YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
4.2. Beynəlxalq təcrübədə fiskal alətlərdən istifadə
Beynəlxalq təcrübədə aşağıdakı fiskal alətlərdən istifadə edilir:
1. “Enerji vergiləri”. Bir qayda olaraq enerji vergilərinin tətbiqi
bu və ya digər enerji resursunun qiymətinin bahalaşmasına səbəb olur.
Nəticədə həmin vəsait bir tərəfdən, büdcə gəlirlərinin həcminin ar-
tımını şərtləndirirsə digər tərəfdən, həmin ödənişlər eynilədə ener-
ji səmərəliliyinin artmasına xidmət etmiş olur. Yəni vergi bu halda iki
cür enerji səmərəliliyini stimullaşdırır. Misal üçün, bu vergilər ener-
ji səmərəliliyinin təmin edilməsinə yönəldilmiş qrantların alınması
yönəldilə bilər.
Bu şəraitdə bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, enerji
vergisi yaranan ekoloji fəsadların aradan qaldırılmasına xidmət etmir.
Sadəcə o xərclərin bir hissəsini qarşılayır. Beynəlxalq təcrübədə Avropa
Birliyi ölkələri tərəfindən minimal enerji vergisinin tətbiq edilməsi ilə
bağlı saziş imzalanmışdır. Bu sazişə əsasən 2004-cü ildən başlayaraq AB-
yə üzv dövlətlər ölkə ərazisində (kömür, qaz və elektrik enerjisi) mini-
mal enerji vergi dərəcələri tətbiq etməlidirlər.
Beynəlxalq təcrübədə ekoloji vergilərin tətbiqi çərçivəsində “ver-
gi dəyişmələri” konsepsiyasından istifadə edilir. Konsepsiyanını
mahiyyəti ekoloji vergilərin tətbiq edilməsi hesabına digər vergilər üzrə
vətəndaşların yükünün azaldılmasıdır. Misal üçün, Niderlandda 1996-
cı ildən tənzimləyici enerji vergiləri tətbiq edilir ki, əsas məqsəd bir
tərəfdən, enerjiyə qənaət və ekoloji fəsadların aradan qaldırılmasıdır-
sa, digər tərəfdən, birbaşa vergilərin üzərindən yükün dolayı vergilərin
köçürülməsidir. İsveçdə 1989-cu ildən elektrik enerjisindən və yanacaq
növlərindən tutulan (bioyanacaq və torf istisna olmaqla) ümumi enerji
vergisi tətbiq edilmişdir . 1991-ci ildən İsveçdə aparılan vergi islahatları
ekoloji hədəflərə uyğun reallaşdırılır. 2001-ci ildən isə hökumət 2001-
2010-cu illəri əhatə edən (ekoloji hədəfləri) “vergi dəyişmələri” strategi-
yasını qəbul etmişdir.Başqa sözlə desək, vətəndaşın vergi yükü azalmır,
sadəcə vergi yükünün strukturunda dəyişiklik baş verir.
- 108 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəl 4.1. Avropa Birliyində enerji vergilərinin ümumi vergilərdə payı, %-lə
2007
2008
2009
2010
2011
AB-yə üzv olan 27 dövlət üzrə
orta göstərici
4.5
4.4
4.8
4.8
4.7
O cümlədən:
Bolqarıstan
8.7
9.0
8.9
9.1
9.1
Latviya
5.6
5.7
7.7
7.3
6.9
Sloveniya
5.7
5.8
7.3
7.2
6.9
Litva
5.3
5.0
6.4
6.5
6.1
Çexiya
5.8
5.7
6.4
5.9
6.0
Yunanıstan
5.5
5.3
6.2
6.2
6.0
Lyüksemburq
6.5
6.4
6.0
5.8
5.9
Mənbə: Taxation trends in the European Union, Eurostat, 2013
2. Vergi güzəştləri. Vergi güzəştlərinin tətbiqi daha çox enerjiyə qənaət
edən avadanlığın idxal rüsumundan azad edilməsi [Bolqarıstan, Slovakiya],
gəlir (mənfəət) vergisində müəyyən edilən güzəştlər [Fransa (8 min avroya
qədər 15%), Çexiya, Niderland, Rumıniyada mənfəət vergisi üzrə güzəştlə
yanaşı, dövlət büdcəsindən faizsiz ssuda] şəxsin enerji səmərəliliyini təmin
edəcək avadanlığa investisiya qoyuluşunu stimullaşdırmaq məqsədi daşıyır
1
.
3. Əmlak vergisi. Xüsusilə Skandinaviya ölkələrində populyar olan
bu təcrübə daha çox evin 5 standarta uyğunluğu çərçivəsində tətbiq edi-
lir. 1-ci standart evin (əmlak) görünüşü (fasada və s.), 2-ci standart sanitar
göstəricilər, 3-cü standart mətbəx, 4-cü standart dogər elementlər (ka-
min, zirzəmi və s.), 5-ci standart bilavasitə enerji səmərəliliyi göstəriciləri
aid edilir. Misal üçün, evdə kamin varsa enerji səmərəliliyinin azalmasını
məhdudlaşdıran amil kimi daha böyük dərəcə ilə əmlak vergiyə cəlb edilir.
4. Əlavə Dəyər Vergisi (ƏDV). ƏDV-nin fiskal alət olaraq differensial
dərəcələrinin tətbiqi təcrübəsi bu sahəyə investisiya qoyuluşunu stimullaş-
dırmaq məqsədi daşıyır. Misal üçün, Çexiya Respublikası bu istiqamətdə
1
http://www.energosovet.ru/stat542p15.html
- 109 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
5%-lik, Macarıstan 12%, Slovakiya isə
10-23% nisbətində aşağı vergi dərəcəsi
tətbiq edir.
5. Sürətli amortizasiya. Bir sıra
dövlətlərdə (Niderland, Birləşmiş
Krallıq, Rusiya Federasiyası) “ekolo-
ji” investisiyalara sürətli amortizasiya
tətbiq edir. Rusiya təcrübəsinin əsas
xüsusiyyətlərindən biri odur ki, enerji
səmərəliliyinə xidmət edən avadan-
lıqların A-dan (ən yüksək) G-yə (ən
aşağı) qədər səmərəlilik kateqori-
yaları müəyyən edilir. Lakin, sürətli
amortizasiya təcrübəsi məhz enerji
səmərəliliyinin təmin ediləməsi ba-
xımından populyar hesab edilmir
və bir qayda olaraq məhdud zaman
çərçivəsində istifadə edilir.
Birləşmiş Krallıq 2001-ci ildən avadanlığın sürətli amortizasiyanı tətbiq
edən proqram qəbul etmişdir. Bunun nəticəsim olaraq 7 mindən 3 milyard
funt sterlinq dəyərində avadanlıq alınmışdır.
6. Nəqliyyat və ya yol vergisi (yığım). Bir çox ölkələrdə (Sinqapur,
Danimarka, Finlandiya, Norveç, Birləşmiş Krallıq və s.) yollarda yaranan
tıxacların aradan qaldırılması məqsədilə nəqliyyat və ya yol vergisi tətbiq
edilir. Ən populyar təcrübə Sinqapur nümunəsidir. 1975-ci ildən Sinqapur-
da şəhərin mərkəzi hissəsinə səhər pik saatlarında daxil olan 4 və daha ar-
tıq sayda sərnişini olan avtomobillər üçün yığımlar (1 avro 1 gün və ya 20
avro aylıq) tətbiq edilir. 1998-ci ilədn bu sistem bir qədər də modernizasiya
edildi. Avtomobillərdə smart kartlar qoyuldu. Şəhərin mərkəzi hissəsinə
daxil olan avtomobillər vaxtdan asılı olaraq smart kartlardan istifadə
etməklə ödəniş edirdilər. Həmçinin avtomobillərin alınması üçün Sinqapur
hökuməti böyük nisbətdə vergilər tətbiq etdi. Həmçinin, büdcə sektorunda
Enerji səmərəliliyinin artırılmasına
yönəldilmiş ən uğurlu təcrübə
Danimarka nümunəsidir. 70-ci
illərdə baş vermiş neft böhranına
cavab olaraqenerji istehlakını
artırmadan, enerji tutumluğunu
və karbon dioksid tullantıları-
nın həcmini əhəmiyyətli şəkildə
azaldaraq ÜDM-i iki dəfə artıra
bildi. Əsas fiskal rıçaq kimi enerji
resurslarının istehlakını azaltmaq
məqsədilə təbii qaz, neft və neft
məhsullarının vergi dərəcələri artı-
rıldı. Bu islahatların digər müsbət
nəticələri dövlət borcunun, neft
idxalının həcminin azaldılması və
ətraf mühitin mühafizəsi oldu.
- 110 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
çalışan işçilər üçün yolda tıxac yaranmaması məqsədilə hökumət müxtəlif iş
rejimləri tətbiq etdi Bu sistemin tətbiqi ilə yollarda müşahidə edilən inten-
sivlik (xüsusilədə, pik saatlarında 45%) azaldı.
Eyni təcrübə Londonda da tətbiq edilir. 2003-cü ildən səhər 7:00-dan ax-
şam 18:30-dək şəhərin mərkəzinə daxil olan avtomobillər 5 (2008-ci ildən 8)
funt sterlinq ödəməlidir. Sistemin tətbiqinə hökumət 200 milyon funt sterlinq
sərf etsə də artıq birinci il bu məbləğin 80 milyonu geriyə qayıtdı (özünü ödəmə
birinci il 40%). Nəticədə yollardakı tıxacların həcmi 30% azaldı, avtobuslardan
istifadə dərəcəsi 14%, metrodan istifadə 1% artdı
2
.AFR-də ictimai nəqliyyatdan
istifadə edənlərin sayında əhəmiyyətli artım müşahidə edilmişdir.
Eyni zamanda, hibrid avtomobilləri alan sürücülərin nəqliyyat
vergisindən, həmçinin avtomobillərin park edilməsi xərcindən (ABŞ, Rusi-
ya Federasiyası və s.) azad edilir.
7. Dövlətin əsaslı vəsait qoyuluşu. Dövlət sektoru tərəfindən ener-
ji səmərəliliyinin artırılması məqsədilə əsaslı vəsait qoyuluşu iki formada
həyata keçirilir.
I. Cari xərclər üzrə “enerji səmərəliliyi”nin maliyyələşməsi. Cari
xərclərin strukturunda yer alan enerji səmərəliliyi xərclərinə nümunə kimi
enerji səmərəliliyinə xidmət edən malların alınması, büdcə sektorunda yer
alan binaların enerji qənaəti normalarına uyğunlaşdırılması.
II. Büdcə qrantları vasitəsilə maliyyələşmə. Dövlət büdcəsi
vasitəsilə təsərrüfat subyektlərinə enerji səmərəliliyinin təmin edilməsi
məqsədilə investisiya layihələrinin reallaşdırılması məqsədilə qrantların
verilməsi AB-yə üzv olan (İtaliya, Çexiya və s.) bir sıra dövlətlərdə tətbiq
edilir. Həmçinin, Rusiyanın bir neçə vilayətində (misal üçün, Orenburq)
bu təcrübə sınaqdan çıxarılır.
İnvestisiya layihəsi 0-5 nisbətində [
A.icra səviyyəsinə görə: əgər layihə
70-100% arası icra edilirsə 5, 60-70% − 4, 50-60% − 3, 30-50% − 2, 0-30%
− 1 bal ilə,
B.layihənin özünüödəmə müddətinə görə 1 ilə qədər 5, 3 ilə
qədər 3, 3ildən yuxarı 1 balla,
C.layihənin vilayətin inkişafına xidmət
edən sosial səmərəsi 5, bələdiyyənin inkişafına xidmət edən sosial səmərəsi
3, təsərrüfat subyektinin inkişafına xidmət edən səmərəsi 1 balla,
D.əgər
2
Мировой Энергетический Совет и Институт транспортной политики г. Виктории, 2006
- 111 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
layihə büdcəyə vergi ödənişlərinin həcmini 10% artırırsa 5, 5-10% artırır-
sa 3, 5% qədər artırırsa 1 balla] qiymətləndirilir.
Tədqiqatlar göstərir ki, enerji səmərəliliyinin təmin edilməsinə
yönəldilmiş təsərrüfat subyektlərinə investisiya qoyuluşunun həcminin
10% artımı istehsalın enerji səmərəliliyini 4% yüksəldir
3
.
Cədvəl 4.2. Avropa Birliyi ölkələrində enerji səmərəliliyinin
dövlət sektorunda artırılması imkanları
İmkanlar
Nəqliyyat
Avtomobillərin alınması hesabına enerji
səmərəliliyinin 22% artırılması (AB üzrə)
İctimai binalar
20-30% artırmaq (Danimarka)
20% artırmaq (AFR)
2010-cu ilə 2002-ci illə müqayisədə 17%
artırmaq
(Yaponiya kommersiya sektoru)
Satınalmalar
21% artırmaq (AFR)
Ofis avadanlığı
34% artırmaq (AB)
Elektrik enerjisi
28% artırmaq (Danimarka)
Dövlət sektorunun məcmu potensialı
20% Avropa Birliyi üzrə
Mənbə: http://energohelp.net/upload/art165.pdf
8. Məqsədli-proqram və digər strateji sənədlərin qəbulu təcrübəsi.
Bu sahədə daha populyar Bolqarsıtan təcrübəsidir. Bolqarıstanda qəbul
edilmiş 5 strateji sənəd (Nəqliyyat sektorunda enerji səmərəliliyinin artırıl-
ması milli proqramı, Enerjiyə qənaət edən texnologiyaların kiçik və orta sa-
hibkarlıqda tətbiqi proqramı və s.) müəyyən bir dövrü (2005-2020-ci illər)
əhatə etsədə hər il bu istiqamətdə yeni bir illik dövlət proqramının qəbul
edilməsi təcrübəsi mövcuddur
4
. Misal üçün, bir illik qəbul edilən proqram-
lar dövlət və bələdiyyə binalarının termoizolyasiyası məqsədilə auditi və
sertifikatlaşdırılmasını aparılmasını tələb edir. Bu tədbir “Enerji səmərəliliyi
haqqında Qanun”un müvafiq maddəsinin icrası məqsədilə məqsədli proq-
ram çərçivəsində icra edilir
5
.
3
http://www.csr-nw.ru/upload/file_content_262.pdf
4
Углубленный обзор политики Болгарии в области энергоэффективности, 2008
5
http://energodoma.ru/novosti/stati/249-uglublennyj-obzor-politiki-bolgarii-v-oblasti-energoeffektivnosti
- 112 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
9. İstehlak subsidiyaları. Bu tip subsidiyalar 2 cür olur
6
: a) Vergilərin
ödənilməsinə qədər (VÖQ) və b) vergilərin ödənilməsindən sonra (VÖS).
Vergilərin ödənilməsinə qədər olan subsidyaların əsas xüsusiyyəti − isteh-
lakçı enerjinin daşınmasına çəkilən xərcdən az qiymət ödəyirsə bu halda,
haqqında danışılan subsidiya tətbiq edilir. Misal üçün, yanacaq doldur-
ma stansiyasında istehlakçı tərəfindən yanacağa görə ödənilən qiymətlə
beynəlxalq qiymət arsındakı fərq. VÖS = VÖQ + vergi subsidiyaları. Ver-
gi subsidiyaları (VS) enerji daşıyıcılarına tətbiq edilən vergilər səmərəlilik
həddindən aşağı olduğu təqdirdə tutulur.
BVF-nin qiymətləndirmələrinə görə Vergilərin ödənilməsinə qədər tutu-
lan subsidiyaların həcmi dünya üzrə 480 mlrd.ABŞ dolları (dünya üzrə ÜDM-
un 0.7%), vergilərin ödənilməsindən sonrakı dövrdə verilən subsidiyaların
həcmi isə 1.9 trilyon ABŞ dolları (dünya üzrə ÜDM-un 2.7%) təşkil edir.
Devid Lipton (BVF eksperti) fikrincə
7
VÖQ təcrübəsindən imtina
dünya üzrə tullantılarınn 15-30% azalmasına səbəb ola bilərdi. VÖS imtina-
nın həcmi daha böyük ola bilər. Belə ki, VÖS imtinanın nəticəsində 4.250
milyon ABŞ dolları həcmində karbon dioksid tullantısının həcmi azalardı.
10. Ətraf mühitin çirklənməsinın qarşısını almaq üçün tətbiq
edilən yığımlar. Bu sıraya ətraf mühitin çirkləndirilməsi üçün xüsusi yığım-
lar, təbbi resurslardan istifadə haqqı, meliorasiyaya görə ödənişlər aiddir.
Maraqlı fakt ondan ibarətdir ki, ekoloji vergilərin tətbiqi nəticəsində ver-
gi siyasətində ciddi dəyişikliklər müşahidə edilmişdir. Avtomobillərin texni-
ki xarakteristikası dəyişmiş və yeni ekoloji səmərəsi olan avtomobillərə olan
tələb artmışdır. Bu isə enerjiyə qənaət edən avtonəqliyyat vasitələri üçün
patentlərin sayının artımını şərtləndirmişdir.
4.3. Nəticə
Yuxarıda verilən beynəlxalq təcrübənin təhlili fiskal alətlərdən istifadənin
aşağıdakı xüsusiyyətlərinin olduğunu göstərir:
6
http://www.imf.org/external/np/fad/subsidies/index.htm
7
http://www.imf.org/external/russian/np/speeches/2013/032713r.pdf
- 113 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Haşiyə
Beynəlxalq təcrübədə istər strateji planlaşdırma, istərsə də indikativ planlaşdır-
manın tətbiqi dövlət büdcəsinin məqsədli proqramlar (və ya Məqsədli Proqram
Büdcəsi) əsasında tərtibi edilir. Ən-ənəvi metoddan fərqli olaraq məqsədli proq-
ram metodu vəsaitlərin məqsədli istifadəsi, layihələrin müsabiqə yolu ilə seçilməsi,
nəticələrin monitorinqi və qiymətləndirilməsini şərtləndirir.
Bu metodun əsas üstünlükləri kimi aşağıdakıları göstərmək olar:
1. Dövlət cəmiyyətin daha çox ehtiyac duyduğu xidməti proqramlar vasitəsilə
təqdim edir;
2. Dövlət büdcəsi xərclərinə daha tənqidi yanaşmaq və xərclərin sosial-iqtisadi
əsaslandırılması olmadığı halda bir sıra maddələrindən imtina etmək müm-
kündür.
3. Ayrı-ayrı proqramların icrasına məsul olan dövlət təşkilatlarının məsuliyyəti
artırılır. Həmçinin subyektin fəaliyyətinin səmərəliliyi qiymətləndirilir.
4. Optimal idarəetmə modeli qurulur.
5. Dövlətin maliyyə fəaliyyətinin real olaraq qiymətləndirilməsi imkanı yaranır.
• Enerji səmərəliliyinin təmin edilməsinə yönəldilmiş tədbirləri şərti
olaraq iki kateqoriyaya ayırmaq olar: təşviqedici (məlumat, maliyyə
dəstəyi) və məhdudlaşdırıcı (yığım və s.);
• Təşviqedici tədbirlərin əsas məqsədi daha çox insanın bu prosesə cəlb
edilməsidir;
• Vergi güzəştləri daha səmərəli alət hesab edilir və Avropa Birliyi
ölkələrində kifayət qədər populyardır. Vergi güzəştlərinin tətbiqi daha
çox enerjiyə qənaət edən avadanlığın idxal rüsumundan azad edilməsi,
mənfəət vergisində müəyyən edilən güzəştlər, şəxsin enerji səmərəliliyini
təmin edəcək avadanlığa investisiya qoyuluşunu stimullaşdırmaq
məqsədi daşıyır;
• “Enerji vergiləri” daha bir alət olaraq vəsaitin bir tərəfdən, büdcə gəlirlərinin
həcminin artımını şərtləndirməsiə digər tərəfdən, həmin ödənişlərin
eynilədə enerji səmərəliliyinin artmasına xidmət etməsi deməkdir;
• Ayrı-ayrı vergilər üzrə götürdükdə ƏDV üzrə aşağı vergi dərəcələrinin
- 114 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tətbiqi təcrübəsinə üstünlük verilirsə, əmlak vergisi üzrə əmlakın növündən
asılı olaraq standartlar üzrə differensial vergi dərəcələri tətbiq edilir;
• Digər alətlər sırasında məqsədli-proqram büdcəsi və strateji sənədlərin
qəbul edilməsini göstərmək olar;
• Digər tərəfdən, bir çox ölkələrin qanunvericiliklərində təsbit edilmiş
ekoloji vergilər və ya enerji səmərəliliyinə hədəflənmiş vergi və tədiyələr
ən vacib suala cavab vermir. Bir qayda olaraq vergilər məqsədli xarak-
ter daşımadığı üçün daha çox ümumən xərclərin maliyyələşdirilməsinə
yönəldilir. Yəni daha konkret olaraq enerji səmərəliliyini təmin edən ava-
danlığın alınmasına yönəldilməsi məqsədəuyğun olardı;
• Unutmaq olmaz ki, dövlət büdcəsi xərclərinin səmərəliliyi anlayışının
bu dərəcədə aktuallaşdığı dövrdə enerji səmərəliliyinin tətbiqi büdcə
xərclərinin rasionallaşdırılmasına və fiskal fəzanın yaranmasına səbəb
ola bilər.
4.4. Azərbaycanda fiskal alətlərdən istifadənin
inkişaf perspektivləri
Hazırda Azərbaycan Respublikasının qanunvericiliyində enerji
aspektindən fiskal güzəştlər aşağıdakılardan ibarətdir:
Hüquqi şəxslərin əmlak vergisi üzrə vergi tutma məqsədləri üçün
müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:
☐ ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən
obyektlərin;
☐ məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və
enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin.
Azərbaycanda bu halda iki ssenarinin tətbiqi mümkündür.
Birinci ssenari kimi dövlət satınalmalarının tətbiqi və enerji
səmərəliliyinin təmin edilməsinə hədəflənmiş (hər il hazırlanan Dövlət
İnvestisiya Proqramı çərçivəsində həyata keçirilən investisiya layihələrinin
enerji səmərəliliyi istiqamətinə üstünlük verməklə) əsaslı vəsait qoyuluşu-
nun həyata keçirilməsi məqsədəuyğundur. Yəni enerji səmərəliliyinə xidmət
edən avadanlığın alınması və bu istiqamətdə fəal investisiya siyasətinin
həyata keçirilməsi nəzərdə tutulur.
- 115 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Haşiyə
Fiskal fəza – orta və uzunmüddətli dövrdə fiskal dayanıqlılıq şəraitində dövlətin
qarşısında duran sosial-iqtisadi problemlərin həlli məqsədilə zəruri maliyyələşmə
imkanlarının aşkar edilməsi və müvafiq istiqamətlərə yönəldiməsidir. Eyni zaman-
da, bu şəraitdə cari xərclərlə mümkün xərclər arasında yaranan fərq dövlət sekto-
runun kredit ödəməqabiliyyətliliyinin azalmasına səbəb olmamalıdır. Bu izah fis-
kal fəzanın büdcə sektorunda əlavə maliyyələşmənin aşkar edilməsinə yönəldiyini
göstərir. Yəni fiskal fəza hökumətin büdcə sektorunda yaratdığı ehtiyatdır.
İkinci ssenari, vergi alətindən kifayət qədər səmərli istifadə edilməsidir.
Bu halda, hələ 2002-ci ilə qədər ölkədə mövcud olan “Ətraf mühitin
mühafizəsi” məqsədli büdcə fondunun yeni formada və fərqli maliyyələşmə
mənbəyi ilə bərpası tövsiyə edilir.
İlk öncə qeyd edək ki, Azərbaycan Respublikasının “Büdcə sistemi
haqqında” Qanuna əsasən məqsədli büdcə fondu dövlət büdcəsi, Naxçı-
van Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konk-
ret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul
vəsaitidir. Məqsədli büdcə fondları dövlət büdcəsinin, Naxçıvan Muxtar
Respublikasının büdcəsinin və yerli büdcələrintərkib hissəsi kimi yaradıla
bilər. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola bilərlər.
Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir
və xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları
xəzinədarlıq vasitəsi ilə həyata keçirilir. Məqsədli büdcə fondlarının
vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün
xərclənməsinə yol verilmir. Müstəqil mədaxil mənbələrinə malik olan
məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan istifadə olunma-
mış vəsait növbəti büdcə ilində onların gəlirlərinə daxil edilir.
Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmaya-
raq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən
və yerli büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin
büdcələrin xərc hissəsində əks etdirilir və onların hesablarında ilin sonuna
qalan istifadə olunmamış vəsait müvafiq büdcələrə qaytarılır.
- 116 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Deməli “Ətraf mühitin mühafizəsi” məqsədli büdcə fondunun “Enerjiyə
qənaət” fondu adı altında yaradılması və maliyyələşmə mənbəyi kimi eko-
loji vergilərin tətbiqi eynilə də həmin vəsaitlərin büdcə xərclərində ener-
ji səmərəliliyinə xidmət edən tədbirlərə yönəldilməsi yeni təcrübə kimi
qiymətləndirilə bilər.
Xüsusilə nəzərə almaq lazımdır ki, bir sıra ölkələrdə enerjiyə qənaət
sahələrarası fondu təcrübəsindən istifadə edilir.
Lakin, unutmaq olmaz ki, yeni verginin tətbiqi ölkəmizdə vergi
siyasətinin əsas hədəflərindən vergilərin sayının və dərəcələrinin davamlı
olaraq azadılması baxımından ziddiyət təşkil edir. Azərbaycan Dünya Bankı
ilə Beynəlxalq Maliyyə Korporasiyasının “Vergilərin ödənilməsi” (Paying
taxes 2013) hesabatında iki ildə 27 pillə irəliləyərək 103-cü yerdən 76-cı
pilləyə qədər yüksəlmişdir.
Şəkil 4.1. Vergilərin ödənilməsi hesabatında Azərbaycanın mövqeyi
Mənbə: www.doingbusiness.org
Şəkildən göründüyü kimi ölkəmiz son beş (2008-2012) ildə 65 pillə
irəliləyərək ciddi artım əldə etmiş və 76-cı yerdə qərarlaşmışdır.
Məhz bu səbəbdən dövlət büdcəsi gəlirlərində mədən vergisinin
bilavasitə faydalı qazıntıların çıxarılması zamanı tətbiqi təcrübəsini nəzərə
- 117 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
alsaq bu tədiyə növünün haqqında danışılan fondun maliyyə mənbəyi
kimi çıxış etməsi mümkündür.
Digər tərəfdən, 12 oktyabr 2006-cı ildə Cənab Prezidentin sərəncamı
ilə yaradılmış “Avtomobil yolları” məqsədli büdcə fondu buna nümunə
ola bilər. Fondun maliyyələşmə mənbələri yol vergisi, mülkiyyətində və ya
istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını
həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan
minik avtomobillərinə tətbiq edilən aksizlər və s. gəlir mənbəələridir. Həmin
mədaxil mənbəələri dövlət büdcəsinin gəlirlərinin tərkibində yer alır.
Beləliklə, “Enerjiyə qənaət” məqsədli büdcə fondunun yaradılması və
əsas maliyyə mənbəyi kimi mədən vergisindən istifadə ölkəmizdə enerji
səmərəliliyinin tətbiqinə tövhə hesab edilə bilər.
Fondun fəaliyyətində prioritet kimi bir tərəfdən, enerjiyə qənaət və enerji
səmərəliliyi məsələlərinin həllinə yönəlmiş layihələrin maliyyələşdirilməsi,
digər tərəfdən enerji səmərəliliyi sahəsində maarifləndirilmə işlərinin apa-
rılması göstərilə bilər.
- 118 -
Dostları ilə paylaş: |