Xəbər bülleteni №24



Yüklə 2,41 Mb.
səhifə4/5
tarix12.12.2016
ölçüsü2,41 Mb.
1   2   3   4   5

Yəqin ki, yaxın günlərdə hökumət fondun büdcəsini dəyişəcək. Amma artıq icmal büdcənin göstəricilərindən aydın olur ki, Neft Fondunun büdcəsinin kəsiri 7 milyard manatdan az olmayacaq. Fondun cari gəlirlərinin hesablanması üçün istifadə olunan göstəricinin səviyyəsi – xam neftin qiyməti 50 dollardan 25 dollara endirilib. 2015-ci ilin dekabrında təsdiqlənən layihədə fondun büdcə gəlirləri 6,7 milyard manat (1,05 manat/1 dollar məzənnəsi ilə 6,3 milyard dollar), xərcləri 8,2 milyard manat (7,8 milyard dollar), kəsir isə 1,5 milyard manat (1,4 milyard dollar) təsdiqlənmişdi.

Lakin neftin qiymətinin iki dəfə azaldığı şəraitdə icmal büdcənin gəlirlərinin təxminən 5 milyard manat artırılması fondun kəsirini əhəmiyyətli dərəcədə genişləndirir. Gözlənilən dəyişikliyə əsasən, fondun 2016-cı il büdcəsinin kəsiri 4 milyard dollardan az olmayacaq. Bu kəsir ya devalvasiya, ya da fondun xarici aktivlərinin əridilməsi hesabına təmin ediləcək. Hər iki addım iqtisadiyyat üçün yaxşı perspektiv vəd etmir”.

3 inzibati-iqtisadi məhkəməyə yeni sədrlər təyin edilib

26.02.2016



prezident - ferman
Prezident İlham Əliyev inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyinatı haqqında sərəncam imzalayıb. Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alan dövlət başçısı Rəşid Şükür oğlu Rzayevi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri vəzifəsindən çıxararaq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri təyin edib.

Çingiz Adil oğlu Bəşirov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri postuna keçirilib.

Usaməddin Hidayət oğlu Osmanov isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin olunub.

Dolların məzənnəsi dəyişməyib, avro bahalaşıb

26.02.2016

valyuta 01Fevralın 26-da manatın dollara rəsmi məzənnəsi dəyişməz qalıb. Mərkəzi Bank 1 dolları ötən gün olduğu kimi 1,5624 manata təklif edir.

Transparency.az-ın məlumatına görə, avro bir qədər bahalaşıb. Fevralın 24-də 1 avro 1,7236 manat idi, Mərkəzi Bankın bugünkü satış kursu isə 1,7282 manatdır.

Digər valyutalar üzrə rəsmi məzənnə fevralın 26-da belə müəyyənləşib:

1 ingilis funt sterlinqi – 2,1881 manat

1 İsveçrə frankı – 1,582 manat

1 Rusiya rublu – 0,0207 manat

1 türk lirəsi – 0, 5339 manat.

Neftin 26 fevral qiymətləri

26.02.2016

neftDünya birjalarında neftin 26 fevral qiymətləri açıqlanıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 33,05 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 35,12 dollara satılır.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,78 dollar bahalaşaraq 34,42 dollar olub.

Elman Rüstəmov devalvasiya gözləmir

26.02.2016



elman rustemov 1
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Novruz bayramı ərəfəsində devalvasiya olacağı barədə yayılan xəbərlərə münasibət bildirib. APA-nın məlumatına görə, fevralın 26-da jurnalistlərə açıqlama verən Elman Rüstəmov deyib ki, şayiələrin əsası yoxdur: “Son zamanlar Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir. Digər tərəfdən dövlət büdcəsində neftin qiymətinə yenidən baxıldı. Həmçinin müşahidə edirik ki, son zamanlar neftin qiyməti yüksək olmasa da, sabit qalıb. Ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyət də inkişafa doğru gedir. Üzən məzənnəyə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya barədə iddiaların heç bir əsası yoxdur”.

Transparency.az xatırladır ki, 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda kurs 1 manat 57 qəpiyə yaxındır.

Fevralın 23-də Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edib. Yeniliyə görə, büdcənin hesablanması zamanı xam neftin satış qiyməti bir barrel üçün 50 dollardan 25 dollara endirilib. Hazırda Azərbaycan neftinin bir barreli 34 dollardan bir qədər bahadır.

Yanvarda sərmayənin 84,9 faizi 6 ölkənin payına düşüb

26.02.2016

dsk-yeni 1
Bu ilin yanvar ayında Azərbaycana 880,7 milyon manat sərmayə qoyulub. Dövlət Statistika Komitəsi bildirir ki, sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 761,4 milyon manat, bank kreditləri 58,3 milyon manat, büdcə vəsaitləri 17,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 11,5 milyon manat, əhalinin şəxsi vəsaitləri 30,8 milyon manat, digər vəsaitlər 1,5 milyon manat olub.

Daxili mənbələrdən yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 28,5 faizini təşkil edib.

Yanvarda xarici müəssisə və təşkilatlar ölkəyə 629,4 milyon manat vəsait yönəldib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a deyiblər ki, vəsaitin 534,2 milyon manatı (84,9 faiz) Böyük Britaniya, Türkiyə, İsveç, Malayziya, Rusiya və İran sərmayədarlarının payına düşüb.

Ombudsmanın illik məruzəsində nələr var?

26.02.2016

elmira suleymanovaMilli Məclis martın 4-də ombudsmanın 2015-ci il üzrə illik hesabatını müzakirə edəcək. APA məruzənin bəzi məqamları ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, ötən il Ombudsman Aparatı hüquq və azadlıqların məhkəmə təminatı sahəsini əhatə edən 1982 müraciət alıb: “Məhkəmə-Hüquq Şurasının korrupsiya və digər neqativ halları aradan qaldırmaq üzrə həyata keçirdiyi tədbirlər çərçivəsində 200-dək hakim barədə intizam icraatı başlanıb, kobud qanun pozuntularına və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı şikayətlər içində tərəflərinə bərabərliyinə və çəkişmə prinsipinə əməl edilməməsi, məhkəmə iclası zamanı bəzən tərəflərin vəsatətlərinə və sübut kimi təqdim etdikləri sənədlərə diqqət verilməməsi, qərarların icraya vaxtında yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi kimi məsələlər də var”.

Hesabata əsasən, vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.

İllik məruzədə bildirilir ki, ötən il pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib: “Aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib.

Ədliyyə orqanları ilə bağlı 1009 müraciətdə məhkəmə qərarlarının icra edilməməsi və ya uzun müddət icrasız qalması, süründürməçiliyə yol verilməsi, icra məmurlarının vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozması kimi hallar göstərilib”.

Məruzəyə əsasən, 2015-ci ildə Daxili İşlər Nazirliyində aparılmış təhqiqat nəticəsində 10 fakt üzrə 14 əməkdaş intizam məsuliyyətinə cəlb olunub: “Kobud rəftara görə 3 fakt üzrə 4 əməkdaşdan biri tutduğu vəzifədən azad edilib, iki nəfərə şiddətli töhmət, biri nəfərə isə töhmət elan olunub. Polis əməkdaşlarının xidməti fəaliyyəti ilə bağlı olan 7 fakt üzrə intizam məsuliyyətinə cəlb edilmiş 10 əməkdaşdan biri tutduğu vəzifədən azad edilib, 4-nə şiddətli töhmət, 5-nə isə töhmət verilib.

Ümumilikdə insan hüquq və azadlıqlarının pozulması ilə 284 fakt üzrə 369 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 126-sı vətəndaşlarla kobud rəftar, 56-sı polisə əsassız gətirmə və saxlama, 68-i sürücülərin hüquqlarının pozulması, 6-sı əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 26-sı isə digər faktlardır. Onlardan 46 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 32 əməkdaş tutduğu vəzifədən çıxarılıb, 291 əməkdaş barəsində isə intizam tədbirləri görülüb”.

2002-ci ildə yaradılmış ombudsman institutuna həmin vaxtdan Elmira Süleymanova rəhbərlik edir.

24 banka 50 milyon dollar satılıb

26.02.2016



amb 01Fevralın 26-da Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Rəsmi məlumata görə, 24 banka 50 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Transparency.az bildirir ki, iki gün öncəki valyuta hərracına 30 milyon ABŞ dolları alınmışdı. Bu il keçirilən daha 13 hərracda satılan vəsaitin ümumi həcmi isə 545 milyon 488 min ABŞ dolları olub.

Artur Rasizadə baş nazirlərin ağsaqqalıdır

26.02.2016



artur rasizade 1Fevralın 26-da Azərbaycanın baş naziri Artur Rasizadənin 81 yaşı tamam olub. 1935-ci ildə doğulan Artur Rasizadə 1996-cı il noyabrın 26-dan baş nazirdir (2003-cü ilin avqustundan noyabrınadək olan dövrü çıxmaqla; həmin müddətdə o, baş nazirin birinci müavini işləyib).

Transparency.az bildirir ki, Artur Rasizadə Azərbaycana qonşu ölkələrin baş nazirləri arasında ən yaşlı şəxsdir.

Ermənistanın baş naziri Ovik Abramyan Artur Rasizadədən 21 yaş cavandır. Onun 58 yaşı var.

Türkiyənin baş naziri Əhməd Davudoğlu 57, Rusiyanın baş naziri Dmitri Medvedyev 50 yaşdadır.

Gürcüstana 48 yaşlı Georgi Kvirikaşvili baş nazirlik edir.

Keçmiş SSRİ məkanının ən böyük ölkələrindən olan Ukraynanın baş naziri Arseni Yatsenyukun 41 yaşı var.

Avropa İttifaqının aparıcı ölkələrinə gəlincə, Almaniya hökumətinin başında 61 yaşlı Angela Merkel durur.

Fransanın baş naziri Manuel Valsın 53, Böyük Britaniyanın baş naziri Devid Kemeronun 49, İtaliyanın baş naziri Matteo Renzinin 41 yaşı var.

Asiya ölkəsi İsrailin baş naziri Benyamin Netanyahu 66 yaşdadır.

Şimali Amerika ölkəsi Kanadada isə baş nazir Castin Tryudonun 44 yaşı var.

Bal standartı təsdiqlənib

26.02.2016

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 849-2016 “Bal” dövlət standartını təsdiq edib. Rəsmi məlumata görə, standart emala verilən və bilavasitə istifadə üçün nəzərdə tutulan bütün bal növlərinə və sənayedə tətbiqi üçün və ya digər qida məhsullarının inqrediyenti kimi istifadəsi üçün nəzərdə tutulan bal növlərinə aiddir.

Standarta əsasən, satışa buraxılan təmiz balın tərkibində baldan başqa heç bir digər yeyinti inqrediyenti, o cümlədən qida əlavələri və ya başqa əlavələr, həmçinin heç bir kənar maddə, onun emalı prosesində və saxlanması nəticəsində digər elementlərin təsirindən əmələ gələn iy, dad, qarışıqlar olmamalıdır. Bal fermentasiya və qıcqırmaya məruz qalmamalıdır.

Balı onun əsas tərkibinin dəyişəcəyi və ya keyfiyyətinin aşağı düşəcəyi qədər qızdırmaq və ya emal etmək olmaz. Habelə balın kristallaşmasına təsir etmək məqsədi ilə kimyəvi və ya biokimyəvi emalı tətbiq etmək olmaz və bal insan sağlamlığı üçün təhlükə yarada biləcək miqdarda ağır metallardan azad olmalıdır.

Dərman bazarında tənzimləmə effekt verirmi?

26.02.2016

adil qeybulla 12015-ci il iyulun 13-ü Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev dərman preparatları bazarında qiymətlərin süni şəkildə qaldırıldığını, başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların bir neçə dəfə baha satıldığını vurğulamışdı. Bu çıxışdan sonra hökumət dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlayıb. İyulun 30-dan bəri Tarif (qiymət) Şurası 5651 dərman vasitəsinin yeni qiymətlərini təsdiqləyib. Qiyməti təsdiqlənmiş dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının internet səhifəsində yerləşdirilib. Rəsmi məlumata görə, bu həftəyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin ümumilikdə 60%-nin qiymətləri endirilib.

Dərman bazarında tənzimləmə gözlənən effekti verirmi? Tibb elmləri doktoru, professor Adil Qeybulla Transparency.az-ın sualına cavabında deyib ki, inzibati yanaşma problemləri aradan qaldırmaq yolu deyil, dərman bazarında təxirəsalınmaz kompleks tədbirlər həyata keçirilməlidir: “Tarif Şurasının müdaxiləsindən sonra dərman bazarında xaotik durum yaranıb. Bəzi dərmanlar yoxa çıxıb, bəzilərinin keyfiyyət parametrlərində fərqlər var. Tarif Şurasının verdiyi qərarlar sahibkarların maraqlarına da xidmət etməlidir. Bu maraq nəzərə alınmadığı üçün bazarda mənfi tendensiyalar baş alıb gedir. Məcburi ucuzlaşmadan sonra keyfiyyətinə güvəndiyimiz preparatlar bazardan yoxa çıxıb. Keyfiyyət aşağı düşüb, qıtlıq yaranıb, yaranacaq da.

Dərman bazarı monopoliyadadır. Bu monopoliyaya rəhbərlik edən şirkətlər bazarda istədiyi kimi rəftar edir. Ona görə heç bir inzibati qərar uğurlu deyil. Problemlər mövcud situasiyadan qaynaqlanır, qərarlar uzunömürlü olmur, heç bir perspektivə xidmət etmir. Tarif Şurasının tədbirləri müvəqqəti xarakter daşıyır, dərman bazarında isə qiymətlərin tənzimlənməsi istiqamətində konkret addımların atılmasına ehtiyac var.

Prosesə necə başlamalı? Dünya bu istiqamətdə hansı yolla gedirsə, Azərbaycan da onu seçməlidir. Bəzi ümumi dərman preparatları icbari tibbi sığorta paketinə əlavə edilməlidir ki, əhali ondan yararlana bilsin. İslahat odur ki, əhalinin bütün təbəqələri ayrı-ayrı kateqoriyalar üzrə sığortalanır. Sığorta ilk növbədə doğuş və təxirəsalınmaz yardımı, həmçinin bəzi vacib müayinələri əhatə etməlidir. Bu gün şəkərli diabet, vərəm, onkoloji xəstəliklər, talassemiya üzrə bəzi dövlət proqramları var. Proqramlar bütün vətəndaşların ondan fayda görə bilməsi üçün əslində icbari tibbi sığortanın tərkibində olmalıdır. Bu, sosial müdafiənin mühüm bir elementidir. Bütün bu işlərin görülməsi üçün mütəxəssislər dəvət edilməli, ümumi komissiya yaradılmalı, məsələ sistem şəklində həllini tapmalıdır. Yəni icbari tibbi sığortanın təsdiqi, dərman bazarının qaydaya salınması, dərman maddələrinin dövlət reyestrinin, dövlət farmakologiyasının yaradılması şərtdir. Eyni zamanda Dünya Səhiyyə Təşkilatının reyestrinə daxil olan dərmanların ölkəyə idxalına icazə verilməsi təxirəsalınmaz tədbirlərdəndir”.

“Neft daşları”nda itkin düşənlərdən birinin meyiti tapılıb

26.02.2016



deniz 12015-ci il dekabrın 4-də “Neft daşları”ndakı 501 saylı özüldə faciə baş vermiş, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atmış, 3 nəfər itkin düşmüşdü.

Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində meyit aşkar edilib. DNT analizinin nəticələri fevralın 26-da bilinib. SOCAR-ın məlumatına görə, ekspertlərin rəyinə əsasən, meyiti tapılan şəxs 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçi, şirkətin Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğludur.

Ötən il dekabrın 4-də qasırğa zamanı Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə də faciə baş verib. Özüldə sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və şiddətli yanğın olub, 30 nəfər itkin düşüb, indiyədək 12 nəfərin meyiti tapılıb.

Kasıbdan da kasıb: Rusiyada 19 milyondan çox belə adam var

26.02.2016

yoxsul
2015-ci ildə Rusiyada aylıq gəliri yaşayış minimumuna belə çatmayanların sayı 19 milyonu keçib. Onların 60-70%-i uşaqlı ailələrdir. Novator.az-ın məlumatına görə, Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Toplin fevralın 26-da belə açıqlama verib.

Rusiyada yaşayış minimumu, ehtiyac meyarının həddi 9673 rubldur (200 manat).

Nazir qeyd edib ki, 2015-ci il ərzində gəliri yaşayış minimumundan az olan adamların sayı 3 milyon nəfər artıb.

Toplin 2016-cı ildə ölkədə işsizliyin ümumi həddinin 6,3% artacağını da vurğulayıb.

Buğda ununun, çörəyin istehsalının və satışının ƏDV-dən azad edilməsi barədə açıqlama

26.02.2016



vergiler nazirliyi 2
Vergilər Nazirliyi buğda ununun, çörəyin istehsalının və satışının 2016-cı il yanvarın 1-dən 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi barədə açıqlama yayıb.

Açıqlamada deyilir: “19 yanvar 2016-cı il tarixli qanunla Vergi Məcəlləsinə yeni 164.1.27-ci maddə əlavə edilərək buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2016-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilib. Bununla əlaqədar Vergilər Nazirliyi bildirir ki, 1 yanvar 2016-cı ildən başlayaraq buğdanın idxalına və satışına, buğda ununun və çörəyin istehsalına və satışına ƏDV-nin tətbiqi dayandırılır. 1 yanvar 2016-cı ilədək alınmış buğdaya, buğda ununa və çörəyə görə ödənilmiş və büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilmiş ƏDV məbləğləri yenidən hesablanmalı, dövlət büdcəsinə bərpa edilməli və həmin ƏDV məbləğləri bu malların dəyərinə aid edilməlidir.

2016-cı ilin yanvar ayının 1-dən fevral ayının 19-dək ƏDV ödənilməklə alınmış mallara görə bağlanmış müqavilələrdə dəyişiklik edilməklə buğdanın, buğda ununun və çörəyin satışının ƏDV-dən azad olunması göstərilməli, onların qiymətlərinə müvafiq dəyişikliklər edilməli, əvəzləşdirilmiş və hesablanmış ƏDV məbləğləri vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi yolu ilə yenidən hesablanmalıdır. Dəqiqləşdirmələr qiymətləndirmə bazasında dəyişiklik baş verdiyi hesabat dövründə, yəni 2016-cı ilin fevral ayının ƏDV bəyannaməsində aparılmalıdır.

Vergi Məcəlləsinin 159.8-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azad edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyekti sayıldığı üçün 1 yanvar 2016-cı ildən ƏDV tətbiq edilməklə buğdanın, buğda ununun və çörəyin satışı həyata keçirildiyi halda bu əməliyyatlar ƏDV-nin vergitutma obyekti sayılır”.

Mərkəzi Bank dolları bahalaşdırıb

29.02.2016



dollarMərkəzi Bank fevralın 29-da manatın dollara rəsmi məzənnəsini dəyişib. 1 dollar ötən həftənin son iş günündə 1,5624 manata təklif edilib, indi isə kurs 1,5655 manatdır.

Transparency.az-ın məlumatına görə, avro ucuzlaşıb. Fevralın 26-da 1 avro 1,7282 manat olub. Mərkəzi Bankın bugünkü satış kursu isə 1,7118 manat səviyyəsində müəyyənləşib.

Bakıda Cənub Qaz Dəhlizi sammiti keçirilir

29.02.2016



sammit
Fevralın 29-u Bakıdakı “Four Seasons” otelində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işə başlayıb. Prezident İlham Əliyev toplantıda iştirak edir.

İclasa “Cənub” qaz dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər qatılıb.

AZƏRTAC xəbər verir ki, üç plenar sessiya və dəyirmi masanın keçiriləcəyi iclasın sonunda Azərbaycanın energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç mətbuata bəyanatlarla çıxış edəcəklər.

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi normaları ilə bağlı qərardad qəbul edib

29.02.2016

km 1
Konstitusiya Məhkəməsinin Palatası Xətai Rayon Məhkəməsinin müraciətinə dair qərardad qəbul edərək Əmək Məcəlləsinin 70 “ç”, 72-ci və 79-cu maddələrindəki normalar arasında güman olunan ziddiyyətlərə aydınlıq gətirib.

Qərardadda qeyd edilir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən əmək müqaviləsini ləğv edə bilər.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əmək Məcəlləsinin 72-ci maddəsi işçinin əmək vəzifələrini kobud şəkildə pozması hallarını nəzərdə tutur. Həmin maddənin “ç” bəndinə görə, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib. Həmin maddənin 1-ci hissəsinə görə, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərlə əmək müqaviləsinin ləğvi qadağan edilir.

Konstitusiya Məhkəməsinin Palatası göstərilənlərə əsasən belə nəticəyə gəlib ki, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə zidd kimi təfsir edilə bilməz. Belə ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də, bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış edib.

Konstitusiya Məhkəməsinin Palatası qərara alıb ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sosial yönümlü dəyərləri nəzərə almaqla müvafiq nəticə müəyyən edə bilərlər. Konstitusiya Məhkəməsi Palatasının Qərardadında əks olunan hüquqi mövqe analoji işlərin həllində digər məhkəmələr üçün istiqamət müəyyən edə bilər.

Mart ayının hava proqnozu

29.02.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər yüksək olacağı gözlənir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-8 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənir, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Orta aylıq temperatur digər bölgələr üzrə belə proqnozlaşdırılır:

Naxçıvan Muxtar Respublikasında 5-9 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcəyədək yüksələcək);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 1-3 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18 dərəcəyədək yüksələcək);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 5-7 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcəyədək yüksələcək);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 4-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 17-22 dərəcəyədək yüksələcək);



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə