Xliii informasiya və Kommunikasiya Texnologiyalarında fənn proqramı Ümumi hissə. a Giriş


V sinif İnformasiya və kommunikasiya texnologiyaları



Yüklə 177,73 Kb.
səhifə3/3
tarix03.12.2016
ölçüsü177,73 Kb.
1   2   3

V sinif

İnformasiya və kommunikasiya texnologiyaları

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr

Əsas anlayışlar və əməliyyatlar

İKT resurslarının yaradılması

Tədqiqat və kommunikasiya

İK tex.V.1. Şagird

İKT-dən səmərəli və təhlükəsiz istifadə edə bilər.



İK tex.V.2. Şagird İKT-dən istifadə zamanı etika və təhlükəsizlik normalarına əməl edə və məsuliyyəti dərk edə bilər. İKT-dən istifadə etmə sahələrini bilir və onun üstünlüklərini dərk edir.

İK tex.V.3. Şagird müxtəlif növ rəqəmsal vasitələri seçə və rəqəmli materialın yaradılması zamanı ondan istifadə edə bilər.

İK tex.V.4. Şagird informasiyanın əldə edilməsi, saxlanılması və təşkili zamanı İKT-dən səmərəli istifadə edə bilər.


İK tex.V.5. Şagird müxtəlif növ rəqəmsal vasitələrin seçilməsi və informasiyanın əldə edilməsi və tədqiqat prosesində ondan istifadə edə bilər.

İK tex.V.6. Şagird müxtəlif növ rəqəmsal vasitələri seçə və kommunikasiya və əməkdaşlıq üçün ondan istifadə edə bilər.

İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: əsas anlayışlar və əməliyyatlar

İK tex.V.1. Şagird İKT-dən səmərəli və təhlükəsiz istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Bəzi rəqəmsal vasitənin təyinatını dərk edirsə;

  • Klaviaturada klavişlərin yerləşməsini, onların funksiyalarını və klaviaturadan səmərəli istifadə olunmasını dərk edirsə;

  • Həm əməliyyat sisteminin müvafiq funksiyasından istifadə etmək kimi, eləcə də avadanlığın işə salınması-söndürülməsi düymələrinin vasitəsi ilə kompüteri işə salır və söndürürsə. Bu iki üsul arasında fərqi dərk edirsə;

  • Siçan düyməsinin funksiyalarını dərk edir və öz siçanından səmərəli istifadə edirsə (məsələn: siçan kursorunun istənilən yerə dəyişdirilməsi, obyektin siçan vasitəsi ilə “dartılması”, basmaq və iki dəfə basmaq);

  • Rəqəmsal qurğuların kompetensiyasını tanıyır və onların təyinatını dərk edirsə (məsələn: klaviatura, monitor, ekran, siçan);

  • Texniki cihaz ilə proqram təminatı arasında fərqi dərk edirsə;

  • İnformasiyanı saxlamaq vasitələrindən (məsələn, CD, DVD, USB) və onların birləşdirilməsi və ya/qoyulması yerlərindən təhlükəsiz və düzgün istifadə edirsə;

  • Müxtəlif növ proqram təminatının (məsələn: mətni redaktor, qrafik redaktor, elektron cədvəl) təyinatını və funksiyalarını dərk edir və onlardan səmərəli istifadə edirsə (məsələn: qeydetmə, üzünüçıxarma, yerləşdirmə, formalaşdırma);

  • Hiper mətni sənədin tərkib elementlərinin təyinatını dərk edir və onlardan istifadə edirsə (məsələn: hiperbik, formanın komponentləri .

İK tex.V.2. Şagird İKT-dən istifadə zamanı etika və təhlükəsizlik normalarına əməl edə və məsuliyyəti dərk edə bilər. İKT-dən istifadə etmə sahələrini bilir və onun üstünlüklərini dərk edir.

Nəticə göz önündədir, əgər şagird:



  • İnformatika fənnini, informatikanın inkişafının tarixi və fundamental elmlər arasında informatikanın yerini və rolunu dərk edirsə; informasiyalı texnologiyanın dünya görüşünün və iqtisadi aspektlərini düşünə bilirsə;

  • İnformatika və elektron formatlı obyektlərin qəbulu – təhvili zamanı materialın həcmi ilə əlaqədar məhdudiyyətləri dərk edirsə;

  • Şəxsi informasiyasının müdafiə üsullarından istifadə edirsə (məsələn, parol, göstəricilərin şifrlənməsi) və onlardan istifadə etmə normalarına əməl edirsə;

  • Xətdə və ya/internet əlaqəsində bəzi materialın baxılması və üzünün köçürülməsi ilə əlaqədar məhdudiyyətləri dərk edirsə;

  • Şəbəkə mühitində pozitiv sosial qabiliyyət-vərdişlərinin nümayişini edə bilirsə;

  • Kompüterdən və başqa rəqəmsal cihazlardan istifadə zamanı sağlamlıq təhlükəsizliyi normalarına əməl edirsə (məsələn: bədənin kompüter qarşısında oturan zaman vəziyyəti, ekranda kadrların dəyişikliyinin tezliyinin nəzərə alınması);

  • Məktəbdə müəyyən olunmuş normaları dərk edir və məktəb şəbəkəsi və rəqəmsal vasitələrdən istifadə olunması zamanı onlara əməl edirsə;

  • Ayrı-ayrı materialdan istifadə zamanı bu materialın müəllifinin hüquqlarını nəzərə alır və lazım gəldikdə müəllifi göstərirsə;

  • İTK-dən istifadənin insan fəaliyyətinin müxtəlif sahələrində istifadə olunmasını dərk edir və əsaslandırırsa: gündəlik həyatda, elmdə, səhiyyədə, biznesdə, sosial sahələrdə, incəsənət və mədəniyyətdə, nəşriyyat işində.

İstiqamət: İKT resurslarının yaradılması

İK tex.V.3. Şagird müxtəlif növ rəqəmsal vasitələri seçə və rəqəmli materialın yaradılması zamanı ondan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Rəqəmsal materialın strukturunu dərk edirsə;

  • Anlayışların, obyektlərin və proseslərin təsviri zamanı rəqəmsal materialdan istifadə etməklə rəqəmsal vasitələrdən istifadə edirsə;

  • Rəqəmsal material yaradarkən texniki, qrafik və audio materialın cəmləşdirilməsini aparırsa;

  • Qanunauyğunluqların aşkar edilməsi və qanunauyğunluqların yaradılması zamanı İKT-dən istifadə edirsə (məsələn: rəqəm ardıcıllığı, fiqurların yerləşdirilməsi);

  • Başqaları tərəfindən müzakirə və əks nəticənin alınması məqsədi ilə öz rəqəmsal materialını yayırsa; məhsulun yaxşılaşdırılması məqsədi ilə əks nəticədə istifadə edirsə.

İK tex.V.4. Şagird informasiyanın əldə edilməsi, saxlanılması və təşkili zamanı İKT-dən səmərəli istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Göstəriciləri və rəqəmsal materialı saxlamaq üçün adekvat seçir və cihazdan və yerdən istifadə edirsə;

  • İş prosesində rəqəmsal materialı proqram təminatına müvafiq funksiyalardan istifadə etməklə müntəzəm saxlayırsa (məsələn: “Save, Save as”, “Export”);

  • Müxtəlif rəqəmsal cihazlar arasında göstəricilərin qəbulu-verilməsi funksiyalarını dərk edirsə;

  • Rəqəmsal cihazda göstəricilərin saxlanılması iyerarxiyasını dərk edirsə (məsələn: fayl, kağız yeri) və bu strukturdan səmərəli istifadə edirsə (məsələn: faylları kağız yerində qruplaşdırır, kağız yerlərini kseroks kağız yerlərinə qruplaşdırır); strukturun elementlərinin adlarını düşüncə ilə adlandırır;

  • Göstəricilərin səmərəli saxlanılması, axtarılması və oxunması məqsədi ilə faylların və qovluqların yerlərinin məntiqi təşkilatını aparır;

  • Faylların tiplərini fərqləndirir və bu tiplərin müvafiq rəqəmsal materialın müxtəlif formatının mövcudluğunu dərk edirsə;

  • İnformasiyanın və rəqəmsal materialın saxlanılması, oxunması və ötürülməsi zamanı faylın ölçüləri ilə əlaqədar məhdudiyyətləri dərk edirsə;

  • Saxlanılası cihazların yaddaşlarının imkanlarını dərk edirsə.

İstiqamət: Tədqiqat və kommunikasiya

İK tex.V.5. Şagird müxtəlif növ rəqəmsal vasitələrin seçilməsi və informasiyanın əldə edilməsi və tədqiqat prosesində ondan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Rəqəmsal materialın müxtəlif formatına malik saxlama yerlərində (məsələn: göstəricilər bazası, internet, fayllar sistemi, fayl) axtarış zamanı, müvafiq rəqəmsal vasitələri seçir və bundan istifadə edirsə;

  • İnformasiya və rəqəmsal materialın axtarışı zamanı yayılmış axtarış sistemlərindən istifadə edirsə (məsələn: axtarılan sözlərin, söz birləşmələrinin və onların kombinasiyalarının adekvat seçilməsi və istifadə olunması zamanı axtarış sistemi interfeysindən səmərəli istifadə edirsə);

  • İnformasiyanın etibarlılığını müəyyən etmək üçün müxtəlif mənbədən əldə edilmiş informasiyanı müqayisə edirsə;

  • İdeyaların və informasiyanın təşkili zamanı İKT-dən istifadə edirsə;

  • Əldə edilmiş rəqəmsal materialı və informasiyanın interpretasiyasını anlayırsa və bu materialı nə qədər faydalı, etibarlı, adekvat və doğru olduğuna əsasən qiymətləndirirsə;

  • İnformasiyanın və rəqəmsal materialın mənbələrini və ya/müəllifini göstərirsə.

İK tex.V.6. Şagird müxtəlif növ rəqəmsal vasitələri seçə və kommunikasiya və əməkdaşlıq üçün ondan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Mətni, qrafik və audio materialını yaratmaq vasitələri imkanlarından rəqəmsal materialın kommunikasiya keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edirsə (məsələn: mətni redaktorda hərflərin ölçülərinin, üslubunun və rənginin seçilməsi, mətnin dil aydınlığı);

  • Kommunikasiya vasitələrindən ehtiyatla istifadə etmək qaydalarına əməl edirsə.

Tövsiyə olunan məzmun

Kompüter və onunla əlaqədar cihazların tərkib hissələri və onların təyinatları:

  1. Kompüter, informasiyanın işlənib-hazırlanmasının universal avadanlığı, kompüterin quraşdırılması;

  2. Prosessor və onun sürətli fəaliyyəti. Operativ və daimi yaddaş və onların qarşılıqlı əlaqəsi;

  3. Giriş qurğuları və onların təyinatı: klaviatura, siçan və onu əvəz edən cihaz, mikrofon, skaner, veb-kamera;

  4. Çıxış qurğuları və onların təyinatları: monitor, printer, spikerlər/qulaqcıqlar;

  5. Göstəriciləri saxlamaq üçün cihazlar: möhkəm disk, kompakt-disk, DVD-diski, flash kartı;

  6. Portlar və qoşma: USB-port, şəbəkə portu, işıq mənbəyinə qoşma, monitorun qoşulması, başqa giriş-çıxış cihazlarını qoşma ( yuxarıda bax ).

Kompüterin işə salınması/söndürülməsi və sistemin müxtəlif vəziyyəti.

  1. Qoşma və sistemin yüklənməsi mərhələləri;

  2. Söndürmə və yenidən yüklənmə. Onlar arasında fərq, proqramla söndürmə və elektrik mənbəyindən söndürmə arasında fərq;

  3. Əməliyyat sisteminə istehlakçının daxil olması və çıxması;

  4. Sistemin müxtəlif vəziyyəti və onlar arasında fərq(məsələn: söndürülmüş vəziyyət ilə qənaət rejimi arasında fərq).

Klaviaturanın strukturu və siçanın tərkib hissələri:

  1. Klaviaturanın düymələr qrupları və onların təyinatı;

  2. Simvolların (o cümlədən rəqəmsal) daxil edilməsində istifadə olunan düymələr. Dinləmə nişanlarını daxil etmək üçün düymələr;

  3. Funksional düymələr və onların təyinatı;

  4. Xüsusi düymələr (məsələn: CTRL, SHIFT, SPACEBAR, ALT, CAPS LOCK, TAB, INSERT, DELETE) və onların təyinatı;

  5. Siçanın tərkib hissələri və onların təyinatı. Siçanın müxtəlif tipləri;

  6. Siçanın proqram interfeysi: siçanın kursoru və onun təyinatı.

Göstəriciləri saxlamaq vasitələri. Yaddaş və onun ölçüsü:

  1. Yaddaşın ölçü vahidləri: bit, bayt, kilobayt, meqabayt, qiqabayt, terabayt;

  2. Rəqəmsal cihazlarda simvolların təqdimatı;

  3. Göstəriciləri saxlamaq vasitələri və onları müxtəlif parametrlərdə müqayisə etmək; göstəricilərin yazılmasının texniki formaları, həcmi, tezliyi;

  4. Göstəricilərin saxlanılması vasitələrinin adekvat seçilməsi (məsələn: arxivləşdirmə məqsədi ilə, keçirmək məqsədi ilə); etibarlılıq;

  5. Göstəricilərin alınıb-verilməsi tezliyi və onun ölçü vahidləri. Göstəricilərin alınıb-verilməsi tezliyinin müəyyənləşdirilməsi (qiymətləndirilməsi) üsulları.

Əməliyyat sistemi və onun funksiyaları:

  1. Kompüterin proqram təminatı. Proqram təminatının pillə strukturu;

  2. Əməliyyat sisteminin təyinatı və onun komponentləri;

  3. Əməliyyat sisteminin istifadəçi interfeysinin qrafik elementləri və onların təyinatı. Siçan vasitəsi ilə qrafiki interaksiya;

  4. Sistemin konfiqurasiyasının müəyyənləşdirilməsi və resursların idarə olunma vasitələri (məsələn: yeni proqramın instalasiyası və əks instalasiyası, möhkəm diskin defraqmentasiya, ekranın parametlərinin müəyyənləşdirilməsi);

  5. Göstəricilərin mühafizə olunması və təhlükəsizliyi. İstifadəçinin avtentikasiyası və müəllifləşdirilməsi (avtentikasiya: istifadəçinin sistemdə qeydə alınması və onun göstəricilərinin sistemə qoşulduğu andan yoxlanılması; müəllifləşdirmə: qeydiyyatdan çıxarılmış istifadəçinin hüquqlarının sistemin resurslarının dayandırılması anından başlamış hüquqları) ;

  6. Sistemin standart istifadəçi proqramları;

  7. Proqramın işə salınması və proqramın işinin başa çatdırılması.

Fayllar sistemi və onunla əlaqədar əməliyyatlar:

  1. Yaddaşların strukturu. Fiziki və məntiqi disklər. Diskin formatlaşdırılması;

  2. Fayl və qovluq anlayışı: fayl, göstəricilərin saxlanmasının əsas vahidləri kimi; qovluq, faylların qruplaşdırılması vasitəsi kimi. Qovluq ilə əlaqədar əməliyyatlar: məsələn – yaratma, pozma, üzünü köçürmə, yerini dəyişmək, arxivləşdirmək;

  3. Onlarda saxlanılmış rəqəmsal materialın formatına əsasən faylların tipləri (məsələn: mətn, qrafik, audio). Faylın atributları;

  4. Faylın tipləri ilə bağlı proqramlar;

  5. Bu və ya digər istifadəçi proqramlarından istifadə etməklə fayllar yaratmaq;

  6. Faylla bağlı əməliyyatlar: məsələn – faylın üzünü köçürmək, yerini dəyişmək, pozmaq, pozulmuş faylın bərpa olunması (“Zibil qutusundan”), arxivləşdirmək. Qovluqlar yerində faylları qruplaşdırmaq;

  7. Proqram təchizatına uyğun gələn müvafiq funksiyalardan istifadə etməklə saxlanmış materialın oxunması (məsələn: “OPEN, IMPORT”).

Mətni redaktordan istifadə etmək:

  1. Mətni redaktordan istifadə etməklə mətni daxil etmək;

  2. Font (şrift) anlayışı və gürcü şriftlərinin özünəməxsusluqları;

  3. Mətnin formatı: şriftin, proqramın formatı, üslubun müəyyənləşdirilməsi;

  4. Yaddaş buferi və ondan istifadə etmək;

  5. Düzgün yazmanın yoxlanılması və avtokorreksiya funksiyalarından istifadə etmək;

  6. Cədvəlin yerləşdirilməsi və cədvəl vasitəsi ilə informasiyanın təşkili;

  7. Şəkilin arzu olunan yerdə yerləşdirilməsi; qrafikli elementlərdən istifadə etmək;

  8. Simvolların və formulların arzuolunan yerdə yerləşdirilməsi;

  9. Sənəddə axtarış və mətnin bir fraqmentinin digəri ilə əvəz olunması;

  10. Müxtəlif klaviaturanın təyinatı. “Qaynar” klaviaturalar;

  11. Səhifənin parametrlərinin müəyyənləşdirilməsi; çapdan əvvəl nəzərdən keçirmək, sənədin çap olunması;

  12. Sənədin strukturunun müəyyənləşdirilməsi; mündəricatın, qeyd yerlərinin və hiperlinkin yaradılması, sənəddə yerlərin dəyişdirilməsi;

  13. Sənədin müxtəlif formatlarda saxlanılması.

Elektron cədvəldən istifadə etmək:

  1. Elektron cədvəlin strukturu (xanalar, xətlər, sütunlar, xanaların ünvanlarının müəyyənləşdirilməsi qaydası) və elektron cədvəldə yerdəyişmə;

  2. Göstəriciləri elektron cədvələ daxil etmək;

  3. Göstəricilərin tipləri (mətni, rəqəmsal, düstur, tarix) və onlar arasında fərq;

  4. Cədvəlin deformatlaşdırılması, üslubun müəyyənləşdirilməsi;

  5. Düsturlardan istifadə etmək. Xananın daxilindəki fəslin başqa xanalardakı daxili fəslə münasibəti;

  6. Diaqramlar və onların növləri;

  7. Göstəricilərin süzgəcdən keçirilməsi və yerləşdirilməsi.

  8. Səhifənin pozulması və yeni səhifənin əlavə edilməsi.

  9. Müxtəlif klaviaturaların təyinatı. “Qaynar” klaviaturalar.

  10. Səhifənin parametrlərinin müəyyənləşdirilməsi; çapdan əvvəl nəzərdən keçirmək, sənədin çap olunması;

Qrafik redaktordan istifadə etmək:

  1. Əvvəlcədən hazırlanmış qrafik elementlərdən (məsələn, həndəsi fiqurlardan) kombinasiya ilə şəklin yaradılması;

  2. Rəng anlayışı, rəngin parametrləri, rəngin rəqəmsal generasiyası: rəngin parametrlərinin modifikasiyası ilə müxtəlif rənglərin alınması.

  3. Qrafik redaktor cihazından istifadə etməklə qrafik obyektlərdə əməliyyatlar;

  4. Müxtəlif qrafik formatlar arasında fərq.



İnternet

  1. Veb-səhifə və onun tərkib komponentləri;

  2. İnternetdə ünvanlandırma və ünvanın strukturu;

  3. Hiperlink və onun müvafiq ünvanı;

  4. Axtarış sistemindən istifadə etmək; axtarılası söz birləşmələrinin sintaksis;

  5. İnternetdən materialın köçürülməsi;

  6. İnternetdə yerləşdirilmiş materialdan istifadə etməklə əlaqədar etik və qanunvericilik normaları; müəllif hüquqları.



VI sinif

İnformasiya və kommunikasiya texnologiyaları

Standartlar

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr

İKT-resurslarının yaradılması

Tədqiqat və kommunikasiya

İK tex.VI.1. Şagird müxtəlif növ rəqəmsal vasitələri seçə və rəqəmli materialın yaradılmasında istifadə edə bilər.

İK tex. VI.2. Şagird informasiyanın alınması, saxlanılması və təşkili zamanı İKT-dən səmərəli istifadə edə bilər.

İK tex.VI.3. Şagird informasiyanın əldə edilməsi və tədqiqat prosesində müxtəlif növ rəqəmsal vasitələri seçə və ondan istifadə edə bilər.

İK tex. VI.4. Şagird kommunikasiya və əməkdaşlıq üçün müxtəlif növ rəqəmsal vasitələri seçə və ondan istifadə edə bilər.

İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: İKT resurslarının yaradılması

İK tex.VI.1. Şagird müxtəlif növ rəqəmsal vasitələri seçə və rəqəmli materialın yaradılmasında istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Rəqəmsal materialın strukturunu təsvir edir və formalaşdırırsa; məqsədə uyğun struktur seçir və ya bu struktura uyğun gələn rəqəmsal vasitələr seçə bilirsə (məsələn: qarşılıqlı asılı göstəriciləri əhatə edən dinamik cədvəl üçün adi mətni işləyib-hazırlamaq – sadə mətni redaktoru hazırlamaq üçün elektron cədvəldən istifadə edir) ;

  • Anlayışların, obyektlərin və proseslərin təsviri zamanı rəqəmsal materialların imkanlarını qiymətləndirir və adekvat rəqəmsal vasitələr seçirsə;

  • Auditoriyanın tələblərini və öz (və ya qrupun) məqsədlərinin nəzərə alınması ilə özünün (yaxud qrupun) fikirlərini aşkara çıxarmaq və ya işin nəticəsini nümayiş etdirmək məqsədi ilə təqdimat/slaydlar hazırlayırsa;

  • Təqdimat və ya başqa növ vizual və oxunası material arasında fərqi qəbul edirsə; məqsədəuyğun gələn rəqəmsal material yaradarkən mətni, qrafik və audio materialın səmərəli kombinasiyasını həyata keçirirsə;

  • İKT-dən istifadə edərkən vaxtdan və başqa resurslardan optimal istifadə etmək məqsədi ilə iş prosesinin avtomatlaşdırılmasını həyata keçirirsə (məsələn: tez-tez təkrar olunan əməliyyatların yerinə yetirilməsi üçün makroslar, dəyişən sənədlərdə göstəricilərdən istifadə edərkən yeniləşdirilmiş vadilər yaradır və istifadə edirsə) ;

  • Qanunauyğunluqların aşkar edilməsi və qanunauyğunluqların yaradılması zamanı, o cümlədən müxtəlif tədris fənlərində və ya/real şəraitdə (məsələn: təbiətşünaslıqda, maliyyə göstəricilərində (qiymətlərin dəyişməsi), elektron cədvəldən istifadə etməklə hər hansı bir prosesin müvafiq rəqəm ardıcıllığını yaratmaq) üçün İKT-dən istifadə edirsə;

  • Özünün rəqəmsal materialını yaymaq və əks nəticəni əldə etmək məqsədi ilə müvafiq vasitə və üsul seçirsə. Məhsulun yaxşılaşdırılması üçün əks nəticədən və başqalarının iştirakından istifadə edirsə.

İK tex. VI.2. Şagird informasiyanın qəbulu, saxlanılması və təşkili zamanı İKT-dən səmərəli istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Göstəricilərin və rəqəmsal materialın saxlanılması zamanı müxtəlif cihazlardan və ya/saxlama yerlərini fərqləndirə və qiymətləndirə bilirsə. Onlardan birinin o birisinə münasibətdə üstünlüyünü düşünürsə;

  • Göstəricilərin optimal saxlanılması və zədələnmiş göstəricilərin sürətlə və sadə yolla bərpa olunması məqsədi ilə göstəricilərin arxivləşdirilməsini müntəzəm həyata keçirirsə. Müxtəlif növ göstəricilər halında arxivləşdirmənin imkanlarını həyata keçirirsə (məsələn, mətni faylın və qrafik faylın sıxlaşdığı halda sıxlaşmanın əmsalları arasında fərqi görürsə);

  • Müxtəlif rəqəmsal vasitələr arasında göstəricilərin alınıb-verilməsi funksiyaları və texniki imkanları barədə mülahizə yürüdə bilirsə;

  • Rəqəmsal materialın müxtəlif formatları arasında fərq barədə mülahizə yürüdə və göstəricilərin saxlanılması zamanı müvafiq format seçə bilirsə (məsələn: qrafik materialın saxlanılması zamanı: JPG, GIF, BMP; mətni materialın saxlanılması zamanı: adi mətn, RTF, formatlaşdırılmış sənəd);

  • İnformasiyalı və rəqəmsal materialın saxlanılması, oxunması və verilməsi zamanı materialın ölçüsünü qiymətləndirə və müvafiq vasitə və üsul seçə bilirsə;

  • Saxlanma cihazının yaddaşının imkanlarını qiymətləndirə və bu imkanların barəsində mülahizə yürüdə bilirsə.

İstiqamət: Tədqiqat və kommunikasiya

İK tex.VI.3. Şagird informasiyanın əldə edilməsi və tədqiqat prosesində müxtəlif növ rəqəmsal vasitələri seçə və ondan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Rəqəmsal materialın müxtəlif formatına malik saxlanc yerlərində (məsələn: göstəricilər bazası, internet, fayllar sistemi, fayl) axtarış zamanı, müvafiq rəqəmsal vasitələri fərqləndirə bilirsə. Onlardan birinin o birisinə münasibətdə üstünlüyünü qiymətləndirə və bu barədə mülahizə yürüdə bilirsə.

  • İnformasiya və rəqəmsal materialın axtarışı zamanı yayılmış axtarış sistemlərinin imkanlarından səmərəli istifadə edirsə: axtarış sisteminin yüksək səviyyəsi imkanlarına və axtarış söz birləşmələrinin sintaksisinə yiyələnmişdirsə. Bir sistemin o biri sistemə münasibətdə üstünlüyünü qiymətləndirə və bu barədə mülahizə yürüdə bilirsə;

  • İnformasiyanın etibarlılığını qiymətləndirirsə (məsələn, təsdiq və ya inkar edirsə); informasiyanın etibarlılığı barədə mülahizə yürüdə bilirsə, istifadə, adekvatlıq və səligəlilik nöqteyi-nəzərindən göstəriciləri tənqidi qiymətləndirə bilirsə;

  • İdeyaların və informasiyanın təşkili zamanı İKT-dən istifadə edirsə.( Məsələn, ideyaların təşkili zamanı anlayışlar xəritəsindən və əsas ideya ilə köməkçi detallar arasında qarşılıqlı istiqamətləri aşkara çıxarmaq üçün istifadə edirsə).

İK tex. VI.4. Şagird kommunikasiya və əməkdaşlıq üçün müxtəlif növ rəqəmsal vasitələri seçə və ondan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İdeyaların, informasiyanın, rəqəmsal materialın yayılması zamanı kommunikasiya vasitələrindən istifadə edirsə və birgə layihələrdə (o cümlədən online (birbaşa) layihələrində) rəqəmsal materialın yaradılması üçün iştirak edirsə;

  • Rəqəmsal informasiyanı axtarmaq, rəqəmsal materialı yaratmaq və onun keyfiyyətini yaxşılaşdırmaq üçün müəlliflərlə və ekspertlərlə kommunikasiya əlaqəsi məqsədi ilə İKT-dən istifadə edirsə;

  • Kommunikasiya vasitələrindən ehtiyatla istifadə etmək qaydalarına əməl edirsə (məsələn: şəbəkənin təhlükəsizliyi qaydalarına, şəxsi xarakterli informasiyanın toxunulmazlığı normalarına, rəqəmsal resursların çatdırılması normalarına əməl edirsə).

Tövsiyə olunanın məzmunu

Ümumi texniki məsələlər.

  1. Resursların (məsələn: fayl, qovluq) mühafizə olunması və təhlükəsizlik parametrlərinin müəyyənləşdirilməsi, resurslara çatmağın müəyyənləşdirilməsi (məsələn: şərik olmaq, çatmağın məhdudlaşdırılması).

  2. Resursların (məsələn: faylın qovluğunun) gizlədilməsi/aşkara çıxarılması.

  3. Göstəricilərin (məsələn: faylın, faylların məcmusunun, qovluğun, qovluqlar kataloqunu) arxivləşdirilməsi. Arxivləşdirilmənin sıxlaşdırılması keyfiyyətinin müəyyənləşdirilməsi.

  4. Simvolların ASCII və Unicode kodlaşdırılması onlar arasında fərqlər və oxşarlıq. “Görünməz” simvollar və onların təyinatı.

  5. Prosessorun tezliyi ilə sürətli əməliyyat arasında fərq. Prosessorun registrləri və onların ölçüsü. Prosessorun daxili yaddaşı və onun təyinatı.

  6. Sistemli fayllar anlayışı. Bəzi sistemli fayllar və onların təyinatı.

  7. Proses anlayışı və prosesin prioriteti. Cari proseslər, onların nəzərdən keçirilməsi. Prosesin məcburi başa çatdırılması.

  8. Sistemin nizamlanma elementləri (məsələn: istifadəçinin qeydiyyatdan keçirilməsi, istifadəçinin hüquqlarının müəyyənləşdirilməsi, qurğuların parametrlərinin nəzərdən keçirilməsi və dəyişiklik, bəzi sistem üsullarının avtomatlaşdırılması).

Mətni redaktordan istifadə etmək:

  1. Sənədin strukturunun müəyyənləşdirilməsi: qeydlər, mündəricat, əsas sənəd, skolio, sitat gətirmə və biblioqrafiya.

  2. Sənədin şablonu və ondan istifadə etmək.

  3. Sonuncu əməliyyatın avtomatik surətdə ləğv edilməsi/təkrar olunması.

  4. Diaqramlar və onlardan istifadə etmək.

  5. İcmallar və onlardan istifadə etmək.

  6. Makroslar: makrosun yazılması, hazır makrosa dəyişikliklərin daxil edilməsi, makrosdan istifadə etmək.

  7. Sənəddə dinamik göstəricilərin yerləşdirilməsi və onların avtomatik yeniləşdirilməsi.

  8. Mətni, vadi və başqa növ formalar.

  9. Sənədin mühafizə olunması və təhlükəsizlik parametrlərinin müəyyənləşdirilməsi.

  10. Sənədin müxtəlif formatda dərc olunması (məsələn: HTML, PDF, XML).

  11. Birgə iş rejimində mətni redaktordan istifadə etmək.

  12. Mətni redaktorun başqa rəqəmsal vasitələrə inteqrasiyası.

Elektron cədvəldən istifadə etmək:

  1. Sətrin/ sütunun pozulması/əlavə edilməsi.

  2. Şəkilin və başqa qrafik elementlərin yerləşdirilməsi.

  3. Göstəricilərin formatının müəyyənləşdirilməsi;

  4. Şərti formatlaşdırma.

Səhifənin adının dəyişdirilməsi.

  1. Axırıncı əməliyyatların avtomatik surətdə ləğv edilməsi/təkrar olunması.

  2. Şablon, şablonun yaradılması və ondan istifadə etmək.

  3. Formullar və funksiyaların, formulun/funksiyaların yaradılması və onlardan istifadə olunması.

  4. Massivlərlə əlaqədar formullar, onların yaradılması və onlardan istifadə olunması.

  5. Makroslar, makrosların yaradılması və onlardan istifadə olunması.

  6. Sənədin mühafizə edilməsi və təhlükəsizlik parametrlərinin müəyyənləşdirilməsi.

  7. Birgə iş rejimində elektron cədvəldən istifadə olunması.

  8. Göstəricilərin təhlilinin elementləri.

  9. Elektron cədvəlin başqa rəqəmsal vasitələrə inteqrasiyası.

Qrafik redaktordan istifadə etmək:

  1. Çəkiliş sahəsi koordinatları sistemi.

  2. Şəklin ölçüləri və seçilmə imkanları, onların dəyişdirilməsi.

  3. Nöqtəli və vektorlu qrafika arasında fərq.

  4. Şəklin tərkib qrafikası elementlərinə həndəsi yenidən qurmalar (məsələn: çevirmə, simmetriya, dartma).

  5. Mətnin şəkildə istənilən yerə qoyulması.

  6. Rəngin süzgəci və ondan istifadə etmək.

  7. Qrafik effektlər və şəkilin tərkib qrafik elementlərinə münasibətdə onlardan istifadə etmək.

  8. Qrafik elementlərin idxalı və onların şəkildə yerləşdirilməsi.

  9. Müxtəlif qrafiki formatlar və şəklin müxtəlif qrafik formatlara eksportu.

  10. Çap etməzdən əvvəl nəzərdən keçirmək və çap etmək.

İnternet

  1. İnternetdə naviqasiya vasitələri (brauzer) və onun istifadəçi interfeysi; ünvan sahəsi, naviqasiya düymələri, pəncərənin standart menyusu;

  2. Veb-səhifənin dili. Veb-səhifənin başlanğıc kodu və brauzer vasitəsilə onun baxılması;

  3. Veb-səhifənin dil elementləri, veb-səhifənin formatı və onun tərkib hissələrinin kombinasiyası (veb-səhifənin dil və ya hansısa veb-səhifə redaktorundan istifadə)

Təqdimat

  1. Yeni təqdimatın yaradılması, şablona əsaslanmış təqdimatın yaradılması.

  2. Təqdimatın müxtəlif formatlarda saxlanılması.

  3. Yeni slayd növlərinin seçilməsi və təqdimata qoyulması.

  4. Slaydlarda əməliyyatlar: silmə, bir neçə slaydın qeyd olunması, üzünün köçürülməsi, yerinin dəyişdirilməsi.

  5. Sonuncu əməliyyatların avtomatik surətdə ləğv edilməsi/təkrar olunması.

  6. Slaydda mətnin formalaşdırılması.

  7. Slayda şəklin, diaqramın, qrafik elementlərin qoyulması.

  8. Slayda cədvəlin qoyulması.

  9. Təqdimat göstərilərkən animasiya ilə slaydlar arasında keçid effektindən istifadə etmək.

  10. Slaydlar arasında keçidin avtomatlaşdırılması. Keçidin vaxtının müəyyənləşdirilməsi.

  11. Təqdimatın başqa rəqəmsal vasitələrlə inteqrasiyası.


Yüklə 177,73 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə