Xocali soyqirimi 20 BİBLİoqrafiYA



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix06.09.2017
ölçüsü2,01 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   24

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
XOCALI  SOYQIRIMI - 20 
 
BİBLİOQRAFİYA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2012 
 

 

Tərtibçi:                              Mahirə Məmmədova  
 
 
 
Buraxılışa məsul və 
ixtisas redaktoru:                Kərim Tahirov,  
                                         fəlsəfə doktoru,  
                                        Əməkdar mədəniyyət işçisi  
 
 
Redaktor: 
 
          Gülbəniz Səfərəliyeva 
 
 
 
 
 
Xocalı  Soyqırımı  -  20:  biblioqrafiya  /tərt.  ed.: 
M.Məmmədova;  ixt.  red.  və  burax.  məsul  K.Tahirov;  red. 
G.Səfərəliyeva;  M.F.Axundov  adına  Azərbaycan  Milli 
Kitabxanası.- Bakı, 2012.- 313 s.
 
 
 
 
 
 
 
 
 
 
 
 
©
 M.F.Axundov adına Milli Kitabxana, 2012 
 

 

TƏRTİBÇİDƏN  
 
1992-ci il fevralın 25-dən 26-na keçən  gecə  baş vermiş 
Xocalı  faciəsi,  təkcə  Azərbaycan  xalqına  deyil,  bütün 
insanlığa,  bəşəriyyətə  qarşı  yönəldilmiş  ən  ağır  soyqırım 
cinayətlərindən biri idi. Xatın və Sonqmi kimi dəhşətli faciələr-
lə bir sırada dayanan Xocalı Soyqırımı neçə illərdən bəri ermə-
nilərin  öz  havadarlarının  dəstəyi  ilə  azərbaycanlılara  qarşı 
yönəldilmiş etnik təmizləmə siyasətinin məntiqi nəticəsi idi. 
Geniş oxucu kütləsinə təqdim olunan, Xocalı Soyqırımı-
nın 20-ci ildönümünə həsr edilmiş bu vəsait, 2010-cu ildə nəşr 
edilən  “Şəhidlər”  biblioqrafik  göstəricisinin  davamı  kimi  nə-
zərdə tutulmuş və oradakı materiallardan da istifadə edilmişdir. 
Göstəricidə  1992-2011-ci  ilin  fevral  ayına  qədər  kitablarda, 
məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş material-
lar Azərbaycan və rus dillərində öz əksini tapmışdır.  
Göstərici  xronoloji  prinsip  əsasında  hazırlanmış  və  hər 
ilin  daxilində  əlifba  ardıcıllığına  riayət  edilmişdir.  Bədii  ədə-
biyyat  materialları  ayrıca  bölmədə  verilmiş,  müəlliflərin  və  
sərlövhələrin əlifba göstəricisi tərtib edilmişdir.  
Göstəricidə  Xocalı  Soyqırımı  zamanı  həlak  olmuş  in-
sanların siyahısı da öz əksini tapmışdır. Vəsait tərtib olunarkən 
ola  bilsin  ki,  şəhid  olanların  hamısını  əhatə  etmək  mümkün 
olmamışdır. Ona görə də, adı çəkilməyən şəhidlərin ailələri və 
həlak  olanların  ruhu  qarşısında  baş  əyib  üzr  istəyir,  bütün 
şəhidlərə allahdan rəhmət, ailələrinə səbr diləyirik. 
Nəşrlə bağlı arzu və rəylərini bildirəcək hər bir mütəxəs-
sisə və oxucuya əvvəlcədən minnətdarlığımızı bildiririk. 
 
Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küç. 29 
E-mail: contact@anl.az 
URL: www.anl.az 
 

 

Xocalı Soyqırımının iyirminci ildönümü 
haqqında 
   
Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı 
  
Azərbaycan  xalqının  tarixinə  1992-ci  il  fevralın  25-
dən  26-na  keçən  gecə  Xocalı  faciəsi  kimi  daxil  olmuşdur. 
Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq norma-
larına  zidd  olaraq,  keçmiş  sovet  ordusunun  Xankəndi  şəhə-
rində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin işti-
rakı  ilə  yatan  şəhərə  hücum  edərək  azərbaycanlılara  qarşı 
soyqırım aktını törətmişlər. 
Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan 
şiddətli  atəşlər  nəticəsində  darmadağın  edilmiş,  dinc  sakin-
lərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 
613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca 
xüsusi  qəddarlıqla  qətlə  yetirilmiş,  meyitlər  üzərində 
təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın 
həyata  keçirilərkən  8  ailənin  həyatına  son  qoyulmuş,  25 
uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin bi-
rindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralan-
mış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlər-
dən 150 nəfərin taleyi indiyədək məlum deyil. 
Qanlı  Xocalı  qırğınını  törətməklə  Dağlıq  Qarabağın 
hüdudlarından  kənara  çıxan  Ermənistan  Azərbaycana  qarşı 
genişmiqyaslı  təcavüzə  başladı.  Ermənistan-Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsi  zamanı  20  min  vətəndaşımız 
öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, 
ölkəmizin  ərazisinin  20  faizi  işğal  edildi.  Xalqımız  misli 
görünməyən humanitar fəlakətlə üz-üzə qaldı. 

 

Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik  Şurasının, 
Avropa  Parlament  Assambleyasının  və  bir  sıra  beynəlxalq 
qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müna-
qişəsinin nizamlanması və problemin ölkəmizin ərazi bütöv-
lüyü  çərçivəsində  obyektiv  həllini  tapmasına  dair  qətnamə 
və  qərarlarına  baxmayaraq,  bugünə  qədər  ATƏT-in  Minsk 
qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə vermə-
mişdir. 
Azərbaycanlılara  qarşı  erməni  şovinist  dairələrinin 
XIX-XX  əsrlərdə  mərhələ-mərhələ  həyata  keçirdiyi  etnik 
təmizləmə  siyasətinin  tərkib  hissəsi  olan  Xocalı  soyqırımı 
haqqında  həqiqətlər  dünya  ictimaiyyətinə,  xarici  ölkələrin 
parlamentlərinə  çatdırılmalı,  Azərbaycan  xalqının  və  ümu-
mən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hər-
bi  cinayət  beynəlxalq  miqyasda  öz  hüquqi-siyasi  qiymətini 
almalıdır. 
Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənləri-
mizin  xatirəsini  faciənin  iyirminci  ildönümü  ərəfəsində 
dərin hüznlə bir daha  yad edərək və Azərbaycan Respubli-
kası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəh-
bər tutaraq qərara alıram: 
1.Azərbaycan  Respublikası  Prezidentinin  Administra-
siyası Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı təd-
birlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin. 
  
İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 17 yanvar 2012-ci il  

 

 
Rəsmi sənədlər 
 
1993 
 
1.
 
Xocalı  faciəsi  zamanı  həlak  olanların  ailələrinə 
maddi yardım verilməsi haqqında: Azərbaycan Respublikası 
Prezidentinin  Sərəncamı.  Bakı  şəhəri,  18  fevral  1993-cü  il 
[Mətn] //Bakı.- 1993.- 20 fevral.- S.1.  
 
1997 
 
2.
 
Xocalı  Soyqırımı  qurbanlarının  xatirəsinə  sükut 
dəqiqəsi  elan  edilməsi  haqqında:  Azərbaycan  Respublikası 
Prezidentinin  Sərəncamı.  Bakı  şəhəri,  25  fevral  1997-ci  il  
[Mətn] //Azərbaycan.- 1997.- 26 fevral.- S.1. 
3.
 
Xocalının  müdafiəsində  fərqlənmiş  şəxslərin 
təltif edilməsi haqqında: Azərbaycan Respublikası Preziden-
tinin  Fərmanı.  Bakı  şəhəri,  25  fevral  1997-ci  il
 
[Mətn] 
//Azərbaycan.- 1997.- 26 fevral.- S.1 
 
1999 
 
4.
 
Xocalı  şəhidlərinin  müqəddəs  ruhuna  ehtiram, 
şəhərin  müdafiəçilərinin  igidliyinə  layiqli  qiymət  [Mətn]:  
[Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan 
Heydər  Əliyev  Xocalının  müdafiəsində  iştirak  etmiş,  şəhid 
olmuş  Milli  Qəhrəmanların,  döyüşçülərin  valideynlərinə, 
ailə  üzvlərinə  və  fərqlənənlərə  “Qızıl  Ulduz”,  “Azərbaycan 
bayrağı” ordenlərini təqdim etmişdir] //Azərbaycan.- 2008.- 
24 fevral.- S.3.; Azərbaycan ordusu.- 1999.- 27 fevral.- S.1; 
Xalq qəzeti, Respublika.- 1999.- 27 fevral.- S.1,2. 
 

 

2010 
 
5.
 
“Xocalı Soyqırımı qurbanlarının xatirəsinə sükut 
dəqiqəsi  elan  edilməsi  haqqında”  Azərbaycan  Respublikası 
Prezidentinin  Sərəncamı.  Bakı  şəhəri,  25  fevral  1997-ci  il 
[Mətn] //Yeni Azərbaycan.- 2010.- 26 fevral.- S.6.  
 
 

 

Kitablar 
 
1992 
 
6.
 
Yaqublu,  N.  Xocalı  qırğını  [Mətn]  /N.Yaqublu 
/red. F.Nağıyeva.- Bakı: Azərbaycan, 1992.- 128 s. 
  
1993 
 
7.
 
Hüseynov,  S.  Xocalıdan  gələn  səs  [Mətn]  /S.Hü-
seynov; red. M.Araz.- Bakı: Azərbaycan, 1993.- 48 s. 
Kitab  Azərbaycanın  Milli  Qəhrəmanı  Əlif  Hacıyevə 
həsr olunmuşdur. 
8.
 
Xocalı,  A.  Vətən  ağrısı,  torpaq  yanğısı  [Mətn] 
/A.Xocalı /red. V.Quliyev.- Bakı: Azərbaycan, 1993.- 72 s. 
Kitabda  əsrin  faciəsi  olan  Xocalı  hadisələrindən 
söhbət açılmış, həlak olan və itkin düşən insanların siyahısı 
verilmişdir.  
9.
 
Müslümqızı,  S.  Qar  üstünə  qan  yağırdı  [Mətn] 
/Səriyyə  Müslümqızı;  red.  Ç.Ələkbərzadə.-  Bakı:  Azərnəşr, 
1993.- 184 s. 
10.
 
Sultanov,  Z.  Xocalı  faciəsi  [Mətn]  /Z.Sultanov; 
red. və tərt ed. H.Sadıqova.- Bakı: İşıq, 1993.- 49 s. 
 
1995 
 
11.
 
Ana  dərdi  [Mətn]  /red.  K.Aslan.-  Bakı:  Hərbi 
nəşriyyat, 1995.- 28 s. 
Kitabçada  Azərbaycanın  Milli  Qəhrəmanı,  Xocalıda 
anadan olmuş İnqilab İsmayılovun anasının xatirələri öz ək-
sini tapmışdır. 
 

 

1996 
 
12.
 
Miryusifoğlu, M. Xocalıda görüşərik [Mətn]: [şə-
cərəvi
 
poema] /M.Miryusifoğlu.- Bakı: Dünya, 1996.- 64 s.  
 
1998 
 
13.
 
Qırxqızlı,  Q.  Qırxqızda  Qartal  yuvası  [Mətn] 
/Q.Qırxqızlı; red. V.Quliyev.- Bakı: Şuşa, 1998.- 144 s. 
Xocalı  rayonunun  Kosalar  kəndinin  şəhid  oğulları 
haqqında. 
 
1999 
 
14.
 
Xocalı  Soyqırımının  qurbanları  [Mətn]  /red. 
H.Orucov.- Bakı: Şərq-Qərb, 1999.- Kitab I.- 192 s.  
15.
 
Qırxqızlı,  Q.  Əsrin  faciəsi  –  Xocalı  [Mətn] 
/Q.Qırxqızlı; red. H.Orucov.- Bakı: Şərq-Qərb, 1999.- 124 s. 
16.
 
Zeynaloğlu,  C.  Qanlı  fevral  gecəsi  [Mətn] 
/C.Zeynaloğlu.- Bakı: Təbib, 1999.- 171 s. 
 
2002 
 
17.
 
Tapdıqoğlu, N. Xocalı toponimləri, faciə qurban-
ları qısa ensiklopedik məlumat kitabı [Mətn] /N.Tapdıqoğlu; 
red. V.Əliyev, F.Turan.- Bakı, 2002.- 160 s. 
 
2003 
 
18.
 
Məmmədova, H. Xocalı: Şəhidlər, şahidlər [Mətn] 
/H.Məmmədova.- Bakı: Yeni nəşrlər evi, 2003.- 197 s. 
 

 
10 
2004 
 
19.
 
Həsənqızı,  F.  Xocalıda  uşaqların  fəryadı  [Mətn] 
/F.Həsənqızı; red. M.Ələkbərli.- Bakı: Şur, 2004.- 152 s. 
2005 
 
20.
 
Aşırlı, A. Türkün Xocalı Soyqırımı [Mətn] /A.Aşır-
lı; red. Ə.Həsənov.- Bakı: Nurlan, 2005.- 152 s. 
 
2006 
 
21.
 
Gün,  N.  Xocalı  simfoniyası  [Mətn]:  [rekviyem] 
/N.Gün; red. E.İsgəndərzadə.- Bakı: Vektor, 2006.- 83 s. 
22.
 
Xocalı  soyqırımı  –  1992  [Mətn]:  [sənədlərdə, 
faktlarda və xarici mətbuatda] /layih. müəl. E.Süleymanov.- 
Bakı: Əbilov, Zeynalov və oğulları, 2006.- 192 s. 
23.
 
Kərimov, K. Soyqırım [Mətn]: [siyasi karikatura-
lar] /K.Kərimov.- Bakı, 2006.- 32 s. 
24.
 
Müslümqızı, S. Ölümdən o yandakı Xocalı [Mətn] 
/S.Müslümqızı; red. M.Nazimoğlu.- Bakı: Şəms, 2006.- 224 s. 
 
2007 
 
25.
 
Xəlilqızı, Ə. Güllələnmiş uşaqlar [Mətn] /Ə.Xəlil-
qızı;  red.  M.Namazoğlu.-  Bakı:  Caşıoğlu,  2007.-  295  s. 
Mətn Azərb., rus, ingilis dillərində. 
26.
 
İmanov,  V.  İçimdə  yaşatdığım  dərd  [Mətn] 
/V.İmanov; red. N.Canandar.- Bakı: Nurlan, 2007.- 166 s.  
Kitabda  müəllifin  Xocalı  faciəsi  haqqında  dövri 
mətbuatda çap olunmuş məqalələri toplanmışdır.  
27.
 
Onlar heç vaxt böyüməyəcəklər [Mətn]: [Xocalı-
da  şəhid  olan  uşaqlar  haqqında]  /müəl.  və  tərt.  ed.  S.Müs-
lümqızı.-  Bakı,  2007.-  96  s.  Mətn  Azərb.,  ingilis  və  rus 
dillərində. 

 
11 
2008 
 
28.
 
Əziz, B. Xocalı Soyqırımı: səbəbləri, həyata keçi-
rilmə  üsulları,  nəticələri  [Mətn]  /B.Əziz;  red.  Ə.Ağalarov.- 
Bakı: Azərnəşr, 2008.- 224 s. 
29.
 
Müslümqızı,  S.  Xocalıdan  gələn  var  [Mətn] 
/S.Müslümqızı;  red.  M.Nazimoğlu,  Ə.Xəlilqızı.-  Bakı, 
2008.- 254 s. Mətn Azərb., rus və ingilis dillərində.    
 
2009 
 
30.
 
Xankişiyev,  A.  Erməni  qəsbkarlığının  qanlı  fə-
sadları: Xocalı qətliamı [Mətn] /A.Xankişiyev; red. A.Rəhi-
mov.- Bakı: MBM, 2009.- 83 s. 
31.
 
Xocalı Soyqırımı [Mətn] /red. hey.: Akif Nağı və 
b.;
 
Qarabağ  Azadlıq  Təşkilatı.-  Bakı,  2009.-  54  s.  Mətn 
Azərb., ingilis və rus dillərindədir. 
32.
 
Xocalı Soyqırımı rabitəçilərin yaddaşında [Mətn] 
/red. M.Əmirov.- Bakı, 2009.- 143 s. 
Kitabda  1992-ci  il  fevral  aynın  25-dən  26-na  keçən 
gecə  erməni qəsbkarları  tərəfindən Xocalıda törədilən misli 
görünməmiş  vəhşiliklərin,  soyqırımın  canlı  şahidi  olmuş 
rabitəçilərin xatirəsi toplanmışdır. 
33.
 
Kərimli, K.  Xocalı vəhşi əsrin vəhşi əsəri [Mətn] 
/K.Kərimli.- Bakı: Qanun, 2009.- 160 s. 
 
2010 
 
34.
 
Xocalı  harayı  [Mətn]:  Xocalı  faciəsi  rəssam 
N.Məmmədovun gözü ilə /red. H.Quluzadə.- Bakı, 2010.- 101 s. 
35.
 
Məmmədov, S. Xocalı Soyqırımı [Mətn] /S.Məm-
mədov; red. E.Şükürlü.- Bakı: Kitab aləmi, 2010.- 16 s. 
36.
 
Soyqırım  cinayəti  [Mətn]:  [Beynəlxalq  aktlar, 
normativ  sənədlər,  müraciətlər  və  şərhlər  toplusu]  /red. 

 
12 
H.İsgəndərov.- Bakı, 2010.- 85 s. 
 
2011 
 
37.
 
Alıyev,  V.  Xocalı  göyərçinləri:  faciə  haqqında 
yarımçıq  kitab  [Mətn]  /Vaqif  Alıyev;  red.  S.Xuduyeva.- 
Bakı, 2011.- 76 s.  
38.
 
Məhərrəmzadə,  Ə.  Xocalı  Soyqırımı  [Mətn]: 
ermənilərin  azərbaycanlılara  qarşı  apardığı  soyqırım 
siyasətinin  xronologiyası  /Əlibala  Məhərrəmzadə;  red. 
S.Hüseynov.- Bakı: Adiloğlu, 2011.- 167 s. 
39.
 
Yusubov, İ. Erməni dosyası [Mətn] /İsmixan Yu-
subov.- Bakı: MBM, 2011.- 160 s. 
Kitabda  ermənilərin  törətdikləri  vəhşiliklər,  eyni  za-
manda Xocalı Soyqırımı haqqında da məlumat verilir. 
 

 
13 
Dövri mətbuatda və məcmuələrdə nəşr  
olunmuş materiallar 
 
1992 
  
40.
 
Abdulov,  R.  Daş  heykəl  [Mətn]:  [XX  əsrin  ən 
qəddar müharibələrindən olan Qarabağ müharibəsi və Xoca-
lı  faciəsi  haqqında]  /R.Abdulov  //Xalq  qəzeti.-  1992.-  9 
aprel.- S.3. 
41.
 
Afaq. İnsan olan anaya da qıyarmı? [Mətn] /Afaq 
//Odlar yurdu.- 1992.- mart.- №7.- S.2. 
42.
 
Ağbaba,  A.  Bir  Xocalı  şəhidinin  harayı  [Mətn] 
/A.Ağbaba //Vətən səsi.- 1992.- 12 iyun.- S.7. 
43.
 
Ağbabalı, S. Yadda qalacaq bir tarix kimi [Mətn]: 
[Soyqırımı  haqqında]  /S.Ağbabalı  //Azərbaycan.-  1992.-  26 
mart. 
44.
 
Ağbulaqlı,  R.  Bu  nə  dəhşətdir  ilahi!:  Xocalının 
qisası  alınacaqmı görəsən?  [Mətn]  /R.Ağbulaqlı  //Vətən sə-
si.- 1992.- 3 aprel.- S.2,8. 
45.
 
Ana harayı [Mətn]: [faciə zamanı ailəsinin 10 nə-
fər  üzvünü  itirən  Kübra  Əliyeva  haqqında]  //Azərbaycan 
müəllimi.- 1992.- 18 mart.- S.3. 
46.
 
Arifqızı, G. Oğlumun olümü məni yandırır, dərd 
qızımın  dərdidir  [Mətn]  /G.Arifqızı  //İnşaatçı.-  1992.- 
21mart.- S.2. 
47.
 
Azərbaycanın  Xatını:  Xocalı  [Mətn]  //Azərbay-
can gəncləri.- 1992.- 4 mart.- S.1. 
48.
 
Bayramov,  M.  Xocalı  şəhidləri  [Mətn]:  [Xətai 
rayonu  261  saylı  məktəbin  kollektivi  eyni  adlı tədbir keçir-
mişdir]  /M.Bayramov  //Azərbaycan  müəllimi.-  1992.-  20 
mart.- S.4. 
49.
 
Bəhrəmli, S. Ağlama ana, ağlama! [Mətn]: [şəhid 
Mehdi  Abbasov  haqqında]  /S.Bəhrəli  //Azərbaycan  gənc-
ləri.- 1992.-  28 mart.- S.3. 

 
14 
50.
 
Bəhrəmli,  S.  Soyqırım  [Mətn]:  [Xocalıda  şəhid 
olan  Əlif  Hacıyev  haqqında]  /S.Bəhrəmli  //Azərbaycan 
gəncləri.- 1992.- 7 mart.- S.2. 
51.
 
Bu  faciənin  səbəbkarlarına  bəraət  qazandırmaq 
olmaz [Mətn]: [1992-ci il fevral ayının 25-dən 26-sına keçən 
gecə  erməni  və  rus  hərbi  birləşmələri  Xocalı  şəhərini  işğal 
edərkən  insan  hüquqlarının  kütləvi  şəkildə  pozulması  haq-
qında  “Memorial”  Moskva  Hüquq-Mühafizə  Mərkəzinin 
məruzəsi] //Azadlıq.- 1992.- 17, 20, 24 iyun.- S.5. 
52.
 
Bu  vəhşiliyi  dünya  bilməlidir  [Mətn]:  [faciə 
haqqında  Türkiyənin  millət  vəkillərinin  fikirləri]  //Vətən 
səsi.- 1992.- 20 mart.- S.1,2. 
53.
 
Cəmilzadə, N. Xocalı - erməni vəhşiliyinin və la-
qeydliyimizin  zirvəsi  [Mətn]  /N.Cəmilzadə  //Aydınlıq.- 
1992.- 6 mart.- S.1,4. 
54.
 
Əhmədoğlu,  B.  Bu  nə  zülmdür  ilahi!  [Mətn] 
/B.Əhmədoğlu //Vətən səsi.- 1992.- 17 aprel.- S.3. 
55.
 
Əmrahqızı, E. Qarabağ qan ağlayır [Mətn]: [Xo-
calı qırğınları haqqında sakinlərin dediyi və gördüyü hadisə-
lər] /E.Əmrahqızı //Azadlıq.- 1992.- 6 mart.- S.1-2. 
56.
 
Ənsər,  B. Acı taleli adamlar [Mətn] /Bilal Ənsər 
//Vətən səsi.- 1992.- 22 may.- S.7. 
57.
 
Əsrin faciəsi fotoşəkillərdə [Mətn] //Azərbaycan 
gəncləri.- 1992.- 7 mart.- S.1. 
58.
 
Fərhadoğlu,  T.  Xocalı  şəhidlərinin  cənazəsini 
Prezident iqamətgahının qarşısından qaldırmağa qoymadılar 
[Mətn] /T.Fərhadoğlu //Azadlıq.- 1992.- 6 mart.- S.2. 
59.
 
Fətişoğlu,  T. Qanlı gecə və  ya Xocalı necə viran 
edildi [Mətn] /T.Fətişoğlu //Azərbaycan.- 1992.- 5 mart. 
60.
 
Gədəbəyli, D. Xocalı harayı [Mətn] /D.Gədəbəyli 
//Azərbaycan gəncləri.- 1992.- 25 mart.- S.4. 
61.
 
Hacıyev,  H.  Xocalı  dərsi  [Mətn]  /H.Hacıyev 
//Azərbaycan.- 1992.- 12 mart.- S.4. 
62.
 
Hacıyeva, İ. Şəhidlər [Mətn]: [Xocalı] /İ.Hacıye-

 
15 
va //Azərbaycan müəllimi.- 1992.- 24 iyun.- S.4. 
63.
 
Hafiz,  Ə.  Hamımızın  ağrısı  [Mətn]  /Hafiz  Əli 
//Ədəbiyyat qəzeti.- 1992.- 3 aprel.- S.5. 
64.
 
Həmidli,  N.
 
Xocalı:  qaysaq  bağlayan  yaramız
 
[Mətn] /N.Həmidli  //Aydınlıq.- 1992.- 18 dekabr.- S.6.
 
65.
 
Həmidov,  Q.  Əbədiyyət  şamı  [Mətn]:  [Xocalıda 
şəhid  olan  Mələk  haqqında]  /Q.Həmidov  //Azərbaycan 
gəncləri.- 1992.- 13 may.- S.3.  
66.
 
Həsənli,  A.  Xocalı  faciəsi:  Necə  qan  ağlamasın 
daş  bu  gün  [Mətn]  /A.Həsənli  //Odlar  yurdu.-  1992.-  7 
mart.- S.1 
67.
 
Həşimova,  A.  Bu  qan  yerdə  qalmaz  [Mətn] 
/A.Həşimova //Azərbaycan müəllimi.- 1992.- 8 aprel.- S.4. 
68.
 
Xocalı harayı [Mətn]: [Tofiq Bakıxanovun Xoca-
lı  faciəsinə  həsr  olunmuş  “Əsrin  faciəsi”  adlı  yeni  simfo-
niyası haqqında] //Bakı.- 1992.- 21 may.- S.3. 
69.
 
Xocalı xəyanətin qurbanıdır [Mətn] //Aydınlıq.- 
1992.- 10 aprel.- S.1,3. 
70.
 
Xocalı işğal olunubmu? Yalan deyən kimdir: er-
mənilər,  yoxsa  Azərbaycan  televiziyası?  [Mətn]  //Azadlıq.- 
1992.- 28 fevral.- S.1. 
71.
 
“Xocalı səsi” susmayacaq [Mətn]: [eyni adlı qə-
zetin nəşri haqqında] //Bakı.- 1992.- 28 may.- S.3. 
72.
 
Xocalıda  faciənin  təfsilatı  [Mətn] //Bakı.- 1992.- 
3 mart.- S.1. 
73.
 
İbrahim,  E.  Sabaha  gedən  yol  [Mətn]:  [Xocalı 
hadisələri  haqqında]  /E.İbrahim  //Ədəbiyyat  qəzeti.-  1992.-
13 mart.- S.3,5. 
74.
 
İlkin, Q. Xocalı ittiham edir [Mətn] /Qılman İlkin 
//Ədəbiyyat qəzeti.- 1992.- 13 mart.- S.2. 
75.
 
İlyasoğlu,  Ə.  Xocalı  faciəsi  [Mətn]  /Ə.İlyasoğlu 
//Azərbaycan gəncləri.- 1992.- 29 fevral.- S.1. 
76.
 
İsgəndər  Rəhim  [Mətn]:  [Xocalı  şəhidi  haqqın-
da] //Aydınlıq.- 1992.- 10 aprel.- S.5.  

 
16 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə