YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
səmərəli istifadəsi, meliorasiya və irriqasiya infrastrukturunun inkişafı, su
itkilərinin azaldılması, Xəzərin su ehtiyalarından təsərrüfat məqsədləri ilə
istifadə, istilik və quraqlıq şəraitində infeksion xəstəliklərlə müalicə və s.
istiqamətlər diqqət mərkəzinə gətirilməlidir.
Davamlı enerji siyasətinin qeyd olunan iki istiqaməti bir-biri ilə çox
əlaqəlidir və eyni dərəcədə əhəmiyyətlidir. Bu tədqiqat işi əsasən enerjiyə
qənaət və enerji səmərəliliyinin artırılması məsələlərini əhatə edir. Tədqiqat
işinin əvvəlində Azərbaycandakı ümumi enerji istehlakı təhlil olunub, son-
ra iqtisadiyyatın müxtəlif sahələri üzrə enerji istehlakı və enerji səmərəliliyi
göstəriciləri analiz edilib və dünyanın inkişaf etmiş ölkələrinin bənzər
göstəriciləri ilə müqaisələr aparılıb. Kitabda Azərbaycanda yüksək ener-
ji səmərəliliyinə nail olmaq üçün təkliflər verilib. Eyni zamanda enerji
səmərəliliyinin artırılması istiqamətində institutsional islahat imkanları
təhlil edilib və bu müvafiq tövsiyyələr edilib.
- 14 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
FƏSİL 1.
Yaşıl iqtisadiyyat
1.1. Nəyə görə yaşıl iqtisadiyyat?
Müasir iqtisadi inkişaf bir tək makroiqtisadi göstəricilərin səviyyəsi,
tələb-təklif və ya iqtisadiyyatın başlıca problemi hesab edilən “nə?”, “kimin
üçün?”,“necə?” suallarına cavab tapmaqla müəyyən olunmur. Son qlobal
maliyyə böhranını misal gətirərək sübüt etmək olar ki, müasir iqtisadi in-
kişafda makro və mikro iqtisadi göstəricilərdən savayı digər təbii amillərə
yer yoxdur. Onda müasir iqtisadi nəzəriyyə əsrlər boyu klassikaya çevrilmiş
olan iqtisadi modelleri baş vermiş böhranlarla inkar edib nəyi zəruri hesab
etməlidir? Müasir iqtisadi inkişaf sırf insan, insan şüuru, onun intellekti,
mədəniyyəti, məntiqi və savadını tələb edir. Daha aydın desək, insan təbiəti
və onun azad qərarları iqtisadi nəticə və ictimai hadisələri bir-birinə bağla-
yan bir körpüdür ki, bu da iqtisadiyyatın bütövlüyünü tamamlayır və onun
inkişafını dayanıqlı edir.
Davamlı inkişaf anlayışının təməlində yaşadığımız dünyanın iqtisadi və
sosial rifahı durur. Bugün dünyada insanın yaşaması üçün bütün növ mal və
xidmətlərin istehsalı sağlam ekosistemlər sayəsində mümkündür. Təsadüfi
deyildir ki, bugün bütün dünya ölkələri məhz dayanıqlı inkişafa nail ol-
mağın yollarını axtarıb onu həyata keçirməyə çalışırlar. Bununla əlaqədar
olaraq, davamlı inkişaf konsepsiyası meydana gəlmişdir və onun əsas ide-
yası da sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və
mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi
proseslərlə vəhdətdə baxılmasıdır. Davamlı İnkişaf Konsepsiyası keyfiyyətcə
yeni yanaşma olub özündə aşağıdakı 3 əsas problemin həllini birləşdirir:
1) iqtisadiyyatın davamlı miqyası həyat təminatının ekoloji sisteminə mü-
vafiq olmalıdır.
2) resursların və imkanların təkcə indiki nəsil üçün deyil, həmçinin gələcək
nəsillər, eləcə də insanla digər bioloji növlər arasında ədalətli bölgüsü
(distribution) aparılmalıdır.
- 15 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
3) təbii kapitalı adekvat olaraq nəzərə alan resursların zamanda effektiv böl-
güsü (allocation) keçirilməlidir.
Beləliklə, davamlı inkişaf konsepsiyası 5 əsas prinsipə əsaslanır:
1. Bəşəriyyət həqiqətən inkişafa davamlı və uzunmüddət mövcud olmaq xa-
rakteri verə bilər. Bununla da o hazırda mövcud olan nəslin tələbatlarına
cavab verər və eyni zamanda gələcək nəsillərin öz tələbatlarını ödəmək
imkanları qorunub saxlanıla bilər.
2. Təbii resursların istismarı sahəsindəki məhdudlaşmalar nisbi xarakterli-
dir. Onlar texnika və sosial təşkilin müasir səviyyəsi ilə, eyni zamanda
biosferin insan fəaliyyətinin nəticələrini aradan qaldırmaq qabiliyyəti ilə
əlaqədardır.
3. Bütün insanların adi tələbatlarını ödəmək və hamının gələcək yaxşı
həyata olan ümidinin reallaşdırılmasına şərait yaradılması zərurət olma-
lıdır. Bunsuz uzunmüddətli və davamlı inkişaf sadəcə olaraq qeyri-müm-
kündür. Ekoloji və digər fəlakətlərin yaranmasının başlıca səbəblərindən
biri dünyada adi hadisəyə çevrilmiş səfillikdir.
4. Böyük vasitələrə (kapital və maddi) malik olanların həyat tərzini plane-
tin ekoloji imkanları ilə, xüsusilə enerji istehlakı ilə uzlaşdırmaq lazımdır.
5. Əhali artımının sayı və tempi yerin qlobal ekosisteminin dəyişməyə
meylli istehsal potensialı ilə uzlaşdırılmalıdır. Davamlı inkişafın dinamik
xarakteri xüsusi qeyd edilməlidir.
Biz bu prinsipləri diqqətlə nəzərdən keçirsək görərik ki, iqtisadiyyat tam,
bütöv bir halda, yəni, özündə sosial və ekoloji tərəfləri də birləşdirməklə in-
san amilini və onun gələcəyini önə çıxarır. Bunu praktikada tətbiq etmək
üçün bir çox dünya ölkələri özləri üçün davamlı inkişaf konsepsiyaları ha-
zırlamışlar. Belə proqramların hazırlanması, elmi konfransların keçirilməsi,
elmi-texnoloji tədqiqatların aparılması zamanı aydın olmuşdur ki, biz bu cür
inkişafa “Yaşıl iqtisadiyyat” modelini tətbiq etməklə nail ola bilərik.
1.2.Yaşıl iqtisadiyyat nədir?
Yaşıl iqtisadiyyat (green economy) paradiqmasına zidd olan qəhvəyi
iqtisadiyyat (brown economy) termini, resursların daha çox istifadəsi, aşa-
ğı enerji səmərəliliyi, dayanıqlı olmayan enerji qaynaqlarından asılılıq və
- 16 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
yüksək dərəcədə iqlim riskinə əsaslanır
1
. Belə ki, havanın, suyun çirkləndiyi,
yaşıllıqların azaldığı indiki vaxtda get-gedə mühüm əhəmiyyət qazanan yaşıl
iqtisadiyyat, məhsulları yaşıl paketlərə qoyaraq daha yüksək qiymətlərə sat-
maq deyil, hər addımı “davamlılıq” şüuruyla - ekosistemi və bizdən sonrakı
nəsilləri düşünərək - atmaq və bizimlə birlikdə təbiətdəki bütün canlıların
əsas həyat haqqlarına sahib çıxmaqdır.
OECD, UNEP kimi beynəlxalq təşkilatlar “yaşıl böyümə” və ya “yaşıl
iqtisadiyyat”ı ekoloji təhlükəsizliyi təmin edən mal və xidmətlərin istehsal
və istehlakını, həmçinin yaşıl inkişafa yatırılan investisiyaları nəzərdə tu-
taraq bir anlayış olaraq təyin edirlər. Bu baxışda ekoloji davamlılıq təmin
edilərkən iqtisadi inkişaf, gəlir artımı, məşğulluq və yoxsulluğun azaldılması
düşünülür.
Avropa Birliyi isə yaşıl iqtisadiyyatın davamlı istehsal-istehlak, enerji
səmərəliliyi və bərpa olunan enerji istifadəsi ilə yeni iş imkanlarının yaradılma-
sı və insan rifahının artırılması ilə yaxından əlaqəli olduğunu müəyyən edir
2
.
Yaşıl iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə
bilər və ya klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının
əsaslı bir şəkildə əlavə olunması kimi də təyin oluna bilər. İnsanın və təbiətin
dəyərinin bilinməsi, insanların rifahını yüksəldib yoxsulluğun azaldılması,
məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu
yeni iqtisadi anlayışın təməlini meydana gətirir.
Hazırda yaşıl iqtisadiyyat anlayışının nəyi əhatə etdiyinin dəqiq olaraq
müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəblə,
ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya
qoyurlar. Əslində bu günkü dövrdə yaşıl iqtisadiyyatın anlaşılması və ona
müvafiq addımların atılmasının dövlətdən-dövlətə fərqlənməsi normaldır.
Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin (İEÖ) insan kapitalı ilə in-
kişaf etməkdə olan (İEOÖ) və ya yeni sənayeləşmiş ölkələrin (YSÖ) insan
kapitalı arasında keyfiyyət baxımından böyük fərq vardır və bu fərq müvafiq
ölkələrin yaşıl iqtisadiyyatla bağlı atdıqları addımlarda da özünü göstərir.
Qeyd olunanları ümuləşdirəndə aydın olur ki, davamlı inkişaf iqtisadi,
ekoloji və ictimai inkişaf sütunlarının təməli olan yaşıl iqtisadiyyata əsaslanır.
1
UNEP, Annual report, 2009.
2
http://www.unep.org/greeneconomy/AboutGEI/WhatisGEI/tabid/29784/language/en-US/Default.aspx
- 17 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
1.3.Yaşıl iqtisadiyyata təşəbbüs
2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf
Konfransındakı (Rio+20) danışıqlardan sonra hökümətlər qərar verdilər
ki, yaşıl iqtisadiyyat davamlı inkişaf üçün çox mühüm alətdir. Rio+20
bəyannaməsi informasiya mübadiləsi və potensial imkanların reallığa
çevirilməsi ilə yaşıl iqtisadi siyasətin həyata keçirilməsini də vurğuladı.
Burada həmçinin maliyyə, texnologiya və elmin mübadiləsi zamanı İEÖ-
in birləşərək İEOÖ-ə dəstəyi də nəzərdə tutulur. Buna əsasən beynəlxalq
səviyyədə yaşıl iqtisadiyyatın həyata keçirilməsi üzrə təşəbbüslər əsasən aşa-
ğıdakı altqruplarda öz əksini tapir:
- beynəlxalq yaşıl iqtisadiyyat platformaları və forumları;
- beynəlxalq yaşıl iqtisadiyyat üzrə əsas iştirakçılar;
- əsas beynəlxalq yaşıl iqtisadiyyat proqramları;
- beynəlxalq yaşıl iqtisadiyyat üzrə fondlar/mexanizmlər/obyektlər.
Ümumi olaraq, yaşıl iqtisadiyyatın inkişafı naminə indiyə qədər və hazır-
da da davam edən 59 beynəlxalq təşəbbüsə cəhd olunmuşdur ki, onun 14-ü
bu istiqamətdə olan beynəlxalq forumların payına düşür. Həmin platforma-
ların əsas hədəfləri informasiya mübadiləsi, elmin və biliyin idarə olunması,
qlobal iqlim dəyişkənliyidir və həmin platformalar aşağıdakılardır:
- Yaşıl İnkişaf Bilik Platforması (Green Growth Knowledge Platform -
World Bank, Global Green Growth Institute- GGGI, Organisation for
Economic Cooperation and Development- (OECD))
- Yaşıl Sənaye Platforması (The Green Industry Platform - UN Industrial
Development Organisation- UNIDO, UNEP)
- Yaşıl İnkişaf Onlayn Tədris (The Green Growth online e-learning faci-
lity - UN Economic and Social Commission for Asia and the Pacific-
ESCAP)
- Yaşıl Platforma (The WIPO Green platform - World Intellectual Pro-
perty Organisation (WIPO))
- İqlim Dəyişikliyi Bilik Portalı (The Climate Change Knowledge Portal
-World Bank)
- İqlim İnformasiya Platforması (Climate Information Platform - UNDP
və bəzi partnyorlarla birgə)
- 18 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
- Riql (Reegle - REEEP və REN21)
- BMT Davamlı Bilik İnkişafı Platforması (UN Sustainable Development
Knowledge Platform - UN Department of Economic and Social Affairs
(UNDESA)) və s.
Beynəlxalq yaşıl iqtisadiyyatın həyata keçirilməsində geniş əməyi olan
iştirakçılar əsasən Avropa Birliyinin İEÖ-i, Avropa Birliyi agentlikləri,
nüfuzlu QHT, beyin mərkəzləri, konsaltinq şirkətləri və bəzi özəl sektor
nümayəndələridir. Son zamanlar aşağıdakı yeni iştirakçılar da bu prosesə
cəlb olunmuşlar:
- Qlobal Yaşıl İnkişaf İnstitutu (The Global Green Growth Institute
(GGGI)), Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət üçün Tərəfdaşlıq (The Part-
nership for Action on Green Economy (PAGE)), BMT Sənaye İnkişafı
Təşkilatı (United Nations Industrial Development Organization (UNI-
DO)), BMT Tədris və Tədqiqat İnstitutu (UN İnstitute for Training and
Research (UNITAR), Yaşıl İnkişaf Fəaliyyəti Alyansı (Green Growth
Action Alliance) və Yaşıl İqtisadiyyat Koalisiyası (Green Economy Coa-
lition).
İqlim dəyişikliyi üzrə fəaliyyət göstərən təşkilatlara İqlim Bilik İnkişa-
fı Şəbəkəsi (Climate Development Knowledge Network (CDKN) -Bö-
yük Britaniya və Niderland tərəfindən maliyyələşdirilir), İqlim İşləri və
Layihə Katalizatoru (ClimateWorks and Project Catalyst - özəl investorlar
tərəfindən maliyyələşdirilir), Qlobal İqlim Dəyişikliyi Alyansı (Global Cli-
mate Change Alliance - Avropa Birliyi tərəfindən maliyyələşdirilir) və s. mi-
sal göstərmək olar.
Yaşıl iqtisadiyyatla bağlı həyata keçirilməkdə olan proqramların əsas
təşəbbüskarları yuxarıda adı çəkilən əsas təşkilatlarla yanaşı Norveç, Dani-
marka, Avtraliya, Almaniya, İspaniya və İsveç kimi fəal ölkələr vardır. Aşağı-
dakı cədvəldə isə dominant fondlar, qurumlar və onların yaşıl iqtisadiyyat
uğrunda həyata keçirtdikləri və hətta, hazırda da bəzi davam edən proqram-
lar üzrə apardıqları maliyyələşmənin həcmi göstərilmişdir.
Bundan başqa 1997-ci ildə qəbul edilib, 2005-ci ildə qüvvəyə minən, in-
kişaf etmiş və inkişaf etməkdə olan ölkələrin daxil olduğu Kyoto Protokolu
(UNFCCC) mövcuddur və o, istixana effekti yaradan qazların emissiyasını
azaltmaq üçün sənayeləşmiş ölkələrin məcburi öhdəliklərini müəyyən edən
- 19 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
beynəlxalq müqavilədir. Həmin müqavilənin möhləti 2012-ci ildə bitsə də,
Qatarın paytaxtı Dohada keçirilən beynəlxalq konfransda onun müddəti
2020-ci ilə kimi uzadıldı. Təxminən 200 ölkənin təsdiqini alan bu qərar
yalnız inkişaf etmiş ölkələri əhatə edir. Bu ölkələrdə qlobal səviyyədə isti-
xana təsiri yaradan qazların emissiyası isə 15%-dən azdır. Atmosferi ən çox
çirkləndirən ölkələrdən ABŞ 1997-ci il tarixli əsl protokolu heç bir zaman
təsdiqləmədi. Hal-hazırda protokolda ABŞ, Çin və Hindistan kimi atmosfe-
ri ən çox çirkləndirən ölkələrin imzası yoxdur. Doha Konfransında 2015-ci
ilə kimi bütün ölkələri əhatə edən və Kyoto Protokolunun əvəz edə biləcək
daha geniş diametrli bir plan üzərində də işlərin görülməsi nəzərdə tutuldu.
Azərbaycanın isə burada inkişaf etməkdə olan ölkə kimi ətraf mühitə buraxı-
lan parnik qazlarının faizinin azalmasında hüquqi öhdəliyi yoxdur.
Cədvəl 1.1. Yaşıl iqtisadiyyat üzrə fəaliyyət göstərən dominant qurumlar
Fondlar
Qurumların adı
Qiymətləndirilən həcm
Qlobal Ətraf Mühit İmkanı
(Global Environment
Facility)
Qlobal Ətraf Mühit
İmkanının qurumları:
Birləşmiş Millətlər
Təşkilatı Ətraf Mühit
Proqramı (UNEP), BMT
İnkişaf Proqramı (UNDP),
Dünya Bankı (World
Bank), digər çoxtərəfli
inkişaf bankları, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO), Kənd
Təsərrüfatının İnkişafı
üzrə Beynəlxalq Fond
(IFAD), BMT-nin Sənaye
İnkişafı Təşkilatı (UNIDO)
10,5 milyard ABŞ dolları
qrant və 51 milyard
ABŞ dolları müştərək
maliyyələşdirmə üzrə
Ən Az İnkişaf Etmiş
Ölkələr Fondu (Least
Developed Countries
Fund-GEF)
QƏMİ (GEF) agentləri
346 milyon ABŞ dolları
- 20 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Xüsusi İqlim Dəyişikliyi
Fondu (Special Climate
Change Fund-GEF)
QƏMİ (GEF) qurumları
50 milyon ABŞ dolları və
müştərək maliyyələşdirmə
üzrə 649 milyon ABŞ
dolları
Təmiz Texnologiya Fondu
Dünya Bankı və digər
çoxtərəfli inkişaf bankları
4,936 milyard ABŞ dolları
Strateji İqlim Fondu (Stra-
tegic Climate Fund-SCF)
– İqlim Sabitliyi üçün Pilot
Proqram (Pilot Program
for Climate Resilience)
Dünya Bankı və digər
çoxtərəfli inkişaf bankları
1,1 milyard ABŞ dolları
SİF-Meşə İnvestisiya
Proqramı (SCF-Forest
Investment Program)
Dünya Bankı və digər
çoxtərəfli inkişaf bankları
639 milyon ABŞ dolları
SİF-Aşağıgəlirli
Ölkələrdə Bərpaolunan
Enerji Sahəsinin
Genişləndirilməsi
Proqramı (SCF-Program
for Scaling-Up Renewa-
ble Energy in Low Income
Countries)
Dünya Bankı və digər
çoxtərəfli inkişaf bankları
392 milyon ABŞ dolları
Meşə Karbon
Əməkdaşlığı İmkanı (For-
est Carbon Partnership
Facility)
Dünya Bankı, İnter-
Amerika İnkişaf Bankı
(IADB), BMT-nin İnkişaf
Proqramı
385 milyon ABŞ dolları
Mənbə: http://www.climatefundsupdate.org/listing, http://www.unep.org/
Hazırda yaşıl iqtisadiyyatın inkişafı üçün təhlillər, araşdırmalar və yatı-
rımlar əsasən aşağıdakı sahələri əhatə edir:
- Bacarıqların inkişafı (capacity building): treyninqlər, məsləhət
xidmətləri, texniki yardımlar və s. (61%);
- Maliyyələşdirmə xidməti: qrantlar, layihələrin maliyyələşdirilməsi və s. (37%);
- 21 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
- Elmi araşdırmalar xidməti: əsas bilik bazaları və s. (27%);
- İnformasiya xidməti:informasiya mübadiləsi, maariflənmənin inkişafı,
elmin idarəedilməsi və s. (64%);
- Texnologiya transfer xidməti: texnologiya mübadiləsi və s. (14%). (3)
Deməli, yaşıl iqtisadiyyat proqramları tərəfindən daha çox dəstəklənən
sahə informasiya sektoru (64%) və daha az dəstəklənən sahə isə texnologiya
transferi sektorudur ki, bu da cəmi 14% təşkil edir. Bu göstəricilərə əsasən
demək olar ki, elmi araşdırmalara daha çox dəstək olmalıdır ki, nəticədə
texnologiya transferi daha sürətlə həyata keçirilsin. Çünki yaşıl iqtisadiyya-
ta nail olmaq üçün ölkələrdə müasir və elmi əsaslara söykənən texnologi-
yalara ehtiyac vardır, xüsusilə, bu ehtiyac bərpa olunan enerji resurslarının
istifadəsi zamanı daha qabarıq şəkildə önə çıxır.
Müxtəlif mənbələrin qiymətləndirmələrinə əsasən 2020-ci ilə kimi
sırf iqlim dəyişkənliyinin azaldılması məqsədilə bərpa olunan enerji
mənbələrinə qoyulacaq investisiyaların həcmi təqribən hər il 500 mil-
yard ABŞ dolları təşkil edəcəkdir. Belə investisiya yatırımlarının effektiv
nəticələri ölkələr tərəfindən yaşıl iqtisadiyyata yönəlik fiskal siyasətdən
asılıdır.
1.4.Yaşıl iqtisadiyyatda fiskal siyasət
Yaşıl iqtisadiyyatın inkişafında fiskal siyasətin rolu önəmlidir.Beləki,
hər bir ölkənin özünəməxsus fiskal alətləri və islahatları vardır; müxtəlif
sahələrdə yanacaqdan istifadəyə görə vergi güzəştləri, israfçı və ekoloji
cəhətdən zərərli şəkildə fəaliyyyət göstərən sahələri daha təmiz fəaliyyətə
təşviq edən subsidiyalar, təmiz texnologiya və davamlı istehsal fəaliyyəti ilə
məşğul olan sektorlara maliyyə güzəştlərinin köməyi ilə dəstək və s. Bütün
bunları ümumiləşdirsək yaşıl fiskal siyasətdə istifadə oluna biləcək alətlərin
aşağıdakı variantlarının mövcudluğunu görə bilərik:
- ekoloji vergi islahatları və alətləri (məsələn, karbon vergisi, vergi
güzəştləri və ixtisarları);
- intensiv çirkləndirməyə görə cərimə;
- ekoloji performansın mükafatlandırılması üçün yaşıl subsidiyalar
(məsələn, feed-in tarifi), qrantlar, kreditlər;
- 22 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
- ekoloji cəhətdən zərərli fəaliyyətlərə subsidiyaların verilməsinin aradan
qaldırılması;
- birbaşa dövlət xərcləri (məsələn, ekoloji təmiz infrastruktur və ya təmiz
texnologiya üçün tədqiqat və inkişaf (R & D) fəaliyyətinin təşkili)
- dolayı dəstək (məsələn, ictimai zəmanətlər və s.).
Böyük Britaniya yaşıl iqtisadiyyatın inkişafı üçün bu istiqamətdə FİT (Feed-
in-Tarrifs scheme) adlı güzəştli tarifdən istifadə edir. Bu tarifin mahiyyətinə görə,
əgər kimsə tutaq ki, öz evinin damında günəş paneli və ya külək enerjisi turbi-
ni yerləşdirərsə, həmin şəxslərə bu subsidiya növü tədbiq olunur. Bu alternativ
enerjinin şəxsi istehlak və ya hər hansı bir şəbəkəyə ixracından asılı olmayaraq
həmin vətəndaşa bu hər iki halda müyyən məbləğdə pul ödənilir və üstəgəl abo-
nent hər ay ödəməli olduğu enerji xərclərindən azad olur, çünki o artıq ekoloji
cəhətdən həm təmiz, həm də bərpa olunan enerjidən istifadə edir
3
.
Kanada höküməti feed-in tarifləri ilə yanaşı, yaşıl məhsullar istehsal
edən firmalara maliyyə yardımını vençur kapitalı (venture capital) verməklə
göstərir. Banklar və kredit qurumları adətən kredit riskinin minimum oldu-
ğu sahələrə üstünlük verirlər və belə olan halda “yaşıl” firmaların kredit al-
maq imkanları məhdudlaşır. Çünki “yaşıl” firmalar qəhvəyi bazar prinsipləri
əsasında formalaşmış iqtisadi sistemdə fəaliyyət göstərdiyinə görə bu cür
risklərin ola bilmə ehtimalına daha yaxındırlar. Buna görə hökümət bu
öhdəliyi öz üzərinə götürmüşdür, lakin hökumət riskin ən az olması üçün
eyni vaxtda bir neçə firmaya sərmayə qoyur ki, iflasa uğramış firmaların düş-
düyü zərər uğur qazanmış firmalar hesabına ödənilsin. Amma yenə də bu
cür maliyyə yardımı dövlət üçün risklidir.
Almaniyada isə yaşıl iqtisadıyyatın inkişafı üçün ekoloji vergi (Eco Tax)
islahatından istifadə olunur ki, onun da nəticələri bunlardır:
- enerjiyə qənaət və ondan daha səmərəli istifadə;
- kükürd yanacağından pulsuz istifadə;
- bərpa olunan enerji mənbələrinə daha çox investisiya;
- enerjiyə qənaət edən məhsulların istehsalının inkişafı (məsələn, yana-
caqdan səmərəli istifadə edən avtomobillərin istehsalı);
- yeni istehsal edilən avtomobillərin yanacaq istehlakının 20%-ə qədər
azaldılması;
3
http://www.energysavingtrust.org.uk/Generating-energy/Getting-money-back/Feed-In-Tariffs-scheme-FITs_
- 23 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
- yol çəkilişi xərclərinin daha da ixtisar edilməsi;
- ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayının artması;
- günəş enerjsi təsərrüfatının fəaliyyəti nəticəsində su qızdırıcılarının miq-
darının iki dəfəyə qədər artımı və bu sektorda yeni iş yerlərinin yaradıl-
ması (məsələn, Almaniya Ətraf Mühit Agentliyinin (GEA) hesabatına
görə 2003-cü ildə bu verginin tədbiqi nəticəsində Almaniyada 250 min
yeni iş yeri açılmışdır.);
- bu vergi növü Almaniyanın əsas məqsədlərindən olan 2020-ci ilə
kimi CO2 emissiyasının 40%-ə qədər azaldılmasına (1990-cı illərlə
müqayisədə) nail olmağa və iqlim mühafizəsi üzrə maarifləndirməyə
yardım edir
4
.
Barbadosda ətraf mühit vergisi günəş enerjisi ilə fəaliyyət göstərən su
qızdırıcılarının təchizatına böyük köməklik göstərir. Barbados və İndone-
ziya ətraf mühit vergilərindən daxil olan gəlirləri ölkənin yoxsul əhalisinin
inkişafına dəstək üçün yönləndirir.
İordaniya subsidiyaları işsizlik və yoxsulluğun aradan qaldırılması ilə
mübarizə aparan, məsələn, dövlət işçilərinin əmək haqqlarının artırılması
kimi proqramların həyata keçirilməsi zamanı tədbiq edir və bu yardımı aşağı
və orta gəlirli ev təsərrüfatı subyektlərinə də aid edir
5
.
Yeni Zelandiyada isə kənd təsərrüfatına dotasiya sırf ətraf mühitin
qorunması deyil, daha çox davamlı inkişafa nail olmaq üçün verilir və bu
istiqamətdə islahatlar davam edir
6
.
“Yaşıl” artıma yönəlmiş iqtisadi stimul paketlərinin həcminə və
səmərəliliyinə görə Asiya ölkələrindən Cənubi Koreya və Çin daha öndədir.
Beləki, Çində “yaşıl” sektorların inkişafı üçün təşviqat paketi ÜDM-in cəmi
3%-ni təşkil edir və bu məbləğ 2020-ci ilə kimi 1,8 milyon yeni iş yerlərinin
yaradılmasına yönəldilir. Çin 2020-ci ilə kimi ÜDM-in 3 %-ni yüksək sürətli
qatar, külək və günəş enerjisi, eləcə də səmərəli işıqlandırma sisteminin inki-
şafına sərf etməyi qərara alıb. Müqayisə üçün qeyd edək ki, ABŞ-nın “yaşıl”
təşviqat üçün xərcləri ÜDM-in 0,7%-ni, AB-nin xərci isə ÜDM-in 0,2%-ni
təşkil edir
7
.
Yaşıl fiskal siyasət davamlı inkişafın təmin edilməsi üçün zəruri olan is-
lahatdır. Uğurlu yaşıl fiskal siyasət isə ənənəvi iqtisadiyyatda bəzən mövcud
4
http://www.unep.org/greeneconomy/EventsConferences/tabid/105555/language/en-US/Default.aspx
5
World Bank (2010), Subsidies in the Energy Sector: An Overview
6
Vitalis, V. (2006), “Subsidy Reform in the New Zealand Agriculture Sector”
7
http://www.unep.org/documents.multilingual/default.asp?DocumentID=624&ArticleID=6548&l=en&t=long
- 24 -
Dostları ilə paylaş: |