadisə
haqqında onu sorğu-sual etməyə gələndə ancaq Deyingən qarını orada gördü; qarı onun sualına
belə cavab verdi: ―Çıxıb getdi!‖
Deyingən qarı bu fikrə gəlmiĢdi ki, Marius da dünən axĢam tutulan oğrularla müəyyən dərəcədə
əlbir imiĢ. O, qonĢu evlərin dalandarları ilə söhbət edərkən həyəcanla deyirdi: ―Heç ağla gələn
Ģeydir?! Belə baĢıaĢağı cavanca bir oğlan, elə bil lap qız idi, belə iĢ tutsun?!‖
Mariusun öz yaĢayıĢ yerini belə tez dəyiĢməsində iki əsası vardı. Bunlardan biri – bu ev
haqqında düĢünərkən duyduğu dəhĢət idi: burada o, ictimai pozğunluğu bütün dərinliyi, bütün
çirkinliyi və bütün çılpaqlığı ilə lap yaxından görmüĢdü; o, bəlkə də, cinayətkar dövlətlidən daha
qorxunc bir Ģey görmüĢdü: o, cinayətkar yoxsulu görmüĢdü. Ġkinci də bu idi ki, o heç bir
məhkəmə iĢində iĢtirak etmək, bir Ģahid kimi Tenardyenin əleyhinə çıxmaq istəmirdi, belə bir
məhkəmə, yəqin ki, olacaqdı və bu labüd idi.
Javer düĢünürdü ki, adını unutduğu cavan oğlan ya qorxub qaçmıĢ, ya da bəlkə, heç pusqu
qoyulan vaxta qədər otağına qayıtmamıĢdır; o belə düĢünsə də, Mariusu axtarıb tapmaq istəyirdi,
ancaq onun axtarıĢı bir nəticə vermədi.
Bir ay keçdi, iki ay keçdi. Marius hələ də Kurfeyrakın yanında yaĢayırdı. O, yeni iĢə baĢlayan,
həmiĢə də məhkəmədə iĢtirak edən tanıĢ bir advokatdan bildi ki, Tenardyeni biradamlıq
kamerada saxlayırlar. O hər bazar ertəsi günü Fors həbsxanası dəftərxanasına Tenardye üçün beĢ
frank pul verirdi.
Mariusun daha pulu yox idi, bu beĢ frankı o, Kurfeyrakdan alırdı. Ömründə birinci dəfə idi ki, o,
borc alırdı. Müntəzəm surətdə alınan bu beĢ frank həm bu pulu verən Kurfeyrak üçün, həm də
pulu alan Tenardye üçün sirr olub qaldı. Kurfeyrak düĢünürdü: ―Bunu o kimdən ötrü ala bilər?‖
Tenardye də öz-özündən soruĢurdu: ―Bunu kim göndərə bilər?‖
Lakin Marius ağır iztirab çəkirdi. Sanki, hər Ģey yenə də qaçıb gizlənmiĢdi. Ġrəlidə o daha heç bir
Ģey görmürdü; onun həyatı yenə də sirlərə qərq olmuĢdu: bu sirlər aləmində o, kor adam kimi
hərəkət edirdi. Bu zülmət içərisində bir anlığa lap onun yanından, onun gözləri önündən cavan
bir qız, bir də bir qoca ötüb keçdi: bu qızı o sevirdi, bu qoca, elə bil ki, onun atası idi; onun
həyatının mənasını yalnız bu tanımadığı adamlar təĢkil edirdi; bu dünyada onun ümidi yalnız
bunlar idi; o bunları əldə etmək ümidində ikən qəribə bir külək bu kölgələri alıb apardı. Hətta
belə dəhĢətli zərbə nəticəsində onun qəlbində nə bir parça həqiqət iĢığı, nə də inam qığılcımı
parıldadı. Heç bir təsəvvür oyanmadı. Hətta indi onların adını da bilmirdi, amma əvvəllər elə
zənn edirdi ki, bilir. Bir Ģey lap qəti idi: onun adı Ursula deyildi. ―Torağay‖ ancaq ləqəbi idi.
Qoca haqqında nə düĢünmək olar? O, doğrudanmı, polis iĢçilərindən yayınırdı? Marius əlillər
evi yaxınlığında ağsaçlı bir fəhləyə rast gəldiyini xatırladı. Bu fəhlə ilə ―Cənab Ağ‖ın eyni adam
olması ehtimalı indi ona düzgün bir Ģey kimi görünürdü. Deməli, o, paltarını dəyiĢibmiĢ? Bu
adamda nəsə bir qəhrəmanlıq və ikimənalı bir hal duyulurdu. Niyə o, köməyə adam çağırmadı?
Niyə qaçdı? O, cavan qızın atası idimi? Tenardyenin düĢündüyü adam, doğrudan da, o idimi?
Tenardye yanıla bilməzdimi? Gör nə qədər müəmmalı məsələ var! Lakin bunlar Lüksemburq
bağındakı cavan qızın mələkcəsinə füsunkarlığını heç də azaltmırdı. Ağır bir kədər Mariusun
qəlbini gəmirirdi, ehtiras ürəyini yandırırdı, onun gözlərinə qaranlıq çökmüĢdü. Bir Ģey onu eyni
zamanda həm özündən geri itələyir, həm də özünə çəkirdi, o, yerindən tərpənə bilmirdi.
Sevgidən baĢqa hər Ģey yox olmuĢdu. Sevgi instinkti özü ona xəyanət etmiĢdi – sevginin qəfildən
parıldayan iĢıqları yox olmuĢdu. Adətən bizi yandıran alov eyni zamanda kənara titrək iĢıq saçır,
bizə yol göstərir. Lakin Marius ehtirasın bu gizlin məsləhətlərini daha eĢitmirdi. Daha o, öz-
özünə demirdi: ―Filan yerə getməyimmi? Filan Ģeyi sınaqdan keçirməyimmi?‖ Onun daha
―Ursula‖ deyə bilmədiyi qız indi, yəqin ki, haradasa yaĢayırdı, ancaq onu harada axtarmaq
lazımdı heç br Ģey bunu Mariusa hiss etdirmirdi, ona xəbər vermirdi. Ġndi onun bütün həyatını
bir neçə sözlə ifadə etmək olardı - qalın duman içərisində tam bir inamsızlıq, tərəddüd! O qızı, o
qızı görmək! O həmiĢə bunu arzu edirdi, buna can atırdı, lakin daha heç bir Ģeyə ümid etmirdi.
Bundan baĢqa, ehtiyac da özünü yenə hiss etdirməyə baĢladı. Marius onun buz kimi soyuq
nəfəsini lap yaxından duyurdu. Keçirdiyi bu ağır həyəcanlar içində o, çoxdandı öz iĢini də
atmıĢdı: arasıkəsilmiĢ əməkdən də təhlükəli bir Ģey ola bilməz; bu, əldən çıxan vərdiĢdir. VərdiĢi
asanlıqla itirmək, lakin çox çətinliklə əhya etmək olar.
Bir qədər xəyalpərəst olmaq müəyyən miqdarda verilən narkoz kimi yaxĢıdır. Bu, fəaliyyət
göstərən ağılın çox vaxt amansız Ģəkildə olan həyəcan və təĢviĢini sakitləĢdirir, orada aydın
fikrin son dərəcə kəskin cəhətlərini yumĢaldan mülayim, sərin duman əmələ gətirir, boĢluqları
doldurur, qüsurları düzəldir, ayrı-ayrı ideya qruplarını bir-birilə əlaqələndirir, onların arasında
olan kəskinliyi azaldır. Lakin xəyalpərəstik həddindən artıq olanda sel kimi hər Ģeyi basıb
bürüyür, öz içərisində qərq edir. Vay o adamın halına ki, fikrin yüksək zirvələrini buraxaraq,
özünü tamamilə xəyala həsr edir! O elə zənn edir ki, bu vəziyyətdən asanlıqla canını qurtaracaq;
o, özünü inandırır ki, nəticə etibarı ilə bunlar eyni Ģeydir. O yanılır!
Təfəkkür zehnin iĢidir, xəyalpərəstlik onun zövqüdür. Fikri xəyalla əvəz etmək yemək yerinə
zəhər qəbul etmək deməkdir.
Oxucuların yadındadır: Marius da iĢə bununla baĢlamıĢdı. Qəfildən onu bürüyən ehtiras,
nəhayət, onu gətirib ucsuz-bucaqsız, boĢ bir aləmə – xəyallar aləminə yuvarlatdı. Belə hallarda
evdən ancaq xəyala dalmaq üçün çıxırlar. Tənbəlcəsinə yaĢamaq təĢəbbüsü! Həm coĢqun, həm
də durğun bir girdab! Lakin iĢ azaldıqca ehtiyac artırdı. Bu, qanundur. Xəyalpərəst adam, təbii
ki, bədxərc və zəif iradəli olur. Vaxtını xəyalla keçirən adam təvazökar və qənaətlə yaĢamağa
qabil deyil. Belə bir həyat tərzində pis cəhətlə bərabər, yaxĢı cəhətlər də vardır, çünki süstlük
fəlakətli olsa da, alicənablıq sağlam və təqdirəlayiq Ģeydir. Lakin yoxsul, səxavətli, nəcib, həm
də iĢləməyən adam məhv olur. Pul get-gedə qurtarır, tələb artır.
Bu, fəlakətli vəziyyətdir: ən düz və səbatlı, həm də ən zəif və qəbahətli adamlar bu vəziyyətə
düĢə bilər; bu vəziyyət iki uçurumdan birinə – ya özünü öldürməyə, ya da cinayətə gətirib
çıxarır.
Əgər adamda xəyala dalmaq üçün evdən çıxmaq vərdiĢi əmələ gəlibsə, elə bir gün gələcək ki, o,
evdən özünü suya atmaq üçün çıxacaq.
Xəyalpərəstliyin artıqlığı Eskuslar və Lebralar yaradır.
Marius da gözlərini daha görmədiyi qızın xəyalına zilləyərək, yavaĢ-yavaĢ bu vəziyyətə düĢürdü.
Bizim söylədiyimiz Ģey qəribə görünə bilər, lakin görünsə də bu belədir. Göz önündə olmayan
adamın xatirəsi qəlbin qaranlıq, dərin guĢəsində alıĢıb yanır; bu adamın bir daha qayıdıb
gəlməsinə ümid nə qədər az isə onun xatirəsi də bir o qədər çox iĢıqlanır. Ümidsizliyə tutulan,
zülmət içində boğulan qəlb bu iĢığı öz üfüqündə görür: bu, onun gecəsinin ulduzudur. Yalnız o,
yalnız o qız Mariusun bütün fikrini bürümüĢdü. Marius baĢqa heç bir Ģey haqqında düĢünmürdü;
o, tutqun Ģəkildə hiss edirdi ki, əynindəki köhnə frak lap xarab olmuĢdur, təzə frakı köhnəlir,
köynəyi, Ģlyapası, uzunqunc çəkməsi lap korlanmıĢdır. Həyatı tükənmiĢdir; o dönə-dönə öz-
özünə deyirdi: ―Ölməzdən qabaq onu görə biləydim!‖
Mariusda ancaq xoĢ bir fikir qalmıĢdı, bu fikir də o idi ki, ―Ursula‖ dediyi qız onu sevir; onun
gözləri bunu söyləmiĢdi; qoy o qız Mariusun adını bilməsin, adını bilməsə də, qəlbini bilirdi;
indi o qız harada olsa da, o yer nə qədər əsrarəngiz bir yer olsa da, bəlkə, hələ də Mariusu sevir.
Görəsən, Marius onun haqqında düĢündüyü kimi, o da Marius haqqında düĢünürmü? O bəzən,
izahı mümkün olmayan, lakin hər sevən qəlbə tanıĢ olan vaxtlarda, ancaq kədərlənəcəyi halda
yenə də tutqun bir sevinc duyaraq öz-özünə deyirdi: ―Onun düĢüncələridir gəlib məni tapdı!‖
Sonra əlavə edirdi: ―Bəlkə, mənim də düĢüncələrim gedib onu tapır‖.
Bu, bir xəyal idi; bir an sonra o, özünə gəlir, baĢını yelləyirdi; bununla belə, xəyal onun qəlbinə
iĢıq saçmıĢ olurdu; bəzən bu iĢıq ümidə bənzəyirdi. Arabir də, xüsusilə axĢamçağı – o zaman ki,
xəyalpərəstlər kədərlənməyə daha çox meyil edirlər – məhəbbətin onun beyninə doldurduğu
xülyaların ən təmizini, ən safını, ən Ģəffafını ən idealını öz dəftərinə qeyd edirdi; bu dəftəri
ancaq bu məqsəd üçün ayırmıĢdı. Buna o ―onun haqqında yazmaq‖ deyərdi.
Lakin elə düĢünülməsin ki, onun ağlı sarsılmıĢdı. Əksinə. O iĢləmək, inadla müəyyən məqsədə
doğru getmək qabiliyyətini itirmiĢdi, amma əvvəlkilərdən daha artıq arif, düz və açıqürəkli
olmuĢdu. Gözləri önündə baĢ verən hər Ģeyə, hətta əvvəllər ona daha çox əhəmiyyətsiz görünən
hadisələrə, ya insanlara, qəribə bir Ģəkildə olsa da, sakit və düzgün baxırdı; o hər Ģey haqqında
düzgün, lakin gizlədilməyən bir məyusluq, açıqca ifadə olunan bir laqeydliklə mühakimə
yürüdürdü. Onun idrakı, bəlkə də, bütün ümidini itirərək, əlirməz yüksəklikdə uçurdu.
Ağlın belə bir vəziyyətində heç bir Ģey onun gözündən yayınmırdı, heç bir Ģey onu aldada
bilmirdi, o hər anda həyatın mahiyyətini, insanlığı, taleyi dərk edirdi. XoĢbəxt o adamdır ki,
Allah ona, qəmginlik içində olsa da, məhəbbətə və bədbəxtliyə layiq bir qəlb vermiĢdir; kim ki,
dünyanın hadisələrini və insan qəlbini bu iki cəhətdən görməmiĢdir, o, heç həqiqi Ģey
görməmiĢdir, heç bir Ģey bilmir.
Sevən və iztirab çəkən qəlb – ülvidir.
Günlər bir-birinin ardınca gəlib keçirdi, yeni heç bir Ģey yox idi. Mariusa ancaq elə gəlirdi ki,
keçdiyi qaranlıq yolun qalan hissəsi hər anda qısalır. O, hiss edirdi ki, bu ucsuz-bucaqsız eniĢin
kənarını aydınca görür.
O dönə-dönə öz-özünə deyirdi:
– Necə?! Bundan qabaq mən onu görməyəcəyəm?!
Qarovulxananı kənarda buraxaraq, Sen-Jak küçəsi ilə yuxarı qalxsan, əvvəlki daxili bulvarın sol
tərəfi ilə bir qədər getsən, gəlib Sante küçəsinə, sonra da Qlasyerə çıxarsan, sonra da Hobelen
çayına bir az qalmıĢ çöləoxĢar bir yer görərsən; bura bir-birinə bənzər uzun Paris bulvarları
sahəsində yeganə bir yerdir ki, Reysdal burada dincəlməyə həvəs göstərərdi.
Burada hər Ģey gözəldir; bu gözəlliyin mənbəyi anlaĢılmaz bir sirdir; burada o baĢ-bu baĢa
kəndir çəkilmiĢ balaca, yaĢıl bir çəmən vardı; kəndirlərdən cürbəcür köhnə paltar asılmıĢdır,
külək bu paltarları qurudur; yenə burada XIII Lüdovikin vaxtında tikilmiĢ hündür, taxtapuĢlu,
qəĢəng mansardlı, bostanla əhatə olunan bir ferma, ora-burası dağılmıĢ çəpər, qovaq ağacları
arasında parıldayan su, həm də qadınlar görünür, gülüĢ səsi, hay-küy eĢidilir; üfüqdə Panteon,
lal-karlar məktəbi yanında bir ağac, qara yastı-yapalaq, qəribə, gülməli, gözəl Val-de-Qras
kilsəsi, uzaqda isə Noterdam kilsəsinin dördbucaq qüllələri nəzərə çarpır.
Bu tamaĢa edilməyə layiq bir yerdir, elə buna görə də heç kəs bura gəlmir. Çox yox, on beĢ
dəqiqədən bir buradan ya kiçik, ya ağır bir yük arabası gəlib gedir.
Bir gün Marius təkbaĢına gəzərkən gəlib çay qırağında olan bu kiçik çəmənə çıxdı. Bulvardan bir
adam gedirdi, bu, çox nadir bir Ģeydi. Bu hücrə yerin gözəlliyi Mariusu özünə məftun etdi.
Bulvardan keçən adamdan soruĢdu: ―Bu yerin adı nədir?‖
O adam da ―Torağay çölü‖, – deyə cavab verdi.
Sonra da əlavə etdi: ―Ulbax burada Ġvrli çoban qızını öldürmüĢdür‖.
Lakin Marius ―Torağay‖ sözündən baĢqa bir söz eĢitmədi. Bəzən elə olur ki, xəyala dalmıĢ adam
birdən donub qalır – bunun üçün bircə kəlmə söz də kifayətdir. Fikir dərhal bir surətin ətrafında
toplanır, adam daha ayrı Ģey dərk etmir. ―Torağay‖ elə bir söz idi ki, Marius dərin malxulya
içində ―Ursula‖ adını bu sözlə əvəz etmiĢdi. O, səbəbsiz yerə təəccüblənmiĢ kimi öz-özünə dedi:
―Ah, bu, onun çölüdür. Onun harada yaĢadığını mən buradan öyrənə bilərəm‖.
Bu, mənasız, lakin rədd edilməsi mümkün olmayan bir fikirdi.
Bundan sonra o hər gün Torağay çölünə gəlirdi.
ĠKĠNCĠ FƏSĠL.
Həbsxanada cinayətin rüĢeymi.
Qorbonun daxmasında Javerin əldə etdiyi müvəffəqiyyət tamam görünsə də, əslində, belə
deyildi. Hər Ģeydən əvvəl, o, quldurların əsirini öz əsiri edə bilməmiĢdi – onu düĢündürən baĢlıca
məsələ də bu idi. Qatilin əlinə düĢən adam qaçıb gizlənirsə, onda o, qatilin özündən Ģübhəli bir
adamdır; canilər üçün çox qiymətli olan bu Ģəxs, yəqin ki, hökumət üçün də qiymətli qənimət
olardı.
Bundan baĢqa, Monparnas da Javerin əlindən çıxmıĢdı.
Bu ―Ģıq geyimli Ġblis‖ tutmaq üçün baĢqa bir fürsətin ələ düĢməsini gözləmək lazımdı.
Monparnas bulvar ağacları altında qarovul çəkən Eponinaya rast gələndə – qız ilə Nemorin
olmağı ġinderhannes ilə atası olmaqdan üstün tutmuĢ, qızı götürüb aparmıĢdı. O, iĢin yaxĢı
cəhətini seçmiĢdi. Bununla da həbsxanaya düĢməmiĢdi. Lakin Javer Eponinanı yenə də
―məngirləyə‖ bilmiĢdi. Ancaq bu, onun üçün zəif təsəlli idi. Eponinanı Madlonetdə Azelmanın
yanına salmıĢdılar.
Bir də ki, dustaqları Qorbo daxmasından Fors həbsxanasına aparanda baĢ canilərdən biri olan
GecəquĢu yox olmuĢdu. Bunun necə olduğunu heç kəs bilmirdi, agentlər, serjantlar ―heç bir Ģey
baĢa düĢmürdülər‖, o, sanki, donub buxar olmuĢdu, o, əllərini dəmir buxovdan çıxarmıĢdı, o,
karetanın çatlarından – karetanın belə çatları var idi – siviĢib qaçmıĢdı; ancaq həbsxanaya
çatanda gördülər ki, GecəquĢu yoxdur. Bu ya sehrbazlıq, ya da polis iĢçilərinin iĢi idi. GecəquĢu
qar dənələri suda əriyən kimi, qaranlıqda ərimədi ki... Ya da bəlkə, agentlərin bu məsələdə
iĢtirakı vardı, boyunlarına almırdılar! Bəlkə, bu adam ikiqat müəmma ilə – həm qanunsuzluqla,
həm də qanunla əlaqədar idi. Elə bəlkə də, o həm təqsirin, həm də cəzanın mücəssəməsi idi? Ya
bəlkə, bu əbülhövl qabaq pəncəni cinayət, dal pəncələrini hökumət üzərinə qoyaraq, onlara
əsaslanmıĢdı! Javer bu Ģeylərin heç birini qəbul etmirdi, belə bir Ģey ağlına gəlsəydi, bundan
bərk acıqlanardı... Lakin onun Ģöbəsində baĢqa nəzarətçilər də vardı; onlar Javerə tabe olsa da,
prefekturanın sirlərinə ondan yaxĢı bələddirlər: GecəquĢu elə bir cani idi ki, ondan çox yaxĢı
agent də olardı. Gecənin zülmətilə belə yaxından əlaqədar olmaq, hamının diqqətindən yayınıb
gözdən itmək həm quldurlar üçün faydalı, həm də polis iĢçiləri üçün əlveriĢli bir Ģeydir. Bu cür
ikisürfəli dələduzlar vardır. Məsələ hər necə olsa da, aradan çıxmıĢ GecəquĢunu tapa bilmədilər.
GecəquĢunun itməsi, elə bil ki, Javeri təəccübləndirməkdən artıq acıqlandırmıĢdı.
Javer, yəqin, qorxuya düĢən o sarsaq advokata elə bir əhəmiyyət verməmiĢdi, həm də onun adını
unutmuĢdu. Bir də o advokatdı, deməli, onu həmiĢə tapmaq olar. Lakin o ancaq advokatdımı?
Ġstintaq baĢlandı.
Məhkəmə müstəntiqi ―Xoruz banı‖ quldurlarından birini həbsxanada biradamlıq dama
salmamağı faydalı gördü. Belə düĢündü ki, bəlkə, o, ağzından bəzi Ģeylər qaçırtdı. Bu, Kiçik
Bankir küçəsindən olan, qarıĢıq saçlı Brüjon idi. Onu ġarleman həbsxanasının həyətinə
buraxdılar: keĢikçilər çox diqqətlə ona göz yetirirdilər.
Brüjon adı Fors həbsxanasında unudulmayan adlardan biridir. Həbsxananın Yeni bina adlanan
yerində mənhus bir həyat var; həbsxana iĢçiləri ona Sen-Bernar həyəti, oğrular isə Aslan xəndəyi
deyirdilər; həyətin sol tərəfində üstünü mamır, yosun və kif basmıĢ, taxtapuĢa qədər yüksələn bir
divar görünür. Burada əvvəllər Forsun hersoq sarayındakı zəng qülləsinə açılan köhnə, paslı bir
dəmir qapı nəzərə çarpır; sonralar bu zəng qülləsi canilərin yataqxanası olmuĢdur. Həmin bu
dəmir qapıya yaxın yerdə bu divar daĢına hələ on iki il bundan qabaq mismarla kobudca cızılmıĢ,
qalayaoxĢar bir Ģəkil vardır, Ģəklin altında bu sözləri oxumaq olar:
BRÜJON, 1811.
1811-ci il Brüjonu, 1832-ci il Brüjonunun atası idi.
Qorbo daxmasında pusquya düĢən və ancaq ötəri gördüyümüz bu 1832-ci il Brüjonu çox bic, çox
cəld, lakin özünü dalğın və miskin göstərən cavan bir oğlandı. Elə hakim də Brüjonun bu
miskinliyinə görə ona bir az sərbəstlik vermiĢdi, elə güman etmiĢdir ki, o, ġa-leman həyətinə
buraxılarsa, biradamlıq damda saxlanılmaqdan daha faydalı olar.
Oğrular məhkəmə əlinə düĢsə də, öz iĢlərini davam etdirirlər. Belə boĢ bir Ģey onların iĢini
çətinləĢdirmir. Cinayət üstündə həbsxanaya düĢmək heç də onların baĢqa cinayəti hazırlamasına
mane olmur. Rəssam da öz Ģəklini Salonda sərgiyə qoymaqla, yenə öz emalatxanasında yeni
əsərlər yaratmaq üzərində iĢləyir.
Brüjon həbsxanada, sanki, sərsəmlədi. O, ġarleman həyətində, bufetçinin pəncərəsi qabağında
gic adam kimi saatlarla durar, bu həbsxana dükançısının ―sarımsaq – 62 santim‖ sözləri ilə
baĢlanan, ―siqara – 5 santim‖ sözləri ilə qurtaran zəhlətökən qiymət cədvəlinə baxardı, ya da
titrəyə-titrəyə, diĢləri-diĢlərinə dəyə-dəyə isitmə xəstəliyinə tutulduğundan Ģikayətlənər,
soruĢardı ki, xəstəxanada isitməlilər üçün olan otaqda iyirmi səkkiz çarpayıdan heç boĢalanı
varmı?
Birdən 1832-ci ildə, fevral ayının ikinci yarısında məlum oldu ki, Brüjon, bu sısqa adam
həbsxananın üç nəfər kağız aparanına üç dost adından üç müxtəlif tapĢırıq vermiĢ və bu tapĢırıq
ona əlli suya oturmuĢdur: bu elə bir məbləğdi ki, həbsxana keĢikçilərinin diqqətini cəlb etmiĢdi.
Bunu bildikdən və həbsxananın qəbul otağında asılmıĢ tapĢırıqlar məzəndəsinə baxdıqdan sonra
belə bir nəticəyə gəldilər, əlli su bu qayda ilə bölüĢdürülmüĢdür: tapĢırıqlardan biri Panteona
imiĢ – buna on su, o birisi Val-de-Qrasa imiĢ – buna on beĢ su, üçüncüsü də Qrenel
qarovulxanasına imiĢ – buna da iyirmi beĢ su verilibmiĢ. Qrenel qarovulxanasına olan tapĢırıq
məzəndəyə əsasən daha baha baĢa gəlmiĢdir. Panteonun, Val-de-Qrasın, Qrenel
qarovulxanasının yaxınlığında üç nəfər çox təhlükəli gecə sərsərisinin daldalandığı bir yer
varmıĢ; sərsərilərdən birinə ―Sələmçi qadın‖, ya ―Bizarro‖, birinə ―Lovğa‖, birinə də
―ġlaqbaum‖ deyirlərmiĢ; ―Lovğa‖ deyilən kürək cəzasını çəkib qurtarmıĢ məhbus idi. Bu hadisə
polis iĢçilərinin diqqətini onlara cəlb etdi. Elə güman edilirdi ki, onlar ―Xoruz banı‖ quldurları
ilə əlaqədardı. ―Xoruz banı‖nın iki baĢçısı isə – Babetlə Tüfeyli - tutulub həbsxanaya salınmıĢdır.
Brüjonun göndərdiyi kağızlarda cinayətkar bir niyyətin olduğundan Ģübhələnirdilər: bu kağızlar
müəyyən evlərə göndərilməmiĢdi, küçədə durub gözləyən adamlara verilmiĢdi. Bu kağızlarda pis
bir Ģey hazırlandığı qeyd olunurdu. Bunun üçün baĢqa səbəblər də vardı. Üç sərsərini tutub
arxayınlaĢdılar, bu qərara gəldilər ki, Brüjonun kələyi daha baĢ tutmaz.
Bu tədbir görüldüyündən təxminən bir həftə sonra, gecə yeni binanın aĢağı yataqxanasına nəzarət
edən keĢikçi öz jetonunu qutuya atmağa hazırlaĢırdı (bütün nəzarətçilərin öz vəzifəsini düzgün
yerinə yetirib-yetirməməsi bu qayda ilə yoxlanılırdı: nəzarətçilər yataqxanaların qapısına vurulan
qutuya hər saatdan bir bir jeton salardılar), bu zaman qapıdakı deĢikdən gördü ki, Brüjon öz
çarpayısında oturub, gecə çırağının iĢığında nəsə yazır. KeĢikçi içəri girir; Brüjonu bir ay karserə
salırlar, ancaq onun yazdığı kağızı tapmırlar. Polis iĢçiləri də bir Ģey öyrənə bilmir.
Yalnız bir Ģey müəyyəndi: ertəsi gün həbsxana həyətinin ortasında olan beĢmərtəbəli binanın
üstündən, ġarlemandan Aslan xəndəyinə bir ―poçtalyon‖ atılır.
Dustaqlar çox məharətlə çörəyi yumrulayır, ―Ġrlandiya‖ya göndərərdilər, baĢqa bir sözlə,
həbsxana binasının damı üstündən, bir həyətdən o biri həyətə atardılar, ―poçtalyon‖ da bu atılan
çörək yumrusuna deyərdilər. ―Ġrlandiya‖ sözü isə Ġngiltərədə, bir sahildən o biri sahilə, yəni
Ġrlandiyaya keçmək məfhumunu ifadə edirdi. Atılan çörək yumrusu həyətə düĢərdi. Bunu
götürən adam çörək yumrusunu aralar, içindən kağız tapardı: kağız bu həyətdə olan dustaqlardan
birinə yazılmıĢ olardı. Çörək yumrusu dustaqlardan birinin əlinə düĢsə, kağızı aparıb sahibinə
verərdilər, keĢikçinin, ya da pulla saxlanılan dustağın əlinə düĢsə, həbsxana idarəsinə aparar,
polis iĢçilərinə çatdırardılar; həbsxanada belə gizlin iĢ görən dustaqlara ―qırt toyuq‖, katorqada
isə ―tülkü‖ deyərdilər.
Bu dəfə ―poçtalyon‖ öz sahibinə çatdırılmıĢdı, onun biradamlıq damda olması buna mane ola
bilməmiĢdi. Bu adam ―Xoruz banı‖ quldur dəstəsinin dörd baĢçısından biri olan Babet imiĢ.
―Poçtalyon‖ bir parça bükülmüĢ kağızdan ibarətdir; kağızda cəmi iki sətir söz yazılmıĢdı:
―Babetə. Plüme küçəsində iĢ düzəltmək olar. Barmaqlıq ardındakı bağ‖.
Brüjonun gecə yazdığı kağız bu idi.
KiĢi və qadın nəzarətçilərinin olmasına baxmayaraq, Babet bu kağızı Forsdan Salpetriyerə bir
―qadın dostuna‖ ötürə bilmiĢdi; Salpetriyerdə dustaq olan bu qadın həmin kağızı Manyon adlı
yaxın bir dostuna vermiĢdi; Manyon polis nəzarəti altında idi, lakin hələ tutulmamıĢdı. Oxucular
əsərdə bu ada rast gəlmiĢlər; Manyon Tenardye ailəsi ilə çox yaxın idi, onların bu əlaqəsi
haqqında sonralar müfəssəl danıĢılacaqdır; həmin qadın Eponinaya rast gəlməklə, Salpetriyer ilə
Madlonet arasında bir körpü ola bilmiĢdi.
Elə bu zaman Tenardyenin qızları Eponina ilə Azelma həbsdən azad edilmiĢdi, çünki iĢi
yoxlarkən onların cinayətdə iĢtirak etməsi haqqında lazımi sübut tapılmamıĢdı.
Eponina həbsxanadan çıxanda Manyon Madlonetin qapısı qabağında durub onu gözləyirmiĢ.
Brüjonun Babetə yazdığı məktubu Eponinaya verir. ―ĠĢi aydınlaĢdırmağı‖ ona tapĢırır.
Eponina Plüme küçəsinə gedir, barmaqlığı və bağı tapır, evi gözdən keçirir, kimisə izləyir,
güdür, bir neçə gündən sonra KloĢpers küçəsində yaĢayan Manyona bir suxarı aparır, Manyon da
onu Babetin Salpetriyerdə olan məĢuqəsinə çatdırır. Suxarı simvolik həbsxana dilində ―görməli
bir iĢ yoxdur‖ deməkdir.
Heç bir həftə keçmədi ki, Babetlə Brüjon Fors həbsxanasının keĢikçilər cığırında bir-birinə rast
gəldi; onlardan biri ―istintaqa‖ gedir, o birisi istintaqdan qayıdırdı. Brüjon Babetdən soruĢdu: ―P.
küçəsi nə oldu?‖ Babet də ona belə cavab verdi: ―Suxarı‖.
Bu qayda ilə Brüjonun Fors həbsxanasında baĢladığı cinayət boĢa çıxdı.
Lakin bunun bəzi nəticələri oldusa da, bu nəticələr Brüjonun planından tamamilə fərqlənirdi.
Oxucular vaxtı gələndə bunu biləcəkdir.
Çox vaxt adam bir iĢ tutmaq istərkən baĢqa bir iĢ tutur.
ÜÇÜNCÜ FƏSĠL.
Mabef babanın gözünə görünən xəyal.
Marius daha heç kəsin yanına getmirdi. Ancaq arabir Mabef babaya rast gəlirdi.
Marius qaranlıq pillələrlə ağır-ağır aĢağı enirdi: qatı zülmətə doğru enən bu pilləkəni mağara
pilləkəni adlandırmaq olardı; burada adam baĢı üstündə xoĢbəxt insanların ayaq səsini eĢidir; elə
bu vaxt Mabef də ora enirdi.
―Kotere bitkiləri‖ni daha alan yox idi. Austerlits bağında, kiçik, münasibətsiz bir yerdə indiqo
sahəsində aparılan təcrübələr müvəffəqiyyətsizliklə nəticələndi. Cənab Mabef orada rütubət və
kölgə xoĢlayan bir neçə nadir bitki yetiĢdirə bildi. Lakin o, ruhdan düĢmürdü. O çalıĢaraq, indiqo
sahəsində ―öz hesabına‖ təcrübə aparmaq üçün Nəbatat bağında bir parça yaxĢı torpaq əldə etdi.
Bunun üçün ―Kotere bitkiləri‖nin mis kliĢelərini aparıb lombarda qoydu. Ġndi o, səhər
yeməyində iki yumurta ilə kifayətlənirdi, bunun da birini xidmətçi qadına saxlayırdı: cənab
Mabef on beĢ ay idi ki, onun maaĢını vermirdi. Çox vaxt da o bütün günü bu səhər yeməyinin
üstündə qalırdı. O daha uĢaq kimi gülmürdü, qonaq qəbul etmirdi, özü də qaĢqabaqlı olmuĢdu.
Marius daha onun yanına getməməkdə düzgün hərəkət edirdi. Lakin cənab Mabef Nəbatat
bağına gedəndə Marius hərdən ona Xəstəxana bulvarında rast gəlirdi. Onlar dayanıb söhbət
etmirdilər, amma bir-birinə qəmgin-qəmgin baĢ əyirdilər. Elə bir vaxt gəlir ki, yoxsulluq
adamları bir-birindən ayırır, nə dəhĢətli bir hal! Onlar əvvəl dost idi, indi bir-biri üçün yoldan
keçən adi adamlardı.
Kitabsatan Ruayol öldü. Ġndi Mabef ancaq öz kitabları, öz bağı, öz indiqosu ilə məĢğuldur;
xoĢbəxtlik, zövq və ümid onun üçün bu üç Ģeydən ibarətdi. YaĢamaq üçün bu ona kifayətdi. O,
öz-özünə deyirdi: ―Mən göy kürəcikləri hazırlayanda varlanacağam, lombarddan mis kliĢeləri
geri alacağam, sonra gurultulu reklamlar, qəzet elanları ilə öz ―Kotere bitkiləri‖mə asanlıqla
müvəffəqiyyətlər yaradacağam, Pyer de Medinin ―Naviqasiya sənəti‖ əsərinin 1559-cu il çapını,
ağac qravürləri ilə birlikdə alacağam, özü də mən bilirəm bunu haradan almaq lazımdır‖. Ancaq
hələlik o bütün günü indiqo ləkləri üzərində iĢləyirdi, axĢam evinə qayıdırdı, bağını sulayırdı,
kitab oxuyurdu. Bu zaman onun səksən yaĢı olmağa az qalırdı.
Bir gün axĢam onun gözünə qəribə bir xəyal görünür.
Evinə qayıdanda hava hələ lap iĢıqdı. Plutarx xalanın səhhəti pozulduğundan xəstələnib
yatmıĢdı. O, nahar əvəzinə üstündə azca ət qalmıĢ balaca bir sümüyü gəmirərək, mətbəx masası
üstündən tapdığı bir parça çörəyi yedi, sonra böyrü üstə düĢmüĢ daĢ tumbanın üstündə oturdu; bu
tumba onun bağında oturacağı əvəz edirdi.
Bu oturacağın yanında taxtadan və dirəkdən düzəldilmĢ anbaraoxĢar, iri, köhnə bir Ģey vardı;
onun aĢağı hissəsində adadovĢanı, yuxarı hissəsində meyvə saxlardılar. Ġndi orada daha
adadovĢanı yox idi, yuxarı hissəsində hələ bir neçə alma vardı: bunlar qıĢ ehtiyatından qalmıĢdı.
Cənab Mabef gözlüyünü taxaraq iki kitabı vərəqləməyə, gözdən keçirməyə baĢladı; bu kitablar
onu olduqca həyəcanlandırır, hətta son dərəcə məĢğul edirdi – bu cür maraq bu yaĢda adam üçün
daha artıq diqqətəlayiq bir Ģeydi. Təbiətən cəsarətsiz olması onu bir qədər mövhumatçı etmiĢdi.
Bu kitablardan biri prezident Delankrın ―Ġblislərin siması haqqında‖ məĢhur elmi əsəri, o birisi
də Mütor de la Rübodyerin – ―Vover Ģeytanları və byevr əcinnələri haqqında‖ in quarto idi.
Ġkinci kitab cənab Mabefi ona görə çox maraqlandırırdı ki, qədim zamanda onun bağına
əcinnələr gələrmiĢ. Qaralmaqda olan hava səmanı solğun, yeri qara rənglərə boyayırdı. Mabef
baba əlində tutaraq oxuduğu kitabın üstündən öz bitkilərinə, o cümlədən, onun təsəllisi olan
gözəl rododendrona baxırdı. Dörd gün idi ki, hava bərk isti idi, külək əsirdi, günəĢ yaxıb-
yandırırdı, bircə damla da yağıĢ yağmırdı, bitkilər, qönçələr, yarpaqlar solub baĢını əymiĢdi,
bunlar hamısı gərək sulanaydı. Xüsusilə rododendronun kədərli görünüĢü vardı. Mabef baba
bitkilərin də ruhu olduğunu hiss edən adamlardandı. O bütün günü indiqo ləkində iĢləmiĢ,
yorulub əldən düĢmüĢdü; bununla belə, ayağa qalxdı, kitabları oturacağın üstünə qoyub, ayağı-
ayağına dolaĢa-dolaĢa, beli lap əyilə-əyilə quyuya sarı getdi, zəncirdən yapıĢıb dartdı. Lakin onu
qarmaqdan çıxarana qədər də darta bilmədi. Ġztirab və kədər dolu gözlərini qaldırıb göyə baxdı:
ulduzlar göydə par-par parıldayırdı.
AxĢam havasına sakit bir aydınlıq çökmüĢdü; bu, kədərli və əbədi sevinclə insan qəlbinin
iztirabını yüngülləĢdirən aydınlıq idi. Görünür, gecə də gündüz kimi isti olacaqdı.
Qoca düĢünərək öz-özünə deyirdi: ―Bütün göy ulduzlarla doludur! Bircə parça bulud görünmür!
Bircə damla yağıĢ yoxdur!‖
O yenə də baĢını aĢağı saldı.
Sonra yenə göyə baxıb pıçıldadı:
– Heç olmasa bircə damla Ģeh düĢəydi! Bircə damla mərhəmət enəydi.
O yenə də istədi zənciri qarmaqdan çıxarsın, çıxara bilmədi.
Birdən bir səs eĢitdi:
– Mabef baba, istəyirsiniz mən sizin bağınızı sulayım?
Elə bu zaman çəpər tərəfdən bir Ģıqqıltı gəldi, sanki, vəhĢi bir heyvan çəpərin üstündən aĢırdı;
kolun arxasından uzun, arıq bir qız çıxdı, gəlib qocanın qabağında dayandı, cəsarətlə onun
gözlərinə baxdı... Elə bil ki, bu insan deyildi, qaranlıqdan doğan xəyaldı.
Biz yuxarıda demiĢdik ki, Mabef baba Ģeydən özünü itirər və qorxardı; indi də özünü itirmiĢ və
qorxmuĢdu; o, özünə gəlib səsini çıxarana kimi, qız zənciri qarmaqdan ayırıb quyuya saldı, bir
vedrə su çıxartdı, susəpəəni doldurdu; onun hərəkətlərində qəribə sərtlik və coĢqunluq
görünürdü; sonra bu mərhəmətli qoca, köhnə, balaca bir yubka geymiĢ bu ayaqyalın xəyalın
ləklər arasında o yan–bu yana qaçdığını, ətrafına həyat saçdığını gördü. Yarpaqların üstünə
tökülən suyun Ģırıltısı Mabef babanın qəlbini fərəhlə doldururdu. Ona elə gəlirdi ki, rododendron
indi xoĢbəxtdir.
Qız bu suyu ləklərə səpdikdən sonra yenə bir neçə vedrə su çıxartdı. Bütün bağı suladı.
O, uzun, arıq əllərini yelləyə-yelləyə, qaça-qaça bağı sulayanda baĢındakı cırıq ləçəyin ucları
yellənirdi, yandan o, yarasaya oxĢayırdı.
Qız bu iĢi qurtaran kimi, Mabef baba, gözləri yaĢla dolmuĢ halda, ona yaxınlaĢıb əlini baĢına
qoydu:
– Allah sizə kömək olsun, – dedi, – siz mələksiniz, çünki siz güllərin qeydinə qalırsınız.
Qız:
– Yox, – dedi, – mən iblisəm, hər nə olsam – iblis də, mələk də – bunun məndən ötrü fərqi
yoxdur.
Qoca onun söylədiyini eĢitmədi, həm də onun cavabını gözləməyərək dedi:
– Çox təəssüf ki, mən belə bədbəxtəm, belə kasıbam, sizə heç nə ilə kömək edə bilmərəm.
– Siz bir Ģeylə mənə kömək edə bilərsiniz.
– Nədə?
– Cənab Mariusun yerini göstərməklə...
Qoca əvvəl onun dediyini baĢa düĢmədi.
– Hansı cənab Marius?
Qoca baĢını qaldırdı, o, sanki, öz sönük gözləri ilə çox-çox uzaqda olan bir Ģeyə baxırdı.
– O cavan oğlan qabaqlar sizin yanınıza gələrdi.
Cənab Mabef hafizəsini araĢdıraraq, onun kim olduğunu yadına salmağa çalıĢırdı.
Birdən o çığıraraq dedi:
– Hə, bildim... sizin sözünüzü baĢa düĢdüm... Dayanın, cənab Marius... baron Marius Ponmersi...
Ġndi bildim! O, bilirsiniz, harada yaĢayır... ya da, daha doğrusu, daha orada yaĢamır... Ah, yox,
mən bilmirəm...
Cənab Mabef onunla danıĢa-danıĢa əyildi ki, rododendronun budağını düzəltsin:
– Dayanın, indi mənim yadıma düĢdü. O çox tez-tez bulvarla Qlasyerə sarı, Krulbarb küçəsinə,
Torağay çölünə gedir. Ora gedin, orada onu asanlıqla taparsınız.
Cənab Mabef qalxanda heç kəsi görmədi - qız yox olmuĢdu.
Məlum Ģeydir ki, o bir az qorxmuĢdu.
Qoca Mabef düĢünərək, öz-özünə dedi: ―Mənim bağım sulanmıĢ olmasaydı, elə bilərdim ki, bu
gələn ruhdur‖.
Bir saat sonra yerinə girəndə onun ağlına baĢqa bir fikir də gəldi. Adamı yuxu aparanda fikir
yuxunun içərisindən keçib getmək üçün, dənizi keçərkən balığa çevrilən əfsanəvi quĢ kimi
yavaĢ-yavaĢ röya Ģəklini alır, cənab Mabefin də gözünə yuxu gedəndə mızıldayaraq, öz-özünə
dedi:
– Doğrudan da, bu Rübodyerin əcinnələr haqqında yazdığına çox oxĢayır. Bəlkə də, bu elə
əcinnə imiĢ?!
DÖRDÜNCÜ FƏSĠL.
Mariusun gözünə görünən xəyal.
―Ruh‖un Mabef babanın yanına gəlməsindən bir neçə gün keçmiĢdi. Marius adəti üzrə bazar
ertəsi Tenardyeyə vermək üçün Kurfeyrakdan yüz su pul alardı; yenə həmin gün, səhərçağı
Kurfeyrakdan yüz su alıb, cibinə qoydu, dustaqxanaya getməmiĢdən əvvəl ―bir az gəzmək‖
istədi; bu ümidlə gəzməyə gedirdi ki, qayıdandan sonra, bəlkə, yaxĢı iĢləyə bildi. Bunu o hər gün
edərdi. Səhər yuxudan duran kimi kitab və kağız qoyulmuĢ masanın yanında oturar, bir Ģey
tərcümə etmək istərdi. Bu zaman o, Hansla Savinyi arasında gedən məĢhur alman mübahisəsini
fransızcaya tərcümə etmək fikrində idi. Savinyinin də, Hansın da kitabını açar, dörd sətir
oxuyardı, çalıĢardı ki, bircə sətir də olsa, tərcümə eləsin, lakin bu vaxt vərəqlə onun arasında bir
ulduz parıldar, o heç nə edə bilməzdi, ayağa qalxıb deyərdi: ―Bir az gəzmək lazımdır, bu, mənə
qüvvət verər‖.
O, Torağay çölünə gedərdi.
Ulduz orada, onun gözləri qarĢısında daha bərk parıldar, Savinyi ilə Hans daha sönük görünərdi.
Evinə qayıdar, yenə iĢə giriĢərdi, ancaq bunun heç bir nəticəsi olmazdı, fikrini bir yerə toplaya
bilməzdi. Onda öz-özünə deyərdi: ―Sabah evdən bayıra çıxmayacağam. Bu, mənə mane olur‖.
Amma hər gün də evdən çıxıb gedərdi.
O, Kurfeyrakın mənzilindən daha çox Torağay çölündə yaĢayardı. Onun əsl ünvanı belə idi:
Sante bulvarı, Krulbarb küçəsindən yeddinci ağac.
Bu gün səhər yeddinci ağacı tərk edib, kiçik Qobelen çayı qırağındakı sürahidə oturdu. GünəĢin
ürəkaçan Ģüaları təravətli, parlaq, yaĢıl yarpaqlar arasından süzülürdü.
Marius ―o qız‖ haqqında düĢünürdü. O, düĢüncələrində öz-özünü məzəmmət edirdi; o öz
tənbəlliyini, qəlbinin fəaliyyətdən düĢərək, sanki, iflic olmasını, ətrafında get-gedə qatılaĢan
zülməti dərdli-dərdli düĢünürdü; bu zülmət o dərəcəyə çatmıĢdı ki, o daha günəĢi də görmürdü.
Onun hətta ruhdan düĢməyə, ümidsiz olmağa da gücü qalmamıĢdı. Lakin bu dərdli düĢüncələr,
sel kimi axıb gələn ona əzab verən dumanlı fikirlər içərisində o yenə də xarici aləmin təsirini
hiss edirdi; onun iĢ görmək qabiliyyəti o qədər zəifləmiĢdi ki, bu sel kimi axıb gələn, dumanlı
fikirlər heç monoloq da deyildi. O, arxa tərəfdə, aĢağıda, çayın hər iki sahilində paltar yuyan
arvadların ağacla paltar döyəclədiyini, baĢı üstündə qarağacın yaĢıl budaqları arasında quĢların
civildədiyini, nəğmə oxuduğunu eĢidirdi. Bir tərəfdə qayğısız xoĢbəxt həyatın azadlıq səsi, bir
tərəfdə də iĢ səsi... Bu ürəkaçan Ģən səsləri eĢitdikcə o, xülyaya dalır, bu xülya onu dərin
düĢüncələrə qərq edirdi.
Belə bir vəziyyətdə o tanıĢ səs eĢitdi.
– Bu da o!
Marius baĢını qaldırdı, bu, bir gün səhər onun yanına gələn o bədbəxt qızdı. Tenardyenin böyük
qızı Eponina idi. Marius indi onun adını bilirdi. Qəribədir, onun geyimi daha da yoxsullaĢmıĢdı,
amma özü yaxĢılaĢmıĢdı; bu elə bir dəyiĢiklikdi ki, əvvəllər onun yaxĢılaĢacağını heç təsəvvür
etmək olmazdı. O həm iĢığa, həm də ehtiyaca doğru irəliləmiĢdi. Onun ayağı yalındı, paltarı
köhnə idi; ilk dəfə cəsarət edib Mariusun otağına gələndə də o belə idi. Ancaq bu iki ayda paltarı
daha da köhnəlmiĢdi, yırtıqları böyümüĢdü, daha iyrənc olmuĢdu. Səsi yenə də xırıldayırdı,
solğun alnında yenə də qırıĢıqlar görünürdü, baxıĢlarında yenə də həm zirəklik, həm də tərəddüd
və ĢaĢqınlıq ifadə olunurdu. Onun sifətində elə bir qeyri-müəyyən qorxu və miskin ifadə vardı ki,
bu, yoxsulluğun həbsxana ilə tanıĢ olduğunu göstərirdi, bu qorxaqlıq və miskinlik əvvəlkindən
daha artıq nəzərə çarpırdı.
Saçında saman çöpü, ot qırıntıları iliĢib qalmıĢdı, ancaq bunun səbəbi baĢqa idi, Ofeliyanınkı
kimi deyildi. Ağılsız Hamletin ağılsızlığı ona sirayət etməmiĢdi, gecəni haradasa, ot anbarında
keçirmiĢdi.
Bununla belə, o, qəĢəngdi. Ey gənclik, sənin varlığında hansı ulduz parıldayır?!
Qız gəlib, Mariusun qabağında dayandı; onun solğun üzündə həm xırdaca sevinc iĢığı, həm də
təbəssüməbənzər bir Ģey görünürdü.
O, bir qədər susub durdu, sanki, danıĢmağa iqtidarı yox idi.
Nəhayət, dedi:
– Axır ki sizi tapdım! Mabef baba bu bulvarı düz niĢan veribmiĢ! Heç bilirsiniz, sizi nə qədər
axtarmıĢam? Məni tutmuĢdular, bilirsinizmi? Ġki həftə saxladılar! Sonra buraxdılar! Çünki heç
bir dəlil tapmadılar, bir də ki, yaĢım azdı. Ġki ay çatıĢmırdı. Sizi nə qədər axtarmıĢam! Düz altı
həftə! Deməli, indi siz orada yaĢamırsınız?
Marius:
– Yox, – dedi.
– Hə! BaĢa düĢürəm. O iĢdən ötrü? Bu polis basqınları nə pis Ģeydir! Deməli, siz baĢqa yerə
köçmüsünüz? Siz niyə belə köhnə Ģlyapa qoyursunuz? Sizin kimi cavan oğlan gərək yaxĢı
geyinsin. Cənab Marius, bilirsinizmi, Mabef baba sizə ―baron Marius‖ deyir; o bir Ģey də dedi,
ancaq yadımda qalmayıb. Siz ki baron deyilsiniz? Baronlar qoca olur; onlar Lüksemburq
bağında, sarayın qabağında, günəĢ çox olan yerdə gəzirlər, ―Gündəlik‖ oxuyurlar, bunun da hər
nömrəsi bir sudur. Bir dəfə mən belə baronlardan birinə məktub aparmalı oldum. Onun yaĢı
yüzdən çox idi. YaxĢı, deyin görüm, indi siz harada yaĢayırsınız?
Marius cavab vermədi.
Qız sözünə davam edərək dedi:
– Ah, köynəyiniz cırılıb! Mən tikərəm, sonra da qəmgin halda əlavə etdi:
– Siz, deyəsən, məni görməyinizdən sevinmirsiniz?
Marius susurdu. Qız da bir az susduqdan sonra ucadan dedi:
– Mən istəsəm, siz çox sevinərsiniz!
Marius soruĢdu:
– Necə? Siz bununla nə demək istəyirsiniz?
– Ah, siz əvvəllər mənə ―sən‖ deyirdiniz!
– YaxĢı, sən nə demək istəyirsən?
Eponina dodağını diĢlədi, sanki, o, öz-özü ilə mübarizə edir. Buna görə də tərəddüd edirdi.
Görünür, axırda o, müəyyən qərara gəlmiĢdi.
– Bu daha pis olacaq, ancaq fərqi yoxdur. Siz fikir çəkirsiniz, mən istəyirəm ki, sizin ürəyiniz
açılsın. Ancaq söz verin ki, güləcəksiniz. Mən istəyirəm görüm, siz necə gülürsünüz. Onda
deyəcəksiniz: ―Hə, bax, bu yaxĢıdır!‖ Yazıq cənab Marius! Yadınızdadırmı, siz demiĢdiniz ki, nə
istəsən sənə verəcəyəm...
– Hə, hə! De də!
Eponina Mariusun düz gözlərinin içinə baxdı:
– Mən ünvanı bilirəm.
Mariusun rəngi ağardı. Bütün qanı ürəyinə vurmuĢdu.
– Hansı ünvanı?!
– Sizin istədiyiniz ünvanı!
Sonra, sanki, güc ilə əlavə etdi:
– Ünvan... Bunu ki, siz özünüz bilirsiniz...
Marius dili dolaĢa-dolaĢa dedi:
– Hə.
– O xanım qızın ünvanını!
Eponina bu sözü söylədikdən sonra dərindən ah çəkdi.
Marius oturduğu sürahidən cəld qalxıb, çılğın halda qızın əlindən tutdu.
– Ah, məni apar ora! De! Nə istəyirsən məndən istə! Haradır?
– Gedək mənimlə. Mən küçənin adını, evin nömrəsini düzgün bilmirəm. Bu o biri tərəfdədir.
Ancaq ev yaxĢı yadımdadır, mən sizi apararam.
Eponina əlini onun əlindən çəkdi:
– Ah, siz necə sevindiniz! – Bu sözü o elə bir ifadə ilə dedi ki, bu , kənar adamı da dərindən
mütəəssir edə bilərdi, lakin sevincindən məst olmuĢ, həyəcana tutulmuĢ Mariusa heç təsir
etmədi.
Mariusun üzü tutuldu. O, Eponinanın əlindən tutdu.
– Bir Ģeydə mənə and iç!
– And içim? Bu nə sözdür? Ah! Siz istəyirsiniz ki, mən and içim?
Eponina güldü.
– Sənin atan!.. Eponina, mənə söz ver! And iç ki, bu ünvanı atana deməyəcəksən.
Eponina heyrət içində ona sarı döndü.
– Eponina? Siz haradan bilirsiniz ki, mənim adım Eponinadır?
– Söz ver ki, mənim xahiĢimi yerinə yetirəcəksən.
Eponina, sanki, onun dediyini eĢitmirdi.
– Bu nə yaxĢıdır! Siz mənə Eponina dediniz!
Marius onun əllərindən tutdu.
– Di cavab ver! Sən Allah! Diqqətlə qulaq as, gör sənə nə deyirəm, and iç ki, sən bu ünvanı atana
deməyəcəksən!
Eponina:
– Atama? – deyərək təkrar soruĢdu. – Ah, hə, atama... Arxayın olun! O, dustaqxanada biradamlıq
dama salınıb. O, mənim nəyimə gərəkdir.
Marius həyəcanla dedi:
– Mənə söz vermirsən?!
Eponina güldü:
– Di buraxın məni! Gör məni necə silkələyirsiniz! YaxĢı! YaxĢı! Söz verirəm! And içirəm!
Mənim üçün nə fərqi var! Ünvanı atama demərəm! YaxĢımı? Bütün məsələ bundadır?
– Ayrı heç kimə də?
– Heç kimə.
Marius:
– Ġndi, məni apar, – dedi.
– Ġndi?
– Ġndi.
– Gedək. Ah, gör nə sevinir!.. – Eponina ah çəkdi. Bir neçə addım getdikdən sonra dayandı.
– Cənab Marius, siz mənimlə lap yan-yana gedirsiniz. Qoy mən qabaqda gedim, siz də daldan
gəlin, elə bil ki, siz məni heç tanımırsınız. Sizin kimi abırlı, cavan oğlanın mənim kimi bir
arvadla getməsini qoy görməsinlər, yaxĢı olmaz.
Bu qızın söylədiyi ―arvad‖ sözündə necə bir məna vardı – bunu heç bir sözlə izah etmək olmaz.
BeĢ-on addım getdikdən sonra o yenə dayandı. Marius gəlib ona çatdı. Eponina ona sarı
dönmədən, baĢqa bir adama söyləyirmiĢ kimi dedi:
– Yeri gəlmiĢkən, bir söz deyim, siz axı mənə nəsə vəd etmiĢdiniz?
Marius ciblərini axtardı, onun cəmisi beĢ frank pulu var idi, bunu da Tenardye üçün hazırlamıĢdı.
Pulu çıxarıb, Eponinanın ovcuna qoydu.
Eponina əlini açdı, pul yerə düĢdü, o, tutqun halda baxaraq dedi:
– Sizin pulunuz mənə lazım deyil!
BĠRĠNCĠ FƏSĠL.
Sirli ev.
Keçən əsrin ortalarında Paris məhkəməsi palatasının sədri Sen-Jermen civarında, indi Plüme
deyilən Blome küçəsində, ―Heyvanlar döyüĢü‖ adlanan yerdən bir az kənarda özünə
―Ģəhərkənarı‖ ev tikdirmiĢdi. Onun adamlardan gizli saxladığı bir məĢuqəsi vardı; o vaxtlar
kübar ağalar məĢuqəsi olduğunu heç kəsdən gizlətməzdi, amma burjua gizlədərdi.
Bu ikimərtəbəli bir evdi - birinci mərtəbədə iki zal, yuxarı mərtəbədə iki otaq, aĢağısında
mətbəx, yuxarısında buduar, taxtapuĢu altında çardaq, evin qabağında küçəyə baxan enli
barmaqlıqlı bağ vardı. Bağ təxminən bir arpan yer tuturdu. Yoldan keçənlərin görə bildiyi ancaq
bu bağ idi. Evin dal tərəfində balaca, dar bir həyət, həyətin də dib tərəfində ikiotaqlı, zirzəmili,
alçaq fligel vardı; sanki, bu fligel, lazım gələrsə, uĢaqla onu əmizdirən dayəni gizlətmək üçün
tikilmiĢdi. Fligelin dal tərəfindən, gizlin həyət qapısından – iki hündür divar arasından burula-
burula gedən daĢ döĢəməli, taxtapuĢsuz, uzun, dar bir koridora çıxmaq olurdu. Çox ustalıqla
gizlədilmiĢ bu yol bağların, bostanların hasarı arasında itib-batır, bu hasarların döngələrində
gözdən itirdi; yol gedib baĢqa bir gizli həyət qapısına çıxırdı; bu isə bağdan milin dörddə biri
qədər kənarda, təxminən baĢqa məhəllədə, Babil küçəsinin sonunda, boĢ bir yerdə idi.
Cənab sədr bu yoldan istifadə edirdi: belə ki, bir adam onu addım-addım izləsəydi də, onun hər
gün hara getdiyini bilsəydi də, yenə də baĢa düĢməzdi ki, Babil küçəsinə getmək Blome
küçəsinə getmək deməkdir. Bu hiyləgər hakim çox ustalıqla torpaq sahələri almıĢ, bu sahələr
üzərində öz evinə gizlin yol düzəltmiĢdi, bununla da təqib edilməkdən qorxmaya bilərdi.
Sonralar o, koridorun hər iki tərəfində olan torpağı kiçik sahələrlə bağ salmaq, bostan əkmək
üçün satmıĢdı; torpaq sahibləri elə zənn edirdi ki, bu divar sahələr hüdudunu ayıran adicə bir
divardır, bu iki divar arasında, ləklər, meyvə bağları içərisində burula-burula gedən uzun, daĢlı
çığırın olduğunu heç güman da etmirdilər. Yalnız quĢlar bu maraqlı Ģeyi görə bilirdi. Yəqin ki,
keçən əsrdə birəbitdən quĢu ilə arı quĢları cənab sədr haqqında az qiybət etməmiĢdilər...
DaĢ ev Mansar üsulu ilə tikilmiĢdi; iç tərəfdən vatto-rokayl, bayır tərəfdən rokoko zövqündə
düzəldilmiĢdi, mebeli də vatto-rokayl zövqündə idi; ev üç sıra güllü-çiçəkli çəpərlə əhatə
olunmuĢdu; adam orada məxfilik, iĢvəkarlıq, həm də vüqar duyurdu - sevgi və məhkəmə
dəftərxanası Ģıltaqlığına bu, tamamilə uyurdu.
Bu ev, iki divar arasından keçən yol on beĢ il bundan qabağa kimi dururdu. Ġndi onlar yoxdur.
93-cü ildə bir misgər bu evi sökmək üçün almıĢdı, lakin evin pulunu vaxtında verə
bilmədiyindən sınıq çıxmıĢdı. Bu qayda ilə sökülmək üçün satılmıĢ ev misgərin özünü söküb
dağıtmıĢdı. O vaxtdan bəri evdə heç kəs yaĢamırdı: ev insan əli dəyməyən bütün binalar kimi
get-gedə köhnəlmiĢdi. Onun bütün köhnə mebelləri dururdu; o yenə də satılır, ya da icarəyə
verilirdi; 1810-cu ildən bağın barmaqlığında asılıb qalan, rəngi solmuĢ, güclə oxunan elan bunu
bir ildə Plüme küçəsindən keçən on-on iki adama bildirirdi.
Restavrasiyanın sonunda həmin o adamlar burada yeni bir Ģey görə bilərdilər: elan
götürülmüĢdü, hətta birinci mərtəbənin pəncərə qapıları da açılmıĢdı. Evdə adam olurdu.
Pəncərələrdən qəĢəng pərdə asılmıĢdı, bu göstərirdi ki, orada qadın yaĢayır.
1829-cu ilin oktyabr ayında ahıl bir adam gəlib, dal həyətdəki fligel də, Babil küçəsinə çıxan
divarlı yol da daxil olmaqla, bütün bu evi icarəyə götürmüĢdü. O, koridorun iki gizlin qapısını
əvvəlki Ģəklinə saldırdı. Yuxarıda dediyimiz kimi, cənab sədrin köhnə mebeli otaqlarda dururdu.
Təzə gələn adam bəzi Ģeyləri təzələdi, çatıĢmayan Ģeyləri əlavə etdi, həyətin ora-burasını
döĢətdirdi, divarların kərpic düĢən yerlərini, pilləkənin sınan pillələrini, parketin qopan
taxtalarını, pəncərələrin düĢən ĢüĢələrini düzəltdirdi, sonra da cavan bir qızla, qoca bir xidmətçi
qadınla, açıq-açığına öz evinə köçən bir adam kimi deyil, gizlincə, heç kəsə hiss etdirmədən ora
köçdü; qonĢular da bu barədə söz-söhbət açmadı, çünki onun qonĢusu yox idi.
Bu təvazökar adam – Jan Valjan, cavan qız da – Kozetta idi. Tusen adlı xidmətçi qadını Jan
Valjan xəstəxanadan və yoxsulluqdan xilas etmiĢdi; o həm əyalətdən gəlmiĢdi, həm qarımıĢ
qızdı, həm də dili pəltəkdi. Jan Valjan onun bu üç keyfiyyətini nəzərə alıb,
öz yanına aparmıĢdı. Evi o, cənab FoĢlevan adı ilə, bir rentaçı kimi tutmuĢdu. Oxucular, heç
Ģübhəsiz, Tenardyedən daha tez bu adamın Jan Valjan olduğunu tanımıĢdı, çünki əvvəllər onun
haqqında danıĢılmıĢdı.
Jan Valjan niyə Kiçik Pikpüs monastırından çıxmıĢdı? Ona nə olmuĢdu?
Ona heç bir Ģey olmamıĢdı.
Jan Valjan monastırda xoĢbəxt yaĢayırdı, bu, oxucuların yadındadır; özü də elə xoĢbəxt
yaĢayırdı ki, axırda vicdanı onu narahat etməyə baĢladı. Kozettanı hər gün görürdü, qəlbində
atalıq duyğusunun get-gedə artdığını, möhkəmləndiyini hiss edirdi; uĢağı əzizləyir, ona ümid
bəsləyirdi; öz-özünə ―o, mənimdir; heç kəs onu mənim əlimdən ala bilməz; bu həmiĢə də belə
olub qalacaq; o, yəqin, monax olacaq, çünki hər gün bunu ona nəzakətlə təĢviq edirlər; bu qayda
ilə monastır həm onun, həm də mənim üçün bir kainat olacaq; mən burada qocalacağam; o
böyüyəcək, sonra o da qocalacaq, mən öləcəyəm; biz heç vaxt bir-birimizdən ayrılmayacağıq...‖,
- deyirdi. Ey qəlbi məftun edən füsunkar ümidlər! Jan Valjan bu barədə düĢünərkən ürəyində
Ģübhə oyandı. Öz-özünü sorğu-suala tutdu. Öz-özündən soruĢdu: ‖Belə xoĢbəxt olmağa mənim
haqqım varmı, bu xoĢbəxtlik mənim sevdiyim və gizlətdiyim uĢağın – baĢqa bir adamın
xoĢbəxtliyindən əmələ gəlməmiĢmi? Bu oğurluq deyilmi?‖ Jan Valjan öz-özünə deyirdi: ―Bu
uĢağın həyatdan üz döndərənə qədər həyata bələd olmağa haqqı vardı; bu uĢağın razılığı
olmadan, onu bütün sınaqlardan xilas etmək bəhanəsi ilə bütün sevincini, fərəhini əlindən
almaq, onda süni surətdə baĢqa həyat meyili tərbiyə etmək üçün onun təcrübəsizliyindən,
təkliyindən istifadə etmək – insan varlığını Ģikəst eləmək, Allaha yalan deməkdir. Kim bilir,
bəlkə, bir gün gələcək Kozetta bütün bu Ģeyləri baĢa düĢəcək, monax olmasına təəssüf edəcək,
mənə nifrət eləyəcəkdir?!‖ Bu sonuncu fikirdə əvvəlki fikirlərdən daha az fədakarlıq ifadə
olunurdu, bu, bəlkə də, xudbincəsinə bir fikirdi; o daha buna dözə bilmədi. Monastırı tərk etmək
qərarına gəldi.
O, ―belə etmək lazımdır‖, - deyərək, böyük bir kədər içində bu qərara gəldi. Ona mane olacaq bir
Ģey yox idi. O qaçıb gözdən itəndən bəri beĢ il idi ki monastırın dörd divarı arasında yaĢayırdı,
bu, onun bütün qorxusunu ləğv etməli, ya da dağıtmalı idi. Ġnsanlar arasına o sakitcə çıxa bilərdi.
O qocalmıĢdı, hər Ģey dəyiĢmiĢdi. Ġndi onu kim tanıyardı? Bir də ki, lap bəd ayaqda təhlükə baĢ
versəydi də, bu, ancaq ona aid olacaqdı: özü katorqa cəzasına məhkum edilmiĢdir deyə,
Kozettanı monastıra məhkum etməyə onun haqqı yox idi. Bir də axı vəzifə qarĢısında təhlükə nə
Ģeydir ki! Bundan baĢqa, heç kəs ona ehtiyatlı tərpənməyə, özünü qorumaq üçün lazımi tədbir
görməyə mane olmurdu.
Bu vaxtlar Kozettanın təlim və tərbiyəsi tamamilə qurtarmaq üzrə idi.
Jan Valjan bu qərara gəldikdən sonra fürsət gözləməyə baĢladı; çox keçmədi ki, belə bir fürsət
onun əlinə düĢdü. Qoca FoĢlevan öldü.
Jan Valjan xahiĢ edərək, hörmətli monastır baĢçısının yanına getdi; ona dedi: ―YardaĢım öləndən
sonra mənə bir qədər miras qalmıĢdı, bu, mənə bundan sonra iĢləmədən yaĢamağa imkan verir;
buna görə də monastırdakı qulluğumu buraxıram, qızımı götürüb aparıram; ancaq bir Ģey var: bir
qızın monaxlığı qəbul etmədən uzun zaman monastırda pulsuz tərbiyə olunması düzgün deyil;
buna görə də mən hörmətli monastır baĢçısından acizanə xahiĢ edirəm, bunun əvəzində beĢ min
frank verməyim üçün öz razılığını bildirsin: bu pulu mən Kozettanın beĢ il yaĢadığı monastıra
təqdim edirəm‖.
Bu qayda ilə Jan Valjan Daimi səcdə monastırından çıxıb getdi.
Monastırdan gedəndə kiçik bir çamadanı özü apardı, etibar edib hambala vermədi; çamadanın
açarı həmiĢə cibində olurdu. Çamadan Kozettanı maraqlandırdı, çünki ondan balzam iyi gəlirdi.
Bunu da qeyd edək ki, bu gündən Jan Valjan bu çamadandan ayrılmadı, onu həmiĢə öz otağında
saxladı. Bir yerdən baĢqa yerə köçəndə onun özü ilə apardığı birinci, bəzən də yeganə Ģey bu
çamadan olurdu. Kozetta buna gülür, çamadanı ―ayrılmaz dost‖ adlandıraraq deyirdi: ―Mən onu
sizə qısqanıram‖.
Lakin Jan-Valjan yenə də sərbəst həyata böyük qorxu və həyəcan içində qədəm qoymuĢdu.
O, Plüme küçəsində ev tutdu, ―Ultim FoĢlevan‖ adı altında orada gizlin yaĢamağa baĢladı.
Eyni zamanda, Parisdə iki baĢqa mənzil də tutdu; bu mənzilləri ona görə tutmuĢdu ki, həmiĢə bir
küçədə yaĢamaqla baĢqalarının diqqətini cəlb etməsin, lazımi vaxtda, xırdaca bir təhlükə üz
verərsə, qaçıb gizlənə bilsin, xülasə, ondakı kimi qəfildən ələ keçməsin: onda Javerin əlindən
qaçıb qurtarması möcüzə idi! Bu mənzillər xaricdən çox köhnə olsa da, hərəsi bir məhəllədə, bir-
birindən də xeyli uzaqda idi: biri Qərb küçəsində, biri də Silahlı adam küçəsində idi.
O bəzən Kozettanı götürüb gah Silahlı adam küçəsinə, gah da Qərb küçəsinə gedər, orada bir ay,
ay yarım qalardı; Tuseni özləri ilə aparmazdılar. Orada dalandarların xidmətindən istifadə edər,
özünü Paris civarında yaĢayan, lakin Ģəhərdə də evi olan, renta ilə dolanan adam kimi qələmə
verərdi. Belə xeyirxah adamın Parisdə, polis iĢçilərinin gözündən yayınmaq üçün üç mənzili
vardı.
ĠKĠNCĠ FƏSĠL.
Jan Valjan – milli qvardiyaçı.
Lakin onun əsas yaĢadığı yer Plüme küçəsindəki ev idi; burada o öz həyatını aĢağıdakı qayda ilə
qurmuĢdu:
Kozetta xidmətçi qadınla bütün evi tutmuĢdu; onun böyük yataq otağı, bir buduarı, bir də qonaq
otağı vardı; yataq otağının pəncərələri arasında divara naxıĢlı Ģəkillər çəkilmiĢdi, buduarın
divarlarına zərli bagetlər, qonaq otağının divarlarına xalça çeĢidli kağız vurulmuĢdu; otağa enli
kreslolar qoyulmuĢdu; vaxtı ilə bura sədrin qonaq otağı idi. Kozetta bağın da sahibi idi. Jan
Valjan Kozettanın yataq otağına baldaxinli çarpayı qoydurmuĢdu, yerə gözəl qədim Ġran
xalçaları döĢətmiĢdi; çarpayının baldaxini üçrəngli qədim Ģtofdandı. Xalçaları isə o Fiqye-Sen-
Pol küçəsində HoĢe adlı bir qarıdan almıĢdı, o, qədim, lakin gözəl mebellərin bağıĢladığı ağır
təsiri yüngülləĢdirmək üçün otaqlara cavan qıza yaraĢan yüngül, zərif Ģeylər də qoydurmuĢdu;
bunlar da: etajerka, kitab Ģkafı, zərli kitablar, yazı dəm-dəstgahı idi, büvardı, sədəfə tutulmuĢ
balaca bir iĢ masası idi, qızıl suyuna çəkilmiĢ gümüĢ tualet qutusu idi, yapon farforundan
hazırlanmıĢ tualet Ģeyləri idi. Ġkinci mərtəbənin pəncərələrindən – yataq üzərindəki üçrəngli
Ģtofdan qırmızı naxıĢlı uzun pərdələr asılmıĢdı. Birinci mərtəbənin pəncərələrində naxıĢlı
pərdələr vardı. Kozettanın bu kiçik evində bütün qıĢı sobalar yanırdı, Jan Valjan özü dal həyətdə,
keĢikçi damına oxĢar fligeldə yaĢayırdı. Burada döĢəkli qatlama bir çarpayı, rənglənməmiĢ masa,
iki həsir stul, çini bardaq, rəfdə bir neçə köhnə kitab, bucaqda isə onun çox qiymətli çamadanı
vardı. Fligeldə soba yandırılmazdı; Jan Valjan Kozetta ilə bir yerdə nahar edərdi; burada onun
qabağına çovdar çörəyi qoyardılar. Tusen bu evə gələndə Jan Valjan ona dedi: ―Buranın sahibi
xanım qızdır‖. Tusen heyrətlə soruĢdu: ―Bəs siz, cənab?‖ – ―Mən ev sahibindən daha böyüyəm:
mən atayam!‖
Monastırda Kozettanı təsərrüfat iĢlərini idarə etməyə hazırlamıĢdılar; xərclər onun əlindən gəlib
gedirdi, xərc də çox az olardı. Jan Valjan hər gün Kozettanın qoluna girib gəzməyə gedirdi. Onu
Lüksemburq bağına, lap adam az olan xiyabana aparırdı. Hər bazar günü də Sen-Jan-dü-O-Pa
kilsəsinə günorta ibadətinə gedərdilər. Bu kilsə onların evindən çox uzaqda idi, elə buna görə də
Jan Valjan ora gedərdi. Kilsə olan məhlə çox kasıb məhlə idi, Jan Valjan orada çox səxavətlə
sədəqə verər, dilənçilər kilsədə onun baĢına yığıĢardı. Tenardyenin ―Cənab Sen-Jan-dü-O-Pa
kilsəsindəki vəlinemətə‖ adam göndərməsinə də Jan Valjanın belə səxavətlə sədəqə verməsi
səbəb olmuĢdu. Jan Valjan yoxsullara, xəstələrə dəyməyə gedəndə Kozettanı da məmnuniyyətlə
özü ilə aparardı. Plüme küçəsindəki evə kənar adam buraxılmazdı. Tusen yeyinti Ģeyləri alar, Jan
Valjan isə lap yaxında, bulvarda olan krandan su gətirərdi. Odun və Ģərab qoymaq üçün
mağarayabənzər, döĢəməsinə balıqqulağı döĢənmiĢ zirzəmidən istifadə edərdilər; bu mağara
Babil küçəsinə çıxan həyət qapısının yaxınlığında idi; vaxtı ilə cənab sədr üçün bu, süni kaha
vəzifəsini görərdi - ―Ģəhərkənarı evlər‖, ―xoĢ ehtiraslar yurdu‖ dövründə kahasız sevgi olmazdı.
Babil küçəsinə çıxan həyət qapısına məktub və qəzet salmaq üçün qutu vurulmuĢdu; lakin Plüme
küçəsindəki evdə yaĢayan üç adam nə məktub, nə də qəzet alardı. Vaxtı ilə bu qutu qadın
həvəskarı olan məhkəmə sədrinin sevgi Ģıltaqlıqları üçün bir vasitəçi, bir nədim rolunu oynardı,
bu qutunun ancaq bir faydası vardı: vergi yığanın çağırıĢ vərəqələri, milli qvardiyaçıya gələn
bildiriĢlər bu qutuya salınardı, çünki rentaçı olan cənab FoĢlevan milli qvardiyaçı sırasına
daxildi, o, 1834-cü ildə çox diqqətlə aparılan hesabaalınma siyahısından yayına bilməmiĢdi.
Kiçik Pikpüs monastırı – bu, nüfuz edilməyən müqəddəs buludaoxĢar Ģey də o dövrdə tətbiq
edilən bələdiyyə siyahısına düĢmüĢdü, Jan Valjan monastırdan çıxmaqla bələdiyyə rəisinin
nəzərində xüsusi hörmət sahibi olmuĢdu, nəticə etibarı ilə də, milli qvardiyaya girməyə layiq
görülmuĢdü.
Jan Valjan ildə üç-dörd dəfə mundirini geyər, qarovula gedərdi, özü də bu vəzifəsini çox həvəslə
yerinə yetirərdi, bu, onu həm baĢqa adamlarla əlaqələndirər, həm də onun ayrıca qalmasına
imkan verərdi. Jan Valjanın yaĢı altmıĢdan ötmüĢdü: o, qanunla hərbi xidmətdən azad olunmalı
idi; lakin ona əllidən artıq yaĢ vermək olmazdı; bir də ki, o, baĢ serjant rütbəsindən ayrılmaq,
qraf Lobonu narahat eləmək istəmirdi. Onun ictimai mövqeyi yox idi. O öz adını da, əsl simasını
da, yaĢını da - hər Ģeyini gizlədirdi, o ancaq, indicə yuxarıda dediyimiz kimi, öz xoĢu ilə milli
qvardiyaçı olmuĢdu. Onun bütün həvəsi, ehtirası dövlət qarĢısında öz vəzifəsini yerinə yetirən
adamlara oxĢamaqdan ibarətdi. Bu adamın mənəvi idealı mələkdi, lakin üzdən burjuaya
bənzəməyə çalıĢırdı.
Onun bir xüsusiyyətini də qeyd etmək lazımdır. O həmiĢə Kozetta ilə evdən çıxanda elə
geyinərdi ki, bütün görkəmi ilə istefaya çıxmıĢ hərbi adamı xatırladırdı. Lakin evdən tək çıxanda
– bu da adətən axĢamlar olardı – fəhlə kurtkası, Ģalvarı geyər, baĢına kartuz qoyardı, kartuzun
günlüyü onun üzünü gizlədərdi. Bu nə deməkdi: ehtiyatkarlıqdımı, ya təvazökarlıqdımı? Bu həm
ehtiyatkarlıq, həm də təvazökarlıqdı. Kozetta həyatında çoxlu sirli hallar olduğuna adət etmiĢdi,
buna görə də atasının qəribəliklərini çox az duyurdu. Tusen isə Jan Valjana çox böyük hörmət
bəslər, onun tutduğu bütün iĢləri yaxĢı hesab edərdi. Jan Valjana rast gələn bir qəssab bir gün
Tusenə demiĢdi: ―O, qəribə adamdır‖. Tusen də ona belə cavab vermiĢdi: ―O, müqəddəs
adamdır‖.
Jan Valjan da, Kozetta da, Tusen də ancaq Babil küçəsindəki həyət qapısından gedib-gələrdi.
Dəmir barmaqlıq arasından görməsən, onların Plüme küçəsində yaĢadıqlarını bilmək mümkün
deyildi. Bu dəmir barmaqlıqlı qapı həmiĢə qıfıllı olardı. Jan Valjan bağı baĢlı-baĢına buraxmıĢdı
ki, adamların diqqətini cəlb etməsin.
O, bəlkə də, bu barədə yanılırdı.
ÜÇÜNCÜ FƏSĠL.
Foliis ac frondibus.
Yarım əsrdən bəri baĢlı-baĢına buraxılan bağ gözəlləĢmiĢ, qəribə bir Ģəklə düĢmüĢdü. Qırx il
bundan əvvəl yoldan keçən adamlar küçədə dayanar, heyran-heyran bağa baxardı, lakin bu
təravətli, sıx yaĢıllıq içərisində baĢ verən sirlərdən onların xəbəri olmazdı. O zaman bir çox
xəyalpərəst iki göyərmiĢ, yosun basmıĢ sütun arasında əyilən, anlaĢılmaz arabesklə bəzədilmiĢ,
qəribə otağı olan qıfıllı qapının laxlamıĢ, köhnə barmaqlığı arasından həm baxıĢları, həm də öz
fikirləri ilə dəfələrlə içəri nüfuz etmək istəmiĢdilər.
Bağın bir tərəfində daĢ oturacaq, yosun basmıĢ bir-iki heykəl, bir neçə də qopub-tökülmüĢ,
çürüməkdə olan çardaq vardı; xiyabanların və qazonların heç izi də qalmamıĢdı; hara baxırdınsa,
ayrıcotu görürdün. Bağban buradan getmiĢ, təbiət yenə də öz yerinə qayıtmıĢdı. Hər yanı alaqotu
basmıĢdı: bir parça miskin torpaq üçün bu, qəribə bir müvəffəqiyyətdi. Burada mixəkotu çox
qəĢəng gül açmıĢdı. Bu bağda heç nə həyata can atan varlığa mane olmurdu; bura böyük
hörmətlə qarĢılanan bitkilər səltənəti idi. Ağaclar çaqqalgavalısına sarı əyilmiĢdi. Çaqqalgavalısı
ağaclara sarı uzanırdı, bitkilər yuxarı dırmaĢırdı, budaqlar baĢını aĢağı əymiĢdi, o Ģey ki yerə
sərilmiĢdi – havada çiçək açan bitkilərə rast gəlirdi, o Ģey ki küləkdə titrəyirdi – yosunlara can
atırdı; gövdələr, budaqlar, yarpaqlar, zoğlar, pöhrənlər, tikanlar bir-birinə qarıĢmıĢdı, bir-birinə
dolaĢmıĢdı, bir-birinə sarılmıĢdı, bir-birinə bitiĢmiĢdi; bitkilər bir-birini səmimiyyətlə bərk-bərk
qucaqlayaraq, xaliqin lütfkar nəzəri altında, bu üç yüz kvadrat fut böyüklükdə bir parça məhdud
yerdə öz müqəddəs qardaĢlıq ayinini ucaldır, yerinə yetirirdi, bu isə insan qardaĢlığının rəmzidir.
Bu indi daha bağ deyildi. O nəhəng bir kolluğa çevrilmiĢdi, yəni o, məbəd kimi tutqun, yuva
kimi yalqız, meĢə kimi nüfuzedilməz bir Ģey olmuĢdu, onun Ģəhər kimi əhalisi vardı, o, gül
dəstəsi kimi ətir saçırdı, o, qəbir kimi tənha, izdiham kimi canlı idi.
Öz barmaqlığı ardında, dörd divar arasında sərbəst olan bu nəhəng fızıllıq avqust ayında kainatın
səssizcə baĢ verən törəyib artmaq iĢinə ehtirasla qədəm qoyurdu; gün çıxanda kosmik
məhəbbətin mehini tənəffüs edən, damarlarında aprel Ģirəsinin axdığını, qaynadığını hiss edən
bir heyvan kimi diksinib titrəyirdi; o son dərəcə gözəl, yaĢıl yalını küləkdə əsdirərək, nəm
torpağa, ora-burası çatlamıĢ heykəllərə, evin köhnə artırmasına, hətta boĢ küçənin daĢ yoluna
ulduz kimi çiçəklər, inci kimi Ģeh damcıları, bərəkət, gözəllik, həyat, sevinc və ətir saçırdı.
Günorta vaxtı ora çoxlu ağ kəpənək uçub gəlirdi; bu parça-parça yağan yay qarı qasırğaya
tutulmuĢ kimi kölgədə uçuĢur, adamı özünə valeh edirdi. Ürəkaçan yaĢıllığın toranlığı içindən
quĢların məsum səsləri gəlirdi, bu səslər könülə mehribanca nəsə deyirdi; quĢların unutduğunu
böcəklər öz vızıltısı ilə tamamlayırdı. AxĢam bağdan, sanki, xoĢ xəyallar buxarı qalxır, bağın hər
yerinə yayılırdı; bağ ilahi, sakit bir kədər dumanına bürünürdü; hər tərəfdən xanıməli və küsküt
çiçəyinin məstedici ətri ən incə, ən zərif zəhər kimi axıb gəlirdi; budaqda yuxuya gedən sitta və
yöndəquĢunun son çağırıĢları eĢidilirdi; orada quĢlarla ağacların müqəddəs yaxınlığı hiss
olunurdu: gündüz qanadlar yarpaqları canlandırırdı, gecələr yarpaqlar bu qanadları mühafizə
edirdi.
QıĢda bu böyük fızıllıq çılpaqlaĢırdı, qaralırdı, nəmlənirdi, soyuqdan titrəyirdi; onun arasından
evi görmək olurdu. Budaqdakı güllərin, gül üzərindəki Ģeh damlalarının əvəzində soyuq, qalın
bir xalça kimi yerə sərilən sarı yarpaqlar üzərində ilbizlərin gümüĢü, uzun izləri görünürdü;
ətrafına divar çəkilmiĢ bu bağ necə olsa da, ilin hər fəslində – yazda, qıĢda, yayda, payızda necə
görünsə də, orada həmiĢə malxulyalıq, dalğınlıq, tənhalıq, sərbəstlik, insan yoxluğu, Allahın
varlığı hiss olunurdu; pas atmıĢ köhnə dəmir barmaqlıq da, sanki, deyirdi: ―Bu bağ mənimdir‖.
Qoy lap bu yerin ətrafında Paris küçələri olsun, iki addımlıqda Varenn kuçəĢinin gözəl, klassik
villaları olsun, lap böyründə əlillər evinin qübbəsi olsun, bir az kənarda deputatlar palatası olsun,
qonĢuluğunda - Burqundiya və Sen-Dominik küçələrində qəĢəng karetalar iĢləsin, lap yaxındakı
yolayrıcından sarı, ağ, mixəyi, qırmızı omnibuslar gedib-gəlsin, Plüme küçəsi boĢ idi, ki, boĢ
idi! Köhnə sahibkarın ölməsi, inqilabın keçib getməsi, keçmiĢ dudmanların dağılması,
məchuliyyət, unutqanlıq, qırx il yiyəsizlik və sərbəstlik kifayətdi ki, bu aristokratlara məxsus
yerdə əyriltiotu, padĢahəsası, subaldırğanı, yabanı qarabaĢaq, hündür otlar, açıq yaĢıl mahuda
oxĢayan enliyarpaqlı, naxıĢlı iri bitkilər, kərtənkələlər, qara qurdlar, ora-bura qaçıĢan böcəklər
özünə yurd salsın; yenə də əsrarəngiz, vəhĢi, təklik sevən əzəmət yerin dərinliyindən qalxıb, bu
dörd divar arasında görünsün; insanların rəzil hiyləgərliyini pozan, həmiĢə də hər yerdə - istər
qarıĢqa, istərsə qartal yuvası olsun - özunü tamamilə büruzə verən təbiət burada da, bu xırdaca,
bu miskin Paris bağında da, yeni Dünyanın insan əli dəyməmiĢ meĢələri kimi baĢlı-baĢına,
əzəmətlə qol-qanad açsın.
Doğrudan da, təbiətdə əhəmiyyətsiz heç bir Ģey yoxdur – təbiətə dərindən nüfuz edənlər bunu
bilir. Fəlsəfəyə səbəbi nöqtəbənöqtəsinə kimi müəyyənləĢdirmək, nəticənin hüdudunu göstərmək
imkanı verilmədiyi kimi, öz iĢindən tamamilə kifayətlənmək imkanı da verilməmiĢdir. Bununla
belə, təbiəti düĢünə-düĢünə seyrə dalan adam qüvvənin vəhdətlə qurtaran parçalanmasını
gördükdə buna valeh olur. Hər Ģey hər Ģey üçün iĢləyir.
Cəbri buludlara tətbiq etmək olar; ulduzların saçdığı iĢıq qızılgülə fayda verir; heç bir mütəfəkkir
cəsarət edib deməz ki, yemiĢanın ətri bürclər üçün faydalı deyil. Molekulaların yolunu kim ölçə
bilər? Dünyaların yaranmasına, bəlkə də, xırdaca bir qum zərrəsinin düĢməsi səbəb olmuĢdur,
bu kimə məlumdur? Hədsiz dərəcədə böyük və hədsiz dərəcədə kiçik Ģeylərin bir-birinə nüfuz
etməsindən, ayrı-ayrı varlıqların girdabında xilqətin axınında ilk səbəbin əks-sədasından kimin
xəbəri var? Gənə özü də mühüm bir Ģeydir; kiçik böyükdür, böyük kiçikdir; hər Ģey zərurətlə
müvazinətləĢdirilir; xəyal idrakı qorxu altına alır! Canlı varlıqlarla cansız maddələr arasında
ecazkar əlaqə vardır; günəĢdən tutmuĢ cücəyə kimi, bu tükənməz külldə bir-birinə nifrət yoxdur;
birinin o birisinə ehtiyacı vardır. Yerin ətrini lacivərd göylərə aparan iĢıq nə etdiyini bilir; gecə
yatmıĢ çiçəklərə ulduzların cövhərini bəxĢ edir; hər uçan quĢ namütənahiliyin sapını öz
caynağında tutur. DoğuluĢ həm meteorun əmələ gəlməsi ilə, həm də qaranquĢ balasının
yumurtadan çıxmaq üçün din vurması ilə mürəkkəbləĢir; bu doğuluĢ nəticəsində eyni dərəcədə
həm soxulcan yaranır, həm Sokrat meydana gəlir. O yerdə ki, teleskop öz iĢini qurtarır,
mikroskop iĢə baĢlayır. Onlardan hansının görüĢ dairəsi böyükdür? Bunu özünüz təyin edin. Kif
– çiçəklər zümrəsidir; səhabiyyə – ulduzlar yuvasıdır. Ġdrak hadisələri ilə maddə vəziyyətləri
arasında da belə bir sıx yaxınlıq, bəlkə, bundan da artıq yaxınlıq vardır. Varlığın stixiyaları və
qanunları bir-birinə qarıĢır, bir-biri ilə birləĢir, izdivac edir, bir-birindən törəyib artır, nəticə
etibarı ilə maddi və mənəvi aləmi eyni bir aydınlığa gətirib çıxarır. Təbiətin hadisələri ardı-arası
kəsilmədən öz-özünü təkrar edir. GeniĢ kosmik mütəqabil dəyiĢmələrdə kainatın həyatı hər Ģeyi
məchul yaradılıĢ misteriyasında hərləyərək, hər Ģeydən – Ģirin xəyalları, röyaları belə itirmədən,
istifadə edərək, bir yerdə infuzoriya törədərək, baĢqa bir yerdə ulduzu hissələrə bölərək, titrəyə-
titrəyə, qıvrıla-qıvrıla iĢıqdan qüvvət, fikirdən hər yerə yayılan və bölünməyən stixiya
yaradaraq, ―mən‖ deyilən həndəsi nöqtədən baĢqa hər Ģeyi əridərək, hər Ģeyi ruha, yəni atoma
gətirib çıxararaq, hər Ģeyi Allahın varlığında açaraq, bu baĢgicəlləndirən mexanizmin zülmətində
– ən yüksək Ģeylərdən tutmuĢ ən alçaq Ģeylərə qədər – bütün fəal baĢlanğıcları bir-birinə
qarıĢdıraraq, cücünün uçmasını yerin hərəkətinə bağlayaraq, göy qübbəsində kometaların
hərəkətini, kim bilir, bəlkə də, ancaq qanunun eyniyyətinə görə, bir damla suda infuzoriyaların
hərlənməsinə tabe edərək, təsəvvürə sığmayan həcmdə irəliyə və geriyə hərəkət edir. Bu, idrakla
yaranan mexanizmdir. Bu, diĢli çarxların nəhəng sistemidir: bunun birinci mühərriki –
ağcaqanad, sonuncu çarxı – zodyakdır.
DÖRDÜNCÜ FƏSĠL.
Birinci barmaqlıqdan sonra ikinci barmaqlıq.
Vaxtı ilə eĢqbazlıq sirrini gizlətmək üçün yaranan bu bağ, sanki, dəyiĢmiĢ, bakirəlik sirrini
gizlətməyə layiq olmuĢdu. Ġndi orada nə köĢk vardı, nə çəmən, nə qaranlıq xiyabanlar, nə
mağaralar; indi ora gözəl bir alaqaranlıq çökmüĢdü: bu alaqaranlıq bəzi yerdə qatılaĢırdı,
bürüncək kimi hər yerdən enirdi. Pafos yenə də Edemə çevrilmiĢdi. Kiminsə tövbəsi, sanki, bu
xəlvət yeri təmizləmiĢdi. Bu çiçək satan qız indi öz güllərini qəlbə təklif edirdi. Vaxtı ilə Ģübhəli
bir ada malik olan bu iĢvəkar bağ yenə də bakir və ismətli olmuĢdu. Vaxtı ilə sədr bir bağbanın
köməyi ilə - bu səfeh bağbanlardan biri özünü Lamuanyonun Ģagirdi, o birisi Lenotrun sənətini
davam etdirən bir adam hesab edirdi – bəli, vaxtı ilə sədr bir bağbanın köməyi ilə bağı eybəcər
Ģəklə salmıĢdı, ora-burasını kəsib tökmüĢdü, ona sığal vermiĢdi, onu, guya, qəĢəngləĢdirmiĢ,
nəzakətli sərgüzəĢtlər üçün uyğunlaĢdırmıĢdı, lakin təbiət yenə də onu zəbt etmiĢdi, onu
kölgələrlə doldurmuĢ, sevgi üçün hazırlamıĢdı.
Ġndi sevməyə hazır olan bir qəlb bu hücrə yerdə özünə məskən salmıĢdı. Lakin sevgi hələ
meydana gəlməmiĢdi, burada sevgi üçün yaĢıl ağaclardan, otlardan, yosundan, quĢların
iniltisindən, xoĢ alaqaranlıqdan, əsən budaqlardan məbəd hazırlanmıĢdı, eyni zamanda, burada
zəriflikdən, mehribanlıqdan, inamdan, təmizlikdən, ümiddən, coĢqunluqdan, xam xəyallardan
yaranmıĢ bir qəlb vardı.
Kozetta monastırdan çıxanda hələ uĢaqdı: onun on dörd yaĢı hələ təzəcə tamam olmuĢdu, o,
―yaĢın nankorluq dövrünə‖ qədəm qoymuĢdu, onun gözləri nəzərə alınmasaydı, ona gözəl deyil,
bəlkə, lap eybəcər demək olardı – biz bunu əvvəllər də qeyd etmiĢik; onda xoĢa gəlməyən heç bir
Ģey yox idi; ancaq adama elə gəlirdi ki, o, biçimsiz və arıqdır, o, eyni zamanda, həm utancaq,
həm də cəsarətlidir – bir sözlə, o, yeniyetmə qız idi.
Onun təlim və tərbiyəsi qurtarmıĢ hesab olunurdu: o, Ģəriət dərsini, xüsusilə dindarlıq
qaydalarını, sonra da ―tarix‖ dərsini keçmiĢdi; monastırda ―tarix‖ sözü altında coğrafiya, sərf,
Fransa krallarının adlarını öyrənmək, bir az da musiqi, əĢyanın yandan Ģəklini çəkmək və sairə
nəzərdə tutulurdu, ümumiyyətlə, o, heç bir Ģey bilmirdi – cazibədarlıq və təhlükə də elə
bundadır. Cavan qızın qəlbini qaranlıqda qoymamalı, sonralar onun qəlbində qaranlıq otaqda
olduğu kimi daha kəskin, daha parlaq sərablar əmələ gəlir. Onun qəlbindəki qaranlığı bilavasitə
yönəldilən sərt iĢıqla deyil, həyatın əks etdirdiyi parıltı ilə mülayim bir halda, yavaĢ-yavaĢ
dağıdılmalıdır. Həm faydalı, həm də cəzbedici sərtliyə malik olan bu parıltı uĢaqlıq qorxularını
dağıdır, qızın pozulmasına mane olur. Ancaq analıq instinktləri bu parıltını yarada bilir; analıq
instinkti qızlıq xatirələri və qadınlıq təcrübəsi ilə birləĢmiĢ gözəl fitri hissdir. Bu instinkti heç bir
Ģey əvəz edə bilməz. Cavan qızın mənəviyyatını tərbiyə etmək məsələsinə gəlincə, bütün
dünyada olan monax qadınlar bircə ananı əvəz edə bilməz.
Kozettanın anası yox idi. Onun ancaq monax qadınlardan anaları olmuĢdu; bu ―analar‖ isə ―ana‖
sözünün cəmindən baĢqa bir Ģey deyildi.
Jan Valjana gəlincə, bütün gözəl atalıq hissləri, atalıq qayğıları onun qəlbində təcəssüm etsə də,
o ancaq bir qoca olub qalırdı, bu məsələdən onun qətiyyən baĢı çıxmırdı.
Doğrudan da, bakirlik deyilən bu böyük məchul məsələ uğrunda mübarizə aparmaq üçün – bu
ağır tərbiyə iĢində, qızı həyata hazırlayan bu mühüm məsələdə gör nə qədər bilik lazımdır!
Monastır kimi heç bir Ģey cavan qızı ehtirasa meyil etdirmir. Monastır qızın fikrini ona məlum
olmayan cəhətlərə yönəldir. Fikrini ancaq öz üzərində cəmləĢdirən bir qız qəlbini açıb söyləmək
imkanından məhrum olur, buna görə də əzab çəkir, o həm də inkiĢaf etmək imkanından məhrum
olur, buna görə onun qəlbi qapanıb qalır. Bunun nəticəsində xülyalar, mülahizələr, düĢüncələr,
uydurulmuĢ sevgilər, macəraçılıq arzuları, idrakın daxili zülmətində yaradılan sehrli, fantastik
kaĢanələr, qaranlıq, sirli məskənlər meydana gəlir; monastırın arxada qalan dəmir barmaqlığı bu
qaranlıq, sirli məskənlərə yol açan kimi, ehtiraslar orada özünə sığınacaq yeri tapır. Monastır –
zülmdür; bu zülmün insan qəlbi üzərində qələbə çalması üçün insanın bütün ömrü boyu davam
etməlidir.
Kozetta monastırı tərk etdikdən sonra Plüme küçəsindəki evdən daha xoĢ, daha təhlükəli bir Ģey
tapa bilməzdi. Bu, təkliyin davamı, lakin sərbəstliyin baĢlanğıcı idi; bura hər tərəfdən qapalı bir
bağdı, eyni zamanda, gözəl, zəngin, ehtiraslı, ətirli bir təbiətdi; burada da o, monastırdakı kimi
yuxular görürdü, lakin arabir cavan oğlanlar da gözünə çarpırdı; burada da dəmir barmaqlıq
vardı, ancaq bu barmaqlıq küçəyə baxırdı.
Təkrar edirik, Kozetta bura gələndə hələ uĢaqdı. Jan Valjan çoxdan əl dəyməyən bu bağı onun
ixtiyarına verərək dedi: ―Burada nə istəyirsən elə!‖ Bu bağ onu əyləndirirdi; kolları yoxlayırdı,
daĢları yerindən qaldırıb çevirirdi, daĢların altından ―xırdaca heyvanlar‖ axtarırdı. Bu bağda o,
xəyala dalmaq vaxtı gələnə qədər oynadı. Bağdan onun ayaqları altında, otlar arasında tapdığı
cücülərə görə xoĢu gəlirdi; nəhayət, elə bir gün gəldi ki, bağı o, baĢı üstündə, budaqlar arasından
gördüyü ulduzlara görə sevməyə baĢladı.
Bundan baĢqa, atasını da, yəni Jan Valjanı da bütün qəlbi ilə məsumanə qızlıq ehtirası ilə sevirdi,
eyni zamanda, bu qocanın simasında arzu etdiyi, yaxĢı bir yoldaĢ görürdü. Cənab Madlen çox
kitab oxumuĢdu – bu, oxucuların yadındadır, Jan Valjan yenə də kitab oxuyurdu; oxuduqlarını,
gördüklərini o, çox gözəl danıĢa bilirdi; o, hər Ģeyi bilmək istəyən zəngin, lakin mülayim bir
ağıla, natiqlik qabiliyyətinə malikdi. Jan Valjanda onun yaxĢı bir adam olduğunu kölgədə
saxlayacaq qədər sərtlik qalmıĢdı; o, çox ciddi bir əqlə, mehriban bir qəlbə malikdi. Lüksemburq
bağında qızı ilə oturub danıĢanda, oxuduğu kitablardan, baĢına gələn hadisələrdən istifadə
edərək, ona hər Ģey haqqında ətraflı məlumat verirdi. Kozetta dalğın və xəyali bir nəzərlə ona
qulaq asırdı.
Bu yabanılaĢmıĢ bağ Kozettanın gözlərini təmin etdiyi kimi, bu sadə adam da onun fikrini təmin
edirdi. O, kəpənək ardınca qaçmaqdan yorulduqda, tövĢüyə-tövĢüyə atasının yanına gələrək
deyirdi: ―Ah, yüyürməkdən yoruldum!‖ Jan Valjan da onun alnından öpürdü.
Kozetta bu xoĢtəbiətli qocanı çox istəyirdi. Onun yanından əl çəkmirdi. Jan Valjan olan yerdə
böyük fərəh duyurdu. Jan Valjan nə bağda, nə də Kozetta olduğu yerdə yaĢayırdı; Kozetta da
buna görə daĢ döĢənmiĢ balaca dal həyəti öz güllü-çiçəkli guĢəsindən, həsir stullu kiçik otağı isə
divarına xalçaĢəkilli kağız çəkilmiĢ, yumĢaq kreslolu böyük qonaq otağından üstün tuturdu.
Bəzən Kozetta Jan Valjanı təngə gətirsə də, o bundan incimirdi, ancaq gülümsəyərək deyirdi:
―YaxĢı da, get öz otağına! Qoy məni tək qalım!‖
Kozetta füsunkar, həm də mehribanca bir ifadə ilə astadan deyərdi:
– Ata, sizin otağınızda mən yaman üĢüyürəm, niyə siz bura xalça salmırsınız, peç qoymursunuz?
– Qızın belə bir ifadə ilə öz atasına söylədiyi sözlər daha Ģirin, daha füsunkar olur.
– Əziz bala, dünyada məndən də yaxĢı adamlar var, onların heç evi də yoxdur.
– Onda bəs niyə mənim otağım istidir, otaqda hər Ģeyim var?
– Ona görə ki, sən qızsan, həm də uĢaqsan.
– Nə olsun ki?! Deməli, gərək kiĢilər soyuqdan donsunlar, pis yaĢasınlar?
– Bəzi kiĢilər.
– YaxĢı da! Onda mən bura tez-tez gələcəyəm ki, siz də axırda istər-istəməz peç yandırasınız!
Sonra o, atasına dedi:
– Ata, niyə siz belə pis çörək yeyirsiniz?
– Elə də lazımdır... mənim qızım.
– Eləmi? Onda mən də belə çörək yeyəcəyəm.
Kozzetta qara çörək yeməsin deyə, Jan Valjan da o gündən ağ çörək yeməyə baĢladı.
Kozetta çox tutqun halda öz uĢaqlığını xatırlayırdı. O öz anasını görməmiĢdi, lakin səhər-axĢam
anası üçün Allaha dua edirdi. Tenardye ilə arvadı dəhĢətli yuxuda gördüyü iki mənfur Ģey kimi
onun yadında qalmıĢdı. ―Bir dəfə gecə‖ su gətirmək üçün meĢəyə getdiyi hələ də yadında idi. O
elə bilirdi ki, bu yer Parisdən çox-çox uzaqdadır. Guya, onun həyatı uçurumdan baĢlanmıĢdır,
Jan Valjan onu bu uçurumdan çıxarmıĢdır. O öz ətrafında ancaq qırxayaq, hörümçək və ilan
görəndə uĢaqlığını xatırlayırdı. O, Jan Baljanın qızı olduğuna, Jan Valjan da onun atası olduğuna
qəti surətdə əmin deyildi, buna görə də axĢamlar yatmamıĢdan qabaq xəyala dalarkən, belə bir
Ģey təsəvvür edirdi: guya, anasının ruhu bu xoĢtəbiətli qocaya keçib, Kozetta ilə yanaĢı yaĢayır.
Jan Valjan onun yanında oturanda Kozetta üzünü onun ağ saçlarına qoyar, ―Bəlkə də, bu, mənim
anamdır!‖ - deyə düĢünərək səssizcə göz yaĢı tökərdi.
Analıq elə bir məfhumdur ki, bakirə qız bunun nə demək olduğunu qətiyyən dərk edə bilməz;
qəribə burasıdır ki, Kozetta bir qız kimi belə Ģeylərdən baĢı çıxmadığı halda, nəhayət, öz-özünə
dedi: ―Görünür, mənim heç anam olmayıb‖. Hətta anasının adını da bilmirdi. HəmiĢə də fürsət
düĢüb bunu Jan Valjandan soruĢanda Jan Valjan susardı. Kozetta sualını təkrar etsəydi Jan
Valjan gülümsərdi. Bir gün Kozetta sualında israr edib durdu, onda Jan Valjan daha
gülümsəmədi, onun gözləri yaĢla doldu.
Jan Valjanın susması Fantinanı qatı bir qaranlığa bürüyürdü. Onun bu hərəkətində
ehtiyatkarlıqmı ifadə olunurdu? Ya hörmətmi? Ya adını etibar edib baĢqasına söyləməklə
təsadüfün ixtiyarına verməkdən qorxurdu.
Nə qədər ki, Kozetta balaca idi, Jan Valjan onun anası haqqında onunla məmnuniyyətlə
danıĢırdı; lakin Kozetta cavan bir qız olduqdan sonra bu daha mümkün olmadı. Jan Valjan elə
güman edirdi ki, buna daha onun haqqı yoxdur. Kim buna səbəb olmuĢdu: Kozettamı, ya
Fantinamı? Bu aydın deyildi. Bu kölgəni Kozettanın qəlbinə salmaq, ölmüĢ bir qadını onların
taleyinə Ģərik etmək fikri onu dəhĢətə gətirirdi. Bu dəhĢət özü fövqəladə dəhĢətdi. Bu kölgə Jan
Valjan üçün get-gedə daha müqəddəs olurdu, müqəddəs olduqca da ona daha qorxunc
görünürdü. O, Fantinanı düĢünür, susmağın bütün ağırlığını hiss edirdi. Zülmət içində tutqun bir
Ģəkildə nəsə görürdü, bu, dodağa qoyulan barmağa oxĢayırdı. Fantina hələ sağkən öz ismətindən
zorla məhrum edilmiĢdi; öləndən sonra, bəlkə də, onun isməti geri qayıdaraq, nifrət və təhdidlə
nəĢin üzərinə qanad salmıĢdı, onun istirahətini qəbirdə qoruyurdu... Jan Valjan öz üzərində onun
təsirini hiss etmirdimi? Biz ölümə inanmaqla bu mistik izahatı rədd etmək istəyənlərdən deyilik.
Elə buna görə də Jan Valjan hətta Kozettanın qarĢısında da Fantinanın adını çəkə bilmirdi.
Bir gün Kozetta ona dedi:
– Ata, bu gün anamı yuxuda gördüm. Onun iki böyük qanadı vardı. Yəqin, mənim anam
sağlığında müqəddəs olmağa layiq görülmüĢdür.
Jan Valjan:
– Bəli, əzabla ölənlər müqəddəsdir, – deyə cavab verdi. Bununla belə, Jan Valjan xoĢbəxtdi.
Evdən çıxanda Kozetta onun qoluna girər, bütün varlığını bürüyən qürur və xoĢbəxtlik duyardı.
Kozetta həmiĢə belə fövqəladə bir mehribanlıq göstərəndə, bu mehribanlıq ancaq Jan Valjana aid
olanda Jan Valjan qəlbinin xoĢbəxtlik içində qərq olduğunu hiss edərdi; zavallı səmavi bir sevinc
içində tir-tir əsərdi, o, böyük fərəhlə dönə-dönə təkrar edərdi: ―Bu həmiĢə belə olacaq!‖
Ürəyində ―mən belə füsunkar xoĢbəxtliyə layiq olmaq üçün lazımi qədər əzab çəkməmiĢəm‖-
deyərdi, qəlbinin dərinliklərində Allaha həmdüsəna edərdi, çünki Allah belə məsum məxluqun
onun kimi səfil bir adamı sevməsinə icazə vermiĢdi.
BEġĠNCĠ FƏSĠL.
Qızılgül müharibə aləti olduğunu görür.
Bir gün Kozetta təsadüfən güzgüdə özünə baxaraq heyrət etdi. Ona elə gəldi ki, qəĢəngdir. O,
qəribə bir həyəcan duydu. Bu vaxta qədər o, özünə heç fikir verməmiĢdi. Güzgüyə baxardı,
amma özünü görməzdi. Bir də ki, ona tez-tez deyərdilər: ―Sən qəĢəng deyilsən‖. Ancaq Jan
Valjan mülayim bir səslə təkrar edərdi: ―Yox, sən qəĢəngsən!‖ Lakin Kozetta özünü qəĢəng
hesab etməzdi; o, asanlıqla bir uĢaq kimi bu fikrə alıĢmıĢ, bu fikirlə də böyümüĢdü. Budur, indi
güzgü də birdən ona, Jan Valjan kimi, dedi: ―Yox, sən qəĢəngsən!‖ O bütün gecəni yatmadı.
―Bəlkə də, mən elə, doğrudan da, qəĢəngəm? Bu nə qəribə olardı: birdən məlum olaydı ki, mən
qəĢəngəm!‖ O, monastırdakı gözəl qız yoldaĢlarını xatırlayaraq, öz-özünə təkrar etdi: ―Yoxsa
mən də filan mademazel kimi olacağam?!‖
Ertəsi gün qəsdən yenə güzgüyə baxaraq sakitləĢdi; ―Bu boĢ fikir haradan mənim ağlıma gəldi?
Yox, mən qəĢəng deyiləm!‖ Məsələ burasındadır ki, o, pis yatmıĢdı, bənizi solmuĢdu, gözlərinin
altı qaralmıĢdı. Dünən qəĢəng olduğuna inansa da, buna çox da sevinməmiĢdi, lakin indi qəĢəng
olmadığını fikirləĢəndə kefi pozuldu. Daha güzgüyə baxmadı; iki həftə dalını güzgüyə çevirərək
saçını daradı.
AxĢam nahardan sonra, adəti üzrə qonaq otağında oturub kanva üzrə naxıĢ salar, ya da
monastırda öyrəndiyi bir iĢlə məĢğul olardı. Jan Valjan onun yanında oturub kitab oxuyardı. Bu
gün o baĢını qaldıranda gördü ki, atası gözlərini zilləyərək ona baxır: bu baxıĢlardakı narahatlıq
onu çox təəccübləndirdi.
Bir gün də küçə ilə gedəndə kiminsə arxadan bu sözləri dediyini eĢitdi: ―Gözəl qızdır, ancaq pis
geyinmiĢdir!‖ Kozetta düĢünərək, öz-özünə dedi: ―Əlbəttə, bu, mənə aid deyil, mən yaxĢı
geyinmiĢəm, özüm də gözəl deyiləm‖. Onun baĢında plüĢ Ģapka, əynində köhnə merinos paltar
var idi.
Nəhayət, bir gün də bağda olanda Tusen qarının bu sözlərini eĢitdi: ―Cənab, siz hiss edirsinizmi
bizim xanım qız get-gedə necə qəĢəngləĢir?‖ Kozetta atasının ona nə dediyini eĢitmədi, Tusenin
sözləri onun üçün qəribə bir kəĢf idi. Qaça-qaça bağdan getdi, öz otağına qalxıb aynanın
qabağına yüyürdü, özünə baxaraq, həyəcanla çığırdı, üç ay idi ki, güzgüyə baxmırdı. O, öz-özünə
valeh olmuĢdu.
O, qəĢəngdi, gözəldi; o, Tusenlə və güzgü ilə razılaĢmaya bilməzdi. Onun boy-buxunu
düzəlmiĢdi, dərisi ağarmıĢdı, saçı iĢıldayırdı, mavi gözlərində anlaĢılmaz bir iĢıq parıldayırdı. Öz
gözəlliyini dərk etmək Ģüuru birdən parıldayan iĢıq kimi bir anda əmələ gəlmiĢdi; lakin baĢqaları
da onun gözəl olduğunu hiss etmiĢdi, Tusen də bunu demiĢdi, yolla gedən adam da, görünür,
bunu deyirmiĢ, daha Ģübhəli bir Ģey qalmamıĢdı. O ĢaĢqın halda, böyük bir sevinc içində, böyük
bir iftixarla bağa qayıtdı; o, özünü kraliça kimi hiss edirdi; qıĢ fəsli idi, lakin ona elə gəlirdi ki,
quĢlar oxuyur, göy par-par parıldayır, günəĢ yarpaqlar arasından iĢıq saçır, kollar çiçək açır.
Jan Valjan böyük qorxu və təĢviĢ içində idi.
Doğrudan da, xeyli vardı ki, o, Kozettanın zərif üzündə gün-gündən daha artıq parıldayan
gözəlliyə dəhĢətlə baxırdı. ġəfəq qızarmıĢ, səhər açılmıĢdı, bu hamını özünə məftun edirdi, lakin
Jan Valjan üçün bu məĢum bir səhərdi.
Kozetta öz gözəlliyini hiss edəndən çox-çox əvvəl gözəlləĢmiĢdi. Lakin yavaĢ-yavaĢ parıldayan,
tədricən gənc qızın üzərinə yayılan bu gözlənilməz iĢıq lap ilk gündən Jan Valjanın kədər dolu
nəzərini yaralamıĢdı. Bunu o özü xoĢbəxt həyatında dəyiĢiklik kimi hiss edirdi: o elə xoĢbəxtdi
ki, bu xoĢbəxtlikdə nəyisə pozacağından qorxaraq, heç qımıldanmaq da istəmirdi; baĢına hər cür
müsibət gələn, taleyin açdığı yaralardan hələ də qan sızan, əvvəllər az qala cinayətkar olan, sonra
az qala müqəddəslər sırasına keçən, katorqa zəncirindən sonra gizlin bir biabırçılığın gözə
görünməyən ağır zəncirini daĢıyan, qanun tərəfindən hələ azad edilməyən, hər anda tutularaq
xeyirxahlığın zindanından ictimai biabırçılığın parlaq iĢığına çıxarıla bilən bu adam hər Ģeyi
qəbul edirdi, hər Ģeyi əfv edirdi, hər Ģeyə haqq qazandırırdı, hər Ģeyə xeyir-dua verirdi, hər Ģeylə
razılaĢırdı; lakin Tanrıdan, insanlardan, qanundan, cəmiyyətdən, təbiətdən, kainatdan ancaq bir
Ģey diləyirdi; o da Kozettanın məhəbbəti idi.
O ancaq bir Ģey istəyirdi: Kozetta öz məhəbbətindən onu məhrum etməsin! Tanrı bu uĢaq
qəlbinin ona meyil etməsinə, həmiĢəlik onun olmasına mane olmasın! Kozettanın məhəbbəti
onun sınıq qəlbinə Ģəfa verdi, onu sakitləĢdirdi, mülayimləĢdirdi, təmin etdi, mükafatlandırdı,
onu yüksəltdi. Kozettanın məhəbbəti ilə o xoĢbəxt idi! O bundan artıq heç bir Ģey istəmirdi!
Ondan soruĢsaydılar ki, sən bundan artıq xoĢbəxt olmaq istəyirsənmi, o, belə cavab verərdi:
―Yox‖. Əgər Allah ondan soruĢsaydı: ―Sən cənnətə getmək istəyirsənmi?‖ O, belə cavab verərdi:
―Mən bu vəziyyətdə qalmaq istəyirdim!‖
Onların həyatını az da olsa poza biləcək hər Ģey baĢ verə biləcək dəyiĢikliyin baĢlanğıcı kimi
onu dəhĢətə gətirirdi. Qadın gözəlliyinin nə demək olduğunu o çox da yaxĢı bilmirdi, lakin
instinkt ona deyirdi ki, bu, dəhĢətli bir Ģeydir.
O, düĢdüyü bədbəxtliyin, səfalətin, əsarətin, yaramazlığın və qocalığın dərinliyindən bu uĢağın
məsum, eyni zamanda, gizli bir təhdid ifadə olunan üzündə get-gedə daha qalibiyyətlə, daha
əzəmətlə çiçəklənən gözəlliyə ĢaĢqın-ĢaĢqın baxırdı.
O, öz-özünə deyirdi: ―O, çox gözəldir! Ġndi mənim baĢıma nə gələcəkdir?‖
Onun mehribanlığı ilə ana mehribanlığı arasında olan fərq də bunda idi. Onu təĢviĢə salan Ģey
ana üçün sevinc olardı.
Çox keçmədi ki, dəyiĢikliyin ilk əlamətləri görünməyə baĢladı.
Kozetta həyəcanla ―Əlbəttə mən qəĢəngəm!‖ sözlərini söylədiyi günün səhəri öz geyiminə,
bəzək-düzəyinə diqqət yetirdi. Yolla gedən adamın ―Gözəldir, ancaq pis geyinmiĢdir‖ sözlərini
xatırladı. Kozettanın yanından ötüb keçən və sanki, qeybdən gələn bu sözlər onun qəlbinə iki
toxumdan birini atmıĢdı: bu toxum sonralar inkiĢaf edərək, qadının bütün həyatını doldurur; bu,
iĢvə toxumudur. Ġkinci toxum sevgidir.
Kozetta gözəl olduğuna inanan kimi onun bütün qadınlıq mahiyyəti meydana çıxdı. Merinos
paltarına, plüĢ Ģlyapasına qarĢı onda nifrət əmələ gəldi. Atası heç bir Ģeydə onun xahiĢini yerə
salmırdı. O dərhal geyinmək sənətinə, Ģlyapaların, paltarların, bürüncəklərin, ayaqqabıların,
manjetlərin, parça malların sirrinə, ona yaraĢıb-yaraĢmamasına bələd oldu – Paris qadınlarını bu
qədər füsunkar, bu qədər əsrarəngiz və bu qədər təhlükəli edən də bu sənətdir! ―Cazibədar qadın‖
ifadəsi də Paris qadınları üçün deyilmiĢdir.
Heç bir ay keçmədi ki, bu xırdaca qız Babil küçəsi deyilən bu çöllükdə nəinki Parisin ən gözəl
qadınlarından biri oldu – bu özü az Ģey deyildi - o, eyni zamanda, Parisin ən ―yaxĢı geyinən‖
qadınlarından biri oldu. Bu daha mühüm bir məsələ idi. O indi istəyirdi ki, həmin o yoldan keçən
adama rast gəlsin, onun fikrini bilsin, onun bir yaxĢı ―haqq-hesabını versin‖. Doğrudan da, çox
gözəldi, özü də Jeranın Ģlyapasını Erbonun Ģlyapasından çox gözəl ayıra bilirdi.
Jan Valjan bu dağıdıcı yeniliyə təĢviĢlə baxırdı. Sürünmə, ən çoxu yerimək imkanı verilən bu
adam Kozettanın qanadları çıxdığını görürdü.
Lakin hansı bir qadın olur olsun, əgər o, Kozettanın geyiminə, bəzək-düzəyinə baxsaydı, o saat
bilərdi ki, bu qızın anası yoxdur. O, cüzi də olsa, bəzi ədəb-ərkan qaydalarına, bəzi Ģərti Ģeylərə
riayət etmirdi. Məsələn, anası olsaydı, ona deyərdi ki, cavan qızlar ağır ipəkdən paltar
geyməzlər.
O ilk dəfə qara ipək paltarda, ipək bürüncəkdə, ağ krep Ģlyapada evdən çıxanda qürur və iftixarla
Jan Valjanın qoluna girib soruĢdu: ―Ata, məni necə görürsünüz?‖ Bu zaman onun çəhrayı üzü
gülürdü, o öz gözəlliyi ilə adamı valeh edirdi. Jan Valjan elə bir ifadə ilə cavab verdi ki, sanki,
bu ifadədə iztirab dolu həsəd var idi; o ancaq bunu dedi: ―Bu gün çox gözəlsən‖. Gəzinti zamanı
Jan Valjan əvvəlki vəziyyətini dəyiĢmədi. Evə qayıdandan sonra Kozettadan soruĢdu:
– Sən o əvvəlki paltarını daha heç geyməyəcəksən? Əvvəlki Ģlyapanı heç qoymayacaqsan?
Bu söhbət Kozettanın otağında oldu. Kozetta paltar Ģkafına sarı döndü - onun gözündən düĢmüĢ
monastır paltarı Ģkafda cəngəldən asılmıĢdı.
Kozetta həyəcanla:
– Bu maskarad paltarıdır! – dedi. – O, mənim nəyimə lazımdır? Yox, mən bir də bu pis Ģeyləri
geyməyəcəyəm! O Ģeyi mən baĢıma qoyanda uyuğa oxĢayıram.
Jan Valjan dərindən ah çəkdi.
O gündən sonra Jan Valjan belə bir Ģey gördü: Kozetta əvvəllər ondan həmiĢə evdə qalmasını
xahiĢ edərdi, deyərdi: ―Ata, sizinlə burada olmaq mənə hər Ģeydən xoĢdur!‖ Lakin indi həmiĢə
ondan xahiĢ edir ki, gəzməyə gedək. Doğrudan da, adam ki qəĢəng üzünü, gözəl geyimini
göstərməyəcəkmiĢ daha bunlar nəyə lazımmıĢ?
Bir Ģey də Jan Valjanın gözündən yayınmırdı: Kozetta indi daha dal həyəti əvvəlki kimi
xoĢlamırdı. Ġndi o daha həvəslə bağa gedir, dəmir barmaqlığın qabağında məmnuniyyətlə
gəziĢirdi. Jan Valjan öz otağında qapanıb qalmıĢdı, bağa gəlmirdi. O, keĢik çəkən köpək kimi dal
həyəti tərk etmirdi.
Kozetta gözəl olduğunu baĢa düĢməklə öz gözəlliyindən xəbərdar olmamaq məlahətini itirdi; bu
incə bir məlahətdir, çünki məsumluqla birləĢən gözəllik ifadəolunmaz bir Ģeydir; iĢıq saçan
məsumluqdan əziz Ģey yoxdur; bu məsumluq, heç özü də bilmədən, cənnətin açarını əlində
tutaraq, təntənə ilə irəliləyir. Lakin Kozetta məsumluq gözəlliyini itirməklə, dalğınlıq və ciddilik
füsunkarlığını qazandı. Onun qəlbi gənclik, məsumluq, gözəllik fərəhi ilə dolu idi, lakin bütün
simasında cazibədar bir kədər ifadə olunurdu.
Marius da onu bu zaman, altı aydan sonra yenə də Lüksemburq bağında görmüĢdü.
ALTINCI FƏSĠL.
VuruĢma baĢlanır.
Kozetta Marius kimi öz sakitliyi içərisində, sevgini qəbul etməyə hazırdı. Tale ona xas olan
məĢum və əsrarəngiz bir səbirlə bu iki gənci yavaĢ-yavaĢ bir-birinə yaxınlaĢdırırdı: onlar, sanki,
elektrikləĢmiĢdi, yaxınlaĢmaqda olan ehtirasın ildırımları, göy gurultuları onları
xumarlandırmıĢdı.
Məhəbbətlə dolu olan bu iki qəlb tufanla bulud kimi bir-biri ilə toqquĢmalı idi. Ġldırım çaxanda
buludlar birləĢdiyi kimi, onlar da bir-birinin baxıĢında birləĢməli idi.
Sevgi romanlarında baxıĢın gücündən o qədər sui-istifadə etmiĢlər ki, indi daha onların gücünə
inanan yoxdur. Ġndi adam güclə cəsarət edib deyir ki, bir oğlanla bir qızın baxıĢları bir-birinə rast
gəldiyi üçün onlar bir-birini sevdilər. Sevgi elə belə də baĢlanır! Ancaq belə baĢlanır! BaĢqa
Ģeylər ancaq baĢqa Ģey olub qalır, özü də sonralar meydana gəlir. BaxıĢlarla bir-birinə qığılcım
saçan iki qəlbin bir-birində əmələ gətirdiyi bu dərin sarsıntıdan real Ģey yoxdur.
Kozetta qeyri-Ģüuru olaraq Mariusa baxanda baxıĢı ilə onu həyəcana gətirmiĢdi, Marius da bu
zaman öz baxıĢı ilə Kozettanı həyəcana gətirdiyinə Ģübhə etmirdi.
Marius da ona onun etdiyi kimi pislik və yaxĢılıq etmiĢdi.
Qızlar baĢqa tərəfə baxsa da, görmək istədikləri adamı görür və onu müĢahidə edirlər: Kozetta da
bu qayda ilə çoxdandı Mariusu həm görür, həm də müĢahidə edirdi. O zaman ki Kozetta Mariusa
gözəl bir oğlan kimi baxırdı, onda Marius Kozettanı hələ eybəcər qız hesab edirdi, ona
əhəmiyyət vermirdi, o da bu cavan oğlana laqeyd qalırdı.
Hər halda, Kozetta bir Ģeyi etiraf etməyə bilməzdi: Mariusun gözəl saçı, gözəl gözləri, gözəl diĢi,
xoĢ səsi – bunu o, Marius öz yoldaĢları ilə danıĢanda eĢitmiĢdi – yeriĢi lap elə biçimsiz də olsa,
özünəməxsus bir zərifliyi vardır, o heç də axmaq adam kimi nəzərə çarpmır, onun bütün
simasında nəciblik, yumĢaqlıq, saflıq, qürur ifadə olunur, o zahirən kasıb da görünsə, öz
ləyaqətini tamamilə mühafizə edə bilir.
O günkü onların baxıĢları qəfildən bir-birinə rast gəldi və nəhayət, bu baxıĢlar tutqun bir Ģəkildə
ifadə etdikləri qaranlıq və məchul sözləri bir-birinə söylədi – Kozetta əvvəl heç bir Ģey baĢa
düĢmədi, dalğın halda Qərb küçəsində olan evlərinə qayıtdı. Jan Valjan öz adəti üzrə ay
yarımlığa bu küçəyə köçmüĢdü. Kozetta ertəsi gün yuxudan duranda tanımadığı bu cavan oğlan
haqqında düĢünürdü: gör nə vaxtdandır bu adam ona qarĢı laqeyd və soyuq idi, indi, elə bil ki,
ona diqqət yetirmiĢdi, lakin Kozettaya elə gəlirdi ki, onun yetirdiyi bu diqqətdə xoĢagələn bir Ģey
yoxdur. Əslində, onun bu qəĢəng, məğrur adama bir az acığı tutmuĢdu. Kozettanın qəlbində
dalaĢqanlığabənzər bir hiss əmələ gəldi. O elə güman etdi ki, gec-tez bunun qisasını alacaq; bu
fikir Kozettanın ağlına gələndə hələ də uĢaq sevincinə bənzər bir sevinc duydu.
O, gözəl olduğunu dərk etməklə tutqun bir Ģəkildə də olsa, hiss etdi ki, əlində silah vardır.
UĢaqlar bıçaqla oynadıqları kimi, qadınlar da öz gözəllikləri ilə oynayırlar. Elə də olur ki, onlar
öz-özlərini yaralayırlar.
Mariusun tərəddüd etdiyi, qorxduğu oxucuların yadındadır. O yenə də öz oturacağında
oturmuĢdu, Kozettaya yaxınlaĢmırdı. Bu, Kozettanın acığına gəldi. Bir gün o, Jan Valjana dedi:
―Ata, gedək o tərəfdə gəzək‖. Kozetta Mariusun ona sarı gəlmədiyini görüb, özü Mariusa sarı
getdi. Belə hallarda hər bir qadın Məhəmmədə oxĢayır. Bir də ki, bu nə qədər qəribə görünsə də,
cavan oğlanın həqiqətən sevdiyini göstərən ilk əlamət qorxaqlıqdır, cavan qızınkı isə cəsarət! Bu
təəccüblü Ģeydir, eyni zamanda, bundan adi bir Ģey yoxdur. Bir-birinə yaxınlaĢmaq istəyən
qızla-oğlan çatıĢmayan cəhətləri bir-birindən qəbul edirlər.
Həmin bu gün Kozettanın baxıĢı Mariusu dəli-divanə etdi, Mariusun baxıĢı isə Kozettanı titrətdi.
Onlar bağdan gedəndə Mariusun qəlbində ümid, Kozettanın qəlbində narahatlıq vardı. Elə bu
gündən də onlar bir-birinə pərəstiĢ etməyə baĢladılar.
Kozettanın duyduğu ilk Ģey tutqun və dərin bir kədərdi. Ona elə gəldi ki, bir gün içərisində
qəlbinə qaranlıq çökdü. O daha özünü tanımırdı. Qız qəlbinin soyuqluqdan və sevincdən əmələ
gələn təmizliyi qara bənzəyir. Bu təmizlik sevgi günəĢi altında əriyir.
Kozetta sevginin nə olduğunu bilmirdi. O hələ indiyə qədər bu sözün maddi mənada söyləndiyini
eĢitməmiĢdi. Monastırda olan kübar musiqisi dəftərlərində ―məhəbbət‖ sözü ―ülfət‖ və ya
―əziyyət‖ sözü ilə əvəz edilmiĢdi. Bu sözlər Kozettadan yaĢlı qızların təsəvvüründə qəribə Ģeylər
oyadırdı; məsələn, onlar deyirdi: ―Ah, ülfət nə yaxĢı Ģeydir!‖ və ya ―Əziyyət nə xoĢdur!‖ Kozetta
monastırdan çıxanda hələ çox cavandı, ―Əziyyət‖ məsələsi çox da onu maraqlandıra bilməzdi.
Buna görə də indi duyduğu Ģeyə necə ad verəcəyini bilmirdi. Adam öz xəstəliyinin adını
bilməyəndə bundan onun xəstəliyi yüngül olmur ki!
O, sevginin nə olduğunu bilmədiyi üçün daha ehtirasla sevirdi. O bunun yaxĢı, ya pis, faydalı, ya
təhlükəli, əbədi və ya keçici, xeyirxah, ya öldürücü bir Ģey olduğunu bilmirdi; bilmirdi ki, buna
yol verilirmi, ya bu yasaqmı edilmiĢdir; o ancaq sevirdi. Ona desəydilər ki, ―Siz yatmırsınız? Axı
belə olmaz! Siz daha yemək yemirsiniz? Bu, çox pis Ģeydir! Siz öz sinənizdə bir ağırlıq hiss
edirsiniz, sizin ürəyiniz döyünür? Bu nə deməkdir, belə də Ģey olar! Qara kostyumlu adam o
yaĢıl xiyabanın baĢında görünəndə siz gah qızarırsınız, gah ağarırsınız?! Bu dəhĢətdir!‖ –
desəydilər, bu sözlərə o, çox təəccüb elərdi. O heç bir Ģey baĢa düĢməzdi, o ancaq belə cavab
verərdi: ―Bir Ģeydə ki mən sərbəst deyiləm, onu baĢa düĢmürəm, bunda mən necə müqəssir ola
bilərəm?‖
Təsadüf elə gətirmiĢdi ki, onun qəlbində doğan sevgi hər Ģeydən artıq onun ruhi vəziyyətinə
uyğun idi. Bu, tanımadığı bir adama uzaqdan-uzağa valeh olmaq, onu dinib-danıĢmadan seyr
etmək, ona pərəstiĢ etməkdi. Bu, gəncliyə xas olan bir Ģeydi: sevgiyə çevrilən, eyni zamanda bir
xülya olub qalan gecə xülyası idi, hələ heç bir adı, heç bir təqsiri, heç bir ləkəsi, heç bir tələbi,
heç bir nöqsanı olmayan, nəhayət, təcəssüm edən, intizarı çəkilən bir arzu idi, bir sözlə, ideal bir
aləmdə yaĢayan, uzaqdan-uzağa sevilən, müəyyən bir Ģəkil alan xəyaldı. Belə bir təsadüf daha
müəyyən və daha yaxından olsaydı, Kozettanı ürküdə bilərdi, çünki bu zaman o, yarıya qədər
monastır həyatının alaqaranlığı içində idi, bu, maddi həyatın təhlükəli olduğunu ĢiĢirdib
böyüdürdü. Bütün uĢaqlıq və monaxlıq qorxuları qəlbində bir-birinə qarıĢmıĢdı. BeĢ il
müddətində onun qəlbinə girən monastır ruhu onun ətrafında hər Ģeyi ona yanlıĢ göstərirdi, hələ
də onda bu ruhun təsiri görünürdü. Ġndi də ona nə sevgili, nə də onu sevən bir adam lazımdı: ona
ancaq xəyal lazımdı. Mariusa o, füsunkar, iĢıq saçan, əlirməz bir Ģey kimi pərəstiĢ edirdi.
Ġfrat sadəlövhlük ifrat iĢvəkarlıqla həmhüduddur. Buna görə də Kozetta Mariusa baxaraq, heç
çəkinmədən gülümsəyirdi.
O hər gün gəzinti vaxtını səbirsizliklə gözləyirdi. Mariusa rast gəlirdi, özünü hədsiz dərəcədə
xoĢbəxt hiss edirdi, elə güman edirdi ki, Jan Valjana - ―Bu Lüksemburq bağına qədər gözəldir!‖
deməklə bütün fikrini təmiz ürəklə ifadə edir.
Mariusla Kozetta bir-biri üçün qaranlıqda yaĢayırdı. Onlar bir-biri ilə danıĢmırdı, salamlaĢmırdı;
onlar bir-biri ilə tanıĢ deyildi; onlar bir-birindən milyon millərlə uzaq olan ulduz kimi bir-birini
görürdü, bir-birini seyr etməklə yaĢayırdı.
Bu qayda ilə Kozetta yavaĢ-yavaĢ öz gözəlliyini dərk edən, lakin öz sevgisindən xəbəri olmayan,
gözəl, sevən, bundan əlavə, öz məsumluğu üzündən iĢvəkar bir qız olurdu.
YEDDĠNCĠ FƏSĠL.
Dərd üstündən daha böyük bir dərd.
Nə kimi bir vəziyyət olursa olsun, insanda həmiĢə xüsusi bir instinkt ayıq qalır. Qoca və əbədi
bir ana olan təbiət Mariusun meydana çıxdığını çox tutqun Ģəkildə Jan Valjana xəbər verdi. Jan
Valjan bunu qəlbinin ən qaranlıq, ən dərin guĢəsində duyaraq sarsıldı. O heç bir Ģey görmürdü,
heç bir Ģey bilmirdi, lakin onu əhatə edən zülmətə diqqətlə və inadla baxırdı, sanki, ona yaxın bir
yerdə nəyinsə əmələ gəldiyini, nəyinsə uçub dağıldığını hiss edirdi. Bu ana təbiət Mariusa da
xəbərdarlıq etmiĢdi, ilahi qanunun hikməti də bundadır – o da qızın ―atasına‖ görünməmək üçün
əlindən gələn hər Ģeyi edirdi. Lakin elə olurdu ki, Jan Valjan hərdən onu görürdü. Mariusun
hərəkəti çox da təbii deyildi.
O elə ehtiyatlı tərpənirdi ki, bu özü Ģübhə doğururdu, cəsarətli hərəkəti kobud çıxırdı. O daha
əvvəlki kimi çox da yaxına gəlmirdi; kənarda oturur, sanki, fikrə dalırdı; özü ilə kitab gətirirdi,
özünü elə göstərirdi ki, guya, kitab oxuyur. O niyə hiylə iĢlədirdi? Əvvəllər o köhnə frakında
gəlirdi, indi təzəsini geyirdi; qəti bir inamla demək olmazdı ki, o, saçını burdurmur; onun qəribə
gözləri vardır; o indi əlcək də taxırdı. Sözün qısası, Jan Valjanın bu cavan oğlandan lap zəhləsi
gedirdi.
Kozetta elə bir iĢ tutmurdu ki, Ģübhə oyatsın. O qəlbində nələr baĢ verdiyini bütün dəqiqliyi ilə
baĢa düĢmürdü, eyni zamanda, yeni bir Ģey olduğunu hiss edirdi: bunu gizlətmək lazımdı.
Kozettada bəzənmək həvəsinin əmələ gəlməsi ilə bu naməlum adamın təzə frak geyməsi
arasında bir əlaqə vardı. Jan Valjan bunu düĢünür, bu fikir onu son dərəcə narahat edirdi. Bəlkə
də, bu təsadüfi bir Ģeydi, bu, yəqin ki, belə idi, lap Ģübhəsiz ki, belə idi, ancaq təhlükəli
təsadüfdü.
Jan Valjan bu naməlum adam haqqında Kozettaya bircə kəlmə də söz demirdi. Lakin bir dəfə o,
özünü saxlaya bilmədi, tutqun bir məyusluq içində – elə bir məyusluq ki, adamı, heç
gözlənilmədiyi halda, öz yarasına zond salmağa təhrik edir – Kozettaya dedi: ―Bu cavan oğlan
yaman təĢəxxüs satır!‖
Kozetta bir il əvvəl, bir qız laqeydliyi ilə ona belə cavab verərdi: ―TəĢəxxüs-zad satmır, o çox
sevimli oğlandır!‖ On il sonra, qəlbində Mariusa olan məhəbbətlə belə deyərdi: ―Siz haqlısınız,
elə təĢəxxüs satır ki, adamın lap zəhləsi gedir!‖ Amma həyatının və sevgisinin indiki dövründə
sakitcə dedi:
– Kim? O cavan oğlan? – sanki, onu birinci dəfə idi görürdü.
Jan Valjan düĢünərək öz-özünə dedi: ―Mən nə axmaq adamam! Qız ona heç fikir də verməyib:
Mən özüm onu qızın yadına saldım!‖
Ey qocaların sadəliyi! Ey uĢaqların hikməti!
Qızın, ya oğlanın bu dövrdə olan iztirab və qayğısının, ilk sevginin ilk maneə ilə tək-təkinə
gedən qızğın mübarizəsinin qanunu belədir: qız qurulan tələlərdən heç birinə düĢmür, oğlan hər
tələyə düĢür. Jan Valjan Mariusla gizlin mübarizəyə baĢladı; amma Marius yaĢına, ehtirasına xas
olan müqəddəs bir düĢüncəsizliklə bunu heç duymurdu da. Jan Valjan ona bir çox kələklər
düzəltdi - gəzinti vaxtlarını dəyiĢdi, baĢqa oturacaqlarda oturdu, öz yaylığını oturacaqda ―yaddan
çıxardı‖, bağa tək gəldi, Marius heç düĢünmədən bütün bu tələlərə düĢdü, Jan Valjanın onun
yolunda qurduğu bütün sual iĢarələrinə sadəlövhcəsinə ―Bəli!‖ - deyə cavab verdi. Lakin Kozetta
özünü elə qayğısız, elə sakit göstərir, sirrini elə gizlədə bilirdi ki, Jan Valjan axırda belə bir
nəticəyə gəldi: ―Bu səfeh Kozettadan ötrü dəli-divanədir, amma Kozetta heç onu görmür də!‖
Bununla belə, o, ağır iztirab çəkirdi. Kozettanın onu sevməsi hər an baĢ verə bilərdi. Hər Ģey
laqeydlikdən baĢlanmırmı?
Bir gün Kozetta bir səhv buraxdı, bununla da Jan Valjanı qorxutdu. Üç saat oturacaqda
oturduqdan sonra Jan Valjan ayağa qalxanda Kozetta həyəcanla dedi: ―Gedirik?‖
Jan Valjan Lüksemburq bağında olan gəzintisini kəsmədi: o qəti tədbir görmək istəmirdi,
xüsusilə Kozettada Ģübhə doğurmaqdan qorxurdu. Kozetta Mariusa baxıb gülümsəyəndə, Marius
da bu gülüĢdən məst olaraq, pərəstiĢ etdiyi qızın Ģəfəq kimi iĢıq saçan gözəl üzünü görəndə, iki
sevən qəlb üçün bu qədər Ģirin olan dəqiqələrdə Jan Valjan par-par parıldayan qorxunc gözlərini
Mariusdan çəkmirdi. O daha öz qəlbində pis bir hissin əmələ gələcəyinə inanmırdı; lakin
Mariusu görəndə bəzən ona elə gəlirdi ki, o yenə də vəhĢi, yırtıcı bir heyvan olur, vaxtı ilə
qəlbinin dərinliklərində olan kin yenidən bu cavan oğlana qarĢı baĢ qaldırır. Elə bil ki, naməlum
və çoxdan sönən vulkanlar hərəkətə gəlir.
―Necə?! O cavan oğlan buradadır? O niyə gəlib? O gəlib ki, burada gəzib-dolaĢsın, ora-buranı
yoxlasın, baxıb görsün ki, nə var, nə yox, bir təĢəbbüs göstərsin! O belə fikirləĢir: ―Niyə də
təĢəbbüs göstərməyim?‖ O, mənim xoĢbəxtliyimin ətrafında hərlənir, istəyir ki, onu tutub
aparsın!‖
Jan Valjan düĢüncəsində davam edərək öz-özünə deyirdi: ―Bəli, bu belədir! O nə axtarır?
SərgüzəĢt! O nə istəyir? Sevgi macərası! Bəli sevgi macərası! Bəs mən? Necə? Onda heç
lazımdımı ki, bütün insanların ən həqiri, sonra da ən bədbəxti olum, həyatımın altmıĢ ilini dizi
üstə durum, olmazın əzab-əziyyət çəkim, cavanların heç üzünü görmədən qocalım, ailəsiz, ata-
anasız, qohum-əqrəbasız, dostsuz, arvadsız, uĢaqsız yaĢayım, bütün daĢlar, bütün tikanlar
üzərində, bütün yollar uzunu, bütün divarlar boyu qanımdan iz salım, mənə qarĢı amansız olsalar
da, mən mülayim olum, mənə pislik etsələr də, mən yaxĢı olum, bütün bu müsibətləri gördüyüm
halda yenə də düz adam olum, pis iĢlər tutduğuma peĢman olum, mənə edilən pislikləri əfv edim;
indi mən bu Ģeylərin mükafatını almıĢam; çəkdiyim müsibətlər qurtarıb, mən öz məqsədimə
çatmıĢam, istədiyim hər Ģeyi əldə etmiĢəm, buna da haqqım var, mən bunun əcrini vermiĢəm,
mən buna layiqəm, mən bu müsibətlərə ona görə dözməmiĢəm ki, çəkdiyim zəhmətlər batıb
getsin, hər Ģey məhv olsun! Kozetta əldən getsin, mən həyatdan, sevincdən, qəlbdən məhrum
olum, ona görə məhrum olum ki, uzundraz avaranın biri Lüksemburq bağında veyllənmək
fikrinə düĢmüĢdür!‖
Bu zaman onun gözlərində məĢum və qeyri-adi bir iĢıq parıldadı. Bu zaman o daha baĢqa bir
adama baxan adam deyildi; bu zaman o daha öz düĢməninə baxan düĢmən deyildi. Bu zaman o,
oğru görmüĢ qapı köpəyi idi.
Yerdə qalan oxuculara məlumdur. Marius yenə də divanəlik edirdi. Bir dəfə o, Kozettanı Qərb
küçəsinə qədər ötürdü. Bir gün də dalandarla söhbət etdi. Dalandar da bu əhvalatı Jan Valjana
danıĢdı. ―Cənab, – dedi, – bir cavan oğlan sizinlə maraqlanırdı, sizi soruĢurdu, o kimdir?‖ Ertəsi
gün Jan Valjan Mariusa elə baxdı ki, nəhayət, o, məsələni baĢa düĢdü. Bir həftə sonra Jan Valjan
oradan köçüb getdi. O, özünə söz verdi ki, bir daha nə Lüksemburq bağına, nə də Qərb küçəsinə
ayaq basmayacaqdır. O, Plüme küçəsinə qayıtdı.
Kozetta Ģikayətlənmirdi, heç bir Ģey demirdi, sual vermirdi, heç bir Ģey öyrənmək istəmirdi; o elə
bir yaĢa çatmıĢdı ki, qızlar bu yaĢda sirlərinin baĢa düĢüləcəyindən, öz-özlərini ifĢa etməkdən
qorxurlar. Jan Valjanın belə bədbəxtlikdən qətiyyən baĢı çıxmazdı, çünki ancaq belə
bədbəxtlikdə füsunkarlıq vardır, o ancaq belə bədbəxtlik görməmiĢdi; buna görə də Kozettanın
dinib-danıĢmamasının bütün mənasını anlaya bilmədi. O ancaq Kozettanın qəmgin olduğunu
gördü, özü də qəmgin oldu. Bu onların mübarizədə təcrübəsiz olduqlarını göstərdi.
Bir gün Jan Valjan yoxlamaq məqsədi ilə Kozettadan soruĢdu:
– Lüksemburq bağına getmək istəyirsən?
Kozettanın solğun üzünə, sanki, Ģəfəq düĢdü:
– Bəli, – dedi.
Onlar Lüksemburq bağına getdilər. Üç ay idi ki, onlar bu bağa heç ayaq basmırdılar... Marius da
ora gəlmirdi. Ġndi də Marius orada yox idi.
Ertəsi gün Jan Valjan yenə də Kozettadan soruĢdu:
- Lüksemburq bağına getmək istəyirsən?
Kozetta qəmgin halda, həm də məsumca dedi:
– Xeyr.
Kozettanın bu qəmginliyi və məsumluğu Jan Valjanı təhqir etdi. Belə gənc, lakin özünü belə
qapalı tutan bu qızın fikrində nələr olurdu? Orada nə kimi qərarlar hazırlanırdı? Kozettanın
qəlbində nələr baĢ verirdi? Jan Valjan bəzən yatmaq əvəzinə baĢını əlləri içərisinə alaraq, bütün
gecəni öz yoxsul yatağının qabağında otururdu. O, öz-özünə ―Kozettanın fikrindəki nədir?‖
sualını verir, Kozettanın nə barədə düĢünə biləcəyini təsəvvür etməyə çalıĢırdı.
Ah, bu zaman o uzaqdan-uzağa monastıra, o baĢı qarlı zirvəyə, o mələklər məskəninə,
xeyirxahlığın o əriməz buzlağına necə kədər dolu bir nəzər salırdı! Necə bir ümidsizliklə, həm də
iftixarla görülməmiĢ gül-çiçəklə dolu olan, bakirəliyin zindana salındığı, bütün ətirlərin, bütün
ruhların bir baĢ göyə yüksəldiyi o monastır bağını təsəvvüründə canlandırırdı! HəmiĢəlik onun
üzünə bağlanan bu cənnəti o necə xoĢlardı! Oradan o öz könlü ilə getdi, ağılsızlıq edərək, o
yüksəkliyi tərk etdi! Vəzifəyə sədaqətli olmaq üzündən özünü fəda edən, özünü məhv edən bu
zavallı qəhrəman monastırdan üz döndərdiyinə, belə ağılsız iĢ tutduğuna çox-çox təəssüf edirdi:
bu ağılsızlıq onu Kozettanı monastırdan çıxartmağa təhrik etdi! Neçə dəfə o, öz-özünə demiĢdi:
―Bu nə iĢ idi, mən tutdum!‖
Lakin o nə ovqattəlxlik göstərir, nə də sərt hərəkət edirdi, bununla da öz düĢüncələrini
Kozettadan gizlədə bilirdi. Onun üzündə həmiĢəki kimi aydın, xoĢ bir ifadə olardı. Ġndi o,
Kozettaya daha artıq mehribanlıq edirdi, onun rəftarında daha artıq atalıq hissləri duyulurdu. Bir
Ģey onun kədərini hiss etdirə bilsəydi də, bu, ancaq onun daha artıq mülayim olması idi.
Kozetta da iztirab çəkirdi. Mariusu görəndə o necə sevinirdisə, onu görməyəndə də elə əzab
çəkirdi, bunun da səbəbini aydın bilmirdi. Jan Valjan onu gəzməyə aparmayanda, qızlıq
duyğusu qəlbinin dərinliyində ona tutqun bir Ģəkildə pıçıldadı ki, Lüksemburq bağına maraq
göstərmə, bu bağa laqeydlik göstərsən, onda atan yenə də səni ora aparar. Lakin günlər, həftələr,
aylar keçdi, Jan-Valjan onu bağa aparmadı. O, Kozettanın susmasına susmaqla cavab verdi.
Kozetta susmasına təəssüf etdi. Artıq gec idi. O yenə də Lüksemburq bağına gələndə Mariusu
orada görmədi. Yəqin, Marius daha buralara gəlmirdi. ĠĢ bitmiĢdi; indi nə etmək lazımdı?
Kozetta bir də onu tapacaqmı? O öz qəlbində bir sıxıntı duydu; bu sıxıntı keçib getmədi, günü-
gündən daha da artdı. O daha bilmirdi indi qıĢdımı, yazdımı, günmü çıxmıĢdı, yağıĢmı yağmıĢdı,
quĢlarmı oxuyurdu, georginya güllərimi açılmıĢdı, ya marqarita güllərimi, Lüksemburq bağımı
yaxĢıdır, ya Tüilri bulvarlarımı, camaĢırçı qadının gətirdiyi paltar çoxmu, ya azmı
kraxmallanmıĢdır, Tusen ərzaqı ucuzmu almıĢdı, ya bahamı, – o daha bu Ģeylərlə maraqlanmırdı;
o həmiĢə ağır fikirlər içində idi, o, öz-özünə qapanıb qalmıĢdı, o ancaq bir məsələ ətrafında
düĢünürdü, gözlərini zilləyərək hər Ģeyə mənasız bir nəzərlə baxırdı: bu vəziyyətlə o, diqqətlə
qaranlığa baxan bir adama oxĢayırdı, sanki, o qaranlıqda bir xəyal qeyb olmuĢdu.
Kozetta Jan Valjana, rənginin solğunluğundan baĢqa, heç bir Ģey hiss etdirmirdi. Jan Valjan,
yenə əvvəlki kimi, məsumluq ifadə olunan zərif bir üz görürdü.
Kozettanın üzündə olan bu solğunluq Jan Valjanı təĢviĢə salmaq üçün kifayətdi. Hərdən o,
Kozettadan soruĢurdu:
– Sənə nə olub?
Kozetta da:
– Heç bir Ģey, – deyə cavab verirdi.
Kozetta da onun dərd çəkdiyini baĢa düĢürdü; buna görə bir az susduqdan sonra deyirdi:
– Ata, bəs sənə, sizə nə olub?
– Mənə? Heç bir Ģey.
Bir-biri ilə belə nadir, belə riqqətli bir məhəbbətlə bağlı olan, uzun zaman bir-biri üçün yaĢayan
bu iki insan indi bir-birinin yanında, bir-birindən ötrü dinib-danıĢmadan, Ģikayətlənmədən,
gülümsəyə-gülümsəyə əzab çəkirdi.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Buxovlu insanlar.
Jan Valjan Kozettadan bədbəxt idi. Cavanlıq hətta kədər içində də özündə iĢıq saxlaya bilir.
Bəzən Jan Valjan elə dərd çəkirdi ki, elə bil, bunun nəticəsində dönüb uĢaq olurdu. Ġztirab yaĢlı
adamlarda uĢaqlıq hissi oyadır. Ağır bir hiss Jan Valjanın bütün varlığını bürümüĢdü, ona elə
gəlirdi ki, Kozetta əldən çıxır. Buna görə də onda mübarizə etmək, Kozettanı əldən verməmək,
zahiri, həm də gözəl bir Ģeylə onu heyrətə salmaq fikri oyandı. Yuxarıda dediyimiz kimi, bu fikir
həm uĢaqcasına, həm də qocalığa aid bir fikirdi, bu özü sadəlövhcəsinə təsəvvür olduğu üçün
Jan Valjanda bəzək-düzəyin cavan qıza təsir edə biləcəyi fikrini oyatdı, əslində, bu, çox düzgün
fikirdi. Bir gün o, küçədə, tam rəsmi paltarda bir generalın at üstündə getdiyini gördü, bu,
Parisin komendantı qraf Qutar idi. O, zər içində olan bu adama həsədlə baxdı, fikirləĢdi ki, belə
bir mundir geymək nə xoĢbəxtlik olardı, heç kəs bunun təsirindən canını qurtara bilməzdi,
Kozetta onu bu mundirdə görsə, heyrətdən donub qalardı; əgər o, Kozettanın qoluna girib Tüilri
qapısından keçsə, keĢikçi ona təzim etsə, Kozetta cavan oğlanlara heç baxmaz da!
Bu kədərli fikirlərə heç gözlənilmədiyi halda bir sarsıntı əlavə olundu.
Jan Valjanla Kozetta Plüme küçəsinə köçdükdən sonra yalqız bir həyat keçirirdilər, bu yalqızlıq
içərisində onlar yeni bir Ģeyə vərdiĢ etmiĢdilər. Arabir günün çıxmasına tamaĢa etməyə
gedirdilər; bu, həm həyata qədəm qoyan, həm də həyatdan gedən adamlara samit bir fərəh gətirir.
Təklik sevən adamlar üçün səhər gəzintisi axĢam əzintisi kimi bir Ģeydir; fərq yalnız burasındadır
ki, səhərçağı təbiət daha Ģən olur. Küçələr bomboĢ olur, quĢlar oxuyur, Kozetta özü, bir quĢ kimi
səhər tezdən həvəslə yuxudan dururdu. Səhər gəzintisinə onlar bir gün qabaqdan hazırlaĢırdılar.
Jan Valjan öz təklifini söyləyirdi, Kozetta onunla razılaĢırdı. Onlar, sanki, sui-qəsd düzəldirdilər:
hələ səhər açılmamıĢ evdən çıxırdılar, bu Kozettanın kiçik bir əyləncəsi idi. Belə adi qəribəliklər
cavanların xoĢuna gəlir. Biz bilirik ki, Jan Valjan az adam görünən, yalquzaq, xali yerlərə
getməyi xoĢlardı. O zamanlar Parisin qarovulxanaları yaxınlığında az məhsul verən əkin yerləri
vardı; bu yerlərin bir ucu az qalırdı Ģəhərlə birləĢsin, yay fəslində burada cılız, seyrək buğda
bitərdi; payızda, taxıl yığılandan sonra, adama elə gəlirdi ki, bu zəmilərin taxılı biçilməyib, toyuq
tükü kimi didilib, Jan Valjan bu yerləri daha artıq xoĢlardı. Kozetta da orada darıxmazdı. Jan
Valjan üçün bura yalqızlıq, Kozetta üçün sərbəstlik idi. Kozetta orada yenə dönüb balaca bir qız
olurdu; o burada o yan-bu yana qaça bilirdi, sevinirdi; Ģlyapasını çıxarıb Jan Valjanın dizləri
üstünə qoyur, çiçək dərirdi. Güllər üstə qonan kəpənəklərə baxırdı, ancaq onları tutmurdu;
insanın qəlbində sevgi ilə bərabər mərhəmət və mülayimlik hissi də doğur; zərif və titrək xəyalla
yaĢayan cavan qızın kəpənəyin qanadına heyifi gəlir. Kozetta lalədən çələng toxuyur, baĢına
qoyurdu, gün iĢığı əmmiĢ, gün iĢığı ilə dolu olan, od kimi alıĢıb-yanan bu al çiçəklər Kozettanın
baĢında alovdan düzəldilmiĢ bir tac kimi parıldayır, onun təravətli, çəhrayı, zərif üzünü daha
gözəl göstərirdi.
Jan Valjanla Kozettanın həyatına kədər çökdükdən sonra da onlar səhər gəzintisinə çıxır, bu
vərdiĢi tərgitmirdilər.
1831-ci ilin oktyabr ayı idi; Jan Valjanla Kozetta payız səhərinin aydınlığından və sakitliyindən
həvəsə gələrək evdən çıxdılar. Səhər açılanda onlar Men qarovulxanasına çatdılar. Dan yeri
ağarırdı, üfüq hələ qızarmamıĢdı, təbiətin füsunkar, eyni zamanda sərt bir anı idi. Göyün solğun,
mavi lacivərdliyi içərisində tək-tək ulduz sayrıĢırdı, torpaq hələ qapqara idi, otlar tərpəĢirdi, hər
yerdə alaqaranlığın sirli bir titrəyiĢi duyulurdu. Bir torağay əlirməz yüksəklikdə oxuyurdu, o,
sanki, ulduzlar arasında itib-batmıĢdı, sanki, hədsiz dərəcədə kiçik bir Ģey hədsiz dərəcədə böyük
bir Ģeyi öz nəğməsi ilə mədh edirdi, bu nəğmə ilə əngin fəzalara dinclik saçırdı. Val-de-Qras
kilsəsi Ģərq tərəfdə, polad rəngli buludsuz üfüqdə nəhəng qara bir Ģey kimi gözə çarpırdı; parlaq
iĢıqlı dan ulduzu onun qübbəsi ardından çıxırdı, o, sanki, qaranlıq zindandan qaçan bir ruh idi.
Hər yerdə sakitlik və dinclik idi; yolda heç kəs yox idi; aĢağı tərəflərdə iĢə gedən fəhlələrin
qaraltısı güclə seçilirdi.
Jan Valjan kiçik, yan xiyabanda, taxta-Ģalban anbarının qapısı qabağına tökülən dirəklərin
üstündə oturdu. Onun üzü yola, dalı iĢığa sarı idi; o, doğan günəĢi unutmuĢdu, dərin düĢüncəyə
dalmıĢdı: bu, adamın bütün fikrini bürüyən, adamı görməyə qoymayan, sanki, onu dörd divar
arasına alan bir düĢüncə idi. Elə düĢüncələr var ki, onları ―Ģaquli düĢüncə‖ adlandırmaq olar, bu
düĢüncələr adamı elə dərinliklərə aparır ki, oradan yer üzünə çıxmaq üçün xeyli vaxt tələb
olunur. Jan Valjan belə bir düĢüncəyə dalmıĢdı. O, Kozetta barəsində, onların arasına girən
olmasa, mümkün ola biləcək xoĢbəxtlik barəsində, iĢıq barəsində düĢünürdü: Kozetta bu iĢıqla
onun həyatını doldurmuĢdu, bu elə bir iĢıqdı ki, onun ruhu bununla nəfəs alırdı. Bu xəyala
dalmaqla o, az qala özünü xoĢbəxt hesab edirdi. Kozetta onun yanında durub qızaran buludlara
baxırdı.
Birdən Kozetta çığırdı: ―Ata, bax oradan elə bil gələn var!‖ Jan Valjan baĢını qaldırdı.
Kozetta düz deyirdi.
Əvvəlki Men qarovulxanasına gedən yol, məlum olduğu kimi, Sevr küçəsinin ardıdır, bulvar
düzbucaq Ģəklində bu yolu kəsib keçir. Bulvarın bu yola dönən yerindən hay-küy gəlirdi, həm də
tutqun Ģəkildə iri bir Ģey görünürdü. Belə bir vaxtda hay-küyün qopmasını izah etmək çətindir.
Qatma-qarıĢıq bir Ģey bulvar tərəfdən yola çıxırdı.
Bu qatma-qarıĢıq Ģey get-gedə aydınlaĢır, sakitcə irəliləyirdi; o, eyni zamanda, pırpızlaĢmıĢ,
yırğalanan bir Ģeyə, həm də yük arabasına oxĢayırdı, ancaq onun apardığı yükün nədən ibarət
olduğu bilinmirdi. Tutqun bir Ģəkildə bir neçə at, araba çarxları da gözə çarpırdı; Ģallaq Ģaqqıltısı,
çığırtı səsi eĢidilirdi. Bu hərəkət edən Ģey hələ çən içində olsa da, get-gedə daha aydın
görünürdü. Doğrudan da, bu bulvardan yola dönən, qarovulxanaya doğru gedən araba idi. Jan
Valjan həmin qarovulxananın qabağında oturmuĢdu. Bu arabanın ardınca ikinci, üçüncü,
dördüncü araba göründü; cəmisi yeddi araba idi; atların baĢı özündən qabaq gedən arabanın
arxasına toxunurdu. Arabalarda kölgə kimi qaraltılar tərpəĢirdi, sıyrılmıĢ qılınca oxĢar Ģeylər
alaqaranlıqda parıldayırdı, zəncir səsi kimi səslər gəlirdi; adamların hay-küyü get-gedə artırdı,
bütün bu kütlə ancaq röya mağaralarında meydana gələn yuxu kimi dəhĢətli idi.
Arabalar yaxınlaĢdıqca müəyyən bir Ģəklə girir, ağacların arxasından xəyal kimi meydana
çıxırdı; bütün bu kütlə, sanki, ağarmıĢdı; hava iĢıqlandıqca həm axirət dünyasından gəlmiĢ kimi
görünən, həm də diri olan bu insan yığıncağının üzərinə solğun iĢıq düĢürdü, qaraltıların baĢı
dönüb meyit üzü olurdu. Bu hərəkət edən Ģey nə idi?!
Yol ilə bir-birinin ardınca yeddi araba gedirdi. Bu arabalardan altısının quruluĢu baĢqa cürə idi:
bunlar çəlləkçi arabasına oxĢayırdı, bu arabalar iki çarx üstünə qoyulmuĢ, qabaq tərəfdən yan
diĢlə Ģəklini alan uzun nərdivan kimi Ģeydi. Hər arabanı, daha düzünü desək, hər nərdivanı bir-
birinin ardınca qoĢulmuĢ dörd at aparırdı. Nərdivanlar qəribə bir Ģəkildə oturmuĢ adamla dolu
idi. Səhərin zəif iĢığında bu adamları aydın görmək hələ mümkün deyildi, lakin onların varlığı
duyulurdu, hər arabada iyirmi dörd adam vardı; arabanın hər tərəfində dal-dala, üzləri camaata
sarı, ayaqlarını sallayaraq on iki adam oturmuĢdu, onlar bu qayda ilə öz yoluna davam edirdi.
Onların arxa tərəfində nəsə xırçıldaya-xırçıldaya səslənirdi: bu, zəncir idi; boyunlarında nəsə
parıldayırdı: bu, dəmir xalta idi. Dəmir xaltalar ayrı idi, amma zəncir ümumi idi. Bu iyirmi dörd
adam arabadan düĢüb getsəydi, mütləq məfsəlliayaqlı bir məxluqa oxĢayacaqdı: onun fəqərə
sütununu zəncir əvəz edəcəkdi, özü də qırxayaq kimi yeriyəcəkdi. Hər arabanın dal və qabaq
tərəfində tüfəngli iki adam durmuĢdu, onlar ayağı ilə zəncirin ucunu saxlamıĢdı. Dəmir xaltalar
dördbucaq Ģəklində idi. Yeddinci araba altı at qoĢulmuĢ, yanlarına taxta vurulmuĢ, dördçarxlı,
üstüaçıq bir fura idi; onda bir neçə dəmir qazan, çuqun küpə, manqal və zəncir danq-danq
danqıldayırdı; arabada bundan baĢqa, qol-qıçı bağlı bir neçə adam uzanmıĢdı; üzdən onlar
xəstəyə oxĢayırdı. Araba hər tərəfdən dəlik-deĢikdi, onun yanlarında sınıq barmaqlıqlar var idi;
bu barmaqlıqlar, sanki, keçmiĢin biabırçı cəza alətləri olmaqla, öz iĢini görüb qurtarmıĢdı.
Arabalar yolun ortası ilə, onların da hər iki tərəfi ilə iki sıra murdar sifətli keĢikçi əsgər gedirdi;
keĢikçilər direktoriya əsgərləri kimi qatlanan üçbucaq Ģapka qoymuĢdu; onlar çirkli idi, iyrəncdi,
paltarları cırıqdı; geydikləri də boz mavi, cır-cındır əlillər mundiri, məĢəlçilər Ģalvarı idi; qırmızı
epoletləri, sarı lentaları vardı; silahları da gödək qılıncdan, tüfəngdən və ağacdan ibarətdi: bunlar
xalis dustaq arabaları əsgəri idi. Bu əsgərlərin sir-sifətində həm dilənçi alçaqlığı, həm də cəllad
hakimliyi ifadə olunurdu. RəisəoxĢar adamın əlində çapar qırmancı vardı. Alaqaranlıqla örtülən
bütün bu Ģeylər hava iĢıqlandıqca aydın görünürdü. Arabaların qabağında və arxasında
sıyırmaqılınc atlı jandarmlar təntənə ilə gedirdi.
Bu təntənəli mərasim o qədər uzun idi ki, birinci araba qarovulxanaya çatanda sonuncu ancaq
bulvardan çıxırdı.
Yolun hər iki tərəfi tamaĢaçılarla dolmuĢdu; bu adamların haradan çıxdığı məlum deyildi; onlar
bir anda toplaĢmıĢdı. Parisdə çox vaxt belə olur. QonĢu küçələrdən bir-birini səsləyən adamların
hay-küyü, tamaĢaya gələn bostançıların taxta baĢmaqlarının səsi eĢidilirdi.
Arabalar dustaqları silkələyirdi, buna onlar kirimiĢcə dözürdülər. Onlar səhərin soyuğundan
göyərmiĢdilər. Onlar kətan Ģalvar, yalın ayaqlarına taxta ayaqqabı geymiĢdilər. Qalan paltarları
ən ağır yoxsulluq dərəcəsini göstərirdi. Geyimləri müxtəlifdi, lakin bu müxtəlifliyin özündə bir
iyrənclik vardı; təlxəyin geydiyi cır-cındırdan da pis Ģey yoxdur. Burada təpəsi deĢilmiĢ Ģlyapa
da, dama-dama furajka da, çox pis yun qalpaq da, bununla bərabər, bluz da, dirsəyi yırtılmıĢ qara
frak da görmək olardı; bəziləri qadın Ģlyapası, bəziləri də həsir papaq qoymuĢdu; arabir
paltarlarının cırığı arasından tüklü sinələr bədənlərinə döyülmüĢ yazı və Ģəkillər, sevgi məbədi,
yanan ürək, sevgi allahı yanında dəmrov və pis xəstəlik əlaməti olan qırmızı ləkələr gözə
çarpırdı. Dustaqlardan ikisi-üçü arabanın yan ağacından bəlimdən toxunma, üzəngiyəoxĢar
Ģeylər asmıĢdı, ayaqlarını buna qoymuĢdular. Onlardan biri əlində qara, daĢabənzər bir Ģey
tutmuĢdu, onu ağzına apararaq, elə bil ki, gəmirirdi: bu, onun yediyi çörəkdi. Bu adamların
gözlərində soyuq bir ifadə vardı, bəzilərininkində sönük, bəzilərininkində kinli bir iĢıq
parıldayırdı, mühafizə əsgərləri onları söyürdü. Zəncirli adamlardan səs çıxmırdı; arabir adam
baĢına, ya adam kürəyinə vurulan ağac zərbəsinin səsi eĢidilirdi; bu adamlardan bəzisi əsnəyirdi;
onların əynindəki cır-cındır adamı dəhĢətə gətirirdi; onların qıçları yellənir, çiyinləri tərpənirdi,
baĢları bir-birinə dəyirdi, gözləri vəhĢicəsinə iĢıldayırdı; bəzisinin əli sıxılaraq yumruqlanmıĢdı,
bəzisininki ölü əli kimi sallanırdı; zəncirlər səslənirdi; arabaların ardınca gələn uĢaqlar qəhqəhə
ilə gülürdü.
Bir-birinin ardınca gedən bu arabalar adamda dərdli fikirlər oyadırdı. Belə bir Ģey güman etmək
olardı: bu gün də olmasa, sabah bərk yağıĢ yağacaq, sonra yenə də, yenə də yağacaq, bu
adamların cır-cındır paltarı tamam islanacaq, islandıqdan sonra daha qurumayacaq, bu adamlar
üĢüdükdən sonra daha qızıĢmayacaq, onların islanmıĢ kətan Ģalvarı qıçlarına yapıĢacaq,
ayaqqabıları su ilə dolacaq, Ģallaq zərbələri diĢlərinin bir-birinə dəyməsinə mane olmayacaq,
zəncirlər yenə də boyunlarını tutub duracaq, ayaqları yenə də asıla-asıla qalacaq... Ağac kimi,
daĢ kimi yağıĢların, soyuq küləklərin, Ģiddətli tufanların ixtiyarına verilən, soyuq payız buludları
altında aciz qalan bu zəncirli adamlara baxanda sarsılmamaq olmurdu.
Hətta yeddinci arabada zibil torbası kimi yıxılıb qalan qol-qıçı bağlı xəstələri də ağacla
vururdular.
Birdən gün çıxdı, Ģərq tərəfdən bir parça iĢıq düĢərək, bütün bu qorxunc baĢları, sanki,
alovlandırdı. Dillər açıldı, istehza, lənət və nəğmə coĢqun sel kimi ətrafa yayıldı. ġərqdən düĢən
üfüqi iĢıq Ģöləsi bir-birinin ardınca gedən arabaları iki yerə böldü: baĢlar və bədənlər iĢıqlandı,
qıçlar və çarxlar qaranlıqda qaldı. Üzlərdə düĢüncə ifadə olundu; bu dəhĢətli bir andı: elə bil ki,
üzə taxılan maskalar düĢdü, iblis sifəti göründü, ya da qəzəbli ürəklər çılpaqlaĢdı. ĠĢıq da düĢsə
bu insan yığını qaranlıq görünürdü. Kefi açılan dustaqlardan bəzisi lələkdən düzəldilmiĢ
borucuqlara cücü qoyub tamaĢaya yığıĢan adamların üstünə üfürürdü, çalıĢırdılar ki, bu cücülər
qadınların üstünə düĢsün. Gün iĢığı yandan düĢərək, onların miskin üzünü bir tərəfdən bərk
iĢıqlandırır, o biri tərəfdən qara kölgələrə bürüyürdü; yoxsulluq onların üzünü eybəcər Ģəklə
salmıĢdı; bu o qədər dəhĢətli idi ki, elə bil gün iĢığı onların üzünə düĢməklə solğun ildırım
iĢığına çevrilərək tutqunlaĢırdı. Birinci arabada olan dustaqlar səsləri yetdikcə o zaman
Dezojyenin məĢhur ―Bakirə qız‖ əsərindən popurrini vəhĢi bir oynaqlıqla, iyrənc səslə oxumağa
baĢladılar. Ağacların yarpağı qəmgin-qəmgin xıĢıldayırdı. Xəyalların ifa etdiyi bu zarafatyana
nəğməyə burjua yan xiyabanda axmaqcasına bir keflə qulaq asırdı.
Bu hərəkət edən kütlədə, əzəli xaosda olduğu kimi, bütün insan müsibətləri bir-birinə qarıĢmıĢdı.
Bu kütlə içərisində bütün heyvanların sifətini görmək olardı; burada qoca da vardı, cavan da, daz
kəllə də, ağsaqqal da, dəhĢətli həyasızlıq da, qaĢqabaqlı itaətkarlıq da, vəhĢicəsinə ağaran diĢlər
də, axmaqcasına oturuĢlar da, furajkalı donuz sifətləri də, gicgahlarına burma saçlar sallanan qız
baĢı kimi baĢlar da, uĢaqcasına, buna görə də dəhĢətli çöhrələr də, yalnız ölüm çatıĢmayan, skelet
kimi arıq üzlər də... Birinci arabada bir zənci vardı, əvvəllər o, bəlkə də, qul imiĢ: o öz əvvəlki
zəncirini indiki zənciri ilə müqayisə edə bilərdi. AĢağı təbəqələrlə bərabərləĢdirilən biabırçılıq
onların hamısının üzündə iz salmıĢdı; süqutun bu pilləsində ictimai həyatın ən ağır səfaləti içində
olan bu adamlar son dəyiĢmələrini keçirirdilər: indi onlarda kütlüyə keçən nadanlıq məyusluğa
keçən idrakla bərabərləĢirdi. Çirkabın ən qatı yeri kimi nəzərə çarpan bu adamlardan heç birini o
birisindən seçmək mümkün deyildi. Aydın görünürdü ki, bu iyrənc axına təsadüfən baĢçılıq edən
adam onları qruplara bölməmiĢdir. Onlar, yəqin ki, necə gəldi, ya əlifba sırası hökmü ilə
birləĢdirilmiĢ, əl-qolu bağlanmıĢdı, necə gəldi arabalara yerləĢdirilmiĢdi. Lakin bir yerə toplanan
dəhĢətlər, nəhayət, öz ümumi təsirini büruzə verir; bədbəxt adamların nə Ģəkildə olur olsun, bir
yerə toplanması özünə görə bir yekun verir; hər zəncirin ümumi bir qəlbi, hər arabanın öz siması
vardı. Bir arabada olan dustaqlar oxuyur, onun ardınca gələn arabada bağırırdılar; üçüncü
arabada sədəqə istəyirdilər, dördüncüdə diĢlərini qıcayırdılar; beĢincidə yoldan keçən adamları
qorxudurdular; altıncıda bidət söyləyirdilər; axırıncı arabaya qəbir sükutu çökmüĢdü – Dante
bunu görsəydi, ―Cəhənnəmin yeddi qatını hərəkətdə görürəm‖, – deyərdi.
Bu, katorqaya məhkum edilmiĢ adamların cəza yerinə olan məĢum yürüĢü idi; lakin bu yürüĢ
apokalipsisin dəhĢətli odlu arabasında deyil, biabırçı dustaqxana arabalarında baĢ verirdi ki, bu
daha pis idi.
Mühafizə əsgərlərindən birinin əlində ucu qarmaqlı ağac vardı; o arabir bu ağacla bu insan tör-
töküntüsünü qurdalamaq niyyətində olduğunu göstərirdi. Camaat içində duran bir qarı barmağı
ilə dustaqları beĢ yaĢlı uĢağa göstərərək deyirdi: ―Bu, sənə dərs olsun, yaramaz!‖
Dustaqların oxuması və söyüĢü get-gedə artdığından, mühafizə komandiri deyilən adam əlindəki
Ģallağı Ģaqqıldatdı; elə o saat bu iĢarə üzrə yeddi arabanın yeddisinə də dəhĢətli ağac zərbələri
dolu kimi yağdırılırdı: əsgərlər əllərindəki ağacı dustaqların harasına gəldi çırpırdılar; dustaqlar
böyürürdülər, acıqlanırdılar, bu isə bir yığın milçək kimi bu irinli yaranın üstünə tökülüĢən küçə
uĢaqlarını daha da güldürürdü.
Jan Valjanın gözlərinə dəhĢətli bir ifadə çökdü. Ġndi bunlar daha göz deyildi; bunlar bəzi
bədbəxtlərin bəbəyini əvəz edən, əsl həqiqəti əks etdirməyən, sanki, dəhĢət və fəlakətlər iĢığı
yanan nüfuzedilməz ĢüĢə idi. Jan Valjan qarĢısındakı bu Ģeyləri görmürdü; onun gözləri önündə
dəhĢətli bir xəyal canlanmıĢdı. O, ayağa qalxmaq, qaçmaq, yox olmaq istəyirdi, lakin heç
barmağını da tərpədə bilmirdi. Bəzən adamın gördüyü bir Ģey, sanki, onu qamarlayıb tutur,
buraxmır. O oturduğu yerdə donub qalmıĢdı, o, sanki, daĢa dönmüĢdü; o, ifadəolunmaz, ağır
təĢviĢ içində özü-özündən soruĢurdu. ―Dünyadan gələn, məni təqib edən bu Ģey nədir, bu nə
deməkdir, mənə qarĢı çıxan bu iblislər yığını haradan gəldi?!‖ Birdən o, əlini alnına sarı qaldırdı
– yaddaĢı birdən yerinə gələn adamlar belə hərəkət edirlər – onun yadına belə bir Ģey düĢmüĢdü:
dustaqları həmiĢə bu yoldan aparırdılar, krala rast gəlməmək üçün arabaları həmiĢə bu yola
döndərirdilər, çünki Fontenebloya gedən yolda həmiĢə krala rast gəlmək olardı, otuz beĢ il
bundan əvvəl o özü də dustaq arabalarında bu qarovulxanadan keçib getmiĢdi...
Kozetta Jan Valjandan az təĢviĢə düĢməmiĢdi, ancaq onun təĢviĢi baĢqa təĢviĢ idi. O heç bir Ģey
baĢa düĢmürdü; onun nəfəsi tutulurdu; ona elə gəlirdi ki, gördüyü bu Ģeylər mümkün olan Ģey
deyil.
Nəhayət, o, həyəcanla dedi:
– Ata, o arabadakılar nədir?
Jan Valjan:
– Dustaqdır, – dedi.
– Onlar hara gedirlər?
– Katorqaya.
Bu zaman mühafizə əsgərləri ağac zərbələri endirməkdə daha artıq səxavət göstərdilər,
qılıncyanı zərbələr də buna əlavə olundu; elə bil ki, ağaclar, Ģallaqlar qəzəblənib özündən
çıxmıĢdı. Dustaqlar zərbə altında qıvrılırdı, büzüĢürdü. Onlar susdu, sakitləĢdi, bu iyrənc bir
itaətkarlıqdı; onlar basqına tutulan canavarlar kimi ətrafa baxırdılar.
Kozetta təpədən-dırnağa kimi titrəyirdi; o yenə də soruĢdu:
– Ata, bunlar hamısı insandır?
Bədbəxt Jan Valjan:
– Bəziləri, – deyə cavab verdi.
Bu dustaq arabaları hələ səhər açılmamıĢdan Bisetrdən yola düĢmüĢdü, Fonteneblonu kənarda
buraxaraq, Mana gedirdi: kral onda Fontenebloda idi. Fonteneblonu kənarda buraxmaq bu ağır
yolu üç-dörd gün uzadacaqdı: lakin əlahəzrət kralın bu dəhĢətli Ģeyləri görməməsi üçün, məlum
Ģeydir ki, dustaqlara verilən əzabı bir neçə gün də uzatmaq olardı.
Jan Valjan çox pis halda evinə qayıtdı. Belə bir Ģeyə rast gəlmək adama vurulan zərbəyə
bərabərdir, bunun buraxdığı xatirə sarsıntıya oxĢayırdı.
Jan Valjan Kozetta ilə Babil küçəsinə qayıtdıqdan sonra gördükləri Ģey haqqında Kozettanın
daha sual verdiyini eĢitmədi, bəlkə də, o, həddindən artıq düĢüncəyə daldığından, halı pis
olduğundan Kozetta sual versə də baĢa düĢməmiĢdi. Ancaq axĢam Kozetta yatmağa gedəndə Jan
Valjan belə bir Ģey eĢitdi - Kozetta öz-özü ilə danıĢırmıĢ kimi astadan deyirdi: ―Ah, ilahi, mənə
elə gəlir ki, bu adamlardan birinə rast gəlsəydim, elə onu yaxından gördüyüm üçün bağrım
çatlardı!‖
XoĢbəxtlikdən, bu məĢum günün səhəri Parisdə, rəsmi bir təntənə münasibəti ilə Ģənlik təĢkil
edildi. Mars çölündə parad, Senada qayıqçıların kürəklə qılınclaĢma oyunu, Yelisey çölündə
tamaĢa, Ulduz meydanında feyerverk, hər yerdə illuminasiya oldu. Jan Valjan Kozettanın
fikrindən dünənki xatirələri dağıtmaq, onun gözləri önündə canlanan o dəhĢətli Ģeyləri bütün
Parisi bürüyən Ģənlik kəĢməkəĢi ilə pərdələmək üçün qızı adətinin əksinə olaraq bu Ģənliyə
apardı.
ġənliyə rövnəq verən parad, təbii ki, mundirləri yerindən oynatdı, Jan Valjan da milli qvardiya
mundirini geydi: bu zaman o tutqun Ģəkildə, təhlükədən qaçıb gizlənən adam duyğusunu
keçirirdi. Hər necə olsa, gəzinti üçün qoyduğu məqsədə o, deyəsən, çatmıĢdı. Kozetta atasının
sözündən çıxmamağı özü üçün qanun hesab edirdi: o, gəncliyə xas olan yüngül və təbii bir
sevinclə bu təklifə razı oldu; bunu da qeyd etmək lazımdır ki, Kozetta üçün hər tamaĢa yeni bir
Ģeydi: o, ―xalq gəzintisi‖ deyilən bu ümumi Ģənliyi çox da etinasızlıq göstərmədi. Bu qayda ilə
Jan Valjan təsəvvür edə bilərdi ki, o öz məqsədinə çatmıĢdır, Kozettanın hafizəsində dünənki
rəzalətin heç izi də qalmamıĢdır.
Onlar bir neçə gündən sonra, səhərçağı bağa baxan artırmaya çıxdılar; günün parlaq iĢığı ətrafa
yayılmıĢdı; artırmaya çıxmaqla Jan Valjan özü üçün qoyduğu qayda-qanunu, Kozetta isə öz
otağında oturmaq vərdiĢini yenə də pozmuĢdu; Kozettaya bu vərdiĢi duyduğu kədər aĢılamıĢdı.
Kozetta bir parça seyrək buludla örtülmüĢ ulduz kimi penüara, bu səhər geyiminə bürünərək,
qocanın qabağında durmuĢdu, marqarita çiçəyinin yarpaqlarını qoparıb atırdı; yuxudan
durduqdan sonra onun üzü çəhrayı idi; üstünə gün iĢığı düĢmüĢdü; bu geymində o, füsunkar
görünürdü; Jan Valjan riqqətli bir nəzərlə ona baxırdı, Kozetta çiçəklə ―sevir, sevmir‖ falına
baxmağı bilmirdi, axı bunu ona kim öyrədə bilərdi? O, çiçəyin yarpaqlarını məsumcasına, qeyri-
Ģüuru olaraq qoparırdı; o bilmirdi ki, marqaritanın yarpaqlarını qopartmaq ürəyini açıb
göstərmək deməkdir. Malxulya adlanan, həm də gülümsəyən dördüncü qratsiya olsaydı, Kozetta
bu qratsiyaya bənzərdi. Çiçəyin yarpaqlarını qoparan zərif, ağ barmaqlar Jal Valjanı sehrləmiĢdi;
bu qızı bürüyən halə içində əriyərək, o, hər Ģeyi unutmuĢdu. Onların yanında, kolluqda
birəbitdən quĢu cikkildəyirdi. Xırdaca ağ buludlar göy üzündə elə həvəslə süzürdü ki, elə bil
azadlığa indicə çıxmıĢdılar. Kozetta fikrini bir nöqtəyə toplayaraq hələ də çiçəyin yarpaqlarını
qoparırdı; sanki, o nəyinsə arzusu ilə xəyala dalmıĢdı, yəqin ki, onun xəyalı füsunkar bir xəyaldı.
Birdən o, qu quĢu zərifliyi ilə baĢını ağır-ağır çevirərək soruĢdu: ―Ata, bu katorqa deyilən Ģey
nədir?‖
BĠRĠNCĠ FƏSĠL.
Yara bayırda, sağalma içəridə.
Bu qayda ilə onların həyatına gün-gündən qaranlıq çökürdü.
Ġndi onların bircə əyləncəsi qalmıĢdı: bu da aclara çorək, soyuqdan əziyyət çəkənlərə paltar
verməkdi; vaxtı ilə onlar üçün bu, bir xoĢbəxtlikdi. Jan Valjanla Kozetta, yoxsullara dəyərkən öz
qəlblərində keçmiĢdə olan səmimi yaxınlıqdan nəyinsə yenidən canlandığını hiss edirdilər.
Bəzən hava yaxĢı olanda, onlar əziyyət çəkən bir çox adamın vəziyyətini yüngülləĢdirəndə, bir
çox uĢağa paltar verəndə, onları sevindirəndə Kozetta o axĢam bir qədər Ģən olurdu. Jondretin də
otağına onlar həyatlarının bu dövründə getmiĢdilər.
Jan Valjan Jondretin otağına gedən günün səhəri, öz evinə, həmiĢəki kimi, sakit qayıtdı; ancaq
onun sol qolunda böyük bir yara vardı; yara bərk qızarıb ĢiĢmiĢdi, elə bil ki, qolunun o yeri
yanmıĢdı. Jan Valjan bunun səbəbini aydın söyləmədi. Bu yaradan o, bir ay titrəyib qızdırdı,
evdən çıxmadı. Həkimə də getmək istəmirdi. Kozetta çox təkid edəndə o deyirdi: ―Mal həkimini
çağır‖.
Kozetta onun yarasını səhər-axĢam açıb-bağlayırdı, bunu o elə bir ilahi məsumluqla edirdi,
atasına kömək edə bildiyindən onun üzündə elə bir mələkcəsinə xoĢbəxtlik ifadə olunurdu ki, Jan
Valjan öz qəlbində yenə də əvvəlki fərəhin doğduğunu, qorxu və təĢviĢinin dağılıb getdiyini hiss
edirdi. Kozettaya baxaraq, dönə-dönə deyirdi: ―Ey könül sağaldan yara! Ey könül sağaldan
xəstəlik!‖
Jan Valjan xəstə olanda Kozetta öz evini tərk etdi, yenə də kiçik fligel, dal həyət xoĢuna gəldi. O
az qala bütün günü Jan Valjanın yanında olurdu, onun seçdiyi və çoxu da səyahətə aid olan
kitabları ona oxuyardı. Jan Valjanın xoĢbəxtliyi yenidən qol-qanad açaraq, gözəl bir iĢıq saçırdı.
Ġndi daha Lüksemburq bağı, naməlum cavan sərsəri, Kozettanın soyuması – bütün bu buludlar
onun qəlbini bürümürdü. O hətta öz-özünə dedi: ―Bu Ģeyləri mən özümdən uydurmuĢam. Mən
qoca sərsəməm!‖
Jan Valjan elə xoĢbəxt idi ki, heç gözlənilmədiyi halda Jondretin daxmasında Tenardyenin
ailəsinə rast gəlməsi, bu dəhĢətli təsadüf, bəlkə də, onu heç narahat etməyirdi. O siviĢib aradan
çıxa bilmiĢdi, onun izini tapa bilməzdilər. BaĢqaları onun nəyinə gərəkdi! O, bədbəxtləri
xatırlasa da, onlara ancaq yazığı gəldiyi üçün xatırlayırdı. Jan Valjan düĢünərək, öz-özünə
deyirdi: ―Ġndi onlar dustaqxanadadırlar, mənə daha ziyan yetirə bilməzlər, ancaq bu ailə nə
miskin, nə bədbəxt ailədir!‖
Men qarovulxanasında gördükləri o mənfur xəyallara gəlincə – Kozetta daha o barədə söhbət
salmırdı.
Monastırda Mextildə adlı bir monax qadın Kozettaya musiqi öyrədirdi. Kozettanın səsi
birəbitdən quĢunun səsinə oxĢayırdı, ancaq bu səsə ruh verilmiĢdi. Kozetta arabir axĢamlar
yaralının otağında qəmgin nəğmələr oxuyardı. Bu nəğmələr Jan Valjanın ürəyini açardı.
Yaz girdi. Ġlin bu vaxtında onların bağı çox gözəl olurdu. Bir gün Jan Valjan Kozettaya dedi:
―Sən heç gedib bağda gəzmirsən, get gəz‖. Kozetta da dedi: ―YaxĢı, ata, gedib gəzərəm‖.
Kozetta onun arzusuna əməl edərək, yenə də bağda gəzməyə baĢladı; çox vaxt da tək olardı,
çünki Jan Valjan bağa getməzdi, yəqin, barmaqlıq arasından görünə biləcəyindən qorxurdu.
Jan Valjanın yarası həm onun özünün, həm də Kozettanın fikrinə baĢqa bir istiqamət verdi.
Kozetta atasının get-gedə yaxĢılaĢdığını, yarasının sağaldığını, özünü xoĢbəxt hiss etdiyini görür,
ürəyi sakitləĢirdi, lakin bu sakitlik elə təbii, elə gizlin bir Ģəkildə əmələ gəldi ki, o özü bunu
duymurdu. Bir də ki, mart ayı idi, günlər get-gedə uzanırdı, qıĢ gedirdi; qıĢ da gedəndə həmiĢə
özü ilə bizim dərdimizdən, kədərimizdən bir Ģey aparır. Sonra yazın ən gözəl ayı olan aprel ayı
girdi: o, səhər Ģəfəqi kimi təravətli, uĢaqlıq çağı kimi Ģən, yeni doğulan çağa kimi bəzən bir az
ağlağan olur. Təbiət aprel ayında füsunkar, titrək bir iĢıqla dolu olur: göydən, buludlardan,
ağaclardan, çəmənlərdən, güllərdən saçılan bu iĢıq birbaĢa insan qəlbinə axır.
Kozetta hələ çox cavan olduğundan bu ayın fərəhini duymaya bilməzdi: aprel özü ona oxĢayırdı.
Kozettaya qəm-qüssə gətirən fikirlər yox olub getdi, bunun necə yox olduğunu o özü də heç
duymadı. Zirzəmi parlaq günorta günəĢi ilə iĢıqlandığı kimi kədər çökmüĢ ürəklər də yazda elə
iĢıqlanır. Kozetta daha əvvəlki kimi qəmgin olmurdu; bu aydın görünürdü, lakin o buna
əhəmiyyət vermirdi. Səhər saat doqquz radələrində, yeməkdən sonra atasını on beĢ dəqiqəliyə
bağa apara bilirdi: Jan Valjanın yaralı qolundan tutaraq, artırmanın qabağında günün altında
gəziĢirdilər; bu zaman o, heç özü duymadan, tez-tez gülər, özünü xoĢbəxt hiss edərdi.
Jan Valjan böyük bir fərəhlə Kozettaya baxar, onun yenə də təravətləndiyini, yanaqlarının
qızardığını görüb, ürəyi sakit olardı.
O dönə-dönə astadan deyərdi:
– Ey könül sağaldan yara!
Öz ürəyində Tenardyeyə təĢəkkür edərdi.
Qolunun yarası sağalan kimi o, yenə də təkbaĢına axĢam gəzintilərinə baĢladı.
Lakin axĢamlar adam Parisin az əhali yaĢayan civarında yalqız gəzə, onun baĢına bir hadisə
gəlməyə – bu heç ağlasığan Ģey deyil.
ĠKĠNCĠ FƏSĠL
Plutarx xala çətinlik çəkmədən bir hadisəni izah edir
AxĢam olurdu; QavroĢun yeməyə heç bir Ģeyi yox idi; yadına düĢdü ki, dünən də nahar
etməmiĢdir; bu, onun heç xoĢuna gəlmədi. Bu qərara gəldi ki, gedib özünə yemək tapsın, buna
görə də Salpetriyerdən o tərəfdə, boĢ yerlərə getdi, ancaq orada bir Ģey tapmağa ümid yeri vardı.
O yerdə ki, heç kəs yoxdur, orada bir Ģey tapmaq olur. O gəlib bir qəsəbəyə çatdı: ona elə gəldi
ki, bu, Austerlits kəndidir.
Bir gün o burada gəzəndə köhnə bir bağ, bağda da bir qoca ilə bir qarı, bir də babat bir alma
ağacı görmüĢdü. Ağacın yanında meyvə saxlamaq üçün qutuyaoxĢar iri bir Ģey vardı, ağzı da kip
örtülməmiĢdi, oradan alma çıxartmaq olardı. Alma axĢam yeməyi idi, alma – həyatdı. Alma
Adəmi məhv etmiĢdi, amma QavroĢu xilas edə bilərdi. Xırdaca, boĢ, döĢəməsiz bir küçənin
ayağı gəlib bağa çıxırdı, ev olmadığından küçənin bu yerini kol basmıĢdı, bağı küçədən hasar
ayırırdı.
QavroĢ bu bağa sarı getdi, balaca küçəni tapdı, alma ağacını tanıdı, arxayın oldu ki, meyvə
qutusu yerindədir, hasarı diqqətlə gözdən keçirtdi; hasar onun əlində nə idi ki, bir anda üstündən
aĢardı. QaĢ qaralırdı, küçədə heç kəs yox idi, çox münasib bir vaxtdı. QavroĢ hücuma keçmək
istəyirdi ki, birdən dayandı. Bağda danıĢan vardı. QavroĢ hasarın deĢiyindən bağa baxdı.
Hasarın o tərəfində, ondan iki addım kənarda, hasarı keçmək istədiyi yerin lap qabağında
oturacağı əvəz edən bir daĢ vardı. DaĢın üstündə bağın sahibi – qoca bir kiĢi oturmuĢdu, onun da
qabağında bir qarı durmuĢdu, qarı acıqlı-acıqlı deyinirdi. QavroĢ qulaq asmağa baĢladı; o belə
Ģeyin yaxĢı olmadığını nəzərə almazdı.
Qarı dedi:
– Cənab Mabef!
QavroĢ: ―Mabef! – deyə fikirləĢdi. – Bu lap gülməlidir!‖
Qoca tərpənmədi. Qarı təkrar etdi:
– Cənab Mabef!
Qoca baĢını qaldırmadan soruĢdu:
– Plutarx xala, nə sözünüz var?
QavroĢ: ―Plutarx xala! – deyə düĢündü, – bu, lap gülməli oldu!‖
Plutarx xala danıĢmağa baĢladı, qoca onunla söhbət eləməyə məcbur oldu.
– Ev yiyəsi narazıdır.
– Niyə?
– Biz ona doqquz ayın kirayəsini borcluyuq.
– Üç aydan sonra biz ona on iki ayın kirayəsini borclu olacağıq.
– O deyir ki, sizi evdən çıxardaram.
– Çıxartsın da.
– Tərəvəzçi pulunu istəyir. Bundan baĢqa, bircə qucaq da odun qalmayıb. QıĢda nə
yandıracaqsınız? Odunumuz heç yoxdur.
– GünəĢ ki var.
– Qəssab daha nisyə ət vermir.
– Bu lap yerinə düĢüb. Əti yaxĢı həzm eləyə bilmirəm. Ət mənə çox ağırlıq eləyir.
– Nahara bəs süfrəyə nə gətirim?
– Çörək.
– Çörəkçi haqq-hesabını istəyir, deyir ki, pulunuz yoxdur, onda çörək də olmayacaq.
– Olmasın da.
– Onda bəs nə yeyəcəksiniz?
– Almamız var.
– Ağa, axı pulsuz yaĢamaq olmaz.
– Mənim pulum yoxdur.
Qarı getdi, qoca tək qaldı. O, fikrə getdi. QavroĢ da fikirləĢirdi. Hava lap qaralırdı.
QavroĢ hasarı aĢıb bağa keçmək əvəzinə hasarın dibində oturdu, onun fikrə getməsinin birinci
nəticəsi bu oldu. Kolun budaqları aĢağı tərəfində bir az seyrək idi.
QavroĢ birdən öz-özünə dedi: ―Bir bax, bura lap xalis yataqdır ki!‖ Özünü kolun dibinə verərək,
büzüĢüb oturdu. Onun kürəyi az qalırdı ki, Mabef babanın oturacağına toxunsun. O, qocanın
nəfəs aldığını eĢidirdi.
Sonra o, nahar eləmək əvəzinə yatmaq istədi.
PiĢik ayıq yatır. QavroĢ mürgülüyə-mürgüləyə də keĢik çəkirdi.
Ala-qaranlığa bürünən boz göydən yerə ağ iĢıq düĢmüĢdü, küçə iki sıra qara kollar arasında
bozumtul zolaq kimi görünürdü.
Birdən bu bozumtul zolaq içində iki adamın qaraltısı göründü. Onlardan biri qabaqda gedirdi, o
birisi bir az daldan gəlirdi.
QavroĢ astadan dedi:
– Budur, iki adam da gəlir.
Birinci qaraltı qoca, donqar, fikirli bir burjuya oxĢayırdı; o, çox sadə geyinmiĢdi, qoca adamlar
kimi yavaĢ-yavaĢ yeriyirdi; görünür, o, ulduzlu göy altında gəzməyə çıxmıĢdı.
O birisi qəĢəng, biçimli, nazik, yığcam bir adamdı. O, öz addımını birincinin addımlarına
uydura-uydura qəsdən yavaĢ gedirdi; lakin onun bu asta yeriĢində çeviklik və cəldlik hiss
olunurdu. Onda yırtıcılıq və adamı narahat edən bir Ģey vardı, eyni zamanda, onun bütün siması,
o zamanın ifadəsincə ―modaçı‖ adam olduğunu göstərirdi. O, gözəl bir Ģlyapa qoymuĢdu; belinə
mütənasib qara sürtuk geymiĢdi; sürtuk həm yaxĢı, həm də, yəqin ki, gözəl mahuddan tikilmiĢdi.
BaĢını elə tutmuĢdu ki, bunda qüvvət və zəriflik duyulurdu; alaqaranlıqda yandan onun solğun
üzü görünürdü: bu, çox cavan bir adam üzü idi; ağzında qızılgül tutmuĢdu. QavroĢ ikinci
qaraltını yaxĢı tanıyırdı: o, Monparnas idi.
Birinci qaraltıya gəlincə, onun haqqında ancaq bir Ģey demək olardı: sir-sifətdən xoĢtəbiətli, qoca
bar adama oxĢayırdı.
QavroĢ elə o saat gözlərini onlara zillədi.
Bu iki adamdan birinin o birisi haqqında, görünür, baĢqa niyyəti vardı. QavroĢ sonra nələr
olacağını lap yaxĢı görə bilərdi. Onun yatağı bunun üçün çox əlveriĢli idi, heç kəs də onu
görmürdü.
Monparnas belə bir vaxtda, belə bir yerdə ova çıxmıĢdı: bundan heç də yaxĢı bir Ģey gözləmək
olmazdı. QavroĢun qocaya yazığı gəldi.
O nə etsin? ĠĢə qarıĢsınmı? Bu bir gücsüzün baĢqa bir gücsüzə kömək etməsi idi! Monparnas
buna ancaq gülərdi! QavroĢ lap yaxĢı bilirdi ki, bu on səkkiz yaĢlı yırtıcı, quldur bir anda həm
qocanın, həm də onun öhdəsindən gələ bilər.
QavroĢ hələ də fikirləĢirdi ki, hücum baĢ verdi: bu, həm qəfildən, həm də alçaqcasına hücum idi.
Pələngin marala, hörümçəyin milçəyə olan hücumu kimi bir hücum! Monparnas birdən
ağzındakı gülü atıb qocanın üstünə atıldı, onun yaxasından tutub sıxdı. QavroĢ çığırmaqdan
özünü güclə saxlaya bildi. Bir an sonra bu iki adamdan biri o birisinin altında göründü; altda
qalan adam xırıldayırdı, çırpınırdı, üstdəki adam daĢ kimi dizi ilə onun sinəsindən basırdı. Ancaq
məsələ QavroĢun gözlədiyi kimi olmadı: yerə basılan Monparnas idi, qalib gələn qoca idi. Bu
hadisə QavroĢun olduğu yerdən bir neçə addım kənarda baĢ verirdi.
Monparnas hücum edəndə qoca özünü ayaq üstə saxlaya bildi, endirilən zərbəyə elə dəhĢətli
zərbələrlə cavab verdi ki, hücum edənlə hücum edilən bir anda rollarını dəyiĢdi.
QavroĢ öz-özünə dedi: ―Bərəkallah qoca!‖
Özünü saxlaya bilməyib əl vurdu. Ancaq onun alqıĢ səsi eĢidilmədi. Bu səs baĢları mübarizəyə
qarıĢan, tövĢüyə-tövĢüyə nəfəs alan, bir-birinə ağır zərbələr endirən iki adamın qulağına çatmadı.
Nəhayət, sakitlik oldu. Monparnas daha müqavimət göstərmirdi. QavroĢ fikirləĢdi: ―Yoxsa qoca
onun iĢini bitirdi?!‖
Qoca bircə kəlmə də danıĢmadı, bir dəfə də çığırmadı. Sonra o bədənini dikəldib Monparnasa
dedi:
– Qalx!
QavroĢ bu sözü eĢitdi.
Monparnas ayağa qalxdı, lakin qoca onu əldən buraxmadı. Monparnasın sifəti küzdə tutulmuĢ
canavar kimi, miskin və acıqlı idi.
QavroĢ diqqətlə baxır, diqqətlə qulaq asırdı. O, lap ürəkdən əylənirdi.
Bu qayda ilə o, doğrudan da, narahat olan bir tamaĢaçı kimi öz mükafatını almıĢdı. O, belə bir
danıĢıq eĢitdi - qaranlıqda bu danıĢıq facianə halda səslənirdi. Qoca soruĢur, Monparnas cavab
verirdi.
– Neçə yaĢın var?
– On doqquz.
– Sən güclüsən, sağlamsan. Niyə iĢləmirsən?
– ĠĢləmək adam darıxdıran Ģeydir.
– Bəs nə ilə məĢğulsan?
– Avaraçılıqla.
– Ciddi danıĢ. Sənin üçün bir iĢ düzəltmək olarmı? Sən nə olmaq istərdin?
– Oğru.
Onlar susdu. Elə bil ki, qoca dərin fikrə getdi. O tərpənmirdi, ancaq Monparnası da əlindən
buraxmırdı.
Bu cavan quldur həm qüvvətli, həm də diribaĢdı, o, tələyə düĢmüĢ heyvan kimi arabir cəld
hərəkətlər edirdi; çırpınırdı, badalaq vururdu, bütün bədəni ilə çılğınca qıvrılırdı, qocanın əlindən
çıxmaq istəyirdi. Qoca, sanki, bu Ģeyləri görmürdü, amiranə sakitliklə, yenilməz bir qüvvətlə
onun iki əlini bir əlində tutub durmuĢdu.
O, bir neçə dəqiqə fikirləĢdi, sonra Monparnasa diqqətlə baxdı, onları bürüyən qaranlıq içində,
təntənəli bir nitq söyləyirmiĢ kimi, səsini bir az ucaldaraq, sözə baĢladı; QavroĢ Monparnasa
deyilən sözlərə axıra kimi qulaq asdı, bunun bircə kəlməsini də buraxmadı.
Qoca deyirdi:
– Bala, sən öz tənbəlliyin üzündən ən ağır bir həyata qədəm qoyursan. Sən özünə ―avara‖
deyirsən? ĠĢləməyə hazır ol! DəhĢətli bir maĢın var, sən onu görmüsənmi? Ona prokat dəzgahı
deyirlər. Adam gərək ondan özünü gözləsin: o, qaniçən və hiyləgərdir. O maĢın adamın
ətəyindən bir balaca tutdumu, adamı tamam çəkib aparır. Avaraçılıq da buna oxĢar bir Ģeydir. Nə
qədər ki, hələ vaxt var, dayan, özünü xilas et! Yoxsa iĢin bitdi! Gözünü açıb yumunca bir də
görəcəksən, maĢının diĢlərinə düĢmüsən. Elə ki, ətəyin maĢının ağzına düĢdü, daha hər Ģeydən
ümidini kəs. ĠĢə baĢla, tənbəl! Dincəldiyin bəsdir! Əməyin dəmir əli səni tutmuĢdur. Sən
istəmirsən ki, dolanmaq üçün pul qazanasan, öz iĢini görəsən, öz vəzifəni yerinə yetirəsən?
BaĢqaları kimi yaĢamaq səni darıxdırır? Məsələ belədir! Sən baĢqa cürə yaĢayacaqsan! ĠĢ –
qanundur; kim ki, ona darıxdırıcı bir Ģey kimi baxır, ondan qaçır, sonra iĢ onun üçün ağır cəza
olacaq. Sən zəhmətkeĢ olmaq istəmirsən, onda qul olacaqsan. Zəhmət bizi əldən buraxırsa da,
ancaq ona görə buraxır ki, sonra yenə də tutsun, ancaq bu dəfə baĢqa cürə tutsun; sən onun dostu
olmaq istəmirsən, onda qulu olacaqsan. Sən düzgünlüklə iĢləyib yorulmaq istəmirsən, onda
cəhənnəmdəki günahkar bəndə kimi tər tökəcəksən! BaĢqaları oxuyanda, sən xırıldayacaqsan.
Sən uzaqdan, aĢağıdan baxıb baĢqalarının iĢlədiyini görəcəksən, amma sənə elə gələcək ki, onlar
dincəlirlər. Əkinçi, biçinçi, matros, dəmirçi sənə cənnətdə xoĢ günlər keçirən xoĢbəxt adam kimi
iĢıq içində görünəcək. Zindan gör necə iĢıq saçır! Kotanın dəstəsindən tutmaq, yer əkmək, dərz
bağlamaq nə fərəhli iĢdir! Çay gəmisinin külək altında sərbəst olması onun üçün bayramdır!
Amma sən, tənbəl, külüng vur, əlləĢ, hərəkət elə! Öz boyunduruğunda sürün, çünki sən artıq ən
ağır qoĢquda yüklü bir heyvan olmusan! Heç bir iĢ görməmək – bu, sənin məqsədinmi? Belə Ģey
olar?! Gərək yorğunluq hiss olunmadan bircə həftə də, bircə gün də, bircə saat da keçməsin!
Sonra bir Ģey qaldırmaq sənin üçün əzab olacaq. Hər dəqiqə əzələlərini sarsıdacaq. O Ģey ki,
baĢqaları üçün quĢ tükü kimi yüngül olacaq, sənin üçün qaya parçası kimi ağır olacaq. Ən adi
Ģeylər sənə dik yoxuĢ kim görünəcək. Həyat sənin üçün dəhĢətli bir Ģey olacaq. Gəzmək, hərəkət
etmək, nəfəs almaq nə ağır iĢ imiĢ! Sənə
elə gələcək ki, ciyərlərin yüz girvənkədir. Buradanmı keçmək, ya oradanmı – bu, sənin üçün
çətin həll edilən bir məsələ olacaq. Hər bir adam evdən çıxmaq istəyəndə qapını açır, küçəyə
çıxır. Amma sənin üçün evdən çıxmaq divarı deĢmək deməkdir. Küçəyə çıxmaq üçün, adətən, nə
edirlər? Pilləkənlə enirlər; amma sən döĢəkağlarını Ģüləkləyəcəksən, Ģüləkənləri bir-birinə
düyünləyib kəndir edəcəksən, sonra pəncərədən çıxacaqsan, bu kəndirlə dərin uçurum kimi
hündür bir yerdən enəcəksən, özü də bu, necə olacaq, yağıĢda, tufanda, Ģiddətli küləkdə olacaq;
kəndir çox qısa olsa enmək üçün sənin ancaq bir imkanın qalacaq özünü aĢağı atmaq! Özünü
necə gəldi aĢağı atacaqsan, ya da yanmaq təhlükəsi altında bacadan çıxmalı olacaqsan, yainki
batmaq təhlükəsi altında ayaqyolu kanallarının içi ilə sürünəcəksən. Mən hələ deĢikləri, daĢları,
suvaqları demirəm: bu deĢikləri gərək gizlədəsən, bu daĢları gərək gündə iyirmi dəfə çıxarasan,
sonra yenə də yerinə qoyasan, suvaqları gərək öz döĢəyində gizlədəsən. Tutaq ki, sənin
qabağında qıfıl var. ġəhər adamının qıfıl açmaq üçün açarı olur, bunu usta düzəldir. Amma sənin
açarın yoxdur. Sən qıfılı açmaq istəsən məcbur olacaqsan ki, dəhĢətli, həm də qəribə bir Ģey
düzəldəsən. Ġki su pulu götürüb ortasından kəsəcəksən, iki lövhə edəcəksən. Hansı alətlə? Bunu
özün ixtira edəcəksən, bu, sənin öz iĢindir. Sonra lövhələrin içini ovacaqsan, ancaq çalıĢacaqsan
onların bayır tərəfi xarab olmasın. Sonra lövhələri vintlə elə düzəldəcəksən ki, onları, qutu ilə
qapağı kimi, ağız-ağıza qoyub bağlayanda kip olsun. Bu qayda ilə bu pulu ayrı puldan ayırmaq
mümkün olmayacaq. Nəzarətçilər üçün bu, ancaq iki su puldur, axı onlar həmiĢə sənə göz
qoyacaqlar – amma sənin üçün balaca bir qutudur. Sən onda nə gizlədəcəksən? Xırdaca bir polad
parçası; saat yayı; bu yayı sən diĢ-diĢ eləyəcəksən. O da miĢar olacaq. Sancaq uzunluqda olan,
sənin pulunun içində gizlədilən bu xırdaca miĢarla sən kilid dilini, cəftəni, qapıya vurulan qıfılı,
pəncərədəki dəmiri, ayağındakı dəmir halqanı miĢarlayacaqsan. Bu qəribə, bu əntiqə aləti
hazırladıqdan, sənət aləmində belə bir möcüz, belə bir diribaĢlıq, bacarıq, səbr göstərdikdən
sonra sənin ixtira etdiyin Ģeyin üstü açılsa, bunun qabağında mükafatın nə olacaq? Karser! Bax,
bu, sənin gələcəyin. Tənbəllik, kef – bu ki dərin bir girdabdır! Heç bir iĢ görməmək – bu, insanı
uçuruma aparan qərardır, sən bunu bilirsənmi? ĠĢsiz-peĢəsiz cəmiyyətin hesabına yaĢamaq! Heç
bir xeyir verməmək, yəni zərərli olmaq! Bu ki birbaĢ yoxsulluq girdabına aparır! Vay o adamın
halına ki, müftəxor olmaq istəyir! Belə adam iyrənc bir qurd olur. Hə, sən iĢləməyi xoĢlamırsan?
Sənin ancaq bir fikrin var: yaxĢı yemək, yaxĢı içmək, yaxĢı yatmaq, eləmi? Belə olduqda sən
ancaq su içəcəksən, qara çörək yeyəcəksən, quru taxta üstündə, qol-qıçına vurulan dəmir
zəncirlərlə bir yerdə yatacaqsan, gecələr bu zəncirlərin soyuğunu hiss edəcəksən! Sən bu
zəncirləri qıracaqsan, qaçacaqsan? Çox gözəl. Sən qarnı üstündə kollar arasında sürünəcəksən,
meĢə heyvanları kimi ot-əncər yeyəcəksən. Sonra səni tutacaqlar. Səni yeraltı həbsxanaya
salacaqlar, sən illərlə orada qalacaqsan, səni divara zəncirləyəcəklər, su içmək üçün qaranlıqda
əlinlə su qabını axtaracaqsan, çox pis həbsxana çörəyi gəmirəcəksən, elə çörək ki, heç nə də ona
yaxın durmaz; paxla yeyəcəksən, elə paxla ki, səndən qabaq onu qurd yemiĢdir. Zirzəmidə
yaĢayan məryəmqurdu olacaqsan. Ay bədbəxt bala, özünə yazığın gəlsin; axı sən hələ cavansan;
ana qucağında yatdığından heç iyirmi il də keçməmiĢdir, yəqin, hələ anan da sağdır! Sənə and
verirəm, mənim sözümə qulaq as! Sən istəyirsən ki, zərif qara mahuddan paltar geyəsən,
ayağında lak tufli olsun, saçın burmalanmıĢ olsun, sən istəyirsən ki, saçına ətirli yağ vurasan,
qadınların xoĢuna gələsən, qəĢəng olasan, eləmi? Amma sənin saçını təmiz qırxacaqlar, əyninə
qırmızı kurtka, ayağına taxta ayaqqabı geydirəcəklər. Sən istəyirsən üzük taxasan, amma sənin
boynuna dəmir buxov vuracaqlar. Arvada baxsan, səni kötəkləyəcəklər. Həbsxanaya sən iyirmi
yaĢında cavan girəcəksən, amma oradan əlli yaĢında qoca çıxacaqsan. Sən ora girəndə qırmızı
yanaqlı, təravətli, parlaq gözlü, qəĢəng diĢli, gözəl saçlı bir gənc olacaqsan, amma oradan
çıxanda beli bükülmüĢ, üzü qırıĢmıĢ, diĢi tökülmüĢ, saçı ağarmıĢ, taqətdən düĢmüĢ, dəhĢətli bir
qoca olacaqsan! Ey mənim yazıq balam, sən pis yoldasan, avaraçılıq sənə pis məsləhətlər verir!
Ən ağır iĢ oğurluqdur! Ġnan mənə, tənbəllik deyilən bu əzablı iĢi öz üzərinə götürmə! Dələduz
olmaq asan iĢ deyil. Düz adam olmaq ondan çox-çox asandır. Ġndi get, mənim dediklərim
haqqında fikirləĢ! YaxĢı, sən məndən nə istəyirsən? Mənim pul kisəm sənə lazımdır? Al, götür.
Qoca Monparnası buraxdı, pul kisəsini onun əlinə qoydu. Monparnas elə o saat kisənin ağırlığını
əlində yoxladı, adət etdiyi ehtiyatkarlıqla onu oğurlanmıĢ kimi astaca sürtukunun dal cibinə
qoydu.
Qoca kisəni ona verdikdən sonra döndü, yenə də sakit-sakit gəzməyə baĢladı.
Monparnas mızıldayaraq dedi:
– Axmaq!
Bu xoĢtəbiətli qoca kim idi?
Oxucular, heç Ģübhəsiz, onun kim olduğunu baĢa düĢmüĢlər.
Monparnas qocanın get-gedə qaranlıqda gözdən itdiyinə dilxor halda baxırdı. Bu iĢ dəqiqələri
onun üçün uğursuz dəqiqələr oldu.
Qoça uzaqlaĢdıqca QavroĢ yaxınlaĢırdı.
QavroĢ çəp-çəp hasara baxaraq, gördü ki, Mabef baba, görünür, yuxuya getmiĢ, hələ də
oturacaqda oturmuĢdur. Kolun arasından çıxıb, sürünə-sürünə, yavaĢ-yavaĢ Monparnasa sarı
getdi. Monparnas dalı ona sarı durmuĢdu. QavroĢ qaranlıqda görünmürdü; o səssizcə
Monparnasa yaxınlaĢdı, əlini üsulluca onun zərif, qara sürtukunun dal cibinə salıb pul kisəsini
çıxartdı, sonra qaranlıqda sürünən koramal kimi yenə də sürünə-sürünə geri qayıtdı.
Monparnasın ehtiyatlı olmağa heç bir əsası yox idi, həm də ömründə birinci dəfə idi ki, fikrə
getmiĢdi, buna görə də heç bir Ģey duymadı. QavroĢ Mabef baba oturan yerə gəldi, pul kisəsini
çəpərin üstündən bağa atıb var gücü ilə qaçmağa baĢladı.
Pul kisəsi Mabef babanın ayağı üstünə düĢdü. Bu, onu yuxudan oyatdı. O əyilib düĢən Ģeyi
götürdü, heç bir Ģey baĢa düĢmədi, onu açdı. Bu iki gözlü bir kisə idi: kisənin bir gözündə bir az
xırda pul, o biri gözündə altı qızıl var idi.
Cənab Mabef lap özünü itirdi, kisəni Plutarx xalanın yanına apardı.
Plutarx xala dedi:
– Bu, göydən düĢüb.
BĠRĠNCĠ FƏSĠL.
QıĢla əlaqədar olan təklik.
Kozettanın dərdi dörd-beĢ ay bundan əvvəl çox ağır, çox Ģiddətli olduğu halda, indi heç özü də
səbəbini bilmədən yavaĢ-yavaĢ yüngülləĢirdi. Təbiət, bahar, gənclik, ata məhəbbəti, quĢların,
çiçəklərin Ģənliyi bu gənc, bu məsum qəlbə unutqanlığabənzər bir Ģeyin gün-gündən, yavaĢ-
yavaĢ, damla-damla nüfuz etməsinə səbəb oldu. Onun qəlbindəki od, doğrudanmı, sönürdü, ya o
gülləmi örtülürdü? Hər halda, əvvəllər onu yandıran, ona əzab verən Ģeyi o, çox az duyurdu.
Bir gün Marius onun yadına düĢdü, o, öz-özünə dedi: ―Nə qəribədir, mən daha onu
düĢünmürəm‖.
Elə o həftə, bağın dəmir barmaqlığı yanından keçəndə çox qəĢəng mundirli, arı kimi incəbelli,
qız yanaqlı, Ģəkəbığlı, sarıĢınsaçlı, mavi, dəmbərəgözlü, boĢluq və həyasızlıq ifadə olunan gözəl
girdəüzlü, əla kiverli cavan bir ulan zabiti gördü; onun belində qılınc, ağzında siqar var idi; o
qətiyyən Mariusa oxĢamırdı. Kozetta elə güman etdi ki, bu, yəqin, Babil küçəsindəki qıĢlada
yerləĢən polkun zabitlərindəndir.
Ertəsi gün Kozetta onu yenə də gördü. Zabitin nə vaxt gəldiyini yadında saxladı.
Bu gündən etibarən Kozetta hər gün onun buradan keçib getdiyini görürdü - bu ancaq bir
təsadüfdümü?
Zabitin yoldaĢları belə bir Ģey görmüĢdü: bu ―sahibsiz‖ bağda, rokoko üslubunda olan paslı
barmaqlıqlar ardında, o qəĢəng leytenant buradan keçəndə həmiĢə çox sevimli bir qız olur. Bu
leytenant oxucuların tanıdığı Teodül Jilnorman idi.
Onlar leytenanta deyirdilər:
– Bura bax, burada körpə bir qız var, sənə çox həsrətlə baxır, ona bir diqqət yetir!
Ulan da onlara belə cavab verirdi:
– Elə bir bu qalıb! Mənə baxan qızların hamısına durub mən diqqət yetirəcəyəmmiĢ!
Bu elə bir vaxta təsadüf edirdi ki, Marius bu zaman, doğrudan da, məhv olmağa yaxınlaĢırdı; o
dönə-dönə öz-özünə deyirdi: ―ÖlməmiĢdən əvvəl onu bircə dəfə də görəydim!‖ Onun arzusu
yerinə yetsəydi və o, Kozettanı ulana baxan görsəydi, heç bir söz söyləmədən bağrı çatlardı.
Burada müqəssir kimdi? Heç kəs.
Marius o adamlardandı ki, dərdə batanda daha onun içindən çıxa bilmir, amma Kozetta dərdə
batsa da, üzüb kənara çıxan adamlardandı.
Bundan baĢqa, Kozetta xəyal aləminə dalan, baĢlı-baĢına buraxılan bir qızın keçirtdiyi təhlükəli
bir dövrü, faciə ilə qurtara bilən vəziyyəti keçirirdi: bu zaman tək yaĢayan cavan qızın qəlbi
təsadüfdən asılı olaraq ya mərmər sütunların kapitelinə, ya da meyxana dirəyinə sarmaĢan tənək
zoğlarına oxĢayır. Bu tez ötüb keçən həlledici dövr bütün yetim qızlar üçün – istər kasıb olsun,
istər dövlətli – təhlükəlidir, çünki var-dövlət qızın özü üçün pis adam seçməsinə mane olmur: ali
cəmiyyətdə də qız özünə tay olmayan adama ərə gedir; evlənmək iĢində qızla oğlanın bir-birinə
tay olmaması məsələsi, əslində, ürəklərin bir-birinə tay olmaması məsələsidir. Adı-sanı, Ģan-
Ģöhrəti, varı-dövləti olmayan cavan bir oğlan böyük hisslər, böyük ideallar məbədini öz üzərində
saxlayan mərmər sütun ola bilər, lakin, dövlətli, xudbin, təmizlənmiĢ çəkmələri, bəzəkli sözləri
ilə fəxr edən kübar bir adam - əgər onun zahirinə deyil, daxilinə baxılsa, onun daxilinə də ancaq
arvadı baxa bilər – aydın olar ki, o, azğınlıq, alçaqlıq, sərxoĢluq ehtiraslarına tutulmuĢ tamamilə
boĢ, rəzil bir Ģəxsiyyətdir, xalis meyxana dirəyidir.
Kozettanın qəlbində nələr gizlənmiĢdi? SakitləĢmiĢ, ya yuxuya dalmıĢ ehtirasmı, qanadlanan
sevgimi, Ģəffaf, parlaq, lakin müəyyən dərinlikdə dumanlanmıĢ qaranlıq bir Ģeymi? Bu qəlbin
səthində qəĢəng zabitin surəti əks olunurdu. Lakin bu qəlbin dərinliyində, lap dərinliyində bir
xatirə vardımı? Bəlkə də, vardı. Kozetta bunu bilmirdi.
Birdən qəribə bir hadisə baĢ verdi.
ĠKĠNCĠ FƏSĠL.
Kozettanın qorxuları.
Aprelin birinci yarısında Jan Valjan harasa getdi. Onun bəzən evdən getdiyi oxuculara
məlumdur. O ən çoxu bir günlüyə, ya iki günlüyə gedirdi. O hara gedirdi? Bunu heç kəs, hətta
Kozetta da bilmirdi. Ancaq bir dəfə Kozetta Jan Valjanın mindiyi fiakrda onu boĢ bir dalana
qədər ötürdü; dalanın tinində ―Odun dalanı‖ sözləri yazılmıĢdı. Jan Valjan orada fiakrdan düĢdü,
Kozetta elə həmin fiakrda Babil küçəsinə, öz evlərinə qayıtdı. Jan Valjan, adətən, evdə pul
olmayanda belə kiçik səyahətlərə çıxardı.
Deməli, Jan Valjan evdə yox idi. O gedəndə demiĢdi: ―Mən üç gündən sonra qayıdacağam‖.
Kozetta axĢam qonaq otağında tək idi. Əylənmək üçün fisqarmoniyanı açdı, çala-çala oxumağa
baĢladı. O ―Evriant‖dan ―Ovçular meĢədə azdı!‖ xorunu oxuyurdu; bu, bəlkə də, bütün musiqi
əsərlərinin ən yaxĢısı idi. Oxuyub qurtarandan sonra fikrə getdi.
Birdən bağda kiminsə ayaq səsi eĢidildi.
Bağdakı onun atası ola bilməzdi, o burada deyildi. Tusen də ola bilməzdi, o yatmıĢdı. AxĢam
saat on idi. Kozetta qonaq otağının pəncərəsinə yaxınlaĢdı, qulağını pəncərənin iç tərəfdən
örtülən taxta qapısına qoydu.
Ona elə gəldi ki, bu kiĢi addımlarının səsidir - o adam kim isə çox ehtiyatla gəzirdi.
O tez ikinci mərtəbəyə qalxıb, öz otağına girdi, pəncərə qapısındakı nəfəsliyi açıb bağa baxdı.
BədirlənmiĢ ay görünürdü. Hava elə iĢıqdı ki, deyirdin lap gündüzdür.
Bağda heç kəs yox idi.
Kozetta pəncərəni açdı. Bağdan səs gəlmirdi. Küçəyə baxdı, küçə həmiĢəki kimi bomboĢdu.
Kozetta elə zənn etdi ki, yanılmıĢdır, görünür, onun qulağına səs gəlmiĢdi. Bu, Veberin gözəl və
qəmgin xorunun yaratdığı hallüsinasiya idi; bu xor insanın gözləri önündə dərin, həm də
qorxunc, sirli girdablar açır, adamın qarĢısında, küləkdən əsən qalın meĢə kimi titrəyir, bu xorda
alaqaranlıqda tələsə-tələsə yeriyən, gözdən itən ovçuların ayağı altında quru budaqların xıĢıltısı
eĢidilir. Kozetta daha bu barədə düĢünmədi.
Bunu da demək lazımdır ki, Kozetta öz təbiəti etibarı ilə qorxaq deyildi. Onun damarlarında
qara camaata mənsub olan, sərgüzəĢt axtaran ayaqyalın bir qadının qanı vardı. Unutmamalı ki, o
göyərçindən daha artıq torağaya oxĢayırdı. Onun xasiyyətinin əsasını adamayovuĢmazlıq və
cəsarət təĢkil edirdi.
Ertəsi gün qaĢ qaralanda o, bağda gəzirdi, dumanlı fikirlər onu məĢğul etmiĢdi; lakin hərdən ona
elə gəlirdi ki, elə bil, dünənki kimi lap aydınca bir səs eĢidir, elə bil, ondan azca kənarda,
ağacların altında, qaranlıqda bir adam gəzirdi. Ancaq o düĢünərək, belə bir nəticəyə gəldi:
yırğalana-yırğalana bir-birinə dəyən iki budağın xıĢıltısı kimi heç bir Ģey ot üstündə yeriyən
adamın ayaq səsini xatırlatmır, buna görə də qorxmadı. Burası da var ki, o heç bir Ģey görmürdü.
Kozetta fızıllığın içindən çıxdı; artırmaya çatmaq üçün o ancaq xırdaca, yaĢıl bir çəməndən
keçməli idi. Evə sarı gedəndə ay arxa tərəfdən olduğu üçün onun kölgəsi bu yaĢıl çəmənə düĢdü.
Kozetta diksinərək dayandı.
Otun üstündə onun kölgəsi ilə yanaĢı ay iĢığında baĢqa bir kölgə də vardı - bu lap aydın
görünürdü; bu girdə Ģlyapalı kölgə onu daha artıq qorxutmuĢ, dəhĢətə gətirmiĢdi.
Elə bil ki, bu kolun qırağında, Kozettadan iki-üç addım kənarda duran bir adamın kölgəsi idi.
Bir neçə an o nə danıĢa bildi, nə çığıra bildi, nə adam çağıra bildi, nə qımıldana bildi, nə də
baĢını çevirə bildi.
Nəhayət, o, özünü ələ aldı, qəti bir hərəkətlə geri baxdı.
Heç kəs yox idi.
Yerə baxdı. Kölgə yox olmuĢdu.
Yenə də kola sarı qayıtdı, bütün künc-bucağı cəsarətlə gözdən keçirtdi, dəmir barmaqlığa kimi
getdi, heç bir Ģey tapmadı.
Onun bütün bədəni buzladı. Yoxsa bu da hallüsinasiyadır? Bu ola bilərmi? Ġki gün dalbadal? Bir
dəfə olsaydı, yenə dərd yarı idi, bu ikinci nə deməkdi? Xüsusilə onu təĢviĢə salan bir Ģey idi - bu
kölgə, heç Ģübhəsiz, xəyal deyildir. Gözə görünən xəyallar heç də baĢına Ģlyapa qoymur.
Ertəsi gün Jan Valjan qayıtdı. Kozetta qulağına səs gəldiyini, gözünə kölgə göründüyünü ona
danıĢdı. O gözləyirdi ki, atası onu sakitləĢdirəcək, çiyinlərini sıxaraq deyəcəkdir: ―Sən xırdaca
bir səfeh qızsan!‖
Lakin o, fikrə getdi. ―Burada nəsə var‖, - dedi.
O bir bəhanə ilə Kozettanı otaqda qoyub, bağa getdi. Bu zaman Kozetta gördu ki, Jan Valjan çox
diqqətlə barmaqlığa baxır.
Kozetta gecə yuxudan ayıldı; bu dəfə o, artırmanın qabağında, onun pəncərəsi altında kiminsə
gəzdiyini lap aydınca eĢitdi. Yüyürüb pəncərənin nəfəsliyini açdı. Doğrudan da, bağda bir adam
gəzirdi, əlində də iri bir ağac vardı. Çağırmaq istəyirdi ki, birdən ay bu adamın üzünü yandan
iĢıqlandırdı. O, Kozettanın atası idi.
Kozetta yenə də yatağına girdi, fikirləĢərək öz-özünə dedi: ―O yaman təĢviĢə düĢüb!‖
Jan Valjan o gecəni bağda keçirtdi, sonra iki gecə də bağda oldu. Kozetta pəncərə qapısının
taxtaları arasından onu gördü.
KəmçikləĢən ay üçüncü gecə gec çıxdı, bəlkə də, saat bir olardı ki, Kozetta atasının birdən
qəhqəhə ilə güldüyünü eĢitdi. Jan Valjan onu çağırdı:
– Kozetta!
Kozetta cəld yatağından qalxdı. Kapotunu geyib pəncərəni açdı. Onun atası aĢağıda, çəmənin
ortasında durmuĢdu.
– Mən səni oyatdım ki, sən sakit olasan. Bir bax! Budur sənin gördüyün girdə Ģlyapalı xəyal!
Jan Valjan bunu deyib, ot üstünə düĢən uzun kölgəni göstərdi: bu, doğrudan da, girdə Ģlyapalı bir
adam qaraltısına çox oxĢayırdı. Bu qonĢu evin taxtapuĢu üstündən yüksələn üstü papaqlı dəmir
soba borusunun kölgəsi idi.
Kozetta da güldü, onun bütün qorxulu təsəvvürləri dağıldı. O, ertəsi gün atası ilə səhər yeməyi
yeyərkən soba bacası xəyallarının gəzdiyi bu məĢum bağı məsxərə edərək gülürdü.
Jan Valjan yenə də sakitləĢdi. Kozettaya gəlincə, o hələ bir Ģeyi yaxĢı ayırd etməmiĢdir: çəməndə
kölgə gördüyü, ya belə bir kölgənin varlığını zənn etdiyi yerə soba bacasının kölgəsi düĢə
bilərdimi, onda ay bu kölgəni sala biləcək yüksəklikdə idimi? O, öz-özünə soba bacasının belə
qəribə bir Ģəkildə hərəkət etməsi barəsində sual verməmiĢdi: bu soba bacası cinayət etdiyi yerdə
ələ keçəcəyindən qorxmuĢdu, kölgəsinə baxılan kimi qaçıb gizlənmiĢdi, çünki Kozetta dönüb
baxan kimi kölgə yox olmuĢdu – Kozetta buna əmindi. Buna baxmayaraq, o, tamamilə sakitləĢdi.
Atasının göstərdiyi dəlil ona lap düzgün göründü, nəticə etibarı ilə, axĢam, ya gecə kiminsə
bağda gəzməsi fikri onun baĢından çıxdı.
Lakin bir neçə gündən sonra yenə bir hadisə oldu.
ÜÇÜNCÜ FƏSĠL.
Tusenin izahatı ilə zənginləĢmiĢdir.
Bağda, küçəyə baxan dəmir barmaqlığın yanında daĢ bir oturacaq vardı; ağgülgən ağacının
budaqları bu oturacağı bağa baxmağa maraq edən adamların nəzərindən gizlədirdi; lakin yoldan
keçən bir adam barmaqlıqlar və budaqlar arasından əlini uzatsaydı, onun əli daĢ oturacağa
çatardı.
Bir gün axĢam, elə həmin aprel ayında, Jan Valjan evdə olmayanda, Kozetta gün batandan sonra
gəlib bu oturacaqda oturdu. Əsən sərin külək budaqlar arasında səslənirdi. Kozetta fikrə getdi.
Heç bir səbəb olmadan onu kədər bürüdü; bu, axĢamların gətirdiyi, bəlkə də, axirət sirrinin bu
zaman hiss etdirdiyi qeyri-müəyyən bir kədərdi.
Kim bilir, bəlkə, Fantina burada idi, bu axĢam qaranlığında gizlənmiĢdi.
Kozetta yerindən qalxdı, Ģehli ot üstündə gəzə-gəzə bağı yavaĢ-yavaĢ dolaĢdı. O, oyaqkən
malxulya yuxusuna dalsa da, öz-özünə dedi: ―Bu vaxt bağda gəzmək üçün mütləq taxta ayaqqabı
geymək lazımdır. Yoxsa adam soyuqlaya bilər‖.
O, yenə də oturacağa sarı qayıtdı.
Oturmaq istəyəndə bayaqkı yerində böyük bir daĢ gördü - bu daĢ, heç Ģübhəsiz, bir az əvvəl
burada yox idi.
Kozetta daĢa baxaraq, öz-özündən soruĢdu: ―Bu nə olan Ģeydir?‖ Birdən onun ağlına bir fikir
gəldi, bu fikir onu qorxutdu: bu daĢ öz-özünə bura gəlməmiĢdir, bunu kim isə gətirib bura
qoymuĢdur, kiminsə əli barmaqlığın dəmir çubuqları arasından bura uzanmıĢdır. Bu dəfə onun
qorxmasına əsas vardır - daĢ göz qabağında idi. Burada daha Ģübhəyə yer qalmırdı. Kozetta daĢa
heç əlini də toxundurmadı, qaçıb getdi, heç dönüb geriyə də baxmadı, evə girən kimi qapını
kilidlədi, həyətə çıxan ĢüĢə qapısının cəftəsini vurdu, pəncərə taxtasını örtdü.
Sonra Tusendən soruĢdu:
– Atam gəlib?
– Xanım qız, hələ gəlməyib.
(Biz əvvəllər Tusenin danıĢanda kəkələdiyini söyləmiĢdik. Qoy oxucular bizə icazə versin, bunu
bir daha göstərməyək. Fitri bir nöqsanı eynən təqlid etmək bizi iyrəndirir).
Jan Valjan düĢünməyə meyil etdiyindən, axĢam gəzintilərini xoĢlardı, çox vaxt evə xeyli gec
qayıdardı.
Kozetta sözünə davam edərək dedi:
– Tusen, siz heç olmazsa bağa baxan pəncərə taxtalarının boltlarını yaxĢı bərkidirsinizmi?
Pəncərələrə dəmir cüyləri taxırsınızmı?
– Əlbəttə, xanım qız, arxayın olun!
Tusen öz iĢini vicdanla yerinə yetirirdi. Kozetta bunu yaxĢı bilsə də, aĢağıdakı sözləri əlavə
etməyə bilməzdi:
– Axı bu ətrafda heç adam olmur!
Tusen onun sözünə qüvvət verdi:
– Xanım qız, bunu lap doğru dediniz! Adamı öldürərlər, heç kəsin xəbəri də olmaz! Bizim ağa da
ki, gecələri evdə qalmır. Xanım qız, siz heç Ģeydən qorxmayın, mən bütün pəncərələri lap qala
qapıları kimi bağlayıram. Evdəkilər də ki, ancaq arvad xeylağıdır. Burada adam tir-tir əsməyib
neyləsin?! Bir özün fikirləĢ! Birdən gecə vaxtı kiĢilər adamın otağına soxulub əmr eləyir: ―Sus!‖
Sonra da baĢlayıb adamın baĢını kəsələr. Adam ölümdən çox da qorxmur, hamı ölür, buna əlac
yoxdur, gec-tez hamı ölüb gedəcək, ancaq bu kiĢilərin adama əl atmasını duymaq pisdir. Bir də
ki, yəqin, onların bıçağı küt olur! Ah, ilahi!
Kozetta:
– Daha bəsdir! – dedi, – hər yeri yaxĢıca bərkidin.
Kozetta Tusenin uydurduğu bu dəhĢətli Ģeylərdən daha artıq qorxduğundanmı, ya keçən həftə
gördüyü xəyalın yadına düĢməsindənmi daha cəsarət edib heç bu sözləri də deyə bilmədi: ―Gedin
bir ora baxın, orada kim isə oturacağın üstünə bir daĢ qoymuĢdur!‖ O, bağa çıxan qapını açmağa
qorxurdu; qorxurdu ki, ―o kiĢilər‖ birdən evə girərlər. O, bütün qapıları, pəncərələri möhkəmcə
bağlamağı əmr etdi. Tuseni zirzəmidən tutmuĢ çardağa kimi, hər yeri gözdən keçirməyə məcbur
etdi, öz otağının qapısını kilidlədi, çarpayının altına baxdı, sonra da yerinə girdi, ancaq pis yatdı.
Bütün gecəni dağ kimi iri, mağaralarla dolu bir daĢ onun yuxusuna girdi.
Səhər gün çıxanda Kozetta yuxudan ayılaraq gecəki dəhĢəti ağır bir yuxu kimi xatırladı. Çıxan
günəĢ adamı gecə vaxtı duyduğu qorxuları üzərində güldürür, həm də qorxu nə qədər ağır olsa,
gülüĢ də bir o qədər fərəhli olur. Kozetta ayıldıqdan sonra öz-özünə dedi: ―Mənim bu gözümə
görünən Ģeylər nədir axı? Keçən dəfə bağda mənim qulağıma ayaq səsi gəlmiĢdi! Sonra soba
bacasının kölgəsindən qorxdum! Yoxsa mən qorxaq bir qız olmuĢam?! Pəncərə qapıları
arasından düĢən, ipək pərdələri tünd-qırmızı rəngə boyayan gün iĢığı Kozettanı o qədər
ürəkləndirdi ki, duyduğu bütün dəhĢətlər, hətta daĢ özü də onun təsəvvüründən silinib getdi.
O belə bir qərara gəldi: ―Bağda girdə Ģlyapalı adam olmadığı kimi, oturacaqda da heç bir daĢ-
filan yoxdur! O biri Ģeylər kimi bu daĢ da mənim gözümə görünüb!‖
Geyinib bağa endi, tez oturacağa sarı getdi, birdən onu soyuq tər basdı, daĢ orada idi.
Lakin bu vəziyyət bir an davam etdi. O Ģey ki gecə adamı qorxudur, gündüz maraq oyadır.
Kozetta öz-özünə dedi: ―Bundan qorxmaq niyə?! Baxaq görək burada nə var!‖
DaĢı qaldırdı, daĢ çox ağır idi. Onun altında məktubaoxĢar bir Ģey vardı.
Bu – ağ kağızdan düzəldilmiĢ bir zərf idi. Kozetta tez onu götürdü. Məktubun üstündə ünvan yox
idi, o birisi üzünə də möhür vurulmamıĢdı. Zərfin ağzı yapıĢdırılmasa da, içi boĢ deyildi, içində
kağız vardı.
Kozetta zərfi açdı. Ġndi onu qorxu və maraq deyil, həyəcan bürümüĢdü.
Konvertin içindən balaca bir dəftər çıxartdı; dəftərin səhifələri nömrələnmiĢdi; hər səhifədə çox
xırda xətt ilə bir neçə sətir söz yazılmıĢdı. Kozettaya elə gəldi ki, sözlər gözəl xətt ilə
yazılmıĢdır.
Kozetta məktubun ora-burasına baxdı: ad görmədi, imza da yox idi. Məktub kimə yazılmıĢdı?
Görünür, Kozettaya yazılmıĢdır. Çünki onu gətirib Kozettanın oturacağı üstünə qoymuĢdular.
Məktub kimdəndi? Kozettaya elə gəldi ki, o böyük bir sehrin hökmü altına düĢmüĢdür: gözünü
əlində əsən məktubdan çəkmək istədi, göyə, küçəyə, üstünə gün düĢmüĢ akasiya ağaclarına,
qonĢu evin taxtapuĢu üstündə uçan göyərçinlərə baxdı, sonra birdən məktuba nəzər saldı,
fikirləĢdi ki, burada nələr yazıldığını bilmək lazımdır.
Məktubda bu sözləri oxudu:
DÖRDÜNCÜ FƏSĠL.
DaĢ altında qəlb.
Sevgi nədir? Kainatın bir məxluqda cəmləĢməsi, bir məxluqun tanrıya çevrilməsi – sevgi budur.
Sevgi – mələklərin ulduzlara göndərdiyi salamdır. Qəlb eĢqdən kədərlənəndə nə qədər həzin
olur!
Öz varlığı ilə bütün dünyanı dolduran məxluqun meydanda olmaması böyük bir boĢluq əmələ
gətirir! Sevilən adam allah olur – bu nə doğru sözdür! Bütün varlığın atası olan Allah kainatı ruh
üçün, sevgi üçün yaratmasaydı, seviĢənlərə baxıb qibtə edərdi – bu çox aydın məsələdir.
Ruhun xəyallar kaĢanəsinə qədəm qoyması üçün bənövĢəyi bantlı ağ krep Ģlyapa altında
görünən bir təbəssüm kifayətdir.
Allah hər Ģeydə mövcuddur, lakin hər Ģey Allahın görünməsinə mane olur. ƏĢya qaranlıqdır,
canlı məxluq nüfuzedilməz bir Ģeydir. Canlı məxluqu sevmək – onun ruhuna nüfuz etmək
deməkdir.
Bəzi fikirlər dua kimidir. Elə dəqiqələr olur ki, ruh bədənin vəziyyətindən asılı olmayaraq, diz
çökür.
Bir-birindən ayrı düĢən aĢiqlər min bir xülya ilə ayrılığı aldadırlar, lakin bu xülyalar özünə görə
realdır. Bu aĢiqləri görüĢməyə qoymurlar, onlar yazıĢa bilmirlər, belə olduqda onlar ünsiyyət
üçün çox sirli vasitələr tapırlar, bir-birinə quĢların nəğməsini, çiçəklərin ətrini, uĢaqların
gülüĢünü, günəĢin iĢığını, küləklərin nəfəsini, ulduzların Ģüasını - bütün dünyanı göndərirlər.
Niyə də göndərməsinlər? Bütün məxluqat sevgiyə xidmət üçün yaranmıĢdır. Sevgi öz namələrini
göndərmək üçün bütün təbiəti məcbur etmək qüvvəsinə malikdir.
Eh, bahar! Sən mənim o qıza yazdığım məktubsan!
Gələcək əqldən çox-çox artıq qəlbindir. Əbədiyyəti zəbt edə bilən, onu dolduran yeganə Ģey
sevgidir. Namütənahilik tükənməzlik tələb edir.
Sevgidə ruhun özündən nəsə var. Sevginin təbiəti də ruhun təbiətindəndir. Sevgi də ruh kimi
ilahi qığılcımdır. Sevgi də ruh kimidir - nə ona batmaq, nə onu bölmək, nə də məhv etmək olar.
Sevgi –atəĢdən ibarət bir mərkəzdir, əbədidir, namütənahidir; heç bir Ģey onu məhdudlaĢdıra
bilməz. Heç bir Ģey onu bizim qəlbimizdə söndürə bilməz. Biz onun lap iliyimizə qədər iĢləyən
istiliyini duyuruq, göylərin lap dərinliyinə varan iĢığını görürük.
Ey sevgi! Bu məftunluq! Ey bir-birini anlayan iki ruhun, bir-birinə təslim olan iki qəlbin, bir-
birinə nüfuz edən iki baxıĢın duyduğu zövq! Sən gələcəksən, elə deyilmi, ey xoĢbəxtlik? Ey
ikilikdə olan gəzintilər! Ey müqəddəs, fərəhli günlər! Hərdən mənim xəyalıma belə bir Ģey gəlir:
elə bil ki, arabir mələklərin həyatından dəqiqələr, anlar ayrılır, insan taleyi içərisindən sürətlə
ötüb keçmək üçün yerə enirlər.
Allah bir-birini sevən iki aĢiqin xoĢbəxtliyinə bu xoĢbəxtliyi hədsiz dərəcədə uzatmaqdan baĢqa,
ayrı heç bir Ģey əlavə edə bilməz. Sevgi dolu həyatdan sonra seçki dolu əbədiyyət gəlir - bu,
doğrudan da, sevginin uzadılmasıdır; lakin sevginin bu dünyada qəlbə verdiyi böyük
xoĢbəxtliyin qüvvətini heç Allah özü də artıra bilməz. Allah – göyün, sevgi – insan varlığının
fəzilətidir.
Biz ulduza iki səbəbə görə baxırıq: o həm iĢıq saçır, həm də əlçatmazdır. Lakin bizim yanımızda
bundan da zərif iĢıq saçan bir halə, bundan da böyük bir sirr var, o da qadındır!
Biz kim olursa olaq, elə bir Ģey var ki, biz onunla nəfəs alırıq. Ondan məhrum olduqda, havadan
məhrum oluruq, boğuluruq, ölürük. Sevgi yoxluğundan ölmək dəhĢətdir. Bu, havasızlıqdan
boğulub ölməkdir.
Sevgi iki məxluqu ilahi və müqəddəs bir vəhdət Ģəklində birləĢdirərək bir-birinə bağlayanda
onlar həyatın sirrini tapmıĢ olur; indi onlar ancaq bir taleyin iki cəhəti, bir ruhun iki qanadıdır.
Sevin, qanadlanıb uçun!
Bir gün sizə elə gəlsə ki, yanınızdan keçən qadın iĢıq saçır, siz onda məhv oldunuz - siz
sevirsiniz. Onda sizin üçün bircə yol qalır: onun haqqında elə inadla düĢünməlisiniz ki, o da sizin
haqqınızda düĢünməyə məcbur olsun.
Sevginin baĢladığı iĢi ancaq Allah bitirə bilər.
Həqiqi sevgi itən bir əlcək üstündə məyus olur, tapılan burun yaylığı üçün son dərəcə sevinir; bu
sevginin öz fədakarlığı, öz ümidləri üçün əbədiyyətə ehtiyacı vardır. Sevgi həm nəhayətsiz
böyük, həm nəhayətsiz kiçik Ģeydən əmələ gəlir.
Siz daĢsınızsa – maqnit olun; bitkisinizsə – mimoza olun; insansınızsa – sevgi olun.
Sevgi heç bir Ģeylə kifayətlənmir. Ġnsan xoĢbəxt oldumu – cənnət istər, cənnəti əldə etdimi –
səma istər.
Ey bir-birini sevənlər, bunun hamısında sevgi vardır. Siz ancaq bu Ģeyləri sevgidə tapmağı
bacarın. Səma kimi sevginin da bir seyri var, lakin sevgidə səmada olmayan daha bir Ģey var ki,
o da zövq almaqdır.
– O qız yenə Lüksemburq bağına gəlirmi? – Yox, cənab. – O qız günorta ibadətində bu kilsədə
olurmu? – O daha bura gəlmir. – O qız yenə bu evdə yaĢayırmı? – O buradan köçüb getmiĢdir. –
Ġndi o harada yaĢayır? – O öz yerini demədi.
Öz ruhunun harada yaĢadığını bilməmək insan üçün nə böyük müsibətdir!
Sevgiyə uĢaqlıq, baĢqa ehtiraslara dayazlıq xasdır. Ġnsanı dayazlaĢdıran ehtiraslara ar olsun!
Ġnsanı uĢaq edən ehtirasa eĢq olsun!
Nə qəribədir! Bilirsinizmi? Mən qaranlıqdayam. Bir məxluq vardı, o gedəndə göyü də özü ilə
apardı.
Ah, onunla bir məqbərədə yan-yana uzanmaq, arabir zülmət içində bir-birimizin barmağına
yavaĢca toxunmaq – bu, mənim üçün əbədi kifayətdir!
Siz əzab çəkirsiniz, ona görə ki, sevirsiniz. Daha bərk sevin! Sevgidən ölmək sevgi ilə yaĢamaq
deməkdir.
Sevin! SayrıĢan ulduzlarda olan ağlasığmaz dəyiĢiklik bu əzabla birləĢmiĢdir. Ġztirabın özündə
bir məftuniyyət vardır.
Ey quĢların sevinci! QuĢlar nəğmə oxuyur, çünki onların yuvası var.
Sevgi – cənnət havasının səmavi tənəffüsüdür.
Dərin duyğulu qəlblər, hikmətli əql sahibləri, həyatı Allah necə yaratmıĢsa, elə də qəbul edin!
Bu, məchul bir tale üçün uzun sınaq, anlaĢılmaz hazırlıqdır. Bu tale – bu həqiqi tale –
məqbərənin içərisinə yol açan birinci pillədə insana məlum olur. Onda insanın gözünə nəsə
görünür, insan sonu görməyə baĢlayır. Sonu! Bu sözə diqqət edin. Canlılar namütənahiliyi
görürlər; sonu ancaq ölülər görür. Ġntizar içində sevin, əzab çəkin, ümidinizi qırmayın, seyr edin,
düĢünün. Vay o adamın halına ki, o ancaq bədəni, Ģəkli, surəti sevmiĢdir! Ölüm bunların
hamısını onun əlindən alacaqdır. ÇalıĢın ruhu sevin, onda siz yenə də onu taparsınız.
Küçədə çox kasıb gənc bir oğlana rast gəldim, o, bir qıza vurulmuĢdu. Köhnə Ģlyapa qoymuĢdu,
yırtıq paltar geymiĢdi, pencəyinin dirsəyi deĢilmiĢdi, su onun ayaqqabısına dolurdu, ulduzların
Ģüası ruhuna süzülürdü.
Sevilmək nə böyük Ģeydir! Bundan daha böyük Ģey sevməkdir! Ürək ehtirasın gücü ilə əzəmətli
olur. O, özündə ancaq təmiz Ģeyləri saxlayır. O, ancaq yüksək və böyük Ģeylərə arxalanır.
Gicitkən buz üstündə bitə bilmədiyi kimi, nalayiq fikirlər də ürəkdə cücərə bilməz. Yüksək və
aydın ruha kobud hisslər, ehtiraslar yol tapa bilməz! Belə bir ruh buludların, dünya teyflərinin,
çılğınlığın, yalanın, nifrətin, Ģöhrətin, qeylü-qalın fövqünə yüksələrək, göylərin lacivərdliyində
yaĢayır. Dağ zirvələri yeraltı təkanları necə hiss edirsə, o da taleyin ancaq ən dərin, gizlin
titrəyiĢini hiss edir.
Dünyada bircə nəfər də olsa sevən adam tapılmasaydı, günəĢ sönərdi.
BEġĠNCĠ FƏSĠL.
Kozetta məktubdan sonra.
Kozetta kağızı oxuduqca yavaĢ-yavaĢ xəyala dalırdı. Gözünü son sətirdən ayıranda gördü ki,
qəĢəng zabit lovğa-lovğa dəmir barmaqlığın yanından ötüb keçir - o, həmiĢə bu zaman burada
görünürdü. Kozettayya o, çox çirkin göründü.
O, yenə də dəftəri gözdən keçirməyə baĢladı. Bu Ģeyləri yazan adamın xətti ona çox gözəl
göründü. Yazılar baĢqa-baĢqa mürəkkəblə də olsa, bir əl ilə yazılmıĢdı. Bəzi yerdə mürəkkəbin
rəngi solğundu, bəzi yerdə tünd-qara idi – bu da o zaman olur ki, mürəkkəbqabına təzə mürəkkəb
tökülür, deməli, bu qeydlər ayrı-ayrı vaxtda, seçilmədən, səliqəyə salınmadan kədər və iztirabla,
məqsədsiz yazılmıĢ təsadüfi fikirlərdi. Kozetta hələ ömründə belə bir Ģey oxumamıĢdı. Bu
əlyazmasında onun üçün qaranlıqdan çox iĢıq vardı. Bu, ona müqəddəs bir Ģey, bir məbəd təsirini
bağıĢladı. Ona elə gəlirdi ki, bu sirli sətirlərdən hər biri parıldayaraq, onun qəlbinə qəribə bir iĢıq
saçır. Ona verilən təlim və tərbiyədə həmiĢə ruhdan söhbət gedərdi, bircə dəfə də olsa sevgidən
danıĢılmazdı - bu qayda ilə alovu xatırlamayaraq tonqaldan danıĢmaq olar. Bu on beĢ səhifəlik
əlyazması qəfildən, həm də mülayim Ģəkildə bütün sevgini, qəmi, taleyi, həyatı, əbədiyyəti,
baĢlanğıcı, sonu açıb ona göstərdi. Sanki, kiminsə yumulu əli açılaraq, birdən onun üstünə bir
ovuc Ģüa atdı. Bu bir neçə sətirdə ehtiraslı, coĢqun, alicənab, təmiz, möhkəm iradəli bir insan
təbiətinin, həm də böyük bir qəmin, böyük bir ümidin, iztirab çəkən qəlbin, coĢqun bir
məftuniyyətin varlığını hiss etdi. Bu əlyazması axı nə idi? Bu, məktub idi. Bu, adsız, ünvansız,
imzasız, tarixsiz, inadkar, lakin heç bir Ģey tələb etməyən bir məktubdu. Bu, həqiqətdən tərtib
edilmiĢ bir müəmma, mələklərin gətirməsinə, ismətli bir qızın oxumasına layiq sevgi xəbəri,
dünya hüdudu xaricində görüĢ, xəyaldan kölgəyə göndərilmiĢ eĢqnamə idi. Bunu yazan burada
olmayan, yorulub əldən düĢən, dinc, sanki, ölüm diyarında gizlənməyə hazır olan qıza taleyin
sirrini, həyatın açarını və sevgi göndərən bir adamdı. Bu, qəbrə ayaq qoyan, gözlərini göyə
qaldıran bir adam tərəfindən yazılmıĢdı. Kağız üzərinə səpələnən bu sətirlərə ―ruhun damcıları‖
demək olardı.
Axı bu səhifələr kimdəndi? Bunları kim yazmıĢdı?
Kozetta bircə an da tərəddüd etmədi. Bunu ancaq bir adam yaza bilərdi: O!
Yenə də onun qəlbinə iĢıq saçıldı. Onun bütün varlığında canlanma əmələ gəldi. O, heç
görünməmiĢ bir sevinc, həm də böyük həyəcan duydu. Bunu yazan o idi! Bunu Kozettaya o
yazmıĢdı! O, bura gəlibmiĢ! Onun əli dəmir barmaqlıq arasından bu tərəfə keçibmiĢ! Kozetta
onu unutmağa baĢlayırdı, amma o yenə də Kozettanı axtarıb tapdı! Heç Kozetta onu
unutmuĢdumu? Yox, unutmamıĢdı, Kozetta onu unutmaz! Kozetta gərək dəli olaydı ki, onu bircə
an da olsa unudacağına inanaydı. Kozetta həmiĢə onu sevirdi, həmiĢə ona pərəstiĢ edirdi.
Kozettanın qəlbindəki od küllə örtülmüĢdü, bu od bir müddət kül altında közərib qaldı, lakin
daha da dərinlərə vardı. Kozetta bunu aydınca görürdü, indi bu od yenə də alovlanaraq onun
bütün varlığını bürüdü. Bu dəftər, elə bil ki, baĢqa bir qəlbdən onun qəlbinə düĢən qığılcımdı.
Kozetta yanğın əmələ gəldiyini hiss edirdi. Əlyazmasının hər kəlməsini o öz qəlbinə hopdururdu.
Öz-özünə deyirdi: ―Əlbəttə! Bu Ģeylərin hamısına mən bələdəm! Mən əvvəllər bunları onun
gözlərində oxumuĢdum‖.
Dəftəri üçüncü dəfə oxuyub qurtaranda leytenant Teodül yenə dəçəkməsinin mahmızları daĢ
yolda səslənə-səslənə dəmir barmaqlığın yanından keçdi. Teodülün bir də gəlməsi Kozettanı ona
baxmağa vadar etdi. Kozettaya o, çox adi, mənasız, axmaq, boĢ, bayağı, iyrənc, həyasız, çox
eybəcər adam kimi göründü. Zabit ona baxaraq, gülümsəməyi özünə borc bildi. Kozetta ona
baxmasından xəcalət çəkərək, acıqlı-acıqlı üzünü yana çevirdi. O, lap məmnuniyyətlə zabitin
baĢına bir Ģey çırpa bilərdi.
Kozetta qaçıb evə getdi, öz otağına girib qapını bağladı ki, əlyazmasını bir də oxusun, onu
əzbərləsin, o barədə düĢünsün, xəyala dalsın. Dəftəri bir də yaxĢıca oxudu, öpüb qoynuna qoydu.
ĠĢ bitdi. Kozetta yenə mələkcəsinə təmiz, böyük bir sevgiyə qapıldı. Yenə də onun qarĢısında
cənnət uçurumu açıldı.
Bütün günü, sanki, məst oldu. O düĢünmək iqtidarında deyildi, onun fikirləri pırtlaĢmıĢ yumağa
oxĢayırdı. O, fərziyyələr içində itib-batırdı. O, əsə-əsə qəlbində bir ümid gizlədirdi. O, nəyə ümid
edirdi? Aydın olmayan bir Ģeyə. O, cəsarət edib öz-özünə heç bir Ģey vəd edə bilmirdi, heç bir
Ģeydən də imtina etmək istəmirdi. Onun bənizi tez-tez ağarırdı, bütün bədəni gizildəyirdi. hərdən
ona elə gəlirdi ki, sanki, sayıqlayır. O, öz-özündən soruĢurdu: ―Görəsən, bu, həqiqətdir?‖ Bunu
söylərkən qoynunda, paltarı altında gizlətdiyi qiymətli dəftərə əlini vurur, onu ürəyinə basır,
onun bədəninə toxunduğunu hiss edirdi. Jan Valjan bu zaman Kozettanı görsəydi, onun
gözlərindən böyük bir fərəhlə saçılan, lakin ona məlum olmayan sevincə baxsaydı, sarsılardı.
Kozetta düĢünə-düĢünə deyirdi: ―Əlbəttə, yəqin ki, odur! Bunları o, mənim üçün yazmıĢdır!‖
Kozetta dönə-dönə öz-özünə deyirdi: ―Mələklərin iĢə qarıĢması, ilahi bir təsadüf nəticəsində o,
mənim yanıma qayıtmıĢdır‖.
Ey sevginin haldan-hala düĢməsi! Ey gözəl xəyallar! Bu ilahi təsadüf, mələklərin iĢə qarıĢması
bir oğrunun o biri oğruya Fors həbsxanasının taxtapuĢu üstündən, ġarleman həyətindən Aslan
xəndəyinə atılan yumruca bir çörək parçası idi.
ALTINCI FƏSĠL.
Qocalar ona görə yaĢayır ki, vaxtında evdən getsinlər.
AxĢamüstü Jan Valjan gedəndən sonra Kozetta bəzənib-düzəndi, saçını üzünə yaraĢan Ģəkildə
darayıb düzəltdi; korsajı adi qaydadan bir az çox kəsilən paltarını geydi - bu paltarda qadının
boynu, çiyinləri açıq qalır, cavan qızlar bu geyimdə ―bir az ədəbsizlik‖ görürlər. Lakin burada
ədəbsiz bir Ģey yox idi, əksinə bu, çox gözəl paltardı. Kozetta nə üçün belə bəzənirdi, bunu heç
özü də bilmirdi.
O bir yana gedəcəkdimi? Yox!
Bir adammı gələcəkdi? Yox!
Hava qaralmağa baĢlayanda bağa getdi. Tusen mətbəxdə məĢğuldu, mətbəxin pəncərələri dal
həyətə baxırdı.
Kozetta xiyabanda səssizcə gəzirdi, ağacların aĢağı sallanan budaqlarını arabir əli ilə kənara
çəkirdi.
Bu qayda ilə gəlib oturacağa çatdı.
DaĢ yenə də orada idi.
Oturacaqda oturub, öz zərif əlini daĢın üstünə qoydu, sanki, daĢa sığal vermək, ona təĢəkkür
etmək istəyirdi.
Birdən onu müəyyənedilməyən bir hiss bürüdü - adam arxada birisi duranda, onu heç
görməyəndə də belə bir Ģey duyur.
Kozetta baĢını çevirib ayağa qalxdı.
O idi.
O, baĢı açıq durmuĢdu. Onun, elə bil ki, bənizi solmuĢdu, o, sanki, arıqlamıĢdı. Qaranlıqda onun
qara paltarını güclə görmək olurdu. Onun gözəl alnı ağarırdı, gözlərini kölgə bürümüĢdü.
AxĢamın fövqəladə sükutu və qaranlığı içərisində onda ölümdən və gecədən bir əlamət
görünürdü. Sönən günün iĢığı, uçub gedən ruhun fikri onun üzünü iĢıqlandırırdı.
sanki, o hələ xəyal deyildi, amma daha insan da deyildi.
Onun Ģlyapası bir az kənarda otun üstündə idi.
Kozetta çığırmadı, az qaldı ki Ģüurunu itirsin. O, yavaĢ-yavaĢ geri çəkildi, çünki ona sarı cəzb
olunduğunu hiss edirdi. Gələn adam tərpənmirdi. Onda bir fövqəladəlik və qəmginlik duyulurdu.
Kozetta onun gözlərini görməsə də, baxıĢlarını hiss edirdi.
Kozetta geri çəkilərkən ağaca toxundu, ona söykəndi. Bu ağac olmasaydı, o yıxılardı.
Kozetta bu zaman onun səsini eĢitdi - bu səsi o hələ indiyə kimi eĢitməmiĢdi. Gələn adam
yarpaqların xıĢıltısı içərisində güclə ayırd edilən səslə pıçıldayırdı:
– Məni bağıĢlayın, mən buradayam. Ürəyim çox qüssələndi, daha bu qayda ilə yaĢaya bilmədim,
ona görə də gəldim. Oturacağın üstünə qoyduğumu oxudunuzmu? Məni tanıyırsınızmı?
Qorxmayın! Mənə baxdığınız gün yadınızdadırmı? O vaxtdan çox keçmiĢdir. Bu Lüksemburq
bağında oldu. Qladiator heykəli yanında. Oradan keçib getdiyiniz gün də yadınızdadırmı? Siz
oradan iyunun on altısında, bir də iyulun ikisində keçdiniz. Az qalır bir il olsun. Sizi mən çoxdan
görməmiĢəm. Mənə stul verən arvaddan soruĢdum, dedi ki, sizi daha görməyib. Siz Qərb
küçəsində təzə evdə, üçüncü mərtəbədə yaĢayırdınız, pəncərələri də küçəyə baxırdı,
görürsünüzmü, mən bunu da bilirəm. Mən sizi ötürdüm. Daha mən nə eləyə bilərdim? Siz oradan
da harasa getdiniz? Bir gün mən Odeon tağı altında qəzet oxuyurdum, mənə elə gəldi ki, siz
yanımdan ötüb keçdiniz. Mən yüyürüb baxdım. Siz deyildiniz. BaĢqa bir qadındı, ancaq o da
sizin Ģlyapanız kimi Ģlyapa qoymuĢdu. Gecələr mən bura gəlirəm. Qorxmayın heç kəs məni
görmür. Mən yaxından sizin pəncərəyə baxmağa gəlirəm. Çox asta yeriyirəm ki, siz
eĢitməyəsiniz, çünki eĢitsəniz, bəlkə də, qorxarsınız. Bu yaxında axĢam gəlib sizin dalınızda
durmuĢdum, siz dönəndə qaçıb getdim. Bir gün də sizin oxuduğunuzu eĢitdim. Mən onda
xoĢbəxt idim. Siz otaqda oxuyanda mənim qulaq asmağım sizə mane olmazdı, elə deyilmi?
Bunda pis bir Ģey yoxdur. Elə deyilmi? Görürsünüzmü, siz mənim mələyimsiniz. Ġcazə verin,
mən arabir gəlim. Mənə elə gəlir ki, bu yaxında öləcəyəm. Ah, siz bilsəydiniz! Mən sizə pərəstiĢ
edirəm. Məni bağıĢlayın. Heç bilmirəm sizə nə deyirəm. Bəlkə, sizin mənə acığınız tutur? Deyin
görüm, siz acıqlandınızmı? Kozetta astadan dedi:
– Ah, ilahi!
O, yavaĢ-yavaĢ əyilməyə baĢladı - o, sanki, ölürdü.
Gələn adam onu tutdu. Kozetta ayaq üstə dura bilmirdi. O, nə etdiyini dərk etmədən Kozettanı
bərk-bərk qucaqladı. O, Kozettanı tutsa da, özü də səndələyirdi. O, sanki, məst olmuĢdu. Onun
gözləri qarĢısında ildırımlar çaxırdı, fikirləri harasa uçub gedirdi. Ona elə gəlirdi ki, dini bir ayini
yerinə yetirir, həm də müqəddəs bir Ģeyi təhqir edir. Bununla belə, bağrına basdığı füsunkar qıza
qarĢı heç bir cismani ehtiras duymurdu. Sevgidən o ağlını itirmiĢdi.
Kozetta onun əlini götürüb, sinəsi üstə qoydu. O, Kozettanın qoynunda, paltarı altında gizlətdiyi
kağızı hiss edərək, dili dolaĢa-dolaĢa dedi:
– Siz məni sevirsiniz?
Kozetta ona elə astadan cavab verdi ki, bu cavab, elə bil, güclə eĢidiləcək ah idi.
– Sus! Sən bunu bilirsən!
Kozetta bunu deyərək, qızarmıĢ üzünü məst olmuĢ məğrur gəncin sinəsinə qoydu.
Gələn adam oturacaqda oturdu, Kozetta da onun yanında oturdu. Söyləməyə daha söz yox idi.
Ulduzlar göydə çıraq kimi yanırdı. Necə oldu ki onların dodaqları birləĢdi? Necə olur ki quĢlar
oxuyur, qar əriyir, qızılgül açılır, may çiçəklənir, çılpaq ağaclar ardında, soyuq təpənin üstündə
dan yeri ağarır?
Bircə öpüĢ – bu, hər Ģey idi.
Onlar diksinərək bir-birinə baxdı - onların gözü qaranlıqda parıldayırdı.
Onlar nə axĢam soyuğunu, nə soyuq daĢı, nə nəm torpağı, nə yaĢ otu hiss edirdi, onlar bir-birinə
baxırdı, onların qəlbi xatirələrlə dolu idi. Onlar heç özləri də qollarının bir-birinə sarıldığını
duymadı.
Kozetta ondan heç bir Ģey soruĢmurdu, hətta onun bura necə gəldiyini, bu bağa necə girdiyini də
düĢünmürdü. Onun burada olması Kozettaya çox təbii görünürdü.
Kozetta arabir nəsə pıçıldayırdı. Gül üstündə bir damla Ģeh titrəyən kimi, onun da dodaqlarında,
sanki, ruh titrəyirdi.
Onlar yavaĢ-yavaĢ danıĢmağa baĢladılar. Susmaq qəlbin dolu olduğunu göstərir - onlar indi
ürəklərini boĢaldırdılar. Parlaq ulduzluaydın bir gecə onları bürümüĢdü. Ruh kimi təmiz olan bu
iki insan bütün yuxularını, sevinclərini, fərəhlərini, həyəcanlarını, qəmlərini, bir-birinə uzaqdan-
uzağa pərəstiĢ etdiklərini, bir-birini görmək istədiklərini, bir-birini görmədikdə ümidsiz
olduqlarını açıb söylədilər. Onlar elə ideal yaxınlıq hiss edirdilər ki, heç bir Ģey bu yaxınlığı
bundan daha dolğun edə bilməzdi. Buna görə də onlar ən gizlin, ən məxfi fikirlərini də bir-birinə
danıĢdılar. Onlar öz xülyalarına, təmiz ürəklərinə inanaraq, sevginin, gəncliyin, hələ
könüllərindən tamamilə silinməyən uĢaqlığın yaratdığı bütün fikirləri bir-birinə nəql etdilər. Bu
iki qəlb bir-birinə elə tez yol açdı ki, bir saatdan sonra gənc oğlan qızın, gənc qız oğlanın ruhuna
sahib oldu. Onlar bir-birini anladılar, bir-birini cəzb etdilər, məftun etdilər.
Onlar bütün sözlərini deyib qurtardıqdan sonra Kozetta baĢını onun çiyninə qoyaraq soruĢdu.
– Sizin adınız nədir?
– Marius. Bəs sizin?
– Kozetta.
BĠRĠNCĠ FƏSĠL.
Küləyin kinli dəcəlliyi.
1823-cü ildən baĢlayaraq Monfermeyl aĢxanası pozulmaq, yavaĢ-yavaĢ iflasa uğramaq
girdabından daha artıq xırda borclar çirkabına yuvarlanana qədər Tenardye ilə arvadının iki
oğlan uĢağı da oldu. Ġndi onların iki qızı, üç oğlu vardı. Bu, çox idi.
Axırıncı uĢaqlar hələ lap körpə olanda Tenardyenin arvadı onları lap məmnuniyyətlə baĢdan
elədi.
―BaĢdan elədi‖ sözü lap münasib sözdür. Bu arvadda insan təbiətinə xas olan Ģeylərin xırdaca
bir hissəsi qalmıĢdı. Belə qəribə hadisə çox da nadir təsadüf edilən hadisə deyil. Tenardyenin
arvadı marĢal de la Mot-Qudankurun arvadı kimi, ancaq öz qızları üçün ana idi. Onun analıq
hissi ancaq onlara çatırdı. Oğlan uĢaqları olandan sonra o, insanlara nifrət etməyə baĢladı. Onun
kini oğlan uĢaqlarında son nöqtəyə çatdı, onun qəlbi bu uĢaqların qarĢısında məĢum bir sıldırım
kimi canlandı. Bizə məlumdur ki, onun böyük oğlundan zəhləsi gedirdi, kiçiklərə nifrət edirdi.
Niyə? Ona görə. Bu ―ona görə‖ həm dəhĢətli bir bəhanə, həm də inkaredilməz cavabdır.
Tenardyenin arvadı deyirdi: ―Bu bir yığın çolma-çocuq mənə gərək deyil‖.
Ġndi Tenardye ilə arvadının iki balaca uĢaqdan necə yaxa qurtardığını, hətta bundan necə
faydalandığını izah edək.
Manyon həmin qadındı ki, iki uĢağını xoĢtəbiətli Jilnormanın himayəsi altına verməyə müvəffəq
olmuĢdu – bundan yuxarıda bəhs edilmiĢdi. Bu qadın Tselestin sahilində, qədim Kiçik Kabarqa
küçəsinin tinində yaĢayırdı. O pis adını yaxĢı adla əvəz etmək üçün mümkün olan hər Ģeyə əl
atmıĢdı. Otuz beĢ il bundan əvvəl yoluxucu və Ģiddətli krup xəstəliyi Parisin sahil məhəllələrinə
çox böyük tələfat vermiĢdi, bu hamının yadındadır. Elm, zəng tozunun faydalı olub-olmadığını
yoxlamaq üçün bu xəstəlikdən geniĢ surətdə istifadə etdi - bu, indi boğaza bayırdan yod
sürtməklə əvəz olunmuĢ, yaxĢı da nəticə vermiĢdir. Bu yoluxucu xəstəlik Ģiddət edəndə
Manyonun bir gündə – biri səhər, biri də axĢam - iki oğlan uĢağı hələ lap körpə ikən öldü. Bu
ona böyük zərbə idi. UĢaqlar öz anası üçün çox qiymətli idi. Manyon ayda onlardan səksən
frank gəlir götürürdü. Bu səksən frankı cənab Jilnormanın adından onun mülkünü idarə edən
cənab Barj səliqə ilə verirdi. Cənab Barj Siciliya kralı küçəsində yaĢayırdı, özü də əvvəllər
məhkəmə pristavı olmuĢdu. UĢaqlar öləndən sonra bu səksən frank gəlir batırdı. Manyon
vəziyyətdən çıxmaq üçün yol axtardı. Qaranlıq Ģər cəmiyyətində hamı bir-birinin baĢına nə
gəldiyini bilir, bir-birinin sirrini saxlayır, bir-birinə kömək edir. Manyon da bu cəmiyyətin adamı
idi. O, gərək iki uĢaq tapaydı. Tenardyenin eyni yaĢda, eyni cinsdə iki belə uĢağı vardı. Manyon
bu uĢaqları götürdü. Bu onların hər ikisi üçün əlveriĢli idi. Kiçik Tenardyelər kiçik Manyonlar
oldu. Manyon Tselestin sahil küçəsindən KloĢpers küçəsinə köçdü. Parisdə bir küçədən baĢqa
küçəyə köçəndə adamın Ģəxsiyyəti dəyiĢir.
Bələdiyyə idarəsinin heç bir Ģeydən xəbəri olmadığından Manyonun öz yerini dəyiĢməsinə etiraz
etmədi. Bu qayda ilə uĢaqların dəyiĢdirilməsi məsələsi çox asan baĢa gəldi. Lakin Tenardye
saxlanmağa verdiyi uĢaqları üçün ayda on frank pul tələb etdi, Manyon bu pulu verəcəyini vəd
etdi, hətta verirdi də. Məlum Ģeydir ki, cənab Jilnorman öz borcunu yenə əvvəlki kimi yerinə
yetirirdi. Hər altı aydan bir gəlib uĢaqlara dəyirdi. O heç bir dəyiĢiklik hiss etmirdi. Manyon
dönə-dönə deyirdi: ―Cənab, uĢaqlar sizə necə oxĢayır!‖
Tenardye üçün ad dəyiĢmək adət etdiyi iĢ olduğundan fürsətdən istifadə edərək adını Jondret
qoydu. Onun iki qızı ilə oğlu QavroĢ iki xırdaca qardaĢı olduğunu heç əməlli-baĢlı
görməmiĢdilər. Yoxsulluğun müəyyən dərəcəsində insanı bir növ xəyal laqeydliyi bürüyür, o,
canlı məxluqa o dünyadan çıxan bir Ģey kimi baxır. Ən yaxın adamlar çox vaxt zülmətin tutqun
formaları Ģəklini alaraq, həyatın dumanları arasında güclə seçilir, çox asanlıqla gözəgörünməyən
Ģeylərə qarıĢır.
Həmin günün axĢamı Tenardyenin arvadı iki körpə uĢağını Manyona verəndə onlardan
həmiĢəlik yaxa qurtarmaq arzusunda olduğunu gizlətmirdi, eyni zamanda, vicdan əzabı çəkirdi,
ya da özünü elə göstərirdi ki, guya, vicdan əzabı çəkir. O, ərinə dedi: ―Bu o deməkdir ki, biz
uĢaqlarımızı çölə atırıq!‖ Xudbin və duyğusuz adam olan Tenardye arvadının xəstələnmiĢ
vicdanını bu sözlərlə müalicə etdi: ―Jan-Jak Russo bundan da pis eləyib!‖ Tenardyenin arvadı
indi narahat olmağa baĢladı: ―Birdən polis idarəsi bundan xəbər tutdu, onda necə olar, Tenardye,
de görək, o iĢ ki biz tutmuĢuq, ona icazə verilirmi?‖ Tenardye ona belə cavab verdi: ―Hər Ģeyə
icazə verilir! Heç kəs heç bir Ģey bilməyəcək! Bir də o uĢaqların ki heç bircə quruĢu da yoxdur,
onlarla kim maraqlanacaq?‖
Manyon canilər aləmində bir növ ―modaçı‖ qadındı. O bəzənib-düzənməyi xoĢlardı. Onun kasıb,
lakin dəbdəbə iddiası hiss olunan mənzilində təcrübəli bir oğru – fransızlaĢmıĢ bir ingilis qadını
yaĢayırdı. Parisli olan bu ingilis qadını müxtəlif adamlarla geniĢ əlaqə saxladığından özünə etibar
qazanmıĢdı, bu etibardan istifadə edərək, kitabxana medallarının, m-l Marsın brilyantlarının
oğurlanmasında yaxından iĢtirak etmiĢdi. Sonralar o, məhkəmə salnaməsində məĢhur oldu. Ona
―mamzel Miss‖ deyirdilər.
Manyonun əlinə düĢən bu iki uĢaq pis yaĢamırdı. Aldığı səksən frankla uĢaqlara qulluq eləyirdi,
onların - xeyir gətirən bütün adamlar kimi, qeydinə qalırdı. Onlar pis geyinmirdi, yeməkləri də
pis deyildi, özləri də az qala lap ―bəy balası‖ vəziyyətində idilər. Bu ―ana‖ onlara əsl analardan
yaxĢı baxırdı, onlar özünü burada daha yaxĢı hiss edirdilər. Manyon özünü ―xanım‖ kimi
göstərirdi, uĢaqların yanında oğru dilində danıĢmırdı.
Bu qayda ilə bir neçə il keçdi. Tenardyenin arvadı bu iĢin aqibətini yaxĢı görürdü. Hətta bir dəfə
Manyon ona vəd etdiyi səkkiz frankı verəndə, o belə dedi: ―Atası gərək onları oxutsun‖.
Birdən bu uĢaqlar bu vaxta qədər müsibətli taleləri tərəfindən lazımınca himayə olunduqları
halda, kobud bir Ģəkildə həyata tolazlanmıĢ, müstəqil həyat sürməyə məcbur olmuĢdular.
Jondretin quldurxanasında bir dəstə quldurun tutulması, bunun da ardınca baĢ verən axtarıĢlar,
həbslər qanuni ictimai formasiya altında özünə yuva quran, cəmiyyət əleyhinə olan bu gizlin və
mənfur qüvvələr üçün böyük bədbəxtlik idi. Bu cür hadisələr zülmətlər dünyasında müxtəlif
fəlakətlərlə nəticələnir. Tenardyenin fəlakəti Manyonun fəlakətinə səbəb oldu.
Bir gün Manyon Eponinaya Plüme küçəsi haqqında kağız verəndən az sonra, polis idarəsi, heç
gözlənilmədiyi halda, KloĢpers küçəsini əhatə etdi. Tutatut baĢlandı. Manyon da, mamzel Miss
də ələ keçdi, evdə yaĢayan bütün Ģübhəli adamlar qurulan tora düĢdü. Bu zaman Manyonun
saxladığı uĢaqlar dal həyətdə oynayırdı, onların polis basqınından xəbəri olmadı. Evə qayıdanda
gördülər ki, qapı bağlı, ev də bomboĢdur. QarĢı tərəfdə olan çustçu onları yanına çağırdı,
―anaları‖nın qoyub getdiyi kağızı onlara verdi. Kağızda ―Cənab Barj, müdir, Siciliya kralı
küçəsi, № 8‖ ünvanı vardı. Çustçu, onlara dedi: ―Siz daha burada yaĢamırsınız, gedin ora. Ora
lap yaxındadır. Sola dönəndə birinci küçədir. Bu kağızı göstərib, adamlardan yolu soruĢun‖.
UĢaqlar yola düĢdü. Onlardan böyüyü kağızı əlində saxlayaraq, kiçiyin qolundan tutub aparırdı.
Hava soyuqdu, uĢaq soyuqdan donmuĢdu, pis qatlanan barmaqları ilə kağızı güclə tuturdu.
KloĢpers küçəsindən dönəndə külək Ģiddətlə əsərək, kağızı onun əlindən qoparıb aldı, hava da
qaraldığından uĢaq kağızı tapa bilmədi.
Onlar küçələri baĢlı-baĢına dolaĢmağa baĢladılar.
ĠKĠNCĠ FƏSĠL.
Balaca QavroĢ böyük Napoleondan faydalanır.
Parisdə bahar vaxtı çox tez-tez adamın lap iliyinə iĢləyən sərt Ģimal küləyi əsir. Bu küləklər
adamı tamam dondurmasa da, bərk üĢüdür. Lap yaxĢı havaları pisləĢdirən bu küləklər dəlik-
deĢikdən, ya da aralı qalmıĢ qapıdan isti otağa soxulan soyuq külək təsir bağıĢlayır. Elə bil ki,
qıĢın qapısı bir balaca açıq qalmıĢdır, oradan külək gəlir. 1832-ci ilin yazında Avropada, bu
əsrdə birinci dəfə Ģiddətli yoluxucu xəstəlik düĢəndə, amansız küləklər əsir, adamın iliyinə qədər
iĢləyirdi. QıĢın qapısından da dondurucu qapılar açıldı. Bu, məqbərə qapıları idi. Bu Ģimal
küləyində vəba xəstəliyinin nəfəsi duyulurdu.
Meterioloji nöqteyi-nəzərdən soyuq küləklərin xüsusiyyəti bu idi ki, onlar heç də havada böyük
elektrik qüvvəsinin toplanmasına mane olmurdu. Həmin o yazda tez-tez göy guruldayır, ildırım
çaxır, tufan qopurdu.
Bir gün axĢamçağı elə Ģiddətli külək əsdi ki, elə bil, yanvar ayı geri qayıtmıĢdı. ġəhər camaatı
yenə də isti paltar geymiĢdi, həmiĢə Ģən olan balaca QavroĢ cır-cındır içində, soyuqdan tir-tir
əsə-əsə Orm-Sen-Jerve yaxınlığında, dəllək dükanı qabağında durmuĢdu, o, sanki, heyrətdən
donub qalmıĢdı. O haradansa əlinə keçən yun Ģaldan özünə Ģərf düzəldib boynuna bağlamıĢdı. O,
mumdan düzəldilmiĢ açıq lifli paltar geymiĢ, flerdoranj çiçəyindən çələng qoymuĢ, pəncərədə iki
konket arasında hərlənə-hərlənə gəlib-gedənə baxaraq gülümsəyən gəlinə, sanki, məftun
olmuĢdu. Əslində, o, dükana göz qoymuĢdu, fikirləĢirdi ki, bəlkə, vitrindən bir parça sabun
―çırpıĢdıra‖ bildi, sonra da bunu aparıb Ģəhər civarındakı dəlləyə bir su pula satdı. O çox vaxt
belə bir sabunla özünə səhər yeməyi düzəldərdi. Onun belə Ģeylərə qabiliyyəti vardı, buna
―dəlləklərin baĢını qırxmaq‖ deyirdi.
Gəlini gözdən keçirə-keçirə, elə bir ucdan da sabuna baxa-baxa astadan mızıldayaraq, öz-özünə
deyir: ―ÇərĢənbə axĢamı... Yox çərĢənbə axĢamı deyil... Yoxsa çərĢənbə axĢamıdır?.. Bəlkə də,
çərĢənbə axĢamıdır... Hə, çərĢənbə axĢamıdır‖.
O nə qədər danıĢdısa, bu deyilən sözlərin nəyə aid olduğu bilinmədi.
Əgər bu sözlər QavroĢun sonuncu naharına aiddisə, bundan üç gün keçirdi, çünki indi cümə
günü idi.
Dəllək yaxĢı qızdırılmıĢ otağında həmiĢə onun yanına gələn müĢtərisinin üzünü qırxa-qırxa
arabir çəp-çəp bu düĢmənə, bu üĢüyən həyasız uĢağa baxırdı - o, əllərini cibinə qoymuĢdu, amma
fikri, görünür, hardasa dolaĢırdı.
QavroĢ gəlini, vitrini, vindzor sabununu hələ tədqiq edirdi ki, iki uĢaq gəlib qorxa-qorxa qapının
dəstəyini çevirdi, içəri girib, yalvarıĢdan artıq iniltiyəbənzər bir səslə, yazıq-yazıq pıçıldayaraq,
nəsə dedi. Bəlkə də, onlar sədəqə istəyirdi, uĢaqlardan biri o birisindən kiçikdi, amma hər ikisi
QavroĢdan balaca idi, paltarı da tər-təmizdi. Onlardan birinə üzdən yeddi yaĢ, o birisinə beĢ yaĢ
vermək olardı. Ġkisi də birdən danıĢırdı, sözlərini baĢa düĢmək çətindi, çünki balaca ağlaya-
ağlaya danıĢırdı, böyüyünün soyuqdan diĢi-diĢinə dəyirdi. Dəllək bərk hirsləndi, ülgücü yerə
qoymayaraq, onlara sarı döndü, böyüyü sağ əli ilə, kiçiyi dizi ilə itələyə-itələyə bayıra çıxarıb,
qapını bağladı:
– Nahaq yerə otağı soyutdular! – dedi.
UĢaqlar ağlaya-ağlaya yola düzəldi. Bu arada göy üzünü bulud aldı, yağıĢ çilədi.
QavroĢ özünü onlara yetirib soruĢdu:
– Sizə nə olub, cücələr?
YaĢca böyük uĢaq dedi:
– Biz bilmirik harada yataq.
QavroĢ buna təəccüb etdi:
– Elə bu? Çox böyük iĢ olub! Bundan ötrü adam ağlayar?! Əcəb səfeh uĢaqsınız!
O, öz üstünlüyünü və bir az istehzalı görünüĢünü mühafizə edərək, ürəyi yumĢalmıĢ rəis kimi
himayəedici, mülayim ifadə ilə dedi:
– Dalımca gəlin, ay ətcəbalalar!
Böyük uĢaq dedi:
– BaĢ üstə, cənab.
UĢaqlar dinməz-söyləməz onun ardınca getdilər. Sanki, onlar arxiyepiskopun ardınca gedirdilər.
Onlar daha ağlamırdılar.
QavroĢ, Sent-Antuan küçəsi ilə yuxarı qalxaraq, Bastiliyaya sarı yönəldi.
O gedə-gedə dönüb dəllək dükanına acıqlı-acıqlı baxdı. Sonra qəzəblə dedi:
– DaĢürəkli adam! Xalis quru balıqdır! Yəqin, ingilisin biridir!
Bir küçə qızı üç uĢağın, baĢda QavroĢ olmaqla, bir-birinin ardınca getdiyini görüb qəhqəhə ilə
güldü. Bu gülüĢ onlara qarĢı edilən hörmətsizliyi göstərirdi.
QavroĢ:
– XoĢ gördük, hamının malı mamzel! – deyərək onu salamladı.
Bir az sonra yenə dəlləyi xatırlayaraq əlavə etdi:
– Mən o heyvan barəsində yanılmıĢam, o, quru balıq deyil, gözlüklü ilandır! Adə, dəllək, mən
çilingər taparam, sənin quyruğuna zınqırov düzəldərik!
Dəllək onda davakarlıq hissi oyatmıĢdı. Arx üstündən tullanıb keçəndə Faustu Brokendə
qarĢılamağa layiq olan əlisüpürgəli, saqqallı bir qapıçı arvadı görüb dedi:
– Xanım, siz həmiĢə öz atınıza minirsiniz?
Elə bu anda sıçratdığı palçıqla yoldan keçən bir adamın lak çəkmələrini buladı.
O adam da qəzəblə çığırdı:
– Haramzadə!
QavroĢ büründüyü Ģalın arasından burnunu çıxartdı.
– Siz iltifat buyurub kimdən Ģikayətlənirsiniz?
– Sizdən!
QavroĢ birnəfəsə dedi:
– Ġdarə bağlıdır, mən daha Ģikayət qəbul eləmirəm!
Onlar küçə ilə yuxarı qalxırdılar. QavroĢ darvaza altında on üç-on dörd yaĢlı dilənçi bir qız
gördü - o, soyuqdan donmuĢdu; onun paltarı elə gödəkdi ki, dizləri görünürdü. Əynindəki
geyiminə görə o, çox böyümüĢdü. Boy atdıqda belə bir vəziyyət də əmələ gəlir. Çılpaqlıq
ədəbsizlik hesab edilən vaxt çatdıqda yubka boya görə qısa olur.
QavroĢ dedi:
– Yazıq qız! Onun heç tumanı da yoxdur! Yəqin, soyuqdan lap donub. Bir tut!
Boynuna doladığı isti, yun Ģalı açıb dilənçi qızın soyuqdan göyərmiĢ, arıq çiyinlərinə atdı. Bu
qayda ilə Ģərf yenə də Ģal oldu.
Qız heyrətlə ona baxdı, Ģalı kirimiĢcə qəbul etdi. Yoxsul ehtiyacın müəyyən dərəcəsində
kütləĢərək, bədxahlığa qarĢı daha Ģikayətlənmir, xeyirxahlıq üçün də təĢəkkür etmir.
QavroĢun soyuqdan diĢi diĢinə dəyirdi, o heç olmasa plaĢının yarısını özündə saxlayan müqəddəs
Martindən də bərk titrəyirdi.
YağıĢ onun titrəməsindən, sanki, daha da acıqlandı, elə yağdı ki, elə bil, navalçadan su
tökülürdü. Bədxah səmalar adama xeyirxah iĢ üçün belə cəza verir.
QavroĢ həyəcanla dedi:
– ĠĢ belə oldu? Bu haradan yenə baĢladı? Allah, belə getsə mən supulu verməyəcəyəm!
O, yenə də yoluna davam etdi.
ġal altında büzüĢən dilənçi qıza baxıb əlavə etdi:
– Hər halda, onun canı bərkdir!
Sonra buluda baxaraq çığırdı:
– Adamı belə aldadırlar!
UĢaqlar özünü ona yetirməyə çalıĢırdılar.
Onlar sıx çubuqlu dəmir barmaqlıq vurulmuĢ çörək dükanı vitrini qabağından keçirdilər, çörəyi
də qızıl kimi, dəmir barmaqlıq ardında saxlayırlar. QavroĢ dönüb uĢaqlara dedi:
– Hə, hə, balacalar, mənə baxın, siz nahar eləmisiniz?
UĢaqlardan böyüyü:
– Cənab! – dedi. – Biz səhərdən bəri heç bir Ģey yeməmiĢik.
QavroĢ əzəmətlə soruĢdu:
– Deməli, sizin nə atanız var, nə ananız?
– XahiĢ edirəm əfv edəsiniz, cənab, bizim atamız da var, anamız da, ancaq biz bilmirik onlar
harada yaĢayır.
QavroĢ mütəfəkkir idi, o, belə dedi:
– Bəzən bilməkdən bilməmək yaxĢıdır.
Böyük uĢaq sözünə davam etdi:
– Ġki saatdır biz gəzirik, dirəklərin dibini axtarırıq, heç bir Ģey tapmırıq.
QavroĢ:
– Bilirəm, – dedi. – Ġtlər qoymurlar qalsın, hamısını basıb yeyirlər.
Bir az susduqdan sonra əlavə etdi:
– Bəli, deməli, biz ata-anamızı itirmiĢik. Bilmirik ki, nə eləyək. UĢaqlar, belə də Ģey olar?! YaĢlı
adamların azması sarsaqlıqdır. Hə, bilirsiniz nə var? Hər halda, bir Ģey ötürmək lazımdır.
QavroĢ onlara daha sual vermədi. Yurdsuz-yuvasız qalmaqdan da adi Ģey varmı?
Böyük uĢaq lap uĢaqlıq qayğısızlığına qayıtmıĢ kimi, həyəcanla dedi:
– Nə gülməlidir! Anam deyirdi ki, sizi söyüd bayramında aparacağam...
QavroĢ onun sözünü tamamladı:
– Çubuqla döyülməyə.
YaĢca böyük olan uĢaq yenə sözə baĢladı:
– Mənim anam xalis xanımdır, özü də mamzel Misslə yaĢayır...
QavroĢ dedi:
– Pah a-to-nan yeri!..
Birdən o dayanıb əynindəki cır-cındırın ora-burasını axtarmağa baĢladı.
Nəhayət, o, baĢını qaldırdı - onun üzündə razılıq ifadəsi əvəzinə, təntənəli ifadə vardı.
– Çağalar, sakit! AxĢam yeməyi üçün üçümüzə də çatar.
UĢaqlara imkan vermədi ki, buna heyrət etsinlər, ikisini də itələyib çörəkçi dükanına saldı,
cibindən tapdığı pulu piĢtaxtanın üstünə atıb çığırdı:
– Satıcı, beĢ santimlik çörək!
Onun ―satıcı‖ dediyi adam, əslində, dükan sahibi idi. O, çörəyə və bıçağa əl atdı.
QavroĢ yenə də çığırdı:
– Satıcı, üç parça elə! - Sonra lovğa-lovğa əlavə etdi, – biz üç nəfərik!
Çörəkçi bu üç uĢağı diqqətlə gözdən keçirib, çovdar çörəyini götürdü. QavroĢ bunu görüb,
barmağını burnunun lap içinə soxdu, elə təkəbbürlə havanı burnuna çəkdi ki, elə bil, Böyük
Fridrixin burunotu qabından burunotuya qonaq edilmiĢdi, sonra acıqlı-acıqlı çörəkçinin lap
üzünə çığıraraq dedi:
– BunəĢ?
QavroĢun bu sözünü rus, ya polyak sözü, ya da yovayların, botokudosların bu çöldən o çölə, bu
çaydan o çaya çığıraraq bir-birinə söylədikləri davakar çağırıĢ hesab etmək meyilində olan
oxuculara xəbərdarlıq edirik ki, bu sözü onlar (bizim oxucular) hər gün eĢidirlər. Bu söz ―bu nə
Ģeydir‖ cümləsini əvəz eləyir. Çörəkçi bunu lap yaxĢıca anlayaraq dedi:
– Nə olsun ki? Bu çox yaxĢı çörəkdir, ikinci növ çörəkdir.
QavroĢ sakitcə və qəzəb dolu soyuqqanlılıqla etiraz etdi:
– Siz demək istəyirsiniz ki, dəmir daĢıdır? Satıcı, ağ çörək! Lap ağından! Mən adam qonaq
eləyirəm.
Çörəkçi gülümsəməyə bilmədi. QavroĢu təhqir etdiyinə peĢman oldu və ürək yanğısı ilə uĢaqlara
baxdı.
QavroĢ:
– Adə, çörəkçi, – dedi, – siz nə fikirlə bizim ölçümüzü götürdüz?
Onları bir-birinin üstünə qoysaydılar, bəlkə, heç bir sajen də olmazdı.
Çörəkçi çörəyi kəsib QavroĢa verəndən, pulu daxıla atandan sonra QavroĢ uĢaqlara dedi:
– TıxıĢdırın!
UĢaqlar təəccüblə ona baxdılar.
QavroĢ güldü:
– Hə! Bunlar hələ bu sözü baĢa düĢmürlər, hələ böyüməyiblər!
Sonra əlavə etdi:
– Yeyin.
Hərəsinə bir parça çörək verdi.
QavroĢun fikrincə, böyük uĢaq onunla söhbət eləməyə daha artıq layiqdi, buna görə də ona
xüsusi rəğbət göstərilməlidir, onun buna haqqı var, o öz iĢtahasını təmin etmək məsələsində hər
bir narahatlıqdan xilas edilməlidir, buna görə də tikənin yekəsini ona verib dedi:
– Bunu öz lülənə yapıĢdır.
Çörəyin bir parçası o birilərdən balaca idi: bunu özü götürdü. Yazıq uĢaqlar yaman acımıĢdı,
QavroĢ da elə. Onlar çörəyi təpiĢdirə-təpiĢdirə dükanda durmuĢdular, çörəkçi də pulunu aldığı
üçün indi onlara pis-pis baxırdı.
QavroĢ dedi:
– Çıxaq küçəyə!
Onlar yenə də Bastiliyaya sarı getdilər.
Hərdən onlar iĢıq yandırılmıĢ dükan vitrinləri qabağından keçəndə balaca uĢaq dayanır, qaytana
keçirilərək boynundan asılan xırdaca qalay saata baxırdı.
QavroĢ ona:
– Sən lap səfehsən! – dedi.
Sonra fikrə gedərək astadan mızıldandı:
– Hər halda, uĢaqlarım olsaydı, mən onlara yaxĢı baxardım.
Onlar çörəyi yeyib qurtaranda, adama qəm-qüssə gətirən Balet küçəsinin tininə çatmıĢdılar.
Küçənin sonunda Fors həbsxanasının məĢum və alçaq küçə qapısı görünürdü. Birdən kim isə
dedi:
– Bura bax, QavroĢ, sənsən?
QavroĢ ona tez cavab verdi:
– Bura bax, Monparnas, sənsən?
Bir adam ona yaxınlaĢdı - bu adam, doğrudan da, Monparnas idi. O, paltarını dəyiĢsə də, gözünə
okulyar qoysa da, QavroĢ onu tanıdı və sözünə davam edərək dedi:
– Bir buna bax! Sənin hirmanın lap elə kəndir toxumu təpitməsi rəngindədir, göy gözlüyün də
eynən doktor gözlüyüdür. Hər Ģey lazımi qaydadadır, bir-birinə yaraĢır, inan qocanın sözünə!
Monparnas onun sözünü kəsdi:
– YavaĢ danıĢ, elə bağırma!
QavroĢu iĢıq yanan dükandan tez kənara çəkdi.
O biri uĢaqlar da, bir-birinin əlindən tutaraq, onların dalınca getdilər.
Onlar gəlib bir darvazanın qaranlıq tağı altında dayandılar - indi onları nə yoldan keçənlər görür,
nə də yağıĢ tuturdu. Monparnas QavroĢdan soruĢdu:
– Bilirsən hara gedirəm?
QavroĢ dedi:
– Zorən Merac monastırına1.
– Oyunbaz!
Sonra əlavə etdi:
– Babeti tapmaq istəyirəm!
QavroĢ astadan güldü:
– Hə, o qızın adı Babetadır?!
Monparnas səsini alçaltdı:
– Qız deyil, kiĢidir.
– Hə, sən Babeti deyirsən?!
– Hə, Babeti deyirəm.
– Mən elə bilirdim o, konvertə düĢüb.
Monparnas dedi:
– Konverti açıb!
Monparnas Babetin Konsyerjerə aparıldığını, səhər çağı həbsxanadan qaçdığını, sağa, ―istintaq
koridoruna‖ getmək əvəzinə, sola getdiyini tələsik nağıl etdi.
QavroĢ onun cəldliyinə təəccüb etdi.
– Yamanca bic Ģeydir!
Monparnas Babetin qaçması haqqında bir para Ģeyləri də əlavə etdikdən sonra sözünü belə
qurtardı:
– Bu hələ hamısı deyil!
QavroĢ Monparnasa qulaq asa-asa onun əlindəki ağacı aldı, heç düĢünmədən əl ağacının
dəstəyindən tutub çəkdi, bu zaman qılınc tiyəsi göründü.
Tiyəni tez yerinə basaraq dedi:
– Pa-ho! Səni qoruyan adamı da öz yanınla gətirmisən, amma o, mülki paltar geyib.
Monparnas göz vurdu.
QavroĢ sözünə davam etdi:
– Bir buna bax! Olmaya, fironlarla vuruĢmaq istəyirsən?
Monparnas laqeydcə cavab verdi:
– Bilmək olmaz! Sancaqdı da götürmüĢəm, adama lazım olar.
QavroĢ təkidlə soruĢdu:
– Bu gecə nə eləmək istəyirsən?
Monparnas yenə özünü tox tutaraq, lovğa-lovğa dedi:
– Belə də, bəzi Ģeylər...
Elə o saat da söhbəti dəyiĢərək, həyəcanla dedi:
– Hə, yeri gəlmiĢkən, qoy deyim!
– Nə olub ki?
– Bu günlərdə belə bir əhvalat oldu. Bir fikir ver! Bir burjuaya rast gəldim. O öz moizəsini, bir
də pul kisəsini mənə bağıĢladı. Bunların hamısını qoydum cibimə. Bir dəqiqə sonra əlimi cibimə
saldım, baxdım ki, heç nə yoxdur.
QavroĢ əlavə etdi:
– Moizədən baĢqa.
Monparnas sözünə davam etdi:
– Bəs sən? Ġndi sən hara gedirsən?
QavroĢ himayəsinə götürdüyü uĢaqları ona göstərdi.
– Bu uĢaqları yatırtmağa gedirəm.
– Sən onları harada yatırdacaqsan?
– Öz yanımda.
– Bu ―öz yanım‖ haradadır?
– Öz yanımda.
– Deməli, sənin mənzilin var?
– Var.
– Haradadır?
QavroĢ:
– Fildə, – deyə cavab verdi.
Monparnas öz təbiəti etibarı ilə çox az təəccüblənən adamdı, lakin bu sözü eĢidəndə qeyri-
ixtiyari olaraq soruĢdu:
– Fildə?
QavroĢ öz sözünü təsdiq etdi:
– Hə, fildə! Bunəvaki?
Heç kəs bu dildə yazmır, amma hamı danıĢır, bu da həmin dilə aid olan söz! ―Bunəvaki‖
―Burada nə var ki?‖ deməkdir.
Qamenin dərin mənalı sözü Monparnası sakitləĢdirdi, ağlını baĢına gətirdi. Görünür, o, QavroĢun
mənzili haqqında yaxĢı hisslər duymuĢdu.
– Doğrudan da! – dedi. – Fildir, qoy fil olsun. Orada adam rahat ola bilər!
QavroĢ:
– Lap yaxĢı! – deyə cavab verdi. – Ora, doğrudan da, lap əladır! Elə yellər də əsmir ki, körpü
altındakı kimi bu baĢdan vurub, o baĢdan çıxsın.
– Sən ora necə girirsən?
– Girirəm də.
Monparnas soruĢdu:
– Deməli, orada deĢik var?
– Əlbəttə! Bu barədə sus. Qabaq ayaqları arasında. Casuslar onu görməyib.
– Sən yuxarı qalxırsan? Hə, baĢa düĢürəm.
– Lap adi bir fokusdur. Bir, iki - qurtardı getdi, adam yox olur!
Bir az susduqdan sonra əlavə etdi:
– Bu körpələr üçün mən nərdivan taparam.
Monparnas qəhqəhə ilə güldü:
– Ay sənə mən nə deyim! Sən bu çağaları haradan tapmısan?
QavroĢ adi bir ifadə ilə dedi:
– Bir dəllək bunları mənə bağıĢladı – yadigar verdi.
Birdən Monparnas fikrə getdi. Sonra mızıldaya-mızıldaya:
– Sən məni çox asanlıqla tanıdın, – dedi.
Cibindən iki balaca Ģey çıxartdı, bunlar pambığa sarıqlı iki lələk borusu idi. Bu Ģeylərin hərəsini
burnunun bir deĢiyinə soxdu. Onun burnu dərhal bir baĢqa Ģəklə düĢdü.
QavroĢ:
– Bunlar sənə yaraĢır, – dedi. – Ġndi sən daha eybəcər görünmürsən. Bunları həmiĢə burnunda
saxla.
Monparnas qəĢəng oğlan idi, amma QavroĢ istehzaçı idi.
Monparnas:
– Zarafatı burax, – dedi, – mən necəyəm?
Onun səsi də tamam baĢqalaĢdı. Monparnas bir anda elə dəyiĢdi ki, onu heç tanımaq olmurdu.
QavroĢ ucadan dedi:
– Petr-ruĢka oyununu göstər görək!
UĢaqlar bu vaxta qədər heç bir Ģeyə əhəmiyyət vermirdilər, öz iĢləri ilə məĢğuldular, burunlarını
qurdalayırdılar; lakin PetruĢka adını eĢidən kimi sevinə-sevinə iftixarla gözlərini Monparnasa
zillədilər.
Təəssüf ki, Monparnas fikirli idi.
O, əlini QavroĢun çiyninə qoydu, hər sözü qeyd edə-edə dedi:
– Qulaq as, oğlan, gözünlə izlə, əgər mən meydanda öz doqumla1, öz daqımla, öz diqimlə
gəzsəydim, siz də çalğı çalıb mənim üçün on dənə ikilik su yığsaydınız, axı mən oynardım, qoy
belə olsun, bax, ay səfeh! Axı indi Maslennitsa bayramı deyil.
Bu qəribə cümlə QavroĢa ayrıca bir təsir bağıĢladı. Cəld döndü, öz xırdaca, parlaq gözləri ilə
ətrafını diqqətlə süzdü, bir neçə addım kənarda bir polis nəfəri gördü - polis nəfərinin arxası
onlara sarı idi. Birdən QavroĢun ağzından bu sözlər çıxdı: ―Hə, iĢ belə imiĢ!‖ O, dərhal özünü
saxladı, Monparnasın əlini sıxaraq dedi:
– Di sağ ol! Mən öz çağalarımla filin yanına gedirəm. ĠĢdi, gecə sənə lazım olsam, məni orada
tapa bilərsən. Mən antresolda yaĢayıram. Mənim qapıçım yoxdur. Gələndə cənab QavroĢu
soruĢarsan.
Monparnas:
– YaxĢı, – dedi.
Onlar ayrıldılar. Monparnas Qro meydanına, QavroĢ Bastiliyaya getdi. BeĢ yaĢlı uĢağı qardaĢı,
onu da QavroĢ çəkə-çəkə aparırdı. Bu uĢaq bir neçə dəfə dönüb, uzaqlaĢmaqda olan ―Petr-r-
ruĢka‖ya baxdı.
Monparnas polis nəfərinin orada olduğunu anlaĢılmaz bir cümlə ilə QavroĢa bildirmiĢdi. Bu
cümlədə ancaq bir məxfi cəhət vardı ki, o da beĢ-altı dəfə müxtəlif Ģəkildə təkrar edilən ―diq‖
hecasında idi. ―Diq‖ hecası ayrıca söylənilmir, lakin məharətlə kəlməyə sarındıqda belə bir məna
verir: ―Ehtiyatlı ol, sərbəst danıĢmaq olmaz‖. Bundan baĢqa, Monparnasın cümləsində ədəbi
gözəllik də vardı, bu, QavroĢun nəzərindən qaçmıĢdı: Mənim doqum, mənim daqım, mənim
diqim. Tampl həbsxanası arqosunda ―mənim itim, mənim bıçağım, mənim arvadım‖ deməkdir.
Bunu Molyerin yazdığı, Kallonun Ģəkil çəkdiyi o böyük dövrdə nədimlər, təlxəklər çox iĢlədirdi.
Ġyirmi il bundan əvvəl, Bastiliya meydanının cənub-Ģərq tərəfində, iskənənin yaxınlığında, qala
həbsxanasının köhnə xəndəyi yerində qazılmıĢ kanalın yanında qəribə bir abidə vardı. Bu abidə
indi parislilərin hafizəsindən silinib getmiĢdir, lakin o insan xatirində iz buraxmağa layiq
abidədir, çünki o, ―institutun üzvü, Misir ordusu baĢ komandanının‖ fikrini özündə təcəssüm
etdirirdi.
Biz buna ―abidə‖ deyirik, əslində, bu, ancaq abidənin maketi idi. Lakin bu maket, bu gözəl
qarataslaq, hadisələrin iki-üç Ģiddətli küləyi ilə sovrulan, hər dəfə də bu küləklərlə bizdən
uzaqlara atılan Napoleon ideyalarının bu əzəmətli cəsədi indi tarixi abidə olmuĢdu və sanki, öz
müvəqqətiliyinə zidd olaraq bitkinləĢmiĢdi. Bu, taxtadan, daĢdan düzəldilmiĢ, qırx fut
hündürlüyündə bir fil idi, belində də, evə oxĢar qüllə vardı. Vaxtilə rəngsaz onu yaĢıl rənglə
rəngləyibmiĢ, indi isə səma, yağıĢ və zaman təzədən rəngləmiĢ, ona qara rəng çəkmiĢdi.
Meydanın bu boĢ və açıq yerində bu nəhəng Ģeyin geniĢ alnı, xortumu, diĢləri, enli sağrısı,
sütunabənzər qıçları, belindəki qülləsi ulduzlu, qaranlıq gecədə qorxunc, fantastik bir Ģey kimi
görünürdü. O nəyi təmsil edirdi, məlum deyildi. Bu, sanki, xalq əzəmətinin simvolik təsviri idi.
Bu, adama qəm-qüssə gətirən, qəribə, sirli, iri bir Ģeydi. Bu, Bastiliyanın gözəgörünməyən
kabusu yanında, hamının gözü qabağında göylərə yüksələn azman bir teyf idi.
Xaricilər buna çox nadir hallarda gəlib baxardı, yoldan keçənlər isə heç baxmazdı. Bu fil ildən-
ilə uçub-dağılırdı, parça-parça uçub sökülən suvaqların yeri onun böyürlərində iyrənc yaraya
oxĢayırdı. Salonların zərif arqosunda deyilən ―edillər‖ onu 1814-cü ildən sonra unutmuĢdu. Uçub
dağılan, insana kədər verən bu fil öz yerində dayanıb durmuĢdu. Onun ətrafına çəkilən hasar
çürumüĢdü. SərxoĢ sürücülər onun yan-yörəsini murdarlamıĢdı, onun qarnı çatdaq-çatdaq
olmuĢdu; quyruğundan karkasın dəmir çubuğu çıxmıĢdı, ayaqları arasında hündür ot bitmiĢdi.
Yerin üzərində yavaĢ-yavaĢ, həm də ara vermədən yeni təbəqələr əmələ gəldiyindən ərazi hiss
edilmədən qalxır - filin ətrafında olan meydan da otuz il müddətində qalxdığından onun yeri,
sanki, çuxura düĢmüĢdü, sanki, torpaq onun ayaqları altında aĢağı çökmüĢdü. O
çirkləndirilmiĢdi, heç kəs onun qədrini bilmirdi, adamlar ondan iyrənirdi, lakin o öz qürurunu
pozmurdu. O, meĢĢanların nəzərində eybəcər bir Ģeydi, mütəfəkkirlərin nəzərində kədərli idi. O
tezliklə süpürülüb atılacaq bir yığın zibili, eyni zamanda, tezliklə ifĢa ediləcək əzəmətli bir Ģeyi
xatırladırdı.
Yuxarıda dediyimiz kimi, gecələr onun siması dəyiĢirdi. Gecə – qaranlıqla sirdaĢ olan Ģeylərin
həqiqi stixiyasıdır. Qaranlıq düĢən kimi qoca fil dəyiĢirdi, zülmətin qorxunc sükutu içərisində o
sakit və dəhĢətli bir sima alırdı. KeçmiĢə aid olmaqla o gecəyə aiddi. Zülmət azmana yaraĢırdı.
Bu kobud, kələ-kötür cüssəli, ağır, az qala öz Ģəklini itirən, lakin gözəl və qəribə qürura malik
olan, əzəmətli, sərt görünüĢlü abidə indi daha yoxdu. Ġndi orada baca ilə zinətlənmiĢ, nəhəng
sobayabənzər bir Ģey hökmfərmandır, heç kəs də onu narahat eləmir. Bu sobayabənzər Ģey
burjuaziya quruluĢu feodal quruluĢunun yerini tutan kimi doqquz qülləli, tutqun görkəmli
Bastiliyanın yerini tutmuĢdur. Soba üçün dövrün simvolu olmaq çox təbiidir; bu sobanın qüdrəti
buxar qazanında gizlənib durur. Bu dövr keçib gedir, o artıq keçib getmiĢdir. Qüvvət əgər
qazanda olursa, qüdrət anadan beyində olur, indi bunu anlamağa baĢlayırdılar. BaĢqa sözlə,
dünyanı irəli aparan, onu öz ardınca çəkən lokomotivlər deyil, ideyalardır. Lokomotivləri
ideyalara qoĢun, bu, yaxĢıdır, ancaq atı atlı hesab etməyin.
Hər necə olsa, Bastiliya meydanına qayıdaraq, bu sözü deməliyik: Fili yaradan, gipslə də olsa,
böyük bir Ģey əldə etmiĢdir, soba bacasını yaradan isə, hətta tuncdan da çox əhəmiyyətsiz bir Ģey
yaratmıĢdır.
Bu soba bacasına gurultulu bir ad verərək, onu ―Ġyul sütunu‖ adlandırmıĢlar. Vaxtından əvvəl
doğulmuĢ inqilabın bu uğursuz abidəsi 1832-ci ildə hələ nəhəng bir taxta örtüklə örtülmüĢdü,
ətrafına da, fili tamamilə ayıran, geniĢ taxta hasar çəkilmiĢdi - bu ―taxta köynəyin‖ yox olmasına
biz Ģəxsən təəssüf edirik.
QavroĢ da öz ―çağaları‖ ilə bura gedirdi. Meydanın bu tini uzaqdan yanan bir fənərin zəif iĢığı ilə
azca iĢıqlanmıĢdı.
Qoy burada sizə söylədiyimiz əhvalatı kəsib bir Ģeyi xatırlatmağa icazə verilsin: qoy oxucu bilsin
ki, biz həqiqəti təhrif etmirik. Ġyirmi il bundan əvvəl islahedici polis məhkəməsi həmin bu
Bastiliya filinin içində bir uĢaq görmüĢ, onu sərsəri həyat keçirmək, ictimai abidəyə zərər
yetirmək üstündə mühakimə etmiĢdir.
Bunu qeyd edərək, sözümüzə davam edirik.
QavroĢ bu nəhəng filə yaxınlaĢdıqda hədsiz dərəcədə böyük və hədsiz dərəcədə kiçik Ģeyin necə
təsir bağıĢlayacağını duyaraq dedi:
– Cücələr, qorxmayın!
Sonra o, filin ətrafına çəkilən hasarın taxtaları arasından içəri keçdi, uĢaqların da buradan
keçməsinə kömək elədi. UĢaqlar azca qorxsa da, QavroĢun ardınca gedir, onlara çörək verən,
yatmağa yer tapan bu cındır paltarlı balaca teyfə etibar edirdilər.
Hasarın dibində bir nərdivan var idi - qonĢuluqda olan odun anbarının fəhlələri gündüz bundan
istifadə edirdilər. QavroĢ nərdivanı qaldırıb filin qabaq ayaqlarından birinə qoydu. Onun belə
güclü olduğunu heç təsəvvür etmək olmazdı. Nərdivanın söykəndiyi yerdə - filin qarnında qara
bir dəlik görünürdü. QavroĢ nərdivanı və bu dəliyi öz qonaqlarına göstərib dedi:
– Bu nərdivanla qalxın, ora girin.
UĢaqlar qorxaraq bir-birinə baxdı. QavroĢ çığırdı:
– Çağalar, siz qorxursunuz? - Sonra əlavə etdi, – bu saat görərsiniz!
Filin kələ-kötür qıçını bərk-bərk qucaqladı, nərdivana heç əhəmiyyət verməyərək, bir anda
yuxarı qalxdı. DeĢiyə soxulan koramal kimi qara dəlikdən Ģütüyərək, içəri girdi. Bir an sonra
uĢaqlar qaranlığa bürünmüĢ dəliyin ağzında ağımtıl, donuq bir ləkə gördülər, bu, QavroĢun üzü
idi.
QavroĢ çığırdı:
– Gördünüzmü! Çağalar, indi siz də çıxın! Bura elə yaxĢıdır ki, özünüz görəcəksiniz! – Sonra
ucadan böyük uĢağa dedi:
– Mən əlimi sənə verərəm.
UĢaqlar bir-birini itələyirdi. Onlar QavroĢdan həm qorxur, həm də ona etibar edirdilər; bir
yandan da bərk yağıĢ yağırdı. UĢaqlardan böyüyü cürətə gəlib nərdivanla qalxmağa baĢladı.
Kiçiyi baxdı ki, qardaĢı onu bu böyük heyvanın pəncələri arasında tək qoyub qalxır, istədi
ağlasın, ancaq ağlamağa cəsarət etmədi.
Böyük uĢaq səndələyə-səndələyə pilləkənlə qalxırdı. Qılınc təlimi müəllimi öz Ģagirdinə, ya
çarvadar öz qatırına hay-küylə kömək etdiyi kimi, QavroĢ da söz ilə onu ürəkləndirirdi:
– Qorxma!
– Bax, elə!
– Qalx, qalx!
– Ayağını bəri qoy!
– Oradan yapıĢ!
– Ürəkli ol!
QavroĢun əli ona çatanda birdən uĢağın əlindən bərk-bərk yapıĢıb özünə sarı çəkdi.
– Hə, əlimə düĢdün ki!
UĢaq deĢiyə girdi.
QavroĢ:
– Ġndi məni gözlə, – dedi. – Cənab, zəhmət çəkib əyləĢin.
O, deĢiyə girdiyi kimi də deĢikdən çıxdı, bir meymun cəldliyi ilə filin qıçı ilə aĢağı sürüĢüb otun
içinə tullandı, beĢ yaĢlı uĢağı qamarlayıb, nərdivanın düz ortasına qoydu, sonra onun ardından
qalxmağa baĢladı. O, qalxa-qalxa çığıraraq böyük uĢağa deyirdi:
– Mən onu itələyəcəyəm, sən də özünə sarı çək.
Bir anda uĢağı itələyə-itələyə, darta-darta, qaldıra-qaldıra, çəkə-çəkə deĢiyə soxdular, belə ki,
uĢaq bir də gözünü açıb özünü deĢiyin içində gördü; QavroĢ da onun ardınca deĢiyə girdi, təpiyi
ilə nərdivanı vurub otun içinə saldı, çəpik vura-vura çığırdı:
– Budur, gəlib çatdıq. YaĢasın general Lafayet!
Bu sevincdən sonra əlavə etdi:
– Hə, çağalar, indi siz mənim evimdəsiniz!
QavroĢ, doğrudan da, öz evində idi.
Ey faydasız bir Ģeyin heç gözlənmədiyi halda faydalı olması! Böyük əsərlərin ehsanı!
Azmanların mərhəməti! Ġmperator fikrini əks etdirən bu böyük abidə qamenlərin yuvacığı oldu.
Azman uĢağı öz himayəsi altına aldı. Geyimli-kecimli burjualar Bastiliya meydanından keçərkən
gözlərini bərəldə-bərəldə nifrətlə onu süzür, lovğa-lovğa deyirdilər: ―Bu nəyə lazımdır?‖ Bu ona
görə lazımdır ki, atası, anası, çörəyi, paltarı, sığınacaq yeri olmayan körpə uĢaqları soyuqdan,
qırovdan, doludan, yağıĢdan, qıĢ küləyindən qorusun, gecəni palçıq içində qalıb xəstələnməkdən,
qar üstündə yatıb ölməkdən xilas etsin. Bu ona görə lazımdır ki, cəmiyyətin özündən rədd etdiyi
məsum tifillərə sığınacaq yeri versin. Bu ona görə lazımdır ki, ictimai günahları azaltsın. Bu,
bütün qapılar üzlərinə bağlanan adamlar üçün açılmıĢ zağa idi. Sanki, bu, hər yerini çirk, ĢiĢ, kif,
yara basmıĢ, baĢdan-baĢa qurd yemiĢ, gözdən düĢmüĢ, məhv olmağa məhkum edilmiĢ, nəhəng
dilənçiyəoxĢar bir miskin, qoca, yiyəsiz bir mastodont idi. Elə bir dilənçi ki, yolayrıcında
duraraq, keçib gedən adamlardan sədəqə kimi ona xoĢ bir nəzər salınmasını yalvara-yalvara
xahiĢ edir, lakin onun yalvarıĢlarına heç kim əhəmiyyət vermir. Sanki, bu dilənçinin baĢqa bir
dilənçiyə – ayaqyalın gəzən, əllərini nəfəsi ilə qızdıran, cır-cındır geyən, çölə atılan xörək
artıqlarını yeyən, evsiz-eĢiksiz, miskin bir cırtdana yazığı gəlirdi. Bax, Bastiliya fili bunun üçün
lazımdı! Napoleonun insanlar tərəfindən həqarətlə qarĢılanan fikri Allah tərəfindən bəyənilmiĢdi.
O Ģey ki ancaq Ģanlı ola bilərdi – əzəmətli oldu. Ġmperatora öz fikrini həyata keçirmək üçün,
porfir, tunc dəmir, qızıl, mərmər lazımdır. Allaha isə ancaq bir neçə köhnə taxta, bir neçə tir, bir
qədər gips kifayətdi. Ġmperatorun dahiyanə fikri varmıĢ: o istəyirmiĢ ki, xortumunu yuxarı
qaldıran, beli qülləli, ətrafında ürəkaçan, can verən sular qaynadığı bu silahlı fövqəladə, nəhəng
fildə xalqı təcəssüm etdirsin. Lakin Allah daha böyük iĢ gördü, onda körpə uĢaqlara sığınacaq
yer verdi.
Yuxarıda dediyimiz kimi, QavroĢun girdiyi deĢik bayırdan, filin qarnı altında güclə görünürdü,
özü də o qədər dar idi ki, oradan ancaq piĢik və uĢaq keçə bilərdi.
QavroĢ dedi:
– ĠĢə buradan baĢlayaq qapıçıya deyək biz evdə yoxuq.
QavroĢ öz evinə yaxĢı bələd olan adam arxayınlığı ilə qaranlığa baĢ vurub bir taxta gətirdi, taxta
ilə deĢiyin ağzını örtdü.
Sonra QavroĢ yenə də qaranlığa baĢ vurdu. UĢaqlar, fosfor məhlulu olan ĢüĢəyə salınan kibritin
Ģıqqıltısını eĢitdilər. O zaman hələ kimyəvi kibrit yox idi. O dövrdə tərəqqini Fümada çaxmağı
təcəssüm etdirirdi.
Birdən əmələ gələn iĢıqdan uĢaqlar gözlərini qıydılar, QavroĢ ―zirzəmi siçovulu‖ deyilən qatranlı
fitilin ucunu yandırdı. ―Zirzəmi siçovulu‖ iĢıq verməkdən çox tüstüləyirdi, filin içərisini güclə
görmək olurdu.
QavroĢun qonaqları ətrafına baxdılar: böyük Keydelberq qapçağına salınmıĢ bir adam və ya,
daha düzgün desək, tövrat balinasının qarnında Ġon nələr hiss edə bilərdisə, uĢaqlar da elə bir Ģey
hiss edirdilər. Sanki, böyük bir skelet onların qarĢısında canlanıb onları öz içərisinə aldı. Üst
tərəfdə qaralmıĢ, uzun bir tir vardı; tirdən hər iki tərəfə eyni məsafədə, həm də əyilmiĢ iri ağaclar
uzanırdı; tir – skeletin bel sütunu, əyilmiĢ ağaclar isə qabırğaları idi; gips stalaktiti onlardan
içalat kimi sallanırdı. Filin enli qumaĢ parçası kimi bir böyründən o biri böyrünə uzanan
hörümçək toru onun toz basmıĢ diafraqmasını təĢkil edirdi. Künc-bucaqda canlı kimi görünən, iri
qara ləkələr gözə çarpırdı - onlar ürkək, çevik hərəkətlərlə tez-tez yerlərini dəyiĢirdi.
Üst tərəfdən uçub tökülən Ģeylər filin qarın boĢluğunu doldurmuĢdu, buna görə də ora döĢəmə
kimi olmuĢdu.
UĢaqlardan kiçiyi böyüyünə sıxılaraq astadan dedi:
– Bura qaranlıqdır.
Bu sözlər QavroĢu bərk acıqlandırdı. UĢaqlar, sanki, donub qalmıĢdı, onları mütləq bu
vəziyyətdən çıxarmaq lazımdı. QavroĢ çığıra-çığıra dedi:
– Siz mənim baĢımı nə ĢiĢirdirsiniz? Olmaya əylənmək iftilatındasınız? Olmaya, Ģey
bəyənməyən Ģıltaq adamlar oyunu çıxarırsınız? Olmaya sizə Tüilri lazımdır? Belə isə, onda siz
heyvan deyilmisiniz? Cavab verin! Sizə xəbərdarlıq edirəm: mən sarsaq adam deyiləm! Bir
bunlara bax, guya, zərli qəfəsdən çıxıblar!
Adam qorxanda bir az kobudluq eləmək pis olmur. Bu zaman kobudluq adamı sakitləĢdirir.
UĢaqlar QavroĢa yaxınlaĢdı.
QavroĢ onların bu etimadından mütəəssir oldu, o, ―sərtlikdən‖ ―ata qəlbi yumĢaqlığına‖ keçdi,
söyüĢü mehribanca bir ifadə ilə yumĢaldaraq, balaca uĢağa dedi:
– Ay səfeh, bayır qaranlıqdır. Bayıra yağıĢ yağır, amma burada yağmır, bayırda hava soyuqdur,
amma burada heç meh də əsmir, bayırda bir yığın camaat var, amma burada heç kəs yoxdur,
bayırda heç ay da çıxmayıb, amma burada Ģam yanır, görürsən də!
UĢaqlar ətrafa cəsarətlə baxmağa baĢladılar, lakin QavroĢ onları bu iĢlə çox məĢğul olmağa
qoymadı.
Çığıraraq dedi:
– Cəld olun!
Onları elə bir yerə itələdi ki, biz ora məmnuniyyətlə ―otağın ən mühüm yeri‖ deyə bilərik.
QavroĢun yatağı orada idi.
QavroĢun yatağı əməlli-baĢlı yataqdı, onun döĢəyi də vardı, adyalı da. Yatağı alkovda idi -
pərdəsi də vardı.
DöĢəyi həsirdi, adyalı qaba boz yundan toxunmuĢ enli, çox az iĢlənmiĢ təzə bir çul idi, özü də
yaman isti idi. Bəs bu alkov nə idi?
Alkov deyilən Ģey üç uzun dirəkdən ibarətdi; dirəyin ikisi qabaqdan, biri dal tərəfdə yerə, yəni
filin qarnına tökülmüĢ gips tör-tökntüsünə sancılmıĢdı, baĢ tərəfdən də kəndirə bağlanmıĢdı, bu
qayda ilə ehramabənzər bir Ģey əmələ gəlmiĢdi. Bu ehramın üstünə latun məftilindən toxunmuĢ
tor atılmıĢdı. Tor çox ustalıqla dəmir tellərlə dirəklərə bağlanmıĢdı, dirəklərin hamısını
bürümüĢdü. AĢağıdan torun üstünə, onun yerə dəyən hissəsinə bir neçə iri daĢ qoyulmuĢdu, daha
torun içinə girmək mümkün deyildi. Bu tor quĢxanalarda quĢlar saxlanılan yerə çəkilən adi dəmir
torlardan idi. QavroĢun yatağı bu tor altında elə idi ki, elə bil, qəfəs içində idi. Bu Ģeylər hamısı
bir yerdə eskimos alaçığına oxĢayırdı.
Pərdə dediyimiz də bu tor idi.
QavroĢ qabaq tərəfdən torun üstündə olan daĢları kənara itələdi, torun ətəkləri bir-birindən
aralandı.
QavroĢ komanda verdi.
– UĢaqlar, iməkləyin!
Öz qonaqlarını ehtiyatla qəfəsə saldı, sonra özü də sürünə-sürünə ora girdi, daĢları öz yerinə
itələyərək, torun bir-birindən ayrılmıĢ ətəklərini möhkəmcə örtdü.
Sonra üçü də həsirin üstündə uzandı.
UĢaqlar nə qədər balaca olsalar da, bu alkovda ayaq üstə dura bilmirdilər. ―Zirzəmi siçanı‖ hələ
də QavroĢun əlində idi.
– Ġndi köpün! – dedi. – Mən bu saat öz kandelyabrimi söndürəcəyəm.
UĢaqlardan böyüyü toru göstərib soruĢdu:
– Cənab, bəs bunlar nədi?
QavroĢ lovğa-lovğa:
– Onlar siçovuldur, – dedi. – Köpün!
Sonra bu çağaları öyrətmək üçün bir neçə söz də əlavə etməyi lazım bildi:
– Bu toru nəbatat bağından gətirmiĢəm. Bunlar vəhĢi heyvanlardan ötrüdür. Bunlardan orada
nəqədisvar (nə qədər istəsən var), ancaq orada divaĢlam (divardan aĢmaq lazımdır), sonra
pəncərədən girmək, qapının altından keçmək gərək. Bu maldan nə qədər istəyirsən apar.
QavroĢ bu məlumatı verə-verə adyalın ucu ilə kiçik uĢağın üstünü basdırdı.
Balaca uĢaq dili dolaĢa-dolaĢa dedi:
– Nə yaxĢıdır! Nə istidir!
QavroĢ adyala xoĢ bir nəzərlə baxaraq dedi:
– Bu da nəbatat bağındandır. Meymunlardan çırpıĢdırmıĢam.
Sonra böyük uĢağın uzandığı qalın və çox gözəl toxunmuĢ həsiri göstərərək, əlavə etdi:
– Bu, zürafənindir.
Bir az susduqdan sonra sözünə əlavə etdi:
– Bunlar hamısı heyvanlarındır. Onlardan qopartmıĢam. Heç incimədilər. Dedim ki, bunlar filə
lazımdır.
Yenə də bir az susdu, sonra dedi:
– Divarın üstündən aĢıb keçirsən, böyükləri heç saymırsan, iĢ də düzəlir.
UĢaqlar bu cəsarətli, bacarıqlı adama qorxa-qorxa, həm də hörmət və təəccüblə baxırdılar. Bu da
onlar kimi yurdsuz-yuvasızdı, onlar kimi təkdi, onlar kimi zəifdi, lakin müəyyən dərəcədə
qəribə, hər Ģeyə qadir bir uĢaqdı. O, bəzən qoca təlxək kimi üz-gözünü qırıĢdırsa da, ağız-
burnunu əysə də, onun üzündə çox sadə, çox füsunkar uĢaq təbəssümü canlanırdı. Bütün bu
vəziyyəti ilə də QavroĢ onlara fövqəladə bir insan kimi görünürdü.
YaĢca böyük uĢaq utana-utana dedi:
– Cənab, siz polis iĢçilərindən qorxmursunuz?
QavroĢ belə bir cavabla kifayətləndi:
– Bala, ―polis iĢçiləri‖ demirlər, ―firon‖ deyirlər!
Kiçik uĢaq heyrətlə baxır, heç bir söz demirdi. O həsirin qırıq tərəfində, böyük uĢaq ortada
yatırdı. QavroĢ bir ana kimi adyalı ona sarı çəkdi, sonra da baĢını qoyduğu yerə, həsirin altına
cır-cındır yığdı, ona balaca bir balıĢ düzəltdi. Bunu etdikdən sonra böyük uĢaqdan soruĢdu:
– Hə, bura necədi?
O biri uĢaq QavroĢa bir mələk nəzəri ilə baxaraq dedi:
– Lap yaxĢı.
Yazıq uĢaqlar təpədən-dırnağa kimi islanmıĢdı, indi onların bədəni yavaĢ-yavaĢ qızırdı. QavroĢ
yenə də sözə baĢladı:
– YaxĢı, bayaq siz niyə ağlayırdınız? - Balacanı göstərərək əlavə etdi, – belə çağanın yenə də bir
təhəri var, amma sənin kimi yekə bir adamın böyürməsi lap axmaqlıqdır, lap elə buzov kimi...
– Axı bizim otağımız yox idi, bilmirdik hara gedək.
QavroĢ:
– Bala! ―Otaq‖ demirlər, ―öyxana‖ deyirlər.
– Bir də ki, qorxurduq gecə tək qalaq.
– ―Gecə‖ demirlər, ―qaraxana‖ deyirlər.
UĢaq:
– Cənab, təĢəkkür edirəm, – dedi.
QavroĢ yenə sözə baĢladı:
– Qulaq as, gör nə deyirəm, boĢ Ģeydən ötrü zırıldamaq lazım deyil. Mən sizin dərdinizə
qalacağam. Sən özün görəcəksən, bizim kefimiz lap kök olacaq. Yayda mənim dostum Nave ilə
Qlasyerə gedəcəyik, orada çiməcəyik, Austerlits körpüsü yanında paltaryuyan arvadları
cinləndirmək üçün salların üstündə lümlüt o yana-bu yana qaçacağıq. Onlar çığırırlar,
hirslənirlər, heç bilirsən onlar necə gülməlidir! Sonra gedib adam skeletinə baxacağıq. O diridir.
Yelisey çölündədir. O səfeh elə arıqdır, deyirsən lap talaĢadır. Teatra gedəcəyik. Mən sizi
Frederik Lemetrə aparacağam. Mənim biletim olur. Mən aktyorlarla tanıĢam. Bir kərə lap pyesdə
də oynamıĢam. Biz onda sizin kimi xırdaca uĢaqlardıq, kətanın altında qaçıĢırdıq, dəniz kimi bir
Ģey əmələ gəlirdi. Mən sizi öz teatrıma düzəldərəm. Biz bir yerdə vəhĢi adamlara baxarıq. Ancaq
onlar əsl vəhĢi deyillər. Onların əynində çəhrayı triko var, bu trikonun qırıĢdığı görükür.
Dirsəkləri də ağ sapla hörmələnmiĢdir. Sonra da biz operaya gedərik. Pulla əl çalanlarla bir yerdə
içəri girərik. Operada əl çalmaq iĢi çox yaxĢı düzəlib. Əlbəttə, bulvara mən bu pulla əl çalanlarla
getməzdim. Bir təsəvvür elə, operada elələri var ki, onların hər birinə iyirmi su verirlər, ancaq
bunlar səfeh adamlardır. Onlara tıxac deyirlər. Bir də biz gedib baxıb görəcəyik, adamların
baĢını gilyotinlə necə kəsirlər. Mən sizə cəlladı göstərərəm. O, Mare küçəsində yaĢayır. Adı da
cənab Sansondur. Onun qapısında məktub salmaq üçün qutu var. Bəli, biz yaman kef çəkə
bilərik.
QavroĢun barmağına bir damcı qatran düĢdü. Bu, onu xəyaldan ayırdı.
– Pa-ho! Fitil qurtarır! Diqqət! Mən iĢığa ayda bir sudan artıq pul xərcləyə bilməyəcəyəm.
Yerinə ki girdin, yat! Cənab Pol de Kokun romanlarını oxumağa bizim vaxtımız yoxdur. Bir də
ki, iĢıq bizim darvazamızın arasından bayıra düĢə bilər, fironlar da bunu görə bilər.
Ancaq böyük uĢaq cəsarət edib QavroĢla danıĢır, ona cavab verə bilirdi. O da qorxa-qorxa öz
fikrini dedi:
– Bir də ki, bəlimə fitildən od düĢə bilər, ehtiyatlı olmaq lazımdır ki, ev yanmasın.
QavroĢ onun səhvini düzəltdi:
– ―Ev yanmasın‖ demirlər, ―dəyirmanı qurutmaq‖ deyirlər.
Hava da pisləĢirdi. Göy gurultuları arasından filin belində insan yağıĢının səsi eĢidilirdi.
QavroĢ dedi:
– YağıĢ, səni yaman aldatdıq! Evimizin ayağından su elə axır, elə bil qrafindən tökülür, bunu
eĢidəndə adama ləzzət verir. Səfeh qıĢdır, öz malını nahaq yerə tələf eləyir, nahaq yerə əlləĢir,
bizi islada bilməyəcək. Buna görə də qoca suçular kimi deyinir, adamın zəhləsini tökür.
QavroĢ XIX əsr filosofu kimi bu eyhamdan baĢ verə biləcək bütün nəticələri öz üzərinə
götürərək, tufan haqqında cəsarətlə söylədiyi sözdən sonra elə ildırım çaxdı ki, onun iĢığı dəlik-
deĢikdən filin qarnına təpildi. Elə o saat da göy bərk guruldadı. UĢaqlar çığırıĢaraq yerlərindən
elə cəld qalxdılar ki, tor az qaldı kənara düĢsün. QavroĢ üzünü cəsarətlə onlara çevirib, qəhqəhə
ilə güldü.
– UĢaqlar, sakit! Bizim binanı elə bərk itələməyin. Çox əntiqə göy gurultusudur, çox əla! Bu,
sizin üçün sakitcə Ģığıyan ildırım deyil. Mərhəba, Allah! Vallah bu heç də Ambiqü
teatrındakından pis düzəldilməyib!
Bu sözdən sonra, o, dəmir toru düzəltdi, uĢaqları üsulluca yatağa itələdi, dizlərindən basdı ki,
yaxĢı uzansınlar. Sonra ucadan dedi:
– Allah ki öz Ģamını yandırdı, mən öz iĢığımı söndürə bilərəm. Cavanlar, uĢaqlar gərək yatsın.
Yatmamaq çox pis Ģeydir. Onda adamın ulğumu üfunət verər, ya da yaxĢı cəmiyyətdə deyirlər ki,
ağzından iy gələr. Adyala yaxĢı bürünün! Bu saat iĢığı söndürəcəyəm. Hazırsınız?
Böyük uĢaq pıçıldadı:
– Hazırıq. Mən lap rahatam. BaĢımın altında elə bil pərqu balıĢı var.
QavroĢ çığırdı:
– ―BaĢ‖ demirlər, ―kəllə‖ deyirlər.
UĢaqlar bir-birinə sığındı. QavroĢ onları həsirin üstünə qayda ilə uzatdı, çulu baĢlarına çəkdi,
sonra da vüquf sahibi olanların dilində əmri üçüncü dəfə təkrar etdi.
– Köpün! – deyib fitili söndürdü.
ĠĢıq sönən kimi uĢaqların altında yatdığı tor qəribə təkanlardan titrəməyə baĢladı. Qəribə səslər
eĢidildi, elə bil ki, bir Ģey bir Ģeyə sürtünürdü, bunun da ardınca metal səsi gəlirdi, sanki, bir çox
diĢ və dırnaq mis toru gəmirirdi, eyni zamanda, kəskin civilti səsi ətrafa yayılırdı.
BeĢ yaĢlı uĢaq baĢı üstündə bu qulaqbatırıcı səsi eĢidərək, dəhĢətdən bədəni buzladı, dirsəyi ilə
böyük qardaĢını itələdi, lakin o, QavroĢun əmri üzrə ―köpmüĢdü‖. UĢaq qorxudan az qaldı ki,
ağlını itirsin, cəsarət edib QavroĢa sarı döndü, nəfəsini tıxıyaraq, lap yavaĢdan dedi:
– Cənab!
QavroĢun da gözünə yuxu gedirdi:
– Nə var?
– Bu səs nədir?
– Siçovulların səsidir.
Yenə də baĢını həsirin üstünə qoydu.
Doğrudan da, filin dövrəsində yüzlərlə siçovul qaynaĢırdı, bizim yuxarıda dediyimiz canlı qara
ləkələr də bunlardı. Nə qədər ki, çıraq yanırdı onlar xeyli kənarda durmuĢdular; çıraq sönəndə,
siçovulların mülki məqamında olan bu mağaraya qaranlıq çökəndə siçovullar, xoĢtəbiətli, nağılçı
Perronun ―təzə ət‖ dediyi Ģeyin iyini duyaraq, sürü ilə QavroĢun çadırına cumdular, çadırın lap
baĢına qədər dırmaĢaraq, torun məftilini gəmirməyə baĢladılar, sanki, yeni tipli bu miçətkəni
dağıtmaq istəyirdilər.
UĢaq yata bilmirdi.
O yenə də sözə baĢladı.
– Cənab!
– Nə var?
– Siçovul nə deməkdir?
– Siçan deməkdir.
QavroĢun verdiyi izahat uĢağı bir az sakitləĢdirdi. O, ağ siçan görmüĢdü, siçandan qorxmurdu.
Lakin o yenə də soruĢdu:
– Cənab!
– Nə var?
– Niyə sizin piĢiyiniz yoxdur?
QavroĢ:
– Mənim piĢiyim vardı, – dedi, – bura gətirmiĢdim, onlar yedi.
QavroĢun bu ikinci izahatı birinci izahatın bağıĢladığı xoĢ təsiri heçə çıxartdı, uĢaq yenə də
qorxudan titrədi. Onlar arasında gedən söhbət dördüncü dəfə təkrar olundu.
– Cənab!
– Nə var?
– Nəyi yedi?
– PiĢiyi.
– PiĢiyi kim yedi?
– Siçovullar.
– Siçanlar?
– Hə, siçovullar.
Deməli, buradakı siçanlar piĢik yeyirmiĢ? UĢaq buna heyrət edərək, sözünə davam elədi:
– Cənab, belə siçanlar bizi də yeyə bilərlər?
QavroĢ:
– Əlbəttə yeyərlər, – deyə cavab verdi.
UĢağın qorxusu son nöqtəyə çatdı. Lakin QavroĢ bu sözləri əlavə etdi:
– Qorxma! Onlar bizim yanımıza gələ bilməzlər. Bir də ki, mən buradayam. Al, mənim əlimdən
tut. Kiri, köp!
QavroĢ əlini böyük uĢağın baĢı üstündən uzadaraq, onun əlindən tutdu. O da QavroĢun əlinə
sıxılaraq, özünü sakit hiss etdi. Mərdlik və qüvvətdə baĢqalarına keçmək kimi sirli bir xüsusiyyət
var. UĢaqların ətrafında yenə sakitlik əmələ gəldi, onların səsi siçovulları hürkütmüĢ və
qaçırtmıĢdı. Siçovullar bir neçə dəqiqədən sonra yenə qayıdıb gələndə istədikləri qədər çılğınlıq
göstərə bilərdilər - uĢaqların üçü də yuxuya getmiĢdi, daha heç bir Ģey eĢitmirdilər.
Gecə saatları axıb gedirdi. Qaranlıq böyük Bastiliya meydanını örtmüĢdü. YağıĢlı qıĢ küləyi
Ģiddətlə əsirdi. KeĢikçilər darvazaları, xiyabanları, hasarları, qaranlıq bucaqları gözdən keçirir,
gecə sərsəriləri axtarırdılar, lakin filin yanından səssizcə keçib gedirdilər. Bu bədheybət və
nəhəng Ģey durduğu vəziyyəti pozmayaraq, gözlərini qaranlığa zilləyərək, sanki, xəyala
dalmıĢdı, sanki, o, yaxĢı iĢ tutduğuna avara düĢən, yatıb yuxuya gedən üç tifili pis havadan
qoruduğuna, insanlardan gizlətdiyinə sevinirdi.
AĢağıda deyilənləri baĢa düĢmək üçün bir Ģeyi qeyd etmək artıq olmaz: o zaman Bastiliyanın
polis məntəqəsi meydanın o biri baĢında idi, filin yanında baĢ verən hadisələri keĢikçilər görə
bilməzdi, səsləri də eĢitməzdi.
Səhər açılana yaxın bir adam Sent-Antuan küçəsindən çıxıb yüyürə-yüyürə meydanı keçdi, Ġyul
sütunu barısının yanından döndü, hasarın taxtaları arasından içəri girdi, gəlib filin qarnı altında
dayandı. Bu adamın üstünə lap azca iĢıq düĢsəydi, onun baĢdan-baĢa islanmıĢ paltarından bilmək
olardı ki, o bütün gecəni yağıĢ altında olmuĢdur. Filin qarnı altına gələndən sonra ondan qəribə
bir çığırtı çıxdı - bu, insan dilinə uymayan çığırtı idi, belə bir səs ancaq tutuquĢudan çıxa
bilərdi. Bunu o bir də təkrar etdi. Bu çığırtıya təxminən belə bir Ģəkil vermək olardı:
– Kirikikiu!
Gələn adam ikinci dəfə çığıranda filin qarnından ona cavab olaraq Ģən və aydın bir uĢaq səsi
eĢidildi.
– Buradayam!
Elə o saat deĢiyin ağzını örtən taxta kənara çəkildi. Bir uĢaq deĢikdən çıxıb filin qıçı ilə aĢağı
sürüĢərək, çox asanlıqla orada duran adamın qabağına endi. Bu uĢaq QavroĢ idi. Gələn adam da
Monparnasdı.
―Kirikikiu‖ çığırtısına gəlincə, bunun, heç Ģübhəsiz, elə bir mənası vardı ki, uĢaq bunu ―Sən
cənab QavroĢu soruĢarsan‖ cümləsi ilə demək istərdi.
QavroĢ bu səsi eĢidən kimi cəld yerindən qalxdı, torun ucunu azca kənara çəkib ―alkov‖dan
çıxdı, sonra bu yeri daĢla yaxĢıca bərkidərək, lükü açıb aĢağı endi.
UĢaqla kiĢi qaranlıqda kirimiĢcə bir-biri ilə qarĢılaĢdı. Monparnas ancaq bu sözləri dedi:
– Sən bizə lazımsan. Gedək, bizə kömək elə.
UĢaq baĢqa izahat tələb etmədi.
– YaxĢı, – dedi.
Ġkisi də, Monparnasın gəldiyi Sent-Antuan küçəsinə sarı getdilər. Onlar bostançıların bir-birinin
ardınca uzanıb gedən arabaları arasından keçərək, yeyin-yeyin gedirdilər - bostançı arabaları,
adətən, gecənin bu vaxtında özlərini bazara çatdırmağa tələsirdilər.
Bostançılar yağan selləmə yağıĢdan islanmamaq üçün lap gözlərinə kimi balaxonlarına
bürünərək, kahı və baĢqa tərəvəz yığını arasında oturub mürgü döyürdülər, yolla gedən bu qəribə
adamları heç görmürdülər.
ÜÇÜNCÜ FƏSĠL.
Həbsxanadan qaçmaq təhlükəsi.
Elə həmin gecə Fors həbsxanasında belə bir hadisə baĢ verdi.
Tenardye biradamlıq kameraya salınsa da, Babet Brüjon, Tüfeyli, bir də o, həbsxanadan qaçmaq
üçün sözü bir yerə qoymuĢdular. Monparnasın QavroĢa verdiyi məlumatdan aydın olur ki,
―Babet hələ gündüzdən iĢi hazırlayıbmıĢ‖. Monparnas onların hamısına bayırdan kömək etməli
imiĢ.
Brüjon bir ay islah kamerasında qalmaqla boĢ vaxtında həm kəndir eĢmiĢ, həm də qaçmaq
planını ətraflı düĢünmüĢdü. KeçmiĢ vaxtlardan bu kamera ciddi cəza yeri hesab olunurdu,
dustaqlar burada həbsxana qayda-qanunu üzrə baĢlı-baĢına buraxılırdı. Bu islah kamerası dörd
daĢ divardan, daĢ tavandan, sal daĢlı döĢəmədən, səfər çarpayısından, dəmir barmaqlıq vurulmuĢ
kiçik pəncərədən, üzünə dəmir çəkilmiĢ qapıdan ibarətdi, özünə də ―karser‖ deyərdilər. Lakin
sonralar karser çox mənfur bir Ģey hesab edildi. Ġndi bu yer dəmir qapıdan, dəmir barmaqlıq
vurulmuĢ kiçik pəncərədən, səfər çarpayısından, sal daĢlı döĢəmədən, daĢ tavandan, dörd daĢ
divardan ibarətdir, özünə də ―islah kamerası‖ deyirlər. Günorta vaxtı ora azca iĢıq düĢür.
Yuxarıda verilən izahatdan karserlərin əlveriĢli olmadığı aydın göründü, lakin karserlərin
əlveriĢli olmaması onların karser olmasında deyil. ĠĢləməyə məcbur edilməli olan adamlara
burada düĢünməyə imkan verilir, karserlərin əlveriĢli olmaması bundadır.
Bəli, Brüjon ətraflı düĢündü, islah kamerasından çıxanda kəndiri də götürüb apardı. Onu,
ġarleman həyəti üçün çox təhlükəli bir adam hesab edildiyindən, aparıb Yeni binaya saldılar.
Yeni binada onun birinci əldə etdiyi Ģey tüfeyli, ikinci mismar oldu. Tüfeyli cinayət deməkdi,
mismar azadlıq deməkdi.
Brüjon haqqında tam bir təsəvvür əldə etmək vaxtı gəlib çatmıĢdır. Üzdən o, cılız görünürdü. O,
qəsdən özünü süst göstərirdi, incə düĢünülmüĢ bu məsələlərdə onun müəyyən məqsədi vardı. O,
nəzakətli, zirək, ağlı baĢında bir adamdı, eyni zamanda, mehriban baxıĢlı, sərt təbəssümlü,
təcrübəli bir oğru idi. Onun baxıĢı iradəsini, təbəssümü isə təbiətini ifadə edirdi. O, öz sənətinin
ilk təcrübələrini taxtapuĢlar üzərində aparmıĢdı, ―qurĢunqoparanlar‖ ustalığına çox yeniliklər
gətirmiĢdi: onlar ―öküz qovuğu‖ deyilən üsulla yağıĢ novunu kəsərək evlərin taxtapuĢlarını
soyurlar.
Təyin edilən gün qaçmaq üçün çox əlveriĢli bir gün idi, çünki taxtapuĢ döĢəyənlər bu zaman
həbsxananın Ģifer döĢənmiĢ damının bir hissəsini söküb təzələyirdilər. Ġndi Sen-Bernar həyəti
ġarleman və Sen-Lui həyətindən tamamilə ayrı deyildir. Yuxarılara taxta-Ģalban və nərdivan
gətirilmiĢdi, baĢqa bir sözlə, azadlığa çıxmaq üçün körpülər salınmıĢ, pillələr qoyulmuĢdu.
Yeni bina dünyada ən köhnə, ən çox çatlamıĢ bir bina idi, həbsxananın da ən zəif yeri bura idi.
Divarlar rütubətdən elə quzulayıb tökülmüĢdü ki, qübbələrə taxta vurmaq lazım gəlmiĢdi, çünki
oradan daĢ qopur, birbaĢ dustaqların çarpayısı üstə düĢürdü. Yeni bina belə köhnə olsa da,
həbsxana müdiriyyəti səhv edərək, həbsxana dilində ―ən təhlükəli‖ dustaq deyilən ən nadinc
dustaqları bura salırdı.
Yeni bina dörd ümumi kameradan, bir də ―Azad hava‖ deyilən çardaq hissəsindən ibarətdi.
Kameralar bir-birinin üstündə idi. Yəqin ki, de la Fors hersoqlarının mətbəx bacası olan enli bir
soba bacası lap aĢağıdan baĢlayaraq, dördmərtəbənin dördündən də keçib gedir, hər kameranı iki
yerə bölərək, taxtapuĢdan yuxarı qalxırdı. Kameralar da yastılaĢmıĢ sütuna oxĢayırdı.
Tüfeyli Brüjon bir kamerada olurdu. Ehtiyat edərək onları aĢağı mərtəbəyə salmıĢdılar. Təsadüfi
olaraq baca onların yatağının baĢ tərəfinə düĢmüĢdü.
Tenardye onların üstündə, çardaqda, ―Azad hava‖ deyilən yerdə idi.
Yoldan keçən bir adam yanğınçılar qıĢlası yanından keçərək, Müqəddəs Yekaterina Zəmisi
küçəsində, hamam darvazası qabağında dayansa, bir həyət görəcəkdir. Həyətdə çiçək və kol
əkilmiĢ çoxlu qutu vardır. Həyətin dib tərəfində Jan-Jakın kənd xülyalarını təcəssüm etdirən,
yaĢıl pəncərəli, iki balaca ağ rotonda1 nəzərə çarpır. Təxminən on il bundan əvvəl bu rotondanın
dal tərəfindən hündür, qara, qorxunc, çılpaq bir divar yüksəlirdi, bu balaca ev həmin divarın lap
dibində idi. Fors həbsxanasının keĢikçilər yolu da bu divarın o biri üzündə idi.
Rotondanın arxasında olan bu divar Berkenin arxasında görünən Miltonu xatırladırdı.
Bu divar nə qədər hündür olsa da, onun o tərəfində ondan da hündür, ondan da qara bir taxtapuĢ
görünürdü. Bu, yeni binanın taxtapuĢu idi. Orada dəmir barmaqlıq vurulmuĢ dörd kiçik çardaq
pəncərəsi gözə çarpırdı. Bunlar ―Azad hava‖nın pəncərələri idi. TaxtapuĢdan bir baca qalxırdı,
bu, ümumi kameralardan keçən baca idi.
―Azad hava‖ deyilən Yeni binanın çardağı ayrı-ayrı mansardlara bölünmüĢ böyük bir anbara
oxĢayırdı. Mansardların pəncərələrinə üçqat dəmir barmaqlıq, qapılarına tabağa dəmir
vurulmuĢdu, dəmirin hər yerində iri mismar baĢları görünürdü. Ora Ģimal tərəfdən girilsəydi,
onda sol tərəfdə dörd taxtapuĢ pəncərəsi, sağ tərəfdə isə dörd çargül kamera qalardı. Bu
kameralar xeyli böyükdü, bir-birindən ayrı idi, aralarında dar yol vardı. Bu yolların divarı
pəncərə qırağına kimi kərpicdən, ondan yuxarı da, lap taxtapuĢa kimi, dəmir çubuqdan
hörülmüĢdü.
Tenardye fevralın üçündə gecə bu kameralardan birində oturmuĢdu. O kimin vasitəsi ilə yuxu
gətirən zəhər qatılmıĢ bir ĢüĢə Ģərab tapıb gizlədə bilmiĢdi, – elə bir zəhər ki, deyilənə görə, Dero
icad etmiĢ, ―adamyatıran‖ quldur dəstəsi də onu Ģöhrətə mindirmiĢdi, sonralar da bu heç aydın
olmadı.
Bir çox həbsxanada dustaqların qaçmasına kömək edən satqın qulluqçular vardır ki, bunlar ya
həbsxana gözətçiləri, ya da oğrulardır, heç bir Ģeydən çəkinməyərək müxtəlif yollarla pul
qazanan xain polis xidmətçiləridir.
Bəli, o gecə ki QavroĢ iki azmıĢ uĢağı himayəsinə almıĢdı, Brüjonla Tüfeyli yavaĢca
yataqlarından durdular, Brüjonun tapdığı mismarla soba bacasını deĢməyə baĢladılar. Onlar
bilirdilər ki, Babet həbsxanadan səhər qaçmıĢdır. Monparnasla bir yerdə onları küçədə gözləyir.
Brüjonla Tüfeylinin çarpayısı bacanın dibində idi. Bacanı deĢdikdə toz-torpaq Brüjonun
çarpayısına tökülürdü, buna görə də tökülən toz-torpağın səsi eĢidilmirdi. Bir də ki, selləmə
yağıĢ və dolu, Ģiddətli göy gurultusu qapıları yerindən sarsıdır, dəhĢətli gurultu salırdı, bu da lap
yerinə düĢürdü. Yuxudan ayılan dustaqlar yenə də özlərini yatmıĢ kimi göstərir, Tüfeyli ilə
Brüjona öz iĢlərini görməyə imkan verirdilər. Brüjon diribaĢ, Tüfeyli güclü idi. Həbsxana
nəzarətçisi pəncərəsi kameraya baxan dəmir barmaqlıqlı kiçik bir otaqda yatmıĢdı. O, duyuq
düĢənə kimi bacanın divarı deĢilmiĢdi, Brüjonla Tüfeyli bacadan yuxarı qalxmıĢdı, bacanın
ağzında olan dəmir barmaqlıq sındırılmıĢdı, iki təhlükəli quldur taxtapuĢa çıxmıĢdı. YağıĢ və
külək Ģiddətlənirdi. TaxtapuĢ sürüĢkən idi.
Brüjon dedi:
– Aradan çıxmaq üçün yaxĢı qaranqaradır.
Altı fut enində, səksən fut dərinliyində olan bir uçurum onları keĢikçilər yolu qırağındakı
divardan ayırırdı. Onlar uçurumun dibində, qaranlıqda keĢikçi tüfənginin iĢıldadığını görürdülər.
Brüjonun biradamlıq dustaq kamerasında eĢdiyi kəndirin bir ucunu bacanın ağzında olan
sındırılmıĢ dəmir barmaqlığa bağladılar, o biri ucunu keĢikçilər yanındakı divarın üstündən o
tərəfə atdılar. Sonra cəsarətli bir sıçrayıĢla uçurumun üstündən atıldılar, divarın qırağından tutub
bir-birinin ardınca kəndirlə sürüĢərək, hamama yapıĢan kiçik bir taxtapuĢa endilər, kəndiri dartıb
hamamın həyətinə atıldılar, yüyürə-yüyürə həyətdən keçib, qapıçı budkası nəfəsliyinin yanında
bir ip vardı, ipi dartıb darvazanı açdılar, küçəyə çıxdılar.
Heç bir saat deyildi ki onlar əllərində mismar, qaçmaq fikri ilə yataqlarından qalxmıĢdılar.
Bir az sonra onlar həbsxanaya yaxın bir yerdə hərlənən Babetlə Monparnasa qoĢuldular.
Onlar kəndiri dartanda kəndirin bacaya bağlanan ucu qırılıb taxtapuĢda qalmıĢdı. Onlara elə bir
Ģey olmamıĢdı, ancaq ovuclarının dərisi soyulmuĢdu.
Bu gecə Tenardyeyə xəbərdarlıq edilmiĢdi, o yatmamıĢdı. Ona necə xəbərdarlıq edildiyini
aydınlaĢdırmaq mümkün olmadı.
O, saat bir radələrində, bu yağıĢlı və tufanlı gecədə, hava bərk qaranlıq olsa da, damdan, taxtapuĢ
pəncərəsi yanından, kameranın qabağından iki qaraltının ötüb keçdiyini gördü. Qaraltılardan biri
bir anlığa pəncərə qabağında ləngidi. O, Brüjon idi. Tenardye onu tanıdı, məsələni baĢa düĢdü.
Ona ayrı Ģey lazım deyildi.
Tenardye gecə vaxtı pusqu düzəldərək silahla basqın etməkdə təqsirləndirilmiĢ, çox təhlükəli
soyğunçular maddəsinə əsasən həbsə alınmıĢdı, buna görə də onun keĢiyini çox bərk çəkirdilər.
Onun kamerası qabağında hər iki saatdan bir dəyiĢilən, əlitüfəngli keĢikçi gəzirdi. Divar
Ģamdanlarındakı Ģamlar ―Azad hava‖nı iĢıqlandırırdı. Məhbusun ayağında əlli fut ağırlığında
dəmir qandal vardı. Hər gün saat dörddə bir nəfər gözətçi iki doq1 ilə onun kamerasına gəlir, o
zaman belə edirdilər – çarpayısının qabağına iki girvənkə çörək, bir qab su, bir qab da içində bir
neçə paxla üzən sup qoyurdu, sonra qandalı gözdən keçirir, dəmir barmaqlığı əli ilə yoxlayırdı.
Bu gözətçi öz itləri ilə bir gecədə iki dəfə kameraya baĢ çəkirdi.
Tenardye verilən çörəyi divara ―mıxlamaq üçün‖ tikanaoxĢar dəmir bir Ģeyi öz yanında
saxlamağa icazə ala bilmiĢdi. ―Tikanı‖ çörəyə batırır, ucunu da divardakı deĢiklərdən birinə
soxurdu. Deyirdi ki, bu qayda ilə çörəyi siçovullardan qorumaq olur. Tenardye həmiĢə nəzarət
altında olduğundan bu tikanaoxĢar Ģeydə qorxulu bir Ģey görmədilər. Lakin sonralar xatırladılar
ki, gözətçilərdən biri onda belə demiĢdi: ―YaxĢı olardı ki, bu Ģey dəmirdən olmayaydı‖.
Gecə saat ikidə qoca keĢikçini təcrübəsiz, cavan bir keĢikçi əvəz etdi. Bir az sonra gözətçi öz
itləri ilə gəldi. O, heç bir dəyiĢiklik görmədi. DəyiĢiklik ancaq bunda idi ki, qapıda ―axmaq
sifətli‖ çox cavan bir keĢikçi durmuĢdu. Ġki saat sonra, yəni saat dörddə, keĢikçini əvəz etmək
üçün gələn adam gördü ki, cavan keĢikçi Tenardyenin kamerası qabağında kötük kimi yerə
sərilib yatmıĢdır, Tenardye yoxdur. QırılmıĢ qandal daĢ döĢəmənin üstündədir. Kameranın
tavanında bir deĢik, onun da üstündə, taxtapuĢda ikinci bir deĢik görünürdü. Çarpayının bir
taxtası qoparılmıĢdı, qaçan dustaq onu, heç Ģübhəsiz, özü ilə aparmıĢdı, çünki taxtanı tapmadılar.
Kamerada bir də yarıboĢ bir ĢüĢə tapdılar - bu, keĢikçini yuxuya verən zəhərli Ģərabın artığı idi.
KeĢikçinin nizəsi də yox idi.
Həbsxana adamları bu Ģeyləri görəndə elə güman etdilər ki, Tenardye daha əldən çıxmıĢdır.
Lakin o, Yeni binanın divarını aĢsa da, təhlükədən hələ tamam qurtarmamıĢdı.
Tenardye Yeni binanın taxtapuĢuna çıxanda gördü ki, bacanın ağzına vurulan dəmir
barmaqlıqdan bir parça kəndir sallanmıĢdır, bu Brüjonun hördüyü kəndirin bir hissəsi idi, ancaq
çox qısa idi. Bununla o, Brüjon və Tüfeyli kimi keĢikçi yolu üstündən sıçraya bilməzdi.
Balet küçəsindən Siciliya kralı küçəsinə dönəndə, elə o saat sağ tərəfdə boĢ, zibilli bir yer
görünür. Keçən əsrdə orada bir ev varmıĢ, indi onun ancaq dal divarı qalmıĢdır. Uçmaqda olan
bu divar qonĢu binaların üçüncü mərtəbəsinə qədər qalxır. Xaraba qalmıĢ bu evin iki böyük
çargül pəncərəsi indi də nəzərə çarpır, sağ bucağa yaxın olan pəncərə qurd yemiĢ atma dirəklə
hasarlanmıĢdı, bu, qabarıq heraldika lövhəsinin üstündəki dəyirmi zolağı xatırladırdı. KeçmiĢ
vaxtda bu pəncərələrdən hündür, adama qəm-qüssə gətirən bir divar görünürdü, bu divar Fors
həbsxanasının keĢikçi yolu qırağındakı barının bir hissəsini təĢkil edirdi.
Küçədə, uçmuĢ evin yerində əmələ gələn boĢluğun qabağında çürümüĢ taxtadan hasar vardı.
Hasara beĢ yerdən daĢ dayaq qoyulmuĢdu. Ġç tərəfdə, divara yapıĢıq balaca bir daxma görünürdü.
Hasarın bir neçə il bundan əvvəl ancaq cəftə ilə bağlanan kiçik qapısı nəzərə çarpırdı.
Tenardye gecə saat üçdən bir az sonra bu xarabalığın divarı üstündə idi.
O bura necə gəlmiĢdi? Bunu nə izah etmək, nə anlamaq mümkün oldu. Ġldırımlar, eyni zamanda,
həm ona mane olmalı, həm də kömək etməli idi. O, taxtapuĢdan-taxtapuĢa, barıdan-barıya, bir
sahədən - o biri sahəyə keçərək, ġarleman, sonra Sen-Lui həyətindəki tikintilərə, sonra da
keĢikçilər yoluna, daha sonra Siciliya kralı küçəsindəki xarabalığa gəlib çıxmaq üçün taxtapuĢ
düzəldənlərin nərdivanlarından, körpücüklərindən istifadəmi etmiĢdi? Lakin bura gəlib çatmaq
üçün yolda elə maneələr vardı ki, bunları aĢıb keçmək, elə bil, heç mümkün deyildi. O,
çarpayısından götürdüyü taxtanı, bir körpü kimi, ―Azad hava‖ taxtapuĢundan keĢikçilər yolu
qırağındakı divarın üstünəmi qoymuĢdu, bu divarla, ta xarabalığa kimi, qarnı üstə sürünə-sürünə
bütün həbsxananımı dolanmıĢdı? Fors həbsxanasının divarı diĢ-diĢbir xətt Ģəklində uzanıb
gedirdi, onun bəzi yeri hündür, bəzi yeri alçaqdı. O, yanğınçılar qıĢlası yanında alçalır, hamam
binası yanında yüksəlirdi; onun keçdiyi yerdə tikintilər vardı: bu divar nə Lamuanyon binası
yanında, nə də DöĢəmə küçəsi boyunca bir hündürlükdə deyildi. Onun hər yerində eniĢlər və
tinlər vardı. Bir də ki, keĢikçilər onun qaraltısını görə bilərdi. Bu qayda ilə Tenardyenin keçdiyi
yolu izah etmək mümkün olmadı. Adama elə gəlir ki, hansı bir üsulla olur olsun, buradan
qaçmaq mümkün deyildi. Lakin azadlıq ehtirası uçurumu arxa, dəmir barmaqlığı söyüd
çubuğundan hörülmüĢ səbətə, çolağı pəhləvana, podaqra xəstəliyinə tutulmuĢ adamı quĢa,
kütlüyü instinktə, instinkti idraka, idrakı dühaya çevirir. Belə bir qüvvətli ehtirasa tutulmuĢ
Tenardye də, bəlkə, baĢqa bir üsul tapmıĢ, bu üsulu tətbiq etmiĢdi? Bunu bilən olmadı.
Dustağın həbsxanadan necə qaçdığını həmiĢə baĢa düĢmək olmur. Təkrar edirik: həbsxanadan
qaçan adama Allah tərəfindən ilham verilir, məchul ulduzlar, ĢimĢək parıltıları ona yol göstərir.
Azadlığa can atmaq qanadların göylərə uçuĢundan heç də az təəccüblü deyil. Qaçan bir oğru
haqqında: ―Bu taxtapuĢdan o necə keçə bilmiĢdir?‖ deyildiyi kimi, Kornel haqqında da belə
deyirdilər: ―Qoy o ölsün‖ sətrini o haradan tapmıĢdır?‖
Hər necə olsa, Tenardye tər tökə-tökə, yağıĢ altında islana-islana, əynindəki paltar parçalana-
parçalana, əllərinin dərisi gedə-gedə, dirsəkləri soyula-soyula, dizləri qanaya-qanaya xarabalıqda
yüksələn divarın elə bir yerinə gəlib çatmıĢdı ki, uĢaqlar öz dilində ora ―bıçaq‖ deyirlər. Burada
o, tirlənib uzanmıĢ, tamam gücdən düĢmüĢdü. Üçmərtəbə ev hündürlüyündə olan dik divar onu
yerdən ayırırdı.
Onun özü ilə gətirdiyi kəndir çox qısa idi.
Hələ nə qədər qaranlıqdı, o, divarın üstündə rəngi qaçmıĢ, əldən düĢmüĢ, ümidini itirmiĢ halda
uzanıb gözləyirdi, eyni zamanda, səhərin yaxınlaĢdığını düĢünməyə baĢlayırdı, bir az sonra
qonĢuluqda, Sen-Pol zəng qülləsində saat dördü vuracağını fikirləĢəndə onu dəhĢət aldı: saat
dörddə təzə keĢikçi gəlib əvvəlki keĢikçini əvəz edəcək, onu deĢilmiĢ taxtapuĢ altında yatmıĢ
görəcəkdilər. O, fənər iĢığında, çox-çox aĢağıda qaralan yaĢ döĢəməyə qorxa-qorxa baxırdı. Bu
DöĢəmə küçə həm onun arzu etdiyi, həm də onu qorxudan bir yerdi, bu həm ölüm, həm də
azadlıq idi.
Tenardye öz-özündən soruĢurdu: ―Görəsən, mənim o üç yoldaĢım qaça bildimi, onlar mənim
səsimi eĢitdilərmi, mənim köməyimə gələcəklərmi?‖ Tenardye diqqətlə qulaq asırdı. O, burada
olandan bəri küçədən patruldan baĢqa heç kəs keçməmiĢdi. Montreyldən, ġarondan, Vensendən
və Bersdən gələn bostançı arabalarının çoxu Sent-Antuan küçəsindən keçib bazara gedirdi.
Saat dördü vurdu. Tenardye diksindi. Bir az sonra həbsxanada qatma-qarıĢıq səs-küy baĢlandı —
belə səs-küy dustaq qaçdığı məlum olanda baĢ verir. Tenardye açılan və örtülən qapıların
Ģaqqıltısını, əl-ayağa düĢmüĢ adamların çaxnaĢmasını dəmir barmaqlıqlı qapıların cırıltısını,
həbsxana keĢikçilərinin xırıltılı səsini, həyətdə sal daĢlara dəyən tüfəng qundağının taqqıltısını
eĢidirdi. Bir mərtəbədən o biri mərtəbəyə qalxan və enən çıraq iĢıqları kameraların dəmir
barmaqlıqlı pəncərələrindən görünürdü. Yeni binanın çardağında bir məĢəl görünürdü, o, sanki,
çırpına-çırpına bir yerdən o biri yerə atılırdı, qonĢuluqda olan qıĢladan yanğınçılar çağırılmıĢdı.
MəĢəlin iĢığında onların dəbilqələri parıldayır, taxtapuĢun ora-burasında gözə çarpırdı. Bu
zaman Tenardye Bastiliya tərəfdə ağımtıl bir iĢıq gördü — göyün ətəyi məsumcasına ağarırdı.
O, on düymə eni olan divarın üstündə, selləmə yağıĢ altında, sağında və solunda olan iki uçurum
arasında tirlənib qalmıĢdı, heç qımıldana da bilmirdi, yıxılmaq qorxusu, yenidən ələ keçmək
dəhĢəti ona əzab verirdi. Yıxılmaq qorxusundan onun baĢı gicəllənirdi, onun fikri zəng dili kimi
iki vəziyyət arasında çırpınırdı: ―Yıxılsam öləcəyəm, burada qalsam, katorqaya düĢəcəyəm‖.
O, belə iztirablı bir qorxu və həyəcan içində idi, birdən, hava hələ qaranlıq olsa da, divar dibi ilə
ehtiyatla gələn adam gördü. ? adam DöĢəmə küçəsini keçib xarabalığın yanında dayandı,
Tenardye də bu xarabalığın divarı üstündə idi. BaĢqa bir adam da ehtiyatla gələrək ona qoĢuldu,
sonra ikinci, üçüncü bir adam da onun yanına gəldi. Bir yerə yığıĢandan sonra onlardan biri hasar
qapısının cəftəsini qaldırdı, hamısı daxma olan həyətə girdi. Tenardye onların lap baĢı üstündə
idi. Görünür, bu adamlar bu boĢ yerə danıĢmağa yığıĢmıĢdı: burada onları yoldan keçənlər, bir
neçə addım kənarda Fors həbsxanasının həyət qapısını mühafizə edən keĢikçi görə bilməzdi. Bir
Ģeyi də qeyd etmək lazımdır ki, yağıĢ bu keĢikçini budkadan bayıra çıxmağa qoymurdu, sanki,
onu həbsə almıĢdı. Tenardye bu naməlum adamların üzünü görə bilmədi, məhv olduğunu hiss
edən adam kimi laqeyd halda onların söhbətinə qulaq asmağa baĢladı.
Onun gözləri önündə zəif bir ümid iĢartısı Ģölələndi — onlar arqo qaydası ilə danıĢırdılar.
Əvvəl gələn adam astadan, lakin aydınca dedi:
– Addıyaq qabağa. Budurğada nə sürünək?
O birisi ona belə cavab verdi:
– Bu yağıĢ lap tüpürə-tüpürə cəhənnəmi də kor qoyar. Tulalar da qapa bilər. Odur birinin atılanı
ayaqdadır. Birdən budurğayda iliĢərik.
Budurğa və budurğay sözünün hər ikisi – birincisi qarovulxana, ikincisi Tampl arqosunda —
burada deməkdi. Bu sözlər Tenardye üçün iĢıq ucu oldu, ―budurğa‖ arqosundan qarovulxana
sahibi Brüjonu, ―budurğay‖ arqosundan Babeti tanıdı. Babet Tampl həbsxanasında, baĢqa
ixtisasları bir yana dursun, ehtikarçı da olmuĢdu.
On səkkizinci əsrin köhnə arqosu Tamplda iĢlənirdi və ancaq Babet bu arqoda təmiz danıĢa
bilirdi. Tenardye bu ―budurğay‖sız onu tanıya bilməzdi, çünki o, səsini tamam dəyiĢmiĢdi.
Bu arada onlardan üçüncü adam sözə qarıĢdı:
– Tələsməyin. Bir az gözləyək. Kim deyir ki, bizim köməyimizə onun ehtiyacı yoxdur?
Tenardye bu sözlərdən, bu düzgün fransız danıĢığından Monparnası tanıdı. Monparnas bütün
arqoları çox gözəl bilirdi, ancaq heç birini iĢlətmirdi.
Dördüncü adam susurdu, lakin enli kürəkləri onun kim olduğunu bildirirdi. Tenardye Ģübhə
etmirdi, o, Tüfeyli idi.
Brüjon acıqlı-acıqlı, lakin bayaqkı kimi astadan dedi:
– Sən də oradan düdüyünü çalırsan? Mebelə üz çəkən iĢin içindən çıxa bilməyib. O fırıldaq
bacarmır! Öz əbasını sökmək, əsgiləri cırmaq, ip eĢmək, qapağı deĢmək, cökə ağacı, mil
düzəltmək, dəmirləri miĢarlamaq, ipi bayırdan asmaq, baĢ vurmaq, allaĢmaq üçün hərif olmaq
lazımdır. Qocacıq onu bacarmaz, o iĢ adamı deyil.
Babet yenə də Pulalyenin və KartuĢun danıĢdığı klassik arqoda sözə baĢladı. Rasinin dili Andre
ġenyenin dilinə nə nisbətdəsə, onun da arqosu Brüjonun yeni, qəĢəng, cəsarətli və həyasızcasına
arqosuna o nisbətdə idi.
– Sənin o mebelə üz çəkənin sınıq çıxdı. Maz olmaq lazımdır, amma o mazurikdir. Çuğul onu
aldadıb, bəlkə də, lap dostlaĢdığı qırt toyuq aldadıb. Monparnas, qulaq as, eĢidirsənmi,
akademiyada nə fəryad qoparıblar? ĠĢıqları görürsən? Aydın məsələdir, o, ələ keçib! Ġyirmi il
qazanıb! Mən qorxmuram, özünüz bilirsiniz ki, mən qorxaqlardan deyiləm, ancaq əkilmək
lazımdır, yoxsa bizə toy tutarlar. Mısmırığını sallama, gedək bir ĢüĢə köhnə Ģərab ötürək.
Monparnas donquldandı:
– Adam yoldaĢını darda qoymaz!
Brüjon:
– Mən bayaqdan ləliyirəm ki, onun ağrısı var, – dedi. – Biz heç bir Ģey eləyə bilmərik. Qaçaq
buradan. Mən bu saat fironun məni yaxalayacağını hiss edirəm.
Monparnas zəif müqavimət göstərirdi. Quldurlarda bir-birini darda qoymamaq kimi bir sədaqət
var. bu dörd nəfər də belə bir sədaqətlə, Tenardyeni divarlardan birinin üstündə görmək ümidi ilə
nə qədər təhlükəli olsa da, bütün gecəni Fors həbsxanasının ətrafını gəzib dolaĢmıĢdılar. Bu gecə
həddindən artıq əlveriĢli gecə idi, çünki selləmə yağıĢdan bütün adamlar çəkilib getmiĢ, küçələr
boĢalmıĢdı. Onların paltarı islanmıĢdı, ayaqqabıları yırtıqdı, onlar üĢüyürdülər. Həbsxanada
təĢviĢə düĢüb hay-küy qaldırmıĢdılar, vaxt keçirdi, patrullar küçədə gəziĢirdi, onlar ümiddən
düĢmüĢdülər, yenə qorxmağa baĢlamıĢdılar, bu vəziyyət onlarda da çəkilib getmək meyilini
oyatmıĢdı. Bir cəhətdən, bəlkə də, Tenardyenin yeznəsi məqamında olan Monparnas da təslim
olmuĢdu. Bircə dəqiqə də keçsəydi, onlar çıxıb gedəcəkdi. Tenardye divarın üstündə ağır-ağır
nəfəs alırdı, o, fəlakətə uğrayan ―Meduza‖dan xilas olaraq sal üstündə oturan, bir gəminin
yaxınlaĢdığını, sonra yenə də üfüqdə gözdən itdiyini görən adama oxĢayırdı.
O, cəsarət edib bu adamları çağıra bilmirdi, keĢikçi onun səsini eĢitsəydi, hər Ģey məhv olardı.
Birdən onun ağlına bir Ģey gəldi, bu, son ümidin azca iĢıldayan son Ģüası idi. Tenardye Yeni
binanın bacasından açdığı kəndiri cibindən çıxarıb hasarın o üzünə atdı.
Kəndir onların lap qabağına düĢdü.
Babet dedi:
– Kəmənd!
Brüjon onun sözünü təsdiq etdi:
– Mənim qaytancığım!
Monparnas onların sözünə yekun vurdu:
– Meyxanaçı buradadır.
Onlar yuxarı baxdılar. Tenardye də baĢını divardan azca yuxarı qaldırdı.
Monparnas:
– Becid! Brüjon, kəndirin o biri ucu səndədir?
– Hə.
– Onları bir-birinə bağla, kəndiri ona atarıq, o da onu divarın bir yerinə iliĢdirər, aĢağı enmək
üçün bu da kifayətdir.
Tenardye cəsarət edib səsləndi:
– Mən soyuqdan donmuĢam.
– Qızınarsan.
– Mən qımıldana bilmirəm.
– Sən ancaq kəndirlə aĢağı sürüĢərsən, biz səni tutarıq.
– Mənim əllərim donub.
– Sən ancaq kəndiri divara iliĢdir.
– ĠliĢdirə bilmərəm.
Monparnas:
– Birimiz gərək onun yanına qalxaq, – dedi.
Brüjon dedi:
– Üçüncü mərtəbəyə!
Vaxtı ilə daxmada yandırılan sobanın suvaq çəkilmiĢ köhnə bacası vardı. Bu baca divarla yuxarı
qalxır, Tenardye olan yerə çatmağa lap az qalırdı. O zaman bu baca bərk çatlamıĢdı, ora-
burasının suvağı uçub tökülmüĢdü. Sonralar bu lap uçub dağıldı, lakin onun izi indi də görünür.
Baca çox dar idi.
Monparnas:
– Bununla yuxarı qalxmaq olar, – dedi.
Babet ucadan dedi:
– Bu bacanın içi ilə? KiĢi qalxa bilməz, çağa lazımdır.
Brüjon onun sözünü təsdiq etdi:
– Balaca uĢaq lazımdır.
Tüfeyli soruĢdu:
– Bir körpə uĢağı haradan tapaq?
Monparnas:
– Dayanın, – dedi. – Ağlıma bir Ģey gəlib.
Hasarın qapısını yavaĢca araladı, küçədə adam olmadığın əmin olduqdan sonra üsulluca bayıra
çıxdı, qapını örtüb Bastiliyaya sarı yüyürdü.
Yeddi, ya səkkiz dəqiqə keçdi, Tenardyeyə bu, səkkiz min əsr kimi göründü. Babet, Brüjon və
Tüfeyli bir kəlmə də söz söyləmədilər. Nəhayət, hasarın qapısı yenə də açıldı, Monparnasla
QavroĢ qapı ağzında göründü, Monparnas tövĢüyürdü. YağıĢ yağdığından küçə yenə də bomboĢ
idi.
QavroĢ içəri girib quldurların sifətinə sakitcə baxdı. YağıĢ suyu onun saçından damcılayırdı.
Tüfeyli ona dedi:
– UĢaq, sən kiĢisən, ya yox?
QavroĢ çiyinlərini sıxaraq ona belə cavab verdi:
– Mənim kimi uĢaq kiĢidir, amma sizin kimi kiĢilər çolma-çocuqdurlar.
Babet ucadan:
– Bu çağanın zəngi nə yaxĢı səslənir, – dedi.
Brüjon əlavə etdi:
– Bu Panten balasıdır, suya düĢmüĢ siçan deyil.
QavroĢ soruĢdu:
– YaxĢı, sizə nə lazımdır?
Monparnas:
– Bu baca ilə yuxarı dırmaĢmaq, – deyə cavab verdi.
Babet əlavə etdi:
– Bu kəməndlə bir yerdə.
Brüjon sözünə davam etdi:
– Özünü də gərək iliĢdirəsən.
Babet yenə də sözə qarıĢdı:
– Divarın üstünə.
Brüjon əlavə etdi:
– Pəncərənin atqısına.
QavroĢ yenə soruĢdu:
– Sonra?
Tüfeyli:
– Vəssalam, – deyə sözü bitirdi.
QavroĢ kəndirə, bacaya, divara, pəncərəyə baxıb dodaqları ilə elə bir nifrətedici səs çıxartdı ki,
bunu ifadə etmək mümkün deyil. Bununla o:
– Elə bu?! – demək istəyirdi.
Monparnas:
– Orada bir adam var, onu qurtarmaq lazımdır, – dedi.
Brüjon soruĢdu:
– Razısan?
QavroĢ:
– Sarsaq! – deyə cavab verdi, sanki, sualı özü üçün təhqir hesab edirdi, sonra ayaqqabısını
çıxartdı.
Tüfeyli onu qaldırıb daxmanın taxtapuĢuna qoydu, taxtapuĢun çürük taxtaları onun ayaqları
altında əyildi, kəndiri ona verdi. Monparnas burada olmayanda Brüjon kəndiri möhkəm
düyünləmiĢdi. QavroĢ bacaya sarı getdi. Bacada, taxtapuĢun lap yanında böyük bir yarıq vardı,
oradan lap asanca bacaya girmək olardı. QavroĢ bacaya girmək istəyəndə Tenardye xilas
olacağını, yenə də sərbəst yaĢayacağını hiss edərək, baĢını divardan aĢağı əydi. Dan yerinin zəif
iĢığı onun tərli alnını, göyərmiĢ yanaqlarını yırtıcılıq ifadə olunan sivri burnunu, pırtlaĢmıĢ ağ
saqqalını iĢıqlandırdı. QavroĢ onu tanıdı:
– Buna bax! Bu ki mənim atamdır!.. YaxĢı da, qoy olsun!
Kəndiri diĢinə alıb, qətiyyətlə yuxarı dırmaĢmağa baĢladı.
Xarabalığın yuxarısına çatanda bacadan çıxdı, ayaqlarını aĢıraraq, at minmiĢ kimi köhnə divarın
üstündə oturdu, kəndiri pəncərənin atqısına bərk bağladı.
Bir an sonra Tenardye aĢağı endi.
Onun ayağı yerə dəyəndə, təhlükədən xilas olduğunu görəndə özünü elə hiss etdi ki, elə bil, o
heç yorulmamıĢdı, soyuqdan donmamıĢdı, qorxudan tir-tir əsməmiĢdi. Duyduğu bütün dəhĢətlər
duman kimi dağılıb getdi. Onun qəribə və çılğın əqli, sanki, yuxudan ayıldı, sərbəst olduğunu
hiss edərək canlandı: o indi yenə də iĢ görməyə hazırdı.
Onun ilk sözü də bu oldu:
– Biz indi kimi yeyəcəyik?
Son dərəcə aydın olan bu sözün mənasını izah etmək lazım deyil, bu eyni zamanda həm
öldürmək, həm əzab vermək, həm də qarət etmək deməkdi. Yemək sözünün əsl mənası
aĢırmaqdı.
Brüjon:
– SürüĢmək lazımdır, – dedi. – Sözümüzü iki kəlmə ilə qurtaraq, dağılıb gedək. Burada, Plüme
küçəsində yaxĢıca bir iĢ var, küçə bomboĢdur, ev kənardadır, bağının köhnə, paslı, dəmir
barmaqlığı var, evdə ancaq arvadlar yaĢayır.
Tenardye:
– Çox gözəl! – dedi. – Niyə getməyək?
Babet dedi:
– Sənin qızın Eponina ora getmiĢdir.
Tüfeyli əlavə etdi:
– Manyon xəbər gətirmiĢdi. Orada əlimizə bir Ģey keçməz.
Tenardye:
– Mənim qızım axmaq deyil, nə elədiyini bilir, – dedi. – Hər halda, ora bir baĢ çəkmək lazımdır.
Brüjon:
– Hə, hə, – dedi. – Ora baĢ çəkmək lazımdır.
Bu adamlardan, elə bil ki, heç biri QavroĢa daha əhəmiyyət vermirdi. Onlar danıĢanda QavroĢ
hasarın dibindəki dayaqlardan birinin üstündə oturmuĢdu, o bir neçə dəqiqə gözlədi, bəlkə də,
atasının onu xatırlayacağı ümidində idi, sonra ayaqqabısını geyib dedi:
– ĠĢ qurtardı? Cənab kiĢilər, daha mən sizə lazım deyiləm ki? Siz kələkdən qurtardınız. Mən
gedirəm. Vaxtdır, mən gərək uĢaqlarımı durğuzam.
O çıxıb getdi.
BeĢ adam bir-birinin ardınca hasardan çıxdı. QavroĢ Balet küçəsinə dönərək gözdən itdikdən
sonra Babet Tenardyeni kənara çəkib dedi:
– Sən o uĢağa diqqət elədinmi?
– Hansı uĢağa?
– Divara çıxıb sənə kəndir gətirən uĢağa.
– Bir elə yox.
– Dəqiq deyə bilmərəm, ancaq mənə elə gəlir ki, o, sənin oğlundur.
– Yox əĢi? Sən elə güman edirsən?
BĠRĠNCĠ FƏSĠL.
Sözün əmələ gəlməsi.
Pigritia1 dəhĢətli bir sözdür.
Bu söz la pegre, yəni oğurluq deyilən bütün bir aləm, la pegrenne, yəni aclıq deyilən bütün bir
cəhənnəm yaratmıĢdır.
Bu qayda ilə tənbəllik – anadır.
Onun oğlu – oğruluq, qızı – aclıqdır.
Ġndi biz hardayıq? Arqo aləmində.
Arqo nədir? Arqo eyni zamanda həm milliyyət, həm də Ģivədir. Arqo, onun iki maskası olan xalq
və dil altında oğurluqdur.
Bu kədərli və mühüm hadisəni nəql edən adam otuz dörd il bundan əvvəl elə bu məqsədlə
yazılan bir əsərində2 arqo ilə danıĢan oğrudan bəhs etdiyi üçün bəziləri təəccüblənmiĢ, fəryad
qopararaq qəzəblə demiĢdilər: ―Necə? Arqo? Belə Ģey olar? Bu, dəhĢətdir! Axı arqo qalera,
katorqa, həbsxana, cəmiyyətdə olan ən iyrənc Ģeylərin dilidir!‖ və sair, və sairə.
Biz bu cür etirazları heç vaxt baĢa düĢməmiĢik.
Sonra iki böyük romançı — insan qəlbini dərindən bilən Balzak, bir də xalqın cəsarətli dostu
Ejen Sü, ―Ölüm cəzasına məhkum edilən adamın son günü‖ kitabının müəllifi 1828-ci ildə etdiyi
kimi, quldurları öz dilində danıĢdıranda yenə fəryad qopdu. Fəryad qoparanlar deyirdilər:
―Yazıçılar bu ürəkbulandıran Ģivə ilə bizdən nə istəyirlər? Arqo iyrənc Ģeydir! Arqo adamı
sarsıdır!‖
Kim bunu inkar edir? Əlbəttə, belədir!
Nə vaxtdan bəri yaranı, ya uçurumu, ya cəmiyyəti tədqiq etmək məsələsinə gələndə dərinə
getmək, iĢin lap əslinə varmaq təĢəbbüsü məzəmmətə layiq olmuĢdur? Biz həmiĢə bunu mərdlik,
hər halda, xeyirli və diqqətəlayiq bir iĢ hesab etmiĢik. Elə bir diqqət ki, o, müəllifin öz üzərinə
götürdüyü və yerinə yetirdiyi vəzifəyə layiqdir. Niyə axı hər Ģeyi yoxlamayaq, öyrənməyək,
yarıyolda dayanaq? Yarıyolda dayanmaq — zondu əlində tutan adamın deyil, zondun iĢidir.
Əlbəttə, cəmiyyətin bərk torpağı qurtaran, palçıq baĢlanan ən aĢağı təbəqələrinə enmək, bu
battaq təbəqələri araĢdırmaq, çirkab süzülən bu mənfur Ģivəni, bu irinli lüğəti, elə bir lüğət ki
onun hər sözü zülmət və çürüntü içində yaĢayan həlqəvarı əjdahanın iyrənc halqaları kimi nəzərə
çarpır – bu irinli lüğəti, bu mənfur Ģivəni axtarıb tapmaq, onları lap elə diri halda, lap çırpına-
çırpına yerin üzərinə atmaq xoĢ və asan bir iĢ deyil. Öz çılpaqlığı ilə iyrənc görünən arqonu fikir
iĢığında gözdən keçirməkdən sıxıntılı bir Ģey yoxdur. Doğrudan da, elə bil ki, o, gecə
qaranlığının iyrənc övladıdır, zülmət kloakasından qəfildən çıxarılmıĢ, sizin qarĢınızda
canlanmıĢdır. Siz, sanki, son dərəcə canlı və qarma-qarıĢıq bir cəngəllik görürsünüz. O, sanki,
titrəyir, tərpənir, sizə baxır, bizi hədələyir, zülmətə qaytarılmasını tələb edir. Bax, bu söz
caynağa, amma bu söz nuru sönmüĢ qanlı gözə oxĢayır. Bax, bu cümlə xərçəng qısqacı kimi
dartınır. Bunların hamısında nifrətəlayiq yaĢamaq qabiliyyəti vardır, bu da pozğunluq içində
törənən hər Ģeyə xas olan bir cəhətdir.
Sonra, nə vaxtdan bəri dəhĢət tədqiqatı rədd etməyə baĢlamıĢdır? Nə vaxtdan bəri xəstəlik
həkimi qovmağa baĢlamıĢdır? Elə bir təbiətçi tapmaq olarmı ki, o, gürzəni, yarasanı, əqrəbi,
skolopendranı, tarantulu öyrənməkdən boyun qaçırsın, bunları ―Nə iyrənc Ģeydir!‖ — deyərək
yenə də qaranlığa tolazlasın? Arqodan üz döndərən mütəfəkkir ziyildən, yaradan üz döndərən
cərraha bənzərdi. O, dilin bir cəhəti ilə məĢğul olmağa cürət etməyən filoloqa, ya da ictimai
həyatda baĢ verən bir hadisəyə qarıĢmağa cəsarət etməyən filosofa oxĢardı. Çünki arqo – qoy
bunu bilməyənlər bilsin – həm ədəbi hadisədir, həm də müəyyən ictimai quruluĢun nəticəsidir.
Arqo, əslində, nə deməkdir? Arqo səfalətin dilidir.
Burada bizim sözümüzü kəsə bilərlər, gətirdiyimiz faktı ümumiləĢdirə bilərlər, bu isə bəzən
gətirilən faktın əhəmiyyətini azaltmaq üçün vasitə olur. Bizə deyə bilərlər ki, bütün sənətlərin,
bütün peĢələrin öz arqosu var; əlbəttə, ictimai iyerarxiyanın bütün dərəcələrini, təfəkkürün hər
bir formasını buna əlavə etmək olar. Nəqd Monpelye, yaxĢı keyfiyyətli Marsel deyən alverçi,
məzənnə oyunu oynayıram, sığorta mükafatı, cari hesabat deyən birja dəllalı, hamısına gedirəm,
pika vuruldu deyən qumarbaz, o sahəyə ki, qadağan qoyulmuĢdur, rəddedici hərəkət etməyən
əmlaka irsi hüquq üçün ərizə verərsə, icraçı o sahədən məhsul tələb edə bilməz deyən
Normandiya adaları pristavı; pyesi fitə basdılar deyən vodevilist. mən məhv oldum deyən aktyor,
hadisənin üçlüyü deyən filosof, gözəl Ģikar, süfrə Ģikarı deyən ovçu, dostbazlıq, davabazlıq,
sirbazlıq deyən frenoloq, tüfəngə klarnet deyən piyada əsgər, öz atına hind toyuğu deyən süvari
əsgər, tersiya, kvarta, hücum deyən qılınc təlimi müəllimi, Ģpon yığımı deyən çapçı, – bunlar
hamısı: çapçı da, qılınc təlimi müəllimi də, süvari əsgər də, piyada əsgər də, frenoloq da, ovçu
da, filosof da, aktyor da, vodevilist də, pristav da, qumarbaz da, birja dəllalı da, alverçi də arqo
ilə danıĢırlar. Mənim fırçacığım deyən rəssam da, mənim avaraçılığım deyən notarius da, mənim
əlaltım deyən dəllək də, mənim kömək verənim deyən çəkməçi də arqo ilə danıĢır. Əslinə
qalanda sağ və sol tərəfi müxtəlif üsulla göstərmək də arqoya aiddir: matrosların söylədiyi
Ģtirbort və bokbort teatr dekoratorunun söylədiyi həyət və bağ, zəburçunun söylədiyi həvvari və
incil yeri sözləri də arqodur. ĠĢvəbazların öz arqosu olduğu kimi, ―modabazların‖ da öz arqosu
vardır. Rambulyenin malikanəsi bəzi cəhətdən möcüzlər sarayı ilə həmhüduddur. Hersoq
qadınların da öz arqosu vardır: Restavrasiya dövrünün gözəli olan bir kübar qadının yazdığı
sevgi məktubunda belə bir cümlə vardı, bu, dediyimizi sübut edir: ―Bütün bu dedi-qodular içində
mənim yaxa qurtarmağım üçün siz bol-bol əsas tapa bilərsiniz‖.
Diplomatik Ģifrlər də arqo ilə tərtib edilmiĢdir: Roma sözü əvəzinə 26 rəqəmi, göndərmək
əvəzinə grkztntgzyal, Moden hersoqu əvəzinə abfxutgrnogrkzu XI iĢlədən papa dəftərxanası da
arqo ilə danıĢır. Kök, turp, Ģalğam əvəzinə opoponach perfros chinum, reptitalmus dracatholicum
angelorum, postmegorum deyən orta əsr həkimləri də arqo ilə danıĢırdı. Qənd tozu, kəllə qənd,
saf qənd, rafinad, punc, baster, parça qənd, miĢarlanmıĢ qənd deyən hörmətli bir qənd zavodu
sahibi fikrini arqo ilə ifadə edir. Ġyirmi il bundan əvvəl tənqiddə olan məĢhur cərəyanda
deyiləndə ki: ġekspirin yarısı söz oyuncağından və kalamburdan ibarətdir – bu özü arqo idi.
Cənab de Monmoransının Ģeirdən və heykəldən heç baĢı çıxmasaydı, Ģair və rəssam ona lap
səlim-əql ilə ―burjua‖ desəydi – onlar öz fikrini arqo ilə söyləmiĢ olardı. Klassik akademik
çiçəyə flora, meyvəyə – pomona, dənizə Neptun, sevgiyə – qan atəĢi, gözəlliyə – məlahət, ata –
kəhər, ağ ya üç rəngli kokardaya – Bellona qızılgülü, üçbucaq Ģapkaya – Marsın üçbucağı
deyəndə, bu akademik arqo ilə danıĢır. Cəbrin, tibb elminin, nəbatat elminin öz arqosu vardır.
Gəmilərdə dənizçilərin iĢlətdiyi Jan Barın, Dükenin, Süffrenin, Düperenin danıĢdığı vıyıldayan
küləyin səsi ilə, ruporun bağırtısı ilə, abordaj baltaların taqqıltısı ilə, yırğalanma ilə, tufanlı
qasırğa ilə, torpaqların yaylım atəĢi ilə həmahəng olan bu qəribə, bu mükəmməl, bu Ģairanə dil
xalis arqodur, qəhrəmancasına, özəl bir arqodur, elə bir arqo ki, aslan çaqqal qarĢısında nə isə, bu
da yoxsulluğun qorxaq arqosu qarĢısında odur.
Bəli, bu belədir, hər nə deyilsə də, ―arqo‖ sözünün bu cür baĢa düĢülməsi onun geniĢ surətdə izah
edilməsindən irəli gəlir ki, bununla hamı razılaĢmır. Lakin biz bu sözün əvvəlki dürüst, məhdud
və müəyyən mənasını mühafizə edəcəyik, bir arqonu o biri arqodan ayıracağıq. Lap qədim
zamandan bəri yaĢayan, bütün bir aləm təĢkil edən əsl arqo, ən təmiz arqo – əgər bu iki sözü
birləĢdirmək mümkün isə bəli, ən təmiz arqo, biz təkrar edirik — səfalətin çirkin, qorxaq, gizlin,
xain, zəhərli, sərt, ikimənalı, iyrənc, dərin kök salmıĢ məĢum dilidir. Bütün zəlalətlərin, bütün
bədbəxtliklərin son nöqtəsində hədsiz və dəhĢətli bir səfalət vardır. Bu səfalət qiyam edir,
cəmiyyətin bütün rifahı ilə, hakim hüquqla mübarizəyə, dəhĢətli bir mübarizəyə giriĢir, o eyni
zamanda həm zəif, həm amansız olduğu halda, gah hiyləgərliklə, gah zorakılıqla ictimai qayda-
qanuna hücum edir, qəbahətlər tikanı ilə ona sancılır, ya da cinayət dəyənəyi ilə ona zərbələr
endirir. Səfalət bu mübarizə üçün döyüĢ dili icad etmiĢdir ki, bu da arqodur.
Vaxtı ilə canlı olan, lakin cəmiyyətdən silinib gedən bir dilin lap bir parçasını da olsa həyatın
dərinliyindən yuxarı qaldırmaq, unutqanlıq uçurumu üstündə tutub saxlamaq, yəni mədəniyyəti
əmələ gətirən, ya mədəniyyəti mürəkkəbləĢdirən bu yaxĢı, ya pis ünsürlərdən birini mühafizə
etmək – cəmiyyəti öyrənmək üçün əldə olan məlumatı artırmaq, mədəniyyətin özünə xidmət
etmək deməkdir. Plavt iki qartacalı döyüĢçünü finikə dilində danıĢdırmaqla istər-istəməz
mədəniyyətə bu xidməti etmiĢdir. Molyer də, bir çox personajını levant dilində və müxtəlif
ləhcələrdə danıĢdırmaqla mədəniyyətə belə bir xidmət göstərmiĢdir. Burada etirazlar yenə də
baĢlanır: ―Hə, finikə dili çox gözəl! Levant dili, bu da çox yaxĢı! Hətta yerli ləhcələrdə də qoy
danıĢsınlar! Bu, bir millətin, ya bir əyalətin dilidir. Lakin arqo? Arqonu saxlamağa nə ehtiyac
var? Arqonu nə üçün dartıb ortaya çıxaraq?‖
Buna biz ancaq bir sözlə cavab verəcəyik. Doğrudan da, əgər bir millətin, ya əyalətin danıĢdığı
dil diqqətə və öyrənilməyə layiqsə, onda diqqətə və öyrənilməyə daha artıq layiq olan səfalətin
danıĢdığı dildir.
Bu, Fransada, misal üçün, dörd yüz ildən daha çox, yalnız insan səfalətinin bir hissəsini deyil,
ümumiyyətlə, səfalətin, hər cür səfalətin danıĢdığı dildir.
Bir də ki – biz bunun üstündə təkid edirik – cəmiyyətin pis cəhətlərini, xəstəliklərini öyrənmək,
onları açıb göstərmək, bu xəstəlikləri sağaltmaq heç də elə bir iĢ deyildir ki, burada materialı
seçməyə icazə verilsin. Cəmiyyətin ürf–adətini, ideyalarını öyrənən tarixçinin iĢi heç də
cəmiyyətin hadisələrini öyrənən tarixçinin iĢindən asan deyil. Mədəniyyətin üst tərəfi birinin
sərəncamındadır: o, sülalələrin mübarizəsini, vərasətlə taxta çıxan adamın doğulmasını, kralların
evlənməsini, vuruĢmaları, qanunvericilik iclaslarını, görkəmli ictimai xadimləri, inqilabları,
mədəniyyətin xaricində, günün günorta çağında baĢ verən hər Ģeyi müĢahidə edir. O birisi isə
mədəniyyətin iç tərəfi ilə, onun dərinliyi ilə məĢğul olur: o, iĢləyən, əzab çəkən, intizarda olan
xalqı, məzlum qadınları, ölən uĢağı, insanın insanla olan gizlin mübarizəsini, heç kəsə məlum
olmayan vəhĢilikləri, mövhumatı, lazımi Ģey kimi qəbul edilən ədalətsizliyi, qanunun xəbərdarlıq
edən yeraltı zərbələrini, qəlbdə baĢ verən məxfi dəyiĢiklikləri, kütlələrin aydın olmayan
sarsıntısını, aclıq çəkənləri, səfilləri, lütləri, yurdsuzları, yetimləri, bədbəxtləri, rüsvay edilənləri
– zülmətdə dolanan bütün bu kabusları müĢahidə edir. O gərək həm Ģəfqət, həm ciddiyyət dolu
bir qəlb ilə ora, ən dibdə olan kazematlara ensin. Orada həm qanı axanlar, həm də hücum
edənlər, həm ağlayanlar, həm də qarğıyanlar, həm aclıq çəkənlər, həm də tıxıĢdıranlar, həm
bədxahlıqdan müsibət çəkənlər, həm də bədxahlığı törədənlər bir-biri ardınca sürünür. Qəlb və
ruh tarixçilərinin qarĢısında duran vəzifələr xarici hadisələr tarixçilərinin qarĢısında duran
vəzifələrdən azdırmı? Dantenin Makyavellidən az dediyini düĢünmək mümkündürmü? Məgər
mədəniyyətin bu qədər dərin, bu qədər qaranlıq olan yeraltı hissəsinin əhəmiyyəti onun yerüstü
hissəsindən azdırmı? Dağ silsiləsindəki mağaralara bələd olmayınca bu silsiləni yaxĢı öyrənmək
olarmı?
Lakin sözarası bir Ģeyi də nəzərə çatdıraq: yuxarıda deyilən qısa qeydlərdən elə nəticə çıxara
bilərlər ki, guya, bu iki növ tarixçi arasında qəti bir fərq vardır. Bizim fikrimizcə, onların
arasında belə bir fərq yoxdur. Bir tarixçi xalqların gözə görünməyən yeraltı həyatının müəyyən
dərəcədə tarixçisi olmasa, onu xalqların gözə görünən, nəzərə çarpan, açıqda olan zahiri
həyatının da yaxĢı tarixçisi adlandırmaq olmaz. Bir tarixçi də hər dəfə, lazım olanda xalqların
zahiri həyatının tarixçisi ola bilməsə, onu xalqların daxili həyatının yaxĢı tarixçisi adlandırmaq
olmaz. Ürf-adət, ideya tarixi, hadisələr tarixi ilə üzvi surətdə əlaqədar olduğu kimi, hadisələr
tarixi də onunla elə üzvi surətdə əlaqədardır. Bu, bir-birinə cavab verən, həmiĢə bir-birinə tabe
olan, çox vaxt da bir-birini törədən müxtəlif hadisələrin iki cəhətidir. O xüsusiyyətləri ki, Allah
millətin simasına verir – millətin daxili dərinliyində onlara mütabiq qaranlıq, lakin çox aydın
cəhətlər vardır — bu dərinlikdə baĢ verən bütün sarsıntıları onun səthində dəyiĢikliklər əmələ
gətirir. Əsl tarix hər Ģeyə qarıĢmıĢdır, əsl tarixçi də hər Ģeyə qarıĢmalıdır.
Ġnsan birmərkəzli dairə deyil, insan ikimərkəzli ellipsdir. Onlardan biri – hadisədir, o birisi –
ideyadır.
Arqo teatr kostyumu otağından baĢqa bir Ģey deyil: dil pis bir hərəkət etmək istəyəndə burada
paltarını dəyiĢir. Burada o, söz maskası taxır, məcaz cır-cındırını geyir. Bu qayda ilə qorxunc
olur.
Onu güclə tanıyırlar. Bu, doğrudanmı, fransız dilidir, böyük insan dilidir? Budur, o, səhnəyə
çıxmağa, bədxahlığın repertuarında olan və bütün tamaĢalar üçün yararlı olan cinayətə cavab
verməyə hazırdır. O daha getmir, ayaqlarını güclə atır, o, Möcüzlər sarayının qoltuqağacına
söykənə-söykənə axsayır. Bu elə bir qoltuqağacıdır ki, bir anda dəyənək də ola bilər. Ona
peĢəkar dilənçi deyirlər, onu öz teatr dərziləri – bütün bu kabuslar qrimləmiĢdir. O gah yerlə
sürünür, gah qalxır, bu o sürünənlərin iki cür hərəkətidir. Ġndi o hər rola girə bilər: sənədləri
saxtalaĢdıran onun gözlərini çəpləĢdirmiĢdir, adam zəhərləyən onu mis paxırı ilə örtmüĢdür, ev
yandıran onu hisə bulamıĢdır, qatil isə öldürdüyü adamların qanı ilə onun üzünü qırmızı rəngə
boyamıĢdır.
Cəmiyyətin içərisindən bayır qapısına gedilsə, qapının o biri üzündə danıĢan adamların
söhbətini, verilən sualları, alınan cavabları ayırd etmək mümkündür. Burada, mənası baĢa
düĢülməsə də, iyrənc bir danıĢıq səsi eĢitmək olar: bu, bir qədər insan danıĢığına oxĢasa da,
ulaĢmaya daha artıq yaxındır. Bu, arqodur. Onun sözləri çirkindir, bu sözlərdə fantastik heyvan
mahiyyəti duyulur. Elə bil ki, əjdahalar danıĢığını eĢidirsən.
Bu, duman içində gizlənmiĢ anlaĢılmaz bir Ģeydir. Bu Ģey cırıldayır, ala-qaranlığı sirlə
dolduraraq, gizli-gizli pıçıldayır. Qatı qaranlıq bədbəxtlikdən, ondan daha qatı qaranlıq
cinayətdən süzülüb axır. Arqo bir-birinə əriyib qarıĢmıĢ bu iki qaranlıqdan əmələ gəlir. Hər
tərəfdə zülmət, görülən iĢdə zülmət, səslərdə zülmət! Bu quru qurbağa dili dəhĢətlidir: o
vurnuxa-vurnuxa gəzinir, yerindən sıçrayır, sürünür, selik axıdır, yağıĢdan, gecədən, aclıqdan,
qəbahətdən, yalandan, haqsızlıqdan, çılpaqlıqdan, boğuntudan və qıĢdan meydana gələn ucsuz-
bucaqsız boz dumanda – səfillər üçün aydın günorta çağını əvəz edən dumanda – iryənc bir
Ģəkildə eĢələnir.
Ona qarĢı güzəĢtə gedək! Heyhat! Axı biz, biz özümüz nəyik? Sizə müraciət edən mən özüm
nəyəm? Məni dinləyən siz kimsiniz? Biz hardanıq? Hələ doğulmamıĢdan əvvəl bizim pis bir iĢ
tutmadığımıza tam bir əmniyyət varmı? Yer heç də həbsxana qəfəsinə oxĢamaqdan məhrum
edilməmiĢdir. Kim bilir, bəlkə də, insan Allah məhkəməsi tərəfindən ikinci dəfə cəzaya məhkum
edilən canidir?
Həyata yaxından baxın. O elə yaranmıĢdır ki, hər yerdə cəza hiss olunur.
Doğrudanmı, siz xoĢbəxt deyilən adamsınız? Amma siz hər gün kədərli olursunuz. Hər günün öz
böyük kədəri, ya kiçik qayğısı var. Dünən siz sizdən ötrü əziz olan bir adamın səhhəti üçün
əsirdiniz, bu gün öz səhhətiniz sizi qorxudur, sabah sizi pul məsələsi, o birisi gün böhtançının
böhtanı, bunun da ardınca dostunuzun bədbəxtliyi, sonra pis hava, sonra da sınmıĢ, ya itmiĢ bir
Ģey, daha sonra bir zövq – elə bir zövq ki, bundan ötrü siz vicdan əzabı çəkəcəksiniz, ya bel
sümüyündə ağrı duyacaqsınız, bəzən də dövlət iĢinin vəziyyəti, ürək dərdləri, sayı-hesabı
olmayan bir çox baĢqa Ģeylər sizi narahat edəcəkdir. Bir bulud dağılır, o birisi ancaq Ģəklini
dəyiĢir. Yüz günün içində sevinc və günəĢ dolu, dərdsiz-sərsiz, aydın bir gün çox çətinliklə
tapmaq olur. Hələ siz çox az miqdarda olan xoĢbəxtlərdənsiniz! BaĢqa insanlara gəlincə, onlar
həmiĢə zülmət içindədir.
DüĢünən adamlar ―xoĢbəxtlər‖ və ―bədbəxtlər‖ ifadəsindən az istifadə edirlər. Görünür, baĢqa bir
dünyanın astanası olan bu dünyada xoĢbəxt adam yoxdur.
Ġnsanların düzgün bölgüsü onları iĢıqda və qaranlıqda yaĢayanlar deyə iki yerə bölməkdir.
Cahillərin miqdarını azaltmaq, maariflənmiĢlərin miqdarını çoxaltmaq – məqsəd budur. Buna
görə də biz ―Təlim! Bilik!‖ – deyə çığırırıq. Oxuyub-yazmağı öyrətmək– iĢıq yandırmaq
deməkdir: hər bir heca parıldayır.
Lakin ―iĢıq‖ demək həmiĢə ―sevinc‖ demək deyil. ĠĢıq içində-olanlar da əzab çəkir: iĢıq
qədərindən artıq olanda yandırır. Alov qanadın düĢmənidir. UçuĢu dayandırmadan yanmaq –
dahiliyi göstərən möcüzdür.
Siz anlayanda, siz sevəndə daha artıq əzab çəkəcəksiniz. Gündüz göz yaĢı ilə doğulur. ĠĢıqda
olanlar heç olmasa qaranlıqda olanların halına ağlayır.
ĠKĠNCĠ FƏSĠL.
Köklər.
Arqo – qaranlıqda yaĢayanların dilidir.
Həm biabırçı, həm də qiyamçı bir dil olan bu qəribə ləhcə fikrin ən qaranlıq guĢələrini də
həyəcana gətirir, ictimai fəlsəfəni ən kədərli düĢüncələrə gətirib çıxarır. Cəza damğası bu
ləhcədə lap aydın görünür. Bu hər hecada nəzərə çarpır. Adi dilin sözləri bu ləhcədə elə bil ki,
cəlladın od kimi qızarmıĢ dəmiri altında əyilmiĢ və kobudlaĢmıĢdır. Bunlardan bəziləri, sanki,
hələ də tüstülənir. Bəzi cümlə elə təsir bağıĢlayır ki, elə bil bir oğrunun damğalanmıĢ çiyni
adamın qarĢısında qəfildən çılpaqlaĢır. Fikir bu dustaqlar sözü ilə ifadə olunmaqdan az qalır
boyun qaçırsın. Burada məcaz bəzən elə həyasızca bir mənada olur ki, adam onun rüsvayçılıq
dirəyi ilə tanıĢ olduğunu hiss edir.
Bununla belə və bütün bu səbəblərə görə, bu qəribə ləhcə ədəbiyyat deyilən mühafizəxanada –
elə bir mühafizəxana ki, orada həm göyərmiĢ liar, həm də qızıl medal üçün yer vardır – haqlı
olaraq özünə yer tutur. Arqonun – bu fikirlə razı olsalar da, olmasalar da – öz nəhvi, öz poeziyası
var. Bu, dildir. Onun bəzi eybəcər sözlərindən bilmək olar ki, Mandren onu pozmuĢdur, lakin
bəzi metonomiyaların parıltısından hiss olunur ki, Viyon o dildə danıĢmıĢdır.
Bu gözəl və məĢhur misra:
Mais ou sont les neiges d’antan?1
arqo ilə yazılmıĢdır. antan – ante annum – Möcüzlər həyəti arqosundandır, özü də keçən il, daha
geniĢ mənada bir zamanlar deməkdir. Otuz il bundan əvvəl, 1827-ci ildə, bir böyük dəstə
dustağın katorqaya göndərildiyi dövrdə, kürək cəzasına məhkum edilmiĢ Arqo dövlətinin kralı
tərəfindən Bisetra kazematlarından birinin divarına mismarla cızılmıĢ bu sözləri hələ də oxumaq
olardı: Les dabs d’antan trimaient siempre pour la pierre du coёsre. Bu sözlərin mənası budur:
KeçmiĢ zamanın kralları həmiĢə tacqoyma mərasiminə gedirdilər. Bu ―kral‖ üçün də katorqa ―tac
qoymaq mərasimi‖ idi.
Ġri kareta atlarının dördnala çapa-çapa getməsinə deyilən decarade sözü Viyona isnad edilir;
buna o layiqdir. Sanki, qığılcım saçan bu söz Lafontenin gözəl bir Ģerində onomatopeya ustalığı
ilə verilmiĢdir:
Six forts chevaux tiraient un coche1.
Xalis ədəbiyyat nöqteyi-nəzərindən, çox az sahə tapılar ki, arqo sahəsində aparılan tədqiqat
qədər maraqlı və səmərəli olsun. Bu, dil içində dildir, ağrılı bir ĢiĢdir, calaq tutmuĢ xəstə bir
qələmədir, qədim qall gövdəsinə kök salmıĢ, dil ağacı budaqlarından birinin altına öz məĢum
yarpaqlarını yayan tüfeyli bir bitkidir. Ġlk baxıĢda o belə görünür, arqonun bağıĢladığı ümumi
təəssürat belədir. Lakin kim dili geoloq torpağı öyrənən kimi, lazım olduğu kimi öyrənəndə, arqo
onun qarĢısında əsl bir lay kimi meydana çıxır. Bu layın nə qədər dərin qazılmasından asılı
olaraq, orada qədim xalq fransız dili altında, arqoda – provansal, ispan, italyan, Aralıq dənizi
limanlarının dili olan levant, ingilis, alman roman dilinin üç müxtəlif Ģəkli –roman–fransız,
roman–italyan, roman–roman, latın, bask, kelt dillərinin qalıqları görünür. Bu, dərində təĢəkkül
etmiĢ qəribə bir formasiyadır. Bu, bütün səfillər tərəfindən tikilmiĢ yeraltı bir binadır. Lənətlə
damğalanmıĢ hər qəbilə öz təbəqəsini düzəltmiĢdir, hər əzab ora öz daĢını atmıĢdır, hər ürək ora
öz qənbərini qoymuĢdur. Həyatın içərisindən keçən, əbədiyyətdə yox olub gedən alçaq, ya
hiddətli canilər ruhu burada cəmlənmiĢdir, sanki, onlar bu və ya baĢqa bir dəhĢətli sözün Ģəkli
arasından gözə çarpır.
Ġspan dilinin qalıqlarınımı görmək istərsiniz? Qədim qot arqosu ispan sözləri ilə doludur. Budur:
boffette – sillə sözü bofeton, vantane – pəncərə (sonralar – ―vanterne‖ sözü vantana, gat – piĢik
sözü gato, asite – yağ sözü accyte sözündən əmələ gəlmiĢdir. Ġtalyan dilinin qalıqlarınımı
görmək istərsiniz? Budur: spade – qılınc sözü spada, caruel – cəmi sözü caravella sözündən
əmələ gəlmiĢdir. Ġngilis dilinin qalıqlarınımı görmək istərsiniz? Budur: bichot – keĢiĢ sözü
bichop, raille –casus sözü rascal, rascalion – əclaf; pilche – qab, pilcher – qın sözündən əmələ
gəlmiĢdir. Alman dilinin qalıqlarınımı görmək istərsiniz? Budur: caleur – xidmətçi kellner, hers
– sahibkar – herzcg sözündən əmələ gəlmiĢdir. Latın dilinin qalıqlarınımı görmək istərsiniz?
Budur: frangir – sındırmaq – frangere, affurer –oğurlamaq sözü – fur cadane – zəncir sözü catena
sözündən əmələ gəlmiĢdir. Bir latın sözü vardır; bu söz qəribə bir hökmranlıq nəticəsində bütün
Avropa dillərində nəzərə çarpır; bu, magnus – böyük sözüdür; ġotlandiya bundan – klan qəbilə
baĢçısını ifadə edən – tas sözü: Mak-Farlan – böyük Farlan, Mak-Kallümor – böyük Kallümor1
düzəltmiĢdir; arqo bu sözdən meck, sonralar isə meg, yəni Allah etmiĢdir. Bask dilinin
qalıqlarınımı görmək istərsiniz? Budur: ahisto – iblis sözü gaiztoa – yaman sözündən, sorgabon
– gecən xeyir olsun sözü gabon – axĢamın xeyir sözündən əmələ gəlmiĢdir. Klet dilinin
qalıqlarınımı görmək istərsiniz? Budur: btavin – burun yaylığı sözü blavet – sıçrayan su,
menesse – qadın (pis mənada) sözü meinec – daĢ dolu; barant – balaca çay sözü baranton –
fəvvarə; goffeur – çilingər sözü goff – dəmirçi, guedouze – ölüm sözü guenn-du – ağ-qara
sözündən əmələ gəlmiĢdir. Və nəhayət, tarixmi lazımdır? Arqo, Malta qaleralarında iĢlənən
pulun xatirəsi olaraq, eküyə maltalı deyir.
Arqonun bu göstərdiyimiz filoloji əsaslarından baĢqa, insan idrakından doğan daha təbii kökləri
də vardır.
Bunun birincisi, doğrudan-doğruya sözün yaranmasıdır. Dilin yaranması sirri də bundadır. Söz
vasitəsi ilə Ģəkil çəkməkdə surət vardır, bunun da necə və nə üçün olduğu məlum deyil. Bunlar
hər bir insan dilinin ən adi əsasıdır, bunu onun tikinti qraniti adlandırmaq olardı. Arqo bu cür
sözlərlə doludur. Bu sözlərin harada və kim tərəfindən yaradıldığı məlum deyil, bunlar baĢqa
sözlərlə birləĢmədən etimologiyasız, analogiyasız hər cür materialdan bilavasitə yaranmıĢ
sözlərdir; bir-birinə qaynayıb-qarıĢmayan bu vəhĢicəsinə, bəzən də iyrənc, lakin çox canlı olan
bu sözlərdə çox qüvvətli bir ifadə vardır. Arqoda cəllada – kat, meĢəyə– oksim, qorxuya,
qaçmağa – plyot, lakeyə, – lakuza, generala, prefektə, nazirə – kovruq, iblisə – deder deyilir. Bu
sözlərdən qəribə söz yoxdur: bunlar Ģeyi həm gizlədir, həm də üstünü açır. Bu sözlərdən bəzisi,
məsələn, deder sözü həm qəribə, həm də dəhĢətlidir, bu, üz-gözünü qırıĢdıran təpəgöz təsirini
bağıĢlayır.
Ġkincisi, məcazdır. Hər Ģeyi söyləmək və hər Ģeyi gizlətmək istəyən dilin xüsusiyyəti onda olan
obrazlı ifadələrin çoxluğudur. Məcaz – bilməcədir. Elə bir bilməcə ki, cinayət iĢləmək istəyən
oğru, qaçmaq istəyən dustaq onun arxasında gizlənir. Arqodan məcazi idioma yoxdur. Qozu
burmaq – boynu sındırmaq, aĢırmaq – yemək, nikahlanmaq – məhkəməyə düĢmək, siçovul –
çörək oğurlayan, alebardlaĢır yağıĢ yağır deməkdir; ―alebardlaĢır‖ sözü qədim və çox qəribə bir
məcazdır, bu özü nə vaxt əmələ gəldiyini müəyyən dərəcədə göstərir: çəpinə yağan yağıĢın uzun
saçaqları – sıx sıralı landsknextlərin bir az əyilmiĢ nizələrinə oxĢadılır və bir sözdə xalq
metonomiyası olan alebarda qaydası yağır məfhumunu ifadə edir. Bəzən arqo inkiĢaf edərək bir
mərhələdən baĢqa bir mərhələyə keçəndə, ibtidai vəziyyətdə olan vəhĢicəsinə söz məcazi bir
məna kəsb edir. Ġblis daha deder deyil, çörəkçi, yəni sobaya adam atan olur. Bu, əvvəlkindən
ağıllı sözdür, ancaq ondan dayazdır. Bu, bir növ Korneldən sonra Rasini, Esxildən sonra
Yevripidi xatırladır. Arqonun hər iki mərhələyə – həm vəhĢi, həm də məcazi xarakterə malik
olan bəzi ifadələri fantasmaqoriyaya bənzəyir. Məsələn, belə bir ifadə götürək: Yarasalar ay
altında yabranı əkməyə götür-qoylaĢırlar (Sərsərilər gecə at oğurlamaq istəyirlər). Bunlar bir
yığın xəyal kimi Ģüurun önündən keçib gedir. Onları görürsən, ancaq nə olduqlarını baĢa
düĢmürsən.
Üçüncüsü də, onun çevikliyidir. Arqo canlı dil üzərində tüfeylilik eləyir. Bu dildən istədiyi kimi
istifadə edir, ondan necə gəldi söz götürür, çox vaxt da, əgər lazım olsa, ümumi, kobud
təhriflərlə kifayətlənir. Elə də olur ki, bu qayda ilə eybəcər Ģəklə salınmıĢ adi bir kəlmə xalis
arqodan olan bir kəlmə ilə birləĢərək canlı ifadə əmələ gətirir, yuxarıda qeyd etdiyimiz iki
ünsürün – həm sözyaradıcı, həm də məcaz ünsürünün burada bir-birinə qarıĢdığı hiss olunur;
Keb havlayır, təslim olur, panten taraxtaxı oksimlə ĢaxlaĢır, yəni it hürür, görünür dilicans
Parisdən meĢə ilə gəlir. Frayer – səfqulu, arvadı – umacovan, fərəsi – günəbaxan, yəni sahibkar –
axmaqdır, arvadı bicdir, qızı gözəldir. Çox vaxt arqoda, qulaq asanları azdırmaq üçün ağına-
bozuna baxmayaraq, hər sözün sonuna ayl, orq, yerq, ya yuĢ kimi iyrənc bir quyruq əlavə
etməklə kifayətlənirlər; məsələn, Sizayl buyerqi qızaruĢi yaxĢorq hesaberq edirmuĢ? Siz bu
qızartmanı yaxĢı hesab edirsinizmi? KartuĢ bu cümləni qapıçıya söyləmiĢdir: bununla o, qaçmaq
üçün ona təklif edilən pul gəlib-gəlmədiyini bilmək istəyirmiĢ. Gəlməyə mar sonluğunu xeyli
sonralar əlavə etməyə baĢlamıĢlar.
Arqo pozulma nəticəsində əmələ gəldiyi kimi, özü də tez pozulur. Bir də ki, arqo ilə danıĢanlar
həmiĢə bunun mahiyyətini gizlətməyə çalıĢırlar, baĢqaları tərəfindən anlaĢıldığını hiss edən kimi
onu dəyiĢirlər. Burada iĢıq bütün baĢqa Ģəkildə olan yetiĢmənin əksinə olaraq, hər nəyə
toxunursa, onu məhv edir. Bu cür də arqo pozula-pozula, yenə düzələ-düzələ öz rolunda davam
edir. Bu, heç kəsə məlum olmayan, ardı-arası kəsilməyən çevik bir iĢdir. Arqo on ildə, dilin on
əsrdə getdiyi yoldan daha uzun bir yol gedir. Bu qayda ilə larton – çörək – lartif, gail – at – gaye;
fertanche – bəlim – fertille; momignard, – körpə momacque, siques –
paltar – frusques; chigue – kilsə – ergugeoir; colabre – boyun – calas olur. Ġblisi əvvəl xauĢen,
sonra deder, daha sonra çörəkçi; keĢiĢə əvvəl ərsin, sonra qaban; xəncərə əvvəl iyirmi iki, sonra
qələm, daha sonra sancaq; polis iĢçisinə əvvəl atəĢkeĢ, sonra ayğır, daha sonra kürən, sonra da
tələsatanlar, bundan sonra tula, daha sonra firon; cəllada – əmi, sonra ġarlo, sonra da kran, daha
sonra qoltuqağacı düzəldən deyilir. On yeddinci əsrdə döyməyə – tütünə qonaq eləmək,
iyirminci əsrdə tütünləmək deyirdilər. Bu iki söz arasında iyirmi müxtəlif ifadə gəlib keçmiĢdir.
KartuĢun dili Lonserə qədim yəhudi dili kimi görünərdi. Bu dildə olan bütün sözlər bu sözləri
iĢlədən adamlar kimi həmiĢə qaçmaqdadır.
Lakin, elə bu hərəkətin nəticəsi olaraq, köhnə arqo vaxtdan-vaxta əhya olunur, yenə də təzələnir.
Onun dayanıb durduğu öz mərkəzləri vardır. Tampl həbsxanası on yeddinci əsr arqosunu
mühafizə etmiĢdir. Bisetr həbsxana olanda Tün səltənətinin arqosunu saxlamıĢdı. Orada, bu
səltənətin köhnə təbəqələrindən sözün sonunda anĢ iĢlətdiklərini eĢitmək olardı. Məsələn, onlar
deyirdi: Sən içanĢ (sən içirsən?) O inanĢ (o inanır). Bununla belə, daimi hərəkət onun qanunu
olub qalır.
Əgər filosof daima gözdən itən dili tədqiq etmək üçün bir anlığa tutub saxlaya bilsə, onun ağlına
kədərli, lakin faydalı fikirlər gələr. Heç bir tədqiqat bunun qədər təsirli, bunun qədər səmərəli və
ibrətli ola bilməz. Arqonun sözlərində elə bir məcaz, elə bir kök yoxdur ki, onda əyani ibrət dərsi
olmasın. Bu adamlar içərisində döymək – özünü bicliyə qoymaq deməkdir, onlar xəstəliyi
döyürlər, yəni özlərini xəstəliyə qoyurlar, onların gücü – hiyləgərlikdir.
Onlardan ötrü insan ideyası zülmət ideyasından ayrı deyil. Onlar gecəyə – qarqaran, adama –
qarançı deyirlər. Ġnsan onlar üçün gecədən əmələ gələn bir Ģeydir.
Onlar cəmiyyətə onları öldürən bir mühit kimi, mənhus bir qüvvə kimi baxmağa adət etmiĢlər.
Adam öz sağlamlığı haqqında necə danıĢırsa, onlar da öz sərbəstliyi haqqında elə danıĢır. Onlar
tutulmuĢ adama – xəstə, iĢ verilmiĢ adama – ölü deyirlər.
Dörd daĢ divar arasına salınmıĢ dustaq üçün ən qorxunc Ģey – qəlbi dəhĢətə gətirən təmizlikdir;
zindana – o təmiz deyir. Sərbəst həyat bu qaranlıq yerdə ona həmiĢə gözəl görünür. Dustağın
ayağına dəmir buxov vurulur. Bəlkə də, siz elə güman edirsiniz ki, dustağın fikrincə, ayaq
gəzmək üçündür? Xeyr, dustağın fikrincə, ayaq oynamaq üçündür. Buna görə də buxovu
miĢarlayıb kəsəndə onun ağlına gələn ilk fikir bu olur: indi mən oynaya bilərəm. Buna görə də
miĢara skripka deyir. Ad onun üçün özəkdir, bu çoxmənalı bir bənzətmədir. Quldurun iki baĢı
var: bunun biri onun bütün tutduğu iĢləri düĢünür, bütün ömrü boyu iĢlərə rəhbərlik edir, o birisi
– edam günü gilyotin bıçağı altına qoyulur, cinayətkar iĢlərdə ona məsləhət verən baĢa sorbonna,
cinayət üstündə kəsilən baĢa – kötük deyir. Ġnsanın bədənində cır-cındırdan, qəlbində qəbahətdən
baĢqa bir Ģey qalmayanda, maddi və mənəvi pozğunluq – hər iki mənada queux – (dilənçi) sözü
ilə xarakterizə olunan ikiqat pozğunluq dərəcəsinə çatdıqda adam cinayət edə bilir. Bu zaman o,
yaxĢı itilənmiĢ, bir ağzı ehtiyac, bir ağzı qəzəb olan ikiağızlı bıçağa oxĢayır; buna görə də arqo
gueux demir, ryguisy, yəni itilənmiĢ deyir. Katorqa nədir? Əbədi əzaba məhkum edilənlər üçün
tonqaldır, cəhənnəmdir. Arqo katorqa dustağına çır-çırpı deyir. Bəs cinayətkar həbsxanaya nə
deyir? Akademiya. Bu sözdən bütün bir islah sistemi meydana gələ bilər.
Oğrunun da özünə görə ―qırğın üçün yaranmıĢ adamları‖ var; bunlar onun soya biləcəyi
Ģəxslərdir: mənəm, sizsiniz, yolla gedən – arqonun pantre dediyi adamlardır. (Pan – bütün
adamlar).
Katorqa nəğmələrinin çoxu, xüsusi lüğətlərlə lireonfa1 deyilən bu nəqəratlar harada meydana
gəlmiĢdir, bunu bilmək istəyirsinizmi? Qulaq asın.
Paris ġatlesində uzun bir zirzəmi var idi. Bu zirzəmi Senanın səthindən səkkiz fut aĢağıda idi.
Onun nə pəncərəsi vardı, nə nəfəsliyi, bircə açıq yeri vardısa, o da qapısı idi. Adamlar ora girə
bilirdi, amma hava girmirdi. DaĢ qübbə onun tavanı idi, on düymə qalınlıqda palçıq döĢəməsi
idi. Zirzəminin yerinə bir vaxtlar daĢ döĢənibmiĢ, lakin ora su sızmıĢ, döĢəmənin sal daĢları
rütubətdən çatlamıĢ, ufalanmıĢdır. DöĢəmədən səkkiz fut hündürlükdə, zirzəminin bu baĢından o
baĢına yoğun bir tir uzanırdı. Tirdən, bir-birindən bir qədər aralı, üç fut uzunluqda zəncir
sallanırdı; zəncirlərin ucunda dəmir xalta vardır. Kürək cəzasına məhkum edilmiĢ adamları,
Tulona göndərilənə kimi bura salar, tirin altına gətirərdilər; orada onların hər biri üçün
qaranlıqda iĢıldayan zəncir sallanırdı. Zəncirlər uzanan əl kimi, xaltalar da açılan ovuc kimi bu
bədbəxtlərin boynundan tutardı. Onları boynundan buxovlayıb burada saxlardılar. Zəncir çox
qısa olduğundan onları uzanmağa qoymazdı. Onlar topuğa qədər palçıq içində, bədənlərindən
axan nəcislərinə bulaĢa-bulaĢa, yorğunluqdan əldən düĢərək, qıçları əsə-əsə, bükülə-bükülə bir az
dincəlmək üçün arabir öz zəncirlərindən asıla-asıla, baĢqa imkan olmadığından ayaq üstə yata-
yata, hər dəqiqədə də boyunlarına vurulan xaltadan boğularaq yuxudan ayıla-ayıla bu zirzəmidə,
bu qaranlıqda, boğazlarından asılmıĢ kimi bu tir, bu alçaq qübbə altında sakitcə durardılar,
əllərini uzadıb bir parça çörək, ya bir qab su götürmək üçün olmazın səy göstərərdilər. Bəziləri
yuxudan bir daha heç ayılmazdı. Onlara verilən çörəyi gətirib palçığa atardılar, onlar da bu
çörəyi əvvəl ayaqlarının altı ilə — ta əlləri çatana kimi — o biri qıçı ilə yuxarı qaldırar, əlləri
çatanda götürüb yeyərdilər. Bu vəziyyətdə onlar nə qədər qalırdılar? Bir ay, iki ay, bəzən də altı
ay. Birisi bir il qalmıĢdı. Bura katorqanın dəhlizi idi. Adamı kral meĢəsində dovĢan öldürdüyü
üçün bura salardılar. Onlar bu sərdabədə, bu cəhənnəmdə nə eləyirdilər? Sərdabədə nə eləmək
mümkündürsə onu – ölürdülər, cəhənnəmdə nə eləmək mümkündürsə onu – oxuyurdular. O
yerdə ki, daha ümid yoxdur – nəğmə qalır. Malta sularında, qalera gəmiləri yaxınlaĢanda əvvəl
nəğmə, sonra avar səsi eĢidilirmiĢ. Özgə yerində icazəsiz ov edən zavallı Sürvensan ġatle
həbsxanası zirzəmisindən keçdikdən sonra deyirdi: Məni ancaq qafiyə saxlayırdı. Deyirlər ki,
poeziya faydasız Ģeydir. Qafiyə axı nəyə lazımdır? Elə arqo nəğmələrinin, bəlkə də, hamısı bu
zirzəmidə yaranmıĢdır. Monqomer qalerasının qəmli – timalumizen, timulamizon nəqəratı
Parisdə, Böyük ġatle həbsxanasında meydana gəlmiĢdir. Bu nəğmələrdən çoxu mənhus, bəziləri
Ģən, biri də incə nəğmədir:
Burdaqayl teatr.
NiĢançı balanın.
Siz nə qədər çalıĢsanız da insan qəlbinin ölməz qalığı olan sevgini məhv edə bilməzsiniz.
Bu canilər aləmində adamlar bir-birinin sirrini saxlayırlar. Sirr – ümumi mülkiyyətdir. Sirr bu
səfillər üçün onların ittifaqının əsasını təĢkil edən əlaqədir. Sirr vermək – bu vəhĢi birliyə daxil
olan adamların bir hissəsini qoparmaq, çuğulluq eləmək – bir parça yemək deməkdir. Sanki,
çuğulluq eləyən adam onların hamısının bədənindən bir parça ət qoparır, bu əti yeyib dolanır.
ġillə vurmaq nə deməkdir? Adi bir məcaz buna otuz altı Ģam yandırmaq deyə cavab verir. Lakin
arqo bu məsələyə qarıĢaraq əlavə edir: Ģamkamuflyadır. Buna görə də adi danıĢıq dili Ģillə üçün
sinonim tapmıĢdır, bu kamufletdir. Bu qayda ilə arqo aĢağıdan-yuxarı nüfuz edərək, məcazdan,
hesablanması mümkün olmayan bu trayektoriyadan istifadə edərək, mağaradan akademiyaya
qədər qalxmıĢdır. Əgər Pulaye: Mən öz kamfulyamı yandırıram deyirdisə, Volter yazırdı:
Lanqlevyel La Bomel yüz kamufletə layiqdir.
Arqoda edilən qazıntılar – hər addımda edilən bir kəĢfdir. Bu qəribə ləhcəni dərindən öyrənmək
– abırlı insanlar cəmiyyətini, lənətlə damğalanmıĢ insanlar cəmiyyəti ilə sirli bir təmas nöqtəsinə
gətirib çıxarır.
Arqo – kürək cəzasına məhkum edilmiĢ sözdür.
Bir Ģeyə inanmaq çətindir: insan fikri o qədər enə bilərmiĢ ki, o, əl-qolunun bağlanmasına,
girdaba atılmasına, zalım qəza-qədərə yol verə bilərmiĢ, ona görə yol verə bilərmiĢ ki, bu
girdabın məchul ləzzətləri onu özünə cəzb edə bilsin.
Ey səfillərin yazıq düĢüncəsi!
Heyhat! Bu zülmət içində insan ruhunun köməyinə heç kəs gülməyəcəkmi? Yoxsa onun nəsibi
həmiĢə azadedici ruhu, peğaslar, hippoqriflər tərəfindən idarə olunan, Ģəfəq rəngli döyüĢçü
paltarı geyən, lacivərd səmalardan uça-uça enən azman atlını, gələcəyin ürəkaçan rıtsarını
gözləməkdir? Yoxsa, o, iĢıqdan hazırlanmıĢ ideal nizəsini həmiĢə nahaq yerə köməyə
çağıracaqdır? Yoxsa o həmiĢə dəhĢət içində, bu girdabın qatı qaranlığında ġərin onun üstünə
gəldiyini eĢitməyə, murdar sular altında bu əjdahanın baĢını, köpük püskürən nəhəng ağzını, ilan
kimi qıvrılan caynaqlı pəncələrini, bədənindəki halqaların körük kimi qalxıb-endiyini get-gedə
daha aydın görməyə məhkum edilmiĢdir? Yoxsa insan ruhunun varlığını tutqun Ģəkildə duyan və
yaxınlaĢmaqda olan qorxunc əjdahanın ixtiyarına verilən bu insan ruhu, bu tir-tir əsən, saçları
dağılan, dərd içində üzülən, gecə qayasına həmiĢəlik zəncirlənən, zülmət içində çılpaq bədəni
ağaran kədərli Andromeda iĢıq üzü görmədən, ümidini itirmiĢ halda oradamı qalmalıdır?
ÜÇÜNCÜ FƏSĠL.
Ağlayan arqo, gülən arqo.
Bütün arqoda, həm dörd yüz il bundan əvvəlki, həm də indiki arqoda elə bir tutqun simvolik ruh
vardır ki, bu, onun bütün sözlərinə gah dərdli, gah da təhdidedici məna verir. Bu arqoda
Möcüzlər həyəti dilənçilərinin qədimdə olan amansızlığı və kədəri duyulur. Bu o dilənçilərdi ki,
qumar oynarkən xüsusi kart iĢlədərdilər. Bu kartlardan bəzisi gəlib bizə çatmıĢdır. Məsələn, xaç
səkkizlik böyük bir ağacdan ibarətdir, üstündə də səkkiz dənə iri yonca yarpağı Ģəkli vardır, bu,
meĢənin simvolik təsvirindən biridir. Ağacın dibində tonqal qalanmıĢdır, üç dovĢan bu tonqalda
ĢiĢə çəkilmiĢ bir ovçunu biĢirir; arxa tərəfdə, baĢqa bir tonqalda, tüstü içində balaca bir qazan
görünür, qazandan it baĢı çıxmıĢdır. Rəsmdə oyun kartlarında göstərilən bu qisasdan məĢum bir
Ģey ola bilməz: vaxtı ilə qaçaq mal gətirənləri tonqalda yandırar, qəlp pul kəsənləri qaynar
qazana atardılar. Arqo səltənətində fikir ifadə olunan hər Ģeydə, hətta nəğmədə də, istehzada da
acizliyin, məzlumluğun əksi görünür. Bizə gəlib çatan bütün nəğmələrdə, bütün nəqəratlarda
qəmginlik, göz yaĢı, mütilik var. Oğruya ―yazıq oğru‖ deyilir, həmiĢə də o gizlənən dovĢan,
qaçıb canını qurtaran siçan, uçub gedən quĢ kimi təsvir edilir. Arqo Ģikayətlənmir o, ancaq ah-zar
eləyir. Onun ah-zarından biri gəlib bizə çatmıĢdır: ―je n’entrave que le dail comment meck, le
daron des orgues, peut atiger ses momes et ses momignards et les locher criblant sans etre atige
Luim – meme‖1. Səfil həmiĢə düĢünməyə vaxtı olanda qanun qarĢısında öz acizliyini, cəmiyyət
qarĢısında öz heçliyini hiss edir, o sürünür, yalvarır, mərhəmət diləyir. Hiss olunur ki, o öz
günahını dərk edir.
Keçən əsrin ortalarında bir dəyiĢiklik əmələ gəldi. Həbsxana nəğmələrində, oğruların
oxumasında igidlik və cəsarət duyulmağa baĢladı. Malüre deyilən qəmgin nəqəratları lariflya
əvəz etdi. On səkkizinci əsrdə qalera, katorqa və sürgün nəğmələrində kinli, həm də qəribə bir
Ģənlik göründü. Bu nəğmələrin fosfor kimi parıldayan kəskin və oynaq nəqəratı vardı; bu
nəqərat, sanki, gecə vaxtı qəbiristanlıqda, bataqlıqda görünən solğun iĢıqları tütəkdə üfürərək
meĢəyə atan kiçik bir nəğmə idi:
Mirlyəbabi, sürlyəbabo,
Mirliton ribon, ribet,
Sürlyəbabi, mirlyəbabo,
Mirliton ribon ribo.
Adamı zirzəmidə, ya meĢənin içərilərində öldürəndə bu sözləri oxuyardılar.
Bu ciddi bir əlamətdir. On səkkizinci əsrdə cəmiyyətin bu qaranlıq təbəqələrində çoxdan bəri
yaĢayan kədər dağılır. O adamlar gülməyə baĢlayırlar. Onlar həm böyük Allaha, həm də böyük
krala istehza edirlər. XV Lüdovikin padĢahlığı dövründə onlar Fransa kralını ―Markiz Rəqqas‖
adlandırırlar. Onlar ―ümumiyyətlə‖ Ģəndirlər. Bu səfillərdən zəif bir iĢıq saçılır, sanki, daha onlar
vicdan əzabı çəkmirlər. Zülmətin bu miskin camaatı nəinki öz iĢlərində göstərdikləri hədsiz
qoçaqlıqla, həm də qayğısız və cəsarətli ruha malik olmaları ilə fərqlənirlər. Bu, onu göstərir ki,
onlar cinayətkar olduqlarını daha hiss etmirlər, hətta mütəfəkkirlər, xəyalpərəstlər arasında
onlara qarĢı, onların heç özünə məlum olmayan bir kömək duyurlar. Bu, onu göstərir ki,
talançılıq və oğruluq doktrinlərə, sofizmlərə də nüfuz etməyə baĢlayır. Bu zaman onlar öz
yaramazlığının bir hissəsini itirir, bu yaramazlıqdan bol-bol doktrinlərə və sofizmlərə verirlər.
Nəhayət, bu onların, bir əngəl baĢ verməsə, geniĢ surətdə artdığını göstərir.
Bir anlığa dayanaq. Burada biz kimi təqsirləndiririk? On səkkizinci əsrimi? Onun fəlsəfəsinimi?
Əlbəttə, yox! On səkkizinci əsrin iĢi yaxĢı və faydalı iĢdir. Ensiklopediyaçılar — baĢda Didro
olmaqla, fiziokratlar — baĢda Türqo olmaqla, filosoflar — baĢda Volter olmaqla, utopiyaçılar —
baĢda Russo olmaqla – dörd müqəddəs legiondur. BəĢəriyyətin irəliyə, iĢığa doğru nəhəng
sıçrayıĢı onların xidmətidir. Bu, tərəqqinin dörd əsas nöqtəsinə doğru hərəkət edən insan
övladının dörd qabaqcıl dəstəsidir: Didro – gözəlliyə, Türğo – faydaya, Volter – həqiqətə, Russo
– ədalətə doğru irəliləyir. Lakin filosoflarla yanaĢı və onlardan aĢağıda duran sofistlər – sağlam
bitkilərə yan alan bu zəhərli pöhrəlik də, bakir meĢədə bitən bu baldırğan da öz iĢini görərək xoĢ
həyat keçirirdi. Cəllad Ədalət sarayının baĢ nərdivanında dövrün böyük azadlıq kitablarını
yandırdığı zaman indi artıq unudulmuĢ olan yazıçılar kralın icazəsi ilə cürbəcür ədəbiyyat nəĢr
edirdi. Bu ədəbiyyat qəribə və pozucu təsir bağıĢlayır, səfillər tərəfindən böyük bir ehtirasla
oxunurdu. Ġndi ―Gizlin kitabxana‖da olan bu nəĢrlərdən bəzisi bir Ģahzadə tərəfindən çax
ciddiyyətlə himayə edilmiĢdi. Çox qəribə bir təfsilat! Bu mühüm, lakin naməlum məsələlər
cəmiyyətin yuxarı tərəfində nəzərə çarpmırdı. Bəzən bir hadisəni bürüyən qaranlıq özü o
hadisənin təhlükəli olduğunu göstərir. O hadisə qaranlıqdır, çünki mağarada baĢ verir. O zaman
bütün yazıçılardan qalın xalq təbəqələri içərisində sağlamlıq üçün ən təhlükəli qalereya qazan,
bəlkə də, Retif de la Berton olmuĢdur.
Bütün Avropada baĢ verən bu iĢ hər yerdən çox Almaniyada daha böyük təxribata səbəb
olmuĢdur. Almaniyada, ġillerin məĢhur ―Qaçaqlar‖ dramında təsvir etdiyi kimi, oğurluq və
talançılıq bir müddət xüsusi mülkiyyətə və əməyə qarĢı etiraz etmək hüququnu özbaĢına ələ
alaraq, üzdən doğru, əslində, yanlıĢ, üzdən ədalətli, əslində, mənasız olan, hamının bildiyi bəzi
ideyaları mənimsəyən, bu ideyalara bürünərək mücərrəd bir ad altında, sanki, yox olub getmiĢdi,
bu qayda ilə, guya, nəzəriyyə Ģəklini almıĢdı. Bu nəzəriyyələr hətta bu miksturanı hazırlayan,
ehtiyatsızlıq göstərən kimyagərlərin, onu qəbul edən kütlələrin heç xəbəri olmadan əzab çəkən,
çalıĢqan, düz adamların da arasına nüfuz etmiĢdi. Belə Ģeylərin meydana gəlməsi həmiĢə
təhlükəli olur. Əzab və iztirab qəzəb çılğınlığı doğurur. Öz iĢlərində müvəffəqiyyət qazanan
siniflər özlərini korluğa, ya yuxuluğa qoyanda – hər iki halda – onların gözü qapalı olur. Səfalət
içində yaĢayan siniflərin nifrəti təklikdə düĢünən kədərli, ya kinli bir adamın köməyi ilə öz
məĢəlini yandırır, cəmiyyəti tədqiq etməyə baĢlayır. Nifrətin apardığı tədqiqat dəhĢətli olur!
Bunun da nəticəsində – əgər məĢum dövrlər buna imkan verirsə, – böyük sarsıntılar meydana
gəlir. Vaxtı ilə belə sarsıntılara jakeriya deyərdilər: xalis siyasi iğtiĢaĢlar bunun qarĢısında uĢaq
oyuncağıdır. Bu daha məzlumların zalımlara qarĢı apardığı mübarizə deyil, bu, pis yaĢayıĢın
yaxĢı yaĢayıĢa qarĢı özbaĢına əmələ gələn qiyamıdır. Belə olanda hər Ģey dağılır.
Jakeriya – xalqın alt təbəqələrində əmələ gələn vulkan təkanlarıdır.
On səkkizinci əsrin sonlarında Avropa üçün, bəlkə də, labüd olan belə bir təhlükəyə Fransa
inqilabı – insan düzlüyünün bu böyük hərəkəti bir hüdud qoydu.
Fransa inqilabı qılıncla silahlanmıĢ idealdan baĢqa bir Ģey deyil. Bu inqilab bütün əzəməti ilə
özünü göstərərək, nagəhani bir hərəkətlə həm Ģərin qapısını bağladı, həm də xeyirin qapısını
açdı.
Bu inqilab fikrə azadlıq verdi, həqiqəti elan etdi, zəhərli buxarı dağıtdı, əsri sağlamlaĢdırdı, xalqı
padĢahlıq taxtına çıxartdı.
Xalqa o, ikinci ruh, yəni hüquq verməklə xalqı ikinci dəfə yaratdı.
On doqquzuncu əsr bu inqilabın iĢlərinə varis oldu, ondan istifadə etdi, indicə qeyd etdiyimiz
ictimai fəlakətlər bir daha baĢ verə bilməz. Bu inqilabdan çəkinməyi təklif edənlər kordur! Bu
inqilabdan qorxanlar axmaqdır! Ġnqilab jakeriyaya qarĢı peyvənd kimi bir tədbirdir.
Ġnqilab nəticəsində ictimai həyat Ģəraiti dəyiĢdi. Ġndi daha bizim qanımızda feodalizmin,
mütləqiyyətin xəstəlik törədən basilləri, bizim dövlət quruluĢunda orta əsrlərə xas olan cəhətlər
yoxdur. Elə vaxtlar vardı ki, dəhĢətli daxili həyəcanlar, narazılıqlar partlayıb ortaya çıxırdı,
anlaĢılmaz uğultular ayaq altında göy gurultusu kimi boğuq-boğuq səslənirdi, mədəniyyətin üst
tərəfində köstəbəklərin yeraltı yolları gizlənən, bu vaxta qədər görünməyən təpələr meydana
çıxırdı, torpaq yarılırdı, mağaraların qübbəsi çatlayıb aralanırdı, birdən yer altından bədheybət
sifətlər görünürdü – biz artıq belə bir dövrdə yaĢamırıq.
Ġnqilabi hiss – əxlaqi bir hissdir. Hüquq idrakı inkiĢaf edərək vəzifə idrakını inkiĢaf etdirir.
Robespyer çox gözəl demiĢdir: ―Ümumi qanun – azadlıqdır, bu azadlıq baĢqasının azadlığı
baĢlanan yerdə qurtarır‖. 89-cu ildən baĢlayaraq xalq bütünlüklə inkiĢaf edərək, yüksək bir
Ģəxsiyyətə çevrilir. Elə bir yoxsul yoxdur ki, o öz hüququnu dərk etməkdə iĢıq ucu görməsin;
acından ölən bir adam özündə Fransanın Ģərəfini hiss edir, vətəndaĢın məziyyəti – onun daxili
silahıdır; azad olan vicdanlı olur; səs verən hökmranlıq edir. Heç bir Ģeyə satılmamaq, pis
ehtirasların müvəffəqiyyət qazanmaması, Ģirnikdirici Ģeylər qarĢısında qəhrəmancasına göz
yummaq bunun nəticəsidir. Azadlığın xəbər verildiyi gündən – qoy bu, 14 iyul, ya 10 avqust
olsun – daha cühəla yoxdur: inqilabi sağlamlaĢdırma belədir. MaariflənmiĢ, əxlaqca yüksəlmiĢ
xalq kütlələrinin ilk çağırıĢı bu olmuĢdur: ―Oğrulara ölüm!‖ Tərəqqi – düz oğlandır, ideal və
absolyut cibə girmir. 1848-ci ildə Tüilri sərvəti ilə dolu furqonların keĢiyini kim çəkirdi? Sent-
Antuan civarının cındır geyimli adamları! Cır-cındır dəfinənin keĢiyində durmuĢdu! Xeyirxahlıq
cındır geyimli adamları iĢıqlandırmıĢdı. Furqonlarda, ağzı yaxĢı örtülməmiĢ, ya azca örtülmüĢ
qutularda, çox qiymətli Ģeylərlə par-par parıldayan yüzlərlə sandıqlarda Fransanın, baĢdan-baĢa
almaza tutulmuĢ, Ģahanə ―Regent‖ brilyantlı, otuz milyon qiyməti olan qədim tacı da vardı.
Ayağı yalın adamlar bu tacın keĢiyini çəkirdi.
Deməli, jakeriya daha yoxdur. Mən də mahir adamlara baĢsağlığı verirəm. Jakeriya ilə bərabər,
o, çoxdankı qorxu da yox olub getdi. Bu qorxu axırıncı dəfə öz iĢini gördü, o bir daha siyasətdə
tətbiq oluna bilməz. Qırmızı kabusun əsas yayı qırılmıĢdır. Ġndi bunu hamı bilir. Bu əjdaha daha
heç kəsi qorxutmur. QuĢlar bu uyuqla çox sadəcə rəftar edir, qağayılar onun üstünə qonur, burjua
ona baxıb gülür.
DÖRDÜNCÜ FƏSĠL.
Ġki vəzifə: ayıq olmaq, ümid etmək.
Bununla belə, ictimai təhlükə qurtardımı? Əlbəttə, yox. Jakeriya yox olub getmiĢdir. Cəmiyyət
bu barədə rahat ola bilər, qan daha onun baĢına vurmayacaq. Lakin cəmiyyət necə nəfəs almasını
düĢünməlidir. O iflicdən qorxmaya bilər, lakin bir də vərəm vardır. Ġctimai vərəm –
yoxsulluqdur.
Adamı içəridən ovan xəstəlik ildırım vurmaqdan az təhlükəli deyil.
Yorulmadan təkrar edirik: hər Ģeydən əvvəl, müsibət çəkən bədbəxt insanları düĢünmək, onlara
kömək etmək, təmiz hava vermək, onları maarifləndirmək, sevmək, onların fikir dairəsini
geniĢləndirmək, onlara hər Ģəkildə geniĢ tərbiyə vermək, avaraçılıq deyil, çalıĢqanlıq nümunəsi
göstərmək, ümumi məqsədi dərk etməyi dərinləĢdirməklə onların ayrılıqda daĢıdıqları yükü
yüngülləĢdirmək, var-dövləti məhdudlaĢdırmadan yoxsulluğu məhdudlaĢdırmaq, ictimai
fəaliyyət və xalq fəaliyyəti üçün geniĢ meydan açmaq, hər tərəfə, bütün zəiflərə, məzlumlara əl
uzatmaq üçün Briarey kimi yüzəlli olmaq, ümumun səyi ilə bütün insan bacarığını əhatə edən
emalatxanalar, bütün qabiliyyətlərə, bütün əqillərə cavab verən məktəblər açmaqla böyük
vəzifələri yerinə yetirmək, qazancı artırmaq, zəhməti yüngülləĢdirmək, debet və krediti
müvazinətləĢdirmək, yəni sərf olunan əməklə onun mükafatını, ehtiyacla onun ödənilməsini
müvafiq Ģəklə salmaq, bir sözlə, ictimai sistemi əzab çəkən insanlara, avam adamlara çox iĢıq,
çox fayda verməyə məcbur etmək lazımdır. Bizim birinci qardaĢlıq borcumuz budur. Qoy dərdə
qalan insanlar bunu unutmasınlar, birinci siyasi zəruri iĢ budur, qoy xudbin adamlar bunu
bilsinlər!
Lakin qeyd etmək lazımdır ki, bunlar hamısı ancaq baĢlanğıcdır. Əsl məsələ belədir: əmək hüquq
kəsb etməyincə qanun ola bilməz.
Biz bunu qeyd edirik, ancaq öz fikrimizi inkiĢaf etdirmirik, çünki bunun yeri deyil.
Əgər təbiətə ―qəzavü-qədər‖ deyilirsə, cəmiyyətə ―irəlini görmək‖ deyilməlidir.
Zehni və əxlaqı inkiĢaf maddi Ģəraitin yaxĢılaĢdırılmasından az əhəmiyyətli deyil. Bilik – xeyir-
dua ilə yola salmaqdır, fikir – ilk zərurətdir, həqiqət – çörək kimi bir qidadır. Bilik və hikmət
həsrətini çəkən idrak yoxsullaĢır. Qidadan məhrum olan mədəyə də, əqlə də eyni dərəcədə
yemək arzu edək. Çörək azlığından məhv olan bədəndən daha dəhĢətli bir Ģey varsa, o da iĢıq
həsrəti ilə ölən ruhdur.
Tərəqqi bütünlüklə bu məsələni həll etməyə çalıĢır. Elə bir gün gələcək ki, hamı buna heyrət
edəcək. Ġnsan övladının yüksəliĢi ilə onun aĢağı təbəqələri, çox təbiidir ki, fəlakət dairəsindən
çıxacaq. Yoxsulluq sadəcə olaraq ümumi səviyyənin artması ilə məhv olacaq.
Məsələnin bu cür həlli xoĢbəxtlikdir, buna Ģübhə etmək səhv olardı.
Doğrudur, bizim zəmanəmizdə keçmiĢin təsiri hələ çox böyükdür. KeçmiĢ yenə də ruhlanmıĢdır.
Meyitin canlanması çox qəribədir. KeçmiĢ təntənə ilə qabağa yeriyir. O get-gedə yaxınlaĢır. O
elə bil ki, qalib gəlmiĢdir. Bu ölü fatehdir. O öz qoĢunu olan mövhumatla, öz qılıncı olan
istibdadla, öz bayrağı olan cəhalətlə gəlir. O bir qədər var ki, on vuruĢmada üstün gəlmiĢdir. O
irəliləyir, təhdid edir, gülür, o, bizim qapımızdadır. Bizə gəlincə, biz ruhdan düĢməyəcəyik.
Hannibal ordugah saldığı çölü satarıq.
Biz inanırıq. Onda daha nədən qorxuruq?
Ġdeyalar da çay kimi dönüb geri axmır.
Qoy gələcəyi istəməyən adamlar bu barədə düĢünsünlər. Onlar tərəqqiyə ―yox‖ deməklə gələcəyi
deyil, öz-özlərini pisləyirlər. Özlərini pis bir azara məhkum edirlər, özlərinə keçmiĢi aĢılayırlar.
Sabahdan imtina etmək üçün bircə yol var, o da ölməkdir.
Biz heç bir ölümü istəmirik, ölüm də olsa, bədən üçün mümkün qədər gec olsun, ruh üçün heç
olmasın.
Bəli, müəmmanın üstü açılacaq, əbülhövl danıĢacaq, məsələ həll olacaq. Bəli, on səkkizinci əsrin
çəkdiyi xalq surətini on doqquzuncu əsr tamamlayacaq. Ancaq axmaqlar buna Ģübhə edə bilər!
Ümum rifahın gələcəkdə, yaxın gələcəkdə yüksəliĢi qəza-qədərin hökmüdür.
Küllün əzəmətli, nəhəng cəhdləri insanların iĢini idarə edir, onları müəyyən edilən vaxtda yaxĢı
bir vəziyyətə, yəni müvazinətə, yəni ədalətə gətirib çıxarır. BəĢəriyyət yer və göy qüvvələrindən
əmələ gələn bir qüvvə yaradır, bu qüvvə onun özünə rəhbərlik edir, bu qüvvə möcüzlər
yaratmağa qabil qüvvədir; qüvvə üçün sehrli nəticələr əldə etmək xariqüladə dəyiĢmələrdən heç
də çətin deyil. Bu qüvvə həm insanın yaratdığı elmin, həm də bir baĢqası tərəfindən göndərilən
hadisələrin köməyi ilə ziddiyyətlərdən – ortaya qoyulan məsələlərdəki ziddiyyətlərdən az qorxur.
Bu ziddiyyətlərdəki adi Ģeylər güc çatmayan bir Ģey kimi görünür. Bu qüvvə eyni məharətlə həm
müqayisə etdiyi ideyalardan nəticə, həm də müqayisə etdiyi faktlardan ibrət dərsi çıxarır. Sirli bir
əzəmətə malik olan bu tərəqqidən hər Ģey gözləmək olar: bu, bir dəfə sərdabə içində ġərq ilə
Qərbi üzləĢdirmiĢdi, ehram içində imamlarla Bonapartı danıĢmağa məcbur etmiĢdi.
Ġndi isə fikirlərin irəliyə doğru olan əzəmətli yürüĢündə dincəlmək, tərəddüd etmək, dayanmaq
olmaz. Ġctimai fəlsəfə, əslində elm, və sülhdür. Bu fəlsəfənin həm məqsədi, həm də fəaliyyətinin
labüd nəticəsi ziddiyyətləri öyrənmək yolu ilə coĢqun ehtirasları sakitləĢdirməkdir. Bu fəlsəfə
məsələləri tədqiq edir, mahiyyətini öyrənir, hissələrə ayırır, sonra yenə də birləĢdirir. Bu fəlsəfə
məsələləri bir məxrəcə gətirib çıxarmaq yolu ilə hərəkət edir və heç vaxt nifrəti hesaba almır.
Biz insanlara hücum edən Ģiddətli qasırğalar nəticəsində cəmiyyətin dağıldığını dəfələrlə
görmüĢük. Tarix böyük dövlətlərin və xalqların uğradığı fəlakətlə doludur. Günlərin birində bu
məchul qüvvə hərəkətə gəlir, bu fırtına qopur, adətləri, qanunları, dinləri sürükləyib aparır.
Hindistanın, asorilərin, gildanilərin, Ġranın, Misirin mədəniyyəti bir-birinin ardınca məhv olur.
Niyə? Biz bunu bilmirik. Bu fəlakətlərin səbəbi nədir? Bu, bizə məlum deyil. Bu cəmiyyətləri
xilas etmək olardımı? Bu məsələdə, bəlkə, onların özünün günahı varmıĢ? Bəlkə, onların elə bir
fəlakətli qüsuru varmıĢ ki, bu qüsur onları məhv etmiĢdir? Millətlərin, irqlərin bu dəhĢətli
ölümündə intiharın dərəcəsi nə qədərdir? Bu suallar cavabsız qalır. Məhv olmuĢ mədəniyyətlər
zülmət altındadır. Madam ki, onlar batmıĢlar, deməli, su sızan yerləri varmıĢ – biz bundan artıq
bir Ģey deyə bilmərik. Biz, ―keçmiĢ‖ deyilən bu dənizdə, zülmətin dəhĢətli nəfəsi ilə qovulan bu
əsərlər – bu nəhəng dalğalar içində nəhəng gəmilərin – Babilin, Nineviyanın, Tirin, Fivin,
Romanın batmasına ĢaĢqın bir halda baxırıq. Ora zülmət içindədir, amma bura aydınlıqdır. Biz
qədim mədəniyyətlərin hansı xəstəliyə tutulduğunu bilmirik, lakin bizim mədəniyyətin mərəzinə
bələdik. Bu mədəniyyətin hər yerini aydınlaĢdırmağa bizim haqqımız var. Biz onun gözəlliyini
müĢahidə edir, eybəcər tərəflərini açıb göstəririk. O yerdə ki ağrı var zondu iĢə salırıq. Xəstəlik
ki müəyyən edildi, bunun səbəbini öyrənmək, dərmanın kəĢf edilməsinə səbəb olur. Bizim
mədəniyyət iyirmi əsrin gördüyü iĢdir: bu mədəniyyət həm əjdahadır, həm möcüzdür, onu xilas
etmək üçün çalıĢmaq lazımdır. O xilas ediləcəkdir. Ona yüngüllük gətirmək – bu özü böyük
Ģeydir ona iĢıq vermək – bu daha böyük Ģeydir. Yeni ictimai fəlsəfənin bütün iĢləri bir məqsədə
xidmət etməlidir. Mədəniyyətin ciyərini və qəlbini yoxlamaq müasir mütəfəkkirlərin böyük
vəzifəsidir.
Təkrar edirik: belə bir tədqiqat adama cəsarət və mərdlik verir. Biz mütəfəkkirləri təkidlə
cəsarətli və mərd olmağa çağırırıq, bu kədərli faciənin ciddi fasiləsi olan bu bir neçə səhifəni bu
çağırıĢla bitirmək istəyirik. Ġctimai formasiyaların faniliyi qarĢısında insanın əbədiliyi hiss
olunur. Yer kürəsinin ora-burasında yara, yəni karter, dəmrov, yəni kükürdlü təpələr var deyə,
yer bundan ölmür. Yer kürəsində vulkan deĢilən çiban kimi öz lavasıını püskürürsə, yer bundan
ölmür. Xalqın xəstəliyi insanı öldürmür.
Bununla belə, ictimai klinikanı müĢahidə edən adam, bəzən təəssüflə baĢını yelləyir. Ən
möhkəm, ən səmimi, ən ağıllı adamlar bəzən ümidini itirirlər.
O parlaq gələcək olacaqmı? Belə dəhĢətli zülmət qarĢısında adamın bu sualı öz-özünə verməsi
təbii bir Ģey kimi görünür. Xudbinlərlə səfillərin üz-üzə gəlməsindən son dərəcə ağır bir vəziyyət
əmələ gəlir. Xudbinlərdə yanlıĢ fikirlər var, sərvətin yaratdığı korluq var, keflənmə ilə bərabər
artan iĢtaha var, yaxĢı dolanacağın törətdiyi kütlük və karlıq var, təminat duyğusuzluğu var,
―mənlik‖ var. Bu ―mənlik‖ o dərəcədə ĢiĢirilmiĢdir ki, onların bütün qəlbini doldurmuĢdur; onlar
əzabdan qorxurlar, bu qorxu o dərəcəyə çatmıĢdır ki, onlar əzab çəkənlərə nifrət edirlər.
Səfillərdə Ģiddətli arzu var, həsəd var, baĢqalarının kef çəkdiyini görməkdən əmələ gələn nifrət
var, öz nəfslərini təmin etmək üçün qarĢısıalınmaz heyvani hisslər var, qaranlıq dolu ürək var,
kədər var, ehtiyac var, məhv olmaq məhkumiyyəti var, nalayiq və sadəlövhcəsinə bir cəhalət var.
BaxıĢlarımızı yenə göylərəmi dikmək lazımdır? Yüksəklərdə gördüyümüz o iĢıq saçan nöqtə,
bəlkə də, sönməli olan nöqtələrdəndir? Göylərin dərinliyində, qorxunc halda bir-biri üstə
qalaqlanmıĢ nəhəng zülmət yığınları arasında itib-batan, güclə seçilən idealı belə balaca, belə
iĢıldar, lakin təkbaĢına görmək adamı dəhĢətə salır. Burası var ki, onun təhlükəsi buludlar
pəncəsinə düĢən ulduzun təhlükəsindən çox deyil.
BĠRĠNCĠ FƏSĠL.
Parlaq iĢıq.
Oxucu baĢa düĢmüĢdür ki, Eponina Plüme küçəsində yaĢayan qızı dəmir barmaqlıq ardında
gördükdən sonra quldurları o küçədən yayındırmıĢ, sonra da Mariusu ora göndərmiĢdi.
Eponinanı ora göndərən Manyon olmuĢdu. Marius da bir neçə gün bu dəmir barmaqlıq
qabağında həyəcan içində gəzdikdən sonra, nəhayət, Romeo Cülyettanın bağına girən kimi,
Kozettanın bağına girmiĢdi. Onu elə bir qüvvə özünə çəkirdi ki, bu qüvvə maqniti dəmirə, aĢiqi
daĢa, sevdiyi qızın evinin daĢına cəzb edir. Marius daha asanlıqla bağa girmiĢdi – Romeo divarın
üstündən aĢmıĢdı, amma Marius köhnə barmaqlığın dəmir çubuğunu heç çətinlik çəkmədən əyib
içəri girmiĢdi; dəmir çubuq, qoca adamların diĢi kimi öz yerində laxlayırdı. Marius arıq
olduğundan, əmələ gələn bu deĢikdən lap asanlıqla bağa keçmiĢdi.
Plüme küçəsində çox nadir hallarda adam olardı. Bir də ki, Marius bura ancaq gecələr gəlirdi,
buna görə də baĢqaları onu görə bilməzdi, belə bir təhlükə yox idi.
Ġki qəlbi bir-biri ilə niĢanlayan o busədən sonra – o gözəl, o müqəddəs andan baĢlayaraq Marius
hər axĢam bura gəlirdi. Kozetta bu zaman vicdansız, pozğun bir adamı sevmiĢ olsaydı, məhv
olardı, çünki özünü sevdiyi adama tamamilə təslim edən səxavətli ürəklər var – Kozetta belə
adamlardan idi. Qadınların alicənab xüsusiyyətlərindən biri – güzəĢtə getməkdir. Kamal
dərəcəsinə yüksələn sevgidə utancaqlıqdan əmələ gələn qəribə bir korluq var. Ey nəcib insanlar,
siz necə bir təhlükə qarĢısında olduğunuzu bilirsinizmi?! Siz çox vaxt qəlbinizi verirsiniz, lakin
biz sizin bədəninizi götürürük. Biz sizin qəlbinizi rədd edirik, siz də zülmət içində ona əsə-əsə
baxırsınız. Sevgi üçün orta vəziyyət yoxdur, o ya məhv edir, ya xilas edir. Bütün insan taleyi bu
dilemmadadır. Heç bir qəza-qədər məhv olmaq, ya xilas olmaq dilemmasını sevgi qədər
amansızcasına qoymur. Sevgi əgər ölüm deyilsə, həyatdır. Sevgi beĢikdir, həm də tabutdur. Eyni
hiss insan qəlbində həm ―hə‖ deyir, həm ―yox‖. Allahın yaratdığı məxluqat içində ən çox iĢıq
saçan insan qəlbidir, lakin, əfsus, ən çox qaranlıq saçan da odur.
Allahın inayətindən Kozetta xilasedici sevgiyə rast gəldi.
1832-ci ilin may ayı davam etdikcə gündən-günə daha artıq ətir saçan, daha artıq qalınlaĢan sıx
ağaclar kölgəsində, baĢlı-baĢına buraxılan bu kiçicik bağda hər axĢam iki adam görünərdi: onlar
bütün ismət və bəkarət dəfinəsini özlərində cəmləĢdirən, qəlbləri səmavi bir xoĢbəxtliklə dolu
olan, insandan daha çox mələyə bənzəyən, duyduqları sevinclə məstləĢən, təmiz, pak, nəcib,
zülmətdə bir-biri üçün iĢıq saçan iki gəncdi. Kozettaya elə gəlirdi ki, Mariusun baĢı üstündə
Ģəfəq vardır, Marius da Kozettanın ətrafında halə görürdü. Onlar bir-birinə təmas edirdi, bir-
birinə baxırdı, bir-birinin əlindən tuturdu, bir-birinə sıxılırdı, lakin onların aĢmadığı bir hüdud
vardı. Onlar bu hüdudu ona görə aĢmırdılar ki, bunu nalayiq hərəkət hesab edirdilər, onlar belə
bir hüdudun olduğunu bilmirdilər. Marius bir hüdud hiss edirdi – bu hüdud Kozettanın
məsumluğu idi, Kozetta da bir hüdud hiss edirdi – bu hüdud Mariusun vicdanı idi. Onların ilk
öpüĢü həm də sonuncu öpüĢ oldu. Bu öpüĢdən sonra Marius ancaq dodaqlarını Kozettanın əlinə,
ləçəyinə, yada hörüyünə toxundurardı. Kozetta onun üçün qadın deyildi, ətirdi. Marius onunla
nəfəs alırdı. Kozetta heç bir Ģeydən boyun qaçırmırdı. Marius da heç bir Ģey tələb etmirdi.
Kozetta xoĢbəxtdi, Mariusun da arzusu yerinə yetmiĢdi. Onlar elə bir məftuniyyət içində
yaĢayırdılar ki, buna qəlbin kor olması da demək mümkündür. Bu, Yunqfrauda görüĢən iki bakir
məxluqun, iki qu quĢunun vəsfəgəlməz ilk ideal qucaqlaĢması idi.
Sevginin bu dəmində, o zaman ki, hissiyyat məst olmuĢ qəlbin qüdrətli təsiri altında tamamilə
susur, Marius, bu qüsursuz, bu mələkcəsinə təmiz insan, bəlkə də, özünü satan bir qadının yanına
gedərdi, lakin Kozettanın paltarını heç topuğuna qədər də qaldırmazdı. Bir gün, aylı bir gecədə
Kozetta əyilərək yerdən nəsə götürmək istədi, bu zaman paltarı döĢ tərəfdən bir balaca açıldı.
Marius üzünü yana çevirdi.
Bu iki insanın arasında nə olurdu? Heç bir Ģey. Onlar bir-birinə pərəstiĢ edirdilər.
Gecə onlar bağda olanda bağ, sanki, canlanır, müqəddəs bir yer olurdu. Bütün güllər onların
ətrafında açılır, onlara ətir saçırdı, onlar da ürəyini açır, öz ruhlarını çiçəklərə saçırdılar. ġirəyə
dolmuĢ, məst olmuĢ, nəĢəli, gur bitkilər bu iki gəncin ətrafında tir-tir əsirdi, onlar sevgi sözünü
söyləyirdi, ağaclar bundan titrəyirdilər.
Bu sevgi sözü nə idi? Bu, bir meh idi. Ayrı bir Ģey deyildi. Təbiəti sarsıtmaq, həyəcana gətirmək
üçün bu meh kifayətdir. Bu söhbətləri kitab səhifələrində oxumaqla onların sehrli qüvvəsini baĢa
düĢmək olmaz. Onlar yarpaqları əsdirən xəfif küləklə bir tüstü kimi sovrulub aparılmaq, ətrafa
dağıdılmaq üçün yaradılmıĢdır. Bir-birini sevən iki adamın pıçıltısını onların qəlbində axan, bu
qəlb ilə bir lira kimi həmahəng olan melodiyadan məhrum edin, onda ancaq bir kölgə qalacaqdır.
Siz onda deyəcəksiniz: ―Elə bu?‖ Bəli, bəli, uĢaqlıq, eyni Ģeyi təkrar etmək, mənasız yerə
gülmək, səfehlik, boĢ söz... dünyada bundan yüksək, bundan dərin Ģey yoxdur. Söylənilməyə və
dinlənilməyə layiq olan da ancaq budur!
O adam ki belə boĢ, belə səfeh Ģeyləri eĢitməmiĢdir, o adam ki bunları heç söyləməmiĢdir, o,
kütbeyin və axmaq adamdır.
Kozetta Mariusa deyirdi:
– Bilirsən?..
(Onlarda mələkcəsinə bir məsumluq olsa da, bütün bu deyilənlərlə bərabər, bir-birinə ―sən‖
deməyə baĢlamıĢdılar, bunun necə olduğunu heç özləri də bilmirdilər).
– Bilirsən? Mənim adım Efrazidir.
– Efrazi? Yox ey, sənin adın Kozettadır.
– Yox. Kozetta pis addır. Mən balaca olanda bu adı mənə veriblər. Mənim əsl adım Efrazidir.
Yoxsa bu ad sənin xoĢuna gəlmir?
– XoĢuma gəlir, ancaq Kozetta heç pis deyil.
– Bu ad sənin daha çox xoĢuna gəlir?
– Hə...
– Onda mənim də xoĢuma gəlir. Doğrudan da, Kozetta qəĢəng addır... Mənə Kozetta de.
Kozetta gülümsədi, onun təbəssümü bu söhbəti cənnətəlayiq bir idilliyaya çevirdi.
Bir dəfə o, diqqətlə Mariusa baxaraq, həyəcanla dedi:
– Cənab, siz çox qəĢəngsiniz, siz gözəlsiniz, siz məzəli adamsınız, siz ağıllısınız, siz, əlbəttə,
məndən çox bilirsiniz, amma bir Ģeydə mən sizdən geri qalmıram, o da budur: ―Səni sevirəm!‖
Marius da bundan böyük bir nəĢə duydu, ona elə gəldi ki, ulduzun oxuduğu bir beyti eĢidir.
Ya da Marius öskürəndə Kozetta əli ilə yavaĢca vuraraq deyirdi:
– Öskürməyin, cənab. Mən istəmirəm ki, mənim yanımda məndən icazəsiz öskürsünlər.
Öskürmək və məni narahat etmək çox nəzakətsizlikdir. Mən istəyirəm ki, sən özünü yaxĢı hiss
edəsən, yoxsa mən çox bədbəxt olaram. Onda mən nə elərəm?
Bunlar hamısı çox gözəldi.
Bir gün Marius Kozettaya dedi:
– Bir təsəvvür elə, bir vaxt vardı, mən elə güman edirdim ki, sənin adın Ursuladır.
Onlar bütün bir axĢamı bu sözdən ötrü güldülər. Bir dəfə də Marius söhbət arasında həyəcanla
dedi:
– Bir gün mən Lüksemburq bağında Ģikəst bir adamı öldürmək istəyirdim!
Elə o saat da sözünü kəsdi, daha bu barədə danıĢmadı. DanıĢsaydı, gərək corab bağı məsələsini
açıb Kozettaya deyəydi, lakin bunu deyə bilməzdi. Bunda məchul bir cismani təmas hiss
olunurdu, bu nəhayətsiz, məsum sevgi isə bunun qarĢısında dəhĢətlə geri çəkilirdi.
Marius Kozetta ilə keçirəcəyi həyatı ancaq belə təsəvvür edir, ayrı heç bir Ģey düĢünmürdü. Hər
axĢam Plüme küçəsinə gəlsin, barmaqlığın köhnə dəmir çubuğunu yana əysin, bağa girib həmin
bu oturacaqda, Kozettanın yanında, onunla çiyin-çiyinə otursun, yerə enən qaranlığın titrəyiĢinə
ağaclar arasından baxsın, dizlərini Kozettanın paltarına toxundursun, xırdaca barmağının zərif
dırnağını sığallasın, ona ―sən‖ desin, eyni gülün ətrini Kozetta ilə bərabər, növbə ilə qoxulasın...
HəmiĢə də belə! Bu zaman onların baĢı üstündən çox-çox yüksəkdən buludlar yığın-yığın üzüb
keçirdi. HəmiĢə külək əsəndə insan xəyalını buludlardan daha çox özü ilə surükləyib aparır.
Lakin kiĢilərin qadına göstərdiyi qulluq bu ciddi sevgidə də lazım oldu. Adamın sevdiyi qıza
―kompliment deməsi‖ nəvaziĢin birinci formasıdır ki, cəsarət burada özünü qorxa-qorxa hiss
etdirir. Kompliment oğlanın üz örtüsü üstündən qızı öpməsinə bənzər. Məxfi Ģəkildə saxlanılan
ehtiras öz nəĢəsinin kəskinliyini komplimentdə gizlədir. Qəlb daha artıq sevmək üçün Ģəhvət
qarĢısında geri çəkilir. Mariusun xülyalara bürünmüĢ nəzakətinin ifadə tərzi mavi səma rəngdə
idi – əgər belə demək mümkünsə. QuĢlar yüksəklərdə, mələklər aləminə yaxın bir yerdə uçanda
belə sözləri eĢitməlidirlər. Lakin Mariusda olan bütün həyati, insani və müsbət cəhətlər də bu
sözlərə qarıĢmıĢdı. Bu sözlər mağarada söylənilən sözlərdi, bunlar alkovda söyləniləcək sözlərin
baĢlanğıcı idi, bunlar qəlbin lirik ifadəsi idi, soneta ilə himnin bir-birinə qarıĢması idi, bir-birini
sevən iki adamın sevimli mübaliğələri idi, pərəstiĢin gül dəstəsi Ģəklində toplanan, zərif, gözəl
ətir saçan bütün incəlikləri idi, qəlbin qəlbə söylədiyi vəsfəgəlməz sözlərdi.
Marius pıçıldayaraq deyirdi:
– Ah, sən nə gözəlsən! Mən sənə baxmağa cəsarət eləmirəm. Mən ancaq səni seyr edə bilirəm.
Sən Allahın mərhəmətisən. Heç bilmirəm mənə nə olub. Paltarının qırağından xırdaca tuflinin
ucu görünəndə dəli-divanə oluram. Sənin fikrin aydın olanda ondan nə sehrli iĢıq saçılır! Sən çox
ağıllısan! Bəzən mənə elə gəlir ki, sən röyasan. DanıĢ, qulaq asıram, mən sənə məftunam! Ah,
Kozetta! Bu nə qəribə haldır, nə gözəldir! Mən lap ağlımı itirmiĢəm. Siz füsunkar bir qızsınız,
xanım! Mən sənin xırdaca ayaqlarına mikroskopla, sənin qəlbinə teleskopla baxıram.
Kozetta da ona deyirdi:
– Mən səni səhərçağından bu vaxta qədər sevdiyimdən bir az artıq sevirəm.
Onlar bu söhbətlərində bir-birinə necə gəldi sual-cavab verirdilər, elektrik cərəyanı keçən
xırdaca mürvər ağacı fiqurları mərkəzə cəzb edildiyi kimi, bu söhbətlər də mütləq sevgiyə gətirib
çıxarırdı.
Kozettanın bütün varlığı sadəlik, sadəlövhlük, aydınlıq, məsumluq, təmizlik və iĢıq mücəssəməsi
idi. Onun haqqında belə demək olardı: o Ģəffafdır. Kim onu görsə, Kozetta ona bahar və səhər
Ģəfəqi təsirini bağıĢlayardı. Onun gözlərində, sanki, səhər Ģehi parıldayırdı. O, qadın surətində
dan yeri iĢığı idi.
Marius Kozettaya pərəstiĢ etməklə bərabər, onunla fəxr edirdi, bu da çox təbii idi. Doğrudan da,
monastırda tərbiyə alan bu balaca qız, lap elə məktəb sıralarından baĢlayaraq çox incə bir
arifliklə söhbət edir, bəzən də haqq və gözəllik dili ilə danıĢırdı. Onun gəvəzəliyi həqiqi bir
söhbətdir. O heç bir Ģeydə səhv etmirdi, çox sağlam mühakimə yürüdürdü. Qadın – qəlbin
məsumluq duyğusuna itaət edərək, hiss edir və danıĢır, onun günahsızlığı da bundadır. Ancaq
qadın eyni zamanda həm mehriban, həm də dərin sözlər deyə bilər. Mehribanlıq və dərinlik
bütün qadın bundadır, bütün səma bundadır.
Bu tam xoĢbəxtlik içində Mariusla Kozettanın hər anda gözləri yaĢarırdı. Ayaq altında qalan bir
mollaquĢu, quĢ yuvasından düĢən bir lələk, sınmıĢ bir yemiĢanın budağı onların qəlbində
mərhəmət hissi oyadırdı: onların azca bir kədərə bürünən nəĢəsi, sanki, göz yaĢı istəyirdi.
Sevginin ən düzgün əlaməti riqqətdir, bu bəzən az qala əzabverici bir Ģəkildə olur.
Onlar, eyni zamanda, məmnuniyyətlə gülürdülər, özü də elə füsunkar bir sərbəstliklə, elə asudə
gülürdülər ki, hərdən lap uĢağa oxĢayırdılar, belə ziddiyyətlər sevgidə ancaq iĢıqlar və kölgələr
hərəkətidir. Bununla belə, həmiĢə ayıq olan təbiət məsumluqla məst olmuĢ qəlblərin yanındadır,
bundan onların heç xəbəri olmur. O öz kobud və yüksək məqsədi ilə buradadır, ürəklər nə qədər
təmiz olsa da, təklikdə olan ən məsum görüĢlərdə füsunkar və sirli bir cəhət vardır, bu, bir-birini
sevən iki adamın görüĢünü iki dostun görüĢündən fərqləndirir.
Onlar bir-birinə pərəstiĢ edirdilər.
Keçici olmayan və əbədi hərəkət edən Ģeylər eyni zamanda mövcud olur. Adamlar bir-birini
sevirlər, bir-birinə baxıb gülümsəyirlər, gülürlər, dodaqlarını əzib-büzərək bir-birinə naz satırlar,
barmaqlarını daraqlayırlar, bir-birinə ―sən‖ deyirlər, bu da əbədiyyətə mane olmur. Bir-birini
sevən iki adam quĢlarla, qızılgüllə bərabər axĢamçağı, alaqaranlıqda gizlənirlər, görünmürlər,
qaranlıqda öz baxıĢları ilə bir-birini sehrləyirlər, bu baxıĢları ilə bütün qəlblərini ifadə edirlər,
pıçıldaĢırlar, baĢsız-ayaqsız sözlər söyləyirlər, elə bu zaman da ulduzların müntəzəm hərəkəti
namütənahiliyi doldurur.
ĠKĠNCĠ FƏSĠL.
Tam səadətlə məst olmaq.
Onlar xoĢbəxtlikdən sarsılaraq, sanki, yuxu içində yaĢayırdılar. Elə həmin ayda vəba xəstəliyi
Parisi viran qoymuĢdu, onlar bunu görmürdülər. Onlar bir-birinə inanaraq nə vardısa hamısını
açıb deyirdilər, lakin bu ―hamısı‖ deyilən Ģey onların özünə aid olan məlumatdan kənara
çıxmırdı. Marius Kozettaya demiĢdi: ―Mən yetiməm, adım da Marius Ponmersidir, advokatam,
kitabsatanlar üçün cürbəcür məqalələr yazıram, bununla da dolanıram. Atam polkovnik idi,
qəhrəmandı. Mənim babamla aram dəyib, babam dövlətli adamdır‖. Bir dəfə də demiĢdi ki,
barondu, lakin bu söz Kozettaya heç bir təsir bağıĢlamamıĢdı. Marius barondu? Kozetta bunu
baĢa düĢmədi. Bu sözün nə mənada olduğunu bilmirdi. Marius Marius idi. Kozetta da özü
haqqında demiĢdi. ―Mən Kiçik Pikpus monastırında təlim-tərbiyə almıĢam; sənin anan kimi
mənim də anam ölmüĢdür, atamın adı FoĢlevandır; o çox yaxĢı adamdır, yoxsullara çox kömək
eləyir; amma özü kasıbdır, o hər Ģeydə qənaət eləyir, amma mənə gələndə heç bir Ģeyi
əsirgəmir‖.
Kozettanı görəndən bəri Mariusun həyatı elə bir Ģəklə düĢmüĢdü ki, keçmiĢdə, hətta lap yaxında
olan hadisələr ona çox tutqun, çox uzaqda baĢ vermiĢ bir Ģey kimi görünürdü, buna görə də
Kozettanın söylədiyi Ģeylər onu tamamilə təmin edirdi, bu çox qəribə idi. Marius hətta gecə
daxmada baĢ verən hadisəni, Tenardyenin tutduğu iĢlər, qocanın öz qolunu yandırmasını, onun
qəribə hərəkətlərini, qaçıb getməsini heç danıĢmadı, bu heç onun ağlına da gəlmədi. Bunlar
hamısı bir anda onun yadından çıxmıĢdı, səhər nə yediyi, harada nahar elədiyi, kim ilə danıĢdığı
axĢam heç onun yadında olmurdu. Onun qulaqlarında səslənən melodiyalar baĢqa Ģeyləri
eĢitməyə qoymurdu. O ancaq Kozettanı gördüyü anlarda yaĢayırdı: bu zaman o, göylərə qalxır və
çox təbii olaraq, yeri yaddan çıxarırdı. Onlar ikisi də əldən düĢmüĢ halda qeyri-cismani zövqün
əqləgəlməz ağır yükünu daĢıyırdı. AĢiq deyilən somnambullar belə yaĢayırlar.
Heyhat! Bunlar kimin baĢına gəlməmiĢdir? Niyə elə bir vaxt gəlir ki, biz göyləri tərk edirik, niyə
həyat bundan sonra davam edir?
Sevgi düĢüncənin yerini tutur. Sevgi – bütün baĢqa Ģeyləri ehtirasla unutmaqdır. Ehtirasdan necə
məntiq tələb etmək olar! Səma mexanizmində mükəmməl həndəsi fiqur tapmaq çətin olduğu
kimi, insan qəlbində də qüsursuz bir məntiqi əlaqə tapmaq çətindir. Kozetta ilə Marius üçün
Marius və Kozettadan baĢqa heç bir Ģey mövcud deyildi. Bütün dünya onların ətrafında uçub
boĢluğa tökülmüĢdü. Onlar xoĢbəxt dəqiqələrdə yaĢayırdı. Onlar üçün nə irəlidə bir Ģey vardı, nə
geridə. Kozettanın atası olduğunu Marius çox çətinliklə təsəvvür edirdi. Onun hafizəsi
pozulmuĢdu? Bu, məftunluğa xas olan bir Ģeydir. Bu aĢiqlər nə danıĢırdı? Biz bunu bilirik: onlar
güldən, qaranquĢdan, günün batmasından, ayın çıxmasından, hər cür mühüm Ģeydən danıĢırdı.
Onlar bir-birinə ―yerdə qalandan‖ baĢqa, hər Ģeyi demiĢdi. AĢiqlər üçün ―yerdə qalan‖ – heçdir.
Onun atası, həqiqi həyat, oğrular məskəni, quldurlar, bu yaxınlarda baĢ verən hadisə – bunlar axı
nəyə lazımdı? O dəhĢətli Ģeylər, doğrudanmı, olmuĢdu, o, buna lap əmindirmi? Onlar bir yerdə
idi, bir-birinə pərəstiĢ edirdi, qurtardı getdi. BaĢqa Ģeylər heç veclərinə də deyildi. Görünür,
cənnətə çatdığımız üçün cəhənnəm bizim arxamızda yox olur. Məgər biz iblisləri görmüĢük?
Məgər onlar mövcuddur? Məgər biz dəhĢətdən titrəmiĢik? Məgər biz əziyyət çəkmiĢik? Bunlar
daha bizim yadımızda deyil. Tül kimi çəhrayı duman bunların üstünü bürümüĢdür.
Bu qayda ilə bu iki məxluq əlirməz yüksəklikdə, təbiətdə təsadüf edilən, həqiqətə uyğun
olmayan bir vəziyyətdə yaĢayırdı: onlar nə nadirdə idi, nə zenitdə, insanla mələk arasında idi,
yerin çirkabı üzərində, efirin altında, buludlarda yaĢayırdı. Onlar, sanki, qeyri-cismani bir Ģəkildə
idilər, ruhun özü, məst olmağın özü idilər. Onlar həddindən artıq yüksəlmiĢ-
dilər, daha yerdə gəzə bilməzdilər, onlarda həddindən artıq təbii xüsusiyyətlər vardı: onlar, yerə
çökməzdən əvvəl dağınıq Ģəkildə olan atom kimi maviliklərdə itib batmazdılar; sanki, onlar
taleyin xaricində, adi Ģeyləri – dünəni, bu günü, sabahı bilmədən, məftuniyyət və xəyal içində,
əldən düĢmüĢ halda yaĢayırdılar. Hərdən elə yüngül olurdular ki, ucsuz-bucaqsız fəzalara qalxa
bilərdilər, sanki, əbədiyyətə uçmağa hazırdırlar.
Onlar oyaq ikən müntəzəm surətdə yellənən layla çalan bu vəziyyət içində mürgüləyirdilər. Ey
idealla məst olan varlığın gözəl, Ģirin yuxusu!
Kozetta nə qədər gözəl olsa da, Marius bəzən onun yanında gözlərini yumurdu. Gözləri yummaq
– ruhu görmək üçün ən yaxĢı üsuldur.
Bu vəziyyət onları hara aparıb çıxara bilərdi – Mariusla Kozetta özlərinə belə bir sual vermirdi.
Onlar elə hesab edirdi ki, yolun sonuna çatmıĢlar. Ġnsanların qəribə iddiası var: istəyirlər ki,
sevgi onları bir yana aparıb çıxarsın.
ÜÇÜNCÜ FƏSĠL.
Ġlk kölgələr.
Jan Valjanın heç bir Ģeydən xəbəri yox idi.
Mariusdan daha az xəyalpərəst olan Kozetta Ģən idi, Jan Valjana özünü xoĢbəxt hiss etmək üçün
bu da kifayətdi. Kozettanın düĢüncələri, qəlbində əmələ gələn təĢviĢlər, ruhunu dolduran
Mariusun surəti onun gözəl, məsum, gülər üzünün misli-bərabəri görünməmiĢ təmizliyində
qətiyyən əks olunmamıĢdı. O elə bir yaĢda idi ki, bu yaĢda qız öz sevgisini, mələk zanbaq
gəzdirən kimi, öz qəlbində gəzdirir. Bəli, Jan Valjan sakit idi. Bir də ki, aĢiqlə məĢuq arasında
tam razılıq olanda onların iĢi yaxĢı gedir, onların seçkisinə mane ola bilən üçüncü adam bütün
aĢiqlərin, məĢuqların eyni Ģəkildə göstərdikləri xırda ehtiyatkarlıqlar nəticəsində tamamilə
yanılırlar. Məsələn, Kozetta heç vaxt Jan Valjana etiraz etmirdi. Jan Valjan gəzməkmi istəyirdi?
Ata can, çox gözəl, gəz. O, evdəmi qalmaq istəyirdi? Lap yaxĢı, qal. O istəyirdi axĢam
Kozettanın yanındamı olsun? Kozetta bundan çox-çox sevinirdi. Jan Valjan adətən axĢam saat
onda öz otağına gedirdi, Marius da buna görə saat ondan tez bağa gəlmirdi. Kozetta evin bayır
qapısını açanda Marius bunu küçədə eĢidir, ancaq bundan sonra bağa girirdi. Mariusu gündüz
burada heç görən olmazdı. Jan Valjan Mariusun mövcud olduğunu unutmuĢdu. Ancaq bir dəfə
səhərçağı Kozettaya dedi: ―Mənə bax, sənin kürəyin, deyəsən, ağa bulanıb!‖ Keçən axĢam
Marius məftuniyyət və həyəcan içində Kozettanı qucaqlamıĢdı, o da bilmədən divara
söykənmiĢdi.
Tusen qarı iĢini erkən qurtarır, elə o saat da yerinə girirdi, o ancaq yatmağı düĢünürdü, onun da
eynən Jan Valjan kimi heç bir Ģeydən xəbəri yox idi.
Marius bircə dəfə də evə girməmiĢdi. Kozettanın yanına gələndə küçədən onları görməsinlər,
səslərini eĢitməsinlər deyə, artırmanın yanında, küncdə dururdular; söhbət etmək əvəzinə
ağacların budağına baxa-baxa dəqiqədə, bəlkə, iyirmi dəfə bir-birinin əlini sıxmaqla
kifayətlənirdilər. Bu zaman onların xülyası bir-birinə elə qarıĢırdı ki, otuz addım kənarda ildırım
çaxsaydı, bunu görməzdilər.
Ey məsum, saf ürəklər! ĠĢıq dolu saatlar çox vaxt bir-birinə oxĢayır. Belə sevgi-zanbaq ləçəkləri
ilə göyərçin tükü qasırğasıdır.
Onlarla küçə arasında bağ vardı. Marius həmiĢə gələndə və gedəndə dəmir barmaqlığın
çubuğunu yerinə salaraq diqqətlə düzəldirdi, onun çıxarılıb-çıxarılmadığı qətiyyən bilinmirdi.
O həmiĢə axĢamdan xeyli keçəndən sonra Kozettadan ayrılır, Kurfeyrakın yanına gedirdi.
Kurfeyrak Baorelə deyirdi:
– Heç təsəvvür edə bilərsənmi? Marius indi gecə saat birdə evə gəlir.
Baorel də ona:
– Burada nə var ki? Suyun lal axanından, adamın yerə baxanından qorx, – deyə cavab verirdi.
Bəzən Kurfeyrak ciddi bir sima alır, əllərini döĢündə çarpazlayaraq, Mariusa deyirdi:
– Cavan oğlan, siz həqiqi yoldan çıxmısınız!
Kurfeyrak iĢ adamı idi, o, Mariusun üzündəki sirli bir xoĢbəxtliyin əksinə narazı halda baxırdı.
Səmavi ehtiraslar onun qəbul etdiyi Ģeylərdən deyildi, belə Ģeylər onu acıqlandırırdı, buna görə
də hərdən o, Mariusdan həqiqi həyata qayıtmağa tələb edirdi.
Bir gün səhərçağı Kurfeyrak Mariusa nəsihət verə-verə dedi: – Əzizim, bu saat sən mənə
aya, xəyallar səltənətinə, səhvlər aləminə, Sabun köpükləri paytaxtına köçən, orada yaĢayan bir
adam kimi görünürsən. Sən gəl yaxĢı oğlan ol, de görüm, o qızın adı nədir?
Lakin heç bir Ģey Mariusa bu sirri dedirdə bilməzdi. O, dırnağının qoparılmasına razı olardı,
lakin sehrli Kozetta adını təĢkil edən üç müqəddəs hecadan birini də söyləməyə razı olmazdı.
Həqiqi sevgi səhər Ģəfəqi kimi iĢıqlı, qəbir kimi laldır. Kurfeyrak Mariusda yeni bir Ģey görürdü:
o da, Mariusun xoĢbəxtlik iĢığı saçan dinməzliyi idi.
Bu gözəl may ayında Mariusla Kozetta böyük bir xoĢbəxtliyin nəĢəsini dərk etdilər. Bu
xoĢbəxtlik bundan ibarətdi:
DalaĢsınlar, sonra da bir-birinə ―siz‖ desinlər, ancaq ona gör ki, sonra böyük bir sevinclə bir-
birinə ―sən‖ desinlər.
Heç bir əlaqələri olmayan Ģəxslər haqqında ən xırda təfərrüatına varıncaya qədər bir-birinə uzun-
uzadı danıĢsınlar. Bu bir daha sübut edir ki, sevgi deyilən füsunkar operanın librettosu
əhəmiyyətsiz Ģeydir.
Marius Kozettanın geyim haqqında söylədiklərini dinləsin;
Kozetta da Mariusun siyasət haqqında söylədiklərini dinləsin;
Bir-birinə sıxılaraq, Babil küçəsindən gələn kolyaska gurultularına qulaq assınlar;
Eyni ulduza, ya ot arasında iĢıldayan eyni atəĢböcəyinə baxsınlar;
Ġkisi də sussun: bu danıĢmaqdan da artıq ləzzət verirdi;
Və sairə, və sairə...
Lakin bu zaman tufan yaxınlaĢırdı.
Bir gün Marius Kozetta ilə görüĢə gələrkən Əlillər bulvarından keçirdi. O, adəti üzrə baĢını aĢağı
salaraq gedirdi, Plüme küçəsinin tinindən dönmək istəyəndə kim isə lap yaxından dedi:
– AxĢamın xeyir, cənab Marius!
Marius baĢını qaldırdı, qarĢısındakı Eponina idi.
Bu ona fövqəladə təsir bağıĢladı. Mariusu Plüme küçəsinə gətirəndən sonra bu qız bircə dəfə də
olsa onun yadına düĢməmiĢdi; o gündən bəri Marius Eponinanı görməmiĢdi, Eponina tamam
onun hafizəsindən silinmiĢdi. Marius öz xoĢbəxtliyi üçün ona minnətdar idi, o ancaq Eponinaya
təĢəkkür edə bilərdi. Lakin bu təsadüf ona çox ağır iztirab verdi.
Sevgi xoĢbəxt və təmiz sevgi isə, insanı kamilləĢdirir – belə düĢünmək səhvdir. Sevgi insanı
ancaq unutqanlığa doğru aparır – biz bunu müəyyən etmiĢik. Ġnsan bu vəziyyətdə pis ola
biləcəyini, həm də yaxĢı ola biləcəyini unudur. TəĢəkkür, vəzifə hissi, ən mühüm, ən usandırıcı
xatirələr yox olub gedir. BaĢqa bir vaxtda Marius Eponinaya tamamilə baĢqa cürə münasibət
göstərərdi. Bu qızın adı Eponina Tenardye idi, onun daĢıdığı familiya Mariusun atasının
vəsiyyətində qeyd olunmuĢdu, bu elə bir addı ki, bir neçə ay əvvəl Marius bu adamdan ötrü
özünü böyük bir qızğınlıqla fəda edə bilərdi, lakin indi onun bütün fikri Kozetta ilə məĢğul
olduğundan bu barədə heç o qədər fikirləĢmirdi də. Biz Mariusu necə varsa elə də göstəririk.
Hətta atasının da surəti onun qəlbində sevgisinin parlaq Ģüaları altında azca solmuĢdu.
Marius bir qədər karıxaraq dedi:
– Ah, Eponina, sizsiniz?
– Niyə, mənə ―siz‖ deyirsiniz? Yoxsa mən sizə bir pislik-zad eləmiĢəm?
Marius:
– Yox, – deyə cavab verdi.
Əlbəttə, Marius Eponinaya qarĢı pis bir fikirdə deyildi. Qətiyyən. Ancaq indi baĢqa cürə hərəkət
edə bilməyəcəyini hiss edirdi: ―Kozettaya ―sən‖ deyəndə, Eponinaya gərək ―siz‖ deyəydi‖.
Marius kirimiĢcə Eponinaya baxırdı. Eponina həyəcanla dedi:
– Deyin görüm...
Burada onun dili tutuldu. Elə düĢünmək olardı ki, vaxtı ilə çox qayğısız və dikbaĢ olan bu qızın
söyləməyə sözü çatıĢmırdı. O gülümsəmək istədi, ancaq gülümsəyə bilmədi.
Yenə də sözə baĢladı:
– Deyin!..
Sonra gözlərini yerə dikərək yenə susdu. Birdən o sərt bir halda:
– Gecəniz xeyrə qalsın, cənab Marius, – deyərək çıxıb getdi.
DÖRDÜNCÜ FƏSĠL.
Keb sözü ingiliscə – diyirlənən Ģey,
arqo dilində – hürən itdir.
Ertəsi gün iyunun 3-də – 3 iyun 1832-ci il tarixini göstərmək lazımdır, ona görə ki, bu dövrdə
Parisin üfüqlərində mühüm hadisələr tufanlı bulud kimi toplaĢmıĢdı – bəli, ertəsi gün, iyunun 3-
də Marius qaranlıq düĢəndən sonra yenə dünənki yolla gedirdi, yenə onun beyni fərəhli fikirlərlə
dolu idi. Birdən, bulvarın ağacları arasında Eponinanın ona sarı gəldiyini gördü. Ġki gün idi
Eponina ona rast gəlirdi, bu daha dözülməz bir Ģeydi. O cəld yana döndü, bulvarı tərk edib,
baĢqa yola çıxdı. ġahzadə küçəsi ilə Plüme küçəsinə getməyə baĢladı.
Eponina Plüme küçəsinə qədər onun ardınca getdi; o hələ indiyə kimi belə bir Ģey etməmiĢdi. Bu
vaxta qədər o, Marius bulvarla gedərkən ancaq ona baxmaqla kifayətlənmiĢdi, onunla heç
görüĢmək də istəməmiĢdi. Bircə dünən Mariusla danıĢmaq istəmiĢdi.
Bəli, Eponina onun ardınca getdi, Marius bunu duymadı. Marius barmaqlığın dəmir çubuğunu
aralayıb bağa girdi, Eponina bunu gördü.
Öz-özünə dedi:
– Bir bax! Onun evinə gedir!
Eponina barmaqlığa yaxınlaĢdı, dəmir çubuqları bir-bir əli ilə yoxladı, heç çətinlik çəkmədən
Mariusun çıxarıb, sonra da yerinə saldığı çubuğu tapdı.
Astadan tutqun bir səslə mızıldandı:
– Yox, belə olmaz!
Barmaqlığın özülü üstündə, dəmir çubuğun yanında oturdu, sanki, onu qoruyurdu. Bura
barmaqlığın qonĢu divarla bitiĢdiyi qaranlıq bucaqdı. Eponinanı burada görmək olmazdı.
Bu qayda ilə o, nəfəsini qısaraq, tərpənmədən, öz fikirlərinin əzabını çəkə-çəkə bir saatdan çox
oturdu.
AxĢam saat on radələrində Plüme küçəsindən keçən iki, ya üç adamdan biri, qoca bir burjua pis
ad çıxarmıĢ bu boĢ yerdən tez keçib getməyə tələsirdi. O gəlib bağın barmaqlığına çatdı,
barmaqlıqla divar arasındakı bucağa yaxınlaĢanda boğuq və təhdidedici bir səs eĢitdi:
– Ġnanmaq olar ki, hər axĢam bura gəlir!
Yolla keçən adam ətrafına baxdı, bir adam görmədi, qaranlıq bucağa baxmağa cəsarət etmədi,
yaman qorxdu, addımlarını yeyinlətdi.
O adamın tələsməyə haqqı vardı, çünki bir az sonra Plüme küçəsinin tinində altı adam göründü:
onlar divarın dibi ilə bir-birindən bir az aralı gedirdi, elə zənn etmək olardı ki, onlar keflənmiĢ
gecə keĢikçiləridir.
Qabaqda gələn bağın barmaqlığına çatanda dayandı, o birilərini gözlədi; bir dəqiqə sonra hamısı
gəlib bura yığıĢdı.
Onlar astadan danıĢmağa baĢladı.
Biri dedi:
– Burada qoy.
O birisi soruĢdu:
– Bağda keb varmı?
– Bilmirəm. Mən ehtiyat üçün kürəni götürdüm. Verərik ona qoy çeynəsin.
– Səndə ĢüĢəni çıxarmaq üçün mastika varmı?
– Var.
BeĢinci adam dodaqlarını tərpətmədən danıĢa-danıĢa əlavə etdi:
– Barmaqlıq köhnədir.
Ġkinci dedi:
– Daha yaxĢı. Deməli, skripkanın altında cırıldamayacaq, onu qoparmaq çətin olmayacaq.
Ġndiyə kimi hələ heç ağzını açıb danıĢmayan altıncı adam, bir saat bundan qabaq Eponina etdiyi
kimi, barmaqlığın dəmir çubuqlarını bir-bir yoxlamağa və ehtiyatla tərpətməyə baĢladı. Bu qayda
ilə gəlib Mariusun laxlatdığı çubuğa çatdı. Elə çubuqdan yapıĢmaq istəyəndə qaranlıqdan qəfil
çıxan bir əl onun çiyninə endi, onu döĢündən bərk itələdilər: o, xırıltılı səslə astadan dedi:
– Burada keb var.
Elə bu anda o öz qarĢısında solğunbənizli bir qız gördü.
O elə bir sarsıntı duydu ki, belə sarsıntı ancaq gözlənilməz hadisə nəticəsində əmələ gəlir. Sanki,
o da, yırtıcı heyvan kimi bütün tüklərini qabartdı; qorxuya düĢmüĢ yırtıcı heyvanın aldığı
vəziyyətdən daha iyrənc və daha qorxunc bir Ģey yoxdur; elə bircə onun dəhĢətli görünüĢü adamı
qorxudur. O geri çəkilərək, kəkələyə-kəkələyə mızıldandı:
– Bu ləçər haradan çıxdı, bu kimdir?
– Sizin qızınız.
Doğrudan da, o, Eponina idi, danıĢdığı adam da Tenardye idi.
Eponina meydana çıxan kimi o birilər də, yəni GecəquĢu da, Tüfeyli də, Babet də, Monparnas
da, Brüjon da gecə adamlarına xas olan bir hərəkətlə tələsmədən, kirimiĢcə, pis niyyət duyulan
ləngliklə, səssiz-səmirsiz Eponinaya yaxınlaĢdı.
Onların əlində cürbəcür iyrənc alət vardı. Tüfeyli əlində əyri bir maĢa tutmuĢdu – oğrular buna
―ləçək‖ deyirlər.
Tenardye səsini qısaraq həyəcanla dedi:
– Sən burada nə edirsən? Bizdən nə istəyirsən? Dəli olmusan nədi? Gəlmisən ki, bizim iĢimizə
əngəl qatasan?
Eponina qəhqəhə ilə gülərək onun boynunu qucaqladı.
– Mən buradayam, əziz ata can, ona görə ki, mən buradayam. Yoxsa daĢ üstündə oturmaq mənə
qadağan olunmuĢdur? Bax sizin burada iĢiniz yoxdur. Bu zəhməti çəkib siz niyə bura
gəlmisiniz? Mən axı Manyona dedim: ―Burada bir Ģey yoxdur‖. YaxĢı da, əzizim, ata can, öpün
məni! Gör nə vaxtdandır sizi görmürəm! Deməli, siz azadlığa çıxmısınız?
Tenardye Eponinanın qolları arasından çıxmağa çalıĢaraq mırıldandı:
– Çox gözəl. Sən ki məni öpdün, kifayətdir. Hə, mən azadam. Daha damda deyiləm. Di çıx get.
Lakin Eponina onu qolları arasından buraxmayaraq mehribanlığını daha da artırdı.
– Ata can, siz bunu necə elədiniz? Oradan ki siz çıxa bilmisiniz, onda yaman ağıllısınız! Bunu
danıĢın mənə! Bəs anam? Anam haradadır? Deyin görüm, anama nə olub?
– Anan salamatdır, ancaq bilmirəm, burax məni deyirəm, rədd ol!
Eponina ərköyün uĢaq kimi naz eləyir, özünü əzib-büzürdü:
– Heç getmək istəmirəm, siz məni qovursunuz, amma mən dörd aydır sizi görmürəm, sizi ancaq
bircə kərə öpmüĢəm.
Yenə də atasının boynunu qucaqladı. Babet buna tab gətirmədi:
– Ah, belə Ģey olar, bu nə axmaq iĢdir!
Tüfeyli çığırdı:
– Vaxt keçir! Bu saat tulalar gələr!
Dodaqlarını tərpətmədən danıĢan adam aĢağıdakı beyti oxudu:
ÖpüĢün öz vaxtı var,
Hələ təzə il deyil.
Eponina o biri quldurlara sarı döndü:
– Bir bura bax, bu ki cənab Brüjondur! XoĢ gördük, cənab Babet! XoĢ gördük, cənab GecəquĢu!
Cənab Tüfeyli, yoxsa məni tanımırsınız? Monparnas, kefin necədir?
Tenardye donquldandı:
– Narahat olma, hamı səni tanıdı! XoĢ gördük, xudahafiz, itil buradan! Bizi rahat qoy!
Monparnas:
– Bu vaxtda toyuqlar yatır, tülkülər gəzir, – dedi.
Babet əlavə etdi:
– Sən özün baĢa düĢürsən, bizim burqo iĢimiz var.
Eponina Monparnasın əlindən tutdu.
Monparnas ona xəbərdarlıq edərək dedi:
– Ehtiyatlı ol! Əlini kəsərsən, mənim əlimdə qələm var.
Eponina mülayim bir halda:
– Monparnas, əzizim, – dedi, – insanlar gərək bir-birinə inansın. Məgər mən atamın qızı
deyiləm? Cənab Babet, cənab Tüfeyli, məsələni aydınlaĢdırmağı axı mənə tapĢırmıĢdılar.
Qəribə burasıdır ki, Eponina daha arqo dilində danıĢmırdı. Mariusla tanıĢ olan gündən daha bu
dildə danıĢa bilmirdi.
O, balaca, zəif, skelet əlinə oxĢayan arıq əli ilə Tüfeylinin yoğun, kobud barmaqlarını sıxa-sıxa
sözünə davam etdi:
– Siz axı bilirsiniz ki, mən axmaq deyiləm. Axı mənə həmiĢə etibar eləyirlər. Lazım olanda mən
sizə kömək eləmiĢəm. Bunu bilin ki, mən iĢi yoxlamıĢam. Siz nahaq yerə özünüzü təhlükəyə
atırsınız. Vallah, bu evdə sizin istədiyiniz Ģey yoxdur.
Tüfeyli:
– Orada ancaq arvadlar var, – dedi.
– Arvad yoxdur. Hamısı çıxıb gedib.
Babet:
– Amma Ģamlar qalıb! – dedi.
Babet fligelin çardağında yanan və ağaclar arasından görünən iĢığı Eponinaya göstərdi. Tusen
hələ yatmamıĢdı, o, paltar sərirdi.
Eponina quldurları rədd eləmək üçün bir daha təĢəbbüs göstərdi.
– Nə olsun ki? Orada yaĢayanlar lap kasıb adamlardır, bu xırdaca evdə bircə su da pul
tapmazsınız.
Tenardye çığırdı:
– Cəhənnəm ol! Bu evi alt-üst eləyəndən sonra biz sənə deyərik, orada nə var – sarı göbələk, ağ
göbələk, ya pul...
Tenardye Eponinanı itələdi ki, qabağa getsin.
Eponina dedi:
– Cənab Monparnas, dostum, siz ki yaxĢı oğlansınız, xahiĢ eləyirəm, ora getməyin!
Monparnas:
– Özünü gözlə, – dedi, – bıçağa iliĢərsən!
Tenardye ona xas olan qəti ifadə ilə:
– Ġtil buradan, – dedi, – iblis, qoy kiĢilər öz iĢini görsün!
Eponina yenə də Monparnasın əlini tutmuĢdu, onun əlini buraxaraq dedi:
– Deməli, siz bu evə girmək istəyirsiniz?
Dodaqlarını tərpətmədən danıĢan adam qımıĢdı:
– Ancaq baĢımızı soxmaq istəyirik!
Eponina kürəyini barmaqlığa söykədi, təpədən-dırnağa kimi silahlanan, qaranlıqda iblisə
oxĢayan quldurlara astadan, həm də qəti ifadə ilə dedi:
– Amma mən sizin ora girməyinizi istəmirəm.
Quldurlar heyrət içində donub qaldılar. Dodaqlarını tərpətmədən danıĢan adam yenə də istehza
ilə gülümsəyirdi. Eponina dedi:
– Dostlar, yaxĢı qulaq asın! Məsələ onda deyil. Ġndi mən sizə deyim. Siz bu bağa girsəniz, bu
barmaqlığa əl vursanız, mən çığıracağam, darvazanı döyəcəyəm, camaatı ayağa qaldıracağam,
polis iĢçilərini səsləyəcəyəm, elə eləyəcəyəm ki, sizin altınızı da tutsunlar.
Tenardye Brüjona və dodaqlarını tərpətmədən danıĢan adama yavaĢca dedi:
– Bu lap bizim zəhləmizi tökdü!
Eponina baĢını silkələyərək əlavə etdi:
– Birinci elə mənim atamdan baĢlarlar.
Tenardye ona yaxınlaĢdı.
Eponina ona xəbərdarlıq edərək dedi:
– Qoca, mənə yaxın gəlmə!
Tenardye acıqlı-acıqlı donquldanaraq, geri çəkildi:
– ―Bunu nə sancıb?‖ – Sonra əlavə etdi:
– Qancıq!
Eponina dəhĢətli bir səslə güldü!
– Nə istəyirsiniz eləyin, amma siz bura girməyəcəksiniz. Mən qancıq it deyiləm, çünki mən
canavar qızıyam. Siz altı adamsınız, bundan mənə nə? Siz kiĢisiniz. Mən sizdən qorxmuram.
Sizə deyirəm, siz bu evə girməyəcəksiniz, ona görə ki, bu, mənim xoĢuma gəlmir. YaxınlaĢan
kimi mən hürəcəyəm. Mən sizə demiĢəm: keb mənəm! Mən sizi heç adam yerinə qoymuram!
Çıxın gedin, siz mənim zəhləmi tökdünüz! Hara istəyirsiniz itilin gedin, ancaq bura gəlməyin,
bura gəlməyi mən sizə qadağan eləyirəm! Siz məni bıçaqla vursanız, mən də sizi ayaqqabımla
vuracağam, mənim üçün fərqi yoxdur, hə, hünəriniz var, yaxın gəlin!
Eponina qəhqəhə ilə gülərək, quldurların üstünə yeridi, onun dəhĢətli görünüĢü vardı.
– Vallah qorxmuram! Fərqi yoxdur, bu yay mən aclıq çəkəcəyəm, qıĢda da soyuqdan
donacağam. Sizin kimi axmaq kiĢilərə mənim gülməyim gəlir! Siz elə bilirsiniz ki, bir qız sizdən
qorxacaq?! Qorxacaq – nədən? Ay qorxdu ha! Siz ona görə belə fikirləĢirsiniz ki, siz çığıranda
sizin əzilib-büzülən məĢuqəniz qorxudan çarpayının altına girir, eləmi? Mən elələrindən
deyiləm, mən heç Ģeydən qorxmuram!
Eponina gözlərini Tenardyeyə zilləyərək, əlavə etdi:
– Ata can, heç sizdən də!
Bu anda Eponina bir xəyala bənzəyirdi, o, od saçılan gözləri ilə quldurları süzərək, əlavə etdi:
– Mənim üçün nə fərqi var, ya atam məni öldürər, sabah da məni Plüme küçəsinin döĢəməsi
üstündən götürüb apararlar, ya da bir ildən sonra Sen-Klu torlarında, ya bəlkə, Qu quĢu adası
yanında, çürümüĢ köhnə tıxaclar, suda boğulmuĢ itlər arasında taparlar!..
Elə bu yerdə o, dayanmağa məcbur oldu, onu bərk öskürək tutdu, onun nəfəsi arıq, dar
sinəsindən xırıltı ilə çıxırdı.
Sonra o, sözünə davam etdi:
– Mənim bircə elə çığırmağım bəsdir, yüyürüb gələcəklər, elə o saat sizi tutacaqlar! Siz cəmisi
altı nəfərsiniz, amma bütün camaat mənim tərəfimdə olacaq...
Tenardye onun üstünə yeridi.
Eponina çığırdı:
– Yaxın gəlmə!
Tenardye dayanıb mülayim səslə dedi:
– YaxĢı, yaxın gəlmərəm, ancaq elə bərkdən çığırma. Qızım, deməli, sən bizim iĢimizə mane
olmaq istəyirsən? Axı biz gərək çörəkpulu qazanaq. Görünür, sən daha atanı istəmirsən?
Eponina ona:
– Siz məni təngə gətirdiniz! – deyə cavab verdi.
– Axı, hər necə olsa, biz gərək yaĢayaq, yeyək...
– Ölün, canınız çıxsın.
O, barmaqlığın özülü üstündə oturub bu sözləri oxudu:
Əlin, ayağın necə.
Zərif, incədən incə.
Hədər keçir amma vaxt...
Eponina dizinə dirsəklənərək və çənəsini ovcuna qoyaraq, laqeyd halda qıçını yelləyirdi.
Paltarının yırtığı arasından onun arıq cınağı görünürdü. Yaxındakı fənərin yan tərəfdən onun
üstünə iĢığı düĢmüĢdü. Ondan mətanətli bir insan, adamı ondan artıq valeh edəcək bir Ģey
təsəvvür etmək çətindi.
O, altı soyğunçunu qorxu altında saxlayırdı, çətinə düĢmüĢ bu adamlar tutqun halda fənər
dirəyinin kölgəsinə çəkildi, çiyinlərini sıxa-sıxa məsləhətə baĢladılar: onlar təhqir olunmuĢ və
həddindən artıq qəzəblənmiĢdilər.
Eponina sakit, həm də sərt halda onlara baxırdı.
Babet dedi:
– Onun beyninə nəsə girib! Bunun səbəbi var. Bəlkə də, ev yiyəsinə vurulub? Hər halda, belə
fürsəti əldən verməyə adamın heyifi gəlir. Ġki arvad, dal həyətdə də bir qoca; pəncərə pərdələri
də pis deyil. Qoca, görünür yəhudidir. Mən elə güman eləyirəm ki, bu faydalı iĢ olacaq.
Monparnas çığırdı:
– YaxĢı da, siz hamınız gedin ora! ĠĢinizi görün. Mən qızın yanında qalaram, o yerindən
qımıldansa...
Qınından çıxan bıçaq fənər iĢığında parıldadı.
Tenardye bircə kəlmə də danıĢmadı, görünür, o hər Ģey eləməyə hazırdı.
Brüjon onların arasında həm gələcəkdən xəbər verən yozucu adam kimi Ģöhrət qazanmıĢdı, həm
də ―iĢ üstünə‖ onları o gətirmiĢdi; o hələ susurdu. O, sanki, fikrə getmiĢdi. O, heç bir Ģey
qarĢısında dayanmayan adam kimi ad çıxarmıĢdı, hamı da onun ancaq öz qoçaqlığını göstərmək
üçün polis qarovulxanasını tər-təmiz soyduğunu bilirdi. Həm də o, Ģeir yazır, nəğmə qoĢurdu,
buna görə də böyük nüfuza malikdi.
Babet ondan soruĢdu:
– Brüjon, buna sən nə deyirsən?
Brüjon azca susdu, sonra baĢını hərləyərək, öz fikrini söyləməyi qət etdi:
– Məsələ belədir. Bu gün səhər mən bir-biri ilə döyüĢən iki sərçəyə, axĢam da savaĢqan bir
arvada rast gəldim. Bunlar heç yaxĢı əlamət deyil. Gedəyin buradan.
Onlar çıxıb getdilər.
Yolda Monparnas mızıldadı:
– Hər halda, lazım olsaydı, mən onu öldürərdim...
Babet dedi:
– Mən yox. Mən xanımlara dəymirəm.
Küçənin tinində dayandılar, səslərini alçaldaraq, bir-birinə aĢağıdakı qəribə sözləri söylədilər:
– Bu gecəni harada qalacağıq?
– Pantenin altında.
– Tenardye, barmaqlığın açarı səndədir?
– Məndə olmayıb kimdə olacaq!
Eponina gözünü onlardan çəkmirdi: onlar gəldiyi yolla da qayıdıb gedirdilər. Eponina yerindən
qalxdı, çəpərlərin dibi ilə, evlərin yanı ilə gedə-gedə onların ardınca yollandı. Bu qayda ilə onları
bulvara kimi təqib etdi. Quldurlar bulvarda dağılıĢdı, hərəsi bir yana getdi, Eponina bu altı
adamın qaranlığa qərq olduğunu gördü, sanki, onlar zülmətin içində əridilər.
BEġĠNCĠ FƏSĠL.
Gecənin zülmətində nə gizlənir.
Quldurlar gedəndən sonra Plüme küçəsi yenə də gecənin sakitliyinə dalaraq, dinc bir küçə oldu.
Ġndi bu küçədə baĢ verən hadisə meĢəni heç də təəccübləndirməzdi. Uzungövdəli sıx ağaclar,
kollar, ardıc fızıllığı, bir-birinə bərk-bərk dolaĢmıĢ budaqlar, hündür otlar alaqaranlıq içində
həyat keçirirlər; burada qaynaĢan vəhĢi həyat gözə görünməyən bir Ģeyin qəfildən meydana
çıxdığını duyur; insandan aĢağıda olan Ģey insan üzərində olan Ģeyi duman arasından görür; bizə
məlum olmayan canlı Ģeylərdə orada qaranlıq içində üzləĢdirilir. Hücuma, ya müdafiəyə hazır
olan vəhĢi təbiət fövqəladəlik duyduğu bir Ģeyin yaxınlaĢmasından ehtiyat edir. Zülmətin
qüvvələri bir-birini tanıyır, onların arasında sirli bir müvazinət var. DiĢlər və caynaqlar gözə
görünməyən Ģeydən qorxur. Amansız vəhĢilik, doymaq bilməyən qənimət arzusunda olan
hərislik, caynaqla, diĢlə silahlanmıĢ, mənbəyi və məqsədi qarın olan instinktlər kəfənə bürünmüĢ
məxluqun avara-avara dolaĢan laqeyd, xəyali qaraltısına təĢviĢlə baxır, ona öyrəĢirlər, bu məxluq
dumanlı, titrək bir geyimdə onların qarĢısında meydana çıxır, onlara elə gəlir ki, bu məxluq ölü
və dəhĢətli həyat keçirir. Kobud mədə mücəssəməsi olan bu məxluqat ucsuz-bucaqsız zülmətlə
iĢə giriĢməyə cəsarət etmir, bu zülmətin məğzi isə naməlum məxluqdur. Yolu kəsən qara bir
kölgə o saat yırtıcı heyvanı dayandırır. Qəbirdən çıxanlar zağadan çıxanları ürküdür, vahiməyə
salır; yırtıcı Ģey məĢum Ģeydən qorxur; canavar qulyabanının qarĢısında geri çəkilir.
ALTINCI FƏSĠL.
Marius həyata o dərəcə qayıdır ki,
Kozettaya öz ünvanını verir.
Ġnsan surətində meydana çıxan həyət iti növlərindən biri barmaqlığın keĢiyini çəkəndə, altı
qarətçi də bu qızın qarĢısından çəkilib gedəndə Marius Kozettanın yanında oturmuĢdu.
Hələ indiyə qədər göylər belə ulduzlu, ağaclar belə titrək, otlar belə ətirli, yarpaqlar arasında
yatan quĢların hənirtisi belə zərif, kainatın sakit ahəngdarlığı sevginin daxili musiqisi ilə belə
həmahəng olmamıĢdı. Marius hələ indiyə qədər belə sevməmiĢdi, belə xoĢbəxt, belə məftun
olmamıĢdı. Lakin o gəlib Kozettanı qəmgin gördü, Kozetta ağlayırdı.
Onun gözləri qızarmıĢdı.
Bu, füsunkar xəyal üzərində görülən ilk bulud idi.
Mariusun ilk sözü bu oldu:
– Sənə nə olub?
Kozetta:
– Bu saat, – deyərək sözə baĢladı və artırmanın yanındakı oturacaqda oturdu, Marius həyəcandan
əsə-əsə onun yanında əyləĢən kimi, sözünə davam etdi: – Bu gün səhər atam mənə dedi ki, hazır
ol, mənim iĢim var, bəlkə, biz buradan çıxıb getdik.
Marius təpədən dırnağa kimi titrədi.
Ömrün sonunda ―ölmək‖ ayrılmaq deməkdir, ömrün baĢlanğıcında ―ayrılmaq‖ ölmək deməkdir.
Bu ay yarımın içində Marius Kozettanı yavaĢ-yavaĢ, tədriclə hər gün daha artıq ələ alırdı. Bu,
tamamilə mənəvi, lakin mükəmməl bir ələ almaqdır. Əvvəllər dediyimiz kimi, ilk sevgi
dövründə bədəndən çox əvvəl ruhu, sonralar ruhdan çox əvvəl bədəni ələ alırlar, bəzən də ruhu
tamam unudurlar. Foblazlar və Prudomlar isə ―Çünki ruh yoxdur‖ – deyə əlavə edirlər,
xoĢbəxtlikdən, bu acı istehza adi bir laməzhəblikdir. Bu qayda ilə Marius Kozettanı ruhu ələ alan
kimi ələ almıĢdı, Kozettanı öz ruhuna daxil etmiĢdi, bütün qəlbi ilə ona sahib olmuĢdu və buna
haqqı olduğuna tamamilə əmindi. O, Kozettanın təbəssümünə, nəfəsinə, ətrinə, mavi gözlərinin
təmiz iĢığına, əli toxunarkən hiss etdiyi dərisinin zərifliyinə, boynundakı füsunkar xala, bütün
fikirlərinə malik olmuĢdu. Onlar ĢərtləĢmiĢdilər ki, hər gecə bir-birini yuxuda görsünlər –
verdikləri sözü yerinə yetirirdilər. Bu qayda ilə Marius Kozettanın bütün yuxularına da malik
olmuĢdu. O, tez-tez Kozettanın ənsəsindəki qısa saç burmalarına baxırdı, bəzən öz nəfəsi ilə
onlara toxunurdu, öz-özünə deyirdi ki, bu saç burmalarının hamısı mənimdir. Kozettanın üstündə
olan hər Ģeyə – bant Ģəklində bağlanmıĢ lentinə, əlcəklərinə, paltarının qoluna, çəkmələrinə –
sahibi olduğu bütün bu müqəddəs Ģeylərə məftuniyyətlə baxırdı. O, elə zənn edirdi ki,
Kozettanın saçındakı tısbağa sümüyündən olan qəĢəng darağın da yiyəsi odur, hətta dönə-dönə
öz-özünə deyirdi: ―Onun paltarında elə bir Ģərait, corablarında elə bir ilgək, korsajında elə bir qat
yoxdur ki, mənim olmasın. Bu, özünə yol açan hissiyyatın tutqun və qarıĢıq sözləri idi.
Kozettanın yanında oturanda o, özünü öz mülkünün, öz malının, öz ağasının və öz qulunun
yanında hiss edirdi. Sanki, onların ruhu bir-birinə elə qarıĢmıĢdı ki, hərə öz ruhunu geri
götürmək istəsəydi, bunu ayırd edə bilməzdi. ―Bu, mənimdir‖. ―Xeyr, bu, mənimdir‖. ―Səhv
edirsən. Bu, əlbəttə, mənəm‖ – ―O Ģeyi ki, sən özün hesab edirsən – o, mənəm‖. Marius
Kozettanın bir hissəsi, Kozetta da Mariusun bir hissəsi idi. Marius hiss edirdi ki, Kozetta onun
varlığında yaĢayır. Kozettanı əldə etmək, Kozettaya sahib olmaq onun üçün nəfəs almaq kimi bir
Ģeydi. Lakin bu əqidəyə, bu məstliyə, bu eĢidilməmiĢ, görünməmiĢ, bu bölünməz məsumluq
mülkünə, bu hökmdarlığa birdən ―Biz gərək gedək‖ sözləri soxulmuĢdu, həyatın sərt səsi
çığıraraq, ona demiĢdi: ―Kozetta sənin deyil!‖
Marius yuxudan ayıldı. Yuxarıda dediyimiz kimi, o, ay yarım həyatın xaricində yaĢamıĢdı,
―gedək‖ sözü onu kobud bir Ģəkildə bu həyata qaytarmıĢdı.
O bilmədi ki, nə desin. Kozetta, ancaq onun əlinin buz kimi soyuduğunu hiss etdi. Ġndi də o,
Mariusdan soruĢdu:
– Sənə nə oldu?
Marius elə astadan cavab verdi ki, Kozetta onun səsini güclə eĢitdi.
– Mən baĢa düĢmürəm, sən nə deyirsən.
Kozetta sözünü təkrar etdi:
– Bu gün səhər atam mənə dedi ki, bütün Ģeylərini yığıĢdır, hazır ol, bunu da dedi ki, mənim də
alt paltarımı yol sandığıma qoy, mən gərək gedəm, biz gərək gedək, bizə yol sandıqları lazımdır:
böyüyü sənin üçün, kiçiyi də mənim üçün, bunun hamısı bir həftəyə kimi hazır olmalıdır, bəlkə
də, biz Ġngiltərəyə getdik.
Marius həyəcanla:
– Belə dəhĢətli Ģey olar?!
Heç Ģübhəsiz, bu anda Mariusun təsəvvüründə hakimiyyətdən edilən heç bir sui-istifadə, heç bir
zorakılıq, ən qəddar zülmkarların heç bir iyrənc hərəkəti, Büzirisin, Tiberinin, VIII Henrixin heç
bir zalımlığı öz amansızlığı ilə cənab FoĢlevanın tutduğu iĢlə müqayisə edilə bilməzdi: cənab
FoĢlevan öz qızını Ġngiltərəyə ancaq ona görə aparmaq istəyirdi ki, orada özünün iĢi vardı!..
Marius həyəcandan zəifləyən səslə dedi:
– Bəs sən nə vaxt gedəcəksən?
– O nə vaxt gedəcəyimizi demədi.
– Bəs sən nə vaxt qayıdacaqsan?
– O nə vaxt qayıdacağımızı demədi.
Marius yerindən qalxıb rəsmi bir ifadə ilə soruĢdu:
– Kozetta, siz gedəcəksinizmi?
Kozetta iztirab və kədər dolu mavi gözləri ilə Mariusa baxaraq, ĢaĢqın halda dedi:
– Hara?
– Ġngiltərəyə? Siz gedəcəksinizmi?
– Niyə sən mənə ―siz‖ deyirsən?
– Mən sizdən soruĢuram: siz gedəcəksinizmi?
Kozetta əllərini yazıq-yazıq dizləri üstə qoyaraq dedi:
– Axı mən nə eləyim, de görüm?
– Deməli, siz gedirsiniz?
– Atam getsə, mən nə edim?
– Deməli, siz gedirsiniz?
Kozetta Mariusun əlini əlinə alıb bərk-bərk sıxdı.
Marius dedi:
– YaxĢı da, onda mən də bir yana gedərəm.
Kozetta bu sözlərin mənasını baĢa düĢməkdən daha artıq hiss etdi. Onun rəngi elə ağardı ki, hətta
qaranlıqda da üzü tamamilə ağ göründü. O, dili dolaĢa-dolaĢa dedi;
– Sən nə demək istəyirsən?
Marius Kozettaya baxdı, sonra yavaĢ-yavaĢ gözlərini göyə sarı qaldıraraq:
– Heç bir Ģey, – deyə cavab verdi.
Gözlərini endirəndə gördü ki, Kozetta ona baxa-baxa gülümsəyir. Sevilən qızın təbəssümü
qaranlıqda da iĢıq saçır.
– Biz gör nə axmağıq! Marius, mən yol tapdım.
– Nə cür yol?
– Biz getsək, sən də gedərsən! Mən hara gedəcəyimizi sənə deyərəm. O yerdə ki mən olacağam,
orada biz görüĢərik.
Ġndi Marius kiĢi olmuĢdu; o tamam ayılmıĢdı. O yerə qayıtmıĢdı.
O çığıraraq dedi:
– Sizinlə getmək! Sən dəli olmusan, nədi? Bunun üçün pul lazımdır, mənim pulum hardandı?!
Ġngiltərəyə getmək. Mənim Kurfeyrak adlı bir dostuma, ona, deyəsən, on luidordan çox borcum
var, sən onu tanımırsan. BaĢımda köhnə bir Ģlyapa, sürtükümün qabaq düymələri tökülüb,
köynəyim bütün dağılıb, dirsəyim yırtılıb, çəkmələrim su buraxır... Ay yarımdır mən bu barədə
fikirləĢmirəm, sənə də bir söz demirdim. Kozetta, mən dilənçiyəm. Sən məni ancaq gecələr
görürsən, öz sevgini mənə bağıĢlayırsan, sən məni gündüz görsəydin, mənə bir su pul verərdin.
Ġngiltərəyə getmək! Heç pasporta verməyə pulum yoxdur!
O güclə ayaq üstə dururdu, əllərini baĢına qoyaraq, ağaca sarı getdi, üzünü ağacın gövdəsinə
qoydu: o nə gövdənin sərt qabığını, nə də bədənindəki hərarəti duyurdu. Ağac qabığı onun üzünü
didir, hərarətdən qan onun gicgahlarına vururdu; bu vəziyyətdə donub qaldı, bu halında o,
ümidsizlik heykəlini xatırladırdı.
O xeyli belə durdu. Belə kədər – uçurumdur, həmiĢə orada qalmaq arzusunu doğuran bir
uçurum! Nəhayət, o dönüb baxdı. O, boğuq, zərif, qəmli, xəfif bir səs eĢitmiĢdi.
Kozetta ağlayırdı.
O, iki saatdan çox idi ki kədərli fikirlərə dalmıĢ Mariusun yanında ağlayırdı.
Marius Kozettaya yaxınlaĢıb dizləri üstə düĢdü, onun qarĢısında yavaĢ-yavaĢ əyilərək,
paltarından bayıra çıxan ayağının ucunu öpdü.
Kozetta dinib-danıĢmadan buna yol verdi. Elə dəqiqələr olur ki, qadın, qaĢqabaqlı və duyğusuz
bir ilahə kimi sevginin pərəstiĢini qəbul edir.
Marius:
– Ağlama, – dedi.
Kozetta pıçıldadı:
– Mən, bəlkə də, getməli oldum, amma sən mənim yanıma gələ bilməyəcəksən!
Marius soruĢdu:
– Sən məni sevirsənmi?
Kozetta ağlaya-ağlaya elə gözəl sözlərlə cavab verdi ki, bu sözlər göz yaĢı tökə-tökə
pıçıldayanda hər Ģeydən füsunkar olur:
– Mən sənə pərəstiĢ edirəm!
Marius böyük bir mehribanlıq duyulan səslə sözünə davam etdi:
– Ağlama. Mənim xatirim üçün ağlama!
Kozetta soruĢdu.
– Bəs sən necə? Sən məni sevirsən?
Marius onun əlini əlinə aldı.
– Kozetta, mən hələ heç kəsə heç vaxt söz verməmiĢəm, çünki söz verməyə qorxuram. Mən
atamı öz yanımda hiss edirəm. Amma bir Ģey üçün sənə söz verirəm, bunu mən pozmayacağam:
sən getsən, mən öləcəyəm.
Bu sözlərin söyləniĢində elə əzəmətli, elə sakit bir kədər ifadə olunurdu ki, Kozetta bunu
duyanda diksindi. O, qəribə bir soyuqluq hiss etdi. Tale kimi dəyiĢməz və kədərli bir Ģey adamın
yanından ötəndə adam belə bir Ģey hiss edir. O, qorxduğu üçün daha ağlamadı.
Marius:
– Ġndi qulaq as, – dedi, – sabah məni gözləmə.
– Niyə?
– Məni ancaq sabah yox, o birisi gün gözlə.
– Niyə axı?
– Sonra baĢa düĢərsən.
– Bir gün səni görməmək?! Bu mümkün olan Ģey deyil!
– Bəlkə də, bütün bir ömrü udmaq üçün bir günü fəda edək.
Sonra o, öz-özü ilə danıĢırmıĢ kimi astadan əlavə etdi.
– O adam öz vərdiĢlərini heç vaxt dəyiĢmir, o ancaq axĢamlar qəbul edir.
Kozetta soruĢdu:
– Sən kimi deyirsən?
– Mən? Mən heç bir Ģey demədim.
– Sənin ümidin nəyədir?
– Sabah yox, o birisi günə kimi gözlə.
– Sən bunu istəyirsən?
– Bəli.
Kozetta Mariusun baĢını əlləri ilə tutaraq, hündür olmaq üçün barmaqları üstündə qalxdı, onun
nəyə ümid etdiyini gözlərindən oxumaq istədi.
Marius yenə də sözə baĢladı:
– Mənim fikirləĢdiyim bax budur: sən gərək mənim ünvanımı biləsən, demək olmaz, bəlkə, bir
Ģey olub elədi. Mən dostum Kurfeyrakın yanında oluram, ġüĢə küçəsi, nömrə on altı.
Cib bıçağını cibindən çıxartdı, bıçağın burnu ilə divarın suvağına bu sözləri qazıdı:
ġüĢə küçəsi, № 16.
Kozetta yenə də onun gözlərinə baxdı:
– Marius, de görüm, sənin ağlına nə gəlib? Sən nəsə fikirləĢirsən? De görüm, nə fikirləĢirsən?
Ah, fikirləĢdiyini de mənə, yoxsa mən gecə pis yatacağam!
– Mən nə fikirləĢirəm? Mən, bax, bu barədə fikirləĢirəm: mümkün deyil ki, Allah bizi bir-
birimizdən ayırmaq istəsin. Məni sabah yox, o birisi gün gözlə.
Kozetta:
– Mən o vaxta kimi nə edəcəyəm? – deyə soruĢdu. – Sən haralarasa gedirsən, gəlirsən. KiĢilər nə
xoĢbəxtdir! Mən burada lap tək qalacağam. Mən yaman darıxacağam! Sən sabah axĢam nə
eləyəcəksən? De.
– Mən çalıĢacağam bir tədbir görüm.
– Mən də dua eləcəyəm, həmiĢə sənin barəndə fikirləĢəcəyəm, sənə müvəffəqiyyətlər arzu
edəcəyəm. Daha səndən bir Ģey soruĢmayacağam, çünki sən bunu istəmirsən. Sən mənim
hökmdarımsan. Mən sabah bütün axĢamı ―Evrianta‖dan sənin xoĢladığın Ģeyi oxuyacağam,
yadındadırmı, bir axĢam mən bunu oxuyanda sən pəncərəmin qabağında durub qulaq
asırsanmıĢ... Ancaq sabah yox, o birisi gün erkən gəl. Mən səni axĢam düz saat doqquzda
gözləyəcəyəm, bunu yaddan çıxartma. Ġlahi, günlərin belə uzun olması adamı nə yaman
darıxdırır! Bax, eĢidirsən də, düz saat doqquzda mən bağda olacağam.
– Mən də.
Onlar heç bir Ģeyi nəzərə almadan, eyni fikirlə hərəkətə gələrək, aĢiqlə məĢuqu daimi ünsiyyətdə
saxlayan elektrik cərəyanı ilə cəzb olunaraq, öz kədərləri içində ehtirasla məst olaraq bir-birinin
ağuĢuna atıldılar, heç özləri də hiss etmədən dodaqları birləĢdi, bu zaman onların sevinc və yaĢla
dolu gözləri ulduzları seyr edirdi.
Marius bağdan çıxanda küçədə heç kəs yox idi. Eponina quldurların ardınca gedərək, onları
bulvara qədər ötürdü.
Marius üzünü ağacın gövdəsinə qoyaraq düĢünəndə ağlına bir Ģey gəlmiĢdi, lakin – heyhat! – özü
də bunu baĢ tutmayan boĢ bir Ģey hesab edirdi. O, ümidsiz bir qərara gəlmiĢdi.
YEDDĠNCĠ FƏSĠL.
Qoca qəlb ilə cavan qəlbin bir-birinə qarĢı durması.
Jilnorman babanın yaĢı doxsan biri ötmüĢdü. Yenə o öz qızı ilə Ehtiraslar küçəsində, altı nömrəli
köhnə evində yaĢayırdı. Oxucuların tanıdığı bu qoca ölümü Ģax duraraq gözləyən, nə illərin
yükü, nə kədər belini əyə bilməyən köhnəfikirli qocalardandı.
Bununla belə, onun qızı xeyli vaxtdı deyirdi ki, ―atam təslim olmağa baĢlamıĢdır‖. O daha
xidmətçiləri Ģapalaqlamırdı, Bask qapını gec açanda pilləkən baĢında əl ağacını acıqlı-acıqlı yerə
vurmurdu. Altı ay idi ki, Ġyul inqilabı haqqında daha deyinmirdi. O: ―Cənab Qümblo-Konte,
Fransa peri‖ söz birləĢməsini ―Moniter‖də çox sakitliklə oxudu. Qoca, heç Ģübhəsiz, məyusluğa
uğramıĢdı. O, güzəĢtə getmirdi, təslim olmurdu – bu, onun nə cismani, nə də mənəvi təbiətinə
xas olan bir Ģey deyildi, lakin o, ağır ruhi yorğunluq hiss edirdi. Dörd il, bircə addım da geri
çəkilmədən – bunu baĢqa sözlə ifadə etmək mümkün deyil – Mariusu gözləyirdi. O əmindi ki,
―bu pis uĢaq‖ gec-tez gəlib onun qapısını döyəcək. Bəzən bərk darıxanda onun ağlına belə bir
Ģey gəlirdi: əgər Marius yenə də gəlməsə, onda... Ölüm onun üçün dəhĢətli deyildi, ―bəlkə də,
mən bir daha Mariusu görməyəcəyəm‖ fikri onun üçün dəhĢətli idi. Ġndiyə qədər bu fikir bir an
da olsa onun ağlına gəlmirdi, lakin indi bu, onu narahat eləməyə baĢlayır, onu dəhĢətə salırdı.
HəmiĢə səmimi və təbii hisslər olan yerdə ayrılıq məhəbbəti daha da artırır: burada da ayrılıq
onun məhəbbətini, babanın bu qayda ilə yoxa çıxan nankor nəvəsinə olan məhəbbətini ancaq
artırırdı. Baba öz nəvəsinin həsrətini çəkirdi: bu cür dekabr gecələrində, Ģiddətli Ģaxtada günəĢin
həsrətini çəkirlər. Eyni zamanda, cənab Jilnorman hiss edirdi, ya özünü inandırırdı ki, o öz
nəvəsi ilə görüĢmək üçün qətiyyən ilk addımı ata bilməz. O, öz-özünə deyirdi: ―Bunu
etməkdənsə, gəbərsəm yaxĢıdır!‖ O, özünü heç bir Ģeydə müqəssir hesab etməyərək, zülmətə
gedən bir qoca kimi dərin riqqət, ifadə olunmayan məyusluqla Marius haqqında düĢünürdü.
Onun diĢləri tökülməyə baĢlamıĢdı – bu, onun kədərini daha da artırırdı.
Cənab Jilnorman heç bir məĢuqəsini nəvəsi Marius qədər istəməmiĢdi: bunu o, öz-özünə etiraf
etmirdi, çünki bunu etiraf etmək onu son dərəcə hiddətləndirər və utandırardı.
O, öz otağında, çarpayısının baĢ tərəfində kiçik qızı mərhum xanım Ponmersinin köhnə Ģəklini
qoydurmuĢdu, sanki, o istəyirdi ki, yuxudan ayılanda birinci gördüyü Ģey o olsun, rəssam bu
Ģəkli çəkəndə qızın on səkkiz yaĢı vardı. Cənab Jilnorman həmiĢə ona baxırdı. Bir gün Ģəklə
baxanda, sanki, təsadüfən dedi:
– Məncə, o, buna oxĢayır.
Jilnormanın böyük qızı soruĢdu:
– Bacıma? Əlbəttə.
Qoca əlavə etdi:
– Ona da.
Bir gün cənab Jilnorman üĢüyə-üĢüyə qıçlarını bir-birinə sıxmıĢ, gözlərini yumaraq, böyük bir
məyusluq içində oturmuĢdu, qızı cəsarət edib ondan soruĢdu:
– Ata, sizin hələ də acığınız tutur?..
Qızın dili dolaĢdı, sözünü davam etdirə bilmədi. Cənab Jilnorman soruĢdu:
– Kimə?
– Yazıq Mariusa.
Qoca baĢını qaldırdı, arıq, qırıĢmıĢ əlini sıxaraq, yumruğunu masaya vurdu, son dərəcə
qəzəblənərək, titrək səslə çığırdı:
– Siz deyirsiniz: ―Yazıq Marius?!‖ O cənab avaranın biridir, pisdir, qəlbsiz, insafsız, lovğa,
acıqlı, özünü öyən nankor adamdır!
O üzünü çevirdi ki, qızı gözlərinin yaĢla dolduğunu görməsin.
Bunun üstündən üç gün keçdi, o, dörd saat susduqdan sonra birdən qızına dedi:
– Mən ərz edib mamzel Jilnormandan rica etmiĢdim ki, onun barəsində heç vaxt mənə bir söz
deməsin.
Jilnormanın qızı atasını yumĢaltmaq təĢəbbüsündən tamamilə əl çəkərək, belə bir dərin mənalı
nəticəyə gəldi: ―Bacım elə sarsaq iĢ tutduqdan sonra atam ondan soyumuĢdu. Görünür, onun
Mariusdan zəhləsi gedir‖.
―elə sarsaq iĢ tutduqdan sonra‖ deməklə ―polkovnikə ərə gedəndən bəri‖ sözlərini söyləmək
istəyirdi.
Jilnormanın qızı Mariusu, öz sevimlisi olan ulan zabiti ilə əvəz etmək istəmiĢdi, lakin onun bu
təĢəbbüsü boĢa çıxmıĢdı – bunun boĢa çıxacağını əvvəldən də güman etmək olardı. Teodül
Mariusu əvəz etmək məsələsində heç bir müvəffəqiyyət qazana bilmədi, Cənab Jilnorman
könüllü surətdə aldanmağa razı olmadı. Könül boĢluğunu tıxacla qapamaq olmaz. Teodül özü də
– burada miras olacağını hiss etsə də – baĢqasının xoĢuna gəlmək kimi ağır bir mukəlləfiyyətə
nifrət edirdi: Qoca ulanı darıxdırmıĢdı, ulan da qocanın zəhləsini tökmüĢdü. Leytenant Teodül,
heç Ģübhəsiz, Ģən, lakin heyvərə, yüngülməcaz, bayağı, yaxĢı yaĢamağı xoĢlayan, pis tərbiyə
olunmuĢ bir oğlandı; onun məĢuqələri vardı, bu, doğrudur, bu məĢuqələri haqqında çox danıĢırdı
– bu da doğrudur, ancaq onların barəsində pis danıĢırdı. Onun bütün keyfiyyətləri nöqsanlı idi.
O, qıĢlanın yaxınlığında, Babil küçəsindəki müvəffəqiyyətlə nəticələnən sərgüzəĢt ilə gop elərdi,
cənab Jilnorman da bu gopları dinləməkdən cana gəlmiĢdi. Bundan baĢqa, leytenant bəzən üç
rəngli niĢanı olan mundirini geyib gələrdi, cənab Jilnorman daha buna heç dözə bilməzdi. Axırda
qoca öz qızına dedi: ―Bu Teodül məni boğaza yığdı. Dava olmayan vaxtlarda mənim hərbi
adamlara çox da elə meyilim olmur. Ġstəyirsənsə, onu özün qəbul elə. Əslinə qalanda, mən hətta
qılıncı qoçaq bir adamın əlində görməyi əyyaĢın belində görməkdən üstün tuturam. Hər halda,
vuruĢma meydanında qılınc tiyələrinin cingiltisi qılınc qınının daĢ yola dəyərək tıqqıldaması
qədər iyrənc deyil. Bir də ki, təkəbbür satmaq, özünü qəhrəman göstərmək, arvad kimi belini
çəkib nazikləĢdirmək, zireh altından korset bağlamaq lap gülüncdür. Əsl kiĢi gərək nə lovğalıq
eləsin, nə özünü naza qoysun. Nə yalançı pəhləvanlıq, nə nazlı qız! Öz Teodülünü apar öz
yanına!‖
Nahaq yerə qızı ona dönə-dönə deyirdi: ―Bu axı sizin qardaĢınızın nəvəsidir!‖ Lakin cənab
Jilnorman özünü təpədən-dırnağa kimi baba hiss etdiyi halda, qardaĢı nəvəsinin əmisi olmaq
istəmirdi.
Cənab Jilnorman ağıllı bir adamdı, insanları bir-biri ilə müqayisə etməyi bacarırdı. Əslində,
Teodülü görməklə, Mariusun evdən getməsinə o daha artıq təəssüf edirdi.
Bir gün axĢam o, yan otaqda oturub tikiĢ tikən qızını öz otağına göndərdi; iyunun dördü idi, lakin
buxarı bərk yanırdı. O, divarlarına çoban həyatından Ģəkillər çəkilmiĢ, koromandel ağacından
düzəldilmiĢ, doqquztaylı, enli Ģirma qoyulmuĢ yataq otağında, xalçalı, dərin kresloda təkbaĢına
oturmuĢdu, ayaqlarını buxarının barmaqlığı üstünə qoyub masaya dirsəklənmiĢdi, əlində də bir
kitab tutmuĢdu, ancaq kitabı oxumurdu; masa üstündə yaĢıl abajur altında iki Ģam yanırdı. Cənab
Jilnorman adəti üzrə, onun cavanlıq dövründə Ģıq geyimli adamlar necə geyinirdisə, eləcə
geyinmiĢdi, özü də Qaranın köhnə Ģəklinə oxĢayırdı. Evdən çıxanda qızı onun çiyninə sırınmıĢ
yepiskop mantiyasına bənzər bir Ģey atardı ki, paltarı görünməsin; o, əynindəki paltarla küçəyə
çıxsaydı, camaat tamaĢa üçün onun baĢına yığıĢardı. Öz otağında isə ancaq səhərlər, ya da
yatmağa gedəndən qabaq xələt geyərdi. Deyirdi ki, xələt adamı çox qoca göstərir.
Jilnorman baba Marius haqqında həm məhəbbətlə, həm də kədərlə düĢünürdü, həmiĢə də kədər
üstün gəlirdi. Onun Mariusa acığı tutsa da, qəlbində ona qarĢı mehribanlıq duyurdu, bununla
belə, get-gedə hiddətlənməyə baĢlayır, bu mehribanlıq nifrətə çevrilirdi. Elə olur ki, adam öz
taleyinə boyun əymək, ona əzab verən vəziyyətlə barıĢmaq dərəcəsinə gəlib çatır: cənab
Jilnorman da indi belə bir vəziyyətə gəlib çatmıĢdı. Ġndi o, öz-özünə sübut edirdi ki, Mariusu
daha gözləmək lazım deyil, o qayıtmaq istəsəydi, indiyə kimi qayıdardı, buna daha ümid etmək
lazım deyil. O belə bir fikrə alıĢmaq istəyirdi: məsələ bitmiĢdir, o ―həmin cənabı‖ görmədən
öləcəkdir... Lakin onun bütün varlığı bu fikrə üsyan edirdi, onun inadkar atalıq hissi bununla
razılaĢmaq istəmirdi.
O, öz-özünə deyirdi: ―Yoxsa o bir daha qayıtmayacaq?‖ Bu, onun hər gün dərdli-dərdli söylədyi
sözlərdi. Cənab Jilnormanın dazlaĢmıĢ baĢı sinəsinə endi, kədər və hiddət dolu gözlərini
buxarının külünə zillədi, fikrə daldı. Bu zaman onun qoca qulluqçusu Bask içəri girib soruĢdu:
– Ağa, iltifat buyurub cənab Mariusu qəbul edə bilərsinizmi?
Qoca kresloda dikəldi: onun bənizi, ölü bənizi kimi ağappaqdı, o, qalvanik cərəyanın təsiri ilə
qalxan meyitə oxĢayırdı. Qan birdən onun ürəyinə axmıĢdı. O kəkələyə-kəkələyə dedi:
– Necə? Cənab Marius?
Bask ağasının halını görüb qorxmuĢ, özünü itirmiĢdi.
– Bilmirəm, – dedi, – mən özüm onu görməmiĢəm. Nikoletta mənə dedi: ―Cavan bir oğlan gəlib,
get de ki, cənab Mariusdur‖.
Jilnorman baba güclə eĢidiləcək bir səslə:
– Çağır bura, – dedi.
Vəziyyətini dəyiĢmədi: necə oturmuĢdusa, elə də oturub qaldı; onun baĢı əsirdi, gözləri qapıya
zillənmiĢdi. Qapı açıldı. Cavan bir oğlan içəri girdi. O, Marius idi.
Marius qapı ağzında dayandı, o, elə bil ki, içəri dəvət ediləcəyini gözləyirdi.
Onun dilənçi paltarına oxĢayan geyimi abajurdan düĢən kölgədə görünmürdü. Onun ancaq sakit,
ciddi və qəribə bir qəmginlik çökmüĢ üzünü görmək olardı.
Qoca Jilnorman heyrət və sevincdən kütləĢmiĢdi; o bir neçə dəqiqə parlaq iĢıqdan baĢqa bir Ģey
görmədi; gözünə xəyal görünən adam belə bir vəziyyətə düĢür. O az qaldı ki, huĢunu itirsin; o,
sanki, Mariusu göz qamaĢdıran parlaq bir pərdə ardında görürdü. Bəli, bu, doğrudan da, o idi, bu,
Marius idi!
Nəhayət, gəldi! Dörd ildən sonra! Jilnorman baba tək elə bircə baxıĢı ilə Mariusu, əgər belə
demək mümkünsə, soraraq öz içinə çəkdi. O gördü ki, Marius qəĢəng, nəcib, zərif, füsunkar,
mərifətli bir oğlan, yetiĢmiĢ bir kiĢi olmuĢdur. O istəyirdi ki, qollarını açıb onu çağırsın, qalxıb
onu bağrına bassın. O, fərəhindən məst olurdu, odlu sözlər qəlbini doldururdu, bu sözlər onun
sinəsindən basmaq istəyirdi; nəhayət, bu mehribanlıq ifadə olunmaq üçün özünə yol tapdı: onun
xasiyyətinin əsasını təĢkil edən ziddiyyətə görə, amansız bir Ģəkil aldı; o, sərt soruĢdu:
– Sizə burada nə lazımdır?
Marius karıxmıĢ halda dedi:
– Cənab...
Cənab Jilnorman istərdi ki, Marius yüyürüb onu qucaqlasın. O həm Mariusdan, həm də öz-
özündən narazı idi. O, öz sərtliyini, Mariusun da soyuqluğunu hiss edirdi. Qəlbində o, duyduğu
mehribanlıqdan və mərhəmətdən inləyirdi, lakin yalnız amansızlıq göstərirdi; bunu o get-gedə
artan bir əzabla hiss edirdi, zavallı qoca üçün bu, dözülməz bir Ģeydi. Acı bir hiss yenə də onu
bürüdü. O, qaĢ-qabağını tökərək Mariusun sözünü kəsdi:
– Siz axı, hər halda, niyə gəldiniz?
Bu ―hər halda‖ ―siz əgər məni qucaqlamaq üçün gəlməmisinizsə‖ mənasında söylənmiĢdi.
Marius babasının üzünə baxdı: solğunluq onun üzünü mərmərə oxĢadırdı.
– Cənab...
Qoca yenə də sərt bir səslə onun sözünü kəsdi:
– Siz gəlmisiniz məndən üzr istəyəsiniz? Siz öz səhvinizi etiraf edirsiniz?
O elə güman edirdi ki, Mariusu bununla doğru yola sövq edir, ―uĢaq yumĢalacaqdır‖. Lakin
Marius bu sözdən diksindi: ondan tələb olunurdu ki, atasından üz döndərsin... O gözlərini yerə
dikərək dedi:
– Xeyr, cənab!
Qoca iztirab içində, hiddət və kədərlə çığırdı:
– Elə isə siz məndən nə istəyirsiniz?
Marius əllərini sıxdı, bir addım irəli gələrək zəif, titrək səslə cavab verdi:
– Cənab, mənə yazığınız gəlsin.
Bu sözlər cənab Jilnormanı özündən çıxartdı; Marius bunu əvvəl desəydi, qoca bundan mütəəssir
olardı, lakin indi çox gecdi. Qoca ayağa qalxdı; o hər iki əli ilə əlağacına söykənmiĢdi; onun baĢı
əsirdi, dodaqlarının qanı qaçmıĢdı, onun uca boyu, baĢını əyərək duran Mariusa görə daha uca
görünürdü.
– Sizə yazığım gəlsin?! Cavan bir oğlan doxsan yaĢlı qocadan mərhəmət istəyir! Siz həyata
qədəm qoyursunuz, mən onu tərk edirəm; siz teatrlara, ballara, kafelərə, bilyard salonlarına
gedirsiniz, siz ağıllısınız, qadınların xoĢuna gəlirsiniz, siz qəĢəng bir cavan oğlansınız, amma
mən yayda da yanan buxarı qabağında üĢüyürəm; siz elə bir dövlət sahibisiniz ki, bu dövlət
dünyada yeganə həqiqi bir dövlətdir, amma mən qocalığın bütün taqətsizliyi ilə, xəstəliklə,
təkliklə dövlətliyəm! Sizin bütün diĢləriniz yerindədir, mədəniz yaxĢıdır, baxıĢınız canlıdır, siz
qüvvətlisiniz, sağlamsınız, Ģənsiniz, sizin iĢtahanız var, baĢınızda qara, gur saçınız var, amma
mənim heç ağ saçım da yoxdur, diĢlərim tökülüb, qıçlarım girdən düĢüb, hafizəm zəifləyib, mən
həmiĢə ġarlo, ġam, Sen-Klod küçələrinin adını dolaĢıq salıram – gör mən nə hala düĢmüĢəm!
Sizin qarĢınızda günəĢ iĢığına qərq olmuĢ bir gələcək var, amma mən əbədi gecəyə o qədər
yaxınlaĢmıĢam ki, qarĢıda heç bir Ģey görmürəm, siz qıza vurulmusunuz, bu aydın məsələdir,
amma məni bu dünyada heç kəs istəmir, hələ bir siz məndən mərhəmət də tələb edirsiniz! Belə
Ģey olar?! Molyer gözəl bir mövzunu gözdən qaçırıb! Cənab advokatlar, əgər biz Ədalət
sarayında da belə gülməli zarafatlar edirsinizsə, onda mən sizi ürəkdən təbrik edirəm! Mən belə
görürəm ki, siz dəcəl adamlarsınız!
Sonra qoca yenə də acıqlı-acıqlı və ciddi soruĢdu:
– YaxĢı, siz axı məndən nə istəyirsiniz? Marius ona belə cavab verdi:
– Cənab, mən bilirəm ki, mənim burada olmağım sizin xoĢunuza gəlmir, ancaq mən bura sizdən
bir Ģeyi xahiĢ eləmək üçün gəlmiĢəm, bunu deyən kimi çıxıb gedəcəyəm.
Qoca həyəcanla:
– Siz axmaqsınız! – dedi. – Kim sizə deyir ki, gedin?
Bu, onun qəlbinin dərinliyində mehribanca səslənən: ―YaxĢı da, məndən üzr istə! Gəl məni
bağrına bas!‖ sözlərinin tərcüməsi idi. Cənab Jilnorman hiss edirdi ki, Marius bu saat onun
yanından gedə bilər, onun bu ədavəti Mariusu incidir, bu amansız hərəkəti Mariusu buradan
qovur; qoca bunları baĢa düĢdüyü üçün dərdi daha da artırdı, lakin onun dərdi elə o saat hiddətə
çevrildiyindən sərtliyi daha da Ģiddətlənirdi. Qoca istəyirdi ki, Marius onu baĢa düĢsün, Marius
da onu baĢa düĢmürdü, bu, onu son dərəcə qəzəbləndirirdi.
Cənab Jilnorman sözünə davam edərək dedi:
– Necə! Siz mənə, öz babanıza etinasızlıq etdiniz, mənim evimi atıb harasa getdiniz, siz öz
xalanızı iztirab içində qoydunuz; siz bu Ģeyləri ona görə etdiniz ki – bunu baĢa düĢmək çətin
deyil – subay həyat sürmək, özünü Ģıq geyimli göstərmək, istədiyiniz vaxt evə gəlmək, əylənmək
üçün bu daha əlveriĢlidir! Siz öz dolanacağınız haqqında qətiyyən məlumat vermədiniz, borc
elədiniz, hətta bu borcları verməyi məndən xahiĢ də etmədiniz, siz qalmaqalçı və davakar
oldunuz, sonra da dörd ildən sonra bura gəlmisiniz, deməyə daha sözünüz yoxdur?
Qoca bu sərt üsulla istəyirdi ki, öz nəvəsini mehribanlıq göstərməyə meyil etdirsin, lakin bu, onu
ancaq susdurdu. Cənab Jilnorman əllərini döĢündə çarpazladı – onun bu hərəkəti daha amiranə
idi – sonra da dərdli-dərdli Mariusa dedi:
– Daha bəsdir. Siz, deyəsən, dediniz ki, məndən bir Ģeyin xahiĢinə gəlmisiniz. YaxĢı, nəyin
xahiĢinə? Bu nədir? Deyin görüm.
Marius indicə uçuruma düĢəcəyini hiss edən bir adam nəzəri ilə babasına baxaraq:
– Cənab, – dedi, – mən evlənmək üçün sizdən icazə almağa gəlmiĢəm.
Cənab Jilnorman zəng elədi. Bask qapını açdı!..
– XahiĢ eləyin mənim qızım bura gəlsin.
Bir az sonra qapı yenə açıldı, m-l Jilnorman astanada göründü, ancaq otağa girmədi. Marius
cinayət iĢləmiĢ adam vəziyyəti ilə əllərini yanına salaraq sakitcə durmuĢdu, dinib-danıĢmırdı.
Cənab Jilnorman otaqda var-gəl edirdi. O, qızına sarı dönərək dedi:
– Elə bir Ģey olmayıb. Bu cənab Mariusdur. Onunla salamlaĢın. Bu cənab evlənmək istəyir.
Vəssalam. Gedin.
Qocanın qırıq-qırıq, sərt və xırıltılı səslə danıĢması onun son dərəcə hiddətli olduğunu göstərirdi.
Cənab Jilnormanın qızı karıxmıĢ halda Mariusa baxdı, sanki, onu güclə tanıyırdı, sonra da
atasının əl iĢarəsini görüb, heç qımıldanmadan, səsini çıxarmadan, qasırğa ilə sovrulan saman
çöpündən də tez yox oldu.
Jilnorman baba isə yenə də buxarıya söykənərək, həyəcanla danıĢmağa baĢladı:
– Evlənmək? Ġyirmi bir yaĢında! Hər Ģey də düzəlib! Bircə elə məndən icazə almaq qalıb!
Xırdaca bir rəsmiyyət! ƏyləĢin, cənab! Sizi görmək Ģərəfindən məhrum olandan bəri sizdə
inqilab əmələ gəlmiĢdir. Yakobinçilər üstünlük qazanmıĢdır. Siz bundan razı qalmalısınız. Baron
olduğunuz vaxtdan elə bəlkə, dönüb respublikaçı olmusunuz? Siz axı ayrı-ayrı Ģeyləri bir-biri ilə
uzlaĢdırmağı bacarırsınız. Respublika baronluq üçün pis ədviyyat deyil. Cənab, bəlkə də, siz Ġyul
ordeni almısınız? Luvr alınanda, bəlkə də, siz bir az kömək etmisiniz? Burada, lap yaxında, Sent-
Antuan küçəsində, Nonendyer küçəsi qarĢısında bir evin üçüncü mərtəbəsində, divara girmiĢ bir
top gülləsi görünür, güllənin də yanında ―28 iyul 1830-cu il‖ sözləri yazılmıĢdır. Gedin baxın.
Bu çox böyük təsir bağıĢlayır. Ah, sizin o dostlarınız yaman da iĢlər tutublar! Bəlkə, onlar cənab
Berri hersoqunun abidəsi yerində fantan qoymaq fikrindədirlər? Deməli, siz evlənmək
istəyirsiniz? Ayıb olmasa, soruĢmaq olarmı, bu qız kimdir?
Cənab Jilnorman sözünü kəsdi, lakin Marius cavab verənə kimi o, qəzəblə əlavə etdi:
– Hə, deməli, sizin müəyyən mövqeyiniz var! Siz varlanmısınız! Siz advokatlıq peĢəsi ilə nə
qədər qazanırsınız?
Marius sarsılmaz və amansız bir qətiyyətlə cavab verdi:
– Heç bir Ģey!
– Heç bir Ģey? Deməli, siz ancaq mənim verdiyim min iki yüz livrlə yaĢayırsınız?
Marius cavab vermədi. Cənab Jilnorman:
– Hə, baĢa düĢürəm, – dedi. – Deməli, qız varlıdır?
– Məndən varlı deyil.
– Necə? Cehizsizdir?
– Bəli.
– Sonralıqla cehizi alacağına ümid varmı?
– Zənn etmirəm.
– Lap yoxsuldur? Bəs atası nəçidir?
– Bilmirəm.
– Qızın adı nədir?
– Madmazel FoĢlevan.
– FoĢ... necə?
– FoĢlevan.
Qoca fınxırdı:
– Pfff!
Marius həyəcanla dedi:
– Cənab!
Cənab Jilnorman ona qulaq asmayaraq, öz-özü ilə danıĢırmıĢ kimi sözünə davam etdi:
– Belə. Ġyirmi bir yaĢı var, dövləti yox, ildə min iki yüz livr... Baron arvadı xanım Ponmersi
gərək özü Ģəxsən göysatanın yanına gedib iki sua cəfəri alsın...
Marius son ümidinin də məhv olduğunu görüb böyük bir həyəcanla:
– Cənab, – dedi, – yalvarıram sizə, Allah xatirinə yalvarıram, sizi deyib gəlmiĢəm, cənab,
ayaqlarınıza düĢürəm, mənə icazə verin o qızla evlənim!
Qoca öskürə-öskürə, kəskin bir səslə pis-pis güldü.
– Ha-ha-ha! Siz, yəqin, öz-özünüzə demisiniz: ―Qoy gedim, bəlkə, bir Ģey çıxdı, gedim o qoca
kaftarın, o gic sarsağın yanına! Heyif ki, mənim hələ iyirmi beĢ yaĢım yoxdur! Mən onda öz
hörmətimi ona göstərərdim! Onda mən onsuz da keçinərdim! Hər halda, mən gedib ona
deyəcəyəm: ―Qoça eĢĢək, sənin xoĢbəxtliyindir ki, sən hələ məni görürsən; mən evlənmək
istəyirəm, mən istəyirəm bir madmazeli alam– fərqi yoxdur, necə bir madmazel olur olsun, qoy
kimin qızı olur olsun, düzdür, mənim ayağımda çəkməm yoxdur, onun da köynəyi yoxdur, eybi
yoxdur, belə də keçib gedər; mən müəyyən mövqe tutacağıma, öz gələcəyimə, öz gəncliyimə, öz
həyatıma tüpürürəm; mən istəyirəm ki, arvad alıb özümü iĢə salam, yoxsulluq içində itib-batam,
bax, mən bunun arzusundayam, sən mənə mane olma!‖ Bu Nuh əyyamından qalan qoca da mane
olmayacaq. Deyəcək ki, əzizim, var get, nə eləyirsən elə, get boynundan daĢ as, get o
ġpaklevandı, Peklevandı nədi, get bununla evlən... Yox, cənab, bu qətiyyən ola bilməz, qətiyyən!
– Ata!
– Qətiyyən!
Bu ―qətiyyən‖ sözü elə bir ifadə ilə söylənmiĢdi ki, Marius daha heç bir ümid yeri qalmadığını
baĢa düĢdü. BaĢını aĢağı salaraq, səndirləyə-səndirləyə, ağır-ağır qapıya sarı getdi, o, sanki, öz
qarĢısında otaq qapısını deyil, ölüm qapısını görürdü. Cənab Jilnorman onun ardınca baxırdı:
Marius qapını açıb bayıra çıxmaq istəyəndə qoca birdən tünd və ərköyün qocalara xas olan bir
cəldliklə onun üstünə yüyürdü, Mariusun yaxasından tutub sərt geri çəkdi, gətirib kresloya
itələyərək dedi:
– DanıĢ görək!
Marius ağzından çıxan bircə elə ―ata‖ sözü qocada bu dəyiĢikliyi əmələ gətirmiĢdi.
Marius ĢaĢqın halda ona baxırdı. Cənab Jilnormanın üzündəki ifadə tez-tez dəyiĢirdi; onun
sifətində fövqəladə, kobud bir mehribanlıq ifadə olunurdu. Qocanın əcdadı öz yerini ona tərk
etmiĢdi.
– YaxĢı da, baxarıq, danıĢ görək, sevgi iĢlərindən danıĢ, gizlin iĢlərini aç tök, hamısını mənə de!
ƏĢi, belə Ģey olar, bu cavanlar nə axmaqdır!
Marius:
– Ata, – deyərək yenə də sözə baĢladı.
Qocanın üzündə vəsfə gəlməyən böyük bir fərəh göründü.
– Bax, belə! Mənə ata de, onda iĢ də yaxĢı gedər!
Qocanın kobudluğunda indi elə bir mehribanlıq, elə Ģəfqət, elə səmimiyyət, elə bir atalıq hissi
ifadə olunurdu ki, Mariusun ümidsiz qəlbində birdən ümid doğdu, o, sanki, Ģüurunu itirdi, məst
oldu. O, masanın yanında oturmuĢdu; onun köhnə paltarı yanan Ģamların iĢığında elə aydın gözə
çarpırdı ki, Jilnorman baba ona heyrətlə baxırdı.
Marius:
– Bəli, ata, – deyərək sözə baĢladı.
Jilnorman onun sözünü kəsdi:
– Sən gör nə kökdəsən! Sənin, doğrudan da, bircə quruĢun da yoxdur? Sən oğru kimi
geyinmisən.
Qoça siyirtməni açdı, pul kisəsini götürüb masanın üstünə qoydu.
– Al, burada yüz luidor pul var, özünə Ģlyapa al.
Marius sözünə davam edərək dedi:
– Ata, əziz ata, siz mənim vəziyyətimi bilsəydiniz! Mən onu sevirəm. Heç təsəvvür edə
bilərsinizmi, mən onu birinci dəfə Lüksemburq bağında gördüm, o bağa gəlmiĢdi. Əvvəl mən
ona elə bir əhəmiyyət vermədim, sonra ona vuruldum, heç özüm də bilmədim bu necə oldu. Ah,
mən elə bədbəxt idim! Sözün qısası, indi mən hər gün onların evində onunla görüĢürəm, atasının
bundan xəbəri yoxdur, indi bir təsəvvür edin: onlar buradan getmək istəyirlər, biz hər axĢam
bağda görüĢürük; atası onu Ġngiltərəyə aparmaq istəyir, mən də belə fikirləĢdim: ―Babamın
yanına gedim, bunların hamısını ona danıĢım‖. Mən axı dəli olaram, ölərəm, xəstələnərəm,
özümü suya ataram. Mən mütləq onunla evlənməliyəm, yoxsa dəli olaram. Budur, nə olubsa
hamısını sizə dedim, mənə elə gəlir ki, heç bir Ģey yadımdan çıxmayıb. O qız dəmir barmaqlığı
olan bir bağda, Plüme, küçəsində yaĢayır, Əlillər evinə yaxın bir yerdə.
Jilnorman baba duyduğu həzdən gülümsəyirdi: o, Mariusun yanında oturdu. O həm Mariusa
qulaq asır, onun səsindən ləzzət alırdı, həm də məmnuniyyətlə burnuna yavaĢ-yavaĢ burunotu
çəkirdi. Plüme küçəsi sözünü eĢidəndə nəfəsini saxladı, əlində qalan burunotunu dizləri üstünə
tökdü.
– Plüme küçəsi? Sən deyirsən Plüme küçəsi? Dayan görüm! Orada qıĢla varmı? Hə də, elə özüdü
ki var. Sənin əmioğlun Teodül mənə bəzi Ģeylər danıĢıb. O ulan, zabit! Qız barəsində, əzizim, qız
barəsində! Bir iĢə baxırsan da, hə, Plüme küçəsində haman o küçədə ki, əvvəllər ora Blome
deyərdilər. Ġndi yadıma düĢdü. Plüme küçəsində, barmaqlıq ardında, bağda yaĢayan o tifildən
mənə söhbət açıblar. Xalis Pameladır. Zövqün pis deyil. Deyirlər ki, çox qəĢəng qızdır. Söz öz
aramızda qalsın, mən elə güman edirəm ki, o sarsaq ulan bir yüngülvarı ona nəvaziĢ
göstərmiĢdir. Bu məsələdə onlar çoxmu dərinə getmiĢlər bunu bilmirəm. Ancaq bunun heç eybi
yoxdur. Bir də ki, ulana inanmaq lazım deyil. O gopçunun biridir. Marius, mən cavan bir oğlanın
sevməsini təqdirəlayiq Ģey hesab edirəm! Sənin yaĢında olan oğlan gərək sevsin. Yakobinçi
olmaqdan sevmək yaxĢıdır, mən sevməyi üstün tuturam. Hər halda, cənab Robespyerə
bağlanmaqdansa, bir deyil, lap elə iyirmi arvada bağlanmaq yaxĢıdır. Mənə qalırsa, mən bu
barədə özümə haqq verirəm: bütün bu sankülotlardan mən həmiĢə ancaq qadınları üstün
tutmuĢam. QəĢəng qızlar qəĢəng qız olub qalırlar – ay onları görüm sağsağan aparsın! Bu
məsələdə mübahisə ediləsi bir Ģey yoxdur. Hə, deməli, o tifil səni atasından gizlin qəbul eləyir.
Bu elə belə də olmalıdır. Mən də belə Ģeylər eləmiĢəm.
Özü də bir olmayıb, iki olmayıb, çox olub. Bilirsən, belə hallarda nə eləyirlər? Həyəcana gəlib
qəzəblənmirlər, faciə yaratmırlar, bu iĢi evlənməklə, Ģərəfli bələdiyyə rəisinin yanına getməklə
qurtarmırlar. Bu məsələdə gərək ağıllı bir oğlan olasan. DüĢüncəli olasan. Ey bəni-adəm, nə
oyun çıxarırsınız çıxarın, ancaq evlənməyin. Deyir ki, gedib gərək babamı axtarıb tapam, o
mehribandır, ürəyiyumĢaq adamdır, onun həmiĢə köhnə masasının siyirtməsində içi qızılla dolu
bir neçə düyünçəsi ola bilər. Ona deyərəm: ―Baba məsələ, bax, belədir‖. Baba da ona elə cavab
verər: ―Bu çox asan bir Ģeydir. Adam cavanlığında qızır, qocalanda sakitləĢir. Mən də cavan
olmuĢam, sən də qocalacaqsan. Al, mənim balam, sən də bir gün bu borcu öz nəvənə
qaytararsan. Burada iki yüz qol var. Get əylən, kefini çək! Dünyada bundan yaxĢı Ģey yoxdur!‖
ĠĢi bax belə görürlər. Evlənmirlər, bu, iĢə mane olmur. Sən mənim dediyimi baĢa düĢürsən?
Marius donub qalmıĢdı, bircə kəlmə də söz söyləmək iqtidarında deyildi, o ancaq baĢını yellədi.
Qoca qəhqəhə ilə güldü, gözlərini qıyaraq, əlini Ģappıltı ilə onun dizinə vurdu, gülümsəyə-
gülümsəyə, sirli bir nəzərlə onun gözünə baxdı, çox hiyləgər bir əda ilə çiyinlərini sıxaraq dedi:
– Ay səfeh! Onu özünə məĢuqə elə!
Mariusun rəngi ağardı. Qocanın dediklərindən o heç bir Ģey baĢa düĢməmiĢdi. Plüme
küçəsindəki o qarmaqarıĢıq Ģeylər, o Pamela, o qıĢla, o ulan bir xəyal kimi onun qarĢısından ötüb
keçmiĢdi. Bunlar zanbaq kimi təmiz Kozettaya aid ola bilməzdi. Qoca sayıqlayırdı. Lakin bu
sayıqlama elə bir sözlə qurtardı ki, Marius bu sözü baĢa düĢdü: bu Kozetta üçün ən dəhĢətli bir
təhqir idi. ―Onu özünə məĢuqə elə‖ sözləri bu bakir gəncin qəlbini bir ox kimi deĢmiĢdi.
O yerindən qalxdı, Ģlyapasını yerdən götürdü, qəti, möhkəm addımlarla qapıya sarı getdi, orada
dayanıb döndü, babasına təzim etdi, sonra baĢını qaldırıb dedi:
– BeĢ il bundan əvvəl siz mənim atamı təhqir etdiniz; bu gün də mənim arvadımı təhqir etdiniz.
Mən daha sizdən heç bir Ģey istəmirəm, cənab. Sağlıqla qalın.
Jilnorman baba heyrətdən donub qaldı, ağzını açaraq əllərini qabağa uzatdı, ayağa qalxmaq
istədi, lakin o bircə kəlmə söz deyənə kimi qapı örtüldü, Marius yox oldu.
Qoca, ildırım vurmuĢ adam kimi bir neçə an yerindən tərpənmədi; o nə danıĢır, nə də nəfəs ala
bilirdi, sanki, qüvvətli bir əl onun boğazını sıxırdı. Birdən o kreslodan qalxdı, doxsan bir yaĢlı
adam sürəti ilə qapıya sarı yüyürdü, qapını açıb çığırdı:
– Ay haray! Ay haray!
Qızı, sonra da xidmətçilər səsə gəldi, o yenə də xırıltılı bir səslə yazıq-yazıq çığırdı:
– Yüyürün onun dalınca! Özünüzü ona yetirin! Mən ona nə elədim? O, dəlidir! O getdi! Ġlahi,
ilahi! O daha qayıtmayacaq!
Qoca küçəyə açılan pəncərəyə cumdu, titrək əlləri ilə pəncərəni açdı qurĢağa kimi bayıra
uzanaraq çığırdı – Bask ilə Nikoletta onu daldan tutmuĢdu:
– Marius! Marius! Marius! Marius!
Lakin Marius onun səsini eĢidə bilməzdi: bu anda o, Sen-Lui küçəsinin tinindən dönürdü.
Doxsan yaĢlı qoca ağır əzab içində əllərini iki-üç dəfə gicgahına qaldırdı, səndirləyə-səndirləyə
geri qayıtdı, ağır-ağır öz kreslosunda oturdu: onun nəbzi vurmurdu, səsi çıxmırdı. Gözlərində yaĢ
yox idi; o ancaq mənasız-mənasız baĢını yelləyir, dodaqlarını tərpədirdi; onun baxıĢları boĢ,
qəlbi boĢ idi, onun boĢ qəlbində, ancaq gecə kimi qaranlıq, dərdli matəmli bir Ģey qalmıĢdı.
BĠRĠNCĠ FƏSĠL.
Jan Valjan.
Elə o gün saat dörddə Jan Valjan Mars çölünün ən issız yamaclarından birində oturmuĢdu. O,
ehtiyat etdiyindənmi, fikri bir yerə toplamaq istədiyindənmi, ya hər adamın vərdiĢlərində hiss
edilmədən, yavaĢ-yavaĢ əmələ gələn dəyiĢiklik nəticəsindəmi indi çox az-az Kozetta ilə evdən
bayıra çıxırdı. O, iĢ kurtkası, boz, kətan Ģalvar geymiĢdi; uzun günlüklü kartuzu üzünü örtmüĢdü.
Hal-hazırda o, Kozetta haqqında düĢünərkən özünü sakit və xoĢbəxt hiss edirdi; hələ bu
yaxınlara kimi onu həyəcanlandıran və qorxudan Ģeylər indi fikrindən dağılıb getmiĢdi. Lakin iki
həftə əvvəl onu baĢqa bir Ģey narahat eləməyə baĢlamıĢdı: bir gün o bulvarda gəzərkən
Tenardyeni görmüĢdü; Jan Valjan paltarını dəyiĢdiyindən Tenardye onu tanımamıĢdı. O vaxtdan
bəri Jan Valjan bir neçə dəfə onu görmüĢdü və indi əmin olmuĢdu ki, Tenardye bu məhəllədə
havayı yerə hərlənmir. Mühüm bir qərara gəlmək üçün bu özü kifayətdi. Tenardye burada idi,
deməli, onun üçün həmiĢə təhlükə vardı. Bir də ki, həyatında bir Ģeyi gizlətməyə əsası olan
adamlar Parisdə özünü narahat hiss edirlər; siyasi iğtiĢaĢlar o cəhətdən əlveriĢli deyildi ki, polis
iĢçiləri indi adamlardan çox Ģübhələnirdi, onlara çox az etibar edirdi, buna görə də Pepenin, ya
Morenin təqib olunması nəticəsində Jan Valjan kimi adamlar da çox asanlıqla ifĢa oluna bilərdi.
Jan Valjan Parisi, hətta Fransanı tərk etmək, Ġngiltərəyə getmək qərarına gəldi. Bunu Kozettaya
demiĢdi. O istəyirdi ki, elə bu həftə yola düĢsün. Ġndi o, Mars çölünün yamaclarından birində
oturub dərin fikrə dalmıĢdı: Tenardye, polis, yol məsələsi, pasport almaqla əlaqədar olan
çətinliklər onu son dərəcə həyəcanlandırırdı.
Bu Ģeylər onu çox narahat edirdi.
ġərhedilməz və onu heyrətə salan bir məsələ xüsusilə onun təĢviĢini artırırdı, o, elə indi də bunun
təsiri altında idi: bu gün səhər o hamıdan tez durub bağda gəzirdi, Kozettanın pəncərələri hələ
bağlı idi, birdən divara yazılmıĢ bu sözlər onun gözünə sataĢdı:
ġüĢə küçəsi, № 16.
Sözlər, yəqin, mismarla divara cızılmıĢdı; özü də bu lap yaxın vaxtda edilmiĢdi, cızıqlar qaralmıĢ
köhnə suvaq üzərində ağ görünürdü, divar dibindəki gicitkən kolu üstünə narın əhəng tozu
tökülmüĢdü. Bu sözlər, yəqin ki, gecə yazılmıĢdı. Bu nə deməkdir? Bu kiminsə ünvanı idimi? Ya
bir adam üçün yazılmıĢ Ģərti iĢarə idi? Ona edilən xəbərdarlıqdımı? Hər halda, aydın olurdu ki,
bu bağa əl atan var, bura naməlum adamlar gəlmiĢdir. Evdəkiləri təĢviĢə salan bir neçə qəribə
hadisə Jan Valjanın yadına düĢdü. Bu, onun daha artıq düĢünməsinə səbəb oldu. O divara
cızılmıĢ sözləri Kozettaya deməkdən çəkindi, qorxdu ki, Kozetta bundan təĢviĢə düĢsün.
O belə ağır düĢüncələrə daldığı halda, birdən yanına bir kölgə düĢdüyünü gördü, bundan bildi ki,
kim isə gəlib yamacın üstündə dayanmıĢdır. Dönüb baxmaq istədi, elə o saat dizləri üstə dörd
qatlı bir kağız düĢdü, kağızı elə bil onun baĢı üstündən atmıĢdılar. Jan Valjan kağızı götürüb
açdı, kağızda karandaĢla, iri hərflərlə bir söz yazılmıĢdı:
Köçün.
O cəld qalxdı, lakin yamacın üstündə heç kəs yox idi. Ətrafına göz gəzdirdi, sarı qəhvəyi plis
Ģalvar, boz bluz geymiĢ, uĢaqdan böyük, kiĢidən kiçik bir adam gördü: o, hasardan aĢıb Mars
çölünün xəndəyinə endi.
Jan Valjan dərin fikirlər içərisində elə o saat evinə getdi.
ĠKĠNCĠ FƏSĠL.
Marius.
Marius cənab Jilnormanın yanından çox qəmgin qayıtdı. Babasının yanına gedəndə onun
qəlbində ümid vardı, lakin oradan hədsiz bir ümidsizlik içində çıxıb getdi.
Burası da var ki, o ulan, o yüngülbeyin zabit, o Teodül Mariusun Ģüurunda heç bir iz
buraxmamıĢdı – insan qəlbinin qanunlarını öyrənən bir adam bunun səbəbini baĢa düĢər. Zərrə
qədər də təsir buraxmamıĢdı! Bir dramaturq hadisənin zahiri cəhətini nəzərə alaraq, qocanın öz
nəvəsinə açdığı sirlə iĢin bir qədər mürəkkəbləĢəcəyini gözləyə bilər. Lakin o yerdə ki dram əsəri
uda bilər, həqiqət uduza bilər. Marius elə bir yaĢda idi ki, bu yaĢda adam heç bir pis Ģeyə
inanmır; sonralar elə bir yaĢ gəlir ki, adam hər Ģeyə inanır. ġübhə də üz qırıĢığı kimi Ģeydir. Ġlk
cavanlıq dövründə adamda olmur. O Ģey ki, Otellonu sarsıdır – Kandidə heç təsir eləmir.
Kozettadan Ģübhələnmək! Marius üçün hər cürə cinayət iĢləmək Kozettaya Ģübhə etməkdən asan
olardı. O küçələri avara-avara dolaĢmağa baĢladı – bu, əzab çəkən adamların əl atdığı adi bir
vasitədir. O, nə barədə düĢünürdü – bunu xatırlaya bilmirdi. Gecə saat ikidə Kurfeyrakın otağına
qayıtdı, paltarını soyunmadan döĢəyin üstünə yıxıldı. Onun gözünə yuxu gedəndə səhər çoxdan
açılmıĢdı; yuxusunda, o ta ayılana kimi, qatma-qarıĢıq Ģeylər görür, bu Ģeylər ona əzab verirdi.
Gözünü açanda Kurfeyrakı, Anjolrası, Feyi və Kombeferi gördü. Onlar Ģlyapalarını baĢlarına
qoyub durmuĢdular, üzlərində iĢgüzar bir ifadə vardı, getməyə hazırlaĢırdılar.
Kurfeyrak ondan soruĢdu:
– Sən general Lamarkın dəfninə gedəcəksən?
Ona elə gəldi ki, Kurfeyrak Çin dilində danıĢır.
Marius da onlardan bir az sonra getdi. Gedəndə cibinə iki tapança qoydu; bunları fevralın üçündə
baĢ verən hadisə zamanı Javer ona vermiĢdi. Tapançalar hələ də dolu idi. Bunları o niyə
götürmüĢdü, onun ağlına nə gəlmiĢdi – bunu demək çətindi.
Bütün günü avara-avara gəzdi, özü də heç bilmirdi harada gəzir; hərdən yağıĢ yağırdı, lakin
Marius bunu hiss etmirdi. Nahar üçün çörəkçi dükanından bir su qiymətində çörək alıb cibinə
qoydu, sonra da cibində çörək olduğunu unutdu. Deyəsən, o lap Sena çayında da çimdi, ancaq
bunu dərk etmədi. Bəzən elə dəqiqələr olur ki, adamın beynində elə bil son dərəcə isti bir soba
yanır. Marius da indi belə bir vəziyyətdə idi. Ġndi o daha heç bir Ģeyə ümid etmirdi, heç bir
Ģeydən qorxmurdu; dünəndən bəri o bunların üstündən aĢıb keçmiĢdi. Böyük səbirsizliklə axĢamı
gözləyirdi. Onun ancaq müəyyən bir fikri vardı. AxĢam saat doqquzda Kozettanı görəcəkdi.
Onun bütün gələcəyi indi bu son xoĢbəxtlikdə idi; bundan sonra zülmətdi. O lap adamsız, boĢ
bulvarlarla gedirdi. Hərdən o, sanki, Ģəhərdən gələn qəribə səslər eĢidirdi. Bu səsləri eĢidəndə
düĢüncəsindən ayrılır, öz-özünə belə bir sual verirdi: ―Bəlkə, orada dalaĢırlar?‖
Marius hava qaralandan sonra, düz vəd etdiyi vaxtda – saat doqquzda Plüme küçəsinə gəldi.
Barmaqlığa yaxınlaĢanda hər Ģeyi unutdu. O iki gün idi ki Kozettanı görmürdü, indi yenə də onu
görəcəkdi. Bütün baĢqa fikirlər onun zehnindən silindi; o, ancaq vəsfə gəlməyən böyük bir
sevinc duyurdu. Elə anlar olur ki, insan bu zaman əsir həyatı keçirir. Belə anlarda həmiĢə
amiranə və füsunkar Ģeylər olur, bunlar insanın qəlbini tamamilə doldurur.
Marius barmaqlığın dəmir çubuğunu kənara çəkib bağa girdi. Kozetta həmiĢə onu gözlədiyi
yerdə yox idi. Marius kolların arasından keçib artırmanın yanındakı bucağa sarı getdi, düĢünərək
öz-özünə dedi: ―O, məni burada gözləyir‖. Kozetta orada da yox idi. BaĢını qaldırıb evə baxdı:
evin bütün pəncərə – qapıları bağlı idi. Bağı dolaĢdı: bağda heç kəs yox idi. Evə qayıtdı.
Sevgidən o, dəli-divanə olurdu, baĢı dumanlanır, vəziyyət onu qorxudurdu, pis bir vaxtda evinə
qayıdan adam kimi dərddən və duyduğu təĢviĢdən üzülə-üzülə pəncərə qapısını döydü. Bir
döydü, iki döydü, yenə döydü, o daha qorxmurdu ki, pəncərə açıla bilər, qızın atasının acıqlı
sifəti görünər, ondan soruĢa bilər: ―Sizə nə lazımdır?‖ Bunlar onun hiss etdiyi məsələ qarĢısında
əhəmiyyətsiz bir Ģeydi. Pəncərə qapısını döyə-döyə Kozettanı bərkdən çağırdı: ―Kozetta!‖ Sonra
amiranə bir səslə yenə çağırdı: ―Kozetta‖ Cavab verən olmadı. Hər Ģey bitmiĢdi. Nə bağda adam
vardı, nə evdə.
Marius gözlərini ümidsiz halda sərdabə kimi qaranlıq və səssiz, lakin içi boĢ olan evə zilləmiĢdi.
Sonra daĢ oturacağa baxdı: burada o, Kozettanın yanında gözəl vaxtlar keçirmiĢdi. Sonra da
artırmanın pilləsində oturdu. Onun qəlbi Ģəfqət və qətiyyətlə dolu idi. O, qəlbinin dərinliklərində
bu sevgini təqdis edərək, öz-özünə dedi: ―Madam ki, Kozetta getmiĢdir, mənə ölməkdən baĢqa
bir Ģey qalmır‖. Elə bu anda bir səs eĢitdi: səs, elə bil ki, küçədən, ağacların arxasından gəlirdi:
– Cənab Marius!
Marius ayağa qalxdı.
– Nədi?
– Cənab Marius, siz buradasınız?
– Bəli.
Səs yenə də eĢidildi:
– Cənab Marius, dostlarınız sizi ġanvreri küçəsindəki barrikadaların yanında gözləyir.
Bu səs onun tamamilə tanımadığı səs deyildi. Bu səs Eponinanın xırıltılı və kobud səsinə
oxĢayırdı. Marius barmaqlığa sarı yüyürdü, barmaqlığın laxlayan dəmir çubuğunu kənara çəkib,
baĢını küçəyə çıxartdı, zahirən cavan oğlana oxĢayan bir adam gördü: o yüyürə-yüyürə
alaqaranlıq içində gözdən itirdi.
ÜÇÜNCÜ FƏSĠL.
Cənab Mabef.
Jan Valjanın pul kisəsindən cənab Mabefə bir xeyir olmadı.
O çox nəcib, həm də sadəlövh bir adam olduğundan ulduzların hədiyyəsini qəbul etmədi;
ulduzların qızıl pul göndərməyə qadir olduğuna o, qətiyyən inana bilməzdi. O heç güman etmirdi
ki, göydən düĢən bu Ģey QavroĢun hədiyyəsidir, buna görə də kisəni tapılmıĢ bir Ģey kimi aparıb
öz məhəlləsinin polis pristavına verdi; tapılan Ģeyi orada öz sahibinə qaytarardılar. Ġndi pul
kisəsi, doğrudan da, itdi. Məlum Ģeydir ki, heç kəs gəlib onu tələb etmədi, cənab Mabefə də onun
heç bir köməyi olmadı.
Cənab Mabefin güzəranı get-gedə ağırlaĢırdı.
Ġndiqo sahəsində Nəbatat bağında aparılan təcrübələr də Austerlits bağında aparılan təcrübələr
kimi bir nəticə vermədi. Keçən il o, öz xidmətçisinə borclu qalmıĢdı. Ġndi də, oxucuların bildiyi
kimi, ev sahibinə borclu idi. Lombard on üçüncü ayın sonunda onun ―Flora‖sının mis kliĢələrini
satdı. Bir misgər onlardan qazan düzəltdi. KliĢələr satıldıqdan sonra o hətta ―flora‖nın onda
qalan dağınıq nüsxələrini də daha tamamlaya bilmədi, qravürləri və çap olunmuĢ mətni, tam
dəyəri olmayan bir Ģey kimi, ucuz qiymətə bukinistlərə satdı. Bütün ömrü boyu çəkdiyi əməyin
səmərəsindən daha heç bir Ģey qalmamıĢdı. SatılmıĢ nüsxələrin pulunu xərcləməyə baĢladı.
Lakin bu az məbləğin də tükəndiyini görüb bağdan əl çəkdi, onu daha becərmədi. O çoxdandı
əvvəllər arabir yediyi iki yumurtanı, bir parça əti də daha yemirdi. Naharı, ancaq çörək və
kartofdan ibarətdi. O axırıncı mebelini də satdı, sonra yataq əĢyasın, pal-paltar, adyal – o Ģeysiz
ki dolana bilərdi – nə vardısa hamısını, daha sonra herbarilərini, estamplarını satdı. Lakin onun
hələ ən qiymətli kitabları qalırdı. Bunların içində, məsələn, ―Tarixi Tövrat rübailəri‖nin 1560-cı
il çapı, Pyer de Bessin ―Tövrat kitablarının məcmusu‖, Jan de Laenin Navvar kraliçasına ithaf
olunmuĢ ―Marqaritanın mirvariləri‖, Seyer de Vilye-Hotmanın ―Səfirin vəzifəsi və ləyaqəti‖
əsəri, 1644-cü ildə çıxmıĢ ―Ravvin mənzuməsi‖, Tibüllün 1567-ci ildə nəĢr edilmiĢ və üzərində
gözəl surətdə ―Venetsiya Manutsiyanın evində‖ sözləri yazılmıĢ kitabı, Diogen Laersinin Lionda
1644-cü ildə çap olunmuĢ, içərisinə on üçüncü əsrin, Vatikandakı 411 nömrəli əlyazmasının
məĢhur variantları, həm də Anri Etyen tərəfindən çox səmərəli surətdə tədqiq edilmiĢ 393, 394
nömrəli iki Venetsiya əlyazması, yalnız Neapol kitabxanasında olan on ikinci əsrin əlyazmasında
doria ləhcəsində olan bütün parçalar daxil edilmiĢdir. Cənab Mabef yataq otağında olan buxarını
heç yandırmazdı, həm də Ģam yandırmamaq üçün hava qaralan kimi yatardı. Elə bil ki, onun
daha qonĢuları yox idi, evdən çıxanda hamı ondan yayınardı, cənab Mabef bunu görürdü.
Səfalətdə olan uĢağa hər ananın yazığı gəlir, səfalətdə olan cavan oğlana cavan qızların yazığı
gəlir, səfalətdə olan qocaya heç kəsin yazığı gəlmir. Bütün müsibətlərdən ən ağırı budur. Lakin
Mabef baba uĢaqlığa xas olan fikir aydınlığını tamam itirməmiĢdi. Kitabları görəndə onun
gözləri parıldayırdı. Diogen Laersinin ən nadir nüsxəsinə baxanda gülümsəyirdi. Bütün ev
əĢyasından, ən zəruri olanlardan baĢqa, ancaq ĢüĢə qapalı bir kitab Ģkafı qalmıĢdı.
Bir gün Plutarx xala ona dedi:
– Nahar hazırlamağa mənim pulum yoxdur.
Onun nahar dediyi bir parça çörəkdən, dörd-beĢ kartofdan ibarətdi.
Mabef soruĢdu:
– Bəs nisyə?
– Siz çox gözəl bilirsiniz ki, mənə nisyə Ģey vermirlər. Cənab Mabef kitab Ģkafını açdı,
oğlanlarından birini qurban verməyə məcbur olan, bunu təyin etməmiĢdən əvvəl onları yığıb
gözdən keçirən ata kimi kitablara bir-bir xeyli baxdı, sonra cəld birini götürüb qoltuğuna vurdu,
otaqdan çıxıb getdi. Ġki saat sonra kitabsız qayıtdı, masanın üstünə otuz su qoyub dedi:
– Alın, bu da nahar üçün!
Bu andan qocanın aydın üzünə, sanki, qara kölgə endi və bu kölgə bir daha onun üzündən
silinmədi – Plutarx xala bunu görürdü.
Lakin bunu sabah da, o birisi gün də hər gün təkrar etmək lazımdı. Cənab Mabef kitabla evdən
gedir, az pulla geri qayıdırdı. Bukinistlər onun öz kitablarını satmağa məcbur olduğunu görəndə
qocanın iyirmi frank verdiyi və bəzən də onların özündən aldığı kitaba iyirmi sudan artıq pul
vermirdilər. Qocanın bütün kitabxanası, cild-cild bukinistlərin əlinə keçdi. Bəzən öz-özünə
deyirdi: ―Mənim, hər halda, səksən yaĢım var‖, sanki, o, kitabların axırına çıxana kimi öz
ömrünün axırına çatacağı ümidində idi. Bir gün də o, Rober Etyenlə evdən getdi, Aldla geri
qayıtdı. ―Rober Etyeni o, Malake sahil küçəsində otuz beĢ suya satmıĢdı. Aldı isə Qre küçəsində
qırx suya almıĢdı. O sevinə-sevinə Plutarx xalaya dedi: ―Mən beĢ su borc elədim‖. Bu gün o heç
nahar eləmədi.
O, Bağçılıq cəmiyyətinin üzvü idi. Bu cəmiyyətdə onun yoxsul bir həyat keçirtdiyini bilirdilər.
Cəmiyyətin sədri onun yanına gəldi, əkinçilik və ticarət naziri ilə onun haqqında danıĢacağını
vəd etdi, vədini yerinə yetirdi. Nazir həyəcanla dedi: ―Buna heç söz ola bilməz! Əlbəttə, kömək
etmək lazımdır! Qoca alimdir! Nəbatat alimidir! Zərərsiz, dinc adamdır! Onun üçün bir Ģey
eləmək lazımdır!‖ Ertəsi gün cənab Mabef bir kağız aldı: nazir onu nahara dəvət edirdi, qoca
sevincindən əsə-əsə kağızı Plutarx xalaya göstərib dedi: ―Biz xilas olduq!‖ Cənab Mabef
çağırılan günü nazirin evinə getdi. Onun əzilmiĢ qalstuku, düzətəkli köhnə frakı, yaxĢı
təmizlənməmiĢ köhnə ayaqqabısı qapıçıları heyrətə saldı, qoca bunu hiss etdi. Heç kəs, hətta
nazir özü də ona müraciət etmədi. AxĢam saat on olurdu, o hələ gözləyirdi ki, onunla
danıĢacaqlar. Bu zaman dekolte paltar geymiĢ gözəl bir xanımın səsini eĢitdi: o, nazirin arvadı
idi. Qoca ona yaxınlaĢmağa cürət etmirdi. Xanım kimdənsə soruĢurdu: ―Bu qoca cənab kimdir?‖
Cənab Mabef gecəyarısı Ģiddətli yağıĢ yağa-yağa piyada evinə qayıtdı. Nazirin evinə o, fiakrla
getmiĢdi, səhər Elzevirin kitabını satıb fiakrın pulunu verdi.
O hər axĢam yatandan əvvəl Diogen Laersidən bir neçə səhifə oxumağa adət etmiĢdi. Yunan
dilini lazımınca bilir, Diogeni əslindən oxuyur, onun gözəlliklərindən həzz ala bilirdi. Ġndi onun
daha.ayrı sevinci qalmamıĢdı. Bir neçə həftə keçdi. Plutarx xala qəfildən xəstələndi. Pul
yoxluğundan çörəkçiyə çörək pulunu verə bilməmək adamı kədərləndirən haldır, lakin adamı
bundan daha artıq kədərləndirən bir Ģey varsa, o da əczaçıya dərman pulunu verə bilməməkdir.
AxĢam həkim gəlib çox bahalı bir içmə dərman yazdı. Həm də Plutarx xalanın xəstəliyi get-gedə
artırdı, onun yanında bir adam oturmalı idi. Cənab Mabef Ģkafını açdı: Ģkaf bom-boĢ idi, sonuncu
kitab da satılmıĢdı. Bircə Diogen Laersi qalmıĢdı.
Qoca çox nadir tapılan bu yeganə nüsxəni də qoltuğuna vurub, otaqdan çıxdı. 1832-ci il iyulun 4-
ü idi. O, Sen-Jak qapılarına, Ruayolun iĢini davam etdirən adamın yanına getdi, yüz frank pulla
geri qayıtdı. Bir-birinin üstə yığılmıĢ beĢ franklıqları qoca xidmətçinin gecə masası üstünə qoydu
və heç bir söz demədən öz otağına getdi.
Ertəsi gün səhər açılanda öz bağına gedib böyrü üstə düĢmüĢ tumbada oturdu; çəpərdən baxan
bir adam onun bütün səhəri baĢını aĢağı dikərək, artıq becərilməyən ləklərinə sönük nəzərlə
baxa-baxa sakitcə oturduğunu görə bilərdi. Arabir yağıĢ yağırdı. Qoca, sanki, bunu hiss etmirdi.
Günortadan sonra Parisdə qəribə bir hay-küy baĢlandı. Bu hay-küy tüfəng səsinə, camaatın
bağırtısına oxĢayırdı.
Mabef baba baĢını qaldırdı. Bir bağban beli çiyninə qoyub oradan keçirdi. Qoca ondan soruĢdu:
– Bu hay-küy nədir?
Bağban lap sakitcə cavab verdi:
– Qiyamdır.
– Nə qiyam?
– Belə də. DalaĢırlar.
– Niyə dalaĢırlar?
– Allah bilir!
Cənab Mabef yenə də soruĢdu:
– Bu hardadır?
– Arsenalın yanında.
Mabef baba öz otağına gedib Ģlyapasını götürdü, adəti üzrə bir kitab axtardı ki, qoltuğuna vurub
aparsın, ancaq belə bir kitab tapmadı: ―Ah, lap yadımdan çıxıb!‖ – deyərək ĢaĢqın halda evdən
çıxdı.
BĠRĠNCĠ FƏSĠL.
Məsələnin zahiri cəhəti.
Qiyam nədən əmələ gəlir? Heç Ģeydən və hər Ģeydən. YavaĢ-yavaĢ toplaĢan elektrikdən, qəfildən
qalxan alovdan, azğın düĢən qüvvədən, ötüb keçən naməlum yeldən... Bu yelə yolda nitq
qabiliyyətinə malik olan baĢlar, xəyal etməyi bacaran əqillər, əzab çəkməyi bacaran qəlblər,
alovlanan ehtiraslar, nərildəyən yoxsulluq rast gəlir, bunları öz ardınca çəkib aparır. Hara?
Təsadüflər aləminə. Ġctimai quruluĢun əleyhinə, qanunlar əleyhinə, baĢqalarının rifah və
həyasızlığı əleyhinə...
Qiyamın tərkibindəki ünsürlər nədir? Təhqir olunmuĢ əqidələr, acıqlanmıĢ ruh yüksəkliyi,
hərəkətə gəlmiĢ qəzəb, təzyiq altına alınmıĢ davakar instinktlər, vəcdə gəlmiĢ gənclik
coĢqunluğu, alicənablıq korluğu, maraqlanma, dəyiĢikliyə olan meyil, gözlənilməz hadisələr
arzusu – elə bir arzu ki, adamı təzə bir tamaĢa haqqında yazılan elanı məmnuniyyətlə oxumağa,
teatrda səhnə maĢinistinin qəfildən verdiyi fiti xoĢlamağa vadar edir – aydın olmayan nifrət,
ədavət, aldanılmıĢ ümidlər, tale tərəfindən yaddan çıxarıldığını hesab edən hər cür
Ģöhrətpərəstlik, narazılıq, baĢ tutmayan xəyallar, dəfedilməz maneələrlə əhatə olunmuĢ
xudpəsəndlik, fəlakətdən çıxacağına ümid edən hər adam, nəhayət, ən aĢağıda duran çühəla,
alovlana bilən bu çirkab – qiyamın tərkibindəki ünsürlər bunlardır.
Qiyama mənsub olan kimlərdir? Ən böyük və ən əhəmiyyətsiz insanlar o insanlar ki, cəmiyyətin
hüdudu xaricində səfil-sərgərdən dolaĢaraq müvəffəqiyyət gözləyirlər – avaralar, Ģübhəli
Ģəxsiyyətlər, Ģəhər civarının sərsəriləri, baĢı üstündə laqeyd buludlardan baĢqa ayrı bir Ģey
olmayan, təzə evlər salınmıĢ çöldə gecələyən, hər gün çörəyi zəhmətdən deyil, təsadüfdən
gözləyən adamlar, yoxsulluğun, miskinliyin çılpaq, ayaqyalın oğulları – qiyama mənsub olanlar
bunlardır.
O adamın ki qəlbində dövlət üsul-idarəsinə, həyata, ya taleyə qarĢı gizli qiyam var – o da
cəmiyyətdə baĢ verən qiyamla əlaqədardır – qiyam baĢlanan kimi o adam canlanmağa baĢlayır,
qasırğanın onu alıb apardığını hiss edir.
Qiyam – müəyyən hərarət daxilində ictimai mühitdə qəfildən əmələ gələn bir növ qasırğadır. Bu
qasırğa burula-burula sürətlə havaya qalxır, yüksək və miskin təbiətli adamları, qüvvətli və zəif
Ģəxsləri, ağac gövdələrini və saman çöpünü yerindən qoparır, yer üzündən silir, məhv edir,
dağıdır, kökündən çıxarır, özü ilə sürükləyib aparır.
Vay o adamın halına ki, bu qasırğa onu sürükləyib aparır, vay o adamın halına ki, onu itələyib
yolundan çıxarır! Bunların hər ikisini bir-birinə vurub əzir.
O sürükləyib apardığı adamlara məchul bir əzəmət verir. O, təsadüfən rast gəldiyi adamın qəlbini
hadisələr qüvvəsi ilə doldurur. O, hər Ģeyi atılan mərmiyə, daĢı top gülləsinə, hambalı generala
döndərir.
Gələcəkdən xəbər verən bəzi məxfi siyasət kahinlərinin fikrincə, hakimiyyət nöqteyi-nəzərindən
qiyam, hətta, zərrə qədər də iĢə mane olmur. Onların əqidəsi belədir: qiyam yıxa bilmədiyi
hökuməti möhkəmləndirir, ordunu sınaqdan keçirir, burjuaziyanı birləĢdirir, polis idarəsinin
gücünü artırır, ictimai özülün möhkəmliyini göstərir. Qiyam – gimnastikadır, hifzüsəhhə kimi bir
Ģeydir. Adam ovxalandıqdan sonra özünü yaxĢı hiss edən kimi, hökumət də qiyamdan sonra
özünü yaxĢı hiss edir.
Otuz il bundan əvvəl qiyama baĢqa bir nöqteyi-nəzərdən də baxırdılar.
Hər Ģeyi əhatə edən bir nəzəriyyə var, bu nəzəriyyə öz-özünü ―sağlam düĢüncə‖ elan edir; Filint
Alsestin əleyhinədir, doğru ilə yalan arasında könüllü bir münsifdir. Bu nəzəriyyənin öz izahatı,
öyüd-nəsihəti, bir az məğrurca yumĢaqlığı var; bədguluqla əfv etmənin qarıĢmasından ibarət olan
bu yumĢaqlıq özünü insanhikməti təsəvvür edir, lakin o, çox vaxt pedantlıqdan baĢqa bir Ģey
olmur. ―Orta mövqe‖ deyilən bütün bir siyasi məktəb buradan çıxmıĢdır. Bu qaynar su ilə soyuq
su arasında olan ilıq su partiyasıdır. Dərin olmadığı halda özünü dərin göstərən bu səthi siyasi
məktəb nəticəni öyrənir, səbəbə əl atmır, yarımçıq biliklə xalq iğtiĢaĢlarını pisləyir.
Bu məktəbin dediklərinə qulaq asılsa, belə çıxır ki, qiyamlar 1830-cu il çevriliĢini
mürəkkəbləĢdirməklə bu böyük hadisəni malik olduğu təmizlikdən müəyyən dərəcədə məhrum
edir. Ġyul inqilabı xalq qəzəbi fırtınasından doğan və səmanı qəfildən buluddan təmizləyən gözəl
bir hərəkət idi. Qiyamlar yenə də səmanı buludlandırdı. Bu inqilabda əvvəl gözəl bir həmrəylik
olduğu halda, qiyamlar onun içərisinə münaqiĢə saldı. SıçrayıĢlarla irəliyə doğru olan hər bir
hərəkətdə zədələnmiĢ gizli yerlər olduğu kimi, Ġyul inqilabında da belə yerlər vardı, qiyam bu
yeri üzə çıxartdı. ―Hə! Burada sınan yer var!‖ – demək mümkün oldu. Ġyul inqilabından sonra
insanlar, ancaq azadlıq, qiyamdan sonra fəlakət hiss etdi.
Hər bir qiyam dükanları bağlayır, qiymətli kağızların qiymətini endirir, birjada ĢaĢqınlıq əmələ
gətirir, ticarəti dayandırır, iĢə mane olur, iflası sürətləndirir; daha pul olmur, böyük var-dövlət
sahibləri narahat olur, ictimai kredit sarsılır, sənaye pozulur, sərvət gizlədilir, əmək qiymətdən
düĢür, hər tərəfi qorxu bürüyür, hər Ģəhərdə bu zərbənin əks-sədası eĢidilir. Açılan girdabın
səbəbi bax, budur. Hesab edilmiĢdir ki, qiyamın birinci günü Fransaya iyirmi milyona, ikinci
günü qırx milyona, üçüncü günü altmıĢ milyona oturur. Üç günlük qiyam yüz otuz milyona baĢa
gəlir, baĢqa sözlə, iĢin yalnız maliyyə cəhəti nəzərə alınarsa, bu, böyük bir fəlakətə, gəminin
qəzaya uğramasına, ya məğlubiyyətlə nəticələnən vuruĢmaya bərabərdir, elə bir vuruĢma ki,
onda altmıĢ hərb gəmisindən ibarət bir donanma məhv olmuĢdur.
Əlbəttə, tarixi nöqteyi-nəzərdən qiyamın özünə, məxsus gözəlliyi vardır; küçə vuruĢmasında
olan əzəmət və pafos heç də partizan vuruĢmasında olan əzəmət və pafosdan az deyil. Bunlardan
birində meĢə ruhu, o birisində Ģəhər qəlbi hiss olunur; birində Jan ġuandır, o birisində Jann.
Qiyamlar lap elə qırmızı da olsa, gözəl iĢıqlı Paris xarakterinin ən xüsusi cəhətlərini –
alicənablığı, fədakarlığı, coĢqun Ģənliyi iĢıqlandırdı. Burada düĢünülmədən göstərilən cəsarət
ziyalıların xüsusiyyətidir, fikrini isbat edən tələblər də, yenilməz milli qvardiya da, dükançıların
keĢikçi məntəqələri də, küçə uĢaqlarının qalaçaları da, yoldan keçənlərin ölümdən qorxmaması
da vardır.
Məktəblər qoĢunla çarpıĢırdı. Bunu da qeyd etmək lazımdır ki, vuruĢanlar arasında ancaq yaĢca
fərq vardı – bunlar hamısı eyni irqdəndir. Bunlar iyirmi yaĢında öz ideyaları uğrunda, qırx
yaĢında öz ailələri uğrunda ölən səbatlı insanlardır. HəmiĢə vətəndaĢ müharibəsində kədərlənən
ordu əqilli hərəkəti Ģücaətə qarĢı qoyurdu. Qiyamlar xalq igidliyinin Ģahidi olmaqla bərabər,
burjuaziyanı da tərbiyə edərək cəsarətləndirirdi.
YaxĢı. Lakin bu Ģeylər tökülən qana dəyərmi? Bu tökülən qana kədərlənmiĢ gələcəyi, ləkələnmiĢ
tərəqqini, ən yaxĢı insanlar arasında əmələ gələn təĢviĢi, vicdanlı, düz liberalların məyusluğunu,
inqilabın öz-özündə açdığı yaralara sevinən əcnəbi mütləqiyyəti, 1830-cu ildə məğlub olan və
dönə-dönə ―Nə olsun ki, biz bunun hamısını qabaqcadan görürdük!‖ – deyən adamların
təntənəsini əlavə edin! Buna, bəlkə də, həddindən artıq tərif olunmuĢ Parisi, lakin, heç Ģübhəsiz,
zəifləmiĢ Fransanı əlavə edin! Buna – çünki hər Ģeyi demək lazımdır – qəzəblənmiĢ üsul-
idarənin çılğınlaĢmıĢ azadlıq üzərində qazandığı qələbəni çox tez-tez ləkələyən qırğını əlavə
edin! Ümumiyyətlə, qiyamlar fəlakətli olmuĢdur‖.
Bu yalançı həkimanəlik belə deyir, burjuaziya da, bu yalançı xalq da bununla lap məmnuniyyətlə
kifayətlənir.
Bizə gəlincə, biz həddindən artıq geniĢ, buna görə də həddindən artıq əlveriĢli olan ―qiyam‖
sözünü atırıq. Biz bir xalq hərəkatını baĢqa bir xalq hərəkatından ayırırıq. Biz ―VuruĢma nə
qiymətə baĢa gəlirsə, qiyam da o qiymətə baĢa gəlirmi‖ sözünü öz-özümüzdən soruĢmuruq. Hər
Ģeydən əvvəl, niyə axı vuruĢma?! Burada müharibə məsələsi meydana çıxır. Məgər müharibə
fəlakəti qiyamdan azmı fəlakətdir! Bir də ki, hər qiyam fəlakətdirmi? Qoy lap elə 14 iyul yüz
iyirmi milyona baĢa gəlmiĢ olsun! V Filippi Ġspaniya taxtına qoymaq Fransaya iki milyarda baĢa
gəldi. Biz bu rəqəmləri kənara atırıq – bunlar dəlil kimi görünsə də, əslində, ancaq sözdür. Bizim
fikrimizi məĢğul edən məsələ qiyamdır, buna görə də qiyamın mahiyyətini tədqiq edirik.
Yuxarıda qeyd etdiyimiz doktrinərcəsinə etirazda söhbət ancaq nəticə haqqında gedir, lakin biz
səbəb axtarırıq.
Biz məsələni aydınlaĢdırırıq.
ĠKĠNCĠ FƏSĠL.
Məsələnin mahiyyəti.
Bir qiyam var, bir də üsyan. Bu, biri haqsız, biri haqlı olaraq iki növ qəzəbin təzahürüdür.
Ədalətə əsaslanan demokratik dövlətlərdə bəzən bir dəstə adam hakimiyyəti ələ almağa
müvəffəq olur. Onda bütün xalq ayağa qalxır, öz haqqını müdafiə etmək zərurəti xalqı silaha
sarılmağa məcbur edə bilər. Kollektiv hakimiyyətdən meydana gələn bütün məsələlərdə küllün
ayrı-ayrı hissələrə qarĢı müharibəsi – üsyandır, lakin ayrı-ayrı hissələrin küllə hücum etməsi –
qiyamdır; Tüilrini kim tutur – Kralmı, ya Konventmi – bundan asılı olaraq, Tüilriyə olan hücum
ədalətli, ya ədalətsiz hücum ola bilər. Eyni bir topun camaata qarĢı atəĢ açması – avqustun 10-da
haqsız, vandemyerin 14-də haqlı bir hərəkətdir. Bunlar zahirən bir-birinə oxĢasa da, əslində,
ayrı-ayrı Ģeylərdir; isveçrəlilər yanlıĢ bir Ģeyi, Bonapart isə doğru bir Ģeyi müdafiə edirdi. O Ģeyi
ki ümumi səsvermə öz azadlığını və rəhbərliyini dərk edərək yaratmıĢdır onu küçə dağıda
bilməz. Mədəniyyətə aid olan hər Ģey də elə; kütlənin instinkti dünən irəlini duya bildiyi halda,
bu gün ona xəyanət edə bilər. Eyni bir qəzəb coĢqunluğu Terreyə qarĢı qanunidir, lakin Türqoya
qarĢı mənasızdır. MaĢınların sındırılması, anbarların dağıdılması, dəmir yollarının, dokların
xarab edilməsi, kütlələrin yanılması, xalq məhkəmələrinin tərəqqini pisləməsi, Ramyüsün
məktəblilər tərəfindən öldürülməsi, Russonun daĢa basılaraq Ġsveçrədən qovulması qiyamdır.
Ġsrailin Musaya qarĢı, Afinanın Fokiona qarĢı, Romanın Stsipiona qarĢı çıxıĢı qiyamdır; Parisin
Bastiliyaya qarĢı çıxıĢı üsyandır. Əsgərlərin Ġskəndərə qarĢı, matrosların Xristofor Kolumba
qarĢı çıxıĢı qiyamdır, özü də müqəddəs bir Ģeyi təhqir edən qiyamdır. Niyə? Ona görə ki,
Xristofor Kolumb kompas vasitəsi ilə Amerika üçün etdiyini Ġskəndər qılınc vasitəsi ilə Asiya
üçün etmiĢdir; Ġskəndər də Kolumb kimi bütün bir aləm tapmıĢdır. Bu iki aləmi mədəniyyətə
qoĢmaq iĢığın elə qüvvətləndirilməsidir ki, buna qarĢı olan hər hərəkət cinayətkarcasına
hərəkətdir. Bəzən xalq öz-özünə olan sədaqətini pozur. Bir dəstə camaat xalqa xəyanət edir.
Məsələn, duz kontrabandaçılarının hökumətə qarĢı uzun zaman vuruĢa-vuruĢa müqavimət
göstərməsi bu arası kəsilməyən qanuni etiraz həlledici anda, qurtuluĢ günündə, xalqın qalib
gəldiyi bir vaxtda Ģuanlığa çevrilir, kontrabandçılar taxt-tac ilə birləĢir, bu qayda ilə ―hökumət
əleyhinə‖ qaldırılan üsyan ―hökumət lehinə‖ qiyam olur. Bundan da qəribə bir Ģey olarmı?!
Nadanlığın mənhus nümunəsi! Duz kontrabandaçısı Kralın dar ağacından canını qurtarır, özü də,
kəndir qırığı hələ boynunda yellənə-yellənə Ģapkasına ağ kokarda keçirir. ―Duz gömrüyünə
ölüm!‖ Ģüarından ―YaĢasın Kral!‖ Ģüarı meydana gəlir. Varfolomey gecəsi cinayətkarları, 1792-
ci il sentyabrçıları, Avinyon caniləri, Kolinyi qatilləri, xanım de Lambal qatilləri, Brün qatilləri,
Napoleonun Ġspaniyadakı tərəfdarlarının quldur dəstələri, yaĢıl meĢə qardaĢları, termidorçular,
Jeqünün quldur dəstəsi, Qol sarğısı kavalerləri – qiyam, bax, bunlardır! Vandeya nəhəng bir
katolik qiyamıdır. QəzəblənmiĢ hüququn səsini tanımaq çətin deyil, lakin, o həmiĢə sarsılmıĢ,
yerindən oynamıĢ, hərəkətə gəlmiĢ kütlələrin səsi olmur; mənasız qəzəb də vardır, çatlamıĢ zəng
də vardır, hər imdad çığırıĢında tunc səsi səslənmir. Ehtirasların, nadanlığın tərpəniĢi tərəqqi
təkanı deyil, baĢqa Ģeydir. Üsyan edin, eybi yoxdur, ancaq böyümək, qabağa getmək üçün üsyan
edin! Göstərin mənə, görüm, hara gedirsiniz! Üsyan ancaq irəliyə doğru hərəkətdir. BaĢqa hər
cür iğtiĢaĢ zərərlidir. Geriyə doğru atılan hər bir qəzəbli addım qiyamdır. Geriyə doğru hərəkət
insan övladına qarĢı edilən zorakılıqdır. Üsyan həqiqəti əhatə edən qəzəb partlayıĢıdır. Üsyanla
qazılmıĢ döĢəmə küçələr hüquq qığılcımları saçır: həmin bu döĢəmə küçələr qiyama ancaq öz
palçığını verir. Dantonun XVI Lüdovikə qarĢı çıxması üsyandır; Heberin Dantona qarĢı çıxması
qiyamdır.
Bundan məlum olur ki, yuxarıda qeyd etdiyimiz və buna bənzər üsyanlar, Lafayetin dediyi kimi,
ən müqəddəs vəzifə ola bilərsə, qiyam ən fəcianə, ən cinayətkar sui-qəsd ola bilər.
Onların közərmə dərəcəsində də bir qədər fərq vardır; üsyan çox vaxt vulkandır, qiyam yanan
bəlim.
Əvvəl dediyimiz kimi, qiyam bəzən hökumətin daxilində baĢ verir. Polinyak qiyamçıdır; Kamill
Demulen hökmdardır.
Üsyan bəzən intihabdır.
Bütün məsələləri ümumi səsvermə ilə həll etmək tamamilə yeni bir hadisədir, çünki bizdən əvvəl
dörd min il müddətində ancaq xalqlar hüququnun tapdalanmasından, xalqların çəkdiyi əzabdan
bəhs edən dövrlərin özünə görə mümkün edə bildiyi etiraz üsulları olmuĢdur. Sezarlar vaxtında
üsyan olmamıĢdır, lakin Yuvenad olmuĢdur.
Facit indignatio1 yerini Qrakx qardaĢları tutur.
Sezarlar vaxtında Siyenə sürgün edilən adam olmuĢdur. Bundan baĢqa, ―Salnamə‖ni yazan da
olmuĢdur.
Biz hələ Patmosa sürgün edilmiĢ o böyük insanı demirik. O da ideal dünya naminə real dünyanı
öz hiddəti ilə qamçılamıĢ, öz xəyallarından böyük bir satira yaratmıĢ, Roma – Nineviya, Roma –
Babil, Roma – Sodom üzərinə Apokalipsisin alovlu iĢığını saçmıĢdır.
Ġoann öz qayasında pyedestal üzərindəki sfinksdir; onu baĢa düĢməmək olar, o, yəhudidir, onun
dili çox çətindir, lakin ―Salnamə‖ni yazan latındır, daha düzgün desək, romalıdır.
Neronların padĢahlığı – mesoo-tinto üsulu ilə çap olunmuĢ qara qravürləri xatırladır, buna görə
onların özünü də bu üsulla təsvir etmək lazımdır. Bu ancaq kəsici qravür aləti ilə edilsə, çox
solğun çıxar, bu alətlə kəsilən yerə acılayan, qatı nəsr tökmək lazımdır.
Müstəbidlər mütəfəkkirlərə bir qədər təsir edirlər. ZəncirlənmiĢ söz – dəhĢətli sözdür. Hökmdar
xalqı susmağa məcbur edəndə yazıçı öz qələminin gücünü ikiqat, üçqat artırır. Xalqın bu cür
susmasından sirli bir dolğunluq meydana gəlir, bu fikrə sızır. Fikir də tunc kimi donub qalır.
Tarixdə olan təzyiq tarixçilərdə yığcamlıq əmələ gətirir. Tarixçilərin Ģöhrət qazanmıĢ nəsrinin
qranitcəsinə möhkəmliyi bu nəsrin ancaq zalım hökmdarlar tərəfindən sıxıĢdırılmasının
nəticəsidir.
Ġstibdad yazıçını yazdığı əsərin həcmini kiçiltməyə məcbur edir. Bu da əsərin gücünü artırır.
Sitseron dövrünün itiliyi Verres üçün güclə hiss edildiyi halda, Kaliqulada tamam kütləĢə bilərdi.
Cümlə quruluĢunda geniĢliyə az yol verməli – zərbənin gücünü artırmalı. Tatsit bütün əzəməti ilə
düĢünür.
Böyük qəlbin həqiqət və ədalət cövhərinə çevrilən düzlüyü ildırım kimi yarıb keçir.
Sözarası bunu da deyək ki, Tatsit tarixən Sezara qarĢı durmamıĢdır – bu, diqqətəlayiq bir
hadisədir. Onun üçün Tiberilər hazırlatmıĢdı. Sezar və Tatsit bir-birinin ardınca gələn iki
hadisədir; əsərlərin səhnədə tamaĢaya qoyulmasında səhnəyə girənlərə və səhnədən çıxanlara
rəhbərlik edən Allah bu hadisələrin bir-birinə rast gəlməsinə əsrarəngiz Ģəkildə yol verməmiĢdir.
Sezar böyükdür, Tatsit də böyükdür; Allah bu iki əzəmətli insana aman vermiĢ, onları bir-biri ilə
üz-üzə gəlməyə qoymamıĢdır. Ədalət keĢikçisi Sezara zərbə endirəndə bu zərbəni həddindən
artıq ağır endirə bilərdi, bununla da ədalətsizlik etmiĢ olardı. Allah bunun belə olmasını
istəməmiĢdir. Afrikada və Ġspaniyadakı böyük müharibələr, Siciliya dəniz quldurlarının məhv
edilməsi, Qalliyada, Britaniyada, Almaniyada yayılan mədəniyyət – bütün bu Ģan-Ģöhrət
Rubikon məsələsindəki günahı yuyub aparır. Burada Tanrı həqqaniyyətinin bir növ həssaslığı
görünür: bu həqqaniyyət amansız tarixçini qəsbkar üzərinə saldırmaqda tərəddüd etmiĢ, dühanın
vəziyyəti yumĢaldacağını nəzərə alaraq, Sezarı Tatsitdən xilas etmiĢdir.
Əlbəttə, dahi müstəbidin hökmranlığı vaxtında da istibdad istibdad olaraq qalır. ġöhrət qazanmıĢ
müstəbidlər dövründə də əxlaq pozğunluğu çox artır, lakin əxlaq pozğunluğu taunu vicdansız
müstəbidlər vaxtında daha artıq iyrənc olur. Bu müstəbidlərin hökmranlığı dövründə heç bir Ģey
baĢ verən biabırçılığın üstünü pərdələmir, Tatsit və Yuvenal kimi söz ustaları, heç bir Ģeyə etiraz
edə bilməyən bu biabırçılığı bəĢəriyyətin gözü önündə daha faydalı Ģəkildə qamçılayır.
Roma Vitelinin vaxtında Sullanın vaxtından daha iyrənc üfunət verir. Klavdinin və Domitsianın
dövründə ən iyrənc yaltaqlıq bu müstəbidlərin rəzalətinə uyğun gəlir. Qulların alçaqlığı
müstəbidlərin iĢidir; onların pozulmuĢ vicdanından ətrafa zəhərli üfunət yayılır, onların
hökmdarı bu üfunətdə əks olunur. Hökmdarlar iyrəncdir, onların qəlbi dardır, vicdanı xəstədir,
ruhu üfunətlidir, Karakalla vaxtında da belə olmuĢdur. Kommod vaxtında da, Heliohabal
vaxtında da. Lakin Sezar dövründə Roma senatından qartal yuvasına xas olan zil qoxusu gəlirdi.
Bunun da nəticəsində, zahirən gec də olsa, Tatsitlər və Yuvenallar meydana çıxmıĢdır, göz
önündəki Ģeylər qəti və mübahisəsiz olanda bu Ģeylərin təĢrihçisi gəlir.
Lakin Yuvenal da, Tatsit də – Tövrat dövrünün Ġshaqı, orta əsrlər dövrünün Dantesi kimi –
insandır. Qiyam və üsyan – bəzən haqsız, bəzən də haqlı olan xalqdır.
Qiyama çox vaxt maddi vəziyyət səbəb olur, üsyan isə həmiĢə mənəvi vəziyyətdən doğur. Qiyam
– Mazanyellodur, üsyan – Spartakdır. Üsyan idrakla dostdur, qiyam mədə ilə. Qarın acıqlanır,
lakin qarın həmiĢə təqsirkar olmur. Aclıq olanda qiyamın baĢ verməsinə (məsələn, Bizansda)
real, həyəcanlandırıcı, ədalətli səbəblər olur. Bununla belə, bu, bir qiyam olaraq qalır. Niyə? Ona
görə ki, qiyam, əslində, haqlı hərəkət olsa da, formaca haqsız hərəkətdir. Bizansdakı qiyam haqlı
da olsa, amansızdı, qüvvətli də olsa, çılğındı, o, ağına-bozuna baxmadan vurub yıxırdı, o, kor fil
kimi yolda rast gəldiyi hər Ģeyi dağıda-dağıda irəliləyirdi; onun keçdiyi yerdə qocaların,
qadınların, uĢaqların meyiti qalırdı; o, heç özü də səbəbini bilmədən, günahsız, baĢqalarına zərər
yetirməyən insanların qanını tökürdü; xalqa yemək vermək yaxĢı məqsəddir, lakin xalqı qırmaq
– bundan ötrü pis üsuldur.
Hər bir müsəlləh xalq etirazı, ən qanuni olanları da, hətta 10 avqust, hətta 14 iyul etirazları da
iğtiĢaĢdan baĢlanır. Haqq öz buxovlarını qırmazdan əvvəl fırtına qalxır. Çayların baĢlanğıcı dağ
selləri olan kimi, üsyanların da baĢlanğıcı çox vaxt qiyam olur, bu üsyanlar da adətən ―Ġnqilab‖
deyilən okeana tökülür. Əxlaq üfüqlərində yüksələn dağ təpələrində, ədalət, hikmət, əql və
hüquq zirvələrində təmiz, saf ideal qarda əmələ gələn üsyan axını bəzən xeyli vaxt qayalardan-
qayalara tökülə-tökülə, Ģəffaf sularında göyləri əks etdirə-etdirə, öz əzəmətli, qalibiyyətli
axınında yüzlərlə sellərdən kükrəyib qalxaraq birdən Reyn bataqlıqda itən kimi, burjuaziya
bataqlığında itib-batır.
Bunlar hamısı keçmiĢdə idi, gələcəkdə baĢqa cür olacaq. Ümumi səsvermə ona görə yaxĢıdır ki,
o, qiyamın prinsiplərini məhv edir, qiyama səs hüququ verməklə onu tərk-silah eləyir.
Tərəqqinin mütləq baĢ verəcəyi həm küçələrdə, həm də dövlət sərhədlərində olan müharibələrin
ləğv edilməsində özünü göstərəcək. Bizim Bu günümüz hər necə olsa da, Sabahımız – sülhdür.
Üsyan və qiyam bir-birindən nə qədər fərqlənsə də, əsl burjuanın nəzərində bunlar eyni Ģeydir,
üsyanla qiyam arasında olan fərqdən onun çox az baĢı çıxır. Bunlar hamısı onun üçün hərc-
mərclikdir, sui-qəsddir, itlərin öz sahibinin üstünə cummasıdır, it hürüĢüdür, küçük zingiltisidir,
itin öz sahibini qapmaq meyilidir, bunun üçün də onları zəncirləyib it damına salmaq lazımdır.
Burjua müəyyən vaxta qədər belə düĢünür: o vaxta qədər ki, itin baĢı birdən böyüyərək, aslan
sifətini alır, alaqaranlıq içində tutqun bir Ģəkildə nəzərə çarpır.
Onda burjua çığıraraq deyir: ―YaĢasın xalq!‖
YaxĢı, bu izahatdan sonra tarix üçün 1832-ci il iyun hərəkatı nə olur? Bu qiyamdır, ya üsyandır?
Üsyandır!
Böyük bir hadisəni təsvir edəndə biz bəzən ―qiyam‖ sözünü iĢlətməli oluruq, lakin biz bunu
ancaq onun zahiri cəhətini müəyyənləĢdirmək üçün edirik, eyni zamanda, biz onun forması ilə
(qiyam), mahiyyəti (üsyan) arasında olan fərqi qətiyyən yaddan çıxartmırıq.
Sürətlə inkiĢaf edərək partlayan və kədərli bir halda sönən 1832-ci il hərəkatı elə əzəmətli
hərəkat idi ki, onun ancaq qiyam olduğunu düĢünənlər də ondan hörmətlə bəhs edirlər. Onlar
üçün bu, elə bil ki, 1830-cu ilin əks-sədası idi. Onlar deyir ki, həyəcana gəlmiĢ təsəvvürü bir
gündə sakitləĢdirmək olmaz. Ġnqilab birdən qurtarmır. Ġnqilab, dərəyə enən dağ silsiləsi kimi, ta
sakit bir vəziyyət alana kimi, həmiĢə mütləq bir neçə dəfə yüksəlir. Yur sıra dağları olmadan Alp
olmaz, Asturiyasız Pireney olmaz.
Parislilərin qiyam dövrü kimi yad etdikləri müasir tarixin bu ehtiras dolu böhranı, heç Ģübhəsiz,
indiki əsrin coĢqun saatları içərisində ən səciyyəvi bir saatdır.
Hekayəyə giriĢməzdən əvvəl bir neçə söz də demək istərdik.
ġərh ediləcək hadisəni – yer və vaxt yoxluğundan tarixçinin bəzən etina etmədiyi canlı və
fəcianə Ģəraitdən ayırmaq olmaz. Lakin həyat, titrəyiĢ, insan qəlbinin çırpıntısı məhz elə
buradadır – biz bunun üzərində təkid edirik. Xırda təfsilatlar – biz, deyəsən, bunu əvvəllər də
demiĢdik – böyük hadisələrin, sanki, yarpağıdır; bunlar tarixin uzaq üfüqlərində itib-batır.
Qiyamlı deyilən dövrlər bu cür təfsilatlarla doludur. Məhkəmə istintaqları da, tarix kimi deyil,
baĢqa əsaslara görə bütün bu Ģeyləri meydana çıxarmamıĢdır və bəlkə də, bunların hamısını
dərindən öyrənməmiĢdir. Buna görə də biz, hamıya məlum olan və mətbuata düĢən məsələlərdən
baĢqa, heç kəsə məlum olmayan məsələləri də aydınlaĢdırmaq istəyirik. Bu məsələləri bəziləri
unutmuĢ, bəziləri də onları bilsə də, ölüb getmiĢdir. Bu nəhəng hadisələrdə iĢtirak edənlərin çoxu
yox olmuĢdur, onlar elə ertəsi gün susmuĢdur. Lakin biz bir Ģeyə qəti surətdə söz verə bilərik!
AĢağıda bəhs edilən hadisələri biz özümüz görmüĢük. Adlardan bəzilərini dəyiĢəcəyik, çünki
tarix rəvayət edir, adamları ələ vermir; biz, doğrudan da, olmuĢ hadisələri təsvir edəcəyik.
Yazdığımız bu kitabın çərçivəsi dairəsində ancaq hadisələrin bir cəhətini, yəqin ki, ən az məĢhur
olan bir vərəqəsini – 1832-ci ilin 5-ci və 6-cı iyun günlərini göstərəcəyik; ancaq bunu elə bir
Ģəkildə edəcəyik ki, oxucu bizim qaldırdığımız qara örtüyün altında bu dəhĢətli, bu ictimai
qəhrəmanlığın əsl simasını görə bilsin.
ÜÇÜNCÜ FƏSĠL.
Dəfn tərəqqiyə səbəb olur.
Vəba xəstəliyi həyəcana gəlmiĢ adamları üç ay müddətində süstləĢdirmiĢ, qəmginlik içində
sakitləĢdirmiĢdi, bununla belə, Parisdə çoxdan bəri yetiĢməkdə olan narazılıq 1832-ci ilin
yazında iğtiĢaĢ Ģəklini almaq dərəcəsinə çatmıĢdı. Biz əvvəllər də demiĢdik ki, böyük Ģəhər
artilleriya topuna oxĢayır - doldurulandan sonra ondan atəĢ açmaq üçün bircə qığılcım da
kifayətdir. 1832-ci ilin iyun ayında belə bir qığılcım general Lamarkın ölümü oldu.
Lamark fəaliyyət göstərən, həm də yaxĢı ad çıxarmıĢ bir adamdı. O, həm Ġmperiya, həm də
Təcəddüd dövründə bu iki dövr üçün zəruri olan ikiqat Ģücaət göstərdi: bu, həm hərbi adam, həm
də natiq Ģücaəti idi. O, igid olduğu kimi də gözəl natiq idi: onun sözləri qılınc kimi idi. O, sələfi
fua kimi komandanlıq bayrağını, indi isə azadlıq bayrağını yüksək tuturdu. Lamark sollarla ifrat
sollar arasında bir mövqe tuturdu; gələcəyə cəsarətlə baxdığı üçün xalq, imperiyaya yaxĢı qulluq
etdiyi üçün camaat onu sevirdi. Qraf Jerar və qraf Drue ilə bərabər, o, özünü in petto1
Napoleonun marĢallarından biri hesab edirdi. 1815-ci il müĢahidələri Ģəxsi bir təhqir kimi ona
toxundu. O, Vellinqtona açıqca nifrət edirdi, bununla da xalqın hüsn-təvəccöhünü qazanmıĢdı;
on yeddi il müddətində - bu zaman baĢ verən hadisələrə çox az diqqət yetirərək - Vaterloo
kədərini öz qəlbində əzəmətlə mühafizə edirdi. Yüz günün zabitləri ona Ģərəfli bir hədiyyə kimi
təqdim etdikləri qılıncı o öləndə bağrına basmıĢdı. Napoleon dilində ordu sözü ilə, Lamark –
vətən sözü ilə öldü.
Onun ölümünün yaxınlaĢması xalqı böyük bir itki kimi, hökuməti isə iğtiĢaĢa səbəb ola biləcək
hadisə kimi qorxudurdu. Bu ölüm bir matəm oldu. Matəm isə, hər bir kədər kimi qiyama çevrilə
bilər. Bu, elə belə də oldu.
General Lamarkın dəfni iyunun beĢində olacaqdı; iyunun dördündə və beĢində səhərçağı Sent-
Antuan civarı təhdidedici vəziyyət aldı – dəfn mərasimi bunun yanından keçib gedəcəkdi.
DolaĢıq küçələr camaatın boğuq səslə ifadə etdiyi narazılıqla dolu adi. Adamlar necə bacarırdısa,
elə də silahlanırdı. Dülgərlər ―qapıları sındırmaq üçün‖ dəzgah ağaclarını çıxarıb götürürdü.
Onlardan biri uzunboğaz çəkmə geymək üçün iĢlədilən karastını sındırıb itiləmiĢ, xəncər
düzəltmiĢdi, ―qarmaq‖ deyilən bu karastanı o, çəkməçidən almıĢdı. Bir baĢqası ―hücum etmək‖
həvəsi ilə alıĢıb yanaraq, üç gün soyunmadan yatmıĢdı. Lombye adlı bir xarrat yoldaĢına rast
gələndə yoldaĢı ondan soruĢur: ―Hara gedirsən?‖ – ―Mənim axı yarağım yoxdur!‖ – ―Ġndi bəs
fikrin nədir?‖ – ―Gedirəm tikilən evdən öz pərgarımı gətirəm‖. – ―Pərgar sənin nəyinə gərəkdir?‖
– ―Mən nə bilim?!‖ Jaklin adlı təĢəbbüskar, bacarıqlı bir adam yoldan keçən fəhlələri çağırıb
deyirdi: ―Bura gəl!‖ Sonra onlara çaxır içmək üçün on su verib soruĢurdu: - ―Sən iĢləyirsən?‖ -
―Yox‖. – ―Onda Fispyerin yanına get, o Monreyl qarovulxanası ilə ġaron qarovulxanası arasında
yaĢayır, orada iĢ taparsan‖. Onlar da Fispyerin yanına gedir, Fispyer onlara patron və silah
verirdi. Bəzi tanınmıĢ dəstəbaĢçıları öz adamlarını yığmaq üçün ―poçt arabası kimi‖ hər yerə
qaçırdı. Taxt qarovulxanası yanında, Bartelemidə, Kapeldə, ―Kiçik qalpaq‖da adamlar ciddi
halda bir-birinə yaxınlaĢırdı. Onların bir-biri ilə danıĢdığı sözləri eĢitmək olurdu - ―Sən tapançanı
harana qoymusan?‖ – ―Bluzumun altına. Bəs, sən?‖ – ―Mən köynəyimin altına qoymuĢam‖.
Rolandın emalatxanası yanında, köndələn küçədə, bir də ki, Mezon-Brülenin həyətindi, alətçi
Bernonün emalatxanası qabağında bir dəstə adam pıçıldaĢırdı. Mavo adlı birisi Ģiddətli çılğınlığı
ilə nəzərə çarpırdı, o, heç bir emalatxanada bir həftədən artıq iĢləmirdi: emalatxana sahibləri onu
iĢdən çıxarırdı, çünki ―həmiĢə onunla mübarizə etmək lazım gəlirdi‖. Mavo Menilmontan
küçəsindəki barrikadada öldürülmüĢdü. Sonralar vuruĢmada ölən Preto da Mavonun sözlərini
təkrar edir və ―Sən axı nə istəyirsən?‖ sualına belə cavab verirdi: ―Üsyan!‖ Bersi küçəsi tinində
yığıĢan fəhlələr Sen-Marso civarının inqilab müvəkkilini gözləyirdilər, onun adı Lemarben idi.
Adamlar parolu bir-birinə az qalırdı ki, lap açıqca söyləsinlər.
Bu qayda ilə iyunun 5-də, gah yağıĢ yağa-yağa, gah gün çıxa-çıxa, Parisin küçələrində rəsmi və
hərbi dəbdəbə ilə general Lamarkın dəfn mərasimi gedirdi; ehtiyatkarlıq edərək bu dəbdəbə bir
qədər böyüdülmüĢdü. Tabutun ardınca təbillərinə qara krep çəkilmiĢ, tüfənglərini baĢıaĢağı
tutmuĢ kimi batalyon əsgər, on min nəfər beli qılınclı milli qvardiyaçı və milli qvardiyanın topçu
batareyası gedirdik. Cənazə arabasını cavanlar çəkib aparırdı. Onların ardınca istefaya çıxmıĢ,
əllərində dəfnə ağacı budaqları tutmuĢ zabitlər, zabitlərin də dalınca həyəcanlanmıĢ, qeyri-adi
vəziyyət almıĢ saysız-hesabsız camaat gedirdi, bunlar ―Xalq dostları‖ cəmiyyətinin üzvləri,
hüquq fakültəsi, tibb fakültəsi tələbələri, öz ölkələrindən sürgün edilmiĢ müxtəlif millətlərdən
olan adamlardı. Havada ispan, italyan, polyak, alman bayraqları, üç rəngli uzun bayraqlar, hər
cür xırda bayraqlar görünürdü, sonra əllərindəki yaĢıl budaqları yelləyə-yelləyə uĢaqlar,
xarratlar, elə bu zaman tətil edən daĢyonanlar, kağız qalpaqlı mətbəə iĢçiləri gəlirdi; bu adamlar
çığıra-çığıra, bir çoxları əllərindəki ağacı, bəziləri də qılıncı havada oynada-oynada nizamsız
halda, lakin dostcasına, ikibir, üçbir, bəzən hay-küylü dəstə Ģəklində, bəzən də sıra ilə
irəliləyirdi. Ayrı-ayrı dəstələr özünə baĢçı seçirdi; birisi sıx sıralarla qarĢısından keçən adamları,
sanki, gözdən keçirirdi: onun iki tapançası olduğu paltarı altından aydınca görünürdü.
Bulvarların yan xiyabanlarında, ağac budaqlarında, eyvanlarda, pəncərələrdə, taxtapuĢlarda, hər
yerdə kiĢi baĢı, arvad baĢı, uĢaq baĢı görünürdü; bütün gözlərdə təĢviĢ və həyəcan ifadə
olunurdu. Silahlı camaat keçib gedir, həyəcanlı camaat isə baxırdı.
Hökumət də baxırdı. O, əlini qılıncının dəstəsinə qoyub müĢahidə edirdi. XV Lüdovik
meydanında, baĢda boruçular olmaqla, dörd karabinör eskadronunu, patrondaĢları, tüfəngləri,
muĢketonları dolu halda döyüĢə hazır vəziyyətdə durduğunu, Latın məhəlləsində və Nəbatat
bağında, bir küçədən o biri küçəyə qədər dəstə-dəstə sıraya düzülmüĢ bələdiyyə qvardiyasını,
ġərab bazarında draqun eskadronunu, Qrev meydanında 12-ci yüngül süvari polkunun yarısını, o
biri yarısını da Bastiliya meydanında, 6-cı draqun polkunu Tselestinlər yanında görmək olardı;
Luvrun həyəti top ilə dolu idi. Paris civarının polklarından baĢqa, qalan qoĢun hissələri
qıĢlaqlarda durub, əmr gözləyirdi. TəĢviĢə düĢmüĢ hökumət Ģəhərdə iyirmi dörd min, Ģəhər
ətrafında otuz min əsgəri bu qorxunc camaatın üstünə saldırmaq üçün hazır vəziyyətdə
saxlamıĢdı.
Dəfn mərasimində cürbəcür Ģayiələr səslənirdi; legitimlərin hiylələrindən, ReyxĢtad hersoqundan
danıĢırdılar, camaat bu hersoqun imperator olacağını düĢünərkən Allah onu ölümə məhkum
etmiĢdi. Naməlum bir adam deyirdi ki, qiyamçılar tərəfinə cəlb edilmiĢ iki usta təyin edilən
vaxtda silah zavodunun qapılarını xalqın qarĢısında açacaqdır. Adamların çoxu baĢıaçıq gedirdi,
onların üzündə həm həyəcan, həm də kədər ifadə olunurdu. Qəzəbli, lakin nəcib hisslərə tutulan
bu insan yığını içərisində arabir xalis cinayətkarlar, sanki, ―Qarət edək!‖ – sözlərini çığıran
iyrənc ağızlar da gözə çarpırdı. Elə iğtiĢaĢlar var ki, sanki, onlar bataqlığın dibini qarıĢdırırlar;
onda bataqlığın dibindəki lil suyun üzünə çıxır. Bu hadisədə yaxĢı təĢkil edilmiĢ‖ polis idarəsinin
də əli olur.
Ölən adamın evindən ta Bastiliyaya qədər uzanan dəfn mərasimi bulvarların yanı ilə ağır-ağır
irəliləyirdi. Arabir yağıĢ yağırdı, lakin camaat bunu hiss etmirdi. Bir neçə hadisə – Vandom
sütunun baĢına dolandırılan tabut, eyvana çıxan, mərasimi görüb baĢını açmayan Hersoq
Fitsjama atılan daĢlar, camaatın əlində olan bayraqlardan birindən qoparılıb palçığa atılan, ayaq
altında tapdanan qall xoruzu, Sen-Marten qapısı qabağında qılınc zərbəsi ilə yaralanan polis
nəfəri, 12-ci yüngül süvari polkunun ―Mən respublikaçıyam!‖ – deyə çağıran zabiti, məcburiyyət
qarĢısında, sanki, məhbus vəziyyətini keçirən və heç gözlənilmədiyi halda bura gələn Politexnik
məktəbi, ―YaĢasın Politexnik məktəbi! YaĢasın Respublika!‖ çığırtıları bu mərasimin
istiqamətini təyin etdi. Sent-Antuan civarından gələn, bu hadisə ilə maraqlanan bir yığın qorxunc
sifətli adam Bastiliya yanında dəfn təntənəsinə qoĢuldu, bu zaman dəhĢətli bir həyəcan camaatı
sarsıtdı.
Bir adamın baĢqa bir adama dediyi sözləri eĢitdilər: ―Bax, o kürən saqqallını görürsən, o deyəcək
haçan atəĢ açmaq lazımdır‖. O kürən saqqallı adam, deyəsən, sonra da haman rolda, ancaq baĢqa
bir çıxıĢ zamanı Keniss məsələsində görünmüĢdü.
Cənazə arabası Bastiliyanın yanından ötdi, kanal boyu irəlilədi, kiçik bir körpüdən keçərək, gəlib
Austerlits körpüsü qabağında dayandı. Bu zaman dəfn mərasiminə yuxarıdan baxılsaydı, o,
quyruqlu ulduza bənzərdi: bu ulduzun baĢı körpü qabağında, quyruğu isə Zəng qülləsi adlanan
sahil küçəsindən, Bastiliya meydanından keçərək, bulvarla Sen-Marten qapılarına qədər uzanırdı.
Cənazə arabasının ətrafında bir dairə əmələ gəldi. Camaat susdu. Lafayet danıĢırdı; o, Lamarkla
vidalaĢırdı. Bu, ürəyi riqqətə gətirən təntənəli bir andı. Hamı baĢını açmıĢdı, hamının ürəyi
çırpınırdı. Birdən camaatın arasında qara geyimli bir atlı göründü, onun əlində qırmızı bayraq
vardı; bəziləri deyirdi ki, onun əlindəki ucuna qırmızı qalpaq keçirilmiĢ nizədir. Lafayet üzünü
yana çevirdi. Ekselmans mərasimi buraxıb getdi.
Qırmızı bayraq fırtına qaldırdı, özü də o, fırtına içində yox oldu. Zəng qülləsi bulvarından ta
Austerlits körpüsünə qədər camaat içərisində uğultu qopdu; bu, sahilə çarpan dalğalar
uğultusuna bənzəyirdi. Adamlar çığıra-çığıra dedi: Lamarkı Panteona! Lafayeti ratuĢa! Cavan
oğlanlar camaatın təsvibedici səsləri altında, Lamarkın cənazə arabasından, Lafayetin fiakrından
yapıĢdılar, arabanı və fiakrı çəkə-çəkə Lamarkı Austerlits körpüsündən, Lafayeti Morland sahil
küçəsindən apardılar.
Adamlar, Lafayeti haləyə alan və təbrik edən camaat içərisində Lüdviq ġneyder adlı bir almanı
görüb bir-birinə göstərirdilər. Sonralar yüz yaĢında ölən bu adam da 1776-cı il müharibəsində
iĢtirak etmiĢdi; VaĢinqtonun komandası altında Trentonda, Lafayetin komandası altında
Brendivayn sahilində vuruĢmuĢdu.
Bu zaman bələdiyyə qvardiyası çayın sol sahili ilə irəliləyərək, körpünün qabağını kəsdi,
draqunlar çayın sağ sahili ilə Tselestinlərdən hərəkətə gəlib, Morland sahil küçəsində sıralanaraq
mövqe tutdular. Lamarkın fiakrı ardınca gedən camaat birdən onları sahil küçəsinin tinində
görüb ―Draqunlar!‖ – deyə çığırdılar. Draqunlar tapançaları qoburunda, qılıncları qınında,
yəhərdən asılmıĢ muĢketləri öz kəfrəmində tutqun bir halda nəyisə gözləyə-gözləyə, səslərini
çıxarmadan addım-addım irəliləyirdilər.
Onlar kiçik körpüyə iki yüz addım qalmıĢ dayandılar. Lafayetin fiakrı onlara çatdı; draqunlar
kənara çəkilib yol açdılar, fiakrı buraxdılar, sonra yenə də yolu bağladılar. Bu zaman camaatla
draqunlar üz-üzə gəldi. Qadınlar dəhĢət içində qaçmağa baĢladılar.
Bu məĢum anda nə oldu? Bu suala heç kəs cavab verə bilməzdi. Bu, iki bulud yığınının bir-
birinə qarıĢdığı həyəcanlı andı. Kimi deyirdi ki, Cəbbəxana tərəfindən boru səsi eĢidilmiĢ,
bununla da hücum əmri verilmiĢdi, kimi də deyirdi ki, bir uĢaq draqunu xəncərlə vurmuĢ, hadisə
də bununla baĢlamıĢdı. Lakin bir Ģey qəti idi: birdən üç güllə atılmıĢdı, birinci güllə ilə eskadron
komandiri ġole, ikinci güllə ilə Kontreskarp küçəsində pəncərəni bağlayan kar bir qarı
öldürülmüĢdü, üçüncü güllə də bir zabitin epoletinə dəymiĢdi. Bir qadın çığıraraq dedi: ―Çox tez
baĢladınız!.. ―Elə bu zaman Morland sahil küçəsi ilə üz-üzə olan yerdən, hələ indiyə qədər
qıĢlada saxlanılan draqunlar eskadronu göründü; onlar qılınclarını sıyıraraq, Bassompyer küçəsi
və Zəng qülləsi bulvarı ilə atlarını dördnala çapa-çala gəlir, qarĢılarına çıxanı basıb əzirdilər.
Ġndi daha iĢ bitmiĢdi: tufan qopmuĢdu, daĢlar havada uçur, tüfənglər gur-gur guruldayırdı; bir
çoxları çay yoxuĢu ilə baĢılovlu aĢağı qaçır, Senanın indi doldurulmuĢ olan kiçik qolundan
keçirdilər; Luvye adasının bu geniĢ təbii qalasının dar həyətləri bir-biri ilə vuruĢan adamlarla
dolmuĢdu; burada çəpərlərin payaları yerindən çıxarılır, tapançalardan güllə atılır, barrikada
qurulurdu; geriyə sıxıĢdırılmıĢ cavan oğlanlar yüyürə-yüyürə cənazə arabası ilə Austerlits
körpüsündən keçir, bələdiyyə qvardiyasına hücum edirdi; karabinörlər qaça-qaça özlərini yetirir,
draqunlar qılıncla adamları doğrayırdı; camaat ətrafa səpələnirdi; vuruĢma gurultusu Parisin hər
tərəfinə yayılırdı; adamlar ―Silah baĢına!‖ – deyə çığırırdılar; adamlar yüyürürdülər, yıxılırdılar,
geri çəkilirdilər, müqavimət göstərirdilər. Külək odu alovlandıran kimi, qəzəb də qiyamı
alovlandırırdı.
DÖRDÜNCÜ FƏSĠL.
KeçmiĢ zamanların iğtiĢaĢı.
QızıĢmaqda olan qiyamın ilk saatlarından qəribə bir Ģey yoxdur. Hər Ģey hər yerdə birdən
alovlanır. Belə bir qiyamın olacağı əvvəlcədən nəzərə alınırmı? Bəli, alınır. Bu barədə
əvvəlcədən hazırlıq görülürmü? Yox. Bu, haradan meydana gəlir? Küçə döĢəmələrindən. Bu,
haradan düĢür? Buludlardan. Üsyan bir yerdə sui-qəsd, baĢqa bir yerdə qəfildən coĢan qəzəb
Ģəklini alır. Yoldan keçən ilk adam camaat axınını ələ alır, onu istədiyi tərəfə aparır. ĠĢin
baĢlanğıcı dəhĢətlə dolu olur, məĢum bir Ģənlik bu dəhĢətə qarıĢır. Əvvəl çığırtı qopur, mağazalar
bağlanır, mal sərgiləri bir anda yox olur; sonra orada-burada tüfəng səsi eĢidilir; adamlar
yüyürür, tüfəng qundağı darvazaları sarsıdır; həyətlərdə xidmətçi qadınlar ―Ġndi gülməli Ģeylər
olacaq!‖ – deyə qəh-qəhə ilə gülürlər.
Heç on beĢ dəqiqə keçmədi ki, Parisin iyirmi yerində, az qala lap eyni vaxtda aĢağıdakı hadisələr
baĢ verdi.
Sent-Krua-de-la Bretonneri küçəsində iyirmiyə qədər uzunsaçlı, saqqallı cavan oğlan kiçik bir
meyxanaya girdi, bir dəqiqədən sonra krepə sarınmıĢ üçrəngli uzun bayraqla, üç nəfər də silahlı
adamla oradan çıxdılar - qabaqda gedən bu üç adamdan birinin əlində qılınc, birinin tüfəng, o
birinin də nizə vardı.
Nonendyer küçəsində yaxĢı geyinmiĢ, dazbaĢlı, yekəqarınlı, geniĢalınlı, qarasaqqallı, qalxaq,
codbığlı, aydın, gursəsli bir burjua yoldan keçənlərə patron təklif edirdi.
Sen-Pyer-Monmartr küçəsində qoluçirməli adamlar qara bayraq aparırdı; bayrağın üstündə ağ
hərflərlə ―Respublikaya ölüm!‖ sözləri yazılmıĢdı. Pəhrizçilər, KeĢikçilər, Montorgeyl, Mandar
küçəsində dəstə-dəstə əlibayraqlı adam göründü; onların bayrağında zərli hərflərlə yazılmıĢ
―seksiya‖ sözü və nömrə par-par parıldayırdı. Bu bayraqlardan biri göy və ağzolaqlı qırmızı
bayraqdı; bayrağın orta hissəsində olan bu ağ zolaq güclə nəzərə çarpırdı.
Sen-Marten bulvarında üç silah emalatxanasını, biri Bobur, biri MiĢel-le-Kont, biri də Tampl
küçəsində üç silah dükanını dağıtdılar. Minəlli camaat bir neçə dəqiqədə çoxusu iki lüləli olan
iki yüz otuz tüfəng, altmıĢ dörd qılınc, səksən üç tapança aparmıĢdı. Daha çox adamın silahlı
olması üçün birisi tüfəng, bir baĢqası süngü götürürdü.
Karabinlə silahlanmıĢ cavan oğlanlar atəĢ açmaq üçün Qrev sahil küçəsinin qarĢı tərəfindəki
evlərdə yerləĢmiĢdilər, bu evlərdə ancaq qadınlar qalmıĢdı. Onlardan birində çaxmaqdaĢlı tüfəng
vardı. Bu adamlar qapıların zəngini vurur, içəri girir, patron düzəldirdilər. Qadınlardan biri
deyirdi: ―Mən heç bilmirdim bu patron deyilən Ģey nədir, sonra ərim mənə danıĢdı‖.
Bir dəstə adam Vyey-Odriyet küçəsində nadir Ģeylər satılan dükanın qapısını sındırıb, orada olan
yatağanları və türk silahlarını aparmıĢdılar.
Tüfənglə öldürülmüĢ bir bənnanın meyiti Mirvarid küçəsində sərilib qalmıĢdı.
Hər yerdə – sol sahildə, sağ sahildə, bütün sahil küçələrində, bulvarlarda, Latın məhəlləsində,
bazar məhəlləsində kiĢilər, fəhlələr, tələbələr, seksiya üzvləri tövĢüyə-tövĢüyə proklamasiyaları
oxuyub çığırırdılar: ―Silah baĢına!‖ Fənərləri qırırdılar, arabaların atını açırdılar, döĢəmə
yollarını sökürdülər, evlərin qapısını sındırırdılar, ağacları kökündən çıxarırdılar, ərzaq
zirzəmilərinə girirdilər, qapçaqları diyirlədə-diyirlədə bayıra çıxarırdılar, döĢəmə daĢlarını, özül
daĢlarını, mebelləri, taxtaları bir-birinin üstə yığır, barrikada düzəldirdilər.
Burjuanı onlara kömək etməyə məcbur eləyirdilər. Qadınların yanına gedir, onlardan ərlərinin
qılıncını, tüfəngini tələb edirdilər, sonra da ispan kirĢanı ilə qapıya yazırdılar: ―Silahını
vermiĢdir‖. Bəziləri tüfəngləri və qılıncları alarkən verdikləri qəbzdə öz adlarını‖yazaraq
deyirdilər: ―Sabah onların dalınca bələdiyyə idarəsinə adam göndərin‖. ġəhər bələdiyyə idarəsinə
tək-tək gedən keĢikçilərin, milli qvardiya əsgərlərinin silahını küçədə əlindən alırdılar. Zabitlərin
epoletlərini dartıb qoparırdılar. Sen-Nikola Qəbiristanlığı küçəsində ağac və təlim qılıncı ilə
silahlanmıĢ camaat tərəfindən təqib edilən bir nəfər milli qvardiya zabiti çox çətinliklə bir evə
girib gizlənmiĢ, oradan da ancaq gecə, həm də paltarını dəyiĢərək çıxa bilmiĢdi.
Sen-Jak məhəlləsində tələbələr kirayə etdikləri otaqlarından yığın-yığın çıxaraq Sen-Ġasent
küçəsi ilə ―Tərəqqi‖ kafesinə qalxır, ya da Matürinlər küçəsindəki ―Yeddi bilyard‖ kafesinə
enirdilər. Orada cavan oğlanlar qapı qabağındakı daĢ tumbalar üstündə duraraq, silah
paylayırdılar. Barrikada qurmaq üçün Transnonen küçəsindəki taxta anbarını dağıtdılar. Ancaq
bir yerdə – Sent-Avua küçəsi ilə Simon-de-Fran küçəsi tinində əhali müqavimət göstərdi,
barrikadanı özləri dağıtdı. Ancaq bir yerdə üsyançılar geri çəkildilər: onlar milli qvardiya
dəstəsinə atəĢ açaraq, Tampl küçəsində qurmağa baĢladıqları barrikadanı buraxıb Kəndir küçəsi
ilə qaçdılar.
Qvardiya dəstəsi barrikadada bir qırmızı bayraq, patron dolu bir paket, üç yüz də tapança gülləsi
tapdı; bayrağı cırdılar, onun parçalarını süngülərinə taxdılar.
Bizim burada yavaĢ-yavaĢ və ardıcıl surətdə nəql etdiyimiz hadisələr bütün Ģəhərdə, ağlasığmaz
qarıĢıqlıq içində birdən baĢ vermiĢdi. Bu, bir göy gurultusu ilə bir çox ildırımın çaxmasına
bənzəyirdi.
Bir saatdan da az vaxtda təkcə bazar məhəlləsində, yer altından çıxmıĢ kimi iyirmi yeddi
barrikada qurulmuĢdu. Bu barrikadaların cəmləĢdiyi yer – Janna və onun yüz altı silahdaĢı üçün
qala vəzifəsini görən məĢhur 50 nömrəli ev idi. Bir tərəfdən Sen-Merri barrikadası, o biri
tərəfdən Mobüe küçəsindəki barrikada ilə müdafiə edilən bu ev Arsi, Sen-Marten və Obri-le-
BuĢe küçəsi üzərində yüksəlirdi; Obri-le-BuĢe onun qarĢı tərəfində idi. Ġki barrikada öz tini ilə –
biri Montorheyl küçəsindən Böyük Sərsəri küçəsinə, biri də Jofrua-Lanjeven küçəsindən Sent-
Avua küçəsinə çıxırdı. Bundan baĢqa, Parisin baĢqa iyirmi məhəlləsində, Maredə, Sent-Jenevyev
təpəsində saysız-hesabsız barrikada qurulmuĢdu; bir də ki həncəmasından qoparılmıĢ bir darvaza
görünən Menilmontan küçəsində və kiçik Otel-Dye körpüsü yanında, polis prefekturasının üç
yüz addımlığında barrikada nəzərə çarpırdı; körpü yanındakı barrikada arxası üstə çevrilmiĢ
ikiçarxlı arabadan düzəlmiĢdi.
Fitçilər küçəsində, barrikadanın yanında yaxĢı geyimli bir adam barrikadanı quranlara pul
paylayırdı. Qrenet küçəsində bir atlı gəlib, barrikada rəisi hesab edilən adama pul düyünçəsinə
oxĢayan bir düyünçə verdi: ―Alın, – dedi, – Ģəraba və baĢqa Ģeylərə xərcləyin!‖Qalstuksuz,
sarıĢın cavan bir oğlan barrikadadan-barrikadaya keçərək, parolu xəbər verirdi. Göy polis
furajkası qoymuĢ baĢqa bir adam sıyrılmıĢ qılıncını əlində tutaraq, keĢikçilər qoyurdu.
Barrikadaların ardında olan meyxanalar, dalandarların damları qarovul məntəqələrinə
çevrilmiĢdi. Bundan baĢqa, qiyam çox məharətli hərbi taktika qanunlarına uyğun olaraq davam
etdirilirdi. Saysız-hesabsız künc-bucağı, döngəsi olan əyri-üyrü, kələ-kötür, dar küçələr üsyan
üçün çox məharətlə seçilmiĢdi, xüsusilə, bazar ətrafındakı küçələr meĢədən də dolaĢıq və
nizamsız idi. Deyirlərdi ki, ―Xalq dostları‖ cəmiyyəti Sent-Avua məhəlləsindəki üsyana
rəhbərlik etməyi öz üzərinə götürmüĢdü. Ponso küçəsində öldürülən adamın üst-baĢını axtaranda
onun cibindən Parisin planı çıxmıĢdı.
Əslində, qiyamı havada sürətlə hərəkət edən naməlum qüvvə idarə edirdi. Üsyan bir əli ilə bir
anda barrikadalar qurmaqla o biri əli ilə qarnizonun keĢikçi məntəqələrindən çoxunu zəbt
etmiĢdi. Üsyançılar, alovlanan barıt yolu kimi üç saatdan da az bir müddətdə düĢməni dəf
edərək, sağ sahildə Cəbbəxananı, Kral meydanında bələdiyyə idarəsini, bütün Mareni, Popengur
silah zavodunu Qaliotu, ġato-d’O-nu, bazar yanındakı bütün küçələri sol sahildə isə Veteranlar
qıĢlasını, Sent-Pelaji, Mober meydanını, Ġki dəyirman barıt anbarını, bütün qarovulxanaları
tutmuĢdular. AxĢam saat beĢ radələrində onlar Bastiliyanı, Lenjeri, Ağ mantiya məhəlləsini
tamamilə ələ keçirmiĢdilər. Üsyançıların kəĢfiyyatçıları Zəfər meydanına qədəm qoymuĢ, fransız
bankını, Pti-Per qıĢlasını, poçtamtı qorxu altına almıĢdılar. Parisin üçdə biri üsyançıların əlində
idi.
VuruĢma hər yerdə çox geniĢ həcmdə baĢlanmıĢdı, silahların alınması, evlərdə aparılan
axtarıĢlar, silah dükanlarının az vaxtda tutulması göstərirdi ki, dolu kimi yağan daĢ ilə baĢlanan
vuruĢma yağıĢ kimi yağan tüfəng gülləsi ilə davam edir.
AxĢam saat altıya yaxın Somon pasajı vuruĢma meydanı oldu. Üsyançılar pasajın bir baĢını,
qoĢun isə o biri baĢını tutmuĢdu. Bir-birinin qarĢısında olan iki barmaqlıq arxasında durub
atıĢırdılar. Bu kitabın hadisələri müĢahidə edən xəyalpərəst müəllifi vulkana yaxından baxmaq
istədi, gedib pasajda iki atəĢ arasına düĢdü. Güllələrdən o,özünü ancaq dükanları bir-birindən
ayıran sütunların arxasında gizlənməklə oruya bildi; yarım saata qədər bu çətin vəziyyətdə qaldı.
Bu zaman təbil vurulurdu, milli qvardiya əsgərləri cəld geyinirdi, silahlanırdı, hərbi dəstələr
bələdiyyə idarəsindən, polklar qıĢlaqlardan çıxırdı. Lövbər pasajının qarĢı tərəfində bir təbilçini
xəncərlə vurdular. BaĢqa bir təbilçini Qu quĢu küçəsində otuza qədər cavan oğlan ortaya alıb
təbilini cırdılar, qılıncını əlindən aldılar. Birini də Qrenye-Sen-Lazar küçəsində öldürdülər.
MiĢel-le-Kont küçəsində üç zabitin bir-birinin ardınca meyiti düĢdü. Lombard küçəsində
yaralanan bələdiyyə idarəsi qvardiyaçılarından çoxu geri çəkildilər.
Milli qvardiya dəstəsi Batavya karvansarası qabağında bir qırmızı bayraq tapdı. Bayrağın
üstündə bu sözlər yazılmıĢdı: ―Respublika inqilabı, № 127‖. Bu, doğrudan da, inqilabdımı?
Üsyan Parisin mərkəzini, onun əyri-üyrü küçələrini alınmaz, nəhəng bir qalaya çevirmiĢdi.
Üsyanın mərkəzi orada idi; görünür, bütün iĢlər orada baĢ verirdi. Qalan yerlərdə ancaq xırda
toqquĢmalar olurdu. Mərkəzdə hələ vuruĢmurdular, bu özü sübut edirdi ki, məsələ orada həll
olunurdu.
Bəzi polklarda əsgərlər tərəddüd edirdi; bu tərəddüd naməlum vəziyyətin dəhĢətini daha da
artırırdı. Bu vəziyyət 1830-cu ildə, iyun ayında 53-cü döyüĢ polkunun bitərəfliliyi ilə əlaqədar
olaraq xalq Ģadyanalığını xatırladırdı. Böyük müharibələrdə sınaqdan çıxmıĢ iki cəsarətli adam –
marĢal Lobo ilə general Byujo (Byujo Lobonun baĢçılığı altında) qoĢunlara komandanlıq edirdi.
Piyada batalyonlardan düzəlmiĢ böyük patrul dəstələri üsyançıların tutduğu küçələrdə kəĢfiyyat
aparırdı; milli qvardiya rotaları bu dəstələri əhatə edərək qoruyur, Ģərəfli polis pristavları onların
önündə gedirdi. Üsyançılar da yolayrıcında keĢikçilər qoyur, öz patrullarını cəsarətlə
barrikadadan kənara göndərirdilər. Hər iki tərəf bir-birini müĢahidə edirdi. Hökumət bütün bir
orduya malik olsa da, tərəddüd edirdi. AxĢam olurdu; Sen-Merrinin haraya çağıran zəngləri
çalındı. Austerlits vuruĢmasını görən, o zamankı hərbiyyə naziri marĢal Sult bu vəziyyətə
kədərlə baxırdı.
Düzgün hərbi üsullara öyrəĢən, qüvvət və rəhbərlik mənbəyi olaraq, ancaq taktika biliyinə, bu
vuruĢma kompasına yiyələnən bu qoca dəniz canavarları, ―xalq qəzəbi‖ adlanan nəhəng fırtınanı
gördükdə özlərini itirdilər. Ġnqilab küləyini idarə etmək olmaz.
Paris civarının milli qvardiyaçıları tələsə-tələsə, nizamsız halda yüyürüb gəldilər; 12-ci yüngül
polkun batalyonu Sen-Denidən yorta-yorta, 14-cü döyüĢ polku Kurbpuadan özlərini yetirdilər:
hərbi məktəb batareyası Karusel meydanında döyüĢ mövqeyi tutdu, Vensen meĢəsindən topları
gətirdilər.
Tüilri boĢalırdı, lakin Lui-Filipp sakitliyini tamamilə mühafizə edirdi.
BEġĠNCĠ FƏSĠL.
Parisin xüsusiyyəti.
Paris iki il müddətində bir neçə üsyan görmüĢdü, – bunu biz əvvəllərdə qeyd etmiĢdik. Adətən,
üsyan olarkən üsyan qaldıran məhəllələrdən baĢqa, heç bir yer Paris qədər sakit görünmür. Paris
hər Ģeyə çox tez alıĢır; bu axı vur-tut bir üsyan idi, amma Parisin o qədər iĢi vardı ki, o, hər boĢ
Ģeydən ötrü narahat ola bilməzdi. Ancaq belə nəhəng Ģəhərlərdə belə bir vəziyyət ola bilər.
Ancaq onun ucsuz-bucaqsız hüdudu daxilində vətəndaĢ müharibəsi belə qəribə sakitliklə bir
araya sığına bilər.
Parisdə hər dəfə üsyan baĢlananda, təbil və boru səsi eĢidiləndə dükançı ancaq bu sözləri
söyləməklə kifayətlənir:
– Deyəsən, Sen-Marten küçəsində çaxnaĢma baĢlanıb.
Yaxud:
– Sent-Antuan küçəsində vur-çatlasındır.
Çox vaxt da laqeydcəsinə əlavə edərdi:
– Hər nəsə o tərəflərdədir.
Sonra atıĢma və tüfənglərdən açılan yaylım atəĢinin ürəkparçalayan, mənhus gurultusu aydın
eĢidiləndə dükançı deyərdi:
– Orada dalaĢırlar, nədi?! Elədi ki var, dalaĢırlar.
Bir az sonra, üsyan dükançı olan yerə yaxınlaĢsa, üstün gəlsə, dükançı tez dükanını bağlayır,
mundiri tələsə-tələsə əyninə keçirir, baĢqa sözlə, malını xilas edir, özünü təhlükə qarĢısında
qoyur.
Yolayrıcında, pasajda, dalanda atıĢma gedir. Barrikadaları tuturlar, əldən verirlər, sonra yenə geri
alırlar: qan axır; top saçması evlərin ön tərəfini dəlik-deĢik edir; güllə adamları öz yatağında
öldürür; insan cəsədləri döĢəmə yollara sərilib qalır. Lakin bu yerdən bir neçə küçə keçdikdən
sonra qəhvəxanalarda bilyard Ģarlarının səsi gəlir.
Teatrlar açıqdır, orada vodevil tamaĢası verilir; vuruĢma ilə maraqlanan adamlar dava gedən
küçələrdən bir neçə addım kənarda gülüb danıĢırlar. Fiakrlar yolla ötüb keçir, adamlar
yeməkxanalara, bəzən də lap vuruĢma gedən məhəlləyə nahar eləməyə gedirlər. 1831-ci ildə toy
mərasiminə yol vermək üçün atıĢmanı dayandırmıĢdılar.
1839-cu ilin 12 may üsyanında Sen-Marten küçəsində balacaboy sısqa bir qoca üçrəngli əski
asılmıĢ, maye dolu qrafinlər qoyulmuĢ əl arabasını çəkə-çəkə barrikadadan bu barrikadanı əhatə
edən qoĢun hissəsinə, qoĢun hissəsindən də barrikadaya keçir, gah hökumətə, gah da anarxiyaya
içki təklif edirdi.
Daha bundan qəribə Ģey ola bilməz, lakin Paris üsyanlarının səciyyəvi cəhəti belə idi: baĢqa heç
bir hökumət paytaxtında belə bir Ģeyə rast gəlmək olmaz. Bunun üçün iki Ģey lazımdır: Parisin
əzəməti, bir də Ģadlığı. Bunun üçün Volterin və Napoleonun Ģəhəri olmaq lazımdır.
Lakin bu dəfə, 1832-ci ildə, iyulun 5-də olan silahlı üsyanda bu böyük Ģəhər, bəlkə də, özündən
qüvvətli bir Ģey hiss etdi. O qorxdu. Hər yerdə, Ģəhərin ən uzaq və ―üsyanda iĢtirak etməyən‖
məhəllələrində, günün günorta çağında bağlı qapı, pəncərə, pəncərə qapıları göründü. Qoçaqlar
silahlanır, qorxaqlar gizlənirdi. Küçələrdə daha nə avara-avara gəzən, nə də iĢgüzar adamlar
nəzərə çarpırdı. Bir çox küçələr bomboĢdu, elə bil ki, səhər saat dörd idi. Ayrı-ayrı hadisə
haqqında təĢviĢ dolu təfsilatlar söylənilir, qorxunc Ģayiələr yayılırdı. Deyirdilər ki, onlar Fransız
bankını tutmuĢlar; yalnız elə Sen-Merri monastırında altı yüz adam kilsədə istehkam qurmuĢ,
divarlarda açılmıĢ mazğallarda yerlərini bərkidib hazır durmuĢlar; piyada qoĢuna etibar yoxdur,
Arman Karel marĢal Klozeli görmüĢ, marĢal ona demiĢdi: ―Əvvəl polk tapın‖. Lafayet xəstədir,
bununla belə Lafayet onlara demiĢdir: ―Mən sizinəm‖. Xərəyə yer ola biləcək hər yerdə mən
sizinlə olacağam; gözdə-qulaqda olmaq lazımdır; gecə adamlar gələcək, gedib Parisin ucqar
yerlərində, təklikdə olan evləri qarət edəcəklər (burada polis iĢçilərinin, hökumətin xidmətində
olan Anna Ratklifin həddindən artıq coĢan təsəvvürü nəzərə çarpır); bütün bir batareya Obri-le-
BuĢe küçəsində döyüĢ mövqeyi tutmuĢdur: Lobo və Bujo öz hərəkətlərini bir-birinə
uyğunlaĢdırmıĢlar, gecə yarısı, ya da uzaq baĢı səhər açılanda dörd qoĢun hissəsi – birincisi
Bastiliyadan, ikincisi Sen-Morten qapılarından, üçüncüsü Qrev meydanından, dördüncüsü Bazar
meydanından eyni vaxtda üsyanın mərkəzinə girəcəklər; ya bəlkə, qoĢun Parisi tərk edib Mars
çölünə çəkiləcəkdir, ümumiyyətlə, nə olacağı məlum deyil, ancaq heç Ģübhəsiz, qarĢıda duran
məsələ ciddi məsələdir. Hamını marĢal Sultun göstərdiyi tərəddüd təĢviĢə salırdı. Niyə o, dərhal
hücum eləmir? Aydın görünürdü ki, vəziyyət onu çox düĢündürür. Elə bil ki, qoca aslan bu
zülmətdə naməlum bir əjdahanın varlığını hiss etmiĢdir.
AxĢam oldu; teatrlar açılmadı. Patrullar acıqlı-acıqlı ətrafı dolaĢır, yoldan keçənlərin üst-baĢını
yoxlayır, Ģübhəli adamları tuturdular. Saat on radələrində səkkiz yüz adam tutulmuĢdu. Polis
prefekturası, Konsyerjeri həbsxanası, Fors həbsxanası ağzına kimi dolmuĢdu. Konsyerjeri
həbsxanasının ―Paris küçəsi‖ adlanan uzun zirzəmisinə baĢdan-baĢa bəlim tökülmüĢdü, bir çox
dustaq bu bəlimin üstündə uzanmıĢdı; Laqranj adlı bir lionlu öz gözəl danıĢığı ilə onlara
cəsarətlə ürək-dirək verirdi; dustaqların altında bəlimin xıĢıltısı leysan yağıĢın uğultusunu
xatırladırdı. Tutulan adamlar baĢqa yerlərdə, həbsxana həyətlərində, bir-birinin yanında
yatırdılar, hər yerdə təĢviĢ və Parisə az xas olan bir qorxu hiss olunurdu.
Evlərdə daldalanacaq yer düzəldirdilər. Ərli arvadlar, analar narahat idilər, elə ancaq bu sözlər
eĢidilirdi: ―Aman allah, o, hələ qayıtmayıb!‖ Hərdən araba səsi gəlirdi. Adamlar astanada durub
insan səsi uğultusuna, çığırtı-bağırtıya, çaxnaĢmaya, tutqun və qarıĢıq hay-küyə, boru, təbil,
tüfəng səsinə, ən çox da Sen-Merri zənglərinin haraya çağıran gurultusuna qulaq asırdılar, boğuq
və qarıĢıq gurultu eĢidəndə deyirdilər: ―Bu atlı qoĢundur gedir‖ və ya ―Bu, sürətlə gedən top
arabalarının səsidir‖. Ġlk top atəĢini gözləyirdilər. Birdən küçələrin tinində adamlar görünür,
―Gedin evinizə!‖ – deyərək çığırır, gözdən itirdilər. Hamı öz qapısının cəftəsini vurmağa
tələsirdi. Adamlar bir-birindən soruĢurdu: ―Görəsən, bunun axırı nə olacaq?‖ Hava qaraldıqca,
elə bil ki, qorxunc üsyan Ģəfəqinin Paris üzərinə çökən məĢum rəngləri qatılaĢırdı.
BĠRĠNCĠ FƏSĠL.
QavroĢ poeziyasının kökləri haqqında bəzi izahat.
Bir nəfər akademikin bu poeziyaya təsiri.
Cəbbəxana qabağında xalq ilə qoĢunun toqquĢmasından alovlanan üsyan ön sıralarda cənazə
arabası ardınca gedənləri camaatın içərisinə, bütün bulvar boyu uzanan mərasimin baĢ hissəsinə
doğru geri çəkdi, dəhĢətli bir çaxnaĢma baĢlandı. Bütün bu insan yığını yerindən sarsıldı, sıralar
pozuldu, hamı qaçmağa, getməyə üz qoydu; hamı qaçıb canını qurtarmaq istəyirdi: bəziləri
müqavimət göstərməyə çağırırdı, bəzilərinin qorxudan rəngi ağarmıĢdı. Bulvarları dolduran bu
nəhəng insan nəhri bir anda parçalandı, aĢıb-daĢdı, sahillərindən kənara çıxdı, iki yüz küçə ilə
daĢa-daĢa sel kimi axdı, sanki, böyük bir bənd uçmuĢdu. Bu zaman cındır paltarlı bir uĢaq əlində
Belvil civarı təpələrindən qopardığı sarı çiçəkli nazkolu budağı Menilmontan küçəsi ilə aĢağı
enirdi; köhnə Ģey-Ģüy satan xırdavatçı bir alverçi qadının qutusunda köhnə yəhər tapançası
gördü, əlindəki budağı yola atıb çığırdı: ―Ana can, sənin adın nədir, mən sənin maĢınını
götürürəm!‖ – deyərək, tapançanı qapıb qaçdı.
Qorxuya düĢmüĢ burjua Amelo AĢağı küçə ilə yığın-yığın qaçırdı; uĢaq bir-iki dəqiqə sonra
onlara rast gəldi; o, tapançanı əlində yelləyə-yelləyə oxuyurdu:
Gündüz aydınlıqdır, gecə düĢərkən.
Heç nə seçməyirik nə sən, nə də mən!
Hər acı Ģeir ki, çıxır ağızdan
Burjuylar böyrünə yabadır insan.
Papaqlar! ġahiddir o pərvərdigar.
Deyən yaddaĢınız yoxdur, ağalar.
Bu uĢaq davaya gedən balaca QavroĢ idi.
Bulvarda gördü ki, tapançanın çaxmağı yoxdur.
QavroĢun oxuya-oxuya ahənginə uyaraq getdiyi bu nəğməni, fürsət düĢdükcə həvəslə oxuduğu
baĢqa nəğmələri kim qoĢmuĢdu? Bunu Allah bilir. Bəlkə də, bunları o, özü qoĢmuĢdu. Bundan
baĢqa, QavroĢ çox oxunan xalq nəğmələrini də yaxĢı bilir, öz civiltilərini onlara əlavə edirdi. Bu
dəcəl cırtdan, bu küçə uĢağı təbiətin və Parisin səslərindən popuri yaradırdı. QuĢ repertuarına
bütün fəhlə emalatxanaları nəğmələrini də əlavə edirdi. O, rəssam Ģagirdləri ilə, ona yaxın olan
bu tayfa ilə əlaqədə idi. O, deyəsən, üç ay mətbəədə Ģagird olmuĢdu. O, hətta qırx Əbədidən biri
olan cənab Baur-Lormian üçün də bir tapĢırıq yerinə yetirmiĢdi. QavroĢ ədəbiyyatla əlaqədar
olan qamen idi.
Yeri gəlmiĢkən, bunu da deməliyəm ki, QavroĢ o yağıĢlı gecədə, o pis havada iki körpə uĢağa
filinin qonaqpərvərliyindən istifadə etməyi təklif edərkən, öz qardaĢları üçün qəza-qədərin
hökmünü yerinə yetirdiyini heç güman etmirdi. AxĢam qardaĢları, səhər atası – onun gecəsi belə
keçdi. O, səhər açılanda Balet küçəsini buraxıb tələsə-tələsə filin yanına qayıtdı, uĢaqları
ustalıqla oradan çıxartdı, bir təhər əldə etdiyi yeməyi onlarla bölüĢdü, onları mehriban ana-
küçənin ixtiyarına buraxıb getdi; onun özünü də bu küçə tərbiyə etmiĢdi. Ayrılarkən axĢam yenə
burada görüĢəcəklərini deyib, belə bir nitq söylədi: ―Ġndi sürüĢmək, baĢqa sözlə, cıın yanına ―r‖
qoyuram, ya da ki, necə sarayda deyirlər, əkilirəm. UĢaqlar, ata-ananızı tapmasanız axĢam bura
qayıdın. Mən sizə axĢam yeməyi verərəm, sonra da yatırdaram‖. Lakin ya onları polis serjantı
küçədə görüb nahiyə polis idarəsinə aparmıĢdı, ya bir gözbağlayıcı oğurlamıĢdı, ya da onlar
Parisin müəmmalı, nəhəng, Çin oyuncağına oxĢar küçələrində azmıĢdı, belə ki, axĢam filin
yanına qayıtmadılar. Bizim cəmiyyətin aĢağı təbəqələri belə itmiĢ izlərlə doludur. QavroĢ bir
daha onları görmədi. Həmin gecədən iki ay yarım, ya uç ay keçirdi. QavroĢ dəfələrlə peysərini
qaĢıyaraq, öz-özünə demiĢdi: ―Mənim bu uĢaqlarım hansı cəhənnəmə itib getdi?!‖
Xülasə, o, əlində tapança, Kələm körpüsünə gəlib çıxdı. Gördü ki, bu küçədə bircə dükan, özü də
pirojna dükanı açıqdır, bu, onun diqqətini cəlb etdi. Bu, məchuliyyət aləminə atılmazdan əvvəl
yenə bir alma pirojnası yemək üçün qəza-qədərin göndərdiyi təsadüf idi. QavroĢ dayandı, böyük-
kiçik nə qədər cibi vardısa, hamısını axtardı, çevirdi, heç bir Ģey, hətta bircə su da tapmayaraq
çığırdı: ―Ay haray, köməyə gəlin!‖Həyatda son pirojnadan məhrum olmaq çox ağır Ģeydir!
Lakin bu vəziyyət QavroĢu yolundan qoymadı.
O, iki dəqiqədən sonra Sen-Lui küçəsinə çatdı. Kral parkı küçəsini keçəndə, məhrum olduğu
alma pirojnasının əvəzini çıxmaq ehtiyacını duydu: günün günorta çağında teatr elanlarını
cırmağa baĢladı, bu, ona çox ləzzət verdi.
Sonra bir az kənarda, yoldan keçən və üz-gözündən sağlamlıq yağan bir dəstə adam gördü, ona
elə gəldi ki, bunlar ev sahibidir; çiyinlərini sıxaraq, filosofanə hiddətlə onların ardınca dedi:
– Bu rantyelər gör nə yaman yağlıdır! Yeyirlər də, öz çinədanlarını basa-basa doldururlar! Ġndi
sən onlardan soruĢ gör, onlar öz pullarını neynirlər?! Bunu heç özləri də bilmirlər. Onlar bu
pulları aĢırırlar! Boğaza qədər tıxırlar!
ĠKĠNCĠ FƏSĠL.
QavroĢ səfərdə.
Çaxmaqsız tapançanı küçənin ortasında yelləmək çox mühüm ictimai əhəmiyyəti olan bir
məĢğuliyyətdir: bu zaman QavroĢ hər addımda coĢqunluğunun artdığını hiss edirdi. Oxuduğu
―Marselyoza‖ havasının parçaları arasında o, çığıra-çığıra deyirdi:
– Bütün iĢlər lap əla gedir! Mənim sol pəncəm yaman ağrıyır, mənim revmatizmim daĢa dəyib,
əzilib, amma ki, vətəndaĢlar, mən narazı deyiləm. Burjua, özünüzü gözləyin, siz mənim yandırıcı
nəğmələrimdən hələ asqıracaqsınız da! Casus nə deməkdir? Ġt cinsi deməkdir. Yox, yox, itləri
təhqir etmək olmaz! Ġt sədaqətli heyvandır. Dostlar, mən bulvarla gəlirdim, orada hər Ģey biĢir,
daĢır, qaynayır. Küpənin kəfini yığmaq vaxtı çatıb! KiĢilər, irəli! Qoy düĢmən qanı çölləri
bürüsün! Mən vətən üçün öləcəyəm! Mən öz dostumu görməyəcəyəm. Əlbəttə, Nini, iĢ bitdi, ni-
ni! Fərqi yoxdur, yaĢasın Ģənlik! VuruĢacağıq, cəhənnəmə ki, nə olur olsun! Ġstibdad məni cana
gətirdi.
Elə bu anda oradan keçən milli qvardiya ulanının atı yıxıldı. QavroĢ tapançanı döĢəmə yola
qoyub atlını qaldırdı, sonra atın qalxmasına kömək elədi. Bundan sonra tapançasını götürüb yola
düzəldi.
Torinyi küçəsində tamamilə sakitlikdi. Mareyə xas olan bu laqeydlik – ətrafı bürüyən həyəcanla
tam ziddiyyət təĢkil edirdi. Dörd cici-bacı bir evin qabağında durub söhbət edirdi. ġotlandiyada
ifritələr triosu məĢhursa Parisdə cici-bacıların kvarteti məĢhurdur: vaxtı ilə Maqbetə Armüir
ardıc ağacı yanında deyilən ―Sən kral olacaqsan‖ sözləri eyni bir mənhusluqla Boduay
yolayrıcında Bonaparta deyilə bilərdi. Bu özu də ona oxĢar məĢum sözlər olardı.
Lakin Torinyi küçəsindəki üç dalandar arvad, bir də əli səbətli, qarmaqlı arvad – bu dörd cici-
bacı ancaq öz iĢləri ilə məĢğuldu.
Belə baxanda, sanki, onlar qocalığın taqətsizlik, zəiflik, ehtiyac və kədər deyilən dörd küncündə
durmuĢdular.
Cındıryığan dinc bir arvaddı. Bayırda yaĢayan bu cəmiyyətdə cındıryığan arvad təzim edir,
dalandar arvad himayə edir. Bunun səbəbi – küçə tumbası arxasına yığılan zir-zibildədir,
dalandar arvadlar bu zibili necə yaradırsa, zibil də elə olur: o, ya pəhriz pozan, ya da pəhrizanə
olur, – bu, zibili süpürüb yığan adamın kefindən asılıdır. Bəzən görürsən ki, süpürgə də adamın
dərdinə qalır.
Cındıryığan arvad onun zənbili üçün mal hazırlayanlara minnətdardı, onlara baxıb gülümsəyirdi,
özü də necə gülümsəyirdi! Onlar təxminən belə söhbət edirdi:
– Sizin piĢiyiniz yenə əvvəlki kimi bədxasiyyətdir?
– Pah, özünüz bilirsiniz ki, piĢiklər itlərin anadangəlmə düĢmənidir. PiĢiklərdən ancaq itlər
Ģikayətlənə bilər.
– Adamlar da Ģikayətlənə bilər.
– Burası da var ki, piĢiklərin birəsi adama keçmir.
– Bu nədi ki?! Bax, bitlər qorxulu olur. Mənim yadımdadır: elə bir il oldu, it o qədər artdı ki,
axırda bu barədə qəzetə yazdılar. Bu, o vaxtlar idi ki, Tüilridə Roma kralının xırdaca arabasına
iri qoçlar qoĢurdular. Roma kralı sizin yadınızdadır?
– Mənim daha çox Bordo hersoqu xoĢuma gəlir.
– Mən on yeddinci Lüdoviki tanıyırdım. On yeddinci Lüdovik mənim daha çox xoĢuma gəlir.
– Mal əti yaman bahalanıb, ay Pataqon ana!
– Ah, daha deməyin, qəssablar yaman haramzadə Ģeylərdir! Özü də lap murdarından! Adama
ətin ancaq tör-töküntüsünü verirlər.
Burada cındıryığan arvad sözə qarıĢdı.
– Bəli, xanımlar, bazar yaman kasadlaĢıb. Zir-zibilin içindən daha heç bir Ģey tapmaq olmur.
Adamlar daha heç bir Ģey atmırlar. Hamısını yeyirlər.
– Varqulem xala, sizdən də kasıbları var.
Cındıryığan arvad onunla yaltaqcasına razılaĢdı:
– Düz sözə nə demək olar. Hər halda, mənim bir peĢəm var - Cındıryığan arvad bir az susduqdan
sonra, insan təbiətinə xas olan bir Ģeyi – lovğalanmaq ehtiyacını duyaraq əlavə etdi:
– Səhər evə qayıdan kimi, o saat səbəti boĢaldıram, baĢlayıram gətirdiyim Ģeyi çaĢıdlamağa
(görünür o, ―çeĢidləmək‖ demək istəyirdi). ġeylərin hamısını topa-topa otağıma qoyuram. Sonra
hamısını yerbəyer eləyirəm: əsgiləri – zənbilə, gəmirilmiĢ meyvə qırıntılarını – təknəyə, çit-
gülüĢü – Ģkafa, yun parçaları – komoda, kağız-kuğuzu – pəncərə qabağına, yeyinti Ģeylərini –
kasaya, stəkan sınıqlarını – buxarıya, köhnə ayaqqabıları – qapı ağzına, sür-sümüyü – çarpayının
altına...
QavroĢ onların dal tərəfində dayanıb, qulaq asırdı:
– Qarılar, siz nə münasibətlə siyasətdən söhbət açmısınız?
Birdən onun üstünə dörd boğazdan dörd qat qüvvətlənən söyüĢ yağdı:
– Bu vələdüzzina haradan çıxdı?
– O öz topalında nə tutub? Tapança!
– Bu haramzadənin boy-buxununa baxın, əlindəki tapançasına baxın!
– Belələri hökuməti yıxmayınca dincəlməyəcək!
QavroĢun qəlbi nifrətlə doldu: bu həqarətin hayıfını çıxmaq üçün o ancaq əlini açdı, beĢ
barmağının beĢi ilə onlara çox səxavətlə burun göstərdi.
Cındıryığan arvad çığırdı:
– Ay avaranın biri avara!
Pataqon qarı deyilən arvad əllərini qəzəblə bir-birinə çırpdı:
– Bir bədbəxtlik olacaq, bu, lap yəqindir. Bizim qonĢuluqda xırdaca saqqallı bir lotu oğlan var, o,
hər səhər mənə rast gələrdi: qolunda da – qırmızı ləçəkli qəĢəngcə bir qız olardı; bu gün görürəm
ki, onun qolunda qız yoxdur, əlində tüfəng var. BaĢe qarı mənə deyirdi ki, orada... inqilab olub...
orada ey, o buzov olan yerdə! – Pontuazda. Ġndi sən bu əli tapançalı uĢağa bax, bu dələduza bax!
Deyəsən, Tselestinlər topla doludur. Axı hökumət bu dələduzlarla neyləsin; bunlar heç özləri də
bilmirlər nə eləsinlər, ancaq onu bilirlər ki, camaatı dolanmağa qoymasınlar; axı camaat bütün bu
bəlalardan təzə-təzə canını qurtarmıĢdı, təzə-təzə sakit olmağa baĢlamıĢdı! Ah, pərvərdigara,
mən bizim yazıq kraliçanı arabada aparanda gördüm! Yenə də bütün bu həngamələrdən tütün
bahalanır. Bu, rəzalətdir! Ax, quldurun biri quldur, mən, yəqin ki, səni gilyotində görəcəyəm!
– Sən fısıldayırsan, qarıcıq, o xortumunu bir yaxĢıca silsənə!
QavroĢ bunu deyib yoluna düzəldi.
DöĢəmə küçəsinə çatanda cındıryığan qarı yadına düĢdü, o ucadan belə bir monoloq söylədi:
– Sən nahaq yerə inqilabçıları söyürsən, ay zir-zibil yığını! Bu tapança axı sənin üçün iĢləyəcək!
Sənin üçün iĢləyəcək ki, sən daha çox yeməli Ģey tapasan, zənbilinə yığasan!
Birdən o, dal tərəfdən səs eĢitdi: Pataqon qarı onun ardınca gəlirdi, uzaqdan yumruğu ilə onu
hədələyərək çığıra-çığıra deyirdi:
– Bic, haramzadə!
QavroĢ ona belə cavab verdi:
– Tüpürürəm mən sənə hündür ağac baĢından!
Bir az sonra o, Lamuanyonun evi qabağından gedirdi. Burada o çığıraraq dedi:
– DöyüĢə, irəli!
Elə o saat da onu qəm-qüssə basdı. Məzəmmətlə öz tapançasına baxdı, sanki, onu riqqətə
gətirmək istəyirdi:
– Mən vuruĢmağa gedirəm, amma sən vura bilmirsən!
Xırdaca bir it də adamın diqqətini baĢqa Ģeydən ayıra bilər. QavroĢun yanından balaca, arıq bir
tula keçirdi. QavroĢun ona yazığı gəldi, ona belə dedi:
– Ay yazıq ham-ham, elə bil, sən bir çəllək udmusan, çəlləyin bütün qurĢaqları görünür...
Sonra Orm-Sen-Jervə tərəf yol aldı.
ÜÇÜNCÜ FƏSĠL.
Dəlləyin haqlı yerə qəzəblənməsi.
Bizə məlumdur ki, bir dəllək iki uĢağı öz qapısından qovmuĢdu, QavroĢ da onlar üçün filin
qonaqpərəst qarnını geniĢcə açmıĢdı, indi o abırlı dəllək öz dükanında, Ġmperiya dövründə qulluq
edən qoca bir legioner əsgərin saqqalını qırxmaqla məĢğul idi. Onlar söhbət edirdilər. Məlum
Ģeydir ki, dəllək bu qoca əsgərlə qiyamdan sonra general Lamarkdan danıĢdı; Lamarkdan da
söhbət imperatora keçdi. Prudom bu dəlləklə əsgərin söhbətini eĢitsəydi, bunu bəzəyər, ona
―Ülgüclə qılıncın söhbəti‖ – deyərdi.
Dəllək soruĢdu:
– Cənab, imperator atın üstündə necə özünü saxlaya bilirdi.
– YaxĢı saxlaya bilmirdi. O, atın üstündən yıxılmağı bacarmırdı. Çünki o, heç yıxılmamıĢdı.
– Onun atları yaxĢı idi? Yəqin, onun atları çox gözəlmiĢ?
– O gün ki, iltifat buyurub mənə xaç verdi – onda mən onun atına baxdım. Bu baĢdan-baĢa ağ,
yorğa bir madyandı. Bu atın qulaqları bir-birindən çox aralı idi; beli çox batıqdı; zərif, qara
ulduzlu baĢı vardı; boynu çox uzundu, qıçları möhkəmdi, böyürləri ĢiĢkindi, çiyinləri yuvarlaqdı,
sağrısı iri idi, hündürlüyü də on beĢ qarıĢdan bir az çox olardı.
Dəllək dedi:
– Çox yaxĢı at imiĢ!
– Bəli, bu əlahəzrətin minik atı idi.
Dəllək hiss etdi ki, söylənilən belə mühüm sözdən sonra bir az susmaq lazımdır; bunu ağlına
vurduqdan sonra yenə sözə baĢladı:
– Ġmperator bircə dəfə yaralanmıĢdı, elə deyilmi, cənab?
Ġmperator yaralananda bu qoca əsgər onun yanında imiĢ, buna görə də o, lovğa-lovğa və sakitcə
dedi:
– Dabanından yaralanmıĢdı. Ratisbon ətrafında. O gün o, çox qəĢəng geyinmiĢdi, mən onu heç
belə qəĢəng geyinən görməmiĢdim. O, təzə pul kimi tərtəmizdi.
– Cənab qocaman əsgər, elə güman etmək olar ki, siz bir neçə dəfə yaralanmısınız, elə deyilmi?
Əsgər soruĢdu:
– Mən? Bu, əhəmiyyətsiz Ģeydir! Marenqo ətrafında peysərimə iki qılınc zərbəsi dəydi,
Austerlits ətrafında sağ qoluma, Ġyena ətrafında sol buduma güllə dəydi, Fridland ətrafında, bax,
burama süngü soxdular, Moskva ətrafında yeddi-səkkiz yerdən nizələndim, Lüsen ətrafında
bomba qəlpəsi barmağımı qırıq-qırıq elədi... Hə, Vaterloo vuruĢmasında da ombamı top saçması
yaraladı. Elə bu, vəssalam.
Dəllək təmtəraqlı bir ifadə ilə ucadan dedi:
– VuruĢma meydanında ölmək nə gözəldir! Mənə qalırsa, vallah, mən köhnə bir yataqda
dərmanla, dava ilə, təpitmə ilə, Ģırınqa ilə, iĢlətmə, habelə yavaĢ-yavaĢ, ağır-ağır, gündə bir az
ölməkdənsə, qarnıma top gülləsi dəyməyi daha üstün tuturam!
Əsgər:
– Siz ağzınızın dadını bilirsiniz, – dedi.
Əsgər bu sözü təzəcə demiĢdi ki, qulaqbatırıcı bir gurultudan dükan tir-tir əsdi. Vitrinin ĢüĢəsi
birdən ulduzaoxĢar bir deĢiklə bəzəndi.
Dəllək kətan kimi ağardı.
– Aman Allah, bu odur!
– Nə?
– Top gülləsi.
– Top gülləsi nə edir, budur, bax!
Əsgər əyilib yerdə diyirlənən Ģeyi götürdü. Bu, döĢəmə daĢı idi.
Dəllək sınan ĢüĢəyə sarı cumanda gördü ki, QavroĢ var gücü ilə Sen-Jan bazarına qaçır. Dəlləyin
hərəkəti QavroĢun yadından çıxmamıĢdı: uĢaqların hayıfını çıxmaq üçün, onu özünə xas olan bir
yolla təbrik etmək istəyirdi, bu arzu ilə da daĢ atıb onun pəncərəsini sındırmıĢdı.
Dəlləyin ağarmıĢ bənizi göyərdi; o, xırıltılı bir səslə dedi:
– Bilirsinizmi, onlar ancaq pislik etmək üçün pislik edirlər! O uĢağa axı nə pislik eləyiblər?
DÖRDÜNCÜ FƏSĠL.
UĢaq qocaya təəccüb edir.
Bu zaman, keĢikçi məntəqəsinin tərk-silah edildiyi Sen-Jan bazarında, QavroĢla bir dəstə adamın
strateji birləĢməsi baĢ verdi; bu dəstəni Anjolras, Kurfeyrak, Kombefer və Feyi idarə edirdi.
Hamı silahlı idi. Baorel ilə Jan Prüver gəlib onları tapdı, dəstədəki adamların sayı artdı.
Anjolrasın tüfəngi qoĢalülə idi, Kombeferinki legion nömrəli milli qvardiya tüfəngi idi;
toqqasına iki tapança da taxmıĢdı; tapançalar yaxası açıq sürtükünün altından görünürdü. Jan
Prüver köhnə süvari muĢketonla, Baorel karabinlə silahlanmıĢdı. Kurfeyrak əlindəki əsanı
hərləyirdi: sonra bu əsanın içindəki nizəni çıxartdı. Feyi qılıncını sıyıraraq dəstənin qabağında
gedir, ―YaĢasın PolĢa!‖ – deyə çığırırdı.
Onlar Morland küçəsi ilə tövĢüyə-tövĢüyə gedirdilər: nə baĢlarında Ģlyapa, nə boyunlarında
qalstuk vardı; gözləri od kimi parıldayırdı; yağıĢ onları islatmıĢdı. QavroĢ sakitcə onlara
yaxınlaĢdı:
– Biz hara gedirik?
Kurfeyrak:
– Gedək, – dedi.
Feyi hamıdan dalda gəlirdi, daha doğrusu, tullanırdı; balıq özünü suda necə hiss edirsə, Baorel
də özünü qiyamçılar arasında elə hiss edirdi. Onun əynində moruq rəngli jaket vardı, sinəsi də
sözlə dolu idi: bu söz ehtiyatı ilə o, hər Ģeyi məhv edə bilərdi. Yoldan keçən bir adam onun
jiletini görüb, özündən çıxdı, qorxudan özünü itirərək çığırdı:
– Qırmızılar gəldi!
Baorel onun səsinə səs verərək dedi:
– Qırmızılar, qırmızılar! Burjua, bu nə mənasız qorxudur! Məsələn, mən al lalədən heç
qorxmuram, qırmızı papaq da məni dəhĢətə salmır. Ġnanın mənə, burjua, qırmızıdan ancaq mal-
qara qorxur!
Divarda bir vərəq kağız gördü, kağızda davakarlıqla heç əlaqəsi olmayan adi sözlər yazılmıĢdı:
―Yumurta yeməyə icazə verilirdi‖. Bu, Paris arxiyepiskopunun öz ―müridlərinə‖ göndərdiyi
pəhriz naməsi idi.
Baorel ucadan dedi:
– Müridlər! Bu, nəzakətli bir üsulla ―sürü‖ deməkdir.
Naməni divardan dartıb qopartdı, bununla da QavroĢun ürəyini ələ aldı. Ġndi QavroĢun gözü
Baoreldə idi.
Anjolras:
– Baorel, – dedi, – sən düzgün iĢ tutmadın. Sən gərək bu icazənaməni qopartmayaydın, məsələ
onda deyil, qəzəbini sən boĢ yerə sərf edirsən. DöyüĢ sursatını qoru. TəkbaĢına nə tüfəngdən, nə
ürəkdən atəĢ açma!
Baorel ona etiraz etdi:
– Hər kəsin öz üsulu var. Yepiskopun nəsr sahəsində etdiyi bu məĢq məni təhqir edir, mən
yumurtanı icazəsiz yemək istəyirəm. Sənin üsulun – buz altında qaynamaqdır, amma mən
əylənirəm. Bir də ki, mən heç də öz-özümü sərf etmirəm, mən hazırlaĢıram. And olsun
Herkulesə, naməni də ona görə cırdım ki, bir balaca ləzzət alım!
―Herkules‖ sözü QavroĢu çox təəccübləndirdi. O, bir Ģey öyrənmək üçün həmiĢə fürsətdən
istifadə edirdi, bayaq elanı cıran adama o, böyük hörmət bəsləyirdi. QavroĢ ondan soruĢdu:
– ―Herkules‖ nə deməkdir?
Baorel ona belə cavab verdi:
– Latınca bu, ―belə də Ģey olar‖ deməkdir.
Bu arada Baorel, pəncərədən onlara baxan solğun rəngli, qarasaqqallı cavan bir oğlan gördü,
görünür, o, ―Əlifba dostları‖ndan biri idi; Baorel çığırıb ona dedi:
Patronları tez gətir! Para bellum1 – QəĢəng kiĢi! Bu, doğrudur. – QavroĢ indi latın dilini baĢa
düĢürdü.
Onların ardınca hay-küy sala-sala, bir yığın adam gəlirdi; bunlar da: tələbə idi, rəssamdı, Eks
Kuqurda cəmiyyətinin üzvü olan cavan oğlanlardı, əli dəyənəkli, əli süngülü fəhlələrdi, iskələ
hambalları idi, bunlardan bəzisinin toqqasında Kombefer kimi tapança vardı. Bu izdihamın
içində bir qoca vardı; üzdən o, çox qoça görünürdü. Onun silahı yox idi; o, fikrə dalmıĢ kimi
görünsə də, dəstədən geri qalmamağa çalıĢırdı. Qoça QavroĢun gözünə sataĢdı.
QavroĢ soruĢdu:
– BunəĢ!
– Bir qocadır.
O cənab Mabef idi.
BEġĠNCĠ FƏSĠL.
Qoca.
BaĢ verən hadisəni nəql edək.
Draqunlar hücuma keçəndə Anjolras və onun dostları Zəng Qülləsi bulvarından, hökumətin taxıl
anbarları qabağından keçib gedirdi. Anjolras, Kurfeyrak, Kombefer, Bassompyer küçəsi ilə
―Barrikadalara!‖ - deyə çığıra-çığıra irəliləyən dəstənin içərisində idi. Onlar Ledigör küçəsində
ağır-ağır gedən bir qocaya rast gəldilər.
Qoca sərxoĢ kimi səndələyə-səndələyə gedirdi – onların diqqətini də cəlb edən bu oldu. Bir də ki,
səhərdən bəri yağıĢ çisələyirdi, indi də bərk yağıĢ yağırdı, amma qoca Ģlyapasını əlində
tutmuĢdu. Kurfeyrak Mabef babanı tanıdı. Qoca ilə o, əvvəldən tanıĢdı, çünki Mariusu bir neçə
dəfə onun evinə qədər ötürmüĢdü. O bilirdi ki, əvvəllər kilsə ağsaqqalı, kitab həvəskarı olan bu
qoca dinc və çox çəkingən adamdır, belə bir adamın bu qarğaĢalıq içində, hücum edən
süvarilərdən bir neçə addım kənarda, baĢı açıq yağıĢ altında, atıĢmanın mərkəzində, güllə altında
görünməsi onu heyrətə saldı; qocaya yaxınlaĢdı, iyirmi beĢ yaĢlı qiyamçı ilə səksən yaĢlı qoca
arasında belə bir söhbət oldu:
– Cənab Mabef, gedin evinizə.
– Niyə?
– VuruĢma baĢlanır.
– Çox gözəl.
– Cənab Mabef, qılıncları iĢə salacaqlar, tüfənglərdən güllə atacaqlar.
– Çox gözəl.
– Toplardan atəĢ açacaqlar.
– Çox gözəl. Bəs siz hara gedirsiniz? Biz hökuməti yıxmağa gedirik.
– Çox gözəl.
O da qiyamçılara qoĢuldu. Bundan sonra bircə kəlmə də söz danıĢmadı; addımlarını möhkəm
atmağa baĢladı; fəhlələr onun qolundan tutmaq istədilər, o, baĢını yelləyərək buna razı olmadı.
O, dəstənin ön sırasında gedirdi, onun bütün hərəkəti oyaq adam hərəkəti, üzü isə yatan adam
üzü kimi idi.
Tələbələr pıçıltı ilə bir-birinə deyirdi:
– Nə qəribə qocadır. – Dəstədəki adamlar arasında belə bir söz yayıldı - bu qoca vaxtı ilə
Konventin üzvü olmuĢdur, padĢahı öldürmüĢdür.
Bütün bu izdiham ġüĢə küçəsinə qədəm qoydu. Balaca QavroĢ qabaqda gedir, səsi yetdikcə
nəğmə oxuyurdu, o, elə bil ki, Ģeypurçunun canlı Ģeypuru idi.
QavroĢ bu sözləri oxuyurdu:
Nurlu ay dikəlir, göyə çəkilir.
– Vədə çatmadımı? – ġəbnəm tökülür.
Qaraqabaq Jannadan sual etdi Jan.
Dru, dru, dru.
ġatuya doğru!
Kral, xaliq, köhnə-cırıq çəkmə, bir də.
Əzik quruĢ var-dövlətim.
Mənə dimdiyiniz, dost, dəyməsin, bax!
Ġki sərçə durdu olmamıĢ sabah.
Qaranlıq yuvaya Ģeh süzüldü, qalx.
Dru, dru, dru.
Passiyə doğru!
Kral, xaliq, köhnə-cırıq çəkmə, bir də.
Əzik quruĢ var-dövlətim.
Balaca sərçələr, sanki, sərxoĢdu.
Ġki xoruz kimi yaman döyüĢdü.
Talada gülməkdən pələng tir düĢdü.
Dru, dru, dru.
Medona doğru!
Kral, xaliq, köhnə-cırıq çəkmə, bir də.
Əzik quruĢ var-dövlətim.
Onlar cikkildəĢib saldı vur-həĢir.
– Vədə çatmadımı? – Artıq Ģeh düĢür.
Qaraqabaq Jannadan Jan cəld soruĢur.
Dru, dru, dru.
Pantsne doğru!
Kral, xaliq, köhnə-cırıq çəkmə, bir də.
Əzik quruĢ var-dövlətim.
Onlar Sen-Merriyə tərəf gedirdilər.
ALTINCI FƏSĠL.
Təzə gələnlər.
Dəstədəki adamların sayı hər an artırdı. TalaĢa küçəsinə çatanda ucaboylu, çalsaçlı, çalsaqqallı
bir adam dəstəyə qoĢuldu; Anjolrasla Kombefer onun məğrur, kobud sifətini gördü; onlar bu
adamı tanımırdı. QavroĢ nəğmə oxuya-oxuya, fit çala-çala, hay-küy sala-sala sınıq tapançasının
dəstəyini dükanların pəncərə qapılarına vura-vura gedirdi, onun baĢı öz hay-küyünə, öz yeriĢinə
qarıĢmıĢdı, buna görə də çalsaçlı adama qətiyyən fikir vermirdi.
Elə oldu ki, dəstə ġüĢə küçəsinə dönəndə Kurfeyrakın qapısı qabağından keçdi.
Kurfeyrak dedi:
– Bu, lap yerinə düĢdü: pul kisəsi yadımdan çıxıb evdə qalıb, Ģlyapam da itib, – dəstədən ayrıldı,
yüyürə-yüyürə pillələri dörd-dörd qalxaraq, öz otağına girdi. Köhnə Ģlyapasını, pul kisəsini, bir
də iri, çargül bir qutunu götürüb, otaqdan çıxdı: qutu çirkli tuman-köynək içində gizlədilmiĢdi.
Yüyürə-yüyürə aĢağı enəndə dalandar arvad onu səslədi:
– Cənab de Kurfeyrak!
Kurfeyrak ondan soruĢdu:
– Dalandar, sizin adınız nədir?
Dalandar buna təəccüb etdi:
– Siz yaxĢı bilirsiniz ki, mənim adım Veven xaladır.
– Yadınızda saxlayın, siz bir də mənə cənab de Kurfeyrak desəniz, mən də sizə de Veven xala
deyəcəyəm. Ġndi deyin görüm, nə var? Nə olub?
– Burada bir adam var, sizi görmək istəyir.
– Kimdir?
– Bilmirəm.
– Haradadır?
– Mənim daxmamda.
Kurfeyrak çığırdı:
– Qoy cəhənnəm olsun!
– Axı bir saatdan çoxdur o, sizi gözləyir.
Bu zaman dalandarın xırdaca daxmasından solğun bənizli, balacaboylu, üzü çilli, arıq bir oğlan
çıxdı, zahirən o, cavan fəhləyə oxĢayırdı; o, yırtıq bluz, plis parçadan yamaqlı Ģalvar geymiĢdi.
kiĢidən çox, paltarını dəyiĢmiĢ qıza bənzəyirdi. O, Kurfeyraka müraciət edərək dedi:
– Ġcazə verin sizdən bir Ģey soruĢum, mən cənab Mariusu görə bilərəmmi? – Lakin onun səsi heç
də qız səsinə oxĢamırdı.
– O burada yoxdur.
– Bu axĢam qayıdacaqmı?
– Mən heç bir Ģey bilmirəm.
Sonra əlavə etdi:
– Məni desəniz, mən qayıtmayacağam.
Cavan oğlan ona diqqətlə baxaraq soruĢdu:
– Niyə?
– Ona görə.
– Siz hara gedirsiniz?
– Sənə nə?
– O qutunu mən apara bilərəmmi?
– Mən barrikadaya gedirəm.
– Mən də sizinlə gedə bilərəmmi?
Kurfeyrak:
– Özün bil, – dedi. – Küçə sərbəstdir, döĢəmə yollar da hamı üçündür.
Kurfeyrak yüyürə-yüyürə dostlarının ardınca getdi. Dəstəyə çatanda qutunu yoldaĢlarından
birinə verdi. O, ancaq on beĢ dəqiqədən sonra gördü ki, cavan oğlan, doğrudan da, onun ardınca
gəlir.
Ġnsan yığını heç vaxt istədiyi yerə getmir. Onu, sanki, Ģiddətli külək sürükləyib aparır – bunu biz
yuxarıda demiĢdik. Dəstə Sen-Merridən keçərək, Sen-Deni küçəsinə gəlib çıxdı - bunun necə
olduğunu onlar heç özləri də yaxĢı bilmirdi.
BĠRĠNCĠ FƏSĠL.
―Korinf‖in tarixi.
Ġndiki parislilər Mərkəzi bazar tərəfdən Rambüto küçəsinə qədəm qoyduqda, sağ tərəfdə,
Mondetur küçəsi qabağında səbətçi dükanını görürlər; dükanın lövhəsi – imperator Birinci
Napoleonun təsviri verilən bir səbətdir; səbətin altında bu sözlər yazılmıĢdır:
NAPOLEON BURADA SÖYÜD ÇUBUĞUNDAN TOXUNMUġDUR.
Lakin onların cəmisi otuz il bundan əvvəl bu məhəllənin Ģahidi olduğu dəhĢətli hadisələrdən heç
də xəbərləri yoxdur.
Burada ġanvrer adlı bir küçə və ―Korinf‖ adlı məĢhur bir meyxana vardı; keçmiĢdə bu ġanvreri
sözü ―ġanvereri‖ yazılardı.
Bu yerdə düzələn barrikada haqqında nələr söylənildiyini yadımıza salaq; lakin Sen-Merri
barrikadası bu barrikadanı kölgədə buraxdı. ġanvreri küçəsində olan və indi artıq unudulan,
üzərinə keçmiĢin dərin zülməti çökən bu məĢhur barrikada haqqında biz bir az məlumat vermək
istəyirik.
Oxucuların icazəsi ilə biz hadisəni daha aydın təsvir etmək üçün adi bir üsuldan istifadə etmək
istəyirik; bu üsuldan Vaterloonun təsvirində də istifadə etmiĢdik. Bir adam, indi Rambüto küçəsi
baĢlanan yerdə, lakin o zaman Sent-Estam kilsəsi yaxınlığında, Mərkəzi bazarın Ģimal-Ģərq
tinində olan evləri düzgün təsəvvür etmək üçün gərək öz fikrində N hərfini yazsın; bu hərfin üst
tərəfində Sen-Deni küçəsini, alt tərəfində bazarı götürsün; onda bu hərfin Ģaqul xətləri Böyük
Sərsəri və ġanvreri küçələrinin orta xətti isə Kiçik Sərsəri küçəsini göstərmiĢ olardı. Köhnə
Mondetur küçəsi N hərfinin bütün xətlərini kəsib keçir, heç gözlənilməyən yerdə tinlər əmələ
gətirirdi. Bu qayda ilə bu dörd dolaĢıq küçə, yüz kvadrat tuaz sahədə, Mərkəzi bazar və Sen-Deni
küçəsi ilə Qu quĢu və Vaizlər küçəsi arasında yeddi kiçik, qəribə görünüĢlü məhəllə əmələ
gətirirdi; bu məhəllələrin bəzisi böyük, bəzisi kiçikdi; bunlar həm əyri-üyrü vəziyyətdə idi, elə
bil ki, təsadüfi olaraq burada yerləĢdirilmiĢdi, həm də tikinti yerində olan iri daĢ parçaları kimi
dar yarıqlarla bir-birindən ayrılırdı.
Biz ―dar yarıq‖ deyirik, çünki səkkizmərtəbəli köhnə evlərlə əhatə olunan bu kiçik, qaranlıq, dar,
əyri-üyrü küçələr haqqında bundan daha aydın təsəvvür yarada bilmirik. Bu evlərin yaĢı o qədər
çox idi ki, ġanvreri və Kiçik Sərsəri küçəsində onlara ön tərəfdən, tirdən sıra ilə dayaq
vurulmuĢdu, bu tirlər evdən evə uzanıb gedirdi. Küçə dar, çirkab qanovu enli idi, adamlar həmiĢə
yaĢ küçədən, zirzəmiyə oxĢayan xırdaca dükanların, dəmir qurĢaqlı yoğun daĢ tumbaların,
üfunətli zibil yığınlarının, iri, köhnə dəmir barmaqlıqlı darvazaların qabağından keçib gedirdi.
Rambüto küçəsi bunların hamısını məhv elədi.
Mondetur1 sözü bütün bu küçələrin əyri-üyrü olduğunu çox gözəl ifadə edir. Mondetur küçəsinə
bitiĢən Pirüet küçəsinin adı bunu daha aydın göstərir.
Yolla gedən bir adam Sen-Deni küçəsindən ġanvreri küçəsinə dönəndə bu küçənin get-gedə
daraldığını görürdü, sanki, o, uzun bir qıfa girmiĢdi. Bu balaca küçənin sonuna çatanda qarĢıda,
Mərkəzi bazar tərəfdən onun yolunu bir sıra hündür evlər kəsirdi, bu zaman o, sağda və solda iki
qaranlıq, dar yolu görməsəydi, elə zənn edərdi ki, dalana düĢmüĢdür. Bu iki qaranlıq, dar yol
Mondetur küçəsi idi: bu küçə uzanaraq bir tərəfdən Vaizlər küçəsi ilə, o biri tərəfdən Qu quĢu və
Balaca Səfil küçəsi ilə birləĢdi. Dalana oxĢayan bu küçənin sonunda, sağ tərəfdəki dar yolun
tinində burun kimi qabağa çıxan, o biri evlərə nisbətən alçaq bir ev vardı.
Həmin bu ikimərtəbəli evdə üç yüz il idi ki, məĢhur bir meyxana yerləĢirdi. Bu meyxana qoca
Teofilin aĢağıdakı beytlə təsvir etdiyi yeri hay-küylü Ģənliklə doldurmuĢdu.
Orda ya qorxulu skelet gəzir.
AsmıĢdır özünü ya da bir aĢiq.
Bura meyxana üçün əlveriĢli yerdi. Meyxana nəsildən-nəslə keçir, atadan oğula qalırdı.
Matüren Renyenin vaxtında meyxanaya ―Qızılgül dibçəyi‖ deyilirdi; o zaman rebus dəbdə
olduğundan, meyxananın lövhəsini çəhrayı rənglə rənglənmiĢ1 bir dirək əvəz edirdi. Keçən
əsrdə gözəl rəssamlardan biri olan, indi isə kobud bir cərəyan tərəfindən həqarətlə yad edilən
hörmətli Natuar həmin bu meyxanada, vaxtı ilə Renyenin Ģərab içdiyi masada dəfələrlə Ģərab
içmiĢdi və öz təĢəkkürünü bildirmək üçün çəhrayı dirəkdə bir salxım Korinf üzümünün Ģəklini
çəkmiĢdi. Meyxana sahibi bundan son dərəcə sevinərək öz lövhəsini dəyiĢmiĢdi -üzüm salxımı
altından qızıl xətlə ―Korinf üzümü‖ sözlərini yazdırmıĢdı. ―Korinf‖ sözü də buradan meydana
gəlmiĢdi. SərxoĢ üçün söz buraxmaqdan təbii Ģey yoxdur. Söz buraxmaq – cümlənin əyri-
üyrülüyüdür. ―Korinf‖ sözü ―Qızılgül dibçəyi‖ sözünü yavaĢ-yavaĢ sıxıĢdırıb, aradan çıxartdı.
Bu meyxanaçılar sülaləsinin son nümayəndəsi olan HüĢlünün rəvayətdən qətiyyən xəbəri yox
idi, buna görə də əmr etdi, dirəyi göy rənglə rənglədilər.
Bu meyxana belə idi - aĢağıdakı zalda piĢtaxta, ikinci mərtəbədəki zalda bilyard vardı; ensiz bir
pilləkən burula-burula birinci mərtəbənin tavanından keçirdi; masaların üstünə Ģərab
qoyulmuĢdu; divarları his basmıĢdı; günün günorta çağında burada Ģam yanırdı. Pilləkən
aĢağıdakı zaldan zirzəmiyə enirdi. Üçüncü mərtəbədə HüĢlü özü yaĢayırdı. Ora ikinci
mərtəbədəki böyük zala açılan kiçik qapının arxasından xırdaca pilləkənlə qalxırdılar.
TaxtapuĢun altında, çardaqda iki balaca otaq vardı ki, burada qulluqçular yaĢayırdı. Birinci
mərtəbədə həm mətbəx, həm də piĢtaxtalı zal yerləĢirdi.
HüĢlü dayı, yəqin ki, bir kimyagər kimi anadan olmuĢdu, amma ondan aĢpaz çıxmıĢdı; onun
meyxanasında nəinki içirdilər, yemək də yeyirdilər. O, çox gözəl xörək icad etmiĢdi, bu xörəyi
ancaq onun meyxanasında yemək olardı, bu, iç qoyulmuĢ sazan balığı idi, buna o ―carpes au
gras‖2 deyirdi. Bu balıqları HüĢlünün meyxanasında XVI Lüdovik vaxtında Ģam ya kenget
iĢığında yeyərdilər; masaların da üstünə süfrə yerinə müĢəmbə salınardı, müĢəmbə də masaya
mismarlanardı. Bura uzaq yerlərdən də gələrdilər. Bir gün HüĢlü yoldan keçənləri öz ―ixtisası‖
ilə tanıĢ etməyi lazım bildi; onun öz xörəkləri olduğu kimi, öz imlası da vardı. Fırçanı qara
boyalı küpəyə batırıb bu diqqətəlayiq sözləri divara yazdı:
Carpes ho gras.
QıĢ ayları, yağan nisan yağıĢları, dolu ilk sözün son hərfini – (s) son sözün ilk hərfini – (g)
silməyi münasib bildiyindən nəticədə aĢağıdakı sözlər qalmıĢdı:
Carpe ho gas.
Pis havaların, yağıĢların təsiri nəticəsində adi bir meyxana elanı dərin mənalı bir məsləhət
olmuĢdu.
Bu qayda ilə, heç demə, HüĢlü fransızcanı bilmədiyi halda latıncanı bilirmiĢ, mətbəx ona fəlsəfi
bir kəlam yaratmağa kömək etmiĢdi, o ancaq Karemi kölgədə buraxmaq istərkən Horatsi1 ilə bir
səviyyəyə qalxmıĢdı. Qəribə burasıdır ki, bu kəlam həm də ―Mənim meyxanama girin‖ mənasını
verirdi.
Ġndi bu Ģeylərin heç izi də qalmamıĢdı. 1847-ci ildə bu əyri-üyrü Mondetur küçəsinin ora-burası
sökülmüĢ, geniĢləndirilmiĢdi, indi, yəqin ki, bu küçə daha yoxdur. ġanvreri küçəsi ilə ―Korinf‖
meyxanası Rambüto küçəsinin daĢ döĢəməsi altında itib getdi.
Biz əvvəl də demiĢdik ki, ―Korinf‖ meyxanası Kurfeyrakla dostlarının görüĢ yeri idi. ―Korinf‖i
Qranter kəĢf etmiĢdi. Onu divarda yazılan ―carpe ho raz‖ sözləri cəlb edərək meyxanaya
salmıĢdı, sonra da o, ―carpes au gras‖ xatirinə oraya getmiĢdi. Onlar burada yeyirdilər, içirdilər,
çığırırdılar; az da pul verirdilər, çox da verirdilər, heç vermirdilər də – bununla belə, hamını açıq
ürəklə qarĢılayırdılar. HüĢlü dayı xoĢtəbiətli adamdı.
Bəli, HüĢlü xoĢtəbiətli adamdı, eyni zamanda, dalaĢqan bir meyxanaçı idi – meyxanaçıların
gülməli növündən idi. Elə bil ki, onun həmiĢə ovqatı təlx idi. O, sanki, öz müĢtərilərini
qorxutmağa çalıĢırdı, meyxanaya gələnləri görüb deyinirdi, üzünə baxanda deyirdi ki, adamlara
axĢam yeməyi vermək əvəzinə, onlarla dalaĢmaq istəyir. Bununla belə, hamı burada açıqürəklə
qarĢılanırdı. HüĢlünün bu qəribəliyi adamları onun meyxanasına cəlb edirdi, cavanların da
əylənməsinə səbəb olurdu: onlar bir-birini dəvət edərək deyirdi: ―Gedək HüĢlü dayının
deyinməsinə qulaq asaq!‖ O, bir zamanlar qılınc idmanı müəllimi olmuĢdu. Bəzən o, heç
gözlənilmədən, qulaqbatırıcı səslə gülürdü. Kimin ki, gur səsi var – o, xoĢtəbiətli adamdır.
Üzdən o, qaraqabaq da olsa, əslində, zarafatçı bir adamdı, ona heç bir Ģey, adamı qorxutmaq
kimi ləzzət vermirdi, o, tapançaĢəkilli burunotu qabını xatırladırdı: belə bir tapança atılanda
adamı ancaq asqırdır.
Onun arvadı HüĢlü xala saqqallı və çox eybəcər arvaddı.
HüĢlü 1830-cu ildə öldü. – ―Yağlı sazan balığı‖nı biĢirmək sirri də onunla yox olub getdi. Onun
bu dərddən ovunmayan arvadı ərinin iĢini davam etdirirdi. Ancaq biĢirilən xörəklərin keyfiyyəti
çox pisləĢdi; verilən Ģərab həmiĢə pis olardı, indi daha da xarablaĢdı. Kurfeyrakla dostları,
Bossüenin dediyinə görə, ―HüĢlü xalaya yazıqları gəldiyi üçün‖ yenə də ―Korinf‖ə gəlirdilər.
Təngnəfəslik və eybəcərlik HüĢlü xalaya kənd həyatı xatirələrini söyləməyə mane olmurdu. Bu
xatirələri o, elə danıĢırdı ki, adamı darıxdırmırdı. HüĢlu xalanın xüsusi danıĢıq ədası vardı, bu,
onun kənd və qızlıq həyatına aid olan söhbətlərini maraqlı edirdi. Deyirdi: ―Qızlıq günlərində
görürdün ki, yemiĢan kolunda cəh-cəh vuran birəbitdən quĢuna qulaq asırdım, daha mənə bu
dünyada heç bir Ģey lazım deyildi‖.
Ġkinci mərtəbədəki zal böyük, uzun bir otaqdı, ―Restoran‖ da burada yerləĢirdi; burada çoxlu
kürsü, oturacaq, stul, uzun taxt və masa vardı; köhnə, bir qıçı sınıq bilyard da burada idi. Bura
burma-burma pilləkənlə qalxırdılar; pilləkən zalın küncündə, gəmi trapası kimi çargül bir deĢik
Ģəklində qurtarırdı.
Çardağa oxĢayan zalın bircə dənə ensiz pəncərəsi vardı, həmiĢə də orada kenket yanırdı. Dörd
ayağı olan hər mebel bu zalda özünü elə aparırdı ki, elə bil, üç ayağı var. Əhənglə ağardılmıĢ
divarların bircə bəzəyi vardı - o da xanım HüĢlünün Ģərəfinə yazılmıĢ dördmisralı qitə idi:
On addımdan heyrət verir, iki addımdan dəhĢət.
Burnunda da tüklü, iri ziyil vardır bədheybət.
Qorxarsan ki, yaxın dursan üz-gözünə asqırar.
Burnununsa öz ağzına, sanki, düĢmək qəsdi var.
ġeir kömürlə divara yazılmıĢdı.
Xanım HüĢlü Ģeirdə təsvir edilən adama çox oxĢayırdı; o, halını pozmadan, səhərdən axĢama
kimi bu Ģeirin qabağından o yan-bu yana keçirdi. Xanım HüĢlünün Matlota və Jiblota adlı iki
qulluqçusu vardı ki, onlar ancaq bu adla məĢhur idi1. Onlar xanım HüĢlüyə masa üstünə qırmızı,
pis Ģərab dolu xırdaca səhənglər qoymağa, saxsı qablarda ac müĢtərilərə cürbəcür horra verməyə
kömək edirdi. Matlota kök, girdə, kürən, qıĢqırıqçı bir arvaddı; vaxtı ilə o, mərhum HüĢlünün
sevimli qulluqçusu idi; dünyada hər necə bədheybət əfsanəvi məxluq varsa, o, bunların
hamısından eybəcər idi. Lakin qulluqçu gərək hər iĢdə birinci yeri öz sahibinə versin; buna görə
də Matlota öz xanımından az eybəcər idi. Jiblota isə uzundraz, arıq, sısqa, düĢgün, solğunüzlü bir
arvaddı, elə bil ki, yorğunluq xəstəliyinə tutulmuĢdu; gözlərinin altı qara olardı, həmiĢə də yerə
baxardı; səhər hamıdan tez durar, axĢam da hamıdan gec yatardı; o, hamıya, hətta Matlotaya da
qulluq edərdi; özü də dinməz-söyləməz, yorğun, mülayim, yuxulu təbəssümlə gülümsərdi.
Meyxananın zalına girəndə müĢtərilərin nəzərini qapıya yazılmıĢ iki misra Ģeir cəlb edirdi - Ģeiri
Kurfeyrak təbaĢirlə yazmıĢdı:
Bacarırsan qonaq elə.
Hünərin var özün ye.
ĠKĠNCĠ FƏSĠL.
ġən içki məclisi nə ilə qurtardı.
Molu Leql ən çox Jolinin yanında olurdu. O, quĢ kimi hər budaqda özünə məskən tapa bilirdi. Bu
iki dost bir yerdə yaĢayırdı, bir yerdə yeyirdi, bir yerdə yatırdı. Onların hər Ģeyi, hətta qismən
Müziketta da, ümumi idi. Onlar, sanki, əkizdi, bir-birindən heç ayrılmırdılar. Ġyunun beĢində
səhərçağı onlar ―Korinf‖ə yemək yeməyə getdilər. Joliyə soyuq dəymiĢdi, bərk zökəmdi, burnu
tutulmuĢdu. Leql də zökəm olmağa baĢlayırdı. Leqlin sürtükü köhnə idi; Joli yaxĢı geyinmiĢdi.
Onlar ―Korinf‖in qapısına çatanda səhər saat doqquz olardı.
Ġkinci mərtəbəyə qalxdılar.
Matlota ilə Jiblota onları qarĢıladı.
Leql:
– Ġstridyə, pendir, donuz qaxacı ver, – dedi.
Sonra onlar masanın yanında oturdular.
Meyxanada ayrı heç kəs yox idi.
Jiblota Joli ilə Leqli tanıdı, masaya bir ĢüĢə Ģərab qoydu.
Onlar istridiyə yeməyə baĢlamıĢdılar ki, pilləkəndən bir baĢ göründü, kiminsə səsi eĢidildi:
– Buradan keçirdim. Küçədə bri pendirinin gözəl qoxusunu duydum. Ġçəri girdim.
Bu, Qranter idi.
O, kətili götürüb, Joli ilə Leqlin yanında oturdu.
Jiblota Qranteri görüb, masanın üstünə iki ĢüĢə Ģərab qoydu.
Cəmisi üç ĢüĢə oldu.
Leql Qranterdən soruĢdu:
– Sən iki ĢüĢə içmək istəyirsən?
Qranter:
– Burada hamının ağlı baĢındadır, – dedi, – bircə sən sarsaqsan. Ġki ĢüĢə Ģərab da kiĢini
təəccübləndirər, bu, harada görünüb?
Dostlar yeməkdən, Qranter Ģərabdan baĢladı. ġüĢənin yarısı bir anda boĢaldı.
Leql soruĢdu:
– Sənin mədəndə deĢik var, nədi?
Qranter:
– DeĢik sənin dirsəyindədir, – deyə cavab verdi.
Stəkandakı Ģərabı içərək, əlavə etdi:
– Ay meyit üstə nitq deyənlər qartalı Leql, sənin sürtükün köhnədir.
Leql ona belə cavab verdi:
– Bəli, köhnədir. Mənimlə mənim sürtükümün arasında ev dolanacağına aid bir razılıq var. O,
özü mənim bədənimin Ģəklinə düĢdü: heç bir yerimi sıxmır, eybəcər bədənimə uyur, mənim
hərəkətlərimə güzəĢtlə yanaĢır, mən onu ancaq ona görə hiss edirəm ki, o, məni isti saxlayır.
Köhnə paltar köhnə dost kimidir.
Joli söhbətə qarıĢaraq, ucadan dedi:
– Bax, bu, doğrudur! Köhnə sürtük köhnə dost, heç fərqi yoxdur.
Qranter onunla razılaĢdı:
– Xüsusilə, zökəm olmuĢ bir adamın dilində.
Leql soruĢdu:
– Qranter, sən bulvardan gəlirsən?
– Yox.
– Biz - mən də, Joli də təntənəli yürüĢün baĢlanğıcını gördük.
Joli:
– Çox gözəl bir yürüĢdü! – dedi.
Leql ucadan:
– Amma bu küçə nə sakitdir! – dedi. – Kim burada inana bilər ki, Parisdə hər Ģey alt-üst olur?
Vaxtı ilə burada ancaq monastırların olduğu indi də hiss edilir. Dü Brellə Soval onların siyahısını
verir, abbat Lebef də elə. Buranın hər yerində monastır varmıĢ. Bura assizli Fransiskin, Fransisk
de Polun təriqətini tutan – ayaqqabılı, ayaqqabısız, üzü qırxıq, üzü saqqallı, boz, qara, ağ
monaxlarla, həm də kapusinlərlə, karmelitlərlə, kiçik avqustçularla, böyük avqustçularla, qoca
avqustçularla dolu imiĢ... Onlar hədsiz dərəcədə törəyib artıbmıĢ.
Qranter onun sözünü kəsdi:
– Gəlin monaxlardan danıĢmayaq, monax sözü eĢidəndə adam qaĢınmaq istəyir.
Sonra ehtirasla dedi:
– Eh! Mən indicə pis bir istiridiyə uddum. Yenə də para sövda məni çulğalayır! Ġstridiyələr pis,
qulluqçular eybəcər! Mən insan övladına nifrət edirəm. Ġndicə mən RiĢelye küçəsində böyük bir
kitab dükanı qabağından keçirdim. Kitabxana adlanan bu istridiyə qabığı yığımı məni düĢünmək
həvəsindən salır. Gör nə qədər kağız, nə qədər mürəkkəb iĢlənilib! Nə qədər cızma-qara edilib!
Bunun da hamısını yazan insanlardır! Ġnsan iki ayaqlı, tüksüz heyvandır – bunu hansı lotu deyib?
Sonra mən tanıĢ bir qıza rast gəldim; o, bahar kimi, gözəldir, o, Floreal adlandırılmağa layiq bir
qızdır; o, böyük sevinc, fərəh, vəcd içində idi, xoĢbəxtlikdən göyün yeddinci qatında uçurdu,
amma ondan zəhləm getdi, çünki dünən iyrənc, çopur bir bankir onu ələ alıbmıĢ, o, bununla fəxr
edirdi! Əfsus! Qadın qoca bir möhtəkirə də, Ģıq geyimli cavan oğlana da həvəs göstərir! PiĢik
siçan ovuna da çıxır, quĢ ovuna da! Heç iki ay olmaz ki, bu mamzel mansardda abırlı həyat
keçirirdi: korset ilgəklərinə, nə bilim, daha nə adlandırırlar, xırdaca mis halqalar qoyardı. Paltar
tikərdi, qatlama çarpayıda yatardı; onun gül dibçəkləri vardı; o, xoĢbəxtdi. Ġndi o, bankir
məhbubəsi olub. Bu dəyiĢiklik bu gecə baĢ verib. Mən ona bu gün səhər rast gəldim, kefi yaman
duru idi, utanmaz bu gün də dünənki kimi gözəldi – iĢin ən iyrənc cəhəti də bu idi. Bankirlə ara
düzəltmək onun üzündə əks olunmamıĢdı. Qızılgül bir cəhətdən qadından yaxĢıdır, ya pisdir:
qurdun buraxdığı iz onun üstündə görünür. Ah, yer üzərində daha əxlaq deyilən Ģey yoxdur!
Mən, sevgi simvolu olan mərsin ağacını, müharibə simvolu olan dəfnə ağacını, sülh simvolu olan
o sarsaq zeytun ağacını, müvəffəqiyyətsizliyə uğrayaraq öz toxumu ilə Adəmi boğa bilməyən
alma ağacını cins-lətifin ulu nənəsi olan əncir ağacını buna Ģahid olmağa çağırıram! Siz haqq
deyirsiniz? Haqq nədir, siz bunu bilmək istəyirsinizmi? Qallar Kluziuma hücum edir, Roma
Kluziumu öz himayəsi altına alır, qallardan soruĢur ki, Kluzium sizin qarĢınızda nə günah iĢ
tutmuĢdur? Brenn ona belə cavab verir: ―Alba, Fiden, ekvlər, volsklər, sabinlər sizin qarĢınızda
necə günah iĢ tutmuĢdusa, Kluzium da bizim qarĢımızda elə günah iĢ tutmuĢdur. Onlar sizin
qonĢunuz idi. Kluziumun da əhalisi bizim qonĢumuzdur. Siz Albanı tutdunuz, biz də Kluziumu
tuturuq‖. Roma onlara belə deyir: ―Siz Kluziumu tuta bilməyəcəksiniz‖. Bu sözdən sonra Brenn
Romanı tutur. Romanı tutandan sonra çığıraraq deyir: ―vae victis!1‖ haqq deyilən Ģey, bax,
budur! Ah, bu dünyada nə qədər yırtıcı heyvan var! Nə qədər qartal var! Bunu düĢünəndə
adamın bədəninə üĢütmə dolur!
Qranter stəkanını Joliyə sarı uzatdı. Joli onun stəkanını doldurdu, Qranter Ģərabı içərək, ara
vermədən yenə də sözünə davam etdi: bu bir stəkan Ģərabın içildiyini, sanki, heç kim, heç o özü
də görmədi.
– Romanı alan Brenn qartaldır; o, yüngüləxlaqlı qadını ələ alan bankir də qartaldır. Buradakı
həyasızlıq oradakı həyasızlıqdan az deyil. Buna görə də gəlin, heç Ģeyə inanmayaq! Həqiqət
ancaq Ģərabdadır. Siz nə fikirdə olursunuz olun – ya Uri kantonu ilə bərabər arıq xoruzun, ya da
Qlaris kantonu ilə bərabər kök xoruzun tərəfdarı olun – bunun əhəmiyyəti yoxdur, için! Siz
məndən bulvarı, təntənəli yürüĢü və sairəni soruĢursunuz. Gör ha! Deməli, yenə də inqilab əmələ
gəlir? Allah-taala imkan cəhətdən çox kasıbdır, bu, məni təəccübləndirir! Hadisələrin oxunu o
tez-tez yağlamalı olur. Bu ox gah bir Ģeyə iliĢir, gah da heç hərəkət eləmir. Cəld ol, inqilab!
Allah-taalanın əli həmiĢə bu pis, sürtmə yağın içindədir. Mən onun yerinə olsaydım, ayrı cürə
hərəkət edərdim: mən hər dəqiqə öz mexanizmimin təmiri ilə məĢğul olmazdım, mən insan
övladını səliqə ilə idarə edərdim, mən hadisələri bir-birinin ardınca ipə düzərdim, ipi qırmazdım,
mənə ehtiyat vasitələri lazım olmazdı, mənim təcili tamaĢalarım olmazdı. O Ģeyi ki bəziləri
tərəqqi adlandırır, bu, iki mühərrikin köməyi ilə baĢa gəlir: insanlarla və hadisələrlə! Lakin
hərdənbir adi qaydadan kənara çıxan bir Ģey lazım olur, bu nə qədər kədərli bir hal olsa da,
bunsuz iĢ keçmir. Həm hadisələr, həm də insanlar üçün adi vəziyyətdə olmaq kifayət deyil:
insanlar arasında dahi, hadisələr arasında inqilab olmalıdır. Fövqəladə hadisələr qanundur;
kainat bunsuz yaĢaya bilməz; buna görə də göydə quyruqlu ulduz görünəndə adam belə bir Ģeyi
düĢünməyə bilmir: göyün özünün teatr tamaĢaları qoymaq üçün aktyorlara ehtiyacı var. Allah
hər Ģeydən az gözlənildiyi bir vaxtda göy qübbəsi divarında səyyar ulduzunu asır. Birdən
iriquyruqlu qəribə bir ulduz meydana çıxır. Bu da Sezarın ölümünə sabəb olur. Brut ona
xəncərlə, Allah da quyruqlu ulduzla zərbə endirir. Tarak! – bu Ģimal fəcri, bu, inqilab, bu da
böyük insan; doxsan üçüncü il iri hərflərlə yazılır; Napoleon – yeni sətirdən, elanın yuxarı
tərəfində – min səkkiz yüz on birinci ilin quyruqlu ulduzu. Ah, hər yeri, heç gözlənilmədən
meydana çıxan parlaq ulduzlarla dolu olan gözəl, mavi elan! Bum! Bum! Nadir bir tamaĢa! Ay
maymaqlar, yuxarıya baxın! Orada hər Ģey nizamsız haldadır: ulduzlar da, pyes də. Pərvərdigara,
bu daha həddindən artıqdır, eyni zamanda, bu, kifayət deyil. Müstəsna hallarda tətbiq edilən bu
üsullar bağıra-bağıra cah-cəlaldan dəm vurur, lakin yoxsulluğu göstərir. Dostlar, Tanrı burada
son vasitələrə əl atır. Ġnqilabla nə isbat olunur? Ġsbat olunur ki, Allah gücdən düĢmüĢdür. O,
çevriliĢ edir, hökumətləri yıxır, çünki hal-hazırda gələcək arasındakı əlaqə qırılmıĢdır, bir də ona
görə ki, Allah iĢin öhdəsindən gələ bilməmiĢdir. Bəli, bu, mənim Yeqovanın maddi vəziyyəti
haqqında olan mülahizələrimi sübuta yetirir. Mən görəndə ki, yuxarıda və aĢağıda bu qədər
uğursuzluq, göydə və yerdə bu qədər xırdaçılıq, xəsislik, simiclik var, lap elə quĢdan baĢlayaq,
mənimlə qurtaraq: quĢun bircə dənə darısı, mənim də ildə yüz min livr gəlirim yoxdur; mən
görəndə ki, insanların, hətta kralların taleyi çox pisdir. bunu Ģahzadə Kondenin özünü asması
sübut edir; mən görəndə ki, qıĢ – səmtürrəsdə əmələ gələn yarıqdan baĢqa bir Ģey deyil, oradan
da külək əsir; mən görəndə ki, təpələrin baĢına paltar geydirən səhərin təravətli, al-qırmızı
Ģəfəqində də çoxlu cır-cındır var; mən bunları görəndə, eyni zamanda, Ģeh damlasını – bu saxta
incini, qırovu – bu ĢüĢə muncuğu, insanlar arasında olan nifaqı, hadisələr üzərindəki yamaqları,
günəĢdəki ləkələri, aydakı çatlaqları, hər yerdə gözə çarpan yoxsulluğu görəndə bu nəticəyə
gəlirəm ki, Allah varlı deyil. Hərçənd, o, zahirən varlı görünür, lakin mən onun pulsuz olduğunu
hiss edirəm. Göyün zəri altında kainatın kasıb olduğunu duyuram. Bankir daxılı boĢ olanda,
ziyafət verən kimi, o da inqilab verir. Allahlar haqqında əĢyanın ancaq zahiri cəhətini nəzərə alıb
hökm vermək olmaz. Allahların yaratmıĢ olduğu hər Ģey onların müflis olduğunu göstərir. Buna
görə də mən narazıyam. Baxın, bu gün iyunun beĢidir, amma hava qaranlıqdır. Səhər açılandan
bəri mən havanın iĢıqlanmasını gözləyirəm, iĢıqlanmır ki, iĢıqlanmır, mən lap mərc gələrəm ki,
bu gün heç iĢıqlanmayacaq. Bu, yaxĢı maaĢ verilməyən xidmətçinin səliqəsizliyidir. Dünya lap
əldən düĢüb, beli əyilib, mən müxalifət cəbhəsinə keçirəm. Bəli, bütün Ģeylər pis qurulub, bir-
birinə uyğunlaĢdırılmayıb, qoca, hər Ģey tərsəməyəllaq gedir; kainat, uĢaq ələ salan kimi,
insanları ancaq ələ salır: o adam ki, bir Ģey istəyir – ona heç bir Ģey vermir, o adam ki, istəmir –
ona verir. Sözün qısası, mən acıqlanmıĢam. Bir də ki, bu keçəl Leqlin sir-sifəti məni
kədərləndirir. Mən də bu dazbaĢ adamla bir yaĢdayam, bunu düĢünmək mənim üçün həqarətdir.
Nəzərə alın ki, mən tənqid edirəm, təhqir eləmirəm. Dünya necə varsa, elə də var. Mən pis
məqsəd üçün deyil, ancaq vicdanımı təmizləmək üçün danıĢıram. Ey əbədi və əzəli ata, sənə
böyük hörmət bəslədiyimi yəqin bil! Ah, and olsun Olimpin bütün müqəddəs allahlarına,
cənnətin bütün bütlərinə, mən parisli olmaq üçün yaranmamıĢam, yəni ona görə yaranmamıĢam
ki, həmiĢə bir top kimi iki fiĢəng arasında, avaralar yığınından Ģuluqçular yığını üstünə sıçrayım!
Mən gərək anadan türk olaydım, bütün günü oturub, bakir bir adamın röyası kimi Ģəhvət dolu
gözəl Misir rəqslərini ifa edən sarsaq ġərq qızlarına tamaĢa edəydim; mən gərək anadan Boseron
kəndlisi, ya qəĢəng sinyor arvadları ilə əhatə olunan Venesiya velmojası, ya da süvarilərinin
yarısını alman ittifaqına təqdim edən, boĢ vaxtlarını öz corabını hasar üstündə, yəni öz
malikanəsinin sərhəddində qurutmağa həsr edən alman knyazlığı olaydım! Bax, mən bunun üçün
yaranmıĢdım!!! Bəli, mən dedim ki, anadan türk olaydım, mən bu sözdən donmürəm. BaĢa
düĢmürəm, niyə türklər haqqında belə pis fikirdədirlər? Məhəmmədin yaxĢı cəhətləri də vardır.
Huri dolu hərəmxanaları, kəniz dolu cənnəti icad edən adama eĢq olsun! Müsəlmanlığı təhqir
etməyək: bu, yeganə dindir ki, xoruzun hində rolunu yüksəltmiĢdir! Bunun üçün içək! Yer kürəsi
təsəvvürə sığmayan axmaqlıqla doludur. Deyəsən, həqiqətə oxĢayır: bütün bu axmaqlar bir-
birinin ağız-burnunu əzməyə, bir-birini öldürməyə gedir; özü də nə vaxt?! Yayın cırhacırında,
iyun ayında, elə bir vaxtda ki, qəĢəng bir qızla qol-qola çölə getmək olar, dəniz kimi ucsuz-
bucaqsız çöldə çalınmıĢ otun çay ətrini bol-bol tənəffüs etmək olar! Doğrudan da, insanlar çox
axmaq iĢ tuturlar. Mən indicə, köhnə paltar satan alverçinin dükanı qabağında sındırılmıĢ köhnə
bir fənər gördüm, bu, məndə belə bir fikir doğurdu: insan övladını maarifləndirmək vaxtı
çatmıĢdır! Əfsus, məni yenə də qəm-qüssə basır! Belə bir istridiyəni udmağın, belə bir inqilabı
görməyin nəticəsi belə olar! Məni yenə də dərd çulğayır. Ah, ey dəhĢətli qoca dünya! Bu
dünyada insanlar var gücünü iĢə salır, burada adamı iĢdən çıxarırlar, burada adamı alçaldırlar,
burada adamı öldürürlər, burada hər Ģeyə adət edirlər!
Qranter belə bir natiqlik bəlağəti çılğınlığından sonra Ģiddətli öskürək qurbanı oldu, buna o,
tamamilə layiq idi.
Joli dedi:
– Söhbət inqilabdan düĢüb. – O, zökəm olduğundan, burnu tutulduğundan, bəzi hərfləri düzgün
tələffüz edə bilmirdi. – Görünür, Marius əməlli-baĢlı vurulub.
Leql soruĢdu:
– Kimə, bilmirsən?
– Yox.
– Yox?
– Mən sənə deyirəm ki, yox!
Qranter ucadan dedi:
– Mariusun sevgi macəraları! Mən qabaqdan hər Ģeyi bilirəm. Marius dumandır, yəqin o, öz
buludunu tapmıĢdır. Marius Ģairlər cinsindəndir. ġair – dəli deməkdir. Timbroeus Apollo1.
Marius və onun Marisi, ya onun Mariyası, ya onun Mariettası, ya onun Marionu, yəqin ki, onlar
gülməli aĢiqlərdir... Onların sevgi macərasını çox gözəl təsəvvür edirəm. Burada elə həyəcan, elə
sevinc olur ki, öpüĢməyi də unudurlar. Onlar bakirəliyi bu dünyada mühafizə edirlər, lakin
namütənahilikdə birləĢirlər. Onlar bu dünyanın adamı deyil, lakin bu dünyanın hissləri ilə
yaĢayırlar. Onlar ulduzlar arasında özlərinə yer düzəltmiĢlər.
Qranter ikinci ĢüĢəyə əl atmaq və bəlkə də, ikinci nitqə baĢlamaq istəyirdi ki, birdən pilləkənin
dördbucaq deĢiyindən bir adam qalxdı. O, arıq, uzunsifətli, on yaĢlı, diribaxıĢlı, qıvrımsaçlı,
cındırpaltarlı, sarı, çox balaca bir uĢaqdı; yağıĢ onu islatmıĢdı, lakin üzdən heç də narazı
görünmürdü.
Bu adamlardan o, heç birini tanımırdı, lakin tərəddüd etmədən elə o saat Molu Leqlə yaxınlaĢıb
soruĢdu:
– Cənab Bossüe sizsiniz?
Leql:
– Bu, mənim kiçildilmiĢ adımdır, – dedi. – Sən nə istəyirsən?
– Məsələ belədir. Ucaboylu, sarıĢın bir adam bulvarda məndən soruĢdu: ―Sən HüĢlü xalanı
tanıyırsan?‖ Dedim: ―Bəli, tanıyıram, ġanvreri küçəsində yaĢayır, dul arvaddır‖. Sonra o dedi:
―Get ora. Sən orada cənab Bossüeni taparsan, mənim adımdan ona deyərsən: ―Əlifba‖. O, sizi ələ
salıb nədi? O, mənə on su pul verdi.
Leql:
– Joli, – dedi, – mənə on su borc ver. – Sonra Qranterə döndü: – Qranter mənə on su borc ver.
Bu qayda ilə iyirmi su pul oldu; Leql pulu uĢağa verdi. UĢaq dedi:
– TəĢəkkür edirəm, cənab.
Leql soruĢdu:
– Sənin adın nədir?
– Nave. Mən QavroĢun dostuyam.
Leql ona:
– Qal bizim yanımızda, – dedi.
Qranter də əlavə etdi:
– Bizimlə çörək ye.
UĢaq:
– Qala bilmərəm, – dedi. – Mən küçədəki o dəstə ilə gedirəm: ―Rədd olsun Polinyak!‖ sözünü
çığıran mənəm.
O, bir ayağını yerdən ayırmadan çox geriyə uzadaraq, otaqdan çıxıb getdi (geriyə ayaq uzatmaq
ən hörmətli təzim hesab olunurdu).
UĢaq gedəndən sonra Qranter sözə baĢladı:
– Bax, bu, xalis qamendir. Qamenlər cürbəcürdür. Qamen-natariusa nadinc deyirlər, qamen-
aĢpaza – qazan, qamen-çörəkçiyə – papaqçı, qamen-lakeyə – mehtər, qamen-dənizçiyə – yunqa,
qamen-əsgərə – təbilçi, qamen-rəssama – rəngsaz, qamen-dükançıya – gədə, qamen-saray
məmuruna – paj, qamen-krala – dofin, qamen-allaha – çağa...
Bu vaxt Leql düĢünürdü; sonra o, astadan dedi:
– ―Əlifba‖, yəni ―Lamarkın dəfni‖.
Qranter:
– Sənə xəbər göndərən ucaboylu sarıĢın adam da Anjolrasdır, – dedi.
Bossüe soruĢdu:
– Gedəkmi?
Joli:
– YağıĢ yağır, – dedi. – Mən and içmiĢəm, özümü oda ataram, suya yox. Mən naxoĢlamaq
istəmirəm.
– Mən burada qalıram, – dedi. – Mən naharı cənazə arabasından üstün tuturam.
Leql bu sözlərə belə xitam verdi:
– Sözün qısası, biz getmirik. Çox gözəl! Onda içək. Belə olanda dəfni buraxmaq olar, qiyamı
yox.
Joli ucadan dedi:
– Hə, qiyam! Mən qiyamın tərəfdarıyam.
Leql əllərini ovuĢduraraq dedi:
– Budur, onlar min səkkiz yüz otuzuncu il inqilabının ora-burasını düzəltməyə giriĢiblər.
Doğrudan da, o inqilab xalqı qoltuğu altına alıb sıxır.
Qranter:
– Sizin inqilabınıza mən laqeyd baxıram, – dedi. Mən indiki hökumətə nifrət bəsləmirəm. Bu,
gecə qalpağı ilə bəzədilmiĢ tacdır. Bu, baĢında yağıĢ çətiri olan hökmdar əsasıdır. Mən elə
güman edirəm ki, bu gün Lui-Filipp hava pis olduğuna görə öz krallıq əĢyasından iki cürə
istifadə edə bilər: hökmdarlıq əsasını xalqın əleyhinə, çətiri yağıĢdan qorunmağa qaldıra bilər.
Zala qaranlıq çökdü, göy üzünü qara bulud bürüdü. Nə aĢxanada adam vardı, nə küçədə: hamı
―hadisəyə baxmağa‖ getmiĢdi. Bossüe çığırdı:
– Ġndi günorta vaxtıdır, ya gecəyarısıdır? Heç bir Ģey görmək olmur. Jiblota, iĢıq gətir!
Qranter yenə də içirdi; o, çox qaĢqabaqlı idi. Mızıldaya-mızıldaya deyirdi:
– Anjolrasın məndən zəhləsi gedir. Anjolras deyirdi: ―Joli xəstədir. Qranter – sərxoĢ‖. Naveni
Bossüenin yanına göndərdi, mənim yanıma göndərmədi. O, mənim dalımca gəlsəydi, mən
gedərdim. Bu onun, üçün pis olacaq! Mən bu dəfnə getməyəcəyəm.
Bossüe, Joli, Qranter belə bir qərara gələrək aĢxanada qaldılar. Saat ikiyə az qalmıĢdı, onların
masası boĢ ĢüĢə ilə dolmuĢdu. Masanın üstündə iki Ģam yanırdı: Ģamlardan biri – tamam cəng
atmıĢ mis Ģamdana, biri də çatlaq bir qrafinin ağzına qoyulmuĢdu. Qranter Jolidə və Bossüedə
Ģəraba həvəs oyatdı. Bossüe va Joli yenə də Qranterin kefini durultdu.
Qranter xəyalın sadəcə bir mənbəyi olan Ģərabı günortadan sonra daha içmədi. Əsl əyyaĢlar
Ģərabı ancaq Ģəraba hörmət üçün içirlər. O ki qaldı keflənmək məsələsinə burada sehr və cadu
deyilən iki əfsun var, Ģərab yalnız sehrdir. Qranter Ģirin xəyallar zəhərinin yaman həvəskarı idi.
Onun gözləri önündə canlanan təhlükəli sərxoĢluq zülməti onu dayandırmaq əvəzinə özünə cəzb
edirdi. O, qədəhi qoyub tayqulpu göturdü. Tayqulp – uçurumdur. O, Ģüurunu dumanlandırmaq
istəyirdi, lakin onun qabağında nə tiryək vardı, nə nəĢə; buna görə də arağı, pivəni, yovĢan
arağını bir-birinə qarıĢdırmaq kimi ən dəhĢətli bir Ģeyə əl atdı: bunu içəndə adamın bütün bədəni
süstləĢir. Üç cür buxar-pivə, araq və yovĢan arağı qəlbə qurğuĢun kimi təzyiq edir. Bu üç qat
zülmətdir; ruh bu səmavi kəpənək bu zülmətin içində qərq olur; get-gedə qatılaĢaraq uzaqdan-
uzağa yarasa qanadı Ģəklini alan bu tüstü dumanı içərisində DəhĢət, Keçə və Ölüm kabusu
meydana gəlir, yatmıĢ Psixeyanın üzərində uçur.
Qranter hələ indiyə qədər belə bir acınacaqlı vəziyyətə düĢməmiĢdi. O, iyrənccəsinə Ģəndi.
Bossüe ilə Joli də onunla qədəh-qədəhə vuraraq, onun Ģənliyində iĢtirak edirdi. Qranter sərbəst
hərəkətlərlə öz fikirlərini və sözlərini qəribə Ģəkildə nəzərə çarpdırırdı. O, qalstuku açılmıĢ halda
kürsüdə oturmuĢ, sol yumruğunu dizinə qoyaraq, dirsəyini qabağa vermiĢdi, sağ əlində Ģərab
dolu stəkan tutmuĢdu, bu vəziyyətlə də kök Matlotaya aĢağıdakı təntənəli sözlərlə müraciət etdi:
– Qoy sarayın qapıları açılsın! Qoy hamı akademik olsun, madam HüĢlünü qucaqlamaq haqqını
qazansın! Ġçək!
Sonra HüĢlü xalaya sarı dönərək əlavə etdi:
– Ey qoca keçmiĢlərlə təqdis edilən qədim yunan qadını, yaxın gəl, qoy sənə tamaĢa edə bilim!
Joli də çığıraraq deyirdi:
– Batlota və Jiblota, Qranterə daha içki verməyin! O həddindən artıq pul xərcləmiĢdir. O,
dəhĢətli bədxərcliklə bir oturuma iki frank doxsan beĢ santim pul sovurmuĢdur!
Qranter yenə də bağırdı:
– Kim məndən icazə almamıĢ göy qübbəsindən ulduzları qoparmıĢ, onları Ģam adı ilə masa
üstünə qoymuĢdur?
Bossüe nə qədər çox içsə də əvvəlki sakitliyini pozmurdu.
O, açıq pəncərənin qırağında oturaraq öz dostlarına baxırdı; yağıĢ onun kürəyinə vururdu.
Birdən o, arxa tərəfdə qatma-qarıĢıq səs-küy, sürətlə atılan ayaq səsi və ―Silah baĢına!‖ çığırtısını
eĢitdi. Dönüb baxdı: Sen-Deni küçəsində, ġanvreri küçəsi qurtaran yerdə Anjolrasın, QavroĢun,
Feyin, Kurfeyrakın, Jan Prüverin, Kombeferin, Baorelin keçdiyini gördü; Anjolrasın əlində
karabin, QavroĢun əlində tapança, Feyin əlində qılınc, Jan Prüverin əlində muĢketon,
Kombeferin və Baorelin əlində tüfəng vardı; onların da ardınca hay-küy sala-sala, əli silahlı
çoxlu adam gəlirdi.
ġanvreri küçəsi tüfəng gülləsi məsafəsindən uzun deyildi. Bossüe hər iki əlini ağzının yanına
tutaraq çığırdı.
– Kurfeyrak! Kurfeyrak! E-e-y!
Kurfeyrak səsi eĢitdi, Bossüeni gördü, ġanvreri küçəsi ilə bir neçə addım qabağa gəldi: ―Nə
var?‖ Bossüe də, eyni zamanda, ondan soruĢdu: ―Hara gedirsən?‖
Kurfeyrak:
– Barrikada qurmağa, – deyə cavab verdi.
– Çox gözəl, bura gəl! Bura yaxĢıdır! Barrikadanı burada qur!
Kurfeyrak da ona dedi:
–Doğrudur, Qartal!
Kurfeyrakın iĢarəsi ilə bütün izdiham ġanvreri küçəsinə döndü.
ÜÇÜNCÜ FƏSĠL.
Qranterin üzərinə qaranlıq çökür.
Barrikada qurmaq üçün, doğrudan da, çox yaxĢı yer göstərilmiĢdi: küçə baĢlanan yerində geniĢ
idi, sonra getdikcə darlaĢaraq, dalana oxĢayırdı. ―Korinf‖ meyxanası da burada idi; Mondetur
küçəsini sağdan və soldan kəsmək çətin deyildi; o, hər iki tərəfdən kəsiləndən sonra düĢmən
ancaq Sen-Deki küçəsindən, yəni ön tərəfdən, açıq bir sahədən hücum edə bilərdi. SərxoĢ
Bossüenin ayıq Annibal kimi iti gözləri vardı.
Bu insan yığını küçəyə dolanda bütün küçə qorxuya düĢdü. Yolla gedən adamlar qaçıb
gizlənməyə tələsirdi. Küçənin sağında və solunda olan dükanları, emalatxanaları, qapıları,
pəncərələri, mansardaları, birinci mərtəbədən ta taxtapuĢa qədər olan bütün pəncərə qapılarını bir
anda bağladılar, jalüzləri saldılar. Vahiməyə düĢmüĢ bir qarı tüfəng səsini eĢitməmək üçün
döĢəyini pəncərəyə basdı, paltar qurutmaq üçün iĢlətdiyi iki payanı da arxasına dayaq verdi.
Ancaq aĢxana açıq qaldı; bunun da səbəbi vardı: camaat birdən onun içinə dolmuĢdu. HüĢlü xala
ah çəkə-çəkə deyirdi: ―Aman allah! Aman allah!‖
Bossüe aĢağı enib Kurfeyrakın yanına getdi.
Joli baĢını pəncərədən çıxarıb çığırırdı:
– Kurfeyrak, niyə sənin çətirin yoxdur, sənə soyuq dəyər.
Bu arada, bir neçə dəqiqənin içində, meyxananın aĢağı pəncərələrinin dəmir barmaqlıqlarından
iyirmi dəmir çubuq çıxarılmıĢ, küçənin on tuaz daĢ döĢəməsi sökülmüĢdü. QavroĢla Baorel
oradan keçən bir arabanı saxlayaraq, böyrü üstə çevirdi; araba Anso allı əhəng alverçisinin idi;
arabada əhənglə dolu üç çəllək vardı; döĢəmədən qoparılmıĢ qənbər daĢları elə o saat çəlləklərin
üstünə tökdülər. Anjolras zirzəminin qapağını qaldırdı. HüĢlü xalanın bütün boĢ çəlləklərini
çıxartdılar, əhəng çəlləklərinin sağına və soluna düzdülər. Feyin barmaqları zərif yelpik
lövhələrinə Ģəkil çəkməyə adət etmiĢdi, lakin indi o, əli ilə çəlləklərin və arabanın arxasına iki
yığın talaĢa basdı; bu talaĢa da o biri Ģeylər kimi qəfildən gətirilmiĢdi, haradan gətirildiyi də heç
məlum deyildi. QonĢu evin qabaq tərəfinə dayaq verilmiĢ tirlər götürülüb, çəlləklərin üstünə
qoyuldu. Bossüe ilə Kurfeyrak dönüb baxanda gördülər ki, küçənin yarısı adam boyundan
hündür bir sədd ilə örtülmüĢdür. Dağıdaraq qurmaq zərurəti meydana gələndə xalqın əli ilə heç
bir Ģey müqayisə edilə bilməz.
Matlota ilə Jiblota da iĢləyənlərə qoĢuldu. Jiblota o, baĢ-bu baĢa gedir, barrikada quranlara çınqıl
daĢıyırdı. Onun yorğunluğu və laqeydliyi burada da iĢə yaradı. O, daĢı da Ģərab kimi verirdi, elə
bil ki, yuxuda idi.
Küçənin sonunda iki ağ at qoĢulmuĢ bir omnibus göründü.
Bossüe daĢ yığını üstündən atıldı, omnibusun dalınca yüyürdü, omnibusu saxlatdırdı, minikləri
düĢürtdü, ―xanımların‖ düĢməsinə kömək elədi, konduktoru yola saldı, atların cilovundan yapıĢıb
ekipajı barrikadaya gətirdi.
Dedi ki:
– Omnibuslar ―Korinf‖in qabağından keçmirlər. Non licet omnibus adire Corinthum1.
Elə o saat atları açıb buraxdılar; atlar Mondetur küçəsi ilə öz baĢına çıxıb getdi. Omnibusu böyrü
üstə çevirdilər, bununla da küçə tamamilə tutuldu.
HüĢlü xala dəhĢətə gələrək, gedib ikinci mərtəbədə gizləndi
O, özünü itirmiĢdi; o heç bir Ģey görmürdü, astadan ağlayırdı. Qorxu fəryadı, sanki, onun
boğazından çıxmağa cürət etmirdi.
O, mızıldana-mızıldana dedi:
– Qiyamət qopur...
Joli onun dolu, qırmızı, qırıĢıq boynundan öpərək, Qranterə dedi: ―Bilirsənmi, əzizim, qadın
boynu həmiĢə mənim üçün ən ləzzətli bir Ģey olmuĢdur‖.
Lakin Qranter mədhiyyə bəlaqətinin zirvəsinə qalxdı. O, ikinci mərtəbəyə qalxan Matlotanın
belindən yapıĢaraq, açıq pəncərə qabağında qəhqəhə ilə güldü, çığıra-çığıra dedi:
– Matlota eybəcərdir! Matlota eybəcərlik idealıdır. Matlota əjdahadır. Onun doğulma sirri
belədir: Piqmalion adlı bir qot heykəltəraĢı kilsə damlarında su novları üçün daĢdan vəhĢi heyvan
sifətləri düzəldirmiĢ; bir gün bunlardan ən dəhĢətlisinə vurulur. Məhəbbətə yalvarır ki, buna can
versin, məhəbbət də ona can verir, o da olur Matlota! VətəndaĢlar, bir buna baxın! Bunun saçı
kürəndir. Tsisianın da məĢuqəsinin saçı kürəndi; bu, çox yaxĢı qızdır. Mən söz verirəm ki, bu lap
yaxĢı vuruĢacaqdır. Bütün yaxĢı qızların qəlbi – qəhrəman qəlbidir. O ki qaldı HüĢlü xala – o, lap
köhnə döyüĢçüdür. Bir baxın, onun necə bığı var! Bu bığ HuĢlu xalaya ərindən miras qalmıĢdır.
HüĢlü xala kimdir – qusar qadındır! O da vuruĢacaqdır. Bunlar ikisi bütün civarı qorxuya
salacaqdır. YoldaĢlar, biz hökuməti yıxacağıq, qarıĢqa turĢusu ilə marqarin turĢusu arasında on
beĢ turĢu olduğu necə doğursa, bu da elə doğrudur. ƏĢi, bu, mənim nəyimə lazımdır. Həzərat,
riyaziyyatı baĢa düĢmədiyim üçün atamın həmiĢə məndən zəhləsi gedərdi. Mən ancaq sevgini,
bir də azadlığı baĢa düĢürəm. Mən Qranterəm, yaxĢı oğlanam! Mənim heç pulum olmur, mən
pula öyrənməmiĢəm, buna görə də pula heç ehtiyacım olmur; amma mən dövlətli olsaydım daha
kasıb olmazdı! Siz onda görərdiniz, mən necə adamam! Ah, yaxĢı adamların kisəsi dolu olsaydı,
onda iĢlər çox yaxĢı gedərdi! Həzrət Ġsanı RotĢild kimi dövlətli təsəvvür edirəm! Belə olsaydı, o
nə qədər yaxĢılıqlar elərdi! Matlota, öp məni! Sən Ģəhvətpərəstsən, qorxaqsan! Sənin yanaqların
bacı öpüĢünün, dodaqların oynaĢ öpüĢünün həsrətini çəkir!
Kurfeyrak:
– Kəs səsini, – dedi, – Pivə çəlləyi!
Qranter lovğa-lovğa:
– Mən Tuluzun bələdiyyə Ģurasının üzvüyəm, həm də orada Flora Ģərəfinə oynanılan oyunların
magistriyəm! – dedi.
Anjolras əlində tüfəng barrikadanın üstündə durmuĢdu; o, baĢını qaldırdı; onun üzündə gözəl,
həm də ciddi bir ifadə vardı; o, məlum olduğu kimi, spartan və puritan cinsli adamlardandı. O,
Fermonil ətrafında Leonidlə bir yerdə ölər, Kromvellə bir yerdə Droxedanı yandırardı. O
çığıraraq dedi:
– Qranter, get bir yerdə yat. Bura keflənmə yeridir, sərxoĢluq yeri deyil. Barrikadanı biabır
eləmə!
Bu acıqlı sözlər Qranterə çox böyük təsir bağıĢladı. Elə bil ki, onun üzünə bir stəkan soyuq su
atdılar.
– Ġcazə ver, mən burada yatım.
Anjolras yenə də çığırdı:
– Get ayrı yerdə yat!
Qranter mehriban və dumanlı baxıĢını ondan ayırmadan dedi:
– Ġcazə ver, mən ölənə kimi burada yatım.
Anjolras nifrətlə ona baxdı.
– Qranter, sən nə inanmağa qabilsən, nə düĢünməyə, nə istəməyə, nə yaĢamağa, nə də ölməyə.
Qranter ciddiyyətlə:
– Görərsən, – dedi.
O, yenə də bir neçə anlaĢılmaz söz dedi, sonra baĢı masanın üstünə düĢdü, elə o saat da yuxuladı:
bu hal sərxoĢluğun ikinci mərhələsi üçün çox adi bir Ģeydir. Anjolras onu birdən və sərt bir ifadə
ilə buna vadar etmiĢdi.
DÖRDÜNCÜ FƏSĠL.
HüĢlü xalaya təsəlli vermək təĢəbbüsü.
Baorel barrikadaya baxaraq, iftixarla çığırdı:
– Budur, küçə dokolte edilmiĢdir. Baxanda adamın xoĢu gəlir!
Kurfeyrak meyxananın Ģeylərini yenə də az-az daĢıyıb aparır, eyni zamanda, meyxana sahibinin
dul qalmıĢ arvadına təsəlli verməyə çalıĢırdı.
– HüĢlü xala, Jiblota yataq xalçasını pəncərədə çırpdığı üçün polis iĢçisi sizdən protokol
yazmıĢdı, deyəsən, siz bundan Ģikayətlənirdiniz?
– Hə, hə, əziz, cənab Kurfeyrak! Ah, ilahi, yoxsa siz bu dəhĢətli iĢiniz üçün masanı da çıxarıb
aparmaq istəyirsiniz? Bir xalça üçün, bir də ki, çardaqdakı otaqdan küçəyə düĢən gül dibçəyi
üçün hökumət məndən yüz frank cərimə aldı. Belə də rəzalət olar?!
– Görürsünüz, HüĢlü xala, biz sizin qisasınızı alırıq.
Lakin HüĢlü xala, zərərin bu qayda ilə əvəzini çıxmaq üçün ona edilən yaxĢılığı, deyəsən, çox da
elə baĢa düĢmürdu. Bu yaxĢılıq bir ərəb arvadına edilən yaxĢılığa bənzəyirdi: bir ərəb öz
arvadına bir Ģillə vurur, arvad da gedib atasına Ģikayət eləyir. Bunun qısasını almağı tələb edir:
―Ata, mənim ərim məni təhqir eləyib, sən gərək bu təhqirə təhqirlə cavab verəsən‖. Atası ondan
soruĢur: ―Ərin sənin üzünün hansı tərəfinə vurub?‖ Arvad deyir: ―Sol tərəfinə‖. Atası onun
üzünün sağ tərəfinə də bir Ģillə vurub deyir: ―Ġndi sən razı qala bilərsən. Get ərinə de ki, əgər o,
mənim qızıma Ģillə vurubsa, mən də onun arvadına Ģillə vurdum‖.
YağıĢ dayandı. VuruĢmaq istəyənlərin sayı artırdı. Fəhlələr bluzları altında barıt çəlləyi, bir
zənbil kuporos dolu ĢüĢə, iki-uç karnaval məĢəli, bir səbət çıraq gətirdilər; məĢəllər və Ģam
camları lap bu yaxında, mayın birində edilən ―kralın ad günü‖ Ģənliyindən qalmıĢdı. Deyirlər ki,
bu sursatı onlara Sent-Antuan civarında Pepen adlı bir dükançı vermiĢdi. ġanvreri küçəsində
bircə fənər vardı – onu, sonra Sen-Deni küçəsində, onunla üzbəüz olan baĢqa bir fənəri, ətraf
küçələrdə– Mondetur, Qu quĢu, Vaizlər, Böyük və Kiçik Sərsəri küçələrində olan bütün fənərləri
vurub sındırdılar.
Bütün iĢlərə Anjolras, Kombefer, Kurfeyrak rəhbərlik edirdi. Bir vaxtda iki barrikada qururdular;
barrikadalar ―Korinf‖ meyxanasında birləĢir, düzbucaq Ģəkil alırdı. Bunlardan böyüyü ġanvreri
küçəsini, o biri də, Qu quĢu küçəsi tərəfdən Mondetur küçəsini kəsirdi. Barrikadalardan kiçiyi
çox ensizdi, özü də ancaq çəlləkdən və qənbər daĢından qurulmuĢdu. Burada əlliyə qədər fəhlə
toplaĢmıĢdı: onlardan otuzunun tüfəngi vardı, bu tüfəngləri onlar yolda silah dükanına girərək,
zəhmli bir təsirlə ―borc‖ almıĢdılar.
Bu cur müxtəlif geyimli, müxtəlif silahlı insan yığınını təsəvvür etmək çətindir. Birisi iki süvari
qılıncı, iki yəhər tapançası ilə silahlanmıĢdı, əyninə də kurtka geymiĢdi. Bir baĢqası jilet
geymiĢdi, baĢına Ģlyapa qoymuĢdu, böyründə də barıt qabı vardı; bir ayrısı doqquz parça boz
kağızdan döĢlük taxmıĢdı, əlində də sərrac bizi tutmuĢdu – bu, onun silahı idi. Birisi çığıra-çığıra
deyirdi: ―Hamısını qıracağıq, özümüz də öz süngümüzdən öləcəyik! ―Bunun heç süngüsü də yox
idi. Bəzilərinin sürtuku üstündə portupeya və milli qvardiya patrondaĢı görünürdü; patrondaĢın
qapağı üstündə qırmızı yun iplə bu sözlər tikilmiĢdi: ―Ġctimai intizam‖. Burada legion nömrəli
çoxlu tüfəng vardı, Ģlyapa azdı, qalstuk heç yox idi, bir neçə nizə gözə çarpırdı, çoxlarının qolu
çırmalı idi. Buna müxtəlif yaĢlı, müxtəlif simalı adamları, solğunbənizli yeniyetmələri, gündə
yanmıĢ iskələ fəhlələrini də əlavə edin. Hamı tələsirdi, hamı bir-birinə kömək edərək,
müvəffəqiyyət qazanacaqlarına ümid edirdilər; deyirdilər ki, gecə saat üç radələrində bizə
köməyə gələcəklər; polklardan birinin köməyə gələcəyini nəzərə almaq olar; bütün Paris ayağa
qalxacaqdır. Bu sözlər dəhĢətli sözlərdi, bu sözlərdə könül Ģənliyi də vardı. Bu adamlar, elə bil
ki, bir-birinin qardaĢı idi, lakin onlar bir-birinin heç adını da bilmirdi. Böyük təhlükə ona görə
gözəldir ki, yad adamlar arasında qardaĢlıq əmələ gətirir.
Mətbəxdə ocaq yandırdılar: güllə tökmək üçün bütün dolçaları, qaĢıqları, çəngəlləri, meyxananın
qalaydan düzəldilən bütün ―gümüĢ‖ Ģeylərini əridib güllə tökməyə baĢladılar. Elə burada da
içirdilər. Masanın üstündə, Ģərab stəkanları arasında piston və iri qırma tökülmüĢdü. Bilyard
otağında HüĢlü xala, Matlota və Jiblota köhnə dəsmalları cırıb didirdilər, tiftik hazırlayırdılar,
qorxudan onların hərəsi bir cür dəyiĢmiĢdi: HüĢlü xala keyləĢərək, heç bir Ģey baĢa düĢmürdü.
Matlota pörtülmüĢdü, Jiblota, elə bil, yuxudan ayılmıĢdı. Onlara – saç-saqqal basmıĢ pələbığlı üç
qoçaq qiyamçı kömək edirdi; bu üç adam, alt paltar mağazasında iĢləyən xidmətçi kimi çox cəld
tərpənir, kətanı didib-dağıdırdılar.
TalaĢa küçəsinin tinində dəstəyə qoĢulanda Kurfeyrakın, Kombeferin və Anjolrasın gördüyü
ucaboylu adam balaca barrikadada iĢləyirdi; iĢə onun çox köməyi dəydi; QavroĢ böyük
barrikadada çalıĢırdı. Kurfeyrakı evində gözləyən və Mariusu soruĢan cavan oğlan, omnibus
çevriləndən bir az əvvəl çıxıb getmiĢdi.
QavroĢ böyük həvəslə, gülərüzlə iĢə giriĢmiĢdi; o, bütün iĢə təkan vermək vəzifəsini öz üzərinə
götürmüĢdü. Oyan-bu yana qaçır, yuxarı qalxır, aĢağı enir, sonra yenə yuxarı qalxırdı, səs-küy
salır, böyük bir fərəh duyurdu.
Sanki, o, bura hamıya ürək verməyə gəlmiĢdi. Buna onu vadar edən bir səbəb vardımı? Əlbəttə,
vardı: bu səbəb onun yoxsulluğu idi. Onun qanadı vardımı? Əlbəttə, vardı: bu qanad onun fərəhi
idi. O, sanki, bir qasırğa idi. Onu həmiĢə görürdülər, onun həmiĢə səsini eĢidirdilər. O, eyni
zamanda, hər yerdə olurdu, bununla da, elə bil, havanı özü ilə doldurmuĢdu. O, elə bil, hər yerdə
mövcud olan məxluqdu, bu vəziyyəti ilə də adamları az qalırdı acıqlandırsın: o, heç kəsi nəfəsini
dərməyə qoymurdu. Bu böyük barrikada onu öz zirvəsində hiss edirdi. O, bekar duranları rahat
qoymurdu, tənbəlləri hərəkətə gətirirdi, yorğunları həvəsləndirirdi, ağır tərpənənləri məzəmmət
edirdi, bəzilərini güldürürdü, bəzilərinə ilham verirdi, bəzilərini hirsləndirirdi. Hamını yerindən
tərpədirdi, tələbəni sancırdı, fəhləni acılayırdı; dayanırdı, otururdu, sonra yenə qalxıb o yan-bu
yana qaçırdı, sanki, bütün bu qatma-qarıĢıqlıq və iĢ üzərində uçurdu; birinin yanından o birinin
yanına atılırdı, arı kimi vızıldayırdı, səslənirdi, bütün qoĢqunu cana gətirirdi, o, nəhəng Ġnqilab
arabası yanında o yan-bu yana uçan xaliscə bir milçək idi.
Onun balaca əlləri iĢləməkdən yorulmurdu, balaca boğazı ara vermədən çığırırdı:
– Cəld olun! Yenə daĢ ver! Yenə çəllək ver! Yenə bir Ģey ver! Haradan tapasınız? Çınqıl dolu
səbəti bəri elə, bu deĢiyi tutaq! Sizin bu barrikada lap balacadır. O, gərək, böyüsün. Hər nə var at
ora, hər nə var tulla ora, hər nə var sox ora! Evi dağıdın! Barrikada – hər xırım-xırdadan düzələn
doğramacdır. Ora bax, orada ĢüĢəli qapı var!
ĠĢləyənlərdən biri ucadan dedi:
– ġüĢəli qapı! Ay qovuq, o nəyə lazımdır axı?
QavroĢ onu oddadı:
– Bir buna bax, özü, elə bil, pəhləvandır! ġüĢəli qapı barrikada üçün ən gözəl Ģeydir! O, hücuma
mane olmaz, barrikadanı tutmağa mane olar. Yoxsa siz heç alma oğurluğuna getməmisiniz, ĢüĢə
qırığı sancılan möhrədən aĢmamısınız? ġüĢəli qapı da elə, Milli qvardiya barrikadanın üstünə
qalxanda bu ĢüĢələr onların ayağındakı bütün döyənəkləri kəsəcək! Bilirsən, ĢüĢə ilə zarafat
olmaz! Eh, dostlar, siz çox Ģeyi baĢa düĢmürsünüz!
Bunu da demək lazımdır ki, bir Ģey onu lap dəli eləmiĢdi: tapançasının çaxmağı yox idi! O gah
bunun, gah da onun yanına gedir, silah tələb edirdi: ―Tüfəng verin mənə, tüfəng! Niyə mənə
tüfəng vermirlər?‖
Kombefer təəccüblə ona baxdı:
– Sənə tüfəng?
QavroĢ cinləndi:
– Bəli, mənə! Niyə mənə tüfəng verilməsin? Min səkkiz yüz otuzuncu ildə Onuncu Karlla
dalaĢanda tüfəngim vardı.
Anjolras çiyinlərini dartdı:
– KiĢilərin hamısının tüfəngi olanda uĢaqlara da tüfəng verilər.
QavroĢ təkəbbürlə ona sarı döndü:
– Səni məndən tez öldürsələr, tüfəngini mən götürəcəyəm.
Anjolras çığırdı:
– Sən uĢaqsan!
QavroĢ onun sözünü cavabsız qoymadı:
– Sən də bəbəsən!
ġıq geyimli bir adam yolunu azaraq küçənin sonunda dolaĢırdı; o, QavroĢun diqqətini cəlb etdi.
QavroĢ çığıraraq dedi:
– Cavan oğlan, gəlin bizim yanımıza! Bizim ana vətənimizlə necəsiniz? Yoxsa ona kömək etmək
istəmirsiniz?
ġıq geyimli adam tez gözdən itdi.
BEġĠNCĠ FƏSĠL.
Hazırlıq.
O zaman qəzetlər yazırdı ki, ġanvreri küçəsində olan barrikada ―zəbtedilməz bir istehkamdır‖,
özü də ikimərtəbəli ev hündürlüyündədir; əlbəttə, onlar səhv edirdi. Əslində, onun hündürlüyü
altı-yeddi fut olardı. Barrikadanı elə qurmuĢdular ki, vuruĢan adamlar istədikləri vaxt onun
arxasında gizlənər, ya da qalxaraq özlərini barrikadadan göstərərdilər, hətta lazım gəlsə, onun
üstünə qalxa bilərdilər: bunun üçün bir-biri üstə dörd sıra daĢ qoyulmuĢdu, bu da içəri tərəfdən
bir neçə pillə təĢkil edirdi. Barrikada daĢ yığınından, çəlləkdən qurulmuĢ, tirlə, taxta ilə
bərkidilmiĢdi; bu tirlərin, taxtaların bir ucu Anso arabasının, böyrü üstə çevrilmiĢ omnibusun
çarxlarına keçirilmiĢdi; baxanda deyərdin ki, onu ön tərəfdən zəbt etmək mümkün deyil.
Evin divarı ilə barrikadanın meyxanadan ən uzaq nöqtəsi arasında, adam keçə bilən bir deĢik
qoyulmuĢdu, bu qayda ilə barrikadadan çıxmağa yer vardı. Omnibusun diĢlərini dik qoyub
kəndirlə bağlamıĢdılar; bu diĢlərə bağlanmıĢ qırmızı bayraq barrikadanın üstündə dalğalanırdı.
Mondetur küçəsindəki balaca barrikada meyxananın dal tərəfində olduğundan nəzərə çarpmırdı.
Bir-biri ilə birləĢən bu iki barrikada xalis istehkam əmələ gətirirdi. Anjolras və Kurfeyrak
Mondetur küçəsinin o biri baĢında barrikada düzəltməyi lazım görmədilər; buradan Vaizlər
küçəsi vasitəsi ilə Mərkəzi bazara yol vardı; onlar küçənin o biri baĢını açıq qoymaqla, heç
Ģübhəsiz, xarici aləmlə əlaqə saxlamağı nəzərdə tutmuĢdular, həm də Vaizlər küçəsi təhlükəli və
çətin keçilən küçə idi, oradan hücum ediləcəyindən çox da qorxmurdular.
Folar öz hərbi dilində bu yola ―səngər dirsəyi‖ deyərdi. Meyxana barrikadaların iç tərəfində bir
dirsək kimi qabağa çıxırdı. Bu yol, həm də ġanvreri küçəsindəki dar deĢik nəzərə alınmasaydı,
barrikadanın iç tərəfi, hər tərəfdən bağlı, əyri bir çargül Ģəklini alırdı. Böyük barrikada ilə
küçənin dib tərəfindəki hündür evlər arasında iyirmi addımlıq bir məsafə vardı; barrikadanı arxa
tərəfdən bu evlər mühafizə edirdi. Bu evlərdə adam yaĢasa da, onların bütün qapı-pəncərəsi bağlı
idi.
Bütün iĢlər bir saatdan az bir vaxtda, əngəl-azarsız baĢa gəlmiĢdi; bu bir ovuc cəsarətli adam hələ
nə qvardiyaçının xəz papağına, nə də süngüyə rast gəlmiĢdi. Bəzən görürdün ki, bir burjua
qoçaqlıq edib hələ də Sen-Deni küçəsi ilə gedirdi, lakin o, ġanvreri küçəsinə baxaraq orada
barrikadanı görəndə addımlarını yeyinlədirdi.
Barrikadalar hazır olandan və bayraq vurulandan sonra meyxanadan bir masa gətirdilər,
Kurfeyrak elə o saat masanın üstünə çıxdı. Anjolras çargül bir qutu gətirdi, Kurfeyrak qutunu
açdı. Qutu patronla dolu idi. Patronu görəndə qiyamçıların ən igidləri arasında titrəmə əmələ
gəldi və bir anlığa sakitlik oldu.
Kurfeyrak gülümsəyə-gülümsəyə patronları payladı.
Hər adama otuz patron düĢdü. Qiyamçılardan çoxunun barıtı vardı; onlar özləri tökdüyü güllədən
istifadə edərək, yenə də patron düzəltməyə baĢladılar. Bir çəllək barıt qapının yanında, masanın
üstündə idi, ona əl vurmadılar, ehtiyat üçün saxladılar.
Bütün Parisə yayılan döyüĢ həyəcanı səsləri hələ yatmamıĢdı, axırda bu yeknəsəq bir səsə
çevrilərək, adamların diqqətini daha cəlb etmədi. Bu səs gah uzaqlaĢır, gah da yaxınlaĢırdı,
qəmgin bir uğultu ilə gah yüksəlir, gah da enirdi.
Qiyamçıların hamısı birdən, tələsmədən, böyük qürurla tüfənglərini, karabinlərini doldurdu.
Anjolras barrikadaların qabağında – birini ġanvreri, birini Vaizlər, birini də Kiçik Sərsəri
küçəsində üç keĢikçi qoydu.
Barrikadalar qurulub qurtarandan, yerlər təyin ediləndən, tüfənglər doldurulandan, keĢikçilər
qoyulandan sonra qiyamçılar bütün dünyadan ayrı düĢərək bu qorxunc, adamsız küçələrdə, heç
bir insan əlaməti duyulmayan, sanki, ölmüĢ evlər arasında, get-gedə artan qaranlıqda, faciəli və
dəhĢətli bir Ģeyin yaxınlaĢdığı hiss olunan zülmətdə, bu sükut içində qətiyyətlə, sakit və müsəlləh
bir halda hücumu gözləməyə baĢladılar.
ALTINCI FƏSĠL.
Ġntizar içində.
Bu intizar içində keçən vaxtda onlar nə edirdilər?
Bunu söyləmək lazımdır, çünki bu, tarixdə qalacaq.
Nə qədər ki, kiĢilər patron, arvadlar da tiftik hazırlayırdı, nə qədər ki, içi ərimiĢ qalay və
qurğuĢunla dolu olan, güllə tökmək üçün ayrılan iri qazan, odlu manqal üstündə tüstüləyirdi, nə
qədər ki, keĢikçilər, əllərində tüfəng, barrikadaların keĢiyini çəkirdi, heç bir Ģeylə diqqəti əsl
məsələdən yayınmayan Anjolras da keĢikçiləri müĢahidə edirdi – Kombefer, Kurfeyrak, Jan
Prüver, Feyi, Bossüe, Joli, Baorel və bir neçə baĢqa adam bir-birini axtarıb tapdılar, ən dinc
tələbəlik dostluğu günlərində olduğu kimi, bir yerə yığıĢdılar. Bu gözəl cavan oğlanlar
meyxananın istehkama çevrilən bir bucağında, qurduqları barrikadadan bir neçə addım kənarda,
doldurulmuĢ, döyüĢə hazırlanmıĢ karabinlərini stullarının arxasına söykəyərək, ölüm ayağında
aĢiqanə Ģeirlər oxuyurdular.
Hansı Ģeiri? O Ģeir budur:
Sənin yadındadır o gözəl əyyam.
Onda ki, baĢımız, beynimiz qandı.
Ömr dağdan enmir, dağa çıxırdı.
Paltar köhnəlsə də sevgi cavandı.
YaĢımı yaĢının üstə də gəlsək.
Qırxı haqlamazdı yenə sinnimiz.
Necə mehribandı, xoĢdu o guĢə.
Orada sərt qıĢa bahar dedik biz!
Yüksəklikdə idi onda Manyuel.
Parisdə bayramdı Ģanlı, müqəddəs.
Fua gurlayardı, o gündən bəri.
Bu korsaj sancağın əlimdən düĢməz.
Hamı əsirindi. Mən iĢsiz vəkil.
Pradoya nahara apardım səni.
Səni görən kimi xəcalətindən.
Güllər də qeyb etdi öz görkəmini.
Çiçəklər inlədi: ―Gözəldir, aman.
Dalğadır saçları, pənbədir üzü.
Göylər pərisimi, olubdur əyan.
Yoxsa qız Ģəklində baharın özü?‖.
Bəzən də qol-qola verib gəzərdik.
Bizə təbəssümlə baxardı hamı.
Qəribə olsa da iyunla, mayla.
Cüt gedərdi gülĢən aprel əyyamı.
Hər Ģey təzə idi, Ģirindi bizə.
Əsrarlı eĢq ilə etdik həsbhal.
Ağzımdan çıxmamıĢ bir kəlmə bəzən.
Sənin qəlbin cavab verərdi dərhal.
Kiçik bir mənzilim vardı Sarbonda.
Bir dəm xəyalımdan çıxmaz idin sən.
Sənin həsrətini vurğun könlümdə.
Tələbə evinə alıb getdim mən.
Ətir-ənbər saçan yeni guĢədə.
Hər gün oyzdardı Ģəfəqlər bizi.
Ayaq oynadardın corab geyəndə.
Yoxsul çardağımın ey eĢq ulduzu!
Platona pərəstiĢ edərdim onda.
MalbranĢ, Lamenni hökmdarımdı.
Çiçəklə gələndə sən Məryəm kimi.
Deyərdim husni-eĢq havadarımdı.
Ey çardaq! Qoynunda biz kahin kimi.
Bilirdik ürəyi etməyi qurban.
Səhər bir köynəkdə qalxıb yerindən.
Aynaya baxardın, gülərək hər an.
Heç unudarmıyam dan söküləndə.
HəmağuĢ dəmləri, andı, amanı.
Gülləri, lentləri, ağ tül paltarı.
EĢqin o sehrikar pozuq lisanı...
Olardı bağçamız gül dibçəkləri.
NimdaĢ tumanın da pəncərə toru.
Mən sadə fincana qane olaraq.
Sənə gətirərdim yapon fəğfuru.
Nəhayət, gülüĢlə bitdi faciə.
Ġtdi ya bürüncək, yandı ya qolçaq.
Satdıq ġekspirin Ģəklini bir gün.
Nahar etmək üçün pulsuz qalaraq.
Hər gün bir səadət məst etdi bizi.
Yeni hesab açdım – öpüĢ yüz oldu.
GülüĢə-gülüĢə Ģabalıd yedik.
Nəhəng Dante bizim kürsümüz oldu.
Ġlk dəfə fürsəti fotə verməyib.
Busə götürəndə sənin üzündən.
Qaçdın qızararaq həyəcanından.
Ağardım, göylərdən pənah dedim mən.
Sənin yadındadır o nəĢə, o qəm.
CırılmıĢ ləçək də xatırında var.
ġirin istəyimiz, əməllərimiz.
KeçmiĢ eĢq aləmi yadındamı, yar?
Vaxt, yer, təsəvvürdə canlanan gənclik xatirələri, göydə çıxan tək-tək ulduz, boĢ küçələrin qəbir
sükutu, baĢ verəcək hadisənin labüdlüyü, alaqaranlıqda, astadan oxunan bu Ģeirə – qəlbi
həyəcana gətirən bir füsunkarlıq verirdi; Ģeiri Jan Prüver oxuyurdu; o, incə bir Ģairdi, biz bunu
əvvəllər də demiĢdik.
Bu arada kiçik barrikadada çıraq, böyük barrikadada yağ məĢəli yandırdılar; bu, pəhriz
bayramında, maskarad paltarı geymiĢ adamları Kurtilə aparan arabaların qabağında yandırılan
yağ məĢəllərindən biri idi. Biz bilirik ki, bu məĢəllər Sent-Antuan civarından gətirilmiĢdi.
DaĢları üst-üstə qoyaraq qəfəs kimi bir yer düzəldilmiĢdi; məĢəli, küləkdən qorumaq üçün, üç
tərəfdən örtülü olan bu ―qəfəsin‖ içinə qoymuĢdular; elə də qoymuĢdular ki, onun bütün iĢığı
bayrağın üstünə düĢürdü. Küçə və barrikada qaranlıqda qalırdı, ancaq qırmızı bayraq görünürdü;
o, elə bil ki, iĢığı ancaq yuxarıdan görünən iri bir fənərlə qorxunc Ģəkildə iĢıqlandırılırdı.
ĠĢıq tünd-qırmızı bayrağı məĢum bir qan rənginə boyayırdı.
YEDDĠNCĠ FƏSĠL.
TalaĢa küçəsindən göndərilən adam.
Hava lap qaralmıĢdı, amma heç bir Ģey dəyiĢməmiĢdi. Yalnız boğuq bir uğultu, bəzən də tüfəng
səsi eĢidilirdi: tüfəng çox az-az, həm də çox uzaqda atılırdı. VuruĢmanın bu qədər ara verməsi
göstərirdi ki, hökumət öz qüvvəsini toplayır. Barrikadada əlli adam altmıĢ min adamı gözləyirdi.
Anjolrasın səbri tükənmiĢdi: təhlükəli hadisələr qarĢısında qəvi ruhlu adamlar belə bir səbirsizlik
hiss edirlər. O, QavroĢun dalınca getdi. QavroĢ aĢağı zalda, iki Ģam iĢığında patron hazırlamaqla
məĢğuldu: Ģamların iĢığı yaxĢı düĢmürdü, çünki ehtiyat edərək onları piĢtaxtanın üstünə
qoymuĢdular, masaların üstünə barıt tökülmüĢdü. Bu iki Ģamdan küçəyə zərrə qədər də iĢıq
düĢmürdü. Qiyamçılar həm də yuxarı mərtəbədə iĢıq yandırılmasına yol vermirdilər.
Anjolras QavroĢun dalınca gedəndə QavroĢ ancaq öz patronları ilə deyil, baĢqa Ģeylə də
məĢğuldu.
Bu zaman TalaĢa küçəsindən aĢağı mərtəbəyə bir adam girib, ən az Ģıq düĢən masanın yanında
oturdu. Onun silahı iri kalibrli əsgər tüfəngi idi; tüfəngi o, qıçlarının arasına qoymuĢdu.
QavroĢun baĢı bir çox ―maraqlı‖ Ģeylərə qarıĢmıĢdı, bu adama əvvəl bir o qədər fikir vermədi.
O adam içəri girəndə QavroĢ fərəhlə onun tüfənginə baxdı və qeyri-ixtiyari olaraq ona göz
qoydu; o, oturandan sonra QavroĢ yenə də öz yerindən cəld qalxdı. TalaĢa küçəsindən gələn
adama zala girməmiĢdən əvvəl baxan olsaydı, görərdi ki, o, barrikadada və qiyamçılar dəstəsində
gedən bütün iĢlərə diqqətlə fikir verir; lakin o, zala girən kimi fikrə daldı, elə bil ki, daha heç bir
Ģey görmürdü. QavroĢ bu fikrə dalan adamın yanına getdi, pəncəsi üstə onun ətrafında
hərlənməyə baĢladı, yatan bir adamı oyatmamaq üçün belə səssizcə gəzirlər. Onun həm cəsarət
və düĢüncə, həm yüngülməcazlıq və ciddiyyət, həm sevinc və kədər ifada olunan üzündə
müxtəlif mənalı qırıĢıqlar görünürdü, o, qoca kimi üz-gözünü turĢudurdu, bu üz turĢutmanın
mənası bu idi: ―BoĢ Ģeydir! Ola bilməz! Mənim gözümə göründü! Bu o deyilmi... Yox, o deyil!
Əlbəttə, odur! Yox, əĢi! Yox!‖ və sairə... QavroĢ pəncəsi üstə səndirləyirdi, əllərini cibində
sıxırdı, quĢ kimi boynunu uzadırdı, alt dodağını qabardırdı: bu, onun bütün biliyini iĢə saldığını
göstərirdi. O, həm fikirli idi, həm mütərəddiddi, həm öz-özünə inanmırdı, həm inanırdı, həm də
heyrət edirdi. Onun üz-gözünü qırıĢdırması – qullar bazarında yekəpər, kök arvadlar içərisində
Məhəbbət ilahəsini axtaran hərəm ağasını, ya da bir sıra pis Ģəkillər içində Rafaelin Ģəklini
tanıyan sənət ustasını xatırladırdı. Onun varlığında hər Ģey hərəkətə gəlmiĢdi. Aydın görünürdü
ki, mühüm bir Ģey kəĢf etmiĢdir.
DüĢüncəsinin lap Ģiddətli vaxtında Anjolras ona yaxınlaĢdı:
– Sən balacasan, səni görməzlər. Barrikadadan kənara çıx, evlərin həndəvərində dolaĢ, bir az
küçələrdə gəz, sonra gəlib gördüklərini mənə de.
QavroĢ Ģax dayandı.
– Deməli, balacalar da bir Ģeyə yarayır! Çox gözəl, gedim. Hələlik balacalara inanın, böyüklərə
inanmayın...
Sonra o, baĢını qaldırdı, TalaĢa küçəsindən gələn adamı göstərərək, astadan dedi:
– Siz bu zırpını yaxĢı görürsünüz?
– Necə?
– O, casusdur.
– Sən dəqiq bilirsən?
– Ġki həftə olmaz ki, o, mənim qulağımdan yapıĢıb Kral körpüsü karnizindən çıxartdı: orada mən
təmiz havada oturmuĢdum.
Anjolras tez kənara çəkildi, bura gələn liman fəhləsinə pıçıldayaraq bir neçə söz dedi. Fəhlə tez
zaldan çıxdı, tez də qayıtdı, özü ilə də üç adam gətirdi. TalaĢa küçəsindən gələn adam masaya
dirsəklənərək oturmuĢdu. Dörd nəfər enlikürəkli fəhlə yavaĢca gəlib onun arxasında durdu, onlar
bu adamın üstünə atılmağa hazırdı.
Anjolras yaxınlaĢıb ondan soruĢdu:
– Siz kimsiniz?
O adam heç gözlənilmədiyi halda verilən sualı eĢidəndə diksindi, Anjolrasın aydın gözlərinə
diqqətlə baxdı, sanki, bu gözlərin dərinliyində onun fikrini oxuyaraq gülümsədi: bu təbəssümdə
elə bir həqarət, cəsarət və qətiyyət ifadə olunurdu ki, bundan daha artıq həqarət, cəsarət və
qətiyyət təsəvvür etmək mümkün deyildi; o, təĢəxxüslə və lovğa-lovğa dedi:
– Mən görürəm ki... Elədir ki, var!
– Siz casussunuz!
– Mən hökumət nümayəndəsiyəm.
– Adınız nədir?
– Javer.
Anjolras dörd fəhləyə iĢarə elədi. Javer üzünü çevirənə kimi, onu bir anda yaxalayıb yerə
yıxdılar, əl-qolunu bağladılar, üst-baĢını axtardılar.
Onun cibindən iki ĢüĢə arasına qoyulmuĢ, üstündə Fransa gerbi olan balaca, girdə, qalın bir
kağız tapdılar; kağızın bir üzündə, gerbin ətrafında ―Nəzarət və Sayıqlıq‖, o biri üzündə ―Javer,
polis nəzarətçisi, əlli iki yaĢ‖ sözləri yazılmıĢdı, altından da o zamanın polis prefekti Jiskenin
imzası vardı.
Bundan baĢqa, onun cibindən bir saat, bir də pul kisəsi tapdılar; pul kisəsində bir neçə qızıl vardı.
Pul kisəsini, saatı onun özünə qaytardılar. Saatın altında, jilet cibinin lap dibində bir Ģey əllərinə
toxundu, çıxarıb baxdılar: bu, konvertə qoyulmuĢ bir kağız idi. Kağızı açdılar; Anjolras kağızda
dörd xətt söz oxudu; bu sözlər də həmin polis prefektinin əli ilə yazılmıĢdı:
―Polis nəzarətçisi Javer öz siyasi vəzifəsini yerinə yetirdikdən sonra – Senanın sağ sahili
yamacında, Ġyen körpüsü yanında bədəfkarların, doğrudan da, izinin görünüb-görünməməsini
xüsusi bir axtarıĢla müəyyənləĢdirməlidir‖.
Javeri, üst-baĢını axtardıqdan sonra, ayağa qaldırdılar, qollarını arxasında burub, aĢağı zalın
ortasında duran, üstündə aĢxananın adı yazılan, hamının tanıdığı dirəyə bağladılar.
QavroĢ da durub, Javerin üst-baĢının axtarılmasına, dirəyə bağlanılmasına baxırdı; o dinib-
danıĢmadan, baĢını tərpədərək bu Ģeylərlə razı olduğunu bildirdi, sonra Javerə yaxınlaĢıb dedi:
– Budur, siçan piĢiyi tutdu.
Bu iĢ elə tez yerinə yetirildi ki, meyxana qabağına toplaĢan adamlar bundan xəbər tutanda
məsələ artıq bitmiĢdi. Javer bircə dəfə də çığırmadı. Kurfeyrak, Bossüe, Joli, Kombefer, böyük
və kiçik barrikadada olan qiyamçılar Javerin dirəyə sarındığını eĢidərək, tez aĢağı zala gəldilər.
Javeri dirəyə elə sarımıĢdılar ki, heç qımıldana da bilmirdi; o, heç ömründə yalan deməyən bir
adam sakitliyi ilə qorxmadan baĢını qaldırdı.
Anjolras:
– Bu, casusdur, – dedi.
Sonra Javerə dönərək əlavə etdi:
– Barrikada alınandan on dəqiqə qabaq sizi güllələyəcəklər.
Javer təkəbbürlə soruĢdu:
– Bəs indi niyə güllələmirlər?
– Biz barıta qənaət edirik.
– Onda bıçaqla məni öldürün.
Anjolras, bu qəĢəng oğlan, ona belə cavab verdi:
– Casus, biz hakimik, qatil deyilik.
Sonra o, QavroĢu çağırdı:
– Ġndi sən öz iĢinin dalınca get! Sənə dediyimi yerinə yetir.
QavroĢ ucadan:
– Gedirəm! – dedi.
Qapı ağzında bir anlığa dayandı:
– Qoy bu baĢdan deyim, onun tüfəngini siz mənə verəcəksiniz, – sonra da əlavə etdi: – Mən
musiqiçini sizə verirəm, amma onun klarneti mənim olacaq.
QavroĢ hərbi qayda ilə təzim edərək, Ģən bir halda böyük bar rikadanın deĢiyindən siviĢib getdi.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Bəlkə də, adı heç Kabük olmayan bir adam haqqında
bir neçə sual iĢarəsi.
QavroĢ gedən kimi baĢ verən epik, həm də dəhĢətli bir hadisəni qeyd etməsəydik, bəhs etdiyimiz
facianə təsvir tamam olmazdı, oxucu da inqilabın doğulduğu bu böyük dəqiqələrin, əzab və
iztirab dolu yüksək ictimai səylərin bütün ciddiyyətini və həyati ifadəsini görə bilməzdi.
Ġnsan yığını da qar yığını kimi bir Ģeydir: yuvarlanan qar topası necə böyüyürsə, bu da
irəlilədikcə hay-küylü insan kütləsi Ģəklində böyüyür; bu kütlə içərisində kimin haradan gəldiyini
soruĢmurlar. Anjolrasın, Kombeferin, Kurfeyrakın baĢçılıq etdiyi insan yığınına yolda çox adam
qoĢulurdu, bunların içərisində hambal kurtkası geymiĢ bir adam vardı; kurtkanın kürəyi
yırtılmıĢdı. O, əllərini yelləyirdi, bağırırdı, özü də davakar əyyaĢa oxĢayırdı. Özünü Kabük
adlandıran, ya özünə belə bir ad verən bu adam bərk sərxoĢdu, ya da özünü sərxoĢluğa
qoymuĢdu: o bir neçə qiyamçı ilə masanın arxasında oturmuĢdu; masanı onlar meyxanadan
çıxartmıĢdılar; ―onu tanıyırıq‖ deyənlər də, əslində, onu heç tanımırdı. Kim içmək istəmirdisə,
bu Kabük deyilən adam onu zorla içirtməyə çalıĢırdı, eyni zamanda, o, elə bil ki, barrikadaların
sonunda olan beĢmərtəbəli böyük bir evə diqqətlə baxırdı; bu ev bütün küçədən görünürdü, üzü
də Sen-Deni küçəsinə tərəf idi. Birdən o çığırdı:
– YoldaĢlar, bilirsiniz nə var? Bax, biz gərək o evdən güllə ataq. Biz orada pəncərələrin yanında
gizlənib tüfəng atsaq, görüm küçədən kim keçə bilər! Heç kəs keçə bilməz.
Onunla Ģərab içənlərdən biri dedi:
– O evin qapısı axı bağlıdır.
– Deyərik, açarlar.
– Açmazlar.
– Qapını sındırarıq!
Kabük bunu deyib qapıya sarı yüyürdü, qapının yanından iri bir çəkic asılmıĢdı, qapını döyməyə
baĢladı. Qapı açılmadı. Bir də döydü. Cavab verən olmadı. Yenə döydü. Ġçəridən səs çıxmadı.
O çığırdı:
– Burada adam varmı?
Heç bir həyat əlaməti görünmədi.
Kabük tüfənginin qundağı ilə qapını döyməyə baĢladı. Bu, bütün palıddan düzəldilmiĢ tağlı,
alçaq, ensiz, möhkəm, dəmir qurĢaqlı, iç tərəfdən dəmir təbəqəyə tutulmuĢ qədim bir qapı idi,
bu, xalis bir gizlin qala qapısı idi. Ev zərbədən titrədi, qapı açılmadı.
Görünür, evdə yaĢayanlar bundan təĢviĢə düĢmüĢdülər; nəhayət, üçüncü mərtəbədə iĢıq göründü,
balaca çargül taxtapuĢ pəncərəsi açıldı. Pəncərədə bir Ģam və ağsaçlı, qoca qapıçının üzü
göründü: onun nurani üzündə qorxu əlaməti vardı.
Kabük daha qapını döymədi.
Qapıçı soruĢdu:
– Ağalar, sizə nə lazımdır?
Kabük:
– Aç qapını, – deyə tələb etdi.
– Ağalar bu, mümkün deyil.
– Bu saat aç.
– Ağalar, olmaz.
Kabük qapıçını niĢan aldı; o aĢağıda idi, hava da bərk qaranlıqdı, buna görə də qapıçı onu
görmədi.
– Qapını açırsanmı? Ya hə de, ya yox!
– Yox, ağalar!
– Deyirsən, yox?
– Mən deyirəm yox, hörmətli...
Qapıçı sözünü qurtara bilmədi. Tüfəng açıldı. Güllə onun çənəsinin altından dəyib təpəsindən
çıxdı. Qoca elə o saat yerə sərildi, heç səsi də çıxmadı. ġam yerə düĢüb söndü; pəncərə qırağında
hərəkətsiz qalan baĢdan, taxtapuĢa qalxan ağımtıl tüstüdən baĢqa daha heç bir Ģey görünmədi.
Kabük:
– Belə!–deyərək, tüfəngin qundağını yerə qoydu.
Bu sözü o təzəcə demiĢdi ki, bir əlin çiyninə toxunduğunu hiss etdi: bu əl qartal qüvvəsi ilə onun
çiynindən yapıĢdı: o, bir səs eĢitdi:
– Diz çök!
Qatil dönüb baxdı, Anjolrasın rəngi qaçmıĢ sərt üzünü gördü. Anjolrasın əlində tapança vardı.
O, tüfəng səsinə gəlmiĢdi.
Anjolras sol əli ilə Kabükün bluzasının və köynəyinin yaxasından, aĢırmasından yapıĢdı.
Bir də dedi:
– Diz çök!|
Ġyirmi yaĢlı, zərif bir oğlan amiranə bir hərəkətlə – ortaboylu, sağlambədənli, qüvvətli bir iskələ
hambalını nazik bir qarğı kimi əyərək palçığın içində diz çökdürdü. Kabük müqavimət
göstərmək istədi, lakin bundan bir Ģey çıxmadı: sanki, onu fövqəladə qüvvətə malik olan bir əl
yaxalamıĢdı.
Anjolrasın rəngi qaçmıĢ, saçı dağılmıĢ, yaxası açılmıĢdı, onun üzü qız üzünə oxĢayırdı, bu anda
o qədim yunan Femidasını xatırladırdı; geniĢlənən burun pərləri, yerə baxan gözləri onun
yandan yunan sifətinə oxĢayan ciddi üzünə yenilməz bir qəzəb və saflıq ifadəsi verirdi - qədim
zamanda ədalət belə bir ifadə ilə təsəvvür edilirdi.
Barrikadalardan yüyürüb gələn adamlar kənarda durmuĢdu; onlar – indicə görəcəkləri hadisədən
qabaq bircə kəlmə də söz söyləməyin mümkün olmadığını hiss edirdilər.
Məğlub olmuĢ Kabük daha müqavimət göstərmirdi, onun bütün bədəni əsirdi. Anjolras onun
yaxasını buraxıb saatını çıxartdı:
– Bütün qüvvəni topla, – dedi. – Dua elə, ya fikirləĢ. Bir dəqiqə vaxtın qalmıĢdır.
Qatil dili tutula-tutula dedi:
– Aman verin! – Sonra o, baĢını aĢağı saldı, donquldana-donquldana bir neçə söyüĢ söydü, onun
sözlərini baĢa düĢmək olmurdu.
Anjolras saatın əqrəbindən gözünü çəkmirdi, bir dəqiqə keçəndən sonra saatı cibinə qoydu.
Sonra Kabükün saçından yapıĢıb tapançanın lüləsini onun qulağına yaxınlaĢdırdı. Kabük
qovrula-qovrula zarıldayır, Anjolrasın qıçlarına sıxılırdı. Ən təhlükəli, ən qorxulu iĢlərə sakitcə
gedən bu cəsarətli adamlardan çoxu üzünü yana çevirdi.
Tapança açıldı, qatil üzüüstə daĢ yola sərildi, Anjolras da gəldi, hamıya qəti və ciddi bir nəzərlə
baxdı.
Sonra meyiti ayağı ilə itələyərək dedi:
– Atın bunu bayıra!
Üç adam, hələ də can verə-verə çapalayan əclafı yerdən qaldırdı, onu kiçik barrikadanın
üstündən Mondetur küçəsinə atdı.
Anjolras durub düĢünürdü. Onun qəzəb və sakitlik ifadə olunan üzünə yavaĢ-yavaĢ qəmginlik və
əzəmət çökürdü. Birdən o danıĢmağa baĢladı. Hamı susdu:
– VətəndaĢlar, bu adamın tutduğu iĢ alçaq iĢdi, mənim tutduğum iĢ də dəhĢətli iĢdir. O, adam
öldürdü, buna görə də mən onu öldürdüm. Mən gərək belə eləyəydim, çünki üsyanın da öz
nizam-intizamı olmalıdır. Burada adam öldürmək baĢqa yerdə adam öldürməkdən daha böyük
bir cinayətdir: inqilab bizə baxır, biz Respublikanın kahiniyik, biz vəzifənin müqəddəs
qurbanıyıq, biz baĢqalarına yol verməməliyik ki, bizim mübarizəyə böhtan atsın. Buna görə də
mən bu adam haqqında hökm çıxartdım, onu ölümə məhkum etdim. Gördüyüm iĢə nifrət etsəm
də, mən bunu eləməyə məcbur idim, bunu eləməklə mən öz haqqımda da hökm çıxartdım. Bu
hökmün nədən ibarət olduğunu siz tez bir vaxtda görəcəksiniz.
Anjolrasa qulaq asanlar sarsıldı.
Kombefer çığıraraq dedi:
– Biz də sənin kimi edəcəyik.
Anjolras.
– Qoy elə olsun, – dedi. – Bir söz də demək istəyirəm. Bu adamı edam etməklə mən zərurətə
tabe oldum, lakin zərurət köhnə dünyanın əjdahasıdır. Köhnə dünyada zərurətə Qəza-Qədər
deyirlər, Tərəqqinin qanunu bundan ibarətdir ki, əjdaha mələklərin qarĢısında pamal olur, Qəza-
Qədər isə QardaĢlıq qarĢısında məhv olur. Ġndi ―sevgi‖ sözünü söyləməyin vaxtı deyil. Amma
mən bu sözü söyləyirəm, mən bu sözü mədh edirəm. Sevgi, gələcək sənindir! Ölüm, mən sənə
müraciət etdim, amma mən sənə nifrət edirəm! VətəndaĢlar, gələcəkdə nə zülmət olacaq, nə
gözlənilməz sarsıntılar, nə amansız cəhalət, nə qanlı qisaslar! Daha nə Ġblis olacaq, nə baĢ mələk
Mikayıl! Gələcəkdə heç kəs heç kəsi öldürməyəcək, yer üzü iĢıq saçacaq, insan övladı bir-birini
sevəcək! VətəndaĢlar, o gün gələcək, elə bir gün ki, hər Ģeydə razılıq, ahəng, iĢıq, sevinc və
həyat olacaq, o gün gələcək! O günün gəlməsi üçün biz ölümə gedirik!
Anjolras susdu. Onun gözəl sözlər söyləyən ağzı yumuldu, o, qan tökdüyü yerdə mərmər heykəl
kimi hərəkətsiz durmuĢdu. Onun donuq baxıĢları orada olanları astadan danıĢmağa məcbur
edirdi.
Jan Prüverlə Kombefer dinməz-söyləməz bir-birinin əlini sıxır, barrikadanın küncündə bir-birinə
söykənərək, həm cəllad, həm də kahin, həm büllur kimi parlaq, həm də qaya kimi möhkəm olan
bu gəncin ciddi üzünə iftixarla baxır, həm də ona hayıfları gəlirdi.
Bir Ģeyi də elə burada deməliyəm: vuruĢmadan sonra ölüləri meyitxanaya aparıb üst-baĢlarını
axtaranda Kabükün cibindən polis agenti vəsiqəsi tapılmıĢdı. Bu kitabın müəllifi 1848-ci ildə
xüsusi bir kağız görmüĢdü: bu, 1832-ci ildə Kabük haqqında polis prefektinə verilən məlumatdı.
Bunu da əlavə etməliyik: polis idarəsində qəribə, amma, görünür, əsaslı bir məlumat da vardı. Bu
məlumata görə, Kabük GecəquĢu imiĢ. Hər halda, Kabük öləndən sonra GecəquĢu haqqında heç
kəs heç bir Ģey eĢitmədi. GecəquĢu heç bir iz buraxmadan yox olub getdi, sanki, o, qeyb oldu.
Onun həyatı qaranlıqdı, sonu da zülmət oldu.
Bütün qiyamçılar hələ də belə tez tədqiq edilən, tez də qurtaran facianə bir məhkəmə hökmünün
təsiri altında idi ki, Kurfeyrak barrikadanın üstündə yenə də ortaboylu cavan bir oğlan gördü: bu
adam səhər ondan Mariusu soruĢmuĢdu.
Üzdən cəsarətli və qayğısız adama oxĢayan bu gənc hava qaralandan sonra yenə də qiyamçılara
qoĢulmağa gəlmiĢdi.
BĠRĠNCĠ FƏSĠL.
Plüme küçəsindən Sen-Deni məhəlləsinə kimi.
QaĢ qaralanda Mariusu ġanvreri küçəsindəki barrikadaya çağıran səs ona taleyin səsi kimi
göründü. O ölmək istəyirdi; indi bunun üçün ona imkan verilirdi; o, sərdabənin qapısını döyürdü,
bir əl qaranlıqda uzanaraq ona sərdabənin açarını verirdi. Ümidsizlik zülmətində açılan mənhus
yol həmiĢə adamı özünə cəzb edir. Marius hasarın dəmir çubuğunu yenə də kənara çəkdi, bunu
o dəfələrlə etmiĢdi – bağdan çıxıb dedi: ―Gedək!‖
O, dərddən ağlını itirmiĢdi, qəti bir qərar qəbul etmək iqtidarında deyildi; iki aylıq gənclik və
sevgi məstliyindən sonra ta-leyin ona verdiyi təkliflərin heç biri ilə daha razılaĢa bilmirdi;
ümidsizliyin doğurduğu ən ağır fikirlər onu çulğamıĢdı, belə bir vəziyyətdə o, ancaq bir Ģey
istəyirdi - həyatını tez bitirsin.
O, yeyin-yeyin gedirdi. Javerin tapançaları onda idi, o, silahlı idi.
Onun ötəri gördüyü cavan oğlan küçənin tinində gözdən itdi.
Marius bulvarla gedərək, Plüme küçəsindən çıxdı, Esplanadanı, Əlillər körpüsünü, Yelisey
çölünü, XV Lüdovik meydanını keçdi, gəlib Rivoli küçəsinə çatdı. Burada mağazalar açıqdı,
kəmərtağ sırası altında qaz yanırdı, qadınlar dükanlardan Ģey alırdı, ―Leter‖ kafesində dondurma,
ingilis qənnadı dükanında qutab yeyirdilər. Bir neçə poçt karetası ―Prens‖ və ―Meris‖
mehmanxanası həyətindən çıxaraq, sürətlə ötüb keçdi.
Marius Delori pasajından keçərək Sent-Onore küçəsinə çıxdı. Burada dükanlar bağlı idi,
alverçilər yarıaçılmıĢ qapı qabağında söhbət edirdilər, adamlar səki ilə o yan-bu yana gedirdi.
Fənərlər yanırdı, ikinci mərtəbədən baĢlayaraq, həmiĢəki kimi, bütün pəncərələrdən iĢıq gəlirdi.
Pale-Royal meydanında süvari hissəsi dururdu.
Marius Sent-Onore küçəsi ilə getdi. O, Pale-Royal meydanından uzaqlaĢdıqca iĢıqlı pəncərələr
azalırdı; dükan qapıları kip bağlanmıĢdı, evlərin qabağında heç kəs söhbət etmirdi, küçələr
getdikcə qaranlıqlaĢırdı, insan yığını daha izdihamlı olurdu, çünki yolla gedən adamlar indi bir
yerə toplaĢırdı. Bu insan yığını içərisində, elə bil ki, heç kəs bircə kəlmə də söz söyləmirdi,
amma oradan boğuq, asta bir uğultu gəlirdi.
Arbr-Sek fəvvarəsinə gedən yolda qaĢqabaqlı adam ―yığınına‖ rast gəlmək olurdu. Yolla gedən
camaat içərisində bu hərəkətsiz ―yığınlar‖ – axar su içərisində olan daĢları xatırladırdı.
Pruver küçəsinə girən yerdə izdiham daha hərəkət etmirdi; bu, bir yerə yığıĢan adamlardan əmələ
gələn – sarsılmaz, nüfuzedilməz, zəhmli, möhkəm bir qayaya oxĢayırdı; burada adamlar bir-biri
ilə yavaĢca söhbət edirdi. Burada sürtuk ya girdə Ģlyapa çox az-az nəzərə çarpırdı, hər yerdə
ancaq fəhlə çuxası, fəhlə bluzası, fəhlə furajkası, pırpızlaĢmıĢ saç, torpaq rəngli sifətlər
görünürdü. Bütün bu insan yığını axĢam qaranlığı içində tutqun bir halda tərpəĢirdi. Onların
boğuq danıĢığında coĢqun ehtirasların xırıltılı əks-sədası duyulurdu. Heç kəs yerindən
tərpənmirdi, lakin onlar ayaqlarını palçıq içində götürüb qoyur və bunun səsi eĢidilirdi. Bu insan
kütləsinin o tərəfində, Rul və Pruver küçəsində, Sent-Onore küçəsinin sonunda Ģam iĢığı gələn
bircə pəncərə də yox idi. Yalnız küçə boyu zəncir kimi uzanıb gedən fənərlər görünürdü, onların
iĢığı get-gedə lap azalırdı. O, zamanın fənərləri kəndirdən asılan iri, qırmızı ulduza oxĢayırdı: bu
fənərlərdən daĢ yola – iri hörümçəyəbənzər kölgə düĢürdü. Küçələr boĢ deyildi: bu küçələrdə –
baĢ-baĢa qoyulmuĢ tüfəng tərpənən süngü və qoĢun hissələri nəzərə çarpırdı. Bu hadisə ilə
maraqlanan adamlardan heç kəs bu sərhədi keçmirdi. Burada hərəkət dayanırdı. Burada insan
yığını qurtarır, ordu baĢlanırdı.
Marius ora – ümidini itirən bir adam inadı ilə gedirdi. Onu çağırıblar, o gərək gedəydi. O, insan
yığını və qoĢun hissələri arasından bir təhər keçə bildi, patrulların və keĢikçilərin gözündən
yayındı. Dolamac yolla gəlib Betizi küçəsinə çıxdı, oradan da bazara sarı yönəldi. Burdone
küçəsi tinində daha fənər yox idi.
O, insan yığını olan yerdən, qoĢun sərhədindən keçdi, dəhĢətli bir vəziyyətlə qarĢılaĢdı: burada
nə bir adam, nə bir əsgər, nə bir iĢıq parıltısı vardı: heç kəs yox idi; heç bir səs eĢidilmirdi;
qaranlıqdı, soyuq adamın iliyinə iĢləyirdi. Belə bir küçəyə girmək – zirzəmiyə girmək kimi bir
Ģeydi.
O, yoluna davam etdi.
Bir neçə addım atdı. Kim isə yüyürə-yüyürə onun yanından keçdi. Bu kim idi? KiĢi idimi?
Qadındımı? Onlar bir neçə nəfər idimi? O bunu deyə bilməzdi. Kölgə ötüb yox oldu. O,
dövrələmə yolla gəlib bir dalana çıxdı, elə zənn etdi ki, bu, Dulusxana küçəsidir; küçənin
ortasında bir Ģeyə toxundu. Əlini qabağa uzadıb yoxladı: bu, böyrü üstə çevrilmiĢ balaca bir
araba idi; ayağı altında gölməçə, çuxur, ora-bura atılmıĢ, bir yerə yığılmıĢ qənbər daĢı olduğunu
hiss etdi. Burada barrikada qurulmağa baĢlanmıĢdı, lakin qurulub qurtarmamıĢdı. O, bir yığın daĢ
üstündən o biri tərəfə keçdi, lap küçə tumbalarının yanı ilə getməyə baĢladı; yolu evlərin divarına
görə təyin edirdi. Ona elə gəldi ki, barrikadadan bir az kənarda bir Ģey ağarır, o yaxınlaĢdıqca bu
ağ Ģey müəyyən bir Ģəkil aldı. Bu – səhər Bossüenin omnibusdan açdığı iki ağ at idi. Onlar bütün
günü küçələri dolaĢmıĢ, axırda gəlib, heyvanlara xas olan Ģüursuz bir səbirlə burada dayanmıĢdı:
insan qəza-qədərin gərdiĢini nə qədər baĢa düĢürsə, heyvan da insanın iĢini bir o qədər baĢa
düĢür.
Marius atların yanından keçdi. Ġctimai müqavilə küçəsi zənn etdiyi küçəyə yaxınlaĢanda
haradansa tüfəng atıldı, güllə onun lap yanından vıyıldayıb keçdi, baĢı üstündə, dəllək dükanı
qabağından asılmıĢ mis tasa dəydi. Hələ 1846-cı ildə Ġctimai müqavilə küçəsində, bazar sütunları
tinində güllə deĢmiĢ bu dəllək tasını görmək olardı.
Tüfəngin atılması, hər halda, həyat əlaməti idi. Ancaq bundan sonra daha heç bir Ģey olmadı.
Mariusun gəldiyi yol – qaranlıq pillələrlə enməyə bənzəyirdi. Bununla belə, o, yenə də irəliyə
doğru gedirdi.
ĠKĠNCĠ FƏSĠL.
Paris bayquĢ gözü ilə.
Yarasa ya bayquĢ kimi qanadlı bir məxluq bu zaman Parisin üstündə uçsaydı, qorxunc bir
mənzərə görərdi.
Mərkəzi bazarın bütün köhnə məhəlləsi bu qanadlı məxluqun nəzərində Parisin lap mərkəzində
qazılan nəhəng qara bir çuxur kimi canlanardı; Mərkəzi bazar Ģəhər içində Ģəhər kimi bir yerdi:
Sen-Deni və Sen-Marten küçələri, hədsiz-hesabsız dalanlar, xırda küçələr burada bir-birini kəsib-
keçirdi; qiyamçılar buranı istinad nöqtəsinə və istehkama çevirmiĢdi. O bayquĢ qanadlı
məxluqun gözləri burada girdaba qərq olardı. Fənərlər sındırılmıĢ, pəncərələr bağlanmıĢdı: nə
iĢıq vardı, nə həyat, nə səs, nə hərəkət... Qiyamın gözə görünməyən keĢikçiləri yatmırdı, nizam-
intizamı, yəni zülməti qoruyurdu. Üsyanın zəruri taktikası – bir neçə adamı hər Ģeyi əhatə edən
qaranlığa qərq etməkdən, bu qaranlığın ixtiyarında olan bütün imkanlarından istifadə edərək
döyüĢçülərin sayını artırmaqdan ibarətdir. Hava qaralanda Ģam yandırılan pəncərələri güllə ilə
vurub sındırırdılar: iĢıq sönürdü, bəzən ev sahibi də həyatdan məhrum olurdu. Buna görə də
orada heç bir həyat əlaməti görünmürdü. Evlərdə ancaq qorxu, kədər və süstlük, küçələrdə isə
fövqəladə bir dəhĢət hökm sürürdü. Nə evlərin mərtəbələri, sıra ilə uzanan pəncərələrin, nə
bacaların, taxtapuĢların diĢ-diĢ çıxıqları, nə palçıqlı, nəm döĢəmə yolun əks etdirdiyi tutqun
iĢıqlar görünürdü. Bu qatı zülmətə yuxarıdan baxan qanadlı məxluq, bəlkə də, bəzi yerdə,
xarabalıqda titrəyən iĢıq kimi, sönük iĢıqlar görərdi, bu iĢıqlar zülmətdə əyri-üyrü əcaib xətləri,
qəribə istehkam Ģəkillərini aĢkara çıxarırdı: bu yerdə barrikadalar vardı. Qalan Ģeylər qəlbə
qəsvət gətirən, qəmli-matəmli, dumanlı zülmət gölü kimi nəzərə çarpırdı. Bu zülmət gölündə
Sen-Jak qülləsinin, Sen-Merri kilsəsinin, üç-dörd nəhəng binanın məĢum qaraltısı yüksəlirdi:
insan bunları nəhəng bir Ģey kimi yaradır, qaranlıq onları kabusa çevirir.
Ġnsanı təĢviĢə salan bu boĢ, bu dolaĢıq küçəli məhəllənin ətrafında Parisin qarğaĢalığı hələ
tamam kəsilməmiĢdi; bəzi yerdə tək-tək fənər yanırdı; yuxarıdan baxan o qanadlı məxluq burada
qılıncların, süngülərin iĢıltısını, hər anda artan batalyonların səssizcə hərəkət etdiyini, üsyançılar
ətrafında qorxunc bir qurĢağın əmələ gəldiyini, bu qurĢağın get-gedə daraldığını görər, hərəkət
edən topların boğuq gurultusunu eĢidərdi.
QoĢunla əhatə olunmuĢ məhəllə dəhĢətli bir mağaraya oxĢayırdı, orada, elə bil ki, hamı yatmıĢdı,
ya, elə bil, heç tərpənmirdi; hər küçə adamı ancaq zülmətlə qarĢılayırdı.
Bu zülmət ibtidai həyat zülməti idi; burada hər addımda təhlükəyə rast gəlmək olardı, adama hər
addımda hücum edə bilərdilər; bu zülmətin içinə girmək, orada qalmaq dəhĢətli idi, ora qədəm
qoyan, orada gizlənən adamdan, orada gizlənən adam yaxınlaĢan adamdan qorxurdu, hər ikisi də
tir-tir əsirdi. Hər küçə tinində pusquda duran, qaranlıqda gizlənən, gözə görünməyən döyüĢçü
vardı, ölüm təhlükəsi vardı. Bura hər Ģeyin sonu adi. Bura qədəm qoyan – atılan tüfəng iĢığından
baĢqa ayrı bir iĢıq görəcəyinə, ölümlə olan qəfil və qısa tanıĢlıqdan baĢqa ayrı bir Ģeyə rast
gələcəyinə ümid edə bilməzdi. Bu ölüm harada olacaqdı? Necə olacaqdı? Nə vaxt olacaqdı?
Bunu heç kəs bilmirdi. Lakin bir Ģey qəti idi, bu ölüm mütləq olacaqdı. Hökumət və üsyan, milli
qvardiya və xalq, burjuaziya və qiyamçılar burada, mübarizə üçün seçilən bu yerdə, nəticəsi hər
necə olsa da, əlbəyaxa vuruĢmaq üçün yığıĢmıĢdılar. Hər iki tərəf üçün bu, eyni dərəcədə zəruri
idi. Ġndi bircə yol qalmıĢdı, ya burada qalib gəlmək, ya qəbrə getmək! Vəziyyət o qədər gərgin,
qaranlıq, o qədər kəsif idi ki, ən qorxaqlar qətiyyət kəsb edirdi, ən cəsarətliləri dəhĢət alırdı.
Burası da var ki, tərəflərdən heç biri nə qəzəbdə, nə amansızlıqda, nə qətiyyətdə bir-birindən geri
qalmırdı. Bəziləri üçün qabağa getmək – ölmək deməkdi, amma heç kəs geri çəkilmək fikrində
deyildi, bəziləri üçün orada qalmaq – yenə ölmək deməkdi, lakin heç kəs qaçmaq fikrində
deyildi.
Zərurət tələb edirdi: sabah gərək hər Ģey qurtarsın, tərəflərdən biri gərək qalib gəlsin, üsyan ya
inqilab olsun, ya da baĢ tutmayan cəsarətli bir tədbir olub qalsın. Hökumət də qiyamçılar kimi
bunu baĢa düĢürdü; ən əhəmiyyətsiz bir Ģey olan burjua da bunu hiss edirdi. Bu məhəllənin
zülməti ilə artan iztirab dolu narahatlıq da, bu sükut ətrafında get-gedə artan təĢviĢ də bunun
nəticəsi idi: hər Ģey məhəllədə həll olunmalı idi, bu sükut fəlakətə çevrilməli idi. Burada xırıltı
kimi qəlbi parçalayan, lənət kimi təhdid edən bircə səs vardı: o da Sen-Merri kilsəsinin haray
sala zəng səsi idi.
Qaranlıqda yazıq-yazıq nalə çəkən bu zənglərin təĢviĢ və ümidsizliklə dolu olan fəryadı kimi
insan qəlbini donduran baĢqa heç bir Ģey təsəvvür etmək mümkün deyil.
Təbiət də, elə bil ki, insanların etmək istədiyi Ģeyə öz razılığını vermiĢdi, – çox vaxt bu belə olur.
Küllun kədərli ahəngini heç bir Ģey pozmurdu. Qalın, qara buludlar göy üzünü bürümüĢdü,
ulduzlar görünmürdü. Qara göy nəhəng bir qəbrin üstünə atılan nəhəng kəfən kimi ölü
küçələrin üstünü almıĢdı.
Nə qədər ki, hələ tamamilə siyasi vuruĢma olan bir vuruĢmaya çoxlu inqilabi hadisələr görmüĢ
yerdə hazırlaĢırdılar, nə qədər ki, gənclər, gizlin cəmiyyətlər, məktəblər prinsip naminə, orta
sinif öz xeyri üçün bir-birini yıxmaq, bir-birini məhv etməkdən ötrü bir-birinə yaxınlaĢırdılar, nə
qədər ki, adamlar bir-birini son və qəti döyüĢə tələsdirirdilər, çağırırdılar, o məĢum məhəllədən
kənarda, bolluq içində yaĢayan xoĢbəxt Parisin dəbdəbəsində itib-batan köhnə, səfil Parisin ən
aĢağı təbəqələrdə xalqın sərt səsinin boğuq uğultusu eĢidilirdi.
Bu həm qorxunc, həm də müqəddəs bir səsdi; elə bir səs ki, həm yırtıcı heyvan nəriltisindən,
həm də Tanrı kəlamından əmələ gəlir; elə bir səs ki, zəifləri dəhĢətə salır, aqillərə xəbərdarlıq
edir; elə bir səs ki, həm aslan nəriltisi kimi aĢağıdan, həm də göy-gurultusu kimi yuxarıdan gəlir.
ÜÇÜNCÜ FƏSĠL.
Son hüdud.
Marius gəlib Mərkəzi bazara çatdı.
Bura yan küçələrdən də sakit və qaranlıqdı, heç bir hərəkət yox idi. Sanki, qan donduran
məqbərə sükutu yerdən qalxmıĢ, göy üzünü bürümüĢdü.
Lakin ġanvreri küçəsini Sent-EstaĢ kilsəsi tərəfdən kəsən hündür evlərin taxtapuĢu bu qaranlıq
göydə bir balaca qızarırdı. Bu qızartı – ―Korinf‖dəki barrikadada yanan məĢəlin iĢığı idi. Marius
bu qızartıya sarı getdi. Bu, onu gətirib Çuğundur bazarına çıxartdı; Vaizlər küçəsinin baĢlanğıcı
onun gözünə sataĢdı. Marius buradan keçdi. Qiyamçıların o biri baĢda keĢik çəkən qarovulçusu
onu görmədi. Marius axtardığı Ģeyin yaxında olduğunu hiss edir, yüngül addımlarla səssizcə
irəliləyirdi. Bu qayda ilə o, Mondetur küçəsinin döngəsinə çatdı; bu küçənin dar bir yeri vardı,
xarici aləmlə əlaqə ancaq bu yolla saxlanılırdı, oranı Anjolras qoruyurdu. Marius sol tərəfdə olan
axırıncı evin tinində durub, Mondetur küçəsinin bu dar yerini gözdən keçirtdi.
Marius duran yerə ġanvreri küçəsindən enli kölgə düĢmüĢdü. Marius Mondetur küçəsinin
qaranlıq tinindən və ġanvreri küçəsindən bir az kənarda, daĢ yolda bir parça sönük iĢıq gördü,
meyxananı tutqun bir Ģəkildə seçə bildi, bundan da o tərəfdə, sökük divaraoxĢayan bir yerdə
qəndil titrəyə-titrəyə yanırdı, bir neçə adam tüfənglərini dizləri üstə qoyub çöməltmə oturmuĢdu.
Marius bu adamlardan on tuaz kənarda olardı. Bura barrikadanın iç tərəfi idi.
Küçənin sağ tərəfindəki evlər, meyxananın qalan hissəsinin, böyük barrikadanın, bayrağın
qabağını tutmuĢdu, Marius bunları görmürdü.
O, bircə addım da atmalı idi.
Lakin bu bədbəxt gənc tumbanın üstündə oturdu, qollarını çarpazlayaraq atası haqqında
düĢünməyə baĢladı.
O, qəhrəman polkovnik Ponmersi haqqında, igid bir əsgər haqqında düĢünürdü: bu əsgər
Respublika dövründə Fransanın sərhədini qorudu, imperatorun taxtında Asiyanın sərhədinə
yetiĢdi, Genuyanı, Ġskəndəriyyəni, Milanı, Turini, Madridi, Vyananı, Drezdeni, Berlini,
Moskvanı gördü: o öz qanını Avropanın bütün döyüĢ meydanlarında tökdü, – bu həmin qandı ki,
indi Mariusun damarlarında axırdı; onun saçı vaxtından əvvəl ağardı; o, amansız bir nizam-
intizama tabe oldu, özgələrini də buna tabe etdi; o, ömrünü mundirdə, qılınc qayıĢında, saçaqları
döĢünə tökülmüĢ epoletdə, barıt tüstüsündən qaralmıĢ kokardada, alına ağırlıq eləyən dəbilqədə,
çöl baraklarında, ordugahlarda, açıq düĢərgələrdə, hərbi xəstəxanalarda keçirtdi; iyirmi il davam
edən böyük müharibələrdən sonra, sifətində çapıq yeri, gülər üzlə, uĢaq kimi sadə, sakit, təmiz,
saf geri qayıtdı; o Fransa üçün hər Ģey etdi, Fransanın əleyhinə heç bir Ģey etmədi.
Marius öz-özünə deyirdi: mənim də vaxtım çatmıĢdır, mən də atam kimi cəsarətli, qoçaq
olmalıyam, heç bir Ģeydən qorxmamalıyam, güllənin qabağına getməliyəm, döĢümü süngünün
qabağına verməliyəm, qanımı tökməliyəm, düĢməni axtarmalıyam, ölümü axtarmalıyam, mən də
vuruĢmalıyam, döyüĢ meydanına girməliyəm; bu döyüĢ meydanı – küçə, bu müharibə – vətəndaĢ
müharibəsidir.
O, bir uçurum kimi qarĢısında canlanan vətəndaĢ müharibəsini görürdü, o – bu uçuruma atılmalı
idi.
Bunu düĢünəndə Mariusun bütün bədəni sarsıldı.
Atasının qılıncı onun yadına düĢdü: babası bu qılıncı köhnə Ģey alverçisinə satmıĢdı, Marius da
buna çox təəssüf etmiĢdi. Ġndi o, öz-özünə deyirdi: bu Ģanlı, bu ləkəsiz qılınc çox düzgün hərəkət
etmiĢdir: ondan uzaqlaĢmıĢ, qəzəblə zülmətə getmiĢdir, o qılınc ki, belə qaçmıĢdır, deməli, ona
düĢünmək qabiliyyəti verilibmiĢ, o gələcəyi görürmüĢ, o qiyam olacağını, çirkab qanovlarında,
küçələrdə vuruĢma olacağını, zirzəmilərin nəfəsliyindən tüfəng atılacağını, arxadan qılınc zərbəsi
endiriləcəyini hiss edirmiĢ; o qılınc Marenqo və Fridland meydanından qayıdandan sonra
ġanvreri küçəsinə getmək istəməmiĢdir, Mariusun atası ilə etdiyi qəhrəmanlıqdan sonra, onun
oğlu ilə baĢqa bir qəhrəmanlıq etmək arzusunda olmamıĢdır! Marius öz-özünə deyirdi: bu qılınc
mənim yanımda olsaydı, bu qılıncı ölən atamın baĢı altından cəsarət edib götürsəydim, onu
özümlə küçə tinində fransızların fransızlarla olan gecə vuruĢmasına gətirsəydim – bu qılınc,
yəqin ki, mənim əlimi yandırardı, baĢ mələkin qılıncı kimi mənim qarĢımda od tutub yanardı!
Onun əldən çıxması nə böyük xoĢbəxtlikdir! Bu nə yaxĢı oldu, nə ədalətli bir iĢ oldu! Heç demə
mənim babam atamın, həqiqətən, Ģöhrətini qorumuĢdur, bu nə böyük səadətdir! Polkovnikin
qılıncı bu gün vətənin bağrını parçalamaqdansa, onun hərrac bazarında satılması, köhnə dəmir
qırıntıları içinə atılması, köhnə Ģeylər alverçisinə qismət olması daha yaxĢıdır!
Marius dərdli-dərdli ağladı.
Bu, böyük müsibətdi! Ġndi o nə etsin? O, Kozettasız yaĢaya bilməzdi. Madam ki, o getmiĢdir,
ölməkdən baĢqa ayrı bir yol qalmır. Axı o, Kozettaya and içmiĢdi ki, öləcəyəm! Kozetta bunu
bilə-bilə getmiĢdir, deməli, o, Mariusun ölməyini istəyir. Məsələ aydındır: Kozetta daha onu
istəmir; istəsəydi, getməsi haqqında xəbər verərdi, bircə kəlmə də olsa söz deyərdi, məktub
göndərərdi, axı o, Mariusun ünvanını bilirdi! Ġndi daha Marius sizdən ötrü, nə üçün yaĢasın? Bir
də axı bu necə olar? Bura gələndən sonra bir da geri dönmək?! Təhlükəyə yaxınlaĢmaq, sonra da
qaçıb getmək?! Barrikadanı görmək, sonra da əkilmək?! Qorxudan tir-tir əsmək, öz-özünə bu
sözləri deyib əkilmək: ―Bəsdir daha, mənim çəkdiyim müsibət bəsdir, mən gəlib gördüm, bu
kifayətdir; bu vətəndaĢ müharibəsidir, mən gedirəm!‖ ―Dostları atıb getmək?! Axı onlar Mariusu
gözləyirlər, bəlkə də, onların Mariusa ehtiyacı var?! Bütün bir orduya qarĢı duran bu bir ovuc
adamı atıb getmək?! Hər Ģeyə birdən xəyanət etmək: sevgiyə də, dostluğa da, sözə də?! Öz
qorxaqlığına vətənpərvərlik adı ilə bəraət qazandırmaq?! Yox, bu mümkün olan Ģey deyil!
Atasının xəyalı indi burada, bu zülmətdə peyda olsaydı, görsəydi ki, onun oğlu çəkilib gedir,
onu qılıncının qını ilə döyərdi, onun üstünə çığıraraq deyərdi: ―Get, qorxaq!‖.
Marius bir-birinə zidd fikirlərin təsiri ilə xırpalanaraq baĢını endirdi.
Birdən yenə də baĢını qaldırdı. Onun fikrində böyük bir aydınlıq əmələ gəlmiĢdi. Qəbrin
yaxınlığı fikrin üfüqlərini geniĢləndirir; adam ölümün qarĢısında duranda həqiqəti görür. Marius
özünü döyüĢə giriĢməyə hazır hiss edirdi: bu döyüĢ indi onun gözləri qarĢısında miskin bir halda
deyil, əzəmətli bir Ģəkildə canlanırdı. Ruhun daxili bir fəaliyyəti nəticəsində küçə müharibəsi
birdən onun fikrində baĢqa bir məna aldı. Bayaq fikrə dalarkən onu hər tərəfdən həll olunmaz
məsələlər bürümüĢdü, indi yenə də bu fikirlər dağınıq bir halda qayıdıb gəlmiĢdi, ancaq bunlar
daha onu narahat etmirdi. Ġndi o, bunlardan hər birinə cavab verə bilərdi.
Bir düĢünək görək, onun atası niyə acıqlana bilərdi? Üsyanın icra edilən vəzifə dərəcəsinə
yüksəldiyi hallar olmamıĢmı? Polkovnik Ponmersinin oğlu üçün baĢ verən vuruĢma nə dərəcə
həqarətli bir Ģey ola bilərdi? Bu nə Monmirayl, nə də ġampober idi, bu baĢqa bir Ģeydi. Mübarizə
vətənin müqəddəs torpağı uğrunda deyil, müqəddəs ideya uğrunda gedirdi. Vətən əziyyət çəkir,
qoy çəksin, bəĢəriyyət üsyanı təbrik edir. Doğrudanmı, vətən əziyyət çəkir? Fransanın qanı axır,
amma azadlıq sevinir, madam ki, azadlıq sevinir, onda Fransa öz yarasını unudur. Bir də ki,
məsələyə geniĢ baxılsa – onda vətəndaĢ müharibəsi haqqında nə demək olar?
VətəndaĢ müharibəsi! Bu nə deməkdir? Xaricilərlə də müharibə varmı? Məgər insanlar arasında
olan hər cür müharibə – qardaĢla qardaĢ arasında olan müharibə deyilmi? Müharibə ancaq öz
məqsədinə görə müəyyən edilir. Nə xaricilərlə müharibə var, nə vətəndaĢ müharibəsi! Ancaq
ədalətli və ədalətsiz müharibə var. Böyük bəĢəri müqavilə bağlanana qədər, ləng tərpənən
keçmiĢə qarĢı tələsməkdə olan gələcəyin hücumu – ancaq belə bir müharibə zəruri ola bilər. Belə
bir müharibəni nədə töhmətləndirmək olar? Müharibə o zaman biabırçı bir Ģey, xəncər də o
zaman qatil xəncəri olur ki, bunlar haqqa, tərəqqiyə, idraka, mədəniyyətə, həqiqətə öldürücü
zərbə endirir. Belə bir müharibə, istər vətəndaĢ müharibəsi, istərsə xaricilərə qarĢı müharibə
olsun, eyni dərəcədə ədalətsiz müharibədir və bunun adı cinayətdir. Ədalətli dediyimiz bu
müqəddəs Ģərtdən baĢqa, hansı əsasa görə müharibələrdən bir cüru baĢqa cür müharibəyə nifrət
edəcəkdir? Hansı əsasa görə VaĢinqtonun qılıncı Kamili Demulenin nizəsini inkar etməyə
xidmət edə bilər? Leonid xaricilər əleyhinə, Timoleon zalım hökmdarlar əleyhinə olmuĢ,
bunlardan hansı daha böyükdür? Leonid müdafiə etmiĢ, Timoleon azad etmiĢdir. Dövlət
daxilində hər bir silahlı çıxıĢı, – bu çıxıĢın nə məqsədlə edildiyini nəzərə almadan, – pisləmək
olarmı? Elə olduqda Brut, Marsel, Arn de Blankenheym, Kolin gərək pislənsin. Partizan
müharibəsi? Küçə müharibəsi? Niyə olmasın? Ambioriksin, Arteveldenin, Marniksin, Pelagiyin
apardığı müharibə belə müharibə idi. Amma Ambioriks Romaya qarĢı, Artevelde Fransaya
qarĢı, Marniks Ġspaniyaya qarĢı, Pelagi – mavrlara qarĢı mübarizə edirdi, hamısı da xarici
düĢmənə qarĢı vuruĢurdu. Mütləqiyyət də xarici düĢməndir, zülm də xarici düĢməndir;
―Müqəddəs haqq‖ da xarici düĢməndir. Bir ölkəyə soxulan düĢmən o ölkənin coğrafi sərhədini
pozduğu kimi, istibdad da əxlaq sərhədini pozur. Zalım hökmdarı ya da ingilisi qovmaq hər iki
halda öz torpağını azad etmək deməkdir. Elə bir vaxt gəlib çatır ki, ancaq etiraz etmək kifayət
etmir; fəlsəfənin ardınca iĢ olmalıdır; ideyanın nəzərdə tutduğunu canlı qüvvə bitirməlidir.
―ZəncirlənmiĢ Prometey‖ baĢlayır, Aristokiton bitirir. ―Ensiklopediya‖ qəlbləri maarifləndirir;
10-cu avqust alovlandırır. Esxildən sonra Frazibul Didrodan sonra Danton gəlir. Xalq rəhbər
tapmaq istəyir. Xalq kütlə Ģəklində ətaləti öz üzərindən atır. Ġnsan yığınını itaət altına alıb
birləĢdirmək asandır. Ġnsanları hərəkətə gətirmək, yerindən tərpətmək, öz xeyirləri, azad olmaları
naminə onlara dinclik verməmək, həqiqətlə onları acılamaq amansız iĢığı bol-bol onların üstünə
atmaq lazımdır. Elə etmək lazımdır ki, onların xilas olmaları özlərini bir az heyrətə salsın; bu göz
qamaĢdıran parlaq iĢıq onları ayıldır. Buna görə də haray səsləri və vuruĢma zəruridir. Böyük
döyüĢçülər ayağa qalxmalı, xalqa cəsarət iĢığı saçmalı, üzərinə ―müqəddəs haqq‖, Sezar Ģöhrəti,
kobud qüvvə, fanatizm, məsuliyyətsiz hakimiyyət və mütləqiyyət zülməti çəkən bu bədbəxt
bəĢəriyyəti silkələməlidir; gecənin ürəyə kədər verən təntənəsinə, onun solğun cah-cəlalına
itaətkar bir nəzərlə baxan insan yığınını silkələməlidir. Rədd olsun zalım hökmdarlar! Necə? Siz
kimi deyirsiniz? Siz Lui-Filippi zalım hökmdar adlandırırsınız? Xeyr, onu XVI Lüdovikdən artıq
zalım hökmdar adlandırmıram. Onların ikisi də, tarixin adətən ―xoĢtəbiətli kral‖ adlandırdığı
krallardandır. Lakin prinsiplər parçalanmaz, həqiqətin məntiqi öz istiqamətindən dönməz,
həqiqət güzəĢtə getməz; deməli, heç bir güzəĢt ola bilməz; insan haqqının pozulmasına yol
verilməməlidir. XVI Lüdovik ―müqəddəs haqqı‖ təcəssüm etdirir, Lui-Filipp də elə, çünki Lui-
Filipp də Burbondur; bunların hər ikisi haqqın qəsb edilməsini müəyyən dərəcədə təcəssüm
etdirir; haqqın qəsb edilməsi bütün dünyaya yayılmıĢdır, bunu aradan qaldırmaq üçün onlarla
vuruĢmaq lazımdır; belə etmək lazımdır, çünki həmiĢə iĢə Fransa baĢlamıĢdır. Fransada hökmdar
taxtdan endiriləndə o hər yerdə taxtdan endirilir. Sözün qısası, ictimai həqiqəti yenidən
əsaslandırmalı, azadlığın taxtını özünə qaytarmalı, xalqı xalqa qaytarmalı, baĢ hakimiyyəti
insanlara qaytarmalı, Fransanın baĢına yenə qırmızı papaq qoymalı, idrak və ədaləti bütün
dolğunluğu ilə bərpa etməli, düĢmənçiliyin hər cür rüĢeymini əzməklə hər kəsi öz-özünə
qaytarmalı, ümumi və əzəmətli razılığa qarĢı kral hakimiyyətinin qoyduğu maneəni məhv etməli,
bəĢəriyyəti yenə də haqqın səviyyəsinə qaldırmalı, bundan da ədalətli bir iĢ, bu yolda baĢ verən
müharibədən də böyük müharibə olarmı? Belə müharibələr sülh yaradır. Hələ də yanlıĢ fikirlərin,
imtiyazların, mövhumatın, yalanın, rüĢvətxorluğun, sui-istifadənin, zorakılığın, ədalətsizliyin,
zülmətin nəhəng qalası – kin və ədavət qüllələri ilə dünya üzərində yüksəlir. Bu qalanı yıxmaq,
bu dəhĢətli qayanı dağıtmaq lazımdır. Austerlits ətrafında qalib gəlmək böyük qəhrəmanlıqdır;
Bastiliyanı almaq daha böyük qəhrəmanlıqdır.
Ruh qəribə bir qabiliyyətə malikdir, elə bir adam yoxdur ki, bunu öz təcrübəsində görməmiĢ
olsun – ruhun vəhdətinin ecazkarlığı da bundadır, bu vəhdət ruhun hər yerdə olması ilə bağlıdır:
ruh ən ağır vəziyyətlərdə soyuqqanlılıqla düĢünə bilir; çox vaxt böyük bir sevgi pəriĢanlığı
keçirən, ən ağır ümidsizlik içində olan bir adam ən iztirablı, ən dərdli halında bu ya baĢqa bir
məsələni müzakirə edir və ona etiraz edir. Hisslər qasırğasına məntiq qarıĢır, sillogizmin məntiqi
qırılmadan fikrin kədərli çılğınlığında hərlənir. Marius da belə bir vəziyyətdə idi.
Marius bu qayda ilə düĢünə-düĢünə, dalğın bir nəzərlə barrikadanın iç tərəfini tezdən keçirirdi: o
yorulub əldən düĢmüĢdü; o gah qəti qərara gəlir, gah da tərəddüd edirdi: etmək istədiyi iĢi
təsəvvüründə canlandırır, ağır həyəcan keçirirdi. Qiyamçılar barrikadada öz yerlərini tərk
etmədən astadan danıĢırdılar: onların arasında – intizarın son mərhələsini göstərən aldadıcı bir
sakitlik olduğu duyulurdu. Marius onların baĢı üstündə, taxtapuĢ pəncərəsindən qiyamçılara
baxan, ya onları müĢahidə edən bir adam gördü; Mariusa elə gəldi ki, qiyamçılara o xüsusi
diqqət yetirir. Bu adam Kabükün öldürdüyü qapıçı idi. AĢağıdan yuxarı baxanda, qənbər daĢları
arasında gizlədilən məĢəlin iĢığında onun baĢı güclə görünürdü. MəĢəlin tutqun, titrək iĢığı düĢən
bu baĢdan da qəribə bir Ģey olmazdı: onun ağarmıĢ üzü göyə çalırdı, sifətində təəccüblü, donuq
bir ifadə vardı, saçı biz-biz durmuĢdu, açıq gözləri qırpılmırdı, ağzı açıla qalmıĢdı, o, sanki,
əyilərək maraqla küçəyə baxırdı. Belə zənn etmək olardı ki, bu ölən adam ölməli olan adamları
gözdən keçirir.
Qan pəncərədən aĢağı axaraq qırmızı, uzun bir iz salmıĢdı, bu iz ikinci mərtəbədə qırılırdı.
BĠRĠNCĠ FƏSĠL.
Bayraq. Birinci əməliyyat.
Hələ heç kəs gəlmirdi. Sen-Merridə saat onu vurdu. Anjolrasla Kombefer, əllərində karabin,
böyük barrikadada qoyulmuĢ, yolun kənarında oturmuĢdu. Onlar kirimiĢcə qulaq asır, ən
uzaqdan, lap tutqun bir Ģəkildə gələn ayaq səsini də eĢitmək istəyirdilər.
Birdən bu məĢum sükut içində gənclik ehtirası duyulan Ģən bir səs eĢidildi; səs, elə bil ki, Sen-
Deni küçəsindən gəlirdi: kim isə köhnə xalq nəğməsi olan ―Ay iĢığı‖ havasında oxuyurdu, Ģeirin
axını xoruz banı kimi səslənirdi:
Dostum Byuqo, yatmırsan ki?
Göz yaĢından ĢiĢmiĢəm mən.
Damağımı durultmaqçın.
Göndər gəlsin jandarma, sən.
Mavi Ģinel arasında.
Böyrü üstə xoĢdur yuxu.
Fit çalırlar bax, güllələr.
Quq-quluqu, quq-quluqu!
Onlar bir-birinin əlini sıxdı.
Anjolras:
– Bu, QavroĢdur – dedi.
Kombefer əlavə etdi:
– O, bizə xəbərdarlıq edir.
Kim isə bərk-bərk yüyürərək boĢ küçənin sükutunu pozdu: gələn QavroĢ idi; o, kloundan da cəld
bir hərəkətlə, tövĢüyə-tövĢüyə omnibusun üstündən aĢaraq barrikadanın iç tərəfinə atıldı, ucadan
dedi:
– Hanı mənim tüfəngim? Onlar gəlir!
Bütün barrikadadan, sanki, elektrik cərəyanı keçdi, tüfənglərə sürtülən əllərin xıĢıltısı eĢidildi.
Anjolras QavroĢdan soruĢdu:
– Mənim karabinimi götürmək istəyirsənmi?
QavroĢ:
– Mən böyük tüfəng istəyirəm, – dedi.
Ġki keĢikçi öz yerini buraxıb QavroĢun ardınca gəldi. Onlardan biri küçənin sonunda, o birisi
Kiçik Sərsəri küçəsində keĢik çəkmirdi. Vaizlər küçəsində olan keĢikçi öz yerində qalmıĢdı,
görünür, körpü və bazar tərəfdən heç kəs gəlmirdi.
Bayraq üzərinə düĢən iĢıqdan – ġanvreri küçəsində qoyulan ara yolun bəzi yerində qənbər
daĢlarını güclə sezmək olurdu, bu yol qiyamçılara – duman içində tutqun bir Ģəkildə nəzərə
çarpan iri, qara bir darvaza kimi görünürdü.
Hər kəs öz yerini tutdu.
Qırx üç qiyamçı – Anjolras, Kombefer, Kurfeyrak, Bossüe, Joli və QavroĢ da onların içərisində
idi, – böyük barrikadanın iç tərəfində, əllərində tüfəng və karabin, atəĢ açmağa hazır bir
vəziyyətdə dinməz-söyləməz dizi üstə durmuĢdular; onların baĢı barrikadadan yuxarı qalxmırdı;
onlar, sanki, qala mazqalından daĢ yolu niĢan almıĢdı. Altı qiyamçı da Feyin komandası altında,
tüfənglərini üst ayağa çəkərək, ―Korinf‖ meyxanasının ikinci və üçüncü mərtəbəsində,
pəncərələrdə durmuĢdular.
Bir az da keçdi, sonra Sen-Le tərəfdən nizamla, ağır-ağır atılan addımların uğultusu aydınca
eĢidilməyə baĢladı. Bu uğultu əvvəl lap astadan, sonra bir az aydın, daha sonra ağır və dolğun bir
halda eĢidilir, ara vermədən, dayanmadan, get-gedə artaraq, qorxunc bir Ģəkildə, təmkinlə, yavaĢ-
yavaĢ yaxınlaĢırdı. Bu uğultudan baĢqa heç bir Ģey eĢidilmirdi. Bu, hərəkət edən Komandor
heykəlinin sükutu və uğultusu idi; lakin bu daĢ addımda nəhəng və çoxlu bir Ģeyin varlığı hiss
olunurdu, bu adamda insan yığını, eyni zamanda bir kabus təsəvvürü oyadırdı. Elə güman etmək
olardı ki, bu Legion deyilən qorxunc heykəlin addımıdır. Ayaq səsi yaxınlaĢırdı; səs daha da
yaxınlaĢıb dayandı. Elə bil ki, küçənin sonunda böyük bir izdiham vardı, bu izdihamın nəfəs
alması eĢidilirdi. Orada heç bir Ģey görmək olmurdu, ancaq qatı qaranlığın lap içərisində iynə
kimi nazik, çoxlu metal saplar, bir də, yuxunun ilk dəmində, yumulan kirpiklər arasında duman
kimi əmələ gələn, təsviri mümkün olmayan, fosfora bənzər tor kimi bir Ģey nəzərə çarpırdı.
Bunlar məĢəlin uzaqdan-uzağa iĢığı düĢən, tutqun bir Ģəkildə iĢıldayan tüfəng lülələri və tüfəng
süngüləri idi.
Yenə sakitlik oldu, sanki, hər iki tərəf nə isə gözləyirdi. Birdən zülmətin lap içərisindən bir səs
eĢidildi; bu səs xüsusilə ona görə məĢum görünürdü ki, orada heç kəs nəzərə çarpmırdı, elə bil ki,
qaranlıq özü danıĢırdı: bir adam çığıraraq soruĢdu:
– Gələn kimdir?
Eyni zamanda, aĢağı endirilən tüfənglərin səsi eĢidildi.
Anjolras həyəcan və qürurla dedi:
– Fransa inqilabı!
O səs əmr etdi:
– AtəĢ!
Tünd-qırmızı iĢıq evlərin qabaq tərəfini ildırım kimi iĢıqlandırdı, elə bil ki, yanan sobanın qapısı
birdən açılıb yenə örtüldü.
Barrikadanın üstündən dəhĢətli bir gurultu keçdi. Qırmızı bayraq yerə düĢdü. Yaylım atəĢi o
qədər amansız və sıx idi ki, güllələr bayrağın ağacını, yəni omnibusun dik qoyulan diĢləsini
kəsmiĢdi. Evlərin karnizinə dəyərək geri sıçrayan güllələr barrikadanın iç tərəfinə düĢüb bir neçə
adamı yaraladı. Birinci yaylım atəĢi çox ağır təsir bağıĢladı. Hücumun belə amansız olması ən
cəsarətli qiyamçıları belə düĢündürdü. Aydın görünürdü ki, qiyamçılara hücum edən azı bir polk
əsgərdir.
Kurfeyrak ucadan səsləndi:
– YoldaĢlar, barıtı nahaq yerə iĢlətməyək. Dayanıb gözləyək, qoy onlar daha da yaxına gəlsin.
Anjolras dedi:
– Gərək, hər Ģeydən əvvəl bayrağı qaldıraq!
O lap ayaqları altına düĢən bayrağı yerdən qaldırdı. Barrikadadan kənarda tüfəng lülələrinə
dəyən sünbələrin səsi eĢidildi: əsgərlər yenə də tüfəngini doldururdu.
Anjolras sözünə davam etdi:
– Kim cəsarət edib bayrağı barrikadanın üstünə sancar?
Heç kəs cavab vermədi. Ġndi barrikada, heç Ģübhəsiz, baĢdan-baĢa niĢana alınmıĢdı: barrikadanın
üstünə çıxmaq – ölmək deməkdi. Ən cəsarətli adam da özü haqqında ölüm hökmü çıxarmağı çox
çətinliklə qət edə bilər. Hətta Anjolrasın da bədəni ürpərdi. O, bir də dedi:
– Heç kim?
ĠKĠNCĠ FƏSĠL.
Bayraq. Ġkinci əməliyyat.
Qiyamçılar ―Korinf‖ meyxanasına çataraq, barrikada qurmağa baĢladıqdan sonra daha heç kəs
Mabef babaya fikir vermədi. Lakin cənab Mabef qiyamçılar dəstəsini atıb getmədi. O,
meyxananın birinci mərtəbəsinə gedib, piĢtaxtanın dal tərəfində təkbaĢına oturdu. O, elə bil ki,
heç kəsi görmürdü, heç bir Ģey düĢünmürdü. Kurfeyrak və baĢqa qiyamçılar bir neçə dəfə onun
yanına gəlib vəziyyətin təhlükəli olduğunu söylədilər, onun buradan çıxıb getməsini təklif
etdilər, amma elə bil ki, qoca onların dediyini eĢitmirdi. Onlar gedəndə qocanın dodaqları
tərpənirdi, o, sanki, bir adamla söhbət edirdi; lakin bir adam onunla danıĢan kimi dodaqları bir-
birinə sıxılır, gözləri sönürdü. Barrikadaya hücum ediləndən bir neçə saat əvvəl o aldığı
vəziyyətini dəyiĢmədi. O, yumruqlanmıĢ əllərini dizləri üstə qoymuĢdu, baĢını qabağa əymiĢdi,
elə bil ki, uçuruma baxırdı. Onu heç kəs bu vəziyyətdən çıxara bilmədi; sanki, onun fikri
barrikadadan uzaqlarda uçurdu. Hər kəs öz döyüĢ mövqeyinə gedəndən sonra aĢağı zalda –
dirəyə sarınan Javerdən, sıyırma qılıncla onun keĢiyini çəkən qiyamçıdan, bir də Mabefdən
baĢqa heç kəs qalmadı. Hücum vaxtı, yaylım atəĢi açılanda Mabef havanın sarsıldığını hiss etdi,
bu onu, sanki, yuxudan ayıltdı; o birdən ayağa qalxdı, zalın içindən keçib getdi. Anjolras: ―Heç
kim?‖ deyərək öz sualını təkrar edəndə qoca aĢxananın astanasında göründü.
Onun burada görünməsi qiyamçıları yaman həyəcanlandırdı. Kim isə çığıraraq dedi:
– Bu həmin adamdır ki, kralın edamına səs vermiĢdir! Konventin üzvüdür! Xalqın
nümayəndəsidir!
Bəlkə də, cənab Mabef bu sözləri eĢitmədi.
O, düz Anjolrasın üstünə gedirdi, qiyamçılar böyük hörmətlə, həm də qorxu hissi ilə ona yol
verirdi; Mabef Anjolrasa yaxınlaĢıb bayrağı onun əlindən aldı. Anjolras geri çəkilərək, heyrətdən
donub qaldı; sonra səksən yaĢlı bu qoca, baĢı əsə-əsə, möhkəm addımlarla, barrikadada qənbər
daĢlarından düzələn pillələrlə yavaĢ-yavaĢ yuxarı qalxmağa baĢladı; heç kəs cəsarət edib onu
dayandırmadı, öz köməyini ona təklif etmədi. Bu, elə kədərli, həm də elə əzəmətli hadisə idi ki,
hamı çığıraraq dedi: ―Papaqlarınızı götürün!‖ Bu dəhĢətli bir tamaĢa idi! Qoca pillədən-pilləyə
qalxdıqca, onun ağ saçı, qocalmıĢ üzü, qırıĢ-qırıĢ olmuĢ geniĢ alnı, çuxura düĢmüĢ gözləri,
heyrətdən azca açılan ağzı, qırmızı bayrağı qaldıran qırıĢıq əlləri qaranlıqdan çıxır, məĢəlin qan
rəngli iĢığında daha aydın görünürdü, elə bil ki, doxsan üçüncü ilin kabusu, əlində terror bayrağı,
yer altından çıxmıĢdı.
Qoca son pilləyə qalxanda, bu tir-tir əsən qorxunc kabus – gözə görünməyən min iki yüz
tüfəngin qabağında qırıntılar yığını üstündə duranda, sanki, ölümün özündən də qüvvətli olan bu
insan ölümün qarĢısında dikələndə bütün barrikada zülmət içində xariqüladə, əzəmətli bir Ģəkil
aldı.
Hamı susdu: ancaq möcüzə qarĢısında insan belə susa bilər.
Qoca bu sükut içində qırmızı bayrağı yellədərək çığırdı:
– YaĢasın Ġnqilab! YaĢasın Respublika! YaĢasın QardaĢlıq! Bərabərlik! Və ölüm!
Qiyamçılar astadan və tez-tez söylənilən bir danıĢıq səsi eĢitdi: bu səs, duasını qurtarmağa
tələsən keĢiĢin pıçıltısına oxĢayırdı. Yəqin, bu, polis pristavı idi, küçənin o baĢında durub qanun
naminə qiyamçıların ―dağılmasını‖ tələb edirdi.
Yenə də ―Gələn kimdir?‖ deyə soruĢan adam çığırdı:
– Gedin oradan!
Cənab Mabefin rəngi meyit kimi ağarmıĢdı, o, çılğınlıq dərəcəsinə gəlmiĢdi, onun gözlərində
divanəliyin məĢum odu parıldayırdı, o, bayrağı baĢı üstə qaldıraraq, bir də dedi:
– YaĢasın Respublika!
O səs əmr etdi:
– AtəĢ!
Ġkinci yaylım atəĢi saçma qasırğası kimi barrikadanı bürüdü.
Qocanın dizləri büküldü, sonra o, yenə də dikəldi, bayraq əlindən düĢdü, qoca bir taxta kimi
arxası üstə daĢ yola yıxıldı, əl-qolunu uzadaraq yerdə sərilib qaldı.
Qan onun altından axıb getdi. Onun solğun və kədərli üzü göyə baxırdı.
Ġnsanın hökmündə olmayan hisslər də var, bu hisslər hətta təhlükəni də insana unutdurur; belə
hisslərdən biri qiyamçıları bürüdü, onlar hörmətlə, həm də qorxa-qorxa meyitə yaxınlaĢdı.
Anjolras həyəcanla dedi:
– Bu padĢah öldürənlər nə qəribə insandır!
Kurfeyrak pıçıldayaraq, onun qulağına dedi:
– Ancaq sənə deyirəm, mən bu adamların duyduğu məftuniyyəti azaltmaq istəmirəm; o heç
padĢah-zad öldürməyib. Mən onu tanıyırdım. Ona Mabef baba deyirdilər. Heç bilmirəm, bu gün
ona nə olmuĢdu; hər halda, bu divanə hamıdan qoçaq çıxdı. Sən bir onun üzünə bax!
Anjolras dedi:
– Onun baĢı divanə baĢı olsa da, ürəyi Brut ürəyidir.
Sonra ucadan dedi:
– VətəndaĢlar! Qocalar cavanlara belə nümunə göstərir! Biz tərəddüd edirdik, o qət etdi! Biz
təhlükə qarĢısında geri çəkildik, o, təhlükənin üstünə getdi! Görün, qocalıqdan titrəyən bir adam
qorxudan titrəyən adama nə öyrədir! Bu qoca vətən qarĢısında əzəmətlə canlanır. O, çox yaĢadı,
Ģanlı bir ölümlə də öldü. Ġndi biz bu meyiti evimizdə saxlayaq, qoy hər kəs bu ölü qocanı öz diri
atasını qoruyan kimi qorusun, qoy onun burada olması barrikadaya qalibiyyət qazandırsın!
Qiyamçıların sərt və qətiyyət dolu səsləri uğuldadı; bu uğultu onların Anjolrasla razı olduğunu
bildirirdi.
Anjolras əyilib qocanın baĢını qaldırdı, onun əvvəlki kimi ciddiyyət ifadə olunan alnından öpdü,
sonra qollarını geri çəkdi və sanki, onu incidəcəyindən qorxaraq, Ģəfqətlə və üsulluca sürtuku
onun əynindən çıxartdı, bu dəlik-deĢik olmuĢ qanlı sürtuku hamıya göstərib dedi:
– Bizim bayrağımız indi budur!
ÜÇÜNCÜ FƏSĠL.
QavroĢ Anjolrasın karabinini götürsəydi, daha yaxĢı olardı.
HüĢlu xalanın qara Ģalını Mabef babanın üstünə saldılar. Altı adam öz tüfəngindən xərək
düzəltdi, meyiti xərəyə qoydular, papaqlarını götürüb, onu ağır-ağır, təntənəli bir sükutla aĢağı
zala apardılar, masanın üstünə qoydular.
Bu adamlar tamamilə öz müqəddəs və mühüm iĢləri ilə məĢğul olduğundan, baĢ verəcək təhlükə
haqqında daha düĢünmürdülər.
Meyiti Javerin yanından keçirib aparanda Javer heç tövrünü pozmadı; Anjolras ona dedi:
– Sənin də vaxtına az qalıb!
Bu zaman ancaq QavroĢ öz mövqeyini tərk etməyib keĢikdə durmuĢdu; birdən ona elə gəldi ki,
bir neçə adam sinə-sinə barrikadaya yaxınlaĢır. O saat çığırdı:
– Özünüzü gözləyin!
Kurfeyrak, Anjolras, Jan Prüver, Kombefer, Joli, Baorel, Bossüe yüyürə-yüyürə qarmaqarıĢıq bir
halda, dəstə ilə meyxanadan çıxdılar. Gözləməyə vaxt qalmamıĢdı. Onlar barrikadanın üstündə,
tərpənə-tərpənə iĢıldayan çoxlu süngü gördülər. Bələdiyyə qvardiyasının ucaboylu əsgərlərindən
bəziləri omnibusun üstündən aĢır, bəziləri də, xarici aləmlə əlaqə üçün qoyulan yoldan keçərək
barrikadanın içinə doluĢurdular; QavroĢ onların qabağından qaçmasa da geri çəkilirdi.
Qəti hərəkət etmək lazımdı. Bu – daĢqının əmələ gətirdiyi ilk təhlükə idi: çayın suyu səddin
qırağına qalxır, su bəndin dəlik-deĢiyindən sızmağa baĢlayır. Bircə saniyə də keçsəydi barrikada
zəbt ediləcəkdi.
Baorel ilk rast gəldiyi qvardiyaçıya hücum etdi, tüfənglə onu vurub öldürdü; baĢqa bir qvardiyaçı
Baoreli süngülədi; bir baĢqası da Kurfeyrakı yerə yıxdı, – Kurfeyrak çığıraraq deyirdi: ―Bura
gəlin!‖ Ən uca boylu, nəhəng bir qvardiyaçı süngü ilə QavroĢun üstünə gedirdi. UĢaq balaca
əlləri ilə Javerin iri tüfəngini qaldırdı, nəhəng qvardiyaçını niĢan alıb çaxmağı basdı: tüfəng
atılmadı. Javer tüfəngi doldurmayıbmıĢ. Qvardiyaçı əsgər qəhqəhə ilə gülüb süngünü QavroĢun
üstünə endirdi.
Süngü QavroĢa hələ toxunmamıĢdı ki, tüfəng qvardiyaçının əlindən düĢdü: kiminsə gülləsi düz
onun alnından dəymiĢdi; əsgər arxası üstə yerə sərildi. Ġkinci güllə də – Kurfeyrakla əlləĢən
qvardiyaçının lap döĢündən dəydi, o, daĢ yola yıxıldı.
Qvardiyaçıları vuran Marius idi: o, indicə barrikadaya gəlmiĢdi.
DÖRDÜNCÜ FƏSĠL.
Barıt çəlləyi.
Marius Mondetur küçəsinin tinində gizlənərək, Ģübhə və tərəddüd içində, vuruĢmanın
baĢlanmasına baxırdı. Lakin o sirli və amansız divanəliyə qarĢı çox dura bilmədi, bu elə bir
divanəlikdi ki, ona girdabın çağırıĢı demək olar. Təhlükənin böyüklüyü, cənab Mabefin ölümü –
bu qəribə və kədərli hadisə, Baorelin süngülənməsi, Kurfeyrakın ―Bura gəlin!‖ deyə çığırması,
QavroĢun ölüm ayağında olması, dostları köməyə ya qisas almağa çağırması Mariusu dərhal
tərəddüddən qurtardı, o, əlində iki tapança vuruĢma meydanına atıldı. Birinci güllə ilə QavroĢu,
ikinci güllə ilə Kurfeyrakı xilas etdi.
Tüfənglər guruldayır, yaralı qvardiyaçılar çığırır, hücum edənlər barrikadanın üstünə qalxırdı;
indi bir-birinə qarıĢmıĢ bələdiyyə qvardiyaçıları, əsgərlər, Paris civarından gələn milli
qvardiyaçılar, əllərində tüfəng, istehkamın üstündə qurĢağa qədər görünürdülər. Onlar
istehkamın üçdə iki hissəsindən çoxunu tutmuĢdular, ancaq barrikadanın iç tərəfinə atılmırdılar,
sanki, tərəddüd edir, tora düĢəcəklərindən qorxurdular. Onlar aĢağıya elə baxırdılar, elə bil, aslan
yuvasına baxırdılar. MəĢəlin iĢığı onların ancaq süngülərini, xəz papaqlarını, təĢviĢ dolu acıqlı
üzlərini iĢıqlandırırdı.
Mariusun ayrı bir silahı yox idi; o, boĢalmıĢ tapançaları yerə atdı; lakin bu zaman aĢağı zalda
qapının yanında balaca bir barıt çəlləyi gördü.
O, yanpörtü durub barıt çəlləyinə baxanda əsgərlərdən biri onu niĢan aldı; əsgər tüfənginin
titəyini çəkəndə birdən kim isə tüfəngin ucundan yapıĢıb lülənin ağzını əli ilə örtdü. Bu – qabağa
atılan plis Ģalvarlı cavan bir fəhlə idi. Tüfəng atıldı, güllə fəhlənin əlini və yəqin ki, sinəsini deĢib
keçdi, çünki fəhlə o saat yerə yıxıldı, güllə Mariusa dəymədi. Bu hadisə həqiqətdən artıq, tüstü
içində gözə görünən bir xəyala bənzəyirdi. Marius aĢağı zala girəndə bu Ģeylər onun gözünə ötəri
sataĢmıĢdı. O, ona sarı dikələn tüfəng lüləsini, bu lülənin ağzını örtən əli – ala-taran görmüĢdü,
atılan tüfəng səsini də, sanki, uzaqdan eĢitmiĢdi. Adam belə bir vaxtda nə görürsə – bu Ģeylər
onun gözü önündən kölgə kimi, həm də sürətlə ötüb keçir; o ancaq tutqun bir Ģəkildə hiss edir ki,
bu qasırğa onu daha qatı bir qaranlığa çəkib aparır, onun ətrafında olan hər Ģey duman içindədir.
DüĢmən qiyamçıların üstünü qəfildən alsa da, onlar qorxmadı; yenə də öz qüvvələrini topladı.
Anjolras çığıraraq dedi: ―Dayanın! Gözəyarı tüfəng atmayın!‖ Doğrudan da, onlar ilk təĢviĢ
anlarında bir-birini yaralaya bilərdi. Qiyamçıların çoxu ikinci mərtəbəyə və çardaqdakı otaqlara
qalxdı: onlar barrikadanı almaq istəyən əsgərləri pəncərələrdən vura bilərdilər. Qiyamçılardan ən
sürətlisi – Anjolras, Kurfeyrak, Jan Prüver və Kombefer meyxananın dal tərəfində ucalan evlərə
sarı getdilər, barrikadanın üst tərəfini tutan əsgərlərlə, qvardiyaçılarla çəkinmədən, qürurla üz-
üzə durdular.
Onlar bunu tələsmədən, əlbəyaxa vuruĢmadan qabaq olan zəhmli bir ciddiyyətlə etdilər.
Qiyamçılarla əsgərlər bir-birini niĢan almıĢdılar; onlar bir-birinə elə yaxındılar ki, danıĢa
bilərdilər. Yanğın əmələ gəlmək üçün bircə qığılcım da kifayətdir. DöĢündə metal sinəbənd,
çiyinlərində sıx saçaqlı epolet olan bir zabit qılıncını qabağa uzadaraq çığırdı:
– Təslim olun!
Anjolrasın səsi eĢidildi:
– AtəĢ!
Hər iki tərəf eyni vaxtda yaylım atəĢi açdı. Hər Ģey tüstü içində yox oldu.
Tüstü acı və boğucu idi: yaralananlar və ölmək üzrə olan adamlar bu tüstü içində boğuq-boğuq
inildəyir, sürünürdülər.
Tüstü dağılandan sonra, barrikadanın hər iki tərəfində sıraların seyrəkləĢdiyi göründü, lakin bu
seyrəkləĢmiĢ sıralar yerindən tərpənmirdi, onlar dinməz-söyləməz tüfənglərini doldururdu.
Birdən uca bir səs eĢidildi:
– Rədd olun buradan. yoxsa barrikadanı partladacağam.
Hamı səs gələn tərəfə döndü.
Marius aĢağı zala girib barıt çəlləyini götürmüĢ, ətrafı bürüyən tüstüdən və çəndən istifadə
edərək, qaça-qaça barrikadaya, məĢəlin qoyulduğu daĢ qəfəsin yanına gəlmiĢdi; məĢəli dartıb
yerindən çıxarmıĢ, barıt çəlləyini onun yerinə qoymuĢdu, çəlləyin altına xeyli daĢ itələmiĢ, elə o
saat da çəlləyin altı çox asanlıqla sınmıĢdı; bir adamın əyilib-qalxmasına nə qədər vaxt lazımsa –
Mariusun da bu iĢi görməsinə o qədər vaxt lazım olmuĢdu. Ġndi barrikadanın o tərəfinə yığıĢan
milli qvardiyaçılar, bələdiyyə qvardiyaçıları, zabitlər, əsgərlər Mariusa baxaraq, dəhĢətdən donub
qalmıĢdılar: Marius, öz façianə qərarından ruhlanaraq, əlində məĢəl, qürurla daĢların üstünə
qalxdı, məĢəli, sınmıĢ barıt çəlləyi görünən o qorxunc daĢ yığınına sarı əyərək, zəhmli bir səslə
ucadan dedi:
– Rədd olun buradan, yoxsa barrikadanı partladacağam!
Barrikadada səksən yaĢlı qocanın yerini tutan Marius, sanki, köhnə inqilabın kabusundan sonra
gənc inqilabın xəyalı idi.
Bir serjant həyəcanla soruĢdu:
– Barrikadanı partladacaqsan? Deməli, özünü də onunla bir yerdə.
Marius:
– Özümü də onunla bir yerdə, – deyə cavab verdi.
MəĢəli barıt çəlləyinə yaxınlaĢdırdı.
Barrikadanın üstündə heç kəs qalmamıĢdı. Hücum edən düĢmən, yaralılarını və ölənlərini ataraq,
nizamsız halda tez geri çəkildi, küçənin o biri baĢına getdi, gecənin qaranlığında yox oldu. Bu
vahimə içində qaçmaqdan baĢqa bir Ģey deyildi.
Barrikada düĢmən hücumundan xilas oldu.
BEġĠNCĠ FƏSĠL
Jan Prüverin Ģeiri susdu
Hamı Mariusun baĢına yığıĢdı. Kurfeyrak yüyürüb onu qucaqladı:
– Sən buradasan?
Kurfeyrak həyəcanla dedi:
– Nə böyük xoĢbəxtlik oldu!
Bossüenin səsi eĢildi:
– Sən lap yerində gəldin!
Kurfeyrak əlavə etdi:
– Sən gəlməsəydin, indi mən bu dünyada yox idim!
Bu arada QavroĢun səsi gəldi:
– Siz olmasaydınız, mənim iĢimi bitirəcəkdilər.
Marius soruĢdu:
– Buranın rəisi kimdir?
Anjolras:
– Buranın rəisi sənsən, – deyə cavab verdi.
Bütün günü Mariusun beyni dəmirçi ocağı kimi alovlanıb yanırdı, indi onun fikirləri qasırğaya
çevrilmiĢdi. Bu qasırğa onun daxilində idi, lakin ona elə gəlirdi ki, qasırğa hər tərəfi bürümüĢ,
onun özünü də sürükləyib aparır. O, sanki, həyatdan uzaqlaĢmıĢdı, bunun heç ucu-bucağı yox
idi. Ġki ay davam edən gözəl sevinc və məhəbbət anları, bu məhəbbət və sevincin birdən dəhĢətli
uçurum qarĢısında susması, Kozettanın əldən çıxması, bu barrikada, Respublika uğrunda cənab
Mabefin özünü ölümə verməsi, onun özünün qiyamçılara baĢçılıq etməsi ona qorxunc bir yuxu
kimi görünürdü. O, gərək bütün Ģüur və idrakını, bütün hafizəsini toplayaydı ki, ətrafında baĢ
verən hadisələr onun üçün həqiqət olaydı. Marius hələ çox az yaĢamıĢdı, o, hələ dərk etmirdi ki,
imkan xaricində olan Ģeyin qabağını almaq olmaz və gözlənilməyən Ģeyi qabaqcadan nəzərə
almaq lazımdır. Onun öz həyatının faciəsi onun qarĢısında tamaĢaçıların baĢa düĢmədiyi bir pyes
kimi canlanırdı.
Mariusun fikrini duman bürüdüyündən, dirəyə sarınan Javeri tanımadı. Barrikadaya hücum
ediləndə Javer heç üzünü də çevirməmiĢdi. O, ətrafında alovlanan üsyana həm ölümə məhkum
edilən bir adam itaətkarlığı ilə, həm də bir hakim əzəməti ilə baxırdı. Marius ona heç əhəmiyyət
də vermədi.
DüĢmən daha görünmədi; küçənin baĢından onların ancaq ayaq səsi və hənirtisi gəlirdi; onlar
daha cəsarət edib istehkama hücum etmirdi; bəlkə də, əmr, ya kömək gözləyirdilər. Qiyamçılar
lazımi yerlərə keĢikçi qoydular; tibb fakültəsinin tələbələri yaralıların yarasını bağlamağa
baĢladı.
Meyxanadan bütün masaları çıxartdılar; ancaq ikicə masa qaldı; bunlardan birini tiftik və patron
düzəltmək üçün saxladılar, o birisində Mabef babanın meyiti qoyulmuĢdu. Masaları aparıb
barrikadaya əlavə etdilər; aĢağı zalda bu masaların yerini HüĢlü xala ilə qulluqçuların döĢəyi
tutdu. Yaralıları da bu döĢəklərin üstünə qoydular. ―Korinf‖də yaĢayan arvadlara gəlincə – o
yazıqların baĢına nələr gəldiyi məlum deyildi. Sonralar bu üç arvadı tapdılar: heç demə
zirzəmidə gizləniblərmiĢ.
Lakin bir hadisə – barrikadanın azad olmasına sevinən qiyamçıları kədərləndirdi.
Yoxlama vaxtı məlum oldu ki, qiyamçılardan biri yoxdur. Özü də kim? Hamının ən çox sevdiyi,
ən cəsarətli, mərd adamlardan biri Jan Prüver! Yaralılara baxdılar – orada yox idi. Ölülərə
baxdılar – orada da yox idi. Görünür, onu əsir aparmıĢdılar.
Kombefer Anjolrasa dedi:
– Onlar bizim yoldaĢımızı əsir tutmuĢlar; onların agenti bizdədir. Bu casusun ölməsi sənə çox
lazımdır?
Anjolras:
– Bəli, – dedi. – Çox lazımdır, ancaq Jan Prüverin həyatı qədər yox.
Bu söhbət aĢağı zalda, Javerin sarındığı dirəyin yanında gedirdi.
Kombefer:
– Çox gözəl, – dedi. – Mən yaylığımı əl ağacıma bağlayıb bir nümayəndə kimi ora gedərəm,
əsirləri dəyiĢməyi onlara təklif edərəm.
Anjolras əlini Kombeferin çiyninə qoyub dedi:
– Qulaq as.
Küçənin sonunda tüfənglərin atəĢ açmağa hazırlandığı eĢidildi.
Bir adamın cəsarətli səsi eĢidildi: o çığıraraq dedi:
– YaĢasın Fransa! YaĢasın gələcək!
Bu, Prüverin səsi idi.
sanki, ildırım çaxdı, yaylım atəĢi guruldadı.
Sonra yenə sakitlik oldu.
Kombefer həyəcanla dedi:
– Onu öldürdülər!
Anjolras Javerə baxıb dedi:
– Sənin dostların səni güllələdilər.
ALTINCI FƏSĠL.
Həyat iztirabından sonra ölüm iztirabı.
Bu cür müharibənin xüsusiyyəti ondadır ki, barrikadaya çox vaxt ön tərəfdən hücum edirlər;
düĢmən, bir qayda olaraq, barrikadanın üstünə cinahlardan, ya arxadan hərlənib gəlmir; bəlkə də,
qiyamçıların pusquda durmasından, ya da kənarda olan əyri-üyrü küçələrə daxil olmaqdan
qorxurlar. Buna görə də qiyamçılar ancaq böyük barrikadaya fikir verirdilər, görünür bura ən
təhlükəli yer idi: vuruĢma mütləq yenə burada baĢlanacaqdı. Bununla belə Marius kiçik
barrikadanı düĢünərək ora getdi. Orada heç kəs yox idi: barrikadanı – qənbər daĢlar arasında
titrəyən bir çıraq qoruyurdu. Burasını da demək lazımdır ki, Mondetur küçəsində, həm də Kiçik
Səfil və Qu quĢu küçələri tinində tam sakitlikdi.
Marius barrikadanı gözdən keçirib geri qayıdanda kiminsə onu qaranlıqda:
– Cənab Marius! – deyə astadan çağırdığını eĢitdi.
Marius diksindi: bu, iki saat əvvəl onu Plüme küçəsində, dəmir barmaqlıq arasından çağıran
adamın səsi idi.
Lakin indi bu səs iniltiyə oxĢayırdı.
O dönüb ətrafına baxdı, heç kəsi görmədi.
O belə bir qərara gəldi: görünür qulağına səs gəlmiĢdir, bu ancaq, ətrafında baĢ verən fövqəladə
hadisələrə təsəvvürün əlavə etdiyi aldadıcı hisslərdir. O, barrikadanın olduğu dalandan getmək
üçün bir addım da atdı.
Səs təkrar eĢidildi:
– Cənab Marius!
Ġndi daha Ģübhə qalmırdı: Marius səsi aydınca eĢitdi, o yenə də ətrafına baxdı, yenə heç kəsi
görmədi.
O adam dedi:
– Mən buradayam, sizin ayağınızın yanında.
Marius əyildi, zülmət içində canlı bir məxluqun qaraltısını gördü. O qaraltı Mariusa sarı can
atırdı. O daĢ yolla sürünürdü. Mariusu çağıran da o idi.
Marius qəndilin iĢığında onun kobud plisdən tikilmiĢ yırtıq Ģalvarını, yalın ayağını, bir də qan
gölməsinə oxĢar bir Ģey gördü, ona sarı çevrilən solğun üzü sezdi:
– Siz məni tanımırsınız?
– Xeyr.
– Eponinayam.
Marius cəld aĢağı əyildi. Doğrudan da, onun qarĢısındakı o bədbəxt qız idi. O kiĢi paltarı
geymiĢdi.
– Siz necə olub bura gəlmisiniz? Siz burada nə edirsiniz?
Eponina:
– Mən ölürəm, – dedi:
Elə söz, elə hadisə var ki, müsibət içində boğulan adamı ayıldır, ona öz dərdini unutdurur.
Marius da, sanki, birdən ayılaraq həyəcanla dedi:
– Siz yaralanmısınız?! Dayanın, mən bu saat sizi evə aparım. Orada sizin yaranızı bağlarlar. Siz
bərk yaralanmısınız? Mən sizi necə qaldırım ki, yaranız ağrımasın! Sizin haranız ağrıyır? Aman
allah! Kömək edin! Siz axı bura niyə gəlmisiniz?
Marius onu yerdən qaldırmaq üçün əlini onun altına uzatmaq istədi.
Bunu edərkən əli onun biləyinə toxundu. Eponina zəif bir halda çığırdı.
Marius soruĢdu:
– Sizi incitdim?
– Azca.
–Mən sizin ancaq əlinizə toxundum.
Eponina əlini qaldırdı: Marius onun ovcunun ortasında qara bir deĢik gördü.
– Əlinizə nə olub?
– DeĢilib!
– DeĢilib?
– Hə.
– Nə deĢib?
– Güllə.
– Bu necə olub?
– Sizə tuĢlanan tüfəngi gördünüzmü?
– Gördüm; lüləsinin deĢiyini örtən əli də gördüm.
– O, mənim əlimdi.
Mariusun bədəni sarsıldı.
– Belə də ağılsızlıq olar! Zavallı qız! Əgər beləsə, yenə dərd yarıdır; bu elə Ģey deyil. Qoyun sizi
aparım yatağa qoyum. Sizin yaranızı bağlarlar. Ələ güllə dəyməklə adam ölməz.
Eponina pıçıldayaraq dedi:
– Güllə əlimi deĢib, kürəyimdən çıxıb. Məni buradan aparmağın mənası yoxdur! Mən bu saat
sizə deyərəm – mənə necə kömək etmək lazımdır: bu kömək həkimin köməyindən çox-çox yaxĢı
olar. Oturun mənim yanımda, bax, bu daĢın üstündə.
Marius oturdu; Eponina baĢını onun dizləri üstə qoydu, Mariusa baxmadan dedi:
– Ah, nə yaxĢıdır! Nə xoĢdur! Yaram da ağrımır.
Bir az susduqdan sonra baĢını güclə qaldırıb Mariusa baxdı.
– Bilirsinizmi, cənab Marius? Sizin bağa getməyiniz məni acıqlandırırdı, ancaq mənim
acıqlanmağım axmaqlıqdı, çünki o evi sizə mən özüm göstərmiĢdim; bir də ki, mən gərək bir
Ģeyi baĢa düĢəydim: sizin kimi cavan bir oğlan...
Eponina susdu, görünür o, yadına düĢən ağır bir fikri özündən rədd etmək istəyirdi; sonra ürək
parçalayan bir təbəssümlə gülümsəyərək sözünə davam etdi:
– Mən sizə eybəcər göründüm, eləmi? Bilirsiniz nə var: siz məhv olacaqsınız! Ġndi barrikadadan
heç kəs gedə bilməyəcək. Sizin axı bura gətirən mən oldum. Siz bu yaxında öləcəksiniz, mən də
elə bunu nəzərdə tutmuĢdum. Amma sizi niĢan alıb vurmaq istəyəndə mən yenə də özümü
saxlaya bilmədim, əlimlə tüfəngin lüləsini örtdüm. Çox qəribədir! Mən sizdən qabaq ölmək
istəyirdim, ona görə də belə elədim. Güllə mənə dəyəndən sonra mən sürünə-sürünə bura gəldim,
məni görmədilər, götürüb aparmadılar. Mən sizi gözləyirdim, fikirləĢirdim ki: ―O yoxsa bura
gəlməz?‖.Ah, siz bilsəydiniz!.. Ağrıdan mən bluzamı diĢimlə didirdim, elə əzab çəkirdim!.. Ġndi
mən özümü yaxĢı hiss edirəm. Yadınızdadırmı o gün: mən sizin otağınıza gəldim, sizin güzgüdə
özümə baxdım; o gün də yadınızdadırmı: sizə bulvarda, paltaryuyan arvadların yanında rast
gəldim?.. Orada quĢlar nə yaxĢı oxuyurdu! Bundan lap az keçib. Siz mənə yüz su pul verdiniz,
mən sizə dedim: ―Sizin pulunuz mənə lazım deyil‖. Siz o pulu yerdən qaldırdınızmı? Siz axı
varlı adam deyilsiniz. Mənim heç ağlıma gəlmədi ki, sizə deyəm, onu yerdən götürəsiniz. Gün
par-par parıldayırdı. Hava isti idi. Yadınızdadırmı, cənab Marius! Ah, mən nə xoĢbəxtəm! Hamı,
hamı bu yaxında öləcək.
Onun üzündə dəlicəsinə, həm də ciddi bir ifadə vardı; bu, ürək parçalayan bir ifadə idi. Bluzunun
cırığından onun sinəsi görünürdü. O danıĢdıqca, güllə deĢmiĢ əlini sinəsində olan ikinci bir
deĢiyə basırdı: oradan, tıxacı çıxarılmıĢ çəlləkdən Ģərab çıxan kimi, arabir qan çıxırdı.
Marius böyük bir ürək sızıltısı ilə bu bədbəxt qıza baxırdı.
Birdən qız inildədi.
– Ah, yenə də! Mən boğuluram!
Eponina bluzasını diĢi ilə tutub sıxdı, qıçlarını daĢ yola uzatdı.
Bu anda barrikadada balaca QavroĢun xoruz səsi kimi nazik səsi eĢidildi. O, tüfəngini doldurmaq
üçün masanın üstünə çıxıb, o zaman çox yayılmıĢ olan bir nəğməni həvəslə oxuyurdu:
Lafayetə rast gələndə.
Jandarm iĢıq saçmayaraq.
Pıçıldadı: – daban alaq!
Eponina bir az qalxaraq qulaq asdı, sonra pıçıldadı:
– Odur.
Sonra Mariusa sarı dönərək əlavə etdi:
– Mənim qardaĢım oradadır. Qoy o, məni görməsin. Görsə danlayacaq.
Marius böyük bir kədər və ürək sızıltısı ilə Tenardyenin ailəsi qarĢısında olan borcunu düĢündü:
bunu axı atası ona vəsiyyət edib getmiĢdi.
– Sizin qardaĢınız? Sizin qardaĢınız kimdir?
– O uĢaq.
– Oxuyan uĢaq?
– Hə.
Marius qalxmaq istədi.
Eponina:
– Getməyin, – dedi.
– Daha az qalıb!
Eponina oturmağa yaxın bir vəziyyətdə idi, lakin onun səsi güclə eĢidilirdi, hıçqırıq onun səsini
qırırdı. Arabir də xırıltı onu boğurdu. Eponina üzünü bacardığı qədər Mariusun üzünə
yaxınlaĢdırdı və qəribə bir ifadə ilə əlavə etdi:
– Qulaq asın, mən sizinlə komediya oynamaq istəmirəm. Mənim cibimdə sizə məktub var.
Dünəndən bəri məndədir. Mənə tapĢırmıĢdılar ki, onu poçt ilə sizə göndərim. Mən
göndərmədim, özümdə saxladım. Mən istəyirdim ki, o məktub sizə çatmasın. O yerdə ki, biz
yenə tezliklə görüĢəcəyik, bəlkə, orada bunun üçün sizin mənə acığınız tutacaq. Biz orada
görüĢəcəyik, elə deyilmi? Məktubu götürün.
Eponina əsəbi halda, güllə dəymiĢ əli ilə Mariusun əlini tutdu, elə bil ki, onun əli daha ağrımırdı.
Onun əlini bluzasının cibinə saldı. Doğrudan da, bluzanın cibində Mariusun əlinə bir kağız
toxundu.
Eponina:
– Götürün, – dedi.
Marius məktubu götürdü.
Eponina bundan razı qaldığını baĢı ilə bildirdi.
– Ġndi mənim bu əməyimin qabağında mənə söz verin...
Eponinanın dili dolaĢdı.
– Nəyi söz verim?
– Söz verin!
– Söz verirəm.
– Söz verin ki, mən öləndən sonra mənim alnımdan öpəcəksiniz. Mən bunu hiss edərəm.
Eponina gücdən düĢərək baĢını Mariusun dizinə qoydu; onun gözləri yumuldu. Marius elə zənn
etdi ki, bu zavallı qızın ruhu bədənindən uçdu. O tərpənmirdi. Marius onun əbədi olaraq
yatdığını düĢünərkən, birdən o yavaĢ-yavaĢ gözlərini açdı: bu gözlərə ölümün qaranlıq kölgəsi
enirdi; Eponina, sanki, o biri dünyadan gələn bir səslə mehribanca dedi:
– Bilirsinizmi, cənab Marius, mən elə güman edirəm ki, sizə bir balaca vurulmuĢdum.
O istədi bir də gülümsəsin, gülümsəyə bilmədi, öldü.
YEDDĠNCĠ FƏSĠL.
QavroĢ dərin düĢüncə ilə məsafəni ölçür.
Marius verdiyi sözü yerinə yetirdi: Eponinanın soyuq tər basmıĢ alnından öpdü. Bu, Kozettaya
xəyanət deyildi, bu bədbəxt bir qızın ruhu ilə, dalğın bir halda, mehribanca vidalaĢmaq idi.
Marius Eponinanın verdiyi məktubu ürəyi əsə-əsə götürmüĢdü. O dərhal hiss etmiĢdi ki,
məktubda mühüm bir məsələdən bəhs olunur. Onun səbri çatmırdı: məktubu açıb oxumaq
istəyirdi. KiĢi qəlbi belə yaranmıĢdır: yazıq qız gözünü yuman kimi Marius məktubu düĢündü.
Eponinanın baĢını yavaĢca yerə qoyub kənara çəkildi. Bir hiss ona deyirdi: ölünün yanında sən
gərək bu məktubu oxumayasan.
Marius aĢağı zaldakı Ģamın yayına getdi. Kozettanın göndərdiyi balaca bir məktubdu; məktub bir
qadın qayğısı ilə zərifcə bükülmüĢ və möhürlənmiĢdi. Üstündəki ünvan da qadın əli ilə
yazılmıĢdı:
―Cənab Marius Ponmersiyə, c-b Kurfeyrakın mənzili, ġüĢə küçəsi, № 16‖.
Marius möhürü sındırıb məktubu oxudu:
―Mənim sevgilim! Əfsus, atam tələb edir, biz gərək tezliklə gedək. Bu axĢam biz Silahlı adam
küçəsində, 7 nömrəli evdə qalacayıq. Bir həftədən sonra Ġngiltərədə olacayıq.
Kozetta, 4 iyun‖.
Onların sevgisi o qədər təmizdi ki, Marius Kozettanın xəttini heç tanımırdı da.
BaĢ verən hadisəni bir neçə sözlə danıĢmaq olar. Bunun hamısını Eponina eləmiĢdi. Ġyunun 3-də,
axĢam o, belə bir qərara gəlmiĢdi: həm atasının və quldurların Plüme küçəsindəki evə basqın
etmələrinə mane olsun, həm də Mariusu Kozettadan ayırsın! Eponina təsadüfən rast gəldiyi avara
bir oğlanla öz cır-cındır paltarını dəyiĢdi: o adama qadın paltarı geymək gülməli görünmüĢdü.
Mars çölündə Jan Valjana çox mənalı bir tərzdə: ―Köçün buradan‖ – deyən də o idi. Jan Valjan
evə qayıtdıqdan sonra, doğrudan da, Kozettaya dedi: ―Bu axĢam biz Tusenlə bir yerdə Silahlı
adam küçəsinə gedirik. Bir həftədən sonra da Londonda olacayıq‖. Kozetta bu gözlənilməz
zərbədən sonra Mariusa bir neçə sətir söz yazdı. Lakin məktubu poçta necə aparmaq lazımdır? O
özü evdən bayıra çıxmırdı, Tusen də belə tapĢırıqları yerinə yetirməyə adət eləməmiĢdi: elə o
saat məktubu aparıb Jan Valjana göstərəcəkdi. Kozetta iztirab içində boğulurdu; birdən o dəmir
barmaqlıq arasından ―cavan bir fəhlə‖ gördü; bu adam kiĢi paltarı geymiĢ Eponina idi, bayaqdan
bəri bağın ətrafında hərlənirdi. Kozetta bu ―cavan fəhlə‖ni çağırdı, ona beĢ frank pul, bir də
məktub verib dedi: ―Bu məktubu bu saat aparıb sahibinə yetirin‖. Eponina məktubu cibinə
qoydu. Ġyunun beĢində səhər çağı o, Mariusu tapmaq üçün Kurfeyrakın evinə getdi; ancaq o
məktubu Mariusa vermək üçün deyil, onu ―görmək üçün‖ getmiĢdi: hər bir qısqanan və sevən
adam bunu baĢa düĢə bilər. Eponina orada Mariusu ya heç olmasa Kurfeyrakı dayanıb gözlədi,
məqsədi də bu idi ki, ―onu görsün‖. Kurfeyrak ona: ―Biz barrikadaya gedirik‖ – deyəndə birdən
Eponinanın ağlına belə bir Ģey gəldi: özünü. baĢqa Ģeylərin ağuĢuna atan kimi ölümün ağuĢuna
atsın, Mariusu da ora cəlb etsin! Eponina Kurfeyrakın ardınca gedərək barrikadanın harada
qurulduğunu gördü. Mariusun heç Ģeydən xəbəri yox idi, məktubu Eponina özündə saxlamıĢdı.
Eponina dəqiq bilirdi ki, hava qaralandan sonra, Marius, həmiĢəki kimi, Kozettanın yanına
gedəcək, buna görə də onu Plüme küçəsində gözlədi; Marius gələndə onu öz dostları adından
barrikadaya dəvət etdi; Eponina ümid edirdi ki, bu çağırıĢ onu barrikadaya aparacaqdır. O,
Mariusun Kozettanı itirməklə ümidsizliyə uğrayacağını nəzərdə tutmuĢdu, səhv də etmiĢdi.
Eponina oradan ġanvreri küçəsinə qayıtmıĢdı. Biz onun barrikadada nələr etdiyini gördük.
Eponina qısqanc adamlara xas olan məĢum bir sevinclə öldü; belə adamlar sevdiyi Ģəxsi: ―Qoy
heç kəsə qismət olmasın!‖ deyə-deyə özü ilə qəbrə aparır.
Marius Kozettanın məktubunda öpmədiyi yer qoymadı. Deməli, Kozetta onu sevir! Onun ağlına
bir anlığa belə bir fikir gəldi: onda o gərək daha ölməsin! Sonra o, öz-özünə dedi: ―Kozetta
buradan gedir. Atası onu Ġngiltərəyə aparır. Mənim də babam istəmir ki, mən onunla evlənim.
Mənim məĢum taleyimdə heç bir Ģey dəyiĢməmiĢdir‖. Elə dəqiqələr olur ki, Marius kimi
xəyalpərəstlər tamamilə ruhdan düĢürlər, – onların ən ağır qərarları da bundan meydana gəlir.
Həyat – dözülməz bir yükdür, ölüm ən yaxĢı çıxıĢ yoludur. Marius belə bir qərara gələndən sonra
düĢündü: indi iki iĢ qalmıĢdır ki, mən gərək onları yerinə yetirəm, bu, mənim borcumdur:
Kozettaya son əlvida məktubu göndərməklə ona öz ölümümü xəbər verəm, bir də ki, QavroĢu, –
Eponinanın qardaĢı, Tenardyenin oğlu olan bu yazıq uĢağı özü üçün hazırladığı ölümdən xilas
edəm.
O, Kozetta üçün sevgi haqqında olan fikirlərini balaca bir dəftərçəyə yazmıĢdı, bu dəftərçə onun
bumajnikində idi; dəftərçədən bir ağ vərəq qoparıb, karandaĢla aĢağıdakı sözləri yazdı:
―Bizim evlənməyimiz mümkün deyil. Mən bunun üçün babamdan icazə istədim, babam icazə
vermədi; mənim pulum yoxdur, səninki də elə. Mən tələsə-tələsə sənin yanına getdim, səni görə
bilmədim. Mon sənə söz vermiĢəm, sən bunu bilirsən, mən sözümün üstündə dururam. Mən
ölürəm. Sən bu kağızı oxuyanda mənim ruhum sənin yanında olacaq, sənə baxıb gülümsəyəcək‖.
Məktubu möhürləməyə Ģey yox idi; kağızı dörd yerə büküb üstünə bu ünvanı yazdı:
―Madmazel Kozetta FoĢlevan, c-b FoĢlevanın mənzili, Silahlı adam küçəsi, № 7.‖
Məktubu bükəndən sonra o bir az fikirləĢdi, yenə bumajniki götürüb açdı, elə həmin karandaĢla
dəftərçənin birinci səhifəsinə üç sətir söz yazdı:
―Mənim adım Marius Ponmersidir. XahiĢ edirəm mənim meyitimi mənim babam c-b Jilnormana
yetirəsiniz, Mömin bacılar küçəsi, № 6, Mare‖.
Marius bumajniki sürtukunun cibinə qoyub QavroĢu çağırdı. Səsə elə o saat bir uĢaq gəldi: onun
üzündə sevinc və sədaqət ifadə olunurdu.
– Mənim üçün bir iĢ eləmək istərsənmi?
QavroĢ:
– Nə istəsəniz elərəm, – dedi. – Pərvərdigara! Siz olmasaydınız, vallah məni çoxdan: bir təhər
eləmiĢdilər.
– Bu məktubu görürsənmi?
– Görürəm.
– Bunu al. Elə bu saat barrikadadan get (QavroĢ narahatlıqla qulağının dalını qaĢımağa baĢladı),
sabah səhər onu – Silahlı adam küçəsində, yeddi nömrəli evdə, cənab FoĢlevanın yanında
yaĢayan madmazel Kozettaya çatdır.
Balaca qəhrəman dedi:
– YaxĢı, ancaq... bu vaxta qədər barrikadanı tuta bilərlər, mən də orada olmayacağam!
– Belə görünür ki, barrikadaya səhər açılmamıĢdan hücum etməyəcəklər, sabah günortadan
qabaq da onu tutmayacaqlar.
DüĢmən öz hücumuna xeyli ara vermiĢdi, gecə vuruĢmasında bundan tez-tez istifadə edilir:
düĢmən bu qayda ilə ara verəndən sonra daha Ģiddətlə hücuma keçir.
QavroĢ soruĢdu:
– Qulaq asın, sizin məktubunuzu sabah səhər aparsam necə olar?
– Bu çox gec olar. Yəqin ki, barrikadanı mühasirəyə alarlar, bütün küçələrdə keĢikçi qoyarlar,
onda sən buradan çıxa bilməzsən. Bu saat get.
QavroĢ deməyə söz tapmadı: o mütərəddid halda dayanıb durmuĢdu, qəmgin-qəmgin qulağının
dalını qaĢıyırdı. Birdən o, adəti üzrə, quĢ kimi çırpınaraq məktubu Mariusdan aldı:
– YaxĢı, – dedi.
Mondetur küçəsi ilə qaça-qaça getdi.
Onun ağlına bir Ģey gəlmiĢdi, ancaq bunu demədi, qorxdu ki, Marius buna da etiraz edər.
Onun ağlına gələn bu idi:
―Hələ heç saat on iki olmayıb, Silahlı adam küçəsi də uzaqda deyil, mən məktubu aparıb
verərəm, vaxtında da qayıdıb gələrəm‖.
BĠRĠNCĠ FƏSĠL.
BoĢboğaz süngər kağızı.
Bütün bir Ģəhərin keçirdiyi coĢqun həyəcan – qəlbin keçirdiyi həyəcan qarĢısında nədir ki?!
Ġnsanın daxili dərinliyi – xalqın daxili dərinliyindən də dərindir. Jan Valjan böyük bir həyəcan
içində idi. Onun daxilində yenə bütün girdablar açılmıĢdı. O da, Paris kimi qorxunc və
anlaĢılmaz bir çevriliĢ qarĢısında sarsılmıĢdı. Bunun üçün bir neçə saat kifayət etmiĢdi. Onun
həyatına, vicdanına qəfildən qaranlıq çökmüĢdü. Paris haqqında deyilən sözü onun haqqında da
demək olardı: ―Budur, iki qüvvə bir-birinə rast gəlmiĢ. ĠĢıq ruhu ilə qaranlıq ruhu uçurum
üstündə, körpüdə bir-biri ilə əlbəyaxa olmuĢdur. Onlardan hansı o birisini uçuruma atacaqdır?
Kim kimə üstün gələcəkdir?‖
Jan Valjan iyunun 4-də, axĢam, Kozetta və Tusenlə Silahlı adam küçəsinə köçdü. Orada, onun
taleyində qəfildən bir dəyiĢiklik baĢ verdi.
Kozetta Plüme küçəsindən öz könlü ilə getməmiĢdi. Onların arzusu, bir yerdə yaĢadıqları gündən
bəri, ilk dəfə olaraq, bir-birinə uymamıĢdı: bu arzular bir-biri ilə mübarizəyə giriĢməsə də, hər
halda, bir-birinə qarĢı durmuĢdu. Bir tərəfin etirazı o biri tərəfin müqavimətinə rast gəlmiĢdi.
Naməlum bir adamın, heç gözlənilmədiyi halda, Jan Valjana: ―Köçün buradan‖ deməsi onu elə
təĢviĢə saldı ki, o, Kozettadan qəti surətdə tabe olmasını tələb etdi. Jan Valjan əmin idi ki, onu
izləyib yerini tapmıĢlar, onu təqib edirlər: Kozetta əlacsız qalıb onun təklifini qəbul etdi.
Onlar Silahlı adam küçəsinə köçəndə, yolda bir-birinə bircə kəlmə də söz demədilər: hərəsi öz
fikri ilə məĢğuldu. Jan Valjan elə təĢviĢ içində idi ki, Kozettanın kədərini duymurdu; Kozetta da
elə dərdli idi ki, Jan Valjanın təĢviĢini duymurdu.
Jan Valjan Tuseni də özü ilə apardı: əvvəllər bir yerə gedəndə Tusen həmiĢə evdə qalardı. O hiss
edirdi ki, bəlkə, bir daha Plüme küçəsinə qayıtmayacaq, buna görə də Tuseni orada qoymadı,
lakin sirrini də açıb ona deyə bilmədi. Bir də ki, Tuseni sədaqətli və etibarlı bir adam hesab
edirdi. Qulluqçunun öz sahibinə xəyanəti maraqdan baĢlanır. Lakin Tusen heç bir Ģeylə
maraqlanmazdı, sanki, Jan Valjana həmiĢə qulluqçu olmaq onun qisməti imiĢ. O, Barnevil
kəndlisi Ģivəsində danıĢa-danıĢa – buna da adam gülməyə bilmirdi, – kəkələyə-kəkələyə deyərdi:
―Anam məni necə doğubsa elə də varam; öz iĢimi görürəm; ayrı Ģeylərlə iĢim yoxdur‖.
Onların Plume küçəsindən getməsi – köçməkdən artıq qaçmağa bənzəyirdi. Gedəndə Jan Valjan
təkcə Kozettanın ―ayrılmaz dost‖ adlandırdığı xoĢ qoxulu balaca çamadanını götürdü. Ġri
sandıqları aparmaq üçün hambal çağırmaq lazımdır: hambal – Ģahid deməkdi. Babil küçəsinə
açılan həyət qapısına fiakr çağırdılar, ona minib getdilər.
Tusen bir az alt paltarı, üst geyimi, bəzi tualet Ģeyləri götürmək üçün güclə icazə ala bildi.
Kozetta da ancaq balaca bir mücrü və büvar götürdü; mücrüyə – kağız yazmaq üçün lazımi
Ģeylər qoymuĢdu.
Onların getməsi mümkün qədər nəzərə çarpmasın və sakit keçsin deyə Jan Valjan axĢam yola
düĢməyi lazım bildi, bu da Kozettaya imkan verdi ki, Mariusa kağız yazsın. Onlar hava lap
qaralanda Silahlı adam küçəsinə gəlib çatdılar.
Yatanda da dinməz-söyləməz yatdılar.
Silahlı adam küçəsindəki mənzilin pəncərələri dal həyətə baxırdı, özü də üçüncü mərtəbədə idi.
Mənzil iki yataq, bir də yemək otağından ibarətdi; mətbəx və antresol yemək otağının böyründə
idi; antresolda bir yığma çarpayı vardı; Tusen bu çarpayıda yatacaqdı. Yemək otağı iki yataq
otağının arasında idi, o həm də dəhliz idi. Evə lazım olan bütün avadanlıq mənzildə vardı.
Ġnsanlar ağılsızcasına təĢviĢə düĢdükləri kimi, ağılsızcasına da təskinlik tapırlar: insan təbiəti
belədir! Silahlı adam küçəsinə gələn kimi Jan Valjanın təĢviĢi azaldı və yavaĢ-yavaĢ yox oldu.
Elə yer var ki, bizim qəlbimizə sakitlik gətirir. Silahlı adam küçəsi – dinc camaatlı, gözə
çarpmayan bir küçə idi; köhnə Parisin bu xırdaca, dar küçəsinin sakitliyi, elə bil, Jan Valjana
yoluxurdu; bu küçə elə dardı ki, iki dirək üstünə köndələninə bir tir qoymaqla ora araba gediĢ-
gəliĢi üçün bağlanmıĢdı; o hay-küylü Ģəhərin ortasında olsa da, dərin bir sükuta dalmıĢdı; günün
günorta çağında ora alaqaranlıq olurdu; əgər belə demək mümkünsə, – qoca adam kimi susub
duran iki sıra yüzillik, hündür evlər onu ətrafın təĢviĢindən mühafizə edirdi. Bu küçədə
unutqanlıq donub qalmıĢdı. Jan Valjan rahat nəfəs aldı. Onu indi necə tanıya bilərdilər?!
Onun ilk qayğısı – ―ayrılmaz dostunu‖ öz yatağının yanında qoymaq oldu.
YaxĢı yatdı. AxĢamın xeyrindən sabahın Ģəri yaxĢıdır, deyiblər; buna – axĢamın sevincindən
səhərin sevinci çoxdur, – sözlərini də əlavə etmək olar. Jan Valjan yuxudan ayılanda kefi kök idi.
Yemək otağı çox pis otaqdı, lakin bu ona çox gözəl göründü; otaqda köhnə, girdə bir masa, alçaq
bir bufet, qaltaq bir kreslo, bir neçə də stul, divarda bufetə sarı əyilmiĢ bir güzgü vardı; Tusenin
bağlamaları stulların üstündə idi; bağlamaların birindən Jan Valjanın milli qvardiya mundiri
görünürdü.
Kozettaya gəlincə, Tusenə o, bulyon gətirməsini tapĢırdı və axĢama kimi öz otağından çıxmadı.
Tusen yeni mənzili səliqəyə salmaqla məĢğuldu. AxĢam o, saat beĢ radələrində yemək otağına
soyuq çolpa qızartması gətirdi: Kozetta atasının ovqatını təlx etməmək üçün çolpadan bir az
yeməyə razı oldu.
Sonra, baĢının bərk ağrıdığını söyləyərək, Jan Valjana – gecən xeyrə qalsın – deyib, öz otağına
getdi. Jan Valjan çolpanın qanadını iĢtahla yeyərək masaya dirsəkləndi; o yavaĢ-yavaĢ
sakitləĢərək yenə də özünü təhlükəsiz bir vəziyyətdə hiss edirdi.
Onlar belə yüngülcə nahar edərkən, Jan Valjan iki-üç dəfə, tutqun bir Ģəkildə, Tusenin səsini
eĢitdi; Tusen kəkələyərək deyirdi: ―Cənab, ətrafda hay-küy var, Parisdə vuruĢurlar‖. Lakin Jan
Valjanın fikri bir çox məsələlərlə məĢğul olduğundan Tusenin sözlərinə əhəmiyyət vermədi.
Düzünü desək, bu sözləri yaxĢı baĢa düĢmədi.
Yerindən qalxdı, get-gedə daha artıq bir təskinlik duyaraq, pəncərədən qapıya, qapıdan
pəncərəyə sarı var-gəl etməyə baĢladı.
O sakit olan kimi, yeganə dərdi-səri olan Kozetta yenə onun fikrini məĢğul etdi. Ona görə yox ki,
Kozettanın baĢ ağrısı, bu xırdaca əsəb sarsıntısı, bu qız Ģıltağı, bu ötücü bulud kölgəsi onu
narahat edirdi, – bunlar bir-iki günə keçib gedəcəkdi; o öz gələcəkləri haqqında və adəti üzrə, bu
barədə xoĢ bir duyğu ilə düĢünürdü. Hər halda, Jan Valjan, keçirdikləri xoĢbəxt həyatın yenə də
öz qaydasına düĢəcəyinə mane olan bir Ģey görmürdü. Bəzən adama elə gəlir ki, onun istədiyi
Ģeyləri əldə etməsi mümkün deyil, bəzən də, hər Ģeyi əldə etmək ona asan görünür. Ġndi Jan
Valjan belə xoĢbəxt dəqiqələr keçirirdi: hər Ģey ona asan görünürdü. Belə xoĢbəxt dəqiqələr,
adətən, gecədən sonra gündüz gələn kimi, pis dəqiqələrdən sonra gəlir, bu da bir-birinə zidd
tərəflərin bir-birini əvəz etməsi qanunu əsasında olur; bu qanun təbiətin mahiyyətini təĢkil edir;
dayaz fikirli adamlar buna antiteza deyirlər. Bu sakit küçədə Jan Valjan həm özü üçün, həm də
Kozetta üçün daldalanacaq bir yer tapmıĢdı, xeyli vaxtdan bəri onu narahat edən vəziyyətdən
xilas olmuĢdu. O uzun zaman öz qarĢısında zülmət gördüyü üçün indi bu küçədə onun gözünə
balaca bir iĢıq çarpırdı. Plüme küçəsindən çətinliyə rast gəlmədən və heç bir hadisə üz vermədən
xilas olmaq özü yaxĢı bir baĢlanğıcdı. Əslində, bir neçə aylığa da olsa, Fransanı tərk edib
Ġngiltərəyə getmək özü ən ağıllı bir tədbir olardı. Bəli, getmək lazımdır. Kozetta onun yanında
olandan sonra Fransada ya Ġngiltərədə yaĢamağın nə fərqi vardı?! Kozetta onun vətəni idi,
Kozetta onun xoĢbəxtliyi üçün kifayətdi. Bəlkə də, onun varlığı Kozetta üçün kifayət deyildi, –
bu fikir əvvəllər onun bədəninə üĢütmə salar, onu yatmağa qoymazdı, lakin indi bu, onun ağlına
da gəlmirdi. Onun bütün əvvəlki dərdi, qəmi sönüb getmiĢdi, onun qəlbi ümidlə dolu idi. Madam
ki, Kozetta onun yanındadır, deməli, onundur, – Jan Valjan belə güman edirdi; bu – optik bir
aldanıĢ idi, bunun nə demək olduğu hamıya məlumdur. O, Kozetta ilə Ġngiltərəyə getməsini
mümkün ola bilən bütün rahatlıqları ilə təsəvvüründə canlandırır, xəyalının uzaq-uzaq
ənginlərində xoĢbəxtliyinin ihya olunduğunu görürdü.
Otaqda yavaĢ-yavaĢ gəziĢərkən birdən onun gözünə qəribə bir Ģey sataĢdı.
O, düz qabağında, alçaq bufetin üzərində, divara maili vurulan güzgüdə dörd sətir yazı gördü və
bunu lap aydınca oxudu:
―Mənim sevgilim! Əfsus, atam bizim dərhal getməyimizi tələb edir. Bu gün axĢam biz Silahlı
adam küçəsinə, 7 nömrəli evə köçürük. Bir həftədən sonra Ġngiltərədə olacayıq.
Kozetta 4 iyun‖.
Jan Valjan dayandı, o heç bir Ģey baĢa düĢmürdü.
Kozetta bura gələndən sonra öz büvarını bufetin üstünə, güzgünün alt tərəfinə qoymuĢdu, ağır bir
təĢviĢ və iztirab içində olduğundan büvar yadından çıxıb orada qalmıĢdı. O hətta büvarı açıq
qoyduğunu da duymamıĢdı: yazdığı dörd sətirli məktubu büvarın bu səhifəsində qurutmuĢdu,
sonra da Plüme küçəsindən keçən cavan bir fəhləyə vermiĢdi; bu dörd sətir yazı büvarın
hopdurucu kağızında əks olunub qalmıĢdı.
Güzgü də bu yazını əks etdirirdi.
Həndəsədə simmetrik əks deyilən Ģey burada meydana gəlmiĢdi. Hopdurucu kağızda tərsinə əks
olunan sətirlər güzgüdə əsl vəziyyətini almıĢdı, sözlər də olduğu kimi oxunurdu; Kozettanın
dünən Mariusa yazdığı məktub Jan Valjanın gözləri qarĢısında canlanıb dururdu.
Bu həm sadə, həm də sarsıdıcı bir Ģeydi.
Jan Valjan güzgüyə yaxınlaĢdı, sətirləri oxudu, gözlərinə inanmadı. Ona elə gəldi ki, bu sətirlər
ildırım parıltısında meydana gəlmiĢdir.
Bu – hallüsinasiya idi. Bu mümkün olan Ģey deyildi. Bu yox idi.
Onun dərketmə qabiliyyəti yavaĢ-yavaĢ dəqiqləĢdi; o, Kozettanın büvarına baxdı, əsl həqiqət
gözü qarĢısında canlandı. Büvarı götürüb dedi: ―O yazı buradandır‖. Büvarda əks olunan yazıya
böyük bir həyəcanla baxdı. Tərsinə əks olunan hərflər qəribə bir naxıĢa bənzəyirdi, sanki, onların
heç bir mənası yox idi. Jan Valjan fikirləĢdi: ―Bunlar heç bir Ģeyi ifadə eləmir, burada heç bir Ģey
yazılmamıĢdır‖. O böyük bir yüngüllük hiss edərək dərindən köksünü ötürdü. DəhĢətli
dəqiqələrdə belə axmaqcasına sevinci kim duymamıĢdır?! Qəlb bütün xəyallarını sərf etməyincə
ümidsizliyə uğramır.
Jan Valjan büvarı əlində tutub, mənasızca bir heyrətlə ona baxırdı: o az qalmıĢdı ki, onu ələ salan
hallüsinasiyaya gülsün. Birdən yenə də güzgüyə baxdı, bayaqkı hadisə yenə təkrar olundu: dörd
sətir yazı orada lap aydın görünürdü. Ġndi bu daha gözə görünən xəyal deyildi. Təkrar olunan
hadisə həqiqətdir. Bu aydın idi, güzgü o məktubu düzgün əks etdirirdi. Jan Valjan məsələni baĢa
düĢdü.
O səndirlədi, büvar əlindən düĢdü, bufetin yanında olan köhnə kresloda ağır-ağır oturdu; baĢı
aĢağı əyildi, gözləri donuqlandı, fikri dumanlandı. O, öz-özünə dedi: bu doğru imiĢ, dünya iĢığı
mənim üçün həmiĢəlik söndü, bunu Kozetta kiməsə yazmıĢdır. O yenə də qəzəblənmiĢ ruhunun
zülmət içində boğuq-boğuq nərildədiyini eĢitdi. Götürün görün aslanın qəfəsindən əti necə
götürürsünüz!
Marius hələ də Kozettanın məktubunu almamıĢdı, – bu həm qəribə, həm də kədərli bir haldı;
Marius məktubu alana kimi təsadüf xaincəsinə onu Jan Valjana yetirmiĢdi.
Bu günə qədər taleyin sınaqları Jan Valjanı məğlub edə bilməmiĢdi. Ona ağır-ağır zərbələr
endirilmiĢdi; insana kinli taleyi tərəfindən edilə bilən zorakılığın hamısı onun haqqında
edilmiĢdi; amansız qəza-qədər cəmiyyətin bütün cəza tədbirləri, bütün yanlıĢ fikirləri ilə
silahlanaraq onu özünə hədəf seçmiĢdi, onu amansızca təqib edirdi. Lakin o heç bir Ģeyin
qarĢısında geri çəkilməmiĢdi, heç bir Ģeyin qarĢısında əyilməmiĢdi. Lazım olan vaxtda ən
cəsarətli qərarlar qəbul etmiĢdi. Yenidən əldə etdiyi Ģəxsiyyət azadlığından könüllü olaraq vaz
keçmiĢdi, öz sərbəstliyini vermiĢdi, öz həyatını təhlükə qarĢısında qoymuĢdu, hər Ģeydən
məhrum olmuĢdu. Hər əzaba tab gətirmiĢdi, heç bir Ģeydə öz xeyrini güdməmiĢdi, hər Ģeyə
dözmüĢdü, bu da o dərəcəyə varırdı ki, bəzən onu – din yolunda əzab çəkən adam kimi öz-
özündən əl üzmüĢ bir adam hesab etmək olardı. Onun cürbəcür müsibətlərlə mübarizədə
bərkiyən vicdanı, elə bil ki, heç sarsılmayacaqdı. Lakin indi bir adam onun ruhunun dərinliyinə
baxsaydı – bir Ģeyi etiraf etməyə məcbur olardı: onun ruhu zəifləyirdi.
Tale tərəfindən üz verən və uzun illər boyu davam edən ağır iĢgəncələr nəticəsində o çox əzab
çəkmiĢdi, lakin bu cür dəhĢətli əzab duymamıĢdı. Hələ bu cür odlu kəlbətinin ağzına
düĢməmiĢdi. O, öz daxilində yatan bütün hisslərin sirli bir Ģəkildə canlandığını duyurdu. Heç
özünə də məlum olmayan bir əsəbinə iynə batırıldığını hiss edirdi. Əfsus! Ən böyük sınaq, daha
doğrusu, yeganə sınaq – sevilən bir adamın əldən çıxmasıdır!
Zavallı, qoca Jan Valjan Kozettanı ancaq bir ata kimi sevirdi, lakin biz yuxarıda qeyd etmiĢdik
ki, o yetimcəsinə bir həyat keçirdiyindən, onun bu atalıq hissinə bütün baĢqa sevgilər də daxil
olmuĢdu: Kozettanı o həm qızı kimi, həm ana kimi, həm də bacı kimi sevirdi. Bütün ömrü boyu
onun nə məĢuqəsi, nə də arvadı olmuĢdu; təbiət – etibardan düĢmüĢ adamın vekselini qəbul
etməyən kreditordur, buna görə də bütün sevgilərin ən dəyanətlisi qadına olan məhəbbət hissi,
dumanlı, təmiz, saf, öz təmizliyi ilə adamı valeh edən, idraka sığmayan, ilahi, səmavi,
mələkcəsinə hiss bütün o biri hisslərə qarıĢmıĢdı. Hətta bu, hissdən artıq instinkt idi, instinktdən
artıq məczubiyyətdi, hiss olunmayan, gözə görünməyən, lakin real bir məczubiyyətdi. Jan
Valjanın böyük bir mehribanlıq içində yaĢayan sevgisi əslində dağ içərisində olan, yeri
bilinməyən, əl dəyməyən qızıl damarı kimi bir Ģeydi.
Qoy indi oxucu Jan Valjanın qəlbinin nə ilə dolu olduğunu yadına salsın: biz yuxarıda bunu
demiĢdik. Onların arasında nikah, hətta mənəvi nikah da ola bilməzdi; bununla belə onların
taleyi bir-birinə möhkəmcə bağlanmıĢdı. Jan Valjan bütün ömrü boyu Kozettadan, yəni o
uĢaqdan baĢqa elə bir Ģey bilmirdi ki, onu sevmək olsun. Bir-birini əvəz edən ehtiras və sevgi
məczubiyyəti onun qəlbində iz buraxmamıĢdı, elə bir iz ki, bir-birini əvəz edən açıq və tünd-
yaĢıllıqda – qıĢdan keçən yarpaqda, yaĢı əllidən ötən adamda görmək olar. Nəticə etibarilə, –
yuxarıda dəfələrlə dediyimiz kimi, – hisslərin bu daxili birləĢməsi, yüksək bir xeyirxahlıq
Ģəklində təzahür edən bu Ģeylərin hamısı o yerə gətirib çıxartdı ki, Jan Valjan Kozettanın atası
oldu. O qəribə bir ata idi: o həm baba, həm oğul, həm qardaĢ, həm də ər olan bir ata idi; o elə bir
ata idi ki, onun varlığında ana da hiss olunurdu; o, Kozettanı sevən, ona pərəstiĢ edən bir ata idi;
çünki Kozetta onun üçün həm iĢıq, həm sığınacaq yeri, həm ailə, həm vətən, həm də cənnət
olmuĢdu.
O zaman ki, Jan Valjan bunların həmiĢəlik qurtardığını, Kozettanın ondan uzaqlaĢdığını, onun
əlindən çıxdığını, onun bulud kimi, su kimi ələgəlməz olduğunu baĢa düĢdü; o zaman ki, bu
öldürücü həqiqət onun qarĢısında canlandı, o da düĢünərək dedi: ―Kozettanın qəlbi baĢqa bir
adama uyub, o bütün həyatını baĢqa bir adama verib, onun sevgilisi var, amma mən ancaq
atayam, mən daha mövcud deyiləm‖; o zaman ki, onun daha heç bir Ģübhəsi qalmadı öz-özünə
dedi: ―Kozetta mənim əlimdən gedir!‖ – Jan Valjanın duyduğu kədər imkan dairəsindən çıxdı.
Əlindən gələn hər Ģey edəsən – axırı da bu? Bu necə olur? Heç demə o – heçmiĢ? Bunu
düĢünəndə, yuxarıda dediyimiz kimi, Jan Valjan acığından titrədi. Bütün varlığında, varlığının
hər zərrəsində xudbinliyin coĢqun bir Ģəkildə hərəkətə gəldiyini hiss etdi, ―mənlik‖ onun
mənəviyyatının girdabında nərildədi.
Daxili fəlakət də olur. Ümidsizliyə gətirib çıxaran etimad – insan mənəviyyatının ən dərin
əsaslarını qırmadan, dağıtmadan insan qəlbinə daxil ola bilməz, bu əsaslar çox vaxt insanın
bütün varlığını təĢkil edir. Bu dərəcəyə gəlib çatan kədər – vicdanın imkanında olan bütün
qüvvələrin məğlubiyyəti və qaçması deməkdir. Bu dəqiqələr – təhlükəli, mənhus dəqiqələrdir.
Ġnsanlardan çox azı – öz-özünə sədaqətli qalanda, öz vəzifəsini yerinə yetirmək əzmindən
dönməyəndə bu dəqiqələri keçirir. Lakin səbir kasası dolanda, əzab və iztirab həddindən aĢanda
ən mətanətli xeyirxah adamlar da sarsılır. Jan Valjan yenə də büvarı götürüb baxdı, bir daha
bunun dəhĢətli bir həqiqət olduğuna inandı, gözlərini büvardan çəkmədən əyilib qalxdı və sanki,
bu dörd sətirə baxa-baxa daĢa döndü; elə zənn etmək olardı ki, bu insan mənəviyyatını dolduran
hər Ģey uçub dağılır, – onu, elə bil, ağır kədər bürümüĢdü.
Jan Valjan kəĢf etdiyi bu yazıya diqqətlə baxır, xəstə təsəvvüründə bunun həcmini böyüdürdü;
eyni zamanda onun zahiri sakitliyi adamı qorxudurdu: insan sakitliyinin cansız heykəl sakitliyinə
çevrilməsi dəhĢətli olur.
Jan Valjan – heç xəbəri olmadan taleyinin atdığı qorxunc addımı ölçürdü, keçən yayda olan
qorxusunu xatırlayırdı, – o, lazımınca düĢünmədən bu qorxunun üstündən keçmiĢdi; o yenə də
onda gördüyü uçurumu görürdü; ancaq indi o, bu uçurumun kənarında deyil, lap dibində idi.
Heç eĢidilməyən bir müsibət baĢ vermiĢdi: Jan Valjan uçurumu görmədən ora yıxılmıĢdı.
Həyatının iĢığı sönmüĢdü; amma o elə təsəvvür edirdi ki, günəĢi həmiĢə görəcəkdir.
Ġnstinkt ona doğru yol göstərdi. O bəzi halları, bəzi günləri fikrində canlandırdı, Kozettanın hansı
bir vəziyyətdə qızardığını, hansı bir vəziyyətdə ağardığını xatırlayıb öz-özünə dedi: ―Bu odur‖.
Ümidsizliyin gözaçıqlığı – oxu həmiĢə hədəfə dəyən əsrarəngiz yay kimi bir Ģeydir. Jan Valjan
ilk zənnində Mariusun izinə düĢdü: bu adamın adını o bilmirdi, amma elə o saat bu adın sahibini
tapdı. Amansız bir Ģəkildə meydana gələn xətirələrin dərinliyində – Lüksemburq bağında boĢ-
boĢ gəzən, sevgi macəraları axtaran bu naməlum, bu miskin adamın, sentimental romanların bu
avara qəhrəmanını, bu axmağı, bu əclafı o lap aydın görürdü: öz övladını çox-çox sevən bir
atanın yanında onun qızına qaĢ-göz eləmək əclaflıq deyilmi?!
Jan Valjan qəti surətdə təyin etdi ki, bu hadisənin baĢ verməsinə o cavan oğlan müqəssirdir,
bütün bu Ģeylərə o səbəb olmuĢdur; öz qəlbində Ģər ilə bu qədər mübarizə aparan, bütün
həyatının, bütün fəlakət və bədbəxtliyinin məhəbbətə çevrilməsinə çalıĢan, mənəvi cəhətdən
dəyiĢən bu adam öz-özünə diqqətlə baxaraq nifrət kabusunu gördü.
Böyük kədər insan mənəviyyatını əzir, həyatı insanın gözündən salır. Dərd çəkən adam nəyinsə
ondan uzaqlaĢdığını hiss edir. Gənclik illərində onun təması ağır, sonralar məĢum olur. Əfsus!
Hətta o zaman ki, qan qızğın, saç qara olur, adam baĢını məĢəl alovu kimi dik tutur; o zaman ki,
taleyin düyünçəsi hələ açılmamıĢdır; o zaman ki, təmiz sevgi ilə dolu olan qəlbin çırpıntısına
baĢqa bir qəlb cavab verir; o zaman ki, səhvi düzəltməyə hələ vaxt vardır; o zaman ki, bütün
qadınlar, bütün təbəssümlər, bütün gələcək, bütün ənginlər hələ qabaqdadır, o zaman ki, insanın
varlığı həyat qüvvəsi ilə doludur – hətta onda da ümidsizlik dəhĢətli olur. Lakin ümidsizlik
qocalıq illərində necə olur, – o zaman ki, illər sönə-sönə, surətini artıra-artıra qaranlığa doğru
gedir, bu qaranlığa çatanda insan öz qarĢısında qəbir zülmətinin ulduzlarını görməyə baĢlayır!..
Jan Valjan düĢünürdü. Tusen otağa girdi. O ayağa qalxıb soruĢdu:
– Bu əhvalat haradadır? Siz bilirsinizmi?
Tusen sualı baĢa düĢməyərək ancaq bunu deyə bildi:
– Sizə nə lazımdır?
Jan Valjan bir də soruĢdu:
– Axı siz, deyəsən, mənə deyirdiniz ki, haradasa dalaĢırlar...
– Hə, cənab, dalaĢırlar! Sen-Merri tərəfdə.
Ġnsanlarda qeyri-Ģüuru hərəkətlər olur. Bu hərəkətlər bizim xəbərimiz olmadan, ən gizli bir fikrin
təhriki ilə meydana gəlir. Jan Valjan da, yəqin ki, heç özü dərk etmədən, belə bir fikrin təhriki
ilə, beĢ dəqiqədən sonra küçəyə çıxdı.
O, evinin qabağında, tumbada, baĢı açıq oturdu, elə bil ki, nəyə isə qulaq asırdı.
Hava qaralırdı.
ĠKĠNCĠ FƏSĠL.
QavroĢ küçə iĢığının düĢmənidir.
Jan Valjan nə qədər belə oturdu? Onun ağır düĢüncəsinin mədd və cəzri nədən ibarətdi? O,
özünə gəlmiĢdimi? Ya elə pamal olub qalmıĢdı? O yenilmək dərəcəsinə qədər ruhdan
düĢmüĢdümü? O yenə də özünə gəlib qəlbində möhkəm bir dayaq nöqtəsi tapa biləcəkdimi?
Yəqin ki, o özü də bu suallara cavab verə bilməzdi.
Küçə bomboĢ idi. Bir neçə adam tələsə-tələsə, təĢviĢ içində evinə qayıdırdı. Jan Valjanı onlar
çətin görə bilərdi. Təhlükəli vaxtlarda hər kəs öz canının hayına qalır. Fənərçi həmiĢəki kimi
gəlib, 7 nömrəli evin darvazası qabağında, asılan fənəri yandırıb getdi. Birisi Jan Valjanı bu
qaranlıqda görsəydi, onun canlı bir adam olduğunu güman etməzdi. O darvazanın qabağında
tumbanın üstündə sakitcə oturmuĢdu, tərpənmirdi, elə bil ki, buzlu heykələ çevrilmiĢ kabusdu.
Ümidsizliyin bir xüsusiyyəti də dondurmaqdır. Kilsə zənglərinin haray səsi, uzaqdan insan
yığınının qəzəbli hay-küyü eĢidirdi. Sen Pol qülləsinin saatı – tələm-tələsik və qarmaqarıĢıq
vurulan zənglərin uğultusunu, qiyamın zəng səsinə qarıĢan hay-küyünü batıraraq, təntənə ilə,
ağır-ağır saat on biri vurdu; çünki zənglərin haray səsi – insan iĢidir, vaxt – Allah iĢidir. Saatın
vurması Jan Valjana heç təsir etmədi; o heç qımıldanmadı da. Elə bu zaman Mərkəzi bazar
tərəfdə tüfənglərin yaylım atəĢi eĢidildi, sonra bu yaylım atəĢi bir də daha bərkdən guruldadı;
yəqin ġanvreri küçəsində barrikadaya hücum edirdilər, – bundan biz yuxarıda bəhs etmiĢdik,
Marius bu hücumun qabağını almıĢdı. Jan Valjan bu iki yaylım atəĢini eĢidəndə səksəndi, – bu
gurultu gecənin sükutu içərisində sanki, daha Ģiddətlə səslənirdi. Jan Valjan yerindən qalxıb,
gurultu gələn tərəfə döndü, sonra yenə də tumbanın üstündə oturub qollarını döĢündə çarpazladı,
baĢı yenə da yavaĢ-yavaĢ aĢağı endi.
O yenə də qəmgin bir halda öz-özü ilə söhbət etməyə baĢladı.
Birdən baĢını qaldırdı: kim isə küçə ilə gedirdi; yaxından ayaq səsi gəlirdi; Jan Valjan fənər
iĢığında, Arxiv binası qabağında, küçənin qurtaracağında lap cavanca, solğun, Ģən bir üz gördü.
QavroĢ Silahlı adam küçəsinə gəlmiĢdi.
O yuxarıya baxır, elə bil ki, nəsə axtarırdı. Jan Valjanı lap yaxĢı görürdü, ancaq ona əhəmiyyət
vermirdi.
QavroĢ yuxarıya baxdıqdan sonra aĢağıya baxmağa baĢladı; pəncəsi üstə qalxaraq, evlərin birinci
mərtəbəsinin qapılarına, pəncərələrinə nəzər saldı; hər yer bağlı idi; qapılar qıfıllanmıĢdı, bel
dəmiri vurulmuĢdu. Həmin evlərin bu qayda ilə barrikadalanmıĢ qapılarından beĢ-altısını
yoxlayıb çiyinlərini çəkdi, vəziyyəti bu sözlərlə təyin etdi:
– Lənət Ģeytana!
Sonra yenə də yuxarıya baxmağa baĢladı.
Jan Valjan bir az əvvəlki ruhi vəziyyətində heç kəsə müraciət etməzdi, hətta heç kəsin sualına
cavab da verməzdi, lakin indi bu uĢaqla danıĢmaq üçün böyük bir arzu hiss etdi.
– A bala, nə axtarırsan?
QavroĢ açıqca dedi:
– Mən yemək axtarıram, – sonra əlavə etdi: – Bala siz özünüzsünüz!
Jan Valjan cibini qurdalayıb beĢ franklıq bir pul çıxartdı.
Lakin QavroĢ yöndəquĢu cinsinə mənsub olduğundan, tez-tez bir Ģeydən o biri Ģeyə atıldığından
– söhbət edə-edə yerdən daĢ götürmüĢdü. O fənər görmüĢdü.
– Bir baxın,– dedi, – burada hələ fənər var! Dostlar siz qayda-qanuna tabe olmursunuz. Bu
intizamsızlıqdır. Gəlin bunu sındıraq!
DaĢı fənərə atdı. Fənərin ĢüĢəsi elə çartıltı ilə sınıb töküldü ki, qarĢı evdə öz istehkamının
arxasında gizlənən camaat çığırıĢaraq dedi: ―Budur, doxsan üçüncü il baĢlanır!‖
Fənər bərk yellənərək söndü. Küçəyə o saat qaranlıq çökdü.
QavroĢ tutduğu iĢi bəyəndi:
– Bax, belə, ay qarı küçə, gecə təsəyini qoy baĢına!
Sonra Jan Valjana sarı dönüb soruĢdu:
– Sizin bu küçənin axırında dikələn o böyük daxmanın adı nədir? Arxivdir, nədir? Bu sarsaq
yorğun sütunları qırıb tökəsən, barrikada düzəldəsən – bax onda lap əntiqə olar!
Jan Valjan QavroĢa yaxınlaĢaraq öz-özünə mızıldandı:
– Yazıq uĢaq acıb, yemək istəyir. QavroĢun əlinə beĢ franklıq pul qoydu.
QavroĢ ―su‖nun iriliyinə təəccüb edərək, baĢını lovğa-lovğa dikəltdi; qaranlıqda pula baxdı, bu
yekə pulun parıltısı onun gözünü qamaĢdırdı. QavroĢ belə bir beĢ franklıq pulun olduğunu
eĢitmiĢdi; bu pulun Ģöhrəti onun xoĢuna gəlirdi; indi bunu yaxından görərək valeh olmuĢdu: ―Bu
pələngə bir baxaq – görək!‖
Pula bir qədər heyran-heyran baxdı, sonra Jan Valjana sarı döndü, pulu ona uzadaraq əzəmətlə
dedi:
– Burjua, mən fənərləri qırmağı daha üstün tuturam. Bu vəhĢi heyvanı alın, qoy qalsın özünüzdə.
Məni pulla ələ almaq olmaz. Onun beĢ caynağı var, amma məni cırmaqlaya bilməz.
Jan Valjan ondan soruĢdu:
– Sənin anan varmı?
QavroĢ düĢünmədən dedi:
– Əlbəttə, var.
Jan Valjan sözünə davam etdi:
– Onda bu pulu anana apar.
Bu söz QavroĢun xoĢuna gəldi. Bir də ki, onunla danıĢan adamın Ģlyapası yox idi, bu ona Jan
Valjanın etibarını qazandırdı.
– Doğrudanmı? Ona görə yox ki, fənərləri qırmayım?
– Nə qədər istəyirsən qır!
– Siz əntiqə oğlansınız!
QavroĢ pulu cibinə qoydu.
Onun Jan Valjana olan etibarı artmıĢdı:
– Siz bu küçədə olursunuz?
– Bu küçədə oluram, necə?
– Siz mənə yeddi nömrəli evi göstərə bilərsinizmi?
– Yeddi nömrəli evi neynirsən?
QavroĢ karıxdı: artıq Ģey söylədiyindən qorxdu, beĢ barmağının beĢini də qəzəblə saçına soxaraq
bu sözləri söyləməklə kifayətləndi:
– Elə belə!
Jan Valjanın ağlına bir Ģey gəldi, təĢviĢə düĢən adamlarda belə fikir aydınlığı olur. Jan Valjan
soruĢdu:
– Bəlkə, sən mənə məktub gətirmisən: mən o məktubu gözləyirəm.
– Sizə? Siz arvad deyilsiniz.
– Məktub madmazel Kozettanın üstünə göndərilib, elə deyilmi?
QavroĢ donquldandı:
– Kozettanın? Deyəsən, orada elə belə də yazılıb. Gülməli addır!
– Bilirsən nə var: mən məktubu gərək ona yetirəm, ver bura.
– Onda siz dəqiq bilirsiniz ki, məni barrikadadan göndəriblər?
– Əlbəttə bilirəm.
QavroĢ əlini o biri cibinə salıb, dörd qat bükülmüĢ məktubu çıxartdı.
Sonra təzim edərək dedi:
– Məktuba hörmət! Bu, müvəqqəti hökumətdəndir.
– Ver bura.
QavroĢ kağızı baĢının üstündə tutub durmuĢdu.
– Elə güman eləməyin ki, bu sevgi məktubudur. Bu qadına yazılmıĢdır, ancaq xalq adından
yazılmıĢdır. Biz kiĢilər vuruĢuruq, amma zənən xeylağına hörmət edirik. Bizdə ali cəmiyyətdə
olan kimi deyil: orada Ģıq geyimli gədə-güdə sarsaq-sarsaq qızlara gizlin kağız yazırlar.
– Ver bura.
QavroĢ sözünə davam etdi:
– Doğrudan da, siz, deyəsən, əntiqə oğlansınız!
– Tez ol, ver.
– Alın.
QavroĢ kağızı Jan Valjana verdi.
– Cənab Ġks, tez olun gedin, mamzel Ġksetanın gözü yoldadır.
QavroĢ öz məzəliyindən çox razı qaldı.
Jan Valjan soruĢdu:
– Məktubun cavabını hara aparım? Sen-Merriyə?
QavroĢ ucadan:
– Bir az səhv edirsiniz,– dedi. – Necə deyirlər: vəsəli qutab deyil. Bu məktub ġanvreri
küçəsindəki barrikadadandır, mən ora qayıdıram. Gecəniz xeyrə qalsın, vətəndaĢ!
QavroĢ bu sözləri deyib getdi, daha doğrusu, sıpqınıb əldən çıxan quĢ kimi qanadlandı, gəldiyi
yerə uçdu. O, sanki, zülməti deĢə-deĢə, maĢınla atılan daĢ kimi sürətini azaltmadan, yenə də
qaranlığa daldı. Silahlı adam küçəsinə yenə də səssizlik çökdü. Həm kölgəyə, həm röyaya
oxĢayan bu qəribə uĢaq bir anda, zülmət içərisində tüstü kimi itib-batan evlərin arxasında
qaranlığa qərq oldu. Elə zənn etmək olardı ki, QavroĢ qaranlıq içində əriyərək itdi. Lakin bir
neçə dəqiqə sonra çatırtı elə bir ĢüĢə sındı, bir fənər gurultu ilə daĢ yola düĢdü; bu yenə də
camaatı yuxudan ayıltdı, onların nifrətinə səbəb oldu. Bunu – ġom küçəsilə qaça-qaça gedən
QavroĢ edirdi.
ÜÇÜNCÜ FƏSĠL.
Kozetta ilə Tusen yatarkən...
Jan Valjan Mariusun məktubu ilə öz otağına qayıtdı.
O, yuvasına Ģikar aparan bayquĢ kimi qaranlıqdan razı idi: Jan Valjan pilləkənlə asta-asta yuxarı
qalxdı, öz otağının qapısını yavaĢca açıb içəri girdi, sonra yenə də yavaĢca örtdü, dayanıb qulaq
asdı, səs-səmir yox idi, bu nəticəyə gəldi ki, yəqin, Kozetta da, Tusen də yatmıĢdır. Onun əli elə
əsirdi ki, bir kibrit yandırmaq üçün üç-dörd kibrit çöpünü Fümada xəlitəsi olan ĢüĢəyə batırdı;
indi onun etdiyi iĢ oğurluğa oxĢayırdı. Nəhayət, Ģamı yandırdı, masaya dirsəklənib kağızı açdı,
oxumağa baĢladı.
Ġnsan çox həyəcanlı olanda oxumur, bəlkə, kağızın üstünə cumur, onu öz əsiri kimi sıxır, əzir,
nifrət ya Ģadyanalıq caynağını ona iliĢdirir; gah kağızın sonuna, gah da əvvəlinə baxır. Onun
diqqəti son dərəcə həyəcanlı olur; kağızda yazılan, ümumiyyətlə, təxminən onun ən ümdə
cəhətini qavrayır, bir yerdə dayanıb durur, o birilər itib gedir. Jan Valjan Mariusun kağızında
ancaq bu sözləri gördü:
―... Mən ölürəm. Sən bu kağızı oxuyanda mənim ruhum sənin yanında olacaq‖.
Jan Valjan bu iki sətirə baxanda böyük bir sevinc duydu; elə dəqiqələr olurdu ki, hisslərin sürətlə
dəyiĢməsi, sanki, onu basıb əzirdi; indi o Mariusun kağızına sərxoĢ bir adam heyrətilə baxırdı;
onun təsəvvüründə gözəl bir mənzərə canlanırdı: bu mənzərə – onun nifrət etdiyi adamın ölümü
idi.
Onun qəlbində fərəhin vəhĢi fəryadı qopdu. Demək, hər Ģey bitdi! Məsələ onun ümid edə
biləcəyindən də tez həll olundu. Onun yolunu kəsən adam məhv olur. Bu Marius özü, məcbur
edilmədən, öz könlü ilə həyatdan gedir. Jan Valjan iĢtirak etmədən, bu iĢdə heç bir təqsiri
olmadan ―bu adam‖ tezliklə öləcək. Bəlkə də, elə ölüb. Jan Valjan Ģiddətli həyəcan içində
düĢünməyə, götür-qoy eləməyə baĢladı. Yox, o hələ ölməyib. Görünür məktub elə göndərilib ki,
Kozetta sabah səhər onu oxusun; saat on birlə gecə yarısı arasında səslənən iki yaylım atəĢindən
baĢqa heç bir hadisə olmayıb; barrikadaya əsl hücum ancaq səhər açılanda olur; bunun fərqi
yoxdur: ―bu adamı‖ üsyana cəlb edildiyi gündən ölmüĢ hesab etmək olar.
O, diĢi çarxlar arasına düĢmüĢdür. Jan Valjan azadlıq gününün gəlib çatdığını hiss etdi. O yenə
də Kozetta ilə bir yerdə olacaq. Onun daha rəqibi olmayacaq. Gələcək yenə də öz ağuĢunu
onların qarĢısında açırdı. Bunun üçün bircə Ģey lazımdır, kağızı cibinə qoyub gizlətsin! Kozetta
―bu adamın‖ baĢına nə gəldiyini heç vaxt bilməyəcək. ―Bircə Ģey qalıb; o Ģey ki olacaq – onun
baĢ verməsinə mane olmamaq lazımdır. Bu adam xilas ola bilməyəcək. O hələ ölməyibsə – heç
Ģübhəsiz, öləcək. Belə də xoĢbəxtlik olar!‖
Jan Valjan bu Ģeyləri öz-özünə deyib tutuldu.
Sonra aĢağı enib qapıçını oyatdı.
Təxminən bir saat sonra Jan Valjan əlində silah, tam milli qvardiya paltarında evdən çıxdı.
Qapıçı onun çatıĢmayan Ģeylərini çox asanlıqla qonĢulardan tapıb, gətirdi. Jan Valjanın
doldurulmuĢ bir tüfəngi, bir də patron dolu çantası vardı. O, Mərkəzi bazar tərəfə yönəldi.
DÖRDÜNCÜ FƏSĠL.
QavroĢun yersiz coĢqunluğu.
Bu zaman QavroĢun baĢına belə bir əhvalat gəldi.
O, ġom küçəsindəki fənəri kamal-ədəblə vurub sındırdıqdan sonra gəlib Vyeyl-Odriyet küçəsinə
çıxdı; orada ―heç itə də‖ rast gəlmədiyindən, bildiyi nəğmələrdən birini oxumaq üçün əlinə fürsət
düĢdü. Nəğmə onun yeriĢini yavaĢıtmırdı, əksinə, daha da yeyinlədirdi. Onun odlu kupletləri
yatan, ya qorxuya düĢən evlərin üstünə yağmağa baĢladı:
Qaratoyuq dedi birdən:
―Bu yaxında bir qızla mən.
Rus qızıyla meĢəlikdən...‖.
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
Dostum Perro, bu nə xislət.
Gündə bir qız edirsən bənd.
Bu durbinə de, nə hacət?
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
Hərcayı eĢq öddür, inan!
Tutub zərif boğazından.
Məcnun, bidar oldum, aman.
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
Necə oldu o xoĢ anlar!
Lizon mənlə çəkdi qumar.
Bir... iki... yandım, zəhrimar...
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
Onda ki, Suzetta dilbər.
Saldı mənə xoĢ bir nəzər.
AlıĢdım, yandım sərbəsər!
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
Fəsil açdım neçə-neçə.
Bir mən, bir Madlen, bir gecə...
ġeytan, iblis yerə keçə!
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
Gözəl fəndgir olur yaman!
YeriĢiylə çan alır, can.
Gah ram olur... Adel dayan!
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
Stellayla gecə dansdan.
QoĢa evə gələn zaman.
SönmüĢdü göydə kəhkəĢan.
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
QavroĢ nəğməni oxuduqca əl-qolunu bərk-bərk oynadırdı. Əl-qol hərəkəti – nəqəratın dayaq
nöqtəsidir. O üz-gözünü çox qəribə Ģəkillərə salırdı; onun sifəti – ağız-burun əymənin tükənməz
xəzinəsi idi; onun üzü bərk küləkdə qurudulan yırtıq alt paltarın dəlik-deĢiyi kimi Ģəkildən-Ģəklə
düĢürdü. Çox təəssüf ki, o tək idi, gecə idi, onun sifətini heç kəs görmürdü, görə də bilməzdi.
Ġstedadlı adamlar bu qayda ilə puç olub gedirlər.
Birdən o dayandı.
– Romansı kəsək, – dedi.
Onun piĢik gözü kimi iti gözləri qaranlıqda, darvazanın içində, incəsənətdə ―ansambl‖ deyilən
bir Ģey gördü, bu, baĢqa sözlə desək, bir adam və bir Ģey idi: Ģey – əl arabası idi, adam da –
arabada yatan bir overnli idi.
Arabanın qolları daĢ yolun, overnlinin baĢı arabanın qabaq tərəfində idi. O bu maili yerdə
büzüĢüb yatmıĢdı, ayaqları yerə dəyirdi.
QavroĢ dünya görmüĢ adam olduğundan dərhal onun sərxoĢ olduğunu bildi.
Bu adam küçə arabaçısı idi; bərk içmiĢdi, bərk də yatmıĢdı.
QavroĢ öz-özünə dedi: ―Yay gecələri, bax, belə Ģeylərə yarayır: overnli öz arabasında yatır, sonra
gəlib bu arabanı Respublika üçün aparırlar, overnlini mütləqiyyət üçün qoyurlar qalır!‖
Onun ağlına indicə çox gözəl bir fikir gəlmiĢdi: ―Bu araba bizim barrikadaya lap yaxĢı yarar‖.
Overnli xoruldayırdı.
QavroĢ arabanı qabaq tərəfindən yavaĢca özünə sarı çəkdi, sonra overnlini aĢağı hissəsindən,
yəni qıçlarından tutub dartdı, sərxoĢ arabaçı, heç bir Ģey olmamıĢ kimi, daĢ yolda rahatca sərilib
qaldı.
Əl arabası boĢaldı.
QavroĢ, qəfil ortaya çıxan hadisələri hazır bir vəziyyətdə qarĢılamağa adət etmiĢdi, buna görə də
onun bütün əmlakı öz yanında olardı. Ciblərini axtardı, bir parça kağız, bir qırıq qırmızı karandaĢ
çıxartdı; karandaĢı bir dülgərdən çırpıĢdırmıĢdı.
Kağıza bu sözləri yazdı:
―Fransa respublikası.
Əl arabası təhvil alındı‖.
Sonra da altdan qol qoydu:
―QavroĢ‖
Kağızı, hələ də xoruldamaqda olan overnlinin plis jiletinin cibinə qoydu, əl arabasının
qollarından yapıĢdı; onu qabağa basa-basa, daĢ yolda gurultu sala-sala, var gücü ilə Mərkəzi
bazara sarı yüyürməyə baĢladı: o öz qalibiyyətinin təntənəsini keçirirdi.
Lakin bu təhlükəli bir iĢ idi. Kral mətbəəsi yanında keĢikçi məntəqəsi vardı. QavroĢ bunu nəzərə
almamıĢdı. Paris civarının milli qvardiya hissəsi bu məntəqədə dururdu. Hissə təĢviĢə düĢərək
qımıldanmağa baĢladı: səfər çarpayısında yatan qvardiyaçılar baĢlarını qaldıraraq qulaq asırdı.
Ġki fənərin bir-birinin ardınca sındırılması, lap ucadan oxunan bir nəğmə bu qorxaq küçələr üçün
kifayətdi, hətta kifayətdən də çox-çox artıqdı: bu küçələrdə lap gün batanda yatmağa baĢlayırlar,
Ģamların da baĢına belə tezdən söndürücü qapaq keçirirlər. Ġndi bir saatdı ki, bir küçə uĢağı
butulkaya düĢən milçək kimi bu dinc məhəllədə hay-küy salmıĢdı. Məhəllə serjantı bu səsə qulaq
asırdı. O durub gözləyirdi. O, ehtiyatlı adamdı.
Əl arabasının gurultusu serjantı səbirdən çıxartdı, onu yoxlama aparmağa vadar etdi.
O həyəcanla dedi:
– Onlar buradadır, özü də bütün bir quldur dəstəsidir. Gedək astaca baxaq.
Aydın görünürdü ki, anarxiya əjdahası zağasından çıxmıĢ, məhəllədə Ģuluqluq salır.
Serjant səssizcə yeriyərək, keĢikçi məntəqəsindən çıxmağa cəsarət etdi.
Birdən Vyeyl-Odriyet küçəsinin lap qurtaracağında QavroĢ və onun əl arabası bir mundirlə,
kiverlə, plümajla, tüfənglə lap üz-üzə gəldi.
O birdən dayanıb təəccüblə dedi:
– Bir baxırsanmı: o, burada elə hazırmıĢ ki! AxĢamınız xeyir, cənab ictimai qayda-qanun!
QavroĢun təəccübü həmiĢə çox az davam edirdi.
Serjant çığırdı:
– Sən hara gedirsən, səfilin biri səfil?
QavroĢ ona belə cavab verdi:
– VətəndaĢ, mən hələ sizə burjua deməmiĢəm. Bəs siz niyə məni təhqir edirsiniz?
– Sən hara gedirsən, avaranın biri avara?
QavroĢ dedi:
– Cənab, bəlkə də, dünən siz ağıllı adamdınız, amma bu gün səhər bu rütbəni sizin əlinizdən
alıblar.
– Mən səndən soruĢuram, sən hara gedirsən, haramzadənin biri haramzadə!
– Siz çox nəzakətlə danıĢırsınız. Doğrudan da, siz yaĢınıza görə cavan görünürsünüz. Niyə siz
saçınızın hər tükünü yüz franka satmayasınız? Siz onda düz beĢ yüz frank qazanardınız.
– Sən hara gedirsən? Hara gedirsən? Hara? De, quldurun biri quldur!
– Siz nə pis-pis söz deyirsiniz! Yenə sizə əmmək üçün döĢ verəndə – qoy əvvəlcə ağzınızı bir
yaxĢıca silsinlər.
Serjant süngünü ona sarı uzatdı.
– Hara getdiyini sən deyəcəksən ya yox, əclafın biri əclaf?
QavroĢ dedi:
– Cənab general, mən həkim axtarıram: mənim arvadım doğur.
Serjant çığırdı:
– Silah baĢına!
O Ģey ki, sizi məhv etmək təhlükəsi qarĢısında qoymuĢdu – onun vasitəsilə xilas olmaq –
qüvvətli adamların ən yüksək məharətidir; QavroĢ elə o saat iĢin nə yerdə olduğunu baĢa düĢdü.
Madam ki, əl arabası onu belə pis vəziyyətə salmıĢdı – əl arabası da onu bu vəziyyətdən
qurtarmalı idi.
Serjant QavroĢun üstünə cummaq istəyəndə əl arabası – maĢınla atılan daĢa çevrilərək, sürətlə
gedib serjantın düz qarnına dəydi, serjant kəlləmayallaq qanova yumbalandı, tüfəng də elə o saat
havaya atıldı.
Serjantın çığırtısına əsgərlər dəstə ilə bayıra tökülüĢdü; tüfəngin atılması ümumi və nizamsız bir
yaylım atəĢinə səbəb oldu; əsgərlər yenə tüfənglərini doldurdular, yenə atmağa baĢladılar.
Bu gözəyarı atıĢma düz on beĢ dəqiqə davam etdi; güllələr bir neçə pəncərə ĢüĢəsini ölümcül
halda yaraladı.
QavroĢ var gücü ilə geri qaçdı, o yerdən beĢ-altı küçə uzaqda dayandı, tövĢüyə-tövĢüyə, –
Qırmızı yetimlər küçəsinin tinini göstərən tumbada oturdu.
Diqqətlə qulaq asmağa baĢladı.
Nəfəsini dərdikdən sonra, Ģiddətli atıĢma səsi gələn tərəfə döndü, sağ əlini peysərinə vura-vura,
sol əli ilə üç dəfə dalbadal onlara ―burun göstərdi‖. Paris qamenləri bu son dərəcə təsirli
hərəkətlə bütün fransız istehzasını ifadə edirlər, görünür bu itib-batmayan bir hərəkətir, çünki
yarım əsrdir ki, bu hərəkət ortadan çıxmamıĢdır.
Lakin kədərli bir fikir birdən QavroĢun sevincini pozdu, ovqatını təlx elədi.
O düĢünərək öz-özünə dedi: ―Mən burada hırıldayıram, gülməkdən uğunuram, o ki var qəhqəhə
çəkirəm, amma yolu itirmiĢəm. Ġstəsəm də, istəməsəm də gərək dolanbac yolla gedəm. Hər necə
olsa vaxtında özümü barrikadaya yetirməliyəm!‖
QavroĢ yoluna davam etdi.
―Mən axı harda qalmıĢdım?‖ – deyərək, bayaqkı nəğməni yüyürə-yüyürə yadına salmağa
baĢladı.
O sürətlə bir küçədən o biri küçəyə girir, yenə də öz nəğməsini oxuyurdu; onun səsi qaranlıqda
get-gedə yavaĢıyaraq ətrafa yayılırdı:
Zaman sizi biçdi ot tək.
Zindanlar çox deyildir bərk.
Ġstibdad məhv olsun gərək!
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
Kefçün keqli vuraq, gəlin!
ġar hanı? Vursan zərbəli.
Uçar burbonlar təməli.
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
Tir-tir əsir qorxudan Luvr.
Mütləqiyyət məhv olsun, vur!
Dəmir süpürgəylə süpür!
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
Dözməz lava barmaqlıqlar.
Onuncu Karl ar olsun, ar.
Qaçır üstü-baĢı qubar!
Gözəllərim, haraya siz.
Cilvələnib çəkildiniz?
KeĢikçi məntəqəsi əsgərlərinin silahlı hücumu nəticəsiz qalmadı. Əl arabası zəbt edildi, sərxoĢ
əsir alındı. Əl arabası keĢikçi məntəqəsinə göndərildi, həbsdə saxlanıldı, sərxoĢ da sonralar, hərbi
məhkəmə tərəfindən, basqında iĢtirak etdiyi üçün, yüngülcə cəzalandı. Bu hadisə o zamankı
prokurorluğun ictimai qayda-qanunu qorumaq məsələsində böyük qeyrət göstərməsinə bir
sübutdur.
QavroĢun sərgüzəĢti Tampl məhəlləsi rəvayətlərində mühafizə edilir; bu, qoca Maren
burjualarının ən qorxunc xatirələrindən biridir; bu hadisə onların hafizəsində: ―Kral mətbəəsi
keĢikçi məntəqəsinə gecə hücumu‖ Ģəklində nəqĢ olunaraq qalmıĢdır.
SƏFĠLLƏR.
V HĠSSƏ.
JAN VALJAN.
DÖRD DĠVAR ARASINDA MÜHARĠBƏ.
BĠRĠNCĠ FƏSĠL.
Sent-Antuan civarındakı Xaribda
Tampl civarındakı Stsilla barrikadası.
Ġctimai xəstəliklər tədqiqatçısının qeyd edə biləcəyi iki ən çox yadda qalan barrikada bu kitabda
təsvir olunan hadisələrin baĢ verdiyi dövrə aid deyil. Qorxunc dövrün bir növ simvolu olan bu
barrikadalar 1848-ci ilin faciəli iyun üsyanında, sanki, yer altından çıxmıĢdı, bu üsyan – tarixin
Ģahid olduğu bütün küçə vuruĢmalarının ən böyüyü idi.
Bəzən elə olur ki, qara camaat, bu böyük qiyamçı, hətta yüksək prinsiplər əleyhinə, azadlıq,
bərabərlik, qardaĢlıq əleyhinə, seçki hüququ əleyhinə, ali xalq hakimiyyəti əleyhinə çıxır,
məyusluq, kədər, boĢa çıxmıĢ ümidlər, təĢviĢ, məhrumiyyət, üfunət, cəhalət, nadanlıq
girdabından qalxaraq üsyan edir; elə də olur ki, avam camaat xalqa müharibə elan edir.
Sərsərilər ictimai hüquqa hücum edir; oxlokratiya demosun üzərinə qalxır.
Bu günlər müsibətli günlərdi; bu cür ağılsızlığın özündə də həmiĢə bir qədər ədalət olur; belə bir
duel adamın öz-özünü öldürməsinə bənzəyir; sərsərilər, qara camaat, oxlokratiya, avam camaat
kimi, sanki, təhqiredici sözlər, əfsus ki, əzab çəkənlərin deyil, hökmranlıq edənlərin, bədbəxt
edilmiĢ məzlumların deyil, imtiyazlıların müqəssir olduğunu sübut edir.
Mənə gəlincə, mən bu sözləri ürək ağrısı ilə və hörmətlə söyləyirəm, çünki fəlsəfə bu sözlərə
uyğun olan hadisələrin dərinliyinə varsa, orada çox vaxt əhəmiyyətsiz Ģeylərlə bərabər böyük
Ģeylər də görər. Afinada oxlokratiya vardı, gezlər Hollandiyanı yaratdı; plebeylər dəfələrlə
Romanı xilas etmiĢlər, qara camaat Ġsanın ardınca getmiĢdir.
Hansı mütəfəkkir, cəmiyyətin səfalət içində yaĢayan təbəqələrinin əzəməti haqqında bəzən
düĢünməmiĢdir?!
Bu qara camaat, bütün bu yoxsullar, sərsərilər, səfillər içərisindən həvvarilər, din yolunda əzab
çəkən müqəddəs adamlar çıxmıĢdır; Müqəddəs Ġyeronim bu sirli ―Fex urbis, lex orbis1‖ kəlamını
söyləyəndə, yəqin ki, bu qara camaatı, bütün bu yoxsulları, sərsəriləri, səfilləri düĢünmüĢdür.
Əzab çəkən, qanı tökülən bu qara camaatın həyəcanı, onun öz həyatı üçün zəruri olan prinsiplər
əleyhinə mənasız qiyamı, onun qanunsuz hərəkəti – dövləti yıxmaq təĢəbbüsüdür, buna görə də
bu qiyam yatırılmalıdır. Vicdanlı adam bu iĢə giriĢir, qara camaatı istədiyi üçün onunla
mübarizəyə baĢlayır. O, qara camaata qarĢı dursa da, ona böyük rəğbət göstərir! Onu dəf etsə də,
ona böyük hörmət bəsləyir! Burada da biz nadir hallardan biri ilə üz-üzə gəlirik: biz haqlı hərəkət
etdiyimiz halda, təĢviĢ duyuruq və sanki, iĢi sona yetirməyə qərarımız çatmır; biz inad edirik,
çünki bu, zəruridir, lakin təmin olunmuĢ vicdanımız kədərlənir; biz öz vəzifəmizi yerinə
yetiririk, lakin qəlbimiz sızıldayır.
Bir Ģeyi qabaqcadan qeyd etməliyik: 1848-ci ilin iyun hadisəsi müstəsna bir hadisə idi, bu hadisə
tarix fəlsəfəsinin təsnifinə çox az uyğun gəlir. O yerdə ki, bu eĢidilməmiĢ, görünməmiĢ
qiyamdan söhbət gedir, onda yuxarıda dediyimiz bütün sözləri geri götürməliyik, çünki bu
qiyamda öz hüququnu tələb edən əməyin müqəddəs qəzəbi özünü göstərirdi. Qiyamı yatırtmaq
lazım gəldi, bunu vəzifə tələb edirdi, çünki qiyam respublikanı təhlükə altına alırdı. 1848-ci ilin
iyun qiyamı əslində nə idi? Bu, xalqın öz-özünə qarĢı üsyanı idi.
O Ģey ki, əsas məzmuna aiddir, ondan bəhs etmək mətləbdən uzaqlaĢmaq deyil; buna görə də
qoy bizə icazə verilsin, oxucuların diqqətini az da olsa, öz mahiyyəti etibarilə yeganə olan iki
barrikadaya cəlb edək, biz indicə bu barrikadaların adını çəkmiĢdik, həm də onlar bu silahlı
üsyan üçün çox səciyyəvidir.
Bu barrikadalardan biri Sent-Antuan civarı qarovulxanasının qabağını kəsirdi, o birisi – Tampl
civarına gələn yolu qoruyurdu. Kim ki iyunun aydın, mavi səması altında qurulan vətəndaĢ
müharibəsinin yaratdığı bu qorxunc barrikadaları görübsə, onları heç vaxt unutmayacaqdır.
Sent-Antuan barrikadası çox nəhəng barrikada olub üçmərtəbəli ev hündürlüyündə idi, eni də
yeddi yüz futa çatırdı. O, Sent-Antuan civarının qabağını, yəni üç küçənin ağzını baĢdan-baĢa
tuturdu; bu barrikada kələ-kötürdü, dəlik-deĢikdi, diĢ-diĢdi, kəsik-kəsikdi, onun mağzala oxĢayan
böyük deĢikləri vardı, o, daĢ yığınlarına əsaslanırdı, bu, onu istehkama çevirirdi; onun bəzi yeri
əyri Ģəkildə qabağa çıxırdı. Sent-Antuan civarı evlərinin iki hündür tini onu arxa tərəfdən
möhkəm qoruyurdu; o, vaxtilə 14 iyulu görən dəhĢətli meydanın bir tərəfində nəhəng sədd kimi
yüksəlirdi. Barrikadaların, sanki, ulu babası olan bu barrikadanın dal tərəfində on doqquz
barrikada bir-birinin ardınca küçələrin içərisinə doğru uzanırdı. ġəhər ətrafında yaĢayan camaatın
çəkdiyi dəhĢətli əzabı hiss etmək üçün həmin barrikadanı uzaqdan görmək kifayətdi, onların
çəkdiyi əzab elə bir dərəcəyə gəlib çatmıĢdı ki, bu zaman ehtiyac fəlakətə çevrilir. Bu barrikada
nədən qurulmuĢdu? Bəziləri deyirdi ki, bu barrikada – ancaq bu məqsəd üçün viran edilmiĢ üç
altımərtəbəli evin söküntülərindən qurulmuĢdur. Bəziləri də deyirdi ki, onu xalq qəzəbinin
möcüzəsi yaratmıĢdır. Söküntülərdən qurulmuĢ bu barrikada, nifrətdən əmələ gələn bir Ģey kimi,
adamı qüssələndirirdi. SoruĢa bilərlər ki, bunu kim qurmuĢdur? SoruĢa da bilərlər ki, bunu kim
dağıtmıĢdır? Bu barrikadanı Ģiddətli qəzəbin coĢqun ilhamı yaratmıĢdı. Dayan! Bax, bu – qapı!
Bu – dəmir barmaqlıq! Bu – talvar! Bu – çərçivə! Bu – sınmıĢ manqal! Bu – çatlamıĢ küpə!
Hamısını ver gəlsin, tulla gəlsin! Hamısını itələ bəri, dart bəri, alt-üst elə, sındır, yıx, dağıt!
Qənbər daĢını, çınqılı, dirəyi, dəmir tiri, əsgi-üsgünü, sınmıĢ pəncərə ĢüĢəsini, üzü soyulmuĢ
stulları, kələm kötüyünü, cındır paltarları, zirzibili lənətlə, qarğıĢla üst-üstə tökürdülər. Bu, həm
əzəmətli, həm də əhəmiyyətsiz bir Ģey idi. Bu, əzəli xaosun təqlidi idi, onu yoxsulluq bir anda
yaratmıĢdı. Kütlə ilə atom bir-birinə qarıĢmıĢdı; bir parça divarın yanında dəlik-deĢik olmuĢ qab
görünürdü – bu, müxtəlif qırıntıların qorxunc qardaĢlığı idi; Sizif öz qayasını, Əyyub öz saxsı
qabını bura atmıĢdı. Bu Ģeylərin hamısı bir yerdə adamı dəhĢətə gətirirdi. Bu, lütlər Akropolu idi.
Onun döĢündə aĢırılmıĢ arabalar görünürdü; dalı üstə çevrilmiĢ yekə bir araba bu qiyamçı simada
çapıq yerinə oxĢayırdı; qiyamçılar, atları açılmıĢ bir omnibusu gülə-gülə barrikadanın lap
təpəsinə qaldırmıĢdılar, sanki, bu vəhĢicəsinə istehkamı quran adamlar faciə ilə əyləncəni
birləĢdirmək istəmiĢdilər; omnibusun diĢləsi yuxarı qalxmıĢdı, elə bil ki, səmadan bir cüt atın
enib ona qoĢulacağını gözləyirdi. Qiyam dalğalarının qurduğu bu nəhəng təpə, Ossanın Pelion
üzərinə qalaqlandığı kimi, bütün inqilablarda – 93-cü ilin 89-cu il üzərinə, 9 termidorun 10
avqust üzərinə, 18 brümerin 21 yanvar üzərinə, vandemyerin prerial üzərinə, 1848-ci ilin 1830-
cu il üzərinə qalaqlandığını xatırladırdı. Meydan buna layiq idi, barrikadanın da Bastiliyanın
məhv olduğu yerdə meydana gəlməyə haqqı vardı. Okean sədd qurmuĢ olsaydı, mütləq belə bir
sədd qurardı. Məddin qəzəbi bu biçimsiz bəndə öz təsirini göstərmiĢdi. Hansı məddin? Qara
camaatın, elə bil ki, siz daĢa dönmüĢ fəryadı görürsünüz, elə bil ki, siz coĢqun tərəqqinin gözə
görünməyən nəhəng bal arılarının vızıltısını eĢidirsiniz, bu, arı pətəsi üzərində arıların vızıltısını
xatırladır. Bu keçilməz sıx meĢə idimi? Ya əyyaĢlar eyĢ-iĢrətinin izi idimi? Ya qala idimi?
Adama elə gəlirdi ki, divanəlik bunu qala çırpıntısı ilə yaratmıĢdır. Bu istehkamda bir iyrənclik,
bu xaosda Olimp əzəməti vardı. Orda-burda, bu qorxunc qatma-qarıĢıqlıq içərisində taxtapuĢ
çatıları, divar kağızı yapıĢdırılmıĢ mansarda bucaqları, ĢüĢəsi sınmamıĢ, çınqıl arasına atılmıĢ,
top atəĢini gözləyən pəncərə çərçivələri, ev damlarından qoparılmıĢ novçalar, çoxlu Ģkaf, stol,
oturacaq, dilənçilərin belə rədd etdiyi, üzərində qəzəb və dağıntı izləri görünən müxtəlif köhnə
ev avadanlığı gözə çarpırdı. Demək olardı ki, ağacdan, dəmirdən, misdən, daĢdan düzəldilmiĢ bu
köhnə-kürüĢ Ģeylər xalqın tör-töküntüsüdür. Sent-Antuan civarı bunları nəhəng bir süpürgə ilə
evdən bayıra artmıĢ, öz yoxsulluğundan bu barrikadanı yaratmıĢdı. Edam kötüklərini xatırladan
tir baĢları, qırılmıĢ zəncirlər, dar ağacına bənzər atqı tirləri, çınqıl arasına atılmıĢ çarxlar
anarxiyanın bu mənzilini qədim zamanda xalqların məruz qaldığı bütün iĢgəncələrin dəhĢətli
kabusu ilə doldururdu. Sent-Antuan barrikadası hər Ģeyi silaha çevirmiĢdi: vətəndaĢ
müharibəsinin cəmiyyətin baĢına yağdıra biləcəyi hər Ģey oradan çıxırdı; bu vuruĢma deyil,
qəzəb çılğınlığı idi. Bu istehkamı müdafiə edənlər karabinlərə, o cümlədən bir neçə muĢketə ĢüĢə
qəlpələri, sümük qırıntıları, düymə, hətta gecə stolları ayaqlarındakı xırda çarxları doldurub
atırdılar; bu çarxlar çox təhlükəli idi, çünki misdən düzəldilmiĢdi. Barrikada hirslənərək özündən
çıxmıĢdı. Göylərə Ģiddətli fəryad yağdırırdı. Bəzən onun üstünü camaat coĢqun sel kimi bürüyür,
üzərində saysız-hesabsız qızğın insan baĢları yüksəlirdi, sanki, o, onu mühasirə edənləri ələ
salırdı; insanlar onun hər yerində qarıĢqa kimi qaynaĢırdı; o, sanki, qabarmıĢdı, – tüfəng, qılınc,
ağac, balta, nizə, süngü onun belində tikan kimi biz-biz dururdu; böyük qırmızı bayraq havada
dalğalanırdı. Barrikadadan komanda bağırtıları, döyüĢ nəğmələri, təbil səsləri, qadın ağlayıĢı,
acından ölənlərin dəhĢətli gülüĢləri eĢidilirdi. Bu barrikadanın ucu-bucağı yox idi; o, həyatla
dolu idi, o, skat balığının beli kimi qığılcım saçırdı. Ġnqilabın ruhu bu zirvənin üzərində bulud
kimi yüksəlirdi; orada xalq səsi tanrı səsi kimi guruldayırdı; bu nəhəng zibil yığınında sanki,
qəribə bir əzəmət vardı. Bu həm zir-zibil yığını idi, həm də Sinay idi.
Yuxarıda dediyimiz kimi, barrikada inqilab naminə vuruĢurdu. Kim ilə vuruĢurdu? Ġnqilabın özü
ilə. QarıĢıqlıqdan, təlaĢdan, təsadüfdən, anlaĢılmazlıqdan, bilməməzlikdən törənən bu barrikada
Müəssislər məclisi ilə, xalqın baĢ hakimiyyəti ilə, ümumi seçki hüququ ilə, millətlə, Respublika
ilə üz-üzə durmuĢdu; Karmanyola Marselyozanı döyüĢə çağırırdı.
Bu, ağılsız, lakin qəhrəmancasına çağırıĢdı, çünki bu köhnə Ģəhər civarının özü qəhrəman idi.
ġəhər civarı və istehkam bir-birini saxlayırdı. ġəhər civarı istehkama istinad edirdi, istehkam
civarına arxalanırdı. Bu nəhəng barrikada bir qaya kimi yüksəlirdi. Afrika yürüĢlərində Ģöhrət
qazanan generalların strategiyası bu qayaya dəyib parçalanırdı. Barrikadanın bütün çökəkləri,
çıxıqları, ĢiĢləri, donqarları tüstü dumanı içərisində onun üz-gözünü turĢutması, dəcəlliyi,
istehzası kimi görünürdü. Top saçması onun biçimsiz kütləsi içərisində iliĢib qalırdı, top gülləsi
itib batırdı, mərmilər ancaq deĢikləri deĢirdi; xaosu topa tutmağın nə mənası vardı? Müharibənin
ən dəhĢətli səhnələrinə adət edən qoĢun da bu qaban kimi qıllı, dağ kimi iri, əjdahaya oxĢayan
istehkama təĢviĢlə baxırdı.
Kim cəsarət edib Daleman mağazası vitrininin əmələ gətirdiyi çıxıntının o tərəfinə, ġato-d’O
yaxınlığında bulvara çıxan Tampl küçəsi tininə baxsaydı, o, buradan iki yüz addım uzaqda,
kanalın o tayında, Belvil civarı ilə qalxan küçənin yuxarı baĢında ikimərtəbə ev hündürlüyündə
qəribə bir divar görərdi. Divar düz xətlə küçənin sağ tərəfindəki evləri sol tərəfindəki evlərlə
birləĢdirirdi, elə bil ki, küçə özü etibarlı bir sipər yaratmaq üçün ən hündür divarını geri
çəkmiĢdi. Bu, yonma daĢdan hörülmüĢ bir divar idi. Bu düz, hamar, dik divar hörüləndə daĢlar
iplə diqqətlə düzəldilmiĢ, günyə ilə ölçülmüĢdü, Ģaqulla yoxlanılmıĢdı. O, sementlənməmiĢdi,
lakin bəzi Roma divarları kimi bu, onun düzgün memarlıq quruluĢuna xələl gətirmirdi. Onun
qalınlığını hündürlüyünə görə təsəvvür etmək olardı. Divarın karnizi bünövrəsilə tamamilə
uyğyn idi. Onun boz səthində, müəyyən aralıqla, qara xətt kimi güclə nəzərə çarpan mazğallar
görünürdü; mazğallar bir-birindən eyni dərəcədə aralı idi. Küçə baĢdan-baĢa bomboĢdur, bütün
pəncərələr, qapılar bağlı idi, küçənin lap içərilərində isə küçəni dalana döndərən bu sakit, lal
divar yüksəlirdi. Divarın üstündə heç kəs görünmürdü, səs də eĢidilmirdi: nə çığırtı vardı, nə
hay-küy, nə də hənirti. O, sanki, məqbərə idi.
Ġyunun parlaq günəĢi bu qorxunc istehkama iĢıq saçırdı.
Bu, Tampl civarının barrikadası idi.
Ən cəsarətli adamlar da bu yerə yaxınlaĢanda, əsrarəngiz bir xəyal kimi yüksələn bu barrikadanı
görəndə mat qalır, fikrə gedirdi. Burada hər Ģey düz xətt üzrə, diqqətlə, çox möhkəm, simmetrik
qurulmuĢdu, həm də məĢum idi. Burada elm sehrlə birləĢmiĢdi. Adama elə gəlirdi ki, bu
barrikadanı yaradan ya həndəsə alimidir, ya da kabusdur. Adam ona baxanda ixtiyarsız olaraq
səsini yavaĢıdırdı.
Arabir ya əsgər, ya zabit, ya da hökumət adamı bu boĢ küçəni keçəndə nazik bir səs, bir vıyıltı
eĢidilərdi, küçəni keçən adam da ya yaralı, ya da ölmüĢ halda yerə yıxılardı. Bu adam küçəni
keçə bilsəydi, atılan güllə bağlı pəncərə qapısını deĢib keçər, divarın kərpicləri, ya suvağı
arasında iliĢib qalardı. Bəzən top saçması da atılardı. Barrikada döyüĢçüləri iki parça çuqun qaz
borusunun bir tərəfinə kilkə və gil tutaraq, iki balaca top düzəltmiĢdilər. Barıtı boĢ yerə sərf
etmirdilər, atılan güllələr hədəfə dəyirdi. Orda-burda meyit sərilib qalmıĢdı, daĢ yolda qan
gölməçəsi görünürdü. Küçənin ortasında bir ağ kəpənək uçurdu, bu indi də mənim yadımdadır.
Yay idi, yayın da öz dövranı var.
Ətrafdakı evlərin darvazalarının altı yaralılarla dolu idi.
Hər adam özünü gözə görünməyən düĢmənin hədəfi hiss edirdi, bilirdi ki, bütün küçəni baĢdan-
baĢa güllə tutur.
Kanalın donqar körpüsü arxasında, Tampl qarovulxanasının yanında hücum üçün sıraya
düzülmüĢ əsgərlər qaĢqabaq tökərək, ölüm saçan bu sakit, duyğusuz, qorxunc istehkama diqqətlə
baxırdılar. Onlardan bəzisi sürünə-sürünə, kiverlərini göstərməməyə çalıĢaraq, körpü qövsünün
yarısına qədər gəlirdilər.
Monteynar adlı qoçaq bir polkovnik, daxilən qorxu hiss etsə də, fərəhlə barrikadaya baxırdı. O,
deputatlardan birinə dedi: ―Gör nə gözəl qurulmuĢdur! Heç bir daĢ o biri daĢlardan qabağa
çıxmamıĢdır. Elə bil ki, farfordandır!‖ Elə bu anda güllə onun döĢündəki ordeni deĢdi, o yerə
yıxıldı.
Əsgərlər çığırırdılar: ―Qorxaqlar! Hünəriniz var, özünüzü göstərin! Qoyun bir sizə baxaq! Hə,
cəsarət eləmirlər! Gizlənirlər!‖ Tampl barrikadasını səksən adam on min adamdan müdafiə
edirdi, bu barrikada üç gün davam gətirdi. Dördüncü günü, Zaaç və Konstantin ətrafında gedən
vuruĢma kimi, hücum edən düĢmən evlərə soxuldu, evlərin damına qalxdı, barrikadanı tutdu. Bu
səksən ―qorxaq‖dan biri də qaçmadı, heç qaçmaq fikrinə düĢmədi, barrikadanın rəisi
Bartelemidən baĢqa, hamısı öldürüldü; bu Bartelemidən sonra bəhs olunacaqdır.
Sen-Antuan barrikadası adamı göy gurultusu kimi nəriltilərilə, Tampl barrikadası öz sükutu ilə
heyrətə salırdı. DəhĢətlə uğursuzluq arasında necə fərq varsa, bu iki istehkam arasında da elə
fərq vardı. Onlardan biri, elə bil, vəhĢi heyvan sifəti, o birisi – vəhĢi heyvan maskası idi.
Əgər möhtəĢəm və qorxunc iyun üsyanında hiddətlə sirr birləĢirdisə, birinci barrikada əjdaha,
ikinci barrikada sfinks kimi təsəvvürdə canlanırdı.
Bu iki qalanı Kurne və Bartelemi adlı iki adam yaratmıĢdı. Kurne Sent-Antuan barrikadasını,
Bartelemi Tampl barrikadasını qurmuĢdu. Bu barrikadalardan hər biri onu yaradan adamın
xüsusiyyətlərini əks etdirirdi.
Kurne uca boylu, enli kürəkli, sağlam bədənli, iri yumruqlu, təmiz ürəkli, cəsarətli bir adamdı;
onun zəhmli baxıĢlarında məqsəd aydınlığı ifadə olunurdu. O, qoçaq, qəti hərəkətli, tez
acıqlanan, davakar bir adamdı, eyni zamanda onun kimi xoĢ təbiətli adam olmazdı, döyüĢçülərin
də ən təhlükəlisi o idi. Müharibə, mübarizə, vuruĢma onun ürəyindəndi, onu sevindirirdi. O, bir
zamanlar donanma zabiti olmuĢdu. Kurnenin hərəkətlərindən, səsindən hiss olunurdu ki, o,
okeanlar övladı, fırtınalar yavrusudur. DöyüĢə o, qasırğa kimi girirdi. Dantonun Herkulesə oxĢar
cəhətləri olsa da, ilahi mənĢəyi yox idi. Kurnenin və Dantona oxĢar cəhətləri olsa da, dahiliyi
yox idi.
Bartelemi isə solğun bənizli, arıq, görkəmsiz, qaradinməz bir adamdı; o, facianə taleyi olan
qameni xatırladırdı. Bir gün polis nəfəri ona bir sillə vurur, o da polis nəfərini izləyir, güdür,
öldürür, on yeddi yaĢında ikən katorqaya göndərilir. Oradan qayıdanda barrikada qurur.
Xeyli sonra, onlar Londonda sürgündə ikən, qəza-qədərin iĢi belə gətirir ki, Bartelemi ehtirasla
əlaqədar olan qəribə bir iĢə düĢərək edam edilir, – onu boğazından asırlar; bu, elə bir müsibətdi
ki, fransız məhkəməsi bunda təqsiri yüngülləĢdirən bir hal, ingilis məhkəməsi isə ancaq adam
öldürmək görürdü. Bartelemi, heç Ģübhəsiz, istedadlı adamdı, bəlkə də, o, böyük əqlə malik idi,
lakin bizim ictimai quruluĢ elə nöqsanlıdır ki, bu bədbəxt maddi məhrumiyyətlər nəticəsində və
əxlaq cəhətdən aĢağı səviyyədə durduğundan, həyatını Fransada katorqa ilə baĢladı, Ġngiltərədə
dar ağacı ilə qurtardı. O, həmiĢə bir bayraq qaldırırdı – o da qara bayraq idi.
ĠKĠNCĠ FƏSĠL.
Uçurumda söhbətdən baĢqa ayrı nə etmək olar?
Ġnqilaba gizli hazırlaĢmaq üçün on altı il az vaxt deyildi. 1848-ci ilin iyunu 1832-ci ilin iyununa
nisbətən çox Ģey öyrənmiĢdi. ġanvreri küçəsindəki barrikada, yuxarıda təsvir etdiyimiz iki
nəhəng barrikadaya görə, onun ancaq ilk Ģəkli, ancaq rüĢeymi idi, lakin ġanvreri küçəsindəki
barrikada öz vaxtına görə dəhĢətli idi.
Qiyamçılar Anjolrasın nəzarəti altında gecədən öz faydaları üçün istifadə etdilər. Marius daha
heç bir Ģeyə əhəmiyyət vermirdi. Barrikada nəinki bərpa edilmiĢ, hətta böyüdülmüĢdü də. Onun
hündürlüyünü iki fut qaldırmıĢdılar. DaĢ yola sancılmıĢ dəmir çubuqlar ələ alınmıĢ nizəni
xatırladırdı. Ordan-burdan gətirilmiĢ və barrikadanın bayır tərəfinə tökülmüĢ köhnə-kürüĢ Ģeylər
ona daha artıq qatma-qarıĢıq bir Ģəkil verirdi. Ustalıqla qurulmuĢ bu istehkam iç tərəfdən düz bir
divar, bayır tərəfdən keçilməz, qalın meĢə kimi idi.
Qənbər daĢından düzəldilmiĢ pilləkəni təmir etdilər; indi bu pilləkənlə qala divarın üstünə çıxan
kimi, istehkamın üstünə çıxmaq olurdu.
Barrikadanı qaydaya saldılar: aĢağı zalın zir-zibilini təmizlədilər, mətbəxi sarğı məntəqəsi
elədilər, yaralıların yarasını bağladılar, yerə, stolların üstünə tökülən barıtı yığdılar, güllə
tökdülər, patronları doldurdular, kilkə diddilər, yerdə atılıb qalan silahları payladılar, istehkamın
iç tərəfini səliqəyə saldılar, xırım-xırdanı çıxarıb atdılar, meyitləri bayıra çıxartdılar.
Ölənləri Mondetur küçəsində bir yerə yığdılar: küçə hələ qiyamçıların əlində idi. Qan rəngi uzun
zaman küçənin bu yerində qaldı. Ölənlərin içərisində Ģəhər civarı qoĢunlarının dörd nəfər milli
qvardiyaçısı vardı. Anjolras tapĢırıq verdi ki, onların mundirini çıxarıb saxlasınlar.
Anjolras hamının iki saat yatmasını məsləhət gördü. Onun məsləhəti əmr kimi idi. Lakin onun
məsləhətini üç-dörd adam yerinə yetirdi.
Feyi həmin iki saatı qarĢıdakı evin divarına bu sözləri yazmağa sərf etdi:
YaĢasın xalqlar!
Mismarla daĢa həkk olunmuĢ bu sözləri 1848-ci ildə də oxumaq olurdu.
Üç arvad gecə vuruĢmasının kəsilməsindən istifadə edərək, yox oldu: yəqin, onlar qaçıb qonĢu
evdə gizlənmiĢdilər. Qiyamçılar onların qaçdığını bilib, rahat nəfəs aldılar.
Yaralıların çoxu vuruĢmada iĢtirak edə bilərdi, iĢtirak etmək də istəyirdi. Sarğı məntəqəsinə
çevrilmiĢ mətbəxdə beĢ nəfər ağır yaralı vardı, onlardan iki nəfəri bələdiyyə qvardiyası əsgəri
idi. Onların yarasını hamıdan əvvəl sarıdılar.
AĢağı zalda ancaq Mabef, bir də Javer qaldı: Mabefin üstünə qara örtük atmıĢdılar, Javeri dirəyə
sarımıĢdılar.
Anjolras dedi:
– Bura meyit damı olacaq.
ġam iĢığı zalı azca iĢıqlandırırdı; zalın dib tərəfində, Javerin bağlandığı atqı tirinə oxĢayan
dirəyin dalında stol vardı, Mabefin meyiti qoyulmuĢ bu stolla, dirəyə sarınmıĢ Javer uzaqdan
böyük bir xaç kimi nəzərə çarpırdı.
Omnibusun diĢləsi atıĢma zamanı sınsa da, hələ möhkəm dururdu, ona yenə də bayraq keçirmək
olardı.
Əsil komandir verdiyi sözü həmiĢə yerinə yetirir, onu baĢqalarından fərqləndirən cəhət də budur;
Anjolras da belə bir komandir olduğundan, qoca Mabefin güllə ilə dəlik-deĢik olmuĢ, qana
bulaĢmıĢ paltarını bayraq kimi bu diĢləyə bağladı.
Yeməyə daha bir Ģey yox idi. Nə çörək qalmıĢdı, nə ət. Əlli adam barrikadada keçirdiyi on altı
saatın içində meyxanada az-çox nə vardısa, hamısını yeyib qurtarmıĢdı. Hər bir vuruĢan
barrikada gec-tez mütləq ―Meduza‖nın salı olur. Aclığa dözməkdən baĢqa ayrı əlac yox idi.
Ġyunun altıncı gününün spartacasına amansız saatları baĢlandı: Sen-Merri barrikadasında Jannı
əhatə edən və ―Çörək! Yeməyə bir Ģey verin!‖ deyə çığıran qiyamçılara o, belə cavab verdi:
―Çörəyi neynirsiniz? Ġndi saat üçdür. Saat dörddə bizi öldürəcəklər!‖
Yeməyə bir Ģey olmadığından, Anjolras içməyə də icazə vermədi. ġərabı qadağan elədi, arağı da
qiyamçılar arasında bölüĢdürdü.
Zirzəmidə ağzı möhkəm bağlanmıĢ on beĢ ĢüĢə tapdılar. Anjolrasla Kombefer ĢüĢələri yoxladı.
Kombefer dedi: ―Bu HüĢlu əminin köhnə ehtiyatlarındandır, o, fəaliyyətə baqqallığdan
baĢlamıĢdı‖. Bossüe əlavə etdi: ―Görünür, çox əla Ģərabdır, yaxĢı ki, Qranter yatıb. O, ayaq üstə
olsaydı, bu ĢüĢələri ondan yayındırmaq olmazdı‖. Anjolras qiyamçıların narazılığına
baxmayaraq, Ģərabın içilməsini qadağan elədi, əmr etdi ki, ĢüĢələri aparıb qoca Mabefin meyiti
olan stolun altına qoysunlar, onlara əl vurmasınlar.
Gecə saat iki radələrində adlar çağırıldı. Barrikadada hələ otuz yeddi adam vardı.
Səhər açılırdı. Qənbər daĢları arasına, əvvəlki yerinə sancılmıĢ məĢəli təzəcə söndürmüĢdülər.
Barrikada iç tərəfdən, küçənin ortasında hasarlanmıĢ baĢqa bir həyətə oxĢayırdı; məĢəl sönəndən
sonra o, qaranlığa qərq oldu: yuxarıdan bura, dan yerinin ala-qaranlığında, parçalanmıĢ gəmi
göyərtəsini xatırladırdı. Barrikadanın içində gəziĢən döyüĢçülər kölgə kimi nəzərə gəlirdi.
Zülmətin bu məĢum yuvası üzərində sükuta qərq olmuĢ evlərin qaraltısı görünürdü, daha
yuxarılarda bacaların tutqun kölgəsi nəzərə çarpırdı. Səma qeyri-müəyyən, füsunkar bir Ģəkil
almıĢdı: o, sanki, gah ağ, gah da mavi rəngə çalırdı. QuĢlar havada fərəhlə cəh-cəh vuraraq
uçuĢurdular. Üzü Ģərqə baxan və barrikadanın dayağı olan hündür evin taxtapuĢuna bir parça
çəhrayı iĢıq düĢmüĢdü. Üçüncü mərtəbənin dam pəncərəsində, güllə dəymiĢ adamın ağ saçını
səhər mehi tərpədirdi.
Kurmfeyrak Feyiyə dedi:
– Mən məĢəli söndürdüyümə sevinirəm; onun iĢığı məni əsəbiləĢdirirdi, o, elə bil, qorxudan
havada titrəyirdi. MəĢəlin iĢığı qorxaqların hikməti kimidir: titrədiyi üçün pis iĢıq saçır.
Səhər Ģəfəqi quĢları oyadan kimi fikirləri də oyadır: hamı danıĢmağa baĢladı. Joli dam novçası
üstündə bir piĢik gördü, bu, onun fəlsəfi mühakimələr yürütməsinə səbəb oldu!
O həyəcanla dedi:
– PiĢik nədir? PiĢik təshihdir. Allah-taala siçanı yaradıb dedi: ―Dayan, mən səhv elədim‖. Sonra
piĢiyi yaratdı. PiĢik siçan səhvinin düzəliĢidir. Siçan, sonra da piĢik – bunlar məxluqun
yoxlanılmıĢ və təshih edilmiĢ ilk çap vərəqidir.
Tələbələr və fəhlələr Kombeferin baĢına yığıĢmıĢdılar. Kombefer vuruĢmada ölənlərdən, Jan
Pruverdən, Baoreldən, Mabefdən, hətta Kabükdən, həm də Anjolrasın amansız kədərindən
danıĢırdı. O dedi:
– Harmodi, Aristogiton, Brut, Hereas, Stefanus, Kromvel, ġarlotta Korde və Zand zərbə
endirərkən böyük bir əzab duymuĢlar. Bizim qəlbimiz çox həssasdır, insan həyatı isə böyük bir
sirdir, buna görə də, hətta siyasət və ya azadlıq nöqteyi-nəzərindən adam öldürdükdə insanın
düydüğü peĢmançılıq bəĢəriyyətə xidmət etmək fərəhindən daha böyük olur.
Söhbət zamanı fikirlər dönə-dönə qəribə Ģəkillər alır: bir az sonra Kombefer Jan Pruverin
Ģeirlərindən ―Georgika‖nın tərcüməçilərinin müqayisəsinə keçdi. Rou Kurnanla, Kurnanı Delillə
müqayisə etdi; Malfilartın tərcüməsindən ayrı-ayrı parçalar misal gətirdi, xüsusilə Sezarın ölümü
haqqında olan gözəl sətirləri söylədi. Sezarın adı çəkildiyi üçün söhbət yenə də Brutun üstə
gəldi.
Kombefer dedi:
– Sezarın öldürülməsi ədalətli iĢdir. Siseron Sezara qarĢı amansız olmaqda haqlı idi. Belə
amansızlıq kinli bədguluq deyil, Zoil Homeri, Mevi Vergilini, Vize Molyeri, Pop ġekspiri,
Freron Volteri təhqir edəndə, burda həsəd və kinin köhnə qanunu özünü göstərir: dahilər həmiĢə
təqib edilir, böyük adamları həmiĢə gözümçıxdıya salırlar. Lakin Zoillə Siseron baĢqa-baĢqa
adamlardır. Brut qılıncla zərbə endirən kimi, Siseron da fikirlə zərbə endirir. Mən Ģəxsən
ədalətin Brut kimi yerinə yetirilməsinin əleyhinəyəm, lakin qədimdə buna yol verilirdi. Sezar
Rubikonu keçməklə, ayrı-ayrı Ģəxslərə öz adından yüksək vəzifələr verməklə, – yüksək vəzifələri
ancaq xalq verə bilərdi, – senat gələndə ayağa durmamaqla, Yevtropin dediyinə görə, bir padĢah
kimi, hətta padĢahdan da artıq zalım bir hökmdar kimi hərəkət etmiĢdi: redia ac pene turannica1
Sezar böyük adamdı; bu daha pis, daha doğrusu, bu daha yaxĢı: çünki bu daha inandırıcı misal
olur. Onun bədənindəki iyirmi üç qılınc yarası məni Ġsanın üzündəki tüpürcəkdən daha az
mütəəssir edir. Sezarı senatorlar qılıncla öldürdülər. Ġsanı kölələr Ģillələdilər. Allahı təhqirin
dərəcəsinə görə tanıyırlar.
Bossüe, əlində karabin, daĢ yığını üstündə durmuĢdu, hamıdan da yuxarıda görünürdü; o,
həyəcanla dedi:
– Ey Kidateney, ey Mirrin, ey Probalinf, ey gözəl Eantid! Lavrlı ya edapteonlu yunan kimi
Homerin Ģeirlərini söyləmək xoĢbəxtliyini kim mənə bəxĢ edər?!
ÜÇÜNCÜ FƏSĠL.
Hava iĢıqlandıqca zülmət artır.
Anjolras Mondetur küçəsindən keçərək, divar dibi ilə yavaĢca siviĢib kəĢfiyyata getdi. Heç kəs
onun getdiyini görmədi.
Demək lazımdır ki, qiyamçılar böyük ümidlə yaĢayırdılar. AxĢamkı hücumu müvəffəqiyyətlə dəf
etdiklərindən, səhər tezdən ediləcək yeni hücuma indidən etinasızlıq göstərirdilər. Onlar bu
hücumu gülə-gülə gözləyirdilər. Onlar öz iĢlərində haqlı olduqlarına inandıqları kimi,
müvəffəqiyyət qazanacaqlarına da inanırdılar. Bir də ki, heç Ģübhəsiz, onlara kömək gəlməli idi.
Buna onlar qəti əmin idilər. Fransız əsgəri qələbə qazanacağına çox asanlıqla inanır, bu, onun
üstün cəhətlərindən biridir; qiyamçılar da belə asanlıqla qalib gələcəklərinə inanaraq, yeni
baĢlanan günü üç müəyyən hissəyə bölmüĢdülər. Səhər saat altıda ―müvafiq qayda ilə
hazırlanmıĢ‖ polk onların tərəfinə keçəcək, günorta vaxtı bütün Paris üsyan qaldıracaq, gün
batanda inqilab olacaqdır.
Onlar dünəndən bəri təhlükə olduğunu xəbər verən Sen-Merri kilsəsi zənglərinin bir an da olsa
kəsilməyən səsini eĢidirdilər; bu onu sübut edirdi ki, o biri barrikada, böyük Janna barrikadası
hələ dayanıb durur.
Bütün bu arzuları, ümidləri, Ģayiələri qiyamçılar pətəkdə arıların davakar vızıltısını xatırladan
Ģən və qorxunc pıçıltı ilə bir-birinə söyləyirdilər.
Anjolras gəldi. O, ətrafa çökən mənhus qaranlıq içində cəsarətlə apardığı kəĢfiyyatdan
qayıtmıĢdı. O, qollarını döĢündə çarpazlayaraq, qiyamçılar arasında gedən qızğın söhbətə bir
anlığa dinməz qulaq asdı.
O, səhər Ģəfəqinin iĢığında sağlam və təravətli görünürdü:
– Parisin bütün ordusu döyüĢə hazırdır, – dedi. – Bu ordunun üçdə biri bizim barrikadanın üstünə
gəlmək istəyir. Bundan baĢqa, milli qvardiya da oradadır. Mən beĢinci hissənin kiverlərini,
altıncı legionun niĢanlarını görə bildim. Bir saatdan sonra bizə hücum edəcəklər. Xalqa gəlincə,
o, dünən qiyam etmiĢdi, bu gün səhər yerindən tərpənməyəcəkdir. Heç bir Ģeyə ümid
etməməliyik, heç bir Ģey gözləməməliyik. Parisin heç bir civarı, heç bir polku bizə köməyə
gəlməyəcək. Hamı bizi tərk etmiĢdir.
Tufan baĢlarkən ilk yağıĢ damcıları arı yığınına necə təsir göstərirsə, bu sözlər də qiyamçılara elə
təsir bağıĢladı. Hamı səsini kəsdi. Barrikadanı bir anlığa ağır sükut bürüdü, bu sükut içərisində,
sanki, ölümün uçuĢu eĢidilirdi.
Lakin bu vəziyyət çox az davam etdi.
Lap uzaqda, ən qaranlıq bucaqda duran bir dəstə adamın içindən kim isə çığıra-çığıra Anjolrasa
dedi:
– Qoy nə olur-olsun! Barrikadanın hündürlüyünü iyirmi fut qaldırarıq, hamımız da burada
qalarıq. VətəndaĢlar, gəlin ölülər andını içək! Sübut edək ki, əgər xalq respublikaçılara xəyanət
edirsə, respublikaçılar xalqa xəyanət etməyəcəkdir!
Bu sözlər bütün qiyamçıların Ģüurunu Ģəxsi təĢviĢ və qorxunun əzabverici dumanından xilas etdi,
onlar bu sözləri vəcd ilə çığıra-çığıra qarĢıladılar.
Heç kəs bilmədi ki, bu sözləri söyləyən fəhlənin adı nədir. O, heç kəsin tanımadığı, bilmədiyi,
unudulmuĢ, naməlum bir qəhrəman idi; elə böyük bir qəhrəman ki, tarixin böhranlı
dəqiqələrində, yeni ictimai quruluĢ yarananda o, həmiĢə meydana gəlir: ona görə meydana gəlir
ki, lazımi anda amiranə səslə qəti sözünü söyləsin, qısa bir an içərisində ildırım parıltısında xalq
və tanrı ruhunu özündə təcəssüm etdirərək, yenə də zülmət içində yox olub getsin.
Bu yenilməz qətiyyət 1832-ci il 6 iyun ilə o qədər həmahəng idi ki, Sen-Merri barrikadasında
eyni vaxtda belə bir səs yüksəldi: ―Bizə köməyə gələcəklər, ya gəlməyəcəklər, bunun nə fərqi
var! Biz hamımız burada məhv olacağıq!‖ Bu sözlər tarixə yazıldı, məhkəmədə yad edildi.
Görünür, bu iki barrikada ayrı-ayrı yerdə olsa da, ruhən bir idi.
DÖRDÜNCÜ FƏSĠL.
BeĢi azaldı, biri çoxaldı.
―Ölülər andını‖ söyləyən naməlum adam bu düsturla hamının ruhi vəziyyətini ifadə etdikdən
sonra bütün qiyamçılar bir ağızdan sevinc və hiddətlə çığırdı:
– YaĢasın ölüm! Hamımız burada qalacağıq!
Bu sözlər mənaca məĢum olsa da, təntənə ilə səsləndi.
Anjolras soruĢdu:
– Hamı niyə?
– Hamı! Hamı!
Anjolras etiraz etdi:
– Bizim mövqeyimiz yaxĢıdır, əlveriĢlidir, barrikadamız çox gözəl barrikadadır. Otuz adam
kifayətdir. Qırx adam niyə qurban verək?
Ona belə cavab verdilər:
– Çünki heç kəs getmək istəməyəcək.
Anjolras:
– VətəndaĢlar! – deyə çığırdı; onun səsində əsəbi bir titrəyiĢ duyulurdu. – Respublikanın adamı o
qədər çox deyil ki, onları havayı yerə tələf eləsin. Belə bir Ģöhrətpərəstlik israfçılıqdır. Əgər
sizlərdən bəzilərinin qarĢısında duran vəzifə getməyi əmr edirsə, onlar bu əmri, baĢqa əmr kimi,
yerinə yetirməlidirlər.
Anjolras prinsip təcəssümü idi; o, öz yoldaĢları arasında böyük hakimiyyət qüvvəsinə malikdi;
belə qüvvə, ancaq günah iĢləməyən adamlarda olur. Lakin onun təsir qüvvəsi nə qədər böyük
olsa da, narazılıq baĢlandı.
Anjolras lap iliyinə, qanına kimi komandir idi; o, qiyamçıların narazılığını görüb öz sözündə
təkid etdi, amiranə səslə dedi:
– Bizim otuz nəfər qalmağımız kimi qorxudursa, qoy bunu desin.
Narazılıq daha da artdı.
Bir dəstə adamın içərisindən kimsə dedi:
– Məsələ ki belə oldu, onda ―gedin‖ demək asandır, axı barrikada hər tərəfdən mühasirə
içindədir.
Anjolras etiraz etdi.
– Yox, bazar tərəfdən mühasirə olunmayıb. Mondetur küçəsində heç kəs yoxdur, Vaizlər
küçəsilə Ġnnosan bazarına qədər getmək olar.
BaĢqa bir adamın səsi eĢidildi.
– Elə orada da tutarlar! Düz gedib milli qvardiyaya, ya da Paris civarı qvardiyaçılarının keĢikçi
dəstəsi üstünə çıxarsan. Onlar bluza geymiĢ, furajka qoymuĢ adamı o saat görərlər: ―Ey, haradan
belə? Olmaya barrikadadan gəlirsən? – O saat da əlinə baxarlar. – Hə, səndən barıt iyi gəlir.
Güllələyin!‖
Anjolras ona cavab vermək əvəzinə, əlini Kombeferin çiyninə toxundurdu, onlar aĢağı zala
getdilər.
Bir dəqiqə sonra qayıtdılar. Anjolras əlində dörd mundir tutmuĢdu: mundirləri onun əmrilə
saxlamıĢdılar. Kombefer də onun dalınca gəlir, baĢqa təchizatı və kiverləri gətirirdi.
Anjolras dedi:
– Belə mundir geyəndən sonra sıralara qarıĢıb gözdən itmək olar. Bu paltar, hər halda, dörd
adama çatar.
Mundirləri yerə atdı.
Bu da adamların qətiyyətini sarsıda bilmədi. Kombefer sözə baĢladı:
– YaxĢı da, heç olmasa baĢqasının dərdinə qalın. Bilirsiniz məsələ nə barədədir? Qadınlar
barəsindədir. Deyin görüm, sizin arvadınız varmı? Var, ya yox? UĢaqlarınız varmı? Var, ya yox?
BeĢik yelləyən, baĢına bir yığın xırda uĢaq yığıĢan ananız varmı? Sizin hansınız ana döĢünü
görməyib, əlini qaldırsın. Ah, siz istəyirsiniz ki, burada öləsiniz?! Ġnanın ki, mən özüm də bunu
istəyirəm. Ancaq mən öz ətrafımda dərd içində boğulan qadınların kölgəsini görmək istəmirəm.
Ölmək istəyirsinizsə ölün, ancaq baĢqalarını məhv etməyin. Burada bizim özümüzü
öldürməyimiz yüksək bir məqsəd üçündür, lakin adamın özünü öldürməsi – ciddi surətdə
məhdudlaĢdırılmıĢ, müəyyən çərçivə içərisindən kənara çıxmayan bir hərəkətdir. Adamın özünü
öldürməsi onun yaxın adamlarına toxunsa, buna adam öldürmək deyilir. SarıĢın, xırdaca uĢaq
baĢlarını, qocaların ağ saçını yadınıza salın! Anjolras bu saat mənə dedi ki, Qu quĢu küçəsinin
tinində, beĢinci mərtəbədə Ģam iĢığı görünən ensiz pəncərədə bir qarının titrək kölgəsini
görmüĢdür, yəqin ki, o qarı bütün gecəni yatmamıĢdır, kimisə gözləyir. Bəlkə də, o,
buradakılardan kiminsə anasıdır. Əgər elə isə, qoy getsin, tez gedib anasına desin: ―Ana can,
mən gəldim!‖ Qoy bu adam narahat olmasın, biz onsuz da iĢi baĢa çatdıracağıq. Kim ki öz
zəhmətilə ailəsini dolandırır, onun özünü fəda etməyə ixtiyarı yoxdur. Onun özünü fəda etməsi
ailəsini baĢlı-baĢına buraxmaq deməkdir. O adamların ki evdə qızı qalmıĢdır, bacısı qalmıĢdır,
onlar bu barədə heç düĢünmüĢmü? Siz ölümə gedirsiniz, sizi öldürəcəklər, – çox gözəl! Bəs
sabah nə olacaq? Qız evdə ac qalırsa, bu, dəhĢətdir, kiĢi dilənir, qadın özünü satır. Ey saçlarını
çiçəklə bəzəyən məsum, mehriban, gözəl qızlar! Onlar sizin evinizdə nəğmə oxuyurlar, danıĢıb
gülürlər, sizin evinizi ismət iĢığı ilə iĢıqlandırırlar, təravətli ətirlə doldururlar; onlar yer üzündəki
saf bakirəliyi ilə göydə mələklərin olduğunu sübut edirlər! Siz o Jannaları, Mimiləri, o, füsunkar,
nəcib insanları düĢünün: onlar sizin ailənin fəxri və Ģərəfidir; onlar – ah, pərvərdigara! – ac
qalacaqlar! Mən sizə nə deyə bilərəm? Elə bir bazar var ki, orada insan bədənilə alver edirlər;
onlar ora getsələr, sizin ətrafda uçan kölgələriniz qandan, candan məhrum olan əlləri ilə onları
tutub saxlaya bilərmi? Küçələri, adamla dolu səkiləri, mağazaları, bu mağazalar qabağında
palçıq içində dolaĢan yarıçılpaq qadınları yadınıza salın! Bu qadınlar da bir zaman ismətli idilər.
Ġndi siz öz bacılarınızı yadınıza salın, axı sizin də çoxunuzun bacısı vardır. May yasəməni kimi
təravətli olan bu gözəlləri, bu zərif, utancaq, incə, Ģux, füsunkar insanları nə gözləyir. Dilənçilik,
fahiĢəlik, polis idarəsi, Sen-Lazar xəstəxanası! Onların aqibəti budur! Hə, deməli, siz özünüzü
ölümə vermisiniz? Siz daha bu dünyada yoxsunuz?! Çox gözəl, buna daha nə söz ola bilər! Siz
xalqı kral hakimiyyətindən xilas etmək istəyirsiniz, amma qızlarınızı polis idarəsinə atırsınız.
Ağıla gəlin, dostlar, belə Ģey olmaz, mərhəmətli olun! Zavallı, yazıq qadınlar, ah, biz onlar
haqqında nə az düĢünürük! Biz ona arxayınıq ki, qadınlar bizim kimi oxumuĢ deyillər, onlara
oxuyub-yazmağa, düĢünməyə mane olurlar, siyasətlə məĢğul olmağı qadağan edirlər; lakin siz
onlara bu axĢam gedib meyit damında sizin meyitinizi tapmağı qadağan edə bilərsinizmi? Qulaq
asın; kimin ki ailəsi var, qoy inad eləməsin, bizim əlimizi sıxıb getsin, biz sizsiz də bu iĢin
öhdəsindən gələrik. Mən bir Ģeyi çox gözəl baĢa düĢürəm: buradan getmək üçün mərdlik
lazımdır; bu, çətin iĢdir. Ancaq bu, nə qədər çətin olsa da, xidməti bir o qədər böyükdür. Siz
deyirsiniz: mənim əlimdə tüfəngim var, mən barrikadayam, nə olur-olsun, mən burada
qalacağam. Bu ―nə olur-olsun‖ sözü, bəlkə də, qızğın hisslə söylənmiĢdir? Dostlar, sabahkı gün
olacaq; siz sabaha kimi yaĢamayacaqsınız, amma sizin ailəniz yaĢayacaq, indi görün siz onları
necə əzaba salacaqsınız! Siz yanaqları alma kimi qırmızı sağlam bir uĢaq təsəvvür edin: O, dil-
dil ötür, civildəyir, yorulmadan danıĢır, gülür, öpəndə ondan xoĢ bir iy gəlir. Bilirsinizmi o,
baĢsız qalanda nə hala düĢür? Mən lap xırdaca, bax, bu boyda bir uĢaq gördüm. Onun atası
ölmüĢdü. Yoxsul adamların ona yazığı gəlmiĢdi, onu aparıb öz yanlarında saxlayırdılar, onların
heç özünə çörək çatmırdı. UĢaq həmiĢə ac idi. QıĢ girmiĢdi. UĢaq ağlamırdı. O, həmiĢə sobanın
ətrafında hərlənirdi, sobada heç od olmurdu; sobanın bacası sarı gillə suvanmıĢdı. UĢaq xırdaca
barmaqları ilə gildən qoparıb yeyirdi. Onun döĢü xırıldayırdı, üzü solğundu, qıçları zəifdi, qarnı
köpmüĢdü. O, heç danıĢmırdı, suala cavab vermirdi. O öldü. Onu ölməyə Neker xəstəxanasına
gətirdilər, mən onu orada gördüm. Mən orada bir intern kimi həkimlik təcrübəsi keçirdim. Bəli,
sizin içərinizdə ata olan varsa, o, böyük və qüvvətli əli ilə uĢağının xırdaca əlindən tutub bazar
günləri gəzməyə çıxmağı xoĢlayırsa, bu, ona fərəh verirsə, qoy, o, bu ölən uĢağın onun uĢağı
olduğunu təsəvvür etsin. O bədbəxt tifil indi də mənim yadımdadır, onun təĢrih stolu üstünə
qoyulan balaca bədəni indi də gözümün qabağındadır, onun qabırğaları dəri altından
qəbiristanlıqda ot basmıĢ xırdaca qəbir kimi çıxmıĢdı. Onun mədəsindən bir qırıq palçıq tapdılar,
diĢləri arasında kül vardı. Gəlin, biz öz qəlbimizə baxaq, vicdanımızdan soruĢaq, görək o, nə
məsləhət görür. Statistika göstərir ki, yetim qalan uĢaqların əlli beĢ faizi ölür. Bir də deyirəm:
söhbət qadınlardan, analardan, qızlardan gedir, xırda uĢaqlardan gedir! Elə bilməyin ki, söhbət
sizdən gedir! Biz bilirik siz kimsiniz, sizin igid olduğunuzu bilirik, buna söz ola bilməz! Biz çox
gözəl bilirik ki, siz bu böyük iĢ üçün fərəhlə, iftixarla öz canınızdan keçməyə hazırsınız! Biz
bilirik ki, bu iĢin xeyri üçün siz Ģərəfli ölməyi lazım bilirsiniz! Biz bilirik ki, sizin hər biriniz bu
iĢin qalibiyyətlə nəticələnməsində öz vəzifəsini yüksək tutur! Bu, çox gözəl, uğur olsun! Ancaq
siz bu dünyada tək deyilsiniz, baĢqa adamlar da var ki, siz onların halını nəzərə almalısınız.
Xudbin olmayın.
Hamı qaĢqabağını salladı.
Belə təntənəli anda insan qəlbində nə qəribə ziddiyyətlər əmələ gəlir! Bu sözləri söyləyən
Kombefer heç də yetim deyildi. O, baĢqa anaları düĢünürdü, öz anasını yaddan çıxarmıĢdı. O,
ölümə gedirdi. ―Xudbin‖ elə onun özü idi.
Aclıq və qızdırma Mariusu əldən salmıĢdı, o, bir-birinin ardınca bütün ümidlərini itirmiĢ, bütün
fəlakətlərin ən dəhĢətlisi olan ruh düĢkünlüyünə məruz qalmıĢdı, coĢqun həyəcanlar qəlbini
parçalamıĢdı, O, son günlərinin yaxınlaĢdığın hiss edirdi, – bunun da nəticəsində get-gedə qəribə
bir vəziyyətə düĢürdü: daha artıq keyləĢirdi; bu hal könüllü ölməyin mənhus dəqiqələrindən
əvvəl meydana gəlir.
Fizioloq onun varlığında adamın öz daxili aləmi ilə daha artıq məĢğul olmasını, elm tərəfindən
öyrənilən və təsnif edilən bu xəstə halın get-gedə artan əlamətlərini tədqiq edə bilər: ehtiras kef
və nəĢəyə aid olan kimi, bu hal da iztiraba aiddir. Ümidsizliyin də özünə məxsus vəcdlə dolu
dəqiqələri var. Marius belə bir hal keçirirdi. Ona elə gəlirdi ki, o, baĢ verən bütün hadisələrin
xaricindədir; o, hər Ģeyi, sanki, uzaqdan görürdü, hadisələr onun təsəvvüründə bütünlüklə
canlanırdı, o, hadisələrin təfərrüatını seçmirdi, – biz bunu əvvəl də demiĢdik. Sanki, insanlarla
onun arasında odlu bir pərdə vardı, adamlar bu pərdənin o üzündə hərəkət edirdilər, səslər elə bil
ki, quyu dibindən gəlirdi.
Lakin Kombeferin nitqi hamını mütəəssir elədi. Bu vəziyyətdə kəskin və əzabverici bir Ģey vardı,
bu, Mariusun qəlbinə nüfuz etdi, onu düĢdüyü unutqanlıqdan ayıltdı. Onun ancaq bir fikri vardı,
o da ölməkdi, buna görə də heç bir Ģeyin onu bu fikirdən yayındırmasını istəmirdi; lakin bu
məĢum unutqanlıq vəziyyətində o belə düĢündü: özünü məhv etmək – heç də baĢqalarını xilas
etməyi qadağan eləmir.
O, ucadan dedi:
– Anjolrasla Kombefer haqlıdırlar: boĢ yerə qurban vermək lazım deyil. Mən onların fikri ilə
razıyam. Ancaq tələsmək lazımdır. Kimin ki ailəsi var, anası var, bacısı var, arvadı var, uĢağı
var, qabağa çıxsın!
Heç kəs yerindən tərpənmədi.
Marius bir də dedi:
– Kim evlidirsə, ailə baĢçısıdırsa, qabağa çıxsın!
Mariusun oradakı adamlar üzərində böyük təsiri vardı. Doğrudur, barrikadanın rəhbəri Anjolras
idi, lakin Marius onun xilaskarı idi.
Anjolras çığırdı:
– Mən əmr edirəm!
Marius dedi:
– Mən sizdən xahiĢ edirəm.
Kombeferin nitqilə sarsılan, Anjolrasın əmri ilə hərəkətə gələn, Mariusun xahiĢi ilə yumĢalan
igidlər bir-birini göstərməyə baĢladılar. Cavan bir oğlan yaĢlı bir qiyamçıya dedi: ―Bu doğrudur,
sən ailə baĢçısısan, sən get!‖ – ―YaxĢısı budur, sən get, sənin iki xırda bacın var‖. GörünməmiĢ
qızğın bir mübahisə baĢlandı. Hər kəs qəbirdən çıxarılmasına müqavimət göstərirdi.
Kombefer:
– Tələsin, – dedi, – on beĢ dəqiqədən sonra gec olacaq.
Anjolras öz sözündə israr etdi:
– VətəndaĢlar, biz burada respublika düzəltmiĢik, hər Ģey səsə qoymaqla həll olunur. Kim
getməlidirsə – özünüz seçin.
Onun sözünü yerinə yetirdilər. Bir neçə dəqiqənin içində beĢ adam seçildi; hamı onların
getməsinə səs vermiĢdi; onlar sıradan çıxdılar.
Marius həyəcanla dedi:
– Bunlar beĢ adamdır!
Mundir dörd dənə idi.
BeĢ adam cavab verdi:
– Nə olsun ki, birimiz qalarıq.
Yenə də onlardan hər biri qalmağa çalıĢırdı, o birilərini inandırırdı ki, ―sən getməlisən‖.
Alicənablıq mübarizəsi yenidən baĢlandı.
– Sənin sevimli arvadın var. – Sənin qoca anan var. – Sənin nə atan var, nə anan, bəs üç xırdaca
qardaĢın necə olacaq? – Sənin beĢ uĢağın var. – Sən gərək yaĢayasan, on yeddi yaĢında ölmək
çox tezdir.
Böyük inqilabi barrikadalarda qəhrəmanlıq yarıĢı gedirdi. Ağlasığmayan Ģeylər orada adi bir Ģey
olurdu. Bu adamlardan heç biri o birinə təəccüb etmirdi.
Kurfeyrak onları tələsdirirdi.
– Tez olun, tez olun!
Adamların içindən çığırıb Mariusa dedilər:
– Kim qalmalıdır – siz təyin edin!
BeĢ adamın beĢi də dedi:
– Doğrudur, siz seçin tabe olarıq.
Marius bu cür həyəcan keçirməyə hələ də qabil olduğunu güman etmirdi. BeĢ adamdan birini
seçib ölümə göndərəcəyini düĢünəndə ürəyi qanla doldu. O, ağappaq ağardı, – bundan artıq
ağarmaq daha mümkün deyildi.
BeĢ adama yaxınlaĢdı: onlar Mariusa baxıb gülümsəyirdilər, onların gözü, çox qədim zamanlarda
Fermopili müdafiə edənlərin gözü kimi, müqəddəs bir alovla alıĢıb yanırdı; onlardan hər biri
çığırırdı.
– Məni, məni, məni!
Marius çaĢqın halda onları saydı; onlar yenə də beĢ nəfər idi. Sonra dörd mundirə baxdı.
Elə bu anda o dörd mundirin üstünə, sanki, göydən bir mundir düĢdü.
BeĢinci adam da ölümdən xilas edildi.
Marius dönüb baxdı. Mundiri atan cənab FoĢlevan idi.
Jan Valjan barrikadaya indicə gəlmiĢdi.
O, soraqlaĢa-soraqlaĢamı, ya daxili bir hiss iləmi, ya təsadüfi olaraqmı, məlum deyil, ancaq o
bura Mondetur küçəsi tərəfdən gəlib çıxmıĢdı. Əynində milli qvardiya paltarı olduğundan, ona
dəyib-dolaĢan olmamıĢdı.
Qiyamçıların Mondetur küçəsində qoyduğu keĢikçi bir nəfər milli qvardiyaçıdan ötrü hay-küy
qaldırmamıĢdı. Onu barrikadya köməyə gələn bir adam, ya bəlkə də, bir əsir hesab edib
buraxmıĢdı. Çox təhlükəli bir an idi, keĢikçilər öz vəzifələrindən yayınıb, müĢahidə məntəqəsini
buraxa bilməzdilər.
Jan Valjanı istehkamın içində heç kəs görməmiĢdi, çünki hamının gözü beĢ adamda və dörd
mundirdə idi. Lakin Jan Valjan hər Ģeyi görür, hər Ģeyi eĢidirdi; O, mundirini dinməz-söyləməz
əynindən çıxarıb, o biri mundirlərin üstünə atdı.
Hamını elə bir həyəcan bürüdü ki, bunu təsvir etmək çətindir.
Bossüe soruĢdu:
– Bu adam kimdir?
Kombefer ona cavab verdi:
– BaĢqalarını xilas edən!
Marius ciddi bir ifadə ilə əlavə etdi:
– Mən onu tanıyıram.
Onun zəmanəti kifayətdi.
Anjolras Jan Valjana dedi:
– XoĢ gəlmisiniz, vətəndaĢ.
Sonra da əlavə etdi:
– Siz bilirsinizmi ki, biz burada öləcəyik?
Jan Valjan cavab vermək əvəzinə, xilas etdiyi qiyamçıya öz mundirini geyməkdə kömək etdi.
BEġĠNCĠ FƏSĠL.
Barrikada yüksəkliyindən görünən üfüq.
Bu məĢum saatda, heç bir nicat yolu olmayan bu yerdə hamının ruhi vəziyyəti Anjolrasın böyük
kədərində yüksək bir ifadə ilə əks olundu.
Anjolras inqilabı özündə təcəssüm etdirirdi, lakin onda – hər hakim adam üçün mümkün ola
bilən bir az məhdudluq vardı: o Sen-Jüstə həddindən artıq bənzəsə də, Anaxarsis Klotsa kifayət
qədər oxĢamırdı. Lakin Əlifba dostları cəmiyyətində onun Ģüuru, nəhayət, Kombeferin
ideyalarını müəyyən dərəcədə qəbul etmiĢdi; bir qədər vardı ki, o, ehkamçılığın dar
çərçivəsindən yavaĢ-yavaĢ azad olaraq, tərəqqinin fikri geniĢləndirən təsiri altına düĢmüĢ və
nəticəyə gəlmiĢdi ki, Böyük Fransa respublikasının nəhəng dünya respublikasına çevrilməsi
təkamülün müvəffəqiyyətlə baĢa çatdırılması demək olacaqdır. Hərəkət etmək üsuluna gəldikdə,
o, hal-hazırda zorakılığa qarĢı zorakılıq iĢlətməyin tərəfdarı idi. Bu məsələdə o dəyiĢmədi və
―Doxsan üçüncü il‖ sözləri müəyyən edilən o amansız, əzəmətli cərəyana sadiq qaldı.
Anjolras öz karabininin lüləsinə söykənərək daĢ pillələrin üstündə durmuĢdu. O, fikrə getmiĢdi
və hərdən səndirləyirdi, sanki, onu Ģiddətli külək çırpırdı. Ölüm uçan yerdə bəzən peyğəmbərlik
ruhu da uçur. Onun böyük bir dalğınlıq ifadə olunan gözlərindən titrək iĢıq saçılırdı. Birdən o,
baĢını qaldırdı, onun sarıĢın qıvrım saçı geriyə atıldı, baĢını parlaq bir halə kimi bürüdü, sanki,
bu, gecənin ulduzlar arabasında uçan mələyin saçı idi, sanki, bu, dağılmıĢ aslan yalı idi; o ucadan
dedi:
– VətəndaĢlar, siz gələcəyi təsəvvür edirsinizmi? ġəhərlərin iĢıq dolu küçələri, evlərin
astanasında sallanan yaĢıl budaqlar, xalqlar qardaĢlığı! Orada insanlar ədalətli olacaq, qocalar
uĢaqlarına xeyir-dua verəcək, keçmiĢlə hal-hazır arasında narazılıq olmayacaq; mütəfəkkirlərə
tam azadlıq, Allaha inananlara tam bərabərlik veriləcək, din yerinə göylər olacaq. Dünyada daha
nə nifrət, nə ədavət olacaq, məktəblərdə, emalatxanalarda qardaĢlıq olacaq, mükafat və cəza
cəmiyyətin rəyilə veriləcək, əmək hamı üçün, hüquq hamı üçün olacaq, hamı sülh içində
yaĢayacaq, daha qan tökülməyəcək, daha müharibə olmayacaq, analar xoĢbəxt olacaq! Maddəni
fəth etmək – birinci addım, idealı yerinə yetirmək – ikinci addım olacaq. Tərəqqi indi çox Ģey
əldə etmiĢdir! Vaxtilə ibtidai qəbilələr – okeanın sularını havaya sovuran doqquzbaĢlı əjdahaya,
od püskürən əjdahaya, havada hökmranlıq edən aslan caynaqlı, qartal qanadlı əjdahaya dəhĢətlə
baxardı. Lakin insan ağlın müqəddəs tələsini qurdu və nəhayət, bu əjdahaları tutdu. Biz
doqquzbaĢlı əjdahanı əhliləĢdirdik, – indi ona paroxod deyilir; biz od püskürən əjdahanı
əhliləĢdirdik, – indi ona lokomotiv deyilir; biz qartal qanadlı əjdahanı az qalıb ki, əhliləĢdirək,
biz onu tutmuĢuq, ona hava Ģarı deyilir. O gün ki bu Prometey qəhrəmanlığı baĢa çatdırılacaq, o
gün ki insan iradəsi qartal qanadlı əjdahaları tamamilə özünə tabe edəcək, onda insan odun,
suyun, havanın hökmdarı olacaq, qədim allahlar vaxtilə insan üçün nə idisə, insan da bütün canlı
məxluqat üçün elə bir Ģey olacaq! Bəli, dayanmaq vaxtı deyil, cəsarətlə irəli! VətəndaĢlar, biz
hara gedirik? Biz elə bir dövlətə doğru gedirik ki, orada dövləti elm idarə edəcək, biz elə bir real
qüvvəyə doğru gedirik ki, bu qüvvə yeganə ictimai qüvvə olacaq, biz elə bir təbii qanuna doğru
gedirik ki, bu qanun özündə həm etiraf və təqdir hüququnu təcəssüm etdirəcək, həm də öz
yəqinliyi ilə özünü təsdiq edəcək, biz elə bir həqiqət tüuluna doğru gedirik ki, bu tüulu günəĢin
doğmasına bərabər olacaq! Biz xalqlar birliyinə, bəĢəriyyət birliyinə doğru gedirik. Orada saxta
həqiqətlər olmayacaq, tüfeylilər olmayacaq. Bizim məqsədimiz – həqiqətlə ibarə olunan
gerçəklikdir. Mədəniyyət Avropanın qəlbində, sonralar qitənin mərkəzində, idrakın böyük
parlamentində iclas quracaq. Əvvəllər də buna bənzər Ģey olmuĢdur. Amfiktonların iclası ildə iki
dəfə olardı: bir dəfə Delfada, allahlar məskənində, bir dəfə də Fermopildə, qəhrəmanlar
sərdabəsində. Avropanın da amfiktionları olacaq, yer kürəsinin də amfiktionları olacaq. Bu
əzəmətli gələcək Fransanın bətnində yaĢayır. On doqquzuncu əsr buna hamilədir; o Ģeyin ki
baĢlanğıcını Yunanıstan qoymuĢdur, Fransa onu baĢa çatdırmağa layiqdir. Xalq oğlu, xalqlar
oğlu, namuslu fəhlə Feyi, qulaq as, gör nə deyirəm! Mən sənin xatirini istəyirəm! Sən gələcəyi
görürsən, əlbəttə, sən haqlısan! Feyi, sənin nə atan var, nə anan, sən ana yerinə bəĢəriyyəti, ata
yerinə haqqı seçib qəbul etmisən. Sənin qismətin burada ölməkdir, yəni qalib gəlməkdir.
VətəndaĢlar, biz bu günü məğlubmu olacağıq, ya qalibmi gələcəyik, bizim baĢımıza nə gəlsə də,
fərqi yoxdur, biz inqilab yaradırıq. Yanğın bütün Ģəhəri iĢıqlandıran kimi, inqilab da bütün
bəĢəriyyəti iĢıqlandırır. Siz soruĢa bilərsiniz ki, biz nəyin naminə inqilab yaradırıq? Mən indicə
dedim: həqiqət naminə! Siyasi nöqteyi-nəzərdən yalnız bir prinsip var: O da, insanın öz üzərində
olan ali hakimiyyətidir. Mənim ―mənliyim‖ üzərində olan hakimiyyətimə Azadlıq deyilir. O
yerdə ki bu cür iki, ya ikidən çox ali hakimiyyət birləĢir, orada dövlət meydana gəlir. Lakin bu
birləĢmə heç də adamın öz xeyrindən əl çəkməsi deyil. Burada ali hakimiyyət, ictimai hüquq
yaratmaq üçün müəyyən bir hissəsini könüllü olaraq güzəĢtə gedir. GüzəĢtə gedilən bu hissənin
miqdarı hamı üçün birdir. Hər adamın cəmiyyət üçün etdiyi güzəĢtin eyni miqdarda olmasına
Bərabərlik deyilir. Ġctimai hüquq – hər adamın ayrılıqda hüququnun hamı tərəfindən müdafiə
edilməsindən baĢqa bir Ģey deyil, hər adamın hüququnun hamı tərəfindən belə müdafiə
edilməsinə QardaĢlıq deyilir. Ali hakimiyyətin bir yerə toplanılan bütün bu növlərinin bir-birini
kəsib keçdiyi nöqtəyə Cəmiyyət deyilir. Bir-birini kəsib keçmə özü birləĢmə olduğundan, belə
bir nöqtə düyün olur. Buradan da ictimai əlaqə deyilən Ģey meydana çıxır. Bəziləri bunu ictimai
müqavilə adlandırır, əslində bu eyni Ģeydir: ―müqavilə‖ sözü öz mənĢəyini ―əlaqə‖
məfhumundan almıĢdır. Bərabərliyi necə anlamaq lazımdır, bunu müəyyən edək. Azadlıq əgər
zirvə isə, bərabərlik bünövrədir. Lakin, vətəndaĢlar, bərabərlik heç də böyüməyə və inkiĢaf
etməyə qabil olan bütün Ģeyləri bir səviyyədə saxlamaq, hündür otlarla alçacıq palıd ağaclarını
bir yerə toplamaq deyil, bir-birini səmərəsizləĢdirən həsədlə bədxahlığın heç də qonĢu olması
deyil; vətəndaĢlıq cəhətdən bu, bütün qabiliyyətli Ģəxslər üçün açıq yoldur, siyasi cəhətdən – səs
vermək məsələsində hamının eyni hüquqa malik olmasıdır, dini cəhətdən – hamı üçün eyni
dərəcədə vicdan azadlığıdır. Bərabərliyin qüdrətli bir silahı vardır, o da pulsuz və icbari təhsildir.
Savadlı olmaq hüququ – bax, buradan baĢlamaq lazımdır. Ġbtidai məktəb hamı üçün məcburidir,
orta məktəbə hamı girə bilər, bax, əsas qanun budur. Təhsil bərabərliyinin nəticəsi ictimai
bərabərlikdir. Bəli, maarif! ĠĢıq! ĠĢıq! Hər Ģey iĢıqdan yaranır, iĢığa da qayıdır. VətəndaĢlar, on
doqquzuncu əsr böyük əsrdir, lakin iyirminci əsr xoĢbəxt əsr olacaq. Ġyirminci əsrdə əvvəlki
tarixə oxĢar heç bir Ģey olmayacaq. Onda indiki kimi, fəthlərdən, istilalardan, hücumlardan,
silahlanmıĢ millətlərin bir-birilə rəqabətindən, mədəniyyətin inkiĢafında padĢah ailəsindəki
nikahdan, müstəbid hökmdarlar sülaləsindən bir varisin doğulmasından asılı olan maneələrdən-
qorxmaq lazım gəlməyəcəkdir; onda konqres tərəfindən xalqların bölüĢdürülməsi, sülalələrin
dağılması ilə ölkənin parçalanması, namütənahilik körpüsü üzərində iki cəhənnəm keçisi kimi
kəllə-kəlləyə gələn dinlərin mübarizəsi olmayacaqdır. Onda daha nə aclıq olacaq, nə zülm, nə
ehtiyac üzündən fahiĢəlik, nə iĢsizlik üzündən yoxsulluq, nə baĢ kəsilən edam kürsüsü, nə
xəncər, nə vuruĢma, nə hadisələr cəngəlliyində təsadüfi quldurluq! Mən lap deyə bilərəm ki: heç
hadisələrin özü olmayacaq. Ümumi xoĢbəxtlik dövrü baĢlanacaq. Yer kürəsi öz vəzifəsini yerinə
yetirən kimi, bəĢəriyyət öz vəzifəsini yerinə yetirəcəkdir; qəlb və göy cisimləri arasında bir
ahəngdarlıq əmələ gələcəkdir; planetlər hərləndikcə günəĢə sarı cəzb olunduqları kimi, ruh da
həqiqətə doğru cəzb olunacaqdır. Dostlar, biz qorxunc bir dövrdə yaĢayırıq, mən sizinlə qorxunc
bir zamanda danıĢıram; lakin biz bu böyük qurbanı gələcək üçün veririk. Bunun qarĢısında bizim
aldığımız bir Ģey inqilabdır! BəĢəriyyət azad olacaq, yüksələcək, təsəlli tapacaq! Biz bu
barrikadadan bəĢəriyyəti buna əmin edirik! Məhəbbətin səsi fədailik zirvələrindən deyil də, bəs
harada yüksələcək? QardaĢlar, düĢünən insanlarla əzab çəkən insanlar, bax, burada, bu yerdə
birləĢir. Bizim barrikada daĢdan, dirəkdən, dəmir parçalarından qurulmamıĢ, böyük ideyalardan,
böyük əzab və iztirabdan qurulmuĢdur. Burada bədbəxtlik idealla birləĢir. Gündüz gecəyə
qarıĢaraq, gecəyə deyir: ―Mən səninlə öləcəyəm, amma sən mənimlə yenidən diriləcəksən‖.
Bütün qəm-qüssənin birləĢməsindən inam meydana gəlir. Əzab bura canvermə əzabını, ideyalar
isə öz əbədiliyini gətirir. Bu canvermə, bu əbədilik birləĢərək bizim ölümümüz olacaqdır.
QardaĢlar, kim burada öləcəksə, o gələcəyin iĢığında öləcək, biz səhər Ģəfəqinin iĢığı ilə dolu
olan qəbrə gedəcəyik.
Anjolras öz nitqini qurtardı, daha doğrusu, onu kəsdi; onun dodaqları səssizcə tərpənirdi, sanki,
o, sözünə davam edir, öz-özü ilə danıĢırdı. Hamı nəfəsini qısaraq ona baxırdı, sanki, onun bu
sözlərini də eĢitmək istəyirdi. Söz külək kimdir; sözün fikirdə yaratdığı həyəcan küləyin
yarpaqlarda əmələ gətirdiyi titrəyiĢə bənzəyir.
ALTINCI FƏSĠL.
Marius qaĢqabaqlıdır. Javer qısa danıĢandır.
Ġndi də Mariusun fikrində nələr olduğundan bəhs edək.
Onun ruhi vəziyyətini xatırlayaq. Bir az əvvəl demiĢdik ki, hər Ģey ona xəyal kimi görünürdü. O,
ətrafında baĢ verən hadisələri tutqun bir Ģəkildə dərk edirdi. Sanki, onun üzərinə – ölən adamın
üzərinə gərilən nəhəng, məĢum qanadın kölgəsi düĢmüĢdü. O, elə bil, qəbirdə idi, özünü o biri
dünyada hiss edirdi, o, canlı adamları ölü adamın gözlərilə görürdü.
Cənab FoĢlevan bura haradan gəlib çıxmıĢdı? O, niyə gəlmiĢdi. Onun burada nə iĢi vardı?
Marius heç də özünə belə suallar vermirdi. Bir də ki, ümidsizlik bizə baĢqalarının da ümidsizliyə
tutulduğu qətiyyətini verir, bu, ona xas olan bir Ģeydir. Buna görə də hamının ölümə getməsi
Mariusa təbii görünürdü.
Yalnız Kozettanı düĢünəndə iztirab çəkirdi.
Cənab FoĢlevan onunla danıĢmırdı, ona baxmırdı, elə bil ki, Mariusun: ―Mən onu tanıyıram‖
sözlərini eĢitmirdi.
Lakin FoĢlevanın bu hərəkəti Mariusu sakitləĢdirirdi, hətta belə bir söz onun düĢüncələrinə
uyğun gəlsəydi, deyə bilərdik ki, onu sevindirirdi. Ona həmiĢə elə gəlirdi ki, bu qəribə adamla
danıĢmaq mümkün olan Ģey deyil; bu adam ona həm Ģübhəli, həm də hörmət edilməli Ģəxs kimi
görünürdü. Bir də, ona çoxdan rast gəlmirdi, bu isə Marius kimi çəkingən və sirverməz adam
üçün iĢi daha da mürəkkəbləĢdirirdi.
BeĢ adam barrikadanı tərk edərək Mondetur küçəsindən keçib getdi. Zahirən onlar milli
qvardiyaçılardan heç də seçilmirdilər. Onlardan biri gedəndə ağladı; hamısı barrikadada
qalanlarla qucaqlaĢıb ayrıldı.
Həyata qaytarılan bu beĢ adam gedəndən sonra ölümə məhkum edilən adam Anjolrasın yadına
düĢdü. O, aĢağıya, zala endi. Dirəyə sarınmıĢ Javer fikrə dalmıĢdı.
Anjolras ondan soruĢdu:
– Sənə bir Ģey lazımdırmı?
Javer də ondan soruĢdu:
– Siz məni haçan öldürəcəksiniz?
– Hələ dayan, indi bizim hər patronumuz hesaba alınmıĢdır.
– Onda mənə su verin.
Anjolras özü ona bir stəkan su verdi; Javerin əl-qolu bağlı olduğundan, suyu ona özü içirtdi.
Anjolras bir də soruĢdu:
– Elə bu?
Javer dedi:
– Mən ayaq üstə durmaqdan yoruldum. Bütün gecəni məni bu vəziyyətdə saxlamaq sizin
tərəfinizdən çox da nəzakətli hərəkət deyil. Məni necə istəyirsiniz, elə də sarıyın, ancaq niyə
məni, bax, o adam kimi stol üstünə qoymayasınız?
Javer baĢı ilə cənab Mabefin meyitini göstərdi.
Yadımıza salaq ki, zalın dib tərəfində uzun bir stol vardı; qiyamçılar onun üstündə güllə tökür,
patron hazırlayırdılar. Lakin indi patronlar doldurulmuĢ, barıtın da hamısı iĢlənib qurtarmıĢdı,
stolun üstü boĢ idi.
Anjolrasın əmri ilə dörd qiyamçı Javeri dirəkdən açdı. Onlar Javeri açanda bir qiyamçı da
süngünü onun sinəsinə tutub durmuĢdu. Onun əl-qolunu dalda bağlı saxladılar, ayaqlarını isə
nazik, lakin möhkəm qayıĢla elə bağladılar ki, o, on beĢ düymdən artıq addım ata bilməzdi: edam
kürsüsünə aparılan adamla belə rəftar edirlər. Sonra Javeri zalın dib tərəfindəki stolun yanına
apardılar, stolun üstünə uzatdılar, kəndirlə onu stola bərk-bərk sarıdılar.
Bu cür çidarlanmıĢ adam heç qaça bilməzdi, lakin ehtiyat üçün onu, həbsxanalarda ―martinqal‖
deyilən qayda ilə də sarıdılar: yəni kəndiri boynuna bağladılar, bu kəndir onun peysərindən aĢağı
enərək belində ikiləĢir, qıçlarının arasından keçərək, biləklərini bururdu.
Javeri stola sarıyanda bir adam qapı ağzında durub çox diqqətlə ona baxırdı. Javer bu adamın
kölgəsini görüb baĢına çevirdi, baxdı, Jan Valjanı tanıdı. Javer heç diksinmədi də, ancaq
gözlərini yumaraq təkəbbürlə dedi: ―Bu, belə də olacaqdı‖.
YEDDĠNCĠ FƏSĠL.
Vəziyyət ağırlaĢır.
Hava tez iĢıqlanırdı. Ancaq nə bir pəncərə açılır, nə bir qapı aralanırdı: bu, səhər idi, ancaq
camaatın oyanması deyildi. ġanvreri küçəsinin sonunda, barrikadanın qarĢı tərəfində dayanan
əsgərləri geri çəkdilər; küçə boĢ görünür, yoldan keçən adamları məĢum bir sakitlik bürüyürdü.
Sen-Den küçəsi, Fivdəki sfinkslər xiyabanı kimi, sükut içində idi. Dan yeri iĢığında ağaran küçə
ayrıclarında bircə canlı məxluq da görünmürdü. BoĢ küçələri bürüyən səhər Ģəffaflığından
kədərli Ģey yoxdur.
Heç bir Ģey görünmürdü, lakin haradansa qulağa səs gəlirdi: görünür, yaxında gizli bir hərəkət
vardı. Hər Ģey o dəhĢətli anın yaxınlaĢdığını göstərirdi. KeĢikçiləri dünən axĢamkı kimi geri
çağırdılar, ancaq bu dəfə hamısını çağırdılar.
Barrikada indi əvvəlkindən daha yaxĢı möhkəmləndirilmiĢdi. BeĢ nəfər qiyamçı gedəndən sonra
onun üstünə Ģey-Ģüy yığaraq, daha da yüksəltmiĢdilər.
DüĢmən arxa tərəfdən hücum edə bilərdi, buna görə Anjolras, bazar rayonunu yoxlayan
keĢikçilərin məsləhəti ilə, mühüm bir qərar qəbul etdi; o, Mondetur küçəsindəki dar yolu
bağlamaq əmrini verdi, – bu yol indiyə qədər açıqdı. Bunun üçün bir neçə evin qabağındakı daĢ
yolu da sökdülər. Bu qayda ilə qabaq tərəfdən ġanvreri, sol tərəfdən Qu quĢu və Kiçik Səfil, sağ
tərəfdən Mondetur küçəsini daĢ sütunla kəsən barrikada hücuma qarĢı daha da möhkəmlənmiĢ
oldu; eyni zamanda onu müdafiə edənlərin yolu hər tərəfdən kəsildi. Onun üç yolu vardı, indi
heç biri də qalmadı. Kurfeyrak gülərək dedi: ―Bu, qalaya da oxĢayır, siçan tələsinə də!‖
Anjolras qalan otuza qədər qənbər daĢını meyxana qapısı qabağına yığdırdı; lakin Bossüenin
fikrincə, bu daĢlar yoldan nahaq yerə qoparılmıĢdı.
O tərəfdən ki, hücum baĢlanacaqdı, ora dərin sükut içində idi, buna görə Anjolras hamıya öz
yerini tutmağı əmr etdi.
Hər adama bir içim araq verdilər.
Barrikada hücumun qarĢısını almağa hazırlaĢarkən çox qəribə vəziyyət alır, – bundan da qəribə
bir vəziyyət ola bilməz. Hər kəs özünə, eynən tamaĢada olduğu kimi, əlveriĢli yer tutur. Kimisi
divara söykənir, kimisi dirsəklənir, kimisi çiynini yerə verir. Bəziləri qənbər daĢından özünə
oturacaq düzəldir. Divarın tini mane olursa, oradan uzaqlaĢırlar; çıxıntılı yer əlveriĢlidirsə, orada
daldalanırlar. Solaxaylar qiymətə minirlər; onlar baĢqaları üçün əlveriĢli olmayan yeri tuturlar.
Bəziləri elə mövqe tuturlar ki, oturduqları yerdə tüfəng ata bilsinlər, hamı elə vəziyyət almaq
istəyir ki, həm düĢməni asanlıqla öldürə bilsin, həm də özü rahatca ölsün. 1848-ci ilin faciəli
iyun vuruĢmasında son dərəcə sərrast güllə atmağı bacaran bir qiyamçı evin damına Volter
kreslosu gətirtmiĢ, bu kresloda oturub atəĢ açıbmıĢ; elə həmin kresloda da top saçması atəĢindən
ölübmüĢ.
Komandir döyüĢə hazırlaĢmaq əmrini verən kimi, barrikadada nizamsız hərəkətlər kəsildi:
qiyamçılar daha dəstə-dəstə yığıĢmadılar, künc-bucaqda pıçıldaĢmadılar, bir-birilə danıĢmadılar.
Bütün fikirlər bir məsələ ətrafında toplaĢdı, hamı hücumu gözləməyə baĢladı. Barrikada düĢmən
hücumundan qabaq əsil xaosdur, təhlükəli anda əsil intizamdır. Təhlükə qayda-qanun yaradır.
Anjolras qoĢalülə karabinini götürüb əvvəldən seçdiyi yerdə – mazğalaoxĢar bir deĢiyin
qabağında duran kimi hamı susdu. Qənbər daĢlarından qurulmuĢ divar boyunca zəif cırıltı
eĢidildi: qiyamçılar tüfənglərini doldururdular.
Təhlükəyə baxmayaraq, burada hamı özünü həmiĢəkindən daha məğrur tutur, daha inamlı
göstərirdi: ən yüksək fədailik – adamın öz varlığını təsdiq etməsidir; heç kəsdə ümid
qalmamıĢdı, lakin fədakarlıq qalmıĢdı. Fədakarlıq bəzən qalibiyyətə gətirib çıxaran son silahdır.
Vergili belə demiĢdir. Ġfrat qətiyyət ifrat vasitəyə əl atır. Bəzən ölüm girdabına atılmaq –
fəlakətdən qurtarmaq yoludur, onda tabutun da qapağı xilasedici bir taxta olur.
Hamının diqqəti, dünən axĢamkı kimi, küçə ayrıcına sarı çevrilmiĢ, ora cəlb olunmuĢdu: indi
oranı səhər Ģəfəqi iĢıqlandırmıĢdı, hər Ģey aydın görünürdü.
Çox gözləmək lazım gəlmədi. San-Le tərəfdən bir səs lap aydınca eĢidilməyə baĢladı, ancaq bu
səs dünənki hücumun hay-küyünə oxĢamırdı. Zəncir cingiltisi, nəhəng bir Ģeyin sarsıla-sarsıla
silkələnməsi, daĢ yoldan gələn mis səsi, ağır gurultu – dəhĢətli, dəmir bir maĢının yaxınlaĢdığını
bildirirdi. Ġnsan mənafeyi və ideyalarının dinc, səmərəli əlaqəsi üçün salınmıĢ, abad edilmiĢ
köhnə, sakit küçələr baĢdan-baĢa tir-tir əsdi: onlar müharibə çarxlarının dəhĢətli gurultularına
davam gətirməyəcəkdi.
DöyüĢçülər yol ayrıcına daha diqqətlə baxmağa baĢladılar.
Bir top göründü.
Topçular, atəĢ açmağa hazır edilmiĢ və torpaqlıqdan açılmıĢ topu çəkə-çəkə, itələyə-itələyə
gətirirdilər; iki adam top qundağından yapıĢmıĢdı,dörd adam çarxları itələyirdi, bir neçə adam da
daldan kəsi qutusunu gətirirdi. YandırılmıĢ fitilin tüstüsü görünürdü.
Anjolras çığırdı:
– AtəĢ!
Barrikadadan yaylım atəĢi açıldı, dəhĢətli bir gurultu qopdu: tüstü dumanı topu və topun
yanındakı adamları bürüdü, onlar gözdən itdi. Bir neçə saniyədən sonra tüstü dumanı dağıldı, top
da, adamlar da yenə göründü. Topçular tələsmədən, ağır-ağır səliqə ilə topu barrikadaya qarĢı
yönəldirdilər. Onlardan heç biri yaralanmamıĢdı. Sonra niĢançı, müĢahidə borusuna istiqamət
verən bir astronom ciddiyyətilə niĢan almağa baĢladı.
Bossüe çığırdı:
– Afərin, topçular!
Bütün barrikada onun sözünə əl çaldı.
Topu küçənin düz ortasında möhkəm yerləĢdirdilər; indi top atəĢ açmağa hazır idi. O, öz dəhĢətli
ağzını barrikadanın üstünə açmıĢdı.
Kurfeyrak dedi:
– Hə, baĢla görək! Yamanca yırtıcı heyvandır! Əvvəl çırtma, sonra yumruq! Ordu nəhəng
pəncəsini bizə sarı uzadır. Barrikadanı yaman silkələyəcək. Tüfənglə yoxlayırlar, top ilə vururlar.
Kombefer əlavə etdi:
– Bu yeni modelin səkkiz düyməli topdur, özü də tuncdan düzəldilmiĢdir. Bu topların yüz hissəsi
misdir, on hissəsi qalay, bu tənasüb azca pozulsa, top atəĢ açanda partlar. Qalayın qədərindən
artıq olması onu davamsız eləyir. Topun lüləsində boĢluq və koğuĢ əmələ gələ bilər. Bu
təhlükənin qabağını almaq, həm də əksini artırmaq üçün, on dördüncü əsrdə olduğu kimi, topun
lüləsinə, – barıt tökülən yerdən ta sapfaya kimi, – bir neçə polad halqa vurmaq lazımdır. Hələlik
iĢin içindən belə çıxırlar: cırcıra deyilən cihazla top lüləsinin harasında çatlaq və koğuĢ olduğunu
müəyyən edirlər. Lakin daha yaxĢı bir üsul vardır ki, o da hərəkət edən Qriboval qığılcımıdır.
Bossüe dedi:
– On altıncı əsrdə toplar yivli idi.
Kombefer onun sözünü təsdiq etdi.
– Doğrudur. Bu, zərbə qüvvəsini artırır, ancaq sərrastlığını azaldır. Bir də ki, yaxın məsafəyə atəĢ
açanda trayektoriyanın lazımi bucağı olmur, onun parabolası həddindən artıq böyüyür, mərmi
lazımınca düz xətt üzrə getmir, yolda rast gəldiyi Ģeylərə zərbə endirmək iqtidarında olmur.
VuruĢmada isə bu zəruridir; düĢmən nə qədər yaxında olsa, top nə qədər tez-tez atəĢ açsa, bunun
əhəmiyyəti bir o qədər artır. On altıncı əsrin yivli toplarından atılan mərmilərin uçuĢunda olan bu
nöqsan kəsinin zəifliyindən asılı idi, kəsinin zəifliyi isə belə toplarda ballistikanın tələblərinə
görə idi, həm də top qundağının saxlanmasına imkan yaradırdı. Xülasə, top kimi bir müstəbid
istədiyini eləyə bilmir; onun qüvvəsi, əslində, böyük zəiflikdir. Top mərmisinin sürəti saatda
ancaq altı yüz mildir, amma iĢığın sürəti saniyədə yetmiĢ min mildir. Ġsanın Napoleon üzərində
üstünlüyü də belədir.
Anjolras əmr etdi:
– Tüfəngləri doldurun!
Ġstehkam top mərmisinə davam gətirəcəkmi? Onu deĢə biləcəkdimi? Məsələ bunda idi.
Qiyamçılar tüfənglərini dolduranda topçular da topu doldururdular.
Barrikadanı müdafiə edənlər həyəcan içində dayanıb durdular.
Top atıldı, gurultu qopdu.
Bu zaman kim isə fərəhlə çığırdı:
– Belə ha!
Mərmi barrikadaya dəyəndə QavroĢ da özünü barrikadanın içinə saldı.
O, Qu quĢu küçəsindən, Kiçik Səfil küçəsinin dolaĢıq dalanlarını hasarlayan əlavə barrikadanın
arasından asanlıqla keçib bura gəlmiĢdi.
QavroĢun gəlməsi barrikadaya mərmidən çox-çox artıq təsir bağıĢladı.
Mərmi köhnə-kürüĢ Ģeylərin içərisində iliĢib qaldı, ancaq omnibusun çarxlarından birini sındırdı,
Ansonun da köhnə sınıq arabasının lap axırına çıxdı. Bütün barrikada qəh-qəhə çəkdi.
Bossüe topçulara çığırdı:
– Verin gəlsin!
SƏKKĠZĠNCĠ FƏSĠL.
Topçular hiss etdirirlər ki, onlarla zarafat etmək olmaz.
QavroĢu dövrəyə aldılar.
O, macal tapıb bir söz deyə bilmədi. Marius titrəyə-titrəyə onu kənara çəkdi.
– Sən niyə gəldin?
QavroĢ ucadan dedi:
– Əcəb sözdür! Bəs siz özünüz?
Mariusu o, diqqətlə, sakit, lakin dikbaĢlıq ifadə olunan bir nəzərlə baĢdan-ayağa süzdü. Onun
gözlərində parıldayan qürur, bu gözləri daha iri göstərirdi.
Marius ciddi ifadə ilə sözünə davam etdi:
Kim sənə demiĢdi ki, qayıt? Heç olmasa məktubu sahibinə yetirdinmi?
Düzünü desək, QavroĢ bir az vicdan əzabı çəkirdi. Barrikadaya tez qayıtmaq üçün məktubu
sahibinə vermək əvəzinə, baĢından eləmiĢdi. O, bir Ģeyi öz-özünə etiraf etməyə məcbur idi:
tanımadığı adama bir az ağılsızlıq eləyib etibar etmiĢdi, qaranlıqda heç onun üzün də görə
bilməmiĢdi. Bircə burası var ki, o adam Ģlyapasız idi, lakin bu, məsələni dəyiĢmirdi. Sözün
qısası, ürəyində öz-özünə söyürdü, həm də Mariusun onu danlaya biləcəyindən qorxurdu.
Vəziyyətdən çıxmaq üçün ən adi bir yol seçdi; lap ağ yalan deməyə baĢladı:
– VətəndaĢ, məktubu qapıçıya verdim. Xanım qız yatırdı. Oyanan kimi məktubu ona
yetirəcəkdir.
Mariusun məktubu göndərməkdə iki məqsədi vardı: o həm Kozetta ilə vidalaĢmaq, həm də
QavroĢu ölümdən xilas etmək istəyirdi. O, ancaq düĢündüyü məsələnin yarısı ilə kifayətlənməli
oldu.
O, birdən göndərilən məktubla cənab FoĢlevanın barrikadaya gəlməsi arasında bir əlaqə
olduğunu hiss etdi. Cənab FoĢlevanı QavroĢa göstərib soruĢdu:
– O adamı tanıyırsanmı?
QavroĢ:
– Yox, – deyə cavab verdi.
QavroĢ Jan Valjanı, doğrudan da, ancaq o gecə görmüĢdü, bunu biz əvvəllər demiĢdik.
Mariusun beynində doğan əzabverici, dumanlı Ģübhələr dağıldı. Cənab FoĢlevanın nə əqidədə
olduğunu o bilirdimi? Bəlkə də, o, respublikaçıdır? Belə olsa, onda bu döyüĢdə onun iĢtirak
etməsinin səbəbi tamamilə aydındır.
Bu zaman QavroĢ barrikadanın o biri baĢına yüyürüb, çığırdı: ―Hanı mənim tüfəngim?‖
Kurfeyrak əmr etdi ki, ona tüfəng verilsin.
QavroĢ ―yoldaĢlarına‖ xəbərdarlıq etdi ki, barrikada hər tərəfdən əhatə olunmuĢdur (qiyamçılara
o, ―yoldaĢ‖ deyirdi). Bura, o çox çətinliklə gəlib çıxdığını, döyüĢ batalyonunun öz tüfənglərini
Kiçik Səfil küçəsində baĢ-baĢa çataraq, yolu Qu quĢu küçəsi tərəfdən nəzarət altına aldığını,
qarĢı tərəfdən bələdiyyə qvardiyasının Vaizlər küçəsini tutduğunu, əsas qüvvələrin barrikadanın
düz qabaq tərəfində toplaĢdığını söylədi.
QavroĢ bu məlumatı verdikdən sonra əlavə etdi:
– Sizə icazə verirəm: onları bir yaxĢı əziĢdirin!
Anjolras öz mazğalının qabağında duraraq, düĢməni çox diqqətlə izləyirdi.
Barrikadanı mühasirəyə alanlar, görünür, top atəĢinin nəticəsindən çox da razı qalmamıĢdılar,
buna görə atəĢi davam etdirmirdilər.
Bir dəstə piyada əsgər gəlib topun dal tərəfində küçənin qurtaracağını tutdu. Onlar daĢ yolu
sökdülər, qənbər daĢlarından barrikadanın lap önündə, on səkkiz düymə hündürlüyündə, müdafiə
sipəri kimi, alçaq bir divar düzəltdilər. Sipərin sol tini arxasından, Sen-Deni küçəsində toplaĢan
Ģəhər civarı batalyonunun baĢ hissəsi görünürdü.
Anjolrasın, pusquda durduğu yerdə, qulağına bir səs gəldi: kəsi qutularından top saçması olan
tənəkə qablarını çıxaranda belə səs eĢidilir. Sonra o gördü ki, niĢançı əsgər niĢan alaraq topun
lüləsini bir balaca sola əydi. Sonra da topçular topu doldurmağa baĢladılar. NiĢançı əsgər özü
fitili götürüb, ağızodu yerinə apardı.
Anjolras çığırdı:
– BaĢınızı əyin, divara sıxılın! Barrikada boyunca dizi üstə çökün!
Meyxananın qabağında toplaĢan, QavroĢ gələndə döyüĢ yerlərini buraxan qiyamçılar barrikadaya
sarı cumdular; lakin onlar Anjolrasın əmrini yerinə yetirən kimi top atıldı, top saçmasının
dəhĢətli fıĢıltısı eĢidildi. Bu, qulaqbatırıcı bir yaylım atəĢi idi.
Mərmi barrikadanın aralığına atılmıĢdı. Qəlpələr divara dəyərək geri sıçramaqla iki adamı
öldürdü, üçünü yaraladı. Aydın görünürdü ki, iĢ belə getsə, barrikada davam gətirə bilməyəcək:
güllə onu deĢirdi.
TəĢviĢ dolu səslər eĢidildi.
Anjolras dedi:
– Gəlin topun ikinci atəĢ açmasına mane olaq!
O, əlindəki karabinin lüləsini aĢağı əyib, niĢançı əsgəri niĢan aldı: niĢançı əsgər bu zaman topun
üstünə əyilərək, niĢanın düzlüyünü yoxlayır, hədəfi qəti təyin edirdi.
NiĢançı topçu serjantı idi; O, sarıĢın, qəĢəng, cavan bir oğlandı; zərif üzündə ağıl ifadə olunurdu,
belə ifadə bu qorxunc silah qoĢununa xas olan bir Ģeydir, həm də bu silahın vəzifəsi odur ki,
insan qırmaqda təkmilləĢərək axırda müharibənin özünü məhv eləsin.
Kombefer Anjolrasın yanında durub cavan oğlana baxırdı:
– Adamın heyfi gəlir! Bu müharibə nə murdar Ģeydir! Krallar olmayanda müharibə də
olmayacaq! Anjolras, sən o serjantı niĢan almısan, amma heç ona baxmırsan. Bir təsəvvür elə: o,
bəlkə də, gözəl təbiətli, igid, ağıllı bir gəncdir, – axı gənc topçular oxumuĢ olurlar; bəlkə də,
onun atası, anası var; ailəsi var; o, yəqin, bir qızı sevir, onun ən çoxu iyirmi beĢ yaĢı olar; o,
sənin qardaĢın ola bilər.
Anjolras dedi:
– O, doğrudan da, mənim qardaĢımdır.
Kombefer sözünə davam etdi:
– O, mənim da qardaĢımdır. Mənə bax, gəl onu öldürməyək.
– Əl çək, öldürmək lazımdır.
Anjolrasın mərmər kimi solğun üzündən bir damla göz yaĢı ağır-ağır süzülərək, yerə düĢdü.
Elə o anda tətiyi basdı. Tüfəngin ağzından od çıxdı. Cavan topçu, sinəsinə hava çəkirmiĢ kimi,
qollarını qabağa uzadaraq baĢını geri atdı, yerində iki dəfə döndü, sonra böyrü üstə topun üstünə
yıxıldı, daha tərpənmədi. Onun kürəyinin ortasından qan süzüldüyü görünürdü. Güllə onun
sinəsini dəlib keçmiĢdi. O ölmüĢdü.
Onu götürüb apardılar, baĢqa bir adamla əvəz etdilər. Barrikada bundan bir neçə dəqiqə qazandı.
DOQQUZUNCU FƏSĠL.
Ġcazəsiz ov edən qoca adamın bacarığı
və 1796-cı il ittihamnaməsinə təsir edən
sərrast atəĢ necə kara gələrmiĢ.
Barrikadada məsləhətləĢməyə baĢladılar. Bir az sonra topdan yenə atəĢ açacaqlar. Top saçmasına
onlar on beĢ dəqiqə də davam gətirə bilməzdilər. Bu zərbənin təsirini zəiflətmək lazımdı.
Anjolras əmr etdi:
– Ora döĢək qoymaq lazımdır.
Kombefer:
– Bizim indi döĢəyimiz yoxdur, – dedi. – DöĢəklərin üstündə yaralılar yatır.
Jan Valjan bir az kənarda, meyxananın tinində, tüfəngi dizlərinin arasına qoyaraq, tumbanın
üstündə oturmuĢdu, baĢ verən hadisədə indiyə kimi iĢtirak etməmiĢdi. Elə bil ki, döyüĢçülərin
onun ətrafında deyindiklərini eĢitmirdi: ―Eh, heyf o tüfəngdən, boĢ-boĢuna qalıb orada!‖
Anjolrasın əmrini eĢidəndə o, ayağa qalxdı.
Bir Ģeyi yadımıza salaq: qiyamçılar ġanvreri küçəsinə gələn kimi, atıĢma olacağını hiss edən bir
qarı pəncərənin qabağına döĢək tutmuĢdu. Bu, barrikadadan bir az kənardakı altımərtəbəli evin
çardaq pəncərəsi idi. DöĢək pəncərənin qabağını eninə tutmuĢdu; aĢağıdan ona, paltar
qurulayanda ip altına qoyulan iki ağac dayaq vurulmuĢdu, yuxarıda onu iki ip saxlayırdı; iplərin
ucu pəncərə qırağına vurulan iki mismara bağlanmıĢdı. Ġplər uzaqdan qaytana oxĢayırdı və
havada tük kimi aydın görünürdü.
Jan Valjan soruĢdu:
– Bir adam mənə qoĢalüləli karabin verə bilərmi?
Anjolras indicə doldurduğu tüfəngini ona uzatdı.
Jan Valjan mansardanı niĢan aldı. Tüfəng atıldı.
DöĢəyə bağlanan iplərdən biri qırıldı.
Ġndi döĢəyi bircə ip saxlayırdı.
Jan Valjan tüfəngin o biri gözünü də boĢaltdı. O biri ip də qırılıb mansardanın pəncərəsinə dəydi.
DöĢək, altdan qoyulan ağac dayaqların arasından sürüĢərək daĢ yola düĢdü.
Bütün barrikada əl çalaraq Jan Valjanı alqıĢladı.
Hamı birağızdan çığırdı:
– Bu da döĢək!
Kombefer dedi:
– DöĢək olmağına var, amma kim gedib onu götürəcək?
DöĢək barrikadanın qabağına, hücum edənlərlə barrikadanı müdafiə edənlərin arasına düĢmüĢdü.
Bir də ki, niĢançı serjantın vurulmasından qəzəblənən əsgərlər bir neçə dəqiqə əvvəl qənbər
daĢından qurduqları sipərin dalında uzanaraq barrikadaya atəĢ açmağa baĢlamıĢdılar; onlar
niĢançı serjantın yerinə adam gələnə kimi susmağa məcbur olan topu əvəz edirdilər. Qiyamçılar
döyüĢ sursatını boĢ yerə sərf etməmək üçün açılan atəĢə cavab vermirdilər. Barrikada üçün
tüfəng qorxulu bir Ģey deyildi, lakin küçəyə yağdırılan güllə qorxulu idi: orada adama güllə dəyə
bilərdi.
Jan Valjan barrikadada saxlanılan yoldan keçib döĢəyi götürdü, dalına alıb barrikadaya qayıtdı.
O, özü təhlükəli yeri döĢəklə tutdu, döĢəyi divara elə vurdu ki, topçular onu görə bilməzdilər.
Bu iĢi qurtarandan sonra top atəĢini gözləməyə baĢladılar.
AtəĢ açıldı.
Top nərilti ilə top saçması kəsisini püskürdü. Lakin qəlpələr divara dəyib qayıtmadı. Top
saçması döĢəkdə iliĢib qaldı. Nəzərdə tutulan effekt nəticəsiz qalmadı. Barrikada yaxĢı
qorunurdu.
Anjolras Jan Valjana dedi:
– VətəndaĢ, Respublika sizə təĢəkkür edir!
Bossüe fərəhindən qəhqəhə çəkdi. O, həyəcanla dedi:
– DöĢəyin belə qüdrətə malik olması adama bir təhər gəlir. Dəyərsiz bir Ģəlpə ildırımlar allahına
qalib gəldi! Hər necə olsa, topa qalib gələn döĢəyə eĢq olsun!
ONUNCU FƏSĠL.
Səhər Ģəfəqi.
Elə bu anda Kozetta yuxudan ayıldı.
Onun hündür pəncərəli, ensiz, təmiz, sadə bir otağı vardı; pəncərə Ģərqə tərəfdi, dal həyətə
baxırdı.
Parisdə nələr olduğundan Kozettanın xəbəri yox idi.
Dünən o, heç yerə getməmiĢdi; o, öz otağına gedəndə Tusen ona dedi: ―Mənə elə gəlir ki,
Ģəhərdə Ģuluqluq var‖.
Kozetta çox yatmasa da, bərk yatmıĢdı. O, Ģirin yuxular görürdü; bəlkə də, ona görə Ģirin yuxular
görürdü ki, onun yatağı dümağ idi. Halə ilə iĢıqlanmıĢ Mariusa oxĢar bir adam onun yuxusuna
girmiĢdi. Ayılanda baxdı ki, gün düz onun gözünə düĢür. Əvvəl ona elə gəldi ki, yenə də yuxu
görür.
Ġlk anda onun qəlbi yuxunun təsiri altında sevinclə dolu idi. O, özünü tamamilə rahat hiss edirdi.
O da, bir az əvvəl Jan Valjan etdiyi kimi, bütün təĢviĢləri özündən uzaqlaĢdırmıĢdı, bədbəxtliyə
inanmaq istəmirdi. O, səbəbini özü də bilmədən, bütün varlığı ilə ümid etməyə baĢlamıĢdı. Sonra
birdən onun qəlbi sıxıldı. O, üç gün idi ki, Mariusu görmürdü, lakin öz-özünü inandırdı ki,
Marius mütləq onun məktubunu almıĢdır, indi onun harada olduğunu bilir, axı Marius çox ağıllı
oğlandır, o, Kozetta ilə görüĢmək üçün bir yol tapacaqdır. O mütləq bu gün, bəlkə də, lap elə
səhər gələcək. Hava lap iĢıqlanmıĢdı, ancaq günün Ģüası hələ üfüqi düĢürdü; görünür, hələ tezdir,
amma Mariusu qarĢılamaq üçün, hər halda, durmaq lazımdır.
Kozetta hiss edirdi ki, Mariussuz yaĢaya bilmir, Mariusun gəlməsi üçün elə bu özü kifayətdi.
Buna heç bir etiraz ola bilməzdi. Bu, Ģübhəsizdi. O, düz üç gün idi ki, əzab çəkirdi, – bu özü
dözülməz bir Ģeydi. Üç gün Mariusu görməmək – axı Allah buna necə yol verə bilir! Taleyin bu
amansız zarafatı, bu sınaq indi arxada qalmıĢdır. Marius gələcək, gözəl xəbərlər gətirəcək.
Gənclik belədir: göz yaĢını tez qurudur, əzab çəkməyi yersiz görür, onu qəbul etmir. Gənclik
gələcəyin təbəssümüdür, o naməlum bir Ģeyə yəni özü-özünə çevrilmiĢdir. XoĢbəxt olmaq
gənclik üçün təbii Ģeydir, onun nəfəsinin özü, sanki, ümidlə suvarılmıĢdır.
Bir də ki, Marius ona, bəlkə, lap elə bircə gün də olsa, gəlməyəcəyini haçan söylədi, bunu nə ilə
izah etdi, bu heç Kozettanın yadında deyildi. Biz hamımız görmüĢük ki, bir sikkə pul əlimizdən
yerə düĢəndə çox məharətlə gözdən itir, gizlənir. Bəzən fikir də bizimlə belə oyun oynayır:
beynin küncünə sıxılıb qalır, elə bil ki, itir, onu da yada salmaq mümkün olmur. Kozetta da
hafizəsinin nəticəsiz səyindən bir az narazı qaldı, öz-özünə dedi: ―Mariusun dediyi sözləri
unutmaq mənim üçün heç yaxĢı deyil, çox böyük insafsızlıqdır‖.
Yatağından qalxdı, iki cür yuyundy: həm ruhca, həm bədəncə – həm dua elədi, həm də əl-üzünü
yudu.
Ən zəruri hallarda oxucunu təzə evlənənlərin yataq otağına aparmaq olar, lakin qızın yataq
otağına qətiyyən aparmaq olmaz. Hətta Ģeir də buna az cəsarət göstərir, nəsrə ora girmək lap
qadağandır.Bu, bir qönçədir, zülmətdə bəyazlıqdır, hələ açılmamıĢ zanbaqdır, bura günəĢ nəzər
salmayınca, insan gərək baxmasın. Qız nə qədər ki, gül kimi açılmayıb, müqəddəsdir. Ancaq
açılmıĢ qız yatağından, öz-özündən qorxan füsunkar çılpaqlıqdan, ayaqqabıda gizlənən ağ
ayaqdan, güzgü qabağında – güzgünün gözü varmıĢ kimi – üstü örtülən sinədən, stul cırıltısı və
ya bayırda kolyaska getsə, tez-tələsik çılpaq əndama geyilən köynəkdən, bağlanan lentdən,
qarmaqdan, qaytandan, özünü itirməkdən, soyuqdan və utancaqlıqdan baĢ verən xəfif titrəyiĢdən,
hərəkətin zərif çəkingənliyindən, qorxmaq lazım gəlmədiyi halda, qorxub tir-tir əsməkdən, dan
yeri buludları kimi füsunkar paltarları bir-birinin ardınca dəyiĢməkdən, bax, bu Ģeylərdən gərək
danıĢmayasan, bunların adını çəkmək özü qəbahətdir.
Adam ulduzların çıxmasına böyük bir pərəstiĢlə baxır, lakin cavan qızın oyanmasına isə daha
artıq pərəstiĢlə baxmalıdır. Acizlik adamda xüsusi bir hörmət hissi oyatmalıdır. ġaftalının
üstündəki zərif tüklər, gavalının qabığındakı kül rəngli pərdə, xırdaca ulduza oxĢayan qar
dənələri, kəpənəyin məxmər kimi qanadları bakirəliklə müqayisədə kobuddur, – elə bir bakirəlik
ki, bakirə olduğunu heç özü də bilmir. Cavan qız aĢkar olmayan xəyaldır, lakin hələ sevgi
mücəssəməsi deyil. Onun yatağı idealın qaranlıq dərinliyində gizlənir. Sırtıq bir nəzər bu
dumanlı ala-qaranlıq üçün kobud həqarətdir. Burada dayanıb seyr etməyin özü də təhqir etmək
deməkdir.
Buna görə də biz Kozettanın səhər gördüyü sevimli iĢlərini təsvir etməyəcəyik.
ġərq nağıllarının birində belə deyilir: Allah qızılgülü ağ yaradıbmıĢ, lakin qızılgül açılanda
Adəm ona baxır, gül utanır, qırmızı rəng alır. Biz cavan qızların, çiçəklərin qarĢısında utanan
adamlardanıq, biz onların qarĢısında hörmətlə baĢ əyirik.
Kozetta tez geyindi, baĢını daradı, saçını düzəltdi; o zamanlar saç düzəltmək çox asan idi: onda
qadınlar, qızlar saçın altına balıĢcıqlar, döĢəkçələr qoymaqla, saçlarını qabartmırdılar, bukle
eləmirdilər. Sonra o, pəncərəni açdı, bayıra baxdı: o istəyirdi ki, heç olmasa küçənin bir
hissəsini, bir evin tinini, daĢ yolun bir parçasını görsün, Mariusun gəlməsini gözdən qaçırmasın.
Lakin pəncərədən heç nə görmək mümkün deyildi. Ġçəri həyət hər tərəfdən hündür divarla əhatə
olunmuĢdu. Divarların dəlik-deĢiyindən bağ görünürdü. Kozettaya elə gəldi ki, bu bağ çox pis
bağdır; həyatında ilk dəfə olaraq çiçəklər ona çirkin görünürdü. Kanalın bir hissəsi küçənin
tinində onun nəzərinə çarpsaydı, bu, onun daha çox xoĢuna gələrdi. Sonra göyə baxmağa baĢladı,
sanki, Mariusun göydən də enə biləcəyini düĢünürdü.
Birdən o ağladı. Bu, onun dəyiĢkən əhvali-ruhiyyəli olmasından deyil, ümidlərinin boĢa çıxması
nəticəsində əmələ gələn, ruh düĢkünlüyündən baĢ verən hal idi. Onun ürəyinə qorxu düĢdü.
Xəbərlər, doğrudan da, bəzən havada dolaĢır. O öz-özünə deyirdi: ―Mən heç bir Ģeyə əmin
deyiləm, bizim bir-birimizi gözdən itirməyimiz məhv olmağımız deməkdir‖. Sonra Mariusun
göydən enməsi fikri ona füsunkar deyil, qəmli-matəmli bir fikir kimi göründü.
Sonra onun qəlbinə çökən buludlar dağıldı, o yenə də sakitləĢdi, könlündə yenə ümid doğdu, o
yenə də qeyri-ixtiyari olaraq gülümsədi: dodaqlarında görünən bu təbəssüm Allaha inanmaq
duyğusu ilə dolu idi.
Evdəki adamlar hələ yatırdı. Evi dərin bir sükut bürümüĢdü. Pəncərə qapılarından bircəsi də
açılmamıĢdı. Qapıçının da xırdaca otağı bağlı idi. Tusen hələ yuxudan ayılmamıĢdı, Kozetta da
çox təbii olaraq: ―Atam da yatmıĢdır, qərarına gəldi. O, fikrində atasının amansız adam olduğunu
yəqin etmiĢdi, bu onu göstərir ki, indiyə qədər çox əzab və iztirab çəkmiĢdir. Lakin Mariusa
arxayın idi‖. Ona elə gəlirdi ki, belə parlaq ulduzun sönməsi qətiyyən mümkün deyil. Arabir
uzaqdan onun qulağına boğuq səslər gəlirdi; o öz-özünə deyirdi: ―Belə tezdən darvazaları parıltı
ilə açıb-örtürlər, çox qəribədir!‖ bu səslər – barrikadaya atılan topların gurultusu idi.
Kozettanın pəncərəsi altında, bir neçə fut aĢağıda, qaralmıĢ köhnə divarın karnizində yalı quĢu
yuva tikmiĢdi; yuvanın qırağı karnizdən azca kənarı çıxmıĢdı; yuxarıdan baxanda bu xırdaca
cənnətin içi görünürdü. Ana quĢ balalarını qanadları altına alaraq, yuvada oturmuĢdu, ata quĢ da
o yan-bu yana uçur, dimdiyində balalarına yem və öpüĢ gətirirdi. Çıxan günəĢ qızıl Ģüalarını bu
xoĢbəxt ailənin üzərinə saçmıĢdı; böyük ürüyüb-artma qanunu burada sevinc və təntənə içində
hökmfərma idi, burada Ģəfqətli sirr səhər iĢığında çiçək açırdı. Kozetta, saçlarında günəĢ,
qəlbində Ģirin xəyallar, səhər Ģəfəqi haləsində, özü də məhəbbət Ģəfəqi saça-saça qeyri-ixtiyari
olaraq aĢağı əyildi, bu erkək quĢla diĢi quĢu, bu ana ilə balaları seyrə daldı. Onu böyük bir
həyəcan bürümüĢdü, bu həyəcan – quĢ yuvasının təmiz qız qəlbində yaratdığı həyəcan idi; bu
zaman o, Mariusu düĢündüyünü güclə öz-özünə etiraf edirdi.
ON BĠRĠNCĠ FƏSĠL.
Sərrast vuran, lakin heç kəsi öldürməyən tüfəng.
Barrikadanı mühasirə edənlər gah tüfəngdən atəĢ açır, gah top saçması atırdılar, ancaq bunun elə
bir ziyanı olmurdu. Yalnız ―Korin‖fin ön tərəfi xeyli zədələnmiĢdi; ikinci mərtəbənin
pəncərələri, taxtapuĢ altındakı mansarda güllədən və top saçmasından yavaĢ-yavaĢ uçub
dağılırdı. Buradan atəĢ açan döyüĢçülər bu yeri tərk etməli oldular. Barrikadaya hücum edənlərin
taktikası mümkün qədər çox atəĢ açmaqdan ibarətdir: bununla da, qiyamçılar ehtiyatsızlıq edərək
atəĢə cavab versələr, onların döyüĢ sursatını azaltmaq istəyirlər. Elə ki, qiyamçıların cavab atəĢi
zəiflədi, bundan aydın olur ki, onların gülləsi və barıtı qurtarmaq üzrədir, onda barrikadanın
üstünə hücum əmri verilir. Anjolras onların bu kələyini bilirdi: barrikada cavab vermirdi.
Hər dəfə top atılanda QavroĢ, böyük bir nifrət əlaməti olaraq, dili ilə ovurdunu qabardırdı,
deyirdi:
– YaxĢı da, cın-cındırı parçalayın, bizə də elə kilkə lazımdır.
Kurfeyrak çığıra-çığıra topdan izahat tələb edir, top saçmasının nə üçün hədəfə dəymədiyini
soruĢurdu:
– Ay xala, sənə nə olub belə baĢ-ayaq vurursan?!
DöyüĢ vaxtı tərəflər, balda olduğu kimi, bir-birinə qarĢı maraq oyatmağa çalıĢırlar. Barrikadanın
susması, görünür, mühasirə edənləri narahat etməyə baĢlamıĢdı, onlar gözlənilməz bir hadisənin
baĢ verəcəyindən qorxurdular; mütləq bu qənbər daĢı yığınının arxasına baxmaq, atəĢ altında
dayanan, atılan güllələrə cavab verməyən bu qorxunc sütunun dal tərəfində nələr olduğunu
bilmək lazımdı. Birdən qiyamçılar qonĢu evin damında gün iĢığında parıldayan bir dəbilqə
gördülər: orada bir nəfər yanğınsöndürən hündür soba bacasına söykənərək sakitcə durmuĢdu,
elə bil ki, keĢik çəkirdi. O, düz barrikadanın iç tərəfinə baxırdı.
Anjolras dedi:
– Bu casusdan bizə xeyir gəlməz!
Jan Valjan karabini Anjolrasa qaytardı, onun öz tüfəngi vardı.
O, bircə kəlmə də söz söyləmədən yanğınsöndürəni niĢan aldı, elə o saat da tüfəng atıldı,
yanğınsöndürənin baĢındakı dəbilqə cingilti ilə daĢ yola düĢdü. Əsgər qorxaraq dərhal gözdən
itdi, onun yerini baĢqa adam tutdu. Bu adam zabit idi. Jan Valjan tüfəngini doldurub yeni gələn
adamı niĢan aldı, zabitin də dəbilqəsi əsgərin dəbilqəsinin ardınca getdi. Zabit də inad etmədi,
dərhal götürüldü. Qiyamçıların iĢarəsi bu dəfə nəzərə alınmıĢdı: damda daha heç nə görünmədi;
barrikadanı müĢahidə edən olmadı.
Bossüe Jan Valjandan soruĢdu:
– Siz niyə onu öldürmədiniz?
Jan Valjan cavab vermədi.
ON ĠKĠNCĠ FƏSĠL.
Nizamsızlıq nizam-intizamın xidmətində.
Bossüe Kombeferin qulağına pıçıldadı:
– O mənim sualıma cavab vermədi.
Kombefer dedi:
– Bu adam tüfəng atəĢi ilə boĢ yerə xeyirxahlıq eləyir. Bu çoxdankı hadisə kimin yadındadırsa,
o, Ģəhər civarı milli qvardiyasının igidcəsinə mübarizə etdiyini bilir. Bu qvardiya, xüsusilə 1832-
ci ilin iyun günlərində çox Ģiddət və sabat göstərmiĢdi. Qiyam olduğu üçün tətil edən
―Oynayan‖, ―Xeyirxah‖və ya ―Kiçik qanov‖ meyxanalarını heç kəsə dəyib-toxunmayan sahibləri
rəqs zallarının boĢaldığını görüb aslan kimi vuruĢurdular, nizam-intizam üçün ölümə gedirdilər,
onlar öz meyxanalarını nizam-intizam mücəssəməsi hesab edirdilər. Həm burjua, həm
qəhrəmanlıq dövrü olan o dövrdə ideya rıtsarları qazanc palədinləri ilə üz-üzə gəldilər.
VuruĢmaya sövq edən səbəblərin adiliyi iĢin qəhrəmanlığına heç də xələl gətirmirdi. Qızıl
ehtiyatının azalması bank sahiblərinə marselyoza oxutdururdu. Burjua dükan piĢtaxtası üçün
vəcdlə qan tökür, sparta ehtirası ilə öz dükanının – vətənin bu mikrokosmunu müdafiə edirdi.
Əslində bunlar çox ciddi Ģeydi. Yeni ictimai qüvvələr mübarizəyə giriĢərək, müvazinətin nə vaxt
düzələcəyini gözləyirdilər.
O dövrün baĢqa bir səciyyəvi cəhəti – anarxiyanın ―hökumətçiliklə‖ (xeyirxah düĢüncəli adamlar
firqəsinə verilən vəhĢicəsinə ad) birləĢməsi idi. Adamlar nizam-intizam olmasını istəyirdilər,
amma özləri nizam-intizamı gözləmirdilər. Gah görürdün ki, milli qvardiya polkovniklərindən
birinin Ģıltağı ilə toplaĢmaq üçün birdən təbil vurulurdu, gah da bir kapitan vəcdə gələrək, atılan
güllələrin üstünə yeriyirdi; ya bir nəfər milli qvardiyaçı, heç bir Ģeydən qorxmayaraq ―ideya
uğrunda‖ vuruĢurdu. Təhlükəli anlarda, həlledici günlərdə adamlar komandirlərin əmrindən daha
çox öz daxili instinktləri ilə hərəkət edirdilər. Nizam-intizamı qoruyan orduda Fanniko kimi
qılınc çalan, Anri Fonfred kimi qələmlə od yağdıran əsil qoçaq adamlara rast gəlmək olurdu.
Bədbəxtlikdən, o dövrdə özünü prinsiplər ittifaqı deyil, mənfəətlər birləĢməsi kimi göstərən
mədəniyyət təhlükə qarĢısında idi, ya da özünü təhlükə qarĢısında hesab edirdi; bu mədəniyyət
özünə imdad diləyirdi; hər yerindən qalxan onu özünün dayağı hesab edərək, onu bacardığı kimi
qoruyurdu, müdafiə edirdi, ona yardım göstərirdi; hər yetən, cəmiyyəti xilas etmək vəzifəsini öz
üzərinə götürürdü.
CanfəĢanlıq bəzən pis nəticə verirdi. Bir də baxırdın ki, milli qvardiyaçıların bir tağımı öz
ixtiyarı ilə hərbi Ģura düzəldirdi, əsir düĢmüĢ qiyamçılar haqqında, beĢ dəqiqənin içində, hökm
çıxarırdı və hökmü yerinə yetirirdi. Jan Pruver belə bir məhkəmənin qurbanı oldu. Bu, amansız
Linç qanunu idi, bu barədə heç bir partiyanın baĢqa bir partiyanı töhmətləndirməyə ixtiyarı
yoxdur, çünki o eyni dərəcədə həm respublika üsul-idarəsi olan Amerikada, həm də mütləqiyyət
üsul-idarəsi olan Avropada tətbiq edilir. Linç məhkəməsində çox asanlıqla səhv etmək olardı.
Üsyan günlərində milli qvardiyaçılar süngülü tüfənglərini ələ alaraq, Kral meydanında Pol-Eme
Harnye adlı cavan bir Ģairi tutmaq üçün ardınca yüyürürlər; Harnye qvardiyaçıların əlindən
ancaq ona görə xilas ola bilir ki, qaçıb 6№-li evin darvazası altında gizlənir. Qvardiyaçılar onun
ardınca çığırırmıĢlar, ―Bu da bir sensimonist!‖ Onu az qala öldürəcəkmiĢlər. Doğrudan da, onun
qoltuğunda hersoq Sen-Simonun xatirələr kitabı varmıĢ. Milli qvardiyaçılardan birisi kitabın
cildi üstündə ―Sen-Simon‖ sözünü görüb bağırmıĢdı: ―Öldürün onu!‖
1832-ci il iyunun 6-da Ģəhər cavanlarının milli qvardiyaçılar dəstəsi, yuxarıda adını çəkdiyimiz
kapitan Fanniko baĢda olmaqla, özbaĢınalıq və Ģıltaqlıq edərək, ġanvreri küçəsində məhv
olmuĢdu. Bu hadisə nə qədər qəribə olsa da, 1832-ci il üsyanından sonra aparılan məhkəmə
istintaqında müəyyən edilmiĢdi. Kapitan Fanniko nizam-intizamın bir növ kondotyeri, indicə
xarakterizə etdiyimiz səbirsiz, dikbaĢ bir burjua idi, ―hökumətçiliyin‖ fanatik və inadcıl
tərəfdarlarından idi; o, təyin edilmiĢ vaxtdan əvvəl atəĢ açmaq həvəsinə düĢür, təkbaĢına, yəni öz
dəstəsi ilə barrikadanı zəbt etmək Ģərəfini qazanmaq istəyir; barrikadada qırmızı, sonra da qara
bayraq hesab etdiyi köhnə sürtuku görüb özündən çıxır, generalları, korpus komandirlərini söyür,
guya, onlar haradasa iltifat buyurub müĢavirə keçirirlər, qəti hücum vaxtını görmürlər və
onlardan birinin məĢhur ifadəsincə, ―üsyanı baĢlı-baĢına buraxırlar‖. O, özü elə hesab edirdi ki,
barrikada hücum üçün tamamilə yetiĢmiĢdir, hər yetiĢən meyvə budaqdan düĢən kimi, o da sübut
etməlidir; buna görə də cürət edib barrikadaya hücum etmiĢdi.
Kapitan Fannikonun adamları da özü kimi qoçaqdı, Ģahidlərdən birinin dediyi kimi, ―dəlisov‖
idi. Onun rotası küçənin tinində duran batalyonun ön hissəsini təĢkil edirdi, Ģair Jan Pruveri də
həmin bu rota güllələmiĢdi. O, heç gözlənilmədiyi halda, öz əsgərləri ilə barrikadanın üstünə
hücum etdi. Bu hücumda hərbi məharətdən çox coĢqunluq vardı; hücum Fannikonun dəstəsinə
çox baha oturdu. Barrikadanın üstünə cuman bu adamlar yolun heç üçdə ikisini getməmiĢdilər ki,
qiyamçılar onları nizamla atılan yaylım atəĢi ilə qarĢıladılar. Qabaqda yüyürən dörd adam
istehkamın lap önündə güllə ilə yerə sərildi; bu bir dəstə qoçaq milli qvardiyaçı, bu igid, lakin
hərbi dözümü olmayan adamlar bir az tərəddüd etdikdən sonra geri çəkilməyə məcbur oldular;
daĢ yol üstündə on beĢ meyit qaldı. Qiyamçılar Fannikonun dəstəsində baĢ verən ani
ĢaĢqınlıqdan istifadə edərək, tüfənglərini doldurdular, qvardiyaçılar küçənin tininə –
qorunduqları yerə çatan kimi onları yenə yaylım atəĢinə tutdular. Qvardiyaçılar dəstəsi bir anlığa
iki atəĢ arasında qaldı: onlar həm qiyamçıların, həm də özlərinin top saçması atəĢi altına
düĢmüĢdülər; topçular əmr almadıqları üçün atəĢi davam etdirirdilər. Top saçmasından bir neçə
adam öldü; cəsarətli, lakin ehtiyatsız hərəkət edən Fanniko da bunun qurbanı oldu. Onu top, yəni
hüquq-qanuna əsaslanan nizam-intizamın özü öldürdü.
Bu, təhlükəli deyil, ağılsız bir hücum olduğu üçün Anjolrası yaman əsəbiləĢdirmiĢdi.
O, həyəcanla dedi:
– Axmaqlar! Onlar öz adamlarını güdaza verirlər, biz də lap nahaq yerə gülləmizi sərf edirik.
Anjolras üsyanın əsil generalı kimi danıĢırdı, o elə, doğrudan da, üsyanın generalı idi.
Qiyamçılar dəstəsi ilə cəza dəstəsinin gücü bir bərabərdə deyildi,onlar eyni qüvvə ilə
vuruĢmurdular. Qiyamçıların ehtiyatı tez tükənir, onlar nə artıq bir güllə ata bilir, nə də artıq bir
adam qurban verə bilərlər. BoĢalmıĢ patron çantasını, öldürülmüĢ adamı əvəz etməyə onların heç
bir Ģeyi yoxdur. Amma cəza dəstəsi öz adamlarının qədr-qiymətini bilmir; patrona heyfi gəlmir –
onların Vensen cəbbəxanası var. Barrikadada nə qədər döyüĢçü varsa, cəza dəstəsinin bir o qədər
polku, barrikadanın nə qədər patrondaĢı varsa, onların bir o qədər cəbbəxanası var. Buna görə də,
qəfildən inqilab baĢ verməsə, bu inqilab öz odlu qılıncını tərəzinin gözünə atmasa, – bir adamın
yüz adama qarĢı durduğu bu mübarizə həmiĢə barrikadanın tar-mar edilməsi ilə qurtarır. Lakin
inqilabın baĢ verdiyi hallar da olur. Onda hər Ģey hərəkətə gəlir, küçələr dəniz kimi dalğalanır,
sürətlə xalq barrikadaları qurulur. Paris bütün varlığı ilə sarsılır, quid divinum1 hiss olunur, 10
avqustun, 29 iyulun ruhu duyulur, füsunkar bir Ģəfəq alovlanır, kobud qüvvə, ağzını açmıĢ yırtıcı
heyvan kimi geri çəkilir, qoĢunun qarĢısında, bu aslan qarĢısında Fransa aramla, bir peyğəmbər
əzəməti ilə ayağa qalxır.
ON ÜÇÜNCÜ FƏSĠL.
Ümidin son iĢığı da sönür.
Barrikadanı müdafiə edənlərin hiss və ehtiraslar xaosunda hər Ģeydən bir az vardı: burada həm
cəsarət, həm gənclik, həm qürur, həm ruh yüksəkliyi, həm ideal, həm etiqad, həm coĢqunluq,
həm qızğınlıq, həm də, xüsusilə ümidin sayrıĢan Ģüaları vardı.
Ümidin belə Ģüalarından, belə parıltısından biri, heç gözlənilmədiyi anda, qəfildən ġanvreri
barrikadasını iĢıqlandırdı.
MüĢahidə məntəqəsindən çəkilməyən Anjolras birdən çığırdı:
– Bir qulaq asın! Paris, deyəsən, ayılır!
Doğrudan da, iyunun altısında, səhərçağı bir-iki saat elə oldu ki, elə bil, qiyam get-gedə artdı.
Sen-Merri kilsəsinin təhlükə olduğunu xəbər verən zəngləri aramsız çalınır, bəzi yerdə közərən
odu alovlanırdı. Puarye, Qravilye küçələrində barrikadalar quruldu. Sen-Marten qapıları
qabağında cavan bir oğlan karabinlə bütöv bir süvari eskadronuna hücum etdi. O, bulvarın düz
ortasında dizi üstə çökərək niĢan aldı, bir güllə ilə eskadron komandirini öldürdü, sonra da dönüb
camaata ucadan dedi: ―Budur, düĢmənin biri də azaldı!‖ Onu qılıncla doğradılar. Sen-Deni
küçəsində bir qadın jalüzün dalında gizlənərək bələdiyyə qvardiyaçılarına atəĢ açırdı: tüfəng
atıldıqca jalüzün titrədiyi görünürdü. Üzüm tənəyi küçəsində on dörd yaĢlı bir oğlan tutdular:
onun cibləri patronla dolu idi. DüĢmənin bir çox məntəqələrinə basqın edildi. Berten-Puare
küçəsinin tinində bir zirehli əsgər polkuna qəfildən atəĢ açdılar, polkun baĢında general
Kavenyek de Baran dururdu. PlanĢ-Mibre küçəsində evlərin damından qoĢunun üstünə sınıq qab-
qacaq və mətbəx avadanlığı atırdılar: bu, pis əlamət idi. MarĢal Sulta bunu deyəndə, qoca
Napoleon generalı fikrə getdi, SuĢenin Saraqoss ətrafında söylədiyi sözlər yadına düĢdü: ―Qarılar
gecə qarĢoklarını bizim baĢımıza tökməyə baĢlayanda biz məhv olduq‖.
Elə hesab edilirdi ki, iğtiĢaĢın yayılmasına son qoyulmuĢ, bunun qarĢısı alınmıĢdır; lakin belə bir
vaxtda yuxarıda göstərilən əlamətlərin ortaya çıxması, xalqın qəzəb və həyəcanının get-gedə
artması, Paris civarı deyilən yanacaq yataqlarının dərinliyində əmələ gələn qığılcımlar hərbi
komandanlığı bərk təĢviĢə salmıĢdı. Onlar baĢlanan yanğınları söndürməyə tələsirdilər. Onlar
xırda qiyamları ləğv edənə qədər Mobüe, ġanvreri, Sen-Merri barrikadalarına hücumu
dayandırmıĢdılar, istəyirdilər ki, xırda qiyamları ləğv etdikdən sonra bütün qüvvələri bu
barrikadaların üstünə yeritsinlər, bir zərbə ilə onların iĢini bitirsinlər. Üsyan edən küçələrə qoĢun
dəstəsi göndərilmiĢdi; onlar geniĢ küçələrdə izdihamı dağıdır, sağda, solda olan xırda küçələri,
dalanları gah ehtiyatla və yavaĢ-yavaĢ, gah da sürətli yürüĢlə yoxlayırdılar. Piyada qoĢun
dəstələri güllə atılan evlərin qapılarını sındırırdılar; eyni zamanda kiçik süvari hissələri
bulvarlara yığıĢan camaatı dağıdırdılar. Bu zaman camaat ucadan öz narazılığını bildirir, qatma-
qarıĢıq hay-küy qaldırırdı, bu isə qoĢunla xalq arasında baĢ verən toqquĢmalarda həmiĢə olur.
Anjolrasın top və tüfəng atəĢi arasında eĢitdiyi səs-küy də bu idi. Bir də ki, o, küçənin sonunda
xərəklərdə yaralı aparıldığını görür, Kurfeyraka deyirdi; ―Bunları biz yaralamıĢıq‖.
Lakin onların qəlbində doğan ümid çox yaĢamadı, onun Ģüası tez söndü. Havayı yayılan səs-küy
yarım saat keçməmiĢ dağılıb getdi; elə bil, ildırım çaxdı, lakin tufan qopmadı; qiyamçılar yenə
də bir Ģeyi hiss etməyə baĢladılar; göy qübbəsi qurĢun kimi yenə onların üzərinə enirdi; bu göy
qübbəsi bu inadcıl adamları köməksiz buraxan xalqın laqeydliyi idi ki, onları əzirdi.
Sanki, dumanlı bir Ģəkildə ehtimal olunan ümumi hərəkət tamamilə yatmıĢdı; indi hərbiyyə
naziri öz diqqətini, generallar öz strategiyasını hələ də dayanıb duran üç-dörd barrikada ətrafında
toplaya bilərdi.
GünəĢ üfüqdən get-gedə qalxırdı.
Qiyamçılardan biri Anjolrasa dedi:
– Biz acıq. Yoxsa, biz heç bir Ģey yeyəmiĢ öləcəyik.
Anjolras hələ də öz mazğalının qabağında durub küçənin sonuna baxırdı, o, qiyamçının sualına
baĢı ilə cavab verdi.
ON DÖRDÜNCÜ FƏSĠL.
Oxucu bu fəsildə Anjolrasın sevgilisinin adını biləcəkdir.
Kurfeyrak Anjolrasın yanında, daĢın üstündə oturub yenə də topu ələ salırdı: hər dəfə top açması
deyilən güllələrin iyrənc bir fıĢıltı ilə qara bulud kimi havaya qalxdığını görəndə onları istehza
ilə qarĢılayırdı:
– Zavallı qarı, sənin səsin lap batıb, mənim sənə yazığım gəlir. Nahaq yerə özünü gücə salırsan.
Bu heç göy gurultusudur? Bu ancaq öskürəkdir.
Qiyamçılar onun sözünə qəhqəhə ilə gülürdülər.
Təhlükə artdıqca Kurfeyrakla Bossüenin Ģücaəti və sevinci də artırdı, onlar xanım Skarron kimi,
yeməyi zarafatla, Ģərabı Ģadlıqla əvəz edirdilər.
Bossüe deyirdi:
– Mən Anjolrasa məftunam. Onun təmkini, Ģücaəti məni valeh edir. O tək yaĢayır, yəqin, buna
görə də həmiĢə bir az kədərli olur; o öz böyüklüyünə heyfsilənir, bu böyüklük onu arvadsız
qalmağa məhkum etmiĢdir. Bizim hamımızın məĢuqəmiz var, onlar bizi dəli-divanə edərək
igidləĢdirirlər. Adam pələng kimi vurulursa, aslan kimi vuruĢur. Bu, bizə kələk gələn xanım
məĢuqələrimizdən ən yaxĢı intiqam yoludur. Roland, Anjelikaya pislik etmək üçün məhv oldu.
Biz göstərdiyimiz bütün qəhrəmanlıqlar üçün qadınlara minnətdarıq. Arvadsız kiĢi çaxmaqsız
tapança kimidir; ancaq qadın onu hərəkətə gətirir. Amma Anjolrasın məĢuqəsi yoxdur. O, heç
kəsə vurulmamıĢdır, amma heç Ģeydən qorxmur, igiddir. Buz kimi soyuq olasan, od kimi qızğın
– bu heç eĢidilməmiĢ Ģeydir.
Anjolras, elə bil, Bossüenin dediklərini eĢitmirdi, lakin bir adam onun yanında olsaydı,
Anjolrasın astadan söylədiyi bir sözü eĢidərdi: Patria1.
Bossüe hələ də zarafat edirdi, birdən Kurfeyrak ucadan dedi:
– Bu da biri!
Sonra da qonaq gəldiyini xəbər verən baĢ lakeyi yamsılayaraq əlavə etdi:
– Zati-aliləri Doqquzdüymə təĢrif buyurub!
Doğrudan da, səhnədə yeni bir Ģey – ikinci top lüləsi göründü.
Topçular topu cəld toparlaqdan açıb birinci topun yanına çəkdilər.
Bu, iĢin sonunu yaxınlaĢdırırdı.
Topları tez doldurdular; bir neçə dəqiqədən sonra hər iki topdan düzünə niĢan almaqla
barrikadaya atəĢ açmağa baĢladılar; piyada hissə və Ģəhər civarı qvardiyaçı bölmələri tüfəngdən
atəĢ açırdılar.
BaĢqa bir yerdə də top səsi gəlirdi: bu toplar yaxından atılırdı. Ġki top ġanvreri küçəsindəki
barrikadanı Ģiddətli atəĢə tutmuĢdu, elə bu zaman iki baĢqa top da, biri Sen-Deni, biri də Obri-le-
BuĢe küçəsindən niĢan alaraq, Sen-Merri barrikadasını dəlik-deĢik edirdi. Dörd top məĢum bir
əks-səda kimi, səs-səsə vermiĢdi.
Müharibənin bu sərt köpəkləri ağız-ağıza verərək hürüĢürdü.
ġanvreri küçəsindəki barrikadaya toplardan biri mərmi ilə, biri də top saçması ilə atəĢ açırdı.
Mərmi atan topun ağzı bir qədər yuxarı qaldırılmıĢdı, bununla da topçular elə niĢan alırdılar ki,
mərmi barrikadanın düz yuxarısına dəysin, onu dağıtsın, qiyamçıların üstünə daĢ qəlpələrini top
saçması kimi yağdırsın.
Bu cür atəĢ açmaqdan məqsəd qiyamçıları divardan uzaqlaĢdırmaq, barrikadanın iç tərəfində
daldalanmağa məcbur etmək idi, baĢqa sözlə, bu, hücuma hazırlaĢmaq deməkdi.
DüĢmən qiyamçıları mərmi ilə barrikadanın üstündən, top saçması ilə də meyxananın
pəncərələrindən qova bilsə, dərhal küçəyə doluĢacaq, daha qorxmayacaq ki, onu görüb atəĢə tuta
bilərlər, dünən axĢamkı kimi onlar birbaĢ barrikadanın üstünə cumacaqlar, kim bilir, bəlkə də,
qiyamçıların üstünə qəfil çıxıb barrikadanı tutacaqlar.
Anjolras:
– Bu topları mütləq sıradan çıxarmaq lazımdır, – deyərək ucadan komanda verdi: – Topçulara
atəĢ!
Hər Ģey hazır idi. Bayaqdan bəri susan barrikada Ģiddətli atəĢ açdı: bir-birinin ardınca altı-yeddi
yaylım atəĢi eĢidildi: atəĢ həm qəzəb, həm də qalibiyyətlə səslənirdi. Küçəni qatı tüstü bürüdü.
Bir neçə dəqiqədən sonra da od saçılan tüstü dumanı içərisində topçuların üçdə-iki hissəsinin
çarxların dibində sərilib qaldığını seçmək olurdu. Sağ qalanlar yenə də əvvəlki arxayınlıq və
amansızlıqla topları doldururdular, ancaq indi tez-tez atəĢ açmırdılar.
Bossüe Anjolrasa dedi:
– Yaman zərbə oldu! Bax bu, müvəffəqiyyətdir.
Anjolras baĢını yırğalaya-yırğalaya ona cavab verdi:
– On beĢ dəqiqə də bu cür müvəffəqiyyət olsa, barrikadada heç onca patron da qalmaz.
Görünür, QavroĢ bu sözləri eĢidirmiĢ.
ON BEġĠNCĠ FƏSĠL.
QavroĢun barrikadadan çıxması.
Birdən Kurfeyrak barrikadanın aĢağı tərəfində, küçədə, atılan güllələrin altında bir kölgə gördü.
QavroĢ meyxanadan Ģərab ĢüĢəsi qoyulan səbəti götürüb deĢikdən küçəyə çıxmıĢdı, heç bir Ģeyə
əhəmiyyət verməyərək, barrikadanın qabağında öldürülən milli qvardiyaçıların patron dolu
çantalarını boĢaltmağa baĢlamıĢdı.
Kurfeyrak çığırdı:
– Sən orada nə edirsən?
QavroĢ lovğa-lovğa dedi:
– Öz səbətimi doldururam, vətəndaĢ.
– Top saçmasını görmürsən, nədir?
– Çox böyük iĢ olub! YağıĢ yağır. Sonra?
Kurfeyrak çığırdı:
– Qayıt geri!
– Bu saat.
O, bir sıçrayıĢla küçənin ortasına düĢdü.
Biz bilirik ki, Fannikonun dəstəsi geri çəkilərkən çoxlu meyit qoyub getmiĢdi.
Bütün küçə boyu daĢ yol üzərində iyirmiyə qədər meyit sərilib qalmıĢdı. Bu, QavroĢ üçün iyirmi
patrondaĢ, barrikada üçün də xeyli patron ehtiyatı deməkdi.
Barıt tüstüsü küçəni duman kimi bürümüĢdü. Kim dağlarda iki sıldırım qaya arasında bulud kimi
sıx duman görmüĢsə, o, iki sıra tutqun, hündür evlər arasında, sanki, sıxılaraq qatılaĢan bu kəsif
barıt tüstüsünü təsəvvür edə bilər. Bu tüstü yavaĢ-yavaĢ yuxarı qalxırdı, lakin onun yerində ara
vermədən yenə tüstü əmələ gəlirdi; tüstü yavaĢ-yavaĢ hər Ģeyi bürüyürdü, hər Ģey boz-bulanıq
görünür, hətta günün də iĢığı tutqunlaĢırdı. VuruĢan tərəflər küçənin bu baĢından o baĢına bir-
birini çox çətinliklə seçə bilirdi, burası da var idi ki, onların arasında olan məsafə çox qısa idi.
Belə tüstü dumanı istehkamı mühasirəyə alanlar üçün əlveriĢli idi, görünür, onların komandirləri
də bunu nəzərə almıĢdılar, həmin komandirlər barrikadaya olan hücuma rəhbərlik etməli idilər.
Tüstü QavroĢ üçün də əlveriĢli oldu.
O, tüstü pərdəsi altında, həm də boyunun balacalığına görə, küçədə xeyli qabağa gedə bildi, qarĢı
tərəfdən heç kəs onu görmədi. Heç bir təhlükəyə rast gəlmədən, o yeddi-səkkiz çantanı boĢaltdı.
O, səbəti diĢi ilə tutaraq qarnı üstə sürünürdü, iməkləyirdi, hərlənib-fırlanırdı, sürüĢürdü,
qıvrılırdı, bir meyitin yanında o birisinin yanına sürünürdü, tez-tez fındıq sındıran meymun
cəldliyi ilə çantaları, patrondaĢları boĢaldırdı.
Barrikadadan çox da uzağa getməmiĢdi, ancaq düĢmənin diqqətini cəlb etməkdən qorxduqları
üçün onu bərkdən səsləyə bilmirdilər.
Ölənlərdən biri onbaĢı idi; QavroĢ onun mundirinin cibindən barıt qabı tapdı.
Qabı cibinə qoyaraq dedi:
– Çaxır içməyə gərək olar.
QavroĢ qabağa gedə-gedə, barıt tüstüsü seyrək olan bir yerə çatdı; qənbər sipəri dalında gizlənən
cəbhə polku niĢançıları və küçə tinində sıraya düzülən milli qvardiyaçılar elə o saat tüstü dumanı
içində eĢələnən Ģeyi bir-birinə göstərdilər.
QavroĢ tumbanın yanında sərilib qalan serjantın patronlarını götürəndə meyitə bir güllə dəydi.
QavroĢ fınxırdı:
– Belə Ģey olar! Onlar mənim ölülərimi öldürürlər.
Ġkinci güllə daĢ yola dəyərək od çıxardı. Üçüncü güllə onun səbətini böyrü üstə yıxdı.
QavroĢ dönüb baxdı, gördü ki, güllə atan Ģəhər civarı qvardiyasıdır.
Dik ayağa qalxdı, əlini elinə qoydu, ona güllə atan milli qvardiyaçıların Ģax üzünə baxaraq
oxudu:
Hamınız, ey Nanter sakinləri.
Eybəcər olmusuz duyub Volteri.
Köhnə sakinləri də Palessonun.
AxmaqlaĢıb təqsirindən Russonun.
Sonra səbəti qaldırdı, yerə dağılan patronları yığdı, bircə dənəsini də yerdə qoymadı sonra da
atılan güllələrin üstünə yeriyərək, o biri patron çantasını boĢaltmağa getdi. Dördüncü güllə lap
onun yanından ötüb keçdi. QavroĢ yenə oxudu:
Sahibi olmadım qazanclı yerin.
Bu da günahından oldu Volterin.
Mənim taleyimin sındı təkəri.
Russonun günahkar oldu sözləri.
BeĢinci güllə ona ancaq aĢağıdakı bəndi oxumaq ilhamını verdi:
Sırtıqlardan mən deyiləm dərs alan.
Bu da olub Volterin təqsirindən.
Russo təqsirindən oynadır məni.
Kasıblıq, ehtiyac bir serso kimi.
Bu vəziyyət xeyli davam etdi.
Bu həm dəhĢətli, həm də ürəyi riqqətə gətirən bir mənzərə idi. QavroĢ güllə altında, sanki, atəĢ
açanları ələ salırdı. Sanki, onun kefi çox kök idi. Sərçə ovçularla öcəĢirdi. Hər yaylım atəĢinə o
yeni bir Ģeir bəndi ilə cavab verirdi. Onu, ara vermədən, niĢan alır, vurmaq istəyirdilər, həmiĢə
də güllələri boĢa çıxırdı. Əsgərlər, milli qvardiyaçılar onu niĢan alanda gülürdülər. O, gah yerə
yatırdı, gah qalxırdı, gah qapının yan taxtası dalında gizlənirdi, yenə birdən qayıdırdı, gah da top
saçmasını ələ salırdı, ona ―burun göstərərək‖, eyni zamanda patron axtarırdı, patrondaĢları
boĢaldırdı, öz səbətini doldururdu. Qiyamçılar təĢviĢlə ona baxır, həyəcandan nəfəsləri tutulurdu.
Barrikadada ondan ötrü əsirdilər, amma, o, nəğmə oxuyurdu. Elə bil ki, bu uĢaq deyil, insan
deyil, xırdaca bir sehrbazdı, vuruĢmada güllə batmayan, qılınc kəsməyən əfsanəvi cırtdan idi.
Güllələr onu təqib edirdi, lakin o, güllələrdən cəld idi. O, elə bil ki, ölümlə dəhĢətli gizlənpaç
oyunu oynayırdı; yastıburun ölümün kabusu hər dəfə ona yaxınlaĢanda, QavroĢ onu həqarətlə
qarĢılayırdı. Lakin baĢqalarından daha sərrast, daha xaincə atılan bir güllə, nəhayət, bu sayrıĢan
iĢığa dəydi: QavroĢ səntirlədi, sonra yerə yıxıldı, – bunu hamı gördü. Barrikadada hamı bir
ağızdan çığırdı. Bu cırtdanda Antey gücü vardı; qamen üçün daĢ yola toxunmaq pəhləvan Antey
üçün yerə toxunmaq kimi bir Ģeydi; QavroĢun yıxılması ilə qalxması bir oldu. O qalxıb yerə
oturdu, qan onun üzündən süzülüb tökülürdü; əllərini yuxarı qaldırdı, güllə atılan tərəfə dönərək
oxudu:
Kiçik quĢcuğazam, lap xırdayam mən.
Təqsiri üzündən Volterin hökmən.
Lakin kəmənd ata bilərlər mənə.
Təqsiri ucundan...
Lakin o, nəğməni oxuyub qurtara bilmədi. NiĢançının ikinci gülləsi bu nəğməni əbədi olaraq
yarımçıq qoydu. Bu dəfə o, üzü üstə daĢ yola yıxıldı, bir daha tərpənmədi. Onun həm uĢaq, həm
də əzəmətli ruhu uçub getdi.
ON ALTINCI FƏSĠL.
QardaĢ necə ata ola bilər.
Bu faciədə biz heç bir Ģeyi nəzərdən qaçırmamalıyıq. Elə bu zaman Lüksemburq bağında iki
uĢaq əl-ələ tutaraq gedirdi. Onlardan birinə yeddi, o birisinə beĢ yaĢ vermək olardı. YağıĢ onları
islatmıĢdı; onlar xiyabanın güney tərəfilə gedirdilər, böyük uĢaq balacanı çəkə-çəkə aparırdı. Cır-
cındır paltar geymiĢ bu solğun üzlü uĢaqlar boz quĢları xatırladırdılar. Balaca böyüyə deyirdi:
―Mən yaman acmıĢam‖.
Böyük uĢaq sol əli kiçik qardaĢının əlindən tutaraq, onu himayə edən bir adam kimi aparırdı, sağ
əlində balaca çubuq tutmuĢdu.
Onlar bağda tək idilər, heç kəs yox idi; üsyan olduğuna görə polis idarəsinin sərəncamı ilə bağın
qapıları kilidlənmiĢdi. Orada duran qoĢun hissələri döyüĢə getmiĢdi.
Bu iki uĢaq bura necə gəlib çıxmıĢdı? Bəlkə, onlar bağlanmamıĢ keĢikçi məntəqəsindən
qaçmıĢdılar, ya bəlkə, ―Cəhənnəm qarovulxanasının‖ yaxınlığında olan Rəsədxana qarĢısındakı
meydandan, ya da ön tərəfində ―Jnvenerunt parvulum pannis iuvolutum‖ sözləri yazılan küçə
ayrıcındakı küçə frontunundan əkilmiĢdilər; ya bəlkə də, dünən axĢam park bağlananda onlar
gözətçinin gözündən yayınaraq qəzet oxunan köĢklərdən birində gizlənmiĢdilər. Hər halda, onlar
istədikləri yerdə gəzirdilər, elə bil, tamam sərbəstdilər. UĢaq ki istədiyi yerdə gəzir, həm də
özünü tamamilə sərbəst hiss edir, bu o deməkdir ki, o azmıĢdır. Bu zavallı körpələr, doğrudan da,
azmıĢlar.
Oxucuların yadındadır: bunlar həmin uĢaqlardı ki, QavroĢ onların qayğısına qalırdı. Bunlar
cənab Jilnormanın ayağına yazılan, Manyonun yanında yaĢayan Tenardyenin uĢaqları idi. Ġndi,
onlar yarpaq kimi, bütün bu qırılmıĢ budaqlardan qopub yerə düĢmüĢdülər, külək də onları
süpürüb aparırdı.
Manyonun vaxtında onların paltarı çox təmiz və səliqəli idi, buna görə cənab Jilnorman
Manyondan razı qalırdı; amma indi uĢaqların paltarı cındıra dönmüĢdü.
Ġndi onlar ―sahibsiz uĢaqlar‖ zümrəsinə daxil olmuĢdular, statistika onları hesablayır, polis
idarəsi küçələrdən yığır, itirir, sonra yenə də Paris küçələrində tapır.
Bu zavallı uĢaqlar ancaq belə qorxulu gündə bağa girə bilmiĢdilər; gözətçilər görmüĢ olsaydılar,
onları bağdan qovardılar. Kiçik dilənçiləri ictimai parklara buraxmırlar; amma düĢünmək
lazımdır ki, onların da, baĢqa uĢaqlar kimi, çiçəyə baxmağa haqqı vardır.
Dəmir barmaqlı qapılar bağlı olduğu üçün bu iki uĢaq bağa girə bilmiĢdi. Onlar qayda-qanunu
pozmuĢdular. Onlar gizlincə bağa girib orada qalmıĢdılar. Qapıların bağlanması gözətçilərə
buradan getməyə haqq vermir; nəzarət, guya, davam edir, ancaq bir az zəifləyir. Gözətçilərin özü
ümumi həyəcana tutulmuĢdu, onları bağdan çox, küçədə baĢ verən hadisələr maraqlandırırdı,
buna görə də bağı gözləmirdilər, iki balaca cinayətkarın ora girməsini görməmiĢdilər.
Dünən yağıĢ yağmıĢdı, səhər çağı da az-az çiləyirdi. Lakin iyun leysanı hesaba alınmır.
Tufandan bir saat sonra, bu gözəl günəĢli günün üzərinə göz yaĢı töküldüyünü güclə görmək
olur. Yayda yerdə də, körpənin yanaqları kimi, göz yaĢı tez quruyur.
Yayın gün dönümündə parlaq günəĢ iĢığı, əgər belə demək mümkünsə, adamın bütün varlığına
nüfuz edir. O, hər Ģeyi bürüyür. O, yerə yayılır, yeri qucaqlayır, elə bil ki, yeri əmir. Elə güman
etmək olar ki, susuzluqdan yanır. O, leysanı bir stəkan su kimi qurudur, bir qurtuma içir. Hələ
səhər çağı hər yerdə xırdaca çaylar kimi sular axırdı, günortadan sonra isə hər yeri toz basırdı.
YağıĢın yuduğu, günəĢ Ģüalarının qurutduğu yaĢıllıqdan füsunkar Ģey yoxdur; bu istilik nüfuz
etmiĢ təravətdir. Kökləri su içində, çiçəkləri gün iĢığında qərq olan bağlar, çəmənlər gülab kimi
buxarlanır, yerin ətrini ətrafa saçır, hər Ģey sizə doğru can atır. Adam xoĢ bir duyğudan məst
olur. Bahar – cənnətin astanasıdır; günəĢ adama səbir etməkdə, gözləməkdə kömək edir.
Elə adamlar var ki, onlar çox Ģey tələb eləmirlər; elə adamlar var ki, lacivərd göylərə baxaraq,
deyirlər: ―Bizə lazım olan ancaq budur!‖ Möcüzələr aləminə dalan, kainatı seyr edən, təbiətə
pərəstiĢ etməkdə xeyrə və Ģərə etinasızlıq göstərən, insanlara qarĢı tamamilə laqeyd qalan elə
xəyalpərəstlər var ki, onlar belə deyirlər: aclıq çəkənləri ehtiyac içində olanları, qıĢın Ģiddətli
soyuğunda çılpaq qalan fağır-füqəranı, xəstəlikdən fəqərə sütunu əyilən uĢağı, ölüm yatağına
düĢən xəstəni, ev çardağını, həbsxana kamerasını, soyuqdan cın-cındır içində tir-tir əsən qızı
düĢünmək, bundan ötrü narahat olmaq nəyə lazımdır, – ağac altında uzanıb xəyala dalmaq
mümkün isə, belə Ģeylərlə niyə kefini pozasan. Adamı dəhĢətə salan bu sakit təbiətli adamlar
rəhm etməyin nə olduğunu bilmirlər, hər Ģeydən razıdırlar. Qəribə Ģeydir, onlar namütənahiliklə
kifayətlənirlər. Ġnsanın, əldə etməsi mümkün olan mütənahiliyə can atmasından, insanın bu
böyük səyindən onlar xəbərsizdirlər. Tərəqqini nəzərdə tutan mütənahilik, yüksək əmək onların
fikrini məĢğul etmir. BəĢəri və ilahi cəhətlərin, namütənahiliyin və mütənahiliyin birləĢməsindən
meydana gələn Ģeylər onların nəzərindən qaçır. Onlar ancaq bunu istəyirlər ki, namütənahiliklə
qarĢı-qarĢıya dursunlar, – bundan onlar həzz alırlar, özlərini xoĢbəxt hesab edirlər. Onlar
sevincin nə olduğunu bilmirlər, onlar ancaq heyrət etməyi bacarırlar. Onların həyatı seyr
etməkdən ibarətdir. BəĢəriyyət tarixi onlar üçün ancaq kainat kitabının səhifələrindən biridir. Bu
səhifə Küllü özündə yerləĢdirmir; böyük Küll kənarda qalır – insan kimi əhəmiyyətsiz bir Ģeylə
məĢğul olmağına dəyərmi? Ġnsan əziyyət çəkir, çəksin də, nə olar? Amma siz bir baxın, görün
Aldebaran necə çıxır! Ananın daha südü yoxdur, yəni doğulmuĢ uĢaq ölür, ölsün də, mənə nə!
YaxĢısı budur, siz baxın görün, Ģam ağacının qabığı ilə gövdəsi arasındakı layın xırdaca bir
dairəciyi mikroskop altında necə gözəl görünür! Ən zərif krujeva buna tay ola bilərmi? Belə
mütəfəkkirlər sevgini unudurlar. Zodiak onların fikrini o qədər məĢğul edir ki, onlar ağlayan
uĢağı görmürlər. Tanrı onların ruhunu dumanlandırır. Onlar eyni zamanda həm böyük, həm də
kiçik olan mücərrəd fikirli adamlardır. Horatsi belə bir adamdı; Gete də, hətta, bəlkə, Lafonten
də belə adamdı; bunlar namütənahiliyin əla xudbinləri, əzab çəkən insanların laqeyd
tamaĢaçılarıdır. Hava yaxĢı olsa, onlar Neronu görmürlər; günəĢ onların nəzərində tonqalı
kölgədə buraxır, hətta edam cəzasında da onlar iĢıqların təsirini axtarırlar; onlar nə çığırtı, nə
hönkürtü səsini, nə canvermə xırıltısını, nə təhlükə zənglərinin imdadını eĢidirlər; əgər maydırsa,
ay çıxıbsa, onlar hər Ģeyi gözəl görürlər, baĢları üstündə tünd-qırmızı, qızıl rəngli buludlar
süzürsə, onlar hər Ģeydən razı qalırlar; ulduzların iĢığı sönməyincə, quĢların səsi kəsilməyincə,
onlar xoĢbəxt olmağı qəti qərara almıĢlar.
Bunlar bədbəxt xoĢbəxtlərdir. Onlar zavallı olduqlarını hiss etmirlər, lakin onlar zavallıdırlar.
Kim ki ağlamır, o, heç bir Ģeyi görmür. Gecə ilə gündüzü özündə birləĢdirən, gözsüz, lakin
alnının ortasında ulduz olan bir məxluq adamı həm təəccübləndirər, həm də özünə qarĢı
mərhəmət hissi oyadarsa, bu adamlar da baĢqalarını belə təəccübləndirir, özlərinə qarĢı belə
mərhəmət hissi oyadırlar.
Bəzi müfəkkirlərin rəyincə, ən yüksək fəlsəfə də laqeydlikdədir. Qoy belə olsun, ancaq onların
üstünlüyündə ağır bir xəstəlik vardır. Həm əbədi, həm də topal olmaq mümkündür. Vulkan bunu
təsdiq edir. Ġnsandan yüksəyə qalxmaq, həm də insandan aĢağı enmək olar. Hədsiz-hesabsız
natamamlıq təbiətə xasdır. Kim bilir, bəlkə, günəĢ özü də kordur?!
Bəs onda nə etməli, kimə inanmalı? Solem quis dicere Dalsum audeat?1
Doğrudanmı bəzi dahilər, tanrı bərabərində duran bəzi adamlar, bəzi məĢhur simalar yanıla
bilər? Deməli, o Ģey ki, yüksəkdədir, hər Ģeyin fövqündədir, yüksəkliyin son zirvəsindədir,
zenitdədir, o Ģey ki, yerə bu qədər iĢıq saçır – o pis görə bilər, az görə bilər, heç görməyə bilər?
Məgər bu, ümidsizliyə gətirib çıxarmazmı? Yox, bu, gərək ümidsizliyə gətirib çıxarmasın. Bəs
axı GünəĢdən yüksəkdə nə var? Tanrı.
BoĢ və tənha qalmıĢ Lüksemburq bağı 1832-ci il iyunun 6-da, səhər saat on birdə çox gözəldi.
ġahmat qaydası ilə əkilmiĢ, üstünə parlaq iĢıq düĢmüĢ ağaclar məstedici gözəl qoxusu, füsunkar
rənglərilə, sanki, çiçəklərlə bəhsə girmiĢdi. Günorta günəĢinin istisindən məst olmuĢ budaqlar
bir-birinə sarı uzanır, sanki, bir-biri ilə qucaqlaĢmaq istəyirdi. Ġsfəndan ağacının yarpaqları
arasında çalı quĢu oxuyurdu, sərçələr Ģənlik edirdi, ağacdələnlər Ģabalıd ağacının gövdəsi ilə
yuxarı qalxa-qalxa dimdiklərini ağac qabığının çatdağına vururdular. Gül ləklərində məğrur
zanbaqlar haqlı olaraq hökmranlıq edirdi; bəyazlıq ətrindən füsunkar ətir yoxdur. Qərənfillərin
tünd qoxusu ətrafa yayılırdı. Mariya Mediçi dövründən qalmıĢ qoca qarğalar sıx ağacların
baĢında dilxoĢluq edirdilər. Lalələr, çiçəyə çevrilmiĢ bu alov parçaları günəĢin qızıl Ģüaları
altında tünd-qırmızı rənglə alıĢıb yanırdı. Lalə ləkləri ətrafında bal arıları uçuĢurdu, onlar, sanki,
bu odlu çiçəklərin qığılcımı idi. Hər Ģey, hətta göydən sallanan buludlar da sevinc və fərəhlə dolu
idi; yenə yağıĢ yağmaq təhlükəsi olsa da, bunun heç bir qorxusu yox idi: inciçiçəyi ilə xanıməli
çiçəyi bu yağıĢı çox-çox arzu edirdi; lap alçaqdan uçan qaranquĢlar bu yağıĢın sevimli carçıları
idi. Bağda olanlar sərbəst nəfəs alırdılar; həyatdan gözəl qoxu yayılırdı; bütün təbiətdən
məsumluq, Ģəfqət, atalıq qayğısı, nəvaziĢ, səhər Ģəfəqinin təravəti, hamıya kömək etmək duyğusu
saçılırdı. Göylərin təlqin etdiyi fikirlər – öpülən körpə əli kimi zərifdi.
Çılpaq, ağ heykəllər ağacların altında iĢığın parçaladığı kölgədən paltar geymiĢdi; günəĢ, sanki,
bu ilahələrin paltarını cırıb parçalamıĢ, Ģüalarını qırıq-qırıq onların gövdəsinə salmıĢdı. Böyük
hovuz ətrafındakı torpaq elə qurumuĢdu ki, elə bil, istidən yanmıĢdı. Zəif külək bəzi yerdə azca
toz qaldırırdı. Keçən payızdan qalmıĢ bir neçə sarı yarpaq həvəslə qaçıĢır, sanki, bir-biri ilə
oynayırdı.
Ətrafa yayılan bu bol iĢıqda ürəyi sakitləĢdirən bir Ģey vardı. Hər Ģey həyatla, gözəl qoxu ilə,
hərarətlə dolu idi, hər Ģeydən buxar qalxırdı; təbiətin örtüyü altında sonsuz bir həyat çeĢməsi
duyulurdu; sevgi ilə, məhəbbətlə dolu olan bütün bu xəfif küləklərdə, bu bərq vuran iĢıqlarda,
parıltılarda, Ģüaların hədsiz-hesabsız səxavətində, ardı-arası kəsilməyən bu yıldızlı axınında
bitib-tükənməyən bir Ģeyin israfçılığı hiss olunurdu, adam bu cah-cəlalın ardında, sanki, odlu bir
pərdə dalında ulduzlar milyoneri Tanrını görürdü.
Qum bütün palçığı özünə hopdurmuĢdu, yağıĢ zərrə qədər də toz qoymamıĢdı. Çiçəklər əl-üzünü
təzəcə yumuĢdu. Yerdən çiçək Ģəklində çıxan, cürbəcür rəngə çalan məxmərdə, ipəkdə, mavi
rəngdə, qızılda heç bir qüsur yox idi. Bütün bu zinət və ehtiĢam tərtəmizdi. Dinclik və əmin-
amanlıq gətirən təbiətin əzəmətli sükutu bütün bağı bürümüĢdü. Bu min-min nəğmələrlə,
quĢların cəh-cəhilə, yığın-yığın bal arılarının vızıltısı ilə, əsən xəfif küləklə həmahəng olan
səmavi bir sükutdu. Yaz fəslinin bütün ahəngi füsunkar bir xorda birləĢmiĢdi; yazın və yayın səsi
müntəzəm bir halda yüksəlirdi, susurdu. Yasəmən qurtaranda jasmin çiçək açırdı, həĢəratdan
bəzisi çox tez meydana gəlirdi; iyunun qırmızı kəpənəklərinin ön dəstəsi mayın ağ
kəpənəklərinin arxa dəstəsilə üz-üzə gəlib dostlaĢırdı. Çinar ağacı qabığını təzələyirdi. ġabalıd
ağaclarının sıx yarpaqlı qəĢəng baĢları xəfif küləkdən dalğalanırdı. Bu, çox gözəl bir mənzərə
idi. Bağın qonĢuluğundakı kazarmada qocaman bir əsgər dəmir barmaqlıq arasından bağı seyr
edərək deyirdi: ―Budur, yaz da əldə silah, özü də tam rəsmi keçid paltarında sıraya durmuĢdur‖.
Bütün təbiət nahar edirdi, bütün canlı məxluqat süfrəyə dəvət olunmuĢdu; müəyyən edilmiĢ
vaxtda göyə nəhəng mavi süfrə, yerə də böyük yaĢıl süfrə salınmıĢdı; günəĢ a giorno1 iĢıq
saçırdı. Tanrı bütün kainatı qonaq eləyirdi. Hər məxluq öz yemini, öz yeməyini alırdı:
çölgöyərçininə – kəndir toxumu, alacəhrəyə – darı, payız bülbülünə – siçovulqulağı, birəbitdən
quĢuna – soxulcan, bal arısına – çiçək, milçəyə – infuzoriya, ardıc quĢuna – milçək verilirdi.
Hərçənd onlar bir-birini yeyirdi, – xeyir və Ģərin də böyük sirri elə bundadır, – ancaq heç bir
məxluq ac qalmırdı.
BaĢlı-baĢına buraxılmıĢ iki uĢaq gəlib böyük hovuzun yanına çatdı; onlar bu dəbdəbəni görüb bir
az qorxdular; zəif, fağır adamlarda elə bir duyğu olur ki, onlar bu duyğuya əsasən hər dəbdəbəli
Ģeydən – bu Ģey lap cansız da olsa – çəkinirlər, uĢaqlar da belə bir hissə qapılaraq tez qaçıb, qu
quĢlarının taxta damı dalında gizləndilər.
Külək qalxanda ətrafdan arabir boğuq çığırdı, uğultu səsi, tüfəng Ģaqqıltısı, topların gurultusu
eĢidilirdi. Bazar tərəfdə damların üstündən tüstü qalxırdı. Uzaqdan zəng səsi gəlirdi, o, elə bil,
adamı imdada çağırırdı.
UĢaqlar, sanki, bu səs-küyü eĢitmirdilər. Balacası tez-tez astadan deyirdi: ―Mən acmıĢam‖.
Elə bu zaman hovuza iki baĢqa adam da yaxınlaĢdı. Əlli yaĢlı kök bir adam altı yaĢlı kök bir
uĢağın əlindən tutub gəlirdi. Yəqin bunlar ata ilə oğul idi. Altı yaĢlı kök uĢağın əlində iri, koppuĢ
bir bulka vardı.
Bir-birinə yaxın olan ―ġahzadə qız‖ və ―Cəhənnəm‖ küçəsində yaĢayan ev sahiblərinin çoxunda
o zaman Lüksemburq bağının açarı olardı: bağın qapısı bağlı olanda onlar bu imtiyazdan istifadə
edərdilər, bu imtiyaz sonralar ləğv edildi. Ata ilə oğul, görünür, bu evlərdən birində yaĢayırdılar.
Cındır paltarlı uĢaqlar bu ―böyük ağa‖nın gəldiyini görüb, daha bərk gizləndilər.
Bu, bir nəfər burjua idi. Bir gün Marius burada, sevgi çılğınlığı içində bir adamın səsini
eĢitmiĢdi; o adam bu böyük hovuzun yanında öz oğluna ―israfçılıq etməməyi‖ məsləhət görürdü,
– bəlkə də, həmin o adamdı. Onun mötəbər, lovğa görünüĢü, yumulmayan, yumulmadığı üçün
də, sanki, həmiĢə gülümsəyən yekə ağzı vardı. Bu donub qalmıĢ təbəssüm çənənin çox yekə
olmasının nəticəsi idi, elə bil ki, çənəsinin dərisi çatıĢmırdı; belə təbəssüm qəlbi deyil, ancaq
diĢləri açıb göstərir. UĢaq diĢlənmiĢ bulkanı əlində bərk-bərk sıxmıĢdı. O yaxĢı bəslənmiĢ bir
uĢaq idi. Qiyam münasibətilə uĢağa milli qvardiya paltarı geydirmiĢdilər, atası isə ehtiyat edərək,
mülki paltarını dəyiĢməmiĢdi.
Onlar gəlib hovuzun yanında dayandılar; iki qu quĢu qanadlarını çırpa-çırpa suda üzürdü.
Burjuanın, elə bil, qu quĢundan çox xoĢu gəlirdi. O, bir cəhətdən qu quĢuna oxĢayırdı: o da
yanını basa-basa, ağır-ağır yeriyirdi.
Qu quĢları üzürdü, – onların da məharəti bunda idi. QuĢlar çox gözəldi.
O iki balaca dilənçi qulaq assaydı, belə bir həqiqəti baĢa düĢsəydi, bir dərrakəli adamın öz
oğluna verdiyi nəsihəti yadda saxlardı. Ata oğluna deyirdi:
– Ağıllı adam azla kifayətlənər. Oğul, məndən nümunə götür. Mənim dəbdəbədən, bəzək-
düzəkdən xoĢum gəlmir. Mən heç vaxt paltarımı nə qızılla, nə də baĢqa bahalı, amma mənasız
Ģeylərlə bəzəməmiĢəm. Ağılca aĢağı səviyyədə duran adamlar belə saxta bəzək-düzəklə məĢğul
olurlar.
Bazar tərəfdən gələn qatma-qarıĢıq çığırtı səsləri birdən artdı; zənglərin səsi, camaatın uğultusu
da onlara qarıĢdı.
UĢaq atasından soruĢdu:
– Bu nədir?
Atası ona belə cavab verdi:
– Bu Saturn bayramıdır.
Bu zaman o, qu quĢlarının damı altında gizlənən cındır paltarlı uĢaqları görüb donquldandı:
– Bəli, baĢlanır.
Bir az susduqdan sonra əlavə etdi:
– Anarxiya, hətta bağa da yol tapıb.
Onun oğlu əlindəki bulkanı diĢlədi, elə o saat da ağzından yerə salıb ağlamağa baĢladı.
Atası soruĢdu:
– Niyə ağlayırsan?
– Mən daha yemək istəmirəm.
Ata diĢlərini daha çox ağartdı:
– Bir bulkanı yemək üçün heç də ac olmaq lazım deyil.
– Bulka mənim zəhləmi töküb. Özü də bərkdir.
– Daha yemək istəmirsən?
– Ġstəmirəm.
Atası ona qu quĢlarını göstərdi.
– At o ayağıpərdəlilərə.
UĢaq tərəddüd etdi. O, bulkanı yemək istəmirsə, bu heç də o demək deyil ki, onu baĢqasına
verməlidir.
– Ġnsaflı ol. Heyvanlara yazığın gəlsin.
Bulkanı uĢağın əlindən alıb hovuza atdı.
Bulka suyun lap qırağına düĢdü.
Qu quĢları xeyli uzaqda, hovuzun ortasında üzə-üzə yem axtarırdı. Onların baĢı yemə qarıĢdığı
üçün nə burjuanı, nə də bulkanı görürdülər.
Bulka az qalırdı batsın; burjua bulkanın havayı yerə zay olacağını görüb təĢviĢə düĢdü, əl-qolunu
bərk-bərk oynatmağa baĢladı, bununla da, nəhayət, quĢların diqqətini cəlb edə bildi.
QuĢlar gördü ki, suyun üzündə nəsə var, lap gəmi kimi o biri yana döndülər, elə qar kimi ağ
quĢlara yaraĢan əzəmətli bir vüqarla yavaĢ-yavaĢ bulkaya sarı üzdülər.
Burjua öz hərəkətindən çox razı qaldı:
– Dəniz iĢarələrini görüb, sürətlə üzməyə baĢladılar.
Bu anda uzaqdan gələn hay-küy birdən artdı. Səs bu dəfə təhlükəli göründü. Elə olur ki, külək
birdən əsəndə uzaqdan gələn səs daha aydın eĢidilir. Ġndi əsən külək təbil səsini, insan fəryadını,
tüfənglərin yaylım atəĢindən qopan gurultunu çəkib gətirdi; zənglərin təhlükə olduğunu xəbər
verən səs topların uğultusu buna qarıĢır, ağır bir təsir bağıĢlayırdı. Bu arada qara bir bulud günün
qabağını tutdu.
Qu quĢları hələ bulkaya çatmamıĢdılar.
Burjua oğluna dedi:
– Gedək evə. Tüilriyə hücum edirlər.
O yenə də oğlunun əlindən tutdu.
Sonra əlavə etdi:
– Tüilridən Lüksemburqa qədər olan məsafə, kraldan perə qədər olan məsafədən çox deyil; bu,
yaxındadır. Bir azdan güllə dolu kimi yağacaq.
Sonra göyə baxdı.
– Bəlkə, elə o buluddan dolu yağacaq; göy üzü mübarizəyə qarıĢır, Burbonlar nəslinin kiçik
budağı ölümə məhkum edilmiĢdir.
Tez gedək.
UĢaq zarıldadı:
– Mən istəyirəm görüm quĢlar bulkanı necə yeyəcəklər?
Atası etiraz etdi:
– Yox, bu, ağılsızlıq olardı.
O, balaca burjuanı çəkib apardı.
UĢağın ürəyi quĢların yanında qalmıĢdı; xiyabandan çıxana kimi o tez-tez dönüb hovuza baxırdı.
Bu zaman iki səfil uĢaq qu quĢları ilə bir vaxtda bulkaya yaxınlaĢdı: su ləpələnir, bulka suyun
üzündə tərpənirdi. Kiçik uĢaq bulkaya, böyük uĢaq uzaqlaĢmaqda olan burjuaya baxırdı.
Ata ilə oğul xiyabanların dolanbac yoluna qədəm qoydu; bu yol ―ġahzadə qız‖ küçəsi yanında
olan qoruqluqdakı böyük pilləkənə sarı aparırdı.
Onlar gözdən itən kimi, böyük uĢaq cəld qarnı üstə hovuzun dəyirmi qırağına yatdı, sol əli ilə
hovuzun kənarından tutub, suya əyildi, sağ əlindəki çubuğu bulkaya uzatdı, bu vəziyyətdə suya
düĢə bilərdi. QuĢlar düĢməni görüb suyu döĢləri ilə yara-yara daha tez-tez üzməyə baĢladılar.
QuĢların belə üzməsi uĢağın xeyrinə oldu; su ləpələndi, dairəvi ləpələrdən biri bulkanı düz
çubuğun üstünə itələdi. QuĢlar özünü yetirənə kimi çubuq bulkaya çatdı. UĢaq çubuğu tez
yelətdi, quĢları ürküdüb qovdu, çubuğu bulkaya batırıb özünə sarı çəkdi, götürdü, ayağa qalxdı.
Bulka tamam islanmıĢdı; uĢaqlar həm ac idilər, həm də susamıĢdılar. Böyük uĢaq bulkanı iki
yerə böldü: bir parçası böyük düĢdü, o birisi balaca, özü balacanı götürdü, böyüyü qardaĢına
verib dedi:
– Al, tıxı.
ON YEDDĠNCĠ FƏSĠL.
Mortuus pater filium noriturum expectat.
Marius fikirləĢmədən barrikadadan küçəyə atıldı. Kombefer də onun ardınca cumdu. Ancaq daha
gec idi. QavroĢ ölmüĢdü. Kombefer içində patron olan səbəti, Marius da uĢağı barrikadaya
gətirdi.
Marius düĢünərək öz-özünə dedi: ―Bunun atası mənim atam üçün nə eləmiĢdirsə, mən də onun
oğlu üçün bunu elədim; ona olan borcumu yerinə yetirdim. Ancaq Tenardye mənim atamı döyüĢ
meydanından diri çıxarmıĢdı, çox təəssüf ki, mən onun oğlunun meyitini gətirirəm‖.
Marius QavroĢu qucağında istehkama gətirəndə, onun üzü QavroĢun üzü kimi qana bulaĢmıĢdı.
O əyilib QavroĢu qaldıranda güllə onun baĢını yüngülcə yaralamıĢdı, o bunu heç duymamıĢdı da.
Kurfeyrak qalstukunu açıb Mariusun alnını sarıdı.
QavroĢu Mabefin yanına, stolun üstünə qoydular, hər ikisinin üstünü qara Ģalla örtdülər. ġal
qocaya da çatdı, uĢağa da.
Kombefer səbətdə gətirdiyi patronları bölüĢdürdü.
Hər adama on beĢ güllə düĢdü.
Jan Valjan elə bayaqkı kimi tumbanın üstündə sakitcə oturmuĢdu. Kombefer ona da on beĢ
patron vermək istədi, o, baĢını yelləyərək, patronları almadı.
Kombefer pıçıltı ilə Anjolrasa dedi:
– Nə qəribə adamdır! Barrikadada olasan, özün də vuruĢmayasan!
Anjolras etiraz etdi:
– Amma, bu, onun barrikadanı müdafiə etməsinə mane olmur.
Kombefer:
– Qəhrəmanlar içində də qəribə adamlar olur, – dedi.
Kurfeyrak onların danıĢığını eĢidərək əlavə etdi:
– Bunun qəribəliyi qoca Mabefin qəribəliyi kimi deyil, tamam ayrı qəribəlikdir.
Qeyd etmək lazımdır ki, barrikadanın atəĢə tutulması qiyamçıları çox da həyəcana salmadı. Küçə
vuruĢması burulğanında sakitliklə fırtına anları çox qəribə surətdə bir-birini əvəz edir – Bu
burulğana düĢməyənlər onu təsəvvür edə bilməz. Adamlar barrikadanın içində gəziĢirlər,
danıĢırlar, zarafat edirlər. Mənim dostlarımdan biri top saçması atəĢinin lap qızğın vaxtında bir
döyüĢçüdən bu sözləri eĢitmiĢdi: ―Biz burada lap elə bil, subaylar qonaqlığındayıq‖. Təkrar
edirik: ―ġanvreri küçəsindəki istehkamın iç tərəfi çox sakit görünürdü. Sınağın bütün
gözlənilməyən dəyiĢiklikləri, bütün mərhələləri arxada qalmıĢdı, ya da tezliklə arxada qalacaqdı.
Onların vəziyyəti böhranlı haldan təhdidedici hala, təhdidedici haldan isə, yəqin ki, ümidsiz hala
düĢmüĢdü. Vəziyyət ağırlaĢdıqca, üfüqlər qaraldıqca, qəhrəmanlıq haləsi barrikadanı daha artıq
iĢıqlandırırdı. Amansız Anjolras, öz qılıncını Epidotun kədərli dühasına ithaf edən gənc spartalı
kimi barrikadanın üstündə yüksəlirdi.
Kombefer döĢlüyünü taxıb yaralıların yarasını bağlayırdı. Bossüe ilə Feyi barıt qabı ilə patronları
doldururdu; barıt qabını QavroĢ onbaĢının meyitindən tapmıĢdı. Bossüe Feyiyə deyirdi: ―Az
qalıb: dilicans tutub baĢqa bir planetə gedəcəyik‖. Kurfeyrak, öz xırda-xuruĢ Ģeylərini sahmana
salan səliqəli cavan qız kimi bütün cəbbəxanasını: əl ağacını, qılıncını, tüfəngini, bir cib, iki də
yəhər tapançasını Anjolrasın yanında bəyənib seçdiyi qənbər daĢlarının üstünə qoydu. Jan Valjan
düz önünə baxırdı. Fəhlələrdən biri HuĢlu xalanın böyük həsir Ģlyapasını baĢına qoyur, qaytanla
bağlayırdı, deyirdi ki: ―Bunu ona görə eləyirəm məni gün vurmasın‖. Eks Ģəhərinin kuqurdalı
gəncləri gülə-gülə söhbət edirdilər. Sanki, onlar tələsir, axırıncı dəfə olaraq öz ana Ģivələrində
doyunca danıĢmaq istəyirdilər. Joli HuĢlu xalanın güzgüsünü divardan götürüb dilinə baxırdı. Bir
neçə qiyamçı Ģkafdan tapdığı kif basmıĢ çörək qabığını acgözlüklə gəmirirdi. Marius da:
―Görəsən, o dünyada atam mənə rast gələndə nə deyəcək‖ fikrilə məĢğuldu.
ON SƏKKĠZĠNCĠ FƏSĠL.
Yırtıcı özü ovlanır.
Barrikadalarda baĢ verən psixoloji bir hadisədən bəhs edək. Bu fövqəladə küçə müharibəsi üçün
səciyyəvi olan heç bir Ģeyi nəzərdən qaçırmaq olmaz.
Ġndicə biz qiyamçıların çox sakit olduğunu demiĢdik, buna baxmayaraq, barrikada, onun içində
olanlara xəyali bir Ģey kimi görünür.
VətəndaĢ müharibəsinin axırzamana bənzəyiĢi var: məchulluğun sıx dumanı alovun Ģiddətli
parıltılarını bürüyür; xalq üsyanları sfinks kimi sirlidir, kim ki barrikadada vuruĢmuĢdur,
barrikadanı bir yuxu kimi xatırlayır.
Adamların belə bir vaxtda duyduqlarını, düĢündüklərini biz Mariusun Ģəxsiyyətində təsvir
etmiĢdik; biz sonralar da belə vəziyyəti görəcəyik; – bu, real həyatdan parlaqdır, eyni zamanda
sönükdür. Barrikadadan gedən adam orada nələr gördüyünü xatırlamır. Barrikadada o, dəhĢətli
idi, lakin bunu özü dərk etmirdi. Onun ətrafında insan Ģəklini almıĢ ideyalar vuruĢurdu, onun
baĢını gələcəyin parlaq iĢığı iĢıqlandırırdı. Orada meyitlər yerə sərilib qalmıĢdı, xəyallar ayaq
üstə durmuĢdu. Dəqiqələr hədsiz dərəcədə uzanırdı, sanki, onlar əbədiyyət dəqiqələri idi.
Barrikadadan gedən adam, elə bil ki, ölüb, dirilmiĢdi. Kölgələr onun yanından Ģütüyüb keçirdi.
Bu, nə idi? Barrikadada o, qana bulaĢmıĢ əllər görürdü; orada qulaqbatırıcı bir gurultu, həm də
dəhĢətli bir sükut vardı, orada nəsə çığıran açıq ağızlar, həm də həmiĢəlik susan açıq ağızlar
vardı; onu duman kimi tüstü, ya da, bəlkə, gecə qaranlığı bürümüĢdü. Ona elə gəlirdi ki, məchul
bir dərinlikdən sızıb gələn məĢum bir rütubətə toxunmuĢdur; barmaqlarında qırmızı ləkələr
görürdü. Ayrı heç bir Ģey onun yadında deyildi.
ġanvreri küçəsinə qayıdaq.
Birdən, iki yaylım atəĢi arasında, uzaqda vuran saatın səsi eĢidildi.
Kombefer:
– Günortadır, – dedi.
Saat on ikini vurub qurtarmamıĢdı ki, Anjolras barrikadanın üstündə Ģax duraraq çox ucadan
çığırdı:
– Qənbər daĢlarını evə daĢıyın. AĢağıdakı pəncərələrin, bir də çardaqdakı pəncərənin qabağına
tökün. Adamların yarısı vuruĢmaya hazırlaĢsın, qalanları daĢ daĢısın. Bircə dəqiqəni də boĢ
keçirmək olmaz.
Küçənin baĢında, döyüĢə hazır vəziyyətdə, çiyinlərində balta, yanğınsöndürən sapyorlar tağımı
göründü.
Bu, qoĢun dəstəsinin ancaq baĢ hissəsi ola bilərdi. Hansı qoĢun dəstəsinin? Heç Ģübhəsiz, hücum
dəstəsinin; çünki barrikadanı dağıtmaq üçün göndərilən sapyorların ardınca adətən əsgər
göndərilir, – bu əsgərlər hücumla barrikadanı tutmalıdırlar.
1822-ci ildə cənab Klermon Tonnerin dediyi kimi, görünür, ―onların boynuna keçirilən ilgəyi
dartmaq‖ vaxtı yaxınlaĢırdı.
Anjolrasın əmri gəmi və barrikada döyüĢçülərinə xas olan bir sürət və dəqiqliklə yerinə yetirildi,
– gəmidən və barrikadadan, bu iki vuruĢma meydanından geri çəkilmək mümkün deyil.
Anjolrasın sərəncamı ilə ―Korinf‖in qapısı qabağına yığılan daĢın üçdə iki hissəsini bir
dəqiqədən də az vaxtda ikinci mərtəbəyə və çardağa daĢıdılar, sonra heç bir dəqiqə də keçmədi
ki, daĢları çox məharətlə üst-üstə yığaraq, ikinci mərtəbənin pəncərələrini, bir də çardağın
xırdaca pəncərəsini yarıya qədər tutdular. Bu iĢə baĢçılıq edən Feyinin göstəriĢi ilə daĢların
arasında tüfəng lüləsi üçün deĢiklər qoydular. Daha top saçmasının atılmaması pəncərələrin daĢla
bərkidilməsi iĢini xeyli yüngülləĢdirdi. Ġndi topların hər ikisindən mərmi ilə istehkamın özünü
vururdular, bununla da hücum üçün onda deĢik açmaq, ya da, mümkün olsa, onun bir tərəfini
dağıtmaq istəyirdilər.
Son istinadgahın müdafiəsi üçün görülən iĢi qurtardıqdan – pəncərələrin içində qənbər daĢından
sipər düzəltdikdən sonra Anjolras Mabefin qoyulduğu stolun altında olan ĢüĢələrin ikinci
mərtəbəyə aparılmasını əmr etdi.
Bossüe soruĢdu:
– ġərabı kim içəcək?
– Onlar.
– Sonra da qiyamçılar aĢağı pəncərənin içinə Ģey-Ģüy yığıb oranı bərkitdilər, gecələr meyxananın
qapısı dalına qoyulan dəmirləri əllərinə alıb, hazır durdular.
Ġndi bura əsil qala idi. Barrikada onun səddi, meyxana – baĢ qülləsi idi.
Barrikadada bircə yol qalmıĢdı, onu da qalan qənbər daĢları ilə tutdular.
Barrikadanı müdafiə edənlər həmiĢə hərbi sursata qənaət etməlidirlər, düĢmən də bunu bilir;
buna görə də düĢmən hücuma çox yavaĢ hazırlaĢır, vaxtından əvvəl qiyamçıların atəĢ xəttindən
kənar bir yerə qüvvə gətirir, bunu da hücum etməkdən daha çox özünü göstərmək üçün edir; eyni
zamanda öz hisslərini daha münasib mövqedə yerləĢdirir. Hazırlıq iĢləri həmiĢə nizam və qayda
ilə tələsmədən görülür, sonra birdən tufan qopur.
DüĢmənin belə ağır hərəkət etməsi Anjolrasa bütün iĢləri yoxlamaq, mümkün olan yerdə iĢi
yaxĢılaĢdırmaq imkanını verdi. O belə qərara gəldi: bu adamların nəsibi ölməkdirsə, onların
ölümü mərdlik və Ģücaətin ən yüksək nümunəsi olmalıdır.
Sonra Mariusa dedi:
– Biz ikimiz də burada komandirik. Mən evə gedib son sərəncamı verim, sən də bayırda qal,
düĢməni müĢahidə elə.
Marius barrikadanın üstündə müĢahidə yerini tutdu.
Anjolrasın əmri ilə mətbəxin yaralılar otağına açılan qapısını mıxladılar:
– Qoy yaralılara mərmi qəlpəsi dəyməsin.
O, son sərəncamını aĢağı zalda qırıq-qırıq, lakin çox sakit halda verdi. Feyi onun dediklərini
dinləyir, hamının adından ona cavab verirdi.
– Pilləkəni sındırmaq üçün baltaları ikinci mərtəbədə hazır tutun. Balta varmı?
Feyi:
– Var, – dedi.
– Neçə dənədir?
– Üç dənə.
– YaxĢı. Sırada iyirmi altı döyüĢçümüz var. Tüfəng neçədir?
– Otuz dörd.
– Deməli, səkkizi artıqdır. Onları da doldurun, yanınızda qoyun. Qılıncları bağlayın, tapançaları
toqqanıza keçirin. Ġyirmi adam barrikadaya, altısı çardağa və ikinci mərtəbənin pəncərəsinə
getsin. DüĢmənə daĢlar arasındakı mazğallardan güllə atılsın. Heç kəs bekar oturmasın. Hücum
təbili vurulan kimi hamınız, iyirmi adamın iyirmisi də, barrikadaya yüyürün. Kim əvvəl gəlib
çatsa, yaxĢı yer tutacaq.
Hamını müəyyən etdiyi döyüĢ yerində qoyub Javerə sarı döndü:
– Mən səni unutmamıĢam.
Tapançanı stolun üstünə qoyub əlavə etdi:
– Kim buradan axırıncı çıxsa, casusun beynini dağıdacaq.
Kimsə soruĢdu:
– Burada?
– Yox. Onun meyiti bizim meyitlərin yanında olmağa layiq deyil. Kiçik barrikadadan keçib
Mondetur küçəsinə getmək olar. Bu barrikadanın dörd fut hündürlüyü var. Casusun əl-qolu bərk
bağlanıb. Ora aparın, güllələyin.
Bir adam bu zaman Anneolrasdan da sakit görünürdü; bu Javer idi.
Bu anda Jan Valjan göründü.
O, qiyamçıların içində idi. Özünü qabağa verib Anjolrasa dedi:
– Rəis sizsiniz?
– Bəli.
– Siz bayaq mənə təĢəkkür etdiniz.
– Bəli, respublika adından. Barrikadanı iki adam xilas etdi: Marius Ponmersi və siz.
– Siz necə bilirsiniz, mən mükafat almağa layiqəmmi?
– Əlbəttə.
– Onda xahiĢ edirəm mənə mükafat verilsin.
– Necə mükafat istəyirsiniz?
– Ġstəyirəm ki, bu adamın alnına gülləni özüm çaxam.
Javer baĢını qaldırdı. Jan Valjanı gördü, güclə sezilən bir hərəkət edərək, dedi:
– Bu haqlı tələbdir.
Anjolras karabini doldurub hamını gözdən keçirdi:
– Etiraz yoxdur ki?
Sonra Jan Valjana sarı döndü:
– Aparın casusu.
Jan Valjan Javer sarındığı stolun qırağında oturdu, bununla, elə bil ki, Javerin onun ixtiyarına
keçdiyini bildirmiĢ oldu. Tapançanı götürüb doldurdu: eĢidilən çaqqıltıdan belə bir nəticə
çıxarmaq olardı.
Elə bu anda Ģeypurçunun Ģeypuru səsləndi.
Marius barrikadanın üstündən çığırdı:
– Silah baĢına!
Javer səssizcə güldü, – bu, ona xas olan bir gülüĢdü, – sonra qiyamçılara diqqətlə baxıb dedi:
– Sizin halınız mənimkindən yaxĢı olmayacaq.
Anjolras komanda verdi:
– Hamı barrikadaya!
Qiyamçılar nizamsız halda qapıya cumdular, onlar yüyürə-yüyürə gedəndə Javer düz onların
dalınca, – qoy bu ifadə üçün bizi bağıĢlasınlar, – belə bir xeyir-dua verdi:
– Bu yaxında görüĢərik!
ON DOQQUZUNCU FƏSĠL.
Jan Valjan intiqam alır.
Jan Valjan tək qalandan sonra Javerin bədəninə bağlanan kəndiri açdı, – kəndirin ucu stolun
altında düyünlənmiĢdi. Sonra Javerə iĢarə ilə ―dur‖ dedi.
Javer, təsviri mümkün olmayan bir təbəssümlə ayağa qalxdı. Bu təbəssümdə, buxovlanmıĢ da
olsa, hakimiyyət qüruru və üstünlüyü ifadə olunurdu.
Jan Valjan yük heyvanının cilovundan tutan kimi, Javerin martinqalından tutdu, onu yavaĢ-yavaĢ
öz arxasınca çəkə-çəkə meyxanadan çıxdı: Javerin qıçları kəndirlə bağlandığı üçün addımlarını
xırda-xırda atırdı.
Jan Valjan tapançanı əlində sıxa-sıxa gedirdi.
Bu qayda ilə onlar barrikadanın içindəki trapesiya Ģəkilli meydanı keçdilər. Mütləq hücum
olacağını gözləyən qiyamçıların üzü o biri tərəfə idi.
Ancaq Marius, barrikadanın sol tərəfində durduğundan, onların keçib getdiyini gördü. Onun
qəlbinə dolan sönük iĢıq cəlladla ölümə məhkum edilən bu iki adamı da bürümüĢdü.
Jan Valjan bir an da Javeri buraxmırdı; o, çətin də olsa, Javeri Mondetur küçəsindəki alçaq
səddin üstündən keçməyə məcbur etdi.
Onlar səddi keçəndən sonra boĢ bir küçəyə çıxdılar; burada heç kəs yox idi, onları görən
olmazdı. Tindəki ev qiyamçıları onların arasını kəsirdi. Bir neçə addım kənarda meyit yığını
vardı; barrikadadan çıxarılan bu meyitlərə baxanda adamı dəhĢət alırdı. Onların içində bir qadın
meyiti diqqəti cəlb edirdi; onun dağınıq saçı göyərmiĢ üzünə tökülmüĢdü; əlinə güllə dəymiĢdi,
sinəsi yarıya qədər açıqdı. Bu, Eponina idi.
Javer qadın meyitinə gözucu baxaraq, polis iĢçisi təmkinliyi ilə astadan dedi:
– Deyəsən, mən bu qızı tanıyıram.
Sonra Jan Valjana sarı döndü.
Jan Valjan tapançanı qoltuğuna vurdu, gözlərini zilləyərək diqqətlə Javerə baxdı; bu baxıĢı ilə o
deyirdi: ―Javer, qabağında duran mənəm!‖
Javer cavab verdi:
– Sən üstün gəldin.
Jan Valjan jiletinin cibindən bıçağı çıxardıb açdı.
Javer həyəcanla dedi:
– Hə, qələm! Düz eləyirsən! Bu sənə daha çox yaraĢır.
Jan Valjan Javerin boynundakı martinqalı, biləklərinə bağlanan kəndiri, sonra əyilərək, ayağına
vurulan çidarı kəsdi, sonra da qalxıb dedi:
– Siz azadsınız.
Javeri təəccübləndirmək çətindi. O çox təmkinli bir adamdı, lakin bu hadisə onu qeyri-ixtiyari
olaraq sarsıtdı. O donub qaldı.
Jan Valjan sözünə davam etdi:
– Buradan diri çıxmağıma gümanım yoxdur; əgər iĢdir, ölməsəm, xilas ola bilsəm, yadınızda
saxlayın: mən FoĢlevan adı altında Silahlı adam küçəsində, yeddi nömrəli evdə yaĢayıram.
Javer diĢlərini pələng kimi ağartdı, dodaqlarını büzərək ədavətlə dedi:
– Özünü gözlə.
Jan Valjan:
– Gedin, – dedi.
Javer soruĢdu:
– Sən FoĢlevan dedin? Silahlı adam küçəsi?
– Yeddi nömrəli ev.
Javer astadan təkrar etdi:
– Yeddi nömrəli ev.
O yenə sürtukunu düymələdi, çiyinlərini hərbi qayda ilə düzəltdi, yana döndü, əllərini döĢündə
çarpazladı, çənəsini bir əlinə dayayaraq, bazar tərəfə yönəldi. Jan Valjan durub ona baxırdı. Javer
bir neçə addım gedəndən sonra döndü, çığıraraq Jan Valjana dedi:
– Siz məni təngə gətirmisiniz! YaxĢısı budur məni öldürün!
Javer heç özü də hiss etmədən Jan Valjana daha ―sən‖ demirdi.
Jan Valjan da çığıraraq ona dedi:
– Çıxın gedin!
Javer ağır-ağır yeriyirdi. Bir dəqiqədən sonra o, Vaizlər küçəsinin tinini döndü.
Javer gözdən itən kimi Jan Valjan tapançasını havaya boĢaltdı.
Sonra da barrikadaya gəlib dedi:
– ĠĢini bitirdim.
Jan Valjan Javeri aparandan sonra barrikadada belə bir hadisə oldu.
Marius daha çox evdə deyil, bayırda baĢ verən iĢlərlə məĢğuldu, buna görə də macal tapıb aĢağı
mərtəbədə, qaranlıq bucaqda kəndirlə sarınmıĢ casusa baxa bilməmiĢdi.
Jan Valjan Javeri barrikadanın üstündən keçirib güllələməyə aparanda Marius onu görüb tanıdı.
Birdən onun xəyalından belə bir Ģey keçdi. Pontuaz küçəsində polis nəzarətçisinə rast gəlməsi,
nəzarətçinin on iki tapança verməsi yadına düĢdü: bu tapançalar barrikadada onun iĢinə yaradı;
nəzarətçinin həm sifəti onun xəyalında canlandı, həm də onun adını xatırladı.
Lakin bu xatirələr də onun fikirləri kimi dumanlı idi, aydın deyildi. Bunlar qəti bir Ģey deyildi,
bəlkə, onun öz-özünə verdiyi bir sualdı: ―Bu həmin polis nəzarətçisi deyilmi ki, adını Javer
demiĢdi?‖
Bəlkə də, nə qədər gec deyil, o imkan tapıb bu adamı müdafiə edə bilər? Lakin əvvəlcə onun
həmin Javer olduğunu qəti bilmək lazımdır.
Marius, barrikadanın o biri baĢında, öz döyüĢ mövqeyində duran Anjolrası səslədi.
– Anjolras!
– Nə var?
– O adamın adı nədir?
– Polis agentinin. Sən onun adını bilirsən?
– Əlbəttə bilirəm. O, özü dedi.
– Onun adı nədir?
– Javer.
Marius diksindi.
Elə bu anda tapança səsi eĢidildi.
Jan Valjan gəlib ucadan dedi: ―ĠĢini bitirdim‖.
Mariusun qəlbini ölüm vahiməsi bürüdü.
ĠYĠRMĠNCĠ FƏSĠL.
Ölülər haqlıdır, dirilər də müqəssir deyil.
Barrikadanın son dəqiqələri baĢlanırdı.
Havada dolaĢan səslər, Ģəhərə hərəkət edən, gözə görünməyən silahlı dəstələrin nəfəsi, atlı
hissələrin ara verə-verə dördnala çapması, topların gurultusu, dolaĢıq Paris küçələrində çalın-
çarpaz atılan tüfəng və top atəĢi, taxta-puĢların üstündən burula-burula yuxarı qalxan, gün
iĢığında bərq vuran barıt tüstüsü, uzaqlardan gələn boğuq və qəzəbli çığırtılar, hər tərəfdə ĢimĢək
kimi parıldayan qorxunc iĢıqlar, Sen-Merri zənginlərinin təhlükə olduğunu xəbər verən
hönkürtüyə bənzər qəmgin səsləri, yayın xoĢ günləri, gün iĢığı ilə iĢıqlanan buludlarla dolu
göylərin cah-cəlalı, gözəl hava, evlərin vahiməli sükutu birləĢərək barrikadanın bu son, bu faciəli
dəqiqələrinin əzəmətini daha da artırırdı, evlərin ona görə vahiməli sükutu deyirik ki, dünəndən
bəri ġanvreri küçəsinin iki sıra evləri, sanki, iki sal divara çevrilmiĢdi: qapılar qapanmıĢ,
pəncərələr örtülmüĢ, pəncərə qapıları bağlanmıĢdı.
O zamanlar bizim zəmanəmizdən çox-çox fərqli idi: o elə bir zamandı ki, xalq – öz dövrünü
sürmüĢ, köhnəlmiĢ qaydaları, bəxĢ edilmiĢ fərmanları və ya qüvvədə olan qanunları ləğv etmək
istəyirdi; o elə bir zamandı ki, hava qəzəblə dolu idi, Ģəhər özü daĢ yollarını dağıdırdı; o elə bir
zamandı ki, üsyan – lütfkarlıqla gülümsəyən burjuaziyanın qulağına öz parolunu pıçıldayırdı, –
belə bir zamanda qiyamçılıq ruhuna qapılan dinc əhali üsyançıların, sanki, müttəfiqi olurdu,
evlər, sanki, yer altından çıxan barrikadalarla qardaĢlıq edirdi, onun dayağı olurdu. Lakin əgər
vaxt hələ yetiĢməmiĢdisə, üsyan xalq tərəfindən bəyənilməmiĢdisə, xalq üsyandan üz
döndərirdisə, – onda üsyançılar məhv olurdu. ġəhər onların ətrafında səhraya çevrilirdi, hamının
qəlbi daĢa dönürdü, bütün qapılar onların üzünə bağlanırdı, küçələr qoĢunlara yol açırdı,
barrikadaları tutmaqda onlara kömək edirdi.
Xalqı zor ilə istədiyindən tez yeriməyə məcbur etmək olmaz! Vay o adamın halına ki, xalqı zorla
tələsdirmək istəyir! Xalq məcburiyyətə dözmür. Məcburiyyət olanda xalq üsyançıları baĢlı-
baĢına buraxır, onlara kömək etmir. Üsyançılar taun xəstəliyinə tutulmuĢ adam vəziyyətinə
düĢür. Evlər sıldırım qayaya, qapılar – hasara, evlərin üzü sal divara çevrilir. Bu divar hər Ģeyi
görür, hər Ģeyi eĢidir, ancaq köməyə gəlmək istəmir. Bu divar açılıb onları xilas edə bilərdi.
Amma açılmır! Bu divar taledir. Bu divar üsyançılara baxır, öz hökmünü verir. Qapısı bağlanmıĢ
evlərin nə qəmgin görünüĢü olur! Sanki, onlar sahibsizdir, lakin orada yaĢayırlar. Sanki, həyat
orada dayanmıĢdır, əslində belə deyil: həyat orada öz qaydası ilə davam edir, heç kəs oradan
günlərlə bayıra çıxmır, amma istəsələr, çıxa bilərlər. Belə qaydaların içində gəzirlər, danıĢırlar,
yatırlar, dururlar, ailəliklə bir yerdə otururlar, yeyirlər, içirlər, qorxudan tir-tir əsirlər – dəhĢət,
bax, burasıdır! Qorxu bu Ģiddətli amansızlıq üçün üzr, qorxunun yaratdığı ĢaĢqınlıq bu
amansızlığı yumĢaldan bir səbəb ola bilər. Bəzən elə hallar da olur ki, qorxu cünunluğa varır,
ehtiyatkarlıq çılğınlığa çevrilən kimi, qorxu da qəzəbə çevrilə bilər; dərin mənalı ―Mötədillər
içərisindən çıxan azğınlar‖ ifadəsi də buradan götürülmüĢdür. Elə olur ki, vahiməli və dəhĢətli
hallar, qara tüstü dumanı kimi, ədavət törədir. ―Bu Ģuluqluq salanlara daha nə lazımdır? Onlar
həmiĢə narazıdırlar. Dinc camaatı ancaq yolundan azdırırlar. Bütün bu inqilablar, elə bil ki, azlıq
eləyir! Onlar hardan bura gəliblər? Qoy cəhənnəm olsunlar! Onlara elə belə də lazımdır! Özləri
təqsirkardır. Qoy tutduqları iĢdən cəzasını çəksinlər! Bizə nə?!‖ Onlar bizim yazıq küçəmizi
güllə ilə dəlik-deĢik eləyiblər. Onlar əclaf adamlardır. Qapıları açmayın – əsas məsələ budur!‖
Evlər məqbərəyə çevrilir. Qiyamçılar bağlı qapıların qabağında dəhĢətli əzab çəkirlər; budur, top
saçması onun üstünü alır; budur, sıyrılmıĢ qılınc onun təpəsinə endirilir. O bilir ki, nə qədər
çığırsa da, heç kəs onun köməyinə gəlməyəcək, o eyni zamanda bilir ki, onun çığırtısını eĢidirlər.
Orada çoxlu divar var, bu divarlar onu gizlədə bilər, orada çoxlu adam var, bu adamlar onu xilas
edə bilər, bu divarların qulağı var, lakin adamların ürəyi daĢdandır.
Burada müqəssir kimdir?
Heç kəs, həm də bizim hamımız.
Müqəssir – bizim mükəmməl olmayan dövrümüzdür.
Utopiya, həmiĢə baĢ verə biləcək bütün uyğunsuz halların məsuliyyətini öz üzərinə alaraq, iĢə
giriĢir: üsyanlar Ģəklini alır, fəlsəfi mübarizədən silahlı mübarizəyə, Minervadan Palladaya
çevrilir. Səbri tükənmiĢ utopiya qiyam Ģəklini alırsa, baĢına nə gələcəyini bilir, utopiya çox
zaman vaxtından əvvəl gəlir. Belə olanda sakitləĢir, zəfər əvəzinə fəlakəti böyük bir səbatla
qəbul edir. Kim utopiyanı rədd edirsə, utopiya Ģikayətlənmədən ona xidmət edir, hətta onu rədd
edənləri haqlı görür; onun nəcibliyi bundadır ki, o hər kəs tərəfindən tərk edilməyə də razıdır. O,
maneələr qarĢısında əyilmir, eyni zamanda nankorlara güzəĢtə gedir.
YaxĢı, bu nankorluqmu?
Ġnsanlıq nöqteyi-nəzərindən nankorluqdur.
Ayrı-ayrı Ģəxsiyyətlər nöqteyi-nəzərindən nankorluq deyil.
Tərəqqi insan varlığının formasıdır. BəĢəriyyətin bütün həyatına bir yerdə tərəqqi deyilir;
bəĢəriyyətin irəliyə doğru hərəkətinə tərəqqi deyilir. Tərəqqi irəliyə addım atır; bu, insanın yerdə
səmaviliyə, ilahiyə doğru olan böyük səyahətdir. Elə olur ki, tərəqqi yolda dayanır, – burada o
geridə qalanları toplayır; elə olur ki, o dayanıb dincəlir, – bu zaman düĢünür, birdən gözləri
qarĢısında bütün zənginliyi ilə canlanan füsunkar Kənan torpağını seyrə dalır; elə gecələr olur ki,
o yatır; mütəfəkkir üçün bəĢəriyyətin qaranlıq çökmüĢ qəlbini görməkdən, zülmət içində yatmıĢ
tərəqqini kor kimi əllərilə axtarmaqdan, onu oyatmağa gücü çatmaqdan əzablı bir təĢviĢ yoxdur.
Bir gün Jerar de Nerval mənə dedi: ―Bəlkə, Allah ölüb?‖ Nerval tərəqqini Allahla qarıĢdırır,
hərəkətdəki fasiləni Allahın ölməsi hesab edirdi.
Məyus olanlar haqlı deyillər. Tərəqqi həmiĢə oyanır, əslində lap yuxuda da öz yoluna davam
edir, çünki bu zaman o böyüyüb boy atır. Siz bir də onu görsəniz, onun boy atdığına inanarsınız.
Sel bir yerdə sakit dura bilmədiyi kimi, tərəqqi də sakit dura bilməz; onun qabağını kəsməyin,
onun məcrasına qaya parçaları atmayın: maneələr suyu köpükləndirir, bəĢəriyyəti isə
dalğalandırır. ĠğtiĢaĢların da, qiyamların da səbəbi budur. Lakin bir iğtiĢaĢda məlum olur ki, biz
qabağa getmiĢik. Nizam-intizam düzəlməyincə, – nizam-intizam isə ümumi sülhdən baĢqa bir
Ģey deyil, – bəli, nizam-intizam düzəlməyincə, yer üzündə ahəng və birlik əmələ gəlməyincə,
tərəqqinin mərhələləri inqilablar olacaqdır.
Tərəqqi nədir? Biz bunu dedik. Tərəqqi fasiləsiz hərəkətdir, xalqların həyatıdır.
Ancaq bəzən elə olur ki, ayrı-ayrı Ģəxsiyyətlərin keçici həyatı insan övladının əbədi həyatına
müqavimət göstərir.
Bir Ģeyi kədərlənmədən etiraf edək: hər kəsin öz Ģəxsi mənafeyi vardır, bunu qorumaq, müdafiə
etmək heç də cinayət deyil. Hal-hazırda tamamilə qanuni olaraq müəyyən dərəcədə xudbinlik
verilmiĢdir. Keçici həyatın öz hüququ vardır, bu həyat gələcək üçün özünü həmiĢə qurban
verməyə heç də borclu deyil. Yer üzündə yaĢayan indiki nəsil gələcək üçün öz yolunu qısaltmağa
borclu deyil; əslində, gələcək nəsil də onun kimi bir nəsildir; onun da yaĢamaq dövrü gələcəkdir.
Hər Ģey adlı birisi pıçıldayaraq deyir: ―Mən mövcudam, mən cavanam, sevirəm, mən qocayam,
dincəlmək istəyirəm, mən ailə baĢçısıyam, mən zəhmət çəkirəm, mən öz iĢimdə müvəffəq
oluram, mənim iĢim çox yaxĢı gedir, mənim arvadım var, uĢaqlarım var, mən onları sevirəm,
mən yaĢamaq istəyirəm, məni rahat buraxın‖. Buna görə də bəĢəriyyətin qabaqcıl nəcib dəstələri
müəyyən vaxtlarda belə böyük bir laqeydliyə rast gəlir.
Bunu da etiraf etmək lazımdır ki, utopiya müharibəyə baĢlamaqda öz parlaq zirvəsindən enir.
Utopiya, gələcək günlərin bu həqiqəti, müharibəyə giriĢməklə dünənki yalanın üsullarından
istifadə edir. Utopiya, bizim gələcəyimiz, keçmiĢdən yaxĢı hərəkət etmir. Saf ideya zorakılıq
olur. Bu zorakılıqla qəhrəmanlığı ləkələyir, əslinə qalanda bunun üçün o cavab verməlidir; onun
bu zorakılığı kobud zorakılıqdır, o hər vasitədən istifadə edir, bu vasitələr əxlaq qaydalarına
ziddir, bunun üçün də o faciəli surətdə cəzalanır. Üsyan etmiĢ utopiya, əlində qədim hərbi
kodeks, vuruĢur; o, casusları güllələyir, xainləri boğazlayır, canlı insanları məhv edir, onları
məchul qaranlığa atır. Utopiya ölümdən kömək alır, bu, çox böyük qəbahətdir. Elə düĢünmək
olar ki, utopiya, guya, həqiqətin iĢığına, onun sarsılmaz, əbədi qüvvəsinə inanmır. O, öz qılıncını
iĢə salır. Lakin qılınc çox da elə adi bir Ģey deyil. Qılınc ikiağızlı silahdır. BaĢqasını yaralayan
özü də yaralanacaqdır.
Biz bu qeyd-Ģərti söyləməklə, həm də lazımi kəskinliklə söyləməklə, gələcək uğrunda vuruĢan
bu Ģanlı insanlara, utopiyanın bu kahinlərinə, – onların öz məqsədinə çatıb-çatmamasından asılı
olmayaraq, – valeh olmaya bilmərik. Onlar, iĢləri baĢ tutmasa da, pərəstiĢə layiq insanlardır;
bəlkə də, onların əzəməti iĢlərinin baĢ tutmasında özünü daha artıq göstərir. Qalibiyyət əgər
tərəqqiyə kömək edirsə, o bütün xalqın alqıĢına layiqdir, lakin qəhrəmancasına məğlubiyyət
ürəkləri mütəəssir etməlidir. Qalibiyyət ehtiĢamlı, məğlubiyyət əzəmətlidir. Biz əzabkeĢliyi
müvəffəqiyyətdən üstün tuturuq, bizim üçün Con Braun VaĢinqtondan, Pizakane Haribaldidən
yüksəkdir.
Heç olmasa, bir adam məğlub olanların tərəfini saxlamalıdır.
Gələcəyin böyük kəĢfiyyatçıları fəlakətə uğrayanda, biz onlara qarĢı haqsızlıq edirik.
Ġnqilabçıları dəhĢətli iĢlər görməkdə təqsirləndirirlər. Hər barrikada cəmiyyətə qarĢı bir sui-qəsd
hesab olunur. Ġnqilabçıları nəzəriyyələri üstündə müqəssir edirlər, onların məqsədinə inanmırlar,
baĢqa fikirdə olmalarından qorxurlar, düzlüklərini Ģübhə altına alırlar. Onları – mövcud ictimai
quruluĢa qarĢı ehtiyacı, kədəri, ədalətsizliyi, Ģikayəti, məyusluğu irəli sürməkdə, ortaya atmaqda,
dağ kimi bir-birinin üstə qalaqlamaqda, insan cəmiyyətinin lap dərinliyindən zülmətin qara
qayalarını dartıb çıxarmaqda, sonra da bu qayaların üstünə çıxıb döyüĢə giriĢməkdə
təqsirləndirirlər. Çığıraraq onlara deyirlər: ―Siz cəhənnəmin daĢ yolunu alt-üst etdiniz‖.
Ġnqilabçılar da onlara deyə bilərdilər: ―Buna görə də bizim barrikada xoĢ niyyətlərlə
döĢənmiĢdir‖.
ġübhəsiz, ən yaxĢı yol – məsələləri sülh ilə həll etməkdir. Xülasə, hər necə olsa, qənbər daĢlarına
baxanda ayı əfsanəsi yada düĢür, belə xoĢ bir niyyət cəmiyyəti hər Ģeydən çox təĢviĢə salır.
Cəmiyyətin nicatı onun öz əlindədir, qoy bu xoĢ niyyəti o özü göstərsin. Onda belə amansız, qəti
tədbirlərə əl atmaq lazım gəlməz. ġəri, bədxahlığı bitərəfcəsinə öyrənməli, onun mövcud
olduğunu yəqin bilməli, sonra da müalicəsinə baĢlanmalıdır. Cəmiyyəti biz buna dəvət edirik!
Hər necə olursa-olsun, kim ki gözünü Fransaya dikərək, idealın yenilməz məntiqinə dayanaraq,
dünyanın hər yerində böyük iĢ üçün vuruĢur, böyük əzəmət sahibidirlər, onlar öz mənfəətini
güdmədən özlərini tərəqqi yolunda fəda edirlər, onlar qəza-qədərin hökmünü yerinə yetirirlər,
onlar müqəddəs iĢ görürlər. Onlar ilahi dramının gediĢində, müəyyən edilən vaxtda öz sözünü
söyləyən bir aktyor sakitliyi ilə qəbrə enirlər. Onlar 14 iyul 1789-cu ildə baĢlanan böyük xalq
hərəkatının bütün dünyada qarĢısıalınmaz bir qüvvə ilə yayılması, böyük bir ehtiĢamla inkiĢaf
etməsi uğrunda özlərini ümidsiz bir mübarizəyə, böyük bir səbatla məhv olmağa məhkum
edirlər. Bunlar ruhani əsgərlərdir. Fransa inqilabı – tanrının hökmüdür.
Lakin mühüm bir fərq vardır, bunu əvvəlki fəsillərdə qeyd etdiyimiz baĢqa fərqlərə mütləq əlavə
etmək lazımdır: elə silahlı üsyan olur ki, xalq bunu bəyənir, buna kömək edir, belə üsyana
inqilab deyilir; eləsi də olur ki, xalq bunu rədd edir, belə üsyana qiyam deyilir.
BaĢ verən üsyan – xalq qarĢısında imtahan verən ideyadır. Xalq qara daĢ salırsa1, bu göstərir ki,
ideya səmərəsizdir, üsyan müvəffəqiyyət qazanmayacaq.
Utopiya hər dəfə istəyəndə, xalqlar onun ilk çağırıĢı ilə mübarizəyə giriĢmirlər. Millətlər həmiĢə
ara vermədən, qəhrəmanların və əzabkeĢlərin mənəvi qüvvəsini izhar edə bilmirlər.
Xalq dərrakəlidir. Üsyan a priori olaraq onun üçün əlveriĢli deyil; əvvəla, ona görə ki, üsyan çox
vaxt fəlakətə gətirib çıxarır, ikincisi də ona görə ki, həmiĢə mücərrəd nəzəriyyədən meydana
gəlir.
Məsələnin gözəlliyi də elə bundadır ki, ideal, ancaq ideal uğrunda özünü fəda etməyə qabil olan
adamlar həmiĢə özlərini fəda edirlər. Üsyanı yaradan ruh yüksəkliyidir. Ruh yüksəkliyi qəzəbə
çevrilə bilər, onda o, silaha əl atır. Bir də ki, üsyan hökuməti, ya dövlət quruluĢunu hədəf
götürəndə daha yüksəyi niĢan alır. Məsələn, 1832-ci il üsyanının baĢçıları, qismən də ġanvreri
küçəsinin həvəslə iĢə giriĢən gəncləri Lui-Filippin əleyhinə vuruĢmurdular, – biz bunun üzərində
israr edirik. Dostcasına söhbətdə onlardan çoxu mütləqiyyətimi, yoxsa inqilabımı təmsil edən bu
mülayim kralın məziyyətlərini etiraf edirdi. Heç kəs ona ədavət bəsləmirdi. Əvvəllər X Karlın
simasında Allah tərəfindən təqdis edilmiĢ sülalənin böyük Ģəcərə xəttinə qarĢı üsyan edildiyi
kimi, onlar da Lui-Filippin simasında bu Ģəcərənin kiçik xəttinə qarĢı üsyan edirdilər. Onlar
Fransada mütləqiyyəti yıxmaqla, yuxarıda dediyimiz kimi, bütün dünyada insanın insan üzərində
olan qeyri-qanuni hakimiyyətini, hüquq imtiyazlarını məhv etməyə çalıĢırdılar. Bu gün Paris
kralsızdır, sabah bütün dünya hökmdarsız olacaqdır. Onlar təxminən belə düĢünürdülər. Əlbəttə,
onların məqsədi uzaq bir məqsəddi, aydın deyildi, bəlkə də, onların çata bilməyəcəyi bir
məqsəddi, lakin böyük məqsəddi.
Bəli, məsələ belədir. Ġnsanlar özlərini xəyali bir arzu üçün fəda edirlər; bu arzu, özünü ona həsr
edənlər üçün çox vaxt bir xülya olub qalır, lakin bu xülya – insan üçün mümkün olan ən
möhkəm bir inamla əsaslandırılmıĢ xülyadır. Qiyamçı qiyamı Ģairanə bir Ģəfəq içində görür. O,
gələcəyin xəyalı ilə məst olaraq, öz faciəli aqibətinə doğru gedir. Kim bilir, bəlkə də, onlar
arzusuna çatacaqlar. Hərçənd onlar çox azdır, onların qarĢısında bütöv bir ordu durur, lakin onlar
haqqı, təbii qanun, hər kəsin öz üzərində olan və könüllü surətdə əl çəkə bilmədiyi adi
hakimiyyəti, ədaləti, həqiqəti müdafiə edirlər, lazım gəlsə, üç yüz qədim spartalı kimi, bunun
uğrunda ölməyə hazırdılar. Onlar Don-Kixotu deyil, Leonidi xatırlayırlar. Onlar qabağa gedirlər,
bu yola qədəm qoyduqdan sonra geri çəkilmirlər, irəliyə doğru dəlicəsinə can atırlar, qarĢıda
eĢidilməmiĢ bir qalibiyyət, baĢa çatdırılmıĢ inqilab, azadlıqla tamamlanmıĢ bir tərəqqi,
bəĢəriyyətin əzəmətli yüksəliĢini, ümumi azadlığı, bəd ayaqda Fermopili görürlər.
Tərəqqi uğrunda olan belə vuruĢmalar çox vaxt məğlubiyyətlə nəticələnir, – bunun səbəbini biz
yuxarıda izah etmiĢik. Palandin üçün inadcıl qara camaatı öz ardınca aparmaq çətindir. Bu
saysız-hesabsız camaat ağır hərəkət edir, ağır tərpəndiyinə görə də etibarsızdır, onlar cəsarət edib
özlərini təhlükəyə atmaqdan qorxurlar, ideala çatmaq isə həmiĢə təhlükə ilə əlaqədardır.
Bir Ģeyi də yaddan çıxarmaq lazım deyil: bu iĢdə Ģəxsi mənfəət məsələsi vardır; Ģəxsi mənfəət isə
ideal və hisslərlə çox pis uyuĢur. Mədə bəzən ürəyi fəaliyyətdən qoyur.
Fransanın böyüklüyü və gözəlliyi də – baĢqa xalqlardan fərqli olaraq qarından daha da az asılı
olmasındadır. Fransa aclığa çox həvəslə dözür. Fransa hamıdan əvvəl oyanır, hamıdan da sonra
yatır. Fransa irəliyə doğru can atır. Fransa yeni yollar axtarır.
Bu, onun Ģairanə bir təbiətə malik olması ilə izah edilir.
Gözəllik həqiqətin zirvəsindən baĢqa bir Ģey olmadığı kimi, ideal da məntiqin ən yüksək
dərəcəsindən baĢqa bir Ģey deyil. Sənətkar xalqlar eyni zamanda varis xalqlardır. Gözəlliyi
sevmək iĢığa doğru can atmaq deməkdir. Elə buna görə də Avropanın məĢəli, yəni mədəniyyəti
əvvəl Yunanıstanın əlində olmuĢdur, bunu o Ġtaliyaya vermiĢ, Ġtaliya da Fransaya vermiĢdir.
Böyük maarifçi xalqlar! Vitai Lampada fradunt1.
Qəribədir! – bir xalqın poeziyası onun inkiĢafının zəruri hissəsidir. Mədəniyyətin dərəcəsi
təsəvvürün gücü ilə ölçülür. Lakin maarifçi xalq mütləq Ģücaətli xalq olub qalmalıdır. Sibaris
yox, Korinf! Kim naz-nemətə uyursa, zəifləyərək məhv olur. Nə yarımçıq olmaq lazımdır, nə də
mahir usta; sənətkar olmaq lazımdır; qəribəliyə, çox incəliyə deyil, kamilliyə meyl edilməlidir.
Bu Ģəraitdə siz bəĢəriyyətə idealın nümunəsini bəxĢ etmiĢ olarsınız.
Müasir idealın incəsənətdə öz tipi, elmdə isə öz üsulu vardır. Ancaq elmin köməyi ilə Ģairlərin
yüksək arzularını – ictimai quruluĢun gözəlliyini təcəssüm etdirmək olar. A + B köməyi ilə
cənnət bərpa olunacaq. Mədəniyyətin çatdığı bu pillədə dəqiqlik gözəlliyin zəruri ünsürüdür,
elmi fikir bədii duyğuya həm kömək edir, həm də onu tamamlayır; xəyal hesablamağı
bacarmalıdır. Elm, döyüĢ atı kimi, fateh incəsənətin dayağı olmalıdır. Bu dayağın etibarlı olması
çox vacibdir. Müasir idrak Yunanıstanın dühasıdır; bu dühanın ikitəkərli arabası Hindistanın
dühasıdır, filə minən Ġskəndərdir.
Cansız ehkamlar içində donub qalan və ya yüngül qazancdan pozğunlaĢan millətlər mədəniyyəti
irəli apara bilməz. Qızıl bütünə və ya baĢqa bütlərə pərəstiĢ etmək canlı əzələləri, iradəni gücdən
salır, zəiflədir. Dini məsələlərə və çərçilik mənafeyinə uymaq xalqın Ģan-Ģöhrətini ləkələyir,
onun fikir dairəsini məhdudlaĢdırmaqla mənəvi səviyyəsini aĢağı salır, missioner xalqlara xas
olan həm ilahi, həm də insani qabiliyyətdən – bütün bəĢər övladı üçün ümumi olan məqsədi baĢa
düĢmək qabiliyyətindən məhrum edir. Babilin idealı yox idi; Karfagenin də idealı olmamıĢdır.
Afina və Roma mədəniyyət iĢığını qoruyub saxlamıĢdır, onu əsrlərin qatı zülməti içərisindən
keçirib gətirmiĢdir.
Yunanıstan və Ġtaliya xalqlarının malik olduqları xüsusiyyətlərə Fransa xalqı da malikdir. Fransa
gözəllikdə – afinalı, əzəmətdə – romalı qadındır. Bundan baĢqa, Fransa mərhəmətli bir qəlbə
malikdir. O, hər Ģeyini verməyə hazırdır. O, baĢqa xalqlardan daha çox sədaqət, fədakarlıq
göstərməyə qabildir. Burası da var ki, Fransa dəyiĢkən və səbatsızdır; o adamlar ki Fransa
yerimək istəyəndə yüyürür və ya dayanmaq fikrinə düĢəndə yeriyir – onlar üçün əsas təhlükə də
bu dəyiĢkənlik və səbatsızlıqdır. Fransanın qaba materializm xəstəlikləri də olur. Fransanın
yüksək idrakını onun əzəmətinə layiq olmayan, Missuri Ģtatına, ya Cənubi Karolinaya yarayan
ideallarla zibilləyirlər. Nə etmək olar! Azman özünü cırtdan yerinə qoymaq istəyir; böyük
Fransanın xırda Ģıltaqları da olur. Vəssalam.
Burada etiraza yer yoxdur. Xalqların da günəĢ kimi tutulmağı var. Bu, elə bir qorxulu Ģey deyil,
qoy ancaq iĢıq geri qayıtsın, bu tutulma əbədi gecəyə çevrilməsin! ġəfəq və intibah eyni mənalı
sözlərdir. GünəĢin yenidən çıxması insan ―mənliyinin‖ həmiĢə yeniləĢməsinə uyğun gəlir.
Faktları bitərəfcəsinə müəyyən edək. Barrikadada ölmək və ya sürgündə dəfn olunmaq, –
fədakarlıq üçün qəbul olunan, həm də qabaqcadan nəzərə alınan bir Ģeydir. Fədakarlığın əsil adı
təmənnasızlıqdır. Qoy hamı tərəfindən tərk olunmuĢ adamlar tərk olunsunlar, qoy sürgünə
göndərilənlər sürgünə getsinlər, biz ancaq böyük xalqlara yalvarıb deyirik: geri çəkiləndə
həddindən artıq geri çəkilməyin. Sağlam düĢüncəyə qayıtmaq bəhanəsilə həddindən artıq aĢağı
enmək lazım deyil.
Heç Ģübhəsiz, maddə də var, gündəlik ehtiyac da var, Ģəxsi mənfəət də var. Mədə var; lakin
mədənin tələbinin yeganə qanun olmasına yol vermək olmaz. Müvəqqəti həyatın öz haqqı var,
biz bunu etiraf edirik, lakin əbədi həyatın da öz haqqı var. Heyhat, çox yüksəklərə qalxmaq,
sonra da birdən yıxılmaq olar. Biz belə halları tarixdə istədiyimizdən da artıq görürük. ġan-
Ģöhrət qazanan, ideala yaxınlaĢan bir millət birdən çirkab içində qurdalanmağa baĢlayır, bundan
zövq alır. Ondan soruĢsan ki, sən nə səbəbə Falstafın xatirinə Sokratı atırsan, o sənə belə cavab
verər: ―Ona görə ki, mənim dövlət xadimlərindən xoĢum gəlir‖.
Barrikadadakı vuruĢmaya qayıtmazdan əvvəl bir söz də demək istəyirik.
Burada təsvir etdiyimiz kimi, vuruĢmalar ideala doğru çılğınca can atmaqdan baĢqa, bir Ģey
deyil. BuxovlanmıĢ tərəqqi cürbəcür xəstəliklərə tutulur; faciəli ürəkkeçmə xəstəliyinə də məruz
qalır. Biz tərəqqinin lap qədim xəstəliyi olan vətəndaĢ müharibəsinə mütləq rast gəlməli idik. Bu,
faciəli dövrlərdən biridir, bu, bizim dramın eyni zamanda həm aktı, həm də antraktıdır; bu
dramda baĢ rolda çıxıĢ edən – cəmiyyət tərəfindən lənətlənmiĢ insandır, dramın əsil adı
―Tərəqqidir‖
Tərəqqi!
Bizim bütün arzularımız bizim tez-tez, həm də böyük bir həyəcanla söylədiyimiz bu sözdə
təcəssüm etmiĢdir; bu arzularda ifadə olunan ideya dramın inkiĢafında hələ çox-çox sınaqlardan
keçəcəyinə görə, qoy bizə icazə verilsin, onun üstündəki örtüyü qaldırmasaq da, heç olmasa
örtüyün arasından onun parlaq iĢığını göstərək.
Oxucuların qarĢısında olan bu kitab əvvəldən axıra kimi, həm bütünlüklə, həm də hissələrilə, –
orada nə qədər uyğunsuzluqlar, istisnalar, ayrı-ayrı müvəffəqiyyətsizliklər olsa da, – Ģərdən
xeyrə doğru, haqsızlıqdan haqqa doğru, nəfsdən vicdana doğru, çürüməkdən həyata doğru,
heyvani hisslərdən adamın öz vəzifəsini anlamasına doğru, cəhənnəmdən göylərə doğru,
heçlikdən Allaha doğru bir yoldur. ÇıxıĢ nöqtəsi – maddədir, son nöqtəsi – ruhdur. Əvvəli –
əjdaha, sonu – mələkdir.
ĠYĠRMĠ BĠRĠNCĠ FƏSĠL.
Qəhrəmanlar.
Birdən hücum təbili vuruldu.
Hücum bir qasırğa kimi baĢlandı. Dünən düĢmən axĢam qaranlığında əfi ilan kimi səssizcə
barrikadaya tərəf sürünürdü. Ġndi isə, iĢıqda, açıq bir sahədə qəfildən hücum etmək mümkün
deyildi, çünki hücum edənlərin canlı qüvvəsi görünürdü. Toplar guruldadı, qoĢun hücuma keçdi.
Qüvvətli nizami piyada dəstələrinə müəyyən sıralar arasında olan milli və bələdiyyə
qvardiyalarının piyada hissələri kömək edirdi. Hələ heç görünməyən, ancaq hay-küyü eĢidilən
camaata arxalanan bu qoĢun hissəsi, baĢda snayperlər olmaqla, təbil və Ģeypur səsləri altında,
süngülü tüfəngi əllərində hazır tutaraq, yağıĢ kimi yağan güllənin qabağında əyilmədən, sürətli
addımlarla, böyük bir hücum coĢqunluğu ilə küçəyə çıxdı, divara vurulan mis taran qüvvəsi ilə
düz barrikadanın üstünə yeridi.
Divar sarsılmadı.
Qiyamçılar Ģiddətli atəĢ açdılar. Barrikadanın yuxarı hissəsində tüfəng atəĢinin alovu parıldadı.
Hücum o qədər Ģiddətli idi ki, barrikada bir anlığa hücum seli altında qaldı; lakin aslan
silkələnərək itləri öz üstündən tökən kimi, o da əsgərləri özündən rədd etdi; onun üstü, dəniz
köpüyü qaya üstünü alan kimi, hücum edənlərlə bir anlığa örtüldü, lakin dalğa geri çəkildi, o
yenə də qara, qorxunc sıldırım bir qaya kimi canlandı.
Hücum edənlər dəstəsi geri çəkilməyə məcbur oldu, sıraya düzülərək küçədə qaldı, barrikadadan
atılan atəĢə Ģiddətli tüfəng atəĢilə cavab verdi; o açıq mövqedə də dəhĢətli idi. Kim feyerverk
görübsə, çiçək dəstəsi adlanan, ildırım kimi bir-birini kəsərək parıldayan od yığınını, yəqin ki,
xatırlayır. Qoy onlar belə bir çiçək dəstəsini Ģaquli deyil, üfüqi Ģəkildə təsəvvür etsinlər: bu çiçək
dəstəsi odlu oxları ilə, güllə, qırma, top saçması yağdırır, dəhĢətli ildırımlarla ölüm saçır.
Barrikada bu atəĢ yağmurunun altına düĢdü.
Hər iki tərəf eyni qətiyyət qızğınlığı içində idi. Ġgidlik vəhĢi bir cünunluğa varırdı, yırtıcı
qəhrəmanlıq Ģəklini alırdı, bu isə, hər Ģeydən əvvəl, qəhrəmanın özünü məhv edirdi. O zaman
milli qvardiya əsgərləri zuaf kimi vuruĢurdular. QoĢun istəyirdi ki, vuruĢmanı qurtarsın,
qiyamçılar onu davam etdirmək istəyirdilər. Gəncliyin və sağlamlığın ən gözəl çağında
cançəkiĢməni uzatmaq igidlik deyil, divanəlikdir. Bu vuruĢmada iĢtirak edənlərin hər biri üçün
ölüm saatı əbədiyyət qədər uzanırdı. Bütün küçə meyitlə dolmuĢdu. Anjolras barrikadanın bir
baĢında, Marius da o biri baĢında idi. Bütün müdafiə planı Anjolrasın beynində idi, buna görə o
özünü qoruyurdu, daldada durmuĢdu. O, öz mazğalı qabağında üç əsgəri bir-birinin ardınca
vurub yerə sərdi, – əsgərlər heç onu görmədilər də. Marius açıqda durub vuruĢurdu. O, canlı bir
hədəf kimi durmuĢdu, istehkamın üstündən qurĢaqdan yuxarı görünürdü. Xəsis əyyaĢlığa
baĢlasa, ondan qızğın israfçı ola bilməz; vuruĢmada da heç kəs xəyalpərəst kimi qorxunc olmaz.
Marius həm qorxunc, həm də fikirli idi. DöyüĢdə o özünü elə hiss edirdi ki, elə bil, yuxuda idi.
O, əli tüfəngli xəyala oxĢayırdı.
Qiyamçıların gülləsi qurtarırdı, lakin onların zarafatı qurtarmırdı. Qiyamçıları ağzına alan bu
ölüm qasırğasında da onlar gülürdülər.
Kurfeyrak baĢıaçıq durmuĢdu.
Bossüe ondan soruĢdu:
– Sən Ģlyapanı neyləmisən?
Kurfeyrak belə cavab verdi:
– Onlar axırda bir fəndgirliklə Ģlyapanı top gülləsi ilə vurub sala bildilər.
Onlar düĢməni həm ələ salır, həm də ona nifrət edirdilər.
Feyi adlı-sanlı, hətta məĢhur adamların, o cümlədən köhnə orduda olan bəzi Ģəxslərin adını
çəkərək kədər və həyəcanla deyirdi:
– Bu adamları kim baĢa düĢə bilər? Onlar bizə qoĢulacaqlarını vəd etmiĢdilər, bizə kömək
edəcəklərinə söz vermiĢdilər, bunun üçün öz namuslarına and içmiĢdilər, onlar bizim
komandirlərimizdi, lakin onlar bizə xain çıxdılar!
Kombefer acı istehza ilə dedi:
– Münəccim ulduzlarla necə tanıĢdırsa, bəzi adamlar da namusun qayda-qanunu ilə elə
tanıĢdırlar: uzaqdan-uzağa...
Barrikadaya elə çox patron gilizi tökülmüĢdü ki, elə bil, qar yağmıĢdı.
Hücum edənlərin üstünlüyü sayca çox olmasında idi, qiyamçıların isə mövqe cəhətdən üstünlüyü
vardı. Qiyamçılar barrikadanın üst tərəfində yerləĢmiĢdilər, hücum edən əsgərləri güllə ilə
vururdular; əsgərlər yaralılara və meyitlərə dolaĢır, barrikadanın dik yoxuĢu qarĢısında
ləngiyirdilər. Barrikadaya iç tərəfdən möhkəm dayaqlar vurulmuĢdu; doğrudan da, bu elə bir
döyüĢ mövqeyi idi ki, buradan bir neçə adam qoĢunu qorxu altında saxlaya bilərdi. Lakin hücum
edən hissəyə elə bir ucdan kömək gəlirdi, yağıĢ kimi yağan güllə altında onların sayı artırdı,
onlar get-gedə barrikadaya yaxınlaĢırdılar; qoĢun yavaĢ-yavaĢ, addım-addım, ağır-ağır irəliləyir,
barrikadanı, sanki, məngənə arasına alırdı.
Hücumun arası kəsilmirdi. Təhlükə artırdı.
Bu zaman bu daĢ yığımı üstündə, ġanvreri küçəsində Troya qalası divarlarına layiq Ģiddətli bir
vuruĢma baĢlandı. Qiyamçılar yorulmuĢdu, əldən düĢmüĢdü, onların üst-baĢı cırılmıĢdı, onlar bir
gündən çox idi ki, heç bir Ģey yeməmiĢdilər, yatmamıĢdılar; onlar ancaq bir neçə güllə ata
bilmiĢdilər və nahaq yerə patron üçün boĢ ciblərini axtarırdılar; onların çoxu yaralı idi; kimi
baĢından, kimi qolundan yaralanmıĢdı; onların yarası çirklənmiĢ, saralmıĢ cındırla bağlanmıĢdı,
cırılmıĢ pal-paltarları qana bulaĢmıĢdı; onlar pis tüfənglə, köhnə, küt qılıncla silahlanmıĢdılar,
lakin bu vuruĢma çağında onlar Titana çevrildilər. DüĢmən, bəlkə, on dəfə hücum etdi.
Barrikadanın yuxarı hissəsinə qalxdı, içinə girdi, ancaq onu tuta bilmədi.
Bu mübarizəni göz önündə canlandırmaq üçün qəzəbə tutulmuĢ ürəklərdən qurulan bir tonqalı,
bu tonqala vurulan odu, tonqaldan qalxan Ģiddətli alovu təsəvvür edin. Bu, vuruĢma deyildi, pul
kimi qızarmıĢ bir soba idi. Adamların ağzından alov çıxırdı, üzlərin ifadəsi dəyiĢmiĢdi. Elə ki,
bunlar daha insan deyildi. DöyüĢçülərdən qəzəb alovu qalxırdı. Adam, qara-qırmızı tüstü içində
o yan-bu yana qaçıĢan bu müharibə səməndərlərinə baxmağa qorxurdu. Biz bu nəhəng
vuruĢmanı həm bütünlüklə, həm də ardıcıl surətdə bütün təfsilatı ilə təsvir etməkdən boyun
qaçırırıq. Yalnız bircə dastana on iki min misra ilə vuruĢmanı təsvir etməyə icazə verilmiĢdir.
Bu, on yeddi cəhənnəmdən ən dəhĢətlisi olan, Veddə ―Qılınclar meĢəsi‖ adlanan brahmanizm
cəhənnəmini xatırladırdı.
Həm əlbəyaxa, döĢ-döĢə, həm də tapança ilə, qılıncla, yumruqla vuruĢurdular; uzaqdan,
yaxından, yuxarıdan, aĢağıdan, hər tərəfdən, evlərin damından, qiyamçılardan bəzisinin girdiyi
meyxana pəncərələrindən, zirzəminin havakeĢindən atəĢ açırdılar. Bir qiyamçı altmıĢ əsgərlə
vuruĢurdu. ―Korinf‖in qabaq tərəfi xeyli uçmuĢdu, adam baxanda qorxurdu, top saçması ilə
naxıĢlanmıĢ, ĢüĢələri, çərçivəsi sınmıĢ bir pəncərə biçimsiz deĢiyə oxĢayırdı, onun içinə qənbər
daĢı tökülmüĢdü. Bossüe ölmüĢdü, Feyi ölmüĢdü, Kurfeyrak ölmüĢdü, Joli ölmüĢdü, Kombefer
yaralı bir əsgəri qaldırmaq istəyəndə sinəsinə üç süngü zərbəsi dəymiĢdi, o ancaq göyə baxa
bilmiĢdi, elə o saat canı çıxmıĢdı.
Marius hələ də vuruĢurdu, ancaq o qədər yaralanmıĢdı ki, qandan üzü görünmürdü, elə bil ki,
üzünə qırmızı yaylıq örtülmüĢdü: o, ən çox baĢından yaralanmıĢdı.
Bircə Anjolras salamat qalmıĢdı. O, silahı çatıĢmayanda ətrafına baxmadan əlini sağa və ya sola
uzadırdı, qiyamçılardan birisi əlinə keçən qılınc tiyəsini ona verirdi. Ġndi onun əlində dörd
qılıncın parçası qalmıĢdı; Marinyan ətrafında gedən vuruĢmada I Fransiskin qılıncı üç dənə idi.
Homer deyir: ―Diomed, xoĢbəxt Arizbada yaĢayan Aksili, Tevfranın oğlunu öldürdü: Mekisteyin
oğlu Evrial – Dresi, Ofeltini Esepi və Pedası həyatdan məhrum etdi, – Pedası su pərisi
Abarbariya eybsiz Bukoliondan mayalanaraq meydana gətirmiĢdi; Ullis – perkoslu Piditi,
Antilox – Ableri, Polipet – Astialı, Polidamant – killeneyli Otu, Tevkr – Aretaonu tələf etdi;
Meqanti Evripilin nizəsindən məhv oldu. Qəhrəmanlar padĢahı Aqamemnon Elatı yerə sərdi;
Elat, yüksəkdə duran bir Ģəhərdəndi, Santion çayı gurultu ilə bu Ģəhərin yanından axıb gedirdi‖.
Bizim qədim epik poemalarda odlu naçaqla silahlanan Esplandian azman markiz Svantibora
hücum edir; Svantibor özünü müdafiə etmək üçün yerdən qopardığı qüllələri Esplandianın
üstünə tolazlayır. Bizim qədim divar freskalarında dava paltarı geymiĢ, dəbilqə qoymuĢ, at
üstündə qalxanlarında gerb olan iki hersoq – Breton və Burbon hersoqu təsvir edilmiĢdir; onlar,
əllərində təbərzin, dəmir əlcək, ayaqlarında uzunboğaz dəmir çəkmə, birinin əynində kakum xəzi
mantiyası, o birinin əynində lacivərd plaĢ, dəmir üzlüyü sifətlərinə endirərək, atlarını çapa-çapa
bir-birinin üstünə cumurlar; Breton hersoqu tacının iki çıxıntısı arasında aslan Ģəkli vardır. Lakin
dəbdəbəli görünmək üçün heç də Ġvon kimi ucu ĢiĢ hersoq dəbilqəsi qoymaq, ya Esplandian kimi
əldə canlı alov tutmaq, ya da Polidamantın atası Files kimi, ərlər hökmdarı Yapetin hədiyyəsi
olan gözəl dava geyimini Epirdən gətirmək lazım deyil, adamın öz əqidəsi uğrunda, ya da andına
sədaqətli qalaraq canını fəda etməsi kifayətdir. Budur, dünənə kimi Bosda, ya Lüksemburq
bağında, uĢaq dayələri yanında hərlənən beli qılınclı sadəlövh bir əsgər! Bu da, baĢını əyərək
anatomik preparata baxan, ya kitab oxuyan, saqqalını qayçı ilə qırxan, solğun bənizli, sarıĢın
gənc bir tələbə! Onların hər ikisini alın, onların qəlbində vəzifə hissini oyadın, onları BuĢra yol
ayrıcında ya da PlanĢ Mibra dalanında bir-birinin qarĢısına qoyun, birini öz bayrağı, o birisini isə
öz ideyası uğrunda vuruĢmağa məcbur edin, qoy onlar elə təsəvvür etsinlər ki, vətən uğrunda
vuruĢurlar. Böyük bir döyüĢə baĢlanacaq, bu piyada əsgərlə bu tibb tələbəsinin təkbətək
vuruĢmasından bəĢəriyyətin mübarizə etməyi böyük epik meydana düĢən kölgə – pələnglər
ölkəsi Likinin padĢahı Meqarionun kölgəsi ilə bərabərləĢəcək, bu həmin Meqariondur ki, Allah
bərabərində olan qüdrətli Ayaqsı dəmir ağuĢunda sıxıb əzmiĢdir.
ĠYĠRMĠ ĠKĠNCĠ FƏSĠL.
Addım-addım.
Anjolras barrikadanın bir baĢında, Marius o biri baĢında durmuĢdu, qalan bütün baĢçılar tələf
olmuĢdu; barrikadanın mərkəz hissəsi Kurfeyrakın, Jolinin, Bossüenin, Feyinin və Kobeferin
köməyi ilə davam gətirmiĢdi, lakin onlar sıradan çıxandan sonra qiyamçılar hücuma tab gətirə
bilmədilər. Top güllələri barrikadada adam keçə bilən bir deĢik aça bilməsə də, onun orta
hissəsini yarımdairə Ģəklində ovub tökmüĢdü; uçub tökülən bu qırıntı yığınından istehkamın həm
bayır, həm də iç tərəfinə iki yamac kimi Ģey əmələ gəldi. Bayır tərəfdə olan yamac yastı
olduğundan hücum üçün əlveriĢli idi.
DüĢmən qəti hücuma keçdi, onun bu hücumu boĢa çıxmadı. Piyada əsgərlər, əllərində süngülü
tüfəng, möhkəm sıralarla yeyin irəlilədilər, istehkamın yuxarı hissəsində barıt tüstüsü içində
hücum edən hissənin ön sırası göründü. Bu dəfə hər Ģey bitdi. Barrikadanın mərkəz hissəsini
müdafiə edən qiyamçılar nizamsız halda geri çəkildilər.
Bu zaman onlardan bəzisinin qəlbində yaĢamaq arzusu oyandı. Saysız-hesabsız tüfəng onların
üstünə dikəlmiĢdi, lakin onlar ölmək istəmirdilər. Elə bir vaxt olur ki, insanda özünü müdafiə
duyğusu boğuq-boğuq nərildəməyə, yırtıcı heyvani hisslər oyanmağa baĢlayır, – indi həmin vaxt
gəlib çatmıĢdı. Qiyamçıları barrikadanın arxası olan altımərtəbəli hündür evə tərəf sıxıĢdırdılar.
Onlar bu evə girib xilas ola bilərdilər. Lakin evin bütün qapı-pəncərələri bağlanmıĢdı, sanki, onu
baĢdan-baĢa divar içinə almıĢdılar. Piyada hissə barrikadanın içinə girənə kimi evin qapısı bir
anda açılıb örtülə bilərdi; bu birdən açılan, elə o saat da örtülən qapı – hər Ģeydən ümidini kəsən
adamlar üçün həyat deməkdi. Evin dal tərəfindən küçəyə, açıqlığa çıxmaq, qaçmaq olardı. Onlar
tüfəng qundağı ilə, təpiklə qapını döyürdülər, imdada çağırırdılar, çağırırdılar, əllərini uzadaraq
yalvarırdılar. Lakin heç kəs qapını açmırdı, Ölünün baĢı üçüncü mərtəbənin taxtapuĢ
pəncərəsindən onlara baxırdı.
Anjolrasla Marius yeddi-səkkiz adamla yüyürə-yüyürə onların köməyinə getdi. Anjolras
əsgərlərə çığırdı: ―Dayanın!‖ Bir zabit onun sözünə qulaq asmadı, o, zabiti öldürdü.
Anjolras barrikadanın həyətində ―Korinf‖in divarı qabağında, bir əlində qılınc, o biri əlində
karabin, meyxananın qapısını açıb durmuĢdu, qapını hücum edənlərdən qoruyurdu. Ruhdan
düĢənlərə çığırıb deyirdi: ―Azadlığa bircə qapı qalıb, o da budur!‖ O öz bədəni ilə bütöv bir
batalyonun qabağını kəsərək, qiyamçıların geri çəkilməsinə kömək etdi. Qiyamçılar qapıya sarı
yüyürdülər. Anjolras qılınc təlimində ―dəyirman‖ deyilən üsulu tətbiq edərək əlindəki
karabindən bir ağac kimi istifadə edirdi, hər tərəfdən ona sarı yönələn süngülərdən qorunurdu;
hamını içəri saldıqdan sonra özü də içəri girdi; bu zaman dəhĢətli bir an baĢlandı: əsgərlər zorla
içəri soxulmaq istəyirdilər, qiyamçılar da qapını bağlamağa çalıĢırdılar. Axırda qiyamçılar qapını
elə bərk örtdülər ki, qapının ağzından tutan əsgərin barmaqları qapının arasında qalıb sındı,
əzildi, qapının haĢiyəsinə yapıĢdı.
Marius bayırda qaldı. Atılan güllə onun cinaq sümüyünü sındırdı. O özündən getdiyini və
yıxıldığını hiss etdi; gözləri yumuldu, elə o anda bir Ģey də duydu: kiminsə qüvvətli əlləri onu
tutdu; onun sönən Ģüurundan Kozetta haqqında olan son xatirələrlə bərabər ani bir fikir də keçdi:
―Mən əsir düĢdüm, məni güllələyəcəklər‖.
Anjolras da meyxanaya girən döyüĢçülər arasında Mariusu görməyərək belə düĢündü. Lakin belə
anda hər kəs ancaq öz ölümü haqqında düĢünməyə macal tapır. Anjolras qapının cəftəsini vurdu,
sürgüsünü keçirtdi, açarı iki dəfə burub qapını bağladı; bu zaman əsgərlər, sapyorlar tüfəng
qundağı ilə, balta ilə qapını bərk-bərk döyürdülər. Hücum edənlər indi qapının dalına
toplaĢmıĢdılar. Ġndi meyxanaya hücum etmək istəyirdilər.
Bunu da qeyd etmək lazımdır ki, əsgərlər yaman acıqlanmıĢdılar.
Onları qəzəbləndirən – həm topçu serjantın öldürülməsi, həm də bundan daha məĢum bir hadisə
idi: hücumdan əvvəl əsgərlərin arasında söz yaymıĢdılar ki, guya, qiyamçılar əsirlərə əzab
verirlər, meyxanada baĢı kəsilmiĢ bir əsgər meyiti vardır. VətəndaĢ müharibəsində həmiĢə belə
təhlükəli uydurmalar olur; sonralar belə bir böhtan Trasnonen küçəsində fəlakətə səbəb oldu.
Qiyamçılar qapının dalına çoxlu Ģey-Ģüy yığıb onu möhkəmləndirdilər; Anjolras yoldaĢlarına
dedi:
– Gəlin həyatımızı baha sataq!
O, Mabefin və QavroĢun meyiti qoyulan stola yaxınlaĢdı. Qara örtük altında quruyub qaxaca
dönmüĢ iki insan bədəninin varlığı hiss olunurdu, – bunlardan biri böyük, biri balaca idi; həm də
bu soyuq kəfənin qırıĢıqları altında iki insan sifəti güclə nəzərə çarpırdı. Bir qol örtüyün altından
çıxmıĢ, stolun kənarından aĢağı sallanmıĢdı. Bu, qocanın qolu idi.
Anjolras dünən böyük bir hörmətlə onun alnından öpmüĢdü, indi də əyilərək eyni hörmətlə onun
əlindən öpdü.
Anjolras ömründə ancaq iki dəfə adam öpmüĢdü: o da bu öpüĢlər idi.
Hadisənin təsvirini qısaldaq. Barrikada qədim Fiv qapıları kimi özünü müdafiə edirdi. Meyxana
eynən Saraqosdakı ev kimi vuruĢa-vuruĢa özünü qoruyurdu. Qiyamçılar amansız bir inadla
vuruĢurdular. Heç kəsə aman yox idi. DüĢmənlə heç bir danıĢığa giriĢmək olmazdı. Qiyamçılar
ölməyə razı idilər, ancaq öldürüb ölmək istəyirdilər. SüĢe deyəndə ki: ―Təslim olun!‖, Palafoks
ona belə cavab verdi: ―Yox, təslim olmarıq! Topdan atəĢ açırdıq, indi bıçağa keçəcəyik!‖
Meyxanaya hücum ediləndə çox Ģeyi görmək olurdu: pəncərələrdən, damdan hücum edənlərin
baĢına qənbər daĢı yağıĢ kimi yağırdı, əsgərlərin baĢ-gözünü əzirdi, onları son dərəcə
qəzəbləndirirdi, çardaqdan, zirzəmidən tüfəng atılırdı; əsgərlər amansızcasına hücum edir,
qiyamçılar da amansızcasına müqavimət göstərirdilər; əsgərlər qapını sındırandan sonra dəhĢətli
bir qırğın baĢlandı. Hücum edənlər meyxanaya girib, sındırılmıĢ qapının yerə tökülən taxtalarına
iliĢə-iliĢə ora-buranı gəzdilər, bircə nəfər də olsa qiyamçı tapmadılar. AĢağı zalın ortasında balta
ilə qırılmıĢ vintĢəkilli pilləkən, bir neçə də can verən yaralı vardı. Sağ qalan qiyamçılar ikinci
mərtəbəyə qalxmıĢdılar, oradan, tavandakı bacadan Ģiddətli atəĢ açırdılar. Qalan patronlar da
buna sərf olundu. Ölümə məhkum edilmiĢ, lakin hələ də təhlükəli olan bu adamların indi nə
gülləsi vardı, nə barıtı; onlardan hər biri əlinə iki ĢüĢə aldı, – oxucuların yadındadır, bu ĢüĢələləri
Anjolras saxlatdırmıĢdı, – özlərini bu qorxunc, həm də kövrək toppuzla müdafiə etməyə
baĢladılar. ġüĢələrdə azot turĢusu vardı. Biz heç bir Ģey gizlətmədən bu qırğının belə dəhĢətli
cəhətlərini də söyləyirik. Mühasirəyə düĢənlər əllərinə keçən hər Ģeylə vuruĢurlar! Yunan odu
ArĢimedi, qaynar qatran Bayardı bədnam eləmədi. Müharibədə hər Ģey dəhĢətlidir, burada yaxĢı
ya pis deyə seçməli bir Ģey yoxdur. AĢağıdan yuxarı niĢan almaq çətin də olsa, hücum edənlərin
gülləsi qiyamçıları öldürürdü. Çox çəkmədi ki, tavanda olan deĢiyin qıraqları meyit baĢı ilə
doldu; onlardan buğlana-buğlana qırmızı qan axıb tökülürdü; Meyxananı ağla sığmayan bir
gurultu bürümüĢdü; yandırıcı qatı bir tüstü bu qanlı vuruĢmanı duman kimi çulğalamıĢdı. Bu
anın bütün dəhĢətlərini təsvir etməyə söz çatmır. Bu Ģiddətli vuruĢmada iĢtirak edənlər insanlıq
simasını itirmiĢdilər. Ġndi artıq azmanlar nəhənglərlə vuruĢmurdu. Vəziyyət Homerdən çox
Miltonu və Danteni xatırladırdı. Ġblislər hücum edir, xəyallar özünü müdafiə edirdi.
Bu, dəhĢətli bir Ģəkil almıĢ qəhrəmanlıqdı.
ĠYĠRMĠ ÜÇÜNCÜ FƏSĠL.
Ac Orest, kefli Pilad.
Nəhayət, iyirmiyə qədər əsgər bir-birinin çiyninə qalxa-qalxa divardan, tavanın taxtalarından
tuta-tuta, özlərini qoruya-qoruya, hələ də müqavimət göstərən qiyamçıları tavandakı bacanın
ağzında qılıncla doğraya-doğraya pilləkənin qalan hissəsilə ikinci mərtəbənin zalına qalxdılar:
bunlar milli və bələdiyyə qvardiyaçıları idi, bu təhlükəli hücumda onlar üzdən yaralanmıĢdılar,
qan onların gözünü tutmuĢdu, onlar vəhĢiləĢmiĢdilər. Zalda bircə adam ayaq üstə durmuĢdu, o da
Anjolras idi. Onun daha nə patronu var idi, nə qılıncı, əlində ancaq karabinin lüləsi qalmıĢdı,
karabinin qundağını əsgərlərin təpəsinə vuraraq sındırmıĢdı. O, hücum edənlərdən bilyard stolu
ilə qoruna-qoruna zalın bir baĢına çəkildi, baĢını vüqarla tutmuĢdu, gözlərində qürur ifadə
olunurdu, tüfəng parçasını əlində bərk-bərk sıxırdı, – bu vəziyyəti ilə o indi də əsgərləri qorxuya
salırdı: onun ətrafında bir boĢluq əmələ gəlmiĢdi, heç kəs ona yaxınlaĢa bilmirdi.
Əsgərlər çığırdılar:
– Onların baĢçısı budur! Topçunu da öldürən budur! O, özünü küncə verib, bizim üçün daha
yaxĢı. Qoy elə orada qalsın. Onu elə orada güllələmək lazımdır.
Anjolras dedi:
– Güllələyin, – dedi.
Karabinin parçasını atdı, qollarını çarpazlayaraq, döĢünü güllənin qabağına verdi.
Ölüm qarĢısında göstərilən Ģücaət insanı həmiĢə valeh edir. Anjolras qollarını döĢündə
çarpazlayaraq ölməyə hazır olduğunu göstərən kimi qulaqbatırıcı uğultu, qatma-qarıĢıq
hərəkətlər kəsildi, zala əzəmətli bir ölüm sükutu çökdü. Sanki, bu sakit duran silahsız adamın
qorxunc əzəməti səs-küyü yatırtdı, sanki, bu gecə, hələ indiyə kimi yaralanmayan bu məğrur, bu
gözəl, bu qana bulaĢmıĢ, heç Ģeydən qorxmayan bu gənc ölməyəcəyinə əmindi, o yalnız elə
amiranə, sakit baxıĢı ilə onu öldürməyə hazırlaĢan bu vəhĢi, amansız adamlarda özünə qarĢı
hörmət oyadırdı. Anjolrasın məğrur duruĢu onun gözəlliyini qat-qat artırırdı. Bu ağır günlər onu
soldurmamıĢdı: onun yanaqları yenə də qırmızı, üzü yenə də təravətli idi, sanki, nə güllə ona
təsir edirdi, nə yorğunluq. Sonralar Ģahidlərin biri məhkəmə qarĢısında, yəqin ki, onun haqqında
bu sözləri demiĢdi: ―Orada bir qiyamçı vardı, mən eĢitdim, ona Apollon deyirdilər‖. Anjolrası
niĢan alan milli qvardiyaçılardan biri tüfəngi endirərək demiĢdir: ―Elə bil ki, çiçəyə güllə
atıram‖.
Zalın o biri baĢında, Anjolrasın qarĢısında on iki əsgəri sıraya düzdülər; onlar dinməz-söyləməz
tüfənglərini qaldırdılar.
Serjantın komandası eĢidildi:
– NiĢan al!
Birdən zabit iĢə qarıĢdı:
– Dayanın.
Dönüb Anjolrasdan soruĢdu:
– Gözlərinizi bağlayaqmı?
– Xeyr.
– Topçu serjantını siz öldürmüsünüz?
– Bəli.
Bu zaman Qranter yuxudan ayıldı.
Qranter dünən axĢamdan bəri meyxananın yuxarı zalında stulda oturub baĢını stola qoyaraq
yatmıĢdı. O, ―lülqənbər‖ deyilən ifadəni tam mənası ilə təcəssüm etdirirdi. O, yovĢan arağının,
porterin və spirtin qarıĢdırılmasından əmələ gələn dəhĢətli bir içkini içərək ağır yuxuya getmiĢdi.
Onun stolu elə balaca idi ki, barrikadaya yaramazdı, buna görə də ona dəymədilər. O, necə
oturmuĢdusa, elə də qalmıĢdı: özünü stolun üstünə sərmiĢ, baĢını da qollarının üstünə qoymuĢdu,
ətrafı stəkan, qab, içki ĢüĢələri ilə dolu idi. O, qıĢ yuxusuna gedən ayı, qandan doyan zəli kimi
dərin yuxuya getmiĢdi.
Nə atıĢma, nə mərmi, nə zalın pəncərəsindən içəri düĢən top saçması, nə hücumun qulaqbatırıcı
gurultusu ona təsir edirdi. Ancaq hərdənbir öz xorultusu ilə top atəĢinə dəm tuturdu. Sanki,
çovumuĢ bir güllənin onu oyanmaq ehtiyacından həmiĢəlik xilas edəcəyini gözləyirdi. Onun
ətrafında çox meyit vardı, ilk baxıĢda yatan bu adamlardan heç bir Ģeylə fərqlənmirdi.
Səs-küy sərxoĢu oyatmır, onu səssizlik oyadır. Bu qəribə vəziyyət dəfələrlə diqqəti cəlb etmiĢdir.
Ətrafda hər Ģey uçub dağılırdı, amma o daha bərk yatırdı, gurultu ona lay-lay çalırdı. Lakin
Anjolrasın ətrafında birdən əmələ gələn sükut Qranteri bu ağır yuxudan oyatmaq üçün bir təkan
oldu. Dördnala çapan atlar birdən dayananda belə olur. Kolyaskada yatanlar o saat yuxudan
ayılır. Qranter, heç bir Ģey olmamıĢ kimi, birdən baĢını qaldırdı, gərnəĢdi, gözlərini sildi, əsnədi,
ətrafına baxdı, nələr olduğunu baĢa düĢdü.
SərxoĢluqdan qəfil ayılma – birdən cırılan pərdəni xatırladır. Adam o saat, ilk baxıĢda, pərdənin
dalında nələr olduğunu görür. Hər Ģey o saat hafizədə canlanır. Keçən gün nələr olduğunu
bilməyən sərxoĢ də gözünü açan kimi məsələni baĢa düĢür. Onun eyni açılır, fikri son dərəcə
aydınlaĢır, sərxoĢluq uyuĢqanlığı Ģüuru bürüyən duman kimi dağılır, sərxoĢluqdan ayılan adam
ətrafında baĢ verən hadisələri çox aydın və düzgün baĢa düĢür.
Əsgərlərin fikri Anjolrasda olduğundan, küncdə oturan Qranteri görməmiĢdilər, bilyard stolu
onun qabağını kəsmiĢdi. Serjant ―NiĢan al!‖ əmrini təkrar etmək istəyirdi ki, birdən kim isə lap
yaxından əzəmətli səslə dedi:
– YaĢasın Respublika, mən də onların tərəfindəyəm!
Qranter ayağa qalxdı.
Bu vuruĢmada o iĢtirak etməmiĢdi, onu ötürmüĢdü: indi əyyaĢın iĢıldayan gözlərində bu
vuruĢmanın parlaq Ģəfəqi alıĢıb yanırdı, o sanki, dəyiĢmiĢdi.
O bir də:
– YaĢasın Respublika! – deyib çığırdı, qəti addımlarla zalı keçdi, gedib Anjolrasın yanında,
tüfəng lülələrinin qabağında durdu.
– Ġkimizi birlikdə öldürün, – dedi.
Sonra Anjolrasa sarı dönüb, yavaĢca soruĢdu:
– Ġcazə verərsən?
Anjolras gülümsəyərək onun əlini sıxdı.
Təbəssüm hələ onun üzündən silinməmiĢdi ki, yaylım atəĢi guruldadı.
Səkkiz güllə Anjolrası dəlib keçdi; lakin o divara söykənərək hələ də ayaq üstə durmuĢdu, sanki,
güllələr onu divara mıxlamıĢdı. Ancaq baĢı sinəsinə əyilmiĢdi.
Qranter bir anda ölərək onun ayaqları altına sərildi.
Bir neçə dəqiqədən sonra əsgərlər yuxarı mərtəbədə gizlənən qiyamçılarla mübarizəyə giriĢdilər.
Qiyamçılar çardaq qapısının taxta barmaqlığı arasından güllə atırdılar. VuruĢma taxtapuĢun lap
altında gedirdi. Cəsədləri pəncərələrdən düz daĢ yola atırdılar; onlardan bəzisinin hələ canı
çıxmamıĢdı. SınmıĢ omnibusu qaldırmaq istəyən iki piyada hissə əsgərini çardaqdan karabinlə
vurub öldürdülər. Çardaqdan da qarnına süngü soxulmuĢ bir fəhləni yerə atdılar; o, daĢ yolun
üstündə qıvrıla-qıvrıla xırıldayırdı. Bir əsgərlə bir qiyamçı bir-birini yaxalayaraq kirəmit damın
üstündən aĢağı sürüĢür, bir-birini öz amansız ağuĢundan buraxmayaraq, yerə enirdilər. Zirzəmidə
də belə müharibə gedirdi. Tüfəng atılır, ayaq tappıltısı, dəhĢətli fəryad eĢidilirdi. Sonra sakitlik
oldu. Barrikada alınmıĢdı.
Əsgərlər ərafdakı evləri axtarmağa, qaçanları tutmağa baĢladılar.
ĠYĠRMĠ DÖRDÜNCÜ FƏSĠL.
Əsir.
Marius, doğrudan da, əsir düĢmüĢdü. Onu Jan Valjan əsir etmiĢdi.
Marius Ģüurunu itirərək yıxılanda daldan onu bir əl tutmuĢdu, bu, Jan Valjanın əli idi, Marius
onda bu əlin qüvvəsini hiss etmiĢdi.
Jan Valjan vuruĢmada iĢtirak etmirdi, lakin təhlükədən də yayınmırdı. O olmasaydı, bu son
dəqiqələrdə yaralıların qayğısına qalan olmazdı. Bu vuruĢmada barrikadanın harasında adam
yaralansaydı, o, hər yerdə mövcud olan tanrı kimi mövcud olur, yaralını qaldırıb aĢağı zala
aparır, yarasını bağlayırdı, yaralanan olmayanda barrikadada əmələ gələn dəlik-deĢiyi tuturdu.
Lakin onun əli vurmaq, hücum etmək, ya da özünü qorumaq kimi hərəkətləri xatırladan heç bir
Ģey üçün qalxmırdı. O dinib-danıĢmadan baĢqalarını xilas edirdi. Bu iĢləri görərkən onun ancaq
bir neçə yerdən üz-gözü sıyrılmıĢdı. Güllə, sanki, ondan qaçırdı. Fərz edilsə ki, özünü öldürmək
arzusu onu bu sərdabəyə gətirmiĢdir, onda Jan Valjan öz məqsədinə çatmamıĢdı. Lakin onun
özünü öldürmək fikrinə düĢməsi az ehtimal olunan bir Ģeydir, çünki adamın özünü öldürməsi
dini ehkama ziddir.
Jan Valjan, elə bil ki, Mariusu vuruĢmanın qatı tüstüsü içərisində görmürdü; əslində, o,
Mariusdan heç gözünü çəkmirdi. Güllə Mariusu yıxanda, Jan Valjan ildırım sürətilə onun üstünə
cumdu, pələng öz ovunu yaxalayan kimi, o da Mariusu alıb getdi.
Bu anda, bu hücum qasırğasında hamının diqqəti Anjolrasa və meyxananın qapısına yönəlmiĢdi,
ona görə də Jan Valjanın bihuĢ olmuĢ Mariusu qollar üstündə apardığını, barrikadanın alt-üst
olmuĢ həyətindən keçdiyini, ―Korinf‖in tutduğu evin tinində gözdən itdiyini heç kəs görmədi.
Bu tin oxucunun yadındadır; küçənin döngəsində o, bir çıxıntı kimi nəzərə çarpırdı, bütün bir
neçə kvadrat metr sahəsi olan meydançanı güllədən, top saçmasından, bura ilə maraqlanan
adamların nəzərindən qoruyurdu. Bəzən elə olur ki, yanan bir evin içində bir otaq salamat qalır,
hətta ən coĢqun dənizlərdə suya uzanan bir parça hündür quru dalında, ya limanda, qayalar
arasında sakit, kiçik bir körfəz tapmaq olur. Eponina barrikadanın bu trapesiyaĢəkilli balaca
həyətində ölmüĢdü.
Jan Valjan burada dayandı, Mariusu yerə qoydu, divara söykənərək ətrafa baxdı.
Vəziyyət çox pis idi.
Divar, iki-üç dəqiqəyə onun üçün bir daldalanacaq ola bilərdi; lakin bu qanlı döyüĢ meydanından
necə xilas olmalı? Səkkiz il bundan əvvəl Polonso küçəsində baĢına gələn təhlükəli bir hadisə və
oradan necə qaçıb qurtardığı yadına düĢdü. Onda qaçıb qurtarmaq çətindi, indi heç mümkün
deyil. Onun qarĢısına qapı-pəncərəsi bağlanmıĢ beĢmərtəbəli bir ev ucalırdı, orada da, elə bil,
baĢı pəncərənin qabağına əyilən meyitdən baĢqa, heç kəs yaĢamırdı. Onun sağ tərəfində Kiçik
Səfil küçəsini qapayan alçacıq barrikada vardı; bu barrikadanın üstündən aĢmaq çox asandı, lakin
onun üstündə tüfəng süngüləri görünürdü. Orada, istehkamın o tərəfində bir piyada hissə
pusquda durmuĢdu. Aydın görünürdü ki, barrikadanın üstündən aĢmaq – bütün bir bölmənin
atəĢi altına düĢmək, divarın kənarından baĢını çıxarmaq isə – altmıĢ tüfəngin yaylım atəĢinə
hədəf olmaq deməkdi. Ondan sol tərəfdə vuruĢma gedirdi. Tinin dalında da ölüm onun yolunu
gözləyirdi.
Nə etmək lazımdı?
Buradan ancaq quĢ xilas ola bilərdi.
Tez bir qərara gəlmək, bu vəziyyətdən çıxmaq üçün bir yol, nicat yolu tapmaq lazımdı. Ondan
bir neçə addım kənarda vuruĢma davam edirdi; xoĢbəxtlikdən, hücum edənlərin bütün qəzəbi bir
məqsədə doğru yönəlmiĢdi: o da meyxana idi. Lakin əsgərlərdən bircəciyi tinə sarı gəlmək
fikrinə düĢsəydi və ya cinahdan hücum etmək istəsəydi, iĢ bitərdi.
Jan Valjan qarĢısındakı hündür evə, sağ tərəfindəki barrikadaya baxdı, sonra bütün ümidini
itirmiĢ adam kimi gözlərini yerə zillədi, sanki, yeri baxıĢı ilə dəlmək istəyirdi.
Daha diqqətlə baxdıqca ölüm əzabı dumanı içində güclə sezilən bir Ģey daha aydın görünməyə
baĢladı, sanki, insana, arzu etdiyini öz baxıĢında təcəssüm etdirmək iqtidarı verilmiĢdir. Bir neçə
addım kənarda, alçacıq barrikadanın dibində, yerlə bərabər yastı, dəmir bir barmaqlıq gördü,
barmaqlığın yarısı qənbər yığını ilə örtülmüĢdü; amansız düĢmən də o biri tərəfdə barrikadanı
mühasirəyə alıb hazır durmuĢdu. Barmaqlıq eninə-uzununa vurulmuĢ yoğun dəmir çubuqlardan
ibarətdi ki, özü də iki kvadrat futa qədər yer tuturdu. Barmaqlığın çərçivəsini tutan qənbər daĢları
qoparılmıĢdı, barmaqlıq da, elə bil ki, daĢ yoldan ayrılmıĢdı. Barmaqlığın dəmir çubuqları
arasından buxarı bacası, girdə hovuz kimi qaranlıq bir yer görünürdü. Jan Valjan barmaqlığa sarı
cumdu. Həbsxanadan qaçmaq üçün məharətlə düzəltdiyi iĢləri xatırladı, bu xatirələr ildırım kimi
onun beynini iĢıqlandırdı. DaĢları atdı, barmaqlığı qaldırdı, meyit kimi hərəkətsiz Mariusu
çiyninə aldı, dirsəkləri və dizləri ilə dirənə-dirənə quyuya endi, quyu, xoĢbəxtlikdən dərin
deyildi, sonra ağır dəmir barmaqlığı örtdü, geri atdığı daĢlar yenə barmaqlığın üstünə töküldü;
nəhayət, o ayaqlarını quyunun dibinə qoydu; üç metr dərinliyində olan quyunun dibinə sal daĢlar
döĢənmiĢdi, bu iĢləri bir azman qüvvəsi, qartal cəldliyi ilə, sanki, yuxuda eləmiĢdi, bunun da
hamısına bir neçə dəqiqə vaxt sərf olunmuĢdu.
Jan Valjanın endiyi yer – uzun yeraltı koridor idi, nəfəsi kəsilmiĢ Marius da onun qolları üstündə
idi.
Burada asayiĢ, qəbir sükutu, zülmət hökm sürürdü.
Vaxtilə o, küçədən birbaĢa monastır hasarının içinə düĢərkən nələr hiss etmiĢdisə, indi də eyni
Ģeyləri hiss etdi. Ancaq indi qolları üstündə Kozettanı deyil, Mariusu aparırdı.
Ġndi o, baĢı üstündə, meyxanaya olan hücumun dəhĢətli gurultusunu uzaqdan gələn boğuq bir
uğultu kimi eĢidirdi.
LEVĠAFANIN BƏTNĠ.
BĠRĠNCĠ FƏSĠL.
Dənizin gücdən saldığı torpaq.
Paris hər il suya iyirmi beĢ milyon frank pul atır. Bu heç də məcaz deyil. Bunu nə vaxt atır?
Gündüz də, gecə də. Nə məqsədlə atır? Heç bir məqsədlə. Nə səbəbə atır? Bunun səbəbi yoxdur.
Nə üçün atır? Elə-belə. Nəyin vasitəsilə atır? Öz bağırsaqları vasitəsilə. Parisin bağırsaqları
deyilən Ģey nədir? Bu, onun çirkab kanal borularıdır.
Ġyirmi beĢ milyon – bu, mütəxəssislərin hesablaması ilə əldə edilən ən orta bir rəqəmdir.
Uzun zaman kor kimi hərəkət edən elm indi müəyyən etmiĢdir ki, ən yaxĢı, ən faydalı gübrə –
insan nəcisidir. Bizdən çox-çox əvvəl çinlilər bunu bilirmiĢ, – eyib olsun bizə! Ekeberq deyir ki,
hər bir Çin kəndlisi Ģəhərdən qayıdanda mütləq öz bambuq ağacında iki vedrə insan nəcisi
gətirir. Çində torpaq insan nəcisi ilə gübrələndiyi üçün indi də, Ġbrahim dövründə olduğu kimi
məhsuldardır. Çin qarğıdalısı birə yüz iyirmi məhsul verir. Heç bir quĢ peyini torpağı
münbitləĢdirmək cəhətdən paytaxt nəcisi ilə müqayisə edilə bilməz. Böyük Ģəhər gözəl peyin
yığınıdır. Əkin yerlərinin Ģəhərdən istifadə etməsi, heç Ģübhəsiz, böyük fayda gətirə bilər. Qoy
bizim qızılımız peyin olsun, bunun qabağında bizim peyinimiz xalis qızıldır.
Bizdə bu peyini nə edirlər? Dənizə tökürlər.
Bir tərəfdən böyük vəsait sərf edərək, pinqvin və fırtına quĢunun peyini üçün cənub qütbünə
gəmi karvanları göndərilir, bir tərəfdən də elə buradaca, əlimizin altında olan bitməz-tükənməz
sərvəti dənizə tökürlər. Ġnsanın və heyvanın meydana gətirdiyi gübrə suya tökülməyib torpağa
qaytarılsaydı, bütün dünyanı yedirib bəsləmək olardı.
Sizi bilirsinizmi tumba dalında, künc-bucaqda olan süpürüntülər, gecələr küçə ilə arabalarda
silkələnə-silkələnə aparılan zir-zibil nəcissatanların murdar çəlləkləri, döĢəmə yollarının daĢları
altında axan, gözə görünməyən üfunətli lehmə nədir? Bu, gözəl, çiçəklənmiĢ, açmıĢ çəməndir,
təravətli, yaĢıl otluqdur, yabanı kəkrəotudur, kəklikotudur, adaçayıdır, çöl quĢudur, çöl
heyvanıdır, mal-qaradır, axĢamlar iri, tox öküzlərin böyürməsidir, ətirli quru otdur, sarı sünbüllü
zəmilərdir, süfrəyə qoyulan çörəkdir, damarlarımızda axan isti qandır, sağlamlıqdır, sevincdir,
həyatdır. Bu sirrin yaradıcılıq iĢi – əĢyanın yerdə dəyiĢməsi, göydə baĢqa Ģəklə düĢməsi belədir.
Siz bunu bu nəhəng əritmə sobasına qaytarın, bunun əvəzində o sizə xoĢbəxtlik gətirər. Ġnsanın
yeməyi zəmilərin qidalanmasından asılıdır.
Əlbəttə, sərvəti çölə atmaq, hələ üstəlik məni qəribə adam hesab etmək sizin öz ixtiyarınızdır.
Ancaq bu, sizin tərəfinizdən böyük nadanlıq olardı.
Statistika müəyyən etmiĢdir ki, yalnız Fransa öz çayları ilə hər il Atlantik okeana yarım milyard
frank pul atır. Bir Ģeyi nəzərə alın: bu beĢ yüz milyonla dövlət xərcinin dörddə birini ödəmək
olardı. Lakin insan o qədər kütdür ki, bu beĢ yüz milyondan canını qurtarmağı daha üstün tutur,
onu qanovlara tolazlayır. Axı bu xalq malı gah damla-damla sızaraq, gah sel kimi axaraq, gah
novların içi ilə süzülərək çaylara, çayların da qüvvətli cərəyanı ilə okeana axıb gedir. Bizim
kloakaların hər dəfə gəyirməsi bizə min franka oturur. Bunun da nəticəsində iki Ģey olur: torpaq
qüvvədən düĢür, sular çirkablaĢır. Zəmilər bizi aclıqla, çaylar xəstəliklə təhdid edir.
Məsələn, müəyyən edilmiĢdir ki, Temza hal-hazırda Londonu zəhərləyir.
Parisdə isə son illərdə kloakaların çoxunu çayaĢağı aparıb, son körpüdən o tərəfdə çıxarmıĢlar.
Bizim Ģəhərlərə çöllərin təmiz suyunu gətirmək, bizim çöllərə də gübrə dolu Ģəhər suyunu
aparmaq üçün iki boru qurmaq tamamilə kifayət edərdi; bu qurğuda susoran və subasan
klapanlar, suçıxaran Ģlüzlər olmalıdır, bu ibtidai drenaj sistemidir, insanın ağ ciyəri kimi sadə bir
Ģeydir; Ġngiltərənin bir çox mahalında bu sistem geniĢ yayılmıĢdır. Dünyada bu, ən sadə
mübadilə üsuludur, bu üsulla biz çölə atdığımız beĢ yüz milyon frankı əlimizdə saxlaya
bilərdik... Lakin biz bu barədə heç düĢünmürük də.
Ġndiki üsulla xeyir vermək istərkən ziyan verirlər. Niyyət yaxĢı niyyətdir, ancaq nəticəsi pisdir.
ġəhəri təmizləmək istəyirlər, amma camaat zəifləyir. Çirkab kanallarının quruluĢu səhv bir
mülahizəyə əsaslanır. Aldığını qaytarmaq kimi iki vəzifəni yerinə yetirən drenaj hər yerdə
torpağı həm yuyub aparan, həm də candan salan çirkab kanallarını əvəz etsə, onda yeni ictimai
iqtisadiyyat əsasında məhsul on qat artar, yoxsulluqla mübarizə etmək xeyli asanlaĢar. Alaq
otunu tələf etməyi də buna əlavə edin, onda məsələ həll edilmiĢ olacaqdır.
Belə bir vaxt gəlib çatana kimi xalqın sərvəti axıb çaya tökülür. Axıntı həmiĢə davam edir.
Axıntı – ən uyğun söz budur! Avropa zəifləməklə var-yoxdan çıxır.
Fransaya gəlincə, biz indicə bu barədə rəqəm göstərdik. Bütün Fransa əhalisinin dörddə-biri
Parisdə yaĢayır, həm də Paris nəcisi ən qiymətli nəcisdir, – bunu nəzərə aldıqda, hər il Fransanın
əldən verdiyi yarım milyarddan Parisin hesabına iyirmi beĢ milyon düĢdüyünü dedikdə, biz hətta
rəqəmi azaltmıĢ oluruq. Yoxsullara və Ģəhərin zinətinə xərclənən bu iyirmi beĢ milyon frank
Parisin Ģan-Ģöhrətini, cəlalını qat-qat artırardı. Amma Paris bu pulu çirkab qanovlarına tökür.
Buna görə də, demək olar ki, Parisin ağlasığmayan israfçılığı, gözəl Ģənlikləri, Bajon bütü,
əyyaĢlıq eyĢ-iĢrəti, çay kimi axan qızılı, təntənəsi, dəbdəbəsi, cah-cəlalı – onun kloakasıdır.
Bu qayda ilə iqtisadi siyasətin kütlüyündən xalqın malı suya atılır, su da onu aparıb girdablara
tökür. Cəmiyyətin xeyri üçün Sen-Klu toru bu məsələdə iĢə yarayardı.
Ġqtisadiyyat nöqteyi-nəzərindən belə bir nəticə çıxarmaq olar ki, Paris yırtıq xəlbirdir.
Paris nümunəvi Ģəhərdir, abad paytaxtların baĢıdır, bütün xalqların təqlid etməsi üçün bir
örnəkdir, ideyaların metropolidir, cəsarətli fikirlərin, qəti hərəkətlərin, təcrübələrin müqəddəs
vətənidir, böyük mütəfəkkirlərin mərkəzi və məskənidir, millət bərabərində bir Ģəhərdir,
gələcəyin pətəyidir, Babillə Korinfin gözəl birləĢməsidir; biz ki Parisi belə göstərdik, bu nöqteyi-
nəzərdən Paris hər bir Fo-Kyan kəndlisini təəccübləndirə bilər.
Siz Parisi təqlid etmək istəsəniz, müflis olarsınız.
Çox qədim zamanlardan bəri davam edən bu ağılsız israfçılıqda Paris özü baĢqalarını təqlid edir.
Bu ağlasığmayan sarsaqlıq yeni bir Ģey deyil, heç də gənclik səhvi deyil. Qədim xalqlar da bizim
kimi edirmiĢ. Libixa deyir ki: ―Romanın kloakası bütün Roma kəndlilərinin var-yoxunu əlindən
aldı‖, Romanın çirkab kanalları Roma ətrafında yaĢayan kəndliləri müflis etdikdən sonra
Ġtaliyanı məhsuldarlıqdan saldı; Roma Ġtaliyanı öz kloakasına atdıqdan sonra Siciliyanı,
Sardiniyanı, daha sonra Afrikanı ora atdı. Romanın çirkab kanalları dünyanı yeyirdi. Kloaka öz
nəhəng ağzını Ģəhərin, kainatın üstünə açmıĢdı. Urbi et orbi: Əbədi Ģəhər, doymaq bilməyən
kloaka!
Roma, baĢqa sahələrdə olduğu kimi, bu barədə də bir nümunə oldu.
Paris boĢ bir inadcıllıqla onun ardınca gedir: bu inadcıllıq mənəvi həyatın mərkəzi olan Ģəhərlərə
xasdır.
Yuxarıda göstərdiyimiz iĢi yerinə yetirmək üçün Parisin altında ikinci bir Paris vardır: bu,
küçələri, dalanları, yol ayrıcıları, meydançaları, geniĢ yolları olan çirkab kanallar Parisidir;
bunun, hətta özünəməxsus küçə hərəkətləri də var, ancaq burada insan seli əvəzinə çirkab seli
axır.
Heç kəsə, hətta böyük xalqa da yaltaqlanmaq lazım deyil. O yerdə ki hər Ģey var, orada əzəmətlə
bərabər rüsvayçılıq da olur. Əgər Paris maarif Ģəhəri olan Afinanı, qüdrət və əzəmət Ģəhəri olan
Tiri, mərdlik və igidlik Ģəhəri olan Spartanı, möcüzələr Ģəhəri olan Nineviyanı özündə
canlandırırsa, bataqlıq Ģəhəri olan Lütesiyanı da özündə canlandırır.
Hətta bunda da Parisin qüdrəti nəzərə çarpır; onun baĢqa abidələri kimi, mürəkkəb, nəhəng
yeraltı quruluĢunda da – bəĢəriyyət tarixində Makkiavelli, Bekon, Mirabo kimi adamların
təcəssüm etdirdiyi qəribə bir ideal – iyrənclik əzəməti təcəssüm edir.
Parisin zirzəmiləri üstündəki torpaq təbəqəsindən baxmaq mümkün olsaydı, bu zirzəmilər bizə
ulduzĢəkilli nəhəng bir mərcan ―ağacı‖ kimi görünərdi. Dəniz süngərində olan dəlik-deĢik, qol-
budaq altı mil dairəsi olan bu torpaq içindəki dəlik-deĢikdən, qol-budaqdan çox azdır; bu qədim,
böyük Ģəhər də həmin sahədə yerləĢmiĢdir. Xüsusi bir yeraltı mağara təĢkil edən katakombalar,
dolaĢıq heyvan torunu xatırladan qaz xətləri, fontanlara içməli su gətirən çoxlu su boruları nəzərə
alınmasa da, bu çirkab kanalları Senanın hər iki sahilində zülmətə qərq olmuĢ qəribə bir tora
oxĢayır; bu dolambaclıqda yol göstərən Ģey – torpağın eniĢliyidir.
Burada, bu qaranlıq və rütubət içində çoxlu siçovul olur: onları, elə bil, bu ikinci Paris
törətmiĢdir.
ĠKĠNCĠ FƏSĠL.
Kloakanın qədim tarixi.
Belə bir Ģey təsəvvür edin: Paris qapaq kimi qaldırılsa, onda çayın hər iki tərəfində yeraltı çirkab
kanalları Ģəbəkəsi bizə, çox yuxarıdan, çaya calaqlanmıĢ yorğun bir buraq kimi görünər. Çayın
sağ sahilindəki dairəvi kanal bu budağın gövdəsi, yan xətlər budaqları, dalanlar isə pöhrələrin
yerini tutar.
Bu müqayisə ancaq ümumi məlumat verir, eyni zamanda çox da düzgün olmayan bir məlumat,
çünki bu cür yeraltı qol-budaq üçün adi bir Ģey olan düz bucaqlara bitkilər aləmində çox az-az
təsadüf edilir.
Siz bir ġərq əlifbasının qəribə yazı iĢarələri ilə qara lövhə üzərində yazılmıĢ dolaĢıq, sıx bir
yazını təsəvvür etsəniz, bu əcaib həndəsi plan haqqında daha düzgün təsəvvür əldə edə bilərsiniz:
bu yazı iĢarələri, sanki, gah ucları, gah quyruqları ilə necə gəldi, nizamsız halda bir-birinə
bağlanmıĢdır, əslində, heç də belə deyil; yeraltı kanallar da buna oxĢayır.
Yeraltı kanallar və çirkab çalaları Bizansda, qədim ġərqdə orta əsrlərdə böyük rol oynamıĢdır.
Orada taun xəstəliyi meydana gələrdi, orada zalım hökmdarlar ölərdi. Xalqlar bu çürüntü
yatağına, ölümün bu qorxunc beĢiyinə fövqəladə, mistik bir dəhĢətlə baxardı. Banaresin qurdlar
qaynaĢan çalası Babilin aslanlar xəndəyi kimi adamın baĢını gicəlləndirirdi. Xaxamlar kitabında
deyilir ki, Teqlat – Falassar Nineviyanın zibilxanasında and içərmiĢ. Leydenli Ġohan öz saxta
ayını Münster kloakasından, Ģərqdə isə eynən ona oxĢar bir adam – əcaib Xorasan peyğəmbəri
Mokanna KekĢəbədə çirkab çalasından saxta günəĢi çıxarmıĢdır.
BəĢəriyyətin tarixi kloakalar tarixindən yaranır. Hemoniyalar Romanın sirlərini açdılar. Parisin
çirkab kanalları qədimdə dəhĢətli idi. Bu kanallar həm qəbir, həm də sığınacaq yeri idi. Ġnsan
qanunlarının indi və ya əvvəllər təqib etdiyi hər Ģey: cinayət, azad fikir, ictimai qiyam, vicdan
azadlığı, fikir, talan, on dördüncü əsrdə mayoten quldur dəstələri, on beĢinci əsrdə küçə
soyğunçuları, on altıncı əsrdə hügenotlar, on yeddinci əsrdə Morenin illüminatları, on
doqquzuncu əsrdə yandırıcılar bandası bu deĢikdə gizlənərdi. Yüz il bundan əvvəl gecə adam
öldürənlər buradan çıxardı, təqib edilən oğru bura girərdi. MeĢədə mağaralar, Parisdə çirkab
kanalları vardı. Dilənçilər, amansız və hiyləgər picareria1 oxĢar qall kələkbazları çirkab
kanallarını ―Möcüzələr həyətinin filialı‖ hesab edirdilər, axĢamlar, Mobus küçəsində yeraltı
kanallara açılan çirkab çalalarından aĢağı enərdilər, sanki, bu, onların yataq otağı idi.
Cibgirlər dalanında və ya BaĢkəsənlər küçəsində iĢ görən oğrular, çox təbiidir ki, gecələr YaĢıl
yolun körpüsü altında, ya Kürpua döngəsində özlərinə sığınacaq axtarırdılar. Orada bir çox
Ģeylər adamın yadına düĢür. Bu ucsuz-bucaqsız yeraltı koridorlarda cürbəcür teyflər meydana
gəlir; orada hara baxsan lehmədir, hər yer üfunətlə doludur; bəzi yerdə hava çıxan deĢiklər
görünür, vaxtilə Viyon bu yeraltı kanalın dibində dayanaraq, bayırda duran Rable ilə söhbət
etmiĢdir.
Köhnə Parisin kloakası bütün uğursuz və bütün cəsarətli iĢlərin yeri idi. Siyasi iqtisadiyyat orada
zir-zibil yığını, ictimai fəlsəfə – xıltdan əmələ gələn bir təbəqə görür.
Kloaka Ģəhərin vicdanıdır. Hər Ģey bura axıb gəlir, hər Ģey burada üzləĢdirilir. Bu əcaib yerdə
zülmət çoxdur, lakin sirr daha yoxdur. Hər Ģey burada əsil Ģəklini, ya da heç olmasa son Ģəklini
alır. Zir-zibil yığınının məziyyəti ondadır ki, yalan demir. Hər Ģeyi tamamilə açıq söyləmək
burada özünə məskən tapmıĢdır. Bazili, onun maskası burada atılıb qalmıĢdır, ancaq siz onun
kartonunu və qaytanını, üzünü və astarını görürsünüz, o çirkaba bulanmıĢdır. Skapenin
qondarma burnu da bu maskanın yanındadır. Mədəniyyətin, lazım olmadığı üçün atılan bütün
iyrənc zir-zibili həqiqətin bu girdabına düĢür, nəhəng bir ictimai təbəqə uçaraq sürüĢə-sürüĢə
bura enir. Bura hər Ģeyi udur, hər Ģeyi açıq göstərir. Bu zir-zibil tökülən yer etiraf otağı olur.
Burada aldadıcı maska ola bilməz, burada bütün bəzək-düzək silinir, burada alçaqlıq öz örtüyünü
atır, burada hər Ģey tamamilə çılpaqdır, bütün xam xəyallar burada ifĢa olunur, burada
dağılmanın və sonun məĢum görünüĢü olan əsil Ģeydən baĢqa, ayrı heç nə yoxdur. Varlıq və
ölüm. Burada Ģərab ĢüĢəsinin dibi sərxoĢluğu göstərir, səbətin qulpu qulluqçu qızdan bəhs edir;
vaxtilə ədəbi zövqü ilə lovğalanan, sonralar sınaraq buraya atılan bir əlağacının baĢı yenə adi bir
əlağacı baĢı olur; bir su sikkədə həkk olunan kralın sifəti cəng atır; Kayafın haxtüfü Falstafın
qusuntusuna qarıĢır; qumarxanadan çıxan qızıl sikkə bir mıxa rast gəlir; bu mıxda özünü asan
adamın boğazına saldığı kəndirin parçası görünür; vaxtından əvvəl doğulmuĢ və göyərmiĢ bir
çağa parıldayan tumana bükülüb oraya atılmıĢdır, həmin bu tumanda keçən pəhriz Operadakı
balda oynayırdılar; məhkəmə hakiminin bereti bir fahiĢənin çürümüĢ ətəyilə yan-yana çirkaba
batıb qalmıĢdır. Bu, qardaĢlıqdan da artıqdır, bu, çox yaxın, təklifsiz bir əlaqədir. Rənglənən hər
Ģey burada çirkabla əl-üzünü yuyur. Burada hər Ģeyin üstü açılır. Kloaka həyasızdır. O, hər Ģeyi
açıb deyir:
Ġyrəncliyin bu sadəlövhlüyü bizim xoĢumuza gəlir, o, ürəyi sakitləĢdirir. Biz, dövlət
mülahizəsini, andın pozulmasını, siyasi hikməti, insan ədalətini, professional düzlüyü, yüksək
mövqeyə aid edilən rəsmiyyətçiliyi, məmurların satqın olmamasının özünü mühüm bir Ģey kimi
nəzərə çarpdırmasını yer üzündə uzun zamandan bəri səbir ilə müĢahidə etmiĢik, bunları öz
gözümüzlə görmüĢük, – bu Ģeyləri müĢahidə etdikdən sonra kloakaya enmək, orada adi çirkab
görmək bizə təsəlli verir, bu çirkabın orada olması da tamamilə yerindədir.
Bir də ki, bu, ibrətamizdir. Biz yuxarıda demiĢdik: bütün tarix kloakadan keçir. Varfolomey
gecəsi döĢəmə yolun daĢları arasından damcı-damcı ora sızır. Bütün böyük kütləvi qətllər, bütün
siyasi və dini qırğınlar mədəniyyətin bu yeraltı mağaralarından keçir, öz meyitlərini ora atır.
Xəyalpərəstin təsəvvüründə, tarixdə məĢhur olan bütün qatillər orada iyrənc bir ala-qaranlıq
içində, kəfənlərinin cındırını döĢlük yerinə bağlayaraq dizləri üstə çökmüĢlər, gördükləri iĢin
izini qəmgin-qəmgin yuyurlar. XI Lüdovik Tristianla, I Fransisk Düpra ilə, IX Karl öz anası ilə,
RiĢelye XIII Lüdoviklə oradadır, bundan baĢqa Luvua da, Letelye də, Heber də, Mayyar da
oradadır – onların hamısı öz cinayətlərinin ləkəsini daĢlardan qazımağa, bu cinayətlərin Ģahidi
olan hər Ģeyi məhv etməyə çalıĢırlar.
Adam bu qübbələr altında bu teyflərin süpürgəsinin səsini eĢidir, ictimai fəlakətlərin
təsvirəgəlməz üfunəti ilə nəfəs alır, künc-bucaqda tünd-qırmızı parıltılar görür. Orada qanlı əllər
yuyulan dəhĢətli sular axır.
Ġctimai hadisələri tədqiq edənlər mütləq bu qaranlıq qübbələrin altına girməlidirlər. Bu qübbələr
onların laboratoriyasının bir hissəsidir. Fəlsəfə – fikirlər mikroskopudur. Hər Ģey onun
diqqətindən yayınmağa çalıĢır, lakin heç bir Ģey onun nəzərindən qaçmır. Burada hiylə iĢlədərək
yaxa qurtarmaq faydasızdır. Siz ondan yaxa qurtarmaqla nə görürsünüz? Öz eybinizi
görürsünüz! Fəlsəfə, satqınlıq bilmədən, Ģəri, bədxahlığı təqib edir, onların itib getməsinə yol
vermir. Fəlsəfə, çürüdüyü üçün simasını itirən, dağıldığı üçün, sanki, əriyən Ģeylərə baxaraq
bütün məsələni baĢa düĢür. Fəlsəfə tünd-qırmızı geyimi cındır paltarın bir parçasından, qadını da
onun köhnə-kürüĢ paltarından bərpa edir. Kloakaya baxaraq Ģəhər haqqında, çirkaba baxaraq
Ģəhər haqqında, çirkaba baxaraq ürf-adət haqqında mühakimə yürüdür. Saxsı qırığından küpəni
və ya səhəngi təsəvvüründə yenidən yaradır. Perqamentdə qalan dırnağın yeri ilə Yudenhasse
yəhudilərilə ketto yəhudiləri arasındakı fərqi müəyyən edir. Olub keçmiĢ Ģeyləri – xeyri, Ģəri,
yalanı, həqiqəti, sarayda görünən qan ləkəsini, cinayətkarlar yuvasındakı mürəkkəb ləkəsini,
lüpanardakı1 bir damla Ģam yağını, dəf edilmiĢ sınaqları, adamı yoldan çıxaran hallar, iyrənc
eyĢ-iĢrət məclislərini, mənəviyyatı pozulmuĢ adamların xasiyyətini, kobud Ģəhvaniliyə meyl
edən qəlblərin namussuzluq damğasını bu qalan Ģeylərlə müəyyən edir, Roma hambalının
paltarında Messalinanın dirsəyinin izini görür.
ÜÇÜNCÜ FƏSĠL.
Brünzo.
Orta əsrlərdə Parisin çirkab kanalları haqqında əfsanələr söylənirdi. On altıncı əsrdə II Henrix bu
kanalların tədqiq olunması üçün sərəncam vermiĢdi, lakin bunun heç bir nəticəsi olmadı.
Marsyenin dediyinə görə, kloaka hələ yüz il bundan əvvəl baĢlı-baĢına buraxılmıĢdı, çirkab
özbaĢına axırdı.
ĠğtiĢaĢlar, Ģübhələr, tərəddüdlər içində boğulan qoca Paris belə idi. O, özünü uzun zaman çox
axmaqcasına apardı. Sonralar 89-cu il göstərdi ki, Ģəhər birdən necə ağla gələ bilər. Lakin keçmiĢ
zamanlarda Parisin düĢüncəsi az idi; o həm maddi, həm də mənəvi cəhətdən öz iĢini yaxĢı qura
bilmirdi, öz zibilini cinayət dolu sui-istifadələrdən heç də yaxĢı süpürüb atmırdı. Hər Ģey mane
olurdu, hər Ģey həlledilməz bir məsələ kimi təsəvvür edilirdi. Məsələn, kloaka heç bir bələdçilik
kitabına tabe olmurdu. ġəhərin dolaĢıq küçələrindən, dalanlarından baĢ çıxarmaq çətin olduğu
kimi, bu zir-zibil, çirkab tökülən kloakada da istiqamət tapmaq çətin idi, yerin üstündə –
ağlasığmaz bir vəziyyət, yerin altında – keçilməsi mümkün olmayan bir dolanbaclıq; yuxarıda –
dillər qatma-qarıĢıqlığı, aĢağıda – mağaralar dolaĢıqlığı; Babil hərc-mərcliyi altında Dedal
labirinti!
Hərdənbir Parisin yeraltı kanallarından axan çirkab cəsarət edib öz sahilindən kənara çıxırdı, heç
kəsin tanımadığı bu ―Nil‖, sanki, qəzəblənirdi. Onda iyrənc bir vəziyyət əmələ gəlirdi: Ģəhəri
çirkab basırdı. Mədəniyyətin mədəsi hərdən yeməyi pis həzm edir, kloakada olan çirkab Parisin
boğazına qalxırdı, Ģəhər öz zir-zibilini geri qaytaranda əzab çəkirdi. Bunda vicdan əzabı
çəkməyə bənzər bir Ģey duyulurdu, bu da faydasız deyildi; bu, böyük bir narazılıqla qarĢılanan
narazılıq idi. ġəhər öz çirkab çalalarının həyasızlığından bərk acıqlanırdı, çirkabın yeraltı
kanallarından bayıra çıxmasına yol vermək istəmirdi. Çirkabı amansızlıqla qovmaq lazımdır!
1802-ci il daĢqını səksən yaĢına çatmıĢ parislilərin həyatında unudulmaz xatirələrdən biridir.
Çirkab çalın-çarpaz axaraq XIV Lüdovikin heykəli olan Qalibiyyət meydanını basdı; kloakanın
Yelisey çölündəki iki deĢiyindən qalxaraq Sent-Onore küçəsini, Sen-Florantendəki deĢiyindən
qalxaraq Sen-Floranten küçəsini, Zəng səsi küçəsindəki deĢiyindən qalxaraq Pyer-a-Puasson
küçəsini, YaĢıl yol körpüsü altındakı deĢiyindən qalxaraq Popenkur küçəsini, Lapp küçəsindəki
deĢiyindən qalxaraq Xardal küçəsini basdı; bu çirkab Yelisey çölü küçəsindəki novları
dolduraraq, otuz beĢ santimetr yuxarı qalxdı. Cənub məhəllələrdə Senaya tökülən çirkabı
kanallara geri basdı, çirkab gəlib Mazarini, EĢode, Mare küçələrində yeraltı kanallardan bayıra
çıxdı, Mars küçəsində yüz doqquz metr axıb yayıldı, gəlib Rasinin yaĢadığı evin bir neçə
addımlığında dayandı, bu qayda ilə hələ XVIII əsrdə kraldan artıq Ģairə hörmət göstərdi.
DaĢqının səthi ən çox Sen-Pyer küçəsində hündür idi: çirkab, kanalları örtən sal daĢlardan üç fut
yuxarı qalxmıĢdı; ən çox da Sen-Saben küçəsinə yayılmıĢdı: burada onun uzunluğu iki yüz otuz
səkkiz metr idi.
Bu əsrin baĢlanğıcına kimi Parisin kloakası hələ də sirli bir yer olub qalırdı. Çirkabı heç vaxt
tərif eləyən olmamıĢdır, lakin Parisdə onun haqqında danıĢılan sözlər adamları dəhĢətə salırdı:
Paris, altında olan qaranlıq mağaralar haqqında bəzi Ģeylər bilirdi. Bu mağaraları qədim Fivin
qorxunc bataqlıqları ilə müqayisə edirdilər: o bataqlıqda on beĢ fut uzunluğunda skolopendrlar
qarıĢqa kimi qaynaĢırmıĢ, ora ancaq begemot girə bilərmiĢ. Yeraltı kanalları təmizləyən adamlar
cəsarət edib tanıdıqları yerdən o tərəfə gedə bilməzmiĢlər. Zibilçilər zibil dolu arabalarını gətirib
birbaĢ bu kanallara boĢaldırlarmıĢ və Sent-Fua ilə Markiz de Kreki də bu zibil arabaları üstündən
salamlaĢırlarmıĢ. Bu da çoxdan deyilmiĢ. O ki qaldı kanalların təmizlənməsi, bu vəzifəni leysan
yağıĢının öhdəsinə buraxarlarmıĢ: Ģiddətli yağıĢlar kanalları yuyub təmizləməkdən daha çox
xarab edərmiĢ. Vaxtı ilə Roma öz kloakasını Ģairanə sözlərlə təsvir edər, ona Homoniya
deyərmiĢ, lakin Paris öz kloakasını biabır edər, ona üfunətli dəlik deyərmiĢ. Kloaka elmi də,
mövhumatı da eyni dərəcədə dəhĢətə gətirirdi.Gigiyena da, xalq rəvayətləri kimi, üfunətli dəliyə
nifrətlə baxırdı. Qara Rahibin teyfi ilk dəfə üfunətli Muftar qübbəsi altında görünmüĢdü.
Marmuzetlərin meyitini yeraltı kanalların Çəlləkçi küçəsindəki çalasına atarlarmıĢ. Faqon 1685-
ci ildə yayılan çox təhlükəli və yoluxucu qızdırma xəstəliyinin Mare çalasından meydana
gəldiyini yazırdı; bu geniĢ çala 1833-cü ilə kimi Sen-Lui küçəsində, ―Nəzakətli xəbərçi‖
lövhəsinin qarĢı tərəfində gözə çarpırdı. Yeraltı çirkab kanalının DaĢxırdalayan küçəsindəki
nəfəsliyi haqqında deyirdilər ki, guya, taun xəstəliyi buradan yayılmıĢdır; bu nəfəslik ucu ĢiĢ
dəmir barmaqlıqla hasarlanmıĢdı, dəmirlər yırtıcı heyvan diĢinə oxĢayırdı, sanki, əjdaha bu
mənhus küçədə ağzını ayırıb, insanların üstünə dəhĢətli üfunət püskürürdü. Xalq fantaziyası
Paris kloakasının bu qorxunc daĢ çuxurları haqqında olan əfsanələrə namütənahiliyə aid mənfur,
dolaĢıq təsəvvürlər əlavə etmiĢdi. Kloakanın dibi yoxdur. Kloaka dərin cəhənnəm quyusudur.
Cüzam xəstəliyinə tutulmuĢ bu yeri tədqiq etmək polis idarəsinin heç ağlına gəlməmiĢdi. Kim
cəsarət edib məchul bir aləmi ölçər, zülmətin dərinliyini yoxlar, girdabın içinə kəĢfiyyata
gedərdi? Bu, adamı dəhĢətə gətirirdi. Lakin belə adam tapıldı, bu iĢi boynuna götürdü. Kloakanın
öz Xristofor Kolumbu meydana çıxdı.
1805-ci ildə, imperatorun nadir hallarda Parisə gəldiyi günlərin birində, daxili iĢlər naziri
Dekremi, ya Kretemi hökmdarın səhər qəbuluna gedir. Karusel meydanında böyük
Respublikanın və böyük Ġmperiyanın əfsanəvi əsgərlərinin yerlə sürünən qılınclarının səsi
eĢidilirdi. Reynin, Eskonun, Adicin, Nilin qəhrəmanları, Juberin, Desin, Marsonun, QoĢun,
Kleberin silahdaĢları; Flerüsün havada uçanları; Mansin qranederləri, Henuyanın pantonerləri;
ehramların baxdığı qüsurlar, üstlərinə Jünonun top mərmilərinin qəlpələri yağan topçular,
Züderze körfəzinə lövbər salıb duran donanmanı hücumla zəbt edən kirasirlər Napoleonun
qapısına toplaĢmıĢdılar. Onlardan bəzisi Lodi körpüsündə Napoleonu müĢayiət etmiĢdi, bəzisi
Müratın ardınca Montua səngərlərinə getmiĢdi, bəzisi də Montebellaya gedən yolda özünü
Lanndan qabağa vermiĢdi. O zamanın bütün ordusu bəzi yerdə dəstə, bəzi yerdə bölmə Ģəklində
burada, Tüilri sarayında toplaĢmıĢdı, imperatorun istirahətini mühafizə edirdi: bu hadisə böyük
ordunun dəbdəbəli dövründə baĢ vermiĢdi; bu elə bir dövr idi ki, Marenqo arxada qalmıĢdı,
Austerlis hələ qarĢıda idi.
Daxili iĢlər naziri Napoleona deyir: – Hökmdar, dünən mən Siz Əlahəzrətin mülkündə ən
cəsarətli bir adam gördüm.
Ġmperator sərt soruĢur:
– O kimdir? Nə eləyib?
– Hökmdar, onun ağlına bir Ģey gəlib.
– Nə gəlib?
– Parisin çirkab kanallarını yoxlamaq.
DÖRDÜNCÜ FƏSĠL.
Ġndiyə qədər məlum olmayan təfsilatlar.
Yoxlama baĢlandı. Bu, çox ağır bir səfər idi, yoluxucu xəstəliklərlə, boğucu buxarla gecə
vuruĢması idi. Eyni zamanda bu, kəĢflərlə dolu bir səyahətdi. Yoxlamada iĢtirak edənlərdən biri
çox ağıllı, o zaman hələ çox cavan bir fəhlə imiĢ; bir neçə il bundan əvvəl o çox maraqlı Ģeylər
danıĢmıĢdı. Brünzo polis prefektinə yazdığı məlumatda bu təfsilatı, inzibati üsluba layiq
görmədiyi üçün, qeyd etməmiĢdi. O zaman yoluxucu xəstəliklərdən qorunmaq üsulları çox
ibtidai bir Ģəkildə idi. Brünzo yeraltı kanalların ilk qolunu keçən kimi, özü ilə götürdüyü iyirmi
fəhlədən səkkizi qabağa getməkdən boyun qaçırmıĢdı. Bu, çox mürəkkəb bir iĢ idi; kanallar həm
yoxlanılmalı, həm də təmizlənməli idi; buna görə də kanalları təmizləməklə bərabər, ölçmək,
kanala açılan deĢikləri qeyd etmək, dəmir barmaqlıqları və nəzarət quyularını saymaq,
kanallardan ayrılan qolların yerini bilmək, yeni kanalların birləĢdiyi nöqtəni göstərmək, planda
müxtəlif yeraltı hovuzları qeyd etmək, baĢ kanala tökülən xırda qolların dərinliyini ölçmək, hər
bir yan kanalın qübbənin tavanına qədər olan hündürlüyünü və enini həm qübbənin dairəvi
baĢlanğıcından, həm də divarın dibindən ölçüb hesablamaq, bir də ki, baĢ kanallara yan
kanallardan, ya yerin üstündən axıb gələn bütün suların səthini müəyyən etmək lazımdı. Qabağa
getmək çox çətindi. Çox vaxt elə olurdu ki, aĢağı endirilən nərdivan üç fut dərinliyində lilə
batırdı. Fənərlər zəhərli buxar içində güclə yanırdı. Fəhlələr tez-tez özündən gedir, onları bayıra
çıxarmaq lazım gəlirdi. Bəzi yerdə birdən girdaba rast gəlirdilər, torpaq orada batmıĢ, kanalın
dibinə döĢənən daĢlar uçmuĢ, dərin bir çala əmələ gəlmiĢdi, ayaq qoymağa heç yer yox idi;
Brünzonun yoldaĢlarından biri oraya düĢmüĢdü, onu güclə dartıb çıxarmıĢdılar. Təhlükəsiz
yerlərdə kimyaçı Furkruanın məsləhətilə qatran tökülmüĢ kilkə yığımı yandırırdılar. Bəzi yerdə
divarlar eybəcər göbələklərlə örtülmüĢdü, göbələklər bədəndə əmələ gələn ĢiĢə oxĢayırdı; bu
yerdə daĢlar özü, elə bil xəstə idi; burada nəfəs almaq mümkün deyildi.
Brünzo bütün kloakanı baĢdan ayağa yoxlayır. O, Böyük Deyingənin iki çirkab kanalına
bölündüyü yerdə daĢ üstündə 1550 rəqəmini oxuya bilir: bu daĢ Filiber Delormun dayandığı yeri
göstərirdi: II Henrix Parisin çirkab kanallarını yoxlamağı ona tapĢırmıĢdı. Bu, kloakada on
altıncı əsrin möhürü idi. Brünzo on yeddinci əsrdə görülmüĢ iĢi Ponso kanalının quruluĢundan və
Köhnə Tampl küçəsinin çirkab kanalından bilmiĢdi; bu kanalların qübbəsi 1600-cü illə 1650-ci
illər arasında tikilmiĢdi; on səkkizinci əsrin iĢini isə o qərb tərəfdəki kollektor kanalından təyin
etmiĢdi: kanal 1740-cı ildə qazılmıĢ, üstü də qübbə ilə örtülmüĢdü. Qübbələrin hər ikisi, xüsusilə
1740-cı ildə tikilən, o birisindən az qədim olan qübbə, 1412-ci ildə qazılan dairəvi kanalın daĢ
divarından daha çox çatlamıĢ və uçmuĢdu. Bu elə bir il idi ki, Menilmontandan axan bulaq suları
Parisin BaĢ kloakasını hörmətə mindirdi: adi bir kəndli, kralın qapı nökəri olmaqla və ya, tutaq
ki, Axmaq Jan Levelə çevrilməklə rütbəcə belə yüksələ bilərdi.
Kloakanın bir neçə yerində, xüsusilə Ədalət sarayı altında qədim yeraltı zindanlara oxĢar
hücrələr göründü; hücrələr kanalların lap içində qazılmıĢdı. Bunlar dəhĢətli in pace idi!
Hücrələrin birində boyuna taxılan dəmir xalta sallanırdı. Elə o saat da onların qabağına divar
çəkirlər. Bundan baĢqa, çox qəribə Ģeylər də tapılırdı; bu qəribə Ģeylərdən biri – 1800-cü ildə
heyvanat bağından qaçan oranqutan meymununun skeleti idi; on doqquzuncu əsrin son ilində
Bernardçılar küçəsində çox adam bir Ģeytan görmüĢdü, yəqin ki, bu meymunun itməsi həmin
Ģeytan məsələsilə əlaqədar idi. Yazıq Ģeytan kloakada boğulub ölməklə canını qurtarır.
ArĢ-Mariona bitiĢən qübbəli uzun koridorda bir cındıryığan səbəti tapılmıĢdı; səbət elə yaxĢı
qalmıĢdı ki, iĢdən baĢı çıxan adamlar buna çox təəccüb etmiĢdilər. Fəhlələr çirkab lehməsini
cəsarətlə qarıĢdırır, lehmənin içindən çoxlu qiymətli Ģeylər, qızıldan, gümüĢdən düzəldilmiĢ
bəzək Ģeyləri, daĢ-qaĢ və pul tapırdılar. Bir azman adam kloakanı ələkdən keçirsəydi, bir çox
əsrlərin xəzinəsi bu ələkdə qalmıĢ olardı. Tampl küçəsilə Sent-Avua küçəsi kanalının birləĢdiyi
yerdə hügenotların maraqlı bir mis medalı tapılmıĢdı: medalın bir üzündə kardinal Ģapkalı donuz,
o biri üzündə papa tacı qoymuĢ canavar Ģəkli vardı.
Ən qəribə Ģey BaĢ kloakaya girilən yerdə tapılmıĢdı. KeçmiĢ vaxtlarda kloakaya girilən yer
dəmir barmaqlıqla örtülərmiĢ. Ġndi ancaq bu barmaqlığın keçirildiyi qarmaqlar qalmıĢdır.
Qarmaqlardan birindən qana bulaĢmıĢ, tamam çürümüĢ, iyrənc bir parça sallanırdı ki, onu, yəqin
su axını bura gətirmiĢdi. Brünzo fənəri yaxınlaĢdırıb cındıra baxır. Bu, bir parça çox zərif bir
batist idi. Cındırın bir ucu o biri uclarından daha az çürümüĢdü; onun bu az çürüyən ucunda,
LOBESP hərfləri üstündə herald tacı Ģəkli tikilmiĢdi... Tac – markiz tacı idi, altı hərf ilə
Lobespin deməkdi. Heç demə onların gözləri önündə bu cındır Maratın kəfənin bir parçası imiĢ.
Maratın cavanlıqda sevgi macəraları olurmuĢ. Bunlar onun qraf d’Artyanın mülkündə at həkimi
iĢlədiyi vaxtlara aiddir. Maratın bir zadəgan xanımla sevgi əlaqəsi varmıĢ; bu, sübut olunmuĢ bir
hadisədir, həmin mələfə də ondan qalıbmıĢ, bəlkə də, təsadüfən qadının yadından çıxıbmıĢ, yad
da, bəlkə, onu yadigar olaraq Marata bağıĢlayıbmıĢ. Marat öləndən sonra onun evində tapılan
yeganə nazik Ģey bu imiĢ, Maratı ona büküb basdırıblarmıĢ. Qarılar amansız xalq dostunu Ģəhvət
örtüyünə bükərək onu dəfn örtüyü etmiĢdilər. Brünzo ötüb qabağa getdi. Köhnə əski parçasına
dəymədilər, öz yerində qaldı. Marata, nifrət, ya hörmət etdikləri üçünmü ona dəymədilər? Marat
bunun hər ikisinə layiqdi. Tarixin damğası burada çox aydın görünürdü, ona qəsd etmək
olmazdı. Bir də ki, qəbir bəqiyyələri özlərinə necə yer seçmiĢsə, onları elə o yerdə qoymaq
lazımdır. Hər halda, bu, fövqəladə bir bəqiyyə idi. Markiza onun üstündə yatmıĢdı, Marat onun
içində çürümüĢdü. O, kloaka siçovullarının yemi olmaq üçün Panteondan keçmiĢdi. Bu yataq
örtüyünün bir parçası axırda Dantenin diqqət yetirməsinə layiq bir Ģey oldu, lakin vaxtilə Vatto
onun bütün qırıĢıqlarını ürəkaçan bir incəliklə təsvir edə bilərdi.
Parisin bütün yeraltı çirkab kanalları düz yeddi il – 1805-ci ildən 1812-ci ilə qədər – diqqətlə
yoxlanıldı. Brünzo qabağa getdikcə, mühüm yeraltı iĢlərini də qeyd edərək yerinə yetirir, baĢa
çatdırırdı: o, 1808-ci ildə Panso kanalının dibini dərinləĢdirdi, 1809-cu ildə yeni kanallar qaza-
qaza Sen-Deni küçəsi altındakı kanalı Ġnnosan fontanına çatdırdı; 1810-cu ildə Fruamanto və
Salpetriyer küçələri, 1811-ci yeni Kiçik Avqustina küçəsi, Mayl küçəsi, EĢrap küçəsi, Krad
meydanı, 1812-ci ildə Sülh və ġose d’Anten küçələri altında kanal qazdırdı. Eyni zamanda
dezinfeksiya iĢlərinə və bütün Ģəbəkənin təmizlənməsinə rəhbərlik etdi. Brünzo baĢladığı iĢin
ikinci ilində yeznəsi Narqonu özünə köməkçi götürdü.
Bu qayda ilə cəmiyyət bu əsrin baĢlanğıcında öz altını təmizləmiĢ, öz kloakasını səliqəyə
salmıĢdı. Hər halda, çirkab təmizlənmiĢdi.
KeçmiĢə nəzər salınsa, Parisin qədim kloakası əyri-üyrü idi; onun ora-burası çatlamıĢ, qopub
tökülmüĢdü, onda çuxurlar əmələ gəlmiĢdi; onun qəribə qol-budağı, döngələri, nizamsız eniĢləri,
yoxuĢları, dibinə döĢənən sel daĢlarda qazıqları, divarlarında çapıqları vardı, o qaranlığa qərq
olmuĢdu, o üfunətli idi, qorxunc və dəhĢətli idi. Onun hər yerində xarabalıq görünürdü.
Koridorların ayrıcları, qol-budaqları ya qaz pəncəsi, ya da ulduz Ģəklində idi, sanki, yer altında
lağım atılmıĢdı; onun kor bağırsağa oxĢayan dalanları, üfunətli çalaları vardı; qübbələrin
tavanına, elə bil, Ģora vurulmuĢdu; tavanından su damcılayırdı; göz-gözü görmürdü. Bu qədim
çirkabtəmizləyən sərdabənin, Babilin həzm cihazının, mağaraların, çuxurların, çalın-çarpaz
küçələri olan bu girdabın, bu ucsuz-bucaqsız porsuq dəlmə-deĢiyinin dəhĢətilə heç bir dəhĢət
müqayisə oluna bilməzdi; elə bil ki, bu porsuq dəlmə-deĢiyi içində, bu zülmət içində, keçmiĢ
dəbdəbələrin iyrənc zir-zibili içində nəhəng bir kor porsuq olan keçmiĢ gəzib-dolaĢırdı.
Təkrar edirik, keçmiĢ zamanların kloakası belə idi.
BEġĠNCĠ FƏSĠL.
Hal-hazırın tərəqqisi.
Bizim dövrümüzdə kloaka təmizdir, səliqəlidir, abırlıdır, qaydaya salınmıĢdır. O, Ġngiltərədə
―respektabel‖ sözü ilə ifadə olunan idealı təcəssüm etdirməyə çox yaxındır. Onun xoĢ görünüĢü
var, rəngi bozdur, əgər belə demək mümkünsə, sim kimi tarımdır, təzə tikilmiĢ paltar geymiĢdir.
O birdən-birə tacirlikdən məxfi müĢavir dərəcəsinə yüksələn adama oxĢayır. Ora iĢıqdır. Orada
çirkab da özünü ədəbli tutur. Ġlk baxıĢda kloakanı çox asanlıqla yeraltı yollardan biri hesab
etmək olar; belə yeraltı yollar qədimdə çox olardı, bu yollar ―xalq öz padĢahını çox istədiyi
vaxtlarda‖, o gözəl vaxtlarda müxtəlif hökmdarların, Ģahzadələrin qaçması üçün çox əlveriĢli idi.
Ġndiki kloaka ondan da gözəldir: burada üslub təmizliyi əsas yer tutur. Poeziyadan qovulan və
sanki, memarlıqda özünə sığınacaq tapan klassik Ġskəndəriyyə üslubu burada uzun, tutqun,
ağımtıl qübbənin hər daĢında hiss olunur. Hər çirkab kanalı, elə bil, tağlar sırasıdır – Rivoli
küçəsinin memarlığı kloakaya da öz təsirini göstərmiĢdir. Bir də, həndəsi xətlər bir yerdə
vacibdirsə, o yer də böyük Ģəhərin zir-zibilini çəkib aparan kanallardır. Orada hər Ģey məsafənin
qısa olması fikrinə tabe edilməlidir. Bu günün kloakası rəsmi bir Ģəkil almıĢdır. Hətta tez-tez adı
çəkilən polis idarəsi hesabatında da ondan hörmətlə bəhs olunur. Ġnzibati dil ona aid olan sözlərə
nəciblik və ləyaqət hissi vermiĢdir. Vaxtilə bağırsaq deyilən Ģeyə indi qallereya, deĢik deyilən
Ģeyə nəzarət quyusu deyilir. Viyon indi olsaydı, gecələr daldalandığı yeri tanımazdı. Doğrudur,
bu dolaĢıq yeraltı mağaralarda indi əvvəlkindən daha çox kəsəyən vardır, bu kəsəyənlər ta qədim
zamandan burada yaĢayır; hələ indi də görürsən ki, bığlı iri bir siçovul baĢını nəfəslikdən çıxarıb
parislilərə baxır; hətta bu həĢəratlar öz yeraltı saraylarından o qədər razıdırlar ki, yavaĢ-yavaĢ
əhliləĢirlər. Kloakanın keçmiĢ zamanlarda olan ibtidai, vəhĢi siması tamamilə dəyiĢmiĢdir. YağıĢ
vaxtilə çirkab kanallarını ancaq zibilləyirdisə, indi onları yuyub təmizləyir. Lakin bu kanallara
çox da inanmayın. Zərərli buxarlanmanı yaddan çıxarmayın. Kloaka zahid deyil, riyakardır. Polis
perefekturası və səhiyyə komissiyaları nahaq yerə əlləĢirlər. Təmizliyə nə qədər fikir verilsə də,
Tartüf günahının etiraf edəndən sonra necə iy verirdisə, kloaka da elə Ģübhəli iy verir.
Bu söylənilən sözlərdən belə nəticə çıxarmaq lazımdır; kloaka zir-zibili çəkib aparmaqla
mədəniyyətə xidmət edir; bu nöqteyi-nəzərdən Tartüfün vicdanı Avginin tövləsinə nisbətən
böyük bir tərəqqidir, ona görə də Paris kloakasının heç Ģübhəsiz təkmilləĢdirildiyini etiraf etmək
olmaz.
Bu, tərəqqidən də böyük Ģeydir, bu, qədim kloakanı dövrümüzdəki kloaka Ģəklinə salmaqdır.
Kloakanın tarixində çevriliĢ əmələ gəldi. Bu çevriliĢi kim elədi?
Hamının yaddan çıxardığı və bizim indicə adını çəkdiyimiz bir adam: Brünzo.
ALTINCI FƏSĠL.
Gələcəyin tərəqqisi.
Parisin çirkab kanallarını qazmaq asan iĢ deyildi. On əsrdən bəri Parisi tikib qurtarmaq mümkün
olmadığı kimi, bu iĢi də bitirmək mümkün olmamıĢdır. Parisin tikilib böyüməsi kloakaya da
təsirini göstərir. Kloaka min bir hiss üzvü olan yeraltı polip kimidir: Ģəhər yuxarıda böyüdükcə, o
da aĢağıda böyüyür. ġəhərdə yeni bir küçə salınan kimi kloakada yeni bir yol uzanır. Köhnə
sülalə dövründə ancaq iyirmi üç min üç yüz metr kanal çəkilmiĢdir – 1806-cı il yanvarın birinə
kimi Parisdə iĢin vəziyyəti belə idi. Bu dövrdən yenə iĢə baĢlanıldı, böyük səy və
müvəffəqiyyətlə davam etdirildi: biz bu dövrdən yenə bəhs edəcəyik. Napoleon dörd min səkkiz
yüz dörd metr, XVIII Lüdovik – beĢ min yeddi yüz doqquz metr, X Karl – on min səkkiz yüz
otuz altı metr, Lui-Filipp – səksən doqquz min iyirmi metr, 1848-ci il respublikası – iyirmi üç
min yüz səksən bir metr, indiki hökumət də yetmiĢ min beĢ yüz metr çirkab kanalı çəkdirmiĢdir;
bu rəqəmlər diqqəti cəlb etməyə bilmir. Nəticə etibarilə bu vaxta qədər iki yüz iyirmi altı min
yüz on metr, baĢqa sözlə desək, altmıĢ min çirkab kanalı çəkilmiĢdir, – Parisin bətni belə
böyükdür. Bu, gözə görünməyən, daima böyüyən, qollu-budaqlı bir pöhrəlik, heç kəsin bələd
olmadığı nəhəng bir tikinti idi.
Bu qeydlərdən aydın görünür ki, Parisin yeraltı labirinti əsrin baĢlanğıcında olduğundan çox-çox
artıq böyümüĢdür. Kloakanı təkmilləĢdirib indiki Ģəklə salmaq üçün nə qədər əzm və səbat, nə
qədər səy lazım olduğunu təsəvvür etməyin özü çətindir. Kral dövrünün Ģəhər idarəsi, on
səkkizinci əsrin son on ilində inqilabi bələdiyyə idarəsi – 1806-cı ilə qədər olan beĢ mil
uzunluğunda çirkab kanalının qazılmasını çox çətinliklə baĢa çatdırmıĢdı. Müxtəlif çətinliklər bu
iĢin gediĢini ağırlaĢdırırdı: bu çətinliklərdən bəzisi torpağın xüsusiyyətilə, bəzisi də Paris
fəhlələrinin fikrində kök salan köhnə mövhumatla əlaqədardır. Paris elə bir torpaq üzərində
qurulmuĢdur ki, bu torpaqda bel və külüng, torpaq burğusu, insan əli çox çətinliklə iĢ görə bilir.
Paris deyilən gözəl tarixi formasiyanın yerləĢdiyi geoloji formasiyanı qazmaqdan, dəlib-
keçməkdən çətin Ģey yoxdur. Ġnsan bu torpaq təbəqələrinə yol açmaq istərkən dərhal onun
qarĢısına torpaqda gizlənən hədsiz-hesabsız maneələr çıxır. Bu, ya yumĢaq giltorpaq, ya yeraltı
çeĢmələrdir, ya bərk dağ süxurudur, ya da peĢəkarlar dilində ―xardal‖ deyilən yapıĢqan kimi
bataq lilidir. Külüng çox çətinliklə əhəng daĢlarına, Ģist laylarına batır; bu əhəng daĢları arasında
çox nazik gil təbəqələri, Ģist layları arasında isə tarixdən əvvəlki okeanlarla bir dövrdə yaĢayan
ilbizlərin daĢa dönmüĢ qabıqları nəzərə çarpır. Bəzən hələ tikilib qurtarmayan tağdan birdən su
açılır, fəhlələri basır, bəzən də löhrəm torpaq özünə yol açır, bir Ģəlalə qüvvəsilə uçulub-tökülür,
iri dayaq tirlərini ĢüĢə kimi qırıb tökür. Lap bu yaxında gəmi hərəkətini saxlamadan, kanalı
qurutmadan Vilyetdə, Sen-Malten kanalı altında çirkab kanalı qazmaq lazım gəlmiĢdi, birdən
kanalın dibində çatdaq əmələ gəldi, su yeraltı Ģaxtalara elə Ģiddətlə axmağa baĢladı ki, suçəkən
maĢınlar bunun qarĢısında aciz qaldı; su axan yeri tapmaq üçün dalğıc göndərildi, o, kanalın
dibində əmələ gələn çatdağı tapdı və çox çətinliklə onu tuta bildi. Bundan baĢqa, həm Senanın
sahillərində, həm də çaydan xeyli kənarda, məsələn, Belvildə Böyük küçənin və Lnüyer
pasajının altında batağan quma rast gəlmək olur, bu qumda batıb məhv olmaq təhlükəsi var.
Boğucu zərərli buxarlanmanı, adamı diri-diri öz altında basdıran torpaq çöküntülərini, qəfildən
baĢ verən uçqunları, yeraltı çirkab kanallarında iĢləyən adamların hamısını gec-tez tutan
qızdırmanı da bunlara əlavə edin. Lap bu yaxınlarda bu iĢə Monno rəhbərlik edirdi. O, baĢ Ürk
su kəmərinin suyunu qəbul etmək üçün on metr dərinlikdə xəndəkdə iĢ apararaq, KliĢi yeraltı
yolunu qazdı, çox vaxt çürüntülü torpaq içində kəĢfiyyat iĢlərini davam etdirməklə və dayaq
sütunları hörməklə torpaq çöküntülərinin qabağını alaraq, Hospital bulvarından Senaya qədər
Byevranın məcrasına tağ vurdu. Monmartrdan gələn su axınını Parisdən uzaqlaĢdırmaq,
ƏzabkeĢlər qarovulxanası yanındakı doqquz hektar sahədə gölməçə suyunu axıtmaq üçün dörd
ay, on bir metr dərinlikdə, gecə-gündüz iĢləyərək, təkrar edirik, Ağ qarovulxanadan tutmuĢ
Obervil üstündəki yola qədər uzun çirkab kanalları açdı, yerin altında, altı metr dərinlikdə Bardü-
Bek küçəsinin çirkab kanalını qurdu, – bu vaxta qədər bir iĢ xəndəksiz görülməmiĢdi; Monn bu
iĢləri qurtardıqdan sonra öldü. Ondan sonra mühəndis Dülo, Ģəhərin bütün rayonlarında,
Traversyer-Sent-Antuan küçəsindən Ursin küçəsinə kimi, üç min metr uzunluqda çirkab kanalı
üstünə tağ vurdu; Topçu küçəsilə Muftar küçəsi ayrıcını basan yağıĢ sularının axıb getməsi üçün
Arbalet küçəsi altında yan kanala yol açdı; batağan qumda, su altında daĢdan və betondan
bünövrə qoyaraq, Sen-Jorj çirkab kanalını çəkdi, Nazaret Məryəmi küçəsi altındakı kanalları
dərinləĢdirməklə əlaqədar olan təhlükəli bir iĢi qurtardı. Dülo da bu iĢləri gördükdən sonra öldü.
Bizdə bu cür qəhrəmanlıqlar haqqında mətbuatda məlumat verilmir, əslinə qalanda, bu
qəhrəmanlıqlar döyüĢ meydanında olan mənasız qırğınlardan qat-qat yaxĢıdır.
1832-ci ildə Paris kloakası heç də indiki kimi deyildi. Bu iĢə birinci təkan verən Brünzo oldu,
lakin Ģəhər idarələrinin çirkab kanallarını tamamilə yenidən qurması üçün vəba xəstəliyi baĢ
verməli idi; o vaxtdan ta indiyə qədər bu iĢ davam etdirilir. Çox təəccüblü olsa da, 1821-ci ildə,
məsələn, Böyük kanal deyilən dairəvi kanalın çirkabla dolu olan bir hissəsi hələ də Qurd
küçəsində, Venetsiyada olduğu kimi açıqda idi. Ancaq 1823-cü ildə Paris Ģəhəri bu biabırçılığın
üstünü örtmək üçün iki yüz altmıĢ altı min səksən frank altı santim pul xərcləməli oldu. DöyüĢ,
Küvet, Sen-Mande küçələrində çirkab axan novlarla, sorucu borularla, təmizləyici hovuzlarla,
hovuzların təmizləyici qollar ilə təchiz edilmiĢ üç zibil quyusu ancaq 1836-cı ildə qazıldı. Parisin
həzm cihazı yenidən quruldu, yuxarıda dediyimiz kimi, iyirmi beĢ il ərzində on qatdan da artıq
geniĢləndi.
Otuz il bundan əvvəl, silahlı üsyan günlərində – iyunun 5-də və 6-da kloakanın bir çox yeri hələ
də əvvəlki vəziyyətində idi. Onda, indiki qabarıq döĢəmə küçələrin çoxu qənbər daĢı döĢənmiĢ
çökük küçələr idi. Küçələrin və küçə ayrıclarının ən çökük yerində yoğun, dəmir çubuqlu iri
çargül barmaqlığa tez-tez rast gəlmək olardı. Bu dəmir barmaqlıqlar yoldan keçənlərin ayağı
altında sürtünməkdən parıldardı, onlar sürüĢkəndi, ekipajlar üçün təhlükəli idi, çünki ekipaja
qoĢulan atlar bunların üstündən keçəndə büdrəyib yıxılardı. Yollar idarəsinin rəsmi dilində
küçələrin bu ən çökük yerinə və dəmir barmaqlığa casis1 kimi mənalı bir ad verilmiĢdi. 1832-ci
ildə küçələrin çoxunda, məsələn, Ulduz, Sen-Lui, Tampl, Köhnə Tampl, Nazaret Məryəmi, Foli-
Merikur, Çiçəkli Sahil, Kiçik Kabarqa, Normadiya, Maral körpüsü, Mare, Qalib Məryəm, Qranj-
Batelyer, Yelisey çölü, Jakob, Türnon küçələrində, Sen-Marten və Monmartr civarında köhnə
orta əsr kloakası öz ağzını həyasızcasına açmıĢdı. Bunlar iri, açıq deĢiklərdi; deĢiklərin ətrafında
yonulmamıĢ daĢ qoyulmuĢdu, bəzi yerdə də onlar böyük bir həyasızlıqla tumbalarla
hasarlanmıĢdı.
Parisin çirkab kanallarının uzunluğu 1663-cü ilin may ayında nə qədər idisə, 1806-cı ildə də o
qədər idi: beĢ min üç yüz iyirmi səkkiz tuzdan artıq deyildi. 1832-ci il yanvarın birində,
Brünzodan sonra onun uzunluğu qırx min üç yüz metrə çatdırıldı. 1806-cı ildən 1831-ci ilə kimi
hər il orta hesabla yeddi yüz əlli metr çirkab kanalı çəkilmiĢdi. O vaxtdan bəri hər il beton
bünövrə əsasında xırda çınqılla əhəng hidravlik məhlulundan səkkiz mindən on min metrə qədər
yeraltı tunel qazılmıĢdı. Ġndiki Parisin altmıĢ mil çirkab kanalı, bunun hər metri iki yüz frankdan
götürüldükdə, qırx səkkiz milyona baĢa gəlmiĢdir.
Biz lap əvvəldə iqtisadi tərəqqi məsələsini qeyd etmiĢdik, bundan baĢqa, ictimai gigiyenanın
mühüm məsələləri də Paris kloakasının ciddi məsələləri ilə əlaqədardır.
Paris su pərdəsilə hava pərdəsi arasında yerləĢmiĢdir. Su pərdəsi yerin altında, xeyli dərinlikdə
olsa da, iki dəfə buruqla tədqiq edilmiĢdir: bu pərdə yaĢıl qumdaĢı təbəqəsi üstündədir, təbəqə isə
tabaĢir layları ilə yura dövrü əhəngdaĢı arasındadır. QumdaĢı təbəqəsini iyirmi beĢ mil radiusu
olan bir dairə Ģəklində təsvir etmək mümkündür. Bir çox çayların suyu oraya süzülüb tökülür.
Siz Qrenel quyusundan götürülmüĢ bir stəkan suda Senanın, Marnanın, Ġonnanın, Uazanın,
Enanın, ġeranın, Vyenanın və Luaranın suyunu içirsiniz. Bu su müalicə suyudur, o əvvəl,
havada, sonra da yerin təkində əmələ gəlir. Hava pərdəsi zərərlidir, o çirkab sularına toxunur.
Kloakanın zəhərli buxarı havaya qarıĢır, Ģəhər bu hava ilə nəfəs alır, buna görə də onun tənəffüsü
sağlam deyil. Peyin yığını üstündən götürülən hava yoxlanılmıĢdır, bu hava Parisin üstündəki
havadan, çox-çox təmizdir, – elm bunu isbat etmiĢdir. Elə bir vaxt gələcək ki, tərəqqinin əldə
etdiyi müvəffəqiyyətlər, texnikanın təkmilləĢməsi, bilik ziyası su pərdəsinə hava pərdəsini
təmizləməyə, baĢqa sözlə desək, çirkab kanallarının yuyulmasına kömək edəcəkdir. Məlumdur
ki, biz çirkab kanallarının yuyulması deyəndə nəcisin torpağa verilməsini, torpağın
peyinlənməsini, zəmilərin gübrələnməsini nəzərdə tuturuq. Bu adicə tədbirin nəticəsində Ģəhər
camaatının ehtiyacı azalır, sağlamlığı yaxĢılaĢır. Ġndi Parisin xəstəliyi, Luvr bu taun çarxının
təkər topu kimi götürülsə, əlli mil ətrafa yayılır.
Biz deyə bilərik: kloaka on əsrdir ki, Parisin yarasına çevrilib. Çirkab suları Ģəhərin qanına çökən
zəhərdir. Xalqın duyğusu bu barədə heç vaxt yanılmamıĢdır. KeçmiĢ zamanlarda xalq
nəcisatanlar peĢəsini, dərisoyanların peĢəsi kimi, təhlükəli və iyrənc peĢə hesab etmiĢdir;
dərisoyanlar peĢəsi isə uzun zaman nifrətlə qarĢılanmıĢdır və bu iĢi cəlladın öhdəsinə
buraxmıĢlar. Bənna çox böyük muzd xatirinə bu üfunətli xəndəyə enməyə razı olmuĢdur;
yerqazan çox çətinliklə öz nərdivanını ora endirmək qərarına gəlmiĢdir. Belə bir məsəl vardı,
deyərdilər: ―Çirkab quyusuna enmək qəbrə enmək deməkdir‖. Biz yuxarıda demiĢdik: həm
geoloji, həm tarixi çevriliĢlərin təsirini özündə əks etdirən, Nuh tufanı zamanından baĢlayaraq
Maratın kəfənindən qalan bir parça cındıra qədər bütün kataklizmlərin izini mühafizə edən bu
dərin kanallar, bu təhlükəli yeraltı mağaralar haqqında adamı dəhĢətə gətirən cürbəcür iyrənc
əfsanələr söylənilirdi.
QƏLBĠN QÜDRƏTĠLƏ MƏĞLUB OLMUġ ÇĠRKAB.
BĠRĠNCĠ FƏSĠL.
Kloaka və orada baĢ verən gözlənilməz hadisələr.
Jan Valjan bu Paris kloakasına düĢmüĢdü.
Parislə dəniz arasında bir oxĢayıĢ da var: Parisdə də adam okean girdabında batan üzgüçü kimi
yox ola bilər.
Əmələ gələn dəyiĢiklik sarsıdıcı bir dəyiĢiklikdi. Jan Valjan Ģəhərin lap mərkəzində Ģəhərdən
yox oldu, bir anda ancaq dəmir qapağı açıb örtməklə gün iĢığından – zülmətə, günorta çağından
– gecə yarısına, hay-küydən – səssizliyə, qasırğa və göy gurultusundan – məqbərə sakitliyinə,
taleyin Polonso küçəsində olan möcüzəsindən daha qəribə bir möcüzə nəticəsində məhv
olmaqdan qurtararaq tamam təhlükəsiz bir yerə düĢdü.
Birdən yeraltı mağarada itib-batmaq, Parisin daĢdan hörülmüĢ gizlin bir güĢəsində gözdən itmək,
ölümün cövlan etdiyi küçədən həyat izi duyulan sərdabaya enmək! – Bu, fövqəladə bir an idi! O,
ĢaĢqın halda bir qədər dayanıb durdu, heyrətlə ətrafa qulaq asmağa baĢladı. Qəfildən onun
ayaqları altında, sanki, yer ayrılmıĢdı, sanki, bu yer xilasedici bir tələ idi. Göylərin mərhəməti
onu baĢqa bir yolla gizlətmiĢdi. Bu, Tanrının hazırladığı müqəddəs bir tələ idi!
Yaralı tərpənmirdi, Jan Valjan özü ilə bu qəbrə apardığı adamın ölü, ya diri olduğunu bilmirdi.
Jan Valjanın ilk duyduğu Ģey – tam korluq idi. O, birdən heç nə görmədi. Həm də, elə bil ki,
birdən kar olmuĢdu: heç nə eĢitmirdi. Onun baĢı üstündə, bir neçə fut yuxarıda coĢan dəhĢətli
vuruĢma qasırğası torpaq təbəqəsi arasından bir uğultu kimi eĢidilirdi. O, ancaq öz ayaqları
altında möhkəm zəmin hiss edirdi, – bu özü də kifayətdi. O, əvvəl bir əlini, sonra o birini uzatdı,
hər iki tərəfdə əli divara dəydi, – dar bir koridorda olduğunu baĢa düĢdü; ayağı sürüĢdü, – baĢa
düĢdü ki, ayağı altındakı sal daĢ su içindədir. Bir ayağını ehtiyatla qabağa qoydu, – irəlidə uçqun,
quyu, dərin bir çuxur olacağından qorxurdu, – əmin oldu ki, daĢ döĢəmə uzanıb gedir. Pis qoxu
duydu, – harada olduğunu anladı.
Bir neçə saniyədən sonra o daha kor deyildi. Onun endiyi nəzarət quyusunun nəfəsliyindən azca
iĢıq düĢürdü, çox keçmədi ki, onun gözləri bu ala-qaranlığa öyrəĢdi. Ətrafındakı bəzi Ģeyləri
görməyə baĢladı. Özünü dəfn etdiyi yeraltı yol, – onun vəziyyətini baĢqa sözlə bundan yaxĢı izah
etmək olmazdı, – arxa tərəfdən hörülmüĢdü, professional dildə ―dalan budağı‖ deyilən
dalanlardan biri idi. Onun yolunu ön tərəfdə baĢqa bir divar kəsirdi – bu divar gecə zülməti idi.
Nəfəslikdən düĢən iĢıq Jan Valjandan on-on iki addım irəlidə sönürdü; o ancaq tutqun, ağımtıl
iĢıqla bir neçə metr çirkab kanalının nəm divarını iĢıqlandırırdı. Ondan sonra tam zülmətdi; bu
zülmətə qədəm qoymaq adamı qorxudurdu, o, elə bil, adamı həmiĢəlik udacaqdı. Lakin divar
kimi dayanan bu qatı zülmətin içinə girmək mümkündü, hətta zəruri idi. Hələ bir tələsmək də
lazımdı. Jan Valjanın ağlına belə bir Ģey gəldi: ―Dəmir barmaqlığı daĢ yığını altında mən
görmüĢəmsə, bunu əsgərlər də görə bilər, bu Ģeylər təsadüfdən asılıdır‖. Əsgərlər də quyuya
enib, oranı yoxlaya bilərdilər. Bircə dəqiqə də gecikmək olmazdı. Mariusu yerə qoyduqdan sonra
yenə qaldırdı, çiyninə aĢırıb yola düzəldi. Cəsarətlə zülmətin içinə girdi.
Jan Valjan tezliklə xilas olacaqlarını zənn edirdi, əslində, heç də belə deyildi. Ġndi onların
qarĢısında baĢqa təhlükələr dururdu, bunları, bəlkə də, əvvəlki təhlükələrə nisbətən az təhlükə
hesab etmək olmazdı. Ġndi o, vuruĢma alovu qasırğasında deyil, zəhərli buxar, təhlükəli
vəziyyətlər dolu mağarada idi; indi o, hərc-mərclik içindən çıxıb kloakaya düĢmüĢdü. O, bir
cəhənnəmdən çıxıb, baĢqa cəhənnəmə düĢmüĢdü.
Jan Valjan əlli addıma qədər yol getdikdən sonra dayanmağa məcbur oldu. O, bir sual qarĢısında
qaldı. Yeraltı koridoru baĢqa bir koridor kəsib keçirdi. Yol ayrılırdı. Bu yollardan hansını seçsin?
Sağamı dönsün, solamı? Bu qaranlıq mağarada bunu necə təyin etsin? Biz yuxarıda demiĢdik ki,
dolaĢıq yeraltı kanallarda yol göstərən bircə Ģey vardı: o da yerin təbii eniĢi idi. Bu eniĢlə getmək
çaya enmək deməkdi. Jan Valjan bunu dərhal baĢa düĢdü.
O belə nəticəyə gəldi ki, yəqin bura bazar altındakı çirkab kanalıdır. Soldakı yolla yerin eniĢini
tutub getsəydi, on beĢ dəqiqədən də tez Sərraf körpüsü ilə Yeni körpü arasında Senaya çatardı,
baĢqa sözlə desək, günün günorta çağında Parisin ən izdihamlı rayonuna gəlib çıxardı. Bəlkə də,
bu yol onu aparıb küçə ayrıclarında olan nəzarət quyularından birinə çıxaracaqdı. Camaat, üst-
baĢı qana bulaĢmıĢ iki adamın yerin içindən, onların lap ayağı altından çıxdığını görüb qorxuya
düĢəcəkdi, – Jan Valjan onların qorxusunu təsəvvüründə canlandırırdı. Sonra polis iĢçiləri,
yaxındakı qarovulxanadan silahlı keĢikçilər yüyürüb gələcəkdi. Onları quyudan çıxan kimi tutub
aparacaqdılar. Elə yaxĢısı budur ki, bu dolaĢıq yollardan çıxmasın, qabağa getsin, qaranlığa
etibar etsin, qalan Ģeyləri də qəza-qədərin ixtiyarına buraxsın.
Jan Valjan bir az yuxarı qalxaraq, sağ tərəfə getdi.
Qalereyanın tinindən dönən kimi nəfəslikdən düĢən zəif iĢıq gözdən itdi, onların üstünə zülmət
pərdəsi endi. Jan Valjan yenə heç bir Ģey görmədi. Lakin bu, onun irəli getməsinə mane olmadı;
o bacardığı qədər yeyin gedirdi. Mariusun qolları onun boynunun hər iki tərəfindən sallanırdı,
ayaqları kürəyinə enirdi. Jan Valjan bir əli ilə Mariusun qollarından tutmuĢdu, o biri əli ilə divarı
yoxlayırdı. Mariusun üzü Jan Valjanın üzünə toxunurdu, qana bulaĢdığı üçün onun üzünə
yapıĢırdı. Mariusun yarasından axan isti qan onun bədəninə süzülür, paltarını isladırdı, – Jan
Valjan bunu hiss edirdi. O lap qulağının dibində Mariusun nəmli nəfəsini duyurdu, bu da onun
nəfəs aldığını, hələ diri olduğunu göstərirdi. Jan Valjanın döndüyü koridor əvvəlki koridordan
enli idi. Yerimək getdikcə çətinləĢirdi. Dünənki leysan yağıĢının suyu hələ də kanalın ortası ilə
axırdı, buna görə də Jan Valjan suya girməmək üçün divarın dibi ilə gedirdi. O, ağır düĢüncələr
içində ağır-ağır irəliləyir, qaranlıqda meydana gələn, yeraltı Ģaxtalar zülmətində heç bir Ģey
görmədən hərəkət edən məxluqa oxĢayırdı.
Uzaq bir nəfəslikdən qatı qaranlığa düĢən zəif iĢıqdanmı, ya Jan Valjanın gözlərinin qaranlığa
öyrəĢməsindənmi, o ətrafında olan Ģeyləri seçməyi, çiyni toxunan divarı, altında getdiyi tağı yenə
də tutqun Ģəkildə görməyə baĢladı. Ruh əzab içində böyüyüb, əzab içində Allahı dərk etdiyi
kimi, bəbək də qaranlıqda böyüyür və nəhayət, qaranlıqda iĢıq görür.
Yol seçmək getdikcə çətinləĢirdi.
Çirkab kanallarının istiqaməti, elə bil, bu kanalların üstündəki küçələrin istiqamətini əks etdirir.
O zaman Parisin iki min iki yüz küçəsi vardı. Bu küçələrin altında kloaka adlanan qollu-budaqlı,
dolaĢıq, qaranlıq kanalları təsəvvürünüzə gətirin. Kanallar uc-uca qoyulsaydı, on bir mil olardı.
Biz son otuz ildə sürətlə yeni kanallar qazıldığını demiĢdik, indi onların uzunluğu altmıĢ mildən
az deyildi.
Jan Valjan bura enəndən sonra harada olduğunu səhv baĢa düĢmüĢdü. O elə bilirdi ki, Sen-Deni
küçəsi altındadır, ancaq təəssüf ki, belə deyildi. Sen-Deni küçəsi altındakı kanal XIII Lüdovik
dövründən qalan, daĢdan hörülmüĢ qədim çirkab kanalı idi və Böyük kloaka deyilən kollektor
kanalı ilə birləĢirdi, özünün də keçmiĢdəki Möcüzələr sarayı səviyyəsində, sağ tərəfə bircə
döngəsi vardı, həm də Sen-Marten küçəsi altında qollara ayrılırdı, bu yerdə çirkab kanallarının
dörd xətti bir-birini çalın-çarpaz kəsirdi. Lakin ―Korinf‖ meyxanası yanında deĢiyi olan Kiçik
Sərsəri kanalı Sen-Deni küçəsi altındakı kanalla birləĢmirdi, o ancaq Monmartr kloakasına
tökülürdü. Jan Valjan da gəlib bura çıxmıĢdı. Burada çox tez azmaq olardı: Monmartr kloakası
köhnə kanallar Ģəbəkəsinin ən mürəkkəb qol-budaqlı Ģəbəkələrindən biri idi. XoĢbəxtlikdən, Jan
Valjan bazar altındakı kanalların yanından ötüb keçmiĢdi; bu kanallar plan üzərində meĢə kimi
bir-birinə qarıĢmıĢ dor ağaclarını xatırladırdı. Lakin Jan Valjan hələ çox ağır təsadüflərlə
qarĢılaĢacaqdı, bir çox küçə ayrıclarına rast gələcəkdi; çünki bura da qaranlıq içində onun
qarĢısında sual Ģəklində çıxan həmin küçələrdi. Birinci budur ki, sol tərəfdə geniĢ Platriyer
kloakası vardı; o xalis Çin müəmması idi; onun qatma-qarıĢıq, dolaĢıq çirkab kanalları Poçt
idarəsilə Taxıl bazarının dəyirmi, qübbəli binası altında T və Z Ģəklində Senaya qədər uzanır,
orada Ü Ģəklində qurtarırdı. Ġkincisi, sağ tərəfdə üç dalanlı KeĢikçi küçəsinin əyri tuneli vardı, –
dalanlar çarx diĢinə oxĢayırdı. Üçüncüsü, yenə sol tərəfdə, Mayl küçəsi altında bir kanal vardı,
bu elə baĢlanğıcında haçalanır, əyri-üyrü Ģəkildə uzanaraq Luvr altında kaha kimi böyük bir gölə
tökülürdü. Bir də, sağ tərəfdəki sol döngənin dalında Pəhrizçilər küçəsinin altında bir qol və bir
çox baĢqa xırda qollar vardı; dairəvi kanalla gedən yolda bunlara tez-tez rast gəlmək olardı;
ancaq bu dairəvi kanal Jan Valjanı kənar, yəni təhlükəsiz bir yerə gətirib çıxara bilərdi.
Jan Valjan bu barədə az da olsa, bir Ģey bilsəydi, əlini divara sürtən kimi Sen-Deni küçəsi
altındakı qalereyada olmadığını baĢa düĢərdi. Bu, burjuanın pula qənaət edərək, çopur-çopur
əhəng daĢından, qısaca desək, ―çürüntüdən‖ hidravlik məhlulla beton bünövrə üzərində
tikdirdiyi, ucuz baĢa gələn müasir qalereya idi, qədim qalereyalar yonma, saf daĢdan, qədim
memarlıq üslubu ilə tikilərdi; bu memarlıq sənəti kloakada da öz məğrur əzəmətini hifz edirdi,
onun döĢəməsinə qranit döĢənər, divarları da qranitdən hörülərdi, daĢlar əhəng məhlulu ilə bir-
birinə bərkidilərdi; bu tikintinin hər tuazı səkkiz yüz livrə baĢa gəlirdi. Lakin Jan Valjan bunu
bilmirdi.
O, heç bir Ģey görmədən, heç bir Ģey bilmədən, təsadüflər axınına düĢərək, baĢqa sözlə desək, öz
taleyini qəza-qədərin ixtiyarına buraxaraq təĢviĢ içində, lakin qəti bir inamla qabağa gedirdi.
Etiraf etmək lazımdır ki, onu yavaĢ-yavaĢ dəhĢət alırdı. Onu bürüyən zülmət beyninə nüfuz
edirdi. O, naməlum bir aləm içində ağır-ağır irəliləyirdi. Kloaka hiyləgərdir, xaindir; o sarsıdıcı
dolaĢıqlarla doludur. Vay o adamın halına ki, Parisin bu cəhənnəminə düĢmüĢ olsun! Jan Valjan
qaranlıq içində yol axtarırdı, yol kəĢf edirdi. Onun cəsarət edib endiyi bu məchuliyyət aləmində
atdığı hər addım son addım ola bilərdi. O, burdan necə xilas ola bilərdi? O, yol tapıb buradan
vaxtında çıxa biləcəkdimi? BaĢdan-baĢa daĢ hücrələrdən ibarət olan bu yeraltı süngər onun irəli
getməsinə, buradan çıxmasına imkan verəcəkdimi? Bu zülmət içində, bəlkə də, o heç
gözlənilməyən təhlükəyə, dəf edilməsi mümkün olmayan bir maneəyə rast gələcəkdi? Yoxsa,
Marius qan getmədən, o da acından öləcəkdi? Yoxsa burada ölmək onların nəsibidir, onlardan bu
əbədi zülmət içində, bir bucaqda ancaq iki skelet qalacaqdı? Kim bilir! O, öz-özünə bu sualları
verir, lakin cavab tapa bilmirdi. Parisin bətni – dibi görünməyən dərin girdabdır. O, qədim
peyğəmbər kimi, əjdahanın qarnındadır.
Birdən qəribə bir Ģey onu heyrətə saldı. O, birdən hiss etdi ki, düz qabağa gedir, daha yuxarı
qalxmır. Axan sular qabaq tərəfdən onun çəkməsinə dolmaq əvəzinə, dal tərəfdən ayağına
dəyirdi. Çirkab kanalı indi üzüaĢağı gedirdi. Niyə? Yoxsa bu saat o, Senanın sahilinə çıxacaqdır?
Bu, böyük təhlükə olardı, lakin geri qayıtmaq bundan da təhlükəli idi. O, dayanmadan yenə
qabağa getdi.
Lakin kanal onu heç də Senaya gətirib çıxarmadı. Çirkab suları sağ sahildə olan Parisin iki eniĢli
dikdirinin hər iki döĢü ilə həm Senaya, həm də BaĢ kloakaya axır. Çirkab sularını iki yerə ayıran
bu dikdirin yuxarı hissəsi çox qəribə bir Ģəkildə yana əyilir. Onun çirkab suları axmağa baĢlayan
ən yüksək nöqtəsi həm MiĢel-le-Kont küçəsi dalındakı Sent-Avua kloakasında, həm də bulvar
yanındakı Luvr kloakasında, həm də Mərkəzi bazar yaxınlığındakı Monmartr kloakasındadır. Jan
Valjan dikdirin bu yüksək nöqtəsindən keçirdi. Ġndi o, dairəvi kanala sarı enirdi. Onun tutduğu
istiqamət düz idi. Lakin belə Ģey heç onun ağlına gəlmirdi.
O həmiĢə döngəyə çatanda əli ilə tini yoxlayırdı: təzə koridor əvvəlkindən dar olsaydı, bura
dönmürdü, yenə əvvəlki yolu ilə gedirdi. O haqlı olaraq belə düĢünürdü: hər bir dar kanal onu
mütləq aparıb dalana çıxaracaqdı, bu da onu məqsədindən uzaq salacaqdı, yəni kloakadan
çıxmasına mane olacaqdı. Bu qayda ilə o, qaranlıqda dörd dolaĢıq yolda qarĢısına çıxan
təhlükədən dörd dəfə uzaqlaĢa bilmiĢdi.
Birdən o, hiss etdi ki, Parisin hay-küylü məhəllələrini ötüb keçmiĢdir: o yerlərdə hamı üsyan
qarĢısında qorxudan donub qalmıĢdır, barrikadalar küçə hərəkətinin qabağını kəsmiĢdir; indi o,
Parisin adi, canlı küçələri altındadır. O, baĢı üstündə susmaq bilməyən bir uğultu eĢidirdi, elə bil
ki, uzaqda göy guruldayırdı. Bu, ekipaj çarxlarının səsi idi.
Onun hesabına görə o, yarım saata qədər yol getmiĢdi, amma dincəlmək heç onun yadına da
düĢmürdü. O ancaq Mariusu tutduğu əlini dəyiĢdi. Qaranlıq get-gedə artırdı, ona təsəlli verən də
bu idi.
Birdən o, qarĢısında öz kölgəsini gördü. Kölgə döĢəmənin sal daĢları üstünə düĢmüĢdü. Güclə
seçilən tünd-qırmızı zəif iĢıq onun ayağı altındakı daĢı, baĢı üstündəki tağı iĢıqlandırır, tunelin
sürüĢkən divarlarında titrəyirdi. O, heyrətlə dönüb baxdı.
Arxa tərəfdə, koridorun sonunda məĢum bir ulduz qatı qaranlığı dələrək hərəkət edirdi, bu, sanki,
ona zillənən bir göz idi. Jan Valjana elə gəldi ki, iĢıq çox-çox uzaqdadır.
Bu, polis iĢçilərinin gözü idi, bu, yeraltı aləmin sönük məĢəli idi.
Bu ulduzun dalında səkkiz, ya on uzun, qara, qorxunc kölgə tutqun halda titrəyirdi.
ĠKĠNCĠ FƏSĠL.
Ġzahat.
Əmr edilmiĢdi ki, iyunun altısında gündüz çirkab kanalları baĢdan-baĢa yoxlanılsın. Bu
kanalların məğlub olmuĢ üsyançılar üçün sığınacaq yeri olacağından qorxurdular, buna görə də
polis prefektinə tapĢırılmıĢdı ki, general Büjo Parisi üsyançılardan təmizlədiyi zaman, o da
yeraltı Parisi üsyançılardan təmizləsin. Bir-birilə uzlaĢdırılmıĢ bu iki əməliyyat dövlət
baĢçılarından ikiqat tədbir tələb edirdi: yuxarı – qoĢunun, aĢağı – polis idarəsinin ixtiyarına
verilmiĢdi. Üç dəstə agent və kloaka fəhləsi Parisin yeraltı çirkab kanallarını eninə-uzununa
axtarırdı: dəstələrdən biri Senanın sağ sahillərindəki, o birisi, Senanın sol sahilindəki, üçüncüsü
də, Ģəhərin mərkəz hissəsindəki çirkab kanallarını yoxlayırdı.
Polis agentləri karabinlə, dəyənəklə, qılıncla, xəncərlə, silahlanmıĢdılar.
Bu anda Jan Valjana sarı yönəldilən iĢıq – sağ sahili yoxlayan polis keĢikçisinin fənərindən
düĢmüĢdü.
KeĢikçilər üç dalanlı əyri qalereyanı indicə yoxlamıĢdılar: bu qalereya keĢikçi küçəsi altında idi.
Onlar fənərlə bu dalanların künc-bucağını yoxlarkən, Jan Valjan gəlib qalereyaya çatmıĢdı, lakin
onun baĢ koridordan dar olduğunu müəyyən etdikdən sonra, oraya girmədi, onun yanından ötüb
keçdi. Polis agentləri KeĢikçi küçəsi altındakı qalereyadan geri qayıdanda ayaq səsi eĢitdilər: səs
dairəvi kanala sarı uzaqlaĢırdı. Bu, Jan Valjanın ayaq səsi idi. KeĢikçilərin baĢçısı, serjant, fənəri
qaldırdı, dəstədəki agentlərin hamısı diqqətlə qaranlığa, səs gələn tərəfə baxdı.
Jan Valjan üçün bu, çox dəhĢətli bir an idi.
XoĢbəxtlikdən, fənəri o, yaxĢı görsə də, fənər onu yaxĢı iĢıqlandırmırdı. Fənər iĢıqdı, Jan Valjan
kölgə. O çox uzaqda idi, qaranlıq onu bürümüĢdü. Divara sıxılıb sakitcə durdu.
Jan Valjan arxa tərəfdə hərəkət edən kölgələrə çox da fikir vermədi. Yuxusuzluqdan, aclıqdan,
həyəcandan, sanki, sərməst idi. ĠĢıq, iĢıqdan görünən kölgələr ona bir xəyal kimi görünürdü.
Bunun nə olduğunu o baĢa düĢmürdü.
Jan Valjan dayananda səs kəsilirdi.
KeĢikçilər diqqətlə qulaq asırdılar, ancaq heç bir Ģey eĢitmirdilər, diqqətlə baxırdılar, – heç bir
Ģey görmürdülər. Onlar məsləhət etməyə baĢladılar.
O zaman Monmartr çirkab kanalında, ―yol ayrıcı‖ deyilən bir yer vardı; əmələ gələn gölməçə
sonralar bu ―yol ayrıcı‖nı dağıtmıĢdı; gölməçə özü Ģiddətli yağıĢ suları axınından meydana
gəlmiĢdi. Polis dəstəsi bu meydançada yerləĢə bilərdi.
Jan Valjan bütün o kölgələrin bir yerə halaylama yığıldığını gördü. Onların buldoq iti baĢına
oxĢayan baĢları bir-birinə yaxınlaĢdı: pıçıldaĢmağa baĢladılar.
Bu keĢikçi köpəklər belə qərara gəldilər ki, yanılıblar, onların qulağına səs gəlir, orada heç kəs
yoxdur, gedib dairəvi kanalı yoxlamaq mənasız iĢdir, bu, ancaq boĢ yerə vaxt itirmək deməkdir;
gərək onlar tez Sen-Merri tərəfə getsinlər; çünki bir iĢ tapılsa, ancaq orada tapılacaq, bir Ģuluqçu
tuta bilsələr, ancaq o məhəllədə tutacaqlar.
Partiyaların öz düĢmənlərinə verdiyi pis-pis adlar köhnəldikdə, bu adlara bəzən təzə libas
geydirirlər. 1832-ci ildə ―Ģuluqçu‖ sözü onda köhnəlmiĢ olan ―yakobinçi‖ sözünü əvəz etdi, həm
də sonralar ―demoqoq‖ sözünə yol açdı; ―demaqoq‖ sözü o zaman hələ iĢlənmirdi, iĢlənsə də, az
iĢlənirdi, lakin sonralar bu söz çox gözəl qulluq göstərdi.
Serjant sola dönməyi, Senaya tərəf getməyi əmr etdi. Onlar iki dəstəyə bölünsəydi, hər dəstə də
ayrı-ayrı bir istiqamətlə getsəydi, – bu, onların ağlına gəlsəydi, – Jan Valjan mütləq ələ
keçəcəkdi. Onun taleyi tükdən asılı idi. Polis perefekturası, yəqin ki, toqquĢma baĢ verə
biləcəyini, qiyamçıların sayca çox olduğunu nəzərə alaraq, öz təlimatlarında dəstələrə bölünməyi
keĢikçilərə qadağan etmiĢdi. Bu qayda ilə keĢikçilər Jan Valjanı öz arxalarında qoyub yola
düzəldilər. Bütün bu Ģeylərdən Jan Valjanın bildiyi ancaq o oldu ki, fənəri birdən yana dartdılar,
fənər söndü.
Serjant öz polis vicdanını təmizləmək üçün yola düzələndə karabinindən yoxlanılmayan tərəfə,
yəni Jan Valjanın olduğu yerə bir güllə atdı. Tüfəngin gurultusundan qopan əks-səda mağaralara
yayıldı, elə bil ki, kloakanın nəhəng qarnı quruldadı. Bir parça suvaq qopub axar suya düĢdü, Jan
Valjandan bir neçə addım o yanda suyu ləpələndirdi. Jan Valjan bildi ki, güllə onun baĢı üstündə
tağa dəymiĢdir.
Polis agentləri yavaĢ-yavaĢ, nizamla yeriyərək uzaqlaĢırdılar, onların ayağı sal daĢlara dəydikcə
uğultulu səs eĢidilirdi, onlar uzaqlaĢdıqca səs də yavaĢıyırdı: nəhayət, səs kəsildi, qara kölgələr
qaranlıqda gözdən itdi, fənərin tağlara yarımdairə Ģəklində düĢən qırmızımtıl, titrək, solğun iĢığı
get-gedə azalaraq söndü. Yenə ətrafa dərin bir sükut çökdü, yenə hər yeri zülmət bürüdü, yenə
göz-gözü görməyən sakit bir gecə baĢlandı. Jan Valjan divara söykənərək xeyli durdu,
tərpənmədi, uzaqlaĢan və nəhayət, gözdən itən kölgələrə çox diqqətlə baxdı.
ÜÇÜNCÜ FƏSĠL.
Ġzlənən adam.
O zamanın polis idarəsinə haqq vermək lazımdır: ən mürəkkəb siyasi vəziyyətdə də o öz
vəzifəsini yerinə yetirərək, adamları izləyirdi, gözdən qoymurdu. Onların fikrincə, üsyan heç də
o demək deyil ki, hökumət təhlükədədir deyə, canilərə sərbəst hərəkət etməyə, cəmiyyəti baĢlı-
baĢına buraxmağa yol verilsin. Polis idarəsinin gündəlik iĢi, xüsusi tapĢırıqlarla bərabər, öz
qaydası ilə gedirdi, burada heç bir dəyiĢiklik yox idi. BaĢ verən siyasi hadisələrin necə
qurtaracağını qabaqcadan təyin etmək çətindi, bu hadisələr inqilabla da nəticələnə bilərdi; lakin
hadisələrin lap qızğın vaxtında nə üsyan, nə də barrikadalar polis agentlərini öz iĢindən yayındıra
bilməzdi, onlar yenə də adamları izləməkdə davam edirdilər.
Buna oxĢar bir hal iyunun 6-da, günortadan sonra, Senanın sağ sahilində, sahil yoxuĢunun
yanında, Əlillər körpüsünün o tərəfində baĢ verdi.
Ġndi bu sahil yoxuĢu orada yoxdur. O yerlər çox dəyiĢmiĢdir.
Ġki adam bir-birindən aralı bu yoxuĢ uzunu gedirdi, onlar, sanki, həm bir-birindən çəkinir, həm
də bir-birini gizlincə müĢahidə edirdi. Qabaqda gedən adam gözdən itməyə, daldan gələn özünü
ona yetirməyə çalıĢırdı.
Bu, oynayanlar arasında böyük məsafə olan və dinib danıĢmadan oynanılan Ģahmat oyununu
xatırladırdı. Sanki, onlardan heç biri tələsmirdi, ikisi də yavaĢ gedirdi; elə bil, onlar bir Ģeydən
qorxurdular: biri addımını yeyinlətsə, o birisi də yeyinlədəcəkdi.
Elə güman etmək olardı ki, yırtıcı heyvan öz ovunu təqib edir, ancaq öz niyyətini çox məharətlə
gizlədir. Ov da aldanmaq istəmir, qulağı səsdədir.
Qovularaq əldən düĢmüĢ samurla tazı arasındakı qüvvətdə necə nisbət varsa, burada da elə bir
nisbətə riayət edilirdi. Qaçan adam üzdən zəif, miskin görünürdü, onu təqib edən ucaboylu,
sağlam adam çox qüvvətli idi və yəqin ki, vuruĢma zamanı amansızdı.
Birinci adam özünü zəif hiss etdiyindən, görünür, çalıĢırdı ki, o birinin gözündən yayınsın, lakin
o qəzəbli idi; bu adamı müĢahidə edən olsaydı, onun baxıĢlarında qovulan bir heyvan ədavəti,
həm təhdid, həm də qorxu görərdi.
Sahil bomboĢdu: nə bir yoldan ötən vardı, nə bir qayıqçı, nə də dirəyə bağlanan barjlarda bir
hambal.
Bu iki adamı, ancaq sahil küçəsinin özündən yaxĢı görmək olardı; kim onları belə bir məsafədən
müĢahidə etsəydi, birinci adam ona cındır paltarlı, Ģübhəli səfil kimi görünərdi; onun sifətində
qorxu ifadə olunurdu, o soyuqdan titrəyirdi, əynində köhnə yırtıq bir bluza vardı; lakin o birisini
qulluq sahibi olan mötəbər adam zənn edərdi; bu adam boğazınadək düymələnmiĢ rəsmi sürtuk
geymiĢdi
Oxucu onları yaxından görsəydi, bəlkə də, tanıyardı.
Ġkinci adam nə etmək istəyirdi?
Görünür, birinci adama isti paltar vermək istəyirdi.
Rəsmi mundir geymiĢ adam cındır geyimli adamı təqib edirsə, adətən o çalıĢır ki, o biri adama
da rəsmi paltar geydirsin. Məsələ ancaq bu paltarın rəngindədir. Göy paltar geymək Ģərəfdir,
qırmızı paltar geymək xoĢa gəlməyən Ģeydir.
Cəmiyyətdə səfalətə uğrayanların da tünd-qırmızı geyimi olur.
Yəqin ki, birinci adam belə ―xoĢa gəlməyən Ģeydən‖, belə tünd-qırmızı geyimdən qaçıb
qurtarmaq istəyirdi.
Ġkinci adam birinci adamın irəli getməsinə mane olmurdu, onu tutmurdu; bu onu göstərirdi ki,
yəqin o, mühüm bir görüĢün izinə düĢmək, ya da bir dəstə cinayətkarı ələ keçirmək ümidindədir.
Çox ehtiyatlı olmağı tələb edən belə çətin iĢə adamı izləmək deyilir.
Bir vəziyyət belə bir gümanın düzgün olduğunu təsdiq etdi. Sürtuk geymiĢ adam yuxarıda sahil
küçəsilə gedən boĢ bir ekipaj görüb əl elədi; sürücü, görünür, bu adamın kim olduğunu dərhal
baĢa düĢdü, elə o saat ekipajı döndərdi, iki adamın izini tutaraq, sahil küçəsilə atları addım-
addım sürməyə baĢladı. Qabaqda gedən Ģübhəli səfil bunu görmədi.
Fiakr Yelisey çölü ilə, ağacların altı ilə gedirdi. Əlində qırmanc tutan sürücünün baĢı və çiyni
sahil sürahisi üstündən görünürdü.
Polis agentlərinə verilən məxfi əmrnamədə belə bir maddə vardır: ―Hər ehtimala qarĢı həmiĢə
yanında pulla tutulmuĢ bir ekipaj olmalıdır‖.
Yolla gələn iki adam, strategiyanın bütün qayda-qanununa riayət edərək, manevr edə-edə sahil
küçəsinin yoxuĢuna yaxınlaĢırdı; o zaman Passidən gələn arabaçılar bu yoxuĢdan çaya enib
atlarını suvarırdılar. Sonralar bu əlveriĢli yoxuĢ simmetriya xatirinə ləğv edilmiĢdi; qoy atlar
susuzluqdan yansın, lakin əmələ gələn mənzərə adamın ürəyini açırdı.
Elə bil ki, bluzalı adam sahil yoxuĢu ilə yuxarı qalxıb Yelisey çölündə gözdən itmək istəyirdi;
orada ağac çox olsa da, polis agentləri də az deyildi; sürtuklu adama köməyə gələ bilərdilər.
Sahil küçəsinin bu yeri polkovnik Brakın 1824-cü ildə Moredən Parisə gətirdiyi, I Frasiskin evi
adlanan məĢhur evin lap yaxınlığında idi. Qarovulxana da onun yanında idi.
Lakin sürtuklu adam bir Ģeyə çox təəccüb etdi: onun güddüyü adam eniĢə sarı heç getmək
fikrində deyildi, yenə sahil küçəsilə öz yoluna davam edirdi.
Onun çıxılmaz vəziyyətə düĢdüyü aydın görünürdü.
Ġndi onun üçün bircə yol qalırdı: özünü Senaya atsın.
O, sahil küçəsinə qalxmamaq üçün son imkanı da əldən verdi: buradan o yana nə eniĢ vardı, nə
pilləkən. Senanın Ġyen körpüsü yanında burularaq əmələ gətirdiyi döngə lap yaxında görünürdü;
burada sahil get-gedə ensizləĢir, nazik bir torpaq zolağı Ģəklini alır, suyun altında itirdi. Bluzalı
adam orada çox pis vəziyyətə düĢəcəkdi; sağ tərəfdən sahil küçəsinin divarı, sol və ön tərəfdən
çay, arxa tərəfdən hökumət nümayəndəsi onun yolunu kəsəcəkdi.
Lakin torpaq zolağının sonu görünmürdü: altı-yeddi arĢın hündürlükdə olan çınqıl yığını onun
qabağını tutmuĢdu: bu çınqıl uçurulmuĢ bir binadan tökülüb qalmıĢdı. Yoxsa, o zavallı elə zənn
edirdi ki, bu çınqıl yığınının dalında gizlənməklə canını qurtara bilər? Lakin hərlənib bu yığının
dalına keçmək çox asan idi. O, bunu etsəydi, bu, uĢaqcasına bir hərəkət olardı. Yəqin ki, o, baĢqa
fikirdə idi. Canilər bu qədər də sadəlövh olmur.
Sahildə təpə Ģəklini alan çınqıl yığını hündür bir təpə kimi sahil küçəsinin divarına qədər
uzanırdı.
Bluzalı adam bu təpəyə çatdı, onun dalına keçib gözdən itdi.
Ġkinci adam təqib etdiyi adamın gözdən itdiyini görüb, özünün də görünmədiyini zənn edərək,
açıqca hərəkət etməyi qərara aldı: addımlarını yeyinlətdi. Bir dəqiqədə özünü çınqıl yığınına
yetirdi, hərlənərək onun ərafına baxdı, heyrət içində donub qaldı: ardınca gəldiyi adam orada yox
idi.
Səfil yox olmuĢdu.
Sahil, çınqıl yığınından o tərəfə otuz addıma qədər uzanırdı, sonra suyun altında qalırdı; çayın
suyu sahil küçəsinin divarına dəyərək ləpələnirdi.
Bluzalı adam özünü çaya atsaydı sahil divarının üstündən aĢsaydı, daldan gələn adam onu
görərdi. Deməli, o özünü nə çaya atmıĢdı, nə də divardan aĢmıĢdı. Bəs necə olmuĢdu?
Sürtuklu adam sahilə yaxın gəlib dayandı, yumruqlarını sıxaraq, diqqətlə ətrafına baxa-baxa bir
anlığa fikrə getdi. Birdən o, əlini Ģappıltı ilə alnına vurdu: o, torpaq zolağının qurtardığı və suyun
baĢlandığı yerdə, daĢdan tikilmiĢ tağ altında üç iri həncamalı, iri qıfıllı, enli, alçaq bir dəmir
barmaqlıq gördü. Qapıya oxĢayan, sahil küçəsi divarının aĢağısında olan bu barmaqlığın bir
hissəsi çayda, bir hissəsi də sahildə idi. Onun altından bulanıq su axırdı. Bu su Senaya tökülürdü.
Barmaqlığın yoğun, paslı dəmir çubuqları arasından baxanda koridor kimi qaranlıq bir yer
görünürdü.
Sürtuklu adam əllərini döĢündə çarpazlayaraq, barmaqlığa narazı halda baxdı.
BaxıĢları ilə bir Ģey əldə etmədiyindən, barmaqlıqdan tutub itələdi, onu silkələdi; barmaqlıq çox
möhkəm idi. Çox güman ki, onu indicə açmıĢdılar, ancaq belə paslı dəmirin cırıldamaması çox
qəribə idi. Hər halda, bir Ģeyə heç Ģübhə yox idi: onu yenə də bağlamıĢdılar. Bu, sübut edir ki,
barmaqlığı açan adamın əlindəki qıfılaçan deyil, xalis açar imiĢ.
Barmaqlığı silkələyərək açmaq istəyən adam bunu dərhal baĢa düĢdü, acıqlı-acıqlı, həyəcanla
dedi:
– Belə Ģey olar! Onun əlindəki hökumət açarı imiĢ.
Elə o saat da sakit oldu, baĢına dolan fikirləri bir az da gülünc səslənən qısa sözlərlə, həyəcanla
dalbadal ifadə etdi:
– Belə, belə, belə!
Sonra da çınqıl yığını dalında gizlənib, bir polis xəfiyyəsi səbrilə gözləməyə baĢladı; o nəyi
nəzərdə tutmuĢdu: o adamın qayıdıb çölə çıxacağınımı, ya baĢqalarının oraya girəcəyinimi
görmək istəyirdi, – bu məlum deyildi.
Sürücü də polis agentinin hərəkətini nəzərə alaraq fiakrını sürürdü; onun dayandığını görüb
fiakrı yuxarıda, sahil küçəsi sürahisi yanında saxladı. Burada çox dayanacağını hiss edərək
fiakrdan yerə düĢdü, hər atın baĢına altı azca islanmıĢ olan balaca yulaf torbası keçirtdi. Parislilər
belə torbalara çox yaxĢı bələddirlər: mötərizə içində qeyd edək ki, hökumət də bu qayda ilə
adamların ağzını çox tez-tez yumurdu. Ġyen körpüsündən keçən tək-tək adam bir anlığa dönür,
mənzərənin bu iki təfsilatına, bu iki hərəkətsiz Ģeyə – sahildəki adama və sahil küçəsində
dayanan fiakra baxırdı.
DÖRDÜNCÜ FƏSĠL.
O da öz əzabını çəkir.
Jan Valjan yenə yoluna davam etdi, bir daha dayanmadı.
Yerimək get-gedə çətinləĢirdi. Tağ hər yerdə yeni hündürlükdə deyildi, orta hesabla onun
hündürlüyü təxminən beĢ fut altı düymə idi və orta boylu adam üçün nəzərdə tutulmuĢdu. Jan
Valjan əyilə-əyilə gedirdi ki, Marius tağın daĢına toxunmasın; o hər dəqiqə gah əyilir, gah
dikəlirdi, həmiĢə də əlini divara sürtə-sürtə gedirdi; yaĢ divar, sürüĢkən, sal daĢlar onun həm
əlləri, həm də ayaqları üçün yaxĢı istinad deyildi. O, Ģəhərin murdar çirkabı içində büdrəyə-
büdrəyə, ağır-ağır gedirdi. Nəfəsliklərdən düĢən iĢıq o qədər solğun idi ki, gün iĢığı ay iĢığı kimi
görünürdü, həm də bu nəfəsliklər çox az idi. ĠĢıq düĢməyən yerlər, sanki, duman içində idi,
qaranlıqdı, gecə idi, zəhərli buxar hər tərəfi bürümüĢdü. Aclıq, susuzluq, xüsusilə susuzluq Jan
Valjana əzab verirdi: o, sanki, dəniz içində idi; hər tərəf su olsa da, bu suyu içmək olmazdı. Biz
bilirik ki, o, uzun illər ziyanlı Ģeylərə yaxın durmadığından öz qüvvəsini saxlaya bilmiĢdi,
bununla belə, onun bu fövqəladə qüvvəsi zəifləməyə baĢlayırdı. O, get-gedə yorulurdu; gücü
azaldıqca üzərindəki yükün ağırlığı artırdı. Mariusun, bəlkə də, cansız bədəni meyit kimi onu
yorub əldən salırdı. Jan Valjan Mariusu çiynində elə tutmaq istəyirdi ki, onun sinəsinə ağırlıq
düĢməsin, nəfəs almasına mane olmasın. O, ayağı altında siçovulların o yan-bu yana qaçdığını
hiss edirdi. Siçovullardan biri qorxudan az qalmıĢdı onun ayağını diĢləsin. Kanala açılan
deĢiklərdən arabir təmiz hava gəlirdi, Jan Valjan bu havanı tənəffüs etdikcə yüngüllük duyurdu.
O gəlib dairəvi kanala çatanda, yəqin ki, saat üç olardı. Hər Ģeydən əvvəl, onu birdən-birə gözləri
önündə açılan geniĢ sahə təəccübləndirdi. O, böyük bir qalereyaya gəlib çıxmıĢdı: burada hər iki
qolunu aça bilərdi – qolları divar toxunmazdı, dikələ bilərdi – baĢı tağa dəyməzdi. Bu baĢ
kanalın eni səkkiz fut, hündürlüyü yeddi fut idi.
BaĢ kanala Monmartr kanalının töküldüyü yerdə Provan sal və Sallaqxana küçələrinin də iki
yeraltı qalereyası bir-birini kəsib keçirdi. Bir az fərsiz adam burada, bu dörd yolun ayrıcında
özünü itirə bilərdi. Jan Valjan ən geniĢ yolla, yəni dairəvi kanalla getməyi qət etdi. Lakin burada
da qarĢıya bir sual çıxırdı; aĢağımı enmək, yuxarımı qalxmaq lazımdır? Vəziyyət onu tələsməyə
məcbur edirdi, indi o özünü hər necə olsa, Senaya yetirməli idi, baĢqa sözlə, o, aĢağıya enməli
idi. Jan Valjan sola döndü.
YaxĢı da elədi. Dairəvi kanalın – biri Bersiyə, biri də Passiyə – iki çıxacaq yeri olduğunu, verilən
adın göstərdiyi məfhuma görə çayın sağ sahilində yeraltı Parisi əhatə etdiyini düĢünmək səhv
olardı. BaĢ kanal Menilmontan çayının kanala alınmasından baĢqa bir Ģey deyil – bu, gərək
bizim yadımızda olsun, adam bu suyun axarı ilə baĢyuxarı qalxsa, gəlib çıxılmaz bir yerə, yəni
suyun mənbəyinə, Menilmontan təpəsinin dibindəki çeĢməyə çatacaqdır. BaĢ kanal yan kanalla
bilavasitə əlaqədar deyil; Popenkur məhəlləsindən baĢlayaraq Parisin çirkab suları bu yan kanala
tökülür, yan kanal özü isə qədim Luvye adasından bir az yuxarıda Amlo borusu vasitəsilə Senaya
tökülür. Kollektor, kanala əlavə edilən bu yan kanal Menilmontan küçəsi altında daĢ sədd ilə baĢ
kanaldan ayrılır. Jan Valjan qalereya ilə baĢyuxarı getsəydi, bir çox çətinliklərdən sonra yorulub
əldən düĢərək, ölümcül halda zülmət içində sal divarla qarĢılaĢacaqdı. Bu isə onun sonu
olacaqdı.
Bundan yaxĢı vəziyyətə düĢsəydi, yəni bir az geri dönərək,Ehtiraslar küçəsi tunelinə girsəydi,
BuĢra yol ayrıcı altında yeraltı dağıntılar qarĢısında dayanmasaydı, Sen-Lui koridoru ilə qabağa
getsəydi, sonra Sen-Jil keçidi ilə sola dönsəydi, sonra da sağa dönsəydi və Sen-Sebastyan
qalereyasından keçsəydi, Bastiliya altında olan və F hərfini xatırladan kanallar Ģəbəkəsi
içərisində azmasaydı, gəlib Amlo kanalına çatardı, oradan da, Bastiliya altında, Cəbbəxana
yanında Sena çayına çıxardı. Lakin belə bir yolu gəlmək üçün mütləq Paris kloakasının
ulduzĢəkilli nəhəng quruluĢunu, onun bütün qol-budağını, girinti-çıxıntısını yaxĢı bilmək
lazımdı. Jan Valjan isə, təkrar edirik, bu dəhĢətli yollar Ģəbəkəsinə qətiyyən bələd deyildi; ondan
soruĢsaydılar ki, sən hardasan, o, belə cavab verərdi: ―Mən zülmətin qəlbindəyəm‖.
Daxili duyğu onu aldatmadı. AĢağı enmək, doğrudan da, qurtuluĢ imkanı deməkdi.
Onun sağ tərəfində, Lafit və Sen-Jorj küçələri altında əyri caynaq kimi bir-birindən ayrılan iki
koridor, bir də ġose d’Anten altında haçalanan uzun kanal qalmıĢdı.
Jan Valjan balaca bir yan kanaldan keçərək dincəlmək üçün dayandı; bu kanal yəqin Madlen
küçəsi altındakı Ģaxələrdən biri idi. O, yaman yorulmuĢdu. GeniĢ bir nəfəslikdən içəri iĢıq
düĢürdü, bu nəfəslik yəqin Anju küçəsinin nəzarət quyusu idi. Jan Valjan üsulluca və
mehribanlıqla Mariusu divarın çıxıntısına qoydu, sanki, bu, onun yaralı qardaĢı idi. Nəfəslikdən
Mariusun qanlı üzünə düĢmüĢ solğun iĢıq onun üzünü qəbrə qoyulmuĢ meyit üzərinə oxĢadırdı.
Gözləri yumulu idi, qana bulaĢmıĢ saçı çəngə-çəngə gicgahlarına yapıĢmıĢdı, cansız qolları
qamçı kimi sallanırdı, gicgahında qan quruyub qalmıĢdı; qalstukunun ilgək vurulan yerində
laxtalanmıĢ qan görünürdü, köynəyinin qırçınları açıq yarasına yapıĢmıĢdı, mahud sürtuku
bədənindəki təzə yaralara toxunurdu. Jan Valjan barmaqlarının ucu ilə yavaĢca onun yaxasını
açdı, əlini sinəsinə qoydu; ürəyi hələ döyünürdü. O, öz köynəyini parçaladı, Mariusun yarasını
bacardığı qədər yaxĢı bağladı, bununla da axan qanı kəsdi: sonra ala-qaranlıqda, huĢunu itirmiĢ,
sanki, nəfəsi kəsilmiĢ Mariusun üzərinə əyildi, hədsiz bir nifrətlə ona baxdı.
O, Mariusun yarasını bağlarkən onun ciblərindən iki Ģey tapmıĢdı: dünəndən bəri yaddan çıxmıĢ
bir parça çörək, bir də qeyd dəftərçəsi. Jan Valjan çörəyi yedi, sonra dəftərçəni açdı. Dəftərçənin
ilk səhifəsində Marius öz əli ilə üç sətir söz yazmıĢdı, bu sözlər oxucunun yadındadır:
―Mənim adım Marius Ponmersidir. XahiĢ edirəm, mənim meyidimi mənim babama – cənab
Jilnormana çatdırın, Ehtiraslar küçəsi, № 6, Maredə‖.
Jan Valjan nəfəslikdən düĢən iĢıqda bu üç sətir yazını oxudu, fikrini toplayaraq: ―Ehtiraslar
küçəsi, № 6, cənab Jilnorman‖ sözlərini astadan təkrar edə-edə bir anlığa donub qaldı. Sonra
qeyd dəftərçəsini yenə də Mariusun cibinə qoydu. Çörəyi yeyəndən sonra qüvvətə gəldi, yenə
Mariusu dalına aldı, onun baĢını üsulluca sağ çiyninə qoydu, çirkab kanalı ilə üzüaĢağı getməyə
baĢladı.
BaĢ kanal Menilmontan çayı axan dərənin altında yerləĢir, özünün də təxminən iki mil uzunluğu
vardır. Kanalın xeyli hissəsinin dibinə daĢ döĢənmiĢdir.
Ġndi bizim əlimizdə elə bir məĢəl vardır ki, bununla biz oxucuların yeraltı səyahətini iĢıqlandıra
bilirik. Jan Valjanın isə belə bir məĢəli yox idi, – o, küçələrin adını bilmirdi. Heç bir Ģey ona
Ģəhərin hansı rayonundan keçdiyini və ya nə qədər yol getdiyini göstərmirdi. Ancaq yolda arabir
rast gəldiyi iĢıq ləkələrinə əsasən, küçələrə daha gün iĢığı düĢmədiyini, axĢam olduğunu təyin
edə bilirdi; iĢıq ləkələri getdikcə solğunlaĢırdı; əvvəllər onun baĢı üstündə ara vermədən çarx
səsləri eĢidilirdi, bu səslər də get-gedə azaldı, axırda lap kəsilən kimi oldu; Jan Valjan bundan
belə nəticə çıxartdı ki, o, mərkəzi məhəllələr dairəsindən çıxmıĢdır, bayır bulvarları yanındakı
boĢ sahəyə və kənarda olan çay sahili küçələrinə yaxınlaĢır. Ev və küçə az olan yerdə kloakada
da nəfəslik azdır. Jan Valjanın ətrafında qaranlıq artırdı. Bu qaranlıq ona qabağa getməyə mane
olmurdu: o, əlləri ilə yan-yörəsini yoxlaya-yoxlaya irəliləyirdi.
Bu zülmət birdən daha dəhĢətli oldu.
BEġĠNCĠ FƏSĠL.
Qum, qadın kimi hiyləgərdir: o nə qədər cəzb edirsə,
bir o qədər də təhlükəlidir.
Jan Valjan suya girdiyini, ayaqları altında daha sal daĢ deyil, lil olduğunu hiss etdi.
Bretan, ya ġotlandiya sahillərində bəzən elə olur ki, su geri çəkiləndə bir yolçu, ya balıqçı
sahildən qumun üstü ilə xeyli qabağa gedir və bir neçə dəqiqədən bəri bir az çətin yeridiyini
qəfildən hiss edir. Yer onun ayağı altında, sanki, qatrana çevrilir, ayağı yerə yapıĢır; bu, artıq
qum deyil, yapıĢqandır. Qum, elə bil ki, qurudur, lakin hər addımdan sonra, ayağını yerdən
götürən kimi, ləpiri su ilə dolur. Göz heç bir dəyiĢiklik görmür: sahilin ucu-bucağı yoxdur, o
dümdüzdür, onun yeknəsəq görünüĢü var, qum hər yerdə bir cür nəzərə çarpır, heç bir Ģey bərk
yeri boĢ yerdən fərqləndirmir, su birələri yenə də yolçunun ayağı altında atılıb-düĢür. Qumun
üstü ilə gedən adam yoluna davam edir, sahilə yaxın olmağa çalıĢır. O heç də narahat deyil. Niyə
də narahat olsun? Ancaq ona elə gəlir ki, ayağını atdıqca yeriĢi nədənsə ağırlaĢır. Birdən o
batdığını hiss edir. O, iki-üç düyüm batmıĢdır. Yəqin ki, yolunu azmıĢdır, dayanır, istiqamətini
təyin etmək istəyir. Ayağına baxır. Ayağı görünmür. Qum ayağını örtmüĢdür. Ayaqlarını
qumdan çıxarır, qayıtmaq istəyir, geri dönür, lakin quma daha çox batır. Qum onun topuğuna
qalxır. O dartınıb özünü sola atır, – qum baldırına çıxır. Yenə də dartınaraq özünü sağa atır, –
qum dizinə çatır. Bu zaman o, dəhĢət içində baĢa düĢür ki, boĢ qum sahəsinə düĢmüĢdür, onun
ayaqları altında elə qorxunc təhlükə vardır ki, burada balıq üzə bilmədiyi kimi, insan da gəzə
bilməz. Onun dalında yükü varsa, yükünü yerə atır, – fəlakətə uğrayan gəmi yükdən azad olur.
Lakin daha gecdir: qum dizindən yuxarı qalxmıĢdır.
Köməyə adam çağırır, Ģapkasını ya yaylığını baĢı üstündə yelləyir, lakin qum onu daha artıq
özünə çəkir. Sahildə heç kəs yoxsa, yaĢayıĢ yeri uzaqdırsa, bu qum sahəsi nəhs bir ad çıxarmıĢsa,
oraya yaxın yerdə bir qəhrəman tapılmazsa, onda adamın iĢi bitmiĢ olur: qum onu udur. O,
yavaĢ-yavaĢ ölür; bu dəhĢətli ölümdən can qurtarmaq olmur, bu, amansız bir ölümdür, bunun nə
vaxtını uzatmaq, nə də onu sürətləndirmək mümkündür; bu ölüm saatlarla davam edir; o, sanki,
heç qurtarmayacaq. Siz sağlamsınız, sərbəstsiniz, sizdə tükənməz bir qüvvə var, ölüm sizi bu
vəziyyətdə yaxalayır, ayaqlarınızı qamarlayır, siz çığırdıqca, dartındıqca, o, sizə daha artıq əzab
vermək istəyir. Bu ölüm adamı yavaĢ-yavaĢ yerin içinə çəkir, onu üfüqlərə, ağaclara, yaĢıl
çöllərə dərədəki daxmalardan qalxan tüstüyə, dənizdə üzən gəmilərin yelkəninə, hər tərəfdə
uçuĢan, nəğmə oxuyan quĢlara, günəĢə, göylərə könlü istədiyi qədər tamaĢa etməyə vaxt verir.
BoĢ qumsallıq mədd ilə çevrilən, canlı ov üçün yerin təkindən qalxan qəbirdir. Hər an – amansız
bir qəbirqazandır. Bu bədbəxt adam istəyir ki, otursun, uzansın, sürünsün, lakin onun hər
hərəkəti onu daha dərinə quylayır; o dikəlir, lakin daha artıq dərinə gedir; o batdığını duyur,
çığırır, yalvarır, göyləri köməyə çağırır, dərd içində boğulur, ümidini itirir. Budur, qum onun
qurĢağına çatmıĢ, ancaq döĢü ilə baĢı bayırda qalmıĢdır. O, qollarını açır, dəhĢətli fəryad qoparır,
dırnaqlarını quma batırır, bu boĢ qumu qamarlayıb özünü saxlamaq istəyir, hönkür-hönkür,
dərdli-dərdli ağlayır, qum daha da yuxarı qalxır. Qum gəlib çiyninə, çənəsinə çatır, indi onun
ancaq üzü görünür. Ağzı hələ çığırır, – qum ağzına dolur; səsi kəsilir. Gözləri hələ baxır, – qum
gözlərini örtür: ətrafa zülmət çökür. Alnı da yavaĢ-yavaĢ yox olur, ancaq saçını külək qum
üstündə tərpədir, əli qumun səthini dələrək əsəbi halda titrəyir, sıxılır, yox olur. Nə məĢum ölüm!
Bəzən atlı atı ilə bərabər, bəzən arabaçı arabası ilə bərabər quma batır; qum hər Ģeyi udur.
Qumda batmaq heç də dənizdə batmaq deyil. Burada adam torpağa batır. Ġçərisinə okean hopmuĢ
torpaq tələ olur. O bizim qarĢımızda bir düzənlik kimi uzanıb gedir, ayağımızın altında dalğa
kimi yarılır. Belə hiyləgərlik girdaba xas olan bir haldır.
Bəzi dəniz sahillərində həmiĢə belə məĢum hadisələr baĢ verir, lakin otuz il bundan əvvəl belə
bir hadisə Paris kloakasında baĢ verdi.
1883-cü ilə kimi Parisin yeraltı çirkab kanallarında, heç gözlənilmədiyi halda, tez-tez uçqunlar
olurdu; lakin 1883-cü ildən sonra bu kanallarda mühüm təkmilləĢdirmə iĢi aparıldı.
Bəzi yerdə, xüsusilə boĢ süxurlarda torpağa su sızır; onda kanalın dibi, qədimdəki kimi daĢ
döĢənmiĢ olsa da, ya yeni qalereyalardakı kimi əhəng məhlulu ilə betonlaĢdırılsa da, dayaq
nöqtəsini itirir, çökməyə baĢlayırdı. Belə çöküntü çatdaq, çatdaq isə uçqun əmələ gətirir. Bu
uçqun kanalın xeyli hissəsində baĢ verir. Palçıq girdabının üstünü açan bu yarğana mütəxəssislər
çöküntü, palçığa isə bataq deyirdilər. Bataq nədir? Bataq – heç gözlənilmədiyi halda yerin
altında meydana gələn dəniz sahilinin boĢ qumsallığıdır; bu, Sen-MiĢel dağının kloakaya keçən
qumsal süxurudur. LehmələnmiĢ süxur, elə bil, əridilmiĢ torpaqdır; lehmənin bütün hissəcikləri
müəyyən bir ölçüdədir; o daha nə torpaqdır, nə sudur. Bu lehməlik bəzən çox dərin olur. Ona rast
gəlməkdən təhlükəli Ģey yoxdur. Lehmədə su çoxsa, adam dərhal ölür – suda boğulur, torpaq
çoxsa adam yavaĢ-yavaĢ ölür – torpaq onu öz içinə çəkir.
Belə bir ölümü təsəvvür edirsinizmi? Bu ölüm dəniz sahilində belə dəhĢətlidisə, kloakada gör
necə olar! Burada təmiz havanı, parlaq iĢığı, aydın günü buludsuz üfüqləri, dalğalar uğultusunu,
bərəkət yağıĢları tökən azad buludları, uzaqda ağaran qayıqları, son dəqiqəyə kimi sönməyən
ümidi, təsadüfən bir adamın gəlməsini, xilas olmaq ümidini dərin sükut, qatı zülmət, qaranlıq
tağlar, hazır qəbir, girdab içində, daĢ tavan altında ölüm əvəz edir! Burada adam hava
yoxluğundan üfunətli çirkab içində yavaĢ-yavaĢ ölür, burada, bu daĢ çalada, murdar lehmə içində
təngnəfəslik öz caynaqlarını açaraq adamı boğazlayır; burada adam üfunət içində xırıldaya-
xırıldaya can verir; burada qumu lehmə, küləyi kükürdlü hidrogen, okeanı nəcis çirkabı əvəz
edir! Siz köməyə adam çağırırsınız, diĢlərinizi bir-birinə sıxırsınız, qovrulursunuz,
çapalayırsınız, məhv olursunuz, amma sizin baĢınızın üstündə böyük bir Ģəhər gur-gur
guruldayır, sizdən heç kəsin xəbəri yoxdur!
Bu cür ölmək son dərəcə dəhĢətlidir! Ölüm bəzən qorxunc bir əzəmətlə öz amansızlığına bəraət
qazandırır. Tonqalda, ya gəmi qəzaya uğrarkən qəhrəmanlıq göstərmək olar; adam alov içində,
həm də dəniz köpükləri arasında ləyaqətini mühafizə edə bilər; belə ölüm insanı yüksəldir. Lakin
burada elə Ģey yoxdur. Buradakı ölüm murdar ölümdür. Burada can tapĢırmaq insanı alçaldır.
Hətta can verərkən görünən, ötüb keçən xəyallar da nifrət oyadır. Çirkab rüsvayçılığın
sinonimidir. Burada hər Ģey əhəmiyyətsizdir, iyrəncdir, nifrətə layiqdir. Klarens kimi Malvaziya
Ģərabı çəlləyində batmaq abırlı Ģeydir, lakin d’Eskublo kimi çirkab quyusunda boğulmaq
dəhĢətlidir. Orada çapalamaq rəzalətdir; Ora elə qaranlıqdır ki, onu cəhənnəm hesab etmək olar,
ölən adam sonra bir xəyalmı, ya bir qurbağamı olacağını bilmir.
Qəbir hər yerdə zülmətdir, lakin burada rəzalətdir.
Torpağın vəziyyətindən asılı olaraq bataqlığın dərinliyi dəyiĢdiyi kimi, uzunluğu və sıxlığı da
dəyiĢirdi. Bəzən uçqunun dərinliyi üç-dörd fut, bəzən səkkiz, ya doqquz fut olurdu, bəzən də
onun heç dibinə çatmaq mümkün deyildi. Lil bəzi yerdə bərk, bəzi yerdə boĢ olurdu. Adam
Lünyer bataqlığında bütün günü bata bilərdi, lakin Felipo lıqqasında beĢcə dəqiqədə məhv olardı.
Adam bataqlığın kəsifliyindən asılı olaraq gec, ya tez bata bilir. Böyük adam batan yerdə uĢaq
batmaya bilər. Xilas olmağın birinci Ģərti budur ki, adam gərək üstündəki yükü özündən rədd
eləsin: alət qoyulmuĢ torbanı, ya səbəti, ya əhəng qabını yerə atsın; fəhlə kloakada hiss edəndə
ki, torpaq ayağı altında çökməyə baĢlayır – o belə edir.
Müxtəlif səbəblər, yəni süxurun boĢluğu, tədqiqi mümkün olmayan bir dərinlikdə torpağın
təsadüfən çökməsi, Ģiddətli yay yağıĢı, qıĢda ara vermədən yağan qar, payızın çiskin yağıĢı
uçqunun baĢ verməsinə səbəb olurdu. Bəzən mergel, ya qumsal torpaq üstündə tikilən evlərin
ağırlığı altında yeraltı qalereyaların tağı yatırdı, əyilirdi, bəzən də davam gətirməyərək çatlayırdı,
bünövrəsi parçalanırdı. Yüz il bundan əvvəl Panteon binası bu qayda ilə çökərək Sent-Jenevyev
təpəsindəki yeraltı qalereyanın bir hissəsini uçurmuĢdu. Evlərin ağırlığı altında kloakada baĢ
verən uçqunlar bəzən yerin üstündə özünü büruzə verirdi: yola döĢənən qənbər daĢları, miĢar
daĢı kimi, bir-birindən aralanırdı; qalereyada tağ nə qədər çatlamıĢsa, bu daĢlar da bir o qədər
aralanmıĢ olurdu; onda qalereyanın zədələndiyi bilinir, təcili surətdə tədbir görülürdü. Bəzən də
elə olurdu ki, qalereyanın zədələnməsi yerin üstündə heç bir dəyiĢiklik əmələ gətirmirdi. Vay
onda kloaka fəhlələrinin halına! Onlar xəbərdarlıq edilmədən uçmuĢ kanala endikdə çox
asanlıqla məhv olurdular. Bu qayda ilə tələf olmuĢ bir çox fəhlənin adı qədim siyahıda göstərilir.
Onların içərisində Pəhriz küçəsi altındakı uçqunda batan Blez Putren adlı bir nəfərin də adı qeyd
edilmiĢdir. Blez Putren, Ġnnosan Sümük anbarı deyilən qəbiristanda qəbir qazan Nikola Putrenin
qardaĢı imiĢ: Nikola Putren 1785-ci ilə kimi, yəni bu qəbiristanlıq ləğv edilənə kimi orada
iĢləmiĢdir.
Bu siyahıya yuxarıda adını çəkdiyimiz gözəl bir gəncin, vikont d’Eskublonun da adı düĢmüĢdür;
d’Eskublo gecə əmisi qızı hersoginya de Surdinin evində imiĢ, gəlib onu orada görürlər; o,
hersoqun əlindən xilas olmaq üçün qaçıb Botrelyi kanalında gizlənir, orada da uçqunda batır.
Onun ölümünü xanım de Surdiyə xəbər verəndə, o, duz dolu balaca ĢüĢəni tələb edir, bu duzu o
qədər iyləyir ki, göz yaĢı tökməyi yadından çıxarır. Heç bir sevgi bu vəziyyətə tab gətirə bilməz,
kloaka onu söndürər. Gero Leandrın meyidini yumaqdan imtina edər, Fisba Piramı görəndə
burnunu tutaraq deyər: ―Nə pis iy gəlir!‖
ALTINCI FƏSĠL.
Uçuq.
Jan Valjanın qarĢısındakı uçuq idi.
O zamanlar Yelisey çölündə yeraltı süxurlarda belə uçuqlar tez-tez olardı; burada torpaq
hidravlik iĢlər üçün yaramır, yeraltı qurğular üçün lazımi möhkəmliyə malik deyil. Bu süxur,
hətta Sen-Jorj məhəlləsinin boĢ qumsallığından, ƏzabkeĢlər məhəlləsinin qazılı gil
təbəqələrindən də boĢdur; Ancaq beton bünövrələr vasitəsilə Sen Jorj məhəlləsi qumsallığının
öhdəsindən gələ bilmiĢlər; ƏzabkeĢlər məhəlləsi altındakı gil təbəqələri o qədər boĢdur ki, bu
küçənin yeraltı qalereyasına çuqun borular qoymuĢlar. 1836-cı ildə, indi Jan Valjanın endiyi
Sent-Onore civarı altındakı qədim daĢ kanalı söküb yenidən quranda Yelisey çölünün Senaya
qədər olan əsas yeraltı torpağı, bu boĢ qumsallıq elə ciddi çətinlik törətdi ki, iĢ altı ay uzandı; iĢin
uzanması Sahil küçəsi əhalisini, xüsusilə villa və gözəl kareta sahiblərini yaman dilxor elədi.
Torpaq iĢləri orada həm çətin, həm də təhlükəli idi. Lakin nəzərə almaq lazımdır ki, o il ara
vermədən dörd ay yarım yağıĢ yağmıĢdı, Sena üç dəfə sahildən çıxmıĢdı.
Jan Valjanın kanalda rast gəldiyi uçuq dünənki leysan yağıĢı nəticəsində əmələ gəlmiĢdi. DaĢ
döĢəmə, qumsal torpaq üstündə yaxĢı möhkəmlənmədiyindən, aĢağı çökmüĢ, oraya çoxlu yağıĢ
suyu yığılmıĢdı. Su döĢəmənin altına sızmıĢdı, çöküntü də bunun nəticəsində baĢ vermiĢdi.
ƏyilmiĢ bünövrə çuxura enmiĢdi. Buranı elə zülmət bürümüĢdü ki, göz-gözü görmürdü. Bura
zülmət mağarasında çirkab girdabı idi.
Jan Valjan hiss etdi ki, daĢ döĢəmə onun ayaqları altından qaçır. Ayağını çuxura qoydu. Çuxurun
yuxarısı su, altı lehmə idi. Hər necə olsa, o buradan keçməlidir. Geri qayıtmağın mənası yox idi.
Marius, elə bil, can üstündə idi; o özü də əldən düĢmüĢdü. Bir də axı qayıtsa da, hara gedəcəkdi?
Jan Valjan irəli getdi. Həm də çuxur əvvəl ona dərin görünmədi. Lakin irəli getdikcə çuxur
dərinləĢirdi. Çox çəkmədi, palçıq onun baldırına, su dizinə qalxdı. O, Mariusu əlləri ilə mümkün
qədər sudan yuxarı qaldırıb, irəliləyirdi. Ġndi lil onun dizinə, su qurĢağına qalxmıĢdı. O daha geri
dönə bilmirdi. O get-gedə lilə batırdı. Lil, görünür, iki adamı deyil, ancaq bir adamı öz üzərində
saxlaya bilərdi. Mariusla Jan Valjan, ancaq ayrılıqda buradan çıxardılar. Lakin Jan Valjan
qabağa gedir, can verən, ya bəlkə də – kim bilir! – ölmüĢ bir adamı çiynində aparırdı.
Su onun qoltuğuna çıxmıĢdı; o, hiss edirdi ki, batır: ayaqlarını bu dərin bataqlıqda güclə
tərpədirdi. Qalın palçıq təbəqəsi onun üçün həm dayanacaq nöqtəsi idi, həm onun yeriməsinə
mane olurdu. O yenə də Mariusu yuxarı qaldırır, var qüvvəsini toplayaraq irəliləyirdi;
irəlilədikcə daha artıq suya batırdı. Sudan bayırda onun ancaq baĢı, bir də Mariusu tutduğu əlləri
qalmıĢdı. Nuh tufanı təsvir edilən qədim bir Ģəkildə bir ana Ģəkli çəkilmiĢdir, o da bu cür öz
uĢağını baĢı üstündə qaldırmıĢdır.
Jan Valjan daha artıq dərinə getdi, baĢını geri atdı ki, su ağzına dolmasın; onun üzünü bu
qaranlıqda görən olsaydı, onu zülmət içində üzən bir maska zənn edərdi. Jan Valjan Mariusun
əyilən baĢını, göyərmiĢ üzünü güclə seçə bilirdi. O, bir daha var qüvvəsini toplayaraq axırıncı
dəfə bir addım da atdı: qəfildən ayağı bərk bir Ģeyə toxundu, o, özünə istinad nöqtəsi tapa bildi.
Bu, bir an da gec olsaydı, onun iĢi bitərdi.
Jan Valjan dikəldi, qəribə bir çılğınlıq içində irəli atıldı, o istinad nöqtəsi üstündə, sanki, donub
qaldı. Bu ona, həyata doğru aparan pilləkənin ilk pilləsi kimi göründü.
Bu son dəqiqədə bataqlıq içində onun tapdığı istinad nöqtəsi, heç demə, suyun altında daĢ
döĢəmənin baĢlanğıcı imiĢ; döĢəmə uçmayıbmıĢ, suyun altında bütünlüklə çökərək, taxta kimi
əyilibmiĢ. YaxĢı daĢ döĢəmə belə hallarda əyilsə də, möhkəm durur. Çirkab kanalı döĢəməsinin
yarıya qədər su basmıĢ olan, lakin möhkəm duran bu hissəsi pilləkən kimi bir Ģeydi, adam bu
pilləkənə qədəm qoyanda ölümdən xilas olurdu. Jan Valjan döĢəmənin səthi ilə yuxarı qalxaraq
çöküntünün o biri baĢına çatdı.
Sudan çıxanda ayağı daĢa toxundu o, dizləri üstə yıxıldı. Bunu o lap yerində hesab edərək ayağa
qalxmadı, bu əziyyətdə dinməz-söyləməz, bütün qəlbilə Allaha təĢəkkür etdi.
Sonra dalına alıb apardığı yaralının ağırlığı altında əyilə-əyilə, bütün bədəni əsə-əsə, üfunətdən
boğula-boğula, soyuqdan dona-dona ayağa qalxdı, çirkab onun üstündən süzülüb tökülürdü,
lakin onun qəlbi izahı mümkün olmayan bir iĢıqla dolu idi.
YEDDĠNCĠ FƏSĠL.
Bəzən sahilə yan almaq ümidində ikən qəzaya
uğrayırlar.
O, yenə öz yoluna davam etdi.
Çuxurda o, həyatdan məhrum olmasa da, sanki, bütün qüvvəsindən məhrum olmuĢdu. Son
dəqiqələrin gərginliyi onu lap əldən salmıĢdı. O, elə yorulmuĢdu ki, hər üç-dörd addımdan bir
dayanıb dincəlir, divara söykənirdi. Mariusu daha yaxĢı dalına almaq üçün bir də divarın
çıxıntısında oturanda elə hiss etdi ki, daha yerindən qalxmayacaq, elə orada qalacaqdır. Lakin
onun qüvvəsi tükənsə də, iradəsi qırılmamıĢdı. O, ayağa qalxdı.
BaĢını qaldırmadan, nəfəsini dərmədən, az qala lap yüyürə-yüyürə yüz addıma qədər yol getdi və
birdən divara toxundu. O, çirkab kanalının yana dönən yerinə çatmıĢdı; baĢını aĢağı salaraq
getdiyindən, kanalın tinini görməmiĢdi. BaĢını qaldırdı, birdən kanalın sonunda, çox-çox uzaqda
iĢıq gördü. ĠĢıq bu dəfə qorxulu iĢığa oxĢamırdı, aydın, xoĢ bir iĢıqdı. Orada gündüz idi.
Jan Valjan irəlidə azadlıq qapısını görürdü.
Günahkar bir adamın ruhu cəhənnəm atəĢi içində birdən qurtuluĢ yolu görsəydi, o da Jan
Valjanın duyduğunu duyardı; o ruh yanmıĢ, Ģikəst olmuĢ qanadları ilə dəlicəsinə bir çılğınlıqla
iĢıq saçan xoĢbəxtlik qapısına cumardı. Jan Valjan indi daha yorğunluq hiss etmirdi, Mariusun
ağırlığını duymurdu, onun polad əzələləri yenə də gərginləĢmiĢdi. O indi getmirdi, yüyürürdü.
ĠĢıq gələn yer get-gedə daha aydın görünürdü. Bu, qalereyanın tədriclə alçalan tavanında, aĢağıda
yarımdairəvi bir tağ idi, həm də tavan alçaldıqca darlaĢan qalereyadan dar idi. Tunelin sonu qıfın
içini xatırladırdı, islah evinin həyət qapısı kimi dar və yöndəmsizdi və kloakaya deyil,
həbsxanaya yarar bir qapı idi. Sonralar bu uyğunsuzluğu düzəltmiĢdilər.
Jan Valjan qapıya yaxınlaĢdı.
Orada da dayandı.
Bu, doğrudan da, qapı idi, ancaq buradan çıxmaq olmazdı.
Tağ yoğun dəmir barmaqlıqla hasarlanmıĢdı; görünür, barmaqlıq paslanmıĢ həncamalar üstündə
çox nadir hallarda hərlənirdi; o, daĢ məhəccərə kip dayanmıĢdı, həm də onun pasdan qızarmıĢ, iri
kərpicə oxĢayan yekə bir kilidi vardı. Kilidin açar yeri, dəmir ĢüĢəbəndə girmiĢ iri dili
görünürdü. Açarı onun içində, yəqin, iki dəfə burmuĢdular. Bu, o zaman qoca Parisin xəsislik
etməyərək hazırladığı həbsxana kilidinə oxĢayırdı.
Barmaqlığın o üzündə təmiz hava vardı, çay vardı, gün iĢığı vardı, çayın qırağı ilə uzanıb gedən
ensiz torpaq vardı, Paris deyilən girdabın sahil küçələri vardı, geniĢ üfüq vardı, azadlıq vardı; çay
qırağındakı torpaq çox da ensiz deyildi, oradan keçib getmək mümkün idi; Paris girdabında da
gizlənmək çox asan idi. Sağ tərəfdə, çay aĢağı Ġyen körpüsü, sol tərəfdə, çay yuxarı Əlillər
körpüsü görünürdü; bu körpü çox əlveriĢli yerdi: hava qaralana kimi orada gözləmək, sonra da
gözə görünmədən əkilmək olardı. Bura Parisin ən az adam olan yeri, Böyük daĢın qarĢı
tərəfindəki sahil küçəsi idi. Milçəklər barmaqlığın dəmir çubuqları arasından həm içəri, həm də
bayıra uçurdu.
Yəqin ki, axĢam saat doqquzun yarısı olardı. QaĢ qaralırdı.
Jan Valjan Mariusu divarın dibinə, daĢ döĢəmənin quru yerinə qoydu; sonra barmaqlığa
yaxınlaĢdı, hər iki əli ilə dəmir çubuqlardan bərk-bərk tutub, qapını bərk itələdi; bu sarsıdıcı
təkanın heç bir nəticəsi olmadı. Barmaqlıq heç tərpənmədi də. Jan Valjan dəmir çubuqları bir-bir
dartdı: o istəyirdi ki, çubuqlardan möhkəm olmayanını dartıb qopartsın, onunla, bir ling kimi, ya
qapını qaldırsın, ya da kilidi sındırsın. Çubuqlardan heç biri qopmadı. Pələngin də diĢləri öz
çəpərəsində belə möhkəm olmazdı! Nə ling vardı, nə ağır bir Ģey. Bu rəddedilməz bir maneə idi.
Qapını açmaq mümkün deyildi.
Ölüm onları buradamı gözləyirdi? Nə etməli? Ġndi necə olsun? Geri qayıtmağa, bir dəfə gedilmiĢ
bu dəhĢətli yolu bir də getməyə onun gücü yox idi. Bir də ki, o lilli-lehimli çaladan yenə necə
keçərdi? Onun bayaq oradan keçməsi bir möcüzə idi. Bu çaladan baĢqa orada polis keĢikçiləri də
vardı, – əlbəttə, ikinci dəfə onların gözündən yayınmaq mümkün olmayacaqdı!
Bir də axı hara getməli idi. Hansı istiqaməti seçməli idi? ÜzüaĢağı getməklə heç də məqsədə
çatmaq olmazdı. BaĢqa bir nicat yolu tapılsa, o da daĢla hörülmüĢ, ya da barmaqlıqla hasarlanmıĢ
olacaq! Görünür, bütün yeraltı kanalların sonu belə bağlanır. Jan Valjan kloakaya endiyi
barmaqlıq, görünür, sınıqmıĢ, bu, təsadüfi bir Ģeydi. Kloakanın baĢqa deĢikləri, yəqin ki, bağlı
idi. Onlar zindana düĢmək üçün xilas olmuĢdular.
Bu, daha axır idi. Jan Valjanın gördüyü bütün iĢlər faydasız oldu. Güc bitmiĢ, ümidlər sönmüĢdü.
Onlar ölümün ucu-bucağı görünməyən qara toruna iliĢib qalmıĢdılar; Jan Valjan zülmət içində
dəhĢətli, nəhəng bir hörümçəyin qara toru titrədə-titrədə onlara sarı gəldiyini hiss edirdi.
O dalını barmaqlığa tərəf çevirərək Mariusun yanında, yerə döĢənmiĢ sal daĢların üstünə çökdü,
daha doğrusu, yıxıldı. Onun baĢı dizləri üstə əyildi. QurtuluĢ yolu yox idi, bu, ümidsizlik
camının son damlası idi.
Bu ağır müsibət içində o nə düĢünürdü? O nə özünü, nə də Mariusu düĢünürdü. O, ancaq
Kozettanı düĢünürdü.
SƏKKĠZĠNCĠ FƏSĠL.
CırılmıĢ sürtukun bir parçası.
Birdən kiminsə əli onun çiyninə toxundu, onu ağır düĢüncələrdən ayırdı, sonra da kim isə pıçıltı
ilə dedi:
– Qənimət yarılığına!
Bu nədir? Burada kim isə var. Ümidsizlik kimi heç bir Ģey sayıqlamanı xatırlatmır. Jan Valjana
elə gəldi ki, sayıqlayır. O, ayaq səsi eĢitməmiĢdi. Bu, mümkün olan Ģeydimi? Jan Valjan baĢını
qaldırdı.
Onun qabağında bir adam durmuĢdu.
O bluza geymiĢdi, ayaqları yalındı, ayaqqabısını sol əlində tutmuĢdu; görünür, ayaqqabısını
çıxartmıĢdı ki, Jan Valjana səssizcə yaxınlaĢsın.
Bu, nə qədər gözlənilməz bir təsadüf olsa da, Jan Valjan bir an da tərəddüd etmədi: dərhal adamı
tanıdı. Bu, Tenardye idi.
Jan Valjan təhlükəyə öyrənmiĢdi, qəfil hücumu tez dəf etməyi bacarırdı; hətta birdən üstünü
alsalar da, o özünü itirmirdi. Bir də ki, onun vəziyyəti indiki halından pis ola bilməzdi: son
dərəcəyə çatmıĢ ümidsizliyi heç bir Ģeylə dərinləĢdirmək olmaz, Tenardye özü də bu zülməti
qatılaĢdıra bilməzdi.
Onlar bir anlığa susdular.
Tenardye sağ əlini gözünün üstünə qoyaraq, qaĢlarını düyünlədi, baĢqasını tanımaq istəyən bir
adam kimi dodaqlarını azca büzərək, gözlərini qıyıb diqqətlə Jan Valjana baxdı. Lakin tanıya
bilmədi. Yuxarıda dediyimiz kimi, Jan Valjan dalı iĢığa sarı oturmuĢdu, həm də onun üz-gözü,
əyin-baĢı qana, çirkaba elə bulaĢmıĢdı ki, o elə sifətə düĢmüĢdü ki, onu heç gün iĢığında da
tanımaq olmazdı. Lakin Tenardyenin üstünə qabaqdan, barmaqlıq tərəfdən mağaranın ağımtıl
iĢığı düĢmüĢdü; iĢıq solğun olsa da, aydın iĢıqdı, Tenardye, çeynənmiĢ, lakin tutarlı bir ifadəyə
görə, dərhal gözə çarpırdı. Onların tutduğu mövqe baĢqa-baĢqa idi: müxtəlif vəziyyətdə duran bu
iki adam arasındakı bu sirli dueldə Jan Valjanın mövqeyi bir az yaxĢı idi. Jan Valjan duelə örtülü
üzlə, Tenardye maskasız çıxmıĢdı.
Jan Valjan o saat baĢa düĢdü ki, Tenardye onu tanımadı.
Onlar bu sönük iĢıqda bir neçə an diqqətlə bir-birinə baxdılar, sanki, bir-birini ölçüb-biçirdilər.
Ġlk danıĢan Tenardye oldu:
– Sən buradan necə çıxmaq fikrindəsən?
Jan Valjan cavab vermədi.
Tenardye sözünə davam etdi:
– Karastı burada əl verməz. Amma sən gərək buradan çıxasan.
Jan Valjan dedi:
– Doğrudur, – dedi.
– Belə olanda, qənimət yarılığına.
– Sən nə demək istəyirsən?
– Sən adam öldürmüsən. Bu, sənin öz iĢindir. Amma açar məndədir.
Tenardye barmağı ilə Mariusu göstərdi.
Sonra sözünə davam edərək dedi:
– Mən səni tanımıram, amma sənə kömək eləmək istəyirəm. Görürəm ki, öz adamımızsan.
Jan Valjan məsələni baĢa düĢdü: Tenardye onu qatil hesab edirdi.
Tenardye sözünə davam etdi:
– Qulaq as, dost. Sən ki bu oğlanın iĢini bitirmisən, yəqin, onun ciblərini də əlləĢdirmisən.
Bunun yarısı mənə çatır. Mənim payımı ver, mən də qapını açım.
Yırtıq bluzasının cibindən iri bir açarı yarıya qədər çıxarıb əlavə etdi:
– Azadlıq açarının necə açar olduğunu görmək istəyirsən? Bax, tamaĢa elə!
Jan Valjan elə ―heyrətlənmiĢdi‖ ki, – qoy qoca Kornelin bu sözündən biz də istifadə edək! – öz
gözünə inanmırdı. Yoxsa tanrı özü belə murdar bir simada onun yanına gəlmiĢdi, ya gözəl bir
mələk Tenardye sifətində yer altından çıxmıĢdı?
Tenardye əlini qoynuna soxdu, iri alt cibindən bir kəndir çıxarıb Jan Valjana uzatdı:
– Al, üstəlik sənə kəndir də verirəm.
– Kəndir mənim nəyimə gərəkdir?
– Sənə bir daĢ da lazımdır, daĢı özün bayırda taparsan. Orada bir yığın çınqıl var.
– DaĢ mənim nəyimə gərəkdir?
– Sən nə sarsaqsan! Sən gərək bu cəmdəyi çaya atasan, buna görə sənə kəndir də lazımdır, daĢ
da. Yoxsa cəmdək qalxıb suyun üzünə çıxar.
Jan Valjan kəndiri aldı. Bəzən insan qeyri-Ģüuru olaraq hər Ģeyə razı olur.
Tenardye çırtıq çaldı, sanki, onun ağlına qəribə bir Ģey gəlmiĢdi:
– De görüm, dost, sən o lehmədən necə çıxa bildin? Mən buna cürət eləməzdim... Püf, demək
olmaz ki səndən yaxĢı iy gəlir.
Bir az susduqdan sonra əlavə etdi:
– Mən sənə sual verirəm, sən də yaxĢı eləyirsən ki, cavab vermirsən. Müstəntiqin sorğu-sualına
hazırlaĢırsan? Bu, çox murdar Ģeydir! Əlbəttə, heç danıĢmasan, onda artıq söz söyləmək qorxusu
da olmaz. Amma hərçənd mən sənin üzünü görmürəm, adını da bilmirəm, sən nahaq elə
fikirləĢirsən ki, guya, mən sənin kim olduğunu, nə eləmək istədiyini bilmirəm! Beləsini çox
görmüĢəm. Sən bu cavan oğlanı bir balaca vurub əzmisən, indi onu əkmək istəyirsən. Sənə çay
lazımdır ki, iĢi suda itirib-batırasan. YaxĢı da, mən sənə bu kələkdən qurtarmaqda kömək elərəm.
Bəd ayaqda yaxĢı oğlana əl uzatmaq mənim iĢimdir.
Tenardye Jan Valjanı susduğu üçün tərifləsə də, aydın görünürdü ki, onu danıĢdırmağa çalıĢır. O,
Jan Valjanın çiynindən yapıĢaraq, yandan onun üzünə baxmaq istədi, səsini çox da qaldırmadan
həyəcanla dedi:
– O lehməni deyirəm ey! Sən nə axmaq adamsan! Onu niyə lehməyə atmadın?
Jan Valjan susurdu.
Tenardye müsbət və mötəbər bir adam kimi qalstukunu əvəz edən bir parça əsgini lap xirtdəyinə
qədər çəkərək sözünə davam etdi:
– Əslinə qalanda, sən düzgün iĢ tutmusan. Sabah fəhlələr o deĢiyi tutmağa gələcəkdilər, yəqin ki,
bu atılmıĢ uĢağı orada tapacaqdılar; onda baĢlayacaqdılar axtarmağa: axtara-axtara, addım-
addım, yavaĢ-yavaĢ gəlib sənin izinə düĢəcəkdilər, sonra da sənin özünü tapacaqdılar.
Deyəcəkdilər ki, hə, kim isə kloakada gəzərmiĢ! Bu kimdir? O haradan çıxıb? Çıxanda onu
görən olubmu? Tazıların belə Ģeydən baĢı çıxır. Çirkab kanalı çuğuldur, mütləq xəbər verəcək.
Belə Ģeylər burada çox az-az olur, o saat diqqəti cəlb eləyir. Kloakaya çox az adam iĢ üçün girir,
amma çay hamı üçündür. Çay qəbirdir. Qoy bir aydan sonra batan adamı Sen-Klunun torundan
çıxarsınlar. O, nəyə lazımdır? Cəmdəkdən baĢqa bir Ģey deyil. Onu kim öldürüb? Paris.
Məhkəmə heç istintaqa da baĢlamayacaq. Sən yaxĢı eləmisən.
Tenardye nə qədər gəvəzəlik etsə, Jan Valjan bir o qədər susurdu. Tenardye yenə onun çiynindən
tutub silkələdi.
– Ġndi ver əlini! Gəl bölüĢək. Mən sənə açarı göstərdim, sən də pulunu göstər.
Tenardyenin simasında həm təĢviĢli, həm Ģübhəli, həm azca təhdidedici, həm dostcasına, həm də
vəhĢicəsinə bir ifadə vardı.
Çox qəribədir: Tenardyenin hərəkətlərində qeyri-təbii bir Ģey hiss olunurdu, sanki, onun fikri
özündə deyildi, o özünü sirli bir adam kimi göstərməsə də, astadan, arabir də barmağını
dodaqlarına qoyaraq: ―YavaĢ‖ deyə pıçıldayırdı. O niyə belə edirdi, – bunu təyin etmək çətindi.
Jan Valjan düĢündü ki, yəqin, yaxınlıqda, künc-bucaqda baĢqa səfillər də gizlənir. Tenardye ələ
keçirdiyi qəniməti onlarla bölüĢdürmək istəmir.
Tenardye yenə: – Gəl iĢi qurtaraq, – dedi. – Sən bu maymağın üst-baĢından nə qədər
qopartmısan?
Jan Valjan ciblərini axtardı.
Jan Valjanın bir vərdiĢi vardı, bu, bizim yadımızdadır: o həmiĢə özü ilə pul götürərdi, O, təhlükə
dolu ağır bir həyat keçirməyə məhkum edilmiĢdi, buna görə özü ilə pul götürmək onun üçün
qanun Ģəklini almıĢdı. Lakin bu dəfə o qəfildən yaxalanmıĢdı. Dünən axĢam ağır iztirab içində
olanda, paltarını dəyiĢərək milli qvardiya mundirini geyəndə pul kisəsi yadından çıxmıĢdı.
Ancaq jiletinin cibindən bir az pul tapdı. O, çirkab hopmuĢ bütün ciblərini çevirdi, divarın
çıxıntısı üstünə bir qızıl, iki beĢ franklıq pul, beĢ-altı da iki suluq qara pul qoydu.
Tenardye alt dodağını sallayaraq baĢını mənalı-mənalı yırğaladı:
– Sən ki onu lap havayı yerə öldürmüsən.
O, təklifsiz-filansız Jan Valjanın və Mariusun ciblərini axtarmağa baĢladı. Jan Valjan ona mane
olmurdu, ancaq çalıĢırdı ki, üzünü iĢığa çevirməsin. Tenardye Mariusun üst-baĢını yoxlarkən
təcrübəli cibgir kimi sürtukunun bir parçasını gizlincə kəsib qoynuna qoydu; yəqin, o, sonralar
ölünü tanımaq, ya qatili izləmək üçün bu bir parça Ģeyin lazım olacağını nəzərə almıĢdı. Lakin o,
yuxarıda göstərdiyimiz otuz frankdan artıq pul tapmadı.
Mızıldanaraq dedi:
– Bu nədir axı! Biri o birinin dalına minib, heç birində bir zibil yoxdur.
―Qənimət yarılığına‖ Ģərtini unudaraq pulun hamısını götürdü.
Qara pullara baxaraq bir az tərəddüd etdi, sonra onları da ovcuna yığaraq donquldandı:
– Nə fərqi var! Belə çıxır ki, adamı havayı yerə əzmisən.
Açarı bluzasının altından yenə çıxartdı.
– Ġndi, dost, çıx get. Bazarda necəsə, burada da elədir: pulu çıxanda alırlar. Pulu verdin, gedə
bilərsən.
Tenardye açar vasitəsilə tanımadığı bir adamın köməyinə çatmıĢ, özünü kloakada saxlayaraq,
onu bayıra buraxmıĢdı: bununla demək olarmı ki, qatili o, təmiz niyyətlə, təmənnasız xilas
etmiĢdi? Bu barədə biz Ģübhələnmək üçün özümüzə izn verə bilərik.
Tenardye, Mariusu yenə də dalına almaq üçün Jan Valjana kömək elədi, sonra pəncəsi üstə
oğrun-oğrun barmaqlığa yaxınlaĢdı, Jan Valjana ardınca gəlməsini iĢarə ilə bildirdi, bayıra baxdı,
barmağını dodaqları üstə qoyub bir anlığa donub qaldı; o, sanki, nə isə gözləyirdi; nəhayət, ətrafa
diqqətlə baxaraq açarı kilidə saldı. Kilidin dili yana sürüĢdü, qapı açıldı. Nə bir cırıltı, nə bir
tıqqıltı eĢidildi. Hər Ģey tam səssizlik içində baĢ verdi. Aydın görünürdü ki, həm kilid, həm də
qapının həncamaları çox diqqətlə yağlanmıĢ, dəmir barmaqlıq təsəvvür edildiyindən daha tez-tez
açılırmıĢ. Bu sükut məĢum bir sükuta oxĢayırdı; bu sükut içində nəyinsə gizlin surətdə ortaya
çıxdığı və yox olduğu, gecə quldurlarının dinməz-söyləməz gəldiyi və getdiyi, cinayətin, canavar
yeriĢi kimi, eĢidilməz səsi hiss olunurdu. Görünür, kloaka bir quldur dəstəsilə əlbirdi. Dinib-
danıĢmayan barmaqlıq isə onların cinayət yoldaĢı idi.
Tenardye qapını Jan Valjanın çıxa biləcəyi qədər açdı, sonra örtdü, açarı iki dəfə kilidin içində
burub, özünü alaqaranlığa verdi. Elə bil, pələng məxmər pəncələri üstə çıxıb getdi. Bir az sonra
bu murdar sifətli xəyal zülmət içində yox oldu.
Jan Valjan azadlığa çıxdı.
DOQQUZUNCU FƏSĠL.
Belə iĢlərdən baĢı çıxan bir adam
Mariusu ölü hesab eləyir.
Jan Valjan Mariusu sahilə qoydu.
Onlar azadlığa çıxmıĢdılar.
Zəhərli buxar, qaranlıq, dəhĢət arxada qalmıĢdı. Təmiz hava həyatverici bir axınla onu bürüdü:
indi o, sərbəst halda təmiz, saf hava tənəffüs edirdi. Hər tərəfə aydın, buludsuz axĢamın ürəkaçan
xoĢ sükutu çökmüĢdü. Hər kimə əzabverici qorxu və təĢviĢdən qurtarmaq üçün zülmət örtüyü
lazımsa, qaranlıq onun üçün xilasedici böyük bir qüvvə, sədaqətli bir dostdur. Ucsuz-bucaqsız
səmadan Jan Valjanın üstünə sonsuz bir təskinlik süzülürdü. Onun ayaqları yanında ləpələnən
çayın xəfif Ģırıltısı öpüĢ səsini xatırladırdı. Yelisey çölünün hündür qarağaclarından quĢ
ailələrinin yatmaqdan qabaq olan söhbəti eĢidilirdi. Açıq mavi səmada tək-tək ulduz görünürdü:
sanki, xəyala dalan bu solğun ulduzlar göylərin ənginliyində sayrıĢır, güclə sezilən qığılcım kimi
parıldayırdı. AxĢam əbədiyyətin bütün füsunkar gözəlliyini Jan Valjanın üzərinə saçırdı.
Təbiətin elə qeyri-müəyyən, elə gözəl anı idi ki, buna nə gündüz, nə də gecə demək olardı. Hava
elə qaranlıqdı ki, bir az uzaqda olan Ģeyi görmək olmurdu, həm də elə iĢıqdı ki, adamlar
yaxından bir-birini tanıya bilərdi.
Jan Valjan bir neçə saniyə bu mehriban, bu əzəmətli sakitliyin xoĢ təsirinə qapılıb qaldı; elə
dəqiqələr olur ki, adam özünü unudur, iztirab və təĢviĢ bədbəxt insanın qəlbini didib parçalamır;
fikir dumanlanır, bu bərəkətli dünya xəyalpərəsti bir gecə kimi bürüyür, qəlb də, Ģüalar saçılan
bu ala-qaranlıqda, iĢıqlanan göy kimi, ulduzlarla iĢıqlanır. Jan Valjan baĢı üstündə iĢıq saçan bu
fəzanı qeyri-ixtiyari olaraq seyrə daldı. O, fikrə gedərək, unutqanlığın və duanın pakedici
kupelinə baĢ vurmuĢ kimi, bu əbədi göyün əzəmətli sükutunə qərq oldu. Sonra birdən vəzifəsi
yadına düĢmüĢ kimi Mariusa sarı əyildi, sudan ovcu ilə götürərək onun üzünə çilədi. Mariusun
kirpikləri aralanmadı, lakin o, azca açılmıĢ ağzı ilə hələ nəfəs alırdı.
Jan Valjan ovcu ilə yenə də su götürmək istəyirdi ki, birdən anlaĢılmaz bir narahatlıq hiss etdi, –
birisi gizlincə adamın arxa tərəfində duranda adam belə narahatlıq duyur.
Hər kəsə məlum olan bu cür duyğunu biz baĢqa yerdə təsvir etmiĢik.
Jan Valjan dönüb baxdı.
Doğrudan da, indi də, ondakı kimi, birisi onun dalında durmuĢdu.
Uca boylu, uzun sürtuklu bir adam qollarını döĢündə çarpazlayaraq, qurğuĢun baĢlı dəyənəyi sağ
əlində sıxaraq Mariusa sarı əyilən Jan Valjandan bir neçə addım kənarda dayanmıĢdı.
AxĢam qaranlığı onu bir xəyal kimi göstərirdi. Mövhumata inanan adam ondan qaranlığa görə,
ağıllı adam əlindəki dəyənəyə görə qorxardı.
Jan Valjan Javeri tanıdı.
Oxucu, yəqin ki, Tenardyeni təqib edən adamın Javer olduğunu baĢa düĢmüĢdür. Javer heç
gözlənilmədiyi halda barrikadadan sağ-salamat çıxaraq birbaĢ polis idarəsinə, Ģəxsən polis
müdirinin yanına, onunla qısa rəsmi görüĢə gedir; bütün gördüyü Ģeyləri polis müdirinə
söylədikdən sonra elə o saat öz vəzifəsini yerinə yetirməyə baĢlayır. Senanın Yelisey çölü
boyunca sağ sahilinə xüsusi olaraq nəzarət etmək Javerə tapĢırılmıĢdı, – biz bunu onun cibindən
tapılan vərəqdən bilirik: Senanın sağ sahili xeyli vaxt idi ki, polis idarəsinin diqqətini cəlb edirdi.
Javer orada Tenardyeni görərək onun izi ilə getmiĢdi. Qalan Ģeylər bizə məlumdur.
Bir Ģey də bizə aydın oldu: Jan Valjanın qarĢısında qapının belə iltifatla açılması Tenardyenin
iĢlətdiyi bir hiylə idi. Tenardye hiss edirdi ki, Javer hələ buradadır; izlənən adamın duyğusu onu
aldatmır; bu xəfiyyənin qabağına mütləq bir parça sümük atmaq lazımdı. Qatil ən gözəl vasitə
idi. Bu elə bir qurbandı ki, hər kəs buna tamahsılana bilərdi. Tenardye öz yerinə Jan Valjanı
bayıra buraxmaqla polis iĢçisini yeni bir ovun üstünə qısqırdırdı, onu tutduğu izdən yayındırır,
onun diqqətini daha böyük bir yırtıcı heyvana cəlb edirdi, Javeri, xeyli vaxt durub gözlədiyi üçün
mükafatlandırırdı, bu isə casusun həmiĢə xoĢuna gəlir; amma özü, üstəlik otuz frank da pul
qazanaraq, bu kələklə oradan mütləq əkilə biləcəyini yəqin etmiĢdi.
Jan Valjan yağıĢdan çıxıb yağmura düĢmüĢdü.
Bir-birinin ardınca iki belə adama rast gəlmək, Tenardyedən sonra Javerin əlinə düĢmək çox ağır
zərbə idi.
Javer Jan Valjanı tanımadı, – yuxarıda demiĢdik ki, Jan Valjan tanınmaz halda idi. Javer durduğu
vəziyyəti dəyiĢmədən, sezilməz bir hərəkətlə ancaq əlindəki dəyənəyi bərk-bərk sıxaraq, qırıq-
qırıq və sakitcə dedi:
– Siz kimsiniz?
– Mənəm.
– Bu mənəm deyən kimdir?
– Jan Valjan.
Javer dəyənəyi diĢinə aldı, çömbələrək əyildi, iri, qüvvətli əllərini Jan Valjanın çiyinlərinə
qoydu, onları, elə bil, məngənə ilə sıxdı; diqqətlə baxdı, Jan Valjanı tanıdı. Onların üzü az qalırdı
bir-birinə toxunsun. Javerin baxıĢı dəhĢətli idi.
Jan Valjan elə bildi ki, Javerin əllərini hiss etmədi: aslan bəbirin caynağına əhəmiyyət verməz.
– Nəzarətçi Javer, – dedi, – mən ixtiyarınızdayam. Bir də ki, bu gün səhərdən mən özümü sizin
əsiriniz hesab edirəm. Mən öz ünvanımı sizə onun üçün vermədim ki, indi sizdən qaçıb gizlənim.
Aparın məni. Ancaq sizdən bir xahiĢim var.
Javer, sanki, onun sözlərini eĢitmirdi. Onun nüfuzedici baxıĢı Jan Valjana zillənmiĢdi. Çənəsi
bərk yumulmuĢdu, bir-birinə sıxılan dodaqları az qalırdı burnuna dəysin, bu, onun amansız
düĢüncəyə daldığını göstərirdi. Nəhayət, o, Jan Valjanı buraxdı, dikəldi dəyənəyi yenə əlinə
alaraq mızıldandı:
– Siz burada nə edirsiniz? Bu adam kimdir? – bu sözləri, sanki, huĢsuz halda dedi.
O yenə də Valjana ―siz‖ deyə müraciət edirdi.
Jan Valjan Javerin suallarına cavab verdi, onun səsi, sanki, Javeri ayıltdı:
– Mən elə onun haqqında sizinlə danıĢmaq istəyirdim. Mənimlə necə istəyirsiniz rəftar edin,
ancaq əvvəl mənə kömək edin onu evlərinə aparım. Mən sizdən ancaq bunu xahiĢ edirəm.
Javerin üzündə əsəbi bir ifadə göründü; o həmiĢə qorxurdu ki, onu güzəĢtə gedən bir adam hesab
edə bilərlər, həmiĢə də elə hallarda onun üzündə belə bir ifadə görünürdü. Lakin o, Jan Valjanın
xahiĢini rədd etmədi.
O yenə əyildi, cibindən yaylığını çıxarıb suda islatdı, Mariusun qana bulaĢmıĢ alnını sildi.
Sonra öz-özünə söyləyirmiĢ kimi astadan dedi:
– Bu adam barrikadada idi. Marius deyilən budur.
Ölümünü gözləyən bu əla casus hər Ģeyə baxmıĢ, hər Ģeyə qulaq asmıĢdı, hər Ģeyi eĢitmiĢdi, hər
Ģey onun yadında qalmıĢdı; o, hətta ölüm ayağında da, bir ayağı qəbirdə ola-ola, hər Ģeyi qeydə
alırdı.
O, Mariusun biləyindən tutub nəbzini yoxladı.
Jan Valjan dedi:
– Yaralanıb.
Javer:
– Ölüb, – dedi.
Jan Valjan etiraz etdi:
– Yox. O hələ diridir.
– Deməli, siz bunu barrikadadan gətirmisiniz?
O, Jan Valjanın kloaka kanalları ilə qaçdığını, bu Ģübhəli hadisəni aydınlaĢdırmaq istəmədi, hətta
Jan Valjanın suala cavab vermədiyini də duymadı, görünür, çox fikirli idi.
Jan Valjanı da, elə bil ki, tək bircə fikir məĢğul edirdi. Javer yenə danıĢdı:
– O, Maredə, Ehtiraslar küçəsində, öz babasının yanında olur... Adı yadımdan çıxıb.
Jan Valjan Mariusun ciblərini axtardı, onun qeyd dəftərçəsini çıxartdı, karandaĢla yazılmıĢ
səhifəni açdı, onu Javerə verdi.
AxĢam səmasında hələ kifayət qədər iĢıq vardı, dəftərçəni oxumaq olardı. Bir də ki, Javerin
gözü, yırtıcı gecə quĢunun gözü tək, qaranlıqda fosfor kimi iĢıq saçırdı. O, Mariusun yazdığı
sətirləri oxuyub acıqlı-acıqlı donquldandı: ―Jilnorman, Ehtiraslar küçəsi, nömrə altı‖.
Sonra çığırdı: ―Arabaçı!‖
Oxucuların yadındadır: hər ehtimala qarĢı bir fiakr durub Javeri gözləyirdi.
Javer Mariusun qeyd dəftərçəsini özündə saxladı.
Bir azdan sonra kareta, atların sulanmağa aparıldığı yol ilə sahilə endi. Mariusu fiakrın dal
oturacağına qoydular, Javer qabaq tərəfdə, Jan Valjanın yanında oturdu.
Qapını örtdülər, sürücü fiakrı sahil küçəsilə sürətlə Bastiliyaya sarı sürdü.
Onlar sahil küçəsindən dönüb, baĢqa küçələrdən keçdilər. Sürücü qozlada qara kölgə kimi
oturaraq arıq atları qamçılayırdı. Karetaya ölüm sükutu çökmüĢdü. Mariusun küncə qoyulan
bədəni tərpənmirdi, onun baĢı sinəsinə enmiĢdi, qolları cansız halda sallanırdı, qıçları uzanmıĢdı,
– bu vəziyyətdə, elə bil ki, qəbrə qoyulacağını gözləyirdi: Jan Valjan, sanki, qaranlıqdan
toxunmuĢdu, Javer də daĢdan yonulub düzəldilmiĢdi. Karetanın içinə arabir, ildırım çaxırmıĢ
kimi, küçə fənərinin ölgün, bozumtul iĢığı düĢürdü; təsadüf bu qaranlıq karetada facianə
hərəkətsizliyin üç mücəssəməsini – meyidi, xəyalı, heykəli məĢum bir Ģəkildə bir araya gətirmiĢ,
onları qarĢılaĢdırmıĢdı.
ONUNCU FƏSĠL.
Ġtaətdən çıxmıĢ oğulun qayıtması.
Kareta hər dəfə bərk silkələnəndə Mariusun saçından qan damcılayırdı.
Fiakr Ehtiraslar küçəsindəki altı nömrəli evə çatanda hava lap qaralmıĢdı.
Əvvəl karetadan Javer düĢdü; darvaza üstündəki nömrəyə ötəri baxaraq iri qapı çəkici ilə
darvazanı bərk-bərk döydü, çəkicin üstündə köhnə qaydada, keçi ilə satirin kəllə-kəlləyə
döyüĢməsi təsvir edilmiĢdi. Qapı azca aralandı. Javer qapını tamam açdı. Qapıçı içəridən, əlində
Ģam, əsnəyə-əsnəyə, yuxulu-yuxulu ona baxırdı.
Bütün ev yatırdı. Maredə, xüsusilə küçə iğtiĢaĢları olanda tez yatırlar; bu köhnə, dinc məhəllə
inqilabdan qorxaraq vəziyyətdən xilas olmağı yuxuda axtarırdı: uĢaqlar da qulyabanıdan
qorxanda baĢlarını tez yorğanın altına soxurlar.
Jan Valjan sürücü ilə bərabər Mariusu karetadan çıxartdı. Jan Valjan onun qoltuğundan, sürücü
də qıçlarından tutmuĢdu.
Mariusu bu qayda ilə apararkən Jan Valjan əlini onun cırılmıĢ paltarı altına soxdu və yəqin etdi
ki, Mariusun ürəyi hələ vurur. O, hətta əvvəlkindən bir az bərk vururdu, sanki, ekipajın hərəkəti
yaralını qüvvətə gətirmiĢdi.
Javer qapıçıdan sərt bir ifadə ilə soruĢdu (hökumət adamı qiyamçının xidmətçisi ilə elə belə də
danıĢmalı idi):
– Burada Jilnorman adlı adam yaĢayırmı?
– YaĢayır. Sizə nə lazımdır?
– Biz onun oğlunu gətirmiĢik.
Qapıçı key kimi soruĢdu:
– Oğlunu?
– O ölüb.
Jan Valjan Javerin arxasından boylandı; qapıçı bu üst-baĢı cırılmıĢ, çirkli adama dəhĢətlə baxdı;
Jan Valjan iĢarə ilə bildirdi ki, bu, doğru deyil.
Qapıçı, elə bil, nə Javerin sözünü, nə də Jan Valjanın iĢarəsini baĢa düĢdü.
Javer sözünə davam etdi:
– O, barrikadaya gedibmiĢ, axırı da bu!
Qapıçı çığırdı.
– Barrikadaya?
– Orada onu öldürüblər. Get, atasını oyat.
Qapıçı yerindən tərpənmədi.
Javer bir də dedi:
– Get də!
Sonra əlavə etdi:
– Sabah burada dəfn mərasimi olacaq.
Ġctimai həyatın bütün hadisələri Javer üçün dərəcələrə bölünmüĢdü; hamilik və nəzarət də
buradan baĢlanırdı; hər hadisəyə müəyyən bir yer ayrılmıĢdı, baĢ verə biləcək hadisələr, elə bil
ki, xüsusi qutularda saxlanılırdı; bu hadisələr qutulardan, vəziyyətə görə, ya bir yerdə, ya
ayrılıqda meydana çıxırdı; məsələn, küçələrdə sakitlik pozular, qiyam, karnaval və dəfn
mərasimi ola bilərdi.
Qapıçı gedib Baskı oyatdı, bununla da iĢini qurtardı. Bask Nikolettanı, Nikoletta da madmuazel
Jilnormanı oyatdı. Lakin qocanı oyatmadılar, bu qərara gəldilər ki, təzə xəbəri o nə qədər gec
eĢitsə, bir o qədər yaxĢıdır.
Mariusu ikinci mərtəbəyə qaldırdılar, özü də elə yavaĢ apardılar ki, evin o biri hissəsində heç kəs
bunu bilmədi; aparıb cənab Jilnormanın dəhlizindəki köhnə divanın üstünə qoydular. Bask
həkim dalınca getdi, Nikoletta alt paltarı olan Ģkafları eĢələməyə baĢladı, bu zaman Jan Valjan
hiss etdi ki, kim isə onun çiyninə toxunur. Jan Valjan bunun nə demək olduğunu baĢa düĢdü,
aĢağı enməyə baĢladı; o, öz arxasında Javerin ayaq səsini eĢidirdi: Javer onun ardınca gəlirdi.
Qapıçı onları yuxulu-yuxulu və qorxmuĢ halda qarĢıladığı kimi, indi də elə qorxmuĢ halda və
yuxulu-yuxulu onların ardınca baxırdı.
Onlar yenə də fiakra mindilər, sürücü də qozlaya qalxdı.
Jan Valjan dedi:
– Nəzarətçi Javer, mənə bir mərhəmət də göstərin.
Javer sərt bir ifadə ilə soruĢdu:
– Nə mərhəmət?
– Ġcazə verin bir dəqiqəliyə evimizə dəyim. Sonra mənə nə eləmək istəyirsinizsə, eləyin.
Javer çənəsini sürtukunun yaxası içinə soxaraq bir az susdu, sonra karetanın qabaq pəncərəsini
açıb dedi:
– Sürücü, Silahlı adam küçəsinə, yeddi nömrəli evə.
ON BĠRĠNCĠ FƏSĠL.
Möhkəm bünövrənin sarsılması.
Bütün yol uzunu onlar daha ağızlarını açmadılar.
Jan Valjan nə etmək istəyirdi? O istəyirdi ki, baĢladığı iĢi axıra yetirsin: Kozettaya xəbərdarlıq
eləsin, Mariusun olduğu yeri ona desin, mümkün olsa, baĢqa faydalı göstəriĢlər də versin, vaxt
çatsa, sonuncu sərəncamını da söyləsin. O ki qaldı özü, onun taleyi – onun iĢi artıq bitmiĢdi, o
Javerin əlinə düĢmüĢdü, müqavimət də göstərmirdi. BaĢqa bir adam belə vəziyyətə düĢsəydi,
yəqin ki, Tenardye verdiyi kəndiri, ilk həbsxana kamerası barmaqlığının köndələn tirini
düĢünərdi; lakin yepiskopa rast gəldikdən sonra hər bir sui-qəsd, hətta adamın öz canına qəsd
etməsi, – biz bunu xüsusilə qeyd edirik, – Jan Valjanın qəlbində böyük dini etiraza səbəb olurdu.
Adamın öz-özünü öldürməsi, bəlkə də, müəyyən dərəcədə ruhu öldürən, məchul bir varlıq
üzərində olan bu sirli zorakılıq Jan Valjana mümkün olmayan bir Ģey kimi görünürdü.
Fiakr Silahlı adam küçəsinin lap baĢlanğıcında dayandı, küçə dar olduğundan, qabağa getmək
mümkün deyildi. Javerlə Jan Valjan ekipajdan düĢdü.
Sürücü ―cənab nəzarətçi‖dən acizanə xahiĢ etdi ki, bir Ģeyə diqqət yetirsin: karetanın içindəki
utrex məxməri ölünün qanından, bir də qatilin çirkli paltarından baĢdan-baĢa ləkələnmiĢdir, bu,
indicə onun gözünə dəydi. Sonra da əlavə etdi ki, zərəri ödəmək lazımdır. Elə o saat da cibindən
yoxlama dəftərçəsini çıxartdı, cənab nəzarətçidən xahiĢ etdi ki, ―iltifat buyurub bura, lap elə boĢ
Ģey də olsa, bir tövsiyə yazsın‖.
Javer sürücünün ona sarı uzatdığı dəftərçəni geri itələyib soruĢdu:
– Ġndi sənə yol pulu, boĢ dayandıqlarımız da üstəlik, nə qədər çatmalıdır?
Sürücü dedi:
– Ġndi səkkizə on beĢ dəqiqə iĢləyib: axı məxmər də təzə idi. Səksən frank, cənab nəzarətçi.
Javer cibindən dörd napoleondor çıxarıb sürücüyə verdi, fiakrı yola saldı.
Jan Valjan elə zənn etdi ki, Javer onu lap yaxında olan Ağ mantiya və ya Arxiv küçəsindəki
qarovulxanaya piyada aparacaqdır.
Onlar küçə ilə getdilər. Küçədə, həmiĢəki kimi, adam yox idi. Javer Jan Valjanın ardınca gedirdi.
Onlar yeddi nömrəli evə çatdılar. Jan Valjan qapını döydü. Qapı açıldı.
Javer:
– YaxĢı, – dedi, girin içəri.
O, öz-özünü məcbur edirmiĢ kimi, qəribə bir ifadə ilə əlavə etdi:
– Mən sizi burada gözləyəcəyəm.
Jan Valjan Javerə baxdı. Belə bir hərəkət Javerin vərdiĢlərinə sığmayan hərəkətdi. Lakin Javerin
göstərdiyi bu nifrət dolu etibar – piĢiyin siçana olan etibarı kimi idi: piĢik də siçanı o qədər uzağa
buraxır ki, sonra öz caynaqlarını ona keçirə bilsin; Javerin göstərdiyi etibar Jan Valjanı o qədər
də təəccübləndirmədi, çünki o öz-özünü məhkəməyə təslim etmək, bununla da məsələni
qurtarmaq istəyirdi. Jan Valjan qapını itələyib içəri girdi, yatmıĢ qapıçını səslədi, – qapıçı
yatağından qalxmadan ipi dartmıĢdı, – sonra pilləkənlə yuxarı qalxdı.
Ġkinci mərtəbəyə çatanda dayandı. Hər əzablı yolun istirahəti var. Pilləkən baĢındakı pəncərə
açıqdı. Bir çox qədim evlərdə olduğu kimi, pilləkən iĢıqdı, pəncərə küçəyə baxırdı. Evin lap
qabağında olan küçə fənərindən pilləkənin pillələrinə iĢıq düĢürdü, burada iĢıq yandırmaq üçün
daha xərc çəkmək lazım gəlmirdi.
Jan Valjan ya təmiz hava tənəffüs etmək üçün, ya da elə qeyri-Ģüuri olaraq, baĢını pəncərədən
bayıra çıxartdı. Küçəyə baxdı. Küçə çox balaca idi, fənər onu baĢdan-baĢa iĢıqlandırırdı. Jan
Valjan heyrətdən donub qaldı: küçədə heç kəs yox idi.
Javer getmiĢdi.
ON ĠKĠNCĠ FƏSĠL.
Baba.
Bask ilə qapıçı, Marius qoyulan divanı qonaq otağına gətirdilər; Marius yenə də tərpənmirdi. Elə
o saat həkim dalınca adam göndərdilər, həkim də dərhal gəldi. Madmuazel Jilnorman da
yerindən qalxdı.
O, otaqda gəzinir, yaman dərdlənirdi, mızıldana-mızıldana ancaq bu sözləri deyirdi:
―Pərvərdigara, belə Ģey olar?‖ Arabir əlavə edirdi: ―Hər Ģey qana bulanacaq!‖ Ġlk sarsıntı
keçəndən sonra onun beyni əmələ gəlmiĢ vəziyyəti bir növ filosofcasına dərk etməyə baĢladı, bu
da aĢağıdakı cümlə ilə ifadə olunurdu: ―Elə belə də olmalı idi!‖ Lakin o: ―Mən bunu çoxdan
deyirdim!‖ düsturuna gəlib çatmadı, – belə hallarda o, həmiĢə bu kəlamı söylərdi.
Həkimin təklifi ilə divanın yanına qatlama çarpayı qoydular. Həkim Mariusun bədənini yoxladı,
nəbzinin vurulduğunu, sinəsində bircə dənə də dərin yara olmadığını, əngində laxtalanan qanın
burnundan gəldiyini yəqin etdikdən sonra onu çarpayıda arxası üstə uzatdı, baĢının altına balıĢ
qoymadı, baĢı bədəni ilə bir səviyyədə, hətta bir az da aĢağıda qaldı, rahat nəfəs almaq üçün
sinəsini açdırdı. QarımıĢ qız Jilnorman gördü ki, Mariusu soyundururlar, tez öz otağına getdi,
təsbeh çevirə-çevirə ürəkdən dua eləməyə baĢladı.
Mariusun bədənində ciddi daxili zədələnmə yox idi; güllə qeyd dəftəri üzərindən sürüĢərək yana
dönmüĢ, qabırğaların üstündən keçərək dərini cırmıĢdı: yara üzdən dəhĢətli görünsə də, dərin
deyildi, buna görə də qorxusu yox idi. Onun bədənində canaq sümüyünün sınması çox ciddi bir
zədələnmə idi, Jan Valjan Mariusu yeraltı kanallarla dalında gətirəndə bu sınıq daha da
xarablaĢmıĢdı. Mariusun qollarında qılınc yarası vardı, amma üzündə cızıq da yox idi, baĢı isə
çapıq-çapıqdı. Bu yaralar ancaq baĢının dərisində idimi, ya onun baĢ sümüyü zədələnmiĢdimi,
indi bunu təyin etmək mümkün deyildi. Təhlükəli bu idi ki, baĢına vurulan qılınc zərbələri
nəticəsində o, bihuĢ olmuĢdu, belə bihuĢluqdan sonra çox vaxt heç ayılmırlar. Bir də ki, o, qan
itirməkdən zəifləmiĢdi. Bədəninin aĢağı hissəsinə heç bir Ģey olmamıĢdı, çünki barrikada
Mariusu qurĢağa kimi mühafizə etmiĢdi.
Baskla Nikoletta döĢəkağılarını cırıb, sarğı hazırlayırdı; Nikoletta bunları bir-birinə tikir, Bask
bürmələyirdi. Orada tiftik yox idi, həkim yaraya pambıq tamponu qoymaqla axan qanı kəsirdi.
Çarpayı yanındakı stolun üstündə çoxlu cərrahiyyə aləti vardı, üç də Ģam yanırdı. Həkim
Mariusun üzünü və saçını soyuq su ilə yudu. Qapıçı əlində Ģam tutmuĢdu. Bir vedrə su bir anda
qıpqırmızı oldu.
Həkim, elə bil ki, fikrə dalmıĢdı, qəmgin görünürdü. Arabir baĢını ―yox‖ deyirmiĢ kimi
yırğalayır, sanki, öz-özünə verdiyi suala cavab verirdi. Həkimin öz-özünə ürəyində danıĢması
xəstənin pis vəziyyətdə olduğunu göstərir.
Həkim yaralının hələ də yumulu olan göz qapaqlarına üsulluca toxuna-toxuna üzünü siləndə,
qonaq otağının o biri baĢında qapı açıldı, ağ geyimli uzun bir adam göründü.
Bu, Mariusun babası idi.
Ġki gün idi ki, qiyam cənab Jilnormanı bərk həyəcanlandırır, hirsləndirir, təĢviĢə salırdı. Keçən
gecə o heç gözünü yummamıĢdı, bütün günü titrətmiĢdi. AxĢam bütün qapı-bacanın bərk-bərk
bağlanmasını əmr edib, çox erkən yerinə girdi və nəhayət, yorulduğu üçün, gözünə yuxu getdi.
Qocalar ayıq yatırlar; cənab Jilnormanın yataq otağı qonaq otağı ilə yan-yana idi; qonaq otağında
nə qədər üsullu tərpənsələr də, səs onu yuxudan ayıltdı. Qapının deĢiyindən iĢıq düĢmüĢdü, bu,
onu təəccübləndirdi, o, yatağından qalxdı, əli ilə ətrafını yoxlaya-yoxlaya özünü qapıya yetirdi.
Qoca bir əli ilə yarıya qədər açılmıĢ qapının dəstəyindən tutaraq əsən baĢını azca qabağa əyib,
heyrət içində astanada dayandı. Onun əynində, bütün bədəni örtən kəfən kimi, düz, hamar, ağ
xalat vardı, o elə durmuĢdu ki, elə bil, kabus qəbrə baxırdı.
O, parlaq iĢıq düĢmüĢ çarpayıda qurĢağa qədər çılpaq, qana bulaĢmıĢ cavan bir oğlan gördü; bu
adam çarpayıda uzanıb qalmıĢdı, tərpənmirdi; onun bədəni qara-qırmızı yaralarla dolu idi, bənizi
kağız kimi ağarmıĢdı, gözləri yumulu idi, ağzı azca açıq, dodaqlarının qanı qaçmıĢdı.
Qocanın təpədən-dırnağa kimi bütün bədəni tir-tir əsdi; qocalıqdan saralmıĢ gözləri dumanlandı,
heç bir Ģey görmədi; üzü yıprandı, boz ləkələr basmıĢ kəlləyə oxĢadı; qolları cansız halda
sallandı, sanki, onların yayı qırılmıĢdı; barmaqları əsəbi halda tərpəndi, dizləri büküldü, xalatının
yaxası açıldı, onu ağ tük basmıĢ arıq, çılpaq qıçları göründü; o pıçıldadı:
– Marius!
Bask:
– Ağa, – dedi, – cənab Mariusu indicə gətirdilər. Barrikadaya gedibmiĢ, orada da...
Qoca dəhĢətli səslə çığırdı:
– O ölüb! Ah, quldur!
Birdən bu yüz yaĢlı qoca, sanki, dirilib qəbirdən qalxaraq cavan oğlan kimi dümdüz dayandı:
– Cənab, – dedi, – siz həkimsiniz. Hər Ģeydən əvvəl, mənə bir Ģey deyin: o ölüb, elə deyilmi?
Həkim böyük bir təĢviĢ içində idi, dinib-danıĢmırdı.
Cənab Jilnorman dəhĢətli qəhqəhə ilə güldü:
– O ölüb! O ölüb! O gedib barrikadada özünü ölümə verdi! Mənə nifrət elədiyi üçün! O, mənim
acığıma bunu elədi! Ah, zalım! Gör o mənim yanıma necə qayıtdı! Müsibətə bax, o ölüb!
Gedib pəncərəni taybatay açdı, elə bil ki, ona hava çatmırdı; qaranlıqla üz-üzə duraraq, yatan
küçəni öz fəryadı ilə doldurdu, qaranlığa dedi:
– Doğrayıblar, kəsiblər, qırıblar, əziblər, öldürüblər, parça-parça eləyiblər! Bir buna baxın, görün
necə yaramazdır! O çox yaxĢı bilirdi ki, mən onu gözləyirəm, mən ona otaq hazırlamıĢam, mən
onun uĢaqlıq Ģəklini yatağımın üstündən, baĢımın üstündən asmıĢam! O çox gözəl bilirdi ki,
onun ancaq qayıtması kifayətdir; mən onu uzun illər boyu çağırmıĢam, axĢamları buxarının
qabağında, əllərimi axmaq-axmaq dizlərimin üstünə qoyub oturmuĢam, nə edəcəyimi
bilməmiĢəm! Sən ancaq qayıtsaydın, qayıdıb desəydi ki: ―Budur, gəlmiĢəm!‖ onda hər Ģeyin
sahibi olacaqdın, mən də sənə tabe olacaqdım, sən bu qoca sarsaq babanla nə istəsəydin
edəcəkdin, sən bunu yaxĢı bilirdin! Sən bunu bilirdin, amma sən belə qərara gəldin, dedin ki: ―O,
royalistdir, mən onun yanına getməyəcəyəm!‖ Qaçıb barrikadaya getdin, sarsaqlığından qəsdən,
həĢəmətli Berriya hersoqu haqqında dediyim sözün qisasını almaq üçün özünü ölümə verdin! Bu,
alçaqlıqdır. Bundan sonra yatağınıza girin, yatın görüm necə sakit yatırsınız! O ölüb! Bax, bu da
mənim qəflət yuxusundan ayılmağım!
Həkim indi onların hər ikisi üçün qorxu və təĢviĢ keçirirdi; o bir anlığa Mariusu buraxıb cənab
Jilnormanın yanına getdi, onun əlindən tutdu. Qoca döndü, bərəlmiĢ, qan dolmuĢ gözlərilə
həkimə baxıb, ağır-ağır dedi:
– TəĢəkkür edirəm, cənab! Mən sakitəm, mən kiĢiyəm, mən On altıncı Lüdovikin ölümünü
görmüĢəm, mən müsibətə tab gətirə bilirəm. Ancaq bir Ģey xüsusilə dəhĢətlidir: o da budur ki,
bütün pis iĢləri sizin qəzetləriniz eĢitmiĢdir. Qoy sizin cızma-qaraçılarınız olsun, boĢboğazlarınız
olsun, tərəqqiniz, maarifiniz, insan hüququnuz, mətbuat azadlığınız olsun, amma sizin
uĢaqlarınızı sizin evinizə, bax, bu halda gətirməsinlər! Ah, Marius, bu, dəhĢətdir! Öldürüblər!
Məndən qabaq ölüb! Barrikadada! Ah, quldur! Doktor, siz, deyəsən, bizim məhəllədə
yaĢayırsınız! Mən sizi yaxĢı tanıyıram. Mən tez-tez pəncərədən görürəm: siz kabrioletdə bizim
evimizin qabağından keçib gedirsiniz. Mən sizə hər Ģeyi açıb deyəcəyəm. Siz nahaq yerə elə
güman edirsiniz ki, mən acıqlanıram. Ölüyə acıqlanmazlar. Ölüyə acıqlanmaq sarsaqlıq olardı.
Axı bu uĢağı mən böyütmüĢəm. O hələ körpə olanda mən qoca idim. O, Tüilri parkında xırdaca
bel ilə, araba ilə oynardı; əlindəki bellə qumda qazdığı xırdaca çalaları mən əl ağacımla səbirlə
hamarlayırdım ki, park keĢikçisi görüb deyinməsin. Lakin bir gün o çağırıb dedi: ―Rədd olsun
On səkkizinci Lüdovik!‖ – bunu deyib evdən getdi. Bu, mənim təqsirim deyil. Onun elə gözəl
çəhrayı üzü, elə sarıĢın saçı vardı... Onun anası ölüb. Balaca uĢaqların hamısı sarıĢın olurlar, –
siz buna fikir vermisinizmi? Bu, niyə belə olur? O, həmin bu Luara quldurlarından birinin
oğludur, amma uĢaqlar atalarının cinayəti üçün cavab vermirlər axı?! Onun, bax, bu boyda
olduğu mənim yadımdadır. O, ―d‖ hərfini deyə bilmirdi. O da xırdaca quĢ kimi mehribanca
civildəyirdi, onun da civiltisini quĢ civiltisi kimi baĢa düĢmək olmurdu. Yadımdadır, bir gün
Farnez Harkulesinin heykəli qarĢısında hamı onun baĢına yığıĢdı, hamı sevə-sevə, iftixarla ona
baxırdı – o elə qəĢəng uĢaqdı! Ancaq Ģəkillərdə belə füsunkar uĢaq baĢı görmək olar! Mən nahaq
yerə onunla acıqlı-acıqlı danıĢırdım, onu əl ağacımla hədələyirdim, – o çox yaxĢı bilirdi ki, mən
bunu ciddi eləmirəm. Səhərlər yüyürə-yüyürə mənim yataq otağıma gələndə deyinirdim, amma
mənə elə gəlirdi ki, otağımdan gün çıxır. Belə uĢaqları sevməmək mümkün deyil. Onlar bizim
qəlbimizə hakim olur, qəlbimiz onların hökmündən çıxa bilmir. Əslinə qalanda, dünyada bu
uĢaqdan gözəl Ģey yox idi. Bu Ģeylərdən sonra siz mənə – sizin bütün o Lafayetləriniz, Benjamen
Konstanlarınız, Tirküi de Korselləriniz haqqında, onu mənim əlimdən alan bütün o adamlar
haqqında nə deyə bilərsiniz? Siz bunun cavabını verəcəksiniz!
Cənab Jilnorman solğun bənizli, meyit kimi uzanıb qalan Mariusa yaxınlaĢdı, yenə də ah-vay
eləməyə baĢladı; həkim hələ də yaralı ilə əlləĢirdi. Cənab Jilnormanın dodaqları, sanki, qeyri-
ixtiyari olaraq tərpənirdi, onun ağzından, can verən zaman zəif xırıltıları kimi, güclə eĢidilən,
rabitəli sözlər çıxırdı:
– Ah, qəlbsiz! Ah, yakobinçi! Ah, zalım! Ah, quldur!
Ölən bir adam güclə eĢidilən səslə ölünü məzəmmət edirdi.
Daxili sarsıntı, nəhayət, adamın zahirində də özünü hiss etdirir; qocanın danıĢığında yenə də
rabitə yarandı, lakin söz söyləməyə onun daha gücü yox idi; onun səsi elə boğuq, elə zəif çıxırdı
ki, elə bil, uçurumun o biri tərəfindən gəlirdi.
– Mənim üçün fərqi yoxdur, mən özüm bu yaxında öləcəyəm. ĠĢə baxırsanmı: Parisdə elə bir
səfeh qız tapılardımı ki, bu yaramazla xoĢbəxt olacağına sevinməsin! Vicdansız, kef eləmək,
həyatdan zövq almaq əvəzinə, dalaĢmağa gedir, gedib özünü gic kimi güllə qabağına verir! Özü
də nə üçün? Respublika üçün! Gedib ġomyerdə balda oynamaq əvəzinə – cavan oğlana bu
lazımdır! Onun axı, ancaq iyirmi yaĢı vardı! Respublika, – bu nə sarsaq Ģeydir! Yazıq analar,
belə olandan sonra siz qəĢəng uĢaqlar doğun! Sizə deyərlər, o ölüb! Deməli, bizim darvazadan
bir-birinin ardınca iki meyit çıxacaq. Bəli, sən general Lamarkın qəĢəng gözləri üçün bu oyunu
çıxartdın! Bu general Lamarka sənin borcun nə idi? Bu yaxĢı qılınc vuran adama, bu heyvərəyə?!
Ölünün xatiri üçün ölümə gedir! Belə də axmaqlıq olar! BaĢa düĢün! Anadan olduğu iyirmi ildir!
Arxada nələr qaldığına heç qayıdıb baxmadı da! Ġndi bu yazıq qoca tənhalıq içində ölməlidir. Öl,
gəbər öz bucağında, qoca bayquĢ! Qoy olsun, bu yaxĢıdır, elə mən bunu istəyirdim, bu məni
dərhal öldürər. Mən çox qocayam, mənim yüz yaĢım var, mənim yüz min yaĢım var, mənim lap
çoxdandır ölməyə haqqım var. Bu zərbə mənim iĢimi bitirər. Deməli, iĢ bitib. Belə də xoĢbəxtlik
olar! Niyə ona naĢatır iylədirsiniz, hər cür zir-zibil içirirsiniz, ay sarsaq həkim! Bəsdir də, o ki
ölüb, doğrudan, ölüb. Mənim belə Ģeydən baĢım çıxır, mən özüm də ölüyəm. Mən iĢi axıra
yetirdim. Əclaf, əclaf, əclaf zəmanə! Bax, mən sizin barənizdə, sizin ideyalarınız, sizin
sistemləriniz, sizin baĢçılarınız, kahinləriniz, həkimləriniz, alçaq yazıçılarınız, dələduz
filosoflarınız, sizin bütün bu inqilablarınız haqqında, o inqilablar ki altmıĢ ildir Tüilridə ancaq
qarğaları qorxudur, bax, bunlar haqqında mən belə düĢünürəm!.. Sən də elə insafsız oldun ki,
gedib bu qayda ilə özünü məhv elədin, onda elə lap yaxĢı olub, mən sənə görə heç dərd də
çəkməyəcəyəm, eĢidirsənmi, qatil!
Elə bu anda Mariusun göz qapaqları yavaĢ-yavaĢ açıldı, onun hələ də letargiya yuxusundan
dumanlanan baxıĢı təəccüblə cənab Jilnormana zilləndi.
Qoca çığırdı.
– Marius! Marius, mənim balam! Mənim övladım! Mənim əziz oğlum! Sən gözlərini açdın, sən
mənə baxırsan, sən dirisən, sənə təĢəkkür edirəm!
Qoca özündən gedib yerə yıxıldı.
JAVER YOLUNDAN AZDI.
Javer ağır-ağır Silahlı adam küçəsindən uzaqlaĢdı.
O, ömründə birinci dəfə idi ki, baĢını aĢağı dikərək, həm də birinci dəfə idi ki, əllərini dalında
tutaraq gedirdi.
Bu günə qədər, o, Napoleonun iki duruĢundan – ancaq qətiyyət ifadə edən duruĢunu, yəni əlini
döĢündə çarpazlamağı qəbul etmiĢdi, tərəddüd ifadə edən, yəni əlini dalında tutmaq duruĢu ona
məlum deyildi. Ġndi onun həyatında dönüĢ əmələ gəlmiĢdi; onun ağır-ağır getməsi, fikrə dalması
mənəvi təĢviĢi əks etdirirdi.
YatmıĢ küçələrin qaranlığı onu bürüdü.
Lakin o müəyyən bir istiqamətdə gedirdi.
Kəsmə yolla Senaya tərəf burularaq, Qarağac sahil küçəsinə çıxdı, sahil boyu getdi, Qrev
meydanından ötdü, ġatle meydanındakı qarovulxanaya çatmamıĢ Ana Məryəm körpüsünün
tinində dayandı. Sena bu yerdə, bir tərəfdən Ana Məryəm və Alverçi körpüləri, yan tərəfdən də
Xamgen və Çiçək sahil küçələri arasında dördbucaq gölə oxĢayır, bu ―gölün‖ ortasında su iti
axır.
Qayıqçılar bu yerə yaxın gəlmirlər. Senanın bu iti axan yerindən təhlükəli Ģey oxdur: o zamanlar
bura yan tərəflərdən sıxıĢdırılmıĢdı, dəyirmanların suya vurulan tirləri arasında hiddətlə
uğuldayırdı; körpü üstündə tikilmiĢ bu dəyirmanlar sonralar uçurulmuĢdu. Bir-birinə xeyli yaxın
olan iki körpü bu təhlükəni daha da artırırdı, çünki su böyük bir qüvvə ilə körpülərin tağı
altından sürətlə axırdı. Su coĢqun sel kimi ora cumur, nərildəyərək Ģaha qalxırdı; dalğalar
Ģiddətlə körpülərin tirlərinə hücum edir, sanki, möhkəm su kəndirləri ilə onları kökündən
çıxarmaq istəyirdi. Ora düĢən adam bir daha suyun üzünə çıxa bilmir, ən yaxĢı üzgüçülər də
orada batır.
Javer körpünün sürahisinə dirsəklənərək əllərini çənəsinə dayadı, qeyri-Ģüuri olaraq barmaqlarını
sıx tüklü bakenbardları içinə soxdu.
Onun qəlbində böhran, çevriliĢ, fəlakət əmələ gəlmiĢdi, o düĢünməyə bilməzdi.
Bir neçə saatdı ki, o öz-özünü baĢa düĢə bilmirdi. O çaĢıb qalmıĢdı; korazehin olsa da, onun çox
aydın əqli öz Ģəffaflığını itirmiĢdi; təmiz kristal bulanmıĢdı. Javer hiss edirdi ki, vəzifə anlayıĢı
onun Ģüurunda iki yerə bölünmüĢdür, – bunu özündən gizlədə bilmirdi. Sena sahilində heç
gözlənilmədiyi halda, Jan Valjana rast gələndə onun qəlbində, nəhayət, ovunu ələ keçirən bir
canavar duyğusu, həm də öz sahibini tapan bir it duyğusu oyanmıĢdı.
O, öz qarĢısında eyni dərəcədə düz olan iki yol görürdü, ancaq bu yol iki idi; bu, onu dəhĢətə
gətirirdi, çünki bütün ömrü boyu o ancaq bir yol ilə, düz bir xətt ilə getmiĢdi. ĠĢin xüsusilə əzab
verən cəhəti də o idi ki, bu yollar bir-birini rədd edirdi. Bu iki yoldan hansı doğru idi?
O son dərəcə çətin vəziyyətə düĢmüĢdü.
Sağ qalmağın üçün caniyə borclu olasan, həm də bu borcu etiraf edəsən, qaytarasan, öz-özünün
əksinə gedərək islahedilməz cinayətkarla bir sırada durasan, göstərilən xidmətə xidmətlə cavab
verəsən, o yerə gəlib çatasan ki, öz-özünə ―Get!‖, ona da: ―Sən azadsan!‖ deyəsən, hamıdan ötrü
bir vəzifə olan borcunu Ģəxsi məsələ üçün fəda edəsən, eyni zamanda bu Ģəxsi məsələ arxasında
eyni dərəcədə ümumun vəzifəsi olan bir Ģey, bəlkə də, yüksək bir qanun duyasan, öz vicdanına
sədaqətli qalmaq üçün cəmiyyətə xəyanət edəsən! Bütün bu mənasız Ģeylər gərək elə, doğrudan
da, olaydı, özü də onun payına düĢəydi! Javeri üzən bu idi.
Heç eĢidilməmiĢ, onu təəccübləndirən bir Ģey olmuĢdu: Jan Valjan ona aman vermiĢdi, lakin
baĢqa bir Ģey də olmuĢdu ki, bu onu tamam məhv etmiĢdi: o özü Jan Valjana aman vermiĢdi.
Gör o, nə günə qalıb?! O, öz-özünü anlamaq istəyirdi, anlaya bilmirdi, o öz-özünü tanımırdı.
Ġndi nə etsin? Jan Valjanı ələ vermək yaxĢı deyildi; Jan Valjanı sərbəst buraxmaq da yaxĢı
olmazdı. Ələ versəydi, hökumət nümayəndəsi ən pis katorqa dustağından da alçalmıĢ olacaqdı.
Sərbəst buraxsaydı, katorqa dustağı qanun üzərində yüksələcək, qanunu ayaqları altında
tapdalayacaqdı. Hər iki halda Javer özü rüsvay olacaqdı. Məsələni o, nə cür həll etsəydi, bircə
çıxıĢ yolu vardı: o da son idi. Elə olur ki, tale insanı sıldırım uçuruma rast gətirir; bu uçurumdan
xilas olmaq mümkün deyil; oradan bütün həyat dərin bir girdab kimi görünür. Javer belə bir
uçurum qarĢısında dayanmıĢdı.
DüĢünmək onu xüsusilə narahat edirdi. Bir-birinə zidd hisslərin amansız mübarizəsi onu
düĢünməyə məcbur edirdi.
DüĢünməyə o, adət etməmiĢdi, düĢünmək ona son dərəcə çox əzab verirdi.
Fikirdə həmiĢə müəyyən dərəcə gizli bir qiyam olur; Javer özünü bundan qoruya bilmədiyi üçün,
bu, onu acıqlandırırdı.
Hansı Ģəraitdə olursa-olsun, vəzifəsinin dar çərçivəsindən kənara çıxan hər fikir ona faydasız və
yorucu görünürdü; lakin bugünkü hadisə haqqında düĢünmək onun üçün, elə bil ki, bir iĢgəncə
idi. Bu qədər sarsıntıdan sonra o mütləq öz vicdanına nəzər salmalı, özü haqqında özünə haqq-
hesab verməli idi.
O, tutduğu iĢin qarĢısında tir-tir əsirdi. O, bütün polis qaydalarının, bütün siyasi qanunların,
hüquq qanunlarının, bütün qanun məcəlləsinin əksinə olaraq, canini azad etməyi mümkün hesab
etmiĢdi; onun kefi belə istəmiĢdi, o, öz mənafeyini cəmiyyətin mənafeyindən üstün tutmuĢdu.
Belə də Ģey olar!! O, belə bir hərəkətə ad tapa bilmirdi, hər dəfə bu məsələnin üstünə qayıdanda
təpədən-dırnağa kimi sarsılırdı: vaxt itirmədən Silahlı adam küçəsinə qayıtsın, Jan Valjanı tutub
aparsın. Əlbəttə, ancaq belə etmək lazımdı. Lakin o, bunu edə bilmirdi.
Onun o tərəfə olan yolunu nə isə bağlayırdı.
Nə bağlayırdı? Bu axı nə idi? Dünyada məhkəmədən, məhkəmə pristavından, polis idarəsindən,
hökumətdən baĢqa da bir Ģey varmı? Javerin bütün varlığı sarsılmıĢdı.
Bir katorqa dustağının Ģəxsiyyətinə toxunmaq olmazdı! Bir məhbus polis idarəsinin əlinə
keçmirdi! Bu da ancaq Javerə görə belə olmuĢdu!
Qanuna bütünlüklə mənsub olan iki adam – Javer və Jan Valjan, biri cəza vermək, biri də
cəzalanmaq üçün yaranan iki adam birdən o dərəcəyə gəlib çatmıĢdı ki, qanunu tapdalamıĢdı, –
belə dəhĢət olar?
Bu nə deməkdir? Belə də dəhĢətli Ģey olarmı? Bu iki adamdan heç biri cəzalanmayacaqmı?
Yoxsa, Jan Valjan bütün ictimai qayda-qanundan qüvvətlimi çıxdı? O tutulmayacaqmı, Javer də
həmiĢəki kimi hökumətdən maaĢ alacaqmı?
O get-gedə daha ağır düĢüncələrə dalırdı.
Bu düĢüncələr içində o özünü Ehtiraslar küçəsinə gətirdiyi qiyamçı üstündə də məzəmmət edə
bilərdi; lakin Javer bu qiyamçı haqqında heç düĢünmürdü də. Daha ağır bir cinayət xırda bir
qəbahəti kölgədə buraxırdı. Bir də ki, qiyamçı, heç Ģübhəsiz, ölmüĢdü; qanuna görə, adam
öldükdən sonra daha təqib olunmurdu.
Onun beynini ağır yük kimi əzən Jan Valjandı.
Jan Valjan onu çaĢdırmıĢdı. Onun bütün ömrü boyu əsaslandığı qayda-qanun bu adam qarĢısında
uçub dağılırdı. Jan Valjanın göstərdiyi alicənablıq onu əzirdi. Əvvəllər o, Jan Valjanın
hərəkətlərini saxta və ağılsız hesab edirdi, indi bu hərəkətlər əsil mənasında onun gözü
qarĢısında canlanırdı. Jan Valjanın arxasında cənab Madlenin surəti görünürdü, bu iki adam bir-
birinə qarıĢaraq, gözəl və nəcib insan Ģəklində birləĢirdi. Javer mənfur bir hissin oğrun-oğrun
qəlbinə soxulduğunu duyurdu: bu katorqa dustağı qarĢısında baĢ əyməkdi! Məhbusa hörmət
etmək, – heç ağlasığan Ģeydimi? O, həyəcandan titrəyirdi, lakin özü ilə bacara bilmirdi. Buna nə
qədər qarĢı dursa da, qəlbinin dərinliyində o səfil adamın nəcibliyini, mənəvi cəhətdən yüksək
olduğunu etiraf etməyə bilmirdi. Buna dözmək olmazdı!
Mərhəmətli cinayətkar, baĢqalarının dərdinə qalan katorqa dustağı, həlim, alicənab insan! Elə bir
insan ki, dara düĢənə kömək edir, mərhəməti qisasdan üstün tutur; elə bir insan ki, düĢməni
məhv etməkdənsə, özü məhv olmağa hazırdır, onu təhqir edənləri xilas edir, elə bir cani ki,
xeyirxahlığın zirvəsində diz çökür, insandan daha çox mələyə oxĢayır! Javer belə bir möcüzənin
dünyada mövcud olduğunu etiraf etməyə məcbur idi!
Vəziyyət bu cür davam edə bilməzdi.
Doğrudur, bunu biz də etiraf edirik, Javer bu əjdahaya, bu iblis sifətli mələyə, bu mənfur
qəhrəmana özünü mübarizəsiz təslim etməmiĢdi; o elə bir qəhrəmandı ki, Javer eyni dərəcədə
ona həm nifrət edir, həm də onunla fəxr edirdi.
Jan Valjanla tək-təkinə karetada gedəndə qanun pələngi bir neçə dəfə onun qəlbində
qəzəblənmiĢ, nərildəmiĢdi! O bir neçə dəfə vəcdə gələrək Jan Valjanın üstünə atılmaq, onu
qamarlamaq, parçalamaq, baĢqa sözlə, həbs etmək istəmiĢdi! Doğrudan da, bundan asan Ģey
vardımı! Ġlk qarovulxanaya çatan kimi çığırıb deyəsən: ―Budur katorqadan qaçan, məhkəmədən
gizlənən dustaq!‖ Jandarmlara çığırıb söyləyəsən: ―O sizindir!‖ Bu məlun canini onların
ixtiyarına verib gedəsən, daha heç bir Ģey bilməyəsən, heç bir Ģeyə qarıĢmayasan. Axı bu adam
qanunun əbədi əsiridir; qoy qanun onunla istədiyi kimi rəftar eləsin. Bundan da ədalətli Ģey
olarmı? Javer bunları öz-özünə deyirdi, demək azdır, o istəyirdi bunları eləsin, istəyirdi öz əli ilə
bu adamı tutsun, lakin nə onda, nə də indi bunu eləmək iqtidarında deyildi, onun əli hər dəfə
əsəbi halda Jan Valjanın yaxasına sarı qalxdıqca aĢağı düĢürdü, elə bil, qurğuĢundan tökülmüĢdü,
bu zaman Ģüurunun dərinliyində qəribə bir səs ona deyirdi: ―YaxĢı. Səni xilas edən adamı ələ
ver. Sonra da Ponti Pilat kimi, əmr elə qabda su gətirsinlər, caynaqlarını yu‖.
Sonra özü haqqında düĢündü, Jan Valjanın əzəmətli surəti qarĢısında o özünü miskin və rəzil
gördü.
Ona yaxĢılıq edən katorqa dustağı idi!
Axı o nə üçün bu adama icazə verdi ki, onu öldürməsin, onun həyatını ona bağıĢlasın? Onun
barrikadada öldürülməyə haqqı vardı. O gərək bu ölmək haqqından istifadə edəydi. O gərək o
biri qiyamçıları köməyə çağıraydı, onları zorla məcbur edəydi ki, onu öldürsünlər.
Ona hər Ģeydən çox əzab verən – özünə inamını itirməkdi. O, ayağı altındakı zəmini itirmiĢdi.
Qanun hökmündən onun əlində ancaq tör-töküntü qalmıĢdı. Əvvəllər tanımadığı, bilmədiyi
Ģübhələr indi onu hər tərəfdən bürümüĢdü. Onun daxilində mənəvi bir dönüĢ əmələ gəlmiĢdi,
sanki, ona vəhy gəlmiĢdi, bu vəhy bu vaxta qədər tutduğu iĢlərin yeganə ölçüsü olan hüquq
idrakından çox-çox fərqlənirdi. Əvvəlki düzlüyün çərçivəsində qalmaq indi ona az görünürdü.
Bir yığın heç gözlənilməyən hadisələr onu əhatə etmiĢdi, onu əzirdi. Onun qəlbində yeni bir
aləm açılmıĢdı, bu aləm qəbul edilən və əvəzi verilən xeyirxahlıqdı, fədakarlıqdı, Ģəfqətdi, səbir
idi, mərhəmətin amansızlığa qalib gəlməsi idi, xoĢ niyyəti olmaqdı, cəza hökmünün
bağıĢlanması idi, müqəssirə aman verməkdi, haqq divanının gözlərindəki yaĢdı, insan ədalətinin
əksini təĢkil edən ağlasığmaz tanrı ədaləti idi. Javer zülmət içində məchul mənəvi bir günəĢin
qorxunc Ģəkildə çıxdığını görürdü; bu günəĢ onu dəhĢətə salır, gözlərini qamaĢdırırdı. BayquĢ,
qartal gözü ilə baxmağa məcbur olmuĢdu.
O, öz-özünə deyirdi: deməli, doğru deyirlər ki, istisna var, hökumət də yanıla bilir, bəzi hadisələr
qarĢısında qayda-qanun çıxılmaz vəziyyətə düĢür, bütün məsələlər qanun məcəlləsinə sığıĢmır,
nəzərə alınmayan Ģeylərə də tabe olmaq lazım gəlir, katorqa dustağının xeyirxahlığı məmur
xeyirxahlığına kələk gələ bilir, dəhĢətli Ģey ilahi Ģeyə çevrilir, bəli, həyatda belə gözlənilməz
kələklər olur; Javer ümidsiz halda düĢünür, özünün də qəfildən yaxalandığını görürdü.
Dünyada xeyirxahlıq vardır, – o, bunu etiraf etməyə məcbur oldu. Katorqa dustağı xeyirxah
adammıĢ. O özü də indicə xeyirxahlıq elədi – bu, heç mümkün olan Ģeydimi!? Deməli, o, özünü
rüsvay etmiĢdir.
Javer özünü alçaq bir adam hesab edirdi. O, öz-özünü dəhĢətə gətirirdi.
Ġdeal Javer üçün – ədalətli, alicənab, yüksək qəlbli olmaqda deyil, qüsursuz olmaqda idi. Ġndi o,
qəbahətli bir iĢ tutmuĢdu.
Necə oldu ki, o, belə vəziyyətə düĢdü? Bu, axı necə oldu? O, özü də bunun səbəbini deyə
bilməzdi. O, baĢını əllərilə sıxır, nə qədər düĢünürdüsə, bunu aydınlaĢdıra bilmirdi.
Heç Ģübhəsiz, o həmiĢə Jan Valjanı haqq divanının əlinə vermək fikrində olmuĢdu, elə bir haqq
divanı ki, Jan Valjan onun əsiri, Javer qulu idi. Nə qədər ki Jan Valjan onun ixtiyarında idi, o,
Jan Valjanı buraxacağını qət etdiyini bir an da olsa etiraf etmirdi, sanki, onun əli ondan xəbərsiz
Jan Valjanı buraxmıĢdı.
Bir çox əzabverici, anlaĢılmaz, müəmmalı məsələ onun yolunu kəsmiĢdi. O, öz-özünə sual verir,
bu suallara cavab alırdı, lakin cavablar onu qorxudurdu. O, özündən soruĢurdu: ―Mən, amansızca
təqib etdiyim bu katorqa dustağının pəncəsinə düĢəndə, o, ancaq elə kin saxladığı üçün deyil, öz
təhlükəsizliyi üçün də məndən qisas ala bilərdi, hətta lap qisas almalı idi, bəs o mənə aman
verməklə, məni öldürməməklə nə elədi? Öz vəzifəsini yerinə yetirdi? Yox. Daha böyük bir Ģey
elədi! Bəs mən ona aman verəndə nə elədim? Öz vəzifəmi yerinə yetirdim? Yox, daha böyük bir
Ģey elədim. Deməli, vəzifəni yerinə yetirməkdən daha böyük bir Ģey vardır?‖ Bu zaman o özünü
itirirdi, onun daxili müvazinəti pozulurdu, tərəzinin bir gözü uçuruma enirdi, o biri gözü göyə
qalxırdı; Javeri tərəzinin yuxarıdakı gözü aĢağıdakı gözündən az qorxutmurdu. O nə volterçi, nə
də filosof idi, dinsiz də deyildi, əksinə, rəsmi dinə sövq-təbii ilə bir hörmət duyurdu; bununla
belə, dinə yüksək bir Ģey kimi baxsa da, onu ictimai həyatın mühüm ünsürü hesab etmirdi,
qoyulmuĢ qayda-qanun onun yeganə ehkamı idi və onu tamamilə təmin edirdi, o, yetkin bir
adam və məmur olduqdan sonra bütün dini hisslərini polis iĢinə sövq edərək, casus olmuĢdu, –
bizim bu sözümüzdə zərrə qədər də istehza yoxdur, biz bunu tamamilə ciddi deyirik, – təkrar
edirik, baĢqaları keĢiĢ olan kimi, o da casus olmuĢdu. O, öz rəisi cənab Jiskeni tanıyırdı, bu vaxta
qədər o biri rəisi haqqında, yəni Allah-taala haqqında bircə dəfə də düĢünməmiĢdi.
Bu yeni ağasını – Allahı qəfildən dərk edən kimi çaĢıb qaldı.
Heç gözlənilmədiyi halda Allahın qarĢısında duran kimi özünü itirmiĢdi; belə bir rəislə necə
rəftar edəcəyini bilmirdi; o bilirdi ki, adam gərək həmiĢə öz rəisinə kor-korana tabe olsun, nə
onun sözündən çıxsın, nə onu pisləsin, nə ona etiraz eləsin. Ġndi, əgər rəisin verdiyi əmr çox
qəribə əmr olsa, onda tabelikdə olan adam üçün bircə yol qalır – o da istefa verməkdir.
Lakin bu istefanı Allahdan necə xahiĢ eləsin?
Hər nə olur olsun, o, həmiĢə bir məsələnin üstünə qayıdırdı: bütün baĢqa məsələləri kölgədə
buraxan bu məsələ – onun indicə böyük bir cinayət iĢləməsi idi. O, köhnə cinayətkarı, qaçqın
katorqa dustağını tutmadı. Məhbusu azad elədi. Qanun nümayəndələrinin adamını oğurladı, – bu
adam, əslində onların idi. O, doğrudan da, bunu elədi. O, indi öz-özünü anlaya bilmirdi. O, öz-
özünü tanımırdı. Belə bir hərəkətin səbəbini baĢa düĢmürdü, elə bircə bunu fikirləĢəndə onun
baĢı hərlənirdi. Bu vaxta qədər o, kor-korana bir inamla yaĢayırdı: bu inamdan amansızca bir
düzgünlük meydana gəlmiĢdi. Ġndi o inamını, inamı ilə bərabər düzgünlüyünü də itirmiĢdi. Onun
pərəstiĢ etdiyi Ģeylər uçub dağılmıĢdı. Mənfur həqiqətlər onu təqib edirdi, ondan əl çəkmirdi. Bu
gündən o, baĢqa bir adam olmalı idi. O, qəribə bir əzab duyurdu, sanki, qəfildən onun Ģüurundan
kataraktanı görmüĢdülər. Onun gözü açılmıĢdı, görmək istəmədiyi Ģeyi görmüĢdü. O özünü
faydasız, keçmiĢdən qoparılmıĢ, qulluqdan çıxarılmıĢ, məhv olmuĢ adam kimi hiss edirdi. Onun
varlığında hökumət nümayəndəsi ölmüĢdü. Onun həyatı bütün mənasını itirmiĢdi.
Mütəəssir olmaq nə dəhĢətli ĢeymiĢ!
Qranit olasan, özün də Ģübhə edəsən! Qanunla müəyyən edilmiĢ Ģəkildə bir parça tuncdan
tökülmüĢ cəza heykəli olasan və birdən tunc sinəndə qəlbə oxĢar ağılsız, itaətdən çıxan bir Ģey
hiss edəsən! O yerə gəlib çatasan ki, yaxĢılığa qarĢı yaxĢılıq edəsən, – amma bütün ömrü boyu
öz-özünə təlqin etmisən ki, belə yaxĢılıq yamanlıqdır! Qapı köpəyi olasan, həm də yad bir adama
mehribanlıq edəsən! Buz olasan – əriyəsən. Kəlbətin olasan – sonra da dönüb canlı ələ
çevriləsən! Birdən hiss edəsən ki, barmaqların açılır! Sonra da ələ keçmiĢ ovu buraxasan – nə
dəhĢətli süqut!
Adı insan olan mərmi birdən yolundan azaraq geriyə qayıdır!
Günahsızlıq da günahdan xali deyil, ehkamın özündə səhv ola bilər, qanun məcəlləsində hər Ģey
nəzərə alınmamıĢ, ictimai quruluĢ mükəmməl deyil, hakimiyyətin özündə də tərəddüd olar,
dağılmayan Ģey dağıla bilər, hakimlər də baĢqaları kimi adamdır, qanun aldana bilər, tribunallar
yanıla bilər, – bütün bunları etiraf etmək lazım gəlirdi! Göy qübbəsinin əzəmətli mavi ĢüĢəsində
çatlaq görünürdü.
Javerin qəlbində və düzünə hərəkət edən vicdanında baĢ verən hadisəni Fampdakı fəlakətlə
müqayisə etmək olardı: onun qəlbi, sanki, relsdən çıxmıĢdı, düz yolla sürətlə hərəkət edən
düzgünlüyü Allahla toqquĢaraq darmadağın olmuĢdu. Ġctimai qayda-qanun maĢinistinin ancaq
müəyyən bir istiqamətlə hərəkət edən kor dəmir atı yəhərləyib minən hakimiyyət ocaqçısını iĢıq
Ģüasının vurub atdan yerə salması ağla sığmayan bir Ģey kimi görünür! Yolunu dəyiĢməyən, düz
xətt ilə dəqiq hərəkət edən, həndəsi dürüstlüyə malik olan, itaətkar, qüsursuz bir Ģeyin öz-özünə
xəyanət etməsi də ağla sığmayan Ģeydir! Yoxsa, lokomotiv üçün də DəməĢqə yol vardı?
Ġnsan varlığında olan Allah onun həqiqi vicdanıdır, bu vicdan saxta vicdanı rədd edir, qığılcıma
sönməyi qadağan edir, günəĢi unutmamağı Ģüaya əmr edir, qəlbə əmr edir ki, əsil həqiqəti bu
həqiqətlə üz-üzə gələn yalançı həqiqətdən ayırsın; – bu, insanlıq çeĢməsidir, qəlbin susmayan
səsidir, bu, qəribə bir möcüzədir, bizim daxilimizdə olan sərvətin, bəlkə də, ən yaxĢısıdır. Javer
bunu baĢa düĢürdümü? Javer bunu duyurdumu? Bu barədə düĢünürdümü? Görünür, baĢa
düĢmürdü, duymurdu, düĢünmürdü. Lakin ağla sığmayan bu məsələnin təzyiqi altında baĢının
partlatmaq dərəcəsinə vardığını hiss edirdi.
Bu möcüzə onun fikrini dəyiĢməkdən əlavə, o, bu möcüzənin qurbanı olmuĢdu. O, çox əziyyətlə
tabe olurdu. Bu Ģeylərdə o, ancaq həyatın dözülməz ağırlığını görürdü. Javerə elə gəlirdi ki, onun
nəfəs alması bu gündən etibarən həmiĢəlik məhdudlaĢdırılır.
O məchul bir Ģeyin varlığını öz üzərində duymağa adət etməmiĢdi.
Bu vaxta qədər ondan yüksəkdə duran Ģeylər ona sadə, düz, Ģəffaf və hamar görünürdü; burada
anlaĢılmaz, qaranlıq bir Ģey yox idi, hər Ģey dəqiqdi, hər Ģey nizama salınmıĢdı, razılaĢdırılmıĢdı,
aydındı, barizdi, müəyyəndi, məhduddu, tamamlanmıĢdı; hər Ģey əvvəlcədən nəzərə alınmıĢdı:
hakimiyyət onun qarĢısında hamar bir sahə kimi uzanıb gedirdi, burada nə sıldırım yoxuĢlar, nə
uçurum vardı; o adamın baĢını gicəlləndirmirdi. Javer anlaĢılmaz Ģeyləri ancaq aĢağıda,
cəmiyyətin alt təbəqələrində görmüĢdü. Qanunsuz hərəkətlər, gözlənilməz iĢlər, inamsızlıq, hərc-
mərcliyə yuvarlanmaq, uçuruma düĢmək imkanı aĢağı təbəqələrin – qiyamçıların,
cinayətkarların, səfillərin nəsibi idi. Lakin indi Javer arxası üstə düĢərək, gördüyü Ģeydən dəhĢətə
gəldi; onun üstündə, yüksəkdə dərin bir uçurum açılmıĢdı.
Bu nədir? Hər Ģey alt-üst olmuĢdur. O, tamam çaĢıb qalmıĢdı. Ġndi nəyə arxalanmaq lazımdır?
Onun inandığı Ģeylər uçub-dağılırdı!
Axı nə olmuĢdu? Alicənab bir səfil ictimai quruluĢun zəif damarını tapmıĢdı? Belə Ģey olar?
Qanuna namusla xidmət edən adam birdən iki cinayətdən birini seçmək məcburiyyətində
qalmıĢdı: canini buraxmaq cinayətdi, onu tutmaq da cinayətdi! Deməli, hökumət tərəfindən
məmura verilən nizamnamədə bütün məsələlər nəzərə alınmamıĢdır? Deməli, vəzifənin
qarĢısında çıxılmaz vəziyyət də ola bilərmiĢ? Bu, nə olan Ģeydir? Yoxsa bu, doğrudan da,
belədir? Doğrudanmı, əvvəllər quldur olan, ittihamın ağırlığı altında beli bükülən bir adam
dikəlib özünü Ģax tuta bilər? Doğrudanmı, həqiqət onun tərəfindədir? Buna inanmaq olarmı?
Doğrudanmı, elə hallar olur ki, qanun mızıldana-mızıldana üzr istəyərək daxilən dəyiĢmiĢ bir
cani qarĢısında geri çəkilir?
Bəli, belə bir möcüzə baĢ verdi! Javer özü də bunu gördü! Javer özü də bunu hiss etdi! O nəinki
bunu inkar edə bilmədi, o özü bunda iĢtirak etdi! Bu, bir həqiqətdi. Həqiqi hadisələrin gəlib belə
eybəcər Ģəklə düĢməsi dəhĢətdir!
Hadisələr öz vəzifəsini yerinə yetirsəydi, bunlar ancaq qanunu sübut etməyə xidmət edərdi; axı
hadisələri Allah göndərir. Yoxsa, bizim dövrümüzdə hərc-mərclik də göydən nazil olur?
Bu qayda ilə onun vəziyyətini yüngülləĢdirən və yaxĢılaĢdıra bilən hər Ģey qəlbin, sanki,
anlaĢılmaz təĢviĢ və kədəri içində sönürdü; indi cəmiyyət, bəĢəriyyət, kainat ona sadə və qorxunc
Ģəkildə görünürdü. Deməli, cəza sistemi, çıxarılmıĢ qərarlar, qanunun sarsılmaz qüvvəsi, ali
məhkəmənin hökmü, məhkəmələr, hökumət, istintaq, cəza tədbirləri, dövlət hökuməti, qanunun
səhv etməməsi, hakimiyyətin əsasları, siyasi və mülki təhlükəsizliyin əsaslandığı ehkamlar, ali
hakimiyyət, haqq-ədalət, qanunun məntiqi, cəmiyyətin bünövrəsi, hamının qəbul etdiyi
həqiqətlər ancaq zir-zibil imiĢ! Qayda-qanun gözləyən, polis idarəsinin sədaqətli xidmətçisi olan,
casus simasında tanrı olub, cəmiyyətin keĢiyində duran Javer isə əzilmiĢ, yer ilə yeksan
edilmiĢdi. Lakin bu xarabalıq üzərində dustaq papaqlı, baĢı haləli bir adam yüksəlirdi. Gör, Javer
cəmiyyət əsaslarının necə sarsıldığının Ģahidi olur! Onun qəlbini parçalayan da bu kabus idi.
Buna dözmək olardımı? Yox.
Məsələ əgər belə idisə, o, ümidsiz bir vəziyyətə düĢmüĢdü. Ancaq iki qurtuluĢ yolu qalırdı.
Bunlardan biri elə bu saat Jan Valjanın yanına qayıtmaq, bu qaçqın katorqa dustağını həbsxanaya
salmaqdı. O birisi də...
Javer qəti addımlarla, bu dəfə baĢını lap dik tutaraq, körpüdən endi, qabağından fənər asılan
ġatle meydanı tinindəki polis qarovulxanasına getdi.
Qarovulxanaya yaxınlaĢanda pəncərədən növbətçi serjantı görüb içəri girdi. Polis iĢçiləri, lap elə
qarovulxana qapısının açılmasından bir-birini tanıyırlar. Javer adını dedi, biletini serjanta
göstərib, Ģam yanan stolun arxasında oturdu. Stolun üstündə qurĢun mürəkkəbqabı, qələm və
kağız vardı, bunlar, lazım olsa, protokol yazmaq, ya gecə qarovullarına yazılı sərəncam vermək
üçün qoyulmuĢdu.
Belə bir stol, yanında da həsir stul, adətən bütün polis qarovulxanalarında vardır; bu stolların
üstündə mütləq Ģim-Ģam ağacından düzəldilmiĢ, içinə taxta ovuntusu tökülmüĢ bir boĢqab,
balaca karton qutu, qutuda da məktub yapıĢdırmaq üçün yapıĢqanlı qırmızı kağız olardı; bu stol
məhkəmə istintaqının ən aĢağı pilləsidir. Məhkəmə ədəbiyyatının əsası da burada qoyulur.
Javer qələm, bir vərəq də kağız götürüb, yazmağa baĢladı. Onun yazdığı bu idi:
―Polis xidmətinin faydası üçün bir neçə qeyd‖.
Birincisi: mən cənab prefektdən xahiĢ edirəm ki, aĢağıdakı sözləri oxusun.
Ġkincisi: dustaqlar istintaq edildikdən sonra ayaqqabılarını çıxarırlar, üst-baĢları yoxlanılana
qədər döĢəmədə ayaqyalın dururlar. Onlardan çoxu həbsxanaya qayıdandan sonra öskürməyə
baĢlayır. Bunun nəticəsində xəstəxanada artıq pul xərclənir.
Üçüncüsü: müəyyən nahiyələrdə agentlərin dəyiĢməsi ilə əlaqədar olan müĢahidə yaxĢı təĢkil
edilmiĢdir; lakin çox mühüm hallarda gərək heç olmasa, iki agent bir-birini gözdən itirməsin; bu
agentlərdən biri, bəzi səbəblərə görə, sayıqlığını zəiflətsə, o birisi ona göz qoyar, onun yerini
tutar.
Dördüncüsü: anlaĢılmır ki, niyə Madlonet həbsxanasında dustaqların kamerada stul saxlaması,
hətta pulla da olsa, xüsusi əmr ilə qadağan edilmiĢdir?
BeĢincisi: Madlonet həbsxanasında bufet ancaq iki tir ilə hasarlanmıĢdır, bu da dustaqların əlinin
bufetçi qadının əlinə toxunmasına imkan verir.
Altıncısı: ―Çağırıcı‖ adlanan və baĢqa dustaqları qəbul otağına çağıran dustaqlar, onların adını
aydın söyləmək üçün hər dustaqdan iki su pul tələb edirlər. Bu, oğurluqdur.
Yeddincisi: toxucu emalatxanasında hər sapın qaçmasına dustaqdan on su pul çıxırlar; bu,
icarəçinin öz iĢindən sui-istifadə etməsidir, çünki kətanın keyfiyyəti bundan heç də pis olmur.
Səkkizincisi: Fors həbsxanasına görüĢə gələnlər müqəddəs Misirli Məryəm sığınacağının qəbul
otağına gedəndə az yaĢlı canilər həyətindən keçirlər, buna yol vermək olmaz.
Doqquzuncusu: nəzərə çarpmıĢdır ki, jandarmlar müqəssirlərin istintaqında eĢitdikləri Ģeyləri hər
gün prefekturanın həyətində danıĢırlar. Jandarm olmalıdır – müstəntiqin kabinetində eĢitdiyi
sözləri baĢqa yerdə danıĢmaq ona yaraĢmaz – bu, çox ciddi qəbahətdir.
Onuncusu: Xanım Anri namuslu qadındır, öz bufetini də çox təmiz saxlayır; lakin tək dustaqlı
kameraların yaxınlığında qapıçı olmaq qadına yaramaz. Bu, nümunəvi bir müəssisə olan
Konsyerjer həbsxanasına layiq deyil‖.
Javer bu sətirləri özünə xas olan bir səliqə ilə, aydın xətlə yazdı, bircə vergül də buraxmadı; o
yazdıqca qələm kağızın üstündə bərkdən səslənirdi. AĢağıda, sonuncu sətrin altında qol qoydu:
―Javer. 1-ci dərəcəli nəzarətçi.
Jatle meydanında polis qarovulxanası.
7 iyun 1832-ci il, gecə saat bir radələrində‖.
Javer yazının mürəkkəbini qurutdu, kağızı məktub kimi büküb yapıĢdırdı, o biri üzünə ―idarə
üçün məlumat‖ sözlərini yazdı, stolun üstünə qoyub, otaqdan çıxdı. ġüĢəli, dəmir barmaqlıqlı
qapı onun ardınca örtüldü.
O yenə də ġatle meydanını çəpinə keçdi, sahil küçəsinə çatdı, on beĢ dəqiqə əvvəl tərk etdiyi
yerə avtomat dəqiqliyi ilə qayıdaraq, yenə əvvəlki vəziyyətdə sürahiyə dirsəkləndi. Elə zənn
etmək olardı ki, o, heç yerindən tərpənməmiĢdir.
Hava lap qaralmıĢdı. Ətrafa elə bir qəbir, ölüm sükutu çökmüĢdü ki, belə sükut gecə yarısından
sonra olur. Bulud pərdəsi ulduzların qabağını tutmuĢdu. Göy üzünü kəsif, məĢum bir çən
bürümüĢdü. Site məhəlləsi evlərində bircə iĢıq da yanmırdı. Yol ilə gəlib-gedən yox idi, bütün
yaxın küçələr və sahil küçəsi boĢ görünürdü. Notrdam kilsəsi və Ədalət sarayı qülləsi gecənin öz
kölgəsi kimi nəzərə çarpırdı. Fənər sürahinin kənarını qırmızıya çalan bir iĢıqla iĢıqlandırırdı.
Uzaqda bir-birinin ardınca qaralan körpülər, sanki, duman içində əriyirdi. Yağan yağıĢdan çayın
suyu qalxmıĢdı.
Oxucunun yadındadır. Javerin sürahiyə dirsəkləndiyi yer Senanın ən iti axan yeri, burulğanın
dəhĢətli spiralı üstündə idi; burulğan burada ucu-bucağı görünməyən bir vint kimi gah açılır, gah
yığılırldı.
Javer baĢını əyib aĢağı baxdı. Qaranlıq hər Ģeyi bürümüĢdü. Heç nə görmək olmurdu. Suyun
dalğalandığı eĢidilirdi, ancaq çay görünmürdü. Arabir çox-çox dərinlikdə bir parça ağ iĢıq
qıvrıla-qıvrıla parıldayırdı: suda elə bir xüsusiyyət var ki, ən qaranlıq gecələrdə də haradansa bir
parça iĢıq tutur, bu iĢığı qığılcımlar saçan xırdaca ilan kimi əks etdirir. Lakin iĢıq sönür, hər Ģey
yenə zülmət içinə qərq olurdu. Elə bil ki, orada namütənahilik özü açılıb meydana gəlmiĢdi.
AĢağıdakı su deyildi, girdab idi. Sahil küçəsinin qara, dik divarı dumana qarıĢaraq, zülmət içində
əriyərək, bu namütənahliyin sıldırım yoxuĢu kimi canlanırdı.
Heç bir Ģey görünmürdü, ancaq suyun dondurucu soyuqluğu, yaĢ daĢların qoxusu hiss olunurdu.
AĢağıda girdabın qorxunc tənəffüsü eĢidilirdi. Suyun qalxdığını, görmək yox, duymaq olurdu.
Suyun qalxması, dalğaların məĢum uğultusu, nəhəng körpü tağlarının cansıxıcı görünüĢü, qara
boĢluğun cəzbedici dərinliyi – bütün bu zülmət adamı dəhĢətə gətirirdi.
Javer gözünü gecənin bu açılmıĢ qapısına zilləyərək, bir neçə an sakit durdu; bu görünməyən
Ģeyə o diqqətlə baxırdı. Su uğuldayırdı. Birdən o, Ģlyapasını çıxarıb sürahinin üstünə qoydu. Bir
az sonra hündür, qara bir kölgə sürahinin üstünə qalxaraq dikəldi, sonra çaya sarı əyildi, – yoldan
keçən bir adam uzaqdan onu xəyala oxĢadardı, – sonra yenə dikələrək birbaĢ zülmətin içinə
düĢdü, boğuq bir Ģappıltı eĢidildi, bu qara kölgənin suya bata-bata çırpındığını ancaq zülmət
gördü.
BABA VƏ NƏVƏ.
BĠRĠNCĠ FƏSĠL.
Oxucu yenə sink halqalı ağacı görür.
Təsvir etdiyimiz hadisələrdən bir qədər sonra, ləyaqətli adam olan Kəllə ağır həyəcan keçirməli
oldu.
Kəllə, bu ləyaqətli adam, bu romanın ən ağır fəsillərində bizə rast gələn monfermeylli, daĢ yolu
fəhləsi idi.
Oxucuların yadındadır: Kəllə müxtəlif iĢlərlə, o cümlədən, oğurluqla da məĢğul olurdu. O, həm
daĢ qırır, həm də baĢ yolda adam soyurdu. Bir arzu bu daĢqıran fəhləyə və oğruya rahatlıq
vermirdi: o, Monfermeyl meĢəsində basdırılan dəfinənin dəlisi idi. O, bir gün bir ağacın altında
bu dəfinəni tapacağına əmindi; buna ümid etməklə bərabər, yoldan keçən adamların cibini də
axtarmaqdan çəkinmirdi.
Ancaq o, indi ehtiyatla tərpənirdi. Bu yaxında bir cəncəl iĢdən güclə canını qurtarmıĢdı. Biz
bilirik ki, o, da, baĢqa quldurlarla bərabər, Jondretin daxmasında ələ keçmiĢdi. Bəzən qəbahət də
adama lazım olur. Kəlləni onda əyyaĢlıq xilas etmiĢdi. O, soyğunçu idimi, ya soyulan adamdımı
– heç kəs bundan baĢ çıxara bilməmiĢdi. AxĢam talanında onun iĢtirak etməməsi tamamilə sübut
edildikdən sonra istintaqı dayandırıb, onu həbsxanadan buraxdılar. O yenə də sərbəst oldu.
Yolun əvvəl iĢlədiyi Hanyi və Lanyi arasındakı sahəsinə qayıtdı, yenə də nəzarət altında
hökumət üçün çınqıl qırmağa baĢladı; o, baĢını aĢağı dikərək fikirli-fikirli iĢləyirdi; lakin onu
fəlakətdən xilas edən Ģəraba daha artıq meyl göstərirdi.
Kəlləni, üstü torpaqlı qazmasına qayıdandan sonra, belə bərk həyəcanlandıran nə idi? Onu
həyəcanlandıran aĢağıda qeyd etdiyimiz hadisə idi.
Bir gün o, səhərə yaxın adəti üzrə iĢ yerinə gedəndə kolların arasında, bəlkə də, onun eyni
zamanda pusquda durduğu yerdə bir adam gördü; bu adamın ala-qaranlıqda, həm də xeyli
uzaqdan ancaq kürəyi görünürdü, bununla belə, o, Kəlləyə tanıĢ kimi göründü. Kəllə araq içsə
də, aydın və iti hafizəyə malikdi; hafizə qayda-qanunla çox da yola getməyənlərin zəruri müdafiə
silahıdır.
Kəllə öz-özündən soruĢdu:
– Mən bu adamı axı harada görmüĢəm?
Suala cavab verə bilmədi; ancaq bu qaraltı kimi isə xatırladırdı, bu adam onun hafizəsində zəif
bir iz buraxmıĢdı.
Kəllə onun kim olduğunu və kimə oxĢadığını müəyyən edə bilmədikdə, bəzi Ģeyləri düĢünməyə
və müqayisə etməyə baĢladı. Bu adam, yəqin, buralı deyildi. O, haradansa gəlmiĢdi. Özü də,
görünür, piyada gəlmiĢdi. Belə bir vaxtda hər dilican Monfermeyldən keçmir. Deməli, o bütün
gecəni yol gəlmiĢdir. O, haradan gəlmiĢdir? Uzaqdan gəlməmiĢdir, çünki onun nə yol çantası, nə
də düyünçəsi var. Görünür, Parisdən gəlmiĢdir. O, niyə meĢəyə girmiĢdir? Özü də belə tezdən?
Burada ona nə lazımmıĢ?
Kəllə yerə basdırılmıĢ pulu düĢündü; hafizəsini araĢdırdı, onun yadına mübhəm bir Ģey düĢdü: o
bir neçə il bundan əvvəl bir adam görmüĢdü, onda da indiki kimi narahat olmuĢdu. Bəlkə, bu, elə
həmin adamdır?!
Bu qayda ilə düĢünürdü, düĢüncənin təzyiqi altında baĢını endirmiĢdi, bu, təbii Ģeydi, ancaq
ehtiyatkarlıq deyildi. O, yenə baĢını qaldıranda heç kəsi görmədi. Naməlum adam meĢədə ala-
qaranlıq içində yox olmuĢdu.
Kəllə həyəcanla öz-özünə dedi:
– Onun kələyinin üstünü açmasam, heç kiĢi deyiləm. Mən bu riyakarın ibadətgahını axtarıb
taparam. O, havayı yerə belə vaxtda gəzintiyə çıxmayıb – nə iĢıqdır, nə qaranlıq, mən bunun
səbəbini bilərəm. Mənim meĢəmdə hələ elə sirr olmayıb ki, onun üstünü aça bilməyim.
Külüngünü götürüb donquldandı:
– Lazım olar. Yer də eĢərsən, adam da deĢərsən...
O, naməlum adamın tutduğu yolu mümkün qədər düzgün təyin etməyə çalıĢaraq, sanki, sapı sapa
bağlaya-bağlaya kolların arası ilə irəliləməyə baĢladı.
Heç yüz addım getməmiĢdi ki, Ģəfəqin qızartısı onun köməyinə çatdı. Qum üstündə arabir çəkmə
izi, yerə yatmıĢ ot, tapdanmıĢ ardıc kolu, kolların əyilmiĢ cavan budaqları görünürdü; budaqlar,
yuxudan ayılanda gərnəĢən gözəl qız kimi naz ilə, yavaĢ-yavaĢ özünü düzəldirdi; bu Ģeylər o
adamın buradan keçdiyini aydın göstərirdi. Kəllə izi tutaraq çox getdi, sonra izi itirdi. Vaxt
keçirdi. O, meĢənin lap içərilərinə girdi, kiçik bir təpəyə çatdı. Səhər-səhər uzaq bir cığırda
Gilyeri nəğməsini fitlə çala-çala bir ovçu gedirdi, Kəllədə o, ağaca dırmaĢmaq meyli oyatdı.
Kəllə yaĢına görə çox cəld idi. Bir az kənarda Titirə və Kəlləyə layiq hündür qayın ağacı vardı.
Kəllə ağaca dırmaĢdı və bacardığı qədər yuxarı qalxdı.
Bu, çox gözəl fikir idi. Kəllə meĢənin ən sıx yerinə baxarkən birdən yenə o adamı gördü.
Elə görən kimi də yenə gözdən itirdi.
Naməlum adam xeyli uzaqda olan bir talaya çatdı; tala sıx ağaclarla əhatə olunmuĢdu, Kəllə bu
yerə çox yaxĢı bələddi: orada, bir yığın əhəngdaĢının yanında qurumaqda olan Ģabalıd ağacı
vardı, ağacın gövdəsinə mismarla bir sink halqa vurulmuĢdu. KeçmiĢdə bura ―Blarü talası‖
deyərdilər. DaĢlar otuz il əvvəl bura tökülmüĢdü, nə üçün töküldüyü də məlum deyildi: heç bir
Ģey, taxta hasardan baĢqa, daĢ yığınının köhnəliyi ilə müqayisə oluna bilməz. Onlar müvəqqəti
olaraq meydana gəlir – bu da onların uzun zaman qalması üçün ən yaxĢı bəhanədir!
Kəllə sevinə-sevinə, tələsə-tələsə ağacdan düĢdü, daha doğrusu, sürüĢdü. Zağa açıqdı, indi
heyvanı tutmaq lazımdı. Çoxdan bəri arzu etdiyi o məĢum dəfinə də, yəqin, orada idi.
Talaya getmək heç də asan deyildi. O, tapdanmıĢ cığırla, bu zəhlətökən yolla, min dəfə ora-bura
dönə-dönə, burula-burula getsəydi, on beĢ dəqiqə, sıx kollar arası ilə kəsmə getsəydi, düz yarım
saat vaxt itirəcəkdi, çünki kollar bu yerdə həm tikanlı idi, həm də budaqları bir-birinə dolaĢmıĢdı.
Kəllə bunu baĢa düĢmədi. O, gözünə aldanaraq, kəsmə yolla getmək qərarına gəldi; bu aldanıĢ
isə çoxlarını məhv etmiĢdi. Kolluq, nə qədər sıx olsa da, ona yaxĢı yol kimi göründü.
Öz-özünə dedi:
– Özümüzü vuraq bu Rivoli canavarlar küçəsinə!
Kəllə dövrələmə yol ilə getməyə adət eləmiĢdi, bu dəfə kəsmə yolla getməkdə yanılmıĢdı.
Özünü qabağa verib, kollarla əməlli-baĢlı döyüĢə giriĢdi.
O, çaqqal gavalısı, yabanı gül, acıqlı böyürtkən kolları ilə, gicitkənlə, yemiĢanla, qanqalla
əlləĢdi. Əl-ayağı, üz-gözü cırmaq-cırmaq oldu.
Dərənin dibində su gördü, suyu keçdi.
Nəhayət, qırx dəqiqədən sonra Blarü talasına çatdı; onun bütün bədəni tər içində idi, paltarı
islanmıĢdı, kollar onu didib dağıtmıĢdı, o yaman hirslənmiĢdi, tövĢüyürdü.
Talada heç kəs yox idi.
Kəllə daĢ yığınının üstünə cumdu. DaĢlar öz yerində idi. Heç kəs onları aparmamıĢdı.
Adam meĢədə yox olmuĢdu. O qaçmıĢdı. Hara? Hansı tərəfə? Harada gizlənmiĢdi? Bunu bilmək
mümkün deyildi.
O, daĢ yığını dalında, sink halqalı ağacın dibində təzə qazılmıĢ yer, yaddan çıxmıĢ, ya da atılmıĢ
bir külüng, bir də dərin bir çuxur gördü, – bu, onun bütün varlığını sarsıtdı.
Çuxur boĢ idi.
Kəllə yumruğunu havada silkələyib, o adamı hədələyə-hədələyə çığırdı:
– Oğru haramzadə! – Lakin o özü də bilmirdi ki, kimi hədələyir.
ĠKĠNCĠ FƏSĠL.
Marius vətəndaĢ müharibəsindən sonra
ev müharibəsinə hazırlaĢır.
Marius xeyli vaxt ölümlə həyat arasında qaldı. Bir neçə həftə titrədib qızdırdı, sayıqladı; onda
beyinlə əlaqədar olan çox ciddi əlamətlər göründü; bu da baĢındakı yaralardan çox, baĢına
vurulan zərbələrin, beyin sarsıntısının nəticəsi idi.
O, gecə sabaha kimi, qızdırmalı xəstə inadı ilə, ölən bir adamın məĢumcasına təkidi ilə
Kozettanın adını çəkirdi. Bəzi yaraların böyüklüyü çox ciddi təhlükə törədirdi, çünki dərin
yaranın çirk eləməsi çox asanlıqla artır və müəyyən atmosfer Ģəraitinin təsiri altında ölümlə
nəticələnə bilir. Buna görə havanın bir balaca dəyiĢməsi, göy guruldaması, ildırım çaxması
həkimi çox narahat edirdi. O dönə-dönə deyirdi: ―Əsas məsələ budur ki, yaralı gərək qətiyyən
həyəcanlanmasın‖. Yaraları açıb-bağlamaq mürəkkəb və çətin iĢdi: o zaman hələ sarğıları və
bintləri məlhəmlə yapıĢdırmaq üsulu icad olunmamıĢdı. Nikoletta, özünün dediyi kimi, ―tavana
qədər eni olan‖ bir döĢəkağını cırıb tiftik hazırlayırdı. Xlorlu məhlul və cəhənnəmdaĢı ilə
qanqrenanın qabağını almaq çox çətinliklə mümkün oldu. Nə qədər ki, Marius ölüm təhlükəsi
qarĢısında idi, dərddən üzülən cənab Jilnorman nəvəsinin baĢı üstündən ayrılmırdı, o da Marius
kimi nə diri idi, nə ölü.
Hər gün, bəzən də gündə iki dəfə, qapıçının dediyinə görə, ağ saçlı, yaxĢı geyimli, hörmətli bir
cənab gəlib yaralının halını soruĢur, özü ilə bir paketdə yara üçün tiftik gətirirdi.
Nəhayət, sentyabrın yeddisində, Mariusun ölümcül halda babasının evinə gətirildiyi o dəhĢətli
gecədən düz dörd ay sonra həkim elan etdi ki, indi yaralının sağ qalacağına söz verir. Mariusun
yaraları sağalırdı. Lakin sınan cınaq sümüyü bərk ağrıdığından, o iki ay da yanı üstə yatmalı
oldu. Belə hallarda adətən bir yara qalır, sağalmaq istəmir, yaranı xeyli vaxt açıb-bağlayırlar, bu
da xəstəni yaman dilxor eləyir.
Burası var ki, yaraların gec sağalması Mariusu təqib olunmaqdan xilas etdi. Fransada hər qəzəb,
hətta xalq qəzəbi də altı aya kimi soyuyub gedir. O zaman qiyamda iĢtirak etmək halları elə çox
yayılmıĢdı ki, buna istər-istəməz göz yummaq lazım gəlirdi.
Bir Ģeyi də əlavə etmək lazımdır ki, prefekt Jiske, yaralıları polis idarəsinə verməyi həkimlərə
əmr etmiĢdi: hələ indiyə qədər belə Ģey görünməmiĢdi; bu əmr yalnız əfkar-ümumiyyəni deyil,
birinci növbədə kralın özünü qəzəbləndirdi; bu ümumi qəzəb yaralıları müdafiə etmək və
qorumaq üçün ən yaxĢı vasitə oldu. Buna görə də hərbi tribunal vuruĢma meydanında ələ keçən
yaralılardan baĢqa, heç bir yaralını məsuliyyətə cəlb edə bilmədi.
Cənab Jilnorman kədər və ümidsizliyin, sonra da fərəh və sevincin bütün mərhələlərindən keçdi.
Hər gecə yaralının yanında qalmaqdan onu güclə saxlaya bildilər; o əmr etdi ki, böyük
kreslosunu Mariusun çarpayısı yanına qoysunlar; o tələb edirdi ki, qızı kompresə və sarğıya evdə
olan ən yaxĢı ağları iĢlətsin. Madmuazel Jilnorman hər Ģeyi ölçüb-biçən, uzun illər nəticəsində
böyük təcrübə sahibi olan bir qadındı, o, nazik ağları gizlətmək üçün bir yol tapdı, qocanı da
inandırdı ki, əmri yerinə yetirilmiĢdir. Cənab Jilnorman bir Ģeyi heç eĢitmək istəmirdi ki, guya,
tiftik üçün qaba kətan batistdən, iĢlənmiĢ kətan təzə kətandan yaxĢıdır. Həkim Mariusun yarasını
açıb bağlayanda, o, mütləq orada olardı, amma qızı utana-utana otaqdan çıxardı. Cənab
Jilnormanın yanında yaranın çürümüĢ ətini qayçı ilə kəsəndə o: ―Ah, ah‖ deyib çığırırdı. O, titrək
əli ilə Mariusa fincanda dərman verəndə adamın ürəyi riqqətə gəlirdi. O, həkimə ardı-arası
kəsilmədən sual verirdi, həmiĢə də eyni sualları verdiyini hiss etmirdi.
Həkim Mariusun təhlükədən xilas olduğunu söyləyəndə qoca sevincindən lap ağlını itirdi. Sevinc
çılğınlığı içində qapıçıya üç luidor pul bağıĢladı. AxĢam yataq otağında çarpara əvəzinə çırtıq
çala-çala, qovot oynaya-oynaya belə nəğmə oxudu:
Çobanların yurdu olan.
Bordoda Janna anadan.
OlmuĢ, Jannanı görsən sən.
Sevəcəksən...
Sevgi yurd salmıĢ qəlbində.
Gizlənərək gözlərində.
Kələkbaz qurubdur tələ.
Ürəklərə...
Diana tək sevib qəlbən.
Mədh edirəm Jannamı mən.
Janna ilə ömür sürmək.
XoĢdur gerçək!
Sonra oturacaqda diz çökdü; Bask qapı arasından baxırdı, o, cənab Jilnormanın, elə bil ki, dua
etdiyini aydın eĢidirdi.
Cənab Jilnorman indiyə qədər Allaha inanmamıĢdı.
Hər dəfə Mariusda sağalmaq əlaməti görünəndə, onun mütləq sağalacağına Ģübhə qalmayanda
qoca lap sərsəmləyirdi. O, boĢ yerə bir çox iĢlər tuturdu, sevinc coĢqunluğuna qapılaraq
pilləkənlə aĢağı-yuxarı qaçırdı, niyə qaçdığını heç özü də bilmirdi. Bir gün səhər çağı qonĢu
qadınlardan birinə, həm də çox qəĢəng qadına böyük bir gül dəstəsi verirlər, qadın buna son
dərəcə təəccüb edir: gül dəstəsini göndərən cənab Jilnorman imiĢ; hətta Nikolettanı qucağında
oturtmağa da çalıĢmıĢdı. Mariusa ―cənab baron‖ demiĢdi. ―YaĢasın respublika!‖ deyə çığırmıĢdı.
O, həkimdən əl çəkmirdi, hər dəqiqə soruĢdu: ―Təhlükə ötüĢmüĢdür, elə deyilmi?‖ Mariusa bir
nənə Ģəfqətilə baxırdı. Mariusa yemək veriləndə nəfəs almağa qorxurdu. Özünü yaddan
çıxartmıĢdı, özü elə hesablaĢmırdı. Evin sahibi Marius idi. Qocanın sevinci fədakarlığa
oxĢayırdı. O, öz nəvəsinin nəvəsi olmuĢdu.
O nə qədər qısqanc olsa da, dünyada ən yaxĢı uĢaqdı. Sağalmaqda olan Mariusu yormaqdan, ya
darıxdırmaqdan qorxaraq onun arxasında dururdu, ona baxıb dinməz-söyləməz gülümsəyirdi. O,
vəziyyətdən razı idi, Ģəndi, xoĢbəxtdi, füsunkardı. O, cavanlaĢmıĢdı. Ağ saçı onun gülər üzünə
mülayim bir ifadə, əzəmət verirdi. QırıĢmıĢ üzü iĢıqlandıran sevinc pərəstiĢə layiqdir. Qocalığın
təbəssümündə səhər Ģəfəqinin iĢığı vardır.
Marius yaralarının açılıb-sarınmasına etiraz etmirdi. Göstərilən qayğıya da laqeyddi, onu ancaq
bir fikir məĢğul edirdi: o da Kozettanın fikri idi.
Sayıqlama və titrəmə-qızdırma keçəndən sonra o daha Kozettanın adını çəkmirdi, elə zənn etmək
olardı ki, o daha Kozettanı düĢünmür. Lakin Mariusun ürəyi Kozettanın baĢına nə iĢ gəlmiĢdir;
ġanvreri küçəsindəki hadisə ona duman kimi görünürdü; Eponina, QavroĢ, Mabef, Tenardyenin
ailəsi, barrikadanın məĢum tüstüsü içində vuruĢan yoldaĢları onun hafizəsində seyrək kölgələr
kimi titrəyirdi; cənab FoĢlevanın bu qanlı döyüĢə gəlməsi tufan içində bir anlığa sezilən qəribə
müəmmaya oxĢayırdı. O, necə oldu ki, sağ qaldı, onu kim xilas etdi, necə xilas etdi, – Marius
bunu baĢa düĢə bilmirdi, ətrafındakı adamlardan da bu barədə bir Ģey öyrənə bilmədi, ancaq
bunu dedilər ki, gecə onu karetada Ehtiraslar küçəsinə gətirdilər; keçmiĢ, hal-hazır, gələcək
tutqun, dumanlı bir xatirəyə çevrilmiĢdi; bu duman içərisində sarsılmaz bir nöqtə, aydın və
müəyyən bir plan, qranit kimi möhkəm bir Ģey, bir qərar, bir arzu vardı – o da Kozettanı
tapmaqdı. Onun Ģüurunda həyat fikri ilə Kozettanın fikri bir-birindən ayrılmırdı. O, öz ürəyində
tutmuĢdu ki, bunları bir-birindən ayrı qəbul etməyəcək, kim onu yaĢamağa məcbur etmək istəsə
– qoy lap onun babası, ya tale, ya da cəhənnəm özü olsun – o mütləq itirdiyi cənnətin ona
qaytarılmasını qəti tələb edəcəkdir.
QarĢısında duran maneələri də özündən gizlətmirdi.
Bir Ģeyi də qeyd etmək lazımdır: babasının qayğısı və nəvaziĢi Mariusu qətiyyən yumĢaltmadı,
hətta ona çox az təsir etdi. Birincisi budur ki, o, çox Ģeyi bilmirdi, bundan baĢqa, xəstə, bəlkə də,
hələ qızdırmalı olduğundan, bu nəvaziĢə inanmırdı, bu qəribə, yeni Ģeylərə onu ələ almaq üçün
bir vasitə kimi baxırdı. O özünü çox soyuq tuturdu. Qoca nahaq yerə ona baxıb yazıq-yazıq
gülümsəyirdi – qocalıq təbəssümünün ona heç təsiri olmurdu. Marius öz-özünə deyirdi: nə qədər
ki, mən susuram, tabe oluram, bu mehribanlıq da bir o qədər davam edəcəkdir; lakin Kozettadan
söz açan kimi babam əsil simasını göstərəcək, üzündəki maskanı atacaq. Onda amansız bir tufan
qopacaq, onda yenə də Kozettanın mənsub olduğu ailə məsələsi, bu iki ailənin ictimai vəziyyətcə
bərabər olmaması söhbəti meydana çıxacaqdır, istehza və məzəmmət dolu kimi yağacaqdır,
―FoĢlevan‖, ―KaĢlevan‖, dövlət, kasıblıq, yoxsulluq, boyundan asılan daĢ, gələcək sözləri ortaya
atılacaqdır. Qoca amansız müqavimət göstərəcək, axırda da razılıq verməyəcək. Marius indidən
özünü müdafiə etməyə hazırlaĢırdı.
Bir də ki, Marius sağaldıqca, əvvəlki incikliklər onun hafizəsində canlanır, köhnə yaraların üstü
açılırdı, keçmiĢlər yada düĢürdü, yenə də polkovnik Ponmersi gəlib nəvə ilə babanın arasında
dururdu. Marius öz-özünə deyirdi ki, mənim atama qarĢı bu qədər amansız olan, onun barəsində
belə haqsızlıq edən bir adamdan yaxĢılıq gözləmək olmaz. O, sağaldıqca babasına qarĢı ədavəti
artırdı. Qoca həlim bir itaətkarlıqla buna dözürdü.
Mariusu babasının evinə gətirəndən bəri, həm də o, huĢa gələndən sonra bircə dəfə də babasına
ata deməmiĢdi, – cənab Jilnorman bunu özlüyündə nəzərə almıĢdı. Doğrudur, babasına o,
―cənab‖ da deməmiĢdi, ancaq cümləni elə bicliklə qururdu ki, bunların heç birini deməyə ehtiyac
olmurdu.
Heç Ģübhəsiz, böhran yetiĢirdi.
Marius döyüĢə giriĢmədən əvvəl özünü xırda vuruĢmalarda yoxlayırdı, – belə hallarda həmiĢə bu
cür hərəkət edirlər. Müharibədə buna kəĢfiyyat deyirlər. Bir gün səhər çağı cənab Jilnormanın
əlinə bir qəzet keçdi; bu qəzetlə əlaqədar olaraq Konvent haqqında etinasızlıq göstərdi, Danton,
Sen-Jüst və Robespyer haqqında royalistcəsinə bir söz söylədi:
Marius onun sözünü kəsdi:
– Doxsan üçüncü ilin adamları titan idi.
Qoca susdu, axĢama kimi bircə kəlmə də söz demədi.
Marius uĢaq vaxtından babasının inadkar olduğunu bilirdi, buna görə də onun susmasını ifadə
olunmamıĢ böyük bir qəzəb hesab etdi, amansız mübarizə olacağını duyaraq öz fikrində bu
döyüĢə daha inadla hazırlaĢmağa baĢladı.
O, belə bir qəti qərara gəldi: babası onun təklifini rədd etsə, o, yaralarının bütün sarğılarını açıb
tökəcək, bununla da sınmıĢ canaq sümüyünə zərər yetirəcək, hələ tamam sağalmamıĢ yaralarının
üstünü açacaq, qanadacaq, heç bir Ģey də yeməyəcək. Onun yaraları onun silahı idi. Ya
Kozettaya sahib olacaq, ya öləcək!
O, xəstələrə xas olan dilxorluqla və səbirlə əlveriĢli vaxtı gözləməyə baĢladı.
Nəhayət, bu vaxt gəlib çatdı.
ÜÇÜNCÜ FƏSĠL.
Marius hücuma keçir.
Bir gün cənab Jilnormanın qızı kamodun mərmər rəfində dərman ĢüĢələrini səliqəyə salarkən
Jilnorman Mariusa sarı əyilərək çox nəvaziĢlə dedi:
– Bilirsənmi, mənim övladım, nə var, sənin yerinə olsaydım, mən indi balıqdan çox ətə həvəs
göstərərdim. Adam sağalmağa baĢlayanda qızardılmıĢ kambala əla yeməkdir, amma xəstəni
ayağa qaldırmaq üçün yaxĢı kotlet lazımdır.
Marius özünü yaxĢı hiss edirdi; o var qüvvəsini topladı, qalxıb yatağında oturdu, sıxılmıĢ
yumruqlarını yatağına dayadı, babasının düz gözünün içinə baxaraq təhdidedici bir ifadə ilə dedi:
– Bu barədə mən sizə bəzi Ģeylər deməliyəm.
– Nə barədə?
– Məsələ burasındadır ki, mən evlənmək fikrindəyəm.
Qoca qəhqəhə ilə güldü:
– Bu, nəzərə alınmıĢdır.
– Necə yəni nəzərə alınmıĢdır?
– AlınmıĢdır da. Qız sənin olacaq.
Marius sevincindən titrədi.
Cənab Jilnorman sözünə davam etdi:
– Hə də, sənin istədiyin o gözəl, o məlahətli qızı götür, qoy sənin olsun. O hər gün qoca bir adam
simasında gəlib sənin halını soruĢur. O vaxtdan ki səni yaralayıblar, onun iĢi ancaq ağlamaqdır,
bir də tiftik hazırlamaq. Mən onun yerini öyrənmiĢəm. O, Silahlı adam küçəsində, yeddi nömrəli
evdə yaĢayır. Hə-ə, razılığa gəldik ki! Sən ona evlənmək istəyirsən? Çox gözəl, evlən! Əzizim,
sirrin üstü açıldı! Sən böyük bir sui-qəsd hazırlamıĢdın, öz-özünə deyirdin: ―mən babamın, bu
Regentlik və Direktoriya dövrü mumiyasının, keçmiĢdə gözəl olan bu adamın, Jeronta çevrilmiĢ
bu Dorantın düz üzünə deyəcəyəm; onun da vaxtı ilə sevgi macəraları, ehtirasları, məĢuqələri,
Kozettaları olmuĢdur; o da öz vaxtında qəĢəng geyinib lovğalanmıĢdır, o da göylərə uçmuĢdur, o
da baharın meyvəsindən dadmıĢdır, istəsə də, istəməsə də, bunları xatırlamalıdır, onda baxarıq.
VuruĢarıq!‖ Hə, sən istəyirdin vaxt itirmədən qəti iĢə giriĢəsən! YaxĢı da. Mən sənə kotlet təklif
edirəm, sən də mənə belə cavab verirsən: ―Hə, yeri gəlmiĢkən deyim, mən evlənmək istəyirəm‖.
O söz hara, bu söz hara! Hə-ə, sən gözləyirdin ki, dalaĢacağıq? Amma sən bilmirdin ki, mən
köhnə hərifəm! Ġndi sənin sözün nədir? Sən qəzəblənmisən. Sənin baban səndən də
yüngülməcazdır, – sən bunu heç gözləmirdin. Sənin qabaqcadan hazırladığın o gözəl nitqin,
cənab vəkil, havayı yerə batdı, getdi, çox təəssüf! Bu, daha yaxĢı, könlün istəyən qədər qəzəblən.
Mən hər Ģeyi sənin istədiyin kimi eləyirəm, bu da, ay axmaq, sənin ağzını yumar. Qulaq as. Mən
öyrənmiĢəm, axı mənim də ağlım baĢımdadır. O, füsunkar qızdır, təmiz qızdır, ulan haqqında
olan söz-söhbət tamam cəfəngiyatdır. O qız bir yığın tiftik hazırlayıb, bu, böyük sərvətdir. O qız
sənə pərəstiĢ edir. Sən ölsəydin, bizim üçümüzü də basdırardılar: onun tabutunu mənim
tabutumun ardınca gətirərdilər. Sənin halın yaxĢılaĢandan sonra mənim ağlıma, hətta belə bir Ģey
gəldi: onu sənin yatağının yanında oturtmaq! Ancaq belə Ģey romanlarda olur: yaralanmıĢ qəĢəng
oğlanın yatağı yanına onu istəyən qızı gətirirlər. Həyatda isə belə Ģey olmur... Sənin xalacığın
buna nə deyərdi? Dost, axı sən çox vaxt yerində çılpaq uzanırsan. Nikolettadan soruĢ, o bircə
dəqiqə də sənin yanından ayrılmırdı, soruĢ gör bura qadın buraxmaq olardımı? Buna həkim nə
deyərdi? Gözəl qız titrətmə-qızdırma üçün heç də dərman deyil. YaxĢı da, bu barədə daha
danıĢmayacağıq: bütün sözlər deyilib, iĢlər görülüb, hər Ģey qurtarıb gedib, qız sənindir, götür.
Görürsən mən necə zalımam! Mən hiss edirdim ki, sənin məndən xoĢun gəlmir, öz-özümə
dedim: ―Mən nə eləyim ki, bu heyvanın yenə məndən xoĢu gəlsin?‖ Sonra belə fikirləĢdim:
―Dayan, axı, mənim əlimin altında Kozetta deyilən körpəcə bir qız var, onu Mariusa
bağıĢlayıram, onda, bəlkə, onun məndən xoĢu gəldi, ya da heç olmasa deyər ki, mənim təqsirim
nədir‖. Ah, sən bu qərara gəlmiĢdin ki, qoca əsib-coĢacaq, özündən çıxacaq, ayaqlarını yerə
döyəcək, bu al Ģəfəqin üstünə ağac qaldıracaq? Belə Ģey olmaz! Kozettamı? Mən razı; sevgimi?
Buyurun! Bundan yaxĢı Ģey mənə lazım deyil. Evlənin, cənab, iltifat buyurun! XoĢbəxt ol,
mənim əziz balam!
Qoca bu sözləri deyib ağladı.
Mariusun baĢını qucaqlayıb hər iki əli ilə qoca sinəsinə sıxdı, ikisi də, hönkür-hönkür ağladı. Ən
böyük xoĢbəxtlik bəzən bunda ifadə olunur.
Marius həyəcanla dedi:
– Ata!
Qoca pıçıldadı:
– Aha, deməli, sən məni istəyirsən?
Bu anlar unudulmaz anlardı. Ağlamaqdan onların nəfəsi tıxanırdı, danıĢa bilmirdilər.
Nəhayət, qoca dili dolaĢa-dolaĢa dedi:
– Axır ki, inadından döndün! Mənə ―ata‖ dedin.
Marius baĢını babasının sinəsindən götürüb yavaĢca soruĢdu:
– Ata, indi mən lap sağalmıĢam, fikirləĢirəm ki, onunla görüĢə bilərəmmi?
– Bu da nəzərə alınmıĢdır, sən onu sabah görəcəksən.
– Ata!
– Nə deyirsən?
– Bu gün olmazmı?
– YaxĢı da, etiraz eləmirəm. Qoy bu gün olsun! Sən bir-birinin ardınca mənə üç dəfə ―ata‖ dedin,
bunun da axı bir qiyməti var! Bu saat sərəncam verərəm. Onu sənin yanına gətirərlər. Sənə
deyilir ki, hər Ģey nəzərə alınmıĢdır. Bütün bu əhvalat bir zamanlar Ģeirdə tərənnüm edilmiĢdir.
―Xəstə gənc‖ elegiyasının sonunda Andre ġenye tərənnüm etmiĢdir, həmin Andre ġenye ki, onun
baĢını bu qul..., yəni doxsan üçüncü ilin o titanları kəsmiĢlər...
Cənab Jilnormana elə gəldi ki, Marius, deyəsən, bir balaca qaĢqabağını tökdü; əslinə qalanda,
Marius göylərdə uçurdu. Onun dediyini heç eĢitmirdi, doxsan üçüncü ili deyil, Kozettanı
düĢünürdü. Qoca heç yeri olmaya-olmaya Andre ġenyenin adını çəkdiyini baĢa düĢdü, qorxudan
tir-tir əsərək söhbəti dərhal baĢqa Ģəklə saldı:
– ―KəsmiĢlər‖ sözü yerində deyilmədi. Məsələ burasındadır ki, inqilabın böyük dahiləri, heç
Ģübhəsiz, cinayətkar deyillər, and olsun namusuma, həqiqi qəhrəmandırlar... Onlar belə hesab
etdilər ki, Andre ġenye onlara bir az mane olur, bu qərara gəldilər ki, onu gilyotin... Daha
doğrusu, böyük insanlar ictimai rifahın xeyrinə olaraq, termidorun yeddisində Andre ġenyeyə
təklif etdilər ki, vasil ol cə...
Söz cənab Jilnormanın boğazında iliĢib qaldı, o nə cümləni qurtarmağa söz tapdı, nə sözünü geri
götürə bildi; özünü itirdi, həyəcanlandı, qızı Mariusun dalındakı balıĢları düzəldənə kimi, yaĢının
imkan verdiyi cəldliklə yataq otağından çıxdı, qapını Ģaqqıltı ilə örtdü; o, qıpqırmızı qızarmıĢdı,
özündən çıxmıĢdı, tövĢüyürdü, gözləri kəlləsinə çıxmıĢdı, – birbaĢ Baskın üstünə cumdu; Bask
dəhlizdə dinməz-söyləməz çəkmə təmizləyirdi; Baskın yaxasından yapıĢıb qəzəblə üstünə
çığırdı:
– Elə deyilmi, o quldurlar onun iĢini bitirmədilərmi?
– Kimin, ağa?
– Andre ġenyenin?
Bask qorxmuĢ halda dedi:
– Elədir ki, var, ağa.
DÖRDÜNCÜ FƏSĠL.
Madmuazel Jilnorman FoĢlevanın qoltuğunda
paket içəri girməsindən razı qalır.
Nəhayət, Kozetta ilə Marius görüĢdülər.
Biz bunun necə görüĢ olduğunu təsvir etməkdən acizik. Çox Ģey var ki, onu təsvir etməyə heç
çalıĢmaq lazım deyil, – günəĢ də o cümlədən.
Kozetta Mariusun yataq otağına girəndə bütün ailə ora yığıĢmıĢdı, Bask ilə Nikoletta da orada
idi.
Kozetta qapı ağzında göründü; sanki, ondan iĢıq saçırdı.
Elə bu anda qoca burnunu silməyə hazırlaĢırdı: burnu yaylıqda, altdan-altdan Kozettaya baxaraq
donub qaldı.
Ucadan dedi:
– Füsunkar qızdır!
Sonra da qulaqbatırıcı bir səslə burnunu sildi.
Kozettanın qəlbi fərəhlə, nəĢə ilə, həyəcanla, səadətlə dolu idi. XoĢbəxtlikdən necə qorxurlarsa, o
da elə qorxurdu. Üzü gah ağarır, gah da qızarırdı, yavaĢca nəsə deyirdi, Mariusun qoynuna
atılmaq istəyirdi, ancaq tərəddüd edirdi. Hamının yanında sevgisini ifadə etməyə utanırdı. Biz
xoĢbəxt aĢiqlərə qarĢı amansız oluruq; onların yanında dayanıb dururuq, amma onlar hər Ģeydən
çox tək qalmaq istəyirlər. Əslində, onlara heç kəs lazım deyil.
Kozetta ilə bərabər, otağa ağ saçlı, ciddi bir cənab girdi; onun üzündə qəribə, dərdli bir təbəssüm
vardı. O, ―cənab FoĢlevan‖ – Jan Valjan idi.
O, qapıçının dediyi kimi, ―çox abırlı geyinmiĢdi‖, əynindəki paltarı həm qara, həm də təzə idi,
boynuna ağ qalstuk bağlamıĢdı.
Qapıçının heç ağlına da gəlməzdi ki, yəqin, notarius olan bu hörmətli burjua iyunun yeddisində
qapıya gələn o qorxunc sifətli meyitdaĢıyandır, nəfəsi kəsilmiĢ Mariusu dalında gətirən o cırıq
paltarlı, dəhĢətli, vəhĢi, qara, üzü qana, çirkaba bulanmıĢ adamdır. Qapıçı onu tanımasa da,
peĢəsi ona nəsə bir Ģey hiss etdirdi. O, FoĢlevanla Kozettanı görəndə yavaĢca arvadına dedi:
―Bilmirəm niyə mənə elə gəlir ki, bu adamın üzünü haradasa görmüĢəm‖.
Cənab FoĢlevan Mariusun yataq otağında kənarda, qapının yanında durmuĢdu. O, qoltuğunda
kağıza bükülmüĢ bir paket tutmuĢdu, paket mətbəə vərəqinin səkkizdə bir hissəsində çap
olunmuĢ kitaba oxĢayırdı. Paketin büküldüyü kağız yaĢıla çalırdı, elə bil ki, onu kif basmıĢdı.
Jilnormanın qızı pıçıltı ilə Nikolettadan soruĢdu:
– Bu cənabın həmiĢə qoltuğunda kitab olur?
Onun kitabdan zəhləsi gedirdi.
Cənab Jilnorman da pıçıltı ilə ona etiraz etdi:
– Olanda nə olar? Bunda nə var ki? O, alimdir. YaxĢı da, nə olsun ki? Onun təqsiri nədir? Cənab
Bular da, mən onu tanıyırdım, evdən kitabsız çıxmazdı, həmiĢə ürəyinə bir foliant sıxmıĢ olardı.
Sonra qonağı salamlayaraq, bərkdən dedi:
– Cənab KaĢlevan...
Qoca Jilnorman qəsdən belə demədi: onda da, baĢqa aristokratlar kimi, familiyaları düzgün
söyləməmək ədası vardı.
– Cənab KaĢlevan, mən sizin madmuazeli mənim nəvəm baron Marius Ponmersi üçün istəməyi
özümə Ģərəf bilirəm.
―Cənab KaĢlevan‖ təzim etdi.
Qoca sözünə belə nəticə verdi:
– RazılaĢdıq.
Sonra Mariusla Kozettaya sarı döndü, xeyir-dua vermək üçün əllərini qaldıraraq ucadan dedi:
– Bu gündən bir-birinizi sevə bilərsiniz.
Bu sözü təkrar etməyə ehtiyac olmadı. Ġndi daha özünüz bilin! Söhbətə baĢladılar. Onlar astadan
danıĢırdılar. Marius öz kuĢetkasında balıĢa dirsəklənib uzanmıĢdı, Kozetta onun yanında
durmuĢdu. Kozetta pıçıldayırdı. ―Ah, ilahi! Nəhayət, sizi gördüm. Bu sənsən?! Bu sizsiniz?! Heç
ağlagələn Ģeydir ki, ora vuruĢmağa gedəsən?! Niyə axı? Bu, dəhĢətdir. Düz dörd ay mən
qorxudan ölürdüm. Sizin vuruĢmaya getməyiniz nə amansız hərəkətdir! Mən sizə nə eləmiĢdim?
Bunu mən sizə bağıĢlayıram, ancaq bir də belə iĢ tutmayın. Bizi bura çağırmağa gələndə mən az
qalmıĢdı öləm, ancaq bu dəfə sevincdən öləcəkdim. Mən elə darıxırdım! Mən heç paltarımı
dəyiĢə də bilmədim, yəqin, üst-baĢım çox pisdir. Sizin adamlarınız yaxamın əzilmiĢ olduğunu
görsələr, nə deyəcəklər? DanıĢın da! Elə təkcə mən danıĢıram. Biz yenə də Silahlı adam
küçəsində yaĢayırıq. Sizin sınığınız, deyəsən, çox pis idi. Mənə deyirdilər ki, yaraya bütöv bir
yumruq girə bilərdi. Sonra, deyəsən, sizin bədəninizi qayçı ilə kəsirdilər. DəhĢətə bax! Mən elə
ağlayırdım, heç ovunmurdum. Bu qədər dərd çəkməyin özü də gülməlidir. Sizin babanızın çox
xoĢ sifəti var. Elə tərpənməyin, dirsəklənməyin, üsullu olun, bədəniniz ağrıyar. Ah, mən
xoĢbəxtəm! Nəhayət, bizim çəkdiyimiz əzab qurtardı. Mən lap səfeh olmuĢam. Sizə o qədər söz
deyəcəkdim, hamısı yadımdan çıxıb. Siz məni sevirsinizmi? Əvvəlki kimi? Biz Silahlı adam
küçəsində yaĢayırıq. Orada bağ yoxdur. Mən həmiĢə tiftik hazırlayırdım. Bir baxın, cənab,
barmağım döyənək olub, bu, sizin təqsirinizdir‖.
Marius yavaĢca dedi:
– Sən mələksən!
Solmayan, təravətini itirməyən yeganə söz ―mələk‖ sözüdür.
AĢiqlərin amansızcasına təkrar etdiyi sözlərin qabağında heç bir söz tab gətirə bilməzdi.
Sonra onlar otaqda baĢqa adam olduğundan utanaraq susdular, daha bircə kəlmə söz demədilər,
ancaq bir-birinin əlini üsulluca sıxırdılar.
Cənab Jilnorman otaqda onlara sarı dönüb çığırdı:
– Bərkdən danıĢın, ay camaat! Hay-küy salın, səhnə dalında göy guruldayan kimi guruldayın!
Bir az bərkdən söhbət edin, belə olmaz axı, qoy bu uĢaqlar doyunca danıĢsınlar!
O, Mariusla Kozettaya yanaĢıb yavaĢca dedi:
– Bir-birinizə ―sən‖ deyin. Utanmayın.
Madmuazel Jilnorman birdən-birə onun sönük qocalıq aləminə düĢən bu iĢığa ĢaĢqın-ĢaĢqın
baxırdı. Onun baxıĢında ədavət yox idi, bu iki göyərçinə o, bayquĢ kimi, nifrət və həsədlə
baxmırdı. Bu ancaq əlli yeddi yaĢlı zavallı qarımıĢ qızın axmaqcasına baxıĢı idi: uğursuz bir
həyat qalib gəlmiĢ sevginin baharını seyr edirdi.
Atası ona dedi:
– Jilnormanın böyük qızı, mən çoxdan sənə demiĢdim ki, sən bu günü görəcəksən.
Bir az susduqdan sonra əlavə etdi:
– Ġndi baĢqasının xoĢbəxtliyinə bax, fərəhlən.
Sonra Kozettaya sarı döndü:
– Bu nə gözəl qızdır! Nə gözəl qızdır! Xalis Qrözdür! Bunun da hamısı sənin olacaq, ay
kələkbaz! Ax, dələduz, əlimdən yaxĢı qurtardın, bəxtin gətirdi. Mən indikindən on beĢ yaĢ cavan
olsaydım, səninlə qılınc döyüĢünə çıxardım, onda baxardıq bu qız kimin olardı. Qulaq asın,
madmuazel, mən sizə vurulmuĢam! Bunda təəccüblü bir Ģey yoxdur. Ürəkləri əsir etmək sizin
haqqınızdır. Ax, biz elə gözəl, qəribə, elə ürək açan toy edəcəyik! Bizim məhəllə kilsəsi Sen-
Denidir, amma mən sizin kəbininizin Sen-Pol kilsəsində kəsilməsi üçün çalıĢıb icazə alacağam.
O kilsə bizimkindən yaxĢıdır. Onu yezuitlər tikiblər. O, bizimkindən çox-çox bəzəklidir. Bu kilsə
kardinal Biraqın fontanı qabağındadır. Yezuitlər memarlığının ən yaxĢı nümunəsi Namürdədir,
özünə də Sen-Lu deyirlər. Kəbin kəsiləndən sonra siz mütləq ora getməlisiniz. Mən tamamilə
sizin tərəfinizdəyəm, madmuazel, mən istəyirəm ki, qızlar ərə getsin, onlar bunun üçün də
yaranmıĢlar. Qoy cavan qızlar Həvva nənənin yolu ilə getsinlər – mənim arzum budur. Qız
almaq da tərifəlayiqdir, ancaq belə yaĢamaq adamı isitmir! Tövratda deyilib: ―Ürüyüb artın‖.
Xalqı xilas etmək üçün Janna d’Ark lazımdır, lakin xalqı artırmaq üçün Jiqon ana lazımdır.
Gözəllər, ərə gedin! Niyə axı evdə qız qalasan, mən bunun səbəbini anlaya bilmirəm. Mən
bilirəm ki, belə qızların kilsədə ayrı ibadət yeri var, onlar müqəddəs Məryəmin cəmiyyətinə
mənsub olmaları ilə təsəlli tapırlar. Amma mənim aləmimdə gözəl ər, yaxĢı bir oğlan, bir ildən
sonra totuq, sarıĢın bir uĢaq, qıçlarında da zərif qırıĢıqlar, elə uĢaq ki, sevinə-sevinə anasının
döĢünü əmir, xırdaca çəhrayı əllərilə anasının döĢünü dartıĢdırır, özü də səhər Ģəfəqi kimi
gülümsəyir, – bax, bu, kilsə Ģamını əlində tuta-tuta dua eləməkdən, Turris elurnea oxumaq çox-
çox yaxĢıdır.
Bu doxsan yaĢlı qoca bir ayağı üstə döndü və açılan yay kimi tez-tez oxudu:
Sonsuz arzularını belə tamamlayıram:
Evlənəcəksən, Alkipp, tezliklə, inanıram.
– Bir Ģey yadıma düĢdü!
– Nə, ata?
– Sənin, deyəsən, yaxın bir dostun vardı?
– Vardı. Kurfeyrak.
– Ona nə oldu?
– Öldü.
– YaxĢı oldu.
O, bir-birin sevən bu iki gəncin yanında oturdu, Kozettanı da oturtdu, onların əlini arıq, qırıĢıq
əllərinə alaraq, birləĢdirdi.
– Bu qız füsunkardır, gözəldir. Həmin bu Kozetta gözəllər gözəlidir! Həm uĢaqdır, həm də adlı-
sanlı xanım. Çox təəssüf ki, o ancaq baronessa olacaq, bu ad ona layiq deyil: o, markiza olmaq
üçün doğulmuĢdur. Bircə elə kirpikləri nəyə desən dəyər! Balalarım, yadınızda saxlayın: sizin
tutduğunuz yol doğru yoldur! Bir-birinizi sevin. Sevgidən ağlınızı itirin. Sevgi insan axmaqlığı,
tanrı hikmətidir. Bir-birinizə pərəstiĢ edin. – Birdən o, qaĢqabağını tökərək əlavə etdi: – Belə də
bədbəxtlik olar?! Mən bir Ģey fikirləĢirəm. Axı mənim mülkümün çox hissəsi rentadadır: nə
qədər ki, mən sağam, sizə çatar, amma mən öləndən sonra təxminən iyirmi ildən sonra sizin
bircə quruĢunuz da olmayacaq, mənim zavallı balalarım. Xanım baronessa, sizin o gözəl, ağ
diĢləriniz quru çörək qabığına iltifat göstərməli olacaq.
Elə bu anda kiminsə sakit, ciddi səsi eĢidildi:
– Madmuazel Efrazi FoĢlevanın altı yüz min frankı var.
Bu səs Jan Valjanın səsi idi.
Bu vaxta qədər o, bircə kəlmə də söz deməmiĢdi; elə bil ki, heç kəs onun burada olduğunu
görmürdü; o, bütün bu xoĢbəxt adamlardan kənarda sakitcə durmuĢdu.
Qoca narazı halda soruĢdu:
– Bu madmuazel Efrazi deyilən kimdir?
Kozetta:
– Mənəm, – dedi.
Cənab Jilnorman cənab FoĢlevanın dediyi sözü təkrar etdi:
– Altı yüz min frank?
Jan Valjan:
– Bəlkə, on dörd, ya on beĢ min az ola.
O, madmuazel Jilnormanın kitab hesab etdiyi paketi stolun üstünə qoydu.
Sonra öz əli ilə paketi açdı. Bu, bir dəstə bank bileti idi. Biletləri gözdən keçirdilər, saydılar.
Burada beĢ yüz dənə min franklıq, yüz altmıĢ səkkiz də beĢ yüz franklıq bilet vardı. Hamısı beĢ
yüz səksən dörd min frank idi.
Cənab Jilnorman ucadan dedi:
– Əcəb kitabmıĢ!
Mariusun xalası pıçıldadı:
– BeĢ yüz səksən dörd min frank!
Qoca dedi:
– Bu, bir çox çətinlikləri həll edəcək, elə deyilmi, madmuazel Jilnorman? Bu bic-haramzada
Marius xəyal ağacında milyoner bir quĢ tutmuĢdur! Siz indi gəlin cavanların sevgi macərasına
inanın! Tələbələr altı yüz min frank cehizi olan qız tapırlar! Kerubino RotĢilddən yaxĢı iĢləyir.
Madmuazel Jilnorman astadan mızıldandı:
– BeĢ yüz səksən dörd min frank! BeĢ yüz səksən dörd! De ki, elə altı yüz min; pula bax!
Bu zaman Mariusla Kozetta bir-birinə baxır, belə xırda bir Ģeyə heç əhəmiyyət vermirdilər.
BEġĠNCĠ FƏSĠL.
Pulu notariusa saxlamağa verməkdənsə,
meĢədə gizlətmək yaxĢıdır.
Oxucu, yəqin ki, məsələnin nə yerdə olduğunu baĢa düĢür, daha bunu bütün təfsilatı ilə izah
etməyə ehtiyac yoxdur: Jan Valjan ġanmatye məsələsindən sonra qaçaraq bir neçə günə özünü
Parisə yetirə bilmiĢ, Lafit bankından pulu götürməyə müvəffəq olmuĢdu; bu həmin pul idi ki, o,
onu cənub Madlen adı altında Sahil Monreylində qazanmıĢdı, sonra da, özünün ələ keçəcəyindən
qorxaraq, – doğrudan da, o, sonra ələ keçmiĢdi, – pulu aparıb Monfermeyl meĢəsində, Blarü
talası deyilən yerdə basdırmıĢdı. Bank biletlərindən ibarət olan bu altı yüz otuz min frank kiçik
olduğundan, çox asanlıqla bir mücrüyə sığıĢmıĢdı; lakin mücrünü rütubətdən qorumaq üçün onu,
içi yonqarla dolu, balaca bir palıd sandığa qoymuĢdu. Bu sandıqda, o baĢqa qiymətli Ģey də
gizlətmiĢdi, bu, keĢiĢin Ģamdanları idi. O, Sahil Monreylindən qaçanda Ģamdanları da özü ilə
aparmıĢdı, – bu da bizim yadımızdadır. Bir axĢam Kəllənin ilk dəfə gördüyü adam da Jan Valyan
idi. Sonralar, Jan Valyan pul lazım olanda, o, Blarü talasına gedirdi. Onun bəzən evdən getməsi
də bununla izah olunurdu, – bunu biz əvvəllərdə qeyd etmiĢdik. Talada onun ardıc kolları
arasında gizlətdiyi, yerini ancaq özü bildiyi bir külüngü də vardı. Jan Valjan Mariusun
sağaldığını görüb, pulun lazım olacağı vaxtın yaxınlaĢdığını hiss edərək talaya getdi. MeĢədə
Kəllə yenə onu gördü, ancaq bu dəfə axĢam yox, səhər açılana yaxın gördü. Kəlləyə miras qalan
ancaq külüng oldu.
Əslində bu pul beĢ yüz səksən min beĢ yüz frank idi. Jan Valjan bunun beĢ yüz frankını özü üçün
saxladı. ―Sonra görək nə olur‖ deyə düĢündü.
Bu məbləğlə Lafit bankından götürülən altı yüz otuz min frank arasında xeyli fərq vardı: bu pul
on il ərzində – 1823-cü ildən 1833-cü ilə qədər – xərclənmiĢdi. BeĢ il monastırda qalarkən ancaq
beĢ min frank sərf olunmuĢdu.
Jan Valjan gümüĢ Ģamdanları buxarının üstünə qoydu, Ģamdanlar par-par parıldayır, Tusenə də
onlara böyük bir fərəhlə baxırdı.
Yeri gəlmiĢkən bir Ģeyi qeyd etmək lazımdır: Jan Valjan o zaman Javerin əlindən həmiĢəlik xilas
olduğunu bilirdi. Javerin öldüyünü kim isə onun yanında danıĢmıĢdı. Jan Valjan ―Moniton‖
qəzetində bu hadisəni təsdiq edən bir məlumat da oxumuĢdu. Qəzetdə yazırdılar ki, Javer adlı
polis nəzarətçisinin meyiti Alverçi körpüsü ilə Yeni körpü arasında camaĢırçılar salı altında
tapılmıĢdır; bu vaxta qədər heç bir qüsuru olmayan, rəislərin çox hörmət etdiyi bu təcrübəli, iĢə
ürək yandıran adamın qoyub getdiyi kağıza əsasən güman etmək olar ki, o dəli olmuĢ, özünü
öldürmüĢdür. Jan Valjan düĢünərək öz-özünə dedi: ―Doğrudan da, o ki məni tutandan sonra
buraxdı, bu, onu göstərir ki, onun ağlı baĢında deyilmiĢ‖.
ALTINCI FƏSĠL.
Qocaların hər ikisi, hərəsi özünə görə, var qüvvəsilə
çalıĢır ki, Kozetta xoĢbəxt olsun.
Toy üçün hər Ģey hazırlanmıĢdı. Həkimlə məsləhətləĢdilər, həkimin fikrincə, toy fevral ayında
ola bilərdi. Dekabr ayı idi. XoĢbəxtliyin füsunkar günləri gəlib keçirdi.
Hamıdan çox qoca özünü xoĢbəxt hiss edirdi. O, saatlarla Kozettaya iftixarla tamaĢa edir,
həyəcanla deyirdi.
– Füsunkar qız! Gözəl qız! Gör necə zərifdir, necə məsumdur! And olsun namusuma, bu, bütün
ömrümdə gördüyüm qızların ən gözəlidir! Qadınlığın bütün nemətləri bu xoĢ ətirli bənövĢədə
vardır. O, zərifliyin özüdür, – buna heç söz ola bilməz! Belə qızla knyaz kimi yaĢamaq lazımdır.
Marius, mənim balam, sən baronsan, sən varlısan, yalvarıram sənə, davakarlıq eləmə!
Kozetta ilə Marius qəbirdən birbaĢ cənnətə düĢmüĢdülər. Bu, həddindən artıq gözlənilməz bir
hadisə idi, – xoĢbəxtlikdən məst olmasaydılar, bu, onları sarsıdardı.
Marius Kozettadan soruĢurdu:
– Sən bu iĢlərdən bir Ģey baĢa düĢürsənmi?
Kozetta cavab verirdi?
– Yox, mənə elə gəlir ki, Allah özü göydən bizə baxır.
Jan Valjan hər Ģeyi düzəltdi, hər Ģeyi yoluna qoydu, bütün məsələləri danıĢıb həll elədi, bütün
maneələri aradan qaldırdı. Elə bil ki, o da Kozettanın xoĢbəxt olmasına Kozetta kimi tələsirdi, o
da Kozetta kimi sevinirdi.
KeçmiĢdə bələdiyyə rəisi olduğu üçün o çox ciddi, sirri ancaq ona məlum olan bir məsələni həll
edə bildi, – bu da Kozettanın vətəndaĢlıq məsələsi idi. Onun kim olduğunu açıb söyləməkmi?
Kim bilir, bu, bəlkə də, toyun baĢ tutmasına mane olardı. Kozettanı o, bütün çətinliklərdən
qurtarmıĢdı. Ġndi də ölülərdən ona ata-ana düzəltdi – onun ifĢa olunmaması üçün ən doğru yol bu
idi. Guya, Kozetta onun deyil, baĢqa FoĢlevan Kiçik Pikpus monastırında bağban imiĢ.
Monastıra getdilər, oradan ən yaxĢı məlumat və ən tərifli tövsiyələr aldılar. Mərhəmətli rahiblər
atalıq məsələsindən çox az Ģey baĢa düĢürdülər, bu məsələ ilə az maraqlanırdılar, burada
saxtakarlıq olduğunu güman etmirdilər. Onlar heç bilmirdilər ki, balaca Kozetta bu iki
FoĢlevandan hansının qızıdır. Onlar tələb olunan məlumatı məmnuniyyətlə təsdiq etdilər.
Notarius əqdnaməsi tərtib olundu. Kozettaya qanuni olaraq madmuazel Efrazi FoĢlevan deyildi.
Qeyd olundu ki, onun ata-anası ölmüĢ, o tamam yetim qalmıĢdır. Jan Valjan məsələni elə
düzəltdi ki, o tamam yetim qalmıĢdır. Jan Valjan məsələni elə düzəltdi ki, FoĢlevan adı altında
Kozettanın qəyyumu oldu, cənab Jilnorman da Kozettaya ikinci qəyyum təyin edildi.
BeĢ yüz səksən dörd min frank da, guya, bir adamın vəsiyyətinə görə, Kozettaya çatmalıdır, bu
adam adının gizlin saxlanılmasını arzu etmiĢdir. Ġlk əvvəl bu miras pul beĢ yüz doxsan dörd min
frank imiĢ; bunun on min frankı madmuazel Efrazinin təlim və tərbiyəsinə xərclənmiĢdir, həmin
məbləğin də beĢ mini monastıra verilmiĢdir. BaĢqa bir Ģəxsə tapĢırılan bu miras, Kozetta həddi-
buluğa çatandan sonra, ya ərə gedəndə özünə verilməlidir. Hər Ģey, xüsusilə yarım milyondan
çox pulun əlavə edilməsi nəzərə alınarsa, tam məqbul bir Ģəkildə düzəlmiĢdi. Doğrudur, bu iĢdə
qəribə hallar də var idi, ancaq buna heç kəs əhəmiyyət vermədi; bu iĢlə maraqlanan adamlardan
birinin gözünü sevgi, o birilərinkini də altı yüz min frank pərdələmiĢdi.
Kozetta uzun zamandan bəri ata dediyi qocanın qızı olmadığını bildi. Ayrı vaxtda bu məsələnin
üstü açılsaydı, onun üçün böyük bir dərd olardı, lakin vəsfə gəlməyən xoĢbəxtlik dəqiqələrində
bu məsələ ötəri bir kölgə kimi onun qəlbinə düĢdü, onu bir balaca kədərləndirdi; ətrafda o qədər
sevinc vardı ki, bu xırdaca bulud parçası çox tez dağılıb getdi. Ġndi onun Mariusu vardı. Gənc
gəlir, qoca unudulur, həyat belədir.
Bir də ki, Kozetta ətrafında baĢ verən qəribə hadisələrə çoxdan alıĢmıĢdı; bir adamın ki uĢaqlığı
sirlər içində keçə, o həmiĢə müəyyən dərəcədə məyus olacağını gözləyir.
Lakin Kozetta yenə də Jan Valjana ata deyirdi. O, xoĢbəxtliyin ərĢi-əlasında idi; qoca Jilnorman
onu valeh etmiĢdi. Doğrudan da, qoca ona çoxlu hədiyyələr verir, lütfkarlıq göstərirdi. Jan
Valjan Kozettaya möhkəm ictimai vəziyyət yaratmaqla, ona verilən pulu rəsmi Ģəklə salmaqla
məĢğul ikən, cənab Jilnorman da toy üçün çalıĢırdı. Qocanı, Kozettaya bol-bol hədiyyə vermək
qədər heç bir Ģey əyləndirmirdi. Kozettaya o, Belçika gipüründən tikilmiĢ paltar bağıĢladı, bu
paltar qocaya onun öz nənəsindən qalmıĢdı. Deyirdi ki: ―Köhnə dəblər yenidən ortaya çıxır, indi
hamı qədim Ģeylərin dəlisidir; mən bu qoca yaĢımda görürəm ki, cavan xanımlar mənim uĢaqlıq
dövrümdə qarılar necə geyinirdisə, elə geyinirlər‖.
O, koromandel ağacından düzəldilmiĢ, hörmətli, yekəqarın, laklı komodları talan edirdi, – neçə
illərdi ki, bu komodların siyirtmələri açılmırdı. Deyirdi ki: ―Gəlin bu dul arvadların sirrinə bələd
olaq, görək bunlar nə ilə doludur‖. O, yekəqarın siyirtmələri Ģaqqıltı ilə çəkib açırdı, bu
siyirtmələr onun bütün arvadlarının, bütün məĢuqələrinin, nənələrinin pal-paltarı, bəzək-düzəyi
ilə dolu idi. Bunlar – çin ipəyi, cürbəcür Ģtof, kamka, güllü muar idi, parlaq, ağır tur ipəyindən
tikilmiĢ paltardı, zər tikməli, yuyulanda solmayan hind yaylığı idi, üzü ilə astarı bir olan yun
parçalardan Genuya və Alanson krujevası idi, qədim, zərli geyimlərdi, fil diĢindən hazırlanmıĢ,
üzərində çox incə bir Ģəkildə müharibə səhnələri təsvir edilmiĢ bombonyerlərdi, bəzək-düzəkdi,
lentlərdi, – hamısını o, Kozettaya bağıĢlayırdı. Kozettanın sevinci yerə-göyə sığmırdı, o həm
Mariusa olan sevgisindən məst olur, həm də qoca Jilnormanın səxavətindən riqqətə gəlir,
utanırdı; onun xəyalında məxmər və atlaz içində böyük bir xoĢbəxtlik canlanırdı. Onun ruhu
zərif krujeva qanadlarla göylərə uçurdu.
Biz yuxarıda demiĢdik: bir-birinə vurulan Mariusla Kozettanın xoĢbəxtliyi ancaq qocanın sevinci
ilə müqayisə edilə bilərdi. Elə bil ki, Ehtiraslar küçəsində ara vermədən Ģənlik boruları çalınırdı.
Qoca hər səhər Kozettaya qədim bir bəzək Ģeyi bağıĢlayırdı. Cürbəcür bəzək əĢyaları onun
üzərinə yağıĢ kimi yağırdı.
Marius bu xoĢbəxt günlərdə çox həvəslə ciddi söhbətlər də edirdi; bir gün o nə barədə isə dedi:
– Ġnqilab xadimləri o qədər böyükdür ki, onlarda elə indi də Katon və ya Fokion kimi, qədim
dövrün füsunkarlığı vardır; onlar antik dövrün memuarlarını yada salır.
Qoca həyəcanla dedi:
– Antik memuar... Antik – muar! Sağ ol, Marius, yaxĢı yadıma saldın. Mənə elə bu lazımdı.
Səhər Kozettanın toy hədiyyələrinə qızılgül rəngində gözəl bir muar paltar da əlavə olundu.
Qoca bu pal-paltardan bütöv bir fəlsəfə yaratdı.
– Sevgi öz yerində, ancaq baĢqa Ģeylər də lazımdır. XoĢbəxtlik üçün faydasız Ģeylər də gərəkdir.
Adicə xoĢbəxtlik, ancaq ən zəruri Ģeydir. Xəsislik etmədən ona artıq Ģeylər də qatın. Sevdiyin qız
ilə saray da cənnətdir. Mənə onun ürəyi lazımdır, üstəlik də Luvr. Onun ürəyi, bir də Versalın
fontanları. Sevdiyim o çoban qızı mənə verin, ancaq əgər mümkünsə, onu hersoginya edin.
Filidanı, baĢında peyğəmbərçiçəyi çələngi, üstəlik də yüz min frank renta ilə mənim yanıma
gətirin! Mənə, üfüqlərə qədər mərmər sütunları olan çoban daxmasını təklif edin. Mən daxmaya
razıyam, lakin mərmərdən və qızıldan tikilmiĢ sehirli sarayların da həvəskarıyam.
Quruca xoĢbəxtlik quru çörəyə oxĢayır. Quru çörəyi elə belə yemək olar, ancaq bu, nahar deyil.
Mən artıq, faydasız, mənasız, ifrat, heç nəyə gərək olmayan Ģeylərin hərisiyəm. Yadımdadır,
mən Strasburq kilsəsində üçmərtəbəli ev hündürlüyündə qüllə saatı görmüĢdüm; bu saat vaxtı
xəbər verirdi, daha doğrusu, vaxtı göstərirdi, ancaq adama elə gəlirdi ki, onu heç də bunun üçün
düzəltməmiĢlər; saat günortanı ya gecə yarısını, gündüz çağı olan günortanı, sevgi çağı olan gecə
yarısını, zəng vura-vura xəbər verməklə, eyni zamanda sizə ayı, ulduzları, dənizi, qurunu,
balıqları, quĢları, Febanı, Febi və bir çox baĢqa Ģeyləri də göstərirdi; bu Ģeylər divar
hücrələrindən çıxaraq görünürdü, burada on iki həvvari də, imperator BeĢinci Karl da, Elonina
da, Sabin də, qızıla tutulmuĢ, boru çalan bir dəstə xırdaca adam da vardı; saatın zəngləri da arabir
vurur, havanı öz gözəl səsi ilə doldururdu, zənglərin də nə münasibətlə vurduğu heç məlum
deyildi. Belə bir saatı, ancaq dəqiqələri sayan adicə, çılpaq siferblatla heç müqayisə etmək
olarmı? Mən nəhəng Strasburq saatını xoĢlayıram, mən onu Ġsveçrə saatlarından üstün tuturam.
Cənab Jilnorman xüsusilə toy haqqında uzun-uzadı danıĢmağı, boĢboğazlıq etməyi xoĢlayırdı;
onun təriflərində on səkkizinci əsrin bütün kölgələri, qarıĢıq halda, sanki, aynada əks olunurdu.
O həyəcanla deyirdi:
– ġənlik düzəltmək sənətindən sizin heç baĢınız çıxmır! Ġndi təntənəli günlərdə Ģənlik etməyi də
bacarmırlar. Sizin on doqquzuncu əsr ölüvay əsrdir. Bu əsrdə cəsarət və təĢəbbüs yoxdur. Bu əsr
dəbdəbənin, nəcibliyin nə olduğunu bilmir, hamını bir arĢınla ölçür. Sizin sevimli üçüncü
təbəqənizin nə zövqü var, nə ətri, orijinallıqdan məhrumdur, çirkindir. Sizin o burjuacıqlarınız ki
var, özlərinin dediyi kimi, ―iĢlərini yoluna qoyan‖, arzuladıqları nə olur: yaxĢıca bir buduar, təzə
alınmıĢ palisandr mebeli, bir də kolenkor! Onlara yol verin! Möhtərəm Skared Skvalıqa adlı
qızla evlənir. EhtiĢam və dəbdəbə! ġama xaliscə bir qızıl pul yapıĢdırdılar! Dövrə bax! Mən bu
dövrün əlindən məmnuniyyətlə sarmatların yanına qaçardım. Axı mən min yeddi yüz səksən
yeddinci ildə demiĢdim ki, hər Ģey məhv olmuĢdur: hersoq Roqanın, Leonlu Ģahzadənin, hersoq
ġabonun, hersoq Monbazonun, markiz Subizin, quarlı vikontun, Fransa perinin ikiçarxlı arabada
LopĢana cıdıra getdiyi vaxt demiĢdim! Bu da öz səmərəsini verdi. Ġndiki əsrdə adamlar böyük
iĢlərlə məĢğul olurlar. Birjada çox-çox iĢdən çıxırlar, pul qazanırlar – hamısı da xəsisdir. Onlar
öz-özlərinin nazını çəkirlər, öz-özlərini əzizləyirlər, özlərinə bəzək-düzək verirlər; təzəcə paltar
geyirlər, əyin-baĢları tərtəmiz, üzləri qırxılmıĢ, saçları daranmıĢ, hamarlanmıĢ, təmizlənmiĢ,
düzəlmiĢ olur, özlərinə tumar verirlər, par-par parıldayırlar, onlar pardaqlanmıĢ, xırdaca daĢ kimi
cilalanmıĢlar, üst-baĢlarında zərrə qədər qüsur yoxdur, lakin bu ağıllı, bu hədsiz dərəcədə
təmizkar adamların vicdanında, vallahı və billahı, elə bir peyin, elə bir kloaka var ki, burnunu
əlinə silən, inəyə baxan arvadlar da onlardan uzaq qaçar. Mən sizin dövrə belə ad verirəm:
―Təmizkar pinti!‖ Acıqlanma, Marius, icazə ver ürəyimi boĢaldım. Özün görürsən ki, xalq
haqqında bircə kəlmə də pis söz demədim, əslində, bu xalqdan mən boğaza yığmıĢam; icazə ver
burjuaziyanı Ģapalaqlayım. Mən özüm də o cinsdənəm. Kimdən xoĢum gəlirsə, onu döyürəm.
Lap açıq deyək: indi evlənirlərsə də, evlənməyi bacarmırlar. Ah, doğrudan da, mən o xoĢ, o
köhnə adət-ənənənin həsrətini çəkirəm! Hamısının həsrətini çəkirəm. Ah, hanı o əvvəlki incəlik,
o mərdlik, cəngavərlik, hamı üçün olan o xoĢ rəftar, o ədəb, o nəzakət, könülə fərəh verən o
zinət, o dəbdəbə, hər toyda mütləq çalınan musiqi: kübar toyunda orkestr, xalq toyunda təbil
gurultuları, süfrə baĢındakı gülər üzlər, incə madriqallar, nəğmələr, əyləncəli atəĢlər təmiz
ürəkdən gələn gülüĢlər, hay-küy, nizamsızlıq, lentdən düzəlmiĢ böyük bantlar – hanı? Mən təzə
ərə gedən qızın corab bağısının həsrətini çəkirəm. Təzə ərə gedən qızın corabbağısı Zöhrə ulduzu
qurĢağının əmisi qızıdır. Troya müharibəsi nədən baĢlandı? Yelenanın corabbağısından, bu,
qətidir! Nə üçün vuruĢma gedir? Nə üçün Allah bərabərində olan Diomed Merioneyin baĢında on
sivrili, iri, mis dəbilqəni parçalayır, nə üçün Axill ilə Hektor sarsıdıcı nizə zərbələri ilə bir-birini
qarĢılayır? Ona görə ki, Yelena öz corabbağısını Parisə vermiĢdi. Homer Kozettanın
corabbağısından böyük bir ―Ġliada‖ yaradırdı. O, öz poemasında mənim kimi bir boĢboğazı
tərənnüm edərdi, ona Nester deyərdi. Dostlar, keçmiĢdə, o gözəl keçmiĢdə adamlar evlənməyin
yolunu bilərdi: əvvəl qayda-qanunla müqavilə bağlardılar, sonra da yerə-göyə sığmayan toy
büsatı qurardılar. Küjas gedən kimi səhnəyə Kamaço çıxardı. Bilirsiniz nə həngamə olardı! Mədə
yaxĢı heyvandır, o da öz istədiyini tələb edir, o da toyda kef çəkmək istəyir. YaxĢıca kef elərdik,
yeyib-içərdik, süfrə qırağında hərənin qəĢəngcə bir qonĢusu olardı, Ģemizetsiz filansız, sinəsi də
lap azca örtülmüĢ olardı! Ah, necə bərkdən gülərdik, ah, keçmiĢdə necə kef çəkərdik! Cavanlar
deyərdin ki, bir dəstə güldür; gənclər özünə yasəmən budağı ilə, ya bir dəstə qızılgüllə zinət
verərdi; onlar qoçaq döyüĢçü olsalar da, özlərini çoban kimi göstərərdilər; tutaq ki, birisi draqun
zabitidir, – o bir kələklə özünə Floriana adı verərdi. Hamı qəĢəng olmaq istərdi. Parlaq
parçalardan naxıĢlı paltar geyərdilər. Burjua gülə, markiz qiymətli daĢa oxĢardı. Onda nə
üzəngili Ģalvar, nə də uzunboğaz çəkmə geyərdilər. Cavan oğlanlar Ģıq, qəĢəng, gözəl, cazibədar,
zərif geyinərdilər, öz geyimlərilə baĢqalarının xoĢuna gəlməyə çalıĢardılar, baxanda adamın gözü
qamaĢırdı, lakin bu onlara qılınc taxmaqda mane olmazdı. Deyərdin ki, caynaqlı, dimdikli
xaliscə milçək quĢudurlar. O dövr ―Nəzakətli Hindistan‖ dövrü idi. Bizim dövrün
xüsusiyyətlərindən biri incəlik, biri də ehtiĢam idi. Heç bilirsiniz necə əylənərdik, – qiyamətdi,
qiyamət! Amma indi siz hədsiz dərəcədə təkəbbürlüsünüz. Burjua xəsisdir, burjua özünü naza
qoyur. Belə də bədbəxt əsr olar! Ġndi Gözəllik ilahəsinin özünü çox döĢü açıq paltar geydiyi üçün
qovardılar. Heyhat! Ġndi gözəlliyi bir eybəcərlik kimi gizlədirlər. Ġnqilabdan sonra hamı, hətta
rəqqasələr də pantalon geyirlər; hər yetən küçə rəqqasəsi özünü dəymədüĢər göstərir; sizin
rəqsləriniz moizə kimi adamı darıxdırır. Siz əzəmətli olmaq istəyirsiniz. Sizin çənəniz qalstuk
içində batmasa, yaman dilxor olursunuz. Hələ ağzından süd iyi gələn iyirmi yaĢlı hər oğlan
evlənəndə arzu edir ki, cənab Ruaye Kollara oxĢasın. Belə bir əzəmət bilirsinizmi sizi hara
aparıb çıxarır? Heçlik dərəcəsinə! Yadınızda saxlayın: sevinc yalnız sevinc deyil, o həm də
böyük bir hissdir. Bir-birinizə aĢiq olmusunuz, onda nə durmusunuz, Ģadlıq edin! Ax, sizə nə
deyim! Adam evlənəndə hay-küylə, cah-cəlalla, xoĢbəxtlikdən məst olaraq, dəlicəsinə
evlənməlidir! Kilsədə ciddi olun – mən buna razıyam. Elə ki dini ayin qurtardı, qoy hər Ģey
cəhənnəmə olsun! Təzə evlənənləri sehrli qasırğa içində fırlandırmaq lazımdır. Toy ecazkar və
Ģahanə olmalıdır. Toy mərasimi qoy Reym kilsəsindən ġantlu məbədinə kimi uzansın. Adi
toylardan mənim zəhləm gedir. And olsun iblisə, bircə günlüyə də Olimpə qalxın! Allahlar kimi
olun. Ah, siz Oyunun və GülüĢün pərisi, dühası, arkiraspidləri ola bilərdiniz, amma siz ancaq
burnu fırtıqlı uĢaqsınız. Dostlar, hər bir təzə evlənən adam Ģahzadə Aldobrandini olmalıdır. Qu
quĢları ilə, qartallarla göyün yeddinci qatına uçmaq üçün həyatda bircə dəfə ələ düĢən bu
dəqiqədən istifadə edin, hərçənd siz onun səhərisi Ģappıltı ilə meĢĢanlığını qurbağalı bataqlığına
düĢəcəksiniz. Himeney bayramında xəsislik eləməyin, onun gözəl qanadlarını kəsməyin, bu
Ģərafətli gündə xırdaçılıq eləməyin, Toy xərci təsərrüfat xərci deyil. Ah, bunu mən öz zövqümlə
düzəldə bilsəydim, nə gözəl olardı!.. Ağaclar arasında skripkalar səslənərdi. Mavi və gümüĢ –
bax, mənim məramnaməm budur! Mən kənd allahlarını çağırardım, meĢə pərilərini, dəniz
pərilərini səslərdim. Amfitrita toyu düzəldərdim, ətrafa çəhrayı Ģəfəq saçılardı, burada saçları
qəĢəng daranmıĢ tamam çılpaq pərilər, dəniz ilahəsinə Ģeir təqdim edən alim akademik, ikiçarxlı
arabaya qoĢulmuĢ dəniz əjdahası iĢtirak edərdi.
Balıqqulağı üstə Triton trombon çaldı.
Hamının ürəyinə sevgi toxumu saldı.
ġənlik məramnaməsi belə olar! Məramnamə belə olar, ya mən heç bir Ģey anlamıram, elə
buradaca yer ayrılsın, yerə girim!
Qoca aĢıb-daĢan lirik ilhamına uyaraq, öz-özünə məftunluqla qulaq asırdı, lakin Kozetta ilə
Marius xoĢbəxtlikdən məst olmuĢdular, bir-birinə baxıb fərəhlənirdilər, heç kəs onlara mane
olmurdu.
Madmuazel Jilnorman halını pozmadan ətrafındakı hadisələri seyr edirdi. Son beĢ-altı ay
içərisində o xeyli həyəcan keçirmiĢdi. Marius qayıdıb gəldi, Mariusu qana bulaĢmıĢ halda
gətirdilər, Mariusu barrikadadan gətirdilər. Marius öldü, yox, ölmədi, Marius babası ilə barıĢdı,
Marius milyoner qızla evlənir! Altı yüz min frank lap onun axırına çıxdı. Bu hadisədən sonra o
yenə süst və laqeyd oldu, – ilk dualanma ayini vaxtı da o belə olmuĢdu. O vaxtlı-vaxtında
ibadətə gedirdi, təsbeh çevirirdi. Ave1 duasını astadan oxuyurdu; o, evin bucağında Ave duasını
pıçıldarkən, o biri bucağında J love you2 sözlərini pıçıldayırdılar; Mariusla Kozetta ona tutqun
kölgə kimi görünürdü. Əslində kölgə o özü idi.
Fəaliyyət göstərməyən zahidliyin xüsusi bir növü var: bu zaman adam, sanki, donmuĢ və
qurumuĢ vəziyyətdə olur, həyat fəaliyyəti deyilən hər Ģeyə biganə olur, zəlzələdən və baĢqa
fəlakətlərdən ayrı heç bir Ģey, heç bir fərəhli, ya kədərli hadisə ona təsir etmir. Jilnorman öz
qızına dönə-dönə deyirdi. ―Belə möminlik zökəm kimi Ģeydir. Bu zaman adam həyatın qoxusunu
duymur: nə üfunətini, nə ətrini‖.
Lakin altı yüz min frank qarımıĢ qızın çoxdan bəri davam edən tərəddüdünə son qoydu. Atası
onunla hesablaĢmağa çox az adət etmiĢdi, buna görə də Mariusun Kozetta ilə evlənməsinə razılıq
verəndə qızı ilə heç məsləhətləĢmədi. Ġndi o, adəti üzrə, coĢqun bir həyəcan keçirirdi; o zalım idi,
qul oldu; onun ancaq bir məqsədi vardı, o da Mariusu razı salmaqdı. Mariusun xalası vardı, onun
da öz rəyi ola bilərdi, – bu heç qocanın yadına da düĢmürdü. Mariusun xalası qoyun kimi müti
olsa da, bundan incimiĢdi. Üzdən o özünü laqeyd göstərirdi lakin ürəyi qəzəblə dolu idi; o öz-
özünə deyərdi: ―Atam evlənmək məsələsini mənsiz həll edir; qoy eləsin; mən də miras
məsələsini onsuz həll edərəm‖. Doğrudan da, o, varlı idi, amma atası varlı deyildi. O öz qərarını
ürəyində saxladı, heç kəsə heç nə söyləmədi. Çox ola bilsin ki, Mariusla Kozetta kasıb olsaydı, o
öz qərarını yerinə yetirəcəkdi. Mənim əziz bacıoğlum iltifat buyurub dilənçi qızla evlənir; qoy
evlənsin, öz iĢini korlayacaq! Qoy dilənçi olub qalsın. Lakin Kozettaya çatan yarım milyon onun
xoĢuna gəldi, seviĢənlər haqqında öz fikrini dəyiĢdi. Altı yüz min frank, heç Ģübhəsiz, Ģübhəsiz,
hörmətə layiqdir; indi bir Ģey ona aydın oldu: o, öz dövlətini bu cavanlar üçün qoyub getməyə
bilməz, məhz ona görə ki, onların buna ehtiyacı yoxdur.
Belə qərara alındı ki, təzə evlənən cavanlar qocanın evində yaĢasınlar. Cənab Jilnorman yataq
otağını mütləq onlara vermək istəyirdi, – evdə ən yaxĢı otaq bu idi. O deyirdi ki: ―Mən bundan
cavanlaĢacağam. Bu, mənim çoxdankı fikrimdir. Mən həmiĢə arzu edirdim ki, toy mənim
otağımda olsun‖. O, yataq otağını bir çox qədim zərif Ģeylərlə bəzədi. Buyuruq verdi ki, tavana
naxıĢ çəksinlər, divarları çoxdan bəri saxladığı və utrext adlandırdığı parçaya tutsunlar; bu zərli
atlaz parçanın üstünə mərmərdən novruzgülü vardı. O deyirdi ki: ―Həmin parçadan LaroĢ-Hiyon
sarayında Anvil hersoginyasının çarpayısına pərdə çəkilmiĢdir‖. Buxarının üstünə balaca heykəl
qoydu: bu, mufta ilə öz çılpaqlığını örtən qadın heykəli idi.
Cənab Jilnormanın kitabxanası oldu qəbul otağı: bu, Mariusa lazımdı: bir Ģey bizim
yadımızdadır: vəkillər silkinə daxil olmaq üçün qəbul otağı tələb olunurdu.
YEDDĠNCĠ FƏSĠL.
Qorxunc yuxularla xoĢbəxt günlər
bir-birini təqib edir.
SeviĢənlər hər gün görüĢürdülər. Kozettanı cənab FoĢlevan gətirirdi. Jilnormanın qarımıĢ qızı
donquldanırdı: Harada görünüb ki, adaxlanmıĢ qız öz adaxlısının evinə gəlsin; özü istəsin ki,
oğlan ona nəvaziĢ göstərsin? Bu adət Mariusun yavaĢ-yavaĢ sağalması ilə meydana gəlmiĢdi və
ona görə möhkəmlənmiĢdi ki, üz-üzə oturub söhbət eləmək üçün Ehtiraslar küçəsindəki kreslo
Silahlı adam küçəsindəki həsir stuldan daha əlveriĢli idi. Mariusla FoĢlevan bir-birini görürdü,
ancaq bir-birilə danıĢmırdı. Sanki, onlar öz aralarında belə ĢərtləĢmiĢdilər. Hər qızı bir adam
ötürməlidir, buna qızın ehtiyacı var. Kozetta cənab FoĢlevansız gələ bilmirdi. Mariusun Kozetta
ilə görüĢməsi üçün cənab FoĢlevanın orada olması zəruri bir Ģərt idi. Buna o, etiraz etmirdi.
Onlar bütün insanların həyatını yaxĢılaĢdırmaq haqqında danıĢarkən və bu zaman siyasi
məsələlərə səthi və ümumi Ģəkildə toxunarkən, adətən söylədikləri ―bəli‖ və ―xeyr‖dən baĢqa bir
neçə söz də əlavə edirdilər. Xalq maarifi haqqında Mariusun fikri belə idi: o deyirdi ki, oxumaq
pulsuz və məcburi olmalı, geniĢ yayılmalıdır, bu, hamıya hava kimi, gün kimi lazımdır, bütün
xalq bundan istifadə etməlidir. Bu gün onlar bu barədə az da olsa danıĢdılar, fikirləri bir-birilə
düz gəldi. Marius gördü ki, cənab FoĢlevan öz fikrini həm yaxĢı, həm də bir az yüksək üslubla
ifadə edir. Ancaq onun danıĢığında nə isə çatıĢmır. Cənab FoĢlevan nədə isə kübar cəmiyyəti
adamından aĢağıda, nədə isə yuxarıda dururdu.
Marius qəlbində cənab FoĢlevana çoxlu sualla müraciət edirdi; cənab FoĢlevan ona çox
xeyirxahlıq etsə də, laqeyd olmuĢdu. Bəzən öz xatirələrindən də Ģübhələnirdi. Onun hafizəsində
bir pozğunluq, qara bir ləkə, dörd ay davam edən böhranlı vəziyyət nəticəsində dərin bir uçurum
əmələ gəlmiĢdi. Bir çox Ģeylər bu uçurumda həmiĢəlik məhv olmuĢdu. ĠĢ o yerə gəlib çatmıĢdı
ki, o öz-özündən soruĢurdu: ―Doğrudanmı, mən cənab FoĢlevanı, belə ciddi, belə sakit bir adamı
barrikadada görmüĢəm?‖
KeçmiĢin görünüb yox olan xəyallarından onun hafizəsində əmələ gələn müəmma ancaq bu
deyildi. O, xoĢbəxtlik və xoĢ güzəran içərisində də bizi kədərlə geriyə baxmağa vadar edən
xəyallardan canını qurtara bilməmiĢdi. KeçmiĢin gözdən itən üfüqlərinə ömründə heç nəzər
salmayan adamlar nə düĢünməyə, nə də sevməyə qabildirlər. Marius arabir əllərilə üzünü örtür,
keçmiĢ günlərin təĢviĢ və həyəcan dolu qarıĢıq xəyalları onun beynini bürüyən tutqun duman
içərisindən keçib gedirdi. O yenə də Mabefin öldüyünü görür, QavroĢun yağıĢ kimi yağan top
saçması altında nəğmə oxuduğunu eĢidirdi. Eponinanın alnındakı ölüm soyuğunu öz
dodaqlarında hiss edirdi. Anjolras, Kurfeyrak, Jan Pruver, Kombefer, Bossüe, Qranter, onun
bütün dostları gözü qarĢısında canlanırdı, – sanki, onlar ölməmiĢdilər, – sonra yenə də yox
olurdular.
Qəlbi riqqətə gətirən, faciəli günlər görən, əzab çəkən, onun üçün əziz olan bu mərd insanlar,
bəlkə də, heç yox idilər. Onlar bir yuxu idi? Ya, bəlkə, doğrudan da, mövcuddurlar? KeçmiĢi
qiyam tüstüsü bürümüĢdü. DəhĢətli sarsıntılar dəhĢətli yuxular doğurur. O öz-özünə sual verirdi,
öz-özünü yoxlayırdı; bu insanların həmiĢəlik məhv olması fikri onun baĢını gicəlləndirirdi. Ġndi
onlar haradadır? Doğrudanmı, onlar ölmüĢlər? Uçqun onların hamısını öz ardınca zülmətə
aparmıĢ, təkcə o qalmıĢdı. Hər Ģey, sanki, teatr pərdəsi ardında yox olmuĢdu. Bəzən həyat
üzərində belə pərdələr enir, Allah tamaĢanın o biri hissəsinə keçir.
Marius özü də əvvəlki Marius idimi? O, kasıb idi, indi dövlətli olmuĢdu, o tək idi, indi ailəli
olmuĢdu, o hər Ģeydən ümidini kəsmiĢdi, indi Kozetta ilə evlənirdi. Ona elə gəlirdi ki, qəbirdən
keçib gəlmiĢdir: oraya məhkum kimi enmiĢ, oradan bəraət qazanmıĢ halda çıxmıĢdır. O biriləri
çıxmamıĢ, qəbrin içində qalmıĢdır. Bəzən keçmiĢin bütün bu kölgələri qayıdaraq canlanır, onu
hər tərəfdən bürüyürdü, onun qəlbini kədərləndirirdi; onda Kozettanı düĢünür, yenə də
sakitləĢirdi; yalnız bu böyük xoĢbəxtlik fəlakətin izlərini silə bilirdi.
Cənab FoĢlevan bu məhv olan insanlar içərisində müəyyən bir yer tuturdu. Marius inana bilmirdi
ki, barrikadada olan FoĢlevan indi Kozettanın yanında sakitcə oturan FoĢlevandır. Onlar eyni
qandan, eyni candan olan bir adamdır. Barrikadadakı FoĢlevan, yəqin, böhranlı dəqiqələrdə onu
qara basarkən gözünə görünən qorxunc surətlərdən biri idi. Bir də ki, onların hər ikisi öz təbiəti
etibarilə adamayovuĢmazdı; buna görə də Marius cənab FoĢlevandan bu barədə bir Ģey
soruĢmağı heç fikrinə də gətirmirdi. Bu, onun heç ağlına da gəlmirdi. Onun xasiyyətində belə bir
cəhət olduğunu biz əvvəllər qeyd etmiĢdik.
Ümumi bir sirr ilə bağlı olan iki adam, danıĢmadan razılığa gəlmiĢ kimi, bu barədə bircə kəlmə
də danıĢmırdı, – bu, heç də bəzilərinin düĢündüyü kimi, nadir təsadüf edilən Ģey deyildi.
Ancaq Marius bir gün məsələni aydınlaĢdırmaq üçün təĢəbbüs göstərdi. Söhbəti ġanvreri
küçəsinə gətirib çıxartdı və cənab FoĢlevana sarı dönərək soruĢdu:
– Siz ki, bu küçəni yaxĢı tanıyırsınız?
– Hansı küçəni?
– ġanvreri küçəsini.
FoĢlevan çox təbii bir ifadə ilə dedi:
– Belə bir küçə adı heç xəyalıma da gəlmir.
FoĢlevanın cavabı, əslində, küçənin özünə deyil, küçənin adına aiddi, – bu cavab Mariusa daha
inandırıcı göründü.
DüĢünərək öz-özünə dedi: ―Lap yəqin ki, bu, mənim gözümə görünübmüĢ. Məni qara basıbmıĢ.
Kimsə cənab FoĢlevana oxĢayırmıĢ. Cənab FoĢlevan orada yox imiĢ‖.
SƏKKĠZĠNCĠ FƏSĠL.
Tapılmayan iki adam.
Sevgi ovsunu nə qədər güclü olsa da, Mariusun fikrindən bütün qayğıları silə bilmədi.
Nə qədər ki, toya hazırlıq gedirdi, o həm toy gününü gözləyirdi, həm də keçmiĢə aid olan çətin
bir məsələyə çox ciddiyyətlə giriĢmiĢdi.
O, hər Ģeydən əvvəl, atasına, sonra da özünə minnətdardı.
Haradasa Tenardye deyilən bir adam vardı, haradasa. Mariusu cənab Jilnormanın evinə gətirən
naməlum bir Ģəxs vardı.
Marius, hər necə olsa, bu iki adamı tapmalı idi. O, xoĢbəxt yaĢayarkən bu iki adamı unutmağı
heç xəyalına da gətirmirdi, həm də qorxurdu ki, qarĢılığı verilməyən bu yaxĢılıq onun gözəl
həyatına kölgə sala bilər. Çoxdankı borclarını verməyi o daha gecikdirə bilməzdi, o, Ģən bir
gələcəyə qədəm qoymazdan əvvəl keçmiĢlə haqq-hesabı çürütməli idi.
Qoy Tenardye alçaq bir adam olsun, bu, onun polkovnik Ponmersini xilas etməsini zərrə qədər
gözdən salmırdı. Tenardye bütün dünyanın nəzərində quldur ola bilərdi, lakin Mariusun
nəzərində quldur deyildi.
Marius Vaterloo ətrafındakı vuruĢmada, həqiqətən, nələr olduğunu bilmədiyi kimi, Tenardye ilə
atası arasında nə kimi əlaqə olduğunu bilmirdi; lakin onun atası ölümdən xilas edildiyi üçün, bu
talançıya öz həyatına görə borclu idi, baĢqa bir Ģey üçün minnətdar deyildi.
Marius Tenardyenin ardınca çox adam salsa da, onu tapa bilməmiĢdi. Bir cəhətdən adama elə
gəlirdi ki, bu sahədə daha heç bir Ģey etmək olmaz. Tenardyenin arvadı həbsxanada istintaq
zamanı ölmüĢdü. Bu bədbəxt ailədən qalan Tenardye ilə qızı Azelma yenə də itib batmıĢdı.
Ġctimai məchuliyyətin girdabı bu adamları səssizcə öz içərisinə almıĢdı. Girdabın üzərində nə bir
dalğa, nə xırdaca bir ləpə, nə tutqun bir dairə əmələ gəlmiĢdi: bunlar heç olmasa, oraya bir Ģey
düĢdüyünü göstərər, oraya lot salmaq mümkün olardı.
Tenardyenin arvadı ölmüĢdü, Kəllə bəraət qazanmıĢdı, GecəquĢu yox olmuĢdu, əsas müttəhimlər
həbsxanadan qaçmıĢdı. Qorbo daxması ilə əlaqədar olaraq baĢlanan böyük məhkəmə iĢi çox az
nəticə vermiĢdi. ĠĢin üstü lazımınca açılmamıĢdı. Məhkəmə ikinci dərəcəli iki hökmlə
kifayətlənməyə məcbur olmuĢdu: onlardan biri – qarmaq ya Bahari, ya da HəĢərat, biri də
Yarım-Liard, ya da Ġki-Milyard haqqında idi; Qarmaqla Ġki-Milyarda on il katorqa cəzası
kəsmiĢdilər. Onların qaçıb gizlənən yoldaĢları, qiyabi olaraq, ömürlük katorqa cəzasına məhkum
edilmiĢdilər. ĠĢi təĢkil edən və iĢə baĢçılıq edən Tenardye haqqında, yenə də qiyabi olaraq, ölüm
hökmü verilmiĢdi. Tenardyedən qalan yeganə Ģey ancaq bu hökm idi; hökm, tabut yanında yanan
Ģam kimi, yoxa çıxan Tenardyenin üzərinə məĢum iĢıq salırdı.
Lakin hökm Tenardyeni, ələ keçirmək qorxusu qarĢısında, daha artıq geri çəkilməyə, gözdən
uzaq olmağa məcbur etdi, onu bürüyən zülməti daha da kəsifləĢdirdi.
Mariusu xilas edən ikinci naməlum adam haqqındakı axtarıĢlar əvvəl bəzi nəticələr verdi, lakin
sonra heç bir Ģey əldə etmək mümkün olmadı. Ġyunun 6-da axĢam Mariusu Ehtiraslar küçəsinə
gətirən fiakrı tapdılar. Sürücü belə bir məlumat verdi: mən iyunun 6-da polis agentinin əmri ilə,
gündüz saat üçdən hava qaralana kimi Yelisey çölünün sahil küçəsində, BaĢ kanala girilən
yerdən bir qədər kənarda dayanıb durdum, saat doqquz radələrində kloakanın çaya çıxan dəmir
barmaqlığı açıldı; oradan bir adam çıxdı, onun çiynində baĢqa bir adam vardı, özü də, yəqin ki,
ölmüĢdü; burada pusquda duran polis nəfəri diri adamı həbs etdi, ölünü tutdu; mən də agentin
əmri ilə ―bütün bu camaatı‖ fiakra yüklədim; onlar əvvəl Ehtiraslar küçəsinə getdilər, orada
ölünü fiakrdan düĢürtdülər, bu ölü cənab Marius idi; mən onu lap yaxĢı tanıdım, hərçəndi indi
ağa, söz yox ki, sağdır, sonra o birilər yenə də karetaya mindilər, mən də yola düĢdüm. Arxiv
qapılarına çatmağa azca qalmıĢ əmr olundu, fiakrı saxladım; orada, lap elə küçənin ortasında
mənim pulumu verib getdilər, polis agenti o biri adamı özü ilə apardı; mən bundan baĢqa heç nə
bilmirəm, bir də ki, o gecə çox qaranlıq gecə idi.
Mariusun yadına heç bir Ģey gəlmirdi, – biz bunu yuxarıda da demiĢik. Onun fikrində bircə Ģey
qalmıĢdı: barrikadada arxası üstə düĢəndə qüvvətli bir əl onu daldan tutmuĢdu; bundan sonra
onun Ģüurunda hər Ģey sönmüĢdü. Ancaq cənab Jilnormanın evində huĢu özünə gəlmiĢdi.
O, nə qədər fikirləĢsə də, məsələni aydınlaĢdıra bilmirdi.
O, özünün eyni adam olduğuna Ģübhə edə bilməzdi.
Bəs axı necə oldu ki, O, ġanvreri küçəsində huĢunu itirərək yerə yıxıldığı halda, polis iĢçisi onu
Sena sahilində, Əlillər körpüsü yanında tapdı? Görünür, kim isə onu Mərkəzi bazar
məhəlləsindən Yelisey çölünə aparmıĢdı. Hansı yol ilə? Çirkab kanalı ilə. Bu ki eĢidilməmiĢ bir
fədailik idi!
Bu necə olmuĢdu? O adam kimdi?
O, Mariusun axtardığı adamdı.
Bu adamdan, onun xilaskarından heç bir iz, əsər-əlamət qalmamıĢdı.
Marius bu məsələdə çox ehtiyatla hərəkət etməli olsa da, öz axtarıĢlarında gedib polis
prefekturasına qədər çıxmıĢdı. Lakin orada da məsələni aydınlaĢdıra bilmədi. Prefekturanın əldə
etdiyi məlumat sürücünün bildiyindən də az idi. Ġyunun 6-da BaĢ kanalın dəmir barmaqlığı
qabağında kim tutulmuĢdu, – bu barədə heç bir xəbər yox idi, heç bir polis iĢçisi məlumat
verməmiĢdi; profekturada bunu əfsanə hesab etmək meylində idilər. Sürücü araq pulu almaq
üçün hər Ģey edər, hətta ağlına gələni uydura bilərdi. Əslində, hadisə baĢ vermiĢdi, bunu inkar
etmək olmazdı, təkrar edirik, Marius buna Ģübhə edə bilməzdi, onda gərək özünün eyni adam
olduğuna Ģübhə edə idi.
Bu qəribə müəmmanı, sanki, aydınlaĢdırmaq mümkün deyildi.
Sürücünün dediyinə görə, bir adam Böyük kanalın barmaqlığını açmıĢ, oradan öz dalında nəfəsi
kəsilmiĢ baĢqa bir adam çıxarmıĢdı, onu güdən polis nəfəri də, qiyamçını xilas edən bu adamı
cinayət iĢlədiyi yerdə tutmuĢdu; xilas edilən adam da, heç demə, Marius imiĢ; bəs axı o
naməlum, o məchul adam necə oldu? Polis nəfərinin baĢına nə gəldi? O, niyə susurdu? Bəlkə o,
naməlum adam qaçmıĢdı? Ya polis nəfərini pul ilə ələ almıĢdı? Niyə o naməlum adam özü
haqqında Mariusa heç bir məlumat vermirdi, – axı Marius həyatı üçün ona minnətdardı. O
adamın təmənnasızlığı öz canından keçməsi kimi təəccüblü görünürdü. O, niyə gəlmirdi? Bəlkə
də, onun mükafata ehtiyacı yox idi, lakin minnətdarlığı kim qəbul etməz? Bəlkə, o ölüb? O, necə
adammıĢ? Sir-sifətdən necə imiĢ? Bunu heç kəs düzgün deyə bilmirdi. Sürücü deyir ki, ―qaranlıq
gecə idi, heç bir Ģey görmək olmurdu‖. Qorxuya düĢmüĢ Bask ilə Nikoletta isə ancaq öz
ağalarına, qana bulaĢmıĢ Mariusa baxırmıĢlar, baĢqa Ģeyə fikir verməmiĢlər. Marius belə facianə
halda gətiriləndə təkcə qapıçı öz fənəri ilə iĢıq salaraq, o adamı görmüĢdü; o da ancaq bunu
deyirdi: ―Adam ona baxanda qorxurdu‖.
Marius tapĢırmıĢdı ki, evə gətiriləndə onun əynində olan qanlı paltarını saxlasınlar: o adamın
tapılmasında, bəlkə, bu paltarın köməyi oldu. Sürtuka baxanda kim isə onun ətəyinin qəribə bir
Ģəkildə cırıldığını gördü. Sürtukun ətəyinin bir parçası çatmırdı.
Bir gün axĢam Marius Kozetta ilə Jan Valjanın yanında bu qəribə hadisədən və bir çox baĢqa
axtarıĢlarından, bu axtarıĢların heç bir nəticə verməməsindən danıĢırdı. ―Cənab FoĢlevan‖ın daĢ
kimi hərəkətsiz üzü onun səbrini tükəndirdi. Marius kədər və həyəcanla danıĢmağa baĢladı: onun
kədərində gizli bir hiddət duyulurdu:
– Bəli, o, kim olsa da, çox nəcib adamdır! Bilirsiniz, cənab, o nə etmiĢdir? O, göydən enən mələk
kimi, mənim köməyimə gəlmiĢdir. O, özünü vuruĢmanın lap qızğın yerinə yatmıĢ, məni götürüb
aparmıĢ, çirkab kanalına girilən yeri açmıĢ, oraya girmiĢ, məni dalına alıb aparmıĢ! Cənab, o, bir
meyiti dalına alaraq, dəhĢətli yeraltı koridorlarla, zülmət içində, kloakanın lehməsi içində əyilə-
əyilə bir lyö yarımdan artıq yol getmiĢdir! Bunu o nə məqsədlə etmiĢdir? Ancaq bir məqsədlə:
ölünü xilas etsin! Ölü də mən olmuĢam. O, öz-özünə belə demiĢdir: ―Bu meyitdə, bəlkə, hələ
həyat qığılcımı var: bu sönük qığılcım üçün mən öz həyatımı təhlükəyə atıram‖. O, öz həyatını
bir dəfə deyil, iyirmi dəfə təhlükəyə atmıĢdır! O, hər addımda məhv ola bilərdi. Buna da sübut
odur ki, kloakadan çıxanda onu həbs etmiĢlər. Bilirsinizmi, hörmətli cənab, bunun hamısını,
doğrudan da, o etmiĢdir! Özü də heç bir mükafat gözləmədən etmiĢdir! Mən kim idim? Qiyamçı.
Mən kim idim? Məğlub olmuĢ bir adam. Ah, Kozettanın altı yüz min frankı mənim olsaydı...
Jan Valjan onun sözünü kəsdi:
– O sizindir.
Marius sözünə davam etdi:
– Onda mən o adamı tapmaq üçün bu pulun hamısını verərdim!
Jan Valjan bircə kəlmə də söz demədi.
YUXUSUZ GECƏ.
BĠRĠNCĠ FƏSĠL.
16 fevral 1833-cü il.
1833-cü ilin 16 fevral gecəsi müqəddəs bir gecə idi. Onun zülməti üstündə cənnət səması iĢıq
saçırdı. Bu gecə – Mariusla Kozettanın evləndiyi gecə idi.
Gün çox gözəl keçdi.
Bu, nə Jilnorman babanın arzu etdiyi təntənəli bayram, nə evlənənlərin baĢı üstündə bir-birinin
ardınca uçan baĢ mələklə eĢq allahının sehrli tamaĢası, nə də qapı üstündə nəqĢ olunmağa layiq
toy ziyafəti idi; bu, hər halda, fərəhli və füsunkar bir gün idi.
1833-cü ilin toy adətləri indikindən fərqlənirdi. O zaman hələ oğlan kəbin kəsiləndən sonra
kilsədən çıxan kimi öz arvadını götürüb qaçmırdı, öz xoĢbəxtliyindən utanırmıĢ kimi baĢqa bir
yerdə gizlənmirdi, müflis olmuĢ gizlənən adamın kələyini ―Nəğmələr nəğməsi‖ məftunluğu ilə
birləĢdirmirdi; fransızlar hələ belə bir incə, son dərəcə incə dəbi Ġngiltərədən götürməmiĢdilər.
Bizim zəmanəmizdə, nədənsə, adamın öz xoĢbəxtliyini poçt karetasında kələ-kötür yollarda
silkələməsini, kilsə ayininin qamçı Ģaqqıltısı ilə kəsməsini, evlənənlər üçün mehmanxanada
çarpayı tutulmasını, hər gecəsi filan qiymətə kirayə edilən bu bayrağı yataqda – insan həyatında
baĢ verən ən müqəddəs bir xatirəni – mehmanxana qulluqçusu ilə dilicans sürücüsünün eĢqbazlıq
xatirəsi ilə bərabər qoyub getməyi ismətli, ləyaqətli bir Ģey hesab edirlər.
Bizim yaĢadığımız on doqquzuncu əsrin ikinci yarısında daha Ģərəfli bələdiyyə rəisi, yepitraxilli
keĢiĢ, qanun və Allah kifayət deyil; biz bura gərək Lonjümo sürücüsünü də əlavə edək, elə
sürücü ki, onun qırmızı yaxalıqlı göy kurtkası, kurtkasından zınqırovabənzər düymələri, qolunun
ağzında nömrəli dəmir lövhəsi, yaĢıl meĢindən Ģalvarı, saxta zər baftası iĢıldayan Ģlyapası, tozlu,
qarıĢıq saç-birçəyi, iri qamçısı və botfortu olsun, gərək quyruğu düyünlənmiĢ Normandiya
atlarının üstünə çığırsın. Fransa hələ elə bir nəzakət dərəcəsinə çatmamıĢdır ki, ingilis
aristokratları kimi, Çörçillin sonralar hersoq Malboronun xatirəsini yad edərək, yeni evlənənlərin
karetasına köhnə, yırtıq ayaqqabılarını dolu kimi yağdırsınlar; Malbrukda evlənərkən acıqlanmıĢ
bibisinin hücumuna məruz qalmıĢdı, guya, bu hücum da ona xoĢbəxtlik gətirmiĢdi. Yırtıq
ayaqqabılar hələ bizdə toy Ģənliyi üçün mütləq lazım olan Ģərtlərdən deyil: səbir edin, kübar
cəmiyyətinin adətləri get-gedə yayılır, biz də yaxın vaxtda buna gəlib çatacağıq.
Yüz il bundan əvvəlki kimi, 1833-cü ildə də dördnala çapa-çapa nikahlanmaq dəbdə deyildi.
Çox qəribədir: o zaman adamlar elə zənn edirdilər ki, nikahlanmaq mərasimi həm ailə, həm də
ictimai bayramdır, köhnə dəb ilə düzəlmiĢ qonaqlıq heç də toy məclisini xarab eləmir, səmimi
Ģənlik, lap hədsiz dərəcədə də olsa, xoĢbəxtliyə ziyan gətirmir, iki insan taleyinin birləĢərək yeni
ailə qurması və toyun evdə olması, evlənənlərin həyatına bundan sonra yataq otağından baĢqa
ayrı heç kəsin bələd olmaması rəğbətli bir iĢdir.
Sözün qısası, adamlar utanmayıb evdəcə evlənirlər.
Bəli, bu köhnə adət üzrə də toyu cənab Jilnormanın evində elədilər.
Evlənmək nə qədər təbii və adi bir hadisə olsa da, evlənənlərin adını kilsədə elan etmək,
nikahlanmaq, kəbin kəsmək mərasimi, bələdiyyə idarəsi və kilsə ilə əlaqədar olan bir çox
məsələlər meydana çıxır. Bunları ancaq fevralın 16-na kimi yoluna qoymaq mümkün oldu.
Lakin elə oldu ki, ayın 16-sı pəhriz bayramının son gününə düĢdü, – bunu biz, ancaq məsələnin
dəqiqliyi üçün qeyd edirik. Bu vəziyyət bəzi Ģübhələrə və tərəddüdlərə səbəb oldu, xüsusilə
madmuazel Jilnorman çox Ģübhə və tərəddüd göstərirdi.
Qoca Jilnorman həyəcanla dedi:
– Toyun bu günə düĢməsi daha yaxĢı! Belə bir məsəl də var:
Çox uĢağın olar, sən.
Maslennitsada evlən.
Köhnə fikirlərə uymayaq. Ayın on altısına təyin edək! Marius, de görüm, sən gözləməyə
razısanmı?
Marius:
– Əlbəttə, yox, – dedi.
Qoca qət etdi:
– Deməli, məsələ bitdi.
Ayın 16-da küçə gəzintisi olsa da, toyu həmin günə qoydular. Ayın on altısında yağıĢ yağdı.
Lakin göyün həmiĢə tərtəmiz bir parçası görünə bilər ki, bu da aĢiqlərin xoĢbəxtliyi üçün
kifayətdir: baĢqaları çətir altında gizlənsə də, ancaq onlar göyün bu lacivərd parçasını görə bilər.
Ayın 15-də Jan Valjan, cənab Jilnormanın yanında, beĢ yüz səksən dörd min frankı Mariusa
verdi.
Kəbin kağızında əmlakın ümumiliyi nəzərdə tutulurdu, buna görə də baĢqa heç bir rəsmiyyət
tələb olunmadı.
Tusen o gündən daha Jan Valjana lazım deyildi; Kozetta Tuseni irsən qəbul edərək, ona otaq
qulluqçusu rütbəsini verdi.
Jan Valjana gəlincə, Jilnormanın evində onun üçün çox gözəl bir otaq ayrılmıĢdı. Kozetta ona
dedi: ―Ata, mən sizdən xahiĢ edirəm, gəlin burada yaĢayın. Bu sözləri o elə füsunkarlıqla söylədi
ki, Jan Valjan onun xahiĢini rədd edə bilmədi.
Toy gününə bir az qalmıĢ Jan Valjan iĢ görəndə sağ əlinin baĢ barmağını kəsmiĢdi. Bu, ciddi bir
Ģey deyildi. O, heç kəsə, hətta Kozettaya da icazə vermirdi ki, yarasına baxsın, onu açıb-
bağlasın. Bununla belə bütün əlini sarımıĢdı, həmiĢə də bağlı saxlayırdı, bu, ona qol çəkməyə də
mane olurdu. Cənab Jilnorman, ikinci qəyyum sifətilə, onun bu vəzifəsini yerinə yetirdi.
Biz oxucuları nə bələdiyyə idarəsinə, nə də kilsəyə aparacağıq. SeviĢənləri uzağa yola salmaq
indi dəbdə deyil; adətən yeni evlənənlərin gül dəstəsi səhnədə görünən kimi, sevgi dramasına
arxa çevirirlər. Biz bir hadisəni qeyd etməklə kifayətlənəcəyik; yeri gəlmiĢkən demək lazımdır
ki, bu hadisə Ehtiraslar küçəsindən Sen-Pol kilsəsinə gedərkən toy mərasimində baĢ vermiĢdi,
lakin mərasimdə iĢtirak edənlərdən heç biri bunu görməmiĢdi.
O günlərdə Sen-Lui küçəsinin Ģimal hissəsinə yenidən daĢ döĢəyirdilər; bu küçə Kral parkı
küçəsindən baĢlayaraq gediĢ-gəliĢ üçün bağlanmıĢdı. Buna görə toy karetaları Sen-Pol kilsəsinə
düz yolla gedə bilmədi. Yolu dəyiĢməli oldular. Dövrələmə getmək üçün ən yaxın yol
bulvardandı. Toya çağırılanlardan biri dedi ki, bayram ərəfəsi olduğu üçün orada, heç Ģübhəsiz,
çoxlu ekipaja rast gələcəklər. Cənab Jilnorman soruĢdu: ―Niyə?‖ – ―Maskalı adamlara görə‖. –
Qoca: ―Çox gözəl, – dedi, – bulvarla gedəcəyik! Bizim cavanlar evlənirlər, onlar həyatın ən ciddi
dövrünə qədəm qoyurlar. Qoy heç olmasa maskarada tamaĢa eləsinlər‖.
Bulvara getdilər. Birinci karetada Kozetta madmuazel Jilnormanla, cənab Jan Valjanla
oturmuĢdu. Marius, adətinə görə, o biri karetada tək gedirdi. Toy karetaları Ehtiraslar küçəsindən
dönərək, Madlen küçəsindən Bastiliyaya, Bastiliyadan Madlen küçəsinə uzanıb ucsuz-bucaqsız
ekipajlar sırasına qoĢuldu.
Bulvar maskarad paltarı geymiĢ adamlarla dolmuĢdu. Arabir yağıĢ çiləyirdi, lakin təlxəklər,
nədimlər, oyunbazlar sakit durmurdular. Bu qıĢ fəslində hamının kefi duru idi, Paris geyimini
dəyiĢmiĢ, Venetsiya paltarı geymiĢdi. Ġndi daha belə pəhriz bayramları olmur. Bütün həyat
karnavala çevrilmiĢdir, ona görə daha əsil karnaval yoxdur.
Yan xiyabanlar və pəncərələr adamla dolu idi. Camaat teatrların sütunlu meydançalarına
doluĢaraq tamaĢa edirdi.Maskarad paltarı geymiĢ adamlardan baĢqa, müxtəlif ekipajların
təntənəli yürüĢü diqqəti cəlb edirdi, – belə təntənəli yürüĢlər həmiĢə pəhriz ərəfəsində, həm də
LonĢanda təĢkil edilən cıdır günündə olardı. Burada həm kolyaska, həm kareta, həm ikitəkərli
ekipajlar, kabrioletlər vardı; onların hamısı polis idarəsinin əmri ilə ciddi bir nizam-intizama tabe
olaraq bir-birinin ardınca gedirdi, sanki, rəqs üzrə hərəkət edirdi. Belə ekipajda gedən adam həm
özü tamaĢa edir, həm də ona tamaĢa edirlər. Polis iĢçiləri, bir-birinə müvazi olaraq hərəkət edən,
üz-üzə gələn bu iki ucsuz-bucaqsız ekipaj sırasının bulvarın hər iki tərəfi ilə getməsinə istiqamət
verir, biri yuxarıdan aĢağı, o birisi aĢağıdan yuxarı – biri d’Anten Ģosesinə, o birisi Sent-Antuan
civarına doğru irəliləyən bu qoĢa axının, bu iki ekipaj axınının pozulmamasına nəzarət edirdilər.
Fransa perlərinin və xarici səfirlərin gerbi vurulmuĢ ekipajlar yolun ortası ilə sərbəstcə o tərəf-bu
tərəfə hərəkət edirdi. Bəzi cah-cəlallı, hay-küylü, təntənəli yürüĢlər də, xüsusilə Pəhriz Öküzü
yürüĢü bu üstünlükdən istifadə edirdi. Parisin ümumxalq Ģənliyi içərisində Ġngiltərə də qamçısını
Ģaqqıldada-Ģaqqıldada özünü göstərdi: lord Seymurun poçt karetası qulaqbatırıcı gurultu ilə ötüb
keçdi; camaatın istehzalı atmacaları onun üzərinə yağıĢ kimi yağırdı.
Atlı polis nəfərləri atlarını çapa-çapa ekipajların yanı ilə çoban iti kimi gedirdilər; bibilərlə,
xalalarla, nənələrlə ağzına kimi dolu olan iri ailə karetalarının qapısından maskarad paltarı
geymiĢ füsunkar uĢaqların, yeddi yaĢlı Pyerroların, altı yaĢlı Pyeretlərin təravətli üzü görünürdü;
onlar ümumi Ģənlikdə iĢtirak etmələri ilə lovğalanır, bu təlxək oyununun ciddi bir Ģey olduğuna
inanır, özlərini məmur kimi tox tuturdular.
Arabir ekipaj yürüĢünün bir yerində əngəl əmələ gəlirdi; əngəli aradan qaldırana kimi müvazi
gedən ekipajlar sırasından biri dayanırdı. Bütün sıranı saxlamaq üçün kolyaskalardan birinin
ləngiməsi kifayətdi. Sonra ekipaj axını yenə hərəkətə gəlirdi.
Toy karetaları bulvarın sağ tərəfi ilə Bastiliyaya sarı gedən axında idi. Kələm körpüsü küçəsinin
qarĢı tərəfində hərəkət bir az ləngidi. Elə bu zaman bulvarın sol tərəfi ilə Madlen küçəsinə sarı
gedən o biri axın da dayandı. Toy karetaları qarĢısında dayanan kolyaska maskarad paltarı
geymiĢ adamla dolu idi.
Belə kolyaskalara, daha doğrusu, belə arabalara parislilər yaxĢı bələddir. Pəhriz bayramında
çərĢənbə axĢamı və ya pəhrizin ortalarında cümə axĢamı belə arabalar görünməsəydi, buna pis
məna verərdilər, deyərdilər ki: ―Burda nəsə var. Yəqin, nazirləri dəyiĢəcəklər‖. Maskarad paltarlı
adamla dolu olan araba nə deməkdi? Bu – yoldan keçənlərin baĢı üstündə atılıb düĢən
Kassandrlar, Arlekinlər, Kolombinlər yığını idi, türkdən tutmuĢ vəhĢi adama kimi müxtəlif
gülünc simalardı. Herkuleslərlə qol-boyun olan markizalardı, vaxtilə menadlar Aristofanı baĢını
aĢağı dikməyə məcbur etdiyi kimi, Rableni qulaqlarını tıxamağa məcbur edə bilən alverçi bazar
arvadları idi, kilkədən düzəldilmiĢ pariklərdi, çəhrayı triko idi, Ģıq geyimli adamın Ģlyapası idi,
təlxək gözlüyü idi, kəpənək Ģəkili sancılmıĢ nədim qalpağı idi, yoldan keçənlərlə qızğın
söyüĢməkdi, əlləri belə qoymaqdı, nalayiq duruĢlardı, çılpaq çiyinlərdi, maskalı üzlərdi,
ədəbsizlikdi, baĢı çələngli sürücüsü olan arabada azğıncasına həyasızlıqdı!
Yunanıstana Fespidin arabası lazımdı, Fransaya Vadenin furqonu lazımdır.
Hər Ģeyi, hətta yamsılamağın özünü də yamsılamaq olar. Saturn bayramı, qədim yunan
gözəlliyinin bu dəcəlcəsinə ağız-burun əyməsi get-gedə təhrif olunaraq, kobudlaĢaraq Pəhriz
Ģənliyinə çevrildi; vaxtilə sapsarı üzüm salxımları ilə bəzədilən Vakx bayramı, çılpaq mələklər
kimi mərmər sinəsini cəsarətlə açan Vakx pərisi bizdə, Ģimalın sərt nəfəsi altında, yaĢ cır-cındır
içində baĢını aĢağı salaraq, nəhayət, karnaval maskası adlandırıldı.
Maskarad paltarı geymiĢ adamların Ģəhərdə, arabada gəzdirmək adəti mütləqiyyətin ən qədim
dövründən baĢlanmıĢdır. XI Lüdovikin mədaxil-məxaric dəftərlərində göstərilir ki, saray
xəzinədarlarına ―avam xalqdan ötrü üç maĢkarad arabası üçün iyirmi su Tur sikkəsi‖
buraxılmıĢdı. Bizim dövrümüzdə maskarad paltarı geymiĢ bu hay-küylü insan yığını, ya köhnə
bir dilcansa minir, ya bir qonkanın, omnibusun tıyerli ekipaja iyirmisi birdən dolur. Hər yerdə,
lap diĢlərdə də, ekipajın fənəri üstündə də otururlar. Bəziləri ayaq üstə durur, bəziləri uzanır,
bəziləri ikiqat əyilərək ayaqlarını saxlayır. Arvadlar kiĢilərin dizi üstə oturur. ÇılğınlaĢmıĢ
adamlardan ibarət bu canlı ehramlar lap uzaqdan, dalğalanan insan dənizi üstündən görünür.
Adamla ağzına kimi dolu olan arabalar izdiham içində Ģənlik saçan dağ kimi yüksəlir. Oradan
Kolenin, Panarın, Pironun küçə jarqonu ilə zənginləĢmiĢ sözləri dolu kimi yağır. Oradan
camaatın üstünə küçə katexizisi püskürürlər. Həddindən artıq adam minən, adamla dolu olan bu
arabanın məğlubedilməz bir görünüĢü var. Hər yerdə – qapıda da, arxada da səs-küy, gurultu!..
Orada çığırırlar, oxuyurlar, bağırırlar, qəhqəhə ilə gülürlər, gülməkdən uğunurlar; orada Ģənlik
gur-gur guruldayır, istehza qığılcım saçır, qayğısızlıq baĢ alıb gedir; iki yabı, bu kobud, Ģit,
təlxək zarafatı ilə dolu olan arabanı təntənəli bir cəlalla çəkib aparır; bu, gülüĢün zəfər arabasıdır.
Lakin bu, çox həyasızca bir gülüĢ idi, buna görə də səmimi ola bilməzdi. Doğrudan da, gülüĢ
burada Ģübhəli görünürdü. Onun öz məqsədi vardı; onlar filosofları düĢündürürdü. Bu arabaların
ardında ölkəni idarə edən hökumət gizlənirdi. Küçə agentləri ilə küçə qızları arasında gizli bir
əlaqə olduğu dərhal hiss olunurdu.
Əlbəttə, çox təəssüf ki, camaat qarĢısında göstərilən rəzalət hədsiz sevinc doğurur, üst-üstə
qalaqlanmıĢ abırsızlıq və rüsvayçılıq camaatın xoĢuna gəlir, fahiĢəlik üçün pyedestal xidmətini
görən polis axtarıĢı küçəni təhqir edə-edə əyləndirir; dəhĢətli, canlı bədən yığınının saxta bəzək
və cır-cındır, çirk və zahiri cah-cəlal içində bağıra-bağıra, nəğmə oxuya-oxuya arabada
getməsinə küçə sevinə-sevinə maraqla baxır; avaralar bütün qəbahətlər yığını olan bu təntənəni
alqıĢlayır, Ģənliyin polis tərəfindən buraxılan bu yeddibaĢlı əjdahası camaat içində gəzməyincə,
avam xalq bayrama bayram demir. Nə etmək olar?! Arabalara doluĢan bu lentli, bərli-bəzəkli
insan tör-töküntüsü ümümxalq gülüĢü ilə həm məzəmmət edilir, həm bağıĢlanır. Ümumi gülüĢ –
ümumxalq əxlaqının süqutunda iĢtirak edir. Bəzi zərərli, əyləncəli tamaĢalar xalqın
mənəviyyatını pozur, onu qara camaata çevirir; qara camaata isə, zalım hökmdarlar kimi, təlxək
lazımdır. Kralın Rokloru, xalqın hoqqabazı var. Paris böyük ideyalar paytaxtı olmayanda böyük
ağılsızlıqlar Ģəhəri olur. Orada karnaval siyasətlə bağlıdır. Etiraf etmək lazımdır ki, Paris
rəzalətin oynadığı komediyaya həvəslə baxır. Hökmdarları olanda, onlardan ancaq bir Ģey tələb
edir. ―Çirkabı mənim üçün boyayın‖. Roma da belə bir əxlaqla fərqlənirdi. Roma Neronu sevirdi.
Neron da böyük oyunbazdı.
Yuxarıda demiĢdik ki, bir yığın maskalanmıĢ biabırçı arvad və kiĢi minmiĢ belə yekə arabalardan
biri, bulvarın sağ tərəfində toy arabaları dayananda, bulvarın sol tərəfində dayandı. Arabadakı
maskarad paltarı geymiĢ adamlar bulvarın o tayında, düz onların qarĢısında dayanan karetada
gəlini görürdülər.
Maskalı adamlardan biri ucadan dedi:
– Ora bax! Toydur!
BaĢqa bir maskalı etiraz etdi:
– Toy deyil, ölü basdırmağa gedirlər. Əsil toy bizimkidir!
Bu iki maskalı adam, toy karetaları xeyli uzaqda olduğu üçün onları ələ salmaq zövqündən
məhrum olduğundan, həm də polis nəfərinin çığırtısından qorxduğundan, o biri tərəfə döndü.
Arabaya qoĢulan maskalı adamların iĢi bir dəqiqədən sonra lap baĢlarından aĢdı: camaat onları
ələ salmağa, lağa qoymağa baĢladı, bununla da onlara olan rəğbətini bildirdi – karnaval zamanı
buna yol verilirdi. Bayaq söhbətə baĢlayan o iki maskalı adam da yoldaĢları ilə bərabər, bütün
küçə ilə söz döyüĢünə giriĢməyə məcbur oldu; qara camaatın dolu kimi yağdırdığı ədəbsiz
zarafatlara cavab vermək üçün onların küçə repertuarından olan döyüĢ mərmiləri güclə çatırdı.
Bu qayda ilə maskalı adamlarla qara camaat arasında çox biabırçı söyüĢmə baĢlandı.
Bu zaman həmin arabada olan, maskarad paltarı geymiĢ iki baĢqa adam da toy karetasını gördü,
yoldaĢları küçə camaatı ilə söyüĢərkən onlar öz aralarında astadan danıĢmağa baĢladılar; bu
maskalı adamlardan biri qoca ispaniyalıya oxĢayan, həddindən artıq uzun burunlu, pələbığ bir
kiĢi idi, birisi isə kiçik maskalı, arıq, cavanca bir alverçi arvaddı.
Onların pıçıltısı ümumi hay-küy içində itib batırdı. Maskarad paltarı geymiĢ adamlar üstüaçıq
arabada, yağıĢ altında tamam islanmıĢdılar, fevral küləyi amansızdı; dekolte paltar geymiĢ
alverçi qız soyuqdan əsə-əsə, öskürə-öskürə, qımıĢa-qımıĢa ispaniyalıya cavab verirdi.
Onlar belə danıĢırdılar:
– Bir qulaq as!
– Nə var, atacan?
– O qocanı görübsən?
– Hansı qocanı?
– Bax, orada, qabaqdakı toy arabasında bizim tərəfdə oturub.
– Qolu qara cındırdan asılan qocanı?
– Hə.
– Görürəm, nə olsun ki?
– Mən, deyəsən, onu tanıyıram.
– Nə olsun axı?
– Əgər mən o Paris oyunbazını tanımıramsa, qoy məni lap dar ağacından assınlar, qoy mənim lap
dilim qurusun
– Ġndi bütün Paris oyunbazdır.
– Əyilsən, gəlini görə bilərsənmi?
– Yox.
– Oğlanı necə?
– Bu arabada oğlan yoxdur.
– Ola bilməz!
– Ancaq ikinci bir qoca var.
– YaxĢı əyil, bəlkə, gəlini görə bildin.
– Bundan artıq əyilə bilmərəm.
– YaxĢı da, onsuz da mən o qolunu bağlayan qocanı tanıyıram, tanımıramsa qoy məni lap qəzəbə
gəlim!
– O, sənin nəyinə gərəkdir?
– Necə nəyinə gərəkdir? Yeri gələndə lazım olar.
– Qocalardan mənim zəhləm gedir.
– Mən onu tanıyıram!
– Tanı da, mənə nə.
– O, necə olub toya gəlib?
– Biz necə olub gəlmiĢik?
– Bu toy arabası haradan gəlir?
– Mən nə bilim haradan gəlir?
– Bir qulaq as!
– Yenə nə var?
– Sən bir iĢ görməlisən.
– Nə iĢ.
– AĢağı atıl, bu toy arabasını güd.
– Niyə?
– Gör o hara gedir, onun içindəkilər kimdir. Hə, atıl görək, cəld ol, yüyür, qızım, sən diribaĢ
qızsan.
– Mən arabadan düĢə bilmərəm.
– Niyə?
– Məni bura qoyan var.
– Tfu, bir iĢə bax!
– Bu gün mən axĢama kimi bu paltarda polis idarəsi üçün iĢləməliyəm.
– Düz sözə nə deyəsən!
– Arabadan düĢsəm, rast gəldiyim birinci it tutacaq. Özün bilirsən.
– Əlbəttə bilirəm!
– Fironlar bu gün məni pulla alıblar.
– Mənim üçün fərqi yoxdur kim səni pulla alıb. Bu qoca mənim lap zəhləmi töküb.
– Qocalar sənin zəhləni töküb? Bu nə sözdür, sən ki qız deyilsən!
– O, birinci arabadadır.
– Nə olsun ki?
– Gəlinin arabasında.
– Sonra?
– Deməli, bu, onun atasıdır.
– Axı mənə nə?
– Sənə deyirlər ki, atasıdır.
– Olsun da, guya, görünməmiĢ bir Ģeydir!
– Qulaq as.
– Nə var
– Mən ancaq maskada Ģəhərə çıxa bilərəm. Maska məni elə yaxĢı gizlədib ki. Heç kəs mənim
burada olduğumu bilmir. Sabah axı maska olmayacaq. Sabah tövbə günüdür, çərĢənbədir. Ələ
keçə bilərəm. Gərək gedib öz zağama soxulam. Amma sən sərbəstsən.
– Çox da yox.
– Hər halda, məndən çox sərbəstsən.
– YaxĢı da, sonra?
– Bu toy arabalarının hara getdiyini çalıĢ öyrən.
– Hara getdiyini?
– Hə.
– Mən onsuz da bilirəm.
– Hara gedir?
– Göy siferblat küçəsinə.
– Əvvəla, o küçə heç də bu tərəfdə deyil.
– Onda Ģərab iskələsinə tərəf gedir.
– Bəlkə, daha baĢqa bir yerə gedir?
– Bu, onların öz iĢidir. Toy arabaları hara istəsə gedə bilir.
– Məsələ onda deyil. Sənə deyirlər, çalıĢ öyrən gör bu nə toydur ki, qoca da ona qoĢulub, onlar
harada yaĢayırlar.
– Bura bax! Əcəb gülməli söz danıĢırsan! Pəhriz bayramı axĢamı Parisin içindən keçib gedən toy
arabalarının bir həftədən sonra tap görüm necə tapırsan. Ot tayası içində iynə axtarmaq kimi bir
Ģeydir! Bu, mümkün olan Ģeydir?
– Hər necə olsa, çalıĢıb tapmaq lazımdır. EĢidirsən, Azelma?
Elə bu anda bulvarın hər iki tərəfilə maskalı adamların gözündən itdi.
ĠKĠNCĠ FƏSĠL.
Jan Valjanın əli hələ də sarıqlıdır.
Xəyalı həqiqətə çevirmək! Bu xoĢbəxtlik kimə verilmiĢdir? Görünür, ləyaqətli adamları göylərdə
qeyd edirlər, seçirlər; biz hamımız, bizim xəbərimiz olmadan xoĢbəxtliyə namizədik; mələklər
səs verdilər. Kozetta ilə Marius seçilənlər sırasına düĢdülər.
Kozetta bələdiyyə idarəsində, kilsədə son dərəcə gözəl və füsunkar idi. Onu Tusen, Nikolettanın
köməyilə bəzəndirmiĢdi.
Onun əynində ağ tafta üstündən Belçika gipüründən tikilmiĢ paltar, ingilis krujevasından fata,
boynunda mirvari boyunbağı, baĢında narıncı çiçəkdən çələng vardı; əynindəki hər Ģey ağ idi, bu
ağlıq içində o, Ģəfəq kimi parıldayırdı. Onun zərif gözəlliyi iĢıq saçaraq hala Ģəklini alırdı, elə bil
ki, yer üzünün qızı göz önündə göylər pərisi olurdu.
Mariusun qəĢəng saçına pomada sürtülmüĢ, ətir vurulmuĢdu; sıx saçları arasından tək-tək çapıq
yerləri görünürdü, bunlar barrikadada vurulan qılınc zərbələrinin yeri idi.
Qoca öz geyimi və ədası ilə Barras dövrünün incəliyini, iĢıqlığını əvvəlki vaxtlardan daha çox
təcəssüm etdirir, baĢını qürurla qaldıraraq Kozettanı əzəmətlə nikaha aparırdı; Jan Valjan, əli
sarıqlı olduğundan, Kozettanı nikaha apar bilmədi, onu qoca əvəz edirdi.
Jan Valjan qara paltar geymiĢdi, gülümsəyə-gülümsəyə onların ardınca gedirdi.
Qoca deyirdi:
– Ah, cənab FoĢlevan, nə gözəl gündür, elə deyilmi? Mən qəm-qüssənin bütünlüklə ləğv
olunmasına səs verirəm. Bu gündən sonra heç bir yerdə dərd olmamalıdır. Mən sərəncam
verirəm, qoy hamı Ģadlıq eləsin! Pisliyin yaĢamağa haqqı yoxdur. Görəsən, dünyada hələ də
bədbəxt adam varmı? And olsun namusuma, mavi göylər üçün bu, rüsvayçılıqdır. Pislik insan
təbiətindən meydana gəlmir, insan öz mahiyyəti etibarilə xeyirxahdır. Bütün insan müsibətlərini
idarə edən baĢ mərkəz cəhənnəmdir, baĢqa sözlə, iblisin Tüilri iqamətgahındadır. Görün ha, mən
lap xalis demaqoq kimi danıĢdım! YaxĢı da, mənim daha siyasi əqidəm yoxdur; qoy bütün
insanlar dövlətli olsun, qoy hamı sevinc içində yaĢasın – mənim istədiyim, bax, budur.
Mariusla Kozetta bütün qayda-qanuna riayət edərək bələdiyyə rəisinin və keĢiĢin qarĢısında
lazım olan ―bəli‖ləri dedikdən sonra bələdiyyə idarəsində, həm də kilsə müxəlləfatı saxlanan
otaqda nikah kağızlarına qol qoydular, üzüklərini bir-birinə verərək dəyiĢdirdilər. Buxurdandan
qalxan tüstü dumanı içində, ağ muar ipək örtük altında dizləri üstə yan-yana durdular, sonra əl-əl
tutaraq, təbərzinin kilsənin sal daĢlarına bərk-bərk vuraraq irəliləyən polkovnik epoletli qapıçının
ardınca, riqqətə gəlmiĢ iki sıra adam arasından, hamını heyrətə salaraq, hamıda qibtə oyadaraq,
taybatay açılmıĢ kilsə qapısına, oradan da karetaya sarı getdilər, hətta bu zaman da Kozetta bütün
nikah ayininin qurtardığına inanmırdı. O, Mariusa, adamlara, göyə baxırdı; o, sanki, yuxudan
ayılacağından qorxurdu. Onun üzündə ifadə olunan heyrət və tərəddüd ona baĢqa bir cazibədarlıq
verirdi. Karetaya minib geri qayıdanda Marius Kozettanın, cənab Jilnorman isə Jan Valjanın
yanında, üz-üzə oturdular. Madmuazel Jilnorman ikinci plana keçərək, o biri karetaya mindi.
Qoca deyirdi: ―Budur, mənim balalarım, indi siz cənab baron və xanım baronnesasınız, sizin
otuz min frank rentanız var‖. Kozetta baĢını əyərək öz gözəl səsi ilə Mariusun qulağına
mehribanca pıçıldadı: ―deməli, bu həqiqətdir? Mən sənin adını daĢıyıram. Mən – xanım Sənəm‖.
Bu iki gənc böyük sevinc içində idi. Bir daha təkrar olunmayan, geri qayıtmayan an onlar üçün
həqiqət olmuĢdu: onlar zirvəyə çatmıĢdılar; onların çiçəklənən gəncliyi bu zirvədə tam
xoĢbəxtliyə qovuĢmuĢdu. Jan Prüverin Ģeirində deyildiyi kimi, onların bir yerdə heç qırx yaĢı da
yox idi. Bu, təmiz, saf bir ittifaq idi: bu iki gənc iki zanbağı xatırladırdı. Onlar bir-birini
görmürdülər, seyr edirdilər. Marius Kozettanın gözünə halə içində, Kozetta Mariusa pyedestal
üstə görünürdü. ġirin xəyalların və öpüĢlərin vüsala irdiyi yer – izdivac yatağı bu pyedestal
üzərində, bu halədə, sanki, iki təntənəli ayində, əlçatmaz uzaqlarda, Kozetta üçün tutqun duman,
Marius üçün parıltı və alov içində, həm real bir Ģey, həm də ideal kimi iĢıq saçırdı.
Onlar çəkdikləri əzabı könül riqqəti ilə xatırlayırdılar. Onlara elə gəlirdi ki, o yuxusuz gecələr, o
göz yaĢı, o həyəcan, qorxu, dəhĢət, iztirab, ümidsizlik iĢığa və nəvaziĢə çevrilərək xoĢbəxt
dəqiqələrin cazibədarlığını artırır, o qəm-qüssə ancaq onların Ģəfəq dolu sevincini nikah üçün
bəzəyən xidmətçilərdi. Bu qədər dərd çəkmək nə yaxĢı imiĢ! Çəkdikləri müsibət onların
xoĢbəxtliyinin haləsi idi. EĢqin bu uzun iĢgəncəsi onları göylərə yüksəltmiĢdi.
Bu iki gəncin qəlbi eyni dərəcədə məst olmuĢdu, lakin Mariusun duyduğu nəĢədə ehtiras,
Kozettanınkında utancaqlıq vardı. Onlar pıçıltı ilə deyirdilər: ―Biz yenə də Plüme küçəsindəki
bağımıza dəyərik‖. Kozettanın paltarının qırçınları Mariusun dizi üstünə düĢmüĢdü.
Bu gün – xəyalla həqiqətin, nail olmaqla Ģirin arzuların bir-birinə sarıldığı gün idi. Gələcəyi
duymaq üçün hələ vaxt var idi. Günün günorta çağında gecəyarısını arzu etmək vəsfə gəlməyən
bir hissdir. Camaat da bu iki qəlbin xoĢbəxtliyini duyaraq sevinirdi.
Adamlar Sent-Antuan küçəsində, Sen-Pol kilsəsi qarĢısında dayanaraq ekipajın ĢüĢəsinə baxır,
ĢüĢənin o biri üzündə, Kozettanın gözəl baĢında titrəyən narıncı çiçəkləri seyr edirdi.
Nəhayət, onlar gəlib yaĢadıqları küçəyə çatdılar. Mariusla Kozetta əl-ələ tutaraq fərəh və iftixarla
pilləkənlə yuxarı qalxdılar; bu həmin pilləkəndi ki, bir neçə ay əvvəl Mariusu buradan ölümcül
halda yuxarı qaldırmıĢdılar. Qapıya toplaĢan fağır-füqəra bol-bol verilən sədəqəni öz aralarında
bölüĢdürür, cavanlara dua edirdilər. Hər yer gül-çiçəklə dolu idi. Evdən də, kilsə kimi, gözəl
qoxu saçılırdı. Buxurdan sonra qızılgül ətri duyulurdu. AĢiqlərin qulağına əlçatmaz yüksəklikdə
oxunan nəğmə səsi gəlirdi, Tanrı onların qəlbində idi, gələcək onların təsəvvüründə ulduz dolu
göy qübbəsi kimi canlanırdı, onlar doğan günəĢin iĢığını baĢları üstündə görürdülər. Birdən
saatın vaxt bildirən səsi eĢidildi. Marius Kozettanın gözəl, çılpaq qoluna, korsajın krujevası
arasından görünən çəhrayı çiyninə baxdı. Kozetta onun baxdığını duyaraq qıpqırmızı qızardı.
Toya Jilnorman ailəsinin çoxlu köhnə dostları çağırılmıĢdı; hamı Kozettanın ətrafına toplaĢaraq
bir-birinə macal vermədən ona nəvaziĢ göstərirdi; hamı birinci olaraq ona xanım baronessa
demək Ģərəfinə nail olmaq istəyirdi.
Ġndi kapitan rütbəsində olan Teodül Jilnorman, əmisi nəvəsi Ponmersinin toyunda iĢtirak etmək
üçün, eskadronu dayanan ġatrdan gəlmiĢdi. Kozetta onu tanımadı.
O da qadınlar arasındakı müvəffəqiyyətindən ərköyünləĢdiyi üçün Kozettanı tanımadı, Kozetta
da o biri qızlar kimi unudulmuĢdu.
Qoca Jilnorman öz-özünə dedi:
– Mən bu ulan barəsində olan dedi-qoduya inanmırdım, inanmamağa haqqım varmıĢ!
Hələ indiyə qədər Kozetta Jan Valjana belə mehriban olmamıĢdı. Kozetta qoca Jilnormanı bir
əks-səda kimi təkrar edirdi: Jilnorman öz sevincini aforizmlər və hikmətli sözlərlə ifadə etdiyi
halda, Kozetta öz məhəbbət və nəvaziĢini ətir kimi saçırdı. XoĢbəxt adam bütün dünyaya
xoĢbəxtlik diləyir.
Jan Valjan Kozettanın səsində onun uĢaqlıq səsini duyurdu. Kozettanın təbəssümü onun könlünü
oxĢayırdı.
Toy məclisi yemək otağında qurulmuĢdu.
Parlaq iĢıq böyük Ģənliyin zəruri aĢqalıdır. Tutqunluq, alaqaranlıq xoĢbəxt adamların qəlbinə
fərəh verməz. Onlar qara rəngi istəməzlər. Gecə onları cəzb edər, qaranlıq yox. GünəĢ yoxsa,
günəĢi yaratmaq lazımdır.
ĠĢıqlar yemək otağında bərq vururdu. Otağın ortasında, ağ süfrə salınmıĢ stolun üzərindən gümüĢ
asqılı bənövĢəyi, göy, qırmızı, yaĢıl rəngli quĢ fiqurları, stolun üstündə böyük və zinətli
Ģamdanlar, divarlarda üç Ģamlı, beĢ Ģamlı divar Ģamdanları vardı; ĢüĢələr, büllur qablar, qədəhlər,
müxtəlif fəğfur, çini, minalı, qızıl, gümüĢ qab-qaĢıq par-par parıldayır, adamın ürəyini açırdı. Ġri
Ģamdanlar arasında gül dəstələri qoyulmuĢdu, – iĢıq olmayan yerdə əlvan çiçəklər görünürdü.
Dəhlizdə üç skripka ilə bir fleytada Qaydnın kvartetini çalırdılar.
Jan Valjan qonaq otağında, lap qapının yanında oturmuĢdu, qapının bir tayı onun qabağını
kəsmiĢdi. Kozetta süfrənin yanına gedəndən bir neçə dəqiqə əvvəl, vəhy gəlmiĢ kimi, Jan
Valjanın yanına yüyürdü, nikah paltarını düzəldə-düzəldə reverans edərək dəcəlliklə və
mehribanca dedi:
– Ata, siz sevinirsinizmi?
Jan Valjan:
– Bəli, sevinirəm, – dedi.
– Elə isə gülümsəyin.
Jan Valjan gülümsədi.
Bir neçə saniyədən sonra Bask xəbər verdi ki, süfrəyə xörək gətirilmiĢdir.
Cənab Jilnorman Kozettanın qoluna girib, onu yemək otağına apardı; toya çağırılan adamlar da
onların ardınca gedib müəyyən edilmiĢ qayda ilə stolun ətrafında oturdular.
Kozettanın sağında və solunda iki böyük kreslo qoyulmuĢdu: bunun biri cənab Jilnorman, biri də
Jan Valjan üçün idi. Cənab Jilnorman öz yerində oturdu. O biri kreslo boĢ qaldı.
Hamı gözü ilə ―cənab FoĢlevanı‖ axardı.
―Cənab FoĢlevan‖ yox idi.
Cənab Jilnorman Baskdan soruĢdu:
Sən bilirsənmi cənab FoĢlevan haradadır?
Bask:
– Bəli, bilirəm, cənab, – dedi, – cənab FoĢlevan buyurdu ki, siz cənablarına onun sözlərini
yetirim; o buyurdu ki, əli ağrıdığı üçün cənab baron və xanım baronessa ilə yemək yeyə
bilməyəcəkdir. XahiĢ etdi ki, onu əfv etsinlər. O, sabah səhər gələcək. Lap indicə qapıdan çıxdı.
BoĢ kreslo toy Ģənliyində bir anlığa ovqattəlxlik əmələ gətirdi. Lakin cənab FoĢlevan getsə də,
cənab Jilnorman burada idi, o, cənab FoĢlevanı əvəz edirdi. O dedi ki, cənab FoĢlevanın kefi
yoxdur, o gedib tez yatmaqla ağıllı iĢ tutur, ancaq yarası elə ciddi deyil. Belə izahat hamını
sakitləĢdirdi. Bir də ki, qaranlıq bir bucaq belə Ģənlik dənizinə kölgə sala bilərdimi? Kozetta ilə
Marius elə xoĢbəxt dəqiqələr keçirirdi ki, insan bu vəziyyətdə xoĢbəxtlikdən baĢqa heç nəyi, heç
kəsi duya bilməz. Bu zaman cənab Jilnormanın da ağlına gözəl bir fikir gəldi: ―Axı bu kreslo
niyə boĢ qalsın? Marius, gəl otur burada. Sənin xaltan buna icazə verər. Bu kreslo elə sənin
üçündür. Bu, tamamilə qanunidir, ürəkaçan Ģeydir. XoĢbəxt oğlan xoĢbəxt qızın yanında
oturur...‖ Bütün məclis bu sözləri alqıĢladı. Marius Jan Valjanın yerində, Kozettanın yanında
oturdu. Jan Valjanın getməsi Kozettanın kefini pozmuĢdu, lakin iĢ elə gətirdi ki, o da bundan razı
qaldı. Marius Allahın da yerini tutsaydı, Kozetta bundan narazı qalmazdı.
Marius kresloda oturan kimi cənab FoĢlevan hamının yadından çıxdı; onun yoxluğunu daha heç
kəs hiss etmirdi. Heç beĢ dəqiqə də keçmədi ki, bütün məclis hər Ģeyi unudaraq, gülüb
danıĢmağa baĢladı.
Çərəzdən sonra cənab Jilnorman ayağa durdu, qədəhi qaldıraraq cavanlar üçün sağlıq dedi;
qocalıqdan əlləri əsdiyi üçün qədəhə yarıya qədər Ģampan Ģərabı tökmüĢdü.
O ucadan dedi:
– Bu gün siz iki moizəyə qulaq asmaqdan boyun qaçıra bilməyəcəksiniz. Səhər siz keĢiĢin
moizəsini eĢitdiniz, axĢam da qoca babanı dinləməli olacaqsınız. Diqqət! Mən sizə məsləhət
vermək istəyirəm: bir-birinizə pərəstiĢ edin. Mən sözü o yan-bu yana atmayacağam, birbaĢ
məqsədə keçəcəyəm: xoĢbəxt olun. Təbiətdə bir-birini sevən göyərçinlərin sevgisindən mənalı
Ģey yoxdur. Filosoflar deyir ki: ―Zövq-səfa məsələsində mötədil olun‖. Amma mən deyirəm:
―BaĢ alıb gedin, cilovu buraxın‖. Dəlicəsinə vurulun. Divanə olun. Filosoflar boĢ-boĢ danıĢırlar.
Mən onların fəlsəfəsini qaytarıb boğazlarına tıxardım. Həyatda da həddindən artıq ətir,
həddindən artıq qızılgül, bülbül nəğməsi, yaĢıl yarpaq, al Ģəfəqlər olarmı? Həddindən artıq da
sevmək olarmı? Adam da həddindən artıq bir-birinin xoĢuna gələrmi? Ayıq ol, Estella, sən
həddindən artıq gözəlsən; ayıq ol, Nemorin, sən həddindən artıq qəĢəngsən! Bu nə axmaq
sözdür?! Məftunluğun da, cazibədarlığın da, nəvaziĢin də ölçüsünü bilmək olarmı? Həddindən
artıq da diri olmaq olarmı? Həddindən artıq da xoĢbəxt olmaq olarmı? ―Zövq-səfa məsələsində
mötədil olun‖. TəĢəkkür edirəm, iltifatınız artıq olsun! Rədd olsun filosoflar! Filosofluq – Ģənlik
etməkdədir. ġənlik edək, vəcdə gələk! Biz yaxĢı olduğumuz üçünmü xoĢbəxtik, ya xoĢbəxt
olduğumuz üçünmü yaxĢıyıq? MəĢhur bir brilyant var, niyə ona Sansi deyirlər? Ona görəmi ki, o
Arle də Sansinin idi, ya ona görəmi ki, ağırlığı yüz altı karatdır?1 Mən haradan bilirəm! Həyat
belə məsələlərlə doludur; ən əsas məsələ Sansiyə sahib olmaqdır, xoĢbəxtlikdən istifadə
etməkdir. XoĢbəxt olaq, əllaməlik eləməyək! Kor-korana günəĢə tabe olaq! GünəĢ nədir? –
GünəĢ – sevgidir. Kim sevgi deyirsə, ―qadın‖ deyir. Hə-ə, siz bilmək istəyirsiniz ki, hər Ģeyə
qadir olmaq nə deməkdir? Buyurun – qadın deməkdir. Bizim bu demaqoq Mariusdan soruĢun. O,
Kozetta adlı bu balaca, zalım qızın əsiri ola bilməz, amma qadın dünya yaranandan bəri
hökmranlıq edir. Mən royalistəm, amma bü gündən sonra ancaq bu kraliçanı tanıyıram. Adəm
nədir? Adəm Həvvanın idarə etdiyi padĢahlıqdır! Həvva üçün heç bir səksən doqquzuncu il
yoxdur! ZanbaqĢəkilli kral əsası vardı, imperator hökmdarlığı vardı, Böyük Karlın dəmir əsası,
Böyük Lüdovikin qızıl əsası vardı; inqilab bunların hamısını, çox ucuz bir zinət əĢyası kimi, öz
barmaqları arasında əzib atdı; bu Ģeylər sındırılmıĢ, yerə atılmıĢdır, daha hökmdar əsası yoxdur.
Ġndi siz gəlin patçuli ilə ətirlənmiĢ xırdaca bir krujevalı yaylıq əleyhinə inqilab edin görüm necə
edirsiniz! Hə, giriĢin görüm! Bu yaylıq niyə belə möhkəmdir? Çünki, bu, adicə bir qadın
zinətidir. Ah, siz on doqquzuncu əsrdəsiniz? Nə olsun ki, biz də on səkkizinci əsrdənik! Biz heç
də sizdən axmaq deyilik. Siz bizim yoluxucu xəstəliyimizə vəba, burra rəqsimizə kaçuça
deməklə elə zənn etməyin ki, kainatı alt-üst eləmisiniz. Nə olur olsun, hər zaman qadın
seviləcəkdir. Lap mərc gələrəm ki, siz də onlardan yaxanızı qurtara bilməyəcəksiniz. Bu
əcinnələr bizim üçün mələkdilər. Bəli, sevgi, qadın, öpüĢ – bu elə sehrli dairədir ki, lap mərc
gələrəm, siz də oradan çıxa bilməyəcəksiniz; məni desəniz, mən lap məmnuniyyətlə yenə ora
qayıdardım. Zöhrə ulduzunun, göylərin bu böyük iĢvəli qızının, bu okean Selimenasının,
fırtınaları sakitləĢdirərək, qadın kimi dalğalara baxa-baxa ucsuz-bucaqsız fəzaya qalxdığını
sizlərdən görən varmı? Okean amansız Alsestdir. Qoy o istədiyi qədər donquldansın, Zöhrə
ulduzu çıxanda o gülümsəyir. O kobud heyvan tabe olur. Biz hamımız beləyik. Qəzəblənirik,
tufan qoparırıq, göy kimi guruldayırıq, dalğalarımız buludlara qalxır. Bu öz yerində. Qadın görən
kimi, ulduz çıxan kimi üzü üstə düĢün! Altı ay əvvəl Mariusu vuruĢurdu, indi evlənir. YaxĢı da
eləyir. Bəli, Marius, bəli, Kozetta, siz haqlısınız. Bir-birinizi əzizləyin, bir-birinizə pərəstiĢ edin,
qoy biz hamımız sizə baxıb paxıllığımızdan partlayaq. Yer üzündə olan bütün səadət çöplərini
dimdiyinizlə yığın, özünüz həmiĢəlik yuva tikin. Sevmək, sevilmək, – bu əcaib bir Ģey deyil. Elə
zənn etməyin ki, o ilk dəfə sizin ağlınıza gəlib. Mən də Ģirin xəyallara dalmıĢam, mən də intizar
çəkmiĢəm; mənim də qəlbimə ay iĢığı dolmuĢdur. Sevgi çağadır, onun altı min yaĢı var. Sevginin
uzun, ağ saqqala tamamilə haqqı var. Mafusail Kupidona görə südəmər uĢaqdır. AltmıĢ əsrdir ki,
kiĢi ilə qadın bir-birini sevə-sevə girdabdan çıxmağa çalıĢır. Ġblis hiyləgərdir, o, insana nifrət
etdi; insan ondan da hiyləgərdir, o, qadını sevdi. Bu, ona iblisin etdiyi pislikdən daha çox xeyir
gətirdi. Belə hiyləgərlik cənnət hələ yer üzündə olanda düĢünülmüĢdür. Dostlar, bu köhnə
uydurmadır, lakin həmiĢə yenidir. Bundan istifadə edin. Filemon və Bavkida olmaq vaxtı gələnə
kimi Dafnis və Xloya olun. Elə yaĢayın ki, ikilikdə sizə heç bir Ģey lazım olmasın, Kozetta
Marius üçün kainat olsun. Kozetta, qoy ərinin təbəssümü sizin üçün aydın gün olsun; Marius,
qoy arvadının göz yaĢı sənin üçün yağmurlu gün olsun. Qoy sizin həyatınızda pis hava olmasın.
Siz bacarıb həyat lotereyasında ən yaxĢı bileti ovlaya bilmisiniz: – bu da – evlənməklə
nəticələnən sevgidir; baĢ uduĢ sizə düĢmüĢdür, bunu göz bəbəyi kimi qoruyun, onu ağzı qıfıllı
sandıqda saxlayın, boĢ yerə sərf etməyin, bir-birinizə pərəstiĢ edin, – qalan Ģeylər qoy cəhənnəm
olsun! Ġnanın mənim sözümə! Bunu sağlam düĢüncənin özü deyir. Sağlam düĢüncə yalan deyə
bilməz. Bir-birinizə səcdə edin. Hər kəs özünə görə Allaha ibadət edir. Allaha ən yaxĢı pərəstiĢ –
kiĢinin öz arvadını sevməsidir! Mən səni sevirəm – bax, mənim dini əqidəm budur! Kim sevirsə,
o mömindir. Dördüncü Henrix ən çox xoĢladığı söyüĢündə müqəddəsliklə eyĢ-iĢrəti və əyyaĢlığı
birləĢdirir. ―Müqəddəs – sərxoĢ – qarın‖ deyir. Mən belə bir dinin pərəstiĢkarı deyiləm. Burda
qadın yaddan çıxmıĢdır. Mən baĢqalarından belə Ģeyi gözləsəm də, Dördüncü Henrixdən
gözləməzdim. Dostlar, yaĢasın qadın! Adamların dediyinə inansaq, mən qocayam; ancaq qəribə
burasıdır ki, mən cavanlaĢıram, mən bunu hiss edirəm. Mən məmnuniyyətlə meĢədə gəzərdim,
çoban tütəyinə qulaq asardım. Bu uĢaqların gözəlliyi və xoĢbəxtliyi məni məst edir. Birisi mənə
gəlsəydi, mən özüm də evlənməkdən boyun qaçırmazdım. Allahın bizi ayrı bir Ģey üçün
yaratdığını təsəvvür etmək mümkün deyil; pərəstiĢ etmək, bəzənmək, göyərçin kimi quruldamaq,
xoruz kimi banlamaq; səhərdən axĢama kimi öpüĢmək, qucaqlaĢmaq, arvadının qabağında özünə
tumar vermək, lovğalanmaq, Ģənlik etmək, təkəbbür satmaq – yaĢamaqda məqsəd bax budur! Bu
sizin xoĢunuza gəlirmi, ya gəlmirmi, fərqi yoxdur, biz cavan olanda, öz zəmanəmizdə belə
düĢünürdük. Ax, keçmiĢdə nə qədər füsunkar, nə qədər gözəl, nə qədər cazibədar qadın vardı!
Mən onların qəlbinə az hücum etmədim! Bəli, bir-birinizi sevin. Sevgi olmasa, onda, mən
bilmirəm, bahar gərək niyə gəlsin?! Mənə qalırsa, mən qadir Allahdan xahiĢ edərdim ki,
yaratdığı, bundan da bizi narahat etdiyi bütün gözəl Ģeylərini – çiçəkləri, quĢları, qəĢəng qızları
öz anbarına yığıb ağzını bağlasın. Balalarım, qocanın xeyir-duasını qəbul edin.
Məclis canlı, Ģən və gözəl keçdi. Qocanın kefi çox duru idi, onun güĢadlığı bütün Ģənliyə rövnəq
verirdi; hamı istər-istəməz bu yüz illik qəlbin xoĢ hisləri ilə yaĢayırdı. Bir az oynadılar, güldülər;
bu, çox abırlı toy idi. Bura Gözəl qədim zamanı lap cəsarətlə qonaq çağırmaq olardı. Əslində bu
qədim zaman cənab Jilnormanın Ģəxsiyyətində toyda iĢtirak edirdi.
Səs-küydən sonra sakitlik oldu.
Təzə evlənənlər gözdən itdilər.
Gecə yarısından sonra Jilnormanın evi məbədə çevrildi.
Biz burada dayanacağıq. Mələk toy gecəsinin astanasında durur, barmağını dodaqlarına qoyub
gülümsəyir.
Ruh, təntənəli sevgi ayini baĢ verən məbədgah qarĢısında fikrə dalır.
Belə evlərin üstündə halə görünməlidir. Bu evlərin içindəki xoĢbəxtlik divarların daĢlarından zəif
iĢıq kimi keçməli, gecənin zülmətinə yayılmalıdır. Ola bilməz ki, taleyin əvvəlcədən müəyyən
etdiyi bu müqəddəs Ģənlik namütənahiliyə gözəl iĢıq saçmasın. Sevgi ilahi bir dəmirçi ocağıdır,
kiĢi ilə qadının birləĢməsi burada baĢ verir; vahid, üçcəhətli, kamil məxluq, insan üçlük vəhdəti
bu ocaqdan çıxır. Ġki ruhdan bir ruhun meydana gəlməsi məchuliyyət aləmində həyəcan
yaratmalıdır. AĢiq – kahindir; qüsursuz qızı xoĢ bir qorxu bürüyür. Bu sevincin bir hissəsi Allaha
yüksəlir. O yerdə ki həqiqi nikah və sevgi var, ideal iĢığı ordadır. Yeni evlənənlərin qaranlıqdakı
toy yatağı Ģəfəqin qızartısı kimidir. Ġnsanlara yüksək aləmlərin əcaib və qorxunc xəyallarını
görmək imkanı verilsəydi, onda, yəqin ki, gözə görünməyən aləmlərdən uçub gələn gecə
ruhlarının, qanadlı mavi məxluqların bu iĢıq saçan evin üzərində toplaĢdığını, riqqətlə xeyir-dua
verə-verə, dünya səadəti ilahi üzlərində əks oluna-oluna özünü itirmiĢ, cəsarətsiz, məsum aĢiqləri
bir-birinə göstərə-göstərə bu evə sarı əyildiklərini görərdilər. Təzə evlənən, ehtirasdan məst olan,
tək olduqlarını yəqin edən aĢiqlər bu gözəl anda qulaq assaydılar, öz yataqlarında qanad xıĢıltısı
eĢidərdilər. Həqiqi səadətdə mələklər də iĢtirak edirlər. Ucsuz-bucaqsız səma bu kiçik qaranlıq
yatağın qübbəsi olur. Sevgi ilə təqdis edilən dodaqlar can verən öpüĢlə qovuĢanda, bu öpüĢ
yüksəkliklərdə, əsrarəngiz ulduzlar aləmində titrəyə-titrəyə əks olunmaya bilməz!
Ancaq belə səadət həqiqi səadətdir. Bundan baĢqa ayrı heç bir sevinc yoxdur. Sevgi yer üzündə
yeganə səadətdir. Qalan hər Ģey göz yaĢı vadisidir.
Sevmək, sevgini hiss etmək kifayətdir. Bundan artıq bir Ģey tələb etməyin. Siz həyatın qaranlıq,
gizlin yerlərində bundan ayrı heç bir inci tapa bilməyəcəksiniz. Sevgi həyatın özüdür.
ÜÇÜNCÜ FƏSĠL.
Ayrılmaz dost.
Jan Valjan hara getdi?
Jan Valjan Kozettanın mehribanca təkidi ilə gülümsədikdən az sonra yerindən qalxdı, heç kəsin
ona fikir vermədiyindən istifadə edərək dəhlizə çıxdı. O, səkkiz ay bundan əvvəl Mariusu həmin
bu otağa, babasının yanına gətirmiĢdi, onda Jan Valjanın üst-baĢı palçığa, qana, barıt hisinə
bulaĢmıĢdı, qapqara idi. Qədim divarların panelindən indi çiçək və yarpaq hörgüləri asılmıĢdı. O
zaman Mariusun qoyulduğu divanın üstündə çalğıçılar oturmuĢdu. Bask bəzənmiĢdi; o, frak, qısa
Ģalvar, ağ corab geymiĢ, ağ əlcək taxmıĢdı, o hər dəfə xörəyi süfrəyə aparanda onu əvvəlcə
qızılgül çələngi ilə bəzəyirdi. Jan Valjan sarğılı əlini ona göstərdi, getməsinin səbəbini izah
etməyi ona tapĢırıb otaqdan çıxdı.
Jan Valjan yemək otağının küçəyə açılan parlaq iĢıqlı pəncərələri qabağında, qaranlıqda bir neçə
dəqiqə hərəkətsiz dayandı. O dayanıb qulaq asırdı. Toy məclisindən qarıĢıq səslər gəlirdi. O,
qocanın ucadan inamla söylədiyi sözlərini, skripkanın, boĢqabların, qədəhlərin səsini, arabir
yüksələn qəhqəhələri, bu uğultu içərisində də Kozettanın mehriban, Ģən, zərif səsi eĢidirdi.
Jan Valjan oradan öz evinə, Silahlı adam küçəsinə qayıtdı.
O öz evinə dolanbac yolla – Sen-Lui, Müqəddəs Yekaterina Zəmisi və Ağ mantiya küçəsi ilə
gəldi; o, çirkli-palçıqlı, izdihamlı köhnə Tampl küçəsindən keçməmək üçün üç ay idi ki, hər gün
Kozettanı bu yolla Silahlı adam küçəsindən Ehtiraslar küçəsinə gətirirdi.
Kozetta bu yolla gedirdi, o da baĢqa yol ilə getmək istəmirdi.
Jan Valjan evinə gəldi. ġamı yandırıb öz otağına qalxdı. Mənzil bomboĢ idi. Tusen də burada
yox idi. Jan Valjanın addımları boĢ otaqlarda boğuq-boğuq səslənirdi. Bütün Ģkafların qapısı
taybatay açıqdı. Jan Valjan Kozettanın yan otağına keçdi. Çarpayının üstündə döĢəkağı yox idi.
BalıĢın üzü çıxarılmıĢdı, krujevası yox idi. BalıĢ döĢəyin aĢağı tərəfində, bükülmüĢ adyal yığını
üstündə idi; burada daha heç kəs yatmayacaqdı. Kozettanın çox xoĢladığı xırda-para bəzək
Ģeyləri də aparılmıĢdı; ancaq ağır mebel, bir də çılpaq divarlar qalmıĢdı.Tusenin də
çarpayısından döĢəkağı, balıĢ üzü götürülmüĢdü. Bircə çarpayı vardı ki, ona əl dəyməmiĢdi,
sanki, o, kimi isə gözləyirdi; bu, Jan Valjanın çarpayısı idi.
Jan Valjan divarlara göz gəzdirdi, Ģkafların qapısını örtdü, boĢ otaqları gəzdi.
Nəhayət, öz yataq otağına gəldi, Ģamı stolun üstünə qoydu.
Qolundakı sarğını bayaqdan açıb atmıĢdı, qolunu çox sərbəst tərpədirdi, sanki, ona heç bir Ģey
olmamıĢdı.
Çarpayısına yaxınlaĢdı, Kozettanın da çoxdan bəri qibtə etdiyi və ―ayrılmaz dost‖ adlandırdığı
xırdaca sandıqçaya təsadüfi olaraqmı, ya qəsdənmi baxdı; bu sandıqçanı o, hara getsə özü ilə
aparırdı. Jan Valjan iyunun dördündə Silahlı adam küçəsinə köçdükdən sonra sandıqçanı
çarpayının baĢ tərəfinə, balaca stolun üstünə qoymuĢdu. O, qəribə bir halda tələsə-tələsə
sandıqçaya yaxınlaĢdı, cibindən açarı çıxarıb, onu açdı.
Kozettanın uĢaqlıq paltarlarını oradan yavaĢ-yavaĢ çıxarmağa baĢladı: Kozetta on il əvvəl
Monfermeyldən bu paltarda getmiĢdi. Əvvəl kiçicik qara donunu, sonra qara ləçəyini, sonra da
qəĢəng uĢaq ayaqqabısını, möhkəm pamazıdan tikilmiĢ lifçiyini, toxunma tumanını, xırdaca
cibləri olan döĢlüyünü, yun corabını çıxartdı; Kozettanın ayaqları elə balaca idi ki, bu
ayaqqabıları indi də geyə bilərdi. Corablarda hələ qəĢəng uĢaq ayaqlarının izi qalmıĢdı, onlar Jan
Valjanın əlindən uzun deyildi. Hamısı da qara idi. Jan Valjan özü bu Ģeyləri Kozetta üçün
Monfermeylə gətirmiĢdi. Bunları sandıqçadan çıxartdıqca yatağın üstünə, bir-birinin yanına
qoyurdu. Jan Valjan düĢünürdü, o günü yadına salırdı. Onda qıĢ idi, dekabr ayı idi, hava bərk
soyuqdu. Kozetta soyuqdan tir-tir əsirdi; o, cındır paltar geymiĢdi, ayağında taxta ayaqqabı vardı,
xırdaca ayaqları soyuqdan qızarmıĢdı. Jan Valjan onu məcbur etdi ki, əynindəki cın-cındırı
çıxartsın, bu yas paltarını geysin. Onun anası, yəqin, qəbirdə sevinəcəkdi ki, qızı onun üçün qara
geymiĢdir, xüsusilə ona görə sevinəcəkdi ki, qızının əynində isti paltar vardır, o daha üĢümür.
Jan Valjan Monfermeyl meĢəsini xatırladı; meĢədən onlar ikisi bir yerdə keçib getmiĢdi; o,
çovğunlu qıĢ gününü, çılpaq ağacları, quĢsuz meĢəni, günəĢsiz göyü xatırladı, – hər necə olsa,
bunlar gözəl xatirələrdi. Jan Valjan bu uĢaq paltarını çarpayının üstünə qoydu: ləçəyi tumanın
yanına, corabı ayaqqabının yanına, lifçiyi donun yanına... Bir-bir onlara baxmağa baĢladı.
Kozetta onda balaca idi, əlindəki böyük kuklanı bağrına basmıĢdı. Jan Valjanın bağıĢladığı qızıl
pulu həmin bu döĢlüyünün cibinə qoymuĢdu, özü də gülürdü; onlar əl-ələ tutaraq gedirdilər;
ondan baĢqa Kozettanın dünyada heç kəsi yox idi.
Birdən onun ağ saçlı baĢı yatağa sarı əyildi, qoca mərd qəlbi sarsıldı, o, üzünü Kozettanın paltarı
üstünə qoydu; bu zaman pilləkənlə bir adam qalxsaydı, ürək parçalayan hönkürtü səsi eĢidərdi.
DÖRDÜNCÜ FƏSĠL.
Jmmortale jecur.
Əvvəlki amansız mübarizə yenə də baĢlanmıĢdı; bu mübarizəni biz müxtəlif vaxtlarda müĢahidə
etmiĢdik.
Ġakov mələklə ancaq bircə gecə vuruĢmuĢdu. Heyhat, Jan Valjanı biz bir neçə dəfə zülmətdə, öz
vicdanı ilə təkbətək ağır mübarizədə əldən düĢən görmüĢük!
Bu, misli-bərabəri görülməmiĢ bir vuruĢma idi! Bəzən onun ayağı büdrəyər, bəzən də yer
ayaqları altında parçalanıb dağılardı. O dəfələrlə xeyrə ürəkdən can atmıĢ, amma vicdan onu
boğmuĢ, yerə çırpmıĢdı! Dəfələrlə amansız həqiqət dizini onun sinəsinə qoymuĢdu! Dəfələrlə
idrakın iĢığı onu məğlub etmiĢdi, o yalvara-yalvara aman diləmiĢdi! O, kor olmaq istəyəndə,
keĢiĢin onun qəlbində və ətrafında yandırdığı amansız iĢıq dəfələrlə, onun iradəsi xilafına olaraq,
gözünü açmıĢdı! O dəfələrlə bu döyüĢdə qayadan tutaraq, sofizmə əl ataraq, öz vicdanını
tapdalayaraq ayağa qalxmıĢdı, dəfələrlə vicdan özü onu yerə yıxmıĢdı, o, yerdə sürünmüĢdü!
Dəfələrlə o, bic-bic kələklərdən, xudbinliyin təhriki ilə meydana gələn xaincəsinə və
riyakarcasına dəlillərdən sonra baĢı üstündə qəzəblənmiĢ vicdanın səsini eĢitmiĢdi: ―Bu, alçaq
hərəkətdir, əclaf!‖ Dəfələrlə onun tabe olmaq istəməyən düĢüncələri mübahisə qəbul etməyən
vəzifənin təpiyi altında çırpına-çırpına xırıldamıĢdı! Bu, Allaha müqavimət göstərməkdi! Bu,
ölüm təri idi! Onun qəlbində, ancaq onun özünə bəlli olan, hələ də qan sızan nə qədər gizlin
yaralar vardı! Onun məĢəqqətli həyatında nə qədər çapıq yara vardı! O tez-tez baĢdan-ayağa qan
içində, taqətdən düĢmüĢ, yorulmuĢ halda, qəlbində ümidsizlik, lakin aydın fikirlə, bəsirət gözü
açılmıĢ halda ayağa qalxmıĢdı! Məğlub olduğu halda, özünü qalib hiss etmiĢdi. Vicdan onu yerə
yıxdıqdan sonra onun baĢı üstündə duraraq həm qorxunc, həm təmin olunmuĢ, həm xoĢbəxt
halda deyərdi: ―Ġndi çıx get!‖
Lakin, heyhat! Belə ağır mübarizədən sonra məyusluq və ruh düĢkünlüyü baĢlardı.
Jan Valjan hiss edirdi ki, bu gecə o, son döyüĢə girməlidir.
Onun qarĢısında əziyyətli bir məsələ dururdu.
Tale həmiĢə adamı düz yolla aparmır, hər kəs üçün bir yol təyin edir: bu yolda dalanlara, künc-
bucağa, qaranlıq döngələrə, mənhus yol ayrıclarına rast gəlmək olur; bu yol ayrıclarından da
çoxlu cığırlar uzanır. Jan Valjan indi ən təhlükəli bir yol ayrıcında idi.
O, indi son hüdudda, xeyirlə Ģərin bir-birini qət etdiyi yolda idi. Onun gözləri önündə məĢum bir
yol ayrıcı dururdu. Yenə də onun qarĢısında, baĢqa çətin vəziyyətlərdə olduğu kimi, iki yol vardı;
bunlardan biri onu aldadır, o birisi qorxudurdu. Bu yollardan hansını seçmək lazımdı?
Sirli bir barmaq ona ikinci yolu göstərirdi: biz hər dəfə gözümüzü məchul bir yerə dikəndə bu
barmaq peyda olur.
Jan Valjan yenə də ya qorxunc limanı, ya da cəzbedici tələni seçməli idi.
Deməli, bu, doğrudur: qəlbi sağaltmaq olar, taleyi dəyiĢmək olmaz. Taleyin hökmü dəhĢətli
Ģeydir!
Jan Valjanın qarĢısında duran məsələ bundan ibarətdi:
Kozetta ilə Mariusun xoĢbəxtliyinə o necə münasibət bəsləyəcəkdir? O özü onların xoĢbəxt
olmasını istəyirdi, o, özü buna çalıĢırdı, o özü könüllü olaraq bu xoĢbəxtliklə qəlbini yaralamıĢdı,
indi isə öz əməlinə baxaraq, bir silahdüzəldən kimi, öz iĢindən bir növ razı qala bilərdi; bu ona
bənzəyir ki, silahdüzəldən qanlı xəncəri öz sinəsindən çıxararkən, onun üstündə öz damğasını
görür.
Kozettanın Mariusu vardı, Marius Kozettaya sahib olmuĢdu. Onların hər Ģeyi, hətta sərvəti də
vardı. Bunun da hamısını ancaq Jan Valjan yaratmıĢdı.
Ġndi o nə etməli idi, axı bu xoĢbəxtlik əldə edilmiĢdi, bu xoĢbəxtlik meydanda idi. Bu xoĢbəxtliyi
məhv etsinmi? Onunla öz xoĢbəxtliyi kimi rəftar etsinmi? Əlbəttə, Kozetta indi özgəsinin idi,
lakin Jan Valjan mümkün ola bilən Ģeyləri əldə saxlaya biləcəkdimi? O, arabir baĢ çəkilən, lakin
indiyə qədər hörmət edildiyi kimi hörmət edilən bir ata olub qalacaqdımı? Ya o, Kozettanın
evinə köçüb orada rahat yaĢayacaqdımı? O öz keçmiĢini dinməz-söyləməz onların gələcəyinin
ayaqları altına atacaqdımı? Bu evə o, buna haqqı olan bir adam kimi girəcəkdimi, onların parlaq
ocağı yanında, maskasını çıxartmadan, oturmağa cəsarət edəcəkdimi? Məhkum olunmuĢ adam
olduğu halda, bu məsum gənclərin əllərini gülümsəyə-gülümsəyə sıxacaqdımı? O, Jilnormanın
qonaq otağında, buxarının odu qabağında ayaqlarını barmaqlığın üstünə qoya biləcəkdimi, axı bu
ayaqların ardınca qandalların biabırçı kölgəsi sürünürdü?! Mariusla Kozettanın xoĢbəxtliyinə o
da Ģərik olacaqdımı? Onun baĢı üstündə zülmət artmayacaqdımı, onların üzərinə kölgə
enməyəcəkdimi? O öz küskün taleyini onların bəxtəvərliyinə qatacaqdımı? Yenə əvvəlki kimi
susacaqdımı? Ümumiyyətlə, bu xoĢbəxt adamların qarĢısında taleyin dilsiz, məĢum rolunu
oynayacaqdımı?
Bəzi məsələlər bütün çılpaqlığı, bütün dəhĢəti ilə qarĢımıza çıxanda, gözümüzü yerə dikməmək
üçün, zalım qəza-qədərə, onun dönüklüyünə alıĢmaq lazımdır. Amansız sual iĢarəsinin arxasında
xeyirmi gizlənir, Ģərmi? Sfinks soruĢur: ―Sən necə hərəkət edəcəksən?‖
Jan Valjan belə sınaqlara alıĢmıĢdı. O, sfinksin düz gözünün içinə baxırdı.
Bu həlledilməz müəmmanı o, hər cəhətdən öyrənmiĢdi.
Kozetta, bu gözəl məxluq qəzaya uğrayan adam üçün nicat dairəsi idi. Nə etmək lazımdı? Ondan
tutmaqmı, ya onu buraxmaqmı?
Ondan tutsaydı, məhv olmazdı, girdabın içindən üzüb çıxardı, günəĢi görərdi, onun paltarından,
saçından acı dəniz suyu süzülüb tökülərdi. O, xilas olardı, o yaĢayardı.
Əldən buraxsaydı?
Onda girdabın dibinə gedərdi.
Bu qayda ilə Jan Valjan əzab və iztirab içində öz vicdanı ilə məsləhətləĢirdi. Daha doğrusu, öz-
özü ilə mübarizə edirdi: o gah həyatına, gah da öz əqidələrinə amansız hücum edirdi.
Jan Valjan üçün ağlaya bilmək xoĢbəxtlikdi. Bu, bəlkə də, onun ürəyini sakitləĢdirirdi. Ancaq
baĢlanğıc son dərəcə çətindi. Onun qəlbində qopan fırtına vaxtilə onu Arrasa qovan fırtınadan da
amansızdı. KeçmiĢ onun qarĢısında hal-hazırla yanaĢı canlanırdı; o bunları müqayisə edərək acı-
acı ağlayırdı. Göz yaĢları sel kimi axırdı, o, ümidsizlik içində boğulurdu, hönkürtü onu əldən
salırdı.
O, son həddə yetdiyini hiss edirdi.
Heyhat, xudbinliklə vəzifə arasında gedən ölüm-dirim mübarizəsində, o zaman ki, biz ĢaĢqın və
qəzəbli halda, dəlicəsinə öz mövqeyimizi əldən verə-verə, hər qarıĢ torpağı qoruya-qoruya,
qaçmaq imkanına ümid edə-edə, çıxıĢ yolu axtara-axtara sarsılmaz idealımız qarĢısında addım-
addım geri çəkilirik, onda bizim arxamızda qəfildən məĢum bir divar yüksəlir!
Müqəddəs bir kölgə, gözə görünməyən, lakin amansız bir Ģey sizin yolunuzu kəsir, sizi geri
çəkilməyə qoymur, – bunu hiss etmək nə böyük vəsvəsədir!
Bəli, vicdanı özünə tabe etmək olmaz. Qərara gəl, Brut! Qərara gəl, Katon! Vicdan dərin fəzadır,
çünki o Allahdır. Biz bu quyuya bütün bir ömrün əməyini atırıq, karyeranı atırıq, sərvəti, Ģöhrəti
atırıq, azadlığı, ya vətəni atırıq, sağlamlığı atırıq, istirahəti atırıq, xoĢbəxtliyi atırıq! Daha, daha
bir çox Ģeyləri atırıq! ġüĢələri də boĢaldın! Qabları da əyin! Nəhayət, biz ora öz qəlbimizi atırıq!
Qədim bir zirzəminin zülməti içində belə dərin çəllək vardır.
Nəhayət, qurban verməkdən boyun qaçırmaq bağıĢlanmaz Ģeydirmi? Məgər tükənməzlik də haqq
tələb edə bilərmi? Məgər son dərəcə ağır yük insan qüvvəsindən artıq deyilmi? Siziflə Jan
Valjan: ―Bəsdir!‖ desə, kim onları məzəmmət edə bilər?
Maddənin mütiliyi sürtünmə ilə məhdudlaĢmıĢdır; məgər qəlbin mütiliyinin hüdudu yoxdurmu?
HəmiĢəlik hərəkət mümkün deyilsə, bəs onda adamdan həmiĢə fədakarlıq tələb etmək olarmı?
Ġlk addım atmaq nədir ki; ancaq son addım atmaq çətindir. ġanmatye hadisəsi Kozettanın ərə
getməsi və bundan meydana gələn vəziyyət qarĢısında nə idi ki?! Katorqaya getmək qorxusu
indiki heçliyə getmək qorxusu qarĢısında nə idi ki?!
Ah, aĢağıya enən birinci pillə, sən də dumanlısan! Ah, aĢağıya enən ikinci pillə, sən nə
qaranlıqsan! Burada necə geri sıçramayasan?
Məzlumluq ruhu əzə-əzə yüksəldir. Bu, iĢgəncədir, bu, padĢah olmaq üçün verilən xeyir-duadır.
Ġnsan ilk dəqiqədə buna razı ola bilər; insan pul kimi qızarmıĢ hökmdar əsasını əlinə alır, lakin o
hələ odlu mantiya da geyməlidir, – belə anda zəif bədən qiyam edib, məzlumluq çələngindən əl
çəkməzmi?
Nəhayət, Jan Valjan lap əldən düĢərək sakitləĢdi.
O, müvazinətin bütün imkanlarını iĢıqla kölgənin sirli tərəzisində çəkdi, təhlil etdi, ətraflı
düĢündü.
Katorqa dustağının ağır yükünü bu iki xoĢbəxt gəncin üzərinə qoysunmu, ya özünün məhv
olmasını nəhayətə yetirsinmi? Birinci halda o, Kozettanı qurban verəcəkdi, ikinci halda özünü.
Onun qərarı nə oldu? O, hansı nəticəyə gəldi? Taleyin ədalətli istintaqında onun qəti daxili
cavabı nə oldu? Hansı qapını açmağı qət etdi? O, həyatının hansı yarısını rədd etməli, qıfıl
altında saxlamalı idi? Onu əhatə edən dərin uçurumlardan hansını seçdi? Hansı ifrat qərara gəldi?
Bu girdablardan hansının qarĢısında baĢ əydi?
Əzablı düĢüncələr bütün gecə onu tərk etmədi.
O, səhərə kimi dizi üstə duraraq, taleyin həddindən artıq ağır yükü altında əzilərək, – heyhat,
bəlkə də, pamal olaraq! – yumruqlarını bərk-bərk sıxaraq, üzü üstə çarpayıya yıxılıb qaldı; o,
çarmıxa çəkilmiĢ adam kimi əl-qolunu açmıĢdı, elə bil, onu xaçdan götürüb üzü üstə yerə
atmıĢdılar. O, uzun qıĢ gecəsində on iki saat baĢını qaldırmadan, bircə kəlmə də söz söyləmədən,
soyuqdan dona-dona bu vəziyyətdə qaldı. O tərpənmirdi, sanki, ölmüĢdü, bu zaman onun fikri
gah ilan kimi yerə sürünür, gah qartal kimi göylərə yüksəlirdi. Lakin birdən onun bədəni titrəyir,
o elə üzü üstə düĢmüĢ halda, Kozettanın paltarını öpməyə baĢlayırdı, onda bilmək olurdu ki, o
ölməmiĢdir, diridir.
Bunu kim görə bilərdi? Kim? Jan Valjan ki otaqda tək idi, onun yanında heç kəs yox idi?
Bunu qaranlıq gecələrdə yatmayan adam görə bilərdi.
ƏZABIN ƏN AĞIR DƏQĠQƏLƏRĠ.
BĠRĠNCĠ FƏSĠL.
Yeddinci dairə və göyün səkkizinci qatı.
Toyun ertəsi günü sakitlik olur. Adamlar, eĢqdən məst olmuĢ gənclərin istirahətini pozmaq
istəmirlər, həm də onların yuxudan gec durmalarına mane olmurlar. Hay-küylü təbriklər və
görüĢlər gec baĢlanır. Fevralın 17-si idi, günortadan xeyli keçmiĢdi, Bask, əlində cındır,
qoltuğunda süpürgə, ―dəhlizini təmizləməklə məĢğuldu‖, birdən qapı yavaĢca döyüldü. Görünür,
gələn adam zəngdən istifadə etmək istəməyibmiĢ, – belə gündə bu cür təvazökarlıq lap yerinə
düĢürdü. Bask qapını açanda cənab FoĢlevanı gördü. Onu qonaq otağına apardı; qonaq otağında
aləm bir-birinə qarıĢmıĢdı, heç bir Ģey öz yerində deyildi, otaq, dünənki sevinc və Ģənliyin döyüĢ
meydanına oxĢayırdı.
Bask dedi:
– Özünüz baĢa düĢürsünüz ki, cənab, biz bu gün yuxudan gec durmuĢuq.
Jan Valjan soruĢdu:
– Ağanız durubmu?
Bask cavab vermək əvəzinə soruĢdu:
– Qolunuz necədir, cənab?
– YaxĢıdır. Ağanız durubmu?
– Hansı ağam: qoca, ya cavan?
– Cənab baron?
Baron rütbəsi xidmətçilərin nəzərində xüsusi əhəmiyyət kəsb edir; sanki, bu rütbədən onlara da
bir Ģey düĢür, filosof buna ―zati-alilərin qır-qırıntısı‖ deyərdi; bu, onların xoĢuna gəlir. Sözarası
bir Ģeyi də qeyd etmək lazımdır: Marius döyüĢkən bir respublikaçı idi, o bunu öz iĢi ilə sübut
etmiĢdi, lakin indi heç özü istəmədiyi halda baron olmuĢdu. Bu rütbə evdə kiçik bir inqilaba
səbəb oldu. Ġndi cənab norman Mariusun bu rütbəni daĢımasını təkidlə tələb edirdi, Marius
istəmirdi. Lakin podpolkovnik Ponmersi yazmıĢdı: ―Mənim oğlum mənim rütbəmin varisi
olmalıdır‖. Marius tabe oldu. Bir də Kozettada qadınlıq hissi oynamağa baĢladığından, o,
baronessa olmasından son dərəcə sevinirdi.
Bask: – Cənab baron? – deyə təkrar etdi, – Bu saat baxaram. Deyərəm ki, cənab FoĢlevan sizi
görmək istəyir.
– Yox, mənim kim olduğumu deməyin. Deyin ki, bir adam sizinlə danıĢmaq istəyir, ancaq adımı
söyləməyin.
Bask uzada-uzada dedi:
– E-lə!
– Mən ona təzə xəbər vermək istəyirəm.
Bask yenə də:
– Elə! – deyə təkrar etdi; bu ikinci ―elə!‖ni elə söylədi ki, sanki, bununla birinci ―elə‖ni özü-
özünə izah edirdi.
Sonra da otaqdan çıxdı.
Jan Valjan tək qaldı.
Ġndicə demiĢdik ki, qonaq otağında aləm bir-birinə qarıĢmıĢdı. Sanki, diqqətlə qulaq asılsaydı,
hələ də toy Ģənliyinin qarıĢıq səs-küyünü eĢitmək olardı. Çiçək hörgülərindən, qadınların
saçından parketə cürbəcür güllər tökülmüĢdü. Yanıb qurtaran Ģamların ərintisi aĢağı süzülərək,
çilçırağın asqılarını stalaktit kimi bəzəmiĢdi. Stulların heç biri öz yerində deyildi. Künc-bucaqda
dairə Ģəklində qoyulan kreslolar, sanki, axĢamkı söhbəti davam etdirirdi. Hər Ģeydə toy Ģənliyi
duyulurdu.
Səs-küylə keçən Ģənlik yerində yenə də cazibədarlıq qalır. Burada xoĢbəxtlik qonaq qalmıĢdı.
Səliqəsiz halda ora-bura qoyulan stullar üstə, solan güllər, sönən iĢıqlar arasında, ancaq
Ģadlıqdan danıĢmıĢlar. GünəĢ çilçırağı əvəz edərək, qonaq otağına ürək açan iĢıq saçırdı.
Bir neçə dəqiqə keçdi. Jan Valjan Baskın qoyub getdiyi yerdə hərəkətsiz durmuĢdu. Onun bənizi
çox solğundu. Sönük gözləri yuxusuzluqdan elə çuxura düĢmüĢdü ki, göz çanağında güclə
görünürdü. ƏzilmiĢ qara sürtukunun qırıĢıqları göstərirdi ki, Jan Valjan gecə onu əynindən
çıxartmamıĢdır. Dirsəkləri ağarmıĢdı: mahud kətana sürtünəndə onun üstündə ağ iz qalır. Gün
iĢığı pəncərənin Ģəklini yerə sərmiĢdi, – Jan Valjan ayağı altına düĢən bu Ģəklə baxırdı.
Qapının dalından səs gəldi; Jan Valjan baĢını qaldırdı.
Marius, üzündə və gözlərində fərəhli, təntənəli bir ifadə, gülümsəyə-gülümsəyə, qürurla içəri
girdi.
Jan Valjanı görüb ucadan dedi:
– Ah, sizsiniz, ata! Bu sarsaq Bask elə sifət göstərdi ki, guya, sizi tanımır. Ancaq siz çox tez
gəlmisiniz. Ġndi hələ birin yarısıdır. Kozetta yatır.
Mariusun cənab Jan Valjana söylədiyi ―ata‖ sözü onun üçün böyük xoĢbəxtlik idi. Bu vaxta
qədər onların arasında soyuqluq, qeyri-təbii münasibət vardı; bu buzu ya sındırmaq, ya da
əritmək lazımdı. XoĢbəxtlik Mariusu elə məst etmiĢdi ki, onların arasında bir divar kimi
yüksələn bu vəziyyət öz-özünə uçub dağıldı, buz əridi, cənab FoĢlevan Kozettanın atası olduğu
kimi, onun da atası oldu.
Marius yenə sözə baĢladı; o çətinlik çəkmədən çox sərbəst danıĢırdı: bu sevincin ilahi
coĢqunluğuna tutulan adamlara xas olan bir haldır.
– Sizi görməyimə çox Ģadam. Sizin dünən burada olmamağınız bizə çox təsir elədi. XoĢ gördük,
ata! Əliniz necədir? YaxĢıdır, elə deyilmi?
Öz sualına verdiyi cavabla kifayətlənərək sözünə davam etdi.
– Sizin haqqınızda Kozetta ilə çox danıĢmıĢıq! Kozetta sizi çox sevir! Yadınızdan çıxarmayın ki,
sizin üçün otaq hazırlanmıĢdır. Biz Silahlı adam küçəsini daha tanımaq istəmirik. Onun adını heç
eĢitmək istəmirik. Necə olub ki, siz ora köçmüsünüz? O yaman pis küçədir, yaraĢıqlı deyil,
soyuqdur, səhhət üçün zərərlidir, hər yeri hasarla örtülüdür, heç ora getmək olmur. Köçün bizə.
Elə bu gün. Yoxsa siz Kozettaya cavab verməli olacaqsınız. O, bizim hamımıza böyüklük etmək
fikrindədir, sizə xəbərdarlıq eləyirəm. Siz öz otağınızı görmüsünüz, o bizim otağın yanındadır.
Onun da pəncərələri bağa baxır. Qapısının kilidini düzəldiblər, yataq hazırlayıblar, bircə köçmək
qalıb. Kozetta sizin çarpayınızın yanına utrext mahuduna tutulmuĢ böyük, qədim bir kreslo
qoyub, özünə də əmr edib ki, ―onun qabağında ağuĢunu açarsan!‖ Pəncərələrinizin qabağındakı
yasəmən ağaclarına hər il yazda bir bülbül qonur. Ġki aydan sonra siz onun səsini eĢidəcəksiniz.
Onun yuvası sizin sol tərəfinizdə, bizim sağ tərəfimizdə olacaq. Sizin otağınız düz cənuba baxır.
Kozetta sizin kitablarınızı, kapitan Kukun səyahətini, Vankuverin səyahətini, bütün Ģeylərinizi
ora qoyacaq. Deyəsən, sizin balaca bir sandıqçanız var, sizin nəzərinizdə o çox qiymətlidir,
otaqda mən onun üçün lap yaxĢı bir yer seçmiĢəm. Siz mənim babamın çox xoĢuna gəlmisiniz,
siz bir-birinizə layiq adamlarsınız. Biz hamımız bir yerdə yaĢayacağıq. Siz vist oynaya
bilirsinizmi? Oynaya bilirsinizsə, babam bundan məmnun qalacaq. Mənim məhkəmə iclaslarım
olanda siz Kozetta ilə gəzməyə gedəcəksiniz, onun qoluna girib gəzdirəcəksiniz, əvvəllər
Lüksemburq bağında olduğu kimi, yadınızdadırmı? Biz qət etmiĢik ki, çox xoĢbəxt yaĢayaq. Siz
də, ata, bizim xoĢbəxtliyimizlə xoĢbəxt olacaqsınız. Siz bu gün bizimlə nahar edəcəksiniz, elə
deyilmi?
Jan Valjan dedi:
– Cənab, mən sizə bəzi Ģeylər deməliyəm. Mən əvvəllər katorqa dustağı olmuĢam.
Səsin kəskinliyi üçün bir hüdud var, bu hüdud xaricində səsi heç qulaq deyil, idrak da qavramır.
Cənab FoĢlevanın ağzından çıxan və Mariusun qulağına toxunan bu ―mən əvvəllər katorqa
dustağı olmuĢam‖ sözləri qavramaq hüdudundan xaricdə idi. Marius bu sözləri eĢitmədi. Elə bil
ki, ona nəsə dedilər, ancaq nə deyildiyini o bilmədi. O, böyük ĢaĢqınlıq içində idi.
Marius onunla danıĢan adamın qorxunc olduğunu ancaq indi gördü. O, öz xoĢbəxtliyi ilə məst
olduğundan cənab FoĢlevanın qanı qaçmıĢ solğun bənizi bu vaxta qədər onun gözündən
yayınmamıĢdı.
Jan Valjan sağ qolundan qara sarğını götürdü, əlinə sarınmıĢ kətan parçanı açdı, baĢ barmağını
Mariusa göstərib dedi:
– Mənim əlimə heç bir Ģey olmayıb.
Marius onun barmağına baxdı.
Jan Valjan əlavə etdi:
Heç əvvəllər də bir Ģey olmayıb.
Doğrudan da, onun barmağı heç cızılmamıĢdı da.
Jan Valjan sözünə davam etdi
– Mən gərək sizin evdə olmayaydım. Mən bacardığım qədər bunu eləməyə çalıĢdım.
Barmağımın yaralandığını özümdən uydurdum, ona görə uydurdum ki, saxta iĢ görməyə məcbur
olmayım, ―kəbin düzgün kəsilməyib‖ deyilməsinə yol verməyim, kəbin kağızına qol qoymayım.
Marius dili dolaĢa-dolaĢa soruĢdu:
– Bu nə deməkdir?
Jan Valjan:
– Bu o deməkdir ki, mən katorqada olmuĢam, – deyə cavab verdi.
Marius qorxmuĢ halda çığırdı:
– Siz məni dəli edirsiniz!
Jan Valjan dedi:
– Cənab Ponmersi, mən on iki il katorqada olmuĢam. Oğurluq üstündə. Sonra mənə ömürlük
katorqa cəzası kəsiblər. Yenə oğurluq üstündə. Hal-hazırda mən polis idarəsindən gizlin
yaĢayıram.
Marius nahaq yerə bu həqiqət qarĢısında geri çəkilmək, buna inanmaq, bu aydın məsələyə
müqavimət göstərmək istəyirdi; nəhayət, o təslim olmaq məcburiyyətində qaldı. Məsələni
anlamağa baĢladı və həmiĢə belə hallarda olduğu kimi, deyilməyən Ģeyləri də baĢa düĢdü. O,
birdən-birə aydınlaĢan dəhĢətli məsələdən diksindi; beynini dəlib keçən bir fikir onu sarsıtdı. O,
sanki, uğursuz gələcəyini, fərəhsiz həyatını gördü.
– Hamısını danıĢın! Hamısını danıĢın! – deyə çığırdı. – Siz Kozettanın atasısınız?
Bunu deyib, böyük bir dəhĢət içində geri çəkildi.
Jan Valjan elə əzəmətli tövrlə dikəldi ki, elə bil, boyu bir qarıĢ uzandı.
– Məhkəmə mənim kimilərin andını qəbul etməsə də, siz mütləq mənə inanmalısınız, cənab.
Susdu; sonra hər hecanı qeyd edə-edə, amiranə, qaĢqabaqlı halda ağır-ağır əlavə etdi:
– ...Siz mənə inanın! Mən Kozettanın atası deyiləm! Allah özü Ģahiddir ki, atası deyiləm! Cənab
Ponmersi, mən Faverol kəndlisiyəm. Mən ağac kəsməklə dolanırdım. Adım FoĢlevan deyil, Jan
Valjandır. Mən Kozettanın heç nəyiyəm. Sakit olun.
Marius mızıldandı:
– Kim bunu mənə sübut elər?
– Mən. Mənim sözüm.
Marius bu adama baxdı. O, qaĢqabaqlı və sakitdi. Belə sakitlik yalanla bir araya sığmaz. O Ģey ki
buza dönmüĢdür – həqiqətdir. Bu qəbir soyuğunda həqiqətin varlığı hiss olunurdu.
Marius:
– Mən sizə inanıram, – dedi.
Jan Valjan bu sözü nəzərə alırmıĢ kimi baĢını əydi:
– Mən Kozetta üçün kiməm? Yoldan keçən bir adam. On il bundan əvvəl mən onun heç dünyada
yaĢadığını bilmirdim. Mən onu sevirəm, bu doğrudur. Mən onu necə sevməyə bilərəm: mən onu
lap uĢaqlıq vaxtından tanıyıram, o zaman ki, mən özüm qoca idim! Adam qoca olanda özünü
bütün uĢaqların babası hesab edir. Mən belə güman edirəm ki, siz məndə də qəlbə oxĢar bir Ģey
olduğunu təsəvvür edə bilərsiniz. O yetim idi. Nə atası vardı, nə anası. Onun mənə ehtiyacı
vardı. Buna görə də mən onu sevdim. Balaca uĢaqlar elə aciz olurlar ki, rast gəldikləri bir adam,
hətta mənim kimi bir adam onları öz himayəsi altına ala bilər. Mən də Kozettaya hamilik etmək
vəzifəsini öz üzərimə götürdüm. Mən elə zənn edirəm ki, belə kiçik təĢəbbüsə xeyirxah iĢ demək
böyük çıxardı, əgər bu, doğrudan da, xeyirxah bir iĢ isə, qoy elə olsun, elə hesab edin ki, mən
belə bir iĢ tutmuĢam. Bunu, hökmü yüngülləĢdirən bir Ģey kimi nəzərə alın. Bu gün Kozetta
mənim həyatımdan gedir, bizim yolumuz ayrıldı. Bundan sonra mən onun üçün daha heç bir Ģey
edə bilmərəm. O, baronessa Ponmersidir. Ġndi onun baĢqa bir hamisi var. Bu dəyiĢiklik
Kozettanın xeyrinə oldu. Hər Ģey yaxĢılığa doğru gedir. Bu altı yüz min frank isə, – siz bu barədə
bir Ģey deməsəniz də, belə bir sual verəcəyinizi hiss edirəm, – mənə saxlanılmağa verilmiĢdi.
SoruĢa bilərsiniz bu pul necə olub ki, mənim əlimə keçib. Sizin üçün bunun nə fərqi var? O Ģey
ki mənə saxlanılmağa verilmiĢdi, mən onu verirəm. Məndən daha heç nə soruĢmayın. Mən əsil
adımı açıb sizə söyləməklə öz vəzifəmi tamam yerinə yetirdim. Bu Ģeyləri sizə niyə dedim, – bu
ancaq mənə aid olan məsələdir. Mən kiməm, – bunu sizin bilməyiniz mənim üçün çox vacibdir.
Jan Valjan sözünü qurtarıb Mariusun düz üzünə baxdı.
Mariusu tutqun və qarıĢıq hisslər bürümüĢdü. Taleyin zərbəsi yüksək dalğalar qaldıran Ģiddətli
küləyə bənzər. Bu zərbə bizim qəlbimizdə coĢqun həyəcan doğurur.
ġaĢqınlıq bizi tamamilə bürüyəndə biz ağır, təĢviĢli dəqiqələr keçiririk; ağlımıza ilk əvvəl nə
gəlsə, onu deyirik, çox vaxt da deyiləsi sözü deyil, baĢqa bir söz deyirik. Qəfildən söylənilən və
sirraçan xəbərlər də olur ki, insan buna dözə bilmir, o, adamı zəhərli Ģərab kimi sərsəmləĢdirir.
Marius özünü elə itirmiĢdi ki, Jan Valjanla onun etirafından narazı qalmıĢ kimi danıĢmağa
baĢladı.
Həyəcanla dedi:
– Mən baĢa düĢə bilmirəm: siz bu Ģeyləri mənə niyə deyirsiniz? Kim sizi məcbur edir? Siz bu
sirri açmaya da bilərdiniz. Sizi heç kəs ələ vermir, heç kəs sizi təqib etmir, gözümçıxdıya salmır.
Bu Ģeyləri könüllü olaraq etiraf etmək üçün, yəqin, bir əsasınız var. Hamısını söyləyin. Burada
nə isə ayrı bir məsələ var. Siz nə məqsədlə öz-özünüzü ifĢa edirsiniz? Nə səbəbə?
Jan Valjan elə astadan və elə boğuq səslə danıĢdı ki, elə bil, Mariusla deyil, öz-özü ilə danıĢırdı.
– Nə səbəbə? Doğrudan da, katorqa dustağı nə üçün birdən durub deyir ki: ―Mən katorqa
dustağıyam?‖ Qoy onda cavab verim. Bəli, bunun səbəbi var, özü də qəribə bir səbəbi var. Mən
bunu düzlük cəhətdən dedim. Qulaq asın, bədbəxtlik burasındadır ki, qəlbim məni bərk-bərk
yedəkləmiĢdir. Adam qocalanda bu yedək daha da möhkəm olur. Ətrafda hər Ģey uçub-dağılır,
amma ona heç bir Ģey olmur. Mən o yedəyi qıra bilsəydim, məhv edə bilsəydim, o düyünü aça
bilsəydim, ya kəsə bilsəydim, çox-çox uzaqlara gedə bilsəydim, onda xilas olardım, onda mən
Blua küçəsində istədiyim dilicansa minib gedərdim; siz xoĢbəxtsiniz, mən daha buradan gedə
bilərdim. Mən bu buxovu qırmaq istədim, bacardığım qədər onu dartdım; buxov çox möhkəmdi,
qırılmırdı, çox dartsaydım, qəlbimi də onunla bərabər yerindən qoparardım. Onda mən öz-özümə
dedim: ―mən baĢqa yerdə yaĢaya bilmərəm. Mən gərək burada qalam‖. Əlbəttə, siz haqlısınız.
Bəli, mən axmağam. Mən izahat vermədən, elə-belə qala bilməzdimmi? Siz öz evinizdə mənə
otaq təklif edirsiniz, xanım Ponmersi məni çox istəyir, o, hətta kresloya deyib ki: ―Onun
qabağında ağuĢunu açarsan‖, sizin babanız məni məmnuniyyətlə qəbul edər, o məndən razı qalar,
biz hamımız bir yerdə yaĢayarıq, bir yerdə nahar edərik, mən Kozettanın... xanım Ponmersinin, –
bağıĢlayın, vərdiĢ etdiyim üçün yanıldım, – qoluna girib onu gəzməyə apararam, biz bir damın
altında yaĢarıq, bir süfrədə oturarıq, bir çırağın baĢına yığıĢarıq, qıĢda bir buxarının yanında
oturub qızıĢarıq, yayda bir yerdə seyrə çıxarıq... Bu elə bir sevinc, elə bir xoĢbəxtlikdir ki, hər
Ģeydən yüksəkdir! Biz bir ailə kimi yaĢardıq. Bir ailə kimi!
Jan Valjan bu sözləri söylərkən qorxunc bir görkəm aldı. Qollarını sinəsinə çarpazlayaraq
gözlərini yerə elə dikdi ki, elə bil, ayaqları altında uçurum açmaq istəyirdi; birdən nərildədi;
– Bir ailə kimi! Yox! Mənim heç bir ailəm yoxdur! Mən sizin də ailəyə mənsub deyiləm. Heç bir
insan ailəsinə mənsub deyiləm! O evlərdə ki bir-birinə yaxın olan insanlar yaĢayır, mən orada
artığam. Dünyada çoxlu ailə var, ancaq bu ailələr mənim üçün deyil. Mən bədbəxtəm, məni
insan ailəsindən kənara atıblar. Mənim atam, anam olmuĢmu? Mən az qalır ki, buna Ģübhə
eləyəm. O gün ki mən bu qızı ərə verdim, mənim üçün hər Ģey bitdi. Mən gördüm ki, bu qız
xoĢbəxtdir, sevdiyi adamla yaĢayır, onların xoĢ təbiətli bir babası var, sevinc dolu evi var, bu ev
iki mələyin yurdudur, onların vəziyyəti hər barədə yaxĢıdır. Onda mən öz-özümə dedim: ―Ora
getmə!‖ Mən yalan deyə bilərdim, bu doğrudur; mən sizin hamınızı aldada bilərdim, cənab
FoĢlevan olub qalardım. Nə qədər ki o qız üçün yalan demək lazımdı, mən dedim; lakin indi
özüm üçün mən bunu gərək eləməyəm. Doğrudur, mənim üçün susmaq kifayətdi, onda hər Ģey
əvvəlki qayda ilə gedərdi. Siz soruĢursunuz ki, mənim danıĢmağa məcbur edən nədir? Çox
əhəmiyyətsiz bir Ģey – mənim vicdanım. Susa bilərdim, bu çox asandır. Mən bütün gecəni
çalıĢdım ki, özümü buna inandırım, danıĢmayım, olmadı; siz məndən açıq danıĢmağı tələb
edirsiniz, sizin buna haqqınız var, çünki mənim sizə söylədiklərim ağlasığan Ģey deyil. Bəli, mən
bütün gecəni öz-özümə cürbəcür dəlillər, çox möhkəm dəlillər gətirdim; doğrudan da, mən öz
qüvvəm daxilində olan hər Ģeyi elədim. Ancaq bir Ģeyi eləyə bilmədim: mənim qəlbimi bu yerə
bağlayan, buxovlayan, bənd eləyən ipi qıra bilmədim, tək olanda mənimlə söhbət eləyən ipi qıra
bilmədim, tək olanda mənimlə söhbət eləyən adamı susdura bilmədim. Buna görə də sizin
yanınıza gəldim ki, hər Ģeyi açıb sizə deyim. Hər Ģeyi, ya bəlkə də, hər Ģeyi! O Ģey ki, ancaq
mənə aiddir, o barədə heç danıĢmaq lazım deyil; bunu mən öz ürəyimdə saxlayıram Əsas Ģeyləri
siz indi bilirsiniz. Bu qayda ilə mən öz sirrimi götürüb, sizə gətirdim. Mən onu sizin gözünüzün
qabağında açdım. Belə bir qərara gəlmək asan deyildi. Mən bütün gecəni öz-özümlə mübarizə
etmiĢəm. Ah, mən öz-özümü inandırmağa çalıĢırdım ki, burada vəziyyət bir baĢqadır. ġanmatye
məsələsində olduğu kimi deyil, indi mən öz adımı gizlətməklə heç kəsə yamanlıq etmərəm,
FoĢlevan adı mənə etdiyim xidmətə görə bir minnətdarlıq kimi cənab FoĢlevanın özü tərəfindən
verilmiĢdir, mən bu adı yenə də saxlaya bilərəm, sizin təklif etdiyiniz otaqda xoĢbəxt həyat
keçirə bilərəm, heç kəsi zəhmətə salmaram, öz guĢəmdə yaĢaram, Kozetta sizin olsa da, onunla
bir evdə yaĢamaq, hər halda, mənim üçün bir təsəlli olar – siz elə bilirsiniz mən bunları
düĢünmürdüm? Bizim hər birimiz xoĢbəxt olardı. Mənə əvvəlki kimi cənab FoĢlevan deyərdilər,
hər Ģey öz qaydası ilə gedərdi. Hər Ģey, ancaq mənim qəlbim narahat olardı. Hər tərəfdən üstümə
sevinc yağardı, lakin mənim qəlbimdə qaranlıq gecə hökmranlıq edərdi. XoĢbəxt olmaq kifayət
deyil, adam gərək öz-özü ilə sülh içində yaĢasın. Ġndi belə bir Ģey təsəvvür edin: mən cənab
FoĢlevan olub qalaydım, deməli ki, əsil simamı gizlədəydim, deməli ki, sizin çiçəklənən
xoĢbəxtliyiniz qarĢısında sirrimin üstünü örtəydim, qəlbimdəki zülmətlə bu iĢıqlı dünyada
gəzəydim, deməli ki, sizə xəbərdarlıq etmədən katorqanı sizin evə gətirəydim, süfrənizin baĢında
oturaydım, fikrimdə də bu olaydı ki, siz mənim kim olduğumu bilsəniz, məni buradan
qovarsınız; sizin adamlara mənə qulluq etməyə imkan verəydim, ―Belə də dəhĢət olar!‖ Birdən
elə olaydı ki, dirsəyim sizə toxunaydı, – əslində, bu gərək sizi iyrəndirəydi; sizin əlinizi sıxmaq
mənim üçün bir oğurluq olardı! Sizin evinizdə hörmət və ehtiramı – ağ saçlı, möhtərəm bir
adamla rüsvay olmuĢ ağ saçlı baĢqa adam arasında bölüĢdürmək lazım gələrdi. O zaman ki bütün
ürəklər bir-birinin qarĢısında, guya, açıq olacaqdı, o zaman ki bizim dördümüz də – sizin babanız
da, siz də Kozetta da, mən də bir yerdə səmimi söhbət edəcəkdik, burada naməlum bir adam da
iĢtirak edəcəkdi! Sizinlə bir yerdə keçirdiyim bu həyatda mənim yeganə qayğım bu olacaqdı ki,
bu dəhĢətli quyunun qapağını yerindən tərpətməyə yol verməyim. Bu qayda ilə mən ölü olduğum
halda, sizin kimi dirilərə bağlanmıĢ olardım. Kozettanı həmiĢəlik özümə buxovlardım. Siz, o və
mən katorqa dustağının yaĢıl qalpağı altında üç baĢdan ibarət bir Ģey olardıq! Bu, sizi
sarsıtmırmı? Ġndi mən ən bədbəxt insanam, amma onda ən rəzil bir adam olardım. Bu cinayəti
mən hər gün elərdim! Bu qara maskada öz sifətimi hər gün gizlədərdim! Mən sizi hər gün öz
rüsvayçılığıma Ģərik elərdim! Hər gün! Sizi, mənim əzizlərimi, sizi, mənim balalarımı, mənim
məsum mələklərimi! Susmaq asandırmı? Qəlbindəkini gizlətmək asan Ģeydirmi? Yox, asan
deyil! susmaq var ki, yalan deyir. Mən öz yalanımı, riyakarlığımı, alçaqlığımı, qorxaqlığımı,
xəyanətimi, cinayətkarlığımı damla-damla içərdim, sonra onları qusardım, sonra yenə də
içərdim, mən bunu gecə yarısı qurtarardım, sonra günorta vaxtı baĢlardım, ―Sabahınız xeyir‖, ya
―Gecəniz xeyrə qalsın‖ deməklə yalan söylərdim, yatanda yorğan əvəzinə bu yalanla üstümü
örtərdim, bu yalanda çörək yeyərdim, Kozettanın üzünə baxardım, onun mələk təbəssümünə
baxardım, onun mələk təbəssümünə iblis təbəssümü ilə cavab verərdim, – bununla da ən rəzil bir
adam olardım! Niyə axı? XoĢbəxt olmaq üçün. Mən xoĢbəxt olum? Mənim xoĢbəxt olmağa
haqqım var? Məni həyatdan kənara atıblar, cənab!
Jan Valjan dayandı. Marius susurdu. Belə hallarda – o zaman ki söylənən fikirlərdə qəlbin
iztirabı çırpınır, adamın sözünü kəsmək mümkün deyil. Jan Valjan yenə də səsini alçaltdı, lakin
indi onun səsi boğuq deyildi, bu səsdə məĢumluq duyulurdu.
– Siz soruĢursunuz ki, mən bunları niyə deyirəm? Sizi ki heç kəs ələ vermir, heç kəs təqib etmir,
heç kəs sizi gözümçıxdıya salmır... Bu heç də belə deyil! Məni ələ verirlər, məni təqib eləyirlər,
məni gözümçıxdıya salırlar! Məni ələ verən kimdir, təqib edən kimdir, gözümçıxdıya salan
kimdir? Mən özüm! Mən özüm öz yolumu kəsirəm, mən özüm özümü dartıb aparıram,
sürükləyirəm, həbs edirəm, edam edirəm; o zaman ki adam özü öz əlinə düĢür, bundan xilas
olmaq asan deyil!
Jan Valjan öz yaxasından bərk-bərk yapıĢdı, Mariusa sarı dönərək, sözünə davam etdi:
– Bu yumruğa bir baxın! Bu, mənim yaxamdan elə tutmuĢdur ki, sanki, onu heç
buraxmayacaqdır, elə deyilmi? Bax, vicdan da adamı belə yaxalayır. Cənab, xoĢbəxt olmaq
istəyirsənsə, vəzifənin nə olduğunu dərk etməyə çalıĢmayın, çünki bunu baĢa düĢən kimi vicdan
amansız bir Ģey olur. Onu dərk etdiyiniz üçün o, sanki, sizə cəza verir. Lakin o həm də bunun
əvəzində sizə yaxĢılıq edir: o sizi cəhənnəmə atır, lakin bu cəhənnəmdə siz Allahı öz yanınızda
hiss edirsiniz. Adam bütün qəlbini parçalamayınca, öz-özü ilə dinc yaĢaya bilməz.
Sonra o, iztirablı, dərdli bir ifadə ilə əlavə etdi:
– Cənab Ponmersi, amma mən – sağlam düĢüncəyə zidd görünsə də – düz adamam. Məhz sizin
nəzərinizdə alçaldığım üçün, öz nəzərimdə yüksəlirəm. Bu, bir dəfə mənim baĢıma gəlib, ancaq
mən onda belə əzab çəkməmiĢəm; bunun qabağında o, yüngül bir Ģey idi. Bəli, mən düz
adamam. Mənim təqsirim üzündən siz yenə də mənə hörmət etmiĢ olsaydınız, onda mən düz
adam olmazdım; indi siz mənə nifrət edirsiniz – mən düz adam olub qalıram. Mən taleyin hökmü
altındayam, mən ancaq qeyri-qanuni olaraq mənimsədiyim hörmətdən istifadə edə bilərəm, bu
hörmət də məni alçaldır, əzir. Lakin mənim öz-özümə hörmət etməyim üçün gərək baĢqaları
mənə nifrət eləsin. Onda mən özümdən razı qalıram. Mən katorqa dustağıyam, lakin mən öz
vicdanıma tabe oluram. Mən çox gözəl bilirəm ki, bu, həqiqətə o qədər də uyğun deyil. Lakin bu,
belədir, nə etmək olar?! Mən öz-özümlə müqavilə bağlamıĢam, onu yerinə yetirirəm. Adam
bəzən elə Ģeylərə rast gəlir ki, bunlar onun qarĢısında çox-çox vəzifələr qoyur, elə təsadüflər də
olur ki, bunlar adamı öz nəfəsini yerinə yetirməyə çağırır. Bilirsinizmi, cənab Ponmersi, həyatda
mənim baĢıma çox müsibətlər gəlib.
Jan Valjan yenə susdu. Tüpürcəyini güclə udaraq, – söylədiyi sözlərin acısı, sanki, tüpürcəyində
qalmıĢdı, – sözünə davam etdi:
– Adama rüsvayçılıq damğası vurublarsa, onun ixtiyarı yoxdur ki, xəbərdarlıq etmədən bu
rüsvayçılığın bir hissəsini öz üzərinə götürməyə baĢqalarını məcbur eləsin; onun ixtiyarı yoxdur
ki, öz vəbasını baĢqalarına yoluxdursun; onun ixtiyarı yoxdur ki, düĢdüyü uçuruma baĢqalarını
da gizlincə çəkib aparsın; onun ixtiyarı yoxdur ki, dustaq kurtkasını baĢqalarının çiyninə atsın;
onun ixtiyarı yoxdur ki, öz bədbəxtliyi ilə yaxın adamlarının xoĢbəxtliyinə kölgə salsın! Adamın
pis yarası olduğu halda, sağlam adamlara yaxınlaĢması, zülmət içində öz gizlin yarasını onlara
toxundurması rəzalətdir. Qoy FoĢlevan öz adını mənə vermiĢ olsun, – bu addan istifadə etməyə
mənim ixtiyarım yoxdur; bu adı o mənə verə bilər, lakin mən gərək onu daĢımayam. Ad insanın
―mənliyidir‖. Görürsünüzmü, cənab, mən kəndli olsam da, bəzi məsələlər haqqında düĢünə
bilirəm, bəzi Ģeylər oxumuĢam. Özünüz görürsünüz ki, mən ləyaqətlə öz fikrimi ifadə edə
bilirəm. Mən hər Ģeyi baĢa düĢürəm. Mən öz-özümü tərbiyə eləmiĢəm. Bəli, baĢqasının adını
oğurlamaq, bu ad altında gizlənmək vicdansızlıqdır. Əlifbanın da hərifləri pul kisəsi, ya saat kimi
dələduzluqla mənimsənilə bilər. Canlı bir saxta imza olmaq, namuslu adamların qapısının
kilidaçanı olmaq, yalanla onların həyatına qədəm qoymaq, onların Ģax üzünə baxa bilməmək,
həmiĢə üzünü yana çevirmək, alçaq adam olduğunu hiss etmək – yox, yox, yox, yox, mən bunu
edə bilmərəm! YaxĢısı budur ki, adam əzab çəksin, öz qanı içində boğulsun, hönkür-hönkür
ağlasın, üz-gözünü dırnaqları ilə cırsın, gecələr ağır kədər içində yanıb-qovrulsun, öz bədənini,
ruhunu didib parçalasın!.. Bax buna görə də mən bu Ģeyləri sizə danıĢdım, özü də siz dediyiniz
kimi, könüllü surətdə danıĢdım.
Jan Valjan dərindən ah çəkib sözünü qurtardı:
– Bir zamanlar yaĢamaq üçün çörək oğurlamıĢdım, indi isə yaĢamaq üçün ad oğurlamaq
istəmirəm.
Marius onun sözünü kəsdi:
– YaĢamaq üçün sizə bu ad lazım deyil.
Jan Valjan yavaĢ-yavaĢ baĢını yırğaladı:
– Ah, mən bilirəm nə deyirəm!
Onlar ağır düĢüncəyə dalaraq susdular. Marius baĢını əlinə dayayaraq stolun yanında oturmuĢdu,
qatlanmıĢ barmağını çənəsinə dirəmiĢdi. Jan Valjan otaqda gəziĢirdi. O, aynanın qabağında ayaq
saxladı, gözlərini aynaya zilləyərək dedi:
– Heç olmasa ürəyimi boĢaltdım!
O, aynaya baxsa da, heç bir Ģey görmürdü.
Yenə də gəziĢməyə baĢlayaraq otağın o biri baĢına getdi. Geri dönəndə Mariusun ona göz
qoyduğunu gördü. Onda Jan Valjan baĢqa bir ifadə ilə dedi:
– Mən ayağımı bir az sürüyürəm. Ġndi sizə aydındır niyə sürüyürəm.
Üzünü Mariusa sarı çevirərək sözünə davam etdi:
– Ġndi, cənab, siz belə bir Ģeyi təsəvvür edin: mən sizə heç nə deməmiĢəm, mən cənab FoĢlevan
olub qalmıĢam, sizin içərinizdəyəm, bu ailənin üzvüyəm, mənə verilən otaqda yaĢayıram, ev
ayaqqabısını geyib səhər naharını eləmək üçün yemək otağına gəlirəm, axĢam üçümüz də teatra
gedirik, mən xanım Ponmersini Tüilriyə, ya da Kral meydanındakı bağçaya aparıram, biz həmiĢə
bir yerdəyik, siz məni öz ailənizin adama hesab edirsiniz, bir gün də, bax, mən burada, siz orada
oturub söhbət edəndə, gülüb danıĢanda, birdən siz ucadan ―Jan Valjan!‖ deyə bir səs eĢidirsiniz.
Zülmətdən qorxunc bir əl uzanır, bu, polis əlidir, bu əl mənim maskamı qoparıb atır.
O yenə də susdu. Marius duyduğu dəhĢətdən diksinərək yerindən qalxdı. Jan Valjan ondan
soruĢdu:
– Siz buna necə baxırsınız?
Mariusun susması buna cavab oldu.
Jan Valjan dedi:
– Siz çox yaxĢı görürsünüz ki, mən bunları söyləməkdə haqlıyam. Qulaq asın, siz xoĢbəxt olun,
göylərə yüksəlin, baĢqa bir mələyin hamisi olun, günəĢ Ģüaları içində üzün, bununla da
kifayətlənin. Sizin nəyinizə gərəkdir ki, zavallı, günahkar bir adam öz vəzifəsini yerinə yetirmək
üçün hansı yolla ürəyini açıb tökür... Sizin qarĢınızdakı bədbəxt bir adamdır, cənab.
Marius yavaĢ-yavaĢ otağın o baĢından gəldi, Jan Valjanın yanına çatıb, əlini ona uzatdı.
Lakin Marius özü onun əlini qaldırmalı oldu, – Jan Valjanın əli qalxmadı. Jan Valjan etiraz
etmədi; Mariusa elə gəldi ki, o, daĢdan düzəldilmiĢ bir əli sıxdı.
Marius:
– Mənim babamın dostları var, – dedi, – mən sizin üçün əfv diləyirəm.
Jan Valjan:
– Gecdir, – dedi. – Məni ölmüĢ bilirlər, bu, kifayətdir. Ölülər polis nəzarətindən xilas olurlar.
Onlara qəbirdə rahat çürüməyə imkan verilir. Ölüm özü də əfv edilməkdir.
Jan Valjan əlini Mariusun əlindən çəkərək yenilməz bir ləyaqətlə bu sözləri əlavə etdi:
– Bir də ki, mənim bir dostum var, lazım olanda mən ona müraciət edirəm: bu dost – vəzifəni
yerinə yetirməkdir; – elə bir əfv edilmək var ki, mən ancaq ona ehtiyac duyuram. O da
vicdanımın əfvidir.
Elə bu anda otağın o biri baĢındakı qapı yavaĢca açıldı; qapının azca açılmıĢ tayları arasından
Kozettanın sevimli üzü göründü; onun saçı füsunkar bir halda dağılmıĢdı, gözləri yuxudan azca
ĢiĢmiĢdi. O, baĢını yuvadan çıxaran quĢa oxĢayırdı; Kozetta əvvəl ərinə, sonra da Jan Valjana
baxaraq güldü, o gülərkən, elə bil ki, qızılgül açıldı; çığıraraq dedi:
– Lap mərc gələrəm ki, siz siyasətdən danıĢırsınız! Mənimlə bir yerdə oturmaq əvəzinə,
siyasətdən danıĢmaq mənasız bir Ģeydir!
Jan Valjan diksindi.
Marius dili dolaĢa-dolaĢa:
– Kozetta!.. – deyərək susdu.
Onlar, elə bil, nədə isə müqəssirdilər.
Kozetta fərəhindən gülümsəyərək onlara baxırdı. Sanki, onun gözlərində cənnət iĢıqları bərq
vururdu.
Kozetta:
– Mən sizi cinayət etdiyiniz yerdə tutmuĢam, – dedi. – Mən indicə qapı dalından eĢitdim, atam
FoĢlevan deyirdi: ―Vicdan... Öz vəzifəsini yerinə yetirmək‖, bu, siyasətə aiddir, elə deyilmi?
Mən bunu istəmirəm. Elə ertəsi günü... Siyasətdən danıĢmaq olmaz. Bu, ədalətsizlikdir.
Marius: – Sən yanılırsan, Kozetta, – dedi. – Biz iĢdən danıĢırdıq. Biz ondan danıĢırdıq ki, sənin
altı yüz min frankından necə əlveriĢli bir Ģəkildə istifadə edək...
Kozetta onun sözünü kəsdi:
– Məsələ bunda deyil. Mən gəlmiĢəm. Məni burada görmək istəyirlərmi?
O, qəti bir addım ataraq otağa girdi. Onun əynində – boynundan ta ayaqlarına qədər enən uzun
qollu, qırçınlı, enli ağ penüar vardı. Mələklərin büründüyü belə gözəl xlamidaları orta əsr
Ģəkillərinin yıldızlı göylərində görmək olardı.
Kozetta bədənnüma aynanın qabağında durub, özünü baĢdan-ayağa süzdü, böyük fərəh və
coĢqunluqla ucadan dedi:
– Biri varmıĢ, bir yoxmuĢ, bir kral, bir kraliça varmıĢ! Ah, mənim sevincimin həddi-hüdudu
yoxdur!
Sonra da Mariusla Jan Valjanın qarĢısında reverans etdi:
– Ġndi mən sizin yanınızda, kresloda oturacağam; səhər yeməyi yarım saatdan sonra olacaq; siz
nədən istəsəniz söhbət eləyə bilərsiniz; mən bilirəm, kiĢilər gərək danıĢsın; mən də sakitcə
oturacağam.
Marius Kozettanın əlini əlinə alıb məftunluqla dedi:
– Bizim söhbətimiz iĢ barəsindədir.
– Bilirsiniz nə var, mən pəncərəni açdım, indicə bizim bağa çoxlu gülməli hay-küyçülər uçub
gəldi. Bunlar karnaval hay-küyçüləri deyil, günahların etiraf edildiyi gündür, amma onların hələ
də pəhriz bayramıdır.
– Kozetta, əzizim, sənə deyirəm ki, biz iĢ barəsində söhbət eləyirik, bizi bir az tək burax. Biz
rəqəmlərdən danıĢırıq. Bu, səni darıxdırar.
– Marius, sən bu gün çox gözəl qalstuk taxmısan. Hörmətli cənab, siz yamanca ―modabazsınız‖.
Yox, bu, məni darıxdırmaz.
– Səni əmin edirəm ki, darıxdırar.
– Yox, darıxmaram. Çünki danıĢan sizsiniz. Mən sizin dediyinizi baĢa düĢməyəcəyəm, ancaq
sizə qulaq asacağam. Adam sevimli səsləri eĢidəndə, sözlərin mənasını baĢa düĢməyə ehtiyac
duymur. Mən ancaq burada, sizin yanınızda olmaq istəyirəm, mənə ayrı bir Ģey lazım deyil. Mən
burada qalıram, vəssalam!
– Kozetta, mənim sevgilim, bu, mümkün deyil.
– Mümkün deyil?
– Bəli.
– YaxĢı da. Mən sizə demək istəyirdim ki, baba hələ yatıb, xala ibadətə gedib, mənim atam
FoĢlevanın buxarısı tüstü verir, Nikoletta gedib bacatəmizləyən çağırıb, Tusenlə Nikoletta
sarsaqlamağa baĢlayıblar, Nikoletta Tusenin kəkələməsinə gülür. Qoy belə olsun; siz heç bir Ģey
bilməyəcəksiniz. Hə, bu, mümkün deyil? YaxĢı, dayanın, əlbət mənim də əlimə fürsət düĢər,
görərsiniz, cənab, mən də onda deyəcəyəm: ―Bu, mümkün deyil!‖ Görək onda kim peĢman
olacaq. Marius, əzizim, səndən rica edirəm, icazə ver sizin yanınızda oturum.
– And içirəm ki, biz gərək ikilikdə danıĢaq, burada gərək kənar adam olmasın.
– Mən kənar adamam?
Jan Valjan bircə kəlmə də söz deməmiĢdi. Kozetta ona sarı döndü:
– Ata, bəs siz? Hər Ģeydən əvvəl, mən istəyirəm ki, siz məni öpəsiniz. Sonra da, axı bu nə olan
Ģeydir, siz bircə kəlmə də söz demirsiniz, axı siz gərək mənim tərəfimi saxlayasınız! Bilmirəm
mənə belə atanı kim bağıĢlayıb! Siz çox yaxĢı görürsünüz ki, ailədə mən yaman bədbəxtəm.
Ərim məni döyür. Sizə deyirəm, bu saat məni öpün!
Jan Valjan ona yaxınlaĢdı.
Kozetta Mariusa sarı dönərək ağız-burnunu əydi:
– Al, bu da sizin payınız!
Sonra alnını Jan Valjana tərəf tutdu.
Jan Valjan ona tərəf bir addım atdı.
Kozetta birdən geri çəkildi:
– Ata, sizin rənginiz nə yaman qaçıb! Əliniz bərk ağrıyır?
Jan Valjan:
– Yox, – dedi, – daha ağrımır.
– Gecə pis yatmısınız?
– Yox.
– Qəmginsiniz?
– Yox.
– Onda məni öpün. Əgər siz salamatsınızsa, əgər gecə yaxĢı yatmısınızsa, əgər məmnunsunuzsa,
onda sizi danlamayacağam.
Alnını yenə də Jan Valjana tutdu.
Jan Valjan onun səma kimi aydın, təmiz alnından öpdü.
– Gülümsəyin.
Jan Valjan gülümsədi. Bu, kabus təbəssüm idi.
– Ġndi məni öz ərimdən xilas edin.
Marius dedi:
– Kozetta!..
– Ata, onu danlayın. Ona deyin ki, mən gərək burada qalam. Mənim yanımda da lap yaxĢı
danıĢmaq olar. Görünür, siz məni lap axmaq bir qız hesab edirsiniz. Yoxsa, sizin danıĢdığınız
söz çox qəribə sözdür? ĠĢimiz var, pulu banka qoyacağıq, – nə böyük məsələ imiĢ! KiĢilər
həmiĢə boĢ Ģey üstündə özlərini tox tuturlar. Mən qalmaq istəyirəm. Mən bu gün çox qəĢəngəm!
Marius, bir mənə bax!
Kozetta çiyinlərini tərpətdi, zərif dodaqlarını qönçə kimi büzərək, Mariusa baxdı. Bu iki məxluq
arasında, sanki, ildırım çaxdı. Burada üçüncü adam olsa da, bunun əhəmiyyəti yox idi.
Marius:
– Səni sevirəm, – dedi.
Kozetta:
– Sənə məftunam, – dedi.
Onlar yenilməz bir qüvvəyə tabe olaraq, bir-birini qucaqladı.
Kozetta penüarının qırçınlarını gülməli bir Ģəkildə, qalibiyyətlə düzəldə-düzəldə yenə sözə
baĢladı:
– Mən qalıram.
Marius yalvarıcı səslə:
– Yox, qalmaq olmaz, – dedi. – Bir məsələ var, biz onu qurtarmalıyıq.
– Yenə ―yox?‖
Marius öz səsinə sərt ifadə verməyə çalıĢdı:
– Kozetta, inan ki, bu, mümkün deyil.
– Cənab, siz hökmdar səsi ilə danıĢdınız! YaxĢı da. Mən gedirəm. Ata, bax, siz mənim tərəfimi
saxlamadınız, ha! Mənim cənab ərim, mənim cənab atam, siz zalım hökmdarsınız. Ġndi bu saat
mən bunun hamısını babama söyləyəcəyəm. Əgər siz elə zənn edirsiniz ki, mən yenə qayıdıb
gələcəyəm, sizdən xahiĢ edəcəyəm, alçalacağam, səhv edirsiniz. Görərsiniz, mənsiz
darıxacaqsınız. Mən gedirəm, sizə elə-belə də lazımdır.
Kozetta bunu deyib otaqdan çıxdı.
Bir saniyədən sonra qapı yenə açıldı, qapı tayları arasından yenə də onun qırmızı yanaqlı,
təravətli, zərif üzü göründü; o çığıraraq dedi:
– Mən yaman acıqlanmıĢam!
Qapı örtüldü, yenə də otağa qaranlıq çökdü.
Sanki, yolunu azmıĢ günəĢ Ģüası, heç özü də bilmədən, qəfildən zülməti yarıb, yenə gizləndi.
Marius qapının kip örtülüb, örtülmədiyini yoxladı.
Pıçıltı ilə dedi:
– Zavallı Kozetta! bunları biləndə...
Bu sözləri eĢidəndə Jan Valjanın bütün bədəni titrədi. Dalğın baxıĢlarını Mariusa dikərək dedi:
– Kozetta! Bəli, doğrudur, siz bunun hamısını Kozettaya deyəcəksiniz. Bu, düzgün olardı. Ah,
bu, mənim heç fikrimə gəlmirdi. Adamın gücü bir Ģeyə çatır, baĢqa bir Ģeyə çatmır. Cənab, sizi
and verirəm, sizə yalvarıram, cənab, bütün övliyalara and için ki, Kozettaya heç nə
deməyəcəksiniz! Bu Ģeyləri sizin bilməyiniz kifayət deyilmi? Mən heç kəs tərəfindən məcbur
edilmədən, öz xoĢuma bunları hər kəsə deyərdim, bütün kainata deyərdim, mənim üçün fərqi
yoxdur. Lakin Kozetta bunu bilməməlidir! Bu, onu dəhĢətə gətirər. Katorqa dustağı, bir
fikirləĢin! Onda bu sözü ona izah etmək lazımdır ki: ―Kürək cəzası gəmilərində olan adama
katorqa dustağı deyirlər‖. O bir dəfə katorqa dustaqlarının aparıldığını görüb... Aman Allah!
Jan Valjan ağır-ağır kresloya oturub, əlləri ilə üzünü örtdü. Ondan səs çıxmırdı, lakin çiyinləri,
tərpənirdi, hiss olunurdu ki, o ağlayır. Səssiz-səssiz tökülən göz yaĢı ən dəhĢətli göz yaĢıdır...
ġiddətli hıçqırıqlar adamı boğur. Jan Valjanın bədəni, elə bil ki, qıc oldu. O, sanki, nəfəsini
dərmək üçün dikəlib özünü geri verdi, kreslonun arxasına söykəndi; qolları aĢağı sallandı; bu
zaman Marius onun göz yaĢından islanmıĢ üzünü gördü, pıçıltısını eĢitdi, elə bil ki, bu səs dərin
quyudan gəlirdi: ―Ah, mən ölsəydim...‖
Marius:
– Sakit olun, – dedi, – mən sizin sirrinizi heç kəsə açmayacağam.
Bəlkə də, Marius lazım olduğu qədər deyil, bundan az mütəəssir olmuĢdu. Onun üçün bu vaxt
içərisində bu dəhĢətli yeniliyə öyrəĢmək, bu həqiqətə tədriclə inanmaq, katorqa dustağının cənab
FoĢlevanı yavaĢ-yavaĢ kölgədə buraxdığını görmək və nəhayət, bu adamla onun arasında birdən-
birə əmələ gələn uçurumu dərk etmək çətin idi. Lakin o dedi:
– Mən sizə tapĢırılan əmanət haqqında bir neçə kəlmə söz demək istəyirəm, – bu əmanəti siz
vicdanla saxlayıb, olduğu kimi sahibinə qaytarmısınız. Bu, sizin çox alicənab bir adam
olduğunuzu göstərir. Çox ədalətli bir iĢ olardı ki, siz bunun mükafatını alaydınız. Mükafatın
qədərini siz özünüz təyin edin, bu məbləğ sizə veriləcəkdir. Bunun həddindən artıq çox görünə
bilməsindən qorxmayın.
Jan Valjan mülayim səslə:
– TəĢəkkür edirəm, cənab, – dedi.
Jan Valjan Ģəhadət barmağı ilə baĢ barmağının dırnağını qeyri-Ģüuri olaraq sığallaya-sığallaya bir
anlığa fikrə getdi, sonra səsini ucaldaraq dedi:
– Hər Ģey deyilib qurtardı. Ġndi axırıncı bir Ģey qalmıĢdır...
– O nədir?
Jan Valjan, elə bil ki, dərin tərəddüd içində qaldı, o nəfəsini qısaraq lap astadan dedi, daha
doğrusu, kəkələdi:
– Ġndi hər Ģey sizə məlumdur, belə olandan sonra cənab, siz, Kozettanın əri, necə hesab edirsiniz:
mən bundan sonra Kozettanı görməməliyəmmi?
Marius laqeyd halda dedi:
– Mən belə hesab edirəm ki, görməsəniz yaxĢı olar.
Jan Valjan pıçıldadı:
– Mən bir daha onu görməyəcəyəm.
O, qapıya sarı getdi.
Qapının dəstəyinə toxundu, dəstək çevrildi, qapı bir az açıldı. Jan Valjan keçmək üçün qapını
daha geniĢ açdı, bir anlığa dayandı, sonra yenə də qapını örtüb Mariusa sarı döndü.
Onun bənizi ağarmıĢdı, qurğuĢun rəngi almıĢdı. Gözləri quru idi, lakin bu gözlərdə kədərli bir od
parıldayırdı. Ġndi o, son dərəcə sakit danıĢırdı, bu sakitlik özü çox qəribə görünürdü:
– Qulaq asın, cənab, icazə versəniz, mən onu gəlib görərəm. Ġnanın ki, bu, mənim üçün zəruridir.
Kozettanı görmək mənim üçün zəruri olmasaydı, mən bu Ģeyləri açıb sizə deməzdim, baĢqa bir
ölkəyə gedərdim. Lakin, mən Kozetta olan yerdə qalmaq istədim, onu görmək istədim, buna görə
də bu Ģeyləri sizə söyləməli idim. Siz mənim dediklərimə fikir verirsinizmi? Bu, çox aydın
məsələdir. Doqquz ildir ki, o mənimlə olur: əvvəl biz o bulvardakı daxmada, sonra monastırda,
sonra da Lüksemburq bağına yaxın yerdə yaĢayırdıq. Siz də onu ilk dəfə bu bağda gördünüz.
Onun göy, məxmər Ģlyapası yadınızdadırmı? Sonra biz Plüme küçəsinə, Əlillər məhəlləsinə
köçdük; bizim orada dəmir barmaqlıqlı bağımız da vardı. Mən dal həyətdə yaĢayırdım, oradan
Kozettanın fortepiano çaldığını eĢidirdim. Bax, mənim bütün həyatım bundan ibarətdir. Biz bir-
birimizdən heç ayrılmamıĢıq. Bizim bu həyatımız doqquz il və bir neçə ay davam etdi. Mən ona
ata oldum, o mənim balam idi. Cənab Ponmersi, bilmirəm, siz mənim dediklərimi baĢa
düĢürsünüzmü? Ancaq buradan getmək, onu bir daha görməmək, onunla bir daha danıĢmamaq,
hər Ģeydən məhrum olmaq – bu mənim üçün çox ağır olardı. Kozettanın yanına gəlməyimə siz
pis baxmasaydınız, mən arabir gələrdim. Tez-tez gəlməzdim. Onun yanında çox qalmazdım. Siz
sərəncam verərdiniz ki, məni aĢağıdakı kiçik zalda qəbul etsinlər: birinci mərtəbədə. Mən sizin
xidmətçiləriniz kimi dal eyvandan içəri girərdim; bu, bəlkə də, söz-söhbətə səbəb olardı. BaĢ
qapıdan gəlsəm yaxĢı olar. Cənab, mən çox istəyirəm ki, hərdənbir Kozetta ilə görüĢüm. Qoy lap
az görüĢüm, – siz necə istəyirsinizsə, elə olsun. Siz özünüzü mənim yerimdə təsəvvür edin:
ondan baĢqa mənim heç kəsim yoxdur. Bir də ki, ehtiyatlı olmaq lazımdır. Mən heç gəlməsəm,
bu, pis təsir bağıĢlar, qəribə görünər. Gəlin belə eləyək: mən, məsələn, axĢamlar, hava lap
qaralandan sonra gələ bilərəm.
Marius:
– Siz hər axĢam gələcəksiniz, – dedi, – Kozetta da sizi gözləyəcək.
Jan Valjan:
– Siz çox mərhəmətlisiniz, cənab, – dedi.
Marius Jan Valjana təzim etdi; xoĢbəxt adam bədbəxt adamı qapıya qədər ötürdü; onlar
ayrıldılar.
ĠKĠNCĠ FƏSĠL.
ĠfĢada aydın olmayan cəhətlər.
Marius sarsılmıĢdı.
Kozettanın yanında gördüyü bu adama qarĢı o, həmiĢə qəribə bir soyuqluq hiss edirdi, indi
bunun səbəbi aydın oldu. Bu adamda anlaĢılmaz bir Ģey vardı, – Mariusun duyğusu onu
aldatmamıĢdı. Bu anlaĢılmaz Ģey rüsvayçılığın son pilləsi olan katorqa imiĢ. Cənab FoĢlevan, heç
demə, katorqa dustağı Jan Valjan imiĢ.
XoĢbəxtliyin ən gözəl çağında belə bir sirrə qəfildən bələd olmaq, qumru quĢu yuvasında əqrəbə
rast gəlmək kimi bir Ģeydir.
Mariusla Kozettanın xoĢbəxtliyi bundan sonra belə bir əqrəblə yan-yanamı yaĢayacaqdı? Bunu
baĢ vermiĢ bir hadisəmi hesab etmək lazımdı? Marius evləndikdən sonra bu adamı qəbul etməyə
borclu idimi? BaĢqa bir yol tapmaq mümkün deyildimi?
Marius katorqa dustağı ilə bir evdəmi yaĢayacaqdı?
Qoy iĢıqdan və Ģənlikdən toxunan çələng xoĢbəxt adamın baĢını bəzəsin, qoy, o həyatının ən
xoĢbəxt çağından – məhəbbət dəqiqələrindən zövq alsın, – belə bir zərbə nəinki onu, hətta vəcdə
gəlmiĢ baĢ mələyi də, Ģöhrətin ən yüksək pilləsində olan qəhrəmanı da sarsıda bilər.
O adamın ki gözləri önündə belə dəyiĢikliklər olur, o düĢünməyə baĢlayır. Marius da düĢünməyə
baĢladı: bu barədə, bəlkə, o özünü məzəmmət etməlidir? Bəlkə, daxili duyğu onu aldatmıĢdır?
Bəlkə, o, qeyri-ixtiyari olaraq ağılsızlıq etmiĢdir? Bir cəhətdən bu belədir? Bəlkə də, o,
evlənməklə nəticələnən sevgi macərasında lazımınca düĢünmədən hərəkət etmiĢdir, – Kozettanın
heç ata-anası haqqında da məlumat toplamamıĢdır. Həyat bu qayda ilə bizi, tutduğumuz iĢləri
ardıcıl surətdə aydınlaĢdırmağa məcbur edir, səhvlərimizi yavaĢ-yavaĢ düzəldir. O indi öz
xasiyyətində, gözdən yayınan bulud kimi, xəyalpərəstliyə, fantaziyaya olan meyli görürdü; bu
bulud bir çox adamda, ehtiras və iztirabın Ģiddətləndiyi vaxtda ruhun hərarətini dəyiĢdirir,
Ģüurunu dumanlandırır. Biz Mariusun Ģəxsiyyətində olan bu səciyyəvi cəhəti dəfələrlə qeyd
etmiĢik. O, Plüme küçəsində, sevgidən məst olduğu nəĢə dolu beĢ-altı həftə içərisində –
Qorbonun daxmasında baĢ verən faciəni, baĢına müsibət gələn adamın qəribə hərəkətini,
mübarizə zamanı inadla susmağını, mübarizə qurtaran kimi qaçmasını Kozettaya hələ
danıĢmamıĢdı, – indi bu, onun yadına düĢdü. Necə olmuĢdu ki, Kozettaya heç nə deməmiĢdi?
Hadisə axı bu yaxınlarda baĢ vermiĢdi, özü də çox dəhĢətli hadisə idi! Necə olmuĢdu ki,
Tenardyenin ailəsindən, xüsusilə Eponinaya rast gəlməsindən ona bir Ģey danıĢmamıĢdı? Onda
Marius susmasının səbəbini indi özünə güclə izah edə bilərdi. Lakin bunun nə üçün belə
olunduğunu o, baĢa düĢürdü. O, özünü, öz divanəliyini, Kozettanın eĢqindən məst olduğunu,
aĢiqlə məĢuqun idealın zirvəsinə yüksəlməsindən baĢqa bir Ģey olmayan, adamın bütün varlığını
bürüyən sevgisini xatırlayırdı; bəlkə də, o, qəlbinin coĢqun, o füsunkar çırpıntıları içərisində
idrakın nəzərə çarpmayan xırdaca bir zərrəsi kimi, bu təhlükəli hadisəni gizlətmək, onu öz
hafizəsindən silib atmaq fikrini də dumanlı Ģəkildə xatırlayırdı, bu hadisədə heç bir rol oynamaq
istəmirdi, bundan qaçırdı, bu məsələdə o, nə hadisəni nəql edən bir adam, nə də Ģahid ola bilərdi,
ittihamçı da ola bilməzdi. Bir də ki, bu bir neçə həftə ildırım sürətilə ötüb keçmiĢdi; onlar ancaq
bir-birini sevməklə məĢğul idilər, ayrı heç nəyə vaxt qalmırdı. O, hər Ģeyi ölçüb-biçərək, hər Ģey
nəzərdən keçirərək, hər Ģeyi düĢünərək Qorbonun daxmasında baĢ verən hadisəni Kozettaya
söyləsəydi də, Tenardyenin adını çəksəydi də, bunun nə əhəmiyyəti ola bilərdi? O, hətta bilsəydi
ki, Jan Valjan katorqa dustağıdır, bu, onun fikrində bir dəyiĢiklik əmələ gətirərdimi! Ya bunu
Kozetta bilsəydi, onun fikrində bir dəyiĢiklik əmələ gələrdimi? O, Kozettadan əl çəkərdimi? Ona
pərəstiĢ etməyə bilərdimi? Onunla evlənməyə bilərdimi? Yox. BaĢ verən hadisədə bu, bir Ģey
dəyiĢə bilərdimi? Yox. Deməli, heç bir Ģeyə təəssüf etmək, heç bir Ģeydə öz-özünü məzəmmət
etmək lazım deyil. Hər Ģey yaxĢı gedirdi. AĢiq-məĢuq adlanan bu əyyaĢlar üçün də hələ göydə
Allah vardır. Kor Marius da gözü görən adamın seçdiyi yolla gedərdi. Sevgi onun gözlərini niyə
bağlamıĢdı? Onu cənnətə aparmaq üçün!
Lakin bu cənnəti indi qonĢuluqda olan cəhənnəm korlayırdı.
Mariusun çoxdan bəri bu adama, Jan Valjana çevrilən FoĢlevana olan soyuqluğunu indi dəhĢət
əvəz etmiĢdi.
Qeyd edək ki, bu dəhĢətdə bir az mərhəmət, hətta bir az fərəh də vardı.
Bu islaholunmaz oğru ona tapĢırılan əmanəti sahibinə vermiĢdir. Özü də nə qədər? Altı yüz min
frank! Bu pulun varlığını yalnız o bilirdi. Bunu o verməyə də bilərdi, lakin o, pulun hamısını
sahibinə qaytardı.
Bundan baĢqa, o öz ictimai vəziyyətini də açıb söylədi. Bunu söyləməyə heç kəs onu məcbur
etmirdi. Onun kim olduğu, ancaq onun vasitəsilə aydın oldu. Onun etirafı özünü alçaltmaq deyil,
bundan çox-çox böyük bir Ģeydi, – özünü təhlükəyə atmaq deməkdi. Məhkum edilmiĢ adam
üçün maska – maska deyil, sığınacaqdır. Bu sığınacağı o rədd etdi. BaĢqa bir adamın adı onun
üçün təhlükəsizlikdi, bu adı istəmədi... O, katorqa dustağıdır, o, abırlı bir ailədə həmiĢəlik
gizlənə bilərdi, lakin o belə tamahdan özünü saxladı. Niyə? Onun vicdanı bunu tələb edirdi. O
özü bunu inkar edilməsi mümkün olmayan bir həqiqət kimi izah etdi. Sözün qısası, bu Jan Valjan
necə adam olsa da, bir Ģey Ģübhəsizdi: onun qəlbində vicdan oyanmıĢdı. Onun qəlbində sirli bir
dəyiĢikliyin baĢlandığı hiss olunurdu; görünür, bu adam uzun illərdən bəri ruhi narahatlıq
duyurmuĢ. YaxĢılığa və ədalətə olan belə bir meyl adi adamlarda ola bilməz. Vicdanın oyanması
qəlbin əzəmətini göstərir.
Jan Valjan səmimi danıĢırdı. Gözlə görünən, duyulan, inkar edilməyən bu səmimiyyətin onun
özünə verdiyi əzab göstərirdi ki, Jan Valjanın səmimi olduğuna baĢqa bir sübut lazım deyil; həm
də bu səmimiyyət onun sözlərinə böyük məna verirdi. Vəziyyət Marius üçün qəribə bir Ģəkildə
dəyiĢmiĢdi. Cənab FoĢlevan Mariusda necə hiss oyatmıĢdı? Etimadsızlıq hissi! Jan Valjan onda
necə hiss oyatmıĢdı? Etimad hissi!
Marius öz fikrində Jan Valjanın hərəkətinə qiymət verir, iĢin aktiv və passiv cəhətini müəyyən
edərək, mizanlaĢdırmağa çalıĢırdı. Lakin Mariusun ətrafında və onun daxilində, sanki, fırtına
qopmuĢdu. O, Jan Valjan haqqında aydın təsəvvür əldə etmək üçün onun surətini hafizəsinin lap
dərinliklərində canlandırır, onu gah itirir, gah da məĢum bir duman içində tapırdı.
Jan Valjanın əmanəti vicdanla qaytarması, söylədiyi sözlərin düzgünlüyü yaxĢı Ģey idi. Bu, bulud
arasından düĢən iĢığı xatırladırdı, lakin bulud sonra yenə də qaralırdı.
Mariusun xatirələrinə qədər aydın olmasa da, sirrin mövcud olduğunu göstərirdi.
Jondretin daxmasında axı nə olmuĢdu? Polis iĢçiləri gələndə bu adam onlardan kömək istəmək
əvəzinə niyə gözdən itmiĢdi? Ġndi bu sualın cavabı Marius üçün aydın oldu. Çünki bu adam
dustaqxanadan qaçmıĢdı, polis nəzarətindən gizlənirdi.
Ġkinci sual: niyə bu adam barrikadaya gəlmiĢdi? Bu hadisə, odun təsiri ilə görünən simpatik
mürəkkəb kimi, yenə də Mariusun qarĢısında, onun həyəcanlı qəlbində aydın Ģəkildə canlandı.
Bu adam barrikadada idi. Ancaq vuruĢmurdu. O niyə barrikadaya gəlmiĢdi? Bu sualın qarĢısında
bir kabus canlanaraq suala cavab verdi: bu kabus Javer idi. Ġndi Marius Jan Valjanın barrikadaya
gəldiyini, əl-qolu bağlanmıĢ Javeri barrikadadan apardığını aydınca xatırlayırdı; o indi də
Mondetur küçəsinin tinindən gələn qorxunc tapança səsini eĢidirdi. Belə güman etmək lazımdı
ki, casusla katorqa dustağı arasında çoxdan bəri davam edən düĢmənçilik varmıĢ. Onlar bir-
birinə mane olurmuĢ, Jan Valjan ondan qisas almaq üçün barrikadaya gəlibmiĢ. Görünür, o,
Javerin əsir alındığını bilirmiĢ. Korsika qan qisası cəmiyyətin aĢağı təbəqələrinə daxil olaraq,
orada qanun olmuĢdu; bu qan qisası elə adət Ģəklini almıĢdı ki, qismən xeyrə sarı dönən adamı da
təəccübləndirmirdi; bunlar elə adamdır ki, onları, öz hərəkətindən peĢman olan cinayətkarın
intiqam fikri deyil, oğurluq fikri təĢviĢə sala bilər. Jan Valjan Javeri öldürmüĢdür. Hər halda,
Marius buna inanırdı.
Sonuncu sual. Bu sualın cavabı yox idi. Bu sual Mariusu odlu bir kəlbətin kimi sıxırdı. Necə
olmuĢdu ki, Jan Valjan uzun illər boyu Kozetta ilə yan-yana yaĢamıĢdı? Qəza-qədərin bu
anlaĢılmaz oyunu – belə bir tifili bu adama rast gətirməsi nə deməkdi? Deməli, göydə də buxov
varmıĢ, deməli, Allah da mələklə iblisi eyni zəncirlə bir-birinə bağlaya bilərmiĢ? Deməli,
günahla məsumluq fəlakətin sirli katorqası kamerasında yoldaĢ ola bilərmiĢ? Məhkum edilmiĢ
adamların insan taleyi adlanan bu yürüĢündə bir-birinə bənzəməyən iki sima yan-yana dura
bilərmiĢ: bunlardan biri aydın və təmizdir, biri qorxuncdur, birinin üzərinə səhər Ģəfəqinin iĢığı
düĢmüĢdür, o birini Tanrı qəzəbinin ildırımı qarsalamıĢdır. Belə anlaĢılmaz ittifaqı kim
əvvəlcədən müəyyən edə bilərdi? Necə olmuĢdu ki, səmavi, gənc bir məxluqun taleyi
islahedilməz bir günahkarın taleyi ilə birləĢmiĢdi, bu necə möcüzə idi?! Quzu ilə canavarı kim
birləĢdirə bilmiĢdi? Bundan da artıq ağlasığmaz bir Ģey: kim canavarı quzuya bağıĢlamıĢdı?
Çünki canavar quzunu sevirmiĢ, çünki yırtıcı bir məxluq zəif bir məxluqa pərəstiĢ edirmiĢ, çünki
iblis on il mələyə arxa olubmuĢ! Kozettanın uĢaqlığı, gəncliyi, onun isməti, qızlıq inkiĢafı –
həyata və idraka can atan coĢqunluğu bir əjdaha tərəfindən sədaqətlə qorunurmuĢ! Burada
suallar, sanki, saysız-hesabsız müəmmalara bölünürdü, bir girdabın dibində baĢqa bir girdab
açılırdı. Mariusun Jan Valjan haqqında düĢünə-düĢünə, baĢı gicəlirdi. Axı girdab olan bu insan
kim idi?
―Həyat kitabı‖nın qədim simvolları əbədidir: daha yüksək həqiqətlər insan cəmiyyətini
dəyiĢməsə, bu vəziyyətində o həmiĢə iki cür insan yetiĢdirmiĢ və yetiĢdirəcəkdir; bunlardan biri
– yüksək mənəviyyatlı, birisi – alçaq təbiətli adamdır; biri – xeyir təbliğ edən Habildir, biri – Ģər
təbliğ edən Qabil. Bu Jan Valjan, bu incə qəlbli Qabil kim idi? Məsumluq qarĢısında müqəddəs
bir Ģey kimi baĢ əyən, onu qoruyan, bəsləyib böyüdən, müdafiə edən, əxlaq cəhətdən
möhkəmləndirən, özü qəbahətli olduğu halda onu qəbahətsizlik haləsi ilə bürüyən bu quldur kim
idi? Bu necə günahkar adamdır ki, ismət qarĢısında pərəstiĢ etmiĢ, onu heç bir Ģeylə
ləkələməmiĢdir? Kozettanı tərbiyə edən bu Jan Valjan axı kim idi? Ulduzun çıxmasını ən kiçicik
kölgədən, ən kiçicik buluddan belə qoruyan, yalnız bir məqsədlə yaĢayan, zülmət içindən çıxan
bu adam kim idi?
Bu, Jan Valjanın sirri idi; bu, həm də, Allahın sirri idi.
Marius bu iki sirrin qarĢısında geri çəkildi. Bu sirlərdən biri müəyyən dərəcədə o biri sirr
barəsində ona təskinlik verirdi. Bunların hamısında lap açıqca Jan Valjan kimi Allah da iĢtirak
edirdi. Allahın öz tədbiri var. O, hansı vasitəni lazım bilsə, ondan istifadə edir. O, insanlara
haqq-hesab verməyə borclu deyil. Allah öz tədbirini necə yerinə yetirir – bu, bizə məlumdurmu?
Jan Valjan çox böyük zəhmət nəticəsində Kozettanı tərbiyə edə bilmiĢdi. Kozettanın ruhunu
yaradan müəyyən dərəcədə o idi. Bu, qəti idi. Nə olar ki? ĠĢçi son dərəcə eybəcər olsa da, iĢinin
nəticəsi çox gözəl idi. Allah istədiyi kimi möcüzə yarada bilər. O, füsunkar Kozettanı yaratmıĢ,
Jan Valjanı isə ona tərbiyəçi qoymuĢdur. O, özünə belə qəribə bir köməkçi seçmək istəmiĢdir.
Biz ona nə deyə bilərik? Qızılgülün açması üçün peyinin yaza kömək etdiyi birinci dəfə deyil ki!
Marius özü öz suallarına cavab verir, öz-özünü inandırırdı ki, verdiyi cavablar doğrudur. O,
burada göstərdiyimiz Ģübhələr haqqında Jan Valjandan söz soruĢmağa cəsarət etmirdi. O,
Kozettanı sevirdi. Kozetta onun idi. Kozettadan məsumluq iĢığı saçılırdı. Bu, onun üçün
kifayətdi. Onun daha hansı izaha ehtiyacı vardı? Onun sevdiyi qız iĢıq idi. ĠĢığın da izahata
ehtiyacı varmı? Onun hər Ģeyi vardı; o daha nə istəyə bilərdi? Hər Ģeyin olması kifayət deyilmi?
Jan Valjanın xüsusi iĢləri onun nəyinə lazımdı?! O, öz fikrində məĢum bir kölgə üzərinə
əyilərək, bu səfilin təntənə ilə söylədiyi sözlərdən bərk-bərk yapıĢırdı: ―Mən Kozettanın heç
nəyiyəm. On il bundan əvvəl mən onun dünyada heç yaĢayıb-yaĢamıdığını bilmirdim‖.
Jan Valjan yoldan keçən təsadüfi bir adamdı. Bunu o, özü dedi. Budur, ötüb keçdi. O, kim olsa
da, öz rolunu oynayıb qurtarmıĢdır. Kozettanı qoruyan qəza-qədərin yerini tutmaq üçün indi
Marius qalmıĢdır. Kozetta mavi göylərdə özünə tay olan bir məxluq tapmıĢdır, bu, onun
sevgilisidir, bunu ona Allah göndərmiĢdir. Kozetta, baramadan çıxan kəpənək kimi,
qanadlanaraq, dəyiĢərək boĢ və iyrənc qabığını, yəni Jan Valjanı yerdə qoyub göylərə
yüksəlmiĢdir.
Mariusun baĢında nə kimi fikirlər dolaĢsa da, o yenə Jan Valjanın qarĢısında dəhĢət duyurdu. Bu,
bəlkə də, fövqəladə bir dəhĢətdi, çünki – biz indicə qeyd etdik, – bu adamda o quid divinum1
hiss edirdi. Lakin o nə etsə də, vəziyyəti yüngülləĢdirən Ģeylər axtarıb tapsa da, yeni bir
məsələnin üstünə qayıtmalı olurdu: deyirdi ki, bu adam katorqa dustağıdır, baĢqa sözlə,
cəmiyyətin heç bir pilləsində yeri olmayan, son pillədən də aĢağı enən məxluqdur. Ən aĢağıda
duran insanlardan sonra katorqa dustağı gəlir. Əslinə qalanda, katorqa dustağı canlılar sırasından
çıxmıĢdır. Qanun insandan almağa qüvvəsi yetən hər Ģeydən – bütün insan hüququndan, insan
ləyaqətindən onu məhrum etmiĢdir. Marius demokrat olsa da, məhkəmə cəzası məsələsində hələ
də amansız cəza tədbirlərinin tərəfdarı idi, qanunun cəzalandırdığı adamlara da bu qanun
nöqteyi-nəzərindən baxırdı. Qeyd etmək lazımdır ki, Mariusun mənəvi inkiĢafı hələ tamama
yetməmiĢdi. O hələ insanın müəyyən etdiyi Ģeyi Allahın müəyyən etdiyi Ģeydən, qanunu haqdan
ayıra bilmirdi. O hələ insanın, bir daha geri qaytarılması və düzəlməsi mümkün olmayan Ģeylərə
hökm vermək haqqını mənimsəməsini ətraflı surətdə düĢünməmiĢdi, götür-qoy eləməmiĢdi. Onu
vindiste1 sözü qəzəbləndirmirdi. O, yazılı qanuna bəzən əl qatılmasının ömürlük cəza tədbiri ilə
nəticələnməsini haqlı hesab edirdi, ictimai mədəniyyətin tapdığı təsvir vasitəsi kimi qəbul edirdi.
O hələ bu pillədə dururdu, lakin ona görə dururdu ki, sonralar mütləq yuxarı pillələrə qalxsın,
çünki o öz təbiəti etibarilə yaxĢı adamdı, özü də qeyri-Ģüuri olaraq tərəqqi yoluna qədəm
qoymuĢdu.
Belə ideyalar aləmində Jan Valjan ona iyrənc və mənfur bir məxluq kimi görünürdü. Bu məxluq
səfil idi. Bu məxluq katorqa dustağı idi. Bu son söz onun qulaqlarında haqq divanın suri-Ġsrafili
kimi səsləndi; o, Jan Valjan haqqında xeyli düĢündükdən sonra belə bir nəticəyə gəldi: Jan
Valjandan üz döndərdi. Vade retro2.
Bir Ģeyi də göstərmək, hətta qeyd etmək lazımdır. Marius Jan Valjandan bəzi Ģeyləri soruĢarkən
(bu zaman Jan Valjan, hətta ona: ―Siz məni sorğu-suala tutmusunuz‖ demiĢdi) ona həlledici iki-
üç sual da verməmiĢdi; ona görə verməmiĢdi ki, qarĢısında belə suallar durmurdu, – onun
qarĢısında belə suallar dururdu, lakin o bu suallardan qorxurdu. Jondretin daxması? Barrikada?
Javer? Kim bilir, bu ifĢa ilə nəticələnə bilərdi?! Jan Valjan geri çəkilən adama oxĢamırdı; bəlkə
də, Marius Jan Valjanı bəzi Ģeylər söyləməyə vadar etsəydi, özü onun sözünü kəsmək istərdi.
Bəlkə də, bizim hamımız belə bir vəziyyət qarĢısında qalmıĢıq: ağır Ģübhələr içində iztirab çəkə-
çəkə sual veririk, lakin elə o saat da qulaqlarımızı tıxayırıq ki, bunun cavabını eĢitməyək. Belə
qorxaqlıq, xüsusilə sevən adamlara xasdır. Bizim üçün təhlükəli olan vəziyyəti son nöqtəsinə
qədər tədqiq etmək ağılsızlıqdır, xüsusilə elə bir vəziyyəti ki, bu, bizim həyatımızda facianə, həm
də ayrılmaz surətdə bağlıdır. Kim bilir, Jan Valjanın ağılsız etirafı bütün məsələlərə necə dəhĢətli
iĢıq sala bilərdi! Kim bilir, bəlkə, bu iyrənc iĢıq gedib Kozettaya da çatardı. Kim bilir, bəlkə də,
cəhənnəm alovunun bu zəif iĢığı mələyin alnında qalardı. Ən zəif ildırım çaxması da göy
gurultusu ilə nəticələnir. Qəza-qədərin hökmü belədir ki, hətta məsumluğun özü də, sirli
əksolunma qanununun qurbanı olmaqla, günahın damğasını öz üzərində gəzdirməlidir. Bəzən elə
olur ki, ən təmiz məxluqun üzərində, onun qonĢuluğunda olan iyrəncliyin izi həmiĢəlik qalır.
Marius haqlı olsa da, olmasa da, bundan qorxurdu. Bunsuz da o, həddindən artıq çox Ģey bilirdi.
O, bütün bu Ģeyləri yadında saxlamaqdan artıq unutmaq istəyirdi. O, tam təĢviĢ içində, Jan
Valjandan üz döndərərək, sanki, Kozettanı öz ağuĢuna alıb aparmağa tələsirdi.
Jan Valjan gecəyə, canlı və qorxunc bir gecəyə bənzəyirdi! Necə cəsarət edib bu gecənin zülməti
içərisinə girmək olardı? Zülməti sorğu-sual etməkdən dəhĢətli Ģey yoxdur. Kim bilir, o nə cavab
verəcəkdir?! ġəfəq üzərinə həmiĢəlik qaranlıq çökə bilərdi.
Marius belə bir ruhi vəziyyətlə Jan Valjanın bundan sonra da Kozetta ilə əlaqə saxlayacağı üçün
narahat olmaya, ağır düĢüncələrə dalmaya bilməzdi. O, geri çəkildiyi üçün, amansız və qəti
qərarla nəticələnə biləcək o məĢum sualları vermədiyi üçün az qala özünü məzəmmət edirdi.
Hesab edirdi ki, həddindən artıq rəhmdil, həddindən artıq yumĢaq, lap açıq desək, həddindən
artıq zəif olmuĢdur. O, ehtiyatsızlıq edərək, bu zəiflik nəticəsində güzəĢtə getmiĢdi, ürəyinin
yumĢalmasına yol vermiĢdi. Nahaq da eləmiĢdi. O gərək Jan Valjanı rədd edəydi. Jan Valjan
günah yuyan bir qurbandı; o gərək bu qurbanı verib, evini ondan xilas edəydi. O öz hərəkətindən
peĢman olmuĢdu, qəlbində birdən-birə qalxan Ģiddətli qasırğaya qarĢı acıqlanmıĢdı, – bu qasırğa
onun qulaqlarını kar, gözlərini kor etmiĢdi, onu, arzusu əleyhinə olaraq, baĢqa səmtə çəkib
aparmıĢdı. O öz-özündən narazı idi.
Ġndi nə etmək lazımdı? Jan Valjan Kozettanın yanına gələcəkdi, – bu fikir onda dərin nifrət hissi
oyadırdı. Bu adam onun nəyinə gərəkdi? Bəs o nə etsin? Burada dayanıb dururdu, məsələnin
sonuna kimi getmək, öz qəlbinin dərinliyinə varmaq, öz-özünü araĢdırmaq istəmirdi. O, vəd
etmiĢdi, bu adamın xahiĢinə uyaraq güzəĢtə getmiĢdi, ona söz vermiĢdi. Jan Valjan istədiyi vədi
almıĢdı; verilən sözü, hətta katorqa dustağına, xüsusilə katorqa dustağına verilən sözü yerinə
yetirmək lazımdı. Bununla belə, o, hər Ģeydən əvvəl Kozettanın vəziyyətini düĢünməli idi.
Xülasə, qüvvətli bir nifrət hissi onun qəlbində olan baĢqa hissləri sıxıĢdırıb çıxarırdı.
Marius bu dolaĢıq fikir yığınını zehnində yoxlayır, bir fikirdən o birisinə keçir, ağır iztirab içində
çırpınırdı. O, dərin təĢviĢ içində idi. Bu təĢviĢi Kozettadan gizlətmək asan deyildi; lakin sevgi
böyük qüvvədir: Marius bu iĢin öhdəsindən gələ bildi.
Marius, əsil məqsədini bildirmədən, Kozettaya bir neçə sual verdi; heç bir Ģeydən xəbəri
olmayan Kozetta ağ göyərçin kimi məsum idi. Marius Kozettanın öz uĢaqlığı və gəncliyi
haqqında söylədiyi sözləri dinləyərkən get-gedə daha artıq əmin olurdu ki, bu katorqa dustağı
Kozettaya böyük mehribanlıq, atalıq qayğısı göstərmiĢ, əsil insana xas olan bir ləyaqətlə onu
böyütmüĢdür. Mariusun hiss etdiyi və güman etdiyi Ģey doğru çıxdı. O məĢum qanqal bu zanbağı
sevirmiĢ və qoruyurmuĢ.
QARANLIQ ARTIR.
BĠRĠNCĠ FƏSĠL.
AĢağı mərtəbədəki otaq.
Ertəsi gün hava qaralanda Jan Valjan Jilnormanın darvazasını döydü. Bask onun qabağına çıxdı.
O, müəyyən edilən vaxtda həyətdə idi, sanki, kiminsə sərəncamını yerinə yetirirdi. Bəzən elə
olur ki, xidmətçiyə deyirlər: ―Göz-qulaq ol, filan ağa gələcək‖.
Bask Jan Valjanın yaxına gəlməsini gözləməyərək dedi:
– Cənab baron mənə tapĢırıb ki, siz cənablarından soruĢum: siz yuxarı qalxmaq istəyirsiniz, ya
aĢağıda dayanmaq?
Jan Valjan:
– Mən aĢağıda dayanacağam, – deyə cavab verdi.
Bask, böyük hörmət ifadə edən tövrünü pozmadan, aĢağı mərtəbədəki zalın qapısını açıb dedi:
– Gedim cavan ev sahibəsinə xəbər verim.
Jan Valjan – tağlı, rütubətli, qırmızı kaĢı döĢəməli, lazım olanda ərzaq damı kimi istifadə edilən
bir otağa girdi. Otağın qapısı küçəyə açılırdı. Onun dəmir barmaqlıqlı bir pəncərəsi vardı,
pəncərədən içəri zəif iĢıq düĢürdü.
Bu otaq tez-tez iri, xırda süpürgə, Ģotka görən otaqlardan deyildi. Toza heç əl dəyməmiĢdi.
Hörümçəklərlə mübarizə aparılmırdı. Ölü milçəklərlə bəzənmiĢ iri, qara hörümçək toru yekə bir
yelpik kimi pəncərəni tutmuĢdu. Bu balaca, alçaq otağın yeganə zinəti küncə tökülən bir yığın
boĢ ĢüĢədən ibarətdi. Divarların sarı oxra ilə rənglənmiĢ suvağı parça-parça qopub tökülmüĢdü.
Otağın dib tərəfində bir buxarı vardı; buxarının ensiz taxtası qarağac rəngində rənglənmiĢdi.
Buxarıda odun yanırdı. Bu onu göstərirdi ki, Jan Valjanın ―mən aĢağıda qalacağam‖ cavabı
qabaqcadan nəzərə alınmıĢdı.
Buxarının qabağında iki kreslo vardı. Kresloların arasına yerə xalça əvəzinə sürtülmüĢ, yundan
çox iplikləri qalmıĢ bir Ģəlpə salınmıĢdı.
Otaq yalnız buxarıdakı od ilə, bir də pəncərədən düĢən tutqun iĢıqla iĢıqlanmıĢdı.
Jan Valjan yorğun idi. Bir neçə gündü ki, o heç nə yemirdi, yatmırdı. O, ağır-ağır kresloya
çökdü.
Bask qayıdıb gəldi, yandırılmıĢ Ģamı buxarının üstünə qoyub, otaqdan çıxdı. Jan Valjan baĢını
sinəsi üstə əyərək fikrə dalmıĢdı, o nə Baskın gəldiyini, nə də Ģamın buxarı üstünə qoyulduğunu
bildi.
Birdən o dikəldi, sanki, onu yuxudan oyatdılar. Kozetta onun arxasında durmuĢdu.
Jan Valjan Kozettanın içəri girdiyini görməmiĢdi, hiss etmiĢdi.
Dönüb Kozettaya baxdı. Kozetta füsunkardı, gözəldi. Lakin Jan Valjanın dalğın baxıĢları onun
gözəlliyini deyil, qəlbini axtarırdı.
Kozetta ucadan dedi:
– Ata, mən bilirdim ki, siz qəribə adamsınız, ancaq belə bir qəribəliyi sizdən heç gözləmirdim!
Bu nə əcaib fantaziyadır! Marius dedi ki, guya, siz özünüz istəmisiniz ki, mən sizi burada qəbul
edim.
– Bəli, mən özüm istəmiĢəm.
– Mən elə-belə də bilirdim. Ġndi özünüzü gözləyin! Xəbərdarlıq edirəm, bu saat sizinlə
dalaĢacağam. Lap elə baĢdan baĢlayaq. Ata, məni öpün.
Kozetta üzünü ona yaxınlaĢdırdı.
Jan Valjan yerindən tərpənmədi.
– Siz heç qımıldanmadınız da. Bunu yadda saxlarıq. Siz özünüzü müqəssir adam kimi
tutursunuz. Fərqi yoxdur, mən sizi əfv edirəm. Həzrət Ġsa demiĢdir: ―Üzünüzün o biri tərəfini
çevirin‖. Bu da üzümün o biri tərəfi.
Jan Valjan yenə də tərpənmədi. Sanki, onun ayaqları yerə mıxlanmıĢdı.
Kozetta:
– Məsələ ciddiləĢir, – dedi. – Mənim təqsirim nədir? Bax, xəbərdarlıq eləyirəm: mən sizdən
küsmüĢəm. Siz gərək elə bir iĢ tutasınız ki, mən sizinlə barıĢam. Siz gərək bizimlə nahar
edəsiniz.
– Mən nahar eləmiĢəm.
– Düz demirsiniz. Mən cənab Jilnormandan xahiĢ edəcəyəm ki, sizi yaxĢıca danlasın. Babalar
ona görə yaranıb ki, ataları danlasın. YaxĢı da! Gedək qonaq otağına! Bu saat gedək!
– Bu, mümkün deyil.
Kozetta bu sözü eĢidəndə bir az özünü itirdi. O daha əmr etməyib sorğu-suala keçdi.
– Niyə axı? Bir də ki bizim görüĢümüz üçün siz niyə bu boyda evdə ən pis otağı seçmisiniz?
Bura çox pisdir.
– Sən axı bilirsən ki...
Jan Valjan səhvini düzəltdi:
– Siz axı bilirsiniz ki, baronessa, mən, qəribə adamam, mənim öz Ģıltaqlıqlarım var.
Kozetta xırdaca əllərini heyrətlə bir-birinə çırpdı?
– Baronessa?.. Siz?.. Təzə xəbər! Bu nə deməkdir?
Jan Valjan ürək parçalayan iztirablı bir təbəssümlə Kozettaya baxdı, – bəzən onun dodaqlarında
bu cür təbəssüm görünərdi.
– Siz özünüz baronessa olmaq istədiniz. Baronessa da oldunuz.
– Ata, axı sizin üçün yox.
– Daha mənə ata deməyin.
– Nə?
– Mənə cənab Jan deyin. Ġstəsəniz elə Jan deyin.
– Siz daha mənim atam deyilsiniz? Mən daha Kozetta deyiləm? Cənab Jan? Axı bu nə olan
Ģeydir? Bu, xalis bir çevriliĢdir! Axı nə olub? Bir mənim üzümə baxın! Siz mənimlə yaĢamaq
istəmirsiniz? Siz öz otağınızı istəmirsiniz? Mən sizə nə eləmiĢəm? Mən sizə nə eləmiĢəm?
Görünür, nəsə bir Ģey olub?
– Heç bir Ģey olmayıb.
– Bəs onda belə niyə?
– Hər Ģey əvvəlki kimi qalır.
Siz adınızı niyə dəyiĢirsiniz?
– Axı siz də öz adınızı dəyiĢdiniz.
Jan Valjan yenə bayaqkı kimi gülümsəyərək əlavə etdi:
– Siz xanım Ponmersi olandan sonra mən niyə cənab Jan olmayım?!
– Mən heç bir Ģey baĢa düĢmürəm. Bunların hamısı mənasız Ģeydir. Mən hələ ərimdən
soruĢacağam, görüm o sizə cənab Jan deməyə icazə verirmi? Əminəm ki, o razılıq verməyəcək.
Siz məni yaman kədərləndirirsiniz. Adamda qəribə hərəkətlər ola bilər, ancaq adam öz xırdaca
Kozettasını incitməz. Bu heç yaxĢı iĢ deyil. Siz gərək kinli olmayasınız, siz axı çox gözəl
insansınız.
Jan Valjan dinmədi:
Kozetta cəld Jan Valjanın əllərindən yapıĢıb üzünə sarı qaldırdı, böyük bir coĢqunluq və
mehribanlıqla çənəsinin altına sıxdı.
– Ah, əvvəlki kimi mərhəmətli olun! – dedi.
Sonra əlavə etdi:
– Mən mərhəmətli olmaq nəyə deyirəm? Ona deyirəm ki, sevimli olun, köçün bizə gəlin –
burada da, Plüme küçəsindəki kimi, quĢlar var – bizimlə bir yerdə yaĢayın. Silahlı adam
küçəsindəki o mənfur daxmanı atın getsin, bizi müəmmalar içində qoymayın, hamı necəsə, siz də
elə olun, bizimlə nahar eləyin, səhər yeməyini yeyin, sözün qısası, mənim əziz atam olun.
Jan Valjan əllərini onun əllərindən azad elədi.
– Sizə ata lazım deyil, indi sizin əriniz var.
Kozetta hirsləndi:
– Mənə ata lazım deyil? Belə mənasız sözü eĢidəndə, vallah adam heç bilmir ki, nə desin.
Jan Valjan nüfuzlu Ģəxslərdən kömək gözləyən, özünü saxlamaq üçün hər xırdaca budağa əl atan
bir adam kimi sözünə davam etdi:
– Tusen burada olsaydı, o mənim belə xasiyyətdə olduğumu hamıdan əvvəl təsdiq edərdi. Bu
məsələdə təzə bir Ģey yoxdur. Mən həmiĢə öz qaranlıq guĢəmi xoĢlamıĢam.
– Axı bura soyuqdur. Adam yaxĢı görmür. Bir də ki, özünüzü cənab Jan adlandırırsınız – bu çox
pis uydurmadır! Mən istəmirəm ki, siz mənə ―siz‖ deyəsiniz.
Jan Valjan söhbəti dəyiĢdi:
– Bu gün bura gələndə Sen-Lui küçəsində, qiymətli mebel düzəldən dülgərdə bir Ģey gördüm.
Mən qəĢəng bir qadın olsaydım, onu alardım. Müasir zövqə əsasən hazırlanmıĢ çox gözəl bir
tualet idi. Deyəsən, sizdə buna çəhrayı ağac deyirlər. Çox qiymətli naxıĢları, böyük aynası,
xırdaca siyirtmələri vardı. Çox qəĢəng Ģeydi.
Kozetta ərk ilə dedi:
– Ah, yaramaz ayı!
Üz-gözünü füsunkar halda qırıĢdıraraq, bir-birinə sıxdığı diĢləri arasından Jan Valjanın üstünə
fınxırdı. Bu vəziyyətilə o, balaca, acıqlı piĢiyi təqlid edən Qratsiyanın özü idi.
– Mən lap dəli oluram, – dedi. – Dünəndən bəri siz hamınız məni bərk acıqlandırırsınız. Mən
yaman hirslənmiĢəm. Mən heç bir Ģey baĢa düĢmürəm. Siz məni Mariusdan qorumursunuz.
Marius mənim tərəfimi saxlamaq istəmir. Mən lap tək qalmıĢam. Mən sizin otağınızı elə yaxĢı
bəzəmiĢəm ki! Ayı göydən gətirə bilsəydim, onu da sizin otağınızdan asardım. Bəs indi axı nə
olsun? Əmriniz nədir? Ġndi mən bu otağı neyləyim? Mənim həmxanam məni çox pis vəziyyətdə
qoyur. Nikolettaya tapĢırmıĢam ki, nahara çox ləzzətli bir Ģey hazırlasın. O da mənə deyir ki,
―Xanım, sizin naharınız heç kəsə lazım deyil!‖ Atam FoĢlevan da, heç bilmirəm niyə, tələb edir
ki, mən ona cənab Jan deyim, onu köhnə, pis, çirkin, üfunətli zirzəmidə qəbul edim; elə zirzəmi
ki, divarları saqqal çıxarıb, içinə büllur qablar yerinə boĢ ĢüĢələr qoyulub, pəncərəsindən pərdə
yerinə hörümçək toru asılıb! Siz qəribə adamsınız, buna mənim sözüm yox, bunlar hamısı sizin
xasiyyətinizə uyğun Ģeylərdir, ancaq evlənən adamlara da nəfəslərini dərməyə imkan vermək
lazımdır! Elə o saat əvvəlki xasiyyətinizə əl atmağa sizin ixtiyarınız yoxdur! Doğrudanmı bu
murdar Silahlı adam küçəsində yaĢamaq sizin çox xoĢunuza gəlir? Amma mən orada yamanca
bədbəxt idim. Mən axı sizə nə elədim? Siz məni yaman kədərləndirirsiniz? Fi!
Birdən o, Jan Valjana diqqətlə baxaraq ciddi bir ifadə ilə əlavə etdi:
– XoĢbəxt olduğum üçün sizin mənə acığınız tutur?
Məsumluq, heç özü də bilmədən, bəzən çox həssas olur. Bu sual Kozetta üçün çox adi sual olsa
da, Jan Valjan üçün onun böyük mənası vardı; Kozetta onu bir balaca cırmaqlamaq istədi, lakin
çox bərk yaraladı.
Jan Valjanın rəngi ağardı. Əvvəl o heç nə demədi, sonra izahı mümkün olmayan bir ifadə ilə, öz-
özünə söyləyirmiĢ kimi, pıçıldadı.
– Onun xoĢbəxtliyi – mənim yaĢamaqda məqsədim, bax, bu idi. Ġndi Allah məni azad eləyə bilər.
Sən xoĢbəxtsən, Kozetta, mənim vaxtım qurtarmıĢdır.
Kozetta həyəcanla dedi:
– Ah! Siz mənə ―sən‖ dediniz! – Jan Valjanın boynunu qucaqladı.
Jan Valjan nə vəziyyətdə olduğunu unudaraq böyük həyəcan içində Kozettanı sinəsinə basdı. O
az qalırdı ki, Kozettanı yenə də geri qaytardığına inansın.
Kozetta pıçıldadı:
– Sağ ol, ata!
Jan Valjan bu həyəcana qapılaraq ağır iztirab duyurdu. O özünü üsulluca Kozettanın ağuĢundan
azad edərək, Ģlyapasını götürdü.
Kozetta soruĢdu:
– Nə olub?
Jan Valjan:
– Mən gedirəm, xanım, sizi gözləyirlər.
Sonra qapının qabağında dayanaraq əlavə etdi:
– Mən sizə ―sən‖ dedim. Ərinizə deyin ki, bu daha təkrar olunmayacaq. Məni bağıĢlayın.
Bu qəribə vidalaĢmaq Kozettanı lap ĢaĢırtdı; Jan Valjan onu bu vəziyyətdə qoyub otaqdan çıxdı.
ĠKĠNCĠ FƏSĠL.
Yenə də bir neçə addım geriyə.
Jan Valjan ertəsi gün elə həmin vaxtda Kozettanın yanına gəldi.
Kozetta daha ona sual vermirdi, onun hərəkətlərinə təəccüb etmirdi, soyuqdan Ģikayətlənmirdi,
daha onu qonaq otağına çağırmırdı; ona ata, ya cənab Jan deməkdən eyni dərəcədə çəkinirdi.
Özünə ―siz‖ deməyə, ―xanım‖ deməyə yol verirdi. Onun sevinci bir az azalmıĢdı. O, dərd
çəkməyi bacarsaydı, onu qəmgin hesab etmək olardı.
Yəqin, Mariusla onun arasında elə bir söhbət olmuĢdu ki, bu söhbətdə sevilən adam ağlına gələni
deyir, heç bir Ģeyi izah eləmir, bununla belə, sevdiyi qadını sakitləĢdirə bilir. Sevənlərin marağı
onların sevgisi hüdudundan xaricə çıxmır.
AĢağı zalı bir az səliqəyə saldılar. Bask ĢüĢələri yığıĢdırıb apardı, Nikoletta hörümçək torunu
təmizlədi.
Jan Valjan hər gün eyni vaxtda gəlirdi. Mariusun sözünü hərfi mənada deyil, baĢqa bir mənada
baĢa düĢmək üçün özünü məcbur edə bilmirdi, buna gücü çatmırdı. Marius iĢini elə qurmuĢdu ki,
Jan Valjan gələndə o, evdən gedirdi. Evdəkilər cənab FoĢlevanın qoyduğu qayda-qanuna az
vaxtda alıĢdılar. Tusen bu məsələdə onlara kömək etdi. O dönə-dönə deyirdi: ―Cənab FoĢlevan
həmiĢə belə olmuĢdur‖. Qoca Jilnorman belə bir hökm çıxartdı: ―O, qəribə adamdır‖. Bu sözlə
hər Ģey söylənmiĢdi. Düzünü desək, doxsan yaĢlı adamı yeni qohumluq əlaqələri usandırır, hər
Ģey ona artıq yük kimi görünür, yeni tanıĢ olduğu adam onu ancaq darıxdırır, adət edilmiĢ həyat
tərzində bu adam üçün daha yer yoxdur. Bu yeni adamın adı FoĢlevandımı, ya ġpaklevandımı,
qoca Jilnorman üçün bunun fərqi yox idi, ―bu cənabdan‖ yaxa qurtarmaq üçün bir yüngüllük idi.
O, öz fikrini izah edərək deyirdi: ―Belə qəribə adamlardan da adi Ģey yoxdur. Onlar özlərindən
cürbəcür hoqqalar çıxarırlar. Elə-belə, səbəbi olmadan. Markiz de Kanapl bundan da pis idi. O
özünə saray almıĢdı, amma çardaqda yaĢayırdı. Bu adamlar belə-belə sarsaqlıqlar eləyirlər‖.
Lakin bu ―sarsaqlığın‖ altında gizlənən dəhĢəti heç kəs görmürdü. Bunun səbəbini kim baĢa düĢə
bilərdi? Hindistanda elə bataqlıqlar var ki, onların suyu qeyri-adi və əcaib görünür: bu su heç
külək olmadığı halda ləpələnir, o yerdə ki sakit olmalıdır, orada qaynamağa baĢlayır. Biz suyun
üzündə səbəbsiz yerə əmələ gələn ləpələri görürük, amma suyun altında üzən ilanları görmürük.
Bir çox adamın daxilində də onların yedirdib bəslədiyi gizlin ilanlar, gizlin iztirablar var, onları
didib parçalayan əjdahalar var, gecələr onları yatmağa qoymayan ümidsizliklər var. Belə adamlar
üzdən o biri adamlardan seçilmirlər, onlar da yeriyirlər, hərəkət edirlər. Heç kəs onların
daxilində dəhĢətli, dağıdıcı bir mərəz olduğunu bilmir: mərəz bu bədbəxt adamların daxilində
yaĢayır, bir qurd kimi onları içəridən gəmirir, onlara min bir əzab verir. Heç kəs belə adamların
girdab olduğunu bilmir. Durğun, lakin dərin bir girdab! Arabir girdabın üzü tərpənir, lakin bunun
nə demək olduğunu heç kəs baĢa düĢmür. Girdabın üzündə qəribə ləpələr görünür, sonra yox
olur, sonra yenə də görünür; köpük qalxır, partlayır. Belə baxanda bu, heç nədir, lakin dəhĢətli
Ģeydir. Bu, gözə görünməyən yırtıcı heyvanın nəfəs almasıdır.
Bəzi adamlarda qəribə vərdiĢlər olur: baĢqaları gedəndə onlar gəlirlər, baĢqaları özünü gözə
soxanda onlar kənarda dururlar, həmiĢə xaki rəngli plaĢ geyirlər, boĢ xiyabanlarda gəzirlər,
adamsız küçələrdən getməyi, söhbətə qarıĢmamağı, camaatdan, izdihamlı Ģənliklərdən uzaq
olmağı, özlərini varlı bir adam kimi göstərməyi, lakin kasıblıq içində yaĢamağı üstün tuturlar,
dövlətli olduqları halda, öz evlərinin açarını ciblərində gəzdirirlər, qapıçıdan Ģam istəmirlər, dal
eyvandan içəri girirlər, qaranlıq pilləkənlə yuxarı qalxırlar, – bütün bu qəribəliklər, dalğalar,
köpüklər, su səthində görünən ani ləpələr çox vaxt dəhĢətli dərinliklərdən qalxır.
Bu qayda ilə bir neçə həftə keçdi. Yeni həyat Kozettanı yavaĢ-yavaĢ cəlb etdi; ərə getdikdən
sonra meydana gələn yeni əlaqələr, rəsmi görüĢlər, ailə qayğıları, əyləncələr mühüm iĢlər
sırasına keçdi. Kozettanın əyləncəsi ucuz baĢa gəlirdi: bu əyləncə bir Ģeydən – Mariusla bir yerdə
olmaqdan ibarətdi. Onun həyatının baĢlıca mündəricəsi Mariusla bir yerdə evdən çıxmaq, onunla
evdə oturmaqdı. Günün günorta çağında izdihamlı küçələrdə, heç kəsdən çəkinmədən, bütün
camaat qarĢısında, adamların içində qol-qola gəzmək həmiĢə onlara yeni sevinc gətirirdi.
Kozettanı kədərləndirən Ģeylər də vardı. Tusen Nikoletta ilə düz gəlmirdi. Bu iki qarımıĢ qız yola
getmədiyindən, Tusen evdən çıxmalı oldu. Qoca Jilnorman özünü çox gözəl hiss edirdi. Marius
arabir məhkəmədə bir adamın iĢini müdafiə edirdi. Madmuazel Jilnorman yeni evlənən
cavanlarla bir evdə öz kədərli həyatını baĢa vururdu, bu yaĢayıĢ onu tamamilə təmin edirdi, Jan
Valjan hər gün gəlirdi.
―Sən‖in rəsmi ―siz‖lə əvəz edilməsi, ―xanım‖, ―cənab Jan‖ sözləri Jan Valjanı Kozettanın
nəzərində dəyiĢdirdi. Jan Valjanın Kozettanı özündən uzaqlaĢdırmaq üçün göstərdiyi səyi
müvəffəqiyyətlə nəticələndi. Kozetta get-gedə daha artıq Ģən görünsə də, Jan Valjana daha az
mehribanlıq edirdi. Lakin o hələ də Jan Valjanı çox istəyirdi, Jan Valjan da bunu hiss edirdi. Bir
gün Kozetta birdən Jan Valjana dedi: ―Siz mənim atam idiniz, indi daha atam deyilsiniz, siz
mənim əmim idiniz, indi daha əmim deyilsiniz, siz cənab FoĢlevan idiniz, indi ancaq Jansınız.
Bəs siz kimsiniz? Bu Ģeylər mənim heç xoĢuma gəlmir. Mən sizin xeyirxah adam olduğunuzu
bilməsəydim, sizdən qorxardım‖.
Jan Valjan yenə də Silahlı adam küçəsində yaĢayırdı. Bir vaxtlar Kozettanın yaĢadığı məhəllədən
gedə bilmirdi.
Jan Valjan ilk günlər Kozettanın yanında ancaq bir neçə dəqiqə qalır, sonra gedirdi.
Lakin sonralar get-gedə görüĢ vaxtını uzadaraq bunu bir adət Ģəklinə saldı. Sanki, o, Kozettanın
yanında çox qalmasını günün uzanması ilə əsaslandırırdı: tez gəlir, gec gedirdi.
Bir gün Kozetta səhvən ona ―ata‖ dedi. Jan Valjanın tutqun üzü sevincdən iĢıqlandı. O,
Kozettanın səhvini düzəltdi: ―Jan deyin‖. Kozetta gülərək dedi: ―Hə, doğrudan da, elədir – cənab
Jan‖. – ―Bax belə‖. Bunu deyib üzünü çevirdi; Jan Valjan istəmirdi ki, Kozetta onun göz yaĢını
sildiyini görsün.
ÜÇÜNCÜ FƏSĠL.
Onlar Plume küçəsindəki bağı xatırlayırlar.
Bu daha təkrar olunmadı. O, iĢığın son Ģüası idi. Hər Ģey tamam söndü. Əvvəlki yaxınlıq daha
yox idi, Jan Valjan Kozettanın yanına gələndə daha onu öpmürdü, Ģəfqət və mehribanlıq duyulan
―ata‖ sözünü daha eĢitmirdi. Jan Valjan öz israrı, öz köməyi ilə yavaĢ-yavaĢ bütün sevincindən
məhrum oldu. Ona belə bir bədbəxtlik də üz verdi: Kozettanı bir gündə itirdiyi halda, sonra onu
bir daha yavaĢ-yavaĢ itirdi.
Adamın gözü tədriclə mağaranın zülmətinə də alıĢır. Əslinə qalanda, Kozettanı gündə bircə dəfə
görmək Jan Valjanı, elə bil, kifayətləndirirdi. Onun həyatının bütün mənası bu görüĢ
dəqiqələrindən ibarətdi. O, Kozettanın yanında oturur, ona dinməz-söyləməz baxırdı, ya da
onunla keçmiĢ illərdən, onun uĢaqlığından, monastırdan, keçmiĢ rəfiqələrindən söhbət edirdi.
Bir dəfə günortadan sonra, aprelin ilk günlərindən birində, o zaman ki, yaz girsə də, hava hələ
sərindi, gün iĢığı adama fərəh verirdi, Mariusla Kozettanın pəncərəsindən görünən bağlar
titrəyərək yuxudan ayrılırdı, yemiĢan yarpaq açmaq üzrə idi, Ģəbbu köhnə divarları bəzəkli
naxıĢlarla bürüyürdü, çəhrayı aslanağzı çiçəkləri daĢların arasından görünürdü, gözəl
düyünçiçəyi, qızçiçəyi otların içindən qalxırdı, yazın ilk carçısı olan ağ kəpənəklər havada
uçmağa baĢlayırdı, külək – təbiətin toy təntənəsinin bu əbədi musiqiçisi ağacların budağında
əzəmətli səhər simfoniyasının ilk notlarını çalırdı, elə bir simfoniya ki, qədim Ģairlər bunu yazın
oyanması adlandırmıĢlar, – belə bir gündə Marius Kozettaya dedi: ―Yadındadırmı, biz söz
qoymuĢduq ki, Plüme küçəsindəki bağımıza dəyək. Gedək ora. Adam nankor olmaz‖. Onlar, iki
qaranquĢ kimi, böyük bir fərəhlə yazı qarĢılamağa getdilər. Plüme küçəsindəki bağ onlara səhər
Ģəfəqi kimi göründü. Ġndi onların həyatının özünə görə keçmiĢi, yaĢadıqları sevgi baharının ötüb
keçmiĢ ilk günləri vardı. Plüme küçəsində icarəyə götürülmüĢ bağ hələ də Kozettanın ixtiyarında
idi. Onlar bu bağa, bağda olan evə gəldilər. Onlar hal-hazırı unudaraq, özlərini keçmiĢə həsr
etdilər. Jan Valjan müəyyən edilən vaxtda Ehtiraslar küçəsinə gəldi. Bask ona dedi ki: ―xanım
baronessa cənab baronla evdən çıxıblar, hələ də qayıtmayıblar‖. Jan Valjan dinməz-söyləməz
oturdu, bir saat gözlədi. Kozetta qayıtmadı. Jan Valjan baĢını aĢağı dikərək, çıxıb getdi.
Kozetta ―öz bağlarındakı‖ gəzintidən elə məst olmuĢdu, ―bütün günü keçmiĢlə yaĢamasından‖
elə sevinmiĢdi ki, ertəsi gün axĢam ayrı heç bir Ģeydən danıĢmadı. Keçən axĢam Jan Valjanı
görmədiyi heç yadına da düĢmədi.
Jan Valjan ondan soruĢdu:
– Siz ora necə getdiniz?
– Piyada.
– Necə qayıtdınız?
– Kareta tutduq.
Bir qədər vardı ki, Jan Valjan onların çox qənaətlə yaĢadığını görürdü. Bu, onun kefini pozurdu.
Marius çox az pul xərcləyirdi. Jan Valjan bunda gizli bir məna olduğunu hiss edirdi. O cəsarət
edib Kozettaya belə bir sual verdi:
– Niyə sizin öz ekipajınız yoxdur? QəĢəng, iki yerli bir kareta sizə ayda cəmisi beĢ yüz franka
baĢa gələr. Siz axı dövlətlisiniz.
Kozetta:
– Bilmirəm, – deyə cavab verdi.
Jan Valjan sözünə davam etdi:
– O cümlədən Tusen. O çıxıb getdi. Siz onun yerinə heç kəsi tutmadınız. Niyə?
– Bizə Nikoletta da kifayətdir.
– Baronessa, sizə axı xidmətçi qadın lazımdır.
– Mənim Mariusum yoxdurmu?
– Sizin gərək öz eviniz, öz qulluqçunuz olsun, karetanız olsun, teatrda lojanız olsun. Elə bir Ģey
yoxdur ki, sizin üçün həddindən artıq yaxĢı görünsün. Siz niyə öz sərvətinizdən istifadə
etmirsiniz? Sərvət xoĢbəxtliyi çox-çox artırır.
Kozetta dinmədi.
Jan Valjan Kozettanın yanına gələndə heç də əvvəlkindən az oturmurdu. Əksinə, onun yanında
daha da çox qalırdı. Qəlb aĢağı enməyə baĢlayanda, eniĢdə dayanmaq çətin olur. Jan Valjan
görüĢü uzatmaq, vaxtı Kozettanın yadından çıxartmaq istəyəndə Mariusu tərifləməyə baĢlayırdı.
Mariusun qəĢəng, nəcib, cəsarətli, ağıllı, mərhəmətli cavan, yaxĢı natiq olmasından söz açırdı.
Kozetta onun sözünə qüvvət verirdi. Jan Valjan öz tərifini yenidən baĢlayırdı. Onların sözü
qurtarmırdı. ―Marius‖ mövzusu, elə bil ki, tükənməz bir mövzu idi. Onun adındakı bu altı
hərfdən cildlər bağlamaq olardı. Bu qayda ilə Jan Valjan Kozettanın yanında çox qala bilirdi.
Kozettanı görmək, onun yanında hər Ģeyi unutmaq nə qədər xoĢ idi! Bu, sanki, onun yarasını
sağaldırdı, çox vaxt elə olurdu ki, Bask bir-iki dəfə gəlib onlara deyirdi: ―Cənab Jilnorman
buyurdu ki, baronessanın yadına salım, süfrəyə yemək qoyulmuĢdur‖.
Jan Valjan belə günlərdə çox dalğın halda evinə qayıdırdı.
Marius öz təsəvvüründə Jan Valjanı kəpənəyin baraması ilə müqayisə etmiĢdi – bu müqayisədə
bir həqiqət vardımı? Jan Valjan, bəlkə, doğrudan da, içindən kəpənək çıxan bir barama idi ki, bu
uçub gedən kəpənəyin yanına o yenə də inad edib gedirdi?
Bir gün o, Kozettanın yanında daha çox qaldı. Ertəsi gün gələndə gördü ki, buxarını
yandırmayıblar. ―Görürsənmi! Buxarını yandırmayıblar!‖ – deyə düĢündü. O, öz-özünə belə bir
izahatla təskinlik verdi: ―Məsələ aydındır. Aprel ayı girib. Daha soyuq deyil‖.
Kozetta içəri girəndə həyəcanla dedi:
– Aman allah, bura nə soyuqdur!
Jan Valjan ona etiraz etdi:
– Qətiyyən soyuq deyil.
– Deməli, siz Baska demisiniz buxarını yandırmasın?
– Mən demiĢəm.
– Sobaları iyun ayına kimi yandırırlar. Bu zirzəminin buxarısını bütün il boyu yandırmaq
lazımdır. – Mən elə fikirləĢirdim ki, buxarını yandırmağın daha mənası yoxdur.
Kozetta acıqlandı:
– Bu da sizin uydurmalarınızdan biridir!
Ertəsi gün buxarını yandırmıĢdılar. Lakin kresloların ikisini də zalın o biri baĢına, qapının lap
qabağına qoymuĢdular.
Jan Valjan düĢündü:
―Bu nə deməkdir?‖
Gedib kresloları gətirdi, əvvəlki yerinə qoydu.
Lakin buxarının yandırılması onu sakitləĢdirdi. O, Kozetta ilə əvvəlkindən də çox söhbət elədi.
Ayağa qalxıb getmək istəyəndə Kozetta dedi:
– Dünən ərim mənə qəribə bir Ģey dedi.
– Nə dedi?
– Dedi ki: ―Kozetta, bizim otuz min rentamız var. Bunun iyirmi yeddisi sənindir, üç minini də
mənə babam verir‖. Mən ona dedim ki: ―Bu eləyir otuz min‖. Sonra o mənə belə dedi: ―Sən
ancaq üç minlə yaĢamağa dözərdinmi?‖ Mən də dedim ki: ―Əlbəttə, dözərdim, qoy heç renta da
olmasın səninlə bir yerdə olmağım kifayətdir‖. Sonra ondan soruĢdum ki: ―Sən niyə bunu mənə
deyirsən?‖ O, mənə belə cavab verdi: ―Hər ehtimala qarĢı‖.
Jan Valjan bircə kəlmə də söz demədi. Görünür, Kozetta ondan izahat gözləyirdi, lakin Jan
Valjan qaĢqabağını tökərək susdu. O, Silahlı adam küçəsinə elə dalğın halda gəldi ki, yaĢadığı
evin qapısını səhv saldı, öz həyətinə girmək əvəzinə qonĢu həyətə girdi. Ancaq üçüncü
mərtəbəyə qalxanda səhv elədiyini baĢa düĢüb aĢağı endi.
Ağır düĢüncələr onu bürüdü. Aydın görünürdü ki, Marius altı yüz min frankın düz yolla
qazanılmadığından Ģübhələnir, qorxur. Kim bilir, bəlkə də, bu pulun Jan Valjanın öz pulu
olduğunu bilmiĢdir, bu Ģübhəli sərvəti qəbul etməkdə tərəddüd edir, buna sahib olmaqdan
çəkinir, bu Ģübhəli mirası qəbul etməkdənsə, Kozetta ilə kasıb yaĢamağı üstün tutur.
Bundan baĢqa, Jan Valjan hiss edirdi ki, onu Mariusgilin evindən uzaqlaĢdırmaq istəyirlər.
Ertəsi gün aĢağı mərtəbədəki zala girəndə heç gözləmədiyi bir vəziyyət onu sarsıtdı: kreslolar
yox olmuĢdu. Otaqda heç stul da görünmürdü.
Kozetta içəri girəndə həyəcanla dedi:
– Gör ha! Kreslolar yoxdur! Kreslolar necə olub?
Jan Valjan:
– Kreslolar daha yoxdur, – deyə cavab verdi.
– Bu lap ağ oldu!
Jan Valjan mızıldandı:
– Baska mən demiĢəm onları götürsün.
– Niyə axı?
– Bu gün mən burada bir neçə dəqiqə qalacağam.
– Az vaxta gəlmək həmiĢə ayaq üstə qalmaq demək deyil ki!
– Baska, deyəsən, qonaq otağı üçün kreslo lazımdı?
– Niyə lazımdı?
– Görünür, axĢam qonağınız gələcək.
– Qonaq-zad gəlməyəcək.
Jan Valjan daha bircə kəlmə də söz deyə bilmədi.
Kozetta çiyinlərini çəkdi:
– TapĢırmaq ki, kresloları aparsın?! Keçən həftə tapĢırmıĢdınız ki, buxarını yandırmasınlar. Siz
nə qəribə adamsınız!
Jan Valjan pıçıldadı.
– Sağlıqla qalın!
O: ―Sağlıqla qal, Kozetta!‖ demədi, lakin ―Sağlıqla qalın, xanım!‖ deməyə də onun iqtidarı
olmadı.
Jan Valjan qəmgin halda otaqdan çıxdı.
Bu dəfə o, məsələni baĢa düĢdü.
Ertəsi gün gəlmədi. O, ancaq axĢam Kozettanın yadına düĢdü.
Dedi ki:
– Bu nə olan Ģeydir? Cənab Jan bu gün gəlməyib?!
Onun ürəyi sıxıldı, lakin elə o saat da ötüb keçdi: Marius öz öpüĢü ilə onu bu fikirdən
uzaqlaĢdırmıĢdı.
Jan Valjan o birisi gün də gəlmədi.
Kozetta buna əhəmiyyət vermədi, axĢamı adi qayda ilə keçirtdi, yaxĢı yatdı, ancaq yuxudan
ayılanda Jan Valjan yadına düĢdü. Kozetta son dərəcə xoĢbəxtdi! Elə o saat Nikolettanı cənab
Janın yanına göndərdi ki, xəbər bilsin görək, o xəstələnməyib ki; xəstələnməyibsə, niyə
gəlməyib? Nikoletta cənab Jandan xəbər gətirdi. O xəstələnməyib. BaĢı qarıĢıq olduğundan gələ
bilməyib. Bu yaxında gələcək. Fürsət düĢən kimi. Bir də ki, o, kiçik bir səfərə çıxmaq istəyir.
Xanım Ponmersinin, yəqin ki, yadındadır: O arabir harasa gedirdi, bu da çox sürmürdü. Qoy
onun üçün narahat olmasınlar. Qoy onun haqqında düĢünməsinlər.
Nikoletta cənab Janın yanına gedəndə öz xanımının sözünü eynən ona söylədi: ―Xanım məni
göndərib ki, bilim görək cənab Jan dünən niyə gəlməmiĢdi‖. Jan Valjan onun səhvini qısa bir
ifadə ilə düzəltdi: ―Mən düz iki gündür ki, gəlməmiĢəm‖.
Lakin Nikoletta Jan Valjanın bu sözünə əhəmiyyət vermədi, Kozettaya da heç bir Ģey demədi.
DÖRDÜNCÜ FƏSĠL.
Cəzb edən və rədd edən nöqtə.
1833-cü ildə, yazın sonunda, yayın əvvəlində, Mare məhəlləsində tək-tək yoldan keçənlər,
dükançılar, darvaza qabağında boĢ-boĢ duran maymaqlar qara paltarlı, təmiz geyimli bir qoca
görürdülər; bu qoca hər gün eyni vaxtda, hava qaralmağa baĢlayanda Silahlı adam küçəsindən,
Sent-Krua-de-la-Bretonri tərəfindən çıxaraq Ağ mantiya küçəsi ilə gedir, Müqəddəs Yekaterina
zəmisi küçəsini keçərək EĢrap küçəsinə çıxır, sonra da sola, Sen-Lui küçəsinə dönürdü.
Burada o, addımlarını yavaĢıdır, baĢını qabağa uzadaraq heç bir Ģey görmədən, heç bir Ģey
eĢitmədən, gözlərini həmiĢə bir nöqtəyə dikərək, ağır-ağır gedirdi; həmin nöqtə ona yol göstərən
bir ulduz kimi görünürdü; əslində bu, Ehtiraslar küçəsinə olan döngədən baĢqa bir Ģey deyildi.
Döngəyə yaxınlaĢdıqca onun baxıĢları canlanır, göz bəbəkləri, daxili bir iĢıqla iĢıqlanmıĢ kimi,
sevinclə parıldayırdı, üzündə fərəh və könül riqqətinin ifadəsi görünürdü, dodaqları səssizcə
tərpənirdi, sanki, bu qoca gözə görünməyən bir adamla danıĢırdı; o, yazıq-yazıq gülümsəyir,
bacardığı qədər yavaĢ yeriyirdi. Elə zənn etmək olardı ki, o, bir məqsədə doğru gedir, eyni
zamanda bu məqsədə daha çox yaxınlaĢacağı dəqiqədən qorxurdu. Onu cəzb edən küçəyə bir
neçə ev qalanda o qədər yavaĢ yeriyirdi ki, kənardan baxan onun bir yerdə durduğunu zənn
edirdi. Onun yırğalanan baĢı bir nöqtəyə zillənən baxıĢı kompasın qütbü axtaran əqrəbini
xatırladırdı. O nə qədər yavaĢ getsə də, istədiyi yerə çatmasını nə qədər uzatsa da, axırda yenə
ora – Ehtiraslar küçəsinə çatırdı; O burada dayanır, baĢını qorxa-qorxa sonuncu evin tinindən
çıxarır, əsə-əsə bu küçəyə baxırdı; onun iztirablı baxıĢında vüsalı mümkün olmayan bir məxluq
qarĢısında pərəstiĢə və əldən çıxmıĢ cənnətin iĢığına bənzər bir ifadə vardı. YavaĢ-yavaĢ
gözlərinə yığıĢan yaĢ damla-damla onun yanaqlarından aĢağı süzülürdü, bəzən də gəlib
dodaqlarında dayanırdı. Qoca onda göz yaĢının talx dadını duyurdu. Bu qayda ilə o, daĢa dönmüĢ
kimi bir neçə dəqiqə orada durur, sonra eyni yol ilə, eyni yeriĢlə evinə qayıdırdı; o getdikcə
gözündəki iĢıq sönürdü.
Sonra elə oldu ki, qoca Ehtiraslar küçəsinin tininə də gəlib çata bilmədi; o, yarıyolda, Sen-Lui
küçəsində dayanırdı, bəzən bu küçədən bir az qabağa, bəzən də lap azca qabağa gedirdi. Bir gün
o, Müqəddəs Yekaterina zəmisi küçəsinin tinində qaldı, qabağa gedə bilmədi, buradan Ehtiraslar
küçəsinin tininə baxmağa baĢladı, sonra, nədənsə imtina edirmiĢ kimi, baĢını dinməz-söyləməz
sağdan-soldan yelləyərək, geri döndü.
Çox keçəmdi ki, o özünü heç Sen-Lui küçəsinə də yetirə bilmədi. DöĢəmə küçəsi tinində dayanıb
baĢını tərpədir, geri qayıdırdı; bir qədər sonra o, Üç bayraq küçəsindən kənara çıxa bilmədi. O,
çoxdan qurulmuĢ, dayanmağa yaxınlaĢdıqca hərəkəti azalan bir saatın kəfgirini xatırladırdı.
O, hər gün eyni vaxtda evdən çıxır, eyni yol ilə gedirdi, lakin istədiyi yerə daha gedib çata
bilmirdi və bəlkə, özü də dərk etmədən yolunu get-gedə qısaldırdı. Onun üzündə yalnız bir fikir
ifadə olunurdu: ―Niyə axı?‖ Onun bəbəkləri sönmüĢdü, bu bəbəklərdə daha parıltı görünmürdü.
Göz yaĢı tükənmiĢdi, dalğın-dalğın baxan gözləri quru idi. Onun baĢı hələ də qabağa uzanırdı,
çənəsi hərdən əsirdi, arıq, qırıĢmıĢ boynuna baxanda adamın ona yazığı gəlirdi. YağıĢ yağanda
bəzən onun qoltuğunda çətir olardı, lakin bu çətiri heç açmazdı. Ətraf məhəllələrin cici-bacıları
deyirdilər ki, ―onun baĢı xarab olub‖. UĢaqlar onun ardınca yüyürür, ona gülürdülər.
QATI ZÜLMƏT, PARLAQ ġƏFƏQ.
BĠRĠNCĠ FƏSĠL.
Bədbəxtlərə rəhminiz gəlsin, xoĢbəxtlərə
güzəĢtə gedin!
XoĢbəxt olmaq nə dəhĢətli Ģeydir! Ġnsan məmnuniyyətlə öz xoĢbəxtliyi ilə kifayətlənir! XoĢbəxt
adam əmindir ki, daha ona heç bir Ģey lazım deyil! Ġnsan xoĢbəxt olduqdan, həyatın bu yanlıĢ
yoluna çıxdıqdan sonra çox asanlıqla əsil məqsədini, yəni öz vəzifəsini unudur!
Onu da deyək ki, Mariusu məzəmmət etmək haqsızlıq olardı.
Biz yuxarıda demiĢdik ki, Marius evlənən kimi cənab FoĢlevana sual vermirdi, evlənəndən sonra
da ondan söz soruĢmağa qorxurdu. O, Jan Valjana düĢünmədən, birdən-birə söz verdiyinə təəssüf
edirdi. Jan Valjanın ağır vəziyyətini nəzərə alaraq nahaq yerə güzəĢtə getdiyini dəfələrlə öz-
özünə demiĢdi. Lakin o, Jan Valjanı yavaĢ-yavaĢ evdən uzaqlaĢdırmaq, mümkün qədər
Kozettanın zehnindən silmək tədbirilə kifayətləndi. Marius, elə bil ki, Kozetta ilə Jan Valjanın
arasında durmuĢdu: o əmindi ki, Kozetta Jan Valjanı görməsə, onu unudacaq, onun haqqında
düĢünməyəcəkdir. Lakin bu, Jan Valjanı Kozettanın zehnindən silməkdən də böyük Ģeydi: bu,
Jan Valjanı tamamilə unutmaq deməkdi.
Marius bunu zəruri və ədalətli bir hərəkət hesab edirdi. O düĢünürdü ki, hədsiz amansızlıq, həm
də zəiflik göstərmədən Jan Valjanı evdən uzaqlaĢdırmaq lazımdır; bunun üçün onun əlində əsaslı
dəlillər vardı, – oxucular bu dəlillərin nədən ibarət olduğunu bilirlər; bundan baĢqa elə dəlillər
vardır ki, oxucular bunu sonra biləcəklər. Marius bu məhkəmə iĢində təsadüfən Lafit bankının
köhnə bir qulluqçusuna rast gəldi, ondan bəzi sirli məlumatlar aldı; əslində, o belə bir məlumat
almaq fikrində deyildi. Düzünü desək, bu sirr haqqında o əlavə məlumat toplamadı, həm ona
görə ki, sirri gizli saxlayacağına söz vermiĢdi, həm də Jan Valjanın təhlükəli vəziyyəti onu
düĢündürürdü, ona yazığı gəlirdi. Hal-hazırda o, çox mühüm bir vəzifəni yerinə yetirmək, yəni
altı yüz min frankı naməlum sahibinə qaytarmaq fikrində idi: bu adamı mümkün qədər ehtiyatla
axtarırdı. Hələ ki, o pula əl vurmurdu.
Kozettanın bu sirlərdən heç xəbəri yox idi. Lakin Jan Valjan məsələsində onu da müqəssir hesab
etmək amansızlıq olardı.
Kozetta ilə Marius arasında çox qüvvətli bir maqnit cərəyanı vardı; bu cərəyan Kozettanı qeyri-
iradi, bəlkə də, qeyri-Ģüuri olaraq Mariusun bütün arzularını yerinə yetirməyə məcbur edirdi.
―Cənab Jana‖ aid olan məsələlərdə bu Mariusun iradəsini hiss edir, buna tabe olurdu. Əri ona heç
nə demirdi, Kozetta özü onun gizlin niyyətlərini tutqun, lakin baĢa düĢüləcək bir Ģəkildə duyur,
bunu kor-koranə yerinə yetirirdi. O Ģeyi ki Marius Kozettanın zehnindən silirdi, Kozetta onu bir
daha yada salmamalı idi, – Kozettanın tabeliyi də indi bundan ibarətdi. Bu barədə o çətinlik
çəkmirdi. Onun ruhu, heç özünün xəbəri olmadan, heç təqsiri olmadan, ərinin ruhu ilə
birləĢmiĢdi, o Ģeyin üstünə ki, Marius öz fkirində unutqanlıq örtüyünü atırdı, bunlar Kozettanın
da hafizəsində sönürdü.
Lakin bir Ģeyi mübaliğəsiz deyək: Kozettanın Jan Valjana olan bu laqeydliyi, hafizəsindən
silinməsi, ancaq zahirən idi. Kozetta hadisələrə bir az ötəri baxsa da, olan Ģeyləri unutmurdu.
Əslində o, uzun zaman ―ata‖ dediyi adamı indi də çox sevirdi. Lakin ərini bundan artıq bir
mehribanlıqla sevirdi. Kozettanın daxili müvazinətini pozan, onu bir tərəfə əyən də bu idi.
Bəzən elə olurdu ki, Kozetta Jan Valjandan söhbət açır, onun gəlməməsinə təəccüb edirdi.
Marius onu sakitləĢdirərək deyirdi: ―Mən elə güman edirəm ki, o, Parisdə yoxdur. O axı deyirdi
ki, harasa gedəcəkdir‖. Kozetta: ―Doğrudur – deyə düĢünürdü. – Onun belə bir adəti vardı:
birdən harasa gedərdi. Ancaq onun gediĢi belə uzun çəkməzdi‖. O, cənab Janın gəlib-
gəlməməsini bilmək üçün Nikolettanı iki-üç dəfə Silahlı adam küçəsinə göndərdi, Jan Valjan hər
dəfə ondan xahiĢ edirdi ki, desin gəlməyib.
Kozetta da sakitləĢirdi, çünki bu dünyada, o ancaq Mariussuz yaĢaya bilməzdi.
Burası da vardı ki, Mariusla Kozetta bir neçə gündü Parisdən getmiĢdilər. Onlar Verona
getmiĢdilər. Marius Kozettanı atasının qəbri üstünə aparmıĢdı.
Marius yavaĢ-yavaĢ Kozettanın fikrini Jan Valjandan yayındırırdı. Kozetta buna müqavimət
göstərmirdi.
Müəyyən hallarda uĢaqların bəzi hərəkətlərinə çox amansızcasına qiymət verir, onu nankorluq
adlandırırlar, lakin onların bu nankorluğu həmiĢə belə amansız məzəmmətə layiq
görülməməlidir. Bu, təbiətin nankorluğudur. Təbiət, – biz bunu baĢqa bir yerdə də demiĢdik, –
―qabağa baxır‖. Təbiət canlı məxluqatı gələnlər və gedənlər adı altında iki yerə bölür. Gedənlər
zülmətə, yeni gələnlər iĢığa doğru üz çevirir. Qoca ilə cavan arasındakı soyuqluq da buradan
əmələ gəlir: bu, qocalar üçün facianə, cavanlar üçün zəruri bir haldır. Bu soyuqluq əvvəl hiss
olunmasa da, yavaĢ-yavaĢ artır və ağac budağının böyüməsinə bənzəyir. Budaqlar ağac
gövdəsinin üstündə qalsa da, ondan get-gedə uzaqlaĢır. Bu, budaqların təqsiri deyil. Cavanlıq
sevincə, Ģənliyə, iĢığa, sevgiyə doğru can atır. Qocalıq həyatın sonuna doğru irəliləyir. Qocalıqla
cavanlıq bir-birini gözdən itirmir, lakin onlar daha bir-birindən ayrılmıĢdır. Cavanlarda həyat
laqeydliyi, qocalarda qəbir laqeydliyi vardır. Gəlin bu yazıq uĢaqları müqəssir hesab etməyək.
ĠKĠNCĠ FƏSĠL.
Yağı qurtaran çırağın son iĢığı.
BĠr gün Jan Valjan pilləkəndən aĢağı düĢdü, küçədə bir neçə addım atdı, sonra tumbanın üstündə
oturdu; bu həmin tumba idi ki, QavroĢ iyunun 5-də axĢam onu burada oturmuĢ, fikrə dalmıĢ
görmüĢdü. Jan Valjan tumbanın üstündə bir az oturduqdan sonra yenə öz otağına getdi. Bu,
kəfgirin son hərəkəti idi. Səhər o, otaqdan çıxmadı. Ertəsi gün yataqdan qalxmadı.
Dalandar arvadı ona səhər yeməyi üçün bir az kələm, ya bir-iki kartof hazırlayır, üstündə də yağ
verirdi. Bir səhər o gəlib Jan Valjanın saxsı boĢqabına baxaraq həyəcanla dedi:
– Əzizim, siz heç dünən qoyulan yeməyi yeməmisiniz!
Jan Valjan:
– YemiĢəm, – deyə etiraz etdi.
– BoĢqab elə dolu qalıb ki!
– Su qabına baxın. BomboĢdur.
– Bu o deməkdir ki, siz suyu içmisiniz, amma yeməyi yeməmisiniz.
– Nə eləyim axı, mən ancaq içmək istəyirdim.
– Buna susmaq deyirlər, əgər bu zaman bir Ģey yemək istəmirsinizsə, buna isitmə deyirlər.
– Sabah yeyərəm.
– Bəlkə, troitsa günü yediniz? Bu gün niyə yemirsiniz? Heç deyərlər ki, ―Sabah yeyərəm?‖ Heç
elə Ģey olar ki, mənim biĢirdiyim xörəyə əl vurmayasınız?! Özü də necə ləzzətli xörəkdir!
Jan Valjan qarının əlindən tutub mehribanlıqla dedi:
– Söz verirəm ki, yeyərəm.
Dalandar arvadı:
– Mən sizdən narazıyam, – dedi.
Jan Valjan bu rəhmdil qadından baĢqa heç kəsi görmürdü. Parisdə elə küçə var ki, oradan heç
kəs keçmir, elə ev var ki, ora heç kəs ayaq basmır. Jan Valjan belə küçələrdən və belə evlərdən
birində yaĢayırdı.
Jan Valjan, hələ gəzən vaxtlar, mis satan alverçidən bir neçə sua Ġsanın çarmıxa çəkilmiĢ xırdaca
Ģəklini alıb, çarpayısının qabaq tərəfində mıxdan asmıĢdı. Adam bu xaçı öz qarĢısında görəndə
həmiĢə təsəlli tapır.
Bir həftə keçdi, Jan Valjan otaqda bircə addım da atmırdı. O, hələ yatağı tərk etməmiĢdi.
Dalandar arvadı ərinə deyirdi:
– Yuxarıdakı qoca daha yataqdan dura bilmir, heç nə yemir, o çox qala bilməyəcək. Görünür,
onun bir dərdi var. Onun qızı yaxĢı adama ərə getməyib – heç kəs bu fikri mənim baĢımdan
çıxara bilməz.
KiĢi olduğu üçün öz üstünlüyünü tamamilə dərk edən dalandar dedi:
– Əgər o, dövlətlidirsə, qoy həkim çağırsın. Əgər kasıbdırsa, qoy elə belə keçinsin. Əgər həkim
çağırmasa, onda öləcək.
– Çağırsa necə?
– Onda da öləcək.
Dalandar arvadı, ―mənim səkim‖ dediyi sal daĢlar arasından çıxan otu paslı bıçaqla qoparmağa
baĢladı. O, otları qopara-qopara mızıldanırdı:
– Adamın yazığı gəlir. Elə səliqəli qocadır! Cücə kimi ağappaqdır.
Birdən küçənin o baĢında həkimi gördü, bu qərara gəldi ki, xəstəyə baĢ çəkməyi özü ondan xahiĢ
eləsin. Məhəllə camaatını bu həkim müalicə edirdi.
Həkimə:
– Üçüncü mərtəbədədir, – dedi. – BirbaĢa yanına gedə bilərsiniz. Açar həmiĢə qapının üstündə
olur. Yazıq daha yataqdan qalxa bilmir.
Həkim Jan Valjanın yanına getdi, onunla danıĢdı.
AĢağı düĢəndə dalandar arvadı sorğu-suala baĢladı:
– Həkim, necədi?
– Sizin xəstənin halı çox pisdir.
– Ona nə olub?
– Hər Ģey və heç Ģey. Aydın görünür ki, onun ən çox istədiyi bir adam əlindən çıxıb. Adam
bundan ölür.
– O özü sənə dedi?
– Dedi ki, özümü yaxĢı hiss eləyirəm.
– Həkim, siz yenə də gələcəksiniz?
Həkim:
– Bəli, gələcəyəm, – dedi. Ancaq onun yanına mən yox, baĢqa bir adam gəlməlidir.
ÜÇÜNCÜ FƏSĠL.
FoĢlevanın arabasını qaldıran adama
qələm ağırlıq eləyir.
AxĢam Jan Valjan hiss etdi ki, dirsəyi üstə qalxmağa çətinlik çəkir; biləyinə toxundu, nəbzini
hiss etmədi. O, tez-tez qırıq-qırıq nəfəs alırdı, bədənində əvvəlkindən daha artıq zəiflik duyurdu.
Nədənsə bərk narahat olaraq ayaqlarını çarpayıdan güclə aĢağı saldı, geyinməyə baĢladı. Evdən
bayıra çıxmadığından köhnə iĢ paltarını bütün baĢqa paltarlarından üstün tuturdu. Geyinərkən bir
neçə dəfə dayanıb nəfəsini dərdi. Gödəkcəsinin qollarını geyərkən o qədər əziyyət çəkdi ki,
alnını tər basdı.
Jan Valjan tək qalandan sonra boĢalmıĢ otaqlara mümkün qədər az girmək üçün çarpayısını
dəhlizə qoymuĢdu.
O, sandıqçanı açıb Kozettanın uĢaqlıq paltarlarını çıxartdı.
Bir-bir açıb yatağın üstünə sərdi.
KeĢiĢin Ģamdanları buxarının üstündə, əvvəlki yerində idi. Qutudan iki Ģam çıxarıb, Ģamdanlara
qoydu. Yay olduğundan, hava hələ iĢıq idi, lakin o, Ģamları yandırdı. Hava iĢıqkən yandırılan
Ģamları bəzən ölü olan evdə görmək olar.
Otaqda yeriyərkən atdığı hər addım onu əldən salırdı, buna görə o tez-tez dayanıb dincəlirdi. Bu,
qüvvə sərf olunduqdan sonra əmələ gələn adi yorğunluq deyildi, – adi halda sərf olunan qüvvə
sonra yerinə gəlir. Bunlar onun son hərəkətləri idi; onun həyatı damla-damla axaraq sönür,
qüvvəsi həmiĢəlik olaraq tükənirdi.
O, ağır-ağır ayna qabağında stulun üstünə çökdü; bu ayna Jan Valjanın həyatı üçün faciəli,
Mariusun həyatı üçün xilasedici rol oynamıĢdı. Bu aynada o, Kozettanın süngər kağızında əksi
qalan məktubunu oxumuĢdu. O özünü aynada görüb tanımadı. Onun səksən yaĢı vardı; Marius
evlənənə qədər ona güclə əlli yaĢ verirdilər. Bir il onu otuz il qocaltmıĢdı. Alnındakı qırıĢlar indi
qocalıq əlaməti deyil, ölümün sirli damğası idi. QırıĢlarda ölümün amansız caynaqlarının izi
görünürdü. Üzünün dərisi sallanırdı və elə rəngdə idi ki, sanki, indidən onu torpaq örtürdü;
çənəsi qədim zamanlarda məqbərə üstündə həkk olunan maskaların çənəsi kimi sallanırdı, dilsiz,
məzəmmətli baxıĢları boĢluqlara zillənmiĢdi. Onu ədalətsiz qəza-qədərin qurbanı olan bir faciə
qəhrəmanı hesab etmək olardı.
O, elə vəziyyətə, yorğunluğun elə pilləsinə gəlib çatmıĢdı ki, burada kədər Ġsanın qəlbindən
çıxmaq üçün daha özünə yol axtarmır, o, sanki, donub qalır, ürəkdə, elə bil, ümidsizlik laxtası
əmələ gəlir.
Hava qaraldı. O çox çətinliklə stolu, köhnə kreslonu buxarının yanına çəkdi. Stolun üstünə
mürəkkəbqabı, qələm və kağız qoydu.
Bunu edəndən sonra huĢunu itirdi. Özünə gələndə susadığını hiss etdi.
O çox zəifləmiĢdi, dolçanı qaldıra bilmədiyindən, çox çətinliklə onu ağzına sarı əydi, bir qurtum
su içdi.
O daha ayağa dura bilmədi, kresloda oturub qaldı, yatağına sarı çevrildi. Kozettanın xırdaca, qara
donuna, onun üçün son dərəcə əziz olan bütün bu Ģeylərə baxmağa baĢladı.
Bu cür baxmaq saatlarla davam edə bilər, amma adama elə gələr ki, bir neçə dəqiqə keçmiĢdir.
Birdən o üĢüdüyünü hiss edərək diksindi; stola dirsəklənib qələmi əlinə aldı. KeĢiĢin Ģamdanları
stolun üstündə yanırdı.
Qələmdən və mürəkkəbdən çoxdandı heç kəs istifadə etmirdi; qələmin ucu əyilmiĢdi, mürəkkəb
qurumuĢdu. Mürəkkəbqabına bir neçə damcı su tökmək üçün o, yerindən qalxmağa məcbur oldu;
bu zaman iki-üç dəfə dayanıb oturdu; yazını da qələmi çevirərək yazdı. O, arabir alnının tərini
silirdi.
Onun əli əsirdi. O yavaĢ-yavaĢ bir neçə sətir söz yazdı:
―Kozetta, sənə xeyir-dua verirəm. Hər Ģeyi sənə izah edim. Sənin ərin məni buradan
uzaqlaĢdırmaqda və bunu hiss etdirməkdə haqlı idi; o, öz mülahizələrində bir qədər yanılsa da,
hər halda, haqlı idi. O çox yaxĢı adamdır. Mən öləndən sonra da sən onu bütün qəlbinlə sev.
Cənab Ponmersi, mənim istəkli balamı həmiĢə sevin... Kozetta, bu məktubu burada tapacaqlar,
indi gör sənə nə demək istəyirəm: mənim gücüm çatsa, yadıma sala bilsəm, sən bütün rəqəmləri
biləcəksən, diqqətlə qulaq as: bu pullar, doğrudan da, sənindir. Məsələ belədir: ağ qaqatı
Norveçdən, qara qaqatı Ġngiltərədən gətirirlər, qara ĢüĢə muncuğu Almaniyadan gətirirlər, qaqat
daha yüngüldür, daha qiymətlidir, daha bahadır. Fransada da Almaniyada olduğu kimi, çox
asanlıqla süni qaqat hazırlamaq olar. Bunun üçün iki kvadrat düymə həcmində balaca bir sindan,
mum əritmək üçün də spirt lampası lazımdır. Bir zamanlar mumu qatrandan və qurumdan
hazırlardılar, girvənkəsi də dörd franka olardı. Mən onu kitrədən və skipidardan hazırlamaq
üsulunu kəĢf etdim. Bu mum o birisindən çox-çox yaxĢıdır, özü də otuz sua baĢa gəlir. Sırğa
bənövĢəyi ĢüĢədən düzəldilir, ĢüĢə bu mum ilə qara, nazik metal sağanağa bərkidilir. Metal
bəzək üçün bənövĢəyi, qızıl bəzək üçün qara olmalıdır. Ġspaniyada bunları çox alırlar. Orada
qaqatı xoĢlayırlar...‖
Jan Valjan dayandı, qələm əlindən düĢdü, qəlbinin lap dərinliyində ümidsizliklə dolu fəryad
qopdu. Bu bədbəxt adam əlləri ilə baĢını qamarlayıb fikrə getdi.
O öz qəlbində çığıraraq dedi: ―Ah, hər Ģey bitdi! (Bu onun ancaq Allah tərəfindən eĢidilən
Ģikayəti idi). Mən bir daha onu görməyəcəyəm. O, sanki, bir anlığa mənim həyatımı iĢıqlandıran
bir təbəssüm idi. Mən Kozettaya axırıncı dəfə baxmadan əbədi zülmətə gedəcəyəm. Ah, heç
olmasa bircə dəqiqə, bircə an onun səsini eĢidəydim, onun paltarına toxunaydım, ona, mənim
mələyimə baxaydım, sonra öləydim! Ölmək asandır, lakin onu görməyib ölmək dəhĢətdir! O
mənə baxıb gülümsərdi, bircə kəlmə də olsa söz deyərdi. Məgər bu, bir adama zərər yetirə
bilərdimi? Yox, bu mümkün deyil, hər Ģey bitdi, həmiĢəlik bitdi! Mən təkəm. Aman allah, mən
bir də onu görməyəcəyəm!‖
Elə bu anda qapı döyüldü.
DÖRDÜNCÜ FƏSĠL.
Ancaq təmizləyə bilən bir çəllək çirkab.
Elə həmin gün, daha doğrusu, elə həmin axĢam Marius, bir məhkəmə iĢi ilə məĢğul olmaq üçün
stolun dalından durub öz kabinetinə gedəndə Bask ona bir məktub verib dedi: ―Məktubu gətirən
cənab qəbul otağında gözləyir‖.
Kozetta bu zaman qoca Jilnormanla qol-qola bağda gəzirdi.
Məktubun da, insan kimi, pis görünüĢü ola bilər. Adam kobud kağıza, səliqəsiz bükülmüĢ
səhifələrə baxan kimi ikrah hissi duyur. Baskın da gətirdiyi məktub belə idi.
Marius məktubu aldı. Məktubdan tütün iyi gəlirdi. Heç bir Ģey qoxu kimi hafizəni canlandıra
bilməz. Marius bu qoxunu xatırladı. Zərfin üstündə yazılmıĢ ünvanı oxudu: ―Cənab baron
Ponmersiyə. ġəxsən ev sahibinə‖. O, tütünün qoxusunu xatırlamaqla bərabər xətti da xatırladı.
Elə olur ki, adam nəyə isə təəccüb edəndə qəfildən yadına çoxdan axtardığı bir Ģey düĢür.
Mariusun da gümanı onu aldatmadı.
Hafizənin gizli köməkçisi olan qoxu duyğusu Mariusun təsəvvüründə bütöv bir aləm canlandırdı.
Əlbəttə, bu da həmin göyə çalan mürəkkəbdi, həmin xətdi, xüsusilə bu, həmin tütün qoxusu idi.
Birdən Jondretin zağası onun gözləri önünə gəldi.
Bəli, taleyin qəribə Ģıltaqlıqları var! Ġki izdən biri, – bunu o çoxdan axtarırdı, onu tamam
itirmiĢdi, tapacağına ümid etmirdi, bir izi tapmaq üçün hələ bu yaxınlarda o nə qədər çalıĢmıĢdı,
– indi iz özü onun əlinə keçmiĢdi.
Marius zərfi səbirsizliklə açıb məktubu oxudu.
―Cənab baron,
Əgər Allah-taala mənə istedad bəxĢ etsəydi, mən baron Tenar, Ġnstitutun üzvü ola bilərdim
(elmlər akademiyası), lakin mən baron deyiləm. Bizim ancaq familiyamız birdir, mən özümü
xoĢbəxt hiss edərdim, əgər onu xatırlamaq sizin yüksək diqqətinizi mənə ətf edə bilsəydi. Sizin
mənə iltifat buyuracağınız xidmət qarĢılıqlı olacaqdır. Mənim əlimdə bir adam haqqında sirr
vardır. Bu adam sizinlə əlaqədardır. Bu sirri mən sizin sərəncamınıza verirəm, zira siz
cənablarına faydalı bir adam olmaq Ģərəfinə nail olmaq istəyirəm. Mən sizə hörmətli ailənizdən
bu adamı qovmaq üçün adi bir vasitə verəcəyəm; bu adam heç bir haqqı olmadan özünü sizin
ailəyə soxmuĢdur, çünki xanım baronessa özü yüksək ailədəndir. Müqəddəslər müqəddəsi
xeyirxahlıq uzun zaman cinayətlə bir yerdə yaĢaya bilməz, yaĢasa məhv olar.
Mən qəbul otağında cənab baronun əmrini gözləyirəm.
Hörmətlə‖.
Məktub ―Tenar‖ adı ilə imzalanmıĢdı.
Ay uydurma deyildi, ancaq bir az qısaldılmıĢdı.
Bir də ki, bu qatma-qarıĢıq boĢboğazlıq, həm də yazının imlası məktubu yazanı ifĢa edirdi.
Müəllifin kim olduğu aydın idi. Buna Ģübhə ola bilməzdi.
Marius bərk həyəcanlanmıĢdı. Onun təəccübünü sevinc hissi əvəz etdi. Ġndi o ancaq bir Ģey
istəyirdi: axtardığı adamlardan ikincisini, yəni onu, Mariusu xilas edən adamı tapsın, – o ayrı heç
nə arzu etmirdi.
Yazı stolunun siyirtməsini çəkdi, oradan bir neçə bank bileti götürüb cibinə qoydu, stolun
gözünü bağlayıb zəngi basdı. Bask qapını açdı.
Marius:
– XahiĢ eləyin gəlsin.
Bask qayıdıb məlumat verdi:
– Cənab Tenar.
Otağa bir adam girdi.
Marius heç gözləmədiyi yeni bir Ģey: içəri girən adamı o qətiyyən tanımırdı.
Bu da ahıl bir adamdı; iri burnu, qalstukuna batıb qalan çənəsi, yaĢıl gözlüyü, ingilis aristokrat
ailələri sürücülərinin pariki kimi, ta qaĢlarına qədər alnını örtən, dən düĢmüĢ, tumar verilmiĢ düz
saçı, çox geyilmiĢ, lakin səliqəli, təmiz, qara kostyumu vardı. Jiletinin cibindən sallanan bir bağ
brelok orada saat olduğunu göstərirdi. Əlində köhnə Ģlyapa tutmuĢdu. O, donqar idi, təzim etmək
üçün əyildikcə, kürəyi daha da donqarlaĢırdı.
Xüsusilə bir Ģey daha artıq gözə çarpırdı; onun əynindəki kostyum çox diqqətlə düymələnsə də,
özgə adamın kostyumu olduğu aydınca bilinirdi; o çox gen idi. Burada mətləbdən bir az kənara
çıxmaq lazım gələcəkdir.
O zaman Parisdə, Botrelyi küçəsində, Cəbbəxananın yanında, köhnə bir evdə bir nəfər fəndgir,
zirək yəhudi yaĢayırdı, sənəti də dələduzlara abırlı adam siması verməkdi; məlum Ģeydir ki,
müvəqqəti, əks halda bu dələduzların hərəkətlərini məhdudlaĢdırmıĢ olardı. Bu dəyiĢiklik elə
buradaca, kostyum vasitəsilə, bir-iki günlüyə, hər gün otuz su qiymətilə edilərdi; kostyum
cəmiyyətin tələbinə uyğun, mümkün qədər abırlı Ģəkil olardı. Birovuz paltar verən bu adama
―Sərraf‖ deyərdilər. Bu adı ona Paris oğruları vermiĢdi, oğrular onu ayrı adla tanımırdılar.
Sərrafın ixtiyarında çoxlu paltar vardı; bu paltar yığımında mümkün qədər bütün zövqlər nəzərə
alınmıĢdı; müxtəlif peĢələrin və ictimai təbəqələrin zövqü burada əks olunurdu. Hər mıxda
kiminsə ictimai vəziyyəti köhnə, əzilmiĢ bir paltar Ģəklində asılmıĢdı. Bax, bu məhkəmə hakimi
mantiyası, bu, keĢiĢ əbası, o yandakı – bankir sürtuku, bucaqdakı – istefaya çıxmıĢ hərbçi
mundiri, o tərəfdəki də yazıçı, ya görkəmli bir dövlət xadiminin kostyumu idi. Bu köhnə Ģeylər
alverçisi Parisdə oğrular cəmiyyətinin adamları ilə oynanılan, bitib-tükənməyən faciənin
kostyumçusu idi. Onun xırdaca otağı səhnənin arxa tərəfində idi: oğrular oradan səhnəyə çıxır,
dələduzlar orada gizlədilirdi. Cındır paltarlı bu haramzada bu paltar yığını otağına girəndə otuz
su pul verir, o gün oynayacağı rol üçün özünə kostyum seçirdi, pilləkəndən ev yaran kimi deyil,
dinc bir burjua kimi aĢağı enirdi. Ertəsi gün bu köhnə paltarı olduğu kimi sərrafa qaytarırdı.
Sərraf oğrulara tamamilə inanırdı, oğrular da onun evinə oğurluğa gəlməzdilər.
Bu paltarların bircə pis cəhəti vardı: ―Adamın əynində yaxĢı durmurdu‖, çünki onlar baĢqaları
üçün tikilmiĢdi. Bəzisinə dar, bəzisinə gen olurdu, bəzisinin əynindən torba kimi sallanırdı, heç
kəsə düz gəlmirdi. Ortaboy adamdan ya hündür, ya alçaq olan hər bir oğru özünü Sərrafın
kostyumunda narahat hiss edirdi. Bu kostyumlar nə çox kök, nə də çox arıq adama yarayırdı.
Sərraf ancaq ortaboylu, ortahəcmli adamları nəzərə almıĢdı. O, təsadüfən yanına gələn cındır
paltarlı bir adamın ölçüsünü götürərdi, – o da nə kök olardı, nə arıq, nə uzun olardı, nə gödək.
Buna görə də Sərrafın müĢtəriləri özlərini bu kostyumlara uyğunlaĢdırardılar, bəzən iĢ çox çətinə
düĢərdi, onlar bacardıqları qədər iĢin öhdəsindən gələrdilər. Bu ölçülərə sığmayanların iĢi lap pis
olardı! Məsələn, dövlət xadiminin baĢdan-baĢa qara, buna görə də çox abırlı hesab edilən paltarı
Pittə çox gen, Kastelsikala çox dar olardı! ―Dövlət xadimi‖nin kostyumu Sərrafın kataloqunda
belə təsvir edilmiĢdi, bu yeri qeyd edirik: ―Qara mahud sürtük, qara yun Ģalvar, ipək jilet,
uzunboğaz çəkmə, alt paltarı‖. Kataloqun haĢiyələrində ―KeçmiĢdə səfir olmuĢ‖ sözləri
yazılmıĢdı, bir də belə bir qeyd vardı: ―Ayrı bir karton qutuda səliqə ilə daranmıĢ parik, yaĢıl
gözlük, brelok, quĢ lələyindən düzəldilmiĢ, pambığa bükülmüĢ, bir düymə uzunluqda iki borucuq
vardır‖. Bu Ģeylər dövlət xadiminə, keçmiĢdə səfir olan adama aiddi. Kostyum, təbiri caizsə,
əmanətə bənd idi: tikiĢ yerləri ağarmıĢdı, dirsəyində kiçik yırtıq görünürdü, üstəlik, sürtukun bir
düyməsi də çatıĢmırdı, ancaq bunun elə bir əhəmiyyəti yox idi, çünki dövlət xadiminin bir əli
gərək sürtukunun yaxası altında olsun, həmin bu əl çatıĢmayan düymənin yerini gizlədə bilərdi.
Marius Parisin məxfi idarələri ilə tanıĢ olsaydı, o dərhal bilərdi ki, gələn adamın əynindəki paltar
Sərrafın oğrular yuvasından birovuz götürülmüĢdür.
Marius bu adamın gözlədiyi adam olmadığını gördükdə ovqatı təlx oldu, ona qarĢı bir ədavət
duydu. Gələn adam həddindən artıq əyilib ona təzim edərkən Marius onu baĢdan-ayağa diqqətlə
gözdən keçirdi və qısaca soruĢdu:
– Sizə nə lazımdır?
Gələn adam üz-gözünü qırıĢdıra-qırıĢdıra lütfkarlıqla gülümsədi; ancaq timsahın mehriban
təbəssümü bu mimika haqqında təsəvvür yarada bilər.
– Mənə elə gəlir ki, cənab baronu bu vaxta qədər ali cəmiyyətdə görmək Ģərəfinə layiq olmamağı
heç ağlasığan Ģey deyil. Mən əminəm ki, bir neçə il bundan əvvəl sizi knyaginya Baqrationun
evində və Fransa peri vikont Dombrenin salonunda görmüĢəm.
Özünü, qətiyyən tanımadığı bir adamı tanıyırsanmıĢ kimi göstərmək dələduzların ən çox
xoĢladığı üsuldur.
Marius bu adamın danıĢığına diqqətlə qulaq asır, onun ifadə tərzinə, mimikasına fikir verirdi.
Lakin getdikcə daha artıq inanırdı ki, bu onun gözlədiyi adam deyil: gələn adam tın-tın danıĢırdı,
onun səsi heç də Jondretin daxmasında eĢitdiyi kəskin, sərt səsə oxĢamırdı. Marius tamam çaĢıb
qalmıĢdı.
– Mən nə xanım Baqrationla, nə cənab Dombre ilə tanıĢam. Mən ömrümdə heç onların evinə
getməmiĢəm.
Marius kobud cavab vermiĢdi, lakin naməlum adam bayaqkı kimi yaltaqlıqla dedi:
– Cənab, belə olan surətdə, yəqin, mən sizi ġatobrianın evində görmüĢəm. Mən onun lap yaxın
tanıĢıyam. O, çox mehriban adamdır, tez-tez də mənə deyir: ―Tenar, dost... bir stəkan vuraqmı?‖
Mariusun üzündə daha sərt ifadə göründü.
– Mən cənab ġatobrian tərəfindən qəbul olunmaq Ģərəfinə nail olmamıĢam. Mətləbə yaxınlaĢın.
Sizə nə lazımdır?
Mariusun səsinin kəskin ahənginə cavab olaraq naməlum adam daha artıq əyilərək təzim etdi.
– Cənab baron, iltifat buyurub məni dinləyin. Amerikada, Panamanın yaxınlığında Juaya adlı bir
kənd var. Bu kənd tək bircə dənə evdən ibarətdir. Bu, üçmərtəbəli, böyük, çargül bir evdir,
kərpicləri gündən yanıb bozarmıĢdır. Çargülün hər tərəfinin uzunluğu əlli futdur, hər mərtəbə
aĢağı mərtəbədən iyirmi fut içəridədir, bu qayda ilə öz qabağında bir meydança əmələ gətirir, bu
meydança bütün binanın ətrafını bürüyür; binanın mərkəzində daxili həyət vardır, ərzaq və hərbi
sursat burada saxlanılır. Pəncərə yoxdur, ancaq mazğallar var, qapı yoxdur, ancaq nərdivanlar
var; birinci meydançaya qalxmaq üçün nərdivan qoyulur, birincidən ikinciyə, ikincidən
üçüncüyə də elə; içəri həyətə enmək üçün nərdivan var; otaqlarda qapı yerinə iri deĢik, adi
pilləkən yerinə qoyma nərdivan var. Gecələr deĢiklər bağlanır, nərdivanlar götürülür, mazğallara
ağızdan dolma tüfəng və muĢket qoyulur. Binanın içərisinə girmək heç mümkün deyil. Bu bina
gündüz evdir, gecə qaladır. Onun cəmisi səkkiz yüz əhalisi var. Bax, bura belə bir kənddir. Bəs
bu qədər ehtiyatkarlıq niyə? Çünki ora qorxulu yerdir: ora adamyeyənlərlə doludur. Belə olan
surətdə ora niyə getmək lazımdır? Ona görə ki, ora gözəl diyardır: orada çoxlu qızıl var...
Marius adamın sözünü kəsdi; onun səbri tükənmiĢdi:
– Siz nə demək istəyirsiniz?
– Onu demək istəyirəm ki, cənab baron, mən əvvəllər diplomat olmuĢam, həyatdan yorulmuĢam.
Köhnə mədəniyyət mənim zəhləmi töküb. Mən vəhĢi adamlar arasında yaĢamaq istəyirəm.
– Sonra?
– Cənab baron, dünyanı xudbinlik idarə edir. Özgə adamın əkin yerində iĢləyən muzdur arvad
dönüb yoldan keçən dilicansa baxır, amma öz əkin yerində iĢləyən kəndli arvad dönüb baxmır.
Kasıbın iti dövlətliyə, dövlətlinin iti kasıba hürür. Hər kəs özü üçün çalıĢır. Öz xeyrini güdmək
insanların son məqsədidir. Maqnit deyilən Ģey – qızıldır.
– Sonra? Sözünüzü qurtarın.
– Mən istərdim ki, gedib Juayada yaĢayım. Biz üç nəfərik. Arvadımla qızım da mənimlədir.
Qızım çox gözəl qızdır. Bu, baha baĢa gələn, həm də uzun bir səyahətdir. Mənə bir az pul
lazımdır.
Marius soruĢdu:
– Bu Ģeylərin mənə nə dəxli var?
Naməlum adam boynunu çalağan kimi qalstukdan uzadaraq, daha artıq lütfkarlıqla dedi:
– Yoxsa cənab baron mənim məktubumu oxumayıb?
Bu söz həqiqətdən çox da uzaq deyildi. Doğrudan da, məktubun mənasını Marius bir o qədər də
dərk etməmiĢdi. O, məktubu oxumaqdan artıq, onun xətinə fikir vermiĢdi. Məktubda nədən bəhs
edildiyi heç onun yadında qalmamıĢdı. Bir az əvvəl onun ağlına yeni bir Ģey gəlmiĢdi. Naməlum
adamın danıĢığında o belə bir söz eĢitdi: ―Mənim arvadımla qızım‖. Marius ona çox diqqətlə
baxdı, – bu nüfuzedici baxıĢa məhkəmə müstəntiqinin özü qibtə edə bilərdi. O, sanki, bu
naməlum adamı yoxlayırdı. Marius ona cavab olaraq ancaq bunu dedi:
– Aydın danıĢın.
Naməlum adam barmaqlarını jiletinin cibinə qoyaraq, belini düzəltmədən, baĢını qaldırdı, o da
yaĢıl gözlüyün ardından Mariusa diqqətlə baxaraq dedi:
– Qoy siz deyən olsun, cənab baron. Fikrimi aydın deyim. Mən sizə bir sirr satmaq istəyirəm.
– Sirr?
– Bəli.
– Bu sirr mənə aiddir?
– Bəli, qismən.
– Nə sirdir?
Marius bu adama qulaq asdıqca get-gedə ona daha diqqətlə baxırdı.
Naməlum adam:
– Müqəddiməni pulsuz söyləyəcəyəm, – dedi. – Bu, sizi maraqlandıracaq, görərsiniz.
– Söyləyin.
– Cənab baron, sizin evinizdə bir nəfər oğru və qatil yaĢayır.
Marius diksindi:
– Mənim evimdə? Yox, yaĢamır.
Naməlum adam dirsəyi ilə Ģlyapasını azca təmizləyərək halını pozmadan dedi:
– Qatil və oğru. Cənab baron, XahiĢ edirəm nəzərə alın ki, mən qanun qarĢısında uzun illərdən
bəri cəza çəkməklə təmizlənən, Allah qarĢısında tövbə etməklə bağıĢlanan köhnə, unudulmuĢ,
keçmiĢ günahları demirəm. Mən lap bu yaxınlarda edilən cinayəti, hələ məhkəməyə məlum
olmayan iĢləri deyirəm. Sözümə davam edirəm. Bu adam hiyləgərliklə sizin etibarınızı
qazanmıĢ, baĢqa ad altında ailənizə soxulmuĢdur. Mən bu saat o adamın əsil adını deyərəm. Özü
də lap pulsuz deyərəm.
– Mən qulaq asıram.
– Onun adı Jan Valjandır.
– Mən bunu bilirəm.
– Mən onun kim olduğunu da sizə deyərəm, bunu da pulsuz deyərəm.
– Deyin.
– KeçmiĢdə o, katorqa dustağı olmuĢdur.
– Mən bunu bilirəm.
– Mən bunu sizə söyləmək Ģərəfinə nail olduqdan sonra, yəni indicə bildiniz.
– Xeyr. Mən bunu əvvəl bilirdim.
Mariusun səsindəki etinasızlıq, iki dəfə ―mən bunu bilirəm‖ deməsi, verdiyi cavabının qısa və
qəti olması naməlum adamın qəlbində qəzəb hissi oyatdı. O, Mariusa qeyzli bir nəzər saldı, elə o
saat da qəzəbini boğdu. Bu baxıĢ nə qədər ani olsa da, Mariusun nəzərindən qaçmadı; belə baxıĢı
bir dəfə gördükdən sonra daha unutmaq olmaz. Belə bir alov, ancaq alçaq adamların qəlbində
doğa bilər, onu fikrin pəncərəsi olan göz bəbəyi əks etdirir: gözlük dalında heç bir Ģey gizlətmək
olmaz, – ĢüĢə ilə cəhənnəmi hasarlamaq olarmı?!
Naməlum adam gülümsədi:
– Cənab baron, etiraza cəsarət etmirəm. Hər halda, sizə aydın olmalıdır ki, mənim əlimdə bu
adam haqqında yaxĢı məlumat var. O Ģeyi ki, mən indi sizə demək istəyirəm, bu, ancaq mənə
məlumdur. Bu, xanım baronessanın sərvəti haqqındadır. Bu, dəhĢətli bir sirdir. Bu sirr satılır.
Mən onu hamıdan əvvəl sizə təklif edirəm. Çox ucuz qiymətə, iyirmi min franka.
Marius:
– Bu sirr də mənə o biri sirlər kimi məlumdur, – dedi.
Naməlum adam hiss etdi ki, qiyməti bir az endirmək lazımdır.
– Cənab baron, on min verin, mən onu sizə açım.
– Təkrar edirəm: siz mənə yeni bir Ģey deyə bilməyəcəksiniz. Mən sizin demək istədiyinizi
bilirəm.
Naməlum adamın gözlərində yenə alov parıldadı. O, səsini ucaltdı:
– Axı mən gərək bu gün nahar eləyəm! Sizi əmin edirəm ki, bu, dəhĢətli sirdir. Cənab baron,
mən bunu deyəcəyəm. Budur deyirəm. Mənə iyirmi frank pul verin.
Marius diqqətlə ona baxdı:
– Mən sizin ―dəhĢətli‖ sirrinizi də, Jan Valjanın adı kimi, həm də sizin adınız kimi bilirəm.
– Mənim adımı?
– Bəli.
– Cənab baron, mənim adımı bilmək çətin deyil. Mən öz familiyamı sizə bildirmək Ģərəfinə nail
olmuĢam, məktubda imzam var. Mənim adım budur: Tenar.
– ...dye.
– Necə?
– Tenardye.
– Bu kimdir?
Təhlükə üz verəndə oxlu kirpi öz iynələrini dikəldir, peyinqurdu özünü ölülüyə qoyur, köhnə
qvardiya dördbucaq Ģəklində düzülür, amma bu adam qəhqəhə ilə güldü.
Sonra sürtukunun qolundakı tozu çırpıb təmizlədi.
Marius sözünə davam etdi:
– Siz həm də fəhlə Jondretsiniz, məzhəkə artisti Fabantusunuz, Ģair Janflosunuz, ispaniyalı don
Alvaressiniz və nəhayət, Balizar xalasınız.
– Xala? Necə?
– Sizin Monfermeyldə yeməkxananız vardı.
– Yeməkxana? Heç vaxt.
– Bir də deyirəm: siz Tenardyesiniz.
– Mən bunu inkar edirəm.
– Siz əclafsınız. Alın!
Marius cibindən çıxardığı bank biletini naməlum adamın sifətinə çırpdı.
– TəĢəkkür edirəm! BağıĢlayın, beĢ yüz frank! Cənab baron!
O, heyrət içində təzim edə-edə bileti qamarlayıb baxdı.
– BeĢ yüz frank! – O öz-özünə inanmırdı; sonra dili dolaĢa-dolaĢa mızıldandı: – Böyük
qənimətdir!
Birdən o ucadan dedi:
– YaxĢı da, olan olub, keçən keçib! Ġndi gəlin sərbəst nəfəs alaq!
O, meymun cəldliyi ilə saçını alnından atdı, gözlüyünü götürdü, toyuq lələyindən düzəldilmiĢ
borucuqları burnundan çıxarıb elə bu saat haradasa gizlətdi (oxucular kitabımızın baĢqa bir
səhifəsində bu borucuqlarla tanıĢ olmuĢlar), adam Ģlyapasını baĢından necə asanlıqla götürürsə, o
da öz maskasını elə asanlıqla götürdü.
Onun gözləri parıldadı, qabarıq alnındakı iyrənc qırıĢıqlar düzəldi, burnu dimdik kimi sivriləĢdi,
yırtıcı, vəhĢi heyvan sifətini xatırladan hiyləgər sifəti yandan göründü.
O, əvvəlki tın-tınlıqdan zərrə qədər də əsər qalmayan kəskin bir səslə dedi:
– Cənab baron çox arif adammıĢ! Mən Tenardyeyəm.
Bu sözdən sonra donqarlaĢdırılmıĢ belini də düzəltdi.
Əlbəttə, o, Tenardye idi; o heyrətdən hələ də özünə gələ bilmirdi; o, hətta karıxa bilsəydi,
karıxardı da. O, Mariusu təəccübləndirməyə gəlmiĢdi, lakin özü təəccüb içində qaldı. Özünü
alçaltdığı üçün ona beĢ yüz frank verdilər, o da məmnuniyyətlə aldı, lakin bu heç də onun
ĢaĢqınlığını azaltmadı.
O, ömründə birinci dəfə idi ki, baron Ponmersini görürdü, – geyimini, sir-sifətini dəyiĢsə də,
baron Ponpersi onu tanıdı: baron Ponmersi onun bütün sirrinə bələddi. O, ancaq Tenardyeni
deyil, Jan Valjanı da yaxĢı tanıyırdı. Bu cavan, bu sərt, bu alicənab adam kim idi ki, baĢqalarının
adını, hətta bütün ləqəblərini bilsə də, pul kisəsəini onların qarĢısında belə səxavətlə açırdı,
dələduzları bir hakim kimi ifĢa edirdi, sarsaq bir adam kimi də onlara pul verirdi?
Oxucuların yadındadır: bir zamanlar Tenardye Mariusun qonĢusu olsa da, onu heç görməmiĢdi, –
Parisdə belə hallar az olmur. O, ancaq bu evdə Marius adlı cavan, həm də çox kasıb bir adamın
yaĢadığını qızlarından ötəri eĢitmiĢdi. Bu adamın heç üzünü də görmədən ona məktub yazmıĢdı,
– oxucular bunu bilirlər. Həmin Mariusla bu cənab Ponmersi arasında bir əlaqə olduğu
Tenardyenin heç ağlına da gəlməzdi.
Ponmersi adına gəlincə, Vaterloo ətrafındakı vuruĢmada o ancaq bu sözün son iki hecası olan
―mersi‖ni eĢitmiĢdi; buna o, heç əhəmiyyəti olmayan bir təĢəkkür kimi həmiĢə qanuni bir nifrət
duyurdu.
Tenardyenin qızı Azelma, atasının əmri ilə, yeni evlənənləri toy günündən baĢlayaraq izləyirdi;
Tenardye həm qızının vasitəsilə, həm də özünün apardığı axtarıĢ nəticəsində bəzi Ģeylər öyrənə
bilmiĢdi. O özünü nəzərə çarpdırmadan, bir çox sirli düyünləri açmağa müvəffəq olmuĢdu. O öz
zirəkliyi nəticəsində, bir dəfə BaĢ kanalda rast gəldiyi adamın kim olduğunu kəĢf etmiĢdi, ya da
bir çox vəziyyətləri nəzərdən keçirməklə baĢa düĢmüĢdü. Adamı tanımaqla, çox asanlıqla onun
adını bilmiĢdi. BilmiĢdi ki, baronessa Ponmersi Kozetta özüdür. Lakin bu məsələdə ehtiyatlı
hərəkət etməyi qərara almıĢdı. Kozetta kim idi? Kozettanın kim olduğunu o heç özü də bilmirdi.
O belə güman edirdi ki, Kozetta qeyri-qanuni doğulmuĢ qızdır, – Fantinanın macərası həmiĢə
ona Ģübhəli görünürdü. Lakin bunu söyləməkdən ona nə xeyir? Susmaq üçün ona pul
verəcəkdilərmi? O, zənn edirdi ki, bundan da yaxĢı sirlər var, onları sata bilər. Bir də axı əldə
dəlil olmadan baron Ponmersinin yanına gedib: ―sənin arvadın qeyri-qanuni doğulmuĢ qızdır‖
deməkdən nə çıxacaqdı? Bu ancaq sirrin üstünü açan adamın beli ilə baronun təpiyi arasında çox
əlaqə yaranmasına səbəb ola bilərdi.
Tenardyenin fikrincə, Mariusla söhbət hələ heç baĢlanmamıĢdı. Hərçənd o geri də çəkilmiĢdi,
strategiyanı da dəyiĢmiĢdi, tutduğu mövqedən də çəkilmiĢdi, bir cəbhəni buraxıb o biri cəbhədə
də durmuĢdu, lakin mühüm sirrin heç üstünü açmamıĢdı, amma beĢ yüz frank cibində yatırdı. Bir
də ki, o tamamilə doğru olan bir məsələni söyləmək fikrində idi; bu məsələdə, hətta baron
Ponmersi kimi əlində yaxĢı məlumat olan, yaxĢı silahlanmıĢ bir adamın qarĢısında özünü güclü
hiss edirdi. Tenardye təbiətli adamlar üçün hər bir danıĢıq – vuruĢmadır. BaĢlamaq istədiyi bu
vuruĢmada hansı mövqedə durmaq lazımdı? O, kiminlə danıĢdığını bilmirdi, lakin nə barədə
danıĢacağını bilirdi. O, ildırım sürətilə öz daxili qüvvəsini nəzərdən keçirdi və ―mən
Tenardyeyəm‖ sözünü söylədikdən sonra susub gözləməyə baĢladı.
Marius fikrə dalmıĢdı. Bəli, o, nəhayət, Tenardyeni tapmıĢdı. O çox istəyirdi ki, bu adamı tapsın,
həmin adam indi burada idi. Deməli, o, polkovnik Ponmersinin tapĢırığını yerinə yetirə bilər. Bu
fikir onu alçaldırdı: o qəhrəman bu quldura borclu idi, Mariusa atasının qəbirdən verdiyi vaksel
hələ ödənilməmiĢdi!
Onun Tenardyeyə olan münasibəti həm mürəkkəb, həm də ziddiyyətli idi, bununla belə o, gərək
atasına edilən yaxĢılığın əvəzini verəydi; onun atasının bədbəxtliyi burasında idi ki, belə bir
alçaq tərəfindən xilas edilmiĢdi. Hər necə olsa, Marius daxilən təmin olunduğunu hiss edirdi.
Nəhayət, o, polkovnikin xəyalını belə bir yaramaz adamın əlindən azad edə bilərdi; ona elə
gəlirdi ki, atasının xatirəsini borc həbsxanasından çıxarar.
Bundan əlavə onun qarĢısında baĢqa bir vəzifə dururdu: o istəyirdi ki, mümkün eləyə bilsə,
Kozettaya verilən sərvətin mənbəyini öyrənsin. Sanki, belə bir imkan vardı. Bəlkə də, Tenardye
bu barədə bir Ģey bilirdi. Onun ürəyindəkini bilmək faydalı olardı. Marius da bundan baĢladı.
Tenardye bu ―böyük qənimət‖i jiletinin cibinə qoyub, mehribanlıq, hətta nəzakət ifadə olunan
baxıĢlarını Mariusa zillədi.
– Tenardye, mən sizə adanızı dedim. Ġndi sizin mənə demək istədiyiniz sirrin üstə gələk.
Ġstəyirsiniz mən bu sirri sizə deyim? Mənim də əlimdə məlumat var. Siz bu saat əmin olacaqsınız
ki, mən siz biləndən çox bilirəm. Siz dediniz ki, Jan Valjan qatil və oğrudur. Ona görə oğrudur
ki, o, dövlətli bir fabrik sahibi olan cənab Madleni soymuĢdur. Ona görə qatildir ki, polis agenti
Javeri öldürmüĢdür.
Tenardye:
– Cənab baron, mən sizin dediyinizi baĢa düĢə bilmirəm.
– Bu saat baĢa düĢərsiniz. Qulaq asın. Pa-de-Kale vilayətində min səkkiz yüz iyirmi ikinci ildə
bir adam yaĢayırmıĢ; o əvvəllər məhkəmə ilə düz gəlməmiĢ, lakin sonra cənab Madlen adı
altında islah olunmuĢ, yenə də yaxĢı ad çıxarmıĢdır. O tam mənasında ədalətli bir adam
olmuĢdur. O, qara ĢüĢədən xırda Ģeylər düzəldilən fabrik açmıĢ, bununla da bütün bir Ģəhərin
vəziyyətini yaxĢılaĢdırmıĢdır. O, özü də varlanmıĢdır, lakin bu ikinci növbədə, həm də təsadüfi
olmuĢdur. O, yoxsulların dərdinə qalmıĢ, onlara atalıq etmiĢdir. O, xəstəxana, məktəb açmıĢdır.
Özü xəstələrə baĢ çəkərmiĢ, qızlara cehiz verərmiĢ, dul arvadlara kömək edərmiĢ, yetimləri
övladlığa götürərmiĢ; o, elə bil ki, bu Ģəhərin qəyyumu olmuĢdu. O, Fəxri legion ordeni ilə təltif
edilmiĢ, lakin bunu almamıĢdır. Onu Ģəhərin bələdiyyə rəisi seçmiĢlər. Bir nəfər cəza müddətini
çəkib gəlmiĢ katorqa dustağı varmıĢ, bu adam onun vaxtilə cinayət etdiyini, həm də öz
cinayətinin cəzasını çəkmədiyni bilirmiĢ. Gedib bunu xəbər vermiĢ, bu adamı tutdurmuĢdur;
onun tutulmasından istifadə edərək Parisə getmiĢ, Lifit bankından – mən bunu kassirin sözündən
bilirəm – saxta imzalı bir çeklə yarım milyon frankdan artıq pul almıĢdır; bu pul cənab Madlenin
imiĢ. Cənab Madlenin bu qayda ilə pulunu oğurlayan da katorqa dustağı Jan Valjan imiĢ. Ġndi
keçək ikinci məsələyə. Bu barədə də siz mənə yeni heç bir Ģey söyləməyəcəksiniz. Jan Valjan
polis agenti Javeri öldürmüĢdür; özü də tapança ilə öldürmüĢdür. Mən özüm bunu görmüĢəm.
Tenardye bayaqkı söhbətdə məğlub edilmiĢdi, lakin indi Mariusa qalib gəlmiĢ adam nəzərilə
baxdı: vuruĢmanın taleyi yenə də onun əlində idi; o, əldən verdiyi mövqeləri bircə anda geri
qaytara bilərdi. Ancaq o, yaltaqcasına gülümsədi; alçaq təbiətli adam qalib də gələndə öz
mütiliyini mühafizə etməlidir; Tenardye Mariusa dediyi bu sözlə kifayətləndi:
– Cənab baron, siz düzgün yolda deyilsiniz.
O, berloq dəstəsini mənalı-mənalı səsləndirərək, cümləni xüsusilə qeyd etdi.
Marius etiraz etdi:
– Necə? Siz bunu inkar edəcəksiniz? Bu ki, həqiqətdir!
– Bu, xalis fantaziyadır. Cənab baronun mənə iltifat buyurduğu etimad bunu söyləməyə məni
borclu edir. Həqiqət və ədalət hər Ģeydən əvvəldir. Adamları haqsız yerə təqsirləndirməkdən
mənim xoĢum gəlmir. Cənab baron. Jan Valjan heç də cənab Madlenin pulunu oğurlamamıĢdır,
bir də ki, Jan Valjan heç də Javeri öldürməmiĢdir.
– Bax, bu yeni sözdür! Necə axı?
– Bunun iki səbəbi var.
– Hansılardır? Deyin!
– Birinci budur: Jan Valjan cənab Madlenin pulunu oğurlamamıĢdır, çünki Jan Valjan özü cənab
Madlendir.
– Bu nə cəfəngiyatdır siz danıĢırsınız?
– Bax, bu da ikincisi: Jan Valjan Javeri öldürməmiĢdir. Javeri Javer özü öldürmüĢdür.
– Siz nə demək istəyirsiniz?
– Mən onu demək istəyirəm ki, Javer özünü öldürmüĢdür.
Marius özündən çıxdı:
– Sübut edin! Sübut edin!
Tenardye söylədiyi cümləni qədim altıbölgülü vəznlə ifadə etdi:
– Polis – agenti – Javer – Alverçi – körpüsü – yanında – suda – boğulmuĢ – halda – gəmi –
altından – tapılmıĢdır.
– Sübut edin!
Tenardye yan cibindən boz rəngli zərf çıxartdı; zərfin içində müxtəlif biçimli qatlanmıĢ vərəqlər
vardı.
Sakitcə dedi:
– Bu mənim sənədlərim.
Sonra əlavə etdi:
– Cənab baron, mən sizin xeyriniz üçün Jan Valjan haqqında bütün məlumatı əsaslı surətdə
öyrənməyə çalıĢmıĢam. Mən qəti deyirəm ki, Jan Valjanla Madlen eyni adamdır. Mən ki bunu
qəti deyirəm, deməli, əlimdə sübut vardır. Sübut da əlyazması ilə deyil; əlyazması adamı
inandırmaya bilər, çünki çox asanlıqla onun saxtasını düzəltmək mümkündür; mənim gətirdiyim
sübut çap olunmuĢdur.
Tenardye bunu deyib zərfin içindən iki qəzet çıxartdı; qəzetlərin rəngi saralmıĢdı; onlardan tütün
iyi gəlirdi.
Qəzetlərdən birini tamam qat kəsmiĢdi, dördkünc kağız parçaları Ģəklini almıĢdı və o biri
qəzetdən daha köhnə görünürdü.
Tenardye:
– Ġki məsələ, iki dəlil, – deyərək qəzetləri Mariusa verdi.
Oxucular bu qəzetlərlə tanıĢdır. Bunlardan biri – 25 iyul 1823-cü il tarixli ―Ağ bayraq‖ qəzeti
daha köhnədir; romanın ikinci hissəsində bu qəzetdən götürülmüĢ məlumatı oxumaq olar;
qəzetlər cənab Madlenlə Jan Valjanın eyni adam olduğunu sübut edirdi. O birisi – 15 iyun 1832-
ci il tarixli ―Meniter‖ qəzetidir; bu, Javerin özünü öldürdüyünü aydınlaĢdırırdı: qəzetdə
yazılmıĢdı: Javerin prefektə Ģifahi surətdə verdiyi məlumatdan aydın olur ki, o, ġanvreri
küçəsində, barrikadada əsir alındıqdan sonra, qiyamçılardan birinin göstərdiyi alicənablıq
nəticəsində xilas olmuĢdur: qiyamçı onu niĢan almıĢ, lakin gülləni onun alnına sıxmaq əvəzinə
havaya atmıĢdır.
Marius qəzetləri oxudu. Onun qarĢısında düzgün tarix, Ģübhə və inkar edilməyən dəlillər vardı.
Axı bu qəzetlər Tenardyenin söylədiklərini sübut etmək üçün çap oluna bilməzdi. ―Moniter‖də
çap olunan məqalə polis prefekturasının rəsmi məlumatı idi. Mariusun daha Ģübhəsi qalmadı.
Kassirin verdiyi məlumat düz deyilmiĢ, onu aldadıblarmıĢ. Jan Valjanın birdən-birə yüksələn
surəti, sanki, zülmətdən çıxırdı. Marius öz sevincini saxlaya bilməyərək çığırdı:
– Deməli, bu bədbəxt adam gözəl bir insanmıĢ! Deməli, bütün bu sərvət, doğrudan da, onun
imiĢ! Bu Madlen bütün bir ölkənin tanrısı imiĢ! Bu Jan Valjan Javerin xilaskarı imiĢ! O ki
qəhrəmandır! Müqəddəsdir!
Tenardye:
– O, nə müqəddəsdir, nə qəhrəmandır, – dedi. – O qatildir və oğrudur.
Öz nüfuzunu hiss etməyə baĢlayan bir adam ifadəsi ilə əlavə etdi:
– Sakit!
Marius yenə də ―oğru və qatil‖ sözünü eĢitdi, – bu məsələ, sanki, həll olunub qurtarmıĢdı. Onun
üstünə, elə bil, soyuq su atdılar.
O həyəcanla dedi:
– Yenə də?!
Tenardye:
– Bəli, yenə də, – deyərək cavab verdi. – Jan Valjan Madlenin pulunu oğurlamamıĢdır, amma o
oğrudur, Javeri öldürməmiĢdir, amma o qatildir.
– Siz qırx il bundan əvvəl olan o xırda oğurluğu deyirsiniz, lakin bu iĢ, sizin qəzetlərdən aydın
olduğu kimi, peĢmançılıqla, fədakarlıqla, xeyirxahlıqla dolu bir həyatla təmizə çıxarılmıĢdır.
– Cənab baron, mən adam öldürməkdən, oğurluqdan danıĢıram. Özü də, təkrar edirəm, lap bu
yaxınlarda olan hadisədən! O Ģeyi ki sizə demək istəyirəm, onu hələ heç kəs bilmir. Bu, heç
yerdə çap olunmamıĢdır. Jan Valjanın çox ustalıqla xanım baronessaya ötürdüyü sərvətin də
mənbəyini, bəlkə, burada tapmıĢ oldunuz. Mən ―ustalıqla‖ deyirəm, çünki belə bir hədiyyə ilə
hörmətli bir ailəyə soxulmaq, onlarla bir yerdə gözəl həyat keçirmək, bununla da etdiyi cinayətin
üstünü basdırmaq, oğurladığı Ģeyin bəhrəsindən istifadə etmək, öz adını gizlətmək, özünə
qohum-əqrəba qazanmaq, hər halda, ustalıqdır.
Marius:
– Mən sizin sözünüzü kəsə bilərdim, – dedi. – Ancaq kəsmirəm, danıĢın.
– Cənab baron, mən hamısını açıb deyərəm, bunun əvəzində məni mükafatlandırmağı sizin
ixtiyarınıza buraxıram, sizin alicənablığınız necə deyərsə, elə elərsiniz. Bu sirr qızıla bərabərdir.
SoruĢa bilərsiniz ki: ―Bəs sən Jan Valjanın yanına niyə getmədin?‖ Çox sadəcə bir səbəbə görə:
mən bilirəm ki, o, bütün sərvətdən əl çəkmiĢdir, özü də sizin xeyrinizə əl çəkmiĢdir. Mən belə
hesab edirəm ki, Jan Valjan burada bic tərpənmiĢdir. Ġndi onun bircə quruĢu da yoxdur, mən
onun yanına getsəm, o, boĢ ciblərini mənə göstərəcək. Axı mənə Juayaya getməkçin pul
lazımdır, buna görə də sizin yanınıza gəldim: sizin hər Ģeyiniz var, onun heç bir Ģeyi yoxdur.
Mən bir az yoruldum, icazə verin oturum.
Marius özü oturdu, ona da oturmağı təklif etdi.
Tenardye yumĢaq stulda oturub qəzetləri götürdü, yenə də zərfə qoydu, barmağını ―Ağ bayrağa‖
vura-vura mızıldandı: ―Bu bir parça kağızı ələ keçirmək o qədər də asan deyildi‖. Sonra qıçını
qıçının üstünə aĢırıb, stolun arxasına söykəndi, – özünə arxayın olan adamlar belə otururlar, –
hər kəlməni ayrıca qeyd edə-edə təkəbbürlə danıĢmağa baĢladı:
– Cənab baron, iyunun altısında, min səkkiz yüz otuz ikinci ildə, təxminən bir il bundan qabaq,
qiyam günündə bir adam Paris kloakasının BaĢ kanalında, kanalın Əlillər körpüsü ilə Ġyen
körpüsü arasında Senaya tökülən səmtində idi.
Marius birdən stulunu Tenardyeyə sarı çəkdi. Tenardye bunu görüb, qarĢısındakı adamı ələ alan,
söylədiyi sözlərin zərbəsi altında rəqibinin ürək çırpıntısını hiss edən bir natiq kimi ağır-ağır
sözünə davam etdi:
– Bu adam siyasi səbəbə görə deyil, tamam baĢqa səbəbə görə qaçıb gizlənmək üçün bu kloakanı
özünə məskən seçmiĢdi, buranın açarı onun cibində idi. Bir də deyirəm, bu hadisə iyunun
altısında, axĢam saat səkkiz radələrində olmuĢdu. Bu adam çirkab kanalından səs gəldiyini eĢitdi.
O, buna çox təəccüb etdi, divara sıxılaraq qulaq asmağa baĢladı. Bu, addım səsi idi, kim isə
qaranlıqda yeriyirdi, kim isə ona sarı gəlirdi. Qəribə burası idi ki, kloakada ondan baĢqa da adam
vardı. Kloakanın dəmir barmaqlıqlı qapısı çox da uzaqda deyildi. Barmaqlıqdan zəif iĢıq
düĢdüyündən, bu adam o biri adamı gördü; o adam əyilə-əyilə dalında nəsə gətirirdi. Əyilə-əyilə
gələn adam katorqadan qaçmıĢ dustaq idi, onun dalındakı da meyit idi. Əgər o, doğrudan da, bu
adamı öldürmüĢdüsə, onda cinayət etdiyi yerdə ələ keçmiĢdi. Özü də o adamı soymuĢdu.
Katorqa dustağı meyiti çaya atmağa aparırdı. Bir Ģeyi də qeyd etmək lazımdır; katorqa dustağı
çirkab kanalının dəmir barmaqlıqlı qapısını açmaq üçün bütün kloakadan keçib gələndə, yolda
dəhĢətli bir lehməli çalaya rast gələcəkdi, meyiti bura ata bilərdi. Lakin kloakanı təmizləyən
adamlar ertəsi gün bu meyiti tapacaqdılar, amma qatil onun tapılmasını istəmirmiĢ. O, dalındakı
yük ilə lehməli çaladan keçmiĢdir; bu vaxt o, yəqin ki, çox çətinlik çəkmiĢdir, – adamın həyatı
üçün bundan böyük bir təhlükəni təsəvvür etmək mümkün deyil. Mən baĢa düĢə bilmirəm: bu
adam oradan necə diri çıxmıĢdır?!
Marius stulunu bir az da qabağa çəkdi. Tenardye bundan istifadə edərək, nəfəsini dərdi. Sonra
yenə sözə baĢladı:
– Cənab baron, kloaka Mars çölü deyil. Kloaka darısqal bir yerdir. Ora iki adam düĢsə, mütləq
bir-birinə rast gələcəkdir. Elə belə də oldu. Bu yerdə çoxdan yaĢayan bir adam oradan keçən bir
adamla, – o adam bundan çox-çox narazı qalsa da, – üz-üzə gəlməli idi. Oradan keçən adam
orada çoxdan yaĢayan adama dedi: ―Sən görürsən mənim dalımda nə var, mən gərək buradan
çıxam; səndə açar var, onu ver mənə‖. Bu katorqa adamı yaman güclü adamdır. Açarı ona
verməmək olmazdı. Bir də ki, açarı olan adam onunla danıĢmağa baĢladı, fikri də ancaq bu idi ki,
vaxtı uzatsın. O, meyitə baxdı, ancaq bunu müəyyən eləyə bildi ki, ölən adam cavandır, əynində
yaxĢı paltar var, sir-sifətindən dövlətliyə oxĢayır, özü də baĢdan-ayağa qana bulaĢmıĢdır. O adam
söhbət eləyəndə, qatilin gözünü oğurlayıb, bir kələklə meyitin paltarının dalından bir parça kəsdi.
Bilirsinizmi, əyani dəlil – cinayətin izinə düĢmək, qatili etdiyi cinayəti boynuna almağa məcbur
etmək üçün bir vasitədir. Həmin adam bu əyani dəlili cibinə qoyub gizlətdi. Sonra dəmir
barmaqlığı açdı, gələn adamı dalındakı yükü ilə bayıra buraxdı, yenə də barmaqlığı bağlayıb
gözdən itdi: o istəmirdi ki, bu hadisə üstündə onu da iĢə salsınlar, qatil meyiti suya atanda bunun
Ģahidi olmaq istəmirdi. Ġndi məsələ sizə aydındırmı? Meyiti aparan adam Jan Valjan idi; açar
sahibi də bu saat sizinlə söhbət edir, paltardan kəsilən bir parça...
Tenardye cümləni qurtarmadı: üstündə qurumuĢ qan ləkələri olan bir parça qara, cırıq mahudu
cibindən çıxarıb, baĢbarmağı ilə Ģəhadət barmağı arasında tutaraq yuxarı qaldırdı. Marius
gözlərini bu bir parça mahuda zilləyərək güclə nəfəs ala-ala yerindən qalxdı: onun rəngi ağappaq
ağarmıĢdı; bircə kəlmə də söz söyləmədən, gözünü o cındırdan çəkməyərək, divara sarı geri
çəkildi; sağ qolunu geriyə uzadaraq əli ilə divarı yoxlaya-yoxlaya buxarının yanında, divar
Ģkafının açar yerində olan açarı tapdı. ġkafı açdı, dönüb baxmadan əlini Ģkafa soxdu; onun
ĢaĢqın baxıĢları Tenardyenin əlindəki mahud parçasından ayrılmırdı.
Bu zaman Tenardye dedi:
– Cənab baron, mənim belə bir Ģeyi güman etməyə möhkəm əsasım vardır: öldürülən o cavan
adam dövlətli bir xarici imiĢ, özünün də çoxlu pulu varmıĢ; Jan Valjan onu tovlayıb
öldürmüĢdür.
Marius köhnə, qanlı, qara sürtuku yerə atıb çığırdı:
– O cavan adam mən idim, bu da sürtuk!
Sonra mahud parçanı Tenardyenin əlindən qapıb aldı, əyilib sürtukun cırılmıĢ yerinə qoydu, bu
lap o yer ilə düz gəlirdi, sürtukun cırılmıĢ ətəyi düzəldi...
Tenardye donub qaldı. Bu anda onun fikrindən ancaq bir Ģey keçdi: ―Eh, uduzdum!‖
Marius dikəldi; o həm acığından, həm də sevincindən tir-tir əsirdi.
Əlini cibinə soxub qəzəblə Tenardyenin üstünə yeridi, əlində sıxdığı beĢ yüz franklıq və min
franklıq biletləri onu lap sifətinə uzatdı:
– Siz alçaqsınız! Siz yalançısınız, iftiraçısınız, xəbissiniz! Siz o adamı müqəssir etmək
istəyirdiniz, amma onu təmizə çıxartdınız! Onu məhv etmək istəyirdiniz, ancaq bir Ģeyə
müvəffəq oldunuz: onu yüksəltdiniz! Qatil sizsiniz! Tenardye – jondret, mən sizi xəstəxana
bulvarındakı o yırtıcılar zağasında görmüĢəm! Sizi katorqaya, istəsəm lap ondan o yana
göndərməyə mənim əlimdə əsas var. Alın bu bir mini, əclafın biri əclaf!
O, min franklıq bileti Tenardyenin üstünə tulazladı.
– Hə, Jondret – Tenardye, alçaq fırıldaqçı, baĢqalarının sirrini satan, sirlər alverçisi, zülmət
tədqiqatçısı, mənfur əclaf, qoy bu sizə dərs olsun! BeĢ yüz frankı da alın, itilin buradan! Sizi
Vaterloo xilas etdi.
Tenardye mat qalmıĢdı; o, beĢ yüz və min franklıq biletləri ciblərinə dürtə-dürtə mızıldandı:
– Vaterloo?
– Bəli, quldur! Siz orada bir polkovniki ölümdən xilas etmisiniz...
Tenardye baĢını qaldıraraq Mariusun dediyini düzəltmək istədi:
– Generalı.
Marius acıqlı-acıqlı qıĢqırdı.
– Polkovniki! General üçün mən sizə heç bir quruĢ da verməzdim. Siz hələ baĢqalarını bədnam
eləmək üçün cəsarət edib bura da gəlmisiniz! Deyirəm sizə: elə bir cinayət yoxdur ki, siz onu
etməmiĢ olasınız! Rədd olun buradan! Bir də gözümə görünməyin! XoĢbəxt olun, – mənim sizə
arzu etdiyim budur. Ah, yırtıcı! Bu da üç min frank! Alın! Sabah siz öz qızınızla Amerikaya
getməlisiniz, öz qızınızla, çünki sizin qızınız ölüb, yalançı hərif! Mən sizin getməyinizi
izləyəcəyəm, quldur, getməmiĢdən əvvəl sizə iyirmi min frank da verəcəyəm. Çıxın gedin, qoy
baĢqa yerdə sizi boğazınızdan assınlar!
Jondret ikiqat olub təzim etdi:
– Cənab baron, bütün ömrüm boyu sizə minnətdar olacağam.
Tenardye heyrət və təəccüb içində, üstünə uçan bu dövlətin xoĢ yükü, gözlənilmədən qopan bu
tufanın yağdırdığı bank biletləri altında əzilə-əzilə otaqdan çıxdı; o heç bir Ģey baĢa düĢmürdü.
Hərçənd o yerlə yeksan olmuĢdu, lakin çox sevinirdi; belə bir tufana qarĢı onun üzərində ildırım
sipəri olsaydı, o bundan narazı qalardı.
Bu adamla elə buradaca qurtaraq. Tenardye burada təsvir edilən hadisədən iki gün sonra,
Mariusun köməyilə, qızı Azelma ilə bərabər, baĢqa ad altında Amerikaya getdi, o özü ilə, Nyu-
Yorkdakı bank müəssisəsi üstünə yazılmıĢ iyirmi min franklıq köçürmə bir veksel də apardı.
Tenardyenin, bu alçaq təbiətli adamın mənəviyyatı düzələn Ģey deyildi: Amerikada da o,
Avropada olduğu kimi, xəbis bir adam olub qaldı. Pis adamın əlinə yaxĢı Ģey də düĢəndə, bu
yaxĢı Ģeyi o pis Ģəklə salıb məhv edir. Tenardye Mariusun pulu ilə qul alverçisi oldu.
Tenardye evdən çıxan kimi Marius bağa yüyürdü. Kozetta hələ də bağda gəzirdi.
– Kozetta! Kozetta! – deyə çığırdı. – Gedək, tez ol gedək! Gedək! Bask, fiakr! Gedək, Kozetta!
Ah, ilahi! Məni o xilas edib! Bircə dəqiqə də ləngimək olmaz! ġalını çiyninə at!
Kozetta elə bildi ki, Marius dəli olub, lakin onun sözündən çıxmadı.
Mariusun nəfəsi tutulurdu; o əllərini sinəsinə sıxaraq ürəyinin çırpıntısını sakitləĢdirmək
istəyirdi. Addımlarını iri-iri ataraq, otaqda o baĢ-bu baĢa gəziĢir, Kozettanı qucaqlayırdı. Dönə-
dönə deyirdi: ―Ah, Kozetta! Mən nə əclaf adamam!‖
Marius özünü lap itirmiĢdi. O, Jan Valjanın yüksək mənəviyyatlı insan olduğunu anlamağa
baĢlayırdı. Onun qarĢısında misli-bərabəri olmayan xeyirxah, yüksək və mülayim, sakit, eyni
zamanda əzəmətli bir insan surəti canlanırdı. Katorqa dustağı müqəddəs adama çevrilmiĢdi. Bu
ecazkar dəyiĢmə Mariusu valeh etmiĢdi. O nələr gördüyünü tamamilə dərk etmirdi, ancaq onu
bilirdi ki, əzəmətli bir Ģey görmüĢdür.
Bir dəqiqədən sonra fiakr qapıda dayandı. Marius Kozettanı fiakra mindirdi, sonra da özü mindi.
Sürücüyə:
– Cəld ol, – dedi. – Silahlı adam küçəsi, yeddi nömrəli ev!
Fiakr yola düĢdü.
Kozetta həyəcanla dedi:
– Ah, nə böyük səadət! Silahlı adam küçəsi! Mən cürət edib o küçə haqqında sənə bir söz deyə
bilmirdim. Biz cənab Janın yanına gedirik.
– Bəli, sənin atanın yanına! O indi həmiĢəkindən daha artıq sənin atandır, Kozetta! Kozetta, mən
indi baĢa düĢürəm. Sən deyirdin ki, QavroĢla göndərdiyin məktubu mən almamıĢam. Yəqin,
məktub onun əlinə düĢmüĢdür. Kozetta, o da məni xilas etmək üçün barrikadaya gəlmiĢdir. Onun
nəsibi hami olmaqdır; buna görə də məni xilas edərkən baĢqalarını da xilas etmiĢdir; Javeri də o
xilas etmiĢdir. O məni girdabdan çıxartmıĢdır ki, sənə versin. O, məni dalına alıb, bu dəhĢətlisi
çirkab kanalından keçirib gətirmiĢdir. Ah, mən nə nankor adamam! Kozetta o sənin tanrın idi,
sonra da mənim tanrım oldu. Bir təsəvvür elə: o çirkab kanalında bir çala vardı, o çalada batmaq
olardı, eĢidirsənmi, Kozetta, lehmə içində batmaq olardı! O, məni bu çaladan keçirib aparmıĢdır.
Mən bihuĢ olmuĢam, heç bir Ģey görməmiĢəm, heç bir Ģey eĢitməmiĢəm, baĢıma nələr gəldiyini
bilməmiĢəm. Biz bu saat onu apararıq, istəsə də, istəməsə də, daha bizdən ayrı yaĢamayacaq.
Ancaq evdə olaydı! Ancaq biz onu evdə görəydik! Mən bütün ömrüm boyu ona dua edəcəyəm.
Kozetta, yəqin ki, elə-belə də olmuĢdur. QavroĢ mənim kağızımı ona vermiĢdir. Ġndi hər Ģey
aydın oldu. BaĢa düĢürsənmi?
Kozetta heç bir Ģey baĢa düĢmürdü.
O ancaq bunu dedi:
– Sən haqlısan.
Ekipaj sürətlə gedirdi.
BEġĠNCĠ FƏSĠL.
Hər gecənin bir gündüzü var.
Jan Valjan qapının döyüldüyünü eĢidib baĢını çevirdi. Zəif səslə dedi:
– Gəlin.
Qarı açıldı Kozetta ilə Marius astanada göründü. Kozetta otaga cumdu.
Marius qapının çərçivəsinə söykənərək astanada qaldı. Jan Valjan:
– Kozetta! – deyərək titrək əllərini ona sarı uzadıb kresloda dikəldi: o həyəcanlı idi, bənizi meyit
kimi ağarmıĢdı, lakin gözlərində böyük sevinc vardı, Kozetta həyəcandan nəfəsi tutula-tutula Jan
Valjanın sinəsinə sıxıldı.
Jan Valjan sarsılmıĢ halda, güclə eĢidilən səslə dedi:
– Kozettadır! Odur! Sizsiniz,xanım!? Sənsən!? Ah, ilahi! – Kozettanın onu bağrına basdığını hiss
edərək səsini ucaltdı:
– Sənsən?! Sən buradasan?! Deməli, sən məni bağıĢlayırsan?!
Marius göz yaĢını saxlamaq üçün gözlərini qıyaraq bir addım qabağa yeridi, hönkürtüsünü
boğaraq pıçıldadı:
– Mənim atam!
Jan Valjan dedi:
– Siz də, siz də məni bağıĢlayırsınızmı?!
Marius bir kəlmə də söz deyə bilmədi; Jan Valjan əlavə etdi:
– TəĢəkkür edirəm.
Kozetta Ģalı çiynindən götürdü, Ģlyapasını çarpayının üstünə atdı:
– Bunlar mənə mane olur, – dedi.
Qocanın dizi üstə oturaraq cazibədar bir hərəkətlə onun ağ saçını geri atıb, alnından öpdü. Özünü
tamam itirmiĢ Jan Valjan Kozettaya mane olmurdu.
Kozetta nələr olduğunu çox tutqun Ģəkildə baĢa düĢür, Mariusun borcunu vermək istəyirmiĢ
kimi, nəvaziĢini daha da artırırdı.
Jan Valjan asta-asta deyirdi.
– Ġnsan nə axmaq olur! Mən elə bilirdim ki, onu bir də görməyəcəyəm. Cənab Ponmersi, bir
təsəvvür edin, siz içəri girəndə mən öz-özümə deyirdim: ―Hər Ģey bitdi. Bu da onun uĢaqlıq
paltarı; mən bədbəxtəm, mən bir daha Kozettanı görməyəcəyəm. Mən bunu deyəndə siz
pilləkənlə yuxarı qalxırsınızmıĢ. Mən axmaq deyiləmmi? Ġnsanlar gör necə kor olurlar! Onlar
Allahın mərhəmətini nəzərə almırlar. Mərhəmətli Allah deyir:‖ Zavallı, sən elə bilirsən ki, hamı
səndən üz döndərmiĢdir? Yox. Səndən üz döndərməyəcəklər! Mən bilirəm ki, burada zavallı bir
qoca var, ona təsəlli verək mələk lazımdır‖. Bu mələk gəlir, o adam da öz Kozettasının vüsalına
çatır. O yenə də balaca Kozettasını görür! Ah, mən necə bədbəxt idim!
O, bir anlığa susdu; danıĢmağa gücü çatmırdı; sonra sözünə davam etdi:
– Doğrudan da, mən gərək lap bir anlığa da olsa, Kozettanı hərdən görəydim, bu, mənim üçün
zəruri idi. Bilirsinizmi, qəlb də xırdaca bir sümük gəmirməlidir. Bununla belə hiss edirdim ki,
mən artığam. Mən öz-özümü inandırırdım ki: ―Sən onlara lazım deyilsən, öz otağında otur qal,
onların elə həmiĢə zəhləsini tökməyə sənin ixtiyarın yoxdur‖. Ah, Ģükür allaha, mənə yenə də
Kozettanı görürəm. Kozetta, heç bilirsənmi sənin nə gözəl ərin vardır? Sənin nə qəĢəng naxıĢlı
yaylığın var, sağlığına qismət olsun! Bu naxıĢlar mənim xoĢuma gəlir. Bunu sənin ərin seçib
alıb, eləmi? Ancaq sənə KəĢmir Ģalı lazımdır. Cənab Ponmersi, icazə verin ona ―sən‖ deyim. Bu
çox davam etməyəcək.
Kozetta yüngül məzəmmətlə deyirdi.
– Sizin bizi atıb getməyiniz heç yaxĢı iĢ deyildi! Siz axı hara getmiĢdiniz? Niyə belə gec
gəldiniz? Əvvəllər sizin səfəriniz üç gündən, ya dörd gündən artıq çəkməzdi. Mən Nikolettanı
göndərirdim, ona elə həmiĢə deyirdilər ki, ―Burada yoxdur‖. Siz nə vaxt qayıtmısınız? Niyə bunu
bizə bildirməmisiniz? Bilirsinizmi, siz çox dəyiĢmisiniz. Sizə ayıb olsun, ata! Siz xəstə
olmusunuz, biz bunu bilməmiĢik. Bura bax, Marius, əlini onun əlinə toxundur, gör necə
soyuqdur!
Jan Valjan təkrar edirdi:
– Siz də buradasınız?! Deməli, siz məni bağıĢlayırsınız, cənab Ponmersi?
Mariusun ürəyi dolu idi; Jan Valjan bu sözü ikinci dəfə söyləyəndə o özünü saxlaya bilməyib
həyəcanla dedi:
– EĢidirsən, Kozetta? O yenə həmin sözü deyir, yenə məndən üzr istəyir! Kozetta, heç bilirsən o
mənə necə pislik eləyib? Məni ölümdən qurtarıb! O, bundan daha artıq bir Ģey eləyib: məni sənin
vüsalına yetirib. O, məni ölümdən qurtarandan, sənin vüsalına yetirəndən sonra heç bilirsən nə
eləyib? Özünü fəda eləyib! Bax, bu elə adamdır! Ġndi mənim kimi nankor, mənim kimi unutqan,
mənim kimi qəlbsiz, mənim kimi müqəssir bir adama deyir ki: ―Sizə təĢəkkür edirəm‖. Kozetta,
bütün ömrümü bu adamın ayaqları altında keçirsəydim, yenə az olardı. Kozetta, hər Ģeydən –
barrikadadan da, çirkab kanalından da, odlu sobadan da, kloakadan da ancaq mənim xatirimə,
ancaq sənin xatirinə keçmiĢdir! O, min-min ölümü məndən kənar edərək, öz sinəsini ölümün
qabağına verərək, məni ölüm tufanı içərisindən keçirib gətirmiĢdir. Dünyada nə qədər mərdlik,
xeyirxahlıq, qəhrəmanlıq, nə qədər müqəddəs Ģey varsa, hamısı ondadır! Kozetta, o mələkdir!
Jan Valjan pıçıldadı:
– Sakit! Sakit! Bunları deməyin nə mənası?
Marius həm acıqlı-acıqlı, həm də hörmətlə ucadan dedi: – Bəs siz?! Niyə siz özünüz bir Ģey
söyləmədiniz? Bu məsələdə sizin də təqsiriniz vardır. Siz adamları ölümdən xilas edirsiniz, eyni
zamanda bunu onlardan gizlədirsiniz. Bu hələ harasıdır; siz ifĢa olunacağınızı bəhanə edərək, öz-
özünüzə böhtan atırsınız. Bu, dəhĢətdir!
Jan Valjan ona belə cavab verdi:
– Mən olan Ģeyi dedim. Həqiqət budur.
Marius etiraz etdi:
– Yox, yarımçıq həqiqət həqiqət deyil; siz bütün həqiqəti söyləməmisiniz. Siz cənab Madlen
olmusunuz, – niyə bunu söyləməmisiniz? Siz Javeri xilas etmisiniz, – niyə bunu
söyləməmisiniz? Siz məni ölümdən qurtarmısınız, – niyə bunu söyləməmisiniz?
– Çünki mən də sizin kimi düĢünürdüm. Mən elə hesab edirdim ki, siz haqlısınız. Mən gərək
gedəydim. Siz kloaka məsələsini bilsəydiniz, məni öz yanınızda qalmağa məcbur edərdiniz.
Deməli, mən gərək susaydım. Mən bunu desəydim, bu hamını narahat edərdi.
Marius bərk acıqlandı:
– Niyə narahat edərdi? Kimi narahat edərdi? Yoxsa, siz elə zənn edirsiniz ki, burada
qalacaqsınız? Biz sizi aparacağıq. Ah, ilahi! Bu Ģeyləri mən təsadüfən bildim! Biz sizi
aparacağıq. Siz və biz – bölünməyən bir vəhdətik. Siz onun atasısınız, həm də mənim atamsınız.
Siz daha bircə gün də burada olacağınızı heç ağlınıza gətirməyin.
Jan Valjan:
– Sabah mən burada olmayacağam. – dedi, – amma sizdə də olmayacağam.
Marius soruĢdu:
– Siz bununla nə demək istəyirsiniz? Yox, biz sizə baĢqa yerə getməyə icazə verməyəcəyik. Siz
bir daha bizdən ayrılmayacaqsınız. Siz bizimsiniz. Biz sizi buraxmayacağıq.
Kozetta da əlavə etdi:
– Ġndi biz daha sizinlə zarafat eləmirik! Ekipaj aĢağıda gözləyir. Mən sizi götürüb qaçacağam.
Lazım gəlsə, zor da iĢlədəcəyəm.
O, gülə-gülə elə bir hərəkət etdi ki, guya, qocanı yerindən qaldırır.
Sonra yenə sözünə davam etdi:
– Sizin otağınız hələ də sizi gözləyir. Heç bilirsiniz bağımız indi nə gözəldir! Xanıməli çiçəyi elə
qəĢəng güllər açmıĢdır ki! Bütün xiyabanlara çay qumu tökülmüĢdür, bu qumun içində arabir
bənövĢəyi balıqqulağı görünür. Siz mənim yığdığım çiyələkdən yeyərsiniz. Mən özüm onu
sulayıram. Bir də ki, bundan sonra daha nə ―xanım‖, nə də ―cənab Jan‖ sözləri deyilsin, biz
respublikada yaĢayırıq, hamı bir-birinə ―sən‖ deyir, elə deyilmi, Marius? Siyasi proqram dəyiĢib.
Ata, heç bilirsiniz mənə necə müsibət üz verib? Kətan quĢu divarın çattağında özünə yuva
tikmiĢdi, mərdimazar piĢik onu tutub yedi. Zavallı, qəĢəng quĢcuğaz! Xırdaca baĢını yuvasından
çıxarıb mənə baxardı. Mən o qədər ağladım ki... O piĢik əlimə keçsəydi, onu lap öldürərdim!
Ġndi daha heç kəs ağlamır. Hamı gülür, hamı xoĢbəxtdir. Siz bizimlə gedəcəksiniz. Babam
bundan çox razı qalacaq. Biz bağda sizə ayrıca bir lək verərik, siz onu əkib becərərsiniz, sonra
baxarıq, görək sizin çiyələk ləzzətli olacaq, ya mənimki. Mən söz verirəm ki, siz nə istəsəniz,
mən onu eləyəcəyəm, ancaq siz də gərək mənim sözümə baxasınız.
Jan Valjan Kozettaya qulaq asırdı, ancaq bir Ģey eĢitmirdi. Bu danıĢığın musiqisini eĢidirdi,
amma sözlərin mənasını baĢa düĢmürdü. Onun gözləri yavaĢ-yavaĢ qəlbin sirli incisi olan göz
yaĢı ilə doldu. O pıçıldadı:
– Kozettanın burada olması Allahın mərhəmətli olduğuna bir daha sübutdur.
Kozetta:
– Ata, dedi.
Jan Valjan sözünə davam etdi:
– Doğrudan da, bizim bir yerdə yaĢamağımız nə yaxĢı olardı! Orada ağacların üstü quĢla
doludur. Mən Kozetta ilə gəzərdim. Adamın canlılar sırasında olmasından, bir-birini
salamlamasından, bağda bir-birinin səsinə səs verməsindən, səhər açılandan bir yerdə
olmasından da ürəkaçan Ģey varmı! Hər kəs bağda öz payına düĢən yeri becərərdi. Kozetta mənə
öz çiyələyindən verərdi, mən də ona açılan qızılgüldən dərməyə icazə verərdim. Bu, çox gözəl
olardı. Ancaq...
O susub yavaĢca dedi:
– Çox təəssüf...
Jan Valjan göz yaĢını saxlayaraq gülümsədi.
Kozetta Jan Valjanın əllərini əlləri içinə alıb sıxdı, həyəcanla dedi:
– Aman Allah! Sizin əlləriniz daha da soyumuĢdur! Siz kefsizsiniz? Ağrıyan yeriniz var?
Jan Valjan:
– Mənim? Yox, mən özümü çox yaxĢı hiss edirəm, – dedi.
Ancaq...
O susdu.
– Ancaq nə?
– Mən bu saat öləcəyəm.
Kozetta ilə Marius diksindi.
Marius çığırdı:
– Öləcəksiniz?
Jan Valjan:
– Bəli, – dedi, – ancaq bunun heç bir mənası yoxdur.
O ah çəkdi, gülümsədi, yenə danıĢmağa baĢladı:
– Kozetta, sən indi danıĢırdın, yenə danıĢ. Deməli, o xırdaca quĢcuğaz öldü, danıĢ, sənin səsini
eĢitmək istəyirəm.
Marius, sanki, daĢa dönmüĢ halda qocaya baxırdı.
Kozettanın qəlbindən ürək parçalayan bir fəryad qopdu:
– Ata! Mənim atam! Siz yaĢayacaqsınız! Siz gərək yaĢayasınız! Mən istəyirəm ki, siz
yaĢayasınız, eĢidirsinizmi?
Jan Valjan baĢını qaldırıb pərəstiĢkarlıqla Kozettaya baxdı:
– Ah, ölməyi qadağan elə. Kim bilir, bəlkə də, sənin sözünə qulaq asdım. Siz gələndə mən
ölürdüm. Sizin gəlməyiniz bunun qabağını aldı, mənə elə gəldi ki, dirilirəm.
Marius həyəcanla dedi:
– Siz sağlam və qüvvətlisiniz! Yoxsa siz elə bilirsiniz ki, insanlar belə ölürlər, birdən? Sizin
böyük dərdiniz vardı, bu dərd keçib getdi və daha qayıtmayacaq. Mən gərək sizdən üzr istəyəm,
budur, diz çöküb sizdən üzr istəyirəm! Siz yaĢayacaqsınız, bizimlə yaĢayacaqsınız, uzun zaman
yaĢayacaqsınız. Biz sizi özümüzlə aparacağıq. Mənim də, Kozettanın da bu gündən ancaq bir
fikrimiz olacaq – sizin xoĢbəxtliyiniz!
Kozetta göz yaĢını axıda-axıda dedi:
– Budur, özünüz görürsünüz. Marius da deyir ki, siz ölməyəcəksiniz.
Jan Valjan gülümsəyirdi.
– Cənab Ponmersi, siz məni öz yanınıza aparsanız da, mən yenə əvvəlki adam olub
qalmayacağammı? Biz düĢünən kimi Allah da düĢünmüĢdür, o öz qərarını dəyiĢmir; mən gərək
gedəm. Ölüm – vəziyyətdən çıxmaq üçün ən yaxĢı yoldur. Bizə nə lazım olduğunu Allah bizdən
yaxĢı bilir. Qoy cənab Ponmersi Kozetta ilə xoĢbəxt olsun, qoy gənclik aydın səhərlə birləĢsin,
qoy yasəmənlə bülbüllər, mənim balalarım, sizə fərəh versin, qoy sizin həyatınız, çiçək açmıĢ
çəmən kimi, günəĢlə dolu olsun, mən daha heç bir Ģeyə gərək deyiləm, mən ölməliyəm; belə
lazımdır, bu yaxĢıdır. BaĢa düĢün, yaxĢı fikirləĢin, daha heç bir Ģey eləmək olmaz, mən hiss
edirəm ki, hər Ģey bitmiĢdir. Bir saat bundan əvvəl mən özümdən getmiĢdim. Bu gecə dolçadakı
suyun hamısını içmiĢəm. Sənin nə xoĢ təbiətli ərin var, Kozetta! Onunla bir yerdə olmaq,
mənimlə bir yerdə olmaqdan sənin daha artıq xoĢuna gəlir.
Qapının dalından səs gəldi. Həkim içəri girdi.
Jan Valjan dedi:
– XoĢ gördük, doktor. Budur mənim zavallı balalarım!
Marius həkimə yaxınlaĢdı. Ona ancaq bircə kəlmə söz dedi: ―Cənab...‖ Lakin bu sözü deyiliĢində
ifadə olunmamıĢ bir sual vardı.
Həkim bu suala ancaq mənalı baxıĢla cavab verdi.
Jan Valjan:
– Bir Ģey bizim ürəyimizcə deyilsə, bu heç də Allahdan narazılıq eləməyə bizə haqq vermir, –
dedi.
Hamı susdu. Hamının qəlbində bir iztirab vardı.
Jan Valjan Kozettaya sarı döndü. Ona elə diqqətlə baxdı ki, sanki, Kozettanın surətini əbədiyyətə
aparmaq istəyirdi. Jan Valjan enməyə baĢladığı zülmətin elə bir dərinliyində idi ki, hələ
Kozettanı görərkən ona valeh ola bilirdi. Sanki, Kozettanın iĢıq saçan zərif üzünün əksi onun
solğun çöhrəsinə düĢmüĢdü. Qəbirin də öz sevinci var.
Həkim onun nəbzini yoxladı.
Sonra Kozetta ilə Mariusa baxdı:
– Hə, o sizin fikrinizi çəkirdi! – Mariusun qulağına sarı əyilərək lap astadan dedi:
– Çox gec gəlmisiniz.
Jan Valjan gözünü bir anlığa Kozettadan çəkərək aydın nəzərlə Mariusa və həkimə baxdı. Güclə
eĢidilən səslə pıçıldadı:
– Ölməyin eybi yoxdur, yaĢamamaq dəhĢətdir.
Birdən o yerindən qalxdı. Bədənə belə bir qüvvənin axıb gəlməsi çox vaxt canvermənin
baĢlandığını göstərir. O, qəti addımlarla divara sarı getdi, ona kömək etmək istəyən Mariusla
həkimi kənar edərək Ġsanın çarmıxa çəkilmiĢ, misdən düzəldilmiĢ xırdaca Ģəklini divardan
götürdü, sağlam adam kimi sərbəst yeriyərək, gəlib yenə kresloda oturdu, Ġsanın Ģəklini stolun
üstünə qoyub aydın səslə dedi:
– Böyük müsibətkeĢ, bax, budur!
Sonra onun çiyinləri aĢağı sallandı, ölüm Ģərabından məst olmuĢ kimi baĢı sinəsinə əyildi, o,
əllərini dizləri üstə qoyaraq, dırnaqları ilə paltarını cırmaqlamağa baĢladı.
Kozetta Jan Valjanın çiyinlərindən tutaraq ağlayır, onlar danıĢmaq istəyirdi, lakin danıĢa
bilmirdi. Onun dərdli hönkürtüləri içərisindən ancaq bu sözləri eĢitmək olurdu: ―Ata! Bizi qoyub
getmə! Biz sizi ona görə tapmadıq ki, yenə də itirək!‖
Canvermə, elə bil ki, ölən adamı dolanbac cığırlarla gah qabağa, gah geriyə, gah qəbirə yaxın,
gah da həyata doğru aparır. O, sanki, kor kimi ölümə doğru hərəkət edir.
Jan Valjan bu bayğınlıqdan sonra bir az özünə gəldi, baĢını silkələdi, – bununla, sanki, üzərinə
enən kölgələri rədd etmək istəyirdi; onun Ģüuru yenə də aydınlaĢdı. Kozettanın qolunun ağzını
azca qaldırıb öpdü.
Marius çığırdı:
– O cana gəlir! Doktor, o cana gəlir!
Jan Valjan: – Siz ikiniz də çox mərhəmətlisiniz, – dedi. – Məni məyus eləyən nə idi – bunu sizə
deyim. Cənab Ponmersi, məni məyus eləyən o idi ki, siz o pula toxunmaq istəmirdiniz. O pul,
doğrudan da, sizin arvadınızdır. Mənim balalarım, bu saat mən bütün məsələni açıb sizə
deyərəm, ancaq buna görə sizi görməyimə mən belə sevinirəm. Qara qaqatı Ġngiltərədən, ağ
qaqatı Norveçdən gətirirlər. Bu barədə, bax, o kağızda yazmıĢam, onu oxuyarsınız. Mən
qolbaqların döymə qarmaqlarını tökmə qarmaqlarla əvəz elədim. Bu daha qəĢəng, daha yaxĢı
ucuz olur. Siz bilirsiniz bununla necə çox pul qazanmaq olar? deməli, Kozettanın sərvəti,
doğrudan da, Kozettanın özünündür. Mən bu təfsilatı sizə deyirəm ki, siz sakit olasınız.
Qapıçı arvad yuxarı qalxaraq yarıaçılmıĢ qapıdan içəri baxdı. Həkim ona çıxıb getməsini söyləsə
də, bu, dərdə qalan qarıya gedərkən, ölən adama çığıra-çığıra bu sözləri deməsinə mane ola
bilmədi:
– KeĢiĢi çağırımmı?
Jan Valjan:
– Burada keĢiĢ var, – deyib barmağını yuxarı qaldırdı; o, sanki, baĢı üstündə kimi isə göstərir və
onu ancaq özü görürdü.
Həyatla bu ayrılıq çağında, bəlkə, keĢiĢ, doğrudan da, burada idi.
Kozetta üsulluca onun dalına balıĢ qoydu.
Jan Valjan yenə danıĢmağa baĢladı:
– Cənab Ponmersi, sizi and verirəm, narahat olmayın. Bu altı yüz min frank, doğrudan da,
Kozettanındır. Siz o pulu götürməsəydiniz, mənim bütün həyatım heç olub gedərdi! Biz ĢüĢədən
bəzək Ģeyləri düzəltməkdə böyük məharət qazanmıĢdıq. Bunlar ―Berlin qaĢ-daĢı‖ deyilən bəzək
Ģeyləri ilə rəqabət edə bilirdi. Heç onları almanların ĢüĢə muncuqları ilə yan-yana qoymaq
olarmı? Bizimkinin bir qrosunun qiyməti cəmi üç frankdır, bir qrosda isə on iki düjün təraĢ
edilmiĢ əla muncuq vardır.
Əziz bir adamımız öləndə biz ona baxırıq, sanki, onu baxıĢımızla özümüzüə bənd etmək, tutub
saxlamaq istəyirik. Kozetta ilə Marius bir-birinin əlindən tutaraq Jan Valjanın qabağında
durmuĢdu: dərddən onların nitqi qurumuĢdu, ümidsizlik içində tir-tir əsir, ölümlə necə mübarizə
edəcəklərini bilmirdilər.
Jan Valjan get-gedə zəifləyirdi. Onun gözündə həyat iĢığı sönür, o get-gedə qüruba enirdi. Bir
qayda ilə nəfəs ala bilmirdi, nəfəsi bəzən xırıldayaraq kəsilirdi. Əlini tərpətməyə çətinlik çəkirdi,
qıçları taqətdən düĢürdü; lakin o zəiflədikcə, gücdən düĢdükcə, qəlbinin böyüklüyü üzündə daha
aydın, daha bariz görünürdü. Axirət dünyasının ölgün iĢığı gözlərində əks olunurdu.
Onun gülən üzü daha da solurdu. Həyat onun varlığında sönmüĢdü, lakin simasında baĢqa bir
iĢıq parıldayırdı. Nəfəsi daha da zəifləyirdi, baxıĢları daha artıq durğunlaĢırdı. O indi, arxasında
gözəgörünməz qanad olan bir ölü idi.
Jan Valjan iĢarə ilə Kozettanı, sonra da Mariusu çağırdı. Görünür, onun həyatının son dəqiqələri
çatmıĢdı. O, zəif səslə danıĢmağa baĢladı; bu səs, sanki, uzaqdan gəlirdi, elə bil ki, onların
arasında bir divar yüksəlirdi.
– Yaxın gəl, ikiniz də yaxın gəlin. Mən sizi çox sevirəm. Belə ölmək nə yaxĢıdır! Sən də məni
sevirsən, mənim Kozettam. Mən bilirdim ki, sənin könlün həmiĢə mənə bağlıdır. Sən nə
mehribansan, kürəyimin altına balıĢ qoydun! Sən mənim üçün ağlayacaqsan, eləmi? Ancaq çox
ağlama. Mən istəmirəm ki, sən mənim üçün ürəkdən dərd çəkəsən. Siz gərək çox əylənəsiniz,
mənim balalarım. Bir Ģey yadımdan çıxıb, sizə deməmiĢəm: mıxçasız toqqalar düzəldib satmaqla
o biri Ģeylərdən daha çox pul qazanmaq olar. Qros, on iki düjün toqqa on franka baĢa gəlirdi,
amma altmıĢ franka satılırdı. Bu, doğrudan da, faydalı bir iĢ idi. Buna görə də, cənab Ponmersi, o
altı yüz min frankı qoy sizi təəccübləndirməsin. Bu, düz yolla qazanılmıĢ puldur. Siz təmiz
vicdanla dövlətli ola bilərsiniz. Sizin gərək karetanız olsun, siz gərək teatrda hərdənbir loja
tutasınız, sənə qəĢəng ziyafət paltarı lazımdır, mənim Kozettam, siz gərək öz dostlarınızı ləzzətli
nahara qonaq eləyəsiniz, xoĢbəxt yaĢayasınız. Mən indicə bu barədə Kozettaya yazmıĢdım. O,
mənim məktubumu tapar. Buxarının üstündə iki Ģamdan var, onları da Kozettaya verirəm. Onlar
gümüĢdəndir, amma mənim üçün saf qızıldandır, brilyantdandır; onlara adi Ģam qoyulanda onlar
mehram Ģamına çevrilir. Bilmirəm, onları mənə verən adam orada məndən razıdırmı. Mən
əlimdən gələnin hamısını eləmiĢəm. Mənim balalarım, mən yoxsulam, bunu yaddan çıxartmayın,
məni kənar yerdə basdırın, qəbrimin də üstünə bir daĢ qoyun ki, yerim məlum olsun. Mən belə
istəyirəm. DaĢın üstünə ad yazdırmayın. Kozetta hərdən mənim üstümə gəlmək istəsə, mən
bundan xoĢhal olaram. Bu sizə də aiddir, cənab Ponmersi. Mən bir Ģeyi etiraf etməliyəm: elə
vaxtlar olub ki, mənim sizdən xoĢum gəlməyib, bunun üçün bağıĢlayın. Ġndi Kozetta ilə siz
mənim üçün birsiniz. Mən sizə çox minnətdaram. Hiss edirəm ki, siz bilsəydiniz ki, onun zərif,
al yanaqları məni necə sevindirirdi. Bu yanaqlar azca solsaydı, əhvalım pozulardı. Kamodun
siyirtməsində beĢ yüz franklıq bir bilet var. Mən ona dəyməmiĢəm. Bu, yoxsullar üçündür.
Kozetta, sən öz xırdaca donunu orada, yatağın üstündə görürsənmi? Onu tanıyırsanmı? O
vaxtdan ancaq on il keçmiĢdir. Vaxt nə tez gəlib keçir! Biz necə xoĢbəxt idik! Hər Ģey qurtardı,
Ağlamayın, uĢaqlar, mən çox da uzağa getmirəm, mən oradan sizi görəcəyəm. Gecələr siz
qaranlığa baxsanız, görəcəksiniz ki, mən sizə baxıb gülümsəyirəm. Kozetta, Monfermeyl sənin
yadındadırmı? Sən meĢədə idin, özün də çox qorxurdun. Yadındadırmı, mən vedrənin qulpundan
qaldırdım, onda mənim əlim ilk dəfə sənin o müsibətlər görmüĢ xırdaca əlinə toxundu. Sənin əlin
elə soyuqdu! Ah, xanım, onda sizin o xırdaca əlləriniz necə qırmızı idi, amma indi gör necə
ağdır! O iri kukla da yadındadırmı? Sən ona Katerina deyirdin. Sən onu monastıra apara
bilmədiyinə çox təəssüf elədin. Sən məni necə tez-tez güldürərdin, mənim əziz mələyim!
YağıĢdan sonra suya çöp atardın, sonra da onun üzüb getdiyinə baxardın. Bir gün sənə söyüd
çubuğundan bir fiĢəng, bir də sarı, göy, yaĢıl lələkli bir volan bağıĢladım. Bu, yəqin, sənin
yadından çıxıb. Sən xırdaca, oynaq, Ģux bir qız idin! Oynamaqdan xoĢun gələrdi. Qulaqlarından
albalı asardın. Bunların hamısı keçib getdi. Xırdaca qızımla keçdiyim meĢə də, altında gəzdiyim
ağaclar da, gizləndiyimiz monastır da, oyunlar da, Ģən və uĢaq gülüĢləri də bir xəyal oldu. Amma
mən elə bilirdim ki, bunlar hamısı mənimdir. Mənim səfehliyim də bunda imiĢ! Tenardyegil pis
adamlardı. Onları əfv etmək lazımdır. Kozetta, ananın adını sənə demək vaxtı gəlib çatmıĢdır.
Onun adı Fantina idi. Bu adı yadında saxla! Fantina! Nə vaxt onun adını çəksən, diz çök. O, çox
əzab çəkmiĢdir. O, səni çox istəyirdi. Sən xoĢbəxt olduğun qədər o bədbəxt idi. Allahın təqdiri
belə imiĢ. Allah göydədir, ulduzlar arasındadır, o bizim hamımızı görür, nə etdiyimizi bilir. Bəli,
mənim balalarım, mən gedirəm. HəmiĢə bir-birinizi sevin. Bir-birinizi sevin – dünyada bundan
ülvi Ģey yoxdur. Burada ölən zavallı qocanı da arabir xatırlayın. Ah, mənim Kozettam, ağlama,
bu qədər vaxt səni görə bilmədiyimə mən müqəssir deyiləm; bu, mənim qəlbimi parçalayırdı;
mən ancaq küçənin tininə qədər gedə bilirdim; adamlar, yəqin, məni səfeh hesab eləyirdilər; mən
dəliyə oxĢayırdım; hətta bir gün evdən Ģapkasız çıxmıĢdım. Mənim balalarım, mən yavaĢ-yavaĢ
pis görürəm. Mən gərək sizə daha çox Ģeylər söyləyəydim, ancaq nə fərqi var. Hərdən məni yada
salın. Allah sizi öz pənahında saxlasın. Bilmirəm mənə nə oldu, mən iĢıq görürəm. Yaxın gəlin.
Mən xoĢbəxt ölürəm. Əzizlərim, mənim istəkli balalarım, gəlin əllərimi sizin baĢınıza qoyum.
Kozetta ilə Marius böyük müsibət içində, göz yaĢından boğula-boğula dizləri üstə düĢüb, onun
əllərindən öpdülər. Lakin bu müqəddəs əllər daha tərpənmirdi.
Jan Valjan kreslonun arxasına söykənmiĢdi, iki Ģamdan onun üzünə iĢıq saçırdı, onun solğun üzü
göyə baxırdı. Kozetta ilə Marius onun əllərini dönə-dönə öpürdü, o buna mane olmurdu; o
ölmüĢdü.
Ulduzsuz, qaranlıq bir gecə idi, göz-gözü görmürdü. Yəqin ki, bu zülmət içində bir mələk
qanadlarını açaraq uçan ruhu qəbul etməyə hazır durmuĢdu.
ALTINCI FƏSĠL.
Ot basır, yağıĢ yuyur.
Pyer-LaĢev qəbiristanlığında, ümumi qəbirlərdən bir az kənarda, bu sərdabələr Ģəhərinin bəzəkli
məhəlləsindən qıraqda, ölümün pis dəblərini əbədiyyət qarĢısında göstərən əcaib qəbir
abidələrindən uzaqda, tənha bir yerdə, köhnə divar dibində, hündür qaraçöhrə ağacının altında
sarmaĢıq sarınmıĢ, ətrafında alaq və mamır bitmir bir daĢ vardır.
Zaman bu daĢa da, o biri daĢlar kimi, öz təsirini göstərmiĢdi: onun üstünü yosun və quĢ peyini
basmıĢdır.
O, yağıĢdan göyərmiĢdir, hava onu qaraltmıĢdır. Onun yan-yörəsində bircə cığır da yoxdur; heç
kəs bu tərəfə gəlmək istəmir, çünki burada ot hündürdür, adamın ayağını islada bilər. Ancaq gün
çıxanda bura kərtənkələlər yığıĢır. Ətrafda yabanı yulaf xıĢıldayır. Yaz gələndə ağacda birəbittən
quĢları oxuyur.
Bu, çılpaq bir daĢdır. Onu qəbirə görə yonub düzəlmiĢlər; ancaq bir Ģeyə çalıĢmıĢlar ki, daĢın
lazımi qədər uzunluğu və eni olsun, qəbirdəki adamın üstünü örtə bilsin.
Onun üstündə ad yoxdur.
Ancaq bir çox illər bundan əvvəl kim isə daĢın üstündə dörd misra Ģeir yazmıĢdır; yağan
yağıĢlar, toz-torpaq bu Ģeir parçasını görünməz etmiĢ, yəqin ki, indi o tamam silinib getmiĢdir:
O yatır... QovmuĢsa da, tale qəddarcasına.
YaĢamıĢ... AtmıĢsa da, mələk qəm dəryasına.
Öldü. Vaxtı çatanda əcəl apardı onu.
Necə ki axĢam çökür, yetir gündüzün sonu.
Dostları ilə paylaş: |