www.selefeqidesi.net
1
XUTBƏTUL – HACƏ
Həmd ancaq
Allah
adır, Ona həmd edir, ondan yardım və məğfirət diləyirik. Nəfslərmizin
şərindən və pis əməllərimizdən
Allah
a sığınırıq.
Allah
kimi hidayətə yönəltmişsə onu heç kəs azdıra
bilməz, kimi də azdırmışsa heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki,
Allah
dan
başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və
elçisidir.
«Ey iman gətirənlər!
Allah
dan lazımınca qorxun. Yalnız mısəlman olduğunuz halda ölün». (Ali
İmran 102).
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və
onlardan daha bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən
(Cürbəcur şeylər) istədiyiniz
Allah
dan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun.
Şübhəsiz ki,
Allah
sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).
«Ey iman gətirənlər!
Allah
dan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz)
Allah
əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs
Allah
a və Peyğəmbərinə itaət etsə,
böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71).
Şübhəsiz ki, sözlərin ən doğrusu
Allah
ın kəlamı, yolların ən xeyirlisi Məhəmməd – səllallahu
aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə
salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə
oddadır.
«Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı
anlasınlar». (Ta ha 25-28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı
Allah
ın salamı ilə salamlayıram.
Allah
ın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm –in yoluna uyaraq öz risaləmi «Bismilləh»
ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə – bismilləh – ilə başlanılmazsa o işin sonu
kəsikdir».
Allah
– subhanəhu və təalə – Məhəmməd – səllallahu aleyhi və səlləm –i aləmlərə rəhmət, əməl
edənlərə öndər, qullarına hüccət olaraq hidayət və haqq dini ilə göndərdi. O, - səllallahu aleyhi və
səlləm – ona verilən əmanəti yerinə yetirdi, rəsaləti təbliğ etdi, ümmətə öyüd verdi, dinin
əsaslarından tutmuş hər bir şeyi incəliyinə kimi bizə xəbər vermişdi. Açıqlamadığı bir şey,
ümmətini sövq etmədiyi bir xeyr və onları çəkindirməyi bir pislik buraxmadı. Səhabələr onun
aydınlıq yolu üzərində yürüdükləri kimi, onların yollarına uyan kimsələr də bu yolda yürüməyə
başladılar.
Lakin çox keçmədi ki, gecə qaranlıqları kimi bidətlər ortaya çıxmağa başladı. Bu bidətlər,
uydurmalar İslamı və müsəlmanları dağıtmağa və onların firqələrə və məzhəblərə bölünməsinə
gətirib çıxartdı. Müsəlmanlar da cahilcəsinə bu bidətlərə doğru yürüməyə başladılar. İnanclarını bu
çürümüş şeylər üzərində qurmağa başladılar. Bu İslam və müsəlmanların düşmənlərinin fikirləri
birdir.
Allah
ın nurunu söndürmək, yəni İslamı məhv etməkdir. Lakin bu əsla belə deyildir.
Allah
buyurur: «Onlar
Allah
ın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək
istəyirlər.
Allah
isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır». (əs-Səff 8).
Allah
u Əkbər! Həqiqətən də onların xoşlarına gəlsə də, gəlməsə də belə
Allah
öz dinini qoruyur və
tamamlayır. Hər dövrdə, hər zamanda, hər vaxtda
Allah
ın dinini bəxş etdiyi iman, elm və hikmət ilə
din düşmənlərinə qarşı vuruşan, onların hiylələrinə, bidətlərinə qarşı çıxan, bidətlərini yox edən və
onları Quran və Sünnə ilə məhv edən sünnət əhlindən olan cəmaat olub və olacaqdır. İnşəallah!
Səvban – radıyallahu anhu – dən gələn rəvayətdə Rəsulullah – səllallahu aleyhi və səlləm –
buyurur: «Ümmətimdən bir qrup insanlar olacaq ki, Qiyamətin qopacaqı vaxta qədər haqq üzrə
gedəcəklər. Heç nə və heç kim onlara zərə vura biməyəcək.
Allah
ın əmri gəlincəyə qədər». Bu
cəmaat Firqətin Nəciyə – qurtuluşa çatan firqə, Əhli Sünnə vəl Cəmaat, Sələfi-Salman, Əhli Hədis və
s. deyə adlandırılmışdır. Onlar isə Peyğəmbər – səllallahu aleyhi və səlləm – in və əshabələrin
2
izləmiş olduğu yolu davam etdirən kimsələrdir. Auf b. Məlik – radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər.
Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcək-dir. Xristianlar yetmiş iki firqəyə
bölünəcəklər. Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində
olan
Allah
a and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onlardan yalnız biri
Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir». İbn Ömər – radıyalallahu anhu- nun rəvayətində isə
səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah – səllallahu aleyhi və səlləm –
buyurdu: «Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir». Başqa rəvayətdə Rəsulullah –
səllallahu aleyhi və səlləm – buyurdu: «O da cəmaatdır».
Bütün bu hədislər bizlərə Cəhənnəm atəşindən qurtulmuş toplumun orta yoly mənimsəmiş Əhli
Sünnə vəl Cəmaat olduğunu açıqca göstərməkdədir. Çünki onlar bütün ixtilaflarda orta yolu
tutmuş, Kitab və Sünnətin bildirdiyi iman əsaslarından başqa hər hansı bir insana yönəlməmiş,
insan üçün lazımlı hər şeyin bu iki qaynaqda bəyan edildiyinə inanmışlar. Sünnəti bəyan etmək,
əsaslarını gücləndirmək və bidətləri yıxmaq üçün bir çox əsərlər də yazmışlar.
Buna görə də hörmətli bacı və qardaşlarım hər biriniz bu azmışlara qarşı mübarizə
aparmalısınız. Hər biriniz
Allah
ın dinini qorumalısınız. «Ey iman gətirənlər! Əgər siz
Allah
a yardım
göstərsəniz, o da sizə yardım göstərər və sizi sabitqədəm edər». (Məhəmməd 7).
Allah
ı qorumaq
isə onun dinini qorumaq ilə olur. İbn Məsid – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
səllallahu aleyhi və səlləm- buyurdu: «
Allah
ın məndən əvvəlki ümmətlərə göndərdiyi hər Nəbinin
öz ümmətindən sünnətin alan və əmrlərinə uyan bir çox həvvariləri və səhabələri vardır. Sonra
onların ardından etməyəcəkləri şeyləri söyləyən və əmr olunmadıqları işləri edən bir çox nəsillər
zühur edər. Kim onlara qarşı əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara qarşı kim diliylə
mübarizə apararsa o da bir mömindir. Onlara qarşı kim qəlbi ilə mübarizə apararsa, o da
mömindir. Amma bundan aşağı (imandan) bir xardal dənəsi qədər də iman yoxdur».
Bu batil firqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün, Rəsulullah – səllallahu
aleyhi və səlləm – in yoluna uymaq, hidayət yolunda olan cəmaatdan olmaq üçün hər bir
müsəlman, hər bir şəxs öz əqidəsini gözəl bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl
edib başqalarına öyrətməlidir. İbn Teymiyyə – rahmətulahi aleyhi – bu məsələ ilə bağlı demişdir:
«Buna görə də Əhli Sünnə alimləri – sünnətə sarılmaq qurtuluşdur demişlər».
Allah
rəhmət etsin
imam Məlik deyir: «Sünnət Nuhun gəmisi kimdir, minən qurtulur, arxada qalan isə həlak olur. Haqq
budur. Çünki Nuhun gəmisinə peyğəmbəri təsdiq edən və ona tabe olanlar minmişlər. Ona
minməyənlər isə peyğəmbəri yalan saymışlar. Sünnətə tabe olmaq
Allah
qatından gələn rtsalətə
tabe olmaq deməkdir. Dolayısı ilə risalətə tabe olan, Nuhla bərabər gəmiyə minən kimsə
durumundadır. Risalətə tabe olmaqdan ayrılan kimsə də Nuha tabe olmaqdan və onunla bərabər
gəmiyə minməkdən qaçan kimsə durumundadır».
Bu baxımdan da mən ikinci risaləni topladım. Bu risaləni toplamaq üçün Quran və Sünnəyə
uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş istifadə edərək
Allah
ın izni ilə əlimizdəki bu
risalənin toplanmasına nail oldum. Bu risalədə birincidən fərqli olaraq İman, imanın əsaslarından,
ehsan və s. mövzular haqqında geniş yer verməyə və hər oxucu ondan faydalansın deyə, aydın
dəlillərlə göstərməyə çalışdım. İlk növbədə
Allah
dan bu çalışmanın dolğun, düzgün şəkildə yazıb
başa çatdırlmasını diləyirəm.
Allah
dan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib
onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və
şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət
verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim
Allah
dır! İşlərimi Ona həvalə edirəm və ona arxalanıram. Həmd və təriflər yalnız
Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur.
«Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də içirdən də Odur!
Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və
Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və
3
məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim
Cənnətlərinin varislərindən et». (əş-Şüəra 78-85).
Allah
ın salat və salamı onun Peyğəmbəri Məhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə
üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
İMAN
Sözdə iman təsdiq etmək deməkdir. Şəriətdə isə qəlb ilə etiqad etmək, dil ilə söyləmək və əzalar
ilə əməl etmək deməkdir. Sələfi Salihin, yəni Əhli Sünnə vəl Cəmaatın iman əsasları Peyğəmbər –
səllallahu aleyhi və səlləm – in məşhur Cəbrail – əleyhissəlam – ın hədisində xəbər verdiyi kimi –
altı əsasa iman etmək və onları təsdiq etmək deməkdir. Peyğəmbər – səllallahu aleyhi və səlləm - ,
onların yanına dinlərini onlara öyrətmək və İman haqqında sual vermək üçün gələn Cəbrail –
əleyhissəlam - a belə cavab vermişdi: «İman,
Allah
a, Mələklərə, Kitablara, Peyğəmbərlərə, Axirət
gününə, Xeyir və Şərrin qədərdən olduğuna iman etməkdir…». Amr b. Əbəsə – radıyallahu anhu –
rəvayət edir ki, bir nəfər Peyğəmbər – səllallahu aleyhi və səlləm – ə dedi: «İslam nədir?»
Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «Qəlbinin
Allah
a təslim olması və müsəlmanların
sənin dilindən və əlindən salamat olmalarıdır» deyə cavab verdi. Adam: «Hansı İslam fəzilətidir?»
deyə soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «İman etmək» deyə cavab verdi.
Adam: «Bəs iman nədir?» deyə soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «
Allah
a,
Mələklərə, Kitablara, Peyğəmbərlərə və öldükdən sonra dirilməyə inanmaqdır» deyə cavab verdi.
Adam: «Hansı iman daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona:
«Hicrət etmək» deyə cavab verdi. Adam: «Hicrət nədir?» - deyə soruşdu. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – ona: «Pisliyi tərk etmək!» deyə cavab verdi. Adam: «Hansı hicrət daha
fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «Cihad» deyə cavab
verdi. Adam: «Cihad nədir?» deyə soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «Onlarla
qarşılaşdığın zaman kafirləri öldürmək» - deyə cavab verdi. Adam: «Hansı cihad fəzilətlidir?» deyə
soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «Atının ayaqları kəsilib yerə yıxılaraq
öldürüldüyü və qanının axıdıldığı cihad…».
Bu altı xüsus imanın əsaslarıdır. Həmçinin Qurani-Kərimdə də
Allah
bu haqda bir çox ayələr
nazil etmişdi. «Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir.
Yaxşı əməl sahibi əslində
Allah
a, Axirət gününə, Mələklərə, Kitaba (
Allah
ın nazil etdiyi bütün ilahi
kitablara) və Peyğəmbərlərə inanandır». (əl-Bəqərə 177). «Şübhəsiz ki, biz hər bir şeyi müəyyən
ölçüdə (qədər) ilə yaratdıq». (əl-Qəmər 49).
Hər kim bu altı əsasa iman etməzsə onun imanı tamam olmaz. Bunlardan birini inkar edən
kimsə kafir olur. O, halda iman bu altı əsas üzərində yüksəlir. Bu əsaslardan birini itirən kimsə,
əlbəttə ki, mömin olmaz. Çünki o, imanın əsaslarından birini itirmiş olur. Necə ki, bir bina ancaq
təməl əsasları üzərində yüksələ bilir. Bu əsaslar imanın rükunlarıdır. Kitab və Sünnətə uyğün olaraq
bunlara əməl edilmədikcə iman da tamamlanmaz. Sələfi Salihin yəni Əhli Sünnə vəl Cəmaatın
əqidəsinin əsaslarından biri də budur ki, onlara görə iman qəlb ilə təsdiq etmək, dil ilə söyləmək
və əzalarla əməl etmək deməkdir. İman itaətlə artır, asiliklə azalır. Şəriətdə isə gizli və açıq bütün
itaətlərdir. Gizli əməllərə qəlbin əməllərini misal göstərmək olar. Məs: Niyyət, ixlas, məhəbbət və s.
Bu da qəlbin təsdiq etməsi ilə olur. Zahir (açıq) əməllərə isə bədən ilə edilən əməlləri məs: Ruku,
səcdə və s. misal göstərmək olar. Qısaca iman – qəlbdə yer tutan əməl tərəfindən təsdiqlənən,
meyvələri
Allah
ın əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinmək ilə ortaya çıxan
şeydir. Əgər elm əməldən uzaq olarsa, onun heç bir faydası da olmaz. Əməldən uzaq bir elmin bir
kimsəyə faydası olsaydı,
Allah
ın lənətinə düçar olan iblisə faydası olardı. O,
Allah
ın şəriki
olmadığına, tək olduğuna, sonunda da ona qaytarılacağını bilirdi. Lakin
Allah
: «Adəmə səcdə et!»
deyə əmr verdikdə o, təkəbbürlüyündən səcdə etməyib kafirlərdən oldu. (
Allah
) buyurdu: «Ey iblis!
4
Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü
yuxarı tutdun? Qiyamət gününə qədər mənim lənətim sənin üstündən əskik olmasın!». (Sad 75-
78).
Allah
ın vəhdəniyyətini bilməsi ona (İblisə) fayda vermədi. Çünki əməldən ayrı bir elmin
aləmlərin Rəbbinin tərəzisində heç bir ağırlığı yoxdur. Şeyx Usemin – rahmətullahi aleyhi – «Üç
Əsas» kitabının şərhində dediyi kimi: «Əməl elmin meyvəsidir. Kim elimsiz əməl edərsə o,
Xristianların misalındadır. Elmi olmaqla bərabər əməl etməyən kimsə isə Yəhudilərin misalındadır».
«Əməllər iman deyilən şeyin içərisinə girməz» - deyənlər, iman tək bir şey olduğuna görə:
«Mənim imanım Əbu Bəkr əs-Siddiq, Ömər – radıyallahu anhum – un imanı kimidir. Hətta mənim
imanım Peyğəmbərlərin, Rəsulların, Cəbrailin və Mikailin imanı kimidir» - deyənlər də vardır.
Ayə və hədislərdən bizə məlum olduğuna görə – əməl olmadıqca iman kamil olmaz. Niyyətsiz
nə söz və nə də əməl olur. Sünnətə uyğun olmadıqca da nə söz, nə əməl, nə də niyyət olur.
Allah
Qurani-Kərimdə bir çox ayələrdə iman ilə saleh əməli birlikdə qeyd edir. «İman gətirib saleh əməl
edənlərin mənzili isə Firdovs Cənnətləri olacaqdır!» (əl-Kəhf 107). Şübhəsiz ki: «Rəbbim
Allah
dır
deyən, sonra da (söz və əməllərində) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə
deyəcəklər: Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin». (Fussilət 30). «Bu
sizin (dünyada) etdiyiniz yaxşı əməllər müqabilində varis olduğunuz Cənnətdir». (əz-Zuxruf 72).
«Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən
kimsələrdən başqa». (əl-Əsr 3). Möminlərin əmiri Əbu Hafsa Ömər b. əl-Xattab – radıyallahu anhu
– rəvayət edir ki, mən Rəsulullah – səllallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim.
«Əməllər ancaq niyyətlər ilədir və hər bir kimsə üçün niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti
Allah
və rəsulu üçündürsə, onun hicrəti
Allah
və rəsulu üçündür. Hər kimin hicrəti əldə edəcəyi bir
dünyalıq və ya nigahlanacağı bir qadın üçündürsə, onun hicrəti nə üçün hicrət etmiş isə elə
onadır». Əbu Amr-Əbu Amra da deyirmişlər – Sufyan b. Abdullah – radıyallahu anhu – rəvayət edir
ki, mən: «Ey
Allah
ın Rəsulu! İslama aid mənə elə bir söz de ki, bu haqda səndən başqa heç kimə
sual verməyim?». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «De-
Allah
a iman etdim və düz
dur». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Bir və tək olaraq
Allah
a iman etməyinizi
əmr edirəm. Bir və tək olaraq
Allah
a iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar
Allah
və Rəsulu
daha gözəl bilir!». O, buyurdu: «
Allah
dan başqa ilah olmadığına, Məhəmmədin onun Rəsulu
olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək və qənimətin 1/5-ni verməkdir». Əbu
Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu:
«İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi,
Allah
dan başqa ilah
olmadığını (Lə iləhə illəllah) söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya
da imanın bir şöbəsidir». Dinə girmək üçün ilk söylənilən şəhadət kəlməsidir ki, etiqad etibarı ilə
qəlbin əməli, söyləmək etibarı ilə dilin əməlidir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki:
«Peyğəmbərlərin dilindən başa düşülür ki – bu fikirlə bütün ümmət də razılaşır- İslamın
əsaslarından ilki hansı ki, hər bir məxluqatın üzərində haqdır bu da şəhadət kəliməsidir. Şəhadət
kəliməsini deyən kimsə kafirdirsə müsəlman olur. Düşməndirsə sevimli olur. Onun qanı, malı azad
və toxunulmaz olur. Əgər bu qəlbdən gələrsə insan iman əldə etmiş olur. Əgər o, bunu yalnız dili
ilə söyləyərsə, lakin qəlbi ilə təsdiq etməzsə o kimsə İslama girmiş sayılır. Qəlbi ilə deyil zahiri ilə.
Yox əgər o, şəhadəti dili ilə də demirsə bunu deyə bildiyi halda o kimsə həm zahirən həm də
batinən də kafirdir və bütün müsəlmanlar da bu bu fikirdə yekdildirlər». Əziyyət verən bir şeyi
yoldan qaldırmaq – əzaların əməli, həya da – qəlbin əməlidir. Yolda əziyyət verən şeyləri dəf etmək
bir əməl olduğu halda, Rəsulullah – səllallahu aleyhi və səlləm – onu imandan saymışdı.
İbn Battal – rahmətullahi aleyhi – deyir ki: «Buxarı – rahmətullahi aleyhi – nin iman bölümündə
qeyd etmək istədiyi məna da elə budur. O, bölümün bütün bablarını bu əsasa görə açmışdır. Məs:
Umurul iman (imandan olan işlər) Namaz imandandır, zəkat imandandır, cihad imandandır adı
altında açdığı başlıqlar ilə o, Murciənin – iman əməlsiz sözlərdən ibarətdir – (yəni əməl imandan
ayrıdır) sözlərini rədd etmiş, onların bu səhf fikirlərini Quran və Sünnə ilə bəyan etmişdir.
Allah
sizin imanınızı (bundan əvvəl Beytulmuqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz
5
buraxmaz. (əl-Bəqərə 143).
Allah
bu ayədə namazı iman deyərək adlandırmışdı. Namaz həm
qəlbin, həm dilin, həm də əzaların əməllərini bur yerdə birləşdirir. Təfsirçilərin açıqlamalarına görə
qəsd-İslamın ilk əvvəlində müsəlmanların Beytul-Məqdisə tərəf qıldıqları namazlardır.
Allah
«Kəbəyə tərəf dönün!» deyə əmr etdikdən sonra, səhabələr «Bəs bizim ibadətlərimiz!» deyincə
Allah
bu ayəni nazil etmişdi.
Elm və əməl bir-birindən ayrılmaz şeylərdir. Əməllər və sözlər imandan olduqları üçün iman
itaətlə artır, asiliklə azalır. Bu baxımdan hətta möminlər də öz imanlarında, əməllərində və s. bir-
birindən fərqlənmişlər. «Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq. Onlardan
kimisi özünə zülüm edər (pis əməlləri yaxşı əməllərindən çox olar), kimisi mötədil (pis əməlləri ilə
yaxşı əməlləri bərabər) olar, kimisi də
Allah
ın izni ilə yaxşı işlərdə (başqalarını qabaqlayıb) irəli
keçər. (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu böyük lütfdür.Onlar Ədn Cənnətlərinə daxil
olacaq, orada altun bilərziklər və incillərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır». (Fatir 32-
33).
1. Xeyir işlərdə irəli keçənlər fərz və müştəhəbləri edənlər, haram və məkruhları tərk edənlər,
şübhəli şeylərdən uzaq olanlar. Bu sanki
Allah
ı görür kimi ibadət edən ehsan mərtəbəsindəki
quldur. O, müstəhəb və kamil iman sahibidir. Bunlar mükərrəb olanlardır.
2. Orta yolda olanlar. Sünnətləri etməsə də, məkruhlardan çəkinməsə də, sadəcə fərzləri edib
haramları tərk etməklə kifayətlənərlər. Bu vacib iman sahibidir.
3.Nəfslərinə zülm edənlər, bəzi haramları etməklə bərabər, imanlarını qorumaqla bərabər, bəzi
fərzləri yerinə yetirməkdə də qüsurlara yol verirlər. İcmali iman sahibləri. Abdullah b. Abbas –
radıyallahu anhu – dedi ki, xeyirdə yarışan hesaba çəkilmədən Cənnətə girəcəkdir. Ortada gedənlər
Allah
ın rəhmətiylə Cənnətə girəcəklər. Özlərinə zülm edənlər Məhəmmədin şəfaəti ilə Cənnətə
girəcəklər.
Əhli Sünnə vəl Cəmaatın əqidəsinə görə iman həm artar, həm də azalar. Bu haqda Qu-
ran və Sünnədə bir çox ayə və hədislər vardır. «Bir surə nazil edildiyi zaman münafiqlərdən:
«Bu sizin hansınızın imanını artırdı? deyənlər də var. Möminlərə gəlincə (hər bir surə) onların
imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər». (ət-Tövbə 124). «Biz də onların
hidayətini artıqmışıq». (əl-Kəhf 13). «
Allah
doğru olanların doğruluğunu artırar». (Məryəm 76).
«Doğru yolu tapanlara gəldikdə isə
Allah
onların doğruluğunu daha da artırar». (Məhəmməd 17).
«Möminlərin imanı üstünə iman artırmaq üçün». (əl-Fəth 4). «İman gətirənlərin imanının daha da
artması». (əl-Muddəssir 31). «Bu yalnız onların imanını və itaətini artırdı». (əl-Əhzab 22).
Allah
bizə bəs edər. O nə gözəl vəkildir! deyə cavab verdilər». (Ali-İmran 173). «Möminlər yalnız o
kəslərdir ki,
Allah
ın adı çəkildikdə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər,
Allah
ın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz
rəblərinə təvəkkül edərlər. Namaz qılar və verdiyimiz ruzidən sərf edərlər». (əl-Ənfal 2-3). Hənzələ
b. ər-Rəbi b. Sayfi əl-Useyyidi ət-Təmimi – radıyallahu anhu - , Əbu Bəkr – radıyallahu anhu – ilə
Dostları ilə paylaş: |