Xix əsrin əvvəllərində Rusiya ictimai-iqtisadi inkişaf baxımından Qərbi Avropa ölkələrindən xeyli geridə idi. 1801-ci ildə Rusiyada saray çevrilişi baş verdi



Yüklə 65,31 Kb.
tarix22.07.2017
ölçüsü65,31 Kb.

GİRİŞ

XIX əsrin əvvəllərində Rusiya ictimai-iqtisadi inkişaf baxımından Qərbi Avropa ölkələrindən xeyli geridə idi. 1801-ci ildə Rusiyada saray çevrilişi baş verdi. I Pavel öldürüldü və onun oğlu I Aleksandr taxta çıxarıldı (1801-1825). Kəndli məsələsinin kəskinliyini zəiflətmək üçün 1803-cü ilin fevralında “azad taxılçılar” haqqında fərman verildi. Fərmana görə mülkədarlara icazə verilirdi ki, öz arzularına görə pul alıb kəndliləri torpaqla birlikdə azad etsinlər. 1810-cu ildə yaradılan Dövlət şurası ali idarəetmə orqanı kimi fəaliyyət göstərsə də, çarın yanında məşvərətçi orqan idi. XIX əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindən sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. 1812-ci ildə Çar ordusu Fransanı məğlub etdi. Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Milyonlarla kəndli, hələ də ağır təqiblərə məruz qalırdı. Avrupada döyüşən rus əsgərləri, ölkələrinin dövlət quruluşunun, sosial həyatlarının və qurumlarının nə qədər geridə qaldıqlarını görmüşdülər. Çarlığın boyunduruğu altındakı xalqın böyük bir bölümünü təşkil edən kəndlilərin torpağa təhkimçiliyi saxlaması əsgərlər üçün narahat bir gərçək idi. I Aleksandrın təqibləri ve militarist rejiminden narazı olan əsgərlər, kəndlilər , cəmiyyətlər yeni çevrə yaratdılar. İki əsas istiqamət müzakirə olunurdu : 1)məhdud monarxiya 2)federasiyalı cümhuriyyət. Aleksandr öldükdən sonra I Nikolayın taxta çıxacağı gün (14 dekabr 1825) Rusiya tarixində bir Çara qarşı yönəlmiş ilk silahlı ayaqlanma gerçəkləşdi. 1825-ci il dekabrın 14-də hərbçilərin üsyanı baş verdi. Bu üsyan tarixə dekabristlər üsyanı kimi daxil oldu. Dekabristlər üsyanı Rusiyada inqilabi hərəkatın başlanğıcını qoydu.

İlk rus inqilabçıları dekabristlər təhkimçi iadə üsuluna qarşı vuruşan döyüşçülər olmuşlar. Öz məqsədləri uğrunda onlar əllərində silah 14 dekabr 1825-ci ildə o vaxtkı Rusiya imperiyasının paytaxtı Peterburqda Senat meydanında I Pyotrun abidəsi önündə nümayiş etmişdilər. Dekabr ayındakı bu qiyama görə onlar dekabristlər adlanırılırdılar. Rusiyada ilk inqilabi çıxışlar olan bu hərəkatda özünəməxsus fərqli cəhətlər çoxdur. Gənc dvoryanlar olan dekabristlər özləri saray mühitində yaşayan xüsusi təbəqədən idilər. Onların təhkimli kəndlilərə sahib olmaq, heç nə etmədən kəndli əməyindən bəhrələnərək öz dvoryan malıkanələrində yaşamaq hüquqları var idi. Dvoryanlar çarlığın sütunları idilər. i idiler. Çar adminstrasiyasında və orduda bütün rəhbər mövqeləri tuturdular və daha yüksək vəzifələrə də iddia edə bilərdilər. Buna baxmayaraq onlar bu quruluşa qarsı mübarizəyə qalxdılar, səbəb kimi isə bu cür həyatın utandırıcı olduğunu göstərdilər. Onların hamısı ali təhsilli idilər və uşaq vaxtlarından siniflər arası bu cür fərqin şahidi olub onu alçaldici sayırdılar. Əksəriyyəti xaricdə təhsil alan dekabristlər qadağan olunmuş rus eədəbiyyatından başqa o dövr üçün yenilik sayılan fransız korifeyləri Volter, Russo, Didro, Dalamber, Monteskyudən bəhrələnmişdilər. Monarxiyanın məhvi bəşəriyyətin əsas məsələlərindən idi. Sərhədsiz çar və kral hakimiyyəti - absolyutizm – köhnəlmiş feodal-mülkədar quruluşunu mudafiə edir, xalqların inkişafına mane olurdu. 1789-1871-cı illəri əhatə edən dünya tarixinin bu periodunu (Böyük fransız burjua inqilabından Paris Kommunasına qədər) Lenin "burjuaziyanin qalxan xətti, təmiz qələbəsi" adlandırırdı. Bu period ərzində çoxlu sayda burjua inqlabə şüari altında inqilab və inqilabi çıxışlar olmuşdu. Periodu açan 1789-cu il Fransız inqilabından başqa, 1820-ci il ispan inqilabı, 1820-ci il Neapol və 1821-ci il Pyemonte üsyanı, 1821-ci il yunan üsyanı, 1830-cı il Fransız və Belçika inqilabları, bəzi alman və italyan dövlətlərindəki üsyanlar, o cümlədən, Rusiyada dekabristlər üsyani. Dekabristlərin esas şüarları təhkimçi feodal mülkədar rejimlərinin məhvi, burjua inqilablarının şüari idi. Hansi ki, öz dövrünü başa vurmuş feodalizmi məhv etməyə və yeni yaranmış kapitalizm quruluşunu möhkəmləndirmək və inkişaf etdirməyə çağırırdı. Ancaq bu heç də o demək deyil ki, dekabristlər burjuaziyanı təmsil edirdilər. Burjua inqilabları bəşəriyyət tarixinin çox vacib mərhələsi idi və heç də demək olmaz ki, həmişə burjuaziyanın hegemoniyası altında baş verirdi. O dövr Rusiyada burjuaziya yeni yaranırdı və çarlıqdan asılı idi və heç cür inqilabi güc sayıla bilməzdi.

Hərəkat 1825-ci il dekabr ayında (Sankt-Peterburqdakı Senat Meydanında-Senatskaya Poloşad-) baş verdiyindən üsyançılar “Dekabristlər” adını almışdır.

DEKABRISTLƏR ÜSYANI ƏRƏFƏSİNDƏ ÖLKƏDƏ SİNFİ MÜBARİZƏNİN

GÜCLƏNMƏSİ VƏ ÇARİZMİN DAXİLİ SİYASƏTİ

1812-ci il Vətən müharibəsinin və 1813-1814-cü illərdə Qərbi Avropaya yürüşlərin nəticələri ağır bir yük kimi Rusiya iqtisadiyyatının üzərinə düşdü. Düşmənin müdaxiləsi nəticəsində şəhər və kəndlər, o cümlədən Rusiyanın köhnə paytaxtı Moskva və Smolensk kimi şəhərlər xarabazara çevrilmiş və yandırılıb külə döndərilmişdi. Ölkəyə yüz milyonlarla manatlıq ziyan dəymişdi. Təqribən milyon yarım kimi rekrut və xalq qoşunu əsgəri kimi silahlandırılmışdı. Döyüş meydanlarında və xəstəliklər nəticəsində külli miqdarda adam həlak olmuşdu. Əkinlərin məhv edilməsi, mal-qaranın tələf olması əhalinin var-yoxdan çıxması demək idi. Müharibə maliyyə işini və pul tədavülünü son dərəcə pozmuşdu. Mülkədar-təhkimçi hökuməti yaranmış iqtisadi vəziyyətin ağırlığını bütünlüklə xalq kütlələrinin üzərinə salmışdı. Dövlət büdcəsinin kəsiri adambaşına vergilər, kəndlilərdən alınan töycü rüsumları və içkidən (araqdan) əldə edilən gəlir hesabına ödənilirdi. Ölkənin təsərrüfat həyatının ümumi tənəzzülü və kütlələrin var-yoxdan çıxması üzündən bu «gəlirlər» az olduğuna görə dövlət kağız pullar (əksinaz) buraxmağa başlamışdı, bu pullar isə ildən-ilə qiymətdən düşmürdü. 20-ci illərdə gümüş manatın məzənnəsi kağız pulun təqribən 3 manatına bərabər tutulurdu. Bahalığın artması xalqın vəziyyətini daha da pisləşdirirdi.

Xalq arasında milli hissin yüksəlməsi, 1812-ci ildə düşmənə qarşı mübarizədə özünü göstərmiş qüvvənin başa düşülməsi mülkədar kəndində, votçina manufakturasında və əsgər kazarmasında kəndlinin öz kölə-təhkimçi vəziyyətini daha aydın başa düşməsinə təkan verdi. Xalq etirazının ruhu güclənmişdi. Kəndlilər biyar və töycünün daha da artırılmasına və mülkədarların onları torpaqdan məhrum etmək cəhdlərinə getdikcə daha tez-tez etiraz çıxışları ilə cavab verirdilər. 1813-1825-ci illərdə 200-dək kəndli iğtişaşı baş vermişdi, bu illərdə iğtişaşların orta illik sayı isə Vətən müharibəsindən əvvəlki illərə nisbətən iki-üç dəfə artıq idi.1 Həmin illərdə kəndli mübarizəsi inadkarlığı və sürəkli olması ilə səciyyəvi idi. Bir sıra hallarda kəndlilər mülkədarlara qarşı bir neçə il mübarizə aparmışdılar. Məsələn, Ryazan quberniyasında, yerli qubernatorun məlumatına görə kəndlilər tez-tez «itaətsizlik və coşğunluq» göstərirdilər və bəzən bu hərəkətlər iki-üç il davam edirdi. Kostroma quberniyasında mülkədar Meşşaninovun doqquz kəndinin təhkimliləri 1818-ci ildə «qiyama» başlamış və mübarizəni, 1820-ci ilədək davam etdirmişdilər, həmin il isə mülkədar qadın Abaldueyevanın min nəfərdən artıq təhkimli kəndlisi qiyamçılara qoşulmuşdu. Üsyan edən kəndlilərin getdikcə daha çox inadkarlıq göstərdiklərini burdan görmək olardı ki, hökumət kəndliləri «sakitləşdirmək» üçün əsgər dəstələri göndərilməsinə getdikcə daha tez-tez əl atmalı olurdu. 1816-cı ildən 1825-ci ilədək kəndliləri yüz dəfədən çox hərbi qüvvə hesabına sakitləşdirmək, yəni kəndli iğtişaşlarının yarıdan çoxunu silah gücünə yatırtmaq lazım gəlmişdir.

1818-1820-ci illərdə Don sahilindəki kəndli hərəkatı ən kütləvi hərəkat idi. Vaxtilə Don çayının və onun qollarının sahillərində sərbəst yaşayan əhali öz Kazak başçıları-atamanlar və digər başçılar tərəfindən əsarət altına alınmışdı. Bütün torpaqlar yüksək zütbəli kazakların sərəncamına verilmiş və beləliklə, onlar torpaq və təhkimlilər üzərində hüquqları olan yeni zadəganlara çevrilmişdilər. Don sahilində Ukraynanın və Rusiyanın mərkəzi quberniyalarından qaçıb gəlmiş çoxlu kəndli yaşayırdı. Onlar bu yerlərdə azadlıq axtarırdılar, amma yenə də kölə vəziyyətinə düşmüşdülər. İğtişaşlar başlanmışdı. Hökumət Donda mülkədarların torpaq sahibliyini nizama salmağı qərara almış və bunun üçün xüsusi komitə təsis etmişdi. Kəndlilər hökumətin qərarını özlərinə xeyirli olan tərzdə başa düşmüşdülər, ona görə də iğtişaşlar xüsusi bir qüvvə ilə genişlənib böyük bir ərazini bürümüşdü. Hərəkatda 45 mindən çox kəndli iştirak edirdi. General-adyutant Çernışov kəndliləri sakitləşdirməyə göndərilmişdi, onun sərəncamında altı piyada alayı, iki süvari eskadronu və altı top vardı. General qırmalı top mərmilərindən və güllələrdən istifadə edərək üsyanı yatırtdı. Üsyançılara amasızcasına divan tutuldu, 263 nəfər qamçı, çubuq cəzasına məhkum edildi, Katorqaya və Sibirə sürgünə göndərildi.

Manufakturalarda və zavodlarda işçilərin hərəkatının güclənməsi də kəndli çıxışları ilə sıx əlaqədar idi. Mülkədarların pul qazanmağa buraxdıqları mövsüm fəhlələri və töycü verənlər də əsasən təhkimçilik əsarətinə qarşı mübarizə aparırdılar, lakin onların çıxışlarında rüşeym halında da olsa gələcək proletariata xas olan bəzi cəhətlər vardı. O dövrün jurnallarından birində deyildiyi kimi, fəhlə «dindar», dinc və xoşxasiyyət əkinçi camaatdan onunla fərqlənir ki, «Allahdan heç nə gözləmir, bütün ümidlərini maaşına bağlamışdır... birlikdə yaşayıb-işləyən, heç bir mülkiyyəti olmayan yüzlərlə və ya minlərlə fəhlənin birliyi onlarda coşğunluq və qiyam ruhu aşılayır». 1816-1825-ci illər ərzində 50-dən çox fəhlə iğtişaşı qeydə alınmışdı. Fəhlələr «peşə» tələbləri - əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması, müdiriyyətin özbaşınalığına son qoyulması kimi tələblər irəli sürürdülər. Onların çıxışları kəndli çıxışlarından daha böyük mütəşəkkilliyi, yenilməzliyi və hamının hörmət etdiyi başçının rəhbərliyinə tabe olması ilə fərqlənirdi. 1816-cı ildə Bataşovun şüşə zavodunda (Peterburqda) fəhlələr işi dayandırıb əmək haqqının artırılmasını tələb etmişdilər. Bundan əvvəl onlar dəfələrlə bir yerə yığışmış «bir-birini ələ verməyəcəylərinə öz aralarında and içmişdilər». 1822-ci ildə Rastorquyevin Kıştım zavodlarında (Uralda) bir dəstə fəhlə mübarizəyə başlayaraq öz ətrafına 10 minədən adam toplamışdı. Klimenti və Arxip Kosolapovlar, Ustinov kimi və başqa rəhbərlər meydana gəlmişdi. Fəhlələr zavodun rəhbərliyini hesab edib zavodu özləri idarə etməyə başladılar. Üsyançılar üzərinə iki min beş yüz əsgər göndərildi. Fəhlələr müqavimət təşkil edə bilmədilər, çünki onların rəhbərləri dərhal həbsə alınmışdılar. Elə həmin il Bataşovların üç quberniyada - Vladimir, Tanbov, Ryazan quberniyalarında olan zavodlarında fəhlələrin daha böyük həyəcanları baş verdi. Həyəcanlarda 13 mindən çox fəhlə iştirak edirdi. Fəhlələri bu çıxışlara sövq edən əmək haqqının verilməsinin gecikdirilməsi idi. Hökumət agentliklərinin təyin etdiklərinə görə isə əslində orada «fəhlələri xüsusi bir şəxsə qarşı deyil, hökumətə qarşı qızışdıran» «başqa gizli səbəblər» vardı.

Kəndlilərin və fəhlələrin etirazları əsgər kütləsi arasında da öz əksini tapırdı, çünki ordunun əsas heyyəti rekrutçuluq yolu ilə toplanan kəndlilərdən ibarət idi. Xarici yürüşlər Avropada təhkimçilik hüququnun mövcud olmadığı yeni qaydalar görən əsgərin dünyagörüşünü genişləndirmişdi. 1812-ci ilin böyük müharibəsinin qəhrəmanları vətənə qayıtdıqdan sonra isə yenə də müharibədən əvvəlki illərdə olmuş ağır təhkimçi zülmünü gördülər.

Kazarmalarda əsgərləri mənasız dərəcədə xırda hərbi təlim tələblərinin yetirilməsində ən kiçik xətalara görə vəhşicəsinə cəzalar tətbiq edən arakçeyevçilik gözləyirdi. 1816-1825-ci illərdə əsgərlərin ən azı 15 açıq çıxışı baş vermişdi.1

1820-ci ilin oktyabrında Semyonovsk polkunun qiyamı paytaxtda böyük siyasi hadisə oldu. Yürüşlər zamanı bir çox əsgəri işləri ilə şöhrət qazanmış polk vətənə qayıtdıqdan sonra Arakçeyevin əlaltısı Şvartsın komandalığı altına düşdü. Təzə komandir humanist zabitliyə (zabitlər arasında gələcək dekabristlərin bir çoxu vardı) alışmış əsgərlərin qəlbində «sərbəstlik» ruhunu öldürməyi qərara almışdır. Çubuq intizamı, əsgərin şəxsiyyətinin təhqir edilməsi Şvartsın əsgərlərə təsirini başlıca metodu idi. Semyonov polku əsgərlərinin çıxışı «hökmdar rotasının» (I Aleksandr polkun hamisi idi) şikayəti ilə başlandı. Polkun rəhbərliyi rotanı həbs edib Petropavlovsk qalasında təcrid etdilər. Polkun qalan rotaları etiraz edənləri müdafiəyə qalxdılar və bütün polk qalaya salınmış olundu. Peterburqun hakimiyyət orqanları və xaricdən tələsik qayıtmış çar polkun çıxışlarından qorxuya düşdülər. Kazarmalarda əsgərlər arasında hökumət əleyhinə intibahnamələr yayılırdı. İntibahnamələrdə çara və zadəganlara qarşı mübarizə aparmaq, zadəganların əvəzinə öz komandirlərini seçmək haqqında çağırış vardı, çar zadəganların mənafeyini qoruyan «ən böyük quldur» adlandırılırdı. Hökumət «qiyamçılara» amansızcasına divan tutdu. Təhrikçiləri bir neçə dəfə əsgər sıraları arasından keçirib çubuqladılar; belə cismani cəzadan sonra sağ qalanları katorqaya göndərdilər. Bütün polk ləğv edildi. Katorqaya göndərilmiş və ucqar hərbi hissələrə səpələnmiş semyonovçuların qəlbində hakimiyyət orqanlarına nifrət yaşayırdı və onlar digər inqilabi çıxışlarda dəfələrlə iştirak etdilər. Semyonovçuların çıxışları zamanı tapılmış intibahnamələrin birində təhkimçi kəndlilərin vəziyyətindən, altı günlük biyardan, son dərəcə ağır vergilərdən, kəndlilərin «katorqaçılardan seçilmədiklərindən» danışılırdı. Bu onu göstərirdi ki, əsgərin iğtişaşlar təhkimçilik əleyhinə ümumkəndli mübarizəsi ilə əlaqəlidir. Lakin bu əlaqə hərbi məskunların üsyanlarında daha əyani və dolğun şəkildə özünü göstərirdi.

Hərbi məskənlər I Aleksandrın özünün ideyası ilə meydana gəlmişdi. Hərbi məskənlərin yaradılmasından çoxlu məqsəd güdülürdü. Hökumət belə məskənləri mülkədarların mənafeyinə ziyan vurmadan kəndli məsələsini həll etməyin bir vasitəsi sayır, ordunun saxlanılmasına çəkilən xərclərin kəndlilərin hesabına ödəməklə maliyyə çətinliyindən çıxmaq istəyirdi. Lakin mürtəce hökumətin başlıca istəyi elə bir hərbi qüvvə yaratmaq idi ki, bu, taxt-tacın etibarlı dayağı olsun. A.İ.Gertsen bu tədbirləri I Aleksandrın çarlığının «ən böyük cinayəti», onun «müdhiş arzusu» adlandırmışdır. Hərbi məskənlərin təşkili məhz belə idi. Kəndliləri, əsasən dövlət kəndlilərini yarımhərbçi, yarımtəsərrüfatçı kəndli vəziyyətinə keçirirdilər. Məskunların bir hissəsi aldığı torpaq payında təsərrüfatla məşğul olmalı və hərbi işlə məşğul olan digər məskunları öz zəhmətinin bəhrəsi ilə dolandırmalı idi. Məskunlar hərbi bölmələrə ayrılır, ümumi ev-kazarmalarda («svyazlarda») yaşayırdılar. Təsərrüfat məsğuliyyəti və hərbi vəzifələrin yerinə yetirilməsi ciddi müəyyənləşdirilmiş sərt təlim əsasında həyata keçirilirdi: məkunlar təbil səsinə yuxudan oyanır, işləməyə hərbi sırayla gedir, rəislərin nəzarəti altında işləyirdilər.

Şəxsi həyatın və ailə həyatının bütün ukladı xüsusi olaraq seçilmiş amansız və nadan zabitlərin sərt nəzarətinə tabe edilmişdi.

Hərbi məskunlar özləri ordu sıralarını artırırdılar: uşaqlar 6 yaşdan hərbi işi öyrənirdilər, sonra isə 12 yaşdan etibarən valideynlərinin əlindən alınıb kantonçular sırasına daxil edilirdilər, yəni əslində uşaqlar əsgər olur, kazarma xidmətinin bütün ağrılarını dadırdılar.

Hərbi məskun vəziyyətinə keçirilmiş kəndlilərin güzəranı mülkədar kəndlilərinin güzəranından ağır olurdu: rəislərin daimi nəzarəti, məskunun və onun ailəsinin həyatına müdaxilə etməsi, hər kəsin öz təsərrüfatını yaratmaq imkanından tam məhrum olması, bütün ukladın təhzimlənməsində son dərəcə xırdaçılığa yer verilməsi kəndlinin boynuna ağır bir yük kimi düşmüşdü.

I Aleksandrın çarlığının axırlarında hərbi məskənlərdə 375 minədək adam vardı. Məskənlər əsasən ölkənin mərkəzində və yalnız qismən Rusiyanın sərhəd (Qərb) zolağında yerləşirdi.

Hərbi məskunlar mübarizəyə başlayırlar və bu mübarizə həmin məskənlər ləğv olunanadək davam edir. Ən böyük üsyan 1819-cu uldə Ukraynada, Çuquyevdə baş verdi. Üsyançılar işləməkdən boyun qaçırır və hərbi məskənlərin ləğv olunmasını tələb edirdilər. Məskunlar rəisləri qırıb onların yerinə öz adamlarını seçdilər. Çuquyev üsyançılar tərəfindən tutuldu. «Qiyamı» sakitləşdirmək üçün Araqçeyev özü böyük hərbi qüvvə ilə gəmişdi. Üsyançılara amasızcasına divan tutuldu: 2000-dək adam həbs edildi, onları 975 nəfəri ölüm cəzasına məhkum olundu.

1815-1825-ci illərdə çarizmin daxili siyasəti Napaleonla müharibədən sonra Qərbi Avropada yaranmış vəziyyəti səciyyələndirən ümumi mürtəce xətti əks etdirirdi. «Müqəddəs ittifaq» beynəlxalq meydanda ayrı-ayrı ölkələrdə irticanın əsaslandığı prinsipləri möhkəmləndirirdi.

Rusiyada kəndli hərəkatının yüksəlişi elə tədbirlər görülməsinə səbəb oldu ki, bunlar mülkədarın kəndli üzərində hakimiyyətini gücləndirməli və təhkimçilik münasibətlərini yeni kəndli qruplarına xeyli şamil etməli idi. 1815-ci il qanuna görə ikinci təftişdən sonra hələ təhkimli hesab edilməyən, ancaq mülkədarın adına yazılan bütün kəndlilər mülkədara təhkim elan edilir və özü üçün «azadlıq axtarmaq» hüququndan məhrum olunurdu. 1822-ci ildə mülkədarlara yenidən icazə verildi ki, təhkimliləri öz mülahizələrinə görə Sibirə sürgün etsinlər. 1816-1819-cu illərdə Pribaltikada mülkədarların təkidi ilə kəndlilər şəxsi asılılıqdan azad edilmişdilərsə də, «bu «azadlıq» elə həyata keçirildi ki, kəndlilər nəinki iqtisadi cəhətdən öz ağalarından tam asılı vəziyyətə düşdülər (bütün torpaq mülkədarların əlində qalmışdı), hətta ondan sərbəstcə ayrılıb gedə bilmirdilər: mülkədar öz yanında işləyən «azad» kəndliyə cismani cəzalar verə bilərdi.

Cəza tədbirlərini tətbiq edən və mülkədarın hakimiyyətini gücləndirən hökumət heç də əmin deyildi ki, ölkədə kütləvi hərəkatın artması və Avropada inqilabi partlayış imkanı onu yenidən «liberal» hiylələr siyasətinə keçməyə məcbur etməyəcəkdir. Yeni birləşdirilmiş vilayətlərdə-Polşa çarlığında və Finlandiyada vəziyyət xüsusilə təhlükəli idi. Çarizm orada bəzi konstitusiya təminatlarını təsdiq etməli oldu, hərçənd çar elə ilk vaxtlardan həmin təminatları pozmağa başlamışdı. Çox gizli şəraitdə Rusiya üçün hər ehtimala qarşı Novosiltsevin «Nizamnamə fərmanı» şəklində son dərəcə məhdud konstitusiya layihəsi, habelə xəzinəyə ödənc vermək yolu ilə təhkimli kəndlilərin tədricən «azad edilməsi» layihələri işlənib hazırlanırdı. 1818-1820-ci illərdə Avropada (İtaliyada, İspaniyada) inqilabi hərəkatın yatırılması, habelə Rusiyada semyonovçuların, Donda kəndlilərin, Çuquyevde hərbi məskunların çıxışlarının sakitləşdirilməsi bu «islahatçılıq» layihələrinə son qoydu.

Mürtəce siyasətin istinad nöqtəsi I Aleksandr, onun göstərişlərinin sadiq icraçısı isə Arakçeyev idi. Zadəgan zümrəsindən olan müasirlərindən biri (Vikel) Arakçeyev haqqında belə yazırdı: «Arakçeyevdən artilleriya üçün islah tədbiri kimi, sonra orduya cəza vasitəsi kimi və nəhayət, bütün rus xalqından qisas almaq vasitəsi kimi istifadə edildi». Bu nadan, qəddar və kobud artilleriya generalı imperiyada çardan sonra birinci adam oldu. K.F.Rıleyev «Çarın istəklisinə» satirasında Arakçeyevi belə səciyyələndirmişdi:

Doğma ölkəsinin sərt müstəbidi,

Hiyləylə mənsəbə yüksəlmiş idi.1

Ölkədə təşəkkül tapmış siyasi rejimi «arakçeyevçilik» adlandırmağa başladılar. Bu, təkcə kəndlilər barəsində təhkimçilik tədbirləri, əsgərlər üçün amansız hərbi təlim demək deyildi, həm də hər cür «qiyam» əlamətinin kökünü kəsmək məqsədilə casusluğa geniş yer verilməsi, nadan senzura məmurlarının əli ilə mətbuatın əsassız olaraq sıxışdırılması, yuxarıdan və aşağıdan idarəetmədə sarsaqlıq həddinə çatan xırdaçı, amansız və laqeyd formalizmdən, ən başlıcası isə Arakçeyev rejiminin hər hansı bir cəhətinə qarşı narazılığını və ya etirazını bildirənlərin hamısına amansızcasına divan tutması demək idi.

Arakçeyevçilik maarif sahəsində özünü daha əyani göstərirdi. I Aleksandrın çarlığının ilk illərində təsis edilmiş xalq maarifi nazirliyi, Karamzinin ifadəsincə, «nadanlıq nazirliyinə» çevrilmişdi. 1816-cı ildə A.N.Qolitsın nazirliyin başçısı təyin edildi, həm də nazirliyin özü kilsə işləri ilə birləşdirildi. Puşkinin epiqramında Qolitsın «xolop» ürəkli və «maarif düşməni» adlandırılır. Qolitsın öz ətrafına Maqnitski, Runiç kimi cəhalətpərəstləri toplamışdı. Qabaqcıl ideyalara qarşı mübarizədə, «Müqəddəs ittifaq»ın etiqadının rəmzi-incil, din, mistika irəli sürülmüşdü.

Universitetlərdə və başqa tədris müəssisələrində oxuyan gənclər ilk növbədə kilsənin təsirinə məruz qalırdılar. O dövrün ən yaxşı professorlarından K.İ.Arsenyev, E.V.Raupax, K.F.German, A.P.Kunitsın «azadfikirlilik» yaymaq üstündə universitetlərdən uzaqlaşdırılmış və məsuliyyətə cəlb edilmişdilər. Tədris bütünlüklə müqəddəs kitab əsasında aparılmalı idi. Öz nəticələrinə görə İncinin ehkamlarına uyğun gəlməyən bütün fənnlər tədrisdən xaric edilirdi. Məsələn, təbiiyyat elmlərini şərh edərkən dünyanın yaradılması və adamların Adəmlə Həvvadan törəməsi haqqında Bibliyadakı əfsanəni rəhbər tutmaq lazım idi. İnsan bədəninin anatomiyasını öyrənərkən meyit yarmaq qadağan olunurdu, çünki insan bədəni ölməz ruhun məskəni hesab edilirdi. Hətta riyaziyyatın özündə ilahi əsasları rəhbər tutmadan keçinmək mümkün deyildi. Kazan universitetinin bir professoru iddia edirdi ki, «vahidsiz rəqəm olmadığı kimi dünyada Allahsız mövcud ola bilməz».

Qolitsının əlaltılarının fikrincə, qiyam təzahürü görünən ali məktəblər tarmar edilirdi. Nadan Runiç Peterburq Pedaqoji İnstitutunu, savadlı avanturist Maqnitski isə Kazan Universitetini belə bir vəziyyətə saldılar.

Sərt senzura ən zərərsiz və hətta ən «xoşniyyət» kitabları qadağan edirdi. Göbələklərin zərəri haqqında kitab nəşr edilə bilməzdi, çünki göbələk pəhriz ərzaqı idi, yaxud «Körpənin tabutu önündə ruhun ölməzliyi haqqında söhbət» kitabı kilsə təliminə uyğun gəlməyən kitab kimi qadağan edilmişdi. Məhkəmə prosesləri haqqında xəbərlər dərc etmək, ələlxüsus daxili və xarici siyasət məsələlərinə toxunmaq qadağan idi.

DEKABRİSTLƏR HƏRƏKATININ BAŞLANMASI VƏ GEDİŞİ

Təhkimçilik sisteminin hökmranlığının davam etməsi nəticəsində, kapitalizm ukladı ünsürlərinin getdikcə artdığı bir şəraitdə ölkənin iqtisadi həyatında yaranan ziddiyyətlər, kəndliləri, işçi adamları və əsgərləri bürüyən, Qərbi Avropadakı hadisələr kimi Rusiya imperiyasının əsaslarının sarsılmasından müjdə verən kütləvi hərəkatın vahimə oyadan vüsəti varlı siniflər arasında da təşviş doğurmuşdu. Əhalinin ticarət və sənaye ilə məşğul olan təbəqələrin işbaz təşəbbüskarlıq göstərilməsi, habelə fabrik və zavodda maneələrə(sərbəst işçi qüvvəsinin olmaması, faydasız gömrük sistemi, daxili siyasətdə arakçeyevçilik üzündən) rast gəlirdilər. “Zamanın ruhuna uyğun”, yəni ticarət və işbazlıq yolu ilə təsərrüfat fəaliyyəti göstərməyə can atan zadəganlaran bir hissəsi də narazı idi. Köhnə təhkimli zadəganlar mövcud qaydaları əsaslarının sarsılmazlığına əmin deyildilər. Tərəddüdlər “yuxarı dairələrdə” də baş verirdi. Məsələn, bunu Aleksandrın siyasətində liberal hərəkatlardan irticaya doğru “döyüşlər” göstərirdi.

Rusiyada inqilabi hərəkat da ümumi narazılıq şəraitində, hökumətin tənqid edilməsi, başlıcası isə yaxınlaşmaqda olan fəlakətin intizarı şəraitində meydana gəldi. Bu təhkimçilik hüququna və mütləqiyyətə qarşı şüurlu siyasi və mütəşəkkil mübarizənin başlanması demək idi.

Bu V.İ.Leninin təbirincə, Rusiya inqilabi hərəkatında XIX əsrin 60-cı illərinin əvvəllərinədək davam edən zadəgan mərhələsinin başlanğıcı idi. Qabaqcıl ziyalı zadəganlar burjua inqilabı idealogiyasının ifadəçisinə çevrildilər. Zadəganların ən yaxşı nümayəndələri siyasi proqram işləyib hazırladılıar; ölkənin iqtisadi və siyasi inkişafını burjua yoluna yönəltmək üçün həmin proqram həyata keçirilməli idi. Ən yaxşı zadəganlar ilk gizli təşkilatlar da yaratdılar ki, bunlar da Rusiyada mütləqiyyərin devrilməsinə və təhkimçilik hüququnun ləğv edilməsinə nail olmalı idilər.

1825-ci ilin dekabrında çarizmə qarşı mübarizəyə başlayan ilk zadəgan iqilabçılar ”dekabristlər” adlanırdılar.

Dekabristləri birləşdirən inqlabi proqram müxtəlif amillərin təsiri altında təşəkkül tapmışdı. Onların fikirlərini tənqid məcarasına yönəldən hər şeydən əvvəl Rusiya həyatının biabırçı iqtisadi və siyasi uyğunsuzluqlarına qarşı ümumi narazılıq və etiraz ruhu idi. Dekabristlərin böyük əksəriyyəti rus ordusunun döyüş görmüş zabitləri idi; onların çoxu 1812-ci ilin vətən müharibəsində və xarici yürüşlərdə iştirak etmişdi. Gələcək dekabristlər əsasən gənclər idi; onlar ölkənin azadlığı və istiqlaliyyəti üçün təhlükə yaratmış düşmənə qarşı mübarizədə milləti bürüyüb, xalqı ayağa qaldıran böyük vətənpərvərlik ruhunu görmüş və həssaslıqla duymuşdular. Hərbi hadisələrin dekabristlərin əqidəsinə təsirini M.Muravyov-Apostol belə ifadə etmişdi: “Biz 1812-ci il övladları idik. Vətənin rifahı naminə hər şeyi, hətta həyatımızı qurban vermək qəlbimizin hökmü idi”.

XVIII əsrin axırlarında və XIX əsrin əvvəllərində rus ictimaiyyətinin tənqidi fikrini əks etdirən rus publisistikası və rus ədəbiyyatı yeni nəslə güclü ideya təsiri göstərməyə bilməzdi. A.N.Radişşevin təhkimçilik əleyhinə çağırışlarla dolu olan “Peterburqdan Moskvaya səyahət” kitabı, A.S.Puşkinin azdlıq eşqilə dolu şeirləri, Qriboedovun zadəgan cəmiyyətini satira ilə qamçılayan “Ağıldan bəla” pyesi , Pninin, N. Turgenevin və başqalarının iqtisadi və siaysi tədqiqatları cəmiyyətdə qabaqcıl ideyalar doğurur və onları dərinləşdirirdi. Dekabristlərin baxışlarının formalaşmasında bəşəriyyətin böyük mədəni irəliləyişini əks etdirən Qərbi Avropa maarifçi və materialist fəlsəfəsinin də böyük əhəmiyyəti vardı. Volterin, Russonun, ensiklopedistlərin əsərləri gələcək dekabristlərin inqilabi dünyagörüşünü genişləndirirdi.

Qriboedovun dekabrist üsyanında iştirakı nədən ibarət idi? Bu suala Qriboedov yaxın dostu Jandr: “Tam” – deyə cavab vermişdir.1

Üsyanda Qriboedov biləvasitə iştirak etməmişdi. Lakin dekabrist məfkurəsinə hüsn-rəğbət bəsləyirdi. Bu onun yalnız yaradıcılığından , “Ağıldan bəla”nın qəhrəmanı Çatskinin üsyanlarından deyil, eyni zamanda Qriboedovun dekabristlərlə olan şəxsi əlaqəsindən də bəllidir.

Dekabristlərin “Şimal” cəmiyyəti təşkil edilərkən Qriboedov da Peterburqda idi, və şübhəsiz ki, bu müham hadisədən xəbərdar olmaya bilməzdi. Uzun müddət fəaliyyətsizlikdən sonra, Pestelin möhkəm iradəsi nəticəsində, “şimallılar” cəmiyyəti 1823-cü ilin payızında yenidən fəaliyyət göstərməyə başladı. Yeni üzvlər cəlb etmək qərara alındı. “Cənub” cəmiyyətinin üzvləri ilə qızğın yazışma başladı. Rəhbərliyinə N. Muravyov, knyaz S. Trubetskoy və knyaz E. Obolenski seçildilər. Bunların hamısı Qriboedovun tanışları və dostları idi. 1823 - cü ilin axırlarından başlayaraq cəmiyət üzvlərinin müntəzəm iclasları çağırılmağa başladı.

Lakin Pestelin şəxsən Peterburqa gəlməsinə (1824-cü illərin əvvəllərində) baxmayaraq “şimallılarla” “cənublular” arasında tam bir anlaşma əldə edilmədi. “Şimallıların” köhnə üzvləri birləşmək istəmirdilər, çünki öz rəhbərlik nüfuzlarının düşəcəyindən qorxurdular. Yalnız Rıleevin ətrafında toplaşmış fəal dəstə “şimallıların” mütərəddid qisminə üstün gəldikdən sonra, dekabristlərin cənub və şimal cəmiyyətləri arasında əlbir işləmək barədə yenidən danışıqlara girişildi. Gizli səfərlər, qulluq işindən ötrü ezamiyyətlər başlandı.

Qriboedov may ayında paytaxtdan ayrılıb ayın axırında Kiyevə gəldi və burada gələcək dekabrist C. Muravyov – Apostolla, A. Muravyovla, Bestuyev – Ruminlə, knyaz Trubestkoyla görüşdü.

Qriboedovun səyahət zamanı yazdığı məktublardan onun Kiyevə gəlməsinin əsl məqsədi məlum olmur. Bu məktublar tarixi abidələrdən aldığı təəssüratla, sənət haqqında mühazirələrlə doludur; bununla Qriboedov qüssələrini dağıtmaq istəyirdi.

Hər halda Qriboedovun Qafqaza gələrkən yoldan ayrılıb Kiyevə getməsi mənasız deyildi. Kiyevdə o öz diplomatik istedadını hər iki dəstə arasında sazış yaratmaq üçün tətbiq edə bilərdi. 1825- ci ilin yayında bu saziş yarandı.

Gələcək dekabristlərin Qərbdə müşahidə etdikləri ilə Rusiya həyatı arasındakı təzad onlara xüsusilə ağır təsir bağışlayırdı. Onlar Qərbdə sənaye və kənd təsərrüfatında tərəqqi, Rusiyada isə durğunluq və ətalət görürdülər. Qərbdə ölkələrin əksəriyyətində xalq kütləsi təhkimli vəziyyətdə deyildi, burada isə kəndlinin mülkədar ağadan qul kmi asılılığının ən ağır forması hökm sürürdü. Orada mülki azadlıqlar, maarif və ictimai həyatın “Avropaya məxsus” formaları olduğu hiss olunurdu, burada isə hədsiz özbaşnalığa, casusluğa və şəxsiyyət üzərində zorakılığa əsaslanan arakçeyevçilik hökm sürürdü.

Zabitlər çarın iradəsi ilə orduda inadkarlıqla tətbiq edilən sərt təlimi, cəbhəbazlığı, əsgər intizamının və şəxsiyyətin təhqir edilməsi rejimini aydın duyurdular. Qabaqcıl zabitlər əsgərlərə təlim verilməsində Prussiya sisteminin əleyhinə idilər; onlar orduda təlim və tərbiyə vermək sahəsində Suvorovun yaratdığı rus milli sistemini üstün tuturdular.

Gələcək dekabristlərin mütləqiyyətə qarşə fəal mübarizəyə keçməsində həmin illərin beynəlxalq hadisələrinin də böyük əhəmiyyəti vardı. Cənubi və Qərbi Avropanın bir sıra ölkələrində başlanmış milli azadlıq hərəkatı və inqilabi hərəkat onlarda rəğbət oyadır və bu əqidəni möhkəmləndirirdi ki, Rusiya da həmin yolla getməlidir. İspaniyada və İtaliyada üsyana qalxmış xalqlara divan tutulmasının əsas ihamçılarından biri olan rus çarizminin jandarm rolu oynaması bu qabaqcıl zabitləri hiddətləndirirdi.

Qarşısına inqilabi məqsədlər qoyan ilk gizli cəmiyyət 1816-cı ildə yaradılan “Nicat ittifaqı” və ya “Vətənin həqiqi və sədaqətli oğulları cəmiyyəti” oldu.

Təşkilatın özəyini Aleksandr və Nikita Muravyovlar, Sergey və Matvey Muravyov-Apostol qardaşları, Yakuşkin, Pestel, Lunin, Trubeskoy və başqaları təşkil edirdiər. Cəmiyyətin üzvləri sayca çox deyildi - 30-dək adam idi. Nizamnamə və proqram işlənib hazırlanmışdı. Cəmiyyətin başlıca məqsədi Rusiyada konstitusiya yaratmaq və təhkimçilik hüququnu ləğv etmək idi. Nizamnaməyə görə “Nicat ttifaqı” son dərəcə gizli şəaritdə fəaliyət göstərən mərkəzləşdirilmiş təşkilat idi. Burada cəmiyyəti təsis edənlər (“boyarlar”) rəhbər rol oynayırdılar. Cəmiyyətin qalan üzvləri “xadimlər” və “qardaşlar”a bölünürdülər. “Xadimlər” cəmiyyətin siyasi məqsədlərindən xəbərdar edilir, “qardaşlar” isə onun fəaliyyətinə yardım göstərirdilər. Bu adamlar cəmiyyətin gizli qərarlarından tam xəbərdar olmurdular. Nizamnamə və taktika məsələsində cəmiyyətdə ixtilaflar meydana çıxdı. Onun üzvlərindən bir qrupu fəaliyyətə çara qarşı terrorçuluq hərəkətlərindən başlamağı məqsədəuyğun hesab edib, digər qrupu isə təbliğata daha çox meyl göstərirdi. Cəmiyyətin üç kateqoriyaya bölünmüş üzvlərinin hüquqlarının qeyri-bərabərliyi bəzi üzvlər tərəfindən pislənirdi. Üzvlərin sayı az olduğuna və qismən də proqram və taktika məsələləri kifayət qədər aydınlaşdırılmadığına görə “Nicat ittifaqı” cəmiyyətin fəal üzvlərinin bir çoxunu qane etmirdi.

1818-ci ildə “Nicat ittifaqının” ardınca “Səadət ittifaqı” adlı gizli cəmiyyət təşkil edildi. Cəmiyyətin “Yaşıl kitab”da yazılmış proqramı təhkimçiliyin ləğv edilməsi və siyasi quruluşun dəyişdirilməsi tələblərini açıq elan etmirdi, lakin “Yaşıl kitab”da bəhs edildiyi kimi, cəmiyyətin ümumi ruhu və onun fəaliyyətinin istiqaməti təhkimçilik əleyhinə baxışları əks etdirirdi. Proqramın belə xüsusiyyəti onunla əlaqədar idi ki, “Yaşıl kitab” “Səadət ittifaqına” mümkün qədər çox üzv cəlb etmək məqsədilə geniş yayılmaq üçün nəzərdə tutulmuşdu. “Yaşıl kitab”da üzvlərə təkllif edilirdi ki, təhkimli kəndlini mülkədardan müdafiə etsinlər, mülkədarı adam alverindən çəkindirsinlər, xalqa ziyan dəyməsin deyə məhkəmələrdə və idarələrdə ədalət uğrunda mübarizə aparsınlar, ticarətin, sənayenin və kənd təsərrüfatının inkişafına yardım göstəsinlər və i.a. “ Səadət ittifaqı” kəmiyyətcə sürətlə artırdı və 1821-ci ildə onun 200-dək üzvü vardı. Bundan əlavə cəmiyyətin ətrafında əlavə “upravalar” yəni bu və ya digər dərəcədə ideyaca “ittifaqla” bağlı olan təşkilatlar vardı. A.S.Puşkinin də fəal iştirak etdiyi “Yaşıl lampa” cəmiyyəti, “Rus ədəbiyyatı həvəskarlarının azad cəmiyyəti”, “Lankaster məktəblərini yayan cəmiyyət” və leqal fəaliyyət göstərən digər cəmiyyətlər belələrindən idi. Cəmiyyətin bəzi üzvləri yerlərdə geniş fəaliyyət göstərirdilər. Məsələn, Kişinyovdakı piyada diviziyasının komandanı olan general A. F. Orlov “Səadət ittifaqı”nın proqramı əsasında əsgərlərə cismani cəza verilməsini qadağan etmiş, onların maddi vəziyyətini yaxşılaşdırılmış və hətta əsgərlərlə vəhşicəsinə rəftar edən üç zabiti məhkəməyə vermişdi. Həmin diviziyada Lankaster məktəbinə rəhbərlik edən mayor V. Rayevski isə əsgərlər və yunkerlər qarşısında inqilabi ideyaları inkişaf etdirirdi.

Lakin təbliğat fəaliyyətinin leqal formalarını hökumət əleyhinə əsas məqsədlərlə əlaqələndirən təşkilat olmaq etibarilə “Səadət ittifaqı” da hökumətə qarşı açıq mübarizəyə başlamaq üçün az hazırlıqlı idi. Öz agentləri vasitəsilə hakimiyyət orqanları ”ittifaqın” varlığı və fəaliyyəti haqqında kifayət qədər məlumat almışdılar. Təkilatın tərkibinin genişləndirilməsi ona yekcins olmayan ünsürlərin daxil olmasına gətirib çıxardı: “İttifaq”da radikal-inqilabçı üzvlərlə yanaşı liberal əhval-ruhiyyəli mötədil baxışlı xeyli adam vardı. Həm də 1818-1820-ci illərdə Ruiyada və Avropada siyasi vəziyyət getdikcə kəskinləşirdi. Rusiyada kütləvi hərəkat (Donda kəndlilərin, Çuquyevdə hərbi məskunların, Peterburqda semyonçuların hərəkatı) genişlənirdi, Avropada isə İspaniyada və Neapol krallığında inqilablar baş vermişdi, Türkiyənin hökmranlığından xilas olmaq uğrunda yunanlar şiddətli mübarizə aparırdılar.

Bu hadisələr “Səadət ittifaqının” üzvləri arasında ümumi ehtirası və narazılığı gücləndirdi.

Mübahisələr və müxtəlif nöqteyi-nəzərlərin toqquşması 1821-ci ildə Moskvada “Səadət ittifaqı”nın qurultayının çağırılması ilə nəticələndi. Qurultayda aydın oldu ki, təşkilatı olduğu şəkildə saxlamaq yaranmış vəziyyətin tələblərinə uyğun deyildir. Qurultayın rəhbərləri “Səadət ittifaqı”nın fəaliyyətini dayandırmağı təklif etdilər, təşkilatın sağ təyamüllü üzvləri bu təklifi razılıqla qarşıladılar; onların fikrincə, “ittifaqın” təzahür etməkdə olan “yakobinçi”istiqaməti qorxuludur və belə hesab edirdilər ki, həmin istiqamət “zaman keçdikcə başsızlığa və fəlakətə gətirib çıxaracaqdır”. “Səadət ittifaqı” buraxıldı, lakin eyni zamanda keçmiş “Səadət ittifaqının ən işgüzar və inqilabi üzvlərin birləşdirmək məqsədilə yeni gizli təşkilat yaradılmasına hazırlıq görülməsinə başlanıldı.

«Səadət ittifaqı»nın Moskva qurultayından sonra (demək olar eyni vaxtda) iki güclü təşkilat-dekabristlərin Şimal cəmiyyəti və Cənub cəmiyyəti meydana gəldi. Bunların birincisi Peterburqda, ikincisi isə Cənubda (Tulçində, Kamenkada və Vasilkovda) Ukraynada yerləşən ordu hissələri arasında yarandı. Keçmiş «Səadət ittifaqı»nın cənubda ən nüfuzlu təşkilatı olan Tulçin upravası Moskva qurultayının qərarından xəbər tutduqda «qurultayın öz hakimiyyət həddini aşması» haqqında fikir irəli sürdü və fəaliyyəti davam etdirməyi qərara aldı. Beləliklə, Cənub cəmiyyəti meydana gəldi və sonra o, üç upravanı-Tulçin, Kamenka və Vasilkov upravalarını birləşdirdi. Pestel, Yuşneviski, sonralar isə Vasilkov upravasından S.Muravyov-Apostol cəmiyyətin direktoru seçildilər. Dekabristlərin tərkibinə Nikita Muravyov (Peterburqun nümayəndəsi) də daxil edilmişdi ki, bu da paytaxtda bir qədər gec yaranmış Şimal cəmiyyəti ilə cənubluların öz fəaliyyətini birləşdirməyə can atdıqlarını göstərirdi.

Cənub cəmiyyətində Pestelin fəaliyyətinin böyük əhəmiyyəti vardı. P.İ.Pestel dekabristlər arasında görkəmli, hər cəhətdən istedadlı sima idi. Geniş təhsili, iti zəkası olan bu adam yenilməz iradəsi ilə fərqlənir, təcrübəli təşkilatçı və qüvvətli nəzəriyyəçi kimi başqalarından seçilirdi. A.S.Puşkin onu səciyyələndirib demişdi ki, «sözün tam mənasında ağıllı adamdır... tanıdığın ən orjinal zəka sahiblərindən biridir».

Təşkilatın tapşırığı ilə Pestel özünün çap etdiyi «Russkaya pravda» proqramında cəmiyyətin inqilabi ideyalarını şərh etdi, bu kitab Cənub cəmiyyətinin üzvləri arasında müzakirə edildi və cəmiyyətin proqramına çevrildi. 1824-cü ilin martında Pestel, özü ilə böyük "Russkaya pravda" əlyazmasını da götürərək, ümumi proqram əldə etmək və gələcək fəaliyyət planlarının prinsiplərini aydınlaşdırmaq üçün, və nəhayət Şimal Cəmiyyəti ilə razılığa gəlmək üçün, Sankt-Peterburqa getdi. Lakin o heç bir güzəştə gedən deyildi. Pestel 1824-cü ilin aprel ayının axırına qədər Sankt-Peterburqda qaldı, qeyd edək ki, bu təxminən bir ay idi. Mayın sonlarında Qriboyedov Moskvanı tərk edərək Sankt-Peterburqa yola düşdü və iyunun 1-də oraya gəlib çatdı. Gizli Şuranın direktoru və Şimal cəmiyyətinin üzvləri Qriboyedov ilə ümumi siyasi müzakirələr zamanı silahlı üsyan hazırlamaq mövzusunda danışıqlar oldu.1

Cənublular belə hesab edirdilər ki, qarşıdakı siyasi çevriliş zamanı dərhal müəssisələr məclisinin çağırılması taktiki cəhətdən məqsədəuyğun deyildir. Onlar inqilabın müvəffəqiyyətini möhkəmləndirmək üçün müvəqqəti inqilabi hökumətin şəxsində diktatura yaratmağı zəruri sayırdılar. «Russkaya pravda» həmin hökumətə tapşırıq rolunu oynamalı idi.

Pestelin «Russkaya pravda» proqramının əsas müddəaları bundan ibarət idi: Rusiyada təhkimçilik və silki quruluş tamamilə ləğv edilir, bütün Rusiya vətəndaşlarının qanun qarşısında bərabərliyi elan edilir və aşağıdakı sxemdə göstərilən dövlət orqanlarından ibarət respublika qurulurdu:



Ali məclis

(ömürlük seçilmiş 120 üzvdən- boyardan ibarət olmalıdır)-Veçenin və Dumanın fəaliyyətinin formal qanuniliyi nöqteyi-nəzərdən onlar barəsində müşahidəçi orqanı.

Xalq veçesi

(birpalatanın)-beş il müddətinə seçilən ali qanunvericilik orqanı. Dövlət duması (beş üzvdən ibarət)-ali icraçı hakimiyyət orqanı.



«Russkaya pravda» proqramına görə 20 yaşına çatmış bütün kişi cinsli vətəndaşlar seçki hüququna malik idilər. Əmlaka və başqa cəhətlərə görə heç bir məhdudiyyət qoyulmurdu və beləliklə, kişilər üçün ümumi seçki hüququ müəyyən edilirdi. Yerli idarəetmə orqanları kimi həmin seçki sistemi əsasında «yerli» məclislər (quberniya, qəza, volost məclisləri) yaradırdı. Pestel ciddi surətdə mərkəzləşdirilmiş dövlət quruluşunun tərəfdarı idi; «Russkaya pravda» proqramına görə, qeyri-rus xalqların müstəqil siyasi varlıq hüququ yox idi. Müəllifin fikrincə, onların hamısı dil, məişət xüsusiyyətlərinə və başqa xüsusiyyətlərə görə tədricən rus xalqı ilə qovuşmalı idi. Polyaklar istisna təşkil edirdilər. İnqilabdan sonra Polşa inqilabi Rusiya ilə sıx ittifaqda olan müstəqil dövlər kimi ayrılırdı.

«Russkaya pravda» da aqrar məsələsi son dərəcə özünəməxsus tərzdə həll edilirdi. Kəndlilər torpaq payı almaqla təhkimçilik asılılığından azad edilməli idilər. İki müddəanın-torpaqdan zəhmətlə istifadə edilməsi prinsipini və torpaq üzərində xüsusi mülkiyyət prinsipini birləşdirmək niyyəti ilə «Russkaya pravda» da hər volostda torpağı iki hissəyə: ictimai torpağı və təsərrüfatın genişləndirilməsi (məhsul bolluğu yaradılması) üçün xüsusi mülkiyyətə satılan torpağa bölmək təklif edilirdi. İctimai torpağı satmaq, girov qoymaq olmazdı, ondan ancaq hər kəsin öz təsərrüfatı üçün («zəruri məhsul» əldə olunması üçün) istifadə edilə bilərdi. İctimai fond üçün torpaq zadəgan torpaqlarının bir hissəsini müsadirə etmək yolu ilə yaradılırdı. (Zadəgan malikanəsinin 10 min desyatin və daha çox torpağı vardısa, həmin torpaqlar əvəz ödənilmədən müsadirə edilmirdi, əgər zadəgan torpağı bundan az idisə, 5 min desyatindən başlayaraq həmin torpaqlar pul ilə alınırdı). Aqrar islahatının bu yolu zadəgan torpaq sahibliyini xeyli sarsıtmalı və kənd təsərrüfatında burjua əsaslarının inkişafına kömək etməli idi.

1825-ci ildə «Birləşmiş slavyanlar cəmiyyəti» Pestelin proqramını qəbul edib Cənub cəmiyyətinə qoşuldu. Müstəqil surətdə yaranmış bu təşkilat Rusiyanın, Polşanın, Çexiyanın, Serbiyanın və Avropanın şərqində və cənub-şərqində yerləşən digər slavyan və qeyri-slavyan ölkələrini (Macarıstanı, Moldaviyanı və Valaxiyanı) birləşdirməklə «dörd dəniz» arasında slavyan ölkələrinin demokratik federasiyasını yaratmağı qarşısına məqsəd qoymuşdu. «Slavyanların» qoşulması dekabristlərin Cənub cəmiyyətini gücləndirdi, çünki ən demokratik zabitləri, 1825-ci ildə cənubdakı üsyanın fəal iştirakçılarını bu cəmiyyətə daxil etdi.

«Səadət ittifaqı» buraxıldıqdan sonra Peterburqda yaradılmış Şimal cəmiyyətinə N.Muravyov, N.Turgenev, S.Trubetskoy, Y.Obolenski, İ.Puşşin (A.S.Puşkinin dostu) daxil idilər. Sonralar K.F.Rıleyev, Bestujev qardaşları, P.Q.Kaxovski və başqaları bu cəmiyyətə daxil oldular. Cənub cəmiyyəti kimi Şimal cəmiyyəti də təhkimçilik quruluşuna və mütləqiyyətə qarşı ümumi mübarizə platformasında birləşmişdi. Şimal cəmiyyətinin üzvləri bir sıra proqram məsələləri barəsində müxtəlif fikirdə idilər. Məsələn, o dövrün məşhur azadlıqsevər şairi, Araqçeyev haqqında satiranın, «Vojnarovski», «Düşüncələr» poemalarının müəllifi K.F.Rıleyev bir növ cəmiyyətin sol cinahını, respublikaçıları (Bestujev qardaşlarını, Kaxovskini, Odoyevskini, Küxelbekeri) öz ətrafında birləşdirdi. Onlar Nikita Muravyovun konstitusiya layihəsində ifadə edilmiş mötədil baxışların tərəfdarları ilə çoxlu mübahisə edirdilər.

N.Muravyovun «Konstitusiyası» proqramın bəzi mühüm məsələlərini Pestelin «Russkaya pravda»sında olduğundan daha məhdud şəkildə və daha az ardıcıllıqla həll edirdi. Məsələn, Muravyovun fikrincə, çevrilişdən sonra Rusiya konstitusiyalı monarxiya olmalı, imperatorun simasında «dövlətin ali məmurunu», icraçı hakimiyyəti qoruyub saxlamalı idi. Muravyov ölkənin idarə olunmasının təşkilini Pestelin sxemində olduğundan bir qədər başqa şəkildə təsəvvür edirdi:


Xalq veçesi

(qanunverici hakimiyyət orqanı)

İmperator («rahatlıq» üçün ömürlük

icraçı hakimiyyət) İki palatadan ibarətdir: iki il müddətinə


seçilən Ali duma; xalq nümayəndələri
palatası (onların hər üç nəfərindən biri iki

ildən sonra yenidən seçilir)


14 dövlətdən və iki vilayətdən ibarət Rusiya Federasiyası,

bu dövlət və vilayətlərdə ali hakimiyyət

Qanunvericilik məclisi

Dövlət başçısı (onun canişini İki palatadan ibarətdir: bir illiyə seçi-

və müşaviri)-dövlətdə icraçı lənlər palatası; üzvlərinin dörddə bir

hakimiyyətdir hissəsi bir ildən sonra yenidən seçilən

Dövlət duması.1

N.Muravyovun «Konstitusiyası»na görə seçki hüququ bir sıra məhdudiyyətlərlə verilirdi: əmlak senzi (minimum 500 manatlıq daşınmaz əmlak və ya 1 min manatlıq daşınmaz əmlak), 21 yaş, daimi yaşayış yeri, şəxsi asılılığın olmaması («hər hansı bir şəxsin yanında qulluqda olmamaq») seçki hüququ üçün məcburi idi. Bu və ya digər dövlət orqanına seçilmək (yəni pasasiv seçki hüququna malik olmaq) üçün adamların gərək daha böyük mülkiyyəti (ali dumaya üzv seçilmək üçün 30-60 min manatlıq əmlakın) olaydı.

Pestelin dövlət hakimiyyəti orqanları və seçki hüququ sxemi ilə bu sxemin müqayisəsində görünür ki, bir sıra müddəalarına görə N.Muravyovun layihəsi daha mülayimdir. N.Muravyovun layihəsinin zadəganlığın təsirindən irəli gələn daha böyük məhdudluğu mülkədar hakimiyyətindən azad edilmiş kəndlilər üçün torpaq məsələsinin həllində özünü göstərirdi. N.Muravyov belə hesab edirdi ki, torpaq bir mülkiyyət kimi mülkədarın əlində qalmalıdır, kəndliyə malikanə və hər ailəyə 2 desyatin torpaq hesabı ilə əkin sahələri verilirdi. Ümumiyyətlə, N.Muravyovun layihəsi hər halda açıq inqilabi xarakter daşıyırdı, çünki təhkimçilik hüququnun tamamilə ləğv edilməsi, hər cür silki imtiyazların məhv edilməsi, hamı üçün sənətkarlıq və sahibkarlıq azadlığı, habelə idarəetmə sissteminin burjua istiqamətində dəyişdirilməsi N.Muravyovun təklif etdiyi kimi Rusiyanın inkişafını xeyli irəlilətməli, sinfi mübarizə üçün geniş imkanlar açmalı idi.

DEKABRİSTLƏR HƏRƏKATININ MƏĞLUBİYYƏTƏ UĞRAMASI

İnqilabi çıxışlara hazırlaşan hər iki gizli cəmiyyətin üzvləri öz proqramını bir-biri ilə uzlaşdırmağa çalışırdılar, Rusiyanın dövlət quruluşunu dəyişdirməyin əsas məsələlərində lazımi fikir birliyinə nail olmuşdular. Qüvvələri təşkilatca birləşdirmək, çıxışa başlamalı olan mərkəzi müəyyənləşdirmək də lazım idi. Buna görə də 1823-1825-ci illər ərzində «Şimal» ilə «Cənub» arasında danışıqlar aparıldı. 1824-cü ildə Pestel xüsusi olaraq Peterburqa gəldi. Tam yekdillik əldə etmək mümkün olmasa da inqilabi təşkilatlar arasında əlaqələr hər halda genişləndi və möhkəmləndi. Cənubda «Birləşmiş slavyanlar cəmiyyəti»nin «cənublularla» qovuşması baş verdi, Polşa inqilabçıları ilə («Polşa vətənpərvərlər cəmiyyəti» ilə) danışıqlar aparıldı.

İnqilabi mübarizənin taktikası məsələsində Cənub və Şimal cəmiyyətlərinin üzvləri eyni fikirdə idilər. Onlar «xalqdan çox uzaq idilər» (Lenin), hərbi inqilab yolunu, zadəgan sinfinin hökumətinə qarşı ordunun üsyanı yolunu qəbul edirdilər, onlar xalq üsyanından qorxurdular, belə fikirləşirdilər ki, zalq üsyanı qanlı hadisələrə, anarxiyaya və dağıntılara səbəb ola bilər. Onlar orduya arxalanmaqla qan tökmədən çevriliş etmək və hakimiyyəti ələ alıb xalqın mənafeyi naminə dəyişikliklər həyata keçirmək istəyirdilər.

I Aleksandrın qəfil ölümü və bundan sonrakı hadisələr gizli cəmiyyətlərin çıxışını sürətləndirdi.

I Aleksandr 1825-ci ilin noyabrında Taqanroqda vəfat etdi. Ölmüş çarın uşağı olmadığından taxt-tacın varisi onun böyük qardaşı Konstantin idi. Lakin hələ Aleksandrın sağlığında Konstantin taxt-taca varis olmaq hüququndan yazılı şəkildə imtina etməyə məcbur olmuşdu. Bu sirri çara yaxın olan yalnız az-az adam bilirdi. Buna görə də çarın ölümü xəbəri alınan kimi Peterburqda qoşunlar, məmurlar və hətta Konstantinin yaşca kiçik olan qardaşı Nikolay imperator Konstantinə sədaqət andı içdilər. Nikolay Konstantinin taxtdan imtina etdiyini bilsə də onun bu işə münasibətinin aydınlaşdırmamış öz hüquqlarını tələb etməyə cəsarət göstərmədi. Konstantin isə çarın Polşadakı canişini kimi Varşavada yaşayırdı. O, Peterburqdan xəbər alan kimi taxt-tacdan imtina etdiyini bildirdi və Nikolaya and içdi.

Bir-birinə and içən qardaşın ailəvi «oyunu» yuxarı hökumət dairələrində son dərəcə dumanlıq çarlıq vəziyyəti yaratmışdı. Konstantinə and içildiyi gündən başlayaraq bu vəziyyət dekabrın 12-dək davam etdi. Həmin gün isə Nikolay qardaşının taxtdan imtina etdiyini manifestlə elan edib taxta çıxmağı qərara aldı.

Dekabrın 14-də yeni and içmə, bu dəfə imperator Nikolaya and içmə təyin edildi.

Yaranmış vəziyyət Şimal cəmiyyətində qızğın müzakirə edilirdi və bundan çıxış üçün əlverişli vəziyyət kimi istifadə etmək qərara alındı. Cəmiyyətdə sol cinahın nüfuzu güclənmişdi. M.Bestujev öz xatirələrində yazır ki, «Rıleyevin evi bizim üçün məşvərətə toplaşmaq yerinə, onun özü isə həmin müşavirələrin başlıca simasına çevrilmişdi».

Xalqın həyəcanlı vəziyyəti, hökumətin yuxarı dairələrində tərəddüdlər, habelə gizli cəmiyyət haqqında hökumətin xəbərçilərdən məlumat aldığı və həbslər başlandığı (dekabrın 13-də Pestel həbs edilmişdi) haqqındakı xəbərlər-bütün bunlar cəmiyyətin üzvləri tərəfindən nəzərə alındı. Dekabrın 14-də, Nikolaya «yenidən and içmə» mərasiminin təyin edildiyi gün cəmiyyətin üzvlərinin komandirlik etdikləri qoşun hissələrini Senat meydanına çıxarmaq və beləliklə senatorları və Dövlət şurasının üzvlərini Nikolaya and içməkdən imtina etməyə məcbur etmək və «Rus xalqına manifest»i elan etmək qərara alındı. Cəmiyyətin üzvlərinin tərtib etdikləri «Manifest»də təhkimçilik hüququnun ləğv olunduğu, mülki azadlıqlar müəyyən edildiyi xalq seçkiçiləri məclisinin («Böyük məclisin»), yəni Rusiyada idarəetmə formasını təyin etməli olan məclisin çağırıldığı elan edilirdi. Eyni zamanda plana görə Qış sarayı tutulmalı, çar ailəsi həbs edilməli idi. Hakimiyyət Müvəqqəti hökumətin əlinə keçməli idi. 12 dekabr 1825-ci ildə Nikolay Pavloviç ittifaq haqqında xəbər tutdu və həmin an üzünü imperator elan etmək qərarına gəldi. Üsyançılar 13 dekabr planına görə 14 dekabrda səhər Qış sarayını ələ keçirməli və çar ailəsini həbs etməli idi. Onlar Petropavlovsk qalasını ələ keçirməli, Senatın meydanına daxil olmalı və senatorıarı rus xalqına manifest verməyə məcbur etməli idilər. Manifestdə təhkimçilik hüququnun, hərbi məskənlərin, rekrut mükəlləfiyyətlərin ləğvi, vətəndaş azadlıqlarının deklarasiyası, hərbi xidmət müddətinin azaldılması öz əksini tapırdı. Dekabristlər hesab edirdilər ki, hakimiyyəti Müvəqqəti İnqilabi Komitəyə verməlidirlər. Bir neçə aydan sonra isə növbəti yığıncaq çağırılmalı, ölkənin gələcək siyasi quruluşu müəyyənləşməli və konstitusiya qəbul edilməlidir.Sui-qəsdçilər beş qvardiya polku və dəniz ekipajnın - ümumilikdə 6000 adamın dəstəyinə ümid edirdilər.1 Tarix elmində dekabristlərin üsyan günündə hərbi qələbələrin mümkünlüyü haqqında vahid fikir yoxdur. Bir sıra tədqiqatçılar qeyd edirlər ki, üsyan məğlubiyyətə məhkum idi. Digər müəlliflər isə hesab edirdilər ki. Üsyanın qələbəsi real idi. Əgər üsyançılar yenidənqurmanın heç olmazsa çox az hissəsini belə reallaşdıra bilsəydilər, ölkənin inkişafında çox böyük yüksəliş olardı.

Səhər tezdən zabitlər- Şimal cəmiyyətinin üzvləri- öz hissələrində əsgərləri Nikolayın hərbi səfərbərliyinə qarşı təşviq etdilər. Senat meydanında ilk olaraq 671 nəfərdən ibarət olan Moskva polku A. A. Bestujev və M. A. Bestujev və D. A. Şepina – Rostovskinin başçılığı altında daxil oldular.Dəniz qvardiya ekipajı N.A. Bestujev və A. P. Arbuzovun başçılığı altında senat meydanına daxil oldu. Bir saatdan sonra üsyançılara A. N. Suttofomun başçılğı altında daha bir polk qoşuldu (1250 nəfər). Senat qarşısında 2870 əsgər və matros yığıldı. 19 zabitdən başqa burda daha 16 dekabrist də vardı. Bu vaxt artıq yeni imperator olmuş I Nikolay ona sadiq qüvvələri meydana yeridirdi (təxminə n 9 min əsgər, 3 min atlı, eləcə də artilleriya və silah). İmperatorun üsyançıları təslim olmağa razı salmaq cəhdləri uğur qazanmadı.2

Dekabrın 14-də səhər tezdən təşkilatın üzvləri öz hissələrində idilər və əsgərlər arasında təşviqat aparırdılar. Moskva polkunu, dənizçilər heyətini Leyb- qrenadyorları, -cəmi 3 mindən bir qədər çox adamı Senat meydanına çıxarmaq mümkün oldu.Üsyançılar meydanda dayanıb növbəti əmrləri gözləyirdilər. Lakin S. B. Trubeçko görəndə ki, nəzərdə tutulmuş plan baş tutmayıb, üsyan məğlubiyyətə məhkum olunub, meydana gəlmədi. Üsyançılar inisiativ və onların strategiyasının sirli tutulması kimi qənimətləri itirdilər. Əlverişli məqamları itirən üsyançılar vəziyyəti öz xeyirlərinə dəyişə bilmədilər. Passiv müdafiəyə keçdilər. Onlar ədalətli olaraq güman edirdilər ki,qaranlığın düşməsi ilə qoşunun bir hissəsi onların tərəfinə keçəcək. I Nikolay 1825-ci il 14 dekabr gecəsi adyutant Rıleyevi həbsə göndərir. Həmin vaxtdan etibarən o artıq imperatorun etimadını qazanır.1

I Nikolay üsyançılara atəş açmağı əmr etdi. Axşam saat altıda hər şey qurtarmışdı.Rəsmi məlumatlara görə meydanda 1271 nəfər, eləcə də 970 şəhər müdafiəçisi ölmüşdü. Şimal cəmiyyətinin üzvlərinin həbsi başlandı. 14 dekabr üsyanı bütün mərhələlərdə həlledici hüücuma keçməmək səbəbindən və sui-qəsdçilərin passiv taktikasına görə məğlun oldu. Onun üçün çox az bir müddətə hazırlanan aşağı səviyyəli təşkilat, lazımı birlik və mütəşəkkil fəaliyyətin olmaması xarakterik idi. Dekabristlər hərbi nümayiş ilə kifayətlənməli oldular. Qarşıya qoyulmuş məqsədlərə çatmaq mümkün olmadı. Nəzərdə tutulan plan yerinə yetirilə bilmədi. Senatın və Dövlət Şurasının üzvləri üsyançıların meydana toplaşmasından qabaq and içmişdilər. Diktator seçilmiş Trubetskoy ürək edib meydana gəlmədi. Ancaq Nikolayın general Miloradoviç və ali ruhanilər vasitəsilə əsgərləri dilə tutub «qiyamın» dayandırılmasına nail olmaq cəhdləri də müvəffəqiyyətsizliyə uğradı. Əsgərlər hökumət süvarilərinin həmlələrini mətanətlə dəf edirdilər. Meydanda və yaxın küçələrdə üsyançıların başına çoxlu siravi adam, üsyançılara rəğbət bəsləyən adamlar toplaşmışdı. Dekabristlər başqa hərbi hissələrin onlara tərəf keçəcəklərini gözləyirdilər: axşama yaxın yeni diktator seçildi. Bu Obolenski idi. Lakin fürsət əldən verilmişdi. Nikolayın qoşunları xeyli çox idi, onun sərəncamında artilleriya vardı. Nikolay paytaxt qarnizonunda tərəddüd edən hissələr olduğunu bildiyinə görə qaranlığın düşməsindən və «qara camaatın» əhval-ruhiyyəsindən qorxaraq işi sürətləndirməyi qərara aldı və qırma ilə atəş açmağı əmr etdi. Güclü qırma atəşləri altında üsyançıların sıraları sarsıldı. Bir çoxları yerindəcə həlak oldu, başqaları yaralandılar, qalanları qaçmağa başladılar. Gecəyə yaxın Peterburqda üsyan yatırıldı.

Cənubda mübarizəni davam etdirməyə cəhd göstərildi. Paytaxtdakı hadisələr haqqında məlumat cənublulara bir neçə gündən sonra çatmışdı. Sergey Muravyov-Apostolun komandanlıq etdiyi Çerniqov polku üsyana qalxdı. Üsyan dekabrın 29-da başlandı. Vasilkov şəhərində üsyançı qoşunların toplanışı və onlara baxış oldu. S.Muravyov-Apostolun və onun dostu Bestuyev-Ruyminin tərtib etdikləri inqilabi «katexizis» əsgərlərə oxundu: müəlliflər burada müqəddəs kitabdan istifadə edərək inqilabi ideyaları əsgərlərin şüuruna çatdırırdılar. Polk Vasilkovdan çıxıb digər hissələrin olduğu yerlərə tərəf irəlilədi, onlrın da özünə qoşulacağını ümid edirdi. Lakin hökumət buna yol verməmək üçün qabaqcadan lazımi tədbirlər görmüşdü. 1826-cı il yanvarın 3-də Çerniqov polku hökumət qoşunlarının böyük bir dəstəsi ilə qarşılaşdı və darmadağın edildi. Cənub cəmiyyətinin üzvləri – S. S. Muravyev- Apostol və M. P. Bestujev- Ryumin 14 dekabr üsyanının dağılması xəbərini alanda 29 dekabr 1825- ci ildə Kiyev quberniyasında başlayan silahlı üsyan təşkil etdilər. Çernıqov polkunun üsyanı adlanan çıxışda 1000 əsgər və zabit iştirak edirdi. S. S. Muravyev- Apostol tez və qansız inqilab ideyasını reallaşdırmağa çalışırdı. Əsgərləri cəlb etmək ümidi ilə o, onları M. P. Bestujev- Ryuminin müəllifi olduğu nin mətni ilə tanış etdi. Yürüş zamanı üsyançılar güman edirdilər ki, digər sui-qəsdçi zabitlərin başçılığı ilə qalxmış hissələrə birləşəcəklər. Həmin vaxt isə üsyan qaldırmış rayonlara yeridilmiş hökumət qoşunları üsyançılar izolasiya etdilər. 3 yanvar 1826-cı ildə S. S. Muravyev- Apostolun qoşunu güllələndi. Üsyanın rəhbərlərini tutub Peterburqa gətirdilər.

Beləliklə, cənubda da üsyan müvəffəqiyyətsizliklə nəticələndi. Çarizmin üsyançılara belə tez və asanlıqla qalib gəlməsinin əsas səbəbi bu idi ki, üsyançılar xalqa arxalanmırdılar, əslində öz zadəgan məhdudluqları ilə arxalana da bilməzdilər. V.İ.Lenin o vaxt yaranmış vəziyyəti belə səciyyələndirir: «Təhkimçilik Rusiyası tam əsarət altındadı və onda heç bir hərəkət yoxdur. Zadəganların cüzi bir azlığı protestə qalxır; bunlar xalq tərəfindən yardım görmədiyi üçün gücsüz idi». Dekabristlər Peterburqda Senat meydanını dövrəyə alan xalq kütləsinin həmrəyliyindən istifadə etməyə cəhd göstərmədilər, onlar cənubda da bunu etmədilər, hərçənd yerli kəndlilər üsyana qalxmış çerniqovçulara ürəkdən rəğbət bəsləyidi və onlara kömək etməyə çalışırdılar. Hətta çıxışda iştirak edən, o zaman hələ təhkimli kəndlilərdən ibarət olan əsgərlər kütləsi passivlik göstərmişdi.

Üsyanın I Nikolay tərəfindən yatırılmasından sonra P.Pastel, K.Rılayev, P.Kaxovski, S.Muravyov-Apostol, M.Bestujev-Ryumin edam edilmiş, qalanları isə Sibirə və Qafqaza sürgün olunmuş, ictiamai-siyasi həyatdan uzaqlaşdırılmışdılar. Çarizm dekabristlərə amansızcasına divan tutdu. Pestel, S.Muravyov-Apostol, Bestujev-Ryumin, Kaxovski və Rıleyev asıldılar. Katorqaya məhkum edilən, zindanlara salınan, sürgün edilən və rütbəsi ləğv edilib sıravi əsgərliyə keçirilən (100 nəfərdən artıq adam) digər dekabristlərin bir çoxu cəza yerində vaxtsız öldü, bəziləri dəli oldular və yalnız onların az bir hissəsi 30 ildən sonra «amnistiya» aldı və Vətənə qayıtdıqdan azacıq sonra vəfat etdi.

Dekabristlərin əksəriyyəti katorqa və sürgün cəzasını Sibirdə çəkirdi. Sibirin «darısqal katorqa sığınacaqlarının» ağır məhrumiyyətlərinə və əzablarına baxmayaraq onların, demək olar, hamısı öz inqilabi baxışlarına axıradək sadiq qaldı. Sibir «məskənlərində» onlar öz maarifçilik fəaliyyətlərini dayandırmırdılar, Sibirin şəhər və kənd əhalisinə təsir edib onların şüurunda dərin iz qoymuşdular.

Dekabristləri masonlarla da əlaqələndirirlər. Ümumiyyətlə, masonlar bu ölkəyə XVIII əsrin ikinci yarısında ayaq açıblar. Şəbəkə öncə intellektualların arasında sürətlə yayılıb. Kənardan baxanda yalnız mədəni klub kimi görünsə də, mason lojalarında Avropadakı din əleyhinə düşüncələr təbliğ olunurdu. Bunu hamıdan əvvəl кilsə xadimləri başa düşmüşdülər. Günlərin birində rahiblər masonların çar rejimini yıxmaq üçün qiyam hazırlamaları xəbərini Kilsəylə yaxşı münasibətləri olan çar I Aleksandra çatdırdılar. Nəticədə çar 1822-ci ildə qanun verərək, ölkədəki bütün mason lojalarının qapadıldığını və təşkilatın qanunsuz sayıldığını elan etdi. Ancaq bununla masonlar fəaliyyətlərini dayandırmadılar, sadəcə,gizli fəаliyyətə keçdilər.

Çar  I Aleksandr lojaları yasaqlayandan 3 il sonra xəstəliyi səbəbindən dünyasını dəyişdi. Onun yerinə I Nikolay keçdi. Ancaq I Nikolayın taxta çıxması bir sıra çəkişmə və intriqalarla müşayiət olunduğundan, ölkədə qarışıqlıq baş qаldırdı. Bu şəraiti dəyərləndirən və rejimi yıxmağa çalışan "bəzi şəxslər" yeni çara qarşı sui-qəsd planı hazırladılar. Onların orduda xeyli tərəfdarları var idi. Buna güvənərək, 14 dekabr 1825-ci ildə paytaxt Sankt Peterburqda üsyançı əsgərlər və onları dəstəkləyən bəzi vətəndaşlar, həmçinin ziyalılar çar sarayına doğru yürüşə başladılar. Onlarla çara sadiq qalan silahlı qüvvələrin arasında toqquşma oldu və üsyançılar yenildilər. Bu qrup tarixə "dekabristlər" adı ilə düşüb. Onların liderləri həbs olundu və 5 nəfəri asılaraq edam edildi. 

Əslində, dekabristlər masonlardan başqa heç kim deyildilər. Zabitlər, ziyalılar və yazarlardan ibarət bu qrupun bütün təmsilçiləri üç il əvvəl çar Aleksandr tərəfindən yasaqlanmış lojaların üzvləri idilər. Onların arasında məşhur şair Аlекsаndr Puşkin də vardı.Dekabristlərin cəhdi uğursuzluqla nəticələnsə də, masonluq çarı devirmək hədəfindən vaz keçmədi. XIX əsrin sonu - XX əsrin ilk dörddə birində Rusiyada güclənən inqilabçı qrupların daxilində masonluq həmişə böyük rol oynayıb. Rusiyada inqilabi hərəkat tarixində dekabristlər üsyanı onunla əlamətdardır ki, bu çarizmə qarşı ilk açıq silahlı çıxış idi. Zadəganların ən yaxşı nümayəndələri olan dekabristlər xalqın oyanmasına kömək etmişdilər. Onların irəli sürdükləri əsas şüarlar-mütləqiyyətə və təhkimçilik hüququna qarşı inqilabi mübarizə şüarlarından inqilabçıların sonrakı nəsilləri istifadə etdilər; xalqın mənafeyi naminə fədakarcasına və qəhrəmanlıqla çıxış etməkdə onların timsalı Rusiyanın bütün qabaqcıl adamlarına əziz və doğma oldu.

A.S.Puşkinin Sibir «Katorqa sığınacaqlarına» göndərdiyi məktuba Odoyevskinin cavab məktubunda deyilirdi ki, dekabristlər öz işlərinin ölmədiyinə inanırlar. Onun məktubundakı «Qığılcımdan alov qalxar» sözləri ilə ifadə edilən bu inam 1917-ci ildə özünü doğrultdu. V.İ.Lenin «Gertsenin xatirəsi» məqaləsində yazırdı: «Dekabristlər Gertseni oyatdılar». Gertsen inqilabi təşviqatı genişləndirdi. Çernışevskidən başlayaraq «Narodnaya volya» qəhrəmanlarına qədər raznoçin inqilabçılar bu təşviqatı davam etdirdilər, genişləndirdilər, möhkəmləndirdilər, qüvvətləndirdilər. Mübarizələrin dairəsi genişləndirildi, onların xalqla əlaqəsi qüvvətləndi. Gertsen bunları «gələcək fırtınanın gənc şturmanları» adlandırmışdı. Lakin bu hələ fırtınanın özü deyildi. «Fırtına kütlələrin özlərinin hərəkatıdır». Lenin qeyd etmişdir ki, fırtınanın birinci dalğası 1905-ci ildə qalxdı.

NƏTİCƏ

Dekabristlərin inqilabiliyi rus feodal təhkimçi mühitinin, ədalətsizlik və zülmünün məhsulu idi və 1812-ci il Vətən müharibəsindən sonra rus milli şüurunun oyanması ilə bağlı olmuşdur. Dekabristlərin vəzifələri aşağıdakılardır: təhkimçiliyin ləğvi, mütləqiyyətin devrilməsi, yaxud məhdudlaşdırılması, respublika və konstitusiyalı quruluşun bərqərar olunması. Rusiyanın dəyişdirilməsinin ən məlum layihələri N.Muravyova (konstitusiyalı monarxiya) və Pestelə (respublika) məxsus idi. Daha radikal olan Pesteldə utopik sosializm ünsürləri, məsələn, torpağın bərabər bölgüsü ideyası var idi. Pestelin konistitusiyalı silklərin ləğvini və bir mülki silkin yaranmasını, qanunverici və icraedici hakimiyyət orqanlarının seçkililiyini, bütün torpaqların ictimai və şəxsi torpaqlara bölünməsini, şəxsiyyət və mülkiyyət hüquqlarına təminat verilməsini, "sərvətlərin" aristokratlaşmasına yol verilməsini, "xalq sənayesinin" inkişafını, hökumət və xalqın hüquq və vəzifələrinin uyğunluluğunu nəzərdə tuturdu. Dekabrizmin sosial ideallarının əsaslandırılmasına, həm materialist, həm də idealist və hətta dini fəlsəfi ideyalar xidmət edirdi. P.Borisov, İ.Yakuşkin, N.Kruyukov, N.Baryatinski, V.Rayevski və başqaları materialist olmuşdular. P.Pestel, N.Turgenev deizmə meyl etmiş, M.Lunin, V.Küxlbeker, Y.Obolenski və başqaları idealist, Bestujev-Ryumin, Muravyov-Apostol, V.Muravyov dini mövqelərdə durmuşdur. Dekabristlərin humanist cəhdləri fəlsəfənin mühüm sosial rolunun qeyd edilməsində ifadə olunmuşdur. Ən ardıcıl materialistlər ateizm mövqeyində durmuş, ruhun ölməzliyi ideyasını rədd etmiş, kilsəni mürtəce rolunu, monarxiya özülləri ilə əlaqəsini açmışdılar. Dekabristlər rus inqlabi fikrinə, Avropada gedən respublika hərəkatına təsir göstərmişdir.



Üsyanın nəticələrindən danışsaq 1826-cı ilin iyulunda 5 dekabrist Pestel, Murovyov-Apostol, Bestujev-Ryumin, Rıleyev və Kaxovski dar ağacından asılmaqla edam olundular, çoxlu dekabrist Sibirə sürgün edildi, 3 minə yaxın əsgər cəzalandırıldı. Ayaqlanmanın liderlərinin qərarsızlığına görə Çar bu birlikləri dağıtdı və ayaqlanma uğursuz oldu. 5 lider edam edilib zərərsizləşdirildi. Beləcə Sibir ilk siyasi məhkumlarını qəbul etməyə başladı. Dekabristlərin mühakiməsi Rusiya tarixində ən geniş siyasi proses olmuşdur. Üsyan işi ilə əlaqədar olaraq tədqiqat aparmaq üçün Tədqiqat Komissiyası yaradıldı. Tədqiqata cəlb edilmiş 579 nəfərdən 289 nəfəri təqsirkar elan edildi. 121 nəfəri xüsusi təşkil edilmiş Ali Məhkəməyə verildi. Onun tərkibinə Dövlət Sovetinin üzvləri, senatorlar, ali hərbi və vətəndaş çinovnikləri daxil idi.

Uğursuz olsalar da, Dekabrist hərəkati incəsənət və əbədiyyatda demokratik yüksəlişə təkan verən güc oldu. Sonraki illərdə Rus şeirinin gerçək qurucusu olan Puşkinin liderlik ettiyi bir çox şair və yazar tərəfindən yaradılan həyəcan bütün ölkəni bürüyəcəkdi. Yüzilliyin ilk rübündə Lermontovun şeirleri, Qoqolun oyun və hekayələri, Belinskinin ədəbiyyat tənqidlərilə siyasət və sosial məsələlərdəki məqalələri buna örnək sayıla bilər.



Əslində bu adamların özləri üçün istəyəcəkləri heç nə yox idi, hamısı zəngin idi, təhsilli idi, cəmiyyətdə nüfuzlu idilər. Onları düşündürən məmləkətin vəziyyəti, xalqın səfil və cahil olması idi. Xalq rəzil gündədirsə, ölkənin çiçəklənməsindən və dünyada mövqeyindən söhbət gedə bilməz. Rusiyanın tarixi bunu sübut edir. Ancaq dekabristlərin ən böyük səhvi dəyişmələrə hazır olmayan xalqı xoşbəxt eləmək cəhdi idi. Maariflənməyən, savadlanmayan xalq gözəl həyat haqqında düşünə bilməz.

Rusiya tarixində dekabrist üsyanının müstəsna yeri var. Sonradan ölkəni irəliyə aparacaq bütün hərəkatlar bu üsyandan böyük dərs aldılar. 1861-ci ildə çarın fərmanı ilə təhkimçilik hüququ ləğv edildi. Dekabristlər rus mədəniyyətinin, elminin və maarifçiliyin inkişafına əvəzsiz xidmət göstərdilər. Onlar alovlu vətənpərvər idilər - qabaqcıl ideyaların bütün xalqın sərvəti olduğuna inanır, yeni düşüncə tərzinin, ictimai fikir anlayışının formalaşmasına çalışırdılar. Hətta "Sibir mədənlərinin dərinliyində" də maarifçiliklə məşğul olurdular. Bizim xalqın dərin fəlsəfəsinə məxsus "toxun acdan xəbəri olmaz" ifadəsini onlara aid etmək olmur. Aclar haqqında toxlar düşünməlidir. Ancaq gözü-könlü toxlar...

ƏDƏBİYYAT SİYAHISI

  1. SSRİ tarixi. Birinci hissə. Prof. V.V. Mavrodinin redaktəsilə. Bakı. 1985.

  2. Enikolopov İ.K. Qriboedovun həyatı. [red. C.Cəfərov]B.: Azərnəşr, 1946.

  3. Нечкина M.B. Грибоедов и декабристы. Москва, 1977 года.

  4. История России. Новое и новейшее время. Москва, 2010 года.

  5. Лотман Ю. М. Декабрист в повседневной жизни. 1994 года.

  6. www.ebooks.preslib.az

  7. historylibrary.ru/az-23638-va_s_qriboedov_va_dekabristlar.html

  8. kayzen.az/blog/yeni.../rusiya-xix-əsr---xx-əsrin-əvvəllərində.html

  9. az.wikipedia.org/wiki/Dekabristlər



1 SSRİ tarixi. Birinci hissə. Prof. V.V. Mavrodinin redaktəsilə. Bakı. 1985, səh.553.

1 SSRİ tarixi. Birinci hissə. Prof. V.V. Mavrodinin redaktəsilə. Bakı. 1985, səh.556.

1 SSRİ tarixi. Birinci hissə. Prof. V.V. Mavrodinin redaktəsilə. Bakı. 1985, səh.558.

1  Enikolopov İ.K. Qriboedovun həyatı. [red. C.Cəfərov]B.: Azərnəşr, 1946, səh.39

1 Нечкина M.BГрибоедов и декабристы. Москва, 1977 года, səh.109.





1 SSRİ tarixi. Birinci hissə. Prof. V.V. Mavrodinin redaktəsilə. Bakı. 1985, səh.566.

1 История России. Новое и новейшее время. Москва, 2010 года, səh.65.

2 История России. Новое и новейшее время. Москва, 2010 года, səh.66.

1 Лотман Ю. М. Декабрист в повседневной жизни. 1994 года, səh. 456


Kataloq: 2014
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Мisvak вя онун XXI ясрдя истифадяси
2014 -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2014 -> Cü il tarixində əlavə edilmişdir 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
2014 -> Вместе к высотам стоматологии
2014 -> 31(2): 106-13 Müzeyyen Kayataş, 1 Rabia Figen Kaptan
2014 -> Ankara Numune E¤itim ve Araflt›rma Hastanesi Aile Hekimli¤i Klini¤i, Asistan Dr., Ankara

Yüklə 65,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə