Xəbər bülleteni №22


Azərbaycan nefti 1,69 dollar ucuzlaşıb



Yüklə 458,92 Kb.
səhifə8/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

Azərbaycan nefti 1,69 dollar ucuzlaşıb


03.02.2016

neft - yeni 01“AzəriLayt” markalı neftin bir barreli 1,69 dollar ucuzlaşaraq 34,09 dollara düşüb. Xəbəri fevralın 3-də AZƏRTAC yayıb.

Dünya birjalarında da ucuzlaşma var. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,25 dollar ucuzlaşaraq 29,66 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,09 dollar azalaraq 32,39 dollar olub.


İspaniya kralı hökumət qurmaq səlahiyyətini sosialistlərə verdi


03.02.2016

pedro sanches 1
İspaniya kralı hökumət qurmaq səlahiyyətini Sosialist Fəhlə Partiyasının lideri Pedro Sançesə həvalə edib. Novator.az xəbər verir ki, baş nazir əvəzi olan Xalq Partiyasının lideri Mariano Rahoyun hökumət qurmaq səyləri boşa çıxdığı üçün belə addım atılıb. Yeni hökumətin qurulmasının azı üç həftə çəkəcəyi ehtimal olunur.

İspaniyada ötən il dekabrın 20-də keçirilmiş parlament seçkisində hakim Xalq Partiyası həm aşağı, həm də yuxarı palatada nisbi çoxluq qazanıb. Sosialist Fəhlə Partiyası, Podemos Partiyası, Vətəndaşlar Partiyası seçki yarışında sonrakı yerləri tutublar. 350 yerlik aşağı palatada heç bir partiyanın təkbaşına hökumət qurmaq imkanı yoxdur və koalisiya yaradılmalıdır.


Nardaranda əmək yarmarkası


03.02.2016

nardaran 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakının Nardaran qəsəbəsində əmək yarmarkası təşkil edib. Rəsmi məlumata görə, yarmarkanın açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, prezident İlham Əliyevin yeni islahatlar kursunda məşğulluq imkanlarının artırılması, işsiz və işaxtaran iş yerləri ilə təmin olunması xüsusi yer tutur: “Dövlət başçısının tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri-dövlət sektoruna aid iri işəgötürənlər arasında işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin işəgötürənlərin vakant iş yerləri yaratması və bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aidiyyəti üzrə məlumatların verilməsi nəzərdə tutulub. Artıq nazirliyə hansı işəgötürənin nə qədər vakant iş yeri yarada biləcəyi barədə məlumatlar da verilir. Bu proses məşğulluq mərkəzlərinə müraciət edən işsiz və işaxtaran insanların qısa müddətdə münasib iş yerləri ilə təminatında mühüm dəstək olacaq”.

Nazir Nardaran qəsəbəsində sosial infrastrukturun müasir tələblərə uyğun səviyyədə yeniləşdirlməsi, qəsəbənin abadlaşdırılması, habelə qəsəbə sakinlərinin sosial problemlərinin həlli istiqamətində mühüm işlərin aparıldığını bildirib: “Nardaran qəsəbəsində yaşayan aztəminatlı ailələrə də ünvanlı dövlət sosial yardımı ödənilir. Eyni zamanda qəsəbənin işsiz və işaxtaran sakinlərinin məşğulluğunun təmin olunması bizim diqqətimizdədir. Cari il üzrə ilk əmək yarmarkası burada keçirilir. Yarmarkada boş (vakant) iş yerləri təklif olunmaqla yanaşı eyni zamanda müvafiq hallarda qəsəbə sakinlərinin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması da təmin ediləcək”.

Nazirlikdən Transparency.az-a bildiriblər ki, yarmarkada işsiz və işaxtaran vətəndaşlara Bakı şəhəri üzrə 17-si dövlət, 65-i qeyri-dövlət sektoruna aid, 5-i isə xarici şirkət olan ümumilikdə 87 müəssisə 215 boş iş yeri təklif edib. İşaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı ayrı-ayrı sakinlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Ekspert: “Hər manat ən yaxşı halda 30 qəpik əlavə pul yaradır”


03.02.2016

rovshen_agayev“Yanvar ayında təkcə Mərkəzi Bankın ehtiyatı əriməyib, həm də iqtisadiyyatın pul bazası azalıb”. Transparency.az xəbər verir  ki, iqtisadçı ekspert Rövşən Ağayev Mərkəzi Bankın ehtiyatı ilə əlaqədar rəsmi hesabatı şərh edərkən belə deyib.

Yanvarın 29-na olan hesabata görə, rəsmi valyuta ehtiyatları 4 milyard 398 milyon 500 min dollardır. Bu, 2015-ci il dekabrın 30-na olan hesabatla müqayisədə 618 milyon 200 min dollar azalma deməkdir.

Rövşən Ağayev bildirib ki, Mərkəzi Bank ehtiyatının bir ayda 12% əriməsi ilə yanaşı iqtisadiyyatın pul bazası da ay ərzində 16% (1,1 milyard manat) azalaraq 5,8 milyard manata enib: “Mexanizm aydındır – ölkəyə irimiqyaslı valyuta axınları dövründə təkcə dövlət büdcəsinin və Neft Fondunun büdcəsinin icrası məqsədilə hər il 13-14 milyard dollar valyuta manata konvertasiya edilirdi. Mərkəzi Bank dolları ehtiyata yığıb uyğun həcmdə manat kütləsini büdcə icrasına yönəldirdi. İndi əks proses gedir – Mərkəzi Bank öz ehtiyatlarını dövriyyədəki manat kütləsinə dəyişir, bazardan dollar müqabilində aldığı manatı isə anbarına yığır.

Manat kütləsini banklar vasitəsilə yenidən iqtisadiyyata qaytarmaq mümkündür, amma bundan ötrü iqtisadiyyat manat kütləsini istehlaka deyil, yeni dəyərin yaradılmasına, yəni istehsala yönəltmək potensialında olmalıdır. Həmin kütlənin əhəmiyyətli hissəsi birbaşa büdcə vasitəsilə maaş və sosial ödənişlərin artırılmasına yox, kredit və alınan avadanlıqlar, texnologiyalar qiyafəsində sahibkara gedib məhsul yaratmalı, həmin məhsulun dəyərinin bir hissəsi kimi əməkhaqqı formasında, məvacibdən ödənən sosial ödəmə formasında maaş və pensiyaya çevrilməlidir.

Hələ başqa tərəfi də var – əhalinin qazandığı pulu əmanət kimi etibar edib yatırdığı bank sektoru, qiymətli kağızlar bazarı olmalıdır ki, adamlar dollar almağa həvəslənməsin (ya da məcbur edilməsin). Aydındır ki, bu institutlar da yoxdur.

Mərkəzi Bank bilir ki, Azərbaycan iqtisadiyyatının hazırkı strukturu pulun yeni dəyər yaratmasına imkan vermir. Bunun aşkar sübutu “pul multiplikatoru” deyilən göstəricidir. Bu göstəricinin mahiyyəti odur ki, dövriyyəyə buraxılan milli valyuta vahidinin hər bir vahidi banklar vasitəsilə əlavə neçə vahid pul yarada bilir. Məsələn, hazırda Azərbaycanda Mərkəzi Bankın emissiya elədiyi hər manat ən yaxşı halda 30 qəpik əlavə pul yaradır. Yüksək inkişaf etmiş ölkələrdə 1 dollar ən azı 6-7 dollar, bəzi keçid ölkələrində isə ən azı 3-4 dollar yaradır”.

Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda pul bazasının ən yüksək həddi 2014-cü ilin yayında olub – 11,7 milyard manat: “Hazırkı səviyyə həmin həddən təxminən 2 dəfə azdır”. Ekspert bir müqayisə də apararaq deyir ki, 2014-cü ilin yayında dövriyyədə olan bütün manat kütləsini dollara çevirmək lazım gəlsəydi, bu, 15 milyard dollar edərdi: “Hazırkı manat kütləsi ilə isə maksimum 3,5 milyard dollar edir”. Ekspertin fikrincə, ona görə də Mərkəzi Bank ölkənin valyuta ehtiyatlarının tükənməsi tempini aşağı salmaq üçün manat qıtlığı yaradır, yəni valyuta bazarında dollar almağa nə qədər az manat olsa, dollar bir o qədər az tükənər: “Amma bir ayda iqtisadiyyatın pul bazası 16% məhdudlaşırsa, bu, iqtisadi fəallığın tamamilə aradan qalxdığını sübut edir. Manat kütləsinin görünməmiş dərəcədə məhdudlaşdırılması hökumətin iqtisadiyyatı stimullaşdırmaq imkanının görünməmiş dərəcədə məhdud olmasına sübutdur.

Yeri gəlmişkən, indiki şəraitdə manat kütləsinin məhdudlaşıdırılması bəlkə də ən doğru yoldur. Onsuz da hökumət genişmiqyaslı kreditləşmə proqramına start versə, həmin pullar yenə rəqabətli mühitdə fəaliyyət göstərən müstəqil sahibkarlara deyil, siyasi maraqları təmsil edən inhisarçı iqtisadi qrupların əlinə keçəcək.

Başqa bir müqayisə. Regionumuzun digər iki resurs ölkəsi iqtisadiyyatın “pulsuzlaşdırılması” siyasətindən qaçmağa çalışıb. Rusiyada 2014-cü ilin yayında nağd pul kütləsi 7,8 trilyon rubl olub, indi 8,5 trilyon rubldur. Qazaxıstanda 2014-cü ilin yayında nağd pul kütləsi 1,7 trilyon təngə olub, indi 1,5 trilyon təngədir, yəni azalma çox kiçikdir. Ən maraqlısı odur ki, 2014-cü ilin payızından indiyədək Qazaxıstan Mərkəzi Bankının və Neft Fondunun ehtiyatları cəmi 11% və ya 11 milyard dollar azalıb, 103 milyard dollardan 92 milyard dollara enib. Bu müddətdə Azərbaycanın məcmu ehtiyatları isə 16 milyard dollar və ya 30%-dək azalaraq təxminən 37 milyard dollar ətrafında qərarlaşıb.

Ən sadə səbəb odur ki, Rusiya və Qazaxıstanda puldan pul yaradan sahibkarlıq mühiti Azərbaycanla müqayisədə daha rəqabətli və əlverişlidir”.



Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin