P L A N 1.Mexanizmlərin struktur sintezi
2.Mexanizmlərin əsas növləri
3.Yastı Linkli mexanizmlərin struktur sintezi
4.Yastı mexanizmlərin struktur analizi
Mexanizmlərin struktur sintezi Əgər mexanizmlərin bəndləri nöqtələrinin trayekto-riyaları müstəvilərdə yerləşərsə, belə mexanizm yastı mexanizm adlanır. Yastı mexanizmlərin struktur tənliyi aşağıdakı kimi yazılıb
W=3n-2P5-P4 Çebışev düsturu adlanır. Yastı-lingli mexanizmlərdə 4-cü sinif kinematik cüt olmadığına görə Çebışev düsturu həmin mexanizmlər üçün aşağıdakı kimi yazılır
P4=0 ; W=3n-2P5 Mexanizmlərin struktur sintezi ilk dəfə 1914-cü ildə rus alimi L.V.Assur tərəfindən işlənib hazırlanmışdır. Uzun müddətli tədqiqatlardan sonra o belə bir nəticəyə gəlmişdir ki, hər bir mexanizm sərbəstlik dərəcəsinin sayı qədər aparan bənddən və onlara qoşulmuş sərbəstlik dərəcəsi sıfır olan qruplardan təşkil olunur. 35 Mexanizmlərin tərkibində hərəkət qanunu məlum olan bənd aparan bənd, hərəkət qanunu aparan bənddən asılı olaraq müəyyən olunan bənd isə aparılan bənd adlanır. Aparan bənd başqa V sinif kinematik cüt vasitəsi ilə tərpənməz bəndə birləşərsə, onu şərti olaraq I sinif mexanizm adlandırırıq
n=1 ; P5=1 ; W=3n-2P5=3*1-2*1=1
Bunların hər ikisi I sinif mexanizmidir. Sərbəstlik dərəcəsi sıfır olan və özündən sadə qruplara ayrıla bilməyən qruplara Assur qrupları deyilir. Mexanizmlərin tərkibində olan qruplar iki şərti ödəməlidir: 1. Sərbəstlik dərəcəsi sıfır olmalı. 2. Özündən sadə qruplara ayrılmamalı. Bu qruplar Assur qrupları adlanır. Bu qrupları müəyyən etmək üçün Çebışev düsturunu sıfıra bərabər edib, onu P5-ə görə həll edirik.
W=3n-2P5=0
Bilirik ki, mexanizmlərin tərkibində olan kinematik cütlərin sayı tam ədəd olmalıdır. Axırıncı ifadəyə nəzər salsaq görərik ki, kinematik cütlərinin sayı tam ədəd olmalıdır. Ona 36 görə də həmin ifadəyə əsaslanaraq aşağıdakı cədvəli tərtib edə bilərik:
n
2
4
6
8
10
12
…
P5
3
6
9
12
15
18
…
Bütün Assur qrupları II-dən başlayaraq artmaq şərtilə müxtəlif siniflərə bölünürlər. Tərkibində iki bənd və üç ədəd V sinif kinematik cütü olan qruplar iki tərtibli II sinif Assur qrupları adlanırlar. Qrupun tərtibi onun əsas mexanizmə bağlana biləcəyi kinematik cütlərin sayı ilə müəyyən olunur.