1
Meşədə ağac var. Meşədə kollar var. Meşədə
otlar var. Meşədə torpaq var. Meşədə heyvan var,
meşədə quşlar var. Meşədə hava var. Meşədə həyat
var.
Meşədə bitkilər yaşayırlar. Bitkilərin ölçüsünə
əsasən meşə pillələrə bölünür. Meşə üç pilləyə
2
bölünür. Yuxarı mərtəbədə hündür ağaclar
yaşayırlar, orta mərtəbədə kollar və alçaq ağaclar
yaşayırlar. Aşağı mərtəbədə kollar və alçaq ağaclar
yaşayırlar.
3
Bitkilərdən başqa, meşədə heyvanlar da,
quşlar da yaşayırlar. Bitkilər, quşlar və heyvanlar
meşədə birlikdə yaşayırlar.
Bitkilər, quşlar və heyvanlar meşədə bir-
birindən ayrı yaşaya bilmirlər. Bitkilər, quşlar və
heyvanlar bir-birini qidalandırırlar. Onlar qida
zəncirini yaradırlar.
4
Otlar,
qıjı,
şibyə,
güllər
torpaqdan
qidalanırlar. Otlar, qıjı, şibyə, güllər – heyvanları
qidalandırırlar. Maral, dələ, dovşan, siçan, siçovul,
gəlincik, quş və həşəratlar otlarla, qıjılarla, şibyə və
güllərlə qidalanırlar.
Tülkü, bayquş, ayı, canavar, pələng, qartal –
heyvanlarla qidalanırlar. Onlar maral, dovşan, dələ,
siçan, siçovul və quşlarla qidalanırlar.
5
Meşədə ilin dörd fəsli olur. Meşədə ilin dörd
fəsli də fərqli olur: yay qışdan fərqli olur. Yaz
payızdan fərqlənir. Meşədə ilin dörd fəsli də gözəl
olur.
Qış meşədə çox gözəl olur. Meşə ağ qarla
örtülür. Meşə ağ, dümağ olur. Qışda meşə çox
soyuq olur. Meşənin yaşıllığı ağ rəngə dəyişir.
Heyvanlar yuvalarına və mağaralarına girmişlər.
6
Ayı bütün qışı mağarasında olur. Bütün qışı yuxuda
keçirir. Maral isə çölə atılır, qışda maral yatmır. Nə
yuvada və nə də ki, mağarada gizlənmir. Yemi çox
az olur. Əgər yadınızdadırsa, maral otlarla, şibyə
ilə, qıjılarla qidalanırdı. Qışda ot da olmur. Maral
qışda yem axtarmaqda çox çətinlik çəkir.
Qışdan sonra yaz gəlir. Meşədə yaz qeyri-adi
olur. Yenicə ərimiş buz otları, qıjıları, şibyəni,
heyvanları, quşları qidalandırır. Yenicə çıxmış ot
heyvanları və quşları qidalandırır. Donmuş ağaclar
yazın istisi ilə yarpaq və çiçək açırlar. Heyvanlar,
quşlar və bitkilər yuxudan oyanırlar. Təbiət yenə də
yaşıl və səs-küylü olur.
Meşədə yazı yay əvəz edir. Yayda ətraf yaşıl
olur. Yayda daha çox isti olur. İnsanlar meşədə
özlərinə sığınacaq tapırlar. Orada nisbətən sərindir.
Böyük ağacların kölgəsi ətrafı sərinləşdirir. Yayda
7
meşədə torpaq və
otlar da sərin olur.
Yayda heyvanlar da
fəallaşırlar. Yemi də
aktiv
şəkildə
axtarırlar,
meşədə
qaçırlar, ağaclarda sürünürlər, meşənin soyuq
çayında üzürlər.
Yaydan sonra isə payız gəlir. Payızda günəş az
istilik verir. Yarpaqlar yem hazırlaya bilmirlər,
çünki günəşin istiliyi az olur. Yarpaqlardan və
bitkilərdən yemin azaldığına görə onlar saralır və
yavaş-yavaş yerə düşməyə başlayırlar. Qış ağ, yaz
və yay yaşıl, payız isə sarıdır – sarı və ya qızılı.
Meşə saralmışdır. Yalnız həmişəyaşıl bitkilər,
küknar və şam ağacları yaşıl rənglərini saxlayırlar.
Əgər qış soyuq və yay isə istidirsə, payız sərindir.
8
Payızda hava yavaş-yavaş soyumağa başlayır.
Heyvanlar da payızda qışa hazırlaşmağa başlayırlar.
Yuvalarını və mağaralarını hazırlayırlar. Payızda
yem tədarüklərini də görürlər ki, qış boyunca
qidalana bilsinlər.
Meşədə ilin hər dörd fəsli də çox gözəldir.
Dostları ilə paylaş: |