Xəbər bülleteni №20


AZAL aviabilet qiymətlərini elan etdi



Yüklə 0,49 Mb.
səhifə5/7
tarix06.05.2017
ölçüsü0,49 Mb.
1   2   3   4   5   6   7

AZAL aviabilet qiymətlərini elan etdi


15.01.2016

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycanın aeroportlarından olan uçuşlarda büdcə tarifi üzrə hər iki tərəfə aviabilet qiymətlərini elan edib. QSC-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 15-dən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq (avro ilə):


İstiqamət (hava limanı)
 
Bir tərəfə
(uçuş Bakıdan olmaqla)
Hər iki tərəfə
(uçuş Bakıdan olmaqla)

Tbilisi

69

99

Tehran

79

99

Aktau

79

99

Mineralnıye Vodı

79

99

Moskva (“Vnukovo”)

89

129

Moskva (“Domodedovo”)

89

129

İstanbul (“Sabiha Gökçen”)

89

139

Alanya

89

139

İstanbul (“Atatürk”)

99

139

Antalya

99

139

Dubay

99

139

Kazan

99

129

Ankara

109

149

Kiyev

109

149

Minsk

119

149

Sankt-Peterburq

129

199

Lvov

139

199

Təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kiloqramadək) daşınmasına icazə verilir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən isti yemək sifariş verə bilər.

Baqajın (23 kiloqrama qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı 20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı həmin qiymətdən 5 avro baha olacaq.

Bütün hesablaşmalar ödəniş günü Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manatla həyata keçirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi siftəni Yevlaxda elədi

15.01.2016

yevlaxƏmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyasını regionlarda davam etdirir. AZƏRTAC xəbər verir ki, 2016-cı ildə ilk “Kütləvi çıxarış” kampaniyası yanvarın 15-i Yevlaxda keçirilib. Rayon sakinlərinə bilavasitə yerlərdə və ünvanlarda evlər, mənzillər və torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib. Bu xidmətlər dövlət reyestrindən çıxarışların təqdim olunması və ilkin mülkiyyət sənədlərinin qəbulunu əhatə edir.

Yevlax rayonunun bir neçə kəndindən olan 200-ə yaxın sakin ərazi idarəsinə getmədən komitənin mobil ofisləri vasitəsilə çıxarış əldə edib, həmçinin 100-ə yaxın vətəndaşdan onların mülkiyyətinə dair ilkin sənədlər qəbul olunub. Belə ilkin mülkiyyət sənədlərinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digərləri aiddir.

Kampaniya daxilində hüquqi yardım aksiyası da keçirilib.

2015-ci ildə kampaniya 16 şəhər və ya rayonda baş tutub. Bu günədək ümumilikdə 6000-dən çox vətəndaş kampaniyadan faydalana bilib.

İdxaldan asılılıq nədən yaranıb?

15.01.2016



taxil 01Yanvarın 15-dən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. İqtisadiyyat və Sənaye Nazirliyi bəyan edib ki, bununla unun topdansatış qiyməti azalıb, 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşır.

Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Natiq Cəfərli yazır ki, bu sahədə dövlət siyasəti əvvəldən düzgün qurulmayıb: “Niyə taxıl və unda xaricdən bu qədər asılı vəziyyətə düşdük, niyə özümüz keyfiyyətli taxıl istehsal edə bilmədik? Azərbaycan hökuməti illər öncə çox yanlış və məntiqsiz qərar verdi: taxıl əkən fermerlərə əkin sahəsinin həcminə görə kompensasiya verməyə başlandı. Taxıl əkənlərə hər hektara görə 80 manat, digər məhsul əkənlərə isə 40 manat verildi. Məqsəd guya taxıl istehsalını artırmaq idi. Yerli icra nümayəndələri, fermerlər və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları birləşərək kağız üzərində “taxıl əkməyə” başladı. Nəticədə taxıl əkin sahələri artdı, amma məhsulun həcmi və keyfiyyəti yerlərdə süründü.

Dəfələrlə deyildi ki, əkin sahəsinin həcminə görə dotasiya sistemi absurddur, effektiv deyil. Bu gün yerli taxılın unundan çörək bişirmək mümkün deyil. Keyfiyyət çox aşağıdır, çörək bişirərkən azı 70% xarici un qatılmalıdır ki, normal məhsul istehsal etmək mümkün olsun.

Yaxşı, ƏDV ləğv edildi, amma bu taxıl və un valyuta ilə alınır axı. Manat hər gün ucuzlaşır, ölkədə valyuta qıtlığı var. Manat dəyərdən düşsə, qiymət necə indiki səviyyədə saxlanacaq? Yenə əmrlə, inzibati qaydadamı?”

Ramin Quluzadə nazir oldu

15.01.2016



ramin-quluzade 1Yanvarın 15-də prezident İlham Əliyev Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqda sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ramin Quluzadə nazirin birinci müavini vəzifəsindən azad edilib.

Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsinə ötən il noyabrın 25-də təyin olunmuşdu. Həmin vaxtdan o, nazir vəzifəsini də icra edirdi.

Rabitə və yüksək texnologiyalar naziri postu ötən il noyabrın 12-dən — Əli Abbasov işdən çıxarılandan vakant idi.

Ramin Quluzadə 1977-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 167 saylı orta məktəbin məzunudur. Azərbaycan Dövlət İqtisad İnstitutunu 1997-ci ildə bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirib. 2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib. Azərbaycan Respublikası prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

Prezidentin işlər müdiri vəzifəsinə yeni təyinat

15.01.2016

adminstrasiya

Yanvarın 15-də prezident İlham Əliyevin sərəncamına əsasən, Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası prezidentinin işlər müdiri təyin edilib.

Buna qədər Oqtay Şahbazov prezidentin işlər müdirinin birinci müavini idi.

Prezidentin işlər müdiri vəzifəsi 2005-ci ildən boş idi.

Vergilər Nazirliyi müraciətlərlə bağlı illik hesabat yayıb

18.01.2016



vn 1
Vergilər Nazirliyi 2015-ci ildə Çağrı Mərkəzinə daxil olmuş müraciətlər və göstərilən xidmətlər haqqında hesabat yayıb. Hesabata görə, ötən il Çağrı Mərkəzinin əməkdaşları canlı əlaqə zamanı 209764 müraciəti cavablandırıb. Müraciətlərin 23,2%-i vergilərin növləri, 18,7%-i elektron xidmətlər, 14,7%-i qeydiyyat, 10%-i hesabatlar və onların doldurulma qaydaları, 33,4%-i isə digər məsələlər barədə olub.

Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 63703 zəng daxil olub, 31571 zəng zamanı vergi borcu, 14496 zəng zamanı isə müraciətlərə vergilərin növləri ilə bağlı məlumatlar verilib.

Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 2904339 mesaj, o cümlədən 2884609 qısa mesaj (SMS) göndərilib.

İl ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 4452587 daxilolma qeydə alınıb.

2015-ci ildə vergi ödəyicilərinə xidmət strukturları 389017 nəfər şəxsə ümumilikdə 579368 sayda xidmətlər göstərib.

İlham Əliyev sosial müdafiə sahəsində sənədlər imzalayıb

18.01.2016

prezident-ferman
Prezident İlham Əliyev sosial müdafiə sahəsində sərəncam və fərmanlara imza atıb. Sərəncamların birinə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilir. Dövlət Sosial Müdafiə Fonduna Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanmasını təmin etmək tapşırılıb.

Digər sənədlə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə prezident təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq I qrup əlillərə 165 manat, II qrup əlillərə 143 manat, III qrup əlillərə 110 manat müəyyən edilir.

Şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği isə 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat olur.

Dövlət başçısı məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2016-cı il fevralın 1-dən 10 faiz artırılmasına da sərəncam verib.

Dollar 1 manat 58 qəpiyi keçdi

18.01.2016



dollarYanvarın 18-də Mərkəzi Bank dolların manata məzənnəsini artırıb. Transparency.az bildirir ki, rəsmi kursla 100 dollar 158 manat 70 qəpiyə satılır. 100 avronun rəsmi qiyməti isə 173 manat 93 qəpik müəyyən olunub.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb.

Hökumətdə yeniliklər

18.01.2016



nk 1Dövlət başçısı İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadiyyat Nazirliyi adlandırılmasına sərəncam verib. Digər sərəncamla Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri təyin olunub.

Transparency.az bildirir ki, Şahin Mustafayev adı son üç ildə ikinci dəfə dəyişdirilən (2013-cü ilədək İqtisadi İnkişaf Nazirliyi idi) quruma 2008-ci ildən rəhbərlik edir.

Prezidentin imzaladığı digər sənədlə Satınalmalar üzrə Dövlət Agentliyi ləğv olunub. Agentliyin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

Nazirlər Kabineti Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında əsasnamənin yeni layihəsini, habelə xidmətin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Neft düşə-düşə gedir

18.01.2016



neft (3)AZƏRTAC-ın 18 yanvar məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 28,82 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 28,18 dollara satılır.

“AzəriLayt” markalı neftin bir barreli isə 0,82 dollar ucuzlaşaraq 30,72 dollara düşüb.

Dövlət Sərhəd Xidməti pozuntu statistikası açıqlayıb

18.01.2016



dsx 2Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi xəbər verir ki, 2015-ci ilin dekabr ayı ərzində dövlət sərhədini pozan 48 nəfər saxlanıb. Onların 21 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 5 nəfəri Özbəkistan, 4 nəfəri İran, hər ölkədən bir nəfər olmaqla Rusiya, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşlarıdır.

Sərhəd rejim qaydalarını pozduqlarına görə Xəzər dənizində 5 nəfər saxlanaraq barələrində müvafiq tədbir görülüb.

Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının axtardığı 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

71 halda ümumi dəyəri təqribən 932 min manat olan qaçaqmal saxlanıb.

Pensiya artımının detalları bəlli oldu

18.01.2016

elman mehdiyev 1
Prezident İlham Əliyevin 16 yanvar sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev yanvarın 18-də bununla bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC-ın məlumatına görə, fond sədri Azərbaycanda 1 yanvar 2016-cı ilə 1 milyon 296 min pensiyaçının olduğunu bildirib. O qeyd edib ki, əmək pensiyalarının baza hissəsinin artırılması sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya şamil olunacaq: “Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 73 min nəfərdir. Onların pensiyaları “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq fərqli qaydada artırılır”.

DSMF sədri deyib ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaq: “Pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (17 min nəfər) üzrə artım 13 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə (8700 nəfər) isə 21 manat təşkil edəcək.

Milli Qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 220 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 203 manat 50 qəpiyə çatacaq.

Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artacaq.

Böyük Vətən müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 19 manat çoxalır. I qrup BVM əlilləri üzrə artım 25 manat, II qrup BVM əlilləri üzrə 21 manat, III qrup BVM əlilləri üzrə 19 manat olacaq”.

Elman Mehdiyev qeyd edib ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcək.

Rusiyalıları ən çox nə narahat edir?

18.01.2016

rusiyaRusiya əhalisinin 53%-i siyasi və iqtisadi sabitliyi ölkə üçün ən vacib problem sayır. Novator.az xəbər verir ki, “Levada” Araşdırmalar Mərkəzinin apardığı sorğuda belə nəticə ortaya çıxıb.

Mərkəzin məlumatına görə, Rusiya əhalisinin 51%-i hesab edir ki, sosial təminat, əməkhaqqı və pensiyaların vaxtlı-vaxtında verilməsi ən vacib problemdir.

Sosioloqlar xatırladır ki, 1999-cu ildə sosial təminat problemi rusiyalıların yalnız 34%-ni narahat edib.

“Levada”nın hazırkı sorğusu göstərib ki, hər iki respondentdən biri ən əsas problemin iş (48%) və şəxsi təhlükəsizlik (45%) olduğunu vurğulayıb.

Sorğuya cəlb olunanların yalnız 16%-i təhsil almaq imkanının mühüm olduğunu düşünür.

Respondentlərin 7%-i üçün demokratiya, biznes azadlığı və islahatların davam etdirilməsi böyük əhəmiyyət kəsb edir.

Hesablama Palatası Dövlət Gömrük Komitəsi ilə razılaşma əldə edib

18.01.2016



hesablamapalatasi 1Hesablama Palatası və Dövlət Gömrük Komitəsi arasında razılaşma memorandumu imzalanıb. Rəsmi məlumata görə, razılaşma memorandumu Hesablama Palatasının və Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının iqtisadi inkişafına yönəlmiş fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun olaraq təmin edilməsi məqsədi daşıyır. Memorandumun əsas məqsədi Hesablama Palatasına və Dövlət Gömrük Komitəsinə həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi zamanı məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və qarşılıqlı fəaliyyətin digər aspektləri baxımından hər iki qurumun fəaliyyətinin koordinasiyası və əməkdaşlığının gücləndirilməsidir.

Qeyd olunur ki, memorandum Hesablama Palatasının Strateji İnkişaf Planında müəyyən edilmiş hədəflərə nail olunmasına, hər iki qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində gömrük orqanlarının xətti ilə yığılması təmin edilən dövlət gəlirlərinin hesablanması və ödənilməsi sahəsində dövlət nəzarətinin və hesabatlılığın möhkəmləndirilməsinə, şəffaflığın artırılmasına xidmət edəcək.

Nazir müavini yeni fərman və sərəncamların anonsunu verdi

18.01.2016



idris isayev 1
Yanvarın 18-də mətbuat konfransı keçirən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev prezident İlham Əliyev sosial müdafiə sahəsində imzaladığı sərəncam və fərmanlardan söz açıb. Həmin sənədlərə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə prezident təqaüdünün, şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləğləri, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən artır.

Transparency.az-ın məlumatına görə, nazir müavini İdris İsayev prezidentin 16 yanvar 2016-cı ildə imzaladığı fərman və sərəncamlara toxunaraq deyib ki, 1 milyon 223 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10 faiz artırılacaq: “Birinci qrup gözdən əlillərin və birinci qrup əlil olan digər pensiyaçıların pensiyalarında daha əhəmiyyətli dərəcədə artımlar ediləcək. Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 milyon manat əlavə büdcə vəsaiti sərf olunacaq”.

Nazir müavini nəzərə çatdırıb ki, şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib, bu fərman 13487 nəfər şəhid ailəsini əhatə edəcək və həmin artımın maliyyələşdirilməsinə ilin sonunadək 3 milyon manata yaxın əlavə büdcə vəsaiti yönəldiləcək: “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən təqaüdün məbləğinin artırılması da nəzərdə tutulur. Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Bu artımlar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 317 nəfər şəxsə şamil olunacaq. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup, 109 nəfəri isə III qrup əlildir”.

Hökumət rəsmisinin sözlərinə görə, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2016-cı il fevralın 1-dən 10 faiz artırılması ilin sonunadək 11,3 milyon manata yaxın əlavə büdcə vəsaiti hesabına başa gələcək, 566 min nəfər məcburi köçkünə şamil olunacaq.

İdris İsayev vurğulayıb ki, yaxın günlərdə digər sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə müvafiq fərman və sərəncamların imzalanması, qərarların qəbul olunması, nəticə etibarilə ümumilikdə 3,6 milyon nəfəri əhatə edən sosial ödənişlərin artırılması nəzərdə tutulur.

Dollarla “ipoteka krediti”?

18.01.2016

ekrem hesenov
          Əkrəm Həsənov

Son dövrdə mənə Bank VTB-dən dollarla “ipoteka krediti” almış bir çox vətəndaş müraciət edir. Məlumata görə, bəzi digər bankların da analoji layihəsi var. Amma VTB-də bu layihə kütləvi xarakter daşıyır.

Əslində, bu layihə ipoteka krediti deyil, onun İpoteka Fondu xətti ilə verilən kreditlərlə heç bir əlaqəsi yoxdur. Bu, sırf VTB-nin öz hesabına (daha doğrusu, bankın əmanətçilərinin hesabına) və bir qayda olaraq dollarla verilən kreditdir. Halbuki ev və ya mənzil yalnız manatla alına bilər.

Kredit tikilən binada mənzilin alınması üçün verilir. Təbii, həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı olmur. Çünki tikilmiş olduqda belə, bina hələlik dövlət komissiyasına təhvil verilməyib. Buna görə həmin mənzilin ipotekası (girovu) da mümkün deyil (dövlət reyestrindən çıxarışsız daşınmaz əmlaka dair ipoteka müqaviləsi bağlamaq olmaz). Amma VTB həmin mənzili özündə ipotekaya qəbul olunmuş kimi qeyd edir: ya borclu ilə ipoteka müqaviləsi bağlayır, əslində, belə müqavilə etibarsızdır, onun heç bir hüquqi qüvvəsi yoxdur; ya da kredit müqaviləsində borclunun üzərinə gələcəkdə ipoteka müqaviləsi bağlamaq vəzifəsini qoyur (təbii, borclu bu vəzifəni icra etməyə də bilər). Başqa sözlə, VTB əslində təminatsız kredit verir, amma bunu elə pərdələyir ki, guya kredit təminatlıdır və təminat qismində də alınan mənzilin ipotekası çıxış edir. Borclunu da inandırır ki, guya mənzili girovdadır (ipotekadadır).

Amma mənzil girovda deyil. Mənzilin dəyəri tikinti şirkətinə tam ödənilib: bir qismi borclunun, digər qismi VTB-dən alınmış kredit hesabına. Buna görə də tikinti şirkətinin mənzil sahibinə (bankın borclusuna) hər hansı iradı ola bilməz və bina dövlətə təhvil verildiyi andan vətəndaşın çıxarış ala bilməsini təmin etməlidir. Tikinti şirkəti hər hansı şəkildə bankla borclunun münasibətlərinə müdaxilə edərək bankın tərəfini tuta bilməz. Kredit münasibətləri sırf bankla borcluya aiddir. Borclu krediti ödəməsə, VTB borclunu məhkəməyə verib kreditin ödənilməsini tələb edə bilər. Borclunun başqa əmlakı, yaxud özünün və himayəsində olan şəxslərin yaşayış minimumundan artıq gəliri varsa, krediti qaytara biləcək. Əks halda kredit batacaq. Çünki alınmış mənzil borclunun yeganə mənzilidirsə, ona tutma yönəldilə bilməz. Yeganə mənzil, əgər girov qoyulmayıbsa, vətəndaşdan alına bilməz. Sözügedən halda isə alınmış mənzil girov qoyulmayıb.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə