“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında



Yüklə 201,44 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü201,44 Kb.
#29158

“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər 

tutaraq qərara alıram: 

1. Beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, 

Azərbaycan  Respublikasının  2014-cü  il  dövlət  büdcəsində  nəzərdə  tutulmuş  Azərbaycan  Respublikası 

Prezidentinin  ehtiyat  fondundan  Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyinə  1,0  (bir) 

milyon manat ayrılsın. 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan 

məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. 

3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli  gələn  məsələləri  həll 

etsin. 

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 13 fevral 2014-cü il. 



 

Yüklə 201,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin