“Yaşıllıqlara dəymiş ziyanın hesablanması və
ödənilməsi Qaydası”na
1 nömrəli əlavə
Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün
M İ Q D A R
Götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın diametri, santimetrlə (torpaq səthindən götürülməklə) və kol
|
Dəymiş ziyanın məbləği
(manatla)
|
tikinti və abadlaşdırma
məqsədi ilə
|
tikinti və abadlaşdırma
istisna olmaqla
|
4 santimetrədək (4 sm də daxil olmaqla)
|
160
|
80
|
4,1-8
|
200
|
100
|
8,1-12
|
240
|
120
|
12,1-16
|
300
|
150
|
16,1-20
|
360
|
180
|
20,1-24
|
400
|
200
|
24,1-28
|
500
|
250
|
28,1-32
|
600
|
300
|
32,1-36
|
700
|
350
|
36,1-40
|
800
|
400
|
40 sm-dən yuxarı, hər santimetr üçün
|
100
|
50
|
Hər kol üçün
|
160
|
80
|
Qeydlər:
1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır.
2. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kolların məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iyirmi dəfə artırılmaqla hesablanır.
3. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.
__________________________
“Yaşıllıqlara dəymiş ziyanın hesablanması və
ödənilməsi Qaydası”na
2 nömrəli əlavə
Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəymiş ziyanın hesablanması üçün
M İ Q D A R
Yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara,
at və dəvələrin otarılması
|
Dəymiş ziyanın məbləği (manatla)
|
ilkin olaraq
|
eyni şəxs il ərzində iki və ya daha çox ziyan vurduqda
|
Bir baş davar üçün
|
15
|
30
|
Bir baş iri buynuzlu mal-qara üçün
|
25
|
50
|
Bir baş at üçün
|
40
|
80
|
Bir baş dəvə üçün
|
70
|
140
|
Qeydlər:
1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır.
2. Yaşıllıq ərazilərində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində ağac və kolların, ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsinə görə dəymiş ziyan bu Qaydanın 1 və 3 nömrəli əlavəsinə əsasən əlavə olaraq hesablanıb tətbiq edilir.
3. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.
__________________
“Yaşıllıqlara dəymiş ziyanın hesablanması və
ödənilməsi Qaydası”na
3 nömrəli əlavə
Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün
M İ Q D A R
Məhv edilmiş ot bitkiləri (qazon) və gül-çiçəklər
|
Sahə
|
Dəymiş ziyanın məbləği
(manatla)
|
tikinti və abadlaşdırma
məqsədi ilə
|
tikinti və abadlaşdırma
istisna olmaqla
|
Ot bitkiləri (qazon)
|
1 m2
|
50
|
25
|
Gül-çiçəklər
|
1 m2
|
80
|
40
|
Qeydlər:
1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır.
2. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.
__________________
“Yaşıllıqlara dəymiş ziyanın hesablanması və
ödənilməsi Qaydası”na
4 nömrəli əlavə
Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacar, ting və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün
M İ Q D A R
Məhv edilmiş toxmacar, ting və gül-çiçək növləri
|
Ölçü vahidi
|
Dəymiş ziyanın məbləği
(min manatla)
|
tikinti və abadlaş- dırma
məqsədi ilə
|
tikinti və abadlaş-dırma
istisna olmaqla
|
Bir yaşlı toxmacarlar
|
1 hektar
|
40
|
20
|
İki yaşlı toxmacarlar
|
1 hektar
|
50
|
25
|
Birillik və çoxillik güllər
|
1 hektar
|
30
|
15
|
3 yaşınadək iynəyarpaqlı cinslərin tingləri
|
100 ədəd
|
2
|
1
|
3 yaşınadək enliyarpaqlı cinslərin tingləri
|
100 ədəd
|
3
|
1,5
|
Gilə və çəyirdəkli cinslərdən calaq edilmiş tinglər
|
100 ədəd
|
2,4
|
1,2
|
Qızılgül tingləri
|
100 ədəd
|
4
|
2
|
Qeydlər:
1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən toxmacar, ting və gül-çiçəklərin məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır.
2. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.
__________________
Dostları ilə paylaş: |