Xəbər bülleteni №22


Rusiyada ən çox istinad olunan KİV-lərin reytinqi açıqlanıb



Yüklə 458,92 Kb.
səhifə12/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Rusiyada ən çox istinad olunan KİV-lərin reytinqi açıqlanıb


04.02.2016

mediaRusiyanın “Medialogiya” şirkəti 2015-ci ildə ölkənin ən çox istinad olunan KİV-lərinin reytinqini açıqlayıb. Novator.az xəbər verir ki, reytinq cədvəlində informasiya agentlikləri içərisində birinci pillədə TASS dayanır. Ən çox istinad olunan agentliklər beşliyində sonrakı yerləri “RİA Novosti”, “İnterfaks”, “Praym” və “Rosbalt” tutur.

Reytinq siyahısında qəzetlər arasında ilk üçlükdə “Kommersant”, “İzvestiya”, “Vedomosti” qərarlaşıb.

2015-ci ildə ən çox istinad olunan digər KİV-lər arasında “Forbes” jurnalı, “Lifenews” televiziya kanalı, “Rusiya Xəbərlər Xidməti” radiosu liderlik edir.

Reytinqin hesablanmasında 28 min Rusiya KİV-i – televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet mediası əsas götürülüb.


Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı sadələşdirilib


04.02.2016

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ildən vətəndaşlara səyyar qaydada göstərilən xidmətlərin sayı artırılıb. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın texniki pasportunun hazırlanması, torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi üçün sənədlərin qəbuluna başlanıb.

Məlumata görə, ötən il səyyar xidmət qrupu 85 yaşayış məntəqəsində 1502 vətəndaşın müraciətinə baxıb. Səyyar xidmət zamanı yaşadıqları ərazidə vətəndaşların ərizələri qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib, elektron sistemə daxil edilərək texniki sənədlər hazırlanıb. Vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədləri – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, dövlət aktları, qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilib. Həmçinin ahıl, sağlamlıq imkanları məhdud insanlara onların yaşadıqları ünvanlarda xidmət göstərilir.

Torpaq sahəsinin istifadəsiz qalmasına qarşı qanun layihəsi hazırlanıb


04.02.2016

Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə Torpaq Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər layihəsi hazırlayıb. Rəsmi məlumata görə, müvafiq qurumlarla razılaşdırılan layihələr Nazirlər Kabinetinə təqdim olunub.

Torpaq Məcəlləsinə təklif olunan maddədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (örüş, otlaq və biçənək sahələri istisna olmaqla) istifadə edilməsinə dair tələblər müəyyənləşdirilib. Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadəsiz qalması ictimai mənafelərə ziddir. Belə torpaqların ardıcıl olaraq iki il ərzində istifadəsiz qalmasına yol verilmir. Mülkiyyətçi (sahib), icarəçi və ya istifadəçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində torpaq sahəsinin ardıcıl olaraq iki il və daha artıq müddətə istifadəsiz qalmasının inzibati məsuliyyətə səbəb olması nəzərdə tutulur.

Təhsil Nazirliyinin qəbul portalı istifadəyə verilib


04.02.2016

tn
Fevralın 4-də Təhsil Nazirliyinin qəbul portalı təqdim olunub. Edu.gov.az-ın məlumatına görə, portal vəzifəli şəxslərin Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların qəbulunu asanlaşdırmaq, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün yaradılıb.

Portal vasitəsilə Təhsil Nazirliyinin daxilində və tabeliyində olan qurumlarda vətəndaşların qəbullara yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi təşkil edilir. Sayta daxil olan müraciətlərin statistikası aparılaraq təhlil edilir və toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır.


Azərbaycanın dərman bazarının təxminən 80%-i beş ölkəyə bağlıdır


04.02.2016

dermanİqtisadçı ekspert Rövşən Ağayev “UN Comtrade” bazasına istinadla sosial şəbəkədə yeni açıqlama yayıb.

Transparency.az xəbər verir ki, ekspertin açıqlaması Azərbaycanın dərman bazarı ilə bağlıdır. “UN Comtrade” bazasına əsaslanan ekspert bildirib ki, Azərbaycanın dərman bazarının təxminən 80%-ni beş ölkə formalaşdırır: Almaniya, Macarıstan, Gürcüstan, Avstriya və Belçika.

Ekspert burada qonşu Gürcüstanın adının olmasına xüsusi diqqət çəkib. Statistikaya görə, 2014-cü ildə Gürcüstan dünyaya 105 milyon dollar dəyərində dərman preparatı ixrac edib ki, bunun da üçdə biri Azərbaycana gəlib.

“UN Comtrade” BMT-nin mal, əmtəə ticarəti üzrə statistik məlumatlar bazasıdır. 170 ölkə hər il bu məlumat bazasına öz hesabatını təqdim edir.


Azərbaycanın dərman bazarının təxminən 80%-i beş ölkəyə bağlıdır


04.02.2016

dermanİqtisadçı ekspert Rövşən Ağayev “UN Comtrade” bazasına istinadla sosial şəbəkədə yeni açıqlama yayıb.

Transparency.az xəbər verir ki, ekspertin açıqlaması Azərbaycanın dərman bazarı ilə bağlıdır. “UN Comtrade” bazasına əsaslanan ekspert bildirib ki, Azərbaycanın dərman bazarının təxminən 80%-ni beş ölkə formalaşdırır: Almaniya, Macarıstan, Gürcüstan, Avstriya və Belçika.

Ekspert burada qonşu Gürcüstanın adının olmasına xüsusi diqqət çəkib. Statistikaya görə, 2014-cü ildə Gürcüstan dünyaya 105 milyon dollar dəyərində dərman preparatı ixrac edib ki, bunun da üçdə biri Azərbaycana gəlib.

“UN Comtrade” BMT-nin mal, əmtəə ticarəti üzrə statistik məlumatlar bazasıdır. 170 ölkə hər il bu məlumat bazasına öz hesabatını təqdim edir.



Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin