Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi


MUSTAFA BƏY TOPÇUBAŞOV – 120



Yüklə 72,04 Kb.
səhifə3/6
tarix28.12.2021
ölçüsü72,04 Kb.
#10077
1   2   3   4   5   6
MUSTAFA BƏY TOPÇUBAŞOV – 120 

188 


cəlb edilən ilk milli kadrlardan olub. O, ordinator 

işləməklə yanaşı, Azərbaycan Səhiyyə Komissar-

lığının Cərrahlıq Xəstəxanasının müdiri vəzifəsində 

çalışıb. Tez-tez respublikanın ucqar rayonlarına ge-

dərək, yerlərdə  cərrahi  şöbələr təşkil edib, ambu-

latoriya və stasionaraqədərki cərrahi yardımın mexa-

nizmini qurub, əhaliyə yüksəkixtisaslı həkim yardımı 

göstərib. M.Topçubaşov 1922-ci ildə  Nəriman Nəri-

manovun təklifi ilə Naxçıvana göndərilib. O, Nax-

çıvanda xəstəxana, ambulatoriya, Ordubadda feldşer 

məntəqələri təşkil edib. Akademik sonralar xatirə-

lərində o illəri belə  təsvir edirdi: “İş vaxtımın baş-



lanğıcı  və sonu yox idi. Gündüzün və gecənin nə 

vaxtı olursa-olsun xəstə gətirirdilər, yaxud xəstə üs-

tə çağırırdılar. Mən həm terapevt, həm cərrah, həm 

nevropatoloq, həm epidemioloq, həm vərəm həkimi, 

həm yoluxucu xəstəliklər həkimi… işləyirdim. Hə-

kimsən, demək loğmansan, bütün dərdlərə əlac qıl-

malısan”.  

Gənc həkim-cərrahın adı respublikada qısa 

müddətdə məhşurlaşıb  və xalq arasında “Topçubaşov 

skalpeli” məfhumu yaranıb. 1923-1927-ci illərdə  

professor A.Oşmanın təqdimatı ilə  əsasən neftçilərə  

xidmət edən və Bayılda yerləşən Paster adına xəstə-

xananın cərrahlıq  şöbəsinin və eyni zamanda Azər-

baycan SSR Xalq Səhiyyə Komissarlığı  Cərrahlıq 

Xəstəxanasının müdiri təyin edilib. 

Azərbaycanda sovet hakimiyyətinin ilk illərin-

də  səpgili yatalaq, qarın yatalağı, malyariya, tra-

xoma kimi infeksion xəstəliklər  əhali üçün ciddi 

təhlükə törədirdi. Bununla əlaqədar olaraq, 1925-ci 

ilin iyul ayında Azərbaycan hökuməti “Azərbaycan 

SSR-də qızdırmaya qarşı mübarizə” haqqında qərar 

qəbul etdi. Bundan sonra M.Topçubaşov elmi-

tədqiqat işlərini qızdırmanın profilaktikası  işinə 

yönəltdi. 

M.Topçubaşov 1925-ci ildə Tiflisdə keçirilən 

Zaqafqaziya Cərrahlarının I Qurultayında “Exino-

kokkun cərrahi müalicəsi” və “Qalxanabənzər vəzin 

köçürülməsi” mövzularında çıxışlar edib və mövzu-

lara aid ilk elmi məqalələrini Qurultayın material-

larında çap etdirib.  

1926-cı ildə  Mərkəzi Komitə Azərbaycanda 

“Həkimlərin nəzəri və  təcrübi hazırlığını yaxşılaş-

dırmaq haqqında” adlı xüsusi qərar qəbul edib və 

Azərbaycan Xalq Maarif Komissarlığı tibbi təcrübə 

keçmək üçün Almaniyaya 20 nəfər həkim göndəril-

məsi qeyd edilib. Almaniyaya gedənlərin siyahısına 

M.Topçubaşovun adı salınmayıb və buna əsas sə-

bəb komissarlığın kollegiya iclasında Mustafa bə-

yin namizədliyi irəli sürüləndə hamının yekdilliklə 

dediyi fikir olub “Mustafa Topçubaşov artıq özü 

öyrədir. Öyrənməyə ehtiyacı olanları göndərmək 

lazımdır”. Almaniyaya göndərilən 20 nəfər həkim-

dən 8-i bu səfərdən imtina etdiyindən, M.Topçu-

başov ərizə yazaraq onun namizədliyinin irəli sürül-

məsini xahiş edib. Müvafiq orqanlarla məsləhət-

ləşdikdən sonra onun da adı siyahıya salınıb. Belə-

liklə, M.Topçubaşovla birlikdə  gələcəkdə Azərbay-

can Elmlər Akademiyasının ilk prezidenti olmuş, 

akademik Mirqasımov və digər həkimlər Almani-

yanın Berlin, Münhen, Leypsiq və digər şəhərlərində 

təkmilləşmədə olublar. Mustafa bəy Almaniya təəs-

süratı haqqında yazırdı:  “Professor Krause çox 



hörmətli mütəxəssis idi. Həddən ziyadə  tələbkar ol-

duğu üçün onunla işləmək  çox çətin idi. Professorun  

qohumlarından biri yol qəzasına düşmüşdü. Onu 


Kataloq: uploads -> journal
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva

Yüklə 72,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə