AzJESS
2014
Number 1, Volume 1, 2014
Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
i.ü.f.d. Namiq Əlövsət oğlu Şalbuzov,
i.ü.f.d Ramil Zahid oğlu Hüseyn,
Xülasə: Ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları ilə özünü təminetmə həlledici
amil kimi çıxış edir. Xüsusilə Azərbaycanda tarixən qəralaşmış olan ərzaq istehlakı modelində
çörək və çörək məhsulları xüsusi çəkiyə malikdir. Bununla belə taxılçılıqda əldə olunmuş artım
respublika əhalisinin artmaqda olan tələbatına, hələ də tam cavab vermir. Odur ki, taxılçılığın
inkişafı ilə bağlı problemlərin həlli Azərbaycan Respublikasının kənd təsərrüfatının inkişafında
yaxın dövr üçün əsas prioritet kimi qəbul edilib. Bu məqalədə müharibə şəraitində yaşayan
Azərbaycanda taxıl istehsalı ilə bağlı problemlər araşdırılır və müvafiq təkliflər verilir.
Açar sözlər: ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, taxıl, subsidiya, rəqabətqabliyyəti.
Giriş. Etibarlı ərzaq təminatı hər bir ölkənin suverenliyinin və müstəqilliyinin, iqtisadi
sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Azərbaycan Respublikasında əhalinin
etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
2001-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azərbaycan
Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq olunmuş, bu Proqram çərcivəsində
görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail
olunmuşdur. 2013-cü ilin yanvar ayına olan məlumata görə, əhalinin ərzaq məhsullarına olan
tələbatı taxıl üzrə 65 %, ət üzrə 95 %, quş əti üzrə 88 %, yumurta üzrə 96 %, kartof üzrə 100 %,
meyvə və giləmeyvə üzrə 126 %, , üzüm 94 %, tərəvəz 99 %, bostan məhsulları üzrə 100 %,
şəkər istehsalı üzrə 180 %, süd və süd məhsulları üzrə 73 %, bitki yağı üzrə 70 %, kərə yağı
üzrə 50 % ödənir. 2014-ci ilə olan rəsmi proqnoza görə, daxili tələbt taxıl üzrə 85 %, ət üzrə 95
%, quş əti üzrə 93 %, yumurta 100 %, bitki yağları 75 %, kərə yağı 52 %, kartof üzrə 114 %,
meyvə və giləmeyvə 130 %, bostan məhsulları 104 faiz, süd və süd məhsulları üzrə 78 faiz
ödəniləcək. Kənd təsərüfatında məhsul istehsalı artsada ölkədə əsas ərzaq məhsullarına tələbatın
yerli istehsal hesabına tam təminatı mümkün olmamışdır və həmin məhsulların istehsal
miqyaslarının əhəmiyyətli dərəcədə genişləndirilməsi aktual məsələ olaraq qalmaqdadır.
Dünyada cərəyan edən prosesləri də nəzərə alaraq strateji ərzaq məhsullarını maksimum
dərəcədə respublika daxilində yetişdirmək zərurəti yaranır. Bu baxımdan Azərbaycan
Respublikası Prezidentinin 1 may 2008-ci il tarixində əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramının hazırlanması haqqında və 25 avqust 2008-ci il tarixində
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramı” təsdiqlənməsi haqqında sərəncamları da mühüm əhəmiyyət
daşıyır. Dövlət Proqramında ölkədə ərzaq məhsulları istehsalını artırmaq əsas vəzifə kimi
qarşıya qoyulur.
AzJESS
Number 1, Volume 1, 2014
19 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında isə taxıl
məhsulları ilə özünütəminetmə xüsusi əhəmiyyət kəsb edir. Çünki əksər dünya ölkələri ilə
müqayisədə Azərbaycanda tarixən qərarlaşmış olan ərzaq istehlakı modelində çörək və çörək
məhsulları xüsusi çəkiyə malikdir. Buna görə həmin məhsullarla təminatın zəruri səviyyəsi
bütövlükdə ərzaq təhlükəsizliyi baxımından həlledici amil kimi çıxış edir. Məqalədə də
müharibə şəraitində yaşayan Azərbaycan Respublikasında taxıl istehsalı ilə bağlı mövcud
problemlər araşdırılır və inkişaf istiqamətləri ilə əlaqədar müvafiq təkliflər verilir.
1.
XIX əsrin sonu və XX əsrdə Azərbaycanda taxılçılığın inkişafı
Azərbaycan qədim zamanlardan əkinçilik ölkəsi olsa da taxılçılığın sürətli inkişafı XIX
əsrdə təsadüf etmişdir. Hətta XIX əsrin son onilliklərində ölkədə istehsal olunan taxıl məhsulları
daxili tələbatı ödəməklə yanaşı bir hissəsi də ixrac edilmişdir.
Azərbaycanda taxıl istehsalı ilə bağlı yüz illik məlumatların təhlili göstərir ki, 1896 –
1898-ci illərdə Azərbaycanda taxıl istehsalının orta illik həcmi 1 milyon tonu keçmişdir. Həmin
dövrdə adambaşına illik məhsul istehsalı təxminən 580 kq olmuşdur. XIX əsrin sonlarında
Azərbaycanda adambaşına taxıl istehsalının həcmi XX əsrin əvvəli üçün (1909 -1913-cü illər)
dünya üzrə müvafiq göstəricidən (233 kq) 2,5 dəfə, həmçinin həmin dövrdə inkişaf etmiş
taxılçılıq ölkələri hesab edilən Rusiya, Almaniya, Fransa, İsveç kimi ölkələrin göstəricilərindən
(455 kq) 1,3 dəfə yüksək olmuşdur(12).
XX əsrin əvvəllərindən başlayaraq isə ölkədə taxıl istehsalı azalmışdır. Belə ki, 1913-cü
ildə 823,9 min hektar sahədə taxıl becərilmiş və orta məhsuldarlıq 5,8 sentnerə enmişdir(13).
Bununla yanaşı 1909–1913-cü illərdə taxıl üzrə Azərbaycanın dünya istehsalında payı onun
ərazi üzrə payını 2 dəfədən çox qabaqlamış və əhali üzrə payı ilə eyni səviyyədə olmuş dur.
1909 – 1913-cü illərdə Azərbaycanda adambaşına buğda istehsalının orta illik miqdarı 86
kq təşkil etmişdir. Bu, həmin dövrün orta dünya göstəricisindən 1,18 dəfə çoxdur.
Cədvəl 1.
Dünya üzrə taxıl istehsalında Azərbaycanın payı (12 səh.40)
Dünya əhalisinin
ümumi sayında
Azərbaycanın payı
(%)
TAXIL
Dünya
min ton
Azərbaycan
min ton
Azərbaycanın
payı %-lə
1909 – 1913
0,13
468700
614
0,13
1934 – 1938
0,14
625100
664
0,11
1948 – 1952
0,11
721000
530
0,07
1969 – 1971
0,14
1221300
636
0,05
1988 – 1990
0,14
1851000
1200
0,06
1998 – 2000
0,13
2064000
1196
0,06
Birinci Dünya Müharibəsi və ondan sonrakı illərdə də Azərbaycanda taxılçılıqda
geriləmə davam etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə taxıl
əkini sahələri 568,8 min hektara enmişdir.
Sovetlər Birliyi zamanında taxıl istehsalını təhlil edərkən aydın olur ki, Azərbaycanda
1940-cı ildə 567 min ton, 1960-cı ildə isə 725 min ton taxıl istehsal olunmuşdur. 1960-cı ildən
sonra isə taxılın əkin sahəsi azalsa da məhsuldarlığın artırılması hesabına istehsal artmışdır.
Belə ki, 1956-1960-ci illərlə müqayisədə 1960-1965-ci illərdə taxılın əkin sahəsi 100 min hektar
azalmış və 653,4 min hektar səviyyəsinə düşmüşdür(13).
Sovetlər dövründə Azərbaycanda taxıl istehsalının ən yüksək inkişafı 1981-1985-ci illərə
təsadüf edir. Azərbaycanda bu beşillikdə taxıl istehsalı orta hesabla1239,9 min tona çatdırılmış
və bu artım 1990-cı ilə kimi davam etmişdir. Belə ki, 1985-ci ildə 1297,0 min ton, 1990-cı ildə
1413,6 min ton taxıl istehsal olunmuşdur. Müstəqilliyin ilk illərindən etibarən daxili tələbatın
ödənilməsi məqsədilə taxıl, ilk növbədə buğda istehsalının həcmi genişləndirilmişdir.
AzJESS
Number 1, Volume 1, 2014
20 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
Nəticədə 1990-cı ildən sonrakı dövrdə əkin sahələrinin strukturunda ciddi dəyişiklik olmuşdur.
Texniki və yem bitkilərinin əkin sahələrinin azalması hesabına taxılın əkin sahəsi
genişlənmişdir.
2.
Azərbaycanda taxılçılığın inkişafının mövcud vəziyyəti
Müstəqillik illərində əkin sahələrinin strukturundakı dəyişiklik nəticəsində dənli və dənli
paxlalıların xüsusi çəkisi 1990-cı ildə 39,9%, 1995-ci ildə 50,5%, 2000-ci ildə 62,2%, 2002-ci
ildə 67,2%, 2005-ci ildə 60,4%, 2009-ci ildə 61,4%, 2011-ci ildə isə 60,2% təşkil etmişdir.
2005-ci ildə 802,3 min hektar, 2009-cu ildə 1125,4 min hektar ərazidə dənli və dənli paxlalılar
əkilmişdir(17). Ümumilikdə isə Azərbaycanda taxıl istehsalı ancaq 2000-ci ildən yeni inkişaf
mərhələsinə qədəm qoymuşdur və istehsal 2 milyon tonu ötüb keçmişdir və ən yüksək
məhsuldarlıq əldə olunmuşdur. Nəticədə müstəqillik tarixində ilk dəfə 2009-cu ildə Azərbaycan
özünü dənli bitkilər üzrə 76 % təmin etməyə nail olmuşdur.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının kənd təsərrüfatında taxılçılığın inkişafı
yaxın müddətli dövr üçün əsas prioritet kimi qəbul edilmişdir. Dövlət Proqramında
Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələrdən olan taxılçılığın inkişafı prioritet vəzifə
olaraq qalacağı göstərilir (2).
Eyni zamanda Dövlət Proqramı 2015-ci ilə kimi dənli bitkilərin əkin sahələrini 900 min
hektara, məhsuldarlığı 32 s/ha-ya, ümumi istehsalı 2,8 milyon tona çatdırmağı qarşıya əsas
məqsəd qoyur(3). Bu məqsədə nail olmaq üçün 2008-ci ildən başlayaraq ardıcıl tədbirlər
görülür. Nəticədə 2009-cu ildə taxıl istehsalı rekord səviyəyə 2988,3 min tona yüksəlmişdir
(Cədvəl 2).
Cədvəl 2
Azərbaycan Respublikasında taxıl istehsalı (1)
Göstəricilərin
adı
Ölçü
vahidi
1990
1995
2000
2005
2006
2007
2008
2009
2010
2010-
1990-
ci ilə
nisbə-
tən
%-lə
Əkin sahəsi
min ha
583,4
609,4
648,2
802,3
784,7
739,6
897,0
1125,4
968,0
166
İstehsal
min
ton
1413,6 921,4 1540,2 2126,7 2078,9 2004,4 2498,3 2988,3 2000,5 141,5
Məhsuldarlıq sentner
24,2
15,1
23.8
26,5
26,5
27,1
27,9
26,6
20,7
85,5
Cədvəldən göründüyü kimi 2010-cu ildə 1990-cı ilə nisbətən taxıl istehsalı 66%,
artmışdır. Bununla yanaşı müqayisə dövründə taxılın əkin sahəsi də 41,5% artmışdır. Amma
istehsal həcminin artırılması əsasən əkin sahələrinin artırılması hesabına əldə edilmişdir. Bunu
bir fakt da sübut edir ki, müqayisə olunan dövrdə taxılın məhsuldarlıq göstəricisində heç bir
dəyişiklik müşahidə olunmamışdır. 2010-cu ildə isə 2009-cu illə müqayisədə həm əkin
sahəsinin 157,4 min ha azalması, həm də qeyri-alverişli iqlim şəraiti ilə əlaqədar məhsuldarlığın
5.9 sentner.ha azalması hesabına taxıl istehsalı 987.8 min ton azalmışdır. Nəticədə əhalinin
daxili istehsal hesabına ərzaqlıq buğda ilə təminatında və mal-qara üçün qüvvəli yem
ehtiyatlarının yaradılmasında gərginlik əmələ gəlmişdir. 2011-ci və 2012-ci illərdə taxıl
istehsalında yenidən artım müşahidə olunmuşdur. Belə ki, 2011-ci ildə 967,0 min hektardan
2458,4 min ton taxıl istehsal olunmuşdur. Respublika üzrə orta məhsuldarlıq hər hektardan 25,4
sentner olmuşdur. 2012-ci ildə 2802.3 min ton dənli və dənli paxlalılar istehsal olunmuşdur. Bu
da 2011-ci illə muqayisədə 14.0 % coxdur. Digər tərəfdən Dövlət Proqramında 2015-ci ildə
taxıl istehsalında məhsuldarlığın 32 s/ha-ya çatdırılması qarşıya məqsəd qoyulmuşdur. Son 10
ilin məlumatlarının təhlili isə göstərir ki, ciddi tədbirlər görülməsə qarşıdakı 3 ildə taxıl
istehsalında məhsuldarlığın 32 s/ha-ya çatdırılmasının xeyli çətin olacaq.
AzJESS
Number 1, Volume 1, 2014
21 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
Ümumiyyətlə, təhlillər göstərir ki, taxılçılıqda əldə olunmuş iqtisadi artım respublika
əhalisinin artmaqda olan tələbatına tam cavab vermir. Dünyanın bir sıra inkişaf etmiş
ölkələrində taxılçılıqda hər hektardan 50-60 sentner məhsul əldə etdiyi halda, Azərbaycanda isə
məhsuldarlıq dünya üzrə orta göstərici olan 30 sentner səviyyəsinə də çatmamışdır. Bu isə
taxılçılıqda dinamik artımı ekstensiv yox, intensiv faktorların hesabına təmin edilməsinin
zəruriliyini göstərir.
3.
Taxılçılığın inkişafı üçün iri təsərrüfatların yaradılması zərurəti
Hazırda Azərbaycanda nəinki taxıl, ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalının
artımı daha çox ekstensiv faktorların hesabına təmin edilməsi ölkədə ərzaq istehsalının
davamlılığının təmin edilməsi baxımından ciddi problem kimi qəbul edilə bilər. Bunu
Azərbaycanda bəzi məhsulların məhsuldarlıq səviyyəsinin dünya ölkələri ilə müqayisəsi
göstərən aşağıdakı cədvəldən də aydın şəkildə görmək olar.
Cədvəl 3
Azərbaycanda bəzi taxıl məhsullarının məhsuldarlıq səviyyəsinin dünya ölkələri ilə
müqayisəsi
Məhsulun adı
Ölçü
vahidi
Məhsuldarlıq göstəricisi
Ölkə üzrə
Dünya üzrə
orta
Dünya üzrə
minimum
Dünya üzrə
maksimum
Buğda
Sent/ha
25,8
30,4
3,0
90,7
Düyü
Sent/ha
57,1
35,7
7,5
96,6
Arpa
Sent/ha
21,6
27,1
2,5
78,7
Qarğıdalı
Sent/ha
44,1
35,8
1,2
200,0
Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ( FAO)
Düzdür respublikamızda həyata keçirilən tədbirlərin nəticəsi kimi son illər ölkədə taxıl
istehsalında artıma nail olunmuşdur. Amma Cədvəl 3-dən göründüyü kimi taxıl məhsullarının
məhsuldarlıq göstəriciləri üzrə daha yüksək nailiyyətlər əldə etmiş ölkələrlə müqayisədə
Azərbaycanın müvafiq göstəriciləri aşağıdır. Taxılçılıqda məhsuldarlığı yüksəltmə üçün həm də
nisbətən iri təsərrüfatların təşkilinə ehtiyac var. Bildiyimiz kimi torpaq islahatı nəticəsində
respublikada iri təsərrüfatların bazasında yaradılmış istehsal vahidlərinin torpaq sahələri xeyli
kiçikdir. Hazırda Azərbaycanda bitkiçilik məhsullarının 96 %-i fərdi sahibkarlar, ailə kəndli və
ev təsərrüfatlarında istehsal olunur. Bir təsərrüfata isə orta hesabla 2 hektar sahə düşür. Xırda
təsərrüfatlarda növbəli əkin dövriyyəsi tətbiq etmək praktiki mümkün deyil. Taxıl əkinlərinin
böyük ıksəriyyətinin kiçik torpaq sahələrində aparılmasının nəticəsi olaraq kənd təsərrüfatında
işləyənlərin sayı mexaniki artmış, əmək məhsuldarlığı 2,5-3 dəfə aşağı düşmüşdür.
2010-cu ildə respublika üzrə taxılçılıqla məşğul olanlardan yalnız 1 təsərrüfat («Kraun-
KO» şirkətinin) 50 min hektar sahədə taxıl becərmişdir. 2012-ci ilin məlumatına əsasən isə
Ağcabədi və Beyləqan rayonlarında 4800 hektar ərazidə 2 iri taxılçılıq təsərrüfatı yaradılmışdır.
Taxılçılıqda təsərrüfatların əksəriyyətinin kiçik olması məhsuldarlığa ciddi təsir etdiyi üçün iri
təsərrüfatların yaradılması və bu sahədə rəqabətqabliyyətliliyin yüksəldilməsi istiqamətində
müvafiq addımlar atılır.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-
iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş
konfransdakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İri fermer
təsərrüfatlarının yaradılması prosesi başlamışdır. Bildiyiniz kimi, mən bu tapşırığı bir neçə il
bundan əvvəl vermişdim. Ancaq keçənildəki müşavirədə öz iradlarımı bildirmişdim ki,
baxmayaraq, göstərişlər verilib, heç bir iş görülmür. İndi hesab edirəm ki, keçən il ərzində
görülən işlər bu prosesə də təkan vermişdir. Beş min hektara qədər torpaq sahələri ayrılıb,
Ağcabədi və Beyləqan rayonlarında iri fermer-taxılçılıq təsərrüfatlarının yaradılması artıq təmin
edilibdir. Bu layihələrin icrası nəticəsində biz taxılla özümüzü təmin etmək üçün çox ciddi
addım atmış oluruq. Demək istəyirəm ki, ən azı 50 böyük fermer-taxılçılıq təsərrüfatları
AzJESS
Number 1, Volume 1, 2014
22 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
yaradılmalıdır ki, biz özümüzü taxılla tam şəkildə təmin edək. Yeni fermer təsərrüfatlarında
məhsuldarlıq, məsələn, taxılda 40-50 sentnerə çatmalıdır. İndi bizdə orta hesabla hər hektardan
27 sentner məhsul əldə etmişik ki, bu da əvvəlki illərə nisbətən yaxşı göstəricidir. Ancaq inkişaf
etmiş ölkələrdə hektardan 50, 60, bəzi yerlərdə 70 sentner götürülür. Biz də o səviyyəyə
çatmalıyıq” deməklə bu sahəyə diqqətin artıtılacağını bildirmişdir (19).
Yeri gəlmişkən qeyd edək ki, orta və iri təsərrüfatların yaradılması və taxılçılıq üzrə
regionların ixtisaslaşdırılması üçün də dövlət stimullaşdırma tədbirləri həyata keçirməlidir.
Amma respublikamızda 50 iri taxılçılıq təsərrüfatının yaradılması kiçik təsərrüfatları arxa plana
keçməsi anlamına gəlməməlidir.
Dünya təcrübəsi göstərir ki, dövlət tərəfindən dəstək olduğu təqdirdə, xüsusən lazımi
texnologiya, informasiya və infrastruktur təminatı olduğu təqdirdə kiçik təsərrüftlar da məhsul
istehsalını artıraraq kənd yerlərində yoxsulluğun azaldılmasına və ərzaq təhlükəsizliyinin
təmininə böyük töhfə verirlər (14).
Qeyd edək ki, taxılçılığın inkişafı ilə bağlı tək inkişaf etmiş ölkələrin yox həm də
postsovet ölkəsi olan Özbəkistanın təcrübəsi də Azərbaycan üçün maraqlı ola bilər. Məlumat
üçün bildirək ki, 1981 - 1990-cı illərdə Özbəkistanda 800 min hektar sahədə taxıl əkilmişdir və
ölkə üzrə orta məhsuldarlıq 17 sentner\ha olmuşdur. 1991-ci ildə isə Özbəkistanda 0,9 milyon
ton taxıl istehsalı edilmişdir və ölkənin təlabatını ödəmək üçün 4,5 milyon ton taxıl idxal
edilmişdir. Vəziyyətin ciddiliyini nəzərə alan Özbəkistan höküməti taxıl istehsalının artırılması
istiqamətində müvafiq qərarlar qəbul etmişdir. Aparılan islahat nəticəsində “Uzkhleboprodukt"
Dövlət Korporasiyası (keşmiş Taxıl Məhsulları Nazirliyi) "Uzdonmahsulot" Səhmdar Cəmiyyəti
adı altında yenidən formalaşdırılmışdır(21). Bu quruma taxılçılığın inkişafa üçün əslahiyyətlər
verilmişdir. Həmçinin 1995-1998-cu illərdə 13 taxılemalı müəssisəsi, 30 qarışıq yem və 52 un
üyütmə zavodları özəlləşdirilmişdir.
Həmçinin Özbəkistan hökuməti buğda istehsalçılarına kredit imkana yardaraq onları
istehsal resursları ilə təmin etməyə başlamışdır. Taxılçılığın inkişafda əsas hədəf isə
məhsuldarlığın artırılması olmuşdur.
Şəkil 1. 1993-2010-cu illərdə Özbəkistanda taxıl isteahsalının göstəriciləri
Şəkil 1-dən göründüyü kimi 10 il ərzində Özbəkistanda taxılın məhsuldarlığı 1,5
sentner\ha- dan 45 sentner\ha-ya qaldırımasına nail olunmuşdur. 2005- ci ildə etibarən
Özbəkistan Respublikası ildə 5.8 milyon tondan çox taxıl istehsal edərək özünü təmin etmişdir.
2012-ci ildə isə Özbəkistanda 6.7 milyon ton taxıl istehsal olunmuşdur (20)
4.
Regionların taxılçılıq üzrə ixtisaslaşdırılması
0,0
1 000,0
2 000,0
3 000,0
4 000,0
5 000,0
6 000,0
7 000,0
8 000,0
1993
1995
1997
1999
2001
2003
2005
2007
2009
Planted area ('000 Ha)
Yield ('000 tons)
Əkin sahəsi, Ha
Məhsuldarlıq, ton
AzJESS
Number 1, Volume 1, 2014
23 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
Azərbaycan Respublikası torpaq ehtiyatları məhdud olan ölkələr sırasında olduğu üçün
torpaq resurslarından daha səmərəli istifadə olunması məqsədilə əkin yerlərinin strukturunda
müəyyən dəyişikliklər aparılmalıdır. Belə ki, 2012-ci ilin yanvar ayına olan məlumatda
respublikada kənd təsərrüfatı dövriyyəsində olan cəmi əkin yeri 1608,2 min hektar təşkil
etmişdir. Bunun 967,3 min hektarı dənli və dənli paxlalıların payına düşür. Bu isə, cəmi əkin
yerinin 60,2% deməkdir. Göründüyü kimi, əkin sahələrinin çox hissəsi taxıl istehsalı üçün
istifadə olunur. Halbuki, məhsuldarlığın yüksəldilməsi taxıl istehsalı üçün istifadə olunan
torpaqların digər məqsədlər üçün istifadəsinə imkan verər. Fikirimizcə, əkin sahələrinin
azaldılması və məhsuldarlığın artırılması hazırkı vəziyyət üçün tamamilə doğru yanaşmadır. Bu,
həm sərf olunan maliyyə resurslarının, həm də torpaqların daha səmərəli istifadəsinə şərait
yaradacaqdır. Beləliklə, əsas vacib məsələ ondan ibarətdir ki, taxıl əkini üçün əsasən hansı
regionların torpaqlarından istifadə edilməlidir. Bu məqsədlə iqtisadi rayonlar üzrə taxılın əkin
sahəsi, məhsuldarlığı kimi göstəricilər üzrə qısa araşdırma aparmağı məqsədəuyğun hesab
edirik. İlk olaraq Respublika üzrə taxılın məhsuldarlıq göstəricilərinə nəzər salaq(Cədvəl 4).
Cədvəl 4-dən göründüyü kimi, məhsuldarlıq göstəriciləri Gəncə-Qazax, Aran və
Naxçıvan iqtisadi rayonlarında daha yüksəkdir. Belə ki, 2011-ci ildə respublika üzrə orta
məhsuldarlıq 25,4 sent/ha olduğu halda bu iqtisadi rayonlarda taxılın məhsuldarlığı müvafiq
olaraq 30,3 sent/ha, 26,4 sent/ha və 29,4 sent/ha təşkil etmişdir. Bu iqtisadi rayonlarda taxılın
orta məhsuldarlığı dovlətin qarşıya qoyduğu hədəf göstəricisinə (32 sent/ha) yaxındır.
Cədvəl 4
Taxılın məhsuldarlığı, sent/ha
2000 2005
2006
2007 2008 2009 2010 2011
Respublika üzrə cəmi
23.8
26.5
26.5
27.1
27.9
26.6
20,7
25,4
Abşeron iqtisadi rayonu
12.0
14.1
13.4
14.1
14.0
15.1
14,4
14,7
Gəncə-Qazax iqtisadi rayonu 24.2
29.8
29.5
31.3
32.8
30.9
26,3
30,3
Şəki-Zaqatala iqtisadi
rayonu
18.1
21.4
20.5
24.0
29.6
25.3
20,2
30,2
Lənkəran iqtisadi rayonu
22.7
24.2
24.6
24.9
23.3
20.5
14
18,9
Quba-Xaçmaz iqtisadi
rayonu
23.5
21.6
23.5
23.8
21.3
21.3
20,2
23,0
Aran iqtisadi rayonu
26.7
29.5
30.2
30.1
30.7
30.4
22,7
26,4
Yuxarı-Qarabağ iqtisadi
rayonu
24.4
27.3
27.9
28.0
28.5
25.2
18,7
23,0
Kəlbəcər –Laçın iqtisadi
rayonu
11.6
27.2
29.1
29.1
30.2
30.6
24,1
25,5
Dağlıq Şirvan iqtisadi
rayonu
20.8
24.2
21.8
21.2
22.7
21.2
15,6
19,3
Naxçıvan iqtisadi rayonu
35.6
38.7
35.5
30.9
25.1
28.5
28,6
29,4
Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır.
Deməli taxıl istehsalının bu iqtisadi rayonlarda cəmləşdirilməsi məqsədəuyğun hal kimi
qiymətləndirilməlidir. Lakin qeyd olunan məqsədə nail olunması üçün bu iqtisadi rayonların
kifayət qədər torpaq resurslarına malik olması vacib şərtlərdəndir. Bu baxımdan son illərdə
respublikada kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin rayonlar üzrə yerləşməsinə nəzər
salaq.
Cədvəl 5
Kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi, ha
AzJESS
Number 1, Volume 1, 2014
24 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
2000
2005
2009
2010
2011
Respublika üzrə cəmi
1 041 542
1 327 922
1 705 449
1 583 874
1 608 184
Bakı
133
574
499
491
539
Abşeron iqtisadi rayonu
3 544
4 510
3 706
3 548
3 313
Gəncə-Qazax iqtisadi rayonu
116 389
164 651
208 402
193 293
195 160
Şəki-Zaqatala iqtisadi rayonu
126 950
155 496
221 672
200 806
198 413
Lənkəran iqtisadi rayonu
102666
102430
117 203
116 301
116 639
Quba-Xaçmaz iqtisadi rayonu
57 804
105 812
116 094
107 427
114 425
Aran iqtisadi rayonu
470 270
592 145
705 738
652 339
684 938
Yuxarı-Qarabağ iqtisadi rayonu
39 800
60 679
139 578
133 750
121 991
Kəlbəcər –Laçın iqtisadi rayonu
2 198
2 065
6 473
4 645
3 402
Dağlıq Şirvan iqtisadi rayonu
84 671
90 750
126 886
112 076
109 346
Naxçıvan iqtisadi rayonu
37 117
48 810
59 200
59 199
60 020
Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır.
Cədvəldən göründüyü kimi, cəmi əkin sahələrində də, Gəncə-Qazax və Aran iqtisadi
rayonları daha yüksək xüsusi çəkiyə malikdirlər. Belə ki, respublika üzrə cəmi əkin sahələrinin
53,6%-i Gəncə-Qazax və Aran iqtisadi rayonlarının payına düşür. Amma bu heç də o demək
deyil ki, bu iqtisadi rayonların torpaqları tamamilə taxıl əkini üçün istifadə olunmalıdır. Əksinə
məhsuldarlıq göstəricisini nəzərə almaq şərti ilə digər rayonlarda da taxılçılıq sahəsində
səmərəli fəaliyyət göstərən təsərrüfatların potensialı güclənilməlidir. Məsələn, son illər Astara
rayonunda taxılın orta məhsuldarlığı 40,5 sent/ha, Balakən rayonunda 37,2 sent/ha, Tərtər
rayonunda 33,9 sent/ha, Zaqatala rayonunda 32,0 sent/ha, Şərur rayonunda 30,9 sent/ha və s.
təşkil etmişdir. Məhz bu rayonlarda da imkanları nəzrə alınmalı xüsusən də Astara və çəltik
becərilməsini münasib olan diğər rayonlarda bu bitkinin istehsalı stimullaşdırılmalıdır.
Göründüyü kimi, taxılda məhsuldarlığı artırmaqla 2,8 milyon ton məhsulu 900 min hektardan
da az əkin sahəsindən əldə etmək olar.
Bu, həm də taxıl istehsalına ayrılan subsidiyaların da səmərəliliyinin artırılmasına şərait
yarada bilər. Məsələn 2009-cu ildə respublikada 807 880 hektarı sahədə əkilən buğdanın hər
hektarı üçün 80 AZN subsidiyanın ayrıldığını nəzərə alsaq sadə hesablama nəticəsində
müəyyənləşdirmək olur ki, 1 ildə buğda əkininə təxminən 65 milyon AZN maliyyə vəsaiti sərf
olunur. Aydındır ki, bu məbləğ 650 min hektar arasında bölüşdürülsə hər hektara düşən vəsaitin
məbləği daha yüksək olar (100 AZN). Həmçinin əkin sahəsinin azaldılması nəticəsində
subsidiyaların ümumi həcmini artırmaqla daha yüksək nəticələr əldə etmək mümkündür.
Bundan əlavə taxıl istehsalının, məhsuldarlıq göstəricilərinin daha yüksək olduğu ərazilərdə
cəmləşdirilməsi taxıl istehsalı üzrə hədəf göstəricilərinə nail olunması və istehsalın
səmərəliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Taxıl üçün az səmərəli ərazilərdə isə digər bitkiçilik məhsullarının istehsalını
stimullaşdırmaq fikirimizcə daha səmərəli olardı. Məsələn, 2009-cu ildə Quba-Xaçmaz iqtisadi
rayonunda taxılın məhsuldarlığı 21.3 sent/ha təşkil etmişdir. Bu isə iqtisadi cəhətdən heç də
səmərəli göstərici deyildir. Lakin 2009-cu ildə Respublikada pomidorun orta məhsuldarlığı 154
sent/ha olduğu halda Quba-Xaçmaz iqtisadi rayonunda bu göstərici 215 sent/ha təşkil etmişdir.
Beləliklə, fikirimizcə Quba-Xaçmaz iqtisadi rayonunda taxıl əkməkdənsə pomidor və ya digər
uyğun bitkiçilik məhsullarının becərilməsi daha məqsədəuyğundur. Oxşar vəziyyət digər
regionlar üzrə də müşahidə olunur. Onun üçün taxılçılığın inkişafın müəyyən iqtisadi rayonlarda
stimullaşdırmaq daha məqsədəuyğun olardı.
5.
Taxılçılığın inkişafının stimullaşdırılması
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq aqrar sahəyə
edilən dövlət yardımlarının miqyası daha da artmışdır. B sərəcama əsasən kənd təsərrüfatı
məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağları və mineral gübrələrin
AzJESS
Number 1, Volume 1, 2014
25 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
dəyərinin orta hesabla 50 %-i dövlət tərəfindən ödənilir. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq Qərarına əsasən buğda istehsalçılarının maddi marağının artırılması və
buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər
hektar üçün əlavə 40 manat (cəmi 80 AZN) yardım verilir.
Kənd təsərrüfatı istehsalçılarının yüksək reproduksiyalı buğda toxumu və mineral
gübrələrlə təminatını yaxşılaşdırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli Sərəncamına əsasən kənd
təsərrüfatı məhsulları istehsalçılarına bir sıra əlavə güzəştlər də verilmişdir. Belə ki, buğda
toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti
hesabına idxal olunan yüksək reproduksiyalı buğda toxumunun satış qiymətinin 50 faizinə,
buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt
verilmişdir.
Hökumətin aqrar sektora daha bir iqtisadi yardımı vergi güzəştləri ilə bağlıdır. Belə ki,
2014-cü ilə kimi kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən başqa, bütün vergi-
lərdən azad edilmişdir. Həmçinin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında
nəzərdə tutulmuş tədbirlər çərçivəsində aqrar sektora edilən əhəmiyyətli dövlət yardımı, ilkin
mərhələdə səhmlərinin nəzarət zərfi 100% dövlətə məxsus olan “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyətinin yaradılmasıdır.
Amma etiraf etmliyik ki, taxılçılıqın inkişafı üçün göstərilən dəstək yetərli deyil və
subsidiyalaşdırılması mexanizmləri qeyri-təkmildir. Belə ki, bu sahəyə edilən dövlət
yardımlarının i) miqyası mövcud ehtiyacla müqayisədə çox məhduddur, ii) tətbiq edilmə
mexanizmləri qeyri-təkmildir və beləliklə də, iii) qeyd edilən səbəblərdən də effektliyi azdır.
Azərbaycanda
taxılçılığın
subsidiyalaşdırılması
mexanizmləri
ciddi
şəkildə
təkmilləşdirilməlidir.
Burada Azərbaycanın ÜTT-yə üzvülük ərəfəsində olduğu da nəzərə alınmalıdır. Belə ki,
ÜTT üzvü olan ölkələr qarşısında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin
ardıcıl surətdə ixtisar olunması, aqrar məhsullarının istehsalı və ticarətinin davamlı olaraq bazar
mexanizmlərinə yönəldilməsi tələbləri irəli sürülür(16). ÜTT-nin qaydaları üzv ölkələr
qarşısında kənd təsərrüfatı istehsalçılarına hökumət tərəfindən verilən daxili maliyyə köməyini
qadağan etmir. Lakin bu dəstəyin ixtisar olunmasını tələb edir və eyni zamanda onun yol verilə
bilən son həddinin kəmiyyətini müəyyən edir. Əgər Azərbaycan taxılçılığın
subsidiyalaşdırılması mexanizmləri təkminləşdirilməsə ÜTT-yə üzvülükdən bu sektor ciddi
zərər çəkə və ölkənin ərzaq təhlükəsizliyinin təminində müəyyən problemlər yarana bilər. Son
illər dünya bazarında da ərzaq məhsullarının qiymətinin qalxdığını nəzərə alsaq taxılçılığın
ÜTT-yə inteqrasiyadan zərər çəkməməsi üçün vaxtında qərarların qəbulu vacibdir.
6.
Dünya ərzaq bazarında baş verən proseslərin Azərbaycana təsiri
Müasir şəraitdə dünya ərzaq bazarında baş verən iri sarsıntılar son nəticədə bütün ölkələr
üçün problemin yaranmasına səbəb olur. Bu sahədə yaxın dövrlərin narahatedici təcrübəsi
mövcuddur. 1972-1973-cü və 1979-1980-ci illərdə dünya taxıl bazarında baş verən böhranlar
beynəlxalq səviyyədə ərzaq təminatına təhlükə törətmişdir (11 səh. 15). 2007-2008-cu illərdə
dünya bazarında taxıl qiymətinin artması bir çox ölkələr üçün problem yaratmışdır.
AzJESS
Number 1, Volume 1, 2014
26 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
Şəkil 2. 1960-2008-ci illərdə dünya bazarında əsas dənli və paxlalıların qiymətləri (5
səh.9)
Xüsusən də 2000-ci ildən sonrakı dövrdə taxılın qiyməti yenidən bahalaşmağa
başlamışdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) və BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) proqnozların görə 2020-ci ilə kimi ərzaq, yem və yanacağa olan
artan tələbatla əlaqədar olaraq taxıl qiymətlərinin davamlı olaraq artacağı gözlənilir(10).
Xüsusən də Asiya, Afrika və Yaxın Şərq ölkələrində tələbatın artması qiymətlərə təsir
edəcəkdir. Ümumiyyətlə dünya üzrə ərzağın qiymət indeksinə nəzər saldıqda son 10 illikdə
qiymət artımının davamlı olduğu görülür.
Şəkil 3. Dünya üzrə dənli bitkilərin qiymət indeksi
Mənbə: www.fao.org/worldfoodsituation/FoodPricesIndex/en/
FAO-nun 2011-ci ilin fevral ayında hesabatında da dünyada ərzaqların qiymətinin 1990-
cı ildən indiyə kimi olan dövrdə rekord səviyyəyə çatmasını bildirməsi də bunun göstəricisidir.
Bu isə o deməkdir ki, dünya bazarında qiymət artımının birbaşa Azərbaycana da təsiri olacadır.
Çünki, Azərbaycan 2005-2010-cu illərdə orta hesabla 1062 ton taxıl idxal etmişdir. Qarşıdakı
10 ildə də Azərbaycanın taxıl idxal edəcəyi proqnozlaşdırılır. Bu isə belə qiymət artımının
ölkəmizə birbaşa təsirinin olacağından xəbər verir. Elə Azərbaycan Respublikası Prezident
İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında yenidən bu məsələyə
toxunması da vəziyyətin ciddiliyindən xəbər verir: “Biz ərzaq təhlükəsizliyini yüz faiz təmin
etməliyik. Bu, o demək deyil ki, biz inteqrasiya proseslərinə, yaxud da ki, indi dünya inteqrasiya
proseslərinə qoşulmuruq. Biz qoşuluruq. Əlbəttə ki, biz öz iqtisadiyyatımızı bazar iqtisadiyyatı
prinsipləri üzərində qurmuşuq. Ancaq onu da xatırlayırıq ki, taxılla bəzi ixracçı ölkələrdə
Dənli
bitkilərin
qiymət
indeksi;
1990; 97,6
Dənli
bitkilərin
qiymət
indeksi;
1996;
140,7
Dənli
bitkilərin
qiymət
indeksi;
2000; 84,5
Dənli
bitkilərin
qiymət
indeksi;
2005;
103,4
Dənli
bitkilərin
qiymət
indeksi;
2008;
237,9
Dənli
bitkilərin
qiymət
indeksi;
2011;
244,8
2002-2004=100
1990
1991
1992
1993
1994
1995
1996
1997
AzJESS
Number 1, Volume 1, 2014
27 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
yaranmış müəyyən çətinliklər istər-istəməz bizə də mənfi təsir göstərmişdir. Əvvəlki illərdə
bağlanmış kontraktlara xitam verildi, onlar icra edilmədi və biz vəziyyətdən çıxış yolunu
axtarmağa məcbur idik. Ona görə özümüzü tam əmin və sığortalı hiss etmək üçün biz əsas ərzaq
məhsulları ilə özümüzü təmin etməliyik. Əlbəttə ki, meliorasiya, irriqasiya sistemlərinin
qurulması prosesi getməlidir” (15).
Qeyd edək ki, Azərbaycan hökuməti bu təsiri azaltmaq üçün 2008-ci ildən bəri müəyyən
işlər görür. Məhz Dövlət Taxıl Fondunun yaradılması və Azərbaycan Respublikası
Prezidentinin 22 aprel 2008-ci il tarixli fərmanı ilə Fonda nəzarət funksiyasını həyata keçirtmək
Fövqəladə Hallar Nazirliyinə tapşırılması da bu qəbildəndir. Fonddan taxılın istifadəsi
fövqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri
yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət
dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir. “Taxıl haqqında” Azərbaycan
Respublikasının Qanunu əsasən isə Dövlət Taxıl Fondunun formalaşması əsasən yerli istehsal
hesabına həyata keçirilir(8).
2010-cu ildən etibarən Fondda 500 min ton ərzaq buğdası ehtiyatı olub və bu 4 ay ölkəni
təmin edə bilər. Amma bu yolla da davamlı olaraq qiymət artımının qarşısını almaq mümkün
deyil. Onun üçün ölkənin taxıl məhsulları ilə etibarlı və davamlı şəkildə təmin edilməsi üçün bir
sıra tədbirlərin həyata keçirilməsi zəruridir.
7.
Taxılçılığın inkişaf etdirilməsinin əsas istiqamətləri
FAO-nun məlumatına əsasən dünya üzrə aclıqdan əziyyət çəkən insanların sayı 1 milyard
nəfərdən artıqdır. Yəni planetimizdə yaşayan hər altı nəfərdən biri gündəlik ərzaq çatışmazlığı
ilə üzləşir. Dünyada baş verən iqtisadi böhranlar isə ərzaq məhsullarının qiyməti artırır və
dövlətlərin yoxsulluqla mübarizə aparmasını xeyli çətinləşdirir.
Məlumat üçün bildirək ki, 2000-ci ildə Nyu-Yorkda 147 ölkənin iştirakı ilə qəbul edilmiş
Miniliyyin İnkişaf Məqsədlərində (MDGs) də ifrat yoxsulluğun və aclığın aradan qaldırılması
əsas hədəflərdən biri kimi müəyyənləşdirilmiş və 2015-ci ilədək onun 2 dəfə azaldılması üçün
dünya ölkələrinin səylərinin birləşdirilməsi qərara alınmışdır. FAO-nun təşkilatçılığı ilə 3-5
iyun 2008-ci il tarixində Romada keçirilən Dünya Ərzaq Təhlükəsizliyi üzrə yüksəksəviyyəli
konfransda 180 ölkənin dövlət və hökümət başçıları bir daha bəyan etdilər ki, 2015-ci ilə kimi
Minillik İnkişaf Məqsədlərinə nail olunması və ac insanların sayının 50 %-ə qədər azaldılması
üçün səyləri artıracaqlar. Bu tədbirlərin davamı kimi FAO-nun dəstəyi ilə 6-7 iyun 2009-cu il
tarixində Sank-Peterburq şəhərində keçirilən Dünya Taxıl Forumunda da ərzaq probleminin
həllində taxıl istehsalının oynadığı mühüm rol müzakirə edilmişdir. Bildirilmişdir ki, ərzaq
bazarında problem heç vaxt aradan qalxmamışdır və iqtisadi böhran bu problemi ölkələr üçün
daha da aktuallaşdırmışdır. Ekspertlərin proqnozuna görə isə 2030-cu ildə, taxılın istehlakı 30-
40 % arasında artacaqdır (9). Bu da o deməkdir ki, dünya birliyi gələcəkdə ərzaq böhranının
təkrarlanmasından sığortalanmayıb. Bunun üçün də ölkənin taxıl məhsulları ilə dayanıqlı təmini
üçün aşağıdakı məsələlərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik.
Azərbaycanda taxıl istehsalının artırılmasının başlıca şərtlərdən biri kimi təsərrüfatların
yeni məhsuldar sortlarla təminatının yüksəldilməsi, sektorun rəqabətqabiliyyətliliyinin təmin
edilməsində çıxış edir. Fikrimizcə, bu istiqamətdə də müvafiq dövlət siyasəti tədbirləri əsasən,
fermerləri yüksək keyfiyyətli toxumlarla qısa müddətdə və səmərəli şəkildə təchiz etmək
təşəbbüslərinin həvəsləndirilməsinə yönəldilməlidir.
Qeyd edək ki, Tərtərdə Təcrübə Stansiyasında səpindən başlamış yığımadək bütün
aqrotexniki tədbirlər həyata keçirildiyi üçün ayrı-ayrı sortlar üzrə yüksək məhsuldarlıq əldə
edilmişdir. Bu göstərici bəzi təsərrüfatlarda hətta 75-80 sentnerə çatmışdır (4 səh. 319). Deməli
dövlətin bu istiqamətdəki tənzimləmə və nəzarət funksiyaları da təkmilləşdirilməsi və
taxılçılığın inkişafın müəyyən iqtisadi rayonlarda stimullaşdırması yolu ilə ölkə üzrə buna yaxın
nəticələr əldə etmək olar.
AzJESS
Number 1, Volume 1, 2014
28 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
Kənd təsərrüfatlı təyinatlı torpaqların keyfiyyətinin yaxşılaşdırılması və suvarma infra-
strukturunun gücləndirilməsi istiqamətində həyata keçirilən işlərin sistemliliyini və daha da sü-
rətləndirilməsini təmin etmək məqsədilə dövlət proqramının hazırlanması məqsədəuyğun olardı.
Azərbaycanda taxılın istehsal həcminin artırılması əsasən ekstensiv yolla - əkin
sahələrinin artırılması vasitəsilə əldə edilmişdir. Respublikada intensiv yolla taxılın istehsal
həcminin artırılması mümkündür. Əkin sahələrinin münbitliyini bərpa etməyin və torpağın
məhsuldarlığının yüksəldilməsinin ən etbarlı yolu isə növbəli əkin sisteminin tətbiq edilməsidir.
Eyni zamanda kənd təsərrüfatı istehsalçılarının maşın, texnika və avadanlıqlarla, həmçi-
nin mineral gübrələr və pestisidlərlə təminatının yaxşılaşdırılması istiqamətində başlanan
fəaliyyətdə sürətləndirilməlidir.
Hökumət tərəfindən kənd təsərrüfatı sektoruna göstərilən infrastruktur (məsələn,
meliorasiya, fitosanitar, elmi-tədqiqat, kadr hazırlığı və s.) xidmətlərin keyfiyyəti aşağıdır.
Aqrar sahəyə dövlət yardımının daha effektiv olan bir sıra formaları, məsələn, minimal qiymət
tənzimlənməsi, fermerlərin bazar haqqında informasiya ilə təmin edilməsi, onların bazara çıxış
imkanlarının yaxşılaşdırılması və s. ümumiyyətlə, tətbiq edilmir. Bu məsələlərdə həllini
tapmalıdır.
Nəticə
Taxıl istehsalının mövcud həcmi istər ərzaq, istərsə də yem məqsədləri üçün tələb
olunandan azdır. Əhali tərəfindən qida kimi istifadə olunan taxıl və taxıl məhsullarının bir
hissəsi idxalın payına düşür. Müstəqillik illərində taxılın məhsuldarlıq göstəricisində ciddi artım
müşahidə olunmamışdır.
Digər tərəfdən Azərbaycan Respublikası torpaq ehtiyatları məhdud olan ölkələr sırasına
aiddir. Buna görə də, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının fiziki həcmini
istənilən səviyyəyə çatdırmaq mümkün deyil. Bununla belə, Azərbaycan Respublikasının
müxtəlif regionlarında torpaq-iqlim amillərinin kəmiyyət və ərazi etibarilə paylanma
xüsusiyyətlərinin təhlili göstərir ki, ümumilikdə ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün
təbii-coğrafi şərait əlverişlidir. Azərbaycanda taxılın məhsuldarlığını 50-60 sentnerə çatdırılması
üçün potensial mövcuddur. Lakin Azərbaycan taxıl istehsalı ilə bağlı mövcud potensialından
kifayət qədər səmərəli istifadə etmir. Ona görə də ölkədə 1898-ci ildə adambaşına 580 kq,
1999-cu ildə 137 kq, 2005-ci ildə isə 254 kq taxıl istehsal olunmuşdur. Hazırda ölkədə kənd
təsərrüfatı istehsalının dinamik artımı daha çox ekstensiv faktorların hesabına təmin edilir ki, bu
da ölkədə ərzaq istehsalının davamlılığının təmin edilməsi baxımından ciddi problem kimi
qəbul edilə bilər.
Bu vəziyyəti dəyişmək üçün də 2020-ci ilə kimi Azərbaycanda taxıl əkin sahələrinin 700
-750 min hektara qədər azaldılması və orta məhsuldarlığın 50 sentnerə çatdırılması üçün bütün
imkanlar işə salınmalıdır. Artıq Ağcabədi və Beyləqan rayonlarında pilot iri taxılçılıq təsərrüfatı
yaradılmışdır. Növbəti addım olaraq Cəlilabad, Şamaxı və Hacıqabul rayonlarında da iri
taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində zəruri işlərə başlanılmışdır. Rəsmi
məlumatlara əsasən də iri təsərrüfatların yardılması nəticəsində 2013-cü ildə taxıl məhsulları ilə
özünütəminat 70 % olacaqdır. 50 iri fermer təsərrüfatlarının yaradılması nəticəsində isə
Azərbaycan özünü taxıl məhsulları ilə tam təmin edə bilər. Amma iri təsərrüfatlar yaradılması
prosesində ekoloji məsələlərdə mütləq nəzərə alınmalıdır. Çünki bu məqsədlə yeni sahələrinin
dövriyyəyə cəlb edilməsi zərurəti yaranacaq. Rəsmi məlumata əsasən də meliorativ tədbirlərdən
sonra 300 min hektar əkin sahələri dövriyyəyə buraxılacaqdır. Amma qış otlaqlarında iri
taxılçılıq təsərrüfatlarının yaradılmasının ekoloji təsirləri də daha dərindən öyrənilməlidir.
Həmçinin taxılçılıqda ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsul istehsalının
stimullaşdırılmasıda zəruridir. Proqnozlara görə 2020-ci ildə Azərbaycan əhalisi 10 milyon
nəfərdən artıq olacaq və təxminən ölkənin 4500 min ton taxıla tələbat yaranacaq (tələbat
adambaşına 420 kq nəzərdə tutularsa). Müvafiq tədbirlər görülərsə respublikamız 2020-ci ildə
700 -750 min hektara sahədə taxıl əkməklə ən azı tələbtın 80 %-dən artığını ödəyə və ərzaq
AzJESS
Number 1, Volume 1, 2014
29 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
təhlükəsizliyini təmin edə bilər. Bunu üçün isə yeni torpaq sahələrinin dövriyyəyə cəlb
edilməsindən daha çox məhsuldarlığın artırılması vacibdir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
1.
Abasov İ.D. Azərbaycanın kənd təsərrüfatı. Bakı, “Elm və təhsil”, 2010, 592 s.
2.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”. Bakı, 14 aprel 2009-cu il.
3.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”. Bakı, 25 avqust 2008-ci il.
4.
Aqrar sahə modernləşmə dönəmində: problemlər və onların həlli yolları. Kollektiv
monoqrafiya. AMEA İqtisadiyyat İnstitutu, Bakı: 2009, 505 s.
5.
Derek Headey and Shenggen Fan. Reflections on the Global Food Crisis: How Did It
Happen? How Has It Hurt? And How Can We Prevent the Next One? IFPRI 2010
www.ifpri.org
6.
DSK. Müstəqil Azərbaycan – 20 il. Bakı, 2011. 640 s.
7.
DSK. Azərbaycanın kənd təsərrüfatı - 2010. «Statistik məcmuə» Bakı: 2010, 628 s.
8.
“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 16 iyun 2000-ci il.
http://e-qanun.az/print.php?internal=view&target=1&docid=631&doctype=0
9.
FAO. World agriculture: towards 2015/2030. Summary report. Rome, 2002
10.
OECD-FAO. Agricultural Outlook 2010-2019. OECD-FAO 2010. www.agri- outlook.org
11.
Xəlilov H.A. Milli ərzaq təhlükəsizliyi: bazar transformasiyaları və iqtisadi qloballaşma
amilləri. Bakı: Adiloğlu, 2001, 176 s.
12.
Xəlilov H.A. Aqrar iqtisadiyyatda sistem transformasiyaları və modernləşdirmə şəraiti.
Bakı: Mütərcim, 2005, 228 s.
13.
Şəfiyev M.Ə. Azərbaycanda taxıl istehsalı və onun artırılması yolları. İqtisad üzrə fəsəfə
doktoru elmi dərəcəsi almaq üçün yazılmış dissertasiya. Bakı:2009, 150 s.
14.
Recommendations to ensure that the Agricultural Subsidy Fund contributes to sustainable
and equitable growth, revitalization of the rural areas and reduction of migration. Republic
of
Moldova.
http://typo3.fao.org/fileadmin/user_upload/eufao-
fsi4dm/docs/Moldova_Policy_Brief_April2013.pdf
15.
www.president.az/articles/7810
16.
www.wto.org
17.
www. stat.gov.az
18.
www.fao.org
19.
www.azertag.com/node/1055048
20.
http://www.indexmundi.com/agriculture/?country=uz&commodity=wheat&graph=producti
on
21.
http://www.uzdon.uz/
AzJESS
Number 1, Volume 1, 2014
30 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər
Проблемы самообеспечения зерновыми продуктами: реальности и
перспективы
Н.А.Шалбузов, Р.З.Гусейн
Аннотация
Необходимый уровень обеспечения зерна выполняет роль решающего фактора, с
точки зрения продовольственной безопасности. По сравнению с большинством стран
мира, в моделе потребления пищевых продуктов Азербайджана хлеб и хлебобулочные
изделия играют главную роль. Поэтому, решение проблем, которые связанны с развитием
производства зерна считается основным приоритетом на ближайшее будущее в развитии
сельского хозяйства Азербайджанской Республики. В статье исследованы проблемы
связанные с производством зерна и даны соответствующие предложения.
Ключевые слова: Продовольственная безопасность, сельское хозяйство, зерно,
субсидия, конкурентоспособность.
The problems of self provision by grains: realities and prospects
Ph.D.Namig Shalbuzov, Ph.D.Ramil Huseyn
Annotation
The necessary level of foodstaff guarantee of grains is one of the most important factors
of food security. Because, in the food consumption model of Azerbaijan grains take the first
place. The economic growth in agriculture for the last 10 years does not completely meet the
requirements of the increasing demand of the population. That’s why, solution of the problems
connected with the development of the grain production is considered as the priority for the next
years. The problems connected with the grain production are investigated and corresponding
proposal are put forward in the article.
Key words: Food security, agriculture, grains, subsidy, competitive ability.
Dostları ilə paylaş: |