YAŞil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix09.12.2016
ölçüsü7,28 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Nazirliyi mövcud olmamışdır. Ölkədəki enerji subsidiyalarının hesablanması 
çox çətindir. Beynəlxalq Enerji Agentliyinə görə burada 2005-ci ildə 26 milyard 
dollar dəyərində subsidiyalaşma həyata keçirilmişdir və Çin dünyanın üçüncü ən 
böyük enerji subsidiyalarının tətbiq olunduğu ölkəsidir (nominal olaraq, adam 
başına deyil). Liberal düşüncənin son zamanlar güclənməsinə baxmayaraq 
Çində enerji bazarı islahatları zamanı mühafizəkar düşüncə uzun müddət 
dominantlıq etmişdir. Bu da enerjinin əsas açar strateji əmtəə hesab edilməsindən 
dolayıdır. İEA hesalanmasına görə enerji qiymətlərinin  artmasından sonra 
sadəcə 2005-ci ildən 2006-cı ilə qədər subsidiyalar 58% yəni 11 milyard dol-
lar azalmışdır. Neft məhsulları və kömürdə tətbiq olunan nominal subsidiyalar 
kəskin şəkildə azalmış, lakin əhalinin isitmə və məişətdə istifadə etdiyi enerjiyə 
tətbiq olunan subsidiyalar dəyişməz qalmışdır. Ən vacib islahatlardan biri 11-ci 
beşillik planda əks olunan enerji üzrə qiymətləndirmə və vergiqoyma sistemidir. 
Bu neft və təbii qazla yanaşı bərpa edilən enerjini də ehtiva edir. 2008-ci il deka-
brdan etibarən Çin neft və dizel qiymətlərini sərbəstləşdirilməsinə başlayaraq 
istehlakçıların yanacaq vergilərini artırmaqla neftin qiymətləndirmə sistemini 
yeniləşdirmişdi. 2009-cu ildən etibarən Pekin Çin neft-qaz emalı müəssisələrinin 
qlobal bazara inteqrasiya etməsinə mane olan və neftin istismarını azaldan 
gecikmiş islahatları həyata keçirdi. Buraya həm də 2011-ci ildən etibarən strateji 
neft ehtiyatlarının artırılması planı daxildir.
Kömür subsidiyaları Çində mühim yerə sahibdir. 2008-ci ildə Pekin polad 
sənayesini 15,7 milyard dollar enerji subsidiyalarıyla təmin etmişdir. 2008-ci 
il iyun ayından etibarən benzin qiymətlərində 18% və dizeldə isə 16% artım 
olmuşdur.
Mənbə: Grant Dansie vb., (2010), Reducing Energy Subsidies in Chine, İndia And Russia: Dilem-
mas For Decision Makers, Sustainability Journal, səh.478.
İnkişaf etməkdə olan ölkələrdə subsidiyalarıın mərhələli şəkildə ara-
dan qaldırılması birbaşa büdcə subsidiyalarının kəskin şəkildə azaldığını 
göstərir. 2004-2010-cu illərdə enerji subsidiyalarına görə fiskal yükü Əlavə 
2-də vermişik. Bu illər ərzində orta hesabla enerji subsidiyaları 1,8%-dən 
1,3 %-ə enmişdir, xüsusilə Azərbaycanda açıq enerji subsidiylarının tədrici 

- 97 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
yox edilməsi uğurla nəticələnmişdir. Bu istiqamətdə islahat keçirməkdə 
xüsusilə enerji idxal edən ölkələr daha çox uğur əldə etmişdir.
10
 
Açıq büdcə subsidiyalarından başqa inkişaf etməkdə olan ölkələrdə 
həm də gizli büdcə subsidiyalarından istifadə edilir.
Enerji subsidiyaları islahatları enerji istehlakını azaltmaqda uğurlu ola 
bilərmi? Az gəlirli ökələr illik 4%, daha yüksək gəlirli ölkələr isə illik 2% ol-
maqla benzin istehlakını artırmışlar. Sadəcə yüksək gəlirli idxal ölkələrində 
azalma olmuşdur. Bu da qiymətlərdəki artımla əlaqəlidir.
11
 
Beynəlxalq enerji qiymətlərinin azalması ilə subsidiyaların da azalma-
sına baxmayaraq 2009-cu ildən subsidiyalar yenidən artmağa başlamış və 
2011-ci ildə 480 milyard dollara çatmışdır. Bu da dünya üzrə ÜDM-un 
0,7%-i və ya toplam dövlət gəlirlərinin 2%-i deməkdir.
 
Polşa  
1995-ci ildə əhali tərəfindən istehlak edilən enerji məhsullarında ƏDV 7%-ə 
bərabər olmuşdur. Digər mallar üçün isə ƏDV 22% idi. Dövlət 1996-cı ildə 
enerji məhsulları üçün tətbiq olunan ƏDV-ni 12%-ə, 1997-ci ildə 17%-ə, 
1998-ci ildə isə 22%-ə yüksəltmişir. Hazırda isə ƏDV 23%-dir. İslahatda əsas 
məqsəd büdcə gəlirlərini artırmaq və xarici qüvvələrdən (xüsusilə BVF və DB-
dən) asılılığı azaltmaq olmuşdur. Ticarət birlikləri ƏDV-nin artımına etiraz 
etməsələr də hökumətdən enerjinin qiymət artımından sonra kompensasiya 
tələb etmişdilər. Polşa hökuməti bu islahatdan sonra ümumi qiymət artımına 
yol verməyəcəyini bildirmişdir. Endirimlər isə az gəlirli qruplar və təqaüdçülər 
üçün tətbiq edilmişdir. Birbaşa yardımlar əhalinin 1%-ni əhatə edirdi. Polşada 
enerji sektorunun islahatları baxımından əlverişli hal kimi 1990-cı ildə 586% 
səviyyəsində olan inflyasiyanın 1999-cu ildə 7%-ə enməsini qeyd etmək müm-
kündür. Nəticədə enerjinin real qiymətinin artmasına baxmayaraq əhalinin en-
erji istehlakında xərcləri 1990-cı illərlə müqayisədə o qədər də yüksəlməmişdir.
Mənbə: OECD, 2011, “Fossil-fuel Support” OECD Secretariat background report to sup-
port the report on “Mobilizing Climate Finance” G20 Meeting of Finance Ministers, səh. 16
10  Baxın: Əlavə 1
11  Ayrı ayrı ölkələr üzrə enerji subsidiya reform nəticələrini göstərən cədvəl üçün baxın: Əlavə 3

- 98 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Neft məhsulları üçün subsidiyalar qiymət fərqi yanaşmasından istifadə 
olunaraq 176 ölkə üçün hesablanmışdır. 22 ölkədə uğurlu və uğursuz 
nəticələnən 28 subsidiya islahatı həyata keçirilmişdir. Bu islahatlara sub-
sidiyaların fiskal yükünü azaltmaq üçün biznes və əhaliyə satılan enerji 
növlərinin qiymətlərinin artırılması, həmçinin enerji sektorunda dövlət 
müəssisələrinin səmərəliliyinin yüksəldilməsi daxildir. İslahat çərçivəsində 
vergi sonrası subsidiyalarının azaldılmasını qeyd etmək olar. Amma subsi-
diyaların yenidən ortaya çıxdığı və ya subsidiya islahatlarının nəticəsində 
qiymətlərin artdığı, bir sözlə, islahatların uğursuz olduğu ölkələr də möv-
cuddur. Bizim nümunə kimi təqdim etdiyimiz 28 islahatdan 12-si uğur-
lu, 11-i qismən uğurlu və 5-i isə uğursuz olmuşdur. 
12
 Subsidiyaların ləğvi 
və güzəştlərin azaldılması ilə qənaət edilən büdcə resurslarının sosial 
məqsədlərə (o cümlədən, yoxsulluğun azaldılmasına) istiqamətləndirilməsi 
səmərəli yoldur. Bu baxımdan ən yaxşı misal İndoneziyadır. 2005-ci il ya-
nacaq qiymətlərinin artmasından sonra 2005-2006-cı illərdə qənaət edilən 
büdcə ehtiyatları 10,1 milyard dollar olmuşdur. Bu isə müxtəlif sosial proq-
ramlarla az gəlirli əhaliyə köçürülmüşdür. Meksikada da eynilə əldə olunan 
gəlirlərlə sosial proqramlar həyata keçirilmiş və insan kapitalının inkişafına 
yönəldilmiş, əhalinin məşğulluq səviyyəsində də artım olmuşdur. Braziliyada 
Auxilio Qaz və Bolsa Familia birləşmiş və gəlir transfer proqramı yaradılmış-
dır. Aşağı gəlir qrupunun yanacaq istifadəsində endirimlər tətbiq olunmuş-
dur. Yanacaq subsidiyalarının ləğvi ilə eyni zamanda daha həssas təbəqələrin 
sosial müdafiəsi gücləndirilmişdir. İordaniyada minimum əmək haqqı artı-
rılmış, xüsusilə az gəlirli əhali və təqaüdçülərə endirim və vergi istisnaları 
tətbiq olunmuş, Milli Yardım Fondunun fəaliyyəti genişləndirilmişdir.
13
 
İordaniya 
İordaniya MENA ölkələri arasında enerji sektorunda uğurlu islahat apa-
ran dövlətlərdən biridir. İordaniyada yerli enerji tarifləri dünya bazarındakı 
qiymətlər  nəzərə alınmaqla avtomatik tənzimlənməyə başlandı. Bu isə dövlət eh-
tiyatlarının artımı ilə nəticələndi. Enerji qiymət islahatı məhz ona görə rəvan baş 
12  IMF, (2013), Energy Subsidy Reform: Lessons And ImplicationsExecutive Summary
13  İEA, OECD: World Bank, 2010, The Scope Of The Fossil Fuel Subsidies İn 2009 And The Roadmap For Phas-
ing Out Fosil Fuel Subsidies, səh:40-47

- 99 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tutdu ki, geniş informasiya sistemi yaradıldı, kompensasiya paketleri yoxsullu-
ğun artımına mane oldu və orta və yüksək gəlir qruplarının razılığı əldə edildi. İs-
lahatın uğurlu olmasının bir səbəbi kimi müxtəlif maraq qrupları və qərar qəbul 
edənlərin bu istiqamətdə fəal müzakirələrə qoşulmasını qeyd etmək mümkündür. 
Mənbə: Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms, Evidence From De-
veloping Countries, World Bank
Azərbaycanda da 2007-ci ildə enerji tariflərinin optimallaşdırıl-
masından(həmin vaxt Tarif Şurası bəzi tənzimlənən qiymətləri 2-3 dəfə 
artırmışdı) sonra da yoxsulluq səviyyəsi düşməkdə davam etmişdir. Belə 
ki, yoxsulluq səviyyəsi 2007-ci ildə 15,8 % idisə, 2008-də bu göstərici 13,2 
%-ə düşdü və sonrakı illərdə pozitiv dinamika saxlanıldı: 2009-cu ildə 
10,9%, 2010-cu ildə 9,1%, 2011-ci ildə 7,6 % və 2012-ci ildə 6 %. Beləliklə, 
Azərbaycan iqtidarı tənzimlənən qiymətlərin artırılması nəticəsində əhalinin 
aztəminatlı təbəqəsinə dəyə biləcək ziyanı minimuma endirdi, əksinə 
tariflərin bahalaşmasından əldə olunan gəlirləri əhalinin aşağı təbəqəsinin 
xeyrinə yenidən böldü. Çünki 2007-2012-ci illər ərzində orta pensiya 62,9 
manatdan 152 manata, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 78 
mindən 134 minə, orta əmək haqqı isə 216 manatdan 398 manata çatmışdır.
Enerji subsidiyaları islahatı zamanı mənfi sosial təsirlərdən qaçmaq 
mümkündürmü? Bunun üçün aşağı desil gəlir qrupunun nə qədər enerji 
istehlak etdiyini və subsidiya islahatlarının bu gəlir qrupuna necə təsir et-
diyini bilmək vacibdir. Amma istər Yəmən misalı, istərsə də digər ölkələrin 
təcrübəsi göstərir ki, qiymət artımı daha çox aşağı gəlir qrupuna təsir 
göstərməklə onların real gəlirini azaldır.
3.4.2. Azərbaycanda enerji subsidiyaları
Keçmiş sovet respublikalarında ilk bazar islahatları tətbiq olunan zaman 
kvazifiskal subsidiyaların miqyası böyük olmuşdur. Burada iki fərqləndirici 
əlaməti qeyd etmək lazımdır:
1. Postsovet məkanında dövlət mülkiyyətində olan müəssisələr yüksək 
dərəcədə subsidiyalaşmış dövlət xidmətlərinin maliyyələşdirilməsi və 
təminində əsas mənbə rolunu oynayırdı;

- 100 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
2. Bu ölkələrdə istehlakçılar enerji və digər dövlət xidmətlərinin yüksək 
dərəcədə istehlakına adət etmişdilər.
Müstəqilliklərinin ilk illərində postsovet ölkələri enerji tariflərini dünya 
qiymətlərinə əsasən balanslaşdıra bilmədiklərinə görə subsidiyalaşmanın ən 
önəmli kanalı enerji olmuşdur. Belə yanaşma makroiqtisadi və fiskal risklərin 
əsas səbəbidir. Bu səbəbdən də fiskal və makroiqtisadi dayanıqlıq enerji sek-
torundan asılı vəziyyətə gəlmişdir. Müstəqilliyin ilk dövründə karbohid-
rogen ixracatçıları (Qazaxıstan, Rusiya və Azərbaycan) enerji islahatlarını 
təxirə salmış və enerji istehsalçılarını subsidiyalaşdırmışlar. Enerjidən asılı 
ölkələr (Ukrayna) enerjini dünya qiymətlərinə yaxın tariflərlə idxal etməyə 
məcbur olmuşlar və əvvəlcədən subsidiyaların maliyyələşdirilməsində 
çətinlik çəkmişlər. 
1995-97-ci illərdə Rusiyada enerji subsidiyaları ÜDM-un 7-10%-ə 
yüksəlmişdir. Liberallaşma və stabilizasiya siyasətindən sonra bu subsidiya-
lar ləğv edilmişdir. 1997-ci ildən etibarən enerji monopoliyaları gizli subsi-
diyaların əsas hissəsini dövlət büdcəsinə transfer etməyə müvəffəq olmuş-
dur. Bu ödənilməmiş vergi borclarının toplanması və yüksək mənfəətinin 
əldə edilməsiylə mümkün olmuşdur. Rusiya (həm də) enerji subsidiyaları 
nəticəsində meydana gələn fiskal kəsiri maliyyələşdirmək üçün xarici və da-
xili borclanmanı artırmağa məcbur olmuş və proses 1998-ci ilin böhranına 
gətirib çıxarmışdır. 
Azərbaycanda kvazifiskal subsidiyalara misal olaraq enerjinin aşağı 
qiymətləndirilməsi və enerji tədarükçülərinin ödənişləri vaxtında və tam 
həcmdə edə bilməməsi göstərilə bilər. 1999-cu ildə kvazifiskal subsidi-
yalar ÜDM-un 7%-i təşkil etmişdir. O zaman əhali ən çox ödənişi həyata 
keçirməyən istehlakçı seqmenti idi. Əhali istifadə etdiyi enerjinin 10%-nin 
pulunu ödəyirdi. 
Dünya Bankına görə enerji qiymətələri islahatları iki mərhələdə həyata 
keçirilməlidir:
• 
Daxili enerji tarifləri dünya qiymətləri ilə bərabərləşdirilməlidir;
• 
Enerji qiymətlərinin çevik tənzimlənmə mexanizmi yaradılmalıdır.
Bununla belə 2003-cü ilədək Azərbaycanın enerji sektorunda 
qiymətlərin demək olar heç dəyişmədiyi görülə bilər.
14
 
14  Bu göstəricilər “İMF, (2003) Staff Country Reports”dan əldə edilib: http://books.google.az/books?id=iLLVwA
2xGgcC&pg=PA76&lpg=PA76&dq=energy+subsidies+in+azerbaijan&source=bl&ots=21deslhqh0&sig=ugM2
d-QmRXlFTg-11T5QVbKGtbQ&hl=en&sa=X&ei=mmpWUvq4FIPbswb204DwAg&ved=0CFYQ6AEwCA#v
=onepage&q=energy%20subsidies%20in%20azerbaijan&f=false

- 101 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şəkil 3.6. Azərbaycanın enerji sektorunda gizli subsidiyalar (ÜDM-ə %-lə)
Mənbə: Vagliasindi Maria, (2013), Implementing Energy Subsidy Reforms
Evidence From Developing Countries, World Bank, səh. 193.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 yanvar 2006-
cı il tarixli “Bəzi neft  məhsullarının qiymətlərinin respublika daxilində 
tənzimlənməsi barədə” qərarına əsasən  kerosin, dizel, benzin və s. 
məhsulların qiyməti bahalaşdı. Bu artım dövlətə dünya və yerli qiymətlər ara-
sında fərqi azaltma imkanı vermişdir. Bu addımla büdcə gəlirlərinin 85 mil-
yon dollar artacağı və Azərbaycan neftinin və neft məhsullarının qiymətlərin 
daha baha olduğu Gürcüstan və Rusiyaya qaçaqmalçılığının qarşısının alına-
cağı gözlənilirdi. Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən 
ikinci qiymət artımı isə 2007-ci ilin yanvar ayında həyata keçirilmişdir. Bu 
dəfə neftin qiymətindəki artımdan başqa elektrik qiymətlərində də kəskin 
artım olmuşdur. Bu qiymət artımının da büdcəyə əlavə 220 milyon dollar 
gəlir gətirəcəyi gözlənilirdi.
15
  Azərbaycan Respublikası Tarif (qiymət) Şu-
rasının 2 dekabr 2013-cü il tarixində keçirilmiş növbəti iclasında rabitə, 
hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın 
iri istehlakçılara (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərikimya” 
İstehsalat Birliyi) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxıl-
mışdır. Tarif (qiymət) Şurası tərəfindən Aİ-95 benzinin pərakəndə satış 
15  Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms, Evidence From Developing Countries,
World Bank, səh 189

- 102 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin 
pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə 
satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmiş, bəzi neft 
məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunmuşdur. Həmçinin, 
bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunmuşdur. 
Azərbaycanda neft məhsulları üzrə mövcud tariflər nəinki Avropa, hətta 
əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Tarif artımından sonra da 
benzinin pərakəndə satış qiyməti Azərbaycanda digər MDB ölkələrindən 
aşağı olacaqdır. Hazırda neft istehsalına görə dünyada 2-ci yerdə olan Ru-
siyada benzinin qiyməti Azərbaycanla müqayisədə daha yüksəkdir. Neft 
məhsulları üzrə sonuncu tarif tənzimlənməsi 6 yanvar 2007-ci il tarixində 
həyata keçirilmişdir. 2007-ci ildə tarif tənzimləməsi aparılarkən xam neftin 
dünya bazarlarında qiyməti 1 barrel üçün 57 ABŞ dolları təşkil edirdisə, ha-
zırda bu rəqəm 110 ABŞ dolları səviyyəsindədir. Bu dövrdə ölkəmizdə mi-
nik avtomoillərinin sayı 617 mindən 959 minədək artmışdır. Son 7 ildə av-
tomobil benzinləri üzrə ölkədaxili tələbat 800 min tondan 1,3 milyon tona, 
orta aylıq əmək haqqı isə 215,8 manatdan 417 manatadək, ÜDM-un bir 
nəfərə düşən həcmi 3,3 min manatdan 5,9 min manatadək yüksəlmişdir
16
.
Şəkil 3.6. Azərbacan büdcəsində açıq neft subsidiyaları (2003-2010)
Mənbə: Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms, 
Evidence From Developing Countries, World Bank, səh 192.
16  http://tariffcouncil.gov.az/?/az/news/view/101/

- 103 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Azərbaycanda elektrik enerjisi sektorundakı qiymət artımının əsas 
səbəbi bu sahəyə verilən subsidiyalarının tədricən aradan qaldırılması ol-
muşdur. Qaçqın və məcburi köçkünlər subsidiyalaşması da Azərbaycan 
misalında vacibdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 
“Elektrik enerjisindən istifadəyə görə bir sıra birincı dərəcəli istehlakçıların, 
məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elekt-
rik enerjisinin dəyərinin ödənilməsinin tənzimlənməsi barədə”  10 iyun 
2003-cü il tarixli, 80 saylı qərarına əsasən normativ kimi 150 kilovat/saat 
müəyyən edilib. Bu o deməkdir ki, hökumət hər ay məskunlaşmamış qaç-
qın və məcburi köçkünə adambaşına 150 kilovat/saat limit üçün paylayıcı 
şəbəkələrə ödəniş həyata keçirirlir.
Azərbaycanda enerji subsidiya islahatları aşağıdakı xüsusiyyətlərə malikdir:
•   Enerjinin qiyməti yüksəldiyindən və sayğaclaşmaya görə enerjidən daha 
rasional istifadə edilir;
•  Enerji qiymətlərinin yüksəlməsi və yoxsulluğun azalması onu göstərir ki, 
enerji qiyməti islahatı inklüziv xarakter daşıyır. 
Azərbaycanda ev təsərrüfatlarının kvintilləri üzrə təhlil onu göstərir ki, 
gəlirlər artdıqca kommunal xərclərin mütləq və nisbi miqyası da yüksəlir. 
Məsələn, su, işıq, qaz və digər yanacaq növlərinə çəkilən xərclər 1-ci kvintildə 
ev təsərrüfatının büdcəsinin 6,5 %-ni təşkil edirsə, 5-ci kvintildə bu göstərici 
8,5 %-ə qədər yüksəlir. Deməli, su, işıq, qaz və digər yanacaq növlərinə verilən 
subsidiyalardan daha çox imkanlı ailələr istifadə edir ki, bunun da heç bir 
iqtisadi və sosial əsası yoxdur. Bu baxımdan enerji subsidiyalarının azaldıl-
ması və əvəzində qənaət edilən vəsaitin sosial proqramlar vasitəsilə əhalinin 
aztəminatlı təbəqələrinin xeyrinə yenidən bölgüsü daha səmərəli yanaşmadır. 
Təhlil göstərir ki, 5-ci ən varlı kvintildə su, işıq, qaz və digər yanacaq növlərinə 
çəkilən xərclər orta təbəqənin əsasən əhatə etdiyi 2-4-cü kvintillərdə eyniadlı 
göstəricidən üstündür. Beləliklə, sosial proqramlar vasitəsilə enerji subsidiya-
larının qənaəti nəticəsində əldə olunan vəsaitlərin yenidən bölgüsü yoxsulla-
rın azalması fonunda orta təbəqəni daha da gücləndirir. Belə yanaşma sosial 
bazar modeli seçmiş Azərbaycan dövlətinin iqtisadi siyasət kursuna tamamilə 
uyğundur.

- 104 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şəkil 3.7. 2012-ci ildə Azərbaycanda kvintillər üzrə su, işıq, qaz və digər 
yanacaq növlərinəçəkilən xərclər (ev təsərrüfatının büdcəsində faizlə)
Mənbə: AR Dövlət Statistika Komitəsi
Kitabın üzərində işləyən tədqiqat qrupu dünya ölkələri üzrə hər nəfərə düşən 
ÜDM və karbon emissiyası göstəriciləri əsasında reqressiya tənliyi qurmuş və 
aşağıdkı qrafiki tərtib etmişdir. Tərəfimizdən aparılan təhlillər onu göstərir ki, 
Azərbaycan hər nəfərə görə ÜDM istehsal edərkən dünyanın orta göstəricisinə 
uyğun olaraq karbon emissiya edir. Enerji qiyməti islahatları Azərbaycanın 
gələcəkdə ÜDM istehsalı zamanı daha az karbon emissiya etməsini proqnozlaş-
dırmağa imkan verir. Beləliklə, Azərbaycan enerji ölkəsi olmasına baxmayaraq 
daha az karbon emissiya etməklə ətraf mühiti daha az mənfi təsirə məruz qoyur. 
Şəkil 3.8. Dünya üzrə hər nəfərə düşən ÜDM və karbon emissiyası 
göstəricilərinin qarşılaşdırılması

- 105 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
3.4.3. Subsidiya reformlarına dair öyrənilmiş dərslər
Enerji sahəsində subsidiya islahatları aparmadan öncə və islahat zama-
nı müxtəlif tədbirlər həyata keçirilməlidir. Bu tədbirləri aşağıdakılardan 
ibarətdir:
1.  Sosial təhlükəsizliyi möhkəmləndirmək və subsidiyalar üçün 
məqsədli mexanizmi inkişaf etdirmək.
Uğurlu islahat üçün ən vacib şərt aşağı gəlir qruplarının sosial 
müdafiəsində dövlətə inam və qənaət edilən vəsaitin sosial rifahın yaxşılaş-
dırılmasına yönəldilməsidir. Aşağıdakı texnologiyalardan isfadə oluna bilər: 
•  Əhali xərcləri anketindən istifadə edilməsi. Anketlərdən istifadənin əsas 
səbəbi mövcud subsidiyalardan kimin daha çox faydalandığını və subsi-
diyaların kimə daha çox təsir etdiyini öyrənməkdir. 
•  Məqsədliliyin artırılması. Effektivliyi artırmaq üçün subsidiya islahatları 
sadə və şəffaf, məqsədli olmalı və sosial yardım sistemi ilə paralel zaman-
da qəbul edilməlidir.
Azərbaycanda subsidya islahatları hər dəfə ümumi qiymət artımı ris-
kini yaradır. Çünki inflyasiya modelləri göstərir ki, Azərbaycanda qiymət 
artımına təsir göstərən əsas amillərdən biri də biznesin və əhalinin inflya-
siya gözləntiləridir. Buna görə də enerji tariflərinin optimallaşdırılması ilə 
əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak-
çıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (və digər müvafiq dövlət 
orqanları) bazarlarda monitorinqi gücləndirir və yeni inflyasiya dalğasının 
(süni qiymət artımları) qarşısını alır. Xüsusilə, əhalinin ən çox tələbat duy-
duğu ərzaq məhsullarının tarla və süfrə qiymətləri arasındakı fərqin azaldıl-
ması üçün “Səffaflıgın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli 
Strategiya” və «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin 
ərzaq məhsulalrı ilə etibarlı təminatına dair Dövlət Proqramı» çərçivəsində 
tədbirlər həyata keçirilir. Öz növbəsində Mərkəzi Bank monetar alətlərdən 
istifadə etməklə inflyasiya və manatın məzənnəsini nəzarətdə saxlamaqla ta-
rif optimallaşdırılmasının risklərini minimuma endirir.

- 106 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
FƏSİL 4. 
Enerji səmərəliliyi və fiskal siyasət
4.1.Enerji səmərəliliyinin təmin edilməsində fiskal alətlərin rolu
Hazırda Azərbaycan təbii resursdan böyük həcmdə gəlirlər əldə edir. 
Əldə edilən gəlirlər strateji valyuta ehtiyatlarının əhəmiyyətli şəkildə ar-
tımını (01.09.2013 tarixinə 49.6 mlrd.ABŞ dolları) şərtləndirir. Böyük 
həcmdə vəsaitlər bir tərəfdən, sosial problemlərin həllinə yönəldilirsə, 
digər tərəfdən hökumətin fəal investisiya siyasətini aparmasını (o 
cümlədən, dövlət büdcəsi vasitəsilə) və bununla da ölkədə zəruri infrast-
rukturun yaradılması ilə fiskal siyasətin investisiya yönümlülüyünü təmin 
etməsini göstərir. 
Bütün bu məsələlər bir sıra sualların meydana çıxmasını şərtləndirir. 
Əldə edilən böyük gəlirlər nə dərəcədə səmərəli istifadə edilir? Bu vəsaitlərin 
idarə edilməsi sosial ehtiyacları ödəyirsə hansı nisbətdə və keyfiyyətdə buna 
çatmaq mümkündür? Digər tərəfdən, enerji sektoru bu vəsaitlərin əsas 
maliyyə mənbəyi olmaqla yanaşı cəmiyyət böyük resurs olan enerjidən 
səmərəli istifadə edirmi? Bu halda, hansı yanaşmalar və mexanizmlər möv-
cuddur? Yəni son illərdə ölkəmizdə əhəmiyyətli dərəcədə aktuallaşmış 
“enerji səmərəliliyi” konsepsiyası beynəlxalq təcrübədən hansı dərsləri 
götürə bilər?
Unutmaq olmaz ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Kon-
sepsiyanın əhatə etdiyi dovrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM 
istehsalı ucun istifadə edilən enerjinin və emissiya olunan karbon dioksi-
din miqdarı İqtisadi Əməkdaslıq və İnkisaf Təskilatı olkələri uzrə muvafiq 
gostəriciyə yaxınlaşdırılması hədəf kimi müəyyən edilmişdir.
Beynəlxalq təcrübədə enerji səmərəliliyinin təmin edilməsi məqsədilə 
hökumət tərəfindən bir sıra iqtisadi alətlərdən istifadə edilir. Bu alətlər sı-
rasında fiskal (enerji vergiləri, vergi güzəştləri, əmlak vergisi, ƏDV və s.) 
alətlərlərdən istifadə təcrübəsi kifayət qədər geniş yayılmışdır.
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə