Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


dövlətlərin beynəlxalq münasibətlərdə təsnifatı mövcuddur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   2   3   4   5   6   7   8   9   ...   29

dövlətlərin beynəlxalq münasibətlərdə təsnifatı mövcuddur 
və  dövlətlər  güclərinə  görə  xarakterizə  edilə  bilirlər. 
Dövlətlərin güclərini onların mənsub olduqları potensial (daxili 
resurslarının  hərəkətindən  meydana  gələn  enerji  və  xarici 
resurslardan meydana gələn potensial) müəyyən edir. Dövlətlər 
öz  güclərindən  istifadə  edərək  potensiallarını  daima  artırırlar. 
Dövlətin  müdafiə  funksiyası  onun  resurslarının  artmasına  və 
siyasət  sahələrinin  enerji  baxımından  çoxalmasına  əsaslanaraq 
daima  genişlənir.  Dövlətlərin  müxtəlif  gücləri  və  müxtəlif 
iştirak  səviyyələri  təbii  olaraq  dünyanın  ayrı-ayrı  bölgələr 
üzrə  maraq  uğunda  sahələrə  ayrılmasını  təmin  edir. 
Dövlətlərin  fərqli  gücləri  ayrı-ayrı  regionların  sistemləşməsində, 
strukturlaşmasında  fərqli  amilləri  üzərə  çıxarır.  Bu  baxımdan  da 
regionda, 
regiondan 
kənarda 
şəbəkələşmiş  maraqlar 
meydana gəlir. Beynəlxalq münasibətlər və bu münasibətlərdə 
istifadə  olunan  resurslar  “siyasi  heliosentrzim”  prinsipini 
ortaya çıxarır.
1
  
                                                 
1
 Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, ideyalar, 
təkliflər, proqnozlar) elmi və elmi-publisistik məqalələr toplusu. II CİLD, 
Bakı, “Elm və təhsil”, 2010, 600 s., ss.273-367. 

 
23 
 
Dünya,  iqtisadi  və  siyasi  aspektlərdə,  onun  sakinləri  və 
sakinlərinin  təşkilatları  olan  dövlətlər  tərəfindən  “paylara 
bölünmüş”  vəziyyətdədir.  Dünyanı  ayrı-ayrı  məkanlara  bölən 
daha  çox  xalqların  mənsub  olduqları  hakimiyyətdir,  hansı  ki, 
bu  qrup  da  dövlətlərini  beynəlxalq  münasibətlərdə təmsil edir. 
Dünyanın  vahid  hakimiyyəti  (burada  ayrı-ayrı  dövlətlərə 
məxsus olan hakimiyyətlərin birlyindən söhbət gedir) maraqlar 
uğrunda dünyanı ayrı-ayrı sahələrə bölməkdədir, ayırmaqdadır. 
Dünya  resursları  vahid  hakimiyyətin  (burada  bütün 
dövlətlərin  cəmi  hakimiyyəti  nəzərdə  tutulur)  əsas 
obyektindədir.  Hakimiyyətlər  arasında  gedən  mübarizələr  və 
müharibələr  bir  tərəfdən  dövlətlərin  güclərinin  artmasına  və 
azalmasına yönəlir, digər tərəfdən də güclərin təsnif olunmasını 
zəruri edir. Bu bölgü vəziyyəti həm rəngarəngliyi yaradır, həm 
də  lazımi  anlarda  sərtliyi  meydana  gətirir.  Gücün  təsnif 
olunması  potensialın  təsnifatını  ortaya  çıxarır.  Nəticədə 
dövlətlər  güclərinə  görə  qruplaşmaq  və  təşkilatlanmaq 
məcburiyyətində  qalırlar.  Böyük  dövlətlər  güc  birlikləri 
yaradırlar.  Bu  istiqamətdə  də  digər  gücə  malik  olan  dövlətləri 
öz  tərəflərinə  çəkirlər.  Böyük  dövlətlər  öz  güclərini 
yerləşdikləri  məkanlar  və  kənar  məkanlar  üzrə  şəbəkə  sistemi 
əsasında  formalaşdırırlar  (toplayırlar).  Şəbəkə  gücünü  (bu 
anda  güc  axını meydana  gəlir)  iqtisadi, siyasi, hərbi ittifaqlar 
meydana  gətirir.  Gücə  görə  təsnif  olunma  beynəlxalq  siyasət 
müstəvisinin piramidal formasını meydana gətirir.
1
  
 Dövlətlər  gücləndikcə  daha  çox  müdafiə  olunmaq  və 
əhatələnmək  (burada  ətraflara  şaxələnmək)  siyasəti  həyata 
keçirirlər.  Dövlətlərin  gücləri  regionlarda  və  regionların 
birləşməsi 
areallarında 
geosiyasətin 
əsaslarını  yaradır. 
Dövlətlərin  güclənməsi  artan  potensialları  bir  tərəfdən  onların 
gələcəkdə daha da güclənməsinə xidmət edir, digər tərəfdən də 
                                                 
1
 Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, ideyalar, 
təkliflər,  proqnozlar)  elmi  və  elmi-publisistik  məqalələr  toplusu.  II  CİLD, 
Bakı, “Elm və təhsil”, 2010, 600 s., ss.160-248. 

 
24 
 
onların  daxildən  və  xaricdən  müdafiəsinə  əsaslanır.  Müdafiə 
özü  də  inkişaf  proseslərinin  artan  cədvəlinə  bağlı  olur.  İnkişaf 
özü  ilə  müdafiə  siyasətini  də  gücləndirir.  Başqa  sözlə  ifadə 
etsək,  qeyd  edə  bilərik  ki,  resurslar  və  onlar  üzərində  təsir 
prosesləri artdıqca müdafiə də artır.  
Xarici  siyasət  proseslərinin  başlıca  məqsədi  də  güclən-
məkdən  və  müdafiə  olunmaqdan  ibarətdir.  Xarici  siyasətin 
sistemliliyi 
və 
rasionallığı, 
çoxistiqamətliliyi 
xalqların 
güclənməsinə  və  yeni  imperiyalar  (burada  daha  çox  iqtisadi 
əsaslı) yaratmasına gətirib çıxarır. (Qeyd: XXI əsrin başlanğıcı 
üçün formalaşdırılan imperiyalar yeni məzmuna malikdirlər. 
Burada  artıq  zorakılıqdan  daha  çox  iqtisadi  amillər  yüksək 
effekt  yaradır.  Yeni  imperiyaların  da  formalaşması  keçmiş- 
XIX-XX  əsrin  imperiyalarının  yeni  məzmunlu  siyasətləri 
sayəsində həyata keçirilir. Burada iqtisadi yürüşlər (resurslar 
axınının  kütləviliyinin  yaradılması),  informasiya  yürüşləri 
(məlumat  şəbəkələrinin  genişləndirilməsi)  dövlətlərin  yeni 
ə
saslı  maraqlar  zonasını  yaratmaqdadır.  Postmodernizmin 
imperiya  siyasətində  silahların  təbiqinə  bir  o  qədər  ehtiyac 
duyulmur.  Çünki  bu,  əks  səmərə  verir.  İndiki  imperiyalar 
həm də liberal məzmuna daha çox üstünlük verirlər. Tarixin 
“silah  imperiyasını”  indi  “kağız”  imperiyası  əvəz  edibdir. 
Kağız və düşüncələrin vəhdəti dövlətin geosiyasi maraqlarına 
xidmət edir).  
Tarixin  müxtəlif  mərhələlərində  pay  bölgüsünün  təşkili 
gücün,  zorakılığın  tətbiqinə  əsaslanmışdır.  Lakin  müasir 
zamanda  və  post  müasir  dövrdə  bu  kimi  metodların  tətbiqi 
zəifləməyə  başlamışdır.  Qloballaşma  tendensiyaları,  qloballaş-
manın  yaratdığı  fəsadlar,  gətirə  biləcəyi  təhlükələr  insanları 
münasibətlərdə “yumşaq” yanaşmalara sövq edir. Dövlətlər də 
gücləndikcə  daha  çox  təhlükələrlə  üzləşməmək  üçün 
münasibətlərdə ilberal metodlara üstünlük verirlər. Bu, həm də 
qlobal  miqyaslı  güclərin  formalaşmasından  və  onlarda  olan 
daöıdıcı  resurslardan  irəli  gəlir.    İnsan  hüquqlarının,  qlobal 

 
25 
 
bəşəri  problemlərin  birgə  həll  edilməsi  dövlətlərin  qarşısında, 
beynəlxalq  ictimaiyyətin  önündə  duran  baza  amilinə  və 
kriteriyasına çevrilmişdir. Artıq düşüncələr də dəyişmişdir. Bu 
gün  beynəlxalq  güc  qlobal  sülhün  qorunmasına  da  xidmət 
edir.  Böyük  dövlətlərin  geniş  miqyaslı  iştirakları  bir  tərəfdən 
rəqabət obyektlərini meydana gətirsə də, digər tərəfdən sülhün 
qorunmasına  və  bərpasına  səbəb  olmaqdadır.  Dünya  bir  növ 
böyük  və  kiçik  dövlətlər  sisteminə  ayrılıbdır  və  hər  bir 
subyektin  beynəlxalq  aləmdə  özünəxas  yeri  vardır.  Bu  yer  də 
gücdən  və  potensialdan  meydana  gəlibdir.  Beynəlxalq 
münasibətlərin  liberallaşması  və  yumşaq  metodlar  dövlətlər 
arasında da “mənim hüququm sənin hüququnu təmin etmək 
üçündür”  prinsipini  formalaşdırmaqdadır.  Böyükdən  tutmuş 
kiçik gücə malik olan dövlətlərin qarşılıqlı əlaqələrində bu kimi 
anlayışlardan  da  geniş  istifadə  olunur.  Bu  prinsip  böyük 
dövlətlərin öhdəlik və məsuliyyətini daha da genişləndirir.  
Beynəlxalq  münasibətlər,  eləcə  də  dünya  siyasəti  sistemi 
iyerarxik  pilləyə  malikdir.  Bu  baxımdan  dünya  münasibətləri 
sistemində,  ümumdünya  siyasəti  sistemində  başlıca  nəzarət 
funksiyası  böyük  dövlətlərin  əllərində  cəmləşibdir.  Böyük 
dövlətlər  “mənim  hüququm  sənin  hüququnu  təmin  etmək 
üçündür”  prinsipindən  irəli  gələrək,  öz  maraqlarını  da  təmin 
etməyə çalışırlar. Böyük dövlətlərdə cəmləşən resurs kütləsinin 
çoxluğu  və  ondan  sistemli  istifadə  başlıca  olaraq  güclərin 
təsnifatını  yaradıbdr.  Güc,  bu  baxımdan,  tərəflərə  böyük 
funksiya  və  səlahiyyət  verməkdədir.  Böyük  dövlətlər  onların 
potensiallarını  artıran  elementlərin  və  elementlərin  hərəkət-
lərinin  hesabına  güclənirlər.  Böyük  dövlətlərin  güclənməsində 
həm də  siyasət  istiqamətlərinin həcmi,  yəni siyasət axınlarının 
kütləsi böyük rol oynayır.
1
  
                                                 
1
 Nəsibov  E.M.  Gələcək  dünya  düzəni  və  geosiyasi  mənzərə.  Siyasi 
proqnozların  əsasları.  Ümumi  hissə.  I  kitab.  “Elm  və  təhsil”  nəşriyyatı, 
Bakı-2013, 544 səh.,ss.250-294. 

 
26 
 
Bəşəri  güc,  bəşəri  potensial  ümumsülhün  qorunmasına  və 
bir  qədər  də  maddi  sərvətlərin  tarazlı  paylanmasına  əsaslan-
mışdır. Güc o zaman böyük əhəmiyyət kəsb edir ki, təcavüzün 
qarşısını  alır,  zorakılığın  qarşısını  kəsir  və  eləcə  də  maddi  və 
mənəvi  tələbatın  tarazlı  ödənilməsinə  yönəlir.  Güc  bu  anda 
pozitiv  funksiyanı  və  proteksionizmi  yerinə  yetirir.  Güc 
(zorakılıq tətbiq edilən gücün məzmunu və xarakteridir və daha 
çox mənfi amil kimi dərk olunur), eyni mənbədən tətbiq edilsə 
də, müsbət istiqamətə yönələrsə- humanizmə, mənfi istiqamətə 
yönəldikdə  isə  zorakılığa  və  vəhşiliyə  xidmət  edir.  Yəni,  güc 
həm zorakılığı yaradır, həm də humanizmə xidmət edir. Burada 
gücün ikili xassəsi ortaya çıxır. Humanizmin təmin edilməsi də 
mənfi  ünsürün  zərərsizləşdirilməsinə  yönəlmiş  zorakılıqdan 
meydana  gəlir.  Beynəlxalq  münasibətlərdə  stereotiplərdən 
təmizlənmənin  özü  də  gücün  tətbiqi  sayəsində  mövcud  olur. 
Beynəlxalq  münasibətlərdə  güc  qüvvəni,  qüvvə  isə 
potensialı  ortaya  çıxarır.  Bir  məsələni  də  xüsusi  olaraq 
qeyd  etmək  lazımdır  ki,  böyük  güc  mərkəzinin  sərhəd-
lərində  və  siyasi-iqtisadi  orbitində  yerləşmək  sayəsində 
digər  orta  və  kiçik  miqyaslı  güc  birliklərinin  (yəni  dövlət-
lərin)  potensialları  da  artır.  Böyük  dövlətin  sərhəddində 
yerləşmək  də  gücün  artmasına  xidmət  edir.  Böyük 
mərkəzdən  gələn  və  orta  və  kiçik  mərkəzlərə  daxil  olan 
enerji  daxil  olduğu  məkanların  resurslarının  çoxalmasına 
və resurslar üzərində hərəkətlərin böyüməsinə səbəb olur.
1
  
Dünyanın  təbii,  maddi  və  mədəni  sərvətlərinə  birgə 
yiyələnmə,  bəşəri  problemlərin  ümumilikdə  həlli,  vahid 
sivilizasiyanın inkişafını təmin etmək müasir dünyanın iqtisadi, 
siyasi  və  mədəni  cəhətdən  inkişaf  etmiş  və  etməkdə  olan 
xalqlarının  qarşısında  duran  başlıca  məqsəddir.  Bu  baxımdan 
istənilən  cəmiyyətdə  başqa  cəmiyyətlərə  inteqrasiya  prosesləri 
                                                 
1
 Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, ideyalar, 
təkliflər,  proqnozlar)  elmi  və  elmi-publisistik  məqalələr  toplusu.  II  CİLD, 
Bakı, “Elm və təhsil”, 2010, 600 s., ss.205-249. 

 
27 
 
baş  verir.  Məlumdur  ki,  dünya  ayrı-ayrı  etnoslardan  və 
müxtəlif  say  tərkibinə  malik  olan  xalqlardan  və  bu  xalqların 
mənsub  olduqları  müxtəlif  ərazi  ölçüsünə  malik  olan 
dövlətlərdən  ibarətdir.  Hal-hazırda  beynəlxalq  hüququn  əsas 
subyektləri  olan  dövlətlər  bir-biriləri  ilə  yeni  əsaslı 
münasibətlər  qurmaq,  əlaqələr  yaratmaq  siyasətini  həyata 
keçirirlər.  Əvvəlcə  də  qeyd  olunduğu  kimi,  bu  proseslər 
fonunda  onların  iştirak  səviyyələrinə  görə  gücləri  təsnif 
olunur.  Müasir  zamanda  dünya  xalqlarını  düşündürən  əsas 
məsələ  dünyanın  artan  gücünün  hansı  istiqamətlərə  yönəldil-
məsidir.  Bütün  istiqamətlərdə  insan  hüquqlarının  təmin  və 
müdafiəsi əsas məqsədlərə çevrilir.  Ən pozitiv yol beynəlxalq 
sülhün,  ümumdünya  sülhünün  qorunmasına  xidmət  etməkdən 
ibarətdir.  Xalqlar  arasındakı  münasibətlər  və  iqtisadi-siyasi, 
mədəni  əlaqələr  onların  təmsil  olunduqları  dövlətlər  (dövlət 
hakimiyyəti)  vasitəsilə  qurulur.  Yəni  dövlətlərin  ikitərəfli  və 
çoxtərəfli  əsaslarla  imzaladıqları  sənədlər  əsasında  onların 
vətəndaşları 
arasında 
münasibətlər 
formalaşır, 
əlaqələr 
yaradılır. Buradan belə bir məntiqi nəticə əmələ gəlir ki, dünya 
vətəndaşlarının  birgə  inteqrasiyasını  təmin  edən  əsas  qüvvə 
məhz  həmin  vətəndaşların  yaratdıqları  dövlətlərdir.  Xalqlar 
arasındakı  münasibətlərin  səviyyəsi,  yəni  aşağı  və  yüksək, 
yaxşı  və  pis  olması  müasir  zamanda  onların  dövlətlərindən  və 
hakimiyyətlərindən  asılıdır.  Tarixən  də,  yəni  dövlətlərin 
meydana  gəlməsi  anından,  hal-hazırki  vaxta  qədər  də  belə 
olmuşdur.  Buradan  konkret  olaraq  belə  bir  sual  ortaya  çıxa 
bilir:-  dövlətlərə  xarici  siyasət  lazımdırmı  və  dövlətin  xarici 
siyasəti  xalqlara,  dövlətlərin  vətəndaşlarına  nə  kimi  xidmət 
göstərir? Cavab ondan ibarətdir ki, xarici siyasət öz-özlüyündə 
xarakterinə  görə  müsbət  (vətəndaşlara  xidmət  edən)  və  mənfi 
(vətəndaşlarını  müharibələrə,  silahlı  münaqişələrə  sürükləyən) 
xüsusiyyətlərə  malik  olur.  Dünyada  bəzi  dövlətlər  vardır  ki, 
onların  xarici  siyasətində  mənfi  amillər  üstünlük  təşkil  edir. 
Bunlar  o  dövlətlərdir  ki,  yuxarıda  sadalanan  müsbət  amillərin 

 
28 
 
bir çoxu həmin dövlətlərin xarici siyasətində nəzərdə tutulmur. 
Belə  dövlətlər  işğalçılığa  meyil  edirlər.  Başqa  dövlətlərin 
ərazilərində  terror  aksiyaları  həyata  keçirirlər.  Beynəlxalq 
münasibətlərdə dövlətlərin güclərinə görə təsnif olunmaları bir 
çox  hallarda  işğala  meyilli  olan  dövlətlərin  hamilərinin  ortaya 
çıxmasının  əsaslarını  yaradır.  (Qeyd:  beynəlxalq  davranışlar 
zamanı  beynəlxalq  münasibətlərin  etikası meydana  gəlir.  Bu 
etika 
beynəlxalq 
münasibətlərdə 
ə
xlaq 
qaydalarını 
formalaşdırır. Əxlaq qaydaları da dövlətlərin ədalətli və ya da 
ə
dalətsiz davranışlarının əsaslarını təşkil edir).  
 
Mənfi  amilləri  əsaslandıran  hərəkətləri  aşağıdakı 
şəkildə xarakterizə etmək olar: 
 
-Bir və ya bir neçə dövlətin başqa dövlətə (dövlətlərə) qarşı 
ərazi iddiaları meydana gəlir və bu məqsədlə iddialı dövlət öz 
maraqları naminə münaqişələrin əmələ gəlməsi üsuluna əl atır-
məsələn,  Ermənistanın  Azərbaycana  qarşı  ərazi  iddiaları 
üzərində işğalçılıq siyasəti.  
-Dövlət  qonşu  dövlətdəki  iqtisadi  inkişafı  qəbul  etmir  və 
həmin  dövlətin  güclənəcəyindən  ehtiyatlanaraq  terror  həyata 
keçirməyə  çalışır  -  məsələn,  erməni  terror  təşkilatlarının 
Azərbaycanda  törədilmiş  terror  hadisələrində  iştirakını  buna 
nümunə göstərmək olar.  
-Bir  dövlət  başqa  bir  dövlətin  inkişafını  qəbul  eməyərək, 
tormozlayıcı  və  xaos  yaradıcı  üsul  olaraq,  ona  qarşı  tarixi 
düşmənçilik  ideyalarını  ortaya  atır  və  beynəlxalq  təzyiqi 
artırmaq  məqsədini  güdür.  Məsələn,  ermənilərin    qondarma 
soyqırım  ideyasını  ortaya  atmaq  amilini  buna  nümunə 
göstərmək olar.  
-Bir  dövlət  başqa  bir  dövlətin  iqtisadi  gücünü  qəbul 
etməyərək  həmin  dövlətlə  “soyuq”  münasibətləri  olan 
dövlətlərlə  bir  çox  sahələrdə  ittifaq  qurur  və  xarici  siyasətini 
həmin  istiqamətə  yönəldir.  Burada  düşmənçilik  bucaqları 

 
29 
 
formalaşır-məsələn,  SSRİ-ABŞ  qarşıdurmasını  buna  nümunə 
göstərmək  olar.  Bu  gün  də  oxşar  məzmunlu  proseslər  davam 
etməkdədir.  
-Bir dövlət başqa bir dövlətin ümumi inkişafını qəbul etmir 
və  həmin  dövlətlərdəki  etnik  qruplardan  istifadə  edərək 
münaqişə  yaratmağa  çalışır-məsələn,  Azərbaycana  qarşı 
yönəldilən xarici dövlətlərin gizli hərəkətləri buna nümunədir.  
-Bir  dövlət  başqa  bir  dövlətin  xarici  siyasət  istiqamətini 
qəbul etmir və ona qarşı müəyyən təxribatlara əl atır.  
-Bir  dövlət  başqa  bir  dövlətlə  düşmən  münasibətlərdə 
olduqda ona qarşı iqtisadi sanksiyalardan istifadə edir-məsələn, 
ABŞ-İran,  ABŞ-Şimali  Koreya  münasibətlərində  bunun  şahidi 
olmaq olar və s. 
Ümumiyyətlə,  mənfi  amillər  beynəlxalq  münasibətlərdə 
haqsız  rəqabətin  məhsulu  olaraq  meydana  gəlir.  Mənfi amillər 
dövlətlər  arasında  etnik  zəmində  (məsələn,  Ermənistanın 
Azərbaycana  təcavüzünün  mərkəzində  bu  amil  dayanır),  eləcə 
də  dövlətlər  daxilində  etnik  zəmində-Gürcüstanda  olan  etnik 
münaqişələr 
dövlət 
daxilində 
baş 
veribdir-münaqişələr 
meydana gəlir. Hər iki hal dövlətin beynəlxalq münasibətlərinə 
mənfi təsirlərini göstərir.  
Müsbət  amillər  isə  daha  çox  dostluğa,  mehribançılığa, 
mehriban 
qonşuluq 
şəraitində  əməkdaşlığa  (məsələn, 
Azərbaycan-Türkiyə  əlaqələri;  Türkiyə-Gürcüstan  əlaqələri; 
Azərbaycan-Gürcüstan 
əlaqələri; 
Rusiya-Qazaxıstan 
və 
Rusiya-Belarus  əlaqələri;  Avropa  İttifaqı  daxilində  olan 
əlaqələr  buna  əyani  sübutdur),  ədalətli  davranmağa  və  s. 
söykənir.  Mehriban  münasibətlər  və  ədalətli  əməkdaşlıq 
şəraitində  dövlətlər  birgə  qaydada  yararlanmağa  və 
faydalanmağa  çalışırlar.  Beynəlxalq  münasibətlərdə  birgə 
iştirak  və  birgə  şəkildə  potensialın  əldə  olunması  dövlətlərin 
beynəlxalq  əlaqələrdə  güclənməsinin  əsaslarını  təşkil  edir. 
Xarici  siyasətin  müsbət  istiqamətləri  bəşəri  dəyərlərin 
zənginləşməsinə  və  sülhə  xidmət  edir.  Beynəlxalq  hüququn 

 
30 
 
hamılıqla  qəbul  olunmuş  və  nəzəri  baxımdan  ədaləti  özündə 
əks  etdirən  universal  prinsipləri  və  bu  prinsiplərə  əməl  etmək 
xarici siyasətin müsbət amillərini meydana gətirir. Dövlətin ali 
məqsədi (ümumiyyətlə, dövlət elə vətəndaşların ali məqsəd-
lərini  təmin  etmək  üçün  təşkil  olunan  bir  qurumdur)  öz 
maraqlarını  dinc  şəraitdə  təmin  etməkdən  ibarətdir.  Bu  zaman 
dövlətin beynəlxalq səviyyədə nüfuzu da güclənir.  
Bu  mövzuda  həm  beynəlxalq  sülhün,  həm  də  lazımi 
anlarda  beynəlxalq  gərginliklərin-  münaqişələrin,  mühari-
bələrin  və  böhranların  yaranmasına  xidmət  edən  və  belə 
vəziyyətləri şərtləndirən güc amili şərh edilir. Dövlətlərin fərqli 
güclərə  malik  olmalarının  ən  mənfi  xüsusiyyətləri  də  məhz 
beynəlxalq gərginliyin, böhranların yaranmasını şərtləndirir.  
Xarici  siyasətin  səviyyəsi  (gücü)  dövlətin  gücündən 
asılıdır. Nəzərə almaq lazımdır ki, dövlət bir siyasi qurum kimi 
tarixin müəyyən anında bəlli bir məkanda    yaşayan xalqlar və 
tayfa  birləşmələri  tərəfindən  ortaya  çıxan  real  gerçəkliklər 
fonunda  yaradılır.  Elə  dövlətlər  də  olur  ki,  həmin  dövlətlərin 
yaradılmasında müxtəlif xalqlar iştirak edirlər. (Məsələn, ABŞ 
və  Kanadanın  yaranmasında,  ərazinin  əhali  ilə  təmin 
olunmasında  ingilislər  və  fransızlarla  yanaşı,  digər  Avropa 
xalqları  da  iştirak  ediblər.  Amerika  və  Avstraliya  qitələrnin 
əhalisi kənar qitələrdən gələnlərdir). Müəyyən ərazidə təşəkkül 
tapmış  dövlətlər  tədricən  digər  dövlətlərlə  əlaqələr  yaratmağa 
başlayırlar.  Bununla  da  həmin  dövlətlərin  xarici  siyasətləri 
meydana gəlir. Xarici siyasət xaricdən olan (digər ölkələrdə 
olan)  resursların  ölkə  ərazisinə  gətirilməsi  funksiyasını  da 
yerinə  yetirir.  Eyni  zamanda  bu  fəaliyyət  daxildən  də 
müxtəlif  resursları  xaricə  aparır.  Resurs  mübadilələri  baş 
verir.  Nəticədə  münasibətlər  meydana  gəlir,  əlaqələr  qurulur. 
Beynəlxalq  münasibətlər  –  resursların  məkanlardan-
məkanlara, 
dövlətlərdən-dövlətlərə 
mübadiləsini 
əks 
etdirən  hərəkət  təzahürüdür  və  hərəkətin  nəticəsidir, 

 
31 
 
məhsuludur. Eyni zamanda özündə hərəkətləri daşıyan bir 
vəziyyətdir.  
Dövlətin  özü  güclü  olduqda  (daxili  güclü  olduqda)  xarici 
siyasəti də güclü olur. Dövlət xarici siyasətini məhz öz gücünə 
arxalanaraq həyata keçirir. Xarici siyasətin gücü həm də daxili 
resurslara edilən təkanlardan meydana gəlir.  
 
Dövlətin daxili gücünü əks etdirən amillərin aşağıdakılar 
olduğu qənaətinə gəlmək olar:  
 
-dövlətin ərazisinin böyüklüyü (Rusiya, Çin, Kanada, ABŞ, 
Hindistan, 
Avstraliya, 
Braziliya, 
Argentina, 
Meksika, 
İndoneziya, Qazaxıstan, İran, Türkiyə və s.); 
-əhalinin  çoxluğu  (Çin,  Hindistan,  ABŞ,  İndoneziya, 
Braziliya, Pakistan, Yaponiya, Rusiya, Almaniya, Türkiyə və s.);  
-ərazinin  maddi-material  sərvətlərinin  bolluğu  (məsələn, 
Rusiya,  ABŞ,  Kanada,  Almaniya,  Yaponiya,  Avstraliya, 
Fransa,  Çin,  Hindistan,  Braziliya,  İran,  Qazaxıstan,  Ukrayna, 
Türkiyə  və  s.  kimi  dövlətlərdə  qlobal  ərzaq  və  digər  maddi 
tələbat təhlükəsizliyinə xidmət göstərən kənd təsərrüfatı, ərzaq 
və sənaye məhsulları istehsal olunur); 
-ərazinin təbii sərvətlərinin mövcudluğu (məsələn, Rusiya, 
ABŞ,  Almaniya,  Kanada,  Çin,  İran,  Hindistan,  Braziliya,  Fars 
körfəzi  ölkələri,  Venesuela,  Nigeriya,  Anqola,  Əlcəzair, 
Azərbaycan,  Qazaxıstan,  Özbəkistan  və  s.  kimi  ölkələrdə 
müasir dünyanın tələbatını ödəyəcək təbii sərvətlər-dəmir filizi, 
qiymətli  metalllar,  daş  kömür,  meşə  təsərrüfatı,  neft,  qaz, 
pambıq və s. mövcuddur); 
-əhalinin  maddi  tələbatının  böyük  qismini  ödəyə  biləcək 
müasir  sənaye  istehsalının  inkişafı  (dünyanın  inkişaf  etmiş  və 
etməkdə olan bir çox dövlətlərində yüksək keyfiyyətə malik və 
böyük həcmdə məhsullar istehsal olunur);  
-qeyri-sənaye  sahələrinin  inkişafı  (məsələn,  turizm 
sahəsində  bir  çox  ölkələr-ABŞ,  Fransa,  İspaniya,  Türkiyə, 

 
32 
 
Yunanıstan,  Şimali  Afrika  ölkələri-Misir,  Mərakeş,  Tunis, 
Tailand,  Səudiyyə  Ərəbsitanı-dini  ziyarət  baxımından,  İtaliya-
dini  ziyarət  və  əlverişlşi  iqlimi  baxımından,  İran-tarixi 
abidələrinin  çoxluğu  baxımından,  Yaponiya,  Avstraliya  və  s. 
böyük gəlirlər əldə edirlər); 
-elmi  –tədqiqat  mərkəzlərinin  və  orta  və  ali  məktəblərin 
çoxluğu  (məsələn,  ABŞ,  Almaniya,  Yaponiya,  Fransa,  Böyük 
Britaniya,  Rusiya  kimi  ölkələr  dünyanın  əsas  elm  və  tədqiqat 
mərkəzləri kimi qəbul olunurlar); 
-transmilli  korporasiyaların  çoxluğu  və  böyük  məkanları 
əhatə  edən  fəaliyyətləri  (məsələn,  ABŞ,  Yaponiya,  Böyük 
Britaniya, 
Almaniya 
kimi 
ölkələrin 
böyük 
transmilli 
korporasiyaları  onların  dünyanın  makrosiyasətində  iştirak 
imkanlarını yaradır); 
-dövlətin  xüsusi  hazırlıqlı,  yüksək  döyüş  qabiliyyətinə 
malik,  nizam-intizamlı  və  peşəkar  orduya  malik  olması 
(məsələn,  ABŞ,  Rusiya,  Türkiyə  və  s.  kimi  dövlətlərin  ordusu 
çox güclüdür); 
-dövlətin  hərbi-sənaye  kompleksinin gücü (məsələn, ABŞ, 
Rusiya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan kimi 
dövlətlər böyük hərbi sənaye kompleksinə malikdirlər və atom 
dövlətləridirlər.  Bununla  yanaşı,  Almaniyanın  da  çox  güclü 
hərbi- sənayə kompleksi vardır); 
-xüsusi  təyinatlı  silahlara,  bu  baxımdan  strateji  və  taktiki 
silahlara  və  hərbi  bazalara  (quruda  və  dənizdə)  sahib  olan 
dövlətlər  (məsələn,  ABŞ  və  Rusiya  dünyanın  iki  böyük  raket-
yaxın,  orta  və  uzaq  mənzilli  raketlər,  və  nüvə  silahına  sahib 
olan dövlətləridirlər); 
-strateji 
silah 
kompleksinin 
tərkibi 
olan 
müdafiə 
komplekslərinin  mövcudluğu  (ABŞ  və  Rusiya daha çox RƏM 
elementlərinə,  o  cümlədən  müşahidə-nəzarət  komplekslərinə-
radiolakasiya qurğularına, sahibdirlər); 
-strateji  aviasiyaya,  hərbi  dəniz  donanmalarına,  sualtı 
gəmilərə,  aviadaşıyıcı  gəmilərə  (modul  tipli  hərbi  dənzi 

 
33 
 
bazalarına)  sahib  olmaq  (məsələn,  ABŞ,  Rusiya,  Böyük 
Britaniya, Fransa və s. kimi dövlətlər bu baxımdan öndədirlər); 
-dövlətin  elmi-texniki  inkişafının  səviyyəsi  (məsələn, 
Yaponiya  əhalisinin  çoxluğuna,  ərazisinin  kiçikliyinə,  təbii 
sərvətlərinin  azlığına  baxmayaraq,  ABŞ-la  yanaşı,  kompyuter 
sənayesinin  inkişafında  dünyanın  ən  qabaqcıl  dövlətləri 
sırasındadır); 
-kosmik  sənayenin  mövcudluğu,  eləcə  də  kosmosdan 
müşahidə  qurğularının,  məsələn,  süni  peyklərin  mövcudluğu 
(Rusiya,  ABŞ,  Çin,  Avropanın  qabaqcıl  ölkələri,  Türkiyə, 
Azərbaycan və s.); 
-dövlətin coğrafi mövqeyi (məsələn, Azərbaycan, Türkiyə, 
Rusiya, Gürcüstan, Yunanıstan, İspaniya, Fransa, Şərqi Avropa 
ölkələri  olduqca  əlverişli  coğrafi  mövqedə,  Şərqlə  Qərbin, 
Şimalla-Cənubun  qovuşduğu  bir  məkanda  yerləşmişlər.  ABŞ-
ın  coğrafi  mövqeyi,  okeanlarla  əhatə  olunması  onu  “dəniz 
hakimiyyəti”  dövlətinə  çevirmişdir.  Səudiyyə  Ərəbistanı  və 
Misir  kimi  ölkələr,  Mərakeş  və  İspaniya,  Filippin,  Malayziya, 
Sinqapur,  Portuqaliya,  Cənubi  Afrika  Respublikası,  Panama, 
Argentina  və  Braziliya,  eləcə  də  Yaponiya və Cənubi Koreya, 
dənizləri  və  okeanları  birləşdirən  ticarət  yolları  üzərlərində 
yerləşiblər); 
-əlverişli  coğrafi  mövqenin  tərkibi  olaraq,  dövlətin 
okeanlara  çıxışı  (Rusiya, ABŞ,  Kanada,  Avstraliya, Hindistan, 
İndoneziya,  Malayziya,  Çin,  Böyuk  Britaniya,  Yaponiya, 
Braziliya,  Argentina,  Fransa,  Almaniya,  İtaliya,  İspaniya, 
Filippin,  Misir,  Mərakeş,  Səudiyyə  Ərəbistanı,  Meksika, 
Cənubi  Afrika  Respublikası,  kimi  dövlətlərin  okeanlarla  və 
okenalara  çıxışları  olan  dənizlərlə  əhatə  olunması  onların 
iqtisadi gücünü daha da artırır); 
-dövlətin  dənizlərlə  əhatə  olunması  (məsələn,  ABŞ, 
Kanada,  Çili,  Argentina,  Cənubi  Amerikanın  şimal  dövlətləri, 
Rusiya,  Almaniya,  Yaponiya,  Fransa,  Böyük  Britaniya, 
Türkiyə,  Misir,  İran,  Cənubi  Koreya,  Meksika,  Yunanıstan, 

 
34 
 
Ukrayna,  Azərbaycan,  Gürcüstan,  Rumıniya,  Hindistan, 
Malayziya,  Filippin,  İndoneziya,  Cənubi  Afrika  Respublikası, 
və  s.  kimi  ölkələrin  dənizlərlə  əhatə  olunması  həmin 
dövlətlərin dünya okeanlarına çıxışını təmin edir, dövlətlərarası 
iqtisadi-ticarət  əlaqələrini  genişləndirir.  Eyni  zamanda  bu 
ölkələrdə balıq sənayesinin inkişafını yaradır);  
-dövlətin  əlverişli  iqlim  şəraiti  və  turizm  sahələrinin 
inkişafı  (məsələn,  İspaniya,  Türkiyə,  Tailand,  Mərakeş, 
Yunanıstan,  Mərkəzi  Avropa  ölkələri,  İspaniya  və  s.  kimi 
dövlətlər turizmdən çoxlu gəlir əldə edirlər. Bununla yanaşı, bu 
ölkələrdə sağlamlıq kompleksləri zonaları mövcud olur);  
-dövlətin  tarixi  inkişaf  prosesi  (məsələn,  Çin,  Böyük 
Britaniya, Almaniya, Hindistan, Fransa, Rusiya, ABŞ, Türkiyə, 
İran, Azərbaycan və s. kimi dövlətlər tarixən güclü dövlətçilik 
ənənələrinə  malik  olublar.  Britaniya,  Osmanlı,  Rusiya,  Çin 
kimi  imperiyalar  tarixən  güc  nümayiş  etdirərək  böyük  ərazilər 
əldə  saxlayıblar,  digər  dövlətlərə  təsir  imkanlarına  malik 
olublar);  
-  xeyriyyəçilik  fəaliyyəti.  İmkanlı  dövlətlər  xeyriyyəçilik 
fəaliyyətləri həyata keçirməklə bir çox ölkələrdə ictimai nüfuz 
əldə  edirlər  ki,  bu  addım  da  siyasi  təsirlərin  formalaşmasını 
zəruri  edir.  Bu  fəaliyyət  növü  öz-özlüyündə  asılılıq  sistemini 
ortaya  çıxarır.  Mətbuatın  yazıdığına  görə,  Giving  Pledge  adlı 
xeyriyyə  hərəkatı  vardır.  Bu  hərəkatı  Bill  Qeyts  və  Uorren 
Baffet  yaradıblar.  “Facebook”-un  sahibi  və  banisi  Mark 
Sukerberq,  CNN  telekanalının  banisi  Ted  Törner,  Rusiyalı 
Vladimir  Potanin,  Britaniyanın  Virgin  Group  korporasiyanın 
sahibi Riçard Brenson bu hərəkatda iştirak edirlər.
1

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə