Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə20/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   16   17   18   19   20   21   22   23   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
-  Riql (Reegle - REEEP və REN21)
-  BMT Davamlı Bilik İnkişafı Platforması (UN Sustainable Development 
Knowledge Platform - UN Department of Economic and Social Affairs 
(UNDESA)) və s. 
Beynəlxalq yaşıl iqtisadiyyatın həyata keçirilməsində geniş əməyi olan 
iştirakçılar əsasən Avropa Birliyinin İEÖ-i, Avropa Birliyi agentlikləri, 
nüfuzlu QHT, beyin mərkəzləri, konsaltinq şirkətləri və bəzi özəl sektor 
nümayəndələridir. Son zamanlar aşağıdakı yeni iştirakçılar da bu prosesə 
cəlb olunmuşlar:
-  Qlobal Yaşıl İnkişaf İnstitutu (The Global Green Growth Institute 
(GGGI)), Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət üçün Tərəfdaşlıq (The Part-
nership for Action on Green Economy (PAGE)), BMT Sənaye İnkişafı 
Təşkilatı (United Nations Industrial Development Organization (UNI-
DO)), BMT Tədris və Tədqiqat İnstitutu (UN İnstitute for Training and 
Research (UNITAR), Yaşıl İnkişaf Fəaliyyəti Alyansı (Green Growth 
Action Alliance) və Yaşıl İqtisadiyyat Koalisiyası (Green Economy Coa-
lition).
İqlim dəyişikliyi üzrə fəaliyyət göstərən təşkilatlara İqlim Bilik İnkişa-
fı Şəbəkəsi (Climate Development Knowledge Network (CDKN) -Bö-
yük Britaniya və Niderland  tərəfindən maliyyələşdirilir), İqlim İşləri və 
Layihə Katalizatoru (ClimateWorks and Project Catalyst - özəl investorlar 
tərəfindən maliyyələşdirilir), Qlobal İqlim Dəyişikliyi Alyansı (Global Cli-
mate Change Alliance - Avropa Birliyi tərəfindən maliyyələşdirilir) və s. mi-
sal göstərmək olar.  
Yaşıl iqtisadiyyatla bağlı həyata keçirilməkdə olan proqramların əsas 
təşəbbüskarları yuxarıda adı çəkilən əsas təşkilatlarla yanaşı Norveç, Dani-
marka, Avtraliya, Almaniya, İspaniya və İsveç kimi fəal ölkələr vardır. Aşağı-
dakı cədvəldə isə dominant fondlar, qurumlar və onların yaşıl iqtisadiyyat 
uğrunda həyata keçirtdikləri və hətta, hazırda da bəzi davam edən proqram-
lar üzrə apardıqları maliyyələşmənin həcmi göstərilmişdir.
Bundan başqa 1997-ci ildə qəbul edilib, 2005-ci ildə qüvvəyə minən, in-
kişaf etmiş və inkişaf etməkdə olan ölkələrin daxil olduğu Kyoto Protokolu 
(UNFCCC) mövcuddur  və o, istixana effekti yaradan qazların emissiyasını 
azaltmaq üçün sənayeləşmiş ölkələrin məcburi öhdəliklərini müəyyən edən 


- 19 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
beynəlxalq müqavilədir. Həmin müqavilənin möhləti 2012-ci ildə bitsə də, 
Qatarın paytaxtı Dohada keçirilən beynəlxalq konfransda onun müddəti 
2020-ci ilə kimi uzadıldı. Təxminən 200 ölkənin təsdiqini alan bu qərar 
yalnız inkişaf etmiş ölkələri əhatə edir. Bu ölkələrdə qlobal səviyyədə isti-
xana təsiri yaradan qazların emissiyası isə 15%-dən azdır. Atmosferi ən çox 
çirkləndirən ölkələrdən ABŞ 1997-ci il tarixli əsl protokolu heç bir zaman 
təsdiqləmədi. Hal-hazırda protokolda ABŞ, Çin və Hindistan kimi atmosfe-
ri ən çox çirkləndirən ölkələrin imzası yoxdur. Doha Konfransında 2015-ci 
ilə kimi bütün ölkələri əhatə edən və Kyoto Protokolunun əvəz edə biləcək 
daha geniş diametrli bir plan üzərində də işlərin görülməsi nəzərdə tutuldu. 
Azərbaycanın isə burada inkişaf etməkdə olan ölkə kimi ətraf mühitə buraxı-
lan parnik qazlarının faizinin azalmasında hüquqi öhdəliyi yoxdur.


Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə