YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix16.03.2017
ölçüsü4,08 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

96 
 
 Morfoloji  kriteri  –  növlərin  xarici  və  daxili 
quruluşlarında  olan  fərqlərə  görə  müəyyən  olunur. 
Adətən, xarici görünüşünə görə bir növü digərindən 
fərqləndirmək  mümkündür.  Məsələn,  qarağat  cin-
sinin meyvələrinin rənginə, çiçək qrupunun yerləş-
məsinə görə bir-birindən fərqlənən qara  qırmızı 
qarağat kimi növləri vardır.  
Morfoloji  kriteri  çox  əlverişli  və  asan  olduğu 
üçün  uzun  müddətdir  ki,  ondan  istifadə  edilir. 
Morfoloji    əlamətlər  heç  də  həmişə  növün  təyini 
üçün etibarlı kriteri olmur. Bəzən bu kriteriyə görə 
növü  fərqləndirmək  çətinlik  törədir.  Müəyyən 
olunmuşdur  ki,  bəzən  zahiri  cəhətdən  oxşar  orqa-
nizm  qrupları  ayrı-ayrı  növlərə  məxsus  ola  bilər.
 
Belə ki, təbiətdə bəzi hallarda bir-birindən morfoloji 
cəhətdən seçilməyən və yalnız xromosom yığımına 
görə fərqlənən əkiz növlərə (məsələn, qara siçovulun 
iki  əkiz  növü  məlumdur)  də  rast  gəlinir.  Bundan 
başqa, bəzən eyni növün erkək və dişi fərdləri,  eyni 
növə mənsub ev göyərçinləri cinsləri,  kəpənək və 
onun  tırtılı  bir-birindən  morfoloji  xüsusiyyətlərinə 
görə  kəskin  fərqləndikləri  üçün  onları  morfoloji 
kriteri ilə müəyyənləşdirmək mümkün deyil. 
Genetik kriteri – növlərin xromosom yığımında 
olan  fərqlərə  görə  müəyyən  edilir.  Hər  bir  növün 
özünəməxsus sayda, ölçüdə, formada xromosomları 
olur.  Morfoloji  cəhətdən  bir-birindən  fərqlənməyən 
qara siçovulun 38 və 42 xromosom yığımlı növləri 
bu  kriteri  ilə  müəyyən  edilmişdir.  Lakin  genetik 
kriteri  ilə  də  bəzən  növü  dəqiq  müəyyənləşdirmək 
olmur. Belə ki, sağlam insanda 46 xromosom olduğu 
halda, Daun sindromu olan insanlarda 47 xromosom 
olur.  
Fizioloji  kriteri  –  növlər  arasında  olan  həyat 
proseslərində,  xüsusən  çoxalmada  olan  fizioloji 
fərqlərə  görə  müəyyən  edilir.  Hər  bir  növ  arasında  fizioloji  təcridlər  mövcud 
olduğundan bir növ digəri ilə çarpazlaşmır, əgər belə çarpazlaşma baş verərsə, alınan 
nəsil,  adətən,  dölsüz  olur.  Lakin  təbiətdə  bəzən  ayrı-ayrı  növlərə  mənsub  fərdlər 
(sarıbülbül,  alacəhrə,  qovaq  və  söyüdün  bəzi  növləri)  çarpazlaşaraq  döllü  nəsil 
verdikləri üçün bu kriteri də mütləq olmur.
  
 
Coğrafi  kriteri  –  hər bir növün  müəyyən  coğrafi ərazidə  yaşaması və  coğrafi 
areal  tutmasına  əsaslanır.  Bununla  yanaşı,  bəzən  kosmopolit (hər yerdə yayılan) 
növlərə (məsələn, dam sərçəsi, boz siçovul) də rast gəlinir. Həmin növlərin isə dəqiq 
yayılma sərhədi olmadığı üçün bu kriteri də ayrılıqda özünü doğrultmur.  
Qarağat növləri 
Əkiz növlər 
Morfoloji cəhətdən bir-birindən 
fərqlənməyən qara siçovulun 38 və 
42 xromosom yığımlı növləri
 
38 xromosomlu 
42 xromosomlu 
Genetik kriteri ilə bəzən növü dəqiq 
müəyyən etmək olmur.  
Paxlalıların əksər növlərinin xromosom
yığımı 22-dir. 
Yonca 
Paxla 

 
 
97 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

Ekoloji  kriteri  –  növün  müəyyən  ekoloji  mühit  şəraitində 
yaşamasına  əsaslanır.  Növlər  müəyyən  həyat  şəraitində  yaşa-
mağa uyğunlaşmışlar. Məsələn, dalayıcı qaymaqçiçəyi çəmən və 
tarlalarda,  sürünən  qaymaqçiçəyi  çay  və  nohurların  kənarında, 
yandırıcı qaymaqçiçəyi isə bataqlıqlarda bitir. Lakin dəqiq eko-
loji uyğunlaşmaya malik olmayan növlərə də rast gəlinir. Bunlara insanlarla birgə 
yaşayan tarakanlar, milçəklər, siçanlar və ev heyvanları, bəzi alaq otları da aiddir. 
Bu səbəbdən ekoloji kriteri də bəzən mütləq olmur. 
Biokimyəvi kriteri – növləri biokimyəvi parametrlərinə, yəni zülal və nuklein 
turşularının tərkibi və quruluşuna görə fərqləndirməyə imkan verir. Lakin bu kriteri 
çox əziyyətli və qeyri-universal olduğu üçün  öz geniş tətbiqini tapa bilməmişdir.  
Bundan başqa, bəzən növ daxilində baş verən mutasiyalar (irsi dəyişkənliklər) 
nukleotidlərin zəncirdən düşməsinə səbəb olur ki, bu da yeni zülalın və son nəticədə 
yeni əlamətin yaranmasına gətirib çıxarır. Buna görə biokimyəvi kriteri bəzi hallarda 
özünü doğrultmur.  
Beləliklə, heç bir kriteri ayrı-ayrılıqda növün təyini üçün kifayət deyil. Ona görə 
də  növü  müəyyənləşdirmək  üçün  bütün  kriterilərin  cəmindən  istifadə  etmək  la-
zımdır. 
 
 
1. Uyğunluğu müəyyən edin: 
A) Fizioloji kriteri   
B) Genetik kriteri  
C) Morfoloji kriteri  
D) Coğrafi kriteri 
E) Ekoloji kriteri 
F) Biokimyəvi kriteri 
2. Əlamətlərin nömrələrini cədvəlin müəyyən xanalarında qeyd edin. 
1) kələm hüceyrələrinin nüvəsində 18 xromosom olur   
2) adi şam işıqsevən bitkidir   
3) qış sükunəti zamanı qonur ayının maddələr mübadiləsi 
zəifləyir  
4) ağcaqayının yarpaqları sadədir, damarlanması torvarıdır  
5) insan qanında qlükozanın miqdarı 80–120 mq/dl 
(1dekalitr=10l);  
6) ağ ayı arktik zonada yaşayır     
7) şimpanzenin hüceyrələrində 48 xromosom olur   
8) aptek birəotunun çiçək qrupu səbətdir, dilcikşəkilli 
çiçəkləri ağ rəngdədir  
9) soxulcanın qan-damar sistemi qapalıdır  
10) qarğı su hövzələrinin kənarında bitir  
11) insanın qanında zülallar plazmanın 7–8%-ni təşkil edir  
12) fındıq ağacı erkən yazda çiçəkləyir 
13) hemoqlobində bir aminturşunun digəri ilə əvəz olun-
ması eritrositlərdə dəyişikliyə səbəb olur 
Morfoloji kriteri 
 
Genetik kriteri 
 
Fizioloji kriteri 
 
Coğrafi kriteri 
 
Ekoloji kriteri 
 
Biokimyəvi kriteri 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
a)  Zülal və nuklein turşularının tərkibi və quruluşu 
b)  Müəyyən ərazidə yayılması 
c)  Həyat fəaliyyəti proseslərində oxşarlıq 
d)  Xarici quruluşuna görə 
e)  Xromosom yığımı 
f)  Müəyyən mühit şəraitində yaşaması 
• 
kriteri 
• 
əkiz növlər 
A ç a r   s ö z lə r  

 
 
98 
 
3. Sualları müzakirə edin: 
1)  Zubr və bizon eyni cinsə aid olan iki növdür. Onlar xarici görünüşünə görə bir-birinə 
oxşardırlar, qeyri-təbii şəraitdə birlikdə saxlanıldıqda çarpazlaşır və döllü nəsil verirlər. 
Təbiətdə  isə onlar  çarpazlaşmır.  Çünki  zubr Avropada, bizon  isə  Şimali  Amerikada 
yaşayır. Hansı kriteriyə görə bu növləri fərqləndirmək olar? 
2) Arktikada yaşayan ağ ayı balıqlarla və dəniz məməliləri ilə qidalanır. Onun  tük örtüyü 
ağ  rəngdədir.  Qonur  ayı  mülayim  iqlim  qurşağında,  meşələrdə  yaşayır,  tük  örtüyü 
qonurdur, həm bitki, həm də heyvani qida ilə qidalanır, qışda qış yuxusuna gedir. Hansı 
kriteri əsasında bu növlərin çarpazlaşa bilməməsi haqqında nəticə çıxarmaq olar?  
3) Təbiətdə mövcud olan ağ və boz dovşanları nə üçün iki növə aid edirlər? Suala cavab 
verən zaman hansı kriterilərə əsaslandınız?  
4) Niyə  yalnız  bir  kriteri  ilə  fərdin  bu  və  ya  digər  növə  aid  olduğunu  müəyyən  etmək 
olmaz? 
 
 
 
 
 
 
 P
OPULYASİYANIN QURULUŞU VƏ MÜXTƏLİFLİYİ 
 
 
 
Təbiətdə eyni növə mənsub olan  fərdlər ayrı-ayrılıq-
da  deyil,  qruplar  şəklində  yaşayırlar.  Hər  bir  qrupun 
özünün  müəyyən  yaşayış  sahəsi  olur  və  onun  fərdləri 
arasında  sərbəst  çarpazlaşma  baş  verir.  Qrupların  bir-
birinə  qarışmamasının  səbəbi  onlar  arasında  müxtəlif 
maneələrin (təcridlərin) olmasıdır. Bu cür maneələr bir 
qrupun fərdlərinin digəri ilə çarpazlaşmasına çətinlik törədir və bunlar arasında çar-
pazlaşma nadir hallarda baş verir. 
 
Populyasiya. Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan 
fərd qruplarını populyasiya (lat. “populus” – xalq, əhali) adlandırırlar. 
 
Eyni növə mənsub fərdlər növün arealı daxilində populyasiyalar şəklində yayılır-
lar. Növlərin populyasiyalar şəklində yaşamasının əsas səbəbi xarici mühit şəraitinin 
müxtəlifliyidir. Populyasiyaların miqdarı və fərdlərini sayı arealın əlverişli həyat şə-
raiti  olan hissəsində daha çox olur.  
Populyasiyaların tutduğu ərazi. Populyasiyalar növün arealı daxilində müəy-
yən ərazini tuturlar. Bu ərazi ölçüsünə görə ayrı-ayrı növ populyasiyalarında müx-
təlif  olur.  İri  heyvanlarda  populyasiyanın  tutduğu  ərazi  kiçik  heyvanlarda  oldu-
ğundan daha iri olur. Populyasiyanın arealı daimi deyil, onun ölçüsü fərdlərin sayın-
dan və hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər. 
 
26 
– Növ və populyasiya nədir? 
– Nə üçün bioloji növlər populyasiya formasında mövcuddur? 
 
 
• 
populyasiya
• 
genofond 
• 
irsi dəyişkənlik 
• 
mutasiya 
A ç a r   s ö z lə r  

 
 
99 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

 
Cədvəldə bitkinin sayının zaman ərzində dəyişməsinin göstəriciləri verilmişdir. Bitkinin 
populyasiyadakı sayının zamandan asılılıq qrafikini qurun.  
İllər 
0 
1 
2 
3 
4 
5 
6 
7 
8 
9 
10  11  12  13  14 
Bitkinin 
sayı 
10  12  15  19  23  27  30  33  35  37  39  40  41  42  42 
– Müəyyən növün canlı orqanizmlərin populyasiyadakı sayının dəyişməsi hansı amillərlə 
əlaqəlidir?
   
 
Populyasiyalarda  fərdlərin  miqdarı.  Hər  bir  növ  populyasiyalarında  fərdlərin 
miqdarı  müxtəlif  olsa  da,  müəyyən  hüduddan  az  və  ya  çox  ola  bilməz,  yəni  nisbi 
sabitdir. Lakin populyasiyada həyat şəraitinin dəyişməsindən, doğum və ölüm halla-
rından, fərdlərin miqrasiya etməsindən, həmçinin orqanizmlərin inkişafı xüsusiyyət-
lərindən asılı olaraq onların sayı bəzən dəyişə bilir. Populyasiyanın ümumi fərd sayının 
miqdarını analiz edərkən bəzən populyasiyada sahə və ya həcm vahidinə düşən popul-
yasiyanın  sıxlığı  göstəricisindən  istifadə  edirlər.  Populyasiyada  fərdlərin  sayının 
dəyişməsi  ilə  əlaqədar  olaraq  onun  sıxlığı  da  dəyişir.  Sayın  dəyişməsi  bəzən    ilin 
müxtəlif fəsillərindən asılı olur. Belə dəyişkənlik, adətən,  qısa ömrü olan kiçik hey-
vanlarda daha kəskin nəzərə çarpır. Ömrü uzun olan və az nəsil verən iri orqanizmlərdə 
(məsələn, fildə) populyasiyada fərdlərin miqdarı və sıxlığı daha stabil olur. 
Populyasiyanın tərkibi. Hər bir populyasiyanı cinsinə və yaşına görə  fərqlənən 
fərdlər təşkil edir.  
Populyasiyanin  cins  tərkibi  dişi  və  erkəklərdən  ibarət  olur.  Bunların  nisbəti, 
adətən,  1:1  nisbətində  olur.  Lakin  fərdi  inkişafın  müxtəlif  mərhələlərində  dişi  və 
erkəklərin miqdarı onların həyat qabiliyyətindən asılı olaraq dəyişə bilər. 
Populyasiyada müxtəlif yaş strukturuna malik fərdlər olur. Əgər populyasiyada 
cinsi yetişkənliyə malik fərdlər üstünlük təşkil edərsə, populyasiya daha da inkişaf 
edər. Lakin yaşlı fərdlər daha çox olarsa, populyasiya məhvə doğru gedər.   
 
Populyasiyada fərdlərin cins tərkibi 
 
 
Fəaliyyət
• 
Afrika fillərinin populyasiyadakı sıxlığı 1 fərd üçün 40 km

-dir. Onurğasızlardan 
olan  rotatorilərin (sap qurdlar) populyasiyasının sıxlığı hər 1 ml-də təxminən 1000 
fərdə bərabərdir. 
!
 

 
 
100 
 
Populyasiyaların genetik müxtəlifliyi. Populyasiya daxilində cinsi yolla çoxa-
lan fərdlər arasında daim  genetik materialların mübadiləsi baş verir. Buna baxma-
yaraq ayrı-ayrı populyasiyalar arasında genetik mübadilə  məhduddur. Lakin az da 
olsa, müxtəlif  populyasiyanın fərdləri arasında çarpazlaşma gedir. Hər bir populya-
siyanın özünəməxsus  spesifik gen yığımları – genofondu olur.  
Populyasiya növün elementar vahididir.  Növlərin dəyişməsi ilə əlaqədar olan 
bütün proseslər populyasiya daxilində gedir. Nəticədə  təbii seçmə  prosesi baş verir. 
Təbii  seçmə  nəticəsində  sağ  qalanlar  öz  genlərini  nəslə  ötürürlər.  Nəslə  ötürülmə 
zamanı valideyn genlər dəyişmir. Lakin onlarda bəzən  irsi dəyişkənlik – mutasiya 
baş  verir.  Belə  mutasiyalar  populyasiyada  genetik  müxtəliflik  yaradır  və  bu  da  
təkamül üçün irsi material verir. 
 
 
 
1. Düzgün cavabı seçin. 
Müəyyən növə aid olan 
fərdlər qrupu populya-
siya hesab olunur.             
Ona görə ki onlar:
 
A) sərbəst çarpazlaşıb döllü nəsil verə bilirlər.  
B) bir neçə nəsil ərzində növün digər qruplarından təcrid 
olunmuş şəraitdə yaşayırlar.  
C) fenotipə görə və fizioloji cəhətdən oxşardırlar.  
D) genetik cəhətdən bir-birinə tam yaxındırlar
.
 
 
 
2. Böcəklərin bir cütdən başlayaraq 
populyasiyada sayını əks etdirən qrafiki 
nəzərdən keçirin. Böcək populyasiyasında 
fərdlərin miqdarının günlərdən asılı ola-
raq necə dəyişdiyini şərh edin.  
 
3. Məsələni həll edin. 
• Maralların populyasiyası 2000 fərddən ibarətdir. Canavarlar marallarla qidalanırlar. İlin 
axırına  qədər  sağ  qalan  marallar  öz  saylarını  40%  artırırlar.  Canavarların  öz  popul-
yasiyalarında miqdarı 15 fərd olur. Hər bir canavar  il ərzində təqribən 30 maral yeyir. 
Maral və canavarların başqa səbəblərdən ölümü sıfıra bərabərdir. 
A) Yırtıcılar olmazsa, müvafiq olaraq 1,2,3 ildən sonra maralların sayını hesablayın. 
Aldığınız nəticələri qrafikdə əks etdirin. 
B) Yırtıcıların ilkin sayı 15 fərd olarsa və həmin illər ərzində dəyişməzsə, 1,2,3 ildən 
sonra maralların sayını hesablayın. 
 Verilən dövr ərzində maralların sayının dəyişməsini  qrafikdə əks etdirin və nəticələri 
A bəndindəki nəticələrlə müqayisə edin. 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
101 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

 Ü
ZVİ ALƏMİN TƏSNİFATI VƏ TƏKAMÜLÜ.  
TƏKAMÜL TƏLİMİNİN YARANMASI 
 
 
 
XVIII əsrə qədər biologiyada insanın və digər canlıların ilahi qüvvə tərəfindən 
yaradılması ideyası üstünlük təşkil edirdi.  Bu dövrün alimləri belə hesab edirdilər 
ki, ilahi qüvvə tərəfindən yaradılan canlı orqanizmlər daha mükəmməl və məqsədə-
uyğundur və yarandığı gündən dəyişilməmişlər. Belə baxışlar  biologiyada kreasio-
nizm  adlandırılırdı.  Bu  dövrdə  biologiyada  bitki  və  heyvanların  növ  müxtəlifliyi 
barədə çoxlu faktik materiallar toplanırdı. Ayrı-ayrı alimlər bu materialları sistem-
ləşdirməyə  cəhd  göstərsələr  də,  bu  sistem  əlverişsiz  olduğu  üçün  uğursuzluqla 
nəticələnmişdir.  
Üzvi  aləmin  nisbətən  əlverişli  süni  sistemini  ilk  dəfə  İsveç  təbiətşünası  Karl 
Linney (1707–1778) yaratmışdır. 
Karl Linneyin təsnifat sistemi. K.Linney öz təsnifat sistemində növü canlı tə-
biətin  elementar  vahidi  kimi  əsas  götürmüşdü.  K.Linney  yaxın  növləri  cinslərdə, 
cinsləri dəstələrdə, dəstələri siniflərdə yerləşdirməklə 4 sistematik kateqoriyanı (növ, 
cins, dəstə, sinif) irəli sürmüşdü. O, növü adlandırmaq üçün ilk dəfə sələfləri tərə-
findən  irəli  sürülən  qoşa  latın  adlarından  istifadə  etmişdi.  Sistematikada  növlərin 
qoşa latın adları  ilə  adlandırılması  bizim  dövrümüzdə  də  davam  edir.  Linneyin 
sistematikasının çatışmayan cəhəti ondan ibarətdir ki, o, növlərin sistemləşdirilməsi 
zamanı  yalnız  bir-iki  zahiri  əlaməti  (bitkilərdə  erkəkciyin  miqdarı,  heyvanlarda 
tənəffüs  və  qan-damar  sisteminin  quruluş  xüsusiyyətləri)  əsas  götürmüşdü.  Bu 
səbəbdən genetik cəhətdən bir-birindən uzaq olan növlər eyni qrupa, bir-birinə yaxın 
növlər  isə  müxtəlif  qrupa  düşürdülər.  Linneyin  sistematikası  bitki  və  heyvanları 
müəyyənləşdirməyə  kömək  göstərsə  də,  üzvi  aləmin  tarixi  inkişafını  əks  etdirə 
bilmədi.  Linney  təbiətdə  növlərin  ilahi  qüvvə  tərəfindən  yarandığını  və  dəyişməz 
olduğunu göstərirdi. Lakin sonradan növlərin dəyişilməsi qənaətinə gəlmişdir. 
J.-B.Lamarkın təkamül təlimi. 1809-cu ildə fransız alimi J.-B.Lamark “Zoolo-
giyanın  fəlsəfəsi”  əsərində
 
növlərin  dəyişilməsi  barədə  fərziyyə  irəli  sürdü.  O 
göstərdi ki, bitki və heyvanlar üzvi aləmin tarixi inkişafının – təkamülün (lat. “evo-
lyutio” – çevirmək) nəticəsidir
.
 
“Təkamül” dedikdə orqanizmlərin sadədən mürəkkəbə doğru tarixi inkişafı pro-
sesi nəzərdə tutulur.   
J.-B.Lamark  üzvi  aləmin  tarixi  inkişafının  ümumi  istiqaməti  kimi  canlı  orqa-
nizmlərin  quruluşunun  tədricən  mürəkkəbləşməsini  – 
qradasiyanı  (lat.  “gradacio”  –  tədricən  yüksəlmə) 
göstərmişdir.  Onun  fikrincə,  qradasiyanın  əsas  hərə-
kətverici  qüvvəsi  orqanizmlərdə  əvvəlcədən  qoyulmuş 
tərəqqiyə  doğru  olan  “daxili  meyil”dir.  Lamarka  görə, 
27 
– Üzvi aləmin  müxtəlifliyinin səbəbi nədir? 
– Mürəkkəb quruluşa malik orqanizmlər necə yaranmışdır?
 
 
 
• 
qradasiya
• 
kreasionizm 
• 
təkamül 
• 
qoşa latın adları 
A ç a r   s ö z lə r  

 
 
102 
 
orqanizmlərin mühit şəraitinə uyğunlaşması düzgün qradasiyadan kənara çıxmağa 
gətirib  çıxarır.  J.-B.Lamark  K.Linneyin  sistematikasını  təkmilləşdirərək  bir  deyil, 
çoxlu əlaməti əsas götürdü, ən başlıcası isə orqanizmin qohumluğunu və mənşəyini 
əsas götürməklə elmi sistematikanı yaratdı. 
 
 
 
 
 
Lamark
 
təkamül barədə iki fikir irəli sürmüşdür. Bunlardan birincisi məşqetmə-
dir. Lamarka görə, orqanizm özünü həyat şəraitinə uyğunlaşdırmaq üçün daim məşq 
edir. Məşq edən orqanlar daha yaxşı inkişaf edir, məşq etməyən isə sıradan çıxır. 
 
1. Zürafələrin boyunları əvvəl 
qısa olmuşdur.
 
 
2. Ağaclardakı yarpaqları qopar-
maq üçün boyunlarını daim dart-
maları nəticəsində bu hey-
vanların boyunları uzanmış, bu 
əlamət irsən onların nəsillərinə 
keçmişdir.
 
 
 
 
3. Lamarkın nöqteyi-nəzərincə
zürafələrin boyunlarının uzan-
ması bu orqanın bir neçə 
nəsildə məşq etməsi ilə əlaqə-
dardır.
 
 
İkincisi isə məşqetmə nəticəsində qazanılan əlamətlərin faydalı olması və irsən 
nəslə keçməsidir. Lamark buna zürafələrin boyunlarının uzanmasını misal göstər-
mişdir. Bunun sayəsində uzunboyunlu zürafələr meydana gəlmişdir. Sonrakı tədqi-
qatlar Lamarkın fikrinin düzgün olmadığını sübut etmişdir.  
Fəaliyyət
– Lamark öz təsnifatını 
nəyə görə  “qradasiya” 
adlandırmışdır? 
– Lamark heyvanları 
neçə sinfə ayırmışdır?
– Hansı prinsipə görə o, 
heyvanları 6 pillədə 
yerləşdirmişdir?  
J.-B.Lamarkın qrada-
siyanı əks etdirən təsnifat 
sxemi. J.-B.Lamark  
heyvanları quruluşca sadə-
dən mürəkkəbə doğru 
inkişafına görə 14 sinfə 
bölmüş və onları 6 pillədə 
yerləşdirmişdir. 
 
J.-B.Lamark tərəfindən təklif 
olunan təsnifat sxeminə baxın.

 
 
103 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

Lamark təkamül haqqında söylədiyi fikirlərə tam dolğun cavab tapa bilməmişdir. 
Sübutların az olması, yaxşı əsaslandırılmaması səbəbindən Lamarkın təlimi müasir-
ləri tərəfindən qəbul edilmədi və alimlərin tənqidinə məruz qaldı. 
 
Lamarkdan sonra Çarlz Darvin təkamül nəzəriyyəsini sübut etmək üçün müxtəlif 
dəlillərdən istifadə etmiş və təkamülün şərhini verməyə çalışmışdır.  
 
 
 
 
1. Cümlələrdəki səhvləri müəyyən edərək düzgün ifadələr qurun: 
 
a)  J.-B.Lamark  “Zoologiyanın  fəlsəfəsi”  əsərində  heyvanları  quruluşun  sadələşməsinə  görə  14 
sinifdə və 6 pillədə yerləşdirmişdir. 
b)  J.-B.Lamark hesab edirdi ki, qradasiyanın əsas hərəkətverici qüvvəsi ətraf mühitin orqanizmlərə 
təsiridir.  
c)  J.-B.Lamarka görə, məşqetmə nəticəsində qazanılan faydalı əlamətlər irsən nəslə keçmir.  
d)  K.Linneyin təkamül təlimində ilk dəfə olaraq növlərin dəyişilməsi barədə ideya irəli sürüldü. 
e)  J.-B.Lamarkın təlimi müasirləri tərəfindən müvəffəqiyyətlə qəbul edilmişdir.  
 
2. İfadələrdən  istifadə edərək cümlələri tamamlayın: 
sıradan çıxır, məşq edir, daha da inkişaf edir, irsən nəslə keçir 
Lamarka görə:  
  “Orqanizmlər özünü xarici mühit şəraitinə uyğunlaşdırmaq üçün ...” 
  “Məşqetmə nəticəsində qazanılmış əlamətlər faydalıdır və ...”  
  “Məşq edən orqanlar ...”  
  “Məşq etməyən orqanlar ...”  
 
3. Verilmiş məlumatlardan istifadə edərək Lamarka görə təkamül proseslərinin 
ardıcıl mexanizmini  müəyyənləşdirin: 
A)
 
Orqanların məşq etdirilməməsi – 
B)
 
Mühit şəraitinin dəyişilməsi – 
C)
 
Yeni “vərdişlər”in meydana gəlməsi – 
D)
 
Qazanılmış əlamətlərin irsən nəslə keçməsi – 
E)
 
Heyvanın tələbatının dəyişməsi – 
F)
 
Orqanların güclü inkişafı – 
G)
 
Orqanların zəifləməsi və ya itməsi – 
H)
 
Orqanların güclü məşq etdirilməsi – 
 
 
• 
Qazanılmış əlamətlərin irsən nəslə keçməsi ideyası səhv olmuş və sonradan genetik 
məlumatlarla  təkzib  edilmişdir.
 
Məsələn,  A.Veysman  qazanılan  bütün  əlamətlərin 
irsən  nəslə  keçməsini  siçanlarla  etdiyi  təcrübə  ilə  yoxlamışdır.  O,  siçanlardan  bir 
neçə  nəsil  almış  və  hər  nəsildə  balaların  quyruğunu  kəsmişdir.  Lakin  buna 
baxmayaraq  quyruğu kəsilmiş siçanlardan  doğulan balalar quyruqlu olmuşlar. Bu 
da sonradan qazanılan əlamətin irsən nəslə keçmədiyini sübut etmişdir. 
 
Kataloq: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> ÄßÐÑËÈÊ «ÀÑÏÎËÈÃÐÀÔ» ÁÀÊÛ—2015 Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí.. 2015-úi èë òàðèõëè ¹-li ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð. Çap üçün deyil

Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə