Xəbər bülleteni №14


aylıq makroiqtisadi göstəricilər



Yüklə 474,92 Kb.
səhifə7/7
tarix04.12.2016
ölçüsü474,92 Kb.
#748
1   2   3   4   5   6   7

10 aylıq makroiqtisadi göstəricilər


20.11.2015

faizDövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-oktyabr aylarına dair makroiqtisadi göstəriciləri açıqlayıb. Transparency.az xəbər verir ki, rəsmi hesabata görə, kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir: “Noyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsi biçilib və həmin sahələrdən 2785,1 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil edib. Bundan əlavə məhsulu toplanmış 34,3 min hektar dən üçün qarğıdalı sahəsindən 205,7 min ton məhsul götürülüb.

Məhsul yığımı başlanandan noyabr ayının 1-dək sahələrdən 827,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 min ton çox kartof, 1234,0 min ton (66,1 min ton çox) tərəvəz, 483,5 min ton (42,7 min ton çox) bostan məhsulları, 714,8 min ton (13,8 min ton çox) meyvə və giləmeyvə, 142,3 min ton (4,8 min ton çox) üzüm, 557,9 ton (121,7 ton çox) yaşıl çay yarpağı, 140,7 min ton (58,2 min ton çox) şəkər çuğunduru, 3338,7 ton (627 ton çox) tütün yarpağı yığılıb. Sahələrdən 27,0 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib, 18,8 min ton dən üçün günəbaxan yığılıb.

2015-ci ilin yanvar-oktyabr aylarında 385,1 min ton, yaxud əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 1625,8 min ton (3,8 faiz çox) süd, 1290,0 milyon ədəd (0,7 faiz az) yumurta, 16,8 min ton (1,4 faiz çox) yun istehsal olunub.

Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalının 10,7 faiz, heyvandarlıq məhsulları istehsalının 2,4 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi 6,7 faiz təşkil edib.

Gələn ilin məhsulu üçün 716,4 min hektar sahədə şum qaldırılıb, 325,9 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 168,5 min hektar sahəyə buğda, 157,4 min hektar sahəyə isə arpa səpilib.

2015-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 13087,1 milyon manat məbləğində vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 8076,2 milyon manatı və ya 61,7 faizi məhsul istehsalı obyektlərinin, 4150,8 milyon manatı (31,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 860,1 milyon manatı (6,6 faizi) isə ümumi sahəsi 1491,0 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7484,6 milyon manatını və ya 57,2 faizini daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 9760,1 milyon manat təşkil edib.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 12,1 milyard manat vəsait daxil olub, büdcədən 12,2 milyard manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 92,1 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,2 faizi səviyyəsində olub. Büdcə xərclərinin 4,8 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 2,9 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 4,5 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.

Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il oktyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 19,1 milyard manat təşkil edib, onun 14,9 milyard manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il oktyabr ayının 1-i ilə müqayisədə 8,4 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,1 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 2015-ci il oktyabr ayının 1-nə 7,3 milyard manat təşkil edib.

İlin əvvəlindən əhalinin sayı 83,5 min nəfər və ya 0,9 faiz artaraq 2015-ci il oktyabr ayının 1-nə 9676,5 min nəfərə çatıb”.


Göstəricilər

Hərbi Hava Qüvvələrinin aviabazasında yeni yaşayış binaları açılıb

20.11.2015

Növbəti aviabazada yeni inşa edilən iki yaşayış binasının noyabrın 19-da açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, ümumilikdə üçotaqlı 100 mənzildən ibarət beşmərtəbəli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Ərazidə yarımstansiya, su anbarı tikilib. Binaların ətrafı asfaltlanıb və kanalizasiya sistemi quraşdırılıb. Yaşayış kompleksinin ərazisində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edərək deyib: “Ali baş komandanın diqqət və qayğısının, orduya verilən qiymətin təzahürüdür ki, qısa bir müddətdə inşa edilən yüz xidməti mənzilin açarları istifadənizə verilir. Son iki ay ərzində artıq beşinci binadır. O cümlədən elə sizin də hərbi hissədə daha bir beşmərtəbəli binanın tikintisinin sona çatdırılması nəzərdə tutulur. Yeni ilədək 500-dən artıq ailəli hərbi qulluqçular isti, geniş, təmirli və tam təchiz olunmuş mənzillərdə yerləşdiriləcəklər. Bundan əlavə 1000-dək subay hərbi qulluqçu xidməti mənzillərlə təmin olunub.

Yaxın aylarda daha beş bina inşa ediləcək və ailəli hərbi qulluqçuların istifadəsinə veriləcək. Yaxın vaxtlarda Gəncə şəhərində 490 hərbi qulluqçu daimi mənzillə təmin olunacaq. Bu işlər planlı surətdə davam etdirilir.

Digər istiqamətlərdə də fəaliyyətlərimiz genişləndirilir. Müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlıq alınaraq silahlanmaya daxil edilir, hərbi şəhərciklərin ərazilərində hazırkı tələblərə cavab verən yeni infrastruktur yaradılır. Görülən kompleks tədbirlər, hərbi sahəyə ayrılan maliyyə vəsaiti dövlətimiz, xalqımız və ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsidir.

Qısa dövr ərzində ordumuz düşmənə zərbələr vuraraq əsas istiqamətlərdə onu sarsıdıb. Haqq işimizi davam etdirəcəyik. Ərazilərimizin işğaldan azad edilməsində digər qoşun növləri ilə bərabər aparıcı qüvvə, heç şübhəsiz ki, həm də Hərbi Hava Qüvvələridir. Bu vəzifənin yerinə yetirilməsi bizim üzərimizə düşür. Əminəm ki, Azərbaycan əsgəri silahı gücünə xalqımızın və prezidentin etimadını doğruldacaq”.

Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra müdafiə naziri və nazirliyin rəhbər heyəti yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət ediblər.

acilis1

acilis2

acilis3

acilis4acilis4acilis5

acilis6

acilis7

acilis8

acilis8acilis9

acilis10

Sərkisyan Qarabağa gəlib

20.11.2015

serkisyan 1
Ermənistan prezidenti Serj Sərkisyan noyabrın 19-da Azərbaycanın işğal olunmuş ərazisinə gəlib. Novator.az xəbər verir ki, səfərdən qabaq, həmin gün Sərkisyan Ermənistanın şimal-şərq bölgəsində qoşun birləşmələrinə baş çəkib.

Ermənistan Silahlı Qüvvələrinin komandan heyəti, o cümlədən müdafiə naziri Seyran Ohanyanla birgə Azərbaycanla sərhəddə yerləşən hərbi hissələri yoxlayan Sərkisyan təlimləri izləyib, ikinci ordu birləşməsi komandanının məruzəsini dinləyib. Sərkisyan əsgər yeməkxanasının aşılısında da iştirak edib.

Ekspertdən iki təklif: fit verən və stats-sekretar

20.11.2015



qubad ibadogluTransparency.az-a danışan iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib ki, MTN-də baş verənlər Azərbaycanın idarəetmə strukturunda köklü islahatların aparılması zərurətini bir daha təsdiqləyir: “Bu hadisələrdə diqqət çəkən problemlərdən biri nazirliyin müxtəlif dövlət orqanlarında, institutlarda və hətta səfirliklərdəki təmsilçiləri vasitəsilə formalaşdırdığı geniş şəbəkədən şəxsi və qrup məqsədləri üçün istifadə edilməsidir. Sovet dövründən MTN-ə miras qalan şəbəkələşmə sistemi hazırkı idarəetmə kontekstində özünü doğrultmur, hətta fəsad doğurur. Odur ki, belə idarəetmənin acı nəticələrini yaşayan ölkəmiz üçün münasib olan iki nümunəni təklif etmək istərdim.

Bir əsrdən çoxdur ki, ABŞ-da, son 50 ildə isə Böyük Britaniya, Kanada, İsveçrə, Niderland, İrlandiya kimi inkişaf etmiş ölkələrdə, bu əsrdən başlayaraq Hindistanda fit verən institutu tətbiq olunur. Şərti olaraq fit verən adlanan şəxslər dövlət və özəl orqanlarda korrupsiya ilə mübarizə aparmaq üçün informasiya daşıyıcısı funksiyasını yerinə yetirirlər.

ABŞ-da tamamilə müstəqil fəaliyyət göstərən fit verənlər iki qrupa bölünür: daxili və kənar. Daxili fit verənlər dövlət qurumu və özəl orqanın rəhbərliyi üçün, kənar fit verənlər isə hüquq mühafizə orqanları üçün çalışırlar. Onların hər ikisinin hüquqları xüsusi qanunla qorunur. Təcrübə göstərir ki, müstəqil məhkəmə və prokurorluq sisteminin, azad media və vətəndaş cəmiyyətinin mövcud olduğu ölkələrdə bu sistem uğurla işləyir.

Təklif etmək istədiyim ikinci nümunə əsasən Avropa Birliyinin alman dilli ölkələrində geniş yayılan, son dövrlərdə Rusiya və Qırğızıstanda da tətbiq olunan stats-sekretar institutudur. Bu ölkələrdə hər bir dövlət orqanında fəaliyyət göstərən və nazirliklərdə nazir müavini statusuna bərabər sayılan stats-sekretarlar heç bir siyasi mənsubiyyəti olmayan peşəkarlardan təşkil olunur və onların işə götürülüb işdən azad edilməsində nazirlərin rolu olmur. Onların işə cəlb edilməsi bir çox ölkədə müsabiqə yolu ilə həyata keçirilir. Siyasi hakimiyyət əvəzlənən zaman nazirlər və onların müavinləri dəyişsələr də, stats-sekretarlar işlərində qalır və daha uzun müddət fəaliyyət göstərirlər. Bu da idarəetmə sisteminin dayanıqlığı və sahələr üzrə dövlət siyasətinin davamlılığı üçün əhəmiyyət kəsb edir.

Hesab edirəm ki, fit verənlər və stats-sekretarlar institutları dərindən öyrənilməklə, yerli xüsusiyyətlər və problemlər nəzərə alınmaqla Azərbaycanda da idarəetmə islahatları çərçivəsində tətbiq oluna bilər.

Ədliyyə naziri: “Qeyri-kommersiya təşkilatlarının sayı 4100-ü ötüb”

20.11.2015

fekret mammadov 2Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Azərbaycan” qəzetinin 20 noyabr sayında məqalə ilə çıxış edib. O yazır ki, son illər dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş yeni qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmlənib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri xeyli genişləndirilib, o cümlədən hakimlərin təyinatında, səlahiyyətlərinə xitam verilməsində, onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınmasında, məhkəmələrin büdcəsinin müəyyən edilməsində rolu artırılıb, hakimlərin maaşının azaldılması qanunla qadağan olunub, onların yüksək peşəkarlığından digər aidiyyəti sahələrdə də bəhrələnilməsi üçün imkan yaradılıb: “Eyni zamanda hakim korpusunun mənəvi cəhətdən saf, yüksək peşə hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi, hakimlərin seçimində korrupsiya və digər neqativ halların qarşısının alınması məqsədilə nüfuzlu Avropa strukturlarında örnək kimi qiymətləndirilən çoxmərhələli seçim proseduru yaradılıb ki, bu təcrübənin tətbiqi nəticəsində hakim korpusu 60 faiz təzələnib”.

Transparency.az-ın məlumatına görə, nazir qeyd edir ki, prezidentin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 13 fevral 2014-cü il sərəncamı strateji məqsədləri müəyyən edərək məhkəmə fəaliyyətində inqilabi təkamülün əsasını qoyub, müasir İKT-lərin tətbiqini daha da sürətləndirib: “Ötən ay Sabunçu Məhkəmə Kompleksinin açılışı zamanı dövlət başçısına təqdim edilmiş və artıq sınaq rejimində istifadəsinə başlanmış bu sistemin tam tətbiqi nəticəsində insanlar məhkəməyə gəlmədən elektron formada müraciət edəcək məhkəmə prosesləri, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olacaqlar. Nəticə etibarı ilə məhkəməyə müraciət imkanları daha da genişlənəcək, süründürməçilik və sui-istifadə hallarının qarşısı alınacaq, şəffaflıq və operativlik təmin ediləcək”.

Fikrət Məmmədovun yazdığına görə, bu ilin 9 ayında ölkənin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına və s. yönəlmiş 568 qanunvericilik aktının layihəsi hazırlanıb, 1822 layihə hüquqi ekspertizadan keçirilib: “Hüquqi Aktların Dövlət Reyestrinə 1445 sənəd daxil edilib və reyestrin Huquqiaktlar.gov.az və milli qanunvericiliyin E-qanun.az internet saytları daha da zənginləşdirilib. Əhalinin təmənnasız istifadəsinə verilmiş həmin elektron bazalara vətəndaşlar 110 mindən çox baş çəkib”.

Nazir bildirir ki, notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının sayı da ilbəil artıb: “2015-ci ilin 9 ayı ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı 2,5 milyona çatıb, bunun da 90 faizdən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötüb. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib”.

Fikrət Məmmədovun yazdığına görə, hazırda şəffaflığın təmin olunması məqsədilə nazirliyin 10 internet saytı interaktiv rejimdə fəaliyyət göstərir: “Ədliyyə orqanları 20-dək elektron xidmət aparır, müxtəlif mətbu nəşrlər, illik toplular çap edir. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rolu olan qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam edib. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 4100-ü ötüb, KİV-lərin sayı isə 5100-ə çatmaq üzrədir”.

Nazir yazır ki, 2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb: “Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb.


Eyni zamanda qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Nazirliyin İstintaq İdarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 360-dan çox cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.

Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktı yoxlanıb, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb”.

Vergilər Nazirliyi dövlətə borcu olan iki qrupun siyahısını açıqlayıb

20.11.2015

vergiler-nazirliyi-3Vergilər Nazirliyi dövlətə borcu olan iki qrupun siyahısını açıqlayıb. Rəsmi məlumata görə, noyabrın 19-na bir qrupun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb (Siyahı), digər qrupun işi isə 2015-ci il ərzində vergi borcunu ödəməkdən yayındığı üçün məhkəməyə göndərilib (Siyahı).

AXCP Ali Məclisinin sədri Həsən Kərimov noyabrın 20-də qəfil ürəktutmasından vəfat edib.

Həsən Kərimov 2009-cu ildə övladlarını – iki oğlunu itirəndən sonra bir neçə dəfə infarkt keçirmişdi.

Azərbaycan milli azadlıq hərəkatının öncül şəxslərindən olan Həsən Kərimov 1954-cü il mayın 28-də Qazax rayonunun Köçəsgər kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Abşeron” qəzetində işləyib. Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri vəzifəsində çalışıb. “İqtisadiyyat” jurnalında müxbir, xüsusi müxbir, şöbə müdiri olub.

Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Səbail Rayon İcra Hakimiyyətinin başçısı, sonrakı illərdə AXCP təşkilat şöbəsinin müdiri, partiya sədrinin müavini postlarını tutub, 2009-cu ildə AXCP Ali Məclisinin sədri seçilib.

“Şəffaflıq Azərbaycan” daşınmaz əmlakın vergiyə cəlb edilməsi ilə bağlı yeni tövsiyələr verdi

20.11.2015

Noyabrın 20-də “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Daşınmaz əmlakın vergiyə cəlb edilməsi” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada daşınmaz əmlakın satışı üzrə vergi dərəcələri, Vergilər Məcəlləsinə dəyişikliklər layihəsi, əmlak vergilərinin yığımında yeni prosessual qaydalar və mənzil-istismar haqlarının toplanması zamanı yaranan problemlər müzakirə olunub.

Transparency.az xəbər verir ki, Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə “Şəffaflıq Azərbaycan”ın layihə koordinatoru Məhəmməd Muradov tövsiyələr paketini təqdim edib. Vergilər Nazirliyinin vergi siyasəti şöbəsinin rəisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi Babək Əhmədli mövzu ilə əlaqədar fikirlərini açıqlayıblar.

Tövsiyələr paketində qeyd olunur ki, 2015-ci ildən daşınmaz əmlakın alğı-satqısından gəlir vergisi tutulması geniş tətbiq edilir: “Bu yenilik daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olan satıcıların maraqlarına təsir edib, həm də sadə vətəndaşlar üçün yaşayış, sahibkarlar üçün qeyri-yaşayış yerlərinin alğı-satqısını əlverişsiz hala gətirib. Dəyişikliyin kütləvi tətbiqinə başlandığı 2015-ci ilin ilk yarım ilində bu təcrübənin fəsadları özünü göstərir. Mərkəzi Bankın hesabatına görə, daşınmaz əmlak bazarında dövriyyə 2015-ci ilin ilkin 6 ayı ərzində 32% azalıb, xüsusilə ilkin bazardan həcmcə böyük olan təkrar bazarda azalma müşahidə olunub. Eyni mənzərə son 12 ayda da müşahidə edilir. Alğı-satqı əməliyyatlarında iştirak edən vasitəçilərin payları (daşınmaz əmlak satıcıları, notariat kontorları, banklar) 2014-cü ilə nisbətdə təxminən 40% azalıb.

Mülkiyyətində olan daşınmaz əmlak, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi qrupuna aid edilməsi müddəaları Milli Məclisin 20 oktyabr 2015-ci il iclasında, Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində müzakirə olunub. Layihədə bu sahələrin təqdim edilməsi və satılması üzrə müqavilələri təsdiq edən notariusların ödəmə mənbəyində sadələşdirilmiş vergi tutması və müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi də nəzərdə tutulur. Sadələşdirilmiş verginin birbaşa notariuslarda tutulmasına dair müddəa vergi ödənişlərinin sadələşdirilməsinə istiqamətlənib.

“Şəffaflıq Azərbaycan” təşkilatı yeni dəyişiklikləri vergi sisteminin təkmilləşdirilməsi istiqamətində müsbət addım kimi qiymətləndirir. Amma təklif olunan dəyişikliklərə baxmayaraq bu sahədə yenə problemlər mövcuddur. Tövsiyələr daşınmaz əmlak sahəsində vergilərin hesablanması sisteminin sadələşdirilməsi, eləcə də mübahisəli məqamların aydınlaşdırılması məqsədi daşıyır”.

Tövsiyələr bunlardır:

1) Qanun layihəsinə 2014-2015-ci il ərzində daşınmaz əmlak satmış, onun gəlir vergisini ödəmiş və ya ödəməmiş şəxslərə nisbətdə yeni qaydaların tətbiq olunacağına dair müddəa əlavə edilsin.

2) Vergi ödəməyən şəxslərə qarşı başlanmış istintaq, eləcə də məhkəmə qərarının əsas olduğu hallardan başqa vergi orqanlarının bizneslərə retrospektiv qaydada ötən 3 il üçün yenidən vergi hesablaması səlahiyyəti ləğv edilsin. Bunun əvəzində 12 aylıq müddətin müəyyən edilməsi, eləcə də hesablanmış verginin ödənilməsinin 5 ildən 2 ilə qədər azaldılması təmin edilsin. Başqa sözlə, vergi bəyannaməsində təqdim edilmiş məlumatlar 12 ay ərzində yoxlanmalı və bağlı sayılmalıdır. Bu müddətdən sonra vergi ödənişlərinin yenidən hesablanması yalnız məhkəmə qərarı əsasında təmin edilsin.

Retrospektiv qaydada hesablanmış vergi ilə birlikdə keçmiş tarixə münasibətdə hesablanan peniya (cərimə) ləğv edilsin, peniya yeni hesablanan vergi günündən tətbiq edilsin.

3) Vergi ödəyiciləri vergi borcunun, maliyyə sanksiyalarının, faizlərin necə hesablanması ilə bağlı düsturu vergi ödəyicilərinə aydın şəkildə təqdim etsin.

4) Vergilər Məcəlləsinə düzgün tutulmayan verginin, maliyyə sanksiyasının, faizlərin və inzibati cərimələrin vergi ödəyicisinin müraciət etməsindən asılı olmayaraq proaktiv qaydada geri qaytarılması ilə bağlı dəyişiklik edilsin.

5) Qanunvericilikdə “daimi yaşayış yeri” anlayışının geniş izahı verilsin, fiziki şəxslər üçün faktiki (daimi) və hüquqi (qeydiyyatda olduğu) ünvan anlayışları tətbiq olunsun, həmin anlayışlara uyğun olaraq hər biri üçün ayrı-ayrılıqda qeydiyyat tətbiq edilsin.

6) Əmlak 5 il boyunca şəxsi mülkiyyətdədirsə (qeydiyyatda olub-olmamasından asılı olmayaraq), vergi tətbiq olunmamalıdır.

Vergilərin tətbiqini sadə dil və konkret nümunələrlə izah edən animasiya video-çarxları hazırlansın.

7) Daşınmaz əmlakın təqdim edilməsinə görə sadələşdirilmiş verginin tətbiqi vətəndaşın mülkiyyətində olan 3-cü və sonrakı mülklərə münasibətdə həyata keçirilsin.

8) Qeyri-yaşayış obyektlərinin dəqiq təsnifatı verilsin, hər kateqoriya üzrə ayrıca vergi dərəcələri müəyyən edilsin.

Yaxud bəzi qeyri-yaşayış sahələrinin (qaraj, lift, blok, zirzəmi) təqdim edilməsi zamanı vergi yaşayış sahələrinə uyğun hesablanan vergi dərəcələri kimi hesablansın.

9) Torpağın təqdim edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirilsin.

Torpağın sahəsinin satışından tutulan vergi torpaq ərazisinin ölçüsünə, yerləşdiyi məntəqəyə və təyinata (yaşayış və ya qeyri-yaşayış) uyğun hesablansın.

Kənd təsərrüfatı torpaqlarının satışına ayrıca aşağı vergi dərəcəsi tətbiq edilsin.

10) İndiyədək üzərində mülkiyyət hüquqları qeydə alınmamış mənzillərin, fərdi yaşayış evləri və bağ evlərinin qeydiyyatı sahəsində problemlərin araşdırılması və həll edilməsi üzrə xüsusi komissiya yaradılmalı və həmin mülkiyyət hüquqlarının qeydiyyatı həll edilməlidir.

Mənzil Məcəlləsinin 24-cü maddəsi “yaşayış sahəsinin yenidən planlaşdırılması və ya yenidən qurulmasına dair məlumatlandırma icraatının tətbiq olunması, eləcə də vətəndaş tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim etdiyi gündən etibarən 15 gün ərzində əsaslandırılmış imtina olmadıqda vətəndaş artıq öz əməliyyatlarına başlaya bilər” məzmununda dəyişdirilsin.

Mənzil Məcəlləsinə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması kimi əməliyyatları aparmış vətəndaşların məsələlərini tənzim edən maddə daxil olunmalıdır. Həmin maddədə “vətəndaş icra hakimiyyəti orqanı ilə razılaşdırmadan 5 ildən artıq müddətdir mülkiyyətində olan yaşayış sahəsinə konstruktiv dəyişikliklər etməsinə dair təsdiqləyici sənədlər təqdim etdiyi halda həmin yaşayış sahəsi ilə əlaqədar çıxarış və texniki pasportlarda icra hakimiyyətinin qərarı olmadan dəyişiklik edilməlidir” sözləri qeyd olunsun.

Mənzillər, fərdi yaşayış evləri və bağ evləri də daxil olmaqla ümumilikdə tikililər üzərində hüquqların qeydiyyatı prosesində müəyyən sənədlərin və məlumatların qeydiyyat orqanı tərəfindən digər dövlət orqanlarından elektron məlumat mübadiləsi formasında alınması təşkil olunsun. Çünki bu məlumatlar tikintiyə icazə və tikinti barədə məlumatlandırma icraatı, habelə tikilinin istismarı proseslərində müvafiq dövlət orqanlarına təqdim edilir.

11) Ödəniş qəbzlərində ödənişin istiqaməti – mənzil haqqı və ya əmlak vergisi göstərilsin və hər biri üçün ayrıca qəbzlər verilsin.

12) Bələdiyyələr xidmət haqqını əsaslandığı qərarı təqdim etməklə tələb etsinlər.

1

Masazırda “Məzun evi”

20.11.2015

mezuneviDövlət Sosial Təminat Xidmətinin “Məzun evi” Sosial Müəssisəsi (Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1.) dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının istifadəsinə verilib. Həmin məzunlardan 90 nəfəri “Məzun evi”nə köçürülərək məişət avadanlıqları və inventarlarla, kommunal xidmətlərlə təmin olunublar. Yaxın bir neçə gündə daha 30 nəfər məzunun da burada yerləşdirilməsi həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, hazırda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır. Dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işləri aparılır. Bu məqsədlə Nazirlər Kabinetinin sərəncamı əsasında dövlət büdcəsindən vəsait ayrılıb, dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində ilkin mərhələdə 13 mərtəbəli, 120 mənzilli yaşayış binası və infrastruktur obyektləri inşa olunub. Sonrakı mərhələlərdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi də nəzərdə tutulub.



“Məzun evi”ndə hər bir məzuna bir mənzil təqdim olunur. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunacaq. Məzunlar onlara əvəzsiz olaraq istifadəyə verilmiş yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüquqlarına malik deyillər.
Yüklə 474,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin