Xülasə XIX əsrin əvvəllərində çar I aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı


Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix14.01.2022
ölçüsü481,24 Kb.
#51256
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   18
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı 

Cilt:6 / Sayı:5 

Umudlu/ ss 257-273 

Kış 2019 

 

 

262 



 

ortaya  qoymağa,  diğər  tərəfdən  də  bu  xanlıqların  Osmanlı  dövlətinə  münasibətdəki 

mövqeyini  izah  etməyə  çalışmışdır.  Əsərdə  Rusiya  işğalının  tərəflər  arasındakı 

münasibətlərə göstərdiyi mənfi təsir də öz əksini tapmışdır.

7

 

Şimali  Azərbaycanın  işğal öncəsi  vəziyyətindən bəhs edən türk müəlliflərindən 



biri  də  Camal  Gökçedir.  Onun  “Kafkasya  ve  Osmanlı  İmparatorluöunun  Kafkasya 

siyaseti”  əsərində  Osmanlı  imperatorluğunun  1774-1829-cu  illərdə  yeritdiyi  Qafqaz 

siyasəti Başbakanlıq Arxivlərindən toplanan tarixi sənədlər əsasında qələmə alınmışdır. 

Kitabda  həmçinin  Qafqazın  etnik  mənzərəsi,  islamın  Qafqaza  daxil  olması  və  İran–

Qafqaz  münasibətləri  öz  əksini  tapmışdır.  Müəllifin  qeyd  edir  ki,  bu  əsər  “illər  boyu 



duyğusal  yanaşma  ilə  yazılan  Osmanlı-Qafqaz  münasibətləri”  sənədlərə  əsaslanaraq 

obyektiv  şəkildə  qələmə  alınmışdır.

8

 C.  Gökçe1800-ci  ildə  Rusiyanın  Tiflis,  Şuşa, 



Gəncə tərəflərində  İrana qarşı  fəallaşdığını qeyd  edir.

9

 Bölgədə  mövcud olan  vəziyyəti 



beynəlxalq  dəyərlər  sistemindən  təhlil  edən  tarixçi  Mustafa  Aydın  Rusiya,  Osmanlı, 

İran  Qaçar  xanədanı  arasında  sıxışıb  qalan  Cənubi  Qafqazın  güç  mübarizələrinin 

mərkəzi olduğunu göstərmiş və bu üç dövlətlə müqayisədə çox zəif xanlıqların meydana 

gəlməsinin  bölgədə  hökmranlıq  uğrunda  gedən  mübarizənin  ağırlaşmasına  səbəb 

olduğunu qeyd etmişdir.

10

 



Məlumdur  ki,  Şimali  Azərbaycanın  çar  Rusiyası  tərəfindən  işğalı  Şərqi 

Gürcüstanın  ilhaqı  və  bununla  birlikdə  Gəncə  və  İrəvan  xanlıqlarına  aid  olan  Qazax, 

Şəmşəddil, Borçalı və Pəmbək sultanlıqlarının zəbti ilə başlamışdır. Bununla Qafqazda 

özünə mühüm dayaq nöqtəsi əldə edən Rusiya, öz hərbi işğal planını ləngimədən həyata 

keçirmişdi. İşğal məsələlərindən bəhs edən türk tarixçiləri də bu fakta biganə qalmamış, 

Gürcüstanın  Rusiya  tərəfindən  işğalının  bütün  Qafqazın,o  cümlədən  Şimali 

Azərbaycanın işğalında ilkin mərhələnin təşkil etdiyini söyləmişlərdir. 

Gürcüstanın  Rusiyaya  ilhaqından  bəhs  edən  Akdes  Nimet  Kurat  özünün 



“Türkiye ve Rusya”əsərində,1801-ci  ildə çar I Aleksandrın Tiflisə Rusiya hərbiçilərini 

göndərdiyini,qanlı döyüşlər nəticəsində 1804-1805-ci illərdə ruslarınbir sıra Azərbaycan 

xanlıqlarını işgal etdiyini qeyd edir.

11

 Tarixçi A.Saydam da Şimali Azərbaycanın, 1801-



ci  ildə  Qazax  və  Şəmşəddilin  işğalı  ilə  başlayan  rus  istilasından,  Azərbaycan  və 

                                                             

7

Saray, Rus İşğalı Devrinde



7. 


8

Cema Gökçe. Kafkasya ve Osmanlı İmparatorluğunun Kafkasya siyaseti, İstanbul: Şamil Egitim ve 

Kültür Vakfı, 1979, 190. 

9

Gökçe,  Kafkasya ve Osmanlı İmparatorluğunun Kafkasya siyaseti, 188. 



10

Mustafa Aydın,  Üç Büyük Gücün Çatışma Alanı Kafkaslar, İstanbul: Gökkubbe, 2005. 

11

Akdes Nimet Kurat,  Türkiye ve Rusya, Ankara: Kültür Bakanlığı Yayınları, 1990, 50. 





Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə