Xəbər bülleteni №23

Xarici borcun məbləği açıqlanıb

Yüklə 464,64 Kb.
səhifə20/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   23

Xarici borcun məbləği açıqlanıb

18.02.2016

maliyye nazirliyi
Maliyyə Nazirliyi 1 yanvar 2016-cı ilə olan xarici dövlət borcunun məbləğini açıqlayıb. Transparency.az bildirir ki, rəsmi hesabata görə, Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 894 milyon 300 min ABŞ dolları, onun ümumi daxili məhsula nisbəti 19,8 faizdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Açıqlamada qeyd olunur ki, borc vəsaitlərinin 58,6 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32,9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 8,5 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Ermənistan hökumətinin strukturu dəyişir

18.02.2016

ermenistan hokumeti 2Ermənistan hökumətinin strukturu dəyişir. Novator.az xəbər verir ki, hökumətin 18 fevral iclasında Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyinin bölünməsini nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Layihə Milli Məclisin 19 fevral iclasında müzakirə olunacaq.

Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyi 2014-cü ilin sonunda yaradılıb. “Hökumətin strukturu haqqında” qanuna nəzərdə tutulan indiki dəyişikliyə görə, Fövqəladə Hallar Nazirliyi bərpa olunur, eyni zamanda Ərazi İdarəçiliyi və İnkişaf Nazirliyi yaradılır.

Ermənistanda hökumət 25 nəfərlikdir. Kabinet baş nazirdən, onun müavinindən (həmin şəxs beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri postunu da tutur), 17 nazirdən ibarətdir. Hökumətin tərkibində daha 6 qurumun rəhbərləri yer alır.

Ötən həftə Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında koalisiya razılaşması əldə olunub. Razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu veriləcək. Daşnaklara veriləcək postlardan birinin ərazi idarəçiliyi və inkişaf naziri kürsüsü olacağı bildirilir.

Bu il banklara 1 milyard 215 milyon 534 min ABŞ dolları satılıb

18.02.2016

merkezi bank

Transparency.az Mərkəzi Bankın bu il nə qədər valyuta satdığını hesablayıb. Mərkəzi Bank il ərzində (yanvarın 22-dən fevralın 18-dək) 12 valyuta hərracı keçirib.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb. Hazırda rəsmi kursla 1 dollar 1 manat 56 qəpikdən bahadır.

Mərkəzi Bank valyuta bazarına hərraclar vasitəsilə müdaxilə edir. Transparency.az bildirir ki, yanvarda keçirilmiş 4 valyuta hərracında ümumilikdə 318 milyon 8 min dollar həcmində vəsait satılıb.

Fevralın 1-dən bəri isə 8 hərrac olub. Mərkəzi Bankın bu ay satışa çıxardığı vəsaitin 203 milyon 630 min dolları alınıb.

Yanvardan bu yana təşkil edilən 12 hərracda satılan vəsaitin ümumi həcmi 521 milyon 638 min ABŞ dollarıdır.

Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatlarının həcmi bu il yanvarın 1-nə 5 milyard 16,7 milyon ABŞ dolları olub. Bu məbləğ 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 milyard 741,6 milyon dollar azdır.

Bu il Dövlət Neft Fondu da bazara valyuta təklif edib. Yanvarın 13-də fond 200 milyon, 15-də 300 milyon, 18-də 193 milyon 896 min dollar həcmində vəsait satıb. Bu, 693 milyon 896 min ABŞ dolları edir. Beləliklə, Mərkəzi Bank və Dövlət Neft Fondu 2016-cı ilin geridə qalan dövründə banklara 1 milyard 215 milyon 534 min ABŞ dolları satıb.

Xarici ticarət tərəfdaşları ilə əlaqələr (Yanvarın hesabatı)

18.02.2016

export2016-cı ilin yanvar ayında Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşı İtaliya olub. İtaliya ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 18,75%-dir.

Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla (Xarici ticarət statistikası) bildirir ki, bu göstərici üzrə ikinci yerdə 13,54%-lə Almaniya gəlir.

İsrail 8,98%-lə üçüncü, Rusiya 7,11%-lə dördüncü, Türkiyə 5,49%-lə beşinci, Fransa 5,22%-lə altıncı, Böyük Britaniya 4,5%-lə yeddinci, Çexiya 4,27%-lə səkkizinci, ABŞ 3,75%-lə doqquzuncu, İndoneziya 3,74%-lə onuncudur.

Yanvar ayında Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşür. Bu ölkəyə ixrac ümumi ixracın 26,95%-dir.

2016-cı ilin ilk ayında MDB ölkələri üzrə ixrac 2015-ci ilin yanvar ayı ilə müqayisədə 33% azalıb. Avropa İttifaqı üzrə 53,6%, digər ölkələr üzrə 37,76% azalma olub.

İdxalda əsas ölkələrin siyahısına Rusiya başçılıq edir (13,74%).

Yanvarda MDB ölkələrindən idxal 2015-ci ilin ilk ayı ilə müqayisədə 35,4% azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 24,81% azalma var. Digər ölkələrdən idxal isə ötən ilin yanvarı ilə müqayisədə 14,54% aşağı düşüb.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə