“xocaliya ədaləT”



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   2   3   4   5   6   7   8   9   ...   16

 
AzərTAc 
25  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
14 
 
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının və onun internet səhifəsinin  
beynəlxalq təqdimatı davam edir 
 
Bakı,  25  fevral  (AzərTAc).  “Xocalıya  ədalət”  beynəlxalq  məlumat-təĢviqat  kampaniyasının  və  onun 
internet  saytının  (www.justiceforkhojaly.org)  dünyanın  aparıcı  mərkəzlərində  təqdimatı  davam  edir.  
“Xocalıya  ədalət”  (“Justice  for  Khojaly”)  beynəlxalq  məlumat  və  təĢviqat  kampaniyası  Ġslam  Konfransı 
TəĢkilatına (ĠKT) üzv  qurum  olan Dialoq  və ƏməkdaĢlıq uğrunda Ġslam Konfransı Gənclər Forumunun (DƏ-
ĠKGF)  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  ötən  ilin 
mayında elan edilmiĢdi.  
1992-ci  il  fevralın  26-da  Azərbaycanın  Xocalı  Ģəhərində  törədilmiĢ  insanlığa  qarĢı  cinayətin  dünya 
ictimaiyyətinə çatdırılması, bu cinayətə  hüquqi-siyasi və  mənəvi qiymətin  verilməsi üçün Xocalı soyqırımı ilə 
bağı  həqiqətlərin  təbliği  və  bu  sahədə  səmərəli  təĢviqatın  aparılması  məqsədlərini  daĢıyan  kampaniyanın 
beynəlxalq  səviyyədə  rəsmi  startı  bu  həftə  ərzində  dünyanın  müxtəlif  paytaxtlarında  keçiriləcəkdir.  
Eyni zamanda, təqdimatı keçiriləcək www.justiceforkhojaly.org internet saytı “Xocalıya ədalət” kampaniyasının 
virtual  aləmdə  yayılması  və  kampaniyanın  həyata  keçirilməsinin  sistemləĢdirilməsi  məqsədlərini  daĢıyır  və 
geniĢ ictimai iĢtirak üçün nəzərdə tutulmuĢdur.  
Son  iki  gündə  kampaniya  və  onun  internet  saytının  təqdimatı  dünyanın  aĢağıdakı  Ģəhərlərində 
keçirilmiĢdir:  
LONDON  (Böyük  Britaniya).  Fevralın  24-də  Londonun  Ġmperiya  Hərb  Muzeyində  “Xocalıya  ədalət” 
beynəlxalq kampaniyasının və onun internet saytının təqdimatı keçirilmiĢdir.  
Kampaniyanın  Böyük  Britaniya üzrə  yerli əlaqələndiricisi xanım Britt Montimerin  keçirdiyi təqdimatda 
Böyük Britaniya parlamentinin üzvü Mayk Henkok, dövlət qurumlarının, o cümlədən Xarici ĠĢlər Nazirliyinin 
rəsmiləri, Londonda akkreditə olunmuĢ səfirliklərin nümayəndələri, Qafqaz regionu üzrə ixtisaslaĢmıĢ tədqiqat 
mərkəzlərinin təmsilçiləri, jurnalistlər, Azərbaycan və türk icmalarının üzvləri iĢtirak etmiĢlər.  
HYUSTON  (ABġ).  Fevralın  24-də  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyasının  startı  çərçivəsində 
Azərbaycan-Amerika  ġurasının  təĢkilatçılığı  ilə  Hyuston  Ģəhərində  kampaniyanın  və  onun  internet  saytının 
təqdimat mərasimi keçirilmiĢdir.  
Tədbirdə yerli ictimaiyyətin, həmçinin Azərbaycan və türk diasporunun nümayəndələri iĢtirak etmiĢlər.  
BERN  (Ġsveçrə).  Fevralın  25-də  Bern  Ģəhərində  Ġsveçrə  Federal  hökumətinə  məxsus  “Politforum”da 
kampaniyanın və onun saytının təqdimatı olmuĢdur.  
Tədbirdə  Ġsveçrə  hökumətinin  nümayəndələri,  parlament  üzvləri,  QHT-lərin,  Berndə  akkreditə  olunan 
diplomatik korpusun və KĠV-in nümayəndələri iĢtirak etmiĢlər. Eyni zamanda, tədbirdə Heydər Əliyev Fondu 
tərəfindən hazırlanmıĢ “War Against Azerbaijan – Targeting Cultural Heritage” (“Azərbaycana qarĢı müharibə: 
Mədəni  irsin  hədəfə  alınması”)  kitabının  təqdimatı  və  Fond  tərəfindən  təqdim  olunmuĢ  fotoĢəkillərin  sərgisi 
təĢkil olunmuĢdur.  
Tədbirdə Xocalı haqqında film nümayiĢ etdirilmiĢ, “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən bəyanat 
imzalanmıĢdır.  
ƏR-RĠYAD  (Səudiyyə  Ərəbistanı).  Fevralın  25-də  Səudiyyə  Ərəbistanının  məĢhur  mətbuat  zallarından 
olan “Riyad Palace”-də ölkənin ictimai-siyasi dairələrinin, beynəlxalq təĢkilatların və Ġslam Konfransı TəĢkilatı 
katibliyinin  nümayəndələrinin,  diplomatik  korpus  təmsilçilərinin  və  KĠV-lərin  iĢtirakı  ilə  “Xocalıya  ədalət” 
beynəlxalq  kampaniyasının  və  kampaniyanın  internet  saytının  təqdimatı  keçirilmiĢdir.  Tədbir  çərçivəsində 
Xocalı faciəsi ilə bağlı fotosərgi təĢkil olunmuĢ və film nümayiĢ etdirilmiĢdir.  
 
AzərTAc 
25  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
15 
 
Ġndoneziya KĠV-lərinə “Xocalıya ədalət” kampaniyası haqqında 
məlumat təqdim edilmiĢdir 
 
Bakı,  25  fevral  (AzərTAc).  Azərbaycanın  Ġndoneziyadakı  səfirliyi  Xocalı  faciəsinin  17-ci  ildönümü  ilə 
əlaqədar tədbirləri davam etdirir.  
Səfirlik fevralın 25-də Ġndoneziyanın nüfuzlu “Kompas”, “Media Ġndonesia”, “The Jakarat Post”, “Sinar 
Harapan”,  “Suara  Karya”  qəzetlərinin,  “Antara”  xəbər  agentliyinin,  “TVRĠ”,  “Metro”  televiziya  kanallarının 
rəhbərliyinə  Dialoq  və  ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq 
üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  dəstəyi  ilə  həyata  keçirilən  “Xocalıya  ədalət”  beynəlxalq 
kompaniyasının  saytının  ünvanını  (www.justiceforkhojaly.org)  və  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqiĢəsi barədə müfəssəl məlumat göndərmiĢdir.  
 
AzərTAc 
25  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
16 
 
Dünyanın bir neçə ölkəsində “Xocalıya ədalət” beynəlxalq kampaniyasının və  
onun internet səhifəsinin təqdimatı olmuĢdur 
 
Bakı,  26  fevral  (AzərTAc).  “Xocalıya  ədalət”  beynəlxalq  məlumat-təĢviqat  kampaniyasının  və  onun 
internet  saytının  (www.justiceforkhojaly.org)  dünyanın  aparıcı  mərkəzlərində  təqdimatı  davam  edir.  
“Xocalıya  ədalət”  (“Justice  for  Khojaly”)  beynəlxalq  məlumat  və  təĢviqat  kampaniyası  Ġslam  Konfransı 
TəĢkilatına (ĠKT) üzv  qurum  olan Dialoq  və ƏməkdaĢlıq uğrunda Ġslam Konfransı Gənclər Forumunun (DƏ-
ĠKGF)  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  ötən  ilin 
mayında elan edilmiĢdi.  
1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı Ģəhərində törədilmiĢ insanlığa qarĢı cinayətin təfərrüatının 
ictimaiyyətə  çatdırılması,  ona  hüquqi-siyasi  və  mənəvi  qiymət  verilməsi  üçün  Xocalı  soyqırımı  ilə  bağı 
həqiqətlərin təbliği məqsədi daĢıyan kampaniyanın beynəlxalq səviyyədə rəsmi startı bu həftə ərzində dünyanın 
müxtəlif paytaxtlarında keçiriləcəkdir.  
Eyni  zamanda,  təqdimatı  keçiriləcək  www.justiceforkhojaly.org  internet  saytı  “Xocalıya  ədalət” 
kampaniyasının  virtual  aləmdə  yayılması  və  kampaniyanın  həyata  keçirilməsinin  sistemləĢdirilməsi 
məqsədlərini daĢıyır və geniĢ ictimai iĢtirak üçün nəzərdə tutulmuĢdur.  
Son  iki  gündə  kampaniya  və  onun  internet  saytının  təqdimatı  dünyanın  aĢağıdakı  Ģəhərlərində 
keçirilmiĢdir:  
KĠYEV.  Fevralın  25-də  soydaĢımız  R.Seydimovun  “Xocalı”  mövzusuna  həsr  olunmuĢ  rəsm  sərgisinin 
Ukrayna  siyasətçilərinin  və  ictimai  xadimlərinin  də  iĢtirakı  ilə  keçirilmiĢ  bağlanıĢ  mərasimində  “Xocalıya 
ədalət” beynəlxalq kampaniyası və onun internet saytı təqdim olunmuĢdur.  
BERLĠN.  Fevralın  26-da  Almaniyadakı  Azərbaycanlıların  Əlaqələndirmə  Mərkəzinin  bürosunda 
Bundestaq  və  Berlin Ģəhər parlamenti üzvlərinin, diplomatik  korpusun,  hökumət  və  qeyri-hökumət təĢkilatları 
nümayəndələrinin, universitet müəllimlərinin, mədəniyyət xadimlərinin, hüquq müdafiəçilərinin və jurnalistlərin 
iĢtirakı ilə “Xocalıya ədalət” kampaniyasının və internet saytının təqdimat mərasimi keçirilmiĢdir.  
Bundestaqın  üzvləri  Otto  Hauserin  və  Hakkı  Keskinin  də  qatıldıqları  tədbirdə  Azərbaycanın 
Almaniyadakı  səfiri  Pərviz  ġahbazov,  Almaniya  parlamentinin  üzvü  Eduard  Lintner  çıxıĢ  etmiĢlər.  
Mərasimdə  “Xocalı  soyqırımı”  sənədli  filmi nümayiĢ  etdirilmiĢ,  “Xocalı  uĢaqların  gözü  ilə”  rəsm sərgisi 
keçirilmiĢ, yazıçı Günel Rzayevanın Qarabağ mövzusuna həsr olunmuĢ “Atama” hekayəsi  oxunmuĢ və alman 
rəssamı Peter Foellerin “Garabach” əsəri nümayiĢ etdirilmiĢdir.  
BUXAREST.  Fevralın  26-da  Heydər  Əliyev  Fondunun  Rumıniyadakı  nümayəndəliyində  hökumətin, 
QHT-lərin və mətbuat təmsilçilərinin iĢtirakı ilə keçirilmiĢ tədbirdə “Xocalıya ədalət” kampaniyasının və onun 
internet saytının təqdimat mərasimi keçirilmiĢdir.  
Bununla  yanaĢı,  “Xocalı  uĢaqların  gözü  ilə”  mövzusunda  rəsm  sərgisi  və  rumın  dilində  nəĢr  edilmiĢ 
“Xocalı faciəsi” kitabının təqdimatı da olmuĢdur.  
VYANA.  Fevralın  26-da  Vyananın  mərkəzi  küçələrinin  birində  Azərbaycanın  iĢğal  olunmuĢ  ərazilərini 
simvolizə  edən  çadır  qurulmuĢ  və  burada  ölkənin  elm  mərkəzlərinin,  yerli  icmaların  və  mətbuat 
nümayəndələrinin iĢtirakı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının və onun internet saytının təqdimatı 
keçirilmiĢdir.  
RĠQA.  Fevralın  26-da  Riqadakı  “Ocaq”  Mədəniyyət  Mərkəzində  yerli  ictimaiyyətin  nümayəndələrinin 
iĢtirakı ilə “Xocalıya ədalət” kampaniyasının və internet saytının təqdimatı olmuĢdur.  
VARġAVA. Fevralın 26-da VarĢava Universitetində Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı anma 
mərasimi keçirilmiĢdir.  
Tədbirdə ölkə ictimaiyyəti, PolĢada akkreditə olunmuĢ diplomatların, mətbuatın nümayəndələrinin iĢtirakı 
ilə  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyasının  və  internet  saytının  təqdimatı  olmuĢdur.  
Bundan  baĢqa,  VaĢinqtonda  ABġ  Konqresinin  binasında  konqresmenlərin  iĢtirakı  ilə  “Xocalıya  ədalət” 
beynəlxalq kampaniyasının və onun internet saytının təqdimatının keçirilməsi nəzərdə tutulmuĢdur. Kampaniya 
çərçivəsində Corc VaĢinqton Universitetində Heydər Əliyev Fondunun Xocalı faciəsi ilə bağlı hazırladığı film 
göstəriləcək, rəsm sərgisi təĢkil ediləcək, kampaniyanın və internet saytının təqdimatı olacaqdır.  
AzərTAc 
26  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
17 
 
Türkiyədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına rəsmi start verilmiĢdir 
 
Ġstanbul, 26 fevral (AzərTAc). Fevralın 26-da Ġstanbulda “Xocalıya ədalət: humanitar və hüquqi tanınma 
perspektivləri”  mövzusunda  keçirilmiĢ  konfransda  Dialoq  və  ƏməkdaĢlıq  Uğrunda  Ġslam  Konfransı  Gənclər 
Forumunun (DƏ-ĠKGF) mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü 
ilə elan edilmiĢ “Xocalıya ədalət” beynəlxalq kampaniyasına Türkiyədə start verilmiĢdir.  
Ġslam  Konfransı  Gənclər  Forumunun  BaĢ  qərargahında  təĢkil  olunmuĢ  konfransda  millət  vəkilləri, 
hökumət  nümayəndələri,  bələdiyyə  baĢçıları,  elm  adamları  və  nüfuzlu  KĠV  təmsilçiləri  iĢtirak  etmiĢlər.  
“DUA”  filminin  nümayiĢi  ilə  baĢlanmıĢ  konfransda  çıxıĢ  edən  DƏ-ĠKGF-nin  baĢ  katibi  ElĢad  Ġsgəndərov 
kampaniyanın əhəmiyyətindən danıĢmıĢ, ona 20-dən çox ölkədə start verildiyini vurğulamıĢdır. O, kampaniyaya 
dəstəyə 
görə, 
qardaĢ 
Türkiyə 
ictimaiyyətinə 
və 
hökumətinə 
təĢəkkürünü 
bildirmiĢdir.  
Kampaniyanın  Türkiyə  üzrə  milli  əlaqələndiricisi  Əminə  Yetim  “Xocalıya  ədalət”  kampaniyasını  və  onun 
internet saytını təqdim etmiĢdir.  
Konfransın  açılıĢında  çıxıĢ  edən  DƏ-ĠKGF-nin  prezidenti  Əli  Sarıqaya,  Ġstanbul  Böyük  ġəhər 
Bələdiyyəsinin  gənclər  və  idman  müdiri  Enis  Erdem  kampaniyanın  vacibliyini  vurğulayaraq,  onun  hərtərəfli 
dəstəklənəcəyini bildirmiĢlər.  
AçılıĢ 
mərasiminin 
sonunda 
iĢtirakçılar 
kampaniyanın 
Bəyannaməsini 
imzalamıĢlar.  
Konfransın  ilk  geniĢ  iclasında  çıxıĢ  edən  Yeditəpə  Universitetinin  professoru,  Yaxın  KeçmiĢ  Tarixi 
AraĢdırmalar  Mərkəzinin  sədri  Mehmet  Saray  və  Qazi  Universitetinin  professoru  Ġlyas  Doğan  Azərbaycan 
torpaqlarının iĢğalından və Xocalı faciəsinin beynəlxalq səviyyədə hüquqi tanınmasının əhəmiyyətindən söhbət 
açmıĢlar.  
Ġkinci  geniĢ  iclasda  tələbələrin  çıxıĢları  dinlənilmiĢdir.  Gənclər  Xocalı  faciəsini  beynəlxalq  hüquq 
prizmasından  təhlil  etmiĢlər.  Onlar  vurğulamıĢlar  ki,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi 
nəticəsində iĢğal olunmuĢ torpaqlar azad edilməyənədək, o cümlədən Xocalı faciəsinə görə üzr istənilməyincə, 
təcavüzkara  qarĢı  beynəlxalq  təzyiq  azalmamalıdır.  Bu  baxımdan  Türkiyənin  Ermənistanla  sərhədlərin 
açılmaması siyasətini davam etdirməsinin zəruriliyi vurğulanmıĢdır.  
Konfransda  çıxıĢ  edən  “Hollywood”un  ilk  türk  prodüseri  Mehmet  Çələbi  ABġ-da  türk  diasporunun 
Xocalı məsələsini daim gündəlikdə saxladığını bildirmiĢdir. O demiĢdir ki, Xocalı faciəsinin fəal Ģəkildə inkarı 
siyasətini  yürüdən  Amerikanın  Erməni  Milli  Komitəsi  bu  yaxınlarda  Çikaqodakı  türk  diasporu  tərəfindən 
məhkəməyə  verilmiĢdir.  “Xocalıya  ədalət”  kampaniyası  faciəni  inkar  edərək,  insanlığa  qarĢı  cinayətləri  ört-
basdır edən qurumlara qarĢı da mübarizə aparmalıdır.  
Tədbirin  sonunda  rejissor  Korhan  Yurtsevərin  çəkdiyi  “Xocalı  qətliamı.  Bu,  son  olsun!”  filmi  nümayiĢ 
etdirilmiĢdir.  
 
AzərTAc 
26  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
18 
 
Ġsveçrədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təqdimatı olmuĢdur 
 
Bakı,  26  fevral  (AzərTAc).  Fevralın  25-də  Ġsveçrə  Federal  Hökumətinə  məxsus  “Politforum”da 
Azərbaycanın  bu  ölkədəki  səfirliyi  Dağlıq  Qarabağ  münaqiĢəsinə  və  Xocalı  soyqırımının  ildönümünə  həsr 
olunmuĢ tədbir keçirmiĢdir.  
Səfirlikdən  bildirmiĢlər  ki,  Ġsveçrə-Azərbaycan  Mədəniyyət  Mərkəzinin  dəstəyi  ilə  keçirilən  və  Ġsveçrə 
parlamentinin, Xarici ĠĢlər Nazirliyinin, diplomatik koprusun, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət 
təĢkilatlarının, Azərbaycan və türk icmaları nümayəndələrinin iĢtirak etdikləri tədbirdə Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ münaqiĢəsi, onun acı nəticələri haqqında ətraflı məlumat verilmiĢdir.  
Tədbirdə  Ġslam  Konfransı  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla 
xanım Əliyevanın təĢəbbüsü ilə elan edilmiĢ “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təqdimatı olmuĢdur. 
Təqdimat  zamanı  kompyuter  vasitəsilə  “Xocalıya  ədalət”  kampaniyasının  internet  səhifəsi  haqqında  ətraflı 
məlumat verilmiĢdir.  
Bundan  əlavə,  tədbirdə  Heydər  Əliyev  Fondu  və  Azərbaycan  XĠN  tərəfindən  birgə  tərtib  olunmuĢ 
“Azərbaycana  qarĢı  müharibə:  Mədəni  irsin  hədəfə  alınması”  nəĢrinin  də  təqdimatı  olmuĢ,  bu  haqda  film 
nümayiĢ  etdirilmiĢdir.  Tədbir  iĢtirakçıları  Heydər  Əliyev  Fondu  tərəfindən  təqdim  edilmiĢ  “Xocalı  uĢaqların 
gözü ilə” adlı fotosərgiyə də baxmıĢlar.  
Eyni  zamanda,  Bernə  ezamiyyətdə  olan  Dövlət  Gömrük  Komitəsinin  nümayəndələri  tərəfindən 
Azərbaycanın gömrük xidmətinin tarixindən, ermənilərin Cənubi Qafqazda məskunlaĢdırılmasından bəhs edən 
“Azərbaycanın gömrük xidməti: tarixi ənənələr və müasirlik” kitabının təqdimatı keçirilmiĢdir.  
 
AzərTAc 
26  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
19 
 
Belçikada Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilmiĢdir 
 
Brüssel,  26  fevral  (AzərTAc).  Azərbaycanın  Belçika  Krallığı  və  Lüksemburq  Hersoqluğundakı 
səfirliyindən bildirmiĢlər ki, Azərbaycan və türk diaspor təĢkilatları Xocalı faciəsinin 17-ci  ildönümü ilə bağlı 
tədbirlər keçirmiĢlər.  
Əvvəlcə  Avropa  Parlamentinin  binası  qarĢısında,  gediĢ-gəliĢin  daha  çox  olduğu  ġuman  meydanında 
qurulmuĢ  çadırda  faciəyə  həsr  olunmuĢ  sərgi  açılmıĢ,  film  nümayiĢ  etdirilmiĢdir.  Sərgiyə  gələnlər  Ġslam 
Konfransı  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın 
təĢəbbüsü  ilə  həyata  keçirilən  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyasına  qoĢulmuĢ  və  müvafiq  sənədi 
imzalamıĢlar.  
Sonra  soydaĢlarımız  Ermənistan  səfirliyinin  qarĢısında  toplaĢaraq,  Azərbaycan  torpaqlarının  iĢğal 
edilməsinə etirazlarını bildirmiĢ, ərazilərimizin azad olunmasını tələb edən Ģüarlar səsləndirmiĢ və Ermənistan 
hökumətinə  ünvanlanmıĢ  etiraz  məktubunu  səfirliyin  əməkdaĢına  təqdim  etmiĢlər.  Buradan  Avropa 
Parlamentinə  doğru  yürüĢ  baĢlanmıĢdır.  YürüĢü  ġuman  meydanında  baĢa  çatdırmıĢ  soydaĢlarımız  Avropa 
təsisatlarını  Azərbaycan  ərazilərinin  Ermənistan  tərəfindən  iĢğalına  göz  yummamağa,  Xocalı  soyqırımını 
tanımağa  və  Ermənistana  təsir  göstərməyə  çağırmıĢlar.  Avropa  Ġttifaqında  sədrlik  edən  Çexiyanın  BaĢ  naziri 
Miroslav  Topolanekə,  Avropa  Komissiyasının  rəhbəri  Xose  Manuel  Barrozaya  və  Avropa  Parlamentinin  sədri 
Hans-Gert Potteringə ünvanlanmıĢ etiraz məktubları qurumun rəsmilərinə təqdim edilmiĢdir.  
Brüsseldə keçirilmiĢ etiraz aksiyasına qonĢu Hollandiyadan və Almaniyadan gəlmiĢ Azərbaycan və türk 
icmalarının nümayəndələri də qoĢulmuĢlar.  
Həmin gün Xocalı soyqırımı  ilə bağlı səfirlik tərəfindən  hazırlanmıĢ  mətbuat bülleteni Belçikanın rəsmi 
qurumlarına, yerli kütləvi informasiya vasitələrinə, xarici ölkələrin Belçikadakı səfirliklərinə, Avropa Ġttifaqı və 
NATO yanındakı diplomatik nümayəndəliklərə göndərilmiĢdir.  
Bu  etiraz  aksiyasının  davamı  olaraq  Heydər  Əliyev  Fondunun  dəstəyi  ilə  martın  3-də  Avropa 
Parlamentinin binasında qurumun üzvü xanım Jizela Kalenbaxın himayəsi ilə Xocalı soyqırımına həsr olunmuĢ 
konfrans  keçiriləcəkdir.  Konfransda  faciə  barədə  geniĢ  məlumat  veriləcək,  sərgi  və  film  nümayiĢ  etdiriləcək, 
Ġslam  Konfransı  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım 
Əliyevanın təĢəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasının internet səhifəsinin təqdimatı olacaqdır.  
 
Əsgər Əliyev  
AzərTAc-ın xüsusi müxbiri  
Paris 
 
26  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
20 
 
Səudiyyə Ərəbistanında “Xocalıya ədalət - Qarabağa azadlıq”  
beynəlxalq kampaniyasının təqdimatı keçirilmiĢdir 
 
Ər-Riyad,  26  fevral  (AzərTAc).  Azərbaycanın  Səudiyyə  Ərəbistanı  Krallığındakı  səfirliyi  tərəfindən 
Xocalı  soyqırımının  17-ci  ildönümü  ilə  əlaqədar  fevralın  25-də  anma  mərasimi  və  Ġslam  Konfransı  Gənclər 
Forumunun  Mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  irəli 
sürülmüĢ  “Xocalıya  ədalət  –  Qarabağa  azadlıq”  beynəlxalq  kampaniyasının  təqdimatı  keçirilmiĢdir.  
“Riyadh  Palace”  konfrans  mərkəzində  Xocalı  faciəsini  əks  etdirən  kitab  və  materiallardan  ibarət  guĢə 
yaradılmıĢ,  Xocalı  soyqırımı  və  erməni  terroru  haqqında  materialların  və  filmlərin  nümayiĢ  etdirilməsi  üçün 
müvafiq avadanlıq quraĢdırılmıĢdır. Eyni zamanda, “Xocalı uĢaqların gözü ilə” devizi altında rəsm sərgisi təĢkil 
olunmuĢdur.  
Tədbirdə  Ġslam  Konfransı  TəĢkilatının  (ĠKT)  baĢ  katibinin  müavini  Ġ.Müfti,  Səudiyyə  Ərəbistanı 
Krallığının  Xarici  ĠĢlər  Nazirliyinin,  dövlət  və  ictimai  qurumlarının,  kütləvi  informasiya  vasitələrinin 
təmsilçiləri,  Səudiyyə  Ərəbistanında  yaĢayan  Azərbaycan  icmasının  nümayəndələri  və  Ər-Riyad  Ģəhərində 
yerləĢən  xarici  dövlətlərin  və  beynəlxalq  təĢkilatların  nümayəndəliklərinin  baĢçıları  və  əməkdaĢları  iĢtirak 
etmiĢlər.  
Azərbaycanın  dövlət  himni  səsləndirildikdən  sonra  Xocalı  soyqırımı  qurbanlarının  xatirəsi  birdəqiqəlik 
sükutla yad edilmiĢdir.  
Səfir  Tofiq  Abdullayev  çıxıĢında  erməni  millətçiləri  tərəfindən  xalqımıza  qarĢı  aparılmıĢ  soyqırımı 
siyasətinin  tarixindən,  Xocalıda  günahsız  insanların  xüsusi  amansızlıqla  qətlə  yetirilməsindən  və 
azərbaycanlıların öz yurdlarından zorla didərgin salınmasından söhbət açmıĢdır. Səfir xalqımıza qarĢı törədilən 
cinayətlərin erməni millətçiləri və onların himayədarları tərəfindən planlı Ģəkildə həyata keçirildiyini bildirmiĢ, 
ermənilərin  bu  dəhĢətli  əməllərinə  dünya  birliyi  tərəfindən  hüquqi-siyasi  qiymət  verilməsinin  vacibliyini 
vurğulamıĢdır.  
Sonra Xocalı soyqırımı barədə Heydər Əliyev Fondu tərəfindən hazırlanmıĢ film nümayiĢ etdirilmiĢdir.  
ĠKT  baĢ  katibinin  müavini  Ġ.Müfti  filmdəki  səhnələrin  onu  dəhĢətə  gətirdiyini,  terrorun  dininin  və 
milliyyətinin olmadığını, erməni  millətçiləri tərəfindən törədilmiĢ Xocalı faciəsini təkcə azərbaycanlılara qarĢı 
deyil, bütövlükdə  insanlığa  qarĢı vəhĢilik  kimi  qiymətləndirmiĢdir. O, ĠKT çərçivəsində keçirilmiĢ tədbirlərdə 
Ġslam  dünyası  tərəfindən  Azərbaycan  xalqı  ilə  həmrəylik  nümayiĢ  etdirilməsi  və  beynəlxalq  təĢkilatların 
Azərbaycanın haqq səsinin dəstəklənməsi məqsədi ilə qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsi üçün 
dünya ictimaiyyəti tərəfindən Ermənistana təzyiqlərin edilməsinin vacibliyini vurğulamıĢdır.  
Səfirliyin  birinci  katibi  E.Əlizadə  “Xocalıya  ədalət  –  Qarabağa  azadlıq”  beynəlxalq  kampaniyasının 
baĢlanması və kampaniya ilə əlaqədar internet saytının yaradılması haqqında məlumat vermiĢ, iĢtirakçıları saytla 
tanıĢ etmiĢ, beynəlxalq təĢkilatların və ictimai qurumların nümayəndələrini, sadə vətəndaĢları bu kampaniyaya 
qoĢulmağa çağırmıĢdır.  
Mərasim  iĢtirakçılarına  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsinə,  Xocalı  soyqırımına  aid 
disk,  kitab  və  materiallar,  səfirliyin  mətbuat  məlumatı,  “Xocalıya  ədalət  –  Qarabağa  azadlıq”  beynəlxalq 
kampaniyasına dair materiallar paylanılmıĢdır.  
Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələri tədbirlə bağlı çəkiliĢlər aparmıĢ, səfir T.Abdullayev, 
səfirliyin birinci katibi E.Əlizadə, ĠKT baĢ katibinin müavini Ġ.Müfti “KSA-2” televiziya kanalına, “Əl-Cəzirə” 
və “Ər-Riyad” qəzetlərinə müsahibələr vermiĢlər.  
 
AzərTAc 
26  fevral  2009-cu il 
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə