Xülasə XIX əsrin əvvəllərində çar I aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı


Special Issue  Dedicated to  80th Commemoration of Yaqub Mahmudov



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix14.01.2022
ölçüsü481,24 Kb.
#51256
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   18
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Special Issue  Dedicated to  80th Commemoration of Yaqub Mahmudov    

Vol.6 /Num.5 

Umudlu/ pp 257-273 

Winter 2019 

 

269 



 

hərəkatında  iştirakından  söhbət  gedə  bilməzdi.  Ermənilərə  gəldikdə  isə  bəhs  olunan 

dövrdə onların bir güc olaraq göstərilməsi düzgün deyildir.  

Gəncəni qırğınlar törədərək işgal edən ruslar, ətrafdan, xüsusilə Osmanlı Dövləti 

ilə  İrandan  təsirli  bir  təzyiq  olmadığını  görüncə  istila  hərəkətinə  davam  etdi.

43

Tarixçi 



Nağı  Keykurunun (Şeyxzamanlı)  fikrincə ruslar ən çətin  mübarizəni Gəncə  xanlığı  ilə 

edərək  çoxlu  itkilər  vermişilər.  Müəllif  yazır:  ”Şəhərə  girən  vəhşi  rus  əskərləri 



qarşılarına çıxan hər canlını qəddarcasına məhv edirdilər. Bu rus çarının onlara icazə 

verdiyi  qələbə  haqqıdır.”

44

 Rusların  Gəncə  və  Azərbaycan  xalqına  etdikləri  vəhşət  və 



hunharlıq unudulmayacaq qədər ağırdır.

45

 Müəllif qeyd edir ki, “xalqımız heç bir zaman 



ruslara  isınmamış,  onlara  həmişə  nifrət  və  kin  dolu  nəzərlərlə  baxmışdırlar.  Özünə 

inanan  kənd  gəncləri  fürsət  düşdükcə  rus  idarəçi  jandarmlarını  öldürür,  sonra  da 

silahlarını  alıb  dağa  çıxardılar”.

46

Müəllif  yazır:  ”Burası  qətidir  ki,  o  zamanlar 



Azərbaycanın hər tərəfində amansız bir istiqlql mübarizəsi vardı. Mübarizə hər sahədə 

özünü göstərirdi.”

47

 



Müəllif Cemalettin Taşkıranın fikrincə, Gəncə xanlığının süqutundan sonra digər 

bütün xanlıqlar bərabər olmayan güc tarazlığı və müxtəlif hiylə yolları ilə süqut etdilər. 

Qarabğlı İbrahim xan 1805-ci ilin mayında ruslar ilə anlaşmaq məcburiyyətində qaldı.

48

 



Gəncə  xanlığının  süqutu  digər  Azərbaycan  xanlıqlarının  Rusiya  tərəfindən  işğalını 

asanlaşdırdı.

49

 

Qafqaz  tarixinin  tədqiqinə  həsr  olunmuş  “Dünden  Bugüne  Kafkasya”  adlı 



akademik  araşdırmanın  müəllifi  Muharrem  Yıldız,  böyük  əksəriyyəti  türk-oğuz 

boylarına  mənsub  olan  Azərbaycan  türklərindən,  Gəncə  xanlığının  rus  hakimiyyətini 

qəbul  etməsindən  sonra  digər  xanlıqların  da  zorla  Rusiyanın  tərkibinə  daxil 

edilməsindən  bəhs  edir.  Müəllifin  fikrinə  davam  edərək  yazır:  “Xanlıqlar  arasındakı 



ziddiyyətlərdən  doğan  bu  böyük  fəlakətin  acı  nəticələrini  vaxt  keçdikcə  anlayan 

Azərbaycan  türkləri  yurdlarını,  tarixin,  taleyin  ağrılı  oyunlarından,  rus  zülmündən 

                                                             

43

Mirze Bala Mehmedzade,  “Gence” maddesi, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi,  c.4, İstanbul: 



TDV Yay., 1991, 762-766. 

44

Naki Keykurun,  Azerbaycan İstiklalMücadelesinden Hatıralar(1905-1920), Ankara: İlke Kitabevi 



Yayınları, 1998, 5. 

45

Keykurun,  Azerbaycan İstiklal Mücadelesinden Hatıralar(1905-1920), 7. 



46

Keykurun, Azerbaycan İstiklal Mücadelesinden Hatıralar(1905-1920), 7. 

47

Keykurun, Azerbaycan İstiklal Mücadelesinden Hatıralar(1905-1920), 8. 



48

Cemalettin Taşkıran,  Keçmişten Günümüze Karabağ Meselesi, Ankara:Genelkurmay Basımevi, 1995, 

68. 

49

Umudoğlu,    Kuzey  Azerbaycanın  Çar  Rusiyası  Tarafından  İşğali  ve  Sömürgeçilige  karşı  Mücadele 



(1801-1828

), 


74. 



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə