AYDIN PAġAYEV
“XƏMSƏ”DƏ ĠġLƏNƏN
XÜSUSĠ ADLARIN
ĠZAHLI LÜĞƏTĠ
(Poetik onomastikon)
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi
adına Dilçilik Ġnstitutu Elmi ġurasının 12 aprel
2013-cü il tarixli iclasının (protokol №4) qərarı
ilə çapa məsləhət görülmüĢdür.
BAKI – 2013
2
Elmi redaktoru: Qara MƏġƏDĠYEV
Filologiya elmləri doktoru, professor
Rəyçilər:
Ġsmayıl MƏMMƏDOV
Filologiya elmləri doktoru, professor;
Əzizxan TANRIVERDĠ
Filologiya elmləri doktoru, professor;
Rübabə ƏLĠYEVA
dosent
Aydın PaĢayev. “Xəmsə”də iĢlənən xüsusi adların
izahlı lüğəti (Poetik onomastikon), Bakı, 2013.
Oxuculara təqdim olunan bu onomastikonda (xüsusi adlar lüğə-
tində) Azərbaycan intibahının ən qüdrətli və ensiklopedik biliyə malik
olan görkəmli Ģairi Nizami Gəncəvinin poemalarında istifadə olunan
bütün xüsusi adlar(antroponim, toponim, kosmonim, teonim, etnonim,
mifonim, ideonim, ktematonim, xrononim, zoonim, fitonim və s.) və
obraz adı kimi iĢlənən bir çox apelyativlər dilçilik (leksik, etimoloji,
üslubi), ədəbiyyatĢünaslıq, tarixilik və s. aspektdən izah olunmuĢ və
onların poetik-üslubi xüsusiyyətləri aydınlaĢdırılmıĢdır.
P
3202050000
qrifli nəĢr
098 - 2013
© Aydın PaĢayev, 2013.
3
Nizami Gəncəvinin anadan olmasının
870 illik yubileyinə həsr olunur.
ÖN SÖZ
Onomastikon – xüsusi adlar lüğəti deməkdir. Onun toponi-
mikon (toponimlərdən düzəlmiĢ lüğət), antroponimikon (əsl adlar,
soy adları və ya təxəllüslərdən və s. ibarət lüğət), kosmonimikon
(səma cisimlərinin adlarından ibarət lüğət), zoonimikon (heyvan və
quĢ adlarından ibarət lüğət), fitonimikon (bitki, meyvə və tərəvəz
adlarından ibarət lüğət) və s. kimi növləri vardır.
Adi lüğətlər kimi onların da izahlısı və ya izahsızı (sadəcə ola-
raq, müəyyən növ onimin sıra ilə düzülüĢü), yəni orfoqrafiki olur.
“Xəmsə”də iĢlənən xüsusi adların izahlı lüğəti (Poetik ono-
mastikon”) dedikdə isə “Xəmsə”də olan bütün xüsusi adların (an-
troponim, toponim, agionim, kosmonim, mifonim, ideonim, zoo-
nim, fitonim və s.) əlifba sırası ilə ümumi izahlı lüğətini nəzərdə
tutmaq lazımdır. Yəni xüsusi ad kateqoriyaları ayrı-ayrılıqda yox,
qarıĢıq Ģəkildə onomastikona daxil edilmiĢdir.
Burada onomastikanın müxtəlif sahələrinə aid olan onimlər əsasən
leksik mənaları və etimoloji xüsusiyyətlərinə görə izah olunmuĢdur.
Bəzi adlar isə ənənəvi Ģəkildə ərəb və fars dili baxımından deyil,
Azərbaycan dilinin öz imkanları nöqteyi-nəzərindən araĢdırılmıĢdır.
Bədii əsərlərdə xüsusi adlar, adlandırma funksiyasından əlavə,
müəyyən poetik səciyyə də daĢıyır. Ad özü haqqında izahedici
məlumat verir. Sanki ad danıĢır və özünün məna və funksiyasından,
əsərdə daĢıdığı vəzifədən, obrazın xarakter və xarici görünüĢündən,
taleyindən xəbər verir. Bunlardan əlavə, “Xəmsə”də zəngin məcazi
məna daĢıyan adlar da çoxdur. Və yaxud obraz adı kimi iĢlənən
NuĢirəvan, Xosrov, NüĢabə, Ġsgəndər və b. Ģəxs adları çox yerdə mə-
cazi ad funksiyasında iĢlədilir. Coğrafi obyekt adları da Ģairin məq-
sədindən asıli olaraq bir yerdə həqiqi, baĢqa bir yerdə isə məcazi ad
kimi təqdim olunur.
“Xəmsə”də ən çox məcazi antroponim (Musa, Yunis, Yusif, Vis,
Vamiq, Əzra, Samiri, Ġbrahim, Ġsmayıl, Əfrasiyab, Sam, Zal, Rüstəm
və b.), məcazi toponim (Nil, ġimal, Cənub, ġərq, Qərb, Hind, Çin,
4
HəbəĢ və s.) kimi iĢlənən adlar da çoxdur. Bunlardan əlavə, Ģair eyni
əsər daxilində anaforik (Ġskəndər-Ġskəndərus, Rum-Rus, Yunis-Yusif,
Zeyd-Zeynəb və s.), epiforik (Musa-Ġsa, Amiri-Samiri, Məhəmməd-
Əhməd, Mikayıl-Cəbrayıl, Harut-Marut, Qıntal-Kupal, Yəcuc-Məcuc
və s.), antonim (Xeyir-ġər, Çin-HəbəĢistan – ağ və qara mənasında,
ġimal-Cənub, Ġran-Turan və s.), sinonim (ġirin-ġəkər, Əsəd-ġir, Sur-
Öküz bürcləri, Tərəzi-Mizan və s.), omonim (Bəhram Ģəxs adı və
Mars planetinin adı; Nərsi-Bəhram Gurun qardaĢı və onun Rast-
RövĢəndən əvvəlki vəzirinin adı, Münzir-baba və nəvə adı və s.) kimi
iĢlənən adlar da onomastikonda bu və ya digər Ģəkildə izah olunmuĢ,
xüsusi adın ümimi, ümumi adın xüsusiyə bənzədilməsi öz əksini
tapmıĢdır. Onomastikon sırf poetik xüsusiyyətə malik olduğu üçün
“poetik onomastikon” adlandırılmıĢdır.
Rus onomastikasında XX əsrin 80-ci illərində A.S.PuĢkinin və
M.Qorkinin əsərlərində iĢlənən xüsusi adların lüğətinin hazırlanması
sahəsində ilk addımlar atılmıĢdır, lakin tamamlanmamıĢdır. Azərbay-
can poetik onomastikasında isə bu lüğət ilk nümunədir.
“Xəmsə”də istifadə olunan antroponimlərin hamısı, toponim,
mifonim, zoonim, fitonim və b. onimlərin isə əksəriyyəti ġərq ədə-
biyyatında müəyyən simvolik mənalara malik olduqları üçün lüğət
rus dilində yaranan belə onomastikonlardan həm məzmun, həm də
forma cəhətcə fərqlənəcəkdir.
Onomastikon “Xəmsə”də istifadə olunan bütün onimləri (eyni
adların təkrarları, təkrar bənzətmələr müstəsna olmaqla) əhatə edir.
Ayrı-ayrı əsərlərdə müxtəlif variantlarda yazılan (Firudin-Firidun,
Mənzər-Münzir, Simurq-Simruğ, Sövr-Sovr-Sur, Elburus-Əlbürz,
Fur-Fovr, Xülləx-Xəllux və s.) adlar da onomastikona daxil edilmiĢ
və izahı verilmiĢdir.
Onomastik birləĢmələr, adətən öz məna və formalarına görə iki
cür olur: sabit (məs.; Bakı soveti, Xəzər dənizi, Masallı rayonu, TalıĢ
dağları, Səməd Vurğun, “Yeddi gözəl”, “Yeraltı çaylar dənizə axır”,
“Qarabağ Ģikəstəsi” və s.) və sərbəst onomastik birləĢmələr. Sabit ono-
mastik birləĢmələr dilimizdə artıq xüsusi ad birləĢməsi kimi forma-
laĢmıĢ və onların komponentlərinin yeri sabitdir.
“Xəmsə”də birinci komponenti sabit (və xüsusi ad), ikinci
komponenti isə sərbəst (və ümumi) olan minlərlə xüsusi ad vardır.
5
Məs. Məcnunun zənciri, Məcnunun səsi, Məcnunun bağrı, Məc-
nunun qəlbi, Məcnunun ahı, Məcnunun dərdi, Məcnunun ürəyi,
Məcnunun üzü, Leylinin xəyalı, Leylinin saçları, Leylinin yurdu,
Ġran əsgəri, Kəyan rəsmi, GünəĢ xəzinəsi, Nilin mənbəyi, Kəyan
ovlağı, Ərəb baĢları, Kəbənin qapıları, Kəbə halqası, Firudin Ģən-
liyi, Ġskəndər eĢqi, NüĢabə eĢqi və s.
“Xəmsə”də olan bu kimi sərbəst onomastik birləĢmələr də
onomastikona daxil edilməmiĢdir.
Folklorda olduğu kimi “Xəmsə”də də bir çox alleqorik və digər
apelyativ obraz adlarından geniĢ istifadə olunmuĢdur. Lakin onların
hamısı ümumi adlar kimi kiçik hərflərlə yazılmıĢdır. Onların obraz
adı kimi iĢlənməsini nəzərə alaraq, bu cür adlar (Məs. Qarı, Dəllək,
Vəzir, Ox, Tülkü, Qoca Çoban, Cavan, Əkinçi və s.) xüsusi adlar
kimi böyük hərflərlə yazılmıĢ, həmin adların əsərlərdən gətirilən
nümunələrdəki Ģəkli saxlanmıĢdır.
Onomastikonun tərtibi zamanı “Xəmsə”nin müxtəlif illərdə nəĢr
olunmuĢ ayrı-ayrı əsərlərində və onların filoloji tərcümələrində olan
“Ġzahlar”ından, Xaqani ġirvani, Fəxri Gürgani, Əmir Xosrov Dəhləvi
və digər klassik sənətkarların əsərlərinə yazılmıĢ “Ġzahlar”dan, digər
müvafiq əsərlərdən və lüğətlərdən geniĢ istifadə olunmuĢdur.
Biz “Xəmsə”də iĢlənən poetik xüsusi adların izahlı lüğətini hazır-
lamaq fikrinə 1981-ci ildə dahi Ģairimiz Nizami Gəncəvinin anadan
olmasının 840 illik yubileyi keçirilərkən gəldik. Məqsəd ölməz
sənətkarın 850 illik yubileyinə qədər bu lüğəti ərsəyə gətirmək idi.
Lüğət 1987-ci ildə hazır olsa da, “Yazıçı” nəĢriyyatında plana salınsa
da, ildən-ilə keçirildi və bunun da taleyi “Nizami Gəncəvinin poetik
adlar aləmi (Poetik antroponimika)” kitabı kimi (Bu kitabı ancaq
2010-cu ildə nəĢr etdirə bildik) uğursuz oldu...
Nəhayət, lüğətin üzərində yenidən iĢləyib nəĢrə hazırladıq. Bu
zaman bir çox məsələlərə yenidən baxıldı, bəzi adlar haqqındakı
fikirlər dəqiqləĢdirildi, bəzi adların iahı isə zənginləĢdirildi. Əgər
qadir Allah möhlət və imkan versə, poetik onomastikaya aid olan
bu ilk lüğəti də nəĢr etdirərik, inĢallah!
Onomastikon Azərbaycan lüğətçiliyində ayrı-ayrı sənətkarların
əsərlərində istifadə olunan adların toplanıb izahlı lüğət Ģəklində tərtib
edilməsi sahəsində ilk təcrübə olduğu üçün, bu sahədə gələcəkdə gö-
6
rüləcək iĢlərin baĢlanğıcı kimi qiymətləndirilməlidir. Ġkincisi, bəzi
alimlər deyə bilərlər ki, belə bir lüğət nizamiĢünaslar tərəfindən ya-
zılsaydı, daha uğurlu olardı. Elə biz də bu fikirdəyik. Lakin unutmaq
olmaz ki, “Xəmsə”dəki adların hərtərəfli izahı üçün təkcə nizamiĢünas
alim olmaq kifayət deyildir. Çünki bu adlar onlara tarixilik, ədəbiy-
yatĢünaslıq və dilçilik nöqteyi-nəzərdən əlavə, əsasən onomastik
cəhətdən yanaĢmağı tələb edir. Onomastik vahidlər, əsasən mənsub
olduğu xalqın adət-ənənəsi və ad sistemi ilə əlaqədar olub, xalqımızın
həyatı, məiĢəti, elmi və dini dünyagörüĢü, doğma torpağa və millətə
bağlılığı, igidliyi, qəhrəmanlığı, peĢə və məĢğuliyyəti və s. ilə bağlıdır.
Onomastik vahidlər xalqın milli möhürüdür. Adlar özü hansı millətə
mənsub olması haqqında müəyyən məlumat verir. Zənnimizcə, “Xəm-
sə”də iĢlənən onomastik vahidlər haqqında ancaq adlara hərtərəfli
yanaĢmağı bacaran onomoloqlar daha düzgün fikirlər söyləyə bilərlər.
NizamiĢünas olmasaq da, bu qüdrətli söz ustadının yaradıcılı-
ğının vurğunu kimi onun əsərlərindəki onomastik vahidlərin poetik
izahlı lüğətini hazırladıq və bununla da Azərbaycan, o cümlədən
digər dünya ĢərqĢünaslarının diqqətini bu zəngin xəzinəyə yönəlt-
mək istədik. Amma çox təəssüf ki, o vaxt ancaq professor Əkbər
Ağayevdən (Allah onun ruhunu Ģad etsin!) baĢqa, heç kim bu əsərə
əhəmiyyət vermədi. Ə.Ağayev o dövrdə yazılmıĢ “Nizami Gəncə-
vinin poetik adlar aləmi” adlı kıtabımıza yazdığı rəydə (Bu gör-
kəmli alim həmin rəyin əlyazmasının üstünü yazıb yadigar kimi
bizə bağıĢlamıĢdır. Biz bu rəyi ən qiymətli hədiyyə kimi qoruyub
saxlayırıq) əsəri yüksək qiymətləndirmiĢ və indiyə qədər tədqiqata
cəlb olunmadığı üçün bu sahədə araĢdırmaları geniĢləndirməyi
məsləhət görmüĢdü. Lakin bu əsərin çapı ilə daha Ģox əlaqədar olan
bəzi alimlər isə dildə əsəri yüksək qiymətləndirib, arxada nəyə
görəsə onun çapının qarĢısını almağa nail oldular.
Azərbaycan leksikoqrafiyasında ilk poetik onomastik lüğət ol-
duğu üçün əsər nöqsansız da deyildir. Öz təklif və qeydlərini müəl-
lifə bildirən yoldaĢlara əvvəlcədən öz dərin minnətdarlığımızı bil-
diririk.
Aydın PAġAYEV
7
ĠXTĠSARLAR
1. ag. – agionim 14. kos. – kosmonim
2. an. – antroponim 15. ktem. – ktematonim
3. ana. – anaforik 16. məc. – məcazi
4. ant. –antonim 17. mif. - mifonim
5. ap. – apelyativ 18. müq. – müqayisə
6. ep. – epiforik 19. növ. – növ adı
7. er. – erqonim 20. om. – omonim
8. et. – etnonim 21. on. – onim; onomastik
9. fit. – fitonim 22. sin. – sinonim
10. hid. – hidronim 23. teon. – teonim
11. xat. – xatırlama 24. top. – toponim
12. xron. – xrononim 25. zo. – zoonim
13. id. - ideonim
SX - Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Bakı, 1981.
Xġ - Nizami Gəncəvi. “Xosrov və ġirin”. Bakı, 1982.
LM- Nizami Gəncəvi. “Leyli və Məcnun”. Bakı, 1982.
YG - Nizami Gəncəvi. “Yeddi gözəl”. Bakı, 1983.
Ġ - Nizami Gəncəvi. “Ġskəndərnamə”. Bakı, 1982.
Azərbaycan əlifbası
A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, Ġ, J, K,
Q, L, M, N, O, Ö, P, R, S, ġ, T, U, Ü, V, Y, Z
8
- A -
Abbas (ag.) – Məhəmməd peyğəmbərin əmisidir. Abbasilər
sülaləsinin adı onun adı ilə bağlıdır. Bax: Abbasilər.
Tapdı Harun dövründə növrağını xilafət,
Uca tutdu Abbasın bayrağını xilafət (SX-147).
Abbasilər (məc. et.) – Ərəb xəlifələrinin sülaləsidir. Əbu
Müslümün üsyanı nəticəsində 750-ci ildə hakimiyyətə gəlmiĢlər.
Əbu Müslüm isə Əməvilər hakimiyyətinə son qoyan üsyanın
baĢçısıdır. O, müxtəlif təbəqələrin Əməvilərə olan narazılığından
istifadə edərək 747-ci ildə Mərvdə (Ġndi Türkmənistan R. - dadır)
üsyan qaldırmıĢ, uzun vuruĢmalardan sonra, 750-ci ildə Xəlifə
qoĢunlarını darmadağın edərək onların hakimiyyətini devirmiĢdir.
Bundan sonra Abbasilər hakimiyyətə keçmiĢ, Əbu Müslüm isə
Xorasana hakim təyin edilmiĢdir. Lakin Xəlifə Mənsur onun
nüfuzundan qorxaraq, Əbu Müslümü 755-ci ildə öldürmüĢdür.
Abbasilər sülaləsinin əsasını Əbül-Abbas əs-Səffaf qoymuĢ-
dur. Bu sülalənin hakimiyyəti Çingiz xanın sərkərdələrindən
Hülaku xan tərəfindən 1258-ci ildə dağıdılır. Onlar Bağdadı bu-
raxaraq Afrikaya qaçmıĢ və Misirdə öz hakimiyyətlərini yenidən
quraraq, 1260-cı ildən 1518-ci ilədək burada hökmdarlıq etmiĢ-
lər. Abbasilərin Misirdəki xilafəti Osmanlı(Türkiyə) dövləti ilə
müharibədəki məğlubiyyətdən sonra məhv edilmiĢdir.
Abbasilər sülaləsinin Ģüarı qara rəng olmuĢdur. Onların bay-
raqları da, geyimləri də qara rəngdə olardı. Elə buna görə də Ni-
zami Bəhram Gurun qara geyinməsini Abbasilərə bənzətmiĢdir.
ġəmmas məbədindən çıxıb kənara,
Abbasilər kimi geyinib qara... (YG-134).
Abxaz (top.) – Abxaziya deməkdir. Abxaziyanın bir hissəsi
XII əsrdə Bəhram Ģahın hökmranlıq etdiyi Ərzincan vilayətinə
tabe idi. Abxaziya Qara dəniz sahilində yerləĢən və Qafqaz
xalqlarından olan abxazların yaĢadıqları ölkədir.
Xilafət taxtı kimi Ģahlıq taxtı ucaldı,
Abxazda, Rum elində Ģanlı qələbə çaldı (SX-41).
Burada Bəhram Ģahın Abxaziyanı vuruĢla almasına iĢarə olu-
nur və onun taxtı xilafət taxtına bənzədilir.
9
Ovlağı Abxazda və Dərbənddədir (Xġ-38).
Burada isə söhbət Atabəy Əbu Cəfər Məhəmməd Eldəgizdən
gedir.
Abxazlar (xat. et.) – Abxaziyada yaĢayan xalqın adı. 1139-
cu ilin sentyabr ayında Gəncədə baĢ vermiĢ fəlakətli zəlzələdən
sonra Gürcüstan çarı Gəncəyə hücum çəkərək Ģəhəri qarət et-
miĢdi. Gürcüstan çarı Gəncəyə hücum etməzdən əvvəl abxazları
da qarət etdiyindən Ģair abxaz və gəncəlilərin bu qətl və qarətə
məruz qalmalarını xatırladır.
Yetimlərin malını talamaqdır iĢin də,
Abxazları soymusan, Ģirə qalıb diĢində (SX-86).
Abxaz. Abxazlar (top. et. ) – Abxaz yer, abxazlar isə orada
yaĢayan xalqın adı. Nizamının təsvirinə görə, Ġskəndər Ġranı fəth
etdikdən sonra Ərəbistanı, Yəməni, Ġraqı, Ermənistanı zəbt edir
və oradan da Abxaza gəlir.
Oradan da tez hücum etdi Abxaza,
Açdı abxazlara kindən darvaza (Ġ-201).
Kindən darvaza açmaq deməklə Ģair Ġskəndərin Abxaza hü-
cumla girməsinə iĢarə edir.
Abi-həyat (məc. mif.) – Dirilik suyu. Guya insanların gö-
zündən iraq yerdə - Zülmətdə (bax) imiĢ, ondan içənlər daimi
yaĢayarmıĢ. Ancaq Xızır (bax) bu sudan içərək, ölməzlər cər-
gəsinə daxil olmuĢdur. ġair ġirini Abi-həyata bənzədir.
Pis gözdən gizlənən abi-həyattək
Məndən yayınmısan, bu nəyə gərək (Xġ-299).
Ad (et.) – Din tarixinə görə, tayfa adıdır.
Orda Ad nəslindən bir pəhləvan var.
Qüdrəti Rüstəmin gücünə çatar (Ġ-300).
Burada söhbət Abxaz hökmdarı Dəvalidən (bax) gedir.
Ad din tarixində Nuh oğlu Samın nəvəsi Hovsun oğlu və
Ərəbistanın Yəmən vilayətindəki Ad tayfasının ulu babasıdır.
ġəddad və ġədid Adın oğulları olmuĢlar. Yəmən tərəflərdə indi
də mövcud olan Ģəhər, qəsəbə və su yollarının xarabalarından
anlaĢılır ki, Adın qövmü böyük bir mədəniyyət sahibi imiĢ. Əf-
10
sanəyə görə, Hud peyğəmbərin dinini qəbul etmədiyi üçün Ad
tayfası Ģiddətli külək və qasırğada məhv olmuĢlar.
UçarmıĢ ArəĢin oxu, deyirlər,
Ad qəbiləsinin nizəsi qədər (LM-53).
Burada ArəĢin atdığı ox uçmaqda Ad qəbiləsinin nizəsi ilə
müqayisə olunur.
Ad, ġəddad (xat. ep. on.) – Ġskəndər öz vəsiyyətində keçmiĢ
qəhrəmanlıqlarını xatırlarkən Ad və ġəddad (bax) adlarını da
yada salır.
Yıxdım daxmasını – evini Adın,
Qəsrini hünərlə açdım ġəddadın (Ġ-584).
Adəm (ag.) – Dini təsəvvürlərə görə, guya bəĢəriyyətin atası
və dünyada ilk yaradılmıĢ insan və ilk peyğəmbərdir. Allah hər
cins torpaqdan bir az qarıĢdıraraq Adəmi yaratmıĢ və sonra onun
böyründən Həvvanı çıxarmıĢdır. Bunlar Cənnətdə yaĢamıĢlar.
Onlara buğda (“Bibliya”ya görə isə alma) yemək qadağan edil-
miĢdir. Bir gün ġeytan onları aldadıb buğda yedirmiĢ, bu səbəb-
dən hər ikisi Cənnətdən dünyaya qovulmuĢlar.
ġair “Adəmin xilqəti” hekayəsində onun obrazını da yarat-
mıĢdır.
Yoxluğa bəxtiyarlıq iĢığı saçdı Adəm,
Varlığın qapısını üzünə açdı Adəm (SX-61).
Tökdü yerin saçların cahanın qucağına,
Asilik xalı qoydu Adəmin yanağına (SX-23).
Asilik (əsa) “Quran”ın “Taha” surəsinin 119-cu ayəsinə iĢa-
rədir. Həmin ayədə Adəmin Cənnətdən qovulması Ģərh olunur:
“Adəm öz tanrısına asi olub (qulaq asmayıb) yolundan azdı”.
ġair “Xəmsə”də dəfələrlə onu tamahkarlığa görə Cənnətdən
dünyaya atılmasına iĢarə edir. Lakin o, dünyanı abad eləyən ilk
peyğəmbər kimi də xatırlanır.
Elə baĢdan-binadan xarabaydı bu aləm,
Onu abad eləyən bir sənsən, bir də Adəm.
Bu dünya sarayının qoyulanda təməli,
Suya da, kərpicə də möhtac imiĢ, deməli (SX-38).
11
Dini əsatirə görə, Adəm peygəmbər Allahın tikdiyi bu cavan,
təzəcə bəzənmiĢ dünya evi divarının birinci layı, Məhəmməd
peyğəmbər isə axırıncı kərpici və bəzəyidir. Beytlərin məzmunu
Məhəmmədin hədisindən alınmiĢdır: “Mənimlə məndən əvvəlki
peyğəmbərlərin məsəli ona bənzəyir ki, bir kiĢi ev tikir, onu bi-
tirir, bəzəyir, lakin birçə daĢının tağından (frontonundan) baĢqa.
Mən peyğəmbərlərin sonu olaraq haman damın tağıyam”.
Cənnətdən dünyaya atıldıqdan sonra, Adəm öz günahını baĢa
düĢdü və günahını etiraf edərək bağıĢlanmaq üçün Allaha yalvar-
dı. Allah tərəfindən bağıĢlandıqdan sonra o, peyğəmbər də oldu.
“Günahkaram” deyənin nə qorxusu, nə dərdi?!
Etirafı Adəmi peyğəmbərə döndərdi (SX-70).
Adəm, Adəm (tək. ag. ) – ġair Adəm peyğəmbər haqqındakı
fikirlərini daha da təsirli etmək üçün onun adını təkrar edir.
Cansız buğda nəydi ki, elə alçaldı Adəm,
Buğdanın sinəsitək lüt-üryan qaldı Adəm (SX-70).
Burada Adəm peyğəmbərin buğda yeyəndən sonra Cənnət-
dən çıxarılması və Yer kürəsinə düĢdükdən sonra buğda kimi
çılpaq qalmasına iĢarə olunur.
ġair insanlara da məsləhət görür ki, tamahkarlıqda Adəmə
oxĢamasınlar.
Adəm tamah saldığı buğdaya göz dikmə sən (SX-70).
Adəmin asqırığı (xat. on. birləĢmə) – Adəm peyğəmbərin
asqırığı ilə Ġsa peyğəmbərin dünyaya gəlməsinə iĢarə olunur.
ġaha xütbə oxumaq natiqlərə nəsibdir,
Adəm Ġsa xətrinə asqırığı kəsibdir (SX-132).
Dövlət baĢçısına xeyir-dua deyib xütbə oxumaq yalnız dili
qılınc kimi iti və fəsahətli olan Ģəxsə həvalə olunur. Adəm asqı-
rığı isə Ġsa peyğəmbərə nəsib olur. Dini əsatirə görə, Adəmin
birinci asqırığını Cəbrail (bax) gizlədərək onu Məryəmin (bax)
libasının qoluna üfürüb və bunun da nəticəsində Məryəmdən
Ġsayi-Məsih dünyaya gəlib.
Adəmin can kimiyasi (məc. on. birləĢmə) – Məhəmməd
peyğəmbər Adəmin can kimiyasına bənzədilir.
12
Mənada Adəmin can kimiyası
Surətdə aləmin göz tutiyası (Xġ-29).
Yəni hələ Adəm peyğəmbər dünyaya gəlməmiĢdən qabaq
Məhəmməd peyğəmbər mövcud olmuĢdur. Adəmin can kimi-
yası Məhəmməd tərəfindən yoğrulmuĢdur.
Adəm, Qüds, Kəbə (xat. on.) – Ölüm ayağında olan Ġskəndər
keçmiĢ igidliklərini xatırlayarkən Adəm kimi Qüdsü (bax) və Kə-
bəni (bax) ələ almasını da yada salır, özünü Adəmə bənzədir.
Dostları ilə paylaş: |