Xüsusiyyətləri Y. A. Aslanova



Yüklə 312,08 Kb.
Pdf görüntüsü
tarix29.05.2017
ölçüsü312,08 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №3, səh. 211-214 (2013)

 

211 



Qaya və Töküntülərin Daşdələnləri (Saxifraga L.) və Onların Bioekoloji 

Xüsusiyyətləri 

 

Y.A.Aslanova  

 

Gəncə Dövlət Universiteti, Gəncə şəh.,  AzərbaycanE-mail: vnovruzov1@rambler.ru 

 

Saxifragaсeae Juss. fəsiləsinin  əksər növləri yüksək  dağlığın ekstremal şəraitində  çılpaq qayalıqlar 



üzərində adaptasiya olunmuşdur. Buna görə  də bitkilərin bioekoloji xüsusiyyətlərini öyrənmək 

zərurəti qarşıya çıxır. Bu məsələlərlə yanaşı  tərəfimizdən yeraltı orqanların morfostrukturu, 

toxumların cücərməsi xüsusiyyətləri, populyasiyaların yaş xüsusiyyətləri və  dinamikası öyrənilmişdir. 

 

Açar sözlər: qaya, töküntü, fəsilə,  cins, növ, Daşdələn  

 

 

GİRİŞ 

 

Saxifraga L. cinsi Saxifragaceae Juss. 

fəsiləsinə daxil olub, müasir florada 480 növü 

yayılmışdır (Шхагапсоев, 2003). Qafqazda 22 növ 

(Гроссгейм, 1948; Гаджиев, 1971), Şimali 

Qafqazda 28 növü (Галушко, 1978) yayılmışdır. 

E.A.Myausov (Мяусов, 2000) Qafqazda 27 növün 

oldugunu dəqiqləşdirmişdir. Azərbaycanda 15 

növünə  təsadüf edilir. Kiçik Qafqazın simal-şərq 

hissəsinin yüksək dağlığında isə 6 növ yayılmışdır. 

O cümlədən Qoşqar dağ massivində 5 növ - 



S.moschata, S.pontica, S.adenophora, S. 

cartilaginea, S.exarata, Kəpəz dağ massivində isə 

cəmi 3 növ - S.exarata, S. juniperifolia, 



S.adenophora müəyyən edilmişdir. 

Asiyanın, Avropanın, Amerikanın yüksək dağ 

bitkiliyinin tərkibində mühüm yer tutur. Əhəng 

süxurlarında daha yaxşı inkişaf edir. Əsasən  

hiqrofit və mezofitlərdir. Yüksək dağlarda bitənlər 

arasında subkserofitlər də mövcuddur. 

Subkserofitlər rütubət çatışmamazlığına  ətvari 

kutinləşmiş yarpaqları ilə uyğunlaşa bilir. Həmçinin 

yarpaq rozetində atmosfer rütubəti və şeh damlaları 

yığıla bilir. Bu da zoğların inkişafını təmin edir. 

 

 

MATERİAL VƏ METODLAR 



 

Tədqiqatlar 2010-2013-cü illərdə Kiçik 

Qafqazın  şimal-şərq hissəsinin Qoşqar dağ (3361 

m) və  Kəpəz dağ (3065 m) sistemlərində 

aparılmışdır. Tədqiqat materialı Kiçik Qafqazın 

yüksək dağlığının Daşdələnləri (Saxifraga L.) 

olmuşdur. 

Tədqiqatların aparılmasında marşurut stasionar 

və kameral  metodlardan istifadə olunmuşdur. Eyni 

zamanda Botanikada istifadə olunan floristik, 

floristik-sistematik, areoloji, botaniki-coğrafi, 

fitosenoloji, statistik metodlar nəzərə alınmışdır 

(Əsgərov, 2010; Жмылев, 2000; Гурбанов, 2004; 

Novruzov, 2010; Шхагапсоев, 2005). Marşurutlar 

orta dağ qurşağından başlayıb subnival və nival 

qurşaqlarına qədər dağ suxurları, yarğanları, çılpaq 

və eroziyaya uğramış suxurları və töküntüləri əhatə 

etmişdir. 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Qaya və töküntü  bitkilərindən olan 



daşdələnlər ikili xarakter daşıyırlar. Onların kökləri 

qaya çatlarından  dərinliyə gedir və yastıqvari 

forma  əmələ  gətirir.Qısalmış  və torpağın üzərinə 

düşmüş zoğların yarpaq lövhəcikləri müəyyən 

qədər reduksiya olunmuşdur. Üzəri isə qalın 

epiderma ilə örtülür.  

Yüksək dağ subkserofitlərinin  ən mühüm 

xüsusiyyətlərindən biri də daşdələnlərin yarpaqları 

üzərində nazik əhəng qatının  yığılmasıdır. Əhəngin 

ayrılması hidototlar vasitəsi ilə  həyata keçirilir.  

Hidototlar epidermisin altında xlorofili olmayan 

ötürücü topalardır. Ayrılmış  əhəngin miqdarı çox 

azdır. Bunu əhəngli işartı da adlandırmaq olar ki, 

bu da suyun buxarlandırılmasından, ultrabənövşəyi 

şüaların məhvedici təsirindən bitkini mühafizə edir. 

Yüksək dağ şəraitində uyğunlaşmaqla əlaqədar 

daşdələnlərin çiçəkləmə biologiyasında bir sıra 

xüsusiyyətlər nəzərə çarpır,  əsasən də mövsümü 

fazaların çox sürətli ritmlə keçməsi. Yəni, ilk 

yarpaq  əmələ  gəlməsindən yaşlı dövrə  qədər olan 

mərhələni sürətlə keçirir. Çiçəkləmə müddəti 

reproduktiv zoğların tumurcuqda formalaşmasından 

asılıdır. İlk əvvəl çiçək   rüşeymi  müşahidə olunur. 

Sonra isə yayda çiçək zoğları formalaşır, bu zoğlar 

payızda, qışda da həmin vəziyyətdə qalır. Bu zaman 

çiçək tumurcuğunun daxilində yumurtalıq, 

erkəkciklər, çiçək yatağı  və  ləçəklər artıq 

formalaşır. Erkən yazda isə qarın altından çıxır. 

Əksər növlərdə çiçək tumurcuqları  hətta iyulda, 

bəzilərində isə avqustda formalaşır. Tədricən 

növbəti ildə çiçəkləmə üçün hazırlıq gedir. Gec 


Qaya və Töküntülərin Daşdələnləri 

212 


çiçəkləyən növlərin toxumları  qış başlayan zaman 

qarın altından çiçək halında baş qaldırır. Bütün 

daşdələnkimilər  əsasən həşəratlarla tozlanır. 

Yüksəkliklərdə həşəratlar az olduğundan onları cəlb 

etmək üçün ləçəklərində (nektarın toplandığı yerdə)  

carımtıl, ağımtıl, bənövşəyi rəngli parlaq nöqtələr 

və damarlar müşahidə olunur ki, bu da əmələ 

gəlmiş uyğunlaşmadır. Yüksək dağlarda tez 

çiçəkləyən növlərdə  tozlandırıcı    həşəratlar 

olmadığından öz- özünə tozlanma baş verir.  

Daşdələnlər adətən çox xırda toxumlar əmələ 

gətirir. Tədricən qutucuq açılır və toxumlar ətrafa 

yayılır. Saxifraga adenophora C.Koch və Saxifraga 

exarata Vill. toxumları çox rütubətli yerlərdə, 

daşların hamar  səhtındə yaxşı cücərir. Tədqiqat 

ərazisində bəzi rütubət sevən növlərdə toxumlar 18-

20 günə  qədər rütubət içərisində dinclik dövünü 

keçirir. Toxumla çoxalmadan başqa 

daşdələnkimilər vegetativ yolla da çoxalırlar. Onlar 

yarpaq qoltuğunda tumurcuqlar əmələ gətirirlər. Bu 

tumurcuqlarda qısalmış zoğun üzərində yarpaqlar 

bir-birinin üzərini örtür.  Əksər növlərdə isə 

vegetativ çoxalma ilə yanaşı toxumla çoxalma da 

baş verir. Onların digər çoxalma üsulu da vardır, 

məsələn,  ətvari kökərin üzərində yeni zoğların 

əmələ gəlməsi. 



Saxifraga L. cinsinin əksər növləri yüksək  

dağlığın eksterimal şəraitində  çılpaq qayalıqlar 

üzərində adaptasiya olunmuşdur. Bu şəraitdə çılpaq 

qayalıqlarda  Saxifraga cinsi özünü şəraitə uyğun 

aparır. Bizim tərəfimizdən bitkinin ekoloji, bioloji 

xüsusiyyətlərio cümlədən yeraltı orqanların 

morfostrukturu, toxumun cücərmə qabiliyyəti, yaş 

xüsusiyyətləri, populyasiyasının dinamikası 

öyrənilmişdir.  

Kök sistemi bir çox tədqiqatçılar tərəfindən 

öyrənilmışdır (Рысин, 1987; Таршис, 2003) və 

bitkilərin müxtəlif fitosenozlarda torpaq iqlim 

şəraitindən asılı olaraq kök sisteminin yayılma 

qanunauyğunluqları müəyyənləşdirilmiş, yüksək 

dağ bitkilərinin kökləri stabil substratlara 

uyğunlaşmışdır. Kökün getmə  dərinliyi substratın 

xarakterindən asılıdır. Bəzi bitkilərin kök sistemi 

nəmli buz qatından da keçə bilir, hətta sərt buz 

qatına da çata bilir və  əlaqədə olur (Novruzov, 

2010). Aşağıda tədqiqat  ərazisinin Daşdələnlərinin 

qaya və töküntülərdə inkişaf xüsusiyyətləri 

haqqında məlumat verilir.  



Saxifraga adenophora C.Koch- Vəzli d.  

Alp və subalp qurşağının qayalarında rast 

gəlinir. Diametri 5 mm olan mil kök sisteminə 

malikdir. Kökü qayalıqların yarıqlarına daxil olaraq 

S-vari forma alır. 46sm-ə  qədər dərinliyə gedir və 

sonra məhv olur. Yan köklər praktik olaraq 

budaqlanmır. Yalnız iki dəfə 2 yan köklər (diametri 

3-3,2mm) 50 sm-ə  qədər qaya yarıqlarına daxil 

olur.Bunlardan yalnız biri apikal hissədə qaya 

yarıqlarında olan kiçik torpaq hissəciyində intensiv 

yelpikvari budaqlanır. Kökün bazal hissəsi qırışdır, 

əyilmişdir, yastılaşmış formada olub açıq sarı 

rənglidir. 

 Saxifraga cartilaginea Willd. - Ximircəyi d.  

Alp və subalp qurşağında daşlı  çınqıllı 

yerlərdə rast gəlinir. Çoxillik otdur. Kökü mil 

köklüdür. Maksimal olaraq 27-30 sm-ə  qədər 

dərinliyə daxil olur. Kökün əsas hissəsi 8-15sm 

dərinlikdə yerləşir. Budaqlanma kök boğazından 

sonra başlayır. Beləliklə,  I zonanın yan köklərinin 

uzunluğu 20-21 sm, II zonanın yan köklərinin 

uzunluğu 4,5-5 sm, III zonanın yan köklərinin 

uzunluğu 1,5-2 sm, IV zonanın yan köklərinin 

uzunluğu isə 0,1-0,2 sm olur. Üst hissəsinin rəngi 

açıq (noxudu), bütövlükdə  qəhvəyi rəngdədir. 

Kökün üfüqi yayılma diametri 50-51 sm-dir. 

Saxifraga exarata Vill- Kövrək daşdələn. 

Qaya və töküntülərdə çınqıllıqlar arasında rast 

gəlinir. Mil köklü bitkidir. Kökü tünd boz 

rəngli,diametri 1,5 sm-ə malikdir. 165 sm-ə  qədər 

dərinliyə gedə bilir. Bu zaman diametri azalır. 

Kökün üst qatından 20 sm-dən başlayaraq diametri 

4 mm olan 5-6 yan köklər inkişaf edir.Həmin 

köklər 65 sm-ə  qədər uzanır. Bəziləri vertikal, 

bəziləri isə horizontal uzanır. Budaqlanma kökün 

III zonasına qədər baş verir. I zonanın yan 

köklərinin uzunluğu 70 sm, II zonanın yan 

köklərinin uzunluğu 8,5 sm, III zonanın yan 

köklərinin uzunluğu isə 7 sm olur. Beləliklə, güclü 

inkişaf etmiş  əsas köklərin fonunda zəif inkişaf 

etmiş yan köklərin skeleti görünür. Kökün yayıldığı 

sahə 100-110 sm-dir. Kökü qırışlı, tünd boz rəngdə, 

kəsiyi isə noxudu rəngdədir. Qatılığı bərkdir. 

Saxifraga juniperifolia Adams.-Ardıcyarpaq 

d. 

Daşlı qayalı yerlərdə rast gəlinir. Mil kökü iki 

eyni bərabər hissəyə bölünmüşdür. Budaqlanma 

kökün II zonasından başlayır, uzunluğu 40 sm-ə 

qədərdir. III zonada 9-10 sm, IV zonada 2-3 sm, V 

zonada 0,5-1,0 sm, VI zonada isə 0,1-0,2 sm olur. 

Beləliklə, yayılma diametri 40-50 sm-dir. Maksimal 

olaraq 80-120 sm-ə  qədər dərinliyə gedir. Kökün 

əsas hissəsi 19-20 sm dərinliyində yerləşir. Rəngi 

tünd qəhvəyi, aşağı hissəsi isə sarımtıl rəngdədir. II 

dərəcəli yan köklər 1sm-ə  qədərdir, sarımtıl 

rənglidir. Beləliklə, kök sisteminin ümumilikdə 

diametri 70-80 sm-dir. 



Saxifraga moschata Wulf. – İyli d. 

Subnival qurşağına qədər hər yerdə, 

buzlaqlarda rast gəlinir. Açıq rəngli, 10-17 sm 

uzunluğunda, 0,05-0,07 sm diametrində mil kök 

sisteminə malikdir. 5-7 sm dərinliyə daxil olur. II 

dərəcəli köklərin uzunluğu 2 sm-ə  qədərdir. 

Budaqlanma kökün aşağı hissəsindən başlayır. 

Yayılma diametri 12-15 sm-ə qədərdir. 



Saxifraga pontica Alb., Prosdr. Fl.- Pont d. 

Y.A.Aslanova 

213 


Alp və subalp qurşağında qayalıqlarda, daşlı 

çınqıllı yerlərdə rast gəlinir. Çoxillik otdur. Kökü 

70 sm uzunluğunda, diametri 0,25-3sm olan mil 

köklüdür. Maksimal olaraq 27-30 sm-ə  qədər 

dərinliyə daxil olur. Kökün əsas hissəsi 8-15sm 

dərinlikdə yerləşir. Budaqlanma kök boğazından 

sonra başlayır. Beləliklə,  I zonanın yan köklərinin 

uzunluğu 20-21 sm, II zonanın yan köklərinin 

uzunluğu 4,5-5 sm, III zonanın yan köklərinin 

uzunluğu 1,5-2 sm, IV zonanın yan köklərinin 

uzunluğu isə 0,1-0,2 sm olur. Üst hissəsinin rəngi 

açıq (noxudu), bütövlükdə  qəhvəyi rəngdədir. 

Kökün üfüqi yayılma diametri 50-51 sm-dir. 

   Qayalar  bitkinin  substrata  bərkiməsi üçün az 

əlverişli olub, hərtərəfli daşlıq massiv köklərin ora 

daxil olmasına ciddi maneə yaradır. Qaya yarıqları 

arasına bitkinin özünün müqavimətini saxlaması 

üçün 150-180 sm-ə malik olan kök sistemi 

olmalıdır. Cınqıllı  və daşlı yamacları yeraltı 

orqanların inkişafı  və yayılmasına təsiri çox 

böyükdür. Müxtəlif növlərin köklərinin daşlı 

mühitə daxil olması eyni deyildir. Kiçik Qafqazın 

yüksək dağlığında Saxifraga L. cinsininS. 

juniperifolia Adams, S. pontica Alb., S. exarata 

Vill.növlərinin yeraltı orqanları yaxşı inkişaf 

etmişdir. Digər qrup bitkilər isə S. moschata Wulf., 



S. cartilaginea Willd., S. adenophora C.Koch. 

yeraltı orqanlarının uzunluğunun o qədər də 

əhəmiyyəti yoxdur.  

   Bir  çox  tədqiqatçılar (Зозулин, 1959) həyati 

formaların təsnifatı üçün kök sisteminin 

xüsusiyyətləri  əsas götürmüşlər. Bir qrup 

tədqiqatçılar isə  (Жмылев, 2000) 5 morfoloji 

nişanə  əsasında daşdələnlərin həyati formalarının 

sistemlərini qurmuşdur.  Həmin təsnifata uyğun 

olaraq bizim tərəfimizdən  Qoşqar və  Kəpəz dağ 

massivlərindəSaxifraga cinsinin qaya və 

töküntülərdə rast gələn aşağıdakı  həyati formaları 

ayrılmışdır. 

I. Kolcuqlar 

 1.1 

Yastıqvarı uzun milköklülər 



II. Otvari polikarplar 

2. Otvari milköklülər 

 2.1 

Yastıqvari üzün mil köklülər 



 2.2. 

Çim 


əmələgətirən rozet tipli uzun mil 

köklülər. 

3. Otvarı - saçaqlılar 

 2.4. 


Otvarı- saçaqlı köklülər 

 III. 


Otvarı-monokarplar 

  3. Çoxillik monokarplar 

Nahamar substratlarda qaya və töküntülər 

üzərində 3 tip 4 yarımtipə aid 10 həyati forma 

müəyyənləşdirilib. 

Daşdələnlərin biomorflarının təhlili və mövcud 

ədəbiyyatlar göstərir ki, onlar arasında biomorfoloji 

adaptasiya geniş yayılır ki, bu da şübhəsiz 

taksonomik təkamüllə  əlaqədardır (Шхагапсоев, 

2005). 


Toxum məhsildarlığını müəyyənləşdirmək 

üçün potensial toxum məhsuldarlığı  və real toxum 

məhsuldarlığını müəyyən etmək lazımdır.  

Real toxum məhsuldarlığı    -  yetişmiş tam 

həyat qabiliyyətli toxumların miqdarı  həm 

keyfiyyət, həm də  kəmiyyətinə görə meyvə vermə 

qabiliyyətini xarakterizə edir.  

Potensial toxum məhsuldarlığı - bir genetativ 

zoğda olan toxum verən çiçəklərin miqdarı başa 

düşülür. 



Saxifraga exarata-nın toxum məhsuldarlığı 

Kəpəz dağ massivində qaya və töküntülər içərisində 

iki populyasiyalarda öyrənilmişdir. Bu növ toxum 

vasitəsilə çoxalır, həşərat vasitəsilə tozlanır. 

Çiçəkləmə aprel ayında başlayır və iyunun sonuna 

qədər, meyvə vermə isə iyunun ortasından avqustun 

sonuna qədər davam edir. 

Saxifraga cartilaginea–nın toxum 

məhsuldarlığı bizim  tərəfimizdən Qoşqar dağ 

massivində müəyyən edilmişdir. Çöl müşahidələri 

nəticəsində müəyyən oldu ki, həmin növ toxumla 

çoxalır, həşəratla tozlanır. Çiçəkləmə dövrü mayda 

başlayır, iyulun sonuna qədər davam edir. Meyvə 

vermə isə avqustun sonuna kimi davam edir. 

Toxum məhsuldarlığına görə toplanan 

məlumatların təhlili göstərir ki, Qoşqar və  Kəpəz 

dağ sistemində    ən çox toxum məhsuldarlığı 

qayalıqlarda,  ən az isə töküntülərdə müşahidə 

edilir. 


Saxifraga növlərini iki yolla mühafizə etmək 

olar. 


1.Mədəni halda becərmək - Botanika bağları 

və dendroparklarda, landşaft memarlığında istifadə 

oluna bilər. 

2. Təbii  şəraitdə - arealı qoruqlardan yuxarı 

əraziləri  əhatə etdiyinə görə növlərin  əksəriyyəti 

xüsusi mühafizə olunan əraziləri  əhatə etmir. 

Bununla  əlaqədar bitmə yerlərinin yasaqlıq 

adlandırmaq məqsədəuyğun hesab edilir. 

 

 

ƏDƏBİYYAT 

 

Əsgərov A.M. (2010) Azərbaycan florasının 

konspekti. Bakı: 183 s. 



Novruzov V.S. (2010) Fitosenologiyanın  əsasları 

(geobotanika). Bakı. Elm: 306 s. 



Гаджиев 

В.Д. 

(1971) 


Анализ 

флоры 


высокогорий Малого Кавказа.  Баку. 

Галушко А.И. (1978) Флора Северного Кавказа. 

Ростов. Т.1-3 



Гроссгейм  А.А. (1948) Растительный  покров 

Кавказа.M.:  Моск.  об-ва  испыт.  природы: 15-

264. 

Гурбанов  Е.А. (2004) Флора  и  растительность 

Атропатанской  провинции.  Автореферат   



Qaya və Töküntülərin Daşdələnləri 

214 


докт. дисс., Баку: 59 с. 

Жмылев  П.Ю. (2000) Жизненные  формы  кам-

неломок в связи с экологией рода Saxifraga L. 

(Saxifragaceae). Бюлл.МОИП, 105(6): 32-37. 

Зозулин  Г.М. (1959) Подземные  части  основ-

ных  видов  травянистых  растений  и  ассоциа-

ций плакоров среднерусской лесостери в связи 

с  вопросами  формирования  растительного  по-

крова.  Тр.  Центр.-Чернозем.  Госзаповедника 

(Курск) 5: 313 с. 



Мяусова Е.А. (2000) Эколого-географический и 

систематический  анализ  рода  камнеломока  

флоры  Северного  Кавказа:  Автореф.  дис. 

канд. биол. наук., Ставрополь: 17 с. 

Рысин  Л.П.,  Рысина  Г.П. (1987) Морфострук-

тура  подземных  органов  лесных  травянистых 

растений. М.: Наука:  205 с. 

Таршис  Л.Г. (2003) Структурное  разнообразие 

подземных  органов  высших  растений.  Екате-

ринбург: 184с. 

Шхагaпсоев  С.Х. (2003) Анализ  петрофитного 

флористического  комплекса  западной  части 

центрального Кавказа. Нальчик:  217 с. 

Шхагaпсоев  С.Х.,  Тлехас-Мурзаканова  Л.З. 

(2005)  Экология  камнеломок  Кабардино-

Балкарии. Нальчик:  78 с. 

 

 



 

Kaмнеломка (Saxifraga L.) Скально-Осыпных Высокогорий Малого Кавказа И Их 

Биоэкологические Особенности 

 

Я.А.Асланова 

 

Гянджинский государственный университет 

 

В  статье  даются  сведения  о  видовом  составе,  распространении,  биоэкологических  особенностях 



представителей рода Saxifraga L. на скалах и осыпях высокогорий Малого Кавказа. Установлено, что 

на высокогорье встречаются 6 видов из рода SaxifragaL. Их местообитание отмечено на щебенистых 

и  каменистых  территориях.  Проведен  систематический,  ареалогический  и  экологобиологический 

анализ флоры. 



 

Ключевые слова: скала, осыпь, семейства, род, вид, Kамнеломкa 

 

 



 

 

Species Of Saxifraga L. In The Rock Debris Of High Upland Parts Of The Small Caucasus 

And Their Bioecological Features 

 

Y.A. Aslanova 



 

Ganje State University 

 

The article provides information on the species composition, distribution, biological and ecological features 



of the genus Saxifraga L. in the rocks and debris of upland parts of the Small Caucasus. Six species of the 

genus  Saxifraga  L. were detected in the uplands. Their habitat was found to be pebbly and stony areas. 

Systematic areal and ecobiological analyses of the flora were carried out. 

 

Keywords: rock, debris, family, genus, species, Saxifraga 



 

 

 

 

 

Каталог: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva

Yüklə 312,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə