Xx fəsil Riyaziyyatda fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 286,85 Kb.
səhifə1/240
tarix02.01.2022
ölçüsü286,85 Kb.
#8921
  1   2   3   4   5   6   7   8   9   ...   240

XX Fəsil

Riyaziyyatda fənn proqramı

1.Ümumi hissə

a) Giriş

Müasir dövrdə riyaziyyat həyatın ayrılmaz hissəsidir. Ondan insan fəaliyyətinin bütün sahələrində istifadə olunur: elmdə və texnologiyada, təbabətdə, iqtisadiyyatda, ətraf mühitin qorunmasında və bərpa-abadlaşdırılmasında, sosial qərarların qəbul olunmasında. Eləcə də, bəşəriyyətin inkişafında və müasir sivilizasiyanın formalaşdırılmasında riyaziyyatın xüsusi rolu qeyd olunmalıdır. İnformasiya və hesablama texnologiyalarının inkişafı, məkan-zaman strukturunun daha yaxşı düşünülməsi, təbiətdə mövcud olan bir çox qanunauyğunluqların aşkar edilməsi və təsviri riyaziyyatın elmi və mədəni dəyərlərini parlaq şəkildə əks etdirir. Burası da xüsusi əhəmiyyətə malikdir ki, riyaziyyat insanın zehni imkanlarının inkişafına kömək göstərir. O, effektli, lakonik və birmənalı kommunikasiya imkanını verir. Riyaziyyatdan istifadə etməklə, mürəkkəb vəziyyətin önəmli şəkildə təqdim edilməsi, hadisələrin aydınlaşdırılması və onların nəticələrini qabaqcadan görmək mümkündür. Riyaziyyatda yaradılmış mücərrəd sistemlər və nəzəri modellər qanunauyğunluqların öyrənilməsində, vəziyyətin təhlil olunmasında və problemlərin həllində istifadə olunur.

Problemi həll edərkən onun məğzinə varmaq, adekvat riyazi aparatı seçmək, beləsinin mövcud olmadığı halda isə - onun işlənib-hazırlanması vacibdir; öyrəniləsi prosesin və ya obyektin düşünülmüş modelinin yaradılması, alınmış modelin vasitəsi ilə zəruri nəticələrin əldə edilməsi və bundan sonra onların interpretasiyası zəruridir. Praktiki və ya elmi problemlər, öz tərəfindən riyaziyyatı əhəmiyyətli və maraqlı vəzifələrlə təchiz edir. Bununla əlaqədar, tədris zamanı bizi əhatə edən mühitin dərk edilməsində, sosial-iqtisadi və ya texniki proseslərin idarə olunmasında, məişət və ya elmi problemlərin həllində və riyazi biliyin, məntiqi cəhətcə möhkəmləndirilmiş elm sistemi kimi formalaşdırılmasında və verilməsində riyazi metodlardan istifadə olunmasına əhəmiyyətli diqqət yetirilməlidir. Bundan başqa, riyaziyyatın tədrisi zamanı əsas nəzər-diqqətin həm praktiki və həm də elmi xarakterli problemlərin həllinə yönəldilməsi şagirdlərin motivasiyasını gücləndirir və onlarda riyaziyyata maraq oyadır.


Yüklə 286,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin