XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ


YADDAŞ “Məni qadınlar da sevmir axı...”



Yüklə 381,02 Kb.
səhifə11/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   7   8   9   10   11   12   13   14   ...   97
İcazə verin, Svetayeva ilə bağlı xahişimə müsbət cavab verəcəyinizə inanım. Bu, gələcəkdə də Sizə məktub yazacağımın bir işarəti olacaq…

Mən Sizi poeziyanın sevildiyi qədər, sevilməsi lazım olduğu qədər sevirəm… Sizi sevirəm və bununla fəxr edə bilərəm ki, Sizi nə mənim, nə də artıq haqqında danışdığım ən böyük və yəqin ki, yeganə dostum Marina Svetayevanın məhəbbəti aşağılamır.

Əgər Siz öz əlinizlə yazacağınız bir neçə sətirlə məni xoşbəxt etmək istəsəniz, yenə də Marina Svetayevanın ünvanından istifadə etməyinizi xahiş edirəm. Çünki İsveçrədən gələn poçtun bizə çatacağına ümid yoxdu.

Sizin Boris Pasternak.

Boris Pasternakla Marina Svetayevanın tanışlığının qəribə bir tarixçəsi var. I Dünya müharibəsi və inqilab illərində onlar elə-belə, “atüstü” tanış olmuşdular. Bu barədə Pasternak sonralar belə yazırdı: “İnqilabın ilk vaxtlarında başqalarıyla yanaşı onun da şeir oxuduğu bir ədəbi gecədə mən də iştirak edirdim. Hərbi kommunizm zamanı bir qış günü hansı bir tapşırıqlasa onun yanına getmişdim, mən nəsə elə-belə şeylərdən danışdım, cavabında da boş-boş şeylər eşitdim. Svetayeva mənə çatmadı”.

1922-ci ildə Svetayeva, uzun ayrılıqdan sonra, Berlinə ərinin yanına gedir. Bu arada Pasternak onun bir il öncə çapdan çıxmış “Verstı” kitabını oxuyur, təsirlənərək Svetayevaya həyəcan dolu uzun bir məktub yazır. Onlar arasında ilk yaxınlıq burdan başlayır. Pasternak Svetayevanı öz dövrünün ən istedadlı şairlərindən biri sayır, Rilkeyə yazdığı ilk məktubunda Svetayevanı da ən yaxın dostu kimi onunla tanış etmək istəyir. Svetayeva-Pasternak məktublaşmalarında hər iki şairin bir yerdə Rilkenin ziyarətinə getmək arzusu ifadə olunur. 1926-cı ilin 22 may tarixli Rilkeyə məktubunda Svetayeva Pasternakın bu cümləsini sitat gətirir: “Bu dünyada səninlə mən neyləyə bilərik? Rilkenin yanına gedə bilərik”.

3 aprel 1926-cı ildə Pasternak Svetayevaya bir sorğu anketi göndərir. Və ona istədiyi formada cavab verməsini xahiş edir. Bu anket XX əsr yazıçılarının bioqrafik lüğətini hazırlamaq məqsədilə inqilabi ədəbiyyat kabineti tərəfindən tərtib edilirdi. Svetayevanın cavabları onun həyatını, ədəbi və ictimai-siyasi baxışlarını ifadə etdiyindən maraq doğurur. Bu həm də Svetayevanın Pasternaka, ümumiyyətlə, ədəbi aləmə məktubudur.



Marina İvanovna Svetayeva – 26 sentyabr 1892-ci ildə Moskvada doğulmuşam. İctimai mənşəyim – zadəgan.

Atam – Vladimir quberniyası ruhanisinin oğlu, Bolon universitetinin professoru, filoloq, əvvəl Kiyev, sonra isə Moskva universitetində mədəniyyət tarixi professoru, Rumyantsev muzeyinin direktoru, 1913-də Moskvada vəfat etdi. Min bir əziyyətlə yığdığı kitabxanasını, bir kitab belə götürmədən Rumyantsev muzeyinə bağışladı.

Anam – Polşa knyazları soyundan, Rubinşteynin tələbəsi, xüsusi musiqi istedadı olan xanımdı. Tez öldü. Şairliyim ondan gəlir. O da kitabxanasını (həm özünkünü, həm də babasınınkını) muzeyə verdi. Erkən uşaqlığım Moskva və Tarusada keçdi. 10-13 yaşlarımda (anamın ölümündən sonra) xaricdə yaşadım, 17 yaşımda yenidən Moskva… Rus kəndində heç vaxt yaşamadım.

Başlıca təsirlər – anam (musiqi, şeir, Almaniya. Yəhudilik ehtirası. Təkbaşına hamıya qarşı). Daha çox gizli olsa da atamın təsiri anamınkından heç də az olmayıb (əməyə həvəs, karyerizmə yad olmaq, sadəlik, mühitdən təcrid olmaq bacarığı). Ata və anamın bir-birinə qarışmış təsiri – məhrumiyyətlərə dözən, sadəliyi sevən adam. Bir evdə iki leytmotiv: musiqi və muzey. Evin havası burjua yox, intelligent-cəngavər havasıdı. Səviyyəli bir həyat.

Mənəvi olayların sürəkliliyi: erkən uşaqlıq çağı – musiqi, 10 yaş – inqilab və dəniz (Nervi – Genuyanın yaxınlığındakı mühacir yuvası), 11 yaş – katoliklik, 12 yaş – ilk dəfə vətən duyma (“Varyaq”, Port-Artur), 12 yaşdan indiyəcən – 1905-ci ildə Spridonova və Şmidt tərəfindən təzələnmiş Napoleoniada, 13-15 yaşlarımda – narodovolçuluq, “Znamya” dərgisi… Tarasovun şeirləri, 16 yaş – ideyalardan qopma, Sara Bernara məhəbbət (“Orlyonok”), bonapartizm partlayışı, 16 yaşdan 18 yaşacan – Napoleon, fransız və alman şairləri (Viktor Hüqo, Beranje, Frederik Mason, Tyer, memuarlar…)

Sevimli kitablar ardıcıllığı (hərəsi bir dövrü ehtiva edir): Undina (uşaqlıq), Lixtenşteyn (yeniyetməlik). Rostanın “Qartal balası” (ilk gənclik). O vaxtdan indiyəcən: Heyne – Höte – Gölderlin. Rus yazıçılarından – indikilərdən deyirəm – Leskov və Aksakov. Rus şairlərindən – Derjavin və Nekrasov. Müasirlərimdən – Pasternak.

Uşaqlığımda çox sevdiyim şeirlər – Puşkinin “Dənizə doğru” və Lermontovun “Qaynar açar”. Puşkinin “Qaraçı”sını 7 yaşımdan indiyəcən dəlicəsinə sevirəm. “Yevgeni Onegin” dən heç vaxt xoşum gəlmədi.

Dünyanın sevimli kitabları: “Nibelunqlar”, “İliada”, “İqor polku haqqında dastan”.

Sevimli ölkələr: qədim Yunanıstan və Almaniya.

Təhsilim: 6 yaşda – musiqi məktəbi, 9 yaşda – IV qadın gimnaziyası, 10 yaşda – heç nə, 11 yaşda – Lozanda katolik pansionu, 12-də – Şvarsvaldda katolik pansionu, 13-də – Yalta gimnaziyası, 14-də – Moskvada Alfyorova pansionu, 16-da – Bryuxanenko gimnaziyası, VIII sinifdən çıxdım.

16 yaşımda Sarbonnada qədim fransız ədəbiyyatı kursunun dinləyicisi olmuşam…

6 yaşımdan şeir yazıram. 16 yaşımdan çap olunuram. Fransız və alman dillərində də yazıram.

İlk kitabım – “Axşam albomu” gimnaziyada oxuyarkən özüm nəşr etdirmişəm. İlk rəy – Maks Voloşinin böyük təbrik məqaləsi. Ədəbi təsir tanımıram, tanıdığım insani təsirdi.

Sevdiyim yazıçılar: Rilke, R.Rollan, Pasternak…

Heç bir siyasi və poetik cərəyana mənsubiyyətim yoxdu və olmayıb. Moskvada sırf məişət məsələsi səbəbindən Yazıçılar İttifaqının üzvü olmuşam.

Dünyada sevdiyim şeylər: musiqi, təbiət, şeir, tənhalıq.

İctimai işlərə, teatra, plastik sənətə, seyrçiliyə tamamilə laqeydəm. Sahiblik duyğularım uşaqlar və dəftərlərdən o yana keçmir.

Bir lövhə olsaydı, “mərhəmət eləmə” yazardım.

Həyat – vağzal, tezliklə gedəcəm, hara? – demirəm.

Marina Svetayeva

RilkePasternaka

Val-Mon, 18 may 1926

Əzizim Boris Pasternak!

Sizin istəyiniz dərhal yerinə yetirildi, məktubunuzdakı səmimiyyət məni quş qanadlarının yellədiyi hava kimi vurdu: “Ağılar” və “Orfeyə sonetlər” artıq şairin əlindədir! Həmin kitabları Siz də alacaqsınız. Möcüzəli bir şəkildə öz gözünüzdə məni bu qədər böyütmüsünüz, bunu mənə hiss etdirdiyinizə və yaşatdığınıza görə bilmirəm təşəkkürümü necə bildirəm. Öz könlünüzdə mənə o qədər yer ayırmısınız ki, bu, Sizin səxavətli qəlbinizin ucalığıdır. Bütün xeyir-dualar və Tanrının mərhəməti üstünüzdə olsun!

Bağrıma basıram.

Sizin Rilke

Pasternak bu məktubu ömrü boyu saxlayıb, uzaq səfərə çıxanda belə onu özüylə götürüb. Şairin oğlu Yevgeni yazır ki, “1960-cı ildə atam öləndə bu məktubu üzərində “Ən qiymətli” sözləri yazılmış zərfdən çıxardıq”. Zərf isə Pasternakın dəri portmanatının içində, pencəyinin cibindəymiş.

Boris Pasternakın məktubundan sonra Rilke Sevatayevaya iki kitabını göndərir və ona ilk məktubunu yazır.



Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə