"Xocalıya ədalət" beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə artır Leyla Əliyevanın təşəbbüsü soyqırımı faktının xaricdə tanınması prosesinə böyük



Yüklə 55,34 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü55,34 Kb.

"Xocalıya ədalət" beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə artır

Leyla Əliyevanın  təşəbbüsü  soyqırımı  faktının  xaricdə  tanınması  prosesinə  böyük

töhfə verib

Ölkəmizin dünya birliyinə inteqrasiyası, respublikamızın tərəqqisi, xalqımızın rifah halının

daha  da  yaxşılaşdırılması  istiqamətində  ulu  öndərin  müəyyənləşdirdiyi  siyasətin  tədqiq

edilməsinə,  təşviqatına,  tarixi  şəxsiyyətin  ümummmilli  ideyalarının  reallaşdırılmasına  dəstək

verən  Heydər  Əliyev  Fondu  Azərbaycanın  bütün  sahələrdə  dinamik  inkişafına, ölkəmizdə

vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə layiqli töhfə verir. Heydər Əliyev

Fondu həyata keçirdiyi uğurlu layihələrlə ölkəmizin dünya miqyasındakı nüfuzunun artmasında

mühüm  xidmətlərə  malikdir.  Milli  maraqların  təminatı,  müasirləşmə,  respublikamız  haqda

həqiqətlərin yayılması, ölkəmizin xarici aləmə olduğu kimi təqdim edilməsi və digər müqəddəs

missiyaları müvəffəqiyyətlə həyata keçirən fondun bütün təşəbbüsləri uğurlu nəticələr verir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli

Məclisin  deputatı  Mehriban  xanım Əliyevanın  təşəbbüsü  ilə  ölkəmizdə  həyata  keçirilən  bütün

proqramlar,  layihələr  müasir  dövrün  ehtiyac  və  tələbləri,  milli  xüsusiyyətlərilə  uyğunlaşaraq

ölkəmizin  tərəqqisinə  təkan verir.  Fondun  fəaliyyəti  yalnız  bununla  yekunlaşmayaraq

Azərbaycan haqqında əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə təbliğat və

təşviqatın aparılması ilə şaxələnir.



Azərbaycan həqiqətlərinin carçısı

Tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı

soyqırımı  yalnız  soydaşlarımıza  deyil,  bütövlükdə  bəşəriyyətə  qarşı  törədilmiş  cinayət  idi.  Bu

qətliamların müəllifləri isə özlərini dünyaya "əzabkeş" kimi təqdim edən erməni millətçiləridir.

Amansız  qətllərlə  dünya  tarixində  silinməz  izlər  buraxan  bu  faicə  əslində,  erməni

təcavüzkarlarının  yalnız  Azərbaycan  xalqına  deyil,  dünya  miqyasında  insanlığa  yönəldilmiş

qəddarlığı idi. Xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixin ən böyük faciələrindən biri olan

Xocalı  soyqırımı  hər  il  daha  geniş  miqyasda  qeyd  olunur,  humanitar  fəlakət  qurbanlarının

xatirəsi əziz tutulur.

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  problemi,

ərazilərimizin  erməni  silahlı

birləşmələri tərəfindən işğalı, bu münaqişə nəticəsində doğma yudlarından didərgin düşmüş yüz

minlərlə  soydaşımızın  üzləşdikləri  çətinliklər  daim  Heydər  Əliyev  Fondunun  diqqət

mərkəzindədir.  Fond  Xocalı  həqiqətlərinin  dünyaya  çatdırılması,  qətliama  obyektiv  qiymət

verilməsi  istiqamətində  atılan  addımları  uğurla  davam etdirir.  Tədbirlərdə  Heydər  Əliyev

Fondunun hazırladığı "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks

etdirən  fotoşəkillər  və  müxtəlif  illərdə  xarici  ölkələrin  nüfuzlu  nəşrlərində  faciə  haqqında  dərc

edilmiş  materiallar,  habelə  fonlun  ümumtəhsil  məktəbləri  və  uşaq  evlərində  keçirdiyi  "Xocalı

uşaqların  gözü  ilə"  mövzusunda  rəsm  müsabiqəsindən  ibarət  ekspozisiyalar  nümayiş  etdirilir.

Faciənin  bütün  detallarını əks  etdirən  faktların  beynəlxalq  aləmə  çatdırılması  istiqamətində

görülən  işlərdə  təşkilatın  fəaliyyəti  özünəməxsus  yer  tutur.  Fondun  dəstəyi  və  təşkilatçılığı  ilə

məktəblilər  arasında  keçirilmiş  "Xocalı  uşaqların  gözü  ilə"  rəsm  müsabiqəsi,  fotoşəkillərin,  əl

işlərinin  dünyanın  bir  sıra  qabaqcıl  ölkələrində  təşkil  olunmuş sərgisi  beynəlxalq  ictimaiyyətdə

XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırıb.

Məhz Heydər Əliyev Fondunun gərgin əməyinin nəticəsi olaraq indi dünya ölkələri əvvəlki

illərdən  fərqli  olaraq  erməni  qəsbkarlarının  insanlığa  sığmayan  qətlləri  haqqında  daha  dolğun

məlumatlandırılıb. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı

yönəldilmiş  bu  cinayətin  əsl  mahiyyətini  getdikcə  daha  çox  anlayır,  qətliamı  kəskin şəkildə

pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar.


Soyqırımının tanıdılması istiqamətində sistemli fəaliyyət

Azərbaycan  həqiqətləri,  Dağlıq  Qarabağ  münaqişəsinin  əsl  səbəbkarları  haqqında  dünya

birliyndə  aydın  təsəvvürün  formalaşdırılmasında  Heydər  Əliyev  Fondunun  Rusiya

Federasiyasındakı  nümayəndəliyinin  rəhbəri  Leyla  xanım Əliyevanın  xüsusi  xidmətləri  var.

İslam  Konfransı  Təşkilatının  (İKT)  Dialoq  və  Əməkdaşlıq  uğrunda  İslam  Konfransı  Gənclər

Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baş əlaqələndiricisi  Leyla  xanım Əliyeva  Xocalı

soyqrımı  haqda  faktların  dünyaya  çatdırılması  istiqamətində  sistemli  və  ardıcıl  fəaliyyət

göstərərək  erməni  silahlı  birləşmələrinin  ölkəmizin  ərazisində  həyata  keçirdikləri  soyqırımı

siyasətinə dair faktları beynəlxalq birliyə təqdim edir.

İKT-nin  Dialoq  və  Əməkdaşlıq  uğrunda  Gənclər  Forumunun  Dağlıq  Qarabağ

münaqişəsinin,  Azərbaycan  həqiqətlərinin,  Ermənistanın  işğalçılıq  siyasətinin  dünyaya

çatdırılması  istiqamətində  apardığı  mühüm  iş  öz  səmərəsini  verməkdədir.  Gənclər  forumu  hələ

2007-ci  ilin  payızında  Bakıda  "Gənclər  sivilizasiyaların  alyansına  tərəfdardır"  təşəbbüsü

çərçivəsində  təsis  olunmuş  "Sivilizasiyaların  alyansı"  Beynəlxalq  Gənclər  Hərəkatına  müraciət

edərək, bu qurumdan əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın yürütdüyü

siyasəti dünya birliyinə çatdırmağı tələb etmişdir.

Dialoq  və  Əməkdaşlıq  uğrunda  İslam  Konfransı  Gənclər  Forumunun  (DƏİKGF)

mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-

ci ilin mayın 8-də elan olunmuş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası

çərçivəsində ilk tədbir İstanbulun "Taksim" metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı

uşaqların çəkdiyi şəkillərdən və kampaniyaya qoşulmuş xarici ölkə gənclərinin fotoşəkillərindən

ibarət  sərginin  açılışı  oldu.  Kampaniya  çərçivəsində  yalnız  Türkiyə  deyil,  Avropanın  başqa

şəhərlərində  də  sərgilər  təşkil  olundu.  İstanbulda  İKT-nin Əməkdaşlıq  və  Dialoq  uğrunda

Gənclər  Forumu  və İSESKO-nun  təşkilatçılığı  ilə  2008-ci  ilin  mayın  17-də  keçirilmiş  İKĞT

ekspertlərinin  ikigünlük  iclasında  kampaniya  ekspertlər  tərəfindən  bəyənildi  və  26  fevral -

Xocalı  soyqırımı  gününün  bu  beynəlxalq  təşkilata  üzv  ölkələrdə  humanitar  fəlakətlər

qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması haqda mühüm qərar qəbul olundu.

2008-ci  ilin  iyununda  İKT-nin  üzvü  olan  dövlətlərin  xarici  işlər  nazirlərinin  Uqandadakı

konfransında İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla

xanım Əliyevanın  "Xocalıya ədalət - Qarabağa  azadlıq"  təşəbbüsü  təsdiq olundu.  Xarici  işlər

nazirlərinin konfransının 35-ci sessiyasında qəbul olunan xüsusi qətnamə dünyanın 57 ölkəsində

müvafiq  kampaniyanın  həyata  keçirilməsi  üçün  siyasi-hüquqi  baza  yaradılmasını  təmin  etdi.

Leyla  xanım Əliyeva  bu  təşəbbüsünün  nüfuzlu  beynəlxalq  təşkilat  tərəfindən  bəyənilməsini

yüksək  qiymətləndirərək  dünya  birliyinin  Ermənistan,  onun  işğalçılıq  siyasəti  haqqında əsl

həqiqətləri  anladığını  qeyd  etdi:  "Bu  sənədin  qəbul  edilməsi  Azərbaycan  torpaqlarının  işğal

faktının beynəlxalq birlik tərəfindən getdikcə daha çox dərk olunmasını və təcavüzkarın mənəvi-

siyasi  baxımdan  daha  da  təcrid  olunmasını əks  etdirir.  Qətnamə  Dağlıq  Qarabağ  münaqişəsi

haqqında  həqiqəti İKT  üzvü  olan  ölkələrə  və  mədəniyyətlərarası  dialoq  vasitəsilə  qlobal

səviyyədə gənc nəslə çatdırmaq üçün imkan yaradır".

Bu  beynəlxalq  kampaniyanın  dünya  miqyasında  daha  geniş  təbliği  üçün  informasiya-

kommunikasiyaları  sistemlərindən  də  geniş  istifadə  edilir.  Kampaniyanın  virtual  aləmdə

yayılması və bu qəbildən olan silsilə tədbirlərin  sistemləşdirilməsi məqsədilə  yaradılan internet

saytı  Xocalı  faciəsinin  əsl  günahkarlarının,  xalqımıza  qarşı  soyqırımı  haqqında  faktların  dünya

ölkələrinə  daha  geniş  çatdırılmasına  imkan  yaradır.  Artıq  proqram  və  onun  internet  saytı

dünyanın  müxtəlif şəhərlərində - Vaşinqton,  İstanbul,  Berlin,  Buxarest,  Kiyev,  Vyana,  Brüssel,

Pekin,  Varşava  və  digər  ölkələrdə  Xocalı  soyqırımı  haqqında  dolğun  məlumatları  beynəlxalq

icttmaiyyətə çatdırır.


Xocalı faciəsinə beynəlxalq maraq artır

İslam  ölkələrində  vahid  soyqırımı qurbanları  gününün  təsis  edilməsi  təklifi  də

müsəlmanlara qarşı qətliamların yayılması istiqamətində ən mühüm addımlardan biridir. İKT-nin

Əməkdaşlıq  və  Dialoq  uğrunda  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baş

əlaqələndiricisinin  təşəbbüsü  ilə başlanmış  kampaniya  artıq  müsəlman  dövlətlərinin  böyük

marağına səbəb olub. Elə bunun nəticəsi olaraq Xocalı qətliamının islam ölkələrində dərsliklərə

daxil  edilməsi  haqda  yeni  təkliflər  irəli  sürülüb  və  bu,  bir  sıra  dövlətlər  tərəfindən  dəstəklənib.

Bu,  uşaqların  hələ  orta  məktəb  illərindən  qətliam  barədə  məlumatlandırılmasına  və  nəticədə

gələcək  nəsillərin  ermənilərin  etnik  təmizləmə,  işğalçılıq  siyasətinin  əsl  mahiyyətini  aydın

şəkildə dərk etməsinə səbəb olacaq.

Xocalı faciəsinin dünya  dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı

ölkələrin  qanunverici  orqanları  tərəfindən  obyektiv  qiymət  verilməsi  tarixi  zərurət  olaraq

qalmaqdadır.  Artıq  bir  sıra  dövlətlər  1992-ci  ilin  25-26  fevralında  soydaşlarımıza  qarşı  etnik

təmizləmə  cinayətinin əsl  mahiyyətini  anlayır,  qətliama  siyasi  qiymət  verilməsinin  bəşəri  borc

olduğunu  başa  düşürlər.  Heydər  Əliyev  Fondunun  Rusiya  Federasiyasındakı  nümayəndəliyinin

təşəbbüsü  ilə  hazırlanmış  Xocalı  soyqırımı  sərgisinin  nümayiş  etdirilməsi  qətliamın  dünya

ölkələri tərəfindən kəskin pislənilməsinə səbəb olub.

Soyqırımının tanıdılması və qətliama siyasi qiymətin verilməsi istiqamətində görülən işlər

artıq  daha  ciddi  nəticələr  verməkdədir.  Həyata  keçirilən  tədbirlərin  səmərəsi  kimi  islam

ölkələrinin  ali  təhsil  və  elm  nazirlərinin  dördüncü  konfransı  Xocalı  faciəsinin  beynəlxalq

səviyyədə tanınması istiqamətində təşəbbüslə çıxış edib.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım

Əliyevanın  Xocalı  faciəsi  haqqında  dünya ölkələrində  dolğun  təsəvvürlərin  formalaşıdırılması

istiqamətindəki  səylərinin  və  bununla  bağlı  fəaliyyətinin  müsbət  nəticələri  göz  qabağındadır.

Soyqırımı  faktlarının  müsəlman  dövlətlərinin  ali  təhsil  məktəblərinin  dərsliklərinə  salınması  və

qətliama aid həqiqətlərin daha geniş miqyasda yayılması təklifləri islam ölkələrinin ali təhsil və

elm nazirlərinin dördüncü konfransının yekun qətnaməsinə daxil edilib. Bu sənəd də ermənilərin

Xocalıda  törətdikəri  qətliamlar  haqqında əsl  faktların  İKT-yə  üzv  ölkələrin ali  təhsil

müəssisələrinin  dərsliklərində  əks  olunmasını  dəstəkləyir  və  "Xocalıya ədalət"  beynəlxalq

kampaniyasının  bu  ildən  başlayaraq  bir  neçə  il  ərzində  davamlı  və  geniş  miqyasda  keçirilməsi

zəruriliyini  əks  etdirir. İKT-nin Əməkdaşlıq  və  Dialoq  uğrunda  Gənclər  Forumunun

mədəniyyətlərarası  və  sivilizasiyalararası  dialoq  üzrə  baş əlaqələndiricisinin  irəli  sürdüyü

"Xocalıya ədalət" beynəlxalq kampaniyası təşkilata üzv ölkələrdə 2009-2012-ci illərdə prioritet

şəkildə həyata keçirilməsinin vacibliyini özündə ehtiva edir.



Soyqırımının tanıdılması istiqamətində iş uğurla davam etdirilir

"Xocalıya ədalət"  beynəlxalq  kampaniyası  dünyanın  müxtəlif  ölkələrində  faciə  ilə  bağlı

real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o  cümlədən

aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını

nəzərdə tutur.

Faciənin  soyqırımı  kimi  tanıdılması,  bəşəriyyətə  qarşı  yönəldilmiş  bu ən  ağır  cinayətə

siyasi  qiymət  verilməsi,  soyqırımı  həqiqətlərinin İKT  ölkələrində  yayılması  haqqında  siyasi

qərar,  Gənclər  Forumunun  təşəbbüsü  və  Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinin

dəstəyi  ilə İKT-yə  üzv  ölkələrin  xarici  işlər  nazirlərinin  35-ci  sessiyasında  və  beynəlxalq

təşkilata üzv ölkələrin 11-ci zirvə görüşündə qəbul edilən qətnamələrdə də əksini tapıb.

Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində bir sıra ölkələrdə keçirilən anım tədbirləri

əvvəlki illərlə müqayisədə indi daha geniş miqyasda təşkil olunub. Bəşəriyyətə və insanlığa qarşı

törədilmiş ən ağır cinayətin baş verdiyi 26 fevral günü yalnız Azərbaycanda deyil, digər


müsəlman  ölkələrində  də  humanitar  fəlakətlər  qurbanlarının  xatirəsinin  anım  günü  kimi  tarixə

düşdü. Bu  isə  faciənin  soyqırımı  kimi  tanıdılmasına  yönəldilmiş  addımların  nəticəsiz

qalmadığını sübut edir.

Görülən  məqsədyönlü  və  səmərəli  iş  nəticəsində  "Xocalıya

ədalət"  beynəlxalq

kampaniyasının  miqyası  hər  il  durmadan  genişlənir,  bu  istiqamətdə  aparılan  fəaliyyət  müsbət

nəticələr  verir.  Heydər  Əliyev  Fondunun  Rusiya  Federasiyasındakı  nümayəndəliyinin  rəhbəri

Leyla  xanım Əliyev  bununla  bağlı  demişdir:  "Xocalıya ədalət"  kampaniyası  bütün  dunyada

insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə

dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik".

Beynəlxalq  kampaniya  indi  dünya  səviyyəsində  25  ölkədə  uğurla  həyata  keçirilir.  Əsas

məqsədi  Xocalı  şəhərində  insanlığa  qarşı  törədilmiş  cinayətin  dünya  ictimaiyyətinə

çatdırılmasına, faciəyə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaqdan ibarət olan

kampaniyaya  hazırda  dünyanın  125  təşkilatı,  eləcə  də  125  mindən  çox  insan  qoşulub.

Soyqırımının  tanıdılması  prosesinin  sürətlənməsi,  bu  kampaniyaya  getdikcə  daha  çox  insanın

qoşulması  Heydər  Əliyev  Fondunun  Azərbaycanın  haqq  səsinin  ucaldılması  yönümündəki

səmərəli  fəaliyyətinə  bariz  nümunədir. İndi  dünya  birliyi  Xocalı  şəhərində  insanlığa  qarşı

törədilmiş ən ağır cinayətin günahkarlarını pisləyir.

2010-cu  ilin  31  yanvarında  dünyanın  56  dövlətinin  təmsil  olunduğu  İKT-nin  Parlament

Assambleyasının  VI  sessiyasında  Xocalı  faciəsi  bir  daha  insanlığa  qarşı  cinayət  kimi

qiymətləndirildi.  Zaman  keçdikcə  Xocalı  faciəsini  insanlığa  qarşı  cinayət  kimi  qiymətləndirən

aparıcı  müsəlman  dövlətlərinin  təmsil  olunduğu  nüfuzlu  beynəlxalq  təşkilatın - İKT-nin  bu

addımını digər beynəlxaq qurumlar da təkrarlayacaq və məhz o zaman tarixi cinayətin müəllifləri

olan  erməni  cəlladları  layiqli  cəzalarını  alacaqlar.  Artıq  işğalçı  erməni  silahlı  birləşmələrinin

soydaşlarımıza  qarşı  ağır  cinayətləri  öz  həqiqi qiymətini  alır.  Dünyanın  bir  sıra  dövlətlərində

anım  mərasimlərinin  təşkili,  Xocalı  soyqırımı  cinayətkarlarının əməllərinin  pislənilməsi,

beynəlxalq ictimaiyyətin bu məsələyə daim artan diqqəti, Türkiyə Böyük Millət Məclisində faciə

ilə bağlı dinləmələrin keçirilməsi bunun ilk əlamətləridir. Azərbaycanın ümummilli maraqlarının

təminatçısı,  ümummilli  liderin  bəşəri  ideyalarının  daşıyıcısı  olan  Heydər  Əliyev  Fondunun

ölkəmiz  barədə  əsl  həqiqətlərin  dünya  birliyinə  çatdırılması  missiyası  uğurla  davam  etdirilir.

Bütün  bunların  nəticəsidir  ki,  dünya  birliyi  Xocalıda  erməni  silahlı  birləşmələri  tərəfindən

törədilmiş tarixi cinayəti kəskin şəkildə pisləyir, qətliamın günahkarlarını daim lənətləyir.



Anar RASİMOĞLU

Azərbaycan.- 2010.- 26 fevral.- S. 5.

Kataloq: xocali -> x qazet
x qazet -> Xocalı faciəsi ermənilərin nə dərəcədə vəhşi, qaniçən olmasını dünyaya əyani şəkildə sübut etdi
x qazet -> İnsanlığın öldürüldüyü gün 1992-ci ilin 26 fevralında vəhşi ermənilər bəşəriyyətə qarşı ən dəhşətli cinayəti- xocalı soyqırımını törətdilər
x qazet -> Xocalı sağalması mümkünsüz yara
x qazet -> Tanınmış amerikalı "Xocalıya ədalət" adlı mahnı yazmışdır
x qazet -> Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi
x qazet -> Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu tam təsdiqləyir
x qazet -> Xocalı və Xocavənd faciələri 1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qanlı soyqırım aktları
x qazet -> Qərarı 24 fevral 1994-cü il
x qazet -> Kül olmuş şəhər
x qazet -> Soyqırıma yol açan xəyanətlər

Yüklə 55,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə