YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
AEM-ə dair dəstək siyasətinin əsas məqsədi bu cür mənbələrin inkişa-
fına mane olan amilləri aradan qaldırmaq, bərpa olunan enerji mənbələri
sənayesinin inkişafına təkan vermək, bərpa olunan enerji mənbələri bazarı-
nı yaratmaq, bu mənbələrin qiymət rəqabətliliyini artırmaq, ənənəvi enerji
resurslarından istifadəni azaltmaqla enerji azadlığını dəstəkləmək və iqlim
dəyişikliyi prosesinə müsbət təsir etməkdir.
AEM-in inkişafı üçün aşağıda göstərilən bazar siyasəti amilləri mövcud-
dur
17
. Müxtəlif ölkələrin təcrübələrinə nəzər yetirilərsə, bu istiqamətdə hər
bir ölkənin öz siyasətinin və təcrübəsinin mövcudluğunu görmək olar. Bu
kontekstdə, qeyd edə bilərik ki, ilkin vəziyyətdən, ənənəvi enerji resursla-
rının və AEM texnologiyalarının qiymətlərindən asılı olaraq, dövlət ilkin
mərhələdə bir siyasi alətdən istifadə etməklə bu istiqamətdə uğur əldə edə
bilər və sonradan digər siyasi alətdən istifadəyə keçmək mümkündür.
2.9. Yaşıl tarif (Feed-in Tariff)
18
Yaşıl tarifin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tarif alternativ elekt-
rik enerjisi istehsalçılarının hər kilovat-saat enerjisinin təyin edilmiş (mini-
mum) qiymətinə ödəniş zəmanəti verir. Bu tarifin əsas meyarları aşağıdakı-
lardır:
Zəmanətli və güzəştli enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik
enerjisinin AEM-dən şəbəkəyə göndərilməsi;
Yetərli olan minimum yaşıl tarif;
Benefisiarlar üçün qanunla müəyyən edilmiş təhlükəsizliyin təmin
edilməsi. Məsələn, müəyyən zaman ərzində tarifin ödənilməsi (investi-
siya xərcinin müddətlə ödənilməsi) üçün qanunla müəyyən edilmiş (mi-
nimum) qiymət ödəniş zəmanəti;
Hər bir AEM texnologiyalarına aid ayrıca yaşıl tariflər;
Mümkün olan qiymət azaldılması.
17 OSCE, Sep. 2009 .The Importance of the Legal and Regulatory Framework for the Development of Renewable
Energy [Online] Available at: http://www.osce.org/baku/41263[Accessed 30 August 2013]
18 Federal Ministry for Economic Cooperation and Development: “Legal Frameworks for Renewable Energy”
[pdf], GIZ, Feb. 2012
- 65 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Effektiv şəkildə planlaşdırılmış yaşıl tarifin əsas üstünlükləri:
Yüksək effektivlik;
İnvestisiya təhlükəsizliyi. Uzunmüddətli perspektivlər və investisiyanın
qaytarılma zəmanəti səbəbindən bank tərəfindən maliyyələşdirmə;
Yerli bazarların AEM avadanlıqları üçün yüksək stimulyasiyası, yeni iş
yerlərinin açılması, texnologiya yeniliklərinin dəstəklənməsi, həmçinin
səmərəliliyin artırılması/ mümkün olan qiymət azaldılması.
Bu sistemin sərfəli olmayan tərəfi isə son istehlakçılar üçün elektrik
enerjisi qiymətinin artmasına səbəb olan birbaşa xərclərin təsiri və ya
dövlət büdcəsindən xeyli maliyyə vəsaitinin tələb olunmasıdır. Yaşıl tarif
sisteminin özünü doğrultduğu ölkələrdə ictimai-siyasi dəstək, davam-
lılıq, həmçinin fərdi və kiçik investorlar üçün qanunla müəyyən edilmiş
təhlükəsizlik yüksək səviyyədədir. Almaniya bu sistemin ən yaxşı işlədiyi
ölkələrdən biridir. Almaniyanın Alternativ Enerji Aktı AEM-in inkişa-
fına dair bütün vacib strateji addımları özündə əks etdirən nadir siyasi
sənədlərdəndir. Siyasi alətlərin növündən asılı olmayaraq, qeyd olunan
sənəddə həm strateji qanunvericilik, həm də dəstək mexanizmi effektli
şəkildə icra olunub və bu səbəbdən də o, dünyada AEM-i dəstəkləyən ən
uğurlu siyasətlər arasındadır. Almaniya adı çəkilən sənədi 2000-ci ildə qəbul
etmişdir. Növbəti illər ərzində AEM-i və texnologiyaları daha da səmərəli
inkişaf etdirmək məqsədilə müvafiq dəyişikliklər edilmişdir. Sənədin əsas
strateji elementlərindən biri yaşıl tarif alətindən istifadə edərək qarşıya
qoyulmuş hədəfə çatmaqdır. Bu baxımdan, məsələn, yaşıl tarif dəstək aləti
kimi hər bir AEM texnologiyasına səciyyəvi olan minimum tarif zəmanəti
verir. İstənilən elektrik enerjisi istehsalçısı bu zəmanəti 10-20 il ərzində
ala biləcək. İstehsalçının standartlaşdırılmış qaydalar çərçivəsində qanuni
şəkildə elektrik enerjisi şəbəkəsinə çıxışı mövcuddur. Qiymət nəzarəti və
rəqabəti gücləndirmək məqsədilə yeni quraşdırılan cihazlar üçün tariflər
həril proporsional şəkildə azaldılır
19
.
19 ibid
- 66 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəl 2.3. AEM-ə dair ən mühüm dəstək siyasəti seçimləri
Nəzərəçarpan üstünlüklər
Nəzərəçarpan çatışmazlıqlar
Yaşıl tarif
(Feed-in tariff)
Yüksək effektivlik
Yüksək investisiya
təhlükəsizliyi
Güclü bazar dinamikası
Yaşıl tarifdən daha az
effektivlik (əsasən zəif cəza
sistemində)
Yaşıl tarifdən ucuz olma
zəruriyyətinin olmaması
Maliyyə yardımları
Qrantlar/Endirimlər
AEM layihələrinə
investisiyanı asanlaşdırır
İnvestisiyalar və digər vergi
kreditləri
İnvestisiya qiymətini azaldır
Günəş enerjisi layihələri
üçün əlverişlidir
Əgər vergi kreditləri
(əməliyyat üçün yox) yalnız
investisiya üçün nəzərdə
tutularsa, bu amil enerji
istehsalçılarını əməliyyat
planından uzaqlaşdıra bilər
Kiçik həcmli investorlar
üçün az cəlbedicidir
AEM sertifikatları
Enerji istehsalçılarına imkan
yaradır ki, ticarət vasitəsilə
özlərinin elektrik enerjisi
strukturunda AEM-in payını
daha da yüksəltsin
Yaşıl enerji istehsalçılarına
əlavə gəlir qazanılmasında
kömək edir
Elektrik ener-
jisi istehsalçılarının
özlərini AEM-ə investisiya
qoyuluşundan uzaqlaşdıra
bilər
Enerji istehsalı ödəmələri və
ya vergi kreditləri
Yüksək effektivlik üçün
ədalətlidir
İnvestisiya və vergi
kreditlərini tamamlaya bilər
Hüquqi bazanın daha zəif
olmasına görə, yaşıl tarifdən
daha aşağı investisiya
təhlükəsizliyi
Təmiz ölçü sistemi
Yaşıl tarifdən daha
az mürəkkəb
Yaşıl tarifdən daha ucuz
Yaşıl tarifdən daha
aşağı maliyyə gəliri
Günəş enerjisi qurğuları
üçün əlverişsizdir
Dövlət investisiyası, kredit
və ya maliyyələşdirmə
AEM layihələrinə investisiya
qoyuluşunu asanlaşdırır
İctimai müsabiqəli tender
Güclü bazar istiqamətliliyi
Rəqabətli qiymətlər
Tutumun artırılmasının
yoxlanılması
İddiaçılar tenderi qazanmaq
üçün olduqca aşağı qiymətlər
təklif edə bilərlər; layihənin
tamamlanmamasına, yaxud
iflasına gətirib çıxara bilər
Mənbə: BMZ; “Mövcud AEM dəstk alətləri”
- 67 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Yuxarıda göstərilən müxtəlif dəstək siyasətlərinə nəzər yetirsək,
hər bir seçimin öz üstün və çatışmayan cəhətlərinin mövcud olduğunu
görərik. Bu səbəbdən də bütün dövlətlər ilkin mərhələdə özünə uyğun
və ən sərfəli seçimi etməlidir ki, AEM texnologiyalarının inkişafını və bu
sahəyə investisiya qoyuluşunu stimullaşdırsın.
2.10. Azərbaycanda alternativ (bərpa olunan) enerji
mənbələrinin inkişaf perspektivi
Alternativ enerji mənbələrindən istifadə müxtəlif ölkələrin
yerləşdikləri regionların xüsusiyyətlərindən asılı olaraq fərqlənir.
Məsələn, Almaniya və İsrail kimi inkişaf etmiş ölkələrdə bərpa olu-
nan enerji mənbələrindən - günəş panellərindən istifadə əhəmiyyətli
dərəcədə geniş yayılmışdır. İsrail AEM-dən istifadə imkanlarını 10%-ə
çatdırmağı planlaşdırır. Xüsusilə, bu mənbələrdən istifadə suvarma və ya-
şayış binalarında suyun qızdırılması istiqamətində daha əhəmiyyətlidir
və davamlı inkişafın tərkib hissəsi kimi müəyyən edilmişdir. Son illər
İsraildə enerji sahəsində aparılan elmi-tədqiqat işləri, həmçinin dövlət
və özəl sektor tərəfindən investisiyaların artımı nəticəsində bu sahədə
müsbət nəticələr əldə olunmuşdur. Almaniya 2012-ci ildə günəş ener-
jisi istehlakını 50% artıraraq, enerji istehlakında 6.1%-ə çatdırmışdır
20
.
ABŞ-da isə son zamanlar külək enerjisindən istifadə çoxalmışdır. Təkcə
2011-ci ildə ABŞ ərazisində 3.464 ədəd külək turbini quraşdırılmışdır.
Küləkli aylar ərzində ABŞ-da külək enerjisi ölkənin ümumi enerji isteh-
lakının 6%-ni təşkil edir
21
.
Azərbaycanın neft və qaz ölkəsi olmasına, həmçinin dünya enerji ba-
zarına öz təbii resurslarını satmaqla iqtisadiyyatını inkişaf etdirməsinə bax-
mayaraq, uzunmüddətli davamlı inkişaf üçün ölkəmiz AEM-in inkişafına da
diqqət yetirməlidir. Ölkədə bərpa olunan enerji mənbələrindən (su, külək
və günəş enerjisi) istifadə potensialı əhəmiyyətli dərəcədə böyükdür.
20 Bloomberg Businessweek 2012. “German solar power production up 50 pct on year” [Online] November 5.
Available at: http://www.businessweek.com/ap/2012-11-05/german-solar-power-production-up-50-pct-on-
year[Accessed 31 August, 2013]
21 NRDC.Renewable energy for America: Wind energy.[Online] Available at: http://www.nrdc.org/energy/renewa-
bles/wind.asp[Accessed 31 August, 2013]
- 68 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəl 2.4. Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı
Potensialın növü
Gücü (MVt)
Günəş enerjisi
>5000
Külək enerjisi
>4500
Bioenerji
>1500
Geotermal
>800
Kiçik su elektrik stansiyaları
>350
Mənbə: Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
Azərbaycan günəşli və küləkli günlərin miqdarına görə bərpa olunan
enerji mənbələrinin potensialı baxımından əhəmiyyətli mövqeyə malik-
dir. Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş
işığının müddəti il ərzində 2500 saata, Naxçıvan Muxtar Respublikasında
isə 2900 saata bərabərdir
22
.
Külək enerjisinə gəldikdə isə məlumdur ki, Abşeron yarımadası, Xəzər
dənizinin sahilboyu əraziləri, Azərbaycanın qərb hissəsi (Gəncə-Daşkəsən)
və Naxçıvan MR (Şərur-Culfa) böyük potensiala malikdir. Xüsusilə Ab-
şeron yarımadasında külək enerjisi üçün yüksək potensial mövcuddur.
Küləyin sürəti il boyu 3-7 m/san arasında dəyişir ki, bu da külək generator-
ları üçün mükəmməl hesab edilir. Ümumiyyətlə, ölkədə illik 800 meqavata
yaxın külək enerjisi ehtiyatı mövcuddur. Bu enerji isə öz növbəsində ildə 1
milyon ton şərti yanacağa qənaət etmək deməkdir
23
. Hökumət AEM-dən
istifadənin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 15 oktyabr 2005-ci il tarixli 187 nömrəli sərəncamı iləkülək
elektrik qurğularının idxalını gömrük vergilərindən və rüsumlarından azad
etmişdir.
Bütün bu potensialları nəzərə alaraq, ölkədə külək enerjisinin inkişafı
istiqamətində külək turbinlərinin quraşdırılması və külək potensialından
istifadə etməklə enerji istehsalı kimi bir sıra müsbət addımlar atılmışdır.
2004-cü ildə Caspian Technology şirkəti Bakıdan 55 km məsafədə yerləşən
22 Trend.az 2011. [Online]İyun 1http://az.trend.az/news/society/1884733.html [Baxılıb 5 sentyabr, 2013]
23 Perspective of use of alternative and renewable energy sources in Azerbaijan. Ministry of Industry and Energy of
the Republic of Azerbaujan [Online] Available at: http://www.osce.org/baku/40012[Accessed 24 August 2013]
- 69 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Yeni Yaşma regionunda pilot layihəsi çərçivəsində ilk külək turbini quraşdır-
mışdır. Bundan əlavə, 2010-cu ildə ölkədə 16 külək turbininin quraşdırılma-
sı işlərinə başlanılmışdır. ABEMDA tərəfindən də Qobustan Poliqonunda
0.9 meqavat gücündə hibrid sistemi əsasında işləyən 3 ədəd külək turbini
quraşdırılmışdır
24
.
Şəkil 2.3. Azərbaycanda külək resursunun xəritəsi
Mənbə: 3TIER
Digər mühüm addım Azərbaycan Respublikası Tarif (qiymət) Şura-
sının 6 yanvar 2007-ci il tarixli “Respublika ərazisində elektrik enerjisinin
tariflərinin tənzimlənməsi” barədə 3 №-li Qərarıdır. Bu qərara əsasən külək
elektrik stansiyalarının 1 kVt/saat üçün istehsal tarifi 4,5 qəpik (ƏDV ilə)
miqdarında təsdiq edilmişdir
25
. Lakin yuxarıda göstərilən potensiala baxma-
yaraq, ölkədə 2011-ci ildə elektrik enerjisində AEM-in payı 10% (9.8% hid-
roenerji, 0.2% digər) təşkil etmişdir. İstehlakın ümumi həcmində isə AEM-
in payı 2,3% təşkil edir və 2020-ci ilədək bu göstəricinin 9,7%-ə çatdırılması
24 Hüseynov A., 2012 Social Acceptance of Wind energy in Azerbaijan. LAP LAMBERT Academic Publishing
25 Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Respublika ərazisində elektrik enerjisinin tariflərinin
tənzimlənməsi” barədəQərarı № 03 [pdf]. Bakı şəh. 6 yanvar 2007-ci il
- 70 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
planlaşdırılır
26
. Bu baxımdan,AEM-in gələcək potensialı nəzərə alınmaqla
son illərdə bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycanda AEM-in inkişafı istiqamətində ən mühüm addımlardan biri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21
oktyabr tarixli 462 №-li sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublika-
sında alternativvə bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə
Dövlət Proqramı”dır.
Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır
27
:
“elektrik enerjisi istehsalında alternativ (bərpa olunan) enerji
mənbələrinin potensialını müəyyənləşdirmək;
bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə, ölkənin enerji
resurslarından istifadənin səmərəliliyini yüksəltmək;
yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin
açılmasını təmin etmək;
Azərbaycan Respublikasında ənənəvi enerji mənbələrinin mövcud
ümumi gücünü nəzərə almaqla, alternativ enerji mənbələri hesabına
enerji gücünün artırılmasına və bununla da ölkənin enerji təhlükəsizliyi
ilə təminatının yüksəldilməsinə nail olmaq.”
Dövlət proqramının önəmini nəzərə alaraq və bu proqramdan irəli gələn
məsələlərin ardıcıl və səmərəli həyata keçirilməsini sürətləndirmək məqsədilə
2009-cu ildən etibarən Azərbaycan Respublikası Sənaye və Energetika Nazir-
liyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi yaradılmış və faktiki olaraq 2010-cu ildən fəaliyyətə başlamışdır.
2012-ci ilin 1 iyun tarixində Dövlət Agentliyi ləğv edilmiş və onun əsasında
alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində
dövlət xidmətləri göstərən, habelə bərpa olunan enerji resursları mənbələrinin
müəyyən olunmasını təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri
yerinə yetirən Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Şirkəti yaradılmışdır. Sonradan isə ölkə Prezidentinin
26 Teleqraf.az 2012. „Alternativenerjininpayıüçdəfəartacaq” [Online] Mart 14. http://gunteleqraf.az/news.
php?id=903#.UiGZXtLItc1 [Baxılıb 27 avqust, 2013]
27 Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli 462 №-li sərəncamı.
«Azərbaycan» qəzetində dərc edilmişdir (22 oktyabr 2004-cü il, № 246)
- 71 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanı ilə Dövlət Şirkəti yenidən təşkil
olunaraq “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmış
və yeni yaradılmış ABEMDA-nın tabeliyinə verilmişdir.
Dövlət Agentliyi tərəfindən 2011-ci ildə Qobustan rayonunun ərazisində
Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi istifadəyə verilmişdir.
Poliqonda dünyada analoqu olmayan hibrid tipli (külək, günəş və biokütlə)
elektrik və istilik stansiyası yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təcrübi Hibrid
Poliqonunda dispetçer mərkəzinə baxış keçirir (Mənbə: ABEMDA)
Həmçinin, Tədris Mərkəzində “1ev-1 elektrostansiya” prinsipi əsasında
işləyən 10 kotec tipli elektrik stansiyası və “ağıllı şəbəkə” sistemi qurulmuş
və idarəetməyə verilmişdir.Bu stansiyanın məqsədi gələcəkdə bütün Qo-
bustan rayonunu tam alternativ və bərpa olunan enerji mənbələri hesabına
istehsal olunan enerji ilə təmin etməkdir. Poliqonda yaradılmış Dispetçer
Mərkəzi regionlarda quraşdırılan elektrik stansiyalarının müasir texnologi-
yalar vasitəsilə “ağıllı şəbəkə” sistemi ilə idarə olunmasına imkan verir.
2012-ci ildə Dövlət Agentliyinin dəstəyi ilə MDB ölkələri arasında ana-
loqu olmayan günəş panelləri və LED lampaları istehsal edən “Azgüntex”
- 72 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
MMC fəaliyyətə başlamışdır. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən mü-
asir texnologiyaları əsasında yaradılmış zavod ildə 30 MVt gücündə günəş
panelləri istehsal etmək potensialına malikdir. Hazırda ikinci 30 MVt-lik
xəttin qurulması istiqamətində işlər görülür. 2012-ci il ərzində həmçinin
Dövlət Agentliyi tərəfindən dünyada ilk dəfə Samux rayonunun ərazisində
yerləşəcək “Aqro-Enerji Kompleksi” layihəsi üzrə işlərə də başlanılmışdır.
Layihənin əsas məqsədi kənd təsərrüfatı və bu sahə üzrə emal sahələrinin,
habelə yaşayış, sosial və digər binaların enerji təminatını alternativ və bərpa
olunan enerji mənbələri hesabına, eləcə də kənd təsərrüfatı və məişət tul-
lantılarından bioenerji istehsal etməklə daha dayanıqlı etməkdən ibarətdir.
Gələcəkdə bu tipli qəsəbələr digər rayonlarda da tətbiq olunacaqdır.
Cədvəl 2.5. Dövlət Agentliyinin fəaliyyəti nəticəsində istifadəyə verilmiş obyektlər
№
Obyekt
Miqdarı
Tipi
1
Ölkə ərazisində stasionar və
səyyar ölçü müşahidə stansiyaları
qurulmuşdur
21
Ölçü müşahidə
stansi yaları
2
Qobustan Eksperimental Poliqonu və Tədris
Mərkəzi
1
Hibrid tipli
elektrik stansiyası
3
Bakı şəhərinin Xəzər rayonunun 235 və 149
saylı, Qaradağ rayonunun 166 və 320 saylı,
Sabunçu rayonunun 311 saylı, Nizami rayonunun
109 və 220 saylı orta məktəblərində, 150 saylı
uşaq bağçasında, Suraxanı rayonunun Hövsan
qəsəbəsində uşaq poliklinikası və südçülük
sovxozunda günəş panellərinin quraşdırılması
(PV modulları)
10
Günəş elektrik istilik
stansiyası
4
Biləsuvar rayonu ərazisində 6 məktəb və 6 uşaq
bağçasının istilik və elektrik təminatının günəş
enerjisi ilə təmin edilməsi
12
Günəş elektrik/
istilik stansiyası
5
Beyləqan və Masallı rayonlarında inşa olunan id-
man komplekslərində elektrik və istilik təminatının
günəş enerjisiilə təmin edilməsi
2
Günəş
elektrik/ istilik
stansiyası
6
Yunanıstanın Bərpa Olunan Enerji Mənbələri
Mərkəzinin qrantı çərçivəsində Türkan
qəsəbəsində yerləşən internat məktəbdə və
Səbail rayonunun Badamdar qəsəbəsində
239 saylı məktəbdə günəş panellərinin (PV
modulların) avadanlıqlarının quraşdırılması
2
Günəş
elektrik
stansiyası
Mənbə: Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyi
- 73 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Digər önəmli addım 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında al-
ternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası-
nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıdır.
Sərəncamın 1-ci hissəsinə əsasən, Dövlət Strategiyasının layihəsi hazırlanarkən
ölkədə alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik ener-
jisi istehsalı üzrə 2012-2020-ci illər üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi,
alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ
hüquqi bazanın yaradılması, alternativ və bərpa olunan enerji mənbələrindən
istifadəyə dair stimullaşdırıcı tədbirlərin görülməsi, daxili və beynəlxalq elmi-tex-
niki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa
olunan enerji mənbələrindən istifadənin təmin edilməsi nəzərdə tutulur
28
.
2.11. Nəticə
Təbii ki, alternativ enerjinin ənənəvi enerji mənbələrini tam əvəzləyərək neft,
təbii qaz və kömür kimi enerji mənbələrindən istifadəni azaltmasına hələ uzun
müddət lazım gələcəkdir. Lakin son zamanlarda bu istiqamətdə atılmış addımlar
müsbət qiymətləndirilməlidir. Gələcəkdə belə enerji mənbələrinin əhəmiyyətini
artıran bir neçə səbəb mövcuddur. Davamlı inkişaf nöqteyi nəzərindən alterna-
tiv (bərpa olunan) enerji mənbələrinin üstünlükləri aşağıdakılardır:
a)
Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı; AEM-in inkişafı üçün
qoyulmuş sərmayələr bahalı enerji idxalından fərqli olaraq, əsasən
obyektlərin tikilişi istiqamətində işçi qüvvəsinə və materiallara sərf olunur.
b)
Enerji təhlükəsizliyi; Neft və təbii qaz kimi ənənəvi enerji resurslarının
qiymət yüksəlişi və iqtisadiyyatın bu resurslardan asılı olması AEM-in
əhəmiyyətini artırır. Bu enerji mənbələri tükənməzdir və gələcək nəsillər
üçün enerji təhlükəsizliyini təmin edə bilər.
c)
Enerji diversifikasiyası; Fərqli enerji resursları mənbələrinin inkişaf
etdirilməsi ölkənin hansısa bir xüsusi texnologiyadan və ya yanacaq
növündən asılılığını aradan qaldırır.
ç)
Ətraf mühitin qorunması; AEM texnologiyaları daha təmizdir və ətraf
mühitə daha az ziyan vurur.
28 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə
dair Dövlət Strategiyasının hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı
şəh., 29 dekabr 2011-ci il, http://www.president.az/articles/4057
- 74 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Azərbaycan Respublikasında alternativ (bərpa olunan) enerji
mənbələrinin inkişaf sürətini təhlil edərkən, demək olar ki, bu istiqamətdə
müsbət addımlar atılmışdır və inkişaf özünün ilkin mərhələsindədir. Misal
olaraq qeyd edilməlidir ki, ölkədə 2011-ci ildə elektrik enerjisində AEM-in
payı 10% (9.8% hidroenerji, 0.2% digər) təşkil etmişdir. Qarşıya qoyulmuş
əsas hədəf isə bu göstəricini 2020-ci ilə 20% çatdırmaqdır.
Lakin ölkənin potensialı bir daha göstərir ki, bu sahəyə dövlət və özəl sektor
tərəfindən investisiyaların daha çox ayrılması vacibdir. Bu istiqamətdə AEM isteh-
salçılarını dəstəkləyən vergi kreditləri, subsidiyalar, sərfəli kreditlər və digər dəstək
alətlərini özündə əks etdirən yeni qanunvericiliyin yaradılması əhəmiyyətlidir.
Qəbul olunmuş və olunacaq bütün qanun və qərarlar çox effektli şəkildə
həyata keçirilməlidir ki, bərpa olunan enerji mənbələrinin inkişafına maneçilik
törədən amilləri aradan qaldırsın, bu mənbələrin bazarını yaratmaqla, qiymət
rəqabətliliyinin artırılmasına təkan versin.
Hazırda qəbul olunmuş bütün önəmli qərarlar Azərbaycanda bu bazarın
gələcək inkişaf perspektivinin əsasını qoyur. Lakin əsas məsələlərdən biri həmin
bazarın səmərəli şəkildə inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrindən
əldə edilən enerjinin istehlakı və enerji səmərəliyinin stabil inkişaf etdirilməsidir.
Ona görə də, xüsusilə, bu cür layihələr üzrə nəzərdə tutulmuş müvafiq vergi və
gömrük güzəştləri qanunvericiliklə qəbul edilməli və dəstəklənməlidir.
Ölkədə alternativ (bərpa olunan) enerji mənbələrinin inkişafına neqativ təsir
göstərən amillər aşağıdakılardır:
• Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına təkan verən
güclü hüquqi bazanın, eləcə də dəstək alətlərinin yoxluğu;
• Alternativ və bərpa olunan enerji mənbələri texnologiyalarının alınması
və quraşdırılması sahəsində maliyyə və kredit mexanizimlərinin yoxluğu;
• Alternativ və bərpa olunan enerji mənbələrinin iqtisadi perspekti-
vi barədə əhalinin məlumatsızlığı və qeyd olunan sahənin rəqabət
qabiliyyətinin aşağı səviyyəsi;
• Alternativ və bərpa olunan enerji mənbələrinin texnologiyaları və onla-
rın istismarı barədə məlumatın azlığı;
• Alternativ və bərpa olunan enerji mənbələri ilə məşğul olan ixtisaslaş-
mış mütəxəssislərin azlığı və qeyd olunan sahə üzrə qanunvericilik sis-
teminin tam formalaşmaması.
- 75 -
Dostları ilə paylaş: |