Xəbər bülleteni №23


Orta aylıq əməkhaqqı 467 manata yaxın olub



Yüklə 464,64 Kb.
səhifə11/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
#16012
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

Orta aylıq əməkhaqqı 467 manata yaxın olub


15.02.2016

statistika_komitesi_Dövlət Statistika Komitəsi xəbər verir ki, bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 495,8 min nəfər olub. Onlardan 877,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 618,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Rəsmi məlumata görə, muzdla işləyənlərin 22,6 faizi təhsil, 19 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Ötən ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 466,4 manat olub.

Apellyasiya Şurasında işlər nə yerdədir?


15.02.2016

prezident sarayi 2Dövlət başçısının 3 fevral fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının (Prezident yanında Apellyasiya Şurası yaradıldı) sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev AZƏRTAC-a müsahibə verib. O, Apellyasiya Şurasının fəaliyyətə başlaması üçün hansı addımların atıldığını açıqlayıb: “Biz Azərbaycan prezidentinin tapşırıqlarının qısa müddət ərzində yerinə yetirilməsi üçün təşkilati-texniki tədbirlərin görülməsi, şuranın maddi-texniki bazasının yaradılması, informasiya təminatının, internet saytının formalaşdırılması, bununla da şuranın fəaliyyətə hazır vəziyyətə gətirilməsi işlərinə fərmanın dərc olunduğu gündən başlamışıq. Apellyasiya Şurasının fəaliyyət istiqamətlərinin müəyyən olunması üçün onun üzvlərinin (Apellyasiya Şurasının sədri və üzvləri) iştirakı ilə bir neçə müşavirə keçirilib, qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. İşlərin sistemli şəkildə aparılması məqsədilə tədbirlər planı təsdiq olunub, tapşırıqların icra müddəti, məsul şəxslər müəyyənləşdirilib.

Artıq nəticələr də var. Katibliyin rəhbəri və üzvləri müəyyən edilib, şuranın normal fəaliyyət göstərməsi üçün müasir tələblərə cavab verən, texniki avadanlıqlarla təchiz olunan iclas zalı, xidməti otaqlar ayrılıb, şikayətlərin uçotu və elektron qeydiyyatı sistemi qurulub, şuraya daxil olan şikayətlərə baxılması prosedurlarını tənzimləyən təlimat təsdiq edilib, şuranın möhürü, blankı, sənədlərin nümunələri hazırlanıb, digər tədbirlər həyata keçirilib. Şuranın fəaliyyətə başlaması üçün zəruri olan işlər yekunlaşmaq üzrədir”.

Eldar Nuriyev qeyd edib ki, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması istiqamətində də işlər davam edir: “Fərman dərc olunandan dərhal sonra bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına rəsmi məktublar göndərilib, şura üzvlərinin və katibliyinin tərkibinin təsdiq edilməsi, şuranın qısa müddətdə şikayətlərə baxılmasına hazır vəziyyətə gətirilməsi tapşırılıb. Bir çox mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuraları artıq yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuraları arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsinə dair metodiki təlimat hazırlanıb. Yaxın günlərdə apellyasiya şuralarında işin təşkili və fəaliyyəti ilə bağlı müşavirənin keçirilməsi planlaşdırılır”.

“Apellyasiya şuralarına kimlər müraciət edə bilər” sualına Eldar Nuriyev belə cavab verib: “Qanunvericiliyin tələbinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər istisna olmaqla) tam və ya qismən narazı olduqları halda müvafiq apellyasiya şuralarına təkrar şikayət edə bilərlər.

Prezident yanında Apellyasiya Şurasına isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuralarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən narazı olan sahibkarlar qanunvericiliyin tələblərinə əməl etməklə şikayət verə bilərlər. Şikayətlərin verilməsi və baxılması qanunvericiliyin tələbləri ciddi gözlənilməklə həyata keçirilməlidir.

Prezident yanında Apellyasiya Şurasına son bir neçə gün ərzində ayrı-ayrı orqanların qəbul etdiyi qərarlardan müxtəlif məzmunda xeyli şikayət daxil olub və onların sayı günbəgün artır. Proqnozlara əsasən, artım dinamikası bundan sonra da davam edəcək.

Şikayətlərin sayının azaldılması və lüzumsuz artmasının qarşısının alınması üçün ilk növbədə yerli və mərkəzi icra hakimiyyətləri zəruri tədbirlər görməli, sahibkarların müraciətlərinə məsuliyyətlə yanaşmalı, şikayətlərinə vaxtında və düzgün baxmalı, qanuni tələb və xahişləri təmin etməli, bürokratik amilləri, süründürməçilik hallarını, nöqsan və çatışmazlıqları aradan qaldırmalıdırlar.

Sahibkarlar da şikayət verilməsinə məsuliyyətlə yanaşmalı, hüquq və vəzifələrini yaxşı bilməli, qanunvericiliyin müddəalarına ciddi əməl etməli, əsassız iddialar irəli sürməməli, lüzumsuz şikayətlər verməkdən çəkinməlidirlər.

Hazırda şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, sahibkarlar qanunvericiliyin müddəalarını kifayət qədər düzgün təfsir etmir, icrası zəruri olan tələbləri, prosedur qaydaları pozurlar. Bu hal son nəticədə şikayətlərə baxılmasından imtinaya, baxılmamış saxlanmasına, mübahisənin həllini tapmamasına, şikayətin aidiyyəti üzrə göndərilməsinə, onların sayının süni artmasına gətirib çıxarır, vaxt itkisinə, əlavə iş yükünə, məsrəflərə səbəb olur.

Apellyasiya şuralarına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Göründüyü kimi, bütün hallarda bu üç şərt gözlənilməlidir. Bundan əlavə, sahibkarlar şikayətin verilməsinin prosedur qaydalarına, şikayətin forma və məzmununa, digər tələblərə əməl etməlidirlər. Əks təqdirdə qanunvericiliyə müvafiq olaraq onların şikayətlərini həll etmək imkan xaricində olacaq”.


Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin