Yaqub əlioğlu qarabağin şƏHİd oğullarinin narahat ruhlarina və erməNİ



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix03.02.2017
ölçüsü0,75 Mb.
#7307
  1   2   3   4   5

YAQUB ƏLIOĞLU

 

QARABAĞIN ŞƏHİD OĞULLARININ NARAHAT RUHLARINA VƏ ERMƏNİ 



FAŞİSTLƏRİNİN ƏSARƏTİNDƏ HƏSRƏTLƏ GÖZLƏRİ YOLDA QALAN ŞƏHƏR-

LƏRİMİZİN, RAYONLARIMIZIN, KƏND-LƏRİMİZİN VNÜDULMAZ ƏZİZXA 

TİRƏSİNƏ İTHAF EDİRƏM...

 

MÜƏLLİF.

 

 

ŞUŞA   TEATRI...

 

 

f



 

BAKI – 2001 

 

ÖN SOZ...

 

BAKIDAN GÖRÜNƏN ŞUŞA



 

Azərbaycan meydan tamaşa-larınm, "Qaravəlli"lərin, "Kilim-arası"nın (kukla oyunlannın) tə-

şəkkül tarixi min illərin tarixini aşıb və gedib düz xalq mədəniy-yətinin lap ilk dövrlərinə çıxır. 

Amma teatrşünaslığımız xalq teat-rının tarixinə çox az çıraq tutub. Doğrudur, bəzi tədqiqat əsər-

lərində xalq teatrmın müəyyən dövr mərhələsindən bəhs edilsə də, əslində onun poetika 

xüsusiyyətləri, elmi-nəzəri prinsipləri, estetik göstəriciləri tədqiqatdan kənarda qalıb. 

Elə peşəkar teatnmızın da tarixi hərtərəfli öyrənilməyib. Xüsusilə Azərbaycan teatr həyatının 

1938-1949-cu illər dövrü. O dövr ki, Lənkəranda (Azərbaycan və rus), Şəmkirdə, Şuşada 

(Azərbaycan və erməni), Şəkidə, Şamaxıda, Qubada, Ağdaşda, Göyçayda, Bərdədə, Zaqatalada, 

Ağdamda, Qaryagində (indiki Füzuli rayonu), Salyanda, Sabirabadda, Qazaxda, Ordubadda 

Dövlət Dram teatrlan fəaliyyət göstərib. Bu sənət ocaqlarımn əksər qismi 1942~1943-cü ilə 

qədər Dövlət Kolxoz-Sovxoz Teatn adı ilə işləyiblər və sonra "kolxoz-sovxoz" sözü aradan 

götürülüb. Teatrşünaskğımız isə ümumiyyətlə, teatr tariximizin bu mərhələsi haqqında susub, ən 

yaxşı halda kimsə bir cümlə ilə böyük bir dövrü "ümumiləşdirərək" əsas məqsəddən yan keçib. 

Adlarını sadaladığım sənət ocaqları arasında Şuşa Dövlət Musiqili-Dram Teatrının özünəməxsus 

yaradıcılıq rolu var. Nə-hayət ki, teatrşünas Yaqub Əlioğlu bu teatrın yaradıcıhq döv-ründən, 

bütövlükdə isə Şuşa şəhəri teatr mühitindən bəhs edən, elmi araşdırmalara söykənən sanballı bir 

kitab yazıb. Elə bu cəhdin özü alqışlanmalı, təqdir edilməli və teatrşünaslığımızda yeni tədqiqat 

istiqamətinin örnəyi olmalıdır. Əminəm ki, olacaq da. "Şuşa teatrı..." bir neçə bölmədən (Şuşanm 

teatr mühiti, Şuşa kolxoz-sovxoz teatn, U.Hacıbəyov adına Şuşa Dövlət Mıısi-qiIi-Dram teatn, 

Şuşa Musiqüi xalq teatn, Şuşa Dövlət Musiqili-Dram teatrı, Şuşa teatr mühitinin yetirmələri və 

b.) ibarətdir. Həmin bölmələr əslində Şuşa teatr mühitinin xronoloji ardıcıl-hğından doğub və 

yekunda sənət yolu panoramına çevrilib. 

Yaqub Əlioğlu səriştəli teatrşünasdır. Onun qəzet səhifə-lərində müxtəlif teatrlann tamaşalarına 

aid maraqlı resenziyalan (Yaqub Məmmədov imzası ilə) çap olunub, ayn-ayrı aktyorlar-dan, 

rejissorlardan portret-oçerkləri dərc olunub. Teatnn müxtəlif sahəterini əhatə eləyən kitablan işıq 

üzü görüb. Mənim aləmim-də isə "Şuşa teatrı..." kitabı Yaqub Əlioğlımun həm ciddi, həm vacib, 

həm də maraqlı tədqiqat-araşdırmasının məhsuludur. 

Müəllifın uğurlu cəhdlərindən biri də budur ki, o, teatnn tarixi inkişaf yolunu ardıcıl tədqiq 

etməklə yanaşı, həm də Şuşa mühitinin yetirmələri olan Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir 

bəy, Nəcəf bəy Vəzirov, Niyazi, Mehdi Məmmədov, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Əhməd 

Ağdamski... barədə ensiklopedik məlumatları oxunaqlı və əhatəli tərzdə ümumi-ləşdirib. 

"Şuşa teatrı..." kitabı dil-üslubuna görə də maraq doğurur. Kitabda çoxlu infonnasiya var və 

bunların çoxu ayrı-ayrılıqda müxtəlif tədqiqatlar üçütı ilkin mənbə ola bilər. Məsələn, "Şuşa 

teatrının üslub və janr axtarışlan", "Şuşa teatnnda aktyor prob-lemi", "Rejissor üslubu və Şuşa 

teatrı", "Repertuar və teatr"... problemləri çox yığcam şəkildə Yaqubun kitabmda öz təcəs-

sümünü tapıb. Əslində isə bunlar müstəqil elmi araşdırmamn mövzusudur. 


Yaqub Əlioğlu Bakıdan görünən Şuşa teatr mühitinə aydınhq və elmi prinsipiallıq gətirmək 

cəhdində uğurlu nəticələrə nail olub. İnanıram ki, bu kitab həm peşəkarlar üçün lazımi vəsait 

olacaq, həm də geniş oxucu kütləsində maraq doğuracaq. Ən əsası isə Azərbaycanm rayon 

Dövlət teatrlarmın tədqiqi yolunda örnəyə çevriləcək, teatrşünaslıq elmimizin tədqiqat arealını 

zən-ginləşdirməklə əsaslı vəsaitə çevriləcək. 

İlham Rəhimli 

Sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi  

 

 

QOYNUNA GİRMƏYƏ QALMIŞDIR BİR AZ KÖNÜL FƏRƏHLƏNİB EYIƏDİ PƏRVAZ. 

ÖLMƏYİB GÖRƏYDİM SEYRİNİ HƏR YAZ, SƏNDƏ VARDIR BAŞQA LƏTAFƏT, ŞUŞA!

 

SƏMƏD VURĞUN.

 

ŞUŞANIN TEATR MÜHİTİ... 

Bəşəri dəyərlərə söykənən zəngin köklərdən, adət-ənənə-lərdən, mərasimlərdən, folklordan 

bəhrələnərək boy atan hər bir sənət növünün inkişaf tapmasında dövr və zaman amili ilə yanaşı, 

həm də həmin məkandakıların münasibətlərini, həyat baxışlannı açıqlayan münbit mənəvi 

zəminin mühüm rolu vardır. Məhz işıqlı təbiətə raalik zəngin abu-havalı bir mühitdə insan və 

cəmiyyətin həyatmda mühüm rol oynayan sağlam düşüncəli mənəvi dəyərlər həyata uzun 

Ömürlü, əbədi bir sənət vəsiqəsi ala bilir. Bu mənada incəsənətin başqa növləri kimi teatr sənə-

tinin də doğulduğu mühitdən çox şey asıh olur. 

Məlumdur ki, Qarabağm dilbər, cənnət gıışəsi olan Şuşa Azərbaycan (Türk) ədəbiyyatma, 

incəsənətinə, teatrına dahi sənətkarlar bəxş etmişdir. Maddi və mənəvi abidələrlə zəngih olan 

Şuşa qalası yarandığı gündən bütün dövrlərdə, Avropa və şərq səyyahlannı, tacirlərini Özünə 

heyranhqla cəlb edən mə-dəniyyət mərkəzi olmuşdur. Avropa və Şərq mədəniyyətinin 

qovuşduğu bir məkanda təbii ki, şəhər meydanında pərvəriş tapan çox qədim kökləri və ənənələri 

olan əmək fəaliyyəti ilə bağlı qədim ayinlər, mərasimlər, oyunlar nümayiş etdirilir, 

gözbağlayıcılar (foksçular), dərvişlər, kəndirbazlar öz məharət-lərini meydanlarda xalqa 

göstərirdilər. Meydanlarda oynamlan "Kosa-kosa", "Kilimarası", "Qaravəlli", "Kəfsəc", "Qodu-

qodu" xalq oyun tamaşalarına yerli camaatla yanaşı, müsafırlər də heyranhqla baxırdılar. Nikbin 

əhval-ruhiyyəli bu tamaşalarda, gülüş, satira və kinayə ilə insanların çatışmayan cəhətləri, qüsur-

ları, naqis keyfıyyətləri meydan oyıınbazlarımn məharəti ilə ifşa olunurdu.  Xalq tamaşaları 

adətən açıq meydanlarda olurdu. Oyunbazlar (onlara lotular, mütrüblər də deyirdilər) heç bir 

səhnə dekorun-dan istifadə etmədən camaatın gözü qarşısında müxtəlif oyun çıxardırdılar. 

Pəhləvanlar öz ustalıqlarını göstərir, sehrbazlar hipnoz vasitəsilə müxtəlif gözbağlayıcı 

"möcüzə"lər göstərir, kəndirbazlar zuraa səsi ilə kəndir üzərində, kuklaçılar isə palaz arxasında 

oyun çıxardır, eyham və tapmacalarla camaatı əylən-dirirdilər. Meydanlarda, bazarlarda xalq 

dərvişlərin möcüzə və mədhiyyələrinə diqqət kəsilirdilər. Məlumdur ki, dərvişlik peşəsinin 

əsasını XVI əsrdə Səfəvilər sülaləsi qoymuşdur. Məqsəd şiəliyin təbliği və möhkəmlənməsi 

olmuşdıu*. 

Qədim dövrdən Azərbaycanda ölən insam dəfh etmək mə-rasimi vaxtı camaat bir yerə toplamr, 

onu oxşayıb torpağa tapşırır-dılar. Bu mərasimlərə xüsusi olaraq yuğçu dəvət olumırdu. 

Yuğçular qopuz çalıb mərhumun qəhrəmanhğından damşar, ağı deyib onu həzin-həzin 

oxşayardılar. Bu oxşamalar yunan-ların Dionis ayininə və yaxud hindlilərin Budda üçün ağlama-

lanna çox oxşar idi. Bütün bu oyunlarda, mərasimlərdə gələ-cəkdə formalaşacaq professional 

teatnn elementləri, komponent-ləri, oyun parametrlərini müəyynələşdirən janrları (komediya, 

faciə, dram) öz təcəssümünü tapmaqda idi. XVI əsrdə xalq teatrı ilə yanaşı şiəliyi təbliğ edan 

yeni tamaşa növü olan şəbih-lərə başqa şəhərlərdə olduğu kimi Şuşada da geniş yer yerilirdi. 

Adətən şəbihlərin məzmunu eyni olurdu. Sənətşünashq doktoru, professor Mahmud 

AUahverdiyev şəhər divarları yamnda, dağın döşündə keçirilən şəbih tamaşası haqqmda belə 

yazır: - "... Şuşada keçirilən şəbih tamaşasmda əvvəl sinə vuranlar dəstəsi gəlir, sonra Hüseynin 

qızına nişanlanmış kiçik İmam bər-bəzəkli şəkildə səhnəyə daxil olurdu. O, Hüseyndən 

müharibəyə girmək icazəsini alır və müharibədə Öləcəyini də əvvəlcədən bilirdi. Onun ancasınca 

Yezidin ordusu və sərkərdəsi səhnəyə çıxırdılar. Nəhayət, Hüseynin atı meydana daxil olurkən, 


yaralanndan qan süzülürdü. Belə naturalistik ünsürlər bütün təfsilatı ilə "şəbih"lərdə nümayiş 

etdirilirdi. Bu dəstələr keçib qurtardıqdan sonra İmam Hüseynin tabutunu gətirirdilər. Hüseynin 

ölüsünü təmsil edən müqəvvamn sinəsinə bir neçə nizə sancıhr, cənazəsinin hər iki tərəfində isə 

günahsızhğı təmsiJ edən göyərçinlər qoyulurdu."

1

 

Şuşadakı "şəbih" tamaşalannı öz tablosunda əks etdirən rəssam V.Vereşşaginin əl işitıə diqqət 



yetirdikdə sanki emosional hisslərlə çuğlanmaqla insan kütləvi faciənin iştirakçısma çevrilir. 

Təbii, belə izdihamh bir tamaşada iştirakçı ifaçılarm sayı çoxluq təşkil edir və bütün baş verən 

hadisələri təsirli etmək üçün şəbih oyununa cəlb olımmuşlan, çaİğıçılan, qoşun bÖlmə-lərini, 

əsirləri, dəvələr dəstəsini, rövzəxanlan, zəncir və sinə vuranlan, xor dəstələrini vahid bir 

kompozisiya ətrafında birləş-dirrnək Iazım idi. Belə bir məsul vəzifəni şəbihkərdan (rejissor) öz 

boynuna götürürdü. Şəbihkərdän hadisələn hazırlayıb mey-dana gətirənə kimi, tamaşa 

iştirakçılan ilə çox iş gorraəli olurdu. Şəbih tamaşasında iştirak edənlərdə həm də yamqh həzin 

səs olmalı idi ki, onun oxuduğu qəsidələr mərasim iştirakçılarmm qəlblərini riqqətə gətirsin, 

onlarm gözlərindən yaş çıxartsın. Şəbihlər adətən, naməlum müəlliflər tərəfindən yazıhrdı. 

Miste-riyanm süjeti bu faciəni əks etdirməklə tamaşada iştirakçıları iki cəbhəyə bölürdü: İmam 

və onun tərəfdarlan, bir də onlann düşmənləri. Tamaşada şəhid rollannı oynayanlar qəmli səslə 

oxuyur, düşmən tərəfin iştirakçjlan isə qəzəbli reçitativlə da-nışırdılar. Birincilərin taleyinə 

camaat ağlayır, ikinci tərəf-dəkilərə isə lənətlər yağdınrdı. Bax, beləcə Şuşanm meydan 

'M.AIlahverdiyev "Azərbaycan xalq teatn tarixi", B - 1978, səh. 101.

 

və bazarlannda, karvansaralarında oynanılan tamaşalarda gülüş və göz yaşı (komediya və faciə) 



insanların gündəlik həyatları idi. Şuşadakı xalq oyun və mərasimləri teatr ünsürləri ilə zəngin 

olmaqla əsrdən-əsrə, nəsildən-nəslə məhz xalqın mənəvi inkişaf təkamülü ilə sıx tellərlə bağlı 

olmaqla, forma və məzmununu zənginləşdirməklə təşəkkül tapmaqda idi. 

XIX əsrdən başlayaraq Şuşada teatr tamaşalan artıq yeni ictimai məzmun və forma kəsb etməkdə 

idi. Mütərəqqi fikirli insanlar arasmda teatra qarşı maraq hissi artdıqca, tərəqqiyə doğru cəhd 

edildikcə, ətrafdakı cəhalətə, dini fanatizmə, köhnə adət-ənənəyə qarşı fikir oyaıuşı baş qaldınr, 

sanki qaranlıqda çabalayan mənəvi gözlər açılmağa başlayırdı. Qaranlıqda işıq axtarmağın 

yolunu isə mütərəqqi fıkirli ziyahlar xalqı maarif-ləndirməkdə görürdülər. Bu ideyanm həyata 

keçməsində teatrın rolunu dərindən dərk edən yerli ziyalılar teatr tamaşaları göstər-məyə 

başlayırlar. 

İlk vaxtlarda yerli və başqa millətlərin nümayəndələri ilə birlikdə Şuşada teatr və sirk tamaşalan 

göstərilməyə başlayır. 

XIX əsrin 40-cı illərində şuşahların mədəni həyatmı maraqh faktlarla açıqlayıb göstərən 

sənətşünashq doktoru, professor İnqilab Kərimov yazır: -"Məlum olur ki, yerli əhali yalnız xalq 

teatrlannm tamaşalan, xanəndə və aşıqların çıxışlan ilə kifayət-lənməyib, müasir teatr 

tamaşalarına da baxırmışlar. Şuşada yerli kəndirbazların və səyyar sirk artistlərinin də çıxışlan 

olurdu. "Qafqaz" qəzeti bu barədə yazır: - "Hazırda şuşalıların bütütı əyləncələri içərisində 

birinci yeri cənab Lamberkerin sirk tama-şaları tutur. Onun gözəl təşkil edilmiş truppası hər bir 

şəhərdə camaatı yaxşıca əyləndirə bilər. Cənab Lamberkerin özü boş çəkilmiş kəndirdə 

tullanmağı ilə tamaşaçüarm nəzərini cəlb edir.;

2

 

Ümumiyyətlə, XIX əsrin ortalarmda Şuşanın mədəni həyatında bir canlanma duyulmaqda idi. 



Belə ki, 1848-ci ildə artıq Şuşada tamaşalann: oynanması üçün teatr və sİrk səhnələri var idi. Bu 

haqda A.S. itnzalı müəl-lifin Şuşadan Tiflisə göndərdiyi məlumatda oxuyuruq: - "Estetik 

:

İ.Kərimov "Ə.Haqverdiyev və teatr", B. - 1975, səh. 8. cəhətdən şuşahlar başqa şəhərlərdə 



olmayan bir zövqə malik-dirlər. Burada yerli əhali teatr nə olduğunu bilmirdi. İndi isə ona 

həvəslə baxır... Gözəl dekorasiyalar, zövqlə düzəldilmiş lojalar, dram sənətinin həvəskarlan olan 

gözəl ifaçılarm oynadığı rollar tamaşaçılan çox cəlb edir.

3

 



Çox təəssüf ki, həmin tamaşanın və həvəskar artİstlərin adı qeyd olunan yazıda göstərilmir. 

Lakin bu faktm özü şuşalılarm mədəni səviyyəsinin yüksək olmasma dəlalət etməklə, artıq 

həmin şəhərdə teatr komponenti olan qarşılıqh tamaşa və tama-şaçı ünsiyyətinin movcud 

olduğunu bir daha təsdiqləyir. Şuşa ziyahlan vaxtaşın tamaşalar oynayır, ədəbi məclislər qurur, o 

zamanlar bütün Zaqafqaziyanın mədəni mərkəzi olan Tiflisdəki mütərəqqi düşüncəli maarifçi 


ziyalılarla sıx əlaqə saxlayırdılar. Artıq Tiflisdə 1850-ci ildə M.F.Axundov özünün "Hekayəti-

Molla İbrahimxəlil kimyagər", "Hekayəti-Müsyöjordanhəkimi-nəbatat və Dərviş Məstəli şah 

cadukuni-məşhur", "Sərgüzəşti vəziri xani Lənkəran" komediyalannı yazmışdı. Görkəmli ədibin 

komediyalan Peterburqda (1851) və Tiflisdə (1852) ev teatrla-nnda tamaşaya qoyulsa da, Öz 

doğma məmləkətində onun bu əsərlərindən çoxlarmın xəbəri belə yox idi. 

M.F.Axundov həmvətənlərini komediyalan ilə tanış etmək qəranna gəlir. Ən maraqhsı budur ki, 

böyük ədib bu missiyasında üzünü Bakıya deyil, məhz teatr tamaşalarımn fntişar tapdığı Şuşaya 

tutur. 1852-ci ildə Şuşa qaİasına gələn M.F.Axımdov əsərlərinin xalq arasmda yayılması üçün, 

Qarabağ xanzadələ-rinin keçmiş müəllimi, Xoşnəvis Mirzə Əbdüllətif Molla Kəlbəli oğlunu 

yanma dəvət edir. Bu haqda Mirzə Əbdüllətifin özünün məlumatı çox maraqlıdır: - "1852-ci ildə 

həqiqəti və incəlikləri bilən, maarif və ürfan məsəbli və xeyirverən cənab Mirzə Fətəlı 

Axundzadə, Qafqaz canişini şərəfli knyaz Vorontsovun buyruğu ilə bir əmri yerinə yetirmək 

üçün Şuşa qalasına gəlib bu zəif bəndə Əbdüllətifi çağıraraq o yüksək rütbəli cənabın 

əsərlərindən olan bu təmsillərin üzünü koçürməyi təklif etdi. Buna görə də onun əmrini yerinə 

yetirərək bu təmsilləri Öz müsəvvədəsindən köçürüb yazdım."

4

 



3

"Kavkaz" qəzeti, 1848, N? 43.

 

4

Q.MəmmədIi "'Azərbaycan teatnnm salnaməsi", B - 1975, səh. 22.  



 

Məlumdur ki, M.F.Axundovun "Təmsilat"mm kitab şəklində çapına 1859-cu ildə çar çinovniki 

İ.K.Kaytmazov Qafqaz mət-buat komitəsi adından icazə vermişdir. Deməli, Mirzə Əbdüllətif 

ədibin komediya və povestlərinin əlyazmasmdan əsərlərin üzünü çıxardaraq, Şuşa ziyahları 

arasmda yaymışdır. Heç də təsadüfı deyil ki, sonradan Mirzə Fətəli Axundovun nikbin əhval-

ruhiy-yəli komediyalarının tamaşaları, Şuşanm teatr həyatmda apancı mövqeyə malik olmaqla 

tamaşaçıların qəlb və düşüncələrinə, hiss və duyğularına hakim kəsilməklə onlan sirli-sehrli teatr 

aləminə daha böyük qüvvə ilə cəzb etmiş olur. 

Lakin camaatm teatr tamaşalarma güclü axmı din xadimlə-rinin və cahil adamların heç də 

xoşuna gəlmirdi. Müxtəlif yol-larla insanların teatra olan marağmın qarşısını almaq istəyənlər, 

cahillər teatr tamaşaları və şer-sənət məclisləri keçirmək üçün Şuşa ziyalılanmn yaratdıqları teatr 

salonunu 1854-cü ildə qumar-xanaya çevirmişdilər. Təbii ki, mütərəqqi fıkirli ziyalılar bu halla 

heç cür barışa bilməzdilər. 

Yerli ziyalı İ.S.Abessalomov özü kimi düşünən bir neçə şuşalı gənclə birlikdə həmin klubun 

salonunu təmir edib orada səliqə-sahman və qayda-qamın yaradır. Klubun səmərəli fəaliy-yət 

göstərməsi üçün İ.S.Abessolomov başda olmaqla xüsusi ağsaqqallar şurası yaradıhr. Teatr 

tamaşalanna diqqət daha da artır. Teatra olan bu müsbət münasibəti açıqlayan "Qafqaz" qəzeti 

yazırdı: -"Hazırda bizim Şuşa cəmiyyətimizi iki şey ma-raqlandırır: klub və teatr. Bəzi yerli 

adamların klubun gələcəyi barədə ümidsiz fıkirlərinə baxmayaraq onun fəaliyyəti xeyli 

genişlənmiş, üzvlərinin sayı ikiqat artmışdır... Cəmiyyəti düşün-dürən ikinci əsas məsələ teatrdır. 

Dəmək üzvlərinin həmrəy və yaxm münasibətdə olduqları bir şəraitdə teatr işini qaydaya salmaq 

çətin deyildi. Xüsusilə, bir neçə nəfər səhnə sənəti ilə tanış olan, bu işə rəhbərlik etməyi bacaran 

adamın olduğu təqdirdə, bu çətinlik xeyli azalır... Teatr işinə olan ümumi həvəs nəticəsində 

ikimərtəbəli böyük ev tikilib teatrın ixtiyanna veril-miş, lazımi mebel alınmış və başlanğıc üçün 

lazım olan pul əldə edilmişdir. İlk tamaşalar aşağıdakılardan ibarət olmuşdur: "Əldə olan şeyin 

qədrini bilmirik, itirdikdə ağlayırıq" və "Evliliyin ləzzəti".

5

 

5



 Qafqaz   qəzetı, 1 mart 1872-cı ıl. Din xadimləri və cahil bəylər tərəfindən həmişə təhqir və 

təqiblərə məruz qalan teatr həvəskarlan bəzən öz həyatları bahasına olsa beiə, tamaşa 

oynamaqdan çəkinmirdilər. Şuşanın ilk teatr fədailərindən biri, mütərəqqi fıkirli, məlahətli səsi 

olan müqtədir müəllim, şair təbli, istedadh aktyor, Azərbaycan teatr sənətinə 45 il cani-dildən 

xidmət etmiş Mirzə Muxtar öz xati-rələrində belə bir maraqlı faktı açıqlayır: - "45 il bundan 

qabaq (1874-cü ildə) Şuşada mərhum Mirzə Fətəli Axundovım əsəri "Hacı Qara"m tamaşaya 

qoyduq. O vaxtda mətbəə-fılan olmadı-ğından qələm ilə 35 elan yazdıra və payladım camaata. 

Axşam tamaşaçıların bəziləri, "şəriətə zidd bir şey olsa, vay halına", -deyib məni hədələdi. 

Allaha şükür ki, dinə müxalif bir şey tapmayıb razı qaldılar."

6

 



Lakin sonralar teatr tamaşalarındakı çıxışlarına görə Mirzə Muxtar təqiblərə dözə bilməyib 

doğma şəhərini tərk etməli olmuşdu. Şuşada teatr tamaşalan .insanlan əyləndirib, onlara həzz 

bəxş etməklə yanaşı, özünün humanist baxışh ideyalan ilə tamaşaçılan təsirləndirib-

düşündürürdü. EIə ona görə Şuşada teatra ikili münasibət mövcud idi. Biri əql və düşüncəni 

cövhər-ləndirən yeni mütərəqqi işıqlı fıkirlər, digəri isə arxaik həyat tərzinə söykənətı baxışlar... 

Deməli, teatr həm də kohnəliklə yeniliyin qarşı-qarşıya durduğu bir məkan idi. Bu mübarizədə 

kimin qalib çıxacağı, gələcək zamanın hökmünə bağlı idi. Bütün bu həqiqətləri duyub dərk edən 

dövrün qabaqcıl insanlan, maarif və mədəniyyət xadimləri bütün qüvvələrini toplayaraq, teatr 

tamaşalannın müntəzəm və mütəşəkkil bir şəkildə göstəril-məsinə çalışırdılar. Xüsusilə şəhərin 

mütərəqqi ziyalıları, müəl-limləri həryay tətilində birlikdə yeni-yeni tamaşalar göstərirdilər. Bu 

tamaşalar əsasən Mirzə Fətəli Axundovun komediyalarından ibarət idi. Tamaşaların iştirakçılan 

isə Yusif bəy Məlik Haqnə-zərov, Haşım bəy Vəzirov, Bədəl bəy Bədəlbəyov, Əbülfət Vəli, 

Firudin bəy Köçərli, Mirzə Muxtar Məmmədov, Həsənəli bəy Sarıcalinski, İsmayıl Şəfibəyov, 

Cabbar Qaryağdıoğlu və başqalan idi. Bu tamaşalarda iştirak etmək üçün xüsusi musi-qiçilər də 

dəvət olunurdu. 

(>

Q.Məmmədli "Azərbaycan teatrınm salnaməsi", B - 1975-ci il, səh. 41 Ümumiyyətlə, Şuşa 



musiqiçilərinə, xanəndələrinə teatr səh-nəsi doğma idi. Beİə ki, oniarın əksəriyyəti Tiflisdə 

keçirilən teatr tamaşalannın antraktı (fasiləsi) zamanı çalıb-oxuyurdular. Görünür elə bu amilin 

özü, xanəndələrin teatr tamaşalarında çıxışı, gələcəkdə tnusiqi ilə oxunan (operanın) teatr 

tamaşalarınm meydana gəlməsinə müəyyən nıənada öz təsirini gostərə bilmişdir. 

Şuşa gözəl təbiəti və istedadh saf insanları ilə yanaşı, həm də incəsənət-ədəbiyyat beşiyi 

oİmuşdur. Elə buradaca ömrünün sonuna kimi qəlbi Şuşa ilə vurmuş musiqişünas, tədqiqatçı 

Firu-din bəy Şuşinskinin yazdığı bu sətirləri xatırlamaq yerinə düşərdi: - "XIX əsrin 90-cı 

illərində Şuşada bir sıra ədəbi, musiqi yə incəsənət məclisləri olmuşdur. Bu məclislərdən 

musiqişünaslar məclisi (rəhbəri Nəwab), xəttatlar məclisi (rəhbəri Kərbəlayı Səfıxan), 

xanəndələr məclisi (rəhbəri Hacı Hüsü), nüsxəbəndlər məclisi (rəhbəri Məşədi Əkbər), nəqqaşlar 

məclisi (rəhbəri Kərbəlayi Səfərəli və Nəwab), memarlar məclisi (rəhbəri Kər-bəlayi Səfixan) və 

sair məclislər olmuşdur. Şübhəsiz ki, bu məclislərin fəaliyyəti nəticəsİndə Şuşa şəhəri böyük 

incəsənət və musiqi mərkəzinə çevrilmişdir."

7

 



Tədqiqatçının qənaətləri ilə hesablaşmaqla yanaşı, təkcə onu əlavə etmək istərdik ki, incəsənətin 

adları çəkilən bütün bu komponentləri teatr sənətinin təbiətində təcəssüm tapmış vacib 

amillərdir. 

Şuşanın mədəni mühiti bütün dövrlərdə sözlə, səslə, musiqi ilə, bir sözlə, incəsənətlə nəfəs alıb. 

Bu şəhəri başqa yerlərdən fərqləndirən əsas amillərdən biri, burada elmə-maarifə, sənət-karlığa 

daima diqqət verilməsidir. Ona görə şuşalı gənclər təhsil ardınca Rusiyanm, Avropanm 

şəhərlərinə üz tuturdular. Onlar öz doğma şəhərlərinə təhsil aldıqları mühitin maarifini, incəsə-

nətini gətirərək, Şuşanm mədəni həyatmı bu yeni ənənələrlə zənginləşdirirdilər. Şəhər realnı 

məktəbində dərslər türk, alman, fransız, rus dillərində tədris olunurdu. Bu faktın özü-özlüyündə 

şuşahların bəşəri dəyərlərə yiyələnmələrini, dünya sivilizasi-yasına can atmalarmı gostərən əsas 

amillərdən biridir. Təbii 

7

F.Şuşinski "Şuşa", B - 1998, səh. 128.  



ki, məktəbdə müəllim və tələbələrdən İbarət xalq çalğı alətləri orkestri, xor və dram dərnəkləri 

faliyyət göstərirdi. 

"Novoe obozrenie" qəzeti Öz səhifəsində şuşalılann mədəni səviyyəsini, zövqünü və sənətə 

diqqət yetirmələrini açıqlayan belə bir xəbər dərc etmişdir: - "22 aprel 1890-cı ildə realni uçilişin 

zalında musiqi səhərciyi göstərildi. Səhərciyin proq-ramması 26 nömrədən ibarət idi. Burada 

deklomasiya, nağıl söyləmək, musiqili səhnəcik göstərmək, xor ilə mahnı oxumaq və tələbə 

orkestrinin çalğısım dinləmək olurdu. Bir çox ədəbi əsərlər rus, türk, fransız, alman və başqa 

dillərdə oxunurdu. Tələbə xorunun, xüsusilə, orkestrin çalğısı tamaşaçılan məftun etdi. 

Səhərcikdə çıxış edən valideynlər belə maraqh səhər-ciklərin tez-tez təşkil olunmasını arzu 

etdilər."

8

 


Şəhərdə təşkil olunan tamaşa və konsertlərdən əldə edilən vəsait çox vaxt xeyriyyə məqsədilə 

yoxsul tələbələrə paylan-maqla yanaşı, şəhərin abadlıq işlərinə sərf olunurdu. 

Ümumiyyətle, XIX əsrin axın, XX əsrin əvvəlləri geniş intişar tapmış maarifçilik abu-havası, öz 

millətlərinin imzasını başqa millətlər arasmda gormək istəyən şuşah ziyalıların həyat amalı idi. 

Bəşəri dəyərlərdən yoğrulmuş bu arzu vo istəyin həyata keçməsi üçün onlar, öz fəaliyyətlərində 

hər cür formaya əl atmaqla qaranlıqda işıq axtarmağa cəhd edirdilər. Çox vaxt da öz istəklərinə 

nail olurdular. 

Teatra həvəs göstərən ziyalılann sayı artdıqca, onlann ara-sında səhnə əsəri yazmağa həvəs 

göstərənlər də tapılırdı. Uşaq-lıqda Şuşada teatr sənətinə vurğunluğunun necə baş verdiyini 

Ə.B.Haqverdiyev öz xatirə yazısında belə açıqlayır: - "1884-cü ildə 14 yaşmda ikən bir dəfə 

teatra getdim. Mirzə Fətəlinin "Xırs-quldurbasan" pyesini oynayırdilar. Teatrda pərdə açılanda 

mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı, bir də baxdım ki, müəllimim Yusif 

bəy əynində çuxa, başında buxara papaq, belində xəncər, əlində tüfəng səhnədə dayamb 

igidlikdən dəm vurur. Get-gedə tanıdığım iTtüəUimlərin birini arvad libasmda gorüb teatnn və 

komediyanın nə olduğunu anladını"

9

 



Kli

HoBoe o6o3peHHe", 1 may 1890-cı il N2 2188.

 

y

Q.Məmmədli Azərbaycan teatrınm salnaməsi", B - IM75. səh. 59.  



 

 

Səhnə ilə ilk tamşlıq elə həmin ildə (1884) gənc Əbdürrəhim bəyə "Hacı Daşdəmir" adlı ilk 



pyesini yazdınr və sonrakı taleyini teatrla sıx bağlayır. 

Təkcə Ə.B.Haqverdiyevin deyil, bir çox açıq fıkirli şuşalı ziyalüann müəllimi olan Yusif bəy 

Məlik Haqnəzərov, məktəb-də riyaziyyatdan dərs deməklə yanaşı, həm də şəhər dumasımn üzvü 

idi. Teatr tamaşalarında fəal iştirak edən Yusif bəy, Şuşanın ən qabaqcıl fıkirli ziyalılarından biri 

idi. Ə.B.Haqverdiyev öz ilk müəllimi haqqında belə yazırdı: - "Realnı məktəbdə oxuyar-kən 

yenə hər yay Yusif bəyin kontoruna gedirdim. Yusifbəy mütəəssib bir teatro həvəskan idi... 

Şagirdlərini də teatr tərəfə təşviq edirdi. Və mənim teatroya həvəsim onun təşviqi sayə-sində 

başlanıb getdikcə artdı. Axır vaxtlarda Yusifbəylə aramız-da sıx bir rəfaqət var idi və qocalığına 

baxmayaraq, mənim əsərlərimdən rollar götürüb gözəl oynayırdı."

10

 



1885-ci ilin avqustunda Şuşadakı teatr həvəskarları bir ay içərisində M.F.Axundovun "Müsyö 

jordan və Dərviş Məstəli şah", "Hacı Qara", "Vəziri-xani-Lənkəran" komediyalarım uğurla 

oynayaraq şəhər camaatımn rəğbətini qazamrlar. Tama-şadan əldə edilən vəsait isə xeyriyyə 

məqsədilə şəhərdəki sənət məktəbinə verilir. 1891-ci ildə Şuşa varlılanndan N.A,Xandəmirov 

yeni teatr binası tikdirir. Bu şəhərin həyatında mühüm bir hadisə idi. "Novoe obozrenie" qəzeti 

Özimün 2612 N9-1İ sayında bu bir hadisə ilə bağh belə bir məlumat dərc etmişdir: - "1891-ci ilin 

yazında şuşalı cənab Xandəmirovun teatr binası istifadəyə verilmişdir. Artıq yerli həvəskarlar üç 

tamaşa göstərmişlər. Teatr biletlərinin həddindən artıq baha olmasma baxmayaraq, biletlər tez-

tez satılır."

11

 



Yeri gəlmişkən, Şuşada XIX əsrin 40-cı illərindən rus dilində tamaşalar göstərilirdi. Daha sonra 

isə Xandəmirovun teatrınm nəzdində rus truppası da fəaliyyətə başladı. Bu truppanın 

repertuarında dünya dramaturgiyasından nümunələr oynanılırdı. Deməli, yerli teatr həvəskarlan 

həm də əcnəbi dramaturqlann əsərləri ilə tanış olmaq imkam qazanırdılar. Görünür, elə bu 

i0

Ə.B.Haqverdiyev "Seçümiş əsərləri" B - 1971, 2-ci cild, səh. 468. 



u

"Novoe obozrenie" qəzeti, 

28 iyul 1891-ci il Ns 2612.  

 

sənət təmasının təsiri altında şuşalı müəllim, dramaturq, jumalist Haşım bəy Vəzirov 1893-cü 



ildə V.Şekspirin "Otello" əsərini ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. Sonradan yerli 

həvəskarlar tərəfındən bu əsər tamaşaya qoyulmuşdur. Haşım bəy Vəzirovun özünün qələmə 

aldığı "Evlənmək su içmək deyil" komediyasınm tamaşası isə Şuşanın teatr tarixində qalma-qallı 

sənət hadisəsinə çevrilmiş bir faktdır. Bununla bağh gör-kəmli ədib, rejissor, aktyor, ictimai 

xadim Ə.Haqverdiyev, "Keç-miş günlərdən" məqaləsində belə yazır: - "1892-ci il yay fəsli idi. 

Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun teatro salonunda Haşım bəy Vəzirovun 

"Evlənmək sü içmək deyil" adlı komediyasını oynayırdılar. Əsərin pərdələrindən birisində, 


Qarabağda olan adət üzrə hər toyda qumar oynayanlar üçün xüsusi bir otaq aynlärdı. 

Qumarbazlar, çalandan-oxuyandan xə-bərsiz olaraq, toyun axırına qədər gecə-gündüz quraarla 

məşğul olardılar. 

Səhnədə qumar məclisi göstərilirdi. Bir guşədə dörd nəfər əyləşib "dörd aşıq" oynayırdılar. Bir 

aşığm "alçı" durraası üstündə mübahisə düşür. Oynayanlardan birisi aşığm durduğunu sübut 

etdikdə, o birisi aşığın alçı durmayıb, ancaq palazın qın-şığına söykənib alçıya bənzədiyini 

söyləyir. Birinci oyunçu öz sözünü isbata yetirmək üçün birdən qışqırdı: "A kişi, Həzrət Abbasa 

and olsun ki. aşıq alçıdır." Bu sözlər teatro salonunda bir bomba kİmi partlayıb, tamaşaçıların 

arasında böyük bir qan-şıqhğa səbəb oldu. Teatroda olan gənclər,-"Bu məlunlar, din-sizlər Allahı 

tanımayanlar, araq-çaxır içənlər, nə haqq ilə teatro kimi nalayiq bir yerdə Həzrət Abbasın adım 

çəkirlər", - deyə xəncər və tapançalara əl atırlar. Teatro yarımçıq pozuldu, aktyor-lar dal qapıdan 

qaçdüar."

12

 

Aktyorlann bir çoxu şəhəri tərk etməli oldu. Haşım bəy Vəzirovun özü isə bir müddət 



təqiblərdən qaçıb gizlənməli oldu. Sonradan tanınmış şəhər ağsaqqallannm köməyi ilə o, 

axundun yanına gedərək, komediyanın əlyazmasını ona göstərir ki, bəs mənim əsərimdə dinə aid 

heç nə yazılmayıb. Bundan sonra axundun göstərişi ilə dindarlar sakitləşirlər. 

i:

Ə-B.Haqverdiyev "Seçilmiş əsərləri", 2-ci cild, B - 1971, səh. 437.  



 

Cəfakeş, böyük ürək sahibləri olan artistlər haqqmda Ə.B. Haqverdiyev sonralar belə yazmışdır: 

- Dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist 

üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən 

artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çimki nəticəsi parlaqdır."

13

 



Şuşada teatr sənətinə maraq, ziyah xalq müəllimləri arasmda daha da artmağa başlayırdı. Çünki 

onlar maarifçilik işığımn yandınlmasında teatnn rolunu artıq çox gözəl dərk etrnəyə başlamışlar. 

Artıq ana dilində yeni-yeni pyeslər, komediyalar yazılmağa və çap olunmağa başlayırdı. 1893-cü 

il "Novoe obozrenie" qəzeti 17 iyul tarixli saymda Yeni tatar (azərbaycanlı) komediyalan 

haqqında məlumat verərək, yazırdı: - "Nəcəf bəy Vəzirovun "Daldan atılaıı daş topuğa dəyər" 

komediyası Mir Abbas bəy Vəzirzadə tərəfındən tərtib edilib, habelə, "Sonrakı peşmançılıq 

fayda verməz" komediyası çapdan çıxmışdır." 

Getdikcə Şuşanın mədəni həyatında teatr qaynar bir məkana çevrilirdi. Yerli ziyalı gənclərin 

teatra daha çox diqqət yetirməsi ruhaniləri bərk narahat edirdi. Ona görə teatr çıxardanlar tez-tez 

onların qəzəbinə tuş gəlirdilər. Bəzən də ziyahlarla din xadimləri üz-üzə gəlməli olurdular. 

Bununla bağh "Novoe obozrenie"dəki bir başqa məlumat diqqəti çəkir: - "Bu günlərdə 

həvəskarların İştirakı ilə iki pyes oynamlmışdır. Bu pyeslərdən biri, hələ indiyədək heç yerdə 

oynanmamışdır. Biri "Evlənmək su içmək deyil", o birisi isə bir pərdəli "Qocahqda yorğahq" 

əsəridir. Tamaşanın sabahı şəhərə səs yayıldı ki, onun müəllifı (H.B.Vəzirov - Y.Əlioğlu) bu 

əsərinə görə öldürüləcəkdi. Xüsusilə, ruhanilər bərk qəzəblənmişdilər. Ziyalılar isə müəHifə 

havadar çıxmışdılar."

14

 

Şuşada teatrın təşəkkül tapmasında Ə.B.Haqverdiyevin əvəzsiz xidmətləri olmuşdur. Əgər onun 



qəlbinə teatrın ilk sevgisi, müəllimi Yusif bəy Məlik Haqnəzərov tərəfmdən qoyulmuşdusa, 

sonradan bu sənət sevgisini alova çevirən onun Peterburqda təhsil aldığı illər olmuşdur. 

13

Ə.B.Haqverdiyev "Seçilmiş əsərləri, 2-ci cild, B - 1971, səh. 382. 



u

"HoBoe oöoäpeHne", 1895-cİ il.

  

Parlaq zəkaya malik olan Ə.B.Haqverdiyev tez-tez teatr tama-şalarına baxmağa daha çox 



üstünlük verirmiş. Özü həmitı illəri öz tərcümeyi-hahnda belə xatırlayır: - "1891-ci ilin 

avqustunda Peterburqa ali təhsil almaq üçün getdim. O vaxt Aleksandrinsk dram teatn mənim 

ikinci müəllimim olub, müqəddəratımı təyin elədi. Elə bir həftə olmaz idi ki, mən teatra üç dəfə 

olmasa da, bir dəfə getməyim. Bu teatrın təsiri sayəsində Peterburqda "Yeyərsən qaz ətini, 

görərsən ləzzətini" komediyamı yaz-mışam."

15

 



Ə.B.Haqverdiyev Peterburqda oxuduğu illərdə yay tətilini Şuşada keçirər, burada teatr 

həvəskarları ilə birgə tamaşalar hazırlayardılar. Peterburq teatrlannın təsiri altında olan, böyük 

arzularla yaşayan gənc Ə.B.Haqverdiyev, mövhumatın hökm sürdüyü bir şəhərdə din 

xadimlərinin fıtvasına baxmayaraq, öz tutduğu yoldan çəkinmirdi. 



Şuşanın teatr həvəskarlan 1896-cı ilin yaymda Ə.B.Haqver-diyevin yenicə yazdığı "Dağılan 

tifaq" faciəsini müəllifm rejissorhığu ilə tamaşaya qoyurlar. Tamaşada müəllim və şagirdlər 

iştirak edirdilər. Yusif bəy Məlik Haqnəzərov (Nəcəf bəy), Zülfiiqar Hacıbəyov (Sona xanım), 

S.S.Axundov (Süleyman bəy), Rza Mirzəyev (Nazh xanım) rollarım böyük müvəf-fəqiyyətlə 

oynamışlar. 

"Dağılan tifaq" faciəsinin Şuşadakı ilk tamaşası ilə bağh Ə.B.Haqverdiyev yaradıcılığımn 

tədqiqatçılanndan biri yazır: -"Ə.B.Haqverdiyev özü rəssam olmasa da, dekorlarm çəkilib 

hazırlanmasmda yaxmdan iştirak edirdi. Bu işdə ədibin qardaşı Xosrov bəy də az zəhmət 

çəkməmişdir. Tamaşadan əvvəl müsamirə keçirilmiş, aşıqlar, xanəndələr Aşıq Abasqulu, şəkili 

Ələsgər, Kəblə Dadaş və b. çıxış etmişlər. 

Ə.B.Haqverdiyev bir rejissor kimi işin öhdəsindən məharətlə gəlmiş, ifaçıların oyununda 

təbiiliyə çahşmışdı. Hadisələrin ümumi məntiqi inkişafı ilə bağh olan meşə, şimşək çaxması, göy 

gurultusu, ildınm və s. hallar inandıncı şəkildə göstərilmişdir. Tamaşa böyük müvəffəqiyyətlə 

keçmiş, aktyor ifası cəhətdən xüsusilə maraqlı olmuşdur. Deyilənlərə görə, S.S.Axundov - 

i3

Ə.Haqverdiyev "Hərcümeyi-hal" Az. EA Əlyazmaları Fondu, inv - 5834.  



 

Süleyman bəy rolunu ifa edərkən birdən-birə belindəki kəmər qınlır və xəncər yerə düşür. 

Əlbəttə, bu qeyri-təbii bir hal idi. Lakin Süleyman Sani özünü itirmir, əksinə, bu vəziyyəti 

obrazm faciəli hah ilə əlaqələndirir, vəziyyətdən çıxmaq üçün cəld deyir -"Bax, bu yaxşı olmadı, 

görünür, mənə bir sədəmə toxuna-caqdır." 

Obrazın sonrakı vəziyyəti ilə, ölümü ilə tamamilə uyuşan bu sözləri S.S.Axundov elə təbii və 

ustalıqla söyləyir ki, hamı bunun əsərin özündən olduğunu zənn edir. 

"Dağılan tifaq" faciəsi ilk dəfə Şuşada oynamldıqdan sonra Bakıda, Tiflisdə, Batumda, 

Naxçıvanda və bir çox başqa şəhər-lərdə dəfələrlə müxtəlif ifalarda tamaşaçılara göstərilmişdir.

16

 



Ümumiyyətlə, Şuşada teatr tamaşası qurmaq, oynamaq heç də hətnişə asan olmayıb. Xüsusilə, 

bu işlə böyük arzu və istəklə məşğul olan Ə.B.Haqverdiyevin başı çox bəlalar çəkib. Görkəmli 

yazıçımız Abdulla $aiq öz xatirələrində yazır: -"Ə.B.Haqverdiyevə Şuşada "Şəbihgərdan" adı 

qoyulmuşdur. 1896-cı ildə, Şuşa şəhəri müəllimlərinin və Nikolayevski məktəbinin tələbələrinin 

iştirakı ilə "Dağılan tifaq" faciəsi tamaşaya qoyulur. Xandəmirovun böyük salonunda keçirilən 

bu tamaşamn rejissorhığunu Ə.B.Haqverdiyey özü edirmiş. Rollar müəllimlər ilə tələbələr 

arasmda paylanır. Üçüncü bəyin rolunu 

- S.S.Axundov, qumarda uduzan bəyin arvadının rolunu tələbə-lerdən Rza Mirzəyev oynayır. 

Məktəblilər nəğməsini Ü.Hacı-bəyov və başqalan oxuyurlarmış, Tamaşanm sabahı arvad rolunu 

oynayan Rza Mirzəyevin anası məktəbə gəlib hay-küy qoparmış: 

- "Hanı o Şəbihgərdan? Mənim oğluma arvad paltarı geyindirib xalqın qabağma çıxardan o 

Əbdürrəhim hardadır? Onun başına bir oyun açım ki..." deyə Haqverdiyevi hədələyirraiş."

17

 

M.F.Axundovun "Hacı Qara" komediyası ikinci dəfə 1897-ci ildə Şuşada tamaşaya 



qoyulmuşdur. Həmin illərdə tamaşalanrt təşkili və rejissorluğu N.B.Vəzirovun, 

Ə.B.Haqverdiyevin üzərinə düşürdü. Qadın rollarını Rəsul Tahirov və Salah bəy Zöhrabbəyov 

oynayırdılar. Hacı Qara rolunu Həsənəli bəy 

16

İ.Kərimov "Ə.Haqverdiyev və teatr"sB - 1975, səh. 25-28. 



l7

Xatirələrim, Bakı - 1961, səh. 195.  

 

Sancalinski, Əsgər bəy rolunu Cavad bəy Vəzirov, Səfər bəy rolunu Firudin bəy Köçərli, 



Kərəməli rolunu isə Haşım bəy Vəzirov ifa edirdi. Tamaşa yerli camaatm daha çox xoşuna gəldi. 

Bu barədə aktyor Murad Muradovun xatirələri çox maraq-hdır: - "1897-ci ilin yay aylannda 

yoxlama imtahanlanna hazır-laşırdıq. Bir gün Yusif bəy dərsin axırında məni yamna çağırdı: 

"Get, bu qeyd etdiyim adamlan tapıb bııra gətir". Mən siyahıda adlan olanları tapıb qayıdana 

qədər müəllimlər otağındakı adamlann sayı artmışdı. Nəhayət, tamaşa günü gəlib çatdı. Səh-nə 

hazır olandan sonra Yusif bəy mənə pul verdi. Bazardan ət, kartof, soğan, noxud, lavaş və başqa 

şeyləri alıb gətirdim. Yusif bəy əti piti qabına töküb səhnədə hazırlanmış manqalın üstünə qoydu. 

Xandəmirovun zah Şuşada təxminən 300-400 nəfər tamaşaçı tutan yeganə yer idi. Böyük və 

uzunsov bir otaqdan ibarət olan bu zalın bir başmda kiçik səhnə yerləşmişdi. Hətta bir kiçik 



eyvanı da vardı. Tamaşaçılar üçün oturmağa stullar düzülmüşdü. Divardan böyük lampalar 

asümışdı. Lap axşama yaxm tamaşamn iştirakçıları Xandəmirovun zalına toplaşıb, səh-nəni 

bəzədilər. Səhnədə "universal" bir dükan düzəltdilər. Dü-kanın bir tərəfində tərəzi, onun yanında 

pul daxılı qoyuldu. Xandəmirovun evində düzəldilmiş dükan şəhər dükanlarmdan heç də geri 

qalmırdı. Budur, Hacı Qara tərəzinin dahnda oturub, gələn müştərilərə dükandakı malları təklif 

edir, bəzən də əlin-dəki uzun çömçə ilə bu və ya başqa şeylərdən götürüb müştə-rilərə verib yola 

salırdı. O, hərdənbir ocaqda qoyulmuş piti qazanına baxır, pitinin kəfıni alır, hətta, duz, soğan, 

kartof da tökürdü. Hacz Qaranm oğlu Bədəlin rolunu mən oynayırdım. Mən Hacıdan bir qədər 

aralı oturub camaatı seyr edirdim. Birdən Hacı Qara əlindəki arşım əlimə vurub dedi: - "Ay 

qoduq, yatma! Dur pitinin kəfmi aj*.." 

Gözləmədiyim bu hadisə hahmı dəyişdirdi və nə edəcəyimi bilmədim. Bu barədə əvvəlcədən 

mənə heç nə deyilmədi-yindən, özümə haqq qazandırmaq üçün: - "Axı bunu mənə əvvəlcədən 

deməmisən", - dedim. Bu sözlərin roldan kənar olduğunu tamaşaçılar da hiss etdi. Zalda gülüşmə 

qopdu."


18

 

]N



Murad Muradovun bu xatirəsi İ.Kərimovun "Haqverdiyev və teatr" kitalpmdan götürülmüşdür 

(səh. 66-67).  

 

Ə.B.Haqverdiyev rejissor və təşkilatçı kimi teatr səhnəcikləri hazırlamaqla yanaşı, Şuşada həm 



də ilk dəfə olaraq Şərq konsertləri təşkil etmişdir. Bu səhnəciklər və konsertlər xalqı teatra 

yaxınlaşdırmaqla, ornın zövqünü də formalaşdırırdı. 

Hələ 1897-ci ildə Ə.B.Haqverdiyevin təşəbbüsü ilə göstə-rilən Füzulinin məşhur "Leyli və 

Məcnun"undan bir parça "Məcnun Leylinin qəbri üstündə" səhnəciyi sonralar Azərbaycan teatr 

tarixində mühüra rol oynatmşdır. 

Qeyd etmək istərdik ki, məşhur el xanəndəsi Cabbar Qar-yağdıoğlumm Məcnuıi rolunda başına 

quş yuvası qoyub səhnəde oxuması bütün Şuşanı lərzəyə gətirmişdi. O cümlədən, həmin səhnədə 

pərdə arxasında xorda oxuyan balaca Üzeyir Hacıbə-yov bu hadisədən ömürlük təsirlənmiş və 

sonralar Azərbaycanda opera musiqisinin əsasını qoymuşdur. Bu təsadüf idimi, yoxsa 

zəruriyyət?! 

Dövr və zaman təsdiqlədi ki, əlbəttə, zəruriyyət idi. Amma bu hadisənin beşiyi başında duran 

səbəbkar Ə.B.Haqverdiyevi minnətdarlıq hissi ilə daima anmaq lazımdır. 

Sonralar Şuşada Əlişir Nəvainin "Fərhad və Şirin" poema-sından daha bir səhnəcik göstərilmiş, 

orada da Fərhadı Cabbar Qaryağdıoğlu oynamışdır. 

XIX sonu XX əsrin əwəllərində Şuşa Qafqazın konserva-toriyası, həm də vokal məktəbi kimi 

bütün Yaxın və Orta Şərqdə məşhur idi. 

Qafqazın İtaliyası adlandınlan bu faktla bağlı "Kaspi" qəzeti yazırdı: - "İtaliya vokal məktəbi 

Avropa musiqi tarixində hansı mövqe tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi tarixində eyni 

mÖvqedə durur."

19

 



Şuşanın hər daşı altda bir istedadın olduğunu qeyd edən musiqişünas Firudin Şuşinski yazırdı: - 

"Azərbaycanm başqa yerlərinə nisbətən Şuşada musiqiçi, çalan, oxuyan, rəqs edən daha çox idi. 

Təkcə XIX əsrdə istedadlar məskəni olan bu şəhərdə 95 şair və ədib, 22 musiqişünas, 35 

xanəndə, tar, kaman və başqa çalğı alətlərində çalan 70-ə yaxın musiqiçi var idi. Təsadüfı deyil 

ki,   məşhur rus şairi Sergey Yesenin 

19

"Kaspi" qəzeti, 12 avqust 1900-cü il N° 17.  



 

məktublarının birində qeyd edir ki, "əgər biri oxumağı bacar-raırsa, deməli, şuşalı deyildir."

20

 

Ə.B.Haqverdiyev bütün varlığı ilə teatr sənətinə bağh oldu-ğundan səhnəni heç zaman 



unutmurdu. 1904-cü ildə Ə.B.Haq-verdiyev Şuşa şəhər idarəsinə üzv seçilir. Lakin o, 

yaradıcüığımn başqa sahələri ilə yanaşı, bir rejissor olaraq həvəskarlarla birlikdə yeni-yeni 

tamaşalar«da qururdu. V.Şekspirin "Otello" faciəsinə, N.B.Vəzirovun "Yağışdan çıxdıq, 

yağmura düşdük" kome-diyasına, özünün "Bəxtsiz cavan", "Dağılan tifaq" əsərlərinə quruluş 

verən Ə.B.Haqverdiyevin tamaşalannda H.B.Vəzirov, Həsənəli bəy Sarıcalinski, Rəsul bəy 

Tahirov, Mirzə Ələkbər Axundov, Həbib Köçərlinski çıxış etmişlər. Teatr sevgisi ilə 



"xəstələnmiş" Ə.B.Haqverdiyev Özünün son günlərinədək Azərbaycan səhnəsi ilə çalışmış, 

dramaturqluq, rejissorluq etmiş, teatr sənətimizin inkişafı naminə əlindən gələn köməyi 

əsirgəməmişdir. 

1904-cü ilin avqustunda Şuşada ikinci dəfə Ə.B.Haqver-diyevin quruluşunda oynamlan 

V.Şekspirin "Otello" faciəsi o dövrdə Azərbaycandan kənarda da əks-səda doğurmuşdur. 

Moskvada çıxan "Novosti dnya" qəzeti öz səhifəsində çap etdiyi məqalədə bu tamaşa ilə bağh 

belə yazırdı: - "Tamaşa camaata o qədər güclü təsir göstərmişdir ki, Dezdemonanm ölüm 

səhnəsində onlar göz yaşlannı saxlaya bilmirdilər. Tamaşa qurtaran kimi tamaşaçılar "Otello" 

əsərinin tərcüməsini almaq üçün tələsdilər."

21

 



Tiflisdə çıxan "Qafqaz" qəzeti isə bu tamaşa ilə bağlı belə bir məlumat verirdi: - "22 avqust 

tamaşasında olan şuşalılar faciədən böyük zövq aldılar... hətta, uzağa gedəcək tamaşaçılar da 

sakit oturub baxırdılar. Yalmz fasilələrdə öz minnətdarhqlannı alqışları ilə bildirirdilər. 

Tamaşanm göstərildiyi vaxtdan 3-4 gün keçsə də, camaat hey bu tamaşadan danışırdı. Tatnaşaya 

baxa bilməyənlər çox təəssüflənir və bunu özləri üçün bir itki sanırdılar. Görənlər isə dahi 

Şekspirin bu və ya başqa sözünü təkrar edir, həvəskarlardan bu tamaşamn təkrar göstərilməsini 

^Firudin Şuşinskİ "Musiqişünasın düşüncələri", B - 1995, səh. 10. 

2l

"Novosti dnya" qəzeti 1904-



cü il, 8 sentyabr.  

 

xahiş edirdilər. Təcrübəsiz həvəskarlardan bu qədər mürəkkəb və ciddi faciəni yaxşı 



oynayacaqlannı gözləmək olmazdı. Ancaq onlann öz rollarmı çox yaxşı oynadıqlarına hamı 

heyrət etdi."

22

 

Artıq Şuşada teatr mütərəqqi ideyaların təbliğatçısı kimi xal-qın şüuruna təsir etməkdə idi. Şuşa 



teatnnın 1903-1910-cü illər repertuarı janr əlvanhğı ilə zəngin idi. M.F.Axundovun "Hacı Qara", 

V Şekspirin "Otello", Ə.B.Haqverdiyevitı "Dağılan tifaq", "Hacı Daşdəmir", "Ac həriflər", 

N.B.Vəzirovun "Hacı Qəmbər", "Dad yarımçıq əlindən", "Daldan atılan daş topuğa dəyər", 

S.M.Qətıizadənin "Xor-xor", "Axşam səbri xeyir olar", N.Nərimanovun "Nadir şah", 

Z.Hacıbəyovun "Evlikən subay", "ƏUi yaşmda cavan", Y.Kətıanın "Evlənmək" və başqa müəl-

liflərin əsərləri Şuşamn teatr həvəskarlan Y.Məlik Haqnəzərov, H.Vəzirov, Zülfüqar 

Seyidbəyov, Məmmədəli Orucov, Zülfüqar Hacıbəyov, Həmid Axımdov, Musa Şuşinski, Surxay 

Abdul-layev, Mirzə Ələkbər Axundov, Xosrov və Hüsü Mamayevlər tərəfmdən uğurla oynamlır, 

tamaşaçılar tərəfindən alqışlanırdı. 

Şuşanm teatr mühitinə Bakı artistləri də öz sənət töhfəsini bəxş edir, yerli həvəskarlar və 

tamaşaçılarda teatr tatnaşalarma marağı daha da artmrdüar. 

Həmin dovrlərdə artıq xalq arasmda məşhur artist kimi tanı-nan Hüseyn Ərəblinski və Sidqi 

Rıriıulla tez-tez şuşah teatrse-vərlərin qarşısında çıxış edirdilər. Şuşanın mədəni həyatında 

mühüm hadisə olan belə görüşlərin biri haqqmda "Şuşinski listok" qəzeti özünün 24 iyul 1911-ci 

il tarixli nömrəsində yerli tamaşaçılara xəbərdarlıq edərək yazırdı: - "Məşhur artist tragik 

Ərəblinski Bakıdan gəlmişdir. O, burada Obşestvennoye sobraniye binasında bir neçə tamaşa 

verəcəkdir, Onunla birlikdə Tağıyev teatrınm artistkası A. Olenskaya və Ə.Qəmərlinski də 

gəlmişlər. Birinci olaraq "Nadir şah", yaxud "İranda böyük dövlət çevrilişi" əsəri oynanacaqdır.

23

 

Şuşahların teatra blan rnarağını duyan Bakıdan gəlmiş qonaqlar elə həmin ilin avqustunda 



"Bəxtsiz bala", "Pulsuzluq" və "Nadir şah" əsərlərini uğurla oynadılar. 

-"Qafqaz" qəzeti, 7 sentyabr 1904-cü il. 

23

Q.MəmmədU "Azərbaycan teatr salnaməsi", B - 1975, səh. 255.  



 

Ümumiyyətlə, Şuşanın Azərbaycan incəsənəti və ədəbi mühitində özünəməxsus yeri vardır. 

Həmin dövrdə Azərbay-canın maarifçi ziyalıları, yazıçılan, şairləri, rəssamları, musiqi-çiləri 

Şuşaya təkcə dincəlməyə, istirahətə deyil, həm də yeni əsərlər, tamaşalar haqqında fıkir 

mübadiləsi etmək üçün top-laşardılar. Ona görə görkəmli Azərbaycan ədiblərinin əksəriy-yətinin 

yaradıcılıq taleyində Şuşa mədəni mühitinin öz yeri, öz izi var. Görkəmli yazıçı-dramaturq Cəlil 

Məmmədquluzadənin də yaradıcılıq taleyində Şuşanın öz yeri var. 


Mirzə Cəlilin şuşah ziyahlarla sıx ünsiyyətdə olmasını və onlann fıkirlərinə xüsusi hörmətlə 

yanaşmasmı bildirən Rzaqulu Nəcəfov öz xatirələrində belə yazır: - "Ölülər" komediyasımn 

birinci oxunması 1913-cü ildə Şuşa qalasında vaqe olmuşdur... Həmin ilin yayında biz də qalada 

idik. Mirzə Cəlillə həyat yoldaşı Həmidə xanımın mənzilləri şəhərin erməni hissəsində idi. O 

yayı Bakıdan Sarabski və Ağdamski qalaya qastrola gəlmişdilər. Başqa artistlər də vardı. 

Əbdürrəhim bəy də ki, adəti üzrə yayı Şuşada keçirirdi - Əbdürrəhim bəy Haqverdiyev, hal-

hazırda bərhəyat olan maarif və səhnə xadimlərimizdən Azad Əmirov, qardaşı doktor Umbay 

Əmirov, Surxay Adıgö-zəlov, xalq artistimiz Sarabski, Əhməd Ağdamski, doktor Kərim bəy 

Mehmandarov, Bədəl bəy Bədəlbəyov, Həmidə xanım, Mirzə Cəlilitı qardaşı Mirzə Ələkbər, o 

vaxtın məşhur dram artisti səhnədə Vəli adı ilə şöhrətlənrmş Əbülfət Vəliyev və bu sətirləri 

yazan və daha bir neçə zat hazır idilər. Mirzə Cəlil cürətsiz, bir qədər utana-utana "Ölülər"i 

oxumağa başladı... 

Hamı bir səslə əsəri təqdir və tərif etməklə bərabər, hələlik səhnədə qoyulmasım, bilxassə 

mövhumat yuvası olan Şuşa qalasmda... tez olduğunu qeyd etdilər."

24

 

Təbii, mütərəqqi fıkirli bu sənət fədailərinin arzulan bir neçə iüər sonra həyata keçərək, Mirzə 



Cəlilin başqa əsərləri kimi "Ölülər" tragik komediyası da Şuşada oynanılacaqdır. Lakin həmin 

dövrdə bu arzunun həyata keçməsinə zaman ehtiyacı var idi. 

-

4

Cəlil Məmmədquluzadə "Məqalələr, xatirələr", B - 1967, səh. 93-94.  



 

 

1916-cı ilin avqustun 17-də Mirzə Cəlilin "Ölüləf' kome-diyası Şuşada, Xurşudbanu Natəvanm 



qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyuldu. Təbii ki, bu tamaşadan sonra 

Mirzə Cəlil mollalarm qəzəbinə tuş gəldi. Amma Şuşada hamı mollalar kimi düşünmürdü. 

Şuşada, ümumiyyətlə, sənətə və sənətkara bütün dövrlərdə hörmət və ehtiram olmuşdur. Hələ 

1914-cü ilin avqustunda şuşalılann sevimli aktyoru, dramatik və operetta rollanmn tnahir ifaçısı 

Azad bəy Əmirovun səhnədəki fəaliyyətini yüksək qiymətləndirən "Şuşinski listok" qəzeti belə 

bir məlumat dərc etmişdir: - "Müsəlman səhnəsinin zəhmətkeşi Azad bəy Əmirovun benefısinə 

Bakıdan gəlmiş artistlərdən Sarabski və Ağdamskinin iştirakilə "O olmasm, bu olsun" tamaşası 

oyna-nılacaq. Məşədi İbad rolunu Azad Əmirov özü oynayacaq. Tamaşmm dirijoru Zülfuqar 

Hacıbəyov, rejissoru Hüseynqulu Sarabskidir... Bizim tamaşaçılanmız onu Nəcəf bəy, Kəblə 

Hacı, Məşədi İbad rollarında dəfələrlə alqışlamışlar. Bu gün də keçmişdə olduğu kimi teatra 

gəlib Azad Əmirovu Məşədi İbad rolunda alqışlayacaq və ona gələcəkdə də səhnədə müvəf-

fəqiyyət qazanmağı arzulayacağıq."

25

 

. Göründüyü kimi, XIX əsrdən fərqli artıq Şuşada teatr tatna-şalarma və aktyorlara münasibət 



dəyişərək, yeni müsbət fıkirlər də formalaşmağa başlamışdır. Təbii, bu müsbət fıkir, hər cür 

təzyiq və təqiblərə baxmayaraq, Şuşa teatrmın tamaşalan sayə-sində mütnkün olmuşdur. 1915-

1920-ci illərdə, artıq Şuşa teat-rmm repertuarında Ə.B.Haqverdiyevin "Ac həriflər", "Dağılan 

tifaq", N.Vəzirovun "Hacı Qəmbər", S.M.Qənizadənin "Axşam səbri xeyir olar", Ü.Hacıbəyovun 

"Məşədi İbad", Z.Hacıbə-yovun "Əlli yaşmda cavan" ve başqa əsərlərin tamaşalan var idi. 

Teatr hər bir cəmiyyətin aynasıdır. Bu aynada təbii ki, neqativ hallar göstərilməklə yanaşı, dövr 

və zamanın olayları da öz əksini tapır. Tarixi ictimai-siyasi hadisələr bu və ya digər tərzdə öz 

izini qoymaqla həraişə həmin cəmiyyətdə yaşa-yanların mənəvi dünyasına zərbə vurur, onları 

fıziki təsir və 

25

Q.Məmmədlİ "Azərbaycan teatnnın salnaməsi" B - 1975, səh. 378-379.  



 

təzyiq dairəsində saxlamağa çalışırdı. 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal 

etdikdən sonra Azərbaycan tari-xinin yeni bir səhifəsi - sovetlər dovrü yazılmağa başladı. Teatra 

özünün ideoloji maraqlannın sınanmış və etibarlı təbliğat-təşvi-qatçısı kimi baxan bolşeviklər elə 

ilk gündən Demokratik Res-publika dövründə mövcud olan Dövlət teatnndakı aktyorlann 

hesabına "müstəqil" Azərbaycan hökumətinin teatr truppasını yaratdı. Beləliklə, Azərbaycan 

incəsənəti və ədəbiyyatmm tərkib hissəsi olan, 1873-cü ilin martında özülü qoyulan professional 

Azərbaycan teatrının yaradıcılıq simasım müəyyənləşdirib, fəa-liyyət istiqamətini müəyyən edən 

yeni sovetlər dövrü başladı... 


Təbii, Azərbaycan teatrmın sovet dövrünü bir mənalı qəbul edib, tənqid etmək heç də düz 

olmazdı. İlk dövrlər teatr səhnəsi yeni həyat tərzinin təbliğatçısı kimi yeni insan təfəkkürünün 

mənəvi-psixoloji dünya baxışmm formalaşmasına çahşırdı. Yeni dövrün təbliğatçısı olan teatr 

tamaşalannda mürəkkəb sinfi mübarizələr, üz-üzə gələn ata və oğulların fıkir aynlığı, din 

xadimlərinin ifşası, arxaik baxışla yeni ideyalann toqquşması, qadın azadlığı, kollektivləşmə, 

bərabərlik, xalqlann dostluğu, ictimai borcun şəxsi borcdan üstün olması və başqa amillər 

qabardılaraq xüsusi pafoslu oyun vasitəsilə tamaşaçılara çatdınlırdı. 

Bir sözlə, park və saraylarda, klublarda, teatr səhnələrində yeni dövr vəsf olunurdu. Bunlarla 

bərabər, Azərbaycan səh-nəsində bəşəri dəyərlərdən, ülvi hisslərdən, böyük arzu və əməllərdən 

bəhs edən əsərlərin tamaşası ideoloji basqılara baxmayaraq, həmişə olmuşdur. 

Təbii, Azərbaycan incəsənəti sahəsində baş verən bütün hadisələr, bu və ya digər tərzdə Şuşamn 

musiqi və teatr aləminə də öz təsirini göstərirdi. Yeni təşkil olunmuş Bakı Dövlət Teat-rımn 

aktyorları tez-tez zəhmətkeşlər qarşısmda çıxış edirdilər. 

"Yeni fıkir" qəzeti 1926-cı ildə Şuşaya qastrola gəlmiş Bakı artistlərinin çıxışı haqqında belə 

yazırdı: - "İyun aymın axır-lannda yoldaş A.M.Şərifzadənin rəhbərliyi ilə Şuşaya varid olmuş 

Bakı Dövlət Teatrı aktyorlan tərəfindən "İblis", "Şeyx Sənan", "Aydın", "Oqtay Eloğlu", "Qaçaq 

Kərəm", pyesləri 

 oynanıldı. "Şeyx Sənan" və "Qaçaq Kərəm" tatnaşalan Şuşada ilk dəfə olaraq oynamldığından 

boyük təsir bağışladı. Əsərin qəhrəmanları rolunda A.M.Şərifzadə və Mərziyə xanım roHarım 

böyük müvəffəqiyyətlə bitirərək əhali terəfındən dəfələrlə alqışlandılar. Oyunlar, ümumiyyətlə, 

çox gözəl keçdi."

26

 



A.M.Şərifzadə və Mərziyə Davudova Şuşa aktyorlan ilo birlikdə. 

İUər keçdikcə Şuşanın mədəni həyatı yeni sovet adət-ənənələri ilə zənginləşərək inkişaf etdikcə, 

şəhər də öz arxitektur görünüşünü dəyişir, yeni-yeni memarlıq abidələri ilə daha da abadlaşırdı. 

Müxtəlif mədətıi-kütləvi tədbirlər, musiqi raəclisləri şəhərin mədəni mühitini daha canlı və 

yaddaqalan edirdi. Təbii, bütün bu tədbirlerdə Şuşanm teatr həvəskarlan yaxından iştirak 

edirdilər. Saf suyu, gözəl təbiəti olan iıicəsənət beşiyi Şuşa, bütim dövrlərdə insanları öz ecazkar 

qoymma cəzb edirdi. Bu haqda musiqişünas Firudin Şuşinski məqalələrinin birində belə yazır. 

"Şuşa kurort məskəni olduğundan yay ayları daha izdihamlı olärdı. Hər yay Bakıdan Opera və 

Dratn teatrlanmn artistləri Şuşaya qastrol səfərinə və ya istirahətə gələrək Üzeyir Hacıbəyovun 

"Leyli və Məctıun", "Əsli və Kərəm", "Aşıq Qərib" operalannı, yeni zamanda Hüseyn Cavidin 

və Cəfər Cabbarlmm dratn əsərlərini tamaşaya qo-yardılar. O zaman Hüseynqulu Sarabski, 

Qəmbər Zülalov, ƏH Zeynalov, İsmayıl Eloğlu, Hüseynağa Hacıbababəyov, Yavər 

2<1

"Yeni fıkir" qəzeti, 9 iyul, 1926-cı il.  



Kələntərli, Cahan Talışinskaya kimi məşhur opera müğənniləri Abbas Mirzə Şərifzadə, Ülvi 

Rəcəb, Mərziyə Davudova, Fatma Qədri, Mustafa Mərdanov, Barat Şəkinskaya, Rza Əfqanlı, 

Möhsün Sənani, Süleyman Tağızadə kımi görkəmli dram artistləri yerli həvəskarlarla birlikdə 

opera və dram tamaşaları verərdilər. Həmin tamaşalarda Şuşa məclisinin üzvləri Seyid Şuşinski -

Məcnun, İbn Səlam, Məşədi Cəmil - Zeyd və Rza bəy, Mürşüd Haşımh - Hamlet, Əbülfət 

Tağıyev - Qubemator rollarında çıxış edərdilər. 

1935-ci ilin axırlannda Şuşa musiqi məclisinin təşəbbüsü ilə "Sabir adma klub" açıldı. Üzeyir 

bəy bu kluba böyük qayğı göstərirdi. Teatr sənətimizin parlaq ulduzu Abbas Mirzə Şərif-zadə də 

bu klubda çıxış etmişdi. Yaxşı yadımdadır, bir gün burada "böyük Şərq konserti" verilirdi. 

Həmin gecədə məşhur aktyorumuz Abbas Mirzə Şərifzadə Hamletin "Olum ya ölüm" 

monoloqunu söylədi. Salonu alqış sədalan bürüdü. Tamaşaçıların xahişi ilə o, Cəfər Cabbarlmın 

"1905-ci ildə" əsərindən Quber-natorun monoloqunu da söylədi. Şübhəsiz ki, vaxtilə Hüseyn 

Ərəblinski, H.Q.Sarabski, Əhməd bəy Ağdamski, Cəlil bəy Bağdadbəyov, Hacıağa Abbasov, 

sonralar Abbas Mirzə Şərif-zadə, Ülvi Rəcəb, Mustafa Mərdanov, Sidqi Ruhulİa, Barat 

Şəkinskaya, Fatma Qədri, Rza Əfqanh kimi məşhur teatr xa-dimlərinin Şuşaya tez-tez qastrola 

gəlib teatr tamaşalan göstər-mələri Şuşada teatr sənətinin də inkişafma imkan yaratmışdır."

27

 

Mütərəqqi ideyalarla zəngin olan Şuşanın teatr mühitinin təsiri ilə Qarabağın bir çox 



məkanlannda - Ağdamda, Qarya-kində (Füzuli) teatr truppalan yaradılmış, tamaşalar oynanıl-

mışdır. Məhz Şuşa teatr mühitinin yetirmələri sonradan Azər-baycan incəsənətinin təşəkkül və 

inkişafında mühüm rol oyna-mış, onun əsas bədii-estetik çalarlı, fəlsəfi yüklü enerji mənbəyi 

olmuşlar. Şuşa mədəni həyatmm yetirmələri olan sənətkarlaı* dünya incəsənəti kontekstində öz 

istedadlarını nümayiş etdirə-rək, bütöv bir məmləkətə, xalqa baş ucalığı gətirmişlər. Bu haqda 

gələcək yazılarda... 

--------------------- 

27

F.Şuşinski "Musiqişünasın düşüncələri", B - 1995-ci il, səh. 24. 



 

 

ŞUŞA KOLXOZ - SOVXOZ TEATRI



 

Keçmiş sovet məkanında kommunist ideologiyasmın həyata keçirilməsində teatrlar barometr 

rolunu oynayırdı. Məhz elə ona görə də Kommumst Partiyası yeni teatrların yaranmasına, 

inkişafına daha çox diqqət yetirirdi. Mədəniyyət incəsənət mər-kəzləri ilə zəngin olan böyük 

şəhərlərdən fərqli olaraq əyalətdə kənd təsərrüfatı və sənaye malları istehsal edən sovet adamının 

ideoloji "istirahətini" təmin edib, onları "mənən zənginləş-dirmək" üçün kommunist ideoloqlan 

yerlərdə kolxoz-sovxoz teatrlarmm yaranmasını məqsədəuyğun.hesab edirdilər. 30-cu illərdən 

başlayaraq, rayon, kənd və qəsəbələrdə, fəhlə və kolxozçularm "mənəvi istirahətini" təmin etmək 

üçün kolxoz-sovxoz teatrlan fəaliyyətə başlayır. Bu teatrlar rayon və kənd səhnələrində, eləcə də 

birbaşa əməkçilər qarşısında tarlalarda çıxış edirdilər. Əwəlcə professional teatr təşkilatçılarının 

və həvəskarlann hesabma formalaşaraq fəaliyyətə başlayan kolxoz-sovxoz teatrları sonradan 

mərkəz teatrlarının himayədarlığı sayəsində yaradıcı peşəkar aktyor və rejissorların hesabına öz 

maddi-texniki bazasım mohkəmlədərək repertuannı da zəngin-ləşdirdilər. Rusiyada özünə geniş 

dayaq tapan kolxoz-sovxoz teatrlan sonradan böyük sovetlər ölkəsinin hər yerində kiçik fonnah 

tamaşaları ilə sürətlə yayıhb inkişaf etməyə başladı. Qısa bir müddətdə belə teatrlann sayı 300-ə 

yaxın oldu. Hətta Mərkəzi Koxnitə 1934-cü ilin martın 15-də "Kolxoz-sovxoz teatrlarmın 

inkişafı ilə bağh" xüsusi qərar da qəbul etdi. Bu teatrların ideya bədii simasını, rq)ertuar 

siyasətini, aktyor və rejissor işini yaradıcılıq baxımından müəyyənləşdirmək üçün xüsusi olaraq, 

hətta "Kolxoz teatrı" adh (1934) juraal da təsis olundu. Nəzərə alsaq ki, 'o dövrdə Moskvanın 

qəran bizdə sözsüz qanun idi, onda hər şey aydın olar. Tezliklə Azərbaycanm rayonlannda da 

(Şamxorda, Şamaxıda, Qubada, Şuşada, Nuxada, Naxçıvanda, Qazaxda, Qaryagində (indiki 

Füzuli), Lətıkəranda və başqa yerlərdə) kolxoz-sovxoz teatrlan fəaliyyətə başladı. Moskvanm 

göstərişi ilə ilk dəfə respublikamızda Azərbaycan DÖvlət kolxoz-sovxoz teatn 1934-cü ildə 

yaradıldı. Qəribə olsa da, Bakıda. 

Bu səyyar tipli, kiçik formah təbliğat-təşviqat xarakterli teatnn qarşısında duran əsas vəzifə 

Azərbaycanın kənd və rayonlarmda ideal sovet cəmiyyətində yaşamaq "xoşbəxtliyindən" və bu 

cəmiyyətin antipodlarını, keçmişin qalığı olan qolçomaqları, ditı xadimlərini, kolxoz 

quruculuğuna və kollektivləşməyə qarşı olanlan, xarici dövlətlərə xidmət edən "vətən xainlərini" 

ifşa edən tamaşalarla, öz əyalət tamaşaçılannı tanış etməklə, onlan bu kimi hallara qarşı banşmaz 

olmağa, çahşdıqları sahələrdə ayıq-sayıq olmağa çağınrdılar. Lakin elə bu teatrın fəaliyyətə 

başladığı ilk gündən teatrdaxili erməni intriqası başladı. Qırmızı sovet dəyirmanına şər-xəta suyu 

tökənlər elə həmin ildəcə (1934-1935-ci illər) həmin teatnn Iəğvinə nail oldular. Lakin sovet 

təbliğinə qarşı çıxmağm nə ilə nəticələnəceyini gözəl bilən rəhbərlər 1936-cı ildə məcburiyyət 

qarşısmda qahb teatrın yenidən fəaliyyət göstərməsinə razılıq verdilər. Lakin bir şərtlə, türk 

(azərbaycan) və erməni truppalan ayn-aynhqda, müstəqil olaraq fəaliyyətə başladılar. Nə qədər 

qəribə olsa da, 20-ci illərdən ermənilər Azərbaycan incəsənət sahəsindəki idarə strukturlarına 

meharətlə yerləşdirilməyə başlanmışdılar. Mən hələ partiya, dövlət idarəçiliyi sistemi sahəsini 

demirəm, sadəcə, teatr sənətinin idarəçüiyi sistemini qeyd edirəın. Həmin ülərdən 1990-cı ilə 

qədərki dövrdə xalq komissarlan sovetinin incəsənət işləri idarəsindən tutmuş sonradan 

Mədəniyyət Nazirliyi struk-turu daxil olmaqla, maliyyə sistemi, idarə rəisləri və müavinləri, 

müfəttişlər. teatr direktorlan, inzibatçılar, mühasiblər və kassirlər, hətta bilet nəzarətçiləri də 

əsasən ermənilər idi. Bunun üçün S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət 

arxivində, incəsənət işləri idarəsinin hesabatlarma, əmr və sərəncamlarına baxmaq kifayətdir. 


Erməni amilinin ümumilikdə' Azərbaycan incəsənətinə və konkret olaraq Şuşa teatrma vur-duğu 

gizli zərbəni sonra açıqlayacağıq. 

İndi isə qayıdaq Dövlət kobcoz teatnnın sonrakı sənət ta-leyinə. Teatrın 1938-ci il repertuarmda 

A.Manaflının "Din", S.Rəhmanm 'Toy", V.Katayevin "Varh gəlin", Ü.Hacıbəyovun 

"Arşın mal 

alan", M.İbrahimovun "Həyat", C.Cabbarlının "Al-maz" əsərləri daxü edilərək oynanılmaqda idi.

28

 Təbii 


ki, bu əsərlərin əksəriyyəti bütöv şəkildə deyil, montaj edilərək (yəni ayn-ayn əsərlərin müxtəlif 

parçalarını bir proqram ətrafında birləşdirərək) zəhmətkeşlər qarşısında oynanılırdı. Teatnn direk-torları 

Nadir Tağıyev, Ağası Zeynalov, rejissoriar Yusif Yulduz, Səttar Sadıxzadə, Ələsgər Şərifov, İsmayıl 

Hüseynov, aktyorlar Abbasağa Hüseynov, Xatidə Məmmədova, Nazlı Məmmədova, Camal Rəcəbov, 

Şəfiqə Əİiyeva, Rza Məmmədov, Mollağa Heybətov, Zöhrə Abbasova, Mamed Pirili və başqaları öz 

səhnə fəaliyyətləri ile respublikamızın müxtəlif guşələrində tanınmaq-da idilər. Təbii ki, həmin illərin 

tamaşalarına, aktyor oyununa, rejissor işinə bu günümüzim professional sənət tələbkarkğı ilə yanaşmaq 

düzgün olmazdı. Bir də, Dövlət kolxoz-sovxoz teat-rının qarşısında duran vəzifə tamam başqa idi. Ona 

görə aktyor oyununda mübaliğəli hiperbolaya (şişirtməyə), şarja, patetik pafosa daha çox yer verilirdi. Bir 

müddət sonra əksəriyyəti həvəskar artistlərdən ibarət olan Dövlət kolxoz-sovxoz teatrmın səyyar 

fəaliyyəti bolşevik rəhbərləritıi razı salmadığı üçün yer-lərdə kolxoz-sovxoz teatrlarımn açılması daha 

məksədəuyğun hesab olundu. Respublikamızın başqa rayonlarmda olduğu kimi, 1938-ci ilin fevralmda 

Şuşada kolxoz-sovxoz teatrı yaradıldı.

29 


Azəri türkünə qarşı gizli genosid siyasəti yeridən erməni 

daşnakları ilə əlbir olan bolşevik rəhbərlər Şuşa kolxoz-sovxoz teatnna A.Barqeysyanı direktor, 

S.Ayriyam isə baş rejissor təyin etdilər. Yerli şuşahlar şəhərlərində teatr açılmasına sevinsələr də, teatra 

ermənilərin rəhbər təyin olunmalanna təəccüb qaldılar. İlk gündən yetıi yaranmış teatrda ikitirəlik 

yarandi! Bakıdakı həmfikirlərindən dəstək alan teatnn rəhbərləri isə yaradıcı truppanın və repertuarm 

tezlikiə formalaşmasma deyil, teatnn texniki və maliyyə heyətinin ermənilərdən təşkil olunmasına daha 

çox diqqət yetirirdi. Hətta iş o yerə çatdı ki, teatrın pərdəsini Sundukyamn "Pepo" əsəri ilə açmaq 

qərarına gəldilər. Lakin teatnn yaradıcı truppasma cəlb olutımuş aktyorlar və yerli

 

^Azərbaycan Dövlət Ədəbİyyat və İncəsənət antivi; F-345, s.214, vərəq 110. 



29

S.Mümtaz adına Dövlət 

Ədəbiyyat və İncəsənət arxivi, F-345, s.270, səh. 16.  

 

ziyalılar tərəfındən etirazla qarşüandığından, teatnn eraıəni rəhbərləri bu fıkirlərdən yan keçməli oldular. 



Ancaq öz gizli məqsədlərindən əl çəkmədilər. Teatrm açılışını bir il uzatmaq qəranna gəldilər. Şuşa 

kolxoz-sovxoz teatrımn direktoru Bar-qesyan Bakıya, İncəsənət İşlor İdarəsinə göndərdiyi 1938-ci ilin 16 

oktyabr tarixli məktubunda yazırdı: "Hələ ki, rayonda tamaşa hazırlamaq imkam olmadığına görə 

direktorluq yeni tamaşanm hazırlanması vaxtmı 1939-cu ilin aprelinə qədər uzat-maq qəranna gəlib. 

Qalan vaxtlarda kollektiv konsert proqramı ilə çıxış edəcək."

30

 



Lakin teatrm güclü təbliğat məktəbi olduğunu çox gözəl dərk edən sovet rəhbərləri Şuşada tezliklə teatrın 

açılmasma, köhnə dünyanı ifşa edən, yeni sovet cəmiyyətini vəsf edən beynəlmiləlçi əsərlərin 

oynanılmasına göstəriş verdilər. Əlbəttə, ağı-qaradan seçməyi çox gözəl bilən Şuşa əhlini mənasız, boş 

yalançı pafosla dolu əsərlərlə aldatmaq çətin iş idi. Çünki səs və söz, musiqi beşiyi olan Şuşada hammm 

sənət xiridarı olduğunu dərk etmək məcburiyyətində qalan sovet rəhbərləri istər-istəməz teatrın 

repertuarına Ü.Hacıbəyovun "Arşm mal alan", "Əsli və Kərəm", M.F.Axundovun "Hacı Qara", Z.Hacıbə-

yovun "Aşıq Qərib", C.Cabbarlmm "Sevil", M.İbrahimovun "Həyat", S.Rəhmanm "Toy" əsərlərinin daxil 

olmasına icazə verməli oldular. Bu tamaşalarda çıxış edən Əbülfət Tağıyevin, Ənvər Həsənovun, Tamara 

Abbasovanın, İrşad Əbilovun, İsmayıl Quliyevin, Həmid Axundovun, HÖkümə Babayevamn, 

Balahüseyn Xəlilovun məharətli, təbii və səmimi oyunları, Əzizağa Məmmədovun rejissor kimi 

quruluşlarmda ansambl yaratmaq bacanğı, Suncay Mehdiyevin tamaşalara verdiyi tərti-batlar göz 

oxşayaraq tamaşaçılarm rəğbətini qazanınağa, alqış-lanmağa başladı. Elə ilk tamaşadan eraıəni rəhbərlər 

anladılar ki, şuşalılar teatral camaatdır. Gələcəkdə teatr tamaşalarına olan bu marağın qarşısını almaq 

mümkün olmayacaq. Ona görə yenə yollektivdə səhnə arxası intriqa baş qaldırmağa başladı. Tezliklə 

Həmid Axundov teatra direktor, Ağası Zeynalov isə bədii rəhbər

 

30



S.Mümtaz adına Dövlət ədəbiyyat və İncəsənət arxivi. F-345, s.270, səh.16.  

təyin olundular. Bir müddət sonra 1941-ci ildə isə onlan Fərnıx Hacıyev və Ənvər Məmmədov 

əvəz etdilər. Ancaq bu əvəzet-mələr teatnn inkişafina daha da təkan verdi. Şuşa kolxoz-sovxoz 

teatrında yaranan sənət canlanması erməniləri daha çox narahat etməyə başladı. Həmişə 

erməniləri dəstəkləyən sovet rəhbərləri, bu dəfə də onlann xətrinə Şuşada ikitıci bir teatrm, 

erməni kolxoz-sovxoz teatrının açılmasına razılıq verdilər. İlk baxışda ermənilər öz istəklərinə 

nail oldular. Lakin təbii ki, teatr tamaşaçı üçün açılır, Şuşada erməni kolxoz-sovxoz teatrının 


tamaşaçısı, demək olar ki, yox idi. Ona görə erməni teatrmm plan göstərici-lərinin aşağı olması, 

repertuanndakı millətçi əsərlərin sovet beynəlmiləlçi siyasətinə zidd olması, tezliklə Bakıda 

əyləşib Azərbaycan incəsənətinə rəhbərlik edən partiya-sovet rəhbər-lərini düşündürməli oldu. 

Erməni ovsununa düşən Azərbay-canda incəsənət işlərinə rəhbərlik edənlərdən biri öz səhvlərini 

1941-ci ilin martın 5-də, respublika rayon teatrlarımn direktor və incəsənət rəhbərlərinin birgə 

keçirdikləri müşavirədə belə etiraf edirdi: - "Orası düzdür ki, Şuşadakı erməni kolxoz-sovxoz 

teatrı keçən il tamaşa planım yerinə yetirmədiyi kimi maliyyə planını da yerinə yetirməmişdir. 

Bunun səbəbi odur ki, kolxoz-sovxoz teatrını erməni dilində təşkil edəndə bizim səhvimiz 

olmuşdur. Erməni tamaşaçısı az olduğu halda, biz teatr təşkil etmişik. Əgər biz Azərbaycan 

teatnnm nəzdində erməni sektoru yaratsaydıq, bu özünü doğrulda bilərdi. Onu demək istəyirəm 

ki, gələcəkdə biz bu teatronu yenidən qurmasaq, bu teatr özünü doğrulda bilməyəcək."

31

 



Əgər bu sətirlərə diqqət yetirsəniz, görərsiniz ki, ilk baxışda səhv etdiklərini etiraf edən 

ermənipərəst sovet idarəçiliyini təmsil edən çinovnik müşavirə iştirakçılanmn diqqətini Özünü 

doğrultmayan erməni teatrım Şuşadakı Azərbaycan kolxoz-sov-xoz teatxının hesabına qoruyub 

saxlamağa yönəldir. Lakin sənət oaxımından yaşamağa heç bir mənəvi haqqı olmayan Şuşadakı 

erməni kolxoz-sovxoz teatrmın himayədarlan çox olsa da, onlar inkar ohına bilməyən fakt 

qarşısmda aciz idilər. Bu vaxt artıq Şuşa kolxoz-sovxoz teatrının repertuarında "Məşədi İbad" 

3l

S.Mümtaz adına Dövlət Ədəbİyyat və İncəsənət arxivi. F-345, s.29. v.90.  



(Ü.Hacıbəyov), "Xoşbəxtlər", "Toy" (S.Rəhman), "Sevil" (C.Cabbarh, "Vaqif' (S.Vurğun) kimi 

maraqh tamaşalar var idi. Rejissor Əzizağa Məmədovun quruluş verdiyi "Vaqif' tamaşası şəhərdə 

böyük əks-sədaya səbəb olmuşdu. Əzizağa Məmmədovun Vaqifı, Tamara Abbasovanın 

Xuramam, Hökütnə Babayevanın Gülnarı, Məzahir Məmmədovun Qacan, Ənvər Həsənovun 

Eldarı yerli teatrsevərlərm dilində dolaşmaqda idi. Ona görə 1942-ci ildə Şuşadakı ermətıi 

kolxoz-sovxoz teatrının ləğv olunması haqqmda sərəncam verildi. Bu, Şuşa teatrse-vərlərinin, 

iddiaları ayaq tutan, lakin yeriməyən mənəviyyatsız, ikiüzlü, Şuşada yaşamağa heç bir haqqı 

olmayan erməni təbliğat-təşviqat maşını üzərində sənət qələbəsinin rəmzi idi. Həmin dövrdə isə 

Şuşa kolxoz-sovxoz teatrının ürəkləri sənət eşqilə döyünən üzvləri Abbasağa Hüseynov, Xalidə 

Hüseynova, Cəlil Bağdadbəyov, (sonralar əməkdar artist fəxri adına layiq görül-dü), Əzizağa 

Məmmədov, Əntiqə Məmmədova, Əli Əjdərov, Abutalıb Həsənov, Xədicə Mustafayeva, Fatma 

Şəbiyeva, Sara Canıyeva, ƏIi Həsənov, Əhməd Əliyev və b. təkcə öz doğma şəhərində deyil, 

Qubadlı, Laçm, Tərtər, Qasım-İsmayılov rayon-larımn klub və estrada səhnələrində uğurla çıxış 

edərək öz tamaşaçı auditoriyalarmı genişləndirirdilər. 

Tamaşaçı rəğbəti qazanmış Şuşa teatrımn uğurlan haqqmda dövrü mətbuat belə yazırdı: - "Kənd 

ziyalıları və kolxozçular tərəfındən alqışlarla qarşılanan Şuşa kolxoz-sovxoz teatrmın kollektivi 

(rəhbəri C.Vəzirov), tez-tez zəhmətkeşlər qarşısında S.Vurğunun "Fərhad və Şirin", 

M.Təhmasibin "Aslan yatağı", S.Rəhmamn "Xoşbəxtlər", Ü.Hacıbəyovun "Arşm mal alan" 

"Məşədi İbad" əsərlərinin tamaşaları ilə müvəffəqiyyətlə çıxış edirlər. Kollektiv üçün heç bir janr 

məhdudluğu yoxdur. Onlar həm dram, həm də musiqili komediya və opera janrındakı əsərlərin 

tamaşalarmda öz ustahqlannı məharətlə nümayiş etdirə bilirlər. Musiqili dram əsərlərini həmişə 

Şərq üçlüyü olan tar, kamança və dəf müşaiyət edir."

32

 Həmin dövrdə (1942) teatnn rejissoru 



Məzahir Məmmədov idi. 

Şuşa kolxoz-sovxoz teatnnın uğurlannı təsdiqləyən İncəsənət 

""Bakinski raboçi" qəzeti, 1942-ci il.  

 

işləri idarəsiniin başqa bir hesabatmda isə oxuyuruq: - "Teatnn 1940-41-42-ci illərin plan 



göstəricisi yüksək olmaqla, yaradıcıhq fəaliyyəti təqdirəlayiqdir,"

33

 



Lakin respublikada fəaliyyət göstərən Şamaxı, Şamxor, Qa-zax, Qaryagin, Nuxa, Naxçıvan, 

Quba və başqa kolxoz-sovxoz teatrları kimi Şıışa teatrının da repertuarını əsasən Bakı teatrlannm 

səhnəsitıdə oynanılatı əsərlər təşkil edirdi. Bu təkrarçılığın özü də təbii idi. Çünki bu məsələyə 

teatr sənətinə dünyvagörüşü və baxışı, bədii-estetik qavrama nöqteyi-nəzə-rindən yanaşsaq, 

görərik ki, kolxoz-sovxoz teatrlarında çahşan aktyorlar - rejissor və bədii rəhbərlərin əksəriyyəti, 

sənətə olan sevgi ilə yanaşı, emosional hiss və duyğularla Bakı teatr tamaşalarının, həmin 

əsərlərdə oynayan görkəmli sənətkarların, rejissorlann verdikləri quruluşlann sənət təsiri altında 


idilər. Bu illərdə artıq ayağını zor gücünə sovet məkanında möhkəm-ləndirən SSRİ kimi bir 

dövlət, sovet xalqlan ilə birgə Hitler faşizminə qarşı müharibə edirdi. Bu müharibədə 

Azərbaycan təkcə öz qara qızılı olan nefti ilə deyil, həm də say-seçmə oğul və qızları ilə birgə 

"böyük vətənimizi" alman faşiznıindən qorumaq üçün döyüşlərdə iştirak edirdi. Həmin 

döyüşçülər arasında müxtəlif sənət sahibləri ilə yanaşı teatrlanmızda çahş-mış aktyorlar, 

rejissorlar da var idi. Hər şey cəbhə üçün oldu-ğundan daxildə iqtisadi çətinliklər başqa sahələr 

kimi teatr sənətinə də öz maddi və mənəvi zərbəsini vurmaqda idi. Çox mürəkkəb bir dövrdə, 

respublikamızda fəaliyyət göstərən kolxoz-sovxoz teatrlanmn bir qismi dövlət teatrı statusu alır, 

digər bir qismi isə bağlanmalı olur. Dövlət teatn statusu alan 'teatrlar arasında Şuşa kolxoz-

sovxoz teatrı da var idi. 

Beləliklə, məhz müharibə illərində 1943-cü ilin əvvəlində Üzeyir Hacıbəyov adına Şuşa Dövlət 

Musiqili Dram teatrı yarandı. Müharibənin ağrı və acılarmı yaşayan şuşah teatrse-vərlər üçün bu 

gözlənilməz bir sənət hadisəsi idi. Özünəməxsus zəngin sənət ənənəsi olan Şuşada Dövlət 

Musiqili Dram teatrı bütün mövcud çətinliklərə baxmayaraq, yaradıcılıq fəaliyyətinə başladı. 

Beləliklə, Şuşanın teatr tarixinin yeni bir sənət səhifəsi yazılmağa başlandı... 

"S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivi, F-345, s.2, N? 281.  

 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin