Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə14/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   10   11   12   13   14   15   16   17   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
və ya onu təmin edən təbii sərvətlərin istismarı (enerji istifadəsi) ilə ölçülmür. 
Məsələn, adambaşına təxminən 500 kvt/saat enerji istifadə edən Qvatemala 
sakinləri, hər nəfərə 8 min kvt/saatdan çox elektrik enerjisi istehlak edən Sin-
qapurlulara nisbətən özlərini daha xoşbəxt sayırlar. 
Əslində dünyanın gələcəyi ənənəvi yoldan fərqli yeni bir iqtisadi modelə 
möhtacdır. Elə bir model ki, iqtisadi inkişaf təbii tarazlığı pozmasın və onun-
la ahəng təşkil etsin. 2013-cü ildə müəllifinə Nobel mükafatı qazandıran 
Hiqs sahəsi (Higgs field) ideyası yeni ekoloji iqtisadi siyasəti (environmen-
tally adjusted economic development) müəyyənləşdirmək üçün imkan ya-
radır.  Ehtimala görə Hiqs sahəsi bu sahədən keçən hissəciklərə kütlə verir 
və beləliklə, enerji kütləyə çevrilir. Bu zaman təbii ahəng qorunur. Ekolo-
ji iqtisadi inkişaf da elə bir ahəngi təmin etməlidir ki, resurslardan mal və 
xidmətlər istehsal ediləndə təbii ahəng pozulmasın.  
AMEA Coğrafiya İnstitutunda aparılmış tədqiqatların nəticələrinə görə, 
1880-2010-cu illəri əhatə edən  dövrdə ölkəmizin ərazisində temperaturun 
dəyişməsi müxtəlif regionlarda 0,2-dən 1,5 °C-yə qədər təşkil edir və son 
40 il ən isti dövr kimi qiymətləndirilir. Temperaturun ən çox yüksəlməsi 
Kür-Araz ovalığında (0,4-0,9 °C), Qazax-Gəncə zonasında (0,6-1,10 °C), 
Böyük Qafqazın cənub yamacında (0,5-0,80 °C), Kiçik Qafqazın şimal-şərq 
(0,6-1,5 °C) və şimal (0,4-0,6 °C) yamaclarında müşahidə olunur
1
. 1999-
cu ildə Helsinki şəhərində “İqlim dəyişmələri və Yer kürəsinin su balansı” 
mövzusunda ikinci beynəlxalq simpoziumun gəldiyi əsas nəticələrdən biri 
gələcəkdə iqlimin istiləşməsi prosesində arid (quraq) ərazilərdə yağıntının 
miqdarı bir qədər də azalacaq, rütubətli ərazilər üçün isə əksinə, yağıntının 
miqdarı artacaq. Azərbaycan ərazisinin 60 faizinin arid ərazi olması proqnoz-
laşdırmağa əsas verir ki, onsuz da su ehtiyatlarından elə də zəngin olmayan 
respublikamızda yağıntının miqdarı azalmağa meyllidir. AMEA Coğrafiya 
İnstitutunda və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına 
görə Azərbaycanda gələcəkdə temperaturun yüksəlməsi və yağınıtının azal-
ması proqnozlaşdırırlır. 
Yeni iqlim şəraiti Azərbaycan iqtisadiyyatını uzunmüddətli perspektivdə 
müəyyən çağırışlarla üz-üzə qoyur. Xüsusilə, kənd təsərrüfatı sahəsində 
istiliyə və quraqlığa davamlı bitkiçiliyin inkişafı, su resurslarının daha 
1
Məmmədov R.M., İqlim dəyişmələri: mif və realliqlar, Elm qəzeti, 30 yanvar 2013-cü il, http://www.elmqazeti.
com/rubrics/physics-mathematics-technical/520-iqlim-d-yism-l-ri

1   ...   10   11   12   13   14   15   16   17   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə